...
  • Qarabağ Azərbaycandır, Azərbaycan Dünya.
  • YAZARLAR.AZ
  • (Qurban Bayramovun 75 illiyinə)
    Salam olsun, çox dəyərli oxucum! Məramı mübarək günü qutlamaq və sevimli Allah bəndəsini anlatmaq olan bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58′23″ şm. e. 47°03′08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub. Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonuşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən avvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksənici illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan... Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var... O böyük insan dəyərli alimimiz, el ağsaqqalı, professor Qurban Bayramovdur.
    May ayının 30 Qurban müəllimin ad günüdür! Bu il həmdə onun anadan olmasının 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illik münasibəti ilə onun haqqında yazı yazmaq fikirim əvvəldən olmayıb. Özünə də demişdim ki, inşəaAllah “hazırlaşım, 80 – də belə bir məzmunu yazı yazacxam, Allah hər ikimizə ömür versin...” Bu məqsədlə də “Yazarlar” jurnalının may -2021 sayında rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb, hazır qoyduğu yazı ilə təbrik etmişdim, Qurban müəllimi. Ancaq, iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası” sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllərdə çox yerdə qeyd etmişəm, demişəm. İş -yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səh. ikincisi isə 200 səh. həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə şalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə itəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu firimi yəqin ki, qəbul edərlər... Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası... Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektiriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən... Özü şəxsən canlı-canlı deyir yaz bala, yaz bu adam Allah adamıdır... Allahın sevimli bəndəsidir... Yaz... Oxu...
    Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70 – 80 –ci illərində kril əlifbası ilə nəşr olunmuş dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığı haqqında olan “Vurğun poeziyası” 1976, “Lirik qəhrəman və zaman” 1986 kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə nəşr olunmuşdur. Adı çəkilən kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu “Google” ola bilər.) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.
    Ədəbiyyatşünas alim, tənqidçi, professor Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.
    Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, Vallahi dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız... Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin... Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
    “Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağ olanda yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara…”
    Ruhun şad olsun, böyük insan...
    Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim ad gününüz mübarək olsun! Bu yazını başda Rəşad Məcid olmaqla qələmli və qələmsiz bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir... Bu şad gününüzə sevinir... Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin... Yazın, yaradın biz də oxuyaq öyrənək... 80 illikdə də yazmağı söz vermişəm, o öz yerində... İnşəaAllah onda da mən yazaram, Rəşad müəllim dərc edər, Siz də oxuyarsınız! Var olun! Allah Sizləri qorusun, dəyərlimiz səbəbkar və çox hörmətli oxucular!!!
    Zaur USTAC
    “Yazarlar” jurnalının
    Baş redaktoru.

  • may 2021, Yazarlar.az

  • 120
Gəldim Sənə

Dəhnəli Məmməd Hacızadə

Zəl Cəlali Vəl İkram, Yoruldum . Görməkçün Cəlalını , Duruldum . Bir çeşmədən süzülüb, Xırmanlarda çözülüb, Yonqarlanıb, üzülüb, Yol aldım . Xətamla,günahımla......

Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......