...
  • Əzizim
  • Şümşəd Hüseynova
  • Mən səni dərman bilərdim
    Sən dərdimə dərdmi qatırsan?
    ya gəl yanıma, ya burax məni,
    Sevgimi oyuncaqmı sanırsan?
    Sənsiz dözmək olmur, əzizim.
    Hara gedim?
    Kimə deyim dərdimi?
    Hara baxsam səninlədi ürəyim
    canımı aldın məndən, əzizim.
    Kaş ki, yenidən gəlsən...
    Kaş ki, yenidən sevsən
    bu kaşlar hara gedir, əzizim?
    İndi səndən uzaqlarda
    könlüm ağlar qapılarda
    yadlar açar qapıları
    tək sən açmarsan, əzizim.
    Kaş canımı alsa Rəbbim
    lap ucadan baxsam geri
    səni görmək nəsib olar, əzizim?
  • iyul 2026, Şümşəd H.

  • 2
Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Cənnətiniz batsın

Şümşəd Hüseynova

Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq. Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə?......

Yağış qadın

Şümşəd Hüseynova

İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yanılacaqsan

Şümşəd Hüseynova

Bir yaz axşamı Ay işığında görsəm üzünü, duysam səsini. Kim deyər bezmişəm nur camalından. Ay mənim, bəxtimin qara taleyi. Səni sevmişdim günəşli bir gün, necə......

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

Təsadüf (hekayə)

Şümşəd Hüseynova

Həyat necə qəribədir heç düşünmüsünüz? Hər gün hər birimiz səhər dururuq və bir sıra məqsəd və məcburiyyətlərimiz üçün yol gedirik. Hər, axşam isə həmin yolu......