...
  • Oxuduğum və tanıdığım
  • Meyxoş Abdullah

  • (Oxucu təəssüratı)
    Mən ədəbiyyatçı olmadığıma görə söylədiklərim də tələbkar bir oxucunun səmimi etiraflarıdır. Təbii ki, bu, bir nasirin aşağıda qeyd olunan əsərlərinə nüfuz etmək cəhtidir. Buna görə cavabdeh oxucu gərək məni bağışlasın.
    Sözügedən əsərləri İkinci Qarabağ müharibəsindən çox-çox əvvəl oxumuşdum. Əsərlərdəki qələbəyə inam və düşmənlərin əzəli Azərbaycan torpaqlarından qovulacağı müəllifin əsas ideya xəttini təşkil edirdi. Bu düşünülmüş analitik əsərlər illər boyu yazıldığına görə hazır bədii film ssenarilərinin xammalı kimi götürülə bilər...İndi elan olunmuş “Qarabağ mövzusu müsabiqələri”, tələm-tələsik yazılmış ssenarilər dünya çapında yaradılacaq filmlərə əsas ola bilməz. Ümidliyəm ki, filmin çəkilişinə cavabdeh insanlar bu nüanslara diqqət yetirəcəklər.
    ***
    Müşahidə etmişəm ki, dünyanın gedişatı ilə bağlı öz sözünü demək istəyənlər zamanın tələbinə uyğun hərəkət edirlər və yalnız bu baxımdan təsirli ola biləcək söz söyləməyə alışırlar. Oxucunu da, əslində, elə o təsirli söz – sətiraltı da olsa, söylənən söz, açıqlanan mətləb maraqlandırır: əcəba, bugünki gedişat necədir? Əgər oxucu bu barədə az-çox məlumat ala bilirsə, başqa sualları çıxır ortaya: yazılanlar nə dərəcədə doğrudur? Doğrudursa niyə doğrudur? Yanlışdırsa, doğrusu necə olmalıdır? Və sairə. Yazıçı da birmənalı olaraq bu suallar yönündə söz deməyi bacarmalıdır, məncə. Olanları elə göstərməlidir ki, qoyulan məsələlərə maraq oyansın, onların həllinə cəhd göstərmək istəyi baş qaldırsın oxucuda... Hər yazarın da hünəri deyil olanları həqiqətə uyğun göstərsin, oxucunu öz səmimiyyətinə inandırsın...
    Bunu bacaran birini tanıyıram.
    Meyxoş Abdullah...

    O, bizi ( həyat yoldaşım Giya Paçxataşvili ilə məni) görəndə demişdi ki, haqqımızda nəsə yazmaq istəyir. Günlərin bir günü zəng elədi ki, düşündüyünü yazıb və səhifəmizə atıb. Oxuyanda çox təəccübləndim. Hekayə idi, amma elə bir şəkildə yazılmışdı ki, elə bil, taleyimi danışmışdım ona... Görücü kimi, yazmağına həm təəccüblənmişdim, həm də bu təəccüb çox ağır gəlmişdi mənə. Yaxşı ki, hekayəni münasib yerdə bitirmişdi, bir az da uzatmış olsaydı, yəqin ki, o ağırlığa dözə bilməzdim, təəccüb və heyrətdən birtəhər olardım. Əslində mənim heyrətimə Givi də qoşularaq, həmin o birnəfəsə yazılmış hekayəni oxuyub rus dilinə çevirmişdir – beləcə hər iki dildə olan (rus və azərbaycan dilində) bu əsər kitab halında oxucuların ixtiyarına verilmişdir.
    Çox keçmədi ki, sözügedən kitabın təqdimatı Cəlilabadın Mərkəzi Kitabxanasında uğurla keçirilmişdir.
    ...Çoxdan idi ki, roman (iri həcmli əsər) oxumaq istəyirdim. Amma əlimə keçənləri, daha doğrusu, hay-küylə təqdim olunanları oxumaq istəsəm də yarayan bir şeyə rast gəlmirdim... Hansını oxumaq istəsəm beş-on səhifədən sonra kənara qoyurdum. “Əsir qadın” romanı haqqında eşitmişdim. Onu da bir neçə səhifə oxuduqdan sonra saxladım, davam edə bilmədim. Amma maraqsız olduğuna görə yox, mövzusuna görə. Vətən müharibəmizə həsr olunmuş əsər çox çətinliklə oxunurdu...
    Bir müddət sonra: “Oxumalıyam”, - deyib, oxudum və dəfələrlə halım xarab olsa da sona çatdırdım...
    ...Orada yazılanları düşünmək belə, çətindir. Adam necə yaza bilib axı? Üstəlik, çeynənərək, az qala, çürüdülmüş mövzunu bu qədər diri şəkildə verməyi bacarıb. Heyrətamizdir... Etiraf edim ki, bir ay özümə gəlmədim. Mən, əslində, hələm-hələm ağlamıram. Bir şeydən çox həyəcanlananda dərman atıb sakitlışırəm. Amma bu əsər içimi oynatdı.
    Düşünürəm ki, hər yazarın hünəri deyil bütün günü, həm də cürbəcür şəkildə hallandırılıb adiləşdirilmiş çox ciddi mövzunu tamamilə yeni tərzdə, həm də onun ciddiyyətinə layiq şəkildə təqdim etsin. Meyxoş Abdullah üçün isə bu, görünür, çətin olmayıb, çünki ətrafda baş verənlərə bir fərd olaraq da, bir yazıçı kimi də yetərincə diqqət edə bilən bir vətəndaşdır. Hər şeydən öncə o, insan könüllərinin “psixoloqu” kimi sözügedən əsərə yanaşmış həmin psixoloji dramanı “Qapısı gecə döyülən qadın...” kitabında inkişaf etdirmişdir.
    Meyxoş Abdullahın qəhrəmanları (adları uydurulsa da) özləri real həyatda bu və ya digər şəkildə mövcuddurlar – kimisi əzab çəkir, Vətənini sevə-sevə vuruşur, kimisi isə müharibəyə baxmayaraq müqəddəs sevgidən məhrum olmur. Bu da nasirin dünya görüşünün barometri, insan vaxt qədirbilənliyinin “sayğacıdır”. Həyat təcrübəsi, müşahidə itiliyi və predmetə yanaşma doğruluğu məncə Meyxoş Abdullahı son 30 ildə müharibə mövzusunda yazan nasirlərin liderinə çevirmişdir – bu həqiqətən belədir. Yuxarıda adlarını vurğuladığım əsərlər təkcə təriflənməyə deyil, həm də filmlərin çəkilməsinə gözəl faktiki materialdır – hər halda bu mənim subyektiv fikrimdir.

    Xatirə Mikayılqızı
  • iyun 2021, Meyxoş A.

  • 80
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......