...
  • Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı
  • زائـــور اوستاج
  • Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

    Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncam əsasında “Sözün xaqanı” böyük Azərbaycan şairi Xaqani Şirvaninin irsinə və Qərbi Azərbaycan mövzusuna həsr olunmuş möhtəşəm ədəbi-mədəni tədbir keçirildi.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbir sözün həqiqi mənasında bir məktəb proqramı deyil, milli yaddaşın canlı dərsi idi. Zala daxil olan hər kəs hiss edirdi ki, burada yalnız bir şair yad edilmir tarix, poeziya və kimlik eyni səhnədə görüşür. Tədbirin yüksək təşkilatçılığı isə ilk andan hiss olunurdu. Qonaqların səmimi qarşılanması, zalın estetik tərtibatı, proqramın ardıcıllığı və hər detalın düşünülmüş şəkildə hazırlanması Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilovun bu layihəyə necə böyük məsuliyyət və sevgi ilə yanaşdığını açıq göstərirdi.
    Qonaqlar məktəb kollektivinin xüsusi diqqəti ilə qarşılandı. Məktəbin direktoru Mahnur Hüseynovanın rəhbərliyi altında müəllim heyəti tədbiri sadəcə təşkil etməmiş, onu bir mədəniyyət bayramına çevirmişdi. Şagirdlərin geyimindən səhnə mizanına, musiqi seçiminə qədər hər məqam müəllim əməyinin və peşəkar hazırlığın nəticəsi idi. Uşaqların çıxışlarında hiss olunan inam və səhnə mədəniyyəti onların uzunmüddətli hazırlıq prosesindən keçdiyini açıq nümayiş etdirirdi.
    Qərbi Azərbaycanda doğulmuş yaradıcı yazar kimi tədbirin mənəvi yükünü xüsusi hiss etdim. Müəllifi olduğum “Göyçə” şeirindən və Xaqaniyə həsr etdiyim poemadan parçalar şagirdlərin ifasında səsləndi. Uşaqların səsində həm həsrət, həm qürur, həm də gələcəyə uzanan milli ruh duyulurdu. Tədbirin ən duyğulu anlarından biri də şagirdlərlə səmimi görüş zamanı onlara müəllifi olduğum şeir jurnallarının hədiyyə edilməsi oldu. Bu görüş sadəcə təqdimat deyil, sözün nəsildən-nəsilə ötürülməsi kimi yadda qaldı.
    Tədbirin ən təsirli məqamlarından biri gənc şagirdlərin
    Məmmədli Abdullah Canpolad (8 “A”) və
    Xəlilova Ayişə Rəsulun (7 “A”)
    səhnə boyu Xaqani Şirvaninin portretini canlı şəkildə çəkmələri oldu. Daha sonra şairin həyatının ən dramatik səhifələrindən biri həbs səhnəsi teatral kompozisiya ilə canlandırıldı. O qədər təsirli idi ki, sözlə ifadə etmək çətindir bunu görmək lazım idi.
    Tədbirdə çıxış edən qonaqlar proqramın elmi və ictimai əhəmiyyətini daha da artırdı.
    ADPU beynəlxalq əlaqələr üzrə prorektoru, dr.professor Mahirə Nağıqızı şagird və müəllimlərə dəyərli tövsiyələr verdi, milli ədəbiyyatın gənc nəslin formalaşmasındakı rolundan danışdı.
    Milli Məclisin deputatı və Qərbi Azərbaycan Qadınlar Şurasının sədri Məlahət İbrahimqızının tədbirə qatılması iştirakçılara xüsusi ictimai məzmun qatdı.
    Türkiyədən təşrif buyurmuş Kerem Karabulut, Erzincan Binali Yıldırım Universitetinin dekanı və Atatürk Universitetinin professoru kimi türk dünyasının ortaq ədəbi dəyərləri və “Sözün xaqanı” kitabı barədə fikirlərini bölüşərək və iki kitabın ön söz müəllifi olaraq tədbirə beynəlxalq ruh gətirdi. Xızı rayon Giləzi qəsəbəsi Mikayıl Müşfiq adına məktəbin direktoru Svetlana Rüstəmovanın çıxışı da yadda qalan məqamlardan oldu.
    Abşeron rayonun təhsil nümayəndələri, məktəb rəhbərliyi, müəllim kollektivi, müxtəlif məktəblərdən gəlmiş direktorlar və Bakıdan qatılan ədəbiyyatsevərlər tədbirin miqyasını daha da genişləndirdi. Qadın qonaqlara göstərilən yüksək diqqət, səmimi münasibət, tər çiçəklərlə qarşılanması və təşkilati mədəniyyət Abşeron təhsil mühitinin nümunəvi səviyyəsini nümayiş etdirdi. Bu cür genişmiqyaslı tədbirlərin həyata keçirilməsində rayon rəhbərliyinin göstərdiyi diqqət və dəstək xüsusilə hiss olunurdu. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin təhsilə və milli-mənəvi layihələrə verdiyi önəm belə təşəbbüslərin reallaşmasına mühüm stimul verir.
    Eyni zamanda belə böyük və ideya baxımından əhəmiyyətli tədbirin ərsəyə gəlməsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin sistemli fəaliyyəti də aydın şəkildə görünürdü. Təhsildə milli dəyərlərin qorunması və məktəblərdə ədəbi-mədəni mühitin gücləndirilməsi istiqamətində göstərilən diqqətə görə idarənin müdiri İlhamə Abdullayevaya təşəkkür hissləri tədbirin ümumi ruhunda öz əksini tapırdı.
    Səmimi çay süfrəsi isə bu mənəvi görüşün isti və yadda qalan yekunu oldu. Şagirdlərin hazırlığı xüsusilə diqqət çəkirdi hər çıxışda müəllim zəhməti, hər misrada milli tərbiyə, hər addımda isə məktəbin ruhu hiss olunurdu. Bu tədbir bir daha sübut etdi ki, məktəb yalnız dərs deyil, millətin ruhunun yetişdiyi müqəddəs məkandır.
    Tədbirin yüksək səviyyədə təşkilinə görə Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilova və xüsusilə məktəbin direktoru Mahnur Hüseynovaya dərin təşəkkürlərimi bildirirəm. Çünki belə günlər sadəcə keçirilmir yaddaşa çevrilir.
    Sonunda xatirə şəkilləri də unudulmadı.

    Prezident mükafatçısı
    Yazıçı-Jurnalist
    Sona Abbasəliqızı İsmayılova
  • may 2026, زائـــور ا.

  • 142
Rəqəmsal petrixor, yaxud sıfırlardan sonrakı yağış (metamodernist hekayə)

Tural İsmayılov

Bakının iyun istisi köhnə binanın daş divarlarına elə hopmuşdu ki, mənzil nəfəs almırdı. 74 yaşlı Tofiq müəllim pəncərənin önündə oturub eyvandakı solğun sardinyalarına baxırdı. Həyat......

Haqq Tərəfə (qoşma)

Dəhnəli Məmməd Hacızadə

Dağ yol alar Məhəmmədə O gəlməsə dağ tərəfə. Cani-dildən etmək gərək, Təvəkkülü Haqq tərəfə. Nahaq salma qəlbə yara, Haqdadır hər dərdə çara. Talelərin rəngi qara,......

O Böyük Gün

Dəhnəli Məmməd Hacızadə

Lövhi-məhfuzda bizi uyaran Rəbbimiz var. Qopacaq Vaqiəni anladır açıq-aşkar. Dönə-dönə buyurur Axirətim var deyə, bəlkə biri "kor" deyə, bəlkə biri "kar" deyə. Buyurur diqqət edin......

Bəlkə Bir Gün

Dəhnəli Məmməd Hacızadə

güzgülənəm mavi dəniz gözlərində, Sən də, payız günəşitək şölələnib,bərq vurasan. Bitdim artıq bu həsrətin qor-qor olmuş közlərində, Baxışınla içimdəki boşluqları doldurasan.. Bəlkə......

11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq

زائـــور اوستاج

Bakı şəhəri, Yasamal rayonu, Milli Qəhrəman Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 11 “B” sinfi üçün bu gün təkcə bir tədris ilinin deyil, bütöv bir......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən insanın etdiyi səhvlər illər keçsə də onu tərk etmir. Nə qədər unutmağa çalışsan da, keçmiş bir kölgə kimi arxanca gəlir. Xatirələr səni özün də......

Xaqani Şirvani

زائـــور اوستاج

(Ədəbi düşüncə) Orta əsr Şərq poeziyasında fəlsəfi düşüncə və sözün etikası Azərbaycan ədəbiyyat tarixində elə simalar vardır ki, onların yaradıcılığı təkcə milli ədəbi......

İşıq və kölgə arasında ( bir pərdəlik fəlsəfi dram)

Tural İsmayılov

Bir pərdəlik fəlsəfi dram — Həqiqət heç vaxt ölmür, yalnız gizlənir — Personajlar Kənan — yaşlı bir müəllim, həyatını həqiqəti axtarmağa həsr etmiş Leyla —......

Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......