...
  • Düşüncələr2
  • Şümşəd Hüseynova
  • İnsanlar seçimlərinin əziyyətini daim çəkir. İstər yaxşı, istərsə də pis. Hər şey kənardan göründüyü qədər gözəl və füsunkar görsənir, reallıq isə elə olmur. Gördüyümüz dəbdəbəli həyatların arxa planı qaranlıq olur.

    Yenə eyni duyğular içində çırpınıram... təklik... Hər kəs çox ağıllı, hər kəs çox böyükdür, bəs sən? Sən kimsən? Böyüksən? Ağıllısan? Nəsən axı? Heç kim... böyük bir heçlik... Gün boyu hər kəs qaçır, tələsir, ancaq "niyə?" sualını vermir. Bəs niyə qaçırıq? Eyni mövzular yenə elə? Yenə dönüb-dolaşıb eyni yerə çıxıram, "niyə?" sualına... İllərdir bəşəriyyətin cavab tapa bilmədiyi həmin o suala. Hətta alimə belə "niyə?" sualını verərək onu çaşdıra bilərsiniz. Bəs sizcə, niyə? Niyə "niyə" sualı bu qədər qəliz gəlir? Dörd hərf, bir ömür...

    Bütün insanlar arasında təklik içində boğuluram və bu hissdən həzz alıram. Özümə zülm etməyimi sevirəm, yoxsa eqoistəmmi, bilmirəm. Söhbət bilirsiniz nədir? Bir zamanlar siz onları istəyəndə onlar sizi istəmədi. Ətrafınız sizi itələyib çıxardı. İndi isə dəyişiblər... Sən onları istəmirsən, onlar səni istəyir. Ümumiyyətlə, həyatım o qədər qəribə hiss etdirir. Bəzən ətrafım dolu insan olur, bəzən isə heç kimsəm olmur. Səbəb? Deyim özüm... Heç biri qalıcı olmur, çünki heç bir insan qalıcı olmur. Sadəcə ətrafınızda olan o bir müddətlik insanları düzgün seçin ki, sonra sizə zərbə vurmasınlar.

    Ətrafınızda çoxu ola bilər və inan ki, sizi çoxları sevə bilər, amma ruhunuzu çox nadir anlayanı olar. Hər biri sizə "yaxşı dost", "yaxşı sevgili" deyə bilər, amma çox azı sizin əslində ehtiyacınızın tərif və əzizlənmək olmadığını anlayar. Bu isə öz ruhunuzun əksini tapanda ola bilər. Bəzən isə sizin ürəyinizi oxuyan sizdən çox uzaqda, əlçatmaz olar. Bəlkə də o da sizi anlamır, anlasa yanınızda olmazdımı?

    Son zamanlarda ən çox deyilən söz "Niyə elə aşiqsənmiş kimi baxırsan?" olur. Oturub izah edə bilmirəm, ona görə yox ki, həvəsim yoxdur, ona görə ki, izah etsəm də anlamayacaqlar. Ümumiyyətlə, çoxu sizin xəyallarınıza, istəklərinizə, düşüncələrinizə qəribə baxacaq, bəzən isə güləcəklər.

    "Mən Vətən üçün yaşayıram" deyəndə "Vətən sənə nə edib?" deyirlər. Bu isə həmin insana nəyinsə izahını mənasız edir. "Vətən üçün yaşamaq" deyəndə kim nə başa düşür, bilmirəm, amma tək bir şeyi bilirəm ki, "Vətən sənə nə verib?" sözü ayağını basdığın torpağı heçə saymaqdır. Cəmiyyətin tamahına, oğurluğuna, şəhvətinə görə Vətəndən imtina edilərmi?

    Məsələ də budur, hər kəs Vətənlə cəmiyyət anlayışını səhv salır.

    Sözümün məğzi nə idi? İnsanlardan sırf belə fikirlərə görə qaçıram.
  • sentyabr 2026, Şümşəd H.

  • 131
Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......

Arazın taleyi

Şəhriyar Mürsəl

Bu gün qonşumuz Məmmədəli kişi zəng edib dedi: — Bəs bizim uşaq 11-ci sinifdə oxuyur. Ona məsləhət ver. Nəsə, telefonu verdi oğlu Araza. Söhbətə başladım.......

Sevmədim dünyanın mən tərəfini

Təranə Dəmir

Heç kimə qaynamır qanım haçandı, Açılmır sabahım,danım haçandı, Neynirəm isinmir canım haçandı, Don vurub könlümün gün tərəfini. Baş əyib getmişəm qədərə,neynim, Vermişəm bir ömrü hədərə,neynim,......

Fəlsəfə işığında

Firuz Mustafa

Bir daha fəlsəfə haqqında... Təkcə hansısa elmi auditoriyada deyil, hətta sosial şəbəkələrdə də arabir bu cür suallarla rastlaşırıq: “Filosof kimdir?”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Iıı том Pièce Баку -2026 Фируз Мустафа Пьесы Iıı том Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Adamın kölgəsi

Tural İsmayılov

Bir səhər bir adam oyandı və gördü ki, kölgəsi yoxdur. Əvvəlcə qorxdu. Sonra güzgüyə baxdı. Hər şey qaydasında idi. Üzü, əlləri, ayaqları yerindəydi. Sadəcə kölgəsi......

Повесть. Рассказы. Rusca

Firuz Mustafa

Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу......

Pоманы. Romanlar. Rusca

Firuz Mustafa

В новую книгу Фируза Мустафы включены два его романа. Автор представляет своим читателям возможность......