...
  • Zaur Ustac. Sübh Çağı.
  • زائـــور اوستاج
  • YAZ
    YAZI
    YAZAR
    YAZARLAR

    SÜBH ÇAĞI
    Pozur addım səsləri,
    Gecənin kor sükutun.
    Uzaqdan yeyin-yeyin
    Yeyir ürəyin qutun...
    * * *
    Qəfil başlayır quşlar,
    Necə gəlirsə buyruq.
    Sanki komanda verir,
    Gözəgörünməz çubuq...
    * * *
    Bürüyür bircə anda,
    Hər yanı sübh nəğməsi...
    İfa edir təbiət,
    Əsər Tanrı bəstəsi...
    * * *
    Getdikcə addım səsi
    Eşidilir yaxından.
    Gecə qaranlığında,
    Ötüb keçir yanımdan...
    * * *
    Tələsik addımlarda,
    Təlaşlı qəlbin səsi...
    Elə tələsir, sanki,
    (Ta dünyanın sonudur,)
    Tükənəcək nəfəsi...
    * * *
    Uzaqda dan sökülür,
    Gecənin rəngi qaçır...
    Yaxında purç tumurcuq,
    Qətran ətrini sacır...
    * * *
    Addımlar uzaqlaşır,
    Səngiyir sübh nəğməsi...
    "Allahu Əkbər"- deyə,
    Ucalır azan səsi...
    * * *
    Aydın olur səbəbi,
    O təlaşlı yerişin...
    Avazıyır qaranlıq,
    Anlamı var gərdişin...
    * * *
    "La ilahə illəllah",
    Yenə də çökür sükut...
    Əllər açılır göyə,
    Möminlər tutur qunut...
    * * *
    Gecənin bağrın yarıb,
    Gündüz sıyrılır qından...
    Kimisi tövbə edir,
    Neçəsi çıxır dondan...
    * * *
    Həmin şəxs yenə keçir,
    Qayıdanbaş yanımdan.
    İndi özü görünür,
    Səs çıxmır addımından...
    17.11.2022. Bakı.
    © Zaur Ustac
    YAZARLAR.AZ
  • noyabr 2022, زائـــور ا.

  • 2
Afət Şahid. Allahın Töhfəsi : A dan Z yə Zaur USTACın uşaqları ilə birlikdə...

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Allahın Töhfəsi : A dan Z yə Zaur USTACın uşaqları ilə birlikdə.... Allahın iznilə Uşaqlar hər Zaman Gələcəkdir. Onlar Gələcək QURmaq......

Bəxtiyar Abbas Intizar. Sahibsiz Itlə Söhbət

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sahibsiz Itlə Söhbət (hekayə) Ay Allahın heyvanı, nə meymunluq edirsən, keçirsən o yan-bu yanıma? Yalvarıram, üzünü sürtürsən ayağım altına. Zorla özünü......

Qulam Əkbər oğlu Qədirov

زائـــور اوستاج

Bu gün Bərdə rayonu Yenidaşkənd kəndində Birinci Qarabağ müharibəsində 1994 cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək......

Ilham Qazaxlı. Oğlum Şeiri

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Oğlum. (Oğlum Elşadın timsalında bütün balalara) Həyat bir ümmandır, üzəsən gərək, Hünərdir həyatın mənası oğlum! Hər çətin sınağa dözəsən gərək, Səbrdir......

Rəcəbova Emiliya Müşfiq qızı yazır

زائـــور اوستاج

yaz yazı yazar yazarlar Biri Var Idi, Biri Yox Idi... Biri var idi, biri yox idi. Bir kəpənək var idi. Kəpənək həmişə lovğalanırdı. O, həmişə......

Afət Şahid. Məhrəm Araz, Məlhəm Araz.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Məhrəm Araz, Məlhəm Araz... (Zaur Ustacın "Araz" şeiri haqqında) Zaur Ustac kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən......

Zaur Ustac. Sübh Çağı.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sübh Çağı Pozur addım səsləri, Gecənin kor sükutun. Uzaqdan yeyin-yeyin Yeyir ürəyin qutun... * * * Qəfil başlayır quşlar, Necə gəlirsə......

Şəhid Taxtın Mübarəkdi ŞəhidİM.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Şəhid Taxtın Mübarəkdi ŞəhidİM. (Şəhid Elmanın əziz xatirəsinə) Ömrü bir gül, ömrü qədər olanım, Yazda açıb, elə yazda solanım. Adı-sanı ürəklərdə,......

Şəhid Elnurun Əziz Xatirəsinə

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Bilər (Şəhid Elnurun əziz xatirəsinə) Əgər səs verməsəm haqqın, səsinə, Lallar da dil açıb dillənə, bilər. Dünyanı firladar fələk tərsinə, Dünya......

Yadigar Təvəkgül. Qurbanın Olum.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Qurbanın Olum İçimdəki tufandan xilas olmur ürəyim, Bağlanır e, önümdə uzanan həyat yolum. Taqətim də kəsilir alışır hey kürəyim, Ruhum çıxır......