...
  • Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya
  • Səmi
  • Akif Nağı,girib bitməz işə sən,
    Yarıtmaz tək qorx ki,yada düşəsən!
    Bu milləti dişə vurub dişəsən,
    Lax çıxacaq,çünki millət laxlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Rəhbərinin sözlərində kəsər yox!
    Hakimində ədalətdən əsər yox!
    İgid desən,ərən gəzsən,sus,ər yox!
    Rüşvətxoru,satqınları çoxlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Nazirləri öz xalqına kəf gəlir.
    Yaltaqları ətrafında səf gəlir.
    Əllərində zurna,kaman,dəf gəlir.
    Çal-çağırdan hamı yaman şuxlaşıb
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Məmurların sırtıqlaşıb üzləri.
    Bölən,yeyən,yoxlayan da özləri.
    Talayırlar,doymadıqca gözləri,
    Cərgələri ildən-ilə sıxlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Aydinları aydınlığa səsləmir.
    Ordusuna kimsə ümid bəsləmir.
    Qarabağı azad görmək istəmir.
    Düşmən ilə vədələşib,vaxtlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Test qoyasan sən bunlardan yüzünə,
    Biləmməzsən əyrisi nə,düzü nə!?
    Diqqət etsən duruşuna,üzünə,
    Murdarlıqdan xortdanlaşıb,xoxlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.

    Təmiz suyu,qardaş,başdan bulanıb.
    Ayı,günü tam tərsinə dolanıb.
    Yaxşı-pisi üst-üstünə qalanıb.
    Arı yeyib,acları da toxlaşıb.
    Bu millətdə namus,qeyrət yoxlaşıb.
    19.11.2012
  • noyabr 2017, Səmi

  • 890
Ailə yükü romanı 4 cü hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

Yenə müəllimə qaçqınlardan danışırdı. Bizdə müəllimənin dediklərinə uşaq sadəliyi ilə qulaq asırdıq. Amma nə üçünsə, müəllimə kədərli baxışları ilə bizə baxırdı. Görünür ölkədə, olan hadisələr......

Əkizim kimi

Dəhnəli Məmməd Hacızadə

Mən sənin şairin,sən mənim şeirim, Gözlərin görünür sətir arası. Belə məyus-məyus baxma sevgilim, Daha kövrəlməyin deyil sırası. Bu ülvi hislərlə, başqa birini Sevmədim, mən səni......

Kor və Cahil (10 hecada)

Dəhnəli Məmməd Hacızadə

Bir kor kişi yol ilə gedirmiş, Şükranlıq ilə zikrin edirmiş. Duyub bir cahil onun zikrini, Etdiyi həmdü-səna, şükrünü. Deyib nə gərək şükrünə ey kor, Şükrün......

Gedər (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Hay salanlar hayə gedər,vay salanlar vayə gedər. Olunca haqdan aralı ömrün-günün zayə gedər. Qanan sorar ar eyləməz,qanmaza söz kar eyləməz, Tükətmə nəfəs boşuna sözlərin havayə......

Səni Bildim (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Anlayınca nədir eşq canımda canım səni bildim. İsindi buz ürəyim damarda qanım səni bildim. Tükənməyən eşq mülkümün olsam da xanı mən yenə, Xanimanımda mənim nur......

Axirət İnsanın Əməlindədir

Dəhnəli Məmməd Hacızadə

Bu qısa həyatı elə yaşa ki, Ziyanın dəyməsin bircə insana. Məzarın önündən ötəndə kimsə, Görüb çevirməsin üzünü yana. Adın çəkiləndə ruh qaralmasın, Nifrət hiss etməsin......

İstəyirəm (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Eşq nubarım, səni bilsən nə qədər istəyirəm, Qönçə rüxsarını hər gün təzə-tər istəyirəm. Bitmədi eşqim sənə ey gül, hicranına dözdüm, Demədim bircə kərə mən ki......

Millətin Dilidir Əvəz Zeynallı

Dəhnəli Məmməd Hacızadə

Dərbənddən Bağdada uzana bilən, Xalqın tək əlidir Əvəz Zeynallı! Ədalət şamında pərvanə olan, Nəslin təməlidir Əvəz Zeynallı! Həmişə mərdlərə qazılıb quyu, Arxadan vurmaqdır namərdin huyu.......

Sağlam cəmiyyət

Ceyhun Fikrət

İnsanların bir-birinə yadlaşdığı bir vaxtda, hətta qohumların da bir-birinə yad olması o deməkdir ki, cəmiyyət getdikcə tənəzzülə uğrayır. Tənəzzülə uğrayan cəmiyyətdə isə sağlam ailələrin mövcud......

Rüşvət xəstəliyi

Ceyhun Fikrət

Uşaqlıq illərindən ətrafımdakı insanların həyatına biganə qala bilməmişəm. Hər zaman haqqımı müdafiə etsəm də çox haqqsızlıqla qarşılaşmışam. Bəzən öz haqqını müdafıə etməyərək hər yerdə rüşvət......