...
  • Qaranlığıma xoş gəldin...
  • Şümşəd Hüseynova
  • Hələ kiçik qızkən bu dünyanın yollarında qaçan zaman hiss etmişdim içimdə nələrinsə tərs getdiyini. Hələ körpəykən arzularımı deyərkən qorxardım. Ona görə yox ki, edilmirdi. Sanki bu həyat doğulmamışdan qabaq mənə tam fərqli uşaq olacağımı fısıldamışdı. Uşaqlığıma dair darıxdığım tək şey yuxudan durub anamı çağırmağımdır. Sadəcə həmin an olan əzizlənməyimdir.

    Bu fərqliliyi kim atmışdı üstümə, inanın ki, bilmirəm. Bu gün yaşıtlarımdan fərqli olmağım bəzən məni incidir. Yaxşı bir şey kimi görsənə bilər, ancaq ən çətin anında tək qalanda kimsədən kömək istəyə bilməmək intihara kimi aparır. Bu hissləri, bu sancıları yaşayan biri olaraq deyə bilərəm ki, həyatımdakı ən çətin illərim bəlkə də bəzilərinin bu gün darıxdığı günlərdir. Mən isə o günlər üçün nəinki darıxmaq, heç anmaq belə istəmirəm. Bulinqlər, tənqidlər, yaşıtlar tərəfindən şiddət və yarım yaşanmış uşaqlıq illəri… Könlündən keçənləri dilə ala bilməmək, ürəkdə olan bir qorxu ilə yaşamaq… Valideynlərdən belə nəsə istərkən yaşadığım o artıqlıq və yük hissi.

    17 ildir özümü heç yerə aid hiss etmirəm. 17 ildir bu həyatda niyə varam, nə üçün varam, bilmirəm. İllər sonra geriyə dönüb baxanda bu yollardakı addımlarımı görən zaman yəqin ki, özümlə qürur duyacağam, çünki bir Tanrı bilir neçə gecəni səhərə qovuşdurmuşam. Bir Ay bilir neçə gecə ona baxıb ürəyimi açmışam. Ədəbiyyat olsun deyə demirəm bu sözləri. Uzun müddətdir Ayla söhbət edirəm. İnsanlar dinləməyən zaman, qələmim çirkab tökən zaman ürəyimi yalnız Aya açıram.

    Bu aralar o qədər qəribə hisslər içindəyəm. Özüm-özümə azıb qalmışam. Hansı qapıya qaçıram, üzümə çırpılır.
    Bu gün bir şeyi hiss etdim ki, mən əslində heç insanları dinləyə bilmirəm. Nəinki insanlarla danışmaq, insanlarla söhbət etmək belə istəmirəm. Digər insanlar kimi sosiallaşa bilmirəm. Ən çox eşidilməyə ehtiyacım olduğu zaman məni görən olmadığı üçün bu gün kiməsə dərdimi demək və yaxud dərdini dinləmək mənasız gəlir. İnsanlardan qaçar olmuşam. İnsanlar o qədər adi və həyasız gəlir ki, onlar danışan zaman onları dinləmək əvəzinə beynimdə özümü dinləyirəm. Özümdən asılı olmadan onları müşayiət edirəm və onların hekayəsini qururam, beynimdə hamısını yerbəyer edirəm.


    Artıq sağalıram, ya da bilmirəm, sağalırmış kimi edirəm bəlkə də. Tək şeyi bilirəm ki, artıq əvvəlki tək ağrımır yaralarım, artıq əvvəlki tək incitmir insanların sözləri. Bilmirəm, bəlkə də mən insanlar qaçım deyərkən elə özümdən qaçırmışam. Bilən bilir, insan olduğum üçün özümdən belə irgəndiyim zamanlarım vardı.

    Dünyanı hələ də sevmirəm. Hələ də içimdə ona qarşı bir kin var. Lakin özümü bağışlamağa çalışıram, çünki bu dünyada ən kobud özümə davrandım. Hər kəsi başa düşməyə çalışdım… Özümü isə hər gecə balaca uşaq kimi danlayıb otağın küncündə ağlatdım. Lakin sonra artıq insanlara belə səbrim qalmadı. Bir sözə əsəbləşən oldum. Məni bu hala salan insanlar oldu, bu halımı qınayan da insanlar oldu. Necə deyərlər, mərdi qova-qova namərd etdilər.
  • sentyabr 2025, Şümşəd H.

  • 275
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......