...
  • “Beşinci mərtəbədəki qapı”
  • Ceyhun Fikrət
  • O, hara gedəcəyini bilmirdi. Bir anlıq keçmiş duyğular onu özünə çəkirdi. Geri dönüb özünə, uşaqlığına baxmaq istəyirdi. Amma necə? İllər çox keçmişdi. O böyümüş, artıq yetkin bir gənc olmuşdu.
    “Necə geri qayıdım?” — deyə pıçıldadı və doqquz mərtəbəli binanın beşinci mərtəbəsindəki qaranlıq pəncərəyə baxdı. Birdən illərlə cibində gəzdirdiyi qara açar yadına düşdü. O açar keçmişindən qalan yeganə yadigar idi.
    Doqquz mərtəbəli köhnə binanın pillələrini asta-asta qalxaraq beşinci mərtəbəyə çatdı. Ağ, toz içində qalmış bir qapının qarşısında dayandı. Qapıya baxdı — ağ rəngi çoxdan solmuş, ləkələr və illərin tozu ilə örtülmüşdü.
    Bir anlıq qapını açıb bu andan keçmişə keçmək istədi. Amma cürət etmədi. Çünki o qapının arxasında təkcə tozlu otaqlar yox, həm də onun keçmişi, uşaqlığı, bir vaxtlar itirdiyi sadə sevinclər dayanmışdı.
    Qonşunun qapısına da baxdı — o da köhnəlmişdi. “Yəqin bu evlərdə artıq heç kim yaşamır,” — deyə düşündü.
    Cibindən qara açarı çıxarıb dəstəyə yaxınlaşdırdı, amma bir anlıq dayanıb dərindən ah çəkdi.
    “Bura niyə gəldim?” — deyə fikirləşdi. Elə bil içindəki bir səs ona pıçıldayırdı: “Keçmiş hələ burdadır…”
    Qəfil qapını açdı. Qaranlıq dəhlizlə üz-üzə qaldı.  Amma sanki otaqlarda birdən işıqlar yandı. Köhnə səslər, gülüşlər canlandı.
    Hər kəs ona baxırdı. Kimsə sakitcə “niyə gec gəldin?” dedi.
    O, keçmişini görüb köks ötürdü. Hər kəs buradaydı — anası, atası, qardaşı, qonşular, uşaqlıq dostları…
    O, pillələrə tərəf döndü, nə edəcəyini bilmədi. Hər kəs gülürdü.
    Anası ona baxıb gülümsədi:
    — Hə, yenə futboldan gəlirsən? — dedi.
    Qonşunun qızı da gülümsədi:
    — Hə, xala, yenə dərsdən sonra futbol oynayırdı.
    O, əynindəki kostyuma, sonra da əlindəki qara açara baxdı.
    Göz yaşlarını saxlaya bilmədi. Hönkür-hönkür ağladı.
    Açar əllərindən sürüşüb yerə düşdü.
    Evin içindəki işıqlar sönəndə o, anladı ki, qapının o üzündə qalan — artıq sadəcə uşaqlığı idi.

    05 oktyabr 2025-ci il
  • oktyabr 2025, Ceyhun F.

  • 1077
Gözlərinə Qurban Olum Qız Sənin

Dəhnəli Məmməd Hacızadə

Hər sabah dan baxışınla sökülür, Al yanaqlar,xoş qəmzəli üz sənin. Səni görcək könül gülür,üz gülür, Qələm qaşlar,mavi dəniz göz sənin. .......

Düşüncə ilə sevmək və cəmiyyətimizin düşüncəsi nədir?

Şəhriyar Mürsəl

Məsələn: Mən bilirəm ki nəyinki pulsuz heç 800 manat maaşla qadını sevmək olmaz.Əlbəttə qadınlar düz edir. Axı bir kişi 800 manat maaşla qadına hansı həyatı......

Cəmiyyət

Şəhriyar Mürsəl

Maarifsiz i maarifləndirmək asandır. Amma həqiqəti görüb yenə də cəhaləti seçən, faktı eşidib inadından dönməyən öz fəlakətinin memarıdır. ~...

Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......