...
  • Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR
    Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
    Qəzənfər, sözündən təzə söz doğur,
    Şərdən yalan doğur, haqdan düz doğur.
    Hər yerdə analar oğlan, qız doğur,
    Qazaxda analar şair doğurlar!
    Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyəti, ümumbəşəri şairi, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ən ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir.
    Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir.
    Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir...” - fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum.
    QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib.
    Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun - “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” - misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, - “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” - demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.
    Şeirlərinin birində (“Zəfər sevinci”, Bakı -2023, “Elm və təhsil”. səh. 191.) :
    Dayansın hücumu şərin bəşərə,
    Kökündən yamanlıq, pislik laxlasın!
    Çəkməsin insanı iblis məhşərə,
    Zalımın zülmündən Allah saxlasın!
    - deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.
    Yaxud başqa bir şeirdə (“Zəfər sevinci”, Bakı -2023, “Elm və təhsil”. səh. 107.) :
    Suriya! Ey, köksü yanan məmləkət!
    Çəkilmir üstündən bir an fəlakət.
    Hər doğan sabahın qaranlıq saçır,
    Müqəddəs amallar səndən gen qaçır. ...
    Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır.
    Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun…
    Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun.
    03.06.2023. Bakı.
    Müəllif: Zaur USTAC,
    “Yazarlar” jurnalının baş redaktoru,
    şair-publisist.
  • iyun 2023, زائـــور ا.

  • 12
Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şe...

Vüsalə Qələndərli (Sadıqova)

“Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və......

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Vüsalə Qələndərli (Sadıqova)

Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş......

Qaranquş Yuvası

Firuz Mustafa

(qısametrajlı film üçün ssenari) 1. Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır. Sadə qaydada döşənmiş otaqlardan biri.......

Həyatı. Əsərləri. F.m.

Firuz Mustafa

Azərbaycan dilində (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bu gün hava çox sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən belə günlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu.......

Nağıl № 33

Cəmilə Allahverdiyeva

Mən bu gün Sabahı sevəcəyəm... Və sevgi istəyəcəyəm! O məni sevməzsə, Sevgimi verməzsə, O gün, O gün, - sabahı sevəcəyəm! Və gözləyəcəyəm!.. Mən bir sevgi......

.Bioqrafiyası və əsərləri

Firuz Mustafa

Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi......

Yeddisi ayın yeddisi-

Habil Yaşar

Annotasiya Oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. Əsərdə Aytəkin......

Cəvahir Tanrıverdi - Sən Bu Xalqın Dayağı

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sən Bu Xalqın Dayağı (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan.......

Tamella Pərvin. Allah, bu zəngulə Xanın səsidir,

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Müstəqilliyimizə Salam, xoş gəlmisən, müstəqilliyim. Səni elə-belə gətirmədik biz... Aldıq yağılardan, bu şanlı Yurdu, Səni yaşadacaq, bizim sevgimiz. Amalın günəşdi, od......