...
  • Ayaq Səsi hekayə kitabından
  • Vüsalə Vətənxan
  • Səhər açılırdı. Günəş yenə də adəti üzrə öz şəfəqlərini bu sınıq pəncərələrdən içəri vururdu. Gecənin soyuğunu içəri ötürən sınıq pəncərələr sübh çağı narin üfüqləri yerə səpələyirdi. Kimsə düzəltdirmirdi bu şüşələri. Yayı qışa, qışı yaya satan fəsillər hələ də ard-arda ötüb keçirdi. İçəridə yatan məsum körpələr öz röyalarından ayılmaq bilmirdilər. Bəlkə də nə vaxtsa ayılacaqlar, lakin ayılmaq istəməyəcəklər. Kaş elə hər şey yuxu kimi şirin olardı deyəcəklər.

    Bura tərk edilmiş körpələrin tək sığınacağı idi. Bura yadları birləşdirən doğma ocaq sayılır. Yaş həddindən asılı olmayaraq bura az yaşından gətirilib buraxılan uşaqlar var idi ki, illərdir bu evdə yaşayır, bir yerdə məskunlaşır, eyni tikəni yeyir, eyni sudan içir, eyni yeməyi dadırlar. Kimsə onları yad etmir, bəlkə də az hallar olardı ki bu uşaqlar gəzintiyə çıxsın, yeni bir şey kəşf etsinlər. Onlar öz uşaqlıqlarından məhrum olmuş uşaqlar idi. Yenə də uşaqlar, doğma bir qucağa ehtiyac duyan uşaqlar...

    Qeyd: Vüsalə Vətənxan qələmə aldığı "Ayaq səsi" adlı hekayəsində bir ananın ayaq səslərindən bəhs etmişdir. O, öz hekayəsində həmçinin ana səsi duymayan, ana qayğısı görməyən kimsəsiz uşaqların taleyindən bəhs etmişdir. İnanırıq ki kitab hər kəsin qəlbinə yol tapacaq. (qeyd edək ki, satışdan əldə edilən vəsait kimsəsiz uşaqlara yardım üçün toplanılır.)

    Qiyməti: 4 azn

    Ünvan:
    KİTABEVİM.AZ
    1. Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
    2. Yasamal r., Zivərbəy Əhmədbəyov küç 2., (Nizami Metrosu yaxınlığında) əlaqə: 012 498 79 89 ; 055 877 24 44
    Ünvan:
    Xan Xəzinəsi Kitab Evi (012) 538 53 65,
    Ünvan:
    İçərişəhər metrosu yaxınlığındakı keçiddə.


    Əlaqə üçün: 055-714-05-75 / Rəşad Dadaşov
    email: mmhemreylik@gmail.com
  • mart 2018, Vüsalə V.

  • 217
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......