...
  • "Get"
  • Zahid Şirinli
  • Get

    Hisslərinin coşqun çağlarında duyduğun bir “get” sözü: yüz cümlədən ağır gəlir insana. Hərdən elə olur ki, bir baxışla başa düşürsən buradan sonrası yoxdur. Nə deməyə söz qalır, nə də qalmağa səbəb.

    “Get” — sadəcə bir hecadan ibarət bir kəlmədir, amma içində min vidalaşmanın iztirabı gizlənib. O söz deyildiyi anda dünya sanki dayanır. Hər şey donur, nəfəsin boğazında ilişir. Çünki “get” deyən adam da, gedən adam da bilir: bu, sadəcə bir ayrılıq deyil, bu- bir sevgi dövrün bitməsidir.
    Gedən adətən özünü azad hesab edir. Amma əslində, ən ağır yükü də o daşıyır. Çünki, hər addımda geriyə baxmaq istəyir. Görəsən, qalan hələ də oradadırmı? Hələ də gözləyirmi?Gözləyən get deyərmi?! Heyf!
    Qalan isə səssiz-səssiz baxır qapının arxasınca. İçində fırtına qopur, amma kənardan sakit görünür. Çünki “get” dediyi anda, öz ürəyinin bir parçasını da o yola salıb.
    Bəzən həyat insanı məcbur edir ya getsin, ya da getsin... Bəzən getmək qorxaqlıq deyil, sadəcə başqa cür yaşamaq cəhdidir. Amma yenə də gedən də, qalan da: hər iki tərəf bir az ölür o anda.
    Və ən pisi — illər sonra o “get” səsi qulağında təzədən səslənir. Eyni səs, eyni baxış... amma artıq heç nəyi dəyişmək olmur. Sadəcə düşünürsən: bəlkə elə doğrusu getmək imiş...
    Lakin, bu qədər ağrıtmasaydı...
  • oktyabr 2025, Zahid Ş.

  • 557
Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......

Dramatik pauzalar. Məruzə

Firuz Mustafa

Dramatik Pauzalar: Əvvəl Və Sonra Azərbaycan Dramaturgiyası qurultaylararası dövrdə (məruzə) Proloq Dramaturgiyamızın son illərdəki durumu ilə bağlı söhbət açmazdan əvvəl, təəssüf hissi ilə qeyd etməliyəm......

Trio. Rusca

Firuz Mustafa

1. Райский Цветок (роман) 2. Морское Кочевье (повесть-притча) 3. День Лошади (рассказ-триптих) Баку-2021 фируз мустафа ТриО роман.повесть.рассказ В представленную читателям книгу Фируза......

Луч. Qarışıqjanr. Rusca

Firuz Mustafa

ЛУЧ Смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Баку.2026 фируз мустафа луч смешанные жанры Философия.Поэзия.Афорзмы.Эссе Творчество Фируза Мустафы, как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей......

Rasskazı. Frazı. Rusca

Firuz Mustafa

Фируз Мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Баку.2026. фируз мустафа Любовные послания на мёртвом языке Рассказы и фразы Творчество Фируза Мустафы, как......