...
  • Yazarlıq sənəti. Nə yazaq, nə haqda yazaq?
  • Sima Ənnağı
  • İçindən gələn coşquyla qələmi ya noutbuku əlinə alıb tez-bazar bir roman yazmaq arzusu ilə işə başlamazdan əvvəl bir nəfəsini dər, sakitləş :).

    Sonra fikirləş - insanlara nəyi nəql etmək istəyirsən, hansı hadısəni onlara çatdırmağı vacib bilirsən? Bu an içindəki mənfur tənqidçi başını qaldırıb, səsini ucaldıb, sənin xəyal qanadlarını qırmaq üçün deyəcək ki, bu mövzuda minlərlə kitab yazılıb, milyonlarla söz deyilib. O boyda sənətkarların yanında sənin kitabını kim oxuyacaq? Sən kimə hansı yeni sözü deyə bilərsən? Kimi nə ilə maraqlandırarsan?

    Daxili tənqidçi mütəmadi olaraq səni əzməyə, mətn yazmaqdan yayındırmağa çalışacaq. Fikir vermə. Əzmlə işinə davam et, kitab yazmaq xəyalını daxilindəki neqativlik kələfinə qurban vermə, sən yazarlıqda irəlilədikcə, sənə pəl vuran daxili səs də yavaşlayacaq...

    Öncə qulaqda sırğa etmək lazımdır - hər kəsin deməyə sözü var! Hər kəsin bir həyat tarixçəsi var! Və bu tarixçə ilə bölüşmək haqqı var. Amma sənin tarixçənin minlərlə insana maraqlı olması üçün bilməlisən - nə yazırsan, necə yazırsan.

    Yazı mövzusuna gəlincə, bəzən sən siyasətdən yazmaq istəyirsən, amma sənin uşaqlıq travmaların, ailə tarixçən daha dəyərli olur. Hansını seçəsən - məhz sənə maraqlı olanı, ya minlərlə insanın ürəyində səslənə biləcək daha şəxsi, intim mövzunu? Ya da gərək hər iki mövzunu necəsə uzlaşdıra, bir-biri ilə əlaqələndirə biləsən. Burda bir məqam var ki, hər yazdığın mətn - sırf sənin həyat təcrübəndən qaynaqlanmır, amma sənin yaşadıqların, gördüklərin mətndə ola bilir. Məsələn, müharibədən yazmaq üçün döyüşlərdə iştirak etmək, və ya fantastika yazmaq üçün kosmosa üçmaq gərək deyil - müharibəyə, və ya kosmosa aid topladığın materialı öz həyat pəncərəndən baxaraq, təhlil edib, bədiiləşdirib özününküləşdirə bilərsən.

    Yaxşı bildiyin, yaxşı bələd olduğun tarixçələrdən yazmaq lazımdır. Bu o tarixçələrdir ki, sənin içində səslənir, sənə yaxındır, sən nə baş verdiyini, niyə baş verdiyini anlaya bilirsən və bunları oxuculara çatdırmaq istəyirsən. Soruşa bilərsən, axı bu kimə maraqlı ola bilər? Təkrar etməyə məcburam - hər kəsin deməyə sözü vardır!

    Parlaq, orijinal qəhrəman, qeyri-adi hadisələr həmişə maraq döğurur.

    Yazdığın mətn (kitab) kimə ünvanlanır, yəni oxucuların kimdir? Aydındır ki, əgər sən yeniyetmələr üçün yazırsansa, onlara tanış və əhəmiyyətli olan mövzulardan bəhs etmək lazımdır. Azyaşlı uşaqlar və gənclərin, eləcə də yetkin insanların maraq dairəsi fərqlidir - kitab yazarkən, auditoriyanı nəzərə almaq vacibdir.

    Tutaq ki, mövzu təyin edildi. Mövzu süjetə təkan verir, istiqamətləndirir. Burada əsərin janrı da əhəmiyyət kəsb edir - eyni tarixçəni komik janrda, ya da dram janrında yaza bilərsən, təbii ki, sonda yaranan kitab da fərqli "yüklü" olacaqdır.

    Mətnin meyarları:
    - nəyə yaxşı bələdsənsə, onun haqqında yaz.
    - mövzu oxuculara maraqlı və əhəmiyyətli olmalıdır.
    - oxucu auditoriyası və yazının janrı təyin edilməlidir.
    - həyat tarixçələri ətrafımızdadır. Onları bədiiləşdirib mətn şəklinə salmaq yazarlıq sənətidir.

    sima-simacan.blogspot.com
  • yanvar 2022, Sima Ə.

  • 19
Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şe...

Vüsalə Qələndərli (Sadıqova)

“Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və......

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Vüsalə Qələndərli (Sadıqova)

Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş......

Qaranquş Yuvası

Firuz Mustafa

(qısametrajlı film üçün ssenari) 1. Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır. Sadə qaydada döşənmiş otaqlardan biri.......

Həyatı. Əsərləri. F.m.

Firuz Mustafa

Azərbaycan dilində (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bu gün hava çox sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən belə günlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu.......

Nağıl № 33

Cəmilə Allahverdiyeva

Mən bu gün Sabahı sevəcəyəm... Və sevgi istəyəcəyəm! O məni sevməzsə, Sevgimi verməzsə, O gün, O gün, - sabahı sevəcəyəm! Və gözləyəcəyəm!.. Mən bir sevgi......

.Bioqrafiyası və əsərləri

Firuz Mustafa

Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi......

Yeddisi ayın yeddisi-

Habil Yaşar

Annotasiya Oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. Əsərdə Aytəkin......

Cəvahir Tanrıverdi - Sən Bu Xalqın Dayağı

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sən Bu Xalqın Dayağı (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan.......

Tamella Pərvin. Allah, bu zəngulə Xanın səsidir,

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Müstəqilliyimizə Salam, xoş gəlmisən, müstəqilliyim. Səni elə-belə gətirmədik biz... Aldıq yağılardan, bu şanlı Yurdu, Səni yaşadacaq, bizim sevgimiz. Amalın günəşdi, od......