...
  • Ağlayan Foto-Şəkil (“Qısa hekayələr” silsiləsindən)
  • Firuz Mustafa
  • AĞLAYAN FOTO-ŞƏKİL
    (“Qısa hekayələr” silsiləsindən)
    (Bu hekayıni 1-ci Cahan müharibəsindən geri dönməyən əmim Sehbalı Mustafayevin xatirəsinə həsr edirəm. Qardaş və bacıları onun yolunu gözləyə- gözləyə dünyadan köçdülər.
    Biz onun gəlişini hələ də gözləyirik).
    Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən, yaşlı qadın və gənc kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı cavan adamı ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vurdu. Məsələ burasındaydı ki, həmin kişinin şəkli illərdən bəri onların, yəni Tapdıq müəllimgilin mənzilinin divarından asılmışdı. Həmin şəkildəki irigözlü, gur saçları arxaya daranmış, yaraşıqlı kişi isə Tapdığın, daha doğrusu Tapdıq müəllimin, dost-doğmaca dayısı, yəni anasının qardaşı Sehbalı idi. Tapdıq müəllim tanımadığı gənc kişini görərkən az qaldı ki, hələ uşaq vaxtlarından divardan asılmış həmin şəkilin önündə dayanıb gah ağlayan, gah fikrə gedən, gah da dodaqaltı nəsə pıçıldayan və bu anlarda adətən çöhrəsindən xəfif bir işıq dalğası keçən anasının yanına qaçıb ona qardaşının sağ-salamat olmağıyla bağlı gözaydınlığı versin. Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ burasında idi ki, onun dost-doğmaca dayısı Şehbalı müharibəyə gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak olması, nə itkin düşməsi, nə də sağ qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat yoxuydu.
    Bəli, yaşlı qadının, yəni təzə qonşunun yanındakı gənc kişinin zahiri görünüşünün onların mənzilinin divarından asılmış dayısı ilə tam eyniyyət təşkil etdiyinə heç bir şəkk-şübhə ola bilməzdi. Taprıq müəllim illərdən bəri məktəbdə rəsm və rəsmxətt dərsi deyirdi, insan sifətinin cizgilərini çox asanlıqla müəyyən edib yadda saxlayırdı. İndi, necə deyərlər, fakt ortada idi. Di gəl ki, həmin adamların, yəni dayısı ilə təzə qonşünün eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi. Ən azından ona görə ki, müharıbənin qurtardığı vaxtdan artıq onillər ötüb keçmişdi. Onların yeni qonşusu isə söz yox ki, müharıbədən xeyli sonra dünyaya gəlmiş, təxminən elə Tapdıq müəllimin özüylə yaşıd olan cavan bir adamdı.
    Sonrakı günlərdə gənc, yaraşıqlı kişini həyətdə tez-tez görən Tapdıq müəllim bir rəsm və rəsmxətt mütəxəssisi kimi, şəkildəki və həyatdakı adamın bütün zahiri parametrlərini bir daha diqqətlə tutuşdurandan sonra öz “sirrini” anası ilə bölüşmək qərarına gəldi. Ayağında “yel” olduğuna görə son vaxtlar evdən bayıra nadir hallarda çıxan anası onun suallarını yerli-yataqlı cavablandırdı.
    -Deyirsən, yəni o gördüyün adam sənin dayına oxşayir, hə? Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Dayın Şehbalı evlənəndən cəmi yarım ay sonra müharibə başladı. Mən onda yeniyetmə bir qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O qadınla, yəni Əminə ilə qardaşım texnikumda bir oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə çox ağıllı, savadlı qız idi. Hə, dediyim kimi, az sonra müharibə başladı. Yadımdadır, təzə evlənənlər o zaman tez-tez məktublaşırdılar. Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim ki, bəzən qardaşım bir zərfdə iki məktub göndərir-birini anamıza, o birisini də gəlinimizə, yəni hamımızın gözünün işığı olan Əminəyə... Əminə anama göndərilən məktubu oxuyandan sonra kənara çəkilib gizlicə “öz məktubunu” oxuyardı. Mən altdan-altdan göz qoyub görürdüm ki, o, bəzən gülümsəyir, bəzənsı xısın-xısın ağlayırdı... Sonra məktubların arası xırp kəsildi. Hamımızın gözü poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha poçtalyonun ayağı dəymədi. Beşillik müharıbə başa çatdı. Şehbalıdansa yenə bir xəbər şıxmadı. Yazıq anam elə “Şehbalı” deyə-deyə köçdü bu dünyadan. Əminə yazıq müharibədən sonra beş il də gözlədi. O, artıq mənim ən yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim. Amma dünyanın öz gərdişi var. Bəzən insanın tale yazısını başqa əllər yazır. Qonşu qəsəbədə dul bir kişi vardı, sənin atanın tanışı idi. Bir gün atan mənə həmin kişinin Əminə ilə ailə qurmaq istədiyini bildirdi. Mən uzun müddət götür-qoy etdim, aranı dağa-dağı arana daşıdım, nəhayət, canımı dişimə tutub edilən evlilik təklifi gəlinimizə bildirdim. Əminə hönkürüb ağladı. Mən hər şeyi gözəl anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim qardaşım Şehbalı ilə əsl Leyli-Məcnun sevgisi yaşamışdı. Bunu bizim tərəflərdə bilməyən bir kimsə yox idi. Bu eşq dillərdə dastana çevrilmişdi. Eh, Əminə, Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya ayrıldıq. Evdə qardaşımın bir neşə foto-şəkli vardı. Əminə evdən çıxanda öz bədbəxt istəklisinin-bədbəxt qardaşım Şehbalının şəkllərindən birini köksünə sıxıb göz yaşları tökdü. Dayının şəklinin üstündən yağış damcıları kimi axıb gedən o göz yaşları hələ də mənim gözlərim önündədir. O, göz yaşlarıyla islanmış şəkli də elə özüylə apardı. Beləliklə, biz ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma indi qonşuluğumuza köçən qadının kimliyi haqda dəqiq bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə... Ayağım da sözümə baxmır ki, bir həyətə düşüb maraqlanam, görəm kimdir o dediyin adamlar...
    İki gündən sonra Tapdıq evə gələrkən anasını muştuluqlayırmış kimi sevincək halda dedi:
    -Ana, öyrəndim o qonşu qadının adını... Əminə... Əminə xanımdır o...
    Neçə müddətdən bəri ayaqları tutulmuş, “yel” xəstəliyindən əziyyət çəkən ana qəfildən ayağa durub hönkürdü:
    -Hə, elə ürəyimə dammışdı ki, bu, Əminə olacaq. Mən hələ neçə il əvvəl eşitmişdim ki, Əminənin bir oğlu olub, özü də deyilənə görə o uşaq Şehbalı ilə bir almanın iki parası kimi bir-birlərinə oxşayır... Belə şıxır ki, sənin gördüyün o oğlan, Əminənin gözünün ilk ovu Şehbaliya olan sevgidən doğulub. Yazıq Əminə, canım qardaşım Şehbalı...
    Tapdıq müəllim qasırğaya düşmüş ağac kimi titrəyən anasını bağrına basdı.
    ...İki gün sonra Tapdıq müəllim anasının qoluna girib onu eyvana çıxartdı. Hava xoş idi. Sanki birdən qadını ildırım vurdu.
    Tapdıq müəllim həyəcanla qadının əlindən tutub:
    -Ana, nə oldu sənə?-deyə, soruşdu.
    Qadın gözünü məchulluğa dikib dilləndi:
    -Bir oraya bax, gör kimdir elə bizəim evə sarı gəlirlər?
    Tapdıq müəllim gözlərini qıyıb irəli baxdı. Qısaca:
    -Hə, onlardır, ana, dediyim həmin adamlardır,- dedi.
    “Onlar” eyvana yaxınlaşanda Tapdıq müəllimin anası gözlənilmədən, aşağıya sarı baxaraq qeyri-ixtiyari ucadan qıyya çəkdi:
    -Ay qız, sən Əminə deyilsən?
    Eyvanın altından keçən qadın və gənc kişi ayaq saxlayıb matdım-matdım üst qatdakı eyvana sarı boylandı.
    Qadın yuxarı boylanıb təəccüblə dedi:
    -Məni deyirsiz? Siz kimsiniz?
    Tapdıq müəllimin anası eyvanın sürahisinə dirsəklənib yuxarıdan aşağı ərklə dilləndi:
    -Hə, səni deyirəm... Mənim ayağım sözümə baxmır. Yoxsa özüm enərdim aşağı. Sən bir yuxarı qalx, kimliyimi deyərəm sənə...
    Qadınla oğlan binanın giriş qapısına sarı döndü.
    Tapdıq müəllim onları qarşılamaq üçün pillələri aşağı endi.
    Az sonra qadınla oğlan qapının ağzında qoşa heykəl kimi “bitmişdi”.
    ... Tapdıq müəllimin anası Əminənin boynunu qucaqlayıb höhkürdü:
    -Tanıdın məni?
    Qadın həm yanındakı yaraşıqlı oğlandan, həm də Tapdıq müəllimdən utanırmış kimi sıxıla-sıxıla dedi:
    -Niyə tanımadım? Heç səni unutmaq olar? Mən o evdən köçüb gedəndə ən çox sən göz yaşı tökdün... Hamısı yadımdadır.
    Əminənin yanındakı oğlan sanki ayaq üstə ağac kimi quruyub qalmışdı. Hiss olunurdu ki, bu yaraşıqlı gənc, bu iki yaşlı qadının söhbətindən heç nə anlamır.
    Tapdıq müəllimin anası, Əminənin əllərini köksünə sıxıb dedi:
    -Gör bir aradan neçə il keçib... Ev-eşikdə nə var-nə yox?
    Əminə yanındakı oğlana işarə ilə:
    -Az qala həyəcandan hər şeyi unutdum, tanış olun, bu, mənim oğlumdur- dedi.
    Tapdıq müəllimin anası, sanki indi-indi özünə gələrək oğlanın boynunu qucaqladı:
    -Adı nədir bu gözəl balanın?
    Əminə duruxa-duruxa dilləndi:
    -Adı? Adı Sehbalıdır...
    Tapdıq müəllimin anası boğazına tıxanan hönkürtünü zorla boğaraq qəhərlənmiş halda dedi:
    -Şehbalı... Şehbalı... Adıyla böyüsün... Sağ ol, ay Əminə. Sən nə etibarlı imişsən.
    Sonra onlar otağa keçib divanda əyləşdilər.
    Divardan asılmış şəkil onları süzürdü. Əminə ilə oğlunun baxışları eyni vaxtda həmin şəklə dikildi.
    Sanki hamı eyni vaxtda eyni bir yuxunu görürdü.
    İndi hamı təəccüb və heyrətlə bir-birinin üzünə baxırdı. Tapdıq müəllimin dayısının çərçivədəki şəkildən boylanan baxışları elə bil ki, birdən-birə canlanmışdı. Otaqdakı Şehbalı, bu anlarda fotodakı Şehbalıya baxa-baxa yerindəcə donub qalmışdı...
    Qəfildən sanki divardan asılmış ağ-qara şəklinin üstündən üzüaşağı şəffaf damçılar-göz yaşları diyirlənməyə başladı. Və deyəsən bu göz yaşlarını hamı gördü.
  • sentyabr 2025, Firuz M.

  • 206
Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......

Gedək qapısını çırpıb dünyanın

Dəhnəli Məmməd Hacızadə

Ağası dığadır,dığası ağa, Quduz tək haqqını qarpıb dünyanın. Dözəsi halımız yoxdu sınağa, . Torpağa sevgi var ilıq nəfəsdə, İllərdir əsrlər qulağı səsdə.......

Yatmıram ipinə,sapına dünya

Dəhnəli Məmməd Hacızadə

Pulun üz döndərib düzgün adamdan, Dolur əyrilərin cibinə,dünya. Xəcalət çəkirəm yerinə sənin, Girirəm torpağın dibinə,dünya. Tikan da əyrinin,gül də əyrinin, Danışan”bir qarış dil”də əyrinin. Qızıl......

Qorxdum Alam Ətrini

Dəhnəli Məmməd Hacızadə

Qorxdum sevirəm deyib, bülbül kimi ötməyə. Sənə nəfəs verməyə, nəfəsim də yetməyə. Qorxdum bir kəlmə sözlə, alt-üst edəm dünyanı. Qarışdıram yuxunu, qarışdıram röyanı. Qorxdum gülər......

Bahar Gəlir Ellərə

Dəhnəli Məmməd Hacızadə

Baharın müjdəçisi Qaranquşun nəğməsi, Xəbər verir güllərə . Günəş duyub baharı Əridir dağda qarı. Qovuşdurur sellərə . Al-əlvan geyir meşə, Pıçıldaşır......

İlaxır günlərində

Dəhnəli Məmməd Hacızadə

Üzlərə sevinc qonar, Hər yanda tonqal yanar, Uşaqlar bu tonqalın Üzərindən atlanar. . Qodu-qodu gəzərlər, Qol çırmayıb süzərlər. Qoğal dolu xönçanı, Süfrələrə düzərlər İlaxır......

Ruhumu nişan al,Kələntər əmi

Dəhnəli Məmməd Hacızadə

Təzə hamamlarda dəvələr dəllək, . Ruhum saplağından qopan çərpələng, Nə işi bəllidir,nə yolu,çəmi . Kəfildi ruziyə Haqq yetirsə də,......

Bu günlər...

Şümşəd Hüseynova

Son günlər televiziyadan bayağı musiqiçiləri yığışdırdılar, habelə verilişlər bağlandı. Bununla bərabər yeni hip-hop mahnı çıxdı. Bura kimi hamısı yaxşıdır. Hətta gec də olsa, bir şeylərin......

Alqoritmdən kənarda: Mürəkkəb ləkəsi (elmi-fantastik janrda hekayə)

Tural İsmayılov

2126-cı ilin Nadiris şəhəri artıq bir yaşayış məskəni deyil, nəhəng bir prosessor idi. Şəhərin üzərində dalğalanan "Ağıllı Səma" qatı hər bir vətəndaşın ehtiyacını, qorxusunu və......