...
  • Xudayar Yusifzadə
  • زائـــور اوستاج
  • ŞƏHİDLƏR
    XUDAYAR YUSİFZADƏ
    Bu gün onun doğum günüdür!
    QISA ARAYIŞ:
    Ləqəbi: Xudu
    Doğum tarixi: 15 iyul 1998
    Doğum yeri: Bərdə, Azərbaycan
    Vəfat tarixi: 22 oktyabr 2020 (22 yaşında)
    Vəfat yeri: Ağbənd, Zəngilan, Azərbaycan
    Dəfn yeri: Bərdə Şəhidlər Xiyabanı
    Vətəndaşlığı: Azərbaycan
    Mənsubiyyəti: Azərbaycan Silahlı Qüvvələri
    Qoşun növü: Sərhəd Qoşunları
    Xidmət illəri : 2016—2018 / 2020
    Rütbə: Kiçik gizir
    Döyüşlər: Vətən müharibəsi
    • Murovdağ döyüşləri
    • Füzuli döyüşləri
    • Cəbrayıl döyüşləri
    • Zəngilan döyüşləri
    Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 2020
    Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi.
    HƏYATI
    Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.
    Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi.
    HƏRBİ XİDMƏTİ
    Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.
    2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
    İkinci Qarabağ müharibəsində iştirakı
    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
    Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    TƏLTİFLƏRİ:
    "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) 15.12.2020.
    "Vətən uğrunda" medalı (ölümündən sonra) 15.12.2020.
    "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra) 15.12.2020.
    İrsi və xatirəsi
    Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
    Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə "Xudayar təsnifi" adlandırılıb.
    2020-ci ildə Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
    2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu.
    Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.
    Tərtibatçı: Tuncay Şəhrili
    YAZARLAR.AZ
  • iyul 2022, زائـــور ا.

  • 167
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......