...
  • Təsadüf (hekayə)
  • Şümşəd Hüseynova
  • Həyat necə qəribədir heç düşünmüsünüz? Hər gün hər birimiz səhər dururuq və bir sıra məqsəd və məcburiyyətlərimiz üçün yol gedirik. Hər, axşam isə həmin yolu geri dönürük.
    Bu gündə o sıradan günlərdən biri idi. Hər kəs kimi yolumu gedirdim. Ağlımda milyonlarla sual və arzular məqsədimə çatmaq üçün addımlayırdım. Qış özünü bizlərə göstərirdi. Asta-asta yağan yağış və sərt külək üzümə vururdu. Mən isə o yağışın sərin və təmiz qoxusunu içimə çəkirdim. Bunu etdikdə təbiətlə bütünləşdiyimi hiss edirdim. Sanki, ürəyimdə olan yaralar bağlanırdı. Qəribə idi. Yaxşı qəribə...
    Kitabxanaya gedirdim. Evdə dərs etmək məni bəzən sıxırdı bu zaman çalışma mühitimi dəyişərdim. Hardan bilə bilərdim ki bu gün həyatımda dərin izlərə səbəb olacaq hadisə ilə üzləşəcəm. Kitabxanaya çatırdım çox az qalmışdı. Elə bu an qarşıda bir topa insan gördüm. Maşın qəzası idi. Əslində həmişə biganə olardım belə işlərə, çünki bir xeyrim dəyməyəcəyini düşünərdim, lakin bu dəfə belə olmadı. İnsanlara qarışdım və hadisənin necə olduğunu anlamağa çalışdım. İnsanları keçib qəza olan tərəfə gəldim və qarşılaşdığım mənzərə ürək açan deyildi. Qanım buz kimi oldu. Başımdan buz kimi su töküldü, içim ürpərdi. Yer qan gölü idi. Orta yaşlarda bir qadın uzanmış onun başı, üstə isə balaca qızcığaz oturmuşdu. Gözbəbəkləri böyümüşdü və qorxu içində ətrafa baxırdı. Ətrafdakı insanlar isə soyuqqanlı şəkildə onlara baxır və hər kəs öz bir qəpik belə etməz can yağısın dilə gətirirdi. Bəziləri deyir ki, “Yazıq uşaq yetim qaldı.” Bəziləri isə “Diqqətli olardı yazıq sürücü nə etsin? İndikilər özün atır maşının altına,” Ancaq bu belə deyildi. Diqqətsizlikdən olmuşdu. Əslində heç bir mənası yoxdur. İstər bilərək, istərsə də bilməyərək olsun orada bir can qanlar içində yatırdı biz isə nə düşünürdük. Məni pis edən onların orada bilib-bilmədən danışması idi. Kənardan, baxan isə necə də canları yanır kimi düşünürlər. Ola bilər ki, pis olurlar, lakin onu maşın vurub hər halda qan içində yatan odur. Niyə ağlımız pis şeylərə gedir? Yaxud niyə haqqlı-haqsız axatırırıq? Polislər çoxdan gəlmişdi, ancaq həkimlər hələ yox idilər.
    Qadının nazik və yamaqlı paltarı diqqətimi çəkdi. Boz ətək bir o qədər də kirli idi, lakin bunu qandan seçmək çox çətin idi. Dağınıq saclarına dənlər düşmüşdü, qaracöhrəsində qırışları var idi. Elə bil, vurulduğu üçün şad idi. İllərin yorğunluğu var idi cöhrəsində. Deyəsən, cavan qadın idi sadəcə əzab əziyyət onu vaxtından tez yaşlandırmışdı. Elə məhz həyat buna görə ədalətsiz idi. Uşağa baxdım və üşüdüyün başa düşdüm. İrəli atıldım və çantamdan göy koftamı çıxardım və balacaya geyindirməyə çalışdım. Polislər ilk öncə qarşı çıxmaq istədilər, lakin qıza pis olduqları üçün sonra heç nə demədilər. Çantamda olan termosu çıxardım və qızcığaza uzatdım. Titrək bədəni və əlləri ilə termosu aldı. Sanki onu qorxudan başqa nəsə var idi, ancaq başın yana çevirib anasına baxdı. O hələ də qanlar içində yatırdı. Polislərdən birinin gözü bizim üstündə idi. Bir, necəsi isə məni görüb aralarında nə isə danışırdılar. Bəlkə də, heç mən haqqda danışmırdılar. Nəhayət ambulans gəldi və qadını apardılar. Balaca qızla mən səkidə oturduq. Heç bir şey demədi. Adını soruşdum susdu. Sanki, qəbul edə bilmirdi. Bayaq ki, insanlardan heç biri yox idi burda. Öz fərziyyələrin götürüb getmişdilər. Sadəcə mən, qız və polislər var idi. Bir az sonra qızın qardaşı gəldi və sərt bir şəkildə qızı götürüb apardı. Mənim üzümə belə baxmadı. Bundan sonra qızın və anasının həyatı mənə hər daim müəmmalı qaldı.
    Aradan bir necə ay keçdi və təsadüfən bir qızcığaz gördüm ilk baxışda mənə tanış gəldi. Birdən həmin qız yadıma düşdü. Bu qız o idi. Qızın əlində ağ çiçəklər var idi. Təbbəsümlə mənə baxırdı. Ona ehtiyatla yaxınlaşdım. İncik və titrək səslə: “ Mən sizə görə gəlirəm bura. Hər zaman qardaşımla gələrdim bu gün isə tək gəlməli oldum. Xoşbəxtlikdən sizi gördüm. Buna çox sevinirəm.” Daha sonra çiçəkləri qəbul edib bir skamya tapıb orada oturduq. Qızcığaz əllərini ovuşdururdu deyəsən utanırdı. Gözlərində bir yalvarış var idi. Titrək səsi ilə danışmağa başladı.
    “O gün... qəza olan gün... həmin səhər mən anama gəlincik istədiyimi dedim əslində hər daim istəyərdim, ancaq o almazdı. Həmin, gün isə alacağın dedi. Bunun üçün çıxmışdıq şəhərə yoxsa mən o qədər şəhərə çıxmıram. Bizim gül bağımız var marketlər bizdən alır gülləri. Sonra onu satırlar. Anamda o, pulla mənə gəlincik almağa çıxdı. Birdən... birdən o zəng etdi... o... atam... anama telefonda dalaşdı və o, gəlinciyi alsa bizi evdən qovaçağın dedi. Bir anda cöhrəsi ağardı və gözlərin bir yerə zilləyib baxmağa başladı.
    “Hər şeyi danışmaq çox çətin idi. Hər şey çox qarışıq və utanc verici idi. O məndən qat-qat böyükdü. Heç mənə inanmaz. Mən atamı tanıyandan o hər daim qışqıran, vuran, içən biri idi. Bir insan atasından necə qorxa bilər? Mən qorxurdum. O, evə gələndə qacıb gizlənərdim. Məni çox vurmazdı, ancaq anamı və qardaşı vurardı. Bu hadisələri izləmək isə vurulmaqdan daha pis idi. Mən her şeyi ona necə deyəcəkdim? İnanmazdı axı mənə”
    Ehtiyatla qoluna toxundum. “Yaxşısan?” dedim əllərin əllərim arasına alaraq. Bir anda diksindi və gözləri dolmuş halda : “Yaxşıyam, yaxşıyam. Nə danışırdım... Aha... Dediyim kimi ona görə biz pulu boş yerə xərcləyirik. Mənə, görə isə o, pul boşa getmirdi. Məktəbdə hər kəs danışanda məndə onlara danışmaq istəyirdim sadəcə. Anam atamla danışdığı vaxt qəza oldu sonra isə...” o bu sözləri danışdıqca gözləri dolurdu və bir lalə ləcəyi kimi əsirdi. Udqundu və sözünə davam etdi. “ Anamı ömürlük itirdim. Anamdan ötrü çox darıxıram, ancaq bilirəm o geri gəlməyəcək... Atam o, hadisədən sonra məni və nənəmi daha çox incidirdi daha, sonra isə nənəmlə mən onun yanından ayrıldıq və idi nənəmin qohumu ilə qalırıq. Qardaşımıda gedəndə özü ilə apardı. Qardaşımın on yeddi yaşı var. Əslində o getmirdi sadəcə zorla apardı. Sizi təşəkkür etmək üçün axtarırdım. Bəlkə, məndə bir gün sizin kimi gözəl qız olaram.” Gülümsədim və dedim “Təbii ki, sən əminəm ki, məndən də gözəl olacaqsan. Yaşadığın həyat çətindi səni anlamağa çalışıram. Əgər bir gün nəyəsə ehtiyacın olsa mənə zəng et” telefon nömrəmi yazıb əlinə tutuşdurdum. Bu məsələdən sonra biz onunla dost olmuşduq. Tez-tez mənim yanıma gəlirdi hətta məndə onun nənəsi ilə tanış olmuşdum. Bundan sonra ki həyatıma onlarla davam etdim. Biz tez-tez görüşürdük. Atamın köməyi ilə balacanın ehtiyacların qarşılayırdım.
    “Hardan bilərdik ki, bir qəza məni belə gözəl insanla tanış edəcək. O mənə böyük bacı kimi qayğı verirdi. Ailəsinə almışdı bizi. Bu hisslər mənim üçün çox dəyərlidir. İllər keçəçək lakin Bənövşənin mənə etdiyi yaxşılıq qalacaq... ağlımda... ürəyimdə...”
    Bu hadisədən illər keçib indi həmin qızcığaz böyüyüb və işləyir. Mən isə artıq o, cavan qız deyiləm. O, gündən sonra bir şeyi yaxşı başa düşdüm ki, təsadüflər böyük başlanğıclar ola bilər. Heç ummadığım anda o, balaca qızcığaz mənim həyatıma girdi və mən o, balaca qızcığazdan çox şeyi öyrəndim. Şükür etməyi öyrəndim. Madiyyat və s baxımdan deyil. Mənəviyyat baxımından. Atam anam var idi. Böyük ailədə böyümüşdüm mən, o isə... bəzən çox nankor insan ola bilirik, ancaq bir şeyi unutmayın ki, əlinizdə olanlarla xoşbəxt olmalısız. Kiçik şeylərlə xoşbəxt olmağı bacarın, çünki o, kiçik şeyləri heç kəs sizdən ala bilməz. Yəni bir gün pulunuz qurtara bilər, lakin göydən yağan yağışların verdiyi səsi sizdən heç kəs ala bilməz. Buna çox nümünələr gətirmək olar. Yanınızda və əlinizdə olanların qədrin bilin sonra çox gec olur.
  • yanvar 2024, Şümşəd H.

  • 676
Yoxa Çıxdı ( qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Getdi əqlim, səni gördükdə şüurum yoxa çıxdı. Əsər qalmadı dinclikdən, hüzurum yoxa çıxdı. Bu məhəbbət nə yamanmış, dedilər inanmadım , Könlüm mum kimi yumşaldı, qürurum......

Etməgil ( Qəzəl ) Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Qocaldım deyib yaşa dolmaq dilərsən, etməgil! Mən bülbülün gülünə solmaq dilərsən, etməgil! Bir an dözmərəm hətta gözlərimdən qeyb olasan, Yoxluğunla canımı almaq dilərsən, etməgil! Barış......

Fizuli Babaya Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Az qalır küfrə düşəm Allah nə,Ənbiya nədir. Şərabım eşq,abım eşq,məhtabım eşq,tabım eşqdir. Hamı eşqi gizlədir,eşqsiz olan guya nədir.......

Neyləyə bildim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ey gül səni sevməklə sənə neyləyə bildim? Sənsiz ötüşən ömrə-günə neyləyə bildim? Boylandım həyata yeni dünyaya baxarkən. Dedilər toyundu mənə, neyləyə bildim? Könlüm qan ağladı......

Bədahətən

Dəhnəli Məmməd Hacızadə

Gəldim şeirə mən Cəlilin Poçt Qutusundan, Qaraca Qızın saçları qıvrım Tutusundan. Bir Qalanın Sirrini bildim lap uşaqkən. Mən dərsimi aldım Hadısından,Bıdısından. Arxamca gəlibmiş yüyürüb mən......

Getdim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Sənə bildirmədən öz sevgimi mən əsgərə getdim, Qayıdanda söylədin hüsnü pərişan ərə getdim. Qopdu sandım tüstü-duman yıxıldı dünyam başıma, Götürdü caynağına bir qara quş məhşərə......

Sonra

Elnarə

Sonda sadəcə “Özünü mən əvəzimdən də sev” – deyə bildim… Və Allaha əmanət etdim. Bütün sevənlər kimi... Sən mənim canımdan bir parçasan. Sən mənim uşaqlığımsan.......

Gəlmişəm Ey Gül ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ötsə də dövrü-zaman bax qayıdıb gəlmişəm ey gül. Səni fikrimdə xəyalımda tutub gəlmişəm ey gül. O qədər ki sənə eşqım demək olmur dil-ağızla, Eşqinlə könlümü......

Gəl qəbrim üstünə

Dəhnəli Məmməd Hacızadə

şəkil çəkdirək, Mən gülərüz durum, sən məyus dayan. Elə et gözlərin nəmli düşməsin, Kəs bu hıçqırtını biraz sus, dayan. Qoyaraq başını qəbir......

Yanımda sən olmayınca

Dəhnəli Məmməd Hacızadə

Etirafım var daha,dur, Yaxdı məni bu boş qürur. Vaxt keçməyir,zaman durur, . Xəyalım sən,istəyim sən, Ürəyimdə göynəyim sən. Bir-bir düşdü saçıma dən, Yanımda......