...
  • Avropalı görkəmli məsul katib.
  • Feyruz Muradov

  • Avropalı görkəmli məsul katib

    Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç bir münasibət yox idi. Redaksiyanın digər əməkdaşları kimi onun haqqında da demək olar ki, heç nə bilmirdim.

    Mən əsasən məktublar şöbəsi ilə əlaqə saxlayırdım. Şöbənin müdiri Vaqif Abbasov idi. Redaksiya ilə əməkdaşlığımın ilk dövrlərində əsas ünsiyyətim də məhz Vaqif Abbasovla olurdu.

    Xeybər redaksiya əməkdaşları arasında öz ədəb-ərkanı və yaraşığı ilə seçilirdi. Yaşca Vaqif Abbasovdan və Tofiq müəllimdən 10-12 yaş böyük idi. Görkəmcə hündürboylu, yaraşıqlı adam idi. Başına panama qoyur, qara plaş geyinirdi. Bu geyim tərzi ona bir qədər avropalı görkəmi verirdi. O qafqaz adamından çox avropalıya bənzəyirdi.

    Onunla tanışlığım necə yarandı?

    Adətən mənim yazılarım redaksiyada çox gözlədilmirdi. Yazını təqdim edirdim və çox vaxt növbəti nömrədə qəzetdə çap olunurdu. Ən uzağı, bir nömrə sonra dərc edilirdi.

    Bir dəfə növbəti yazımın çapı yubandı. Qəzeti izləyirdim, amma yazımı orada görmürdüm. Bu, məni narahat etməyə başladı. Çünki haqqında yazdığım insanlar da məqalənin çap olunmasını gözləyirdilər.

    Tələsik redaksiyaya gəldim. Məktublar şöbəsində Vaqif Abbasovla görüşdüm. Hal-əhval tutduqdan sonra yazımın vəziyyətini soruşdum. O, başını qaldırıb mənə baxdı və dedi:

    — Bizlik bir iş yoxdur. Yazını işləyib vermişik. Redaktor da baxıb.Yazı indi Xeybər müəllimdədir.O saxlayıb. Ondan xəbər al.

    Beləliklə, Xeybər müəllimin otağına getdim. O, qəzetin növbəti nömrəsinin maketi üzərində işləyirdi. Məni görəndə əlini işdən ayırıb başını qaldırdı və eynəyini çıxarıb mənə baxdı. Sanki nə üçün gəldiyimi anlamağa çalışırdı.

    Dedim:

    — Mənim bir məqaləm var. Məktublar şöbəsində işlənib sizə verilib. Nə üçünsə yazı çapa getmir.

    Xeybər müəllim bir anlıq duruxdu. Mənim onun yanına gələcəyimi və belə bir sual verəcəyimi gözləmirdi. Amma özünü tez topladı. Gözünü qarşısındakı divara tərəf tutaraq mənə baxmadan dedi:

    — Adınız Feyruzdur, səhv etmirəmsə.

    Mən təsdiqlədim.

    — Bilirsiniz, Feyruz bəy, sizin yazılarınız tez-tez qəzetdə gedir. Bəziləri gileylənirlər. Soruşurlar ki, nə üçün onun yazıları belə tez-tez qəzetdə görünür? Biz də bir az çıxılmaz vəziyyətdə qalırıq. Odur ki, sənin yazını hələlik saxlamışıq. Qoy arada bir qədər məsafə yaransın, ara sakitləşsin sonra çapa verəcəyik. Səbəb budur.

    O bir qədər fasilə etdi. Mən də susurdum. Sükutu Xeybər müəllim pozdu. Bu dəfə üzümə baxaraq dedi:

    — Sən heç də narahat olma. Yazını tezliklə verəcəyik. Gələn nömrələrdən birində yazını görəcəksən

    Mən onun otağından çıxdım. Redaksiyanı tərk etməzdən əvvəl məktublar şöbəsinə yenidən baş çəkməyi lazım bildim. İstəyirdim ki, baş verənləri danışım və bir qədər əvvəl yaşadığım gərginliyim azalsın.

    Vaqif müəllim öz yerində idi. Onun iş masası yola baxan pəncərənin önündə yerləşirdi. Tofiq də otaqda idi. Onun iş masası isə otağın künc tərəfində yerləşirdi.

    İçəri girib Vaqif müəllimə üz tutdum. Bildirdim ki, Xeybər müəllim vəziyyətə aydınlıq gətirdi və yazım növbəti nömrələrdən birində çapa gedəcək.

    Vaqif müəllim gülümsəyərək mənə baxdı:

    — Tələsmə, hər şey düzələcək. Yəqin material çox olub, ona görə yazın yubanıb.

    Onun bu sakit və arxayın danışığı mənim də gərginliyimi bir qədər azaltdı.

    Həqiqətən də, Xeybər müəllimin dediyi kimi, qəzetin növbəti nömrələrindən birində mənim məqaləm çap olundu. Özü də qəzetin ən diqqətçəkən, yuxarı hissəsində.

    Kürün sahilində

    Redaksiya Kür çayının kənarındakı parkla üzbəüz yerləşən bir mərtəbəli binada fəaliyyət göstərirdi. Bu bina Əli Bayramlının inkişaf etməyə başladığı illərdə, 1950-ci illərin ikinci yarısında tikilmişdi. Həmin illərdə burada ilk neft quyusu fontan vurmuş, neft tapıldıqdan sonra şəhərdə abadlıq və tikinti işlərinə başlanmışdı. Redaksiya binası da məhz o illərdə inşa edilmişdi.

    Redaksiya ilə üzbəüz, Kür çayının sahilində yerləşən park isə 1980-ci illərdə Lenin parkı adlanırdı. Kürün kənarında çayxanalar, yeməkxana fəaliyyət göstərirdi. Redaksiya işçiləri hərdən bir yerə yığışıb çay içmək üçün çayxanalara gedirdilər. Xeybər müəllimi bir də Möhsüm müəllimi onların arasında, demək olar ki, görmək olmazdı. Necə olmasa onlarla Vaqif və Tofiq arasında təxminən on il yaş fərqi vardı.

    Bir dəfə necə oldusa, Kürün kənarında gəzdiyim vaxt Xeybər müəllimi çayxanada gördüm. Tək oturub çay içirdi. Yəqin ki, redaksiyanın darısqal otağında işləməkdən yorulmuşdu. Çölə çıxmışdı ki, kürün kənarında, təmiz havada bir qədər nəfəsini dərsin, çayxanada bir stəkan çay içsin.

    Onu burada görməyim mənim üçün gözlənilməz idi. Çünki Xeybər müəllim digər jurnalistlərdən fərqli olaraq bu çayxanaya çox nadir hallarda gəlirdi.

    Mən keçib getmək fikrindəydim. Bu zaman Xeybər müəllim uzaqdan əl edib məni çay süfrəsinə çağırdı. Mən tərəddüd etmədən ona yaxınlaşdım. Çox səmimi şəkildə salamlaşdı, mənə yer göstərdi . Çay süzdü. Sonra yeni yazılarımla maraqlandı. Söhbət əsnasında yazılarımı bəyəndiyini də bildirdi.

    Xeybər müəllim mənim gələcək planlarımla da maraqlanırdı.

    — Təhsilini davam etdirən yaxşı olar. Yaxşı qələmin var. Təhsilin də olsa, yaxşı olar. Qarşında qapılar açılar.

    — Təhsil almağa imkanım yoxdur, — dedim.

    — Niyə ki?

    — Anam tək qalır. Mən təhsil dalınca getsəm, o tək qalacaq. Bu, onun üçün çox çətindir.

    Xeybər müəllim dedi:

    — Qiyabi təhsil ala bilərsən.

    — Yox, ona da imkanım yoxdur, — dedim.

    O, söhbəti davam etdirərək dedi:

    — Adətən qəzetə yazı yazanlar sonradan təhsil alıb ixtisaslı jurnalist olmağa can atırlar.

    Mən isə ona izah etdim:

    — Mən jurnalist olmaq arzusunda olmamışam.. Əvvəldən redaksiyaya bədii yazılarla gəlmişəm. Amma redaksiya bədii yazılara az yer ayırdığı üçün Tofiq müəllim mənə idarələrdən yazılar, məqalələr hazırlamağı məsləhət gördü. Mən də jurnalistika sahəsinə yönəldim. Düşündüm ki, bir qədər təcrübəm artsın, sonra bədii yaradıcılığa üz tutaram.

    Xeybər müəllim bir qədər düşüncəyə daldı. Elə bil, bu söhbətdən sonra məni yavaş-yavaş anlamağa başlayırdı.
    --Tofiq müəllim düz edib.—dedi.

    Mənə elə gəldi ki, məni çaya dəvət edərək söhbət etməsinin əsas səbəbi də məni daha yaxından tanımaq, yazıya və jurnalistikaya necə gəldiyimi öyrənmək idi.

    Son görüş

    Bu söhbətimiz 1980-ci illərin ikinci yarısında olmuşdu. Elə bir dövr idi ki, ölkədə siyasi təlatümlərin baş qaldırması ərəfəsində idik. Bir-iki il sonra ermənilərlə münaqişə dövrü başladı. Ardınca SSRİ parçalandı.

    Redaksiyamızın fəaliyyəti də bundan sonra tamamilə dəyişdi. Maddi çətinliklər ucbatından bütün jurnalistlər ixtisar olundu. Redaktorumuz Zahid İsmayılov doğulduğu Kəlbəcər rayonuna göndərildi və orada birinci katib vəzifəsinə təyin olundu. Zahid müəllim Kəlbəcərə getdikdən sonra “İşıq” qəzetinə Möhsüm müəllim redaktor keçdi.

    Redaksiyada ixtisarlar başlanmışdı.İxtisar olunan jurnalistlərdən biri də Xeybər müəllim oldu. O, doğulduğu Hacıqabul rayonunda icra hakimiyyətində təlimatçı vəzifəsinə işə götürüldü.Ömrünün son illərində orada işlədi. Düşünürəm ki, icra hakimiyyətində işləmiş olsa da qəlbi redaksiyamızla döyünürdü. Eşitdim ki, bir şer kitabı da dərc olunub.

    Onunla son görüşümüz 2000-ci ilə təsadüf etdi. O zaman mən artıq redaksiyada işləyirdim. Xeybər müəllim hansısa məsələ ilə əlaqədar nə isə bir sənəd almaq üçün gəlmişdi Redaksiyanın qarşısında onunla görüşdük.

    Yaşlanmışdı Xeybər müəllim. Mənimlə əl tutub soruşdu:

    — Deyəsən, redaksiyada işləyirsən?

    Təsdiq cavabı verdim. Əlavə etdim:

    — Amma jurnalist işləmirəm. Texniki işçi kimi ştatdayam.

    — Nə fərqi? Məvacibini alırsan. Yəqin, yazıların da çıxır.

    Onun sözlərini başımın işarəsi ilə təsdiqlədim.
    --Redaksiyada işləməyə layiq adamsan.—dedi.
    Sonra redaktorun otağında olub-olmadığı ilə maraqlandı. Məndən ayrılıb redaktorun kabinetinə sarı getdi.

    Bu,onunla son görüşümüz oldu.

    Bir müddət sonra o dünyasını dəyişmişdi. O vaxt bundan xəbərim olmamışdı. Hacıqabul rayonunda yaşadığı üçün onun ölüm xəbəri mənə çatmamışdı. Sonradan onun vəfat etdiyini bildim. Xeybər müəllim cəmi 65 yaşında dünyasını dəyişmişdi.

    İllər sonra geriyə baxanda düşünürəm ki, Xeybər müəllimlə münasibətimiz əvvəlcə sadəcə redaksiya əməkdaşı ilə müəllif arasındakı münasibət idi. Sonralar isə Kürün sahilindəki çayxanada etdiyimiz söhbət onun mənə münasibətini daha yaxından görməyə imkan verdi.

    O, mənim yazılarımı qiymətləndirir, gələcəyim barədə düşünür və təhsil almağımı istəyirdi. Bəlkə də insan haqqında yaddaşda qalan onunla uzun illər ünsiyyətdə olmaq deyil, bəzən qısa bir görüşdə göstərdiyi münasibətdir.

    Xeybər müəllimlə bağlı yaddaşımda da məhz belə bir görüş qalıb: Kürün sahilindəki çayxanada məni öz süfrəsinə dəvət etdiyi, yazılarımla və gələcəyimlə maraqlandığı həmin gün. Bir də son dəfə redaksiyaya gəldiyi gün –“ Sən redaksiyada işləməyə layiqsən” – deyib redaktorun kabinetinə tərəf getməsi indi də yadımdadır.

    İllər sonra onun həyatdan getmiş olduğunu eşidəndə, onunla redaksiyada görüşümüzün son görüş olduğunu bilmədiyimə hefsləndim.Çünkü biz insanla görüşüb ayrılanda elə güman edirik ki, bu elə bizim adi görüşlərimizdən biridir .Hələ bundan sonra bir-birimizlə çox raslaşacağıq, hal-əhval tutacağıq. Lakin illərdən bəri tanıdığımız şəxs qəfil həyatını dəyişəndə bizim üçün bu xəbər çox gözlənilməz olur. Heç olmasa onun işləri ilə səhhəti ilə maraqlanardıq.Bəlkə bir köməyimiz dəyə bilərdi.Biz isə bunu etməmişik. Sonda isə bizə yalnız hefslənmək qalır. Mədəni , ziyalı bir adamı itirddiyimizə görə hefslənmək.
    Feyruz Muradov
    Müəllifin “Şirvan jurnalistləri—Hərənin bir taleyi.” kitabından.
  • noyabr 2026, Feyruz M.

  • 55
Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......