...
  • Gecənin zülmətindən doğan işıqlı ruhlar (Esse)
  • Əzizağa Elsevər
  • Gecənin zülmətindən doğan işıqlı ruhlar ( E s s e)

    Yenə yanvar gecəsinin soyuq əlləri 19-dan 20-nə sarı uzanacaq. Yenə kədərli, səssiz gecə öz nəğməsini oxuyacaq. Ruhlar qonaq gələcək. 28 illik bir həsrətin, ağrının dili açılacaq. "Axı, nə idi, nə idi günahımız? Niyə güllələr ağzında didilirdik? Torpağı, Yurdu sevmək qəbahət idimi? Ürəyimizdən sevgimizi almaq, boğmaq, güllələməkmi istəyirdilər?!.." Cavabsız suallar yenə dolu kimi yağacaq, yenə axın-axın üstümüzə gələcək. Yenə ürəyimiz göynəyəcək, içimiz için-için yanacaq. İlmə-ilmə söküləcək, xatirə-xatirə oyalanıb töküləcək. Durnaların boyunbağı düzümündə həsrətimiz göylərin yaxasından asılacaq. Ruhların didərgin dolaşdığı əlimiz çatmayan, ünümüz yetməyən doğma yerlərdən ötrü burnumuz daha çox göynəyəcək. Şuşanın dağları həyalanıb, düşmən görməsin deyə dumana bürünəcək. Laçın, Qubadlı, Kəlbəcər öz ağrısında qovrulacaq. Zəngilan doğmalarından ötrü darıxıb yollara boylanacaq. Cəbrayıl Xudafərin yanğısını Araz diləyinə büküb sular boyu durulmaq istəyilə axacaq. Üçrəngli bayrağımızın dalğalandığı Lələtəpədən Füzulimiz, Ağdamımız Xankəndinə sarı qələbə bayrağını aparacaq ərənlərimizin yollarını uğurlayacaq.
    20 Yanvar təkcə hüzn günümüz yox, həm də azadlığımız yolunda şəhid olanların ruhu qarşısında hesabat günümüzdür. Onların arzularına, diləklərinə sadiqlik andı içəcəyimiz gündür. Andımız pozulmasın, torpaqlarımız düşmən tapdağında qalmasın. Müstəqilliyimizin ömrü neçə-neçə əsrlərə, minilliklərə calansın. Qanlı Yanvardan başlayan kədərli günümüz xoş günlərimizin ovqatına bürünüb neçə-neçə işıqlı, nurlu sabahlarımızı müjdələsin. Zaman-zaman ağrıların,acıların içindən qələbəylə sıyrılıb çıxan Azərbaycan bütövləşsin, ulu tarixin yaddaşına pozulmaz, nurlu səhifələr yazsın.Heç vaxt, heç vaxt bir də qara yanvarlar olmasın. Ayıq olaq, sayıq olaq, bütöv olaq! Bütövlükdə müqəddəslik və şəhidlərin ölməz ruhu yaşayır.Əbədi və heç vaxt bizi tərk etməyən böyük ruhları!...
    Bakı şəhəri, 20 .01.2018.
  • yanvar 2022, Əzizağa E.

  • 785
Darıxmaq

Şümşəd Hüseynova

Sonra bir gün darıxarsan, bilməzsən niyəsini... Sadəcə darıxarsan. Bilərsən, gözü gözünə dəyməz, amma darıxarsan... da insana xas deyilmi? Nə o gözlər, nə o əllər......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Əsərlər 4 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Dördüncü cild Bakı- 2020 ...

Əsərləri. 3 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Üçüncü cild Bakı- 2020 Əsərləri 3 2 Əsərləri 40 cilddə Pyeslər 3-cü cild Isbn 978-9952-37-245-8......

Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti

Firuz Mustafa

Tərtibçi Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti Isbn 978-9952-37-245-8 Bakı-2024 Tərtibçi Yaşamaq sənəti Xalq Təbabəti Təbiətin resepti Bakı.2024,səh.,300 4502020000 F--------------------2024 009......

Könlümün gül yüküsən

Dəhnəli Məmməd Hacızadə

Yadındamı ilk görüş? Novruz ərəfəsiydi. Şİrniyyat gətirmişdin. Sevinib uşaq kimi özümdən ixtiyarsız al yanağından öpdüm. Sənsə həyəcanlanıb özünü itirmişdin. Qollarım arasında bərk-bərk sıxmışdım səni. İlk......

2 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər İkinci cild Bakı- 2020 Oxuculara təqdim edilən coxcildliyin ikinci......

+1 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Birinci cild Bakı- 2020 Pyeslər 1-ci cild Oxuculara təqdim edilən coxcildliyin ilk......

Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......