...
  • Düşüncələrin Qapıları
  • Şümşəd Hüseynova
  • Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər? Mən hələ də özümü tapmamışam... Bilmirəm, bəlkə də illər sonra taparam, ya da heç vaxt tapmayacağam. Bəlkə də son nəfəsimə qədər özümü axtaracağam – əli boş, gözü dolu, ürəyi hüznlü.

    Bilirsiniz necədir? Əslində, həyat xoşbəxt olacağımız bir aləm deyil. Əslində, həyat bir gün xoşbəxtliyə çatacağımız ümidi ilə yaşadığımız yerdir. Hansı ki, çox vaxt xoşbəxtliyi tapa bilmirik. Bəlkə də həyatın bizlə bir problemi var, ya da nəyinsə intiqamını alır.

    Məni qorxudan odur ki, get-gedə insanlardan qaçıram. İnsan səsləri, uşaq səsləri məni yorur. Kimisə eşitmək istəmirəm. Yolda kiməsə salam vermək belə çətin gəlir. Tək qalmaq istəyirəm, sadəcə özüm olmaq və özümlə zaman keçirmək istəyirəm, amma bu mümkün deyil. Niyə? Çünki biz tək gəzə bilmirik. Camaat deyər ki, "Nolub ki, tək gəzir?" Ən azından mən tək gəzmək istəyəndə evdəkilərin mənə dedikləri söz bu idi.

    Fərqindəsinizsə, biz həyatımızı özümüzə görə yaşamırıq, insanlara görə yaşayırıq. Biz həyatımızı insanlar bizi alqışlasınlar deyə yaşayırıq, çünki onların bizi tərifləməsi, xoşbəxt olmağımızdan daha mühümdür. Elə bəlkə də buna görə xoşbəxt ola bilmirik.

    Digər qızlara çox oxşamıram. Əslində, oxşamaq da istəmirəm. "Eqoist" dediyinizi eşidir kimiyəm, amma bu eqoistlik deyil. Nə bilim, bəlkə də eqoistəm. Hər kəslə yola getmirəm, hər kəsi sevmirəm, kaprizlərim var. Durduq yerə gülə bilərəm, ya da heç olmadıq anda ağlaya bilərəm. Niyə mi? Özüm də bilmirəm.

    Bu yaxınlarda bir şeyi nəzərdən keçirdim. Nəsə etmək istəyəndə insanların ilk düşündüyü şey bilirsiniz nədir? "Kənardan necə görsənir?" Niyə özümüzü məmnun etmək üçün deyil də, insanları məmnun etmək üçün yaşayırıq?

    Bu divarları yıxmaq o qədər çətindir ki... Təəssüf ki, hər birimiz bunu bacara bilmirik. Bu dünyada yaşamaq çətindir. O dünyanın olub-olmayacağı isə hələ məlum deyil. Tək bir şeyi bilirəm ki, "xoşbəxtlik" deyə bir şey yoxdur. Həyatınızı onu axtarmaq üçün hədər etməyin. Sevinirik, bəli, amma xoşbəxt olmuruq. Həyatımız nağıl deyil ki, hər gün başımızı qaldıranda "gözəl həyat" deyib günə başlayaq.

    Mən artıq xoşbəxtlik deyə bir şey axtarmıram, çünki o arzuladığım mövqeyə çatanda belə ürəyimdə bir qəm olacaq. Bəlkə düşünürsünüz ki, niyə bu qədər ümidsizliyə düşürsən? Xeyr, bu ümidsizlik deyil, bu həyatın qəddarlığını qəbul etməkdir. Əvvəllər mahnılar, kitablar mənə məlhəm olurdusa, indi heç bir mahnı, heç bir kitab məlhəm olmur.

    Gələcəyə qarşı ümidliyəm, ancaq xoşbəxt olacağıma dair ümidli deyiləm. Heç biriniz də ümidlənməyin.

    Bəli, bu mənəm – kənardan bəzən enerjili, bəzən ruh kimi gəzən. Hətta elə anlar olur ki, mən heç özüm olmuram. Ruhum göylərə qalxır, cismim yerdə gəzir. Yaşamaq üçün addımlar atın, həyatda bir iz qoyun və gedin. Ancaq həyat nağıl deyil ki, sonunda xeyirin şər üzərində qələbəsi olsun. Ömür yolu mənə görə faciə janrındadır, çünki sonunda əsərin baş qəhrəmanı ölür. Bəzən cismən, bəzənsə ruhən.

    ---
  • noyabr 2024, Şümşəd H.

  • 70
Düşüncələrin Qapıları

Şümşəd Hüseynova

Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər?......

Ailə yükü 2-ci hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Zəfər Günü

Şümşəd Hüseynova

Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.......

Görəsən, mən ş*?

Sabir Etibarlı

Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri......

Gedək

Şümşəd Hüseynova

Götür dərd sərini bu axşam, , biz olmayan yerə. Götür sözləri bu axşam, , söz olmayan yerə. Kim deyər həyatın dərdin? Kim bilər ürəyin fikrin?......

Bioqrafiya. Biblioqrafiya

Firuz Mustafa

(Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı) (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bioqrafiyası......

Avqust

Sima Ənnağı

dodaqlarda Qaymaqlı dondurma kimi Xəfifcə əriyir, Havanın istisini Çiyimlərimdə daşıyıram Yapıncı kimi. Nə qədər görülməmiş yuxular, Nə qədər oyanmamış ürəklər var da. Nə qədər......

Üç fədakar

Sabir Etibarlı

Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən......

Sevimli bir eşq hekayəsindən

Aqşin Mustafa

Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir......