...
  • Ananın pıçıltısı
  • Vüqar Mirzə
  • Ananın pıçıltısı


    Paytaxtdan xeyli uzaq bir əyalətdə anadan olmuş bir uşaq hər dəfə televizorda velosiped sürən uşaqları görəndə elə düşünürdü ki, Bakı kimi böyük şəhərlərdə yaşayan bütün uşaqların velosipedi olur. Ən böyük uşaqlıq arzusu da bu idi ki, valideynləri onun üçün velosiped alsınlar. Hər dəfə evdə bu barədə söhbət açanda nədənsə anası buna mane olurdu. Sanki uşağının xoşbəxt olmasını istəmirmiş kimi bu arzusuna çatmağa imkan vermirdi. Buna görə də bəzən qohum-qonşular onu qınayırdılar. “Bircə velosiped nədir ki, onu da uşağa qıymır” kimi, gileyli pıçıltılar eşidir, kinayəli baxışlara rast gəlirdi. Amma ana heç zaman bu istəyin əleyhinə olmasının səbəbini dilə gətirmirdi. Sanki ağlına gələcəyinin, başına gələcəyindən qorxurdu: “Dilim qurusun! Birdən düşündüyüm uşağın başına gələr”, – dodaqları xəfifcə titrəyirdi...

    Beləcə illər keçdi... Oğul hərbi xidmətə – vətən borcunu verməyə getdi. Günlərin birində o ucqar kəndə bir xəbər yayıldı: “Kəndə şəhid cənazəsi gətirilib!”. Paytaxtdan, qonşu rayonlardan eşidib-bilən hamı axışıb o kəndə gəlirdi. Hər kəs mənəvi borcunu ödəmək üçün şəhidin dəfnində iştirak etmək istəyirdi. Bu insan izdihamının içində tabuta hamıdan yaxın duran bir neçə nəfər diqqəti cəlb edirdi. Bunlardan biri şəhid anasının üzünə baxa bilmədiyindən başını aşağı əyən komandir, o biri məzlumcasına boynunu büküb qabarlı əllərini ürəyinin başına qoyan ata, digəri isə davamlı bu sözləri təkrar edən bir qadındı: “Mən oğluma velosiped almadım ki, yıxılar – qolu-qıçı əzilər. Onun sızıltısına ürəyim dözməz. Sağ-salamat əsgər göndərdim, çiyinlərdə gəldi..."


    P.S. Bu hadisə 2018-ci ilin yayında Quba rayonunda baş vermişdi.
  • may 2018, Vüqar M.

  • 129
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......