...
  • Yaxşı övlad kimdir?
  • Şümşəd Hüseynova
  • Uşaqlarınızı tərbiyə etməyə çalışmayın,
    onsuz da necəsə sizə oxşayacaqlar.
    Özünüzü tərbiyə edin bəsdir...
    (A S. Makarenko)

    Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı ola bilərik demədilər. Həyatın nağıllartək gözəl olmayacağını demədilər.
    Bizdən həmişə daha çoxun istədilər. Yalancı “5”-i istədilər. İnsan olmağı istəmədilər, yaxşılığı öyrətmədilər, sevgini göstərmədilər. Yaşlandıqca isə bizdən insanlıq, yaxşılıq, sevgi gözlədilər. Qulluq görməyən ağacdan bar gözləyən kimi bizdən bunu tələb etdilər.
    Ümumiyyətlə, cəmiyyətdə belə bir düşüncə var “yaxşı övlad”.
    -Filankəsin uşağı yaxşıdı.
    -Haradan bilirsən?
    -İşləyir pul qazanır, yüksək bal yığır, anasına baxır və s.
    Bunu edənlər yaxşı övlad olur? İnsan müəyyən yaşa çatanda işləməli olur. Həyatın qanunu budur. Bir uşaq sadəcə az bal yığır deyə işə yaramaz olur? Bunu nə düşüncədir? Hər kəs ali təsilli ola bilməz. O balı yığa bilər, ancaq “yaxşı övlad” ola bilməz. Valideynlərimizə, baxmaq isə hər birimizin borcudur. Bu bizi yaxşı və yaxud pis etmir. Hər kəs buna normal baxmalıdır. Cəmiyyət o qədər dəyişib bu kimi şeylərə belə sevinirik. Hər kəsin borcudur.
    Belə desək yaxşı və ya pis anlayışı yoxdur. Çünki heç kəs yaxşı ola bilməz və yaxud pis. Sənə yaxşı olan bir başqasına pisdir. Sənə pis olanda digərinə yaxşıdır. Elə məhz buna görə də yaxşı övlad, pis övlad yoxdur. Övlad var. Bir şeyi unutmayın ki hər şey ailədən başlayır. Siz övladınıza necə olsanız o da sizə eyni cür olar (istisnalar hər daim var). Buna görə ailə problemlərinin səbəbi məhz kökdən başlayır…

    Əziz valideynlər, xoşbəxt uşaq böyükdün. Qorxularının üstünə gedə bilən, sevə bilən, öyrənməyi bacaran ən, əsası isə səhvlər edə bilən, çünki səhvlər tək testlərdə olmur. Onlara səhv etmək üçün icazə verin daha, sonra isə bərpası üçün onlara məsləhət verin. “İnsanlar nə deyər?” sualı ilə uşaq böyütməyin. “Ürəyinin səsi nə deyir?” sualı ilə böyüdün uşaqlarınızı. Onlar sizi olduğunuz kimi qəbul edib sevirlər. Sizdə onları təmənasız sevməyə cəhd edin. Ən azından çalışın.

  • aprel 2024, Şümşəd H.

  • 393
Solmaz

Nurlanə Cərullaqızı

Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin......

Mənim Möcüzəm

Şümşəd Hüseynova

Dərsi sevdirən, həmçinin nifrət etdirən də müəllimdir. 10 illik məktəb həyatımda 5 il bəlkə də həyatıma qızıl hərflərlə yazılıb. Geriyə baxanda hələ də ürəyimdə bir......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Sonuncu Poçt

Rüfət Abbasov

Dağların qoynunda unudulmuş bir kənddə, artıq illərin təsirindən rəngi solmuş və divarları çatlamış köhnə bir poçt binası vardı. Orada işləyən tək işçi – Cavid, bu......

Sən deyilmişsən

Elnarə

darıxdığım gözümün işığı. gözlərində itmək istədiyim, gülüşünə pənah apardığım, qucaqlamaq üçün can atdığım. ... Sənə deyilmiş küskünlüyüm. Sənə deyilmiş qırılmaqlarım,......

Qapı

Elnarə

Yenə çöldə idim... Nə zaman isti bir yuvam olmuşdu, deyə düşünmədim deyil, təbii ki. Kimə yox demişdim, qucaqlamaq istəyəndə? Kim qulağımı çəkəndə üzümü çevirdim ki.........

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

"Kitabxananın Unudulduğu Şəhər"

Şümşəd Hüseynova

Gənc bir oxucu olaraq deyə bilərəm ki, mütaliə edilməmiş bir həyatı həyat hesab etmirəm. Bu gün də sizə yaşadığım bir anı danışacağam. Doğulduğum şəhər balaca......

Darıxmaq

Elnarə

Darıxsalar hiss edərik? Darıxsaq hiss edərlər? Sən... darıxsam hiss edərsən? Bəzən sizə də elə gəlir ki, kimsənin həsrətini çəkməliyik, kimsə üçün burnumuzun ucu göynəməlidir? Çox......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......