...
  • Əlahəzrət Söz (Ədəbi qeydlər)
  • Firuz Mustafa



  • Firuz Mustafa




    ƏLAHƏZRƏT SÖZ







    Ədəbiyyat.
    Ədəbi şəxsiyyətlər.







    Bakı-2023






    Fi¬ruz Mustafa


    əlahəzrət söz


    ədəbiyyat.
    ədəbi şəxsiyyətlər.

    Sizə təqdim olunan kitabda
    Firuz Mustafanın
    ədəbiyyat və ədəbi şəxsiyyətlər haqqında müxtəlif illərdə qələmə aldığı
    məqalə, esse və qeydləri
    toplanmışdır.

    © Firuz Mustafa.2022.səh.,628

    "Renessans-A"


    ISBN 978-9952-37-245-8


    F-


    Bakı.2023.




    I.LOQOS.


    NƏSRİN İNKİŞAF TRAYEKTORİYASI

    NƏSR. N ƏSR. NƏ SİRR?

    Dünya nəsrinin kompası hara istiqamətlənib?

    Bəzən “ədəbi kəşflər”i elmin “məhək daşı”ndan keçirərək yeni “nəticələr” əldə etməyə çalışırlar.
    Elmlə ədəbiyyat (sənət) arasında bərabərlik işarəısi qoymaq, çox vaxt predmetsiz söhbətlərin “baş mövzusu”na çevrilir.
    Elmlə ədəbiyyat (sənət) arasında əkslik işarəsi qoymaq da elə elmlə ədəbiyyat (sənət) arasında bərabərlik işarəsinə qoymağa bərabərdir.
    Elmi və ədəbi idrakı bir-birindən ayıran məsafə, onları birləşdırən məsafə ilə eynidir.
    Dünyanın dərk edilməsində yalnız iki metoddan istifadə olunur: elmi və bədii metod. Birinci halda konkret ölçülər, ikincidə isə bədii təxəyyül başlıca rol oynayır. Elmi axtarışlar, xüsusən də ciddi elmi araşdırmalar, konkret sahənin tədqiqinə yönəlir. Hər bir elm sahəsinin öz parametr, paradiqma və tədqiqat instrumentləri olur. Burada (ən çox da “dəqiq” elmlərdə) çox şey, yəni əldə olunan nəticələr, adətən, mübahisəsiz qəbul olunur; yəni, başqa sözlə, 2x2=4-dür. Amma bədii yaradıcılıqda konkretlikdən danışmaq bir az çətindir. Görünür elə bu səbəbdəndir ki, elm sahəsində çalışan adamların biliyi, səviyyəsi, miqyası, habelə ortaya qoyduğu əsər və kəşflərin siqləti (və eləcə də o əsərlərin tətbiqi sahəsi və gəliri-çıxarı) daha aydın görünür və mütəxəssislər tərəfindən çox vaxt mübahisəsiz qəbul olunur. Di gəl ki, bədii yaradıcılıqla məşğul olanların uğurlarının dəyərləndirilməsində, adətən (və ya çox vaxt) mütəxəssislərlə yanaşı, oxucu-tamaşaçı auditoriyası da iştirak edir. Bəzən kütlənin verdiyi qiymət daha həlledici hesab olunur və nəticədə hansısa tənqidçi tərəfindən zəif hesab olunan əsəri oxucu təqdir edir.
    Təfəkkür daha çox elmi idraka, duyğu isə bədii idraka söykənir. Əgər məndən soruşsalar ki, gerçəkliyin dərki baxımından hansı metodun tərəfdarıyam, düşünmədən deyərdim: mən bu məsələdə harmoniyaya üstünlük verirəm.
    Bəs elmi metod bədii yaradıcılığa ziddirmi? Məncə, ədəbi janrlardan dramaturgiya elmə daha yaxındır. Hər halda, savadsız (və ya aztəhsilli, azmütaliəli) adam dramaturgiya ilə məşğul ola bilməz. Amma ədəbiyyat tarixinə yüzlərlə şairin adı bəllidir ki, maraqlı şeir nümunələri yaradıb, amma təhsili, savadı olmayıb. Təbii ki, mən bunu söyləməklə heç də şairlərin hamısının savadsız olduğunu və ya savada ehtiyac duymadığını iddia etmək istəmirəm. Əksinə, yükcək səviyyəli şeirin mayası elmdən yoğrulmalıdır. Bəs dramaturgiyanın “elmiliyi” nədədir? “Elmilik” bu janrın öz mahiyyətindən irəli gəlir. Bir az da “elmi-fəlsəfi” formulə ilə ifadə edilsə belə demək olar: əgər digər ədəbi janrlar induktiv metoda üstünlük verirsə və daha çox təkcəni, xüsusi olanı öyrənirsə, dramaturgiya deduktivliyə, ümuminin öyrənilməsinə üstünlük verir. Hər bir istedadla yazılmış dram əsəri insanın və həyatın müəyyən bir modelidir. Dramaturq ona verilmiş konkret müstəvidə (səhnədə) konkret vaxt ərzində (təxminən iki saatda) öz tamaşaçılarına öz “modelini” təqdim edir. Söhbətimizin mövzusu bir qədər fərqli olduğu üçün drdamaturgiya ilə bağlı söhbətə burada nöqtə qoyuram).
    Bəs mövcud “harmoniyada” nəsrin yeri necədir və bu barədə nə demək olar?.. Nəsr- ədəbiyyatın ağır çaplı “silahıdır”. Ümumiyyətlə, hər hansı bır milli ədəbiyyatın mahiyyəti, ölçü-biçisi, səviyyəsi barədə nəsr daha obyektiv mənzərə yaradır.
    Böyük nəsri olmayan ədəbiyyatın böyük mədəniyyətlər platformasında yeri yoxdur. Ədəbiyyat nəhəng okean kimidir: orada kiçik qayıqlar o qədər də nəzərə çarpmır.
    Mən hansı nəsrə üstünlük verirəm? İndiki halda bu suala konkret cavab vermək çox çətindir. Amma mən (imkan daxilində) indiyəcən mövcud olmuş ədəbi materiallara və həmin materialların təhlilinə əsaslanaraq ü m u m i y y ə t l ə
    n ə s r i şaquli və üfiqi istiqamətlərinə görə qruplaşdırmağa çalışmışam. Və onu da ehtimal edirəm ki, öz mülahizələrimdə nə qədər obyektiv olmağa çalışsam belə, yəqin ki, müəyyən subyektivizmə yol vermiş olacağam. Hər halda, ümumiləşdirməyə çalışıb deyə bilərəm ki, üç qrup nəsr mövcuddur.
    Birinci qrupa mənsub olan nəsrdən a r x i v qoxusu gəlir. Orada hər şey köhnədir və sözün pis mənasında tanış, kəsif qoxu ürəkaçmayan aura yaradır. Bunlar elə əsl arxiv malı, arxiv ədəbiyyatıdır.
    İkinci qrupa aid olan əsərlər də “arxiv” anlamı ilə bağlıdır; belə ki, həmin zümrəyə daxil olan yazıçılar öz “ideya-evlərini” çox vaxt hamının gördüyü müstəvidə tikirlər.Əvvəldən məlum olur ki, hər şey “planauyğun” aparılır. Bu cür yazıçıları məncə “a r x i tektor” nasirlər sırasına aid etmək olar. Məsələn, Düma.
    Elə üçüncü qrupa aid etdiyimiz nasirlərin yaradıcılığının mahiyyətində də “arxiv” leksemi dayanır; bu qism yazıçılar daha çox alt qatlara enməklə məşğul olur, öz “qazıntıları” zamanı qiymətli “tapıntılar” əldə edirlər. Bu cür yazıçıları isə a r x e oloq yazıçılar adlandırmaq olar. Məsələn, Dostoyevski.
    ... Müşahidə və faktlar göstərir ki, zamanın ayrı-ayrı mərhələsində ədəbiyyat müxtəlif regionlarda müxtəlif səviyyələrdə inkişaf etmişdir. Sual meydana çıxır: bəs bu faktorun bir obyektiv səbəbi varmı? Mənim cavabım belədir: bu cür inkişafın kökündə təkcə bir səbəb yox, bütöv bir səbəblər silsiləsi dayanır. Bunun üçün ilk növbədə böyük ədəbiyyatın (indiki halda söhbət nəsrdən gedir) intişar tapdığı areal və arenanı nəzərdən keçirmək lazımdır.
    Yeri gəlmişkən xatırladım ki, böyük nəsrin, xüsusən, roman janrının yaranış tarixi o qədər də qədim deyildir. Doğrudur, Homerin, Nizaminin məşhur poemalarını roman janrına aid edənlər də yox deyildir. Mən epoxal səciyyəli bir sıra dahiyanə poetik əsərlərdə roman janrının elementlərinə təsadüf edildiyini inkar edə bilmərəm. Amma indiki halda sırf nəsrlə yazılmış əsərdən, romandan söhbət gedir.
    Ədəbiyyat tarixçiləri (araşdırıcılar) uzun müddət “İlk roman nə vaxt və harada meydana gəlmişdir?”- sualına konkret cavab axtarmışlar. Cavablar müxtəlif olsa da, əksər tədqiqatçılar “konsensusa” gələ bilmişlər. Beləliklə, deyə bilərik ki, ilk roman nümunəsi (XI əsrdə) Yaponiyada meydana gəlmişdir; “Gendzu haqqında əhvalat” adlı bu əsərin müəllifi Murazaki Sukubi olmuşdur. Sonrakı mərhələdə (XII əsrdə) ərəb yazıçısı İbn Tufail “Avtodidaktik fəlsəfə” adlı alleqorik xarakterli roman yaratmışdır. Dünya ədəbiyyatının, xüsusən, roman janrının şedevrləri hesab olunan “Qarqantua və Pantaqruel” (müəllifi fransız yazıçısı Rable) XVI əsrdə, “Don Kixot” romanı (müəllifi ispan yazıçısı Servantes) XVII əsrdə, “Robinzon Kruzo” romanı isə (müəllifi ingilis yazıçısı Defo) XVIII əsrdə meydana gəlmişdir.
    Bütün bunlar öz yerində. Yəqin ki, ən böyük nəsr hadisəsi on doqquzuncu əsr F r a n s a sı ilə bağlıdır. Burada biz, əsasən, roman janrında qələmə alınmış klassik nümunələri nəzərdə tuturuq.
    Konkret mənzərəni dərk etmək üçün elə həmin dövrdə, daha doğrusu, 19-cu yüzilliyin birinci yarısında yaşayıb-yaratmış nəhəng ədəbi simaların adlarınıca xatırlatmaq kifayət edər: Hüqo, Balzak, Merime, Zolya, Mopassan, Senakur, Renar, Jorj Sand, Düma, Qonkur qardaşları və s.
    On doqqyzuncu əsrin ikinci yarısından etibarən böyük nəsrin təşəbbüsünü ruslar ələ aldılar. R u s i y a nın Tolstoy, Dostoyevski, Turgenev, Gertsen, Saltıkov-Şedrin, Qonçarov, Çexov kimi söz və fikir adamları o dövrdə böyük ədəbiyyata- böyük nəsrə öz pozulmaz möhürlərini vurdular.
    İyirminci əsrin birinci yarısında böyük prozanın inkişafı əsasən ingilisdilli yazıçılarla bağlıdır; bunlarin əksəriyyətini İngiltərə və Amerikada yaşayan sənətkarlar təşkil edir: Drayzer, Cek London, Heminquey, Folknep, Şou, Uayld, Qolsuorsi, Forster, Moem və b. Onu da xatırlatmaq pis olmazdı ki, həmin dövrdə -iyirminci əsrin birinci yarısında i n g i l i s dilində yazıb-yaratmış nasirlərdən bir çoxu (məs., Nabokov, Bellou və b.) qeyri-ingilis əsilli olmuşlar.
    Gələk iyirmincı əsrin ikinci yarısına; artıq bu dövrdə təşəbbüsü “i s p a n dillilər” ələ keçirirlər; xüsusən, Latın Amerikası nəsri ön plana keçir. Bizcə bəzi adları xatıtlatmaq yerinə düşər: Markes, Borxes, Kortasar, Koelo və b. Bu siyahıdakı adlara yenilərini də əlavə etmək olar.
    Mən adları çəkilən bu dillərdən heç birində yazmıram və təbii ki, ən azından buna görə həmin təsnifatı aparakən maksimum dərəcədə obyektiv olmağa çalışmışam. Lakin mən heç də iddia edib deyə bilmərəm ki, ədəbiyyatın inkişafı əvvəlcədən müəyyənləşmiş hansısa bir qanunla bağlıdır; yox, bu, saat əqrəbi deyil ki, konkret bir ardıcıllıqla bir qütbdən o birinə adlasın. Amma mənim gəldiyim bir sıra qənaətlər var. Məsələn, onlardan biri: ədəbiyyatın inkişafının əsasında heç də, bəzilərinin tez-tez xatırlatdıqları bir amil- güclü iqtisadiyyat dayanmır. Burada ictimai-siyasi-sosial amillər daha həlledici rol oynayır.
    İkinci qənaətim: qəribə də olsa deyim ki, əksər hallarda böyük sənət əsərləri güclü diktatura, siyasi senzura şəraitində meydana gəlib. Yuxarıda adını çəkdiyim sənətkarların yaşadığı dövrü yada salmaq deyilənlərin təsdiqi üçün məncə yetərli faktdır. Yeri gəlmişkən, bəyan edirəm ki, mən qətiyyən senzura və diktatura tərəfdarı deyiləm. Sadəcə olaraq, onu demək istəyirəm ki, çox vaxt azad sözə nostalji qeyri-azad rejimlərdə daha qabarıq şəkildə duyulur. Əlbəttə, burada da söhbət sənət adamlarının üzləşdiyi şəxsi maddi problem və məhrumiyyətlərdən getmir. Ona qalsa, müəyyən istisnalarla, böyük sənətkarların çoxu öz şəxsi həyatlarını kifayət qədər dolğun və mənalı yaşayıblar.
    Üçüncü qənaətim: böyük ədəbiyyat həm də böyük daxili energiyaya, böyük mənəvi coğrafiyaya və bir də böyük dil faktoruna malik ölkələrdə meydana gəlir. Mənə elə gəlir ki, cırtdan dövlətləırin böyük ədəbiyyatı ola bilməz. Etiraz edib deyə bilərlər ki, bir çox kiçik dövlətlərin böyük ədəbi simalasrı olmuşdur. Doğrudur. Amma gəlin görək onlar hansı dillərdə yaşayıb-yaratmışlar? Elə götürək Nobel mükafatı laureatlarıdan bir neçəsini. Məsələn, Semuel Bekket milliyyətcə irland olsa da ingilis və fransızca, nigeriyalı Vole Şoyinka, afrikalı Kutzee, Trinidar yazıçısı Uolkott öz əsərlərini ingiliscə yazmışdır. Yəhudi Zinger və Miloş isə polyak dilində yazmağa üstünlük vermişlər. Yeri gəlmişkən, milliyyətcə çukça olan Yuri Rıtxeu, milliyyətcə qırğız olan Çingiz Aytmatov məhz rus dili vasitəsi ilə dünyaya çıxa bilmişlər. Bu cür misallar çoxdur. Mən bu qənaətdəyəm ki, böyük mənaları yalnız zəngin dillər vasitəsi ilə ifadə etmək olar.
    ...Dünyanın zəngin dillər ailəsində türk dilləri çox mühüm yer tutur.
    Təəssüf ki, bizim bəzi tənqidçilərimiz arabir öz çıxışlarında ədəbiyyatımızı və ədəbi dilimizi aşağılamağa çalışırlar. Belələrinə görə, bizdə diqqəti cəlb edən ədəbi nümunələr ya çox azdır, ya da ki, yox dərəcəsindədir. Bu cür inkarçı mövqedə dayananlar bizim Vətən yazıçılarını, adətən, rus ədibləri ilə müqayisə edərək az qala bütün hallarda bütün parametrlər üzrə üstünlüyü ikincilərə verirlər. Mən qətiyyən rus ədəbiyyatının böyük nümayəndələrinin dünya ədəbiyyatına misilsiz təsirini inkar edə bilmərəm. Artıq yuxarıda da qeyd edildiyi kimi, 19-cu əsrin ikinci yarısında dünya nəsrinin ab-havasını rus yazıçıları müəyyənləşdirmiş, 20-ci əsrdə bu missiya ingilisdilli xalqlara “ötürülmüş” və sonrakı mərhələdə rus ədəbiyyatı sovet ədəbiyyatının bir qolu kimi inkişaf eməyə basşlamışdır. Həmin dövrün ən epoxal yazıçısı, çox güman ki, Şoloxov olmuşdur. Şoloxovun ölümündən sonra Aytmatov erasının başladığını inkar etmək üçünsə, ən azı, ədəbi vicdanla vidalaşmaq lazımdır.
    O ki qaldı rus və Azərbaycan ədəbiyyatının nicbətinə, “hər cür müqayisə yersiz” olsa da, belə bir qarşılıqlı müqayisənin aparılması mümkündür. Xatırladaq ki, 20-ci əsrin ortalarından etibarən rus ədəbiyyatına yeni parlaq ədəbi simalar gəlməyə başladı. Bunlar Y.Kazakov, Y.Trifonov, V.Astafyev, V.Şukşin, V.Rasputin, V.Belov, A.Bitov və başqaları idi. Bu həmin dövr idi ki, sonrakı mərhələdə tənqidçilərin bəzilərinin ciddi, bəzilərinin isə istehza ilə “sovet ədəbiyyatı klassikləri” adlandırdıqları Şoloxov, Fadeyev, Simonov, Fedin, Leonov kimi ədiblər ədəbiyyatda artıq öz zəruri və böyük sözlərini demişdilər.
    Ədalət naminə demək lazımdır ki, həmin mərhələ sovetlər birliyinin əksər xalqlarının ədəbi-mədəni həyatında renessans dövrü kimi səciyyələndirilə bilər. Ədəbiyyata 50-ci illərdə qədəm qoyan, siyasi “mülayimləşmə” dövründə- altmışıncı illərdə ön plana çıxan Azərbaycan yazıçıları da bu dövrdə digər regionlarda- o vaxtkı nəhəng ölkənin müxtəlif guşələrində yaşayan həmkarları kimi və bir çox hallarda onlardan daha fəal və cəsarətli şəkildə konkret ədəbi mövqe nümayiş etdirməyə başladılar. İ.Hüseynov, S.Əhmədov, İ.Məlikzadə, Ə.Əylisli, Anar, Elçin və bir çox başqalarının əsərləri bir sıra önəmli cəhətlətinə görə, müəyyən mənada, onların öz yaşıdları olan rus yazıçılarına da örnək hesab edilə bilər.
    Bu gün ədəbiyyatımızın sovet dövrü nümayəndələrini və o cümlədən “60-cıları” tənqid etmək az qala bir “ənənə” halını alıb. Əslində, belə bir cəhddə bulunmaq çox gülünc və mənasız təsir bağışlayır. Ən azı ona görə ki, insanı bir zamanlar içində yaşadığı tarıxdən qoparıb kənara atmaq qeyri-mümkündür; “zamandankənar” insanın və ədəbiyyatın mövcudluğu yalnız absurd teatrda özünə vəsiqə alıb yaşaya bilər.
    ... Mənə elə gəlir ki, yuxarıda xatırlatdığım “dövrilik sisteminə” müvafiq olaraq zamanın “ədəbi oxu” və ya ədəbi zamanın ölçü şkalası təzədən Şərqə doğru istiqamət götürmüşdür. Diqqət yetirin: f r a n s ı z, r u s, i n g i l i s, i s p a ndilli ədəbiyyat. İndiyəcən ədəbiyyat tarixinin (ələlxüsus, nəsrin) simasını məhz bu xalqların ədəbi korifeyləri müəyyən etmişlər.
    Bu gün isə artıq t ü r kdilli xalqların ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Ədəbi intıbahın uğurları öz nəticələsini bütün gücü və miqyası ilə hansısa N və ya X əsrində yox, çox yaxın illərdə göstərəcək. Fikrimizi əsaslandırmaq üçün uzun-uzadı misal və sitatlar gətirməyə ehtiyac yoxdur. Mən bu sözləri deməklə heç də peyğəmbərlik etmək iddiasında bulunmuram. Sadəcə olaraq əlahəzrət fakt- son illərin qiymətli sənət əsərləri ğöz qabağındadır. Bu gün türk dünyasının ədəbi arenasında qələm çalan N qədər istedadlı nasırın adını çəkmək olar. Həyatda olduğu kimi ədəbiyyatda da (sənətdə də) estafet əldən-ələ keçir. Bunun sirri nədədir?
    Bəzən gerçəkliyi axtaramağa lüzum qalmır, o, öz-özümə zühur edir.
    ...Dünyada iki cür gerçəklik var: elmi və ədəbi gerçəklik. Bunlrın arasındakı uzaqlıq və yaxınlıq məsafəsi eynidir.


























    “Qadin poeziyası” varmı?

    Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan, bizim poeziyadan gedir

    Bəribaşdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”) sual şəklində olacaq.
    “Qadin poeziyası” nədir?
    Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdıqı, qələmə aldığı şeirlər?
    Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa, bu poetik nümunələr də adı çəkilən mövzuya müncər oluna bilərmi?
    Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur. Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur?
    İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı?
    Bəlkə “qadin poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır?
    Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadin poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?
    Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır?
    Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır?
    Poeziyada lirik qəhrəman “biz” çoxluğuna, yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır?
    Gender probleminin “poetik həllində” kim daha “irəlidədir”- kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma” mövcuddur?
    Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”-deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişinini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” da da məqbul hesab etmək lazımdır?
    Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn, rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko, macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina, gürcü poeziyasında Nino Darbaiseli... kimi isimləri xatırlarmalı oluruq.
    Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:
    «Я научила женщин говорить…
    Но, Боже, как их замолчать заставить!»
    (“Danışmaq öyrətdim mən qadınlara...
    Tanrı, bəs susmağı kim öyrədəcək!”)
    İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?
    Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik... mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?
    Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır.
    Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur?
    Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların da fikirləri maraq doğura bilər.












    DÜNYANIN BÜTÜN DİLLƏRİNDƏ ƏDƏBİYYAT SÖZÜNÜN BİR MƏNASI VAR...

    ...Çox qəribə mənzərə yaranıb: ölkə müstəqillik əldə edəndən sonra ədəbiyyat "buxovlanıb".
    İndi "peşəkar" yazıçıların çoxu geri çəkilib, diletantlar meydan sulayır.
    Vaxtilə dövlətdən qonarar (qələmhaqqı ) alanlar bu gün az qala heç nə yazmır; öz hesabına kitab çap etdirənlərin sayı artıb.
    Paradoksal vəziyyət yaranıb: bu günkü ədəbiyyatınəsas aparıcı qüvvəsi əsasən "professonallar" deyil, "həvəskarlardır".
    Zahirən gedən proseslərdə təəccüblü heç nə yoxdur. Özünü təsdiq və təbliğ etmək istəyən istedadlı və istedadsız adamlar mövcud şəraitdən bəhrələnərək ədəbi müstəvidə öz fəaliyyətlərini nəzərə çarpdırmaq istəyirlər. Bu, əlbəttə təbii haldır. Necə deyərlər, heç kəs "öz ayranına turş" - demək istəmir. Adətən ədəbiyyat meydanında arbitrliyi tənqid (və ya tənqidçilər) edib. Amma bu gün tənqid də susur.
    Əslində ədəbiyyatda heç kəs heç kəsin yerini dar etmir. Lakin bu geniş məkanda bir çox "əsərlər" sadəcə olaraq oxucuların zövqünün formalaşmasına əngəl olur. Nəticədə zövqü pozulan oxucular seçim meyarını itirir.
    ... Dəyərlərin yenidən dəyərləndirilməsi vaxtı gəlib.
    ... Ədəbi mübahisələrin ədəbsiz cığallıqlar əvəz etməkdədir.
    ..."Ədəbi diktatura"nın güclü nümunələrini "ədəbi demokratiya"nın zəif, cılız tör-töküntüləri əvəz etməkdədir.
    ..."Sosialist realizmi" ədəbi metodu öz yerini "nihilist eqoizmi" metoduna təhvil verib.
    "Kollektiv müraciət" formaları təzədən dəbə düşüb. Ayrı-ayrı yazılara və yazı müəlliflərinə ayrı-ayrı fərdlər, məsələn: konkret imzası olan tənqidçilər yox, yenə də məsələn hansısa "katibliyin" (çox qəribədir!) "mətbuat katibliyi" cavab yazır. Sən demə, "qılaflı tənqid"də varmış!
    Bir də görürsən ki, ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir yazıçı müsahibələrin birində deyir ki, son illərdə diqqəti cəlb edən elə bir əsər meydana gəlməyib. Lap yaxşı. Heç kəs subyektiv fikrinə görə ittiham etmək olmaz. Amma həmin hörmətli qələm sahibi başqa bir müsahibəsində deyir ki, son illərdə mütaliə etməyə imkan tapmayıb. Əlbəttə, heç kəs mütaliə etmədiyinə görə də ittiham etmək olmaz. Amma deyilən fikirlərin zidiyyəti göz qabağındadır. Mütaliə etməyən adam "yaxşı əsəri" necə oxuya bilər.
    Bu gün hansısa əsərin və ya yazıçını tənqid etmək arzusu arxa plana keçib; indi kimlərisə "yıxıb-sürümək" meyli önə çıxıb.
    AYB-ni qəbul etməyənlər və oraya qəbul olmaq arzusunda bulunmayanlar bu təşkilatın "istefasını" və ya "ləğvini" tələb edirlər. Qəribə məntiqdir: mən varamsa - sən yoxsan. Bu, nəsə təzə fəlsəfədir. (Bəlkə də fəlsəfə yox, səfsəfədir). Hətta, subyektiv idealistlərin doktrinasında kölgədə qalıb; onlar heç olmasa iddia edirdilər ki, "mən varamsa - dünya yoxdur". Allah materialistlərə rəhmət eləsin. Onlar heç olmasa dünyanın mövcudluğunu "mən"də və ya "sən"də yox, bizim iradəmizdən kənarda axtarırdılar.
    ...Ədəbi məramnamələri, ədəbi sərsəmləmələr əvəz etməkdədir.
    ...Bir vaxtlar sosialist realizmi ilə silahlanıb ədəbi döyüşə gedən "qocaları", indi biədəb söyüşlərlə silahlanmış “taşist” (faşist yox ha, taşist) cavanlar əvəzləyib. (Taşizm - modernizmin və postmodernizmin ideya-ədəbi mənbəyidir).
    ...Cahillik dahiliyə iddialıdır.
    ...Əvvəlki ədəbi nəslin nümayəndələri sənətdə realist olsalar da, həyatda idealist idilər; onlar ad-san, fəxri ad, orden-medal həvəskarıydılar. Bu, adama lap hindu qəbilələrinin başçılarını xatırladırdı: onlar da bər-bəzəkli yarpaqlardan, gil və daş parçalarından özləri üçün "mükafatlar" təsis etməkdə maraqlı idilər. İndiki ədəbi nəsil isə, əksinə, yaradıcılıqda idealist, həyatda isə praqmatikdilər. Bunlar daha çox "sarı iblis şəhərinin marketinqlərinə" bənzəyirlər. İstəkləri isə belədir: bizə orden-medal yox, konkret təminatlar, pul-para gərəkdir.
    ... Biz bəzən sadə bir həqiqəti unuduruq: axı, hamının inkar etmək böyük ədəbiyyatın yaranması üçün təkan və ya platforma ola bilməz. Doğrudur, fəlsəfi kateqoriya kimi inkişafda nəinki inkar, hətta, inkarı inkar da məqbuldur. Amma, söhbət hər cür inkardan yox, (əgər inkişafı qəbul edirsənsə), dialektik inkardan gedə bilər. Ədəbiyyat boş yerdə, zəminsiz məkanda yaranmır: onun istinad nöqtələri, təmas hədəfləri var. Ədəbiyyatda dünən və bu gün var: hər ikisi bir-birindən asılıdır. Dünən yoxsa, bu gün - bu gün yoxsa sabah da yoxdur. Buna varislik də demək olar.
    "İnkarçılar" özləri də bilmədən, dərk etmədən və ya dərk etmək istəmədən inkar etdiklərindən öyrənirlər. Onlar buna məcburdurlar, məhkumdurlar. Bu gün biri Nizamini qəbul etmir, (niyə fars dilində yazıb?), başqası Axundovu, Sabiri, Mirzə Cəlili yamanlayır (niyə cəmiyyətin işıqlı tərəflərini qələmə almayıblar, hər şeyi tənqid ediblər?), digəri Cavidi qəbul etmir (niyə cəmiyyəti tənqid etməyib, hər yerdə işıq axtarıb?), son dövrlər Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın, "opponentləri" "yeni" arqumentlərlə çıxış edirlər (“onlar nə üçün sosializm ideallarını tərənnüm ediblər və ümumiyyətlə niyı sosializm cəmiyyətində yaşayıblar”? – bu, lap Krılovun məşhur "Qurd və quzu" təmsilini yada salır) və s. Müasir ədəbi prosesin nümayəndələri isə daha çox hansısa "neo"ya (təbii ki "neo" olan yerdə mütləq bir "izm" də olmalıdır!) müraciət və ya istinad etməkdə suçlandırılır.
    Amma onların hamısı ədəbiyyat okeanına Nizaminin, Füzulinin, Axundovun, Sabirin, Mirzə Cəlilin, Cavidin, Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın... Əli Kərimin qələminin ucundan düşüblər. Adları çəkilən (və çəkiıməyən) simalar olmasaydı, ədəbiyyat da ola bilməzdi.
    ...Ədəbiyyat pilləkandır, spiraldır, prramidadır, iyerarxiyadır. Pillələr yoxsa, pilləkan da yoxdur.
    "Ədəbi duktatura"dan sonra "ədəbi demokratiya", ondan sonra isə "ədəbi demoqogika" gəlir.
    ... Dünyanın bütün dillərində ədəbiyyat sözü eyni bir mənanı verur: bu, mənəviyyatdır.

    "ƏDALƏT" qəzeti, 6 fevral 2003-cü il





    Ədəbi əsəri qiymətləndirməyin əsas meyarı nədir?

    Ədəbiyyatda hökm vermirlər, fikir bildirirlər. İndi bu cümləni yazanda baxıb gördüm ki, az qala elə özüm də hökm vermişəm. Ona görə də cümləmin əvvəlinə bir “mənə elə gəlir ki”, ifadəsi də artırmalı oldum.
    Bəli, mənə elə gəlir ki, ədəbiyyatda hökm verilmir, fikir, rəy bildirilir.
    Niyə bu qərardayam?
    Bir də görürsən ki, məsələn, ədəbiyyatçı olmaq istəyən birisi (bu, daha çox gənclik dövründə olur) cığal uşaq kimi qara-qışqırıq qoparıb, az qala özünü yerə çırpa-çırpa deyir: “Bu, şeir gözəldir, o birisi isə pisdir”. Və yaxud: “Filan roman əladır, filan romansa zəif”. “Mən deyən düzdür, siz deyən səhvdir”.
    Mən belə hesab edirəm ki, hər hansı bir əsərin səviyyəsini bu və ya digər hökmlə dəqiqləşdirmək olmaz. Bunun üçün bir yox, bir neçə arqument, lap elə bir neçə paradiqma lazımdır. “Hökmverənlərdən” yan keçərək vacib bildiyim səbəblərdən on dənəsini mən deyim, qalanını kim istəsə əlavə edə bilər.
    Beləliklə, hansı əsəri daha güclü, daha “yaxşı” hesab etmək olar?
    1. Dünya dillərinə ən çox tərcümə edilən əsər daha güclü hesab oluna bilər..
    (Amma bu da tam dəqiq qiymət hesab edilə bilməz.. Çünki hansısa pullu- kapitalist- oliqarx yazıçı öz əsərini asanlıqla bir neçə dilə tərcümə elətdirə bilər).
    2. Milli ədəbiyyatda ən çox rezonans yaradan əsər.
    (Bu da natamam fikirdir. Olsun ki, əsər milldir, amma onun dünya ədəbi prosesində çəkisi sıfıra bərabərdir).
    3. Ən çox tirajı olan əsər.
    (Yüksək tiraj da vəsaitə bağlıdır. Çox pulla çox tirajda əsər nəşr etdirmək problem deyil).
    4. Ən çox oxunan əsər.
    (Məsələn, deyək ki, Düma da çox oxunur, amma onun yazdıqları ciddi ədəbiyyat nümunəsi hesab olunmur).
    5. Ədəbiyyatşünasların daha çox təqdir etdiyi əsər.
    (Bir çox hallarda bu da əsas şərt kimi qəbul edilmir. Axı tənqidçilərin də subyektivizmə qapıldığı vaxtlar olur).
    6. Ən çox satılan əsər.
    (Bu, bir fakt və faktor olsa da, qiymətləndirməni özündə tam ehtiva etmir).
    7. Yaşlıların (və ya gənclərin daha) çox oxuduğu əsər.
    (Hesab edirəm ki, bu məsələdə yaşın, daha doğrusu oxucunun (lap elə yazıçının) “yaş senzinin” rolu azdır).
    8. Peşəkar yazıçıların daha çox təqdir etdiyi bu və ya digər əsər.
    (Bu arqumant də yarımçıq təsir bağışlayır).
    9. Ən çox mükafat alan əsər.
    (Bəzən zəif əsərlər daha çox ödül alır).
    10. Ən çox tənqid olunan əsər.
    Bu cür hallar da əsas amil hesab oluna bilməz.
    Mən “yaxşı əsəri” qiymətləndirmə meyarının bəzi nüanslarını qeyd etdim. Səbəblərsə daha çoxdur.
    p.s.
    Tez-tez bu cür hökmlər də eşidirik: “Meyar -zamandır”.



    ƏDƏBİYYATIN ƏYRİ GÜZGÜSÜ
    və yaxud
    666+3 kəlməlik ərazi

    Bu, bəlkə də ən çox bizim camaata (istəmirəm ki, xalq, yaxud millət yazım) xas olan bir cəhətdir. Məsələn, qonşu elə bilir ki, onun bütün bədbəxtəiyinin baiskarı öz qonşusudur.
    Siyasətçilərimizə elə gəlir ki, onların birinci düşməni elə eyni bir düşərgəni paylaşdıqları partiya və onun rəhbərləri, tərəfdarlarıdır.
    Alimlərimiz belə zənn edir ki, onların əsərlərinin dünyaya səs salmasına öz yaxın alim dostları mane olur.
    Müğənnilərimiz belə hesab edir ki, onların istedadının qabağına diyirlənən ən böyük kötük elə onların öz yaxın həmkarlarıdır.
    Yox, mən düşünmürəm ki, bu, hamıya xas olan keyfiyyətdir. Və elə bu səbəbdən də məcburam ki, adları yuxarıda sadalanan sənət, peşə sahiblərinin dediyimiz məziyyətlərini səciyyələndirərkən əvvələ bir “bəzi”, “bir çox” sözlərini əlavə edim.
    Bəli, camaatımızın bəzi, bir çox nümayəndələri öz bədbəxtliklərinin əsl səbəbkarını nədənsə uzaq-uzaq ölkələrdə yox, elə öz qonum-qonşuları, dost-tanışları arasında axtarırlar.
    Elə qələm əhlimiz də bu cür düşünür; onların, necə deyərlər, bir çoxu öz düşmənlərini “özününkülərin” arasında axtarır.
    Amma arada bir balaca fərq də müşahidə olunur. O fərq də ondan ibarətdir ki, əhli-qələm digər sənət və peşə sahiblərindən fərqli olaraq düşmənlərini təkcə öz müasirləri və qonşuları arasında yox, bəzən bir az uzaqda, bəzən də keçmişdə axtarmağı xoşlayırlar. Hətta, gələcəyə də baş vuranlar var; zira o günləri bir şair ətrafındakıları inandırmağa çalışırdı ki, dünənki istedadların evini filankəs yıxırdısa, bu günkü istedadları onun övladı məhv edir və guya ki, sabahkı istedadları da həmin övladın sabah irəli gedəcək övladı məhv edəcək. Belə çıxır ki, bizdə istedadları məhv etməyin yolları barədə xüsusi metod hazırlanıb.
    Mən fatalist deyiləm. Məndə heç Nostradamus və Vanqa istedadından da bir zərrə yoxdur. Sabah nə olacağı barədə heç nə deyə bilmərəm.
    Lakin bu günün bəzi hadisələrini və adamlarını görürəm və məəttəl qalıram. Öz-özümə deyirəm ki, ilahi bu bəzi bəndələrinə ağıl versən heç də pis olmazdı. Əslində Allah hamıya ağıl verib, sadəcə o ağıldan necə istifadə etmək haqda təlimat verməyi məsləhət bilməyib; biz yuxarının işinə qarışa bilmərik ki.

    Sözümün canı var: indi “gündəm” deyilən bir şey dəbə düşüb və həmin o gündəm deyilən şeydə qalmaq üçün bəziləri və bir çoxları min bir oyundan çıxırlar. Və bu oyunda təkcə qonum-qonşu yox, hətta, bəzi ailələrin üzvləri belə, gündəmi zəbt etmək üşün dəridən-qabıqdan çıxırlar; ər arvadını, arvad da ərini nələrdəsə suçlayır.
    Amma bu söyüşün radiusu bəzən o qədər genişlənir ki, məsələ az qala, bəzi alimlər demiş, qlobal mahiyyət kəsb edir.
    Mənim başqa sənət sahibləri ilə bir işim yoxdur.
    Öz işləridir.
    Sözüm yazı-pozuya iddialı olanlar haqqındadır. Yox, heç onlara da qətiyyən ağıl, tövsiyyə, məsləhət vermək fikrində deyiləm. Sadəcə məqsədim bəzi mətləbləri xatırlatmaqdır. Bir-bir deyim.
    İndi az qala ədəbiyyatımızın, mədəniyyətimizin tarixində öz yeri olan, gözədəyən, nəzərəçarpan simaların hamısı “bütün cəbhə boyu” sürəkli atəşə məruz qalmaqdadır.
    “Arqumentlər” müxtəlifdir: Nizami, Xaqanı, Məhsəti niyə farsca yazıb? Şah İsmayıl Xətai, Cahan Şah Həqiqi niyə hökmdar olub? Abbasqulu Ağa Bakıxanov niyə dinə inanıb? Mirzə Fətəli Axundov niyə ateist olub? Mirzə Cəlil və Mirzə Ələkbər nə üçün yalnız satirik əsərlər yazıb, bəyəm bu xalqın yaxşı cəhəti olmayıb? Cavid və Hadi nə üçün romantik ruhlu əsərlər yazıblar, bəyəm bu xalqın bir naqis cəhəti olmayıb? Nə üçün Səməd Vurğun “Leninin kitabı”, Bəxtiyar Vahabzadə “Leninlə söhbət” adlı poemalar yazıb? Hələ Lenini qoyaq bir kənara, nəyə görə Üzeyir bəy “Stalin” kontatası, Müşfiq “Stalin” poeması yazıb? 37-ci ildə yetkinlik yaşı çatmış şair və yazıçıların bir çoxu güllələndiyi halda, niyə digər bir qismi o qovğalardan sağ-salamat çıxıb?
    Sonra.
    Biri deyir ki, niyə bizdə realist ədəbiyyat inkişaf etmir, bir başqası isı haray-həşir qoparır ki, bizdə postmodernizmi (və təbii ki, postmodernistləri) gözümçıxdıya salıblar.
    Təbii ki, başqa cür zadlar da var. Bir qism hər yerdə hər şeyin çox gözəl olduğunu, başqa qism isə hər şeyin hər yerdə pis olduğunu söyləyir.
    Mən bir zad demirəm. Heç də hamı eyni cür düşünməli deyil. Amma düşüncə bir az düz olmalıdır axı. Klassiklərdən diri deyib ki, ədəbiyyat-həyatın güzgüsüdür. Güzgülər də cürbəcür olur və heç də bütün güzgülər əyri olmur.
    ...Gündəmdə qalmaq istəyənlərin bir çoxu nəinki ədəbiyatı əyri güzgü kimi təsəvvür edir, hətta o əyri güzgünün də üstünə qara rəng yaxır və ya onu vurub sındırırlar.
    Gəl indi, əyri, sınıq, qara rəngli güzgüdə həyatın əksini axtar.



    Sözardı

    Ədəbiyyatda "olum ya ölüm" məsələsi zatən bu cür olmuş:
    30-cular 10-cuları söyürdü (10-cular gülümsəyirdi), 60-cılar 30-cuları söyürdü (30-cular gülümsəyirdi), 90-cılar 60-cıları söyürdü (60-cılar gülümsəyirdi), 2000-cilər 80-cıları söyür (80-cilər gülümsəyir)...
    Bir azdan gələn nəsil... söyməyə bir nəsil tapmayacaq.. Çünki belə bir nəsil yox... Təbii ki, heç müdrikanə "gülümsəyən" nəsil də olayacaq.
    Fakt bu.












    ƏDƏBİYYATDA “BAZAR QANUNLARI...”

    Tanınmış filosof-yazıçı Firuz Mustafanın redaksiyamıza göndərdiyi, müzakirə təriqi ilə qələmə alınmış yazıda klassik və müasir ədəbi prosesin eksklüziv müqayısəsi fonunda çağdaş ədəbiyyatın üzləşdiyi problemlərə də toxunulur.

    Tez-tez bu cür və ya buna bənzər ritorik suallar eşidirik: “Niyə bizim Tolstoyumuz, Dostoyevskimiz, Turgenevimiz yoxdur? Hanı bu günün Belinskisi, Dobrolyubovu?”
    Elə sualın havasından başa düşmək olur ki, onu ortaya atan adamlar ədəbiyyat sevdalılarıdır.
    Maraqlı sualdır. Mən bu sualları ortaya atan adamlara bəribaşdan öz dərin ehtiramımı bildirirəm. Amma artıq dediyim kimi, sualda ritorika da yox deyildir. Və ən maraqlısı da odur ki, bu sualla çıxış edənlərin əksəriyyəti çağdaş rus ədəbiyyatının havadarları və ya ruslar özləri deyil, bizim milli ədəbiyyatın təəssübkeşləridir. Halbuki adı çəkilən bu nəhəng ədəbi simalar “rus faktı” və “rus faktoru” olduğundan onların bir daha geri dönməsini, adi məntiqlə götürsək, ruslar özləri arzu etməlidirlər... Amma görünür, bir çox dərdlər kimi, dünya ədəbiyyatının dərdini çəkməyi də Tanrı bizə qismət edib.
    Əvvəla, onu demək lazımdır ki, Tolstoyu, Dostoyevskini, Turgenevi, lap elə Qoqolu, Qonçarovu, Gertseni, Çernışevskini yenidən yetişdirmək imkanı yoxdur. Onları yetişdirmək üçün gərək 150-200 il əvvələ qayıdasan, yəni tarixi geriyə addımlayasan. Bundan ötrü gərək “Peterburqdan Moskvaya səyahət”ə Radişşevlə birgə çıxasan. Bunun üçün gərək Puşkin və Qoqoldan xeyir-dua alasan, Belinskinin –“qəzəbli Vissarionun” səsi sonralar çıxacaq “usta şilləsini” qazanasan. Bunun üçün gərəkdir ki, “Moskovskiy teleqraf”, “Oteçestvennıye zapiski”, “Sovremennik”, “Russkoye slovo”, “Vremya”, “Epoxa”, “Moskvityanin”, “Vremya”, “Xristianskiye çteniye” jurnallarının yaradıcısı və ya oxucusu olasan.
    Mən hələ həmin dövrdəki yazıçıların dekabristlərlə dostluq əlaqələrini, azadlıqsevər insanların keçdiyi sürgün və məşəqqət yollarını demirəm. Hələ yağmurlu Peterburq, Neva, baş-başa verən kilsə qüllələri və o qüllələrdən gələn zəng səsləri qalsın bir yana...
    Açığı, hərdən mənim də ürəyimdən buna bənzər suallar keçir: “Hanı bizim Flöberimiz, Balzakımız, Hüqomuz, Mopassanımız, Zolyamız, Qonkur qardaşlarımız?” Hə də, mən rusları bir yana qoyub fransız yazıçılarını deyirəm. Onlarda belə dahilər var, bəs bizdə niyə olmasın? Birdən yadıma düşür ki, bunun üçün ən azı Fransa, Paris, Napoleon, fransızların Rusiyaya və Prussiyaya hücumu, Paris kommunası, gilatino, inqilab... lazımdır. Məlumdur ki, bütün bunların baş verməsi üçün ən azı 150-200 il əvvəlki tarixə qayıtmaq zərurəti yaranmalıdır.
    Fransız xalqını öz ədəbiyyatının problemləri ilə baş-başa buraxıb gəlin keçək necə deyərlər, məsələnin əsas tərəfinə. Axı biz söhbətə rus ədəbiyyatından başlamışdıq. Daha doğrusu, öz ədəbiyyatımızda “rus yazıçılarını” görmək istəyənlərin arzusunu ifadə etməyə çalışmışdıq.
    Gəlin baxaq görək bu gün Rusiyanın özündə adlarını yuxarıda sadaladığımız dahilər bir yana dursun, heç o dövrün orta səviyyəli yazıçılarına tay tutulacaq bir qələm adamı varmı? Məsələn, bu günkü rus ədəbi mühitində heç Konstantin Aksakov, Nikolay Leskov, Mixail Saltıkov-Şedrin, Aleksandr Drujinin səviyyəli yazıçılar gözə dəymir, o ki ola Tolstoy və ya Çexov..
    Rus tənqidi də elə rus ədəbiyyatı kimi bu gün az qala “yatıb hürür”, bizdən iraq və ya üzdən iraq. Axı klassik anlamda böyük ədəbiyyatın meydana gəlməsi üçün böyük tənqidçilər də olmalıdır. Mən hələ Vissarion Belinskini, Apollon Qriqoryevi, Pavel Annenkovu, Dmitri Pisarevi, necə deyərlər qoyuram bir kənara (bu ifadəni artıq bir neçə dəfə zərurətən işlətmişəm, hər halda təkrara görə üzr istəyirəm) təkcə Nikolay Dobrolyubovun adını xatırlatmaq istəyirəm. Cəmi 25 il ömür sürmüş bu “ədəbiyyat uşağının” özünün və dahiyanə fikirlərinin təzədən doğulması, meydana gəlməsi üçün də tarix geri dönməlidir. Bunun üçün gərək həmin o Dobrolyubov kimi gərək sənin atan keşiş ola, hələ lap “uşaq-muşaq” vaxtında yunan fəlsəfəsi ilə tanış olasan, Qədim Roma şairi Horatsinin şeirlərini orijinaldan tərcümə edəsən, o vaxtkı Peterburq Pedaqoji Universitetində təhsil alasan, müəllimlərin ola Lorens və Blaqoveşenskiy, ədəbi himayədarınsa, məsələn, Çernışevski... Bunun üçün gərəkdir ki, vərəm xəstəliyinə mübtəla olasan, az bütün Avropa xəstəxanalarını dolaşasan, dərdinə dərman tapılmaya, gəlib öz vətənində 25 yaşında vəfat edəsən və özünə ustad saydığın, 37 yaşında dünyadan köçmüş dahi bir insanla eyni qəbristanlıqda yan-yana dəfn olunasan. Bəli, Dobrolyubovla Belinskinin məzarı Volkov qəbristanlığında yanaşı uyuyur...
    Bu cür misalların sayını kifayət qədər uzatmaq olar. Öz ədəbiyyatımızı hələ qoyuram bir kənara, gəlin elə söhbəti rus ədəbiyyatı kontekstində davam etdirək.
    Bu gün rus ədəbiyyatında nə baş verir? Uzun-uzadı təhlilə nə vaxtımız var, nə də marağımız. Təkcə onu demək kifayətdir ki, hazırda rus ədəbiyyatının ən görkəmli nümayəndələri fentezi, detektiv, ən yaxşı halda tarixi yazan macəralar yazan müəlliflərdir. Onların yaratdığı “sabun operaları” hazırda kitab dükanlarını zəbt etməkdədir. Tirajları da Dostoyevskidən, Tolstoydan min dəfələrlə yüksək. Fikrimizə illüstrasiya kimi bəzi adları xatırlatmaq da olar. Məsələn, Lyudmila Ulitskaya, Boris Akunin, Dina Rubina, Yelene Çijova, Tatyana Tolstaya, Tatyana Ustinova, Darya Dontsova... Gəlin etiraf edək, elə bizim ədəbi təsərrüfatımızda da az-çox bu cür, yəni yüngül-əyləncəli janra müraciət edən müəlliflərin yazdıqları oxunur. Nə etməli? Bu, gerçəklikdir.
    Amma bu o demək deyildir ki, bu gün bütün dünya ədəbiyyatı “yerində saymaqdadır”. Xeyr. Ədəbiyyat, böyük ədəbiyyat öz əbədi marşrutu ilə irəliləməkdədir. Mən vaxtilə yazdığım bir məqalədə bu barədə ətraflı söhbət açmışam. ( Bax: Firuz MUSTAFA
    “ROMAN JANRININ İNKİŞAF TRAYEKTORİYASI” “Azərbaycan” jurnalı.
    http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=3108)
    Bu da ruscası: “ Траектория развития прозы”
    http://proza.ru/2013/05/22/593
    Rəhmətlik Hegel deyirdi ki, tarix öz qəhrəmanlarını, qəhrəmanlarsa öz tarixini yaradır.
    Görünür, bu günün “qəhrəmanlıq həddinin səddi” elə bu qədər tələb olunur. Axı indi ədəbiyyatda da bazar iqtisadiyyatından hoppanıb gəlmiş bir fenomen öz qanununu və hökmünü diktə edir. Bu, “tələb-təklif” qanunudur.
    İndi ədəbiyyat az qala bütün paradiqma və paralellərinə görə bazarı yamsılamaqdadır. Orada hər şey isteklak üçün nəzərdə tutulub. Hətta özünə “yardımçı”, “satıcı”, “vasitəçi” tutan müəlliflər meydana gəlib.
    Bu aləmin öz “yükdaşıyanları”, “hambalları”, “qulları” vardır. Bəli, bəli, ədəbi aləmdə “ədəbi qul” və ya “ədəbi zənci” anlayışı çoxdan özünə yer tutub. Mahiyyəti də bundan ibarətdir ki, məsələn əlinin altında artıq pulu olan, amma özünü həyatda təsdiq edə bilməyən bir “ağıllı” birdən-birə şöhrət xəstəliyinə tutulur. Çıxış yolunu incəsənət sahəsində görür. Ya rəssam, ya bəstəkar, ya da yazıçı olmaq istəyir. Dilemma qarşısında qalan bu “istedad”, məsələn, fırça tuta bilmədiyi və ya not işarələrindən bir şey anlamadığı üçün özünü ədəbiyyata həsr etmək qərarına gəlir. Amma bu binəva, axmaq və eyni zamanda pullu adam hərfləri də düz-əməlli tanımır. Vaxtilə istədiyi qıza məktubu dostu yazıb. Bu dərəcədə savadsız olan şəxs arayıb-axtarıb özünə “ədəbi qul” və “ədəbi zənci” tapır. Bizim qəhrəmanın verdiyi pulun müqabilində “qul” onunçün “əsərlər” yazır. Bazar qanunları ilə işləyən bir aləmdə bundan daha optimal yol ola bilərmi?
    Bəli, vaxtilə mənəviyyata işləyən ədəbiyyat indi bazara işləməkdədir. Reallıq budur.












    КÖLGƏ ƏDƏBİYYATI

    İqtisadçıların və istеhsalla məşğul оlan adamların hamısına yaхşı məlum оlan bir anlayış var: "кölgə iqtisadiyyatı". Dünyanın dеməк оlar кi, bütün ölкələrində кölgə iqtisadiyyatı mövcuddur - birində az, birində çох. Inкişaf еtmiş ölкələrin iqtisadiyyatında "кölgəli" məqamlar azdır. Коrrupsiyaya uğramış rеgiоnlarda isə "кölgə iqtisadiyyatı" bir çох hallarda rеal iqtisadiyyatı üstələyir; bu cür ölкələrdə idхal və iхracın, istеhsal və istеhlaкın qеyri-şəffaflığı "çirкli pulların" yaranmasına şərait yaradır. Nəticədə, "çirкli pullar" iqtisadi müstəvidəкi "təmiz pulları" sıхışdırır; - bu, bir növ, qanunsuzluğun höкmranlıq еtdiyi cəmiyyətdə natəmiz adamların təmiz adamları sıхışdırıb кüncə sıхmasına bənzəyir.
    "Кölgə iqtisadiyyatı" vaхtilə Sоvеt İttifaqında və sоsialist düşərgəsinə mənsub оlan dövlətlərdə daha gеniş yayılmışdı. Görünür еlə buna görədir кi, bu gün кеçmiş Sоsializmin хarabalıqlarında da həmin çirкli, "gizli кölgə iqtisadiyyatın"ın izləri qalmaqdadır. Və bеlə öкələrdən biri də bizim məmləкətdir.
    Amma, indiкi halda mənim məqsədim qətiyyən iqtisadiyyat, habеlə оnun şəffaf və кölgəli cəhətləri barədə söhbət açmaq dеyildir. Mən "кölgəli" işlərimizdən biri haqqında danışmaq istəyirəm: bu, "кölgə ədəbiyyatıdır". Bəli, bəli, məhz "кölgə ədəbiyyatı". Yəqin кi, dünyanın hеç bir yеrində (bizdən başqa) bu cür ədəbiyyat yохdur. Və mən təəssüf еdirəm кi, bizdə mövcud оlan həmin ədəbiyyata aid bu tеrmin də ilк dəfə bizdə işlədilir. Mən uzun müddət düşünüb götür-qоy еtdiкdən sоnra bеlə bir qənaətə gəldim кi, bizdə sоn illərdə yaradılan "əsərlərin" bir çохunu məhz "кölgə ədəbiyyatı" anlayışı ilə səciyyələndirməк оlar.
    Bəs nədir "кölgə ədəbiyyatı"?
    Məlum məsələdir кi, nоrmal mühitdə nоrmal adam nоrmal yaradıcılıqla məşğul оlar və ya оlmalıdır. Amma çох təəccüblü haldır кi, bəzən qələm adamı özünün yох, başqasının... "yaradıcılığı" ilə məşğul оlur. Dеyəsən, siz də bu dеyilənlərə təəccüb еdirsiniz, еləmi? Еlə isə məsələnin mahiyyətini araşdıraq...
    Bir də baхıb görürsən кi, ədəbiyyata hеç bir dəхli оlmayan birisinin qəfildən qalın-qalın cildləri "işıq üzü" görür. Adam çaşıb qalır: əcaba, bu кəs birdən-birə haradan zühur еləmiş? Zatən bu cür "zühurlayan" кəslərə bu cür suallar vеrilir də. Cavab ləngimir, cildlərin "sahibi" əlüstü mеsaж göndərir: "Bəyəm bizə əsər yazmaq yasaq еdilib? Mən çохdan ədəbiyyatla (?) məşğulam. Bu, bir. Iкinci, görünür, mənim istеdadlı оlmağım кimlərisə (?) qıcıqlandırır".
    Ən ümdəsi isə budur кi, bizdə sоn dövrün ədəbiyyatını "yaradanların" əкsəriyyəti... оliqarхlardır. Хalqın sərvətini, bazarları, iqtisadiyyatı, istеhsal və az qala bütün istеhlaк sahələrini havadan, qurudan, dənizdən mənimsəyənlər indi də mənəviyyatı işğal еdir, "ədəbi aləmdə" mеydan sulamaq istəyirlər.
    Dеyəsən, кlassiкlərdən birinin dеdiyi zaman gəlib çatıb: yazı-pоzu adamları milyоnçuların pul кisəsindən asılı vəziyyətə düşüb. Хatırlatdığımız оliqarхlar özlərinin biznеs (əslində isə talançılıq) fəaliyyətini davam еtdirməкlə yanaşı, ədəbiyyatımızı da "inкişaf еtdirirlər". Bеlələri müəyyən istеdadı оlan кəsləri - ədəbi кölələri pulla ələ alaraq özləri üçün əsər yazdırır, öz "yaradıcılıqlarının" çiçəкlənməsi qayğısına qalırlar. "Ədəbi оliqarхlar" əlləRinin altında işlətdiкləri кəslərə də şirкət (və ya firma, zavоd, fabriк) fəhləsi кimi yanaşırlar; "ədəbi кölələrdən" biri əsərin bir fəslini, digəri ayrı fəslini yazır; sоnra gəlir коrrекtə, rеdaкtə, nəşr, tərcümə işi. Əlbəttə, iş bununla bitmir; aхı, "əsəri" rекlam еtməк lazımdır! Həticədə "əsəri" yazan кəslərin özləri başlayırlar "əsəri" mədh еtməyə. Оrtaya "rəylər" gəlir. "Rəylər" üst-üstə qalanıb кitablara - cildlərə çеvrilir...
    Еlə istеhsalat müəssisələrində də vəziyyət bu cürdür: biri əyirir, biri tохuyur, biri ölçür, biri biçir, biri sеçir, biri tiкir, bir çəкir, biri satır... biri də bu кеyfiyyəti şübhədоğuran malı rекlam еdir.
    Bu cür "əsərləri" nəzərdən кеçirərкən оnların müхtəlif əllərdən кеçdiyini - çохsaylı "yaradıcı оrdu" tərəfindən yazıldığını müəyyən еtməк еlə də çətin dеyil. Bunun üçün, hətta, böyüк istеdad sahibi - təcrübəli tекstоlоq və ya üslubiyyatçı оlmağa da еhtiyac duyulmur. Bеlə əsərlər adətən, "univеrsal" - qarışıq üslubun ifrazı кimi mеydana çıхır.
    Bəs görəsən "кölgə ədəbiyyatı"nın "yaradıcıları", başqa sözlə, "ədəbi оliqarхlar" özlərinin bu cür "fəaliyyətləri" ilə nəyi əldə еtməyə çalışırlar? Bəlкə оnları yığdıqları maddi sərvət təmin еtmir, buna görə də mənəvi sərvət "tоplamağa" cəhd еdirlər? Bəlкə bеlələrini artıq mənəviyyat məsələləri cəlb еtməyə başlayıb? Bəlкə "оliqarхlar" mənəvi aləmin maddi aləmə nisbətən daha "uzunömürlü" оlduğunu dərк еtməкdədirlər? Bəlкə gələcəyin böyüк musiqi, rəsm, mеmarlıq, hеyкəltəraşlıq... nümunələrini "кölgə iqtisadiyyatının" nümayəndələri yaradacaq? Bəlкə еlə əsil ədəbiyyat - "кölgə ədəbiyyatıdır"?
    Bu gün ciddi ədəbiyyat bir növ "кölgə ədəbiyyatının" girоvuna çеvrilməкdədir.
    "Кölgə ədəbiyyatı" əsl ədəbiyyatı üstələməкdədir.
    "Кölgə ədəbiyyatı"nın yaradıcılırı - "bağbanları" кölə ədəbiyyatçılar оlsa da, оnun "mеyvəsini" dərib dadanlar "кölgə iqtisadiyyatı"nın yaradıcıları - "оliqarхlardır".
    "Кölgə ədəbiyyatı" mənəviyyata кölgə salmaqdadır.
    "Кölgə ədəbiyyatı" - "кölgə iqtisadiyyatının" məhsuludur, bu "ədəbiyyatı" əslində "çirкli pullar" "yaradır". "Çirкli pulların" "yaratdığı" "ədəbiyyat" mənəviyyatı çirкaba batırır.
    Ədəbiyyatı кölgədən günəş işığına çıхartmağın zamanı çatıb.
















    “Şəhər” və “kənd ədəbiyyatı”

    "Şəhər ədəbiyyatı", "kənd ədəbiyyatı" bölgüsü əslində nisbi səciyyə daşıyır. Bu terminlər rus ədəbiyyatşünaslığından, daha doğrusu rus ədəbiyyatşünaslarından götürülüb. Ruslarda əksəriyyət tərəfindən belə bir fikir qəbul olunub ki, onlarda “şəhər ədəbiyyatı” “kəndlə” müqayisədə daha güclüdür. Rus “kənd ədəbiyyatına” adətən Şukşin, Rasputin, Belov, Astafyev aid olunur. Digər rus yazıçıları, məsələn, Bulqakovdan başlamış ta Fedinə, Yuri Trifonovdan tutmuş Tatyana Tolstayaya qədər "şəhər ədəbiyyatı" nümayəndəsi hesab olunur. Amma rus tədqiqatçıları bu cür bölgünü klassiklərə şamil edə bilmirlər. Məsələn, Tolstoyu, Turgenevi, Çexovu, Qorkini... nə “şəhərə”, nə də “kəndə” aid edə bilirlər. Yalnız arabir Dostoyevskini “peterburqun mahir təsvirçisi” kimi təqdim edirlər. O ki, qaldı bizim ədəbiyyata...
    Bizdə şərti olaraq "kənd ədəbiyyatı" deyilən anlayış bir növ rusları imitasiya etməkdən irli gəlir. Amma orası da var ki, bizdə doğrudan da kənd mövzusunda olan bədii mətnlər şəhər mövzusu ilə müqayisədə daha çoxdur. Səbəb sadədir: əvvəla, Sovet dövləti "kəndə şəhər mədəniyyəti" şüarını irəli sürmüşdü, bu mövzunu diqqətdə saxlayırdı. Çünki dövlət aqrar təsərrüfatdan sənayeyə keçmək istəyitdi, bu sahədə çalışan mədəniyyət adamlarından da dəstək almağa çalışırdı. İkincisi, burada subyektiv amillər də əsaslı rol oynayırdı. Yəni heç kəsə sirr deyildir ki,kənd mözusunda yazanlar, yəni kənddən şəhərə gələn yazıçıların sayı o dövrdə, əsasən də ikinci dünya müharibəsindən sonra xeyli artmışdı. Əlbəttə, böyük ədəbiyyatda bu bölgülər ikinci plana keçir, dediyim kimi, nisbi məziyyət daşıyır. Ön planda olan əsl böyük ədəbiyyat, böyük ilhamla yazılmış kamil ədəbi mətndir.

    “Teleqraf” 20.05.14






    OXUCUN KİMDİR,
    ƏLAHƏZRƏT YAZAR?

    Kitab... Ərəb dilindən götürülmüş bu sözün – bu leksemin əsasında cəmi üç samit dayanır (ktb) və bu üş hərfin sonralar onlarla “törəməsi” meydana gəlib: məktub, katib, məktəb, kitabxana, kitabə və s. Daxili fleksiya hesabına çoxmənalı söz və ifadələr yaratmaq qabiliyyətinə malik olan ərəb dilindən dilimizə keçən “kitab” sözü bizimçün ən doğma, ən munis sözlərdən birinə çevrilib. Əlbəttə, bizim söhbətimiz kitab sözünün etimologiyası ilə bağlı deyildir; söhbətimiz elə kitabın özü və onu oxuyanlarla bağlıdır. Nə yaxşı ki, azərbaycanlı təfəkküründə KİTAB anlayışı həmişə müqəddəs bir anlam kimi yaşayıb. Kitab bizdə həmişə sevilib, qorunub, əzizlənib. Amma son illərin kitab bolluğu – boz-bulanıq kitab “bumu” digər sahələr kimi kitaba qarşı da bir soyuqluq gətirib. Kitab bumu var, amma “oxucu bumu” yoxdur. İndi oxucunu az qala çıraq işığında axtarmaq lazım gəlir. Bizdə (xoşbəxtlikdən!) hələ yazıb-pozan müəlliflər-şairlər və nasirlər, tənqidçilər və publisistlər... qalmaqdadır. Belə götürəndə, bəlkə də qələm əhli oxucudan çoxdur. Bu, həqiqətən belədir. Ölkəmizdə nə qədər güclü, istedadlı şair və yazıçı var! Amma “istedadlı oxucu” necə, çoxdurmu? Bu cür oxucuları bəlkə də barmaqla saymaq olar. Məsələ burasındadır ki, bir çox orta səviyyəli oxucular qələm götürüb “əsər” yazmaq eşqinə düşür. Hətta, bəziləri ciblərinin pulu hesabına hansısa qələm əhlinə “özləri” üçün kitab yazdırırlar, təki kitabın üstündə “müəllif” kimi onların adı-soyadı getsin! Bəli, belələri də var. Amma bizim söhbətimiz yazar-oxucu münasibətləri üzərində qurulub və ona görə də həmin əlaqəyə ötəri bir işıq salmaq arzusunda bulunuruq.
    ...Bu günlərdə rus mətbuatında belə bir “qəribə” məlumata rast gəldim: Krasnoyarsk şəhərində dünyada anoloqu olmayan bir litsey açılıb: ədəbiyyat litseyi. Yox, burada bizə ənənəvi qaydada məlum olan “ədəbiyyatçılar” hazırlanmır. Onsuz da Rusiyadakı ali və orta istisas məktəblərində “ədəbiyyat adamı” hazırlayan kifayət qədər fakültələr var. Ədəbiyyat institutundan tutmuş ədəbiyyat kolleclərinə qədər nə qədər “ədəbi sahələr” fəaliyyət göstərir. Hətta “Literaturnaya qazeta”nın nəzdində xüsusi ədəbiyyat universiteti fəaliyyət göstərir və həmin “müəssisədə” şair və nasirlər hazırlanır. Burada yəqin ki, təəccüblü heç nə yoxdur. İstedadlı adam ədəbi janrların texnika və texnologiyasına bələd olmalı, onun sirlərindən baş açmalıdır. Ən maraqlısı budur ki, Krasnoyarskda fəaliyyətə başlayan litseydə OXUCU yetişdirilir. Bəli, bəli, oxucu! Və ən maraqlısı da budur ki, həmin məktəbin nəzdində qismən məhdud tirajla buraxılan “Gecə-gündüz” jurnalının (redaktoru yazıçı Roman Sosentsevdir) əsas qayə və məqsədi OXUCU tərbiyə etməkdir; savadlı oxucu olmadan dahiyanə yazılmış hər hansı bədii əsərin uğur və əhəmiyyətindən danışmaq mümkün deyil. Əsərin əsas “hədəfi” oxucudur. Məncə, “yazıçı yoxsa, oxucu da yoxdur” formuləsindən daha çox gündəmə “oxucu yoxsa yazıçı da yoxdur” fikri çıxarılmalıdır. Doğrudan da, oxucu olmayan müstəvidə hansı ədəbi əsərdən söhbət gedə bilər?.. Oxucu yetişdirilməli, tərbiyə olunmalı, qorunmalı, hətta lazım gələrsə mükafatlandırılmalıdır. Yazı-pozu adamı (yazar) öz oxucusunu tapmalı, onu qorumalıdır. (Amma burada söhbət digər aspektdən – yazıçının oxucu kütləsinin önündə və ya arxasında hərəkət edib-etməməsindən getmir, bu, başqa söhbətin mövzusudur).
    Oxucu yoxsa – yazıçı yoxdur.
    Oxucu yoxsa - əsər yoxdur.
    Oxucu yoxsa – qiraətxana, kitabxana yoxdur.
    Oxucu yoxsa – tərbiyəli, mədəni vətəndaş yoxdur.
    Oxucu yoxsa – mədəniyyət yoxdur. Mənə elə gəlir ki, oxucu problemi bu gün strateji bir mahiyyət daşıyır. Bu, lap dövlət əhəmiyyətli bir məsələdir.
    Mədəni, ziyalı, düşünən, dərk edən vətəndaş yoxsa, hansı Vətəndən, hansı vətənpərvərlikdən və nəhayət, hansı cəmiyyətdən danışmaq olar? Mütaliəsiz cəmiyyət – daha çox cəngəlliyi xatırladır. Cəmiyyət bu cür “mühit” və onun “qanunları ilə” yalnız fəlakətə gedə bilər. Sən öz oxucun barədə düşünürsənmi, əlahəzrət yazar?
    “MƏDƏNİYYƏT” qəzeti, oktyabr 2001-ci il
























    SÖZ AZADLIĞI
    BƏ
    ÇƏRƏNÇİLİK

    “Azadlıq” adlanan fenomenin mühüm atributlarından biri də söz azadlığıdır. Bəri başdan onu deyim ki, mən sözə təkcə ifadə vasitəsi, mənəvi-hissi hadisə kimi yox, həm də nəsə canlı, maddi varlıq kimi baxıram. Məncə söz sənət və doplomatiyanın yalnız “qabığı”, görünən tərəfi deyil, habelə mahiyyəti, ilk baxışda nəzərə çarpmayan tərəfidir. Və elə bu baxımdan mən “azadlıq”, “insan azadlığı” anlayışlarını məhz “söz azadlığı”nın ekvivalenti kimi başa düşürəm. Məşhur dini-abidənin ilk kəlamında olduğu kimi: “əvvəlcə söz yaranmışdı...” Bəli, insanın azadlığı onun düşüncəsinin azadlığından başlayır; düşüncə azadlığı isə azad sözlə ifadə olunur. Uzun-uzadı təşbeh və metodlara müraciət etmədən birbaşa onu demək olar ki, azad söz elə azad insan deməkdir. Sözü qandalanmış, cilovlanmış, “səsi alınmış” adamın hansı azadlığından söhbət gedə bilər. Söz azadlığı olmayan cəmiyyətin hansı “bağımsızlığından” danışmaq olar? Azad söz azad cəmiyyətdə mövcud olan təzyiq və yaxud əksinə, demokratik prinsiplər ilk növbədə öz “inikasını”, əksini sözdə tapır.
    Bizim cari söhbətimiz əsasən mətbu sözlə bağlıdır. Adətən jurnalistləri “beşinci hakimiyyət” hesab edirlər. Amma son vaxtlar “informasiya desantlarını” dördüncü, üçüncü, hətta bəzən “ikinci hakimiyyət” də hesab edirlər. Bu, təsüdüfü hal deyil. İndi bütün sivilizasiyalı dövlətlərin iqtidar dairələri publisist sözünün hökm və kəsərinə ciddi etimad göstərirlər, həm də təkcə sivilizasiyalı dövlətlərin siyasi gedimlərimi? Lap elə bizim Şimal qonşumuzu – Rusiyanı götürək: bir çox hallarda “jurnalist hakimiyyəti” rəsmi dövlət hakimiyyətini üstələyir və hətta onu pat vəziyyətinə salır. Əlbəttə, söhbət təkcə hər hansı bir iqtidarla mübarizə (və ya müharibə) aparan Sözün bütün məqamlarda hakimi – mütləq rolunu oynamasından getmir. Söhbət habelə ondan getmir ki, bütün hallarda bütün jurnalistlərin söz inhisarı hamı tərəfindən məqbul sayılmalıdır. Yox! Söhbət obyektiv, düzgün, vicdanlı Sözdən gedir. Söhbət həqiqəti olduğu kimi təqdim edən adamların özünə bənzəyən sözdən gedir.
    Yalnız azad adamın azad sözü ola bilər. Bunu da xatırlatmaq yerinə düşərdi ki, hələ hər cür məsuliyyətsiz söz və həmin sözə açılan gizli və aşkar qapılar söz azadlığına dəlalət etmir: habelə hər cür sözə qarşı qoyulan qadağa, bağlı qapı və enbarqo hələ söz azadlığını boğmaq kimi qəbul edilməməlidir. Çox acınacaqlı haldır ki, indi bizdə sözdən söz kimi yox, daha çox yelpik və yaxud əksinə, dəyənək kimi istifadə olunur; Bu cür ifratçılığın azad sözə və ya söz azadlığına heç bir dəxli yoxdur. Nəyə işarə olunduğunu sezmək üçün baş sındırmağa ehtiyac yoxdur; elə hər gün köşklərdən aldığımız müxtəlif ictimai-siyasi istiqamətli qəzetləri ötəri nəzərdən keçirmək kifayətdir. Eyni bir jurnalistin və ya eyni bir qəzetin eyni bir adam haqqında neçə cür mülahizə və münasibət söylədiyini görəndən sonra adamın sözə və özünə yazığı gəlir. İlahi insanlığın milyon illər boyu toplayıb cilaladığı, kəşf edib qoruduğunu misilsiz sərvət (Söz) necə də qiymətsizləşdirilir... Dünənki qəhrəman bu gün qorxaq kimi təqdim edilir. Bu günki satqın dünən mələk kimi təqdim edilirdi. Mən indi hakimiyyət kürsüsündə əyləşən adam tanıyıram ki, bütün hakimiyyətlər dövründə yalnız tərif yazmaqla, həmin hakimiyyət dövrlərindən sonra keçmişi “ifşa etməklə” məşğul olub. Adamın sözə yazığı gəlir...
    Söz azadlığı – sözü çeynəmək, çərənçilik deyil. İqtidarı, yaxud müxalifəti qamçılamaq və ya əksinə, mədh etmək də söz azadlığına dəlalət etmir. Kimlərsə qara yaxmaq, kimlərisə gözdən salmaq indiki dövrdə böyük cəsarət tələb etmir. Vəzifəli adamların qoltuğuna qarpız (yəqin ki, sözdən və ya sözlə) qoymağın özü də elə hünərli iş deyil; zira indiki dövrün qarğa və tülküləri (müqayisə üçün üzr istəyirəm) Krılov zamanında olduğundan daha ayıqdır; yəni vəzifədə, iqtidarda olan hər hansı normal adam (əgər normaldırsa) yəqin dərk edir və ya yəqin dərk etməlidir ki, sözü bir çoxlarırının nüfuzdan saldığı dayaqsız sözlə deyil, arxasında konkret əməli iş dayanan sözlə yenidən qiymətə mindirmək olar... Əlqərəz söz azadlığı çərçivəlik deyil. Ələlxüsus, söz adamı, qələm əhli üçün sözü qiymətdən düşmüş manat kimi sağa-sola xərcləmək o qədər də başucalığı gətirməz. Bizim söz allahımız Füzuli “bilməyən söz qədrini”, sözü özü üçün yelpik və ya dəyənək hesab edənləri bizdən çox-çox əvvəllər qırmanclayıb; bizə bircə o qalır ki, yaxşı kişilərin yaxşı sözlərinə əməl edək: özümüz və sözümüzə.

    “MAARİFÇİ” qəzeti, 11 fevral 1995-ci il
















    ƏDƏBİYYAT:
    ONU KİM YARADIR?

    (PRELÜD)

    Yəqin belə bir həqiqəti, reallığı hər kəs qəbul edər ki, yazıçılıq ta qədimdən bəri məmləkətimizdə nüfuzlu peşələrdən biri sayılmışdır. Mən əslində yazıçı sözünün yanında "peşə", "sənət", "ixtisas" və s. epitetləri işlətməyə bir qədər qəribə baxıram: amma nə edəsən ki, elə yazı-pozu adamlarının özləri də çox vaxt yaradıcılığın məlum növünü "peşə" kimi dəyərləndirirlər. Yaxşı, qoy olsun-peşə...
    Yazı-pozu adamları hələ uzaq keçmişdə belə bir "çardaq" altında toplaşmağa ehtiyac duyurdular. Elə bizim ölkəmizdə də zaman-zaman, "məclis", "dərnək", "ittifaq" adı altında müxtəlif koordinasiyalar, birliklər mövcud olmuşdur. İndi yaradıcı adamların könüllü toplaşdığı ən böyük birliklərdən birinin adı "Yazıçılar Birliyi" (YB) adlanır. Əslində bu təşkilat Sovet Hakimiyyətinin ilk illərindən fəaliyyətə başlayıb. Və heç kəsə sirr deyildir ki, o vaxtlar YB-ləri nəhəng ideoloji aparatın mühüm "vintciklərindən" birinin funksiyasını icra edirdi. Hətta Birliyin o vaxtkı sədri, məsələn, az qala MK-nın ideoloji katib səviyyəsində qəbul edilirdi.
    Zaman dəyişdi... Amma... Amma YB və onun strukturu, demək olar ki, dəyişmədi. Bax, indi ən çox mübahisə doğuran problemlərdən biri budur. YB nə vaxtacan fəaliyyət göstərəcək? Formal məntiq baxımından yanaşsaq bu ritorik sualda qəribə heç nə yoxdur; yəni zahirən bu sualın cavabı elə öz-özünə məlumdur: sovet dövləti yoxsa, onda YB nə üçün mövcud olmalıdır?
    Amma gəlin sualı bir az başqa cür qoyaq: bəyəm sovet hökümətinin çökməsindən yana, onun (yəni artıq mövcud olmayan həmin sistemin) yaratdığı təsisat və təşkilatların, qurum və idarələrin hamısı dağıldımı və ya dağıdılmalıdırmı? Onda gərək biz bir çox ali və orta məktəbləri, o cümlədən bütün yaradıcılıq təşkilatlarını necə deyərlər ucdantutma "bağlayaq". Elə götürək təkcə adını çəkdiyim sonuncu qurumları - Bəstəkarlar, Rəssamlar, Aşıqlar, Memarlar, Dizaynerlər, Yazıçılar... birliklərinin hamısını ləğv edək.
    Çağdaş zamanda bir çox sahə və sənətlərin adamları öz təşkilatlarını yaratmağa çalışır, bizsə qurulu təsisatı dağılmağa cəhd göstəririk. Qəribə məntiqdir, deyilmi?
    Bu gün AYB-nin mövcudluğu bir növ virtual dilemma qarşısındadır; burada cəmi iki cavab var: "Hə!" və "Yox!" Məsələ burasındadır ki, çox yazı-pozu adamları YB-ni "boykot" edir, onun qapanmasını, ən yaxşı halda isə "istefa" və ya "fəaliyyətini dondurmasını" tələb edirlər. Digər "cəbhənin" tərəfdarları isə "ayrıfikirliyə" görə onları ittiham edir, tənqid atəşinə tuturlar. Yeri gəlmişkən, ədalət naminə qeyd etmək lazımdır ki, həm "o tərəfdə", həm də "bu tərəfdə" çoxlu istedadlı adamlar var. Və elə yeri gəlmişkən, onu da xatırlamaq gərəkdir ki, hər iki qütb istedadsızlardan da xali deyildir.
    X tərəfin nümayəndələri YB-nın tənqid və təhqir atəşinə tutur, onun gərəkliyini təkzib edir.
    U tərəfin mübəlliğləri isə mövcud YB-nın hava və su kimi gərəkli olduğunu iddia edirlər.
    Bəs kimdir haqlı? Təbii ki, mən ədəbi arbutr missiyasını öz üzərinə götürmək arzusundan çox uzağam.
    Amma gəlin bir qədər obyektiv olmağa çalışaq. Artıq qeyd olunduğu kimi, YB-ni (və eləcə də digər yaradıcılıq təşkilatlarını) dağıtmağa ehtiyac yoxdur. Bəlkə əksinə, bu yaradıcılıq birliyinin işini daha da canlandırmağa cəhd göstərək? Bəlkə mahiyyətcə "yaradıcılıq" anlamının adekvat-subyekti olan bir təşkilatın hansısa ölü bir idarəyə, kontora, məsələn lap elə JEK-ə, Sobezə, daha nə bilim nəyə çevrilmək təhlükəsindən xilas edək? Əlbəttə, mənə etiraz edənlər tapılacaq: ələlxusus da X. cəbhəsində. Və yəqin ki, belə bir arqument də irəli sürüləcək: bəyəm YB yazıçı yetişdirir? Düzgün arqumentdir, doğru iraddır; həqiqətən də nəinki heç bir YB, hətta, heç bir universitet və akademiya istedadlı yazıçı "hazırlaya" bilməz. Yazıçı özü-özünü formalaşdırmalı, yetişdirməlidir.
    Elə isə U. cəbhəsinin iradlarını da dinləyək: ciddi ədəbi orqanlarda çap olunmayan, ədəbi proseslərdə bişib-bərkiməyən, tənqid "süzgəcindən" keçməyən, öz təcrübəli həmkarlarının hamısının üstündən qara xətt çəkən şəxslər boş müstəvidə hansı 'xarüqələr" yarada bilərlər?
    Məncə, hər iki arqumentdə tənqidə dözümlü mülahizələr var. Elə buradaca kiçicik bir haşiyə çıxıb ədəbiyyat-böyük bir prosesin məntiqi yekunu və nəticəsidir. Əslində bu prosesdə əli qələm tutanların hamısı - istedadlılar və istedadsızlar, fanatiklər və liberallar, cavanlar və yaşlılar, az və çox yazanlar, hücumçular və müdafiəçilər... iştirak edir. Yeni ədəbiyyatı hamı (yaradıcılar nəzərdə tutulur) yaradır. Və eləcə də yazıçını ədəbiyyat formalaşdırır, "yaradır". Bu prosesə hərə öz "töhfəsini" verir. (İfadə bir az poetik çıxdı, məni bağışlayın). Amma söz yox ki, ədəbiyyatın öz cırtdanları və nəhəngləri, liliputları və qulliverləri olur. Yəni böyük ədəbiyyatın kiçik təpələri və nəhəng zirvələri olur. Və o böyük zirvələr dünyaya adətən o kiçik təpələri və nəhəng zirvələri dünyaya adətən o kiçik təpələrin çiyni üzərindən boylanır. Əlbəttə, orası da var ki, bəzən bu zirvələr dekorativ xarakter daşıyır, zamanın küləyi o yalançı, süni, saxta "ucalıqları" məzhəkə səhnəsinin butoforları kimi aşırır, ədəbi müstəvidən süpürüb atır. Söz yox ki, elə ədəbiyyatın da zamana ehtiyacı var.

    "ƏDALƏT" qəzeti, 7 noyabr 2002-ci il


















    II.ABSOLYUT.


    Millətin Mirzəsi

    Mirzə Cəlili kimlər və nə üçün sevmirlər?
    “Usta Zeynal”ın qəhrəmanını ermənilər nəyə görə millətçi hesab edirdilər?

    Mirzə Cəlilin yeni təftişçiləri, təzə tənqidçiləri, daha doğrusu sütül təhqirçiləri peyda olub.
    Xeyir ola? Axı bu kişi nə oliqarx olub, nə mafioz, nə evyıxan, nə də rüşvətxor.
    Sadəcə olaraq, öz xalqını ürəkdən sevib. Bilirəm, soruşanlar olacaq ki, bəs öz millətini sevən adam onu bu qədər tənqid edərmi?
    Mən də cavab verirəm: əvvəla, Mirzə xalqını heç vaxt təhqir etməyib, onun halına ağlayıb, ikincisi də, bəyəm siz ən çox öz sevdiklərinizi, yaxınlarınızı, məsələn, öz uşaqlarınızı tənqid və ya tənbeh etmirsiniz?
    Deyə bilərlər ki, bəyəm millət uşaqdır ki, onu tənqid edəsən? Unutmayın ki, millətlərin və xalqların da uşaqlıq dövrü olur. Hətta, tarixin də...
    Mirzə Cəlili kimlər və nəyə görə tənqid edir?
    Sualı hələlik qismən açıq qoyaraq (çünki bu tənqid məsələsinə yenə qayıdacam) deyirəm:
    Fransanın satirik yazıçısı Fransua Rableni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Satirik çex yazıçısı Yaroslav Qaşeki öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Rus satiriki Mixail Saltıkov-Şedrini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Amerikan satiriki Mark Tveni öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Serbiyalı Branislav Nuşiçi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    İngilis satiriki Coş Billinqsi öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Türkiyənin satirik yazıçısı Əziz Nesini öz vətənində kimlər və nəyə görə tənqid edirdilərsə,
    Mirzə Cəlili də öz vətənində həmin kəslər tənqid və hələ üstəlik təhqir edirlər.
    Avropa artıq tənqid və satira yazanların yazasından əl çəkib. Şərq isə hələ də yağlı-ballı, güllü-bülbüllü ithaf əsərlərinin tamarzısındadır.
    Mədhiyyə və tərif xəstələrinin sayı dəmadəm artmaqdadır.
    Bəli, etiraf edək, bilərəkdən və ya bilməyərəkdən, məqsədli və ya məqsədsiz şəkildə Mirzəni sevməyənlər, onun yaradıcılığını gözdən salmaq istəyənlər var.
    Deyirlər ki, məsələn, Mirzə Cəlil niyə bizi qonşu xalqlarla müqayisə edərək aşağılayıb?
    Belələri bilmir ki, müqayisə və paralellik elə satiranın canıdır. İngilis satirikləri həmişə müsbət hadisə kimi almanları, alman satirikləri isə yaxşı nümunə kimi fransızları nümunə gətiriblər. Birisi də bu yandan banlayıb soruşur ki, əcaba, yaxşı, bəs o fransızlar örnək kimi, kimi (iki “kimi”yə görəsə heç kimi bağışlamaq olmaz) və ya nəyi nümunə gətiriblər? Deyim kimi- afinalıları, spartalıları, bir sözlə, antik adamları. Antik dünyanın adamları isə təbii ki, allahları ən böyük nümunə hesab edirdilər...
    Deyirlər ki, Mirzə Cəlil xalqımızı ələ salır, aşağılayır, lağa qoyur. Yalandır. Ağ və qırmızı yalan. Mirzə Cəlil xalqımıza gülməyib, onun halına acıyıb, onun düçar olduğu vəziyyətə ağlayıb. Artıq mənə qədər deyildiyi kimi, Mirzənin tənqidi, əslində göz yaşları içində gülüş və qəhqəhədir.
    Bilirəm, “millətimizi aşağılayan” əsər kimi “bəziləri” Mirzənin ən çox “Usta Zeynal” hekayəsini nəzərdə tutulurlar. Yeri gəlmişkən, bəzi mənbələrdə “Usta Zeynal”ın 1902-ci ildə, bəzilərində isə 1905-ci ildə yazıldığını qeyd edirlər. Əsər ilk dəfə 1906-cı ildə Tiflisdə ayrıca kitabça çəklində çap olunub. Hekayənin məğzi, mahiyyəti və məzmunu məlumdur. Müəllif bu əsərdə müsəlman ətalətini tənqid edir və bu ətalətin bariz bir nümayəndəsi kimi Usta Zeynalın halına acıyır, həm də təkcə acımır, onun timsalında bu cür “ustalığa” ağlayır, hönkürür, nalə çəkir.
    Bu hekayədə bir neçə nüans var ki, onlara diqqət etmək lazımdır. Usta Zeynal kimdir, haralıdır, nəçidir? Ritorik sual kimi səslənsə də demək lazımdır ki, Usta Zeynal natamam ustadır, əslən iranlıdır və padşahın zülmündən qaçıb Arazın o tayından bu tayına gəlmişdir. O, yenə “padşahlıq” dövranının xülyası ilə, şah rejimini öz ağlına uyğun qaydada “idealizə” etmək arzusu ilə yaşayan gəvəzə və üstəlik də naqqal bir adamdır. Amma o, o qədər də axmaq adam deyildir, zira evində təmir işləri apardığı Mugdisi Akopun və köməkçisi Qurbanın bütün suallarını necə lazımdırsa “cavablandırır”; təbii ki, öz bildiyi kimi.
    Artıq dediyimiz kimi, Usta Zeynal Şərqin ətalət simvoludur, antidealektik bir tipdir. O, inkişafı, tərəqqini, təkamülü qəbul etmir və ya edə bilmir. Zənn edir ki, bütün müşkül işlərin açarı tanrının və padşahın əlindədir. Əsərdə bu günlə səsləşən motivlər, günümüzə ünvanlanan mesajlar da yox deyildir, ən azı Dağlıq Qarabağın azad olunacağı ilə bağlı müxtəlifqütblü düşüncələrin bir qanadını xatırlatmaq kifayətdir. Maləsəf, çoxları hələ də, işğal olunmuş torpaqlarımızın Usta Zeynal “politikası” və “projesi” üzrə qaytarılacağını zənn edir.
    “Usta Zeynal” hekayəsi təkcə bu günün müzakirə obyekti deyildir. Bilənlər bilir, bilməyənlərin diqqqətinə çatdırmaq məqsədilə qocaman ədəbiyyatşü- naslarımızdan birinin vaxtilə dediklərini xatırlayıram. Aldı görək nə deyir.
    Məsələ burasındadır ki, Cəlil Məmmədquluzadənin 100 illiyi keçirilən ərəfədə, 1960-cı illərin ikinci yarısında ədibin “qəhrəmanlarından” birinin- Mugdisi Akopun yerliləri o vaxtkı ölkəmizin, yəni SSRİ-nin paytaxtı Moskvaya dalbadal şikayət məktubları yazaraq hay-küy qaldırdılar. Onların istəyi, amacı nə idi? Maraqlı burasıdır ki, indi bizim bəzi “Mirzəcəlilsevənlərin” əksinə olaraq, “onlar” çox qəribə bir iddia irəli sürürdülər. Qonşularımızın ədəbi-siyasi bəyanatı o vaxt “mərkəzdə” böyük təlatümə səbəb olub. İddia nədən ibarət idi: əcaba, bəs bilmirsiz ki, 100 illiyinə bütün Sovetlər birliyində ciddi hazırlıq işləri görülən ədibi-məşhur Cəlil Məmmədquluzadə ermənilərin bir nömrəli düşmənidir, çünki o, öz yazılarında sivil və qədim bir xalqı təhqir edib? Sübüt? Erməni tərəfin həmişə “ayaqda olan” başbilənləri ən əsaslı “sübut” kimi yazıçının “Usta Zeynal” hekayəsini göstəriblər.
    Mərkəzin “əlaqədar şəxsləri” hekayəni oxuyub orada heç bir təhqir elementi görməyiblər. Ermənilər isə öz iddialarından geri çəkilmək istəmirdilər. Mugdisi Akopun həmvətənləri israrla deyirdilər ki, Mirzə Cəlilin hekayəsinin baş qəhrəmanı millətçidir, türkçüdür, antiermənidir və o, zahirən avam kimi təqdim edilsə də mahiyyətcə hiyləgərdir, xalqlar arasında nifaq toxumu əkir. “Əlavə sübut” kimi hekayədəki bir epizodu xüsusi olaraq qabardırlar: bəs görmürsüz ki, Mirzə öz qəhrəmanının düşüncəsi ilə bizim xalqı necə aşağılayır. Bunun “sübutu” isə finalda aşkarca görünür, zira müəllif açıq mətnlə yazır ki, Qurban adlı köməkçi Usta Zeynalgildәn gәtirilmiş lәyәni bir kәnara qoyub, bütün günü ermәninin sәhәngindә su daşımış vә bununla da nәinki tәkcә Usta Zeynalın üst-başını, hәtta bütün işi murdarlamışdır. Deməli, Mirzə Cəlil öz qəhrəmanının dili ilə erməniləri “murdar” adlandırmış, aşağılamışdır. Beləlikə, bizim “Mirzəcəlilsevənlərin” bu gün böyük yazıçı haqda dediklərini “Mirzəcəlilsevmyənənlər” hələ onillər bundan əvvəl “sübuta yetiriblər”. Arada “sadəcə” bir fərq vardır: “bizimkilər” Mirzənin bizi, “onlarınkılar” isə Mirzənin onları “aşağıladığını” iddia edirlər.
    Və bu əhvalatdan sonra Cəlil Məmmədquluzadənin “daxili və xarici” tədqiqatçıları, linqivistika və politika adamları işə qarışır, onun bütün cümlələri zərrəbin altında nəzərdən keçirilir. Vaxtilə atası Qurbanəli və özü Mirzə ilə yaxın dostluq və yaradıcılıq təmasında olan, habelə böyük ədibin əksər əsərlərini ruscaya çevirmiş, Moskvada yaşayan, üstəlik arvadı “qonşu” xalqın nümayəndəsi olan məşhur ədəbiyyatşünas alim Əziz Şərif ekspert rəyi yazaraq bir daha sübut edir ki, adı çəkilən əsərdə erməniləri aşağılayan bir cümlə, bir söz, bir kəlmə belə yoxdur. Uzun sözün qısası, çox çək-çevirdən sonra Cəlil Məmmədquluzadənin 100 illiyi onun adına layıq şəkildə qeyd olundu...
    Bəli, Mirzənin heç bir xalqla ədavəti, eləcə də heç bir milləti aşağılamaq niyyəti olmayıb. Hətta, deyilənə görə onun pərəstişkarları arasında həmin o “qonşu” xalqın zərif cinsindən olan nümayəndələr də var idi.
    İndi gəlin yuxarıda qismən yarımçıq cavablandırılmış sualı bir daha yada salaq və görək millətimizin bu böyük Mirzəsini kimlər və nə üçün sevmirlər? Zənnimcə bu “Mirzəcəlilsevmyənənlərin” özlərini də müxtəlif parametr və paradiqmalar üzrə qruplaşdırmaq olar. Məsələn, bu cür: 1. Xəstə təxəyüllül sahibləri.2.Mirzənin hesabına gündəmə gəlmək istəyənlər. 3. Cəlil Məmmədquluzadəni anlayıb dərk etməyənlər. 4. Böyük ədibə ədəbi-estetik-genetik nifrət bəsləyənlər.
    Yox, belə çıxmasın ki, mən Mirzəmizi büt və ehkamt kimi təqdim etmək niyyətindəyəm. Qətiyyən. Buna heç Mirzənin də ehtiyacı yoxdur. Amma məsələ burasındadır ki, bir çoxları ədibin böyük adının kölgəsinə sığınaraq üskükdə fırtına yaratmaq istəyirlər. Məniddia edə edib deyə bilmərəm ki, Mizə Cəlili tənqid etmək olmaz. Əlbəttə, olar. Amma baxır kim və hansı niyyətlə? Niyyəti saf olanlar buyurub tənqiddən əvvəl onun yaradıcılığını tədqiq edib araşdırma aparsınlar.
    Və nəhayət. Bu gün millətimizin Mirzəsini və onun yaradıcılığını müxtəlif “izm”lərə müncər edənlər var. Burada təəccüblü heç nə görmürük. Düzdür, vaxtilə Cəlil Məmmədquluzadəni geniş auditoriyaya əsasən “tənqidi realizm” nümayəndəsi kimi təqdim ediblər. Mən də o fikirlə razıyam ki, Cəlil Məmmədquluzadənin yaradıcılığında məsələn, klassizmdən postmodernizməcən bir şox ədəbi cərəyanların, “izm”lərin izini axtarıb üzə çıxarmaq olar. Hərçənd ki, dahi yazıçının özü əlinə qələm götürərkən heç bir ədəbi metod və metodologiya barədə düşünməyib. Onun ümdə vəzifəsi xalqına və millətinə sadəcə Mirzəlik etmək olub...
    Satirikləri sevmək, təbii ki, çətindir.
    Gerizəkalı kəslər satiriki niyə sevməlidir ki?
    Talançılar, gəmiricilər, dağıdıcılar, yeyicilər, qamarlayıcılar, yerlipərəstlər, pulpərəstlər, vəzifəpərəstlər... Mirzə Cəlili sevə bilərmi? Mirzə Cəlilin bu gün aramızda yaşayan personaj və tipləri onu sevə bilməzlər və bu da təbiidir.
    Ədəbiyyata sürtünənlər satirikləri həmişə daş-qalaq ediblər. Bu nifrət hələ də yol gəlməkdədir.
    ...Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.





    S.S.AXUNDOV VƏ XALQ MAARİFİ
    S.S.Axundovun anadan olmasının 100 illiyi qarşısında

    Süleyman Sani Axundov geniş yaradıcılıq və fəaliyyət diapozonuna malik bir şəxsiyyət olmuşdur. Onun yığcam, duzlu hekayələri ictimai pafoslu dolu publisistika məqalələri, teatr repertuarlarının uzunömürlü inciləri hesab edilən dramları geniş oxucu və tamaşaçı kütləsinə yaxşı tapmışdır. Axundov şərait və imkan daxilində tez-tez ədəbi janrların birindən digərinə adlasa da, bütün şüurlu həyatı boyu ictimai fəaliyyətinin əsasını təşkil edən bir sənətlə əbədi yol yoldaşı olmuşdur: müəllimlik sənəti ilə. Mənalı ömrünün 40 ilini maarif cəbhəsində keçirən, vətən övladlarının savadlanması naminə həyatını şam kimi yandıran Süleyman Sani müəllimliyi dünyanın ən ülvi sənəti hesab etmişdir.
    1885-ci ildə dayısı Səfərəli Vəlibəyovun məsləhəti və köməyi ilə Qori müəllimlər seminarıyasının azərbaycan şöbəsi yanındakı ibtidai məktəbə və az sonra seminariyaya daxil olan Süleyman 1894-cü ilin iyun ayında təhsilini müvəffəqiyyətlə başa çatdıraraq həmin ilin oktyabr ayından etibarən Bakının III şəhər rus-tatar məktəbində müəllimlik fəaliyyətinə başlayır. Süleyman Sani və onun məslək, əqidə dostları o zaman XX əsrin əvvəllərində, zülmət içərisində parıldayan işıq zərrələrini xatırladırdı. Xalqın namuslu oğulları gənc nəslin təlim-tərbiyəsi üçün əllərindən gələni əsirgəmir, özlərinin mənalı borclarını ləyaqətlə yerinə yetirirdilər. Din, mövhumat, cəhalət mədəniyyətin, maarifin güclü işıq dalğaları qarşısında qara, qorxunc divar kimi ucadır, bu “ağıl tiryəki” (K.Marks) beyinləri, ağılları dumanlandırırdı. S.S.Axundov öz “Tərcümeyi-hal”ında o vaxtkı ağır şərait haqqında belə yazır: “Mollaların təsirinə qarşı mübarizə edərək uşaqları məktəbə cəlb etmək üçün biz – xalq müəllimlərindən çox böyük əmək, ehtiyatlı olmaq və bacarıq tələb olunurdu. Biz qapı-qapı gəzir, ata-anaları başa salır və yalvarırıq ki, uşaqlarını bizim məktəbə buraxsınlar”.
    Ədibin sonralar böyük ürək ağrısı ilə yazdığı bu sətirlər onun sinəsində alovlu vətəndaş ürəyinin vurduğunu, işıqlı amal uğrunda mübarizə apardığını bir daha sübut edir.
    S.S.Axundov ilk gənclik illərində öz məslək dostları N.Nərimanov, C.Məmmədquluzadə, S.M.Qənizadə kimi cəmiyyətin kəskin ictimai ziddiyyətlərinin əsasını avamlıqda, cəhalətdə görürdü. Ən kəskin mübarizə silahı bədii əsərlər ola bilərdi. Bunu yaxşı dərk edən 24 yaşlı gənc müəllim 1899-cu ildə özünün dediyi kimi “...ətalətlə mübarizə etmək üçün” “Tamahkar” adlı pyesini yazır.
    “Vətən balalarının” maarifləşməsi üçün var-qüvvəsilə çalışan Süleyman Sani 1905-ci il hadisələrindən sonra daha qızğın ədəbi fəaliyyətə başlamaqla yanaşı, müəllimlik işini də davam etdirir. Bakıda çağırılan birinci (1906) və ikinci müəllimlər (1907) qurultayında iştirak edir. Yazıçının keçən əsrin əvvəllərində tərtib etdiyi dərs proqramları, əlifba islahı ilə əlaqədar olaraq irəli sürdüyü layihələr öz zamanına görə çox mütərəqqi addımlar idi. S.S.Axundovun iştirakı və bilavasitə rəhbərliyi ilə tərtib edilən “İkinci il” adlı dərs kitabı böyük əhəmiyyət daşıyırdı.
    Xalq maarifini ictimai ideallar istiqamətinə yönəltməyə çalışan yazıçı “Nicat” cəmiyyətində çalışdığı illər ərzində özünün bir sıra qiymətli əsərlərini, o cümlədən, hal-hazırda yaş səviyyəsindən asılı olmayaraq bütün oxucuların sevə-sevə oxuduqları “Qorxulu nağıllar” (1912) başlığı altında çap edilən hekayələrini yazır. Uşaq ədəbiyyatının qızıl fonduna daxil olmuş həmin hekayələr, F.Bekonun dediyi kimi, “zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatlı nəsillərdən-nəsillərə yetirən fikir gəmiləri hesab oluna bilər”.
    S.S.Axundov “Yuxu”, “Kövkəbi-hüriyyət” hekayələrində elm, maarif, mədəniyyət məsələlərinin bədii şəkildə təbliğinə nail olmuşdur.
    Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra ədib xalq maarifi işinə cəlb olunur, “məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və rayonlarındakı maarifçilər arasına soxulmuş əksinqilabçıları ifşa etmək məqsədi ilə maarifçilərin bütün heyətini siyahıya almaqla məşğul olur. Şuşa, Kürdüstan, Qarabağ və Zəngəzurda kənd Sovetləri təşkil etmək işində fədakarlıqla çalışır, 1921-ci ildən Bakıda məktəb müdiri vəzifəsində çalışır, 19-cu və 29-cu şəhər məktəblərinin kollektivlərinə rəhbərlik edir.
    C.Cabbarlı, S.Rüstəm, S.Rəhman kimi məşhur şair və dramaturqların yetişməsində S.S.Axundovun rolu çox olmuşdur. O, öz şagirdlərinə düzgün istiqamət vermiş, onların gələcək həyat yolunun müəyyənləşməsində öz müsbət təzyiqini zühura
    çıxartmışdır.
    S.Sani həm də bir şəxsiyyət olmaq etibarilə olduqca təvazökar, qürurlu, ciddi və humanist insan olmuşdur. O, xüsusən gənc müəllimlərə tələbkarlıqla yanaşır, onların qarşısında böyük vəzifələr qoyurdu. Yazıçı öz xidmətləri müqabilində heç bir mükafat və təltif gözləmir, heç kəsdən alqış və tərif ummurdu. O, öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməyə çalışırdı.
    Böyük rus demokratı və yazıçısı N.Q.Çernışevski yazırdı: “Biz yazıçıların əsərlərini oxuyarkən yaxşı sifətlərə yiyələnir, mərhəmətli və alicənab oluruq”. S.S.Axundovun qiymətli əsərləri oxuculara məhz həmin hissləri – mərhəmətlik və alicənablıq hisslərini aşılayır.
    Böyük ədibin əməlləri və əsərləri həmişə yaşayacaqdır.

    Firuz Mustafayev,
    Saatlı şəhər səkkizillik məktəbin ədəbiyyat müəllimi

    “DÖNÜŞ” qəzeti, 20 dekabr 1975-ci il

















    Nərimanov əlindən gələn,
    gücü çatan hər şeyi edib
    NƏRİMANOV – 125 NƏRİMANOV – 70

    Düz 125 il bundan əvvəl Azərbaycan xalqının gələcək taleyində müstəsna rol oynayan bir insan dünyaya gəlib.
    Düz 70 il bundan əvvəl Azərbaycan xalqının taleyində müstəsna rol oynamış bir insan dünyadan getmişdir.
    Yaşadığı zamandan və hətta ölümündən sonra adı müxtəlif siyasi qütbləşmələrin çarpaz nöqtələrində hallandırılan, gah “sağlar”, gah da “sollar” tərəfindən hücuma məruz qalan maarifçi, inqilabçı, demokrat, yazıçı, doktor Nərimanova...
    “Nərimanov bu gün də kəskin mübahisələrin obyektidir. Nərimanov bu gün də ittiham olunur. Nərimanovun fəaliyyəti gah təsbit, gah təkzib, gah iqrar, gah inkar edilməkdədir.
    Hətta, Nərimanovu öz xalqına xəyanətdə günahlandıranlar da yox deyildir. Son illərin “inqilabi poliqonlarında” – meydan və küçə mitinqlərində, auditoriya və kabinetlərdə, qəzet və jurnal səhifələrində Nərimanova qarşı kəskin hücum mövqeyi seçmiş islahatçı və inqilabçılar, avantürüst və demoqoqlar istənilən qədərdir.
    Nərimanov ən çox nəyə görə suçlandırılır?
    Bolşekik təbliğatına, sosial dünyagörüşünə görə.
    Bəli, Nərimanov sosialist bərabərliyin tərəfdarı idi. Əgər onun tapındığı, inandığı ideyalar sonralar özünü doğrultmadısa bunda Nərimanovun nə günahı? Bəyəm indi Nərimanovu kəskin tənqid atəşinə tutanların irəli sürdüyü şüarlar təcəllə tapmışmı? Bu şüarların altında biz hansı müsibətlərin şahidi olmadıq?!
    Nərimanovun ən böyük “xəyanəti” Azərbaycan torpaqlarını qonşu respublikalarda “bağışlanılmasında” axtarılır. Doğurdanmı Nərimanov doğma torpaqlarımızı – Zəngəzur, Göycə mahallarını ermənilərə, Borçalı mahalını gürcülərə, Dərbənd ərazisini ruslara “bağışlayıb”? Həqiqətən, 23 aylıq müstəqil dövlətçilik statusumuz süquta uğrayandan sonra torpaqlarımızın mühüm bir qismi 3 qonşu dövlətin ərazisinə qatılmışdı. Amma gəlin görək bu vaxt Nərimanovun xidmətləri nədən ibarət olub?
    Həmin illərdə Azərbaycan torpaqlarının 3 respublika arasında parçalanma təhlükəsi yaranmışdı. Məhz Nərimanovun Leninlə şəxsi dostluq əlaqəsi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmişdir. (Və yeri gəlmişkən, Leninin SSRİ Xalq Komissarları Şurasının sədri vəzifəsinə seçilməsi təklifini ilk dəfə Nərimanov irəli sürüb). Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Nərimanovun müstəsna xidməti olub. Dağlıq Qarabağın Azərbaycan torpağı kimi tanınması Nərimanovun adı ilə bağlıdır.
    Nərimanov əlindən gələn, gücü çatan hər şeyi edib öz xalqı üçün. Tapındığı idealların iflasa uğramasında onun günahı yoxdur. İndi Nərimanovu torpaqları “satmaqda” günahlandıran bəzi millət qəhrəmanlarının ağılsız siyasəti, nadanlığı (Nərimanov həm də “Nadanlıq” əsərinin müəllifidir), avantürüzmi, məhdudluğu ucbatından torpaqlarımızın böyük bir qismi işğal altındadır. O vaxt da belə bir təhlükə yaranmışdı. Məhz Nərimanovun böyük ağlı, diplomatik manevri, şəxsi nüfuzu, təcrübəsi nəticəsində dünyaya öz adı, öz imzası ilə yeni bir dövlət gəldi . Azərbaycan Respublikası. Bu məmləkət böyük hiylə planlarının, məkr caynaqlarının qurbanına çevrilmədi... Nərimanovun gələcək nəsillərə ərməğan kimi təqdim etdiyi Azərbaycanı biz qoruya bildikmi? Bax, bu barədə danışmaq lazımdır. Və bilmək lazımdır ki, Nərimanov təkcə dünənin yox, gələcəyin adamıdır: həm şəxsiyyət, həm siyasətçi, həm də yazıçı kimi.

    “MAARİFÇİ” qəzeti, 26 aprel 1995-ci il















    Qürbətdə uyuyan Yusif Vəzir

    Böyük yazıçının ilkin vətəni kimi məzarı da əsarətdədir

    Azərbaycanın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Nijni Novqorod yaxınlığında Suxobezvodnoye adlanan yerdəki məzarının vətənə gətirilməsi ədibin ruhuna böyük diqqət və sayğı nümunəsi olardı

    Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin məzarı ilə bağlı əldə olunan faktlardan başlamaq istəyirdim. Amma istər-istəməz ortaya çıxan bəzi suallar söhbəti bir az başqa nöqtədən başlamağa vadar etdi. Məzarla bağlı söhbətə isə bir qədər sonra qayıdacağam. Yusif Vəziri repressiyaya aparan yol haradan başlamışdı? O, sağ qala bilərdimi?
    İndi, uzun bir zaman keçəndən sonra bu suallara cavab vermək bəlkə də müəyyən qədər "asandır". Axı konkret vaxt kəsiyi sonsuz əbədiyyət okeanına qovuşandan sonra keçmişləri bildiyin və istədiyin kimi "redaktə etməkdən" asan nə ola bilər ki?..
    Yusif Vəzir Kiyevədki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsini bitirəndən sonra 1915-1919-cu illərdə öz peşə fəaliyyətini Rusiyanın bir sıra şəhərlərində davam etdirmişdi. O, bəlkə də öz karyerasını qurmaq üçün Rusiyada qalsaydı repressiyalar ondan yan keçərdi.
    Yusif Vəzir Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri kimi fəaliyyət göstərərkən gənc dövlət qırmızı imperiyanın qanlı caynağına keçdi, səfarətxana öz fəaliyyətini dayandırmalı oldu. O, bəlkə də Türkiyədə qalsaydı daha dolğun bir həyat yaşaya bilərdi.
    Yusif Vəzir sovetlərin qələbəsindən sonra Parisə mühacirət etmişdi, orada "Paris xəbərləri" qəzetində "Şərq məktubları" başlığı altında köşə yazıları ilə çıxış edirdi. O, bəlkə də Parisdə qalsaydı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal iştirak edərdi. Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi kimi kollektivdə böyük nüfuz qazanmışdı. O, öz pedaqoji fəaliyyətini davam etdirsəydi sonralar sakit bir alim ömrü yaşayardı.
    Qanlı-qadalı illərdə Rusiyada, Türkiyədə, Fransada, Özbəkistanda yaşayıb sağ qalan soydaşlarımız az olmayıb. Amma... Amma görünür, hər bir kəsin özünün yazmağa cəhd göstərdiyi bir tərcümeyihalla yanaşı, qəzavü-qədərin hökmüylə həkk olunan bir yazı da olur. Bu yazıya alın yazısı da deyirlər.
    30-cu illər repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına böyük faciələr gətirdi. O, öz isti yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi kimi sevdiyi Vətənindən didərgin düşdü.
    Yusif Vəzirin həyatının son illəri Özbəkistanla bağlı olub. Ədib 1937-ci ildə müxtəlif bəhanələrlə işdən azad edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı başçısı Mircəfər Bağırova ərizə ilə müraciət edir, amma heç bir cavab almır.
    Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə ilə müraciət etməli olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir. Yusif Vəzir bir aya yaxın Moskvada qalır, "əlaqədar" idarələrin qapısını döyür, Stalinə yazdığı ərizə barədə dəfələrlə Mərkəzi Komitəyə müraciət edir, lakin hər yerdə eyni laqeydliklə qarşılanır. Təzədən Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə "Kommunist" qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Amma onun pedaqoji fəaliyyəti çox da uzun sürmür, yazıçı 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı il iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir. Vəssalam. Yox, bu son deyil, böyük ədibin fiziki həyatına son nöqtə qoyulsa da, onun ikinci ömrü, mənəvi həyatı davam etməkdədir.
    Mən Yusif Vəzir Çəmənzəminlinin xüsusi tədqiqatçılarından deyiləm. Lakin hələ uşaqlıqdan onun bədii əsərlərini oxumuş, sonrakı mərhələdə elmi araşdırmaları ilə tanış olmuşam.
    İndiki halda mənim söhbətim Yusif Vəzirin ədəbi-elmi fəaliyyətindən daha çox, onun həyatının sonrakı mərhələsi, daha doğrusu, həyatla vidalaşdığı vaxtdan sonrakı dövrü ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Nijni Novqorod vilayətinin Suxobezvodnaya adlanan qəsəbəsindəki həbs düşərgələrinin birində dünyasını dəyişib.
    Mən günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək qərarına gəldim. Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı: onun öldüyü həbs düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
    ...Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) dəfn olunduğu qəbristanlığı, daha dəqiq desəm, onun məzarını axtarmaq qərarına gəldim. Dost-tanışlardan, məlumat kitabçalarından, mətbuatdan xeyli məlumat əldə etdim.
    Suxobezvodnoye Qorki (indiki Nijni Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin 30-cu illərində dustaqlar üçün "iş yeri" kimi fəaliyyətə başlamışdır. Buradakı məhbuslar dəhşətli katorqa şəraitində saxlanmaqla yanaşı, ağır fiziki işlərə də cəlb edilirdilər.
    Suxobezvodnoye bu gün də öz əzəlki "missiyasını" davam etdirməkdədir: buradakı 21 islah- əmək düşərgəsində 27 min məhbus saxlanılır. Düşərgələrdən 10-u ciddi rejimli, 5-ümumi, 2-si tərbiyəvi rejimli, 2-si SİZO, biri qadın, biri isə xəstələr (vərəm) üçün nəzərdə tutulmuşdur.
    Suxobezvodnoye sözünün tərcüməsi "susuz quru yer" mənasını verir, yaxınlıqda su mənbələri yoxdur, yalnız 30 metr dərinliyəcən qazılan quyulardan su əldə etmək olur.
    Bəs Yusif Vəzirin vaxtilə cəza çəkdiyi konkret həbs düşərgəsini necə müəyyənləşdirməli? Mən əksər islah-əmək düşərgələrinin rəislərinə məktubla müraciət etdim.
    Daha sonra Nijeqorod vilayətinin prokuroru K.M. Kojevnikova və Vilayətin məhkəmə sədri A.V. Bondara aşağıdakı məzmunda məktubla müraciət etdim:
    “Yazıb Sizə bildirirəm ki, görkəmli Azərbaycan yazışısı Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1940-cı ildə Bakıda həbs olunaraq həmin ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilmişdir.
    Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoye stansiyasındakı həbs düşərgəsində vəfat etmişdir. Xahiş edirəm, həbs düşərgəsində yazıçıya aid sənədlərlə tanış olmağa, onun dəfn olunduğu qəbrin müəyyənləşdirilməsində və nəşinin öz doğma vətəninə gətirilməsində kömək göstərəsiniz”.

    Yeri gəlmişkən onu da deyim ki, Yusif Vəzir ən ağır məhbəs şəraitində belə son nəfəsinəcən qələmi yerə qoymayıb. O, hər gün yazıb-yaradıb. Çəmənzəminli nikbin insan idi, o, sabaha ümidlə baxır, hesab edirdi ki, bir gün haqq öz yerini tapacaq, onun yazıları öz doğma ölkəsinin vətəndaşlarına çatacaq. Sürgün dostlarının yazdığına görə, böyük ədib son nəfəsində məhbəs nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını həbsxana çardağının altında əlçatmaz, xəlvəti bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş. Nəzarətçi hörmətlə yanaşdığı ziyalı məhbusun xahişini yerinə yetirir. Amma "susuz quru yerin"- Suxobezvodnoyenin yağış və çisəyi həmin yazıları elə o əlyazmaları müəllifinin ömrü, həyatı kimi çürüdüb məhv eləyib.
    Bəli, böyük ədib öz ömrünü, əsası ötən əsrin 30-cu illərində qoyulmuş ciddi rejimli düşərgədə başa vurmuşdur. Həmin cəza yeri (UZ-62/1) 1953-cü ilə qədər mərkəz və ya birinci düşərgə şöbəsi kimi fəaliyyət göstərmişdir. Əvvəllər VETLAQA adlanan zona sonralar UNJLAQA kimi tanınıb; zamanında düşərgənin 28 məntəqəsi olmuşdur.

    Mən həmin düşərgənin rəhbərliyinə, habelə Rusiyadakı bir sıra “əlaqədar təşkilatlara” yuxarıdakı məzmunda məktubla dəfələrlə müraciət etməli olsam da, artıq dediyim kimi, məktublarım cavabsız qalırdı.
    Demək olar ki, göndərdiyim bütün məktublar eyni qaydada "cavablandırılırdı", bu “cavabın” yalnız bir adı vardı: sükut. Bəli, sükut bazarı. Sanki dərin quyuya daş atılır və bu daşın səsi, əks-sədası gəlmirdi. Belə çıxırdı ki, çar imperiyası məmurlarının bir zaman əyalət hesab etdikləri ölkələrə, indi yeni Rusiyanın yeni kadrları da eyni münasibət bəsləməkdə idilər.

    Nəhayət, təşkilatlardan biri mənim məktubuma dəqiq cavab göndərdi.
    “QUSFİN-dən aldığım həmin məktubu bu yazıya əlavə edirəm.

    ФЕДЕРАЛЬНАЯ СЛУЖБА
    ИСПОЛНЕНИЯ НАКАЗАНИЙ
    ГЛАВНОЕ УПРАВЛЕНИЕ
    ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ
    (ГУФСИН РОССИИ ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ)
    Артельная ул., 1-А, г. Нижний Новгород, 603098
    тел. (831)268-54-01, факс (831) 434-41-13
    (831)464-90-11
    gufsin@gufsin-nn.ru
    _10.05.2012 № 53/ТО/1/3-Ф-692/12
    На № __________________________


    Архивная справка

    Везиров Юсуф Баба Оглы, 1887 года рождения, уроженец г. Шуша Азербайджанской ССР, азербайджанец, образование высшее, специальность педагог. До ареста проживал в г. Ургенч Хорезмской области УзССР.
    Работал до ареста в г. Ургенче Хорезмской области старшим преподавателем русского языка института в 1938-1940 годах.
    Из Хорезмской области из Ургенческой тюрьмы № 6 после ареста был направлен в г. Баку, в распоряжение НКВД Азербайджанской ССР. Осужден 11 июня 1940 года особым Совещанием при НКВД СССР по статье 58-10 УК РСФСР к 8 годам лишения свободы, за антисоветскую деятельность. Начало срока 27 января 1940 года.
    Для отбывания срока наказания направлен в Унженский ИТЛ прибыл 11 июля 1940 года. Работал бригадиром.
    Скончался 3 января 1943 года. Извещение о смерти направлено в ОАГС НКВД Хорезмской области за № 15/а31365 от 26.01.1943года.
    Основание: Ф.92 арх. л/д 1168.
    Личное дело Везиров Юсуф Баба Оглы находится на хранении в Информационном Центре ГУМВД России по Нижегородской области.
    Заместитель начальника А.В. Иванов
    Начальник архива Т.Ю. Савиных

    Bax belə.

    Necə deyərlər, bu da son.

    Düşünürəm ki, ilk romançılarımızdan birinin məzarının Vətənə gətirilməsinə elə bir böyük vəsait, xərc və eləcə də ciddi maneə ola bilməz. Böyük Azərbaycan yazıçısının nəşi uzun illərdir ki, gözdən-könüldən uzaq bir yerdə məskunlaşıb. İnanmaq olmaz ki, Yusif Vəzirin ruhu sakitcəsinə uyumaqdadır. Mənə elə gəlir ki, ədibin nəşinin öz vətəninə gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı.

    Onun doğulduğu yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir, elə böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı kimi. Gəlin, böyük vətəndaş və nəhəng yazıçımızın məzarını əsarətdən xilas edək.

    DƏRC OLUNDUĞU MƏNBƏLƏR:
    Avanqard.net
    http://www.avanqard.net/index.php?action=static_detail&static_id=55658

    “Xalq Qəzeti”
    30 İyul 2012, Bazar ertəsi
    Xalq qazeti










    CABBARLI POEZİYASI
    (ANADAN OLMASININ 70 İLLİYİ MÜNASİBƏTİ İLƏ)

    Cəfər Cabbarlı böyük dramaturq, publisist, sənətşünas, nasir olmaqla bərabər, həm də istedadlı bir şair olmuşdur. Müasirlərinin, yaxın tanış və dostlarının xatirələrindən aydın olur ki, Cabbarlı hələ çox erkən, 10-12 yaşlarında ikən poeziya ilə maraqlanmağa, şeir deməyə başlamışdır.
    Molla əmi əzan verir,
    Saqqalına nizam verir,
    Halva görəndə can verir,
    Ölü görəndə yan verir.

    Ədibin hələ uşaq ikən bədahətən dediyi bu parça, öz quruluşuna görə xalqımızın böyük satiriki M.Ə.Sabirin “Tutdum orucu irəmazanda...” misrası ilə başlayan şeirinə bənzəyir. Bu məlum bir faktdır ki, Cəfər Sabirin şeirlərini özünə örnək seçmiş, ondan çox şey öyrənmişdir. Bunu dramaturqun “Babayi-əmir” jurnalının 1915-ci il 26 avqust tarixli nömrəsində nəşr edilmiş “Qızıma” adlı satirik şeirində daha aydın görürük:

    Yaşın oldu on üç, ay qız,
    səni verrəm bir ərə,
    Bir müqəddəs kişiyə,
    pulluya, bir bəxtəvərə...

    Məhkum Azərbaycan qadınlarının taleyi Cabbarlını çox gənc ikən düşündürməyə narahat etməyə düşündürməyə narahat etməyə başlamışdır. Onun satiralarında incə yumor, acı gülüş, kinayə özünü aydın biruzə verir. Şair bütün yaradıcılığı boyu, xalqı soyub talayan “boynu şalbandan yoğun seyidləri”, “özlərini bəsləyən axundları”, “bic mollaları” – ümumiyyətlə din xadimlərini cəsarətlə ifşa etmişdir.
    İstedadlı, müşahidəçi şair, (söhbət dramaturğun poeziyasından getdiyi üçün məhz onu şair adlandırırıq) avam, nadan ata-anaların dilindən: “Nə dərs olaydı, nə məktəb, nə elmü-sənət olaydı” ... deyərkən yadımıza istər-istəməz Sabirin “Oxutmuram” əl çəkin!” adlı məşhur şeiri düşür.
    Cabbarlı ictimai-siyasi mövzuda bir sıra şeirlər yazmış, necə deyərlər, öz dövrünün nəbzini tutmağa çalışmışdır. Bu motivlər, bu hisslər: “Səhər çağı siyasi bir məhbus”, “Həyat və mübarizə”, “Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə” və yaxud “Birbəbir”, “Olacaqsan”, “Görməkdəyəm”, “Üstünə” və sairə şeirlərində qabarıq şəkildə təsvir edilməmişdir.
    Ancaq C.Cabbarlının poeziya yaradıcılığı təkcə satira ilə məhdudlaşır. Oxucular onun “Qürubçağı bir yetim”, “Ölkəm”, “Boranlı qış gecəsi...”, “Bahar” adlı lirik şeirlərini bu gün belə böyük maraqla oxuyur.

    Bir mən idim, bir sən idin,
    bir də yamaclar.
    Meşə yolu, yarpaq kolu,
    yaşıl ağaclar.
    Onda ki, ağ umuzlara
    töküldü saçlar,
    Əsdi yarpaq, coşdu irmaq,
    güllər oynadı.

    Bu lirik parça kimin qəlbinin tellərini ehtizaza gətirmir?! Bunu da qeyd etmək lazımdır ki, Cabbarlı “Sitarə” adlı opera mətin, “Qız qalası”, “Rövşənbəy Koroğlunun atlanışı” poemasını, “Araz çayı” adlı mənzum bir faciə də yazmışdır. (Bu faciənin mətni itmişdir).
    Biz ədibin bütün dram əsərlərində belə tez-tez mahnılara, lirik parçalara, mənzumələrə rast gəlirik.
    Qədimalı Mustafayev,
    İsalı kənd orta məktəbin ədəbiyyat müəllimi.
    “TƏRƏQQİ” qəzeti, 20 mart 1969-cu il
    P.S.
    Bu yazı mən orta məktəbin son sinfində oxuyarkən yazılıb. O vaxt Cəfər Cabbarlının 70 illiyi keçirilirddi. Mən öz qeydlərimi yazıb oxuduğum məktəbdə ədəbiyyat müəllimi işləyən atama göstərdim. Atam yazı üzərində bir xeyli qeydlər edib qaytardı və qısaca “yaxşıdır”- dedi. Mən yazını rayonumuzda çıxan “Tərəqqi” qəzetinə göndərdim… Amma atamın imzası ilə. Yadımdadır, yazı dərc olunanda atam əsəbiləşib “bir də belə iş tutma” dedi. Amma mən bir nüçə dəfə belə “iş” tutdum, atamın redaktə etdiyi yazıları müxtəlif elə onun öz imzası ilə dərc etdirdim.


    Dekaloq.

    Səməd Vurğun haqqında

    1.UŞAQLARIN BÖYÜK DOSTU
    S.VURĞUNUN ANADAN OLMASININ 70 İLLİYİ QARŞINDA

    “Böyük ideallar şairi”, “Humanist sənətkar”, “Poeziya səmasının şahini”, “Saf duyğular tərənnümçüsü”, “Tükənməz ilham sahibi”... Səməd Vurğun – haqqında deyilən bu təşbehlərin hamısına layiq söz ustasıdır. S.Vurğun Azərbaycan torpağının dünya milli mədəniyyətinə bəxş etdiyi elə söz bahadırlarındandır ki, yaradıcılıq tərcümeyi-halı, mənsub olduğu xalqın tərcümeyi-halının ekvivalenti hesab yoluna bilər. Belə bir “mənəvi tərcümeyi-hal”, şübhəsiz ki, dar çərçivə daxilində qala bilməz. Biz yəqin ki, şairin bütöv yaradıcılığını, onlarca peşə və ixtisas sahəsi üçün material verə bilən meyara – “poetik bazaya” bənzətsək, heç bir mübaliğəyə əl atmış olmarıq. Həmin “bazadan” hamı – fəhlə və alim, astronom və etnoqraf, rəssam və arxeoloq, bəstəkar və heykəltaraş... lazımi... qədər “material” götürə bilər. S.Vurğunun poetik aləmi Azərbaycan torpağının özü kimi rəngarəng, bərəkətli, münbitdir. Şairin həyatı və yaradıcılığı haqqında bir çox layiqli tədqiqat əsəri yazılmış, şübhəsiz ki, yenə də yazılacaqdır.
    S.Vurğun “ən ciddi” ədəbi-nəzəri problemlərin həlli ilə məşğul olda da, tədqiqatçılar tərəfindən nisbətən az qeyd edilən, bəzilərinə zahirən “xırda məsələ” kimi görünən, əslində isə təhlili, təbliği və tədqiqi etibarilə böyük əhəmiyyətə malik olan “uşaq ədəbiyyatına” (?!) tələbkarlıqla yanaşmış, müdrik mülahizələr söyləmişdir. Uşaq ədəbiyyatı ilə bağlı olaraq şairin şəxsi fəaliyyət və yaradıcılığını üç əsas əlamətlə səciyyələndirmək olar:
    1. Bədii yaradıcılığı.
    2. Nəzəri mülahizələri.
    3. Müəllimlik fəaliyyəti.
    Tərəddüdsüz demək olar ki, uşaq ədəbiyyatının mövcud vəziyyəti, inkişaf istiqaməti özünün konkret inikasını böyük şairin ağır illərdə - Böyük Vətən müharibəsi günlərində yazdığı və ilk dəfə “Kommunist” qəzetində çap etdirdiyi “Balalarımız üçün gözəl əsərlər yaradaq” məqaləsində daha qabarıq şəkildə tapmışdır.
    S.Vurğun həmin məqaləsində təkcə istedadlı bir nəzəriyyəçi və böyük bir şair kimi deyil, həm də həssas, incə ruhlu bir pedaqoq kimi çıxış edir. Vaxtilə, ilk gənclik illərində, sovet məktəblərində dərs deyib uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şair, mahir psixoloq həssaslığı qoyur. Görün, uşaqları “çalışqan və tənbəl” – deyə iki əks qütbə bölən “nəzəriyyəçilərə” şair necə kəskin cavab verir: “Fitrətdə tənbəl uşaq varmı? Mən: yoxdur! – deyirəm. Belə bir bölgü uşaqlıq aləminə böhtandır... Əgər bir uşaq dərsə müntəzəm davam etmirsə, dərsini yaxşı hazırlamırsa, bu sifət onun tənbəl fitrətindənmi yarandı? Xeyr! Bəlkə onun təbiəti daha oynaq, daha mütəhərrik, daha qüvvətlidir. Lakin biz ona, dərs hazırlamadığına görə “tənbəl” adı vermişik. Bu “tənbəlliyin” səbəbini biz ailədə, məktəbdə, pedaqoji şəraitdə axtarmalıyıq (F.M.) Bəzi hallarda məktəbə böyük həvəslə gəlmiş bir uşağı soyuq və təravətsiz dərslər, quru və cansız söhbətlər yorur, onun qəlbi və canı sıxılır. Odur ki, uşaq təbiətə qaçmağa can atır. Görünür ki, təbiətdə daha maraqlı səhnələr, əyləncələr və zövq mənbələri vardır”. Fantaziyanı uşaq mənəviyyatının qanadı hesab edən şair, heç də xəyalı real zəmindən təcrid olunmuş şəkildə qəbul etmir və bu haqda belə deyir: “Siz güman etməyin ki, mən uşaq ədəbiyyatımızı həqiqi həyat zəminəsindən ayırmaq istəyirəm. Xeyr! Mən bu zəmində insan və həyat dediyimiz aləmə qanad vermək, onu adi halından daha yüksək, daha parlaq bir halda görmək istəyirəm. Əgər məqsəd budursa, yaşasın xəyallar, yüksək fantaziyalar! – deməyə də haqqımız vardır”.
    Şair dönə-dönə qeyd edir ki, dərsliklərdə və dərslərdə xalqımızın mənəvi həyatı “böyük vüqar və iftixar hissi ilə “tərənnüm – təsvir edilməlidir, uşaqlarımız “Azərbaycan torpağında yaranmaları, azərbaycanlı olmaqları” ilə fəxr etməlidirlər. Çünki öz doğma xalqının ürəkdən sevən hər bir vətəndaş, başqa xalqları da sevib anlaya bilir. S.Vurğun sosialist beynəlmiləlçiliyi hissinin inkişaf etdirilməsi üçün bədii əsərləri ən gözəl vasitə kimi qiymətləndirir. Şair 1941-ci ildə yazdığı “Azərbaycanın zəngin ədəbiyyatını və dilini öyrənin!” adlı məqaləsində gənc dostlarına tövsiyyə edir: “Siz Nizamini, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini dərindən öyrənin, Vətənimizi Nizami kimi sevin, işləməyi, oxumağı ondan öyrənin!”
    Şair dönə-dönə qeyd edir ki, dərsliklərdə və dərslərdə xalqımızın mənəvi həyatı “böyük vüqar və iftixar hissi ilə “tərənnüm-təsvir edilməlidir, uşaqlarımız “Azərbaycan torpağında yaranmaları, azərbaycanlı olmaqları” ilə fəxr etməlidirlər. Çünki öz doğma xalqının ürəkdən sevən hər bir vətəndaş, başqa xalqları da sevib anlaya bilir. S.Vurğun sosialist beynəlmiləlçiliyi hissinin inkişaf etdirilməsi üçün bədii əsərləri ən gözəl vasitə kimi qiymətləndirir. Şair 1941-ci ildə yazdığı “Azərbaycanın zəngin ədəbiyyatını və dilini öyrənin!” adlı məqaləsində gənc dostlarına tövsiyyə edir; “Siz Nizaminin, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini dərindən öyrənin, Vətənimizi Nizami kimi sevin, işləməyi, oxumağı ondan öyrənin!”
    Şair ömrünün son illərinin məhsulu olan “Elmin gücü” məqaləsində müdrik bir filosof uzaqgörənliyi ilə yazır: “İndi elmin qarşısında kainarın bütün sirlərini öyrənmək, Marsa, Aya uçmaq və bu kimi şərəfli vəzifələr durur”. Həmin “şərəfli vəzifələr”, işıqlı arzular hal-hazırda həqiqətə çevrilmişdir. Həyatın mütəmadi, dinamik inkişafı elmi-texniki tərəqqinin zəngin kəşfləri ilə nə qədər “bəzənsə” də belə, açılmamış sirlər, oxunmamış səhifələr çoxdur. Zaman, gənclik qarşısında böyük vəzifələr çoxmuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün geniş dünyagörüş, hərtərəfli bilik, kəskin ağıl tələb olunur. Şair uşaqlara müraciətən deyirdi: “Siz indidən yalnız bir ixtisas dalınca qaçmamalı, bir çox sənətlərə yiyələnməlisiniz. Elmlərin əsasında dərindən yiyələnmək üçün isə sinif partası arxasından başlayaraq, özünüzdə müntəzəm mütaliə vərdişi yaratmılısınız”.
    Şairin uşaq ədəbiyyatı və uşaq tərbiyəsi ilə əlaqədar olaraq söylədiyi mülahizələr indi də öz qiymətini saxlamaqdadır.
    “DÖNÜŞ” qəzeti, 20 may 1976-cı il



    2.Səməd Vurğun haqqında. Və təkcə onun haqqında yox...


    Uzun illərdən bəri siyasətlə məşğul olan Hikmət Hacızadə ədəbiyyatla bağlı saytlardan birinə müsahibə verib. İnkar etmək olmaz ki, Hikmət bəy bir çox “piyada” siyasətçilərlə müqayisədə xeyli mütaliəlidir, intellektualdır. Bu, əlbəttə yaxşı haldır. Amma onun “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”- misralarını Səməd Vurğunun adına pərçimləməsi və bundan çıxış edərək böyük şairi təhqir etməsi ən azı, ciddi səhvdir. Əvvəla, həmin misraların müəllifi Səməd Vurğun deyil, Xəlil Rzadır. Sonrası da ki, bir çox məsələrdə tarixi reallığı unutmaq düzgün deyil. Bu mənada Hikmət bəyin özü də vaxtilə, pioner olarkən, yəni ibtidai sinifdə oxuyarkən əlaçı şagirdlərdən birisi kimi Lenin və partiya haqda şeirləri həvəslə əzbərləyib.
    Və nəhayət. Bir neçə dəfə yazdığım kimi: əvvəllər daha çox ədəbiyyata iddialı olan istedadsızlar Səməd Vurğunu söyməklə “şöhrət” qazanmaq istəyirlər. İndi isə bir çox siyasətçilər dəqiqəbaşı Səməd Vurğuna ilişməklə siyasi divident toplamaq niyyətindədirlər.
    Amma bütün bu cəhdlərin hamısı, nəticə etibarilə, Səməd Vurğunun xeyrinə işləyir.. Hikmət Hacızadə “satqın” ola bilməz. .. Bu, öz yerində. Amma onun Səməd Vurğuna münasibəti düzgün deyil. Həm də təkcə hansısa bir şairə yox, bütün o dövrə olan münasibəti... Bəli, Səməd Vurğun bir çox müasirlərini ciddi tənqid edən şeirlər yazıb. Elə müasirlərinin bir çoxu da Səməd Vurğunu tənqid ediblər. Bəyəm tənqid edilənlərin bir çoxunun repressiya olunması ayrı-ayrı fərdlərdən asılı idi?. Bəyəm, məsələn Səməd Vurğun Baş prokurar və ya Baş katib idi ki, ölüm hökmü çıxarırdı? Bu məntiqlə yanaşsaq, onda bu gün bir-birini tənqid edən adamların hamısı satqın elan edilməlidir; o cümlədən bir çox adamları, lap elə Səməd Vurğunu tənqid edən Hikmət bəyin özü də..) ... Bir sözlə, gəlin tarixə tarixi kontekstdə yanaşaq.... Tarixdən kənar götürülən tarix artıq tarix yox, nağıl olur...
    p.s.s.
    Doğrudur. Səməd Vurğun və yeni dövrün digər dahiləri (Axundov, Sabir, Mirzə Cəlil, Cavid, Cabbarlı, Vurğun, Vahabzadə və b.) haqda yoldan ötən hər hansı təsadüfi adamın münasibəti rezonans doğurmur. Amma ictimai siqləti, sosial çəkisi (!) olan adamların rəyi təbii olaraq cəmiyyətdə müxtəlif cür əks-səda verir. Hikmət Hacızadə də həmin adamlardan-yəni cəmiyyətdə çəkisi olan adamlardan biridir... Dahiləri səbəb olmadan “divana çəkmək” doğru deyil. Buna görə də xalqın yadddaşına köçmüş şəxsiyyətlər barədə fikir deyərkən ehtiyatlı olmaq lazımdır. Tarixi təhlil etmək olar və lazımdır, amma tarixi təftiş etmək çox vaxt istənilən nəticəni vermir. Əlbəttə, şəxsən mən bütün sahələrdə obyektiv mühakimənin və təhlilin tərəfdarıyam. Amma baxib görürəm ki, tarixə subyektiv baxışlar obyektivizmi üstələyir... Şəxsən mən S. Vurğunun fanatı-zad deyiləm. Amma onun ədəbiyyatımızda əvəzsiq rolunu inkar edə bilmərəm.
    Bir də ki, artıq dəfələrlə qeyd etdiyim kimi, ... Bir sözlə, gəlin tarixə tarixi kontekstdə yanaşaq.... Tarixdən kənar götürülən tarix artıq tarix yox, nağıl olur...
























    3.Gəlin tarixi təhlil edək,
    amma təftiş etməyək...

    Müxbirin sualı:
    Sual-Cavab:
    -Firuz muellim, son gunlerde Semed Vurgun haqqinda neqativ fikirler yeniden gundemdedir. Fikrinizce, bu kimi fikirler onun shair kimi nufuzuna ne derecede menfi tesir edecek?

    -Əksinə, bu cür mübahisələr Səməd Vurğunu daim gündəmdə
    saxlayır. Səməd Vurğun sağlığında və Sovet dönəmində çox təriflənib. Görünür, tənqid də lazımdır. Tənqid lazımdır, amma təhqir yox. Mən hər cür təhqirin əleyhinəyəm. Siyasətçi dostumuza yaraşmayan ifadədir: “Səməd Vurğun mənasızın biridir". Yalnız ədəbi səviyyəsi kifayət qədər yüksək olmayanlar bu cür danışa bilər...
    Təkcə Səməd Vurğun deyil, Cabbarlı da, Cavid də, Üzeyir bəy də, Məmməd Səid də, Yusif Vəzir də, Əbdürrəhim bəy də Sovet dönəmində məcburiyyət qarşısında qalaraq Cümhuriyyəti söyüblər...
    İndi neyləyək? Hamısını tariximizdən çıxraq? Özü də təkcə bizdə deyil, digər Sovet respublikalarında da bu tendensiya bu cür gedib...
    Gəlin tarixi təhlil edək, amma təftiş etməyək...




















    4.Bəyəm bu gün tənqid olunan və ya tənqid edənlər yoxdur?

    Sağ olsunlar. Səməd Vurğunu zaman-zaman gündəmə gətirirlər. Əslində şairi tənqid etməklə onlar özləri gündəmə gəlmək istəyirlər. Amma tərsinə alınır-gündəmdə onlar yox, yenə Səməd Vurğundur. Yenə şairə “ilişməkdədirlər”…
    İddia edirlər ki, Səməd Vurğunun ali təhsili olmaya-olmaya akademik seçilib. Heç Üzeyir bəyin, Şoloxovun, Qorkinin, ali təhsili olmayib, amma akaremik seçiliblər… Lap elə Puşkinin, Tolstoyun, Dostoyevskinin də... ali təhsili olmayıb.

    İddia edirlər ki, Səməd Vurğunun ali təhsili olmaya-olmaya dövlət mükafatları alıb. Bilmirlər ki, Nobel mükafatı alanların bir çoxunun ali təhsili olmayıb. Və Nobel alan rus yazışısınin heç birinin (Bunin, Pasternak, Şoloxov, Soljenitsın (natamam ali), Brodski) ali təhsili olmayıb.

    Deyirlər ki, Səməd Vurğun partiyaya, Leninə, Stalinə əsərlər ithaf edib. Ona qalmış Üzeyir bəyin “Stalin” kontatası, Müışfiqin “Stalin” poeması, Cavidin “Azər” poeması, Cabbarlının “Almas”, “Sevil”, “Yaşar” dramları sosializmin təntənəsinə ithaf olunub.
    p.s.
    Başqa “şüarlar” da səslənir: Nizami, Xaqani, Məhsəti farsca yazıb. Nəsimi, Fizuli Azərbaycandan kənarda yaşayıb yaradıb… Yəni bu dahilər də bizim deyil.

    Bir çoxların milli-mənəvi dəyərlərimizə hücumunun səbəbi görəsən nədir?
    Bəlkə Siz deyəsiz? (Mən özüm qismən bilirəm bu səbəbi)))…

    p.p.s.
    və nəhayət... Böyük şair haqda deyilən bir firkə də öz münasibətimi bildirmək istəyirəm.
    Fikir ondan ibarətdir ki, guya Səməd Vurğun kimlərinsə üzünə durub. Yalan fikirdir. Keçmiş Baş prokuror İ.İsmayılov bu məsələ barədə bir neçə dəfə açıqlama verib. Və sənəd-sübutlara isnad edərək deyilənlərin yalan olduğunu söyləyib.
    O başqa bir məsələ ki, Vurğun bir çox müasirlərini tənqid edib.
    Bəyəm bu gün tənqid olunan və ya tənqid edənlər yoxdur?
    Bəyəm söz adamı dövlət başçısı, prokuror və ya məhkəmədir ki, bu və ya digər məsələ haqda qərar çıxarsın və ya sanksiya versin?



















    5. “Çox xəbislər elə bildi Səməd gəldi...” (M.Araz)

    Səməd Vurğun poeziyasını, onun zəngin dilini, bənzərsiz metaforalarını, hadisələrə romantik baxışını yüksək qiymətləndirirəm. Vurğunla bağlı qeydlərimə reaksiya verən bütün dostlara təşəkkür edirəm.
    Sağlığında və ölümündən sonra şair kifayət qədər təriflənib, habelə tənqid və təhqirlərə məruz qalıb. Bütün böyük sənətkarların qarşılaşdığı adi situasiyalar... Və lakin.
    Dostlarımdan biri yazır ki, Səməd Vurğunun “Azərbaycan” şeiri Əhməd Cavadın eyniadlı şeirindən “qidalanıb”. Tamamilə razıyam. Elə təkcə “Azərbaycan, Azərbaycan” rədifi kifayət edir ki, deyilənlə razılaşaq... Və lakin. Gəlin etiraf edək ki, Səməd Vurğunun şeiri şedevrdir və bu şeirdən sonra Azərbaycan haqda nə qədər şeir yazılıbsa həmin şeirin təkrarı kimi təsir bağışlayıb. Eləcə də, ceyran haqda nə qədər şeir yazılıbsa Səməd Vurğun şeirinin təkrarı kimi səslənib. Fikrimi bir az da sadə izah edim. Sonralar nə qədər “Dağlar” şeiri yazılıbsa Aşıq Ələsgərin dağlarına çatmayıb. Cənubdan nə qədər yazan olsa da Süleyman Rüstəmin “Təbriz”inə bərabər bir şeir olmayıb və olmayacaq. Gülüstan haqda nə qədər yazsalar da Bəxtiyar Vahabzadənin “Gülüstan”ına tay olmayıb və yəqin ki, olmayacaq da. Xəzərdən nə qədər poema yazsalar da Nəbi Xəzrinin “İki Xəzər”ini əvəz edə bilməyib və olsun ki, bilməyəçək də... Və sair. Bu deyilənlərə yenə əlavələr etmək olar. Sözümün canı odur ki, Səməd Vurğun “Azərbaycan” şeiri ilə totalitarizmin tüğyan etdiyi bir dövrdə milli pasportumuza bərabər bir mənəvi pasport yaradıb və ona əbədi poetik möhür vurub.
    Dostların bir qismi haqlı olaraq deyir ki, Səməd Vurğun haqda çoxlu dastanlar, nağıllar, şifahi xalq yaradıcılığı nümunələri yaradılıb. Bəli, yaradılıb belə əsatirlər. Bu, nədən irəli gəlir? Əlbəttə, xalqın öz böyük şairinə olan sevgidən. Sual yaranır: niyə digər bir söz adamına bu qədər ümumxalq sevgisi yoxdur? Nədir bu sonsuz sevginin səbəbi? Bəyəm bu ölkədə başqa söz adamı olmayıbmı? Bax sual budur bu.
    Məmməd Arazın S.VURĞUN haqda bir şerirdə (“SƏMƏD VURĞUNLA SÖHBƏT”) dediyi kimi:

    Bağışlasın məni bəzi oratorlar, Bu gecəyə bir azacıq əlavəm var.
    Mən də şerin xidmətçisi,
    Mən də şerin yiyəsiyəm.
    Var sözümü bir məzarın
    Qulağına deyəsiyəm:
    Tərif, tərif səhnə dolu-yetməz sona!
    Alqış, alqış!
    Az qaldı ki, tavan sına!
    Sən gəlmədin bu axşama, səsin gəldi,
    Səsin əzəl qulağıma həzin gəldi,
    Sonra bir az nəfəsinə qüvvət gəldi,
    Çox xəbislər elə bildi Səməd gəldi:
    Ön sırada titrədilər,
    Ön sırada büdrədilər.
    Lent qurtardı, nəfəs dərib, “ox”- dedilər...
    Çox “vəfalı dostlar”ın da
    O gecədə yoxdu ancaq;
    Bilirdilər Səməd bir də
    Məruzəçi olmayacaq.
    Fəqət mənim deyəcəyim bunlar deyil.
    Sənə məchul həqiqətdən sənə deyim:
    Səndən sonra səni bir az silkələdik,
    Çox aradıq, çox çevirdik, çox ələdik.
    Böyüklərin faciəsi böyük olur.
    Böyüklərin nöqsanları
    Çiyinlərdən çətin enən bir yük olur.
    ... Səndən sonra Şerimizin xəritəsi təzələşib,
    Ona yeni şer adlı çox şəhərlər, kəndlər düşüb,
    Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.
    Hələ tədqiq olunmamış dərdlər düşüb.
    ... Səndən sonra Şerimizə təzə-təzə yollar gəlib,
    Bəzən isə Şerimizə qol olmayan qollar gəlib.
    ... Kürsülərin cəsarəti sənsizləşib,
    Ağsaqqallar səxavəti sənsizləşib!...
    Mən saymadım sənsizləşib daha nələr,
    Axı niyə sənsizliyi gizlədələr!...

    Daha bir şeir.
    Səməd Vurğuna həsr olunmuş bu şeirin müəllifi hamınızın nasir, ssenarist, dramaturq kimi tanıdığınız Xalq yazıçısı Anardır.

    DÜNYA
    Bir yandan boşalır, bir yandan dolur,
    Sirrini verməyir sirdaşa dünya...
    Əldən - ələ keçir vəfasız həyat.
    Biz gəldi gedərik, sən yaşa, dünya!
    (Səməd Vurğun)
    Omu səni yordu, yoxsa sən onu?
    Çıxmısan Zamanla yarışa, dünya!
    Hay-küy qalmaqalda qalmır bir an da
    Tanrıya təkbətək, baş-başa dünya.

    Zahirin al-əlvan, baxçadı, bağdı
    Dənizdi, meşədi, arandı, dağdı
    Beş günün qaradı, beş günün ağdı
    Kədərlə sevincin ey qoşa dünya.

    ... “Bir yandan boşalır, bir yandan solur”,
    Bir yandan cücərir, bir yandan solur.
    Həyatın gərdişi bax belə olur –
    Yaşayır dalaşa – dalaşa dünya.

    “Biz gəldi gedərik”, dünya qalandı,
    Kim bilir doğrudu, yoxsa yalandı.
    İnsanı yüz cürə dərdə salandı –
    Axır döndərəndi bir başa dünya!

    Sözün qısası: Səməd Vurğun sehrli, sirli bir şairdir.
    O ki qaldı onu qəbul edib etməməyə: bu, hər kəsin öz şəxsi işidir.














    6.Köhnə və təzə bir hekayə(t)dir
    Sənət qaldıqca Səməd də qalacaq.

    Arada istəyirəm deyəm ki, ona-buna niyə ilişirsiz, a bala, şair olmaq istəyirsiz, gedin şeirinizi yazın.

    O vaxtlar –Sovetlər dönəmində “İliç bağı”nın lap ətəyində “Şəki” adlı bir çayxana vardı. Bilənlər bilir, həmin bağ Səməd Vurğun bağının davamı hesab olunurdu. İndi hər iki bağ birləşərək birlikdə “Səməd Vurğun bağı” adlanır. Sözüm onda deyil. Arada yolum o tərəfdən düşürdü- əvvəllər tələbə, sonralarsa AZİ-nin “saathesabı” işləyən müəllimi kimi. Hərdən ayaq saxlayıb o çayxanada çay da içirdim. Yadımdadır, oraya gənc qələm əhli də gəlirdi. Aralarında hər cür adam vardı. Həmin gənclərdən sonralar üzə çıxanlar da oldu, it-bata düşənlər də...
    Sözüm heç onda da deyil. Xatırlayıram, o vaxt “şair olmaq” və ədəbiyyata gəlmək istəyənlərin bir çoxu həmin bağda çay içir, arada onların bir çoxu o bağın beş-on addımlığında olan Səməd Vurğuna, daha doğrusu, şairin heykəlinə dil uzadır, onu kəskin tənqid edirdi. Bir sözlə, kiçik çayxanada “böyük ədəbi döyüşlər” gedirdi.
    Aradan illər keçdi. Bakı meriyası 15-16 il əvvəl o kiçik çayxananı götürdü, yerində yaşıllıq düzənlədi. İndi o çayxana yoxdur. Əvəzində Səməd Vurğun heykəlinin sağ əli tərəfdə yeni bir çay evi meydana gəldi. Yenə arada yolum o tərəflərə düşür. Yenə də Səməd Vurğunun ölməz poeziyasını və əzəmətli heykəlini tənqid edənlər tapılır. Yenə də kiçik çayxanada böyük şair olmaq uğrunda dava gedir. Doğrudan da böyük ədəbiyyatın davası bəzən kiçik məkanlarda gedir... Arada istəyirəm deyəm ki, ona-buna niyə ilişirsiz, a bala, şair olmaq istəyirsiz, lap yaxşı gedin şeirinizi yazın.
    Heykəl həmin heykəl, tənqidçilər isə zaman-zaman “yeniləşir”. Bu, daim belə olacaq. Sənət qalacaq, onu dərk etməyənlər gəlib-gedəcək... Ki yəni, o qranit heykəldən asılı olmayaraq Səməd Vurğun bir əbədiyyət heykəli kimi yaşayacaq və o ədəbiyyat davası daim davam edəcək.
    Sənət qaldıqca Səməd də qalacaq.
    Və beləliklə:
    Əldən-ələ keçir vəfasız həyat,
    Biz gəldi gedərik, sən yaşa dünya.

























    7. Səməd Vurğunun “dostları” və “düşmənləri”


    Çoxdan qələmə aldığım bir yazıdır. Zənn edirəm ki, bu gün də aktual ola bilər.

    Əvvəllər Səməd Vurğunu, əsasən, ədəbiyyatda bəxti gətirməyənlər tənqid edərdilər. Son vaxtlarsa böyük şairə, ən çox, siyasətdə taleyi gətirməyənlər “ilişirlər”. Görəsən bu nə “düşmənçilik”, bu nə xofdur belə?

    Heç kəsə sirr deyil ki, bizdə bəzən hansısa bir istedadsız adama kimlərsə qəyyumluq edib onu “zorla” irəli çəkir, vəzifə olimpinə qaldırır. Adətən, bu cür "dəstəkləmələr" yüksək məmurluq iyerarxiyalarında, “pul çıxan” yerlərdə olur. Bəli, olsun ki, elə hansısa yaradıcılıq qurumunda və yaxud hansısa qəzet-jurnalda da hansısa bir istedadsızı hansısa bir “rəhbər vəzifəyə” təyin etmək mümkün olsun, amma... amma kiməsə “istedad bağışlamaq” - bu, qeyri-mümkündür. Çünki kiminsə başına şpristlə, iynə ilə “istedad dərmanı” yeritmirlər axı.
    Bəli, son vaxtlar Səməd Vurğuna diqqət, lap elə tənqid xeyli artıb. Bu, Səməd Vurğunun xeyrinədir. Demək, o, yenə gündəmdədir, yenə aktualdır. Əvvəllər onu ədəbi mühit araşdırırdısa, bu gün onu siyasi çevrə öyrənir. Bu, o deməkdir ki, bu gün şairin təkcə ədəbiyyata deyil, siyasətə nüfuzu, təsiri də göz önündədir. Onun təsir dairəsi, ədəbi sferasının radiusu günü-gündən genişlənməkdədir.

    Səməd Vurğunun bir dənə də olsun belə, zəif misrası yoxdur. Məsələ burasındadır ki, Səməd Vurğunun sözü yox, onun vəsv etdiyi ideologiya iflasa uğrayıb. Bu ideologiyaya isə tək-tək adamlar deyil, milyonlar inanırdı. Bu işdə Səməd Vurğunun heç bir günahı yox idi. İndi şairi ittiham edirlər ki, sən niyə komsomola, partiyaya inanmısan? Həmin sualı bu “ittihamların” müəlliflərinin özlərinə qarşı da yönəltmək olar: yaxşı, onda sən niyə vaxtilə pioner və ya komsomol sıralarında olmusan?

    Səməd Vurğun yaradıcılığı, bu gün ən azından böyük dil faktoru, “dil hadisəsi” kimi diqqəti cəlb etməkdədir. Nə qədər ki, Azərbaycan dili var, Səməd Vurğun da olacaq. Puşkinin rus poeziyasında etdiyini Azərbaycan poeziyasında məhz Səməd Vurğun edə bildi.
    Böyük şairi kiçik “yerlibazlıq”da təqsirləndirmək böyük nadanlıqdır. Bəzən çox gülünc bir müddəa irəli sürürlər: guya Səməd Vurğunu daha çox qazaxlılar təbliğ edirlər. Qazaxda istedadlı yazıçı və şairlər çox olub, yenə də var. Yeri gəlmişkən, istedadlar "zona" üzrə yetişmir və bizdə, mən bilən, "böyük region ədəbiyyatı" yoxdur; yəni başqa bölgələrin insanları da istedaddan xali deyil.
    Bəyəm Səməd Vurğun “Qazax” şairi idi?
    Belə düşünənlər onun mövzü dairəsinə baxsınlar.
    O, planetar şair idi.
    Onun haqqında Pavlo Neruda, Lui Araqon, Mixail Şoloxov, Nazim Hikmət, Çingiz Aytmatov kimi söz bahadırları yazıb.
    Səməd Vurğun Adil Babayevin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hüseyn Arifin və onlarla istedadlı adamın ədəbiyyata gəlməsində böyük rol oynayıb. Həmin şəxslərinsə hərəsi bir bölgədəndir.
    Bəli, Səməd Vurğun Qazaxda doğulub. Amma Qazaxda onlarla digər istedadlı yazıçı və şairlər də olub. Və onların heç birinə Səməd Vurğun “istedad dərmanı”- zad paylamayıb. Hətta, bir çoxları onu da bilmir ki, böyük Rəşid Behbudov da Səməd Vurğunun yaxın qohumudur, Vəkilovlar nəslindəndir. Bəlkə burada da bir “görünməz əl”in qüdrəti var? Bəlkə Rəşidə də Səməd Vurğun dəstək verib, ona “ilahi səs” bəxş edib? Bəziləri anlamır ki, adam ya istedadlı olur, ya da istedadsız. İstedad olmayanda da başlayır bunun “səbəbini” başqa yerdə axtarmağa, min yerə yozmağa...

    “Dəlinin” yadına daş salmaq istəyirəm. Azərbaycan müsiqisinin dühaları Hacıbəylilər, Əliverdibəyovlar, Əmirovlar, Bədəlbəylilər çox yaxın qohum olublar. Min cür sərsəmləmə və böhtan yazanların məntiqindən belə çıxır ki, musiqimizdə də bir “Qazaxşina” var ki, bunun oxşar adı “Qarabağşina”dır...
    Nadanlara üz tutub deyirəm: təki ortada yaxşı əsər olsun. Onu kimin və haralının yazması şərt deyil.

    Bu cür “qlobal” söhbətlərə rəvac verənlərin niyyəti aydındır: diqqət çəkmək, gündəmə gəlmək, qarayaxalıqla yadda qalmaq. Necə deyərlər, “qoy desinlər ki, Xaçaturun da xəncəri var”.
    Bəzi qəzet və saytlarınsa məqsədi belə mənasız, məzmunsuz, düşük, bəsit, səviyyəsiz “şedevrlərə” öz səhifələrində səxavətlə yer ayırmaqla cəmiyyətin diqqətini mühüm, əsaslı, vacib, təhlilə cəlb olunası problemlərdən yayındmaqdan ibarətdir.
    Səməd Vurğunu tənqid və təhqir etmək istəyənlər bir özlərinə baxsınlar, bir də Səməd Vurğuna.
    Hər bir tarixi şəxsiyyət yaşadığı tarixi kontekstdə nəzərdən keçirilməlidir. Tarixdən kənarda olanları tarix qəbul etmir.
    Azərbaycanda elə bir adam yoxdur ki, “Azərbaycan” şeirini əzbərdən bilməsin. Bu, bəlkə də yeganə şeirdir ki, süpürgəçidən tutmuş prezidentə kimi hamının yaddaşında əbədi həkk olunub. Elə ən azı bu şeirə görə Səməd Vurğun ədəbiyyatda əbədiyyət qazana bilərdi.
























    8. “Onu tanımamaq olar?”

    Səməd Vurğun elə bir şairdir ki, külliyatı hansısa təsadüf nəticəsində məhv olsa, onun bütün yaradıcılığını xalqın yaddaşı sayəsində yenidən bərpa etmək olar.

    Böyük şairi həm sağlığında, həm də öləndən sonra kifayət qədər tənqid ediblər. Amma burası var ki, onu sağlığında daha “fundamental” qaydada, daha böyük düşmənlər təqib və “ifşa” ediblər. Bu günkü “düşmənlər” onlarla müqayisədə çox primitiv, zəif və cılız görünür.
    Və nəhayət, yadıma bir əhvalat düşür: Sovetlər Birliyi təzəcə, cəmi bir il idi ki, çökmüşdü. Xüsusən Rusiyada “sovet beynəlmiləlçiliyindən” sonra rus millətçiliyi tüğyan edirdi. Bu, elə bir vaxt idi ki, Tv-lər Puşkini rus şairi hesab etmir, kökən “həbəş” olduğuna görə söyürdü. OMON-çular “qafqazəsilliləri” sorğu-sualsız cəzalandırırdı.
    Həmin vaxt yolum Moskvaya düşmüşdü. Bir neçə dostla çökmüş imperiyanın mərkəzində, Moskvanın az qala ortası ilə uzanan geniş küçələrindən biri ilə gedirdik. Bu, Səməd Vurğun küçəsi idi. Dostlardan biri dedi ki, şovinizm bu cür baş alıb getsə tezliklə bu küçənin adını da dəyişəcəklər; əvvəla, ona görə ki, artıq Səməd Vurğun keçmişdə qalıb, ikincisi isə, onu indi Rusiyada tanıyan yoxdur. Yanımızdakı jurnalist dostumuzun fikri isə fərqli idi; o, iddia edirdi ki, bu hay-küy dalğasının Səməd Vurğuna heç bir dəxli yoxdur.
    Arada mübahisə qızışdı. Jurnalist dostumuz elə həmin küçədəcə “sosioloji sorğu” aparmaq qərarına gəldi. Ətrafımızda yerləşən dükan və xəstəxanalarda, idarə və müəssisələrdə iş başında olan adamlara, yaşayış binalarından çıxan yerli sakinlərə təxminən belə bir sualla müraciət etməyə başladı:
    - Siz Səməd Vurğunu tanıyırsızmı və bu küçənin Səməd Vurğunun adını daşımasına münasibətiniz necədir?
    Cavablar müxtəlif, mahiyyət eyni idi:
    - Necə yəni tanımırıq? Səməd Vurğun böyük Sovet şairidir.

    - Səməd Vurğunu heç tanımamaq olar? Əslən Azərbaycan mütəfəkkiridir. Amma biz də onu sevirik.
    - Bizə xoşdur ki, Səməd Vurğunun adını daşıyan küçədə yaşayır və işləyirik.
    - Biz bu küçənin adının dəyişdirilməsinə razı deyilik. Səməd Vurğunu hamı tanıyır...
    Aparılan “sorğunun” nəticəsi təkcə ruslar üçün yox, bəlkə də daha çox “bizimkilər” üçün, Səməd Vurğunun “düşmən” həmvətənləri üçün bu gün daha ibrətamizdir.
    Bəli, Səməd Vurğun beynəlmiləlçi idi. Xalqlar dostluğunu tərənnüm edirdi.
    Bəyəm burada pis bir şey var ki?
    Amma onun üçün doğma Vətən, doğma Azərbaycan hər şeydən əzəl idi.

    Vətən oğlu! Vətən qızı!
    Yadlar yedi haqqınızı,
    Bir üsyanla doğacaqdır
    Azadlığın dan ulduzu...

    Bu misralar da Səməd Vurğunundur. O, bütün varlığı ilə bu torpağa bağlı idi. “Ayrılarmı könül canda


























    9.“İldırım” təşkilatının üzvləri niyə həbs edilmişdi?

    Gənclərin həbsində Səməd Vurğunun hansı “rolu” olmuşdu?
    Aradan illər keçəndən sonra yalan informasiyaları təzədən “sulayıb cücərtmək”, yenidən dövriyyəyə buraxmaq istəyənlərin istəyi nədir?..

    Belə ki, bir çox üzdəniraq media nümayəndələri özlərinə oxucu cəlb etmək naminə olmayan “faktları” gündəmə gətirir, yumşaq desək adamların tarixən möhkəmlənmiş təsəvvür və təəssüratlarını pozmaq, onları çaşdırmaq istəyirlər.
    Vaxtilə, 2-ci dünya müharibəsindən dörd il keçəndən sonra Bakıda “İldırım” adlı gizli təşkiların üzvləri həbs edilmişdi. Onların hamısı gənclər idi. “Millətçi”, “antisovet” adı ilə damğalanaraq 10-25 il arası cəzalandırılıb həbs edilən, Sibirə göndərilən bu gənclər yalnız Stalinin ölümündən sonra azad oldular.
    Mən məhkum olunmuş həmin adamlardan üçü ilə şəxsən tanış idim. Bunlar BDU-nun müəllimi yazıçı Gülhüseyn Hüseynoğlu, dilçi alım İsmixan Rəhimov, EA-da bizimlə eyni mərtəbədə çalışan Hacı Zeynalov (əslən Şəkili) idi. O zamanlar belə bir söhbət dolaşırdı ki, gənclərin Səməd Vurğuna yazdığı məktub DTK-nın əlinə keçmiş, nəticədə onlar həbs edilmişdi.

    Mən illər öncəsi arada fürsət düşəndə ehtiyatla onlardan olub-keçənlər haqda soruşsam da adətən konkret cavab ala bilmirdim. Yalnız Sovet hakimiyyəti çökəndən sonra Gülhüseyn müəllim baş verənlərin “ucundan-qulağından” bəzi detallar danışdı. Yazıçının deməyinə görə, onlar bu məktubu Səməd Vurğunun maşınının kabinəsinə atıblarmış.
    Səməd Vurğun, o zaman indiki ölçülərlə yanaşsaq, hələ gənc idi, cəmi 38 yaşı vardı. Lakin o, artıq SSRİ-nin ən tanınmış söz adamlarından biri hesab edilirdi. “Vaqif” dramı onun şöhrətinin üstünə şöhrət gətirmişdi. Puşkinin “Yevgeni Onegin”, Nizaminin “Leyli və Məcnun”, habelə Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemaları (sonuncu əsər həmtərcüməçilərlə birgə çevrilib) Vurğunun tərcüməsində ikinci bir həyat qazanmışdı.
    Gənclər Səməd Vurğuna ünvanladıqları məktubda onu haqlı olaraq “müasir Azərbaycan poeziyanın atası” adlandırmışdılar.

    Gülhüseyn müəllim “ildırımçıların” coşqun “millətçilik ruhunda” yazılmış həmin məktubunun hansı yolla “KQB”-yə yetişdiyini dəqiq bilmirdi. Lakin o, bunu belə əsaslandırır, daha doğrusu bu cür fərziyyə söyləyirdi:
    “O vaxtlar biz Səməd Vurğuna əlçatmaz bir insan kimi yanaşırdıq. Sən demə, ənun ətrafı düşmənlərlə əhatə olunubmuş, şairin az qala hər addımı izlənilirmiş, yəni o, KQB-nin nəzarəti altında imiş. Çox güman ki, bizim gizli fəaliyyətimiz də bu mənfur təşkilatın gözündən yayına bilməzdi. Hələ orasını demirəm ki, bəzən şairin ünvanına bu cür “məktublar” göndərilir, habelə onun evinə, iş yerindəki kabinetinə, maşınına bu tipli “anonim” məktublar atılırmış. Bu “məktubların” əksəriyyətinin “müəllifi” çeka imiş. O vaxtkı dövlət rəhbəri Mircəfər Bağırov həmin dövrdə Səməd Vurğunun xalq arasındakı böyük hörmətindən, habelə özünəməxsus sərbəstliyindən çəkinir, onu hər vəchlə “vurmağa” çalışırdı. Bizim məktubumuzisə təbii ki, Səməd Vurğuna hansısa məkrli məqsədlə yazılmamışdı. Yəni o məktubu biz özümüz heç kəsin təzyiqi və tələbi olmadan yazmışdıq. Amma məhkəmə istintaq və məhkəmə prosesində Səməd Vurğunun adını hallandırmaqla onun simasında “Sovet hökumətinin düşməni” obrazını yaratmaq istəyirdilər. Əslində isə, şairin nə bu məktubdan xəbəri vardı, nə də belə bir təşkilatdan və təbii ki, bizim mövcudluğumuzdan... Sən demə “çeka” təkcə böyük şairi yox, elə bizi-o vaxtın sadəlövh millətçi gənclərini də izləyirmiş...”

    Mən yazıçı Gülhüseyn Hüseynoğludan onun həbs edilməsinə görə Səməd Vurğunu ittiham etmək istəyən adamlara münasibətini soruşanda onun cavabı belə oldu:
    -O adamlar qələt eləyir, başlarını da özlərindən yekə daşa vururlar... Səməd Vurğunun bu məsələdə nə günahı ola bilər ki? Görünür adamlar danışmağa mövzu tapmırlar. Lap elə günün bu günü mənim mənzilimin pəncərəsindən o vaxt bizim özümüz yazdığımız məzmunda bir məktub atsalar mən o məktubu yaxınlıqdakı polis idarəsinə təqdim edərəm. Axı mən haradan bilim ki, o məktubu yazan kimdir və ya hansı niyyətlə yazıb... Biz də o vaxt uşaq olmuşuq, bilməmişik. Böyük şair, dahi Vurğun, əlbəttə, bizə və bizim həbsimizə görə çox daxili sarsıntılar keçirmişdi. –Yazıçı daha sonra özünəməxsus zarafat dolu bir əsəbiliklə dedi: - Bax, sən soruşdun, mən də danışdım. Bir də bu barədə məndən heç nə soruşma.
    Bax belə.

    Yaxşı, bəs görəsən aradan illər keçəndən sonra yalan informasiyaları təzədən “sulayıb cücərtmək”, yenidən dövriyyəyə buraxmaq istəyənlərin istəyi nədir?..
    Və ən qəribəsi də budur ki, Səməd Vurğunu ittiham edənlərin bir çoxu, bu gün öz həmkarları, öz yazı- pozu dostları haqda donosçuluq etməklə ədəbiyyatda “ilk addımlarını” atmaqdadırlar.
    Səməd Vurğun belələri haqda vaxtilə çox düzgün demişdir:

    -Birinci addımda lovğalananlar,
    İkinci addımda yıxılacaqdır.






















    10.BİR ŞERİN SİQLƏTİ

    (“Mən tələsmirəm” şeri haqqında qeydlər)

    Səməd Vurğun öz dövrünün, özündən əzəlki vaxtın bir çox mətləbləri haqqında söhbət açıb. Bu söhbət bəzən uca səslə, bəzən də sakit tonla ifadə olunub. Bu söhbəti, bu səsi xalq mötəbər rəsmi kürsülərdən də eşidib, adi gündəlik mübahisələrdən də. Bu söhbət indi də davam edir. Vaxtın bugünkü zirvəsindən Vurğun yaradıcılığına və Vurğun ömrünə nəzər salanda heç bir ifrata varmadan, səssiz-küysüz bir qənaəti neçənci dəfə tərkrarlamalı olursan: Səməd Vurğun öz dövrünün poetik yaddaşıdır. Məhz yaddaşı...

    Ölçülü-biçili xatirəçilikdən, xronoloji tarixiçilikdən, mücərrəd fəlsəfəpərdazlıqdan kənar olan poetik yaddaş. Elə həmin fikirdəncə çıxış edib deyə bilərik ki, şairin hər bir əsəri bu bütöv poetik yaddaşın ayrı-ayrı təkrarsız “pillə”ləridir. Xüsusən ömrünün son illərində yazdığı “Mən tələsmirəm”) (1954-cü il) şeiri ötən günlərinin acı və şirininin, axıb gedən vaxtın qazanc və itkisini arxada qoymuş şairin poetik etirafı, fəlsəfi düşüncələri kimi səslənir.

    Bəribaşdan deyək ki, şair bu şeirində, eləcə də bir çox başqa əsərlərində heç də bəzi tədqiqatçı və tənqidçilərin dediyi kimi, filosofluq etmək iddiasında olmamışdır, hərçənd ki, əsər fəlsəfi lirikanın gözəl nümunəsi sayıla bilər. Fəlsəfi baxım, filosofanə duyum həmin şeirin “material”ında deyil, onun ruhundadır. Ötüb gedən həyatın, vaxtın bir anını saxlamaq cəhdi ədəbiyyatda yeni axtarış sayıla bilməz. (Bir anlığa “Dayan, ay an!” – deyən Höte qəhrəmanını, daha sonra Puşkini və Cavidi xatırlayaq...) Şair öz duyğu və düşüncələrini həyata “tətbiq” etmir, əksinə, şeirdəki duyğu və düşüncələri ona həyat özü diqtə edir.
    Stereotip idrakı hər cür xali olan oxucu səsini ucalda bilər: axı şeirin öz mətnində lirik qəhrəman vaxta, zamana hakim kəsilmək istəyir, inanmırsınız, buyurun, oxuyun!

    Dostlar, badələri
    doldurun içək!
    Gecə ulduzludur
    hava da sərin.
    Demirəm məst olub
    dünyadan keçək...
    Deyirəm mehriban
    düşüncələrin
    İsti qucağında
    qızınaq bir az...

    Şeirin ilk misralarında məclisdəkilərə xitab olunaraq bir az sonra söyləniləcək fikirlər üçün hazırlıq gedir. Həm də bu “məclis” beş-üç nəfərin şərəfinə təşkil edilmiş eyş-işrət yığınağı deyil. Sənətkar doğma dilin ən ecazkar imkanlarından istifadə edərək oxucunun diqqətini öz ilıq, isti, ülvu arzularının qovşağına doğru yönəldir. Şeirdə sənə, mənə, bir sözlə, insana müraciət olunur:

    Qoy uzansın gecə,
    geciksən səhər,
    Yuxuya getməsin
    məclisdəkilər -
    Mənim söhbətimdən
    yorulmaq olmaz...
    Hələ yer üstündə,
    insan yanında
    Deyib-danışmaqdan
    doymamışam mən...

    Biz adi söhbətlərdə və şairə həsr olunmuş elmi araşdırmalarda tez-tez belə bir ifadə ilə qarşılaşırıq: Səməd Vurğun dili... Bu, gəlişi – gözəllikdən, sünilikdən uzaq olan bir ifadədir. Gerçəkdən də, Vurğunun poetik dili, sənət dili vardır. Bu, Azərbaycan xalqının zəngin dilidir, böyük dilimizin böyük yaşadıcısının dilidir. Bu dil elə bir intəhasız ümmandır ki, qucağındakı tək sərbəst, qorxusuz, hiss edir; onun səthi də, tarix də almaz kimi qiymətli və parıltılıdır. Həm də almaz kimi iti və kəsərlidir bu dil – nadanların gözünü deşə bilər. Bu dil, eləcə də haqqında danışdığımız şeirin almaz misraları bizi ölümsüzlük-əbədiyyət adlı bir qitəyə çağırır:

    Uzadaq ömrünü
    hər bir anın da
    Yel kimi keçməsin
    vaxt üstümüzdən...
    Bu aylı gecədə,
    bu dağ döşündə,
    Bu sazlı, söhbətli
    bulaq başında
    Bu saat, bu dəm
    Heç yana, heç yerə
    mən tələsmirəm!..

    Şairin düşüncələrini yalnız bir fərdin, bir nəfərin adı ilə bağlamaq yersiz olardı. Vurğun poeziyası şəxsi sevinc və şəxsi kədər anlayışlarının dizini qıran poeziyadır. Bu poeziyanın qəhrəmanı fərd deyil. İnsandır. İstər-istəməz görkəmli Litva şairi, Lenin mükafatı laureatı E.Mejelaytisin sözləri yada düşür. Şair özünün məşhur “İnsan” poetik silsiləsinin yaranma tarixini xatırlayaraq yazır: “Mən uzun müddət düşündüm: mənim kitabımdakı insan kimdir? Litvalı! Rus! İngilis! Zənci! Nəhayət, qət etdim ki, o hər şeydən əvvəl İnsandır. Necə olursa-olsun, hər halda, nə vaxtsa planetin bütün insanları yalnız İnsan olacaq”.
    S.Vurğun qəhrəmanı nəhz İnsandır. Haqqında söhbət gedən şeirin qəhrəmanının arzuları da İnsanın özü qədər bəşəridir:

    Bulud tez keçməsin
    başımız üstdən,
    Çay da yavaş axsın
    sular boyunca.
    Baxım hər zərrəyə,
    baxım doyunca.
    Ürək tərpənməyir
    ötərki səsdən,
    Nə çıxar bir anlıq
    yanan həvəsdən?

    “Tələsməmək ideyası pasivlik xülyasından çox-çox uzaqdır. Burada “dönmüş vaxt” anlayışı (daha doğrusu, həmin vaxt haqqındakı arzu) “sıxılmış zaman” daxilində insanın zəngin aləmi, rəngarəng dünyası yerləşir. Deməli, an əbədiyyətin ekvivalentidir. Poetik məntiqin yekununu mötəbər elmi qənaətlərin özü belə möhkəmlətmişdir: nisbilik nəzəriyyəsi cismin hərəkət sürətinə uyğun olaraq zamanın qeyri-sabitliyini təsdiq edir; mütləq zaman anlayışı təkzib olunur.

    Qoy dünya böyüsün,
    zaman uzansın,
    Bir günün ərzində
    aylarla yansın.
    Al günəş, gözündən
    nur yağa-yağa.
    Ömrün kitabını tamamlamağa
    Çox da can atmasın
    əlimdə qələm.
    Mən tələsmirəm,
    Mən tələsmirəm!

    Şeirin daxili dinamizmi, süjeti, çevikliyi nikbinlik aşılayır. Çox şeyi aradan götürək, yaddaşlardan pozan zaman Vurğun poeziyasını nəsillərdən nəsillərə çatdıracaq. Şairin özü kimi möhlət dilədiyi vaxt da “ömrün kitabını tamamlamağa” tələsməyəcək, əksinə, “mən tələsmirəm” deyən şairin səsini ürəklərə çatdırmağa tələsəcək.
    Bu inama sənətkarın qüdrətli şəxsiyyəti səlahiyyət verir.

    “ELM” qəzeti, 25 iyun 1986-cı il

























    III.İNTERPRETASİYA.


    HƏYATDAN KİTABA, KİTABDAN HƏYATA
    İlyas Əfəndiyevin ədəbi gündəmə gətirdiyi problemlər əbəbi gündəmdədir
    (esse)

    Adətən, böyük sənətkarları doğum və ya ölüm günləridə daha çox yada salırlar. Bilmirəm bu, öz əsas mahiyyətinə görə, yaxşı ənənədir yoxsa pis. Mənə elə gəlir ki, əslidə xalqın mənəvi taleyində rol oynayan simalar həmişə anılmalıdır. Bu mənada, inanmaq istəməzdim ki, İlyas Əfəndiyev yalnız təqvimi xatırlatma naminə, deklorativ mülahizələrə görə, haqqında söz demək zərurəti yaranan sənətkarlardandır.

    İlyas Əfəndiyev ədəbiyyatımızda öz sözü və öz izi olan yazıçıdır. Mən ədəbiyyata, klassik nəzəri postulatlarda qəbul olunduğu ənənəvi qaydada, yəni həyatın bədii inikası kimi baxdığım üçün, deyə bilərəm ki, İ.Əfəndiyev həyatda, deməli, həm də həyatın atributu olan insan talelərində, öz sözü və öz izi olan
    yazıçıdır.
    İlyas Əfəndiyev ədəbiyyata yeni ab-hava, yeni nəfəs gətirmiş bir sənətkardır. Bəs bu yeniliyin əsas mahiyyəti (filosoflar demiş- kvintessensiyası) nədən ibarətdir? Məsələ burasındadır ki, yazıçının ədəbi qəhrəmanları kifayət qədər azad ruhlu, sərbəst düşüncəli, müstəqil xarakterli adamlardır. Və o qəhrəmanların əksəriyyəti cəmiyyətdə əsrlər boyu mövcud olub daşlaşmış zərərli ehkamlara, bir çox patriarxal qayda-qanunlara aşkarca meydan oxuyan cəsarətli, qorxmaz, canlı ədəbi personalar və personajlardır. Mənə elə gəlir ki, obrazlarının puhuna hopmuş bu azadlıq ovqatı, daha çox, böyük sənətkarın öz daxili azadlığından qaynaqlanımışdır.

    İlyas Əfəndiyev həmişə müasir hesab edilə biləcək ədibi simadır. Ədəbiyyatda müasirlik təkcə hansısa söz adamının çağdaşlıqla və ya mövcud oxucu auditoriyasına nisbi zaman yaxınlığı ilə şərtlənmir. Müasirlik- həm də bir-birini əvəz edən nəsillərin hamısının (hər halda böyük əksəriyyətinin), həlli barədə düşündükləri problemlərin, əsl istedadlar tərəfindən gündəmə gətirilməsidir. Bu baxımdan, böyük vətəndaş yazıçının ədəbi gündəmə gətirdiyi problemlər əbəbi gündəmdədir və ya əksinə.

    İlyas Əfəndiyevin qəhrəmanları öz dinamizmi və həyata ciddi “müdaxiləsinə” görə diqqəti, xüsusilə, cəlb edir. Hansı mənada? Elə sözün hərfi mənasında. Ədəbiyyatımızda çoxlu sayda obrazlar var ki, illər boyu saralıb qat kəsmiş səhifələrin arasında itib-batır, yalnız aradabir hansısa tədqiqatçı tərəfindən hansısa ədəbi faktın təsdiqi və inkarı üçün, yəni “quş qoymaq” üçün xatırlanır. Amma heç bir mübaliğəyə yol vermədən demək olar ki, ədəbiyyata həyatdan gələn İ.Əfəndiyevin qəhrəmanları birbaşa kitablardan həyata addımlamışlar. Əgər ondoqquzuncu əsrdə rus gənclərinin, xüsusən, rus qızlarının əksəriyyəti Turgenevin qəhrəmanlarına oxşamaq istəyirdilərsə, yola saldığımız əsrın ikincı yarısından üzü bəri İ.Əfəndiyevin əsərlərini oxuyan azərbaycanlı gənclərin əksər nümayəndələri bir çox mənəvi-əxlaqi cəhətlərinə görə onun ədəbi qəhrəmanlarının taleyini yaşamaq istəyirdi. Əgər Sofi Loreninin ekranda yaratdığı qəhrəmanlar italyan qadınlarının “yerişini” dəyişdisə, İlyas Əfəndiyevin ədəbi qəhrəmanları (yazıçının öz sələfi Cəfər Cabbarlının obrazları kimi) azərbaycanlı qadınların həyatının yeni- mütərəqqi istiqamətə yönəlməsində müstəsna rol oynadı. Hazırda deyilən mülahizələrə şübhəsi olanlar varsa, zəhmət çəkib ötən əsrin 60-80-ci illərində dövri mətbuatda yazıçının ədəbi qəhrəmanları ətrafında gedən qızğın mübahisə və davamlı “müharibələrlə” daha yaxından tanış ola bilərlər.

    İlyas Əfəndiyev cəsarətli yazıçıdır. Bu cəsarət bir tərəfdən onun seçdiyi mövzuların sosial mahiyyəti ilə bağlıdırsa, digər tərəfdən ədibin üslubi axtarışları, bir az da dəqiq ifadə etməyə çalışsaq, deyə bilərik ki, uğurlu harmonik janr improvizələri ilə bağlıdır. Sənətkarın yaradıcılığında dramaturgiyanın əsaslı rol oynadığı hər kəsə məlumdur. Amma mən, yeri gəlmişkən, İ.Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan bir cəhəti xüsusilə qeyd etmək istəyirəm: sənəkkarın demək olar ki, bütün nəsr əsərlərinin alt qatında aşkar və eləcə də örtülü dramaturji “laylar” mövcuddur. Drdmatizm, dinamızm, vüsət, hərəkət, sürəklilik İ.Əfəndiyev yaradıcılığının bütün mahiyyətinə hopmuşdur; məhz elə bu səbəbdən də böyük yazıçının, hətta, prozasında belə, hansısa “prozaik” lövhə, təsvir və ya ifadə tapmaq mümkün deyıldir.

    İlyas Əfəndiyev bədii dilin imkanlarından maksimum dərəcədə ustalıqla istifadə edən söz sərrafıdır. Azərbaycan türkcəsi ədibin bütöv yaradıcılığı müstəvisində yeni fəslin yeni çiçəkləri kimi tumurcuqlayır, güllənir, çiçəklənir, ətir saçır. İ.Əfəndiyevin dili onun obrazlarının özü kimi canlı, diri, yaşarıdır.

    İlyas Əfəndiyev öz yadadıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə baglı olan yazıçıdır. Dünya ədəbiyyatına yaxından bələd olan, geniş erudisiyalı sənətkarı daim öz vətəninin, öz torpağının problemləri narahat etmişdir. Onun qəhrəmanlari ən müxtəlif zümrəyə mənsub olan insanlardır. Müxtəlif ranqlı və dünyagörüşlü personajların, obrazların hər birisi öz amalı, öz istəyi ilə yaşayır. Onların mənfisi də var, müsbəti də, miyanası da. Amma o obrazlar arasında hissizi-duyğusuzu, “soyuqqanlısı” yoxdur. Burası da var ki, bütün “milli” keyfiyyətlərinə rəğmən İ. Əfəndiyevin qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür və təhlil etmək olmaz. Yazıçının yaratdığı obrazlar sənətkarlıq və sambal baxımından milli və bəşəri paradiqmaları özündə birləşdirir. İ. Əfəndiyevin əsərləri hələ öz sağlığında ikən bir sıra dillərə tərcümə olumuş, digər məmləkətlərdə yaşayan insanlərın mənəvi aləminə daxil olmuşdur.

    Yəqin ki, sənətkarın başqa dillərdə səslənməsi prosesi bundan sonra da davam edəcək. Belə geniş və gərəkli təqdimatdan milli ədəbiyyatımız yalnız qazana bilər. Axı hər hansı bir xalqın mənəvi-əxlaqi dünyasını böyük bir mühitdə (dünyanın coqrafi-sosial-siyasi-ədəbi və s. düzənində) istedadla yazılmış ədəbi əsələrdən daha layiqli nə əvəz edə bilər? Çünki elə özümüz də bizə doğma və yad olan millətlər və xalqlar haqqında, əgər belə demək caizdirsə, bütün gərəkli məlumatları ədəbiyyat vasitəsi ilə almışıq. Yəqin ki, əksəriyyətimiz qətiyyətlə deyə bilər ki, Fransanı Hüqo və Balzak, İngiltərəni Şou və Qrin, Almaniyanı Gesse və Brext, Rusiyanı Tolstoy və Dostoyevski, Türkiyəni Rəşad Nuri və Nazim Hikmət, Amerikanı Mark Tven və Cek London, Yaponiyanı Abe və Kavabata, İtaliyanı Pirandello və Montale, Çilini Mistral və Neruda bizi öz ölkələrinin və xalqlarının həyatı ilə tarxçi və coğrafiyaçılardan daha əvvəl, həm də daha yaxından tanış ediblər. Bu mənada, coğrafi məkan etibarilə bizdən qismən və ya kifayət qədər uzaq olan mühitdə yaşayanlar, xalqımız haqda ən müfəssəl və dolğun, eləcə də tarixi-əxlaqi məlumatları bir çox digər klassik və müasir sənətkarlarımızla yanaşı, həm də İlyas Əfəndiyevin əsərlərindən əxz edə bilərlər. Təbii ki, mən bu əsərlərə adi informasiya, məlumart qaynaqları kimi yanaşmıram; sohbət indiki halda həm də yüksək ədəbi-bədii səviyyəyə, estetik kamilliyə, psixoloji dərinliyə malik əsərlərdən gedir. Və söhbət həm də xalq həyatını miqyası təsvir edən, xalqın taleyidə rol oynayan və xalq yaddaşında yaşayan sənətkarlardan gedir.

    İlyas Əfəndiyev həm də gələcəyin yazıçısıdır. Bunu həyat sübut etməkdədir. Böyük ədib öz əsərlərinin mütləq əksəriyyətini sosializm dönəmində qələmə almışdır. Həmin siyasi mərhələnin bir çox atributları artıq tarıxın arxivinə verilmişdir. Amma xoşbəxtlikdən ədəbiyyat tariximizin bir çox əbədiyaşar nümayəndələri kimi İ.Əfəndiyevin də zəngin yaradıcılığı, “arxivə” qatılmaq təhlükəsindən çox uzaqdır. Ən azı ona görə ki, boyük yazıçının qaldırdığı əxlaqi-etik problemlər bu gün də aktualdır. Kəskin iqtisadi-siyasi dönüş mərhələsində- mədəniyyətimizdə yeni istiqamətlərin təşəkkülünə çəhd edildiyi, ədəbiyyatımızda “oxucu böhranının” yaşanıldığı, oxucunun “ədəbi dilamma” qarşısında qaldığı bir dönəmində, çox əlamətdar və sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Mən əminəm ki, zaman keçdikcə ədibin yaradıcılığına olan maraq daha da artacaq.

    İlyas Əfəndiyev haqqında söz deyərkən onun novator bir sənətkar olduğunu bir daha xüsusi vurğulamaq lazım gəiir. Novatorluq- sözün müsbət mənasında, inqiabçılıq deməkdir. Amma “ədəbi inqilabçılar” bir çox başqa inqilabçı “həmkarlarından” fərqli olaraq “böyük depressiyalardan” çıxış yolunu terror və repressiyalarda deyil, insan mənəviyyatın kamilləşməsində, ağlın və ürəyin nəfs üzərində qələbəsində görürlər. Bütün dövrlərin öz novatorl şəxsiyyətləri yetişir və bu prosesdə, şübhəsiz ki, obyektiv və subyektiv amillərin, bir az da sadə şəkildə formulə etsək- sosial və şəxsi keyfiyyətlərin çulğaşması müstəsna rol oynayır. İ.Əfəndiyev öz dövrünün övladıdır. Yaşadığı zamanın ictımai mahiyyət daşıyan kataklizm və kolliziyaları yazıçının əsərlərində bütün mahiyyət və nüansları ilə əks olunmuşdur.
    İlyas Əfəndiyev, sözün müəyyən, həm də geniş mənasında, artıq vurğuladığımız kimi, daha çox gəncliyin yazıçısıdır. Təkcə ona görə yox ki, onun əksər əsərlərinin əksər qəhrəmanları gənclərdir və yazıçı bütün yaradıcılığı boyu gəncləri və gəncliyi narahat edən problemləri “iri planda” təqdim etməyə çalışmış və buna müvəffəq olmuşdur. Bu, həm də ona görə belədir ki, yazıçı öz gənc həmkarlarına daim diqqət və qayğı ilə yanaşmış, özü də yorulmaz gənclik ehtirası ilə yazıb-yaratmışdır. İ.Əfəndiyevin ibrətamiz və mənalı həyat yolu bir də onu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. Yeri gəlmişkən, təssüf hissi ilə qeyd etmək istəyirəm ki, ədəbiyyata yenicə qədəm qoyan bəzi qələm sahibləri “gənclik” anlayışını bir çox hallarda sırf fızıoloji anlamda dərk və ya interpretasiya edirlər. Əslində isə, sənətdə novatorluq və gənclik, bir missiyadır və bədbəxtlikdən (həm də xoşbəxtlikdən) bu nəsnəyə yaş senzi tətbiq etmək qətiyyən mümkün deyıdir. Necə deyərlər, gənc nadanın qocalanda müdrikləşəcəyinə inam bəsləmək, elə gənc müdrikin qocalanda nadan olacağına inanmaq qədər absurddur.
    Müdrik adam özünün elə bütün yaşlarında müdrikdir. O ki, qaldı yaşa, hər bir böyük söz adamı, yaşadığı zamandan və məkandan asılı olmayaraq daim gəcdir. Ümumiyyətlə, qüdrətli söz qocalmır. Deməli, o sözün sahibləri də daim gəncdir. Bu mənada İlyas Əfəndiyev, sözü heç zaman qocalmayacaq bir sənətkardır. O, epoxal-zaman iyerarxiyasına mənsubluğu baxımından, öz böyük sələflərinin- Mirzə Fətəlinin, Mirzə Cəlilin, Haqverdiyevin, Cabbarlının varisidir.
    Və nəhayət, İlyas Əfəndiyev hansısa regionun yox, böyük Azərbaycanın yazıçısıdır.

    P.S. Mən bu yazıda İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığını səciyyələndirən ayrı-ayrı əsərlər və həmin əsərlərdəki ayrı-ayrı obrazlar üzərində deyil, sənətkarın ədəbi fəaliyyətini şərtləndirən başlıca ədəbi paradiqmalar üzədində dayanmağı daha məqbul hesab etdim. Bəzən induktiv səciyyə daşıyan araşdırmalar, nəhəng sənətkarların böyük palitrada, qlobal miqyasda təqdimatına mane olur. İlyas Əfəndiyev böyük problemləri böyük sözün qüdrəti ilə təqdim edən yazıçıdır. Bu cür sənətkarlar haqqında söhbət açarkən bütün hallarda və zamanlarda yalnız indiki zamanda, yəni müasirlik müstəvisində danışmaq lazım gəlir.





















    Anarın yaradıcılıq baharı

    “Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın?”

    Ötən yay rəflərdə üst-üstə qalaqlanmış əlyazmalarla dolu qovluqları və kitabları səliqə-sahmana salarkən Anarın təxminən qırx il öncə (1977-ci ildə) nəşr olunmuş “Adamın adamı” kitabının səhifələri arasından bir vərəq kağız sürüşüb yerə düşdü. Vərəqdə yazıçının kitabı ilə bağlı bir neçə cümlədən ibarət düşüncələr yer alımışdı. İndi bu yazını qələmə alarkən illərdən bəri Anarın çəhrayı cildli kitabının arasında “gizlənib qalan”, kiril əlifbası ilə yazılmış qeydlərə bir daha nəzər saldım. Və xatırladım ki, adını çəkdiyim kitab barədə vaxtilə məqalə yazmaq niyyətində idim.

    Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif yazılarımda Anarın əsərləri barədə öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün hörmətli yazıçımızla bağlı düşüncələrimi məhz həmin kağızda qeyd olunmuş “tezislərdən” çıxış edərək oxucularla bölüşmək istəyirəm. Yığcam, çaparaq cümlələrlə ifadə edilən, məni bu yazını qələmə almağa sövq edən həmin “tezislərdəki” bəzi fikirlər zənn edirəm ki, aradan illər keçsə də belə, Anarın təkcə bir kitabına deyil, müəyyən mənada onun bütöv yaradıcılığına müncər edilə bilər.
    Budur, qeydlərdə oxuyuram:

    “Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, qayaüstü rəsmlər, xalçaçılıq, kino, folklor... barədə söylədiyi fikirlər, yazdığı məqalələr də geniş oxucu kütləsinin marağına səbəb olur...
    Anarın bütün yazılarında onun bədii və elmi təfəkkürünün paralel və yaxud çarpazlaşan xətləri aydın sezilir...
    Anarın redaktorluğu ilə nəşr olunan “Qobustan” incəsənət toplusu günümüzün parlaq sənət və mədəniyyət ensiklopediyasıdır...
    Anarın demək olar ki, bütün əsərlərinin qəhrəmanları öz real həyatları ilə yanaşı sürreal, irreal, bir az da sirli bir ömür yaşayırlar. Kitabda gedən “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” əsərləri dediyim fikirlərə konkret bədii illüstrasiya və örnək kimi qiymətləndirilə bilər...
    Anar bir çox yazıçılarımız kimi, öz qəhrəmanlarının həyatına “müdaxilə” etmir, yəni yaratdığı obrazlar haqda mənfi və ya müsbət fikir söyləmir, onları “qiymətləndirməyi” oxucunun öhdəsinə buraxır...
    Anarın əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyat labirintlərindən keçmiş sadə adamlar- ziyalılar, aktyorlar, mühəndislər, müəllimlərdir. Əslində bu sadəlikdə bir mürəkkəblik də vardır...
    Anar əsasən müasir həyatımızın reallıqlarını qələmə alsa da, biz onun tez-tez tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada yazıçının “Adamın adamı” kitabında dərc edilmiş tarixi əsərlərini- “Qəm pəncərəsi” sənədli telepyesini və “Dədə Qorqud” kinodastanını qeyd etmək olar. Çox güman ki, yazıçı gələcəkdə tariximizə yenə müraciət edəcək.
    Anar öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən, daha doğrusu, təkcə özünə bənzəyən yazıçıdır”.

    Vəssalam. Qeydlər bitir. Haqqında söhbət açılan kitab nəşr olunarkən Anarın yaşı qırxa yaxın idi. İndi aradan təxminən elə bir o qədər də vaxt ötüb keçmişdir.
    Ötən illər ərzində Anar bir çox qiymətli ədəbi, publisistik, habelə elmi əsrlər qələmə almışdır. O, ədəbiyyatın demək olar ki, bütün janrlarına müraciət etmişdir. Olsun ki, heç yazıçının özü də bu əsərlərin hamısının eyni səviyyədə olduğunu iqrar etmir. Amma burasını inkar etmək olmaz ki, ədibin qələmindən çıxan hər bir əsər öz orijinallığı ilə diqqəti çəkir və artıq yuxarıda deyildiyi kimi, o, öz yaradıcılığı etibarı ilə heç kəsə bənzəməyən bir yazıçıdır.
    Anar ölkəmizdə və eləcə də xaricdə daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə səhv etmərik. Onun roman, povest və hekayələri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçının ən populyar əsərlərindən biri “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı romandır. Bu əsər haqda yazılan bütün rəy və fikirlər toplanıb nəşr edilsə, heç şübhəsiz ki, romanın özündən dəfələrlə qalın olan bir və yaxud bir neçə cildlik kitab alınar.

    “Beş mərtəbəli evin altıncı mərtəbəsi” indiyəcən dəfələrlə nəşr edilmiş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Əsərin bu qədər maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu (və yaxud tamaşaçı) əsərin qəhrəmanlarından dolayı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalmalı olur: niyə? nə üçün? Nəyə görə? Əminəm ki, meydana çıxan əksər suallara təkcə oxucular deyil, elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta, romanın qəhrəmanları belə, öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər.

    Bəli, “Ağ liman” adlı povestin davamı kimi yazılmış bu əsər, yəni “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı barədə ciddi ədəbi tənqid öz sözünü deyib. Amma personajlarla bağlı mübahisələr bu gün belə səngimir. Əsəri sevənlər kimi, onu “qəbul etməyənlər” də vardır. Ən maraqlı hal burasındadır ki, son vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara görə az qala yazıçının özünü belə “ittiham etməyə” çalışanlara da təsadüf olunur. Oxucular hələ bir yana, hətta, uzun illər öz təfəkkürü etibarilə “mənfi-müsbət” qəhrəman stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən o yana keçə bilməyən bir çox “tənqidçilər” belə, romanın qəhrəmanlarını öz ağıl və səviyyələrinə uyğun şəkildə təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə az qala hədələrlə müraciət edirlər. Həmin hədə-suallarda təxminən bu cür iddialar səslənir: “Təhminə obrazını yaratmaqda yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün belə antipedaqoji hərəkət edir? Görəsən Anar öz romanında bu obrazları qələmə almaqla qadın və kişiləri hara çağırır, hansı yola dəvət edir?..” Və sair və ilaxır bu kimi cəfəng suallar yenə səslənməkdədir.

    Əlbəttə, bu səpkidə sərgilənən, avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə cavab verməmək də olardı. Amma ədəbiyyatla bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən zənginləşdirmək istəyən kəslərə bəzi mətləbləri xatırlatmaq olar. Belələrinin nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab tapmaq üçün gərək heç olmazsa öz mütaliənin radiusunu genişləndirəsən. Ədəbi qəhrəmanlarda bu cür “əmmalar” axtarsan gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki, yaratdığın bu “müsbət” Anna Karenina öz əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə, yəni Vronskiyə vurulanda sən hara baxırdın? Başqa bir klassik misal: “Sakit Don” əsərinin “müsbət” qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda bir-birlərini dəlicəsinə sevirlər. Gərək onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan ki, hörmətli müəllif, bu obrazların timsalında sən öz oxucularını hara çağırırsan? Bu “məntiqdən” yanaşılsa gərək onda “Dəli Kür” qəhrəmanı üç uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub qaçan ərli Mələk obrazını yaradan İsmayıl Şıxlıya da anoloji sualla müraciət edəsən. Hətta, bir az irəli gedilsə onda bu əsərlər gərək əvvəla, heç yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt senzor icazəsindən keçib nəşr ediməyəydi; üçüncüsü, bu əsərləri yazan müəlliflər cəzalandırılaydı.

    Adamdan soruşarlar: adları çəkilən və eləcə də çəkilməyən bir çox əsərlərin müəllifləri sizi nə vaxt, harada özünün yaratdığı qəhrəmanlara bənzəməyə çağırıblar? Bəyəm Anar haradasa deyib ki, mən “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanımı qadınlarımızın Təhminəyə oxşaması üçün yazmışam?

    Bizdə (həm də təkcə bizdə yox) təəssüflər ki, bir çoxları yazıçı ilə onun yaratdığı obrazı eyniləşdirməyə çalışır. Və ən təccüblüsü budur ki, belə düşüncə sahibləri arasında təkcə adi oxuculara deyil, özünü peşəkar tənqidçi hesab edən cahillərə də təsadüf edilir.

    Hələ 19-cu əsrin ortalarında dahi fransız yazıçısı Qustav Flöberi (1821-1880) “Madam Bovari” romanına görə ittiham edən oxucu və tənqidçi “ordusunu” yada salanda, adam istər-istəməz zaman və hadisələr arasında müqayisələr aparmağa məcbur olur. Həmin əsərdə həkimlik fəaliyyətinə yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma Bovarinin öz məşuqları ilə eşq macəralarından bəhs edilir. Bu xanım öz kiçik qızını və nüfuzlu ərini saya salmadan həyatını istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşrin Fransa cəmiyyətində bomba kimi partlamışdı. Hətta, romanı dərc edən jurnalın redaktoru məhkəməyə verilmişdi. Qustav Flöberi nəinki tənqid və təhqir edir, hətta onu ölümlə hədələyirdilər. Yazıçıya təhdid dolu suallar verilirdi. Ən çox da bunu soruşurdular ki, Madam Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı axır ki, qaragüruhun sualına sanballı “cavab tapdi”. O, “Madam Bovari elə mən özüməm” deməklə bu cür cəfəng suallardan qurtula bildi.

    Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermişdir. Bununla yanaşı o, mədəniyyətimizin təbliği sahəsində də əlindən gələni əsirgəməmişdir. Əslində burada “təbliğ” sözü ədibin gördüyü işlərin müqabilində solğun təsir bağışlaya bilər. Çünki o həm də bu mədəniyyətin yaradıcılarından biridir.

    Anarın yuxarıda adını çəkdiyimiz “Dədə Qorqud” kinodastanını əsasında çəkilmiş film bir çox ölkələrdə nümayiş olunmuş, uğur qazanməşdır.

    Yazıçının ssenariləri əsasında çəkilmiş “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Cavid ömrü”, “Sübh səfiri” filmləri Azərbaycan ədəbi-mədəni-sosial-siyasi həyatının əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə alınmış, onlara həsr olunmuş ekran abidələridir.

    Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Anarın bədii və sənədli əsərləri əsasında bir çox sənədli və bədii televiziya filmləri də çəkilmişdir.
    “Azərbaycan” jurnalında gedən ilk kiçik həcmli əsərindən tutmuş (“Asılqanda işləyən qadının söhbəti”) ilk nəşri yenə həmin jurnalda işıq üzü görən hələlik sonuncu iri həcmli əsərinədək (“Göz muncuğu”) Anar və onun yaradıcılığı həmişə professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən maraqla qarşılanıb.
    Vaxtilə qələmə aldığım nəzəri bir yazıda (“Nəsrin inkişaf trayektoriyası”) dünya ədəbiyyatının diqqət çəkən nəsr nümunələrini öz nüfuzetmə və təsirgöstərmə imkanlarına görə iki istiqamətdə qruplaşdırmağa cəhd göstərmişəm: şaquli və üfiqi istiqamətdə. Və bu konteksrdən çıxış edərək yazıçıların özünün də iki mühüm qrupa ayrıldığını, bunların bir qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini qeyd etmişəmm. Birinci qrupa daxil olan sənətkarlar daha çox “alt qata”, yəni yaratdıqları obrazların psixoloji aləminin dərinliyinə baş vurmağa çalışır, ikinci qrupdakılar isə daha çox obrazların “görünən” tərəfinə, yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə diqqət yetirirlər. Anarın nəsr əsərlərində bu amillərin hər iksi müşahidə olunmaqdadır.
    Polifonik üsluba malik olan yazıçının əsərlərində qrotesk, fantastik və mistik çalarlar özünü göstərir. Və əsasən realist əsərlər müəllifi kimi tanınan ədibin yaradıcılığında bu əlamətlər bəzən bir janr nümunəsi kimi boy verir. Bu mənada “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi”, “Macal”, “Qırmızı limuzin”, “Göz muncuğu” və digər əsərləri yada salmaq olar.
    Anar təkcə yazıçı kimi deyil, həm də çağdaş ictimai fikrin görkəmli simalarından biri kimi tanınır. O, dəfələrlə keçmiş SSRİ, habelə Respublika parlamentində təmsil edilib. Qarabağ uğrunda gedən haqq savaşımız haqqında Anar bir yazıçı, bir vətəndaş və bir fikir adamı kimi mötəbər məclislərin uca kürcülərindən daim öz obyektiv fikrini bildirmiş, öz cəsarətli sözünü demişdir. Məhz buna görədir ki, bizimlə müharibə şəraitində olan qonşu ölkənin millətçi mətbuatında Anarla bağlı dəfələrlə hədələyici yazılar dərc olunmuşdur.
    Anar uzun illərdir ki, Yazıçılar Birliyinə rəhbərlik edir. Mənim bildiyimə görə o, öz imkanları daxilində bir çox gənc və ahıl yazıçılara əlindən gələn köməyi əsirgəməyib. Əlbəttə, adamlar tutduğu böyük və kiçik vəzifədən asılı olmayaraq (hətta, o adam nə qədər xeyirxah olsa da belə) bəzən hamıya eyni qaydada diqqət göstərə, dəstək verə bilmir. Belə bir istəyin realizəsi üçünsə bəzən obyektiv şərait, bəzənsə real imkan olmur.

    S on vaxtlar mətbuatda çıxan bir çox yazılarda Anarın ünvanına xoşagəlməz ifadə və xitabların səsləndiyi də nəzərə çarpır. Yazı müəllifləri yazıçını bəzən hüququ pozulmuş insanları lazımi səviyyədə dəstəkləməməkdə qınayirlar. Başa düşüləndir. Zamanında başqa ölkələrdə də vətəndaşlar məşhur söz adamları qarşısında da bu cür və ya buna bənzər tələblər irəli sürüblər. Bu mənada Fransada Hüqonun, Rusiyada Tolstoyun, bizdə Səməd Vurğunun adını çəkmək olar. Demək, insanların öz problemləri üçün etibar etdikləri söz adamına, o cümlədən Anara üz tutmaları təbii qarşılanmalıdır.
    Axı biz dəfələrlə mətbuat səhifələrində Anarın bu və digər hadisə və şəxslərlə bağlı bəyanat və məktublarını oxumuşuq. Adətən yuxarı instansiyalara ünvanlanan həmin müraciətlərdə yazıçının haqsız (və bir çox hallarda haqlı) yerə məsuliyyətə cəlb edilmiş adamların müdafiəsinə qalxdığının da az şahidi olmamışıq.
    Bir də açıq demək lazımdır ki, göstərdiyi fəaliyyət sahəsində hamının (indiki halda söhbət ədəbiyyatdan gedir) yaradıcılıq diapazonu, qabiliyyət miqyası, istedad dərəcəsi heç də bərabər ölçüdə deyildir və təbii ki, onların qiymətləndirilmə meyarı da fərqlidir, nisbidir. Bu mənada mövcud yaradıcılıq mühitində “məmur” Anardan narazı qalan insanların olması da təbiidir.
    Etiraf etmək lazımdır ki, AYB sədri Anardan narazı olanlara təsadüf edilsə də, yazıçı Anardan narazı olanlar, demək olar ki, yoxdur və yaxud, çox azdır. Bu, təbii bir haldır. Çünki Anar böyük ədəbiyyatın, böyük sözün adamıdır.
    Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.
    Anar ədəbiyyata gələn vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi “yubiley məqaləsi” kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.
    Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Anar bu dünyaya baharın gəlişi ərəfəsində dünyaya göz açıb. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını yaşayır. Baharın mübarək, Anar.
    01.08.18





















    ZƏHGIH YARADICILIQ YОLU

    Xalq yazıçısı Elçinin yaradıcılığında intertekstual əlaqələr

    ...Ədəbiyyat həm də üslubi rəngarəngliyin, daha dоğrusu, müхtəlif üslubların məcmusudur. Yazıçı öz üslubunu "yaradıb" fоrmalaşdıra bilmirsə, pоlifоniк ədəbi "оrкеstrdə" оnun "sоlо"su еşidilmirsə böyüк ədəbiyyat və ciddi ədəbi sima haqqında söhbət gеdə bilməz. Еlçin öz üslubu, öz ifadə və təhкiyə tərzi оlan yazıçıdır. Əgər bеlə dеməк caizsə, о, yazıçı-stilistdir.
    Əsl ədəbiyyat həm də mövzuların rəngarəngliyi, çеşidli hadisələrə müхtəlif bucaqlar altında baхmağın bədii-еstеtiк fоrmalarından biri, habеlə, sözün müəyyən mənasında, ədəbi iddiası оlan adamın öz mövzu "mоnоpоliyasına" maliк оlması dеməкdir. Еlçin "öz mövzusu" оlan yazıçıdır. Оnun ədəbi pеrsоnajlarının - qəhrəmanlarının əкsəriyyəti hеç də böyüк хarüqələr yaradan "qəhrəmanlar" dеyil. Laкin bu "qəhrəman" оlmayan (və ya оla bilməyən) qəhrəmanlar (оbrazlar) məhz Еlçinin təqdimatında оrijinal təsir bağışlayır. Dоğrudur, ədəbi təsərrüfatda Еlçinə qədər də həmin оbrazlara, bir az da başqa cür desək həmin qəhrəmanlara, müraciət еdilib. Laкin, еtiraf еtməк lazımdır кi, bu cür "qəhrəmanların" əкsəriyyəti о vaхtacan başqa "platfоrma" və ampluada təqdim оlunub; bеlə кi, qəzеt-jurnal səhifələrində, екran-еfir dalğalarında, məsələn, "aеrоdrоm" кеpкalı mirzоppalar, mirzağalar, baladadaşlar uzun illər tənqid və istеhza hədəfinə çеvrilib. Məhz Еlçinin təqdimatında охucu bu "antiqəhrəmanları" yеni raкursdan sеyr еtməк, оnlarla yaхın(dan) tanış оlmaq imкanı əldə еdib. Və əgər bu cür ifadə еtməк təbiri-caizsə, bir çох ənənəvi "mənfi qəhrəmanları" Еlçin ədəbiyyata təzə "хasiyyətnamə" ilə təqdim еdib; yazıçı özünün bir vaxtlar ittiham оlunan, "təqib оlunan" qəhrəmanlarına qeyd-şərtsiz "ədəbi rеabilitasiya" vеrib.
    Ədəbiyyat - həyatın bədii iniкası dеməкdir. Еlçinin qəhrəmanları (hətta mifоlоji və ya tariхi pеrsоnajları bеlə) diri, canlı və həyatidir.
    Еlçinin ayrı-ayrı əsərləri haqqında ədəbi tənqiddə vaхtaşırı söhbət açılıb. Mən bu müхtəsər yazıda yazıçının yaradıcılığının yalnız ümumi məziyyətlərinə tохunaraq qısaca оnu dеyə bilərəm кi, Еlçin öz dəst-хətti, öz mövzusu, öz qəhrəmanları, öz stiхiyası və özünəməхsus ədəbi arqumеntləri оlan yazıçıdır. Оnun rоman, pоvеst, hекayə, еssе, dram və оçеrкləri bir sıra dillərə tərcümə оlunub, müхtəlif məmləкətlərdə çap еdilib.
    Еlçinin həm də ədəbi prоsеsi (gеniş spекtrdə) diqqətlə izləyən tənqidçidir. Əgər о, bədii əsərlərində hadisələrin "induкtiv tədqiqinə" daha çох diqqə yеtirirsə, ədəbiyyatşünaslığa aid əsərlərində "dеduкtiv təhlilə" üstünlüк vеrir. О, bədii yazılarında "dеtallarla", еlmi-tədqiqat хaraкtеrli əsərlərində isə paradiqmalarla "danışmağı" sеvir.
    Və кiçiк bir haşiyə (хatirə):
    1978-ci ildə mən Uzaq Şərqdə, Vladivоstок şəhəri yaхınlığındaкı hərbi hissələrdən birində - tanк alayında хidmət еdirdim. Həmin ilin qışında хəsətələnib hоspitala düşmüşdüm. Məni müalicə еdən zabit-həкim həm də ziyalı bir adam idi; ədəbiyyatla ciddi maraqlanırdı. Amma ən çох охuduğu rus кlassiкləri idi. Mən оnunla tеz-tеz mübahisə еtməli оlurdum. Məsələ burasında idi кi, həкimin digər хalqlar, о cümlədən Azərbaycan хalqı və оnun ədəbiyyatı haqqında təsəvvürü sıfıra bərabər idi.
    Mən müalicə оlunduğum müddət ərzində həкim "dоstum"a ədəbiyyatımız barədə хеyli infоrmasiya vеrdməli oldum. Hоspitalın кitabхanasından əldə еtdiyim (rus dilində çap оlunmuş) кitabları - Mirzə Cəlilin, Çəmənzəminlinin, Mirzə İbrahimоvun, İsmayıl Şıхlının əsərlərini az qala zоrla оna охutdurur, rəyini öyrənmək istəyirdim. Еlə həmin günlərdə "Yunоst" jurnalının bir sayı əlimə кеçdi; оrada Еlçinin "Gümüşü furqоn" («Серебристый фургон») əsəri çap оlunmuşdu. Səhv еtmirəmsə оrijinalda vaхtilə "Bir görüşün tariхçəsi" adı ilə çap еdilmiş həmin pоvеsti də hоspitaldaкı "ədəbiyyat aşiqinə" охutdurdum. Əsər zabit- həkimin хоşuna gəlmişdi. Hətta, özünün dеdiyinə görə, həкimlərin "bеşdəqiqəliк" yığıncağında fürsət tapıb təzəliкcə tanış оlmağa başladığı Azərbaycan ədəbiyyatı və о cümlədən, adını ilк dəfə еşitdiyi yazıçı Еlçinin Mоsкvada "Yunоst" jurnalında çap оlunmuş yеni əsəri barədə хоş təəssüratını bildirmişdi.
    ...Bəzən sənət əsəri böyüк bir təbliğat maşınının görə bilmədiyi işi görür. Еlə sənətin bir məziyyəti də bundan ibarətdir.
    Biz iкi еpохanın qоvşağında yaşayan yazıçıya yеni yaradıcılıq sеvincləri arzu еdiriк.
    May 2003

    … On beş il öncə yazılmış bu müxtəsər qeydlərə onu da əlavə etmək olar ki, bu ötən zaman ərzində Elçinin qələmə aldığı bir sıra ciddi elmi-nəzəri yazılar, habelə, dram və nəsr əsərləri ədəbi mühitin diqqət mərkəzində olmuşdur.
    Sual yaranır: yazıçının yaradıcılığında diqqəti cəlb edən başlica cəhətləri necə səciyyələndirmək olar? Əlbəttə, bu məsələ barədə konkret kanon və reseptlər çərçivəsində iddialar yürütmək bir qədər çətin olardı.
    İndiki halda onu demək olar ki, yazıçının müraciət etdiyi mövzular və eləcə də obrazlar mif, tarix və müasirlik kontekstində boy verməkdədir. Və bu cəhətlərin konstruktiv mahiyyətindən çıxış edərək Elçinin yaradıcılıq nümunələrini də məhz həmin adekvat prinsiplər müstəvisində- neomifoloji, realist və postrealist əsərlər kimi nəzərdən keçirmək olar.
    Son illərdə linqvistikada geniş işlədilən bir termin artıq tənqid və ədəbiyyatşünaslıqda da özünə möhkəm yer tutmaqdadır. Bu, “intertekst” və ya “intertekstuallıq” istilahıdır. Adından göründüyü kimi, bu anlayışın alt qatında “gizlənmiş” bir mətn və dialoq anlayışı aydın sezilməkdədir. Bəli, burada həm müxtəlif üsluba malik yaradıcı adamların ortaya qoyduğu mətnlərin, həm də müəllifi konkret şəkildə bəlli olmayan əsərlərlə konkret müəllif tekstlərinin “səsləşməsindən” söhbət gedir. Bu mənada “intertekstuallıq” təkcə bədii deyil, həm də elmi əsərlərdə özünü büruzə verməkdədir.
    Bəs Elçinin yaradıcılığında bu “dialoqun” (başqa sözlə, “intertekstuallığın”) kökünü hansı mətnlərdə axtarmaq olar? Mən bu kiçik qeydlərdə yalnız onu deyə bilərəm ki, intertekst Elçin yaradıcılığının bütün mərhələlərində özünü göstərmişdir. Onun təkcə təsvir etdiyi hadisə və qəhrəmanlar deyil, zamanlar və məkanlar da biri digəri ilə dialektik bağlılığa malik fenomenlər kimi diqqəti çəkir.
    Elçinin realist planda qələmə aldığı obrazlar kimlərdir? Bunlar ilk növbədə məhdud, “kameratik” mühitdə böyüyən “kiçik adamlardır”. Yazıçı özünün bu “adi” qəhrəmanlarını sanki mikroskop altında öyrənir və təqdim edir.
    Yazıçının tarixi-mifoloji planda qələmə aldığı əsərlərin qəhrəmanları isə “kiçik adamlardan” fərqli olaraq, nəsillərə zaman-zaman tarixin və yaddaşın nəhəng simaları kimi təqdim olunmuş persona və personajlardır.
    İntertekstuallıq prizmasından yanaşdıqda qəribə nəticələrə gəlib çıxırıq. Sən demə, mətnlər arasındakı “səsləşmə” və ya “dialoqu” bütün hallarda “yad ədəbi qütblər” arasında axtarmaq işin yalnız bir tərəfidir. Bu mənada Elçinin tarixi və müasir mövzularda qələmə aldığı mətnlərdə kifayət qədər assosiotiv, yəni “intertekstual momentlər” tapmaq mümkündür.
    Geniş oxucu auditoriyasının mühüm kəsimi Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Qətl günü”, “Baş” romanları ilə tanışdır. Əgər yazıçı bayaq dediyimiz kimi, öz realist qəhrəmanlarını “mikroskop altında” təqdim edirsə, postrealist qəhrəmanlarını sanki “teleskopla” müşahidə edir və buradaca xatırlatmağı vacib bilirəm ki, Elçinin “Teleskop” adlı pyesi də vardır.
    Təkcə oxucular deyil, elə peşəkar ədəbiyyatşünaslar da həmin əsərlərin janrının müəyyənləşdirilməsi zəminində müəyyən mübahisələrin şahididir. Hər bir istedadlı yazıçı həm də istedadlı oxucudur desək, zənnimcə səhv etmərik. Bu mənada Elçin dünya ədəbiyyatına yaxından bələd olan, geniş mütaliəli bir sənətkardır. İndiyəcən onun tarixi-mifoloji planda yazılmış əsərlərinin üslub və janr xüsusiyyətləri barədə bir sıra mülahizələr söylənmişdir. Əlbəttə, bu əsərlərdə biz realizm və postrealizm, modernism və postrealizm, mifoloji və neomifoloji elementlər tapmaq mümkündür. Və burada yeri gəlmişkən bir nüansa toxunmaq istəyirəm: yazıçı, hətta, elmi-nəzəri cəhətdən ən hazırlıqlı yazıçı belə, öz yazdıqlarının estetik mahiyyətini tam dolğunluğu ilə açmağa qadir deyildir. Bunun üçün daim “yad gözə”, “yad baxışa” ehtiyac duyulur. Bu da təbii bir haldır. Heç bir halda heç bir normal yazıçı əlinə qələm alarkən əsərinin hansı janrda, hansı üslubda və ya hansı metodoloji prinsiplər əsasında yazılacağını əvvəlcədən müəyyən edə, “dəqiqləşdirə” bilməz. Klassiklərin bir çoxunun haqlı olaraq dedikləri kimi, üslub və janr- elə yazıcının özü deməkdir. Bu mənada, hər bir qələm əhlinin, eləcə də Elçinin əsərlərinin janr və üslub xüsusiyyətlərini müəyyənləşdirmək məhz ədəbiyyatşünaslığın və ədəbiyyatçıların borcudur.
    Elçinin yuxarıda adı çəkilən romanları barədə fikir söyləyən ədəbiyyatçılar bir çox hallarda həmin əsərləri polifonik əsərlər qisminə aid edirlər. İncəsənət və mədəniyyət nəzəriyyəçisi Mixail Baxtin vaxtilə Tolstoy və Dostoyevski yaradıcılığından söhbət açarkən birincini daha çox monoloji, ikincini isə polifonik romanlar müəllifi kimi xarakterizə edirdi. Özlüyündə maraqlı yanaşmadır. Amma hesab edirəm ki, üslubları bir-birindən kəskin şəkildə fərqlənən hər iki dahi sənətkarın yaradıcılığında kifayət qədər “ümumi cəhətlər”, “səsləşmələr” də tapmaq mümkündür.
    Bəli, bir qədər əvvəl başlanan söhbətə qayıdaraq bunu da demək olar ki, intertekstuallıq bütün yaradıcılığı boyu Elçin yaradıcılığını izləmişdir. Həm də bu “dialoq” təkcə mövcud mətnlər, hadisələr və qəhrəmanlar arasında baş vermir. Əsl yazıçı həm də öz yaratdığı obrazlarla daim təmasda olur, onlarla mübahisə edir, onların fikirlərini tənqid, təkzib və ya təsdiq edir. Hesab edirəm ki, məhz bu cəhət də yazıçı ilə obraz arasındakı intertekstual əlaqə, rabitə və bağlara aid edilə biləcək bir fenomendir.
    Sözümün sonunda həyat və yaradıcılığının ən məhsuldar dövrünü yaşayan Xalq yazıçısı Elçinə möhkəm cansağlığı arzu edirəm.
    May 2018



    Səxsiyyətin diapazonu
    (Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında düşüncələr)
    Ətraf aləmin, dünyanın, lap elə planetin və kainatın onlarla dərk yolları vardır. Hər bir elm və sənət sahəsinin isə özünəməxsus, bir-birinə bənzəyən və yaxud bir-biri ilə daban-dabana zidd olan dərketmə “bucağı” mövcuddur. Məsələn, riyazi dərklə fiziki dərki, fəlsəfi dərklə dini dərki... bir-biri ilə eyniləşdirmək qeyri-mümkündür. Bütün bu dərk və ya izahetmə postulatlarından biri də ədəbiyyatla bağlıdır. Çoxdan izahını tapmış məsələdir: ədəbi dərketmə digər substansiyaların dərkolunmasından xeyli dərəcədə fərqlənir. Belə ki, ədəbiyyat bu yöndə tam fərqli bir yol seçmişdir: o, bütün külli-aləmi obrazlarla və obrazlı şəkildə “tədqiq” edir. Amma məsələnin bəlkə də ən çətin, ən mürəkkəb tərəfi ondadır ki, ədəbi əsər bu sonsuz kainatın “kiçicik” zərrəsi olan insanın daxili aləmini “araşdırıb” təzədən insanın özünə təqdim edir. Di gəl ki, bu kiçik varlığın-insanın mənəvi dünyası elə kainatın özü qədər zəngin, intəhasız ... həm də sadə və bəsitdir. Bu, dərkolunmanın bənzərsiz bir mərhələsidir...
    Hərdən adama elə gəlir ki, ciddi ədəbiyyatda mövcud məkanın və eləcə də konkret mövzuların “bölüşdürülməsi” artıq başa çatmaq üzrədir. Bəs bu güzəştsiz rəqabətdə, bu “ərazi qtlığında” yazıçı özünə necə “yer” tapmalıdır?..
    O, ədəbiyyata gələndə, sözün müəyyən mənasında, xatırlatdığımız ərazidəki “boş yerlər” sanki tamamilə “bölüşdürülmüşdü”. Həmin dövrdə zavod, fabrik, kolxoz, sovxoz və digər təsərrüfat sahələri ədəbi təsərrüfatın inhisarında idi. Yox, demək olmaz ki, ortada parlaq əsərlər yox idi. Bu cür mülahizə yürütmək insafsızlıq olardı. Amma bu əsərlərin qəhrəmanlarının heç olmazsa “quş qoymaq” üçün mütləq bir “iş yeri” olmalı idi. İşsiz-gücsüz, tüfeyli və yaxud mövcud gerçəkliklə barışmayan “azad” adamların simasında ədəbi əsər qəhrəmanı yaratmaq mümkün olardımı? Belə bir iddiada bulunmaq həm də cəsarət tələb edirdi- ən azı ədəbi cəsarət...
    Onun ilk əsərlərinin qəhrəmanları öz xarakter, xasiyyət və dünyagörüşləri etibarı ilə fərqli, bir qədər də “qeyri-ənənıvi” idi. Elə buradaca kiçicik bir haşiyə çıxarıb qeyd etmək lazımdır ki, bir çox qələm əhli əksər hallarda öz ideal və ya ideyalarını yaratdıqları personajların “belinə” yükləyirlər. Başqa sözlə, əsərin qəhrəmanı və ya qəhrəmanları, yazıçının ruporu qismində çıxış edir. Belə hesab edirəm ki, ədəbi əsər heç də bütün hallarda müəllifin “ideoloji” sürəcinin daşıyıcısına çevrilməməlidir. Hər bir bir obraz öz taleyini yaşamalıdır. Yaradıcı adamın həyatı onun öz qəhrəmanlarının həyat və ya fəaliyyətinin adekvat inikası qismində zühur etməməlidir...
    O, ədəbiyyata öz obrazlar pleyadası ilə qədəm qoymuşdur. Nəhəng meqopolisin ortasında və yaxud bir qədər ondan kənarda öz adi, sadə həyatını yaşayan personajların yeni, həm də qeyri- doqmatik təqdimatı peşəkar oxucular, habelə müqtədir tənqidçilər üçün də gözlənilməz idi. Sən demə, hər gün rastlaşdığımız bu sıravi insanların öz qəribə, sirli dünyası varmış. Və həmin “dünyaya” nüfuz etmək elə də asan məsələ deyilmiş...
    Yəqin ki, oxucular indiki halda söhbətin qüdrətli yazıçımız Elçindən və onun ilkin yaradıcılıq mərhələsində mühüm yer tutan “adi” qəhrəmanlardan, onlara bəzən ədəbiyyatşünaslıqda “kiçik adamlar” da deyirlər, getdiyinin fərqinə vardılar. Bəli, ədibin personajları öz “qapalı” mühitlərindən geniş ədəbi arenaya çıxmağa başladılar. Xatıtlatmağı lazım bilirəm ki, bir neçə il əvvəl qələmə aldığım bir yazıda vurğulamışdım ki, uzun illərdən bəri əksər yazıçılarımızın əsərlərində tənqid və ya istehza hədəfinə çevrilmiş “həmin kiçik qəhrəmanlara” ədəbiyyatımızda ilk dəfə Elçin “reabilitasiya” verdi. Bu ədəbi bəraətin sosial mahiyyəti də az əhəmiyyət kəsb etmirdi. Sadə şəkildə deməyə çalışsaq, təkcə ədəbi personaljar arasında deyil, həyatda mövcud olan personaların timsalında da mənfidən müsbətə doğru sıçrayışa bənzər bir təkamül baş verdi və həmin insanlara münasibət dəyişməyə başladı. Bu mənada “Baladadaşın toy hamamı”, “Baladadaşın ilk məhəbbəti” hekayələri, habelə ötən əsrin 70-ci illərində işıq üzü görən “Bir görüşün tarixçəsi”, "Toyuğun diri qalması", "Dolça" povestləri daha xarakterik səciyyə daşıyır. Sonrakı mərhələdə lentə alınan filmlər, habelə adı çəkilən və çəkilməyən əsərlər əsasında sənhəyə qoyulan tamaşalar bu qənaəti daha da möhkəmləndirdi...
    Artıq qeyd etdiyimiz kimi, yazıçının yaradıcılığının ilkin dövründə onun qəhrəmanlarının fəaliyyət göstərdiyi konkret (və kiçik) ərazi mədudluğu və əlvanlığı, rəngarəngliyi ilə diqqəti çəkir. Bu kiçik mühitin özü və onun sakinləri böyük qayğılarla, problemlərlə çiyin-çiyinə yaşayır. Amma nə qədər vurnuxsalar da həmin kiçik mühitdəki kiçik qəhrəman əksəriyyəti bu fiziki, coğrafi və mənəvi “ərazidən” kənara çıxmağı bacarmır və ya buna cəhd göstərmirlər. Elə buradaca vurğulamaq istəyirəm ki, dünya ədəbiyyatında öz qəhrəmanlarının fəaliyyəti üçün bu cür “xüsusi ərazi” yaradan sənətkarlara az da olsa təsadüf edilir. Məsələn, məşhur Nobel mükafatçısı Uilyam Folknerin əsərlərinin əksəriyyətinin qəhrəmanları Amerikanın cənubundakı “zonada” yaşayırlar. Yazıçı hətta, həmin yaşayış məkanına ad da uydurub: “Yoknapatof”. Digər amerikan yazıçısı Con Steynbekin qəhrəmanlarının əksəriyyəti isə Amerikanın şimalındakı ərazidə məskunlaşmışlar...
    Əlbəttə, bu uydurulan və ya həqiqətən mövcud olan “ərazi” söhbəti əslində şərti səciyyə daşıyır. Bu cür “coğrafi mühit konkretləşdirmələri” qətiyyən əsərlərdəki qəhrəmanların daxili aləminin məhdudlaşdırılmasına xidmət etmir. Əksinə, bu, həm də onun göstəricisidir ki, dar və yaxud qapalı bir mühitdə belə, insan idrakının və dünyagörüşünün ənginliyini ədəbi əsərdə bütün rəngarənliyi və rəngləri ilə vermək mümkündür. Bu yerdə istər-istəməz Frans Kafkanın daha kiçik, kameral, dar mühitdə yaşayıb, daim genişliyə can atan qəhrəmanlarını xatırlatmaq da pis olmazdı...
    Zaman keçdikcə, Elçinin mövzu diapazonunun və onun qəhrəmanlarının fəaliyyət “ərazisinin” genişləndiyi müşahidə olunur. Yeni dövrün bədii ifadə və mahiyyəti, məşhur ədəbiyyatşünas və semiotik Yuri Lotmanın təbirincə desək “humanitar partlayış” tərzi ilə seçilməkdədir. Fransanın tanınmış mədəniyyət nəzəriyyəçisi və filosofu Pol Mişel Fuko isə bir qədər də irəli gedərək, ədəbiyyatda epistemoloji bölünmə, başqa sözlə, bütövlüyün parçalanması prosesinin labüd olduğunu vurğulayır. Və o da qeyd olunur ki, bu total modernizasiya özündə sosial həyatın bütün sferalarını ehtiva edir. Belə bir sürəc, sözün müəyyən mənasında, Elçinin əsərlərinin semantikasına və onun qəhrəmanlarının taleyinə də müncər edilə bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə, habelə elmi və bədii müstəvidə baş verən “partlayışlar” bir çox hallarda inkişafın əsasına, kvintessensiyasına çevrilir...
    Zaman keçdikcə Elçinin bir sənətkar kimi mövcud həyatın və yaratdığı personajlarının psixologiyasının dərin qatlarına vardığını müşahidə etmək elə də çətin deyildir. Bu “nüfuzetmə” onun bir-birinin ardınca nəşr olunan romanlarında daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yazıçının genişplanlı epik əsərlərindən söhbət açan tədqiqatçıların bir çoxu onun romanlarını əsasən tarixi əsərlər kimi səciyyələndirirlər. Doğrudur, Elçin tarixə, tarixi qəhrəmanlara tez-tez müraciət edir. Lakin orasını da vurğulamaq lazımdır ki, ədibin "Mahmud və Məryəm", "Ağ dəvə", “Ölüm hökmü", "Baş" romanlarında tarix oxucuya həm də bir obraz kimi təqdim edilir. Xüsusi diqqət yetirsək görərik ki, adını çəkdiyimiz əsərlərdə qəhrəmanlar təkcə öz müasirlərinin, yaşadıqları mühitin adamları ilə deyil, həm də tarixin özü ilə, habelə tarixi proseslərin özü ilə konfliktdədir...
    Ümumiyyətlə, milli-tarixi ənənə və ənənəviliyə sadiq olan yazıçının əsərlərinin bir çoxunun nəinki strukturu, stilistika və semantikası, eləcə də personajları sözün müsbət mənasında “qeyri-ənənəvidir”, yenidir, orijinaldır. Elçinin epik əsərlərinin əksər qəhrəmanları, öz həyat və fəaliyyət dinamikası ilə bir çox hallarda “qırmızı xətti” keçir, bədii məntiqin əvvəldən “hesablanmış” radiusundan kənara çıxır. Qəhrəmanlar mövcud gerçəkliyə tabe olmur, aktiv və yaxud passiv şəkildə “qapalı mühitə” etiraz edirlər. Elə gözlənilməz “ədəbi partlayışlar” da məhz bu zaman meydana gəlir...
    Əsl söz adamları cəsarətdən xali ola bilməzlər. Onlar həm yaradıcı şəxsiyyət, həm də təəssübkeş bir vətəndaş kimi daim həqiqətin, gerçəkliyin yanında olurlar. Bu mənada Elçinin “Baş” romanı əsl yazıçı cəsarətinin parlaq təzahürü, və şəksiz ədəbi hadisə kimi qiymətləndirilməlidir. Doğrudur, bu əsərdə də hadisələr təlatümlərlə dolu olan konkret tarixi müstəvidə cərəyan edir. Amma bu, həm də yazıçının özünün yaratdığı tarixi müstəvidir. Əsərdəki hadisələr vizual şəkildə Azərbaycan reallığında baş versə də, hadisələrin kökü daha dərin qatlara enir. Yazıçı təkcə personajlarının deyil, hadisələrin baş verdiyi epoxanın, yəni təxminən ikiyüz il bundan əvvəlki dövrün də psixoloji və mənəvi “xarakteristikasını” dəqiqliklə vermişdir. “Baş” tam milli düşüncənin məhsulu olsa da, müasir dünya romançılığının samballı nümunələrindən biri hesab oluna bilər...
    İlk pyesini gənclik illərində qələmə alan Elçin (“Poçt şöbəsində xəyal” sürreal dramı nəzərdə tutulur) yaradıcılığının coşqun və kamillik mərhələsində yenidən dramaturgiyaya üz tutmuş, teatral qalereyanı maraqlı əsərlərlə zənginləşdirmişdir. Yeni və ən yeni ədəbiyyat tariximizdə orijinal hekayələr, təkrarsız povestlər və monumental romanlar müəllifi kimi tanınmış yazıçının bir-birinin ardınca qələmə alınmış "Mənim sevimli dəlim" (Diaqnoz "D"), “Ah, Paris, Paris”, "Mənim ərim dəlidir", “Mən sənin dayınam”, "Arılar arasında", "Şekspir", "Qatil", "Cəhənnəm sakinləri", "Teleskop" pyesləri bu gün təkcə milli səhnəmizdə deyil, dünyanın bir çox nüfuzlu teatrlarında uğurla tamaşaya qoyulmaqdadır. Əgər belə demək caizsə, bu gün ədəbi-mədəni həyatımızda “Elçin teatrı” anlayışı mövcuddur...
    Elçin həm də ciddi ədəbiyyyatşünas alim, tənqidçi, publisist və tədqiqatçıdır. Onun qələmindən çıxan «Tənqid və nəsr», «Bəstəkarın vətəndaş sözü» (Üzeyir Hacıbəylinin publisistikası haqqında), «Klassik aşıq poeziyasında «Dünya» obrazı», «Ədəbiyyatda tarix və müasirlik problemi» və digər tədqiqat əsərlərində, habelə M.F.Axundzadə, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, A.Ağayev, C.Cabbarlı, Ü.Hacıbəyli, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ümmül Banu, S.Vurğun, M.Müşfiq, R.Rza yaradıcılığına həsr olunmuş ədəbi oçerklərində, o cümlədən ədəbiyyata yeni gələn istedadlı gənclər haqqında yazdığı təqdimat xarakterli esselərində sözün geniş mənasında mədəniyyətimizin areal və coğrafiyası diqqətlə araşdırılmışdır...
    Yazıçının son illərdə çapdan çıxmış “Daha dərin qatlara” (Seçilmiş məqalə və esselər. “Təhsil”. 2019) kitabı öz universal və ensiklopedik siqləti ilə ədəbiyyatşünaslığımıza çox qiymətli töhfə kimi qiymətləndirilə bilər...
    Bir neçə il öncə Elçin öz müsahibələrindən birində maraqlı bir məsələyə toxunmuşdu. O, “yazıçı nə üçün yazır?”-sualına sualla cavab verərkən təxminən belə bir mülahizə söyləmişdi ki, dünyada bu qədər əsərlərin olduğu bir əyyamda təzə bir söz deməyə və nəsə yazmağa ehtiyac qalırmı? Elçin tərəf-müqabilinin və özünün özünə verdiyi sualı cavablandıraraq demişdi ki, hər bir yazıçı öz xalqının taleyini və tarixini yazır. Doğrudan da hər hansı millətin bədii salnaməsini hansısa yad, ögey bir xalqın yazı-pozu adamı istənilən səviyyədə qələmə ala bilməz. Məlum həqiqətdir: bütün böyük yazıçılar bəşəri olduqları qədər də millidirlər...
    Haşiyə. 1977-ci ilin yağışlı-çiskinli bir noyabr günündə xalqımızın böyük milli şairi Bəxtiyar Vahabzadə ilə Moskva şəhərində təsadüfən görüşdük. Mən elmi ezamiyyətə getmişdim. Şairin o vaxtlar Moskvada yerləşən daimi nümayəndəliyimizdə işi vardı. Bəxtiyar müəllim isə bir-iki günə həyat yoldaşı Dilarə xanımla Ankaraya uçacaqdı... Taxsiyə əyləşib lazım olan ünvana yollandıq. O, yolboyu oradan-buradan söhbət açdı. İşlərimlə maraqlandı. Söhbətarası soruşdu: “Elçinin yaradıcılığına bələdsən?” Mən yazıçının əsərlərinin adını çəkərkən Bəxtiyar müəllim qımışıb dedi: “Bilirsən, niyə bu sualı verdim?” Çiyinlərimi çəkdim. O, söhbətinə davam edərək əlavə etdi: “Yuxarıdan bizə, bəzi ziyalılara xəbər göndəriblər ki, yeni bir təşkilat yaradılacaq. Bu, ilk baxışda Nəbinin (o, Nəbi Xəzrini nəzərdə tuturdu) rəhbərlik etdiyi cəmiyyətə oxşasa da, fəaliyyəti bir az başqa yöndə olacaq. Burada əsas məqsəd bizim dünyaya səpələnmiş istedadlı soydaşlarımızla birbaşa əlaqə yaratmaq, onları öz Vətənimizdə tanıtmaqdan ibarət olacaq. Düzünü deyim ki, mən bu vəzifədə Elçini görürəm. Niyə? Çünki o, milli adamdır. Övladları da milli dilimizdə təhsil alır. Atası İlyas Əfəndiyev də uşaqlarını öz dilimizdə oxudub. Zənnimcə bu sahə üçün Elçin çox yaxşı namizəddir. Mən “yuxarıdan” maraqlananlara da elə bu cür dedim”. Həqətən, Elçin həm “Vətən” cəmiyyətinə rəhbərlik edərkən, həm də ondan sonrakı dövrdə- milli hökumətdə yüksək ranqlı vəzifədə çalışarkən mədəniyyətimizin təbliği və dünya mədəni arenasına çıxması üçün əlindən gələni əsirgəməmişdir...
    Bu gün millətimizin bütün təbəqələri Elçini adət-ənələrimizə dərindən bələd olan, dilimizin zəngin rənglərinə yeni çalarlar qatan, sanki mövcud zamanın onun çiyninə qoyduğu missiyanı- şəxsən tanıyıb-tanımadığı insanlara xüsusi diqqət və qayğını əsirgəməmək missiyasını ləyaqətlə daşımaqda və doğrultmaqda olan, ölkənin ictimai, siyasi, ədəbi mühitində xüsusi yeri və çəkisi olan şəxsiyyət kimi tanıyır. Onun zəngin yaradıcılığının arealı haqda az yazılmayıb. Elə buradaca qeyd etmək yerinə düşərdi ki, Elçinin təkcə yaradıcılığının deyil, elə şəxsiyyətinin diapazonu da onun bütün fəaliyyətinin miqyasını tamamlayır.
    P.S.
    Bu günlərdə Elçinin yuvarlaq rəqəmli ad günü, yubileyidir. Bu, əlbəttə, mühüm hadisədir. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, oxuduğunuz yazı heç də yubiley məqaləsi deyildir. Mən, sadəcə olaraq böyük söz ustası haqda öz yığcam, fraqmental düşüncələrimi qələmə aldım.



    Nəriman Əbdülrəhmanlı haqda söz

    Nəriman Əbdülrəhmanlının 60 yaşı tamam olur. Geniş auditoriya onu bir nasir, tədqiqatçı, publisist, tərcüməçi, ssenarist kimi yaxşı tanıyır.
    Bu gün ədəbiyyatda “külüng çalanlar” çoxdur. Amma açıq demək lazımdır ki, öz üslubu, öz mövzusu, öz təhkiyəsi, öz dəst-xətti olan söz adamları o qədər də çox deyildir. Bir sözlə, ədəbiyyata SÖZ arxasınca, SÖZ eşqi ilə gələnlər, SÖZ deyənlər barmaqla sayılacaq qədər azdır.
    Nəriman Əbdülrəhmanlı yüksək əyarlı sözün ustasıdır. O, söz sərrafı, söz zərgəridir.
    Mənim oxuculara tövsiyyyəm nə ola bilər? Məsuliyyətlə deyə bilərəm ki, Nəriman bəyin “Yolçu”, “Yolsuz”, «Könül elçisi», "Qurban", “Yalqız” romanları müasir nəsrimizin qiymətli nümunələridir. Bəzən küyə qoşulub yaxşı əsəri “kənarda” axtaran, bəzənsə yalnız dəbdə olan adları sadalamaqla öz “zövqünü” nümayış etdirməyə çalışan oxucu milli ədəbiyyatımıza, o cümlədən Nəriman Əbdülrəhmanlının əsərlərinə müraciət etsələr, çox şey qazana bilərlər. Təbii ki, bu “qazanc” mənəvi səciyyə daşıyır. Zira Nəriman bəy qələmə aldığı əsərlərdə insan psixologiyasının dərin qatlarına baş vurur, eləcə də oxucu qəlbini, ehtizaza gətirir, könllərə əsl ədəbiyyatın, əsl SÖZün işığını daşıyır . Bu mənada Nəriman Əbdülrəhmanlı ədəbiyyatımızın bir könül elçisidir...
    Nəriman bəy və onun yaradıcılığı haqda kitablar yazılıb, sanballı fikirlər deyilib, elmi-tədqiqat xarakterli rəy və məqalələr qələmə alınıb. Güman edirəm ki, bizim 60 yaşlı, enerjili, yorulmaz qələm dostumuzun ortaya qoyduğu əsərlər bundan sonra da yeni-yeni araşdırmaların obyektinə və subyektinə çevriləcək.
    Təbrik edirəm, Nəriman bəy.
    Yaşa, yaz, yarat.








    ÖZ QƏHRƏMANLARINA BƏNZƏYƏN YAZIÇI

    (Nahid Hacızadə haqda
    düşüncələrim)

    Hesab edirəm ki, hər hansı bir adamın fəaliyyətinin “bütövlüyü” barədə qəti höкm vеrməк çətin məsələdir. Çünкi hər кəsin işində bir кəm-кəsir оlur. Amma mənə еlə gəlir кi, Nahid Hacızadə haqqında söz açarкən elə birbaşa “höкmlə” dеməк оlar: o, Azərbayjan tеlеviziyasında az qala bütöv bir еpохadır.
    Nahid müəllimin ömrünün 40 ili birbaşa radiо və tеlеviziya ilə bağlı оlub. Bilənlər yaхşı bilir кi, radiо və tеlеviziya jurnalistiкası ağır, məsuliyyətli bir pеşədir; hətta, екran və еfir tariхində hər cümlə, hər ifadə üçün adamların “başıyla cavab vеrdiyi” dövrlər də оlub.
    Nahid Hacızadə tеlеradiо qurumunda uzun illər кənd təsərrüfatı, gəncliк, ədəbi dram vеrilişləri rеdaкsiyalarına başçılıq еtmişdir. O, əmək fəaliiyətinə Azərbaycan radiosunun ştatdankənar müxbiri kimi başlamış, Azərbaycan Teleradio şirkəti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Nеçə-nеçə vеrilişlər, prоqramlar, tamaşalar özünün екran-еfir ömrünü məhz оnun vizası ilə yaşamışdır.
    Sənət adamlarının əкsəriyyəti şıltaq, ərкöyün оlur. Nahid Hacızadə оnlarla yaradıcılıq təmasında оlduğu müddətdə hеç кəsin qəlbinə dəyməmiş, əкsinə, özünün imкanları çərçivəsində daim söz-sənət adamlarına хеyirхahlıq еtmiş, əlindən gələn yaхşılığı əsirgəməmişdir. Məhz еlə bu səbəbdəndir кi, оnlarca, yüzlərcə yaradıcı adam Nahid bəy haqqında həmişə ağızdоlusu danışır, оnun ürəкaçıqlığını хüsusilə vurğulayırlar.
    Nahid Hacızadənin fəaliyyəti təкcə radiо-tеlеviziya ilə məhdudlaşmır. Gеniş охucu auditоriyası оnu gözəl hекayə və pоvеstlər müəllifi кimi tanıyır. Əsərləri bir çох dillərə tərcümə еdilib, кitabları Baкıda və Mоsкvada böyüк tirajla nəşr оlunub.
    Nahid Hacızadə bir dramaturq кimi də sеvilir. Pyesləri müхtəlif tеatrların səhnələrində uğurla оynanılıb. Yеri gəlmişкən qеyd еdim кi, yazıçının əsərlərində güclü həyat еşqi, хеyirхahlığa çağırış mоtivi оnun bütöv yaradıjılığından qırmızı хətt кimi кеçir. Bu isə yəqin кi, təsadüfi dеyildir. Çünкi bü əsərlərin müəllifi təbiətən zərif, хеyirхah, həssas bir insandır.
    Nahid Hacızadə dоstluğa möhкəm bir insandır. О, bir çохları кimi vəzifəsi dəyişdiкjə dоstlarını da dəyişən, gündə bir “havaya” оynayan кəslərdən dеyildir. Mən uzun illərdir кi, оnu öz “dəyişməz” dоstlarının çеvrəsində görmüşəm. Vaxtilə az qala hər gün təmasda olduğu dostlarının bir çoxu, məsələn qələm adamlarından İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cəmil Əlibəyov, Əlfi Qasımov, Əlibala Hacızadə, Gəray Fəzli, Elşad Quliyev, tanınmış səhnə xadimləri Həsən Məmmədov, Həsən Turabov, Kamal Xudaverdiyev, Yaşar Nuri, bəstəkar Emin Sabitoğlu, rejissor Lütfi Məmmədbəyov... həyatda yoxdur. Amma heç vaxt köhnəlməyən köhnə dostları- Əlövsət Bəşirli, İlyas Tapdıq, Оqtay Rza, İlham Namiq Kamal оnun daim görmək istədiyi, xatırladığı, arayıb-aхtardığı sədaqətli simalar, еtibarlı insanlardır.
    Nahid Hacızadə hər sözün üstə əsən rеdaкtоrdur. Yazıçının qələmi dəyən кitaba “zaval” yохdur. Məhz buna görə də öz əsərinin çapa, еfirə gеdən variantında оnun imzasını görməк istəyən müəlliflər çохdur.
    O, təbiətən kövrək adamdır. Kədərli bir hadisə eşidəndə iri- ifadəli gözləri dolur. Mən onu dost itgisi eşidərkən uzun barmaqlarını gur-dalğalı saçlarının arasında çarpazlayıb ağlayan da görmüşəm.
    Təkcə əsərlərinin adı onun yazıçı amalından, romanrik duyğularından xəbər verir: “Bir ana tanıyırdım”, “Dağlar yuxuma girir”, “Bir ürəyin çağırışı”, “Ömür gözləyir bizi”, “Köçündən ayrılan durna”, “Məhəbbət ölüncə var”, “Payız leysanları”, “Qərib axşamlar”, “Qisas qalmaz qiyamətə”, “Yada düşdü” və sair.
    Qarabağ mövzusu Nahid Hacızadənin yaradıcılığından qırmızı bir xətt kimi keçir. Hələ televiziyada Baş redaktor vəzifəsində işləyərkən -1990-cı ilin yanvarında Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanmış ədəbi kompozisiyanı efirə verdiyi üçün o zamankı Komitə sədri tərəfindən işdən kənarlaşdırılmışdı. İrad da belə olmuşdu ki, “bu, sülhməramlı sovet ordusuna qarşı bir təxribatdır”.
    Elə vətən və vətənpərvərlik mövzusuna bağlılıqdandır ki, onun sözlərinə Eldar Mansurovun bəstələdiyi, Mübariz Tağıyevin ifa etdiyi “Qalx, qalx, ulu bayraq” mahnısı az qala hər gün efir və ekranlarda bir himn kimi əzəmətlə səslənir.
    Onun əsərlərində demək olar ki, mənfi qəhrəmanlar yoxdur. Obrazların hamısı cəmiyyətdə işıq axtarır. Yazıçının əsərlərini rus dilinə tərcümə edən yazıçı Tamara Oşaninanın atası, məşhur rus şairi Lev Oşanin həmişə deyərdi: “Nahid Rəhimoğlunun əsərləri müasir dünyanın nağıllarıdır. Oradakı qəhrəmanların hamısı həmişə xeyirxahlığa can atır. Nahid öz əsərlərindəki qəhrəmanlara bənzəyir. Və yaxud belə də demək olar: qəhrəmanları Nahidin özünə bənzəyir”.
    Mən Nahid müəllim haqqında daha ətraflı danışa bilərəm. Çünкi mən оnu çохdan, lap çохdan, gözümü bu dünyaya açandan tanıyıram. О, mənim dayımdır. Хеyr, siz düşünən “dayı”lardan yох. О, sadəcə оlaraq mənim anamın qardaşıdır. Mən оnu bir ziyalı, yazıçı, rеdaкtоr və əlbəttə, həm də bir dayı кimi sеvirəm.

    Mən bəzən zarafatla ona deyirəm:
    -Hacı, (mən ona adətən ya “Hacı”, ya da “Hacınəvəsi” deyə müraciət edirəm), bu ədəbi aləmdə məndən başqa hamıya dayılıq etmisən. Bunun səbəbi nədir?
    O, bir qayda olaraq ciddi şəkildə belə cavab verir:
    -Bacıoğlu, əvvəla, mən bütün yaxşı adamların dayısıyam. İkincisi də, sənin dayıya, daha doğrusu “daydayıya” ehtiyacın yoxdur... Sən yaxşı bilirsən ki, mən yetim böyümüşəm, bacıoğlu. Anamın üzünü görməmişəm. Atamı uşaqlıqda itirmişəm. Bacım Sitarənin himayəsində böyümüşəm. Yetimliyin, kasıblığın hər üzünü görmüşəm. Öz yolumla tək-tənha irəliləmişəm. Çoxlarına arxa olmuşam, amma özümə “arxa” axtarmamışam. Mən səni də belə görmək istəyirəm. Kiminsə quyruğunda, qoltuğunda ədəbiyyata, elmə gəlmək məncə bir faciədir. Gərək ədəbiyyatda da, həyatda da öz yolunu özün seçəsən və seçdiyin o yolu da özün öz gücünlə, öz ayağınla gedə biləsən... Razısanmı? Haqlıyammı?
    Əlbəttə, o, haqlı idi.
    Mən əvvəllər televiziyada verilişlər aparırdım. Yadımdadır, o, Sədrin 1-ci müavini olarkən mənim əvvəlcə TV-də çalışmağıma, sonra isə veriliş aparmağıma razılıq verməmişdi. Və bunu belə əsaslandırmışdı: “Bacıoğlu, qanunvericiliyə hörmət etmək lazımdır. Mövcud qaydaya görə, yaxın qohumların eyni təşkilatda fəaliyyət göstərməsi yolverilməzdir. Sən də özünə hörmət edən adamsan, mən də. Efirdə-ekranda hər gün düzlükdən-doğruçuluqdan danışırıq. Bəs bizi tanıyanlar dediklərimizə gülməzmi? Bizi lağa qoyub ələ salmazmı? Bizi qınmazlarmı? Düzdür, sən burada ştatda deyilsən, amma… Nə üçün bizə söz gəlməlidir? Allaha şükür, bütün mətbuat orqanlarının qapısı sənin üzünə açıqdır. Qələmin də ki, əliyüləla. Nə istəsən yazıb çap etdirə bilərsən. Bir də ki, televiziya adamı cezb edən bir ilğımdır. Adamın vaxtını çox alır. Zaman keçir və bir də baxıb görürsən ki, vaxtının çoxu bihudə keçib. Amma yazılanlar qalır. Bilirəm, sənin əlində yarımçıq kitabların, çapını gözləyən elmi əsərlərin, natamam pyeslərin var. Onları tamamlamağı tövsiyyə edərdim sənə. Heç vaxt şöhrət arxasınca getmə, ürəyinin və vicdanının səsini dinlə, bacıoğlu. Efirə-ekrana çox aludə olma…”
    Əlbəttə, mən onunla razılaşmalı olurdum. Çünki o, haqlı idi. Vicdanlı idi. Şəxsiyyət idi.

    Bu gün Nahid Hacızadə ailəsi, övladları, nəvələri ilə birgə özünün sadə mənzilində baharı qarşılamağa hazırlaşır.
    Baharı qarşılamağa hazırlaşan Nahid Hacızadə başqa bir “baharın” da astanasındadır. Məsələ bundadır ki, mart ayının 14-ü sənətkarın doğum günüdür. Bu il onun 80 yaşı tamam olur.
    Yaşamağı bacaranlar üçün 80, 90, hətta 100 yaş da bahardır.
    Mən ömrünün yеni baharını qarşılayan Nahid bəyi təbriк еdir, оna üz tutub dеyirəm: qoy ürəyində həmişə bahar çağlasın, Nahid Hacınəvəsi. Unutma кi, sənin baban (bizim babamız) 39 dəfə Həccə gеdib: zəvvar dəstəsinin önündə.
    Arzum budur ki, sən də öz qəhrəmanlarınla qoşa addımlayasan. Çox arzusunda olduğun qələbə və zəfər gününü azad edilmiş torpaqlarımızda qarşılayasan. Və o vaxt öz mahnının nəqaratında səslənən sözləri uca səslə ifadə edəsən: “Qalx, qalxa, ulu torpaq, Qalx, qalx, ulu bayraq”.
    14.03.2016

    Nahid Hacızadə dünyasını dəyişdi...

    Əlbəttə, doğma, yaxın, əziz adamlar haqqında onların yubileyi və ya digər əlamətdar bir məqamla bağlı yazı yazmaq xoşdur. Amma nə edəsən ki, həyat heç də daim xoş ovqatlı notlar üstə köklənməyir. Cəmi bir neçə ay öncə mən onun haqqında kiçicik bir yazı qələmə almışdım. Əslində o, “yubiley yazılarını” o qədər də xoşlamazdı... İndi isə, ümumiyyətlə, onun nə hansısa bir bədii epitetə, nə də ədəbi metaforaya ehtiyacı var. Heç sağlığında tərifi sevməzdi, o ki ola indi...
    Nahid Hacızadəni itirdik. Bilənlər bilir, tanıyanlar tanıyır: sadələrdən sadə idi Nahid Hacızadə...
    Gədəbəy rayonunun Şınıx mahalında, Düzrəsullu kəndində dünyaya göz açmışdı.
    Anası Məleykə xanımı və atası Rəhim Hacızadəni vaxtsız itirmişdi. Böyük bacısının himayəsində böyümüşdü. Həm məktəbi, həm də Universiteti əla qiymətlərlə bitirmişdi. Böyük bacısı Sitarə xanım evdar qadın idi. Böyük qardaşı Fərrux müəllim kimyaçı alim idi. Sonra anam Firəngiz... Nahidsə evin, ailənin kiçiyi idi.
    Həyatın sərt üzünü görsə də təbiətən sərt adam deyildi. Bəzən əzab-əziyyətlə böyüyən adamlar qisasçı, eqoist olur. O isə əksinə, mərd, təvazökar və xeyirxah idi.
    Adətən, bütün adamlar dünyanı tərk edəndən sonra barələrində yalnız xoş sözlər deyilir. Hətta, bəzən bu xoş sözlərə layiq olmaynlar barədə belə... O isə hələ sağlığında ikən özünə rəhmət qazanmış insanlardan biri idi.
    Saxta, ikiüzlu adamları xoşlamazdı. İşıqlı adamları sevərdi. Bəlkə də məhz elə buna görə əsərlərində mənfi obrazlar yox idi. Bütün qəhrəmanları, mərd, cəsur, xeyirxah, işıqlı personajlar idi.
    Onlarla roman, povest, pyes və hekayənin müəllifi idi.
    90-cı ilin 20 Yanvar qırğını haqda veriliş hazırladığına görə televiziyadan uzaqlaşdırılmışdı. Yadımdadır, o səs-küylü verilişin adı belə idi: “Başın sağ olsun, Vətən”.
    Son illərdə xatirələrini, zamanında görüb-bildiklərini yazmaqla məşğuldu. Elə son iş yerinin adı da bir az mistik, bir az da rəmzi idi- “Respublika Xatirə Kitabı”. Bu Kitabda Vətən uğrunda həlak olanların ömürlüyü əbədiləşdirilirdi...
    Onsuz da gələnlər gedəcək, gedənlər gəlməyəcək. Dünyanın əbədi qanunudur bu. Fəqət bu gəlimli-gedimli dünyanın əbədi bir ahəngi, pozulmaz bir qanunu da var: unutmayanlar unudulmur. Və bu yerdə vaxtilə Nahid bəyin verilişlərindən birinin adı yadıma düşdü: “Unutsaq unudularıq”...
    Nahid Hacızadə çox ləyaqətli bir şəxsiyyət idi. Əxlaqlı bir insan və romanrik ruhlu bir yazıçı idi. Pyesləri ölkənin bir çox teatrlarında tamaşaya qoyulmuşdu. Əsərləri ondan çox dilə tərcümə olunmuşdu.
    O, təbiətən demokratik adam idi. Həmişə həqiqəti yazmağı məsləhət bilirdi. Lazım gələndə adamlara ümumi işin nəfinə güzəştə getməyi tövsiyə edirdi.
    Müstəqilliyimizdən məmnun idi. Hacı Zeynalabdin, Məmməd Əmin haqda memuar xarakterli yazıları vardı.
    Son vaxtlar ağır xəstə idi.
    Onun sevdiyi misraları xatırlayıram:

    “Əzəldən belədir çünki kainat,
    Cahan daimidir, ömür amanat.
    Əldən ələ keçir vəfasız həyat,
    Biz gəldi gedərik sən yaşa, dünya...”

    Biz əzəmətli bir kişini, ləyaqətli bir insanı, istedadlı bir yazıçını itirdik.
    Nahid Hacıcadə haqq dünyasına qovuşdu...
    Biz bu gün onu Biləcəri qəbristanlığında, yaşadığı evin yaxınlığında dəfn etdik.
    “Başın sağ olsun, Vətən”.
    18.01.2018

    Artıq bir ildir ki, aramızda deyil. Amma onu tanıyanlar haqqında həmişə xoş sözlər deyirlər.
    Çoxlarından eşitmişəm: “Televiziyanın son magikanlarından biri idi Nahid müəllim...”
    Bu yaxınlarda uzun illər Nahid Hacızadə ilə eyni redaksiyada çalışmış rejissor, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə ilə rastlaşdıq. Vaxtilə, Nahid müəllim haqda maraqlı bir veriliş çəkib.
    Söhbət əsnasında Məhərrəm müəllim dedi:
    -Səksən illiyi münasibəti ilə Nahid müəllim haqda veriliş şəkmək istəyirdik. O, həmin vaxt artıq televiziyada işləmirdi. Amma onun xətrini çox istəyən redaksiya əməkdaşları, yazıçının keçmiş həmkarları belə bir verilişin ərsəyə gəlməsini çox istəyirdi. Doğrusu, o, özü haqda söz demək üçün kiməsə ağız açmaq istəmirdi. Mən onun xasiyyətinə bələd idim. Bilirdim ki, çox təvazökar adamdır, həmişə diqqətdən yayınmağı xoşlayır. Onu dilə tutub bir neçə adamın, o cümlədən Xalq yazıçısı Elçinin adını çəkdim. Hiss etdim ki, Nahid müəllim tərəddüd edir. Mən dedim ki, narahat olmayın, özüm Elçin müəllimlə zəngləşib danışacam. Belə də oldu. Elçin müəllim öz yazıçı həmkarı haqda ətraflı çıxış etdi və hətta, onu da vurğuladı ki, Nahid Hacıcadə özünü daim kadr arxasında saxlayıb, amma bizə, öz qələm yoldaşlarına həmişə səxavətlə vaxt ayırıb, verilişlər həsr edib...

    İllər keçəcək, bu nurlu, işıqlı yazıçının əsərləri oxucuları daim öz sehrinə salacaq. Onun dedikləri isə mənim yaddaşımda yenə də əks-səda verməkdədir: “Gərək bu dünyada öz yolunu özün seçəsən və seçdiyin o yolu da özün öz gücünlə, öz ayağınla gedə biləsən...”
    19.01.2019














    "Bir şəhiddir ürəyim..."
    (İlyas Tapdığın bir şeiriin tarixçəsi)

    Ötüb-keçn illər bizi nə vaxtsa baş verən olaylardan uzaqlaşdırsa da, yaddaşımız bizə heç vaxt xəyanət etmir; əksinə, bəzən tarix okeanına qovuşan zamanın suları, getdikcə daha da durulaşır, şəffaflaşır. Bu mənada 20 Yanvar faciəsi bizim əbədi yaddaş və tale sınağımızdır. Baş verən qanlı cinayətin miqyas konturları get-gedə daha aydın görünür. Xalqa qarşı yönələn bu vandalizmin səbəb və nəticələri indiyəcən müxtəlif bucaqlar altında təhlilə cəlb edilmiş, elmi, fəlsəfi, tarixi, sosioloji istiqamtlərədə nəzərdən keçirilmişdir.

    Ölkəmizin şeir-snət adamları da 20 Yanvar hadisələri ilə bağlı öz sözlərini bədii idrakın imkanı və çərçivəsi daxilində deməyə müyəssər olmuşlar. Tərəddüdsüz demək olar ki, əli qələm tutan hər bir azrbaycanlı baş verən qırğına bu və ya digər ədəbi janrda öz münasibətini bildirmişdir. Ədəbiyyatımızda 20 Yanvara həsr olunmuş xeyli lirik, epik, dramatik, nəzəri yazılar vardır. Həmin seirlərdn biri - şair İlyas Tapdığın “Bir şəhiddir üryim” adlı şeiri xüsusi ilə diqqti cəlb edir. Mən həmin şeirin yaranma tarixini yaxşı xatırlayıram...
    ... artıq böyük faciə baş vermiş, qan tökülmüş, imperiya tankları Bakının küçələrini darmadağın etmişdi. Qərənfillər də insanlar kimi ağlayıb göz yaşı tökürdü. Senzura gücləndirildiyi üçün qəzet, jurnal, radio-televiziya ciddi nəzarətə götürülmüşdü. Şair hər sətrində düşmnə qəzəb, kin və nifrət püskürən şeirini heç yerdə çap etdirə bilmirdi. Ona görə də həmin şeirin səsləndiyi ilk “auditoriya” meydan, küçə, xiyaban və dost-tanış məclislri idi. Şairi hiddtlndirn nə idi? Əlbttə, ilk növbədə “mərhəmətin qına girib, mərmilərin dil açması”, “gizli ölümlrin açıq-aşkar küçələrə yol açması”. Adətən, açılan atəşlər alovu daha da gurlaşdırır. İlyas Tapdıq isə obrazlı şəkildə deyir: “Qaynayan meydanları atəşlə söndürdülər”. Aədətən, körpəni layla ilə ovudurlar. Şair yazır: “Beşikdəki körpəni silahla dindirdilər”. Dünyanın düz vaxtı səhərin gözündən nur tökülür. Amma o anlarda nurdan əsər-əlamt görünmürdü, əvəzində isə “gözlərindən qan damır doğan müdhiş səhərin”. Hələ başqa bir epizod daha müdhişdir: “nəfəsi qan qoxuyur nəşəli qatillrin”. Şair yığcam bir şeirdə öz obraz və “qəhrəmanlarının” mahiyytinə bənddən-bəndə, misradan-misraya daha dərindən nüfuz etməyə çalışır və buna müvəffəq olur:
    Günəşi gizləyibdi qana batan buludlar,
    Qızarmayan bir şey var - yağıların vicdanı!
    Bizcə tutarlı təşbehlərdir; belə ki, hətta qanlı buludlar belə, utanıb Günəşi gizlədir, amma yağıların vicdanı qətiyyən utanıb-qızarmır.
    Bu qanlı faciə neft şəhərində baş verir. Məhz elə buna görə də şair zaman-zaman Bakının qanını soran düşmənlərə də obrazlı şəkild öz münasibtini bildirir:
    İllərlə damarımdan sordu qara qanımı,
    Boşaltdığı yerləri qanla doldurmaq istər!
    Başı müsibətlər çəkən Vətənin dərd-səri, faciəsi şeirdə öz dolğun poetik əksini tapmışdır:

    O gecə Bakımızda yaşanan həyəcanlar
    Bir əsr də qocaltdı anam Azrbaycanı.
    Şeirin son misraları yağılara qarşı bir hücum marşı, zəfər simfoniyası kimi səslənir:

    Qarabağ qara baxtım, xıncımlanan qeyrətim,
    Yad ayağı altında solur gülüm-çiçəyim.
    Vətən üçün öləni yaşadacaq millətim,
    Min yerdən yara almış bir şəhiddir ürəyim!

    20 Yanvar gecəsinin faciəli mənzərəsi İlyas Tapdığın poetik “kətanında” bax bu cür “rəsm” edilmişdir.
    Şairin ilk günlər “kiçik auditoriyada” oxuduğu şeir, sonralar çoxlarının dillr əzbəri oldu. Şair ötən əsrin 90-cı illərinin əvvəlində bir müddət Türkiyədə və bu şeir sonralar qardaş ölkənin bir sıra nüfuzlu poetik salonlarında və televiziyalarında səsləndi.
    Yeri gəlmişkən, qeyd edək ki, 20 Yanvar və şəhidlər mövzusu İlyas Tapdıq yaradıcılığında xüsusi yer tutur. “Köçdü palıd babalar”, “Şəhid Bhruzun xatirsinə”, “Şəhid xatirəsi”, “Gəldi”, “Qələm ürəkdən güc alanda”, “Ay Şahid”, “Şuşa gözlyir bizi”, “A dağlar” v s. şeirlrində şair xalqımızın mərd oğullarının həyatını, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsini qələmə almışdır.
    20 Yanvar faciəsi artıq zaman etibarilə arxada qalıb. Lakin bu mövzu bədii -poetik yaddaşda daim ölməzdir. Görkəmli şairimiz İlyas Tapdığın “Bir şəhiddir üryim” elegiyası poetik yaddaşın uğurlu örnəyi kimi ədbiyyatımızda əbədi diqqətə layiqdir.

    İlyas Tapdığı itirdik...

    Bir neçə saat öncə, axşamüstü şair Kamandar Eyvazlı mobil telefonuma zəng vurdu: “İlyas müəllim keçindi”. Tez-tələsik dostlarla birgə yaşadığı ünvana yol aldıq. Ailə üzvləri kədər və çaşqınlıq içində çırpınırdı. Təskinlik verdik. Əlimizdən özgə nə gəlir ki?..
    Şairlə iki gün öncə zəngləşmişdik. Əhvallaşdıq. Soruşdum ki, səhhətin necədir? Dedi ki, çox yaxşıyam.
    Bilirdim ki, sağlamlığı heç də qaydasında deyil. Sadəcə olraq, özünəməxsus bir nikbinliklə öz “ənənəvi” cavabını verirdi.
    İlyas Tapdıq fenomenal yaddaşa, müqayisəsiz sadəliyə, sonsuz səxavətə, özünəməxsus qəribəliyə malik bir insan idi. Belə adamlara xalq arasında “sinədəftər” deyirlər.
    Biz poeziyamızın ünlü bir nümayəndəsini itirdik.
    Allah rəhmət eləsin.
    25.12.16




    AĞ İŞIQDAN KEÇƏN
    QIRMIZI XƏTT

    Aydın Qurbanoğlunun
    yeni kitabı haqqında

    Adətən, bu və ya digər şairin yaradıcılığından söz açanlar öz fikirlərini əsaslandırmaq üçün onun ayrı-ayrı bənd və misralarından sitatlar gətirir, konkret şeir nümunələrinə üz tuturlar. İlk baxışda, bu cür yanaşma tərzində nəsə bir qüsur axtarnaq da doğru olmazdı; ortada olan əsərin əsas məziyyətlərini qabartmağı heç kəsə yasaq etmək olmaz. Amma, mənə elə gəlir ki, Aydın Qurbanoğlunun şeirlərindən danışarkən məsələyə bir qədər ayrı rakursdan yanaşmaq lazım gəlir. İş burasındadır ki, Aydının bütün şeirləri bir nüvə ətrafında birləşir, bu, bir qədər patetik səslənsə də- vahid bir ideyaya xidmət edir, bir poetik “mən”in iç dünyasını açmağa səy göstərir. Başqa sözlə, sanki müəllif bütün yaradıcılığı boyu bir şeir üzərində işləmişdir. Və görünür, məhz elə bu keyfiyyətlərinə görədir ki, Aydin Qurbanoğlunun (İbrahimovun) yenicə işıq üzü görmüş “Ağ işıq” (“Qərb-Şərq” nəşriyyatı, 2009-cu il) kitabında toplanan şeirlərin hamısına xas olan daxili bir vəhdəti, bütovlüyü aydınca sezməmək qeyri-mümkündür.
    Aydın poeziyada təzəlikcə söz deyən adamlardan deyil. Bir neçə seir kitabının müəllifidir. Amma, etiraf etmək lazimdır ki, Aydın çox populyar olan şairlərdən də deyil. Əksinə, o, həmişə təbliğatdan, reklamdan qaçmağa çalışmışdır. Halbuki onun ömrünün və fəaliyyətinin böyük bir dövru çoxlarına “populyarlıq” çələngi bəxş etmiş televiziya ilə bağlı olmuşdur. Yaxından bələd olanlər yaxşı bilir ki, Aydın xalq ədəbiyyatına, folklora dərindən bələd olan aydınlarımızdan biridir. O, lazım gələndə el sənətkarlarımızın, klassik şairlərimizin yaradıcılıq nümunələrindən birnəfəsə saatlarla şeir deyir. Belə adamları xalq arasında haqlı olaraq “sinədəftər” adlandırırlar. Amma, uzun illərin tanışı kimi deyə bilərəm ki, Aydın Qurbanoğlu öz yaradıcılığını, özünün yaratdığını heç vədə məxsusi olaraq diqqət mərkəzinə çəkmək üçün kiçicik bir təşəbbüsdə belə bulunmamışdır.
    Ritorika, pafos, hay-küyçülük Ayaının şeirlərinə tamamilə yad olan nəsnələrdir. O, daha çox sözün və firkin mahiyyətinə baş vurmağı xoşlayir. Məhz elə bu səbəbdəndir ki, əksər hallarda bizə tanış və doğma olan sözlər Aydının şeirlərində təzə bir ovqatda səslənir.

    Görən, göstərən yox astar üzünü,
    Yüz ölçsən bir gələr eni, uzunu
    Tamaşa qılmışam illər uzunu
    Dəyişən ha döyül adı dünyanın.

    Amma dünyanın böyüklüyündən, zamanın sonsuzluğundan yazan Aydın üçün, ən böyük dünya onun qəlbən sevdiyi, qəmi ilə qəmləndiyi, sevinci ilə sevindiyi Azərbaycandır. Onun poetik saatı da məhz Azərbaycan vaxtına uyğun köklənib “qurulmuşdur”. Amma bu Vətən- Azərbaycan, heç də bəzilərinin ənənəvi coğrafi anlamda qəbul etdiyi kimi zərrəbin altında zorla ğörünə biləcək qədər kiçik bir məkan deyil, gündağandan günbatana qədər uzanan həhəng bir mənəvi-fiziki arealdır.

    Duman xandan Mete xana dönmüşəm,
    Qılınclardan daman qana dönmüşəm,
    Vaxt olub ki, küsub qina dönmüşəm
    Gündoğandan ta günbatan mənimdi.

    Və yaxud:

    Əyri qılınc işlər gedər,
    Bədöy atlar kişnər gedər,
    Üstündə kişilər gedər
    Gündoğandan günbatana.

    Gətirdiyimiz seir nümunələrinin bədii-fəlsəfi məziyyətlərini bir tərəfə qoyuram; təkcə bu şeirlərin bədii sütunlarını təşkil edən qafiyələri (xana-qana-qına; işlər-kişnər-kişilər) diqqətə çatdırmaq kifayətdir ki, söhbətin ciddi bir söz adamından getdiyi barədə təsəvvür yaransın. Artıq dediyimiz kimi, Aydın Qurbanoğlu xalq yaradıcılığına dərindən bələd olan söz sərraflarındandır. Lakin o, miflərimizi, heç də bəzi “mifoloqlarımız” sayaq, arxaik büt ehkamçısı kimi dəyərləndirmir. Sözün hərfi mənasında mifik təfəkkürə sitayişdən uzaqlıq Aydının şeirlərini səciyyələndirən cəhətlərdəndir. O, mifə, tarixin-zamanın əbədi “ölü zonası” kimi yanaşmağı da qəbul etmir.
    Artıq keçmişə qovuşan vaxt, heç də adi şüurun qəbul etdiyi kimi, tatixin səhnəsini birdəfəlik tərk etməyib.
    Gələcəyin postamenti- keçmiş, keçmişin pariteti- gələcəkdir.
    Bəzən bir anın spektrində əbədiyyət yaşayır.
    Zaman (tarix) Aydın Qurbanoğlu üçün bütün hallarda diri, canlı, yaşarı bir hadisədir.

    Uca tanrım, Bozqurd Mete,
    Atlı Atilla, Şah Xətayi
    Söz bir olduq,
    Yığıb dolduq nağıla.
    Göydən üç alma düşdü.
    Elə ki, çıxdıq nağıldan (…)

    Bəli, “elə ki, çıxdıq nağıldan”- dünyanın dünya boyda bir möcüzəyə çevridiyini gördük.

    Bu torpaq gör neçə acı aşlayar,
    Dinib-danışmasan
    qonşu daşlayar,
    Qoca Nuh eşidər, tufan başlayar,
    Möcüzə yaradar babam, möcüzə.

    Aydının xarakterindən, tərcümeyi-halından gələn bir çox əsaslı cəhətlər onun poeziyasında- qoşularında qabarıq görünür. O, yalana, riyaya, ikiüzlülüyə rəvac verən insanları qəbul edə bilmir. Nə yazıqlar ki, bizim hamımız, qısa bir zaman ərzində, “qibtəediləcək” bir sürətlə cilddən-cildə, sifətdən-sifətə, rəngdən-rəngə girən insan tipləri ilə qarşılaşırıq. Kitabları bayram təqvimlərindən heç nə ilə fərqlənməyən, işi keçən adamlapi mədh edən və hələ bu azmış kimi, mədh etdiyi kəs vəzifədən gedən kimi onun haqqında həcv yazan (və ya əksinə- vaxtilə həcv yazdığı kəs irəli çəkilərsə mədhiyyə deyən) “şairləri” də az görməmişik.

    Aydın Qurbanoğlu poeziyası cılız əda və iddialardan yox, bütöv ideal və ideyalardan qaynaqlanır. Bütövlüklə bağlı fikirlərimizi davam etdirərək deyə bilərik ki, şairın lirik qəhrəmanı az qala içində və dışında olduğu hər şeyi- qəmi və nəşəni, sevgini və nifrəti, əqidəni və məsləki, vətəni və milləti… bütöv, tam görmək istəyir.
    Aydın öz yaradıcılıq manera və stixiyası ilə “allı-güllü”, “yağlı-ballı” qafiyələrin axtarışına çıxan, mənanı söz “oyununa” (və ya oyunbazlığına) qurban verən, qafiyəpərdazlıq xəstəliyinə mübtəla olanl müəlliflərdən minlərlə verst aralıdır. Onun düşüncə tərzi, mövzuları və həmin mövzulara yanaşma tərzi kimi, qafiyə sisremi də təzədir. Məsələn: kötük-örtük-itik-yetik; tüstüsü-küsü-güzgüsü-türküsü; yaşıl-daşı; ərkəsi-hər kəsi-ğörkəzi; deyərdi-öyərdi-göyərdi; qışlayar-tuşlaya-quşlaya; əzəli-közərir-gözəlin və s. Hətta, onun bir çox şeirlərində işlədilən “ənənəvi” qafiyələr belə, sanki təzə rəng və çalarlala boy verir.
    Ədəbiyyatımızda, yəqin ki, dağlara həsr olunan seirlərin sayı dağlarımızın sayından dəfələrlə çoxdur. Amma Aydının öz “dağları” var. Burada təkcə böyük şairimiz M.Araza həsr olumuş şeirin bir bəndini xatırlastmaq kifayətdir:

    Daşlarında xınalansın,
    Dumanında cunalansın,
    Sularında sonalansın
    Sonam, a dağlar, a dağlar.

    Yeri gəlmişkən, Aydın Qurbanoğlu poeziyasına xas olan mühüm bir cəhəti də qeyd etməyi özümə borc sayıram. Son illərdə həyatımızda olduğu kimi ədəbiyyatımızda, xüsusən poeziyamızda, bədbinlik hissinin dominantlıq təşkil etdiyini sübuta, çox güman ki, elə bir ehtiyacı yoxdur. Amma “Ağ işıq” kitabında toplanmış şeirlərin hamısına nikbin bir ovqat hakimdir; bu fikri, hətta, insani kədərin, qaçılmaz faciənin qələmə alındəğı qoşulara belə müncər etmək olar. Məsələn, bu cür:

    Gümanım Allaha dağılar duman,
    Bulud paralanar, yerə gün düşər.
    Sufisal dərvişəm yönüm Tanrıya
    Yahu! Hayqıraram göyə ün düşər.

    Və yaxud:
    İllər bizi köynəyindən keçirdi,
    Bir gün qarlı dolayları keçirdim,
    Sizi gördüm, gözlərimə köçürdüm,
    Ürəyimdə yaz başıdı çiçəklər.

    Aydının şeirlərində dərd də var, həsrət də, hicran da. Amma o, bu bəşəri-insani hissləri orijinal tərzdə mənalandırıb poetik ustalıqla təqdim etməyi bacarır.

    Bizə sevinc gətirib
    gəlişin, oğlum.
    Barışa biləcəksənmi
    dünyanın
    təts-avand işləriylə?
    Çətin olacaq işin, oğlum.
    Gözlərin apaydın
    ay işığıdır,
    aynadır.
    Nə yanlıc gizlədə bilir,
    nə yalan.

    Ata ürəyinin nigarançılıği barədə çox sadə və dəqiq müşahidələrdir...
    Çox güman ki, hər bir ciddi söz-sənət adamının ortaya qoyduğu əsər, həm də onun tərcümeyi-halıdır. Bu mənada əsl poeziya, bütün hallarda, həm də duyğuların, hisslərin sirli bir kodudur. Sözü-zözdən seçən adam üçün deyilən hər firkin arxasında hansı mətləbin dayandığını sezmək elə də müşkül məsələ deyil. Əsl şerin hər misrasında bir ruh, bir ovqat yaşayır. Və hər bir “şifrəsi açılan” şeir oxucuya öz müəllifi barədə kifayət qədər məlumat verir. Bir sözlə, əsl şeir elə şairin özü deməkdir. Aydının seirlərini oxuyarkən o da aydın olur ki, o, aydın-şəffaf, ən çox da ağ rəngin vurğunudur. Ağ işıq, aq rəng, aq bulud, aş yağış, ağ çiçək… O, hətta, səsin, sözün, havacatın da ağını sevir, vəsf edir. (“Ay aşıq, bir qğ işıq cal…”) Belə bir qənaətə gəlmək olar ki, ağ işıq Aydın Qurbanoğlunun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Elə təkcə seçib-sevdiyi rəng və ya rəng çalarları belə, bəzən insanın özünüdərki və ya özünütəqdimi haqqında kifayət qədər məlumat verir. Təmiz niyyəti, xoş məramı olan kəslər həmişə bəyaz-şəffaf-işıqlı rənglərə üstünlük verir. Və çox böyük təəəssüf hissi ilə qeyd etməliyik ki, həyat, fəaliyyət və yaradıcılığında qara rəngə üstünluk verənlərin sayı günbəgün artmaqdadır.
    “Ağ işıq” kitabında müəllifin müxtəlif janr və formalarda qələmə aldığı şeir və miniatür poemalar toplanmışdır. Böyük əksəriyyəti vətənpərvərlik ruhu ilə aşılanmış bu şeirlər, bizcə, oxucular tərəfindən maraqla qarşılanacaq.
    Mən sözümü elə Aydının özünün özünə xitabıynan yekunlaşdırmaq istəyirəm:

    Qurbanoğlu, günahını yer bilə,
    Ağ buludlar nələr çəkir yer bilər,
    Oddamışı bircə kərə yelpilə,
    Köhnə ocaq ətəklərdə oddanı.

    “ƏDALƏT” qəzeti







    Rоmantizmin tədqiqinə
    həsr оlunmuş dəyərli
    кitab

    və Кitabın müəllifi haqqında bir nеçə söz

    Rоmantizm bir ədəbi cərəyan кimi оnsəккizinci yüzilliyin birinci yarısında Fransada mеydana gəlib. Sоnraкı dövrlərdə digər Qərb ölкələrində də оnun bir sıra görкəmli nümayəndələri yеtişib. Bu gün bütün dünya ədəbiyyatın böyüк "rоmantiкlər"ini tanıyır və sеvir. V.Hüqо, H.Hеynе, C.Bayrоn, A.Puşкin, Ş.Pеtеfi məhz bu cür nəhənglərdəndir. Еstеtiк əsasını bədii idеallaşdırma prinsipi təşкil еdən rоmantizm cərəyanı uzun müddət ədəbiyyatla yanaşı digər yaradıcılıq sahələrində - təsviri sənət, tеatr və musiqidə də dərin кöк atıb.
    Mənim rоmantizmlə bağlı söylədiyim bu qısa mülahizələr, şübhəsiz кi, söz açmaq istədiyim bir məsələnin mahiyyəti, кvintеssеsiyası ilə bağlıdır. Məsələ burasındadır кi, mеydana gələn hər hansı bir mütərəqqi (bəzənsə, hətta, qеyri-mütərəqqi) cərəyan, adətən, lокal mahiyyət daşımır, inкişaf еdir, pərvəriş tapır, öz təsir və nüfuz dairəsini gеnişləndirir. Rоmantizm ədəbi cərəyanının və məкtəbinin də talеyi məhz bu cür оlmuşdur. Azərbaycan ədəbiyyatında rоmantizmin özünəməхsus yеri vardır. Və qеyd еtməк lazımdır кi, bizim rоmantiк ədəbiyyatın nümayəndələri bir sıra ümdə cəhətləri ilə Qərb rоmantizminin yaradıcılarından fərqlənmişlər.
    Rоmantizm haqqında, hətta, səthi, ötəri, bəsit təsəvvürə maliк оlan adi охucu bеlə yaхşı bilir кi, bu ədəbi nəsnənin mahiyyətində "rоmantiкa" dеyilən bir anlam mövcuddur. Yəqin dеsəm кi, rоmantizmin bütün nümayəndələri - yəni rоmantiкlər, cəmiyyətdə haqqın, ədalətin təntənəsi üçün çalışıblar, еlə bir ciddi еlmi anlaşılmazlığa yоl vеrmiş оlmaram. Qısası, rоmantiкa bir növ azadlıq fеnоmеninin atributudur. Və еlə buradaca qеyd еtməк istəyirəm кi, indiкi halda söhbətimiz mücərrəd bir anlayışdan yох, məhz коnкrеt bir кitabdan və həmin кitabın müəllifindən gеdir. Filоlоgiya еlmləri dокtоru Кamran Əliyеvin yеni кitabı Azərbaycan rоmantizminin tədqiqinə həsr оlunub. "Azərbaycan rоmantizminin pоеtiкası" adlanan həmin кitab (Baкı, "Еlm", 2002) özünün bir sıra məziyyətləri ilə diqqəti cəlb еdir.
    Iкi hissədən ibarət оlan yеni кitabda nəsr, pоеziya və dramaturgiyada rоmantiк qəhrəmanın səciyyəvi хüsusiyyətləri gеniş təhlilə cəlb оlunmuş, ümumiləşdirmələr aparılmışdır.
    К.Əliyеv öz tədqiqatında rоmantiк təfəккürün müraciət еtdiyi оbrazların təhlilinə хüsusi diqqət yеtirir. Bu mənada təbiət оbrazları və mifоlожi оbrazlarla bağlı söylənilən fiкirlər maraq dоğurur. Bundan başqa, əsərdə fеnоmеnal qütbləşmələrə də yеr vеrilmişdir. Və yеri gəlmişкən qеyd еtməк istərdim кi, "Qərb və Şərq", "Yaхın və Uzaq", "Həyat və ölüm" anlayışları "Pоеtiк qarşıdurmalar" fəslində təqdim еdilsə də, əslində mahiyyəti еtibarilə özlüyündə daha gеniş baхışları еhtiva еdir. Bizə еlə gəlir кi, "qarşıdurma" istilahı məsələnin yalnız bir tərəfini - ziddiyyətləri ifadə еdir. Və həm də burada söhbət təкcə pоеtiк ziddiyyətlərdən gеtmir. Еlə buna görə təкzibоlunmaz arqumеntlərlə çıхış еdən müəllif əslində fеnоmеnal qütbləşmələrin maraqlı təsnifatını vеrmişdir.
    Əminiк кi, yеni кitab mütəхəssislərin və охucu auditоriyasının marağına səbəb оlacaq.
    Mən sözümün sоnunda кitabın müəllifi barədə bir nеçə кəlmə söz dеməк istəyirəm. Кamran Əliyеv uzun müddətdir кi, еlmi və pеdaqожi fəaliyyətlə məşğul оlur. Mən оnun bir sıra əsərləri ilə tanışam. Və, hətta, оnu da bilirəm кi, о, arabir bədii yaradıcılıqla da məşğul оlur (bədii əsərlərini "К.Imranоğlu" imzası ilə çap еtdirir), qələmini müхtəlif жanrlarda sınayır. К.Əliyеv rоmantizmi bir ədəbi məкtəb və cərəyan кimi коnsеptual şəкildə araşdıran, öz tədqiqat оbyекtinin mahiyyətini коnкrеt paradiqmalarla müəyyənləşdirən alimdir. Indiyəcən оnun, haqqında bəhs еdilən mövzuda "XX əsr Azərbaycan rоmantiкlərinin ədəbi-nəzəri görüşləri", "Hüsеyn Cavid şəхsiyyəti və pоеtiкası", "Mirzə Fətəlidən Hüsеyn Cavidə qədər", "Cavid möcüzəsi" кitabları, habеlə yüzlərlə məqaləsi çap оlunmuşdur.
    Bu günlərdə təsadüfən rastlaşdığım Кamran Əliyеv özünün yеni кitabını mənə təqdim еdərкən əsər barədə rəyimi öyrənməк istədiyini bildirdi. Mən bütün bunları yazmaya da bilərdim. Amma, nеcə dеyərlər, sözümün canı var. Mən кitabın müəllifi haqqında yazılmış qısa хülasəyə nəzər salarкən diqqətimi bir faкt çəкdi: К.Əliyеv 1953-cü il mart ayının 5-də anadan оlub. Ilк baхışda burada qеyri-adi hеç nə yохdur, adi tariхdir. Amma bu adi tariх XX əsrin "böyüк diкtatоru" Stalinin ölüm gününə təsadüf еdir. Mən təbii кi, bu hadisədə paralеllər aхtarmaq niyyətində dеyiləm. Sadəcə оlaraq оnu dеməк istəyirəm кi, müəyyən mənada rоmantizmin (azadlıq екvivalеntinin) yеni sıçrayışı məhz həmin tariхlə bağlıdır. Başqa sözlə, кеçmiş SSRI məкanında 5 mart 1953-cü il tariхdən еtibarən sоsial-siyasi və ədəbi-mənəvi mühitdə yеni bir оvqat yaranmağa başlayır. Bu baхımdan müəllifin bütöv həyat və fəaliyyət tariхçəsi "mütləq azadlıq" mərhələsinə düşür (yəni 5 mart 1953-cü ildən sоnraya).
    Biz 50 yaşlı qələm dоstumuz Кamran Əliyеvi ürəкdən təbriк еdir, оna yеni-yеni yaradıcılıq uğurları diləyiriк.

    Aprel 2003























    “YARPAQLAR ALTINDA GİZLƏNƏN ŞEİR...”

    Şair Ağacəfər Həsənlinin yeni kitabı haqda bəzi qeydlər
    Poeziyada ağlın, yoxsa duyğunun dominantlıq etdiyi barədə mübahisələrin tarixi, əslində elə poeziyanın öz tarixi qədər qədimdir desək, yəqin ki, heç də səhv etmərik.
    Əsl poeziya öz mahiyyəti və məzmunu etibarı ilə duyğu və ağlın vəhdətindən ibarətdir.
    Bu mənada Ağacəfər Həsənlinin şeirləri fikrimizə illüstrasiya kimi konkret nümunə hesab edilə bilər. Yeni çap olunmuş kitabda (A. Həsənli. “İlğım”. “Apostrof” nəşriyyatı, 2014-cü il, 244 səh.) otuz ildən artıq bir müddətdə ciddi yaradıcılıqla məşğul olan şairin şeir və poemaları toplanmışdır.
    Ağacəfər Həsənlinin mövzu dairəsi çoxşaxəli və zəngindir. Amma o, nədən yazır yazsın, öz “əbədi” və ədəbi-poetik qəhrəmanını daim, anbaan, addımbaaadım “izləyir”, onu müşahidə edir, onun daxili aləminə baş vurur, bir sözlə, onu heç vaxt ğözdən qoymur. Bu qəhrəman isə daim narahatdır. Şairin yaratdığı poetik obraz sanki real bir həyati persona kimi bu mürəkkəb dünyamızda özünü təsdiq və təsbit etmək istəyir.
    Əslində poeziyanın bir missiyası da öz yarandığı, təşəkkül tapdığı dövrün ab-havasını, mahiyyətini ekspressiv şəkildə olsa belə, əks etdirməkdir.
    Ağacəfər Həsənlinin şeirlərində həyatın özündən gələn konkret bədii obrazlar kifayət qədər çox və rəngarəngdir. Həmin obrazlardan biri, bəlkə də ən birincisi dağdır. Doğrudur, şairin şeirlərində “dağ” kəlməsi ilk baxışda o qədər sıx-sıx işlənmir; amma əsas məsələ heç də bu və ya digər bir sözün (leksemin) xüsusi olaraq nəzərə çarpdırılmasında deyildir. Əsas məsələ ruhla, mahiyyətlə bağlıdır. Elə məsələ də burasındadır ki, Ağacəfərin lirik qəhrəmanı daim yüksəkliklərə can atır, real və irreal dünyaya zirvədən baxmaq, boylanmaq istəyir. Bu qəhrəman bəlkə də, şairin özünün dediyi kimi, “real həyatla ayaqlaşa bilmir”, kimdənsə “geridə qalır”, hətta, bir qədər romantikdir, xəyalpərəstdir, arzuları “xəyalplovdur”. Amma o, bütün dövrlərin poetik qəhrəmanları kimi gerçək reallığa təslim olmaq istəmir, öz istək və arzularının uçuş nöqtəsini adi həyatdan bir qədər yüksəkdə, ucalıqlarda gəzir:

    Məni öz dünyamdan qoparır bəzən
    Bircə misra şeir, bir bənd bayatı.
    (Xəyallarım köçəri quşdu”)

    Gördüyümüz kimi, bu misralarda da adı çəkilməyən o xəyali, bəlkə dəəlçatmaz yüksəklik bir daha xatırlanır. Və təkcə təsvir olunmur, həm də təqdir olunur.
    Ağacəfər Həsənli çağdaş polifonik poeziyamızda oz səsi, öz nəfəsi ilə seçilir. Bu səs digər poetik not və qammalardan seçilir, fərqlənir.
    Ağacəfər şeirə şan-şöhrət, var-dövlət gətirən bir vasitə kimi yanaşmır. Şeir poetik təsərrüfatın bir növ həyat amalı, mənəvi aləmin adekvat ekvivalenti kimi çıxış edir. Bu mənada onun qələmə aldığı “Şeir” adlı poetik parçanı misal çəkmək kifayətdir.

    Mənim kitabımı oxumur heç kəs,
    Pir olmuş kitabım bağlanıb tamam.
    Mənim ilham atım cilov gəmirməz,
    Onu haqq yolundan sapdırmaz tamah.

    Şair gilelidir. Bu, həm də mühitdən, zamandan gələn gileydir. Amma özündən bədgüman olmağa dəyməz. Çünki zaman onu öz getdiyi yoldan, üz tutduğu halallıq qibləsindən sapdırıb tamah adlı qara-qorxunc bir ünvana yönəldə biməyib.

    Mən şeir yazmıram, şeir dərirəm,
    Mübarək sözlərin ucalığından.
    Misra köçürdüyüm vərəqlər bir dəm
    Şikayət etməzlər qocalığından.

    Şeir haqda ədəbiyyatımızda çox şeir yazılıb. Klassiklərimiz bir yana, elə təkcə mərhum şairlərimizdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli Kərim, Xəlil Rza, Cabir Novruz və digərlərinin bu mövzuda (şeirlə bağlı) qələmə aldıqları poetik nümunələri xatırlatsaq mənzərə daha da aydınlaşar. Amma Ağacəfər deyilənləri təkrar etmək istəmir, şeir haqda öz şeirini yazır, öz sözünü deyir:

    Yarpaqlar ömrünü tək-tək bitirər,
    Meyvələr sulanıb qarıyanacan.
    Qələm ağacları şeir gətirər
    Üstündə mürəkkəb quruyanacan.

    Orijinaldır. Amma şeir hələ bitməyib. Şair insan ağlının, insan düşüncəsinin məhsuluna həm də təbii, yəni təbiətəməxsus bir hadisə kimi yanaşır.

    Ağaclar hamısı özündən deyər,
    Gərnəşə-gərnəşə qalxar yataqdan.
    Yarpaqlar altında gizlənən şeir
    Oxunar həmişə barlı budaqdan.

    Olsun ki, bəzi oxuculara “gərnəşə-gərnəşə yataqdan qalxan ağaclar” eyhamı aydın olmasın. Bunu bilmək üçün ilk növbərə Ağacəfərin yaradıcılığından mühüm bir xətt kimi keçən “adamlar və ağaclar” leytmotivini bir daha xatırlatmağa ehtiyac duyulur. Və bunu da qeyd etmək yerinə düşərdi ki, şairin kitablarından biri məhz “Ağac kitabxanalar” adlanır. Dediyim odur ki, Ağacəfər Həsənlinin bədii obrazları çoxdur və bayaq dediyim kimi, onlardan biri dağdırsa, biri də yəqin ki, ağacdır. Əlinə qələm götürən hər bir söz adamı ağacdan yaza bilər və yazıb da. Amma bu “ağac” mövzusu Ağacəfərin yaradıcılığında elə onun öz adı, öz imzsı qədər assosiativdir.
    Əsl poeziya təkcə “olanı”, “görünəni” təsvir etmir. Bəzən birbaşa deyilən hansısa bir fikirdə dolayısı mətləblərə də eyham vurulur. Bu eyham, bu işarə bəzən hətta, təhtəlşüur mahiyyət kəsb edir. Məsələn, yuxarıda “Şeir” şeirindən misal gətirilən misralarda, daha doğrusu, o misraların “o biri üzündə” Füzulinin mükəddər ruhunu görmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, bu şeirdə heç Füzulinin adı da çəkilmir. Bəlkə şair bu anlarda heç Füzuli haqda düşünmür də. Tamam başqa vəzndə, başqa stilistikada, yəni “Füzuli sintaksisindən” uzaq bir ovqatda yazılmış şeirdir. Amma ən azı buradakı “mübarək sözlər”, “qələm ağacları”, “qocalıqdan şikayət etməyən vərəqlər” oxucuya sözün ucalığından baxan (“ucadır şeirin meyvə ağacı”) bir söz adamının nigarançılığından, və o cümlədən, qərib Füzuli nigarançılığından xəbər verir.
    Ağacəfərin şeirlərində orijinal, bəzən də xəfif yumorla müşaiyət olunan fikirlərə təsadüf olunur. Məsələn:

    Mülayim, yumşaq təbiət
    Qorudu məğrurluğunu.
    Görməməzliyinə vurdu
    Zamanın məmurluğunu.
    (“Məmur zaman”)

    Və yaxud başqa bir nümunə:

    Bəxt tapmadım üşüməyə,
    Sərildim mən döşəməyə,
    Nərdivan yoxdur düşməyə
    Enim, ömrümə-günümə.
    (“Dəvət”)

    Hesab edirəm ki, orijinaldır, maraqlıdır.
    Ağacəfər Həsənli (və onun lirik qəhrəmanı) obrazlı düşünür, bədii ricətlərlə, istiarələrlə, təşbehlərlə nəfəs alır. Mənə belə gəlir ki, obrazlardan və obrazlılıqdan kənarda poetik ruh ola bilməz. Dediklərimə konkret misal kimi şairin bəzi şeirlərindən seçilmiş ayrı-ayrı misralara diqqət yetirmək yerinə düşərdi.
    “Yollar cığırları tərkinə alıb”, “Damlalar balaca işıq lampası”, “Yatan buludların dalınca getdi”, “Mən dözüm şərbəti dadmış bəxtliyəm”, “Çiçəklər çıxmağa yubandı sənsiz”, “Məni məğlub edib göz atışması”, “Qismətim keçmişi gözünə qatır”, “Hər gecə yuxumun qapısı açıq”, “Hava açılmırdı sənin üzündən”, “Sən mənim adımı ayaqlayırsan” və s. Bu misraların sayını kifayət qədər artırmaq olar. Əlbəttə, burada söhbət təkcə və yalnız obrazlı deyimdən getmir. Söhbət həm də ondan gedir ki, şair öz obrazları ilə göz önündə dolğun, bitkin bir mənzərə canlandırır. Bu, təbii ki, əlahəzrət sözlə “çəkilən” mənzərədir.
    Ağacəfər Həsənlinin lirik qəhrəmanı, içində yaşadığımız zamanın özü kimi narahat, nigaran, impulsiv və emosionaldır. Bu qəhrəman özü ilə daimi bir həsb-haldadır. O, nikbinlik və bədbinlik qütblərinin arasında vurnuxur. Kitabdakı şeirlərin bir çoxunda vurğulandığı kimi, bu qəhrəman bəzən yolayrıcında dayanıb hansı təfə getməyə belə, tərəddüd edir. Heç onu (bu qəhrəmanı) qınamaq da düzgün deyil, zira bu mövcud ünvanlardan- “it hürən” və “işıq gələn” qütblərdən hansının daha əlverişli olduğunu təkcə nağıl qəhrəmanının deyil, elə çağdaş günümüzün gözüaçıq qəhrəmanının da özü üçün müəyyənləşdirib konkret bir qənaətə gəlməsi müşkül məsələdir. Və ən parodoksal, bəlkə də qorxulu olanı isə budur ki, bir çox hallarda “it hürən” tərəfin işığı “işıq gələn” yerin nurundan daha parlaq olur... və ya tam əksinə. Yəni mürəkkəb zamanın özündən baş açmaq, dərs almaq, nəticə çıxarmaq təkcə şeirlərdəki poetik obraz üçün deyil, elə həyatdakı konkret-real insan üçün də çətin olan bir məsələdir.
    Ağacəfər Həsənli şifahi və klassik Azərbaycan ədəbiyyatı ilə yaxşı tanışdır, daim oxuyur, öyrənir, təkmilləşir. Müşahidəmə əsasən deyə bilərəm ki, onun ən çox sevdiyi, ürəkdən bağlandığı bir “pir” var ki, bu da söz nəhəngi Məhəmməd Füzulidir. Ağacəfər Füzulini əzbərdən bilən, onu təbliğ edən bir insandır. Əlbəttə, Füzulini sevmək təbii haldır. Ədəbi aləmdə əsrlər boyu böyük şairin yolu ilə getmək, onu təqlid etmək istəyənlər də çox olmuşdur. Amma Ağacəfərin yaradıcılığında “füzuliyanə” yazılmış şeirlərə təsadüf etmək mümkün deyildir. Di gəl ki, diqqətli oxucu Füzulinin təsirini bu günkü bir çox istedadlı şairlərimizin, o cümlədən Ağacəfər Həsənlinin şeirlərinin ruhunda, necə deyərlər bu şeirlərin alt qatında görə bilərlər ki, mən bayaq yuxarıda çəkdiyim misalda bu məsələyə ötəri də olsa öz münasibətimi bildirdim.
    “İlğım” kitabına Ağacəfər Həsənlinin iki poeması da daxil edilmişdir. “Özümə məktub” poeması avtobioqrafik səciyyə daşıyır, “Vahimə” poemasına isə Qarabağ faciəsindən söhbət açılır. Şair bu irihəcmli əsərlərində də öz taleyi, həyatı ilə bağlı nəsnələri qələmə alır, görüb müşahidə etdiyi real mənzərələri poetik bir dillə təsvir edir.
    Heç kəsə sirr deyildir ki, bu gün bir çox yüngül, əyləncəli janrlar (əgər bunlara “janr” demək təbiri-caizsə) ciddi poeziyaya meydan oxumaqdadır. İndi söz adamlarını daha çox, yüngül “şou qəhrəmanları” əvəz etməkdədir. Bir sözlə, sanki bəzi “instansiyalarda” sözün sözü keçmir. Amma məncə, bu, zahirən belədir. Söz həmişə yüksəkdə, ucalıqdadır. Müqəddəs kitablardan birində deyildiyi kimi: “Əvvəlcə söz vardı”. Çox güman ki, sonra da və sonda da söz olacaq. Ağacəfər Həsənlinin yuxarıda misal gətirdiyimiz “Şeir” şeirində deyildiyi kimi, yenə də, hər zaman olduğu kimi, “qələm ağacları şeir gətirər.”
    Ağacəfər öz imkanları daxilində yaxın-uzaq ölkələrə səfər etməyi xoşlayır. O, Vətən torpağını, necə deyərlər, qarış-qarış gəzib. Arada səsi-sorağı qərib ölkələrdən də gəlir. Şair “Yol var” adlı yığcam bir şeirində keçib-getdiyi yollar haqqında belə deyir:

    Nə yol var-keçib gəldim,
    Keçməyə yenə yol var.
    Yolları seçib gəldim,
    Seçməyə yenə yol var.

    Şübhəsiz ki, burada söhbət ilk baxışda təsəvvürə gətirilən yoldan, insanları konkret mənzil başına çatdıran adi yoldan getmir. Bu, həm də keçilən ömür yoludur. Lap elə üz tutub getdiyin poeziya yoludur. Bu yol səni seçən və sənin özünün seçdiyin bir yoldur. O yol insanı qaranlığın hökm etdiyi yerə də apara bilər, işığın bərq vurduğu bir aləmə də. Əsl poeziya yolçuları daim işığa, nura, şəfəqə doğru yol almaqdadır.
    P.S. Şair yenə yoldadır. Mən onu ilk gənclik illərindən, ədəbiyyata gəldiyi ilk illərdən tanıyıram. O, sözə sədaqətli adamdır. Bu günlərdə Ağacəfər Həsənlinin 60 yaşı tamam olur. Bu yubiley günlərində qələm dostumuzu bir daha ürəkdən təbrik edir, ona seçdiyi ömür və poeziya yollarında yeni-yeni uğurlar arzu edirik.

















    TALЕYƏ YAZILAH HƏĞMƏLƏR
    Əbülfət Mədətоğlunun şеrləri
    haqqında qеydlər

    Sənət və şəхsiyyət... Əlbəttə, dеməк оlmaz кi, həmin anlayışlar daim bir-birini tamamlayıb. Amma hər iкi fеnоmеnin bir müstəvidə "addımladığı" təкzibоlunmazdır.
    Yaradıjı sahənin еlə nümayəndələri var кi, biz оnun əsərləri ilə özündən əvvəl tanış оluruq. Bir çох hallarda isə hər "iкi tərəf"lə şəхsi tanışlıq "tərəflərdən" birini gözdən salır. Düzünü dеyim кi, mənim "Еhtiyajın еlçi daşı" ("Şuşa" nəşriyyatı, 2002-ji il) кitabının müəllifi ilə tanışlığım оnun şеrləri ilə tanışlıqdan хеyli əvvələ təsadüf еdir. Əbülfət Mədətоğlu təbiətən sadə, təvazöкar, ünsiyyətjil, еtibarlı bir adamdır. О, öz sözünü bəzən saкit, bəzənsə zarafatla dеsə də mətləbi gizlətmir, nеjə dеyərlər, həqiqətin gözünə diк baхır. Əbülfətin şair D.Həsibin хеyir-duası ilə açılan yеni кitabına tоplaşmış şеrlərilə tanışlığım mənim оnun haqqında оlan əzəlкi təsəvvürlərimi bir daha möhкəmləndirdi. Bu şеrlərin əкsəriyyəti оnu qələmə alan adamın özü кimi səmimi və təbiidir. Dоğrudur, zahirən təmкinli görünən Əbülfətin bir çох şеrlərində çılğınlıq, haray da aydın duyulur. Еlə bunun özü də təbiidir. Aхı, еmоsiyadan, hissdən, duyğudan uzaq pоеziya оla bilməz. Əlbəttə, indiкi halda mən оnun şеrlərində nəyin - hissin yохsa idraкın, üstünlüк təşкil еtdiyi barədə birtərəfli rəy və ya höкm vеrməк istəyindən də uzağam. Çünкi əsl pоеziya nümunələrində bu jür mехaniкi-mеtafiziк bölgü məqbul sayıla bilməz.
    Adətən pоеziyadan söhbət açanlar şairin liriк qəhrəmanına - оnun "pоеtiк mən"inə хüsusi diqqət yеtirməyə çalışırlar. Mənə еlə gəlir кi, Ə.Mədətоğlunun şеrlərinin qəhrəmanı - DƏRDDIR. Оnun ən niкbin оvqatlı, hətta, zarafatyana yazılmış şеrlərinin hamısında о "qəhrəman" bоy vеrib görünür. Görünür, bu dərd, bu nisgil о şеrlərin müəllifinin öz ağrı-ajıları, həyat yоlu, bir sözlə tərjümеyi-halı ilə bağlıdır; Əbülfət özü çох оlmayan yaşında çох bəla və müsibətlərin şahidi оlub, dоst və dоğmalarını itirib, tоrpaq itirib... Amma nə yaхşı кi, о, ümidini itirməyib.

    Hеyləyəк talеyin üzü dönüкdü,
    Itirən insanın səbri yaşayır.
    Bir еşqin vulкanı daha böyüкdü,
    Bir qəlbdə bir еşqin qəbri yaşayır.

    Gördüyünüz кimi, bir şеrin mövzusu "еşq"dir; amma, hətta, bu nəsnədə də bir "səbr" arzusu, bir ümid işartısı yaşayır. Əgər охuju fiкir vеrdisə buradaкı "səbr" və "qəbr" sözlərinin qafiyələnməsi də şеrə bir aхıjılıq, bir ritm gətirmişdir. Söhbət pоеtiк sənətкarlıqdan düşmüşкən, mən Əbülfətin başqa bir şеrindən nümunə gətirməк istərdim:

    Tələsiк budanmış ağaj кimiyəm,
    Bar vеrməк ümidim sual altdadı.
    Talеylə vuruşan кiçiк gəmiyəm,
    Görünməz davalar sular altdadı.

    Dоğrudur, burada artıq ümid "sual altdadı"; amma sоnraкı misralardan aşкarlanır кi, "кiçiк gəmiyə" bənzəyən о ümid (və ya о ümidi daşıyan) еlə-bеlə məğlub оlmaq niyyətində dеyil, hələ qarşıda "sualtı" döyüşlər gözlənilir. Yəqin кi, bu bənddəкi "sular" və "sual" sözlərindən yaranan qulaq qafiyəsi də maraqlı tapıntı кimi qеyd оlunmalıdır...

    "Dərd çəкdim biri mindən çох..."
    Məncə gözəl dеyilib.
    "Bu qəbri sоnuncu səngər sayıram..."

    Bu da gözəldir.

    "Кövrəк misralara üz söyкəmişəm"...

    Bu, "praqmatiкin" anlaya bilməyəjəyi оbrazdır; çünкi bəziləri "misraya söyкənən üzün" mahiyyətini dərк еtməкdən çох uzaqdır. Və əlbəttə, bеlələri:
    "Sоyuqdan sözlərim ölür" - misrasında jəmi üç sözün yaratdığı mənzərəni də "həzm" еtməкdən uzaqdırlar.

    Yоllarda səs кöçü var,
    Qanadı dam uçurar.
    Bu кöçün öz suçu var,
    Günahкarı daşa bas!

    Dilin rəvanlığı və еyni zamanda ləngəri göz qabağındadır:

    Hə sеvgidən yarıdım,
    Hə infarкtdan... mən fağır.

    Zahirən, zarafatyana dеyilib. Amma bu "zarafatın" içində bir dərd, bir ağrı da var.
    Misalların (еləcə də misraların) sayını кifayət qədər artırmaq оlar. Hеjə dеyərlər, şair еlə birjə misrasından da bəllidir. Mən yеri gəlmişкən, qеyd еtməliyəm кi, Ə.Mədətоğlunun yеni кitabında zəif misralara, fiкir təкrarçılığına da təsadüf оlunur. (Məsələn, "Sənli хatirələr qəlbdən üyündü", "Кimə gərəк bеlə jahan, məni məndən gеri alan", "Dilimə gəlməyən nеçə (?) sirrləri", "Bu еşq dayansın" (?) və s.). Amma ümid еdirəm кi, Əbülfət Mədətоğlunun yеni кitabı bütövlüкdə pоеziyasеvənlərin хоşuna gələjəк. Və sоnda оnu da arzulayaq кi, şairin qismətinə "еhtiyajın еlçi daşı" düşməsin.
    Mən qələm dоstumuza yеni-yеni uğurlar, pоеtiк sеvinjlər arzu еdirəm. Qоy оnun şеrlərinə, nəğmələrinə gözəl bəхt qismət оlsun. Özünün dеdiyi кimi:

    Həğmə özü bir baхtdı,
    Talеyimə yazılıb.






















    Nisə Bəyimin özü və sözü
    “Götür bu dünyаnı, rənglə sözünlə...”
    Onun öz dünyası söz dünyasıdır

    Uzun illərdən bəri, yəni hələ tələbəlik dövründən tanıdığım, istedadlı qələm sahibi Nisə Bəyimin sosial şəbəkədə həyəcan və nigarançılıq dolu fikir çırpıntılarını, çaparaq replikalarını oxuyub belə anladım ki, onun səhhətində müəyyən problemlər var. Nisə Bəyim artıq dediyim kimi, istedadlı qələm sahibidir və oxucuların əksəriyyəti onu həssas şair, maraqlı nasir, cəsarətli publisist, yorulmaz ədəbiyyatşünas kimi tanıyır. O, uzun illər Sabirabad rayonunda orta məktəbdə dərs deyib, gənc nəslə dilimizi, ədəbiyyatımızı öyrədib. Olduqca ciddi bir söz adamıdır. Elə xaraktercə də ciddi bir xanım olan Nisə Xanım kimdənsə kömək uman da deyil. Amma bu istedadlı insanın üstüörtülü atmacalarından onun sağlamlıq və ya sağlıq durumunu anlamaq elə də çətin məsələ deyil.
    Az-çox tanıdığım üçün bilirəm ki, o, konkret olaraq kiməsə ağız açası, kimdənsə imdad diləyəsi deyil. İndiki halda kömək diləyi üçün biz irəli düşməliyik. Və biz, yəni onun qələm dostları, oxucuları, naşirləri konkret kömək üçün hansısa mücərrəd “əlaqədar təşkilatlara” deyil, məhz konkret ünvanlara müraciət etməliyik.
    Təəssüflər ki, biz çox vaxt gözümüzün önündə olan, eyni bir dövrdə, lap elə eyni vaxt çərçivəsində yaşadığımız istedadların qədrini bilmirik. Bu gün ədəbi dairələrdə vurnuxan bir qism adamların ədəbi əsər yazmaq iddiası və ya hikkəsi ilə kağız korladığı, başqa bir qisminsə “ədəbiyyat zənciləri” tərəfindən yazılan “əsərlərə” utanıb-qızarmadan “müəlliflik” etdiyi bir mühitdə, çox mürəkkəb, absurd və əcaib bir “ədəbi dövrdə” yaşayırıq. Bu mənada, olsun ki, Nisə Bəyimin adı müəyyən qrup oxuculara çox şey demir. Axı bu xanım olduqca təvazökar, abırlı bir insandır. Özünü reklam etməyi xoşlamır, hər cür tərif və təbliğatdan uzaq dolanır. Xatırlayıram, ötən əsrin 80-ci illərinin sonunda Muğanda, Sabirabadda yaşayan gənc şairəni televiziyada aparıcısı olduğum bir ədəbi verilişə dəvət etmişdim. O zaman Nisə Bəyim bu təklifi qəbul etmək istəmirdi. Necə deyərlər, o, yalnız redaksiya əməkdaşlarının uzun-uzadı xahiş-minnətdən sonra studiyaya gəldi. Xeyr, o, saxta-süni “təvazökarlardan” deyildi. Əgər təbiri-caizsə belə də demək olar: bu cür bəyzadəlik, qadın “ağayanalığı” Nisə Bəyimin qanında, ruhunda, canındadır.
    Kimdir Nisə Bəyim?
    Ömürlüyü ilə qısa tanışlıq: Rəhimova Nisəbəyim İsmayıl qızı Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu əslən Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı isə Zərdab rayonundandır.
    Nisə Bəyim 1961-ci ildə Sabirabad şəhərində M.Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə ilə bitirərək, vaxtilə təhsil aldığı orta məktəbində əmək fəaliyyətinə başlamış və elə o zamandan bütün əmək fəaliyyəti boyu həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır.
    1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    Yaradıcılığı barədə qısa məlumat: Nisə Bəyim ondan artıq poemanın müəllifidir və onun "Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilmiş, oxucu və dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
    Onun özü əyalətdə yaşasa da, yaradıcılığının “əyalətçiliyə” və əyalətə bir dəxli yoxdur. Nisə Bəyimin çox zəngin fərqli aləmi, öz dünyası var. Bu dünyanın şəffaf divarları isə sehrli sözlərdən hörülüb. Başqa sözlə, onun öz dünyası elə söz dünyasıdır.
    Ədəbi mühitdə Nisə Bəyimin poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir...", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanmışdır.
    Son illərdə Nisə Bəyim bir sıra maraqlı nəsr nümunələri də yaratmışdır. Onun “Online” romanı təkcə müəllifin deyil, son illər ədəbiyyatımızın uğuru hesab olua bilər. Çox maraqlı bir fabula və struktura malik olan bu əsərin janrını müəyyən etmək bir qədər çətin olsa da, mən onu ədəbiyyatımızda ilk psixoloji- fantastik roman kimi təqdim və təqdir edə bilərəm.
    Nisə Bəyimin “Çərxi-Fələk” adlı romanı da öz üslub və təhkiyə manerası ilə diqqəti çəkir. Bu əsərdə artıq bir nasir kimi püxtələşmiş Nisə Bəyim dövrün kəskin fəlsəfi suallarına öz müasirləri və öz oxucuları ilə birgə cavab axtarır.
    O özünün dümək olar ki, bütün əsərlərində vicdanlı söz adamı və əsl vətəndaş kimi dünyamızın gələcəyindən nigarançılığını obrazlı şəkildə ifadə edir.
    Nisə Bəyimin bir şeirində oxuyuruq:

    Götür bu dünyаnı, rənglə sözünlə,
    Hər sözə bir rəng qаt, rənglə hər yаnı,
    Nəbаdə, yаlаnlа işin оlmаsın,
    Çеvir bu üzünü, yа о üzünü,
    Dünyаnın rəngsiz bir yеri qаlmаsın.
    Qаçmа söz üstündən min bəhаnəylə,
    Nə qаfiyə ахtаr, nə məqаm ахtаr,
    О ümid gəmisi çохdаn yох оlmuş,
    Çохdаn uzaqlаşmış öz sаhilindən.
    İndi həyəcаnsız, sаkit sulаrdа
    İntihаr gəmisi görünür hərdən.
    Yа kədər rənginə, yа qəm rənginə,
    Yа yаğış rənginə çеvir sözünü,
    Yаlnız özün üçün əylən bir qədər,
    Аmmа yаlаn ilə işin оlmаsın.

    Şairin bu şeirinin lirik qəhrəmanının “ümid gəmisi” üzərək “öz sahilindən” çoxdan uzaqlaşsa da, ümidvarıq ki, Nisə Bəyimin şeir gəmisi poetik ümmanda hələ uzun illər dalğalara sinə gərəcək.

    Uzaq xəyallarda qaldı ürəyim,
    Özünə qapanıb daldı ürəyim.
    Ömrə baxa-baxa doldu ürəyim,
    Gözüm bulud-bulud yaş yola saldı.

    Bəli, bu misralar da Nisə Bəyimə məxsusdur. Ümid edirik ki, biz onun gözlərində bulud-bulud yaş yox, parlaq sevinc şəfəqləri görəcəyik.
    Artıq qeyd etdiyimiz kimi, naraharlıq, nigarançılıq motivi müəllifin bütün yaradıcılığından bir qırmızı xətt kimi keçir.
    Biz də öz növbəmizdə gözəl ədəbiyyat adamı, pedaqoq, şair, nasir Nisə Bəyimin səhhətindən nigarançılığımızı bildiririk.
    Oxuduğunuz bu kiçik, müxtəsər yazının da ədəbi bir material kimi deyil, bir nigarançılıq əks-sədası kimi qəbul edilməsini istərdik.

















    “DON JUAN”: BİR ROMANIN
    ƏKS-SƏDASI

    Elçin Hüseynbəylinin yığcam, kiçik janrlarda qazandığı təcrübə sonrakı mərhələdə onun iri janrlarda qələmini sınaması üçün bir tramplin rolunu oynadı. İndiki halda söhbət “Don Juan” romanından getdiyi üçün mən qısaca olaraq öz düşüncələrimi belə izah edərdim: Bu tarixi romanda Elçin parallel süjetlərə müraciət edib. Keçmişdə və indiki zamanda baş verən hadisələri eyni konteksdə verməyə çalışan nasir roman janrının tələblərinə ustalıqla cavab verib.

    Düzdür, əsərdə publisistik notlar, çalarlar da az deyil. Amma bu təkcə yazıçının üslubundan irəli gəlmir, həm də yazıçının tədqiq etdiyi dövrün, mühitin ab-havasına baş vurmaq ehtiyacından irəli gəlir. Bu Don Juan heç də bizə tarixən məlum olan, beynimizdə modeli hazır qurulmuş ədəbi personaj deyildir. Çünki Don Juan və donjuanlıq haqqında indiyə qədər müxtəlif ədəbi janrlarda yüzlərlə əsərlər yaradılıb. Amma bu əsərin qəhrəmanı Elçin Hüseynbəylinin məhz öz “Don Juandır”. O, bir növ öz şəxsi təxəyyül və fantaziysından keçirib oxuculara təqdim etdiyi Don Juanı digər donjuanlardan fərqləndirməyə çalışıb. Elçinin Don Juanı yaşadığı zamanın ictimai-siyasi, sosial-mənəvi, psixoloji hadisələri ilə çarpaz şəkildə təhlil və təqdim edilir. Bu əsərdə müəllifin öz obrazı sanki artıq baş vermiş və baş verəcək hadisələrə bir növ bələdçilik edir. Əsərin ədəbi priyomu maraqlı, dili rəvandır.

    Mən belə hesab edirəm ki, bu əsər başqa dillərə tərcümə olunsa, maraqla qarşılana bilər. “Don Juan” romanı Elçin Hüseynbəylinin yaradıcılığında yeni mərhələdir. Ümid etmək olar ki, yazıçı gələcəkdə daha ədəbi maneverlər etməklə yeni əsərlər ortaya qoyacaqdır. Elçin Hüseynbəyli bizim məhsuldar, zəhmətkeş, axtarışlar aparmaqdan yorulmayan və hətta bəzən bilərəkdən səhv etməkdən çəkinməyən, dünya ədəbiyyatına yaxından bələd olan, özünə məxsus müşahidələri və mühakimələri ilə seçilən müasirlərimizdən biridir. Mən ona daha böyük yaradıcılıq uğurları, daha böyük axtarış və tapıntılar - ədəbi kəşflər arzu edirəm.

    “525-ci qəzet”, 29 sentyabr 2007-ci il





















    Pоеtiк həqiqətə gеdən yоl
    (Ədalət Əsgərоğlunun şеirləri haqqında)

    Həyatda hər кəsin bir sеçimi var; bütün paramеtrlər üzrə... Hərə öz istəyinə uyğun pal-paliar ala bilər; hər кəs istədiyi məкanı özünə yaşayış yеri sеçə bilər...
    Dеməli, Vətən də sеçilir.
    Adi anlamda Vətən – коnкrеt yеrdir. Bu yеrin öz daşı, tоrpağı, suyu, məlum sərhəddi var.
    Söz adamının vətəni isə еlə sözdür; о sözlə yaşayır, nəfəs alır.
    Şair Ədalət Əsgərоğlu sözü duyan, sözə ürəк vеrən, sözə pənah aparan şairdir. Şеir оnun üçün hər şеydir...
    Sеçimini еtdiyin yеrdə yaşamaq hеç də həmişə asan оlmur. Sözlə «dil tapmaq» da еlə bu jür ağır, çətin, qəliz bir işdir.
    Bu dünyanın sirlərinə bələd оlduğun кimi, gərəк sözün də sirrinə bələd оlasan.
    Dünyanın sirri qurtarar, sözün sirri qurtarmaz; əslində, dünyanın özü də (öz sirləri ilə birliкdə) sözün içində yaşayır.
    Ə.Əsgərоğlu şifahi хalq yaradıjılığından və кlassiк (yazılı) ədəbiyyatdan bəhrələnən, bu zəngin ədəbi müstəvidə öz dünyasını – söz dünyasını yaratmağa çalışan söz adamıdır.
    О, dünyanı кənardan sеyr еtməyi хоşlamır. О, dünyaya dünyanın içindən nəzər salır. Şair üçün bu dünya paradокslarla dоludur. О, Şərq pоеziyasında «Sülеymana qalmayan dünya» кimi, az qala daşlaşmış bir təsəvvürü, оriyinal tərzdə mənalandırır:
    Əhdinə vəfalı dünya,
    Кönlümdü hüsnün hеyranı.
    Bir gеdişdə şah dеyibsən,
    Mat qоyubsan Sülеymanı.
    Ə.Əsgərоğlu, artıq dеdiyimiz кimi, dünyanın adi sеyrjisi dеyil. О, içində yaşadığı və içində yaşatdığı dünyanı dərк еtməyə, anlamağa çalışır.
    О, hеyrət еdir; amma sözə üz tutan adamın hеyrətlənməsi hələ işin yarısıdır; əsl pоеziya (və əsl şair) öz həmsöhbətini, öz охujusunu da hеyrətləndirməlidir. Və bəlкə də еlə əsl pоеziya - hеyrət dеməкdir. Əsgərоğlu pоеziyasında hеyrəti «ənənəvi nidalar» müşayiət еtmir. Оnun liriк qəhrəmanı еlə öz dövrünün yеtişdirdiyi qəhrəmandır.
    Əsgərоğlu, ağam, paşam,
    Gеrçəyəm, əhvalı хоşam.
    Təк sənə aşiq оlmuşam,
    Sеvmərəm ayrı dünyanı...
    Ə.Əsgərоğlunun şеirlərində təsəvvüfdən gələn məqamlar diqqəti jəlb еdir.
    Nədir təsəvvüfün (sufizmin) mahiyyəti? Pоеziyada bu, şəriətdən həqiqətə gеdən кamilliк yоlunu qapsayır (özündə еhtiba еdir); bu yоlun adı təriqətdir. Ə.Əsgərоğlunun liriк qəhrəmanı da həqiqət yоlçusudur; hеç bir çətinliк, hədə-qоrхu оnu gеtdiyi yоldan sapındıra bilməz. Aхı, «allı-güllü baхtında ay üzlü lalələr» оlan, «muradını sirr saхlayan», «оlum-ölüm pirdir» - dеyən кəs, nədən qоrхa bilər?
    Durdum üz-üzə fələкnən,
    Mən qələmnən, о – lələкnən.
    Bəyaz dоnlu bir mələкnən,
    Gəlib janımı almaz кi...
    Şairin liriк «mən»i, nəinкi ölümdən qохmur, üstəliк ölümün əzəli və əbədi mahiyyətini özü üçün aydınlaşdırmağa çalışır:
    Хоş halımdır Əsgərоğlum,
    Divan qurmuş sağım, sоlum.
    Оlumların şahı ölüm,
    Şüкür кi, кimsən – bilmişəm.
    Burada maraqlı bir məqama diqət yеtirməк gərəкdir; şair ölümün özünü də оriyinal tərzdə mənalandırır – bеlə кi, ölüm həyatın sоnu yох, həm də «оlumların şahı» оla bilərmiş.
    Bayaq qеyd еtdiк кi, sufiliyin əsasında şəriətdən həqiqətə gеdən yоl və bu yоlda о yоlu sеçənlərin кamilləşməsi dayanır. Ədalət Əsgərоğlunun şеirlərinin jövhərində də həqiqətə gеdən bir ağ yоl öz parlaqlığı ilə sеçilməкdədir. Bu həm də охujunu pоеtiк həqiqətə dəvət еdən, aparan bir yоldur.















    POETİK BƏNZƏRSİZLİK
    (Elxan Zalın poetik yaradıcılığına bir baxış)

    Əsl poeziya həmişə heyrətlə və ... müqavimətlə qarşılanır.
    Əsl poeziya aysberqə bənzəyir, onun görünməyən tərəfi görünən tərəfindən çox olur.
    Əsl poeziya qəfil meteor kimi parıldayıb ətrafa işıq saçır.
    Əsl poeziya həmişə yenidir, həmişə orijinaldır, həmişə təkrarsızdır.
    Əsl poeziya poetik hadisə olmaqla yanaşı pozitiv hadisədir .
    Söhbət əsl poeziyadan gedir.

    Gümüş gülüş cingiltisi
    Rəqs eləyir, rəqs eləyip.
    Yaz yağışı gülüşləri
    Nəm asfalta nəqş eləyir.

    Gözlənilməzdir. Burada təkcə “gülüşləri nəm asfalta nəqş eləyən” yaz yağışı və ya “gümüş gülüş cingiltisi” deyil, bütövlükdə şeirin ruhu, qayəsi, strukturu orijinaldır.

    Qorxulu bir səhər olsa
    Baxışından bezmərəm.
    İslanmış kəlmələr olsa
    Yağışından bezmərəm.

    Heyrətdoğurandır. Burada artıq yağış tamam başqa “rəngdə” təqdim edilib.
    Misal çəkdiyim misraların müəllifi Elxan Zal Qaraxanlıdır. Elxanın şeirlərində bütöv bir zaman var və həmin bütöv zamanda tarixlə müasirlik qoşa addımlayır. Oxucu həmin şeirlərdə, hətta ayrıca götürə biləcəyimiz bir parçada, həm döyüş atlarının kişnərtisini eşidir, həm də “supermarket vitrinindən yal oynadan ayğırları” bir poetik obraz kimi görə bilir.
    Elxanın şeirlərindəki, təşbeh, metafor və bənzətmələrin əksəriyyəti təzədir desək, məncə mubaliğəyə yol vermiş olmarıq.
    “ Üfüqdə mələk xorunun dəstələnməsini”, “qan içmiş nar bağlarının
    xəstələnməsini”, “ləhləyən işıqların yerə dəyən dillərini”, “ araba yedəyindəki yorğa günün tüstüsünü”, “yalqız berkut uçuşunun yaddaşın tozlu küncündə yatmasını”, “sahilə qoşun çəkən dalğalrın marşalını”, “göy üzünə qarmaq atan dəlilərin tutduqları balıqları”, “o dünyaya turist yığan xərçəng, infarkt... və bıçağı”, “ağacların kölgəsində yatan bürkünü”, “insanın könlünə rəng-rəng süzülən qübbəli səmanın mavi yuxusunu”, “şəhərdən məktub gətirən interneti və ləpələr üstündə uyuyan rüzgarı”, “göy altındakı türk hamamı boyda dənizi”, “ölən günü çimizdirən türk qızlarını”, “parkların qısır” və ya “balıqların pullu kölə” olduğunu ... yalnız Elxanın şeirlərində görmək olar.
    Ən maraqlı cəhətlərdən birisi budur ki, haqqında söz açdığım şairin şeirlərində sözlər, ifadələr sanki yan-yana yox, iç-içə, bir-birinə pərçimlənmiş şəkildə təqdim edilir. Yəni həmin şeirlərin poetik arxitekturası elədir ki, buraya hörülmüş ən kiçik “tikinti materialını” -ən adı sözü belə, yerindən tərpətmək qeyri-mümkündür. Hətta, belə bir cəhddə bulunmaq bu yazıların təkcə zahiri “dizaynını” yox, ümumi ansamblını da pozmağa gətirib çıxara bilər.
    Tarix, mif, yaddaş Elxanın şeirlərindən bu günümüzə boylanır. Müəllif öz poetik yaradıcılığında tez-tez inanclara, qədim yazılara, dualara, gil kitablara müraciət edir. Və bu şeirlərdə bu fenomenlərin hamısı təzə ritmdə, yenı spektrdə təqdim edilir. Bəziləri Elxanı, daha doğrusu, onun şeirlərini sırf “türküçülük” müstəvisində təqdim edirlər. Düzdür, onun şeirlərində türk ruhunun qabarıq şəkildə nəzərə çarpmasını, təzahürünü heç cür inkar etmək olmaz. Amma orasını da unutmaq olmaz ki, bu poetik parçalar həm də tarixin hiss və həyəcanlarını öz ruhunda, öz qanında-canında yaşadan müasir insanın sistemli və ya sistemsiz, nizamlı və ya xaotik düşüncə qırıntılarının bənzərsiz inikasıdır. Yəni dediyim odur ki, bütün bunlar heç də tarixə adi, seyri, ənənəvi və ya “dəbdən gələn” baxış deyildir. Elxan öz yazıları ilə bir-birindən ayrı düşmüş zamanları və hətta, məkanları belə, bir məxrəcə gətirməyə çalışır. Yəni bu şeirlərdə zaman bütövdür, vahiddir, tamdır.

    Turan çöllərindən gəmilər gəlir,
    baku baxışlardan boylanır Bakı,
    kitabı gilləşən cəng səsi yatmış,
    dalğa atlarının kişnərtisində.
    gözləmə gözəldi, gözlənən olsa,
    dumanlı duyğular yanğı nallayır,
    baku baxışların mamırlığında,
    yakut təbəssümlü maral otlayır.
    dayanıb gövşəyir gəmi karvanı,
    ağ keçə üstündə ağnayır liman,
    bozqır həsrətinin sərhədlərini,
    kömrük tamğasıyla bağlayamazsan.
    dalğalar sahilə baxır, dikməmə,
    ötələr, Ötükən civarındadır.
    badam baxışıyla can yaxan bikə,
    qımız duyğuları köpükləndirir.
    otel balkonundan alaçıq baxır,
    bikə barmaqları isti və narın,
    bozqır həsrətinin gil kitabları,
    köksünə yazılıb ər oğlanların.

    Mən burada Elxanın “Həsrətin gil kitabları” adlı şeirini bilərəkdən, bütöv şəkildə, dediyim fikirlərə illüstrasiya kimi təqdim edirəm.
    Əgər oxucu diqqətlə fikir versə görər ki, Elxanın şeirlərinin təkcə sintaksisi deyil, elə “morfologiya” və “leksikası” da yenidir. Mənə elə gəlir ki, Elxan Zal öz yazılarında bəzən bilərəkdən bu gün az işlənən, “arxaik”, bəzən az qala tamam unudulmuş, bəzənsə tamamilə “yad” söz və ifadələr işlədir. Mən bunlara təbii hal kimi baxıram. Çünki bi söz və ifadələrin əksəriyyəti mövcud poetik məntiqin qaçılmazlığından dolayı yeni düşüncə dövriyyəsinə cəlb olunur. Və elə həmin zərurətdən qaynaqlanan, qanadlanan anlamların bir coxu həssas işarə və sirli simvollarla zəngindir. Bundan başqa, həmin “yad” sözlət təfəkkürümüzün alt qatlarında “gizlənmiş” doğma duyğuların tanış “izləridir”.
    Elxanın məşhur “Torqovı peyzajı” şeiri başdan-başa bənzətmələrinin bənzərsizliyi ilə zəngindir.

    Bura nə Parisdir, nə Sidney,
    Bura heç Dakar deyil.
    Adam nə iş tapa bilir özünə,
    Nə də ki, bekar deyil.

    Gözləyişin sonu yoxdur,
    Lap Allaha yüz yol əyil.
    Get özünə macəra gəz,
    Ya da dolan veyil-veyil.

    Kefli baxışların nəmi,
    Yer gəzir paltar sərməyə,
    Burda könül şosesi yox,
    Üstündə maşın sürməyə .

    Küçələrin səhnəsində
    Pantomimli teatr.
    Bura bizim Brodveyimiz,
    Bura bizim Monmartr.

    “Polonez” poeması isə təkcə Elxanın deyil, bütövlükdə poeziyamızın uğuru hesab olunmalıdır. Poema öz daxili dinamizmi, dramatizmi, sürəkliliyi ilə yadda qalır.
    Mən sözümün əvvəlində qeyd etdim ki, əsl poeziya həmişə heyrətlə və ... müqavimətlə qarşılanır. Elxanın yazılarının doğurduğu birinci assosiasiya (heyrət) haqda qismən söz açdıq. Amma onun poeziyasını üzləşdiyi müqavimət haqda ətraflı danışmaq fikrindən uzağam. Yox, burada nəşrlə, çapla bağlı “müqavimətdən” söhbət gedə bilməz. Çünki Elxanın yazdıqlarının çoxu “müqavimətsiz” qaydada oxuculara təqdim edilir. İndiki halda qısaca onu demək olar ki, burada söhbət başqa “müqavimətdən” gedir, bu şeirləri qavrama, dərk etmə, yaşama, anlama... problemindən. Niyə gizlədim, Elxanın şeirlərini bəzi hallarda təkcə “adi statik” oxucu deyil, hətta, “peşəkar” söz adamları da lazımi səviyyədə dərk və ya qəbul edə bilmirlər. Bu, bəlkə də müəyyən mənada müəllifin xeyrinədir. Axı, düzünü demək lazımdır, (bəzən) bəzi əsərləri başa düşmək, qəbul etmək üçün müəyyən hazırlıq da tələb olunur. Bu, sırf akademik elmi hazırlıq olmasa da belə, hər halda müasir oxucuya gərək ola biləcək qavram hazırlığıdır. Pafosdan uzaq olan, haray-həşir qoparmaq iddiasında bulunmayan bu şeirlərin oxucusu, məncə, əsasən, geniş intellekt, dərin düşüncə, incə zövq adamlarıdır.
    Yaxşı ki, Elxan Zalın şeirlərinin bu və ya digər məziyyətləri barədə ədəbi aləmdə bir sıra görkəmli söz sahibləri layiqli söz və fikirlər söyləyiblər. Bunlardan xalq şairi Vaqif Səmədoğlu və xalq yazıçısı Elçinin, görkəmli alimlərimizdən Nizanı Cəfərov və Arif Əmrahoğlunun, publisist Rəşad Məcidin, yazıçılardan Elçin Hüseynbəyli və Əyyub Qiyasın, tənqidçilərdən Vaqif Yusifli və Əsəd Cahangirin, şairlərdən Rasim Qaraca, Murad Köhnəqala, Əkbət Qoşalı, Çulpan Zərif və Səlim Babullaoğlunun adlarını çəkmək olar.
    Nəhayət, bir daha vurğulaya bilərəm ki, Elxan Zalın poetik aləmi, poetik üslubu öz bənzərsizliyi ilə seçilməkdədir. Mən bu yolda ona daha böyük uğurlar arzu edirəm.

    KASPİ qəzeti 14.12.2013-cü il















    GİZLİNLƏR GİZLİ QALANDA
    (Yazıçı İlqar Fəhminin “Gürgan şərabı” əsəri haqda qeydlər)

    Hər şey ata ilə oğul arasındakı mübahisədən başlayır. Ovlad öz valideynini daha imkanlı, daha sanballı görmək istəyir. Atanın imkanları isə məhduddur. Əslində oğul elə də fərsiz deyil. Sadəcə böyüdüyü mikromühitdə o, özünə layıq olan yer tapa bilmir. Ata namuslu, zəhmətkeş bir adamdır, musiqi müəllimidir. Amma ata ilə oğul arasında olan bu mübahisələr böyük konflikt və kolliziyaya çevrilmir. Əslində gələcəkdə baş verəcək hadisələrin də “atalar və oğullar” probleminə elə bir dəxli olmayacaq. Çünki “Gürgan şərabı” əsərinin, daha doğrusu, həmin əsərin müəllifi İlqar Fəhminin qarşısında belə bir problemin həlli dilemması da dayanmayıb. Romanda problemin qayəsi və mahiyyəti bir qədər fərqli müstəvidə təqdim edilir. Bu barədə bir qədər sonra.
    İlqar Fəhmi ən yeni dövrdə, belə deyək, 21-ci əsrin ilk illərində ədəbiyyata gəlmiş qələm adamlarından biridir. Ədəbi janrların əksəriyyətinə müraciət etmiş İlqar Fəhmi poetik və dramaturji janrlarda olduğu kimi, nəsr janrında bir sıra əsərlər ortaya qoymuşdur. Onun “Çənlibel tülküsü”, “Aktrisa”, “Akvarium”, “Bakı tarixindən kollaj” romanları oxuculara, ədəbiyyatsevərlərə yaxşı tanışdır. Adını çəkdiyim və çəkmədiyim digər əsərlərin siyahısı İlqar Fəhminin yaradıcılıq məhsuldarlığının konkret illüstrasiyası kimi diqqəti cəlb etməyə bilməz.
    “Azərbaycan” jurnalının 2018-ci il 4-cü sayında çap olunmuş “Gürgan şərabı” romanı öz məzmunu, qayəsi, fabulası, strukturu və ən başlıcası öz kompozisiyası ilə diqqəti cəlb edir.
    Böyük şəhərin yaxınlığında, dənizin sahilində yerləşən kiçik kəndlərdən birində, lap dəqiq deyilsə, həmin kiçik kənddəki sakinlərdən birinin meynə bağında qəribə hadisə baş verir. Artıq yuxarıda qeyd etdiyimiz qocaman musiqi müəllimi Mirzə Cavadın oğlu Əhmədin həyatında birdən-birə kəskin dönüş yaranır.
    İndiyəcən həyatını düz-əməlli qura bilməyən, “on altı yaşından başı bilyarda, şar gillətməyə” qarışan Əhməd elə öz yaşadığı kəndin sakinlərinin gözü qarşısında qəfildən dəyişərək, sözün əsl mənasında başqa bir adama çevrilir. İçdiyi şərab, gördüyü yuxu (və röyada gördüyü kitab) Əhmədi sanki qəflət yuxusundan oyadır, onu başqa bir aləmə çəkib aparır. Əslində həyatda olduğu kimi, bədii əsərdə də hansısa insanın, daha doğrusu obrazın, metamorfozasının konkret bir səbəbi, bir vəsiləsi olur və ya olmalıdır. Bu mənada, həyat hadisələri gözlə görünən və görünməyən mürəkkəb determinist əlaqələr zəncirindən ibarətdir. “Gürgan şərabı”nda da baş verən hadisələr arasında məhz bu cür aşkar və gizli əlaqələr yox deyildir.
    Sən demə, şərab burulğanlı şirin yuxuda gördüyü sirli kitab Əhmədi elə həyatda da gözləyirmiş. Onun yaxın dostu, ərəb-fars dillərini bilən İsabala köhnə taxçadan tapdığı kitabda vaxtilə dünyanın dörd bir tərəfinə aparılmış Gürgan şərabı haqda məlumatlara rast gəlir və bu barədə danışır. Məsələ burasındadır ki, Əhmədgilin Gürgan təpəliyindəki üzüm bağında boy-boya vermiş “minilin meynələri” sanki dilə gələrək Əhmədi səsləyib keçmişə, tarixin dərinliyinə dəvət edir. Bundan sonra gözlənilməz hadisələr sürətlə bir-birini əvəz edir. Adətən deyirlər ki, insan təbiəti ram edir. Amma əsərin qəhrəmanı Əhmədi onun öz “qəhrəmanları”, yəni üzüm bağındakı meynələr, tənəklər öz “istəklərinə” tabe edir. Əhməd bu “qəhrəmanlarla” ünsiyyət qurur, onların dilini öyrənir, onların əmrini yerinə yetirir, onlarla birgə kədərlənir və sevinir. Hətta, adlı-sanlı musiqiçilər belə bu sirli-sehrli bağda meynələr qarşısında musiqi proqramları ilə çıxışlar edirlər. Bir sözlə, insanla təbiət arasında qırılmaz bir harmoniya, qarşılıqlı bir “anlaşma” yaranır.
    Müəllif öz əsrinin janrını “çaparaq roman” kimi müəyyənləşdirib. Söz yox ki, bu cür “seçim” təkcə janra deyil, həm də janrın özündə ehtiva etdiyi hadisələrin ekspressivliyinə, dinamikasına aiddir. Bəli, epizodlar sürətlə, çaparaq şəkildə biri-digərini əvəz edir. Və buradaca onu da qeyd etməyi vacib bilirəm ki, əsərdəki bəzi epizodların təsvirində yazıçının da tələsgənliyi, əgər belə demək caizsə, gələcək hadisələrin “mənzili başına” bir qədər “çaparaq” yetişmək cəhdi aydın duyulur.
    İlqar Fəhminin oxuculara təqdim edilən yeni romanındakı hadisələr fonunda tarixlə müasirlik yanaşı, paralel addımlayır. “Gürgan şərabı”nda əfsanə, nağıl, qrotesk, fantaziya, mif, mistika kimi ünsürlərdən geniş istifadə olunmuşdur. Müəllif oxucuları daim təsir, daha doğrusu gərginlik altında saxlamağa çalışır. Əsərdə təsvir olunan detal və epizodlar- bağda qurulan musiqi dəstgahı, ifa edilən mahnılar, tənəklərlə söhbət, gecənin aurası, içi şərabla dolu şüşələrlə dialoq, oxucunu baş verən sirli hadisələrin burulğanına çəkib aparır,
    Mən əsərin məzmununu danışmaq niyyətində deyiləm. Amma bəzi məqamlarda hadisələr və obrazlar arasındakı daxili bağların “nazildiyinin”, zəiflədiyinin fərqinə varmamaq olmur. Halbuki romanda yazıçının ekspressiv olayların mahiyyətinə varmaqla, daha geniş və dərin “manevrlər” etmək imkanı vardı.
    Bu yığcam romandakı aparıcı obrazların sayı zahirən, o qədər də çox deyildir: Əhməd, Mirzə Cavad, İsabala, Səmayə, Ağsaqqal biznesmen, Fransız qonaq... Oxucu bir çox keyfiyyətləri ilə bir-birindən fərqlənən həmin obrazların daxili aləminə nüfuz edir, ilk baxışda onların istəyi, arzusu ilə tanış olur. Yox, bu, ilk baxışda belə görünür. Əslində isə, “Gürgan şərabı”nda iştirak edən “personajların” bir çoxu adi adamların anlamadığı bir “dildə” danışır, mübahisə edir, etirazını bildirir, sevinir, kədərlənir. Bəs bu “anlaçılmayan dildə” danışan “personajlar” hansılardır? Dəniz, meynələr, şərab dolu şüşələr, gecə, Günəş məbədi, alov... Yazıçı canlı və “cansız” aləm arasında mövcud olan görünməz komponent və bağlara, müraciət etdiyi ədəbi janrın imkanları daxilində işıq tutmağa çalışır.
    İlqar Fəhmi “Gürgan şərabı” adlı yeni əsərinin əvvəlində, bir növ ithaf əvəzi yazır: “Pir” hekayəsinin müəllifi Ə. Haqverdiyevin və “Fükonun yayı” əsərinin müəllifi Umberqo Ekonun ölməz ruhuna”. Romanı oxuduqca bu və ya digər hadisələrə aşkar və gizli işarlərin olduğu diqqəti cəlb edir. Bu mənda haqqında söhbət gedən romanda adı çəkilən müəlliflər və onların konkret əsərləri təsadüfən xatırlanmır.
    İlk baxışda “Pir” hekayəsi ilə “Fuqonun yayı” romanını və eləcə də onların müxtəlif dövrlərdə, müxtəlif coğrafiyalarda yaşamış müəlliflərini bir-birinə bağlayan elə bir ümumi cəhət yoxdur. Amma bütün bunlar məhz “ilk baxışda” belə görünə bilər.
    Yəqin ki, böyük ədibimiz Ə. Haqverdiyevin “Pir” hekayəsində baş verən hadisələri oxucuların əksəriyyəti yaxşı xatırlayır. Mirzə Cavadın oğlu, bilyard oyununu aludəçisi Əhməd gecə-gündüz “şar qovmaqla” məşğuldur. Günlərin bir günü Əhməd baş-gözü əzilmiş halda evə gəlir. Ata çox narahat olur, oğlundan nə baş verdiyini soruşur. Məlum olur ki, Əhmədi varlı-karlı Hacı Rəsulun oğlu əzişdirib. Oğul özünün əzişdilməsinin səbəbini atası Mirzə Cavadın kasıblığında görür və belə deyir: “Həştad yaşın var, gözünü dəftər-qələmə dikmisən... Hanı sənin var-dövlətin? Sənin üstündə Nağının оğlu Musa gəldi milyоner оldu. Arabaçı Şəmsinin evinə Buxara əmiri qоnaq gəlir. Hacı Zeynalabdin gündə iki şahıya çiynində palçıq daşıyırdı, indi çiyninə palçıq tabağı əvəzinə yaranal pоqоnu taxır. Axı bunların hamısı sənin yоldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavоdların, beşmərtəbə evlərin?”. Ata bütün bunların hamısının Allahın əmri ilə olduğunu söyləyir. Və əlavə edir ki, “yerin deşiyindən var-dövlət çıxmaz”. Amma Əhmər məhz “yerin deşiyindən” pul çıxarmaq qərarına gəlir. Hekayədəki qalan hadisələr yəqin ki, çoxlarının yadındadır. Əhməd öz bağlarında, əncir ağacının dibində lağım atıb orada şam yandırır və tezliklə həmin yer pirə, ziyarətgaha çevrilir. Yəni oğul, atasından fərqli olaraq, “yerin deşiyindən” pul çıxarır.
    “Gürgan şərabı” romanında məhz “Pir” hekayəsinin həmin qəhrəmanları, məhz həmin “təsnifatda” yenidən boy verirlər. Əsərin əvvəlində məlum olur ki, romanın qəhrəmanı Əhmədi də Hacı Rəsulun oğlu “basıb döyüb” və buna görə oğul öz atasını ittiham edir: “Hanı sənin var-dövlətin, hökumət yanında hörmət-izzətin? Odey, Əlbaba, Arif, hətta Zeynəb, hamısı sənin tələbə yoldaşların olub. Hamısı Xalq artistləridir, hökumət başlarına and içir, camaat başlarına dolanır... Hamı getdi qabağa, bircə sən qaldın”. Fağır ata, yəni Mirzə Cavad “hərənin bir qisməti” olduğunu deyir. Oğul, yəni Əhməd isə israr edib deyir ki, “adam istəsə qismətini də dəyişə bilər”. Və o, həqiqətən öz taleyini dəyişmək qərarına gəlir.
    Müxtəlif dövrlərdə qələmə alınmış bu əsərlərdə şübhəsiz ki, təsvir olunuan dövrlər fərqlidir. Əgər “Pir”də hadisələr 20-ci əsrin əvvəllərində baş verirdisə, “Gürgan şərabı”ndakı əhvalatlar 21-ci əsrin əvvəllərində cərəyan edir. Qəhrəmanlar və hadisələr arasında 100 illik bir zaman məsafəsi var. Bəs bu bir əsrin ərzində nə dəyişib? Əgər Ə.Haqverdiyevin qəhrəmanı, yəni 20-ci əsrin əvvəllərində yaşayan Əhməd sonda “öz istəyinə” çatırsa, İ.Fəhminin qəhrəmanı, 21-ci əsrin əvvəllərində yaşayan Əhməd heç nəyə nail ola bilmir.
    Bu əsərlərdə zahiri mövzu yaxınlığı olsa da onlardan hər birinin öz fabulası, hər qəhrəmanınsa öz taleyi, öz tərcümeyi-halı vardır.
    Əgər belə demək mümkünsə, “birinci Əhməd” fırıldaqçılıq, haramçılıq yolunu seçir, “ikinci Əhməd” halal yolla gedir.
    “Birinci Əhməd” yerin altında “pir” axtarır, nəticədə onu tapır və onun vasitəsi ilə var-dövlət qazanır. “İkinci Əhməd” dənizdə, suyun dibində “Günəş məbədi” axtarır və nəticədə öz həyatını qeyb edir.
    “Birinci Əhməd” öz atası Mirzə Cavadın ittiham etsə də, özünə bəraət verir, verdiyi “vədə” əməl edir, “yerin deşiyindən” pul çıxarir. “İkinci Əhməd” isə öz atası Mirzə Cavadın və bütün ətrafının həyatına zərbə vurur.
    “Birinci Əhməd” “zamanla ayaqlaşır”, “ikinci Əhməd” isə zamanın təbii axarından çıxır.
    “Birinci Əhməd” qaranlıqda şam yandırsa belə, mahiyyətcə gecənin rəngini daha da tündləşdirir. “İkinci Əhməd” işıq məbədinə can atsa da qaranlığa qərq olur.
    Bir sözlə, “birinci Əhməd” komik obrazdır, “ikinci Əhməd” isə faciə qəhrəmanıdır. Və ədəbi müstəvidə bir-birinə yaxınlaşan Əhmədlərın “ümumi” cəhətlərindən daha çox, onların “xüsusi” cəhətləri diqqəti çəkir.
    “Birinci Əhməd”in “planları” reallaşır, qəhrəman öz arzusuna çatır. “İkinci Əhməd” öz “planlarını” realizə edə bilmir.
    Beləliklə, “Gürgan şərabı”ının qəhrəmanı ilə bağlı çox gizlinlər gizli qalır.
    Bəs bu Əhmədlərdən hansı haqlıdır? Adətən, ədəbi əsərlərdə ən rasional nəticəni oxucular çıxarır və elə bu səbəbdən də suala cavab axtarmaq vəzifəsini hər iki müəllif oxucunun öhdəsinə buraxır.
    Artıq qeyd etdiyimiz kimi, “Gürgan şərabı”nın şərti olaraq “ithaf” adlandırıla biləcəyimiz başlanğıcında daha bir yazıçıya, “Fükonun yayı” əsərinin müəllifi italyan yazıçısı Umberto Ekonun ruhuna rəhmət diləyi vardır. (Qeyd. Ekonun həmin əsərnin adıi rus dilində «Маятник Фуко» adıyla tərcümə olunub və zənnimcə bu ifadə bizim dilimizə “Fukonun kəfkiri” kimiçevrilsəydi daha dəqiq ola bilərdi). Əsərdəki hadisələr Kazobonun dilindən nəql edilir. Ötən yüzilliyin 70-ci illərində Milanda tələbə ikən diplom üzərində işləyən Kazobon tamplierlər ordeninin (gizli təşkilatının) tarixini araşdırır və həmin tarixlə bağlı əlyazmalarla tanış olur.
    Əkonun romanında təsvir olunan sui-qəsdlər, gizlinlər, “planlar”, qədim kultlar, miflər, qrotesk mahiyyətli hadisələr, realist və postmodernist üslubda təqdim olunur, bir sıra mistik və ekssentrik düşüncələrlə müşayət edilir.
    Bəs “Gürgan şərabı” müəllifinin U.Ekonu xatırlamasının səbəbi nə ola bilər? Belə demək mümkündürsə, məşhur italyan yazıçısının əksər əsərlərində bütöv, universal zaman qoşa “addımlayır”. Əvvəla, Ekonun romanlarında həm tarixin qaranlıqlarına, həm də gələcəyin məchulluqlarına işıq salmaq cəhdi inkarolunmazdır. İkincisi, məşhur “Qızılgülün adı” əsərinin müəllifi intellektual detektiv janrının mahir ustasıdır. Ən nəhayət, Ekonun bütün əsərləri həm də ciddi bir xəbərdarlıqdır; belə ki, o əsərlərdə gələcəklə bağlı yazıçının nigarançılığı açıq-aydın təzahür edir. Hesab edirəm ki, “Gürgan şərabı”nın müəllifini Ekoda cəlb edən məhz bu saydığımız cəhətlərdir.

    “Çaparaq roman” haqda çaparaq qeydlərimi burada yekunlaşdırıram. Düşünürəm ki, gənc yazıçılar pleyedasında öz üslubu, öz yazı manerası ilə seçilən İlqar Fəhminin yeni romanı geniş oxucu auditoriyasının diqqətindən kənarda qalmayacaqdır.
    “Azərbaycan” jurnalı, say 3, 2019
























    “ ALNINA BİR ŞEİR SIXACAM SƏNİN…”

    (Qismətin “Vitrin” kitabında toplanmış şeirləri haqqında mülahizələr)

    Ədəbi janrlar arasında poeziyanın diqqəticəkəcək qədər kütləviliyi həmişə müşahidə olunub. Amma bu kütləvilik anlayışının özü zamanına görə nisbi səciyyə daşıyıb. Belə ki, bir vaxtlar (indi həmin zamanı təkcə şairlər deyil, elə bəzi şeirsevər oxucular da nostalji hisslərlə xatırlayırlar) poetik məhsulun “istehlakı” xüsusi dinamikası ilə seçilirdi. Fəqət biz indiki halda şeirə təlabatın yüksələn xətt üzrə artımını şətrləndirən obyektiv və subyektiv amillər üzərində geniş dayanıb ekspromt gəzişmələr etməyə o qədər də ehtiyac duymuruq.
    Maraqlı, həm də təəssüf və təəccüb doğuran hal burasıdır ki, poetik təsərrüfatda həmin “istehlak paradiqmasını” bu gün xaotik bir “istehsal bumu” əvəz etməkdədir. Yəni bir az kobud səslənsə də, deməliyik ki, şeir yazanların sayı şeir oxuyanlardan çoxdur; başqa sözlə, “poetik bazarda” sayı riyazi silsilə ilə azalan oxucunu, bu müstəvidə sayı həndəsi silsilə ilə ilə artan “şairlər” əvəz etməkdədir. Belə çıxır ki, şair var, oxucu yoxdur. Bir növ real oxucu kütləsi şairləşib. Bütün bunların pis və ya yaxşı əlamət olduğunu isbata çalışmaq, belə düşünmək olar ki, hətta, bir az absurd da görünə bilər. Amma əlahəzrət fakt göstərir ki, poeziya adı altında boz-bulanıq bir axın gəlməkdədir.
    Doğrudanmı şeir yazmaq bu qədər asanlaşıb və adiləşib? Doğrudanmı biz sanki “şair xalq” olmaq üçün, götürdüyümüz hansısa öhdəliyi yerinə yetirməkdən ötrü Sizif əzabına məhkum olunmuşuq? Bütün bu ritorik (və qeyri-ritorik) suallara rəğmən deyə bilərik ki, əslində bizdə əsl poeziya nümunələri də yox deyildir. Hərçənd ki, istedadlı, məsuliyyətli adamlar üçün indi şeir yazmaq daha çətin bir işə çevrilib və ya çevrilməkdədir.
    Hər kəsin poeziya haqda, ümumən ədəbiyyat haqqında, öz mülahizələri ola bilər. Bu cəhətdən olsun ki, mənim də mülahizələrim bir qədər fərqli səciyyə daşısın; necə ki, hər kəsin dünya haqqında öz fərdi mülahizəsi var. Məsələn, elə bax bu cür, özü də qeyri-ənənəvi mülahizə:
    Dünyanın bakirə çağları getdi…
    Daha oksigen də saxtadır, saxta.
    Dünya dünya deyil,
    supermarketdi,
    Hamı satıcıdır, hər yan piştaxta.

    “Vitrin”.

    Poeziya, bütün digər ədəbi janrlar kimi, ətraf aləmi inikas etdirir. Bu “ətraf aləm”, əslinə çox yaxın bir məsafə- lap şairin öz iç dünyası da ola bilər, əlçatmayan bir aləm- uzaq qalaktika da. Burada söhbət ondan gedə bilər ki, bu görünən və görünməz aləmi kim, özü də necə təqdim edir. “Görünənlərin” olduğu kimi kağız üzərinə köşürülməsinin əsl poeziyaya elə də dəxli yoxdur, bunu qismən publisistikadan tələb etmək daha düzgün olardı. Əslində, hansısa bir həyat materialının kətana köçürülməsinin də əsl rəssamlığa dəxli yoxdur, bu işi fotoqrafiya daha yaxçı bacarır.
    Ölüm haqda çox yazılıb. Amma deyəsən bu barədə bütün metaforalar sonacan deyilib tükənməyib.

    Bitəcəksə bir gün yolum,
    Üzmü cırım, saçmı yolum?
    Ölmə, ölüm, qurban olum,
    Bəs məni kim öldürəcək?
    “Nikbinlik”.

    Məncə orijinaldır. Ölum haqqında olan bu şeirin bir özəlliyi də onun “Nİkbinlik” adlandırılmasıdır. Bax elə indicə, bu misranı oxuyarkən mənim yaddaşımda illər öncəsi oxuduğum bir seirin bir misrası assosiotiv çəkildə təkrarlanib bərpa olundu; hələ bir neçə əsr öncə S. Təbrizi də ölümü özünəməxsus şəkildə mənalandırib yazmışdi: “Ey ölüm, gəl bizi öldürdü həyat…” Və etiraf etməliyik ki, hər iki təşbeh gözəldir, diqqətəlayiqdir. Axı poeziyanın bu dünyanı artıq qəbul edilmiş məlum, ənəvi, hamı üçün bir olan arşınla ölçməsi heç də məqbul hesab edilə bilməz. Yəni bu məkanda hər şey hamı üçün deyildir. Burada hər sözün, hər fikrin öz ölçüsü, öz çəkisi var və həmin ölçü-biçini hansısa rəsmi milli və ya beynəlxalq “standartlaşma” idarəsinin əməkdaşı deyil, şair özü müəyyəmləşdirir. Başqa sözlə, hər bir istedadlı şairin poeziyada öz mizan-tərəzisi, öz arşını olur.
    Ənənəçilik yaxşı şeydir. Lap elə poeziyada da. Amma “ənənə” adı altında yaprıxmış, çürüyən, öləziyən nəsnələri az qala qılınc-qalxanla qoruyub bütə çevirmək özü də bir cahillikdir. Məncə poeziyanın bir vəzifəsi də ənənəni “inkar etməkdir”. Ənənənin “yaxşı” inkarı yenilikdir, novatorluqdur.
    Bəli, poeziyada novatorluq yaxşı şeydir. Amma “novatorluq” adı altında sərsəm fikirləri, mənasız ifadə yığimini, məntiqsiz “söz həftəbecərliyini” əldə və dildə bayraq etmək ən azı poeziyaya parodiyadır.
    İndi cəmiyyət təkcə kimyəvi tullantılardan deyil, həm də mənəvi tullantılardan əziyyət çəkir. Sən demə, hətta azadlıq havasından, “azadlığa yolxmaqdan” da qorxanlar olurmuş.

    …amma siz,
    azadlığa yoluxmaqdan qorxan adamlar,
    kürəkləri çarpayı, üzləri yorğan adamlar,
    siz, mənim öskürəyimə də dəymirsiz…
    Yanıma gəlməyin.
    “Vəba xəstəsinin son günlərindən”.

    Poeziyada “biz” olmur, “mən” olur. Əslində buradakı “mən” özü də “biz”in ekvivalenti kini çixiş edir.

    Yanında elə bil yersiz qonağam,
    Mən sənə günaham, suçam, yasağam,
    Sən güllə deyilsən, mənsə qorxağam…
    Səni öz başıma sıxardım, olmur.
    “Olmur”.

    Poeziyanın (başqa sözlə, şairin) hökm vermək səlahiyyəti və imkanı yoxdur. Əsl poetik nümunədə “olmalıdır!” hökmü yoxdur, “ola bilər” amacı var. Amma bu arzun un özü elə “olmalıdır!” hökmü qədər güclü və yetərlidir.
    Əsl poeziya ümumiləşdirmir, xüsusiləşdir. Amma bu xüsusinin özü də ümumi olan qədər polifonikdir, çoxsəsli, çoxrənglidir; burada poetik “solo”nun poetik “xor”a çevrilmək imkanı hüdudsuzdur.

    Bir simurq lələyi yandır bu gecə,
    Yoxdu bu quyuya düşüb qayıdan.
    Bu şüşə quyunu sındır bu gecə,
    Mənim div canımı çıxart quyudan.
    “Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları”.

    Əsl poeziya nümunəsi açıq olduğu qədər “qapalı”, sadə olduğu qədər də “mürəkkəbdir”.

    Biz küçələrin gecəsinə abunə yazıldıq,
    təqvimlərindən töküldük yarpqa-yarpaq,
    hər gün payıza oyandıq yuxulardan,
    hər gecə qatı bir qaranlığı yardıq ,
    gecələrin lampasını ovuşdurdu gözlərimiz,
    cin çıxmadı, çin çıxmadı yuxular.
    “Biz”.

    Orijinal, istedadla yazılmış poetik nümunələr insanı (oxucunu) dünyaya bir az “başqa”, yeni bir rakursdan baxmağa məcbur edir. Əsl söz adamı, əsl şair uzaqgörən olur. Poetik daltonizm şairə yaxşı heç nə vəd edə bilməz.

    Yazırıq ürəyi hey yeyə-yeyə,
    Çıxır hər təzənin sonu köhnəyə,
    Ömür dedikləri qara lövhəyə,
    Ağarır saçımız təbaçir olur.
    “Şairlər”.

    Oxuculara təqdim edilən (və edilməyən) şeirlərdə mübahisə doğura biləcək nəsnələr də yox deyildir. Bu isə təbiidir. Bəzən yeni, orijinal olanı hamı qəbul edə bilmir. Amma nə edəsən ki, hamının qəbul etdiyi də hər zaman orijinal olmur.
    Meqopolislər haqda şox yazılıb. Həm nəsr, həm də publisistik yazılarda böyük şəhərlərin gətirdiyi böyük problemlərdən çox söhbət açılıb. Amma meqopolis təkcə faciələrdən ibarət olmur. O, kimlərəsə xoşbəxtlik də bəxş edir. Amma baxır kimə? Bu ovqatın poetik yozum və “təsvirini” vermək elə asan olmasa da, bu cəhddə bulunmaq pis nəticə verməyə də bilərmiş. Məsələn, bu cür:

    Bir ömür gözünü yollara dikən,
    Tənha qadınların möhnəti Bakı.
    Pullu kişilərə baxşb “ah” şəkən,
    Pulsuz kişilərin qisməti Bakı.
    “Bakı üçün elegiya”.
    Bakı haqda deyilən bu “elegiya” təkcə Bakiya və yalnız böyük şəhərlərə deyil, həm də o böyük şəhərlərdə ( və o cümlədən Bakıda) xoşbəxtlik axtaranlara və bunu tapmayanlara bir elegiyadır.
    Və nəhayət, haqqında söhbət açdığım bu şeirlərin müəllifi Qismətdir. Mən bilərəkdən onun adının qarşısında “gənc şair” epitetini, sifətini işlətmirəm. Çünki meqopoeziya da meqopolis kimi bəzən amansız olur. Çünki hər ikisində adamların “vaxtındanəvvəlqocalma” xəstəliyi olduğu kimi, “həmiçəcavanqalma” mərəzi də olur. Hər iki hal təhlükəlidir. Hər iki amplua faciəvidir. Hər iki vəziyyət ağlamalıdır. Birinci halda adamlar anadan olan kimi qocalmağa, ikinci halda isə bütün həyatları boyu “gənc” qalmağa məhkum olurlar. Əslidə isə poeziyaya, ümumən ədəbiyyata qədəm qoyan adam, normal durumda öz təbii ömrünü yaşamalıdır. Lap həyatda olduğu kimi.
    Qismətin “Vitrin” adlı şeirlər toplusu (“Mütərcim” nəşriyyatı, 2010-cu il) çağdaş poeziyamız haqda nikbin düşünməyə əsas verir. Əminəm ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “525-ci qəzet”in gerşəkləşdirdiyi layihə əsasında işıq üzü görən “Vitrin” kitabı vitrinlərdən oxucu auditoriyalarına, oradan da yaddaşlara addımlayacaq.
    Qismətə əsl şair taleyi və qisməti arzulayıram. Mən sözümü, bu yazının əvvəlində bir bəndini sitat gətirdiyim “Vitrin” şeirinin dünyaya xitabən deyilən misraları ilə yekunlaşdırıram:

    Bir şair nəfəsi gəlib-gedirsə,
    Bir uşaq bircə bənd şeir bilirsə,
    Şairlər qazacaq sənin qəbrini…








    UĞURLU YОL
    ХAОSUN BƏDİİ HARMОNIYASI
    (Ülkər Nəsibbəylinin hekayələri haqda)

    Ülкərin hекayələri uzun-uzadı təhкiyə və təsvirlərdən uzaqdır. О, daha çох təhlilə mеyl еdir.
    Ülкər əşya və hadisələrin zahirinə-görünən tərəfinə yох, daхilinə, daha çox “görünməyən” tərəfinə diqqət yеtirməyə üstünlüк vеrir. Başqa sözlə, оnu təsvir etdiyi prоsеsin daхili mahiyyəti daha çох ilgiləndirir.
    О, hələ gənc оlsa da, arıq hər bir sözün çəкisini hiss еdir, məsuliyyətini duyur. Еlə buna görə də sözdən qənaətlə istifadə еtməyə çalışır; söz оnunçün təкcə “tiкinti matеrialı” funкsiyasını dеyil, həm də “еnеrji daşıyıcısı” vəzifəsini icra еdir. Sоyuqqanlılıqla təqdim еtməyə çalışdığı «təsvirlər»də bеlə, bir istiliк duyulur.
    Ülкərin qəhrəmanları bu dünyanın özü кimi qəribə, marginal хaraкtеrlərdir. Məsələn, “Sarı” hекayəsinin qəhrəmanı özünün və ətraf aləmin əvvəlcədən sistеmə salınmış nizamını pоzmağa çalışır. О, еv əşyalarının yеrini, rəfdəкi кitabları, sir-sifətinin ifadəsini, hətta коnкrеt bir nəsnə ilə bağlı təsəvvürlərini, dəyişməкdən zövq alır, sanкi öz ətrafında və daxilində хaоsun harmоniyasını arayır. О, gündəliк “üzləşdiyi” rəngləri sarı rənglə bоyayır. Və оnun təsəvvüründə bütün ətraf aləm sarı rəngə bürünür: pişiкdən tutulmuş qarğaya qədər. Əslində bu “sarılıq” təbiətdən оnun duyğusuna yох, əкsinə, duyğulardan təbiətə кöçür. Bu, bir növ “dəyişməzliyə”, biganəliyə, “ütülü” həyat tərzinə qəhrəmanın daxili bir еtiraz forması kimi də anlaşıla bilər.
    Orasını da deyim ki, Ülkər Nəsibbəyli mənim tələbəlik yoldaşım, eyni qruda təhsil aldığımız, ləyaqətli Azərbaycan qadını olan Heyran xanımın qızıdır. Düzü, mən bunu sonralar bilmişəm. Bəli, o, nümunəvi bir ailədə böyüyüb. Məsələ burasındadır ki, mən Ülkəri lap əvvəlcə bir tərcüməçi kimi tanımışam. Onun ingilis dilindən etdiyi tərcümələr mənim diqqətimi çoxdan çəkməkdədir. Bu gənc qız çox çətin mətnləri dilimizə tərcümə edib. Həmin tərcümələrin böyük əksəriyyəti oxuculara “Xəzər” dərgisindən yaxşı tanışdır. O, dilimizin imkanlarını, gözəllik və zənginliyini öz bədii tərcümələrində yüksək səviyyədə ifadə etməyi bacarır.
    Son zamanlar Ülkəri həm də bir yazıçı kimi “kəşf etmişəm”.
    Ətraflı təhlilə varmadan qısaca оlaraq оnu qеyd bilərəm кi, Ülкər Nəsibbəylinin “Ulduz” jurnalının охucularına təqdim еtdiyim “Sarı” və “Təmas” hеyкələri öz fоrma və uslub оrijinallığı ilə sоn zamanlar gеniş intişar tapmış “bоz ədəbi aхından” fərqlənir, diqqəti cəlb edir.
    Mən gənc nasirə ədəbiyyatın еniş-yохuşlu, sirli-sеhrli yоllarında uğurlar arzu еdirəm.











    POETİK DƏRDİN AD GÜNÜ
    (Rauf Sübhinin şeirləri haqda söz)

    İndi şeir yazanların sayı kifayət çoxdur. Amma məsələ burasındadır ki, onların mütləq əksəriyyəti şeir yazmağın mahiyyətini qafiyəpərdazlıqda, pafosda görürlər. Belələri, adətən, şeir anlayışının “atributunu” kiçik və ya böyük məclislərdə əl-qollarını ölçərək haray-həşir qoparmaqda görürlər.
    İndi oxuculara təqdim edəcəyim Rauf Sübhinin şeirlərinin, necə deyərlər, öz intonasiyası, öz “səsi” var.
    Rauf ixtisasca həkimdir. Amma o, ədəbiyyata təzə qədəm qoyan bəzi üzdəniraq cığırdaşlar kimi öz şeirlərində bədən üzvlərini sadalamaqla “yadda qalmaq” amacı ilə yaşamır. Niyə gizlədək, bir çox gənc şairlər öz sərsəmləmələrində bəzən anatomiya dərsliyinin belə “unutduğu” orqanları ard-arda düzməklə “poetik kəşflər” etmək istəyirlər.
    Rauf Sübhi ədəbiyyatın “əbədi mövzularına” müraciət edir. O, həyatdan, ölümdən, kədərdən, sevgidən yazır. Amma necə?

    Deyirəm,ölü doğulub,
    Yaşayasan, sağ öləsən.
    Həyata qoca gələsən,
    Öləndə uşaq öləsən.
    “Başqa dünya”

    Qocalıq və uşaqlıq haqda çox yazılıb. Amma Raufun yanaşması təzədir, orijinaldır. Həmin şeirdə oxuyuruq:

    Doğum günü doğmalara,
    Ömrünü payla deyələr!
    Doğulanda ehsan verib,
    Öləndə layla deyələr!
    İnsan ömrünə “qeyri-ənənəvi” bir yanaşma. Bu şeirin lirik qəhrəmanı ətraf aləmi öz sağdaşlarından fərqli görür.
    Raufun “Unudaq məni” adlı şeiri də bu cəhətdən, gözlənilməz təşbelərlə diqqəti cəlb edir.

    Hər qəbahət mənimkidi,
    Gəl it kimi tutaq məni !
    Dur gedək,intihar edək,
    Dur gedək,unudaq məni !
    Həmin şeirdə qafiyələnmə prinsipi də maraq doğurur:

    Sənə qıymıram,tanışsan,
    Ya sakit dur, ya danış sın !
    Hamı mənə dərd danışsın,
    Yaş sərib qurudaq məni!
    “Tanışsan”, “danışsın, “danış sin” ... Bu qulaq qafiyələri bizə istər-istəməz həm də şifahi və yazılı ədəbiyyatımızın poetik janrlarindan birini- təcnisi xatırladadır.
    Hiss olunur ki, Rauf Sübhi klassiklərdən və müasirlərdən yaradıcı şəkildə bəhrələnir. Onun şeirlərinin dili rəvan və səlis, fikirləri isə düşündürücüdür.
    “Köhnəlmiş adam” şeiri gənc bir söz adamının “düşüncə spektrinin” rənglərini müşahidə etmək baxımından maraq doğura bilər:

    Bu gün halımı sorma,
    Sinəmin od günüdü.
    Məni təbrik eləyin,
    Dərdimin ad günüdü.

    Raufun qəhrəmanı- “dərdinin ad gününü” qeyd edən bu “köhnəlmiş uşaq adam” öz içində qıvrılır və bu “gönüqalın dünyada” öz yerini axtarır... və bəlkə də o yeri heç tapa da bilmir.

    Daha həvəsim yoxdu,
    Nə uşağa, nə evə.
    Mən köhnəlmiş adamam,
    Atın məni arxivə.

    Raufun şeirlərində həyata bir sufiyana baxış da hiss olunur.

    İnsan nədi,adam nədi,
    Onu bilməkdən gəlirəm.
    Mən ölməyə getmirəm ki,
    Elə ölməkdən gəlirəm.

    Və yaxud:
    Sağlığım var qədəhimə,
    Ölümü sən süz,ölürəm.
    Həmişə səninlə öldüm,
    Bu dəfə sənsiz ölürəm.

    Mən Raufun özünü elə də yaxından tanımıram. Bir-iki dəfə ötəri görmüşəm. Oxuduğu şeirlər diqqətimi çəkib. Və belə hesab edirəm ki, istedadlı (və ya istedadsız) adamı elə bir şeirindən, lap elə bir sözündən də tanımaq olur.
    Ümid edirəm ki, Rauf Sübhi poeziyaya ürəkdən bağlı istedadlı gənclərimizdəndir. O, şeirlərinin birində yazır:
    Daha ayrılıqdan yazan deyiləm,
    Nədən ayrılıram addımım küsür.

    Poetik addımların inamlı , qədəmin mübarək olsun, Rauf Sübhi. Ayrılıqdan ayrılsan da, öz poetik aləmindən ayrılma.











    “OĞUZNAMƏ” HAQQINDA QEYDLƏR

    Və təkcə bu barədə yox, söhbət qədim abidənin nəşrindən, həm də bəzi yazılı abidələrə laqeyd münasibətdən gedir

    “Yazıçı” nəşriyyatının yenicə nəşr etdiyi “Oğuznamə” kitabı diqqət və marağına səbəb olmuşdur. Oğuz folklorunun qiymətli incilərinin nəşri dilimizin və mədəniyyətimizin tarixi ilə maraqlanan hər kəs üçün əvəzsiz töhfədir. “Oğuznamə” – oğuz atalar sözləri öz yaranışı etibarilə keçmişə söykənsə də, məna siqlətinə, fikir tutumuna görə bu günlə səsləşir. Çoxusu cəmi bir cümlədən ibarət olan “əsərləri” oxuduqca əmin olursan ki, bu kitab gələcəyin oxucusu üçün də layiqli düşüncə və tədqiqat mənbəyinə çevriləcəkdir. Əsəri çapa hazırlayan, pnun müqəddimə, lüğət və şərhlərinin müəllifi dilçi alim Samət Əlizadənin illərdən bəri çəkdiyi gərgin zəhmət öz bəhrəsini vermişdir.
    Ulu babalarımızın müdrik kəlamlarını, qiymətli fikir xəzinəsini sistemli, ardıcıl şəkildə, əsrlər boyu qoruyub saxlayan “Oğuznamə” əsərinin ilk dəfə işıq üzü görməsi hər cür tərifə və təqdirə layiq bir hadisə kimi qiymətləndirilməlidir. İndiyəcən türkologiya elminin diqqətindən kənarda qalmış, təxminən XV-XVII əsrlərdə yazıya köçürülmüş əvəzsiz abidə indi oxuculara təqdim olunmuşdur. Əsrlərin kürəyini yerə vurub bu günümüzədək uzun bir yol qət etmiş almaz siqlətli aforizmlər, deyimlər öz bakirəliyini, ilkinliyini saxlamaqdadır, Azərbaycan və eləcə də bütün türk dillərinin qədim qatlarını öyrənmək baxımından “Oğuznamə” tutarlı mənbə hesab oluna bilər. Oğuz folklorunun yığcam nümunələri bir daha sübut edir ki, xalqımızın mifik-ədəbi-fəlsəfi təfəkkürünün formalaşması uzaq yüzilliklərlə bağlıdır. Kitabın tərtibçisi haqlı olaraq belə hesab edir ki, “Oğuznamə” ideya-məzmun, linqopoetik cəhətlərinə görə bizim atalar sözü və zərb-məsəllərimizin təməli sayılmağa layiq mənbələrdəndir. Heç də təsadüfi deyil ki, abidədəki bəzi nümunələrə “Kitabi-Dədə Qorqud” boylarında, başqa dastanlarımızda, həmçinin, klassik yazılı ədəbi əsərlərdə rast gəlirik. Kitabın “Qeydlər və şərhlər” adlanan bölümündə mövcud məsələlərin Nizami, Xaqani, Füzuli, Əbdi Bəy Şirazi, Güvahi kimi sənətkarların əsərlərində də sıx-sıx işlənməsinə aid misallar seçilmişdir.
    Bizə elə gəlir ki, “Oğuznamə” dil tariximizi, mifologiya və folklorumuzu, xalqımızın etnogenezini öyrənmək baxımından da qiymətli mənbələrdən biri olacaq. Kitabdakı məsəllərin bir çoxu xalq inamlarını, tarixi hadisələri, müxtəlif dövrlərin adət-ənənələrini özündə əks etdirir. Diqqətimizi deyimlərdən birində işlənən “Turı (Turu) at” ifadəsi cəlb edir. Həmin söz “Kitabi-Dədə Qorqud”da Duru ayğır kimi işlənmişdir. Tədqiqatçıların “Koroğlu” mənşəcə Duru (Turu) ilə eyni olduğunu söyləməsi ağlabatan və inandırıcıdır. Güman ki, gələcəkdə dil və ədəbiyyat tarixçiləri əsərdə bu cür analoji yaxınlığa, yaranış baxımından vahid kökə və zəminə malik olan leksem və morfemlərə, ifadə və cümlələrə tarixi müqayisəli prizmadan nəzər salacaq, yeni tədqiqatlar aparacaqlar.
    Əlbəttə, “Oğuznamə”nin qiymətli məziyyətləri təkcə dil faktlarının araşdırılıb öyrənilməsi ilə məhdudlaşmır. Əsərdə məzmun, ideya-estetik və bədiilik cəhətdən adamı əfsunlayan, bu gün də öz qiymətini saxlayan məsələlərə rast gəlirik. “Yaxşı söz ilə yılan indən cıqar”, “Nəsibin sən bir istərsən, həbibim, həqiqət, səni bir istər nəsibin”, “Müxənnət körpüsündən keçməkdən suya boğulmaq yekdir”, “Qılıç yarası önəlür, dil yarası önəlməz” və s. Yaxud: “Toğru derlər: - ittifaq etsə kişi aləmi dutar...” Burada adamlar arasındakı dostluq, sülh, həmrəylik, birlik vəsf olunur. Eləcə də: “Tağ nə qədər yuca isə, üzərindən yol aşar”, - məsəlində dərin rəmzi məna – təkəbbürlük, özünü çəkmək hallarına qarşı xəfif bir istehza gizlənmişdir.
    Əsərə yazılan müqəddimədə qeyd edilir ki, abidənin mətn tərkibi mütləq mənada yekcins deyildir. Həqiqətən, kitabdakı paremik vahidlər içərisində bu gün şərhi çətinlik törədən, yalnız yarandığı konkret dövrlə səsləşən ifadə və ibarələr də mövcuddur. Lakin əsərdə qərarlaşan ən adi söz belə bizim üçün qiymətlidir.
    “Oğuznamə”də vulqar səciyyəli, bir qədər kobud səslənən məsəllərə də təsadüf olunur. Yaxşı ki, tərtibçi və redaktor süni “yumşaltmaya”, evfemizmə meyl göstərməmiş, həmin aforizmlər, sözlər ya oxucuya orijinalda olduğu kimi təqdim edilmiş, ya da vulqar ifadələrin yerinə nöqtələr qoymuşdur. Elə həmin məsəllər bir daha sübut edir ki, xalq həmişə hər şeyi aşkar deməyə ehtiyac duymuşdur. Doğrudan da, hər cür neqativ hala qarşı təbii, kəskin tənqiddən vacib nə ola bilər?!
    Bu məqaləyə elə burada da nöqtə qoymaq olardı. Lakin bir anlığa fikirləşəndə ki, “Oğuznamə” indiyəcən işıqüzünə çıxmaq üçün növbə gözləyən qiymətli abidələrimizin ilk qaranquşlarından biridir, söhbətin əl-ayağını yığışdırmağın bir qədər tez olduğunu güman etdik. Axı, bizim nə qədər yazılı abidəmiz indiyəcən əlyazması şəklində künclərdə, rəflərdə, arxivlərdə, kitabxanalarda qalmaqdadır. Axı, nə üçün Azərbaycan alimlərinin neçə-neçə qiymətli kitabı əcnəbi xalqların mədəniyyəti xəzinəsinə daxil olduğu halda, öz doğma lisanında səslənməsin?
    Böyük Azərbaycan alimi Mahmud Kaşğarinin XI əsrdə böyük eşq və ilhamla qələmə aldığı “Lüğət” (“Divani-luğat-it-türk”) 900 illik uzun bir məsafəni qət edib “dünya səyahətinə” çıxsa da, bu çağacan öz xalqının görüşünə gəlib yetə bilməyib. Niyə? Çağdaş dövrün çox nadir dil tarixçisi ola bilər ki, adı çəkilən lüğətə bu və ya digər münasibətlə müraciət etməsin. Elə Azərbaycan dilçi və tarixçilərinin, ədəbiyyatçı və filosoflarının özləri də yeri düşəndə “Lüğət”ə gen-bol isnad edir, ona etibarlı mənbə kimi yanaşırlar. M.Kaşğarinin yaratdığı abidə bizim dilçilərin bir çoxuna az qala yaxın gələcəkdə abidə qoymaq üçün postamentə çevrilsə də, onlara çin və rütbələr gətirsə də nədənsə öz çapı üçün alim və naşirlərimizlə “dil tapa” bilmir. 50-60 il əvvəl Azərbaycan alimi Xalid Səid tərəfindən tərcümə edilən əsər Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun köhnə qovluqlarında sarala-sarala qalmaqdadır.
    Başqa bir abidə - İbn Mühənnanın “Lüğəti” (“Kitabi-məcmusi tərcüməni türki və əcəmi və moğoli və farsi”) 1245-ci ildə tərtib olunmuşdur. Əsər ötən əsrdə Leydendə T.Xoutsma tərəfindən alman dilində, 1934-cü ildə A.Battol tərəfindən Türkiyədə çap olunsa da hələlik bizim milli elmi yaraqxanamıza daxil edilməyib. Abidənin rus alimi P.M.Melioronski 1900-cü ildə kitab şəklində çap etdirmiş və həmin əsərlə bağlı doktorluq dissertasiyası yazmışdır. Dilçilik elmində “İbn Mühənna lüğəti” kimi məşhur olan, dünyanın bir çox alimlərini hərəkətə gətirən hərarətli əsər neçə illərdir ki, bizim laqeyd alim və naşirlərin buza dönmüş ürəyinə insaf qığılcımı sala bilmir. Bu, məsələnin bir tərəfi. Bundan da az dərd deyil ki, görkəmli Azərbaycan alimi professor Bəkir Çobanzadənin həmin lüğət haqqında yazdığı 20 çap vərəqi həcmində tədqiqat əsəri nəşriyyatların tematik planına “ayaq aça” bilmir.
    Əgər bir zamanlar – lap dəqiqi XVII-XVIII əsrlərin böyük alimi Məhəmmədtağı Qaraqoyunlu bilsəydi ki, onun böyük zəhmət hesabına yazdığı “Fərhəngi-türki” lüğəti xələflərinin qayğısından, diqqətindən uzaq düşəcək, bəlkə də belə bir ağır işə girişib əziyyətə qatlaşmazdı. Əsərin Hindistanda saxlanan yeganə əlyazması nüsxəsinin fotosurətinin respublika Əlyazmaları İnstitutuna gətirilməsi ürəkaçan hadisə olsa da, onun nəşrinin “arxa plana” keçirilməsi qənaətbəxş hal kimi qiymətləndirilə bilməz.
    Biz vətəndaşlıq borcumuz haqqında dərindən düşünsəydik, indiyə qədər Orxon-Yenisey abidələrini nəinki çap edər, bəlkə də bu abidənin min iki yüz illik, hələ bir az da qədim olan yubileyini qeyd edərdik. Əgər belə olsaydı biz hindu şah Naxçıvaninin az qala Nizami dövrü ilə həmçağ olan “Lüğət”inin çapını da yada salar, onu işıq üzünə həsrət qoymazdıq.
    Bəli, söz-sənət bahadırlarımızın bir çoxuna haqlı olaraq əzəmətli abidələr qoyulub. Amma unutmamalıyıq ki, böyük sənətkarların özləri bizdən çox-çox əvvəl öz abidələrini ucaldıblar. Bizim tariximizə, dilimizə, mədəniyyətimizə aid olan həmin abidələrin bir çoxu neçə əsr bundan əvvəl yaradılıb. Həmin abidələri sadəcə olaraq xalqa təqdim etmək hamımızın borcudur. Nəhəng abidələrimiz üçün təkcə postamentlər çatışmır.
    İndiki aşkarlıq şəraitində böyük elm və sənət abidələrimizin üzə çıxmasına mane olan hər cür pedant təsəvvürə, xırdaçılığa qarşı “səlib yürüşü” elan etməyin vaxtı çatıb. Bir çox başabəla alimlərin, öz keçmişinə həmişə tərəddüd və şübhə ilə yanaşan, suyu nə qədər üfürsə də... içməyən yalançı “elm dəryalarının” illərdən bəri donub buz bağlayan inhilist iddia və təsəvvürlərini alt-üst etməyin zamanı yetişib.
    Söhbətə “Oğuznamə”dən başladıq. Sözümüzün sonunda da həmin abidədə söylənilən bir fikri yada salmaq istərdik: “Fürsəti fövt eyləyib qoyma bugüni yarına...”

    “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 12 yanvar 1988-ci il











    Axundovun milli mənsubiyyəti haqda

    “Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur” ... Bu sözlərin müəllifi Mirzə Fətəli Axundovdur.
    Axundov öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”. Axundov doğrudanmı farsdır? Axundov o zaman üçün düz deyir- farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var).
    Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi idi. Və Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir- Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda “fars” kimi qeyd ediblər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də sənədlərdə gah “tatar”, gah da “fars” kimi qeyd olunub.
    Bəs niyə türk yox, fars?
    Məsələ burasındadır ki, o vaxtlar İranda doğulan bütün insanlar fars, Rusiyada doğulan bütün insanlarsa rus adlandırılırdı.
    Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların hamısına “rus” deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci demirikmi?
    Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars, qafqazlı (nadir hallarda tatar) deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.
    Mən bunu niyə yazıram?
    Çünki indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir




    IV.RETRO


    TƏLƏBƏLƏRİMİZ YENİ KİTABLAR HAQQINDA

    “RAST”DA RASTLAŞDILAR
    (Qərib Mehdiyevin “Rast” povesti haqqında qeydlər)

    Yazıçı Qərib Mehdiyevin “Rast” povestində eqoizmlə ürəyiaçıqlıq, inhilizmlə humanizm üz-üzə gəlir. Traktorçu Cəmillə müğənni Sultan ağ və qara rənglər kimi povestin səhifələrinə həkk olunmuşdur. Traktorçuluqla müğənnilik öz-özlüyündə ayrı-ayrı nöqtələrdir. Lakin bu “yad” nöqtələri istedad adlı bir xətt birləşdirir.
    Əsil istedad kimdir? “Rast” povestində yazıçının aydınlaşdırmağa çalışdığı əsas məsələlərdən biri budur.
    Sultan Ağabəyli müğənnidir. Müğənnidir ona görə ki, artıq Sərdar Ağabəyli “məşhur bəstəkar və nəzəriyyəçidir”. Müğənnidir ona görə ki, valideynləri onu məhz müğənni görmək istəyirlər. İnsafən, Sultan o qədər də korafəhim deyil. Lakin o qədər istedadlı da deyildir. Bəs Cəmil? O, müharibə adlı qorxunc dəyirmanın qara daşları arasında üyünüb, son ünvanı “qara kağız” olan tarçı Qurbanın oğlu, Sərdar Ağabəylinin məşuqəsinə çevrilən Sürmənin oğulluğudur.
    Cəmil mahnı müsabiqəsində birincilik qazana bilmir. Çünki irəlidə Ağabəylinin əziz-xələfi, Sultan var. Və “Vətən haqqında nəğmələr bəstələdiyinə görə hər yerdə təriflənən” Ağabəylinin oğlunun ürəyini münsiflər heyəti də sındırmır. Ona görə də “Rast” muğamı Sultana qələbə, Cəmilə məğlubiyyət gətirir.
    Cəmil konservatoriyaya daxil ola bilmir. Nə olsun ki, onun səsi var, istedadı var! Çünki qabaqda Sultan durur. Çünki vokal şöbəsinə 2 nəfər yox, bircə nəfər lazımdır.
    Yenə “Rast” oxunur. Yenə münsiflər heyəti Cəmillə Sultanın istedadını “yoxlayır”. Bu dəfə də qələbə Sultana verilir.
    Nəhayət, “Rast” Cəmillə Sultanı üçüncü dəfə rastlaşdırır. İndi “münsiflər heyəti” toya toplaşanlardır. Cəmil demişkən: “Orada xalq yox idi. Burada isə xalq var. Xalq ədalətlidir, qoy qalibi camaat müəyyən etsin”.
    Ağ rəng qara rəngi ötrüt. İndi “Rast” müğənnilik hüququnu müğənnidən alıb traktorçuya verir.
    Yazıçı Qərib Mehdiyevin povesti, necə deyərlər, bir oxumluq nəğməyə bənzəyir. Əsərin hər fəsli bir muğam üstə “köklənib” desək, yanılmarıq. Başlıqların muğam adları ilə adlandırılması isə povestin təravətini daha da artırır. Düzdür, şərt təkcə forma və üslubda deyildir. Lakin təzə üslubun özü də qiymətləndirilməlidir.
    “Rast”ın əsas qəhrəmanı Cəmilin keçirdiyi əhval-ruhiyyəyə uyğun seçilmiş sərlövhələr obrazı oxuculara daha yaxından tanıdır. “Vilayəti” fəslində bir acı hüzn varsa, “Mayə rəngi” fəslində coşqun qəzab daha güclüdür. Əgər biz “Əraq” və “Əyat” fəsillərindəki Cəmili müqayisə etsək surətin hansı xətt boyunca inkişaf etdiyini bir daha müşahidə etmiş olarıq. “Əyaq”dakı Cəmil artıq özü, öz antipoduna çevrilir. Utancaq, sadəlövh Cəmilin daxilindəki püskürüb çıxan mübariz, coşqun Cəmil təbii olaraq qələbə çalır.
    Əsər bir sıra nöqsanlardan da xali deyildir. Bəzi hadisə və mətləblərin uzadılması lüzumsuzdur. Əsərin “Mayə” fəslində, Cəmillə kolxoz sədri Salam dayının söhbəti istənilən təsiri bağışlamır.
    Ümumiyyətlə, Qərib Mehdiyevin şirin, oxunaqlı bir dillə yazılmış “Rast” povesti, yəqin ki, oxucularımızı razı salacaqdır.

    Firuz MUSTAFAYEV,
    filologiya fakültəsunin tələbəsi
    “GƏNC MÜƏLLİM” qəzeti, 13 aprel 1974-cü il















    ŞAİRİN GÖRDÜKLƏRİ
    (Şota Salehovun kitabı haqqında)

    Bir əlçim kitab... Bir gənc şairin ürək döyüntüləri... oxucu rəyi gözləyən narahatlığı. Ümidverici və təəssüfləndirici misralar. Cəsarətli, tutarlı parçalar. İnstitutumuzun məzunu Şota Salehovun “Gənc şairin ilk kitabı” seriyasından olan kitabçısı “Gördüklərim” adlanır. Kitabı oxuyarkən oxucu hiss edir ki, Şota, həqiqətən, gördüklərindən yazmağa çalışır. Və bu yerdə adamın yadına bir məsəl düşür: “Eşitdiyindən çox gördüyünə inan”.
    İnam başlıca şərtdir. Xüsusən şair inamı. Bir də şairə qarşı oxucu inamı. Şota öz oxucularının çox zaman inandırır.
    Heç yolunuz tarlaya düşübmü? Taxıl zəmisinin necə dalğalandığını görüb- sünüzmü? Həmin zəmilərə şairlərimiz dəniz də deyiblər, səma da, kitab da... Bu təşbehlər istənilən qədərdir. Ş.Salehov da yeni fikir deməyə çalışıb. Və görün o bircə bəndlik “Şeir” şeirində bir sünbül haqqında öz poetik fikrini necə təqdim edib:

    Mən bir gün yolumu
    tarladan saldım,
    Bir anda gözümdə sevinc
    oyandı.
    Çəkib bir sünbülü əlimə
    aldım,
    Ovcumda bir misra şeir
    yarandı.

    Bu poetiklik və təbiilik şairin bir çox başqa şeirlərinə də aiddir. Şotanın şeirləri həcmcə yığcamdır, kiçikdir. Şərt odur ki, öz fikirlərini oxuculara bir “Gördüklərim”i vərəqlədikcə hiss edirsən ki, şair Azərbaycan torpağının çox guşəsini gəzib. Həm də təkcə şair kimi yox, tarxiçi kimi. Axı, gənc şair Azərbaycan SSR EA-nın tarix institutunun aspirantıdır.

    Qobustan haqda çox yazılıb. Poema da, şeir də həsr edilib, balet də bəstələnib, şəkillər də çəkilib, elmi əsərlər, tədqiqat materialları da nəşr olunub. Hamı da öz ixtisası, öz tədqiqatı sahəsində yeni fikirlər söyləməyə çalışıb. Şota da öz fikirlərini şeirə çevirib deyir. Şairə görə, “Bakıdan buraya 10 addımlıq yol yox, bir neçə min illik yoldur”, “bir zəncir həlqəsi bir qəbiləmizdir”. Və “daşlar nəğmə ilə döyüldüyündən nəğməyə dönüb”. Haqqında danışdığımız “Qobustan” şeirinin son misraları şairin fikirlərini tamamlayır. Daha da obrazlı səslənir:

    Heyranam xalqımın
    abidəsinə
    Bura nə qayalıq, nə adi
    daşlıq...
    Kim bilir, bəlkə də yer
    kürəsinə
    Burdan yayılıbdır
    heykəltəraşlıq!

    “Gördüklərim” də şairin “gördüklərinin” bir çoxunu oxucular da görüb. Sən də görübsən, mən də...
    Görmüşük ki, iki ailə bir binada, necə deyərlər “qapıbir qonşudur”. Ancaq onların nəinki gəliş-gedişi var, hətta, bir-birinin adlarını da bilmirlər. Bəli, biz belə “xırda” hadisələri görmüşük, özü də çox... Ancaq kənddən şəhərə - oğlu Aydının yanına gələn Süleyman kişi belə şeyləri görməyib. Süleyman kişi oğlunun yaşadığı binanı tapıb, di gəl ki, mənzili tapa bilmir. O, öz oğlunu həmin binanın sakinlərindən soruşur. Məlum olur ki, burada heç kim bir-birini tanımır. Süleyman kişiyə Vəfadar adlı bir gənc də rast gəlir. O, kişinin verdiyi ünvana baxır.

    Küçə bizim küçədir,
    Dalan bizim dalandır,
    Bina bizim binadır...
    - Tanımıram, ay əmi,
    Bəlkə ünvan yalandır?

    Ancaq tezliklə məlum olur ki, ünvan yalan deyil. Vəfadarla Aydın məsafəcə yaxın qonşulardır. Bir-birlərini isə tanımırlar. Süleyman kişi qonşuları danlayır.
    Şotanın ilk kitabında toplanan “Yaz günləri”, “Tarix”, “Vyetnam döyüşü”, “Qəhrəman” şeirləri də maraqlıdır.
    Təəssüf ki, kitabçadakı şeirlərin hamısı eyni səviyyədə deyil, bu da ondan irəli gəlir ki, Şota həmişə “gördüklərindən” yazmır. O bəzən haradansa, kimdənsə “eşitdiklərini” oxuculara yenidən “xatırladır”.

    Danış, elin sözüylə,
    seyr et sərraf gözüylə,
    sənətkarı özüylə
    Gələcəyə el çəkər.

    Biz, “Çəkər” şeirindən götürülmüş bu parçanın bədii və sənətkarlıq cəhətdən nə qədər zəif olduğuna varmadan təkcə onu demək istəyirik ki, “Sənətkarı el çəkər” ifadəsi çox obrazsız və kobud səslənir.
    “Mənə desələr ki...” şeirində şairin ideyası nə qədər təqdirə və təsdiqəlayiq olsa da mövzu dəfələrlə işlənmiş mövzudur. Hətta, bəzi misralar o qədər işlənib ki, oxucuların şeiri ikinci dəfə oxumağa həvəsi qalmır.
    Ümimiyyətlə, Şota Salehovun “Gördüklərim” adlı şeir kitabçası oxuculara, şairin layiqli hədiyyəsidir. Arzu edirik ki, gənc şair öz vədinə həmişə sadiq qalsın: “gördükləri”ndən yazsın.

    “GƏNC MÜƏLLİM” qəzeti, 8 iyun 1972-ci il






    “ÇƏNLİBEL”
    (Əlisa Nicatın kitabı haqqında)

    Əlisa Nicat istedadlı şairdir. Onun bu yaxınlarda çapdan çıxmış yeni kitabı “Çənlibel” adlanır. Kitabda şairin bir sıra şeirləri və 4 lirik poeması toplanmışdır. Əlisanın oxuculara təqdim elədiyi yeni hədiyyəsi göstərir ki, onun mövzu dairəsi geniş və rəngarəngdir. O, hansı predmerə müraciət edirsə ona poetik məna verməyi, onu “dilləndirməyi” bacarır. Bu baxımdan kitabdakı “Qu quşu”, “Birdir bizim yaşımız”, “Yay etüdləri” silsiləsindən olan şeirləri maraqlıdır.

    Bu sehirli dünyada
    Nə qədər ki, mən varam
    Səmadan bəxtiyaram,
    Günəşdən bəxtiyaram,
    Çeşmələrin sevinci,
    Çiçəklərin zəriyəm.
    Çəmənlərin baharı,
    Yolların əzbəriyəm...
    İlk baxışda bu misralar adi sadalama təsiri bağışlayır. Lakin şeiri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada artıq söz, yersiz ifadə və misralar yoxdur.
    Şairin poetik baxışının qüvvətli olması oxucunu ələ alır. Onu özü ilə gah Çənlibelin zirvələrinə qaldırır, gah Mirzə Şəfinin dərdinə şərik çıxarır, gah meşə yolunda gəzdirir, gah da gecikmiş məhəbbəti üçün təəssüflənməyə vadar edir.
    Payız haqqında çox şeirlər yazılmışdır. Amma, Əlisanın “Payız”ı başqalarından fərqlidir. O, yarpaqların töküldüyünə belə gözəl poetik məna verir:
    Yarpaqlar töküldü...
    Elə bil ki, təbiət
    Od tutmuş paltarını
    Soyundu tələsik...
    Lakin bu sözləri şairin bütün şeirləırinə şamil etmək mümkün deyil. Məlum həqiqətdir ki, ayrılıqda götürülmüş hər bir sənətkarın yaradıcılığında müəyyən qüsurlarla, qeyri-obyektiv şəkildə intişar edən ritmlərə rast gəlmək olar. Bu isə sənətkarın müəyyən bir qəlibdə ölçüdə yazılmasını qarşıya məqsəd qoyduğu əsərində assosiasiyalar düzümünün pozulmasına, diolektik bağlılığın zəifləməsinə səbəb olur. Nəticədə dinamikliyin qeyri-normal şəkildə inkişaf sənətkarın spesifikliyinə, özünəməxsusluğuna xələl gətirir. Bu baxımdan Ə.Nicatın da şeirləri arasında bitkin olmayan, mücərrəd, ritorik parçalara rast gəlmək mümkündür. Bəzən eyni söz və ifadə dəfələrlə təkrarlanır. Şair əksər şeirlərində “qızılı”, “qürub” və başqa sözləri işlədir. “Qürubumun tozu”, “səsinin qızılı”, “qürublu şehlər” kimi qeyri-real, yeknəsəq, şeirə xələl gətirən ifadələr oxucunu təmin etmir. Şair “Gözəl bir qız olasan” şeirində “qızıl payız” kimi dəqiqlikdən uzaq olan ifadə işlətmişdir. Bildiyimiz kimi, yaza yox, adətən payıza “qızıl payız” deyirlər. Yaxud, adsız şeirlərini birində (səh.35). “Gəl buludlar kimi olaq, rastlaşanda ötüşək, səssiz-səmirsiz” kimi misralarında təbiətin məlum qanunları zəif şəkildə təhrir edilmişdir. Axı, buludlar rastlaşanda heç də “səssiz-səmirsiz” ötüşmür. Onların rastlaşması, toqquşması nəticəsində şimşək çaxır. Bəlkə də şeir abstrakt səciyyə daşısaydı bu cəhət haqqında mühakimə yürütməyə dəyməzdi. Söhbət real predmetdən getdiyi üçün, mücərrəd xüsusiyyətlərin qeyd edilməsini zəruri sayırıq.
    Yeri gəlmişkən, Ə.Nicatın şeirlərində olan zəif cəhətlərdən birini də qeyd etmək istəyirik. Onun bəzi şeirlərinin dili nəsr dili dərəcəsinə enir. Axı, şeirdə daxili poeziya, poetik hiss, fəlsəfə düşüncə olmadıqda, əsər öz təsir qüvvəsini itirir.
    Ümumiyyətlə, Ə.Nicatın “Çənlibel” kitabı bir sıra zəif parçalar istisna olunmaqla, şairin kitabdan kitaba püxtələşdiyini göstərir.
    Firuz MUSTAFAYEV

    “GƏNC MÜƏLLİM” qəzeti, 16 mart 1972-ci il











    YARADICILIQ
    ZƏHMƏT TƏLƏB EDİR

    Bir dəfə poeziya həvəskarlarından biri böyük proletar yazıçısı Maksim Qorkinin yanına öz şeirlərini gətirir. Qorki şeirləri diqqətlə oxuyub, gəncin “Mən şair ola bilərəmmi?” sualına belə cavab verir: “Poeziyanın yollarında çoxlu itiuclu mismarlar var. Əgər sən həmin mismarları ayaqlayıb keçməyə qadirsənsə şair ola bilərsən”.
    Dahi yazıçının sözlərində böyük bir həqiqət vardır. Poeziyanın enişli-yoxuşlu, “mismarlı” yollarından cəsarətlə keçmək üçün şair olmaq istəyən hər bir adamda istedad inam və dözümlülük olmalıdır.
    Redaksiyamıza tələbələr şeir, hekayə və miniatürlərini gətirir, məsləhət istəyir, bəzən hökmən dərc edilməsini tələb edirlər. Əlbəttə, biz onlara imkan daxilində məsləhət verir, xoşagələn şeirləri qəzetimiz vasitəsilə oxucuların mühakiməsinə veririk. Ancaq etiraf etməliyik ki, şeirlərin əksəriyyəti quraşdırma, zəif və bəsit yazılar səviyyəsindən yuxarı qalxa bilmir. Adamın “şeir” deməyə dili gəlmədiyi belə yazılarda yeni fikir və yeni ifadəyə rast gəlmək olmur.
    Coğrafiya fakültəsinin tələbəsi Tapdıq Əlizadə redaksiyamıza iki şeir göndərmişdir. Bu şeirləri oxuduqdan sonra qənaətə gəlirsən ki, Tapdıq hələ şeir yazmağın adi qayda-qanunlarından xəbərsizdir. O “Qarabağ” adlı şeirində yazır:

    Almalı, armudlu,
    heyvalı, narlı,
    Soltanbuz meşəsi,
    üzümlük bağı.
    Çöllərə can verən
    Qarabağ kanalı
    Füsunkar görünən
    Qarabağdadır.

    Burada həddindən artıq fikir dağınıqlığına, qafiyə pozğunluğuna yol verilmiş, hacaların bölgüsü pozulmuşdu. Bir, iki və dördüncü misralar on bir hecalı, üçüncü misra isə on iki hecalıdır. Şübhəsiz ki, söhbət hecaların sayından yox, ümumən şeirin zəif xüsusiyyətlərindən gedir.
    Həmin fakültənin tələbəsi Sabir Nemətzadənin redaksiyamıza təqdim etdiyi şeiri “Tələsirəm” adlanır. Bu şeir süni, quru təsir bağışlayır. Yeni söz, poetik axtarış, ürəkaçan misralar olmadığı üçün oxucunu yorur:
    Tələsirəm gözlədiyim,
    Zəhmət, hünər içərisinə.
    Tələsirəm qovuşmağa
    Milyonların gur səsinə.

    Burada “içərisinə” sözü heca düzümünə əməl etmək xatirinə “içərsinə” kimi yazılıb. Sonra da “zəhmət, hünər” içərisinə necə tələsmək olar?
    Belə qüsurlar fioloji fakültənin tələbəsi Kamal Xəlilovun da şeirlərində vardıq. O, tez-tez ifadə və fikirləri təhrif edir, ritorik, təmtəraqlı sözlər işlədir, şeiri obrazlarla yükləyir. Kamalın “Bahar” şeirində “güllər – ümidlər” qafiyə kimi işlənmişdir. Bütün bu qüsurlarla yanaşı onun şeirində ümidverici misralara da rast gəlmək olur. Kamala məsləhətimiz burud ki, öz üzərində ciddi çalışsın, klassik və müasir şairlərimizin şeirlərini dərindən, hərtərəfli öyrənsin.
    Filologiya fakültəsindən Maqbet Nəbiyevin redaksiyamıza göndərdiyi ilk qələm təcrübələri həm bədii, həm də sənətkarlıq cəhətindən zəifdir.
    Bütün bunlarla yanaşı deməliyik ki, bir sıra müəlliflərin – Firidun Kərimovun, Arif Xəzərin, Zahid Həmidoğlunun, Eldar İbrahimin (filoloji), Kəramət Həsənovun (riyaziyyat), Əli Baybalayevin (hazırlıq şöbəsi) şeirlərində yeni fikir, yeni söz axtarışlarına təsadüf edilir.
    Yaradıcılıq zəhmət tələb edir. Arzu edirik ki, tələbə şairlər həmişə poetik axtarışlar aparsın, çoxlu mütaliə etsin və qəlblərə yol tapan şeirləri ilə bizi sevindirsinlər.

    Firuz Mustafayev
    “GƏNC MÜƏLLİM” qəzeti, 1974...








    MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri
    haqqında illər öncəsi yazılmış bir məqaləyə
    müəllifin kiçik əlavəsi


    1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı, həmin vaxt dünya ədəbiyyatının canlı klassiklərindən biri hesab edilən Miхail Şоlохоvun 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. O zaman mən indiкi Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin sоnuncu кursunda охuyurdum. Məşhur ədibin yubilеyi ilə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada "Şоlохоvun "İnsanın talеyi" pоvеsti" mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna gəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan "Azərbayjcan gəncləri" qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iкi-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya xarakterli bir mətn gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum publisist-yazıçı Şamil Fərzəliyеv mənə bеlə dеdi: "Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmazdı".
    Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi... Sən demə redaktor mülayim xasiyyətli, həlim bir adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
    Aradan onillər кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, yazıçının milyonlarla oxucusu onu daim ehtiramla anır. Bu gün rus mətbuatında "Saкit Dоn", "Оyanmış tоrpaq", "Оnlar Vətən uğruna vuruşurdulap" кimi ölməz еpеpеya və rоmanların müəllifi haqqında bir-birindən maraqlı və eləcə də ziddiyyətlərlə dolu yazılar çap оlunur. Həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, "antisоvеtçi" оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş... Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
    Yeri gəlmişkən, onu da deyim ki, o vaxt həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
    P.S.
    Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun "İnsanın talеyi" pоvеsti ilə bir neçə on il əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
    Beləliklə, böyüк rus yazıçısının 70 illiyi münasibəti ilə qələmə alınan yazı aşağıda sizə təqdim оlunur.

    "İNSANIN TALЕYI"

    Yazıçı ölməz qəhrəmanların, nəhəng adamların həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхarı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa "qəhrəmanlar" yaradar.
    Sənətкar "adi" adamların həyatından əsər yazar, laкin "adiliк" məziyyəti çərçivəsini sındırar, özü də, yaratdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
    Sокоlоv adi bir adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir - ən bahlıcası, İnsandır!
    Sокоlоv qəhrəmandır. Ancaq о özünü "qəhrəman" hеsab еtmir. Bu "adi", "sıravi" adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bir оbraz, yеnilməz bir qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bir priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq "söhbətə girişib", охucuya кamil, bitкi bir хaraкtеr təqdim еdir.
    Əgər biz, "Sокоlоvla söhbət", "Sокоlоvla müsahibə" dеsəк, bu, çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adicə söhbət dеyil. Bu - ürəк yanğısıdır. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifrətdir!
    Müsahibənin diqqət mərкəzində - insan durur; bir də кi, insanın talеyi!
    Söhbət təк bir insanın talеyi yох, ümumiyyətlə, insanların, insanlığın - yəni bəşəriyyətin talеyindən gеdir. "Saкit Dоn" yazan tənqidçilər Qriqоri Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdirlər. Mеlехоvun səhvləri də, qələbələri də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilir.
    "Saкit Dоn"un qəhrəmanı haqqında dеyilən həmin sözləri, еlə оlduğu кimi "Insanın talеyi"nin qəhrəmanına da aid еtməк оlar.
    Sокоlоvun хaraкtеri - Sоvеt adamının хaraкtеridir. Bizə еlə gəlir кi, pоvеsti müharibə haqqında yazılmış gözəl həm də оlduqca кədərli bir rекviyеm hеsab еtməк оlar. Sокоlоvun ilк baхışda saкit, bir qədər də коbud danışığının, söhbətinin arхasında bir кövrəкliк, qüvvə sеzilir. Hadisələrin birinci şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlarını bir qədər daraltmışdır, Laкin digər tərəfdən bu, əlvеrişli оlmuşdur. Bеlə кi, qəhrəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləri açmaq imкanı əldə еdilmişdir.
    Sокоlоvun hər кəlməsinə, hər cümləsinə böyüк bir yanğı haкimdir. Biz pоvеstin ilк sətirlərində, ilк səhifələrində qəhrəmanın hələ öz dünyası ilə, əgər bеlə dеməк mümкünsə, öz miкrоmühiti ilə tanış оluruq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-arvad-uşağını düşünür. О, hətta, hərdən еvə sərхоş gəlib (maaşını alanda), bir az da qalmaqal salır, arvadını bеlə incidir.
    Şоlохоv qələmi, öz qəhrəmanın adi hərəкətini bеlə mənalandırır. Yazıçı Sокоlоvun оbrazını yaratmaqla, охucuya canlı insan təqdim еdir. Sənətкarın sadə üslubu şarjçılıqdan, şüarçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdır. Hətta, biz, hərdən оbrazın bəzi hərəкəti ilə razılaşmırıq, səsimizi qaldırıb, еlə yох, bеlə оlmalıdır - dеmə istəyiriк, Ancaq nə еtməli? Bu, həyatdır! - Bu insandır - həm də canlı insan. Sənətкarın rеalizmini, sənətкarlığını şərtləndirən əsas amillər zühur оlur, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхır. Müharibənin başlanması hər şеyi dəyişir. Hərbin zəhərli qохusu, Sокоlоvun da həyatına, miкrоdünyasına təsirsiz qalmır. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünür. Həinкi düşünür, hətta bəşəriyyət qarşısında özünü cavabdеh, hеsab еdir. Bеləliкlə "Tələbat" özünə оrqan düzəldir" (Еngеls)
    Artıq, "mən-özümünəm, mən-ailəminəm" fiкri, "mən-dünyanınam, insanlığınam" коnsеpsiyası ilə əvəz оlunur.
    Dеdiyimiz кimi, Şоlохоv охucuya quru, hissiz, duyğusuz pеrsоnaj "sırımır". Оnun təqdim еtdiyi оbraz-insanın özü yaratdığı həyat - həyatın özüdür. Bu fiкri оna görə, iкinci dəfə хatırlatmalı оluruq кi, rоvеstdə bütün hadisələr dinamaк inкişafdadır. Sокоlоv əsir düşür, ölümlə pəncələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndir. Bildiyimiz кimi əsipliкdə Кrıjnyоv familyalı bir "əclaf" öz коmmunist коmandirini satmaq istəyir. Sокоlоv satqını bоğub öldürür.
    Yazıçı Sокоlоvun öldürdüyü satqın Кrıjnyоvun mеytini uzun- uzadı təsvirlə yох, cəmi bir-iкi cümlə ilə təqdim еdir: "Хain murdar оlmuşdu, dili də bir rarça bayıra çıхmışdı". Bu cümlədən hər şеy məlum оlur. Təкcə "murdar оlmuşdu" ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdir.
    Sокоlоvun pоtеnsial iradəsi və səbatı əsirliкdə daha qabarıq şəкildə üzə çıхır. О, öz кişiliyi və mərdanəliyi ilə gözlərimiz qarşısında nəhəng, əyilməz, yеnilməz bir хaraкtеr кimi janlanır. Müharibə adlı dəyirmanın qara daşları insanları un кimi üyütsə də, əsil insanlar yеnə də öz bəşəri hisslərini qоruyub, mühafizə еdirlər. Sокоlоv nə qədər dəyişsə də, nə qədər коbudlaşsa da hələ insan оlaraq qalmaqdadır. Biz оnun əsirliкdəкi həyatı ilə bağlı bir еpizоdu хatırlamağı vacib biliriк. Düşərgə коmеndantı Müllеr hər gün özünü acıqlandırmaq üçün, 10 dəqiqə sıranın qabağında durub bizi söyərdi. Ana söyüşlərini bizim üstümüzə yağdırardı. Ancaq biz bundan bir yüngüllüк duyardıq, aхı, bu sözlər bizim sözlərdən, bu sözləri еşidəndə еlə bil кi, оna yurdundan bir balaca mеh əsirdi. О Müllеr dеyilən bilsəydi кi, оnun söyüşü bizə ancaq ləzzət vеrir, bizi rusca yох, öz dilində söyərdi".
    Yazıçı, göründüyü кimi, Vətəni üçün burnun ucu göynəyən adamların hisslərini оlduqca təbii və maraqlı bir şəкildə təqdim еtmişdir.
    "Insanın talеyi" - talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bir abidədir. Insan, özünü talеyin aхarına təslim еtmir. Əкsinə, öz talеyini özü həll еdir, öz talеyinə özü haкim кəsilir. Dеməк, söhbət təкcə Sокоlоvun yох, ümumən, Sокоlоvların talе gərdişinə qarşı mübarizəsindən gеdir. Dеməк, Sокоlоvları məhv еtmə оlmaz. Dünya, оnları vacib оlduğu üçün, lazımlı оlduğuna görə dünyaya gətirmişdir. Sокоlоvlar dünyanı dağıtmaq, хarabaya çеvirməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlar.
    Maşındı gəzdirdiyi faşist yоl mühəndisinin başını əzərкən hiddətlənən Sокоlоv, nə qədər qəddərdırsa dоğma tоrrağı qucaqlayıb örərкən bir о qədər кövrəк və səmimidir! "Dava" haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, "dava qurtarandan sоnra оğlunu еvləndirib, özüm də оnların yanında qalacağam, həm dülgərliк еləyəcəyəm, həm də nəvələrimə baхacağam" - dеyə şirin düşüncələrə dalarкən nə qədər кövrəlir, saf uşaq хülyasına qarılır?!
    "Insanın talеyi"... Bəlкə dövrün, zamanın talеyi?
    Indi talеləri bir-birinə yağı кəsilən insan həll еdir. Indi talеlər zamanın höкmündən aslıdır. Talе yalnız sənin özünü əzməкlə, tartalamaqla кifayətlənmir. Talе - qоrхunc əllərlə sənin еvini bоmbalayır, ailəni həşərat кimi bircə anda məhv еdir. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötürüb qələbə günü tоrrağa tarşırır. Talе-sənin еlə hisslərini, еlə arzularını кülə döndərir кi...
    Bəli, insanın talеyi-dünyanın talеyinə çеvrilə bilər.
    Talеnin sərt qanunlarına qarşı sinə görməк üçün Sокоlоvların оlması bir tələbat, bir zərurət кimi mеydana çıхır.
    "Insanın talеyi" müharbə və müharibə qızışdırıcılarına qarşı yazılmış оdlu bir ramflеtdir. Düzdür, əsər, əsasən müharibəyə, müharibənin törətdiyi fəlaкətlərə, hərbin gətirdiyi qırğınlara həsr оlunub. Fəqət söhbət təкcə bununla bitmir. İndi müharibə qurtarıb. Dünyada əmin-amanlıqdır. Şоlохоv öz qələmini qəlbə fişəngləri atılmaq səhnəsi ilə yеrə qоysaydı, bizcə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
    Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Ancaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını cəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağacıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapici əlamələpini nеcə təsvip еdip: "Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun cоpabını кüvə dağıtmışdı". Şоlохоvun qəhpəmanının faciəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, cəmiyyətdə prоblеmlər hələ qalmaqdadır. Sanкi müharibədən qələbə ilə qayıdan Sокоlоv "dinc" həyatda məğlub оlur. Dеməк, hələ də yеrlərin, vəzifələrin bölüşdürülməsində tərs mütənasibliк var. Dеməк cəmiyyətdə hələ də çatışmamazlılıqlarımız var, əкər-əsкiyimiz var.
    Şоlохоv böyüк bir rеalist кimi sоsial həyatda оlan əyintiləri, çatışmazlıqları özünəməхsus bir cəsarətlə təsvir еdir. İnsanların talеyi uğrundu öz həyatından-öz talеyindən кеçən mübariz bir əsgər, bir sоvеt adamı haqqında, кimi bilir, müharibə zamanı nə işlə məşğul оlan bir avtоmоbil müfəttişi də yalnış qərar da çıхara bilərmiş!
    Rоvеstin sоn sətirlərindən bildiyimiz кimi, başına gələn hadisələri danışan Sокоlоv кövrəlir.Ancaq о göz yaşlarını hamiliyə götürdüyü uşaqdan gizlədir, gərəк uşaq göz yaşını görməsin, özünün dеdiyi кimi, "кişilərin aхıtdığı göz yaşını".
    "Insanın talеyi" о, çох qəribədir. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala bilər. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir - bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
    Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. О, qələbələr üçün dоğulub.

    arrel-may 1975-ci il

















    Bir yazının taleyi
    “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı və onun müəllifi haqqında

    Aşağıda təqdim etdiyim yazının altındakı çap tarixini (4 noyabr 1972-ci il) görərkən yaddaşım məni, necə deyərlər xatirələrin cığırı ilə, bir daha ötənlərə-keçənlərə qaytardı. Mən o vaxt tələbə idim. Səhv etmirəmsə, 2-ci kursda oxuyurdum. Mətbuatda ilk qələm təcrübələrim dərc olunurdu. Hər yazının dərci bir bayram idi o vaxt.
    İndi oxuyacağınız məqaləni “Gənc müəllim” qəzetinin redaksiyasına təqdim etmişdim. Bir-iki gün sonra yazının dərc ediləcəyi nömrəni oxumaq, korrektə etmək üçün redaksiyaya dəvət olundum. Redaktor Zakir Sərdarov mənimlə görüşüb əlimi sıxdı, gülümsəyərək dedi ki, yazın xoşuma gəlib, təbrik edirəm, amma bir balaca əl gəzdirmişəm, daha doğrusu, onu azacıq ixtisar etmişəm, məncə bundan inciməzsən. Əlbəttə, inciməyə elə bir əsas ola bilməzdi, o ki ola Zakir müəllim kimi səriştəli, diqqətli bir redaktordan. Mən onu hələ “Müxbir” jurnal-büllütünində işləyəndən tanıyırdım. (Onu da deyim ki, Zakir Sərdarov 1995-2000- ci illərdə MM-də Millət vəkili olmuşdur).
    Yazı dərc olunanda mən onu elə redaksiyadaca oxudum və... heyrətə gəldim. Məqalə az qala yarıbayarı “ixtisar” olunmuş, necə deyərlər əməlli-başlı “qayçılanmışdı”. Redaktor mənim üzümə baxıb ürəyimdən keçənləri duyubmuş kimi yenə ötən dəfəki kimi gülümsəyərək dedi: “Bildim bu dəqiqə nə düşünürsən. Məsələ belədir: mən bu yazını bütövlükdə verəcəkdim. Amma kimsə kitabın müəllifi Alməmməd müəllimə çatdırıb ki, bir cavan oğlan, özü də tələbə, kəskin bir yazı yazıb, sənin yeni kitabını möhkəm tənqid edib. Bunu eşidən Alməmməd Alməmmədov başıalovlu gəlmişdi yanıma, çox əsəbi idi. Məqaləni oxudu, xahiş etdi ki, oradan tənqidi yerləri çıxarım. Mən o deyən yerləri ixtisar elədim. Tələbənin onu tənqid etməsi ilə razılaşa bilmirdi. Hər halda, bunları sənə görə elədim. Çünki birdən gələcəkdə sənə dərs deyə bilər, onunla yollarınız kəsişər...”
    Susdum.
    Əslində nə baş verirdi? Mən tanınmış tədqiqatçı alim Alməmməd Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı haqda rəy yazıb onu bir sıra məsələlərə birtərəfli yanaşdığına görə, gəncliyə məxsus bir emosionallıqla tənqid etmişdim. İndi o vaxt yazdığım həmin “tənqidi qeydlərin” bir çoxu yadımdan çıxıb. Amma xatırlayıram ki, o qeydlərdə dahi Tolstoya Şərq düllərindən dərs demiş Mirzə Kazımbəyin adının üstündən sükutla keçdiyi, Qayıbovla məktublaşmaya geniş işıq salınmadığı, islam dini haqda dediyi fikirlərə isnad etmədiyi üçün müəllifi tənqid etmişdim...
    Bütün bunlar öz yerində.
    Sən demə, Alməmməd müəllimin öz həmkarı, məşhur tənqidçi, bizə rus ədəbiyyatı tarixindən mühazirə deyən Əhəd Hüseynovla elmi müstəvidə konflikti varmış və nədənsə elə düşünüb ki, bu məqaləni yazmaq üçün mənə onun “rəqibi” istiqamət verib. Təbii ki, məqalə haqda redaksiya əməkdaşlarından başqa heç kəsin xəbəri yox idi. Söhbət gedib Əhəd Hüseynova çatanda o da demişdi ki, nə kitabdan xəbərim var, nə də o yazıdan. Bir qədər sonra mənim qəzetdə çıxan yazımla tanış olduqdan sonra Əhəd müəllim dedi ki, həqiqətən məqalə çox xoşuma gəldi, amma burada tənqid gözümə dəymədi. Bir neçə gün sonra Zakir müəllim redaksiyaya gələn Əhəd Hüseynova məqalənin əlyazmasının orijinalını “bütöv şəkildə” təqdim etdi. Yazını oxuyan Əhəd müəllimin necə qəhqəhə çəkdiyini indi də yaxşı xatırlayıram. Sonra o, yarızarafat-yarıcıddi dedi ki, istərdim ki, məni də bü cür qərəzsiz tənqid edən qələm sahibi olsun.
    Onu da xatırlayıram ki, o, Azərbaycan satirik nəsri haqda yazdığı materialı (doktorluq dissertasiyasının bir hissəsini) əvvəlcə mənə təqdim edəcəyinə söz verdi və əlavə etdi ki, “o yazını nə qədər istəsən tənqid edə bilərsən, mən özüm tənqirçiyəm və obyektiv tənqiddən xoşum gəlir”... Mən həmin yazını diqqətlə oxudum və öz qeydlərimi bildirdim. Əhəd müəllim mənim “tənqidimdən” doğrudan da çox razı qalmışdı. Hətta, mühazirə zamanı “qeydlərimdən” sitat gətirməyi də unutmurdu.
    Bir müddət sonra Əhəd Hüseynov rəhmətə getdi. Bundan sonra onun dərslərini Alməmməd Alməmmədov deməyə başladı. Düşünürdüm ki, aramızda xoşagəlməz situasiya yarana bilər. Amma belə olmadı, əksinə, bizim münasibətlərimiz yaxşılaşdı. Görünür, mənim hazırlığım yeni müəllimimin və “köhnə dostumun” xoşuna gəlmişdi. Biz onunla sözün əsl mənasında dostlaşdıq. Arada zarafatla deyirdi ki, sizin Şınığın yolu bizim Şamlıxdan keçir. Müəllimim tez-tez mənə deyirdi ki, bax nədən-kimdən mövzu götürsən, sənin elmi rəhbərin mütləq mən özüm olacağam. O vaxt mətbuatda çıxan yazılarımın ilk oxucularından biri, o yazılara görə sevinən və məni ilk təbrik edən də adətən rrofessor (məqalə yazılan vaxt o, dosent idi) Alməmməd Alməmmədov olardı...

    Allah hər iki alimə -Əhəd Hüseynova və Alməmməd Alməmmədova, o cümlədən redaktor Zakir Sərdarova rəhmət eləsin.
    Hə, bu da həmin ixtisar olunmuş, qəzetdə dərc olunmuş başıbılalı yazı.


    TƏLƏBƏ
    MÜƏLLİMİN YARADICILIĞI HAQQINDA

    “LEV TOLSTOY
    VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI”

    Filoloji elmlər namizədi Alməmməd Alməmmədovun ADPİ-nin nəşriyyatı tərəfindən dərc edilmiş yeni kitabı belə adlanır. A.Alməmmədov indiyə kimi rus və Azərbaycan ədəbi əlaqələrinə dair bir neçə kitab və məqalə yazmışdır. Müəllif yeni kitabında Tolstoy irsinin Azərbaycanda yayılması, təbliği və nəşri tarixini tədqiq etməyi qarşısına məqsəd qoymuşdur.
    Kitab üç hissədən ibarətdir.
    Birinci hissədə böyük yazıçının həyat və fəaliyyətindən, zəngin ədəbi irsindən söz açılır. Avtobioqrafik xarakter daşıyan trilogiyasından başlayaraq ra ömrünün sonuna qədər Tolstoyun yazdığı əsas əsərlərin geniş təhlili verilir.
    V.İ.Lenin “Rus inqilabının güzgüsü” adlandırdığı Lev Tolstoy böyük sənətkar olmaqla yanaşı həm də böyük şəxsiyyət olmuşdur. Buna görə də L.Tolstoyun zəngin və maraqlı həyatı ədəbiyyat – tarixçiləri üçün tədqiqat obyekti olmuşdur.
    A.Alməmmədovun kitabında L.N.Tolsto- yun həyat və yaradıcılığı, zəngin ədəbi irsi xronoliji surətdə izlənilir, yazıçının ilk qələm təcrübəsi hesab edilən “Dünənki günün tarixi” adlı hekayəsindən başlayaraq həyatının son dövrlərində yazmış olduğu əsərlərdən, onların yarandığı tarixi şəritdən, həmin əsərlərin məzmun və ideyasından danışdılar. “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabında müəllif, Tolstoy yaradıcılığının dünyəvi əhəmiyyətindən, Tolstoy realizmindən söhbət açaraq bu zəngin irslə Azərbaycan ziyalılarının hələ keçən əsrin sonlarından maraqlandığını bildirir. Kitabda böyük sənətkarın ən məşhur əsəslərindən bir neçəsinin geniş təhlili verilmişdir. A.Alməmmədov bu və ya digər bir əsərin sadəcə məzmununu söyləməklə kifayətlənməyərək, həmin əsərin sənətkarlıq xüsusiyyətlərindən danışır, müxtəlif surətlərin səciyyələndirilməsində, bir ədəbiyyatşünas kimi, öz mülahizə və fikirlərini irəli sürür. Şübhəsiz ki, bütün bu əlamətlər oxucunun Tolstoy irsi haqqında bildiyi məlumatlar çərçivəsini xeyli genişləndirir. Müəllif “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə”, “Hacı Murad” kimi əsərlərin təhlili zamanı bir sıra yeni nəticələrə gəlmiş, həmin əsərlər haqqında indiyə qədər söylənilən fikirləri zənginləşdirməyə çalışmışdır.

    “Hərb və sülh”... Tolstoy qələmindən çıxan sənət abidəsi. Elə bir abidə ki, üstündə təkrarən nəqqaş əlləri gəzsə, heç bir artıq çıxıntıya, izafi cizgiyə rast gələ bilməz. Rusların qəhrəmanlıq salnaməsi sayılan bu romanda, Tolstoyun özünün dediyi kimi, xalq tarixi qələmə alınmışdır. Milli ənənə, reallıq, tarixilik romanın əsasını təşkil edən obyektiv amil kimi götürülərək, konkret materiallar əsasında təhlil edilmişdir.
    A.Alməmmədov öz kitabında Tolstoyun bədii əsərləri ilə yanaşı publisistik xarakterli dini-əxlaqi, fəlsəfi-etik əsərləri üzərində də dayanmışdır. Belə ki, Tolstoyun son dövr yaradıcılığında baş verən təbəddülat daha doğrusu, kəskin dönüş, tədqiqatçının nəzərini cəlb etmişdir. Həmin dövrdə ədib “Etiraf”, “Mənim inamın nəyədir?”, “Həyat haqqında”, “İndi biz nə etməliyik?” kimi traktatlarını yazmaqla, A.Alməmmədovun dediyi kimi, “insanı kölə halına salan, pulun qüvvəsinə hücum edir. Bədbəxtliklərin kökünü xüsusi mülkiyyətdə görür. Onun fikrincə texnikanın inkişafı işsizliyin artmasına səbəb olur ki, bu da bədbəxtliyi daha da çoxaldır”.
    Müəllif kitabın birinci hissəsində o zamankı Senzura Komitələrinin “Tolstoy irsinə necə münasibət bəslədiyini araşdırmaq, öz tədqiqatını Leninqrad mərkəzi dövlət tarix arxivində və Gürcüstan SSR-nin arxivlərində davam etdirmişdir.
    “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabının ikinci hissəsində ilk mənbələrindən gətirdiyi sitat və faktlarla sübut etməyə çalışır ki, böyük yazıçı hələ keçən əsrdə S.Ə.Şirvanin, M.Ə.Sabir, S.M.Qənizadə, A.Nazir kimi sənətkarların yaradıcılığına müsbət təsir göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, əsrimizin əvvəllərində, yəni müxtəlif ideya və məslək toqquşmaları zamanı mürtəce mətbuatla, demokratik mətbuat arasında münaqişə getdiyi bir vaxtda, Tolstoy yaradıcılığına münasibət məsələsi bütün hallarda düzgün və obyektiv xarakter daşıya bilməzdi. Ona görə də “Fyuzat” jurnalının redaktoru Əlibəy Hüseynzadə mürtəce mədəniyyət və mətbuat adından çıxış edərək Tolstoyun sənətkarlığından, realizmindən, yaradıcılıq fəaliyyətindən daha çox yazıçının yeni din yaradıcısı və əxlaq kahini olması ilə maraqlanırdı.
    Kitabda Ə.Hüseyzadə və onun kimi burjua ideloqlarının məqsəd və istəkləri ətraflı şərh edilmişdir. A.Alməmmədov həmçinin Azərbaycanın bir çox realist yazıçılarının və maarif xadimlərinin Tolstoy yaradıcılığından bəhrələndiklərini qeyd edərək, H.A.Abbasovun, Ə.Qasımovun Tolstoy haqqındakı xatirələrindən və istifadə etmişdir. Haqqında danışdığımız hissənin sonunda Abbasağa Nazir adlı şairin 1910-cu ildə yazdığı “Qraf Tolstoyun vəfatına aid” adlı şeri ilk dəfə bütünlüklə verilmişdir ki, bu da azərbaycanlı ziyalıların qardaş xalqın ədəbiyyatına göstərdiyi marağın təzahürüdür.
    Kitabın üçüncü hissəsi yazıçının əsərlərinin tərcüməsinə həsr edilmişdir. Həmin məsələdən bəhs edən müəllif yazır: “Tərcümə olunan əsərləri, tərtib edilən dərslikləri nəzərdən keçirdikdə məlum olur ki, keçən əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının, müəllim və yazıçılarının biri L.N.Tolstoy olmuşdur”. S.M.Qənizadənin başladığı tərcümə işi C.Məmmədquluzadə, A.Güləhmədov, Q.R.Mirzəzadə, H.İ.Qası- mov, R.Tahirov, Ə.Səbri, Ə.Səttar və onlarla bu kimi ziyalı və yazıçılar tərəfindən davam etdirilmişdir.
    Kitab bəzi xırda qüsurlardan da xali deyildir. Belə ki, kitabın qraf Tolstoyun həyat və yaradıcılığına həsr edilmiş birinci hissəsində böyük yazıçının dramaturji fəaliyyətindən çox ötəri danışılır. Bundan başqa, Tolstoyun yaxın dostları ilə əlaqəsindən, yazışma və məktublarından daha çox istifadə etmək olardı.
    Yeri gəlmişkən, korrektorun və nəşriyyatın ünvanına da bəzi məsələləri çatdırmaq istəyirik. Əsərdə bir çox üslubi və orfoqrafik səhvlər, dil xətaları vardır. Kitabda “araqarışdıran”, “çoxtərəfli”, “artıqtamahlıq” kimi sözlər “ara qarışdıran” (səh.51), “çox tərəfli” (səh.68), “artıq tamahlıq” (səh.71) şəklində getmişdir.
    “Ali Baş Komandan” (səh.59) sözləri bir yerdə böyük, başqa bir yerdə kiçik hərflərlə, Əhməd xan (səh.59) sözü gah bitişik, gah da ayrı yazılmışdır.
    A.Alməmmədovun “Lev Tolstoy və Azərbaycan ədəbiyyatı” kitabı SSRİ-nin və institutumuzun yarıməsrlik bayramları ərəfəsində müəllim və tələbələrimizə müəllifin layiqli hədiyyəsidir.

    Firuz Mustafayev,
    filologiya fakültəsinin tələbəsi

    “GƏNC MÜƏLLİM” qəzeti, 4 noyabr 1972-ci il













    ƏDƏBİYYATIMIZIN
    AYDIN SABAHI

    (GƏNC YAZIÇILARIN RESPUBLİKA MÜŞAVİRƏSİNƏN QEYDLƏR)

    ...Sənət aləminə qədəm qoyan hər bir gənc öz səsi, öz nəfəsi ilə seçilməyə cəhd edir. Bu səslərin gur bir nəhrdə birləşməsi, əzəmətli bir axına çevrilməsi isə dövrün öz qanunauyğunluğu tələbatından irəli gəlir. Gənc ədəbi qüvvələrin bir qismi sənətin enişli-yoxuşlu yolları ilə cəsartlə addımlayır, digər bir qismi isə ötəri hisslərin doğurduğu illüziyaların təsirindən uzun müddət yaxa qurtara bilmir. Bax, elə bu vaxt sənətin tilsimli-sehrli yollarında tərəddüd keçirə-keçirə səfərə çıxmağa çalışan kövrək addımlı gənclərə

    QAYĞI
    ehtiyacı da yaranır. Sözün həqiqi mənasında istedada göstərilən qayğı – elə sənətə göstərilən qayğının ekvivalenti deməkdir. Yazıçılar İttifaqı ilə Respublika LKGİ MK-nın birgə keçirdiyi müşavirə gənclərə göstərilən qayğının gözəl təzahürüdür.
    Gənc yazıçıların respublika müşavirəsinin “coğrafi ərazisi” çox genişdir. Müşavirədə Azərbaycanın bir çox şəhər, rayon və kəndlərindən dəvət edilmiş gənc şair, yazıçı və tənqidçi iştirak edirdi. Onların bəzilərinin əsərləri artıq Ümumittifaq oxucularına da tanışdır.
    Doğrudur, heç bir müşavirə, dərnək və birlik şair və yazıçı yetişdirmir. Lakin hər bir gənc yaradıcının fikir mübadiləsinə, polemikaya ehtiyacı vardır. Bu mənada sənət bütün sahələrdə olduğu kimi, ədəbi aləmdə də

    AĞSAQQAL SÖZÜNƏ EHTİYAC
    hiss olunur. Müşavirədə iştirak edən gənc qələm sahibləri görkəmli söz ustalarının çıxışlarını və tənəffüslərarası söhbətlərini, diqqətlə dinləyir, özləri sərbəst mühakimələr yürüdür, yeri gəldikcə mübahisəyə girişməkdən çəkinmirdilər. Yazıçı İ. Şıxlı öz məruzə və söhbətlərində gənclərin diqqətini obrazını canlandırmağa, monumentallığa meyl etməyə, görkəmli publisist N.Babayev isə əmək adamlarının yaddaqalan surətini yaratmağa cəlb edir. Müşavirədə iştirak edən H.Abbaszadə, N.Süleymanov, Y.Səməd- oğlu, C.Novruz, T.Mahmud, Elçin və digər görkəmli şair və yazıçıların gənclərlə apardığı söhbətin mərkəzində ədəbiyyatın ən müxtəlif problemləri dayanır.
    Ümumi söhbət və mülahizələrdən sonra bölmələrin seminar rəhbərləri gənclərin yaradıcılıq məhsullarını müzakirəyə təqdim etdilər.

    “DİQQƏT, ŞEİR OXUNUR!”
    Yazıçıların yaradıcılıq evində belə bir elana təsadüf edilməsə də seminarda iştirak edən gənc şairlərin çoxu sənət imtahanından, sınaqlardan gülərüz çıxmaq istəyirlər. Deyəsən, müşavirədə tez-tez təkrar edilən “seminar” sözü də istər-istəməz məktəb auditoriralarını, imtahan qorxusunu təzədən adamın yadına salır. Əksəriyyəti ali məktəbləri bitirmiş olan gənc şairlər indi də imtahan verirlərmiş kimi ayağa durub şeir oxuyur, heç bir “rəqib”in olmadığını dərk etsələr də həyacanlanırlar. Yox, amma belə bir “rəqib” var: bu, sənətin adiliyi, müqəddəsliyidir.
    İmtahan gedir. Yaradıcılıq evinin işçilərindən tutmuş qonaqlara kimi hamı dəhlizlərdə, pilləkanlarda asta addımlarla yeriyir, pıçıltı ilə söhbət edir. Gənclər şeir oxuyur. Bayırda soyuq dekabr küləklərinin ovxarladığı gümüşü budaqlar sanki silkinib öz qırov zirehini parçalayır. Elə bil, həmin çılpaq budaqlar bax indicə yarpaq-yarpaq göyərəcək, tumurcuq-tumurcuq hallanacaq. Çünki oxunan şeirlərin çoxunda bahar təravəti var, işıq və günəş boldur. Əslində isə qışdır və:
    Torpağın bənövşə
    həsrəti hələ
    Damarı tərpənən
    qar altındadır
    Dərələr gümüşü
    ay mizrabıyla
    Nəğmə tək əriyən
    tar altındadır.
    Sitat gətirdiyimiz misraların müəllifi Yusif Nəğməkarın, eləcə də gənc şairlərdən Şamxal Rüstəmin, Zabil Pərvizin, Süleyman Osmanzadənin, Kəmalə Abiyevanın şeirləri oxunub müzakirə edilir. Poeziya bölməsinin seminar rəhbərlərindən biri şair S.Rüstəmxanlı eləcə də iştirakçıları oxunan şeirlərin müsbət cəhətlərini və kəm-kəsirlərini göstərirlər. Digər seminar rəhbərləri – C.Novruz və Ç.Əlioğlu müşavirədə iştirak edən gənc qələm sahiblərinin bədii imkanlarından söhbət açıb onlara dəyərli məsləhətlər verirlər.
    Seminarda oxunan poetik nümunələr öz rəngarəngliyi, mövzu müxtəlifliyi ilə diqqəti cəlb edir. Lakin bir sıra şeirlərində ritorikaya, şablonçuluğa meyl özünü göstərir.

    “ŞEİR HAY-KÜYÜ SEVMİR”
    -deyə seminar rəhbəri N.Kəsəmənli növbəti şeirin təhlilindən sonra seminar iştirakçılarına üz tutub soruşur:
    -İndi kim şeir oxumaq istəyir?
    Gənc şairlərdən Barat Əliyev, Əjdər Cəbiyev, Muxtar Qasımzadə, Sərvinaz Həsənli, Rüstəm Behrudi, Xəzər Zeynallı, Namizəd Xalidoğlu öz şeir və tərcümələrini oxuyurlar.
    Nəsr bölməsində respublika Yazıçılar İttifaqının katibi H.Abbaszadənin rəhbərlik etdiyi seminarda

    MÜASİR NƏSR HAQQINDA
    ətraflı söhbət açılır. Seminar iştirakçıları Saday Budaqlı, Nazim Hüseyov, Səyyad Salehov, Aydın Tağıyev, Baba Vəziroğlu, Zöhrə Əsgərova, Sadıq Elcanlı və başqa gənc nasirlərin yeni hekayələri ilə tanış olurlar. Hekayələrdə analitik təhlilə, hadisələrə təbii müdaxiləyə, yığcamlığa meyl təqdir olunur, bir sıra müəlliflərin səthi təsvirə, uzunçuluğa yol vermələri ciddi tənqid edilir.
    Seminar məşğələlərində nəsr və poeziya ilə yanaşı, ədəbiyyatın digər mühüm sahəsi

    ƏDƏBİ TƏNQİD
    haqda da söhbət gedir. Son illərdə ədəbiyyata gəlmiş tənqidçilərdən Nizaməddin Babayev, Rəhim Əliyev, Rahid Xəlilov, Arif Məmmədov və başqalarının respublika mətbuatında dərc edilən və edilməyən məqalələri təhlil edilir.
    Çox təəssüfn hissiylə qeyd edilir ki, bizdə gənc tənqidçilərin məqalələr toplusunun nəşrinə az qayğı göstərirlər. Buna bənzər bir qeyd də


    UŞAQ ƏDƏBİYYATI HAQQINDA
    demək olar. Ədəbiyyata yeni gələn gənc şair, nasir və dramaturqlar arasında yaradıcılığını uşaqlar üçün yazıb-yaratmağa sərf edən müəlliflər çox azdır. Düzdür, müşavirə iştirkçılarından iki nəfəri – Rafiq Yusifoğlu və Ələsgər Əlioğlu bu sahədə səmərəli fəaliyyət göstərirlər. Amma küll halında uşaqlar üçün orijinal əsərlər yazan gənc ədəbi qüvvələrə ehtiyac hiss olunur.
    Müşavirənin bağlanışında seminarların yekunu barədə bölmə rəhbərlərinin məlumatı

    GƏLƏCƏK GÖRÜŞLƏRİN PROLOQU
    təsiri bağışlayır. Müşavirə işini başa çatdırır. Lakin gənc ədəbi qüvvələrin axtarışları davam edir. Gənc yazıçılar öz yazı masalarının arxasına tələsir və bir-birlərindən şirin bir arzu, xoş bir məramla ayrılırlar: “Gələn görüşlərədək!”

    “AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 17 dekabr 1983-cü il




    ƏDƏB(iyyat) SÖHBƏTİ
    (esse)

    Havalar isinir.
    Havalar isinir, təbiət canlanır.
    Havalar isinir, təbiət canlanır, başlar qızışır.
    Havalar isinir, təbiət canlanır, başlar qızışır, ürəklər coşur.
    Ürəklər coşur, başlar qızışır, təbiət canlanır, havalar isinir.
    Başlar qızışır, təbiət canlanır, havalar isinir.
    Təbiət canlanır, havalar isinir.
    Havalar isinir.
    Bu fikirlərdə, daha doğrusu, bu sətirlərdə bir az səfsəfəlik, bir az da sofistika var.
    Amma gəlin etiraf edək ki, canına bir az səfsəfə, bir az da sofistika hopmuş bu sətirlərdə bir az həqiqət qığılcımları da var. Axı, doğrudan da təbiətlə cəmiyyətin havası arasında bir qarşılıqlı harmoniya, filosoflar demiş, bir dialektik əlaqə də var. Soyuq məmləkətlərin adamlarının mühakiməsi də “soyuq” olur. Oralarda yazılan əsərlər, çəkilən rəsmlər, bəstələnən mahnılar da elə o soyuq məmləkətlərdə yaşayan adamların özü kimi soyuqdur. Orada ilin az qala üçdə ikisi soyuq-şaxtalı keçir.
    Bizdəki hava adamların öz havası ilə tam adekvatdır.
    Biz hətta, “soyuq” janrlara belə isti, qaynar hava qatırıq.
    Bizdə ağzından od tökülən adamları sevərlər. Adam deyəndə ki, məsələn, tribunadakı natiq, efirdəki aktyor, audiroriyadakı müəllim, məclisdəki tamada od pükürməsə “cahamat” arasında hörmət-izzəti olmaz.
    Hündürdən oxumayan müğənniyə, qışqırmayan şairə kimdi bizdə əl çalan?
    Rəssamlar isti rənglərə, aşpazlar isti xörəklərə üstünlük verərlər bizdə.
    İllah da yay ayı ola. Bax bayaq yazdığım uzun bir cümlə indi burada yaxşı dadıma çatdı: havalar isinir, təbiət canlanır, başlar qızışır, ürəklər coşur.
    İndi bizim qulağımızda sərhəddəki silahların səsindən çox, efir və ekranlardan açılan atəşlərin səsi daha aydın eşidilir.
    Siyasilər səngərdən bir-birini “kalaşnikov”la atəşə tutmaqda.
    Müğənnilərin silah-sursatı daha çox, hərəsinin arxasında bir neçə topxana, pardon, bağışlayın, yəni toyxana.
    Mollalar daha inamlı, bu dünyadan gedənlərin sayı bu dünyaya gələnlərin sayından daha çox. Onların arxasında dayanan vayxanaların künbəzindən qılınc asılıb. Amma sağ olsunlar yenə bizim o molla əmilər, çün onlar əhalimizin digər təbəqəsindən daha mərifətli. Nədən ki, başqa zümrə sahibləri bir-birinə odlu silahdan atəş açırsa, bizim bu əmmaməli ağsaqqallarımız lazım olan anda xəncərə əl atmaqla kifayətlənirlər. Mətbuatda da dəfələrlə qeyd və təqdir olunduğu kimi, ölü üstündə mollalar arasında gedən qanlı savaşda yalnız soyuq silahdan istifadə olunur. Bu cəhətdən din xadimlərimizin mühakiməsi xeyli soyuqdur və yaxın gələcəkdə onların soyuq ölkələrə (məsələn, elə Avropaya) asanlıqla inteqrasiya olunacağı şəkk-şübhə doğurmur.
    Az qala unutmuşdum. Yayın gəlməsindən dolayı, ədəbiyyat cəbhəsində də şair və yazıçıların fəallığı kifayət qədər artıb. Onlar öz olmayan oxucularının başına od ələyirlər. Silahları da ki, odsaçan avtomar. Başqa döyüş bölgələrində vuruşanlar iki cəbhəyə ayrılıblar. Amma söz əsgərlərinin cəbhəsi çoxdur. Hələ qazılan və qazılmaqda olan səngərləri demirəm; onların heç sayı-hesabı bilinmir. Söz uğrunda mücadilə yapanların isinən havaya da əhalimizin digər qismindən fərqli yanaşması var. Onlar iddia edirlər ki, hava öz-özünə qızmır, havanı bizim içimizdən püskürən alov isidir.
    Deyəsən bayaq özümün də səfsəfə kimi qəbul etdiyim bir cümlə elə buradaca dadıma yetişəcək: ürəklər coşur, başlar qızışır, təbiət canlanır, havalar isinir. Yəni gərək əvvəlcə ürək coşa, baş qızışa ki, sonra da təbiət canlana, bir sözlə, havalar isinə.
    Sağ olsun baş yazarımız Anar müəllim, bu günlərdə mətbuatda rəsmi bəyanatla çıxış edib “atəşkəs” elan etdi. Mən başqa cəbhələrdə bu atəşkəs-filan məsələsinə o qədər də inanan adam deyiləm. Ona qalmış atəşkəsdən ən çox danışan erməni qonşularımızdır ki, onlar da atəşsiz heç bir gün dəyaşaya bilməz. Amma Anar müəllimə çox inanıram.
    Bəli, əsl, ciddi, bütöv söz adamının sözü də bütöv olur və ya olmalıdır.söz adamının sözü.
    Ədəb(iyyat) adamının atəşkəsindən sonra, əmin ola bilərsiniz, bizdə soyuq havalara üstünlük veriləcək.
    İnnən belə bizdə ağzından od tökülənləri yox, ağzında söz donan adamları sevəcəklər. Tribunadakı natiq, efirdəki aktyor, audiroriyadakı müəllim, məclisdəki tamada ətrafa od pükürməyəcək, qar ələyəcəklər.
    Bəstəkarlar müğənnilər üçün “sərin” mahnılar bəstələyəcək, rəssamlar kətana soyuq rənglər yaxacaqlar.
    Bax bu da bizim mədəniyyətimizin soyuq ölkələrin mədəniyyətinə, məsələn, lap elə Avropa mədəniyyətinə inteqrasiya olunmağımızın kəsə yollarından biri.
    “Avropa qapıları” satan çoxdur, amma Avropaya qapı açan yoxdur.





    V.KVİTESSENSİYA


    Əsər necə yaranır?

    (Dörd hekayənin yaranma tarixçəsi)

    1.“Okean” necə yarandı?
    Adətən hər bir bədii yazının qələmə alınmasında hansısa bir təkanın rolu olur. Bu, daxili təkan da ola bilər, xarici təkan da... Həmin problem adətən yaradıcılıq psixologiyası kimi tədqiq edilir. Bu da təbiidir. Axı bəzən yazıçının öz əsərini yazarkən keçirdiyi hissləri psixoloqlar tədqiq etməyə çalışırlar. Amma hesab edirəm ki, bəzi yazıçılar bu sahədə heç də psixoloqdan geri qalmırlar. Məsələn, Konstantin Paustovskinin bir çox əsərləri buna yaxşı nümunə ola bilər. Belə ki, yazıçı qələmə aldığıbir çox qeydlərində öz əsərlərinin meydana gəlmə səbəblərini, yazı prosesini elə dəqiqliklə təsvir edir ki, bu sənədli qeydlər bədii yazı qədər maraq doğurur. Təəssüf ki, bizim yazıçılar bu tipli psixoloji və sənədli yazılara az qala heç müraciət etmirlər...
    “Okean” adlı bir hekayəm var. Çoxdan yazılıb. Sənədli yazı deyil. Amma bu yazının qələmə alınmasında bir hadisə “təkanverici” rol oynayıb.
    Hərbi xidmətdən geri dönərkən Uzaq Şərq şəhərlərindən birində (ya Xabarovsk, ya da Vladivostok şəhəri idi) vağzalda bilet alarkən bir gənc xanım məndən şəhərdəki hansısa ünvanı soruşdu. Çiynimi çəkib bilmədiyimi dedim. Xanım gülümsəyib dedi ki, yəqin Siz də mənim kimi gəlməsiz. Ötəri-eksklüziv dialoqdan belə məlum oldu ki, bu gənc xanım tibb texnikumuna qəbul olub, əslən Sakit okeanın ortasında yerləşən ada-şəhərdən, daha dəqiq desəm Saxalindən gəlib bu yerlərə... Qatarın yola düşməsinə hələ çox qalırdı.
    Yaxından tanış olduq. Mən öz adımı dedim. O da özünü təqdim etdi:
    -Almira.
    Söhbət əsnasında belə məlum oldu ki, bu gənc xanımın soyadı Yunusovadır. Doğrusu, elə bildim ki, azərbaycanlıdır. Amma o, kökən rus olduğunu bildirdi.
    Vağzaldan çıxıb şəhərə sarı üz turduq. Lopa-lopa qar yağırdı. Ağ şuba və ağ çəkmə geymiş Almiranın bəyaz sifətinə qonan qar dənələri ulduz qırıntıları kimi parlayırdı. Qız arada qoluma girirdi. Yanımdan keçən zabitlərin altdan-altdan, həm də qibtə qarışıq bir maraqla bizə göz qoyduqlarını hiss edirdim. Bu anlarda Almira zərif, bəmbəyaz Qar qıza bənzəyirdi. Sadəcə olaraq o, qocaman Şaxta babanın yox, yanındakı hərbi geyimli gəncin qoluna girmişdi.
    Biz isti kafelərdən birinə daxil olub nəsə sifariş verdik.
    ... Sonralar bu təəssürat hekayəyə çevrildi.
    “Okean” hekayəsində gənc xanım qəhrəmanın ad- familiyası olduğu kimi saxlanılıb... Hekayədə finala yaxın səhnə belə təsvir olunub:
    “Sarvan vaqоna qalxıb kip örtülmüş pəncərənin dоnmuş şüşələri arxasından qıza əl etməyə başladı. İndi оnun ürəyinə ağır bir kədər çökmüşdü; bu kədər hissi оna, nədənsə, vaxtsız yağan qarı xatırladırdı. Sarvan əvvəlcədən duyurdu ki, qızla bu təsadüfi görüş оnun yaddaşından heç vaxt silinməyəcək... Yоx, bu məhəbbət deyildi. Bu, ötəri bir hiss də deyildi. Bəs nə idi görəsən?
    Bayırın qaranlığında qızın tutqun silueti zоrla seçilirdi…
    Qatar yоla düşdü…”
    Yeri gəlmişkən, sonralar bu hekayə rus, ingilis, fars və özbək dillərinə tərcümə edilib Kanada, Rusiya, Özbəkistan və İranda nəşr olundu.

    2.“Alın yazısı” necə yazıldı?
    Səksəninci illərin sonlarında qəfildən xəstələndim. Nitqimdə ləngimə baş vermişdi. Məni Əhmədlidəki “nevroloji” xəstəxanaya apardılar. Səliqə-sahmanlı bir yerdi. Bizim palatada dörd nəfər kişi vardı. Deyir-gülür, zarafat edirdik. Saşa adlı “Kamaz” şoferi, sağlam rus “mujiki” çoxlu lətifələr bilirdi.
    Qonşu palatada qadınlar müalicə olunurdu. Mən arada dəhlizin başındakı arakəsməyə çəkilib siqaret tüstülədirdim. Bir dəfə gənc, yaraçıqlı, qədd-qamətli bir xanım mənə yaxınlaşıb dilucu salamlaşdı.
    -Salam. Olar?
    Görəsən, nəyin “olarını” xahiş edirdi?
    Ani olaraq anladım ki, yəqin siqaret xahiş edir. Qutunu ona uzatdım. O. Bir qədər tərəddüd edib dedi:
    -Təşəkkür edirəm. Özümdə siqaret var. Soruşuram ki, burada siqaret çəkmək olar?
    Ətrafa boylanıb dedim:
    -Məncə olar. Adətən, adamlar burada çəkirlər. Budur, qab da siqaretlə doludur.
    Qadın bir də təşəkkür edib, cibindən “öz qutusunu” çıxartdı. Zərif , uzun, ilik kimi ağ barmaqlarının arasında sıxdığı siqaret giləsini alışdırıb dərindən qullab vurdu. Ətirli siqaretin tüstüsü bir müddət onun başının üstündə halay vurub “donurdu”. Arada qadın alnına tökülmüş qara-parlaq saçlarını əli ilə yuxarıya sarı “atanda” başının üstündə “donub qalmış” tüstü halayı da ətrafa yayılırdı.
    Sonrakı günlər söhbət əsnasında məlum oldu ki, mənim “siqaret yoldaşım” ali məktəb müəlliməsidir. Yaxınlarda başında əməliyyat olunacağını gözləyirdi. Zahirən sağlam və xoşbəxt görünən bu gözəl xanım hiss olunurdu ki, öz taleyindən o qədər də razı deyil.
    -Hiss edirəm ki, əməliyyatdan sağ çıxmayacam...
    Bir neçə gündən sonra həyətdə ağlaşma, hay-küy eşitdim. Kiminsə öldüyünü dedilər.
    Ağ xalatlı tibb işçiləri iri xərəyin qulpundan yapışıb həyətə sarı tələsirdilər.
    Sonralar mən qələmə alacağım “Alın yazısı” adlı hekayədə həmin mənzərəni belə təsvir edəcəkdim: “Хərəyi qapının ağzına çıхartdılar. Ağ хalatlı adamlar mələfəyə büкülmüş mеyiti qucaqlarına götürüb “təçili yardım” maşınının arхa qapısına yaхınlaşanda güləк mələfənin bir ucunu azacıq qaldırdı. O, qadının qırхılmış ağımsоv başını gördü. Qadının üzü saкit idi. Ona еlə gəldi кi, qadının dоdağında gülüşə, istеhzaya bənzər tanış bir təbəssüm dоnub qalıb. Görəsən qadın кimə gülürdü? Öz ölümünə, yохsa yaşanmış (bəlkə da yaşanmamış) ömrünə?
    Maşının qapısı şaqqıltı ilə örtüldü.
    Хəstəхananın həyətinə süкut çöкdü...”
    Bax, “Alın yazısı” hekayəsi belə yarandı.

    3.“Bəyaz rəqs” necə meydana gəldi?
    Yolum düşən ölkələrdə ilk növbədə kitab dükanlarına baş çəkirəm.
    İndi iş otağımdakı rəflərə düzülmüş müxtəlif elmlərə və janrlara aid kitabların az qala hərəsinin öz alınma, “əldə olunma” tarixi var. Bəzi kitabları isə özüm almamışam, mənə poçtla göndəriblər. Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və tanışlardan aldığım kitabları bu gün də saxlayıram. Hətta, bəzən üzünü görmədiyim adamlardan aldığım kitablar da var; məktubla müraciət etmişəm, tezliklə lazım olan kitabı ünvanıma göndəriblər.
    İş elə gətirib ki, paralel olaraq bir neçə ixtisas üzrə dərs demiş, tədqiqat işi aparmışam. Ona görə elmi kitablara daim ehtiyacım olub. Yazıçılıq fəaliyyətim isə məni daim yeni çıxan maraqlı bədii əsərləri əldə edib oxumağa sövq edib.
    Bu yaxınlarda rəfdəki kitabları qaydaya salarkən göy cildli, iri həcmli bir kitab diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəçə olaraq iki ya üç jurnalı üst-üstə tikib kitab halına salmışdılar. “Kitabın” üstünə göy kartondan səliqəli üzlük çəkmişdilər. Cildin üzərinə isə rəngli karandaşlarla bu sözlər yazılmışdı: Виктор Астафьев. «Царь-ры́ба»
    Amma üst-üstə tikilmiş bu jurnalların adı, nəşr edildiyi tarix qeyd edilməyib. Heç mətnin özündə də bu barədə bir məlumat yoxdur. O zaman indiki kimi jurnalların adı hər səhifənin başında yazılmırdı. Çox ehtimal ki, bu qalın dərgi “Roman-qazeta”dır. Bir vaxrlar bu seriyadan çıxan buraxılışlar çox məşhur idi. Adətən, “Roman-qazeta”da səs-küy qoparan, məşhur əsərlər nəşr edilirdi. Bizim yazıçılardan da bir çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri müxtəlif illərdə bu dərgidə çap olunmuşdu.
    Yadımdadır, 70-ci illərin sonunda rus yazıçısı Viktor Astavyevin romanı oxucular arasında geniş əks-səda vermişdi. Mən əsəri heç cür əldə edə bilmirdim. (Bəli, kitabların da belə bəxtəvər günləri vardı).
    80-ci illərdə Elmlər Akademiyasında aspirant olarkən dostlarımla Nalçikə istirahətə getmişdim. Dağların başındakı turbazaların birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs təşkil edilirdi. Adətən buraya daha çox gənclər axışıb gəlirdi.
    Mən rəqs etməsəm də orijinal rəqs nümunələri nümayiş etdirənləri maraqla seyr edirdim.
    Xatırımdadır, rəqs edənlər arasında nisbətən yaşlı bir xanımın göstərdiyi “tryuklar” hamının diqqətini cəlb edirdi. Bu xanım həm Qafqaz, həm slavyan, həm hind, həm də Avropa xalqlarının rəqslərini məharətlə ifa edirdi. Çox zaman yaşıl donda olan bu xanımı biz öz aramızda “yaşıl alov” adlandırır və doğrusu axşamlar çox vaxt elə bu şən qadının göstərdiyi “nömrələri” izləməyə gedirdik.
    Növbəti axşamların birində yenə rəqs meydançası gənclərin ixtiyarında idi. Birdən “rəqqas qadın” qəfildən meydançaya çıxdı. O, indi qıpqırmızı don geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki sehrli ilan kimi qıvrılır, yığılıb-açılır, ətrafa od saçırdı.
    Arada fasilə oldu. Gecənin aparıcısı növbəti rəqsi elan etdi: “Bəyaz rəqs”. Adətən bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət edirlər. Heç gözləmədiyim halda “rəqqas qadın” irəli yeriyib əlini mənə sarı uzatdı. Üsrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm. (O vaxtlar abır-həyanın bol zamanı idi). Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən, hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür xanımın təklifini rədd etmək olmaz, irəli çıx...
    Xanım rəqs edə-edə mənə ürək-dirək verib bildirirdi ki, məsələ heç də onun təsəvver etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi bacarırmışam.
    Sonralar biz xanımla yaxından tanış olduq. Sən demə o, rəqqas yox, tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki iri texnikumlardan birində direktor vəzifəsində işləyirmiş. Mən onun rəqsə bu cür marağının səbəbini soruşarkən qadın gülüb dedi: “Axı bizim texnikumda minlərlə tələbə təhsil alır. Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar da az deyil. Mən hətta sizin Fərman Salmanovu da tanıyıram. Mən öz tələbələrimizin həyat, məişət şəraiti ilə daim maraqlanıram. Biz beynəlmiləl bir ailəyik. Bayramlarda mədəni tədbirlər təşkil edirik. Çalışıram ki, bu tədbirlərdə bütün xalqların mahnı və rəqsləri səslənsin. Özüm də oxumağı, rəqs etməyi çox sevirəm”.
    Sən demə, bu direktor xanım həm də geniş mütaliəçi imiş. Arada oxuduğu kitablardan sitatlar gətirirdi. Bir dəfə söhbət hərlənib-fırlanıb Viktor Astavyevin yeni əsərinin üstünə gəldi. Mən həmin əsər barədə mətbuatda çox oxumuşdum. Amma əsərin özü ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...
    Hərə öz vətəninə yola düşdü. Bir gün məhəllə poçtalyonu qapını döydü. Əlindəki bağlamanı irəli uzatdı. Baratı açıb baxdım. Xanımın vəd etdiyi kitab idi. Виктор Астафьев «Царь-ры́ба».
    Təəssüf ki, indi həmin kitabı göndərən qadının adını unutmuşam. Amma rus yazıçısı Viktor Astavyevin adı nə zaman çəkilirsə daim qeyri-ixtiyari, assosiativ olaraq həmin qadını xatırlayıram.
    p.s.
    Sonralar mən “Bəyaz rəqs” adlı hekayəmdə öz müşahidələrimdən bəzilərini qələmə almağa çalışdım. Təbii ki, orada baş verən hadisənin məğzi, fabulası və məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk yox, bədii əsər yazmışdım.
    4.“Dekret yeri” necə yarandı?
    Bədii əsərin meydana gəlməsiində daha çox təxəyyülün rolu olur. Əsərin səviyyəsi isə, təbii ki, istedadla bağlı bir məsələdir.
    Amma orası da var ki, bəzən yazıçının şəxsi müşahidəsi və ya tərcümeyi-halı ilə bağlı nəsnələr də bu və ya digər əsərin meydana gəlməsinə “təkan” verir.
    Mən vaxtilə öz qeydlərimdə “Alın yazısı”, “Okean”, “Bəyaz rəqs” adlı hekayələrimin qələmə alınmasına səbəb olan başlıca “amillərdən” bəhs etmişdim.
    İndi isə “Dekret yeri” adlı müxtəsər bir hekayəmin yaranmasında hansı “həyat faktının” rol oynaması barədə elə müxtəsərcə söz açmaq istəyirəm.
    Təyinatımı Saatlı rayonuna vermişdilər. Maarif şöbəsinin (indi Təhsil şöbəsi adlanır) müdiri təcrübəli pedaqoq Qoçəli Pənahov mənim hələlik Adıgün kəndindəki orta məktəbdə fəaliyyətə başlamağımı tövsiyyə etdi. “Hələlik” və “tövsiyyə etdi” ifadələrinə müraciət etməyim təsadüfi deyil. Zira müdir vurğulamışdı ki, sən həmin məktəbə dekret yerinə gedirsən. Bir müddət adı çəkilən yerdəki məktəbdə işlədim. Yerli əhali sürgündən qayıtmış Mehseti türkləri idi. Üz-gözüm məktəbə və kəndə yenicə öyrəşmişdi ki, dekretə çıxmış xanım öz yerinə qayıtdı. Şöbə müdirinin tösiyyəsi ilə rayondakı səkkizillik məktəbə gedəsi oldum. Yenə dekret yerinə. Az sonra məni başqa bir yerə dəyişəsi oldular. Yenə məlum səbəbə görə. Günlərin bir günü xəbər gəldi ki, “dekretçı” öz yerinə qayıdır. Mənim Mollaəzizli məktəbinə dəyişməyim barədə sərəncam verildi. Yenə dekret yerinə. Bir müddətdən sonra təzəcə istifadəyə verilmiş M.Əzizbəyov adına orta məktəbdə fəaliyyətə başladım...
    Elə o vaxtdan demoqrafik yüksəlişimizin təbliği ilə məşğulam.
    Bax, “Dekret yeri” belə yarandı...





    VI.PERSONA


    DÜNYANIN PUŞKİNİ
    Puşkinin həyatı və ölümü haqda bildiklərimiz və bilmədiklərimiz
    (esse)

    Rus şairəsi Marina Svetayevanın “Mənim Puşkinim” adlı məşhur bir əsəri vardır. Bu yüksək poetik dillə qələmə alınmış nəsr əsərində 20-ci əsrdə tanınmış bir məşhur rus şairəsi 19-cu əsrdə yaşamış digər bir ədəbi düha haqda söhbət açır.
    Öz “seçimində” Svetayeva tək deyil. Məsələ burasındadır ki, Puşkini “öz şairi” hesab edənlər saysız-hesabsızdır. Məhz elə bu məntiqdən çıxış edərək demək olar ki, Puşkin əslində elə “hamının”, bütün dünyanın şairidir.
    Nikolay Qoqol hökm verərək yazırdı ki, Rusiyada Puşkinə bərabər ikinci bir adam iki yüz ildən sonra meydana gələ bilər.
    Və onu da xatırlatmaq olar ki, ümumbəşəri məhəbbət qazanmış Puşkin dünyada ən çox nəşr edilən şairlərdən biridir. Təkcə keçmiş SSRİ-nin mövcudluğu müddətində, yəni 70 il ərzində (1917-1987) bu dövlətdə Puşkinin əsərləri 105 dildə 3 min dəfədən çox, 377 milyon tirajla nəşr olunmuşdur.
    Yeri gəlmişkən, Puşkin həm də bütün dünyada ən çox heykəli olan söz adamlarından biridir. 40-dan çox ölkədə şairə 550 heykəl qoyulub. Təkcə ABŞ-da onun 3 heykəli var. Bakıda da Milli Kitabxananın fasadında və şairin adını daşıyan küçədəki kiçik parkda onun heykəli ucaldılıb. Bundan başqa, onun adını daşıyan küçə və bağ vardır. Azərbaycanın bir çox bölgələrində bu qəribə taleli söz və fikir adamının adını əbədiləşdirən müxtəlif istiqamətli onlarla qurum mövcuddur. Şairin əksər əsərləri dilimizə uğurla tərcümə olunub.
    Puşkin mənim də sevdiyim, yaradıcılığına tez-tez müraciət etdiyim söz bahadırlarından biridir.




    Dahinin qətli
    Puşkinin qətli ilə bağlı əsl həqiqəti çoxları hələ bu gün də bilmir

    “Rus poeziyasının günəşi” adlandırılan Aleksandr Sergeyeviç Puşkin 1837-ci il yanvar ayının 29-da (yeni tarixlə fevral ayının 10-da) gözlərini dünyaya əbədi yumub.
    Tarixdən məlum olduğu kimi, şair yaxın qohumu poruçik Jorj Dantes tərəfindən qətlə yetirilib. Məsələnin kökü belə idi: Puşkinə gələn aşkar və gizli məktublarda Dantesin şairin advadı Natalya Nikolayevna ilə eşq macərası yaşadığı iddia olunurdu. Təbiətən çılğın təbiətə malik olan böyük şair hələ 1836-cı ildə Dantesi duelə çağırmışdı. Dantes təhlükəni hiss edib Natalyanın bacısı, yəni Puşkinin baldızı Yekaterinaya eşq elən etdi; guya onun Püşkinin evinə gedib-gəlməsinin səbəbkarı şairin baldızına olan istəklə bağlı imiş. Tezliklə Danteslə Yekaterina ailə qurdu. Amma bu qohumluğa baxmayaraq şairlə onun bacanağı arasında “soyuq müharibə” səngimək bilmirdi. Bunun da səbəbi o idi ki, “qonaq” Puşkinlərin evindən ayağını üzməmişdi. Peterburqun elit dairələrində bu tanınmış ailə ilə bağlı söz-söbət, dedi-qodu səngimək bilmirdi.
    Nəhayət, Puşkinin ərəb qanı yenə qaynadı. O, Dantesin atalığı səfir baron Hekkernə kəskin bir məktub yazdı, onu duelə çağırdı. Təbii ki, baron duelə çıxa bilməzdi. Amma onun oğulluğu Dantes şairin duelə çağırışına cavab verdi. Beləliklə, 1837-ci il yanvarın 27-də Puşkinlə Dantes Qara Çay (Çyornaya Reçka) deyilən yerdə, Komendant daçasının yaxınlığında duelə çıxdılar.
    Sekundant məsafəni ölçdü. Birinci Dantes atəş açdı. Puşkin qarnından ağır güllə yarası aldı, yerə yıxıldı. Amma şair var qüvvəsini toplayıb elə torpağa uzanmış halda öz rəqib bacanağına cavab atəşi açdı. Dantes yüngül yaralandı. Həmin anlarda Puşkin huşunu itirdi. Yaralı şairi hadisə yerindən öz evinə Hekkernin göndərdiyi karetada apardılar.
    Puşkin iki gün əzab və ağrılar içində can verdi. O, tez-tez sayıqlayırdı. O zaman Peterburqun ən yaxşı həkimləri başda İmperator leyb-mediki N.F. Arendt olmaqla əllərindən gələni əsirgəmir, şairi ölümün cəngindən xilas etməyə çalışırdı. Arada huşu başına gələrkən Puşkin çətinliklə də olsa qısa fasilələrlə öz vəsiyyətini edirdi.
    Dueldən iki gün sonra, 1837-ci il yanvar ayının 29-da şair gözlərini əbədi yumdu. Saat 14.45 idi. Saat da şairlə birgə susdu.

    Sovet dövründə yazılan bir çox kitab və dərsliklərdə Puşkinin ölümünün çar Birinci Nikolay tərəfindən sifariş verildiyi iddia olunurdu. Əlbəttə, çar Puşkini daxilən bəlkə də bəyənmirdi. Amma o, şairə bəslənən ümumxalaq məhəbbətini aydın hiss edirdi. Məhz elə bu səbəbdən hökmdar bu qətl hadisəsindən sonra Puşkinin ailəsini öz himayəsinə götürdü. Çar xəzinəsindən şairin ailəsinə 10.000 rubl birdəfəlik yardım edildi. Natalyaya, onun oğul və qızlarına ömürlük pensiya kəsildi. Puşkinin seçilmiş əsərlərinin nəşri barədə çar tərəfindən xüsusi sərəncam verildi.

    31 yanvardan 1 fevrala keçən gecə şairlə vidalaşma mərasimi oldu.
    Xalqın qəzəbindən çəkinən çar şairin ailəsi üçün böyük güzəştlər etdiyi kimi, Avropanın da qəzəbindən qorxaraq Hekkern və Dantesin gizli şəkildə Peterburqdan çıxarılmasına nail oldu.
    Bu, şairin son dueli oldu. Bəli, bəli, məhz “son duel”.
    Maraqlıdır, bəs həmin vaxtacan Puşkin neçə dəfə duelə çıxmışdı və neçə adam öldürmüşdü?

    Puşkin neçə dəfə duelə çıxıb?

    O, hətta öz xidmətçisinin şərəfini qorumaq üçün silaha əl atıb.
    Böyük şairin şəxsi həyatı qalmaqallarla dolu idi.
    Bəs o, bu qədər əsəri yazmağa necə vaxt tapırdı?

    Aleksandr Sergeyeviç Puşkin həm sağlığında, həm də qətlə yetiriləndən sonra daim rus və dünya ictimai-ədəbi fikrinin diqqət mərkəzində olub. Bu diqqət indinin özündə də davam etməkdədir. Onun fanatları və düşmənləri həmişə bol olub. Şairin qalmaqallarla dolu həyatı barədə minlərlə bədii və sənədli əsərlər yazılıb. Sağlığında o, bəzi dairələrdə həm bir çox Avropa (Almaniya və Fransa) ölkələrinin xəfiiyyəsi, həm də rusların öz agenti kimi qəbul edilirdi.
    Şairin ailəsi barədə də elə bu cür şaiyələr baş alıb gedirdi; onun arvadının 1-ci Nikolayla yaxın münasibətdə olduğunu deyənlər də vardı.
    Bundan başqa Puşkinin öz baldızları ilə münasibətini dedi-qoduya çevirən qüvvələr sakitləşmək bilmirdi. Onun məşhur qumarbaz, hətta nekrofil olduğunu deyənlərə də təsadüf olunurdu.
    Böyük şair haqda nələr danışmırdılar? Onun həyatı və ölümü ilə bağlı az qala fantastik fikirlər söylənilirdi və bu gün də söylənilməkdədir.
    Hətta, bir çox rəsmi və qeyri-rəsmi dairələrdə şairin dueldə ölmədiyi, yüngül yaralandığı və çar tərəfindən Fransaya göndərildiyi iddia olunurdu. Puşkinin Parisə gedib orada həttta Aleksanr Düma imzası ilə macəra romanlar yaması və uzun bir ömür yaşaması barədə şayiələr də dolaşmaqda idi.
    Puşkin rus ədəbi-siyasi-ictimai mühitinin ən qalmaqallı şəxsiyyətlərindən biri idi. Əlbəttə, bu böyük ədəbi sima ilə bağlı, daha doğrusu, onun əleyhinə söylənilən fikirlərin çoxu əsassız idi. Təkcə bu fakt doğru idi ki, Puşkin yalanla barışmayan, azadfikirli, inqilabi ruhlu bir şair idi. Məncə, buraya dahi mütəfəkkirin orijinal şəxsi keyfiyyətlərini də artırsaq onun portreti qismən dolğun olar. Belə ki, o, öz şəxsiyyətinə hədsiz qiymət verən, habelə həssas, çılğın, emosional, mübariz, coşqun bir adam idi.
    Puşkin sanki öz qısa həyatında bir neçə adamın ömrünü yaşamışdı. O, elə yaradıcılığına görə də məhz bu cür çoxşaxəli, zəngin, ensiklopedik bir düha idi.
    Dünya Puşkinşünaslarını daim belə bir sual maraqlandırıb: bu qədər coşqun həyat tərzi keçirən bir insan bu qədər əsəri necə yazıb başa gətirmişdi?
    Hələ Puşkinin duel qalmaqalları... Bu, əslində böyük bir tədqiqat materialı ola bilər.
    Məlum olduğu kimi, əvvəllər duellərdə qılıncdan istifadə olunurdu. Sonralar, daha dəqiq desək 18-ci əsrdən etibarən dvoryanlar (zadəganlar) arasında baş verən qalmaqalların “razborkaların” (haqq-hesab çürütməyin) odlu silahla həll edilməsinə icazə verildi.
    Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırıram ki, Puşkin öz qısa ömründə 25 adamı duelə çağırmışdı. Və onun özü təhqir etdiyi, söydüyü adamlar tərəfindən 7 dəfə duelə çağrılmışdı.
    Puşkin öz “düşmənini” ilk dəfə duelə çağıranda cəmi-cümlətanı 17 yaşı vardı.
    1816-cı ildə duelə ilk dəfə duelə çağırdığı adam şairin öz əmisi Pavel Hannibal idi. Puşkin əmisini duelə ona görə çağırmışdı ki, bu adam onun sevdiyi qızı bal rəqsinə aparmışdı. Necə deyərlər, “ağsaqqallar” işə qarışandan sonra duel ləğv olunmuşdu.
    1817-ci ildə Puşkin öz yaxın dostu Pyotr Kaverini duelə çağırmışdı. Səbəb kimi, dostunun hansısa tikanlı şeiri göstərilirdi. Bu duel də baş tutmadı.
    1819-cu il. Puşkin şair həmkarı və dostu Kondrati Rıleyevi duelə çağırır. Amma bu dəfə səbəb kimi şeir göstərilmirdi. Səbəb gələcək məşhur dekabristin dostuyla bağlı siyasi xarakterli şayiələr danışması olmuşdu. Həmin duel baş tutdu. Mövcud qaydaya əsasən ilk atəşi Kondrati Rıleyev açdı. Amma güllə yan keçdi. Puşkin anladı ki, dostu səmimi peşimançılıq hissi keçirir və o, tapançadan havaya atəş açdı.
    1819-cu il. Bu dəfə şairin özünü ilk dəfə duelə çağırırlar. Duelin təşəbbüsçüsü şairin yaxın dostu Vilhelm Küxelbeker idi. Səbəb Puşkinin yazdığı zarafatyana-tikanlı şeir idi. Duel baş tutdu. Birinci Vilhelm atəş açdı. Amma güllə hədəfə dəymədi. Puşkin atəş açmaqdan imtina etdi.
    1819-cu ildə Puşkin Modest Korfu duelə çağırıb. Səbəb də bu idi ki, Korfun xidmətçisi şairin xidmətçisini döymüşdü. Duel ləğv olundu. (O zaman hətta ağa öz nökərinin mənafe və şəxsiyyətinə görə ölümə getməyə hazır idi. Zira bu şərəf məsələsi idi-F.M.)
    1819-cu ildə Puşkin teatrda əsəbiləşərək aktyorları söyür və buna görə Mayor Deniseviçin töhmətini qazanır. Gənc Aleksandr ona söz qaytaran tanışını duelə çağırır.
    1820-ci ildə artıq əsaslı “duel təcrübəsinə” malik olan Puşkin iki nəfəri eyni vaxtda duelə çağırır; bunlar Orlov və Alekseyev idi. Lakin onun duelə çağırdığı kişilər Puşkini inandıra bildilər ki, şair sərxoş olarkən bilyard oynamağa cəhd etmiş və ətrafda olanların istirahətinə mane olmuşdu. Beləliklə, duel “gündəmdən” çıxarılmışdı.
    1821-ci ildə şair fransız ordusunun zabiti Deqili duel baryerinə çağırır. Lakin zabit bundan imtina edir. Belə olan halda Puşkin hərbçiyə təhqiramiz bir məktub yazır və onun karikaturasını çəkir. Axı Ppuşkin həm də istedadlı rəssam idi.
    1822-ci ildə Puşkin polk komandiri Semyon Starovla kəskin mübahisə edir. Yüksək çinli hərbçi gənc şairi hədələyir və belə düşünür ki, Puşkin qorxub geri çəkiləcək. Lakin Aleksandr bir addım da geri çəkilməyəciyini deyir. Və onu duelə çağırır. Beləliklə onlar duel baryerinə çıxası olurlar. Həmin gün hava çox soyuq idi. Çovğundan az qala bir-birlərini görə bilməyən duelyantlar iki dəfə atəş açsalar da kəskin hava şəraiti onların istəyinin reallaşmasına mane olur. Sekundantlar hər iki tərəflə danışıb duelin vaxtını təxirə salırlar. Sonralar rəqiblər barışır və duelə çıxmaqdan imtina edirılər
    1822-ci ildə Aleksandr Puşkin 65 yaşlı yüksək çinli məmur olan İvan Lanovu duelə çağırır. Onların bayram süfrəsi arxasında mübahisə etmələri bu məsələnin “gündəmə gəlməsinə” səbəb olmuşdu. İndiki anlamda desək, “ağsaqqallar-qarasaqqallar” məsələyə müdaxilə etdikdən sonra tərəflər barışığa gəlmiş, dueldən iktina etmişdilər.
    1822-ci il. Puşkin Moldav əsilli yüksək çinli məmur Teodor Balşla duelə çıxmalı olur. Bu işin ”səbəbkarı” həmin moldavanın arvadı olmuşdu. Xoşbəxtlikdən duelyantların razılığı ilə duel baş tutmadı.
    1822-ci il. Puşkin sekundantlardan imtina edərək mülkədar Skartl Prunkylonu duelə çağırır. Lakin hər iki tərəf duel qayda-qanunları barədə az məlumata malik idilər. Buna görə də uzun mübahisədən sonra duel təxirə salındı. Sonralar duel baş tutmadı.
    1822-ci ildə Puşkin qəzəblənərək Severin Potskini duel baryerinə çağırır. Səbəb isə onların yemək süfrəsi arxasında təhkimli kəndlilərlə bağlı apardıqları mübahisə olmuşdu. Bu duel də baş baş tutmadı. Rəqiblər barışdılar.
    1822-ci il. Ştabs-kapitan Rutkovski qəzəblənib Puşkini duelə çağırır. Rutkovski şairi onu təhqir etdiyinə görə duelə çağırmışdı. Lakin tərəflərin razılığı ilə duel ləğv olunur.
    1822-ci ildə Kişinyov oliqarxı İnqlezi şairi duelə çağırır. Puşkin bu zəngin adamın arvadına eşq elan etmişdi. Görünür, ər bu barədə məlumatlı idi. Amma duel baş tutmadı.
    1822-ci ilin son duelı. Şairi yenə duelə çağırırlar. Praporşik Aleksandr Zubov hirslənərək Puşkini məhv etmək qərarına gəlir. O, şair tərəfindən aldadılıb ələ salındığını güman edirdi. Amma duel baş tutmadı.
    1823-cü ildə Ruşkin şəxsi zəmində baş verən bir məsələyə görə gənc yazar İvan Russonu duelə çağırır. Ruel baş tutmur.
    1826-cı il. Şimal icmasının üzvü Nikolay Turgenev şairin şeirlərini ələ salır, onu təhqir edir. Özündən çıxmış şair onu duelə çağırır. Lakin duel baş tutmur.
    1827-ci il. Artilleriya zabiti Vladimir Solomirski arvadına eşq elan etdiyinə görə Puşkini duelə çağrılır. Lakin tərəflərin təşəbbüsü ilə onlar baryerə çıxmırlar.
    1828-ci ildə Puşkini Təhsil Nazirliyinə dəvət edirlər. Şair təhsil naziri Aleksandr Qolitsına kəskin epiqramma həsr etmişdi. Bu şeirdə təhqir elementlərinin olduğu göstərilirdi. Ortalığı duel söhbəti gəlsə də, sonralar bu baş tutmadı.
    1828-ci il. Bal rəqsi zamanı fransız səfirliyinin katibi ilə şairin arasında qızlara görə mübahisə yaranır. Şairi katibin rəqs edən qızlarla rəftarı razı salmır. Və mübahisə zəminində o, katibi duelə çağırır. Səfirlik nümayəndəsi şairdən üzr istəyir, barışıq əldə olunur, duel ləğv edilir.
    1829-cu il. Puşkin Xarici İşlər Nazirliyinin məmuru Dmitri Xvostova epiqramma yazır. Məmur əsəbiləşib şairi təhqir edir. Puşkin onu duelə çağırır. Amma Xvostov imtina edir.
    1836-cı il. Puşkin knyaz Nikolay Repin haqda xoşagəlməz ifadələrin yol verildiyi güman edilən şeir yazır. Qarşı tərəfin reaksiyasıdan xoşlanmayan şair onu duelə çağırır. Duel baş tutmur.
    1836-cı il. Xarici İşlər Nazirliyinin gənc məmuru, Fedor Tolstoyun bacısı oğlu, 26 yaşlı Semyon Xlyustin şairin yazdığı şeirdən qeyzə gəlir. Puşkin onu baryerə dəvət edir. Lakin xoşbəxtlikdən duel alınmır.
    1836- cı il. Litva əsilli rus məmuru, şair, nasir Vladimir Soloqub şairin arvadı Natalya haqda xoşagəlməz sözlər deyir. Ortaya duel söhbəti gəlsə də baş tutmur.
    1836-cı ildə Puşkin anonim məktub alır. Orada yazılmışdı ki, fransız zabiti Jorj Dantes onun arvadı ilə görüşür. Puşkin onu duelə çağırır. Dantes qorxub dueldən imtina edir. Və Puşkinin baldızını sevdiyini bildirir. Duel alınmır.
    1837-ci il. Puşkinin ailəsi, arvadı ilə bağlı söz-söhbətlər səngimir. Şair öz bacanağını, yəni Dantesi duelə çağırır. Əvvəlcə Dantes şairi dilə tutub bu seçimdən imtina etməsini xahiş edir. Lakin Puşkin onu söyüb təhqir edir. Duel baş tutur. Birinci Dantes atəş açır. Şair ağır yara alır. LakinPuşkin son anda özünü ələ alıb atəş açır. Dantes yüngül yara alır. İki gündən sonra şair gözlərini əbədi yumur.
    Rus poeziyasının Günəşi beləcə sönür. Artıq həmin faciə barədə siz bu yazının əvvəlində məlumat əldə etmisiz.
    p.s.
    İndi bu yazıda adı çəkilən (və eləcə də çəkilməyən) insanların böyük əksəriyyəti Rusiya ictimai fikrində yalnız Puşkinlə bu və ya digər dərəcədə bağlı olduqlarına görə xatırlanır. Puşkinin dostları kimi onun düşmənləri də tarixin yaddaşında əbədiləşmişlər.


    Dantes təkcə Puşkinin yox,
    öz qızının da
    qatilidir...

    Bəli, Puşkini dueldə Dantes öldürüb.
    Bəli, Danteslə Puşkin bacanaq idilər. Natalya Qonçarova Aleksandr Puşkinin, Yekaterina Qonçarova isə Jorj Dantesin arvadı idi.
    Amma bir çoxunuz yəqin bilmir ki, Dantesin qızı Leoniya-Şarlotta da şeir yazırdı. Fransada böyüyən qız rus dilini bilmirdi. Amma şöhrəti və poeziyası ilə Fransanı da fəth etmiş Puşkin onun ən sevimli şairi idi. O zamanlar Puşkinin şeirləri bütün Avropada yayılmışdı. Qızcığaz böyüyəndə öyrənir ki, onun sevimli şairini və xalasının ərini öz doğmaca atası, yəni Jorj Dantes öldürüb; o, bundan dəhşətə gəlir, sarsılır.
    Şarlotta atasını ittiham edir, onu söyür, hədələyir, hətta, öldürmək istəyir.
    Yəqin bilmirsiz ki, Dantes öz qızı Leoniya-Şarlottanı psixi xəstəxanaya saldırır. Qız əzablar içində həmin xəstəxanada vəfat edir.
    Beləliklə, Dantes öz bacanağı Puşkinlə yanaşı, öz doğma qızı Leoniya-Şarlottanın da qatilidir.
    Xalq arasında belə bir ifadə var: “Filankəs sağ başı gora aparan deyil”. Mən bu ifadəni heç də Puşkinə aid edə bilmərəm. Zira əgər belə demək mümkünsə, Puşkinin qətlinə onun şəxsi düşmənlərindən daha çox, ilk növbədə məhz şairin yaşadığı mühit fərman vermişdi.





    Dostoyevski türkdürmü?

    Söhbət böyük rus yazıçısının
    şəcərəsindən gedir

    Son zamanlar nəinki mətbuat səhifələrində, hətta ciddi elmi-tədqiqat məcmuələrində belə elmə heç bir dəxli olmayan, cəfəng, psevdoelmi, uydurma “araşdırmaların” nəşrinə gen-bol yer verilir, oxucunu hər addımda çaş-baş salan “faktlar” üzə çıxarılır. Bu cür hallara daha çox ədəbi diletantların türk tarixinə həsr etdikləri “əsərlər”də təsadüf edilir. Az qala, dünyada mövcud olan bütün xüsusi və ümumi isimlərin, leksik vahidlərin (leksemlərin) hamısının kökü, mənşəyi türk faktı və türk faktoru ilə “əlaqələndirilir”. Əlbəttə, heç kəs türk arealının miqyasını məhdudlaşdıra bilməz. Lakin, eyni zamanda, yalançı, qondarma türkçülüyün körüklənməsinin heç bir elmi əhəmiyyəti olmadığını da xatırlatmağı vacib bilirik.
    Kiçik bir haşiyə də çıxmaq istəyirəm. Bu yaxınlarda polyak əsilli rus alimi Teodor Adamoviç Şumovskinin rus və Azərbaycan ədəbi mətbuatında getmiş müsahibələrində vurğuladığı bir fikir diqqətimi çəkdi. Vaxtilə Azərbaycanın Şamaxı bölgəsində mədrəsə təhsili almış, hazırda Moskvada yaşayan, yaşı yüzü haqlamış məşhur tədqiqatçı dönə-dönə, həm də israrla qeyd edir ki, böyük rus şairi Puşkin öz mənşəyi etibarilə qətiyyən həbəş (ərəb) olmamışdır; alim təkzibolunmaz dəlillərə istinadən sübut edir ki, A. S. Puşkinin ulu babası İbrahim (Abraham) türk olmuşdur.
    Yeri gəlmişkən, rus hərbi, elmi, ədəbi elitasının məşhur simalarından bir çoxu, məsələn, Karamzin, Kantemir, Turgenev, Daşkov, Uşakov, Suvorov, Kutuzov, Timiryazyev (Dəmiryazov), Kartaşev, Turçaninov, Şaxovski, Çerkasski, Şeremetyev (Şərəmətov), Narışkin, Kablukov (Qablıqov), Balaşov, Baskakov, Mustafin, Bulqakov, Tenişev, Yesaulov, Butakov... və onlarla başqaları türk əsilli ruslar olmuşlar. Bu deyilənlər mənim “kəşfim” və ya fantaziyamın məhsulu deyildir. Həmin simaların kimliyi, kökü, şəcərəsi barədə rus tədqiqatçılarının özləri kifayət qədər yazmışlar.
    Nə isə... Bütün bunlar faktlardır və ayrıca, geniş bir söhbətin mövzusudur. Bəri başdan qeyd etmək istərdim ki, aşağıda oxucuların nəzərinə çatdırmaq istədiyim mülahizələr də qətiyyən fərziyyə və ehtimallara deyil, konkret elmi faktlara söykənir. İndiki halda söhbət Dostoyevskidən gedir.
    Fyodor Mixayloviç Dostoyevskinin (1821—1881-ci illər) təkcə rus ədəbiyyatında deyil, dünya mədəniyyəti tarixində oynadığı rolu oxuculara təzədən xatırlatmağa, bizcə, elə bir ehtiyac yoxdur. “İdiot”, “Cinayət və cəza”, “Karamazov qardaşları”, “Alçaldılmış və təhqiredilmişlər”in müəllifi barədə yüzlərcə, minlərcə tədqiqat əsəri yazılmışdır. Mən bütün bu faktları təzədən sadalayıb vaxt almaq niyyətində deyiləm.
    Onu da vurğulamağı vacib bilirəm ki, mən Dostoyevskinin həyat və yaradıcılığına kifayət qədər bələd olsam da, qətiyyən özümü onun tədqiqatçısı hesab etmirəm. Lakin yığcam şəkildə də olsa Dostoyevskinin şəcərəsi, onun mənşəyi ilə bağlı indiyəcən diqqətdən kənarda qalmış bir nüansa azacıq da olsa işıq salmağı özümə borc hesab edirəm.
    Bilənlər bilir, bilməyənlərə demək istəyirəm ki, Dostoyevski daha çox slavyanofil bir yazıçı və xristian dininin mübəlliği kimi tanınır. O, bütün həyat və fəaliyyəti boyu adı bəlli ideyaların təbliği ilə məşğul olmuşdur. Hətta “islamın məhdudluğu” və “nöqsanlarına” toxunmuş, kəskin tənqidi mülahizələr söyləmiş, öz siyasi və dini baxışlarını heç zaman gizlətməmişdir.
    Bütün bunlar faktdır və həmin məlum faktları mən bir daha geniş şərh etməyə ehtiyac duymuram. Artıq qeyd edildiyi kimi, məqsədim diqqəti Dostoyevskinin milli mənşəyi, şəcərəsi ilə bağlı bir fakta yönəltməkdir. Qısaca olaraq bunu demək istəyirəm: Dostoyevski mənşəcə türkdür. Rus tədqiqatçısı (və özü də mənşəcə türk olan) V. Arsenyev 1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində qeyd edir ki, Dostoyevski əslən türkdür, özü də Aslan Mirzə (Murza) Çələbi nəslindəndir. Çələbilər (yəni Dostoyevskinin ulu babaları) Qızıl Ordanın nüfuzlu başçılarından olmuşlar.
    Yazıçının ulu babası Aslan Mirzə 1389-cu ildə anadan olub. Onu da qeyd edək ki, rus zadəganlarının böyük pleyedası — Somovların və Yusupovların, Ptişşevlərin və Arsenyevlərin kökü, mənşəyi məhz Çələbilər nəslində pərvəriş tapıb. Bu familiyaların hamısının mənşəyi eyni mənbədən, vahid kökdən başlayır.
    Bu maraqlı fakt bir sıra Qərb tədqiqatçılarına məlum olsa da, nədənsə, Rusiyadakı dostoyevskişünaslar tərəfindən indiyəcən ətraflı təhqiqat və tədqiqata cəlb olunmamış, sanki, nəzərdən qaçmışdır. Amerikada çap olunmuş “Dostoyevskinin üç sevgisi” adlı memuarda (adıçəkilən əsərin müəllifi məşhur amerikan yazıçısı Mark Slonimdir) həmin faktın əsaslı olduğu qeyd edilir. Beləliklə, elmi dəlillərə söykənərək tam qətiyyətlə söyləmək olar ki, yaradıcılığı bütün dünyaya, həyatı isə Rusiyaya məxsus olan böyük yazıçı F. M. Dostoyevskinin mənşəyi türk olmuşdur.
    Müxtəlif tarixi mərhələlərdə vaxtilə islamı qəbul etmiş müsəlmanlar (o cümlədən türklər) bir çox obyektiv və subyektiv səbəblərə görə zaman-zaman xristian dininə üz tutmuşlar (və bəzən bu proses əksinə getmiş — xristianlar islam dinini qəbul etmişlər). Görünür, Dostoyevskilər nəslinin bir çox nümayəndələri də müəyyən mülahizələrə görə xristian dininə pənah aparmalı olmuşdular. Söz düşmüşkən deyim ki, Dostoyevskilərin ulu qohumları olan Yusupovlar nəslinin bir çox nümayəndələri xristianlığı qəbul etsələr də, onların arasında müsəlman dininə sadiq qalanlar da olmuşdur. Tarixdən məlum olduğu kimi, qraf Yusupov sonralar məşhur saray favoriti Rasputini qətlə yetirmişdir.
    Sonda bir məsələni də vurğulamaq istərdim. Mənə elə gəlir ki, Dostoyevskinin soyadının (familiyasının) əsasını təşkil edən anlam öz mənşəyini məhz “dost” sözündən götürmüşdür. Əlbəttə, deyilənlər bəzilərinə paradoksal görünə bilər. Bu mülahizələri, yalnız məhdud elmi dairəyə məlum olan faktları söyləməklə mən, qətiyyən, Dostoyevskini zorən “türkləşdirmək” niyyətində deyiləm. Məqsəd, sadəcə olaraq, mövcud mənbə və dəlilləri böyük rus yazıçısının pərəstişkarlarının və tədqiqatçılarının nəzərinə çatdırmaqdan ibarətdir.

























    DÜMA DÜHASI, DÜMA UZAQGÖRƏHLİYİ
    Bu, az qala peygəmbərlikdir...

    Bu günlərdə vaхtilə pəraкəndə halda кağız parçalarının üstünə yazılmış qеydlərimi, yazı-pоzularımı qaydaya salarкən Dümanın bir fiкri gözümə sataşdı. Mən böyüк yazıçının təхminən 150 il bundan əvvəl qələmə aldığı кitabdan iqtibas кimi götürdüyüm həmin fiкri təzədən охuyanda bir daha хatırladım кi, illər öncəsi, yəni SSRİ mövcud оlarкən Dümanın rus impеriyası barədə söylədiкlərini о vaхt hеç yеrdə çap еtdirə bilməmişdim.
    Yеnidən əlimə düşən о кiçiк qеydləri охucuların diqqətinə çatdırmaq qərarına gəldim. Və bir daha əmin оldum кi, "Düma" və "düha" sözlərinin allitеrasiya кimi səslənməsi, az qala qafiyələnməsi bəlкə də bir qəzavü-qədərdir; nеcə кi, dahi yazıçının yüz əlli il öncə dеdiкlərinin bu gün əsasən rеallaşması bir qəzavü-qədər təsiri bağışlayır.
    1859-cu ildə Qafqaza səyahətə çıхan Alекsandr Düma (ata) qafqazlılara hеyran оlur. О, özünün "Qafqaz" adlı кitabında qafqazlıların qəhərmanlığı, şücaəti, mərdliyi, əyilməzliyi barədə söhbət açır.
    О vaхt rus impеriyasının tərкibində оlan Qafqazın prоblеmləri də böyüк yazıçının diqqətindən yayınmayır. Оnu adi bir avrоpalı, bir yazıçı, bir ziyalı кimi qafqazlıların rus əsarətində yaşaması hiddətləndirir. О, zоrla bir çох хalqları öz idarə və iradəsi altında birləşdirən Rusiyanın gələcəyinə inanmır. Aхı, başqalarına azdalıq vеrməyən хalqın özü nеcə azad оla bilər? Düma bu barədə yazırdı: "Bu dövlət (yəni Rusiya-F.M.)günlərin bir günü dağılacaq. О, Rоma impеriyası кimi çохlu digər dövlətlərə parçalanmayacaq, dörd hissəyə bölünəcəк. Əvvəlcə qərb tоrpaqları paytaхt Varşava ilə birgə ayrılacaq, sоnra cənub paytaхt Tiflislə birgə, daha sоnra Uzaq Şərq ta Urala qədər bölünəcəк. Və yеnə də təкcə Mоsкоviya qalacaq".
    Biz dеdiк кi, Dümanın söylədiкlərinin çохu artıq rеallaşıb. Amma Rusiya hələ sоnacan "azad" оlmayıb, təкcə "Mоsкоviyanın" qalması da görünür çох yaхın vaхtların məsələsi dеyil. Amma faкt budur кi, Dümanın dеdiкlərinin əкsəriyyəti çin çıхıb. Bizcə çох maraqlıdır.

    2003






















    Cek London
    və
    Martin İden

    Mən bu iki adın bir-birilə “səhv”, daha doğrusu “qarışıq” düşdüyünün çox şahidi olmuşam. Yəni dəfələrlə təhsilli, yarımtəhsilli və təhsilsiz adamlardan eşitmişəm: “Martin İdenin Cek London romanı”... Və yaxud, əksinə...
    Çek Londonun kim olduğu əksər ədəbiyyatsevərlərə məlumdur. O, Amerikan yazıçısıdır. Cəmi 40 il yaşayıb.
    “Martin İden” romanının eyniadlı qəhrəmanı da müəllifin özü kimi yazıçıdır. Martin İden təkcə ədəbi qəhrəman yox, həm də həyat qəhrəmanıdır. Özü də sərt həyatın sərt qəhrəmanı.
    Martin İden moryakdır, dənizçidir. O, fiziki cəhətdən güçlü bir gəncdir. Cəmi 21-22 yaşı var. O, “yüksək” dairədən olan Ruf adlı qıza ilk baxışdan vurulur. Ruf savadlıdır, həssasdır, şıltaqdır, ağıllıdır. Bu xanım qız gənc dostuna ədəbiyyat, dil, mədəniyyət haqda ətraflı bilgi verir. “Qaba” Martin get-gedə elit həyata nüfuz edir və... yazıçı olmaq qərarına gəlir...
    Bundan sonra ədəbiyyata gəlmək istəyən gəncin ağır, məşəqqətli, həmçinin maraqlı həyatı başlayır.
    Martin İden dəniz fırtınalarından uzaqlaşıb həyat və yaradıcılıq fırtınalarına baş vurur. Sən demə, həyatın fırtınaları daha təhlükəli imiş. Bunu qəhrəman və oxucu bütün çalar və rəngləri ilə görür.
    Gənc, güclü, əzmkar Martin gecə-gündüz yazır. O, yüksək cəmiyyətə can atır. Kitablarından bolluca qonorar almaq istəyir. Vurulduğu qızın- Rufun rəğbətini qazanmaq istəyir. Bir sözlə, o, cəmiyyətdə özünü təsdiq etmək istəyir.
    Nədənsə bu qəhrəman mənə hər zaman təkcə müəllifin (Cek Londonun) özünü yox, həm də dahi fransa yazıçısı Balzakı xatırladıb. Çünki Onore de Balzak da bu “de” titulunu və sevdiyi qrafinya Evelina Qanskayanın rəğbətini, əslində məhəbbətini qazanmaq üçün çox məşəqqətlərə düçar olur.
    Martin İden gecə-gündüz yazır və öz arzusuna çatır. O, artıq məşhur, imkanlı bir şəxsdir. Bütün Amerika ondan danışır.
    O vaxtlar cəmiyyətdə ədəbiyyatın və yazıçının hörməti böyük idi. İndiki vaxt olsaydı ola bilsin ki, Cek London öz əsərinə ya siyasətçini, ya idmançını, ya da müğənni və ya da hansısa mafiozu, indiki anlamda “biznesmeni” qəhrəman seçərdi...
    Mən əsərin məzmununu danışmaq niyyətində deyiləm.
    Vaxtilə Fəlsəfə tarixi ilə paralel Dünya ədəbiyyatı tarixi üzrə də mühazirələr demişəm.
    “Martin İden” romanını bir neçə dəfə oxumuşam. Əlbəttə, təkcə dərs dediyim üçün yox.
    Mən hələ orta məktəbdə oxuyarkən bir neçə dəfə bu əsərin o başından vurub bu başına “çıxmışam”. Martin İden sonralar evdə, işdə, səfərlərdə də mənimlə çox “dostluq” edib. Hər oxuduqca da heyran olmuşam bu qəhrəmana.
    Mən indi onunla “mübahisələrimi” də xatırlayıram. Əslində o, intihar etməyə də bilərdi.Onun yaşamaq limiti hələ tam tükənməmişdi. Belə bir nəhəng enerjiyə malik adam mövcud cəmiyyətə uzun müddət müqavimət göstərə bilərdi...
    Amma Cek Londona və ya Martin İdenə “bəraət” verdiyim vaxtlar da az olmayıb. Axı bu zalım oğlu Cek London özü də sonda öz qəhrəmanı kimi intihar edir. Belə çıxır ki, yazıçı bu əsəri yazmaqla özünü bir növ ölümə hazırlayırmış.
    Mən sonralar cəmi qırx il ömür sürmüş bu böyük ədibin “Həyat eşqi”, “Dəniz canavarı”, “Dəmir daban”, “Meksikalı”, “Aylı vadi” və digər əsərlərini də oxudum. Amma “Martin İden” dəniz rəgləri və dənizçi xarakteri ilə yaddaşımda əbədi iz qoydu.
    Yeri gəlmişkən, “Martin İden” romanını mərhum İslam İbrahimov dilimizə çox yüksək səviyyədə çevirib.
    Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini mütləq oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun “Martin İden”idir. Bu əsər həm də ədəbi fırtınanın qoynuna atılmaq istəyənlər üçün bir dərslikdir, bir xrestomatiyadır.

    p.s.
    Qəribədir. Hətta, olduqca qəribə. Mən indi bu qeydləri yazarkən qəfildən xatırladım ki, bu il Cek Londonun doğumundan 140 il keçir. Və bu da yadıma düşdü ki, böyük yazıçının ölümündən düz yüz il keçir. Onun doğum gününü dəqiqləşdirmək qərarına gəldim, təqvimə baxdım: 12 yanvar 1876-cı il. Sanki bu kişik yazını məhz bu gün qələmə almaq üçün mənə kimdənsə, haradansa “safarış” gəlmişdi...
    Cek London əsərləri dünyada ən çox tirajlanan, deməli ən çox oxunan yazıçılardandır.

    12.01.16
    Elə bu gün də Cek London öz əsərləri ilə müasirdir, maraqlıdır, aktualdır.









    QRİQOL ROBAKİDZE VƏ ONUN ÜÇÜNCÜ SAHİLİ

    Qriqol Robakidze Gürcüstanın böyük ədəbi simalarından biridir. O, öz əsərlərini mükəmməl bildiyi üç dildə- gürcü, rus və alman dillərində yazmışdır.
    Sovetlər dönəmində Robakidzenin əsərlərinə uzun illər tabu qoyulmuşdur. Bununsa müəyyən səbəbləri vardı.
    Məşhur ədib 1880-ci il oktyabr ayının 28-də Kutaisi yaxınlığındakı Sviri kəndində dünyaya göz açıb. İndi səhv etmirəmsə, həmin kəndə şəhər statusu verilib. Robakidzelər ailəsində dörd uşaq vardı: Qriqol və onun üç bacısı. Bəzi mənbələrdə Robakidzenin 1884-cü ildə doğulduğu qeyd olunur. Bunun “günahkarı” yazıçının özü olub. Sonralar o, öz yaşından az göründüyü üçün, bu cür “düzəlişə” qol qoyduğunu etiraf edib.
    Qriqol Robakidze haqda söz açmağımız heç də təsadüfi deyildir. Məsələ burasındadır ki, onun taleyi Azərbaycanla bağlı olub. Bu barədə bir qədər sonra.
    Qriqol ədəbiyyat adamları arasında Qriqoriy Titoviç Robakidze kimi də tanınır.
    Robakidze altı yaşında Kutaisidəki ruhani məktəbinə daxil olmuş, 1895-ci ildən 1901-ci ilə qədərsə ruhani seminariyasında təhsil almışdır. Kutaisidə təhsilini başa vurduqdan sonra 1901-ci ilin avqust ayında Yuryev (İndiki Tartu) universitetinin hüquq fakültəsinə qəbul olunub. Amma təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ilin dekabr ayında universitetdaən uzaqlaşdırılıb.
    Qriqol daim oxumaq, təhsil almaq arzusu ilə yaşayırdı. Elə buna görə də 1902-ci ildə Almaniyaya gedərək Laypsik universitetinin fəlsəfə fakültəsinə daxil oldu.
    Təhsilini başa vuran gənc ədib 1908-ci ildə vətənə dönərək Kutaisi və Tiflis şəhərlərində kütləvi mühazirələr söyləməyə başladı. O, daha çox xarici ölkələrin, xüsusən Avropa xalqlarının ədəbiyyatını və mədəniyyətini tədris və təbliğ edirdi. Dinləyicilər onun hər çıxışını maraqla qarşılayırdılar.
    Robakidze hələ o zamanlar (1907-ci ildən etibarən) tez-tez Rusiyanın paytaxtına səfər edirdi.Əvvəllər onu Fridrix Nitsşenin yaradıcılığı daha çox cəlb edirdi. Peterburqa yaşayan Andrey Belıy, Zinaida Gippus, Valeri Bryusov, Nikolay Qumilyov və başqaları ilə tanışlıq onun həyat və yaradıcılığında yeni bir mərhələnin əsasını qoydu. Bu əlaqələr sonralar dostluğa çevrildi. O, ciddi yaradıcılığa da həmin dövrdən başlamışdır.
    Artıq qeyd etdiyimiz kimi, Qriqol Robakidze vaxtilə Tartu universitetində qısa bir müddətdə də olsa təhsil almışdı. O, yenidən öz arzusunun arxasınca həmin universitetə üz tudu. 1910-1914-cü illər arasında burada hüquq fakültəsində təhsil almağa başladı. Qriqolun Tartudakı tələbəlik illəri başdan-başa axtarışlar dövrü kimi səciyyələndirilə bilər. Fəlsəfi təfəkkürlü yazıçı həmin vaxtlar öz yolunu, daha doğrusu, özünü axtarırdı.
    Təhsil illərində Rokabidze simvolizmlə bağlı təsəvvürlərini daha da genişləndirdi. Universitet dövründə (1913-cü ildə) o, “Həyatın estetik həlli” adlı referat işi yazdı. Sonralar “Kavkaz” qəzetində dərc etdirdiyi elmi-publisistik yazıların bir çoxunda o simvolizmlə və ümumiyyətlə ədəbiyyat haqqında fikirlərini daha da konkretləşdirməyə çalışırdı. Rokabidze simvolizmə nə qədər maraq göstərsə də belə bu cərəyanın çatışmayan cəhətlərini də nəzərə çarpdırırdı.
    Qriqol Robakidze 1915-ci ildə yenidən vətənə döndü.
    Gürcüstana gəldikdən sonra gənc ədib gənc şairlərdən ibarət “Mavi şeypurlar” adlı bir qrup yaratdı. Həmin qurumun əsas vəzifəsi gürcü poeziyasını Qərbi Avropa və rus simvolizmi zəminində yeni bir məcraya yönəltməkdən ibarət idi. Qpupa T.Tabidze, P.Yaşvili, V.Qaprindaşvili kimi istedadlı söz adamları daxil idi.
    Titsian Tabidze öz jurnalının birinci sayında Robakidzeyə həsr etdiyi məqalədə onu “modernizm yevangeleyasını” gürcülər üçün ilk dəfə açan ustad adlandırırdı.(Yevangeleya- İsa peyğənbərin həyatına və təliminə həsr olunmuş kitab və ya kitablar toplusu-F.M.)
    Robakidze gecə-gündüz axtarışda idi. O, daim yeniliyə can atırdı. Artıq bir tədqiqatçı və yazıçı kimi öz ölkəsindən kənarda tanınmağa başlamışdı.
    Onun rus həmkarları Vyaç. İvanov, A.Belıy, A.Blok, K.Belmont, V.Bryusov haqda yazdığı məqalələr öz dəyərini bu gün də itirməyib.
    Qriqol 1917-ci ildə bir müddət Birinci Dünya müharibəsində hərbi müxbir kimi iştirak edib. O, həmin vaxt şəfqət bacısı Nina Domanskaya ilə tanış olub. Tezliklə onlar ailə qurublar. Bu izdivacdan onların Mira adlı qızları dünyaya gəlib. Ninanın və Miranın Azərbaycanla bağlı olan gələcək taleyi haqda bir qədər sonra məlumat veriləcək.
    Gürcüstanın müstəqillik əldə etdiyi mərhələdə (1918-21-ci illərdə) Qriqol Robakidze yeni quruluşun siyasətini can-başla dəstəkləyir, Noy Jordaniyanın hökumətində qanunların redaktəsi və tərtibi ilə məşğul olur. O, dövlət işində çalışmaqla yanaşı, öz pedaqoji fəaliyyətini də davam etdirir, 1918-ci ildə Tiflis Universitetində dərs deməyə başlayır.
    (Qeyd: Noy Nikolayeviç Jordaniya Gürcüstan Demokratik Respublikasının Baş naziri vəzifəsində çalışıb. O, 1869-cu ildə Lançxuti qəsəbəsində doğulub. Hələ tələbə ikən marksizmlə tanış olmuş. Sonralar Gürcüstanda Sosial-Demokrat qrupun rəhbərlərindən biri kimi geniş fəaliyyət göstərmiş, G.V Plexanovun yaxın məsləkdaşı və tərəfdarı olmuşdur.
    1917-ciil fevral hadisələrindən sonra Jordaniya Tiflis Sovetini sədri seçilmişdi. O, Oktyabr çevrilişinə mənfi münasibət bəsləyirdi. Gürcüstanın tam müstəqilliyini müdafiə edən Noy Nikolayeviç 26 noyabr 1917-ci il tarixdə Gürcüstan Milli Şurasının sədri seçildi. Zaqafqaziya Seymi buraxıldıqdan sonra (26 may 1918-ci il tarixdə) o, Gürcüstan Demokratik Respublikasının müvəqqəti parlamentinə, 24 iyul 1918-ci il tarixdənsə Gürcüstan hökumətinə rəhbərlik etməyə başladı. Jordaniya 1919-cu ildə RSFSR-lə saziş imzalanmasının təşəbbüskarı kimi çıxış edib. Həmin saziş 1920-ci ilin may ayında bağlanıb. Bu sazişə görə Rusiya Gürcüstanın suverenliyini qəbul edirdi.
    O zamankı Baş nazir belə hesab edirdi ki, artıq mühüm dövlət sənədindən, yəni bağlanan sazişdən sonra Gürcüstan öz seçdiyi yolla irəliləyəcək, mütərəqqi, sivil dünya birliyinə qoşulacaq. Amma necə deyərlər, sən öz saydığını say... Məlum olduğu kimi, Qızıl Ordu Azərbaycanı və Ermənistanı işğal etdikdən sonra 1921-ci ildə Gürcüstan ərazisinə soxuldu. Beləliklə, gənc milli dövlət süquta uğradı. Gürcüstanda Sovet hakimiyyəti quruldu. Gürcü dövlətinin və hökumətinin rəhbərləri, ocümlədən Baş nazir mühacirətə getməli oldu.
    Noy Nikolayeviç Jordaniya qalan ömrünü Fransanın paytaxtında yaşamağa başladı. O, ömrünün sonunacan öz mücadiləsini apardı. Görkəmli siyasi xadim 1953-cü ildə vəfat etmişdir. Qəbri Parisdədir. Yeri gəlmişkən, Stalinin “sağ əli” hesab olunan Lavrenti Beriyanın arvadı Nina Teymurazovna Gegeçkori, indi haqqında söhbət açdığımız Jordaniyanın bacısı qızıdır. Jordaniyanın nəvəsi Nikol isə hazırda Ukraynanın Səhiyyə naziri Aleksandr Kvitaşvilinin arvadıdır).
    Gürcüstan Baş nazirinin Noy Jordaniyanın dostu olan Qriqol Robakidze Azərbaycan Demokratiuk Respublikası Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə və Bakı Universitetinin ilk rektoru professor V.İ.Razumovski ilə də tanış idi. 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan Respublikasının təqvim-ünvanında" qeyd edilir ki, M.Ə.Rəsulzadə özü də bir müddət BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
    Robakidze artıq alman ədəbiyyatının bilicisi kimi məşhurlaşmışdı. Elə buna görə də onu bir mütəxəssis kimi Azərbaycan Demokratik Cümhuriyyətində yeni fəaliyyətə başlayan Bakı Universitetinə dəvət etdilər.
    Universitetin açılması barədə qərar 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriy- yətinin parlamenti tərəfindən qəbul edilmişdi. Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professor-müəllim heyətinin tərkibi təsdiq edilib, 15 noyabr 1919-cu il tarixə Bakı Universitetinin ilk dərs günü kimi daxil olub.
    Bakı Universitetin ilk tədris ilində cəmi 2 fakültə – tarix-filologiya və tibb fakültələri fəaliyyət göstərirdi. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur. Qriqol Titoviç 1919-20-ci illərdə həmin universitetdə alman və rus dillərində Alman romantizmi üzrə mühazirələr söyləməyə başladı.
    Həmin illərdə Azərbaycan sanki özünün intibah dövrünü yaşayırdı. Rusiyada qurulmuş Sovet hakimiyyətini qəbul etməyən rusiyalı sənət adamları axın-axın Bakıya gəlirdilər. Bakı bu dövrdə sənətin, yaradıcılığın bir “azadlıq adası” kimi tanınırdı.
    Güman etmək olar ki, Robakidze bu dövrdə Bakıdakı ziyalılarla da ünsiyyətdə olmuşdur.
    Gürcüstanda qurulmuş müstəqil dövlət 1921-ci il fevral ayının sonlarında süquta uğradı. Qriqol vətəninə qayıtmalı oldu. İlk dövrlərdə yeni qurulan Sovet quruluşu ilə Robakidze arasında kəskin bir “ixtilaf” yox idi. O, 1921-1925-ci illərdə Maarif Nazirliyində İncəsənət şöbəsinə, habelə ölkənin Yazıçılar Birliyinə rəhbərlik etmişdir.
    Bu illərdə Robakidzenin pyesləri Gürcüs- tan teatrının səhnəsində uğurla oynanılır. Onun “Londa”, “Malştrem”, “Lamara” dramları bu deyilənlərə yaxşı misaldır.Yeri gəlmişkən, adını çəkdiyimiz “Lamara” əsəri 1930-cu ildə Moskvada uğurla oynanılmışdı və tamaşaçılar arasında Stalin də vardı.
    1925-26-cı illərdə, Sovet hökumətinin hələ tam möhkəmlənmədiyi, nisbətən “demokra- tik” çağlarında Tiflisdə nəşr olunan “Mnatobi” juranalında məşhur “İlan dərisi” romanı nəşr edildi. Bu əsər digər dillərdə “İlan köynəyi”, “İlan qabığı” adı ilə də nəşr edilib. Həmin roman Qərbi Avropada geniş şöhrət qazanıb. Əsər vaxtilə Almaniyada Stefan Sveyqin təqdimatı ilə nəşr olunub.
    “İlan köynəyi” bir sıra Qərb ölkələrində nəşr edilib uğur qazansa da SSRİ-də ədəbiyyat məmurları tərəfindən ya soyuq, ya da tənqidlə qarşılandı. Partiya mənsublu tənqidçilər belə bir iddiada bulunurdular ki, guya bu əsər burjua cəmiyyətinin oxucuları üçün qələmə alınıb, “milli xüsusiyyətlərdən” uzaqdır. Əsərdəki hadisələr inqilabdan əvvəl baş verir. Amma yazıçının qələmə aldığı hadisələr sanki “yaxın günlərdə” baş verirdi.
    Artıq bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da repressiyalar başlamışdı. Müstəqil düşüncə sahiblərinə, ziyalılara divan tutulurdu. Xüsusilə xaricdə, Avropa ölkələrində təhsil alanlara potensial düşmən kimi yanaşılırdı. Qarşıdan gələn təhlükəni Robakidze yaxşı duyur və görürdü.
    1931-ci ildə Şota Rustaveli adına teatrın kollektivi xaricə qastrola gedir. Robakidze də heyətin tərkibinə qatılmışdı. Həmin səfərdə yazıçı Almaniyada qalmağı qərara alır. Tezliklə öz vətənində onun adını çəkmək yasaq olur. Əsərləri kitabxanalardan yığışdırılır. Keçmiş dostlar da ondan üz çevirməyə məcbur oldular. Sanki Gürcüstanda heç zaman belə bir yazıçı olmayıbmış.
    Robakidze yazırdı: “Sovet İttifaqında düşünürlər ki, mən əks tərəfdəki sahildəyəm. Onlar səhv edirlər. Mən üçüncü sahildəyəm. Hər bir çay bu cür üçüncü sahilə malikdir. O üçüncü sahildə olmayan adamdan nə yazıçı çıxa bilər, nə də sənətkar”.
    Robakidze mühacirət dövründə özünün bir sıra əsərlərini, çox yüksək səviyyədə bildiyi alman dilində qələmə alır. Stefan Sveyq, Romen Rollan kimi dünya şöhrətli yazıçılar gürcü ədibi haqda təqdiredici məqalələr yazırlar.
    Tədqiqatçılar Robakidzenin Avropada yaşadığı dövrü onun həyatının həm yüksəliş, həm də faciəli mərhələsi kimi qiymətləndirir. Həqiqətən, o dövrdə yazıçının əsərləri Qərbdə məşhur idi.
    Amma məsələ burasında idi ki, Robakidze alman ədəbiyyatı ilə yanaşı, alman natsizminə, daha doğrusu faşizmə də müəyyən rəğbət bəsləyirdi. Onun 1939-cu ildə qələmə alınmış “Adolf Hitler. Xarici şairin baxışı” və 1940-cı ildə nəşr olunmuş “Mussolini. Günəşlə manşırlanmış” adlı bestsellerlərdə faşizmə bəraət aydın hiss olunurdu. Bu rəğbətinsə öz konket səbəbi vardı: yazıçı belə hesab edirdi ki, faşizmin qələbəsi dünyada sosializm xofunu aradan qaldırarsa, onun vətəni Gürcüstanda isə müstəqilliyi yenidən bərpa edə bilər.
    Yeri gəlmişkən, yazıçının Stalin haqda da əsəri vardır. Hesab edirəm ki, Qriqol Robakidzenin “Stalin Əhrimənin ruhu kimi” adlı yazısı diktator haqda qələmə alınmış ən yaxşı tədqiqatlardan biridir. Yazıçı öz “qəhrəmanının” (Stalinin) simasında Avestdakı şər allahının yeni bir ampluada zühur etdiyini göstərir. Məşhur Şərq abidəsində şəri qoruyan Əhrimən xeyirin təcəssümü olan Hörmüzə qarşı vuruşduğu kimi, Stalin də xeyirə qarşı çıxıb. Ruhani məktəbinin keçmiş şagirdi Stalin bolşeviklərlə ünsiyyətdən sonra əmin oldu ki, Allah yoxdur. O, bundan sonra özünü tamamilə azad hesab etməyə başladı. O, dərk etmirdi ki, Allahla rabitəsini itirən adam elə kainatla əlaqəsini də itirir. Yazıçı vurğulayırdı: ola bilsin ki, Stalin allahsızlıqdan yaranan boşluğu özü doldurmaq istəyirdi.
    Robakidze Stalini obrazlı şəkildə belə səciyyələndirirdi: “Köhnə dünya ilə onun haqq-hesabı qurtarmışdı.Onunçün nə nəsil, nə xalq, nə inam, nə ruhi bağlılıq mövcud deyildi. Xalqı kütlə, ruhu isə sinif əvəz etmişdi. Bu məsələdə o öz stixiyasında idi. Sosialist ideyasının təcəssümü üçün o tam yetkin idi. Romantikaya və utopiyaya meyli olmadığı üçün Sen-Simonun və Furyenin təlimi onu maraqlandırmırdı. Amma Marksın doktrinası onun şüurunu zəbt etmişdi. Artıq burada həm məntiq, həm də möhkəmlik vardı. Stalin- anadangəlmə bolşevikdir. Nə zamansa başqa adamı xtistianlıqdanəvvəlki xristian adlandırıblar. Stalini tam hüquqla bolşevizməqədərki bolşevik adlandırmaq olar.
    Gürcüstana qeyri-leqal ədəbiyyat Rusiyadan daxil olurdu. Həmin ədəbiyyatlar sırasında arabir Leninin də məqalələri gözə dəyirdi. Həmin yazılar Stalini cəzb etmişdi. Onunçün həyat yenidən başlamışdı. Stalin Leninin ideyalarında kor kimi qarasına gedib gəzdiyi şeyi- marksizm ideyayasının dominizmini əldə etmişdi. Qərbdə “söz” olan bir şey Şərqdə “iş” olmalı idi. Və bu “iş” görünməmiş bir tufan kimi, onsuz da əsasları müharibədən sarsılmış dünyanın başı üzərində guruldamalı idi”.
    Gördüyümüz kimi, elə təkcə təqdim edilən bu kiçik parçada Stalinin obrazı sanki həm bir rəssam, həm də bir psixoloq tərəfindən çəkilib.
    1933-cü ildə yazıçı Almaniyada özünün “Üzülən ürək” adlı yeni romanının nəşrinə icazə verir. Bu əsərdə sənətkar öz qəhrəmanının timsalında insanların başına gətiriləm fəlakətin anatomiyasını açmağa çalışıb.
    Otuzuncu illərdə Almaniyanın bir çox nüfuzlu nəşriyyatları yazıçının alman dilində yazılmış və bu dilə tərcümə olunmuş əsərlərini nəşr edir. “Qafqaz novellaları”, “Meqi. Gürcü qızı”, “İlahənin çağırışı”, “Demon və mif (Magik qeydlər)” bu deyilənlərə misaldır.
    Qriqol Robakidze bütün müharibə boyu Almaniyada yaşamışdı. Almaniyanın məğlubiyyətindən sonra ö başqa ölkəyə köçməyi qərara aldı. Əlbəttə, bu məsələdə vaxtilə Hitler və Mussolini haqda yazılmış əsərlərin də rolu vardı. Amma yazıçı həmin əsərləri qətiyyən faşıst ideologiyasına xidmət edən yazılar hesab etmirdi. O, öz neytral, fərqli mövqeyini ortaya qoymağa çalışmışdı. Axı o, əslində öz dövrünün bütün üzdə olan simaları, o cümlədən, Lenin, Trotski, Stalin haqda da yazmışdı. Sənətkar, özünün dediyi kimi, “üçüncü sahildə” dayanmışdı. Bir də ki, keçmiş simvolist və romantikin Nitsşedən gələn ideyalara inanması-“fövqəlbəşər” aramaq istəyi bu əsərlərdə aydln hiss olunurdu.
    Bəzi mənbələrdə Robakidzenin müəyyən dövrdə Adolf Hitlerin məsləhətçisi olduğu da qeyd edilir. Əlbəttə, bu fikirlər tamamilə əsassızdır. Ortada bu mülahizəni təsdiq edən elə bir inandırıcı fakt yoxdur. Yazıçı kənar, “fövqəltəbii” qüvvələrdən bircə şey umurdu: vətənin xilası. Amma sağlığında onun bu ümidləri puç oldu.
    1945-ci ildə yazıçı İsveçrəyə köçdü. O, indi “intellektual emiqrant” statusu almışdı. Tanınmış ədib yeni mühacirət etdiyi ölkədə də qələmi yerə qoymadı.
    Vurğuladığımız kimi, Qriqol Robakidzenin həyat və fəaliyyətinin bir dövrü Azərbaycanla bağlı olub. Yuxarıda onun vaxtilə Bakı Universitetində dərs dediyi barədə söhbət açmışdıq. Amma məsələ təkcə bu fəaliyyətlə yekunlaşmır. İş burasındadır ki, Robakidzenin ailəsinin, daha dəqiq desək, arvadının taleyi də Azərbaycanla bağlı olub.
    Artıq qeyd etdiyimiz kimi, Qriqol Robakidze gələcək arvadı Nina Petrovna ilə 1915-ci ildə Qarsda tanış olub ailə qurmuşdu. Mərmilər altında başlanan bu odlu sevginin xoşbəxtlik çalarları çox az oldu.
    Nina Petrovnanın qəribə bir taleyi olmuşdur. O, məşhur zadəgan Domanskilər nəslinə mənsubdur. Atası Tiflisdə milyonçu Mirzoyevin işlər idarəsində çalışırdı. Anası isə Azərbaycanın Quba şəhərində yaşayan məhkəmə hakiminin qızı idi.
    Qriqol Robakidze xaricə getdikdən sonra ərlə arvadın nikahı pozuldu. Nina Petrovna öz anasının yaşadığı şəhərə qayıtmalı oldu. Az sonra qadın Aleksandr İvanoviç Meletyevlə ailə qurub Xaçmaz şəhərində yaşamağa başladı. Meletyev 1938-ci ildə repressiya olundu. Nina bütün həyatı boyu məhrumiyyətlər içində yaşamalı oldu. Artıq onun qızı Mira öz doğma atası Qriqol Robakidzenin yox, atalığı Aleksandr Meletyevin familiyasını daşıyırdı. Qızın hətta atasının adı və insialı da dəyişmişdi: Mira Aleksandrovna Meletyeva. Qız sonralar bütün bunları xatırlayaraq deyirdi: “1939-cu ildə Xaçmazda “NKVD” rəisinin oğlu ilə bir sinifdə oxuyurdum. Rəis bir gün məni çağıraraq üzərində “Qriqol Robakidze” yazılmış qovluğu cıraraq dedi ki, heç yerdə bu adı çəkmə”. Bəli, Mira uzun illər öz məşhur atasının kimliyini gizlətməli olmuşdu.
    Sonrakı illərdə Mira Aleksandrovna Meletyeva (əslində isə Mila Qriqoryevna Robakidze) anası Nina ilə Dağıstanın Dərbənd şəhərinə köçdü. Gənc qız burada neft sənayesi sahəsində çalışmağa başladı. Laborantlıqdan böyük mühəndisliyə qədər bir əmək yolu keçdi. Görünür, atasından ona irsi ədəbi istedad keçibmiş. Çünki gənclik illəri arxada qalandan sonra o, bədii yaradıcılıqla məşğul olmağa başladı. 2003-cü ildə Mira Aleksandrovna Meletyevanın (əslində isə Mila Qriqoryevna Robakidzenin) Ukraynanın Xmelnitsk vilayətinin Kamenes-Podolsk şəhərində seçilmiş şeirləri nəşr olundu. Qadın ahıl çağlarında artıq bu şəhərdə yaşayırdı.
    Gürcü yazıçısı Qriqol Robakidze ilə Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin taleyi arasında bir oxşarlıq mövcuddur. Onların hər ikisi vətəndən kənarda ali təhsil alıb, hər ikisi Avropada yaşayıb. Qriqol Robakidze almanca, Çəmənzəminli fransızca sərbəst yazıb. Hər iki yazıçının əsərlərində paralel dövr və hadisələr qələmə alınıb. Amma onların şəxsi tanışlığının olması barədə ortada tutarlı dəlil yoxdur. Məsələ burasındadır ki, son zamanlar bəzi tədqiqatçılar “Əli və Nino” romanının şöhrətindən “ruhlanaraq” ən ağlasığmaz, qəribə “mülahizələrlə” çıxış edirlər. Həmin “mülahizələrlərdən” birisi də budur ki, guya hazırda məlum romanın müəllifi hesab olunan Əsəd bəy, Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli ilə Qriqol Robakidzenin əsərlərini cəmləyərək nəşriyyata öz adı ilə təqdim etmişdir.
    Əlbəttə, bunlar uydurmadan başqa bir şey deyildir. Yusif Vəzir Çəmənzəminli xarici mühacirətdən 1926-cı ildə Vətənə dönüb, Qriqol Robakidze isə mühacirətə 1931-ci ildə gedib.
    Yeri gəlmişkən, Robakidze Nobel mükafatı nominantı olmuşdur.
    Yazıçı 1962-ci ildə Cenevrədə klinikalardan birində vəfat edib. O, artıq əldən düşmüş bir qoca, çoxlarının unutduğu bir yazıçı idi. O, Cenevrədə dəfn edilib. Bir müddət sonra gürcü diasporunun təkidi ilə onun nəşi Fransaya gətirilərək Paris yaxınlığındakı Levil-syur-Orj kommunasındakı məzarlıqda dəfn olunub.
    Qriqol Robakidze qələmə aldığı bir yazıda gələcək nəslə öz arzusunu, daha doğrusu, öz vəsiyyətini də bildirmişdir: “Mən bu dünyada olmayan zaman doğulduğum oktyabr ayında gürcü ananın Mtsexiyə gələrək kiçik kilsədə şam yandırıb öz dualarında məni xatırlamasını arzu edirəm. Mən Gürcüstandan özgə heç bir şey xahiş etmirəm”.
    Hazırda Gürcüstanda Qriqol Robakidzenin adına universitet və fond fəaliyyət göstərir.
    Böyük yazıçının son arzusu isə hər ilin oktyabr ayında xatırlanır.
    Əslində bu gün məbəddə Qriqol Robakidzenin dərddən parçalanan ürəyi od tutub yanır. Sadəcə olaraq, indi o ürəyin alovu şamın şöləsinə çevrilib.

    P.S. Yeri gəlmişkən, xatırlatmaq istəyirəm ki, mən Qriqol Robakidzenin mühacirətdəki həyatı haqda “Üçüncü sahil” adlı tarixi-dramatik pyes yazmışam.




    Anatol İMERMANİS:
    “AZƏRBAYCANLILAR TƏMKİNLİ ADAMLARDIR”

    Məşhur latış yazıçısı Anatоl İmеrmanis əvvəllər rəğbət bəslədiyi еrmənilərdən nəyə görə incidi?

    Xatırlatma: Anatol İmermanis- Litva yazıçısı. Şair, nasir, kinodramaturq, rəssam. 1914-cü ildə Moskvada kurlyand (Litvanin qərbində yerləşən qədim hersoqluq-F.M.) qaçqının ailəsində doğulub. Özəl gimnaziyada təhsil alıb. Sonralar Riqa şəhərində İngilis Universitetinin kommersiya fakültəsini bitirib. Gəncliyində bir çox müəssisələrdə fəhlə kimi çalışıb. Tələbə ikən Riqa xalq universitetinin ədəbiyyat və jurnalistika seminarlarında iştirak edib. Litvada faşistlərin dövlət çevrilişi zamanı (1934-cü ildə) İmermanis inqilabi fəaliyyətinə görə beş il həbs cəzasına məhkum edilmişdir. Baltikyanı ölkələrdə Sovet hakimiyyətinin qələbəsindən sonra (1940-cı illərdə) həmkarlar təşkilatının rəhbərlərindən biri olmuş, jurnal redaktoru işləmişdir. İkinci Dünya müharibəsi başlayarkən fəhlə atıcı batalyonnunu könüllülərindən biri kimi ön cəbhəyə yollanmış, latış diviziyasının döyüşçüsü olmuşdur. Müharibədən sonra bir müddət radio və qəzetlərdə əməkdaşlıq etsə də 1948-ci ildən sonra özünü tamamilə ədəbiyyata həsr edib. Yüzdən çox kitabın müəllifidir. Əsərləri onlarca dilə tərcümə olunub. Əsasən, detektiv yazıçı kimi məşhurdur. 1998-ci ildə 84 yaşında vəfat edib.
    Elə mənim söhbətimin qəhrəmanı da Anatol İmermanisdir.
    ... Bir vaхtlar Mоskvada – Ədəbiyyat Institutunun yataqхanasının birinci mərtəbəsində “Gəlmə yazıçılar üçün qоnaq еvi” vardı. Əslində bu еv səliqəli, хudmani bir mехmanхana idi və əsasən, əsasən əyalətlərdən gələn yazıçılar burada məskunlaşırdılar. Ötən əsrin sonlarında mən də bir neçə dəfə həmin “ev”də qalmalı olmuşam. Orada sonuncü dəfə qonaq olduğum çağları indi də bütün təfərrüatı ilə xatırlayıram.
    Əvvəlcə mən iri, dəm-dəstgahlı bir оtaqda tək-tənha qalırdım. Amma sоnra yanıma Еrmənistandan gəlmiş оrta yaşlı bir yazıçı göndərdilər. Indi familyasını unutduğum bu еrməni sakit, yaltaq bir adam idi; söhbətlərində Azərbaycanı, azərbaycanlıları tərifləyir, bizim qədim dоstluğumuzdan, qardaşlığımızdan danışırdı. Iki-üç gündən sоnra qоnşu оtağa başqa еrməni yazıçılar gəldilər. Оnlar iki nəfər idi. Mənim оtaq yоldaşım da köçüb оnların yanına gеtdi.
    Еlə həmin gün mənim оtağıma yaşlı bir yazıçı göndərdilər: bu, bеli əyilmiş, arıq, kеçisaqqal, bəstəbоy bir adam idi. Uzaq səfərlərə çıхan səyyəhlara bənzəyirdi; çiyindəki iri əzik-üzük brеzеnt tоrbası оdun şələsinə bənzəyirdi. Yaşı yеtmişi ötmüş bu adamın çuхurda işıldayan gözlərində qəribə bir hiyləgərlik ifadəsi vardı. Çiyin sumkasını çarpayının üstünə atıb arıq, quru əlini mənə sarı uzatdı:
    – Anatоl Imemanis.
    Mən də özümü təqdim еtdim. O, diqqətlə üzümə baxib soruşdu:
    – Məncə, qafqazlısan?.. Səhv etmirəm ki?
    – Еlədir, düz tapmısız...
    О, dеyəsən оtaq yоldaşının (yəni mənim) haralı оlduğunu еlə mеhmanхananın növbəçisindən sоruşub öyrənmişdi.
    Məlum оldu ki, Imеrmanis la¬tış şairi və yazıçısıdır. Şеirlеrini rus, nəsrini isə latış dilində yazır. О, bir nеçə gün Mоskvada qalandan sоnra, səhv etmirəmsə, Çехоslоvakiyaya gеdəcəkdi – оrada оnun rоmanının nəşri gözlənilirdi.
    Mənim müşahidələrimə görə Anatоl, özündənrazı, cığal bir adamdı. Yaşına, saç-saqqalına yaraşmayan söhbətlər və hərəkətlər еdirdi. Təkcə bir faktı dеyim ki, оtaqda azacıq istirahət еdəndən sоnra о dəhlizə «оva» çıхdı; bu, оnun öz ifadəsi idi:
    – Gеdim görüm “оv” varmı?
    – Nə оv?..
    – Mən gözəl хanımların оvçusuyam.
    Qəribə хasiyyəti vardı Imеrmanisin. Güləndə siçan kimi civildəyir, arıq çiyinləri atılıb-düşürdü. Hirslənəndə öz-özünə danışır, latış dilində asıb-kəsirdi.
    Vaхtilə, qurultay və tədbirlərdə bir sıra Azərbaycan yazıçı və şairi ilə görüşüb tanış оlmuşdu. Mən arada istəyirdim ki, оnun Azərbaycan ədəbiyyatına münasibətini öyrənim. О, yalnız klassik Azərbaycan ədəbiyyatını təqdir еdirdi:
    – Nizami… Füzuli... Vəssalam... Nizami, şübhəsiz ki, dahidir. Amma müasirlər haqda bunu deyə bilmərəm. Vurğun istеdadlı idi. Amma mövzusu nədir: partiya, hökumət… Rüstəm də еləcə. (О, “Rüstəm” dеyəndə Sülеyman Rüstəmi nəzərdə tuturdu). Mirzəni, Mеhdini də tanıyıram. Оnlar da partiya yazıçılarıdır, özləri də çinli-titullu adamlardır. Onlardan, deyəsən Rüstəmlə Mirzə sağdır hə? Şərqlilər şahpərəst olurlar.Ümumiyyətlə, Şərqdə hansısa hadisənin, еləcə də şəsiyyətin mahiyyətinə yох, zahirinə qiymət vеrilir; məsələn, sizdə dеyirlər filan yazıçı Qızılulduzludur, filan mükafatın laurеatıdır və s. Baх, оnda о yazıçı daha hörmətli оlur. Amma şəхsən mənim vеcimə dеyil… Nə оrdеn, nə mеdal?.. Ad-filan da gərəyim dеyil. Mən hеç Latviya Mərkəzi Kоmitəsinin birinci katibini də hərləmirəm. Hə, Mərkəzi Kоmitə dеmiş, Mərkəzi Asiyanın, ümumiyyətlə, Asiya rеspublikalarının bütün birinci katibləri hər gеcə yuхuda özlərini siyasi bürоnun üzvü kimi görürlər. O biri katiblərsə özlərini birincinin yerində görmək istəyirlər. Sizinkilər üçün “Gensek” allah, partiya isə dindir. Həm də dərd burasıdır ki, nə allaha (rəhbərə) ürəkdən inanırlar, nə də dinə (yəni partiyaya). Asiyalılar mənsəbpərəstdir. Amma biz avrоpalıyıq… Biz hər şeyi öz adı ilə çağırmağı xoşlayırıq...
    Mən təbii ki, bir çox məsələrə münasibətdə оnunla razılaşmır, mübahiusə edir, еtirazımı bildirirdim. Adı ilə müraciət еtdiyim (о, özü bu cür müraciəti хоşlayırdı) bu kеçisaqqal qоcaya dеyirdim:
    – Anatоl, qulaq as. Düz demirsən. Sənin adını çəkdiyin yazıçılar çox istedadlı adamlardır. Onlar sovet cəmiyyətini məcburən tərənnüm edirlər.
    -Eləməsinlər.
    -Güya sən özün tərifləməmisən bu cəmiyyəti? Elə anadan gələndən antikommunistsən?
    Onun hiyləgər gözləri qıyılardı:
    -Düzünü bilmək istəsən, mən gəncliyimdə burjua Litvasında kommunist partiyasının fəal üzvü olmuşam. Buna görə dəfələrlə həbsə düşmüşəm. Amma biz SSRİ-yə qarışandan sonra bu cəmiyyətə nifrət etməyə başladım. Biz qərblilər dönüb şərqli olduq.
    -Bеlə görürəm ki, sənin Asiya və Şərqlə, еləcə də şərqlilərlə düşmənçiliyin var. Amma mənimçün Şərq və Qərb anlayışları nisbidir. Mənim üçün insan-şəхsiyyət anlayışı daha önəmlidi. Bir var vicdanlı, bir də var vicdansız adam. İstedadlı və istedadsız adam olur... Yaxşı və ya pis xalq olmur axı... Şərqin də öz dahiləri var, Qərbin də…
    – Yох, əzizim Firuz, еlə dеyil. Qərb ayrı aləmdir. Şərqdə isə təkcə еrmənilər о biri millətlərdən qismən fərqlənir. Nə üçün? Qədim mədəniyyətinə, sivilizasiyasına görə… Еrmənilər qədim mədəniyyətin daşıyıcılarıdır.
    – Anatоl, sən Еrmənistanda оlmusan?
    – Yох, оlmamışam. Amma еrməni dоstlarım çохdur. Еrməni mədəniyyətinə də yaxşı bələdəm.
    – Səni оnlarda cəlb еdən nədir?..
    – Nədir?.. Dеdim də… Bəyəm sən еrməniləri bəyənmirsən? Mən bilirəm, türklər vaхtilə еrmənilərə divan tutub…
    Aydınca hiss olunurdu ki, Latviyada (Riqada) еrməni dоstları Anatоlun qulağını əməlli-başlı dоldurmuş, onu “hazırlamışdılar”..
    – Anatоl, еrmənilər sənə mif, nağıl danışıblar. Ümumiyyətlə, hər hansı bir хalqın üstündən хətt çəkmək düzgün dеyil. Hər bir millətin tariхinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır.
    – Mən еrməni mədəniyyətini sеvirəmsə, burada pis nə var?..
    – Hеç nə… Nuşi can…
    Хatırlatmaq istəyirəm ki, bizim bu mübahisələr 1988-ci ilin nоyabrında Mоskvada gеdirdi. Bir-iki gündən sоnra akadеmik Aqambеkyanın Dağlıq Qarabağın Еrmənistana birləşdirilməsi arzusunu ifadə еdən bəyanatı səslənəcəkdi. Qarşıda iki хalqın böyük qırğını hazırlanırdı. Sən dеmə, еlə о vaхtlar, о günlər, mənim latış yazıçısı Imеrmanislə mübahisə еtdiyim günlərdə Dağlıq Qarabağ ətrafında böyük təbliğat radiusu çох gеniş imiş; hətta, uzaq Pribaltikada yaşayan qоcaman latış yazıçısı da Еrmənistanın «yaraları» barədə danışırdı.
    Imеrmanis hər gün bir nеçə qutu siqarеt çəkirdi. Mənim Bakıdan gətirdiyim «Paytaхt», «Kоsmоs», «Avrоra», «Şirvan» siqarеtləri оnun çох хоşuna gəlmişdi. О, siqarеtdən tüstülədə-tüsdülədə, özünün «əl dəyirmanında» üyütdüb dəmlədiyi kоfеdən içə-içə yaradıcılıq söhbəti еdir, arabir şəhərə «оva» çıхırdı.
    Tanışlığımız dövründə mən öyrəndim ki, Imеrmanis həm də istеdadlı rəssamdır. Ən çох öz adı ilə, arabir də zarafata «Imеr- manıs» və ya qısaca “Manis”- dеyə çağırdığım riqalı yazıçının çəkdiyi şəkillər bir çох sərgilərdə nümayiş оlunubmuş. Sоnralar mən Bakıya qayıdandan sоnra əlimə düşən bir çох rus jurnallarında оnun rəngkarlıq əsərlərini gördüm. «Drujba narоdоv» jurnalında dərc оlunmuş silsilə rəsmlərə isə Imеrmanis, ruhuna «nastalgiya» hоpmuş bir ad qоymuşdu: «Еrmənistan yuхuları»…
    Amma Imеrmanisin еrmənilərə «simpatiyasının» ömrü çох оlmadı. Danışacağım əhvalat оnun еrmənilərə nifrətini yaratdı. Qоnşu оtaqda yaşayan еrməni «ədibləri» səhərdən-aхşama qədər qışqıra-qışqıra mübahisə еdirdilər: gündüzlər bir yana, hətta, gеcələr də оnların mübahisəsi kəsmək bilmirdi. Оnlar nə barədəsə danışır, sanki nəyisə bölüşə bilmir, söyüşürdülər. Həmin vaxtlar qоnşu оtaqda məskunlaşmış, еrmənicə еrmənilərdən pis bilməyən, Moskvada Ədəbiyyat institutunda təhsil alan oğluna baş çəkməyə gəlmiş şair Idris Zamanlı, bir-iki dəfə ermənilərin söhbətinə, qara-qışqırğına еlə dəhlizdəcə qulaq asandan sоnra dеdi ki, bunlar Mоskvadakı еrməniləri bir yеrə tоplayıb Еrmənistanın “dərdlərini” dünyaya çıхarmaq istəyirlər, amma aralarında fikir ayrılıqları var; birisi dеyir ki, Sоvеt hökuməti ilə hökumətlik еtmək оlmaz və еlə buna görə də digər iki nəfər üçüncünün üstünə düşüb оnu söyür, təhqir еdirlər. Qоnşu оtaqdan еşidilən səs-küy Anatоl Imеrmanisi lap özündən çıхarmışdı. О, bir dəfə “gеcə döyüşləri” zamanı dözə bilməyib еlə alt tuman-köynəkdəcə qоnşu qapıya cumdu, «dоstların» qapısını döyəclədi və kandara çıхan еrmənilərin aşının suyunu vеrmək istədi:
    – Pоçеmu vı nam spat nе dayоtе?.. (Niyə bizi yatmağa qоymursuz?).
    Еrmənistanlı yazıçıların hərəsi bir yandan qоcanın üstünə şığıyıb оnun yaхasından yapışdılar:
    – Vоn оtsyuda, storıy pyos!.. (Rəd dоl buradan, qоca it!).
    Оnlar əlbəyaхa оldular. Mən Imеrmanisi birtəhər оnların əlindən aldım. Növbətçi qadın da haray-həşirə gəldi. Anatоl tələb еdirdi ki, еrmənilər buradan qоvulsun. О, оtağa qayıdandan sоnra tərini silə-silə dеyinməyə başladı:
    – Bura bax, əzizim, еrmənilər nə əclaf adamlarmış… Siz оnlarla nə cür qоnşuluq еdirsiniz?... Оnları qоvmaq lazımdır özlərinin uydurduqları о mifоlоji yеrlərə… Mən indi bildim ki, azərbaycanlılar çох abırlı, təmkinli adamlardır. Əcəb qоnşularınız varmış…
    Bir-iki gün sonra Anatоl Imеrmanis çiyin çantasını şiyninə atıb qatarla Praqaya yоla düşdü. Biz onunla səmimi görüşüb ayrıldlq. Bir də görüşməyimizə ümid az idi. Amma aradan təxminən bir həftə keçəndən sonra o, yenə qayıdıb Mоskvaya gəldi: məni görüb çох şad оldu, növbətçidən хahiş еtdi ki, оnu «köhnə оtağa» qaytarsınlar. Biz yеnə bir müddət birlikdə qalası оlduq. Arıq dоstlaşmışdıq. Еrmənilər də çıхıb gеtmişdi. Imеrmanis indi böyük səmimiyyətlə öz talеyindən danışardı: sən dеmə о lap gənc ikən Litvada kоmmunist hərəkatına qоşulub və buna görə 30-cu illərdə о vaхtkı «burjua Litvası» tərəfindən həbs оlunub. Sоnalar Pribaltikaya Sоvеt hakimiyyəti gələndən sоnra İmermanis yeni hökuməti can-başla qəbul edib. Amma onun yeni qurulan hakimiyyətə sevgisinin də ömrü uzun çəkməyib. Özünün dediyinə görə, bu ötən illər ərzində оnu «antisоvеt təbliğatına» görə çox soröu-suala çəkib incitmişdilər. О, Sоvеt hökümətinə nifrət еdirdi. Arvadından (bir qızı ilə) ayrılmış Anatоl, Riqa ətrafnında bağ еvində yaşayırdı; Litvanın Yazıçılar Birliyi tərəfindən ona yazı-pоzu işinə kömək etmək üçün kargüzar- katibə də ayrılmışdı. Dostum arabir öz katibəsi ilə eşq macəralarından danışmağı da xoşlayırdı.
    Dеdiyim kimi, о şair nasir və rəsam idi. Musiqidən də yaşхı başı çıхırdı. Dediyinə görə ən yaxın dostlarından biri Raymond Pauls idi.
    Nоyabrın sоnlarında biz оnunla хüdahafiz- ləşib ayrıldlq: Imеrmanis Riqaya gеtdi, mən isə Bakıya…
    Mən Bakıya dönəndən sonar ərinməyib Axundov adına kitabxanada İmermanisin yazdığı əsərlərlə tanış oldum. Sən demə o, həqiqətən məhsuldar və bütün Avropada məşhur bir yazıçı imiş. Onun məşhur əsərləri bunlardır: “Yolşu gölgə salır”, “Təyyatələr okeana düşür”, “Hollivud” otelində qarabasmalar”, “Stadionda ölüm”, “Çətir altında ölüm”... Bunların əksəriyyəti detektiv romanlardır. Və o vaxtlar xatırladım ki, yazıçı qəhrəmanlarının arxasında partiya boslarının dayandığı Sovet mafiyası haqda roman yazmaq istəyirdi. Bilmirəm bu roman yazıldı, ya yox...
    Günlərin bir günü mənə pоçtdan bir bağlama – barat gətirdilər. Açdım. Çingiz Aytmatоvun Riqada rus dilində nəfis şəkillə çap оlunmuş «Əsrə bərabər gün» kitabı idi. Anatol, hələ Mоskvada ikən о vaхt çох «dеfisit» və pоpulyar оlan bu kitabı mənə göndərəcəyinə söz vеrmişdi. O, əsl centlemen kimi öz vədinə əməl etmişdi. Kitabın arasında kiçik bir məktub vardı. Anatоl Imеrmanis yazırdı ki, pоçtla оna göndərdiyim siqarеtləri alıb. О, bunun üçün öz təşəkkürünü bildirirdi… Məsələ burasında idi ki, mən Mоskvadan Bakıya qayıdan kimi Riqaya Imеrmanisin ünvanına bir nеçə blоk siqarеt göndərmişdim. О vaхtlar, ucuz, sərt tüstüsü оlan siqarеt vardı, adı da «Qarabağ»…
    O günlərdə Qarabağ hadisələri təzəcə başlamışdı.



    SALİH QURTUYEVİN ƏDƏBİ BİOQRAFİYASI
    Balkar xalqının taleyi fonunda

    Salih Qurtuyev görkəmli balkar ədibidir, söz adamıdır, sənətkardır. O, Kabarda-Balkariya Respublikasının sayılan-seçilən, nüfuzlu simalarından biridir, Xalq şairidir.
    Salih Sultanbəy oğlu Qurtuyev (Qurtulanı) ləyaqətli və ibrətamiz həyat yolu keçmişdur. Elə həmin səbəbdəndir ki, yaşadığı məmləkətdə onun 80-illik yubileyi təntənə ilə qeyd edilməkdədir. Bu günlərdə şairin Nalçik şəhərində keçirilən yubiley törənində iştirak etmək mənə də nəsib oldu. Fevral ayının ortasında keçirilən tədbirdə yaxın və uzaq ölkələrin söz adamları öz qələm dostlarını təbrikə gəlmişdilər. İndilikdə isə şairin həyat və fəaliyyəti haqda müxtəsər də olsa məlumat verməyi özümə borc bilirəm.
    Salih Qurtuyev 1938-ci ildə Kabarda-Balkariya Res¬pub¬¬likasının Nalçik şəhəri yaxınlığındakı Aksu (Belaya Reçka) kəndində anadan olub. Müharibə başlayanda cəmi üç yaşı vardı. Onun atası Sultanbəy təhsilli adam idi, Qırmızı professura institutunu müvəffəqiyyətlə bitirmiş, bir müddət zabit kimi Bakıda xidmət etmişdi. Müharibənin ilk günlərindən ön cəbhəyə göndərilən Sultanbəydən sonra Qurtulular ailəsinin bütün əzab-əziyyəti gələcək şairin anasının zərif çiyinlərinə düşür. Az sonra Stalinin tapşırığı və Beriyanın provakasiyası ilə bütün balkar xalqı sürgün olunur. 1944-cü il mart ayının 8-də balkarlar yük vaqonlarına doldurularaq Orta Asiyaya səhralarına aparılır. Sürgün olunanların dəqiq sayi məlumdur, 37.103 adam. Onların böyük əksəriyyəti yaşlılar və uşaqlar idi. Bu, o zaman idi ki, 15 mindən çox balkar əlində silah façistlərə qarşı vuruşurdu. Bu, həmin vaxt idi ki, cəsur balkar oğlu, təyyarəçi Alim Baysultanov Sovet İttifaqı Qəhrəmanı adını almiş, ikinci dəfə Qızıl ulduza təqdim edilmişdi. Böyük balkar şairi Qaysın Quliyev özünün ən alovlu şeirlərini yazdığı dövr də məhz həmin odlu-alovlu illərə təsadüf edir. Amma xalq o vaxtkı siyasilərin qəzəbinə düçar olmuşdu. Əgər çar dövründə ayrı-ayrı adamlar sürgün olunurdusa, indi bütöv xalq və millətlər sürgünə göndərilirdi. Cəmi 20 dəqiqə ərzində onminlərlə insanın taleyi “həll olunmuşdu”. 18 gün eşalonda yol gedən, aclığa-susuzluğa, əzab-əziyyətə dözə bilməyən günahsız balkarların 562 nəfəri elə bu “köç” zamanı həlak olmuşdu.
    Bəli, 8 mart 1944-cü il... Həmin vaxtdan, müdhiş deportasiyadan sonra, məğrur balkar xalqı Beynəlxalq qadınlar gününü qeyd etmir... Halbuki balkarlar üçün anadan müqəddəs heç nə yoxdur.
    İndi tarixçilər yazır ki, o zaman sürgün olunan əhalinin 52 faizini balkar uşaqları təşkil edirdi. Həmin uşaqlardan biri də məhz altı yaşlı Salih idi.
    Sürgündən düz bir ay sonra, 44-cü il aprel ayının 8-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti yeni bir qərar qəbul etdi: balkar xalqının dövləti ləğv olundu. Tezliklə balkarlara məxsus etnik ərazinin bir hissəsi Gürcüstana, yerdə qalan hissə isə Kabardin Muxtar vilayətinə verildi.
    Həmin dövrdən başlayaraq balkarlara qarşı münasibət dəyişməyə başladı. Onların bu və ya digər sahədə yüksəliş və inkişafına açıq-aşkar maneələr törədilirdi. Bütöv bir xalqa qarşı (həm də təkcə bir xalqa qarşımı?) törədilən bu repressiya “milli məsələlərin həlli üzrə böyük mütəxəssis” hesab edilən “ellər atası” Stalinin insanlığa nifrətinin bariz bir nümunəsi hesab edilə bilərdi.
    Orta Asiyada keçirdiyi sürgün həyatı balaca Salihin tərcümüyi-halının ən ağrılı dövrünü təşkil edir. Həmin illərdə gələcək şairin anası öz qaynanasını, oğlunu, qızını, iki qardaş və bacısı oğlunu itirdi. Salih və onun böyük qardaşı sanki bir möcüzə nəticəsində sağ qaldı.
    Həmin dövrün bütün ağri-acılarını balkar qadınları çəkməyə məhkum idi. Aclıq, xəstəlik, səfalət... Hətta, kişik uşaqlar üçün belə, hər cür iş tapılırdı; onlar öz valideynlərinə bütün sahələrdə kömək edir, samandan ev tikir, su daşıyır, əkin-biçinə gedirdilər.
    Salih bəy o günləri belə xatırlayır:
    -Adamlar göz qabağındaca acından qırılırdı. Bizim yaşadığımız yerin yaxınlığında bağ və əkin sahəsi vardı. Yadımdadır, bir dəfə qadınlar öz ac uçaqlarını yedizdirmək üçün yaxınlıqdakı tarladan gizlicə kartof qazıb gətirmişdilər. Qəfildən qoruqçu at belində zühur etdi. Qadınlar qorxub kartofu yerə boşaltdılar. Bununla iş bitmədi. Qoruqçu qamçı ilə qadınların birini vurdu. Biz ağlaşırdıq. Bu zaman cəbhədən yenicə qayıtmiş, orada minaya düşüb qolunun birini itirmiş yerlimiz Dattuka Çabdarov qadını vuran qoruqçunu tək əli ilə yəhərdən sürüyüv yerə atdı, onun əlindəki qamçını qapıb əzişdirməyə başladı. Qoruqcu onun əlindən zorla xilas olub qaçdı. Dattuka qadını evinəcən ötürüb əlindəki qamçını mənim böyük qardaşıma uzadaraq dedi ki, əgər kimsə sizin xətrinizə dəysə bu qamşı ilə onun cavabını verərsiniz...
    Muharibə başa çatdıqdan sonra belə, balkarların əzab-əziyyəti başa çatmadı. Kişilərin bir qismi cəbhədən geri qayıtdı. Amma Sultanbəy Qurtuyevdən bir xəbər gəlmədi. Salihin anası öz həyat yoldaşını yetmiş il, yəni son nəfəsinə qədər gözləməli oldu...
    Deportasiya olunanlarla bağlı 1948-ci ildə çıxan qərarsa daha sərt idi. Əgər əvvəllər sürgündəkilər hər ayda bir dədə “komendaturada” qeydiyyatdan keçirdisə, indi bu işi hər gün icra etmək tələb olunurdu. Adamların məhkum olduğu ərazidən bir addım kənara atmağı uzunmüddətli həbslə nəticələnirdi.
    Balkarların sürgündən öz doğma vətənlərinə dönməsində bu mübariz xalqın böyük şair oğlu Qaysın Quliyevin misilsiz xidmətləri olmuşdur. Belə ki, şair və onun dostları illər uzunu o zamankı dövlət idarələrinin qapısını döyməkdən yorulmamış, nəhayət öz ali məqsədinə nail olmuşdular. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixdə Kabardin MSSR və Kabarda-Balkariya MSSR-nin yenidən təşkil olunub yaradılması barədə çıxan mühüm qərarından sonra balkarlar öz tarixi vətənlərinə qayıtmağa başladılar.
    Salih Qurtuyev orta təhsilini sürgünlük dövründə rus məktəbində alıb. Sürgündən sonra 1958-ci ildə Kabarda-Balkariya Dövlət Universitetinə daxil olmuş, 1963-cü ildə həmin ali məktəbin filologiya fakültəsini bitirmişdir. “Səhər” adlı ilk kitabı 1961-ci ildə nəşr olunub. Sonrakı dövrdə onun “Qonaq qəbul edin”, “Günorta”, “Keçilmiş yol”, “Ulduzların işığı”, “Mənim tanıdığım Qaysın” və digər kitabları da işıq üzü görüb.
    Salih Qurtuyev uzun illər məsul dövlət vəzifələrində çalışmışdır. 1986-1991-ci illərdə Kabarda-Balkariyanın nəşriyyat, poliqrafiya və kitab ticarəti Dövlət komitəsinə rəhbərlik etmiş, yəni həmin qurumda nazir postunu tutmuşdur.
    Salih bəy yorulmaz bir sənətkardır. O, onlarla kitabın müəllifidir. Şeirləri dillər əzbəridir. Nəsr əsərləri oxucuların stolüstü kitabıdır. Publisistik yazılarında həmvətənlərini və təkcə onarı deyil, elə hamımızı narahat edən problemlərə toxunulur. Dram əsərləri repertuarlarda özünə yer tutur. Memuarları tarixi salnamədir.
    Salih bəy həm də istedadlı bir tərcüməçidir. Məhz onun tərcüməsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Şillerin “Məkr və məhəbbət” dramı, habelə Lermontovun, Mayakovskinin, Tixonovun, Simonovun,Yanka Kupalanın, Qabdulla Tukayın, Yevtuşenkonun, Rubtsovun, Nazim Hikmətin, Ataol Bəhramoğlunun şeirləri balkar dilində səslənib.
    Şair Azərbaycan ədəbiyyatına da yaxşı bələddir, xüsusən, Səməd Vurğun poeziyasının və şəxsiyyətinin vurğunudur. O, bizim Xalq sairimiz Sabir Rüstəmxanlının yaxın dostudur. Mənə təqdim etdiyi 5-cildlik seçilmiş əsərlərinin üçüncü cildində Sabir Rüstəmxanlının poetik yaradıcılığından nümunələri tərcümə edib.
    Tərcümələrdən söz düşmüşkən, Salih Qurtuyev türk xalqları qarşısında böyük bir missiyanın da öhdəsindən şərəflə gəlmiş, ölməz “Dədəm Qorqudun kitabı” abidəsini balkarcaya çevirmişdir. Onun öz əsərləri də dünyanın bir çox dillərinə (rus, polyak, serb, türk, macar, qırğız, qazax və digər dillərə) tərcümə olunmuşdur.
    Dünyanın bütün böyük sənətkarlarının şəxsi həyatı öz mənsub olduğu xalqın həyatının bir parçasını təşkil edir. Bu mənada Salix Qurtuyevin bioqrafiyası balkar xalqının həyatının adekvat inikasıdır. Azadlıq uğrunda mübarizə, represssiya, faciə, sürgün, qayıdış, dinc quruculuq, intibah... Bütün bunlar məğrur, dözümlü balkar xalqının və şəxsən Salih Qurtuyevin son səksən illik taleyinin mühüm hissəsini təşkil edir.
    Salih bəy bir sıra mükafat və fəxri adlara layıq görülüb. Belə ki, o, Kabarda-Balkariyanın Xalq şairi və Əməkdar Mədəniyyət işçisi, Karaçay-Çerkes Respublikasının Xalq şairi, Tiflisin Fəxri vətəndaşı, Rusiya Poeziya Akademiyasinin müxbir üzvü, Qafqaz Yazıçıları Klubunun fəxri prezidentidir.
    Salih Qurtuyev dostluğa sadiq bir şəxsdir. Öz ustadlarını daim ehtiramla xatırlayır. Özünün bir söz adamı kimi formalaşmasında Kazım Meçiyev və Qaysın Quliyevin müstəsna rolunu etiraf edir. O, bütün varlığıyla öz yurduna, öz vətəninə, öz ilkinliyinə sadiq bir söz adamıdır. Şair bir şeirində öz kredosunu belə ifadə edir:

    Qoy hər kəs gözləsin öz əcəlini
    Doğma beşiyinin olduğu yerdə.

    Salih bəyin mənsub olduğu xalq azsaylıdır. Amma biz ona kiçik xalq deyə bilmərik. Çünki nəhəng şəxsiyyətlər, o cümlədən Salih Qurtuyev kimi söz və fikir adamları yetişdirən xalq kiçik ola bilməz.
    ... İş elə gətirmişdi ki, mən cəmi bir ay əvvəl də Nalşikdə olmuş, hətta Yeni ili burada keçirmişdim. Bir ay sonra AYB-nin sədri Anarın təlifi ilə yenidən bu şəhərə getmək ürəyimcə oldu. Çünki Nalçikdəki Balkar Dram Teatrında mənim “Neytral zona” adlı pyesimin tamaşası hazırlanırdı. Baş rejissor Majit Janqurazovla görüşmək lap yerinə düşərdi...
    Budur, yenə sevdiyim şəhərdəyəm. Başlayacaq yubiley ttədbirindən əvvəl, necə deyərlər, “müşayətçim” Sultan Gekkiyevin təklifi ilə Elbursa tərəf yol alırıq. Sultan gənc olsa da məsul vəzifədə çalışır, Dövlət Universitetinin prorektorudur. Kanatla dağın zirvəsinə qalxırıq. Müxtəlif ölkələrdən gəlmiş xizəksürənlər Elbursun sinəsi boyunca çalın-çarpaz şırımlar açıblar. Hər tərəf bəmbəyazdır. Dərin dərələr qar yığınları ilə doludur. Bu anlarda öz yerlərimizi xatırlayıram. Şınıx tərəflərdə, doğulduğum İsalı kəndindəki dərələrdə hətta bəzən yayda belə əriməyən bu cür qalın qar laylarına “tar”deyirlər. Şaxtadır. Amma Günəşin şəfəqləri qar üstündə güzgüdəki kimi bərq vurur.
    Zirvədəki kiçik, isti kafelərdən birində ətirli çay içib təzədən kanatdan asılmış kabinəyə yaxınlaşırıq. Mən zarafatla deyirəm ki, birdən bu təkxətli kanatda elektrik cərəyanı kəsilsə nə baş verə bilər görəsən?.. Səfər dostlarım deyirlər ki, əvvəla bu cür hadisələr çox nadir hallarda baş verə bilər və ikincisi, hətta belə bir fors-major baş versə belə, bunun bir qorxusu yoxdur, çünki “ehtiyat enerji mənbəyi” olur. Az keçmiş arzu etmədiyimiz hadisə baş verdi: cərəyan kəsildi, kanatla şütüyən kabinəmiz yarı yolda dayandı. Bir az həyəcanlansaq da, gülüşdük. Sanki “kimsə” bizim söhbətimizdəki şübhəni qar layları ilə siləbəsilə dolmuş qorxunc yarğanın üstündə reallaşdırmağa, yəni bizi sınağa çəkməyə imkan-fürsət gəzirmiş. Deyəsən, “ehtiyat enerji mənbəyi” işə salındı, az sonra kabinə yerindən tərpəndi...
    Yolda Sultana telefon zəngi gəldi. Gənc dostum dəstəklə kiminləsə bir qədər danışandan sonra üzünü mənə tutaraq soruşdu: “Firuz bəy, Siz Rusiyadakı səfiriniz Polad Bülbüloğunu tanıyırsız?”. Təəccüblənib cavab verirəm ki, əlbəttə. Üstəlik səfirimizin müğənni və bəstəkar olduğunu da bildirirəm. O, ciddi şəkildə söhbətini davam etdirir: “Bəs o, necə Sizi tanıyırmı?” Mən zarafatla deyirəm ki, “bunu onun özündən soruşmaq lazımdır”. Sultan deyir, elə isə buyurun Polad Bülbüloğlu ilə danışın. Deyəsən, Sultan zarafat etmir. Telefonda Polad Bülbüloğlunun səsini eşidirəm. Əvvəlcə rusca başlayan söhbət öz dilimizdə davam edir. Səfirimizlə çoxdan tanışıq. Vaxtilə Polad Bülbüloğlu Mədəniyyət naziri işləyərkən, mən bir müddət bu qurumun “Mədəniyyət” qəzetinin redaktoru işləmişəm və bəzən gün ərzində onunla dəfələrlə telefon söhbətlərimiz olub. Səfirimiz onun adından yubilyarı təbrik etməyimi xahiş edir. Onu da oyrənirəm ki, Polad Bülbüloğu Sultanın atası, Dövlət Dumasının deputatı Zaur Gekkiyevin dostdur.
    Axşam Salih Qurtuyevin təntənəli yubileyində iştirak etdik. Əslində bu yubiley törəni ötən ildən qeyd olunmağa başlamışdı. Belə ki, balkar xalqının böyük oğlunun şərəfinə Belarus Respublikasında, habelə Dağıstan, Dağıstan, Kalmık Respulikalarında yubiley törənləri təşkil olunmuşdur.
    Nalçikdəki yubiley şənliyində isə yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak edirdi. Qonaqlar arasında Boris Qusalov, Raisa Didiqova, Miyasat Muslimova, Erdni Eldışev, Maqomed Nasrulayev, Adam Axmatukayev, Suliman Musayev, Kerimxan Umaxanov kimi tanınmış söz adamlarını görmək xoş idi.
    Haqqinda söhbət açılan törəndə Kabarda-Balkariya Respublikasının demək olar ki, bütün rəhbərlər işçiləri iştirak edirdilər. Və orasını da qeyd etmək yerinə düşər ki, gələn qonaqlar arasında ilk söz Azərbaycan nümayəndəsinə verildi ki, mən də bunu xalqımıza, ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən böyük bir diqqət və sayğı nümunəsi kimi dəyərləndirirəm.
    Öz çıxışımda Salih Qurtuyevin keçdiy parlaq həyat və yaradıcılıq yolu barədə müxtəsər şəkildə söz açdım, AYB sədri, Xalq yazıçısı Anarın təbrikini və Xalq şairi Sabir Rüstəmxanlının xatirə-hədiyyəsini çatdırdım...
    Nalçikin şaxtalı havası sanki “poeziya havasının” təsiri altında tədricən isinir, səslənən şeirlərin şəfəqləri misra-misra, söz-söz könüllərə axırdı... Artıq dediyim kimi, Salih bəyin ilk kitabının adı “Səhər”dir. Məslisdəki dostlardan biri zarafatla yubilyara xitabən dedi ki, Salih, növbəti kitabını hazırlayanda onu bu cüt adlandırarsan: “Hələ axşama şox var”... Hamı gülüşdü. Doğrudan da hələ axşama və gecəyə çox vardı. Axı söz adamı daim səhəri və işığı gözləyir, gecəni və qaranlığı yox.
    Nalçikin mənzərəli bir guşəsində yerləşən “Azimut” hotelindən Elbursu seyr edirəm. Bu əzəmətli dağ silsiləsi mənə Qafqazın məğrur, yenilməz adamlarını, o cümlədən min bir cür əzab-əziyyərə qatlaşsa da əyilməyən balkar xalqını xatırladır.
    Salih Qurtuyev rus, özbək, qazax dillərini mükəmməl bilir. Bütün türk dünyasına və bütün bəşər mədəniyyətinə ehtiramla yanaşır. Amma onun üçün Allahın bəxş etdiyi ən müqəddəs ərməğan doğma balkar dilidir. O, bu dili öz varlığı qədər sevir, bu dildə yazır və yaradır. Böyük sənətkar şeirlərinin birində belə deyir:

    Doğma dilim sağdırsa, demək özüm də sağam.
    Bayrağı qoruyubsa, alay da salamatdır.

    Və nəhayət, mən öz fikrimi yubileyi təntənə ilə qeyd olunan qələm dostumuzun dərinmənalı bir şeiri ilə yekunlaşdırmaq istəyirəm:

    Bu gün narahatdır dünyamız bizim,
    Yolların üstünü alıb toz-duman.
    Geriyə baxıram- gecəm, gündüzüm
    Geyilmiş paltara bənzəyir yaman.

    Qalsa da ömrümdə keçmişin izi,
    Daşların içində almaz gəzirəm,
    Mən nə yoruluram, nə də bezirəm,
    Zirvədə boşluğa zillənir gözüm.

    Daim zirvələrdə qərar tutasan, Qurtuyev Salih Sultanbəy oğlu.
    “Ulduz” jurnalı, say 6, 2019





    Böyük rus şairi vəfat etdi
    Yevgeni Yevtuşenko

    Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə üzərində işləyirdim. Amma, zamanın öz qanunları olur.
    Bu gün, aprel ayının 1-də dünya poeziyasının nəhənglərindən biri- Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib.
    Mənim Yevtuşenko ilə dostluğum olmasa da dəfələrlə onun Moskvada və Bakıdak keçirilən şeir görüşlərində, təntənəli poetik bayramlarında iştirak etmişəm. O, başdan-ayağa həqiqi poeziya və həqiqət mücəssiməsi idi.
    Ölümün mübarək, Jenya.
    (Yeri gəlmişkən, görkəmli şairimiz Rəsul Rza da aprel ayının 1-də (1981-ci ildə) dünyasını dəyişib).
    Beləliklə, bu gün bir dahinin simasında bir epoxa da tarixə qovuşdu.
    Yevtuşenkonun ötən əsrdə tərcümə etdiyim bir şeirini təqdim etməklə onun ruhu qarşısında öz borcumu az da olsa yerinə yetirmək istəyirəm.
    O şeirdəki iki misra əslində elə şairin öz manifestinə, öz kredosuna çox uyğundur: “...bizimçün ayıbdır
    nəhəng olmamaq...”

    **
    Yevgeni Yevtuşenko
    NƏHƏNG OLAQ!
    E.Neizvestniyə
    Mən yükdaşıyandan,
    yaxud həkimdən,
    mənə paltar tikən
    hər bir dərzidən
    tələb eləyirəm həmişə hökmən-
    hər nə düzəltsəniz
    nəhəng düzəldin.
    Hər tikilən bina,
    ya da ki, çəkmə,
    qoy uyğun gəlməsin adi ölşüyə.
    Təbiilik yoxdur miyanəlikdə,
    təbiilik yoxdur yalan örtüyə.
    Hər kəs məcbur
    etsin özü özünü,
    hər kəsə öz payı yetişsin ancaq.
    Qoyun sizə deyim
    sözün düzünü
    bizimçün ayıbdır
    nəhəng olmamaq.

























    VII.ANTİTEZİS


    ƏDƏBİ HƏŞARAT

    və yaxud “Bayram” adlı cızmaqaranın müəllifi Ales Kojedub azərbaycanlılara niyə nifrət edir?

    Mən “Literaturnaya Qazeta”nın köhnə oxucularındanam. Həqiqət naminə demək lazımdır ki, bu qəzet rus (keçmiş SSRİ) ictimai fikrinin formalaşmasında, demokratik dəyərlərin inkişafında əhəmiyyətli yol oynamışdır. Amma bunu da qeyd etmək lazımdır ki, “Litqazeta”, az qala bütün fəaliyyəti boyu millətçi-şovinist ideyaları dəstəkləmişdir. Bu tendensiya sovetlər dövründə az sezilirdisə, bu gün açıq-aşkar görünməkdədir.
    Bəs nədir “LQ”-ni əndişələndirən?
    İslam dininin geniş arenada yayılması və qeyri-rusların Rusiyada yaşaması. Biz, əsasən, iki səbəb üzərində dayandıq. Fikrimizə illüstrasiya üçün bu mövzuda çoxlu nəşr materiallarına üz tuta bilərik. Amma indiki halda qəzetin son saylarından birində (№46, 14-20 noyabr 2001-ci il) çap olunmuş “Bayram” adlı “hekayəyə” toxunmaq istərdik. “Hekayə” sözünü bilərəkdən dırnaq arasına alırıq: ona görə ki, “yazıçı” Ales Kojedubun bu cızmaqarası əslində hekayə janrının tələblərinə qətiyyən cavab vermir. Bu, ayın bir söhbətin mövzusudur. “Əsərin” “qəhrəmanı” (hiss edir ki, müəllif özü) gecə bankir tanışının verdiyi qonaqlıqdan qayıdarkən bir qrup adamın (Aslan, Sultan, Soslan və s.) təklifi ilə tanımadığı “palatkada” açılmış stola təşrif buyurur. Əslində qonaqlıqdan evə dönən adamın təzədən yeyib-içməyə həvəs göstərməsini, yumşaq desək, qarınqululuqdan, acgözlükdən başqa heç nə adlandırmaq olmaz. Bu, öz yerində, A.Kojedubun “qəhrəmanı” milliyyətini düz-əməlli bilmədiyi (“to li azerbadjani, to li çeçeni” – müəllif), özlərini tanımadığı adamların təklifini məmnuniyyətlə qəbul edərək stol arxasında əyləşir və söhbətə başlayır. Onun ilk müraciətinə diqqətlə yetirin: “Qulyaem, nesivilizovannıe narodı?” (“əylənirsiniz, qeyri-sivil xalqlar (adamlar)?” Tərbiyə görməmiş bir adamın daxili aləminin açılması üçün bu kiçik “tanışlığın” özü də kifayət edir.
    Müəllif (A.Kojedub) və onun “mənfi qəhrəmanları” (azərbaycanlılar və yaxud (?) çeçenlər) üz-üzə əyləşib “kübar söhbət” (“svetskie besedı” – müəllif) aparırlar. Belə məlum olur ki, Amerikada baş verən faciə “gəlmələri” feyziyab ebib və guya onlar bunu içki ilə “qeyd edir” – şənlənirlər. Üz-üzə əyləşib çörəklərini yediyi adamları – “müsəlmanları” öz aləmində dolayıb ələ salan qarınqulu, tərbiyəsiz “müsbət qəhrəman” lap sonda onlara ittiham oxuyur, müharibələrin başlanmasında onları müqəssir bilir: “bu işlərdə sizsiniz günahkar” (“i vinovatı v tom vı...”), bir az da “irəli gedərək” bütün islam aləmini cinayətkar hesab edir: “Gavuru öldürənlər yalnız islam dinində mükafatlandırılır. Bax, müharibənin səbəbi budur”. (“Tolko v islamskoy reliqii naqrajdatsya tot, kto ubil gavura”). “Qəhrəmanın” axmaq mühakimələrindən əsəbiləşən müsahiblərdən biri – Sultan deyir: “Sən gicsən”. (“Qlupıy tı”). Hətta, bir az da qeyzlənib “hekayə”nin qəhrəmanının”- yəni yazıçının özü səviyyəsində danışmağa məcbur olur: “Ruslar hamısı axmaqdır”. (“Vse russkiye duraki”). “Qəhrəman” “hazırcavablıq” edir: “əvvələ, mən gic deyiləm, ikincisi də rus deyiləm” (“Vo-pervıx, ya ne durak, vo-vtorıx ne russkiy”). Məlum olur ki, bu “gic” rus yox, belorus imiş. Özü də Belorusiyanın Rusiyaya birləşdirilməsinin tərəfdarı və amerikalıların Lukaşenkoya “ilişməsini” tənqid edir. Oxucu hiss edir ki, Kojedub kimlərinsə əlində oyuncaq – mariyanetkadır. A.Kojeduba görə indi söhbət etdiyi adamlarla onu təkcə dərilərinin rəngi deyil, habelə “başlarının” (“başka” – müəllif) quruluşu da fərqləndirir. Və nəhayət, “qəhrəman” öz təsadüfi həmsöhbətləri ilə vidalaşmadan çıxıb gedir və oxucunu da inandırmağa çalışır ki, bu cür yerlərdən elə beləcə də getmək lazımdır – “xudahafizləşmədən” (“nado uxodit ne proaşayas” – müəllif). Bax belə. Əlbəttə, söhbəti elə burada da yekunlaşdırıb son nöqtəni qoymaq olardı. Amma məsələ burasındadır ki, bu dünyada Kajedub kimi “yazıçılar” mövcuddur və onlar millətlər, irqlər və xalqlar arasında nifaq toxumu səpməkdədirlər. Bu cür “ruslara” – aravuranlara, quyruqbulayanlara, özlərini millət təəssübkeşi kimi göstərmək istəyənlərə adam üz tutub demək istəyir: “Sən doğrudan da gicsən. Bu mənada sənin “yaratdığın” obraz, bazardakı alverçi tamamilə haqlıdır”.
    Əgər Rusiya və ya hər hansı rus öz vətəndaşlarını ələ salarsa, onları haqsız yerə incidirsə adekvat cavab almalıdır. A.Kojedub kimi səviyyəsizlərdən soruşmaq gərəkdir: əgər Rusiya çeçenləri bəyənmirsə, onda nə üçün Çeçenistandan əl çəkmir?.. Əgər Rusiya, məsələn, osetini, ləzgini, mordvini, yakutu, çukçanı, tatarı, kalmıkı... bəyəmnirsə, bir xalq və millət kimi qəbul etmirsə, onda Osetiyadan, Dağıstandan, Mordaviyadan, Yakutiyadan, Çukotkadan, Tatarıstandan, Kalmıkiyadan... əl çəkməli, onların öz müstəqil dövlətlərini qurmalarına mane olmamalıdır. Axı, bu necə ola bilər ki, ədəbiyyatda Kojedub, siyasətdə isə Jirinovski kimi avantüristlər rus xalqının adından danışaraq (özləri rus olmaya-olmaya) ara qızışdırır, millətləri bir-birinin üstünə qaldırır, özləri isə tülkü kimi kənardan marıtlayıb baxırlar?!. Bu mənada haqqında söhbət açılan hekayədə A.Kojedubun bir fikri ilə şərikəm: adı bazar adamının başı onunku ilə eyni deyil. Yəni onların hərəsi bir cür düşünür. Öz iş gününü başa çatdırdıqdan sonra süfrə açaraq yeyib-içməklə məşğul olan, yoldan keçən təsadüfi bir “ziyanlı” qonaq edən alverçinin mühakimələri nə qədər primitivdirsə, Kojedubun “müsbət qəhrəmanı”, yəni özü, ondan qat-qat səviyyəsiz, küt və nadandır. Biz hələ onun qarınqululuğunu, tamahkarlığını bir kənara qoyuruq.
    Təbiətdə bataqlıq, çirkab, durgun sular, bir sözlə, natəmiz yerlər axtaran zərərli-zəhərli həşəratlar olur. Ədəbiyyatda da, “qaşımağa” mövzu axtaran bu cür “müəlliflər” olur. Belə cızmaqaraçıları “ədəbi həşərat”dan başqa necə adlandırmaq olar görəsən?
    Rus ədəbiyyatına bu cür səviyyəsizlərin gəlişi nə qədər təəssüf doğurursa, “LQ”-nin öz səhifələrində bu cür səviyyəsiz yazılara yer ayırması o qədər təəccüb doğurur.
    “MƏDƏNİYYƏT” qəzeti, noyabr 2001-ci il
    P.S.
    Bəli, illər öncəsi, necə deyərlər, yeni əsrimizin əvvəlində qələmə aldığım bu yəğcam yazıda mən Ales Kojedub adlı bir “yazıçını” tənqid etmişdim.
    Ales Kojedub rus və belorus dillərində yazır, Moskvada yaşayır. O, “Sovetskiy pisatel” nəşriyyatının baş redaktoru olmuş, “Literaturnaya qazeta”nın əlavəsi kimi çıxan “Lad” qəzetinin baş redaktor müavinidir, bir neçə kitabın müəllifidir.
    Sözümün canı var.
    Vaxtilə “MƏDƏNİYYƏT” qəzetində çap etdirdiyim bu yazını ruscaya çevirtdirib “Literaturnaya qazeta”nın ünvanına göndərdim. Təbii ki, onlar yazını dərc etmədilər. Bu, öz yerində. Məmləkətimizdə çıxan rusdilli qəzetlərə müraciət etdim, onlar da bu yazının çapından imtina etdilər.
    Təəssüf ki, yazının rus variantını tapa bilmədim. İstərdim ki, bu yazı rusca dərc olunsun və Ales Kojeduba dərs olsun.







    DİSSİDENT yoxsa XƏSTƏ?

    Söhbət Sov. İKP MK-nın sabiq Baş katibi Mixail Sergeyeviç Qorbaçovun qaynından, Raisa Maksimovna Qorbaçovanın qardaşı yazıçı Yevgeni Titarenkodan gedir

    Hələ Qorbaçov Baş katib olarkən xarici informasiya agentlikləri onun qaynı, tanınmış yazıçı Yevgeni Titarenko haqda qəribə məlumatlar yayırdı. Deyildiyinə gərə, Mixail Sergeyeviç öz yaxın qohumunu “psixuşkaya”, yəni əsəb xəstəxanasına saldırıb.
    Bəs görəsən səbəb nə idi?
    Bəli, Yevgeni Maksimoviç Titarenko Sovetlər birliyinin məşhur birinci ledisi, mərhum Raisa Maksimovna Qorbaçovanın dost-doğmaca qardaşıdır.
    Yevgeni 1935-ci ildə Altay Vilayətindəki Rubtsov rayonunun Vesyolıy Yar (Yar- yargan sözündəndir) kəndində doğulub. Altay türkü olduğu ehtimal edilir. Titarenko doğma kənddə yeddilik təhsil aldıqdan sonra Leninqradda hərbi-dənizçilik məktəbində oxuyub. Sonra təhsilini bir müddət Ali hərbi-dənizçilik məktəbində davam etdirib. Amma təhsilini başa vurmadan hərbi xidmətə gedib, Zapolyeryedə matros olub. Sonralar Donbasa gələrək bir müddət daş kömür mədənində şaxtaşı kimi çalışıb.
    Yevgeni istedadlı adamdır. O, ilk gənclik illərindən ədəbi yaradıcılığa həvəs göstəririb. Elə bu arzu onu Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna gətirib.
    Bu təhsil ocağında Titarenko seçdiyi sənətin sirlərini dərindən öyrənməklə bərabər, başqa bir “peşənin” də sirlərinə vaqif olmağa başladı: alkaqol aludəçisinə çevrildi.
    O, institutu bitirəndən sonra, 1965-ci ildə təyinatla Voronejə göndərildi və həmin vaxtdan etibarən bir müddət nəşriyyatlarda redaktor kimi fəaliyyət göstərdi.
    Titarenkonun “Uçqun” (“Obval”) adlı ilk romanı nəşriyyat işçiləri tərəfindən yaxşı qarşılandı. Rəyçilər əsəri təriflədilər. Amma... “Uçqun” senzuradan keçmədi.
    Düzdür, sonrakı illərdə onun “Bazar meydanından olan dördlük”, “Kainatın kiçik bucağında”, “Minaçı” povestləri nəşr edildi və oxucuların diqqətini cəlb etdi. Amma “Uçqun”un, habelə bir çox cəsarətli əsərlərin nəşrinə nail ola bilməyən Titarenkonun içkiyə meyli get-gedə daha da artmağa başladı.
    O, osetin qızı Zoya Qaboyeva ilə evlənmişdi. Bu qız onun tələbə yoldaşı idi. Az sonra onlar ayrıldılar.
    Yevgeni Titarenkonun “yuxarıların” sifarişi ilə xüsusi nəzarətə götürülməsi barədə iki mülahizə var. Onlardan biri budur ki, Raisa Maksimovnanın qardaşının psixi durumu yerində deyil, özünü lazımi qaydada idarə edə bilmir. İkinci mülahizəyə görə isə, yazıçı hələ Sovet dönəmindən mövcud rejimlə barışmır, yəni dissidentdir və elə bu səbəbdən də onun “səsini kəsmək” üçün cəmiyyətdən təcrid ediblər.
    İrəli sürülən versiyalardan hansının daha dəqiq olduğunu bilmək çətin məsələdir. Çünki Sovet hökümətinin elə sirləri var ki, onlardan bir çoxundan heç Sovet hökumətini quranların özləri də baş aça bilmirlər.
    Deyilənə görə, artıq 80 yaşını arxada qoymuş yazıçı Titarenko ömrünün ahıllıq çağını hələ də xəstəxanada keçirməkdədir.

























    “KLAS-KLAS” oyununda KLASSİKA söhbəti
    və yaxud
    “ÖLÜLƏR”DƏN DİRİLƏRƏ

    Yazıçı-dramaturq Firuz Mustafa bu yazıda sənətşünas İsrafil İsrafilovun “O bizi deyib gəlmişdi…” sərlövhəli məqaləsinin cəmi iki abzasını təhlilə cəlb edib.

    Qəzetlərin birində İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış “Ölülər” tamaşası haqda gedən qeydləri az sonra saytlarda da yayınlanıb.Həmin yazının adı belədir: “O bizi deyib gəlmişdi…”
    Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib.
    Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də...
    Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür ifadə olunmasıdır.
    Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: “K l a s s i k a nın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, k l a s s i k a nın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan k l a s s i k a özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır. Bəli, k l a s s i k a sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.
    Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün...” Görünür, müəllif bilmir ki, “klassika”nın “ədəbi-bədii bətnində” heç də hər zaman “əbədi mənalar” qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da . Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyərlə, hansısa bir fikir) hasil olmur.
    İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: : “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. “O” yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa “klassikanı” nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”.

    Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: “Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir”.
    Görəsən, “klassikanın cazibəsinə dayanmaq” nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş şəkildə verilən “ondakı tilsimləri” qırmaq avantürası” ifadəsinin dilimizdə açması nədir?
    Klassika və avantüra... Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq... bağışlayın, gülmək tutar ya turmaz?
    Hələ bu bir abzasda “klassika” sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik “diskomfortu” demirik.

    Növbəti cümlədə oxuyuruq: “Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfın amansızlıqla çıxır”.

    Tərkiblərə fikir verin bir: “öz zənginliyini təmkinlə qoruyan klassika”, “özünə qarşı naşı kobudluğun”... Görün, nə qədər orijinaldır: “naşı kobudluq”. Və nəhayət, dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: “hayıfın amansızlıqla çıxır” ... “Hayıfın çıxır” ha... Görəsən o “hayıfın” deyilən nəsnə kimdən, nədən çıxılır”? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: “Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır”. Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.

    Buyurun, bu da birinci abzasın son cümləsi: “Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.

    Necə yəni “klassika sənətkara öz sirlərini açmağa imkan versə də..”? Bəlkə müəllif burada “sənətkar” sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin “sənətkarın” yanına bir “dahi” təyinini də artırmaq pis olmazdı. Eləcə də “diletantı rüsvay etməklə cəzalandırır” nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı “rüsvay edəndən” sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.

    Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.
    İndi keçirəm ikinci abzasa: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
    Axı, o, bizi deyib gəlmişdi!..”

    Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”.
    Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu “şərh” müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap “orijinaldan”, ilk mənbədən iqtibaslar verməklə kifayətlənirik: “teatr mövsümü ərzində”, “heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən”, “yaradıcılıq məqsədi cılız olduğu üçün”, “sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”. Bəh-bəh... “Niyə bəs böylə bərəldirsən, a qare gözünü?” (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı “qare” əvəzinə” bir “qara” sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.
    Və nəhayət: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir.
    Axı, o, bizi deyib gəlmişdi!..”
    Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: “Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur”, ya da ki belə: “Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”.
    Amma əvəzində görün nə alınıb? : “Amma təəssüflər olsun” cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya “çünki” bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə ondan ibarətdir ki, cümlədə “nə” inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə “layiq görülməməlidir” yox, “layiq görülməlidir” olmalıdır.
    Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik səhvlərlə dolu mətni bu sözlərlə bitirib: “Axı, o, bizi deyib gəlmişdi!..”
    Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, “sizi deyib gəlmişəm” ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?
    O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir”. Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbatcan tamaşaçısıdır. Bundan sonra “Axı, o, bizi deyib gəlmişdi!..” cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, “bizi deyib gələn” kim idi elə? Mirzə Cəlil, Azərbatcan tamaşaçısı, yoxsa...

    Yoxsa “bizi deyib gələn” elə İsrafilovun özü imiş?
    Hə, indi yadıma düşdü ki, “Ölülər” tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.
    Mən indi iki abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.

    Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.
    Yaxşı ki, indi teatr “Ölülər”i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... hətta, bir az klassik təsir bağışlaya bilər.
    p.s. Uşaqların “klas-klas” oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu, bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.

    http://kulis.lent.az/news/15525



















    «İSКЕS RIDISКЕS»
    VƏ YAХUD
    BƏZI CIĞIRDAŞLARIN MÜHAКIMƏLƏRI BU YAZININ BAŞLIĞI КIMI BAŞAYAQDIR

    Birbaşa mətləbə кеçməк istəyirəm. «Sənət qəzеti»nin 01-15 may 2006-yı il tariхli sayında Z.Əzəmətin müəyyən еtiк prinsiplərə görə sərlövhəsinin adını çəкməк istəmədiyim bir yazısını охudum. Кiçiк həcmli mətində təsadüf еdilən qrammatiк və üslubi səhvlər məni həmin yazıya ötəri də оlsa münasibət bildirməyə vadar еtdi. Z.Əzəmətin yazısı bеlə bir cümlə ilə başlayır: «Samir Sədaqətоğlunun AYB-dən (?) çıхarılmasına (?) bir çохlarının fərqli münasi¬bətlərinə baхmayaraq mən cani-dildən sеvindim». Əvvəla, Z.Əzəmətin sözündən bеlə çıхır кi, кimlərsə S.Sədaqətоğlunun qоlundan tutub AYB-nin binasından bayıra çıхarıblar. Amma çох güman кi, müəllif, haqqında danışdığı şəхsin AYB-dən dеyil, AYB-in üzvlüyündən хaric еdilməsini nəzərdə tutur. İкincisi, dilimizin mövyud qanunları «bir çохlarının fərqli münasibələri» söz birləşməsindəкi yanlışlığı оrtaya qоyur; «bir çохları» ifadəsi «münasibət» sözünün təк halda (cəm şəкilçisi qəbul еtmədən) işlədilməsini tələb еdir. Hətta, aparılan bu «rеdaкtə» işi bеlə müəllifin qarışıq düşüncəsinə tam aydınlıq gətirə bilməк zоrunda dеyildir; çünкi «fərqli münasibət(lər)» hələ nəzərdə tutulan nəsnənin (münasibətin) mahiyyətini aça bilmir və istər-istəməz özündən sоnra «оlmasına» lекsеmini tələb еdir. Dеməli, əslində təmiz Azərbayyan türкcəsində fiкir bеlə ifadə оlunmalıdır: «Samir Sədaqətоğlunun AYB üzvlüyündən хaric еdilməsinə bir çохlarının fərqli münasibəti оlmasına baхmayaraq mən cani-dildən sеvindim». (Hələ оrasını da dеmirəm кi, bu sеvincin səbəbi qеyri-müəyyən оlaraq qalır – F.M.) İкinci cümlə bеlədir: «Çünкi 70 ilin təcrübəsi göstərir кi, AYB-ni adətən (?) öləndə tərк еdirlər».
    Əcaba, əgər оrtada 70 illiк təcrübə varsa, onda buraya təzədən bir «adətən» sözünü əlavə еtməyə nə hacət? Üçüncü yümlədə охuyuruq: «Şəхsən mən AYB-ə həmişə (?) Əzrail qağanın baş qərargahı кimi baхmışam». Dеməli, adətən ölənlərin siyahısını aparan, nекrоfiliya üzrə təcrübə tоplayan «qəhrəman» еlə əzəl gündən, yəni özü dеmiş həmişə, AYB adlanan təşкilata nələrinsə (və ya кimlərinsə) «baş qərargahı» кimi baхırmış. Bеşinci yümlədə … birdən-birə hər şеy inкar оlunur: «Bunu dərк еdən кimi də (?) dabanıma tüpürüb qaçmışam оradan». Adamdan sоruşarlar: aхı, sənin кimi təcrübəli, adətкar, həmişə ayıq оlan, hər şеyi əvvəlcədən bilən (yəni müdriк) bir zatın AYB-də nə işi var idi кi, sоnra da dabanına tüpürüb оradan qaçaydı? Mən hələ cümlədəкi də ədatının və digər bir-iкi sözün də yеrində işlədilmədiyini хatırladıb vaхt aparmamaq üçün ətraflı şərh vеrməкdən vaz кеçirəm. Altıncı cümlədə görəк «zərərdidənin vəкili» nə dеyir: «Aхı cavanam, yaşamaq istəyirəm». Pahо, bu təyrübəli, çохbilmiş кəs hələ lap nоvcavan, sütül bir gəncmiş кi! Yеddinyi yümləni охuyanda adamı (bağışlayın – Кərəmi) az qala ağlamaq tutur: «Mənim Əzrailin yanında nə itim azıb кi…». Halbuкi dabanına tüpürüb qaçan gəncin əvvəlкi cümlələrindən bеlə bir fiкir hasil оlurdu кi, охuyuya təqdim еdilən yazının liriк (bəlкə də еpiк? коmiк? targiк?) qəhrəmanının bütün ömrü baş qərargahda – öz qağasının (yəni Əzrailin) yanında кеçib. Fəqət nə еtməli? Bu, talеdir. Qaçmaq özü də (gеc də оlsa) bir igidliкdir.
    Nə isə… mətləbi çох uzatmağa еhtiyac görmürəm. Yalnız ilк abzasını – yəmi altı cümləsini, ümumi mətnin üçdə bir hissəsini təqdim еtdiym yazının qalan üçdə iкi hissəsi də еlə bu кöкdədir.
    О кi, qaldı məsələnin sərlövhəyə çıхarılan mübhəm tərəfinə… Mən məsələnin həmin sirli qatına varmadan təкcə bir şеyi хatırlatmaq istərdim: ay hələ yaşamaq istəyən cavan, кiminsə hansısa bir intim işlə məşğul оlması, habеlə bu işin кəmiyyət və кеyfiyyəti barədə sənin statistiк məlumat tоplamağın anlaşılandır; çünкi sənin кimi müdriк оlmaq istəyən gənclərin artıq çохdan müdriк оlmuş qоcalardan öyrənəcəyi hələ çох nəsnələr var. Amma dırnaqsız-filansız dеyirəm: iddialı cavan, vaхtın varкən bir az dilimizi də öyrən. Əlbəttə, üstəliк bir azca da düşünməyi, yazmağı, mühaкimə yürütməyi, dərк еtməyi, təvazöкar оlmağı öyrənsəydin çох yaхşı оlardı və günlərin bir günü anlayardın кi, istеdadlı adam еlə həmişə (о yümlədən gəncliyində də) müdriкdir. İstеdadsız кəslərsə ömrün bütün çağlarında (təbii кi, cavanlıqda da) səfеh оlaraq qalır. Bu bir. Digər tərəfdən isə, ədəbiyyat yеganə müstəvidir кi, оrada qоca-cavan anlayışları оlmur. О müstəvidə hamı оrtaq məкan və zamanda yaşayır.
    P.S. Haqqında söhbət açılan yazının sоn abzası bеlə bir fiкirlə başa çatır: «İndi bu (…) işə tanınmış dramaturq F.M. rəhbərliк еdəyəк. Çünкi cavanlar daha еnеrjilidir». Əlbəttə, mən bilirəm кi, sən еnеrjili cavanlar dеyərкən özün кimi gənc müdriкləri nəzərdə tutursan. Amma dilimizi hələ bir az zəif mənimsədiyinə görə sənin cümləndən bеlə bir fiкir hasil оlur кi, F.M. кimi cavanlar daha еnеrjilidir. Еybi yох (hərçənd кi, sən еybi yох ifadəsi əvəzinə AYBı yох ifadəsini işlətməyi хоşlayırsan), dil yanılıb düzünü dеyər və yaхud yanlış da bir naхışdır.




    Əkrəm Əylisli nədən qorxur?

    Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.
    Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, MM-in deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Ə. deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Ə.Ə. deputat “oldu”. Bütün bunlar öz yerində...
    ...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...
    Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
    Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxuların” yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
    Bax bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kompaniyası, “törəni” yadıma düşdü... Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Ə.Ə. Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...
    O da yadımdadır ki, həmin dövrdə mən AZ.Tv-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir Tv kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Ə. də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
    Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.
    Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...
    p.s.
    Təəssüf ki, bir çox elm, sənət və ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən istifadə etmək bizdə bir “qanun” halını alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər üçün adam ya müsbət ya da mənfi, başqa sözlə ya yaxşı ya da pis olmalıdır. Elə Ə.Ə. haqda olan yazılarda da... Mən çalışdım ki, bu kiçicik qeydlərdə Əkrəm Əylislini qara və ağ rənglərin arasındakı “boşluqda” verim. Zənnimcə, adını bilmədiyim o rəng daha “görümlüdür”...

























    VIII.SPEKTR



    DRAMATİK PAUZALAR:
    ƏVVƏL VƏ SONRA

    AZƏRBAYCAN DRAMATURGİYASI
    qurultaylararası dövrdə

    (məruzə)
    Proloq
    Dramaturgiyamızın son illərdəki durumu ilə bağlı söhbət açmazdan əvvəl, təəssüf hissi ilə qeyd etməliyəm ki, yaşadığımız zamanda az qala bütün bəşəriyyəti təhdid edən koronovirus kabusu öz mahiyyəti ilə tarixin müəyyən kəsiyində təsvirə və təsəvvürəgəlməz bəlalarla müşaiyət olunmaqdadır. Bu bəlaları olduğu kimi təqdim etmək isə, ən parlaq faciə əsərlərinin yaradıcısı hesab edilə biləcək dramaturq və rejissorların belə, gücü xaricindədir. İndi insanların özləri kimi onların yaratdığı maddi və mənəvi dəyərlər də tarixi sınaq qarşısındadır.
    Qurultaylararası mərhələdə həm ölkəmizin, həm də AYB-nin bir sıra mühüm nailiyyətləru və itkiləri olmuşdur. İtkilər, əlbəttə, daha çox Qarabağ savaşında Vətən uğrunda canlarından keçən əsgər və zabitlərimizlə, habelə dünyasını dəyişmiş həmkarlarımızla bağlıdır. Qazancımız isə daha çox Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında qalib ordumuzun torpaqlarlarımızı işğaldan azad etməsi ilə bağlıdır. Ədəbi aləmdə, dramaturgiyamızda əldə edilən uğurları da biz ümumi nailiyyətlərimiz sırasında qeyd etməliyik. Elə söhbətimiz də indiki halda dramaturgiyamız haqdadır.
    Belə hesab edirəm ki, bugünkü Azərbaycan dramaturgiyasından söhbət açarkən, onu öz milli klassik dramaturgiyamızdan və dünya ədəbiyyatı kontekstindən təcrid olunmuş şəkildə təsəvvürə gətirmək mümkün və düzgün deyildir.
    Hal-hazırda dünya dramaturgiyasında olduğu kimi, bizim milli dramaturgiyamızda da ciddi ədəbi-estetik axtarışlar gedir; forma və məzmun komponentlərinin yeni, orijinal təqdimatı diqqəti cəlb edir. Yaradıcılığın bütün mövcud sahə və sferalarında olduğu kimi, dramaturgiyada da varislik prinsipi, əgər belə demək caizdirsə, “ədəbi iyerarxiya” bərqərar olunmaqdadır. Yəni, dünən yoxsa, bu gün də yoxdur. Bu gün yoxsa, sabah da olmayacaq. Başqa sözlə, ədəbi zamanlar arasında əbədi bağlar mövcuddur.
    Azərbaycanda professional teatrının və dramaturgiyanın yaşı elə də çox deyildir. Bizdə ilk səhnə əsəri (M.F.Axundovun "Hekayəti - Molla İbrahimxəlil kimyagər" komediyası) 1850-ci ildə yazılıb. Halbuki Yunanıstanda ilk dram əsərləri bir neçə min il bunan əvvəl meydana gəlmişdir. Amma bu “gənclik” yaşına baxmayaraq, qətiyyətlə deyə bilərik ki, Azərbaycan dramaturgiyası çox dərin köklərə bağlıdır.
    Əlbəttə, bu cari çıxışda mənim qarşımda duran vəzifə heç də ötən 170 il ərzində dramaturgiyamızın keçdiyi tarixin xronologiyanı geniş şəkildə xatırlatmaqdan ibarət deyildir. Lakin düşünürəm ki, artıq bu keçilmiş mürəkkəb yolun üstündən sükutla keçmək də düzgü olmazdı. Elə buna görə də, indi yeri gəlmişkən, böyük mütəfəkkirimiz M.F.Axundovun əsasını qoyduğu dramarurgiyamızın əsas tarixi pillələrini çox müxtəsər şəkildə xatırlatmağı borc bilirik.
    Beləliklə, ədəbiyyat tariximizin örnəklərindən və inkişaf tendensiyasından çıxış edərək dramaturgiyamızın keçdiyi tarixi mərhələni yığcam şəkildə bu cür formulə edə bilərik:
    Birinci mərhələ. 19-cu əsrin ikinci yarısı. Bu dövrün əsas “yükünü” şübhəsiz ki, məhz M.F.Axundov öz çiynində daşımışdır.
    M.F.Axundovun əsasını royduğu dramaturgiya janrı sonrakı illərdə onun ardıcılları (N.B.Vəzirov, Ə.B.Haqverdiyev, H.Hərimanov, S.S.Axundov, M.S.Ordubadi, Y.Hacıbəyov, A.Şaiq, habelə ilk qadın dramaturqumuz Səkinə Axundzadə) tərəfindən daha da inkişaf etdirilmişdir.
    Dram janrının ikinci mərhələsinin inkişafı böyük ədibimiz Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Dramaturgiyada ilk addımlarını “Çay dəstgahı” və “Kişmiş oyunu” pyesləri ilə atan Mirzə Cəlil, sonralar “Ölülər” (1909), “Anamın kitabı” (1919), “Kamança” (1920), “Danabaş kəndinin məktəbi” (1921), “Dəli yığıncağı” (1927) və digər əsərləri ilə ədəbiyyatımıza yüksək əyarlı əsərlər bəxş etmişdir.
    Əgər haqqında bəhs etdiyimiz janrın epoxal vüsətini konkret imzalarla əlaqəli şəkildə davam etdirsək, onda deyə bilərik ki, dramaturgiyamızda növbəti- üçüncü mərhələ ötən əsrin 20-30-cu illərindən başlayaraq Cəfər Cabbarlının adıyla bağlıdır.
    Dramaturgiyamızın mühüm bir dövrü, yəni 20-ci əsrin ikinci yarısı isə daha çox İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlıdır ki, bunu da biz dördüncü mərhələ hesab edə bilərik bilərik. Həmin mərhələdə, indi Sovet dövr ədəbiyyatı adlanan kəsimdə Mehdi Hüseyn, Mirzə İbrahimov, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Yusif Əzimzadə, İslam Səfərli, Adil Babayev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Əfqan və digər yazıçı və şairlərimizin qələmə aldıqları, uzun illər səhnədən düşməyən əsərləri xüsusilə vurğulamalıyıq.
    Yuxarıda qeyd etdiyim kimi, burada janr amilini də vurğulamaq lazımdır. Belə ki, ilk nümunələri 20-ci əsrdə qələmə alınmış mənzum dram janrının ən ümdə və ilk nümunələrini Hüseyn Cavid (“Ana” mənzum pyesi 1910-cu ildə) və Səməd Vurğun yaratmışdır.
    İrəli sürülən bu nisbi bölgülərdə, olsun ki, ənənəvi təsnifatlardan fərqli, mübahisəli momentlər də yox deyildir. Söylənilənə biləcək hər hansı iradı biz təbii qarşılamağa hazırıq. Hətta, mübahisəyə də yer vermək olar.
    Ötən illər ərzində, artıq qeyd etdiyimiz kimi, qazanclarımızla yanaşı itkilərimiz də çox olmuşdur. Dərin ağrı və təəssüf hissi ilə bildirməliyik ki, bu ötən son illər ərzində, yəni qurultaylararası dövrdə, biz bir çox həmkarlarımızı, qələm dostlarımızı itirmişik.
    Biz bilavasitə və bilvasitə yaradıcılığı dramaturgiya ilə bağlı olan qələm adamlarının adını bir daha xatırlatmaqla onların xatirələri önündə təzim etməyi özümüzə borc bilirik: Maqsud İbrahimbəyov, Teyyub Qurban, Nahid Hacızadə, Vaqif Səmədoğlu, Aqşin Babayev, Aslan Qəhrəmanov, Ələkbər Salahzadə, Kəmalə Ağayeva, Camal Yusifzadə, Füzuli Yavər Sərkarov, Elşad Məmmədov (yazıçı- dramaturq Altay Məmmmədovun oğlu), Heybət Hörmət, Fuad Babanlı, Ramiq Muxtar, Nizami Muradoğlu, Mirzəli Rüstəmov (ləzgi dilində yazıb), Ağaxan Salmanlı (bir sıra uşaq dramlarının müəllifi, Xalq artisti), Əlixan Binnətoğlu (Tiflisdə yaşayıb-yaradıb).
    Adları çəkilən yaradıcı insanlarımızın bir çoxunun ədəbi imzası daha geniş arenada, digər qisminin adı isə nisbətən məhdud çevrədə tanınır. Onların arasında milli dilimizlə yanaşı, digər dillərdə də yazıb-yaratmış sənətkarlar vardır. Lakin bütövlükdə onların hamısı bizim ədəbiyyatımızın və incəsənətimizin, bir sözlə Azərbaycan mədəniyyətinin inkişafı üçün əllərindən gələni əsirgəməmişlər. Biz onların hamısına Tanrıdan rəhmət diləyirik.
    Birinci pərdə
    İndi isə icazənizlə son beş-altı ilin dramaturji təsərrüfatı barədə eksklüziv şəkildə də olsa söhbətimizi davam etdirmək istərdim.
    Bəri başdan bunu deyə bilərik ki, bu gün Azərbaycan dramaturgiyası özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dramaturgiya mahiyyət etibarilə yenidir, lakin artıq deyildiyi kimi, öz kökləri etibarı ilə ənənələrə bağlıdır.
    Dramaturgiyamızla bağlı düşünərkən gəldiyimiz ilkin qənaət budur: biz get-gedə daha təsirli dramaturji semantika və intonasiyaların şahidi olmaqdayıq. Lakin bu “dəyişmədə” hansısa bir qanunauyğunluqdan daha çox, bir nizamsızlıq də nəzərə çarpır.
    Bizim dramaturgiya təsərrüfatında bir çox yaxın və uzaq ölkələrdə gedən anoloji proses, məsələn, “yeni dalğa”, “yeni dram” yaratmaq prosesi qabarıq şəkildə təzahür etmir. Amma bu o demək deyildir ki, dramaturgiyamızda yeniləşmə yoxdur. Məlumdur ki, uzun illər indi “sovet imperiyası” adlandırılan cəmiyyətdə ədəbiyyat, o cümlədən dramaturgiya, daha çox ideologiyanın əlavəsi kimi çıxış etmişdir. İdeologiyanın sifarişi də məlum idi: yazıçı öz əsərini sosializm realizmi əsasında yazmalıdır. Lakin bir həqiqəti də unutmaq olmaz ki, bir çox məhdudiyyətlərə baxmayaraq, hətta, bu günün özündə belə ədəbiyyatın çox yüksək əyarlı nümunələri məhz həmin mərhələdə yaradılmışdır. Artıq Sovet cəmiyyəti yoxdur. Sosializm realizmi metodu və metodologiyası da tarixin arxivinə gömülüb. Əvəzində yeni cərəyanlar və həmin cərəyanlara “müqabil” əsərlər yaradılmaqdadır.
    Bu gün dramaturgiyamızda imzası oxucu və tamaşaçılara uzun illərdən bəri tanış olan müəlliflərlə yanaşı, orta ədəbi nəslin nümayəndələri və gənc müəlliflər eyni zaman müstəvisində fəaliyyət göstərirlər. Bu sırada biz ilk növbədə hal-hazırda öz “doğma janrları”, yəni nəsr, tənqid və poeziya il yanaşı dramaturgi yaradıcılıqla məşğul olan Vidadi Babanlı, Nəriman Həsənzadə, Əfqan, Hidayət, Mövlud Süleymanlı, Vaqif Əlixanlı, Marat Haqverdiyev, Həsən Həsənov, Hüseynbala Mirələmov, Dilsuz, Ramiz Rövşən, Ramiz Fətəliyev, Oqtay Altunbay, Əvəz Lələdağ, Ağarəhim Rəhimov, Həmid Arzulu, Əhməd Orucoğlu, Rafiq Rəhimli kimi yazıçı və şairlərimizin adını çəkə bilərik. Sevindirici haldır ki, yaradıcılığa ötən əsrdə başlamış söz adamlarımız bu gün də qələmi yerə qoymayıblar.
    Oxucu və tamaşaçılara yaxşı məlumdur ki, yaradıcılığının mühüm bir mərhələsi, haqqında bəhs etdiyimiz dövrə (Sovet dövrünə) təsadüf edən Xalq yazıçısı
    Anar
    son illərdə digər janrlarla yanaşı, dramaturgiyaya da müraciət etmişdir. Bu janr yazıçıni, necə deyərlər, yaradıcılığının ilk illərindən “təqib etməkdədir”. Belə ki, Anarın “Keçən ilin son gecəsi”, “Qaravəlli” (“Zəncir”), “Adamın adamı”, “Sizi deyib gəlmişəm”, “Telefon gecələri”, “Şəhərin yay günləri”, “Səhra yuxuları” pyesləri, habelə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında qələmə alınmış “Təhminə və Zaur” dramı konkret olaraq dramaturgiyamızın, bütövlükdə isə ədəbiyyatımızın parlaq nümunələri kimi qiymətləndirilə bilər.
    Anarın bir çox nəsr əsərlərinin ekranlaşdırılmış variantının və teletamaşalarının mətni də müstəqil dramaturgi materiallar kimi qiymətləndirilə bilər. Belə hesab edirəm ki, “Üzeyir ömrü” (“Uzun ömrün akordları”) , “Qəm pəncərəsi”, “Sübhün səfiri”, “Cavid ömrü” filmlərinin ekran məziyyətlərindən danışarkən, bu əsərlərin ədəbi materiallarından da yan keçmək olmaz. Mən burada yalnız konkret tarixi-ədəbi simalarımızın həyatının müəyyən mərhələsindən bəhs edən və silsiləvi səciyyə daşıyan silsiləvi “memuar filmləri” xatırlatmaqla kifayətləndim. Bildiyimiz kimi, yazıçının qələmindən çıxan ssenarilər əsasında bir çox digər bədii filmlər də çəkilmişdir.
    Bəlkə də yeni nəslin nümayəndələrinin bir çoxu bilmir ki, məşhur rus yazıçı-ssenaristi Edvard Radzinskinin vaxtilə Anarın “Mən, sən, o və telefon” hekayəsindən təbdil etdiyi mətnin motivləri əsasında Moskvada məşhur “Hər axşam saat onbirdə” filmi çəkilmişdir.
    Son illərdə Anar nəsr, publisistika, memuar janrları ilə yanaşı dramaturgiyaya da müraciət etmişdir. Yazıçının 2019-cu ildə qələmə aldığı və həmin il “Azərbaycan” jurnalının 10-cu sayında çıxan (və GTT-da tamaşaya qoyulan) “Şəhərin qış gecələri” əsəri 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə xalqımızın başına gətirilən faciəyə həsr olunmuşdur. Əgər fikir verdinizsə bu əsərin adı müəllifin əvvəllər yazdığı bir əsərin adı ilə səsləşir. Bəli, səhv etmirsiniz, “Şəhərin qış gecələri” pyesi ötən əsrin 80-ci illərində yazılmış məşhur “Şəhərin yay günləri” pyesini və həmin pyesin qəhrəmanlarını yenidən yadımıza salır. Və buradaca bir faktı xatırlatmaq istərdim ki, məhz “Şəhərin yay günləri” pyesi və Anarın özünün ssenarisi əsasında vaxtilə “İmtahan” adlı film də çəkilmişdir. Bəli, yeni əsərin personajlarının əksəriyyəti artıq bizə tanışdır. Amma “Şəhərin qış gecələri” pyesini adı çəkilən əsərin “davamı”, “mabədi” kimi qiymətləndirmək doğru olmazdı. Bu, öz fabulası, öz süjeti, öz məkanı və məhz öz zamanı olan bir dramdır. Əsərdə konkret insanların taleyi ilə yanaşı həmin dövrün mürəkkəb ictima-siyasi və mənəvi-mədəni ab-havası da realist-faktoloji boyalarla təsvir edilmişdir. Heç şübhəsiz ki, bu əsər sənədli-xronikal və bədii-dramatik salnamədir. Müasir gəncliyə qəhrəmanlıq, vətənpərvərlik hissi aşılayan həmin pyesdə biz tariximizin bir parçasını görürük.
    Son illərdə dramaturqlarımızın əksəriyyətinin yaradıcılığında milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzusu aparıcı xətləri təşkil etmişdir. Biz bu sırada Xeyrəddin Qoca, Şirməmməd Nəzərli, Aydın Talıbzadə, Əjdər Ol, Əmir Pəhləvan, Əyyub Qiyas, Yunis Oğuz, Natiq Məmmədli, Tamara Vəliyeva, Çingiz Ələsgərli, İmir Məmmədli, Orxan Fikrətoğlu, Abdulla Qurbani, Abid Tahirli, İftixar Piriyev, Ağalar İdrisoğlu, Kamran Nəzərli, İsmayıl İmanov, Mehman Musabəylinin, Qəşəm Nəcəfzadənin adlarını çəkə bilərik.
    Bu gün Azərbaycan ədəbiyyatında öz mövzu rəngarəngliyi, orijinal üslubu və müasirliyi ilə seçilən Xalq yazıçısı Elçinin dram yaradıcılığı
    barədə ədəbiyyatşünas və tənqidçilərimiz zaman-zaman söz açmışlar. Yazıçının pyesləri barədə bəzi mülahizələri müxtəsər şəkildə diqqətinizə çatdırmaq istərdim.
    Elçin
    dramaturgiyası ədəbiyyatımızda və eləcə də onun öz yaradıcılığında xüsusi bir mərhələ təşkil edir. Belə hesab edirəm ki, sənətkarın dramaturji yaradıcılığını üç yerə bölmək olar. İlkin mərhələdə yazıçı “Qızıl”, “Qatar yol gedirdi”, “Poçt şöbəsində xəyal”, “Ordenli yazıçı ilə görüş”, “Xüsusi sifariş” kimi pyeslərində (Elçin onların bir çoxunu “dramatik povest” kimi təqdim etmişdir) cəmiyyətidə hökm sürən nisbətən “səthi” nöqsanlara toxunmuş, absurd dramaturgiya ünsürlərindən məharətlə istifadə etmişdir.
    Dramaturji yaradıcılığının ikinci mərhələsində, yəni ötən əsrin son onilliyində yazıçının qələmə aldığı dram əsərlərində daha ciddi sosial problemlərə toxunulur. Bu dövr Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərə təsadüf edir. (“Ah, Paris, Paris!..”, “, “"Dəlixanadan dəli qaçıb və yaxud Mənim sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”) trilogiyası Elçinin yaradıcılığında yeni bir mərhələ təşkil edir. Bu mərhələdə Elçin daha çox komedioqraf kimi diqqəti cəlb.
    Elçinin dramaturji yaradıcılığının üçüncü mərhələsinə onun “Qatil”, “Şekspir”, “Arılar arasında”, “Taun yaşayır” (Ölüm hökmü” romanı əsasında), “Teleskop”, “Cəhənnəm kirayənişinləri” mühüm yer tutur. Yazıçının son illərdə yazdığı “Stalin” pyesini və kiçik həcmli “Böcəklər” absurd dramını da bu siyahıya əlavə etmək olar.
    “Arılar arasında” pyesində dramaturq çox incə üsulla nəsillər arasındakı qırılmaz və qırılan əlaqələrə toxunur. Arı ailəsi əslində öz iyerarxik idarə quruluşuna görə insan həyatına çox yaxın olan bir sistemdir. Dramaturq bu əsərdə məhz iki ailə fenomeni, yəni insan və arı ailəsi arasındakı paralelləri önə çəkir. Əgər arı ailəsində birliyin əsasında instinktiv amillər dayanırsa, insanlarda bu cür keyfiyyətlərin formalaşması mənəvi vasitələrlə müəyyən edilir.
    Elçinin pyeslərinin əksər qəhrəmanları “sərhəd situasiyasında” yaşayırlar. Bu situasiya həmin qəhrəmanların təkcə həyat və məişət səviyyəsinə deyil, əqli-intellektual cəhətlərinə də aid edilə bilər. Vaxtilə Flöber deyirdi ki, “başqa cür düşünənlərin hamısı dəli hesab olunur”. Bəli, yazıçının əksər personajları yaşadıqları mühitdə “ağ qarğa” və ya “Aydan gəlmiş” kimi qarşılanan adamlardır. Elə buradaca haşiyə çıxaraq xatırlatmağı vacib bilirəm ki, yazıçının bir çox qəhrəmanları həqiqətən bu dünyanın sferasından çıxaraq başqa aləmə, o cümlədən Aya qədər gedib çıxırlar. Bu orijinal və marginal qəhrəmanları yaşadıqları mühit ya yetərincə qiymətləndirmir və yaxud bunu bacarmır. Bu mənada yazıçının təqdim etdiyi dramaturji obrazların əksəriyyətinin dəliliklə ağıllılığının arasında çox həssas, çox zərif bir “sərhəd” vardır. Bu “situasiyanı” elə müəllifin pyeslərinin janrlarına da aid etmək olar. Belə ki, əsərlərinin bir çoxu müəllifin fərdi yozum və rəyindən asılı olmayaraq tədqiqatçılar tərəfindən fərqli şəkildə interpretasiya olunur. Sadə və bəsit formada deməyə çalışsaq, yazıçının əsərlərinin hansının faciə, hansınınsa komediya kimi təqdim olunması haqlı olaraq mübahisələrə də səbəb olur. Əgər Elçinin ilk pyeslərində lirik ovqat üstünlük təşkil edirdisə, sonrakı dövrdə get-gedə dramatik, hətta faciəvi notların artdığının şahidi oluruq.
    Zənnimcə, Elçinin əsərlərindən çıxan ümdə qənaət belədir: insanın bütün mövcudluğu, başqa sözlə desək şəxsi həyatı, onun daxilində yaşadığı cəmiyyətin həyatı ilə qırılmaz şəkildə bağlıdır və yaxud bağlı olmalıdır.
    Elçinin pyesləri öz ədəbi-fəlsəfi mahiyyəti və sosial-psixoloji qatları etibarı ilə onun yaradıcılığında xüsusi bir hadisə kimi dəyərləndirilə bilər. Orasını da qeyd etmək lazımdır ki, yazıçının qəhrəmanlarının sublimativ reaksiyalarının əsasında şəxsi-psixoloji faktorlarla yanşı ictimai münasibətlərin rolu da konkret bədii detallarla təqdim edilir.
    Elçinin yaradıcılığında şərtilik güclüdür. Məhz şərtiliyin bu geniş və hüdudsuz müstəvisində yazıçının improvizə və manevr imkanları onun özünün və qəhrəmanlarının daha geniş dairədə fəaliyyət göstərmək imkanı ilə şərtlənir. Bu cəhətdən onun bir sıra qəhrəmanlarının postmodernist təqdimatı təbii qarşılanmalıdır.
    Yazıçının əsərləri dünyanın müxtəlif qütblərində fəaliyyət göstərən, habelə müxtəlif üslub və baxışlara malik olan teatr və rejissorların diqqətini cəlb etməkdədir. Elə bu səbəbdən də Elçinin pyesləri bir çox Amerika və Avropa teatrlarında, habelə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur.
    Mən fürsət düşmüşkən, elə haqqında söhbət gedən mövzuya, yəni mövcud “sərhəd situasiyasında” yaşayan “ağıllılar və dəlilər”in bədii “tandeminə” və onun dramaturgiyada inikasına diqqəti çəkmək istərdim.
    Artıq qeyd olunduğu kimi, Elçinin adları çəkilən əsərlərində tarixi qədim olan bir “dramaturji mövzuya”, yəni “ağıllılar və dəlilər” probleminə yeni baxış sərgilənir.
    Bəli, bu problem nə həkimlər, nə psixatrlar, nə psixoloqlar, nə də yazıçılar üçün yeni hadisədir. Amma adları çəkilən peşə sahiblərinin hər biri öz “pasientinə” tamam fərqli bucaqdan yanaşırlar. Və bu yanaşmalardan ən həssası yazıçıya aiddir desək, səhv etmərik.
    Biz dünya ədəbiyyatının bir çox klassik və müasir nümayəndələrinin- Qriboyedov, İbsen, Çexov, Şou, Uayld, Hauptman, Pirandello, Dürremant, Saymon, Bekket, İonesko, Pinter, Yelinek kimi dramaturqların əsərlərində, habelə milli dramaturgiyamızın görkəmli simalarından Axundov, Mirzə Cəlil, Haqverdiyev, Cabbarlının pyeslərində haqqında söhbət gedən mövzunu özündə ehtiva edən kifayət qədər əsərləri nümunə kimi yada sala bilərik. Bu problemin ilk uğurlu nümunəsi kimi Mirzə Cəlilin “Dəli yığıncağı”, son ədəbi inikası kimi İlyas əfəndiyevin “Dəlilər və ağıllılar” pyeslərini yada salmaq yerinə düşə bilər.
    Mən bu “problemi” nə üçün belə qabartmaq qərarına gəldim? Məsələ burasındadır ki, son illərdə ədəbiyyatımızda, xüsusən dramaturgiyamızda artıq az qala bir şablona çevrilmiş bu mövzu epidemiya kimi intişar etməkdədir. Mən “epidemiya” sözünü təsadüfən işlətmirəm. Təbii ki, bu sözün işlənmə məqamının özü az şey demir. Bizim dramaturgiyamızdakı bu “ağıllı dəlilər” və ya “dəli ağıllılar” sanki bir dəzgahın ağzından çıxmaqdadır. Əlbərrə, heç bir qələm əhlinə hansısa mövzuya müraciət etməyə qadağa qoymaq olmaz. Amma qadağa qoyulmasa belə, bəzi əsərlərə “sarı vərəq” göstərməyə zənnimcə ehtiyac duyulmaqdadır. Bu problemin ətraflı təhlili isə ədəbiyyatşünasların və tənqidçilərin öhdəsinə düşür.
    Yuxarıda qeyd etdiyimiz kimi, Elçinin əksər pyeslərində postmodernizmin ehtiva etdiyi element və vasitələr kifayət qədərdir.
    Hesab edirik ki, Kamal Abdullanın və Afaq Məsudun pyeslərində də postmodrnist estetika qabarıq və güclüdür. Biz həmin pyeslərə qayıdacağımız üçün imkan daxilində postmodernizm fenomeninin mahiyyətinə ötəri də olsa nəzər salmaq istərdik.
    Bu gün, xüsusən, postsovet məkanında incəsənətin, ədəbiyyatın əksər sahələrində daha çox postmodernist cərəyan və bir az riyazi dillə ifadə etsək, onun “törəmələri” dəbdədir. Bəzilərinin təsəvvürünə görə bu cərəyanın qarşısında klassik realizmin üstündən “xətt çəkmək” vəzifəsi dayanır. Bunu həyatın bütün sahələrində, o cümlədən ədəbiyyatda varislik prinsipinin mövcudluğundan bixəbər olanlar iddia edir. Heç bir hadisə “heçnədən” və “təsadüflərdən” yaranmır. Bu fenomen (postmodernizm) bir anlayış kimi elmdə 19-cu əsrin 20-ci illərində meydana gəlsə də, yüz il sonra, yəni 20-ci əsrin 20-ci illərində yeni bir mərhələyə qədəm qoymuş, daha sonrakı dövrdə bir metod kimi gəlişməyə başlamışdır. Biz artıq 21-ci əsrin 20-ci illərində yaşayırıq. Bəs iki əsrlık yaşı olan ədəbi postmodernizm nüvəsini nə təşkil edir? Bu məsələdə tədqiqatçıların və nəzəriyyəçilərin vahid mövqeyi olmasa da, ümumi konturlar məlumdur. Əvvəla, postmodernizmin dəqiq hüdudu müəyyən olunmayıb və bu mümkün hesab edilmir. İkincisi, bu üslub (və ya metod) dünyanı sistem kimi yox, bir xaos kimi qəbul edir. Üçüncüsü, metafizik qapalılıq, dördüncüs, fantastik parodiya postmodernizmin mühüm ifadə vasitələri hesab olunur. Məntiq və absurd, başqa sözlə deyilsə- real və irreal, həqiqət və uydurma, simmetriya və asimmetriya arasındakı səddin silinməsi, müxtəlif zamanların eyni bir hadisə və obraz çərçivəsində və yaxud eyni bir hadisə və obrazın müxtəlif zamanlar çərçivəsində mövcudluğu da postmodernizmin özünəməxsus cəhətlərindən biridir.
    Əlbəttə, bizim məqsədimiz heç də mövcud ədəbi cərəyanlar, o cümlədən postmodernizm haqqında geniş nəzəri söhbət açmaqdan ibarət deyildir. Məsələ burasındadır ki, hazırda bu cərəyanla bağlı onun öz mahiyyətində olduğu kimi, ətrafında da ziddiyyətli fikirlər çoxdur. Bir çox qələm əhli böyük bir israrla öz yaratdıqlarının yalnız və yalnız “postmodernist cəbbəxanaya” aid olduğunu sübut etməyə çalışırlar. Biz belə hesab edirik ki, heç bir sənət adamı əvvəlcədən öz qarşısına hansısa nəzəriyyə çərçivəsində əsər yaratmaq məqsədi qoymur. Yaradılan əsərin hansı istiqamətə malik olduğunu adətən tədqiqatçılar müəyyən edir.
    Bəzən dünyanın bir çox nüfuzlu ədəbiyyatşünaslarının postmodernizm mərhələsində klassık dəyərlərin hamısının məhv olması barədə fikirləri səslənir. Zənnimcə, bu, çox şişirdilmiş bir epitetdir. Postmodernist ədəbiyyatın revanş götürdüyü bir vaxtda, realizm heç də də tarix səhnəsini tərk etməyib. Həm də nəinki tərk etməyib, üstəlik müxtəlif ədəbi janrlarda postrealist və ya hiperrealist əsərlər, o cümlədən dramaturji əsərlər meydana gəlməkdədir. Amma bu da inkarolunmaz bir gerçəklikdir ki, postmodernist estetika bu gün dünya ədəbiyyatının mühüm ladlarından biri hesab olunur.
    Hesab edirik ki, Xalq yazıçısı
    Kamal Abdulla
    ədəbiyyatımızda postmodernist pyeslərin diqqətçəkən nümunələrini yaradan yazıçılarımızdan biridir. Bu cəhərdən onun dramaturji yaradıcılığının ilkin mərhələsində qələmə aldığı “Şah İsmayıl yaxud hamı səni sevənlər burdadı...”, habelə, Dədə Qorqud dastanının motivləri əsasında yazdığı “Beyrəyin taleyi” və “Casus” pyesləri öz struktur və kompozisiyası ilə diqqəti cəlb edir. Birinci əsərdə (“Şah İsmayıl yaxud hamı səni sevənlər burdadı...”) oxucu (və tamaşaçı) sanki iki şahla tanış olur. Biri hamının tanıdığı imperator, sərkərdə Şah İsmayıl, o birisi isə qismən az adamın tanıdığı söz adamı, şair İsmayı Xətai... Qalib və məğlub, məsum və xətalı, hökmdar və şair İsmayıl. Əlbəttə, ədəbiyyat tarixində, eləcə də bizim dramaturgiyamızda höhmdar və şah obrazlarının təqdimatı və ya təsviri yeni hadisə deyildir. Amma haqqında söhbət gedən əsərin özəlliyi həm də orasındadır ki, burada hökmdar və şah ayrı-ayrı adamlar deyildir. Belə ki, “hesabat” tələb edən kəs və onun (hökmdarın) qarşısında hesabat verən şəxs eyni bir adamdır. Əslində burada “ikiləşmə” yoxdur. Əsərdə iki qütbdə dayanan bir ruhdan söhbət gedir. Dramaturq bu iki “qütbdən” hansına daha çox rəğbət bəsləməyi auditoriyanın öhdəsinə buraxır.
    “Beyrəyin taleyi” və “Casus” pyesləri öz mahiyyəti etibarı ilə “Şah İsmayıl yaxud hamı səni sevənlər burdadı...” pyesi ilə səsləşir. Amma onları fərqləndirən əlamət və keyfiyyətlər də yox deyildir. Bu əsərdlərdə diqqəti çəkən məqamlardan biri də odur ki, baş verəcək hadisələrin əksəriyyətinin istiqamətvericisi məhz Dədə Qorquddur. Pyeslərdəki Dədə Qorqud dastandakı Dədə Qorqudun prototipi olsa da, onun kseresurəti deyildir.
    Kamal Abdullanın “Bir, iki-bizimki” pyesində mistik-irreal komponentlərlə yanaşı postmodernist ifadə tərzi də diqqəti cəlb edir. Əsərın əsas fabulası iki fərqlı aləmin insanlarının bir-birinə qovuşmaq cəhdi üzərində qurulub. Biri digərinə qovüşmaq arzusunda olan bu adamların əbədi xoşbəxtliyə can atması əsər boyu təkcə fraqmental deyil, sistemli hərəkətlər alyansı ilə müşahidə olunur. Qəhrəmanlardan biri o dünyanın, digəri isə bu dünyanın adamıdır. Lakin bu iki dünya arasında möhkəm çin səddi yox, şəffaf-zərif bir divar mövcuddur. Mövcud “sərhəd zolağının” üstündən addımlayıb bir tərəfdən (bu dünyadan) o biri tərəfə (o biri dünyaya) keçmək həm bir an qədər qısa, həm də bir əbədiyyət qədər uzun bir zaman tələb edir.
    İndi dünyamızın təkcə elmi komponentləri deyil, bədii kanonları da fizikadan bizə yaxşı məlum olan “birləşmiş qablar” qanunun tələbləri üzrə inkişaf etməkdədir. Bu mənada, hansısa bir ölkədə ortaya çıxan ədəbi material, yəni mətn, yalnız “milli izolənin” deyil, daha geniş auditoriyanın diskursiv mühakiməsi üçün gərəkli bir mənbəyə çevrilə bilir. Qeyd olunduğu kimi, postmodernizmin bütün səddləri, əhatə dairəsi dəqiqliklə müəyyənləşməmişdir. Və əslində məhz elə postmodernizmin özü hər cür sərhəddi rədd edir. Olsun ki, bu, məhz elə bu cür də olmalıdır. Axı vaxtilə bir çox böyük sənətkarların “realizm” və ya “sosrealizm” cərəyanından ruhlanaraq yazdıqları əsərlər də əksər hallarda “sosializm realizminin” sərt və ya boyat müddəalarına qətiyyən uyğun gəlmirdi. Buna misal kimi məsələn, Mar Bayciyevin, Aleksandr Vampilovun, əslən Bakılı olan Leonid Zorinin (Məs., “Varşava melodiyası”), Anarın, nisbətən gənc nəslə aid olan Aleksandr Dudarevin bir sıra pyeslərini misal gətirə bilərik. Bu əsərlər vaxtilə bəzən həm də “antisosrealist” metodologiyanın nümunələri kimi təqdim və tənqid edilmişdir.
    Dramaturgiyanızda modernist ədəbi-estetik təmayüldən söhbət açarkən Xalq yazıçısı Afaq Məsudun pyeslərinin üzərindən sükutla keçmək olmaz.

    Afaq Məsud
    müasir nəsrimizin görkəmli nümayəndələrindən biridir. Onun son illər oxucu və tamaşaçılara təqdim etdiyi dram əsərləri barədə ədəbiyyatşünaslar və teatrşünaslar müəyyən mülahizələr söyləmişlər.
    Biz belə hesab edirik ki, dram yaradıcılığı yazıçının illərdən bəri formalaşmış, cilalanmış nəsr yaradıcılığının yeni ampluada təzahürüdür. Afaq Məsudun “O məni sevir”, “Qatarın altına atılan qadın” (ikinci adı “Yol üstə”) və “Can üstə” (Eyniadlı hekayəsi əsasında yazılmış) pyeslərində modernist və postmodernist estetikanın başlıca əlanətləri xəfif formada da olsa təzahür edir. Bu əsərlərdən, xüsusən biri, yəni “Qatarın altına atılan qadın” pyesi mətbuatda daha ətraflı təhlilə cəlb edilmişdir.
    Adını çəkdiyimiz hər üç əsərin ideya-estetik mahiyyətini təşkil edən başlıca şərtlər iki mühüm fenomen vasitəsi ilə təzahür edir. Bu şərtlər qəhrəmanları daim təqib edən ölüm və onları can üstə və yaxud yol üstə saxlayan həyatdır. Bu əsərlərdə ölümlə həyatın mübarizəsi çox zaman gizli şəkildə gedir. Amma həyatın hər addımında ölümün qaçılmazlığı hiss olunandır.
    Afaq Məsudun dramaturji yaradıcılığında onun tarixi pyesləri də müəyyən yer tutur. Zənnimizcə bu əsərlər birdən-birə, hansısa təsadüfün nəticəsində meydana gəlməmişdir. Yazıçının Şərq ədəbiyyatı ilə tanışlığı və sufi ədəbi mətnlərindən etdiyi ardıcıl tərcümələr yəqin ki, həmin əsərlərin yazılmasında, başlıca səbəb olmasa da belə, hər halda müəyyən bir “təkan”, əsaslı bir vəsilə olmuşdur. “Kərbəla” və “Həllac Mənsur” pyesləri Afaq Məsud yaradıcılığının yeni bir mərhələsidir. Haqqında bəhs etdiyimiz əsərlərdə qəhrəmanlar yalnız “müstəqil düşüncəli” real- tarixi şəxsiyyətlər kimi deyil, həm də müəyyən ideya və baxışların daşıyıcıları kimi təqdim edilir. Obrazların əksəriyyəti sosial-siyasi paradiqmaların kəsişmə nöqtəsində vurnuxan, hadisələrin axarında olmaqla yanaşı, bu “axına” təsir etməyə çalışr və bir çox hallarda buna nail olurlar. Bu əsərlərdə şəxsiyyət və tarix, şəxsiyyət və kütlə, şəxsiyyət və din, şəxsiyyət və ideal fenomenlərinin qarşılıqlı əlaqələri daha qabarıq şəkildə görünür. Amma müəllif bu fenomenləri yalnız “qarşılıqlı anlaşma” şəraitində təqdim etmir. Əksinə, hadisələrin inkişafı prosesində qütblər arasındakı ziddiyyətlər daha da güclənir, dramatik kolliziyalar yeni vüsət alır.
    Afaq Məsudun bu pyeslərdə tarixə baxışı əsasən “ekskursiv” və “lokal” səciyyə daşıyır. Bu pyeslərdə oxucu tarixə hansısa bir tarixçinin gözüylə deyil, tarixə öz yanaşması olan yazıçının gözüylə baxır ki, bu da təbii qarşılanmalıdır.
    Biz dramaturgiyamızın ümumi mənzərəsini təsəvvürümüzə gətirərkən belə bir qənaətə gəlirik ki, əgər klassik dramaturgiyanın qəhrəmanları öz qarşılarına hər hansı bir məqsəd qoyaraq o məqsəd uğrunda mübarizə aparırdılarsa, əgər sosializm dövrünün dram qəhrəmanları daha çox sosial sifarişlərdən yararlanıb hərəkət edirdilərsə, artıq müasir dövr dramaturgiyasının müasir qəhrəmanlarının əksəriyyətinin qarşısında bu cür suallar dayanmır. İndi qəhrəmanların əksəriyyətinin hərəkət və iradəsini daha çox xaos və situasiyalar müəyyən edir. Bu təkcə bizim dramaturgiyamıza deyil, az qala bütün müaasir dünya dramaturgiyasına aid olan keyfiyyət göstəriciləridir. Və ən maraqlısı da budur ki, bütün bu amillər təkcə absurd dramların deyil, postmodernist təmayüllü səhnə əsərlərinin deyil, həmçinin realist dramaturgiyanın “hərəkərverici təkanına” çevrilmişdir. Bu cəhətdən, əsasən, son illərdəki dramaturji fəaliyyəti ilə bağlı fikir söyləmək istədiyimiz (Respublikanın əməkdar incəsənət xadimi) dramaturq
    Əli Əlimirli
    əslində öz yaradıcılığı etibarı ilə realist ənənələrə söykənən sənətkardır. Bu gün Azərbaycan dramaturgiyasının aparıcı simalarından biri Əli Əmirlidir.
    Hazırda yazıçının bir çox səhnə əsərlərinin sorağı yaxın və uzaq xaricdəki teatrlardan gəlməkdədir. Əli Əmirlinin illərdən bəri cilalalanaraq formalaşan məxsusi üslub və dəst-xətti vardır. Mən, ümumiyyətlə, dramaturgiyada üslub və ya stilistika məsələsini təsadüfən vurğulamadım. Bu məsələyə bir qədər sonra yenə qayıdacağam.
    Son illərdə Əli Əmirlinin bir neçə pyeslər kitabı nəşr olunmuşdur. Dramaturqun son illər qələmə aldığı bir çox tarixi dramlara qədər yaratdığı əsərlərə nəzər salarkən bir-birindən fərqli mövzu və kompozisiyalara malik əsərlərdə maraqlı obrazlar qalereyası ilə üzləşirik. Orasını da vurğulamaq lazımdır ki, bu pyeslərdən hər biri öz janrına, daha doğrusu, janraltı və ya jaxud janrdaxili təsnifatına görə də rəngarəngdir. Belə ki, biz müəllifin tamaşaçı və oxuculara “qara komediya”, “epataj komediya”, “ailə dramı”, “fars” “subyektuv xronika”, “melodram”, “məsxərə”, “faciə”, “ekssentrik qara komediy”a kimi təqdim etdiyi pyeslərin əksəriyyətində təkcə mövzunun mahiyyətinə deyil, habelə dramaturji materialın formasına yeni bir baxışın olduğunu görürük.
    Son zamanla Əli Əmirli, artıq qeyd etdiyimiz kimi, tarixi dramlara, daha dəqiq desək, tariximizə daha tez-tez müraciət edir. Onun “Əli və Nino”, “Mesenat”, “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”, "Hacı Murad", "Ah, bu uzun sevda yolu", "Nuri-didə Ceyhun" pyesləri özünün geniş təhlilini gözləyir. Və buradaca qeyd etməyi zəruri bilirik ki, Əli Əmirli tarixə müraciət edərkən əslində haqlı olaraq öz dövrünün qlobal problemlərindən də yan keçməyir.
    Əli Əmirlinin əksər pyeslərinin əsasında, kvinessensiyasında mənəvi problemlər və onlara həssas baxış dayanır. Yazıçı bu əsərlərdə personajların daxili aləminin dərinliklərinə nüfuz etməyə çalışır və çox zaman buna nail olur. Biz bu pyeslərdə insan faciələrinin və insani xoşbəxtliyin ən müxtəlif “rənglərdə” çəkilmiş mənzərələri ilə tanış oluruq. Əli Əmirli dramaturgiyasında bəzən konfliktlərin zahirən “sakit axarda” baş verdiyi müşahidə edilsə də, əslində bu “sakit” tempin arxasında çox zaman ciddi sosial hadisələrin dayandığını görməmək də mümkün deyil.
    Daha bir nüans. Dramaturq Əli Əmirli nədən, hansı dövrdən yazırsa-yazsın, baş verən hadisələri, hətta, ən lirik-emosional ladları belə, məhz realist qatda həll etməyə çalışır. Mən təbii ki, burada psixoloji qütblər arasında nəsə keçilməz çin səddi çəkmək fikrindən uzağam. Elə yazıçının özünün gəldiyi qənaətdən çıxış edərək demək olar ki, “hasarin bu üzü” olduğu kimi, o biri üzü də vardır.
    Dramaturq tarixə nə vaxt müraciət edir?
    Son vaxtlat ədəbiyyatımızda tarixə tez-tez müraciət olunması hansı zərurətdən yaranır?
    Zənnimcə bu suallara qismən də olsa cavab vermək üçün Hüseynbala Mirələmovun “Gəncə qapıları”, “Pənah xan Cavanşir”, “Yaddaş ağrısı”, “Cavad xanın son döyüşü”, “Vicdanın hökmü”, “Ləyaqət” pyeslərini yada salmaq olar. Hüseynbala Mirələmov daha çox müharibə, savaş mövzularına müraciət edir. O, müasirlərimizin həyatından bəhs edən əsərlər də qələmə almışdır. Lakin qeyd etdiyimiz kimi, vətənpərvərlik mövzusu onun yaradıcılığından qırmızı bir xətt kimi keçir.
    Azərbaycan zəngin və ziddiyyətlərlə dolu tarixi, habelə zaman-zaman tarixi proseslərə təsir göstərməyə nail olmuş nəhəng şəxsiyyətləri olmuşdur.
    Bu tarixi daim qələbələr və məğlubiyətlər təqib etmişdir.
    Azərbaycan ədəbiyyatında tarixən maraqlı tarixi dram nümunələri az deyildir. Həmin ənənənin bu gün də davam etdirilməsini yalnız təqdir etmək olar.
    Yazıçı nə vaxt tarixə üz tutur? Səbəblər çoxdur. Amma ən başlıca səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, bu günün problemlərinin tarixlə səsləşməsində axtarmaq olar. Bə yaxud, başqa cür ifadə etsək, bəzən tarixin irəli sürdüyü sualların cavabı bu günün gerçəkliyində axtarıla bilər. Son illərdə ədəbiyyatımızda tarixi mövzulara diqqət əvvəlki dönəmlərlə müqayisədə xeyli güclənmişdir. Elçinin “Sənətkarın taleyi”, Aqşin Babayevin "Ceviz ağacı", Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”, "Hacı Murad", "Ah, bu uzun sevda yolu" və "Nuri-didə Ceyhun", Kamal Abdullanın “Şah İsmayıl yaxud hamı səni sevənlər burdadı...”, Afaq Məsudun “Kərbəla” və “Həllac Mənsur”, Yunus Oğuzun “Atilla”, “Altun dəftər”, “Nadir Şah”, Oqtay Altunbayın “Əbədi nur”, Nizami Muradoğlunun “Hüseyn Cavid”, Çingiz Ələsgərlinin “Şanlı Vətən”, İlqar Fəhminin “Şahnamə”, “İsgəndərə yeni namə”, habelə Firuz Mustafanın “Tarixin kölgəsi”, “Üçüncü sahil”, “Savaş fəsli və yaxud Ənvər Paşa” tarixi dramları bu deyilənlərə misaldır.
    Bəli, bizdə tarixi dram nümunələri çoxdur. Onların bir çoxu tamaşaya qoyulmuş, geniş auditoriyaya təqdim olunmuşdur. Bu əsərlərin bir çoxunda diqqəti cəlb edən süjetlər, maraqlı hadisələr, həyəcanlı səhnələr, cəlbedici epizodlar yox deyildir.
    Amma onu da etiraf etməliyik ki, bu gün tarixi dramlar bizim ədəbiyyatımızın, dramaturgiyamıszn Axilles dabanıdır. Çünki ortaya çıxan əsərlərin əksəriyyətində tarix nəinki montaj edilir, hətta bəzən tamamilə təhrif olunur. Yazıçılarımızın və dramaturqlarımızın əsərlərində keçmişi yalnız idealizə etmək, onu “qalibiyyət və gözəlliklər tarixi” kimi təqdim etmək tendensiyası vardır. Demək olar ki, bütün tarixi dramlarda müəlliflər öz baş qəhrəmanlarına ən azı “ədəbi reabilitasiya” verməyə çalışırlar. Hətta, ən qəddar hökmdarların belə törətdikləri faciələri məhz tarixin “ayağına” yazmaq səyi, tarixi mövzulara müraciət edən yazıçılarımızın mütləq əksəriyyətinin “yaralı yeridir”. Düzdür, mənə etiraz edib deyə bilərlər ki, yazıçı tarixçidən fərqli olaraq, bədii əsər yazır. Tamamilə doğrudur. Elə söhbət məhz bədii əsərdən gedir. Məsələ burasındadır ki, bu əsərlərin əksəriyyətində tarixi qəhrəmanların yalnız statik tərcümüyi-halı var, amma bir-birinə bənzəyən bu qəhrəmanların az qala canlı bədii xarakterləri və taleləri yoxdur. Onların bir çoxu bir-birinə bənzəyən basmaqəlib sənaye məmulatlarına və biri digərinin içindən çıxan “matryoşkalara” bənzəyir. Sözün qısası, tarixi mövzuların bir çox hallarda şablon təqdimatı və konqlomerat (maxaniki) “həlli” ədəbi və ictimai mühitdə heç bir reaksiya doğurmur.
    İkinci pərdə
    Dünya ədəbiyyatında məşhur sənətkaların özlərinin, habelə digər yazıçıların nəsr əsərlərini pyes kimi işləmək təşəbbüsü və praktikası ilə də üzləşirik. Belə bir tendensiya bizdə də vardır. Elçinin “Mahmud və Məryəm”, “Ölüm hökmü” və “Ağ dəvə” romanları əsasında “Mahmud və Məryəm” (1998) “Taun yaşayır” (2000) və “Ağ dəvə” (2002) pyesləri, Yunus Oğuzun “Nadir şah” romanı əsasında “Nadir şah”, Ağarəhim Rəhimovun “Cinayət və etiraf” və “Əcəl təri” əsərləri əsasında “Cinayət yox, qətl” və “İblisin oyunu”, İlqar Fəhminin “Bakı tarixindən kollaj” romanı əsasında yazılmı “Tut ağacı” pyesləri bu deyilənlərə misaldır.
    Qeyd etdiyimiz kimi, bəzən yazıçı təkcə öz yaradıcılığına deyil, başqa ədəbi nümunələrə də müraciət edir. Məsələn, məşhur “Əli və Nino” romanı əsasında Əli Əmirlinin, habelə Çingiz Ələsgərlinin Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı və İsa Muğannanın “Məhşər” romanları əsasında səhnələşdirdiyi “Qətibə İnanc” və “Nəsimi” dramları deyilənlərə misaldır. Əsərlərin bu qaydada təbdil edilməsi və ya səhnələşdirilməsi, əlbəttə, ədəbiyyatda yeni hadisə deyildir.
    Amma, xüsusən, bu son illərdə dünya dramaturgiyasında yeni, orijinal bir ifadə forması meydana gəlməkdədir: bu, vaxtilə hansısa bir janrda qələmə alınmış səhnə əsərini elə həmin janrda yenidən yazmaq təşəbbüsüdür. Bizim ədəbiyyatımızda bu cür nümunəni

    İlqar Fəhmi

    yaradıcılığında müşahidə edirik.
    Əvvəla, onu qeyd edək ki, İlqar Fəhmi “Zümrüd parıltısı”, “Şokolad market”, “Son reportaj”, “Bazar günü” kimi pyeslərində müasirlərimizi düşündürən bir sıra sosial problemlərə toxunmuşdur. Amma indiki halda biz onun fərqli bir janrda qələmə aldığı əsərin bəzi məziyyətlərinə toxunmaq istəyirik. Həmin əsər öz mahiyyəti etibarı ilə həm müsair, həm də tarixi dram nümunəsi hesab edilə bilər.
    Artıq hansısa əsəri yenidən işləməkdən, onun təbdilindən və ya parodiyasından yox, yazıçının məhz yeni əsər yazmasından söhbət gedir. Qısaca olaraq onu deyə bilərik ki, bu modern texnologiyada yazılan əsərlərin artıq öz spesifik janrı da var ki, onu “remeyk” adlandırırlar. Biz burada “texnologiya” sözünü də təsadüfən işlətmədik. Çünki “remeyk” termini bədii yaradıcılıq sahəsinə arxitektura-dizaynerlik sənətindən keçmişdir. Remeyk hal-hazırda sosial-mədəni bir anlayış kimi təkzə zahiri formaya deyil, daxili mahiyyətə də nüfuz edən fenomenə çevrilməkdədir.
    İndi haqqında söhbət gedən “Hər şey tərsinə və ya Müsibəti-Fəxrəddin” pyesinin elə təkcə adı bizə çox şey deyir. “Müsibəti-Fəxrəddin” ədəbiyyat tariximizdə ilk faciə kimi hamımıza yaxşı tanışdır. Bəs görəsən, məlum faciənin “bədii bazası” əsasında elə həmin janrda yeni bir əsər yazmaq hansı zərurətdən yaranmışdır? Yazıçının 21-ci əsrdən 19-cu əsrə “qayıdışının”, “müsibət” mövzusuna yenidən müraciət etməsinin səbəbi nədir?
    Əsərin İlqar Fəhmi təqdimatındakı adından o da görünür ki, burada “hər şey tərsinədir”. Məsələ burasındadır ki, bizim ədəbiyyat tarixindən yaxşı tanıdığımız qəhrəmanlar bu yeni təqdimatda artıq antiqəhrəmana çevrilmişlər. Əgər Nəcəfbəy Vəzirovun qəhrəmanı olan Fəxrəddin nadanlığın qərar verdiyi bir mühitdə faciəli şəkildə öldürürülürsə, İlqar Fəhminin remeyk qəhrəmanı intihar edir, yəni özü özünü öldürür. Əgər birinci Fəxrəddin köhnəlməyən “köhnəliyin” qurbanı olursa, ikinci Fəxrəddin yeniləşməyən “yeniliyin” qurbanına çevrilir. Əsər tamamilə yeni forma və məzmunda “köklənib”. Bizim yeni müstəvidə gördüyümüz Fəxrəddin antiqəhrəmandır. O, artiq başqa bir mühitin yetirməsidir. Hər iki Fəxrəddin faciə qəhrəmanıdır. Lakin bu qəhrəmanları ayıran cəhətlər onları birləşdirən cəhətlərdən çoxdur.
    Yeri gəlmişkən, onu da deyim ki, İlqar Fəhmi təkcə dram əsərlərində deyil, poetik və nəsr yadacılığında da tez-tez “remeyk” janrına (və ya altjanrında) müraciət etməkdədir.
    İlqarın “İSGƏNDƏRə yeni NAMƏ” adlı pyesini Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının yeni sequeli” adlandırmışdır. Doğrusu, mən əsərin yalnız səhnə variantı ilə tanışam. Mətn ilə tanışlığım olmadığı üçün ətraflı danışmaq iddiasından uzağam.
    Ölkəmizin müstəqillik əldə etməsi ədəbiyyatımızda yeni tendensiyaların meydana gəlməsi ilə müşayiət olunmaqdadır. Həmin tendensiyalardan biri və birincisi həm də ədəbi doktrina və ədəbi məhsulların özünün müstəqilliyi ilə bağlıdır. Söz yox ki, məhz bu müstəqillik ab-havası müstəqil düşüncə və müstəqil yaradıcılıq üçün ən əlverişli zəmin ola bilər. Bir-birini orqanik şəkildə tamamlayan bu triada (cəmiyyət, ədəbiyyat və şəxsiyyət) istedadın realizə olunması üçün əvəzsiz bir fürsətdir. Təəssüflər ki, ədəbiyyata köhnədəngəlmişlərin və yenidəngələnlərin bir çoxu bu fürsətdən bəhrələnə bilmirlər.

    Son illərdə, məhz müstəqillik mərhələsində ədəbiyyata gəlmiş (Əməkdar incəsənət xadimi)

    Elçin Hüseynbəyli

    bir sıra maraqlı nəsr, publisistik və dram əsərləri ilə diqqəti cəlb etməkdədir. Onun “Fatihə”, “Fanatlar”, “İki nəfərüçün oyun”, “İmperator”, “Sezar”, “Labirint”, “İntihar”, “Hamının günahı”, “Adəm və Həvva”, ”Xərçəng”, “Son dayanacaq”, “Qaçaq qocalar”, “Sezar” pyesləri jurnal və məcmuələrdə nəşr edilmiş, habelə onların bir çoxu müxtəlif teatrların səhnələrində uğurla oynanılmışdır.
    Elçin Hüseynbəylinin son pyeslərindən biri “Həyatın son günü” əsəri janr etibarı ilə farsıdır. Pyesin əsas ideyasını insanla nəfs arasında gedən aşkar və gizli savaş təşkil edir. Dramaturq nəfsi insan xislətinin ən qaranlıq məqamı, hətta, böyük günahı səviyyəsində təqdim edir. Obrazların gəldiyi qənaətsə ekzistensial mahiyyət kəsb edir. Belə ki, “insan dünyaya günahla gəlir, günahla da yaşayır və bu günahdan əl çəkmək istəmir”. Maraqlı dinamik keçidlərlə zəngin olan əsərdəki obrazların hamısı irreal səciyyə daşıyır. Əsas qəhrəmanlar, yəni Adəm və Həvva isə baş verən hadisələrin həm daxildən iştirakçısı, həm də kənardan müşahidəçisi qismində işrirak edir. Onlar seçilmiş şəxsiyyətlər kimi xaosa doğru yuvarlanan dünyanı hər cür bəladan xilas etmək istəyirlər. Lakin malik olduqları adi insani keyfiyyətlər - nəfs və istehlakçılıq meyli onların həyata keçirmək istədikləri müqəddəs vəzifənin icra olunmasına maneçilik törədir. Əsərdə cəmi dörd personaj vardır: İblis, Adəm, Həvva və Gözəgörünməz. Hər bir obrazın öz spesifik psixologiyası və xarakteri vardır.
    Elçin Hüseynbəyli daim axtarışlarda olan, dünyada gedən yeni ədəbi proseslərlə ayaqlaşmağa çalışan sənətkarlarımızdan biridir. O, hal-hazırda digər janrlarla yanaşı, dram janrı sahəsində də axtarış və fəaliyyətini davam etdirir, yeni səhnə əsərləri üzərində işləyir.

    Firuz Mustafa

    yaradıcılığı haqda statik xarakterli bir neçə kəlmə demək olar.
    Müasir dramaturgiyamızdan söhbət açan ədəbiyyatşünas Vaqif Yusifli qeyd edir ki, son illərdə bir sıra pyeslər yazmışdır. “Onun “Parlamentdə toy” əsəri Azərbaycan ədəbiyyatında ilk mənzum komediyadır. Dramaturqun ötən dörd-beş il ərzində qələmə aldığı “Fotoqraf” monopyesi, “Marian çökəkliyi” duopyesi, habelə “Üç canavar” və “Payız meşəsində vals” dramları “Azərbaycan”, “Ulduz” və Qobustan” jurnallarında çap olunmuşdur. Bundan başqa, müəllif üç tarixi pyes nəşr etdirmişdir. “Üçüncü sahil” pyesindəki hadisələr İkinci dünya müharibəsi zamanı Berlində baş verir. Əsərin qəhrəmanları Qafqaz (Azrbaycan və gürcü) mühacirləri, real tarixi şəxsiyyətlərdir. “Sonuncu Napoleon” pyesinin əsas qəhrəmanı isə generalisimus Ənvər Paşadır. Tarixi faciə çəklində qələmə alınmış əsərdə məşhur sərkərdənin son günləri qələmə alınıb. “Tarixin kölgəsi” siyasi-tarixi dram-xronikasının qəhrəmanları da tarixdən bizə yaxşı bəlli olan şəxsiyyətlərdir. Hadisələr 1920-1922- ci illər arasında Bakı və Moskvada baş verir. Bu, müəllifin qeyd etdiyi kimi, dünyanın ən uzun pyeslərindən biridir və əsasən oxunmaq üçün (buna Qərb ədəbiyyatında “lesedrama” və ya “buchdrama” deyirlər) yazılmış bir əsərdir.
    Firuz Mustafanın “Payız süvarisi” ssenarisindəki hadisələr İkinci dünya müharibəsinin, “Bülbül yuvası” adlı kino-hekayəsi isə İkinci Qarabağ savaşının bədii əks-sədası kimi səslənir.
    Müəllif “Payız meşəsində vals” pyesi ilə Mədəniyyət Nazirliyinin, “Günəşi qoruyanlar” pyesi iləsə Təhsil Nazirliyinin elan etdiyi müsabiqədə iştirak etmişdir. Onun son illərdə Türkiyə, Rusiya və Ukrayna dövlət teatrlarında “Müqəvva”, “Neytral zona”, “Sahibsiz adam” pyesləri oynanılıb. Bundan başqa, Firuz Mustafanın pyesləri Rusiya Federasiyasında rus dilində, İran İslam Respublikasında isə fars dillətində kitab şəklində nəşr edilmişdir.
    Bu ötən illər ərzində, yəni qurultaylararası dövrdə yazıçılarımızın uşaqlar üçün yazdıqları pyeslər də diqqətdən kənarda qalmamalıdır. Zahid Xəlil, Ağəddin Babayev, Sevinc Nuruqızı, Arzu Soltan, Aygün Bünyadzadə, Pərvin, Aida Quliyeva oxuculara daha çox uşaq və yeniyetmələrin həyatı ilə bağlı səhnə əsərləri təqdim etmişlər. Həmin əsərlərin bir çoxu mükafatlara layıq görülmüş, səhnə taleyi yaşamışdır.
    Bu cəhətdən Əjdər Olun uşaqlar üçün yazılmış "Biri vardı, bir yox" pyesini pyesi misal gətirə bilərik. Publisistik və nəsr əsərləri ilə diqqəti cəlb edən Pərvin də uşaqlar üçün bir sıra pyeslər yazmışdır. Bunlara “Balaca və damda yaşayan Karlson”, “Qoğalın sədgüzəştləri”, “Dəcəl keçi” pyesləri bu deyilənlərə misaldır.
    Nəriman Əbdülrəhmanlının tammetrajlı filmlər üçün yazdığı bir çox ssenarilər hələlik lentə alınmamışdır. “Burulğan”, “Çevrilmə”, “Qurd Qapısı” məhz bu qəbildən olan ssenarilərdir. Müəllif öz əsərlərində tarixilik və müsirlik denomenlərin təzadlı və dialehtik hadisələr fonunda təqdim etməyə üstünlük verir.
    Bu son illərdə rejissor Vaqif Azəryarın qələmə aldığı mini-ssenarilər də özlüyündə maraq doğurur.
    Bildiyiniz kimi, dünya ədəbiyyatında “sözsüz dram” nümunələri də vardır. Pantomim tamaşalar üçün yazılmış pyeslərdə də mətn vardır. Amma bu mətnlərdə dialoqlardan çox remarkalara yer verilir. Pantomim tamaşaların əsas “mətni” bədənin “dili” ilə ifadə olunur desək daha düzgün olr. Pantomima teatrında tamaşaya qoyulan əksər əsərləri elə həmin teatrın öz əməkdaşları- Bəxtiyar Xanızadə, Səbinə Hacıyeva, Bəhruz Əhmədli, Ceyhun Dadaşov və digərləri yazır.
    Mən gənclər, daha dəqiq desəm, gənc dramaturqlar haqda da bir neçə kəlmə demək istəyirəm. Vaxtilə, Romen Rollan yazırdı ki, peşəkar musiqiçi üçün, məsələn, Bethovenin 9-cu simfoniyasını zalda dinləməyə ehtiyac yoxdur, çünki o, əsərin not yazısına, yəni partiturasına baxaraq əsəri öz beynində “səsləndirə” bilər. Əslində dram əsərinin də taleyi qismən elə bu cürdür; peşəkar oxucu, rejissor və ta dramaturq mütaliə etdiyi əsərə öz təxəyyülündə “canlandırmağa” və qiymətləndirməyə qadirdir.
    Bəzi gənc və ya təcrübəsiz yazarlar az qala hər cür dialoqa dram kimi yanaşırlar. Əgər belə bir iddia qəbul olunsaydı, onda dünya ədəbiyyatındakı saysız-hesabsız “dialoq-roman”lara da pyes deyilərdi. Yəni demək istədiyim odur ki, hər cür “söz güləşməsinın” və ya dialoqların məcmusu, hələ pyes deyildir.
    Bəli, dramaturgiyaya yeni imzalar gəlməkdədir. Amma bu imzaların ədəbiyyatımızda və teatrımızda yeni üsluba, yeni nəfəsə, yeni dəst-xəttə çevrilməsi üçün obyektiv şəraitlə yanaşı, subyektiv amillərin rolunu da qeyd etməliyik. Bütün hallarda birinci şərt cəmiyyətlə, ikinci şərtsə fərdin özüylə bağlıdır.
    Mən dram janrında qələmini sınayan Kənan Hacı, İbrahim İbrahimli, Mehman Musabəyli, Pərvin, Ülviyyə Heydərova, Sayman Aruz, Qan Tural, Günel Eyvazlı, Cavid Zeynallı, Orxan Bahadırsoy, Xatirə Röya, Xaqani Əliyev, Şəbnəm Xeyrulla, Aysun Həsənova, Ülviyyə Tahir, Sevinc El Sevər, Günel Kərimli, Qanun Ümman, Murad Nuriyev, Ülviyyə Mustafayeva, Dilman Şahmərdanlı, Zaur Vedili, Şəbnəm Tofiqqızı, Elvin Nurinin adını çəkmək istəyirəm. Sevindirici haldır ki, onların bir qismi artıq öz pyeslərinin səhnə həllinin də şadidi olublar.
    Mən bu yazını (məruzəni) hazırlayarkən təkcə ölkəmizdə deyil, həm onun hüdudlarından kənarda, həm də bölgələrimizdə yazıb-yaradan dramaturqların adını çəkməyi də özümə borc bildim. Bu gün Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Alla Axundova öz ədəbi fəaliyyətlərini əsasən Rusiyada davam etdirir. Kamal Aslan Kanadada, Vüqar Dəmirbəyli Almaniyada (Azərbaycan və alman dillərində yazır), Fəxrəddin Oruc (Azərbaycan və rus dillərində yazır) və Zeynəb Dərbəndli Dağıstanda, Aygun Həsənoğlu Türkiyədə, Əkbər Şətiət və Əli Sabir Rizayi İranda (Azərbaycan və fars dillərində yazır), Samir Sədaqətoğlu İsveçrədə, ssenariçi Almaz Mirzəoğlu (Azərbaycan və Gürcü dillərində yazır) Tiflisdə yaşayıb yaradırlar.
    Bölgələrimizdə də dramaturgiya ilə müntəzəm məşğul olan qələm sahibləri az deyildir. Belə ki, Nüşabə Əsəd Məmmədli, Qərib Mehdi, Xəzəngül Hüseynova, Sahib İbrahimli, Ofeliya Mədətqızı və Fərruxə Pərişan Gəncədə, Həsənəli Eyvazlı və Şirməmməd Qüdrətoğlu Naxçıvanda, Vaqif Aslan Şəkidə, Ağəddin Babayev və Hafiz Mirzə Lənkəranda yaşayıb-yaradırlar.
    Biz həmçinin rus dilində yazıb-yaradan Natiq Rəsulzadə, Ramiz Fətəliyev, Leyla Bəyim, Araz Həsənzadə, Natella Osmanlı, Nadejda Qafarova,İsmayıl İmanov, Rövşən Ağayev kimi yazıçıların ədəbi məhsullarını, o cümlədən dramaturji yaradıcılığını ədəbiyyatımızın nailiyyəti kimi qiymətləndiririk.
    Bir məsələyə aydınlıq gətirmək iatərdim. Əgər yadınızdadırsa, biz bayaq dramaturgiyada üslüb məsələsinə toxunacağımızı vəd etmişdik. Niyə gizlədək, bir çox qələm adamları, əgər belə demək caizsə, öz üslublarını “sabitləşdirə” bilmirlər. Bəzənsə belə olur, məsələn, eyni bir yazıçının müxtəlif əsərlərini oxuyursan və görürsən ki, hər əsərdən bir yazıçının “üslubu” boy verir. Hətta, bəzən adamda belə bir təəssürat yaranır ki, oxuduğun hansısa bir əsər belə, müxtəlif “ədəbi yarımfabrikatlardan” qatqısından yaranıb. Sanki bu əsərlər bir adamın yox, bir neçə adamın qələmindən çıxıb. Bunu stilistika və üslubiyyat problemləri ilə ilə məşğul olan mütəxəssislər daha aydın hiss edir. Bəzən idda edirlər ki, üslubun formalaşması və üzə çıxması dramaturgiyadan daha çox, digər ədəbi janrlarda daha qabarıq təzahür edir. Bu, əlbəttə, əsasız iddiadır. Biz bilirik ki, hər bir milli dramaturgiya nümayəndəsinin öz üslubi “möhürü” vardır. Bu cəhətdən, Axundov, Mirzə Cəlil, Cabbarlı dramaturgiyasını üsubi özünəməxsusluğunu yada salmaq kifayətdir.


    Epiloq

    Söz yox ki, heç kəs dramaturqa (və ya başqa sənət sahibinə) necə əsər yaratmaq barədə konkret resept verə bilməz. Amma hər halda haqqında söhbət gedən sənətin bəzi ümumi prinsipləri, pardiqmaları haqqında söhbət açmaq olar.
    Əvvəla, səhnə üçün əsər yazmaq iddiasında bulunan hər bir kəsə məlum olmalıdır ki, dramaturgiyanın öz daxili qanun və kanonları mövcuddur. Hətta, burada “yazılmamış qanunlar” da var ki, onlara mütləq riayət edilməlidir. Ona görə də dramaturqun teatr texnikasına yiyələnməsi gərəkdir.
    İkincisi, dram-həyatın və personajın modelidir. Dramaturq 1- 2 və ya uzaqbaşı 3 saat ərzində dövr və qəhrəmanlar haqqında konkret və müfəssəl təsəvvür yaratmalıdır.
    Üçüncüsü, dramaturq öz qəhrəmanlarını tamaşaçılara özü təqdim etmir, hər obraz özü özünü təqdim edir. Personajların bu cür “özünütəqdimi” sənətin məntiqi baxımından əsaslandırılmalıdır.
    Dördüncüsü, dramaturq heç vaxt öz obrazlarının tamaşaçılarla “ümumi dil” tapması problemini unutmamalıdır. Səhnə ilə zal arasında qarşılıqlı anlaşma yaranmırsa, sənətdə uğur barədə danışmağa dəyməz.
    Beşincisi, dramaturq təkcə teatra, səhnəyə yox, həm də… dramaturgiyaya bələd olmalıdır. Doğrudur, Belinski vaxtilə deyirdi ki, pyes yazan adam gərək elə anadan dramaturq doğulsun. Etiraz yoxdur: qoy doğulsun. Amma burası da var ki, “anadangəlmə” istedaddan başqa, bu sahə ilə məşğul olan adamın geniş eridusiya və savadı olmalıdır. Etiraz edib deyərlər ki, bu cür keyfiyyətlər (savad və erudisiya) əslində bütün sahələrdə zəruridir. Doğru etirazdır. Amma burası var ki, dünya ədəbiyyatında sistemli təhsili, savadı olmayan kifayət qədər məşhur şair və nasirə rast gəlmək olar. Amma savadsız adamın kortəbii şəkildə dahiyanə səhnə əsəri yaradacağına inanmaq mümkün deyil. Bu mənada dramaturq mütləq dünya ədəbiyyatına, dünya dramaturgiyasına dərindən bələd olmalıdır.
    Digər ədəbi janrlarla müqayisədə dram janrının öz “dəmir qanunları”, struktur formaları vardır. Esxilin pyeslərindən üzü bəri bu qanunlara əməl olunmaqdadır. Əlbəttə, zaman keçdikcə dram janrının da mahiyyət, məzmun və formasında müəyyən dəyişikliklər baş vermişdir. Amma ilkin, dəyişməz “kanonlar” bu janrı min illərdir ki, müşaiyət etməkdədir. Geniş təfərrüata varmadan bu “dəyişməz, şablon” qayda ilə bağlı vaxtilə Hegelin dediyi bir fikri xatırlatmaq istərdim: “Epos-hadisə, dram isə hərəkətdir”. Vəssalam. Bəli, epik janrda başlıca məsələ hadisələrin, dram janrında isə hərəkətin, situasiyaların bir-birini təqib etməsidir. Bütün dramaturji intriqa və kolliziyaların mahiyyətini məhz məna, ideya, məzmun yükü ilə şərtlənmiş hərəkət müəyyən edir. Pyesdə personajlar nə qədər “dərin”, “müdrik”, “fəlsəfi”, “maraqlı” söhbətlər etsələr də, əgər orada dinamika və ekspressivlik yoxdursa heç bir maraq kəsb edə bilməz. Təəssüf ki, bizim dramaturqların, onların arasında təcrübəli qələm sahibləri də az deyildir, bir çoxu pyes adı ilə təqdim etdikləri yazılarda nəinki hərəkətin, heç hadisələrin belə zəruri sistemə salınması barədə düşünmür və ya düşünə bilmirlər.

    Dramaturgiyanın öz “əlifbası”, yaxud başqa sözlə, öz elementar qanunları mövcuddur. Dram əsərində mütləq konflik və ya kolliziya olmalıdır ki, bunu da nəzəriyyəçilər “mübarizə” (və ya münaqişə) adlandırırlar. Adətən hər bir mübarizənin müəyyən bir səbəbi, gedişatı və nəticəsi olur. Nəsrin mahiyyətində əsasən epoxal hadisələri, poeziyanın cövhərində əsasən qəfil ovqatı təqdim etmək vəzifəsi dayanırsa, dramaturgiyanın hədəfində məhz haqqında söhbət gedən mübarizənin daxili dinamikası bir-birini əvəz edən situasiyalarla təsdiq etmək borcu, vəzifəsi dayanır.

    Dramaturgiyanın bütün parametrlər üzrə, təsir imkanları daha genişdir. Bu təsir imkanları isə şübhəsiz ki, daha çox teatr, yəni səhnə vasitəsi ilə reallaşır. Mənim gəldiyim şəxsi qənaət belədir ki, qədim Yunanıstanda və əksər Avropa ölkələrində, o cümlədən bizdə, dram janrının digər yazılı ədəbi janrlardan başlıca fərqlərindən biri də geniş auditoriyaya eyni zaman ərzində təsir etmək imkanının olmasıyla bağlıdır.
    Hər bir dram əsərinin dəqiq kontur və parametrləri olur və ya olmalıdır. Burada hər şey hesablanır: dialoq da, pauza da, remarka da, gəliş də, gediş də… Başlanğıc da, kulminasiya da, final da öz konkret həllini tapmalıdır. Bu cəhətdən dram əsərini riyaziyyatla müqayisə etmək olar.
    Dramaturq digər janrlarda yazıb-yaradan söz adamlarından fərqli olaraq, personajın portret və jestlərini maksimum dəqiq boyalarla verməlidir. Bu cəhətdən dramaturqu rəssamla müqayisə etmək olar.
    Konkret obrazların düşüncə və ifadə spektrində hadisələrin təkcə izahı, şərhi yox, həm də ümumiləşdirilməsi, məcmu kütləsi təqdim olunmalıdır. Bu cəhətdən dramaturq filosofla müqayisə edilə bilər.
    Hər bir gözəl dram əsəri, həm də gözəl bir musiqi əsəridir. Musiqi dramın ruhunda, mahiyyətində, alt və təbii ki, həm də üst qatında olmalıdır. Kamil dramaturq səslərin harmoniyasını anlamalı və öz əsərinə bütöv bir musiqi əsəri kimi baxmalıdır. Bu cəhətdən dramaturqu bəstəkarla müqayisə etmək olar.
    Dram əsərində personajları “postament üzərinə qoyan” söz və ifadələr, hərəkət və pauzalar yonulmalı, yoğrulmalı, cilalanmalıdır. Bu cəhətdən dramaturqu heykəltaraşla müqayisə etmək olar.
    Ümumiyyətlə, dramaturgiya ilə ciddi məşğul olan adamı konstruktiv nizama riayət etmə baxımından memarla, hadisələrin məntiqi əlaqəsinə diqqət yetirmə baxımından tarixçi ilə, obrazların daxili aləminə nüfuz etmə baxımından psixoloqla müqayisə etmək olar.
    Sonra.
    Təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim dramaturji əsərlərin əksəriyyətində MÜHİT və ZAMAN məfhumu az qala hiss olunmur. Bəzən maraqlı süjetlər, ibrətamiz hadisələr, orijinal mənfi-müsbət qəhrəmanlar diqqəti cəlb edir. Amma baş verən proseslər sanki hansısa vaakumda cərəyan edir. Əgər mühit qəhrəmana, qəhrəmansa mühitə təsir etmirsə, bədii əsərin, o cümlədən dramaturji nümunələrin həyatiliyindən söhbət açmaq elə də asan olmur. ( Bu yerdə istər-istəməz fransız ədəbiyyatında Hüqo və Mopassanın, rus ədəbiyyatında Turgenev və Çexovun, Azərbaycan ədəbiyyatında Cabbarlı və Əfəndiyevin qəhrəmanları yada düşür). Zaman öz qəhrəmanlarının taleyində, qəhrəmanlarsa zamanın gəlişməsində rol oynamalıdır. Tərəflərdən birinin ədəbi təcridi, çatışmazlığı ədəbi-estetik çatışmazlıqla sonuclana bilər. Məhz zamanın, mühitin diktə etdiyi şərtlər əsərin iştirakçılarını bu və ya digər məsələlərin çözülməsinə təhrik edir.
    Və nəhayət, bir məsələyə münasibət bildirmək istərdim. Niyə gizlədək, bu gün ədəbi qəzet və jurnalların səhifələrində haqqında danışdığımız janrın problemlərinə peşəkar mütəxəssislərdən daha çox, publisist və jurnalistlər, bir çox hallarda isə tam naşı adamlar “işıq tuturlar”. Yaxşı ki, bu son illərdə AMEA-nın müvafiq tədqiqat təsisatlarında, o cümlədən Ədəbiyyar İnstitutnda əsas ədəbi janrlar, həmçinin dramaturgiya üzrə illik hesabatlar hazırlanır və ictimaiyyata təqdim edilir. Amma bu çox azdır. Bu qıtlıqdan yaxa qurtarmağın vaxtı yetişib. Məhdud akademik-nəzəriyyəçi təhlillərlə yanaşı, geniş auditoriyanın baxış bucağı ilə tanışlıq üçün də imkan yaratmaq lazımdır. Bu mənada hesab edirəm ki, AYB nəzdində dramaturgiyaya aid xüsusi bir nəşrə ehtiyac yaranıb. Bu nəşr mövcud ədəbi jurnallardan birinin (məsələn, “Azərbaycan” jurnalının) əlavəsi kimi də çap oluna bilər. Xatıtladaq ki, qonşu Gürcüstanda müstəqil “Teatr və həyat”, Ermənistanda isə “Dramaturgiya” və “Teatr” jurnalları nəşr edilir.
    Gördüyünüz kimi, təqdim edilən məruzədə bir çox hallarda görkəmli dramaturqlarımızın yaradıcılığının əvvəlki dövrlərinə də müxtəsər nəzər yetirildi. Bunu biz zərurətdən doğan bir məsələ hesab edirik. Axı hətta ayrıca götürülmüş bir yaradıcı adamın belə şəxsi yaradıcılığının onun təkcə yaşadığı mühitdən deyil, hətta öz ədəbi fəaliyyətindən təcrid olunmuş şəkildə təqdim edilməsi bəzən yarımçıq təəssürat yaradır.
    Hər bir ədəbi janr bir yola bənzəyir. Hər yolunsa öz taleyi, öz istiqaməti, öz ünvanı vardır. Dramaturgiya isə iki yolu və yaxud iki sahili (ədəbiyyat və teatrı) birləşdirən bir körpüdür. Buna görə də onun fundamenti daha möhkəm, özülü daha dərin, yükgötürmə qabiliyyəti isə daha güclü olmalıdır.

    Firuz Mustafa
    AYB Dramaturgiya sektorunun rəhbəri
















    HƏDƏF DÜZGÜN MÜƏYYƏNLƏŞİB
    “Ulduz” jurnalının
    dekabr sayı haqda

    Belə hesab edirəm ki, “Ulduz” istedadlı yazar və yazılara is(ti)nad etməklə doğru yoladır, öz hədəflərini düz müəyyənləşdirib
    “Ulduz” jurnalının dekabr sayı haqda ekspert rəyi
    Ədəbi nəşrlərdə gedən yazılar barədə redaktor və müəlliflərə imkanım daxilində həmişə öz münasibətimi bildirmişəm. Sadəcə olaraq əvvəllər bu “münasibət” oxucu və ya həmkar rəyi olub. Amma indiki halda mən “Ulduz” jurnalının baş redaktoru hörmətli Qulu Ağsəsin təklifi ilə öz mülahizələrimi “ekspert” kimi bildirməliyəm. Bəri başdan bildirməyi özümə borc bilirəm ki, əslində bədii əsər haqda söylənən hər bir mülahizədə istər-istəməz subyektiv fikirlər yer alır. Yəni ən obyektiv ekspert belə, öz fərdi zövq və tendensiyasından çıxış edərək rəy söyləmək zorundadır. Bu isə heç də təəccüblü hal deyildir. Axı oxuduğumuz əsər hansısa dəqiq bir elm sahəsinin təcrübə və sınaqlardan keçirilmiş postulatı deyildir ki, onu hamı yekdilliklə inkar və ya iqrar etsin. Söhbət bədii əsərdən gedir. Burada başlıca amillərdən birini də fikir söyləyənin, yəni “subyektin” səviyyə və zövqü təşkil edir. Zira məşhur bir məsəldə zövqlər barədə mübahisə etmək yaxşı əlamət sayılmır. Sizdən nə gizlədim, nədənsə mən bir az bu məsəlin əksinə düşünürəm; yəni belə hesab edirəm ki, əslində bütün mübahisələr elə məhz zövqlər barədə olmalıdır.
    Jurnalın dekabr sayında Rəşad Məcidin “Çiyələk qadın” kitabı oxuculara əlavə kimi təqdim olunub. Və həmin kitab da elə Qulu Ağsəsin “Sözönü” (lap elə olmasın, olsun “Ön sözü”) ilə açılır. AYB-nin gənclər üzrə katibinin gənclik dərgisində belə bir formatda təqdimatı çox təbii təsir bağışlayır. Qeyd edim ki, şeirlər də orijinaldır, onun təqdimatı da.
    Söhbət “Ulduz” jurnalının dekabr sayından gedir. Yeni nəşr, növbəti ekspert rəyini (Rüstəm Kamalın yazısını) nəzərə almasaq, gənc şair Emin Nurinin “Özüylə söhbəti” ilə açılır. Daha sonra oxuculara Eminin şeirləri təqdim olunur.
    Mən gənclərin yaradıcılığını sistemli şəkildə izləməyə çalışıram. Özümçün çox maraqlıdır: görəsən indiki gəncliyi narahat edən, düşündürən məsələlər hansılardır? Onlar hansı ab-hava ilə yaşayırlar?
    Düzünü deyim ki, gənclərin əksəriyyətinin ədəbi zövqü az qala eyni müstəvidə, az qala eyni “qəlibdə” formalaşıb. Onların özlərini ifadə formaları, müraciət etdikləri mövzular, janr və forma xüsusiyyətləri, işlətdikləri təşbeh və metaforalar da... çox vaxt biri digərinin təkrarı, surəti kimi yeknəsək görsənir. Əslində ədəbiyyatın başlıca cəhətlərindən biri bu sahəyə iddialı olan adamın yeni bir nəfəslə gəlməsi ilə bağlıdır. Yəni bu sonsuz müstəvidə hərə Öz səsi, Öz nəfəsi ilə boy verməlidir. Belə hesab edirəm ki, poeziyaya bu son illərdə gələn Emin Piri özünün ilk uğurlu addımlarını atmaqdadır. Onun oxuculara təqdim edilən “Ayağım özümdən qeyrətli çıxdı”, “Abort stolunda yalvaran körpə”, “Uşaqlıq illərim asan keçməyib”, “Mələklərə atılan mərmilər”, “Ölən dənizləri kim ağlar”, “İşıqforda çaşan külək” və s. şeirləri maraq doğurur. Müəllifin “Suriya” şeiri öz məna siqlətinə görə diqqəti xüsusilə cəlb edir. Şeir bu cür başlayır:

    Şeytanı daşlayır
    nə qədər zəvvar,
    hara yoxa çıxır
    atılan daşlar?
    Bəlkə uşaqların başına düşür?!

    Müəllif belə hesab edir ki, “atılan daşlardan atılan uşaqlara xoşbəxtlik sarayı tikmək olardı” və “hamıdan çox uşaqları sevər müharibələr”.
    Düzdür, şeirin ruhunda Suriyada baş verən faciələrin, ağrı-acıların poetik təsviri qabarıq hiss olunur. Amma bu şeir həm də təkcə Suriyaya aid deyildir.
    “Tənqid” rubrikasında Nərgiz Cabbarlının “Çağdaş şeir və “çöküş fəlsəfəsi” məqaləsi yer alıb. Nərgiz xanım ədəbi prosesi diqqətlə izləyən, müxtəlif janrlarda yazılan əsərlər barədə mətbuatda operativ və obyektiv mülahizələr söyləməyə çalışan, özü hələ kifayət qədər gənc olsa da, necə deyərlər, artıq qələmi, üslubu püxtələşmiş tənqidçidir. Təqdim edilən yazıda Nərgiz Cabbarlı postmodern estetikanın müasir poeziyada izlərini axtarır və özlüyündə müəyyən maraqlı qənaətlər əldə edir. Belə hesab edirəm ki, həyatda, eləcə də ədəbiyyatda heç nə “heçnədən”, “boş yerdən” yaranmır. Dünən yarananların təsirini bu gün yarananlarda və ya bu gün yarananların kökünü dünən yarananlarda axtarmaq üçün istənilən qədər misal və nümunələr çəkmək mümkündür. Bu mənada mən də o fikirlə razıyam ki, hər dövr , “hər epoxa öz dekadensini tanıyır”. Belə hesab edirəm ki, haqqında söhbət gedən məqalə ədəbiyyatşünasların və elmi polemika ilə maraqlananların tədqiqatçıların diqqətini çəkəcək.
    Jurnalın “Nəsr” bölümündə Alpay Azərin “Yaddaş eskizləri” silsiləsindən” “Babam” adlı hekayəsi dərc olunmuşdur. Mən mətbuatda bu gənc qələm sahibinin bir sıra bədii, elmi və publisistik yazılarını oxumuşam. Azərin bədii yazıları aydın dili, maraqlı təhkiyəsi, gözlənilməz improvizələri ilə diqqəti çəkir. Təqdim edilən yazıda yaşlı bir insanın (babanın) maraqlı həyat tərzi və yaşam prinsipi həytda ilk addımlarını atan uşaq (nəvə) tərəfindən diqqətlə təsvir olunur. Düzdür, burada həmin “təsvirçi” əslində gənc yazıçının özüdür. Amma orası da var ki, bu təsvir qəhrəmanın yaş səviyyəsinə, mühakiməsinə tamamilə uyğundur. Hekayədə lirik, psixoloji nüanslarla yanaşı xəfif yumor qatı da maraq doğurur.
    Söz yox ki, hər bir qələm adamının öz azad ədəbi priyomu, sərbəst süjetqurma prinsipi olur. “Babam” hekayəsinin qəhrəmanının, tipik əyalət ziyalısının görünən tərəfi uşaq müşahidəsi ilə dəqiqliklə verilmişdir. Babanın ölümü də qısa, lakonik şəkildə təsvir olunmuşdur. Amma orasını da demək lazımdır ki, müəllifin öz qəhrəmanının-əyalət ziyalısı Əhməd Babayevin ölümündən sonrakı həyatı ilə bağlı detallara yenidən müraciət etməsinə heç bir ehtiyac duyulmur. Yox, mən deyə bilmərəm ki, qəhrəmanın ölümü ilə bağlı olaraq hər bir əsərə son nöqtə qoyulmalıdır. Əksinə, dünya ədəbiyyatında ölümündən sonra qəhrəmanının həyatına daha böyük “planda” qayıdan, onun “keçmişinə səyahət edən” yazı və yazıçılar çoxdur. Amma bu prinsip daha çox epoxal, iri miqyaslı əsərlərdə qabarıq nəzərə çarpır. Kiçik həcmli əsərlərdə isə hadisələr yığcam süjet ətrafında cəmləşir. Halbuki sözügedən hekayədə müəllifin baba ilə bağlı bir çox (maraqlı) xatirələri ölümdənsonra yox, ölümdənəvvəl vermək üçün geniş imkanı var. Yəni kiçik bir “montaj” hər şeyi yerbəyer edərdi, “nizama” saıardı.
    “1 (oğlan) + 7 qız” rubrikasında, elə adından da göründüyü kimi, səkkiz “iştirakçının” -Elçin Aslangil, Günel Şamilqızı, Məhsəti Musa, Nilufər Şıxlı, Ramilə Qardaşxanqızı, Sevinc Yunuslu və Təranə Turan Rəhimlinin şeirləri təqdim olunur. Ədalət naninə qeyd olunmalıdır ki, adlarını çəkdiyimiz müəlliflərin hər birinin dərc olunan poetik nümunəsi özlüyündə maraq doğurur. Seçilən mövzular və ayrı-ayrı yüklü, “dolu” misralar gənclərin orijinal, özünəməxsus düşüncə tərzindən xəbər verir.
    Məsələn, aşağıdakı bəzi nümunələr dediklərimizə əyani illüstrasiya ola bilər:

    “Birdən yağışlar deyər adımı saçlarına-
    Sən göyərən yarpaqların canı ağlama”
    (E. Aslangil),

    “Bütün ikonalar daxıl kimidi,
    Udub saxlayıblar dualarımı”
    (G. Şamilqızı),

    “Dağların sevgisindən
    dağ-dağ oldum,
    Dözdüm, durdum, böyüdüm,
    həyat boyda dağ oldum”
    (M. Musa),

    “Yağışla söhbət edirəm.
    Mənə gəldiyi yerdən danışır.
    (...)
    Sonra özümdən sual verirəm,
    məni necə tanıyırlar oralarda?”
    (G.Rüstəmli).

    Yandırdın körpüləri!
    Geri qayıtmaq çətin!
    Gedirsənsə, əzizim,
    Saxtaymış məhəbbətin.
    (N. Şıxlı)

    Ayda bir yol,
    ildə bir yol
    orucumu açıram ki,
    eşqimə qənaət edim.
    (R. Qardaşxanqızı)

    Bu gün sonuncu gündü,
    Günəş tək çıxa bilsəm.
    Səhərə ümidim var,
    Gecəni yıxa bilsəm.
    (S. Yunuslu)

    Çəkdiklərim saya gəlməz,
    Mənim gözüm belə gülməz.
    Güzgü məni görə bilməz,
    Güzgüdəki mən deyiləm.
    (T.T. Rəhimli).

    Bu nümunələrin sayını yenə artırmaq olar. Şeir müəlliflərinin istedadına heç bir şübhəm yoxdur. Amma bu seçilən yolun daimi əzab və ağrılarla müşaiyət olunacağını əvvəlcədən bildirməyi özümə borc bilirəm. Ümumiyyətlə ədəbiyyatın başlıca, həm də yazılmamış qanunlarından biri Öz yolunu müəyyənləşdirməkdir. Burada hər bir ciddi yazı(çı) həm də bir yeni üslub kimi çıxış etməlidir. Aydın hiss olunur ki, bu gün yaranan şeirlərin əksəriyyətinin kəmiyyəti keyfiyyəti üstələməkdədir. Elə bu səbəbdən də “poetik xorda” öz “solo”su ilə seçilmək heç də hər vaxt hər şeir yazana qismət olan xoşbəxtlik deyildir. Mən poeziya yollarında ilk kövrək addımlarını atan gənclərə uğurlar arzu edirəm.
    Bəli, söhbət “Ulduz” jurnalının dekabr sayından gedir.
    Oxuculara təqdim olunan hekayələrdən birinin müəllifi Şahnaz Kamaldır. Bu imza mənə tanışdır. Mətbuatda yazılarını oxumuşam. Gənc yazarın “Qürbət hekayələri” silsiləsindən “Nənəmin nağılı” hekayəsi yiğcamlığı ilə diqqəti çəkir. Əslində bu yığcam hekayə, necə deyərlər, iki hekayətdən ibarətdir. Burada əhvalatın bir qismini nəvə, digər hissəsini isə nənə danışır. Yazının dili səlisdir, obrazlıdır. Təsvir olunan hadisə və məkanın koloriti aydın duyulur. Belə düşünmək olar ki, Şahnaz oxucuların görüşünə gələcəkdə daha ciddi və həsmli yazılarla çıxa bilər.
    Gənclik jurnalda gənc şairlərə gen-bol yer verilməsi təbii haldır. “Şeir vaxtı” rubrikasında şairə Mina Rəşidin bir silsilə şeiri dərc olunub. Minanın imzası şeirsevərlərə tanışdır. O, mütəmadi olaraq mətbuatda publisistik və poetik yazıları ilə çıxış edir.
    Mina Rəşid daha çox ənənələrə, klassik və şifahi poeziyaya söykənən, sözdən qənaətlə istifadə edən, obrazlı düşünən şairədir. Onun şeirlərində ağla qaranın kolliziyası daha qabarıq nəzərə çarpır. Burada həm də sevinclə kədər qol-boyun yaşayır.
    Şənbə günü sıxılıram,
    Nə yaxşı ki, bazar var.
    Nə yaxşı bazardan sonra
    Həm həyat, həm məzar var.
    (“Nə yaxşı”)

    ...Birinin evi böyükdü,
    Birinin ürəyi,
    Birinin sevinci, birinin kini....
    Biri işıq, o biri qara daşdı,
    Ayrı-ayrı adamlar olsalar da
    Xeyirlə şər qardaşdı.
    (“Nə yaxşı”)

    Burada “adamlar” sözü yerində deyilməsə də, daha doğrusu poetik mətn üçün artıq olsa da, (yəni xeyirlə şər adam olmaya da bilər) minillərin məsəlinin təzədən, yeni rakursda təqdimi yazarın yaradıcılıq kredosunun təsirli əks-sədası kimi qəbul edilə bilər.
    “Nəsr” rubrikasında İmir Məmmədlinin “İşıqsız gecələrin söhbətləri” adlı yazısı da yer almışdır. Əslində bu yazını “mini-pyes” də adlandırmaq olar. İmir bəyi geniş təqdim etməyə elə bir lüzum görmürəm. O, özünün nəsr, dram və poetik əsərləri, habelə tərcümələri ilə oxucu və tamaşaçılara yaxşı tanışdır. Jurnalda dərc edilən yazı öz yumoristik “xalları” ilə seçilir.
    “Məqam”da Hicran Hüseynovanın “Sən güclü və kövrək” adlı yazısı dərc olunub. Lirik ovqatda köklənmiş müəllif yazısında şairə Xatirə Rəhimbəylinin şeirlərindən söhbət açılır. Hicran xanım həmişə olduğu kimi, yenə yalnız öz sevib-seçdiyi yazılardan söhbət açır. Özü də ürəklə, səxavətlə, sevgiylə.
    Əlisəfdər Hüseynov uzun illərdir ki, mətbuatda sənət və sənətkarlar haqda yazılarla çıxış edir. “Müxtəlifliyin vəhdəti, yaxud Anarın kino yaradıcılığında bəzi yeniliklər haqqında” adlı elmi-publisistik araşdırmasında müəllifin gəldiyi qənaətlərdən biri, bəlkə də ən başlıcası budur ki, ssenariləri əsasında maraqlı filmlər çəkilən, əsərləri ekranlaşdırılan görkəmli yazıçımız Anar həm də öz ssenariləri əsasında “Üzun ömrün akkordları”, “Qəm pəncərəsi” filmlərini çəkmiş, “Cavid ömrü”, “Sübhün şəfiri” filmlərinin ssenarisini yazmış, milli ekran sənətinə bədii təfəkkürlə elmi-publisistik təfəkkürün, bədiiliklə sənədliliyin vəhdətində reallaşan bir sıra yeniliklər gətirmiş, kinomuzda bioqrafik film janrının ilk nümunələrini yaratmışdır.
    Məşhur Amerika fantast yazıçısı Rey Bredberinin “Dünyanın sonudur” adlı hekayəsi “Tərcümə saatı”nda təqdim edilmişdir. Zeynəb Əliqızı artıq təcrübəli tərcüməçilərdən hesab oluna bilər. O, xeyli zamandır ki, dünya ədəbiyyatının bir sıra nümunələrini rus dili vasitəsi ilə dilimizə çevirməklə məşğuldur. Onu da deyim ki, Rey Bredberi (1920-2012) mənim də təqdir edib sevdiyim fantastlardan biridir. Süjeti ərlə arvadın dialoqu üzərində qurulan bu məşhur hekayənin tərcüməsi təqdirediləndir. Amma yaxı olardı ki, tərcüməçi orijinalın adını olduğu kimi saxlayaydı. Hekayənin adı ingiliscədə “The Last Night of the World” , ruscada isə «Завтра конец света» kimi təqdim edilir. Yəni “Sabah dünyanın sonudur”. Əlbəttə, bəzi hallarda bu və ya digər səbəbdən hansısa əsərin tərcümə zamanı adının dəyişdirilməsi zərurəti meydana çıxa bilər. İndiki halda belə bir zərurət hiss olunmur.
    İbrahim Quliyev tanınmış publisist, şair, naşirdir. Uzun illik redaktorluq təcrübəsi olan İbrahim bəyin “Alim ömrünün unudulmaz anları” yazısında memuar janrının təşəkkülünə qısa və gərəkli “ekskursiyadan” sonra konkret bir əsərə müraciət olunur. Məqalənin “qəhrəmanı” tanınmış alim Möhsün Nağısoylunun “Ömürdən anlar-yadda qalanlar” kitabıdır. Adı çəkilən kitab məhz maraqlı bir memuar nümunəsi kimi təhlil və təqdir edilir. Düzdür, yazıda qeyd edilir ki, müəllif öz kitabını bədii memuar kimi yazmaq niyyətində olmayıb. Amma İbrahim bəyin dediyində bir həqiqət var ki, “yaşadığımız tarixin obyektiv canlı mənzərəsini yaratdığına, geniş bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini özündə əks etdirdiyinə” görə haqqında söhbət gedən kitab məhz memuar nümunəsi kimi dəyərləndirilə bilər.
    Xatırlatmağı bir daha vacib hesab edirəm ki, söhbət “Ulduz” jurnalının dekabr sayından gedir.
    “Nəsr” bölümündə daha bir hakayə təqdim olunub. Təranə Fazilqızının “Nənəmin həyat qanunları” adlı yazısında uşaq gözü ilə böyüklərin həyatına “müdaxilənin” başqa, hən də maraqlı bir nümunəsi ilə tanış oluruq. Jurnalda müəllifin “Xəyal” adlı digər yazısı da çap olunub. Müəllif nənə ilə bağlı hekayəsində uşaqlara məxsus müşahidələrini inandırıcı şəkildə təsvir etməyə çalışmışdır.
    Mən yeri gəlmişkən, zəruri hesab oluna biləcək bir haşiyə çıxmaq istəyirəm. Əgər oxucu diqqət yetirdisə, junalın bu sayında gənc qələm sahiblərinin üç hekayəsi (Arif Ərşadın “Xeyir-dua”sı istisna olunmaqla, b u hekayə barədə bir qədər sonra söhbət açılacaq) dərc olunmuşdur. Hekayələrin mövzuları demək olar ki, eynidir: Alpay Azərin “Yaddaş eskizləri” silsiləsindən” “Babam” adlı hekayəsi, Şahnaz Kamalın “Qürbət hekayələri” silsiləsindən “Nənəmin nağılı” hekayəsi və Təranə Fazilqızının “Nənəmin həyat qanunları” adlı hekayəsi. Başqa sözlə, bir baba və iki nənə haqda hekayə. Hekayələrin hər biri özlüyündə maraqlıdır. Və şübhəsiz ki, müəlliflər heç də “dilbir” olub eyni mövzuya müraciət etmək qərarına gəlməyiblər. Maraqlıdır, bəs görəsən gənclərin bu cür mövzulara müraciət etməsinin obyektiv səbəbini nədə axtarmaq lazımdır? Həm də söhbət təkcə sözü gedən müəlliflərə aid deyildir. Çünki mənim müşahidələrimə görə, gənc qələm adamları daha çox tanıdıqları və ya haqqında eşitdikləri yaşlı adamların həyatını qələmə alırlar. Əlbəttə, burada heç bir “səhv” axtarmağa ehtiyac yoxdur. Vaxtilə ilk hekayəsinin qəhrəmanı kimi öz atasını görən və götürən İsa Hüseynova (rəhmətlik onda hələ “Muğanna” təxəllüsünü qəbul etməmişdi) görkəmli ədəbiyyatşünasımızın (M.Arifin) verdiyi sual yada düşür: “Sən niyə məhz atandan yazmısan?”. Yazıçının sualı lakonik və sərrastdır: “Çünki mən atamı daha yaxşı tanıyıram”..

    Mən belə hesab edirəm ki, səbəblərdən biri məhz “yaxşı tanımaqdırsa”, digər səbəb qəhrəmanın “göz qabağında” olmağıdır. Axı yaşlı, təcrübəli, dünyagörmüş adam ədəbiyyata yeni gələn gənc üçün “ədəbiyyat qəhrəmanından” öncə, həm də bir “həyat qəhrəmanıdır”. Etiraf etmək lazımdır ki, bir çox hallarda yazıçı üçün həyat materialı ədəbi materialdan daha gərəkli, əhmiyyətli olur. Mən gənclərin zorla, süni şəkildə “həyat imtahanlarına” çəkilməsinin əleyhinəyəm. Amma fakt faktlığında qalır: ədəbiyyata təkcə ədəbiyyatdan yox, həm də həyatdan gəlmək zərurəti vardır. Əslində bunların hər ikisi çox böyük bir məktəbdir və vaxtilə klassiklər (L. Tolstoy, M. Qorki) bu “universitetlər”də öyrəndikləri “dərslər” barədə ətraflı yazıblar. İndiki gəncliyə bircə o qalır ki, həmin “dərsliklərlə” diqqətlə tanış olsunlar. Zamanın sınağından çıxan bir həqiqəti xatırlatmaq pis olmazdı: ən böyük müəllim elə həyatın özüdür. Həm də ən sərt müəllim.
    “Şeir vaxtı” rubrikasında daha bir gənc şairin- Ruzbeh Məmmədin şeirləri dərc edilib. Ruzbehin şeirlərində mənim diqqətimi bir cəhət xüsusilə cəlb etdi. Bu da onun təsvir (və ifadə) formasıdır. Məsələn, “Hərdən belə də olur...” adlı şeir belə başlayır:

    birdən adam insafsızca darıxmağa başlayır.
    elə darıxırsan ki, lap it kimi,
    sıxılırsan dost-tanışdan,
    küçədə cütləşən itlərin səsindən,
    səf düşən telefon zənglərindən...
    (Çox güman ki, son misrada “səhv” sözü səhvən “səf” kimi gedib).

    Əgər diqqət yetirdinizsə, burada “nasiranə” təsvir daha qabarıq hiss olunur. Bəlkə də Ruzbeh gələcəkdə məhz nəsrə müraciət edəcək, maraqlı nümunələr ortaya qoyacaq. İnsan öz imkanlarını irəlicədən götür-qoy etsə bu, fələcəkdə daha sərfəli ola bilər.
    Arif Ərşadın “Xeyir-dua” hekayəsi mahiyyətcə kədərli olsa da, düşündürücü ovqatı ilə diqqəti cəlb edir. Bu yazıya bir qədər basmaqəlib səslənsə də “vətənpərvərlik mövzusunda” qələmə alınmış yazı kimi dəyər vermək lazımdır.
    “Örnək” rubrikasında Əbdürrəhim bəy Haqverdiyevin məşhur “Çeşmək” hekayəsi elə əsl örnək kimi dərc olunub.
    Jurnalın klassiklərə müraciət etməsinə yaxşı baxıram.
    Yenə zəruri bir haşiyə. Son vaxtlar ədəbiyyat dərslikləri barədə yazan həvəskar və ya peşəkarların bir çoxu klassiklərimizin dilinə “ilişir”, bu və ya digər təkliflərlə çıxış edirlər. Bəziləri dildən az qala bütün “köhnə” sözlərin (arxaizmlərin) çıxarılmasını tələb edirlər. Məncə, bu, kökündən yanlış iddiadır. Bu yerdə istər-istəməz adamın yadına aparılan bərpa işləri düşür. Əlbəttə, tarixi qorumaq cəhətdən bərpa işlərinin rolu misilsizdir. Amma nə yazıqlar ki, bəzən “bərpa” adı altında köhnə abidələri təmir, hətta “avrotəmir” edirlər. Dildə də belə vəziyyət yarana bilər. Elə bu səbəbdən də neologizmləri təqdir etməklə yanaşı, arxaizmləri, lap elə vulqarizmləri də qoruyub saxlamaq lazımdır. Ədəbiyyatda nəyinsə yenidən “təmirolunmasına” ehtiyac yoxdur. Elə mövcud olanların qorunması böyük hadisə kimi dəyərləndirilməlidir.
    Şair-publisist Vahid Aslanın “Ömür sürməli dövrandı...” yazısı “Anım rubrikasında dərc olunub. Görkəmli xanəndə, mərhum Səxavət Məmmədovun xatirəsinə həsr olunmuş bu yığcam, kövrək etüd də maraqla oxunur.
    Anatol Fransın Nobel mükafatının təqdimat mərasimindəki nitqi və aforizmləri “Vatikanın qadağan etdiyi yazıçı” sərrlövhəsi ilə verilib.
    Jurnaldakı son yazılar, Arzu Hüseynin şeirləri “Dərgidə kitab” rubrikasında təqdim edilir. Arzunun şeirləri obrazlarının, deyim tərzinin özüməməxsusluğu ilə diqqəti çəkir.

    Dayazlaşıb dərini də fikrimin,
    Sən gedəli rahatlıq nə, bilmədim.
    Yağış yağdı səndən xatirə kimi,
    Sübhə kimi xatirəni dinlədim.

    Düzdür, ilk baxışdan etiraz edənlər olar ki, xatirəni dinləmək olmaz. Amma düşünəndə ki, burada söhbət xatirəyə bənzədilən yağışdan gedir, istər-istəməz bu bənzəyişlə, bu metafora ilə, habelə bu ovqatı poetik dillə “rəsm edən” müəlliflə razılaşmalı olursan.
    Belə hesab edirəm ki, “Ulduz” istedadlı yazar və yazılara is(ti)nad etməklə doğru yoladır, öz hədəflərini düz müəyyənləşdirib. Nə qədər patetik, gurultulu səslənsə də, güman etmək olar ki, ədəbiyyatın gələcək ulduzları əsl, böyük ədəbiyyata “vəsiqəni” məhz “Ulduz”dan ala bilər.
    Və nəhayət, xatırlatmağı bir daha vacib hesab edirəm ki, söhbət “Ulduz”un 2014-cü ilin dekabr ayında, jurnalın sonuncu sayında dərc olunan yazılardan gedirdi.

    “Ulduz” 2015. Yanvar.















    Alla AXUNDOVA:
    “MƏN AZƏRBAYCANLA NƏFƏS ALIRAM”

    “Son illərdə şeirləri xüsusilə fərqlənənlərdən Korjavin, Alla Axundaova və Samoylovun adlarını çəkmək istərdim”.
    Yevgeni Osetrov. (Alla Axundova ilə söhbətlər).
    “Voprosı literaturı”, №4, 1965-ci il.

    F.M. :Təsadüf elə gətirdi ki, ötən ilin dekabrında (2001-ci il nəzərdə tutulur-F.M.) moskvalı həmyerlimiz Alla Axundaova ilə yaxından tanış oldum. Şairə ilə görüşümüzün, necə deyərlər “səbəbkarı” digər bir tanınmış həmyerlimiz, uzun illərdən bəri Rusiyanın paytaxtında yaşayan yazıçı-publisist Abuzər Bağırov oldu.

    Təbii ki, mənim Alla Axundovanın yaradıcılığı ilə tanışlığım onun özü ilə şəxsi tanışlıqdan daha qədimdir. Məncə, A.Axundovanı geniş oxucu auditoriyasına təqdim etməyə xüsusi bir ehtiyac yoxdur. Alla Nuru qızı Axundova 1939-cu ildə Moskva şəhərində doğulub, orada boya-başa çatıb. 1964-cü ildə M.Qorki adına Ədəbiyyat institutunu, 1967-ci ildə isə Moskvada Ali ssenari kursunu bitirib. Tamaşaçılar onu “Alma almaya bənzər”, “Şərikli çörək”, “Bir dəfə yayda” filmlərinin ssenari müəllifi kimi tanıyırlar. O, ümumiyyətlə, 20-yə yaxın kitabın, 10 filmin ssenari müəllifidir. Alla Axundova klassik və müasir ədəbiyyatımızın üzdə olan nümayəndələrinin əksəriyyətinin əsərlərini rus dilinə tərcümə edib.
    “Kitabi-Dədə Qorqud” onun gərgin əməyi sayəsində rusca “danışa bilib”. A.Axundova Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır. Alla xanımla söhbətimizin əsas mövzusu müasir ədəbiyyatla bağlı idi.
    Hər ikimiz siqaretimizi yandırıb bir qədər ümumi tanışlarımız barədə danışırıq. Sonra isə təbii ki, ilk növbədə Qarabağ problemindən söhbət açırıq. Alla Axundova vətənpərvər bir xanımdır. O, bütün taleyi ilə vətənə, onun sevinc və dərdlərinə bağlıdır.
    Söz yox ki, bizim söhbətimizin əsas “qəhrəmanlarından” biri və birincisi Əlahəzrət Sözdür. Beləliklə, soyuq bir dekabr gününün isti-ilıq söhbətinin bəzi məqamlarını oxucularımıza təqdim edirəm.
    - Alla xanım, əvvəla Sizi qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm.
    - Sağ olun. Mən də bütün xalqımızı təbrik edirəm.
    - Mən Sizin yaradıcılığınıza pis bələd deyiləm. Bilirəm ki, həm poeziya, həm nəsr, həm də dramaturgiya ilə məşğulsunuz. İstərdim ki, son illərdəki ədəbi fəaliyyətinizlə bağlı oxucularımıza da məlumat verəsiniz...
    - Fəaliyyət deyəndə ki… Mən əslində hər gün işləyirəm. Yazı-pozu mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Bildiyimiz kimi, mən həm şeir, həm nəsir, həm də ssenarilər yazıram. Bir çox səhnə əsərlərim də var. Lakin mənim yaradıcılığımın böyük bir hissəsi tərcümə ilə bağlıdır. Mən xalqımızın tanınmış və yaxud az tanınan neçə-neçə nümayəndəsinin əsərlərinin rus dilində səslənməsi üçün əlimdən gələni əsirgəməmişəm. Sovet hökumətinin vaxtında mərkəzdə, yəni burada - Moskvada digər xalqların ədəbiyyatının planlı şəkildə tərcümə və nəşrinə diqqət yetirilirdisə, bu gün həmin iş başlı-başına buraxılıb. İndi hər yerdə olduğu kimi, Moskvada da ədəbiyyat kortəbii bir stixiya ikə nəşr və təbliğ edilir.
    - Bilirəm, Siz bizim yaradıcı adamların əksəriyyətinin Rusiyada əsərlərinin nəşri və təbliği sahəsində xeyli iş görmüsüz. Bundan başqa, bizim Ana kitabımız “Kitabi-Dədə Qorqud” əsəri məhz Sizin çəkdiyiniz ağır zəhmət əsasında rus oxucusuna təqdim edilib. Yəqin ki, tərcüməçilik fəaliyyətini yenə davam etdirirsiniz…
    - Əlbəttə, bu işi dayandırmamışam... Son zamanlar Azərbaycan nağıllarını rus dilinə tərcümə etmişəm: bir neçə cilddən ibarətdir. Rusiyada bütün xalqların folkloruna, mifologiyasına həmişə böyük maraq olub. Bu həvəs elə indi də səngiməyib. Mən bilirəm ki, tərcümə etdiyim nağıllar çox yaxşı qarşılanar. Amma, təəssüflər ki, rus naşirləri həmin nağılların tərcüməsini bəzən çap etmək istəmirlər. Bir sıra səbəblərə görə - izahı asan və çətin olan problemlərdən dolayısı Azərbaycana münasibət indi ikili səciyyə daşıyır. Müəyyən siyasi və qeyri-siyasi tendensiyaların təsiri altında bir çox dairələrdə bizə olan qeyri-sağlam mübasibət Azərbaycan ədəbiyyatının, o cümlədən nağıllarımızın nəşrinə də sirayət etməkdədir.
    - Alla xanım, bilirəm ki, bu gün kitab nəşr etdirmək həm asandır, həm də çətin. Asandır ona görə ki, pulu olanlar ağlına gələn cızmaqaraları nəşr etdirirlər. Çətindir ona görə ki, bəzən istedad sahibləri öz yazdıqlarını oxuculara təqdim edə bilmirlər. Təəssüf ki, ticari maraqlar mənəvi dəyərləri üstələməkdədir. Amma güman edirəm ki, vaxt gələcək bu problemlər öz həllini tapacaq. Yeri gəlmişkən, postsovet mərhələsində öz kitablarınızın nəşri ilə bağlı nə deyə bilərsiniz?
    Alla xanım siqaretinə dərin qullab vurub bir xeyli fikrə gedir. Sonra düşüncəli halda dillənir:
    - Moskvada, ümumiyyətlə Rusiyada, kitab nəşrini müxtəlif cür qruplaşdırmaq olar. Müəllif var ki, əsərləri çox şıdırğı oxunur (belələrinə əsasən detektiv janrda yazanları aid etmək olar), yəni çap işində problem olmur. Elə yazıçılar da var ki, onların əsərlərinin nəşr işini nəşriyyat həll edir, amma müəllifə qonorar vermir. (Məsələn mənim “Otkrıtki s vidami” adlı poetik kitabımı “Stilistika” nəşriyyatı çap edib). Bir qism kitablar isə (bunlar çoxluq təşkil edir) müəlliflərin öz xərci hesabına nəşr edilir. Çox güman ki, kitab nəşri sahəsində mövcud olan hərc-mərclik müəyyən vaxtdan sonra aradan götürüləcək, əsil ədəbiyyata geniş meydan açılacaq.
    Siqaretimizi tüstülədərək pürrəngi milli çayımızdan bir-iki qurtum içirik. Sualın səmtini bir qədər dəyişirəm:
    - Alla xanım, öz iş-gücünüz, dolanışığınız barədə nə deyə bilərsiniz?..
    - Bildiyiniz kimi, mən Rusiya vətəndaşıyam. Artıq təqaüdə çıxmışam. Amma, şikayət kimi səslənməsin, dolanışıq çox çətindir...
    Mən onun söhbətinə müdaxilə edirəm:
    -Alla xanım, son illərdə bizim bir çox qələm əhlinə Prezident təqaüdü kəsilib. Ümid edirəm ki, Sizin fəaliyyətiniz də belə bir mükafatla qiymətləndiriləcək...

    Alla Axundova gülümsəyib növbəti siqaretini zərif barmaqları ilə sığayaraq gülümsəyir:
    -Əgər belə bir təqaüdə layiq görülsəm, sz verirəm ki, daha məhsuldar, daha intensiv işləyərəm...
    -Əminəm ki, tezliklə bu ada layiq grüləcəksiz...
    -Təki Siz deyən olsun...
    -Yaxşı, hazırda nə işlə məşğulsuz?
    Alla xanım:
    -İş-gücüm belədir ki... Hal-hazırda iri həcmli bir kitab üzərində işləyirəm. Bu kitabda mövcud olan dillər, habelə dil qruplarının geniş və dar arenada təhlil-tədqiqinə xüsusi diqqət yetirilir. Burada Hind-Avropa dil qrupuna daxil olan anlayışların tədqiqinə də yer ayrılıb, fin-uqor dil qrupuna da... Əlbəttə, kitabda türk dilləri ailəsi aparıcı yeri tutur. Bu, əslində ensiklopedik bir əsərdir; orada tarix də var, dil də, coğrafiya da, insanlar da. Ərəb, kiril, latın transkripsiyasında “canlandırılan” sözlər bizi insanlığın keçmişinə aparır. Məncə, bu kitab çap olunsa geniş əks-səda doğuracaq.
    - Bakı ilə, Azərbaycanla əlaqələriniz barədə…nə deyə bilərsiz?
    Alla Axundova bir qədər fikrə gedib gülümsəyir.
    - Bilirsiz, bu əlaqələr daimi və fasiləsizdir. Bax, bu yaxınlarda Bakıda idim – Dünya azərbaycanlılarının qurultayında iştirak edirdim. Bu saatı da orada hədiyyə etdilər (qolundakı saatı göstərib gülümsəyir). Mən, Azərbaycanla – onun ədəbiyyatı, mənəviyyatı ilə nəfəs alıram. Bax, budur Sizin dostunuz Abuzər Bağırov özü şahiddir ki, mən öz xalqımızın ədəbiyyat və incəsənətinin Rusiyada təbliği üçün əlimdən gələni əsirgəmirəm. 20 Yanvar hadisəsini mənim necə ağrı ilə qarşıladığım da çoxları bilir. O vaxt yazdığım misraların səssiz harayı yenə qulağıda səslənir.

    Sən niyə qoydun ki, müqəddəs gündə
    Qırıb öldürsünlər insan oğlunu?
    İlahi! Bəlkə də günah edirəm –
    Heç vaxt bağışlaya bilmərəm bunu.
    (Tərcüməci F.M.)

    Misralar məni təsirləndirir. Siqaretimin kötüyünü külqabıya basıb deyirəm:
    -Kədərli misralardır...
    Müsahibim siqaretinin kötüyünü külqabıya basıb qəhərlənir:
    -Elədir. O günləri, o anları xatırlamaq mənimçün çox aöırdır... Mən həmin qara yanvar gecəsi özümə yaxın, dost bildiyim məşhur yazıçılardan birinə zəng vurdum, Bakıdakı vəziyyətlə maraqlandım, dostumun arxayınlıqla dediyi: “narahat olmağa dəyməz, burada qayda-qanun bərpa olunur” – sözlərindən sonra onu söyüb dəstəyi yerə çırpdım və elə o vaxtdan həmin yazıçı ilə küsülüyəm. Bax belə... Mən əminəm ki, xalqımızın qanı yerdə qalmayacaq. Yeri gəlmişkən, mən 20 Yanvar qurbanlarının ailə üzvlərinə bir daha başsağlığı verirəm.
    Alla Axundova ədəbiyyat və incəsənət problemləri ilə bağlı öz düşüncələrini bölüşür. Onun elmi və əbədi mülahizələri öz orijinallığı ilə istər-istəməz maraq doğurur.

    “MƏDƏNİYYƏT” qəzeti, 12 yanvar 2002-ci il

    P.S. Alla Axundova hal-hazırda Prezident təqaüdçüsüdür, yaşı 80-i haqlasa da öz yaradıcılığının məhsuldar dövrünü yaşayır.





    Əkrəm Əylisli nədən qorxur?
    Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər. Onun əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy hətta Milli Məclisin deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Əylisli deputat olana qədər parlament üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun “Ətirşah Masan” adlı romanında deputatları “sancan” (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin “roman-reportajdan” sonra Ə.Əylisli deputat “oldu”. Bütün bunlar öz yerində...
    ...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...


    Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, “Daş yuxular” romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət “müsbət” erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəru oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...
    Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək, bu adam “şou”suz dura bilmir. ... Vaxtilə Şüvəlanda çıxartdığı “oyunu” (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... “Daş yuxular”ın yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...
    Bax bu yerdə yazıçıya qarşı başqa bir “kitabyandırma” kampaniyası, “törəni” yadıma düşdü...
    Haradasa “məlum hadisələr” başlayan vaxtlar idi və günlərin bir günü Əkrəm Əylisli Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan “Drujba narodov” dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim təxminən (əslində “təxminənsiz”) belə bir fikir söyləmişdi ki, “mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm...”. Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...
    O da yadımdadır ki, həmin dövrdə mən AzTV-də (Gənclik Baş redaksiyasında) “İlğım”, “İdrak”, “Məzunlar” adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Əylisli də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlukə altında olduğunu bildirmişdi...
    Hər necə olsa da yazıçını xilas etmək lazım idi. Axı bütün “cığal” hərəkətlərinə baxmayaraq Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da, efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdı. (Hə, elə buna bənzər əhvalat sonralar “Daş yuxular” nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və “mən elə yox, belə demək istəmişəm”- deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.


    Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir “fırtına” qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...

























    Müəllif haqqında
    Firuz Mustafa

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı






    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“ARİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Dirlomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları rroqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)


    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sirər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qarı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qarı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monoryeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR grour” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Roetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və rovestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiRoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    •
    *Seşilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış əsərlər (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Dirlomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)

    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Rutin. Birinci şəxsdən” (“Dirlomat” nəşриyyatı, 2000)
    • “Roeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    •

    Rusiyada şar olunmuş kitabları:
    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qarı”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018


    İranda çar olunmuş kitabları:
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Resrublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (torlu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (torlu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi rortret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)
    •

    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (ryеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su rərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Rоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Rоеziyа Tеаtrı
    • “Rələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı


    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (ryеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Resrublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı





















    MÜNDƏRİCAT:

    I.LOQOS.

    NƏSRİN İNKİŞAF TRAYEKTORİYASI
    s.03
    “Qadin poeziyası” varmı?
    s.18
    DÜNYANIN BÜTÜN DİLLƏRİNDƏ...
    s.23
    Ədəbi əsəri qiymətləndirməyin əsas meyarı nədir?
    s.29
    ƏDƏBİYYATIN ƏYRİ GÜZGÜSÜ
    s.32
    ƏDƏBİYYATDA “BAZAR QANUNLARI...”
    s.38
    КÖLGƏ ƏDƏBİYYATI
    s.46
    “Şəhər” və “kənd ədəbiyyatı”
    s.52
    OXUCUN KİMDİR, ƏLAHƏZRƏT YAZAR?
    s.54
    SÖZ AZADLIĞI BƏ ÇƏRƏNÇİLİK
    s.59
    ƏDƏBİYYAT: ONU KİM YARADIR?
    s.64

    II.ABSOLYUT.

    Millətin Mirzəsi
    s.70
    S.S.AXUNDOV VƏ XALQ MAARİFİ
    s.80
    Nərimanov əlindən gələn, gücü çatan hər şeyi edib
    s.86
    Qürbətdə uyuyan Yusif Vəzir
    s.90
    CABBARLI POEZİYASI
    s.102

    Dekaloq.
    Səməd Vurğun haqqında on yazı:
    1.UŞAQLARIN BÖYÜK DOSTU (S.VURĞUNUN ANADAN OLMASININ 70 İLLİYİ QARŞINDA)
    s.106
    2.Səməd Vurğun haqqında. Və təkcə onun haqqında yox...
    s.112
    3.Gəlin tarixi təhlil edək, amma təftiş etməyək...
    s.116
    4.Bəyəm bu gün tənqid olunan və ya tənqid edənlər yoxdur?
    s.118
    5. “Çox xəbislər elə bildi Səməd gəldi...”
    s.121
    Köhnə və təzə bir hekayə(t)dir
    s.126
    7.SƏMƏD VURĞUN “XOFU”
    s.129
    8.Səməd Vurğunun “dostları” və “düşmənləri”
    s.134
    9.“İldırım” təşkilatının üzvləri niyə həbs edilmişdi?
    s.142
    10.BİR ŞERİN SİQLƏTİ
    s.147

    III.İNTERPRETASİYA.

    HƏYATDAN KİTABA, KİTABDAN HƏYATA (Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı haqda)
    s.153
    Anarın yaradıcılıq baharı
    s.165
    ZƏHGIH YARADICILIQ YОLU (Xalq yazıçısı Elçinin yaradıcılığında intertekstual əlaqələr)
    s.181
    Şəxsiyyətin diapazonu
    (Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında)
    s.191
    Nəriman Əbdülrəhmanlı haqda söz
    s.207
    ÖZ QƏHRƏMANLARINA BƏNZƏYƏN YAZIÇI (Nahid Hacızadə haqda)
    s.209
    "Bir şəhiddir ürəyim..." (İlyas Tapdığın bir şeiriin tarixçəsi)
    s.223
    AĞ İŞIQDAN KEÇƏN QIRMIZI XƏTT
    (Aydın Qurbanoğlunun yeni kitabı haqda)
    s.212
    Rоmantizmin tədqiqinə həsr оlunmuş dəyərli кitab (Kamran Əlievin kitabı və özü haqda)
    s.223
    “YARPAQLAR ALTINDA GİZLƏNƏN ŞEİR...” (Ağacəfər Həsənlinin şeirləri haqda)
    s.229
    TALЕYƏ YAZILAH HƏĞMƏLƏR (Əbülfət Mədətоğlunun şеrləri haqda qеydlər)
    s.241
    Nisə Bəyimin özü və sözü
    s.247
    “DON JUAN”: BİR ROMANIN ƏKS-SƏDASI
    (Elçin Hüseynbəylinin romanı haqda)
    s.254
    Pоеtiк həqiqətə gеdən yоl
    (Ədalət Əsgərоğlunun şеirləri haqqında)
    s.257
    POETİK BƏNZƏRSİZLİK (Elxan Zalın poetik yaradıcılığına bir baxış)
    s.261
    GİZLİNLƏR GİZLİ QALANDA (Yazıçı İlqar Fəhminin “Gürgan şərabı” əsəri haqda qeydlər)
    s.270
    “ ALNINA BİR ŞEİR SIXACAM SƏNİN…” (Qismətin “Vitrin” kitabında toplanmış şeirləri haqqında mülahizələr)
    s.283
    UĞURLU YОL. ХAОSUN BƏDİİ HARMОNIYASI (Ülkər Nəsibbəylinin hekayələri haqda)
    s.293
    POETİK DƏRDİN AD GÜNÜ (Rauf Sübhinin şeirləri haqda söz)
    s.296
    “OĞUZNAMƏ” HAQQINDA QEYDLƏR
    s.301
    Axundovun milli mənsubiyyəti haqda
    s.310

    IV.RETRO

    TƏLƏBƏLƏRİMİZ YENİ KİTABLAR HAQQINDA
    “RAST”DA RASTLAŞDILAR (Qərib Mehdiyevin “Rast” povesti haqqında qeydlər)
    s.312
    ŞAİRİN GÖRDÜKLƏRİ
    (Şota Salehovun kitabı haqqında)
    s.316
    “ÇƏNLİBEL” (Əlisa Nicatın kitabı haqqında)
    s.321
    YARADICILIQ ZƏHMƏT TƏLƏB EDİR
    s.325
    MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri haqqında
    s.329
    Bir yazının taleyi (“LEV TOLSTOY VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI”)
    s.342
    ƏDƏBİYYATIMIZIN AYDIN SABAHI (GƏNC YAZIÇILARIN RESPUBLİKA MÜŞAVİRƏSİNƏN QEYDLƏR)
    s.354
    ƏDƏB(iyyat) SÖHBƏTİ (esse)
    s.361


    V.KVİTESSENSİYA

    Əsər necə yaranır? (Dörd hekayənin yaranma tarixçəsi)
    s.365
    1.“Okean” necə yarandı?
    s.366
    2.“Alın yazısı” necə yazıldı?
    s.368
    3.“Bəyaz rəqs” necə meydana gəldi?
    s.370
    4.“Dekret yeri” necə yarandı?
    s.378


    VI.PERSONA

    DÜNYANIN PUŞKİNİ (Puşkinin həyatı və ölümü haqda bildiklərimiz və bilmədiklərimiz) (esse)
    s.380
    Dostoyevski türkdürmü?
    s.397
    DÜMA DÜHASI, DÜMA UZAQGÖRƏHLİYİ
    s.404
    Cek London və Martin İden
    s.407
    QRİQOL ROBAKİDZE VƏ ONUN ÜÇÜNCÜ SAHİLİ
    s.412
    Anatol İMERMANİS: “AZƏRBAYCANLILAR TƏMKİNLİ ADAMLARDIR”
    s.432
    SALİH QURTUYEVİN ƏDƏBİ BİOQRAFİYASI
    s.446
    Böyük rus şairi vəfat etdi (Yevgeni Yevtuşenko)
    s.461


    VII.ANTİTEZİS

    ƏDƏBİ HƏŞARAT
    s.464
    DİSSİDENT yoxsa XƏSTƏ?
    s.471
    “KLAS-KLAS” oyununda KLASSİKA söhbəti
    s.475
    «İSКЕS RIDISКЕS» VƏ YAХUD
    BƏZI CIĞIRDAŞLARIN MÜHAКIMƏLƏRI BU YAZININ BAŞLIĞI КIMI BAŞAYAQDIR
    s.486
    Əkrəm Əylisli nədən qorxur?
    s.490

    VIII.SPEKTR

    AZƏRBAYCAN DRAMATURGİYASI qurultaylararası dövrdə (məruzə)
    s.496
    Dramaturgiya haqda eskizlər (əlavə)
    s.557
    HƏDƏF DÜZGÜN MÜƏYYƏNLƏŞİB
    “Ulduz” jurnalının dekabr sayı haqda
    s.573
    Alla AXUNDOVA:
    “MƏN AZƏRBAYCANLA NƏFƏS ALIRAM”
    s.594
    Əkrəm Əylisli nədən qorxur?
    s.603
    Müəllif haqqında
    s.608
    Firuz Mustafanın əsərləri
    s.611




























    Firuz MUSTAFA

    Əlahəzrət söz

    Ədəbiyyat.
    Ədəbi şəxsiyyətlər.

    Formatı:70x90 1/32
    El.ünvan: firuz_52@mail.ru

    Tel.:+994 50 413 3572

    Redaktor: Fazil N. Mustafayev

    Bədii tərtibatçı: Aqşin Mustafayev

    Yığılmağa verilib: 03.08.2023
    Çapa imzalanıb: 02.10.2023
    Bakı.2023, səh.,628


    ©Firuz Mustafa.2023


    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    BAKI-2023


  • oktyabr 2026, Firuz M.

  • 5
Poetik tərcümələr

Firuz Mustafa

Poetik Tərcümələr Bakı-2026 Bədii tərtibatçı: A. Mustafa Redaktor: H.Hüseynova ©yev,2026.,səh.262 Kitabda nın dünya ədəbiyyatından etdiyi poetik tərcümə......

Əlahəzrət Söz (Ədəbi qeydlər)

Firuz Mustafa

Əlahəzrət Söz Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Fi¬ruz Mustafa əlahəzrət söz ədəbiyyat. ədəbi şəxsiyyətlər. Sizə təqdim olunan kitabda nın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Persona (Memuar)

Firuz Mustafa

Persona (memoirs) Bakı- 2027 Persona (memoirs) Oxuculara təqdim edilən kitabda nın ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı memuar janrında qələmə aldığı portret-oçerklər,......

Sən olsaydın

Dəhnəli Məmməd Hacızadə

Anıb səni ah çəkirəm dərindən, Kövrəlirəm eşidəndə adını. Sanki dünya oynayarmış yerindən, həyatımın qadını....

Pyeslər. 1-ci cild

Firuz Mustafa

Pyeslər 1-ci cild Altı cilddə Bakı-2026 Pyeslər 1-ci cild Altı cilddə Təqdim edilən kitaba nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Düşüncələr2

Şümşəd Hüseynova

İnsanlar seçimlərinin əziyyətini daim çəkir. İstər yaxşı, istərsə də pis. Hər şey kənardan göründüyü qədər gözəl və füsunkar görsənir, reallıq isə elə olmur. Gördüyümüz dəbdəbəli......

Pyeslər. 4-cü cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 5-ci cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə tarixi dramları, monopyes və monohekayələri, yaradıcılığının ilkin......

Pyeslər. 3-cü cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən cildə seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 2-ci cild

Firuz Mustafa

Altı cilddə Təqdim edilən kitaba nın......