...
  • Səssiz Çağırış
  • Şümşəd Hüseynova
  • Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat çox asandmış kimi o da mənimlə davaya girdi. Təkliyi sevirəm, lakin həmin an kimisə axtardım... Gözüm, könlüm kimisə səslədi. Çox çağırdı, çox qışqırdı, heç kəs hay vermədi.

    Əlimi telefona atdım. Heç kəs yazmamışdı. Heç kəs məni axtarmamışdı. Kiməsə yazmaq istədim, ancaq kimə? Kimə yazmalı idim? Kim mənim içimin buzunu əridə bilərdi? Kimə yazsam narahat edərdim. Elə bu fikirlərlə günü başa vurdum.

    Artıq uzun müddətdir ki, insanların səslərini bağlamışam, ancaq mənim mərhəmət dolu ürəyim sözümə baxmırdı. Hər kəsə sevgi bəsləyir və heç kəsi pis niyyətli görmürdü. Çünki mənə görə hər pisliyin altında belə bir səbəb var. Məni yoran hiss bu idi. Mən insanları anlayırdım, ancaq özümü anlamırdım. Özüm səhv edəndə özümü sevmirdim. Ən çox özümü tənqid edirdim. Ən çox özümü qınayırdım. Heç kəs məni danlamayan zaman belə, mən içimdə özümü yıxıb sürüyürdüm. Ən çox özümü incitmişdim... Özüm də bilmədən ən çox özümü qınayırdım. Ətrafın səhvini bağışlasam belə, öz səhvlərimi bağışlamırdım. Hamıya sığal çəkən əllərim təkcə özümə tikanlar batırırdı. Hər kəsə gözəl sözlər deyən dilim təkcə özümə nifrət qusurdu.

    Həyatda nə üçün varam? Bilmirəm. Mən varlığımın mənasını anlaya bilmirəm. Toz olub ərşə çəkilmək istəyərkən mənə "yaşa, nəfəs al" deyirlər. Nə mənası var axı?

    Bu gün ətrafıma baxanda heç kəsi görmürəm. Heç kəsin yanına gedə bilmirəm. Heç kəsin sevgisi mənə bəs etmir. Nə ailə, nə yar, nə də dost... Bilirsiniz, insanlar həyatımızın sadəcə bir anında varlar. Sadəcə bir müddətlik daxil olub çıxırlar. Ən vacibi isə heç birinin verdiyi vədlər, andlar real deyil. İlk anda sizi atıb gedirlər və heç düşünmürlər. Artıq su içərmiş kimi and içən kəslərə inanmıram. İmanından ən çox əmin olduğum kəs belə andını pozdu bu həyatda.

    Demək istədiyim odur ki, həyatımızın hər daim payız kimi yarpaq tökdüyü anlar olur. Saralır və budaqlarımızdan atırıq yarpaqları, ya da onlar özləri düşürlər. Ancaq bir gün, bəlkə bir gün, yenidən bahar gələr. Gec gələcək, tez gələcək bilmirəm. Lakin mütləq gələcək...
  • sentyabr 2025, Şümşəd H.

  • 269
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......