...
  • Aşiqlə məhəbbətin söhbəti
  • Zahid Şirinli
  • Aşiq bir axşam qaranlığında səssizliyə səsləndi:

    — Ey Məhəbbət, niyə mənim yoluma həmişə daş düzüb qaçırsan?

    Məhəbbət külək kimi pıçıldadı:
    — Səni sındırmaq üçün yox, möhkəmlətmək üçün. Daşsız yol məni tanımaz.

    Aşiq dedi:
    — Mən səni sevə-sevə itirdim, gözüm yolda qaldı, adın dildə qaldı. Buna dəyərdimi?

    Məhəbbət cavab verdi:
    — Dəyərdi… Çünki sən indi əvvəlki sən deyilsən. Sevməmiş adamın sözü ağır olmaz.

    Aşiq köks ötürdü:
    — Amma mən yanıb kül oldum. Sən niyə həmişə qalib çıxırsan?

    Məhəbbət gülümsədi:
    — Çünki mən qalib gələndə sən şair olursan, uduzanda isə sadəcə susan biri.

    Aşiq gözlərini yerə dikdi:
    — Bəs mənim payım nədir bu oyunda?

    Məhəbbət asta-asta dedi:
    Sənin payın xatirədir, misra-misra ağrı, amma ömrün boyu işıq saçan bir ad… Mənim adım.

    Aşiq son dəfə soruşdu:
    Bir də qayıdacaqsanmı?

    Məhəbbət cavab verdi:
    Mən heç vaxt getmirəm… Sadəcə bəzən insanın ürəyində yerimi dəyişirəm.

    Aşiq susdu.
    Çünki bildi: Məhəbbətlə mübahisə olmaz, onu ancaq yaşamaq olar.
  • dekabr 2025, Zahid Ş.

  • 319
Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Qeydlər Etüdlər Təqdim edilən kitabda nın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......

Dramatik pauzalar. Məruzə

Firuz Mustafa

Dramatik Pauzalar: Əvvəl Və Sonra Azərbaycan Dramaturgiyası qurultaylararası dövrdə (məruzə) Proloq Dramaturgiyamızın son illərdəki durumu ilə bağlı söhbət açmazdan əvvəl, təəssüf hissi ilə qeyd etməliyəm......

Trio. Rusca

Firuz Mustafa

1. Райский Цветок (роман) 2. Морское Кочевье (повесть-притча) 3. День Лошади (рассказ-триптих) Баку-2021 фируз мустафа ТриО роман.повесть.рассказ В представленную читателям книгу Фируза......

Луч. Qarışıqjanr. Rusca

Firuz Mustafa

ЛУЧ Смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Баку.2026 фируз мустафа луч смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей......

Rasskazı. Frazı. Rusca

Firuz Mustafa

Фируз Мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Баку.2026. фируз мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Творчество Фируза Мустафы, как......

Teatr Meydanı. Roman

Firuz Mustafa

Teatr Meydanı Detektiv roman Bakı-2020 Teatr Meydanı (roman) Detektiv Dеtеktiv jаnrdа qələmə аlınmış "Teatr meydanı" əsərində bir-birini əvəz еdən gözlənilməz hаdisələr......

Roman. Povest. Rusca

Firuz Mustafa

ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Oyunlar. Hikayeler. Türkce

Firuz Mustafa

Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar Baku-2023 Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar ünlü bir Azerbaycan yazarı ve filozofutur.......