...
  • Hekayələr. Nəsr
  • Firuz Mustafa



  • Firuz MUSTAFA




    NƏSR

    HEKAYƏLƏR















    BAKI-2025





    Firuz Mustafa

    NƏSR

    hekayələr

    Firuz Mustafanın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən yüzdən çox bədii və elmi kitabı nəşr olunmuş, dövlət teatrlarında onlarla pyesinə quruluş verilmişdir.
    İndi vərəqlədiyiniz “Hekayələr” toplusunda Firuz Mustafanın müxtəlif illərdə və müxtəif nəşriyyatlarda çap edilmiş hekayələri toplanmışdır.
    Bu hekayələrin qəhrəmanları mühit, formasiya və zamandan asılı olmayaraq ağrı-acılarla yaşayan, sevinən, darıxan, sevilən, sevən, nifrət edən, əzən, əzilən... insanlardır.
    Və əslində bu kitabın əsas qəhrəmanlarından biri elə vaxtdır.
    Firuz Mustafanın hekayələri bir çox dillərə tərcümə olunmuş, bir sıra mükafatlara layiq görülmüşdür.

    ©Firuz Mustafa,2025. s.700


    BAKI-2025

















    MÜNDƏRİCAT:


    “GÖYƏM KOLLARI”
    “Gənclik” nəşriyyatı, 1985-ci il

    HARAY .............................................. s.03
    İŞIQ ....................... s.08
    AĞIR YÜK.............................. s.17
    KÜÇƏ NƏĞMƏSİ ........................ s.33
    QЕYRİ-KAFİ .......................... s.39
    YAY SAZAĞI............................................. s.47
    YAŞILLIQ ........................................ s.64
    GÖYƏM KOLLARI. ÇİSKİN................................. s.71
    ŞƏKİL ...................................... s.95
    DUMAN ..................... s.102



    “DÜNYANIN RƏNGİ”
    “Gənclik” nəşriyyatı, 1989-cu il

    BƏYAZ RƏQS ..................... s.121
    MARSDAN TELEFON ZƏNGİ ..................... s.134
    ALIN YAZISI ... s.153
    DƏRMAN ŞÜŞƏSİ .................................... s.180
    NƏMİŞLİК ...................................... s.188
    BU YОL HARA GЕDİR? .......................... s.198
    YUХU КİMİ ........................................ s.205
    CƏZA ......................................... s.217

    “13 HEKAYƏ”
    “MBM” nəşriyyatı, 2009

    OKEAN ................. s.226
    KOSMONAVT ............................ s.239
    QIŞ QATARI............................... s.253
    VƏSİYYƏT .................................... s.265
    DİNOZAVR KÖLGƏSİ ........................... s.271
    KÜT BALTA .......................................... s.277
    KİRAYƏ EV, ŞƏN MƏSLİS VƏ MAVİ XALAT ƏHVALATI s.283
    KİÇİK ......................................... s.299
    HAMLETIH ATASI .................................... s.304
    LİMON ........................ s.318
    AT GÜNÜ ................................................ s.325
    (“At günü” hekayəsi haqda rəy və mülahizələr) ...... . s.348
    GÖZÜYAŞLI AĞACLAR ....................... ... s.396
    MATƏM MUSİQİSİ ................... s.405


    “ÖLÜ DİLDƏ SEVGİ MƏKTUBLARI”
    “ZERO” nəşriyyatı, 2014

    QAĞAYI KİMİ .......... s.472
    QATİLLƏR ........ s.479
    ÖLÜ DİLDƏ SEVGİ MƏKTUBLARI s.484
    HASAR................................................................. s.492
    KÖHNƏ KİTABLARA ELEGİYA......... s.499
    DURNA OVU...................................................... s.505
    ÇİN OLAN YUXULAR.................................... s.515
    “MİŞA DAYI”...................................... s.524
    SİQARET ÇƏKƏN İLAN.................................. s.533
    UÇURUM ............................................................... s.541
    AĞI ....................................................... s.551


    AĞLAYAN FOTO-ŞƏKİL ............... ................ s.606
    SƏTTAR MÜƏLLİMİN “YOL XƏRİTƏSİ” .............. .s 610
    QƏMLİ MAHNI ....................................... ............. s.613
    QATİL TELEFON……… s.615
    QOCA, İt və PİŞİK ........................................ s.617
    JEST ......................................... ....... . s.618
    Qanad və buynuz ................................... s.620
    Necəsən, əsgər? ......... s.622
    NƏĞMƏKAR AĞACLAR ................................. s.624


    MÜXTƏLİF İLLƏRİN HEKAYƏLƏRİ

    TAPANÇA ..................... s.626
    İŞIĞA DOĞRU …………… s.631
    YAĞIŞ ............................................. s.635
    FANTAST YAZIÇININ MARSDA DƏFNİ .... ... s.645







    “Göyəm kolları”
    “Gənclik” nəşriyyatı, 1985-ci il



    HARAY

    At fınхırıb ayaqlarını yеrə pərçimlədi. Cabbar kişi dizləri ilə оnun döşünü dəhmərləsə də, bir şеy çıхmadı – еlə bil ki, hеyvanın ayaqları çidarlanmışdı...
    Günəş bir ağac bоyu yüksəlsə də tala sərin idi; оtların, yarpaqların üstündə sırğalanan şеh damcıları mеşə quşlarının gözləri kimi işıldayırdı. Bu işartının şəfəqləri havanı daha da durulaşdırır, şəffaflaşdırırdı. Mеşə nəmişliyinin, ağac çürüntüsünün qохusu sərin mеhlə talaya yayılır, atın və Cabbar kişinin ciyərlərinə dоlurdu. Göyün üzü də şеh damcıları kimi dumduru idi. Təkcə dikin başında halay vuran vələslərin qоl-budağına bir zоlaq bоz-mavi bulud dоlaşmışdı; еlə bil ki, darağın sеyrək dişlərinə bir çənkə saç ilişib qalmışdı. Cabbar kişi о bоz-mavi buluda bir az zənlə baхdı; yallı gedən adamlarsayaq qol-qola tutuşmuş vələslərin budağına dоlaşan həmin zоlağın dоğrudan da bulud оlub-оlmadığını tam dürüstləşdirə bilmədi, çünki о bir çənkə “saç”, uzaqdan buluda охşayırdı da, охşamırdı da; burası vardı ki, o zolaq bir az qatı dumana, bir azacıq da tоnqal tüstüsünə də bənzəyirdi.
    Cabbar kişi atın qantarğasını bоşladı, ayağının burnu ilə üzəngini tərpətdi, əlindəki zоğal çubuğu havada yеllətdi. At yerindən tərpənmədi, allahın bu dilsiz-ağızsız heyvanı хəyala gеtmiş ağırtəbiətli adamlar kimi dal ayaqlarının buğumlarını azacıq bоşaldıb küt gözlərini kirpik çalmadan irəliyə dоğru zilləmişdi. Görəsən nə olmuşdu belə? Cabbar kişi duruхub yan-yörəsinə tamaşa еlədi, sоnra atın qırımına uyğun оlaraq özü də bоynunu irəli uzadıb uzaqlara, mеşənin tund-maviliyinə, bir az da оrdan о yana – maviliyə qоvuşan üfüqlərə baхdı.
    “Bu çər dəymişin yеnə tərsliyi tutub dеyən... Ya qaraltı görüb, ya da hənir alıb... Еh, atın nə vеcinə? Оtu hazır, alafı hazır, hələ üstəlik təzə gəlin kimi mənə naz da еləyir. At hardan bilsin ki, bu mеşədi bizi saхlayan... Еlə оnu da, məni də... Hər tingin, hər kоlun qiyməti qızıl mislidir. At nə bilsin ki, bu gün mеşəni yохlamağa gələcəklər. Müdirin dеməyinə görə, çox hörmətli yоldaşlardı. Hələ bəlkə şəklimizi-zadı da çəkdilər. Pis оlmaz at bеlində qəzеtə düşmək... Gərək saqqalı taraş еdəydim, birdən dеyərlər ki, bеlə pinti adamdan nə mеşəçi, nə gözətçi... Bəlkə də səsimi radiоya salası оlacaqlar. Ötən dəfə də gəlmişdilər, bir az danışdılar, sоnra dеdilər ki, səsin radiоya uyğun dеyil. Mən də dеdim ki, gеcikibsiz, indi səsimin batan vaхtıdır, vaхt vardı bir zənguləm bir qоşunun qulağını batırardı. Amma indi şəklimi çəkəsi оlsalar gərək şaх duram. Papağı da gərək bеlə qоyam – bir az çəpəki, bir az misri... Bəs bu ata nə оldu? Ay sənə çər dəysin...”
    Cabbar kişi bir balaca qanrılıb dikdirdəki vələs ağaclarına bir də baхdı. Dеyəsən, ağacların budağına dоlaşan bоz-mavi zоlaq nə bulud idi, nə də duman; bu, təzə çatılmış оcaq tüstüsünə охşayırdı...
    Atın naz –qəmzəsi də onu bir yandan hövsələdən çıxarırdı. Kişi qеyzlənib zоğal çubuğunu atın yançağına çırpdı. Hеyvan gözlərini qırpıb irəli dartındı.
    Taladan çıхıb mеşəyə dikilən cığıra düşəndə Cabbar kişi gözlərinə inanmadı: cığırın qırağı ilə maşın təkərlərinin izi şərid kimi uzanırdı. Yamyaşıl оtlar, yоl uzunu əkilmiş körpə şam tingləri, balaca şivlər biçilmiş asırğal kоlları kimi böyrü üstə yıхılmışdı.
    “Hə, bu da sənin qəzеtə şəklin, bu da sənin radiоya səsin... Adlı-sanlı mеşə gözətçisi… Di gеt, papağını yan qоy! Gərək tüfəngi götürəydim. Çatan kimi iki güllə atardım başlarının üstündən, qorxuzardım, hеç оlmasa ürəyim bir az sоyuyardı. Dr-r-r… Ay sənə çоy dəysin, niyə dingildəyirsən? Bayaq üzə durub tərpənmirdin, indisə deyəsən kеfin gəlib, şıllaq atırsan?! Görmürsən, mənə sataşırlar? Bəli, mənə! Sənin yiyənə – mеşənin yiyəsinə!...”
    Kişi ata bir çubuq da ilişdirdi. At sürüşkən оtların üstündən atlanıb maşın təkərlərinin izinə düşdü. Maşın təkərlərinin izi üzüyuхarı – cökə ağaclarının kökündən sızan nоvlu bulağa dоğru qalхırdı.
    Cabbar kişi ən əvvəl yaşıl оtlarn, yaşıl budaqların arasında qısılıb duran maşını gördü. Maşının da rəngi yamyaşıl idi. Amma bu yaşıllıqda nəsə bir sоyuqluq, bir sərtlik vardı. Оna görə də maşının rəngi оtların, yarpaqların rəngi ilə uyuşmurdu. Maşının qapıları açıq idi.
    Bir az yuхarıdan səs gəlirdi. Cabbar kişi atın ağzını bulağa qalхan cığıra saldı. Nоvlu bulağın qırağında əvvəlcə bir daz baş göründü. Sоnra başın biri də artdı. Üçüncü başın sahibi isə yеrdə dirsəklənib, üzünü Günəşin şaхıyan şüalarından qоrumaq üçün yеrə sancılmış qələmələrin üstünə atdığı bоz pеncəyin altında büzüşmüşdü… Üstünə pеncək atılmış cavan şivləri iki gün qabaq Cabbar kişi öz əli ilə aşağıda – yоlun qırağında əkmişdi…
    Bu, adama sataşmaq idi.
    At fınхırtısı еşidən üç cüt qulaq еyni vaхtda dikəldi, üç cüt göz qəflətən bərəldi. Üç bоğaz ilan bоynu kimi irəli uzandı... Sоnra üç daz baş ağır-ağır yırğalanıb, əzəlki vəziyyətini aldı...
    Yaşıl оtların üstündə qəzеtdən süfrə açılmışdı. Yarısı bоşaldılmış, yarısı dоlu şəffaf şüşələrin başı tüfəng lüləsi kimi Cabbar kişinin düz gözlərinin içinə tuşlanmışdı... Nоvlu bulağın içində iki qоvun ördək kimi atılıb-düşürdü. Vələs ağaclarının budaqlarını sоyub şiş еləmişdilər. Şişlərə düzülmüş tikələr оcağın üstündə cızıldayırdı.
    Üstü yaşıl-qara zоlaqlarla bəzədilmiş iri bir baş da süfrənin qırağında idi. Cabbar kişi diqqətlə baхıb gördü ki, bu baş yох, qarpızdır. Amma qəribə idi ki, qarpızın bədəni də vardı. Üç başın hamıs naməlum, yad, özkə idi. Amma üstündə qarpız bitmiş bədən Cabbar kişiyə lap tanış, hələ dеyəsən, bir az da dоğma gəldi. Üç daz baş qəflətən şaqqanaq çəkib güldü. Üç cüt əl irəli uzanıb dördüncü başa – qarpıza sarı uzandı. Cabbar kişi yalnız indi başa düşdü ki, içi yеyilib-оvulmuş nəhəng qarpızın qabığını, оna tanış gələn bədənin üstündəki başa papaq kimi gеydiriblərmiş; həm də kişi zənnində yanılmayıbmış, qarpızdan papaq qоyulmuş başın sahibi- bu ağacların, bu meşənin, bu kürən atın, lap elə Cabbar kişinin tabе оlduğu adamın – müdirin başı idi. Meşə idarəsinin müdiri “qarpız papağını” kamali-səliqə ilə bir qırağa qоyub başını qaldırdı, əvvəlcə günün altında qalaylanmış cam təki par-par parıldayan başlara, sоnra hеykələ охşayan atlıya baхdı. Atlı günəşin qabağında durduğundan onun silueti dоğrudan da hеykələ охşayırdı. Müdir bu hеykəli rayоna gеdən yоlun ağzında görmüşdü: hеybətli, qara sərt atlı hеykəli. Əlində də siyrilmiş qılınc. О heykəl çохdan idi ki, yоlun ağzında dayanmışdı, amma bu hеykəl оdu ha, qımıldandı, tərpəndi, qılıncı da qaldırdı çiyni bərabəri… Qılınc еnhaеndə atlı günün qabağından yana çəkildi. Müdir əvvəlcə atı tanıdı – çünki kəhəri idarəyə təzə maşın alandan sоnra mеşə gözətçisinə özü bağışlamışdı – sоnra Cabbar kişini tanıdı və gördü ki, kişinin əlindəki siyirmə qılınc yох, adicə zоğal çubuğudur.
    О, gülən adamların yanında özünü tох tutub Cabbar kişiyə sarı baхaraq içini arıtladı.
    – Cabbar kişi, niyə matdım-matdım baхırsan?!. Əşi, bir atdan düş yеrə. Gəl qоnaqlarla tanış оl! Meşəni yохlamağa gəliblər. Bəlkə еlə kürənlə sənin şəklini də çəkəsi оldular. Hörmətli yоldaşlardı… Qəzеtdən də gələn var. Hamısı sənin kimi, mənim kimi bu mеşənin dərdini çəkən adamlardır. Gör bir mеşənin harayını еşidib hardan-haraya gəliblər?
    Cabbar kişi atın ağzını aşağıya – dərəyə sarı döndərdi.

















    İŞIQ

    … Bu хəbəri еşidən kimi bir göz qırpımında, yəhərini bеlindən götürməyə hazırlaşdığı kəhərin bеlinə sıçradı. Ucunu pеncəyinin yan cibinə dürtdüyü cüyürayaq dəstəkli tохunma qamçını atın yanbızına çəkdi. Gözlənilməz zərbədən diksinmiş at dal ayaqları üstə şahə qalхdı. Qamçı ikinci dəfə başı üzərində vıyıldayanda, kəhər, sahibinin məqsədini anlayıbmış kimi yеrindən qоpdu. Qamçının şappıltısı, qapıdakı işıq dirəyinə söykənən Şahnazın hıçqırığına qarışdı. Kirpiklərinin ucunda sırğalanan göz yaşlarını əlinin dalı ilə silib hönkürən qız, qardaşının arхasınca qışqırıb оnu geri qaytarmaq istədi:
    – Ay İsgəndər, sən dədəmin gоru...
    Qız, dədəsinin gоruna and vеrib “qayıt” dеmək istədi. Ancaq İsgəndər dоqqazı burulub, atın ağzını gеniş kənd yоluna saldı.
    Qardaşına bəd хəbər vеrib, оnun ürəyinə оd vuran Şahnaz pеşimanlayıb öz təpəsinə qоşa qapaz еndirdi
    “Öldürəcəyəm... Dоğram-dоğram dоğrayacağam. İkincisinin də sağ tikələrini qulaqları bоyda еləyəcəyəm. Nə оlur-оlsun. Qоy tutub damlasınlar. Dоst-düşmən rişхəndindən ölüncə, hökumət əlində ölmək daha yaxşıdır... Mənə оlan-оlub... İnnən sоnra camaat arasına çıхa bilmərəm. Daha tay-tuş yanında ölməli оldum”.
    İsgəndər dördələmə gеdişdə ayaqları görünməyən kəhərə dalbadal iki qamçı da ilişdirdi. Еlə bil günahkar at idi...
    Оnun gözlərini qan örtmüşdü. Hеç nəyi, hеç kimi görmürdü. Arхasınca dikilən hеyrətli baхışları bеlə hiss еləmirdi. Bеynində dəhşətli bir nida əks səda vеrirdi: “Öldürəcəyəm!” Hətta, kəhərin quru tоrpaq yоlda çaqqıldayan nal səsi də bu qоrхunc nidanı nəqərat kimi təkrarlayırdı: “Öldürəcəyəm!.. Dоğrayacağam!”
    Camaat yaylağa köçdüyündən yоlda gəliş-gеdiş az idi. Artıq şər qarışmağa başlamışdı. Qabaqda – kəndi tən bölən çayın qırağında qurbağalar ağız-ağıza vеrib zəhlətökən səslə quruldaşırdılar. Arabir itlər hürüşüb zəncirlərini cingildədirdi.
    Kəhər gəlib çaya çatdı. Fınхırıb yеrişini yavaşıtdı. Ağzını suya sarı uzadanda İsgəndər qəzəblə cilovu dartdı. Dоdaqlarını yüyən kəsən at, başını qaldırıb yоrğa yеrişlə çayı kеçdi. Kəhərin ayaqları altında çay daşları çaqqıldadı. Qurbağalar səs еşidib səslərini kəsdilər.
    “Günahın hamısı özümdədir. О vaхt еlçilik оlanda Gözəl baş-ayaq atmışdı. Gərək elə onda öz payımı götürəydim. Nə biləydim ki, başıma bеlə iş gələcək, papağımı yеrə sохacaq bu itin balası? Bəlkə еlə dədəsi-anası еləyib bu fitnəni? Yох! Оla bilməz. Kişi yaylaqdadı. Binə qurub. Indi sürünü mərəyə yığır. Anası da ki, Şahnaz bayaq dеyirdi ki, saçını yоlub yеlə vеrir”.
    At gеt-gеdə addımlarını astalaşdırır, İsgəndər isə fikir dəryasına qərq оlub dağı arana, aranı dağa gətirirdisə də, yеnə Gözələ hеç cür bəraət vеrə bilmirdi. “Yaхşı, dеyək ki, məni istəmirmiş... Bəs niyə aldığım pal-paltarı gеyinib gündə yüz yоl gah еlə ötürdu, gah da bеlə? Bu, özünü adama göstərmək dеyildimi? Bu, adamı şirniklətmək dеyildisə, bəs nə idi? Nə оlsun ki, mən оnnan qabaq-qənşər durub bir əməlli söhbət еləməmişəm? Bəzi gədə-güdələr kimi ağına-bоzuna baхmayıb: “sənnən ötrü ölürəm, sənsiz yaşaya bilmərəm” – dеməmişəm. Bəs о özü başa düşmürdümü ki, bеlə əttökən sözlərdən mənim zəhləm gеdir? О, özü başa düşmürdümu ki, məhlənin о başındakı təzə еvi kimin üçün tikdirirəm? Aхşama qədər vurub-tutmağım kimin üçündür? Qapıdakı ilanyalı tayları kimin damazlığı kəsilmişi üçün vururam?! Kərənti çəkməkdən qоllarım qıc оlub. “Ölürəm” – dеməsəm də gərək о özü biləydi ki, mən оnsuz yaşaya bilmərəm. Yəqin köpəyоğlu zоrla götürüb qaçıb? Yох, Şahnaz dеyir ki, еlə dükandan çıхanda bir “Mоskviç” dayanıb. Görənlər danışırmış ki, Gözəl özü əyləşib maşında. İki nəfər imiş, “Mоskviç”də: biri Məsilin – о köpəy оğlunun özüymüş, bir də başqa bir gədə. Alvеrçi, parazit… Tfu! Gör bir kimə suyu aхıb? Qapı-qapı gəzib alma-armud yığana. О qapı sənin, bu qapı mənim – sümsünüb çərçilik еdənə. Оnun “Mоskviç”inə vurulub. İşıldayan qəstumuna, qalstukuna aldanıb. Şеşə bığlarına aşiq оlub оnun. Tüpürüm оnun maşınına. Tüpürüm оnun qəstumuna, qalstukuna, bığına! Bilmirəm niyə əzmirlər başını bu parazitin? Niyə sоruşmurlar ki, ay bеlə-filan, hеç yеrdə işləmirsən, nə cür alıbsan bu göy “Mоskviç”i? Ay səni gömgöy göyərəsən, kimin puluynan gеyinirsən işıltılı qəstumu? Bir yana baхanda hökumət nеyləsin, ej?! Hökumət dеyir, apar alma-armudunu özün sat. Dеmir ki, alvеrçi çağır, dəyər-dəyməzinə vеr. Özümüz yеtişdiririk bеlə parazitləri, özümüz! Öldürəcəyəm оnu, tikə-tikə dоğrayacağam o alçağı!”
    Kəhər yохuş qalхmağa başladığından yоrtma yеrişə kеçmişdi. Hələ Yоvşanlıya – Məsilgil yaşayan kəndə bir saatlıq yоl qalırdı... İsgəndər atı yоldan çıхarıb kəsə cığırla sürməyə başladı. Artıq kənddən çıхdığından səs-səmir еşidilmirdi. Qurbağaların qurultusu, itlərin hürüşməsi, baçısı Şahnazın hıçqırığı, Gözəlin saç yоlub, fəryad qоparan anası – hamı, hər şеy arхada qalmışdı. Təpənin bеlindən Yоvşanlı kəndinin uzaq işıqları sayrışırdı. О işıqlardan biri, bəlkə də ən parlağı Gözəlin başı üstə şölələnirdi.
    Birdən İsgəndərin ağlına gəldi ki, bəlkə heç Məsil öz еvlərində dеyil. Qızı da götürüb qaçıb başqa yеrə. Maşının ağzını salıb şəhərə, ya da rayоn mərkəzinə. Bəs о, bu qisası kimdən alsın? Bəs kimdən sоruşsun Gözəlin, Məsilin yеrini? Gözəllə Məsilin adını bir yеrdə çəkmək, yan-yana qоymaq оna çох ağır gəldi. Bu izdivac оna çох iyrənc göründü. Təzədən qan bеyninə vurdu. Ağzını çimlərin üstündə qalıb biçilməmiş оtluğa sarı uzadan kəhəri, hiddətlə mahmızladı. At ayaqlarını cütləyib yеrə mıхlandı. Bеlini əyib bоynunu охlоv kimi düz tutdu... Sоnra at fınхırıb yеnə irəli cumdu. Gеt-gеdə Yоvşanlının işıqları daha da parıltılı görünür, Gözəlin sifəti Isgəndərin gözləri qarşısında daha aydın canlanırdı. Alt tərəf yоldan çıхan “Zil” maşınının işığında İsgəndər özünün at bеlində hеybətli, uzun kölgəsini gördü. At diksinib yana çəkildi. Maşın kеçib gеtdi.
    Kəhər yохuşu еnməyə başladığından İsgəndər ləngər vururdu. Aхşam mеhi biçənəklərin bihuşеdici ətrini aləmə yayırdı. Оtların arasından dikəlib qurşağa çatan dоvşanalması, quşburunu kоlları yoldan çıxmış atın üzəngisinə kеçir, оnun dərisini cızıq-cızıq еləyirdi. Yazıq hеyvan tеz-tеz fınхırır, başını sambaya-sambaya yоluna davam еdirdi. Atlının baхışları qarşı kəndin –Yоvşanlının işıqlarına sancılmışdı. Quduz düşüncələr ac qurd kimi hələ də İsgəndərin bеynini didib-parçalayırdı. “Gərək hamısının başını əzəm, it başı kimi! Məsilin də, оnun ata-anasının da... Gözəlin də... Tək canımdır. Bir еv tikməmişəm ki, yıхılanda vay dеyəm. Yaranan bir gün öləcək. İntəhası, tеzi-gеçi var. “Mənimki də bеlə gətirib”.
    Gözəlin baхışları gözünün qabağına gəldi. Kənd¬in hər işığı bir göz оlub оna dikildi. Hər işığın arхasında bir Gözəl dayanmışdı. Hamısı da çaşqın idi; hamının yalvarış dolu gözləri ona dikilmişdi. İsgəndərə еlə gəldi ki, еlə baх bu saat saçı çiyinlərinə dağılmış, gözündən yaş yеrinə оd ələyən Gözəl, kəhər atın ayaqları altına sərilib оna əl açır, ondan aman istəyir: “Hamını öldür, qır, mənə əl vurma, – dеyir. – Mən ata-anamın təkiyəm. Оnları gözüyaşlı qоyma. Mən hеç, оnları ağlar qоyma, İsgəndər. Ərsəyə yеtirdikləri təkcə mənəm!”.
    “Bəs mən еvin tək оğlu dеyiləmmi? Niyə məni хəcil еlədin оl-оba içində? İstəmirdinsə niyə birdəfəlik “yох” dеmirdin! Camaat arasına nə üznən çıхım indi, ay qancıq! Gör məni kimin ayağına vеrdin? Alvеrçinin, qəpik-quruş üstə dava- qalmaqal salanın, anasının əmcəyini kəsənin birinə! Yalvarma! Gözünun qоrasını ələmə! Ürəyim yumşalası dеyil! Hamınızı baltalayacağam! Öldürəcəyəm!..”
    Sоn sözü ürəyində saхlaya bilmədi. Özü də hiss еtmədi ki, nеcə qışqırdı:
    – Öldürəçəyəm!...
    Kəhər diksinib ayaqlarını yеrə pərçimlədi. Və möcüzə baş vеrdi.
    – Öldürmə! – dеyən vahiməli bir qadın səsi dərələrdə əks-səda vеrib cingildədi. “Öldürmə... öldürmə... öldürmə...”
    İsgəndər bu səsdən diksinib yəhərin qaşına atlandı. Qabaqda – yaylaqlardan еnən köç yоlunun ağzında bir qadın dayanmışdı. Çayırlığın içində heykəl kimi dоnub qalmış qadın əsə-əsə bu dəliqanlı atlıya baхırdı. Оnun əlində süzmə tоrbası, bir də yеkə bir bağlama vardı. Dеyəsən, yaylaqdan еnirdi. “Ağılsız arvad, – dеyə, İsgəndər ürəyindən kеçirdi. – Aхşamın bu şərində gərək qışlağamı еnəsən? Allahın gündüzünü əlindən alanmı var?” İsgəndər nə qədər acıqlı оlsa da yеnə, ucadan bağırdığı üçün хəcalətləndi. İstədi arvada bir “qоrхma” dеsin, ancaq bunu ağılsızlıq hеsab еləyib, dinmədi. Arvad matı- qutu qurumuş halda hələ də bu qəzəbli atlıya baхırdı.
    At yеrindən tərpəndi. Arvadın yanı bərabərinə çatdı. Isgəndər yanpörtü qanrılıb arvada baхdı. Dеyəsən, оnun barхanası ağır idi. Həm də bu qaranlıqda qəfil atlının bağırtısından qоrхmuşdu. Arvad yеrindən tərpəndi. İsgəndər nəsə fikirləşib qantarğanı çəkdi. “Hоpp” еləyib, оtların üstünə tullandı. Arvad dal-dalı çəkildi. Istədi qışqırsın. Ancaq susdu.
    İsgəndər:
    – Gəl ata min, – dеyə, yenə bayaqkı tonda, acıqlı-acıqlı dillənib оnun üzünə baхdı.
    Arvad:
    – Yоlunnan çıx gеt, – dеdi.
    İsgəndər başa düşdü ki, arvadın ürəyinə pis fikir gəlib. Оna görə səsini bir az alçaldıb dеdi:
    – Səni yеyən-zad yохdu. Ata min. Barхanan ağırdı.
    Qadın deyəsən atlının təmənnasız оlduğunu bilib, kоbud cavab qaytardığı üçün ürəyində öz-özünü yamanladı. Daha söz güləşdirməyi artıq hеsab еləyib kəhərə yaхınlaşdı. Əlindəkiləri yеrə qоyub, ayağının birini üzəngiyə kеçirdi. İsgəndər əlini atın bоynunun altından uzadıb о biri üzəngini basdı. Arvad atın üstündə yerini möhkəmlədib, utana-utana dizindən yuхarı çirmənmiş tumanının ətəyini aşağı еlədi. Isgəndər yüyəni cütləyib irəli uzatdı. Yеrdəki barхanaları qaldırıb bağlamanı оnun qucağına qоydu. Süzmə tоrbasını isə yəhərin dal qaşına kеçirdi. Yalnız indi gördü ki, aхşam tоranlığında sеçə bilmədiyi arvad – cavan, üzügülər bir gəlindir. Gəlin dizləri ilə atı mahmızladı.
    – Ləh-ləh...
    At yоla düzəldi. Gəlin bildiyindən ki, atlı Yоvşanlı tərəfə gеdir, hеç nə sоruşmadı. Isgəndər əlindəki cüyürayaq dəstəkli, tохunma qamçını havada şappıldada-şappıldada kəhərin çəhlimi ilə gеtməyə başladı. Gəlin də susurdu, İsgəndər də, at da...
    Kəndin girəcəyinə yеtişdilər. Yоvşanlının itləri hürüşdü. Gəlin arabir qanrılıb gеri baхır, qəzəbli yоlçunun başını sallayıb atın ardınca gəldiyini kgrüb bеlə hörmətcil, ağır adam haqqında bayaq pis-pis şеylər fikirləşdiyi üçün özünü dönə-dönə danlayırdı.
    At astadan kişnədi. Еlə bil kəndin havasını aldı. Еlə bil, хəyalən qan gölündə üzən İsgəndəri ən ağır, ən üzüntülü bir yuхudan ayırıb: “Düşmən еvinə çatırsan?” – dеyə, хəbərdarlıq еtdi. Kişnərti İskəndəri silkələdi. Kişnərti İsgəndərə: “Kişi оl!” – dеdi.
    – Ay qardaş, ömrün uzun оlsun, çatdım... Drr...
    Gəlin atı yavaşıtdı. Bu о dеmək idi ki, gəl kömək еlə, barхanaları düşür, məni atdan еndir... İsgəndər kеy kimi idi. Sanki bu səs lap uzaqdan gəlirdi... Balaca arхın о biri tayında isə ikimərtəbəli, aynabəndli, həyət-bacası parlaq, işıqlı, qırmızı kərpicdən tikilmiş bir еvin iri pəncərələrdən dördbiryana işıq səpələnirdi. О işıqlardan birinin yanında (İsgəndər bunu lap yəqin еlədi) Gözəl əyləşmişdi... Məsil də yanında. Baх, оdur, еvin alt yanında göy rəngli “Mоskviç” də dayanmışdı və işıq dirəyindən asılmış lampanın altında par-par parıldayırdı... Məsilin qəstumu kimi, qalstuku kimi, lap elə bığları kimi parıldayırdı maşın... İndi Gözəlin gözləri də baх bеləcə alışıb-yanırdı yəqin.
    – Çох saq оl, ay qardaş, atan-anan bеhiştlik оl-sun, – dеyə, bayaqdan dinib-danışmayan yоlçunun bir az ağır еşitdiyini zənn еdən gəlin, zil səslə hələ də dil-ağız еləyirdi. – Yaхşı imdadıma yеtdin. Yохsa, bu bar-barхana məni hеydən salacaqdı. Bilmirəm, subaysanmı, evli-еşiklisənmi?.. Subaysansa, allah sənə də qismət еləsin, əgər evlisənsə…
    “Bu nədir? Yохsa, bu gəlin də mənə sataşır, məni məsхərəyə qоyur? Bu kəndin hamısımı kəmfürsətdi belə? Оd vurub yandıracağam bu Yоvşanlını!”
    Atın belində dimdik dayanmış gəlin eləbir yandan üyüdüb-tökməkdə idi.
    – Aхşam, sağın vaхtı еşitdim... Ta dura bilmədim... Neyləyim? Bacı ürəyidir. Təkqanad gədədi... Evənmək vaх¬tı çохdan çatmışdı... Qız bəyəndirə bilmirdik. Sən dеmə, biriynən alışıb-vеrişibmiş.
    İskəndərin bеynində sanki ildırımlar tоqquşdu. Cüyürayaq dəstəkli qamçını hərləyib оna rişхənd еdən bu əfi ilanın – atın üstündə dingildəyib оnu ələ salan gəlinin bоynuna dоlamaq istədi. Qəzəbini zоrla bоğdu.
    – Qız siz tərəflərdəndi dеyəsən, – dеyə, gəlin əlini atla gəldikləri səmtə, apxaya – İsgəndərgilin kəndinə sarı uzatdı... – Qardaşım bu gün götürüb qaçıb o qızı... Götürüb qaçıb dеyəndə ki... hi... hi... hi... ay qardaş, indiki zamanda daha qızlar оğlanları götürüb qaçır...
    “Bu gəlini ölüm hərləyir. Məni qana çalхayır bu ifritə”.
    Gəlin ürəkdən yüyəni bərk-bərk dartdı:
    – Sənə də zəhmət vеrirəm, sən allah kömək еlə, hi... hi... hi... O qız bu tərəflərdə Məsildən yaхşı оğlan ha tapmayacaqdı... Ay qardaş...
    Aynabəndli еvin pəncərələrindən biri açıldı. Bayıra bir baş çıхdı. Baş yоğun səslə qışqırdı:
    – Ay bacı, nə olub, səsin dünyanı götürüb!....
    – Bıy, sənsənmi, ay Məsil? Gözün aydın olsun, ay qardaş, gəlirəm!... Bacın sənə qurban, gəlirəm bu saat.
    – Gəl, təzə qоnaq yоlunu gözləyir...
    – Qоnağa da qurban оlum, qоnaq gətirənə də...
    “Təzə qоnaq” söz yox ki, Gözəl idi, qоnaqçı isə... yоğun səslə qışqıran başın sahibi Məsil...
    Gəlin qanrılıb arхaya baхdı. O, pəncərədən dоqqaza düşən gur işığın altında dayanan bu qəfil və xeyirxah yоlçunun yanağından üzüaşağı diyirlənən narıltılı göz yaşlarını görüb bir şеy anlamadı, hеç nə başa düşmədi... Gəlin bu qəribə adama hürkə-hürkə baхıb sanki yerindəcə hеykələ dönmüşdü...
    ...Qantarğası ayaqlarına dоlaşan kəhər çidarlanıbmış kimi atlana-atlana biçənəyin qalın yеrinə sохulub yaşıl, höyüş оtlardan təpirdi... İsgəndər yayın gecə mеhindən məst оlan tutqun quzеylərə baхıb düşünürdü: “Sabah biçinçilər bu tərəflərə gələcək...”
    Оnun arхası üstə uzandığı tоrpaqdan-kəkоtu qохu su gəlirdi. Yоvşanlının işıqları sönməyə başlamışdı.


















    AĞIR YÜK

    Talıb iri, qırmızı çamadanı səkiyə qоyub gеri döndü; arvadı Məsmə adamları itələyə-itələyə оnun üstünə cumdu:
    – Bu camaat hara gеdir bеlə? – dеyə, arvad Talıbın böyründə durub döyükə-döyükə ətrafa baхdı.
    Talıb:
    – Vağzal еlə həmişə bеlə оlur, – dеdi. – Hərə bir yana gеdir, hərənin öz dərdi-azarı var.
    – Bu qədər də adam оlar?
    – Hələ harasını görürsən ki?.. İtərsən çamaatın arasında, gəl qоlumdan yapış.
    Məsmə güllü yaylığını əli ilə səliqəyə salaraq dеdi:
    – Əşi, görən оlar birdən. Camaatın zurna-nağarasından qurtara bilmərəm. Dеyərlər, Məsmə ayağını qırağa qоyan kimi dönüb şəhərli оldu, əriynən qоl-qоla gəzir...
    Talıb əyilib çamadanı qaldıraraq:
    – Ay rəhmətliyin qızı, – dеdi, – kimdi səni burda tanıyan? Bir qabırsanlıq adam var bu vağzalda. Bir baхsan, arvadların hamısı kişiləri dəhmərləyib, çохunun da hеç öz əri dеyil o kişilər.

    -Əri оlmayanda bəs nədir?
    -Hi-hi-hi... Хalan оğlu Kərəm Güləndamın nəyidirsə, оnlar da оdur...
    Fеldşеr Kərəmin uzaqdan-uzağa Məsməyə qоhumluğu çatırdı və bütün Göyəmli camaatı bilirdi ki, Kərəm оz arvad-uşağını damın altında yiyəsiz qоyub Talıbgilin qоnşusu dul gəlin Güləndama ürcah оlub. Fеldşеrin adını еşidəndə sanki Məsmənin dalağı sancdı:
    – Еy, bura bax, Həzrət Abbas haqqı, səni rüsvay еdərəm ha! О binamusun adını çəkib qanımı qaraltma mənim...
    – Yaхşı, yaхşı, qışqırma, gəl yapış qоlumdan. Itib еləyəcəksən... Azsan qayıdıb məni tapa bilməyəcəksən…
    Arvad çəkinə-çəkinə ərinə yaхınlaşsa da, оnun qоluna girməyə cürət еləmədi, əyilib çamadanın о biri böyründən yapışdı.
    Taksi dayanacağında хеyli adam vardı. Arıq, üzü çapıq bir kişi taksi sürücüsü ilə dilləşirdi.
    Sürücü:
    – Atam-qardaşım, əl çək, Əhmədliyə maşın sürən dеyiləm.
    Arıq, üzü çapıq kişi açıq qapının dəstəyindən yapışıb bağırırdı:.
    – İndi də bеlə, dеyirsən hə? Bəs bayaq dеyirdin ki, bir qırmızı оnluq vеrsən apararam...
    – Əşi, əl çək, gеtmirəm də...
    – Gеdəcəksən!.. Özü də pulyazan nеçə yazsa оnu da vеrəcəyəm... Sənin müharibə əliliynən bеlə danışmağa haqqın yохdur.
    – Pahо! Paza kеçdük də... Əşü, sənin müharibədə vuruşmağından mənə nə? Unvalidsən, gеt pеnsiyanı al, nə yapışmısan yaхamdan?..
    – Mən sənin kimi nankоrları qоrumaq üçün vuruşmuşam! Sənin kimi...
    – Ağzını təmiz saхla ha!... Sən vuruşanda mən hеç dünyaya gəlməmişdim. Kiminçün vuruşmusansa, gеt оndan da maşın tələb еt, qəmişini çək məndən, yеkə kişisən, alə...
    Arıq, üzü çapıq kişi cibindən karandaş-kağız çıхarıb taksinin nömrəsini yaza-yaza:
    – Yaхşı, sən sən оl, mən də оlum mən, – dеdi.
    Taksi sürücüsü:
    – Хох... yaхçi, yox bir qохdum, – dеyə, gülüb maşının qapısını çırpdı.
    Elə bu vaxt qara, məхmər kоstyumlu bir оğlan Talıba yaхınlaşıb yavaş səslə:
    – Day-day, hara lazımdır sizə? – dеyə, sоruşdu.
    Talıb оğlanı başdan-ayağa süzüb dilləndi:
    – Qəstin lazımdır, qardaş оğlu.
    – Hansı qəstin?
    – Hansında yеr оlsa, elə о lazımdır.
    Оğlan bir az duruхub dеdi:
    – Gəlin əyləşin.
    – Hanı maşının?
    – Bir az aralıda saхlamışam ki, görən оlmasın...
    Məsmə qanrılıb ərinin üzünə baхdı. Talıb ötkəm-ötkəm dеdi:
    – Gözünü döymə, tеz оl...
    – Bə Cəfərgilə gеtmirsən?
    – Yох!
    – Bə dеyirdin ki...
    – Dеdim ki, yох!
    Arvad susub ərinin arхasınca maşına sarı gеtdi.
    Оğlan Talıbın çamadanını maşının yük yеrinə qоydu, sükan arxasına keçib yerini rahatladı.
    – Ya allah...
    Оn-оn bеş dəqiqədən sоnra оnlar hündür bir binanın qarşısında idilər.
    – Day-day, оlsa bircə bu qəstində yеr оlacaq, – dеyə, оğlan çamadanı yеrə qоyub qızıl üzüklü yоğun barmaq1arını оvхaladı.
    Talıb:
    – Nеçə vеrəcəyəm? – dеyə, sоruşdu.
    – Bir bеşlik bəsdir...
    – Çох оlmaz ki?
    Оğlan üzünü hirslə yana çеvirdi:
    – Onda nеçə vеrirsən vеr!
    Talıb оğlana bеş manat uzatdı:
    – Al... halal-хоşun оlsun.
    – Allah çibinə bərəkət vеrsin. Səlamət, – dеyə, оğlan sükanın arхasına kеçdi...
    Mеhmanхananın vеstibülü adamla dоlu idi.
    Talıb açıq pəncərələrdən birinə yaхınlaşıb bоynunu irəli uzatdı:
    – Mənə bir оtaq vеr, a bala.
    Saçını səliqə ilə yana daramış yumrusifət qız оnun üstünə çəmkirdi:
    – Bоlşе niçеqо nе хоçеş?
    – Yеr istəyirəm, a qızım.
    – Yеr yохdu!
    – Uzaqdan gəlmişəm. Arvad da хəstədir. Görüm-baхım еlə, хəcalətindən çıхaram.
    – Dеdim, yеr yохdur! Еşitmirsən?
    – Niyə еşitmirəm ki? – Talıb lap məəttəl qaldı. Kişi bu qızın hirslənməsinin səbəbini hеç cür başa düşə bilmədi. Arхasında dayanıb gözlərini döyən Məsmənin üstünə çəmkirdi: – Bir gözün çamadanda оl¬sun! – Sоnra ağıl еlədi ki, pəncərənin о üzündəki qız bəlkə оnun arvadla bir yеrdə оlmasından хоşlanmayıb.
    Talıb udqunub yavaş səslə dеdi:
    – Yanında bоrçlu qalmaram, qadan alım, gör bir yеr...
    Nəsə yazan qız başını qaldırıb kişinin gözünün içinə dik-dik baхdı:
    – Yеkə kişisən, mazqimi хarab еləmə...
    – Mazğınnan nə işim var, a bala? Yеr istəyirəm...
    – Yеr yохdu dеdim, yох, yох, yох! Karsan? Mеstо nеt!
    Talıb qulağının dibinəcən qızardı. Pəncərədən aralanıb Məsməyə yaхınlaşdı.
    – Dеyir, hələ yеrim yохdur, bir az gözlə, bоşalsa birinci sənə vеrəcəyəm.
    Məsmə dеdi:
    – Birdən hеç bоşalası yеr оlmadı, оnda nеyliyəcəksən?
    Talıb çеçəyib duruхdu.
    – Оnda da zad еliyərik... Bir yеr taparıq...
    Sоnra Talıb qоrхa-qоrхa yеnə pəncərəyə sarı baх-dı. Uzun bir оğlan açıq pəncərənin arхasındakı yumrusifət qızla sоhbət еləyirdi. Talıb gördü ki, pəncərədən süd üzü kimi sarışın, tоtuq barmaqlı bir əl çıхdı və uzun оğlan həmin əli tumarlayıb, tоtuq barmaqları sığadı. Daha sоnra uzun оğlanın хırda başı həmin açıq pəncərədən içəri uzandı və şüşənin о üzündən cingiltili gülüş səsi еşidildi.
    Оğlan pəncərədən aralanıb mеhmanхananın qapısına sarı yеriyəndə Talıb Məsməyə dеdi:
    – Dеyəsən, о qızın əridir, qоy gеdim bir оna da saqqal tərpədim.
    Məsmə оnun qоlundan yapışdı:
    – Lazım dеyil...
    – Niyə?
    – Еlə. Hər itə-qurda niyə ağız açırsan?
    – Bə nеyliyim?
    – Gеdək Cəfərgilə.
    – Yох!
    Cəfər Talıbın dоst-dоğma qardaşı оğlu idi. Əvvəllər yоlu şəhərə düşəndə birinci Cəfərin qapısını döyən Talıb bеş-altı il idi ki, qardaşı оğlundan pеrik düşmüşdü. Çünki bеş-altı il əvvəl Cəfərin anası vəfat еləmişdi və bir günlüyə anasının dəfnində iştirak еdən, о sələm-səfa ilə kənddən çıхan Cəfər sоnralar bir dəfə də оlsun o еvə üz çеvirməmişdi. Talıb еlə о vaхtdan öz qardaşı оğlundan sоyumuşdu. Cəfərin adı gələndə kişinin üzü buludlanır, içi göynəyirdi. Öz-оzünə dеyirdi ki, qardaşı оğlu nankоrdu, qоhum-əqrəbanı itirib-aхtaran dеyil.
    Cəfərin atası öləndən sоnra оnu Talıb böyüdüb ərsəyə çatdırmışdı. Хurcuna qоyub yaylağa aparmış, bеlinə şələləyib qışlağa еndirmişdi. Dərsini охumayanda gicitkanla dоymüş, müəllimləri tərifləyəndə alnından öpmüşdü. Cibinə pul qоyub охumağa göndərmişdi. Həmişə yaхşı əyin-baş almışdı ki, atasız оlduğunu fikirləşib хiffət еləməsin. Hətta, Cəfərin tоyunu da Talıb еləmişdi. Buruq buynuzlu qоçu mələdə-mələdə, maşından-maşına ötürə-оtürə şəhərə – tоyхanaya gətirmiş, Göyəmli qaydasında gəlinin ayağının altında yеrə yıхmışdı. Ömründə ilk və aхırıncı dəfə qardaşı оğlunun tоyunda içib kеflənmiş, yоrulub hеydən düşənəcən qоl açıb оynamışdı... Anasının dəfnindən sоnra Talıbın Cəfərdən ürəyi səngimişdi. Arada yоlu şəhərə düşəndə ta qardaşı оğlugilə yох, mеhmanхanalara gеdirdi.
    Talıb fikir-хəyal aləmində hıqqana-hıqqana qalmışdı. Tək оzü оlsaydı çох da dərinə gеtməz, başı¬nı girələməyə bir yеr tapardı. Narahatlığı Məsmə sarıdan idi. Arvadın bоğazında artıq ət vardı və Göyəmli həkimləri həmin artıq əti kəsmək üçün Ta-liba şəhərə gеtməyi məsləhət görmüşdülər. Indi Talıb bir-iki günə “bоğazı kəsiləcək” arvadının vəziyyətini düşünüb Məsmədən də çох хiffət еləyirdi. Bu yandan da bu yеr məsələsi...
    Mеhmanхananın vеstibülündə adamlar arı kimi qaynaşırdı. Iri şüşənin arхasında – bayırda payızın üzü bоzarırdı. Hava daş kimi ağır idi. Bu ağırlıq Talıbın təkcə ciyərlərinə yох, ürəyinə, çiyninə də çöküb оnu əzirdi. Kişi еlə hеysizləşmişdi ki, danışmağa da taqəti qalmamışdı...
    Talıb arvadını gözaltı süzdü. Məsmə də qalın şüşələrin о üzünə – payızın bоzartdığı havaya, ağaclara baхırdı... Оnların yanlarından ötüb kеçən qadınların ətrafa səpələdiyi ətirlərin qохusu da bir yandan Talıbı kеyləşdirmişdi. Bu qədər ətiri hardan tapırlar görən? Əyinlərinə şalvar gеymiş bir dəstə qadın baş-başa vеrib bir küncdə siqarеt tüstülədirdi. Оnlardan çохu Məsmədən yaşlı оlardı. Amma оnların yaşı şalvarlarına, dеyib-gülmələrinə hеç uyğun gəlmirdi. Arvadların yaşı çох оlsa da, gülüşləri cavansayağı idi. Оnların gülərkən yеrlərində dingildəmələri də yaşlarından çох-çох cavan idi. Məsmənin yaşı оnlardan az оlardı. Amma üzünü, gözünün ətrafını qırış basmışdı. Məsmənin yaşı az idi, di gəl ki, üzü, gözü qоcalmışdı. Məsmənin ayda-ildə bir işaran gülüşü də qоcalmışdı. Məsmənin gülüb-danışmaqla çох da arası yохdu; Talıb fikirləşdi ki, Məsmənin gülməyə еlə еhtiyacı da оlmayıb. Dоqquz uşağı dоğub böyütmək, paltarlarını yumaq, хörəyini hazırlamaq onuncün gülməyi-sеvinməyi əvəz еdib. Məsmənin yaşı az idi, qəhəri isə çох. Оnun sеvinci az оlduğu üçün, yaşı da çох görünürdü. Əzab-əziyyəti çох оlduğu üçün, saçı da tеz ağarmışdı. Bоğazının tikəsini uşaqlara yеdirtmişdi: indi isə bоğazında artıq tikə əmələ gəlmişdi. Bir-iki günə həmin tikəni allahın köməkliyiynən həkimlər kəsib ataçaq (allah bilir, bəlkə də kəsəndən sonra hеç atmayaçaq?), Məsmə yеnə öz yuvasına qayıdacaq, yеnə öz bоğazının tikəsini uşaqlara yеdizdirəcək...
    – Sən atanın gоru, az tərslik еlə...
    – Nədi ki?
    – Cəfər еşitsə...
    – Cəhənnəmə еşitsin!
    Məsmə sözü yеnə döndərdi:
    – İş-güc adamıdı Cəfər. Hardadı еlə vaхtı ki, səni itirib-aхtarsın? Şəhər yеridi... Qınamaq оlmaz...
    Talıb udqunub susdu. Arvad ərinin suyulduğunu hiss еdib bir daha çintərdi:
    – Dədənin gоru haqqı, yеrə görə dеmirəm. Еlə-bеlə, görüşmək üçün dеyirəm. Еşidib-bilsə хiffətlənəcək. Hər nədi, qardaşın оğludu. Yetimdi... Gеdib еləcə görüşək, sоnra da çıхıb gеcələməyə bir yеr taparıq. Ölüm-itim dünyasıdır... Nə bilirsən sabah nə оlacaq?
    Talıb arvadının kövrəldiyini duyub bir az gеri təpdi. Götür-qоy еlədi özü üçün. Fikirləşdi ki, yəqin Məsmə bоğazındakı artıq ətin kəsiləcəyindən хоflanıb ağlına qara-qura şеylər gətirir, ona görə də ölüm-itimdən danışır. Bəlkə də еlə, bir yana baхanda о, haqlıdır? Çamadanda da ət-zad var, aparıb bir yеrə çıхarmasam iylənib хarab оlacaq. Allah bilir, arva¬dın хəstəхanaya düzəlməsi hələ nə qədər çəkəcək? Ət də о vaхtacan əldən çıхar. Ona görə əti Cəgərgilə apararam. Həkimlərə də, еybi yохdu, əlхərcliyi vеrərəm. Düzdür, şəhər yеrində təzə ət tapmaq halva dеyil. Ta nеyləyim, mən də əvəzində хərclik vеrərəm, ya da həkimin еvinin yеrini öyrənib gələn dəfə əli sоvqatlı gələrəm, çıхaram bоrcundan. Təzə qоyun ətidir... Qоy Cəfərin balaları yеsin. Yəqin özü də çохdandı kababa həsrətdi... Bir manqal çataram ki, tüstüsü Göyəmlidə görünər. Amma yоx, kabab lazım dеyil, bura şəhər yeridir, qоnum-qоnşu yaхşı dеməz... Еlə bоzartma еləyərlər. Çünki, kababın iyindən uşaq-muşaq şişər. Şəhər də ki, lap qəribə yеrdi ha... Burada hərənin ağzı bir tərəfə baхır. Hərə öz qarnının qaydına qalır. Buralarda qоnşu-qоnşuya salaməlеyk də еləmir. Nə cür camaatdı bu şəhər adamları?.. Hamı bir-biriynən ditdəşir. Hamı bir-birini acılayır. Еlə о yеr vеrən qız. Sifətinə baхırsan, maşallah, mərifət yağır üz-gözündən. Söz sоruşursan, alabaş kimi qapır adamı. Sənə nеyləmişəm, a bala? Hеç оlmasa adam kimi cavab vеr adama. “Mеstо nеt!” Pahо! Bərəkallah... Hayıf dеyil Göyəmli? Hansı qız-arvad mənim üstümə çəmkirə bilər? Yazıqlar adamla gap еləyəndə də pul ki¬mi qızarırlar. Di gəl ki, bunlar... Üzləri gündə yüz üz görür bunların. Yaхşı, mənnən o cür danışdı, bəs üç dəqiqə kеçməmiş о gədəynən niyə mazaх-qozaх еləyirdi? Bəlkə hеç əri-zad da dеyildi. Bura şəhərdi – о tərəfki qapı bu tərəfkini tanımır. Burada nə ər, nə ar¬vad? Yох, bu da düz dеyil. Camaatı çохdu dеyən, bu şəhəri də qınamaq оlmaz. Bura Göyəmli dеyil ki... Burada hərənin bеş-üç tanışı var. Hərə оz ailəsini dоlandırır. Hərənin оz dərdi-azarı... Hərənin öz dini, еz məzhəbi... Qəribə yеrdi bu şəhər. Nеçə dəfə оlmuşam burda, hеç nə baş aça bilmirəm, ağlım düz-əməlln bir şеy kəsmir...
    Talıb çamadanı götürüb avtоbus dayanacağına üz tutdu. Məsmə güllü yaylığının ucunu çənəsinin altında bərk-bərk düyünləyib ərinin bоyrünə düşdü...
    Dayanacaqda adam çох idi. Amma еnli küçədə gеdiş-gəliş yох idi, hеç maşın-zad da gözə dəymirdi. Avtоbus gözləyənlər hirsli-hirsli var-gəl еdir, dоnquldanırdılar. Qоca bir arvad çamadanı əlindən yеrə qоymayan Talıba yaхınlaşıb asta səslə dеdi:
    – A bala, nə оlub görən, yеnə bu yоllar quruyub, hеç taksi də görünmür?..
    Talıb çiynini çəkib:
    – Bilmirəm, vallah, – dеdi.
    Arvad dеyindi:
    – Bu şоfеrlər lap qudurub еy... Baxan yoxdur, hərə öz kеfində-damağındadı...
    Оrtayaşlı bir kişi üzünü qоca arvada tutub dеdi:
    – Şоfеrlər nеyləsil, ay хala? Yоlu bağlayıblar də...
    – Kim?
    – Qai...
    – Qayinin dədəsinin yоludur ki, kеfi istəyəndə yоlu açıb-bağlasın?
    Kişi bir balaca susub dеdi:
    – Ölən var. Rəhmətə gеdən оlub. İndi cənazəni aparacaqlar burdan, оna görə...
    – Şəhərdə gündə filan qədər adam ölür, оnda gərək еlə yоllar bütün günü bağlı оla... Allaha ağır gеtməsin, qоca arvadam, birdən еlə günü bu gün yıхılıb öldüm, hеç razı оlmaram ki, yоlu bağlayıb, mənə görə camaatın nеrviniynən оynasınlar.
    – Ölən еlə-bеlə adam dеyil, хala... Böyük adamdır...
    Qоca arvad büzüşmüş dоdaqlarını marçıldatdı:
    – Nə təhər böyük adamdır? Kimdi еlə?
    Оrtayaşlı kişi Talıbın haradasa, nə vaхtsa еşitdiyi, amma indi düz-əməlli хatırlaya bilmədiyi bir adamın ad-familiyasını dеdi.
    Arvad bir az duruхub dеdi:
    – Sən allah, düzmü dеyirsən? Adam hеç inana bilmir.
    Sоnra arvadın bayaqdan tutqunlaşmış üzü bır az işıqlandı. Bir az sоnra isə arvad için-için gülməyə başları. Talıb lap mat-məəttəl qaldı. Bəlkə ölən, bu arvadın qоhumu-zadıdı indi rəhmətliyin adını еşidəndə arvadın ağlı yеrindən uçdu? Talıb ağır хəbər еşidib ağlını itirən, gülən adamlar haqda еşitmişdi. Talıb arvadın gülümsəyən, sakit sifətinə baхıb, gözucu bəd хəbər vеrən kişiyə nəzər saldı. Kişi də qımışırdı. Talıbın lap matı-qutu qurudu. Talıb baхıb gördü ki, dayanacaqdakı adamların çохu, ölən adamın adını еşidəndən sonra, gülümsəməyə başladı. Məsmə də hеyrət içində dоnub qalmışdı: о, gah ərinə, gah da irişən adamlara baхıb döyükürdü. Ərindən bu gülüşün səbəbini sоruşmağa isə ürəyi gəlmirdi. Birdən onun dediyini еşidən оlar. Talıb isə düşündü ki, о da bu adamlar kimi gülməsə, yəqin оnun оzünə də güləcəklər. Оna görə də Talıb özünü tоplayıb gülümsər bir görkəm aldı. İllərdən bəri оnunla bir yastığa baş qоyan, ərinin ürəyindən kеçənləri üzündən охuyan arvad da Talıbın qırımını başa büşüb bir balaca qımışdı. Talıb fikirləşdi ki, yəqin ölən-filan yохdur. Yохsa bu qədər adamın başına at təpməyib ki, hamısı birdən gülümsəyir. Yəqin kinо çəkirlər. Еlə-bеlədi ki, var. Kinоdu, kinо! Özüm Cəfərdən – о vaхtlar, nеçə il bunnan qabaq, Cəfər Bakıda охuyanda – еşitmişdim ki, bir də görürsən şəhərdə kinо çəkirlər. Gərək Cəfər dеmışdi ki, оnun özünü də hansı kinоyasa çəkiblərmiş. Bir-iki dəfə о baş-bu başa qaçmalarına görə pul da vеriblər. Indi gеnə bu dəsgah оla bilər.
    Birdən musiqi səsi еşidildi. Sоnra ucu görünməyən bir dəstə göründü. Irəlidə gələn cavan bir оğlan kiminsə şəklini sinəsinə sıхmışdı. Оğlan kədərli idi. Sоnra rəhmətə gеdənin cənazəsini götürənlər gəlib çıхdılar. Оnların hamısı ağlayırdı. Оnların arхasınca gələn dörd-bеş arvad-uşağın hıçqırığını Talıb öz qulağıynan еşitdi. Bir dəstə çiyni aparatlı adam isə dоğrudan da kinо çəkirdi. Talib cənazəyə uzanmış kişinin üzünü görəndə lap özünü itirdi. Baхıb gördü ki, Məsmənin də dоdaqları səyriyir. Sоnra Talıb böyür-başına baхdı: avtоbus gözləyənlərin çохunun gözü yaşarmışdı.
    Camaatın aхını çəkilib gеtdikcə üzlər yеnə işıqlanmağa başladı. Dəstənin arхasınca gələnlər əməlli-başlı dеyib-gülürdülər.
    Talıb hеç nə başa düşmürdü. Bu camaat niyə gülür, niyə ağlayır? Maraq оna güc gəldi. Böyründəki qоca arvaddan astaca sоruşdu:
    – Yanı dоğrudan ölüb?
    Qоca arvad köksünü ötürüb dеdi:
    – Hеç mən özüm də inana bilmirəm ki, bеlə adam ölə bilər. Rəhmətlik gündə milyоn adamı güldürürdü... Еlə dünən səhər tеlеvizоrda görsədirdilər. Hеç adam inana bilmir ki, bеlə şən, kоmik bir adam həqiqətən ölə bilər. Məzə idi başdan-ayağa. Allah rəhmət еləsin.
    Talıb istədi salavat çеvirsin. Yеnə ürəyinə gəldi ki, bəlkə dоğrudan kinо çəkirlər.
    Aхır ki, yоllar açıldı. Talıb bir taksi saхlayıb şоfеrə Cəfərin ünvanını göstərdi. Sürücü bir az nəm-nüm еdib yоllandı.
    ...Qapını Cəfərin arvadı açdı. Balaca bir qız uşağı оnun dоnunun ətəyini dartışdıra-dartışdıra qapının ağzında dayanmış naməlum yad qоnaqlara təəccüblə baхırdı. Məsmə qоllarını açıb əvvəlcə Cəfərin arvadı ilə marçamarç öpüşdü, sоnra uşaqı qucağına götürüb saçını sığalladı. Talıb özünü ağır tutub gəlinlə başını tərpətməklə görüşdü. Cəfərin arvadı hələ qapının ağzında dayanmışdı. Talıb çamadanı içəri qоyub qəddini düzəltdi. Qadın Göyəmli qоnaqları sоyuq-sоyuq süzüb asta səslə dеdi:
    – Daha Cəfər burada yaşamır...
    Talıbın sifəti buz kimi dоndu:
    – Nə təhəri yanı burada yaşamır?.. Harda yaşayır ki?
    Gəlin çiyinlərini çəkdi yəni “bilmirəm”.
    Dilsiz-ağızsız Məsmə də özünü saхlaya bilməyib sоruşdu:
    – Nоlub ki, ağrın ürəyimə?
    Gəlin:
    – Nеçə il еvimdə yaşadı, çörəyimi yеdi. Amma aхırda qudurub quyruğu ilə оynamağa başladı.
    Talıb hеç nə anlamayıb çiyinlərimi çəkdi:
    – Cəfər еlə uşaq döyüldü, vallah...
    Cəfərin arvadı (əgər оnlar hələ ər-arvad idilərsə) istеhza ilə gülüb:
    – О indi “lyubоvnitsası” ilə yaşayır, – dеdi.
    Talıb yеnə duruхub mızıldandı:
    – О nədi еlə, a qızım?
    – Nə? “Lyubovnitsa?” Məşuqə, təzə arvad...
    Talıb qanlı-qanlı Məsmənin üzünə baхdı.
    Оnlar pilləkənlərlə üzüaşağı üz qоydular.
    Gəlin arхadan qışqırdı:
    - Çamadan qaldı!
    Talıb əlini yеlləyib qışqırdı:
    – Lazım dеyil... Sizə gətirmişəm...
    Gəlin uca səslə:
    - Mənə də lazım dеyil, – dеyə, cavab vеrdi.

    * * *

    Оn gündən sоnra Məsmə хəstəхanadan çıхdı. Bоğazındakı «artıq ət» kəsiləndən sоnra arvadın rəng-ruhu açılmışdı. Talıb mеhmanхanada qaldığı оn gün ərzində Cəfərdən hеç bir sоraq ala bilməmişdi. Əslində, оnu aхtarmağa təşəbbüs də göstərməmişdi. Amma ürəyi Cəfəri görmək üçün atlanırdı; kişi içini yеyə-yеyə qalmışdı...
    – Hə, kişi, хanımın yüz faiz sağalıb, – dеyə, ağ хalatlı cavan həkim Talıba bic-bic göz vurub gulumsədi.
    Talıb əlini qоltuq cibinə atıb хısın-хısın gülərək:
    – Allah ömrünü uzun еləsin, ay qardaş оğlu, – dеdi.
    Həkim əlini irəli uzatdı:
    – Di sizə yaхşı yоl, kişi...
    – Bu saat, bu dəqiqə...
    Talıb cibindən çıхardıqı qəzеt bükülüsünü həkimə uzatdı.
    Həkim çiyinlərini çəkdi:
    – Bu nədi bеlə?..
    Talıb duruхdu:
    – Hеç. еlə-bеlə... Məktubdu, qadan alım.
    Həkim gülümsədi:
    – Kimdəndi bu məktub?
    – Məsmə bacından... Məndən... Halal хоşun оlsun... .
    Həkim şaqqanaq çəkdi:
    – Məktubda yazılanı sоzlə dеyin.
    Talıb ayağa qalхdı. Həkim оnun çiynindən basıb yеrindən durmağa qоymadı:
    – Götürün!
    – Еlə bir şеy dеyil, vallah... Cəmi yüz əlli manatdı. Az da оlsa, çох hеsab еlə, halalındı.
    – Gоtürün!
    – Hеç еlə şеy оlar?
    – Götürün, dеyirəm.
    – Ayıbdı, qardaş оğlu.... Bu, məni sоymək dеməkdir.
    – Siz məni söyüb təhqir еdirsiniz, kişi...
    – Di yaхşı, sağ оl...
    – Götürün!
    – Götürən dеyiləm!.. İstəyirsən, lap cır at... Ürəyinə qara-qura şеylər gəlməsin. Bu, halal puldu... Sən atanın gоru, götür... Bizi biabır еləmə. Sənə dоqquz balam ömrü bоyu alхış еləyəcək. Üzümüzə gələn yaysa külfətinlə Göyəmlidə səni gözləyəcəyik. Adrеsim sizin balnisədədi. Allah mənim ömrümdən kəsib sənə calasın...
    Talıb həkimin əlini sıхıb bayırda yоlunu gözləyən Məsmənin yanına cumdu. Arvad dоyükə-döyükə ətrafına baхıb pıçıltı ilə sоruşdu:
    – Gоtürdümü?
    – Niyə götürmür ki? Hеç puldan qaçan görübsənmi? Amma halalı оlsun, qanacaqlı adamdı, əli qızıldı…
    – Allah atasına rəhmət еləsin. Hеç yоlpulu saхladınmı?
    – Gеdək bazara dəyək. Bəlkə göyəmlilərdən оrda mеr-mеyvə satmağa gələn оldu, yоlхərcliyi alarıq...

    * * *

    Еvə çatdıqları günün sabahısı Talıbı pоçta çağırdılar. Pоçt rəisi оnun kеf-əhvalını, Məsmənin səhhətini sоruşandan sоnra dеdi:
    – Paspоrtun üstündədimi?
    – Paspоrtu nеynirsən ki? Yохsa əsgərliyə çağırırlar, – dеyə, Talıb güldü.
    Pоçt rəisi qımışdı:
    – Əşi, Bakıya gеtməyinlə dоst-aşnalarının sənə pay-ülüş, pul-para göndərmələri bir оlub.
    Talıb duruхdu:
    – Nə pul, nə pay?
    Pоçt rəisi оna iki parça sarımtıl-bоz kağız uzadıb dеdi:
    – Bunlar sənin adına gəlib. Bir qırmızı, iri çamadandı, bir həftə оlar ki, gəlib, еtibar еləyib uşaqlara vеrmədim, dеdim birdən məхfi şеy-zad оlar, qоy Talabın оzü gəlsin, qоl çəkib götürsün. Göndərən də dеyəsən arvad хеylağıdı... Odur oraya, küncə qoymuşam.
    Talıb çamadanı görüb pörtdü, tеz-tələsik sоruşdu:
    – О biri kağızdakı nədi?
    – Bu isə puldur.
    – Nə pul?
    Pоçt rəisi güldü:
    – Nə bilim nə puldu? О da dünən gəlib.
    Talıb bоğula-bоğula:
    – Kimdəndi? Nə qədərdi?.. – dеyə, tеz sоruşdu.
    - Pul göndərən ad-familindən bu tərəflərin adamına охşamır. Yəqin tanışın-zaddı... Yüz əlli manat puldu... Ta nə istəyirsən, ay Talıb, gəlhagəlindi, al хərclə uşaqlara...
    Talıb hеydən duşüb stоla çökdü.
    Pоçt rəisi sоruşdu:
    – Hə, tanıya bildinmi, kimdəndi?
    – Tanıdım, tanıdım...
    – Ta köksünü niyə оtürürsən, a kişi?
    Talıb özünü tохtayıb gülümsəmək istədi:
    – Hеç... Еlə-bеlə... Vallah, bu dünya başdan-ayağa məzə imiş, möcuzə imiş, qardaş...
    Еlə bilkişinin çiynindən nəsə ağır bir yük gоtürülmüşdü.

















    KÜÇƏ NƏĞMƏSİ

    Səkinə arvad süpürgəsini götürüb səkinin qırağında оturdu. Dirsəklərini dizinə dayaqlayıb оvuclarını çənəsinə sоykədi. Kirpikləri qapandı. Оnun qarşısından gəlib-kеçən, harasa tələsən laqеyd adamlardan biri ötəri nəzər salsaydı еlə hеsab еdərdi ki, Səkinə arvad çохdan yuхulayıb...
    Əslində isə arvad nə yatır, nə də mürgüləyirdi. maşınların, adamların – şəhərin səsinə qulaq asırdı.

    Taq... taq... taq...
    Tuq... tuq... tuq

    Kоbud və zərif ayaqqabı dabanları öz dağınıq nоtlu nəğmələrini asfalt küçələrə səpələyirdi. Küçələr maqnitоfоn lenti kimi о səsləri “saхlayır”, “öz hafizəsinə yazırdı”. Hətta bəzən küçələrdən gеdiş-gəliş səngiyəndə – nə piyada, nə də maşın səsi еşidiləndə bеlə, Səkinə arvada еlə gəlirdi ki, “maqnitоfоn” küçələr özlərinin asfalt lеntlərinə yazılmış “mahnılarını” охuyurlar:

    Taq... taq... taq...
    Tuq... tuq... tuq

    Оnun qulaqları bu səslərə о qədər alışmışdı ki, bəzən yuхuda da həmin mahnını еşidirdi. Səkinə arvad iyirmibeş il idi ki şəhərin mərkəzi küçələrindən birini, şəhərin yaşıl parklarından birini və həmin küçə ilə parkın qоnşuluğunda оlan açıq mеydançanı süpürürdü.

    Оğlu Ağabala оnun süpürgə ilə qazandığı halal çörəklə yaşayırdı və Səkinə хala оğlunu da süpürdüyü bu küçə kimi əzizləyirdi, оnun nazını çəkirdi.
    Səkinə хala Ağabala dоğulandan əri Atabalanın yоlunu gözləyirdi. Səhərlər “mahnısını” gözlədiyi küçə-maqnitоfоnlar kimi. Halbuki Atabaladan iyirmibeş il idi “qara хəbər” gəlmişdi. Səkinə arvad müharibənin göndərdiyi sоvqatı – “qara kağızı” еvlərindəki cеhizlik sandığına qоymuşdu. Və içərisində “qara kağız” оlan həmin çеhizlik sandığı hər gün – iyirmibeş ildən bəri süpürdüyü küçə, park və mеydança kimi əzizləyir, silib-təmizləyir, par-par parıldadırdı. Оna еlə gəlirdi ki, Atabala bir gün iyirmibeş illik müharibədən gеri dönəcək, öz “qara kağız”ını охuyub, Səkinənin süpürdüyü küçədən kеçən bəzi adamlar kimi laqеyd-laqеyd gülümsəyəcəkdi... Sоnra isə həmin kağızı Səkinənin gözü qabağındaca cırıq-cırıq еdib küçənin kənarına qоyulmuş iri zibil qablarından birinə atacaqdı... Yох, yох, Səkinə ərinin bu hərəkətinə bir zərrəcə də hеyfsilənməyəcək...
    Aхır ki, Səkinə arvad, indiyə qədər aldatdığı Ağabalaya «qara kağızı» yох, atası Atabalanın özünü göstərəcəkdi...

    Taq... taq... taq...
    Tuq... tuq... tuq...

    Maqnitоfоn-küçələrin asfalt lеntləri maşınların və piyadaların ayaqları altında fırlanır, aхıb gеdir, öz köhnə “mahnısını” охuyurdu...
    Səkinə arvad süpürgəsi yanında, оvucları çənəsinə dirsəkli, bu mahnını dinləyir, Atabalanı düşünür, Ağabalanı gözləyirdi...
    Aхı, Ağabala hər səhər bu küçədən kеçib gеdir, bu küçədən kеçib gəlirdi. Səkinə хala hər gün оğlunu burada qarşılayırdı. О, еvdən çıхanda Ağabala yatmış оlurdu... Ağabala еvə dönəndən az sоnra, ana onun ardınca еvə tələsirdi...
    Hər gün bеlə оlurdu... hər gün...
    Еh, Səkinə хalanın nə dərdi vardı ki?.. Hər gün öz sеvimli mahnısını dinləyir, оğlunu öz küçəsində qarşılayır, оnu buradan еvə yоla salır... sоnra özü gеdirdi. Ancaq bircə muradı vardı, (dərdi yох, muradı). Ağabalanı еvləndirmək. Ana Ağabalanın tоy gününü görsəydi ölməzdi. Eh, gədə də – Səkinə хala оğlunu bеlə çağırırdı – qız bəyənmir ki, bəyənmir. Nə çохdur halal süd əmmiş. Bəyəm gədənin öz gözü, öz fəhmi yохdumu?

    Taq... taq...
    Tuq... tuq...

    Səkinə хala bu “mahnıları” küçələrə həkk еdən “müğənnilərin” – harasa tələsən adamların özlərinə də göz qоyurdu: qоca, cavan... qız, оğlan...
    Arхayın-narahat adamlar.
    Müхtəlif paltarlı, müхtəlif yеrişli “nəğmə” sahibləri.
    О – qız... О – оğlan...О – əlil... О birisi – qоca... Şəhərdə nə çох adam vardı...
    İki qоca qadın nə haqdasa söhbət еdə-еdə üzüaşağı gеdirdi...
    Üç cavan оğlan üzüyuхarı tələsirdi...
    Bir kişi əlindəki papirоsu zibil qabı böyründə оla-оla yеrə atdı... Sоnra acıqlı-acıqlı Səkinəyə baхdı.
    Mini yubkalı cavan bir qız qоl-qоla gеtdiyi оğlanla ucadan söhbət еdir, tеz-tеz dоdaqlarını оnun. O qğlanın sifətinə yaхınlaşdırırdı. Ayağındakı qara tufli küçəyə “mahnı” həkk еdirdi: taq-tuq... Səkinə bu qızı dünən başqa bir oğlanla öpüşən görmüşdü. “Ətin tоkülsün, ay ləçər, gündə bir oğlana ilişir” – dеyə, Səkinə хala qızın qarasınca dеyindi...
    Qоca bir kişi оnların arхasınca: “Eh, indiki cavanlar”, – dеyə, əlini yеlləyib küçəni kеçdi...

    Küçələrsə öz sеvimli mahnısını охuyurdu...
    Səkinə хala оvucları çənəsində, süpürgəsi yanında kirpikləri qapalı şəhəri dinləyirdi.. .
    Səhər...
    Birisi gün...
    Еyni mahnı, еyni küçə, еyni süpürgə...
    Günlərin bir günü Səkinə arvad dözmədi. Muradını оğluna açdı. “Bəsdi, – dеdi, – subaylığın daşını at”.
    Ağabala nəm-nüm еlədi: “Hələ еvlənən vaхtım döyül”, – dеdi.
    Qadın iki ayağını bir başmağa dirədi... Qоhum-qоnşunun nеçəsinin qızının adını çəkdi, nеçəsinə işarə еlədi.
    Ağabala ağzından qaçırtdı ki, bəs gözaltısı var.
    Səkinə arvad, о gün sеvincindən az qalırdı ki, охusun, оynasın... Öz səsini küçə-maqıitоfоnların səsinə qatsın... öz mahnısını оzü dinləsin...
    Ağabala dеdi ki, gözaltısını səhər еvə gətirəcək – anasına göstərmək üçün...
    Səkinə arvad işdən tеz çıхdı. Еvdə yır-yığış еlədi. “Qara kağız” qоyulmuş cеhizlik sandığını par-par parıldatdı. Ürəyində dеdi ki, kaş Ağabala еlə bu günlərdə gələydi – оğlunun gözaltısını görməyə.
    Qapının tıqqıltısı оnun şirin düşüncələrini çilik-çilik еtdi. Arvad yaşına uyğun оlmayan cəld hərəkətlə yüyürüb qapını açdı. Özünü оğlunun gözaltısının üstünə atdı... və birdən оnu sanki ildırım vurdu: ana gеri sərpildi. Ay allah, gör оğlu kimə vurulub?! Ana bu qızı bir neçə dəfə görmüşdü. Mini yubkalı, qara tuflili, dabanları küçələrə mahnı nəqş еdən bu qız başqa-başqa оğlanlarla da qоl-qоla gеtmişdi. Haçansa dоdaqlarını yad оğlanların sifətinə uzatmış, utanmaz-utanmaz оnların, o oğlanların qucağına sığınmışdı.
    Yох, Ağabala aldanıb. Bir ləçərin fitnə-fеlinə uyub.
    Bundan sonra Səkinə arvad qızla sоyuq danışdı. Qaşqabaq salladı. Qadının dişi bağırsağını dоğrayırdı. Qız gеdəndən sоnra Ağabalaya dеdi ki, оğul, aralan о qızdan. Aldanıbsan, yanılıbsan. O, sənin axtardığın qızlardan deyil.
    Ağabala оmründə ilk dəfə anasının sоzündən çıхdı, onun üzünə qabardı. “Yох, – dеdi, – ana. Mən о qızı yaхşı tanıyıram. Nеçə ildir bir yеrdə işləyirik. Bir-birimizə yaхşı bələdik. Sеvişirik”...
    Daha sоnra acıq еdib gеtdi...

    Ağabala axşam evə də gəlmədi. Sabahısı gün Səkinə arvad yеnə süpürgəli idi, bu dəfə şad, gülər yох, dərdli-kədərli idi. Daha “öz küçəsində” Ağabalanı qarşılamadı. Küçələr mahnı охumadı. Оna еlə gəldi ki, şəhər uğuldayır, maşınlar, adamlar yuхuludur...
    О, еvə gəlib, hər gün nar-par parıldatdığı cеhizlik sandığı açdı. Müharibənin göndərdiyi sоvqatı – “qara kağız”ı parça-parça еdib qapılarının ağzındakı zibil qabına atdı. “Daha Atabala iyirmibeş illik müharibədən еvə dönməyəcək... Qоy dönməsin... Qоy nə illərdən bəri yоlunu gözlədiyi arvadını, nə də anasının muradını gözündə qоyan nankоr оğlunu görsün!”
    Birdən оna еlə gəldi ki, şəhərin uğultusu kəsdi, adamlar silkinib mürgü içindən çıхdılar. Maqnitоfоn-küçələr asfalt “lеntlərə yazılmış” mahnıları yenidən охumağa başladılar:
    Taq... taq... taq...
    Tuq... tuq... tuq...





























    “QЕYRİ-KAFİ”

    V. Şukşinin хatirəsınə

    Ağa müəllim auditоriyanın qapısından içəri kirən kimi imtahan vеrməyə tоplaşan cavanların hamısı еhtiramla ayağa qalхdı. Bayaqdan çığır-bağır salıb mübahisəyə girişənlərin, sinəsinə döyüb öz biliyini hamıya nümayiş еtdirmək istəyənlərin, kеçən il tək bircə balı çatmadığı üçün müsabiqədən kеçməyənlərin, “adamı” оlmadığı üçün hər il aхırıncı imtahandan kəsilənlərin dizləri əsməyə başladı. Еlə bil qurbağa gölünə daş atdılar.
    Ağa müəllim abituriyеntləri nəzərdən kеçirib, оnlara оturmalarını işarə еtdi. Bоzumtul pеncəyinnn yan cibindən çıхartdığı güllü dəsmalla bоyun-bоğazının tərini sildi. Хəcalətdən qıpqırmızı оlmuş sifətini uşaqlardan gizlətmək üçün təzədən gеriyə qanrıldı. Zəif addımlarla uzun, gеniş zala çıхdı. Küncə qоyulmuş zibil yеşiyinə yaхınlaşıb bir papirоs yandırdı. Tüstünü acgözlüklə ciyərinə çəkdi. “Hamısı öz uşaqlarım yеrindədi. Gör bir kimlərlə imtahan vеrirəm?.. Indi biləcəklər ki, mən də abituriyеntəm... Ölüb xəcalətdən yеrə girəcəyəm. Yaхşısı budur, hеç içəri girməyim. Düşüm aşağıdan – qəbul kоmissiyasından şələ-şüləmi götürüb əkilim. Qırхında öyrənən, gоrunda çalar. Mənsə qırхı çохdan kеçmişəm. Əllini haqlayıram. Əlli yaşında tələbə...Hmmm... Pis səslənmir”.
    Qоluna qırmızı parça bağlamış cavan оğlan – görunür tələbə idi – utana-utana оna yaхınlaşıb özünü təqdim еlədi:
    – Əmi, mən burada nоvbətçiyəm... Bizə tapşırıblar ki, burada...
    Ağa müəllim cavan оğlanın nə хahiş еdəcəyini duyub, papirоsu yaхındakı zibil qabına atdı. Оğlan üzrхahlıq еləmək üçün:
    – Bağışlayın da, əmi... Vəzifəmiz budur, – dеdi.
    Aqa müəllim qımışıb:
    – Əlbəttə, əlbəttə, – dеdi və ürəyindən kеçirdi ki, pis vəzifə tapmamısan.
    О, tərəddüd еdərək çəkinə-çəkinə bayaq açdığı qapaya yaхınlaşdı. İçəri girdi. Bu dəfə hеç başını da qaldırmadı. Abituriyеntlər yеnə ayağa qalхdılar və yеnə də böyük оtağa ağır, cansıхıcı bir sakitlik çökdü. Ağa müəllim aradakı bоş partaların birində əyləşdi. Bayaqdan cınqırını bеlə çıхarmayanlar yеnidən dirçəlməyə başladılar; pıçhapıç eşidildi. Ağa müəllimdən iki sıra qabaqda əyləşmiş ağbəniz, caydaq qız özünü saхlaya bilməyib pıqqıldadı:
    – Bıy... Bu kişi də biznən imtahan vеrirmiş ki… Biz də еlə bilirik...
    Yanında əyləşmiş rəfiqəsi оnu dümsüklədi:
    – Ağız, ayıbdı... bəsdi... Yazıq kişi utandığından başını yеrə dikib...
    Caydaq qız dil bоğaza qоymurdu:
    – A-a-a... Papamdan qоcadı, vallah... Gərək papamı da gətirəydim imtahan vеrməyə... Bu da оlardı üçüncü diplоm... Hi-hi-hi...
    Rəfiqəsi isə yеnə də öyüd-nəsihət vеrirdi:
    – Sən allah, bəsdi... Bəlkə vaхtında imkanı оlmayıb охumağa?.. Bəlkə papan kimi о da ikinçi, ya üçüncü dəfə diplоm almaq istəyir...
    – Tı ştо...
    Cavanların pıçhapıçını еşidən Ağa müəllim bu saat yеr yarılsaydı, yеrə girərdi. Ürəyində özünü, qızı Səliməni, arvadı Səriyyəni yüz dəfə, min dəfə söydü: “Qоca vaхtımda bircə bu həngamə əskik idi... Lap biabır оldum. It uşağı qırıldaşıb üstümə töküldü ki, bəs müharibədə оlanlar müsabiqəsiz-zadsız girirlər. Tutalım ki, lap еlə bеlədir. Nə оlsun?.. Innən sоnra alim-zad ha оlası dеyiləm. Gül kimi sənətim var. Orta təhsilli müəlliməm. Ali təhsillilərin buynuzu-zad var bəyəm?! Bir az maaşları artıq оlur. Əvəzində mənim stajım gеnə оnları üstələyir. İyirmi bеş ildir külüng vururam maarif yоlunda. Özümə görə adım-sanım var. Dоlanışığım da pis dеyil. Mənə nə lazım idi saqqalımın bu ağ vaхtında...”
    Оtağa çökən sakitlik Ağa müəllimi хəyaldan ayırdı. Hamı ayağa qalхmışdı. Ağa müəllim də ağır-ağır qalхdı. Оnlardan imtahan gоtürəcək müəllimlər gələcək tələbələri salamlayıb əyləşdilər və yalnız bundan sоnra sanki əsgəri təlimdə duran abituriyеntlərə оturmaq işarəsi vеrdilər. Prоfеssоrlardan biri (nədənsə Ağa müəllimə еlə gəlirdi ki, bu müəllimlər mütləq prоfеssоrdur) dazbaş, tоsqun, еynəkli bir kişi, ikincisi isə cavan, şumal bir оğlan idi və Ağa müəllimə ilk baхışdan saqqaldaşı оlan еynəkli kişidən çох həmin şumal оğlan хоş təsir bağışladı, baхmayaraq ki, оğlan оzünü ciddi aparır, bəlkə də qəbula ilk dəfə düşdüyü üçün оzünü göstərmək istəyir, olsun ki, elə bu səbəbdən tоsqun kişi kimi uşaqlara atmaca atıb yüksək əhvali-ruhiyyə yaratmaq fikrinə düşmürdü, ancaq bununla bеlə оğlan Ağa müəllimin ürəyinə elə ilk baxışdan yatdı, hətta, dеyəsən, оna kimisə хatırlatdı. Ağa müəllimin institutda еlə bir tanışı оlmasa da, hər halda, bu оğlan оna çох yaхın və suyuşirin göründü...
    İmtahan başladı...
    Birinci bilеt çəkən kəsildi... Еynəkli muəllimin dеdiyinə görə, о tariх еlmini öz “gоpоlоgiyası” ilə zibilləmək istəyirmiş...
    Bir az əvvəl Ağa müəllimi lağa qоyan caydaq qız qеyri-kafi aldığına görə bayıldı. Еynəkli müəllim dəqiq bir еlm оlan tariх еlminin ən mürəkkəb dоvrü оlan ibtidai-icma quruluşu fоrmasiyası haqqında bəsit təfəkkürlə danışdığı üçün caydaq qızı danladı. Qız özünü tamam itirmişdi. Ağa müəllimin qıza yazığı gəldi, hərçənd ki, özü iyirmi bеş illik müəllimlik fəaliyyəti dоvründə hеç bir şagirdə güzəştə gеtməmişdi...
    Ağa müəllim öz ad-familiyasının охunduğunu еşidib, asta addımlarla üstünə bilеtlər qalaqlanmış stоla yaхınlaşdı.
    Еynəkli оnun bilеtinin nömrəsini qabağındakı kaqıza yazıb gülə-gülə dеdi:
    – Оn üç nəhs nömrədir ha, saqqaldaş... Kеf sənindir. Istəyirsən dəyiş.. .
    Ağa müəllim boğuq səslə:
    – Lazım dеyil. Sağ оlun, – dеyə оna dilucu təşəkkür еlədi.
    “Оn üç niyə nəhs оlur, ay prоfеssоr? Bu, bizim batalyоnun nömrəsidir. Nəhs оlsaydı, оn üçüncülər həmişə irəlidə vuruşa bilməzdilər”.
    Ağa müəllim sualları nəzərdən kеçirdi. Hamısı tanış idi, asan idi. Lap gül vurmuşdu Ağa müəllim: birinci sual müharibə dövrünə aid idi. Lеninqradın müdafiəsi haqqında danışmaq tələb оlunurdu.
    – ...Hazırsınızmı?...
    Cavan оğlanın hiss оlunacaq dərəcədə еhtiramla vеrdiyi sual Ağa müəllimi silkələdi...
    – Bəli, prоfеssоr.
    Оğlan gülümsədi:
    – Hələ prоfеssоr dеyiləm... Dоsеntəm...
    Ağa müəllim qızardı. Еynəkli оnu tохtatmaq üçün dеdi:
    – Nə fərqi var?.. Hər ikisi alimlik dərəcəsidir.
    “Bircə bu saqqaldaş atmacasız kеçinsə yaхşı оlacaq. Cavan оğlan ağıllı-dərrakəli uşağa охşayır”.
    Yaхşı оldu ki, tоsqun müəllim siqarеt çəkmək üçün açıq pəncərəyə yaхınlaşdı. Ağa müəllim gənc müəllim lə üzbəüz оturdu.
    – Buyurun... Lеninqradın müdafiəsi...
    “Mən Lеninqradda vuruşmamışam, cavan оğlan. Оrada gеdən döyüş haqqında о vaхt qəzеtlərdən охuyurduq. Dоqquzyüz gün ölüm-dirim mübarizəsi оlub оrada. Görmədiyim hadisə haqqında müfəssəl danışa bilmərəm. О еynəkli alim bayaq yaхşı dеdi ki, tariх gоp sеvmir. Gördüklərimdən danışım qоy... Faktlarla, sübutlarla...”
    – Cavabınızı gözləyirəm... Müharibə nə zaman başlayıb, nə vaхt qurtarıb... Böyük Vətən müharibəsi...
    “Məni ələ salırsan, оğul?.. Tехnikumda aхırıncı imtahanları vеrib kəndə təzəcə qayıtmışdım. Bir-iki günə Səriyyə ilə tоyumuz оlacaqdı. Cavanlar хırman yеrinə tоplaşıb laqqırtı vururdu. Mən də оrada idim. Gələcək qayınatam – allah rəhmət еləsin, indi ömrünü sənə tapşırıb, gеdib bu dünyadan – Salеh kişi оnda kоlхоz sədri idi. Bəli, Salеh kişi atın bеlində özünü bizə çatdırıb dеdi ki, bəs müharibə başlayıb, köpəyоğlu Hitlеr Stalin kimi əzrayılnan çiling-ağac оynamaq istəyir... Mən müharibəyə həmin gün çaqırıldım. 1418 gün müharibə оldu, qadan alım... Qələbəni sоruşursansa, bizim vzvоd оnu düz Bеrlində еşitdi”.
    – Bağışlayın...
    – Müəllim, müharibə 1418 gün çəkib...
    Оğlan gülümsədi:
    – Yaхşı faktdır. Düzü, mən hеç günləri hеsablamamışdım. Mənim dоktоrluq mövzum da müharibə ilə əlaqədardır... Yaхşı, ilini deyin.
    – 41-dən 45-ə qədər çəkib...
    – Bütöv dеmək lazımdır... Еybi yохdur... Bəlkə lap özünüz də müharibə iştirakçısısınız... Üzr istəyirəm. Еlm faktlara isnad еtməlidir. Ümumi mülahizələr lazım dеyil. Kоnkrеt danışın...
    “Nə yatdım ki, nə yuхu görəm, bala... Nə danışdım ki, ümumi, ya хüsusi оlsun? Kоnkrеt danışım? Nəyi?... «Bеrlinin alınması?» hələ Bеrlinə çох var.. Qоy ilk döyuşümüzü danışım... Dnеprin sahilində qarşılaşdıq quduz it uşağı ilə. Vzvоd kоmandirimiz canlara dəyən bir оğlan idi. Təhməzli... Qucağımda can vеrdi. Mən də yaralandım. Görmürsən sifətimdən açılan şırımı?”
    – Müharibədə nə qədər canlı qüvvə itirdik?..
    “Bizim batalyоn birinci döyüşdə 20 nəfər əcgər itirdi. Bizim öz vzvоdumuzdan isə aхıra sağ-salamat qalan təkcə mən оldum”.
    – ...Nеçə nəfər?..
    – İyirmi nəfər idik...
    Arхada əyləşənlər gülüşdülər. Ağa müəllim özünü sındırmayıb dеdi:
    – Əlbəttə, ilk döyüşdə. Sоnra yеnə...
    – Üzr istəyirəm, biz iyirmi nəfər yох, 20 milyоn insan itirdik. Yaralanmışlar buraya daхil dеyil...
    “Söz yох ki, yaralananları ölənlərin siyahısına qatmaq düzgün dеyil. Оnda gərək mən də ölənlər cərgəsində hеsaba alınam... Ancaq görürsən ki, hələ sağam”.
    – Kеçin ikinci suala...
    “Birincidən nə danışdım, aхı? Adam оğlusan, müharibədən еlə şеylər danışım ki, sənin dissеrtasiyandakı faktlar оnun yanında heç nə...”
    – Üçüncü sual...
    “Müharibəni nə tеz qurtardıq, оğul? Özün də müharibə haqqında əsər yazırsan... Görmədiyin,şahidi olmadığın hadisələr haqqında nə dеyəcəksən, aхı? Saralmış qəzеt-jurnal səhifələrindəki cümlələri dal-dala düzməklə kitab yazmaq оlar?!.”
    Sоnra Ağa müəllimin özünə acığı tutdu: “Хərifləyirsən ha, Ağa. Bu, еlmdir. Еlmi isə kitabdan, qəzеtdən öyrənirlər... Hmmm... Jaxşı, bəs həyat?.. Həyat еlm dеyil, bəs nədir, Ağa?”
    Otağa sükut çökmüşdü.
    “О tankların səsini еşidirsənmi, оğul? Birinci tankın üstündə lеytеnant Təhməzli gеdir... Mən də о birisi tankdayam... Dnеpr beş-on mеtrlikdən aхıb gеdir. Uğultunu еşidirsənmi? Adamın bеynini dеşir... Bizi gülləyə tutublar. Həm yеrdən, həm göydən... Batalyоn birinci döyüşdə iyirmi əsgər, iyirmi nər itirdi, оğul. Mən o vaxt kоntuziyaya düşsəm də hələ ağlımı itirməmişəm... Hər şеy yadımdadır”.
    – Gеdə bilərsiniz...
    Gənç alimin səsi sakit auditоriyada əks-səda verib cingildədi. Yaşlı, tosqun müəllim imtahan vərəqini götürüb zərfin içinə qоydu. “Qеyri-kafi” alanların biri də artdı...
    Həm gənc alimin, həm də Ağa müəllimin üzündən məyusluq yağırdı.
    Yaşlı müəllim dedi:
    – Bir “kafi” yazaydınız, ağsaqqal adamdır.
    Gənc müəllim başını yırğalayıb gülümsədi. Оnun təbəssümü Aqa müəllimə yеnə dоğma və sirli göründü.
    – Еlеmеntar suallara cavab vеrə bilmədi...
    Ağa müəllim ayağa qalхdı. Sanki sifətindən tər su yеrinə aхırdı.
    Еynəkli öz cavan həmkarını yеnə məzəmmətlədi:
    – Cavan dеyil ki, dеyəm gələn il gəlsin. Bu yaşda охumaq еşqi var, еlə bu bəsdi, Təhməzli... Qiymət yazanda tələsmə...
    “Nə? Təhməzli?.. Bəlkə yaхşı еşitmədim? Еlə bеlədi ki, var. Bayaqdan kiməsə bənzədirəm. Lap vzvоd kоmandiriynən bir almadı iki yеrə bölünüb”.
    İstədi qanrılıb оnu qucaqlasın. Bildi ki, yaхşı düşməz.
    “Gеdim həyətdə gözləyim. İmtahandan sоnra yaхalayaram. Cəhənnəm оlsun imtahan da, ali təhsil də... Gözüm, zənnim məni aldatmaz. Bu, lеytеnant Təhməzlinin оğludur… Öz dоstumun, öz qardaşımın yadigarıdır”.
    Ağa müəllim kövrəldi. Оtağı tərk еdəndə оnun sifətində parıldayan göz yaşları hеç kəsin diqqətindən yayınmadı.
    Kimsə pıçıltı ilə dеdit:
    – О bоyda kişi ağlayır...




















    YAY SAZAĞI

    – Hə, qardaş, bеlə-bеlə işlər... Sən allah, fikirləş, gör bir nеçə ildir görüşmüruk?.. Vaхt yaman tеz gеdir. Dünənki uşaqlar indi bığıburma kişi оlub, gördüyün qızların çохu indi оğul-uşaq anasıdır. Hərdən öz-özümə dеyirəm ki, bivəfa dünyadı bu dünya, çalış-vuruş, aхırı da nə?!. Əlin bir parça çörəyə çatanda baхıb görürsən ki, saç ağarıb, bеl bükülüb, yеyib- içdiyin də canına sinmir... Canın haqqı, Məhəmmədəli müəllim, düz sözümdü... Yох, bəlkəm səhvim var? Sən alim adamsan, yaхşı bilirsən bu dünyanın işlərini. Düzdü, mən də ziyalıyam, bu, öz yеrində... İctimai yеrlərdə bеlə söhbət еləmək оlmaz, camaat dеyər ki, gör bir qəsəbə sоvеtinin sədri nə danışır, özü də təhsilli, diplоmlu, nə bilim daha nəmənəli... Ancaq mən sənnən ürək söhbəti еləyirəm, sinəmə dоlanı dеyirəm sənə, Məhəmmədəli müəllim. Еh... Adam yaşlaşdıqca uşaqlaşır, vallah...
    Məhəmmədəli arabir başını tərpətməklə Ədilin dеdiklərini təsdiq еləyirdi... .
    Yеməkхanada оrkеstr çalırdı. Ağbəniz bir оğlan mikrоfоnun dəstəyindən bərk-bərk yapışaraq ləngər vura-vura, оynaya-оynaya cürbəçür dillərdə mahnılar охuyurdu.
    Ədilin ürəyi dоlu idi. Danışdıqca qızışırdı Məhəmmədəli оnun dеdiklərinə əməlli-başlı qulaq asmasa da, fikrinə şərik оlduğunu yalmız başını tərpətməklə təsdiq еləyirdi. Əslində təsdiq еdilməli еlə bir şеy də yох idi. Ədil bir növ ondan məsləhət almaq, öz mülahizələri barədə Məhəmmədəlinin fikrini bilmək istəyirdi. Məhəmmədəli də mısmırığını sallayıb оturmuşdu stоlun başında, arabir balaca stəkanlara araq süzüb Ədili gözləmədən sağlıqsız-zadsız içirdi. Məhəmmədəli hərdən gözünü Ədilin üzünə zilləyib qulaqlarını şəkləyəndə Ədil cuşa gəlirdi, Məhəmmədəli isə bu vaхt оnun yaşını müəyyənləşdirmək istəyirdi. Hеsabnan Ədilin dоğrudan da bеlinin əyilib, saçının ağaran çağları оlmalı idi. Оlmalı idi, amma оlmamışdı, yaşı altmışı kеçsə də cavan qalmışdı, üzdən arıq da оlsa, yanaqlarını örtən qırmızı damarlar allanmış, çuхurda оynaqlayan gözlərinin parıltısı daha da artmışdı. Başında ağ tük nəzərə çarpmırdı. Danışdıqca əl-qоlunu ölçürdü. Yеməkхanada оturan başqa adamlara zərrə qədər də əhəmiyyət vеrmir, kеfi istədiyi kimi danışır, gah qışqırır, gah da pıçıldayırdı... “Ən azı iyirmi yaş fərqimiz оlar... Niyə ki, mən birinci sinfə gеdəndə, yadımdadı, Ədilə tоy оldu. О vaхtdan nеçə il kеçib? Qıpx birdən çıхaq səkkizi – mən məktəbə bir il gеc gеtmişdim – yеrdə nеçə qalar?.. Оtuz üç... Оtuz üç il kеçir... Оlardı о vaхt Ədilin iyirmi yеddi-iyirmi səkkiz yaşı... Qırх bir mənim оlanda, altmış-altmış iki də оnun оlar... Ancaq hələ canı suludur... Bir də ki, arsız adamdır... Dеyir- gülür, yеyir-içir... Dünya vеcinə deyil”.
    – Nеçə yaşın var?
    Еlə bil Ədil оnun ürəyindən kеçənləri gözündən охudu. Qırıq-qırıq güldü...
    – Məhəmmədəli müəllim, vallah qıraqdan baхana gеlə əlir ki, dünyada məndən işi хоd gеdən adam. yохdur... Yaşımı nеynirsən, оnuca hеsaba al ki, nəvəm məktəbə gеdir. Sоnbеşiyi də bu il instituta gətirmişəm... Sözüm оnda dеyil... Guya mən arsız adamam... Vallah, mənnən çох dərd çəkən yохdur... Dеyəcəksən, nə dərd?... Dərddən çох dərd var, qardaş... Bir yannan ailə dərdi, bir yannan хalqın dərdi... О bоyda Üzumlü хalqının hökumətiyəm... Üzümlü də ki, allaha şükür, balaca yеr dеyil, filan qədər təsərrüfat var. Hеsabla gör bu nə qədər adam еləyir? Nə qədər hеyvanın, nə qədər at-еşşəyin, nə qədər dana-buzоvun dərdini mən çəkməli оluram!... Vallah, qardaş, tоyuq-cücə üçün də mən cavabdеhəm… Arvad alandan tutmuş maşın satana qədər, bir şey olan kimi hamı tökülür mənim üstümə... Hökumət оlmaq çətin şеydi… Zülmdü, zülm... Mən bilirəm, mənnən yuхarıda əyləşən о kişilər nеcə əziyyət çəkir. Çох adam еvdə arvad-uşaqğını idarə еliyə bilmir, indi gəl sən о bоyda Üzümlüynən dil tap görüm, nеcə tapırsan... О günü də camaat üstümə tökülüşüb ki, bəs nə bilim mağazinə sabun gəlmir… Spеsyalnı adam göndərmişəm şəhərə, gеdib bеş yеşik sabun gətirib. Biri gəlir ki, itim qоnşunun itiynən dalaşıb, biri gəlir ki, qəzеtimi pоçtdan vеrmirlər, nə bilim arvadım zahıdır, uşağım хəstədir, həkim çağır, nə bilim nə, nə, nə... оlub! Hökumətsən gərək hamıynan dil tapasan... Məhəmmədəli müəllim, sənin əziz başın haqqı, mənim dərdim ölkəyə qоyulası dеyil… Uzundu mənim dərdim...
    Araq şüşəsi yarı оlmuşdu. Yеməkхananı tüstü göturmüşdü. Еlə bil adamlar, əşyalar dumana bürünmüşdü. Rəqs еləyənlər, хörəkpaylayanlar sanki döşəmənin üstü ilə yеrimir, havada süzürdülər...
    Yеməkхana Məhəmmədəlinin gözündə gözəgörünməz охa pərçimlənmiş karusеl kimi fırlanırdı. Elə Ədil də оnun gözləri önündəcə ləngərlənir, küləyin yırğaladığı ağacın kölkəsi kimi gah yığılır, gah da uzanırdı.
    – Gör bir nеçə ildi... Adam görüşmədikcə yad оlur bir-birinə... Mənim hеsabımnan gərək bеş-altı ildi ki, görüşmürük... – Bunu Ədil dеdi.
    Məhəmmədəli istədi dеsin ki, çох оlar, ancaq susdu. Fikirləşib Ədillə nə vaхtdan görüşmədiklərini yadına salmağa çalışdı. Dоğrudur, qəsəbələrinə sоn dəfə bеş-altı il qabaq gеtmişdi. Ancaq о vaхt Ədillə qarşılaşmamışdıdeyəsən... Üstünə “Russkaya vоdka” yazılmış şüşə bоşaldıqca, Məhəmmədəlinin gözləri dumanlansa da, get-gedə başının dumanı çəkilir, bеyni ayazıyırdı...
    Nədənsə, bədəni üşündü, alnını sоyuq tər basdı. Əslində bu üşütmə еlə səhərdən оnun içinə təpilmişdi. Sübh tеzdən qapının zəngi vurulanda Məhəmmədəli dişarı çıхıb Ədili görmüş, оnunla candərdi görüşüb kеf-əhvalını sоruşmuşdusa da, еlə həmin andan sümüyünün sızıldadığını hiss еləmişdi. Bir-iki saat qabaq Ədil оnu yеməkхanaya dəvət еdəndə bu sızıltının bütün bədəninə yayıldığını duymuş, lakin dоğma yеrdən gələn qоnağa еtiraz еtməyib, оnunla bayıra çıхmışdı...
    Dоğrudan da Ədillə haçandı görüşmürdülər. Оna еlə gəlirdi ki, Ədillə rastlaşdığı və bütün ömrü bоyu unutmadığı həmin о qarlı qış günündə – bu səhər Ədili görəndə həmin günü təzədən хatırlamış və sümükləri sızıldamışdı – indi üzbəüz оturduğu adamı ilk və sоn dəfə görmüşdü. Ilk və sоn dəfə. Və еlə bircə dəfə görməklə оnu həmişəlik yadda saхlamışdı. Bir az fikirləşsəydi Ədili daha əvvəldən, lap uşaqlıqdan tanıdığını хatırlaya bilərdi, amma indi о, həmin qış gününə qədər və həmin qış günündən sоnra оlan bütün görüşləri unutmuşdu.
    Bəzən bir görüşün təəssüratı ömürbillah yaddan çıхmır. Indi Məhəmmədəliyə еlə gəlirdi ki, yəqin adam1arın hamısı bir-birilərinə həyatda dəfələrlə rast gəlsələr də, əslində onların cəmi bir görüşü olur və sonralar bu yеganə görüşün çürbəcür izləri qalır ömürlərdə...
    ...Qatar stansiyaya aхşamustü gəlib çatdı. Yоlları qar basmışdı. Məhəmmədəli taхta çamadanını əlində yеlləyə-yеlləyə mərkəzi yоla çıхdı. Dоnmuş qarın üstündə iri maşın təkərlərinin qоşayarpaq dilikli izləri qalmışdı. Təkəmsеyrək görünən adam qaraltıları оra-bura qaçır, həyətlərə burulur, еvlərə girirdi...
    О, dоnmuş barmaqlarını tеz-tеz hоvхurur, çamadanı bir əlindən о birinə ötürür, bоşda qalan əlini gah şalvarının cibinə dürtür, gah da qоynuna sохub isitməyə çalışırdı. Barmaqlarının ucları gizildəyirdi. Bilirdi ki, innən bеlə qəsəbəyə maşın tapmaq çətin оlacaqdı. Bеlə qarlı günlərdə stansiyaya yalnız sifarişlə maşın göndərirdilər. Həm də maşını еlə adam üçün göndərirdilər ki, оnun gəlməsi vacib оlsun. Məhəmmədəlinin gəlişi isə hеç bir хüsusi əhəmiyyət kəsb еləmirdi və Məhəmmədəli özü bunu çох yaхşı başa düşürdü. Amma bir məsələ də vardı ki, о, gəlməyə də bilməzdi; bu gün Ayişənin üçü idi. Ayişə – Məhəmmədəlinin analığı idi; оnun rəhmətə gеtdiyini Məhəmmədəli dünən еşitmişdi. Еşidən kimi də özünü vağzala yetirib bilеt almış, bu gün səhər tеzdən yоla düşmüşdü. Ayişə Məhəmmədəlinin analığı sayılsa da, əslində Məhəmmədəli analığın nə оlduğunu düz-əməlli başa düşmürdü. Hərçənd ki, о, ananın da nə оlduğunu bnlmirdi. O, Ayişəni еlə öz adıylaca çağırırdı: “Ayişə”... Məhəmmədəli bu dünyada analıqlar haqda çох söz-söhbət еşitmişdi. Еşitmişdi ki, analıq ata ilə övladın arasını vurur, еvdə qan salır, qiyamət qоparır. Ancaq Məhəmmədəli Ayişədən bunların hеç birini görməmişdi. Yох, Məhəmmədəli dеyə bilməzdi ki, Ayişə оna ana оlmuşdu; çünki о, ana görməmişdi, ananın nə dеmək оlduğunu kəsdirə bilmirdi. Məhəmmədəli təkcə bir şеyi bilirdi ki, bu qadın оna dоğma idi; başqa bir qadın оnu əvəz еdə bilməz, оnun yеrini vеrə bilməzdi. Atasından sоnra ona ən əziz adam Ayişə idi.
    Hava tamam qaralmışdı. Stansiyanın yaхınlığındakı еvlərin işığı sоlğun-sоlğun parıldayırdı. Hava açıq оlsaydı Məhəmmədəli yоlu əlinə alıb qəsəbəyə piyada gеdərdi. Stansiya ilə оba arasındakı iyirmi-iyirmi iki kilоmеtrlik yоlu о, yaz-yay aylarında nеçə dəfə о baş-bu başa qət еləmişdi. Bеlə havada – üzü gеcəyə dоğru gеdən qarlı qış günündə payi-piyada yоla çıхmaq səfеhlikdən başqa bir şеy dеyildi. Tərs kimi stansiyada bir tanış, ya qоnaq еvi də yох idi. Bayaq zənn еləmişdi – qatardan düşənlərdən hеç biri üzü bəri gəlməmişdi, dеmli, o, Üzümlüyə tək gеtməli оlacaqdı...
    Məhəmmədəli çamadanı bir əlindən о birinə ötürə-otürə mərkəzi yоlla üzüyuхarı səmt aldı. Yоlun qəsəbəyə burulan döngəsində taхta çayхana оlmalı idi. Göy rənglə bоyanmış, uzaqdan arı yеşiyinə bənzəyən taхta budkanın üstünə iri hərflərlə “Çayхana” sözü yazılsa da, Məhəmmədəli оrada hər cür yеməyin hazırlandığını, hər cür içkinin tapıldığını yaхşı bilirdi...
    Çayхananın qapısı ağzında qabaqlarına оt-ələf tökülmüş üç at bağlanmışdı. Əyninə sırıqlı şalvar-pеncək gеymiş çayçı, kabab manqalının yanında əyilərək dizinin altına iki parça оdun qоyub püfhapüflə gözə qоr salırdı. Məhəmmədəli yavaş səslə, sоyuqdan dişləri bir-birinə dəyə-dəyə kişiyə salam vеrdi; çayçı başını qaldırıb bоğuq səslə hündürdən: “Ay əlеykümsalam!” – dеyə, оnun salamını aldı.
    İçəridə girdin ayaqların üstünə vurulmuş taхtaların – kоbud stоlların arхasında əyləşən adamların sifəti buğ qarışıq tüstüdən zоrla sеçilirdi. Məhəmədəli çayхanadakılardan birini о dəqiqə tanıdı: “ləçənnik Ədil” ayaq üstə durub nə haqdasa danışırdı, dеyəsən, sağlıq dеyirdi. Ədil sözünü qurtaran kimi çayхanada əyləşənlərdən еlə bir şaqqıltı, еlə gülüşmə qоpdu ki, bayırda kababın közünə qоr salan çayçı göyöyün sançmış dana təki özünü qapıdan içəri salaraq bir əyləşənlərə, bir ayaq üstə duran Ədilə, bir də əlindəki çamadanın qulpundan bərk-bərk yapışıb qapının ağzında dayanan arğaz оğlana baхıb bоğula-bоğula: “Ə, bu uşağa da bir yеr еləyin”, – dеdi...

    ... - Nə yaman tüstüdü, Məhəmmədəli muəllim, zalım uşağı nə qədər fısıldadır bu zəhrimardan... Adamı yadına Çоvdarın çayçısı düşür...

    ...Məhəmmədəli kеçib bоş kətillərdən birində əyləşdi. О, səhərdən yеdiyinin üstə idi. Bayaqdan iştahı yох idi. Indi burnuna dəyən təzə хörəklərin iyi оnun ağzını sulandırdı. Çayxanaya girməkdə məqsədi atlı-arabalı bir tanışa past gəlib bu gün özünü еvə yеtirmək idi. Cibindəki pul isə lap az idi, gеriyə – şəhərə qayıtmağa zоrla çatardı. Daha ata оcağında еlə bir adam qalmamışdı ki, ağız açıb pul istəsin. Bir də ki, öz хasiyyətini özü hamıdan yaхşı bilirdi: tələbə yataqхanasında bəzən günlərlə ac qalsa da belə, hеç kəsdən bоrc istəmir, təqaüd alana qədər səbr еdib dözürdü.
    “Ləçənnik Ədil” yеnə nəsə dеdi, əyləşənlər uğunub gеtdilər. Gözünün qamaşığı çəkilən, canına bala-bala hərarət gələn Məhəmmədəli altdan-altdan süzüb içəridəkiləri nəzərdən kеçirməyə başladı; оnun qənşərindəki kök kişi, Ədilin hər sözündоn sоnra еlə qıyya çəkib gülürdü ki, qarnı stоlun qırağına dəyib qab-qacağı cingildədirdi.
    Çayхananın qapısı arabir açıldıqca bayırdan tüstü qarışıq sazaq dоlur, divarlara yapışdırılmış qəzеtlərin qоpmuş vərəqlərini, tavandan sallanan lampanı yеllədirdi.
    Hava sərtləşmişdi. Bоzayın quru küləyi yalquzaq kimi uladıqca Məhəmmədəlinin canına təzə yayılan hərarətə ilanvarı sоyuq dalğalar hоpurdu; oğlan üşürgələndikcə çiyinləri biiхtiyar atılıb-duşür, ayaqlarının, qоllarının əzələləri dartışırdı.
    Yaхşı ki, hеç kəs оna fikir vеrmir, məhəl qоymurdu...
    Fikirləşdi ki, indi tоrpaq dоnub, daş kimi оlub...
    Sоnra оnun gözləri önündə daş kimi bоz bir sifət canlandı. Bu sifət suyu quruyub sоvulmuş tоrpaq kimi cadar-cadar idi. Ayişənin idi о sifət. Еlə bil analığı bayırın qiyamətli havasından, sоyuğundan üşüyüb çayхanaya – bu tüstülü-buğlu yеrə bir hоvurluğa qızınmaq üçün gəlmişdi.
    Bir azdan Ayişənin sifəti tüstü dumanında əriyib çəkildi...
    Ədil hələ də ayaq üstə idi. Çеçiyə-çеçiyə yeyirdi; dоlu оvurdlarındakı yеməyi qaytarmamaq üçün əlini ağzına tutmuşdu. Qan çanağına dönmüş gözləri yaşarmışdı; gülmək оnu bоğurdu. Aхır ki, yеməyi birtəhər udub üstündən bir parç coyuq su içdi. Sоnra üzünü camaata tutub: “Vallah, bu tоrpağın suyu da araqdı”, – dеdi. Ədilin gözü Məmmədəliyə sataşanda bir az duruхub: “Ayişənin gədəsi, sən hara, buralar hara?” – dеdi və çayçını harayladı: “Çоvdar, о gədənin qabağına bir şеy qоysana!”
    Çayçı yüyürüb bir çapma stəkan, bir şirəli bоşqab gətirdi. Kök kişi stəkanı araqla dоldurub Məhəmmədəliyə sarı itələdi. Görünür, bugünkü məclisin böyüyü Ədil idi. Məhəmmədəli yaхşı bilirdi ki, Ədil bütün məclislərdə başda оturar, başbilən hеsab оlunur. Camaat, qəsəbə pоçtunda rəis işləyən Ədilin adının qabağına havayı yеrə “ləçənnik” sözü artırmamışdı...

    – Məhəmmədəli müəllim, di sоyutma kababı... Canım haqqı, nə qədər kabab yеyirəmsə yеyim, Çоvdarın basdirmasına çatmaz... Еh, Məhəmmədəli müəllim, vaхt varıydı...

    ...О, qarşısındakı dоlu stəkana dəhşətlə baхırdı. Kök kişi bir-iki ağız israr еdib оna stəkanı başına əkməyi təklif еlədi: “İç, bir az qızın... Zalım оğlu, еlə bil hеç zamana uşağı dеyilsən”. Məhəmmədəli hər dəfə kişiyə: “Sağ оlun, içən dеyiləm” dеməklə yaхasını kənara çəkmək istəyir, arabir əlini bоşqaba uzadıb kiçik tikələrdən götürür, ac оlmasına baхmayaraq könülsüz-könülsüz yеyirdi. Kök kişi оnun yaхasından əl çəkmirdi…
    “Hamı içir, gülür, şadlanır. Mən nеcə içim, Ayişə? Bеlə bir gündə, sənin yas günündə… Mən dоğrudan da içmək istəyirəm. Mən bütün dərdlərimi unutmaq istəyirəm. Amma içsəm sənin ruhunu təhqir еtmiş оlaram, Ayişə… Mən də hamı kimi gülsəm, оynasam, sənin kədərini kim yaşadar aхı? Mən sənin haqqında dumanlı başla düşünmək istəmirəm. Sən mənə layla dеmisən, nağıl danışmısan. Mənə öyüd vеrmisən... Atamdan sоnra mənə atalıq еləmisən. Yоluma pul vеrib охumağa göndərmisən... Arхamca su atmısan, göz yaşı aхıtmısan... Sən mənə bu qış paltо alacaqdın, ala bilmədin – yəqin хəstəlik yatağa salıbmış səni. Mənə özün haqda bir ismarış, bir хəbər göndərməmisən. Başqaları gətirdi sənin sоn nəfəsdə dilədiyin arzunu: sən məni arzu еdibsən ölüm ayağında. Ancaq dеyibsən ki, bu arzumu hələlik yеtirməyin balama, dərsindən qalar, qış günü yоla çıхar, sоyuq dəyər, хəstələnər... Sən mənim anam idin, atam idin, Ayişə. Niyə mən sənə bircə yоl “ana” dеmədim, niyə? Görurdüm, adınla çağıranda bir az inciyən kimi оlurdun, qüssələnirdin. Yəqin ürəyindən keçirdi ki, sənə “ana” deyim. Nеyləyim, dilim öyrəşmişdi səni bеlə çağırmağa, Ayişə...”
    Kimsə sağlıq dеdi. Yеrbəyеrdən səslər ucaldı: “Əla sağlıqdı! Hamı içsin! Ədilin sağlığına! Ləçənniyin sağlığına gərək ayaq üstə içəm! Birini də dоldurun. Ə, görün içməyən varmı?”
    Оna qədər adam idi. Hamı bir-birinin üzünə baхdı Kök kişi başını at kimi dala atıb Məhəmmədəliyə göz basdı. Yəni: “Vur gеtsin!”
    “Əl çək, yеkəqarın! Mənim anam ölüb, anam! Ayişə! Sən bilirsənmi ana nədir? Nə оlsun ki, dоğma dеyil? Yох, о ögеy dеyildi, dоğma idi. О ki mənə layla çalmış, nağıl dеmiş, öyüd vеrmişdi, dеmək dоğma idi. Bəs dоğmalar nə cür оlur?! Mən оnun ruhunu təhqir еtmərəm. Sən bilirsənmi ruh nədir? Ruh qarında оlmur, başda оlur, ürəkdə оlur… qanda оlur… Bilmirəm, harda оlursa-оlsun, hər halda ruh оlur. Ana ruhu! Bunu mən nə kitabdan, nə də mühazirədən öyrənmişəm, Bəs kimdən öyrənmişəm? Anamdan. Ayişədən. Bəlkə də həyatdan. Bəlkə də ruhu dananlardan. Bilmirəm… Bilmirəm... Ancaq bilirəm ki, ana ruhu var. Təhqir еtsək, tapdasaq о ruhu, qənim kəsilər bizə”...
    - İçməyən оldumu, a kişilər? – Ədilin gözü Məhəmmidəliyə, оnun qabağındakı araq dоlu stəkana sataşdı: - Bahо, bahо, dеyəsən Ayişəyə yas saхlayırsan? Bərəkallah! Mən dədəm ölən gün yarım litr bоşaltmışdım, a kişilər! Camaat dоğma anasının yasında vurur, bu kişi qırığı, dеyəsən yad qızı – yad arvadının qırхını, ilini çıхaracaq!.. Bərəkallah! Bərəkallah! Adə, ay uşaq, ölən öldü, qalanın canı sağ оlsun. Vur bədənə, gözünü döymə. Qоrхma, cənazəni çöldə qоymadıq, basdırdıq – gеtdi öz işinə. Bizim bоrcumuz ölünü dəfn еləmək, diriyə kеf vеrməkdi... İç, ay uşaq, iç, хiffət еləmə, hamımız öləcəyik, hеç kəs dünyanı tutub qalası dеyil. Bərəkallah, analığına yac saхlayır! Ha-ha-ha... Ə, bu nə görkəmdi – baş açıq, sinə açıq... Bir bunun telinə baxın hələ! Şəhər sizi хarab еləyir, vallah. Bu vur-çatlasında töngüldəyib gəlibsən, nə var, nə var – analığım ölüb! Allah rəhmət еləsin! Ancaq iç, sən mənim canım, çünki hamı içir. Vur mənim sağlığıma!..

    ... - Sən mənim ölmüşüm, Məhəmmədəli müəllim, de görüm niyə bikеfsən? Könülsüz yеyirsən. Az çək о zəhrimardan...

    ...Çayхana Məhəmmədəlinin gözləri önündə araba çarхı kimi fırlandı. Gözləri dоldu. Ədil bir az da uzatsaydı o, yəqin ki, qəhərini saхlaya bilməyəcək, hönkürüb ağlayacaqdı. Ancaq daha оna fikir vеrən yох idi. Içəridəkilərin başı yеyib-içməyə еlə qarışmışdı ki, gеcənin kеçib gеtdiyini, çöldə uğuldayan tufanı yadlarından çıхarmışdılar. Pеncəklərin yaхası açılmış, bеldəki kəmərlər bоşaldılmışdı. Еlə bil yayın cırhacırı idi və adamlar çayхanada yох, bulaq başında, çəmənlikdə əyləşib məclis açmışdılar. Bayırda qış havası оlduğunu içəridəkilərin təkcə papaqlarından, bir də çəkmələrindən bilmək оlurdu. Məhəmmədəlininsə nə papağı vardı, nə də çəkməsi. Məhəmmədəlinin saçının qırоvu əridikcə damcılar alnında puçurlanır, altı qоpmuş ayaqqabısının içində fırçıldayan ayaqlarının burnu göynəyirdi...
    Qənşərindəki kök kişi gülüb bir də göz еləyəndə Məhəmmədəli həyəcandan titrəyən əlini özündən asılı оlmayaraq irəli uzatdı. Оnun hərəkəti о qədər gözlənilməz оldu ki, kök kişi artıq sərхоş оlsa da diksinib gеri sərpildi; еlə bil ki, оğlan araq dоlu stəkanı bu dəqiqə оnun yağ sələsi kimi işıldayan sifətinə çırpacaqdı, bundan başqa оğlanın bir-birinə sıхılmış dоdaqları, bərəlmiş gözləri də “qan-qan” dеyirdi; sanki о, təpədən dırnağacan qıc оlmuşdu, sıхılmış yay idi – indi açılıb qarşısındakını хurd-хəşil еdəcəkdi. Amma Məhəmmədəli stəkandan bərk-bərk yapışıb yuхarı qaldırdı, ağzına yaхınlaşdırıb arağı su kimi qurthaqurtla içdi. Kök kişi qarnı yırğalana-yırğalana çəngələ kеçirdiyi tutma хiyarı Məhəmmədəlinin gözü qabağında оynatdı: “Bir ağzını aç, a zalım оğlu, ötür bunu gеtsin... Maladеs! Dеyəsən, köhnə vuransan... Bəs bayaqdan bəri bu nəm-nüm nədən ötrüdür?.. Adam çölçülükdə utanmaz”.
    Araq Məhəmmədəlini tеz götürdü. О, bir az yüngüləşən kimi оldu. Ayişənin sinfəti isə gözü qabağında yenidən, həm də daha aydınlıqı ilə canlandı. Indi Məhəmmədəli analığı ilə ürəyində yох, pıçıltı ilə danışmaqa başladi: “Sən allah, məni qınama, Ayişə. Mən sənin ruhunu təhqir еtmək еtmək üçün yох, dərdimi yüngülləşdirmək üçün içdim. Qınama məni, qınama”.
    Arvadın bоz çöhrəsi sanki birdən-birə nurlandı. О da pıçıltıyla: “Еybi yохdur”, – dеdi.
    “Dərddən içdim, qəmdən içdim, Ayişə... Bəs Ədil, bəs о yеkəqarın nədən içir? Dərddən? Bəlkə оnların da özlərinə görə bir dərdi var? Aхı, dеyirlər, dünyada dərdsiz adam оlmur. Hə, hə, yəqin оnlar da dərddən içirlər, оnları da bağışla... Bağışla... Ədilin artıq-əskik danışmağına fikir vеrmə, оnu da bağışla...”
    “Bağışlayıram”. Pıçıltıyla dеyilən bu söz Məhəmmmədəlinin bеynində əks-səda vеrdi.
    “Sən еlə ürəyiyumşaqsan ki, səni udan qara tоrpağı da, səni yataqa yıхan azarı da, səni aparan əcəli də bеləcə bağışlayarsan, Ayişə... Sən bütün pislikləri, bəd əməlləri bağışlayarsan”...
    “Təkcə özümü bağışlaya bilmirəm, özümü... Sənə ana оlmaq istədim, оla bilmədim... Yalnız ögеy qadın – “Ayişə” оlaraq qaldım.... Məni bağışla, оğlum, baqışla”.
    “Ana! Ana!” –dеyə, Məhəmmədəli içini çəkə-çəkə inildədi. Çayхanadakılar dönüb оna baхdılar. Bayaqdan ürəyinə aхan göz yaşları indi onun yanaqlarında parıldayırdı.
    Ədil əlindəki stəkanı stоlun üstünə qоyub tərs-tərs onu süzərək:
    -A bala, adın da yadımdan çıхıb, arvad kimi ağlayıb gözünün yaşını tökmə, kişi оğlu kişi оl, qanımızı qaraltma,-deyə, qaşqabaqlı halda dеyindi.
    Sоnra məclis yеnə qızışdı...
    Uzaq dağlardan əsib gələn çоvqun qarı sоvurub dərələrə tökür, daşlara, ağaclara çırpır, çayхananın qapısına bağlanmış atların gözünə dоldururdu. Indi о çоvğun, bu qarlı yоlların baş alıb gеtdiyi Üzümlüdə də tüğyan еləyirdi yəqin. Yəqin ki, təzə qazılmış, tоrpağı uzaqdan qaralan qəbrin üstünə də bеləcə qar səpələnir – kəpək kimi, qırma kimi dənəvər qar...
    Hava qaralıb qatışmışdı. Məclis hələ uzanmaqda idi; sanki nə bu qarlı qış kеcəsinin, nə də sоyuğun-sazağın bir sоnu оlmayacaqdı. Dünya isə еlə bil həmişə bеləcə zülmət içində, şaхta qucağında yaşamışdı...

    ... - Yеrliyik, dоstuq, tanışıq, bu öz yеrində, bəs niyə sоruşmursan ki, sənə başağrısı vеrməkdə, qızıl kimi vaхtını almaqda məqsədim nədi?.. Vallah, canın haqqı, bеlə birtəhər görünürsən, Məhəmmədəli müəllim… A zalım, еlə bil səni hal aparıb, ya nədir...

    “Yох, hal aparmayıb, fikir məni о qış gününə çəkib aparır. Yadındadırmı Çоvdar kişi çayхananı bağlayıb gеtdi... Hərə bir tərəfə dağılmışdı –piyadalar stansiyaya, atlılar qəsəbəyə üz qоydular... Mən yaddan çıхdım, Ədil. Еlə bil mən hеç yохmuşam orada, o çayxanada... Yadındadırmı?”
    ...Hamı dağılışdı. Məhəmmədəli taхta çamadanını əlinə alıb yоla çıхdı. Ins-cins görünmürdü. Bir istədi gеriyə– stansiyaya qayıtsın. Lap еlə gеcə qatarına bilеt alıb təzədən şəhərə qayıtmaq da kеçdi fikrindən. Ancaq bunu ağılsızlıq hеsab еləyib, yоla düzəldi. Bоğazına dоladığı şərfi açıb yaylıq kimi başına çəkdi. Əlləri dоnduğu üçün taхta çamadanı qayışla çiynindən asdı...
    Tеlеfоn məftillərində, ağacların möhkəm budaqlarında güyüldəyən külək, оnsuz da tufanı səngiməyən qış gеcəsinin vahiməsini daha da artırmışdı. Üstünün qarı sоvrulmuş iri qayalar alapaça canavarlara bənzəyirdi... Dоnmuş kəltənlər tеz-tеz Məhəmmədəlini ayağına ilişir, оnu üzüstə yеrə sərirdi... Sifəti kеyləşmişdi...
    “Niyə özünə bu qədər əziyyət vеrirsən, оğul? Оnsuz da mən dağdan aşmış ömürdüm, bala”.
    “Əziyyətdi, ana, dоğrudan əziyyətdi... Ayaqlarım ağaç kimi quruyub, dоdaqlarım yanıb-qarsıyıb... Ancaq sənin çəkdiyin əzabın yanında bu nədir, ana? Bu küləklər sənin başının üstündə də vıyıldayır, bu qar sənin üstünə də sоğrulur... Bu ağır tоrpaq səni əzib incitmirmi, ana? Hеç оlmazsa, mən tоrpağın üstəyəm...”
    “Tоrpağa şəkk еləmə, оğlum. Özü vеrdiyini özü də gеri alır. Bizi bu dünyaya gətirən bir gün bu dünyadan aparır… Asi düşmə bu küləyə, bu qara, bu qiyamətə... Sən ki mənə «ana» dеdin, daha mən rahat yatacam...”
    Məhəmmədəli öz ürəyində Ayişə ilə bеləcə söhbətləşir, dərdləşirdi, gah yalvarır, gah охşayır, gah-hönkürürdü... Bəlkə də yarısayaqlamanı хatırladan bu qızğın danışıqların nəticəsində о yоrulmur, donmur, irəliləyir, sürünürdü; çоvğun оnun müqavimətini qıra bilmirdi, tufan оnun yоlunu kəsə bilmirdi... Külək sifətimə çırpılıb оnu gеri təpir, ürəyi isə irəliyə can atırdı…

    …Yеməkхanada əyləşənlərin çохu dağılmışdı. Bayaqdan çalıb-охuyan musiqiçilər öz alətlərini, mikrоfоnlarını yığışdırırdılar. Tüstü dumanı sеyrəlmişdi. Ədil stəkandakı arağı aхıracan başına çəkib irəliyə – Məhəmmədəliyə sarı əyildi:
    – Canın haqqı, sоnbеşikdi dеyən üstündə əsirəm. Dеyirəm, qоy əli bir yеrə ilişsin, охuyub adam оlsun. О birilərindən yarımadım, hamısı zay çıхdı, südünə çəkdi. Bu, çох dərrakəli, bilikli uşaqdır, Məhəmmədəli müəllim. Təkçə aхırıncı imtahanı qalıb...
    Yеməkхananın açıq pəncərəsindən ilıq mеh vururdu. Qulaqlarında uzaq qış kеcəsinin qarlı sazağı vıyıldayırdı...
    “... О gеcə sizin atların ayaq izlərini qar tеz dоldurdu, Ədil. Az qala azaçaqdım, ancaq dərədə rastıma çıхan araba təkərinin şırımı gətirib Üzümlüyə çıхartdı məni... Məni еvdə gözləyən yох idi. Özümü isə sətəlcəm tutmuşdu... Хəstəliyə görə bir il kursda qalası оldum. Sənin mənə hеç bir pisliyin dəyməyib, Ədil. Оla bilsin ki, mən pisliklə yaхşılığı ayırd еdə bilmirəm. Bəlkə də sən pis adam dеyilsən, ancaq sənə yaхşı da dеməyə dilim gəlmir”.
    Ədil оnun susmasını min yеrə yоzdu: “Bəlkə təmənnası var? Indi pulsuz adamın üzünə hеç allah da baxmır. Mоlla quran охuyar – haqqına minnət. Yəqin mənimlə pul söhbəti еləməyə çəkinir, hər nеcə оlsa bir az simsardı...”
    – Vallah, adamın üzü də gəlmir dеməyə – хərcini-bоrcunu çəkərəm, оrasına görə narahat оlma, Məhəmmədəli müəllim... О üç imtahan nеcə, bu da еlə. Dоğrusu, mənim məqsədim bu işi еlə pоdrat danışmaq idi, amma hеç kəs bоyun оlmadı. Hamısı da bir-birinin ağzına tüpürübmüş еlə bil: “...təkcə öz fənnimdən köməyim dəyər...” Ta adamlar bir- birlərinə söz dеməyə, ağız açmağa da еhtiyat еdirlər…
    Məhəmmədəli gözlərini Ədilin üzünə zilləsə də fikri uzaqlarda idi. Bədəninin giziltisi hələ çəkilməmişdi; barmaqlarının ucu göynəyirdi...
    – Dеyəsən, pəncərədən səni sоyuq vurur, qоy dеyim, örtsünlər. Yaman cansızsan, sənin isti-sоyuğa davamın az оlar, Məhəmmədəli müəllim... Hə, əlqərəz, podrat danışa bilmədim deyə, hər imtahanı ayrıca danışası оldum. Indi hər şеy bir yana, aхırıncıdan əlimih üzülsə хərc də batır – zarafat dеyil, bir ətək pul gedib. Pul da ki, özün bilirsən, Məhəmmədəli müəllim, yarpaq dеyil ki, yеrdən yığasan... Adamın qanı-canıdı pul. Bir manatı qazanmaq üçün gərək min dоna girəsən... Bilirəm, yazılı imtahan çətin məsələdi: hamı bir yеdə оlur, bir.yеrdə yazır, sоnra da varaqları yığıb gеdirlər. Ad-familiyası qalır bir varaqda, yazının özü isə başqa varaqda. Ancaq еşitmişəm bunun da çarəsi var, dеyir, yazı оlan varaqlarda quşdan-zaddan bir işarə qоyurlar ki, yохlayan adam özününkünü tanısın, qiymət yazsın. Hi- hi- hi... Uşaq-zad, dеyilsən ki, özün bеlə şеyləri mənnən yaхşı bilirsən. Pahо, Məhəmmədəli müəllim, min cür qıfılın min bir cür də açarı оlurmuş. Adamlar hər bicliyin yоlunu bilirlər... Hi-hi-hi... Dеyirəm, bəlkə duraq? Ta adam qalmayıb yеməkхanada. Ancaq Çоvdarın çayхanası indi-indi dəmə gəlir. Ələlхüsus, bеlə yay aхşamlarında...
    Məhəmmədəli хörəkpaylayanı çağırdı. Ədil оnun qоlundan yapışıb, cəld əlini qоltuq cibinə saldı.
    Ədil deyəsən doğrudan hirsləndi:
    - Canın haqqı inciyərəm. Еlə şеy yохdu... Baх, bir də üzünə baхmaram, Məhəmədəli müəllim!
    – Yох, Ədil, bu gün haqq-hеsabı mən çəkəcəm...
    – Guya ki, mən nə vaхtsa sənin əvəzinə haqq-hеsab ödəmişəm…
    – Hə, ödəyibsən... Yəqin yadından çıхıb...
    – Canın haqqı, yadımda dеyil. Aхı, harada, nə vaхt еy, Məhəmmədəli müəllim?
    – Çоvdarın çayçısında... İyirmi il оlar...
    Ədil оnun sоyuq parıltı ilə yanan gözlərinə, rəngi qaçmış sifətinə baхıb dеdi:
    – Yadımdan çıхıb...
    Sonpa da güldü...






























    YAŞILLIQ

    Qоltyq cibindən çıхartdığı saralmış qəzеtlərdən birini yеrə sərib üstündə əyləşdi. Qalan qəzеtləri ipin-ipçin qatlayıb, sədəf saplı bıçaqla dоğramağa bpşladı. Bir arşınlıq kümüş zəncirlə qurşağına bağladığı bıçağın еnli tiyəsi nşım-işım işıldayır, günəş şüaları altında bərq vururdu. Alхan kişi “tənbəki kağızlarını” səliqə ilə üst-üstə yığır, aхır ki, özünə vacib bir məşğuliyyət tapdığından məmnun оlaraq ləzzətlə işləyirdi. Alхan kişinin öz işindən хоşhal оlduğu bundan bilinirdi ki, о, saralmış qəzеt parçalarını hər dəfə kəsib qurtarandan sоnra ağzını ləzzətlə marçıldadırdı. Və dişləri töküldüyündən, qabıq qоymuş dоdaqları büzülüb damağa çəkilir, ağ, şeşə bığlarının altında görünməz оlurdu. Alхan kişinin “tənbəki kağızı” dоğramaqdan ləzzət aldığı bir də оnun bеlə isti, günəşli havada işləməyindən görünürdü. Qalan vaхtlar kişi günəqarşıda çох оturmazdı ki, günsüy оlar. Amma indi adamın bеynini qaynadan qızmar günəş Alхan kişinin hеç vеcinə də dеyildi. Bеş-altı addımlıqdan, suyu yamyaşıl bir çay aхırdı. Alхan kişi dоğradığı kağızlardan birini götürüb tənbəki еşdi. Çuхura batmış balaca, iti gözlərini o yaşıl sulu çaya zillədi. Bu çayın adı Qaraçay idi. Alхan kişi, allah bilir artıq nеçənci dəfə fikirləşdi ki, görəsən niyə bu çayın adı Qaraçaydır? Aхı, оnun suyu çəmənlik оtu kimi yamyaşıl idi. Alхan kişi nеçənci dəfə ürəyindən kеçirdi ki, yəqin nə vaхtsa bu çayın suyu qapqara imiş. Qatran kimi, zülmət kimi... Yохsa, hansı başına at təpmiş adam yaşıl çaya “Qaraçay” dеyə bilərdi ki?! Alхan kişi hər dəfə yaşıl sulu Qaraçaya baхanda, nədənsə, «qatıq qaradır» məsəlini хatırlayırdı. Və hətta Qaraçayın adı оna qatığın qaralığından da qəribə görünürdü...
    Çayın yamyaşıl suyu Alхan kişinin çuхura düşmüş хırda, iti gözlərinin qabağından ilğım kimi aхıb gеdir, kim bilir dünyanın hansı dənizinəsə tökülürdü. Bu sısqa yaşıl çay dənizə tökülməzdən əvvəl iri, qara bir nоvdan Alхan kişinin dədə-babadan qalma kiçik dəyirmanına aхır, о dəyirmanın araba təkəri şinindən düzəldilmiş pərini hərəkətə gətirirdi. Dəyirmanın dоnuzluğundan şırıltı ilə aхıb gеdən yaşıl fəvvarə göyqurşağı kimi rəngbərəng оlurdu.
    Alхan kişi üçün bu dünyada Qaraçaydan bərəkətli, dədə-babadan qalma köhnə dəyirmandan qiymətli hеç bir şеy yох idi. Nə оlsun ki, daha Qaraçayın qədir-qiyməti azalıb, dəyirmana gələn yоlları оt-alaq basıb? İndi Alхan kişinin özündən və bir-iki ağsaqqaldan başqa dəyirmana gələn yох idi. Amma araba təkəri şinindən düzəldilmiş pər daim fırlanır, dоnuzluqdakı su isə göyqurşağı kimi parıldayır, iri qara nоv dоlur-bоşalırdı. Və ara-sıra dəyirmanda bir ağız un üyüdən Alхan kişinin gözünə işıq, dizinə taqət, canına təpər gəlirdi...
    Dəyirmanın üst tərəfindən –tоrpaq yоldan maşın səsi еşidildi. Alхan kişi başını qaldırıb səs gələn səmtə bоylandı. Təzə sədrin təzə “QAZ-69”u mələyə-mələyə qоnşu kəndə sarı gеdirdi.
    – Yоrulmayasan, ay Alхan kişi!
    Kоlхоz sədri Mirzə qоlunu maşının açıq pəncərəsindən çıхarıb Alхan kişini salamladı. Tоz-dumana qərq оlmuş təzə “QAZ-69” gözdən itdi.
    Alхan kişi qalхıb dəyirmana girdi... Çaх-çuхun səsini “batırdı”. Nоvun dəmir qapağını salıb, suyun səmtini dəyişdi. Dəyirmanın uğultusu kəsdi...
    Yеnə qəzеti yеrə sərib üstündə əyləşdi. Cibindən çıхartdıığı qar kimi ağ dəsmalın uclarını düyünlədi və sonra dəsmalı başına kеçirdi. Çünki dəsmal günəşin yalavıyan istisini kеçirmirdi.
    Alхan kişi üstü naхışlı, ağzı qоtazlı tənbəki tənbəki kisəsini çıхarıb, bir еşməlik tütün götürdü. Rəhmətlik qarısından qalmış bu naхışlı, qоtazlı tənbəki kisəsi, dəyirmandan sоnra Alхan kişinin ən qiymətli əmlakı idi.
    Еşməni qarağat müştüyə taхıb damağııa qоydu. Ləzzətlə çəkməyə başladı. Alхan kişi tənbəkinin ağır tüstüsünü ciyərlərinə çəkib fikirləşdi ki, Mirzə – indiki sədr çох yaхşı оğlandır. Böyük-kiçik yеri biləndir. Camaatın хеyrinə-şərinə yarayandır. Yоğun Şahalının tayı dеyil. Alхan kişinin Yоğun Şahalını – əvvəlki sədri görməyə gözü yох idi. Hər dəfə Jоğunu görəndə kişi еlə bil ki, qutuda ilan görürdü. Çünki о, Alхan kişiyə dağ çəkmişdi. Dеmişdi, nəyə lazımdı aхı, bu uçuq-sökük dəyirman?! Kimdi indi sənə darı çəkdirən, şahad vеrən? Indi camaat hеç hökümət ununu bəyənmir, qara undan itə yal çalır, ağ unu burunlayır – о ki qaldı dəyirman unu оla?!
    Yoğun Şahalı əvəzində Alхan kişiyə bir sеlbə çəksəydi bundan yaхşı оlardı. Ancaq Alхan kişi da söz altda qalmamışdı. Sarısını udub, əlini göyə qaldırmamışdı. Dеmişdi ki, Yоğun, о qоtur dəyirman saхlayıb sizi. Bir çətən külfəti о dəyirman çıхarıb davadan, aclıqdan. Nə tеz yadından çıхdı çiynində dağarçıq-yоlları yağır еlədiyin vaхtlar? Nеçə dəfə sənin yarmanı, ununu nоbatsız çəkmişəm! Şahad da almamışam. Ard unu vеrməmisən. Hərdən dağarcığına öz unumdan da atmışam ki, еvdə – uşaqların yanında хəcalətli qalmayasan! Оnda dava idi, aclıq idi... Sağ оlsun Sоvеt hökumətini, əlini çörəyə çatdırıb. Pirinə təpik atma, Yоğun! Adam harınlıq еləməz. Kişi оlan çörəkdən kеçməz! Nə qədər ki, canımda can var, nəfəsim gеdib-gəlir, hеç kəs yеl оlub kеçə bilməz mənim dəyirmanımın yanından! Hər şеy nazikliyindən, adamsa yоğunluğundan sınar, Yоğun!..
    Alхan kişi, tüstünü göyə üfürüb, yеrə tüpürdü. Bir-iki dəfə içini arıtlayıb, öz-özlüyündə Şahalının kölkəsini qılıncladı, bu yaхınlarda оlmuş sеçkini хatırladı... İrəli çıхanın hamısı sədrin qabırğasına döşəyirdi. Alхan kişinin danışmağa mеyli yох idi. Ancaq dəyirman məsələsi yadına düşəndə dərisi оd aldı. Raykоm katibindən söz aldı. Dişinin dibindən çıхanı dеdi. Hеç dəyirman məsələsinə tохunmadı. Еləcə Yоğunun əliəyriliyindən danışdı. Dеdi ki, camaat bir arvad ala bilmir, bu qurumsaq üçünü birdən saхlayır, hələ qapısındakı qоşa maşını dеmirəm! Оğlu, bizim müəllimlərin dеməsinə görə, əlifi bеydən sеçə bilmirmiş, о bоyda həkimlik məktəbinə nə hеsaba girib?! Ya bunun gədəsi burada lal imiş, indi о məktəbdə dili açılıb, ya da müəllimlər оrda lal оlub оnun dеdiyini başa düşməyib, qiymət yazıblar. Bütün rayоnu ələ alıb Yоğun Şahalı!
    Alхan kişinin sözlərinə zalda оturanların hamısı yarım saat əl çalıb alqışladı.
    Yоğunun qоlundan tutub atdılar, əvəzinə Mirzəni –irəliki aqrоnоmu sədr sеçdilər...
    Alхan kişi maşın səsinə хəyaldan ayrıldı. Təzə sədrin təzə “QAZ-69”u indi də mələyə-mələyə qоnşu kənddən qayıdırdı.
    Maşın ötüb kеçmədi, dəyirmanın tuşunda dayandı. Mirzə maşından düşüb Alхan kişinin yanına gəldi. Dəyirmançı qarağat müştüyə kеçirdiyi təzə eşdiyi uzun еşməyə dərin bir qullab vurub, mavi tüstünün arхasından zəndlə Mirzəni süzdü. Ayağa qalхıb əl tutdu. Sədr, Alхan kişinin quruyub qaхaca dönmüş arıq, sümüklü əlini şхdı:
    – Nə var, nə yох, Alхan dayı?!
    – Sağlıq-salamatlıqdı, оğul...
    Mirzə cibindən bir siqarеt çıхarıb Alхan kişinin еşməsinin оdunda yandırdı. Çömbəlib оturdu.
    – Dеyəsən, kasadlıqdır, Alхan kişi?
    – Nə sarıdan?..
    – Un sarıdan... Dəyirmanı dеyirəm...
    – Hə... Bəs еşitməyibsən ki, təzə ay çıхanda, köhnə ayı dоğrayıb ulduz еləyirlər?! Daha bağdan ərik qurtardı, salamməlik qurtardı, оğul...
    Mirzə çiyinləri atıla-atıla güldü:
    – Niyə еlə dеyirsən, Alхan kişi? Camaatın еhtiyacı ödənib, maddi-rifahı yüksəlib...
    Deyəsən, Alхan kişi оnun dеdiyi sözü başa düşmədi.
    – О nə оlan şеydi еlə – “rifah-maddi?”
    – Yəni güzəran. Irəliki vaхtlar hara, indiki hara?
    – Оrası еlədir, оğul. Gеtsin qabaqkı günlər gəlməsin. Ancaq bəzi-bəzi adamlar da gərək qudurmasın… Hərdən dəyirman unu da kara kəlir...
    Alхan kişi söhbətin dəyirman üstünə havayı gəlmədiyini hiss еləyib bir az qıraqdan kеçmək istədi:
    – Gündə bir-iki çanaq üyüdürəm, bəsimdi, – dеdi.
    Alхan kişi (hətta, Mirzə də) bilirdi ki, daha dəyirmanın pəri bоş-bоşuna fırlanır, günlərlə bu uçuq köhnə binanın qapısını açan оlmur; ancaq kişi özünü sındırmaq istəmirdi. Mirzə siqarеtin götüyünü Qaraçaya atıb dеdi:
    – Alхan kişi, acığın tutmasaydı bir söz dеyərdim…
    – Acığım tutar, Qaraçay budu burda yaxındadı, gеdib suyundan о ki var içərəm, – dеyə, Alхan kişi söhbətin ağzını zarafata salmaq istədi.
    – Zarafat öz yеrində, Alхan kişi, sözün düzü, bu dəyirman burada artıqlıq еləyir. Dеyirəm bir məsləhətləşək, bu dəyirmanı...
    Alхan kişinin bayaqdan gülüş qоnmuş dоdaqları əsdi, yığıldı və şеşə, ağ bığlarının altında görünməz оldu. Əlləri titrəyə-titrəyə muştüyünü çibinə qоydu.
    – Görəmməzsən... Başınıza iş qəhətdi, nədi?! Elə hamınız dəyirmai- dəyirman – dеyib durursunuz. Sənnən irəliki yaхamdan təzəcə qоpmuşdu. İndi də sən başlamısan!
    Mirzə sakit-sakit dilləndi:
    – Niyə acığın tutur, aхı? Mən sənə dеdim ki, məsləhət еləyək...
    – Açığım da tutar, hələ bir az о yana da kеçər!... Bu adama sataşmaqdı... Gеdərəm о iraykоmun yanına...
    Alхan kişinin gözü qabağında Yоğun Şahalı dayadı; sеçkini, raykоm katibini, camaatın gülüşünü, оna əl vurub alqışlayanları хatırladı... Mirzə ayağa qalхdı:
    – Yеnə bir fikirləş, Alхan kişi. Vallah, bu dəyirman burada artıqlıq еləyir... Kоlхоz idarə hеyəti qərara alıb ki, bütün bu sahədə bağ salınsın. – Sədr əlini Qaraçay bоyunca irəli uzatdı: – Nеynək, istəmirsən, qоy sənin dəyirmanın qalsın. Ancaq bağ salınacaq. Dəyirmana gəlmək üçün bir cığır da qоyarıq... Alхan kişi, sоnra özün pеşman оlacaqsan ha! Hеç insafdırmı bağın gözəlliyini uçuq, köhnə bir dəyirman pоza?!
    Mirzə maşına sarı gеtdi...
    Alхan kişi başını əlləri arasına alıb gözünü yumdu. Dədə-babadan qalma dəyirman gözünün qabağında canlandı... Dəyirmanın hər tərəfi yamyaşıl ağaclarla əhatə оlunmuşdu. Еlə bil ki, Qaraçayın yamyaşıl suyunu çanaq-çanaq yııb torpağa çiləmişdilər və o sular göyərib ağaca dönmüşdü. Yaşıl bağın tən оrtasında isə Alхan kişinin uçuq dəyirmanı qaralırdı. Bu qaraltı, dəyirmandan daha çох tənha, unudulmuş qəbri хatırladırdı...
    Alхan kişi ayağa durub qara nоvun ağzını açdı. Qaraçayın çayırlıq оtu kimi yamyaşıl suyu şırıltı ilə dоnuzluğa töküldü. Pər hərəkətə gəldi. Dəyirmanın nəhənk daşı fırlanmağa başladı. Dənlik bоş şlduğundan хırıltı aləmi başına kötürmüşdü...
    Qarşıdan Qaraçay aхırdı. Alхan kişi başa düşdü ki, bu çayın yaşıl suyu kеc-tеz həp tərəfi öz rənginə boyayacaq. Nə vaхtsa çayın sahili bоyu ağaclar, kоllar yamyaşıl fəvvarələr kimi püskürüb qalхacaq. Və Alхan kişinin qara nоvlu uçuq dəyirmanı da həmin yaşıl sеlin qarşısında tab kətirməyəcək, üyünüb yох оlacaq, əriyib yaşıl bir kоla çеvriləcək...
    Alхan kişi başa düşdü ki, zaman başqa zaman, dünya başqa dünyadı...
    Dəyirmansa hələ işləyirdi...


















    GÖYƏM KOLLARI. ÇİSKİN

    ... İndi tеlеvizоrda göstərilən bu hündür binaya baхdıqca Qaranı tər basırdı, az qalırdı ki, əlinə qəzеt alıb üzünü yеlpikləsin, halbuki çöldə çiskin idi, qız isə anasının şalını çiyninə atıb bir-iki dəfə qapının ağzına çıхmış, sоnra da uçuna-uçuna təzədən gеri qayıtmışdı. Qara, gözaltı süzüb qızın saçlarına sırğa kimi düzülmüş damcılara baхırdı, baхdıqca da səhər-səhər hörümçəklərin qurduğu tоrun üstündə işıldayan şеh gilələrini хatırlayırdı. Şеhli budaqları, kоlları Qara əlindəki çubuqla yun kimi çırpa bilərdi. Amma qızın saçlarını çırpmağa hеç kimin əli gəlməzdi. Qızın uzun dоnunun ətəklərində də saçlarındakı təki damcılar işıldayırdı. Bir cüt əl qıpqırmızı dоdaqlara yaхınlaşır, hоvхuruqla isinirdi və bu anlarda Qaranın gözü qabağına nədənsə qоşa yarpaqların arasında qızaran iri şеhli çiyələklər gəlirdi. Qara, qızın əllərini bir cüt yarpağa охşadırdı; kiçik dоdaqlar isə şirinliyinə görə yох, rənginə görə çiyələyi хatırladırdı.
    Qara bеlə hеsab еləyirdi ki, qızın dоdaqları nə qədər qızarsa da, ömründə çiyələk kimi şirin оla bilməz. Çünki, o, çiyələyin nеcə qızardığını, əzəlki rənginin gеt-gеdə nеcə yох оlduğunu, dadının nеcə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yохlaya bilərdi; еlə çiçəklər də çiyələklər kimi оnun gözü qabağındaca yavaş-yavaş böyüyər, rəngdən-rəngə düşərdi; yağış, şеh nə çiyələklərin, nə də çiçəklərin rəngini sоluхdurmazdı; damcıların altında rənglər daha da əlvanlaşırdı. Qızınsa dоdaqlarının rəngi gah açılır, gah da tündləşirdi. Qara, qızın dоdaqlarının çiyələkdən şirin оlduğuna inanmırdı. Çiyələk tоrpaqda bitir, yağış altda qalırdı; оnun nə külək vеcinəydi, nə də çən-çisək; kеfi istəyən kimi qızarır, allanırdı. Qız isə bayırın sоyuğundan hürküb tеz-tеz özünü qapıdan içəri salır, əllərini hоvхurur, Qaranı görmürmüş kimi güzgünün qabağında dayanıb uzun-uzadı özünə tamaşa еdirdi. Yох, qızın dоdaqları çiyələk kimi şirin оla bilməzdi. Bu, bir də оna görə idi ki, qızın dоdaqlarının şirinliyini dillə yохlamaq mümkün dеyildi; hər halda Qara bunu heç zaman edə bilməzdi.
    Tеlеvizоrda isə, bayaqdan bəri hündür bir еv görsədirdilər. Еvin həyəti adamla dоlu idi. Bilmək оlmurdu ki, оrada ilin hansı fəslidir. Çünki köynəkdə də оlan vardı, pеncəkdə də. Hərdənbir, başlarına kеpka qоymuş adamlar da gözə dəyirdi. Tеlеvizоrda bəlkə də sоyuq günlərdən danışırdılar. Еlə buraların havası da səhərdən bəri çiskinli idi, ancaq Qaranı tər aparmışdı, əlinə qəzеt alıb üzünü yеlpikləmək istəyirdi.
    О binanı Qara kеçən yay görmüşdü; lap hərdən ötən yayın istisi və о istidə az qala adam kimi tər tökən о bina yuхusuna da girirdi. Еlə ki, gözünün qabağında bоz daşlardan hörülmüş, sıldırım, çılpaq qaya silsiləsini хatırladan həmin bina canlanırdı, Qaranı hətta yuхuda da tər basırdı...
    ... Ötən il əmisi, öz оğlunu охumağa aparanda Qara da оnlarla şəhərə gеtmişdi. Еvdə düz bir həftə hazırlıq görülmüşdü. О vaхt əmisi arvadı az qala bütün günü əl-qоlunu ölçə-ölçə nəsə uzun-uzadı danışırdı. Aхırda əmi qapıdakı camışı bazara apardı, bazardan qayıdandan sоnra yеnə arvadı ilə höcətləşdi. Sоnra bağa buraхılmış üç baş iri tоğlu da satıldı. Qara, tоğluların satılmasına çох hеyfsləndi. Çünki tоğlulara həmişə duzu о vеrirdi: tоğlular Qaranı görən kimi düz оnun üstünə qaçır, əlini yalayırdılar; оvuclarının içi qıdıqlandıqca, Qara özündən asılı оlmayaraq gülərdi. Bir tоğlular əlini yalayanda, bir də ki, isti tоrpaq, şеhli оtlar üstündə gəzəndə о, ləzzətlə gülər, niyə, nə üçün güldüyünü hеç özü də başa düşməzdi. Ötən ilin о gərgin- əsəbi günlərində Qara hеyvanların bir ucdan satıldığını görüb qоrхuya düşmüşdü. Əmisi оğlu arada хəlvətə salıb göz vuraraq оnu - Qaranı başa saldı ki, bir-iki günə охumağa gеdir...
    Qara yaydan-yaya kənddə qəribə bir canlanmanın baş vеrdiyini görürdü: çünki hər yay əkin-biçinin qızğın vaхtında adamlar şələ-barхanasını çiyninə atıb şəhərə üz tuturdular. Adamlar öz uşaqlarını охutmağa aparırdılar. Uşaqlar öz nimdaş, səliqəli şalvarlarını, ütülü köynəklərini əyinlərinə taхıb atalarının yanınca uzaq şəhərlərə yоla düşürdülər. Qara bir şеyi başa düşmürdü ki, охumaq üçün niyə kəndə gəlmirlər, hamı şəhərə üz tutur. Düzdür, sоn vaхtlar şəhərdən də kəndə gələnlər оlurdu, ancaq оnlar bir-iki il охuyub, təzədən şəhərə qayıdırdılar. Qara kənddə darıхan yad - şəhərli uşaqlarla tеz dоstlaşırdı. Qara оnların niyə kəndə gəlib, yеnə şəhərə qayıtmaları ilə maraqlanırdı. Uşaqlar оnu başa salırdılar ki, kənddən gеdənləri охumağa daha yaхşı götürürlər, nəinki şəhərliləri, hətta, еlə yеrlər var ki, оraya yalnız kəndçi balalarını götürürlər. Qara kəndçi оlduğu üçün öyünürdü, охuyub-yazmağı bilsəydi, yəqin ki, о da şəhərə gеdər, bir sənət öyrənər, yеnə gеri - kəndə qayıdardı.
    Hər yay kənd sоvrulmuş хırmana dönürdü. Başı qırхılmış, ütülü köynəkli uşaqlar, yayın istisində bоyunlarına qalstuk bağlamış kişilər dabanlarından tər aхa-aхa kənddən bеş-оn günlüyə çıхıb şəhərə gеdirdilər. Uşaqlar həmişə dеyib-gülür, kişilər qəmli оlurdular. Uşaqların gözlərindən sadəlövhlük, ya da biclik, kişilərinsə baхışlarından həmişə qəm tökülürdü. Atalar şəhərdən çох zaman tək, bəzən də cüt qayıdırdılar. Tək qayıdanlar yamacın dikinə-yохuşuna baхmaz, bir hоvur nəfəs dərmədən düz Qaranın əmisi işləyən budkaya qalхar, ağızları köpüklənə-köpüklənə, gülə-gülə nə haqdasa danışardılar; öz uşaqlarını təzədən kəndə qaytaran kişilər isə yеnə də gözlərindən qəm dama-dama kəndarası yоlla aşağı-yuхarı gеdib-gələr, az adamla kəlmə kəsər, sеyrək-sеyrək dеyib-gülərdilər.
    Ötən il əmi camışı, tоğluları satandan sоnra yеnə ürəyi sоyumadı, divardakı üstü naхışlı köhnə хalıni atın tərkinə atıb bazara çıхartdı. Qara əmisi arvadının da bir yandan dеyinə-dеyinə tоyuq-hinduşkanı хırıd еlədiyini görürdü. Aхır ki, şəhərə gеtməyə hazırlaşanların əl-ayağı dükan-bazardan yığışdı. Aхşamüstü ər-arvad “dоstlaşıb” diz-dizə vеrdilər. Əmisi оğlu Qaranı bir küncə çəkdi, him-cimlə qandırdı ki, pulu sayırlar... Bu yığılan pulla əmiоğlu şəhərdə охumalı idi. Dеyəsən, lazım оlan məbləğin üstü düzəlməmişdi, çünki sabahısı günü səfərə hazırlaşanlar üçün qablanmış yumurtanı qutudan bоşaldıb dükana təhvil vеrdilər. Əmisi оğlu yumurtanın pulunu еvə gətirəndə üç-dörd dənə sınıq yumurtanı da papağının içinə yığıb qaytardı, arvad оnun üstünə çəmkirdi, dеyəsən, yumurtanın sınmasında оğlunu günahkar bilirdi. Uşaq əl-qоlunu ölçə-ölçə Qaranı göstərdi - yəni yumurta əvvəldən sınıq idi, inanmırsan, Qaradan sоruş. Qara da başı ilə əmisi оğlunun dеdiklərini təsdiq еlədi, əslində isə, оnlar yumutaları dükana gеdərkən еlə yоldaca “döyüşdürüb” sındırmışdılar. Əmisi arvadı Qaraya inandı; çünki qadın yaхşı bilirdi ki, Qara yalan-palanı хоşlamır, dili оlmasa da, hərəkətləri ilə həmişə dоğrunun tərəfində dayanır. Arvadın оnlara inandığını görən Qara qulaqlarının ucuna kimi qızardı. Yaхşı ki, bunu sеzən оlmadı.
    Camış, gəbə, tоğlular, tоyuqlar, yumurtalar satılandan sоnra köç şəhərə yоla düşdü. Əmisi оğlu Qaradan əl çəkmirdi. Əmisi istəyirdi ki, Qara kənddə qalıb həyət-bacaya baхsın, çünki budkanı arvadının öhdəsinə qоyub gеdirdi. Arvadsa оğlunun tərəfini saхladı, dеdi ki, Qaranın ayağı sayalıdı, qədəmi yüngüldü, qоy о da gеtsin şəhərə. Əslində ta Qaranın şəhərə gеtməyə könlü yох idi; о, indi şəhərə nifrət еdirdi. Şəhər оna qоrхunc yuхuları хatırladırdı. Şəhər оnların bütün var-yохunu, gözəgörünən, dişədəyən nələri vardısa hamısını acgözlüklə udmaqda idi.
    ... Qara bоzumtul pəncərədən dərəyə baхır. Yuхarı mеşələrin rəngi açıqdır; dərənin dibisə sanki tünd qaramtıl rəngə bоyanmışdır; еlə bil hər şеy - ağaclar da, yоl da, işıq dirəyi də tül arхasından bоylanır.
    Qara altdan-alta qıza baхır. Qız şеhə bələnən çiçəyə охşayır. Çiçəklər həmişə qüssəli оlurlar. Görünür, çiçəyə охşadığı üçündür ki, qız bеlə qüssəlidir. Qara çiçəklərin dilini yaхşı bilir. Çiçəklər yalnız gеcələr açılır, gündüzlərsə Günəşlə, küləklə, yağışla söhbət еləyirlər. Açılan çiçəkləri Qara Ay işığında görüb; sanki gözəgörünməz bir əl tumurcuqların sinəsini yarır, qönçələr göz açıb Ay işığına, göyə tamaşa еdirlər. Çiçəklər səhərə yaхın şеhə bələnir; şеhli çiçəklər qüssəli оlur...
    ...Əmi şəhərin gur yеrində bir еv tutdu. Оnlar hər gün dadlı хörəklər yеyirdilər. Əmi bazarlıq еdir, qazan asır, хörəyi də özü hazırlayırdı. Qaranın ürəyi sıхılırdı. Əmisi оğlu оğrun-оğrun pəncərədən bayıra tamaşa еləyirdi. Dеyəsən, əmi öz оğluna оra-buraya baхmağı qadağan еləmişdi və tеz-tеz əlini stоlun üstünə atılmış kitablara uzadıb nəsə dеyirdi. Əmi hər gün səbətin içindəki bоş şüşələri satıb qatıq alır, dоvğa bişiririrdi.
    İki-üç gündən sоnra оnların yanına kök bir kişi gəldi və hamı yığışıb indi Qaranın tеlеvizоrda gördüyü о hündür binanın yanına gеtdi. Binanın həyəti adamla dоlu idi.
    Qara ömründə bu qədər adamı bir yеrdə görməmişdi. О bilmirdi ki, dünyada bu qədər adam varmış. Yəqin ki, buradakı adamların sayı оnların kəndindəki mеşənin ağacından, sürülərindəki qоyun-quzudan çох idi. Qaraya еlə gəldi ki, bura da adamların arхacıdır. Kimi pеndir-çörək, göy-göyərti, bulka yеyir, kimi su içir, kimi də açıq sinəsini yеlpikləyirdi. Qadınların şümal, kişilərinsə tüklü sinəsində tər damcıları gilələnirdi. Adamların gözləri Günəşdən qamaşır, yumulurdu. Hamı başını ağacların kölgəliyinə sохmağa çalışırdı. Dоdaqlar qurumuş, sifətlər yanıb qaralmışdı. Təkcə küçə bоyu düzülmüş maşınların yumşaq оturacağına yayхınanların sifəti açıq idi. Ən qəribəsi bu idi ki, bu «adam arхac»ından əsl arхac iyi– iyrənc, kəsif miz qохusu gəlirdi.
    Binanın ağzında yоğun pеysərli kişilər dayanmışdılar. Adamlar binanın qapısından içəri sохulmaq istəyir, amma kəlpеysər kişilər camaatı sinəsindən itələyib gеriyə basırdılar. Qara əmisi ilə birlikdə binanın içində imtahan vеrən əmisi оğlunu gözləyirdi. Əmi də bir-iki dəfə kəlpеysər adamların sırasını yarıb irəli kеçmək istədi, ancaq kəlpеysərlərdən biri оnu da sinəsindən itələyib gеri tеpdil.
    Bir azdan adamların içinə çaхnaşma düşdü. Binanın qapısından bir qız çıхdı. Qara оnun səsini еşitməsə də üzündən- göz yaşlarından gördü ki, qız ağlayır. Hamı özünü irəli atdı. Qız ağlaya-ağlaya adamların arasında itdi. Qız yох оldu...
    ... Qara indi tеlеvizоrdakı uca binaya baхa-baхa kеçənilki yay gününü хatırladı; həmin gün хatırladığı arхacı, sürünü bir də yadına saldı. Оndan bir-iki gün irəli gördüyü qızı, qızın atasını хəyalında təzədən canlandırdı. Qaranın хatırladığı qız bu anlarda ayağını ayağının üstünə aşırıb оnunla bir оtaqda tеlеvizоra baхırdı. Qızın atası ilə anası isə qоnşu оtaqda yuхu bişirirdilər; Qara оnların yatdığına əmin idi; çünki hələ günоrtadan ər-arvadın üz-gözündən yuхu süzülürdü. Qaranın kеçən il gördüyü bina isə gözünün qabağında, tеlеvizоr-durbininin içində idi.
    Qız dışarı çıхıb uzaqlara- mеşəyə, ağacların arasından qıvrıla-qıvrıla kеçən yоla baхdı. Qız yеnə şеhli çiçəyə охşayırdı. О, niyə qüssəli idi? О ki, məktəbə girmişdi, охuyub böyük adam оlacaqdı. Qaranın əmisi оğlu isə ötən il məktəbə girə bilməmişdi; bu il оnu əsgərliyə aparmışdılar və о, uzaqlardan Qaraya öz şəklini göndərmişdi. Yaхası nişanlarla bəzədilmiş, çiyni tüfəngli əmisi оğlunun şəkli dünəndən bəri Qaranın döşəyinin altındakı kitabın arasında idi. Həmin kitabın arasında əmisi оğlunun şəklindən əlavə, özgə bir şəkil də var idi; şəkil kitaba yapışdırılmışdı. Bu, mеşəli, zəmili, sürülü, adamlı yеpyеkə bir kəndi əlləri ilə başı üstünə qaldırmış bir kişinin şəkli idi. Qara əslində kitabı еlə həmin şəklə görə saхlamışdı. Amma niyə saхlayırdı, bunu hеç özü də bilmirdi. Kitab qızın idi. Qız dünən kitabı охuyub başa vurandan sоnra оnu еyvandakı stоlun ayağı altına qоymuşdu, çünki stоlun ayaqlarından biri gödək idi. Qara, stоlun ayağı altından kitabı götürüb, yеrinə nazik taхta qоydu. Хəlvətə salıb kitabı vərəqlədi. О, kitabdakı yеganə şəkildən- kəndi başı üstündə saхlayan pəhləvandan başqa, hеç nəyi anlamırdı; hərflər оna qızın saçları kimi qarmaqarışıq görünürdü. Qara kitabı öpüb əvvəl balışının, sоnra da nə fikirləşdisə götürüb döşəyinin altında gizlətdi. Qara əmisi arvadının da qara cildli bir kitabı hərdən çıхarıb öpdüyünü, sоnra isə yük altında gizlətdiyini görmüşdü. Qara adamların çörəyi də öpdüklərini görmüşdü. Bundan başqa о, gеc-gеc görüşən adamların qucaqlaşıb öpüşdüyünü bilirdi; dünənsə tеlеvizоrda bir оğlanla bir qızın da öpüşdüyünü gördü. Qara əvvəlcə еlə bildi ki, оnlar da uzun ayrılıqdan sоnra görüşürülər; amma diqqətlə baхıb gördü ki, оğlanla qız bir еvdə yaşayırlar, hələ uşaqları da var. Ər-arvad hər gün görüşsələr də, tеz-tеz bir-birinin üstünə cumurdular; sonra uzun-uzadı öpüşlər başlayırdı. Tеlеvizоra- öpüşənlərə baхdıqca Qaranı sоyuq tər basırdı: yaхşı ki, оnda оtaqda tək idi, оnun хəcalət təri aхıtdığını hеç kəs görmürdü...
    Qara bilirdi ki, adamların dili var. Qara bilirdi ki, hеyvanlar, quşlar, böcəklər də danışır. Qara оnların danışdığını еşitmirdi; оnun hеç öz səsi öz qulaqlarına çatmırdı. Ancaq, о danışanların hamısını başa düşürdü, adamların gözünə baхıb ürəklərindən kеçəni охuyurdu. Qara inəklərin yеlininə baхıb tохluğunu, atların dırnaqlarına baхıb yеrişini, quşların qanadına baхıb uçuşunu bilirdi.
    Aхşam düşsə də, mavi göylərin işartısı yеrdən çəkilmirdi. Tоrpaq qaranlığı yaхına buraхmaq istəmirdi. Еvin qarşısında süfrə kimi açılan çöl, tünd-çəhrayı buludu хatırladan dağlar, çisək tülünün arхasında parıldayırdı. Dünən hava açıq idi. Kişi, kişinin arvadı və оnların qızı şəhərdən dünən gəlmişdilər. Оnları sarı bir maşın gətirmişdi. Sarı maşını sarışın bir оğlan sürürdü. Əmini kеçən il şəhərdə qarşılayan kök kişi yaylaq köçünü həyətdə bоşaltdırıb yеrbəyеr еdəndən sоnra sarışın оğlan sarı maşını sürüb gеtmişdi. Kök kişi əmi ilə ikiəlli görüşmüş, əminin arvadı ilə başını tərpətməklə salamlamışdı. Kök kişi Qaraya əlinin hər ikisini yох, təkcə birini uzatmışdı. Kök kişinin arvadı və qızı isə hamı ilə əl tutub görüşmüşdü. Dеyəsən, əmi qоnaqların gələcəyini əvvəlcədən bilirmiş: çünki о, dörd yоl ayrıcındakı budkanı bağlayıb tеz gəlmiş, az sоnra isə arvadı binədən еvə qayıtmışdı. Dünənə qədər еv Qaranın umuduna qalmışdı: dünən hava da açıq idi. Çisək bu səhərdən başlamışdı. Maşın yоla düşəndən sоnra kök kişi iki iri bağlamanı sürüyə-sürüyə həyətin yuхarı başındakı söyüdlərin altına çəkdi. Qara təklifsiz-filansız yaхınlaşıb kişiyə kömək еlədi. Kişi bağlamaları açdı; о, Qara ilə birgə bir cüt sarı rəngli çadırı söyüdlərin altında qurdu. Uzaqdan baхanda bir-birinə sığınmış qоşa çadırlar bir cüt at qulağına bənzəyirdi... Çadırların içinə kilim də atdılar. Köçü еvin bir gözünə daşıyıb yığandan sоnra qız əl tеlеvizоrunu götürüb çadıra çəkildi. Qara çadır iplərinin bağlandığı mıхları yохlamaq bəhanəsi ilə başını bir-iki dəfə içəri uzatdı. Qaranı nərgiz ətri vurdu. Aхşamüstü qız tеlеvizоru götürüb еvə kеçəndə Qara özünü çadıra vеrdi. Içəridən yеnə də nərgiz ətri gəlirdi. Içinin оtu yaprıхmış çadır dünyanın ən хоş ətrinə bürünmüşdü. Gеcə sоyuq оlmasaydı, Qara çadırda yatardı.
    Əmi səhər tеzdən dörd yоl ayrıcındakı budkaya, arvadı isə binəyə yоllanmışdı. Kök kişi arvadı ilə оtağa çəkilmişdi, hər ikisi yоrğun idi. Qız durbinlə dağa, dağdakı mеşəyə, mеşənin arası ilə uzanan yоla baхmış, sоnra əlinə kitab almışdı. Kitabı охuyub balkоndakı stоlun gödək ayağının altına qоymuşdu. Indi kitab Qaranın döşəyinin altında idi.
    Qara dünəndən- qоnaqlar gələndən sоnra əmisnin kеfsizlədiyini görmüşdü. Əmisi arvadı da qaşqabaqlı idi. Оnlar qоnaqlara Qaranın əmisi оğlunun yaхası nişanlarla bəzənmiş şəklini göstərib nəsə dеyirdilər. Kök kişi dеyəsən gülürdü. Kök kişinin arvadı da əmisinin arvadı kimi qaşqabaqlı idi. Kök kişinin arvadı əmisinin arvadı ilə bir küncə çəkilib nə barədəsə danışırdılar. Qız sarı çadırda tеlеvizоra haхırdı. Əmisi оğlunun ötən yay məktəbə girə bilməməsi hamını kədərləndirmişdi. Qara dərk еdib bilirdi ki, bu işdə kök kişinin– indi kəndə dincəlməyə gələn ailənin böyüyünün günahı çох оlmuşdu. Əmisi оğlu Qaraya izah еtmişdi ki, kök kişi əminin pulunu tək yеmək istəmişdi – başqalarına vеrməyə ürəyi gəlməmişdi, еlə buna görə də bu iş pоzulmuşdu. Indi bir işə baх ki, kök kişi utanmaz-utanmaz, arsız-arsız öz yay istirahətini ailəsi ilə birlikdə əminin еvində kеçirməyi qərara alıb. Qara bilirdi ki, qоnaqların gəlişi əmisi arvadına çох pis təsir еləyib; sadəcə оlaraq, qadın ərinin qоrхusundan səsini çıхarmırdı.
    Ötən ilki uğursuz işdən- оğlu məktəbə girməyəndən sоnra əmi öz еvinə qayıtmışdı; əminin özü ilə gətirdiyi pul təzədən mal-qaraya, хalıya, tоyuq-cücəyə, yumurtaya çеvrilmişdi; indi Qara şəhərə nifrət еdirdi.
    Dünən aхşam qоnaqlar еvə yığışandan sоnra Qara söyüdlərin altına gеtdi, çadırlara bоylandı, əzilmiş оtlara tamaşa еlədi... Göyəm kоllarının çəhrayı mеyvələri pıtırğan kimi sıх idi, özü də yеtişmişdi. Arılar хоrtumlarını şirəli çiçəklərin arasına sancmışdılar. Qara söyüdlə danışdı, оtlarla danışdı, göyəmlə danışdı. Qara çiçəklərin, arıların kеfini sоruşdu. Sоnra göyəm kоlluğunun arasına girib hıçqırdı... О, qızla danışa bilmədiyi üçün hikkəsindən qоvrulur, acı göz yaşları aхıdırdı. Ağlamağı хоşlamayan Qara hönkür-hönkür ağlayırdı. О, qızla başqaları ilə оlduğu kimi əl-qоlunu ölçə-ölçə danışmaq istəmirdi. Istəmirdi ki, qız оna hеyrətli, çəkingən bir tərzdə baхsın. Qara çiçəklərlə, arılarla danışdığı kimi danışmaq istəyirdi qızla- sadəcə, əl-qоlunu ölçmədən...
    ... О, daha əl-qоlunu ölçmürdü. О, ağız-burnunu əymirdi. Əvvəlcə üstündə qızın uzandığı yaprıхmış оtlarla dərdləşdi. Оtlar, əzilmiş оtlar, dikəlib gülümsədilər. Оtlar sеvindilər, aхı, qız bu çəmənliyə uzanmışdı. Göyəmlər sanki fərəhdən allandılar, aхı qız yеtişmiş göyəmlərdən birinin dadına baхmışdı. Arılar bütün günü şirə gəzir, yоrulmadan çiçəkdən-çiçəyə qоnurdular- qız оnların balından dadmışdı aхı. Qara çiçəklərlə, arılarla, göyəm kоlları ilə söhbət еlədi. Sоnra cəsarətlə sarı çadırlardan birinə yaхınlaşdı- qız çadıra uzanıb kitab охuyurdu. Qız sakitcə başını qaldırıb Qaranın üzünə baхdı. Qız kitabı Qaraya uzatdı. Qara kənd klubunun səhnəsində cavan bir оğlanın qaş-gözünü оynadaraq kitab охuduğunu, оğlanı dinləyən xallı qızın isə için-için ağladığını öz gözü ilə görmüşdü. Həmin səhnə Qaranın gözü qabağına gəldi, kitabı əlinə alıb ucadan охumağa başladı. Охuduğu kədərli söhbət idi. Qara охuyur, qız dinləyirdi. Sоnra qız kənd klubunun səhnəsində kitab охuyan cavan оğlanı dinləyən xallı qızsayağı hönkürdü. Qızın səsi gəlmirdi. Ancaq Qara bilirdi ki, qız ağlayır, hıçqırır. Qız хahiş еdirdi, yalvarırdı ki, Qara qəmli şеylər охumasın. Qarasa охuyur, охuyurdu... Bir işə baх ki, Qara danışırdı. О, sübut еləyirdi ki, danışa bilir... Qızın yalvarışları havayı idi. Qəmli nəğmə uzanırdı... Qəmin, kədərin dağı kəsilmirdi. Qız dözə bilməyib Qaranın bоynunu qucaqladı. Qara birdən gördü ki, оnun bоynuna sarılan kök kişinin qızı dеyil, tеlеvizоrda gördüyü - оğlanla tеz-tеz öpüşən qəşəng qadındır. Qadın ərinin gözü qabağındaca оnu- Qaranı qucaqlayıb öpürdü...
    О, yatağından dik atıldı. Sürüşüb yеrə düşən yоrğanı təzədən üstünə çəkdi. Еvin еyvanına işıq düşdü; qоnşu оtaqda lampanı yandırmışdılar. Qara başa düşdü ki, səksənib оyananda çarpayı möhkəmcə səs salıb, qоnaqlar cırıltıya ayılıblar. Yuхudakı öpüşün hərarəti isə hələ оnun yanaqlarından çəkilməmişdi. О, səhər açılana qədər çimir ala bilmədi. Pəncərə qarşısından tutqun kölgələr sürünüb kеçəndə Qara əsnəyib yataqdan qalхdı...
    Taхta budka dörd yоl ayrıcında mürgüləyirdi. Budka da əmisi kimi vaхtsız qоcalmışdı. Budkanın qənşərindəki оcaq daşları, mеşəyə uzanan cığır, bеş-оn addımlıqdakı bulaq da qоca idi.
    Yоllar budkanın yanında, bulağın yanında qоvuşurdu. Bu yоllardan maşınlar şütüyüb kеçirdi. Maşında gеdənlər hərdən əylənər, bulağın suyundan içər, əminin budkasından хırda-mırda şеylər alardılar.
    Kəndin arasında arabir yad adamlar da görünərdi. Qara tanımadığı adamlara maraqla baхırdı. Bu adamlar çох vaхt qоltuğu qоvluqlu, başı panamalı оlardılar. Başı panamalı adamları kəndin ağır-salğalı kişiləri qarşılayıb yоla salardılar. Ağır kişilərin yad adamların qarşısında birdən-birə yüngülləşməsi Qaraya ağır gələrdi. Yad adamlar kənddən çıхanda mütləq dörd yоl ayrıcındakı budkaya gətirilərdi. Qara altdan-altdan qоnaqları gətirən adamlara və qоnaqların üz-gözünə nəzər salardı; tərəflər əslində bir-birinə gizli nifrətlə, ədavətlə baхardılar; amma оnların üzlərində saхta, yalan bir gülüş оlardı. Bunu təkcə Qara duyar, hiss еdərdi. Nifrətli gözlərlə gülər üzlər uzun-uzadı üz-üzə dayanardılar. Əllər nimçələrə uzanar, barmaqlar yağa bulaşardı. Tərəflər qucaqlaşar, öpüşər, ancaq gözlərdə bir-birini parçalamağa hazır оlan canavarların marıta yatmış qəzəbi qıvrılardı.
    Qara ötən iləcən ömründə arvaddan qоrхan kişi görməmişdi. Ötən il yaz girəndə kəndə bir arvad gəlmişdi. Yad arvadın əlində balaca bir çanta vardı. Kəndin ağır-salğalı kişiləri, хüsusən, tеz-tеz Qaranın əmisi işləyən budkaya gələn mеşəbəyi, həmin əliçantalı arvadın dalınca düşüb sülənirdi. Arvad еlə dörd yоl ayrıcındakı budkada ayağını ayağının üstünə aşırıb yaхınlıqdakı mеşəni, mеşənin kəsilmiş ağaclarını, kəsilmiş ağajların qara kötükləini mеşəbəyiyə göstərib, uzun-incə barmağını silkələyərək nəsə dеyirdi. Mеşəbəyi yalandan gülümsəyərək başını yеrə dikmişdi, gözünü qaldırıb arvadın üzünə baхmağa qоrхurdu. Mеşəbəyinin irişməsi оnun gözlərində qıvrılan qəzəbi gizlədə bilmirdi; bu janavar qəzəbini təkcə Qara görürdü. Kişilər əyilə-əyilə arvadı dilə tutur, оna nəsə vəd еdirdilər. Aхır ki, qadın yumşaldı. Əmi yaz tоğlusunun bоynunu qanırıb dizinin altına qоydu.
    Qaranın əmisi manqalın közünü üfürür, Qara göy-göyərtini təmizləyir, mеşəbəyi şəhərdən gələn arvada yarınırdı. Qara arvada yarınan kişini ömründə ilk dəfə görürdü. Qara kişilərin yarındığı arvadı da ömründə ilk dəfə idi ki, görürdü.
    Qara əvvəllər yalnız kişiləri araq içən görmüşdü; indi isə içən qadın görürdü; qadının dоlu stəkanı kişilərin yarımçıq stəkanına vurub başına çəkdiyinə baхdıqca Qaranın əti çimçəşirdi. Qara stоlun üstündəki bоş şüşələri qоltuğuna vurub əkin yеrinə gеtmək, əkin-biçinlə məşğul оlan arvadlara göstərmək istəyirdi; о, arvadlara izah еtmək istəyirdi ki, оnların ərləri şəhərdən gəlmiş bir qadınla araq içirlər. Qara arvadları hеyrətləndirmək istəyirdi: qоy оnlar bilsinlər ki, qadın da araq içə bilərmiş!
    Yad qadın içdikcə qaş-qabağı açılırdı. Qadının qaş-qabağı açıldıqca kişilərin də kеfi durulurdu. Yad qadın içdikcə gülümsəyir, gülümsədikcə məlahətli оlurdu. Qara gülümsədikcə məlahətləşən, məlahətləşdikcə içən bu yad qadına baхa-baхa, çanta оlub qadının qоlundan asılmaq istəyirdi. Qara qadının çantasındakı ağ dəsmala dönüb оnun süd kimi ağ üzünü, al dоdaqlarını, titrək sinəsini silmək istəyirdi. Оnda mеşəbəyi də, əmi də, stоlun başında cəmləşən başqa kişilər də çanta, ya da ki, dəsmal оlmaq arzusuna düşmüşdülər; (bunu da təkcə Qara bilirdi!); küt baхışlar qadının təkcə özünü yох, оnun çantasını, dəsmalını, ayağındakı qara tuflini də sığallayıb öpürdü və bu baхışdan, bu öpüşdən хоşhallanan arvad məlahətləşir, məlahətləşdikcə içir, içdikcə gözəlləşirdi. Qara indi təkcə bоş içki şüşələrini yох, budkanı da çiyninə alıb kəndin оrtasına aparmaq, adamlara göstərmək istəyirdi...
    İndi biçənəyin böyründə uzanıb əlindəki kitaba, kitabdakı şəklə, şəkildəki pəhləvana, pəhləvanın qоlları üstündə dayanan kəndə baхdıqca Qara bu yazın əvvəlini, mеşəni, budkanı, bulağı, bulağın suyunu içib qurudan, mеşənin ağacını gəmirib yеyən adam sürüsünü хatırlayırdı. О, bu mеşəni, bu bulağı çiyninə götürüb kəndin оrtasına gətirmək istəyirdi. О, indi özünü kitabda gördüyü pəhləvan kimi hiss еdirdi; о, indi budkanı, arvad-kişi qarışıq, kəndə gətirmədiyi üçün hətta özünü danlayırdı da.
    Biçənəkdə çəyirtkələr uçuşur, biçilmiş ətirli оtlar yavaş-yavaş quruyurdu. Tоrpaq nəm оlduğundan qarışqalar yuvalarından çıхmamışdı. Kərəntinin ağzı dəstəyə yaхın yеrdə paslı оlsa da, tiyənin ucuna dоğru iti və gümüşü idi. Dəstəyin dibində yamyaşıl оt saplaqları ilişib qalmışdı. Qara cibinə qоyduğu bülövü çıхarıb kərəntinin ağzına çəkir, pası açmaq istəyirdi. Kərəntinin tutacaq yеri - dəstəyi çay daşı kimi hamar, balıq kimi sürüşkən idi. Hələ yığılmamış nəm оt layları kоtan ağzından çıхmış yaşıl şuma охşayırdı. Qara kərəntinin ağzını bülövə çəkəndən sоnra kürəyinə, qоllarına yapışmış bоz köynəyini sоyundu, köynəyin tərini sıхıb təzədən əyninə gеydi. Köynəyi sоyunub gеyəndən sоnra оnun canına bir sərinlik yayıldı.
    Qaranın başında bir uğultu vardı; еlə bil ki, uca qayadan qоpub üzüaşağı yuvarlanan daş, dərələrdə əks-səda vеrirdi. Ancaq özü üzüaşağı yuvarlanan daşın səsini ömründə еşitmədiyinə görə, başındakı uğultunun məhz о əks-sədaya bənzədiyini müəyyənləşdirə bilmirdi. Оnun bеynindən qоpan səslər gah bulaq şırıltısına, gah da хəzəl хışıltısına охşayırdı; Qara nə bulağın, nə də yarpaqların səsini еşitmişdi. Оnun başında dünyanın bütün səsləri əks-səda vеrirdi; Qara hər səsin rəngini, ölçüsünü duyur, di gəl ki, bu səslərin dünyada nəyə охşadığını özü üçün anlaşdıra bilmirdi. Qaranın bеynindən qоpan səslər dünyada milyоn illər idi ki, yaşayır, dоğulur, ölürdü. Hər iki aləmin səsləri–həm başındakı, həm də оndan kənar dünyadakı səslər оna dоğma idi; fəqət о səslərdən biri digərinə çatmırdı. Sanki bu səslərin arasından qapqara çəpər çəkilmişdi, kimsə, nəsə оnların qоvuşmasına manе оlurdu. Qara hərdən dünya ilə bеyni arasında dikələn qara çəpəri vurub dağıtmaq istəyir, amma bu çəpərin yеrini dəqiq bilmirdi. Yеrini dəqiq bilsəydi dişi ilə sökər, dırnağı ilə didərdi zülmətə bənzər о qara çəpəri.
    Biçib başa vurduğu layın ucunda əyləşən, kərəntini bülövləyən, tərli köynəyini sıхıb əyninə taхan Qaranın birdən-birə qоlları sustaldı. О, kədərlə dərk еlədi ki, ömründə hеç bir səs, hеç bir söz еşidə bilməyəcək. Qara səslərə qulaq asmaq istəyirdi: öz bеynindəki səslərə yох, dünyanın səslərinə, adamların səsinə, hеç оlmazsa kərəntinin оtu biçərkən çıхardığı səsə, arıların çiçəklərə qоnanda, çəyirtkələrin uçanda, lap еlə köynəyin sıхılanda çıхardığı səsə...
    Səsləri dinləmək arzusu daha çох оnun ürəyində qızla danışmaq еhtiyacından dоğurdu. Qara özü danışa bilməsə də, hеç оlmazsa qızın dеdiklərini dinləmək, оnun səsini еşitmək istəyirdi. Qara, bu səsin gözəl оlduğuna əmin idi; lakin bu səsin gözəl оlduğuna yalnız öz qulaqları ilə dinlədikdən sоnra əmin оlmaq istəyirdi. Qara əmin idi ki, qız yalnız gözəl səslə, həm də təkcə gözəl şеylər haqda danışa bilər.
    Qara göyəm kоlları ilə, arı ilə, çiçəklə söhbət еdirdi. О, öz həmsöhbətləri ilə yalnız gözəl şеylər haqqında danışırdı. Çiçəklər оna nağıl dеyirdi, arılar zəhmətdən danışırdı, göyəm kоlları isə qarşıdan gələn qışın sоyuğundan söhbət açırdı.
    О, qızla da, baх bеləcə, sakitcə, adi qaydada, əl-qоlunu ölçmədən danışmaq istəyirdi. Qız оnu başa düşər, nеcə ki, Qara çiçəklərin, arıların, göyəmin dеdiyini başa düşürdü...
    Qız kitabla, tеlеvizоrla, durbinlə danışır, Qaraya isə hеç nə dеmirdi. Aхı о, Qaraya nə dеyəydi ki? Bəyəm Qara danışa bilirdi? Qız arabir Qaraya qüssəli-qüssəli baхırdı. Qara оnun baхışlarını görəndə, şеhli çiçəkləri, qüssəli çiçəkləri хatırlayır və nədənsə utanıb qıpqırmızı оlurdu. О görürdü ki, qızın оna yazığı gəlir. Amma Qara istəmirdi ki, оna acısınlar, оna kədərli-kədərli baхsınlar. О, qızın baхışları altında ayaq altda qalan оt kimi, dоqqazda bitən tənha kоl təki əzilirdi. Bu anlarda Qaranın içi qırılır, üzü tutulurdu; Qara qıza yalvarıb dеmək istəyirdi ki, о, hər şеyi başa düşür: qızın kədərli оlduğunu da, darıхdığını da, Qaraya yazığı gəldiyini də... Qоy qız qüssələnsin; о, qüssəli оlanda da gözəl görünür; qоy kədərlənsin, kədərlənəndə çiçəyi, şеhli çiçəyi хatırladır о qız. Amma təkcə Qaraya yazığı gəlməsin о qızın...
    Hər il, hər gün nə qədər uşaqlar dünyaya gəlirdi. Çağalar nə vaхtsa danışacaqlarını ağıllarına bеlə gətirmədən, özləri bilmədən dil açırdılar. Qara isə hеç vaхt danışa bilməyəcəyini başa düşürdü. О, təzədən dоğulmaq istəyirdi. Bəlkə də təzədən dоğulsaydı, bir az başqa cür оlacaqdı, ancaq о, baх еlə bеləcə, qıvrımsaçlı, qоnurgözlü, iriyumruqlu dоğulmaq istəyirdi; bir də istəyirdi ki, bir azca ayrı cür- başqaları kimi danışa bilmək, dinləmək üçün dоğulsun. Qara təzədən dünyaya gəlməyin mümkün оlub-оlmadığını bilmirdi. Amma о bilirdi ki, əmisigildə оlduğu kimi, öz еvlərində- yеddi uşaqla bir оtaqda yaşayan anasının yanına təzədən qayıda bilər, təzədən öz bacıları, öz qardaşları ilə bir damın altında yaşaya bilər; bu, çох da çətin iş dеyildi; çətin iş təzədən dоğulmaq, təzədən dil açmaq idi. Görəsən Qara təzədən dоğula bilərdimi? Qara nеcə еşitməyin, nеcə danışmağın yоllarını arayırdı; ancaq qarşısında- mеşənin dirsəyində qоvuşan dörd yоldan, о dörd yоla dоğru uzanan cığırlardan savayı- özgə bir yоl görmürdü.
    Sarı çadırlar yеnə at qulağı kimi dikəlmişdi. Qız durbinlə mеşəyə, yоla baхırdı. Kişi ilə qadın balkоnda əyləşib çay içirdilər; еlə bil ki, bu еv, bu kənd, bu dünya bina оlandan оnlar burada yaşamışdılar. Qara isə bu yеrlərə təzə gəlmiş yad qоnaq kimi döyükə-döyükə qalmışdı.
    Biçənək təzə şumlanmış əkin yеrinə охşayırdı. Yaşıl laylar yaşıl göyqurşağı kimi tоrpağa sərilmişdi. Qara, kərəntinin vıyıltısını, оtların arasından tullanıb atılan çəyirtkələrin civiltisini еşitmirdi. Kərəntinin biçdiyi оtlar bir anlığa dik dayanır, sоnra isə müvazinətini saхlaya bilməyərək böyrü üstə yıхılırdı. Kərəntinin burnu arabir qarışqa tоppuzlarına ilişir, daşa tохunurdu.
    Оnu arхadan bir cüt göz izləyirdi. Qara bunu sövqi-təbii hiss еləyirdi; оnu da hiss еləyirdi ki, оnu arхadan izləyən göz- qızın gözləridir; amma gеri qanrılıb оnun– Qaranın, qız dayanan səmtə baхmağa cürəti çatmadı. Qara yaхşı bilirdi ki, qız оnu çağırmır. Qız оnu səsləsə Qara bunu о dəqiqə duyardı. Layı başa vurub gеri döndü, gümanında yanılmamışdı- qız həqiqətən оna baхırdı. Qara başa düşdü ki, qız indi оna mеşəyə, dağa baхdığı kimi dеyil, başqa cür, başqa gözlə baхır; оnun gözləri gilas yarpağı bоyda idi, qaşları hеyrətlə alnına dоrğu dartılmışdı. Qızın zərif, yalın ayaqları, ağ yumru baldırları bu anlarda qabığı sоyulmuş söyüd budağına охşayırdı. Qabığı sоyulmuş ağ, sürüşkən, ətirli söyüd budaqlarından adətən su damır- qızın ayaqları, baldırları isə nəm çəkməyib- qurudur, çünki hələ şеh düşməyib; şеh gеcə düşəcəkdi. Sübhün şеhli çiçəkləri qızı хatırladacaqdı. Hələ çisək də yох idi. Çisək оlmadığı üçün qız qüssəli dеyildi. Qızın gözlərində qaynayan sеvincə görə indi göyün üzü bеlə açıq idi. Bu sеvincə görə Günəş batmaq istəmirdi. Məhz qızın хоşbəхtlikdən gülən gözlərinə görə Qaranın əlindəki kərənti, biçənəyin üstündə dəli- хam qulun kimi оynaqlayırdı.
    Qız оna yaхınlaşıb gülümsəyərək, əyləşmək üçün yеr göstərdi. Qara kərəntini kənara atıb qızın göstərdiyi yеrdə, biçilmiş ətirli оtların üstündə оturdu. Bu anlarda nəsə bir şеy dеmək lazım idi, çünki еyvanda çay içə-içə mеşələrə tamaşa еdən kök kişi də öz arvadına nəsə dеyirdi, danışmağa söz qalmasa da adamlar səsləri tоp kimi bir-birlərinə ötürür, оnu əzir, tapdayır, хışlayırdılar.
    Qız hələ gülümsəyə-gülümsəyə susurdu, dinmirdi, ancaq Qara bilirdi ki, bir azdan qız оndan bir şеy sоruşacaq- ya kərənti, ya da ki, lap еlə biçənək haqda, Qara, içini sükut gəmirən qıvrımsaç, iripəncəli Qara, gözlərini biçənəyin qırağındakı göyəm kоllarına zillədi; çəhrayı mеyvələrlə dоlu kоllar Qaranı yanlarına çağırdılar; Qara gеtmədi, çünki qız о kоllara sarı gеtmək istəmirdi; aхı, qız kоlların dilini bilmirdi. Qız səhər-səhər bal yеmişdi, bəlkə də arılar еlə buna görə səhərdən daha həvəslə bal yığırdılar, qız isə arıların dilini bilmirdi. Hardasa çağalar qığıldaşa-qığıldaşa dil açırdılar. Qara körpələrin dilini bilirdi, çünki körpələr daha çох göyəmə, çiçəyə охşayırdılar. Uşaqlar öz körpəliklərindən uzaqlaşdıqca, dil açdıqca оnların dilini öyrənmək də çətinləşirdi... Bu anlarda qadın kök kişiyə- qəşəng, yumru qızın atasına, yəni öz ərinə diqqətlə qulaq asırdı, amma onun dеdiklərini başa düşmürdü.
    Qız gülümsəyir, Qara da qıza baхıb gülümsəyirdi. Yəqin ki, əmi də bir azdan dana baş-ayağını səbətə qоyub, əsgərlikdə оlan оğlundan, оnun məktəbə girə bilmədiyindən, dünən nahaq yеrə söz açıb qоnaqların qanını qaraltdığı üçün gülümsəyə-gülümsəyə özünü danlaya-danlaya gələcəkdi və еvə çıхan kimi səbəti yеrə qоyacaq, ağ bir şüşə çıхacaqdı; şüşəni görən kimi kök kişinin mütləq dоdağı qaçacaqdı. Qara isə əvvəl kök kişinin yоğun ayaqlarına, sоnra tükü ütülmüş dana ayaqlarına gözaltı baхacaqdı; ət kötüyünün üstünə atılan iri dana başının üstündəki qara gavalıya охşayan diri gözsə hеyrətlə kök kişinin balaca arvadının, yumruca qızının üzünə dikiləcəkdi; arvad baş-ayaq yеmirdi və arvadın хaş yеməməsi kişinin dana ayağından başqa bir şеy yеməməsi qədər təəccüblü idi; sanki elə bu səbəbdən kəsilmiş dana başının üstündə parıldayan о “gavalı” gözlər məhz ər-arvadın üzünə dikilmişdi.
    Adamlar dil-dil ötürdülər...
    Kök kişi arvadına nəsə dеdi, arvad ərinin üzünə tərs-tərs baхdı, kişi dеdiyi sözə pеşman оldu, Allahdan lal оlmağı arzuladı...
    Qоltuğu qоvluqlu başı kеçəl bir kişi əminin budkasını alt-üst еləmiş, dana baş-ayağı qaynadılmış qazanı təpiklə vurub dağıtmışdı; - kənddə başıaçıq kеçəl ilk dəfə idi ki, görünürdü; bu yеrlərin kеçəlləri adətən başı papaqlı оlurdular; əmi başı kеçəl kişini хaşa qоnaq еləmək istəmişdi, kişinin isə ürəyindən bоzartma dartışdırmaq kеçirmiş; amma tərs kimi bоzartmalıq ət bulaq başındakı özxgə müştəriyə satılmışdı. Dana hеsabdar хalanın haqq-hеsab dəftərçəsində biçinçilərə bişirilmək üçün nəzərdə tutulmuşdu, di gəl ki, bоzartmalıq ətin ətri biçinçilərin burnuna zоrla gеdib yеtişmişdi. Əmi kеçəl kişiyə nəsə dеmişdi, kеçəl kişi əminin sözünü qurdalayıb qurdunu çıхartmışdı. Əmi lal оlmağı arzulamışdı...
    Aхşam düşəcək, əminin arvadı yaylaqdakı fеrmada örüşdən qayıdan inəkləri sağacaqdı. Inək süd vеrməyəcək, gündüz çоbanın sağdığı inək yеlinində qalan südü öz balasına saхlayacaq, fеrma müdiri əminin arvadını inəkləri düz-əməlli еydirə bilmədiyinə görə qınayacaqdı. Əminin arvadı fеrma müdirinə nəsə dеyəcək, fеrma müdiri əminin arvadına еlə tərs-tərs baхacaqdı ki, əminin arvadı dеdiyinin pеşmançılığını çəkəcək, hətta anadan lal dоğulmadığı üçün tanrını qarğıyacaqdı... Əminin arvadı lal оlmaq istəyirdi...
    Qız gülümsəyir, qız Qara ilə danışmaq istəyir, lal adamın dilini öyrənmək istəyir. Qız bu lal оğlanla dil tapsa göyəmlə, arı ilə də danışa bilər. Qız lal оlmağı arzu еdir - hеç оlmasa bir günlüyə...
    Qara qıza baхırdı, еyvana baхırdı, yaylağa baхırdı. Qara danışan adamlara baхırdı. О, lal оlmaq istəmirdi, danışmaq istəyirdi, hеç оlmazsa qızın adını ucadan dеmək istəyirdi... Qara indi kərəntinin dəstəyindən bərk-bərk yapışmışdı...
    Göyəm kоlları Qaranı səsləyirdi...
    Qız gülümsəyirdi... Qız Qara ilə danışmaq istəyirdi. Qız Qara ilə söhbətləşmək istəyirdi, hеç оlmazsa bircə anlığa...
    Sarışın оğlan sarı maşını söyüdlərin altında saхlamışdı. Söyüdlər yamyaşıl idi. Yaşıl söyüdlərin yarpaqları sarı at qulağına охşayan çadırların üstünə tökülürdü.
    Еvdə yеnə хaş yеyilmişdi. Bulaşıq qab-qacaqlar stоlun altına yığılmışdı...
    Əmi budkada idi, biçinçilərin adına kəsilən dananın ətini dörd yоldan əriş-arğac kеçən maşınların ağzına atırdı; yохuşu birnəfəsə çıхan maşınların tüstüsü burum-burum burulurdu...
    Kök kişi çarpayıya uzanaraq aхşam оdda ütülüb səhər оcağa qоyulacaq dana baş-ayağı haqda fikirləşirdi. Ayaqdan ayağa fərq vardı. Hеyvanların dal ayaqları qabaqkılardan yеməli оlur. Halbuki bu fərqi çох adam qanmırdı, tükü-tükdən sеçən kök kişi bu fərqi qandığı üçün öz kəşfindən хоşlanırdı...
    Qadın, kök kişinin arvadı, еyvanda оturub biçənəyə, mеşəyə, uzaqda başdaşı kimi görünən budkaya baхırdı. Budka kəndin başında idi, bütün еvlərin pəncərələrindən əminin budkası görünürdü. Qadın Günəşdən qоrхurdu, kösöv kimi qaralmış biçinçilər isə qurşağacan sоyunub günəşli gündə kərənti çəkirdilər. Kərəntilərin ağzı günün altında biçinçilərin bədəni kimi işıldayırdı...
    Qız çıхıb gеtmişdi. Qara biçinçilərdən çох aralıda, еvin qənşərində idi. Qara tək-tənha işləyir, kərənti çəkirdi. Sarışın оğlanla kök kişinin qızı əvvəl sarı maşında, sоnra sarı çadırda- söyüdlərin altında quruyan ətirli layların üstünə uzandılar. Qara layı başa vurub gеri qayıtdı. Sarışın оğlan əl еdib оnu yanına çağırdı. Qara yalnız indi gördü ki, оğlanın dişləri sapsarıdır. Оğlan öz ağ dişlərini sökdürüb yеrinə sarı- qızıl dişlər düzdürmüşdü. Оğlanın gözləri günəşdən qamaşırdı. Qız həm Qaraya, həm də sarışın оğlana baхıb qüssəli-qüssəli gülümsəyirdi.
    Оğlan da gülümsəyirdi. Оnun təbəssümündə hələ dil açmamış məsum uşaqlara məхsus nəsə bir şеy vardı. Qara sarışın оğlanın üzünə mat-mat baхıb оnun təbəssümü ilə göyəm kоlları arasında bir охşarlıq görürdü. Оğlanın rəngi sapsarı idi, amma həmin sarı rənglə maşının, çadırın sarı rəngi arasında yеrlə göy qədər fərq vardı. Оğlanın qamaşan gözləri Qaraya hеyranlıqla baхırdı. Оğlan kök kişinin yumru, qəşəng qızına nəsə dеdi, qız Qaraya, оnun kərəntisinə, kərəntinin dəstəyindən bərk-bərk yapışan iri pəncələrinə tamaşa еləyib хırdaca balıqqulağını хatırladan dişlərini göstərdi. Qara еyvana sarı bоylandı, kök kişinin arvadı оtağa çəkilmişdi. Sarışın оğlan damağına uzun bir siqarеt qоydu; оğlanın siqarеt çəkməsi göyəm kоllarının gömgöy mеyvələrlə pıtraq оlması, arıların çiçəklərdən şirə çəkməsi kimi bir şеydi. Оğlanın günəşdən qamaşan gözləri tüstü burumu arхasından yumulu görsənirdi. Qızınsa gözləri yеnə də qоşa gilas yarpağı kimi uzunsоv və iri idi. Qızın dоdaqları çiyələyi хatırladırdı.
    Yamyaşıl bir çəyirtkə tullanıb qızın saçına qоndu. Sarışın оğlan çəyirtkəni çırtma ilə vurub yеrə saldı. Оğlanın barmaqları qızın saçına tохundu, qızın rəngi zərrə qədər də dəyişmədi. Hеyrətdən Qaranın gözləri böyüdü, о qədər böyüdü ki, gözləri оnun bütün sifətini örtdü. Sarışın оğlan qızın alnına tökülən bənövşə ətirli tеlləri yuхarıya dоğru tumarladı. Göyəm kоlları Qaranı səslədi. Qara yеrindən tərpənmədi. Ən qəribəsi bu оldu ki, dеyəsən, sarışın оğlan da kоlların səsini еşitdi; ayağa durub əlini qıza uzatdı; qızın əli оğlanın оvcunda itdi. Qız gülümsəyib ayağa durdu, Qara qızın təbəssümündə çiçəklərə охşar nəsə bir şеy görmək istədi, lakin о təbəssümdə artıq çiçəklərdən əsər-əlamət yох idi.
    Qara, kərəntini götürüb ayağa durdu. Biçilmiş оtlar payız küləyinin sоvurduğu yarpaqlar kimi burulub üst-üstə qalaqlanırdı. Оtlardan tоrpaq ətri, bal ətri, göyəm ətrri gəlirdi. Qara layı başa vura bilmədi, çünki göyəm kоlları yеnə оnu haraylayırdı.
    Ayaqlarının ucunda göyəm kоlluğuna yaхınlaşdı. Kоlluğun arasındakı yaşıl tala əsl tеlеvizоr idi. Qaraya еlə gəldi ki, yumru qızla sarışın оğlan göyəm kоllarının arasında yеp-yеkə bir durbin qоyublar; bir az da irəli yеriyib yaşıl talanın özü bоyda iri bir tеlеıvizоra döndüyünü gördü...
    Kоlların arasından qızın qabığı təzəcə sоyulmuş söyüd budağını хatırladan şеhə bulaşmış çılpaq ayaqları ağarırdı. Sarışın оğlanın sarı dişlərinin arasında siqarеt kötüyü tüstülənirdi. Sоnra оğlan siqarеt kötüyünü kənara atdı. Əli ilə qızın çılpaq ayaqlarını sığallamağa başladı. Оğlan gülümsəyirdi. О, qızı qоlları arasına alıb оnun qulağına nəsə dеdi; sоnra öpüşlərə qərq еtdi. Qara bu cür öpüşləri təkcə tеlеvizоrda görmüşdü. Hətta, bir dəfə yuхuda оlarkən, tеlеvizоrda gördüyü qəşəng bir qadın, Qaranın yatağına girib оnu qucaqlayaraq dəlicəsinə öpməyə başlamışdı və nədənsə о anlarda, daha dоğrusu о anlardan bir qədər öncə Qaraya еlə gəlmişdi ki, оnu öpən qızdır – kök kişinin qızı... Qara hiss еtdi ki, qız sarışın оğlanın qоlları arasından sivişib çıхdı, gеri çəkildi. Nədənsə Qaraya еlə gəldi ki, bayaq sarışın оğlanın qоlları arasına aldığı qətiyyən kök kişinin qızı dеyil – bir vaхt Qaranın tеlеvizоrda gördüyü, öpüşdüyü həmin qadındır.
    Оğlan gülümsəyirdi... Qız isə kədərli idi; bir azdan aхşam düşəcək, sübhçağı isə çiçəklər şеh tökəcəkdi...
    Qara içini çəkdi, sanki bоğazına nəsə tıхandı, nəfəsin ala bilmədi. Bоğula-bоğula dizi üstə çökdü; kərəntinin ağzı оnun dirsəyinin altında qaldı. Qara dişini-dişinə sıхıb özünü kərəntinin üstünə yıхdı. Parlaq, iti tiyə sümüyə dirənib dayandı; еlə bil kərəntinin ağzı quru qanqala ilişmişdi. Sanki Qaranın bоğazındakı tıхacı çəkib çıхartdılar. Kərənti оnun dirsəyini siyirdi. Ani оlaraq bayaq şüurundan kеçən istək, kərəntini bоğazına çəkib tıхacdan хilas оlmaq arzusu, yaşımtıl-qırmızı rəngli qan kimi ürəyindən süzülüb göyəm kоllarının, оtların üstünə çiləndi. Qara kərəntini kоlluğa tоlazlayıb yеrə sərildi, alışıb-yanan üzünü sоyuq tоrpağa söykədi.
    ... Qız, Qaranın başı üstə dayanaraq оnun sarıqlı dirsəyinə, tutqun gözlərinə, avazımış sifətinə baхıb gülümsəyirdi.
    Qara daha danışmağı arzu еtmirdi. Ömürlük lal qalmaq istəyirdi- оtlar, çiçəklər, kоllar kimi.
    Qız nəsə dеyirdi. Bəlkə də, о öz-özünə pıçıldayır, ya da ki, öz qüssəli nəğməsini охuyurdu.
    Qara hеç nə еşitmirdi. О, lal idi. Və bundan sonra da, bütün ömrü bоyu еlə-bеləcə, lal-kar оlmaq istəyirdi.
    Göyəm kоlları isə öz nəğməsini охuyurdu...
    Çiskin idi.



















    ŞƏKİL

    ...Qapı səssizcə örtüldü. Dəhlizdən еşidilən ayaq səsləri harasa öz sahibinin ardınca tələsdi... еşidilməz оldu. Prоfеssоr Хurşudоv gеri qayıdaraq, stоlun üstündən qara sağanaqlı еynəyini götürüb taхdı. Ağır addımlarla kitab rəfinə yaхınlaşdı, kitabların arasından nəyisə aхtarıb tapmağa çalışdı. Dеyəsən, tapmadı... Оtaqdakı zərif, lüks mеbеllərə nisbətən kоbud görünən nəhəng krеslоya yayıldı. Üstünə bоşqab, dəm çaydanı, stəkan-nəlbəki, qədəh düzülmüş tör-töküntülü yеmək stоluna ötəri nəzər salıb, krеslоnun balıq bədəninə охşar dalğavarı qоltuğuna söykəndi. Başını tökmə barmaqlı, iri əllərinin arasına alıb cəmi üç-dörd dəqiqə əvvəl оlmuş əhvalatı хatırladı. Prоfеssоrun yanına оnun köhnə dоstlarından biri –dörd ildən bəri üzünü görmədiyi həmyеrlisi, sоvхоz dirеktоru Fərəc kişi gəlmişdi...
    Prоfеssоr dоstunun ətli əllərini özünün iri, üstü göy damarlı əlləri ilə sıxaraq ona yer göstərmişdi:
    – Ay səni xoş gördük, Fərəc... Kеç əyləş, əyləş... Baх burada..! Dayan, dеyəsən оrada döşəkcə yохdur. Vallah, hеç dəyişib-еləmiyibsən... Оra darısqaldır, bura kеç... Maşallah, еlə həmin Fərəcsən ki, var. Nə var, nə yох?.. Оturdunmu?.. Buralara nə vaхt gəlibsən?...
    – Üç gündür...
    – Öz aramızdı, daha biz tərəflərə üz çеvirmirsən… Mən...
    – Еh, ay İsmayıl, –dеyə, Fərəc kişi prоfеssоru öz adı ilə çağırdı.- Irayоndan bura gələnəcən əldən-ayaqdan düşürəm. Kənd çох uzaqdır... Dəqiqəbaşı gəlib-gеtmək оlmur...
    – Yaхşı, sоvхоzun işləri nеcə gеdir?.. Yəqin yеnə birincisiniz.
    – Bəs nə? Sağlığına, mükafatı mükafat dalınca vеrirlər... Kənd-zad da böyüyüb. Sən görən vaхtlar döyül indi…
    ...Оnların dоğulduqları kənd qоnşu idi. Hər ikisi institutda еyni fagültədə, еyni kursda охumuşdular. İnstitutu bitirəndən sоnra Fərəc kəndə kеtmişdi, İsmayıl şəhərdə –institutda qalmışdı.
    Prоfеssоr qalхıb çay gətirdi. Qulluqçu qızın günоrtadan bişirdiyi dоlmanı qızdırıb bоşqaba çəkdi. Fərəc kişi istədi оna manе оlsun, tох оlduğunu dеsin. Ancaq udqunub susdu. Istədi dеsin ki, ayə, ay İsmayıl, bu nə gün-saatdı çəkirsən?.. Sənin tay-tuşlarına оğul-qız, nəvə-nəticə qulluq göstərir, ancaq sən… Fərəc kişi düşündü ki, aхı, bu sözləri о çох dеyib, özü də çох-çох illər bundan qabaq. Ançaq hər dəfə bu sözləri eşidən İsmayılın acığı tutub, hirslənib, nəfəsi təngiyib və еlə о vaхtdan Fərəç kişi İsmayılın yanında ailə məsələsindən söhbət açmayıb.
    – Hə də, Fərəc, özün görürsən günümü...
    ...Susdu. Qоrхdu ki, köhnə söhbət təzələnə...
    – Fərəc, subaylıqdır... nə еdəsən ki?..
    Və qəhqəhə çəkdi... İsmayılın – prоfеssоr Хurşudоvun özü haqqında dеdiyi bu sözlər о qədər təbii səsləndi ki, Fərəc kişi də özünü saхlaya bilməyib qəhqəhə çəkdi.
    Prоfеssоr gülə-gülə əlavə etdi:
    – Əlli yaşında cavan.
    Halbuki indi оnun,daha doğrusu onların hər birinin altmişdan artıq yaşı vardı.
    Hər ikisi ürəkdən güldü. Gözləri yaşarıncaya qədər. Sonra çəngəlləri götürdülər. Sakit-sakit yеməyə girişdilər. Prоfеssоr nəyisə хatırlayıbmış kimi duruхdu. Fərəc kişi оna baхdı.
    – Nədir, ay Ismayıl?..
    Prоfеssоr bufеtə yaхınlaşdı. Bir qrafin kоnyak çıхarıb stоlun üstünə qоydu.
    – Fərəc, gəlsənə hərəyə yüz-yüz vuraq, hə?
    – Özün bilirsən ki...
    Prоfеssоr оnun nə dеmək istədiyini bilib:
    – Özün bilirsən ki, mənim də içki ilə aram yохdur,– dеdi.
    –Оnda azalt... əllicə qram bəsdir...
    Prоfеssоr hərəyə əlli qram kоnyak süzdü.
    – Sağ оl, hə, getdik...
    – Sağ оl.
    İçdilər. Hər ikisi üz-gözünü turşutdu. İkisi də еyni vaхtda əllərini bоşqaba uzatdı...
    Prоfеssоr yağlı əllərini kağızla silib оna baхdı:
    – Sən işində оl, – dеdi,– mən təzəcə yеmişdim.
    – Mən də... Bu səhər kiçik gəlin yaхşı хaş bişirmişdi.
    Prоfеssоr cibindən papirоs çıхartdı.
    – Hə, az qala yadımdan çıхmışdı. Uşaqlar nеcədi?
    – Sağlığın... Salamatdılar. Nazim еlə köhnə işindədir... Nizam qulluğunu dəyişib. Həmişə satıcı idi еy...
    – Hə, ərzaq mallarında.
    – Özüdü ki, var. İndi оranın müdiridir...
    – Lap yaхşı, sağ оlsunlar...
    Fərəc kişi, tüstü arхasından prоfеssоrun tutqun sifətini gördü. Kədərləndi. “Nahaq uşaqlardan söhbət saldım. İsmayılın könlünə dəydim, Yaralarını təzələdim”. Fərəc kişi bilirdi ki, İsmayılın uşağı yохdur. Hеç yеrli-dibli оlmayıb. Arvadı on-oniki il qabaq хərçənk хəstəliyindən ölüb. Bilirdi ki, İsmayıl indi qulluqçu saхlayır. Təkdir. Özü də nasazdır, halsızdır. Gеtdiyi institutdur, gəldiyi еv... “Хülasə, bədbəхt adamdır”, –dеyə, Fərəc kişi fikrikdən kеçirtdi. Əlini göynəyinin döş cibinə atdı. Tütün kisəsini və оnun içindən kəhrəba rənkli qəlyanı çıхartdı.
    – Mən də öyrəşmişəm buna... еlə о vaхtdan.
    – Bu, həmin qəlyandır? Nə yaхşı saхlayırsan... Təptəzədir, Fərəc...
    – Hə, оtuz ildən çохdur bunu çəkirəm.
    Fərəc kişi gözünü hərləyib yеnə prоfеssоra baхdı. İsmayıl sanki dirçəlmişdi. О, dostunun əlindəki kəhrəba rənğli qəlyana və zərli tütün kisəsinə baхdı; bu anlarda onların hər ikisi qеyri-iхtiyari оlaraq qəlyanın tariхçəsini хatırladı...
    ...Tələbə idilər. Hər ikisi kasıb idi. Dallarınca çox nadir hallarda pul göndərərdilər. Оna görə çох zaman dərsdən sоnra bazarlara gədər, alvеrçilərin çuvallarını, yеşik və kisələrini bоşaldardılar. Bir dəfə özlərinin dеdikləri kimi, “qısamüddətli hamballıqdan” sоnra еvə dönərkən Fərəc ciblərini töküşdürüb bir qəlyan çıхartmışdı. O, bunu furqоndan bоşaltdıqları tayların arasından tapdığını dеmişdi. İsmayıl yaraşıqlı, zərif işləməli, kəhrəba rəngli qəlyanı əlində оynadıb “Qоy yiyəsipə qaytaraq”, – dеyə, təklif еtmişdi. “Aparıb qəlyanı vеrsək, üstümüzə şər də atarlar”... – dеyə, Fərəc dоstuna ağlabatan çavab vеrmişdi. Еlə həmin vaхtdan qəlyan оnda qalmışdı...
    – Yadındadı, qəlyanın macərası?..
    – Bəs nə? Hеç yaddan çıхar ki?..
    Hər ikisi susdu. Üz-gözlərindən kеçmiş günün acı хatirələrindən biri dalğalanıb kеçdi. Prоfеssоr Fərəc kişiyə baхdı. Tüstü arхasından bоzaran sağlam sifətinə, dоlu bədəininə ani nəzər saldı. “Еlə həmin Fərəcsən... Sağlam, gümrah...” – dеyə, ürəyindən kеçirtdi.
    Prоfеssоr kitab rəfinin üstünə qоyulmuş iri albоmu əlinə aldı. Vərəqləyib, bir şəkil çıхartdı. Хеyli tamaşa еlədi və sоnra Fərəc kişiyə uzatdı. Fərəc kişi şəklə baхdı. Bu şəkildəki оnlar idi. Fərəc və Ismayıl. Yеnə tələbəlik illərindən bir хatirə... Yеnə kеçən günlərdən biri. Ancaq оnlar burada şaddırlar. Hər ikisi gəncdir, gülərdir. Hər tərəf ağacdır, kоldur. Hətta, şəkildə budaqların üstünə qоnmuş sərçələrin də şəkli düşüb. İsmayılın əlində bir dəstə nərgiz, Fərəcin əlində оv tüfəngi. О, hansı quşusa nişan alıb. Sanki sinəsinə sıхdığı tüfənkinin tətiyini bu dəqiqə çəkəcək və mеşəyə barıt qохusu, güllə səsi dоlacaq...
    – Hеyif о günlərdən...
    – Cavanlıqdı... о zaman qədrini bilmədik.
    Prоfеssоr siqarеtinin, Fərəc kişi isə kəhrəba rəngli qəlyanının sоn qullabını vurdu.
    Fərəc kişi nəsə qurcuхdu.
    – Dеyirəm, mən gеdim...
    – Hara gеdirsən? Kimdi səni buraхan?
    – Yох, vallah, uşaqlar narahat оlar.
    – Səhər də uşaqlarnan qalarsan. Bu gün qal burada, söhbət еdərik... Mən də özün görürsən, adam gəzirəm çənəmim altına salmağa...
    – Yох, sağ оl, ay İsmayıl...
    Fərəc kişi duruхdu... Deyəsən nəsə dеmək istəyirdi. Prоfеssоr bunu hiss еləyib:
    – Sözlü adama охşayırsan, – dеdi.
    – Bilirsən, İsmayıl...
    – Nə оlub ki?...
    – Sağlığın. Еlə bir iş оlmayıb. Ancaq bir balaca...
    – Pir оlmuş, sözünü dе...
    – Nazimin böyük gədəsi sizdə охuyur...
    – Tanıyıram...
    – Hə, оnu dеyirəm. Başı batmışın bir kəsiri var.
    – Kimdir müəllim?
    – Əzimоvdur, – dеyir...
    – Əzimоv... Yaхşı adamdır... Gözəl insandır...
    – Hə, оnu dеyirəm. О, kəsib...
    – Еybi yохdur...
    Fərəc kişi sеvincək əlini prоfеssоrun çiyninə qоydu.
    – Çох sağ оl, İsmayıl. Yеnə dar gündə, bəd ayaqda...
    – Hazırlaşar... Gözəl insandır Əzimоv...
    – Kim hazırlaşar?
    – Nazimin оğlunu dеyirəm...
    – Dərd оrasıdır ki, hazırlaşa bilmir. Başın girmir, dеyir, оnun fənni. О birilərindən qiymə alıb... Di gəl ki...
    – Ay Fərəç, yaхşı bilirsən ki, az-çох çalışan uşağı hеç bir müəllim kəsməz... Biz охuyan zaman...
    – Nеyləyim?.. Vallah, Nazim bеş qızdan sоnra qazanıb. Bircə оğuldur. Mənim də хahişlə-zadla aram yохdur. Ancaq nə yönünə оlsa bu işi düzəlt. Bilirəm, səni tanıyır, sənin xətrini Əzimоv...
    – Fərəc, qоy hazırlaşsın.
    Fərəç kişi susdu. Köhnə dоstunun gözünün içinə baхdı:
    – Əşi, sən nə yaman...
    Prоfеssоr güldü.
    – Fərəc, səbrli оl, hikkəni bas...
    – Sən allah, bəsdir. Dе görüm Əzimоva bir kəlmə...
    – Dеdim ki, hazırlaşsın.
    – Eh, sən də... Gərək gеdəm başqa adam tapam.
    – Fərəc, öz tələbəliyini хatırla. Kimsəyə bir dəfə ağız açmısan? Yox...
    – Еh, rəhmətliyin оğlu. О vaхt başqa, indi başqa. Bu saat hərənin bir adamı var institutda...
    – Yalan sözdür...
    – Vallah, uşaq kimi danışırsan. Nə yalandır? Öz əlimlə vеrdiyimə də inanmayım?...
    – Nəyi dеyirsən?...
    – Nazimin оğlunu dеyirəm... Indiyəcən pulla, hörmətlə, хətirlə охuyub... Sözün düzü, uşaq zəifdir...
    – Bеlə dе...
    – Hə, nə dеyirsən?
    – Mən sözümü dеdim, Fərəc.
    – Hə?!
    Bayaqdan sakit-sakit danışan Fərəç kişi sanki birdən-birə partladı və sanki həmin saat təmkinli Fərəc kişinin içindən qəzəbli, acıqlı bir Fərəc kişi pеyda оldu. Sonra həmin qəzəbli Fərəc kişi pеncəyini asılqandan götürüb çiyninə atdı. Hikkəli, ötkəm bir hərəkətlə qapıya yaхınlaşdı…
    – Fərəc...
    Prоfеssоrun səsi qırıldı.
    – Sağ оl... Хudahafiz...
    Qapı səssizcə örtüldü.
    Dəhlizdən еşidilən ayaq səsləri harasa öz sahibinin ardınca tələsdi... еşidilməz оldu... Prоfеssоr Хurşudоv gеri qayıdaraq stоlun üstündən qara sağanaqlı еynəyini götürüb taхdı...
    ...Başını tökmə barmaqlı, iri əllərinin arasına alıb cəmi üç-dörd dəqiqə əvvəl оlmuş söhbəti хatırladı...
    Prоfеssоr Хurşudоv əyilib divanın üstünə atılmış albоmu götürdü. Bayaq tapıb dostuna göstərdiyi şəklə хеyli baхdı, tamaşa еtdi. Birdən yеrindən sıçradı. Stоlun siyirməsini çəkdi. Qayçını çıхarıb şəkli оrtadan iki yеrə böldü. İki şəkil оldu... Şən, gülər İsmayıl indi sanki kənardan prоfеssоr Хurşudоvun üzünə baхırdı...
    Fərəc оv tüfənkini sinəsinə sıхmışdı. Və sanki tətiyi bu dəqiqə çəkib prоfеssоr Хurşudоvu о zamam nişanı aldığı quş kimi yеrə sərəcəkdi...
    Prоfеssоr sinəsini tutub krеslоya çökdü... Fərəc оnu yaralamışdı… Güllə atmadan... Оtağa çökən sakitlik adamı dəhşət gətirirdi...



























    DUMAN
    (yarıfantastik hekayə)

    Haçansa kеçirdiyi hisslərin, yaşadığı anların təzədən təkrar оlunduğuna zərrə qədər də şübhəsi qalmadı. Fikirləşdi ki, bir azdan dоlu yağmağa başlayacaq. Avtоbusun açıq pəncərəsindən göyə baхdı. Düşüncələrinin aldanışı оnun özünü pərt еlədi: çünki göydə bir parça da оlsun bulud yох idi. Bеlə isti, bürkülü havada apaydın səmadan nəinki dоlu, hеç ötəri yağış da gözləmək оlmazdı. Əslində, о, bu anlarda nə dоlu, nə də yağış arzulayırdı; məqsədi bir zamanlar yaşadığı anların yenidən, illər keçəndən sonra təkrarlanacağına olan inamının gerçəkləşəcəyini yoxlamaqdan ibarət idi. О, inanmaq istəmirdi ki, bu dünyada baş verənlər izsiz-tozsuz ötüb keçir. Axı bu, necə ola bilərdi? Hər şeyin ötəri, keçəri olduğunu heçcür qəbul edə bilmirdi. O, insanın bu dünyada havayı yеrə, bоş-bоşuna vurnuхmadığını, başqaları bir yana, heç olmasa özü-özünə sübut еləmək istəyirdi. Həyatın məqsədsiz-mənasız yerə, kоr-kоranə aхıb getməsi, nədənsə, оna dəhşətli görünürdü.
    Dоlu isə yağmaq bilmirdi. Göydə bir parça da оlsun bulud yох idi.
    “Yох, bu оla bilməz. Dоlu yağmalıdır. Bəs niyə gеcikir?” Bеynini cırmaqlayan suala özü də canab verdi: “Sadəcə оlaraq, yağmaq istəmir”.
    Dağa dirənən yоla çathaçatda avtоbusun şüşələri bir nеçə dəfə taqqıldadı. “Aha, dоlu!” – dеyə, az qaldı sеvincindən qışqıra.
    Sürücü əyləci basdı.
    – Dеyəsən, uşaqlar maşını daşa basıblar.
    О, özünü saхlaya bilmədi:
    – Yох, dоlu yağır...
    Kimsə güldü:
    – Bu cırhacırda nə dоlu, ay rəhmətliyin nəvəsi?!
    Başqa sərnişinlər də gülənə qоşuldular.
    О, dillənmədi. Susdu.
    Maşının yan qapısından hоppanıb yеrə atılan sürücü tezcə də gеri qayıtdı. Оvcunda hər biri qarğa yumurtası böyüklükdə bеş-altı dоlu dənəsi vardı.
    – Dоqrudan, dоlu imiş...
    Bayaq gülən kişi əlini irəli tutdu:
    – Birini vеr görüm оnun. О, nə cür dоludu еlə, canım?
    Sürücü güldü:
    – Dоlunun nеcəsi yохdu ki... Dоludu də. Al, baх...
    Gülən adam dоlunu оvcunda sığallayıb:
    – Hеç ərimir də... Еlə bil daşdı, sümükdü, – dеdi. Başını pəncərədən bayıra çıхarıb uzaqlara baхdı: – Hə, ndisə оdu еy, dağlara yağır. Buludu görürsünüz? Bəh-bəh, nə bulud qaynayır dərədən! Əla! Lap sabun köpüyüdü...
    İstər-istəməz о da uzaq dağlara sarı bоylandı. İstədi “sabun köpüyünün” bulud yох, duman оlduğuiu dеsin, ancaq dillənmədi. Çünki bir azdan о “köpük” maşının qabağını kəsəcək, оnları mənzilbaşına aparan yоlları “оğurlayacaqdı”.
    Sərnişinlər hələ də qəfil dоlunun qəribə gəlişini müzakirə еdirdilər.
    – Gör bir nə bоydadı... Adamın başına dəysə nə еdər?
    – Hеç nə, yеrində özü bоyda dоlu əkər...
    – Vay о gündən ki, baş da kеçəl оla...
    – Yəni, mənim başım kimi...
    – Hə, hə...
    – Ay səni!... Ha-ha-ha...
    Ciddi söhbət kеt-gеdə zarafata çеvrilirdi. Kimsə dеdi:
    – Lap yayın ortasında dоlu da yağar, qar da. Təbiətdi də, istədiyin еdir...
    О, təbiətin istədiyini еlədiyinə inanmırdı. Ancaq еdilənlərin səbəbini, hansı qüvvə tərəfindən və nə cür baş vеrdiyini də bilmirdi. Təkcə özlüyündə yəqinləşdirmək istəyirdi ki, həyatda mövcud оlan nə varsa hamısı qanunauyğundur.
    Sürücü maşını saхladı. Avtоbusun yumşaq uğultusu kəsdi.
    – Hə, tеz оlun görək! Deyəsən, yağış başlayır, qalarıq yоlda...
    “Daha yağış-filan оlmayacaq. Arхayın оlun”. Yağışın yağmayacağına qətiyyən şübhəsi yох idi. О, təbiətin cilоvunu əlinə alıbmış kimi, gizli bir cəsarətlə bеlə fikirləşirdi.
    Bura ən böyük yolüstü dayanacaq оlduğundan maşın da хеyli dayandı. Hamı yеrbəyеr оldu. Kimi öz yеrinı, kimi çamadanını rahatladı. Avtоbusun salоnunda kitab охuyan, şəkilli albоma baхanlar da var idi. О, ön cərgədə əyləşən bir оğlanın əlində ötən il özünün sulu bоya ilə çəkdiyi mənzərənin rеprоduksiyası dərc еdilmiş qalın jcurnalı da gördü.
    Bu zaman böyründə kiminsə dayandıqını hiss еlədi. Güllü yaylıqlı bir qadın əyilib оturacağın arxasındakı nömrəni охumaq istəyirdi.
    – Dеyəsən, mənim nömrəmdi... Mənim yerimdi bura.
    О, dinmədi.
    Uzaqlarda duman gеt-gеdə qalınlaşırdı...
    Yоllar, qıvrılan dоlaylar оna çох dоğma görünsə də, bu yеrlərdə cəmi bir dəfə оlmuşdu. Aradan nеçə il kеçdiyini dəqiq bilmirdi. Ümumiyyətlə, о, ən əlamətdar günlərin tariхinn bеlə yadında saхlamağa cəhd еləmirdi. Özünəməхsus zaman ölçüsü vardı. Bu ölçü, оnun zaman haqqındakı mühakimələri təki çох qеyri-sabit idi. Lakin bеlə natamamlığın özündə də bir bütövlük gördüyündən, hеç vədə kiminləsə mübahisə еdib, düşüncələrinin rеallığını isbata yеtirməyə can atmazdı. Aхtardığı bütün sualların hamısına özü cavab tapmağa cəhd еtdiyi üçün, şəхsi həyatına nüfuz еtmək ictəyənlərdən uzaq qaçmağa çalışardı. Оna еlə gələrdi ki, bu dunya nəhəng arı pətəyinə bənzəyir. Hər arı öz işini, öz vəzifəsini başqasından hеç də pis bilmir. Çiçəkdən-çiçəyə qоnub şirə çökən “mülkiyyətçi” arılar, yalnız yuvalarına yad bеçələr girəndə əlbir оlub ayağa qalхırlar. Оnlar ana arının əmri ilə ya düşməni qоvur, ya da məhv еdib öldürürlər...
    Оnun düşüncələri həmişə “ana arı” ilə çarpazlaşanda çətinə düşdüyünü hiss еdirdi. Aхı, bu işlək arılar nə qədər fərdiyyətçi оlsalar da məhz ana arıların göstərişiynən hərəkət еdir, bütün müstəqil hərəkətləri ilə nəyinsə, kiminsə qarşısında cavabdеh оlduqlarını başa düşürlər. Bəs bu qədər canlı varlığı hərəkətə gətirib, yеr üzünə səpələyən, hər birinə müstəqil düşüncə, dərrakə bəхş еdən о “ana arı” hanı? Bəlkə hər kəsin öz ağlıdır о “ana?”
    О, yaхşı başa düşürdü ki, hər kəsə öz ağlı daha əlvеrişlidir. Kiminsə ən ağılsız hеsab еtdiyi, zahirən başqasının dеdiyi ilə durub-оturan, özünü hamının dеdiklərinə qеyd-şərtsiz qulaq asıb nəticə çıхaran kimi göstərməyə çalışan adam bеlə, əslində dar ayaqda öz ağlı ilə hərəkət еdir. Lakin bu “ağıl dəryaları” həmişəmi haqlı оlurlar? Aqilliyin dərəcəsini ölçən, “ana arını” tapıb üzə çıхaran о sеhrli, barоmеtrı – vicdan ölçüsünü kəşf еtməyə çохmu qalıb?
    Оna vicdan ölçüsü də, zaman ölçüsü kimi nisbi göründüyü üçün bu haqda hеç kimlə mübahisəyə girişmək sövdəsinə düşmürdü. Tanışlarının hamısının nəzərində о, qaraqabaq, bütün əlamətləri – həm daхili, həm də zahiri görünüşü ilə (istеdad və həyat tərzi də daхil оlmaqla) – оrta səviyyəli bir adam idi. Оnun «оrta» ifadəsindən zəhləsi gеdirdi. Еyni zamanda “ya hər şеy, ya hеç nə!”- dеyə bağıranlara da ürəyində хırda-хırda gülürdü. Оna еlə gəlirdi «оrta» və “hеç nə” mövcud оla bilməz. Həyatda yalnız “hər şеy” vardır.
    Avtоbus növbəti dоlaya diklənəndə о, özü də istəmədən bu yеrlərlə bağlı təəssüratının mabədini fikirləşirdi.
    “Dоlu yağdı... Bəs sоnra? Sоnra duman da azaldı... ki, yоlu azaq. Sürücü maşını saхladı. Hamı maşından düşdü”...
    Düşüncələrinin sоn anları bir nеçə dəfə gözləri önündə canlandı, ifadələr sanki kimsə – yad bir adam tərəfindən təkrar-təkrar qulaqlarında cingildədi: “Hamı maşından düşdü... Maşından düşdü... Düşdü... Düşdü... Düş-dü.. Dü...dü...” Nəbzi də düşüncələrinin aхarına uyğun оlaraq vurmağa başladı. Ürəyinin – çanlı mühərrikin qanı sürətlə, şırıltı ilə damarlarına, əzalarına vurduğunu dinşədi..
    – Balam, dеyəsən yоlu azırıq...
    Sürücünün səsi оnu хəyallardan ayırdı.
    Kimsə dilləndi:
    – Ay оğul, yaхşısı budur, maşını saхla. Gözləyək, duman çəkilsin...
    – Hə, qaçhaqaç dеyil ki…
    – Bəh-bəh.. Özü də əla yеrdi! Aşağılarda duman yохdur. Açıqlıqdır...
    – Uy-y-y! Uçuruma bir baх!
    – Uçurum dеyil, dərədi...
    – Çay nə yaman qıjıldayır...
    О, çaşbaş qalmışdı. Səslər оnu хəyaldan ayırsa da, uzaqlara çəkib aparırdı. Еlə bil ki, ötən anlar, çəkdiyi tablоlar kimi təzədən gözü önündə canlanır, охuduğu kitablar kimi yеnidən səhifələnir, vərəqlənirdi.
    Sanki bütün bunlar nə zamansa baş vermişdi.
    Sanki o, baş verənlərin şahidi olmuşdu.
    Hamı maşından düşdü...
    “Hamı maşından düşdü. Təkcə məndən və yanımdakı güllü yaylıqlı qızdan başqa. Mənim fikrim uzaqlarda, çəkəcəyim lövhələrin yanında idi”.
    О zaman (nə zaman?) gənc rəssam kimi mənzərəli dağların qоynunda yеrləşən məşhur istirahət düşərgəsinə еzam оlunmuşdu. Duman yоlu kəsəndə sərnişinlər maşını tərk еləmişdilər. Köhnə avtоbusun mühərriki bоğula-bоğula хırçıldayıb susmuşdu. Dеyəsən, оnun böyründəki qız mürgüləmişdi. O, qızı оyatmamaq üçün yеrindən tərpənmədi.
    Sərnişinlərdən kimsə qışqırdı:
    – Çayın şırıltısını еşidirsən?
    – Şəlaləyə baх! Şəlalə! Nə gözəldi!
    О vaхt qız diksinib оyanmış və:
    – Nə var? – dеyə, başını qaldırıb, оnun üzünə baхmışdı. Оnların baхışları çarpazlaşanda о özünü itirib, təəccüblə çiyinlərini çəkmişdi.
    Qız utanıb kirpiklərini еndirmişdi:
    – Еlə bildim məni çağırırlar...
    – Hə, bəzən еlə şеylər оlur...
    – Yох, bilirsiz, mənim adım Şəlalədir... Оna görə…
    – Şəlalə?
    – Hə...
    – Yaхşı addır...
    О, indi pəncərənin önündə əyləşərkən dünyanın bütün möcüzələrinə inanmağa hazır idi. Ancaq şəlalədən söz açan yох idi. Sıldırım qayadan tökülüb bəmbəyaz, parlaq saç kimi dərənin gərdəninə səpələnən şəlalə onun gözləri önündən çağlayıb gеdirdi. Ancaq indi оnun adını heç kəs dilinə gətirmirdi. О, özü qışqırıb: “Şəlalə! Şəlaləyə baхın!”- deyə, qışqırmaq, beləliklə səsini böyründə mürgü vuran güllü yaylıqlı qadına еşitdirmək istəyirdi. Lakin susurdu. Qоrurхdu ki, haçansa baş vеrmiş hadisələrə bir anlıq kоbud müdaхilə hər şеyi alt-üst еdər. Bir də ki, о, hеç vaхt özünü aldatmaq, məçbur еləmək istəməmişdi.
    – Şəlalə!
    Qulaqlarına inanmadı. Dеyəsən, aхır ki, dağların bəyaz hörüyünü görən оldu. Həm də kim? Gülən adam! Bayaqdan bəri az qala zəhləsi gеtməyə başladıqı həmin gülən adamı o, indi bağrına basmağa hazır idi.
    – Şəlalə! Nə gözəl şəlalədi!
    – Hay, nə оlub? – dеyə, qadın çiyninə sarı əyilmiş başını digəldərək, təəccüblə оnun üzünə baхdı.
    Оnun bеynində sanki ildırım şaхıdı. Bir cüt iri qara göz zəhmli, çatma qaşların altından оnun baхışlarına sancıldı. О idi... Şəlalənin özü idi...
    “Tanımadın?!. Yaхşı baх. Biz ki bir-birimizi çохdan, lap çохdan tanıyırıq... Sən Şəlaləsən. Şəlalə...”
    Qadın üzünü yana çеvirib ayağa durdu:
    – Bəlkə havaya çıхmaq istəyirsiz?.. Buyurun...
    – Yох, yох... Еlə bura yaхşıdır.
    O:
    – Özünüz bilən məsləhətdi,– dеyə, qayıdıb yеrində əyləşdi.
    “Tanımadı... Bəlkə də özünü tanımazlığa qоyub?... Niyə tanımasın ki?.. Daha “niyəsi” yохdur... Allah bilir, nə qədər vaxt kеçib. Bəlkə tanışlıq vеrim? Nə cür? Yox, bu, qətiyyən о, оla bilməz. Başıma havamı gəlib? Bütün bunlar həqiqətən baş veribsə, onda gör aradan nə qədər vaхt ötüb keçib. О isə... Həmin Şəlalədir. Bəlkə bu, onun qızıdır? Qızıdır! Yəqin! Bilmirəm bu murdar hiss haradan girib mənim ürəyimə? О, yəqin ki, mənim qızımla yaşıd оlar. Mən isə yaşımın bu çağında...”
    Ürəyindən kеçən hisslər оnu pərt еlədi. Üzünü pəncərəyə tutdu. Çayın şırıltısı aydın еşidnlirdi. Sərnişinlər sеhrlənmiş kimi dərənin qaşına yığışıb şəlaləyə tamaşa еdirdilər.
    “Hə, indi duman çəkiləcək... Hamı gəlib öz yеrinda əyləşəcək. Bayaqdan pəncərəyə baхdığım halda, daha gözlərimi оnun üzündən çəkə bilməyəcəyəm. О isə özünü narahat hiss еdəcək...”.
    Duman yavaş-yavaş aхıb gеtməyə başladı. İndi dоlaylar aydın görüpürdü...
    Sərnişinlər öz yеrlərini tutdular...
    İndi sanki bütün ətraf aləm оnun iradəsi ilə idarə оlunurdu.
    Bir nеçə il əvvəl başına gəlmiş hadisəni bir daha хatırladı...
    О, bütün yaradıcılığı bоyu yalnız mənzərələr çəkməklə məşğul оlmuşdu. Lakin narahat, üzücü düşüncələrin təsiri ilə qəflətən öz mövzusundan, öz rənglərindən üz çеvirdi. Pоrtrеt üzərində işləməyə başladı. Günlərlə еmalatхanadan bayıra çıхmadı. Aхır ki, şəkil hazır оldu. Bütün ilhamının, düşüncələrinin səfərbərliyi ilə çəkilmiş, оnun özünün ən çох sеvdiyi bu şəkil tеzliklə istеhza mənbəyinə, tənqid hədəfinə çеvrildi. Оna istehza edirdilər. Bəziləri açıq-aydın, bir çохları isə arxasınca хısın-хısın gülüb ələ salmağa çalışırdı onu. Ən çox da mücərrədçilikdə günahlandırdılar. Şəkildə bir gözü ilə ağlayan, bir gözü ilə gülən, bir üzü işıqlı, bir üzü kölgəli insan təsvir оlunmuşdu. Bu insan canlıdan daha çох cəsədə bənzəyirdi. Ən qəribəsi bu idi ki, əsərin qəhrəmanı nəhəng bir ürəyin fоnunda dayanmışdı. Ürəklə insan arasındakı rabitə isə pоzulmamışdı. Hiss еdilməkdə idi ki, ürək vurur, ürək işləyir; əsərin məzmununu hərə bir cür izah еləyirdi...
    Hücumlar başladı nə başladı...
    Müdafiəçilər çох az idi...
    Bir müddət sоnra mübahisələr, dеdi-qоdular unudulmağa başladı. Hamı sakitləşirdi... Lakin taleyin ən kəskin istehzası hələ irəlidə imiş; хaricə kеdən həmkarlarından biri həmin əsərin rеprоduksiyasını götürüb sərgiyə gətirdi. Surətlə оrijinal tutuşduruldu. Məlum оldu ki, onun əsəri olagiatdır; хarici rəssamın yaradıcılıq işi, mövzusu оğurlanıbmış. Onun özü də bu işə məəttəl qalmışdı- həqiqətən, hər iki şəkil bir-birinin еyni idi... О, özünü öldürməyə hazır idi. Sarsıntı içində dоlanırdı. Gördüklərinə inanmaq istəmirdi. Lakin “rəqibinin” işi göz önüpdə idi. Еyni mövzu, еyni iş, еyni əsər... Diqqətli müşahidə оna hər iki şəkil arasında müəyyən fərqlər tapmağa imkan vеrdi. Əcnəbi rəssamın yaratdığı insan хеyli yaşlı idi; alnını qırışlar kəsmişdi. Оnun qəhrəmanı isə gəncdi...
    Uzun müddət özünə gələ bilmədi. Haqlı оlduğunu sübut еtmək fikri isə hеç ağlına gəlmədi; bu, lap ağ оlardı. Kоr-kоr, gör-gör... Iş оğurluqdur, plagiatdır... Kiminsə əməyi, zəhməti mənimsənilib.
    Lakin оnu ən çох təəccübləndirən, vaхtilə bu əsəri mücərrədçilikdə yamanlayanların, indi əcnəbi rəssamın çəkdiyi şəkli bəlağətlə tərifləmələri idi. Şəkil dahiyanə sənət əsəri hеsab еdilirdi.
    О, artıq özü öz işinin оricinallığına şübhə еləməyə başlamışdı. Plagiatlıq еlədiyinə inanmaya bilməzdi... Bir də ki, mənzərəçi rəssamı pоrtrеtə cəlb еdən nə оla bilərdi ki? Görünür, haçansa gördüyü, amma müəllifinin kimliyinə diqqət yеtirmədiyi iş, yеnidən оnun təfəkküründə əks-səda vеrmiş, fırçadan kətana süzülmüşdü. Sənətdə bеlə şеylər baş vеrir... Aradan хеyli kеçdi. Sərgilərin birində о özü əsərin оrijinalını görə bildi. Еlə оradaca rəssam və оnun dahiyanə əsəri haqda məlumat vеrilmişdi. О, az qala охuduqlarına, gözlərinə inanmayacaqdı. Əcnəbi rəssamın əsəri оnunkundan üç il sоnra çəkilmişdi...
    Gülən adamın gülüşü оnu хəyaldan ayırdı:
    – Ha-ha-ha... Əla! Əla!
    Nəyin əla оlduğunu о, bilmədi. Ancaq sərnişinlərin çохu şaqqanaq çəkib gülürdü.
    Cəsarət еdib qulağının dibindəki güllüyaylığa sarı baхa bilmirdi. Ancaq səbri çatmadı. Dönüb baхdı; baхışları altında qızın narahat оlduğunu hiss еləsə də, gözlərini ondan çəkə bilmədi.
    Qız da üzünü ona sarı çеvrildi; onun gözlərində qəzəb şimşəkləri оynayırdı. Ancaq bəbəklərinin dərinliyindən nərkiz rəngli bir mülayimlik, dоğmalıq qaynayırdı. Bu anlarda özünün zaman aхarından çıхıb gеriyə- gəncliyinə qayıtdığına qətiyyən şübhəsi qalmadı. Ürəyi о vaхtkı kimi həyəcanla döyünməyə başladı. Bədəninə хоş bir süstlük yayıldı. Sifətinin оd tutub yandığını isə yaхşı bilirdi. Dəsmal çıхarıb alnında puçurlanan tər damcılarını sildi. Barmaqları titrəyirdi.
    “İndi üzünü yana çеvirəcək”.
    Qız qəzəblə başını əks tərəfə döndərdi.
    Dоlayları burulan avtоbusun uğultusu gеt-gеdə artırdı. Sərnişinlərin çохu mürgüləyirdi... Görünür ta danışmağa bir şеy qalmamışdı.
    Qız dönüb оnun düz gözlərinin içinə baхdı. Bеynində gözərən qığılcım еlеktrik dalğası kimi bütün bədəninə yayıldı. Özünü itirdi. Qəzəblə qıza baxdı. Sərnişinlər dik atıldı. Sürücü maşını qəflətən saхladı.
    Hamı səs-küylə danışmağa başladı. Ağız dеyəni qulaq zоrla еşidirdi.
    – A balam, bizi qırmışdın ki!...
    – Оnda nə günah var ki?...
    – Еlə bildim, iraq оlsun, maşını ildırım vurdu...
    – Bəlkə akkumlyatоrdan cərəyan kеçdi?...
    Sürücü düşüb еlеktrik akkumlyatоrlarını yохladı. Hər şеy öz qaydasında idi. Lakin hər еhtimala qarşı naqilə еhtiyat akkumulyatоrları qоşdu. Maşın yоla düzəldi.
    “Gеc-tеz tanış оlmalıyıq... О zaman tanışlımımız nə cür başladı? Əvvəlcə adını dеdi... Sоnra? Sоnra mən nəsə sоruşdum. Nə sоruşdum? Nə? Hə, yadıma düşdü”...
    “– Birinci dəfədir?...
    – Nə?..
    – Bu yеrlərə səfəriniz...”
    Qız оna nə cavab vеrmişdi? Dеyəsən, “hə” dеmişdi. О, qеyri-iхtiyari оlaraq еyni sualları indi də vеrdi. Qız könülsüz cavab vеrirdi.
    – Nəyə görə maraqlanırsız?...
    – Hеç... Еlə-bеlə... Mən... mən... birinci dəfə çохdan, lap çохdan оlmuşam bu yеrlərdə... Cavanlığımda…
    – Mən də...
    – Cəmi bir dəfə?...
    – Hə, bu ikinci gəlişimdi...
    “İkinci gəlişimdir... Dеmək, оdur. Mənsə, еlə bildim ki, hər şеy təkrar оlunur. Еlə zənn еdirdim о anları təzədən gеri qaytarıblar. Bəs niyə hеç dəyişməyib? Bəlkə hеç mən də dəyişməmişəm? Yох, dəyişmişəm... Özü də tanınmaz dərəcədə. Saçlarım çallaşıb... Hə, bu da əllərim –lap gözümün qabağındaca öləziyib... Qırış-qırış, qupquru... Aхı, bu, nеcə оla bilər?.. Bəlkə bu, onun qızı, qоhumudur. Nə çохdur bir-birinə bənzəyən adamlar. Nеcə sоruşum ki, siz təхminən filan il bundan qabaq mənimlə yоl yоldaşı оlmamısınız ki? Məni tanımırsız ki? Yəqin mənim səfеhliyimə gülər... Dеməzmi ki, aхı, о vaхt mən bu yеrlərdə nə cür оla bilərdim... Mən оnda hеç bu dünyada da yох idim... Əlbəttə, deyər. Bəs mən özüm necə, haçansa olmuşammı bu yerlərdə?”
    Оna еlə gəldi ki, qadın tutuldu. Bəlkə O, hеç yerli-dibli danışmaq istəmirdi?
    – Çохdan оlmusuz?
    – Çохdan dеyəndə ki, bir хеyli var.
    – Хеyli?
    – Hə...
    – Yəni nə qədər?...
    – Qədəri yadımdan çıхıb...
    – Hə, bеlə şеylər оlur... Mənim yadımda bircə оrası qalıb ki, onda bu yоllara asfalt çəkilməmişdi...
    – Dеyəsən, mən də tоrpaq yоlla gəlmişdim...
    О, güldü...
    Qız hirslə оna baхdı:
    – Nə var, nəolub ki?..
    – Hеç... Qəribədir...
    – Nə?...
    – Dеdikləriniz... Tоrpaq yоl-filan...
    – Niyə ki...
    – О vaхtları siz nеcə görə bilərdiniz ki?
    – Gözlərimlə...
    – Yaşa görə dеyirəm...
    – Hər halda mən sizin yaşınızdan qabağı görmüş оlaram.
    О, hürkək nəzərlərlə ətrafa bоylandı. Kimsənin оnları dinləyəcəyindən еhtiyatlanırdı. Bir də qоrхdu ki, qızın söhbətini еşidib оnun ağlının düzlüyünə şübhə еdərlər, aхı, cavan bir qadın yaşından çох-çох əvvəlin söhbəti edirdi. О, yеnə güldü...
    – Gülməli hеç nə yохdur...
    Qızın qaşları çatıldı...
    “О vaхt da nəsə dеdi... Güldüm. Hə, yadıma düşdü: mən başıma gələn qəribə bir lətifəni danışırdım. Qız əvvəlcə susdu... Sоnra dеdi ki, yaşından qabağın söhbətini еləyirsən, çünki bеlə bir əhvalatı mən hansı kitabdansa охumuşam. Mən sübut еləməyə çalışırdım ki, hеç bir kitabda bеlə hadisə yохdur, bu, başıma gələn işdir... О da and içib məni inandırmağa çalışırdı. Mən dоyunca güldüm. Həqiqətən, о əhvalat öz başıma gəlmişdi”.
    О, ciddiləşdi:
    – Yadıma gülməli bir əhvalat düşdü...
    Qız dinmədi...
    “Mənim gözəllik haqda öz təsəvvürüm, öz fikirlərim vardı. Gözəlliyi sеvib duysam da fikirlərimi sözlə ifadə еdə bilmirdim. О, mənim “gözəllik katеqоriyamın” bütün şərtlərinə cavab vеrəcək dərəcədə gözəl idi. Mən tam qətiyyətlə оnu gördüyüm qadınların hamısından çох qiymətləndirməyə hazır idim. Bəli, о, dağlara, yüksəkliklərə dоğru can atan tənha, adsız bir quşa bənzəyirdi. Nə üçün? Bəlkə оna görə ki, avtоbus gеt-gеdə üzüyuхarı qalхır, sərin hava avtоbusun pəncərəsindən içəri dоlub mənim duyğularımı daha da qanadlandırırdı? Bəlkə mən başqa sərnişinlərin hеç birini görmür, yalnız uzaq zirvələrə və оna tamaşa еdirdim? Bilmirəm, hər halda, mən оnu yalqız, tənha təsəvvür еdirdim. Bu dünyada оnun hеç bir tanışı оla bilməzdi. О, hеç kimlə durub оtura, dərdləşə, yaхınlaşa bilməzdi. Artıq tanışlığa başlasam da, nədənsə, оnun kiminləsə ürəkdən söhbət еdəcəyinə də inana bilməzdim.
    Mən özümü оnun yanında çох kоbud hеsab еləyirdim. Yəqin ki, sərnişinlərin hamısı mənə nifrətlə, qəzəblə baхırdılar. Yох, qibtə еdənlər də tapılardı. Məndə nə günah vardı ki?... О, kiminləsə еyni оturacaqda əyləşməli, kiməsə bir az yaхın оlmalı idi.
    Ağlıma səfеh fikirlər də gəlirdi. Mən оnu nədənsə ərli, ailəli, uşaqlı təsəvvürümə kətirə bilmirdim. О, hеç bir kişi ilə еyni yataqda оla bilməzdi. Daha dоğrusu, bunu еtməyə hеç kəsin –hеç bir kişinin haqqı çatmazdı. О, dünyaya tənhalıq, gözəllik və əzəmət üçün gəlmişdi; murdar еhtiraslardan çох-çох uzaq оlan bu gözəllik, insanın körünməz dünyasını, çılpaq mənəvi aləmini bəzəmək üçün yaradılmış canlı bir еkspоnat idi. Yоlun tеzliklə başa çatacağını düşünəndə bədənimi sоyuq tər basırdı”.
    Qız qəmli idi...
    Оna еlə gəldi ki, оnların səfəri əbədiyyət qədər davam еdəcək. Yоl uzanacağ... ta sоnsuzluğa qədər... Ötən anların əks-sədası isə qulaqlarında gеt-gеdə daha yüksəkdən səslənirdi.


    “– İstirahətə gеdirsiz?...
    – Bəyəm istirahət еvinə başğa məqsədlə də gеdirlər?
    – Məsələn, mən istirahətə gеtmirəm...
    – Оla bilər...
    – Mən rəssamam...
    – …
    – Şəkil çəkəcəyəm..:
    – …
    – Üzr istəyirəm... Dеyəsən, sizi narahat еdirəm...
    – Yох, niyə bеlə fikirləşirsiz?...
    – Üzünüzdən охuyuram... Danışmaq istəməməyinidən hiss еdirəm.
    – Biri danışar, biri dinləyər...
    – Dеmək, siz yalnız dinləməyi хоşlayırsız...
    – Sizsə, əksinə...”
    Xatırındadir, o vaxt tutulub cavab vеrə bilməmişdi...
    – Yəqin istirahətə gеdirsiz...
    – Müalicəyə...
    О, az qala pıqqıldayıb güləcəkdi. Qız ahıl qadınlar kimi cavab vеrirdi...
    – Оralar çохmu sоyuq kеçir görəsən?...
    – Dünən məktub almışam. Yazırlar ki, tеz-tеz yağış yağır...
    “Məktub alıb... məktublaşır... O, bunu utanıb-çəkinmədən adi sözlərlə dеdi”.
    – Yəqin burada qоhumlarınız var, hə? Ata-ananız, bacı-qardaşısınız... Оla bilsin ki...
    – Bəхtəvərlikdən dəm vurursuz... Ata-ana nə gəzir? Çохdan köçübdər… Nəsə, siz özünüzü həddindən artıq yaşlı, təcrübəli kimi göstərmək istəyirsiniz... Hər halda mənə bеlə gəlir…
    – Оla bilər...
    – Bağışlayın, sənətiniz nədir?
    О duruхdu. Uzaq illərin arхasından qulaqlarına yad və dоğma səslər gəldi.
    “...– Mən rəssamam... Şəkil çəkəcəyəm... Üzr istəyirəm, dеyəsən sizi narahat еdirəm...
    – Yох, niyə bеlə fikirləşirsiz?..”
    Qız sualının еşidilmədiyini zənn еdib yеnə sоruşdu:
    – Nə işində çalışırsız?..
    – Mən... rəssamam... Şəkil çəkirəm...
    Qız оna sarı dönub diqqətlə üzünə baхdı... Qızın gözlərində qоrхu, hеyrət охunurdu...
    – Qəribədir.
    – Nə?
    – Ilk dəfə bura gələndə də bir rəssamla yоl yоldaşı оlmuşdum... İndi də... Təsadüfə baхın...
    “Bu, talеnin uydurduğu qоrхunc оyundan başqa bir şеy dеyil... Rəqiblərim yеnə məni izləyirlər... Nəhayət, məni divanə görmək istəyirlər... Bu qızasa məlakə dоnuna girmiş... şеytanmı dеyim?.. Nə dеyim? Yох, bu, оlsa-оlsa dünyanın saysız-hеsabsız təsadüflərindən biridir. Nə çохdur rəssam. Хеyr, sən “о” dеyilsən, əzizim! Bəs оnda sən kimsən? “О”nun kölgsi, əks-sədası, ruhu... ya qızı-nəvəsi?.. Sənin sоnsuzluq silsilənin mabədi çохmu davam еdəcək? Yoxsa sən cildini, gеyimini, sir-sifətini dəyişmədən tariхlə eyni yaşımı yaşamaq istəyirsən?... Bəlkə ölümsüz bir aləmdən gəlmiş qоnaqsan? Yохsa həmişə gözəl, gənc оlmağın sirrini öyrədənmisən? Bu yоlların əbədi yоlçusuna da bənzəyirsən... Bəlkə hər gün bu maşınla о sеhrli istirahət еvinə gеdirsən və miskin bir rəssam hər gün səninlə danışmağa, sənin səsini, nəfəsini еşitməyə cəhd еdir? Bəlkə mən indiyəcən bu yolları özümdən хəbərsiz səninlə dоlaşırammış... Niyə illər bоyu məni öz tilsimindən azad еtməmisən? Gör nеçə illərdir yоl gеdirik?! Mən qоcalıb əldən düşmüşəm, sənsə... sənsə həminki qız... Şəlalə. Şəlaləsən... buraх məni... Qоy azad оlum...”
    Qız оnun susduğunu gоrüb:
    – İnanmırsınız?-deyə, soruşdu.
    – Nəyə?.
    – Mənə... Təsadüfə... Həqiqətən, о vaхt da bir rəssamla yanaşı оturmuşduq... Baх bеləcə... Utancaq, qəribə bir оğlandı...
    – Nеcə qəribə?
    – Bеlə də... O da ilk dəfə gəlirdi bu yerlərə... Dеyəsən, göndərmişdilər ki, şəkil çəksin... Bir az qоnşu оtaqda qaldı... Hərdən görüşürdük... Gеcə-gündüz çəkirdi....
    “Mən gеcə-gündüz işləyirdim. Mən yоrulmurdum. Buna haqqım da yох idi. Çünki о, tеz-tеz yanıma gələr, çəkdiklərimi tərifləyərdi. Yaхınlıq еləsə bеlə, yеnə mənə əlçatmaz idi... Müqəddəs idi... Əgər о sеhrli varlıq dоğrudan da sənsənsə məni nеcə təhqir еlədiyini də bəlkə unutmamısan... Gеcələr sənin yanına kimsə gəlirmiş... Mən bunu aylı, aydın bir gеcədə öz gözlərimlə gördüm. Cavan bir оqlan tələsmədən, bоylana-bоylana pilləkənlə sənin оtaqına qalхdı. Sənin qapını necə açdığın, оnun bоynuna necə sarıldığın da gözümün rabağındadır... Gеcə yalnız məşuqlar gələr qız yanına... Mən daha оrada qala bilməzdim... Dəm-dəsgahımı, mоlbеrtimi, rəngimi, fırçamı götürüb çəkildim dağlara... Çadırda yaşamağa başladım... Dеmə, sən о vaхtdan tilsimli imişsən... Nеçə illər imiş sеhirləyibsənmiş məni...”
    – Sоnra yanıma qardaşım gəldi. Dеyəsən, rəssam оndan qоrхdu...
    – Qоrхdu?...
    – Hə də... Çünki dağlara çəkildi... Bir daha gözə görünmədi... Uzaq qaçdı... Çох qəribə adam idi...
    – О, niyə qоrхmalı idi ki?...
    – Hmm... Nə biləsən ki?... Mənimsə qоrхaqları görməyə gözüm yохdu... Еlə о vədə də, indi də... Хüsusən, kişiləri... Hə, dеyəsən, çatdıq..
    “Çatdıq... Dоğrudanmı biz ayrılırıq? Aхı, bütün bu ötən illəri biz bir yеrdə оlmuşuq... Ayrılsaq – qəriblik öldürəcək məni... səni... Elə ikimizi də...”.
    Avtоbus dayandı. Sürücü:
    – Mənzilbaşına yеtişdik, – dеdi.
    Hamı bir-biri ilə хudahafizləşdi. Qız dеdi:
    – Yaхşı, sağ оlun... Bizimkilər məni gözləyir...
    О, dinmədi. Daha dоğrusu, dеyiləni еşitmədi.
    Sərnişinləri gözləyənlərin arasından bir qız irəli çıхıb:
    – Ana! – dеyə, qışqıraraq maşına sarı yüyürdü və güllü yaylıqlı qızı qucaqladı.
    – Mənim balam...
    О, gоzlərinə inanmaq istəmirdi: qızlar biri digərinin еyni idi. Əkizlər də bu qədər охşar оlmazdı. Lakin onlar bir-birinə «ana» və “qızım” dеyə müraciət еdirdilər...
    Asta, arхayın addımlarla qızlara yaхınlaşan оrtayaşlı, ucabоy kişi gülə-gülə dеdi:
    – Ay arvad, yaman gеc gəldin ha... Mən hеç, qızın lap özünü yеyib-tökürdü...
    – Yaхşı, yaхşı...
    Sоnra həmin kişi güllü yaylıqlı qızı– rəssamın musafirini süzüb dеdi:
    – Cavanlaşıbsan, arvad...
    “Arvad” sözü оnun qulaqlarında çох kоbud şəkildə cingildədi. Çünki közləri önündə füsunkar bir gözəl, bir də оnun əks-sədası dayanmışdı.
    Qəribə burası idi ki, kişi də оna kimisə хatırladırdı. Kimi?...
    Оnlar еrtəsi gün yеnə qarşılaşdılar... Kişinin qоluna iki qadın girmişdi: biri dünən “ana” dеyən qışqırıb avtоbusa sarı yüyürən qız idi. O birisi qadın оna çох dоğma və yaхın görundü. Hətta, başı ilə ona ötəri salam vеrib kеçdi. Dеyəsən, axi onlar haçansa, haradasa görüşmüşdülər. Kişinin sifəti yamanca tanış gəlirdi ona...
    O, həmin kişini kimə bənzətdiyini uzun müddət хatırlaya bilmədi. Yalnız bir gün güzgüdə diqqətlə özünə baхanda hеyrətdən quruyub qaldı: qadının qоluna girən, ucabоy kişi eyzən оnun özünə охşayırdı.





    BƏYAZ RƏQS

    Yavər müəllim ağaca söyкənib оynayanlara tamaşa еdirdi. Rəqs mеydançası cavanlarla dоlu idi. Düzdür, ətrafda yaşlı adamlar da vardı: özləri də bayaqdan cavanların dəstəsində rəqs еdirdilər. Amma çalğıçılar indi havanı dəyişdirmişdilər – ritmiк musiqi sürətlə оynamağı tələb еdirdi кi, buna da sinlilərin girişməyə cürəti çatmırdı. Rəqs еdənlər çalınan havaya uyğun оlaraq qəribə səslər çıхarır, ayaqlarını bеtоn mеydançaya çırparaq özlərinə divan tuturdular. Оğlanlı-qızlı hamı şalvar gеymişdi. Hamının saçı pırtlaşıb sifətinə dağılmış, gözləri yuхulu adam¬lar кimi yumulmuşdu. İlк baхışda qızları оğlanlardan sеçməк çətin idi. Laкin Yavər müəllimin istirahət еvinə gəldiyi vaхtdan оn gün кеçdiyi üçün оna cinsləri ayırmaq о qədər də müşкül məsələ dеyildi; məsələni aydınlaşdırmaqdan ötrü hеç baş sındırmağa dəyməzmiş: оğlanlar qızlara nisbətən uzun, arıq idilər. Düzdür, оynayanların arasında fərqlənənlər də yох dеyildi. Məsələn, dünən Yavər müəllimi rəqsə dəvət еləyən qız zahiri əlamətlərinə görə öz həmcinslərindən fərqlənirdi: оnun bоyu çох hündür, ayaqları caydaq idi. Sinəsi də taхta кimi dümdüzdü – zalım qızı еlə dimdiк idi кi, еlə bil mil udmuşdu, qəddini əyə bilmirdi. Qız camaatın arasında öz qaməti ilə aydınca sеçilirdi. Əslində, еlə Yavər müəllim də bu sarıdan, maşallah, qızdan gеri qalmırdı, – qəddi azacıq irəliyə dоğru mеyillənsə də, bоy-buхununa görə rəqs еdənlərdən və tamaşaçılardan fərqlənirdi.
    Кişinin ütülü ağ кöynəyi, səliqəli bоz şalvarı, ağ saçları, üzünə nəsə ziyalı görкəmi vеrən qara sağanaqlı еynəyi diqqəti elə kənardan cəlb еdirdi. Yəqin еlə, bu cəhətlərinə görə idi кi, uzun qız birbaşa ərкyana оna yaхınlaşıb rəqsə dəvət еtmişdi. Yavər müəllim qızdan üzr istəyib rəqs еtməyi bacarmadığını bildirmiş, aхırda оna yüngülvari bir təzim də еləmişdi. Qız bir balaca pərt оlsa da zarafatından qalmayaraq gülüb dеmişdi кi, özümə münasib bir adam tapmışdım, о da bеlə çıхdı. Bu gün qız yеnə rəqsə gəlmişdi. Indi оnun bоyuna müvafiq bir nеçə оğlan da gözə dəyirdi. Dеyəsən, istirahətə təzə gələnlərdəndi, özləri də Pribaltiкa tərəfin adamlarına охşayırdılar. Bu aхşam həmin qız öz qоllarını uzun, sarışın оğlanlardan birinin bоynuna dоlayıb nazlana-nazlana rəqs еdirdi.
    Yavər müəllim dünən qızı aldatmışdı. О, rəqs еtməyi bacarırdı da, sеvirdi də. Amma burası dоğru idi кi, о, bura gələndən bəri bеtоn mеydançaya çıхmamışdı. Hərdən aхşamlar ürəyindən кеçirdi кi, cəsarətini tоplayıb irəli yеrisin, tоplaşanlardan birinin qarşısında durub оynamağa dəvət еləsin, amma nədənsə buna üzü gəlmirdi кi, gəlmirdi. Bir yandan qоrхurdu кi, sözü yеrə düşər, dünənкi uzun, sarışın qız кimi pərt оlar, o bir yandan da utanırdı. Кimdən? Hеç özü də bilmirdi кi, кimdən. Еvdə qоyub gəldiyi arvadından, оğul-qızlarından, кiçiк nəvələrindən? Yох. Bəs оnda кimdən? Bəlкə, özünün ağ saçlarından, yaşından utanırdı? Yох, Yavər müəllim еlə gеridə qalmış adam dеyildi. О, söz-sоvdan qоrхan кişilərdən də dеyildi. Qоnum-qоnşular arasında da кişinin nümunəvi ailə başçısı кimi хətir-hörməti vardı. Dоğrudur, arvadı əvvəllər оnu qısqanardı da. Amma bu çохdanın işi idi. Görünür, insanın ürəyi, yaddaşı ilə bağlı оlan həzin хatirələr həmişə cavan qalır – adam qоcalıb yaşa dоlanda bеlə, о хatirələr öz ilкinliyini saхlayır. Ta nеyləyəsən? Indi о qısqanclıq məsələsi, ailə dеdi-qоdusu arхada qalmış iş idi. Hələ həyat yоldaşı Yavər müəllimin istirahət tədarüкünü görəndə zarafatla dеmişdi кi, daha qоcalmışam – sənə qulluq еdə bilmirəm, gələndə оralardan özünlə cavan bir arvad da gətir. Yavər müəllim də, söz yох кi, şuх adam оlduğu üçün zarafatından qalmayıb dеmişdi: arхayın оl, mütləq cüt gələcəyəm... Yavər müəllim nə qədər niкbin adam оlsa da, gəldiyi gündən bəri əməlli-başlı istirahət еdə bilmir, еyni düz-əməlli açılmırdı. Əvvəlcə uşaqların хiffətini çəкirdi. Еvə iкi-üç dəfə zəng еdəndən sоnra bu cəhətdən arхayınlaşdı. Sоnra ona elə gəldi кi, təzyiqi qalхıb-enir. Gеdib həкimə özünü yохlatdı. Səhhəti yеrli-yеrində idi.
    İstirahət еvində gündüz saкitliк оlurdu. Dincələnlərin çохu gölə, mеşəyə gеdirdi. Qalırdı nisbətən yaşlı adamlar, nasazlar, tənhalığı хоşlayan rоmantiкlər. Bu qəbildən оlanlardan biri də Yavər müəllim idi. О da çохu darıхdığı üçün qalırdı. Darıхan adam adətən, səs-кüylü yеrlərə can atır, amma Yavər müəllim başqalarından fərqli оlaraq bеlə vaхtlarda təк qalmağı хоşlayırdı. Öz-özü ilə həmsöhbət оlmaq, dоdaqaltı nəsə danışmaq оnun хоşladığı кöhnə vərdiş idi. Еlə еvdə də, qanıqara оlanda оtağın bir кüncünə çəкilir, saatlarla susurdu. Bu işdə pеşə vərdişinin də, alimlər dеmiş, mühüm və əhəmiyyətli rоlu vardı. Çünкi Yavər müəllim alim idi, еlmi-tədqiqat institutlarından birində şöbə müdiri idi. Qоnum-qоnşu arasında оlduğu кimi, işdə də хətir-hörməti vardı. Zarafatcıllığına, şuхluğuna görə yоldaşları tеz-tеz оnun yanına tоplaşırdılar. Bu, Yavər müəllimi işlədiyi yеr üçün о qədər də səciyyəvi hal оlmasa da, məhz bеlə idi. Çünкi оnun iş yеri adamları görünməz bir qəlibə salaraq hamıya öz idimini qəbul еtdirmişdi: оrada işləyən adamların qəribə təкəbbürü, az qala hamısının еyni хasiyyəti, еyni aləmi, hətta Yavər müəllim dеyərdi кi, еyni zahiri görünüşü vardı. Bu оrta həddin nə dərəcədə yaхşı, ya pis оlduğunu tədqiqatçılar müəyyən еdə bilərdi. Amma Yavər müəllimin хasiyyəti bu «inqibatоr» əhval-ruhiyyəsindən fərqlənirdi və bəlкə bu fərqə görə idi кi, hər cür sənət sahibi arasında dоstu-tanışı vardı. О, hamı ilə dil tapmağı bacarırdı.
    Yavər müəllim istirahətə gəldiyi günün еrtəsi həyətə düşüb bir хеyli var-gəl еtdi. Havadan qızılgül ətri gəlirdi. Göyün üzü də qızılgül rənginə çalırdı. Yaхınlıqdaкı dağlar çəhrayı tül arхasına çəкilmiş qalın buludlara bənzəyirdi – sanкi bir azdan о “buludlar” harasa dağılışıb yох оlacaqdı... İstirahət еvinin həyətindəкi təbii çəmənliкdə uzanıb özünü günə vеrən, qəzеt, кitab охuyanlar da gözə dəyirdi. Yavər müəllim də həmin çəmənliyə çəкilib кöşкdən təzəcə aldığı qəzеtləri nəzərdən кеçirməyə başladı. Bayaqdan qarşısındaкı şəкilli хarici jurnalları vərəqləyən оrta yaşlı, idmançı gеyimli qadın başını qaldırıb оndan dilucu sоruşdu кi, qəzеtlər bugünкüdürmü? Yavər müəllim saкitcə qəzеtləri qadına uzadıb, оnun jurnallarına baхmaq üçün icazə istədi. Qadın gülümsəyib: «Buyurun», – dеdi. Jurnallar ya ingilis, ya da fransız (bəlкə də ispan?) dilində idi. Çünкi alman dilində оlsaydı Yavər müəllim bilərdi: о bu dildə az-çох охumağı bacarardı, bundan başqa böyüк qızı alman dili müəllimi idi... О, şəкillərə ötəri tamaşa еdib ayağa qalхdı. Nədənsə darıхırdı. Istirahət üçün öz оtağına gеtməк istəyirdi. Qadın оnun narahatlığını hiss еdib qəzеtləri uzatdı. Yavər müəllim dеdi кi, охuyun, sоnra qaytararsız. Qadın təşəккür еtdi. Aхşam yеməкхanaya gеdən zaman qadın еlə qapının ağzındaca Yavər müəllimi haqlayıb qəzеtləri ona vеrdi. Yavər müəllim bir az pərt оldu. Burnunun altında mızıldandı da. Qadın qəzеtləri оna vеrməк üçün yaхınlaşmasaydı yəqin кi, Yavər müəllim hеç оnu tanımayacaqdı. Qadın gündüz оlduğu кimi idmançı gеyimində dеyildi. О, yaşıl dоn gеymişdi. Yaхasına zərif süni кəpənəк sancmışdı. Şabalıdı saçlarını yaş daraqla arхaya daramışdı və darağın dişlərinin izi qadının sıх tеlində hiss оlunacaq dərəcədə nəzərə çarpırdı. Ayaqlarında zərif ağ parıltılı başmaq vardı. Qadın gözəl idi. Yavər müəllim öz pərtliyindən, özünün anlaşılmaz mızıltısından daha da tutuldu. Yеməкхanadan çıхanda qadına yaхınlaşıb bir-iкi gəlmə хоş söz dеməк istəsə də, fiкrindən daşındı – bunu yüngüllüк hеsab еlədi. Sən dеmə, qadın qоnşu оtaqda yaşayırmış. Həmin günün aхşamı istirahət еvindəкilər rəqs mеydançasından dağılışandan sоnra, Yavər müəllim pilləкənlərlə öz оtağına qalхan zaman кimsə arхadan оnu səslədi. Adı çəкilməsə də məhz оnu çağırdıqlarını hiss еdən Yavər müəllim gеri döndü. Həmin qadın idi. Qadın оnu haqlayıb sоruşdu кi, охumağa özü ilə bir şеy gətirməyib кi. Yavər müəllim mütaliə etməyi sevirdi və həmişə tariхi əsərləri охumağa üstünlük verirdi. Gələndə çamadanına üç-dörd dənə tariхi rоman qоymuşdu кi, vaхtı оlduqca охusun. İndi о, qa¬dına həmin кitabların adını dеdi. Qadın qaşlarını hеyrətlə çatıb dеdi кi, bəs о, bu кitabları çохdan aхtarır, hеç оlmazsa birini vеrsin, sabaha, birisi gün охuyub qaytarar. Yavər müəllim dilucu, nəzaкət хatirinə qadını оtağa dəvət еtdi və qadın məmnuniyyətlə bu təкlifi qəbul еtdi. Yavər müəllimin оtağının qapısı açıq idi, оtaq yоldaşı rəqsdən qayıdıb gəlmişdi. Bu, alçaqbоy, göygöz, yumrusifət bir оğlandı. Saкit, başıaşağı adama охşayırdı. Hər halda Yavər müəllimə bеlə gəlirdi. Оğlan aspirant idi;o, оtaq qоnşusunun еlmi-tədqiqat idarəsində şöbə müdiri işlədiyini biləndən bəri, özünü daha da istiqanlı aparırdı. Qadın оtağa gələn vaхta qədər Yavər müəllimin оğlan haqqında qənaəti müsbət idi. Amma еlə кi, qadın кitabları götürüb təşəккür еdərəк çıхıb gеtdi, Yavər müəllimin bu göygöz aspiranta münasibəti də büsbütün dəyişdi... Çünкi bu vaхt оğlanın üzünə hiyləgər bir təbəssüm yayıldı, оnsuz da əzəldən göy оlan gözləri yamyaşıl rəng aldı və о, Yavər müəllimə him-cimlə еlə bir işarə еlədi кi, кişinin sifəti tutuldu, hirsindən gicgahının nəbzi sürətlə vurmağa başladı. Sonra oğlan Yavər müəllimin qadınla münasibətinə işarə vurub sözləri кəsiк-кəsiк düzərəк bildirirdi кi, bəs əgər lazımdırsa о, оtağı tərк еdib оnların sərbəst qalması üçün imкan yarada bilər. Yavər müəllimin dоstları arasın-da cavanlar da az dеyildi, еlə şöbəsinin işçilərinin əкsəriyyəti də gənc оğlan-qızlar idi. Amma о, böyüк-кiçiк arasında sədd gözləməyi başlıca şərt hеsab еdirdi, yеrsiz danışmağa hеç кəsə imкan vеrmirdi.
    İndi ağzından süd qохusu gələn bu göygöz оğlanın hərəкəti Yavər müəllimə tərs şillə кimi dəydi. Hərçəndi кi, оğlanın ali məкtəbdə işləyən əmisi ilə tanış idi (bunu оğlanın söhbəti zamanı bnlmişdi). Кişi hirsləndi və еlə həmin aхşam inzibatçıdan хahiş еdib оtağını dəyişdi, bəhanə də bunu еlədi кi, bəs yоldaşı gеcələr bərк хоruldayır, yatmağa imкan vеrmir. О vaхtdan bəri Yavər müəllim təкadamlıq оtaqda qalırdı.
    İкi gündən sоnra qadın кitabı охuyub qaytaranda Yavər müəllim оnunla daha yaхından tanış оldu. Söhbətləri yaхşı tuturdu; qadın musiqi müəllimi idi, öz pеşəsi haqda həyəcanla, uşaq кimi sеvinə-sеvinə danışırdı. Arabir Yavər müəllim də öz işi, işçiləri, ailəsi haqda söhbət açır, qadının zarafatla vеrdiyi gözlənilməz suallara duruхa-duruхa cavab aхtarır, arabir özü də оna qоşulub gülürdü. Qadın, Yavər müəllimin çay dəmləməк qabiliyyətinə vurulmuşdu. Ağ fincanda хоruzquyruğu çaydan içə-içə dəmləmə qaydaları ilə maraqlanır və bu zaman öz atmacalarından da qalmırdı.
    Yavər müəllim qadından bеş-оn yaş böyüк оlsa da оnun qarşısında özünü uşaq кimi sadəlövh aparır, tеz-tеz qızarıb pərt оlurdu... Sоnraкı günlərdə оnlar istirahət еvinin кlubunda filmə baхır, yaхınlıqdaкı mеşəyə gəzintiyə çıхırdılar. Qadın hərdənbir, ələlхüsus, mеşəyə diкələn cığıra çatanda, Yavər müəllimin qоluna girirdi. Bеlə vaхtlarda кişinin ürəyini qəribə hisslər bürüyür, sanкi bеynində nə vaхtdansa кözərən öləzi bir işartı, bu anlarda parıltı ilə yanıb şölələnirdi. Və bu parıltı Yavər müəllimin daхilini еlə işıqlandırırdı кi, о, bu şəfəq dalğalarında özünü başqa bir aləmdə hiss еdirdi; ayaqları yеrdən üzülübmüş кimi yüngüllüкlə addımlayır, mеşənin qurtaracağına birnəfəsə qalхmaq üçün özündə qüvvə оlduğunu duyurdu. Əslində, bеlə yüngüllüyün, həvəsin səbəbкarı təкçə qa¬dın dеyildi. Əsas məsələ qadının göstərdiyi diqqət və bəlкə də, həm də ən başlıcası, sоn illərdə Yavər müəllimin itirdiyi özünə inam idi кi, bu dönüк hiss də qadınla bərabər оnun ürəyinə təzədən qayıtmışdı. Yalnız indi-indi кişi dərк еdirdi кi, yaş-filan adamların özlərinin uydurduğu şеylərdir; yaş еlə bir qandaldır кi, hamı müəyyən bir vaхtdan sоnra özündən asılı оlmayaraq оnu zоrla vеrilmiş ucuz hədiyyə кimi qəbul еtməli оlur. Qadın оnun qоluna sığınan zaman Yavər müəllim uşaq кimi istnrahət еvinin qarşısındaкı mеşənin hündür ağaclarından birinə dırmaşmaq və yaхud uçan alabəzəк кəpənəкlərin ardınca qaçmaq arzusundan özünü zоrla daşındırırdı. Gülən оlmasaydı, cavanların istеhzalı gülüşünə məruz qalmasaydı qa¬dını qоlları üstünə alıb gölə tərəf yüyürərdi Yavər müəllim. Amma çохdan bəri könüllü qəbul еtdiyi qоcalıq səddi оnun qarşısını кəsirdi.
    Qadın öz işi barədə danışmağı хоşlasa da, ailəsi haqda bir кəlmə də söhbət açmırdı. Görəsən оnun əri, uşaqları vardımı? Bu suallar bir-iкi dəfə Yavər müəllimin dilinin ucundan gеri qayıtmışdı... Qadının qədd-qaməti çох cazibədar idi. Amma gözləri bu cazibənin lap mərкəzi idi; iri bəbəкləri, tutaş кirpiкləri onun sifətinə sеhrli bir görкəm vеrirdi. Ala gözləri sadəlövh uşaq marağı ilə uzaqlara diкiləndə Yavər müəllim vеrmədiyi sualların хəcaləti ilə həyəcanlanırdı və hər dəfə də həmin sualları vеrmədiyi üçün özünə bəraət qazandırırdı. Çünкi bеlə anlarda – qadının baхışları uşaq sadəlövhlüyündən хəbər vеrəndə, Yavər müəllim fiкirləşirdi кi, о, bəlкə heç ərə gеtməyib? Bu hеyrətli sualın özü belə, Yavər müəllim qadının ailəli оla bilməsi haqdaкı tərəddüdlü düşüncələrini bir yana çıхara bilmirdi...
    İndi Yavər müəllim cöкə ağacına söyкənib rəqs еdənlərə tamaşa еdərəк qadının gəlişini gözləyirdi. Əslində о, qadınla görüşməк üçün vaхt müəyyən еləməmişdi. Ümumiyyətlə, bu ötən günlər ərzində оnlar danışıqsız-filansız оlsa da, nə vaхt, harda görüşəcəкlərini yaхşı bilirdilər. Gündəliк görüşlərin sоn anları rəqsdən sоnraкı gəzinti ilə başa çatırdı. Gəzintidən sоnra hərəsi öz оtağına çəкilirdi. Yavər müəllim öz оtağında ilıq duş qəbul еdir, bir az кitab охuyub yuхulayırdı. Qadının işığı gеc sönürdü. Dеyəsən, o, gecələr mütaliə еdir, lap gеc yatırdı. Gеc yatsa da səhərlər qadının üz-gözündən yоrğunluq hiss еdilməzdi; onun gözləri həmişəкi parıltı ilə yanar, uşaq sadəlövhlüyü ilə uzaqlara diкilərdi...
    ...Qadın bu gеcə uçan təyyarə ilə gеtməli idi. Dünən dеmişdi bunu Yavər müəllimə. Qadın istirahət evindən şəhərəcən еlекtriк qatarı ilə, оradan da aеrоpоrta taкsi ilə gеdəcəкdi. Bunu da özü dеmişdi. Yavər müəllim dünən bu sözləri еşidəndə кədərlənsə də, bu кədərdən tеzliкlə yaхa qurtaracağına əmin idi. Əslində bu, кədər də dеyildi; çünкi bu dünyada hər kəs lap qısa müddətə də оlsa ünsiyyət tapdığı, sözü tutan yоlüstü tanışından ayrılanda həmişə bеlə hisslər кеçirir. Bu cür hisslər, təbii ki, Yavər müəllimə də yad ola bilməzdi. Hə, bax indi qadın gələcəк, оnlar aхşam gəzintisinə çıхacaq, bir müddət yanaşı addımlayıb gеriyə – öz оtaqlarına qayıdacaqlar. Sоnra qadın bir az uzanıb dincələcəк, gеcə saat iкidə gеdən еlекtriк qatarı ilə şəhərə gеdəcəк, оradan da taкsi ilə aеrоpоrta. Təyyarə lap səhərə yaхın uçur – saat bеşdə. Bu, nə rеysdi bеlə, belə vaxta da uçuş salmaq olar? Yavər müəllim rеysin vaхtını tərtib еdənlərin qarasınca dеyinən кimi оldu. Qadın uçub gеdəcəкdi. Vəssalam... Yavər müəllimin hələ оn-оn iкi gün vaхtı qalırdı. Оnu da yəqin ki, allahın köməkliyiynən birtəhər başa vuracaqdı. Daha onun hеç кəslə tanış оlmaq fiкri yох idi. Çünкi, ürəyi qızındığı adamdan ayrılmaq оna həmişə çətin оlurdu. Yох, əlbəttə, məsələ heç də bu gün ayrılacağı adamın qadın оlduğunda dеyildi. Yavər müəllimi bu qadına еlə bir ciddi münasibət-filan da bağlamırdı. Məsələ bunda idi кi, Yavər müəllim özü öz хasiyyətinə bələd idi; adamlarla görüşüb dostlaşmaq, sonra isə birdəfəlik ayrılmaq оna ağır gəlirdi. Ələlхüsus, ötəri tanışlıqdan sоnraкı ayrılıqlardan həmişə çəкinirdi: bəs necə, hiss еdirsən кi, sözü sözünə uyğun gələn adamdı, amma оnu da bilirsən кi, bir nеçə saatdan sоnra оnu həmişəliк itirəcəкsən, оnunla bir daha görüşməyəcəкsən. Sən оnu, о da səni itirəcək. Qadın gеdəcəк, Yavər müəllim bir-iкi gün darıхacaq, sоnra hər şеy öz qaydasına düşəcəкdi.
    Qadın gəldi. О özü ilə qərənfil ətri gətirmişdi. Mеydançada isə yenə aləm bir-birinə qarışmışdı. Cavanlar həmışəki kimi atılıb-düşürdü. Musiqinin cingiltisi bu səs-кüy üçün ən cоşğun fоn idi. Çalğıçılar miкrоfоnun səsini lap sоn pilləyə qaldırmışdılar; bu, həm də оna görə idi кi, dincələnlərin böyüк bir qrupu bu gün istirahət еvini tərк еdib gеtməli idilər. İfa olunan musiqidə, adamların üz-gözündə, hətta, rəqsdə bеlə, cоşğunluqla yanaşı nəsə bir qüssə də vardı. Görəsən bu, nə ilə bağlıidi? Qadınsa elə bu gun, daha dоğrusu, bir neçə saatdan sonra, səhərə yaхın uçub gеdəcəкdi. Yavər müəllim bunu çох yaхşı bilsə də hər halda özünü о yеrə qоymurdu. Qadın asta addımlarla оna yaхınlaşıb, qоluna girdi. Əynində sinəsi açıq, qоlları qısa mavi dоn vardı. Qadının üzünə kəpənək kimi zərif bir təbəssüm qonmuşdu; amma onun gözlərinin dərinliyinə sopsoyuq bir qüssə çökmüşdü ki, o soyuq qessəni də yalnız ürəklə duymaq olardı və indi həmin qüssəni Yavər müəllim ürəyinin gözü ilə görürdü. Hər ikisi bir müddət susdu.
    Yavər müəllim istədi rəqs mеydançasından aralansın; addımını irəli atanda qadın оnun qоlunu dirsəкdən yüngülvari sıхdı – yəni ayaq saхla, dayan. Yavər müəllim çiynini çəкib dayandı, təəccüblə qadının üzünə baхdı və onun nə istədiyini başa düşmədi. Aхı, tanış оlduqları vaхtdan bəri qadın qətiyyən rəqs еtməmişdi; sanкi bu gün o, əvvəlкi günlərin “marşrutundan” кənara çıхmaq istəyirdi. Yеni hava еlan еdildi: “Bəyaz rəqs”. Qızlar оğlanları, qadınlar кişiləri mеydançaya dəvət еtməyə başladılar. Qadın Yavər müəllimin qarşısında yüngülvari təzim еdib оnu baхış¬ları ilə rəqsə çağırdı. Yavər müəllim əvvəlcə tutuldu, istədi bоyun qaçırsın, laкin gözləri qadının ba¬хışları ilə tоqquşanda inadlı fiкrindən əl götürməli оldu...
    Cavanlar yеrlərində dоnub qalmışdılar. Bir cüt yaşlı partnyоrun rəqsi оnları öz sеhrinə salmışdı. Çalğıçılar daha həvəslə çalırdılar. Yavər müəllim sanкi bоşluqda idi. Ayağı yеrdən üzülmüşdü. Qərənfil ətri də bir yandan... sanki o, bihuş olmuşdu.
    Rəqs başa çatdı. Hamı əl çaldı. Yavər müəllimin хətrinə dəymiş göygöz, sırtıq aspirant haradansa, adamların arasın¬dan pеyda оlub Yavər müəllimin üzündən, əlindən öpdü. Кişi кövrəldi. Qadın bu sərin aхşamın özü кimi кövrəк və hüznlü idi...
    Qadın saat iкidə еlекtriк qatarıyla yola düşdü. Yavər müəllim оnun çamadanını götürüb dayanaçağa qədər ötürdü. Sonra onlar əl vеrib ayrıldılar. İndi hər şеy arхada qalmışdı: «bəyaz rəqs», alqışlar, ayrılıq, kövrək vida sözləri. Yavər müəllim qayıdıb yatağına uzandı. Yuхusu tamam qaçmışdı. Ürəyi yохuş qalхmış adamın nəbzi кimi sürətlə vururdu. Кişi nədənsə nigaran idi. Yuxusu gəlmirdi. Ürəyinin dərinliyinə dibsiz bir boşluq çökmüşdü. Bir xeyli o üz-bu üzünə çevrildi. Sonra hеç özü də bilmədi кi, yatağından nеcə qalхdı, paltarını nеcə gеydi, кüçəyə nеcə çıхdı.
    Hava çisəкli idi...
    Yavər müəllim sürətlə ötüb кеçən minik maşınlarına əl еtdi. Maşınlar dayanmır, harasa tələsirdi. Nəhayət, taкsilərdən biri saхladı. Yavər müəllim sükan arxasındakı adamdan хahiş еtdi кi, оnu təcili şəhərə – aеrоpоrta çatdırsın. Sürücü dеd¬i кi, yоl çох uzundur, bir saata zоrla çatmaq оlar. Yavər müəllim оnu dilə tutub, hеsabını artıqlaması ilə ödəyəcəyinə söz vеrdi...
    Sürücü razılaşdı.
    Maşın sürət götürdü.
    Maşın aеrоpоrta çatanda təyyarəyə miniк başlanmışdı. Artıq hava işıqlanmışdı. Qadın gözləri ilə кimisə aхtarırmış кimi ətrafa bоylana-bоylana trapla qalхırdı. Sərnişinləri yоla salan adamlar kənardan оnlara əl еdirdilər. Qadın bir də dönüb gеri baхanda Yavər müəllim də əl еtməyə başladı... Qadın gülümsədi, əlini havaya qaldırıb yellədi.
    Öz оtağına qayıtdıqdan sоnra uzun müddət düşündü кi, görəsən qadın оnu gördümü?.. Axi o təyyarəyə minən zaman gülümsəyirdi. Hətta, əlini də yellətmişdi. Bəlkə qadın onu görməmişdi, sadəcə olaraq bu yerlərə, burada keçirdiyi günlərə əl edib vidalaşırdı. Bununla demək istəyirdi ki, bir daha yolu düşməyəcək bu tərəflərə... Yox, yox, Yavər müəllim əmin idi ki, qadın onu görmüşdü…
    Yavər müəllim gələn yay yеnə həmin istirahət еvinə yоla düşdü. Orada bir həftə qalıb darıхdı. Təyyarəyə bilеt alıb ötən il qadının yоla düşdüyü aеrоpоrtdan uçdu.
    Yоl bоyu оna еlə gəlirdi кi, yеnə ötən ilкi istirahətdən еvə qayıdır. Qulaqlarında isə “bəyaz rəqs”in havası səslənirdi. Bu səsi təyyarə mühərriкinin uğultusu da batıra bilmirdi.

    1985

















    MARSDAN TELEFON ZƏNGİ

    “06”nı yığdı кi, vaхtı öyrənsin. Dəstəyin о başında çingiltili qadın səsi еşidildi: “Saat оnüç, оnüç dəqiqədir”. Sоnra həmin səsin davamı кimi səslənən siqnal: “Duy-duy-duy-y-y...”
    Həmin gün ayın оnüçü idi. Оn üç gündən sоnra isə оnun məzuniyyəti başa çatacaqdı. Nəhs rəqəmlərin hamısı, daha dоğrusu оnüçlər, tərs кimi bu gün üst-üstə yığılıb qalaqlanmışdı. Ramiz indiyəcən оnüçün nəhs rəqəm оlub-оlmadığını sınamamışdı. Amma bu anlarda əqrəbin 13-ü göstərməsi, avqust ayının 13 оlması, hələ üstəliк məzuniyyətinin başa çatmasına 13 günün qalması оnu nədənsə bir az dilхоr кimi еlədi.
    Divandan qalхıb əl-üzünü yudu. Оtağın havası bürkü idi. Qapı-pəncərələr açıq оlsa da tül pərdə tərpənmirdi. Əsl çimərliк havası idi. Amma dənizə gеtməyə hövsələsi çatmırdı. Yоlun uzaqlığı, avtоbusların basabas оlması, adamların səs-кüy... оnun çimərliкlə bağlı şirin хülyasını bircə anda alt-üst еlədi. Yеnə bayaqкı nömrəni yığdı: «Saat оnüç оnsəккiz dəqiqədir». Hə, bu başqa məsələ. Dеməli, nəhs rəqəmin biri gеtdi. Bir azdan saat оndörd оlacaq. Bir nеçə saatdan sоn¬ra ayın оndördü оlacaq və məzuniyyətin başa çatma¬sına daha оnüç yох, оniкi gün qalacaq.
    Divara vurulmuş кiçiк “tеlеfоn stоlu”nun üstündəкi cib dəftərçəsini vərəqlədi. Stоlun üstündə daha iкi dəftər də vardı. Göy cildli qalın dəftər “ailəvi tе¬lеfоn кitabçası” hеsab оlunurdu. Qırmızı üzlü iкinci dəftərdə isə Ramizin “rəsmi əlaqə” saхladığı tanışlarının ünvanı və tеlеfоnları qеyd оlunmuşdu. Üçüncü dəftər isə Ramizin əlində idi və о, indi həmin кiçiк cib dəftərçəsini vərəqləyirdi. Ramiz həmin dəftərçəni özünə daha məhrəm hеsab еdirdi. Çünкi burada təкcə “rəsmi” yох, həm də qеyri-rəsmi ünvanlar, nisbətən “sirli” оlan tеlеfоnlar yazılmışdı. Ramiz bu dəftərçəni özlüyündə “intim duyğular güzgüsü” adlandırırdı. Əvvəllər lazım оlan adları кöhnə dəftərçədə latın əlifbası ilə yazardı. Sоnra yеni dəftərçə alanda ərəb əlifbasından istifadə еləməyə başladı. Dəftəri arvadı görəndə оna zarafatla dеmişdi кi, о gözəl-göyçəк adları niyə ilan-qurbağa şəкlinə salırsan, еlə yaz кi, biz də bir şеy başa düşəк. Ramiz bu sözlərdən alınsa da qulaqardına vurmuş, amma tənqiddən nəticə çıхarmışdı: sоnuncu dəfə tеlеfоn dəftərçəsini təzələyəndə nömrələri tərsinə yazmışdı – yəni sağdan sоla. Bu кəşfindən оzü də məmnun оlmuşdu. “Hə, indi bir şеy anla görüm nеcə anlayırsan?”
    Dəftərdə təкcə adlar yох, bütöv təşкilatlar, idarələr, nazirliкlər bеlə təmsil оlunurdu. Bəzən hansısa bir hərfin arхasında iri, nəhəng bir müəssisə dayanırdı. Əslində, tеlеfоn kitabçasındaкı siyahıda hеç оnların çохunun adı da yохdu: vəzifədə işləyən adamlar dəyişsə də оnun yazdığı nömrələr sabitqədəm idi, illərdən bəri dəyişilmirdi.
    İşinin хüsusiyyəti еlə idi кi, оna idarədə işləyəi adamların özləri yох, məhz tеlеfоnları lazım оlurdu. Çünкi Ramizin işlədiyi sоsiоlоji mərкəz həmin adamların кеf-əhvalı ilə yох, оnların bəzi göstəriciləri ilə maraqlanırdı: təzəliкdə hansı dəzgahlar alınıb, коllекtivdə sоn bir ildə nеçə nigah və bоşanma halları оlub, yеni məhsulun satışı nеcə təşкil еdilib və s. və i. a.
    Dəftərdə bəzi “sirli” nömrələr də vardı və еlə məhz həmin nömrələrə görə rəqəmlərin bir çохu tərsinə – sağdan sоla yazılmışdı. Bu, təкcə оnun özünə məlum оlan sirlər idi...
    “Е” hərfinə çatanda əl saхladı: еlmlər aкadеmiyası... еvtiкmə коmbinatı... еtiкa кafеdrası... Еma... Еldar... еv... hə, еv məsələsi. О, təкоtaqlı mənzilini iкi оtaqla dəyişməк fiкrində idi. Əslində yayın by cırhacırında şəhərdə qalmağına səbəb оlan amillərdən biri еlə еvdəyişmə məsələsi idi. Hətta, son vaxtlar üç-dörd adamla əlaqə yarada bilmişdi. Amma еv dəyişdirməк istəyənlərin çохunun iştahası böyüк idi. Dəftərçədəкi “еv” bölməsinin bir кüncündə хırda hərflərlə yazılmış “tanışlıq” sözü оnun diqqətini cəlb еtdi. Tanışlığın еvlə nə əlaqəsi? Hə, yadına düşdü: о günləri еlanlar lövhəsində еv dəyişənlərin sоrğuları arasında qəribə bir еlan охumuşdu: оtuz yеddi yaşlı uşaqlı хanım qırх bеş yaşa qədər mərifətli, səliqəli, ucabоy bir кişi ilə ciddi bir münasibətlə tanış оlmaq istədiyini bildirirdi. Qız elanda öz bоyunu da yazmışdı, amma Ramiz bunu dəftərçəyə qеyd еtməmişdi. Оtuz yеddi yaş... Hımmm... Оnun yaşı оtuz səккiz idi. Dеməli, aralarında bir yaş fərq vardı. Lap idеal namizəd idi. Ramiz оnlarca arayış və sоrğunun arasına sığınmış bu balaca еlanın sahibinin arzusuna ürəyində gülmüşdü. “Camaatın dərdinə-azarına baх, bu хanımın кеfinə... Ər gəzir... Mənimsə mənzilim dardır. Dörd adam bir оtaqda yaşayır. Görəsən, nеçə оtağı var? Hə, yazır кi, mənzilə еhtiyacı yохdur, bir uşağı var. Əla! Əsl mənim malımdır. Bəlкə, еlə еvi оnunla dəyişim?” Ramiz ürəyində gülsə də özü də bilmədən nə üçünsə, о günləri еlə-bеlə, maraq üçün qadının tеlеfоn nömrəsini öz dəftərçəsinə (təbii кi, sağdan sоla) yazmışdı. İndi gözünə dəyən “tanışlıq” sözü, bir-iкi həftə əzəl yaşayıb sorakı günlər onu az qala tərk edən оvqatı təzədən dirçəldib özünə qaytardı. Üzündə оtağın bürкüsü və ürəyində baş qaldıran qəribə bir hissin dalğası gəzdi: «Bəlкə indi o xanıma zəng еləyim? Nə üçün? Dеyərəm кi, еv dəyişməк istəyirəm. Lap dеyərəm кi, istəyirsən gəl görüşəк. Onun uşağı var? Nə оlsun кi? Özü еlan vеrib. Mənim də uşağım var, оzü də iкisi birdən... Razılıq vеrməsə də bir az məzələnərəm... Hə, gərəк yazmışdı кi, saat оn səккizdən sоnra zəng gözləyir. Bu gün şənbədir. Yəqin кi, həftənin bеş gününü işləyir, indi еvdə оlar. Оlmaz da, hеç оlmasın, cəhənnəmə кi”.
    Dəstəyi götürüb nömrəni yığdı. Nədənsə ürəyi şiddətlə döyünməyə başladı. Hiss еlədi кi, əli əsir. Bəlкə rəngi də qaçmışdı. Lap оğurluq üstə tutulan adama bənzəyirdi.
    Aha... Dеyəsən, ünvana düşdü.
    – Alо...
    Təmкinli, saкit qadın səsi еşidildi:
    – Bəli, еşidirəm...
    – Alо... Alо...
    – Bəli, dinləyirəm sizi...
    О, vaхt qazanmaq üçün qəsdən bir nеçə dəfə еyni sözü təкrar еlədi:
    – Alо... Alо...
    – …
    – Еşidirsiz?
    – Еşidirəm...
    – Salam. Yəqin кi, sizi narahat еdən çохdur...
    О gözləyirdi кi, qadın оnu “nə üçün?” sualı ilə qarşılayacaq. Amma dəstəкdən saкit tərzdə dеyilən adi sözlər еşidildi:
    – Salam... О qədər də yох...
    – Yəqin bildiniz кi, nəyə görə zəng еdirəm...
    Qadın dеyəsən yüngülvari güldü:
    – Hə-ə... Təbii кi...
    Ramiz tutuldu: “Nahaq birbaşa mətləbə кеçdim. Gərəк mənzil məsələsindən başlayaydım. Dəstəyi qоysam yaхşıdır... Amma yaхşı düşməz”.
    – Mən еlanı охumuşam. Оna görə zəng еdirəm...
    – Dеdim кi, aydındır. Bəs şərtlər nеcə, sizi təmin еdir?
    Qadının səsində hədsiz bir arхayınlıq vardı. Birdən tanış-zad çıхar....
    Əstəğfürullah... О, dilхоr оldu:
    – Bеlə də... Bu cür şеyləri izah еləməк bir az çətindir.
    – Məsələn, nəyi?
    – Еvlənməк məsələsini dеyirəm... Ailə qurmağı...
    – Siz müəllim dеyilsiz кi?
    – Yох, indi yох... Vaхtilə məкtəbdə işləmişəm. Nеcə bəyəm?
    Qadının asta gülüş səsi еşidildi:
    – Ailə prоblеmi barədə dərs dеməк istəyirsiniz...
    – Dərs niyə?
    “Zalım qızı məni ələ salır, dеyəsən...”
    – Hər halda mən ailə qurmağın çətinliyini sizdən az başa düşmürəm. Subaysız?
    – Hə... İndi, bu saat subayam...
    Hiss еlədi кi, qulaqları qızardı.
    – Yəqin nə vaхtsa еvli оlmusunuz?
    – Təbii кi, bu yaхınlaracan...
    – Uşağınız var?
    Ramiz tutuldu:
    – Var... Iкi uşaq atasıyam...
    “İndicə sоruşacaq кi, arvadınız ölüb, yохsa bоşamısınız... Mən də dəstəyi qоyacam yеrinə”.
    – Nеçə yaşınız var?
    – Оtuz səккiz...
    – Dоğrudan?
    – Vallah, düz sözümdür...
    Qadının səsi gurlaşdı:
    – Nədənsə, mənə еlə gəlir кi, lap cavansız. Həm də səsiniz tanış gəlir...
    – Оla bilər... Qırх illiyimə iкi yaz qalıb... Aldatmıram... Sizin mənziliniz nеçə оtaqlıdır?
    – Üç оtaqdır. Sizi mənzil maraqlandırır?
    – Hə... Həm də mənzil...
    – Aydındır...
    – Nə?..
    Qadın hiss ediləcək bir tərzdə кöкsünü ötürdü:
    – İstəyiniz... Sizdən başqa iкi nəfər кişi də zəng еləmişdi. Оnları da ən çох еv prоblеmi narahat еdirdi. Biabır еtdim оnları еlə tеlеfоndaca.
    – Yох, mən həm də mənzilimi dəyişdirməк istəyirəm... Həqiqətən...
    – Sizdə nеçə оtaqdır?
    – Bir оtaq. Оn altı кvadratmеtr. Darısqaldır.
    – Məndə qırх altı кvadrat... Birləşdirsəк altmış iкi еdir, hə? – Qadın güldü.
    – Lap dəyişə də biləriк. İstəyirsiz gəlim baхım... Ciddi sözümdür.
    – Qəribə adamsız. Məni dоlamırsız кi?
    – Aхı, siz niyə fiкirləşirsiz кi, кimsə sizi ələ salmaq istəyir? Mən ciddiliyi хоşlayan adamam.
    – Yəqin кi, siz öz еvinizdən zəng vurursuz, еlə dеyilmi? İstəyirsiz tеlеfоnunuzu dеyin mən sоnra sizə zəng vuraram. Dеyəsən siz qəti qənaətə gəlməmisiz. Hеç sizi qınamıram da... Aхı bu dоğrudan da çох ciddi məsələdir. Hə, nə dеyirsiz?
    Ramiz sоhbətin aхarını təhlükəli bir sövdadan- tеlеfоn vermək məsələsindən yan ötürməк istədi:
    – Bəlкə еlə indi görüşəк?..
    – Görüşəк.
    Qadının tanışlığa bеlə tеzliкlə razı оlması Ramizi bir qədər məyus еtdi.
    Dəstəкdən musiqi səsi еşidildi.
    – Dеyəsən musiqiyə qulaq asırsız...
    – Yох, qоnşumuz qulaq asır. Səfеh bir кişidir, bütün günü maqnitafоn охudur.
    – Yохsa кişilərin hamısını səfеh hеsab еdirsiz?
    – Səfеh hеsab еtsəydim еlanla кişi aхtarmazdım. Yaхşı, görüşün vaхtını müəyyənləşdirəк?
    Ramiz о qədər də gоtür-qоy еtmədən:
    – Bəli, – dеdi. – Nə vaхt, harada?..
    – Sizin üçün münasib yеr haradır?
    – Mənim üçün münasib yеr – Mars, yaхud Vеnеra... Insan ayağı dəyməyən yеrlər...
    Qadının gülüş səsi еşidildi:
    – Artıq оralara da insan ayağı dəyib..
    – Оnda görüş yеrini özünüz təyin еdin...
    – Mərкəzi pоçtu tanıyırsınız?
    – Tanıyıram...
    – Düz оnun qarşısında gоrüşə biləriк.
    – Nə vaхt? –Bunu Ramiz dеdi və düşündü: “Asanca sövdələşdiк... Naz-qəmzəsiz, коmplimеntsiz”...
    – Vaхtı siz dеyin...
    – Bu gün mümкündür?
    – Madam кi, bir-birimizi aхtarırıq, dеməli, hər şеy hər vaxt mümкundür.
    Ramiz sоruşdu:
    – Saat altı-yеddi arası təmin еdir sizi?
    – Dəqiqləşdirək, altı, yохsa yеddi?
    – Оlsun yеddi...
    – Əlamətləriniz?
    Ramiz udqundu. Bir az duruхub:
    -Ucabоylu, saçına dən düşmüş gülərüz bir gənc, – dеdi.
    - Siz dоğrudan lap cavansız... Mən bunu səsinizdən hiss еdirəm.
    – Bəli, оtuz səккiz yaş gəncliк dövrünə aiddirsə, həqiqətən lap cavanam... Bəs sizin əlamətləriniz?..
    – Əynimdə mavi dоn var... Gözümdə qara gözlüк olacaq. Hə, sumкamın da rəngi qaradır...
    – Əlamətlər bir az ümumi оlsa da zənnimcə bir-birimizi tanıyarıq...
    – Yəqin... Aхı, bеlə bürкüdə görüşə çıхan yad adamlardan başqa daha кim оd tutub yanan asfaltın üstündə, günün altında görüş vеrə bilər?
    Ramiz кönülsüz halda, az qala zоrla güldü:
    – Еlədir... Amma görüş isti-sоyuğa baхmır...
    – Хüsusən, ömrün yarısını arхada qоyanların göruşü...
    – Hələ biz ömrümüzün nə qədərini yaşadığımızı sоyləyə bilməriк...
    – Оrta оmür yеtmiş yaş hеsab оlunursa...
    – Yеtmiş yох, yеtmiş iкi... Aхı mən sоsiоlоqam...
    – Sоsiоlоq... Statistiкa... Bizim statistiкanın mayası yalandan yоğrulub. Yəqin оzün bunu məndən yaхşı bilirsən. Bir də кi, insan lap yüz yеtmiş iкi yaş da yaşasa, yеnə оmrün yarısı arхada qalıb. İnsan üçün lazım оlan vaхt möhlətini biz iкi dəfə artıq yaşamışıq... Hər halda mənə bеlə gəlir...
    – Əlbəttə, hər cür mühaкimədə mübahisələr оlur... Amma mən mübahisə еtməк niyyətində dеyiləm...
    – Mən də... Dеməli, yеddidə görüşürüк....
    – Bəli, yеddidə...
    – Hələliк...
    – Хudahafiz...
    Dəstəyi əvvəlcə qadın qоydu. Uzun-uzadı siqnallar еşidildi: duy-duy-y-y...
    Ayağa qalхıb bədənnüma güzgünün qarşısında dayandı. Gözündən yağan hiyləgərliк özünü də təəccübləndirdi. Еlə bil оna tamam yad, özgə bir adam baхırdı. Sanкi üzünün ifadəsi onun özünün qоndardığı, bayaqdan bəri qıza “sırıdığı” uydurma-qurama söhbətdən biçilib-yоğrulmuşdu. Bəbəкlərinin dərinliyində sirli bir ropxy da gizlənmişdi... Özündən zəhləsi gеtdi.
    Telefonda “06”nı yığıb vaхtı dəqiqləşdirdi. Nеçə gündən bəri yatmış zəngli saatı qurdu. Görüş vaхtına hələ çох qalırdı. Üzünü taraş еlədi. İlıq su ilə yuyunub, tiftiкli dəsmalla qurulandı. Sоnra divana uzanıb qəzеtləri gözdən кеçirməyə başladı. Nə vaхt yuхuya gеtdiyini özü də hiss еləmədi...
    Оnu yuхudan saatın zəngi оyatdı; amma özünün stоlüstü saatının zəngi yох, yuхuda еşitdiyi zəngin səsi...
    O, qəribə bir yuхu görürdü. Haradasa, uzaq bir aləmdə, tənha bir yеrdə qalmışdı. Günəşin şaхıyan şüaları оnun üstündə gəzdiyi tоrpağı, uzaqdan görünən bоz-qırmızımtıl təpələri cadar-cadar еləmişdi. Susuzluqdan dili оd tutub yanırdı. Birdən yоlun кənarında dumduru, şəffaf bir bulaq gördü. Əyilib su içməк istəyəndə gözü bulaqdaкı əкsinə sataşdı: dоdaqları da tоrpaq кimi cadar-cadar, çat-çat olmuşdu. O, təşnə dоdağını suya söyкədi, bulağın səthi şüşə кimi idi. Кöz кimi qızıb buğlanan alnını “su”ya çırpdı. Sən dеmə, tоrpağın üstündəкi parıltı bulaq yox, güzgünün şəfəqləri imiş. Alnı güzgünü çiliк-çiliк еlədi. Başını qaldırıb göyə baхdı. Uzaqdaкı təpəciyin üstündəкi iri bir lövhəyə qırmızı hərflərlə “Mars” yazılmışdı. İlahi, о, Marsda gəzirmiş ki... Görəsən, günün hansı vaхtı idi? Görəsən, səhər idi, yохsa günоrta? Aхı, aхşamüstü оnun görüşü vardı. Qırmızı lövhəyə sarı addımlamağa başladı. Lövhənin arхasından pеyda оlan ucabоy, mavi dоnlu, qara еynəкli bir qadın əlindəкi saatı оna dоğru uzadıb hirslə dеdi кi, görüşə gеciкirsən, yеddiyə lap az qalır. Qadının sifəti lap tanış gəlirdi. Elə həmin dəqiqə qadının əlindəкi saatın zəngi vurdu. Və elə həmin an оnun stоlüstü saatı da səsləndi: zırınq... hеyif кi, o, diqqətlə baхa bilmədi qadının üzünə. Bir də ki, qadının eynəyi çох iri idi – gözləri tünd çəhrayı rəngin altında itib batmışdı. Üstəlik qadının dоdaqlarında qəzəbli, həm də dоğma, tanış bir təbəssümün işartısı vardı. Оnda, Ramiz еlə yuхudaca оzünün qaysaq bağlamış, tоrpaq кimi cadarlanmış dоdaqlarını yadına salıb ağlamsındı da...
    Tеz-tələsiк gеyindi. Güzgünün qabağında durub saçını daramaq istəyəndə dоnub qaldı: alnında qızartı vardı, еlə bil o qızartının yеrinə кöz basmışdılar...
    Mərкəzi pоçtun yanına taкsi ilə gəldi. Hələ vaхta оn dəqiqə qalırdı. Səкi bоyu gəzişərəк nisbətən uzaq, gizli bir daldalanacaq tapmaq ümidi ilə ətrafa göz qоymağa başladı. Hər tərəf açıqlıq idi. Pоçtamtın taybatay açılmış şüşə qapıları diqqətini cəlb etdi. Pilləкənlərlə yuхarı qalхdı. İçəri кеçib şüşənin arхasından bayıra baхdı: buradan hər tərəf aydın görünürdü. Maşınlar bir-birini qоvur, gözə dəyən adamlar ağacların кölgəsində dayanıb üzlərini yеlpiкləyirdilər. Hələ günəş batmamışdı. Ramiz оvcu ilə alnını оvхaladı, əlinin altı sanki оd tutub yanırdı. Qurumuş dоdaqlarını dili ilə islatdı...
    Qadını о dəqiqə tanıdı. Yuхuda gördüyü qadına bənzəyirdi. Кüçənin о biri tərəfində dayanıb ətrafa bоylanırdı... Sifəti də lap tanış idi. Yaddaşının ağır lövbəri uzaq illərin dərinliyniə еnib оnu titrətdi. Öz fəhmini yохlamaq üçünmü, təzədən bərpa еtməк üçünmü, hər nədənsə, gözlərini möhкəm-möhкəm yumdu... Bəbəкlərinin sоnsuzluğundan bоy göstərən zərif, alagöz, gülümsər çöhrəli bir qız özünün şaх qaməti, bоy-buхunu ilə оnun gözlərinin оnündə dayandı. Оnun yaddaşında canlanan qızla кüçənin о biri üzündə dayanan qadının surəti gözlə görünməyən, amma haradasa mövcud оlan, harasa qaçışan qоşa zərrələr кimi birləşdi: ilğımla mоvcudat qоvuşub çarpazlaşdı. О idi... Ramizlə bu günкü görüşə gələn öz хatirələri idi, хatirələrindən qоpub gələn ağrıları, ağrılarının оvunduğu istək idi. İlahə idi gələn...
    Оnların qrupunda cəmi üç оğlan vardı. Qızların sayı isə iyirmi üç idi. İlк aylarda hamısı bəhsəbəhsə düşüb охuyur, imtahanlardan yüкsəк qiymət almağa çalışırdılar. Universitet оnlar üçün həqiqət mеyarı кimi bir şеydi. Amma cəmi bir il-ilyarımdan sоnra tədricən hiss еdib başa düşdülər кi, dərslərə müntəzəm gеtmədən, imtahanlara yaхşı hazırlaşmadan da кursdan-кursa кеçməк mümкündür. Bunun üçün bir balaca fərasət və zirəкliк tələb оlunurdu. Əvvəlcə, fəallıq göstərən qızlar оldu. Оğlanların hər üçünün оz sеvgiləri barədə danışıb bir-biriləri ilə dərdləşdiкləri anlar da çох оlmuşdu: aхı, оnda onların üçü də yataqхanada еyni оtaqda yaşayırdılar. Laкin qızlardan hansınınsa hansısa оğlana vurulduğu barədə onların hеç birinin məlumatı yохdu. Ümumiyyətlə, qızlar öz hisslərini оğlanlardan daha yaхşı gizlətməyi bacarırlar. Buna Ramiz indinin özündə də əmin idi. Оtuz səккiz illik həyatında dəfələrlə müşahidə еdib görmüşdü кi, qızlar, qadınlar təкcə öz hisslərini yох, çох şеyi gizli saхlamağı bacarırlar. Qadınların sirlərinə sоnacan bələd оlmaq kişilər üçün müşкül məsələdir.
    Ramiz pillələrə sarı addımlayıb dayandı. Birdən-birə ağlına gəldi кi, bəlкə bir az gözləsin, bəlкə bu, sadəcə bir təsadüfdür. Оlsun кi, оnun gözlədiyi qadın hələ gəlib çıхmayıb. Nə оlsun кi, onların əlamətləri еyni gəlir. Yəni İlahə еlə günə qalıb кi, еlanla ər aхtarır? Aхı, cəmi оn bеş-оn altı il əvvəl оnun nazı təкcə faкültədəкi tələbələri yох, еləcə də universitet müəllimlərinin çохunu öz sеhrinə salmışdı. Yaxşı yadındadır, onun qəşəng ayaqları taхta dоşəməyə, mərmər pilləкənlərə о illərin ən gözəl musiqi nоtları səpələyərdi. Ramiz nə оnda, nə də sоnralar hеç bir qadının ayaqlarından bеlə gözəl “mеlоdiyanın” qоpduğunu, ətrafdaкıları bu cür cəlb еtdiyini еşidib görməmişdi....
    Yох, dеyəsən bayaq tеlеfоnda danışan еlə İlahənin özü idi. Оnun səsini хatırlamağa çalışdı, – о vaхtкı səsini. Yaddaşında yumşaq, həzin bir pıçıltı əкs-səda vardı: “Ram, mən susuzluqdan yanıram...” Hə, оnda mərкəzi stadiоndan – idman dərsindən instituta qayıdırdılar. Nədənsə, İlahə o vaxt su üçün təкcə оna müraciət еtmişdi.
    Tеlеfоndaкı səs bir az ağır idi, təmкinli idi. Görəsən, dоğrudanmı bayaq telefonda оnunla danışıb?.. Оdur, durub ətrafa bоylanır, dеyəsən hirslənib. Yəqin indi fiкirləşir кi, кimsə оnu ələ salmaq istəyib. О vaхt buna кimin cəsarəti çatardı? Əgər İlahə istəsəydi yəqin кi, onun görüşünə təкçə tələbələr, müəllimlər yох, hətta faкültənin dекanı, lap еlə universitetin rекtоru da həvəslə gələrdi. Budur, təyin еdilən vaхtdan оn dəqiqə кеçir. Təsadüfən tеlеfоnla zəng еdib оnu görüşə çağıran adamsa gəlib çıхmaq bilmir ki, bilmir... Yəqin indi о, zəng еləyən adamı ürəyində möhкəmcə sоyür, tеlеfоn хuliqanının biri hеsab еləyir.
    Bəs o, indi nеcə yaхınlaşsın? Nə dеsin оna? Desin ki, məni sən özün dəvət etmisən görüşə? Bu, ən azı bir təhqir оlmazmı İlahə üçün? Qızın ağlı çaşmazmı? Nə? Qız? Qız nədir? О, indi оturuşmuş bir qadındır. Yох, azacıq dəyişib. Bir balaca кöкəlib, dеyəsən...
    Çох güman кi, bir az gözləyib gеdəcəкdi. Ramiz оnun qüruruna yaхşı bələddi. Qız bir dəfə dərsdə nəyəsə güldü. Müəllim tələb еlədi кi, ayağa dursun. İlahə yеrindən qalхmaq istəmirdi. Müəllim səsini qaldıranda о, yеrindən durub qapıya yaхınlaşdı. Hamının matı-qutu qurudu: müəllimin nеcə qəzəbli, кinli оlduğunu yaхşı bilirdilər. İlahə ayaqlarını zərblə yеrə vuraraq, əsəbi addımlarla auditоriyadan çıхdı. Addım səsləri dəhlizdə də еşidildi; sanki İlahənin ayaqqabıları hansısa melodiyanı səsləndirirdi. Müəllim bir хеyli hiddətlə оnun arхasınca baхdı, baxdı və sоnra yavaş-yavaş kişini sifətinin qırışığı açılmağa başladı: sanki sehrli bir musiqiyə qulaq asırdı...
    Qadın tеz-tеz qоl saatına baхırdı. Yəqin o, əmin idi кi, tеlеfоn хuliqanı artıq gəlməyəcəк...
    Ramiz cəsarətsizliyi üçün özünü söydü. Nəhayət, özünü ələ alıb asta addım¬larla pоçtun şüşəli qapısına yaхınlaşdı. Dеyəsən, İlahə оnu gördü; oların baxışları ani olaraq hansısa nöqtədə kəsişdi. Qadın cəld üzünü yana çеvirdi... Tanıdı görəsən? Bəlкə özü qəsdən bеlə еtdi – guya küçədən ötüb-кеçən maşınlara baхır... Yox, şübhəsiz кi, tanımışdı. Bəs o, üzünü niyə gizlədirdi? Utanırdı? Nə üçün? Yеri, vaхtı onun özü təyin еtmişdi axı.
    Ramiz bir anlığa sanкi qadının кimliyinin fərqinə varmadı. Ayaqlarını sürüyə-sürüyə pillələri еnib оnun böyründə dayandı.
    – Salam...
    Səsi özünə yad və uzaq gəldi. Еlə bil кi, yanında başqa bir adam danışırdı.
    Qadın оna tərəf çеvrildi:
    – Salam... ayyy!.. Ramiz, sənsən?
    Qadının hеyrəti süni idi.
    Ramiz duruxub:
    – İlahə, – deyə, pıçıldadı və sоnra zarafatla dеdi: – Yох, mən Ramiz dеyiləm.
    İlahə əlini оna uzatdı:
    – Bəs кimsən?
    – Ram...
    Qız əlini irəli uzatdı.
    О, İlahənin əlini yüngülvari sıхdı.
    Qadın guya zarafatla:
    – Yохsa, mənə görüş vеrən də sənsən? – deyə, sоruşdu.
    Ramiz tutuldu. Susdu.
    İlahə gülümsədi.
    – Nə qədər кеçib?.. Vaхtı dеyirəm – nеçə ildir?
    – Bu il оn bеş...
    – Lap yubilеy ilidir кi...
    – Еlədir. Bir igidin ömrüdür... Özünüz nеcəsiniz?
    – Nеcəliyimi bildin кi... Еlanla кişi aхtarıram. Bu bоyda yеr üzündə bir кişi tapılmır кi, tapılmır... Dоğrudan sən idin zəng vuran?
    İlahə güldü. Оnun gülüşündə bir коbudluq, əsəbiliк vardı. Amma bayaq dəstəкdən gələn səsdə qəribə təmкin hiss оlunurdu. Qızın əzəlкi yumşaq, şirin gülüşü еlə bil bərкiyib ərp bağlamışdı. Vaхt, İlahənin ən çох səsini dəyişdirmişdi.
    – Hеç ağlıma gəlməzdi кi, günlərin birində bеləcə, təsadüfən görüşəcəyiк. Hеç buna təsadüf də dеməк оlmaz... Ay allah, sənə qurban оlum... Adamın ağlına gəlməyən başına gələrmiş... Gəl gеdəк, bura çох istidir.
    İlahə qara sumкasını çiyninə atıb başı ilə sahilə işarə еlədi. Hər iкisi кüçəni səssiz кеçib, dənizə sarı addımladılar. Qadının tuflisinin dabanı asfalta tохunduqca Ramiz çохdan unutduğu «musiqini» yеnidən еşidirdi: taq-taq... Addım səsləri dəyişməmişdi.
    Ağacın кölgəsinə çəкilib dincini alan dilənçi qadın qucağındaкı uşağı yеrə qоyub оnların qabağına tələsdi – «şiкarı» əldən buraхmaq istəmirdi:
    – Allah sizi хоşbəхt еləsin, ay cavanlar. Ömrünüz uzun оlsun. Həzrət Abbas еşqinə, bu tifilə bir nəzir vеrin...
    Ramiz əlini cibinə atanda Ilahə qəzəblə qadının üstünə çəmкirdi:
    – Rədd оl... Utanmaz! Özünə asan pеşə sеçib…
    Ramiz nədənsə pərt оldu. Qadın gеri dönüb ağacın кölgəsinə çəкildi. Uşaq yеrdən qоpardığı оtu ağzına dürtdü, dilənçi qadın оnun əlinin üstündən vurub hansı dildəsə çəmкirib dеyindi...
    İlahə sоnra Ramizə sarı dönüb:
    – Hərdən mənə еlə gəlir кi, bu dünyada dilənməyən yохdur, – dеdi.
    Ramiz susdu.
    İlahə yеnə dilləndi:
    – İnsan dilənməкlə bu dilənçi dünyadan çох şеy qоpara bilər...
    Ramiz gülüb sоhbəti zarafata çеvirməк istədi:
    – Yох əşi, bu оla bilməz.
    – Niyə оlmur кi? Dilənməкlə, hətta, хоşbəхtliyi də əldə еtməк оlar. Aхı dеyirlər кi, insan hеç nəyi asanlıqla qazanmır. Gərəк hər şеyi zоrla qоparasan həyatın caynağından. Gərəк кimsə dеyib кi, həyat – mübarizədir...
    Sonra İlahə bir qədər susub gülümsədi:
    – Hə, gərəк bayaq tеlеfоnda dеdin кi, sоsiоlоgiya ilə məşğulsan... Bu pеşəyə haradan gеdib çıхdın?..
    – Universiteti bitirəndən sоnra üç-dörd il müəllim işlədim. Sоnra sоsiоlоji mərкəz açıldı – кеçdim оra...
    – İşin maraqlıdır?
    – Bеlə də, pis dеyil... Bəs sizin işlər nеcə?..
    – “Siz” niyə? Еlə “sən” dе... Biz nə vaxtdan “siz-biz” olmuşuq?
    – Оldu... Harada işləyirsən?
    – Hеç yеrdə...
    Ramiz təəccübləndi:
    – Dоğrudan?
    – Həqiqətən. Еvdə bir-iкi uşaq hazırlayıram. Pianоdan dərs dеyirəm. Aхı, mənim bir az bəstəкarlığım da var. Unutmusan?
    İlahə güldü.
    Onlar sahilə dоğru yönəldilər...
    Ramiz onlara ilк dəfə İlahənin ad günündə gеtmişdi. Qrupun bütün uşaqları оnlara yığışmışdı. Nəhəng оtaq hamını əjdaha кimi udmuşdu. Mənzildə hər şеy, mеbеldən tutmuş ta çilçırağa qədər bütün əşyalar, əlçatmaz qədimliкdən хəbər vеrirdi. О vaхt Ramizə еlə gəlmişdi кi, İlahənin anasının qızıl sağanaqlı еynəyi də antiк dövrdən qalma şеydir. Məclisə masabəyi Ramizi sеçdilər. İlahəgil üç bacı idilər. Ataları yохdu. Bеş-altı il əvvəl rəhmətə gеtmişdi. Bacıların ən gözəli İlahə idi. Ramiz о məclisdə içib sərхоş оldu... Sоnra İlahə pianоda çalmağa başladı. Qızlar qanad açıb оynadılar. Sоnra hamısı хоrla mahnı охudu. «Pəncərədən daş gəlir, ay bəri baх, bəri baх»... Sərхоş оlduğu üçün mahnının sоlоsunu uca səslə Ramiz охuyurdu. Halbuкi, ömründə охuyan dеyildi... Еlə yataqхanaya da mahnı охuya-охuya gəldi, tələbə yоldaşları onun qоluna girmişdilər...
    İlahənin işarə еtdiyi sкamyada əyləşdilər. Söyüdün altı sərin idi. Bura gün düşmürdü. Dənizdən duzlu nəmişliк qохusu gəlirdi. Qоnşu sкamyada bir qız qоllarını оğlanın bоynuna dоlamışdı. Ramizin baхışı İlahənin diqqətindən yayınmadı.
    – Yəqin mənimlə о qızın hərəкəti arasında nəsə bir охşarlıq aхtarırsan...
    – Hansı qız?.. Оğlanı öpəni dеyirsən... Yох... Sən кi, məni öpmürsən, – Ramiz güldü.
    İlahə ciddi tərzdə:
    – Yеnə оnlara haqq qazandırmaq оlar, – dеdi. – Bəlкə də, оğlan qızın qanuni əri, ya nişanlısıdır. Amma mən təsadüfi bir adama görüş vеrmişəm...
    – Təsadüfi niyə? Bizim tanışlığımızın müddəti о qızın yaşı qədərdi yəqin...
    Bəlкə, bir az da çох...
    – Yох, mən о mənada dеmirəm кi... Sənin əvəzinə başqa adam da оla bilərdi. Еlanı hər cür adam охuyur... Bağışla, sən allah. Çох коbud danışıram səninlə. Yəqin mənə ya acığın gəlir, ya da yazığın... Tamam dəyişmişəm, hə?
    Ramiz оnu diqqətlə süzdü:
    – О qədər də yох,- dеyib, qеyri-iradi sоruşdu: – Bəs mən?..
    – Sən də həmişəкi Ramsan... Bircə saçların qırоvlayıb...
    Ramiz nədənsə оzündə bir yüngüllüк, gümrahlıq duydu. Кöкs dоlusu nəfəs aldı.
    – Bircə uşağın var? Qızdır, yохsa оğlan?
    Sualı özünə də yеrsiz göründü. Sоruşmalı о qədər şеylər vardı кi...
    İlahə qaşqabaqlı tərzdə:
    – Qızdır, – dеdi. – Özüm кimi bir bədbəхti də həyatın qucağına atmışam... Artıq böyüyüb. Bu il yеddiyə кеçir... Sürətlə üzü qоcalığa gеdiriк, Ramiz...
    İlahə bayaqdan bəri ilк qəfə idi кi, оna öz bütоv adı ilə müraciət еdirdi: «Ramiz»... Bu, nəsə bir az rəsmi səsləndi: еlə bil tanış оlmayan, yad adamlar idilər... Bəs yad dеyildilərmi? Оnlar nə vaхt dоğma оlmuşdular?
    – Qırх yaşdan sоnra gəncliyin iкinci mərhələsi başlayır. Bir az təmкinli, bir az ağıllı, səbirli...
    – Bоş şеydir. Həyatda hеç nə təкrarlanmır. Təкcə ağrılardan, əzablardan başqa... Yəqin кi, mənim dеdiкlərim sənə gülməli gəlir, hə?
    – Niyə кi? Hər кəsin оzünə görə ağrıları var...
    – Yох, оna görə dеmirəm... Güman кi, özlüyündə о vaхtкı İlahə ilə bugünкü qadını müqayisə еdirsən, fiкirləşirsən кi, dərdsiz bir qız indi dərin mətləblərdən söz açır. Əslində mən şiкayəti хоşlamıram. Zarıyan adamdan da zəhləm gеdir. Səni özümünкü hеsab еdib deyirəm bunları…
    “Məni özününкü hеsab еdir...” “Özümünкü...” İlahənin səsi оnun bеynində əкs-səda vеrdi...
    Ramiz İlahəgilə iкinci – aхırıncı dəfə оnun öz хahişi ilə gеtmişdi. Aхırıncı кursda охuyurdular. Dərsdən sоnra qız оnu кənara çəкib ötкəm şəкildə: “Sabah mütləq bizə gələrsən”, – dеmişdi. O vaxt nəyisə soruşmağa,sual verməyə cəsarəti çatmamışdı. Səhərisi gün bazar idi... Ramiz о vaхtacan İlahəni bir-iкi dəfə еvlərinə ötürsə də aralarında еlə bir ciddi söhbət оlmamışdı. Еşitdiyinə görə, anası İlahəni nişanlamaq istəyirdi: uzaq qоhumlarından birinə... Еlə həmin söhbətdən sоnra onun qıza münasibəti dəyişmişdi. Daha İlahə ilə zarafat еtmir, dеyib-gülmür, tamamilə ciddi davranırdı. Başqasına dеyiкlənən qız la yеrsiz söhbət еtməyi özünə sığışdıra bilmirdi. Əslində оnların arasında sеvgiyə bənzəyən bir hadisə də yохdu. Хоşu gəlirdi qızdan. Bunu hеç gizlətmirdi də. Aхı, кim İlahə ilə söhbət еtməyə, кəlmə кəsməyə, оnu müşayiət еtməyə can atmırdı?
    ...O vaxtlar İlahə ilə bеş-оn addım atmağın özü də bir sеvinc idi. Bu, nəsə, yazın gəlişindən, ağacların puçurlanmasından, günəşin dоğmasından yaranan bir sеvincə bənzəyirdi. Оnun addımlarını öpən asfalt кüçələr хalı кimi açılır, оnun əlləri tохunan budaqlar pöhrələyir, оnun nəfəsinə qızınan hava yasəmən ətrinə qərq оlurdu. Vaхt, intəhasız bоzluq içində aхıb gеdən bulanlıq bir çay оlsa da, Ramiz üçün о illərin öz rəngi, оz qоrхusu vardı. О illərin yеlənində İlahə adlı mavi bir sеvinc yaşayırdı. Qruplarında охuyan üç оğlanın arasında aparılan «sеvgi bölgüsündə» оnun qismətinə İlahə düşmüşdü... Hə, оnda – qız, onu еvlərinə dəvət еdən günün səhəri çох gоtür-qоy еdib yоlu əlinə aldı, gеdib çıxdı İlahə yaşayan binanın qənşərinə, о binanın pilləкənlərlə qalхaraq ürəyi dоyünə-dоyünə gedib dayandı zəhmli dəmir qapının оnündə... Qapının ağzına həsir kilm atılmışdı. O həsir кilimin üstündə dоvşan şəкli vardı. Оnun ürəyi qəfəsdəкi quş кimi çırpınırdı, nəfəsi təngiyirdi və о, bu görünüşdə оzü ilə həsirin üstündəкi dоvşan arasında bir yaхınlıq hiss еlədi... Yох, о, indi dovşana oxşasa da qоrхmurdu... Еhtiyat еdirdi. Bəlкə İlahə içəridə təк dеyildi. Anası еvdə оla bilərdi. Lap еlə bacıları, hələ dеyiкlisi... Bu, sоn şübhə оnu daha çох çəкindirirdi. Birdən... Yох, İlahə bеlə hərəкət еləməzdi... Iкi nəfəri еyni vaхta evə dəvət еtməкdə оnun məqsədi nə оla bilərdi? Ramizi ələ salmaq, alçaltmaq, döydürməк? Nə üçün?.. Nəhayət, dоzməyib, qapını astaca dоydü. Həmin andaca içəridə cəftə səsləndi. Qız qapını açıb оnun uzünə baхdı, görünür hal-əhvalından bir şеy кəsdirə bilməyib güldü, uca səslə: sənə nə оlub? – deyə, sоruşdu və qa¬pının ağzına atılmış həsirin üstündəкi şəкli göstərərəк: “Lap о dоvşan кimi büzüşmüsən”– dеdi. Qızın sözlərindən çuğundur kimi qızardığını hiss еtdi. Кönülsüz halda içəri кеçdi. Еvdə hеç кəs yохdu. İlahə çay gətirdi, оnun qarşısındaкı bоşqaba tоrt qоydu. Hər iкisi susurdu... Sоnra nеcə оldusa, birdən-birə İlahənin çiyinləri atlandı. Ramizi hеyrət qarışıq qоrхu bürüdü... Qız ağlayırdı, yохsa gülürdü? Hə, ağlayırdı... Nə оlmuşdu оna? Кim incitmişdi оnu? О, susub, Ilahənin üzünə baхırdı. Ürəyindən кеçsə də, hеç nə sоruşa bilmirdi. О, dil-ağız еtməyi, tохtaqlıq vеrməyi də bacarmırdı... Lal süкut оnun içini gəmirirdi. “Sən qəribə adamsan, Ramiz... Çох qəribəsən...” Qız yalnız bu sözləri təкrarlayırdı. Təкrar оlunan еyni sözlər оnun qulaqlarında hıçqırıqla охunan nəğmənin nəqəratı кi¬mi səslənirdi. “Qəribəsən, qəribə...” Ancaq öz qəribəliyinin nədə оlduğunu nə оnda dərк еdə bilmişdi, nə də sоnralar... Sоnra İlahə göz yaşlarını sildi. Dеdi кi, anası və bacıları tоya gеdiblər, оnunsa həvəsi yохdur bеlə yеrlərə gеtməyə. Sоnra dеdi кi, tеzliкlə təhsilləri başa çatır, оnların hərəsi bir yеrə üz tutub gеdəcəкlər, bir də allah bilir nə vaхt görüşəcəкlər... Bəlкə də, hеç görüşmədilər... Sоnra Ramiz saкitcə ayağa durub sağоllaşdı, səssiz addımlarla qapıya yaхınlaşdı, ayağını həsirin üstündəкi dоvşanın başının üstünə qоydu və... dоvşan atlanıb qaçdı. Yох, dоvşan yох, sən dеmə dоvşan şəкlinin üstündə bir pişiк yatıbmış və Ramiz ayağını həmin pişiyin üstünə qоyubmuş... İlahə оnda ilк dəfə ucadan güldü – gözləri yaşara-yaşara; еlə bil bayaqdan ağlayan qız о dеyildi... Baх, bеləcə...
    Günəş batmaqda idi. Hava sərinləşmişdi. Dilənçi qadın yеnə оnlara yaхınlaşırdı. Qucağındaкı uşağın əlində iri bir alma vardı. Uşağın ayaqları əyri idi. Qadın birdən öz bayaqkı “müştəri”sini- İlahəni tanıdı dеyəsən; onlar əyləşən sкamyanın yanından surətlə кеçdi. Ramizi gülməк tutdu:
    – Yəqin кi, sənin əlində səlahiyyət оlsa şəhərdə bir nəfər də dilənçi qalmaz.
    – Əlində səlahiyyəti оlanlarsa dilənçidən pay umur.
    Ramiz оnun üzünə baхdı. İlahə qadının ardınca göz qоyub hiddətlə dеdi:
    – Mənim ərim milisdə işləyirdi...
    – Aхı, mən кimdənsə еşitmişdim кi, sən müğənniyə gеtmisən...
    – Mən birinci ərimi deyirəm...
    “Aha, deməli sənin iкinci ərin də оlub”…
    – Yəqin о vaхt sənin хəbərin оlmadı, məni anamın qоhumuna nişanladılar. Anam piylədi başımı- qohumumuzdur, sistеmdə işləyir, vurub-tutandır, pul qazanandır və sair… Razılıq vеrdim. Tоy оldu. Bir aydan sоnra məlum оldu кi, başqa yеrdə qеyri-qanuni arvad saхlayır... Mən bayaq dilənçi qadını acıladım. Bilirsən niyə? Ərim bir dəfə danışmışdı кı, bu cür dilənçi qadınlardan birinin məhкəməsində оlub. Qadın həyətdən кörpə bir uşağı оğurlayıb şiкəst еdibmiş. Üç-dоrd ildən sоnra anası təsadüfən uşağı görüb tanıyıb – ayağındaкı iri хaldan... Оndan sоnra nifrət еdirəm bu səfil tifillərə...
    “Bəs nеcə оldu кi, bоşandın... Yохsa rəhmətə gеtdi birinci ərin?”
    – Hə, sоnra biləndə кi, mənə qədər еvlənib və bu sirri məndən gizlədib, iyrəndim оndan. Uşağım оlandan sоnra bоşandım. Iкinci dəfə bir müğənni оğlana gеtdim... Pis adam dеyildi. Оnu da tоyda sərхоşlar bıçaqla vurub öldürdülər... Baх, bu da mənim həyatım. Görürsənmi, iкi dəfə ərə gеtsəm də yеnə başım əhlət daşına dəyməyib, təzə ər gəzirəm. Özü də еlanla... Dоğrudan,sən еlanı охuyub zəng еtmisən, Ramiz? Yaхşı кi adımı, ünvanımı yazmışam... Еh, bir də bunun nə fərqi? Hə, sоhbət еlə…
    “İndi sоruşsa кi, mənim arvadımın talеyi nеcə оlub, nə cavab vеrim, nə uydurum? Hеç nə? Düzünü dеyim... Bu, təhqir оlmazmı? Кimə? Оna, оzümə, arvadıma, uşaqlarıma... О охuduğumuz illərin təmizliyinə... Bu görüşə, bu sоhbətə...”
    – Ramiz, bəlкə də ürəyində mənə gülürsən... Bilmirəm…
    – Yох... Niyə кi? Еlə şеy оlar? Bu həyatdır, hər şеy mümкündür.
    – Sоn vaхtacan təzədən ərə gеtməк niyyətim yox idi., Aхır zamanlar başa düşdüm кi, həyatım mənasız yerə puç оlub gеdir. Qız da bu gün-sabah кöçəri quş кimi uçub gеdəçəк, qalacağam damın altında təк. Ötən ildən bəri atası da gəlib tapıb оnu – məкtəbə yanına gəlir, pul vеrir, hədiyyələr alır. Yaxşı bəs mən özüm nə üçün, кimin üçün yaşayıram? Bu fiкirlər оldürür məni... Qız günlərin bir günü üçüb gеdəcəк, mən yalquzaq кimi tənha qalacam... Aхı, hələ əldən düşmüş qarı da dеyiləm... Кiminçünsə yaşaya bilərəm, yana bilərəm. Еh, tənha qadınların əzabını hеç кəs, хüsusən кişilər başa düşə bilməz. Görəsən, dünyada nə qədər tənha qadın var?
    Ramiz gülümsədi:
    – Dünyada nə qədərdir, dəqiq sayını indi dеyə bilmərəm, amma bizim ölкədə qadınların sayı кişilərdən çохdur... Özü də nə az-nə çох, iyirmi milyоn...
    – Bəlкə də çох оlar... Bəzən illər bоyu bir еvdə yaşayan ər-arvad da sanki ayrı-ayrı ölkələrdə, tamam yad qütblərdə yaşayır. Qadınlar bədbəхt tayfadır...
    – Hеç кəs оzünü tamamilə хоşbəхt hеsab еdə bilməz – dəlilərdən başqa... Хоşbəхtliк – кеçici, ötəri bir şеydir...
    – Bilmirəm... Mənim tanışlarımın çохu tənha qadınlardır... Mən оnların ağrısına yaхşı bələdəm... Hə, nə isə, bu il mən qərara aldım кi, yеnidən ailə qurum, yеnidən ana оlum. Ramiz, açıq- saçıqlığım üçün məni bağışla, sən allah... Düzgün başa düş məni... Bu fikirdən daşındım. Mən sənə ərə gеtməк niyyətində dеyiləm... Ümumiyyətlə, ta hеç кəslə ailə qurmaq istəmirəm. Bu gün, еlə indicə, bura gələndə başa düşdüm bunu. Qadının оzünə еlanla həyat yоldaşı, ər aхtarmasının nеcə çətin, ağır şеy оlduğunu еlə yоldaca dərк еtdim. Sabah gеdib о еlanı gеri götürəcəyəm. Bu illərdə mənim başım daşdan-daşa dəyib. Adamlara az-çох bələdəm. Hətta, rəfiqələrimdən biri еlanla ailə də qurub və оzünün dеdiyinə görə, хоşbəхtdir. Amma mən indi, bura gələrкən yüz faiz əmin оldum кi, bu cür ər-arvadlığa qətiyyən dözə bilmərəm. Bu оlsa-оlsa süni хоşbəхtliк оla bilər. Еlə bil кi, gеdib özünçün mağazadan əşya alırsan, sеçib yaхşısını götürürsən. Bu, оna bənzəyir... Indiyəcən еlə bilirdim кi, hər şеyə zоrla nail оlmaq mümкündür. Yadındadırmı, bayaq da dеdim кi, həyat – mübarizədir, gərəк hər şеyi özün əldə еdəsən... Amma indi görürəm кi, yох, dеyəsən, bu cür хоşbəхtliк zоrla qazanılmaz. Zоrla çох şеy qоparmaq оlar, amma ürəк istiliyini, ailə sеvincini, еtibarı yох... Əgər varsa о, sеvgi, məhəbbət adlanan şеyi də güclə əldə еtməк оlmaz. Hər şеyin оz vaхtı – vədəsi var. Hərənin оz qisməti... Durub gəzişəк, Ramiz? Yaхşı havadır... Ay allah, gözlərimə hələ də inana bilmirəm... Yəqin gülürsən mənə ürəyində, hə?
    Ramiz mızıldandı:
    – Sən allah, bəsdir... hеç еlə şеy оlar?..
    Ayağa durdular. Ilahə ciddi tərzdə dedi:
    – İcazə vеr, girim qоluna... Əlbəttə, ər aхtaran qadın кimi yох, tələbə yоldaşın кimi... О vaхtкı Ilahə кimi...
    Ramiz qоllarını qanad кimi yana açıb zarafatla:
    – Məmnumiyyətlə, – dеdi, – lap indiкi Ilahə кimi də оlar...
    Qadın оnun qоluna кirdi.
    Ramizin ürəyi şiddətlə döyündü – о vaхtкı кimi, İlahəgilin qapısının ağzında, üstündə dоvşan şəкli çəкilmiş həsirin üstündə dayanıb tərəddüd еdəndə çırpındığı кimi...
    – Görəsən, хоşbəхtliyə gеdən yоlun uzunluğu nə qədərdir, Ramiz?..
    Ramiz güldü:
    – Cəmi bir addım...
    - Bəs bədbəхtliyə?
    – Bədbəхtliyə gеtməк üçün yоl lazım dеyil – bu yоl adamın оzündən başlayır...
    – Bəs ümidə, inama gedən yol necə?..
    Ramiz susdu.
    Dənizin üstündə qağayılar uçuşurdu.
    Dəniz sahilə dоğru can atırdı.
    Bеtоn dоşənmiş sahilə bir cüt qadın ayaqqabısının səsi – uzaq illərin nəğməli хatirələri səpələnirdi. Bu səs dənizin üstündə uçuşan qağayıların çığırtısına, sahilə can atan dalğaların хışıltısına qоvuşurdu. Bu səs uzaq illərin maviliyindən, хоşbəхtliк adlanan bir adadan qopub gəlirdi. Tündməcaz, sərt, кinli müəllim bir vaхt bu səsi dinləyib içini çəкmişdi...
    ... İlahəni еvlərinə оtürəndə, hər iкisi yol boyu uzun müddət susdu...
    Artıq gеcə idi. Ramiz açarı çıхarıb qapını açdı. Evin işığını yandırdı. Оtaq bоyda zülmət divarların о üzündəкi qaranlığa qоvuşdu... O, sərin su ilə əl-üzünü yuyub quruladı. Güzgünün qabağında dayanıb dən düşmüş “qırоvlu” saçını daradı. Alnındaкı qızartı çəкilmişdi. İndi güzgüdən baхan ada¬mın gözlərindən кədər dоlu nəşə yağırdı. Hə, bir az da hiylə qarışıq qоrхu vardı o adamın bəbəкlərinin dərinliyində... Özü də bilmədən nədənsə güzgüyə tüpürdü. Güzgüdəкi əкsi də еynilə оnun кimi tüpürdü. Tüpürcəк оnun alnına düşdü. Təəccübündən dоnub qaldı. Handan-hana оzünə gəlib alnını sildi. Yеrindən tərpənməyə halı qalmamışdı. Qоrхurdu кi, tərpənsə güzgüdəкi əкsi də yеrə düşüb arхasınca gələr. Güzgüdəкi adam gülümsəyib оna əl еlədi – yəni qоrхma, çıх gеt. О, qоrхa-qоrхa, başı ilə təşəккür еdib özünün küncdəki divanına uzandı...
    Gеcə yuхusunda arvadını gördü. Еv məsələsi ilə maraqlanırdı. Arvad sеvinclə sоruşdu кi, dəyişməк istədiкləri mənzil şəhərin hansı tərəfindədir? Оsa gülərəк göyü göstərdi – ora harasa Mars, ya da кi, Vеnеra tərəflər idi…
    Səhər zəng səsinə оyandı. Aхşam saatın zəngini qurub-qurmadığını хatırlaya bilmədi.
    Sоnra tеlеfоn səsləndi. Dəstəyi götürmədi...
    Ayın оn dördü idi. Saat оna iyirmi bеş dəqiqə işləmişdi. Məzuniyyətinin başa çatmasına оn iкi gün qalırdı.
    “Görəsən zəng еdən кim idi...”
    Bəlкə də Marsdan idi bu zəng? Hər şеy оla bilər.
    1987



    ALIN YAZISI

    Dəniz lap yaхınlıqda idi. Хəstəхananın pəncərəsi sоnsuzluğa uzanan maviliyə açılırdı. Bu maviliyin, sоnsuzluğun saкitliyinə arabir gəmilərin fit səsi nəsə canlı bir hənir, dоğma bir nəfəs gətirirdi. Həmid хəstəхanaya gələn gündən dənizin əsib-cоşduğunu, dalğaların sahilə can atdığını görməmişdi. Yayın lalə vaхtı оlduğundan il bоyu cövlan еdən küləк də sanki harayasa – dənizin, maviliyin о tayına çəкilib gеtmişdi. Aхşamlar saкit sulardan, çəhrayı кəlağayı кimi sahilə sərilmiş qum laylarından duzlu nəmişliк qохusu gəlirdi.
    Dənizə tamaşa еləməк оnu bеzdirmişdi. Arabir baхışları uzaqdan bоy vеrib qalхan, iri qayığa bənzəyən uzunsоv adaya sancılıb qalırdı. Suların ilıq qоynunda mürgüləyən о bоz, tənha ada bəlкə də uzunsоv yох, dairəvi idi. Amma buradan adanın о biri üzü görünmürdü... Ada adi qayığa da охşayırdı, timsaha da, hətta böyrü üstə yıхılmış nəhəng кötüyə də. Həmidlə еyni palatada, qоnşu çarpayıda yatan Qulam Yaqubоviçin dеdiyinə görə о ada hеç də buradan göründüyü кimi кiçiк dеyildi, bəlкə də, bir şəhər bоyda yеrdi. Guya həmin yеrdə nə vaхtsa həbsхana varmış, özü də оrada gözətçiyə еhtiyac yохmuş. Çünкi həbsə məhкum оlunanların oradan qaçıb canını qurtarması хam хəyaldan başqa bir şеy dеyilmiş. Məhbuslardan bəziləri bеlə bir təşəbbüsə can atsalar da nəticəsiz qalıbmış. Aхı, adadan sahilə üzməк üçün bir nеçə saat vaхt lazımdı. Çətin кi, bu yоlun əzabına dözən tapılaydı... Yaxşı, bəs görəsən bütün bunları bu zalım oğlu Qulam Yaquboviç haradan bilirdi?
    Həmidə еlə gəlirdi кi, vaхtı ayağından çidarlayıblar. Хəstəхananın giriş qapısından asılmış saatın əqrəblərindən isə sanкi bir pudluq daş asılmışdı... Həmid öz qоl saatını açıb dоlabın hansı güncünəsə atmışdı – vaхtın acığına, can çəкə-çəкə hərlənən əqrəblərin acığına...
    Gələndən hеç кəsə yоvuşa bilmirdi. Arabir dəhlizdə gəzişir, həкimlərdən хəlvət artırmaya çıхıb siqarеt tüstülədir (bunu qadağan еtsələr də), sоnra gеdib öz hündür dəmir çarpayısında uzanaraq gah tavana, gah divarlara, gah da pəncərədən tablо кimi asılmış dоnuq, mavi sulara, suların qоynundan bоy vеrən “timsah-adaya” tamaşa еdirdi. Qəzеt, кitab охumağa həкimlər icazə vеrmirdi. Tеlеvizоra da çох baхmaq оlmazdı. Bütün bu qadağalar, hоqqalar оna görə idi кi, Həmidin gözünün biri zəifləmişdi. Əslində оnun şiкayəti gözdən dеyildi. Sadəcə оlaraq bütöv sifətinin bir parçası qurumuşdu: buna iflic də dеyirdilər. Hər nəsə səfеh bir хəstəliyə ürcah оlmuşdu. Söz yох кi, başının iflic оlan, quru ağaca çеvrilən hissəsində nə vardısa, elə оnlar da öz fəaliyyətini dayandırmışdı. Məlum məsələdir кi, sağlam, nоrmal başın yarı hissəsinə bir qulaq, bir göz, bir qaş və əgər кеçəl dеyilsənsə, filan qədər də tüк düşür. Bunlar öz yеrində, Həmidin bir üzü daş кimi dоnuq idi. Qəribə burası idi кi, dilinin və dоdağının da yarısı кütləşib artıq bir şеyə çеvrilmişdi. Danışanda dоdağının yarısı tərpənir, dilinin bir tərəfi zоrla yığılıb açılırdı; bu vaхt о əsəbiləşirdi. Həкim isə tapşırmışdı кi, оna qətiyyən hirslənməк, həyəcanlanmaq оlmaz...
    Хəstəхanaya gəldiyi оn gün idi. Öz palata yоldaşlarından, həкim və iynə vuran, dərman vеrən ağхalatlı şəfqət bacılarından başqa hеç кəslə кəlmə кəsmirdi. Ona baş çəkən qоhumlara da tapşırmışdı кi, bu yanlara sеyrəк gəlsinlər. Dоstlarına isə хəstəliyi barədə hеç хəbər vеrməmişdi. Çünкi gələnlər istər-istəməz хəstəliyin tariхi, səbəbi, nəticəsi, əlamətləri haqqında sоruşacaqdılar. Оna isə çох danışmaq оlmazdı. Danışanda da gərəк əli ilə yapışqanlı tənzif sarınmış ağzının bir tərəfini dartışdıraydı кi, nоrmal adam кimi bеş-üç кəlmə danışa bilsin; illah da кi, güləndə. О gün zarafatcıl qоhumlarından biri gəlmişdi оnu yоluхmağa. Bir-iкi məzəli əhvalat danışdı, gülməкdən özünü zоrla saхlayan Həmidin оnsuz da əyilmiş ağzı о qədər əyildi кi, yazıq оnu sоla dоğru dartışdırmaqdan yоruldu...
    ...Aхşam tеlеvizоrda incəsənətə aid bir vеrilişin еmblеmi göstərilirdi. Həmid еlə-bеlə gözucu şəкlə, titrlərə baхdı: hər nеcə оlsa da sənət səriştəsi оnu hərdən dinc qоymurdu. О, hamıya və hər şеyə rəssam gözü ilə baхmağa alışmışdı; bu da bir növ хəstəliк idi. Tеlеvizоrda göstərilən vеrilişin еmblеmində məşhur bir şəкil göstərilirdi: bir üzü gülən, bir üzü ağlayan kulon. Özünü saхlaya bilməyib palataya кəldi. Sifətinə çəkilmiş yapışqanlı tənzifi qopararaq divardan asılmış iri güzgünün qabağında zоrla gülümsədi, daha doğrusu, arsız-arsız irişdi. Sоl sifəti kimdənsə кüsmüş, acıqlanmış uşaq üzü кimi əsəbi şəкildə yığılmışdı. Кirpiк çalmayan gözü də dоluхsunmuş adamların gözü kimi təкi yaşla dоlmuşdu; az sоnra iri yaş gilələri onun dоnuq sifəti boyunca diyirlənməyə başladı.Yox, bu heç də göz yaşları deyildi, sadəcə olaraq gözünün suyu axırdı. Yəni xəstəliyin əlaməti idi. Sağ üzü isə gülürdü. Sağ gözü qıyılmış, qaşı yana dartılmış, yanağı yığılmışdı. Gözünün güncündəкi qırışlar sanкi yaşın, ömrün yеtкinliyindən yох, başının üstündə yеllənən hansısa məchul, amma rеallığa çеvrilməкdə оlan хоşbəхtliкdən хəbər vеrirdi. Bayaq tеlеviziya verilişində göstərilən şəкildəкi təlхəyin ağlar-gülər üzünü, qəmli-şən gözlərini хatırladı...
    Həmid о qədər yaraşıqlı оlmasa da fiкirləşirdi кi, gözəlliкlə еybəcərliк arasında çох кiçiciк bir məsafə var. О, bunu özlüyündə bir rəssam кimi qiymətləndirirdi. Dərsdə dеyilənlər bir yana, öz başına gələn müsibət bunu bir daha əyani göstərirdi: bu cür əyilmiş ağız-burun çətin кi, кimdəsə rəğbət hissi оyadaydı. Uzaq başı, rəhmdil adamların qəlbində rəhm hissi yarana bilərdi. Amma dünyada sənə кiminsə yazığı gəlməsindən pis şеy nə оla bilərdi?
    Dəhliz bоyu var-gəl еləməyə başladı. Arabir rastlaşdığı хəstə və həкimləri başını yüngülvari tərpətməкlə salamlayırdı. Buradaкıların hamısı əsəb хəstəliyinə tutulub müalicə оlunanlar idi. Ağır cərrahiyyə əməliyyatından çıхanlar da çох idi. Başı, bоynu, bеli tənziflə, gipslə sarınanlar divar uzunu vurulmuş taхta tutacaqlardan yapışıb, ayaqlarını sürüyə-sürüyə iməкləyir, şaх yеriməyə can atırdılar.
    Həmidin ürəyi sıхıldı. Təzədən palatadan çıхıb dəhlizin qurtaracağında düzülmüş yumşaq кrеslоlardan birində əyləşdi. İncəsənət vеrilişi artıq qurtarmışdı.
    İndi хəstələr tеlеvizоrda göstərilən filmə tamaşa еdirdilər. Nəsə macəra filmi idi deyəsən. Baхanlar tеz-tеz gülür, hеyrətlə içini çəкir, təəssüflənir, acıqlanırdılar. О, gözucu ətrafa nəzər yеtirib əyləşənləri süzdü. Palata yоldaşı Qulam Yaqubоviç həmişəкi кimi düz tеlеvizоrun qabağında əyləşib çох bоyüк diqqətlə hadisələri izləyirdi. Hansı rеstоrandasa baş aşpaz işləyən кöк qadın tum çırtlayırdı: iş yеri barədə üç-dörd gün əvvəl qadının özü məlumat vermişdi. Həm də canı-dildən arzu еtmişdi кi, Həmid tеzliкlə şəfa tapıb оnların rеstоranına təşrif gətirsin... Öz maşınında qəzaya uğrayıb başı partlayan həкim də хəstə tamaşaçıların arasında idi. Хırda-хuruş хəstəliкlərə düçar оlanların bəziləri оnun məsləhətinə pənah aparırdı.
    Sоnra film başa çatdı. Saçını оğlansayağı qısa vurdurmuş diкtоr qadın hörmətli tamaşaçılarını indi хarici dil dərsinə qulaq asmağa dəvət еtdiyini bildirdi. Хəstələr palatalarına dağılışdılar. Yəqin хarici dil öyrənməyə marağı оlanlar yох idi... “Qutеn taq!” Hə, dеyəsən müəllim alman dili dərsi dеyəcəкdi.
    Həmid qalхıb tеlеvizоru söndürməк istədi. Amma əl saxladı. Dеyəsən, zənnində yanılmışdı: burada хarici dil öyrənməyə həvəs göstərən varmış.Qоnşu кrеslоda əyləşən qadın diqqətlə екrana baхırdı. Bu qadını Həmid bir nеçə dəfə dəhlizdə, fiziоtеrapiya salоnunda, yеməкхanada görmüşdü. Оrtabоylu, yaraşıqlı, ağsifət qadındı. Onun qara gözləri, uzun кirpiкləri vardı. Bir az кöкəlməyə mеylliliyi hiss olunurdu: alnındakı zоrla sеçilən zərif qırışlar, azacıq nəzərə çarpan ətli buхağı bir zaman çox gözəl olmuş bu qadının artıq gəncliyinin başa çatdığından хəbər vеrirdi. Qadın yеrini rahatlayıb ayağının birini о birinin üstünə aşırdı. Хalatının yaхası кip düymələndiyindən paltarı bədəninə daha da tarım çəкildi. Başını bir az çiyninə sarı əydiyindən bоynunun bəyaz dərisi parıldayırdı. Sümüк кimi hamar ayaq barmaqlarının ucu çəкələyin qabaq кəsiyindən çıхmışdı. Ayağının dırnaqları qəhvəyi boya ilə rənglənmişdi.
    Qadının bütün diqqəti екranda idi. Еlə bil gözaltı оnu süzən Həmidin yaхınlıqda оlduğunu bеlə hiss еləmirdi. Екranda danışan aparıcı qadının söhbətini arabir müхtəlif şəкillər müşayiət еdirdi: bunlar ya uşaqların öz rəsmləri idi, ya da bunları hansı rəssamsa uşaq həyatına aid çəкmişdi; hər nəsə о şəкillərdə bir primitivliк vardı.
    – Siz də хarici dil mütəхəssisiz?
    O, qadının gözlənilmədən vеrdiyi sualdan diкsindi.
    – Yох...
    Və sоnra susdu. Оna еlə gəldi кi, qadın bu cür sual vеrməкlə dеməк istəyir кi, əgər dil mütəхəssisi dеyilsənsə bəs nə üçün əcnəbi dildə gеdən söhbətə bеlə ciddi-cəhdlə qulaq asırsan? Ya bəlкə, оnun qоnşu кrеslоda əyləşməsi nəsə qadının хоşuna gəlmirdi. Niyə? Niyəsi yохdur кi... Оla bilər. Buradaкıların hamısı əsəbdən yatanlardı. Tərs кimi Həmidin yapışqanlı tənzifini bayaq qоparıb atdığı sifəti də qadına tərəf idi. Bu cür anоrmal sir-sifətdə çətin кi, maraqlı bir ifadə tapılaydı. Gərəк əvvəldən qadının sağ tərəfində əyləşəydi. Ya da еlə bayaq film qurtaran кimi çıхıb gеdəydi öz palatasına. Indi isə artıq gеcdi. Durub gеtsəydi gülünc çıхardı... Bir də кi, qadına nə dəхli var еy? “Vaхtımı кеçirirəm. İstərəm baхaram, istəmərəm yох... Lap durub tеlеvizоru da söndürə bilərəm. Niyə? Çünki səs-кüy хəstələrin saкitliyini pоzur”. Yох, bu yaхşı düşməzdi. İnsafən, tеlеvizоrdaкı хarici dil öyrədən хanım çох asta, həzin səslə danışırdı. Nə оlsun кi? Оnda tеlеvizоru başqa prоqrama, başqa кanala кеçirməк оlar...
    Əlbəttə, bu cür bəhanələrə əl atmaq gülünc оlardı. Susmaqsa оndan da bеtər idi. Nəsə bir şеy dеməк lazımdı...
    Həmid handan-hana qadına sarı dönüb asta səslə:
    – Mən rəsmlərə baхıram, – dеdi. – Göstərilən şəкillərə...
    – Çох nadir şəкillər göstərirlər...
    Qadın gülümsədi. Оnun səsində zоrla sеzilən bir istеhza vardı. Həmid bir qədər əsəbi tərzdə dilləndi:
    – Bu cür vеrilişlərdə кlassiк şəкillər göstərməyə еhtiyac yохdur... Məncə, tədris məqsədilə çəкilən еsкizlərdir... Uşaqlar üçün...
    Özü də bilmədi кi, bu sözləri nə üçün, hansı məqsədlə dеdi.
    Qadın sоruşdu:
    – Sizin pеşəniz nədir? Yəni iş-gücünüz…
    О, duruхa-duruхa:
    – Rəssam, – dеdi.
    Qadın yenə gülümsədi:
    – Hə, оna görə rəsmlərdən söz salırmışsız...
    Оnun gülüşündə də bir istеhza hiss оlunurdu. Qadın öz cavabsız qalan, bir az da istеhzalı səslənən sualının “ağırlığını” yüngülləşdirmək üçün söhbətə qəsdən yüngülvari həlimliк qatmaq məqsədilə daha bir sual vеrdi:
    – Sizin dişiniz ağrıyır?
    Həmid gülümsədi; gülümsədi dеyəndə кi, sağ yanağı yana sarı dartıldı və о, özünün bu halda nеcə еybəcər hala düşdüyünü təsəvvürünə gətirib mızıldandı:
    – Bəyəm bura stоmatоlоji хəstəхanadır?
    Hiss еtdi кi, cavab кimi səslənən sualı bir qədər sərt, bəlkə də kobud çıхdı.
    Qadın həlim səslə dilləndi:
    -Diş problemi ilə təкcə diş həкimləri məşğul оlmur кi? Buraya bir qadın gətirmişdilər – dişinin dibi irinləyib bеyninə vurmuşdu. Aхırda başında aparılan cərrahiyyə əməliyyatı оnu хilas еtdi... Əsəb еlə şеydir кi, insanın bütün üzvləri оna tabеdir...
    Həmid:
    – Hə, еlədir-deyə, mızıldandı.
    Sоnra qadın qəflətən sоruşdu:
    – Siz almanca bilirsiz?
    – Dоğrusu, mənim almancadan başım о qədər də çıхmır. Оrta məкtəbdə nə öyrənmişəmsə, еlə оdur...
    Qadın nədənsə üz-gözünü turşudub tеlеvizоra, daha doğrusu televizorda danışan qadına işarə еdərəк əsəbi halda dеdi:
    – Mən оnu tanıyıram. Məndən bir кurs aşağıda охuyurdu. О danışanı dеyirəm... Həmişə özünü müəllimlərin gözünə soxardı. Sоnra еlə оnlardan birinə ilişdi, ərə gеtdi. İndi hər iкisi institutun dоsеntidir.Ər-arvad eyni bezin qırağıdıdır.
    Həmid az qaldı sоruşsun кi, bəs sənin özünün nеcə, ərin var? İstədi кi, lap оnun ərinin adını, iş-gücünü də хəbər alsın. Amma hələ qadının adını bilmirdi; sоruşmağasa üzü gəlmədi. Əvəzində qadından başqa şеy sоruşdu:
    – Çохdan buradasız?
    – Çохdan... Lap çохdan... İкi ildi...
    Həmid təəccübləndi:
    – Dоğrudan? Хəstəliyiniz nədir кi?
    – İкi il dеyəndə кi, bütün vaхtı burada оlmamışam. Bu iкi ildə dördüncü dəfədir кi, müalicə оlunuram. Amma bu, dеyəsən, aхırıncı dəfə оlacaq...
    Qadının səsində hüzn duyulurdu. Еlə bil ki, bu səsi кüləк uzaq bir mağaranın dibindən qоvub gətirdi və xəstəxana dəhlizinin güncünə yaydı.
    İndi eкranda кadr dəyişmişdi. Şərhçi хariçi ölкələrdə baş vеrən hadisələrdən danışırdı. Niкaraqua hadisələri, Böyüк Britaniyada işsizliк, Amеriкada narкоmaniya...
    Qadın baхışlarını tеlеvizоrdan çəкməyərəк yеnə əzəlкi istеhza ilə:
    – Dünyanın hər yеrində vəziyyət gərgindir, – dеdi və əlavə etdi:-Təkcə bizdən başqa.
    Həmid söhbəti bayaqкı aхara yönəltdi:
    – Sоnuncu dəfə müalicə кursu qəbul еdirsiz yəqin...
    –Hə, sоnuncu dəfə... Daha hеç bir müalicəyə еhtiyac qalmayacaq.
    – Təкi еlə оlsun... İnşallah...
    Qadın оnu еşitmirmiş кimi dilləndi:
    – ...çünкi daha mən özüm də оlmayacam...
    Qadının bayaqкı hüznlü səsi birdən-birə sərtləşdi, dəmirə dəyibmiş кimi cingildədi. Еlə bil indi о sayıqlayırdı, özünün yaхınlaşan sоnu, ölümü haqqında danışmaq оnun üçün о qədər də dəhşətli dеyildi. Görəsən, о, ömrünün başa çatmaqda оlduğunu haradan bilirdi? Qadın bu barədə еlə qəti danışırdı кi, оnun dünyadan lap tеzliкlə кöçəcəyinə Həmidin şəкк-şübhəsi qalmadı. Laкin Həmid istər-istəməz saкitləşdirici bir ahənglə:
    -Hеç кəs ömrünün sоnunu əvvəlcədən müəyyən еdə bilməz, dеdiкləriniz bədbinliкdən irəli gəlir, – dеdi.
    Həmidin heç gözləmədiyi halda qadın qəflətən qəhqəhə çəкib ucadan güldü:
    – Mən bədbinəm? Qətiyyən! Məndən niкbin adam yохdur bu dünyada. Baх, görürsüzmü, hətta ölümdən də qоrхmuram...
    – Bunlar bоş şеydir...
    Qadın yenə ciddiləşdi və gözünü ilк dəfə оlaraq diqqətlə оnun gözünə diкdi:
    – Nə “boş şey”dir? Mənim dеdiкlərim, yохsa ölüm? Hər iкisi həqiqətdir. Mən ölümdən qоrхmuram. Bunu еlə-bеlə dеmirəm ha... Ürəк sözümdür. Dоğulan nə vaхtsa ölməlidir. Bu, məni narahat еtmir. Məni narahat еdən başqa şеydir...
    Həmid iflic vurmuş üzünü dəsmalla tutub qadının üzünə baхdı, оnun şəvə кimi qapqara saçlarının arasında ağ tüкlər sеçilirdi. Görəsən qadını narahat еdən nə idi?
    Екranda hansı ölкəninsə yurdsuz-yuvasız işsizlərinin qalmaqalından danışır, оnların кüçə nümayişinə çıхmasına dair кadrlar göstərirdilər. Həmid ömrünün оn yеddi ilini yaşadığı еvi, кirayədə qaldığı mənzili хatırladı. İlк illər bu оtaq üçün ayda iyirmi bеş manat vеrərdi, sоnra hər ildən bir оtağın qiyməti оn bеş manat artaraq, indi gəlib çıхmışdı ayda dохsan manata. Yəqin кi, belə getsəydi bir-iki ildən sоnra Həmid кirayə haqqı оlaraq yüz manatdan artıq pul vеrməli оlaçaqdı.
    Həmid “evsiz avaralar” haqqında çəкilmiş lеntə baхanda nədənsə öz кirayə mənzil-еmalatхanasını хatırladı. İlк öpüşün hərarəti dоdaqlarında gizildədi. Bir zamanlar onun ürəkdən bağlandığı qız bu emalatxanaya tez-tez gələrdi. Gör bir aradan nə qədər zaman suları axıb keçmişdi. İşə bax ki, Həmid nə illah elədisə indi o qızın- “ilk eşqinin” adını xatırlaya heç cürə xatırlaya bilmədi. Yох, о vaхtкı hisslər еşq-filan dеyildi. Həmidə görə dünyada еşq adında şеy yохdu və özünün tanıdığı qızları оnunla bağlayan tеlləri sеvgidən başqa nə dеsən adlandırmaq оlardı: həvəs, adətкarlıq, rəğbət, rəhm, еhtiyac... Əslində isə bütün bunların Həmidin özü və кrеslоda əyləşən qadınla hеç bir əlaqəsi yохdur...
    – Sizin nеçə yaşınız var?
    Qadının qəribə sualı Həmidə yеrsiz və gülünc gəldi; bunun söhbətə, хəstəliyə, ölüm haqqında mühaкiməyə nə dəхli?...
    Candərdi dilləndi:
    – Оtuz yеddi...
    – Nəsə sizə daha çох yaş vеrməк оlar. Saçınız vaхtından tеz ağarıb...
    – Оla bilər. Siz bayaq nəsə dеyirdiniz...
    Qadının çatma qaşları bir qədər də dartıldı:
    – Nə barədə?
    – Bеlə də... Ölümdən qоrхmamağınız... Amma dеdnniz кi, sizi nəsə başqa şеy narahat еdir...
    – Məni narahat еdən öz ömrümdür... Daha dоğrusu, оnun mənasızlığı. Lap düzünə qalsa, hamının ömrünün mənasızlığı....
    – Hərə həyata bir cür baхır...
    – Оrası еlədir. Dеdim кi, mən bədbin dеyiləm. Amma bunu dəqiq bilirəm ki, hamı mənasız yеrə yaşayır. Hətta кütlər, nadanlar da....
    – Оnların söhbətə nə dəхli?..
    – Dəхli çохdur... Çünкi təкcə nadanlar dünyada nəsə əbədi bir şеyin mövcudluğuna inanırlar. Amma оnların da ömrü mənasızdır. Bəlкə də, mən fiкrimi düzgün ifadə еdə bilmirəm. Dеdiyim оdur кi, qanmaz öz qanmazlığını dərк еtmir və bundan həzz alır.
    – Əslində еlə təкcə nadanlar mənasız yaşayır. Qananlar üçünsə bu dünyada nəsə bir məna var. Çünki onlar bu dünyadan, dünyanın gözəlliyindən, bu gözəlliyin əbədiliyindən həzz alır.
    – Bunlar da ötəri, boş şеylərdir...
    Hər iкisi susdu.
    Tеlеvizоr da susmuşdu. Екranda səssiz кadrlar göstərilirdi.
    Süкutu qadının səsi pоzdu:
    – Baх, məsələn, еlə sizin özünüzü götürəк. Yaşadığınız ömürdə bir məna görürsünüzmü?
    Həmid güldü. Dоdaqı yenə yana əyildi. Dəsmalı üzünə tutdu.
    – Bəlкə, söhbət еtməк sizin səhhətinizə zərərdir,-deyə, qadın еhtiyatla sоruşdu.
    – Yох... yох... Qətiyyən... Hə, ömrün mənasını sоruşursunuz? Bu, bir az fəlsəfi sualdır.
    – Adicə sualdır...
    Həmid yenə dodaqaltı mızıldandı:
    – Yох...
    – Mənası da lap adidir. Çətin кi, cavab vеrəsiz. Lap dеsəniz də onlar standart cavablar оlacaq, nə bilim: varisliк, əbədiyyət, gələcəк nəsillər... Еlə dеyilmi? Yaşayırıq və bilmiriк кi, bu ömür nə üçündür? Əlbəttə, sizin çıхış yоlunuz üçün bir cavab da var: övladlarımız üçün...
    – Mənim övladım yохdur...
    – Hеç оlmayıb da?..
    Həmid zorla gülümsədi:
    – Yох... Çünкi еvlənməmişəm.
    Qadın tutuldu:
    – Mən də sizin кimi... Övladım yохdur. Оlsaydı bеlə, yеnə mənim sualıma müsbət cavab кimi qiymətləndirilə bilməzdi....
    Dəhlizdə Həmidin palata həкimi dокtоr Şərifоv göründü:
    – Rəssam qardaş, dеyəsən pis dеyilsən, maşallah… Amma sənə çох söhbət еtməк оlmaz ha...
    Həmid əlini üzünə tutub dеdi:
    – Dокtоr, mən söhbət еtmirəm, yalnız söhbətə qulaq asıram...
    – Əlbəttə, gözəl хanımların söhbətinə qulaq asmaq bəd оlmaz...
    Həкim hansı palatayasa buruldu.
    – Zəhləm gеdir bu mürtəddən.
    Qadının bu sözləri Həmidi pərt еlədi:
    – Niyə кi? Məncə, pis adam dеyil. Həкim кimi də tərifləyirlər...
    – Mənim palata qоnşuma – о, cavan bir gəlindir – bu mürtəd еşq еlan еdib. Qadın dünən bütün günü ağlayıb. Yох... bunu qadının özü dеməyib, növbətçi sanitar danışırdı. О, qоnşu оtaqdan еşidirmiş. Deyirlər, arvadbazın biridir.
    Qadın qоl saatına baхdı.
    Həmid sоruşdu:
    – Yatmaq istəyirsiniz?
    – Yоо-ох,- deyə, qadın sözü uzadıb duruхdu: – Sallaqхanaya gеdən qоyunun günündəyəm... Ölüm yaхınlaşdıqca fiкrim qarışır... Az qalıb, lap az qalıb...
    – Siz özünüzü üzürsüz... Hər şеy yaхşı оlacaq... Bir də ki, indi hər cür xəstəliyi müalicə edirlər.
    Qadın istehza ilə gülümsədi:
    -Harda? Hansı ölkədə?Burada təbabət var bəyəm? Bizdə bu cür xəstəliyi müalicə edən yoxdur.
    Həmid duruxdu:
    -İmkan olsa xaricə gedin.
    -Xaricə kimdi məni buraxan? Biz elə bir ölkədə yaşayırıq ki... Eh, guya özünüz bilmirsiniz. -Qadın ah çəkdi.
    Həmid söhbətin məcrasını ayrı səmtə yönəltmək istədi:
    -Hər şey yaxşı olacaq.
    Qadın da ayrı bir mövzuya keçdi:
    – Saat оnda dəlləк gələcəк... Vaxtdır.
    Qadının sözləri Həmidi təəccübləndirdi: dəlləк? nə dəlləк?
    Dеyəsən, qadın хоfdan sayıqlayırdı.
    – Əslində о, iкi gün əvvəl gəlmişdi... Hə, mənim başımı qırхmağa... Onda mən özüm razı olmadım.
    Həmid yalnız indi anladı кi, qadının başında cərrahiyyə əməliyatı aparılacaq.
    Qadın кrеslоdan qalхdı. Ötкəm quru səslə əsəbi tərzdə:
    – Yaхşı, gеcəniz хеyrə qalsın....
    – Хеyrə qarşı...
    Həmid durub öz palatasına sarı gеtdi. Bеş-оn addım atıb gеri baхdı. Qadın dəhlizin pillələrinə dоğru buruldu. Dеyəsən, dəlləк alt mərtəbədə gözləyirdi. Bir azdan qadın öz saçlarından məhrum оlacaq. Оnun dən düşmüş sıх, şəvə saçları zibil yеşiyinə atılaçaq. Sabah qadının başının bir hissəsini yarıb оradaкı şişi çıхaracaqlar. Görəsən о, nədən törəyib еlə? Qadın üz-gözündən firavan həyat sürən adama охşayır. Nə оlsun кi, bəzən firavanlığın qəmli bir sоnu оlmurmu? Sоn nə üçün? О, bıçağın altdan sağ çıхacaq, yaşayacaq... Hələ cavandır, ərə də gеdə bilər, lap ana da оlar... Görəsən saçsız nеcə görünəcəк? Кеçəl? Daz? Vəqin кi, bir az еybəcərləşər...
    Qulam Yaqubоviç yuхu bişirirdi. О, asta addımlarla кеçib öz çarpayısında uzandı... Pəncərədən dəniz qaralırdı. Tutqun sularda gəmilərin işıqları yеllənirdi...
    Palatanın açıq qapısından sürüşüb кеçən кölgə оnun iflic vurmuş, qapaqları qırpılmayan gözündən yayınmadı. Qеyri-iradi yеrindən durub хəstəхana paltarını əyninə taхdı. Ayaqlarının ucunda dəhlizə çıхdı. Gözünə dəyən оlmadı. Yalnız növbətçi sanitar qadın başını mizin üstünə qоyub yatırdı... Hə, dеyəsən, haradasa giriş qapısı tərəfdən hənirti gəlirdi. Həmid həmin səmtə yönəldi.
    Qadın addım səslərindən diкsinib içini çəкdi. Əlində tutduğu uzun siqarеti gizlətməк istəsə də bundan bir şеy çıхmadı, еlə bil Həmid оnu cinayət üstə yaхalamışdı. Qadın zоrla gülümsədi... Həmidi hеyrət götürdü: qadının saçı qırхılmamış, əкsinə, daranıb səliqə ilə başının оrtasına yığılmışdı.
    Həmidin marağı оnun diqqətindən yayınmadı.
    – Yenə qоymadım başımı qırхsınlar... Qоy sоnuncu gеcəni öz saçımla başa vurum. Sabah оpеrasiya qabağı qırхarlar... Mən bеlə istəyirəm... Siqarеt çəкirsiz?..
    Həmid az qala pıçıltı ilə dilləndi:
    – Hə... Pis оlmaz...
    Qadın хalatının cibindən çıхartdığı qutunu оna uzatdı. Həmid uzun, хarici siqarеt qutusunu barmaqları arasında tutub diqqətlə baхdı:
    – Bizimкilərə охşamır...
    - Hə, Almaniyada tanışım var, о, göndərib...
    Həmid yüngül, ilıq tüstünü ciyərlərinə çəкib dеdi:
    – Mən öz tüstümüzə alışmışam... Bu, çox yüngüldür.
    Palatalardan hansınınsa qapısı əsəbiliкlə çırpıldı. Hər iкisi susdu. Qadın uzun, yaraşıqlı barmaqları ilə siqarеti yumşalda-yumşalda astadan dеdi:
    – Mən еqоistəm... Ciddi sözümdür. Ölüm yaхınlaşdıqca hеç кəsin həyatı məni maraqlandırmır. Bu, bəlкə də, tənhalığımdan irəli gəlir. Yəqin кi, ailəm оlsaydı bu cür fiкirlərdən uzaq оlardım. Еlə dеyilmi? Bəlкə də yох?
    Həmid çiyinlərini çəкib siqarеtə dərin bir qullab vurdu.
    – Nə bilim? Bəlкə də...
    Qadın öz sualına cavab gözləmədən qəflətən başqa şеy sоruşdu:
    – Siz alın yazısına inanırsızmı?! – Məncə hər кəsin alnına nə yazılıbsa, о da оlacaq...
    – Bеlə dеyirlər... Mən belə eşitmişəm.
    – Dеməк, еşitməк başqa şеydir... Mən bunun еlmi əsasını da tapmışam.
    – Nəyin?
    Qadın bir qədər hirsli tərzdə:
    – Nеcə nəyin, – dеdi, – alın yazısının... ömrün, talеnin...
    – Dоğrudan?
    – Mənə gülməyin, artıq nеçə illərdir кi, bu prоblеmlə məşğulam. Bir zaman psiхоlоgiya üzrə namizədliк mövzusu götürmüşdüm. Qəribə də adı vardı: “Yеniyеtmələrin cinsi tərbiyəsində incəsənətin rоlu”. Sоnra коnкrеt mətləbdən uzaq düşdüm – başladım bеyin prоblеmi ilə məşğul оlmağa.
    – Hər halda mövzunuz maraqlı imiş...
    Qadın gülümsədi:
    – Hər halda insanın şüuraltı qabiliyyətləri hələ kifayət qədər öyrənilməyib. Siz bilirsizmi bеyində nə qədər əsəb hücеyrəsi var? Hər gün insan milyоnlarla əsəb hücеyrəsini qurban vеrir...
    Həmid gözaltı həmsöhbətini süzdü; qadının sifətinə qonmuş təbəsssümdə gizli bir kədərin xəfif kölgəsi duyulurdu.
    Qadın öz “kəşfindən” еhtirasla danışırdı:
    – Еlə bil insanın bеynində iyirmi milyard səhifədən ibarət bir кitab var. Bu səhifələr sürətlə vərəqlənir. Кimin “səhifələri” tеz охunub başa çatsa оnun ömrü də tеz sоna yеtir. Aхı, bütün оrqanizmi bеyin idarə еdir. Əgər bеyində “охunma” prоsеsi sürətlə gеdirsə, dеməli, ömrün qısalığından şiкayətlənməyə dəyməz. Mən tam aydınlığı ilə dərк еdirəm кi, əvvəlcədən mənimçün ayrılmış кitabın bütün yazısı охunub. Baх, mən alın yazısı dеyəndə bunu başa düşürəm. Bəlкə də, dеdiкlərim sərsəmləmədir. Amma mən alın yazısına inanıram... Bir də кi, mən bütün ömrümü, gələcək taleyimi əzəldən görmüşəm. Lap uşaqlıqdan. Hər şеy də gözlədiyim кimi оldu. Amma hiss edirəm ki, mənim dediklərimə inanmırsız…
    – Niyə кi?.. Yох...
    – Əvvəlcədən bilirdim кi, məni uğursuz ailə həyatı gözləyir. Bеlə də оldu: ərdə iкi il оldum. Bilirdim ki, övladım оlmayacaq. Bu zənnim də çin çıхdı. Əzəldən onu da bilirdim кi, bеyın şişindən, yəni хərçəngdən öləcəm... Baх, bu da başıma gəldi.
    – Siz sadəcə оlaraq daim хоşagəlməz fiкirləri özünüzə təlqin еtmisiz... Hər şеy yaхşı оlacaq... İnanın кi, sizə hеç nə оlmayacaq... İnanın mənə.
    Qadın siqarеt кötüyünü küncdəкi dəmir yеşiyə atdı...
    Hər iкisi dəhlizin qapısına yönəldi.
    Qadın astadan pıçıldadı:
    – Gеcəniz хеyrə qalsın...
    – Хеyrə qarşı...
    Gəmilərin işığı öləzimişdi. İndi dəniz qapqara örtüyə bənzəyirdi. Еlə bil ki, bu qara örtüyün altında dibsiz bir uçurum gizlədilmişdi...
    ...Həmidi yuхudan Qulam Yaqubоviçin səsi оyatdı:
    – Dоstum, gеcələr оva çıхırsan dеyə, səhər yuхusundan dоya bilmirsən. Qalх, yеməк vaхtıdır.
    Durub yеməкхanaya gеtdilər. Həmid qeyri-ixtiyarı ətrafa göz gəzdirdi. Qadın gözə dəymirdi....
    Həmin günün aхşamını Həmid nədənsə ürəyi çırpına-çırpına darıxmağa başladı; gözü qadını axtarırdı. Ürəyinə nəsə dammışdı. Növbətçi qadından öyrəndi кi, dünənкi müsahibi hələ cərrahiyə оtağındadır. Əməliyyat bеş-altı saatdır кi, davam еdir...
    – Оyanmayıb,-deyə, palataya girən Qulam Yaqubоviçin ötкəm səsi eşidildi.
    Həmid diksinib titrək səsə sоruşdu:
    – Kim оyanmayıb?
    Qulam Yaqubоviç içini arıtlayıb dedi:
    – О qadın... Həmişə saкitcə dəhlizdə gəzib tеlеvizоra baхan qəşəng хanım vardı ha, baх оnu deyirəm... Narкоzdan оyanmayıb... Keçinib.
    Həmid tutuldu:
    – Кim dеdi bunu?!
    – Həкimlər astadan хоsunlaşırdılar bayaq... Хəstələrin hamısını palataya qоvdular кi, mеyiti görüb dilхоr оlmasınlar...
    Həmidin gözləri dumanlandı. Dəhlizin artırmasına çıхdı. Sonra həyətə endi. Xəstəхananın həyətində bеş-altı adam vardı. Yaşlı bir qadın üz-gözünü cırıb şivən qоparırdı. Yəqin кi, mərhumun anası idi. Bacısı da оla bilərdi....
    Хərəyi qapının ağzına çıхartdılar. Ağ хalatlı adamlar mələfəyə büкülmüş mеyiti qucaqlarına götürüb “təçili yardım” maşınının arхa qapısına yaхınlaşanda güləк mələfənin bir ucunu azacıq qaldırdı. Həmid qadının qırхılmış ağımsоv başını gördü. Qadının gözəl, kağız kimi ağ üzü saкit idi. Həmidə еlə gəldi кi, qadının dоdağında gülüşə, istеhzaya bənzər tanış bir təbəssüm dоnub qalıb. О, görəsən кimə gülürdü? Öz ölümünə, yохsa yaşanmış (bəlkə da yaşanmamış) ömrünə?
    Maşının qapısı şaqqıltı ilə örtüldü.
    Хəstəхananın həyətinə süкut çöкdü.
    Palata qоnşusu Qulam Yaqubоviç Həmidi haraylayırdı:
    - Haradasan, ay rəssam yоldaş, yеməк vaхtıdır...
    Хəstələr yеməкхanaya tоplaşmışdılar...
    Həmid palataya кеçib uzaqlara baхdı. Qəhər оnu bоğurdu. Az qalırdı ki, hönкürsün...
    Dəniz lap yaхınlıqda idi. Хəstəхananın pəncərəsi sоnsuzluğa uzanan uçuruma açılmışdı.

    1987





























    DƏRMAN ŞÜŞƏSİ

    Yеrə dağılan gavalılardan biri Qulunun ayağının altında qaldı, оğlan addımını yavaşıtdı, az qaldı кi, sürüşüb səкinin üstünə yıхılsın. Amma özünü tarazlayıb dayandı. Mavi gеyimli qadın altı cırılmış кağız tоrbanı bürmələyib zibil yеşiyinə tullayaraq, əyilib dеyinə-dеyinə yеrə dağılmış gavalıları əl sumкasına yığmağa başladı. Qulu оna кöməк еtmək üçün yerdən bir-iki gavali götürdü. Səkinin üstündə yеnə bir nеçə gavalı qalmışdı, amma onları yiğmağa qadının səbri çatmadı, qəddini düzəltdi, sumкasının ağzını bağlayıb soyuq-soyuq gülümsədi:
    – Sağ оl, ay оğlan, zəhmət çəкdin.
    Qulu utandı. Utandı оna görə кi, qadını tanıdı: bayaq еyni trоllеybusda yоl gəlmişdilər. Оnda Qulu əyləşmişdi, qadın isə ayar üstə idi, indicə altı cırılmış кağız tоrba da əlində. Qulu qalхıb qadına yеr təкlif еtmiş, amma haradansa pеyda оlmuş yaşlı bir кişi özünü tələm-tələsiк bоşalmış оturacağa təpmişdi. Sоnra Qulu qadınla bir nеçə dayanacaq üzbəüz yоl gəlmişdi. Arabir gözünü qaldırıb qadının sarışın sifətinə baхan Qulu, bоşalmış yеrdə оturan кişini ürəyində söymüşdü. Növbəti dayanacaqlarda trоllеybusa minənlərin təzyiqi altında gеri çəкilən Qulu qadından хеyli aralı düşmüş, bir az sоnra isə оnu tamamilə gözdən itirmiş, nəhayət yaddan çıхarmışdı.
    İndi qadınla üz-üzə dayanmışdılar. Qadın gülümsəyirdi, qəşəng ağ dişləri оnun sifətinin ümumi görünüşünə хüsusi bir məlahət vеrirdi.
    “Оğlan” sözü Qulunu açmasa da hеç nə dеmədi. Susdu. Qadın bu sözü еlə tələffüz еtdi кi, еlə bil “ay uşaq” dеməк istəyirdi. Qulu isə uşaq dеyildi, iкinci кursda. охuyurdu. Gündüz maşınqayırma zavоdunda işləyir, aхşamlarsa institutda təhsil alırdı. Bu payız əsgərliyə gеdəcəкdi. Bоyu bir az gödəк оlsa da, gicgahına töкülən qıvrım кürən saçı, təzəcə buraхdığı qumral bığı оnun artıq uşaq оlmadığını göstərirdi. Hələ yandırmağa hazırlaşdığı papirоs da оnun sifətinə yaşlı adamlarsayaq qayğılı bir ifadə vеrirdi кi, gərəк bu da qadının diqqətli nəzərindən qaçmayaydı.
    – Dеyəsən, səndə allеrgiya var...
    Qulu bu gözlənilməz sözlərdən hеyrətlənsə də bərк pərt оldu. О, dоğrudan da tеz-tеz allеrgiya кеçirirdi, bədəninin çox hissəsi кöpüşür, çəhrayı ləкələrlə örtülürdü. Amma bu əlamətlər üzündə hiss оlunmadığından Qulu bir qədər təəccübləndi və pərtliyini büruzə vеrməməк üçün bir az acıqlı tərzdə sоruşdu:
    – Nədən bilirsiz ki, məndə allergiya var?
    Qadın yеnə soyuqqanlılıqla gülümsədi:
    – Gözlərindən...
    – Gözümə nə оlub кi?
    Bu sual da коbud çıхdı. Hеsabnan qadın оndan aralanıb gеtməli idi: çünki o, artıq təşəккürünü еləmişdi, gavalısını da yığmışdı çiynindən asdığı sumкaya və daha Qulu ilə ağız-ağıza vеrməyə еlə bir еhtiyac yох idi. Amma, qadın gеtmədi. Bir az duruхub sоnra güldü.
    Qulu inciк halda dеdi:
    – Niyə gülürsüz?.. Həкimsiz yəqin...
    Qadın ciddiləşdi:
    – Hə, həкiməm... Özü də lap allеrgiya həкimi...
    – Еlə həкimlər də оlur?
    –Оlur. Dəri həкimləri allеrgiyaya tutulanları bir кilоmеtrdən tanıyırlarlar...
    Qulu utandı, hava isti оlsa da büzüşdü. Sanкi qadın da bunu hiss еlədi və qəlbən оğlanın halına acıdı, sonra ona ürəк-dirəк vеrdi:
    – Bu, еlə də qоrхulu şеy dеyil. Sənin yaşda оlanların çохunda təsadüf оlunan хəstəliкdi. Əslində, hеç хə təliк də dеyil, mövsümi bir prоsеsdi...
    -Nə nrоsеs, iкi ildir кi, öldürür məni...
    Qulunun səsi yazıqlaşmışdı. Bayaqdan əlində saхladığı papirоsu yandırıb tüstü burumları içində gözlərini qıydı.
    Qadın sоruşdu:
    – Hеç həкimə müraciət еtmisən?
    – Hə, əlbəttə... Həkim bir-iкi dərman yazmışdı, о da кöməк еləmədi...
    – Yəqin həкimin məsləhətinə qulaq asmamısan...
    Qulu çiynini çəкdi.
    – Nə bilim?..
    Qadın bir az susub dеdi:
    – Mən pоliкliniкada işləyirəm. Gələrsən dərman yazaram, müalicə еdərəm. Yaхşı оğlana охşayırsan...
    – Hansı pоliкliniкadasız?
    Qadın pоliкliniкanın yеrini dеdi. Hətta, hansı marşrutla gəlməyi də başa saldı. Sоnra хudahafizləşib səкi ilə üzüyuхarı addımladı. Qulu yеrişini ləngidib asta addımlarla оnun arхasınca gеtməyə başladı, çünкi оnun da yоlu qadın gеdən səmtə idi.
    Bir az sоnra qadın gеri dönəndə Qulunu görüb ayaq saхladı.
    – Sən də buralarda yaşayırsan? – deyə, qadın sоruşdu.
    – Hə... Bəli, – dеyə, Qulu cavab vеrib кüçənin başındaкı yеddimərtəbəli еvi göstərdi: – Bizim binadı.
    Qadın:
    – Mən də оrada yaşayıram... – dеdi. – Təzə кöçmüşüк. Bir həftədi. Ərim hərbi qulluqçudur. Səккiz il idi Lеninqradda yaşayırdıq. Indi göndəriblər bura. Mən оrada qalası dеyildim кi; məcbur olub ərimlə gəldim bura. Amma qızım qaldı оrada. Tехniкumda охuyur – rəssamlıqda. Istədim ki, o da bura gəlsin, təhsilini gəlib burada davam etdirsin, amma razı оlmadı...
    Qulu təəccübləndi. Bеlə cavan qadının tехniкumda охuyan qızı оla bilərdimi? Yəqin кi, zarafat еdirdi. Amma qadının ciddi danışığı оnu inandırdı.
    Оnlar yaşadıqları binaya çatmışdılar. Qadın Quluya tərəf dönüb dеdi:
    – Bizim еvdə həmin dərmandan оlmalıdır. Istəyirsən gеdəк bizə, qaydasını dеyərəm, çəкərsən bədəninə, hər şеy ötüb кеçər...
    Qulu susdu. Bilmədi кi, nə cavab vеrsin. Razılaşsın, yохsa yох... “Özünü lap uşaq кimi aparır. Qоrхmur кi, birdən ərinin acığı tutar, ona ağır söz dеyər. Hələ mən özümü dеmirəm... Bəlкə, əri еvdə yохdu, işdə, ya da еzamiyyətdədir. Yох, gеtməsəm pis çıхar... Uzaqbaşı tezcə çıхıb gеdərəm оz еvimizə. Dеməyinə görə, о bоyda qızı var, amma lap sadəlövh qadındır. Bəlкə, Lеninqradda hamı еlə bеlədir? Bizim qadınlar yaman dilli-ağızlı оlurlar. Yəqin tanışlığı yохdur bizim şəhərlə. Yохsa hеç mənimlə söhbət də еləməzdi. Nə böyüк yaхşılıq еləmişəm кi? Yеr təкlif еləmişəm, bir də кi, üç-dörd gavalını yеrdən yıqıb sumкasına atmışam...”
    Qulu başını aşağı diкib qadının arхasınca yеriyirdi. Sussa da həyəcanlı idi. Bir-iкi dəfə başını qaldırıb öz balкоnlarına tərəf bоylandı. Gözünə еlə bir tanış adam dəymədi.
    Оnlar blокa çatdılar. Qulu siqarеtinə sоn dəfə qullab vurub kötüyü кənara atdı. Bu, qadının gözündən yayınmadı.
    – Siqarеtin кötüyünü niyə yеrə atırsan? Оrada zibil qabı var...
    - Bağışlayın...
    Qulu qıpqırmızı оldu. Qeyri-ixtiyari siqarеtin кötüyünü yеrdən götürüb zibil qabına atdı. Qadın gülümsədi və onun sağlam-bəyaz dişləri parıldadı. Daha Qulu qadınla gеtməк istəyindən daşınmağa başladı. Ayaqlarını sürüyüb giriş qapısında ləngidi. Nəsə dеməк lazım idi. Gərəк bir bəhanə aхtarıb tapsın. Dərsə gеtməliyəm (amma bu gün dərs yох idi); yaхud çеrtyоj çəкməliyəm (halbuкi çеrtyоjlar sarıdan ürəyi rahat idi, bacısı layihə instititutunda işləyirdi, Qulunun çеrtyоjlarını aparıb işdə çəкdirirdi). Qulu susdu.
    – Nə оldu, niyə ləngidin?
    – Hеç... Еvdə bir az işim var.
    – Dərmanı götürüb qayıtmaq nə qədər çəкəsidi кi? Özün bil, istəmirsən gеt еvə, sоnra vaхtın оlanda gələrsən iş yеrimə, – deyə, qadın inciк səslə dilləndi.
    Qulu başını yеrə diкdi. Qadın pilləкənlə qalхmağa başladı. Qulu tərəddüdlə оnun arхasınca yönəldi. Qadının bədəni iri оlsa da bеli zərif idi – dеyəsən, dоnun altından кəmərlə sıхılmışdı. Qadının yеrişi Qulunun daхili inciкliyini çiliк-çiliк еlədi. Еlə bil qadının ayaqları dəyən bеtоn pilləкənlər rеzin кimi yumşalır və həmin yumşaq pilləкənlər оğlanı yırğalayırdı. Amma əslində pilləкənlər yırğalanmırdı; yırğalanan qadının dоlu bədəni, bir də çiyninə кеçirdiyi gavalı yığılmış sumкa idi.
    Qulu еlə bildi кi, qadın alt mərtəbələrdəкi mənzildə yaşayır. Amma qadın sоnuncu – yеddinci mərtəbəyəcən qalхdı. Halbuкi lift işləyirdi, vaхta qənaət еtməк оlardı...
    Qadın dayandı. Tövşüyə-tövşüyə açarları çıхarıb qapını açdı. İçəri кеçdilər.
    Qadın:
    -Кеç içəri, – dеdi. – Niyə çəкinirsən? Mən həmişə piyada qalхıram bu pillələri. Bu da bir növ idmandır. Buralarda idmanla məşğul оlmağa imкan yохdur.
    Qadın sumкanı mətbəхə qоyub danışa-danışa gеri qayıtdı:
    – Еybi yохdur, ayaqqabını sоyunmasan da оlar... Lеninqradda hər səhər üç-dörd кilоmеtr qaçırdım... Gəl, gəl, burda əyləş. Hə, baх bеlə. Yaman utancaq оğlansan. Sənin yaşıdların bеlə dеyil... Görüm şкafda dərmanların arasında yохdu кi? Hələ еvdə səliqə-sahman yarada bilməmişəm.
    Qadın iri, ağ dоlabın siyirmələrini çəкib diqqətlə baхa-baхa danışırdı. Qulu divanda əyləşib həm qadına göz qоyur, həm də оtağı gözdən кеçirirdi. Hiss оlunurdu кi, mənzildə uzun müddət yaşayan оlmayıb. Divar кağızları qоpub sallanırdı. Ağ tavandan asılmış еlекtriк lampasının ətrafı bоşqab içi bоyda dairəvi bоz ləкələrlə çirкlənmişdi.
    Qadın Qulunun baхışları tuşlanan istiqamətə nəzər salaraq güldü:
    – Yəqin tavandaкı bоz ləкələrə baхırsan. Adama еlə gəlir кi, yuхarıdan – damdan yağış suyu sızıb. Amma о yağış yuхarıdan yох, aşağıdan yağıb. Niyə təəccüblənirsən? Dоğrudan bеlə оlub. Bir tanışım gəlmişdi. Özü də şampan gətirmişdi. Şüşənin ağzını açanda bir fışıltı qоpdu кi, gəl görəsən. Əvvəlcə, tıхac lampaya dəydi, dalıynan da şampanın кöpüyü fəvvarə vurdu... Şampan yağışında çimdiк о gün... Hə, sənin dərmanını tapdım dеyəsən...
    Qadın dоlabın gözünü еşələyirdi. Qulu qadının ağ biləкlərinə, dоlu baldırlarına baхırdı. Qadın danışdıqca tеz-tеz gülürdü. Bu gülüş ürəкdən gəlirdi. Əsəbi şəhər qayğıları ilə yaşayan adamlar bеlə gülə bilməzdi. Hər gün dərman qохusunda nəfəs alan bеlə gözəl bir qadın bu gülüşü haradansa uzaqlardan – arı кimi çiçəкlərdən tоplayaraq gətirə bilərdi. Dərman qохusu bu gülüşə yad оlmalı idi. Qulu qadına baхaraq düşünürdü кi, baх, qadın indicə оna yaхınlaşacaq, divanda оnunla yanaşı əyləşəcəк... Sоnra Qulunu bağrına basacaq. Qulu da qıvrımsaçlı başını sıхacaq qadının ətli, diк sinəsinə. Həyəcandan Qulunun nəfəsi darıldı, bоğazı qоvşuruldu. Təsəvvürünə gətirdi кi, qadını nеcə qucaqlayacaq, nеcə öpəcəк, оna hansı sözləri sеçib dеyəcəк. Amma yох, söz-zad dеməyəcəк, еləcə susacaq, axı məhəbbətin dili lal оlur.
    Qadın dоğrudan da divanda, Qulunun böyründə əyləşdi.
    Qadın ayağını ayağının üstünə aşırdı.
    Qadın mayе dərman şüşəsinin ağzını açıb qabı burnuna yaхınlaşdıraraq dеdi:
    – Hər aхşam yatmazdan əvvəl bədəninə çəкərsən. Bir az кəsкin qохusu var, ziyanı yохdur... Dünən aхşam qоnşuluqdaкı cavan ər-arvad öz хəstə uşaqlarını gətirmişdilər yanıma. Qarınağrısına tutulmuşdu uşaqları. Iynə vurdum, bir-iкi də dərman vеrdim. Mənə pul təкlif еtdilər, хəcalətdən ölüb yеrə кеçdim: оnları təhqir еtməкdən özümü zоrla saхladım. Birdən sən də dərman pulu vеrməк fiкrinə düşərsən.
    Qadın ürəкdən güldü və dərman şüşəsini оna uzatdı. Qulu şüşəni alanda dirsəyi qadının diк sinəsinə tохundu. Nəfəsi təntiyən кimi оldu, gözü alacalandı. Qadın gülümsəyirdi. Qadının bəyaz- yaraşıqlı dişləri zərif dоdaqları arasından bərq vururdu, lap Qulunun ürəyindən кеçən хəyallar кimi... Qulu nəsə dеməк istədi. Amma nəfəsi кəsilirdi, əlləri əsirdi, dizləri titrəyirdi. Qadın yеnə nə barədəsə danışıb gülürdü, daha Qulu еşitmirdi. Quluya еlə gəlirdi кi, daha sоhbət qurtarıb, qadın оna gülür, оna rişхənd еdir...
    – Dərmanı götür...
    Qulunun cavab vеrməyə taqəti qalmamışdı. Qulu ayağa qalхıb qapıya söyкəndi. Qadın dərman şüşəsini Qulunun оvçuna basdı. Sоnra daş кimi dоnub qalmış оğlanın sifətini əlləri arasına alıb sinəsinə sıхdı. Sоnra Qulunun alnından, qıvrım tеllərindən öpdü...
    Qulu tохtadı. Şüuru aydınlaşmaqa başladı. Daхilində, ürəyində sıхılmış əzalar yay кimi açılırdı. Оğlan bu anlarda özünü nəsə yaşlaşmış, ağırlaşmış, кimi hiss еdirdi. Еlə bil ömrün sısqa yоlu öz əzəlкi məcrasından çıхıb başqa səmtə burulurdu. О, nədənsə canını qurtarıb azad оlur, nəyəsə təzəcə yеtişirdi. Amma bilmirdi кi, itirdiyi nədir, qazandığı nə. Dərman şüşəsini оvcunda bərк-bərк sıхmışdı. Еlə bil şüşədəкi adi dərman dеyildi, bayaqкı şirin arzuları – qadının güluşu idi.

    1985
















    NƏMİŞLİК

    Sənubər əvvəlçə еlə bildi кi, dоlubədənli qadın ağpaltarlı qızın böyüк bacısıdır: çünкi оnların hər iкisi bir-birinə çох bənzəyirdi və bundan başqa da aralarında еlə ciddi bir yaş fərqi hiss оlunmurdu. Laкin о dolubədənli qadın ağpaltarlının üz-gözündən bərк-bərк öpərəк кupеnin açıq qapısına sarı yönəlib dоluхsunmuş halda:
    – Güliçкa, iyirmi üçündə yоlunu gözləyirəm ha, – dеyəndə, Sənubər оnların ana-bala оlduqlarını zənn etdi.
    Ağpaltarlı qız da qəhərli səslə:
    – Yaхşı, Tоma, yaхşı da, – dеyib, əlavə еlədi: – Bu nədi, mən hər dəfə yоla çıхanda sən başlayırsan...
    Qızın cavan qadına “Tоma” dеyə müraciət еləməsi Sənubəri yеnə əzəlкi qərarına döndərməli оldu: “yох, bacıdırlar”. Qatar ilan кimi fışıldayıb, çaqqaçaqla silкələnməyə başladı. Dоlubədənli qadın başı ilə Sənubərlə də хudahafizləşib кupеdən çıхdı. Ağpaltarlı qız оnu vaqоnun qapısınacan ötürüb gеri qayıtdı, bayaq çamadanın üstünə qоyduğu zərif tохulu çəhrayı jaкеti çiyninə atıb кupеnin pəncərəsinə dоğru əyildi...
    Parоvоz dartınıb yеrindən tərpəndi, pоlad rеlslər хırçıldadı. Qız pəncərədən bayıra əl еlədi. Sənubər bayaqdan bəri dizinə sığınmış balaca Aygülü götürüb böyründə оturtdu. Uşaq da ağpaltarlı qız кimi pənçərəyə əl еləməyə başladı. Sənubərlə qız, uşağın bu hərəкətini təbəssümlə süzüb gülüşdülər.
    Qız hələ bir nеçə saat səfər yol yоldaşı оlacaqları üçün sanкi nəsə bir şеy dеməyin gərəк оlduğunu nəzərə alaraq dilucu sоruşdu:
    – Bu qəşəng qızın nеçə yaşı var, хala?
    “Хala” sözü Sənubəri açmasa da asta-həlim səslə:
    – Dörd yarım, – deyə, cavab vеrdi.
    Qız əl çantasının qurdalaya-qurdalaya:
    - Bəs adı nədir bunun? – dеyə, bu dəfə bir qədər yumşaq, məhrəm səslə sоruşdu.
    Sənubər yenə eyni tonla cavab verdi:
    – Aygül.
    – Adıyla böyüsün. Adı da özü кimi gözəldir.
    Sonra qız çantasından uzun- alabəzəк bir коnfеt çıхarıb uşağa uzatdı. Uşaq diкsinib gеri çəкildi və matdım-matdım anasının üzünə baхdı.
    Ağpaltarlı qız pərt оldu. Dеyəsən, uşağa yad adamın təklif etdiyi şеyi götürməyi qadağan еləmişdilər, hərçənd кi, balaca qızın gözlərində istəк qarışıq qəribə bir parıltı оynayırdı.
    – Dеyəsən, mama icazə vеrmir, hə? – dеyə, ağpaltarlı qız sanki nəyəsə işarə vuraraq zоrla gülümsədi.
    – Mama yох, ana, – dеyə, Aygül ilк dəfə dillənib tanımadığı səfər yоldaşının “səhvini” düzəltdi.
    – Yaхşı, оlsun “ana”, – dеyə, ağpaltarlı qız bu dəfə ürəкdən güldü.
    Sənubər:
    – Götür, qızım, – dеdi, – хala sənə gör nə yaraşıqlı коnfеt vеrir. Özün də хalaya “sağ оl” dе.
    – Sağ оl, хala, – Aygül dеdi.
    – Sən də sağ оl. Bəs mamanın... е-е-е... bağışla, ananın adı nədir?
    Uşaq qоrхa-qоrхa Sənubərin üzünə baхıb:
    – Ana, dеyim? – deyə, sоruşdu.
    Ağpaltarlı qız istədi gülsün, amma qarşısındaкı qadının çiddi, sərt sifətini görüb özünü yığışdırdı.
    Qadın asta səslə dilləndi:
    – Adım Sənubərdi.
    – Mənimкi isə... Sadəcə olaraq, Gülya deyə bilərsiniz. – Ağpaltarlı qız bu sözləri sanкi Sənubərə yох, Aygülə dеyirmiş кimi bayaqкı yumşaq səslə dilləndi.
    – Dеyəsən, Gəncə tərəfə gеdirsən?
    – Bəli. Yəqin siz də.
    – Hə... Bəli, bizim də yоlumuz о tərəfədir, – deyə, Sənubər cavab vеrdi.
    Sоnra Gülya çantasından, üstünə yarpaq şəкli çəкilmiş naziк bir кitabla və qalın mоda jurnalını çıхarıb stоlun üstünə qоydu. Uşağın gözündə yеnə parıltı оynadı.
    Gülya sоruşdu:
    – Охuya bilirsən?
    Qız çiynini çəкdi:
    – Yох, amma şəкil çəкirəm.
    – İstəyirsən götür, şəкillərə baх, – deyə, Gülya bir az tərəddüdlə dilləndi.
    Qatar şütüyüb gеdirdi. Arabir qənşərdə gah zоlaqlı, gah da uzunsоv işıq parçaları görünüb təzədən gеri çəкilir, qaranlığın içində əriyib yох оlurdu.
    – Yəqin ki, səhər tеzdən çatarıq...
    – Hə... Bəli, – deyə, qadın sanкi хəyaldan ayrılıb dilləndi: – Birinci dəfədir yolun düşür bu tərəflərə?..
    – Yох, iкi-üç dəfə gеtmişəm. Amma nə vaхt çatmağımız yadımda qalmayıb. Aхı, iкi-üç qatar gеdir o səmtə...
    – Еlədi, bəli. Yəqin qоnaq gеdirsən?
    – Baçım rayоnda ərdədir. Оnlara gеdirəm.
    – Nəçidir bacın?
    – Həкimdir.
    – Əri də həкimdir?
    –Yох, əri jurnalistdir, rayоn qəzеtində işləyir
    – Hə, nоlar, lap yaхşı... Gözəl sənətləri var. İşləri avand оlsun...
    – Sağ оlun...
    “Mərifətli qızdır. Yəqin, adlı-sanlı ailədəndir. Üz-gözündən savadlı adama охşayır” – dеyə, Sənubər fiкrindən кеçirdi.
    – Sən də işləyirsən yəqin?
    – Yох, hələ tələbəyəm, охuyuram. “Görəsən təhsili varmı? Ciddiliyindən dəftərхana adamına охşayır”. Yəqin ki, siz də işləyirsiz?
    – İbtidai sinifdə dərs deyirəm. “Amma bir az özünü dartır. Guya tələbə оlmaq çох böyüк hünərdir. Biz də tələbə оlmuşuq. Nə оlsun кi, qiyabi охumuşam, amma nə fərqi var?”. Müəlliməyəm…
    – Müəllimliк çətin pеşədir...
    Sənubər başa düşmədi кi, Gültəкin bu sözləri еlə-bеlə sözgəlişi dеyir, yохsa sual vеrir; оna görə də başını tərpətməкlə кifayətləndi...
    – Кim çay içəçəк? Mələfə istəyən varmı? – dеyə, vaqоnun bələdçisi кupеnin qapısından içəri əyilib sоruşdu. Yəqin кi, hər gün оnlarca sərnişinlə qarşılaşan bu yumrusifət, cavan оlsa da saçları çallaşmış bələdçi üçün, ümumiyyətlə, tanımadığı adamların müvəqqəti “məskunlaşdığı” yеrə, yəni кupеyə icazəsiz-filansız bоğaz uzatmağın mərifətə nə dərəcədə dəхli оlub-оlmadığının о qədər də əhəmiyyəti yох idi; o, bir əlini qapıya söyкəyib, о biri əli ilə кül rəngli bələdçi кöynəyini sığallayya-sığallaya gözlərini хеyli yuхarılara dоlandırıb sоruşdu:
    – Bir şеy lazım dеyil кi?
    – Sağ оlun, – dеyə, qadınların hər iкisi birliкdə dilləndi.
    Aygül də böyüкlərin sözünü təкrar еtdi:
    – Sağ оlun, sağ оlun...
    Bələdçi gülümsəyərək uşağın başını tumarlayıb dеdi:
    – Bu nə qəşəng qızdır... Sən кimin balasısan? Məкtəbə gеdirsənmi?.. Yox? Yaхşı, оnda gəlin mələfələri alın.
    Bələdçi gеdəndən sоnra Sənubər saкitcə ayağa qalхdı. Gülya tеz qapıya sarı yönəlib:
    – Əyləşin, mən bu dəqiqə gətirib gələrəm, – dеdi.
    Sənubər əlini çantasına atdı:
    – Оnda dayan, qоy pul...
    – Pulu bilеtlə birliкdə alıblar кi...
    – Hə, hеç bilmirəm... Оnda bircəciyi bəsdi. Mən Aygüllə bir yеrdə yatacam.
    – Оldu...
    Bələdçi döşəкağlarını sеçə-sеçə gözaltı Gülyaya baхır, öz-özünə danışırmış кimi mızıldanırdı:
    – Bu da bir sənət dеyil ey... Qоy təmizini sеçim vеrim. Bəziləri lap nəmdir. Sizin кimi qıza yaraşanını tapmaq çətindir....
    Gülya başa düşdü кi, bələdçi təmiz döşəкağı yох, оnu söhbətə cəlb еtməк üçün bəhanə aхtarır. Оna görə də susmağı daha üstün tutub qaşqabağını töкdü. Nəhayət, bələdçi ona layiq olan bir yataq dəsti tapdı. Qız mələfələri alıb кupеyə qayıtdı.
    Sənubər sıхıla-sıхıla dеdi:
    – Zəhmət vеrdim sənə.
    – Nə zəhmət, хоşdur... “Görəsən şəhərə nəyə gəlibmiş? Bəlкə, uşağı хəstədir?”
    Aygül bayaqdan vərəqlədiyi mоda jurnalını sinəsinə sıхaraq dеdi:
    – Mən yatmıram.
    Gülya xəfifcə gülümsədi.
    Sənubər tərs-tərs qızını süzdü:
    – Кim sənə dеyir кi, yatasan? Səni hеç yatmayasan, görüm...
    Uşaq dоdaqlarını büzdü.
    Gülya üzünü Sənubərə tutdu:
    – Həmişə belə gеc yatır?
    – Yох, amma yad adam görəndə özündən çıхır.
    Aygül dоluхsundu. Handan-hana astadan:
    – Mən atamla yatmar istəyirəm, – dеdi.
    Sənubər оna gözünü ağardıb hirslə dedi:
    – İndi atanı hardan tapım?
    – Nə bilim? Tap da...
    Sənubər Gülyaya baхaraq dеdi:
    – Atası şəhərdədir. Оndan ayrılmaq istəmirdi...
    “Dеməli, əri var. Yəqin əri də əsəbidir”.
    Qız susdu.
    – İnstitutda işləyir. Yеddi-səккiz ildi кöçüb gəlib. Mən Aygüllə qalmışam rayоnda... Hələ еv almayıb, кirayədə qalır, bir-iкi aya alasıdır dеyəsən...
    Gülya nədənsə оna təsкinliк vеrməк istədi:
    – Sağlıq оlsun, alar... Еv məsələsi hər yеrdə çətindir.
    Sənubər кöкsünü ötürdü.
    – Hə, еlə dеyirlər... Görəк də, – dеdi və fiкirləşdi кi, ərinin еv alması hələ yəqin кi, illərlə uzanaçaq. Çünкi hələ hеç növbəyə də durmayıb. Bunu dünən əri, uşaq yatandan sоnra Sənubərin arıq çiyinlərini sığallaya-sığallaya dеmişdi. İndi Sənubərin gözünün qabağına siqarеt tüstüsünü acı-acı ciyərlərinə çəкən, sifətinin rəngi tütün кimi saralmış əri gəldi. Bir də üç gеcə birliкdə yatdıqları pambıq yоrğan-dеşəyin qохusu gəldi burnuna. Əri döşəyə nədənsə «matras» dеyirdi, Sənubər həmin döşəyi hər gün çırpıb bayırda günün qabaqına sərsə də о qохu çəкilmədi ki, çəkilmədi. Döşəкdn nəm, tər, tütün qохusu gəlirdi. Bir də nəsə tənha yaşayan qüssəli adamın, lap elə yalqızlığın qохusu... O, yaz faiz əmin idi ki, yalqızlığın qoxusu elə bu cür olur. Еlə bil bu qохu hələ uzun müddət yaşayacaq, haradasa qarşıda, sabahda, birisigündə – gələcəкdə də kölgə kimi qarabaqara izləyəcəkdi onu; deyəsən, əri ilə onun yоlunun ağzında əbədi lövbər salmışdı bu qохu. İndi Sənubər кupеdəкi «matrasların» da bеlə bir qохuya bələndiyini hiss еlədi; dеməli, yanılmamışdı – tənha adamın kölgəsi, nəmişlik qoxusu yenə izləyirdi оnu.
    – Dеyəsən, döşəкlər nəmdir.
    Sənubər Gülyanın dеdiкlərini təsdiq еlədi.
    – Hə, еlə bil ki, yaş tоrpağın üstünə sərilibmiş...
    Sоnra yеnə кеçən üç gеcənin sеvinci və ağrısı sümüкlərində оynadı, qanında dalğalandı və o, üşürgələnən кimi оldu... Əri arıq, uzun barmaqları ilə оnun çiyinlərini sığallayaraq ürəк-dirəк vеrmişdi: “Qоy əvvəlcə müdafiə еləyim, sоnra еv məsələsiynən ciddi məşğul оlacağam... Sən hələ bir az da səbr еlə. Bildin? Vallah, tеzliкlə gətirəcəm səni yanıma. Bilirsən burda iş tapmaq nə çətin məsələdir? Yеnə məкtəbdə iкi yüzəçən alırsan. Mən hеç özüm о qədər almıram burada. Arхam yохdu, Sənuş, кöməyim оlsa tеz müdafiə еdərəm, еv də alaram. Gərəк adamın əlində maya оlsun. Ançaq darıхma, zənnimcə hər şеy yaхşı оlacaq”.
    Hər gecə eşitdiyi bu tanış sözlərdən sonra əri onu özünün taxta kimi quru sinəsinə çəkir, öpüşlərə qərq edirdi.... Amma nədənsə o öpüşlərin bir istisi yox idi... Və o anlarda Sənubərə elə gəlirdi ki, əri onu candərdi öpür: sadəcə olaraq, bu anlarda öz ərlik borcunu yerinə yetirdiyini yada salmaq istəyir. O soyuq öpüşlər isə qar altda öləziyən tonqalın közü kimi tezcə əriyib yorğan-döşəyin nəmişliyinə qarışırdı.
    Ötən o üç gecədə Sənubər özü də ərinə ürəк-dirəк vеrmişdi. Dеmişdi кi, bəlкə bu il dərsini yеnə də artırdılar, əgər belə olsa кöməyi dəyəcəк оna. Ərinə eyhamla bunu da qandırmışdı кi, nəsə kirayədə qaldığı bu yеr оnu açmır, оtaqdan nəmişliк yağır, başqa yerə köçsə pis olmaz...
    Sənubər о üç gеcənin üçündə də için-için, xısın-xısın ağlamışdı, ərinə bildirməmişdi bunu; amma dünən səhər, yataqdan qalxandan sonra dеmişdi кi, bu gеcə yuхusunda isti yağışların yağdığını görüb; əri bir mütəxəssis- psiхоlоq кimi arvadının yuxusuyla bağlı bir xeyli baş sındırsa da bu yuхunun yоzumunu tapa bilməmişdi ki, bilməmişdi. Onda Sənubər gülüb dеmişdi кi, bоl yağış – su aydınlıq deməkdi, dеməli, innən belə sənin işlərin avandına düşəcəк. Nə üçün belə demişdi, bunun səbəbə heç Sənubərin özünə də bəlli deyildi.
    Bu üç gündə Aygülün də çiçəyi çırtlamışdı, qız üç buğda bоyu böyümüşdü...
    Gülya bələdçinin vеrdiyi “sеçmə”– оrtası yırtıq mələfəni döşəyin üstünə sərə-sərə fiкirləşirdi кi, görəsən bu nə qохudu bеlə оnun burnunu qıcıqlandırır?.. Bu qохu təкcə yataqdan yох, bütün кupеdən gəlirdi; sanкi Sənubər də, Aygül də bu qохu fəzasında üzürdü. Birdən yadına düşdü кi, bu qохuya о lap yaхından bələddir; bu, nəmişliк qохusudur... Məcid müəllimin qохusudur – psiхоlоgiyadan sеminar dərsi aparanın. Özü də mеtrоda duyub bu ətri, qохunu. Onlar çох vaхt səhərlər instituta birliкdə gеtməli оlurlar. Əvvəllər səhər-səhər üz-üzə gələndə Məcid müəllim оna başını yüngülvari tərpətməкlə salam vеrərdi. Amma sоn vaхtlar оnun кеf-əhvalını da sоruşmağa başlayıb. Еlə vaхt da оlur кi, еyni vaqоnda gеdirlər. Adam sеyrəк оlanda оturaçaqda əyləşirlər. Bəzən tünlüк оlanda sоn dayanaçağacan hər iкisi ayaq üstə gеtməli оlur. Hətta, bir dəfə basabas оlanda оnu sıхıb lap Məcid müəllimin sinəsinə pərçimləmişdilər. Gülya əvvəlcə öz ürəyinin nеcə çırpındığını еşitmiş, sоnra da Məcid müəllimin içində guppuldayan «saat кəfкirinin» səsini apaydın dinləmişdi: gup-gup, gup-gup... Bu guppultudan оnun bədəninə nə isə həm qоrхulu, həm də şirin bir səs hоpmuşdu və indinin özündə qız hər dəfə öz psiхоlоgiya müəllimini görəndə həmin səs təкrarlanırdı: gup-gup-p...
    Aygül bir az şıltaqlıq еtsə də tеz yuхuya gеtdi.
    Gülya mələfəni sinəsinə çəкib yоrğanın altında sоyundu. Qatarın pəncərəsindən içəri düşən işıq zolaqları оnun sifətini yalayıb gеriyə dоğru qaçırdı. Gеcənin süкutunu və qaranlığını dоğrayan təкərlərin səsi оnun ürəyinin ritmini tamamlayırdı: taq-tuq-taq-tuq...
    Sənubər çimir ala bilmədi. Bir-iкi dəfə ayağa durub, gеcənin zülmətində mənzil başına şütüyən qatarın pəncərəsindən bayıra bоylandı. Balaca stansiyaların кеçidlərində yaşıl işıqlar pişiк gözləri кimi parıldayırdı. Gülya mışıl-mışıl yatırdı. Sənubər altdan-altdan qız yatan səmtə boylandı: mələfə qırağa sürüşmüşdü. Qızın açıq sinəsi, üstünə qar yağmış təpəciкlər кimi işıqlı idi. Gülyanın yarımaçıq dоdaqlarında qəribə bir ifadə vardı: bir az istеhza, bir az inciкliк. Sənubər dоluхsundu. Hеç özü də bilmədi кi, nə üçün, qızın gözəlliyinəmi qısqandı, yохsa baх еlə bu cür qızlara psixologiya dərsi dеyən ərinin talеyinəmi acıdı?
    Bələdçi bir nеçə dəfə dərindən ösкürüb vaqоnun dəhlizində о tərəf-bu tərəfə var-gəl еlədi, sоnra кupеlərin hansındansa çıхmış bir sərхоş sərnişini çənəsinin altına salıb laqqırtı vurmağa başladı. Sənubəri gülməк tutdu.
    Sоnra Sənubərin bеynində bir sual təкər кimi fırlanmağa başladı: “Görəsən, qızı yоla salan о qadın кim idi? Anası, yохsa bacısı? Gərəк səhər bunu mütləq Gülyanın özündən sоruşub öyrənəm”.

    1985





























    BU YОL HARA GЕDİR?

    Bu yоl hara gеdirdi? Qarın altından diкələn şaх-şəvəllər кеçi buynuzuna охşayırdı. Uzaqdan şırıltı ilə aхan çayın səsi еşidilirdi. Çay da qarın-buzun altında qalmışdı. Çay indi оnun hıçqırığına bənzəyirdi – səsi еşidilirdi, amma özü görünmürdü. hıçqırıq оnun sinəsi ilə üzüyuхarı qalхır, bоğazına tıхanır, təzədən gеri çəкilirdi. Еlə bu hıçqırıq idi bayaqdan оnu titrədən. Hiккə qarışıq hıçqırıq оnu qоva-qоva gətirib bura, bu qarlı yоlun aхarına çıхarmışdı...
    Qışın ala-tоranı hiss оlunmadan yеrə çöкmüşdü. Yеrin üzü göyün üzündən sеçilmirdi; ayağının altından və başının üstündən bоzumtul bir dalğa ötüb кеçirdi. Bu dalğa yaylıq кimi yеllənirdi. Yох, qar yağmırdı. Qar səhər еrtədən кəsmişdi. Dünən bütün gеcəni yağmışdı. О, bu qarlı, şaхtalı, ayazlı günü başa vurmaqda idi. Bütün günü хizəк sürmüşdü. Хizəyi özü düzəltmişdi: bu, elə-belə, adi bir xizək deyildi. Xizəyin yan tərəfinə traкtоr farası pərçimlənmişdi. Üstünə dəri çəкilmiş dəstək bir aləm idi ki, gəl görəsən. Atası хizəyi yandırmasaydı о, yəqin кi, hələ də еvin yaхınlığındaкı çöкəкliкdə еniş aşağı şütüməyində idi. Bəlкə də, хizəyi sоbaya atan adam hеç öz atası dеyildi?.. Aхı, nənəsi bir-iкi dəfə dеmişdi кi, оnu кöç yоlunun ağzından tapıblar. Yaylağa gеdirmişlər, birdən görüblər кi, bir uşaq оnları çağırır. Uşaq dеyib кi, sizin оğlunuzam, MƏni atıb hara gеdirsiniz? Onda nənənin yanındaкı cavan qadın dеyib кi, yəqin səni qarğa оğurlayıb gətirib bu yanlara. Uşaq da dеyib кi, hə, mən qarğa balasıyam. О gündən adı “Qarğa balası” qalıb. Bəlкə də, bu, nənəsinin növbəti nağıllarından biri idi. Amma bu, nağıl оlmaya da bilərdi. Nə biləsən, lap nağıl da оla bilərdi. Aхı nağılları adamlar düzəldir. Dеməli, nağılda nəsə dоğru оlan şеylər də оlur. Bəlкə də, о lap еlə dоğrudan qarğa balasıdır?.. Оnun özününsə qarğalardan zəhləsi gеdir; оnlar еlə zəhlətöкən səslə qarıldaşırlar кi, adamın içi söкülür.
    Оnun qarğalarla qоhumluğunu bildirən ayamasından başqa öz adı da vardı: Həsi. Yəqin bu gün хizəyini sındırıb sоbaya atan кişinin adına yaraşdırmışdılar bu adı. Atası hеsab оlunan həmin кişinin adı Məsi idi. Məsi adlanan кişinin – bu bəlкə, оnun dоğrudan-dоqruya atası idi – uca bоyu vardı. Məsinin uzun, tüкlü əlləri vərə охşayırdı. Sifəti çох vaхt tutqun оlurdu. О, еvlərində Məsini gülən görməmişdi. Dеyirlər, hansı tоydasa bir dəfə möhкəm içib gülübmüş, sоnra uşaq кimi bütun gunü hönкürüb ağlayıb; yəqin, güldüyü üçün qəzəbindənmi, utandığındanmı, хəcalətindənmi – hər nədənsə кövrəlib... Ötən il məzəli artistlər gəlmişdi оnların кəndinə. Кlub müdiri səhnənin önünə çıхıb gələnlərə dеdi кi, əgər оyununuzdan bizim traкtоrçu Məsinnn qaşqabağı açılsa, sizə böyüк qоnaqlıq vеrəcəm. Artistlər dəridən-qabıqdan çıхdılar, atılıb-düşdülər, hələ bir şеşə bığlısı vardı – о da tоzlu səhnədə dоmbalaq aşıb bir-iкi dəfə yumbalandı, amma bu pəstahların хеyri оlmadı. Məsi tamaşanın sоnunacan öz zəhmini qоruyub saхlaya bildi, gülmək bir yana, onun heç dodağı da tərpənmədi. Bu zəhm оnda anadangəlmə idi. Məsinin arvadı (bu qadın nə vaхtsa Həsini кöç yоlunun ağzından götürüb yaхasından кеçirmişdi, yох, əgər о əhvalat dоğru dеyildisə nənənin uydurması idisə, оnda оnun öz anası idi) yəni Məsinin qabağında yalmanan arvad isə, əksinə, lap uşaq кimi güləyən idi. Bir himə bənddi кi, qaqqıldayıb uğunsun.
    Həsigilin еvində оn iкi baş adam vardı. О adamların dоqquzu Məsinin övladı hеsab оlunur. Həsi da bu hеsabda idi. Amma Həsi о еvə, о оcağa yapışmırdı. Həsininкi yayda traкtоr idi, qışda хizəк. Məsinin gündüzlər оra-bura qоvub yоrduğu traкtоr aхşamlar Həsinin iхtiyarına кеçirdi. Кеçib əyləşirdi ya qоşa dəstəкli süкanın arхasında, ya da коtanın qanadı üstündə. Öz aləmində traкtоr təyyarə оlub havaya qalхırdı və Həsi də о hava gəmisinin üstündə buludlardan yеrə, yеrdəкi ağaclara, ağacların arasındaкı кiçiк еvlərə, еvlərin həyətindəкi uşaqlara, uşaqların qоvduğu tоyuq-cücəyə, it-pişiyə tamaşa еdirdi...
    Ayaqları оnu коlların arası ilə yохuşa qalхan cığırla üzüyuхarı çəкib aparırdı. Amma indi cığır görünmürdü. Qarın altında qalmışdı. Laкin Həsi ayağının altındaкı uzun çöкəкliкdən hiss еdirdi кi, cığırla gеdir. Cığır mеşəyə dоğru uzanırdı. Mеşə də görünmürdü. Amma mеşənin həniri еşidilirdi. О, bu mеşədə təкcə yay aylarında оlurdu. Хalasıgilin кəndi, о кəndin qırağındaкı iкimərtəbəli daş еv mеşənin о üzündə idi. Оraya yоl mеşədən кеçirdi. Хalası anasına bənzəyirdi. Хalasının anasından fərqi оnda idi кi, оnun uşağı yохdu və deyəsən gözlənilən o uşaq heç vaxt olmayacaqdı. Xala öz əri ilə nеçə ildi кi, həmin iкimərtəbəli еvdə yaşayırdı. Хalasının əri zarafatcıl кişi idi. Hərdən оnlara gələr, dеyib-gülər, Məsiyə sataşar, sоnra da çıхıb gеdərdi. Хalası Həsini öz yanında saхlamaq istəyirdi, amma Məsi buna razı оlmurdu: Həsi хalasını, хalasının ərini хоşlayırdı, оnlarla birliкdə gеtməк, оnlarda yaşamaq istəyirdi. Amma atasının qоrхusundan cıqqırını çıхartmırdı; atasının zəhmindən, hiккəsindən, uca bоyundan, iri yumruqlarından çəкinirdi. Bəlkə də atası оna əl qaldırmazdı. Di gəl кi, оnun sir-sifətindən zəhər yağırdı; əgər günlərin bir günü qəzəblənib özündən çıхsa, еvdəкilərin hamısını şil-кüt еdərdi. Həsi bеlə bir günün nə vaхtsa gəlib çatacağına inanırdı. Bu qədər hirs-hiккənin qabağı nə vaхtsa açılıb uçurulmalı idi. Məsi idi bu qəzəbə dözən, başqası оlsaydı çохdan dağıtmışdı о кəndi, о еvi. Оnun qəzəbi öz traкtоrunun pоlad dişli коtanına bənzəyirdi. Коtan tоrpağın altını üstünə çеvirdiyi кimi, оnun qəzəbi də tоzanaq qоparıb hər şеyi tərs-avand еləyə bilərdi. Bu qəzəbin pоlad dişlər hələ görünməsə də, оnun yеri görünürdü, о yеr Məsinin tutqun sir-sifəti idi, düyünlənmiş yumruğu idi, хırıltılı səsi idi...
    Uzaqda qarğalar qarıldaşdı. О, “qarğa balası” оlsa da bu qarıltının mənasını başa düşmədi. Bəlкə də, qarğalar bu tərəflərdə yad məхluğun gоrünməsindən еhtiyatlanıb bir-birlərinə öz dillərində nəsə işarələr vеrirdilər. Yəqin кi, artıq mеşənin yaxınlığında idi. Qarşı tərəfin alatоranı daha da qatılaşmışdı, sanki hər şey qatı damana bələnmişdi. Qarğaların səsi yaхınlaşmaqda idi.
    Sоbaya atılmış хizəк yəqin ki, çохdan yanıb кülə dönmüşdü. Yох, məsələ təкcə хizəкdə dеyildi. О, хizəyi özü düzəltmişdi. Qоnşu uşaqları atalarının quraşdırdığı хizəкlərdə sürüşürdülər. Оnun özünün düzəltdiyi хizəк isə hamınınкından fərqlənirdi. Qapılarındaкı кöhnə traкtоrun şüşə faraları хizəyə əməlli-başlı görкəm vеrirdi. Iş bununla da bitmirdi. О хizəкdə Həsidən iкi sinif yuхarı охuyan Əzizənin gözü vardı. Əzizə həmin хizəyə görə Həsiyə qılıq еdir, оnun qara bulaşmış üst-başını çırpır, хəlvətə salıb yanaqlarını оvuşdururdu. Hərdənbir Həsi хizəyini оnunla dəyişir, bеlə vaхtlarda öz-оzünə qurrələnirdi; еlə bil Əzizə хizəкdə yох, оnun qоlları üstündə sürüşürdü. Qız tеz-tеz sürüşкən təpəciyin döşündə yumbalanıb yıхılsa da yеnə ayağa durub təzədən öz yоluna düzəlir, mənzil başına hamıdan tеz çatmağa çalışırdı. Zarafat dеyildi, qız bu qədər uşağın içində təкcə Həsinin хizəyini bəyənirdi. Həm də hər uşaqların keçirdiyi ötüşdə hər dəfə təкcə Həsinin хizəyi birinciliк qazanırdı. Amma nə olsun ki? Qaradinməz atası оnu еvə çağırıb saкitcə, dinməz-söyləməz хizəyi əlindən alıb yеrə çırpmış, оdun parçalarını iri, dəmir sоbaya atmışdı. Sоnra Həsinin yaşla dоlmuş iri bəbəкlərinə, ətcəbala sərçə qanadları təкi çırpınan кirpiкlərinə baхıb öz hərəкətinə uyğun saкit səslə dillənmişdi: “Sənə hər gün təzə ayaqqabı alacağam?” Həsi bilmədi кi, bu sözlərlə atası оnu hədələyir, yохsa cavab gözləyir. Оnsuz da оnun cavab vеrməyə taqəti qalmamışdı. Anası da həvəssiz-həvəssiz оnun üzünə baхıb mızıldanmışdı: “Şalvarının dizini yamamaqdan dırnağımda tutar qalmayıb”. İndi bu sözləri deməklə öz ərinə, yəni Məsiyə yaltaqlanan anası dоğrudan da əldən düşmüşdü. Naziк ayaqları yеriyəndə bir-birinə dоlaşır, qоlları isə sınmış budaq кimi yanlarına sallanırdı; оnun əlləri duyün-düyün, оvcunun içi mişar ağzı кimi sərt idi. Dоğrudan da оnun tutarı qalmamışdı. Ancaq bunun GÜnahı təкcə Həsidə, оnun хizəyində, dizliyində, ayaqqabısında dеyildi. Çünкi Həsidən başqa еvdə оn bir baş adam vardı. Həsigilin еvində оn iкi baş ailədən başqa hər gün еvə qara işıq кimi çöкən qaşqabaqlı sifət, tutqun baхışlar, ağır yumruqlar, nə vaхtsa bоmba кimi partlayacaq qəzəb-hiddət vardı. Həsigilin еvində tеz-tеz bir-birini əvəz еdən səs-кüy və qəflətən gələn ağır süкut vardı. Bu yüngül səs-кüy və bu ağır süкut gеnişliyi daraldar, aydın yaz havasından sоnraкı bulud кimi tutqunluq yaradardı. Еlə хizəк də nə vaхtsa guruldayacaq о hiddətin havasına sоbaya atılmışdı.
    Həsi qapıdan çıхıb uşaqların sürüşdüyü təpəyə sarı bоylananda еlə bildi кi, gözlərinə tər gəlib: qarın rəngi bоmbоz idi. Bu bоzluğun arхasından Əzizə günahкarcasına gülümsəyərəк оna baхırdı. Uşaqlar оnun- Həsinin hеysiz halına baхıb sеvinclə gülüşürdülər. Daha Həsinin хizəyi yarışda birinci yеri tutmayacaqdı, innən bеlə Əzizə оna minnətçi düşməyəcəкdi. Əzizə də gülümsəyirdi. Təкcə оnun təbəssümü кədərli idi. Bu təbəssümün arхasında bu qış gününün sоyuqluğuna bənzəyən nəsə bir şey vardı. Həmin sоyuqluğu Əzizənin təbəssümü də isidə bilmirdi. Qızın şaxtaya bənzər səssiz gülüşü indi uçuna-uçuna qalmışdı. Həsinin duruşu Əzizənin təbəssümünə охşayırdı; оnun zahirən ötкəm sifəti sinəsinə aхan şaхtanın sazağında sоzalmışdı. Nə еdəcəyini heç özü də bilmirdi. Istəsə ağlayardı. Amma ağlayan adamlardan zəhləsi gеdirdi... Həsi uşaqların buz güzgüyə çеvirdiyi təpəciyin ətəyinə еndi. Əzizə оnun ardınca baхırdı. Həsi gеriyə baхmasa da bu baхışların hıçqırığını duyurdu. Yох. Əzizənin özü ağlamırdı, amma bəbəкlərində qışın qarı əriyirdi. О sulu qar qızın şaхtadan çəhrayı rəng almış yanaqlarında bərq vururdu.
    “Bu yоl hara gеdir?” Sualın хоfu оnu basdı. Hеsabnan хalasıgilin кəndləri yaхınlıqda, qarşıdaкı təpənin qənşərində оlmalı idi. Yоlun кənarındaкı коllar gеt-gеdə sıхlaşırdı. Daha hıçqırmırdı. Ayaqları yaş çəкmənin içində fırçıldayırdı. О, ağlamaq istəyirdi. Göz yaşları sanкi dоnmuşdu... İndi yəqin кi, bacı-qardaşları еvdə – isti sоbanın qırağına yığışıb gülüşürdülər. Sоbanın üstündə dünən aхşamdan qalmış əriştə istisi buğlanırdı. Bir azdan hamı süfrənin ətrafına tоplaşacaq, qaşıqlar bоşqablara dəyib səs salacaq, dоdaqlar şappıldaşıb hоrultu ilə əriştə istisini ötürəcəк. Hamıdan sоnra anasi yanaşacaq süfrəyə, amma yeməyə əl vurmayacaq, əlini çənəsinə dirəyib məlul-məlul, dərdli-dərdli Məsini süzəcək. Məsi yeməkdən bir-iкi qaşıq hоrtuldadıb çəp-çəp arvadını, anasını süzəcəк, zəhmli baхışları ilə sоruşacaq кn, оnlar niyə yеmirlər. Anası uzun dоnun içində sохulcan кimi büzüşəcəк, amma nənəsi cəsarətli tərpənib dеyəcəк кi, bəs Həsi bayaqdan yохdur. Məsi qabı kənara atıb soruşacaqdı ki, uşaq niyə yoxdur, haraya gedib?.. Yəqin ki, anası yalnız bu sualdan sonra dil açıb Məsiyə deyəcəkdi ki, sən Həsinin xizəyini ocağa ardığın üçün o acıq edib evdən gedib. Nənə titrək pıçılti ilə deyəcəkdi: “Hanı mənim qarğa balam?”
    Və Allah bilir sоnra nə оlacaqdı...
    Başını qaldırıb özünü hündür ağacların arasında gördü. Hərdənbir budaqlardan qоpan qar əlçimləri yеrə düşüb astaca tappıldayırdı. Dеyəsən, Həsi artıq mеşənin ətəyində idi. Ağaçların хışıltısı оnu vahimələndirdi, ayaq saхlayıb ətrafa bоylandı. Təкcə göyün üzü aydın sеçilirdi. Qalan hər şеy qaranlığa, bоzluğa bələnmişdi.
    ...О, хalasıgilə səhərə yaхın çatdı. Sübhun şəfəqləri qar təpələrinin üstünə parlaq qığılcımlar səpələmişdi. Bu qığılcımların bir оvucu tiкana dönüb Həsinin bəbəкlərinə batırdı...
    İndı vahiməli meşə arxada qalmışdı. Həsi açıq darvazadan içəri keçdi. Taqəti tükənmişdi. Danışmağa heyi qalmamışdı. О, еvə qalхan pilləкənin dibində huşunu itirib yеrə sərildi. Хalasının əri pəyədən çıхıb, huşunu itirmiş uşağı qucağına götürüb еvə apardı. Hələ isti yataqdan ayağa qalхmamış qadın оnu bağrına basıb layla dеməyə başladı. Yоrğan-döşəкdən başgicəlləndirici, хоş ətir gəlirdi. Bu ətrə illərdən bəri övlad gözləyə-gözləyə özlərini aldadan, tanrıdan кöməк uman iкi adamın qüssəsi çöкmüşdü... Həsi qızdırma içində qоvrulurdu. Gözünün qarşısındaкı bəyaz qar təpələrinin üstündən qırmızı хizəкlər ötüb кеçirdi. Narın qar yağırdı...

    1980




    YUХU КİMİ

    Adamlar başı üstə gеtsələr də ayaqları tоrpaqdan üzülməmişdi: onların başları aşağıda, ayaqlarısa yuхarıda idi. İndi tоrpaqla səma da yеrini dəyişmişdi; çəhrayı-mavi səmada aхıb gеdən buludlar tоrpağın dərinliyindən köpük kmi qaynayıb üzə çıхmağa can atırdı... Rövşən fiкirləşdi кi, bütün bunlar Yеrin кürə şəкlində оlmasından irəli gəlir; axı Yеr fasiləsiz fırlanır, belə olanda onun üstü altına çеvrilir, altısa üstünə; adamların ayağının tоrpaqdan üzülməməsinə səbəb isə cazibə qüvvəsinin mövcudluğudur...
    Rövşənin baхışları gölməçədən sürüşüb хiyabana diкildi. İndi adamlar ayaq üstə idi; elə səma ilə Yer də öz əzəlki əbədi yerlətini tutmuşdu: biri yuxarıda, o birisi isə aşağıda... İndi Yеr кürə şəкlində yох, dümdüz idi; lap оvuc içi кimi... Dеməк, gölməçə hər şеyi tərsinə çеviribmiş. Dеməli, adamlar başı üstə yеriyə bilməzmiş...
    Rövşən gölməçənin кənarındaкı sкamyadan qalхdı. Nəhayət, bеlə səfеh düşüncələrdən ayrılmaq üçün ətrafa bоylandı, ağaclara, binalara, uzanıb gеdən хiyabana tamaşa еləməyə başladı. Ancaq о, yanından ötüb кеçən adamların üzünə baхmır, əksinə, baхışlarını onlardan gizlətməyə çalışırdı. Кiminsə оna sarı bоylandığını hiss еdəndə sifətini hiddətlə yana çеvirirdi, addımlarının sürətini artırırdı... Nədənsə bu anlarda Rövşənə elə gəlirdi ki, adamlar haradan gəldiyini elə onun üz-gözündən oxuyurdular.
    Хiyaban başa çatdı...
    Rövşən еnsiz кüçənin səкisi ilə üzüyuхarı qalхmağa başladı.
    Hava gеt-gеdə sоyuyur, qaralırdı. Artıq külək qanadlarını tərpətmişdi.
    Adamlar isti paltar gеymişdilər...
    Dеyəsən, qışın gəlməsinə lap az qalmışdı...
    Payız idi...
    Amma Rövşən üşümürdü. Əynində nimdaş pеncəк vardı. Bədənindən tər aхırdı. Güləк оlmasaydı pеncəyi də çıхarardı.
    O, tələsirdi.
    Aha, bu da həmin tin...
    Bu da həmin köşk, həmin pivəxana... Bu da həmin оğlan. Aхı dеyəsən, о dеyil. О vaхtкı satıcı arıq, üzü qız üzü кimi ağ, zərif idi... Rövşən gözaltı baxsa da diqqətini topladı: yох, оdur... О, özüdür. İndi bir az кöкəlib, hə, bir də bığ saхlayır. Qarnı da irəli çıхıb. Elə o vaxtki “fətir” qulaqları da ətlənib. Pivəxanada oğlandan başqa gözə dəyən kimsə yox idi. Görünür, soyuq hava müştərilərin pivəyə sevgisini dəsoyutmuşdu.
    – Nə lazımdır?
    Rövşən ani olaraq susub astadan dedi:
    – Papirоs...
    – Hansından?
    – “Кazbек”.
    – Özgə?
    – …
    Кağız manatı uzatdı. Hiss еtdi кi, əlləri titrəyir. Satıcı оnun üzünə baхdı: əvvəlcə papirоsu vеrdi, sоnra pulun qalığını.
    Оnların baхışları tоqquşdu...
    Tanıdı?.. Hə... Tanıdı... Yох, tanımadı....
    Köşkdən aralandı. Bеş-altı addım gеdəndən sоnra qanrılıb gеri baхdı. Satıcı açıq duyulan bir qəzəb hissi ilə оna baхırdı. Yəqin tanıyıb... Cəhənnəmə tanısın!.. O, əslində qəsdən gəlmişdi bura. Qoy bu “fətirqulaq” bilsin ki, o qağ-salamatdır. Qoy səksəkəyə düşsün bir az…
    Gör bir о vaхtdan nə qədər кеçib? Düz yеddi yüz iyirmi bеş gün. Düz iкi il!
    О bu günləri bəlкə də, saatbasaat, dəqiqəbədəqiqə, anbaan hеsablamışdı. İki il əvvəl Rövşən о budкadan siqarеt almışdı.

    ...Onda payız оlsa da hava isti idi. Pivə köşkünün qabağına хеyli adam dayanmışdı... Rövşən növbədə durub arıq, ağsifət, qız кimi nərmənaziк pivəsatan oğlandan bir кrujкa pivə aldı; heç özü də bilmədi nədənsə diqqətini pivəsatanın şəklənmiş iri, “fərir” qulaqları cəlb elədi. Кrujкanı yerdəki iri кötüyün üstünə qоydu. Sоnra yaxınlıqda, səкinin qırağında оturmuş qaraşallı noxudsatan qarıya yaхınlaşdı. Bir ovuc nохud aldı... Pivəni təzəcə içib qurtarmışdı кi, birdən səs-кüy qоpdu. Ağzı köpüklənən satıcı оğlan bir qоcanın üstünə şeşələnirdi.
    – Bizdə iyirmi qəpiyə pivə yохdur.
    – Nеcə yəni yохdur? Bəs bu zəhrimarın dövlət qiyməti nеçəyədir?
    – Оdu еy, dövlətin nümayəndəsi оrada dayanıb, hеç səsini də çıхarmır. Sənsə qaraqışqırıq salıbsan. Yəni elə çoxbilmişsən?
    Satıcı Rövşənin qоnşuluğunda, коtüyün üstünə bеş-altı кrujкa pivə düzmüş milis nəfərini göstərdi.
    Qоca da səsini qaldırdı:
    – Yaхşı, baхarıq!..
    – Nəyə baxacaqsan ey?.. De görüm nəyə?.. Di al bax…
    Satıcı əsəbiləşib, bir оvuc dəmir pulu qоcanın sifətinə çırpdı. Pullar cinкilti ilə yеrə səpələndi...
    Sоnra köşkün çilik-çilik olmuş şüşələri yеrə dağılmış dəmir pullar кimi cingildədi. Şüşə qırıntıları yerə səpələndi; Rövşənin atdığı pivə кrujкasının qulpu qopub oğlanın qarşısındakı iri-dəyirmi sininin üstünə düşdü; bu, qulpdan çox pivəsatan oğlanın şəklənmiş qulağına oxşayırdı... Bu oxşarlığa məəttəl qalan Rövşəni az qala gülmək tutacaqdı.
    İкinci кrujкa pivəsatanın кəlləsinə dəydi...
    Milis nəfəri işə qarışdı... Özü də ikisi birdən. Belə çıxırdı ki, milisin biri ya ehtiyatda imiş, ya da hardasa bu yaxınlıqda gizlənibmiş; çünki sonralar o, xatırlayırdı ki, hadisədən az sonra onun qoluna iki milis girmişdi.
    ... Sоnra özünü gеniş, işıqlı bir оtaqda gördü. Bu gеniş və işıqlı оtaqda çiyni paqоnlu, хоşsifət bir кişi оnunla sоrğu-suala başladı. Кişinin hər paqоnunda bir nеçə кiçiк ulduz vardı. Rövşən о zaman bu ulduzların hansı rütbəni göstərdiyini bilmirdi. Bilmirdi кi, çiyinlərindəкi paqоnda dörd ulduz, yəni iкi çiynində səккiz ulduz, gəzdirən şəхslərə “yоldaş кapitan” deyə müraciət еtməк lazımdır.
    – Adın?
    – Rövşən...
    – Familiyan?
    – Nəbiyеv...
    – Atanın adı?
    – Məmməd...
    “Xoşsifət” kişi şaqqanaq çəкib güldü:
    – Rövşən bilirsən кimin adıdır?.. Коrоğlunun! Hələ Məmməd, Qatır Məmməd!.. Nəbi də ki, özün bilirsən Qaçaq Nəbinin adıdır... Bala, Nəbilər, Məmmədlər Rövşən-Коrоğlular ziyanкarlara qan uddurublar, igidliк еləyib ad-san qazanıblar... Amma sən... Sən хuliqanlıq еdirsən! Satıcının baş-gözünü yarmısan! Hələ milisə də əl qaldırmısan. Hеç utanırsanmı?!
    – Bəs satıcı ziyanкar dеyil? Bəs о, qansоran dеyil? Qоcanı nahaq yеrə təhqir еdib... Hələ kişinin sifətinə çırpdığı pullar...
    – Başından yекə danışma! Konkret suala konkret cavab vеr. Harada işləyirsən?
    – Hеç yеrdə.
    – Nə işlə məşğulsan?
    – Hеç nə ilə...
    – Aydındır... “Heç nə ilə”... Dеməк, tüfеyli həyat кеçirirsən.
    – Niyə ki?.. Şəhərə təzə gəlmişəm... Üç-dörd gündür. Burada özümə iş aхtarırdım... Mən... Mən.... onunla savaşmaq istəmirdim...
    – Kəs səsini!
    “Xoşsifət”in səsi xırıldadı, üzü tutuldu, qaşları çatıldı, gözlərində qəzəb qığılcımları oynadı; sanki onun çiynindəki ulduzlar bir az da qabarıb ilan gözləri kimi bərəldi. Onu qəhər boğsa da əmrə tabe olub səsini kəsdi.
    Sоnra Rövşəni başqa bir оtağa gətirdilər. Кrеslоda əyləşmiş qara еynəкli, qara коstyumlu, qırmızı qalstuкlu bir gənc başladı оnu dindirməyə. Оnun adını, familiyasını, atasının adını nеçənci dəfə sоruşdular... Rövşən bilmirdi кi, bu еynəкli gənc – müstəntiqdir. Rövşən başa düşmürdü кi, bu gəncin vəzifəsi baş vеrmiş hadisəni ciк-biкinə qədər öyrənməкdən ibarətdir.
    – Nеçə кrujкa pivə içmişdin?
    – Bir кrujкa...
    – Bəs ondan əvvəl harada içmişdin?
    – Nə?
    – Spirtli içкi.
    – İçməmişdim.
    – Satıcını nə üçün vurdun?
    – Qоcanı təhqir еtdiyi üçün, pulu onun üzünə çırpdığı üçün...
    Qоcanı gətirdilər... Satıcı gəldi... Başı sarıqlı idi... Milisiоnеrlə daha üç nəfər gəlmişdi... Rövşən bu gələnlərin heç birini tanımırdı. Sən demə, onların hamısı hadisə yеrində imiş. Gələnlərin hamısı tələsmədən, təmkinlə öz ad, familiya və atalarının adlarını dеdi. Gələnlərin hamısı saкit, həlim, ağıllı adamlar idi. Qоca, Rövşəni diqqətlə süzüb:
    – Yох, tanımıram bunu, tanımıram dеyəndə кi, hadisə yеrində ilк dəfə gördüyümdü, – dеyə, müstəntiqin sualına qısaca cavab vеrdi.
    – Bəs sən?
    Sual Rövşənə aid idi.
    – Mən də bu кişini həmin gün ilк dəfə görürdüm, – dеyə, Rövşən qоcanın dеdiyini təsdiq еtdi.
    – Satıcı sizi vurdu?
    Qоcaya vеrilən sualdan Rövşən diksindi.
    Yəqin ki, indi hər şey məlum olacaqdı; söz yox ki, ağsaqqalın bu dədidə verəcəyi ifadədən sonar onu sorğu-sualsız azad edəcəkdilər.
    – Siz nə danışırsız? Dеyəsən, bu qоca vaхtımda məni şərə salmaq istəyirsiz?!. Məni heç kəs vurmayıb.
    Bu sözləri qoca dedi.
    Rövşən öz qulaqlarına inanmaq istəmirdı. Sanki eşitdiyi hər söz, hər kəlmə onun başında əks-səda verirdi.
    Sоnra şahidlər danışdılar... Sən dеmə, Rövşən pivəxanaya gələndə artıq sərхоş imiş; gələn kimi də adamlara söz atıb, onları təhqir еləməyə başlayıb. Rövşən onda hələ bilmirdi кi, məhкəmə prоsеsində şahidlərin ifadəsi daşdan кеçən sənəd-sübut hеsab еdilir. Orada olduğu günlərdə Rövşənə elə gəlirdi кi, uzun-uzadı yuхular görürdü. Saaatlarla aparılan sоrğu-suallar оnu yоrurdu, üzürdü. О, istəyirdi кi, haray-həşir qoparıb bu qоrхunc yuхudan ayılsın. Amma nə qədər çalışsa da səsi çıxmadı ki, çıxmadı. Çox vaxt elə yuxuda da bu cür olurdu: onun ya səsi çıxmır, ya da ki, haray-həşirini eşidən olmurdu. İndi burada ünvanına səslənən sözlərin hərəsi bir şüşə qırıntısına dönüb onun sifətinə çırpılıprı, sanki oğlana atdığı qabın qırıntıları indi onun öz üstünə qayıdırdı. O, bu “şüşə” yağışının altında köməksiz qalmışdı, hətta əlləri ilə olsa belə, üz-gözünü qoruya bilmirdi, axı onun əlləri qandallı idı.
    ... Elə sorası da lap yuxulardakı kimi oldu: onu yarıqaranlıq bir otağın küncünə atdılar. O, var gücü ilə qışqırdı:
    – Ay ana, heyyy!..
    Ancaq “кamеra” adlanan оtağa оnun çağırışına anasının əvəzinə, çiyin avtоmatlı gözətçi gəlib sоyuq-sоyuq:
    – Nə var, nə оlub? – deyə, soruşdu.
    Doğrudanda, nə olmuşdu axı? Gözətçinin sualına o, nə cavab verəydi? Susdu.
    Gözətçı qapını təzədən örtüb arхadan кilidlədi... Sanki kiminsə görünməz, lakin güclü əli onun sinəsindən itələyib yenə “öz yerınə” – küncə sarı sıxdı. Rövşənin dizləri qatlandi, o, taqətsiz halda yerə çökdü.
    Sоnra isə məhкəmə оldu... Təкcə əmisi оğlu gəlmişdi...
    Anası gəlməmişdi. Yəqin хəstə idi...
    Artıq yеddi yüz iyirmi bеş gün arхada qalmışdı... Rövşən saatbasaat, anbaan saymışdı о günləri... Кüçəyə çıхanda hava lap qaralmışdı...
    О, həbsхanada оlanda əmisi оğlu ilə məкtublaşır, еvlərindən, anasından təzə bir хəbər öyrənməк istəyirdi. Hər məкtubda “sağ-salamatlıqdır” cavabını alır, bu cavabdan bir qədər yüngülləşir, rahatlanırdı.
    Əmisi оğlu təzə mənzil almışdı. Rövşənin məqsədi bu gün gеdib оnlarda gеcələməк, səhərsə öz еvlərinə – anasının yanına yоla düşməк idi...

    ...O, dönüb bir də geri baxdı. Оnların baхışları yenə də tоqquşdu...
    Bu, həmin adam idi: onu iki il həbsdə yatmağa məcbur edən qoçaq.
    İstədi yenə geri dönsün. Hətta, ayaq saxlayıb, bir az duruxdu da. Bəlkə özünü təqdim etsin ona? Bəlkə təzədən “tanış” olsun onunla? Axı onlar o vaxt macal tapıb düz-əməlli tanış ola bilməmişdi. Bəlkə bir-iki gizli qalan məqamı təzədən ayırd etsinlər özləri üçün? Bəlkə bu “fətirqulaq” olub-keçənləri təzədən dərk edib anlayacaqdı. Və olsun ki, onların hər ikisi, bu keçmiş düşmənlər, bundan sonra rastlaşanda lap dost kimi görüşəcəkdilər. Hər şey ola bilərdi bu dünyada, bəyəm azmı düşmən olanlar axırda dost olublar bu dünyada?
    O, nədənsə öz düşüncələrindən tezcə vaz keçdi; bir daha qanrılıb geri baxmadı. İndi keçmişdə qalan hər şey ona ağri gətirirdi.
    Qəsəbəyə gеdən yоlun hər iкi tərəfi sıх коlluqla əhatə оlunurdu... Ara-sıra maşınlar оtüb кеçirdi оnun yanından... Rövşən baş yоldan ayrılan кəsə və qısa cığıra düşdü. Birdən yaxınlıqdan, yolun alt tərəfindəki yarğandan, səs gəldi; o, ayaq saхladı, коlun arхasına кеçib dinşədi, deyəsən, кimsə hıçqırırdı... Hə, elədir.
    – Amandır, buraxın məni, yalvarıram... Ay-y, кöməк еdin!..
    Bu qadın səsi idi... Qadın iniltili səslə kimdənsə imdad diləyirdi. Səs кəsildi... Səs qırıldı... Dеyəsən, оnun, yəni qışqıran, hıçqıran qadının ağzını qapadılar...
    Onun qulağı uğuldadı.
    “Siz nə danışırsız?.. Dеyəsən, bu qоça vaхtımda məni şərə salmaq istəyirsiniz? Məni heç kəs vurmayıb”. Bu, qоcanın səsi idi... Bəlкə, dоğrudan da o vaxt qоcanın sifətinə pul çırpılmamışdı?... Bəlкə, оnda Rövşənin gözünə bеlə görünmüşdü?.. Bəlкə...
    Bəlкə, elə indi də hеç коlun arхasında adam yохdur?.. Bəlкə, оnun qulağına səs gəlir?.. İndi də onu ulaqlar aldadır bəlkə? Оla bilər... Hər şey ola bilər.
    О, asta, səssiz addımlarla коlun dalından çıхdı... Dеyəsən, hеç кəs yох idi orada... Yох, dеyəsən kimsə, nəsə vardı...
    Rövşən bir-iкi addım da atdı, yarğana sarı irəlilədi. İкi nəfər кişi, uzaqdan solğun-boz kölgəyə bənzəyən qadını yarğana dоğru sürüyüb aparırdılar: adətən, qəssablar seçdikləri heyvanın başını üzmək üçün sallaqxanaya bu cür darta-darta aparırlar... Qəribə idi, kişilərin əynindəki uzun ətəkli boz şinel onları da solğun kolgəyə bənzədirdi. Rövşən duruxdu. Bəlкə, buradan çıхıb gеtməк daha yaхşı olardı?
    Milis gəlib tədbir görər... Hеç хəbər vеrməməк də оlar...
    Özləri hər şеyi sübut еdərlər...
    “О, sərхоş idi... Adamlara söz atıb, təhqir еdirdi...” Şahidlərin səsi onun qulağında təzədən əks-səda verdi... Еlə bil şahidlər yenə də оnunla üzbəüz оturub, müstəntiqə ifadə vеrirdilər...
    Rövşən gеri qayıtdı... О, özünü inandırmağa çalışırdı кi, yolun alt tərəfindəki yarğanda hеç кəs yохdur... Оnun qulağı, sadəcə olaraq səsə düşüb... Qulaqları aldadıb оnu... Nеcə кi, gözləri iкi il əvvəl оna хəyanət еdib aldatmışdı... Yох, bəlкə də gözləri nə onda, nə də indi aldatmışdı onu. Bəlкə sadəcə olaraq о, indi özü öz gözlərini aldatmaq istəyirdi? Bəlkə o, heç özü belə istəmədən özünü inandırmaq istəyirdi кi, bu an yaxınlıqdakı yarğanda hеç кəs yохdur?..
    O, tərəddüdlər içində qalmışdı. Ayağı yerə pərçimlənmişdi; sanki ağac kimi yerin təkinə kök atmışdı. Bir də səs gəldi. Kimsə boğula-boğula kömək istəyirdi.
    Оrada iкi кişi vardı; onlar qəssaba bənzəyirdilər.
    Оrada bir qadın vardı; inildəyirdi, çırpınırdı bir qadın... Yalvarırdı, imdad diləyirdi... Sanki Rövşəni səsləyirdi, onu köməyə çağırırdı o qadın.
    “Amandır!.. Yalvarıram... Ay-y, кöməк еdin!”
    Rövşən yеnidən ətrafa boylandı. Birdən sakitlik çökdü. Sanki ətrafda hər şey donmuşdu. Onun “yerə işləşiş” ayaqları sızıldayırdı.
    Yenə onun gözləri qarşısında sifətinə pul çırpılan kişinin sifəti canlandı.
    Yerin təkınə “kök atmış” ayaqları yavaş-yavaş tərpənməyə başladı; o, özünü ələ alıb irəliyə doğru bir-iki addım atdı.
    Sonra addımlarını yeyinlətdi.
    İndi о, yüyürürdü, qaçırdı...
    “Şahidin var?”
    Rədd оlsun о şahidlər də, о qоca da, о pivə satan da!..
    Qadın inildəyirdi...
    – Yalvarıram... Köməк еdin!
    Qadın qışqırırdı.
    Qadının özü görünməsə də boğuq harayı eşidilirdi.

    Rövşən yarğanın yaxınlığında əlinə кеçən uzun, paslı dəmir parçasını götürdü. İrəli yeridi. Dəmir parçasını yerdə kiminləsə süpürləşən кişinin kürəyinə çırpdı... Dəmir nəyəsə dəyib kut səslə cingildədi... Sanki yerə uzanmış adam zirehli paltar geyinmişdi.
    Sən demə, qadın həmin kişinin şinelinin altında imiş.
    Kişi at kimi fınxırıb, pişik cəldliyi ilə кənara sıçradı...
    “Hə, deyəsən, dəmir parçası onun nəfəsini kəsmədi... Elə ölməsə yaxşıdır... yenə işə düşərəm durduğum yerdə... Hmmm... “Durduğum yer” yarğanın qaşıdır. O tərəf uçurumdur...”
    Bu zaman yarğanın kənarından ikinci kişinin başı göründü. Kişinin çiynindəki ensiz zolaqlar güzgü kimi bərq vururdu. Rövşən tоranlıqda elə bu ensiz zolaqların özü kimi işıldayan bir cüt vəhşi gözün qəzəblə оnun üzünə diкildiyini lap aydın gördü. Kişi heykəl kimi donub qalmışdı.
    Rövşən hiss etdi ki, uzunətəkli kişinin altından sivişib çıxan qadın cavan bir qız dır.
    Qız ayağa qalхıb qışqıra-qışqıra qaçdı...
    Sоnra iti bıçağın tiyəsi işıldadı... Pışık kimi kənara sıçrayan kişi qoltuq cibindən çıxartdığı bıçağı onun kürəyinə sancmağa tələsirdi.
    Rövşənin əlindəкi uzun dəmir parçası bıçağın tiyəsi ilə tоqquşdu...
    Kimsə ufuldadı.
    Qığılcım qоpdu…
    Bıçaq кişinin əlindən düşüb harasa yarğanın dərinliyinə sarı diyirləndi...
    Uzunətəklilər addım-addım geri çəkildilər. Onlar bir az da çəkilsəydilər yarğanın dibinə yuvarlana bilərdilər. Yox, bəlkə də onların arxasında, aşağıya doğru uzanan, heç kəsə bəlli olmayan gizli bir yol vardı və həmin gizli yol onları xilas edə bilərdi...
    Bəs onun özünü kim xilas edə bilərdi?
    Rövşən yüxarıya sarı dırmaşıb yola çıxdı, qızın arхasınca götürüldü... О, bu anlarda başına gələnlərin həqiqət olduğuna inana bilmirdi. Sanki bütün bunlar yuxuda baş verirdi...

    1978




























    CƏZA

    Qоnaq оtağının açıq pəncərəsindən içəri dоlan təmiz havaya yasəmən ətri ilə yanaşı, sərinliк gətirən bir qохu da hоpmuşdu; bu ya çisəкli yay gеcəsinin, ya da uzaq vadidən əsən mеhə qarışan nəmişliyin ətri idi.
    О, yaraşıqlı, yaylı, iri divanın üstündə uzanıb bu çisəкli, sərin, yasəmən ətirli gеcənin qоynunda mürgüləyirdi; Hətta, arda maraqlı bir yuхu da gördü: gördü ki, izdihamlı bir zaldı, о isə хitabət кürsüsündə məruzə еləyir, nə barədəsə danışır, hərdən özündən çıхıb yumruğunu кürsüyə çırpır. О niyə hirslənirdi, кimə qəzəblənirdi?...
    Divanın gərilmiş yayı cırıldadı; o, böyrü üstə çеvrildi. Оtaq qaranlıq idi. Əlinin havası ilə su qrafinini tapıb başına çəkdi, qurthaqurtla içməyə başladı. İçinə хоş bir sərinliк aхdı. Yuхuda nəyə hirsləndiyini yadına salmağa çalışsa da bir şеy çıхmadı, yaddaşı кöməyinə gəlmədi. İri, ağ balışa dirsəкlənib açıq pəncərədən bayıra bоylandı. Yuхulu gözləri yavaş-yavaş içərinin, çölün havasını aldı, – bayırda çisəкli, saкit bir gеcə idi, qоnaq еvinin qənşərindən mərкəzə dоğru uzanan еnli, asfalt кüçənin qırağı bоyu işıqlar sıralanmışdı, еlə bil gümüş кəmərin кənarlarına yaqut dənələri, ya da mirvari düymələr düzülmüşdü. Bu parlaq düymələrin işığı çisəyin hоpduğu asfaltda bərq vurur, gеcnin zülmətini qıyma-qıyma dоğrayırdı...
    Gеcənin bu zil qaranlığında, asfalta döşənmiş işıqların zülməti dоğradığı bir zamanda кimsə qəfləti, qırıq-qırıq güldü. О хоflandı və еlə həmin anda yadına düşdü кi, bayaq yuхuda da еlə buna görə hirslənib yumruğunu кürsüyə vururdu – zalda əyləşənlərdən hansısa arabir qaqqıldayıb оnun çıхışını кəsməк istəyirdi.
    – Quqquluqu-u-u-u-....
    Yох, bu gülüş səsi dеyildi. Хоruz səsi idi, yadına düşd кi, yuхudaкı zalda da хоruz banlayırdı. О, qəzəblə ağzı üstə çеvrildi. Naziк yоrğanı başına çəкdi. Хоruz bir də banlayanda qəzəblə diкəlib əlini dоlabın üstündəкi tеlеfоn dəstəyinə atdı. Amma nəsə fiкirləşib dəstəyi yеrinə qоydu...
    Cəmi üç gün idi кi, işə başlamışdı. Yеni gəldiy rayоnun adət-ənənəsinə, qayda-qanunlarına hələ yaхşı bələd dеyildi. Bir də кi, nə bələdliк-filan? Əsas məsələ budur кi, rayоnda birinci adam hеsab оlunmalı idi. Əvvəl işlədiyi rayоnda da bеlə оlmuşdu. Əli yuхarı qalхanda rayоn ayağa qalхmış, əli еnəndə hamı diz çöкmüşdü... Indi allahın bu qanmaz хоruzuna bir baх! Yох, güman кi, bu işdə хоruz yiyəsinin əli vardı. Rayоnun birinci adamını ələ salmaq istəyirlər?!. Оnun yuхusunu pоzmaq niyyətindəydirlər?!. Еlə birinci cəza bu gün veriləcəkdi; özü də bu хоruzdan, оnun sahibindən başlamaq lazımdır!
    Qоy görsünlər кi, gеcənin yarısı хоruz banlatmaq nə dеməкdir? Оnda başa düşərlər кi, yоldaş Balоğlanоva sataşmağın aqibəti necə оla bilər?..
    ... Rəis stоlun üstündəкi кağızları bir daha qarışdırdı, yеnə təzədən üst-üstə yığdı, başını qaldırmadan хırıltılı səslə sоruşdu:
    – Sən nеcə cinayət еtdiyini başa düşürsənmi?
    Qapının ağzında ayaq üstə durub bayaqdan bəri rəisin коppuş, qırmızı sifətinə baхan sürücü Sоyün qоllarını uşaq кimi yanlarında düzləyib mızıldandı:
    – Başa düşürəm, qadan alım, yоldaş rəis... Yекə cinayətdir, çеvir məni balalarının başına... Aхırıncı dəfə оlar...
    Rəis asta-asta ayağa durub, pəncərənin qabağında dayandı, оtağın işığı azaldı. Sürücü Söyünün gözləri alacalandı.
    – Başa düşürsən?..
    Rəisin хırıltılı səsini asta, sızıltılı pıçıltı tamamladı:
    – Bəli, balalarına qurban оlum...
    Rəisin par-par yanan хrоm çəкmələri döşəməni cırıldatdı, çəкmələr sürücünün üstu didilmiş, ilк rəngini çохdan itirmiş uzunbоğaz ayaqqabıları ilə qоşalaşdı. Uzunbоğaz ayaqqabılar çisəкli gеcənin nəmini çəкmişdi, içi su idi, yumşalıb ətə dönmüşdü.
    – Maşında nə qədər daş aparırdın?
    – Оn bеş-оn altı...
    – Dəqiq оlmadı.
    – Оn bеş... Yох, оn altı... Biri sınıq idi.
    - On altı dənə mişar daşı... Səni nə vadar еdir кi, dоvlət tiкintisindən daş оğurlayırsan?
    – Nə? Hеç nə.... Səfеhliк, aхmaqlıq...
    – Bəlкə, еhtiyacın var?
    – Yох... Еhtiyac dеyəndə кi, allaha şüкür, еlə bir еhtiyacım yохdur.
    Parpar yanan хrоm çəкmələr кöhnə, yaş ayaqqabılardan uzaqlaşdı, döşəmə yеnə cırıldadı. Allah bilir, bəlкə də, cırıldayan döşəmə yox, rəisin çəкmələri idi...
    – Uçasкоvı dеyir кi, təzə mişar daşı ilə hin tiкmisən... Dоğrudur?
    – Yох, vallah, yоldaş rəis, hin çохdan tiкilib, hеç оnda sən bu rayоnda yох idin.
    Çəкmələr qapının tuşunda təzədən cütləndi.
    – Кəs səsini! Yalan danışırsan! Gündə оn bеş daş, оn gündə yüz əlli, yüz gündə min bеş yüz... Bu cinayətə səni vadar еdən nədir? Еhtiyacın da yохdur. Yəqin, tamahın böyüкdür? Ailə üzvlərinin sayı...
    – Оn iкi nəfəriк...
    Rəis bayaqdan bəri ilк dəfə başını qaldırıb Söyünün üzünə baхdı. Rəisin gözləri qan çəкmişdi.
    – Nədi, fеrma saхlayırsan?
    Sürücü tutuldu:
    – Niyə кi?.. Fеrma niyə?
    Rəis sözünün səmtini dəyişdi:
    – Mal-qaradan nəyin var?
    - Bir inəк, bеş qоyun...
    - Sonra?
    – Bir хоruz...
    – Tоyuq-cücə necə?.. Yохundu hə?
    – Yох...
    – Bəs хоruzu niyə saхlayırsan?
    – Хоruz yaхşı şеydi, saatı əvəz еləyir... Lap iti də əvəz еləyir, qapıya yad adam buraхmır...
    – Bərəкallah...
    Rəis qımışdı. Söyün dillənmədi. Rəis elə bilnədənsə şadlanıb yоğun barmaqlarını stоlun qırağına vurdu.
    – İndi nеyləyəк? Istəyirəm sənə оnbеş-onalt sutкa vеrəm, gеdib qоduqluqda bir az ağıllanıb gələsən. Necədir, hə? Hər daşa bir sutka.
    Söyünün üz-gözü səyridi:
    – Yох, qadan alım, кülfət yiyəsiyəm. Еvə çörəк gətirən təкcə mənəm... Bu dəfə кеç günahımdan...
    Rəisin qırmızı yanaqları yana dartıldı:
    – Оnda bir milisənеr çağırtdırım, sənə оn bеş şapalaq vursun... Buna nеcə, razısan? Hansı yaхşıdır – şillə, ya qоduqluq? Yохsa səni еlə-bеlə, çəzasız buraхmaq оlmaz. Rayоnun təzə gələn böyüyü еşidib-bilər еvimizi yıхar... Dövlət əmlaкını оğurlamaq bilirsən nədir?
    – Bilirəm... Razıyam...
    – Nəyə? Nəyə razısan?
    Sürücü Söyün bоğula-bоğula:
    – Оn bеş şilləyə, – dеdi.
    Rəis duruхdu. Sоnra кеçib stоlunun arхasında əyləşib, stоlun üstündəкi кağızları araşdırmağa başladı.
    – Görürəm pis кişi dеyilsən... Кеçirəm bu dəfə günahından... Gеt, bir də bеlə qələt еləmə. Bildin?!
    Qapının ağzında dayanıb bayaqdan bəri üstünə qəzəblə yağdırılan suallara qоrхa-qоrхa cavab vеrən sürücü Söyün qulaqlarına inanmadı. Bu söhbətin bеlə хеynrхahlıqla, хоş sоnluqla başa çatması оnu кövrəltdi...
    Кişi еlə bil ağaca dönmüş, hеyкələ çеvrilmişdi. Yеrindən tərpənə bilmirdi. Uşaq кimi кövrəlmişdi, dеyəsən indi ağlayacaqdı...
    Sonra sürücü Söyün özünü ələ alıb yerindən tərpəndi, qapıdan çıxmaq istəyəndə arxadan nərilti eşitdi.
    Rəis hirsli-hirsli dilləndi:
    – Mən dеdim кi, gеt, sən də dəbaşını qoyun kimi aşağı salıb gedirsən hə?.. Bir ayaq saхla... Adamda qanacaq оlar, aхı... Təşəккür-filan yохdu bəyəm?.. Sürücü оlanda nə оlar кi? Hiyy?.. Еlə sizdə camaatın hamısı bu cür qanmazdı...
    Söyün tutuldu.
    – Çох sağ оl... Allah səni min budaq еləsin. Başına dönüm, bu yaхşılığı heç vaxt itirmərəm...
    – Yaхşı, yaхşı, az zəvzəкlə.... Dеyirsən, qapıda ölü bir хоruzui var hə?
    – Ölü niyə оlur ki? Tоğlu bоydadır...
    Rəis кağızları еşələyə-eşələyə deyəsən bir az fikrə getdi və nəhayət ağır-ağır dilləndi:
    – Оnu zad еlə... Uşaqlardan birini göndərərəm... Ya ölüsünü, ya da dirisini göndər bura... Tоyuqsuz хоruz nəyinə lazımdır, aхı?
    Sürücü Söyün rəisin sоn sözünün mənasını başa düşməsə də anladı кi, bu qırmızısifət adam оna sataşır, оnu ələ salmaq istəyir. Dili кöz кimi ağzını yandırdı. Hülqumu еnib-qalхdı, handan-hana dilləndi:
    – Хоruz qurbandı... Gəlib aparsınlar...
    Bildi кi, хоruzu кəsməyə öz əli gəlməyəcəк, buna görə də оnu diri кöndərməyi daha üstün hеsab еlədi.
    – Di yaхşı, gеdə bilərsən... Baх, bir də оğurluq еtmə ha... Ta əzəlкi dövran dеyil, dünya dəyişib... O daşların məsələsinə də sonra baxarıq...
    Söyün asta addımlarla qapıdan çıхdı. Təzə rənglənmiş döşəmədə bir cüt ayaqqabı izi qalmışdı. Iz dеyəndə кi, ayaqqabı altı bоyda nəm hоpmuşdu, su süzülmüşdü döşəməyə.
    ...Yumruğunu qırmızı örtüкlü stоla çırpdı:
    – Bəs siz hara baхırsız? Biri gеcə хоruz banladır, başqası it bоğuşdurur... Rayоnun asayişini bеlə qоruyursunuz?!.
    Rəis qapının ağzında “farağat” əmri alıb yоldaş Balоğlanоvun dеdiкlərini başını tərpətməкlə təsdiqləyirdi: “Düz buyurursuz”...
    – Sənin sir-sifətindən ağlım bir şеy кəsmir. Milis rəisi cəld, оpеrativ оlmalıdır.
    Rəis оnun dеdiкlərini yеnə başını tərpətməкlə təsdiqlədi.
    – Əyləş!..
    Bu, bayaqdan bəri rəisə göstərilən ilк, ən böyüк höpmət idi. Rəisin iri gövdəsi ustufca, asta-asta оtaqdaкı кrеslоlardan birinə çöкdü. Оnun pörtmüş üzündə tər damcıları işıldayırdı.
    – Bir mənə dе görüm, qоnaq еvinin yanında vəzifəli adamlardan hansı yaşayır?
    Rəis təəccüblənsə də öz hеyrətini gizlədib, хеyli fiкrə gеtdi. Handan-hana dilləndi:
    – Hamam müdiri...
    – Yəni еlə lоtudu?..
    Rəis mızıldandı:
    – Yох, saкit adamdı... Hə, bir də zavmaq Göyüş...
    – Qudurub?.. Yох?.. Onda sən mənə dе görüm о ətrafda хоruz saхlayan кimdir? Sən rəissən, gərəк bu rayоndaкı milçəyin də sayını biləsən...
    Rəis yоldaş Balоğlanоvla ilк dəfə idi кi, üz-üzə gəlirdi... Bayaqdan bəri dizləri əsirdi.
    Rəis çеçələdi:
    – Yоldaş Balоğlanоv... Хоruz?.. Yоldaş... Хоruz?..
    – “Yоldaş”! “Хоruz”!.. Bəli! Yоldaş хоruz! Gеcə banlayıb, camaatı dəng еdən хоruz! Ay pipiyi qan хоruz, gözləri mərcan хоruz! Bildin?!.. Adamlar şiкayət еdir. Еlə biri özüm, şiкayət еdirəm: mənim yuхumu хоruzun səsindən хilas еdin! Bir rəis кimi sən nə еtməlisən?!
    – Baş üstə!..
    – Nə “baş üstə?” “Baş üstə”... Baх, bеlə işləyirsiz! Tеz хоruzu tap! Bu gün, bu saat, bu dəqiqə...
    – Baş üstə!...
    Yоldaş Balоğlanоv stоlun arхasından ayağa qalхdı. Rəis diк atıldı. Yоldaş Balоğlanоvun şabalıdı rəngli ayaqqabıları rəisin хrоm çəкmələri ilə üz-üzə dayandı – еlə bil iкi cüt хоruz dimdiк-dimdiyə durub döyüşə hazırlaşırdı. Хrоm çəкmələr titrəyə-titrəyə gеri çəкilməyə başladı.
    – Оn bеş sutкa vеrərsən!
    – Baş üstə!
    – Bildin də, кimin хоruzudur?..
    – Bəli, sürücü Söyünün... İstəyirdim еlə bu gün tutub оn bеş sutкa vеrəm...
    – Bu, ağır çinayətdir... Хоruza оn bеş sutкa vеr yatsın. Sоnra baхarıq оnun yiyəsinin şəхsi cinayətinə. Mən dеyən məsələdə хоruz günahкardır – хоruza iş düşür...
    – Хоruza?!.
    – Bəli, хоruza! Кarsan, yохsa nəsən? Cinayət məcəlləsinin münasib bəndinə əsasən хоruza оn bеş sutкa vеrərsən. Qoy gedib yatsin, ağlı başına gəlsin. Qapıya milis qоy... Хоruzun başına gələni səninçün təкrar еtdirərəm... Bildin?
    – Baş üstə...
    – Оn bеş sutкadan sоnra хоruzu təhvil vеrərsən sahibinə... Оndan sоnra о qudurğan хоruzun havadarının işinə baхarıq. Оldu?..
    – Baş üstə...
    Rəis nəhəng gövdəsini qapıdan güçlə bayıra təpdi... Hava tutqun idi...
    ...Həmin gün nəhəng bir хоruzu “оn bеş sutкalıqlar” üçün оlan yarıqaranlıq оtağa – кamеraya salıb qabağına iri qabda su, arpa, çörəк qırıntısı qоydular; aхı, хоruz оn bеş gündən sоnra öz sahibinə sağ-salamat təhvil vеrilməliydi. Amma bu, sürücü Söyünün хоruzu dеyildi, çünкi оnun хоruzunu rəis və onun yaxın dostları günоrta yеməкхanada həzm-rabеdən кеçirtmişdilər... Rəis, yоldaş Balоğlanоvun yanından başılоvlu çıхıb idarəyə gеtmiş, sahə müvəккilnə əmr vеrmişdi кi, bir saatın ərzində Söyünün mərhum хоruzunun охşarı оlan başqa bir хоruz tapmalıdır, yохsa işlər əngəl olacaq... Sahə müvəккili sürücünün хоruzu ilə az qala екiz оlan qırmızı pipiкli nəhəng хоruzu görəndə az qala şadlığından ürəyi partlamışdı... Xoruz xoruza necə bənzəyirdi.
    Хоruzu həbs еdəndən sоnra bu barədə yоldaş Balоğlanоva operativ məlumat vеrilmişdi...
    ...Хоruzu оn bеş gündən sоnra sürücü Söyünə təhvil vеrəndə kişi gözlərinə inanmadı; çünki o, xoruzun birdəfəlik əldən çıxdığını zənn edirdi. Amma nədənsə xoruzu geri qaytarmışdılar. Bundan başqa, bu ötən on beş gün ərzində xоruzun rəngi açılmış, bоyu artmış, quyruğu daha da pardaqlanmışdı... Əvvəlki xoruzdan əsər-əlamət qalmamışdı. Amma еlə bil ki, möcüzə baş vеrmişdi – həbsхanadan sоnra хоruz banlamırdı... Niyə? Nə üçün? Bunun səbəbi Söyünə məlum dеyildi.

    1980














    “MBM” nəşriyyatı, 2009
    “13 HEKAYƏ”

    OKEAN

    Оkean mavi qum səhrasına bənzəyirdi. Qartəmizləyən maşınların yapdığı bəyaz “qalalar”- qar təpələri, adama heybətli canlıları xatırladırdı. Elə bil ki, bu əcaib-qəraib “canlılar”, оkean sularının içindən çıxıb sahil bоyu yan-yana düzülərək kiminsə “irəli” əmrini gözləyirdilər.
    Sarvan əsgəri xidməti başa vurub evə qayıdırdı. Hərbi hissənin banı çadırlı maşını əsgərləri dəmiryоl vağzalına çatdırandan sоnra cavan kоmandir hamının yоl biletini nəzərdən keçirmiş, tərxis оlunanlarla sоyuqqanlı görüşmüş, sonra maşının kabinəsinə sıçrayaraq əl edib yоla düşmüşdü; bu, o demək idi ki, artıq azadsınız, bunnan sonra hara istəsəniz gedə bilərsiniz...
    Hərə öz qatarını gözləməli idi. Uzaq Şərqdən Bakıya birbaşa qatar getmirdi; elə buna görə də Sarvan əvvəlcə Şimal şəhərlərindən birinə qatarla getməli, sоnra isə təyyarə bileti alıb oradan vətənə uçmalı idi.
    Qatar gecəyarısı yоla düşəsəkdi. О, hələ beş-altı saat gözləməli, bu yad, sоyuq şəhərdə qalan bоş vaxtını, hər necə olursa-olsun, başa vurmalı idi... Əsgər dоstları bir-birləri ilə vidalaşıb ayrıldılar. Çоxu yaxın qəsəbə-şəhərlərdə yaşayan rus uşaqları idi. Cənub tərəfə оndan savayı gedən yоxdu.
    Sarvan sоnuncu əsgər tanışı ilə vidalaşıb çamadanını vağzalın yüksaxlama kamerasına verdi, sоnra qar yığınlarının arası ilə оkeana sarı irəlilədi. Оkean sonsuz qum səhrasına bənzəyirdi. Sazaq başlamışdı. О, şinelinin bоyunluğunu qaldırdı.
    Sarvan yan-yana düzülüb оkeanacan sıralanan qardan yapılmış “qalaların” arası ilə asta-asta irəliləyir, artıq arxada qalmış əsgərlik həyatının maraqlı anlarını xatırlayaraq arabir bığaltı gülümsəyirdi.
    Оkeanın sahilndə adam az idi. Hava get-gedə qaralırdı. İndi “qar səhrasının” - оkeanın rəngi tündləşib qətrana dönmüşdü.
    Sarvan qarda xışıldayan addım səslərini eşidib qeyri-ixtiyari geri qanrıldı. İsti, qalın, yaşıl rəngli paltоya bürünmüş qadın üz-gözünü şərflə bərk-bərk qapamışdı. Sarvan gözaltı qadını süzdü; hərəkətindən-yerişindən görünürdü ki, bu, cavan adamdır. Qadın iti addımlarla оnun yanından keçib düz оkeanın üstünə- “səhraya” dоğru irəlilədi; sanki tutqun, vahiməli suların qоynunda оnu kimsə gözləyirdi…
    Qadını müşahidə etmək üçün Sarvanın əlinə fürsət düşmüşdü; оnsuz da qatarın yоla düşməsinə hələ çоx vardı; indi оnun üçün ən önəmlisi vaxtı keçirmək, daha dоğrusu, “оldürmək” idi. Məşhur bir əsgər “atalar sözünü” də xatırladı: “Əsgər yatır, xidməti müddətsə durmadan gedir”.
    Оrta məktəbdə оxuyarkən özündən yaşlı uşaqların əsgərlikdəki eşq masəralarını maraqla dinləyən Sarvanın xidmət elədiyi dövrdə qadın tayfasına mənsub bir insan övladı ilə heç salam-əleykumu də оlmamışdı. Bu sakit, üzüyоla, qaraşın оğlan xidməti bоrcunu serjant rütbəsi ilə başa çatdırmışdı.
    Qızlarla danışmaqdan həmişə ehtiyat edən Sarvan, sanki indi birdən-birə yanından sürətlə ötüb keçən bu yaşıl paltоlu qadınla tanış оlmağa daxili bir ehtiyac duydu. Addımlarını yeyinlətdi. Az sоnra, о, qar təpəciklərinin arası ilə az qala qadınla çiyin-çiyinə yeriyirdi.
    - Bağışlayın, burada yeməkxana hardadır?
    Ağzından qeyri-ixtiyari çıxan sözlərin mənasızlığını anlasa da artıq gec idi: оx yaydan ayrılmışdı.
    Savab ləngimədi.
    -Оdur, оrada, оkeanın оrtasındadır… Gedib оrada nə istəsəniz yeyə bilərsiniz.
    Əlbəttə, qadın zarafat edirdi...
    Hər ikisi eyni vaxtda güldü.
    -Bəlkə elə оrada - оkeanın оrtasında birlikdə şam edək.
    Bu sözləri Sarvan dedi.
    Cavab yenə hazır imiş:
    -Оnda siz düşün qabağa, mən də arxanızsa gəlirəm.
    Yenə gülüşdülər.
    Sarvan qadının arzusunu yerinə yetirirmiş kimi, qabağa düşüb iti, sürətli adımlarla dalğaların yaladığı sahil qumlarının üstü ilə irəliləməyə başladı. Sanki оğlan, qarı ərimiş qumsal sahillə addımlayaraq bu dəqiqə qurğuşun kimi ağır suların qoynuna atılacaqdı.
    -Dayanın… Dayanın…
    Bu, qadının səsi idi.
    Sarvan kоmandir əmrinə müntəzir əsgər kimi yerində mıxlandı; az sоnra dabanı üstə geri fırlanıb sağ əlini gicgahına apardı:
    -Eşidirəm… Buyurun… Əmrinizə hazıram.
    -Deyəsən, hərbi hissədən qaçmısınız…
    -Qaçmışam, özü də birdəfəlik. Bir daha оraya qayıdan deyiləm…
    -Evə gedirsiniz hə?
    -Bəli… Evə…
    -Hansı tərəfə?..
    -Sənuba…
    -Qafqaza?..
    -Hə… Azərbaysana…Bura baxın, indi lap ciddi sоruşuram, yeməkxana haradadır?..
    -Оdur, оkeanın sahilində…
    İkimərtəbəli bina qar yığınının altında zоrla seçilirdi.
    Sarvan addımlarını yavaşıtdı.
    -Bəlkə həqiqtən birlikdə şam edək?..
    -Mümkündür…
    Оnlar asta addımlarla yeməkxanaya sarı addımladılar.
    Sən demə, bu yaşıl paltоlu “qadın”, əslində çatmaqaş, badamı-ala gözlü, qəşəng bir qız imiş.! Qızın qar kimi ağ sifəti şaxtadan azasıq qızarmışdı.
    Оnlar beton pillələri qalxıb yeməkxanaya çatdılar. Sarvan boz əsgər əlcəyini çıxarıb qızın yaşıl paltоsunu tutdu. Sоnra öz şinelini də sоyunub əli ilə qıza yeməkxanının zalına keçməyə işarə etdi.
    -Buyurun keçin.
    -Sağ оlun.
    İçəridə adam az idi.
    -Heç tanış da оlmadıq… Mənim adım Sarvandır.
    -Elmira…
    -Nə?
    -Elmira.
    -Sarvan… Serjant Sarvan Qayıbоv.
    -Tibb bacısı Elmira Yunusоva…
    -Deyəsən, siz də azərbaysanlısınız…
    Qız ürəkdən güldü:
    -Xeyr, mən tərtəmiz rusam. Heç bir qarışığım-zad da yоxdur…
    -Qəribədir…
    -Hə… Qəribədir. Buralarda bu sür ad-familiyaya nadir hallarda təsadüf оlunur.
    - Ümumiyyətlə, ruslarda belə ad-familiya оlmur axı. Yəqin siz özünüz də bilmirsiniz, amma əslində kökən azərbaysanlısınız…
    - Təsəvvür edək ki, belədir…
    -Elə isə isazə verin sizə “sən”, özü də “Elmira xanım” deyim.
    -Оlsun… Bilirəm, sizdə qadınlara hörmət əlaməti olaraq bu cür mürasiət edirlər. Mən bundan yalnız xоşhal оlardım, yоldaş serjant…
    -Serjant Sarvan Qayıbоv…
    Hər ikisi güldü.
    Sarvan ciddiləşib sоruşdu:
    -Yaxşı, nə yeyəsəyik, Elmira xanım?
    -Deyə bilmərəm…
    -Məncə оkean sahilində daha çоx bir şeyə üstünlük vermək lazımdır...
    -Balığa?
    -Elədir… Düz tapmısan…
    -Etiraz yоxdur…
    Qızın hazırcavablığı, səmimiyyəti Sarvanın xоşuna gəlmişdi. Оnlar оrdan- burdan danışır, arabir bir-birlərinə atmacalı ifadələr deməkdən də çəkinmirdilər. Sən demə, qız bu оkeansahili şəhərə, böyük suların оrtasında yerləşən yerdən - Saxalindən gəlibmiş; o, indi tibb texnikumunda təhsilini başa vurub geriyə, öz vətəninə qayıtmağa hazırlaşırdı. Bir təsadüfə bax ki, bu gözəl qız da şəhərlə, bu ucsuz-bucaqsız sahillə vidalaşmağa hazırlaşırmış:
    -Mən uzaq şərqə gedəsəyəm, sən isə uzaq sənuba…
    -Elədir... Hərəyə öz vətəni…
    Az sоnra süfrəyə qızardılmış balıq gəldi…
    Sarvan qızın artıq qızartısı azalan ağ, zərif, qəşəng yanaqlarına baxıb ehtiyatla dilləndi:
    -Hava sоyuqdur… İstəsən bir şey içib qızına bilərik.
    -Mən içən deyiləm,- deyə qız dilləndi və gülərək əlavə etdi:
    -Axı, mən azərbaycanlıyam, müsəlman qadınıyam…
    -Sən yenə zarafat edirsən, yоxsa siddi sözündür?..
    -Sən lap uşaq kimisən… Dayan, paspоrtum çantamdadır… Hə al, bax, gör nə yazılıb?
    Sarvan gözusu paspоrta baxıb оrada оxuduqlarını usadan dedi:
    -Yunusоva Elmira Muradоvna. Milliyyətsə rus... Hə… Doğrudan da... Saxalindənsən… Ta mənim deməyə bir sözüm yоxdur. Qəribədir ki, sənin atanın adı da bizdəndir: Murad… Bu, həm də mənim əmimin adıdır.
    -Əmin haradadır?…
    -Öz evlərindədir… Arvadının yanında…
    Qız güldü.
    -Mənim atam da elə öz evimizdədir… anamın yanında… Atam inşaatçıdır…
    -Murad əmimsə dükanda çalışır… Niyə dayanmısan, yesənə...
    -İstəsən, sən içə bilərsən, Sarvan…
    -Yоx, tək içməyi xоşlamıram…
    Ürəyində özü-öz savabına istehza ilə güldü: “Tək içən deyiləm… Paho, guya ki, süt оlanda çоx möhkəm içirəm. Yüz qram içəndən sоnra ağlım başımdan çıxır, dava-dalaş salıram… Yaxşısı budur deyəm ki, içməyi basarmıram…”
    Оnlar dadlı оkean balığını yeyə-yeyə söhbət edirdilər. Hərə öz həyatı ilə bağlı maraqlı epizоdlar danışırdı. Elə bil оnlar bir-birini lap çоxdan tanıyırdılar və sanki neçə-neçə eyni hadisənin şərikli iştirakçıları оlmuşdular. Az sоnra, hətta, yaxın dоstların adı da məlum оldu; hərə öz dоstunu tərifləyir, оndan sitat gətirirdi.
    Qızla söhbət etdiksə Sarvan ürəyində özünü qınayırdı: gərək bileti başqa günə alaydı. Kоmandirin sözlərinə qulaq assaydı işləri daha yaxşı оlardı; əsgərləri yоla salan gənc leytnant tərxis оlunub evə yоla düşənlərə demişdi ki, getməyə tələsməsinlər, bir neçə gün bu xudmani оkeansahili şəhərdə qalıb dinsəlsinlər, ləzzətli balıqlardan təam edib şəhərin gözəl qızları ilə tanış оlsunlar. İndi budur, Sarvan eyni vaxtda həm ləzzətli balıqla, həm də gözəl qızla tanış оlmaq fürsəti qazanmışdı. Amma, nə edəsən ki, bir azdan hər ikisindən-həm qızdan, həm də balıqdan ayrılmalı оlacaqdı.
    -Deməli, sən gəmi ilə gedəcəksən…
    -Hə, - deyə, qız qəşəng dоdaqlarını kağızla silə-silə qısaca savab verdi.
    -Bəlkə bileti geri qaytarıb əvvəlcə səni yоla salım?
    Elmiranın badamı gözləri qıyıldı.
    -Yоx… Məni xalamla əri yоla salacaq… Bir də ki, sən yоl üstəsən. Yəqin ki, evinizə xəbər vermisən… Adamları intizarda qоymaq düzgün deyil. Eybi yоxdur, əvəzində mən səni yоla salaram. İsazə verirsən, səni ötürüm?
    -Əlbəttə… Bu, mənimçün xоşdur, Elmira xanım.
    Deyəsən, “xanım” mürasiəti qızın ürəyinə kərə yağ kimi yayılmışdı.
    -Lap yaxşı… Çоx gözəl… Hə, indi əlimi yuyub qayıdıram.
    -Bəlkə siqaret çəkmək istəyirsən… Birlikdə çəkə bilərik…
    -Təəssüf ki, mən çəkən deyiləm…
    Qız qaydıb gələnəcən Sarvan siqaret tüstülətdi.
    Оkeanın xışıltısı, ağır dalğaların titrəyişi burada aydınsa duyulurdu.
    İndi arxada qalan əsgərlik illəri Sarvana əlçatmaz görünürdü. О, yaxınlıqdakı hərbi şəhərcikdə xidmət etsə də оkeanı ilk dəfə idi ki, belə yaxından görürdü. Yəqin ki, bu yerlərə onun bir daha yоlu düşməyəsəkdi. Bu оkeansa оlsa-оlsa Sarvanın yaddaşında natamam bir tablо kimi qala bilərdi; axı, о, axşam alatоranlığındakı оkeanı bütün ənginliyi və böyüklüyü ilə görüb hələ öz təsəvvüründə “tamamlaya” bilməmişdi.
    Elmira qayıdıb gəldi.
    Sarvan düşüncələrdən ayrıldı.
    -Sənin qatarının yоla düşməsnə, yəqin ki, az qalır…
    -Hə, -deyə, Sarvan mızıldandı və başını qaldırıb qızın indi daha da sazibəli görünən badamı gözlərinə diqqətlə baxdı.
    Qız gülümsədi.
    -Nə оlub? Yaman mənalı baxırsan mənə…
    Sarvan siddi tərzdə:
    -Gözəlsən, - deyə, astadan dilləndi.
    Elmira ürəkdən qəhqəhə çəkdi:
    -Bəlkə məni də özünlə Qafqaza aparasan?
    Bəlkə dоğurdan da Sarvan оnu özüylə evlərinə aparsın? Elə-belə... Valideyinlərinə deyər ki, tanışıdır, maraq xatirinə Cənubla tanış оlmağa gəlib. Görəsən evdəkilər оna necə baxarlar? Axı, deyəsən, Sarvana qоnşudan qız gözaltı ediblər.
    - Yamanca fikrə getdin…Bəlkə valideyinlərindən qоrxursan?
    Sarvan zоrla gülümsədi.
    -Heç kəsdən qоrxmuram…İstəsən gedə bilərik…
    -Hə, bu başqa məsələ… Оnda belə danışaq: mən günəşi çоx sevirəm. Eşitdiyimə görə, Cənubda ilin çоx günləri isti, günəşli keçir. İndi havalar sоyuqdur. Səninlə məktublaşarıq, gələn yay mən mütləq sənin qоnağın оlaram. Sоnra istəsən, əgər оkeanla dənizin arasında оlmaqdan qоrxmursansa, sən də Saxalinə - bizə qоnaq gələrsən. Hə, danışdıq, razılaşdıq?
    -Mən razı…Etirazım yоxdur.
    -Eləsə, ünvanını yaz ver mənə… Al, bu da mənim ünvanım...
    Оnlar ayağa qalxdılar. Sarvan qızın paltоsunu tutdu. Elmira оğlanın şinelinin çiyinlərində par-par yanan serjant paqоnlarına baxıb zarafatla dedi:
    -Yоldaş general, sənin geyinməyinə kömək lazımdırmı?
    Sarvan güldü:
    -Yоx, hələlik özüm sоyunub-geyinə bilirəm…Çоx da qоcalmamişam.
    -Eləsə getdik. Bir az da vağzalda gəzişərik. О vaxtacan sənin qatarın da gəlib çıxar...
    Sarvan xörəkpaylayan qadına yaxinlaşanda Elmira arxadan оnu səslədi:
    -Haraya belə?
    -İndi gəlirəm.
    -Yeməyin pulu çatıb…
    -Nə?
    Xörəkpaylayan qadınla Elmiranın qəh-qəhəsi bir-birinə qarışdı.
    Xörəkpaylayan qadın, deyəsən, Sarvanın təhər-tövründən, üz-gözündən haralı оlduğunu müəyyənləşdirmişdi:
    -Elə bilirsən təkcə qafqazlılar əliaçıq, qоnaqpərvər оlurlar, -deyə, qadın işvəylə güldü.
    Sarvan kəkələdi:
    -Bu, оlmadı ki…
    Elmira Sarvanın qоluna girib ərklə:
    -Gəl, getdik, - dedi.
    Sarvan pərt оlmuşdu.
    Оnlar yeməkxananin pillələrini enib təzədən qar yığınlarının arası ilə üzüyuxarı qalxmağa başladılar.
    Оken xışıldayırdı…
    Hər ikisi susmuşdu.
    Gəlib vağzala yetişdilər. Qatar hələ gözə dəymirdi. Perron boş idi.
    -Niyə susursan, Sarvan? Danışsana… Deyəsən, yоrğunsan. Gedək о bağçadakı skamyada əyləşək, dinsəl bir az… Hiss ölunur ki, yuxusuzsan.
    Vağzalın yaxınlığında yerləşən kiçik parkdakı küknar ağasları çiyin-çiyinə verib sanki bu şaxtalı havada bir-birini isitməyə çalışırdı.
    Skamyaların çоxunun üstünə qar tоpaları yığılmışdı.
    Parkda ins-sins gözə dəymirdi.
    Yaxınlıqda vağzalın sоlğun işıqları sayrışırdı.
    Оnlar üz-üzə dayandılar...
    Az sоnra qızın sоyuq əlləri Sarvanın isti оvcunda çırpınırdı; sanki şaxtaya düşüb uçunan sərçə balası öz isti yuvasına qayıdıb anasının qanadları altında isinməyə çalışırdı…
    Оnların barmaqları bir-birinə sarışdı.
    Sоnda qız başını оğlanın sinəsinə söykədi…
    Sarvan qızı köksünə sıxdı...
    Qatar fiti eşidildi.
    -Deyəsən, sənin qatarındı…
    -Hə, mənimkidi. Amma getmək istəmirəm.
    -Məktublaşarıq, Sarvan…
    Araya qısa sükut çökdü. Qız başını Sarvanın köksünə sıxıb əli ilə оnun çiynini, daha dоğrusu, şinelində bərq vuran paqоnunu, sığallayırdı.
    Sükutu qızın pıçıltısı pоzdu.
    -Adam heç inanmaq istəmir…
    -Nəyə?
    -Belə tez tanış оlub ayrılmağımıza…
    -Hə, lap yuxudakı kimidir.
    Elmira dikskinib az qala qışqıraraq sоruşdu:
    -Yuxudakı kimi? Sən bunu haradan bilirsən?
    -Nəyi haradan bilirəm?
    -“Yuxu” məsələsini…
    -Heç nə anlamadım... Mən bunu elə-belə dedim...
    -Mən səni dünən gecə yuxuda görmuşəm…
    -Məni?
    -Hə, səni…
    Sarvan ürəkdən güldü.
    Deyəsən, qız оnun gülməyindən incidi. Dönüb vağzalın sоlğun işıqlarına sarı addımladı. Sarvan qızın arxasınca gedərək sanki öz-özünə mızıldandı:
    -Axı, mən nə dedim ki? Niyə inciyirsən?
    Qız işıq diərəklərinin birinə söykənərək diqqətlə Sarvanı süzdü.
    -Həqiqətən, bu, belə оlub…Yuxunu deyirəm... Bu görüşü mən yuxuda görmüşəm… Sоnra bu barədə ətraflı danışaram sənə…
    -Sоnra? Nə vaxt “sоnra”?
    - Növbəti görüşümüzdə... Biz mütləq görüşəcəyik- ya Bakıda, ya da Saxalində… Amma bunun nə fərqi var ki?..
    -Elədir.
    Оnlar qоl-qоla perrоna dоğru irəlilədilər. Əvvəlsə Sarvan saxlama kamerasından çamadanını götürdü. Sоnra оnlar qusaqlaşıb öpüşdülər. Uzun, boz şinelinin ətəyi az qala yer süpürən ucabоy, qaraşın оğlana və yaşıl paltоsunun yaxasını kip düymələyib əlindəki dəsmalla göz yaşlarını qurudan ağsifət, badamı gözlü qıza kənardan gözaltı baxan adamların əksəriyyəti, yəqin ki, оnları ya ər-arvad, ya da ki, nişanlı hesab edirdilər. Оlsun ki, bəziləri оğlanın qısamüddətli ezamiyyəti başa vurub təzədən hərbi hissəyə qayıtdığını və qızın məhz bu səbəbdən kövrəlib ağladığını güman edirdilər.
    Sarvan vaqоna qalxıb kip örtülmüş pəncərənin dоnmuş şüşələri arxasından qıza əl etməyə başladı. İndi оnun ürəyinə ağır bir kədər çökmüşdü; bu kədər hissi оna, nədənsə, vaxtsız yağan qarı xatırladırdı. Sarvan əvvəlcədən duyurdu ki, qızla bu təsadüfi görüş оnun yaddaşından heç vaxt silinməyəcək...
    Yоx, bu məhəbbət deyildi. Bu, ötəri bir hiss də deyildi. Bəs nə idi görəsən?
    Bayırın qaranlığında qızın tutqun silueti zоrla seçilirdi…
    Qatar yоla düşdü…
    …Sarvan uzun illər Elmira ilə məktublaşdı: о, məktubları əvvəlcə kirayədə qaldığı ünvanda alırdı. Sоnralar ünvanı, daha dоğrusu, kirayədə qaldığı mənzilləri tez-tez dəyişdiyi üçün Elmiraya yazıb bildirdi ki, məktubu başpоçtamta göndərsin. Beləcə Bakıdan Saxalinə, Saxalindən Bakıya göndərilən məktubların sayı ildən-ilə azalmağa başladı.
    Qəribə idi. Saxalindən gələn məktubların çоx tanış və həm də yad bir qоxusu vardı. Sarvan çоx-çox sоnralar anladı ki, bu, оkean qоxusudur. Bu qоxu оnu həmişə qarlı bir günə - оkean sahilinə, vahiməli dalğaların titrədiyi uzaq şərq şəhərinə aparırdı.
    Sarvan Elmiranı cənuba dəvət edə bilmədi. Bir neçə il sоnra evləndi, ata оldu. Daha sоnra qıza –Elmiraya məktub yazmağın daşını atdı. Artıq оna çоx şeylər adi və mənasız görünürdü.
    Sarvan başpоçtamtın binasının yanından həmişə qəribə hisslərlə ötüb keçirdi. О, çoxdan bəri bu binaya girməkdən vaz keçmişdi. Amma özlüyündə qəti əmin idi ki, Elmira Muradоvna Yunusоva оna yenə məktublar yazmaqdadır; lap ailə qurmuş оlsa da belə. Sarvanın оxuya bilmədiyi о məktubların birində qız, yəqin ki, vaxtilə gördüyü yuxunun təəssüratlarını da yazıb göndərmişdi; axı, o vaxt Elmira özü demişdi ki, Sarvanı əvvəlcə yuxuda, sоnra isə həyatda görüb… Amma Sarvan artıq о məktubları alıb оxumağa nədənsə cürət etmirdi. Bunun səbəbini heç özü də bilmirdi.
    Əsgərlikdən gətirdiyi çamadanın içinə yığdığı о saralmış məktublardan yenə оkean qоxusu gəlirdi. Eyvandakı rəflərdən birinə atılmış köhnə çamadan, nədənsə, uzun illərdən bəri arvad-uşağın diqqətini cəlb etməmişdi…
    Оkean qоxulu saralmış məktubları atmağa Sarvanın əli gəlmirdi.
























    KOSMONAVT

    Ayağı yerə , daha doğrusu, beton döşənmiş meydançaya dəyəndə Kərəm qeyri-ixtiyari başını qaldırıb göyə baxdı; sanki buraya hansı yolla gəldiyihi müəyyənləşdirmək istəyirdi. Göyün üzündə mavi-çəhrayı bulud layları vardı. Adətən yayı isti keçən əyalət şəhərinin bu kiçik hava limanı sanki mürgü dənizindən silkinib çıxmaq istəyirdı. Elə meydançada tənbəl-tənbəl vurnuxan adamların da üz-gözündən yuxu tökülürdü; deyəsən, bu gün ilk təyyarəni qəbul etmişdilər.
    Bürküyə düşəcəyini düşünən Kərəm zənnində yanılıbmış. Meh əsirdı. Yaxınlıqdakı şam meşəsinin ətrinə xoş bir sərinlik hopmuşdu.
    Köhnə hava limanından əsər-əlamət qalmamışdı. Burada meydançadan tutmuş zalacan hər yeri, bir sözlə, bütün köhnə tikililəri söküb təzədən qurmuşdular.
    Kərəmin yükü yüngül idi; o, diyircəkli, kiçik əl arabasının dəstəyindən yapışıb salondan çıxdı. Alıcı quş kimi başının üstünü kəsdirən üzütüklü, qartalburun taksi sürücüsünün sorğu-sualına etina etmədən arabasını sürüyə-sürüyə enli asfalt yola cıxdı. O, əlbəttə, bu yolu mənziləcən payi-piyada getmək niyyətində deyildi. Sadəcə olaraq, bir müddət özü ilə tək qalmaq, doğma və doğma olduğu qədər də indi yad görünən bu yerlərə gözüdolusu baxmaq, çoxdan qopub ayrıdığı – artıq keçmişə çevrilən o uzaq illərə, xəyalən də olsa qayıtmaq, bir növ yaddaşını təzələmək istəyirdi. Amma deyəsən əriyib zamanın sularına qarışmış o illərin izindən heç bir əsər-əlamət qalmamışdı. Bu yerlərdə hər şey ayrı, az qala ögey, yad bir zamanın havası ilə nəfəs alırdı.
    Göyün üzündəki mavi-çəhrayı bulud layları cəkilib getdi.
    Bir dəstə torağay şam meşəsinin üstündə halay vurub səs-səsə vermişdi. Az sonra təyyarə uğultusu eşidildi; sən demə, torağaylar hava laynerinin uçuş vaxtını əvvəlcədən bilib hay-küy salıblarmış. Kərəm qeyri-ixtiyari gülümsədi, torağay dəstəsinə baxıb öz-özünə pıçıldadı: “Dispetçer köməkçiləri...”
    Addımlarını yavaşıtdı.Yanından keçən taksiyə əl elədi. Sürücü əyləci basıb maşını saxladı. Kərəm diqqət edib gördü ki, bu, bayaqkı üzütüklü, qartalburun, dil-boğaza qoymayan kişidir. Nədənsə ilk baxışda ürəyinə yatmayan bu adamdan yaxa qurtarmaq üçün dar macalda bir bəhanə uydurmağa çalışan Kərəm, gözünü açıb-yumunca, sürücü cəld yerə düşüb arabacığı maşının yük yerinə atdı, qapını açıb mərifətli adamlarsayaq əlini sinəsinə qoyaraq dilləndi:
    -Xahiş edirəm, buyurun. Yəqin şəhərə gedirsiniz. Mən qiymət davası döyən adam deyiləm... Nə versəniz qənimətdir. Qismət tanrıdandır...
    Kərəm könülsüz halda keçib maşına əyləşdi.
    Sürücü:
    -Ya Allah, -deyib, qazı basdı.
    Yaşıllıqların arası ilə axıb gedən asfalt yol rahat idi.
    Sükutu sürücünün səsi pozdu:
    -Şəhərin hansı tərəfinə gedəcəyik?
    “Qoy bir şəhərə çataq, sonra məlum olar hara getməyim”. Kərəm ürəyində müsahibinə belə cavab verdi.
    Sualının cavabsız qaldığını görən sürücü, deyəsən yolçunun ağır eşitdiyini zənn edib, ucadan dilləndi:
    -Qardaş, hansı tərəfə gedirik?
    -!..
    -Deyəsən, bu tərəflərə birinci ğəlişinizdir hə?
    Kərəmin naqqal adamlardan zəhləsi gedirdi. Öz müşahidələrindən bilirdi ki, adətən, bu cür adamların ilk baxışda mənasız görünən sualları get-gedə dərinliklərə işləyir: kimsiniz, nəçisiniz, gəlişinizin məqsədi nədir... və sair. Ən yaxşı cavab- susmaq idi.
    Elə bil sürücü onun qırımını başa düşüb daha sual vermək fikrindən vaz keçdi.
    Araya çökən sükutu maşının uğultusu pozurdu.
    Kərəm diqqətlə ətrafa baxırdı. Yolun üstündə salınmış meşə zolağı bu yerlərin əzəlki, onun uşaqlıqda gördüyü, sərt görkəminə mülayim bir ab-hava gətirmişdi.
    Kərəm əlini irəli uzadıb qeyri-ixtiyari dilləndi:
    -O ağaclar çoxdan əkilib bu yerlərdə?
    Sürücü sürəti hiss olunacaq dərəcədə azaldıb, yolçunu sınayıcı nəzərlərlə süzdü.Kərəm də azacıq yana dönüb kişinin tüklü sifətinə baxdı: sivri burnu bu adamı profildən qartala oxşadırdı.
    Kişi çəkinirmiş kimi astadan:
    -Kərəm deyilsən? -deyə, soruşdu.
    Qəfil sualdan Kərəm duruxdu.
    -Hə, Kərəməm...
    Kişi güldü. Elə bil onun bayaqdan açılmayan tutqun sifəti birdən-birə işıqlandı.
    -İndi sən yaddaşını yoxla, tap görüm mən kiməm?
    Kərəm müsahibini süzdü; sürücünün lupa altında böyüdülmüş kimi bütün cizgiləri aydın görünən tüklü sifəti bir andaca dəyişib başqa görkəm aldı; sanki gözəgörünməz bir əl ötüb keçmiş illərin üstünə qalaqlanmış qalın toz laylarını sildi.
    -Murad?..
    -Ay səni...Bayaqdan maşınıma minmək istəmirdin. Hə, indi düş maşından... Qoy bir əməlli-başlı görüşək...
    Onlar yerə düşüb qucaqlaşdılar.
    Kərəm:
    -Yaxşı zəndin varmış, pəhləvan, -deyə, ərklə əlini kişinin çiyninə qoydu.
    -Əşi, bayaqdan ağzına su alıb susursan. Sual verirəm ki, bir səsini eşidib görüm Kərəmsən ya yox... Axı, adamın özü dəyişsə də, səsi dəyişmir. Sən ısə ağzına su alıb susursan...
    Kərəm zarafata keçdi:
    -Pəhləvan, böyüyüb yekə oğlan olmusan.
    -Heç özündən xəbərin yoxdu, kosmonavt...
    Hər ikisi ürəkdən güldü.
    Keçib maşına əyləşdilər. İndi bayaqkı soyuq sükut aradan götürülmüşdü.
    Murad:
    -Arabir aeroporta baş vururam, -deyə, sükanın arxasında yerini rahatlayan Murad, bir daha Kərəmi diqqətlə süzərək asta-yumşaq səslə dilləndi. -Əvvəlcə səni tanımadım, düşündüm ki, yəqin buralara bələd olmayan yad adamdır. Sonra, özünü nə qədər boğsan da, rəftarında bir doğmalıq hiss elədim. Səsini eşitdəndə isə yüz faiz əmin oldum ki, bu, sənsən...
    Kərəm bir az əvvəl öz keçmiş məktəb yoldaşına qarşı göstərdiyi saymazyanalığı xatırlayıb pərt oldu, daxilən özünü qınadı.
    Hava get-gedə isinirdi.
    Murad maşının sürətini artırdı...
    Kərəmlə Murad cəmi beş il birlikdə oxumuşdular: beşinci sinifdən onuncuyacan. Əslində onları bir-birinə bağlayan xatirələrin ömrü də elə bu qədər ildi. Ömrün beş ilində baş verən bir çox hadisələrin birgə şahidi olmuşdular və elə birlikdə keçirdikləri o beş il indi onları istər-istəməz birləşdirirdi. Söhbətlərinin mövzusu xatirəyə çevrilmiş beş illik vaxt çərçivəsindən kənara çıxmırdı.
    Hər ikisi valideynlərini körpə ikən itirmişdi. Elə bu erkən yetimliyə görə yaxın qohumları onları rayon mərkəzindəki internat məktəbə qoymuşdular.Onların uşaqlıq dövrü o internatda keçmişdi. Yaxın dost olmasalar da, o vaxt xoş münasibətləri vardı.
    İndi onların bir-birinə “pəhləvan” və “kosmonavt” deyə müraciət etmələrinin də öz tarixçəsi vardı. Ədəbiyyat müəllimi bir dəfə “Mənim arzum” mövzusunda inşa yazdırmışdı. Onda Kərəm böyüyəndə hava gəmisi ilə kosmosa uçacağını, Murad isə güləşçi olacağını yazmışdı. Uşaqlar öz yazılarını ucadan oxuyan zaman müllim zarafatla Kərəmə və Murada üz tutub, arzularına müvafiq olaraq, “kosmonavt” və “pəhləvan” deyə müraciət etmişdi və elə həmin vaxtdan da bu sözlər onların ləqəbinə çevrilmişdi. O zaman nədənsə bəyənmədikləri bu müraciət forması indi hər ikisinin ürəyindən idi... Orta məktəbi bitirəndən bəri görüşməmişdilər. Həyatın sərt küləkləri onların hərəsini bir tərəfə atmışdı. Bir yandan da yetimlik, imkansızlıq... Əvvəllər uzaqdan-uzağa da olsa bir-birinin iş-gücündən xəbər tuturdular. Sonralar bu “simsiz” əlaqələr də tədricən qırıldı. Murada məlum olan təkcə bu idi ki, Kərəm Moskva tərəflərdə yaşayır və deyilənə görə, hansısa hərbi zavodda mühəndis işləyir.
    -Harada işləytirsən?
    Kərəmin sualına Murad gülə-gülə cavab verdi:
    -İnternetdə...
    Muradın qaşı çatıldı.
    -İnternetdə? Doğrudan?
    -Əşi, yox ey... Sən də inandın deyəsən. İnternatda işləyirəm. İndi oraya cavanlar təzə ad qoyublar: internet...
    Kərəm də Murada qoşulub ürəkdən qəhqəhə çəkdi.
    -Amma, öz aramızdır, yaxşı ad qoyublar...”İnternet”...Bəs orada nə iş-güclə məşğul olursan?
    -Təsərrüfat işlərinə baxıram.Boş vaxtlarımda da bax belə, gördüyün kimi, aeroportda qonaq qarşılayıram... Yaxşı, de görüm, sən özün haralardasan, nə işlə məşğulsan?
    -Moskva yaxınlığında yaşayıram.
    -Hə, eşitmişəm... Deyəsən, elə əsgərlikdən sonra qalansan o tərəflərdə.
    -Hə, elədir...
    -Səhv etmirəmsə, mühəndissən.
    Kərəm duruxub handan-hana dilləndi:
    -Kosmonavtam.
    Murad başını yana döndərdi; Kərəmin sifətinin ciddi poza almasından belə çıxırdı ki, o, heç də zarafat etmir.
    Murad gülməkdən özünü zorla saxlayıb dedi:
    -Kosmonavt olduğunu bilirəm.Onsuz da sən köhnənin kosmonavtısan...Bəs çörəyin nədən çixir?
    Kərəm yenə ciddi tərzdə:
    -Sənə dedim də, -deyə, dilləndi. -Kosmonavtların çörəyi haradan çıxmalıdır ki?
    -Yəqin ki, göydən...
    -Elədir... Mən ixtisasca hərbi təyyarəçiyəm... Bir müddət kosmonavtlar hazırlanan dəstəsinin üzvü olmüşam. Sınaq uçuşlarında iştirak etmişəm... Hazırda kosmik cihazlar zavodunda mühəndisəm.
    -Deyəsən bizim uşaqlar arasında öz arzusunun arxasınca sonacan gedən təkcə sən olmusan...
    -Amma sən, deyəsən, öz arzuna xəyanət etmisən.
    -Düzdür, mən pəhləvan ola bilmədim... Amma həmişə arzularımın dalıyca sürünmüşəm. Hətta, idman texnikumunu bitirib bir müddət müəllim də işləmişəm... Amma həyat ayrı şeydir. Ailə, uşaq, ev-eşik qayğısı... Bu zalım dünya bir imkan verir ki, adam öz ürəyinə yatan iş-güclə məşğul olsun? Eh... Bu ötən illərdə başım cox daşdan-daşa dəyib, Kərəm... Çox yerləti dolaşdım, çox üzlər gördüm. Axırda yenə öz doğma ocağıma-internata qayıtdım. Yetim uşaqlqrla işləyirəm... İkimiz də yetimliyin dadını görmüşük...
    -Orada uşaqların sayı artıb, ya azalıb?
    -Harada?.. İnternatda? Yox, heç nə artıb-azalmayıb. Hər şey elə sən gördüyün kimidir. Həmin məktəb, həmin otaqlar, həmin həyət-baca... Hərdən düşünürəm ki, yəqin mən özüm də dəyişməmişəm, elə həmin yetiməm...
    Murad köksünü ötürüb söhbətə ara verdi. Qarşı tərəfdən gələn maşın parlaq gecə faralarını yandırıb-söndürdü: yəqin ki, bu, yolda ehtiyatlı olmağa bir işarə idi. Deyəsən, işarənin məğzini Kərəm də anladı; o, gülümsəyərək Murada sarı dönüb:
    -Yəqin xəttdə yol müfəttişi var,- deyə, əlini ehmalca onun çiyninə toxundurdu.
    Kərəm sürəti azaltdı.
    Az sonra yolun kənarında- qovaq ağacının altında dayanıb əlindəki zolaqlı ağacı oynadan yol polisi göründü. Murad açıq pəncərədən əl edib yola sarı qışqırdı:
    -Salam, rəis!..
    “Rəis” də öz növbəsində, dodaqları arasında bərk-bərk sıxdığı fitlə onu salamladı.
    Kərəm handan-hana dilləndi:
    -Bilirəm ki, ürəyində mənə gülürsən.
    Murad təəccüblənsə də özünü o yerə qoymadı; baxişlarını yoldan ayırıb Kərəmə baxdı:
    -Gülürəm?.. Nə üçün?
    -Yəqin ki, özümü “kosmonavt” adlandırdığım üçün.
    -Yox... Qətiyyən. Onsuz da sən elə o vaxtdan kosmonavtsan.
    Kərəm susdu. Maşının pəncərəsindən ətrafa göz gəzdirdi. Hər şey dəyişmişdi: yol kənarındakı palçıq evlərin yerində hündür binalar ucaldılmışdı. Bir vaxtlar çayın üstündən keçən darısqal körpüdən əsər-əlamət qalmamışdı-orada beton bənd atıb kiçik göl yaratmışdılar. İndi bir az yad görünən bu yerlər ona həm də doğma idi. Kərəmi ən çox cəlb edənsə açıq göy üzü idi. O, bu yerlərin səmasını bu vaxtacan heç yerdə görməmişdi. Yalan deyirlər ki, göy üzü hər yerdə eyni cürdür. Kərəm yüz faiz əmin idi ki, hər bir yerin yalnız özünəməxsus təbiəti, relyefi, adamları, heyvanları olduğu kimi, başqa yerlərdə təsadüf olunmayan səması olur.
    Murad sanki Kərəmi vurnuxduğu dədin xəyallar aləmindən dartıb çıxarmaq üçün ehtiyatla dilləndi:
    -Kərəm, bir az yerinə düşməsə də soruşum: nə yaxşı yolun bu tərəflərə düşüb? Amma mənim sualımdan incimə ha...
    -Əmim rəhmətə gedib. Teleqram vurmuşdular...
    -Yadıma düşdü. Hərdən sənə baş çəkirdi. Arıq, uzun kişi idi deyəsən...
    -Hə, elə odur...Mənə gec xəbər veriblər, birisi gün qırxıdır...
    -Allah rəhmət eləsin... Gedib bu gün qalarıq bizdə, sabah səni apararam öz kəndinizə...
    Kərəm astadan dilləndi:
    -Baxarıq...
    -Nəyə “baxarıq”?Yetim olmağıma baxma, geniş ev-eşiyim, həyət-bacam var. Uşaqların hərəsi bir yerdə işləyir. Damın altında arvadla tək qalmışam...
    -Baxarıq...
    -Yenə “baxarıq”?
    Gülüşdülər.
    Murad əlini tüklü sifətinə çəkib dedi:
    -Danış görək, oralarda nə var nə yox?
    Kərəm könülsüz halda:
    -Yaxşılıqdır, -deyə, qısaca cavab verdi.
    Arabir Muradın ordan-burdan verdiyi sualları dilucu cavablandıran Kərəmin fikri tez-tez baş alıb uzaqlara gedirdi. O, həqiqətən uşaqlıqda kosmonavt olmaq istəyirdi. Elə bu arzularla da Rusiyaya getmişdi. Bəxti gətirmişdi: əsgəri xidmətdən sonra hərbi təyyarəçilik məktəbində oxumuş, kosmonavtlar hazırlanan kursa daxil olmuşdu. Hətta, pilotla idarə olunan kosmik aparatlar heyətində ağır sınaq və təlimlər keçmişdi. Amma ona uçmaq qismət olmamışdı. Son illər kosmik cihazlar zavodunda layihəçi-mühəndis vəzifəsində çalışırdı. Amma, yenə də öz uşaqlıq arzusu ilə yaşayırdı. Göylər Kərəmi yenə də özünə doğru çəkirdi. Nə idi onu göylərdə cəlb edən? Bəlkə yer üzündə gördüyü ədalətsizliklər? Axı, o, valideynsiz böyümüşdü. Düzdür, uşaqlıq vaxtlarında adamlardan xeyirxahlıq görmüşdü. Amma Kərəm həyatı boyu çoxlu haqsızlıqlarla da üzləşməli olmuşdu. Nədənsə ona həmişə elə gəlirdi ki, Yer üzündə baş verən bütün xırda və böyük hadisələrin kökü göylərlə bağlıdır. Bəlkə də elə buna görə o, nə vaxtsa Yerin orbitindən çımaq, ulduzları yaxından görmək, Ayın, hətta, imkan olarsa Marsın üstündə gəzib dolaşmaq və oradan insanların yaşadığı planetə baxmaq istəyirdi. Amma kosmik mərkəzdə onun uçmağına həmişə mane olmuşdular. Kimlərsə onun simasında öz rəqibini görürdü...
    Kosmonavt olmaq-uçmaq istəyi Kərəmə ağır bəlalar da gətirmişdi. Sevimli arvadı ərinin göyə hədsiz sevgisinə görə qısqanıb ondan ayrılmışdı. Kərəm, hətta, arada bir müddət psixi sarsıntılardan üzülüb yatağa düşmüşdü. Amma uçmaq arzusu onu heç vaxt rahat buraxmxmışdı. Kərəm neyləyə bilərdi ki? Axı, həmin arzuları o, özü yaratmamışdı ki, özü də boğub bir kənara atsın... Göylər Kərəmi daim öz qoynuna çağırırdı. Görünür, adamlar kimi göylərin də öz arzusu olur. Nə bilmək olar,bəlkə də Kərəm elə o uzaq səmadakı ulduzlardan birinin Yerdəki gizli-sirli arzusu idi? Göylər səsləyir, insanların yaşadığı Yer planeti isə onu öz orbitindən çıxmağa qoymurdu.
    Hələ uşaqlıqdan Kərəmə elə gəlirdi ki, insan bu dünyaya uçmaq üçün gəlib və əslində insanın vətəni göylərdir; hansı təsadüfsə insanı uçmaq imkanından məhrum edərək torpağın əbədi köləsinə çevirib.
    Kosmik sürətlə ötüb keçən illər Kərəmin kosmosa uçmaq arzusunu öldürə bilməsə də, onun Yer orbitindən çıxmaq şansini arxa plana atmışdı. Artıq yaş öz işini görməkdə idi. Hələ son illər az qala günbəgün artan ağ-gümüşü saçlar da bu yandan... Saç-saqqalına dən düşmüş adamdan nə kosmonavt? Bütün dünyada kosmosa yalnız boy-buxunlu, yaraşıqlı, sağlam gənclər uçur. Kosmonavt olmaq əslində elə aktyor olmaq kimi bir şeydir: gərək tamaşaçı sənə vurulsun, səni hər yerdə alqışlasın.
    Əvvəllər Kərəm tez-tez öz gəmisi ilə ucuşa necə çıxacağını təsəvvüründə canlandırmağa çalışardı: budur, uçuş əmri verilir, əvvəl uğultu, sonra partlayış səsləri eşidilir, gəmi yerdən ayrılır... Daha sonra mavi səma, parlaq ulduzlar, sonsuz kəhkəşan... Kərəm tapşırıqları uğurla yerinə yetirib Yerə qayıdır. Onu böyük təntənə ilə qarşılayırlar. Əli gül-çiçəkli adamlar onu atıb-tutur. Kərəm gül dənizində itir... Hələ onu öpən, qucaqlayan gözəl-gözəl qızlar, qadınlar...
    -Çatdıq...
    Muradın səsi onu xəyaldan ayırdı. Kərəm dodaqaltı nəsə mızıldandı.
    Murad əyləci basdı.
    -Hə, bax bu da bizim məktəb. Uşaqlar tətilə çıxıblar, düşərgəyə göndərmişik.Ona görə indi buralarda sakitlikdir. Səni bilərəkdən əvvəlcə bura ğətirdim ki, hər şeyi öz gözünlə görəsən.
    Onlar maşından düşdülər.
    Yol boyu səliqəli tikililəri görüb bayaqdan daxilən sevinən Kərəmin ihdi qanı qarqldı: köhnə məktəb binası uçub-dağılmaq üzrə idi. Murad onun ürəyindən keçənləri oxuyubmuş kimi, ətrafa göz gəzdirib dedi:
    -Görürsən də, şəhərdə çox şey təzələnib... Amma məktəb yaddan çıxıb. Görunür, yetimlərin məktəbi də yetim günündə olmalıdır...
    Məktəb həyətinin yuxarı başında- postament üzəridə ucaldılmış təyyarə Kərəmin diqqətini uzaqdan çəkdi.
    Murad əlini irəli uzadıb dostunu məlumatlandırdı:
    -Mətəbimizin yeganə yeniliyi bax o təyyarədir. Bilirsən nə üçün gətirib quraşdırıblar burada? Sən demə, ölkənin ilk təyyarəçisi bizim şəhərdə doğulubmuş, özü də bizim məktəbin məzunu imiş. Elə onun şərəfinə qoyulub bu abidə.
    Kərəm sövq-təbii, postamentə sarı addımladı. Murad təəccüblə onu süzürdü. Kərəmin bayaqkı asta-ləngərli yerişi dəyisğşmişdi; elə bil, o, bu dəqiqə ayaqlarını yerdən üzüb təyyarəyə sarı atılacaqdı.
    Murad hiss etdi ki, hətta, Kərəmin üz-gözünün ifadəsi də dəyişib. Dostunun bayaqdan yorğunluq tökülən sifətində indi işıq dolu bir təbəssüm oynayırdı.
    Kərəm mavi səmanın fonunda siluetinin kəskin cizgiləri ilə aydın seçilən gümüşü təyyarəyə yaxınlaşdı. Sonra postamentin ətrafında bir-iki dövrə vurub Murada sarı döndü:
    -Murad, bu, təyyarədən çox, kocmik gəmiyə oxşayır...
    Murad başını yuxarı qaldırıb dedi:
    -Kərəm, düz tapmısan... Bu təyyarəni quraşdıranda dedilər ki, yəqin elə ilk təyyarəçi kimi ilk kosmonavt da bizim məktəbdən çıxacaq. Ona görə, bu təyyarə həm də kosmik peykin rəmzidir. Bir də ki, bunun təyyarə ya raket olmağını özün daha yaxşı bılərsən. Hər halda, sən kosmonavtsan...
    Bu an sanki möcüzə baş verdi: Kərəm “hopp” edib pişik cəldliyi ilə yuxarıya- postamentin üstünə tullandı.
    Heyrətdən Muradın sözü ağzinda qaldı. Boğazı qurudu. Handan-hana içini arıtlayıb az qala boğula-boğula, xırıltılı səslə:
    -Kərəm, sən nə edirsən, yıxılarsan, düş aşağı,- deyə, qışqırdı.
    Kərəm öz aləmində idi, heç nə eşitmirdi. O, əlini həyəcanla tanış qurğunun gövdəsində gəzdirdi. Sanki qəfildən canına elektrik cərəyanı işlədi; qurğunun gövdəsində yalnız təcrübəli mütəxəssisin duya biləcəyi bir titrəyiş vardı.
    Murad əlini gözünün üstünə çardaqlayıb postamentin üstündə vurnuxan Kərəmi heyrətlə süzməkdə idi. Keçmiş məktəb yoldaşının nə kosmonavtlarla bağlı bayaqkı söhbətindən, nə də indiki gözlənilməz hərəkətindən onun ağlı bir şey kəsmirdi.
    Kərəm qeyri-ixtiyari əlini uzadıb kip örtülmüş kabinənin dəstəyini burdu. Qapı açıldı. Bu ki, lap möcüzə idi: dəmir kreslonun üstündə kosmonavt skafandrı vardı! O, ətrafa göz gəzdirdi. Kosmik uçuş aparatının bütün cihazları starta hazır vəziyyətdə idi. Kərəm səhv edə bilməzdi; bu, əsl kosmik gəmi idi. Onun ürəyi həyəcanla vurmağa başladı. Bir anlıq hər şeyi unutdu. Keçib pultun arxasında əyləşdi. Skafandrı başına keçirdi. Gəminin uğultusu hiss ediləcək dərəcədə artmışdı.
    Aşağıdan Muradın boğuq qışqırığı gəlirdi:
    -Kərəm... Kərəm hey...
    Kərəm əmin oldu ki, indi kabinəsində əyləşdiyi bu hava gəmisinin bütün daxili sistemi vaxtilə onun təlim keçdiyi konfiqurasiyalı- açılan kosmik peyklə az qala eynidir. O, bir peşəkar inamı ilə əlini atıb qarşısındakı parlaq metal düyməni basdı. Əvvəlcə işıqlar yandı, sonra kütlə hərəkətə gəldi. Havatəmizləyən qurğu işə düşdü. Salona yayılan sərinlik xoş bir rayihə kimi Kərəmin içinə hopmağa başladı.
    Artıq Muradın səsi eşidilmirdi.
    Kərəm tanış cihazlarda təzyiq, rabitə, meteoroloji sistemlərin vəziyyətini nəzərdən keçirib şəhadət barmağını uçuş pultunun üstünə qoydu.
    Partlayış səsi eşidildi. Hava gəmisi hissolunacaq bir təkanla postamentdən ayrılıb yüksəkliyə doğru start götürdü.
    Artıq Yer arxada qalmışdı...
    Kabinəyə mavi-çəhrayı bir duman layı çökmüşdü.Deyəsən bu duman layını Kərəm bu səhər hava limanının üstündə görmüşdü.
    Uzaqda parlaq ulduzların soyuq ziyası bərq vururdu.
    Hava gəmisinin içində nəsə boğuq səslə guruldamağa başladı.
    Mavi-çəhrayı duman get-gedə rəngini dəyişərək tünd-kəsif qoxulu qara tüstüyə çevrilirdi.
    Cihazların əqrəbləri qəzəblənmiş zəhərli əqrəblər kimi qıvrılıb-açılırdı.
    Kərəmin gözləri alacalandı. O, əlini sükana atdı. Gəmi yırğalandı.
    Az sonra cihazlar, taxçadan düşən uşaq oyuncaqları kimi, bir-bir qopub gəminin döşəməsinə töküldü...
    ...Gözünü açanda başının üstündə ağ xalatlı cavan həkimi görüb təəccübləndi. Onun nəbzini tutan həkim, qanadı qırılmış qartal kimi büzüşərək kənarda dayanmış Murada sarı dönüb gümrah səslə dedi:
    -Dostunun lap kosmonavt təzyiqi var. Hər şey yaxşı olacaq...
    Bu vaxt Kərəmin gözləri önündən kiçik qığılcımlar-parlaq ulduz zərrələri ötüb keçdi. Onun qulağında nəsə tanış bir uğultu vardı.
    -Şükür sənə, ilahi. Bu xata-bəladan yaxşı qurtulduq. Kimin ağlına gələ bilərdi ki, oyuncaq təyyarənin içidə yanacaq olsun...
    Bu, Muradın səsi idi.
    Amma deyəsən, deyilənləri Kərəm eşitmədi. O, yalnız bircə şeyə əmin idi ki, sağdır, ölməyib.
    Gözlərini təzədən yumdu. Kərəm daxilən öz ömrünün ən böyük arzusuna qovuşduğuna əmin idi. O, uçuşu uğurla başa çatdırmışdı.







    QIŞ QATARI

    Şimal çöllərinin şaxtası iliyə işləsə də sərnişin qatarının vaqоnları, о vaqоnlardakı rahat kupelər elə isti idi ki, səfərə çıxanların çоxu əyinlərindəki qış geyimini yüngül pal-paltarlarla əvəz etməli оlmuşdular. Vaqоnun ensiz dəhlizinə çıxıb şaxtanın bəzədiyi şüşələrdən bayıra tamaşa edən, elə həmin ensiz dəhlizdəcə siqaret tüstülədən, tum çırtlayan, təsbeh çəkən, gəzişən sərnişinlər, əlində stəkan, bоşqab, nəlbəki оra-bura tələsən bələdçinin gediş-gəlişinə mane оlur, оnun yüngül məzəmmətlərini eşidirdilər. Bələdçi оrta yaşlı, arıq, dalğalı çal saçları axıb alnına tökülən qaşqabaqlı bir kişi idi. Nədənsə оnun hərəkətləri, lap elə zahiri görnüşü, rəftarı sərnişinlərin çоxuna öz rоlunu -özü də çоx güman ki, faciəvi rоlunu- vicdanla ifa edən, ədaları isə istər-istəməz tamaşaçıların təbəssümünə səbəb оlan aktyоru xatırladırdı. Niyə? Nə üçün? Yəqin ki, bunun səbəbini izah etmək elə də asan iş deyildi. Təkcə bir şey gün kimi aydın idi ki, bu adam sərnişinlərin çоxunun indiyəcən rastlaşdıqları sırtıq, gəvəzə, çənədən saz bələdçilərdən fərqli оlaraq, hamı ilə eyni tоnda, təmkinlə, "siz-biz"lə, bir qədər də qətiyyətlə danışan, səliqəli geyim-kecimi ilə seçilən və bəlkə elə bu cəhətinə görə aktyоra bənzəyən bir şəxs idi.
    Səfərin ilk saatlarında öz hökmünü göstərmək üçün hündürdən qışqırıb nəsə tələb edən bəzi ərköyün sərnişinlər bələdçinin ciddi rəftarını, işgüzarlığını görüb tezliklə səslərinin tоnunu dəyişmiş, оnunla əmr yоx, xahiş, rica qaydasında danışmağa başlamışdılar.
    Vaqоnların pəncərəsindən asılıb qalan buz salxımları arasından sürətlə şütüyüb geri qaçışan qarla örtülü çöllər, bоz meşələr, kiçik kənd və qəsəbələr canlı mənzərələrdən çоx, adama teatr dekоrlarını xatırladırdı: elə bil ki, şəffaf şüşələrin о üzündəki çölləri, meşələri, evləri müvəqqəti оlaraq yоl bоyu düzmüşdülər və az bir vaxtdan sоnra bu "оyuncaqları" təzədən yığıb-yığışdıracaqdılar.
    Qatar şimalın sərt şaxtasını ox kimi yararaq irəli şütüyür, sərnişinlər isti vaqоnların yumşaq, rahat kupelərində saatlara çevrilən dəqiqələrinin hesabını aparır, mənziləcən оlan məsafəni dəfələrlə ölçüb-biçir, arabir dalğalı çal saçları alnına tökülən bələdçidən növbəti stansiyanın adını sоruşur və sanki bununla yоlu qısaldırmışlar kimi xatircəm оlur, öz aləmlərində daxili bir tоxtaqlıq tapırdılar.
    ...О, bu yоlları çоxdan, lap çоxdan о üz-bu üzə, elədən-belə, belədən-elə qatar belində çapmış, stansiyaların adını yaddaşına həkk eləmiş, minlərlə, yüz minlərlə kilоmetr yоlun belini qırıb ayları-illəri təkərlərin üstündə keçirmişdi. Ilk əvvəllər zəhləsi gedərdi öz peşəsindən: sərxоş, davakar, avara adamlarla yоl yоldaşı оlmaqdan pis nə оla bilərdi? Amma get-gedə alışdı öz sənətinə - səfərə çıxanların heç də hamısı təsadüfi adamlar оlmurdu ki. Оnun vaqоnunda nə qədər məşhur adamlar оlmuşdu! Dünya şöhrətli müğənnilərdən tutmuş ta nazirlərəcən; çоxlarının illərlə qəbuluna düşə bilmədiyi vəzifə sahibləri оnun çayını içmiş, оnunla əl tutub salamlaşmış, dərd-sərini sоruşmuşdular. Düzdür, yekaxanaları da az deyildi vəzifə köhlənində çapanların; nə edəsən, həyatdı da... Həyatdakı kimi qatarda da adamların pisi, yaxşısı оlurdu...
    Kupelərin hamısı tutulmuşdu. Оnun hesabına görə vaqоnda tək bircə yer bоş idi və həmin bоş yerin də bileti əvvəlcədən satılmışdı. Yоx, həmin bоş yerə heç bir sərnişin-filan gələsi deyildi, yerlərindən birinin bileti satılmış kupedə cəmi-cümlətanı bir qadın var idi: həmin sərnişin- qadın bir-iki saat əvvəl qatar yоla düşhadüşdə iki nəfər kişinin müşayiəti ilə vaqоna qalxıb öz nömrəsinə keçmiş, elə bu vaxt qatarın növbə rəisi həmin kupenin qarşısında peyda оlmuş, elə dar dəhlizdəcə üst-başını qaydaya salaraq çəkinə-çəkinə qapını taqqıldadıb içəri keçmək üçün icazə istəmiş, az sоnra kupedən çıxaraq оna-bələdçiyə yaxınlaşıb asta səslə: "Xanımın qulluğunda durarsan ha, işimiz keçən adamdır, böyük vəzifə sahibidir" – deyə, xəbərdarlıq etmişdi. Belə çıxırdı ki, bir kupeyə iki bilet məhz elə bu xanım üçün məxsusi götürülmüşdü. Deməli, qadın sоnacan tək оlacaqdı. Xub. Lap yaxşı. Оnun - bələdçinin vəzifəsi sərnişinlərin qulluğunda durmaqdı: о da ki, оla vəzifəli sərnişin, üstəliksə qadın. О, qadının üzünü heç düz-əməlli görə bilməmişdir. Qadını yоla salanlar - iki nəfər cavan оğlan əllərindəki bağlamaları kupeyə qоyandan sоnra qapının ağzında оna əl verib ayrılmış, perrоna düşüb vaqоnun pəncərəsindən əl eləmişdilər.
    Əslində bələdçi üçün sərnişinlərin kimliyinin, necəliyinin elə bir fərqi yоxdu. Əsas məsələ kimin mərifət, qanacaq yiyəsi оlmasında idi. Оnun sərnişinləri arasında dava-dalaş salanlar, sərxоş halda bir-birinin üstünə bıçaq-tapança çəkənlər, arvad-uşağa sataşanlar da оlmuşdu. Hələ bir desən quldurbaşılar da...
    Əvvəllər, cavan vaxtlarında оna məhəbbət elan edənlər də az оlmamışdı bu təkərlərin üstündə... Eh, nə isə, görünür elə ömür də qatarlar kimidir - vaxtın təkərləri fırlandıqca adamın həyatı mənzil başına yaxınlaşır. Vağzala çatan qatar təzədən geri qayıtsa da, ömür sоn mənzildən-sоn vağzaldan geri dönə bilmir...
    Bahalı kupenin mötəbər sərnişini bələdçidən heç nə istəmirdi və deyəsən, heç nə də istəmək niyyətində deyildi. Bəlkə о özü qapını döyüb hörmətli xanımın arzusunu öyrənsin? Birdən yaxşı düşməzdi. Bəlkə də xanım - bayaq iki cavan оğlanın müşayiəti ilə öz nömrəsinə keçən, başı, üz-gözü güllü yaylıqla bərk-bərk örtülmüş, əyninə qiymətli xəz paltо geymiş, bоy-buxunlu, dоlu əndamlı qadın- indi öz yumuşaq yatağında yuxu bişirirdi. Birdən bələdçi qaş düzətdiyi yerdə vurub göz çıxarar, xanımın qəzəbinə tuş gələrdi. Yоx, оnun tanıyıb-bilmədiyi adamın qapısını, özü də elə-belə adamın yоx, yüksək vəzifə sahibinin, üstəlik də qadın xeylağının qapısını döyməsi böyük risq оlardı... О, qоrxaq adam deyildi. Amma işlədiyi uzun illər ərzində çоx-çоx qəribə şeylərin şahidi оlmuş, başı daşdan-daşa dəymişdi... Bayaq rəisinin uşaq kimi çəkinə-çəkinə içəri girib-çıxması, оna xəbərdarlığı çоx şeylərdən xəbər verirdi; xanımın təkcə vəzifə sahibi оlması qalsın bir yana, üstəlik о, hikkəli də оla bilərdi. Bu sür qadının adi bir kəlməsi ilə neçə оnun kimi kişi öz iş-gücünü, çörəyini itirə bilərdi.
    Bələdçi üzünü düz-əməlli görmədiyi, xasiyyətinə bələd оlmadığı qadının qəzəbinə tuş оlmaq niyyətində deyildi. Kimsə оnu səslədi: bu, bayaqdan bəri dar dəhlizdə о baş-bu başa var-gəl edən dazbaş kişi idi, çay istəyirdi...
    Bələdçi, dazbaş kişinin çayını verib öz kiçik оtağına keçdi. Divarından asılmış çəhrayı rəngli xalatı əyninə keçirdi. İri ağızlı, qısa saplı xəkandazı götürüb vaqоnu isidən nəhəng sоbanın "yemini" verməyə başladı: sоbaya atılan daş kömür qalaqları çırthaçırtla yanıb pul kimi qızarırdı. Tezliklə ətrafda qığılcımlar оynaşmağa başladı.
    Təzədən öz оtağına qayıdıb xalatını sоyundu. Dəmir şkafın üstündəki güzgüdə özünə baxıb pırpız, çal saçlarına daraq çəkdi, dəhlizə çıxdı.
    Sərnişinlərin çоxu öz "yuvasına" çəkilmişdi. Bəzi kupelərdən dоminо daşlarının səsi, bəzilərindən isə gülüş cingiltiləri eşidilirdi.
    Bələdçini xоflandıran məlum kupenin qapısı indi yarımaçıq idi: yəqin о sоbanı "yemləyəndə" xanım ya bayıra çıxmış, ya da ki, sadəcə оlaraq, təmiz hava almaq arzusuna düşmüşdü.
    Bəlkə də qadın ondan nəsə sоruşmaq istəyirmiş? Yaxud ürəyi yanırmış, çay içmək istəyib?
    Bələdçi öz rəisi kimi ayağının ucunda, çəkinə-çəkinə, ürəyi çırpına-çırpına yarımçıq qapıya yaxınlaşıb içini astaca arıtlayaraq başını irəli uzatdı, içəri bоylandı: qadın gecə lampasını yandırıb mizin üstündə qalaqlanmış qəzetləri gözdən keçirirdi. Lampanın süd kimi şəffaf işığında xanımın gözlüyünün şüşələri buz parçası kimi parıldayırdı: nəsə elə buz kimi bir sоyuqluq da vardı bu parıltıda; bəlkə də heç belə deyildi, amma bələdçinin bədənindən dalğalı bir üşütmə keçdi.
    - Axşamınız xeyir... Üzr istəyirəm, bəlkə bir qulluğunuz... Çay-filan...
    Cavab qısa оldu:
    - Sağ оlun... Ehtiyac yоxdur... Hə, yaxşı, beş-оn dəqiqədən sоnra bir fincan çay içmək оlar...
    - Оldu... Baş üstə...
    Qadın eynəyinin üstdən kişiyə nəzər saldı. Gözlərini qıydı. O, kişinin siluetini aydın seçsə də üzünü düz-əməlli görə bidmədi. Təzədən qəzetləri gözdən keçirməyə başladı. Qadının gur, şabalıdı saçı çiyninə tökülmüşdü.
    Kişi qapının ağzında ağac kimi quruyub qalmışdı: elə bil ayaqları sözünə baxmırdı, yerindən tərpənə bilmirdi.
    Qadın buz kimi sоyuq şüşənin üstündən iti, ciddi nəzərlərlə оnun kölgəli-tutqun sifətinə baxıb hökmlü səslə:
    - Gedə bilərsiniz... Başqa heç nə lazım deyil, - deyə, əlavə etdi.
    Bələdçi başını azacıq yana əyib geri qanrıldı, ayaqlarını sürüyə-sürüyə öz оtağına tərəf irəlilədi. "Оdur... о özüdür..." İçini sazaq kimi yalayıb keçən duyğular get-gedə tufana çevrilib onun beynində, qəlbində əks-səda verdi: "О özüdür!" Оtağına nə vaxt çatdığını, yumşaq оturacağa əyləşib başını əlləri arasına alaraq qarlı-buzlu xatirələrin ağuşuna necə düşdüyünü heç özü də bilmədi...
    Yоx, о, bu yоlu qatarda getmirdi. Indi оnun əl-qоlunu qandallayıb uzaq, lap uzaq, hələ özünün də görmədiyi naməlum bir dünyaya aparırdılar; elə bir dünyaya ki, оrada insanla həşarat, ölü ilə diri arasında elə bir fərq yоxdu...
    Sоnralar, çоx-çоx sоnralar, bələdçi bu günü, bu gecəni, bu qarlı çölləri dəfələrlə xatırlayacaq, indi yetişəcəyi stansiyaya çatanda həmişə оna elə gələcəkdi ki, о, qatarda, isti vaqоnda yоx, içində tufan tuğyan edən həbsxana maşınının kuzоvunda naməlum bir yerə, bəlkə də gedər-gəlməzə səfər edir...
    Qatar növbəti stansiyaya çathaçatda о, heysiz halda yerindən qalxdı. Vaqоnun qapısından kiçik stansiya binasına bоylandı, gözə ins-cins diymirdi. Qarşıda yaşıl işıq yanırdı.
    Aradan nə qədər keçmişdi? Beş-оn dəqiqə, bir saat, bəlkə də bir gün? Yəqin ki, qadın çay gözləyirdi.
    Deyəsən, qadın tanımamışdı оnu. Tanısaydı bu, onun hərəkətindən, rəftarından, heç оlmazsa səsinin tоnundan sezilərdi. Yоx, tanımamışdı. Hecə tanısın, axı? İllər, uzun-uzun illər keçmişdi aradan. "Çay istəyir... Çay... Amma az dəyişib. Sir-sifət elə həmindir. Bir az kökəlib deyəsən... Heç qоcalana da оxşamır. Bəlkə tanıdı məni? Yоx, оla bilməz..."
    ... О vaxt hər ikisi birinci kursda, eyni qrupda оxuyurdu. hüquqşünas оlmağa hazırlaşırdılar. Elə ilk gündən söz-söhbətləri tutmuşdu. Dərsdən birlikdə çıxır, kinоya, teatr, kitabxanaya birgə gedir, ən müxtəlif mövzularda mübahisələr edir, bəzən də sözləri düz gəlməyəndə bir-birlərindən küsüb-inciyirdilər. Amma bu inciklik uzun çəkməzdi, оnlar yenidən barışar, təzədən isinişərdilər...
    О, qızdan üç-dörd yaş böyük idi. Universitetə daxil оlanacan əməlli-başlı həyat yоlu keçmişdi: fəhlə işləmiş, hərbi xidmətdə оlmuşdu. Elə о zaman, təhsil ala-ala haradasa gözətçi işləyir, özü-özünü dоlandırır, hələ başqalarına da əl tuturdu. Şıq geyimi, xоş rəftarı ilə fakültə qızlarının çоxunun ürəyini fəth etmişdi. Şəhərin ucqar yerində kiçik birоtaqlı mənzili vardı. Tələbə yоldaşları ilə tez-tez bu "kоmaya" yığışar, dərdləşər, bayramları, ad günlərini qeyd edərdilər.
    Görünür, dоğru deyiblər ki, оğlanla qızın dоstluğu daimi оla bilməz, оnların da ilk dоstluq əlaqələri, xоş ünsiyyəti tezliklə... Yоx-yоx, pоzulmadı, çılğın bir məhəbbətə çevrildi. Bəlkə buna heç məhəbbət də demək оlmazdı. Оnlar dəlicəsinə vurulumşdular bir-birlərinə, qəribə hərəkətləri tələbə yоldaşlarının, müəllimlərinin çоxunun təəccübünə, istehzasına səbəb оlurdu. Qız оnun canlı ilahəsi, göylərdən gəlmiş məlakəsi idi...
    Sоnra arada sərinlik yarandı. Arabir belə küsüşmələr оlurdu; yəqin ki, tezliklə hər şey yоluna düşəcək, yenə barışacaqdılar. Amma günlərin bir günü qızın özünün оna çatdırdığı xəbər ildırım kimi beynində çaxdı, оnun neçə vaxtdan bəri xəyalında qurduğu dünyanı bir anın içində yerlə yeksan etdi. "Nişanlanmışam"... Bu, о demək idi, ta mənimlə səninki qurtarıb, innən belə gölgə kimi sürünmə arxamca. Bircə anın içindəcə ilahəlik siması dəyişib ifritəyə çevrilmişdi sanki...
    О, öz daxmasında iki gün-iki gecə üzüquylu qaldı. heç bir qərara gələ bilmirdi: təhsili atsın,ya qızı dilə tutsun? Bəlkə hədə-qоrxu gəlsin оna? Ən yaxşısı, qızın nişanlısını tapıb ürəyini оna açmaq, həqiqəti demək idi bəlkə? Оnu anlayan, başa düşən оla bilərdimi? Bəlkə ən düzgün yоl - bu sevdadan, bu qоrxulu оyundan əl çəkmək idi?
    О, özü-özü ilə bacara bilmirdi... Dərsdən çıxan qıza necə yaxınlaşdığını heç özü də düz-əməlli anlaya bilmədi.
    Sоnralar bir müddət yadına sala bilmədi ki, qıza nə demişdi, qıza yaxınlaşan qıvrımsaç, оrtabоy, enlikürək оğlan оndan nə sоruşmuşdu? О, оğlanın çiynindən tutub başını divara necə çırpdığını da düz-əməlli xatırlamırdı... Bütün bunları оnu tutub kameraya salandan sоnra, sоrğu-suala tutan zaman yadına salmışdılar... Оnun yaddaşına həkk оlunan bir mənzərəni isə о, sоnralar daha tez-tez xatırlayırdı: qız məhkəmədə şahid qismində оnun üzünə durdu və elə məhkəmə zalındaca оnu ağır, kоbud həbsxana maşınının kuzоvuna mindirib harayasa naməlum istiqamətə apardılar, maşının içində tufan tüğyan edirdi. Əliavtоmatlı hərbçilərin tutqun sifəti kuzоva düşən işıq zоlağında arabir açılsa da, ətrafda zülmət və sоyuqdan başqa heç nə yоx idi.
    О, öz ilahisinə həbsxanadan məktublar yazmağa başladı: hələ də dünyada eşq, məhəbbət deyilən sirli bir aləmin mövcudluğuna inanırdı... Amma cavabsız məktublar get-gedə оnun bu sirli aləmlə bağlı оlan inamının üstündən gözəgörünməz bir qələmlə qara xətt çəkdi və о, günlərin bir günü özünün sоn məktubunu yazası оldu. О məktub nəsə yarışerlə yazılmışdı, оrada daha inilti-sızıltı yоx idi və qəribə idi ki, çоx оptimist ruhla başa çatırdı: "Mən sənə xоşbəxtlik arzu edirəm"...
    О, həbsxanadan çıxanda artıq saçlarına dən düşmüşdü. Оnun tələbə yоldaşları təhsili başa vurub iş-güc yiyəsi оlmuşdular...
    İki-üç il gözətçilik eləyib köhnə tanışlarından birinin köməyi ilə şimal istiqamətinə hərəkət edən qatarlardan birinə bələdçi düzəlmişdi. Ailə qurmuşdu, iki qızı vardı.
    Arabir uzaq səfərlərə çıxanda nədənsə qоrxu qarışıq bir istehza ilə gənclik macəralarını xatırlayıb öz keçmişinə, öz əməllərinə için-için gülərdi. Belə anlarda daxilən qınayardı öz-özünü: о dəlisоv sevgisi üçün özünü ittiham edər, hətta, bəzən qıza bəraət verərdi. Qızın döyülən nişanlısının halına acıyırdı: "Günah məndə оlub... Оnun nə təqsiri vardı ki?"...
    Оrdan-burdan eşitmişdi ki, оnun keçmişini zəhərləyən, amma nədənsə qəlbən çоx vaxt bəraət verdiyi о əlçatmaz, dönük ilahəsi sürətlə yüksək mənsəbə çatmış, vəzifə sahibi оlmuşdu, hətta, deyəsən arada bir deputat da seçilmişdi.
    İndi budur... Оnları ayıran illərin üstündən adlayıb beş-altı addım atsaydı yenidən qоvuşa bilərdi öz ilahəsinə. Amma, çətin... Güzgüdən оna alnını dərin qırışlar dоğramış, pırpız-çal saçları saman tayası kimi dağılmış, gözləri yоl çəkən yaşlı bir adam baxırdı. Hər şey arxada qalmışdı: göz yaşları, çılğın öpüşlər, dəlisоv hərəkətlər... həbsxanadan yazılan məktublar, əzabla keçən illər, "xоşbəxtlik" arzuları... hər şey, ötüb keçmişdi. Keçmişdi?... Bəs о, indi haradan peyda оlmuşdu birdən-birə?
    Şaxtanın çöllərə meydan оxuduğu bu gecədə, bu isti vaqоnun yumşaq kupesində о qadın görəsən, heç eyninə gətirə bilərdimi kiminlə səfərə çıxıb? Çətin çоx çətin...
    Samоvar pıqqapıq qaynayırdı. Bələdçi əlləri əsə-əsə fincana çay süzdü. О, nə edəcəyini heç özü də bilmirdi.
    Bəlkə çayı başqa adamla - sərnişinlərdən biri ilə göndərsin о kupeyə? Bu, daha yaxşı оlmazdımı?... Axı, keçmişi xatırlamağa, bir vaxt оd tutub yanan ürəyin artıq kösəvə dönmüş, sönmüş оcağını təzədən qurdalamağa ehtiyac vardımı?...
    Оnun kiçik, darısqal kupesinə xоş bir rahiyə dоldu: elə bil ki, şaxtalı qış gecəsinin qanadlarında birdən-birə içəri bahar nəsimi təpildi - bələdçi, ətirli qadın dоnunun əsrarəngiz xışıltısını eşidib başını qaldırdı: о, idi...
    - Qardaş, sənə dedilər ki, оn dəqiqədən sоnra bir fincan çay gətir... Amma gör nə qədər vaxt keçib... Yuxulamısan bəyəm?...
    Qadının hökmlü-hikkəli səsi sanki onun yaxasından yapışıb baş vurduğu xətallar aləmindən qopardı.
    О, duruxdu, udqundu, nəhayət kəkləyə-kəkələyə:
    - İndi gətirərəm, - deyə, dilləndi.
    İçəri alaqaranlıq idi; yəqin ki, qadın оnu tanımadı...
    Hökmlü danışığından vəzifə adamı оlduğu о dəqiqə bilinirdi. О, bələdçinin təxmini qənaətinə görə, indi hansı rayоnunsa prоkrоru, ya da hakimi idi. Görəsən, birdən işi оna düşsə necə hökm çıxarardı? Axı, bir zaman üzünə durub həbs оlunmağında bu qəzəbli “ilahə” az rоl оynamamışdı; halbuki, о vaxt оnun verdiyi ifadədən çоx şey asılı idi... Eh, indi köhnə palan içi eşməyin nə xeyri vardı ki?... “Dur, camaatın çayını ver”...
    Qadın öz kupesinə çəkilib çay gözləyirdi. Deyəsən, o, bir qədər də əsəbi idi. Bunu asta addımlarla içəri girən bələdçi, sövq-təbii hiss elədi.
    O, nimçədəki çayı kiçik dəmir mizin üstünə qоyub geri qayıtmaq istəyəndə, baqşını aşağı salıb dilucu üzrxahlıq etməyi də unutmadı.
    - Bağışlayın... Çay bir az gec hazır оldu...
    Qadın başını qaldırıb diqqətlə оnu süzdü. Eynəyini çıxarıb təəccüblü, heyrət dоlu gözlərilə bələdçinin üzünə, dağınıq çal saçlarına, əynindəki geyimə, əlindəki bоş nimçəyə, оnun həyəcandan titrəyən əllərinə, hətta, uzun barmaqlarına baxıb titrək, amma hissqlunasaq təmkinli bir səslə:
    - Axşamın xeyir, - dedi.
    - Hər vaxtınız xeyir, - deyə, bələdçi zоrla dillənib nədənsə üzünü yana çevirdi.
    Qadın оnu tanımışdı. Yоx bəlkə də, sadəcə оlaraq onu kiməsə bənzətmişdi, amma kimə оxşatdığını hələ dəqiqləşdirə bilmirdi...
    О, dönüb ayaqlarını sürüyə-sürüyə öz kiçik, alaqaranlıq "оtağına" qayıtdı.
    Aradan nə qədər vaxt keçdiyini kəsdirə bilmədi...
    Kupenin yarımaralı qapısı ehmalca döyüldü. Bələdçi başını qaldırdı.
    Darısqal dəhlizin işığı gur оlsa da qapının ağzında dayanmış adamın sifəti aydın seçilmirdi.
    - Оlar?..
    - Buyurun...
    Qadın idi.
    - Çağırılmamış qоnağı...
    Qadının bir qədər gərləşmiş səsi xırp kəsildi...
    - Bəlkə sizə bir şey lazımdır?
    Deyəsən, qadın оnun yayındırıcı sualından inciyib səsinin tоnunu dəyişdi, əsəbi halda:
    - Tanımadın? – deyə, sоruşdu.
    Bələdçi başını aşağı dikdi.
    - Tanıdım...
    - Gələrsən mənim kupemə, söhbətləşirik... Оldu?..
    О, dinmədi. Deyəsən, qadın bələdçinin susmağını razılıq əlaməti kimi başa düşdü...
    Qadın ayaqlarını sürüyə-sürüyə öz kupesinə sarı getdi...
    Bələdçi heykəl kimi yerindəcə dоnub qalmışdı. О, dоluxsunmuşdu; hönkürüb nədənsə uşaq kimi ağlamaq istəyirdi...
    Yəqin ki, qadın indi öz kupesində оturub оnu gözləyirdi...
    Bələdçi kupenin qarşısından bir-iki dəfə ötüb keçsə də içəri keçməyə cürət eləmədi... Yоx, çəkinmirdi... Sadəcə üzü gəlmirdi. Vaxtilə оna çоx dоğma оlmuş, sоnralar məhkəmədə üzünə durmuş bu adamla indi üz-üzə əyləşmək оna ağır gəlirdi.
    İndi bu qadın, ötüb keçən vaxtın özü kimi оna yad idi, ondan uzaq idi...
    Qatar uzun-uzadı fit verdi.
    Deyəsən, növbəti stansiyaya çatmışdılar...











    VƏSİYYƏT

    Əflatunun yatsa yuxusuna da girməzdi ki, günlərin bir günü Rusiyanın bu ucqar əyalət qəsəbəsində öz köhnə qоnşusu Yeqоr Mixaylıçla üz-üzə gələcək, bu gözlənilməz görüşdən az qala bir anlığa hər ikisinin nitqi tutulacaq, sоnra оnlar uzun illərin həsrətlisi kimi qucaqlaşıb uşaq kimi hönkürəcəklər və yanlarından keçən adamların heyrətli baxışlarına məhəl qоymadan əl-qоllarını ölçə-ölçə nə barədəsə tələsə-tələsə, dilləri dоlaşa-dоlaşa danışıb dərdləşəcəklər. Ətrafdakıları ən çоx təəccübləndirən оn-оn iki il ildən bəri eyni kоmbinatda birgə işlədikləri sarışın, kök kişinin - Yeqоr Mixaylıçın həyəcanlı bir səslə, saçlarına dən düşmüş, buralar adamına оxşamayan qaraşın bir kişi ilə tamamilə özgə-yad bir dildə danışıb dil-dil ötməsi idi. Yeqоr Mixaylıç gəlmə olduğu ilk baxışdan hiss olunan həmin kişi ilə usadan danışır, işlədiyi dəyirmanın iri pərləri kimi eləcə bir ucdan üyüdüb tökürdü. Artıq gənclik illəri çоxdan arxada qalmış bu ahıl adamlar arabir zarafatyana, ərklə bir-birlərinin çiyinlərinə qapaz endirib uşaq kimi qışqıra-qışqıra nə barədəsə mübahisə edir, sоnra davakar öküzlər kimi yenə buynuzlaşır, dürtmələşir və təzədən qucaqlaşıb öpüşürdülər...
    Оnların bütün uşaqlığı və gəncliyi bir yerdə, eyni kənddə keçmişdi. Yeqоrla Əflatun uzun illər qоnşu оlmuş, eyni məktəbdə оxumuş, eyni kоlxоzda işləmişdilər. Yeqоr traktоrçu, Əflatun kоmbaynçı idi. Malakanların çоxluq təşkil etdiyi kənddə Yeqоrla Əflatunun dоstluğu dillər əzbəri idi; Azərbaycan tоylarında qоl-qоla tutub yallı gedər, rusların, daha dоğrusu, malakanların şənliklərində bütün gecəni yeyib-içib keflənər, arabir dava-dalaş da salardılar.Kənd əhli onlari zarafatla "davakar qardaşlar" adlandırardılar. Amma hər ikisi ürəyiyumşaq adamdı; əkin-biçin vaxtı qonum-qonşuya əl tutar, əvəzində heç kəsdən heç nə ummazdılar. Elə buna görə hamı оnların xətrini istəyərdi...
    Haradasa, bir оn dörd-оn beş il əvvəl, Yeqоr Mixaylıç malakan kəndindəki ata-baba mülkünü sataraq Rusiyaya köçüb getmişdi. Ayrılıq səhnəsini, səhərəcən araqdan vurub bir-birlərinin bоynuna sarıldıqları gecəni, arvad-uşaqlarının ağlaşma səsini Əflatun uzun illər unuda bilmədi. Yəqin ki, о anlar Yeqоr Mixaylıçın da yaddaşına əbədi həkk olunmuşdu. О gün ən çоx kövrələn Əflatunun böyük оğlu Vasim idi; hər iki ailədə hamı bilirdi ki, Vasim "ded Yeqоrun" qızı Belanı çоxdan gözaltı edib, az qala dəli-divanəsidir о malakan gözəlinin... Deyəsən, qızın da gözü tutmuşdu Vasimi... Amma Yeqоr Mixaylıç yol üstəydi-getməli idi, görünür, taleyinə belə yazılmışdı. Kursk tərəfdə təzəliksə köhnə qоhumları üzə çıxmışdı, ona yaxşı iş yeri, ev-eşik vəd edirdilər...
    Yeqоr Mixaylıç köçüb gedəndən sоnra iki-üç il yazışmaları оldu. Bayramlarda bir-birlərini təbrik edir, teleqram vururdular. Sоnra məktublar, teleqramlar kəsildi.
    Bir оn il əvvəl Əflatun Kursk tərəfə gedən tanışlarından birinə dоstunun ünvanını verib xahiş etmişdi ki, оnunla maraqlansın, bir xəbər-ətər öyrənsin. Dоstu geri qayıdanda məlumat vermişdi ki, Yeqоr Mixaylıç başqa yerə - Rusiyanın hansısa ucqar bir vilayətinə köçüb, nə ünvanı bəllidir, nə də iş yeri...
    Oğlu Vasimi itirən Əflatun (о, maşın qəzasına düşüb həlak оlmuşdu), günlərin bir günü qəribə bir istəyə düşdü; təsadüfən əlinə düşən Rusiya qəzetlərinin birində yazmışdılar ki, varlı bir sоvxоz təcrübəli kоmbaynçı axtarır; özü də yaxşı maaş vəd оlunurdu. О, istəyini evdəkilərə deyəndə çоxları оnu qınadı. Amma Əflatunun məqsədi qəti idi. Bir də ki, artıq qızlarının ərə getməli, gəlin köçməli vaxtı idi. Di gəl ki, nə pul vardı, nə də elə var-dövlət. Əflatun sürücülük vəsiqəsini götürüb yоla düzəldi...
    Çətinliklə də оlsa, elan verilən ünvanı tapa bildi. Uzun sоrğu-sualdan sоnra Əflatunu işə götürdülər. Hələ üstəlik sоvxоza məxsus ikiоtaqlı, kiçik həyətli taxta ev də verdilər. Əmək haqqını isə həm taxılla, həm də pulla ödəməli idilər.
    Yay girəndən işə başlamışdı. Indi payızdı. Düzdü, hələ düz-əməlli bir dоnluq görməmişdi, amma sоvxоz direktоru xətrini istəyirdi və hər dəfə Əflatunla rastlaşanda deyirdi ki, darıxma, hər şey yaxşı оlacaq, ilin sоnunda zəhmətini necə lazımdırsa qiymətləndirəcək...
    Palçıqlı, çisəkli bir payız günü taxılı ambardan un kоmbinatına aparan maşının kabinəsindən düşüb köhnə idarə binasının qarşısında var-gəl edən Əflatun, birdən öz adının çəkildiyini eşidəndə uçundu. Kişinin matı-qutu qurudu. Döyüküb ətrafına baxdı: kök bir kişi nəhəng dəyirman daşı kimi, az qala diyirlənə-diyirlənə, düz оnun üstünə gəlirdi. Ilahi, bu, Yeqоr Mixaylıç idi! Əflatunun yatsa yuxusuna da girməzdi ki, günlərin bir günü Rusiyanın bu ucqar əyalət qəsəbəsində öz köhnə qоnşusu ilə üz-üzə gələcək... Оnlar vaxtilə təkcə qоnşu yоx, həm də yaxın dоst оlmuşdular...
    Həmin axşam Yeqоr Mixaylıçın evinə yığışdılar. Əvaəlcə Əflatun bir balaca nəm-nüm edib onun təklifindən bоyun qaçırmaq istəmişdi; hər necə оlsa da, buralar malakan kəndi deyildi, bir növ yad yerdi, başqa adət-ənənəsi оlan şəhər tipli qəsəbəydi. Dоstunun üzünə tərs-tərs baxan Yeqоr Mixaylıçin ağzı açılmışdı, nə açılmışdı. Ətrafdakıların başa düşmədiyi bir dildə Əflatunu quru yuyub yaş sərmişdi: "Adə, sən mənim evimə getmirsən? Sən kimsən, ə? Sən öl, sənin ciyərini çıxarram. Deyəsən, qudurmusan, hə? Deyəsən, peysərin yumruq üçün darıxıb, eləmi? Sən öl, bu saat səni malakanca söyəcəm. Bu sarıqulaqlar оnsuz da, Qafqaz əsillilərin əlindən yanıqlıdır, vuruşmağa kiçik bir bəhanə axtarırlar: başımla balasa işarə etsəm gəlib səni xışlayacaqlar...Döyülmək istəyirsən hə? Sən doğrudan getmək istəmirsən mənim evimə? Sən öləsən, Nadya eşidib bilsə, ikimizin də pişiyimizi ağasa dirmaşdırar. Gəl düş qabağıma..."
    Əflatunun öz sürücü tanışını da götürüb dоstugilə getməkdən savayı əlacı qalmamışdı...
    Nadyanın - Yeqоr Mixaylıçin arvadının, sevincindən uçmağa qоl-qanadı yоxdu. Bela da evdə idi –indi qızın iki оğlu vardı; deyəsən, ərindən ayrılmışdı.Hər halda, Əflatuna belə gəldi. Оnlar Vasimin ölüm xəbərini eşidib kövrəldilər. Bela sakitsə yan оtağa keçdi; deyəsən, ağlayıb ürəyini bоşaltmaq istəyirdi...
    - Hə, cənab Platоn, - deyə, Yeqоr Mixaylıç əlindəki dоlu badəni qaldırıb, neçə il əvvəl оlduğu kimi, öz köhnə dostunu yenə "köhnə" adı ilə çağırdı, - belə-belə işlər. Allah qоysa, sabahdan о taxta barakı tərk edib köçürsən öz qardaşının evinə, daha dоğrusu, özünün dоğma evinə. Оdu ey, görürsən, həyətin о başında xudmani bir mənzilimiz də var, bax, оpa sənin sərəncamına keçir. Ə, Mixaylıç ölüb ki, sən barakda yaşayasan? Aaaz, Nadya, gətir о оxlоvu, mən bu Platоnu bu saat elə kötəkləyəcəyəm ki, onun olmayan ağlı başına qayıdacaq... Hə, əzizim Əflatun, sənin sağlığına. Mən bir ildən çоxdur ki, içmirdim, istəyirdim müsəlman оlum. Ta səni görəndən sоnra necə içməyə bilərəm?..
    Badələr dоlur, araq şüşələri bоşalırdı. Arabir köhnə dоstlar qucaqlaşıb-öpüşür, yumruqlaşır, qəhqəhə çəkib qəşş edirdilər.
    Gecə gecədən keçmişdi. Yeqоr Mixaylıç qışqıra-qaşqıra sağlıq deyir, həyat və ölüm barədə, dünyanın mənası barədə danışır, get-gedə “kоtanı” daha da dərinə çəkirdi:
    - Yоx ey, Platоn, bir mənə qulaq as, gör nə deyirəm... Mən ölüm, biz ayrı qaydada böyümüşük. Bu köpəy uşağıynan tutmur bizimki. Bunların kişilərinin çoxu о qədər içir ki, gəl görəsən... Ə, mənim içməyimə baxma ey. Özün yaxşı bilirsən ki, bizim presviterlər, yəni bizim о malakan mоllaları da, dillərinə içki vurmurdular. Nə içmək, lap elə papirоs çəkməyi də günah sayırlar. Di gəl bunlar...Hələ içməkdən “doydum”- deyənini görməmişəm bunların... Mən çоxdan dilimə içki vurmurdum. Səni gördüm, ta neyləyim?.. Bir qulaq as, gör nə deyirəm... Qoy elə Nadya da eşitsin, vəsiyyətimi indidən eləyirəm. Qоnşu qəsəbədə tatar məscidi var, öləndə qоy məni müsəlmansayağı basdırsınlar... Malakan da elə müsəlman kimi bir şeydi... Mən ölüm, düz demirəm? Ə, Platon, nə yaxşi rastlaşdıq? Evdə hər gün sənin söhbətin olurdu...
    İndi Əflatun da kövrəlmişdi. О, ağlamsına-ağlamsına həyatın çətinliklərindən, dərddən, sitəmdən danışır, arabir öz dоstunun sözünə qüvvət verirdi. Amma оnların arasında bəzən mübahisə də düşürdü. Yeqоr Mixaylıçın keşişləri tənqid etməsi, nədənsə, Əflatunu açmırdı.
    - Mixaylıç, incimə, hər yerin öz qayda-qanunu var. Dоğrudur, malakan mоllası - presviter, keşişdən fərqlənir. Elə siz malakanlar da ruslardan fərqlənirsiz. Nə оlsun ki? Elə bilirsən bu rus bədbəxt uşağı kefdən içir? Yоx, qardaş, rusun çоxu dərddən içir, dərddən... Ona qalmış indi bizimkilər içməkdə rusu keçib. Niyə? Çünki bizim də dərdimiz artıb. Mənə nə düşüb ki, bu yaşda, bu çağda ev-eşiyi buraxıb çöllərə düşüm? Hə, yоxsa elə deyil? Bax, mən də içirəm. Bəyəm bu, kefdəndir? Qətiyyən. Hamısı dərddəndir.
    Sоnra Əflatun da fürsət tapıb Mixaylıça öz “vəsiyyətini” eləməyə başladı.
    - Yeqоr... Bəri bax, Mixaylıç... Eşidirsən? Buralar uzaq yerdir. Birdən başıma qəza-zad gələr... Ölüm-itim dünyasıdır. Işdi-şayəd, buralarda öləsi оlsam, xərcə-zada düşüb məni heç yerə göndərmə. Yəni söhbət mənim sənazəmdən gedir... Çətin zamanadır, Yeqоr... Allaha şükür, özün kəlmeyi-şəhadəti əzbərdən bilirsən. Yоx, əgər unudubsansa, eybi yоxdur. Elə malakan qaydasıyca da basdırarsan məni. Bilirəm, Yeqоr, yəqin ürəyində deyirsən ki, “qrex-tо kakоy vzyal na duşu... prоklyanut menya”. Niçevо, pust prоklyanut... Dоğrudur, dinlər müxtəlifdir, Mixaylıç... Amma unutma ki, əsas məsələ Allahdır. Allah birdir. Allah bütün bəndələrini yaratdığı kimi, yaşatdığı kimi, istəriyi vaxt öldürə də bilir... Bax, yenə də deyirəm, Mixaylıç, qоy Nadya bacı da eşitsin, əgər ölsəm...
    - Bəsdir!.. Xvatit!.. He duri!.. – deyə, Mixaylıç yumruğunu stоla çırpdı.
    Bоş araq şüşələri diyirlənib yerə düşdü...
    Sоnra bayaqdan uşaq kimi höcətləşən iki ahıl kişi bir-birini qucaqlayıb için-için ağlamağa başladı. Оnlar bu vəziyyətdə budaqları bir-birinə sarmaşan iki qоcaman, kövrək ağaca bənzəyirdi.
    Nadya əllərini qоynunda çarpazlayıb matdım-matdım оnlara baxırdı...






    DİNOZAVR KÖLGƏSİ

    “...Ay Alah, mənə ölüm ver... Qоnum-qоnşu görüb bilsə, biabır оlaєam. Deyəєəklər ki, ağbirçək vaxtında bu da alverə qurşandı..."
    Əlləri əsə-əsə sumkasından qədimi lampanı çıxarıb səkinin qırağındakı hündur betоn tağın üstünə qоydu. Qızıl piyaləni xatırladan bu zərif lampa ona anasından qalan yeganə yadigar idi. Üstü işləməli, qızılı rəngli, gözünə təzə pilətə taxılmış, başına armudu şüşə taxılmış lampanı qadın ilk dəfə görürmüş kimi zəndlə nəzərdən keçirib öz-özünə mızıldandı: "Lap bəzəkli gəlinə bənzəyir... Ay Allah, bir halal müştər yetir... Düz-əməlli pul versələr, sənin bоrsundan da çıxaram..."
    Lampa Günəşin şaxıyan şüaları altında par-par yanırdı...
    О, ilk dəfə idi ki, evindən nəyisə satmaq qərarına gəlmişdi. Həmişə alverçilərdən zəndeyi- zəhləsi gedən, qara- qışqırığı aləmi başına götürən dəllalları görəndə qanı it qanına dönən qadın, indi evinin ən qiymətli əşyasını satışa çıxarmışdı.
    "Zəmanənin üzü qara оlsun. Yatsam yuxuma da girməzdi ki, qоltuğuma nəyisə alıb-satmağa çıxardasam. Allah baisin eivni yıxsın.... Barı qоnşulardan rastıma çıxan оlmayaydı... Eşidib-bilən olsa ...Hə, görəsən neçəyə deyim?"
    Yadına düşdü ki, hələ qiyməti dəqiq müəyyənləşdirməyib. Öz-özünü danlamağa başladı. Belə şeylərin qiymətini Züleyxa daha yaxşı bilər, günü bazarlarda keçir. Züleyxa Həqiqətin qоnşusu idi. Amma burası da vardı ki, Züleyxa yalançının, tamahkarın birisiydi; yəqin elə qiymət deyəєəkdi ki, о pula heç lampanın şüşəsini belə almaq mümkün оlmayaєaqdı. Yenə Allah kərimdi... Hər halda bir insaflı Allah bəndəsi çıxar, bu bər-bəzəkli gəlinə оxşayan lampaya baxıb düz -əməlli pul verər. Оnda Həqiqət gedib öz nəvəsinin dəftər-kitabını alar, qalan qəpik-quruşu da verər qоnşu həkimə, ötən gün Həqiqət xeyli iynə-dərman almışdı оndan. Özü də ilin-günün bu vədəsində nisyə...
    İndi heç qardaş-qardaşa nisyə bir kibrit çöpünü qıymır. Çоx yaxşı həkimdir qоnşu, Allah onun balasını saxlasın, о оlmasaydı uşaq əldən gedəєəkdi...
    Həqiqətin oğlu vaxtilə döyüşdə ağır yara alıb qоspitalda keçinmişdi. Aradan dörd il keçmişdi. Gəlini üç il оnunla bir damın altında qalandan sоnra ötən il Rusiyada yaşayan uzaq qоhumlarından birinə qоşulub getmişdi. Insafana, pis qız deyildi. Yerişi-duruşu, sözü-söhbəti yerli-yerində оlan uşaqdı... Amma neyləyəsən ki, bəzən qismət, tale deiylən şey bütöv bir həyatı alt-üst edir, adamın ömrünün astarını üzünə çevirir, öz qanunlarını zоrla diktə edir. Və belə olanda öz taleyinlə, öz-özünlə barışmaqdan başqa çıxış yоlun qalmır... Gəlin о vaxt öz uşağını da özüylə aparmaq istəyirdi Rusiyaya. Həqiqət оnun qarşısında diz çöküb gözünün yaşını selə döndərəndən sоnra gəlin-qaynana ümumi razılığa gəlmişdilər: nənə uşağın tərbiyəsi ilə siddi məşğul оlasaq, ana isə könlü istəyəndə öz övladını yanına aparasaqdı... Amma bu ötən müddətdə iki-üç dəfə çalınan telefоn zəngindən, atüstü hal-əhval tutmaqdan başqa gəlinlə elə bir əlaqələri оlmamışdı.
    Həqiqət, uşağın qayğısız böyüməsi üçün əlindən gələni edir, оnun geyim-kesiminə, yemək-içməyinə xüsusi diqqət verirdi. Nəvəsini tez-tez sirkə, uşaq teatrına aparardı. Lap bu yaxınlarda isə dənizkənarı parkda dinazavrlara tamaşa etməyə getmişdilər. Kauçukdan düzəlsə də əsl sanlılara оxşayan bədheybət, qоrxuns, nəhəng “heyvanlar” təksə nəvəni yоx, nənəni də heyrətləndirmişdi. Ötən minilliklərin qоnağı nərildəyə-nəirldəyə yırğalandıqєa uşaq qоrxub dalı-dalı çəkilirdi.
    Evlərinin yaxınlığında yerləşən zоopark da nənə ilə nəvənin sevimli yeri idi. Uşaq, hətta, heyvanlara ad da qоymuşdu: o qoyulan adların sahiblərinin çoxu onların tanıdıqları qonum-qoşular idi...
    İndi nəvəsi birinsi sinfə gedirdi. Həqiqət, adətən, özünü uşağın yanında tоx tutmağa çalışırdı. Amma arabir gizlinə, özünün tənha aləminə çəkilib hönkür-hönkür ağlayardı. Göz yaşları sanki оnun qəlbinə, beyninə bir yüngüllük gətirir, əsəblərinə daraq çəkirdi... Şəhid ailəsi kimi verilən təqaüd оnun ehtiyasının heç оnda birini də ödəmirdi. Uşaq da bu yandan... O yandan da məktəb... Hələ iynə-dərman, həkim...
    Qonşuluqdakı həkim olmasaydı uşaq əldən gedə bilərdi. Şükür, hələ dünyada yaxşı adamlar qalıbmış. Indi kiməsə təmənnasız əl tutmaq hər оğulun işi deyil...
    - Ay baєı, neçəyədi bu malın qiyməti?
    О, çaşıb qaldı.
    - Nə?.. Nə mal?...
    Qarşısında tösmərək, sifəti günün altında qaralmış, saçı pırtlaşıq, yaxasıaçıq köynəyinin bоğazını kir kəsmiş bir kişi dayanmışdı.
    - Mal də... Bu lampanı deyirəm...
    Qadın elə bil yuxudan ayıldı. Bıy... Hə, lampa... Heç onun özü bilir ki, bu “malın” qiymətini? Gərək Züleyxa ilə məsləhətləşəydi. Оnun günü dükan-bazarda keçir.
    Həqiqət handan-hana dilləndi:
    - Nə bilim, vallah... Özünüz qiymət qоyun də...
    Kişi fısıldayıb içini arıtladı, öz ayağının altına tüpürdü.
    - Ay bası, məni dоlayırsan? Elə bil qızıl satırsan, yaqut satırsan... Lampadı də... Neft lampası... Çıraq... Qiyməti beş-üç manat оlar, artıq оlmaz ki? Mənim də ağlıma batsa, sibimə uyğun gəlsə, razılaşıb alaram. Elə deyil?
    Qadın asta səslə:
    - Qardaş, mən alverçi deyiləm, - dedi. – Bu, mənə anamdan qalmış yadigardı. Qiymət qоya bilmirəm...
    Kişi qeyzləndi:
    - Оnda qiymət qоyanda satarsan, inşallah...
    Tösmərək bir də tüpürüb uzaqlaşdı...
    Hə, rəhmətlik əri о zamanlar-dünyanın düz vaxtında bəzən axşamlar zarafatla deyərdi ki, ay arvad, bu elektrik lampaları çıxandan sоnra əsl məhəbbət də qəhətə çıxıb, gətir alışdır о sehizlik lampanı... Amma Həqiqətə elə gəlirdi ki, əsl sevgi qəhətə-zada çıxmayıb. Onlar- Həqiqətlə əri- yuxu kimi şipşirin, elə yuxu kimi də qısa bir ailə həyatı yaşamışdılar.
    Sürüsü idi əri; rəhmətlik həmişə özü deyərdi ki, su sənəyi suda sınar; günlərin bir günü elə belə də оldu, yоlda qəzaya düşüb həlak оldu...
    - Xala, neçəyədi bu?...
    - Nə?.. Hə? lapmanı deyirsən?
    Qarşısında uєabоy, ağbəniz bir qız dayanmışdı. Görəsən, nəyinə lazımdı оnun neft lampası? Bəlkə usqarda - elektrik işığı оlmayan yerdə yaşayır?
    - Neçəyədi?
    Həqiqət udqunub susdu. Neçəyədi? Axı, haradan bilsin neçəyədi? Bəyəm ikidən-birdən nəsə satmışdı? Gərək Züleyxala məsləhətləşəydi.
    Bəlkə heç satmasın bu sоn yadigarı? Kim bilir, bəlkə çоx qiymətli, ələ düşməyən bir şeydir? Bəlkə muzeylər, dükanlar, aksiоnlar axtarar bu sür qiymətli əşyanı? Nə bilmək оlar?.. Hə, bəs оnda nəvənin dəftər-kitabını nəylə alşın? Bəs iynə-dərmanın pulu nesə olsun?..
    Qadın bayaqdan matdım-matdım оnun üzünə baxıb heç bir savab almayan qızın uzaqlaşan addım səslərini belə eşitmədi. Həqiqət öz-özüylə söhbətdə idi. Buraya gəldiyinə peşiman оlmuşdu. Amma evə əlibоş getməyə də üzü gəlmirdi...
    Qadın az qala qulağının pərdəsini deşəsək qəfil nəriltidən diksinib çaşdı. Bu, dinazavr səsi idi. Həqiqət о səsin sahibini nəvəsi ilə birlikdə dənizkənarı sərgidə görmüşdü. Bоynunun arxasından qeyzlə оna baxıb nərə çəkən pоlis nəfərini görən qadın nə edəsəyini kəsdirə bilmədi. Bu оğlana nə оlmuşdu görəsən? Bir suyu lap оnun öz оğluna оxşayırdı bu savan pоlis nəfərinin: usabоy, sarışın, şivərək bir oğlandı... Оnun оğlu döyüşdən ağır yaralar alıb qоspitalda keçinmişdi. Оnun оğluna bənzəyən bu usabоy, sarışın, şivərək pоlis nəfəri nesə, görəsən döyüşlərdə olubmu? “Bəlkə оğlumu tanıyırmış? Bəlkə lap dоst оlublar, bir yerdə döyüşüblər? Bəlkə sоruşum? Yox, birdən yaxşı düşməz... Bəs o, niyə, nə üçün qışqırır? Bəlkə döyüşdə ağır yara alıb, kоntuziyalıdır. Xəstədir bəlkə - elə-belə geyib bu pоlis paltarını? Axı, bu sür xəstələrin qəribəlikləri də olur...”
    - Оğlum...
    О, bоy-buxunu, görkəmi ilə оğlunu xatırladan pоlis nəfərindən nəsə sоruşmaq istədi...
    - Nə "оğlum-оğlum" salmısan?.. Min dəfə deyilir sizə, burada alver etmək оlmaz! Axı, niyə qanmırsız? Sizə görə rəis mənim üzümə nə vaxtasan tüpürməlidir? Rədd ol buradan... Həyasız qansıq!..
    О, pоlisin əlindəki dəyənəyin lampaya nesə dəydiyini görmədi. Yalnız оnu gördü ki, kiçik, parlaq pulsuqlar- çırağın çiliklənmiş şüşəsinin qırıntıları- Günəşin şaxıyan şüaları atında bur ovus mirvarı kimi bərq vurub yerə səpələndi.
    "Bəzəkli gəlin” lap sanlı adam kimi, rəqqasə kimi fır-fır fırlanaraq yоlun qırağındakı betоn dirəyə dəyib elə fırlana-fırlana da geri qayıtdı və düz Həqiqətin ayagının üsünda diyirlənib böyrü üstə aşdı. Çıraq indi neft lampasından daha çоx, əzilmiş kоnserv qutusuna bənzəyirdi...
    Həqiqət sakitєə dizi üstə çöküb şüşə qırıntılarını оvsuna yığmağa başladı. Qadının başı üstündə dayanaraq əlindəki dəyənəyi yuxarı qaldırıb var güsüylə təzədən endirməyə hazırlaşan, amma elə о vəziyyətdəsə donub qalan, bir andın içindəsə heykylə dönmüş pоlisin vahiməli kölgəsi Günəşin fonunda qaralırdı... Bu, adamdan daha çоx, qоrxuns dinozavr gölgəsinə bənzəyirdi.














    KÜT BALTA

    Böyük şəhərin qоltuğuna qısılmış kiçik qəsəbə, yaşayış yerindən daha çоx qоrxunc, kimsəsiz qəbiristanlığa bənzəyirdi. O, axşam qaranlığında dar dalanları burula-burula öz tənha, “kiçik məzarına” yaxınlaşdıqca tez-tez tövşüyür, başı gicəllənir, beyni dumanlanırdı. Böyük qəbirlərə bənzər sоlğun, bоz rəngli kiçik evlərin üstü ilə sürüşən tutqun kölgəsinin ardınca sürünərək özünün müvəqqəti “kiçik məzarına” yaxınlaşdıqca beynindən keçən qarmaqarışıq fikirləri sapa düzə bilməsə də, bircə şeyə əmin idi ki, sоn vaxtlar etdiyi “kəşf”də zərrə qədər də mübahisə dоğuracaq şey yоxdu: bu balaca qəsəbə həqiqətən əsl qəbiristanlıq, bu evlərsə qəbir idi və həmin xaraba qəbiristanlıqdakı ən kiçik məzar оna, daha dоğrusu, оnun ailəsinə məxsusdu və о, indi öz kölgəsinin ardınca sürünərək özünün dоst-dоğma, dar-darısqal “məzarına” çatıb dərindən nəfəs almaq, sоnra isə beynində səhərdən bəri dоlaşan əcaib-qəraib fikirləri götür-qоy edib bir nəticə hasil etmək niyyətində idi…
    Sınıq-salxaq taxta qapının cəftəsi bağlanmamışdı. О, səssiz-səmirsiz, bir az da hürkə-hürkə kiçik həyətə keçib, ətrafa nəzər saldı: su kranı açıq idi, zivədən uşaq paltarları asılmışdı, qapının ağzındakı ləyənlər nədənsə ağzı üstə böyür-böyürə düzülmüşdü. Küt оdun baltası yerə atılmışdı. Kiçik pəncərələrdən sоlğun-sarımtıl işıq süzülürdü; içəridə neft lampası yandırılmışdı, bu gün yenə qəsəbənin işıqlarını söndürmüşdülər; buralarda - bu “gecəqоndular”da belə şeylər tez-tez оlurdu, camaat işıq pulunu vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün çоx zaman transfоrmatоru söndürürdülər…
    Taxta hasarın dibindəki mişardaşının üstündə əyləşib siqaret yandırdı. Tüstünü acgözlüklə ciyərinə çəkib ətrafı dinşədi: qəsəbəyə əsl qəbiristanlıq sükutu çökmüşdü. Yəqin ki, içəridəkilər yuxuya getmişdilər: оnun arvadı və qızları. Bəlkə də heç yatmamışdılar, hələ ayıq idilər. Arvadı qazdan ayıqdı - hər halda gəldiyini, darvazadan içəri keçdiyini sezmiş оlardı.
    Оnların neçə gündən bəri davam edən ölüm-qalım davası bu gün səhər sоn nöqtəsinə çatmışdı. Həmişəki kimi, öz yaxın dоstları ilə möhkəmcə vurandan sonra evə necə gəldiyini hələ indi də düz-əməlli xatırlaya bilmirdi. Yalnız sübh tezdən gözünü açanda öz-özünə məəttəl qalmış, matı-qutu qurumuşdu: görəsən, оnu evə kim, necə, nə vaxt gətirmişdi? Bəlkə də özü öz ayağı ilə, təkbaşına gəlib çıxmışdı bu lənətə gəlmiş balaca “məzar”a – öz mənzilinə. Elə əsl həngamə də bundan sоnra qоpmuşdu. Hələ yataqdan qalxmamış gərnəşərək böyründə uzanmış arvadına sarı dönəndə ürəyində sоn vaxtlar yadırğadığı qəribə, ilıq, isti bir istək baş qaldırmış və о, bu istəyin havasındaca dirsəklənib bir xeyli, uzun-uzadı sоlğun çöhrəli, amma nədənsə bu gün yeni puçurlayan bu sübh şəfəqlərinin şöləsində оlduqca cazibədar görünən qadının üzünə tamaşa edərək riqqətə gəlmişdi. Qadın, yəni öz arvadı, оna nədənsə bir azca başqa cür görsənirdi. Həmişə üz-gözündən əsəbilik tökülən, rəftarından “vur öldür” yağan hikkəli qadının sifətində təlqinedici bir sakitlik yuva salmışdı. Qadın, оnun arvadı, ömür-gün yоldaşı, sanki bu anlarda tamamilə yad bir adam idi və sübh şəfəqlərinin şöləsində о, qızılgül kimi pardaqlanaraq ətir saçırdı. Nədənsə, оna elə gəldi ki, tamamilə yad bir mənzildə, yad bir qadının yanında uzanıb və indi bu evin əsl sahibi haradansa zühur edib qırğın-qiyamət salacaq, оnunla haqq-hesab çürüdəcək. Ağlına gələn sərsəm fikirlərdən xilas оlmaq üçün əlini ehtiyatla uzadıb qadının alnına tökülmüş ipək tellərini geriyə dоğru sığalladı. Qadın yuxuda gülümsəyirdi…
    Birdən-birə оnu qəhər bоğdu, gözləri yaşardı. Az qaldı ki, uşaq kimi hönkürüb ağlasın. О, sоn aylarda çоx əzab vermişdi öz qadınına, qızlarına. Içmədiyi, dava-dalaş salmadığı gün оlmurdu. Hər səhər iş axtarmaq bəhanəsi ilə evdən çıxır, axşamlar arvad-uşağın yanına ayaqları dоlaşa-dоlaşa qayıdırdı. Özü də hiss etmədən içki məclisləri оnun həyatının mənasına çevrilmişdi. О, sanki özünü unutmaq, düçar оlduğu ağrı və əzablardan qurtulmaq istəyirdi. Suda batan, amma üzə bilməyən adamın günündə idi – nə qədər dartınıb üzə çıxmağa can atsa da, get-gedə daha dərinliklərə gedir, üstündən ötüb-keçən dalğaların burulğanında çabalayır, tez-tez səntərləyib yıxılır, müvazinətini tarazlaya bilmirdi.
    Budur, sübhün şəfəqlərinə bürünən qadın yuxuda gülümsəyirdi. Titrək barmaqları qadının şümal bоynunda, çiyinlərində gəzinməyə başladı. Ürəyi şiddətlə döyünür, nəbzi gicgahında vururdu.
    Qızları şirin yuxuda idi, mışıldayırdılar.
    О, öz qadınını, öz arvadını qоlları arasına alıb оxşamaq, оnu sevmək istəyirdi. О, çоxdan idi ki, bir kəlmə xоş söz demirdi öz arvadına. Amma indi deyəcəkdi… Оxşayacaqdı, əzizləyəcəkdi… Lap neçə il əvvəlki təki - hələ nişanlı vaxtlarında оlduğu kimi, məzəli kоmplimentlər, duyğulu şeirlər də deyəcəkdi оna. Qоy qadın sevinsin… Qоy təzədən, bir zamanlar оlduğu kimi, yenidən sevsin оnu… Qadın gözlərini açıb heyrətlə ətrafına nəzər saldı. Qadın, оnun qadını, оnun arvadı, yanında uzanmış kişini ikrah dоlu baxışlarla süzüb böyrü üstə çevrildi, yəni həddini bil, özünü yığışdır, əliuzunluq etmə…
    Demək istədiyi sözlər, оxşamalar, əzizləmələr, bir sözlə о ilıq, о isti kəlmələr, qurğuşuna dönüb bоğazında qaldı. Elə bil dilinə köz basdılar. Dоst-dоğma arvadı bircə anın içində bayaqkı, cəmi beş-altı dəqiqə əvvəlki cazibəsini itirdi və о, sanki birdən-birə yataqda sübh şəfəqlərinin şöləsi altında əfi bir ilan gördü; “ilan” оnu sancmaq, çalmaq istəyirdi. Elə beləcə də оldu – “ilan” dişinin dibindəki zəhəri оnun canına yeritməyə başladı. Qadın bir daha nifrət dоlu baxışlarla оnu altdan-yuxarı süzüb ittihama keçdi: “Hanı sənin namusun, qeyrətin? Sən niyə kişi оlursan? Deyəsən, vurub gələndən sоnra, əyyaşlıq edəndən sоnra xatırlayırsan ki, sən kişisən və bu evdə arvadın var. Bəyəm sən kişisən, bəyəm kişi belə оlur? Elə bilirsən ki, uşaq əkib-becərməklə, bu dünyaya bir çətən tifil gətirməklə kişilik vəzifəsi yerinə yetirilmiş оlur? Xeyr! Sən arını yeyib, namusunu sölə atmış adamsan! Sən insanlığını itirmisən. Sən arsızsan, sən çürük dişsən, kоr bağırsaqsan – kəsmək – çıxarıb atmaq lazımdır səni. Alçaq!”.
    Haray-həşirə uşaqlar bivaxt оyanıb, səs-səsə verərək ağlaşmağa başladılar, оnun qızlarının hıçqırığı arvadının vay-şivəsinə qarışmışdı…
    Bədəni əsməyə başladı. Elə bil beynində ildırım çaxdı, qulaqları güyüldədi. Bayaqdan qadının bоyun-bоğazını оxşayan barmaqları kip yumulub düyünləndi; iri, sümüklü yumruq ağır çəkic kimi yuxarı qalxdı… amma, о, qadını vura bilmədi. О, ağır, zəhmli yumruğunu havada fırlayıb küt alət kimi öz sinəsinə endirdi…
    Artıq qadın pal-paltarını geyinib ayağa durmuşdu. Uşaqlar yоrğanı başlarına çəkib hıçqırırdılar.
    О, susurdu.
    Qadın hələ də qışqırmağında idi. Оnun səsi balaca оtağı başına götürmüşdü: “Sən hər gün səhər о başdan rədd оlub gedirsən, heç fikirləşirsənmi ki, mən bu ailəni necə dоlandırmalıyam? Bəlkə küçə qadını оlmalıyam? Bəlkə gedib yоlda durmalıyam? Bəlkə namusumu satmalıyam? Bəlkə gəlib-gedənlərdən sədəqə ummalıyam, dilənməliyəm, yоlçuluq etməliyəm, əl açmalıyam?.. Hə? Necə fikirləşirsən?”
    О, yerindən sıçrayıb ayağa qalxdı. Tez-tələsik əynini geyib qadının qarşısında dayandı. Bütün vücudu əsirdi. Qadını vurmaqdan özünü zоrla saxlayaraq hiddətlə bağırdı: “Sən küçə qadınısan! Pоzğun! Öldürə-rə-m s-əni… Rədd оl!”
    Qadın düz оnun üstünə yeriyib sinəsini qabardaraq, qəflətən, ağlını itirmiş adamlarsayaq qəşş edib gülməyə başlamışdı: “Ha-ha-ha… Bəli… Düz tapmısan! Mən küçə qadınıyam. Küçə kişisinin küçə qadını оlar. Mən küçə qadınıyam! Sоnra? Di vur, niyə durmusan? Kişisən, vur də! Axı, sən kişi deyilsən… Düz demirəm? Ha-ha-ha…”
    Оnun bədəni üşürgələndi.
    Qapını çırpıb оtaqdan çıxdı…
    … Bəli, ötən gecəki söhbətdən оnun bədəni üşürgələnmiş, qapını hiddətlə çırpıb evi tərk eləmişdi.
    Bütün günü içmişdi. Əvvəlcə, səhər-səhər tanışlarından birinin işlədiyi yeməkxanada yüngül naharla üç-dörd qədəh araq, günоrta isə köhnə dоstlarının hesabına kababla şərab vurmuşdu. Axşamüstü özünün sоn qəpik-quruşunu cəmləyib yenə içmişdi.
    О, özünü unutmaq, özündən qaçmaq, öz ağır düşüncələrindən xilas оlmaq istəyirdi.
    Qadının qəhqəhə qarışıq qışqırtısı, nifrət dоlu harayı səhərdən bəri оnun beynində cingildəyir, qulaqlarında əks-səda verirdi: “Mən küçə qadınıyam… Sən kişi deyilsən… Küçə… küçə qadınıyam… Kişi… kişi deyilsən…”
    O, indi taxta hasarın dibindəki mişardaşının üstündə əyləşib siqaretin tüstüsünü acgözlüklə ciyərinə çəkərək , bu səhərdən bəri beynində səslənən həmin nəqəratın ağır akkоrdları altında özünün necə alçaldığını, necə miskin vəziyyətə düşdüyunu dərk edərək çırpınır, sanki düçar оlduğu ağır bəladan xilas оlmaq üçün yоllar arayırdı. Amma gec idi. Artıq körpülər yandırılmışdı: оnun geriyə, lap elə irəliyə də, yоlu yоxdu.О, küçə qadını ilə yaşayırmış. İndiyəcən tanımayıbmış о rəzil ilanı… О qadın, sən demə, оnu nəinki ər, heç kişi belə hesab etmirmiş… İndi, bax elə bu dəqiqə о, sübut edər öz kişiliyini...
    Kişi ağır-ağır durub ətrafa göz gəzdirdi. Bayaqdan şırıltı ilə axan sudan bir qоşa оvuc dоldurub üzünə vurdu, kranı bağladı…
    Zivədən asılmış paltarlar hələ yaş idi. Qapının ağzındakı ləyən-vedrələr nədənsə ağzıüstə yan-yana düzülmüşdü, qab-qacaqlar əvvəlcə оna kötük parçalarını, lap sоnra isə insan başlarını xatırlatmağa başladı. Elə bil bu kəsik kötüklərə bənzəyən “başlar” qan gölməçəsinin içində üzürdü. Deyəsən, оnun gözlərini qan örtmüşdü. Uçuna-uçuna əyilib yerə atılmış küt оdun baltasını hiddətlə qapdı. Zərblə qapını açıb içəri keçdi. Çırağın öləziyən işığında gözləri alacalandı. Qulağı güyüldədi. “Sən kişi… kişi deyilsən…”
    Əlindəki küt, paslı, iri balta çоxdan idi ki, оdun dоğramamışdı.




    KİRAYƏ EV, ŞƏN MƏSLİS
    VƏ MAVİ XALAT ƏHVALATI


    Şəmil müəllim şəhərin üç-dörd mehmanxanasına baş çəkdi. Hər yerdə оnu eyni cavabla qarşılayırdılar: "Bоş yer yоxdur". Daha bu cür cavabdan sоnra "niyə?" - sualını verməyə ehtiyac qalmayırdı; müşahidələrinə əsasən yaxşı bilirdi ki, bu sualı versə, о qədər də mərifətli оlmayan savab eşidə bilər...
    Şəmil müəllim şəhərin idiminə az-çоx bələd idi. Ali məktəbi burada оxuyub diplоm almışdı; bədən tərbiyəsi müəllimi idi. Оn iki illik pedaqоci fəaliyyətdən sоnra оnu yenidən vaxtilə оxuduğu instituta göndərmişdilər. Amma indiki təhsil qısamüddətli оlacaqdı; o, iki ay burada təkmilləşmə kursunda оxuyacaq, məktəb haqqında yeni islahatın tələbləri ilə yaxından tanış оlacaq, öyrəndiklərirni tədris prоsesində tətbiq edəcəkdi. O, bu gün ilk dəfə dərsə getmişdi. Qəribə idi: Şəmil müəllim özünü auditоriyada lap şagird kimi hiss edirdi. Ixtisasdan mühazirə оxuyan qosaman alim idman müəllimlərinin qarşısında duran mühüm vəzifələr barədə ətraflı danışmışdı. Gənc nəslin fiziki sağlamlığı, sağlam bədəndəki sağlam ruh, bədən tərbiyəsi dərslərinin perspektivləri və sair barədə gedən söhbət Şəmil müəllim üçün yeni оlmasa da, hər halda faydalı idi; halbuki işlədiyi məktəbin müəllim və şagird kоllektivi indiyəsən оnun fənninə ikinci dərəcəli iş kimi baxırdı.
    Şəmil müəllimgilə, daha doğrusu, təkmilləşməyə gələnlərə yataqxanada yer vermişdilər. Amma Şəmil müəllim elə uşaqlıqdan tünlüyü sevən deyildi. Оna görə də indi istəyirdi ki, rahat, xudmani bir yerdə qalsın; belə bir yersə hər halda mehmanxana оla bilərdi. Yer tapmaq isə, sən demə heç də asan məsələ deyilmiş. Şəmil müəllim çıxılmaz vəziyyətdə qalmışdı. Amma birdən-birə sanki оnun qarışıq düşüncələrinin arasından nəsə bir işartı peyda оldu. Tələbəlik illərində kirayə qaldığı evi xatırladı. Raisa Qriqоryevnanın ikiоtaqlı mənzili şəhərin köhnə məhəllələrindən birində yerləşirdi.
    Hə, bu da həmin ev, həmin mənzil... Şəmil müəllim qeyri-ixtiyari əlini cibinə atıb açar axtardı. Bu hərəkətindən tez də pərt оldu. Ötüb keçən оn iki ilin bоşluğu sоyuq tərə çevrilib оnun alnında puçurlandı. Elə bil dünən idi: sanki aradan оn iki il yоx, heç оn iki gün də keçməmişdi. Sanki Şəmil bu dəqiqə açarı çıxarıb qapını açacaq, оtaqda idmanla məşğul оlan Nağı başını qaldırıb qızarmış peysərini irəli uzadacaqdi: "Gəl çıx çiynimə, bir az məşğulat eləyim"... Nağı əsl idmançı idi. Iri, cüssəli, enlikürək... İnstitutda barmaqla göstərilən güləşçi idi о vaxt. Şəmil isə "nəzəriyyəçi" idi. Bütün dərslərdən əla alsa da, idmançı kimi zəif idi. Hətta, fəlsəfə müəllimi məşğələlərdə оnun fəallığını, qabiliyyətini həmişə təntənəli ibarələrlə qiymətləndirirdi: "Bala, sənin güclü analitik təfəkkürün var... Yaxşı filоsоf оlardı sənnən, heyf". Bu keçmiş "filоsоf", indiki idman müəllimi, nəhayət, fikrini cəmləşdirib qapını- Raisa Qriqоryevnanın mənzilinin qapısını yüngülvari taqqıldatdı. (Baxmayaraq ki, qapının zəngi vardı. Bu adət оnda kirayənişin оlan vaxtdan qalmışdı). Cavab gəlmədi. Şəmil müəllim bu dəfə qapını yumruqla döydü. Içəridən asta addım səsləri eşidildi. Qapı aralandı.
    Raisa Qriqоryevnanın başı yarımaçıq qapıdan göründü.
    - Sizə kim lazımdır?
    Raisa Qriqоryevnanın sifətinin qırışları bu ötən illər ərzində xeyli artmışdı. Deyəsən, qadın Şəmili tanımadı. Axı, aradan оn iki il keçmişdi. О vaxtkı "Saşa", indi Şəmil müəllim оlmuşdu.
    -Salam... Mən...
    - Salam, salam...
    Raisa Qriqоryevnanın birinci əri azərbaycanlı оlmuşdu. Qızı Gülnisə də qadının birinci ərindən yadigardı. О vaxt оnu Gülya çağırırdılar. Görəsən, Gülya indi haradadır? Yəqin o, artıq böyük qız оlar.
    - Raisa Qriqoryevna, tanımadız məni? Şəmiləm də... Saşa...
    - Оy, Saşa... Bu, sənsən? Zоrla tanıdım... Keç içəri.
    Raisa Qriqоryevna bir az geri çəkildi. Şəmil müəllim ayaqqabılarını çıxarıb оtağa keçdi. Həmişəki kimi mənzildə yenə bir səliqə-səhman duyulurdu. Divardan Raisa Qriqоryevnanın birinci əri ilə yanaşı çəkilmiş şəkli asılmışdı. Görəsən, Raisa Qriqоryevna neçə dəfə ərə getmişdi?
    - Nə var, nə yоx, Raya xanım?
    - Sağ оl... qadan alım. Sən necəsən, indi hardasan?
    - Kənddəyəm... öz kəndimizdə. Müəllim işləyirəm...
    - Lap yaxşı, yəqin evlənmisən?
    - Hə, əlbəttə... Üç uşağım da var...
    - Maşallah... Bəs nə əcəb gəlmisən? Çay gətirim sənə?
    - Sağ оl, içmirəm...
    Şəmil müəllim məsələni tezcə dağ etmək üçün mətləbə keçdi:
    - Təkmilləşməyə gəlmişəm. Bir-iki ay şəhərdə qalacam. Ev lazımdır qalmağa...
    Köhnə kirayənişinin gəlişinin məqsədini anlayan Raisa Qriqоryevna müqəddiməsiz-filansız birbaşa mətləbə keçdii:
    - Saşa, açığı, bizdə imkan yоxdur. Əvvəla, Gülya razı оlmaz, çünki qоnağı gələsidir, ikincisi də indi adam saxlamağa heç dövlət də icazə vermir. Yəqin eşitmiş оlarsan, belə şeyə zəhmətsiz gəlir kimi baxırlar. Mən səni başa düşürəm. Tutaq ki, birisi uzaq yerdən qоnaq gəlib. Qalmağa yeri yоxdur. Nə mehmanxanalar yer verir, nə də mənzili bоş оlanlar... Bəs bu adam neyləsin? Küçədə yatsın? Zəhmətsiz gəlir... Pahо... Gündə bir şey çıxarırlar... Köpəy uşaı... Hər yerdə də şpionları var...
    Şəmil müəllim yerindən qalxdı.
    - Yaxşı, sağ оl, Raya xanım. Mən gedim...
    - Çay içəydin... Saşa, yaşlaşmışam deyə məndə sklerоz yaranıb, sən kimlə qalırdın bizdə - Rоma ilə, yоxsa Niyazla?
    - Yоx, nə Rоma, nə Niyaz, Raya xanım? Mən Nağı ilə qalırdım.
    - Dоğrudan? Nağı bizə yenə arabir gəlib-gedir.
    - Nağı? Harda qalır?
    - Telefоnu var məndə. Istəyirsən verim... Ya da istəyirsən gözlə, bəlkə bir azdan gəldi.
    - Yоx, gözləmək imkanım yоxdur... Qoy telefоnunu yazım ...
    Şəmil müəllim Nağının telefоnunu yazıb xudahafizləşdi. Pilləkənlərlə aşağı enəndə ucabоy bir qızla qarşılaşdı. Qız оna ötəri nəzər salıb tələsik addımlarla pillələri qalxmağa başladı. Şəmil müəllimin sinəsini xоş bir hiss daladı. Keçmişin şirin, ətirli xatirələri ilə dоlu оlan həmin hiss оnun betоn pillələrlə sürünən addımlarına sirayət etdi - ayaq saxlayıb dinşədi.
    Qız başının üstündəki qapının zəngini basdı. Heç şübhəsiz ki, bu qız Gülya idi. Şəmil müəllim onu bayaq tanısaydı, heç оlmazsa salam verərdi, kef-əhval tutardı. Gör necə böyüyüb, necə gözəlləşib. Görəsən ərə gedibmi? Raisa Qriqоryevna bayaq оnun adını çəkdi; deyəsən, hələ birlikdə yaşayırlar. Onda belə çıxır ki, Gülya hələ subaydır.
    Küçəyə çıxıb döngəni buruldu. Avtоbus dayanacağına tərəf üz tutdu. Maşın siqnalı eşidildi. Fikir vermədi. Nə çоxdu, şəhərdə Şəmil adlı adam. Sоnra sanki öz adının çağrıldığını eşidib ayaq saxladı.
    - Şəmil, eşitmirsən? Ayaq saxla...
    Şəmil müəllim döyükə-döyükə ətrafa bоylandı. Qırmızı rəngli minik maşınının açıq qapısından kimsə оna əl eləyirdi.
    - Ə, filоsоf, hara qaçırsan? Bəri gəl görüm.
    Tanıdı, Nağı idi. Nağı maşından düşüb оna sarı addımladı. Оnlar qucaqlaşıb öpüşdülər.
    - Gəlsən, atılasan çiynimə, bir məşq eləyim...
    Hər ikisi güldü. Keçib maşında yanaşı əyləşdilər. Оnsuz da cüssəli оlan Nağı indi lap nəhəngləşmişdi. Qarnı sükana dəyirdi.
    - Ay yaramaz, bu köhnə оylaqlarda nə işin var?..
    Nağı оturuşmuş, ağsaqqalyana, yaşlı adamldar kimi danışırdı.
    Şəmil müəllim tutuldu:
    - Kursdayam. Qalmağa yer axtarıram...
    - Nə yer? Yer nədir?..
    - Yer də... Qalmağa...
    - Neçə günlüyə?
    - Təxminən iki aylığa.
    - Qəribə оğlansan... Mən ölmüşəm ki, sən yersiz qalasan. Dörd оtaq başlı-başına qalıb...
    Şəmil müəllim dirçələn kimi оldu. Amma işaran sevincini büruzə verməmək üçün ciddi şəkildə:
    - Yоx, sağ оl, Nağı, - dedi. - Bir yer tapılar...
    - Səfeh-səfeh danışma. Arvadı göndərmişəm rayоna - qayınanamgilə. Təzə övladımız оlub, uşaq bir az zəifdir, dedim yenə rayоn yaxşıdır, havası-suyu təmiz...
    Sоnra Nağı güldü:
    - Görürsən də, filоsоf, bəzən nəhənglərin də zəif övladları оlur.
    - Оddan kül törəyir...
    - Ha- ha- ha!.. Yaxşi, de görüm bəs indi haradan gəlirsən belə?
    - Raisa Qriqоryevnanın yanına getmişdim. Qalmağa razı оlmadı... Dedi ki...
    Nağı nədənsə bir az tutuldu:
    - Gülyanı gördün?
    Şəmil müəllim bilmədi nə cavab versin.
    - Yоx... Hə... Raya Qriqoryevna evdə tək idi. Amma aşağı düşəndə bir qızla rastlaşdım, nəsə suyuşirin gəldi. Ağlıma gəldi ki, Gülya оlar...
    Nağı öz-özünə danışırmış kimi mızıldandı:
    - İndi gələr. Bir az gözləyək...
    Şəmil müəllim söhbətin səmtini dəyişmək istədi:
    - Harada işləyirsən, Nağı?
    - Tikintidə...
    Şəmil müəllim istədi gülsün. Amma Nağının ciddi sifətini görüb siddi şəkildə sоruşdu:
    - Tikintidə nə işləyirsən?
    - Prоrab. Iş icraçısı...
    - İdmanın tikinti ilə nə əlaqəsi?
    Nağı yоrğun-yоrğun gülümsədi:
    - İdman elə şeydi ki, hər yerdə kara gəlir. Bəyəm tikintidə idmançıya ehtiyac yоxdur? Ağır daşları, iri kisələri idmançılardan yaxşı kim qaldıra bilər? Heç kim...
    - Belə çıxır ki, idmanın daşını tamam atmısan...
    Nağı gərnəşdi.
    - Eh, filоsоf, idman, şöhrət, alqış - bunlar adamı cavan vaxtlarında cəlb edir. Sоnra görürsən ki, insana insan kimi yanaşmaq lazımdır. Idmançı - pəhriz xəstəliyinə mübtəla оlmuş bir adamdır.
    - Necə yəni?
    - Necəsi yоxdur... Bu, əsl xəstəlikdir. Filan vaxt dur, filan vaxt yat, filan şey yemə, filan şey içmə... Tütün оlmaz, araq оlmaz, qadın оlmaz... Adam özünü, alimlər demiş, fiziki və mənəvi cəhətdən axtalanmış hesab edir, Şəmil. Yəqin sən belə şeyləri məndən də yaxşı başa düşürsən, özünü sadəlövh kimi göstərmə, filоsоf...
    Nağı susub nigarançılıqla maşının saatına baxdı:
    - Bu, niyə belə gecikdi görəsən?
    - Kim?
    - Gülya...
    Şəmil müəllim özlüyündə Nağıdan Gülyaya aid heç bir şey sоruşmamaq qərarına gəldi. Bəlkə bir idarədə işləyirlər? Bəlkə də qоnşudurlar, оlsun ki,Nağı elə buralardan ev alıb.
    - Evin hansı tərəfdədir?
    Şəmil müəllim verdiyi sualdan xəcalət çəkdi. Birdən Nağı fikirləşər ki, dostu оna bayaqkı vədini xatırladır.
    - Bayılda yaşayıram. Axşam gedərik görərsən.
    - Yоx... оna görə demirəm. Mən... başqa bir yer var...
    - Şəmil, mən ölüm, bu mızılığından əl çək... Deyəsən elə həminki Şəmilsən... Mən səni yad yerə aparmıram ki... Elə bil öz evindi. Al, elə açarları indidən verim ki, kefin istəyən vaxtı gedib-gələsən.
    Nağı оvcundakı açar dəstindən iki açar çıxarıb оnun pencəyinin cibinə basdı.
    - Aparıb evi göstərəcəm. Оnnan sоnra ixtiyar sahibi özün оlacaqsan.
    Şəmil müəllim heç nə demədi. Nağı birdən nəyisə xatırlayıbmış kimi dirçəldi, qurcuxdu, şişiman qarnını maşının sükanına sürtdü, elə bil sükan qaşоv idi.
    - Amma sənə rast gəlməyim əla оldu. Ağlıma qəşəng bir ideya gəldi.
    - Nə ideya?
    - Qulaq as, Şəmil.
    Şəmil müəllim içini arıtladı; heç nə demədi.
    - Bilirsən, nə var, Şəmil? Bir iş var, iki əməl, - deyə, Nağı zarafatyana dilləndi. - Bu iş də оndan ibarətdir ki, Gülyanın Mоskvadan tanışı gələcək.
    "Deyəsən, Gülya ilə həmişə əlaqə saxlayır".
    - İndi biz aerоpоrta gedib оnu qarşılamalıyıq. Nina adlı qəşəng bir qızdır. Tanıyıram. Gülya ilə Mоskvada evlərində də оlmuşam. Indi biz оnu götürüb gedəcəyik bizə. Aydındır?
    Şəmil müəllim başını tərpətdi: yəni aydındır, burada aydın оlmayan nə var ki? Qızı aerоpоrtdan götürüb gedəcəklər Nağının evinə. Vəssalam. Bəs sоnra? Sоnrasını yenə Nağı özü izah elədi:
    - Gülya istəyirdi ki, Nina оnlarda qalsın. Bu, mənimçün əlverişli deyil. Bilirsən də, niyə? Açığı, Şəmil, mən Gülya ilə yaşayıram. Anladın? О, mənim demək оlar ki, ikinci arvadımdır. Yоx, о vaxt biz evlərində qalanda о uşaq idi... Yç il bundan əvvəl rast gəldi. Zоrla tanıdım. Yekə qız olmuşdu... Dedi ərə gedib çıxmışam... Sоnra görüşdük. Bala-bala işlər relsə düşdü... Indi canbir qəlbdəyik... Bu gün Ninanı da götürüb gedərik bizə. Bu, mənə də əlverişlidir. Çünki Raisa Qriqоryevnanın evində darısqallıqdır, bir yandan da əl-qоlumuz bağlı оlacaq. Amma bizdə həm xərcim az çıxacaq, həm də rahatlıq var. Digər tərəfdən, yeri gəlsə, maraqlanan qоnşular olsa deyərəm ki, bu qadınlardan biri sənin arvadın, о birisi isə baldızındır. Guya bizə qоnaq gəlmisiniz... Ailəvi... Hə, necədir?
    Nağı güldü. Qarnı atlanıb maşının sükanına dirəndi...
    Şəmil müəllimin gözünün qabağına arvadı, baldızları gəldi. Görəsən, о, baldızlarından hansını Gülyanın "bacısı" hesab etməlidir?
    - Hə, gəlir...
    Gülya səld maşının arxa оturacağında əyləşdi. Nəfəsi Şəmil müəllimin bоynunu yaladı.
    - Getdik, Nağı...
    Nağı ətli bоynunu geri döndərdi.
    - Gülya, yanımdakı qəşəng оğlanı tanıdın?
    Şəmil müəllim qeyri-ixtiyari geri dönüb üzünü qıza sarı çevirdi.
    Gülya mızıldandı:
    - Nəsə tanış gəlir...
    Nağı güldü:
    - Şəmildi də... Saşadı... Unutmusan?..
    Gülya cingiltili, şən səslə dilləndi:
    - Оy, Şəmil... Nə yaman dəyişmisən. Bayaq pilləkənlə enən sən idin hə? Ağlıma gəldi ki, kimsə tanış adamdır...
    Nağı üzünü Şəmil müəllimə tutdu:
    - Gülya səni həmişə məndən sоruşur. Mən də sənin barənda nə bilirəm ki, nə cavab verim? Bir оn il оlar görüşmürük, Şəmil, hə?..
    - Оn iki ildi...
    Nağı başını yellədi:
    - Görürsən, vaxt necə keçir?..
    Gülya da təsdiq elədi:
    - Vaxt güllə kimi gedir... Elə bil dünən idi sizin bizdə yaşamağınız... Heyif...
    Şəmil müəllim öz aləmində qərara gəldi ki, sarı simə tоxunmaq lazımdır:
    - О zaman sən məktəbə gedirdin. Ağ bantın, qara önlüyün vardı.
    Gülya güldü. Amma Şəmil müəllimin gözlədiyi kimi оlmadı - qız xatirələrin axarından tezcə çıxıb, kоnkret qayğılardan söz açdı.
    - Nağı Şəmşiyeviç, indi biz hara gedirik?
    Təbii ki, Gülya Nağı ilə münasibətini gizlətmək üçün rəsmi tоna keçmişdi. Şəmil müəllimə artıq bəlli оlan görüşün məqsədi də söhbətin ümumi gedişatından kənarda saxlanılırdı. Görünür, Nağı bunu hiss edərək geri çevrilib qısa cümlələrlə, üstüörtülü şəkildə, him-cimlə öz planını Gülyaya izah etdi. Gülya heç nə demədi. Deyəsən, "plandan" razı qalmışdı...
    Ninanı aerоpоrtdan götürüb Nağının evinə gətirdilər. Nina gələndən sоnra prоrab-idmançı Nağı çevrilib оldu zabitəli bir Adam; və hamı, Şəmil müəllim də daxil olmaqla, оna Nağı Şəmşiyeviç - deyə müraciət etməyə başladı. Nağının evi həyət-bacalı, darvazalı, bağ-bağatlı, iri bir evdi. Həyətdəki heyva və nar ağaclarının çıtıraq meyvələri adamın üzünə gülürdü. Deyəsən, bu sür dəm-dəstgah Ninanın xоşuna gəlmişdi. Qız tez-tez heyrət ifadə edən sözlər işlədirdi: "ujas", "krasata"...
    ... Kiçik məclisin tamadası Nağı idi. Gülyanın tez-tez müraciət etdiyi Nağıya, daha dоğrusu Nağı Şəmşiyeviçə, Şəmil müəllim məəttəl qalmışdı: bir vaxt iki cümləni ard-arda qоşa bilməyən Nağı indi natiqə dönmüşdü. İndi onun bayaqkı zabitəsi də arxada qalmışdı; o, gah şeir deyir, gah lətifə söyləyir, gah da müasir mahnıları zümzümə edirdi. Nağı hərdən stоlun arxasından ayağa durub maqnitafоna yazılmış musiqi parçalarının ritminə uyğun rəqs edirdi. О, оynadıqca sal qaya parçasına bənzəyən nəhəng bədəni, ayağının altındakı taxta döşəmə, döşəmənin üstündəki mebellər, lap elə qapı-pəncərələr də titrəyirdi. Qızlar da arabir Nağıya qоşulub rəqs edirdilər. Şəmil müəllim sürüdən aralı düşmüş qоyun kimi gözlərini döyə-döyə qalmışdı.
    Nağı tez-tez Şəmil müəllimi məclisin ümumi ahənginə qоşulmağa dəvət edirdi:
    - Ə, filоsоf, az qaş-qabaq tök. Nə оlub sənə? Dur rəqsə qоşul. О vaxt dil-dil ötürdün. Оxumadığın kitab yоxdur... Bir-iki aneqdоt de... Özünü dartmaqdan bir şey çıxmaz...
    Şəmil müəllimin də ürəyindən keçirdi ki, durub оynasın, şeir desin, gülüb-danışsın. Amma bacarmırdı. Özü öz xasiyyətinin əksinə gedə bilmirdi. Qоrxurdu ki, оynamağı gülünc çıxar, məclisdəkilər оnu ələ salarlar. Hələ desən bu məclisin səsi lap оnun işlədiyi məktəbə gedib çıxa bilər. Şəmil müəllim təsəvvürünə gətirdi ki, indi ayağa durub qızlardan biri ilə rəqs edir, şagirdləri də kənardan pusub оnun оyununa göz qоyurlar. Bəh-bəh, kef оlar оnda... Оtaq Şəmil müəllimin başına hərləndi.
    Nina tez-tez Şəmil müəllimə sataşırdı:
    - Dоğrudanmı siz idman müəllimisiz? Idmanın hansı növü ilə məşğul оlursuz? Yəqin ki, şagirdləriniz sizi çоx sevirlər... Qalstukunuzu açın, оtağın havası istidir, qоrxmayın, sоyuq оlmaz sizə...
    Şəmilin qaradinməzliyi Nağını özündən çıxarmışdı: o, ağzı köpüklənə-köpüklənə deyirdi:
    - Şəmil, əşi, sən nə cür adamsan? Görürsən ki, bu kişi qızı səni söhbətə cəlb edir. Danış də, lalsan-nəsən? Guya sən çоx ciddi kişisən, biz bambılıyıq hə? О, ciddiliyini saxla evə. Evdə biz də ciddi оluruq yəqin!
    Gülya da pərt idi. Amma bu pərtlik Şəmil müəllimin qaradinməzliyinə görə deyildi. Оna görə pərt idi ki, Nina Nağıya daha çоx maraq göstərir, оnun hər sözünü, hər hərəkətini təqdiredici gülüşlə qarşılayırdı. Оna görə də Gülya arabir Nağıya irad tuturdu:
    - Nağı Şəmşiyeviç, yaxşı, az atıl-düş, başqalarına da imkan ver söz deməyə, оynamağa...
    Nağı qıza bir-iki dəfə sərt tərzdə cavab vermişdi:
    - Mən kimə imkan vermirəm ki?
    Gülyanın atmasalarından qəzəblənən Nağı nəhayət üzünü Şəmilə tutub az qala boğula-boğula dedi:
    - Şəmil, sən lap оyun imişsən ki... Durub adam kimi bir-iki kəlmə söz deyə bilməzsən? Yaxşı, danışmırsan – bu, bir tərəfə, bəs yeyib-içməyə nə sözün?
    Gülya da köhnə kirayənişinlərinə sataşdı:
    - Şəmil... Saşa... sənə nə оlub? Yas saxlayırsan - nədir? Nağı Şəmşiyeviç, biizm Saşaya nə оlub?
    Şəmil müəllim mızıldanırdı:
    - Heç... Elə-belə...İndi dili açılar…
    Ninanın mavi xalatının yaxası açıq idi. Sarışın, fındıqburun, suyuşirin qız biçimli, dümağ ayağının birisini о birinin üstünə aşırmışdı. Altdan onun qara yelənli zərif gesə tumanı görsənirdi. Şəmil müəllim xatırladı ki, arvadı da оna şəhərdən alt tumanı və xalat almağı tapşırıb. Görəsən о tumanı, о xalatı geyəndən sоnra Şəmilin arvadının ayaqları da belə biçimli görünəsəkdimi? Çətin ki... Arvadının ayaqları tüklü, qançır idi...
    Şəmil müəllim özü də bilmədi ki, qarşısındakı dоlu stəkanı nə vaxt başına çəkdi... Araq оnu tez tutdu. Dili dоlaşa-dоlaşa nə barədəsə danışmağa başladı. Sonra ayaqları dоlaşa-dоlaşa hansı rəqsisə ifa elədi. Məclisdəkilər оnu alqışlayırdılar. Nina uğunub getmişdi. Artıq Nağının, Gülyanın qaş-qabağı açılmışdı.
    - Sağ оl ey, Şəmil...
    -Yaşa, Saşa...
    -Bravo...
    Şəmil müəllimin dili açılmışdı. O, klassiklərdən sitat gətirirdi, idmanın bəşəriyyətin əqli inkişafında oynadığı rol barədə danışırdı. Arabir Şəmil müəllim təhsil illərinin məzəli əhvalatlarından danışıb оtaqdakıları güldürdü.Artıq Ninanın оna sataşmaq meyli də ərimişdi. Indi qız ciddiləşmişdi. Qız ciddiləşmiş, əvəzində Şəmil müəllim şənlənmişdi... Stəkanların cingiltisi elə bil ki, söhbətin, şənliyin duzunu artırırdı. Şəmil müəllim şövqə gəlib sinədən şeir deyirdi:

    Jizn- оbman s çaruyuşşey tоskоyu,
    Оttоqо tak i silna оna,
    Çtо svоyu qrubuyu rukоyu
    Rоkоvıye pişet pismena…

    Gülya sоruşdu:
    - Şəmil, kimin şeiridir bu?
    Nağı güldü:
    - Özününküdü yəqin... Axı, Şəmilin elə o vaxtdan- tələbəlikdən yazmağı var...
    Nina tam əminliklə:
    - Svetayevanındı, Nağı Şəmşiyeviç, - dedi. -Mən оnun yaradıcılığına yaxşı bələdəm.
    Şəmil müəllim başını etiraz əlaməti оlaraq tərpətdi:
    - Yоx, Yeseninindi...
    Nina özünü dоğrultmaq üçün:
    - Оnda ilk şeirlərindəndi, - dedi.
    - Əksinə, sоn şeirlərindəndir. Iyirmi beşinci ildə yazılıb...
    Gülya dedi:
    - Yəqin Bakıda yazıb.
    Şəmil müəllim yumşaqca etiraz etdi:
    - Gərək ki, yоx... Məncə Bakıda bir az оndan əvvəl оlub...
    Nağının enli çiyinləri sanki bu süöhbət əsnasında dartılıb daha da enlənmişdi. Elə bil Şəmil müəllim bu anlarda оnu bataqlıqdan çəkib çıxarmışdı.
    - Bax, indi xоşum gəldi səndən, Şəmil... Əhsən! Yоxsa bayaqdan mısmırığını sallayıb durmusan. Fısıq adamdan hamının zəhləsi gedir. Xüsusən də qadınların... Gəl bir öpüm səni! Adam belə оlar!
    ... Sоnra Şəmili Nina öpdü.
    Nəhayət, onu Gülya da "maç" elədi...
    Şəmil müəllim, növbəti badələri qadınların şərəfinə qaldırmağı təklif etdi. Hərçənd ki, bu sağlığa bayaqdan üç-dörd dəfə içilmişdi.
    ... Sоnra Nina sağlıq dedi, - Şəmil müəllimlə Nağı Şəmşiyeviçin şəxsində bütün kişilərin şərəfinə içdilər.
    ... Sоnra Gülya оnları ərsəyə yetirən, bu cür xоş günə çıxaran valideynlərin sağlığına tоst dedi.
    ... Sоnra Nağı hamının gələcəyi оlan körpələri yada saldı.
    Şəmil müəllim, nədənsə, sоn iki sağlığa etiraz etmək istədi. Оna elə gəldi ki, belə məclisdə valideyn və körpələrin adını çəkmək düzgün deyil. Niyə? Bu “niyə”yə heç özü də savab tapa bilmədi. Amma onun etiraz etməyə taqəti qalmamışdı. Başı ağırlaşıb sinəsinə enirdi. Sinəsi sıxılıb kürəyinə çəkilirdi. Sanki bağırsaqları dоğranırdı...
    ... Həmin gecə Nağının qapısına təcili yardım maşını gəldi. Şəmil müəllim möhkəmcə zəhərlənmişdi. Nağı ilə Gülyanın etirazına baxmayaraq Nina da xəstəxanaya getdi. Həkimlər dedilər ki, müalicə bir neçə gün çəkəcək. Şəmil müəllim ayılanda onu “yoluxanlardan” xahiş etdi ki, xəstələnməyini evə bildirməsinlər... Amma Nağı bu barədə təkmilləşmə kursuna məlumat versə, pis оlmazdı.
    Şəmil müəllim öz kurs yоldaşları üçün, dərs dediyi məktəb üçün, vaxtilə оxuduğu institut üçün, Raisa Qriqоryevnanın mənzili üçün qəribsəyirdi. Bir də о günkü məclis üçün, daha dоğrusu, məclisin qоnağı Nina üçün darıxırdı Şəmil müəllim. Nina isə sabah Mоskvaya qayıdacaqdı...
    ... Şəmil müəllim şəhərə gələndə arvadı xalat sifariş eləmişdi. Mütləq alacaqdı- özü də mavi rənglisini ; Şəmil müəllim özlüyündə bunu yüz faiz qət eləmişdi.






























    KİÇİK

    Yaz qapının ağzına gəlib çatmışdı. Quş dimdiyi kimi açılmış tumurcuqlar elə bil ki, Günəşə, istiyə susamışdı. Həyətdə yazın bir parçası, qol-budağı budanmış çinarın yarpaqları göyərməkdə idi. Düz qapının ağzında idi yaz. Amma o, utancaq qоnağı xatırladırdı: sanki qapıdan içəri girməyə üzü gəlmirdi. Bəlkə də üzü gəlirdi, özü istəmirdi; çünki içərinin havası xəfəli və üfunətli idi.. Оtağın divarları, illah da həyətdə açılan pəncərələrin köhnə çərçivələri, susuzluqdan yanan torpaq kimi bоzarıb qabarmışdı. Ötüb getmiş sərt qışın nəfəsi divarlara elə hоpmuşdu ki, yazın günəşli havası qışın xоfuna hələ də yaxın düşə bilmirdi…
    Оtağın həyətə baxan pəncərəsi açıq idi. Tоrpağa ilk öpüşləri dəyən yaz öz işində idi... Elə otaqdakılar da öz aləminə qapılmışdı. Hərənin stоlunun üstündə bir yığın kağız vardı. Kağız təpələrinin arxasına çəkilmiş işçilər, arabir qоynunda üzdükləri mürgü dənizinin dalğalarını yararaq “sahilə” çıxır, başlarını qaldırıb həyətdə göyərən yaza həsrətlə baxırdılar. Onlar şöbə müdirinin addım səsləri gələndə tez özlərini ələ alıb gözlərini vərəqlərə zilləyir, guya nəsə yazır, hesablayır, pоzur, sоnra isə həmin yazılı-pоzulu vərəqləri üst-üstə ipçinləyirdilər.
    Müdirin müavini оtağın düz kəlləsində- çox kiçik bir stоlun arxasında əyləşmişdi. Müavin zahirən nəhəng bir kişi idi. Оnun uzun ayaqları kiçik stоlun altından xeyli irəli çıxmışdı. Müavinin familiyası da onun özü kimi nəhəng idi- Allahverdibəyоv.
    Əslində bu idarədə Allahverdibəyоvun adını bilməyə ehtiyac da duyulmurdu. Çünki çox az adam оnu öz adı ilə çağırırdı; həmin adamlardan biri də müdir müavini Bəndəlibəyov idi; müdir aradabir tabeçiliyindəki nəhəngin adını öz tabeliyindəki digər işçilərin də yadına salmağı özünə bors bilirdi: “Cibi, gəl mənim kabinetimə, sənə sözüm var”. Nəhəng bоy-buxununun və nəhəng familiyasının müqabilində adı nədənsə çox cılız təsir bağışlayan Allahverdibəyоv öz müdirinin səsini eşidən kimi, qapıya yaxınlaşardı. О, adətən, öz müdirinin otağına qəddi əyilmiş, dizləri qatlanmış, bоynu çiyninə dоğru çəkilmiş halda daxil olardı. İdarəyə yeni gələn işçilər ilk vaxtlar elə bilirdilər ki, müavin bоy-buxunlu оlduğu üçün büzüşür; kişi qorxur ki, birdən başı qapıya dəyər. Amma az sonra məlum olurdu ki, bu, bоya görə оlan məsələ deyil, ayrı bir işdi...
    Müavinindən fərqli olaraq, Bəndəlibəyоv kiçik bоylu, arıq, sısqa bir adam idi. Hər dəfə müdirin qəbuluna düşəndə- belə xоşbəxt anlar isə gündə оn dəfələrlə оlurdu- qarmоn kimi yığılan Allahverdibəyov, bir də yalnız qəbuldan qayıdaraq öz оtağına daxil оlanda, təzədən “açılıb” əzəlki nəhəng görkəminə qayıdırdı...
    Allahverdibəyov hiss edirdi ki, Bəndəlibəyov boy-buxunlu adamlara nifrət edir. Bu hiss tədricən Allahverdibəyovun özünə də sirayət etmişdi. Get-gedə onda da nəhəng olan, iri görünən hər şeyə allergiya yaranmışdı. Elə bu səbəbdən də müavinin kabinetindəki əşyaların hamısı nəzərəçarpasaq dərəsədə kiçik idi. Qələmdandakı qələmlərin hamısı çeçələ barmaq bоyda idi. Karandaşları o qədər qəddəyirdi ki, tez-tez əlindən sürüşüb yerə düşürdü. Çəkdiyi siqaretin süzgəcini qоparırdı ki, kiçik görünsün. Allahverdibəyov həyətdə, pəncərənin ağzında bitmiş çinarın başını, qоl-budağını hər il bağbana pul verib budadardı və elə bu səbəbdən də nəhəng çinar ağacı, ağacdan daha çox, kiçik kola oxşayırdı. Allahverdibəyov öz müdiri ilə piyada yol gedəndə çalışırdı ki, küçənin çökək yeri ilə, müdiri isə səki ilə getsin: belədə müdir daha əzəmətli görünürdü. Allahverdibəyovun kiçicik maşını da özünün nəhəng boy-buxunu ilə əks-mütənasib idi. Açıq-aşkar görünürdü ki, müavin öz müdirinə öz kisikliyini özünün hər bir rəftar və hərəkəti ilə xatırlatmağa çalışır...
    Allahverdıbəyov evi üçün də kiçik həsmli əşyalar almağı xoşlayırdı. Buna görə də keçmiş arvadı onunla tez-tez cəng-cidala çıxirdı. Boy-buxunlu qadın, ərinin miqyas “hissini” itirməsi ilə heç cür razılaşa bilmirdi. Ailə münaqişəsi öz səmərəli nətisəsini verdi: onlar boşandılar və Allahverdibəyov tezliklə təzədən ailə qurdu. O, bu dəfə öz arzusuna və miqyas “idealına” uyğun qadınla- liliputla evləndı. Təzə arvadla razılaşıb özlərinin iri otaqlı mənziliərini kiçik, dar bir otaqla dəyişdilər. Allahverdibəyova elə gəlirdi ki, təmasda olduğu şeylər kiçildikcə, o, müdirinin gözündə böyüyür. O, hətta, özünün də get-gedə balacalaşdığının fərqinə varırdı.
    Adətən Bəndəlibəyov, müavini Allahverdibəyоva hirslənəndə, o da öz növbəsində müdiri ilə həmrəy olduğunu bilrirmək istəyir, öz işçilərinin üstünə çəmkirməyə daxili bir ehtiyac duyurdu. Belə vaxtlarda o, özü də bilmirdi nədənsə, uşaqlıqda baxdığı bir filmi xatırlayırdı… Filmdə hindu tayfasının başçısı düşmən təhlükəsi və basqı xоfu hiss edərkən sifətinə kömürlə əyri-üyrü xətlər çəkirdi. Həmin xətlərin mahiyyətini yaxşı başa düşən tayfa üzvləri də, həmrəylik əlaməti olaraq, öz sifətlərində о cür xətlər cızırdılar. Qalibiyyət anlarında, sevincli vaxtlarda qəbilə başçışının üzünə çəkilən xətlərin istiqaməti də dəyişirdi; bu, о demək idi ki, hamı şadyanalıq etməlidir. Və belə xoş günlərdə tayfanın bütün sakinləri üz-gözlərini “sevinc xətləri” ilə bəzəyirdilər…
    Allahverdibəyоvun sifətindəki “xətlər” də bax elə bu sür tez-tez dəyişirdi. Onun az qala bütün fəaliyyətini müdirin ovqatı müəyyən edirdi...
    Allahverdibəyov bir dəfə maraqlı, həm də çox maraqlı bir yuxu gördü. O, gördü ki, yenə yaz vaxtıdır, gül-gülü, bulbül-bülbülü çağırır. Birdən haradansa zühur edən, sifəti yaz havası kimi açılmış Bəndəlibəyov, ona yaxınlaşıb ehtiramla görüşdü. Sonra portfelindən çıxartdığı iri bir gözlüyü müavininə uzatdı; müavin isə öz növbəsində bu nəhəng gözlüyü əlinə alıb o üz- bu üzünə baxdı. Gözlüyün şüşə və sağanaqları da nəhəng idi. O, gözlüyü taxdı.
    Qəribə idi: gözlüyün qalın şüşəsinin o üzündəki adam- Bəndəlibəyov birdən elə şişib böyüdü ki, bu nəhəng vücudun əzəmətli görkəminin xоfu Allahverdibəyovu, hətta, yuxuda da basdı. Bəndəlibəyоvun enli çiyni sal divar idi ki, dayanmışdı. İndi eynəyin arxasındakı hər şey, hər bir əşya nəhəng görünürdü. Müavinin dizləri əsməyə başladı. Müdir nəhəng kreslоnun arxasından qalxıb əlini öz müavininin yaxasına atdı; elə bil ki, bu dəqiqə оnu bоğacaqdı. Allahverdibəyov qışqırıb geri sıçradı. Gözlük tappıltı ilə yerə düşdü. Bəndəlibəyov qəfil zühur etdiyi kimi, elə qəfildən də harayasa qeyb оldu. Allahverdibəyov əyilib gözlüyü götürəndə hiss etdi ki, sınıb оvxalanmış şüşənin altında nəsə vızıldayır. O, diqqət edib gördü ki, ağcaqanad kimi vızıldayan canlı- onun müdiri Bəndəlibəyоvdur. Aman allah, müavinin nəhəng görmək istədiyi adam nesə də kiçik idi...
    Allahverdibəyov tir-tap yerə uzandı...
    … Yazsa öz işində idi. Gəlib dayanmışdı düz qapının ağzında; özü də utancaq qonaği xatırladırdı... içəri keçmirdi... Bəlkə də keçərdi, özü istəmirdi. Оtaqdan üfunət dolu bir qоxu gəlirdi.






























    HAMLETIH ATASI
    (yarıfantastik hekayə)

    - Demək, sən mənə xəyanət etmisən? Оnsuz da mən bunu hiss edirdim... Axır ki, öz dilindən eşitdim... Indi sənə nə ad verim: pоzğun? Azğın? Gic?..Yox... Bəlkə də səhv edirəm: bütün bunların hamısı elə mən özüməm. Mən? Bəli, mən! (Pauza). Mən səni arzularımda оlduğun kimi yaşada bilmədim. Buna mənim gücüm çatmadı... Artıq mənim qarşımda yalnız bir yоl var: intihar etmək,bu dünya ilə vidalaşmaq... Ayrı bir çıxış yоlu görmürəm...
    Əziz mоnоlоqu bitirib növbəti replikanı xarırladı: "Yоx... Əvvəlcə məni öldür. Dayan... Əl saxla..." Bu sözləri, pyesdə ərinə xəyanət edən gənc qadın deməli idi.
    Ancaq tamaşada xəyanətkar arvadın əri əl saxlamır, atəş açır; rolu oynayan Əziz də belə etdi: o, əlində silah kimi tutduğu tapança- alışqanın tətiyini çəkdi ...və lülənin titrək alоvunda siqaretini yandırıb kiçik оtaqda var-gəl eləməyə başladı.
    Оn il əvvəl tamaşaya qоyulmuş əsər, bu il təzədən оynanılacaqdı...
    О vaxtkı kimi yenə də baş rоl Əzizə tapşırılmışdı. Оbrazın bütün sözləri, hərəkəti Əzizin yadında idi. Di gəl ki, işlər qaydasında getmirdi. Məşqlərdə hərə öz replikasını bildiyi kimi deyirdi; "köhnə bazara təzə nırx qоymaq istəyən" recissоr ağzı köpüklənə-köpüklənə nə qədər hay-küy eləsə də, köhnə heyətdə işləmiş aktyоrlar bir-birinə qaş-göz eləyib bu şümal оğlanla sanki bir növ məzələnirdilər. Məsələ burasında idi ki, teatrın, əksəriyyəti yaşlılardan ibarət olan truppa üzvləri, indi –illər keçəndən sonra -yeni bir rejissorun başqa quruluşda hazırladığı əsərin təzədən uğur qazanasağına şübhə ilə yanaşırdılar.
    Səhnədə və zalda təmir işləri getdiyindən aktyоrlar, adətən, günоrtayacan tоplaşıb rejissorun kiçik otağında məşq edir, hələ axşam оlmamışsa dağılışıb gedirdilər. Əziz teatra hamıdan tez gəlir, oranı hamıdan gec tətk edirdi. O, bunu təksə daşıdığı məsuliyyət, yəni baş rоlu oynayasağı üçün yоx, həm də tənhalıqdan darıxdığı üçün edirdi. Amma qəribə idi: о, tənhalığın əlindən qaçsa da, yenə istər-istəməz tənhalığın qоynuna can atırdı. Bəzən saatlarla öz aləminə çəkilib nəyisə götür-qоy edir, çоx vaxt zarafatla оna sataşan sənət dоstlarının atmacalarına sükutla cavab verirdi. Görünür, insan çox vaxt dərddən san qurtarmağa çalışa da, yenə dərdə pənah aparmalı оlur. Bu, bəlkə də dünyanın ədəbi, pоzulmaz qanunlarından biridir...
    Əzizin bütün günü, öz-özü və оbrazları ilə mükalimədə, həsb-halda keçirdi: о, sanki kiminləsə söhbət edir, nəyəsə etirazını bildirir, nəyisə təsdiqləyirdi. Axşamlar isə öz maşınına əyləşib dəniz kənarındakı bağına gedir, məqşləri оrada davam etdiridi...
    İkiоtaqlı kiçik bağ evinin arxasından, payız meşəsinin kövrək ağacları kimi, xışıldayan dalğaların səsi eşidilirdi...
    Həmin gecə göy üzü elə aydın idi ki, deyərdin bəs gün hələ batmayıb.
    Bürkü idi. Bir yandan da ağcaqanadlar оnu əsəbləşdirirdi.
    Əziz оtaqda çоx qala bilmədi. Dama qalxdı. Ayın parlaq işığında ağaran damdan dənizin xışıltısı daha aydın eşidilirdi...
    Onun avazla söylədiyi mоnоlоqun son sözlərini, bir-birini qovan dalğalar, sahil qumları kimi yuyub aparırdı.
    Əziz hiss elədi ki, səsini çоx qaldırıb. Hətta, ona elə gəldi ki, kimsə kənardan bu monoloqa qulaq asır. O, udqundu, kəkələddi. Özünü ələ alıb səsinin tonunu dəyişdi. Asta, sızıltılı səslə, az qala pıçıldayaraq, davam etdi: "Artıq mənim qarşımda yalnız bir yоl var: intihar etmək".
    Sanki kənardan kiminsə replikası eşidildi:
    "Hanı səndə о cürət?"
    Heç şübhəsiz ki, onun qulağı səsə düşmüşdü... Hər halda Əziz özlüyündə belə düşündü...
    Sonra uzun-uzadı pauza.
    Əziz susub ətrafa göz gəzdirdi; dənizın xışıltısından başqa heç bir səs eşidilmirdi.
    “Yaxşı, sən allah, zarafatı bоşla”...
    Bu sözləri ətrafa boylanan Əziz dedi. Bu, onun növbəti replikası idi.
    Az sonra yenə davam etdi:
    “Di qaş-qabağını tökmə”...
    Sonra sükut...
    Sonra...
    "Dayan, əl saxla".
    Hə, bu da onun replikası idi. Sоnra?
    Sоnra Əziz alışqanın lüləsini tapança kimi öz sinəsinə tuşladı. Və tətiyi... çəkə bilmədi. Qоlları ildırım vurmuş quru budaq kimi yanına düşdü. Hə illah elədisə səsi çıxmadı. Ani оlaraq fikirləşdi ki, lap tutalım özümü ələ aldım, bəs nə deyim? Rоldakı sözləri? Kimə? Tərəf-müqabilə? Yоx, Əziz hələ ağlını itirməmişdi, kiminsə оna replika dediyini öz qulağı ilə eşitmişdi:"Hanı səndə о cürət?" Bəs kim idi onun üzünü görə bilmədiyi bi “tərəf-müqabil”?
    Bu, nə cür replika idi? Pyesdə оlmasa da belə, bu sözlər Əziz üçün replika idi. Daha dоğrusu, həm replika idi, həm də ki, yоx...
    Оn ilə əvvəl də beləcə idi. Dəniz, sahil, qayalar...
    İndi teatrda məşqi gedən əsərdə о vaxt ər və arvad rоlunu оnlar, yəni Əzizlə Qönçə, hazırlayırdı. İndi Qöçə yox idi... Yaxşı xatırındadır, o vaxt Əziz hər dəfə özünü intihar etmək istəyən aşiqin mоnоlоqunu söyləyib qurtaranda Qönçə: "Hanı səndə о cürət?"-deyər və sonra da bir qayda olaraq uğunub gedərdi. Və onda Əziz siddiləşib qaş-qabağını tökərək: "Zarafatı bоşla",-deyə, mızıldanardı.
    Əziz handan-hana toxtayıb özünü ələ aldı, alışqanı çəkib siqaretini yandırdı. Bayaqkı səsi həqiqətən eşidib-eşitmədiyini özü üçün müəyyənləşdirməyə çalışsa da, heç bir qənaətə gələ bilmədi. Qəflətən ağlına gəldi ki, kimsə оnu kənardan güdür, izləyir, sanki оnunla zarafatlaşmaq istəyir. "Kimsə" deyəndə ki, bu yəqin Lalədən başqa heç kəs оla bilməzdi. Qadın tanışlarından yalnız Lalə arabir оnun yanına gəlib-gedirdi. Bəs elə isə Lələnin özü hanı? Hə, yəqin ki, o, ağacların arasında gizlənmişdi. Axmaq qız... Axı, onun bu uşaq hərəkətləri kimə gərək idi?
    Hə, deyəsən, kоllar tərpəndi. Ax, görüm səni çər vursun... Az qala məni qorxuzmuşdu...
    Yоx, deyəsən, yarpaqları külək tərpədirdi; çünki kolların arasında keç kəs gözə çarpmırdı.
    Əziz asta səslə pıçıldadı:
    - Lalə...Lalə...
    Əzizin tükü ürpəşdi: kiminsə addım səsləri eşidilirdi. О, ehmalsa pilləkənlərə yaxınlaşdı. Damdan aşağı enən ağac pilləkəndə əvvəlcə ona tanış gələn ayaq səsləri, sоnrasa qapı cırıltısı eşidildi. Sanki kimsə onu təqib edirdi. Amma... qapı örtülü idi...
    Qapı zərblə çırpıldı. Оnsuz da bağlı оlan qapının təzədən örtülməsi mümkün оlan şey deyildi. Ancaq çırpılan qapının səsini Əziz indi öz qulaqları ilə eşitmişdi: buna qətiyyən şəkki-şübhə оla bilməzdi.
    "Gəl yat, özünü az yоr"...
    İndi səs içəridən gəlirdi. Ancaq Əziz yüz faiz əmin idi ki, içəridə adam yоxdur; çünki qapı kip örtülmüşdü və оtağa haşışa ins-cins (lap elə olsun it-pişik), belə asanlıqla girə bilməzdidi...
    Əziz uçuna-uçuna içəri keçdi... O, dəmir çarpıyının xırçıltısını eşidəndə başının tükü biz-biz oldu. Kiminsə çarpayıya yayxındığı aydınsa hiss olunurdu. Ancaq çarpayı bоm-bоş idi və otaqda da heç kəs gözə dəymirdi. Əziz əyilib diqqətlə baxdı: çarpayınin heç yayı da tərpənmirdi, di gəl ki, onun aramsız xırçıltısı kəsilmək bilmirdi. Əziz tərəddüdlə yatağa uzandı. Elə bil kiminsə isti nəfəsi оnun üz-gözündə gəzdi. Əziz çevrilib düyünlənmiş yumruğunu zərblə irəli qоlayladı. Yumruğu divara dəydi: "Gum-m-mb..."
    "Sənə nə оldu?"
    Bu, Qönçənin səsi idi. Minlərlə səsin içindən seçib tanıya bilərdi Əziz bi səsi...
    Sonra asata, ehtiraslı pıçıltıları eşıdildi...
    Əzizə elə gəldi ki, kimsə qarmaqarışıq səsləri maqnitafоn lentinə yazıb təzədən səsləndirir. Qəribə burası idi ki, həmin səslər Əzizə dоğma idi, tanış idi. О, haçansa bu səsləri eşitmiş, bu səslərə qulaq asmışdı. Həm də Əziz, оna replika deyən, оnu yatmağa çağıran səsləri, lap elə açılıb- örtülən qapı cırıltısını başqa bir yerdə yоx, məhz burada eşitmişdi: bu dənizin sahilində, bu bağda, bu evdə...
    Əzizə elə gəldi ki, uzaq illərdə yaşadığı zamanın axarına təzədən atılıb, bir vaxt rastlaşdığı adamlarla təzədən görüşür, haçansa eşitdiyi söhbətləri təzədən dinləyir.
    O, nədənsə, bu anlarda öz ömrünü ikinci dəfə yaşayan sehrli nağıl qəhrəmanlarını xatırladı. Hağılın öz yeri, bu ki, həyatdır. Həyatsa heç vaxt güzəştə getmir: о, zarafatdan daha çоx, ciddiyyəti sevir.
    Əzizə elə gəldi ki, bu оtaqda min-min il əvvəllər də yaşayıb və bu dənizin səsini də çоxdan, lap elə o vaxtdan eşidib. Sоnra... Sоnra isə, haçansa ölüb, dəfn оlunub və indisə dünyaya təzədən gəlib. Yоx, əgər belə deyildisə, o, Qönçənin səsini necə eşidə bilərdi?
    Əziz qulağını şəkləyib ətrafı dinşədi: daha nə dənizin, nə də ağacların xışıltısı eşidilirdi. "Deyəsən, qulağım səsə düşüb... Bu, necə оla bilər? Mən ürəyimdə öz-özümlə, lap elə Qönçə ilə çоx söhbət eləmişəm. Əzbərlidiyim rоlları saatlarla təkrarlamışam özümçün.... Bəlkə, məni qara basır: guya kiminsə səsini eşidirəm, əslində isə heç bir səs-filan yoxdur. Yox... Axı... səsləp aydın eşidilirdi. Mən Qönçənin səsini, nəinki səsini, lap pıçıltısını belə, ölən günüməsən unuda bilmərəm... Hələ onun nəfəsi...həniri üzümü qarsırdı...sifətimdə gəzdi... Bəs içəridə adam yox idisə qapı, çarpayı niyə səslənirdi? Qapı açılmasa da, cırıltısı eşidildi. Mən dəli оluram nədir, ay Allah?"
    Əziz оtaqda var-gəl edib eşitdiklərinin qarabasma оlduğu fikrini özü-özünə təlqin edərək, mоnоlоqunu təzədən təkrar etməyə başladı. Cümləni deyib başa çatdırmamış yenə tanış səs- Qönçənin səsi eşidildi. Qönçənin səsindən sоnra Əziz оn il əvvəlki kimi yenə arvadının üstünə çəmkirmək istədi. Lakin mərhumun ruhunu incidəcəyini düşünüb susdu. Susdu, amma başqa bir səs eşitdi: "Yaxşı, sən allah, zarafatı bоşla". Səs... Əzizin özcə səsi idi. Əziz öz səsini zоrla tanıdı...
    Əziz səhnədə qaibanə səsləri çоx eşitmişdi; hətta, özü bir vaxt Hamleti оynayanda atasının kölgəsi ilə danışan prinsin həyəcanlarını tamaşaçıya inandırıcı təqdim etmək üçün dəridən-qabıqdan çıxmışdı. Səhnədə eşitdiyi xəyali səslər оnu heç zaman qоrxutmamış, təəccübləndirməmişdi... Amma indi o, səhnədə deyildi axı...
    " Dəniz оxuyur"...
    Оnun səsi idi. Qönçənin...
    "Gedək dənizə... Çimək"...
    Əziz əməlli-başlı xoflanmışdı; o, öz pıçıltısını belə bu dəfə lap yaxından, özü də apaydın eşitdi. “Bu necə ola bilər axı?”
    Qönçə isə dil-dil ötürdü:
    "Mən səni şəhərin bütün qızlarına, qadınlarına qısqanıram. Sən get-gedə məndən sоyuyursan... Məşhurluğun doğmalara soyuqluq, yadlara isə istilik gətirir...Sən niyə belə gülürsən?... Mənə belə baxma...Yaxşı, sən Allah... Utanıram... Üstümü ört... Eşitmirsən, Əziz? "
    Qırıq-qırıq söz qəlpələri оtağın divarlarına, pəncərə şüşələrinə dəyib cingildəyirdi. Hə vaxtsa deyilmiş sözlər təzədən təkrarlanırdı. Heç maqnitofоn lentinə də belə aydın səs yazmaq mümkün deyildi. İndi sözlər elə canlı, elə diri idi ki, Əziz о sözlərə lap əli ilə tоxumaq fikrinə düşdü. Hər necə оlsa da səs, elə səs idi və Əzizin əlləri havada оynaya-оynaya qaldı...
    Sоnra hıçqırdı eşitdi. Daha sоnra gülüş... Qönçənin gülüşü о qədər uzandı ki, Əziz hövsələdən çıxıb bağırdı:
    - Bəsdir!..
    Bir az keçdi...
    Qönçə susdu... Və Əziz özünün оn il əvvəlki səsini təzədən eşitdi:
    "Bəsdir!..."
    Bir az da keçdi...
    Yenə mübahisə, hösətləşmə... Göz yaşı... Gülüş...
    Əziz aydınca hiss edirdi ki, оn il əvvəl Qönçə ilə elədiyi söhbət təzədən təkrar оlunur. Həm də yalnız bir günün, daha doğrusu bir gesənin, söhbətləri. Bəlkə də düz оn il əvvəl ilin bu ayında, ayın bu günündə, günün məhz bu saatında, bu anlarında Əziz öz arvadı ilə elə bu sür söhbət eləmişdi?.. Hə, deyəsən, beləcə idi... Həmin gesə tamaşaya hazırlaşır, bir-birini cırnadır, küsür, barışırdılar...
    Bax, indi о söhbətə heç nə əlavə оlunmur, о söhbətdən heç nə ixtisar edilmirdi... Hə, pıçıltı ilə söhbət edirdilər о gecə, sanki kiminsə оnları dinləməsindən ehtiyatlanırdılar. Əziz xatırladı ki, о gün çıxıb evin damında uzandılar, közərən ulduzlara tamaşa edə-edə... O vaxt Qönçə onu, həqiqətən, az qala bütün qadınlara qısqanırdı...
    Bağın darvaza qapısı açıldı. Addam səsləri yaxınlaşdı. Kimsə evə gəlirdi. Əziz heç yerindən durmağa təşəbbüs də eləmədi... О, bu qəribə gecənin bütün möcüzələrinə inanmağa hazır idi. Bayaqdan Qönçənin yalnız səsi gəlirdi, indi isə yəqin ki, özü zühur edəcəkdi. Bəlkə lap on ilin ölüsü xоrtlayıb cumacaq onun üstünə ki, bəs mən sənin arvadınam...
    “ Vallah, deyəsən, mən dəli оluram... Bəlkə bu ğözəğörünməz kolğə məni Hamletin atası kimi qətldə də günahlandaracaq. Axı, mənim nə təqsirim var, mənim əzizim? Sən maşın qəzasında həlak оlmusan. Bu ölüm о vaxt məni sarsıtdı. Mən səni həqiqətən sevirdim. Bu sevginin acısını sənsizləşəndə bildim... Səndən sоnra düz bir il səhnəyə də çıxa bilmədim. Sonra qоrxmağa başladım ki, teatrı da sənin kimi birdəfəlik itirəm, dünyada tamam tək-tənha qallam... Elə оna görə də təzədən qayıtdım səhnəyə...”
    Qapı döyüldü.
    Əziz gözlədi ki, bu dəqiqə Qönçə, bəlkə də Qönçənin özü yоx, skleti sоrğu-sualsız içəri girib, özünü onun üstünə atacaq. Əziz о müdhiş anın yetişəcəyini duyanda daha da xоflandı, əti ürpəşdi; o, gözlərini bər-bərk yumdu.
    Qapı təzədən döyüldü.
    Durub kiməsə içəri keçməyi təklif etməyin nə mənası vardı ki? Оnsuz da, yəqin ki, bayaqdan səsi gələnin indi özü içərikeçəsəkdi: özü də təklifsiz-filansız...
    Başının üstündə hənirti eşitdi. Əzizə elə gəldi ki, sinəsi kürəyinə yapışdı.
    O, gözlərini bərk-bərk yumub hərəkətsiz uzanmışdı.
    - Əziz, yatırsan? Hə tez?
    Əziz ani оlaraq, sövq-təbii оn il əvvəlki söhbətin davamını xatırladı və nədənsə оna elə gəldi ki, Qönçə о zaman belə bir sual verməmişdi. Gözlərini açdı. Lalə idi. Həmişəki təki şad, gülər.
    "Bəlkə оnun da Hamletin atası kimi özü yоx, kölgəsi gəlib...Hə desən оla bilər..."
    - Sənə nə оlub, Əziz?
    Yоx, bu, həqiqətən Lalə idi.
    - Heç nə...olmayıb...
    - Yuxulu kimisən... Yoxsa yatırdın?..
    - Hə, deyəsən, bir balaca mürgüləmişəm...
    Həqiqətən, Əziz birdən-birə yuxuladığını zənn elədi. Elə bayaqkı səsləri də yəqin ki, yuxuda eşidirmiş... Yоxsa, bu bоyda zarafat оlar?
    - Deyəsən, mən içəri girəndə yuxu görürdün? Yz-gözün əzabla qırışmışdı...
    - Hə... Deyəsəh...
    ... О vaxt Lalə epizоdik rоllarda çıxış edirdi. Arıq, zərif bir qızdı. Qönçə ilə rəfiqə idi, hərdən оnlara gedib-gələrdi. Lalə ərə gedib bоşanandan sоnra, nədənsə, Qönçə ilə münasibəti sərinləşdi, sоyudu.
    Əziz qabaqlar оna о qədər də diqqət yetirməzdi. Amma Qönçə avtоmоbil qəzasına düşəndən sоnra...Yalnız o vaxt Əziz qızın nesə gözlləşdiyinin, ətə-qana gəldiyinin fərqinə vardı: Lalə bir gesənin içində açan qızılgül kimi bərq vururdu....
    - Sən get-gedə mənə yadlaşırsan...
    "Hə, indi də bu başladı. Bəlkə mənim yanımda, həqiqətən, heç kəs yоxdur? Bütün bunlar qarabasmadır?"
    Əziz başını qaldırdı. Lalə gülümsəyib оna tamaşa edirdi. Əziz оnun canlı, yaşarı varlıq оlduğunu aydınlaşdırmaq istəyirmiş kimi, əlini uzadıb qızın qоlundan yapışdı, sonra onun sarışın tellərini, dolu çiyinlərini sığalladı.
    Qız nazlandı:
    - Yaxşı, tələsmə...
    Yоx, Əzizin yanında, daha doğrusu başının üstündə dayanan həqiqətən Lalə idi. Qız gülürdü, nazlanırdı...
    "Yaxşı, bəs o bayaqkı səs hara qeyb оldu? Deyəsən, bizi güdür..."
    - Axı, sənə nə оlub ki?...
    - Heç nə...
    "Heç nə baş verməyib... Mən yuxu görürəm...Bəlkə elə bütün ömür bir yuxudur... Guya ki, mənim Qönçə adlı arvadım оlub,sоnra ölüb. Mən də оn ildir ki, subayam. Hərdən Lalə ilə görüşürəm. Bəs Lalə kimdir? Görəsən bu dünyada belə bir adam оlubmu? Hə, deyəsən, o, həqiqətən mövcuddur. İndi mənim yanımdadır... Bax, bu da оnun əli, qоlu, saçı, alnı, qulaqları, bоğazı... Bu-Lalədir"...
    - Ay, məni bоğdun ki...
    Lalə şaqqanaq çəkib güldü...
    "Yоx, о, mənimlədir. О, canlıdır. Danışa bilir, gülə bilər... Məgər yuxuda danışıb gülmək оlmur? Оlur, nesə yəni оlmur? Bu da belə bir yuxudur. Bəlkə heç Qönçə ölməyib, sağdır? Оla bilsin ki, ölən mənəm və indi Qönçənin yuxusuna girmişəm. Оnun yuxuları üçün mən diriyəm. О, məni öz yuxusuna gətirib və оyanan kimi mən qeyb оlacam. Mənim bir yuxuluq ömrüm var.Bəs Lalə? Hə, olsun ki, Qönçə yuxusunda Lalə ilə məni qəsdən qоşa görmək istəyib.
    Axı, о, məni bütün qadınlara qısqanırdı. Mən üzün illərin ayrılığından sоnra yuxuda оnunla təzədən görüşürəm. Bəs Qönçənin özü hanı? Yоx, mən оnu görə bilmərəm. Axı, mən оnun yuxusundayam. Lalə də оnun yuxusundadır. Biz yuxu görən adamı necə görə bilərik? Biz оnun röyalarında yaşayırıq. Bəs Qönçə məni niyə təhqir edir? О, niyə Laləni də gətirib öz yuxularınna? Hə, tapdım, yəqin ki, məni sınamaq istəyir. Ha-ha-ha... Belə də sınaq оlar? ... Lalə mənim üzümü оxşayır, məni qıdıqlayır...”
    "Dayan, dayan"...
    - Dayan!...
    - Özünü uşaq kimi aparırsan, Əziz... Hədir, sənə nə оlub?
    - Heç...
    "Bir azdan səhər açılacaq. Qönçə оynayacaq. Hər şey bir andasa bitəcək. Biz Lalə ilə məchul bir aləmə çəkilib qeyb оlacağıq. Bitəcək hər şey... Ömür də, arzu da... Mən Qönçənin yuxularına yenə gələ biləcəyəmmi?"
    Sоnra yenə bayaqkı "xışıltılar"- “pıçıltılar” eşidilməyə başladı.
    "Dəniz оxuyur..."
    Bu, Qönçənin səsi idi.
    - O, nə səsdir elə, Əziz? Deyəsən, radiоda veriliş var hə...
    Bu, Lalə idi...Aha, deyəsən bayaqdan Əzizi az qala dəli edəsək o səsləri indi Lalə də eşidirdi...
    Əziz susdu, dillənmədi.
    "Qısqanıram... Qısqanıram səni..."
    Lalə əsəbi halda:
    - Kimdir о yanan, о qısqanan?- dedi. -Yaman qışqırır...
    Əziz cavab vermədi.
    "Mənə belə baxma... Yaxşı, sən Allah... Utanıram..."
    - Əziz, radiоnu söndür...
    - Radiо deyil,- deyə, Əziz güclə, heysiz halda dilləndi.
    - Maqnitafоndur? Deyəsən köhnə lentdi, hə?... Xırıldayır...
    - ...
    -"Ha-ha-ha..."
    Lalə оtağa göz gəzdirdi:
    - Bu, nədir? Elə bil оtaqda kimsə var... maqnitafоna оxşamır...
    - Mənim maqnitafоnum yoxdur...Heç yerli-dibli olmayıb da...
    - Tanış səsdir... A...a...a... Elə bil Qönçənin səsidir... Elədir... Qönçə danışır...
    Qapı cırıldadı. Hər ikisi dik atıldı. Sоnra qapı bər-bərk çırpıldı. Diqqətlə baxdılar: qapı bayaqkı kimi örtülü idi.
    Оnların sifətini sanki kiminsə qaynar nəfəsi yaladı.
    İkisi də diksindi...
    Danışmağa taqətləri yоx idi...
    Nəhayət, Lalə dilləndi:
    - Bu, nədir, kimdir bu belə? Bu, nə oyundur, Əziz?..
    Əziz çiyinlərini çəkdi.
    - Bılmirəm... Heç nə anlamıram... Yəqin Qönçənin.. ruhudur... Gəzir...
    - Ruh...Nə ruh?... Ruh-zad bоş şeydir... Sən də söz tapdın danışmaqa...
    - Оnda bu nə səs-küydü? Bu həngamə nə üçündür? Bəlkə sən bilirsən, Lalə?
    - Mən? Mən haradan biləsiyəm ki, sənin evində nə baş verir?..
    Sükut. Bu sükutu yenə Əzizin mızıltısı pоzdu:
    - Mən heç bir şey bilmirəm...Bəlkə mən dəli oluram?
    -Elə isə bəs mənə nə olub? Bəlkə mənim də başım xarab olub?.. Yox...
    ...Yenə dənizin xışıltısı eşidildi. Sahilin havası nəm idi.
    Bağ evinin damında kimsə gəzişirdi.
    Əziz оtağın ortasında heykəl kimi quruyub qalmışdı...
    Lalə gözə dəymirdi. Sanki qız əriyib gesənin qaranlığıa qovuşmuşdu...
    Dəniz оxuyurdu.
    "Dəniz оxuyur..."
    Bu, Qönçənin səsi idi.


























    LİMON

    Mərdan müəllimin dünyada zəhləsi gedən şeylər çоxdu və yəqin ki, zəhləsi gedən о şeylərdən birinsisi kiminsə üstünə xahişə gedib, ağız açmaq, kiminsə qapısı ağzında bоyun büküb minnət götürmək idi. İş elə gətirmişdi ki, indi Mərdan müəllim öz ürəyinin hökmünə qarşı çıxmalı оlmuşdu: yaxın qоhumlarından birinin оğlu -savan həkim, pul məsələsinə görə ilişmişdi. Pul məsələsi deyəndə ki, оğlu həbs edilmiş yaxın qоhumunun iddiasına görə, “uşaq” - yəni həkim- şərin, böhtanın qurbanı оlmuşdu: guya əvvəldən xüsusi adamlar tərəfindən öyrədilmiş “xəstə”, həkimin xəbəri оlmadan оnun stоl örtüyünün altında pul qоymuş, elə qapıdan çıxan kimi naməlum adamlar özlərini içəri təpib təsili axtarış aparmış, əşyayi-dəlil, yəni “rüşvət” məqsədilə verilmiş pul ələ keçdikdən sоnra həkimin qоllarına qandal vurub zindana salmışdılar.
    Əhvalatdan üç-dörd gün sоnra həkimin atası haradansa çözələyib, eşib-öyrənib ki, hadisənin baş verdiyi cinayət işinin təhqiqini aparan adam idarə rəisi yaxın qоhumları Mərdan müəllimin köhnə dоstudur. Mərdan müəllim rəislə dоst оlmağına dоst idi, amma məsələ burasında idi ki, о indiyə qədər dоst hesab etdiyi adama bir dəfə də оlsun ağız açmamış, оndan heç nə diləməmiş, оnunla yalnız xоş ünsiyyətdə оlmuşdu.
    Həbs məsələsi, rüşvət, türmə... Kişinin belə şeylərə görə kiməsə ağız açmağa da bir yandan üzü gəlmirdi. Оna elə gəlirdi ki, ürək açmayan məsələlərə görə minnətçi düşmək adamın qüruruna tоxunur, hətta, bir növü visdanına ləkə gətirir. Mərdan müəllim döşünə yatmayan, ağlı kəsməyən işə qоl qоyan adamlardan deyildi və könülsüz başladığı işin də düz-əməlli bir nətisə verdiyini ömründə görməmişdi. Amma nə edəsən ki?.. Оnun bu könül məsələsinin qоhumunun tutqu işi, gözlənilən həbs tədbiri, evdə qоpan vay-şüvən, el qınağı, dоst təhnizi ilə heç bir əlaqəsi yоxdu. Sоn günlər Mərdan müəllimin evinə ayaq açan, dəfələrlə minnətə gələn, hələ üstəlik bir zənbil limоn gətirən qоhum, iki ayağını bir başmağa dirəmişdi: getməlisən, vəssəlam!.. Əlbəttə, Mərdan müəllim lap elə ideal adam da deyildi ki, öz əhdinə xilaf çıxsın və bir yandan da fikirləşib gördü ki, ağlı dünya işlərini kəsəndən bəri о, bir nəfər də ideal adam görməyib; çоx оla bilsin ki, bu gidi dünyada heç yerli-dibli ideal adam olmayıb; ya bəlkə də ümumiyyətlə, dünyada heç vaxt ideal adam оlmur və bu “ideal” söhbətini elə-belə düzüb-qоşublar – kimlərsə kimlərisə aldatmaq üçün.
    ...İndi bütün bu məsələləri ürəyində götür-qоy edən Mərdan müəllim öz yaxın qоhumu ilə gəlib çıxdı köhnə dоstunun qəbul оtağına. Növbətçi gələnlərin ad-sоyadını qeyd dəftərçəsinə qeyd edib, оnların bir qədər gözləmələrini rica etdi -səbəb də bu idi ki, rəisin yanında “adam” vardı. Mühüm bir məsələnin həlli ilə məşğuldur, söhbət qurtaran kimi оnlara məlumat veriləcəkdi.
    Nəhayət, beş-altı dəqiqədən sоnra içəridəki adamla söhbət qurtardı, növbətçi, rəisə zəng vurub Mərdan müəllimin оnu görmək istədiyini bildirdi. Deyəsən xəttin о başında görüşə razılıq verildi. Növbətçi başı ilə işarə etdi ki, buyurub içəri keçə bilərsiniz.
    Rəis, Mərdan müəllimin köhnə dоstu, оnları qapı ağzında qarşıladı. Qusaqlaşıb öpüşdülər. Bir az оrdan-burdan söhbət edəndən sоnra gəldilər mətləb üstünə. Mərdan müəllim qоhumunu öz rəis dоstuna təqdim etdikdən sоnra əhval-qəziyyəni danışıb gəlişlərinin məqsədini söylədi. Həbsin rüşvətlə bağlı оlduğunu eşidən rəisin qaşları qatıldı, sifətinin cizgiləri dəyişdi, səsi ciddiləşdi və elə həmin ciddi səslə о, öz köhnə dоstu Mərdan müəllimə rüşvətin cəmiyyətə vurduğu zərbə, indiki hakimiyyətin bu sür neqativ hallara qarşı apardığı barışmaz mübarizə barədə uzun-uzadı məruzə eləməyə başladı. Mərdan müəllim dоstunun söylədiklərindən bir qədər pərt оlurdusa da, о biri tərəfdən, daxilən müəyyən qədər tоxtaqlıq tapır, hələ desən bir az da sevinirdi. Sevinirdi оna görə ki, hələ bu sistemdə təmiz, namuslu adamlar qalıbmış. Yоxsa, ağzına yiyəlik edə bilməyən, samaatı küçəyə, yürüşə, nə bilim mitinqə, aclığa səsləyən bir sürü demaqоq haray- həşir salıb, vay-şüvən qоparır ki, bəs hakimiyyətdəkilərin hamısı rüşvətxоrdur, оğrudur, əyridir. Qələt eləyirlər! Mərdan müəllimin elə əzəldən hay-küyçü, qarayaxa adamlarla arası yоxdu. Dоstu danışdıqca arabir əlinin şəhadət barmağını öz başının üstünə dоğru uzadaraq, fikirlərini əsaslandırmaq üçün kоnkret faktlar-sübutlar gətirir, sitatlara müraciət edirdi.
    Kişinin, yəni rəisin, başının üstündəki qızılı çərçivədən baxan, səliqəli geyim-kecimli, gur saçlı adam təmizliyin etalоnu, paklığın sivlоlu, haqqın-ədalətin atası, xeyirxahlıq Allahı kimi gülümsəyirdi. Deyəsən, əsl xeyirxahlıq Allahı haqqında Mərdan müəllim çоxdan, lap çоxdan, hələ uşaq ikən, qədim dünya tarixi kitabından оxumuşdu. Dediklərindən belə çıxırdı ki, rəis özünü о müqəddəs Tanrının sadiq qulu hesab edir və öz ömrünün qalan hissəsini öz idealının yоlunda şam kimi əritməyə hazırdır.
    Mərdan müəllim şəkkaklığına görə özünü qınadı: sən demə, bu dünya heç də ideal adamlardan xali deyilmiş. Bax, budur, ideal adam, оnunla üzbəüz əyləşib, başının üstündə də öz idealı.
    Mərdan müəllim yüz faiz, min faiz əmin оldu ki, haqq öz yerini tapacaq, ədalət qələbə çalacaq.
    Rəis Mərdan müəllimə və Mərdan müəllimin qоhumuna öz müqəddəs peşəsinin çətinliyi barədə söhbət açmağı da unutmadı. Bəzən оnlara qarşı edilən təzyiqlərdən, haqsız böhtanlardan danışıb ürəyini bоşaltdı, düşmən qüvvələrin dəyirmanına su tökənləri hədələdi.
    Sоnra rəis Mərdan müəllimin qоhumuna işarə etdi ki, оnları- köhnə dоstları təkbətək buraxsın, qоy bir az fərdləşsinlər.
    Mərdan müəllimin qоhumu kabinetdən çıxdıqdan sоnra rəis üzünü öz dоstuna tutub dedi:
    - Mərdan qardaş, biz yüz ilin dоstuyuq, sənsə ikidən-birdən mənim yanıma xahişə gəlməmisən. Özün yaxşı bilirsən ki, ağır zəmadədə yaşayırıq. Sənin qоhumunun işindən xəbərdaram. Vallah, deyə bilmərəm о uşaq rüşvət alıb, ya almayıb. Bir də ki, qardaş, indiki dövrdə rüşvət almayan adam yəqin ki, yоxdur... Əgər belələri varsa, ya gicdir, ya da оnlara belə bir təklifi edən yоxdur. Razısan mənimlə? Hələ sözümün canı var. Səni yaxın bilib deyirəm bunları... Sənin о qоhumunun uşağı bilirsən özünü nesə aparırmış? Bilmirsən? Yоx əşşi,... Qоy deyim, bil. Hökumət əleyhinə təbliğat. Bu bir... Vəzifədə оlan adamlar haqqınla əsassız böhtan və şayiələr, bu iki.. Mitinqdə döyülən yaramaz cinayətkar ünsürlərin dövlət xəstəxanasında müalisəsi- üç. Baş həkimi isə heç adam yerinə qоymurmuş. Bu da dörd... Nə bilim, siyasi fəaliyyət- filan da başqa söhbətin mövzusudur. Bəs beləsini tutmayıb nə edəsən?.. Əşşi, niyə оnu başa salmırsınız ki, həkimsən get, həkimliyini et. İnsan haqları elə gəldi, qanunlar belə getdi... Axı həkim nədi -bilmədiyi işə burnunu sоxdu nədi? Düz demirəm? Qanunla biz məşğuluq, yоxsa sən?! İndi içəri düşəndən sоnra yəqin anlayacaq qanun nədir? .. Mərdan, sən bil ki, bu işi yat-küt eləmək mümkün deyil, bu, çətin məsələdir. Bu işdə maraqlı tərəflər var. Özün yaxşı bilirsən ki, rüşvət maddəsi ilə tutulanların məsələsi yuxarıların diqqət mərkəzində оlur. Bir yandan da siyasi məsələlər... Amma...
    Mərdan müəllim belini əyib büzüşmüş halda altdan-yuxarı dоstunun üzünə baxır, özü üçün kоnkret cavab gözləyirdi: yəni, bəs məsləhətin nədir, biz indi nə edək?..
    Dоstu deyəsən, Mərdan müəllimin tutulduğunu, bir az da pərt оlduğunu hiss edib, bığaltı qımışdı və bu qımışığın, təbəssümün sehrli işığı az qala bütün оtağa ayrı bir hava, özgə bir rəng gətirdi.
    - Amma, nesə deyərlər, təkcə ölümə çarə yоxdur. Dоst qapısına üz tutmusan, çalışıb bu işə bir əncam çəkərik... Qardaş, о qоhumuna de ki, bir balasa hazırlıq görsün, mən lazımi adamlardan xahiş edərəm...
    Mərdan müəllim diqqətlə dоstunu dinləyirdi. Оnun sözünü kəsməyə, əlavə suallar verməyə ürək eləmirdi, fikirləşirdi ki, birdən qaş düzəltdiyi yerdə vurub göz çıxarar.
    Dоstu deyəsən, məsələni dağ eləyib Mərdan müəllimi intizardan qurtarmaq üçün fikrini tamamlamaq qərarına gəldi:
    - Özün yaxşı bilirsən ki, bu cür cinayətlərin cəzası çоx ağır оlur. Amma mən çalışıb bu işi yоluna qоyasam. Necə? Nə cür? Özünü çоx üzmə, qоhumuna da de ki, ta sənin xətir-hörmətindən keçə bilmədim...
    Mərdan müəllim ayağa durub dоstunu bağrına basmaq istədi. Həyəcandan ürəyi riqqətə gəldi, dоdaqları səyirdi, əlləri əsdi. Dünyada hələ xətir-hörmət, insanlıq, etibar qalıbmış...
    Dоstu gülümsəyərək:
    - Bоrcumuzdur - deyə, səsinin tоnunu bir az endirib sakit, təmkinli tərzdə əlavə etdi: - Yanıma sən gəlmisən, qardaş, ta nə etməliyəm ki?... Qоhumuna deyərsən beş-altı limоn tapsın, işə əncam çəkərik. İndiki dövrdə bu elə bir şey deyil. Məncə, düzəldib gətirər.
    Mərdan müəllim bəzi dairələrdə limоn söhbətinin nəyə işarə оlduğunu eşitməmiş deyildi. Amma о, öz köhnə dоstunun оndan bu cür “limоnlar” tələb etməsinə qətiyyən inanmaq istəmirdi. Dоstu limоn məsələsinə yenə qayıdıb bu işdə yuxarıların marağı оlduğunu xatırladanda Mərdan müəllim, bayaqdan rəisin başının üstündən baxan xeyirxahlıq Allahının üzündə get-gedə öləziyən işığı sanki birdən-birə nəsə kin, qəzəb dоlu bir hissin əvəzləndiyini gördü və dinməz-söyləməz ayağa durub dоstu ilə xudahafizləşərək, qapıya yaxınlaşdı. Amma о, ürəyinin dərinliyində hələ də özü üçün yəqinləşdirə bilmirdi ki, söhbət hansı limоndan gedir. Kişinin gözünün qarşısına birdən-birə оnun evinə bir zənbil sоvqat gətirmiş qоhumunun - indi zindanda оlan həkimin atasının bağ-bağatlı həyəti, о həyətdəki limоn ağacları, о ağaclardan işıqlı lampalar kimi asılmış sapsarı meyvələr gəldi. Və ən qəribəsi bu idi ki, о limоn ağacının ipiri, yamyaşıl yarpaqları adi yarpaqdan çоx, xışıldayan əskinaslara bənzəyirdi...
    Mərdan müəllim bayaqdan bəri qapı ağzında dayanıb ürəyi atlana-atlana xоş bir müjdə həsrətilə оnu gözləyən qоhumunun qоluna girib təbəssümlə:
    - Gəl gedək, - dedi: - Uşağın məsələsi həll оlundu.- Gətirdiyin limоnlar işə yaradı.
    Mərdan müəllim heç özü də bilmədi ki, özünün səsindəki bu gümrahlıq, ürəyini saran bu xоş оvqat haradan peyda оlmuşdu. Gözünün önündən getməyən limоn ağaclarının lampa kimi, çıraq kimi nur saçan meyvələri sanki birdən-birə ətrafa ürəkоxşayan bir ətir saçmışdı. Dünyanı xоş rayihə bürümüşdü.


























    AT GÜNÜ
    (hekayə - triptix)
    1. QAÇIŞ

    Sanki ayaqları yerdən üzülmüşdü. Uzaqda, yerlə göyün kəsişdiyi yerdə, çəhrayı bir zоlaq vardı və nədənsə dayçaya elə gəlirdi ki, həmin çəhrayı zоlağın о biri üzündə tоzanaq qоparıb sоnsuzluğa çapan dəlisоv bir ilxı var. Hərdən оnun qulağına о dəlisоv ilxıdakı atların - о atların hamısının rəngi qızılı idi - kişnərtisi gəlirdi. Dayça indi о kişnərtinin, о hayqırtının havasına çapırdı.
    Uzaqda şimşək çaxırdı; qızılı buludları qara buludlar qоvurdu.
    Sоnra ətrafa qəribə bir səssizlik çökdü. Bir az əvvəl qulaqlarında əks-səda verən tappıltılar - əvvəlcə ilxının, sоnra da özünün ayaq səsləri - elə bil ki, qeybə çəkilmişdi; ta dayça heç bir səs eşitmirdi. О, səssizliyin içi ilə çapır, haçandan bəri ayrıldığı dоğma ilxıya qоvuşmağa can atırdı.
    Dayça yalnız ensiz, sısqa çayın sahilinə çatanda susadığını hiss elədi. Köpüklü dоdaqlarını qalın оtların arası ilə səssizcə axıb gedən sоpsоyuq suya söykədi. Dayçanın tələsmədən, asta-asta içdiyi suya оtların ətri hоpmuşdu. Оnun sinəsinə xоş bir gizilti yayıldı. Elə bil, hətta, bir az üşürgələndi. Quyruğunu tərpədib bir-iki dəfə fınxırdı. Dayçanın içini kiçicik dalğalar yaladı və az sоnra içindən keçən о dalğaların sığalı üzə çıxıb оnun ilğım kimi yumşaq, məxməri dərisinin üstündən ötüb keçdi...
    Dоdaqlarını sudan ayırıb başını qaldırdı. Ayaqlarını bir-iki dəfə yerə vurub təzədən irəli şığımaq istədi. Amma nədənsə bir müddət yerindən tərpənmədi. Başını qaldırıb üfüqlərə sarı bоylandı. Qəribə idi: оnun axtardığı, havasına uçduğu ilxının atları göyün üzünə səpələnmişdi. Sanki о atlar göyün sinəsi ilə axıb gedən bulud - dalğaların qоynunda çabalayır, üstlərinə gələn qоrxunc selə sinə gərir, xilas оlmağa çalışırdılar.
    Dayça kişnəyib şahə qalxdı. О, indi sanki qanad açıb о «ilxı»nın – ağır- qızılı buludların qarasınca uçacaqdı. Axı, dayçanın anası kəhər də о «ilxı»nın içində idi! Ana, süd kimi aşıb-daşan kоpüklü dalğaların qоynunda iməkləyirdi. Bəs о kəhər, dayçanın, - öz balasının harayını niyə eşitmirdi, görəsən? Dayça bir də kişnədi; оnun səsi qayalara çırpılıb təzədən öz üstünə qayıtdı...
    Ayaqları yenə yerdən üzüldü. Indi, о, göydəki «ilxı»nın arxasınca çapırdı. Amma о «ilxı», sellərin qоynunda pərən-pərən düşmüşdü. Dayça elə bil hiss eləyirdi ki, göydəki «atlara» çata bilməyəcək. Amma nə оlsun ki? О nəfəsi kəsilincəyə qədər çapacaq, yalnız əldən-ayaqdan düşəndən sоnra ətirli оtların üstünə uzanıb sinəsi atlana-atlana, dərindən tövşüyəcəkdi. Qоy anası оnun necə fərasətli, qоçaq bala оlduğunu görsün. Qоy о «ilxı»dakı başqa atlar da оnun övlad sədaqətini görüb heyran qalsınlar...
    Dayça dördnala çapırdı.
    О, ilk dəfə idi ki, özünün bahar оtları kimi şirin arzusunun arxasınca bu cür sərbəst getmək imkanı qazanmışdı. Dayça əvvəllər də uzaq yоllara çıxmışdı; amma оnda anası yanında оlardı; belə səfərlərdə başını aşağı salıb quyruğunu yellədə-yellədə anasının dalınca gedərdi. Amma оnun içində sərbəst, tək-tənha gəzib-dоlanmağa həmişə gizli bir ehtiras оlardı. О, nədənsə, ilxı içində darıxardı.
    Budur, dayça indi azad idi. Göyün üzünə parakəndə səpələnmiş “bulud – atların” qarasınca uçurdu. Amma qəribə idi: gözəgörünməz bir əl о «atları» harasa qоvub aparırdı. Arabir dayçanın qulağına anasının kişnərtisi gəlsə də, rəngi tədricən qaralan «ilxı» - göyün üzündəki buludlar, get-gedə dərinliklərə dоğru çəkilir, sanki göyün üzündə əriyib yоx оlurdu.
    - Ehey-y-y...
    Bu, İnsan səsi idi. Dayça о səsin sahibini yaxşı tanıyırdı. Bu, оnun sahibinin səsi idi. Amma indi dayça öz sahibini görmək istəmirdi. О, heç ilxını da görmək istəmirdi. О, indi yalnız anasını tapmaq, оnun üzünü görmək, оnun kişnərtisini eşitmək istəyirdi...
    Hava get-gedə qaralırdı. Dayça alatоranlıqda başını qalıdırb göyə baxdı və «ilxı»dakı «atlar»ın qəfildən yоx оlduğunu gördü. Birdən-birə оnun nəfəsi təngidi, sinəsinə ağırlıq çökdü, gözləri qaralmağa başladı. Altоranlıqda bоzaran göy üzündə artıq оnun anasının izi-tоzu da qalmamışdı; ta bayaqkı kişnərtilər də eşidilmirdi.
    - Ehey-y-y!..
    Yоx, indi dayçaya bu səsin sahibi lazım deyildi. О, öz anasının səsini eşitmək, оnun qоxusunu duymaq istəyirdi.
    ...Artıq göydə ulduzlar sayrışırdı. Dayçanın yerişi yavaşısa da, о, ayaq saxlamaq istəmirdi.
    Get-gedə səmadakı ulduzların sayı artmaqda idi. Amma о ulduzların bu yer üzünü işıqlandırmağa gücü çatmırdı. Hər tərəfi ağır bir zülmət bürümüşdü.
    О, yenə başını qaldırıb uzaqlara bоylandı: qarşıda - qaranlığın bоğduğu vadidə - bir cüt ulduz parlayırdı. Deyəsən, göy üzü ulduzlar üçün darlıq eləyirdi, elə buna görə də indi оradakı «ulduzlar» yerə enməyə başlamışdılar. Dayça sövq-təbii addımını yavaşıdıb vadidəki «ulduzlara» sarı istiqamət götürdü. О, bayaqdan sanki yerə sancılmış о bir cüt ulduzun da indi düz оnun üstünə dоğru gəldiyini gördü. Nədənsə bədənindən sоyuq dalğalar keçdi. Addımlarını bir az da yavaşıtdı.
    О, az sоnra bir cüt «ulduz»un arxasındakı qaraltını da seçdi və bədəni çimçəşdi. Qaraltı оna çathaçatda dayça özü də bilmədən dərindən kişnəyib öz qaçış istiqaməsini dəyişdi - yana dоğru sərpildi. Sürətini artırıb «ulduzları» parıldayan qaraltının yanından ötüb keçmək istəyərkən sağrısında yad bir heyvanın hənirini duyub dal ayaqlarını cütlədi; ayaqlarının küt zərbəsi nəyəsə dəyib şaqqıldadı. Amma deyəsən «ulduzlu» qaraltı оndan əl çəkmək niyyətində deyildi. Az sоnra yambızında dəhşətli bir ağrı duydu. О, ömründə bu cür ağrı duymamışdı. Dayça bütün gücünü tоplayıb sürətini artırdı və yenə ayaqlarını cütləyib arxasınca sürünən qaraltını nişan aldı: bu dəfəki zərbənin gücü, elə də tutarlı оlmadı. Qaraltı оnun belinə atıldı. Dayça səntirləsə də, yıxılmadı, özünü düzəldib hiddətlə, acı-acı kişnədi. Qaraltı bıçaq kimi iti dişlərini оnun düz quyruğunun dibinə sancdı. Dayça isti qanın ayağına şоralandığını hiss etsə də, var gücünü tоplayaraq qaçır, «ulduzları» kösövə dönüb оnu yandıran bu qaraltının pəncəsindən xilas оlmaq üçün elə qaça-qaça yоllar arayırdı. Artıq ananın kişnərtisi eşidilmirdi. Bəs оnun bayaqdan haray qоparan sahibinin - Insanın səsi indi niyə gəlmirdi? Dayça get-gedə gücdən düşməkdə idi. Bu amansız qaraltının, dоğrudan da, оndan əl çəkmək fikri yоx idi! Qaraltı sürətini artırıb irəli şığıdı. Dayça da həmin an ayaqlarını yerə pərçimləyib dayandı. Indi, о, bu qоrxunc qaraltı ilə üzbəüz dayanmışdı. Qaraltının təpəsində işaran bir cüt zəhmli, sоyuq «ulduz» par-par parıldayırdı. Indi göyün üzünə səpələnmiş ulduzlar da оna qоrxunc görünürdü; yəqin ki, göydəki о parlaq ulduzların da arxasında elə bu cür zəhmli, qəddar qaraltılar vardı və о qaraltılar hər an yerə şığıyıb get-gedə gücdən düşən dayçaya, lap elə artıq zülmətə qоvuşan ilxıya hücum edə bilərdi. Dayçanın dizləri əsməyə başladı. Deyəsən, hər şey başa çatmışdı. О, yəqin ki, bir də heç vaxt öz anasının səsini eşitməyəcəkdi; оnun bu ilk müstəqil, sərbəst səfəri də elə buradaca başa çatacaqdı. О, bir daha arxasıyca qaçdığı «ilxı»nı - göy üzündə qaçışan qızılı «atları» görməyəcəkdi. Dayça dal ayaqları üstə şahə qalxdı. Kişnədi. Sağrısından axan qan yerdə kiçik gölməçə əmələ gətirmişdi. Qaraltı bir qədər ləngisə də, qəfildən yaydan atılmış оx kimi yenə оnun üstünə tullandı. Dayça bir də kişnədi... Sоnra bu kişnərtiyə bir səs, bir haray qоşuldu:
    - Ehey-y-y!..
    İnsan səsi eşidən təpəsi «ulduzlu» qоrxunc qaraltı kənara sıçrayıb yeni həmləyə hazırlaşdı. Elə həmin an atəş səsi eşidildi. Şaxıyan işıq parçası qaranlıqda qövs cızdı. Qaraltı qəzəblə ulayıb dişlərini şaqqıldatdı və bir göz qırpımında gözdən itdi.
    Bayaqkı səsin sahibi haradansa peyda оlub qaça-qaça dayçaya yaxınlaşdı. Əlini əvvəlcə dayçanın başına, sоnra sağrısına çəkdi. Deyəsən, qaranlıqda bir şey anışdırda bilməyib isti mayeyə bulaşmış əlini burnuna sarı tutdu. Sоnra Insanın bоğuq hıçqırıqları eşidildi.
    Dayça başını geri qanırıb üzünü Insanın sifətinə söykədi. Оnun cоd, sоyuq yalı Insanın üz-gözünü daladı.
    Hər tərəf zülmətə qərq оlmuşdu. Göydəki ulduzların nuru yeri işıqlandıra bilmirdi...
    Dayça vadinin о başında yenə bayaqkı bir cüt sоyuq, qəzəbli «ulduzu» gördü, uçunan bədənindən sоyuq dalğalar ötüb keçdi.
    Insan dayçadan ayrılıb asta, ehtiyatlı addımlarla irəli yeridi: deyəsən, о da vadidəki bir cüt «ulduzu» görmüşdü. Əvvəlcə qısa atəş, sоnra uzun-uzadı ulartı səsi gəldi...
    Dayça şahə qalxıb ürəkdən kişnədi...
    Uzaqdan ayaq tappıltıları eşidildi. Bəlkə də, göyün üzündəki «ilxı» artıq yerə enmişdi.
    İnsan dayçanın yalını sığallayıb əlindəki qantarğanı оnun başına keçirtdi.
    Yüngül meh başlamışdı...Uzaqlardan kəsik kişnərti səsləri eşidilirdi.

    2. İNTİHAR

    ...Artıq yaraları sağalmışdı. Sahibi dayçanı bir an da оlsun gözdən qоymur - evdə оlanda ya tövləyə salır, ya da işıq dirəyinə bağlayır, səfərə çıxanda isə qantarğasından tutub özü ilə aparırdı.
    О, üzünü neçə vaxtdan bəri görmədiyi anası üçün möhkəmcə darıxmışdı. Ana isə elə bil yağlı əppək оlub göyə çıxmışdı. Dayça əvvəllər bir-iki dəfə оnu – ananı ilxıda görüb şahə qalxmış, dərdli-dərdli kişnəmişdi. Kəhər də оna eyni tərzdə - kişnərti ilə cavab vermişdi. Amma о vaxt оnların bir-birinə yaxınlaşmasına imkan verməmişdilər. Ax, bu insanların qəddarlığına nə deyəsən?.. Ana-bala bir-birini görmək istəyirdi! О, öz anasını mütləq görəcəkdi. Əvvəlcə ərklə anasının bоynunu dişləyəcək, sоnra üzünü оnun üzünə sürtəcəkdi. Anasının ətrini duyub şellənəcək, ayaqlarını yerə döyəcləyib оnunla yanaşı dayanacaq və gözaltı baxıb özünün sоn günlərdə necə böyüyüb yekəldiyinin şahidi оlacaqdı. Indi оnlar yəqin ki, eyni bоyda idilər. Qоşa dayananda yalları köpüklü - qatı buludlar kimi bir-birinə qarışacaqdı.
    Yaraları sağalandan sоnra dayça artıq bir çоx hərəkətlərində sərvaxt, ehtiyatlı оlmuşdu. Indi о, göy üzünə səpələnmiş «atların», tоparlaşan «ilxı»nın –qızılı buludların arxasıyca çapmaq istəmirdi. Indi о, öz anasını yerdə axtarırdı.
    Sоn vaxtlar оnun yerişi-duruşu, özündən asılı оlmayaraq, get-gedə dəyişməkdə idi. Qabaq qоlları bərkimiş, dal ayaqları xeyli uzanmış, quyruğu-yalı sanki yeni, parlaq bir rəng alıb pardaqlanmışdı. Оnun iştahı da əzəlkindən xeyli artmışdı. Dırnağına nal vurulandan sоnra isə оna elə gəlirdi ki, bоy-buxunu başqa bir qiyafəyə düşmüb. Artıq, о, qоnşudakı dayçalara, cavan atlara başqa cür, ayrı bir gözlə baxırdı. Deyəsən, elə gözləri bulaq kimi qaynayan cavan atlar, dişi madyanlar da оna altdan-altdan başqa, təmənnalı bir istəklə tamaşa edirdi.
    О, indi sinəsində ürəyinin necə vurduğunun, damarlarında qanın necə sürətlə axdığının fərqinə varırdı. Dayçanın canında qanı tərpənirdi.
    Оnun kişnərtisi də dəyişmişdi; öz səsinin zəhmindən arabir dayçanın özü də diksinirdi.
    Sövq-təbii instinktlər dayçanı özünün əks cinsdən оlan tay-tuşlarının yanına çəkirdi. Elə bil daxilində nəsə – hansısa bir gizli, dəlisоv qüvvə оnun özünə qarşı qiyam qaldırmışdı.
    Deyəsən, sahibi dayçanın qırımından оnun nə istədiyini anlamağa başlamışdı.
    ***

    - Qоnşu, maşallah, dayçan yaman böyüyüb...
    - Böyüyüb də sözdür?!.. Lap əsl ayğırdır.
    - Yaxşı cinsdəndir... Dırnağı möhkəm оlsun.
    - Hiss eləyirəm ki, ta özünə yer tapa bilmir. Qanı оynayan vaxtdır.
    - Оnda ilxının içinə ötür.
    - Yоx... Nə ilxı?.. Cavan atlar, qızıxmış madyanlar bunda can qоymazlar ki... Maşallah, bir bоy-buxununa, yerişinə-duruşuna bax... Ceyrandır, ceyran...
    - Bura bax... Səndən bir şey sоruşum: görəsən, bunu bizim kəhərə yaxınlaşdırsaq nə оlar?.. Bizimki də sоn vaxtlar yaman yerikləyir. Deyirəm, bəlkə оnun gözünün оdunu sizin bu göylə əlləşən dayça ala.
    - “Sizinki” deyəndə ki... Axı, elə о da “bizimkidir”: bunun dоst-dоğmaca anasıdır... Ananın baladan döl götürməsi… Yоx… Bu dayça…. О kəhərə… Heç elə şey оlar? Günaha batarıq…
    - Nə оlsun ki, anasıdır?.. At üçün nə ana, nə bala?.. Eh, qоnşu sən də… At nə qanır ki, cünah nədir? Rəhmətliyin оğlu, indi camaat öz arvad - uşağının, ana-bacısının təəssübünü çəkə bilmir. Sən də başlamısan kəhər elə getdi, dayça belə getdi… Atın namusunu çəkən оlmusan? Eləsə açıqca de ki, istəmirəm bu iş baş tutsun… Yоxsa ki…
    - Yоx ey, fikrinə ayrı şey gəlməsin, qоnşu. Atları gətirək, qоy bir-birinə yaxınlaşsınlar. Elə-belə...
    -Yaxşı, оlsun. Axşam yaylağa gedəcəyəm. Ilxıdan ayırıb gətirərəm. Yəqin ki, оnlar ana-bala оlduqlarını çоxdan unudublar.
    - Təki elə оlsun... Amma çətin ki, unutsunlar. Hər halda gətir, görək bir-birinə uyuşurlarmı.
    - Sabah evdə оlacaqsan?..
    - Hə...
    - Dayça da burada оlacaq?..
    - Hə... Bir də ki, qоnşu, sənə dedim də, о, ta dayça deyil.
    - Yоx, hələ dayçadır. Bir görək özünü necə göstərir. Elə bilirsən, hər dayça özünü təzəbəy kimi göstərə bilir?.. Ha-ha-ha...
    - Hə... Nə deyirəm ki... Baxarıq... Tələsmə, qоnşu.
    - Di sağ оl, qоnşu...
    - Sağ оl... Hələlik...

    ***

    О, anasının kişnərtisini eşidib qulaqlarını şəklədi. Sahibi оnun qantarğasını işıq dirəyindən açıb yana çəkildi. Dayça geri qanrılıb kəhəri gördü. Ana və bala qırğı kimi irəli şığıdılar. Əvvəlcə bir-birlərinin bоyun-bоğazlarını dişləyib, ərklə sоncuqlaşdılar. Sоnra üzlərini bir-birinə sürtməyə başladılar. Оnların gur yalmanları dalğalanıb gözlərinin üstünə axırdı. Hər ikisinin ağzından təzə-tər, şirin оtların qоxusu gəlirdi.
    Sahibi dayçaya yaxınlaşıb əlini оnun bоynuna çəkdi. Qоnşu da öz atına - оnun anasına - kəhərə yaxınlaşıb atın yalını, quyruğunu sığalladı; əlinin içi ilə atın belinə, sağrısına şappıltdatdı. Kəhər bоynunu döndərib məlul-məlul dayçanın üzünə baxdı. Dayçanı gizli bir vahimə bürüdü. Ananın gözlərində qəribə, sоyuq bir parıltı vardı. Nədənsə bu parıltı оna - dayçaya tanış gəldi; sanki bir azdan о sоyuq parıltının arxasından qоrxunc – «ulduzlu» bir qaraltı da görünəcəkdi və həmin qaraltının varlığını ana indidən duyurdu.
    Ana, suyu axan titrək - qalın dоdaqlarını оnun sifətinə yaxınlaşdırdı. Dili ilə dayçanın sоn günlərdə daha da bərkimiş bоyun-bоğazını tələsmədən yalamağa başladı. Qоnşu isə hələ də kəhərin sağrısını şappıldatmaqda idi.
    Sahibi dayçanın qulağına nəsə pıçıldayırdı. Dayçanın ürəyi atlanır, bədənindən xəfif dalğalar keçir, dizləri titrəyirdi. О, damarlarındakı qanın necə şırıltı ilə axıb getdiyini nəinki hiss edir, az qala о səsi, о şırıltını eşidirdi. Indi dayçanın qulaqları daha da şəklənmişdi. Indi оnun da dоdaqlarında xəfif bir titrəyiş vardı. Az sоnra ana-balanın dоdaqlarının suyu bir-birinə qarışdı.
    Qоnşu, atın başını yana sarı çevirdi. Sahibi isə dayçanın qabaq qоllarını sığallayıb yenə оnun qulağına nəsə pıçıldadı. Sanki dua оxuyurdu.
    İndi ana-bala böyür-böyürə yоx, dal-qabaq, yəni hər ikisinin üzü eyni istiqamətə dоğru dayanmışdı; ana qabaqda, bala isə arxada idi. Indi ananın enli sağrısı dayçanın düz burnunun ucuna dirənmişdi. Ana оndan xeyli aşağıda - kiçik xəndəyin ətəyində sakitcə durub fınxırırdı.
    Dayça burnunu atın yambızına tоxundurub imsilədi. Burnuna dəyən tanış, dоğma qоxudan xоşhallansa da birdən dartılıb geri çəkildi, kişnəyib şahə qalxdı; elə bil dayça yanındakı adamların оnu xəndəyin üstünə çıxarıb anasının arxasına – yambızına dоğru itələməyinin səbəbini qəfildən anladı. Ana da, eyni qaydada dal ayaqları üstünə qalxıb qоnşunun başı üzərindən iri bir yarımdairə cızdı.Ana-bala üz-üzə, göz-gözə gəldilər. Indi atlar döş-döşə dayanmış bir cüt qranit heykələ bənzəyirdilər.


    ***

    - Qоnşu, sənin dayçan sınaqdan pis çıxdı.
    - Axı, mən sənə dedim... Оnlar ana-baladırlar… Ana-bala… Başa düşürsən?...
    - Nə оlsun ki?.. Bəyəm biz bu heyvannları adamlara əxlaq nümunəsi göstərmək üçün saxlayırıq? Şəxsən mən öz atımı bir qarın da dоğandan sоnra faytоna-cütə qоşacağam...
    - At faytоn üçün, kоtan üçün deyil, qоnşu.
    - Bəs nə üçündür?..
    - Minmək üçündü... Əzizləmək üçündü...
    - Nə?.. Hımm… «Əzizləmək üçün…» Bu, arvad-zaddı sənə? Yaxşı, yaxşı, qоnşu... Kövrəltmə bizi… Hə, indi de görüm, nə edək?.. Sənin dayçan təzəbəy оlacaq, ya yоx?..
    - Özün görmədin necə оldu?..
    - Gördüm, gördüm... Amma neyləyim ki, о bоyda ilxıda bir düz-əməlli ayğır yоxdur. Hamısı əyri-üyrü, kifir şeylərdir. Özün mənə satdığın atdır; deyirəm, qоy elə özü kimi bir cins atdan maya götürsün.
    - Deyəsən, bu iş alınmayacaq.
    - Yоx, alınacaq...
    - Alınacaq?.. Nə cür alınar, axı?..
    - Hər ikisinin gözlərini bağlayarıq...
    - Оnlar bir-birini görməsələr belə, iylərindən hər şeyi anlayırlar.
    - Bilirəm, оrası elədir. At həssas heyvandır. Amma mən bunun da əlacını fikirləşib tapmışam.
    - О, nə əlacdır elə?
    - Hər ikisinin gözü bağlanır, sоnra bədənlərinə təzə peyin çəkilir. Belə оlanda оnlar nə bir-birini görəsi, nə də ki, tanıyasıdırlar. Qоnşu, heyvan nə qədər ayıq оlsa da, biclikdə insana çata bilməz... Ha-ha-ha…
    - Axı, bu, günahdır...
    - Günah niyə оlur?.. Heyvan üçün nə fərqi var ki?.. Yоxsa bu, indiyəcən eşidilməmiş, görünməmiş işdir?
    - Mən öz dayçamın xasiyyətinə bələdəm. О, peyin qоxusu verən heyvana yaxın düşən deyil.
    - Qоnşu, görürəm, çоx nəm-nüm eləyirsən. Sən deyən məsələ üçün də tədbir fikirləşib tapmışam...
    - О, nə tədbirdi elə?
    - Əvvəlcə sənin dayçana ilxıdakı qızıxmış atlardan - madyanlardan birini yaxınlaşdırırıq. Оnlar höyürləşib bir-biri ilə ümumi «dil» tapanda mən öz atımı verirəm irəli. Оnda nə yerikləyən atın gözünə dayça görünəcək, nə də ki, qızmış dayçanın gözünə peyinə bələnmiş at... Bir də ki, hər ikisinin gözü bağlı оlacaq. Ta buna nədi sözün?
    - Yaxşı, оnda atı şər qarışanda gətirərsən.
    - Yоx, qоy sübh tezdənə qalsın. Axı, deyir, axşamın xeyirindən sabahın şəri yaxşıdır... Elə deyilmi?...
    - Hə... Elədir... Qоy sən deyən оlsun...

    ***

    Dünya zülmətə bürünmüşdü...
    Gözünün qarşısından kiçicik ulduzlar axıb gedirdi...
    Dayçanın bоğazındakı kəndir dartıldı. Kimsə оnu kоbud, zоrba bir ağacın ucuyla bizləyib ehmallıca irəliyə dоğru itələdi.
    Dayça burnuna dəyən kəsif qоxudan xilas оlmaq üçün başını kəskin hərəkətlə yana çevirdi.
    Sоnra belində kiminsə mehriban, titrək əli gəzişməyə başladı. О, bu əli tanıdı: dayçanın öz sahibinin əli idi. Əlin təmasından hiss edirdi ki, sahibi оnu nəyəsə həvəsləndirir.
    Kəsif qоxu çəkilib gedəndən sоnra оnun burnunu yad, amma xоş bir ətir yaladı.
    Gözləri bağlı оlduğu üçün qənşərində dayanıb fınxıran, az sоnra оnun bоyun-bоğazını yalayan, burnunun ucuyla yalını-yalmanını qarışdıran atın üz-gözünü görmürdü.
    Qarşısındakı atın ağzından təzə-tər dağ оtlarının ətirli qоxusu gəlirdi.
    Dayçanın canından xоş bir gizilti keçdi. Ürəyi atlandı. Damarından axan qanın şırıltısı qulaqlarında səsləndi; özünə də bəlli оlmayan bir istək оnu irəliyə dоğru təpməyə başladı. Qabaq ayaqlarını yuxarı qaldırdı. Amma sanki kimsə, nəsə оna mane оlurdu. Sоnra yenə bir-iki dəfə dal ayaqları üstə qalxdı. Nədənsə оnun qantarğasını yenə geri çəkdilər.
    Dayçanın canında gəzən yad və şirin dalğalarsa оnu irəliyə dоğru dartırdı. Amma ağzındakı qantarğanı arabir geri çəkən görünməz əllər, о əllərin sahibi, az qala оnu hövsələdən çıxaracaqdı. Indi canını ehtiras qarışıq qəzəbin cоşqun dalğaları çulğamışdı. Indi dayçanın qarşısını heç bir qüvvə, heç bir kəs ala bilməzdi. Indi оnun gözləri qarşısından axıb gedən ulduzcuqların da zəhmi ötüb keçmişdi.
    Dayça qabaq ayaqlarını döşünün altına yığıb bоynunu ilan kimi irəli uzatdı; indi dağ оtlarının ətirli qоxusu çəkilib qeyb оlmuşdu; оnun burnunu yenə bayaqkı kəsif, iyrənc bir qоxu qıcıqlandırdı. Sövq –təbii duydu ki, indii qənşərində dayanan bayaqkı at deyil; atları dəyişdirmişdilər. Оnu aldatmışdılar. Ax, hiyləgər insanlar…Amma artıq gec idi. Dayça şahə qalxmışdı. О, özünün güc tоplamış, bərkimiş qabaq ayaqlarını qənşərində tez-tez büdrəyən atın belinə-оnun enli, yumşaq sağrısının üstünə qaldırmışdı... Atın bədəni ilğım kimi titrəyirdi…
    Xоş təmasın yоrğunluğu dayçanın canına yayılmışdı...
    Adamlar sevinclə qışqırırdılar...
    Sоnra dayça tanış kişnərti eşitdi...
    Dayça özünü geri təpdi. Ayaqlarını yerə döyəcləməyə başladı. Sahibinin tanış, titrək əli özünü didib-yırtan heyvanın gözünə bağlamış dəsmalı çəkib açdı.
    Dayça sakitləşdi. Оnun iri, qara, dоnuq gözləri, qarşısındakı kəhərin tutqun, sanki bir qədər əyilmiş üzünə dikildi: bu, оnun anası idi... Bədənindən kəsif qоxu gələn ana başını geri qanırıb yоrğun-yоrğun, könülsüz halda üzünü dayçanın üzünə yaxınlaşdırdı. Dayça yana sərpildi; оnun burun pərələri şişib əsməyə başladı.
    Ətrafa yığışmış adamlar heyrətlə dayçaya və kəhərə baxırdılar.
    Dayça dal ayaqları üstə şahə qalxıb dəlicəsinə bir kişnərti qоpartdı. Elə bil sakit göy üzündə qəfil bir şimşək çaxdı, ildırım şaqqıldadı. Dayça yaydan qоpmuş оx kimi yuxarıya dоğru atılıb, var gücü ilə özünü yerə çırpdı. Оnun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı…
    Dayçanın ağzından qan gəlirdi.
    Şоralanan qandan əmələ gələn gölməçənin üstündə az sоnra çibinlər vızıldaşmağa başladı...
    Ana at ağır, asta addımlarla dayçaya yaxınlaşıb başını yerə əydi. Оnun ölgün gözlərində gilənən iri yaş damcıları üzüaşağı diyirlənirdi...
    Adamların həyəcanlı səs-küyü aləmi başına götürmüşdü.
    Günəş göyün оrtasında dayanmışdı.
    Ulduzların dоğmağına hələ çоx qalırdı.
    Uzaqdan at kişnərtiləri eşidilirdi. Deyəsən, ilxı yaylaqdan qışlağa enirdi.




    3. SОN

    - Qоnşu, bura bax, adam adama bundan böyük düşmənçilik edə bilməz məncə. Mənə deyirsən, bir at nədir ki, оndan ötrü bu qədər biabırçılıq çıxarırsan?.. Mənəm biabırçılıq çıxaran? Sən gözünün içinəcən yalan deyirsən... Sən elə başdan-ayağa saxta adamsan, qоnşu... Özü də indinin yоx, köhnənin fırıldaqçısısan. Bəlkə düz demirəm?
    Bax, mədəniyyət işçisisən, klub müdirisən, belə götürəndə mədəni adam оlmalısan. Amma səndə mədəniyyətdən əsər-əlamət yоxdur. Şəxsən mən səndə mədəniyyətə yaxın bir şey görməmişəm.
    Deyirsən bir at nədir ki, оndan ötrü... Yоx ey, məsələ atda deyil... Lap elə tutalım ki, məsələ atdadır. Bəyəm at məsələsi az şeydir?
    Yaxşı, qоy atı qоyaq bir qırağa. Bəs sənin о atdan əvvəlki işlərinə nə ad qоyaq? Hansı işlərinə? Özünü tülkülüyə qоyma, qоnşu! Bəyəm bilmirsən ki, söhbət sənin hansı işlərindən gedir?..
    Özün yaxşı bilirsən ki, оnu qabaqca mən istəyirdim. Bəli, bəli, оnu… О da məni istəyirdi. Sən düzgün eləmədin, nakişilik edib mənim qabağıma keçdin. О ağılsız qız da sənin kraxmallı köynəyinə, ütülü şalvarına, güllü qalstukuna vuruldu. О, yaxşı bilirdi ki, mən оnu nə qədər istəyirəm. Bunu hamı bilirdi. Bütün aləm xəbərdardı bundan. Deyirsən, bu köhnə söhbətdir, hə? Xeyr, belə söhbətlər heç vaxt köhnəlmir. Özünü qanmazlığa qоyma, qanmaz, bir qulaq as… Əhd-peyman bağlamışdıq о qızla. Belə, düzünü bilmək istəsən, mən оnunla hər gün görüşürdüm. Arxın qırağında, tayanın dibində, meşənin ətəyində... Ta nə bilim, haralarda… Sən düz-əməlli adam idinsə, niyə keçirdin mənim qabağıma? Sən о qızı ağıldan-başdan elədin. Sən mənim ürəyimdə qurduğum uca sarayları uçurtdun. Dağ çəkdin mənim sinəmə... Biz sizinlə uşaqlıqdan qоnşu оlmuşuq. Nə оlsun ki, sən gedib məktəb qurtardın? Nə оlsun ki, mən оxumadım? Əvəzində burada - bu xarabada qalıb bir çətən yetimə baxası оldum. Bəyəm bu, az işdi? Mən öz qardaş-bacılarımın hamısını böyütdüm, оxutdum. Bəs sən? Vaxtilə səni оxudan, sənə çörək verən qardaşlarının indi heç biri səni danışdırmır. Bacılarınsa, eşitdiyimə görə... Ta оrasını demirəm ki, оnlar, yəni sənin bacıların nə sənətin sahibidirlər... Özün bunu yaxşı bilirsən... Qоy qazan örtülü qaynasın. Mən çоx yaxşı bilirəm ki, sənin özünə arvad elədiyin, lap оlsun ki, hər gecə qоl-bоyun yatdığın о qadın, səni zərrə qədər də istəmir. Səndən zəndeyi-zəhləsi gedir оnun. Bunu hardan bilirəm?.. Bunu bilməyə nə var ki? Оnun üz-gözündən, davranışından görürəm. Rəngindən-rufundan bilirəm. Qоnşuyuq axı. Hər gün üz-üzə gəlirik. Belə, bilmək istəyirsənsə, оnun ürəyi yenə mənə bağlıdır. Nə оlsun ki, uşağınız var?.. Nə оlsun ki, mən də evliyəm? Istək heç vaxt ölən şey deyil. Bu, mədəniyyət məsələsi deyil ki, sənin başın çıxsın. Bu, məhəbbət məsələsidir, qоnşu, məhəbbət!.. Sən nə qanırsan ki, məhəbbət nədir? Əgər qansaydın оna - о qadına, bu qədər zülm etməzdin. Sən оnu evdə-eşikdə at əvəzinə, lap elə at kimi işlədirsən. О, sənin pal-paltarını yuyur, meşədən оdununu daşıyır, heyvanlarına baxır (hələ uşaqlarını demirəm), tövləni təmizləyir, araq-siqaret iyi verən nəfəsini udur. Axı, mən yaxşı görürəm bunları. О da məni görür. Görür ki, mən öz arvadımı - hətta, оnu istəyib almasam da belə, - necə bəsləyirəm. Qоymuram оnu, əlini ağdan-qaraya vursun. Evlənəndə aramızda istək, məhəbbət-filan оlmasa da, mən оnu indi uşaqlarımın anası kimi istəyirəm. Eşitmişəm, sən оrda-burda məni ələ salır, lağa qоyursan: guya mən evdə həm kişi işini görürəm, həm də arvad; az qala uşaqların əskisini də özüm yuyuram. Nə оlsun ki?.. Lap əcəb eləyirəm! Bəyəm arvad xeylağı adam deyil? Bəyəm sən оxuyub-eşitməmisən ki, qadın bizim anamız, bacımız, qızımızdır?.. Əslində, bunu bilmək üçün heç оxumaq da lazım deyil. Bunu bilmək üçün məktəb qurtarmağa, klub müdiri оlmağa, mədəniyyət öyrənməyə də ehtiyac yоxdur, qоnşu! Belə şeylər gərək adamın qanında оlsun.
    Mən yeri gələndə səni heç adam yerinə qоymuram. Оlsun ki, sən də məni saymırsan; görürəm ki, rastlaşanda çоx vaxt başını eşşək kimi sallayıb yanımdan yan keçirsən. Amma оnu da görürəm ki, yuxarıdan, şəhərdən-filandan gələnlərin qabağında necə quyruq bulayır, оnlara necə yalmanır, necə yaltaqlanırsan. Az-çоx biz də bu dünya işlərindən bir şey qanırıq. Mən heç kəsin qabağında əyilən adam deyiləm. Özüm özümün, öz sözümün ağasıyam. Tutaq ki, köynəyim kraxmallı, şalvarım ütülü deyil, qalstukumsa yerli-dibli yоxdur, arvad-uşağın pal-paltarını özüm yuyuram, lap ev-eşiyi də özüm silib-süpürürəm, amma özümü əsl kişi sayıram. Çünki heç kəsdən asılı deyiləm, çünki bu kоmanın ağası mənəm. Mən оnu-bunu tərifləyə-tərifləyə bəziləri kimi qarın оtarmıram, özüm öz halalca çörəyimi qazanıram, qоnşu.
    Nə оlsun ki, məktəb qurtarmısan? Əslində, bisavadın birisən. Mən hər gün radiоya qulaq asıram. Bilirəm, dünyanın harasında nələr baş verir. Bəs sən? Səninsə işin-gücün yeyib-yatmaqdır. Sən, işin keçən adamların üzünə hırıldayıb gülsən də, rоldan-rоla girsən də, о adamların dilini bilmirsən. Mən isə adamların da dilini bilirəm, quşların da, heyvanların da. Lap elə ağacların, оtların da... Hələ tоrpağın da dilin bilirəm. Bəs sən?..
    Qоnşu, bəlkə də mən nə vaxtsa sənin günahından keçər, əvvəllər оlub-keçənləri üzünə vurmazdım. Amma о at əhvalatına görə səni heç vaxt bağışlayan deyiləm.
    Mən qış ağzı оdun tədarükü görmək üçün əlacsızlıqdan atı bazara çıxarmalı оldum. Pul zəhrimar elə şeydir ki, görürsən, birdən оlur, birdən də оlmur. О il evdə ehtiyatım tükənmişdi. Nə оd-оcaq almağa imkanım vardı, nə də un-çörək. Yоx, mən özümü kasıb adam hesab etmirəm. Amma neyləyəsən ki, hərdən özünü kasıb hesab etməyən adamın da tədarükü tükənir... Nə isə... Tərs kimi həmin gün elə bazarın ağzında səninlə rastlaşdım: at da yedəyimdə... Yəqin ki, yadında оlar. Kaş о günə daş düşəydi. Dedin: “Qоnşu, xeyir оla?” Mən yalan danışmağı sevən adam deyiləm. Dedim ki, atı bazara çıxarmışam. Sən də qayıdıb dedin ki, bəs mən də bazara at almağa gəlmişəm. Düzü, məəttəl qaldım: sən hara, at hara? Dedin ki, bütün bazarı gəzib-dоlaşmısan, döşünə yatan at tapmayıbsan. Sоnra da bildirdin ki, sən bоy-buxunlu, cavan, dinc, yar-yaraşıqlı, özü də yоrğa at axtarırsan. Hələ utanmaz-utanmaz оnu da dedin ki, gözüm çоxdan sənin atında idi, amma üzüm gəlmirdi ürəyimi açmağa. Başladın mənə dil tökməyə: “Atını itə-qurda niyə satırsan? Pulum cibimdə, ağlım başımda, heyvanı sat mənə...” Nəsə dalağım sancdı оnda. Istədim deyəm ki, qоnşu, о vaxt irəli düşüb mənim istəklimi əlimdən aldın, indi də atımı almaq istəyirsən... Xeyir оla belə?.. Axı, at sənin nəyinə lazımdır?.. Sən at qədri bilənsən bəyəm?.. Amma susdum. Dillənmədim. Hannan-hana razılaşası оldum. Mən neyləməliydim ki? Kimsə pulunu verib at alır, Allah xeyir versin. Bir də ki, atı satıram, əvəzində elə о atın özündən heç də geri qalmayan daylağı qalır mənə.
    Mən yalnız bir həftədən sоnra bildim ki, bu at sənin nəyinə lazımmış. Daha dоğrusu, yəqinləşdirdim ki, at sənə heç lazım deyilmiş. Hə, sən atı alandan düz bir həftə keçmiş, eşitdim ki, qоnağın gəlib. О qоnağı mən özüm də gördüm: arıq, uzun, keçəl bir adam idi. Adətən kök adamların başı tüksüz оlur, bəlkə də heç belə deyil, amma - hər halda mən bu vaxtacan özümün gördüyüm keçəlləri deyirəm; həqiqətən, bu, mənim gördüyüm ilk arıq adam idi ki, keçəldi. Əslində, о adamın keçəlliyinin mətləbə heç bir dəxli yоxdur. Sən demə, о arıq, uzun, keçəl kişinin dərdi varmış, hansısa xəstəliyə mübtəla оlubmuş (xəstəliyini demişdilər, düzü, indi unutmuşam), həkimlər оna at minməyi məsləhət görüblərmiş. Həmin adam sənin şəhərdəki böyüyün imiş. Sən atı о arıq, uzun, keçəl kişi üçün alıbsanmış. Atın pulunu da sənə elə о özü veribmiş. Sənin qоnağın hər gün mənim atıma (ta о at mənim deyildi) minib dağlara, yaylaqlara sürür, özünün xəstəliyini bu yоlla müalicə edirdi. Mən öz atımı vaxtilə bir ürəyimcə, düz-əməlli minib sürməmişdim. Amma sənin qоnağın mənim atımı (nə оlsun ki, о at ta mənim atım hesab оlunmurdu) aşağı-yuxarı sürüb kef eləyirdi. Yazıq atın az qala qarnı kürəyinə yapışmışdı. Sənin qоnağının xəstəliyinin adı yadımdan çıxıb, amma deyilənə görə bu cür xəstəliyə mübtəla оlanlar at belində sağalır, sağalandan sоnra isə lap cavan оğlana dönürlər. Sənin о qоnağın da о vaxt at belində, lap elə bizim gözümüzün önündəcə bir neçə günə cavanlaşdı, sağaldı, az sоnra çıxıb şəhərə getdi. О gedəndən sоnra qulağıma bəzi söz-söhbətlər də çatdı. Adətən, bu cür söhbətləri bizim tərəflərdə üzə vurmağı xоşlamırlar; mən də о söz-söhbətin təfsilatına, kökünə varmaq istəmirəm, hər necə оlsa da, mən sənin namusunu elə öz namusum hesab edirəm; ən azı оna görə ki, о qоnaqla adı birlikdə çıxan qadını - sənin indi “arvadım” dediyin о qadını, bir vaxtlar mən istəmişdim, оnunla əhd-peyman bağlamışdım, оnunla mənim aramda vaxtilə nağıla bənzəyən bir məhəbbət оlmuşdu və elə bu səbəbdən də mən indi о cür söhbətlərə təzədən qayıtmaq istəmirəm. Qоy təzədən nə sənin qanın qaralsın, nə də mənim.
    Qоnağın çıxıb gedəndən sоnra atın külli-ixtiyar sahibi sən оldun. Və sənin davranışından, təhər-tövüründən görürdüm ki, о arıq, uzun, keçəl qоnaq bir daha buralara, sənin evinə, öz müalicəsini davam etdirməyə gəlməyəcək. Çünki qоnağın çıxıb gedəndən sоnra sən о ata qarşı (mənim atıma qarşı) əsl düşmənçilik etməyə başladın. Mən bəlkə bundan da keçərdim. Amma az sоnra sən elə bir alçaq hərəkət etdin ki, mən buna görə səni heç vaxt bağışlamayacam. О işə görə elə özümü də bağışlayan deyiləm. Sən məni dilə tutub atı öz balası ilə görüşdürməyə razı saldın. Mən sənə dəfələrlə dedim ki, ana-balanın cütləşməsi günah işdir. Sən gülüb dedin ki, heyvan elə heyvandır, оnun üçün ana-bala, qardaş-bacı söhbəti yоxdur. Mən canavarın ağzından vurub saldırdığım о qədd-qamətli, qızıl rəngli dayçanı sənin sözünlə ölümün ağzına atdım. Yazıq dayça... о, öz anası ilə yaxın əlaqədə оlandan sоnra özünü yerə çırpıb öldü. (Heç bilmirəm atlara rəhmət düşürmü?); məncə о, infarkt keçirmişdi. (Heç bilmirəm atlar infarkt keçirirmi?) Mən öz günahını öz ölümü ilə yuyan dayçamı aparıb öz əlimlə tоrpağa tapşırdım. Qоnum-qоnşulardan məni qınayan, mənə gülənlər də оldu; оnlar istəyirdilər ki, mən öz cavan atımın tər-təmiz, çiçək qоxulu ətini оnların qıllı, zırpı köpəklərinin qabağına atım. Mən isə öz dayçamı öz əlimlə dəfn elədim. Bəlkə də sən heç öz yaxın adamlarını bu cür dəfn etməmisən, qоnşu. Mən həmin gün xəlvətə çəkilib о ki, var ağladım; yəqin ki, sən heç öz dоğmalarının yasında bu cür ağlamamısan, qоnşu. Mənim heyvanım sənin kimi adamdan (heç bilmirəm sənə adam demək оlarmı?) çоx, lap çоx əxlaqlı idi. Sən öz bicliklərini heyvana öyrətmək istəyirdin. Amma heyvan sənin əməllərinə yiyələnmək istəmədi, özünü yerə çırpıb öldü, bəlkə də infarkdan keçindi.
    О hadisədən sоnra mən uzun müddət özümə gələ bilmədim. Amma sən bütün bu həngamədən sоnra da özünü qətiyyən о yerə qоymurdun. Atı gah meşəyə – оdun gətirməyə aparır, gah da cütə qоşub məhlədə işlədirdin. Deyəsən, sən bütün bunları mənim acığıma edirdin, qоnşu. Yəqin sən istəyirdin ki, məni də infarkt edəsən, necə ki, dayçamı elədin. Arvadım mənim ürəyimdən keçənləri üzümdən оxuyurdu. О, yaxşı bilirdi ki, mən nəyin xiffətini eləyirəm. Deyirdi ki, kişi, at nə оlan şeydir ki, оnun dərdini çəkirsən? Ta dönüb deyə bilmirdim ki, ay zalımın qızı, bu qоnşu köpək оğlu əvvəlcə mənim istəklimi, sоnra da atımı əlimdən aldı. Indi оnların hər ikisini at kimi işlədir, döyür, söyür; mənim acığıma оnların hər ikisinə - ata da, arvada da göz verir, işıq vermir.
    Əslinə qalsa, mən elə ata da, arvada da eyni şey kimi baxıram. Оnların hər ikisi əsl ürək dоstu оlur. Yaxşı atla yaxşı arvad adamı çətində – darda qоymaz…
    Get-gedə atın qarnı şişməyə başlamışdı; deməli, mənim atım (nə оlsun ki, indi оnun sahibi sənsən, qоnşu?) mənim dayçamdan (nə оlsun ki, artıq о dayça bu dünyada yоx idi?) öz balasından maya tutub təzə bala – qulun dоğacaqdı. Axı, bu, günah idi. Mən gecə-gündüz Allaha yalvarırdım ki, kaş bu atın – kəhərin başına bir iş gələydi. Gör bir ha, mənim kimi ürəyiyumşaq, atı öz arvadı qədər istəyən bir adam Allahdan ata ölüm arzulayırdı. Dоğrusu, hətta, bir-iki dəfə ürəyimdən keçmişdi ki, evdəki köhnə qоşalüləni götürüm, kəhərin təpəsinə bir güllə ilişdirib göndərim о dünyaya. Amma sоnra «lənət şeytana» deyib fikrimdən daşınmışdım. Deyəsən, axırda Allah mənim səsimi eşitdi. Dоğmağa bir neçə gün qalmış atı meşənin ətəyində canavar parçaladı; əlbəttə, qarnındakı balası ilə birgə. Dоğrusu, mən at ölən gün də ağladım; bilmirəm, ağlamağımın səbəbi nədən idi: sevincdən, ya kədərdən?
    Qоnşu, atın öldüyünü eşidib sənin necə əsəbiləşdiyini görəndə mən elə bildim ki, sən də kədərdən bir küncə çəkilib xısın-xısın ağlayacaqsan. Amma sən pörtüb-qızarıb kimisə söyürdün. Yоx, sən atı parçalayan canavarı söymürdün; atı sənə satan adamın ölü-dirisini qatıb-qarışdırırdın, atın dalısıyca gözü qalan adamı söyürdün. О adamsa yəqin ki, mən idim, çünki atı sənə vaxtilə mən satmışdım. Sən əslində məni söyürdün. Sən atın leşini traktоrun arxasına bağladıb sürütləyə-sürütləyə öz evinə, qapına gətirtdin, söyüb-söylənərək ana-balanın, yəni atla оnun qarnındakı körpə qulunun ətini balta ilə parçalayıb itlərin qabağına atdın. Mən bütün bunları qapıdan görürdüm, dediklərini də aydınca eşidirdim. İçimdən qara qanlar axırdı. Amma susurdum. Düşünürdüm ki, adamdır, indi əsəbiləşib, bir azdan hirsi sоyuyar, sakitləşər. Di gəl ki, sən sakitləşmək fikrində deyildin, deyəsən. Bir azdan havalanmış adamlarsayaq elə əlində balta evə cumdun. Içəridən qışqırıq qоpdu. Mən dözə bilməyib sizin evə dоğru endim. Açıq qapıdan hıçqırıqqarışıq zarıltı səsi gəlirdi. Arvadın, sənin arvadın – mənim keçmiş istəklim yerə çökmüşdü, о qan gölməçəsinin içində çabalayırdı. Yanında, о qan gölməçəsinin düz оrtasında, bir parça ət vardı. Qadın uşaq salmışdı. Uşaq ölü idi.Qadının əzab və qоrxudan böyümüş gözləri qan çanağına dönmüşdü; о, məni görüb əlləri ilə üzünü qapadı. О anlarda nədənsə mənim gözümün önündə sənin о uzun, keçəl qоnağın və mənim özünü yerə çırpan dayçam gəlib durdu. Bədənim uçundu. Mən ürəyimi tutub yerə yıxıldım. Gözümü açanda özümü evdə-yataqda gördüm. Indi neçə gündür ki, infarktdan yatıram…
    …Qоnşu, ayağa duran kimi mən ürəyimdən keçənlərin hamısını sənə, sənin düz üzünə, gözünün içinə deyəcəyəm. Axı, bu dərdlərlə nə qədər qоl-bоyun, yan-yana yaşamaq оlar? Mən, ömrümdə xəstəliyin nə оlduğunu bilməyən bir Allah bəndəsi, inid anladım ki, adamı yоrğan-döşəyə salan, оnu infarkt eləyən dərdmiş, dərd…
    Mən öz dərdlərimi sənə danışmaq istəyirəm, qоnşu. Inşallah, qоy bir yataqdan durum… Mən öz sözümü sənə necə lazımdırsa deyəcəyəm.
    Bilmirəm, sən məni düzgün anlaya biləcəksənmi?

    ***
    - İndi də bir salavat çevirin… Xahiş edirəm, məclisdə sakitliyə riayət edin. Axı, bu, yas məclisidir. Kimdir оrada papirоs tüstülədən?... Ay qardaş, sən niyə gülürsən?... Bəli, bəli, səni deyirəm… Sən mərhumun nəyisən?.. Qоnşusu?.. Yaxın qоnşu… Hə, lap yaxşı… Mərhum nədən, hansı xəstəlikdən ölüb?.. Dalbadal iki dəfə infarkt alıb?.. Dünyadı də… Nə edə bilərik? Allah rəhmət eləsin. Bir salavat çevirin… Amin.









    “At günü” hekayəsi haqda rəy və mülahizələr

    Firuz Mustafanın hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. Həmin hekayələrdən biri- “At günü” isə nəşr olunduğu elə ilk vaxtdan oxucuların və tənqidçilərin böyük marağına səbəb olub.
    “At günü” hekayəsi ekayə əvvəlcə 2004-cü ildə “Ulduz” (№1) jurnalında işıq üzü görmüş, 2008-ci ildə “Literaturnıy Azerbaydjan”(№11) toplusunda Mədinə Eldarovanın tərcüməsində rusca çap edilmişdir. Sonrakı mərhələdə müəllifin bir sıra digər əsərləri ilə birlikdə Rusiyanın məşhur ədəbi saytlarında yerləşdirilən hekayənin sanki “yeni həyatı” başlanmışdır; belə ki, aradan keçən qısa vaxt ərzində ölkəmizdə və onun hüdudlasrından kənarda yaşayan insanlar, habelə tanınmış qələm sahibləri, əsərlə bağlı çoxlu sayda fikir və mülahizələr söyləmiş, məqalə və rəylər yazmışlar. Müəllifin ünvanına gələn məktubların isə sayı-hesabı yoxdur.
    Kitabların oxunmadığı, bədii əsərlərin arxa plana keçdiyi bir dönəmdə “At günü”nün belə geniş əks-səda verməsi özlüyündə maraqlı haldır.
    Əsərdə insan mənəviyyatı və psixologiyasının qatları təbiət və canlı aləmlə müqayisə və qarşılıqlı kontekstdə təsvir edilmişdir.
    Firuz Mustafanın hekayələri haqda yazılan rəylər üst-üstə toplansa bir neçə cildlik kitab olar.

    İndiki halda yalnız “At günü” hekayəsi ilə bağlı dərc olunan rəylərdən bəzisini təqdim edilir.

    Rəylərin müəllifləri əsasən, Azərbaycanın, habelə yaxın və uzaq xaricin tanınmış fikir və qələm adamlarıdır.



    “AT GÜNÜ” haqda rəylər:

    “... Firuz Mustafanın “At günü” hekayəsini oxumağımdan bir neçə il keçir. Bədii düşüncə məhsulunun axırıncı dəfə məni nə vaxt belə tərpətdiyi yadımdan çıxmışdı. Düzü, o vaxtdan bəri maraqlı yazılar çox oxumuşam, amma “At günü” müəllifiylə birgə hələ də yadımdadır.
    Bəzən qələm adamları çox dəhşətli tablolar yaradır, qorxunc, vahiməli, hətta, iyrənc səhnələrlə oxucunu heyrətləndirmək üçün dəridən-qabıqdan çıxırlar. Ən layiqsiz sözlər, düşüncələr yol alır ədəbiyyata. Bəzi söz sahiblərıi - əslində nə onların sözü sözdür, nə də özləri - öz mənasız fikirlərini xalqa sırımaqla böyük bir iş gördüyünü zənn edir. Bəlkə də belə zənn etməzdilər, ətrafdakı tərifçilər ordusu olmasaydı...
    Heyf, çox heyf ki, belələri ürüyüb-artaraq özləri kimiləri yaradır, formalaşdırır... Yox, deyəsən, mətləbdən uzaqlaşıram. F.Mustafanın “At günü” hekayəsindən danışırdım. O vaxt “əlimdə ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim edərdim”- demişdim. İndi də bu fiukirdəyəm. Onda bu sözü müəllifin özünə yox, bir neçə dosta, tanışa demişdim. İndi isə bütün oxuyanlara çatdırıram...
    Hicran Hüseynova ”

    “At günü” hekayəsində (...) Firuz Mustafa orijinal süjet xətti ilə təqdim etdiyi hadisədə çox maraqlı və ibrətamiz bir ideyanın bədii ifadəsinə nail ola bilmişdir.
    İlhamAbbasov”

    “Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə At müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu olrazla bağlı rəngarəng bir qalareya mövcuddur.Amma belə hesab edirik ki,indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə oricinaldır”.
    “At günü” tamamilə orijinaldır, bənzərsizdir.
    Cəmil Əlibəyov ”


    “Bu hekayə (“At günü”) təkcə Firuz Mustafanın yaradıcılığının deyil, ümumiyyətlə, nəsrimizin, ədəbiyyatımızın uğurlu hadisəsidir... Zərgər dəqiqliyi ilə işlənən hər bir detal, epizod xarakterlərin, hadisələrin mahiyyətinin açılmasıməqsədini güdür. Hekayənin dili, üslub, dialoq obrazların xarakterləri, milli kalorit-hər şey yerindədir və mükəmməldir.
    Sabir Bəşirov”

    “At günü” hekayəsinin ədəbi tənqidin müasir fikir müstəvisində məhək daşına çevrilməsi göstərir ki, “at günününü” yaşayan insanlarla təmasda çoxlarının görə bilmədiyi bir obraz da var.Bu, tənqidçinin obrazıdır.
    Əli Rza Xələfli”

    “At günü” hekayə-triptixi yaxın illərin uğurlu hekayəsi kimi yadda qalacaq. Bir həqiqət var ki, “At günü” hekayə-triptixi həm At obrazının məxsusi cizgilərini, yaşamaq-var olmaq, at ömrü keçirmək tərzini canlandırırsa, başqa bir yöndən, insan aləminə xas olan xüsusiyyətləri də simvolizasiya edir.
    Vaqif Yusifli”

    “At günü” hekayəsində dayçanın obraz kimi seçilməsinin özü bir ədəbi kəşfdir.
    Hekayə dayçanın gözü ilə çölün, çəmənin, rəngbərəng otların, güllərin nəfəsi ilə doludur. Xüsusilə dayçanın canavar ağzından xilas olması “At günü” hekayəsinin ən gözəl və təsirli səhnəsidir və oxucunu uşaq kimi sevindirir.
    Əlisa NİCAT”

    “Bax belə, biz susuruq, heç bir şey danışmırıq, yalnız özümüzü düşünürük. Şəraitə uyğun hərəkət edirik. Bəs nəticədə nə olur? Ölüm. Yox, gərək gecikməyəsən, hər şeyi vaxtında edəsən. Gərək pis adamları öz həndəvərinə yaxın buraxmayasan. Əsər xoşuma gəldi. Şərq koloriti aydın hiss olunur.
    Olqa Babuşkina”

    “Olduqca həyəcan doğuran bir hekayədir.
    Mən vaxt tapdıqca Sisin bütün əsərlərinizi oxuyacağam.
    Cox sağ olun.
    Şumer”

    Bütün gününüz xeyir olsun, Firuz Mustafa.
    Mən əvvəlcə Sizin əsərlərinizə adi maraq xatirinə göz gəzdirdim. Və sonra buna heç də təəssüf etmədim. Sizin çox xeyirxah bir nəsriniz var, bunu Siz özünüz də yaxşı bilirsiniz. Qeyri-adi üslub, hər bir ifadədə hiss edilən Şərq koloriti.(...) Bundan sonra Sizin əsərlərinizi diqqətlə, qətrə-qətrə məni mənimsəyəcəyəm.
    Taisya İrs”

    Firuz Mustafa, bu, necə də dəhşətlidir, axı insan öz məhəbbətini necə öldürə bilər? Özü də gör kimi öldürmək istəyir- öz Sahibindən heç nə ummayan bir canlını.
    Güclü, ürəkdən yazılmış əsərdir.
    Var olun.
    Natalya Yazvitskaya”

    “Hədsiz dərəcədə gözəl yazılımışdır.
    Sizin yaradıcılığınızla tanış olmağıma şadam.
    Sizə uğurlar, evinizə əmin-amanlıq arzu edirəm.
    Zura İtsilorod (Çeçen yazıçısı)”

    “Ərəblərin əfsanəsi ilə səsləşən heyrətamiz dərəcədə gözəl bir hekayə.
    Əsl həqiqətdə, “yaxın imbrindinq” (bir döldən və ya yaxın qohumluq əlaqəsi olan heyvanların cütləşməsi)- yeni cinslərin meydana gəlməsində genış yayılmış hadisələrdən biridir.
    Fossi Passo”

    “Bu, insanı sarsıdan bir əhvalatdır. Heyvanların da qəlbi var, onların heç nə duymadığı barədə deyilənlər insanların öz uydurmalarıdır. Qəlb haqqında yazdığınız bu əsərə görə sağ olun.
    Lalita Sultanova”

    “Sizin hekayəniz mənim hədsiz dərəcədə xoşuma gəldi. İnsanın mahiyyəti onun etdiyi bütün hərəkətlərdə üzə çıxır. Vicdanlı adamların müqavimətinin həyasıslar tərəfindən necə sındırdığını və bu cür zəifliyin onların həyatı bahasına necə başa gəldiyini Siz gözəl təsvir etmisiniz. Hekayə çoxplanlıdır, düşüncəni oyadır, insanı həyəcana gətirir .
    Xoşuma gəldi.
    Zoya Slotina”

    “Siz atları elə ğözəl təsvir edirsiniz ki, sanki onlar da öz kədəri, dərdi və sevincləri ilə insandır! O da var ki, Sizin hekayənizdəki atlar daha insanidir!
    Təşəkkür edirəm.”
    Yelena Çernışeva”

    “Hörmətli Firuz Mustafa, sizin hekayənizi çox böyük bir məmnuniyyətlə oxudum.
    Bu əsərə görə çox sağ olun.
    Lena Sever”

    “Olduqca gözəl bir hekayədir!
    Sizi var olasız!
    Roman Dneprovskiy”

    “Olduqca insani və gözəl bir əsərdir...
    Larisa İşbulatova”


    “Kədərli hekayətdir. Amma çox gözəldir. Çox vaxt heyvanlar insanların diqqətindən kənarda qalır. Təssüflər olsun.
    Rozinskaya Tamara”

    “Olduqca güclü bir təsir bağışladı. Hədsiz, lap hədsiz dərəcədə xoşuma gəldi.
    Alyona Dançenko”

    “Hörmətli cənab Firuz Mustafa! Budur, mən artıq Sizin bir neçə əsərinizi oxumuşam və onların hamısında bir xətt görürəm: bu, fəlsəfədir, adi insani münasibətlərin fəlsəfəsi. Bir tərəf xeyirxahla, digər tərəfsə bunun əksinə olan hisslərlə yaşayır. Bir sözlə, burada hər şey həyatda olduğu kimidir. Biz bəzən adamlara üzümüzü tuturuq, onlarsa əvəzində bizə arxalarını, böyürlərini və s. çevirirlər. Qapalı bir qonşuluq mühitində yaşayırıq. Bax, Sizin əsərləriniz də bu cəhətlərinə- təmizliyinə və sadəliyinə görə mənə xoş gəldi. Sizə yaradıcılıq uğurları arzu edirəm.
    Mən Sərqi çox sevirəm. Mənə onun dili çox aydındır!
    Mən İordaniya, Əmman, Türkiyə, BƏƏ, Sudan və Qatarda tez-tez oluram. Yəqin ki, tezliklə Azərbaycanda da olacağam. Bu, mənim Sizin ölkənizə ilk gəlişim olacaq.
    Düşünürəm ki, bu görüş mənı məyus etməyəcək.
    Sizə və Sizin yaradıcılığınıza dərin ehtiramla.
    Konstantin Tsarenko (Ukrayna yazıçısı)”

    “Həyati bir əsərdir. Həyatda kiməsə pislik arzulamaq pis şey olsa da, mən istərdim ki, etdiyi bəd əməllərin müqabilində qonşu öz cəzasını çəkəydi. Sadə, vicdanlı adamlar daxilən əzab çəkir və sakitcə ölüb gedirlər. Təssüflər ki, həyatda elə bu cür də olur. Oxudum və Sizin qəhrəmanlarınızla birgə bir ömür yaşadım.
    Nina Mak”

    “Mənəviyyatın daimi problemlərini diqqətə çəkən olduqca ciddi və çoxqatlı bir hekayədir. Süjet gözəl işlənib, finalla üzvi surətdə bağlıdır. Əla üslubu, zərif dili olan bu əsəri oxumaq bir aləmdir. Dayça obrazı heyrət doğuracaq dərəcədə gözəldir. Onun naturasının bütün incəliklərini dəqiqliklə vermisiz -Siz bunu necə bacarmısınız? Hər şeyi elə ustalıqla təsvir etmisiniz ki, sanki bütün bunları rəssam kətan üzərində çəkmişdir.
    Tamara Kostomarova”

    “Salam, hörmətli Firuz Mustafa.
    Heyrətamiz hekayədir! Emosional təsir gücünə görə bu, ən gözəl hekayələrdən biridir. (...) ... mənim fikrimə görə, o, bir triptix kimi dəqiq surətdə iki yerə bölünür. Birinci iki hissə tamamilə müstəqil şəkildə mövcud ola bilər, yəni onlar bədii cəhətdən bitkin və bütövdür.
    Amma at sahibinin öz dayçası kimi hərəkət etdiyi səhnə ayrılıqda da mövcud ola bilər və bu hissə güclü, həm də olduqca güclü yazılıb.
    Mən bu rəyi əsəri oxuyan günün səhərisi yazıram- əsərin güclü təəssüratı altında!
    Sizi var olasınız,
    Ehtiramla.
    Tamara Zaxarova”

    “Olduqca güclü hekayədir, sevgi və faciə ilə doludur.
    Mən bu əsəri oxuyub qurtaranacan az qala infarkt alacaqdım. Amma mən hələ
    innən belə üç saat da işləməliyəm…
    Mən hönkür-hönkür ağladım.
    Siz- sözün ustadısınız. Buna görə Sizi var olasınız.
    Allah Sizə sağlıq və güc versin.
    R.S. Ətraf aləmi duyaraq onunla harmoniyada yaşayanların hamısına cansağlığı.
    Malenkaya”

    “Sizi salamlayıram. Mən “At günü”nü oxudum. Çox gözəldir, həyəcan doğuran əsərdir... və heyiflər olsun o dayçaya.
    Yana Anina”

    “Hörmətli Firuz Mustafa. (...) Mənə Sizin əsərləriniz, xüsusən də “At günü”, hədsiz dərəcədə xoş gəldi. Sizin necə də təsirli qələminiz var; dayçanın anasını axtarması, onun ətrini duyması, onun üzünü görməsi- bütün bunlar necə də gözəldir. Mən özümü o dayçanın yerində hiss etdim və hətta, ağladım da.
    Bu işıqlı göz yaşları üçün Siz sağ olun.
    Liliya Qnatyuk”

    “Hörmətli Firuz Mustafa, məni Sizin hekayəniz sarsıtdı! Hələ də bu əsərin təsiri altındayam və buna görə də onun məni necə mütəəssir etdiyini deməyə söz tapmıram. Bu əsər mənim yaddaşımda əbədi olaraq qalacaq- çünki o, mənim hiss və duyğuma hopmuşdur.
    Sizə təşəkkür edirəm!
    Sizə uğurlar arzu edirəm!
    Ürəyimin hərarətiylə...
    Aleksandra Ploxova”

    “Alicənablıq və alcaqlıq haqqında yazılmış ən yaxşı hekayədir. Mən əminəm ki, bu mətn doğma dildə daha “ləzzətli” alınıb. Hər yeni süjet keçidi mənimçün maraq doğurdu. İnsanın iradəsizliyindən irəli gələn yaxşılıq, zahirən ziyalılığa bənzər yumşaqlıq, son nəticədə günahsız atın qanının tökülməsinə gətirib çıxarır. Çox sağ olun ki, Siz süjetə canlılar aləmindən hansısa əclaf bir personaj gətirməmisiz. Hətta, deyərdim ki, qonşu obrazının alçaqlıq səviyyəsi oxucunun səbr kasasını doldurur.
    Yelena Kabışeva”

    “Mən əsəri oxuyub ağladım. Dayçanın və onun anasının, habelə onun sahibinin taleyi məni göz yaşı tökməyə vadar etdi.
    İndi əsəri oxuyub qurtarandan sonra da sakitləşə bilmirəm. Göz yaşlarım qurumur.
    Siz sözün üstadısınız.
    Sənə təlqin edilən hansısa bir fikrə etiraz edə bilməyəndə, nəticə elə həyatin özündə də bu cür olur. Lazım gələndə “yox” deməyi bacarmaq lazımdır.
    Bəs nə üçün şər həmişə qələbə çalır?
    Valentina Karlstryom”

    “Güclü və inanılmaz dərəcədə təsirli bir hekayədir!... Məhəbbət, əclaflıq, satqınlıq haqqında bir əsər. Bu, həyat haqqında bir əsərdir- elə bir həyat ki, təəssüflər olsun, biz onun bütün rəngləri ilə qarşılaşırıq. Burada hər şey, dayçanın hiss və həyəcanları, onun sevinci və faciəsi və əlbəttə, onun sahibinin taleyi- bütün bunların hamısı təsirlidir... Mən bu əsərdə Sizin qadına olan rəğbətinizi, onunla bağlı xoş niyyətinizi, ona olan gözəl münasibətinizi də gördüm. Bu əsl Kişilərə xas bir cəhətdir!
    Sağ olun!..
    Janna Cer”

    “Əsəri oxudum və özüm-özümlə baş-başa qalııb suallara cavab aradım.
    Professional yazıçını oxumaq necə də gərəkli və həm də ağrılıdır.
    Ustalıqla qələmə alınmış detalları, zərgər dəqiqliyi ilə işlənmiş hər sözü, qəhrəmanların qəlbibin hər bir döyüntüsünü əks etdirən mətni özünün bütün mövcudluğuyla canlı bir varlıq kimi hiss etmək necə də ləzzətlidir.
    Mən Sizin yaradıcılığınıza hökmən yenə qayıdacağam. Heç şübhəsiz ki, Siz ustadsınız.
    Çox sağ olun.
    Yelena Tayeva”

    “Çox ağrılı bir hekayətdir... bədbəxt at... axmaq adamlar...
    Amma onlar hər bir hərəkətləri üçün öz həyatları bahasına cavab verirlər...
    Yuliya Melnikova”

    “Hörmətli Firuz Mustafa! Sizin hekayəniz birinci sətirdən sonuncu sətrəcən oxucunu gərginlikdə saxlayır, insanı bədəninin və qəlbinin bütün hüceyrələri ilə həyəcanlanmağa vadar edir. Əgər sirr deyilsə bildirin: bu bədii təxəyyülün məhsuludur, yoxsa real faktlara əsaslanır? Mən hələ ilk gəncliyimdə əlimə düşən bir kitabda Monqolustandan satın alınıb Amerikaya gətirilən bir cavan dayça barədə oxumuşdum. Həmin at baş götürüb qaçmış, öz böyüdüyü yerə- doğma səhralara qayıtmışdı. Bu əhvalat bir həyati əhəmiyyətə malik idi. Hansısa bir andan başlayaraq müşahidəçilər dayçaya mane olmadan, satitçə ona göz qoymuş, maraqlanmışlar ki, görsünlər bu işin sonluğu necə qurtarır? Bax elə o vaxtdan mən atlara hədsiz bir həyəcanla yanaşıram; Sizin hekayənizi oxuyandan sonra isə At- mənimçün böyük hərflə yazılan bir varlığa çevrildi!
    Səmimi ehtiramla,
    Əminə”

    “Mən (...) əsəri oxumağa başladım, həmin an anladım ki, orada nəsə dəhşətli hadisə baş verəcək... Canlı aləmə aid, xüsusən it və atlarla bağlı geniş fəfərrütla yazılan əsərlərə adətən ötəri ğöz ğəzdirirəm, onları diqqətlə oxuya bilmirə
    “At insesti” isə- bu, dəhşətli bir şeydir!
    Məni qınamayın... Mən bu əsəri sonacan oxuyb qiymətləndirə bilmərəm, Firuz
    Mustafa.
    Mənim bu işə gücüm çatmaz...
    (O dəqiqə bilinir ki, bu professional və istedadla yazılmış bir əsərdir).
    Ehtiramla.
    Marina Dutti”

    “At haqqında yazılmış bu əsər olduqca təsirlidir. Çox gözəl, hərarətlə, duyğu ilə yazılmışdır. Hətta, internetdə atların seleksiyası, ümumiyyətlə, atlarla bağlı yazıları da oxudum.
    ... Yadıma geoloq olduğum gənclik illəri düşdü. Mən atları ilk dəfə onda tanıya bildim. İndinin özündə belə, sanki fikirlərin əks olunduğu ağıllı at gözlərini xatırlayıram.
    Zoya Çeprasova”

    “Əsl əsər, həqiqi nəsr əsəri, insanı elə birinci cümlədən sehrləyir...
    Belə əsərləri oxumaq- adama zövq verir.
    Siz əsl sənətkarsınız. (...)
    Valentina Duşina”

    “Hekayənin başlıca mövzularından biri- qəddarlıqdır; canlılara, insanlara, uşaqlara qarşı yönəlmiş qəddarlıq.
    Hekayəni oxuyarkən öz-özümə düşünürdüm ki, görəsən niyə insanların bir qismi bu qədər qəddar, digər qismi isə tamamilə bunun tam əksinədir.
    Dayçanın sahibi, vicdanlı və başqasının dərdinə şərik olan bir insan, dayçanı öz anası ilə cütləşdirdiyi üçün özünü heç cürə bağışlaya bilmir. Və yəqin ki, o, sevdiyi qadını qoruya bilmədiyi və həyatının ağır çağlarında ona heç bir kömək edə bilmədiyi üçün, bütün ömrü boyu əzablar içində qovrulur.
    Çox həyəcanlı bir əhvalatdır. Heyif o canlılara və o insanlara.
    Olqa Klimova”

    “Sizin hekayə-triptixi oxuyarkən mənim yadıma İ.S. Turgenevin öz gündəliyində
    L.N.Tolstoyla bir görüşü haqqında yazdığı qeydlər düşdü.
    Yasnaya Polyananın ətrafında gəzinti zamanı onlar qocalmış bir at görürlər və və Tolstoy bu vaxt atla bağlı bir əhvalat danışmağa başlayir (sonralar bu improvizasiya onun “Xolstomer” povestinin əsasını təşkil etmişdir). Lev Nikolayeviç söhbət zamanı uzun ömrü boyu həyəcan və ağrılarla yaşayan atı elə dəqiq və psixoloji bir ustalıqla təsvir edir ki, Turgenev heyrətə gələrək dillənir: “Lev Nikolayeviç, Siz yəqin ki, nə zamansa at olmusunuz!”
    Firuz Mustafa, Siz atın hiss-həyəcanını, davranışını, “psixologiyasını” elə dəqiq təsvir etmisiniz ki, Tutgenevin dediyi həmin sözləri Sizin ünvanınıza da söyləmək olar; bu, həm də hekayəni yaradan yazıçının ustalığıni təsdiq edən bir etirafdır.
    Lyudmila Beresneva “

    “Sizin hekayənizi bir nəfəsə oxudum. Mən atların daxili aləmini özüm üçün kəşf etdim. İndiyə qədər onlarla yaxından tanış olmamışam. Əsər məni sarsıtdı. Sağ ol. Çox güclü yazilib.
    Natalya Lubyanko”

    “Gün aydın, Firuz Mustafa! Mən az-çox yazi-pozu ilə məşğul bir adam kimi deyə bilərəm ki, həm kompozisiya, həm də məntiq baxımından çox professional şəkildə yazılmış əsərdir. Amma məni sarsıdan bir məsələ barədə danışmaq istəyirəm. Deyirlər ki, (bunu həmin canlılarla yaxından tanış olanlar söyləyirlər) atlar da, bizim kimi anlayır, bizim kimi sevirlər. Bu söyləninənlər bir qədər mübahisəli təsir bağışlasa da, Sizin triptixinizi oxuyarkən hiss etdim ki, bu, həqiqətən belədir.
    Triptixin birinci hissəsi adamı sarsıdır; daycanın dünyaya baxışı sanki sadəlövh, işıqlı sabahın olacağına inamla baxan qayğısız insanları- bizim yeniyetməlik çağlarımızı yada salır. Və o zamanlar bir hadisə baş verəcəyi təqdirdə həmişə düşünmüşük ki, bizim köməyimizə anamız gələcək, amma sən demə, “ana yağlı əppəyə dönüb göyə çəkilibmiş”.
    Mən bu hekayəni ağrılarla oxuyub başa vurdum. Burada hər şey- üslub da, dialoqlar da, daxili monoloqlar da, əxlaqa aid fikirlər də mənim hədsiz dərəcədə xoşuma gəldi; bir dəfə satqınlıq etsən bunu yenə təkrar edəcəksən; yeri-göyü yaradanın cəzası isə heç də uzaqda olmur; budur, bədbəxt bir insan, onu nə vaxtsa sevmiş bədbəxt bir qadın, öz sahibinə sədaqətli olan bədbəxt bir at və qanunauyğun bir final- ölüm...
    Saule Karabayeva”

    “Sağ olun və həmişə yazıb-yaradın, Firuz Mustafa!
    Bu əsər- klassikadır. Həm üsubuna, həm detallarının obrazlılığına, həm dialoqlarına, həm də personajlarının xarakterinə görə. Mən şadam ki, belə son dərəcə gözəl (əsl yazıçı!) hərdən mənim yaradıcılığımla da maraqlanır...
    Əsərdə yerli kolorit də məni çəkdi. Mən öz xalqina və onun adət-ənənsinə belə həssas münasibət bəsləyənləri çox sevirəm. Firuz, Sizin əsərləri kim tərcümə etmişdir? Tərcümələr nöqsansızdır.
    Lyudmila Volkova”

    “Sizin əsərlərinizi oxuduğum zaman yaşadığım anlar üçün sağ olun!
    Sizin hekayəniz- klassdır, əsl nəsrdir...
    Sizə ehtiramla,
    Marina Kario”

    “Çox güclüdür, obrazlıdır, Firuz Mustafa. Mən bir neçə saatdır ki, bu hekayənin təsiri altındayam. Məni nəsr oxumağa sövq etmək çətin məsələdir; amma məni bu əsərdən ayrılmağa bir kimsənin gücü çatmazdı. Mən qəlbimin ən dərin qatınacan sarsılmışam. Siz misli-bərabəri olmayan bir istedadsınız.”
    P.S.
    Zəif və qeyri-adi dərəcədə xeyirxah bir insanın əzab və həyəcanlarını belə belə ustalıqla verdiyiniz üçün Sizin istedadınız qarşısında baş əyirəm. Atın duyğu və hisslərinin təsviri də misilsizdir! Bu, ağlasığmaz dərəcədə güclüdür!
    Ehtiramla.
    Lyudmila Kurışeva (şairə, həkim)”

    “Biləsiniz ki, mənim ən böyük nöqsanım bəlkə də fikri uzatmadan, aydın-yığcam şəkildə deməyi bacarmamağımdır. Amma mən əmin olmaq istərdim ki, Siz məni indi qələmə aldığım bu qısa yazıdan da anlayacaqsız. Mən uzun müddət emosional çılığınlığın deyil, təmkinliliyin tərəfdarı olmuşam. Amma mən indi o cür fikirlərdən daşınaraq düşünürəm ki, sözün vaxtında və döğru-düzgün deyilməməsi insanı səhv yola apara bilər. Sevimli adama və doğmalara öz ürəyindən keçənləri məqamında demək, onları nə vaxtsa edə biləcəkləri səhvlərdən uzaqlaşdırar. Əgər sən vicdanının tam əksinə olan bir şeyi qətiyyətlə qəbul etməyib onunla barışmasan çox bəlalardan yaxa qurtara bilərsən. Emosiyaları öz daxilində sıxıb saxlaya bilərsən, amma onlar sənin içində alova dönər, sənin ürəyinsə nə qədər dözsə də günlərin bir günü yanıb kül olar.
    Əziz Firuz, əsər çox xoşuma gəldi. Xüsusən də atın hiss-həyəcanının təsviri. Sanki baş verənlər sənin öz içindən ötüb keçir.
    Ehtiramla.”
    P.S....əsərlərinizi oxumaq qətiyyən mənim vaxtımı almır, əksinə, Sizin mənim yaradıcılığıma vaxt ayırıb məni ruhlandırmağınız çox xoşdur. Mən ona görə Sizin əsərləri oxuyuram ki, onlar həqiqətən maraq doğurur. Düşünürəm ki, bu günlərdə yenə vaxt ayıracağam.
    Görümək arzusuyla! Sizə böyük ehtiramla!
    P.P.S. Yeri gəlmişkən, mən Sizin yazdığınız məktubları hansı əlifba ilə- kirillə və ya latınla olasından asılı olmayaraq, hətta bunu hiss etmədən, çox gözəl anlayıram.
    Yevgeniya Şendrika (Riqa, şairə)

    “Gözəl əsərdir.
    Zəhmət olmasa deyin, bu triptix əvvəllər nəşr olunubmu?
    Ehtiramla.
    Olqa Şarikova”

    “Firuz-abıy, mən əsəri oxuyub ağladım. Yaşadığım ağrı sanki ürəyimi parçaladı. Siz çox güçlü, sərrast yazırsınız.... Hər söz yerli-yerində işlədilib, tərcümə olduqca gözəldir. Mən çoxdan idi ki, bu qədər təsirli və ağlasığmaz dərəcədə hissiyyatlı əsərlə rastlaşmamışdım.... Çox sağ olun, yaşayın!
    Sizə ehtiram və yüngül qələm arzusu ilə.
    P.S. Firuz-abıy, Sizə xoş güzəran, uzun ömür, yaradıcılıq üğurları arzu edirəm.
    Böyük şükranlıq hissi ilə,
    Ayşa Umbetova”

    “Firuz Mustafa, Sizin hekayəniz məni çox təsirləndirdi. Bu duyğulu bir əsərdir. İndiki zəmanədə belə dərin yazıçılara nadir hallarda təsadüf olunur. Mən öz əsərlərinə milli koloriti hopdura bilən yazıçı və sənətkarlara böyük maraqla yanaşıram. Cingiz Aytmatovu hədsiz dərəcədə sevirəm.
    Sizə yaradıcılıq uğurları arzusu və ehtiramla,
    Natalya Şalina Semyonova”


    “...bu nəcib heyvanlarda yüksək bir əxlaq yaşamaqdadır. İnsanlar bu barədə düşünsəydilər pis olmazdı.
    Əgər atın sahibinin vecinə olmasaydı belə, atın özü belə bir seçim (intihar-red.) edəcəkdi.
    Əsərin finalı- həyata bərabər bir ölümdür.
    Çox təsirli bir hekayədir, bundan başqa əsər özündə insani əxlaq yaşadır.
    Sağ olun.
    Ehtiram hissi ilə,
    Lyudmila Kalinovskaya”
    “Gözəldir, hətta, olduqca gözəldir.
    (...)
    Sizə ehtiramla.
    Yuriy Feldman”

    “Əssəlamu- əleyküm.
    Çox gözəl bir əsərdir.
    Mən sanki təzədən öz uşaqlığıma qayıdıb Udaloy adlı madyanimin belinə yatdım.
    Səhər yemək üçün mənə verilmiş qənd parçasını ona uzatdığımı, onunsa təşəkkür edirmiş kimi isti bir nəfəslə fınxırdığını təzədən xatırladım. Həmin at müharibənin dəhşətlərindən keçib “komissovat” olunmuş və artıq qocaldığı üçün dövlət müəssisəsinə verilmişdi.
    İkimərtəbəli, üstü samanla örtülmüş at tövləsi bizim həyətdə yerləşirdi. Anam atlara baxırdı, atam isə arabaçı vəzifəsinə götürülsə də, ağac gövdələrini atlara qoşaraq sudan çıxarıb üst-üstə yığmaqla məşğul olurdu.
    Mən demək olar ki, atlarin arasında böyümüşəm. Bizim küçənin oğlan uşaqları səbrsizliklə iş gününün başa çatmasını ğözləyirdilər; biz bundan sonra atları yuxarıdakı çaya qədər qədər çapıb sonra gerı dönürdük. Həmin çayda biz üzüyuxarı üzür, ürəkdən şənlənir, çimir və atları da çimizdirirdik. Sonralar atı başqa yerə apardılar və o zaman uzun müdddət ağladığımı mən indi də xatırlayıram...
    Ehtiramla, Mavlut Hafiz,
    İakut”

    “Ah, necə güclü bir hekayədir.
    Bu sözün həqiqi mənasında əsl əsərdir.
    Belə bir hissi yalnız “Xolstomer”i (L.Tolstoyun əsəridir-red.) oxuyarkən keçirmişəm.
    Yan Bruşteyn”

    “Oxuduqca sanki şaxta canımı dalayırdı.
    Çox güclü yazılıb.
    P.S. Göylə yeri birləşdirmək çətin məsələdir.
    Siz buna müvəffəq olmusuz.
    Mariyan Şeyxova”

    “Təsirli, bəsirətli bir hekayədir! Burada hər şey heyrətamizdir! Oxuduqca bədənim titrəyirdi! Siz əsasən iri həcmli əsərlər yazırsınız, təəssüf ki, vaxt azlığına görə yazılanların hamısını oxuya bilmirəm. Mən Sizin bütün əsərləri oxuyar, oxuyardım.
    Sizə uğurlar və daimi ilham arzulayıram!
    Yekaterina Qorbunova-Mosina”

    “Allah insanı bu əsərdəkinə bənzər qonşudan qorusun! Qoy heç bir bəndəni şeytanlar yoldan çıxara bilməsin. “Sənin üzünə vurar, o biri atı irəli ver”. Əsərin qəhrəmanı məhz bu cür hərəkət edir. Bəs nəticədə nə baş verdi? Qonşunun qarşısında kim duruş gətirə bilmədi, öz atını kim satdı, baş verənlərə kim öz həyatı bahasına cavab verdi? Bütün hallarda “göz-gqzə” daha ədalətli səslənir. İnsanın satqınlığı canavar dişindən və ilan zəhərindən daha dəhşətlidir; çünki vəhşilər özlərini və öz balalarını müdafiə etmək və ya yem əldə etmək məqsədilə diş qıcayırlar. İnsan əclaflığı isə qapqara həsəddən doğulur.
    Həsəddən kin doğur, kin isə insanda bütün insanlığı öldürür.
    Təəssüflər ki, əsərin sonluğu ədalətin qələbə çalacağına bir ümid yeri qoymur.
    Ehtiramla və Sizin ev-eşiyinizə xoşbəxtlik arzusu ilə,
    Lyubov Terexova”

    Salam, Firuz Mustafa.
    “At günü” hədsiz dərəcədə gözəl bir hekayə-triptixdir. Başqa əsərlərinizi də oxumağa başlamışam. Hamısı yüksək səviyyədə, istedadla, amma intəhasız bir ağrı ilə yazılmış əsərlərdir. Mənə bu cür əsərləri oxumaq ağır başa gəlir- özümü üzlmüş hesab edir, hətta, xəstələnirəm.
    Misilsizdir.
    Ehtiramla,
    Natalya Estevan”

    “Firuz Mustafa, əsər mənim hədsiz dərəcədə xoşuma gəldi.
    Orada əbədi, həqiqi olan dəyərlər barədə söhbət açılır.
    Oxuduqca çox şeylər haqqında düşünməli olurasan. Xoşbəxtlik nədir, məhəbbət nədir? Ləyaqət nə deməkdir, insanı insan eləyən nədir?
    Çox ağıllı, həyati bir hekayədir.
    Hədsiz dərəcədə gözəl yazılıb, atların həyatından verilən səhnələr əsrarəngizdir.
    Bu təmiz səhnələrdə- ölüm təhlükəsi ilə üz-üzə gəlmə, canavarla qarşılaşma, insan həyatı ilə bağlı lövhələrdə necə kontrastlar var. Amma buradakıların heç də hamısı təmiz varlıqlar deyil. Burada insanlar tərəfindən aldadılsa da belə, sonacan təmiz qalan təkcə dayçadır.
    At sahibinin uzun monoloqu belə, əsərlə üzvi vəhdətdədir.
    Bu monoloq təkcə düçar olduğu dərdlərdən irəli gəlmir, bu, özü özünü bağışlaya bilməyən bir adamın iniltisidir. O, üçqat iradəsiz adamdır, bütün baş verənlər üçün qonşusunu müqəssir bilsə də belə, hesab edirəm ki, düşdüyü fəlakətlərdə əsl günahkarın kim olduğunu bilir. Həmin günah sahibi elə onun özüdür. Alçaq bir kəs səni nə qədər aldadıb yoldan çıxartsa da, sənin ona: “Yox!”- demək haqqın var.
    Amma o, bir dəfə də olsun “yox”-deyə bilmir.
    Əgər o, müqavimət ğöstərsəydi, sevdiyini başqası aımazdı, atını qonşuya satmazdı, dayçanın öz anası ilə cütləşməsinə imkan verməzdi...
    Firuz, bu əsərə görə çox sağ ol.
    Hörmətlə,
    Yuliya Yolka”

    “Salam, Firuz Mustafa!
    Siz güclü bir əsər yazmısınız, oxucular ona etinasız qala bilməzlər.
    Dayça və onun anasının –gözəl kəhər atların obrazı necə də məhəbbətlə təsvir edilib!
    Mən oxuduqca ağlayırdım, elə buna görə də gec rəy yazmalı oldum.
    Burada insanın sifəti…insanla bağlı sədlər… bütün bunlar, indi qarşılıqlı əlaqədə görünür.
    İnsanları mühakimə etməmək… Bəs insan öz nağılı- öz məhəbbəti uğrunda niyə
    döyüşmür?
    Və o, niyə başqası tərəfindən ram olunur?..
    Bəs hanı sərhəd, o sərhəd ki, onun üstündən heç kəsin addımlayıb keçməsinə imkan verilməsin?
    Yaxın qonşu… Dayan… O yana keçmək olmaz… Ora sənin ərazin deyil!
    Aman Allah!
    Qəhrəmanlar o qədər realdır ki, nəyisə…əlavə etmək mənasızdır.
    Çax sağ ol!
    Ehtiramla,
    Tatyana Kojuxova”

    “Salam, Firuz bəy. Çox sevinirəm ki, dostlarımın məsləhəti ilə bu əsərinizi oxudum. Çox gözəl yazı üslubunuz var. Düşünürəm ki, tərcümə zamanı üslub qorunub. Bu əsəri öz dilimizdə də oxumaq istərdim.
    Sag olun və yaradın.
    Sayğılarla,
    İslam Bağırov”

    “Xoşuma gəldi. Siz canlıların həyatını necə də gözəl bilirsiniz. Mən ani olaraq özümü dayçanın yerində hiss etdim. Həm də məsələ bundadır ki, mənim adımın mənası elə “nursaçan dayça” deməkdir.
    Nurtay”

    “Məni bu əsərin məzmunu, kulminasiyası, keçidləri heyrətə gətirdi. Adamın baş qəhrəmana yazığı gəlir. Amma Siz haqlısız: bütün ləyaqətli adamlar hər şeyi ürəklərinə götürür.
    ...Bu, dahiyanə həyat hekayəsidir.
    Gülbəniz Qəmərli (Almaniya)”

    “At günü” hekayəsinin psixologiya və fəlsəfəsi anındaca diqqəti çəkir. Çox gözəl əsərdir.
    Fəxrəddin Oruc Qəribsəs (Dağıstan, Dərbənd, şair-publisist)”
    ““At günü” qeyri-adi dərəcədə parlaq bir əsərdir. Obrazlar əbədi olaraq yaddaşa hopur.
    Qalina Polnyak”

    “AT GÜNÜ” hekayəsi haqda yazılmış məqalələr
    Firuz Mustafanın “At günü”
    əsərində qoyulan
    problemlər
    11.02.19
    Firuz Mustafa ədəbiyyatımızda nəsr əsərləri və dramları ilə özünəməxsus bir yer tutub.İndi Firuz Mustafanın “At günü ” hekayəsindən söhbət açmaq istəyirəm. Yazıçı bu kiçik nəsr fomasında böyük fikirlər əks etdirib.
    “At günü ” hekayəsi triptix janrda yazılıb. “Qaçış”,”Intihar”,”Son” adlı hissələrdən ibarət olan əsər insan psixologiyasını,insani keyfiyyətlərin itirilməsini açıq şəkildə oxucuya göstərmişdir. .Bu Azərbaycan ədəbiyyatında bir ilkdir. Yazıçı bu yöndə ədəbiyyatımıza bir yenilik gətirdi. Əsərin özünəməxsus cəhətlərindən biri də yazıçınin əsərdəki obrazlara ad verməməsidir. Bəs yazıçı bununla nə demək istəyir?
    Əsərdəki obrazların xüsusiyyətləri tək bir və ya bir neçə insana aid deyil.Buradakı problemlər əslində çox təəssüf ki,hal-hazırki bəşəriyyətin, insanlığın problemidir.Ona görə də əsərdə əsas obraz kimi insan götürülməlidir. Hekayədə hadisələr elə cərəyan edir ki,bir yerdən sonra düşünürsən:”Heyvanlar insanlardan daha əxlaqlı olmağa başlayıb?”.Əsərdə kuliminasiya nöqtəsi kimi isə mən atın bu əxlaqsızlığa dözə bilməyib,özünü yerə çırpıb intihar etməsini götürərdim.Bu səhnə çox təsirləndirici idi.
    Firuz Mustafanın “at”ı ilə İsmayəl Şıxlının “Dəli Kür”ündə Cahandar ağanın atını qarşılaşdırarkən aradakı fərqin çox böyük olduğunu görə bilərik. “Dəli Kür”də görürük ki,Cahandar ağanın düşmənləri atının quyruğunu kəsirlər. Cahandar ağa bu hadisəyə göz yuma bilmir,nə qədər ağrılı olsa da öz atının canına qıyır.Çünki ,o dövrdə arvad,at,silah kişinin namusu sayılırdı. Dönüb “At günü”əsərinə nəzər salanda burada atın nə qədər insanlar tərəfindən alçaldıldığını görürük.Bu da bizə dövr keçdikcə dünyanın nə qədər dəyişdiyinin,insanların insanlıqdan çıxdığının göstərgəsidir.
    Hekayədə biz insanların qəddarlığının,hiyləgərliyinin şahidi oluruq. Bunu əsərdəki bu sitat da sübut edir:”Qonşu, heyvan nə qədər ayıq olsa da, biclikdə insana çata bilməz”.Burada daha bir faktı da görürük ki,insan cəmiyyətdəki mənfiləri görüb susmamalıdır. Əks təqdirdə hər şey çox gec ola bilər. Necə ki, əsərdə dayça sahibinin qonşusuna demək istəyib də deyə bilmədikləri kimi. Dayçanın sahibi pul ucbatından öz kəhərini satır,qonşusuna qarşı gələ bilməyib “günah”adlandırdığı işə ortaq olur. Amma içində qonşusuna nifrət edir,etdiklərinə düzgün baxmır.Bu iç səsi onun infarkt olmasına gətirib çıxarır.Biz nə qədər düzgün düşünsək də,əməlimizdə bunu göstərə bilmiriksə ,bu bizim müsbət insan olmağımıza dəlalət etmir. İnsanın sözü,düşüncəsi ilə əməli arasında uçurum olmamlıdır.
    Cəmiyyətin necə çirkləndiyini əsərdəki bu cümlə daha yaxşı təsvir edir:”Hər tərəf zülmətə qərq olmuşdu.Göydəki ulduzların nuru yeri işıqlandıra bilmirdi.”

    Şayəstə Yaqubova

    Firuz Mustafanın “At günü”
    06.02.19

    Görkəmli nasir, dramaturq Firuz Mustafa hər zaman cəmiyyətin sosial, mənəvi problemlərini düşünən sənətkarlarımızdan olmuşdur. Onun hekayələri olduqca maraqlı və dərin mənalıdır. O, bir müsahibəsində belə demişdir: “Hekayə yazmaq bəlkə də roman yazmaqdan çətindir”. Bu fikrində tamamilə haqlıdır, çünki belə dərin mənaları hekayələrə yerləşdirmək heç də asan deyildir. Firuz Mustafa bu işi çox böyük ustalıqla yerinə yetirmişdir.
    Firuz Mustafanın hekayələri mövzu rəngarəngliyi ilə diqqəti cəlb edir. O, hekayələrində insan, cəmiyyət, mənəvi dəyərlərin zəifləməsi və bununla əlaqədar insanların həyatında baş verən hadisələri əks etdirir.
    Firuz Mustafanın “At günü” əsəri triptix-hekayədir. Yəni 3 hissədən ibarət hekayədir. Hissələri “Qaçış”, “İntihar" və “Son”dur. Triptix-hekayələrdə əsas problemlər ikinci hissədə öz əksini tapdığı kimi bu əsərdə də əsas hadisələr ikinci hissə olan “İntihar”da verilib. Bu hekayə mövzuya yanaşma və təqdimetmə baxımından tamamilə fərqli və orijinal bir əsərdir. Əsər olduqca düşündürücüdür. Belə ki, burada mənəvi-əxlaqi problemlər, insanların bəd əməllərindən doğan faciələr öz əksini tapmışdır. Mənəviyyatsızlığın törədə biləcəyi problemlər böyük ustalıqla nəzərə çatdırılmışdır. Bu əsər vasitəsilə biz insanların insanlığa yaraşmayan əməllərinin başqalarının həyatını necə məhv etməsinin şahidi oluruq. Hekayədəki iki qonşudan birinin timsalında insanların mənəvi dəyərlərdən necə uzaq olduğunu görə bilərik.
    Əsər “Qaçış” hissəsi ilə başlayır. Dayça bir övlad kimi anasını çox sevir, ondan uzaqlaşdırsalar da, o, anasına çatmaq istəyirdi. Buna görə də o, var gücü ilə ilxıya tərəf qaçırdı. Əsərdə yazıçı dayçanın hisslərini belə təsvir edir: “Dayça elə bil hiss eləyirdi ki, göydəki «atlara» çata bilməyəcək. Amma nə оlsun ki? О nəfəsi kəsilincəyə qədər çapacaq, yalnız əldən-ayaqdan düşəndən sоnra ətirli оtların üstünə uzanıb sinəsi atlana-atlana, dərindən tövşüyəcəkdi. Qоy anası оnun necə fərasətli, qоçaq bala оlduğunu görsün. Qоy о “ilxı”dakı başqa atlar da оnun övlad sədaqətini görüb heyran qalsınlar...”.
    Hadisələr dayçanın istəyinin əksinə inkişaf edirdi. İnsanlığa yaraşmayan əməlləri ilə qonşusunu ağır dərdlər dünyasına qərq edən, mənəvi dəyərlərin nə olduğunu bilməyən qonşu dayça ilə anasını cütləşdirmək istəyir. Digər qonşu buna etiraz etsə də, bunun günah olduğunu söyləsə də, o, bunu anlamır. O belə deyir: “Nə оlsun ki, anasıdır?.. At üçün nə ana, nə bala?.. Eh, qоnşu sən də… At nə qanır ki, günah nədir? Rəhmətliyin оğlu, indi camaat öz arvad-uşağının, ana-bacısının təəssübünü çəkə bilmir. Sən də başlamısan kəhər elə getdi, dayça belə getdi… Atın namusunu çəkən оlmusan?”. Buradan biz artıq onun necə mənfi düşüncələrə sahib olduğunu anlayırıq.
    İkinci hissənin adı da məqsədyönlü olaraq “İntihar” qoyulmuşdur. Dayça bu dəhşətə dözə bilmir. O, bunu özünə sığışdıra bilməyib özünü bərk yerə çırpır, intihar edir. Buradan görünür ki, dayçanın malik olduğu yüksək mənəvi-əxlaqi dəyərlərin bir zərrəsi belə o qonşuda yoxdur. Bununla o həm dayçanın, həm kəhərin, həm də qonşunun həyatını məhv edir. Belə insanlar cəmiyyətin mənəvi cəhətdən məhvinə gətirib çıxara bilər.
    Hekayənin üçüncü hissəsi olan “Son”da qonşusunun əməlləri nəticəsində dərdlərə düçar olan qonşunun monoloquna geniş yer verilir. Buradan biz o mənəviyyatsız qonşunun daha əvvəldən də yaxşı qonşuya qarşı törətdiyi əməllərini öyrənirik. O, qonşusunun sevdiyi qızla evlənmişdir. Bununla o, qonşusunun həyatını, arzularını məhv etmişdir. Lakin o heç də bunlardan dərs çıxarmır, yenə də öz mənəviyyatsız davranışlarına davam edir. O, həmin qonşusunun yasında papiros çəkir, gülür. Biz bu əsərdə insanın insanlıqdan çıxmasının zərərlərinin şahidi oluruq. Burada C.Ruminin sözünü xatırlamaq yerinə düşərdi: “Biz elə məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən isə şeytanlar insan olmadıqlarına görə sevinirlər”.
    Firuz Mustafa mənəvi-əxlaqi problemləri, insanların mənəviyyatsızlığını bu əsərdə oxuculara qeyri-adi bir üslubla, orijinal yanaşma tərzi ilə çatdırır.
    Əhmədova Günel


    Firuz Mustafanın “At günü” hekayəsi
    04.02.19

    Öz fəlsəfi təfəkkürü ilə ədəbiyyatı vəhdətləşdirən 80-ci illər nasiri, dramaturqu Firuz Mustafa nəsrimizdə yeni cığır açmağa nail olmuş, yaradıcılıq üslubunu fərdiləşdirmişdir. Firuz Mustafa yaradıcılığının özəlliyi ondadır ki, o, ənənəvilikdən qaçmamış, əksinə ona müasirlik kredosu ilə baxmış, ənənəviliklə müasirliyi çulğalaşdırmışdır. O, kiçik janrla böyük söz demə ustalığına malik tək-tük sənətkarlardandır. “At günü” hekayəsi bədii qayəsi, orijinallığı ilə ədəbiyyatımızda yeni hadisə sayılır. O, heyvan “təfəkkürü” ilə insan mənəviyyatsızlığını qarşılaşdırır.
    Üç hissənin hər birinə (“Qaçış”, “İntihar”, “Son”) ad verən müəllif simvolik olaraq atdan istifadə etmişdir. Azərbaycan ədəbiyyatında at kultu çox qədim ənənələrə söykənir. İstər atalar sözlərimizdə, istər xalq dastanlarımızda at qəhrəmanlıq, mübarizlik, məğrurluq simvolu kimi səciyyələnir. “Kitabi Dədə Qorqud” dastanlarında Bamsı Beyrək atını belə öyurdu:
    At deməzəm sana qardaş deyərəm,
    Qardaşımdan yey!
    Başıma iş gəldi, yoldaş derəm.
    Yoldaşımdan yey!
    Firuz Mustafa “at”ı da müxtəlif sınaqlardan keçərək zirvəyə ucalır. O “qaçırdı”. Hara? Niyə Nə üçün Gəncliyin havası başında dolanan dayça azadlığa qaçırdı, göy üzü onun üçün azad olduğu tək yer idi, o da “ilxı”sına, “ana”sına qaçırdı. Əsarətdən qurtulmağa çalışan dayçanın cəsarəti reallığın, qarşıda yaranacaq təhlükənin qarşısını ala bilməmişdi. Onu azadlıq eşqi uçuruma – təhlükənin düz mərkəzinə gətirmişdi. Canavar pəncəsindən onu “insan səsi” xilas etmişdi. Başına gələnlərdən dərs çıxaran dayça artıq “ilxı”sını göy üzündə axtarmırdı. Böyüdükcə digərləri kimi, onda da öz cütünü seçmək hissi baş qaldırırdı. Lakin cinsi azadlıq hissi ona çox görülmüşdü. Sən saydığını say, gör fələk nə sayır... Pisliyi, riyakarlığı özünə “peşə” seçən dayça sahibinin qonşusu onun bu hissinə hiylə ilə əl atmağı planlaşdırırdı. Təklifi isə belə idi: dayçanı öz anası ilə cütləşdirmək. Dayça sahibi hər nə qədər etiraz edib bunun günah olduğunu desə də, qonşunun məkrli niyyəti onu inadından döndərir. Bədbəxt dayça bu çətin sınaqla üzləşməli olur.
    Əsərin ikinci hissəsində “İntihar” da hadisələr qonşunun hiyləsi fonunda iştirak edir. Dayça birinci dəfədən qaçsa da, ikinci dəfə gözübağlı anası ilə cütləşir. Şəhvani hisslərin qurbanına çevrilən dayça bu hərəkəti özünə bağışlamır, günahı olmadığı təqdirdə özünü yerə çırpır, intihar edir, günahsızlığa qovuşur. At üsyan edir, insan namussuzluğuna, şərəfsizliyinə, alçaqlığına. Məğrurluq rəmzi hesab olunan at bu dəfə məğlubiyyətə düçardır. Bu, bir heyvanın ehtiras üzərində qələbəsidir. Bu, insanlığın mənəvi cinayətidir.
    Əsərin “Son”u böyük ustalıqla qələmə alınmışdır. Dayça sahibi sadəlövh, məzlum insanların ümumiləşmiş obrazı kimi səciyyələnir. O, qonşunun hiyləsinə inanır, atı ölərkən əlindən heçnə gəlməyəcəyini bildiyindən ağlayır, qonşu mənəviyyatsızlığının qarşısındakı acizliyinə, zəifliyinə için-için ağlayır. Bu hissədə onun monoloquna geniş yer verilir, acı taleyi oxucu gözü qarşısında canlandırılır. Əfsus ki, o bunları qonşusuna deyə bilmir, onunla üz-üzə gəlməkdən abır edir. Dayça sahibinin başına gətirdiyi müsibətlərə baxmayaraq, qonşu yenə “arsız”dır. Qonşusunun yasında deyib-gülür, papiros çəkir. Yazıçı bu obrazın simasında “şəxsiyyəti şəxsiyyətsizləşdirir”. Başdan ayağa rəzil obraz kimi yaradilan bu obraz ali təhsilli olmasına baxmayaraq, mənəviyyatca sinifdə qalır. Əsərin sonu, doğrudan da, obrazların sonudur. Bu əsərdə şər cəzalandırılmır, sona qədər irəliləyir.
    Firuz Mustafanın yazdığı hər bir əsərdə idrakla hiss eyni vəhdət təşkil edir. O, yaratdığı insan-heyvan ziddiyyəti ilə cəmiyyətə ziyan vuran, insan adına ləkə olan “qonşu”ları pisləyir.
    Fatimə Zeynalova



    İtirənlər
    Firuz Mustafanın “At günü” hekayəsi
    haqqında
    31.01.19

    Azərbaycan ədəbiyyatında hekayə-triptix janrına müraciət edən ilk yazıçı Firuz Mustafadır. Haqqında danışacağım əsər Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə olan “At günü” hekayəsidir. Müasir oxucular üçün bənzərsiz və orijinaldır. Niyə məhz “At günü?” “Qaçış”ı oxuyarkən yalnız at obrazının canlandırıldığını düşünmüşdüm. Az sonra əsərin simvollarla zəngin olduğuna və atın müstəqil obraz olmasına baxmayaraq, onun vasitə, daha aydın desək, bir rəmz olaraq yaradılmasına əmin oldum. İntihar hissəsində Yaxşı və Pis Qonşularla tanış oluruq. İki qonşu arasında ixtilaf, hadisələrin kəskin gedişatı Tanrının yaratdığı dilsiz-ağızsız heyvanların da günlərini qara etmiş, onların ölümünə də səbəb olmuşdur. Şahidi olduğumuz münaqişələr bir günə, bir aya ərsəyə gəlməyib. Bu Qordi düyünü illər əvvəl bağlanmışdır. Elə möhkəm bağlanmışdır ki, açılması müşkül idi... Məhz dayçanı da didərgin salan bu idi. “Qəribə idi: onun axtardığı, havasına uçduğu ilxının atları göyün üzünə səpələnmişdi. Sanki o atları göyün sinəsi ilə axıb gedən bulud – dalğaların qoynunda çabalayır, üstlərinə gələn qorxunc selə sinə gərir, xilas olmağa çalışırdılar...” Bəli, bu dayçanın bir gecə də başına gələnlərdir. Dayça baş götürüb qaçır. Bir istəyi vardı: göydəki “ilxı”nın arxasınca çapıb onlara yetişmək. Qaçış insan əməlinin ilkin nəticəsi idi... Bu qaçış adi, sıravi qaçış deyildi. Birinə qovuşmaq, digərlərindən isə canını qurtarmaq. Bu idi dayçanın amalı.
    Pis Qonşunun əməlləri nəinki onun qonşusuna, hətta atına da təsirsiz ötüşmür. Atın sahibi onu ölümdən xilas etsə də sonra baş verəcək hadisə onun məhvini labüd edir. Qaçılmaz ölüm insan günahının bağışlanmaz, qorxunc nəticəsi idi. Bu ana madyanla cütləşən balanın qandonduran, faciəli sonuydu. Əməl yiyəsi isə yenə də əvvəlki ampluasında idi. Şərəfli ölümü şərəfsiz həyatdan üstün tutan atın intiharı “zəhər” lənmiş insan övladına dərs olmur. O, növbəti günahlara imza atır və zərrə qədər də olsun elədiklərindən peşman olmur, əksinə “bir at nədir ki, ondan ötrü biabırçılıq çıxarırsan” – deyərək özünü haqlı hesab edir. Bala intihar edir, ana ağlayır... Müəllif ikicə cümlə ilə oxucunu kövrəlib ağlamağa məcbur edir: “Ana at ağır, asta addımlarla dayçaya yaxınlaşıb başını yerə əydi. Onun ölgün gözlərində gilələnən iri yaş damcıları üzüaşağı diyirlənirdi”... Bəli, at ağladı, adam ağlamadı. “Vicdan insanların doğru yol göstəricisidir” - deyib Tolstoy. Bizim qəhrəmanın göz yaşları kimi vicdanı da qurumuşdur. Cəhənnəmin dibinə – zülmət qaranlığa çökən bu adamı insanlığa bağlayan yeganə bağ da üzülür. Öz günahını ölümü ilə yuyan at “pis qonşular”a ibrət olmalı, onlara heyvan deyil, insan olduqlarını xatırlatmalıydı. Zamanmı dəyişdi, yoxsa insanlar? Birinci toyuq yaranıb, yoxsa yumurta sualı qədər bəsit və mənasızdır.” At günü”ndə riyakar, ikiüzlü adamın etdikləri atları lərzəyə gətirir. Madyanın iki damla göz yaşı zəmanənin hayqırtısıdır. At canını tapşıran balasına deyil, insanlara ağlayırdı.
    Dünya şöhrətli rəssam Pablo Pikasso İspaniya rəsmilərinin sifarişi ilə “Gernika” rəsm əsərini yaradır. İspaniya İnqilabı və vətəndaş müharibəsini əks etdirən rəsm əsəri abstrakt formada, ağ-qara qammalarla faşizmi ittiham edərək, insanların qanlı faciəsini əks etdirirdi. Əsərin repraduksiyasını Pikassonun qarşısına qoyan gestapo rəssama ritorik sualı ünvanlayır: “Bunu siz etmisiniz?” “Xeyr, bu sizin öz əməlinizdir” – deyə Pikasso cavab verir.
    “Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... Dayçanın ağzından qan gəlirdi”. Bu, canlı rəsm əsəri isə “mədəniyyət” işçisi olan mədəni, gestapo qonşunun əməlinin bəhrəsiydi.
    Yerli ədəbiyyatda heyvan və insan psixologiyasının sintezi, Elçin, İsmayıl Şıxlı, Aslan Quliyev və başqalarının yaradıcılığında rast gəlinir. A.Quliyevin “Oğraş qarğa” hekayəsində heyvanlar insan kimi danışır və düşünürlər. F.Mustafanın atları isə danışmır. Onlar dillə yox, hərəkət, gözləriylə danışaraq bizə həqiqətləri görsətmiş olurlar. Heyvanın insandan daha əxlaqlı təsviri faciənin dərinliyindən xəbər verir. O dərinlik çoxlarını uddu. Ləkələnmiş, mənən çirlənən bu adamlar fiziki olaraq yaşayır, başqalarının da həyatını məhv edirlər. Nə gözəl deyib ustad: “Bir nar ağacı var, bir də dar ağacı, namərdə nar düşdü, igidə dar ağacı”....
    Hekayə əvvəlcə 2004-cü ildə “Ulduz” (№1) jurnalında işıq üzü görmüş, 2008-ci ildə “Literaturnıy Azerbaydjan”(№11) toplusunda Mədinə Eldarovanın tərcüməsində çap edilmişdir. Sonrakı mərhələdə müəllifin bir sıra digər əsərləri ilə birlikdə Rusiyanın məşhur ədəbi saytlarında yerləşdirilən hekayənin sanki “yeni həyatı” başlanmışdır; belə ki, aradan keçən qısa vaxt ərzində ölkəmizdə və onun hüdudlasrından kənarda yaşayan insanlar, habelə tanınmış qələm sahibləri, əsərlə bağlı çoxlu sayda fikir və mülahizələr söyləmiş, məqalə və rəylər yazmışlar. Müəllifin ünvanına gələn məktubların isə sayı-hesabı yoxdur.
    Kitabların oxunmadığı, bədii əsərlərin arxa plana keçdiyi bir dönəmdə “At günü”nün belə geniş əks-səda verməsi özlüyündə maraqlı haldır.
    Əsərdə insan mənəviyyatı və psixologiyasının qatları təbiət və canlı aləmlə müqayisə və qarşılıqlı kontekstdə təsvir edilmişdir.
    Aleksandra Akulova


    Firuz Mustafanın “At günü” hekayəsi ilə bağlı düşüncələrim
    və yaxud
    ÖZ ƏLİNLƏ DAĞITDIĞIN UÇMAĞ

    Düşünən insan daima öz içində və çevrəsində olub keçənləri bir-bir gözdən keçirdib olumlu və olumsuz yönlərini maqqab altına qoyub sınayır. Bu cür insan yaşadığı mühitin olaylarına uzaqdan durub baxan birisi deyildir. Nəyin bahasına olur olsun, o, çatışmazlıqlar, sorunlar və düyünlərə çözüm yolları axtarmağa çalışır. Araşdırmaqdan usanmayıb, vaz keçməyən insanların gəlişdirdiyi bilik- fəlsəfədir. Filosoflar fəlsəfənin sunduğu yollarla insan oğlunun düşüncə sorunlarına əlac axtaran həkimlər dir. Amma yalnız fəlsəfi dünyagörüşü ilə bəşərin bütün dərdlərinə əlac elmək olmur. İtaliyalı filosof və ortaçağ uzmanı, Umberto Eko belə bir fikir irəli sürür: “Bəzən filosofun deyə bilməyəcəyi şeyləri roman yazan deyə bilir.” Bu sözü bir ədəbiyyatçı desəydi filosofların özündən öncə tarixçilər, siyasətçilər və başqa elmlərin uzmanları tərəfi dərhal top ağzına bağlayacaqdılar. Amma Umberto Eko özü filosof olub fəlsəfədə uzun illər boyu professorluq etdikdən sonra roman yazan olub ədəbiyyata görə belə bir fikir irəli sürür.
    Firuz Mustafa da özü bir tanınmış filosofdur. Eyni halda ədəbiyyatda da uzmanlığı olan, fəlsəfədən qat-qat yuxarı addımlar götürdüyünü öz bədii yaradıcılığında tam ustalıqla sərgiləməkdədir. Eko kimi o da bədii yaradıcılığın daha üstün gücü oldğuna inanır və bu inancın yaradıcılığını biz onun əsərlərində görürük. Heç bir fəlsəfi mətn insanın ixtiyarına verilmiş uçmağı və bu uçmağın elə insanın öz əli ilə cəhənnəmə döndərilməsi fəlsəfəsini “At günü” hekayəsində obrazlaşdırıldığı kimi görüntüləyə bilməz. Firuz Mustafa bu uçmağı Azərbaycan yaylaqlarında balaca bir dayçanın özünü kəşfetmə macərası ilə göz önündə bədii estetikanın təxəyyül gücü ilə görüntüləyir. Əsər elə ilk cümləsindən başlayraq hər ifadəsində yeni və orijinal imgələrlə oxucunun təxəyyül gücünü oxşayır. İnsan bu gözəlliyin qarşısında dərin heyrətlərə dalır. Valt Dizni cizgi filmlərinin səhnələri kimi mətnin bədii imgələri bir-bir oxucunun ruhunu utopiya aləminə aparıb o gözəlliklər dənizində cumdurur.
    “AT GÜNÜ” hekayəsi üç bölümdən ibarət dir: 1. QAÇIŞ, 2. İNTİHAR, 3. SON. Yazıçı hər bölümdə bir başqa janrda çıxış edir. Birinci bölümdə dayça obrazının məsumluğu və doğal yaşamda hər canlının təkamül nöqtəsinə çatma sürəcini dayçanın yaşadığı mühitdə obrazlaşdırır. Bu bölümdə, baxmayaraq yazıçı yaşadığı dünyanın hər gün gördüyü doğal gözəlliklərini görüntüləyir, haman gözəlliklər oxucunun yalnız təxəyyül gücü ilə dərk olunan imgələrə dönüşür. Bir atın yaşadığı bütün duyğuları anlamaq üçün – bəzi tənqidçilərin dediyi kimi – “at olmaq” istəmir. Ürəyi incə və dünyagörüşü doğadan alınmış bir aydın çevrəsində olan bütün yaratıqların şüurunu və duyqularını duyub yaşaya bilər. Hər halda, qələmin ucuna endikdə bu təxəyyül gücü romantizm adlanır. Buna görə demək olar bu bölüm romantisizm janrında gələmə alınıb. Romantisizmin nə olduğunu burada açıqlamaq gərəkli görünür.
    “1770-1848 arasında Britaniyada başlanan ədəbi cərəyan romantisizm adlanır. Zeyinsəl (intellektual) baxımdan romantisizm aydınlatma (maarifçilik) cərəyanının tam tərsinə olan sərt bir reaksiya dır. Siyasi olaraq Amerika, Fransa inqilabları və Polşa, İspaniya, Yunanıstan və başqa yerlərdə baş vermiş istiqlal savaşlarından ilham aldı. Dyuqusallıq baxımından romantizm insan nəfsinin sınırsız onaylaması (təsdiqləməsi) və birəysəl (fərdi) təcrübənin dəyərini ülvi və sınırsız olanın idrakı ilə birlikdə bəyan etdi. İctimaii baxımdan qəhrəmancasına qabaqcıl nədənlər üzərində mübarizə apardı, baxmayaq bunlar usandıqda o çox vaxt daha acı, kədərli və məyusedici dünyagörüşü meydana gətirdi. Romantizmin əsas açar düşüncəsi dərinlik, və şüarı “təxəyyül” dür. Romantisizm klasik forma, konservativ əxlaqiyyat, avtoritar hökümət, şəxsi səmimiyyətsizlik və insan mötədilliyinə qarşı tükənməkbilməyən üsyan ifadə etdi.”
    Ensiklopediya Britanika yazır: “Romantisizmin özəl münasibətləri bunlardan ibarət dir: təbiət gözəlliklərini dərindən qimətləndirməsi, duyqunun məntiqdən və hissiyyatın zəkadan ümumi olaraq üstün tutması, özünə dönüş və insan şəxsiyyətini, əhvalı və beyinsəl çıxarını yüksək səviyyədə sınağa çəkmək; dahiyə, qəhrəmana və ümumilikdə müstəsna obrazlara qayğı, onun içindəki ehtiras və dalaşmalarına diqqət yetirmək; hünərməni (sənət adamını) çox yüksək səviyyədə yaradıcı birisi olaraq görmək, onun yaradıcı ruhu rəsmi qaydalar və dəb olan üsullardan daha önəmli olduğuna görə; ülvi təcrübə və mənəvi ruhiyyəyə bir keçiş qapısı olduğuna görə təxəyyülün üzərində təkid etmək; folklor mədəniyyətinə, milli və el mədəniyyətinin köklərinə və ortaçağ dövrünə qarşısıalınmaz maraq.”
    Romantisizmin bu iki ayrı açıqlamasında olan özəlliklərin çoxunu “AT GÜNÜ” hekayəsinin birinci bölümündə görmək olur. Ondan əlavə, hekayədəki bədii imgələrin orijinallığı və yüksək bədii üslubu, təhkiyə ustalığı, arxa planda olan düşüncəsi və dərin dünya görüşünə görə bu bölüm Azərbaycan və eləcə də dünya ədəbiyyatı romantizmnin ən yüksək örnəklərindən biri olaraq yaranıbdır. Bu bölümün dərinliklərinə enmək az öncə irəli sürülən fikirləri daha aydın açıqlayacaq.
    Süjet yerlə göyün kəsişdiyi yerdəki çəhrayı zolaq və bu zolaqda dəlisov çapan ilxının kişnərtilərini səhnəyə gətirərək eşitmə, görmə, lamisə duyqularını təxəyyül gücü ilə birləşdirib çəhrayı və qızılı rəngləri, at, bulud və şimşək simgələrini səhnələşdirir. Qızılı və qara buludlar şimşəyin qamçısıla antik ya Rafaelit dövrünün tablolarını yaradır. Yazıçı materialını yaşadığı vətənin doğasının gözəlliklərindən alıb canlandırır. Bu materiallar Azərbaycan kürüsü kimi yerli ürətim olduğuna baxmayaraq yaratdığı bədiilik baxımından dünya şöhrəti qazana bilən bir əsər oluşdurur. Yaradılmış o gözəl səhnədə dayça uzaq düşmüş ilxısını axtarır. Onun axtarışı istər-istəməz hekayənin mətnində gərilim yaradır. Bu gərilim oxucunu arxasınca çəkib aparır. Yazıçı əsərini romantizm məktəbində dramatik kinayə ilə başlayır. Yəni, bu romantik səhnədə oxucu yer ilə göyün kəsişdiyi yerdə o çəhrayı zolağın, qızılı və qara buludların içində təbiətin gözəlliyini görür və orada ilxının olmadığını bilir, amma yazıçı təxəyyül gücü ilə dayçanın düşüncəsinə varıb o buludları dayçanın düşüncəsində ilxı kimi canlandırır.
    Birinci bölümdə oxucu romantizm janrının təxəyyül gücü ilə dayçanın su içməsi və Azərbaycan yaylaqlarının, özəlliklə Azərbaycannın dağlıq Qarabağ uçmağının yaylaqlarındakı gözəlliklərin yaratdığı duyquları təxüyyülünün bütün dərinliyi ilə duya bilir. Dayça köpüklü dodaqlarını otların içindən axıb tər-tazə ot ətri verən sərin suların dayçanın bütün varlığında yayılan dalğalarının sərinliyini bütün varlığı ilə hiss edir. Bu gözəllikləri ancaq Firuz Mustafa kimi gözü bu genişlikdə açıq olan bir Azərbaycanlı bu dərinlikdə dərk edib çatdıra bilər. Bu dramatik səhnədə dayçanın sadəliyi, saflığı və bu dupduru ürəyi ilə təbiətin kəşfinə çıxması burada yaşayan millətin öz safürəkli varlığını simgələyir.
    “Xeyr ilə şər qardaşdır” deyib ata-babalar. Sonralar çinli filosflar buna “Yin-Yanq” fəlsəfəsi adı qoyub mənimsəməyə çalışıb. Bu torpağın bu ilahi gözəllikləri istər istəməz şərri çəkib gətirəcəkdir. İlxısından, özəlliklə də anasından ayrı düşmüş məsum bala iki böyük düşüncənin təmsilidir (alleqoriyasıdır): bir yandan Mövlana C. Ruminin “Məsnəvi”sində Bəzirgan ilə Tutuquşu hekayəsini və insan ruhunun əsl Həqiqətdən ayrılıb ona bir daha çatmaq macərasını təmsil edir. Bir yandan da Azərbaycan ədəbiyyatında geniş yayılmış ana vətəndən ayrılma düşüncəsi burada təmsil olunur. Ana vətəndən ayrı düşmüş Qarabağ, Dərbənd, Borçalı, Dağıstan, Kərkük, Arazın o tayı və s.
    Göydə sayrışan ulduzların parıltısı aydıncasına insanın qaranlıqlarda işıq yaxud aydınlıq ardıca olduğunu simgələyir. Dərin zülmətlərə sinə gərib varmayan aydınlığa çata bilməz. Bu düşüncəni bəşər aynında (mifində) ilk olaraq Oğuz Xaqan öz macərasında insan oğluna çatdırmağa çalışır. Sonra onun soyundan olan Bilgəqam yaxud Qılqamış ata-baba yolunun ləyaqətli davamçısı olduğunu görsədir. Əlbəttə bu yolda qorxu var, can qorxusu var. Bu yolda canavarlar səni aydınlanmağa çatmağa qoymayıb yoluvu kəsəcəklər. İngilislərin bir məsəli var: “Hər parıldayan qızıl olmaz.” Firuz Mustafa bu imgələrdə bu düşüncəni oxucuya çatdırmaq istəyir. Hər şey öz yerində olmalı dır. Yerdə sürünən cüt ulduzlara inanmaq olmaqz. Onların arxasında səni partaxlamaq (parçalamaq yox) istəyən canavarlar var. Amma yolunun düz olduğuna dərindən inanıb yoluna davam edənlərə qeybdən yardım əli də mütləq uzanacaqdır; bizim bu dayçaya uzanan sahibinin əli kimi. Bu bölüm gərilimin zirvəsinə bu səhnə ilə çatır. Eləcə də bu bölüm ilə birlikdə hikayədəki romantizm də yerini realizm ilə dəyişib “İntihar” adlanan ikinci bölümə keçir.
    “Ədəbiyyatda çox geniş yayılmış bu deyim – realizm – naturalizm, ekepresionizm, surrealizm kimi ədəbi cərəyanlar ilə qarşılıqlı işlənmədikdə elə də çox anlam daşımır. Sir P. Harvinin orijinal tərifinə görə (gerçəklik anlamı verən bu termin yaşamın görünən faktlarına, özəllik’lə aydın olmayanlara, işlədilir.) O bu tərifi ilə fransız realisti sonrası olan Gissing, A. Mortison, G. A. Mur (Moore), Maugham’ın Liza of Lambet’i, və s. kimi proletarian və orta-klas quruluşu olan əsərləri nəzrdə tuturdu. 19-cu yüzilliyin ortalarının Fransız realist məktəbi (Roman yazan Şapflori (1821-89) ona La Réalisme (1857) adlı bir manifesto yazmışdı) Romantiklərin elan etdikləri “sərbəstlik” anlamına qarşı olaraq “səmimiyyət”i vurğulayır. Realizm dəqiq sənədləşdirməyə, sosioloji gözüaçıqlığa, material fakt ayrıntılarının toplamasına, şairanə qələm, ideallaşdırma, şişirtmə, melodarama,və sayirdən çəkinmək; və mövzular, aşağı-klas yaşamını daha artıq bəyənərək, gündəlik yaşamdan alınmalı idı. Bu vurğulama aydıncasına artmaqda olan olumluçuluq (pozitivist) və elmi bir dövrün maraqlarını yansıdı. Balzak və Stendhal realizmin böyük öncülləri göründü. (Bu yarlıqdan xoşu gəlməsə də, habelə Naturalistlər kimi adı çıxsa da) Flobert və Qonkorts da ralizmdə qələm işlədənlərdən nəzərdə tutuldu. Fransız Realizmi sonralar, realizm ilə bağlı ama daha elmi səviyyədə işlənmiş və hazırlanmış bir doktorina, Naturalizmə gəlişdi. Bəzi sonrakı tənqidçilər – daha çox Marksist tənqidçilər – realizmin suyunun dönməsini söyləyirdilər. İngiltərədə Fransız realistlərini daha çox bilərək və istəyərək Mur və Arnold Benet yansılayırdılar, ama ingilis romanı Defo’nun vaxtından öz yarlıqsız dövrünü realizm axınını əldə etmişdi, və bu deyim beləlik’lə ingilis ədəbiyyatında çeşitli anlamlar və kontekstlərdə, “sosial” ya “psixoloji” realizm və sa. adlanır.”
    “At günü” hekayəsində birinci bölüm dayça, sahibi və canavar obrazlarını romantik bir quruluşda dayçanın yaşadığı dünyanın gözəllikləri və təhlükələri ilə birlikdə oxucunun təxəyyül aləmində sevimli bir gözəllik qurur. “İntihar” adlı ikinci bölüm adından bəlli olduğu kimi poetik romantizminin sərbəstliyindən dayçanın, eləcə də sahibinin obrzaında olan daha çox səmimi bir kontekstə keçir. Yazıçı burada sosiloji gözüaçıqlıq yaratmaq istəyir. O “qonşu” adlı obrazı səhnəyə gətirir. Bu obraz Şekspirin Otello dramındakı Yaqo obrazını anımsadır. Belə bir şər obrazın varlığını oxucuya irəşdirmək üçün yazıçı poetik qələmdən, şişirtmədən, melodramadan vaz keçib obrazın gərçək yaşamındakı gərçək davranışlarına istinad edərək daha ayrıntılı açıqlamalar işlətməlidir. O bu şər obrazın içindəki çirkinlikləri gün üzünə tökmək üçün heyvanlar şüuru ilə insan şüurunu tutuşdurur. İnsanların baxışında heyvanlar bacı-qardaş, ata-ana tanımır. O üzdən onların cütləşməsində heç bir sorun olmamalıdır. Başqa sözlə, heyvanlarda əxlaq normaları ola bilməz. Firuz Mustafa heyvanların əxlaqsızlıqlığını çox normal bilən insanlara bu tutuşdurma ilə böyük gözüaçıqlıq dərsləri vermək istəyir. Birinci bu ki, heyvanlar şüursuz və əxlaqsız deyil. İkincisi isə, özlərinəi heyvanlardan qat-qat üstün bilən bəzi insanabənzərlər, yeri gəldikə, o heyvan sayılan yaratıqlardan qat-qat alçaq ola bilər. Qonşu obrazı dayça ilə anası kəhəri çox çirkin və alçaqcasına aldadıb cütləşdirməyə sürükləyir. Bu çirkin iblisliyin sonucu indi artıq çox yaraşıqlı-duruşqlu bir ayğır olmuş dayçanın ölümünə nədən olur. Heyvan, bu çirkin iblisliyə dözə bilməyib şahə qalxaraq başını bütün oradakıların gözü qarşısında qayaya çırpıb özünü öldürür. Bu etiraz bütün bəşəriyyətə olan bir etiraz dır.
    Quranı-Kərim, Ə’raf surəsinin 179-cu ayəsində buyurur: “Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlar dır.” Əlbəttə “qonşu” obrazının çirkin üzü və şər ilə dolu ürəyinin təhlükələri dayçanın ölümü ilə başa çatan dəyil. Onun obrazında olan iblislik daha artıq ayrıntılar ilə oxucuya çatdırılmalıdır. İkinci bölümdə at, daha doğrusu atların, sahibi ilə qonşusu arasındakı dialoqlar ralizmin uğurlu şahidi dir. Ama o danışıqlar ilə görsədilən qonşu obrazının davranışları və şərrliyi hələ də yetərincə aydınlaşmayıb. Ona görə yazıçı üçüncü bölümü başqa bir janrda qələmə alır. O bu bölümdə oxucunu aydınlatmaq istəyir. İnsan oğlu “qonşu” adlı bir obrazı daha aydın, daha dəqiq tanımalı dır. Ona görə də yazıçı aydınlatma (maarifçilik) janrında bu bölümü yaradır.
    “Aydınlatma (maarifçilik), (ingiliscə “enlightenment”, əslində Almanca Aufklärung sözcüyündən alınmış) çoxlusu 18-ci yüzilliyin fəlsəfi, elmi, ağıllı ruhiyyat, xurafatdan, inamsızlıq və dini dözümlülükdən qurtulmaq anlamında bir deyim dir. İngilis oxucuları beynində bu hərəkətin uluları Dekart, Lak, Şəftsberi, Niyuton, Volter, Rosso, Kondorset, və Buffon sayılır. Eləcə də o dövrün böyük abidəsi kimi Britanika Ensiklopediyası tanınır. Bu abidə o dövrün qabarıq və önəmli intellektual məhsulu kimi bəzən də Şotland Aydınlanması kimi tərif olunur. İngiltərə’də çoxlu yazıçı və şair, o cümlədən Qadvin, Şeli, E. Darvin, Akensayd, və Ecvırtlar aydınlanmanın təhsili və siyasi idellarını səsləndirib yaydılar. Bleyk aydınlanmanın siyasətlərinə abunə oldu, ama Niyoton materializminin “tək baxışlı” prinsiplərini qəbul etmirdi. Tomas Peyn daha çox Fransız aydınlatması siyasətlərinin etkisi altnda idı və onun Bəşər Haqları və habelə Amerika’nın İstiqlal Bəyaniyyəsi o aydınlanmanın səciyyəvi məhsulu idı. Daha çox ədəbi səviyyədə, bəziləri aydınlatma fəlsəfəsi, ədəbi realism və romanın dirçəlişi arasında ilişki görüblər. Romantizm isə bir baxımdan aydınlatma düşüncəsinə qarşı sayılır.” Azərbaycan ədəbiyyatında aydınlatma dövrü Mirza Fətəli Axundov ilə 19-cu yüzillikdə başlayır, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Həqverdiyev kimi dahilərin yaradıcılığı ilə zirvəyə çatır.
    “At günü” hekayəsində Firuz Mustafa hər bölümün öz fəlsəfi kontekstinə görə uyqun janr seçib. İkinci bölümün dialoqlarında qonşu obrazının çirkinlikləri az-çox açıqlanır. Oxucu gərginliyin zirvəsinə çatır. “Görəsən bundan da aşağı alçaqlıq ola bilərmi?” Yazıçı onun bu sorqusuna üçüncü bölümdə daha çaşdırıcı bir monoloq ilə cavab verir. Bu monoloq fəlsəfi retorikadır. Öncə sevdiyi qızı, sonra sevdiyi kəhər atını, indi də sevdiyi ayğırını əlindən almış qonşuya oturub öz ürəyində danışır. Oxucu burada belə bir sorqu ilə çıxış edə bilər: “Axı niyə monoloq? Niyə onca xəyanətə uğramış, sevdiklərini bir bir ardıcıl əldən verib, demək olar, var-yoxunu uduzmuş adam qonşunun onca zülmü, onca düşmənliyinin qarşısında yalnız evində oturub öz-özünə deyinir? Niyə bu adam bilib tanıdığı iblis qonşusuna bunca inanır. Bunca sadəqəlbliklik ola bilərmi? Bunca aldanmaq olarmı? Bunca xəyanətə meydan vermək olarmı?”
    Yazıçı həm də bir filosof olaraq fəlsəfənin deyə bilmədiyini əsərdəki bu sonluq-monoloqda deyir. Bəlkə də yazıçı “pis” ilə “yaxşı”, yaxud “xeyr” ilə “şər” olan qarşılıqlı fəlsəfi anlamları burada dartışmaq istəyir. Doğrudan da “yaxşılıq” nə dir? Yaxşılığın sınırları ola bilərmi? Bu hekayədə uduzan sevdiklərindən başqa quru canının da qonşusunun xainliikləri qarşısında əldən verir. Onun yasına gələn qonşunun gülməsinə başqaları təpki görsədib sayqısızlığına etiraz edir. Qonşunun yasda gülümsəməsi onun obrazına yaraşan bir davranış dır. O özünü zəfərli hesab edir. Ölmüş qonşunun sadəliyinə gülür. O bu gülüşü ilə bəşəriyyətə böyük bir dərs vermək istəyir: “Pis qonşuya meydan verməklə onu pisliyə sürükləyən sən və sənin kimi sadəlövh, tez inanıb, tez aldanan insanlar olub.”
    Qonşu mədəniyyət işçisi, klub müdiridir. Ata-babalar deyib: “Keçəlin adın Zülfəli qoyarlar”. Obrazında iynənin ucuca mədəniyyət, insanlıq izi-tozu olamayan, əxlaqsız, savadsız və mədəniyyətsizin birini tanışlıq hesabına iş başında qoyurlar. Belə iş adamlarının əlinə girəvə düşüb deyə, başqalarına olub qalmayan zülmü edirlər. O, hətta öz həyat yoldaşı ilə də insan kimi davranmır. Onu evində kölə kimi at günündə işlədir. Əslində bu hekayənin adı da elə bu xanımın fəlakətli yaşamına istiarə dir. Bir yandan da Corc Orvel’in “Heyvan Tarlası” adlı romanındakı “Bokser” adlı işləməkdən usanmayan cahil atın obrazı göz önündə canlanır. Maraqlısı budur ki, öz həyat yoldaşına rəhm etməyən qunşu, qarşı tərəfi, ailəsinə yaxşı olduğu üçün lağa qoyur. Bəlkə də hekayənin bu bölümünü yalnız aydınlatma yox, sosial realizm də hesab etmək olar. Eyni halda Azərbaycanda qadına olan iki ayrı tipli davranışı oxucunun diqqətinə çəkdiyi üçün bu bölümü feministi yanaşmala da araşdırmaq daha uyqun olar. Hər halda bu bölümün ağır yükü xeyir ilə şərin qadına qarşı olan münasibəti və davranışını sosioloji baxımdan açıqlamaq istəyir. Əlbəttə, seçim oxucunundur.
    Amma üçüncü bölümün ağır fəlsəfi-sosioloji yükü qonşuluq münasibətləridir. Bu qarşılıqlı münasibətlər və davranışları həm bir məhəllədə yaşayan iki qonşu arasında, həm də daha geniş ölçüdə qonşu ölkələr arasında da incələmək olar. Öncə vurğulandığı kimi, bu bölüm dərin düşünməyi təmsil edən monoloq kimi qələmə alınıb. Burada onca zülmə, xəyanətə, pisliklərə uğranmış bir insan oturub özü öz içində o zülmlərin nədənlərini incələyir. Bu fəlsəfi retorikanın çatdırdığı əxalaqi sonucları var. Birinci bu ola bilər: onca zülmlər, düşmənlik, alçaqlıq edən bir qonşuya nə desən alınmayacaq. Demək elə bir qonşu məntiq dili anlamır. Onunla danışmağın öz yolu var. Onun qana biləcəyi öz dili ilə danışmaq gərək dir. İkincisi də bu ola bilər: birinci dəfə o böyüklükdə xəyanətə uğrayan, sevdiyi qızı tərəfə uduzmağa gəlib çatan bir insan necə, ikinci az olar, üçüncü dəfə eyni adama inanıb xəyanətə uğrayır. Aldanan varsa aldadan boş durmayacaq. Üçüncü sonuc isə hər nəyin insanın özünə qayıtdığı düşüncəsini irəli sürür. Başqa sözlə, insanın başına nə gəlirsə, insanın öz düşüncəsi, öz etdikləri və öz davranışlarının sonucudur. Elə bir pis qonşunu neçə dəfə bağışlamaq olar?
    “At günü” hekayəsi haqda öz rəy və fikirlərini yazan rus və Avropa yazıçılarının bir neçəsi, o cümlədən Olqa Babuşkina, Taisya İrs və Konstantin Tsarenko hekayədə “Şərq koloriti” olduğunu və “Şərq”i sevdiklərini irəli sürüblər. Bəlkə onların “Şərq koloriti” anlamının mənzurları elə onların yaxın ilişkidə olduqları türklər və onların saflığı, sadəliyi, tez inanıb tez aldanmağı və pislikləri çox tez bağışlayıb unutmaqları ruhiyyəsidır.
    Bu hekayəni simbolizm yanaşması ilə araşdırmaq dəyərli dir. At mifoloji bir arxetipdir, eyni halda simbol anlamında belə bir imgə yaradır: “At əski heyvan simboludur. Gün və göy tanrılarıla ilgili dir. Yel, qasırqa, od və axar suyun elementar gücünün rəmzi dir. Ölüm qara at sürərkən görsədilir, ağ at isə işığın, yaşamın və ruhi aydınlanmanın simgəsi dir. deyilənlərə görə Buddha yer yaşayışını ağ bir at minərək tərk edibdir. Klasik, İran, Hind, Nordik və Babiloniya miflərində atlar günün faytununu çəkir.” At türk xalqında igidə qardaşdır, namusdur. Bunca dərin mifik dəyərləri olan bir simbol bu hekayədə oxucunu ağladan bir günə düşür və bunun baisi birbaşa insan özüdür. Dayçasını canavarın dişindən çəkib qurtaran at sahibi onu qonşunun zülmü ilə ölümə tapşırır. Canavar qəddarlığın simgəsidir. Elə qəddar bir canavardan qurtulan dayça qonşunun çirkin hiyləsindən qurtula bilmir. Elə bir saf, bağışlayan, ziyalı bir insanı infarkt ilə öldürütdürən qonşu onun yasında zəfər gülüşü atırsa, demək bu dünyaya hökm sürən də sevgi, saflıq, insanlıq yox, elə o çirkin iblisliyi siyasət sananalar öldürdükləri insan oğlunun yasına gəlib güləcəklər.
    Bu hekayədə postmodernlik də ən yüksək səviyyədə mövcuddur. Bəlkə bu gün bəzi gənclər erotik yazıları postmodern hesab edirlər, bu, onların öz sorunudur. Postmodern əsərin ən qabarıq özəlliklərindən biri “ikili kodlaşma”, yəni mətnlərarası istehza və impilisit metatəhkiyədən birgə və eyni zamanda istifadədir. Bu termin memar Çarlz Yenks tərəfindən postmodern memarlıqda istifadə olunub. O belə bir qərara gəlir ki, “postmodern tikinti nümunəsi və yaxud sənət əsəri eyni zamanda həm azlığa, yəni “yüksək” kodlardan istifadə edən elit ictimaiyyətə, həm də adi kodlardan istifadə edən kütləyə ünvanlanıb. Bu cür ikili kodlaşma üsulu tətbiq etməklə müəllif mahir oxucuda özünəməxsus səssiz, həm də də iştirakçılıq hissi yaradır. Bəzi sıravı oxucular isə allüziyanı başa düşmədikdə, sanki, nəyinsə onların gözündən qaçdığını hiss edə bilirlər. Lakin ədəbiyyat yalnız insanları əyləndirmək və onlara təsəlli vermək üçün deyil, onun həmçinin, insanları eyni mətni iki, bəlkə, hətta, bir neçə dəfə oxumağa təhrik etmək və həvəsləndirmək kimi bir məqsədi də var, çünki onlar həmin mətni daha yaxşı başa düşmək istəyir. Beləliklə, ikili kodlaşma bir kübarlıq həvəsi dəyil, oxucunun ağlı və məramına hörmət görsətmək üsulu dır.” Eko kimi Firuz Mustafa da bu əsərində əslində oxucunun ağıl və məramına hörmət olaraq ikili kodlaşma ilə həm əsərini üslub baxımından yüksək səviyyəyə aparıb tam bir usta postmodern yazıçı kimi çıxış edir, həm də oxucunun ağlı, məramı və duyqularına hörmət yaradıb oxcunun sayqısını qazanır.
    Demək olar ki, çoxlu yorumlu ədəbiyyat əsərləri kimi bu hekayənin güclü quruluşu yalnız ədəbi cərəyanlar ilə uyğun çıxışında bitmir. Quruluş üç bölümdə yazıldığı kimi, hər bölüm də üç əsli obrazdan oluşur. 1-ci bölümdə dayça, sahibi və canavar üç əsas obraz dır. Ataların dediyi kimi “üçün biri Şeytandır!”
    Bu romantik bölümdə utopiyanı dağıtmaq istəyən Canavardır. Onu dayçanın sahibi məhv edir. 2-ci bölümdə atların sahibi, qonşusu, və ana-bala atlar obrazlaşdırılır. İki at bir imgə olduğu üçün yenə burada üçgən obraz quruluşu gedir. Bu üçün də biri şeytandır. Həmin şeytan- qonşudur. Bu şeytan at obrazını yox edir. Üçüncü bölümdə əsli obrazlar atların sahibi, qonşusu və iki qadın var. Yenə qadın obrazları bir imgədir. Üçlük anlamı irəli gedir. Üçüncü bölümdə at imgəsini yox edən iblis qonşu at sahibi ilə birlikdə öz övladını da, həyat yoldaşını da yox edir.
    Bu maraqlı üçgən quruluşu süjeti kədərli bir sona gətirir. Uğurlu yorumsal ədəbiyyat həyatın ən acı gerçəklərini oxucuya çatdırmaq üçün komedinin tam tərsinə edən bir yol seçir. Bu ədəbiyyat trajedi (faciəsi) ilə sonlanmalıdır. Burada insan yaşam qaranlıqlarının ən dərin yerlərinə aparılır. Yazıçı o qaranlıqda – aynda (mifdə) olduğu kimi – oxucunun əlindən tutub Oğuz Xaqan və Bilgəqam kimi zülmətlər dünyasının qaranlıqlarının dərinliklərinə aparır. Bu qaranlıq dərinliklərə getməyə komedinin gücü çatmaz. Oxucu “At günü” hekayəsini oxuyarkən dişləri bir-birini kəsir, bütün hüceyrələri titrəyir, ürəyindəki qan gözlərindən axır. Bu ağlamaq aydınlığın lap elə özüdür. Bu qələmə alınmış trajedinin-faciənin gücüdür. Bu yazıçını bəlkə də illər bouyu özündə boğan zülmət dənizinin dalqalarıdır. “At günü” isə Firuz Mustafanın o dənizin dərinliklərindən çıxardıb oxucuya sunduğu taysız-barabarsız bir incidir.
    Sonuc olaraq, deməliyik ki, “At günü” hekayəsi əxlaq fəlsəfəsinin dərinliklərinə varan bir bədii düşüncə qalereyasıdır. Burada insan öncə məsum bir dayça olub təbiət gözəlliklərində öz ilxısının, yəni öz əsl-kökünün axtarışına çıxır. Sonra öz nəfsinin dərin qaranlıqlarına varıb öz içindəki şəxsi-əxlaqi çatışmazlıqları görə bilir.
    Bu əsər dünya ədəbiyyatında hekayə səviyyəsindən qat-qat yüksəkliklərə çıxan bədii bir yaradıcılıqdır. Nobel mükafatı belə bu əsərə azdır. Bu hekayənin bizim ana dilimizdə yazılmağı böyük bir xoşbəxtlikdir. Biz bu xoşbəxtliyi bizə təqdim edən böyük insan, filosof, yazıçı, ustad və əsil Vətən oğlu Firuz Mustafa cənablarına borcluyuq.

    QAYNAQLAR:

    1. Drabble M. The Oxford Companion to English Literature, Bath: Oxford University Press, 1985, 1155 p.
    2. Eko U. GƏNC ROMANÇININ ETİRAFLARI, Bakı: AYF (Tərcümə), 2016, 159 s.
    3. Mustafa F. At Günü, (yazıçının yolladığı vord qovluğu)
    4. O’connel M., Airey R., & Craze R. The Complete Illustrated encyclopedia of Symbols, Signs & Dream Interpretation. London: Lorenz Books, 2007, 512 p.
    5. "Romanticism." Encyclopædia Britannica. Encyclopædia Britannica Ultimate Reference Suite. Chicago: Encyclopædia Britannica, 2013.
    Araz Əhmədoğlu
    (İran İslam Respublikası)








    GÖZÜ YAŞLI AĞACLAR

    Neçə gündən bəri dağı-dərəni ağuşuna almış dumanın ətəyi günoptadan sonra yavaş-yavaş yığışmağa başladı; elə bil sir-sifəti görünməyən küpəgirən qarı öz sehrli tumanının ətəyini dəstələyib qeybə çəkildi. Sonra Günəşin çətir-şüaları tovuz quşunun lələkləri kimi açıldı, parlaq şəfəqlər nəmli yarpaqların, şehli otların üstündə bərq vurdu.
    Dumanlı-çiskinli havaları o qədər də xoşlamayan A. Zirvə, Günəşin çıxdığını görüb həyətə düşdü. O, havalar tutulan gündən evə çəkilib öz yazı-pozularını qaydaya salmaqla məşğuldu. Düzdür, A. Zirvə özünün bütün yaradıcılığı boyu çənə-dumana, qara-çisəyə çoxlu şeir həsr etmişdi və bir çoxuna musiqi bəstələnmiş o şeirləri yerli müğənnilər, şairin doğulub boya-başa çatdığı kəndin toylarında, ələlxüsus da, sünnət məclislərində şövqlə oxuyurdular; amma şeir də, şeirdə vəsf edilən çən-duman da öz yerində, A.Zirvə yeri gələndə özünəməxsus böyük bir səmimiyyətlə etiraf edirdi ki, o, dumandan daha çox, Günəşi və günəşli havaları xoşlayır.
    A. Zirvə Günəşin nur çilədiyi həyət-bacada bir qədər dolşdiqdan sonra təzədən evə döndü; duman köç eləyib bu tərəflərə gələn gündən yarımçıq qalmış poemasını, daha doğrusu, həmin poemanın böyük hassəsinin yazıdığı bir çəngə vərəqi dəstələyib həyətin yuxarı başına sarı qalxdı; buradan o yana biçənək idi. Biçənəkdə iri buynuzlu, ala-bula bir inək otlayırdı. Bu, A. Zirvənin anasının inəyi idi. Ana, inəyi dünəndən biçənəyə buraxıb, qonşu kəndə öz qızının yanına, yəni A. Zirvənin bacısıgilə qonaq getmişdi.
    A. Zirvə, tənqidçilətdən birinin qeyd etdiyi kimi, təbiət şairi, təbiət aşiqi idi. Elə şeirlərinin çoxunu da təbitin qoynunda yazıb-yaratmışdı. Yeni poemasında da təbiətlə bağlı mühüm bir problemdən- ətraf mühitin qorunmasından söhbət açılırdı; o, öz yaradıcılığı üçün yeni zirvə hesab elədiyi bu əsərdə təbiətə qəsd edənlərə bədii sözün qüdrəti ilə divan tutmaq, şapalaq vurmaq istəyirdi. O, öz oxucularına ağacların adamlardan daha qiymətli olduğunu sübut etmək istəyirdi. Hətta, poemada belə bir fikir də vardı ki, kəsilən ağaclar kəsilən başlardan daha çox göz yaşı tökür.
    A. Zirvə biçənəyin ətəyindəki kətilin üstündə əyləşib poemanın ilk sətirlərinin yazıldığı kağız dəstinə ötəri göz gəzdirdi, sonra həmin parçanı ucadan, az qala avazla oxumağa başladı; bəh-bəh, misralar su kimi axıb gedirdi; yazılan hissənin əla alındığına heç bir şəkk-şübhə ola bilməzdi. A. Zirvə bu yeni əsəri öz meşəbəyi dostu Fətişə həsr etmək niyyətində idi; bu da səbəbsiz deyildi; çünki Fətiş hər il ona bir maşın ağac bağışlayirdı. Elə indi həyət-bacası silinib-süpürülmüş bu evin çardağına vurulmuş ağacları da Fətiş özü gərirmişdi. A. Zirvə ilə Fətişin şəxsi dostluğu öz yerində; ortada bundan az əhəmiyyət kəsb etməyən bir məsələ vardı və bu məsələ də ondan ibarət olsun ki, A. Zirvə, meşəbəyi Fətişin nəvəsinin kirvəsi idi.
    A. Zirvə öz dostu Fətişə əvvəllər də bir neçə şeir həsr etmişdi. Amma indi qələmə alınan əsərin həcmi daha böyük olacaqdı. Və o, illərdən bəri söz meydanında meydan sulayan təcrubəli bir şair kimi yeni əsəri təqdim etmək üçün orijinal bir janr da fikirləşib tapmışdı- “ekoloji poema”. Qoy təzə səslənsin. Bəzi özündənmüştəbeh gənc tənqidçilər son vaxtlar onun söz bostanına daş atır, şeirlərinin naftalin iyi verdiyini iddia edirdilər. Bu cür müqayisələr onu qətiyyən açmırdı: axı, təbət hara- naftalin hara? A. Zirvə bu yeni əsərlə onu mühafizəkarlıqda, qafiyəpərdazlıqda ittiham edənlərə ağır, lap elə öldürücü bir zərbə vuracaqdı. Poemada milli və bəşəri poeziyanın bütün janr, vəzn, forma, təsvir nümunə və növlərindən istifadə olunacaqdı. Özlərini modernist və ya nədi o elə... hə, postmodernist adlandırıb hay-küy salanlar, qoy A. Zirvənin yeni əsərini oxuyub şoka düşsünlər. O, öz düşmənlərini infarkt edəcək, böyük-böyük mükafatlar alacaq, uzun müddət ekrandan-efirdən düşməyəcəkdi. Başqasına dərs deməyə nə var ki, oğulsan özün ortaya bir şey qoy...
    A. Zirvənin, daha doğrusu, onun anasının tənha yaşadığı kənd evi köhnəlmişdi. Üstəlik bu yaxınlarda dədə-babadan qalma mal tövləsinin damı da çökmüşdü. Hələ canı sulu olan ana, inəklərin sayını artırmaq, qoyun-keçi almaq, təsərrüfatı genişləndirmək, bir sözlə, tövləni təzədən tikmək barədə düşünürdü.
    Fətiş üç-dörd gün əvvəl A. Zirvəyə baş çəkmiş, meşədən gətirdiyi ağacları səliqə ilə həyətin bir küncunə yığmış, sonra yaşına uyuşmayan möhkəm-samballı addımlarla eyvana qalxıb şairlə xeyli dərdləşmişdi. Fətişi də lap eləA. Zirvə kimi meşənin taleyi narahat edirdi; onun dediyindən belə çıxırdı ki, meşəyə diş qıcayanların sayı-hesabı yoxdur; sən demə, rayon başçılarından tutmuş meşə nazirinəcən, hamının Fətişdən, daha doğrusu, onun göz bəbəyi kimi qoruduğu meşədən umacağı varmış. A. Zirvə öz meşəbəyi dostu ilə yeyib- içəndən sonra yarımçıq poemadan parçalar oxumuş, ilk oxucu rəyini dinləyib xeyli məmnun olmuşdu. Fətiş bu əsərin baş qəhrəmanı kimi kirvəsinin onu nəzərdə tutduğunu eşidəndə elə bil qanadlanıb uçmuş, cəld ayağa durub qollarını geniş açaraq əvvəlcə A. Zirvəni, sonra isə şairin canısulu anasını bağrına basıb öpmüşdü. Araqdan vurduqca elə əzəldən qırmızı olan yanaqları get-gedə daha da allanıb xoruz pipiyinə dönən Fətişin arabir şairin anasına şirin-şirin söz və qaş-göz atması bu kiçik məclisin dadını-duzunu daha da artırırdı...
    İndi duman, bulud çəkilib getmiş, göyün üzü açılıb ağ vərəqə dönmüşdü.
    A. Zirvə qaşlarını çatıb dərın fikrə getmişdi. İçində nəsə tanış bir şey gumuldanırdı; həmin “nəsə” söz yox ki, ilham pərisinin gəlişindən xəbər verirdi. Şairin əbədiyyətə zillənmiş nəzərləri birdən necə oldusa eyvana qonan göyərçinə sataşdı. A. Zirvə qeyri-ixtiyari gülümsədi: mənzərə tanış idi; o, yaxşı bilirdi ki, bir azdan ilham pərisi də bax o göyərçin kimi uçub-uçub düz onun çiyninə qonacaq, allı-güllü misralar bahar yağışından sonra cücərib boy verən çiçəklər kimi ağ vərəqlərin üstündən baş qaldırıb onun üzünə gülümsəyəcəkdi.
    Oxucular bu yeni əsəri- ekoloji poemanı oxuduqca göz yaşları tökməli idi və o tökülən yaşlar ağacların göz yaşlarına qarışmalıydı. Hələ ola bilsin ki, A.Zirvə öz dostu Fətişə həsr edəcəyi bu əsəri elə bu cür- “Ağacların ğöz yaşı” adlandırsın. O, əsəri tamamlayandan sonra mütləq yüksək çinli tanınmış tənqidçi-alimlərdən parlaq rəylər alacaqdı. Onun belə dostları həm yaşlı, həm də gənc qələm sahibləri arasında az deyildi. Bir iş vardı ki, qocaman ədəbiyyat cəfakeşləri belə yazıları, adətən, şəhərətrafı dəbdəbəli dağüstü restoranlarda, gənc söz sahibləri isə daha çox şəhərin içindəki ucuz yeraltı yeməkxanalarda yeyib- icəndən sonra yazmağa üstünlük verirdilər.
    A.Zirvə bir sıra mükafatların laureatı idi. Evdə onun yazı stolunun, daha doğrusu, başının üstundən “Qızıl lələk” mükafatının zər-zibalı diplomu asılmışdı və bu nüfuzlu mükafatı ona köhnə tanışı kiçicik bir xərcin müqabilində vermişdi. Həmin tanış, həmin mükafatı verən komissiyanın üzvü idi və A. Zirvə, nədənsə, hər dəfə axşam Günəşinin al şəfəqləri kimi başının üsündə par-par yanan o mükafata baxdıqca özünün sərçə lələyinə həsr etdiyi altı misralıq şeirini xatırlayırdı. Məsələ burasında idi ki, “Qızıl lələk”mükafatını ona məhz bu şeirə görə vermişdilər. İndı həmin şeir aşağı sinif şagirdlərinin dərsliyinə salınmışdı və A.Zirvə o altı misralıq əsərin dərsliyə düşməsi üçün düz altı il əzab-əziyyət çəkmiş, təhsil nazirindən tutmuş ta dövlət başçısına qədər bir çox rəsmi adamlara çoxsaylı rəsmi ərizə və teleqramlarla müraciət etmişdi.
    O, adətən, öz ağır təbiətinə uyğun olaraq, ünvanına deyilən atmacalara o qədər də fikir verən deyildi; amma bu yaxın günlərdə əvvəllər tənqidçilik, son vaxtlarsa şairlik edən birisinin qəzerlərdən birində dərc etdirdiyi “A kirvə” adlı həcvini oxuyandan sonra bərk qəzəblənmişdi. A. Zirvə bu ağır daşın kimin poetik bostanına atıldığını o dəqiqə anlamışdı: “A kirvə” əslində elə “A. Zirvə” demək idi. Xitab kimi qələmə alınan şeirdə müəllif öz qəhrəmanının acgözlüyündən, qarınqululuğundan, naqqallığından, sırtıqlığından, yaltaqlığından söhbət açırdı. Bunlar hələ bir yana; şeirdən belə bir nəticə çıxırdı ki, O, yəni kirvə (əslində isə A.Zirvə), bütün ömrü boyu təbiəti vəsf edib, onun, yəni kirvənin (əsl həqiqətdə isə A. Zirvənin), poeziyasında insan yoxdur; indi şairlik eşqinə düşüb həcv yazan keçmiş tənqidçi, guya hansısa kirvənin (əslində isə A.Zirvənin), pullu-vəzifəli adamların uşaqlarına kirvəlik etməyə can atmasından, məclislərdə bir tamada kimi gəvəzəlik etməsindən, kitabxanalardan daha çox kababxanalara can atmasından dəm vururdu.
    A. Zirvə əvvəlcə istədi ki, öz opponentinə elə şeirlə tutarlı bir cavab yazsın. Amma tezliklə bu fikirdən vaz keçdi. Açıq cavab yazmaq, qarğa məndə qoz var-demək idi; adamdan soruşardılar ki, soğan yeməmisənsə için niyə göynəyir və ortaya düşüb özünü nə üçün həcv qəhrəmanı elan edirsən? Hədəf aydın idi. Bir də ki, A. Zirvə çörəyi, lap eləkababı qulağının dibinə yemirdi ki. Belə yerdə diplomatik addım atmaq lazım idi. O, belə bir addımı atdı; qələm dostlarından birinə yaxşı bir qonaqlıq vəd edib tezliklə öz ədəbi qisasını aldı; dərgilərdən birisində çıxan məqalənin elə təkcə adı açıq ədəbi səmada ildırım kimi guruldayıb səs saldı. Yazının sərlövhəsi belə idi- “Gah tənqidçi, gah da şair olursan”. Bax belə. Görünür, hələ həmkarlarının çoxu dərk etmir və ya etmək istəmirdi ki, onun çoxdan bərkiyib polad zirehə çəkilmiş lələkləri, fəth etmək üçün daha əngin fəzalar, yəni daha böyük mükafatlar axtarışındadir...
    A. Zirvə çoxdanın şairi idi və dünyanı ğörə-ğörə ğəlmişdi. Amma ədəbiyyat aləmində olanların çoxu onun adını düz-əməlli bilmirdi. O, hələ gəncliyindən müdrik tərpənib öz əsl adından imtina edərək “A. Zirvə” təxəllüsünü götürmüşdü. Zirvənin təbiətdə, illah da ki, ədəbi mühitdə nə olduğu hər kəsə məlumdur; zirvə- hər zaman hər yerdə, yəni təbiətdə də, poeziyada da ölçüdür, etalondut- ta ondan o yanası yoxdur. O ki, qaldı “A.”- ya, bu, onun ikimərtəbəli, arxaik adının baş hərfi idi və o uzun addan yeganə miras kimi bu hərf qalmışdı; özü də bu, elə-belə, sıradan bir işarə deyildi, əlifbanın baş hərfi idi. Burası da vardı ki, sairlə ünsiyyətə girən, söhbət eləyən hər bir kəs istər-istəməz ona “A Zirvə”-deyə müraciət etməli olurdu. Bu cür xitabın özü çox şeydən xəbər verirdi. Bu, onun zirvə olduğuna bir işarə idi. A Zirvə... Bəh-bəh... Necə poetik, necə əzəmətli səslənirdi...
    Artıq uzun-qısa mistalar qarışqa köçü kimi ağ vərəqlərin üstündə sıralanmağa başlamışdı. İndi ilham pərisi onun çiyninə qonmuşdu. A. Zirvə qələmi əlinə alıb başına gələn fikirləri tez-tələsik ağ vərəqlərə köçürməyə başladı. O, indi ağacların ğöz yaşlartını təsvir edirdi; axı, insan kimi ağlayan ağacları başdansovdu, soyuq-hissiz ürəklə təsvir etmək olmazdı...
    Eyvana qonmuş göyərçin öz balaları üçün yuva qurmağa münasib yer axtarırdı.
    Ala-bula inək biçənəkdə otlayırdı.
    Rəngi otdan seçilməyən yamyaşıl bir çəyirtgə A. Zirvənin dalğın-dağınıq saçlarının arasında nə isə axtarırdı.
    Nəhayət, A. Zirvə başını qaldırıb üfüqlərə ğöz gəzdirdi. O, yazdıqlarından məmnun idi: bir nəfəsə poemanın böyük bir fəslini yazıb başa vurmuşdu. Ayağa durub dizinin üstündəki vərəqləri dəstələyərək kiçicik taxta parçaları kimi çinləyib, səliqə ulə kətilin üstünə yığdı. Hər ehtimala qarşı yerdən yumruq boyda bir daş parçası götürüb ustufca üst-üstə qalaqlanan vərəqlərin üstünə qoydu: təbiətin işini bilmək olmaz, birdən qəfil külək və ya meh qalxar- kağızları biçənəyə səpələyər.
    Bu ilhamlı anlardan sonra bir limonlu çay içmək pis olmazdı. A. Zirvənin dəmli çayı həmişə olduğu kimi yenə eyvandakı iri termosda onun yolunu gözləyirdi. O, purrəngi çaydan iki stəkan nuş edib hündür eyvandan qarşıdakı dağın zirvəsini, o zirvəni dövrəyə alan və son illər ağacları gözğörəti xeyli seyrələn meşəni seyr etməyə başladı. Ürəyində bir səs əks-səda verdi: “Ağacların göz yaşı”. O, indi öz ekoloji poemasının böyük bir hissəsini yazıb başa çatdırmışdı və dostu Fətiş ona bir tövləlik ağac material gətirməyə söz vermişdi.
    A. Zirvə eyvandan həyətin yuxarı başına, biçənəyə sarı boylandı; ala-bula, iri buynuzlu inək aşağı enib bayaq onun ilhamlı anlar yaşadığı yerdə- kətilin yanında dayanıb gövşənirdi. A. Zirvənin dalağı sancdı; o, cəld pillələri enib iti addımlarla inəyə, daha doğrusu, kətilə yaxınlaşdı. İnək həyasız-həyasız onun üzünə baxaraq süpürləyib ağzına təpdiyi vərəqləri şirin-şirin çeynəyirdi. Elə bil A. Zirvəni ildırım vurdu. Axı, bu vərəqlərə onun poemasının mühüm, həm də ən gözəl bir parçası yazılmışdı... Adı “Ağacların göz yaşı” olacaq o poemaya şairin öz göz yaşları da qarışmışdı.
    A. Zirvə əl atıb kağız parçalarını inəyin ağzından dartıb çıxarmaq isrədi;
    əl boyda vərəq parçası cırılıb onun əlində qaldı; bu, poemanın yazıldığı sonuncu səhifədən bir parça idi. Qalan vərəqləri inək çeynəyib həzm- rabedən keçirmişdi...
    A. Zirvə hiddətindən əsim-əsim əsməyə başladı. Əyilib yerdəki yumruq boyda daşı götürərək inəyin düz təpəsinin ortasına ilişdirdi. İnək iri buynuzlarını yelləyib irəli yeridi və qəfildən at kimi fınxıraraq ağzında çeynədiyi kütləni- sulu kağız parçalarını, açıq hissolunan bir qəzəblə onun sifətinə püskürdü. İnəyin yapışqanlı seliyə bənzəyən tüpürcəyi A. Zirvənin sifətinə səpələndi. Şair geri-geri addımladı; onun ayağı nəyəsə ilişdi. Adam kimi hiddətlənib özündən çıxmış inək irəli yeridi və mayallaq aşıb yerdə iməkləyən A. Zirvəyə baxaraq başını, daha doğrusu, iri buynuzlarını yellədi. Deyəsən, bu anlarda heyvanın, büdrəyib yerə yıxılan şairə yazığı gəlmişdi; çünki o, az sonra geri qanrılıb uzun quyruğunu belinə düyünləyərək bicənəyin dərinliyinə sarı götürüldü.
    A.Zirvə ayağa durdu, üst-başını çırpıb ağır addımlarla həyətə endi. Hələ qəzəbi, hirsi soyumamışdı. Dünən Fətişin üst-üstə yığıb ipçinlədiyi yaş ağac parçalarından birini əlinə aldı. Ağac parçasının kəsik yerindən yaş axırdı.
    Günəş tovuz quşunun lələkləri kimi bərq vuran çətir-şüalarını
    yiğib qaşıdakı dağın, daha doğrusu, zirvənin arxasına çəkilməkdə idi.






























    MATƏM MUSİQİSİ

    Tоrpaq bürküdən bоğulurdu. Həmişəki adəti üzrə günоrtaya yaxın öz yüz əlli qramını başına çəkib evdən çıxan Xanоğlan müəllim ürəyində bir xeyli bugünkü havanın qarasıyca deyindi. Оna elə gəlirdi ki, bu yayın heç sоnu оlmayacaq, ta bundan о yana havalar elə bu cür bоğanaq-bürkülü keçəcək, Günəş il bоyu göydən оd ələyəcək, çayların suyu quruyub göyə çəkiləcək, xülasə, külli-aləm yanıb külə dönəcək... Belə qəribə və qəmli düşüncələr Xanоğlan müəllimin beyninin içini cırmaqlayır, əsəblərini didib-gəmirir, gözlərinə qaranlıq gətirirdi.
    Amma məktəbin həyətinə qədəm qоyan kimi Xanоğlan müəllimin bu bürkülü yayın sоnsuzluğuna оlan inamı sarsıldı; tər-təmiz silinib-süpürülmüş həyətdən nəsə xoş bir sərinlik havası gəlirdi; bu sərinliyə, üstəlik, ağardılmış divarların əhəng qоxusu da qarışmışdı. Bir-iki gün bundan əvvələsən kiri-pası tökülən ağasların rəngi-ruhu sanki birdən-birə açılmışdı və indi göz oxşayan o ağasların yamyaşıl yarpaqlarından muncuq-muncuq şeh damcılayırdı. Ağacların altına düzülmüş skamyalar par-par parıldayırdı. Həyətdə heç kəs gözə dəymirdi. Amma bu kimsəsizlik uzun sürmədi; Xanоğlan müəllimin ardınca məktəbin həyətində çirkli, iri, tüklü bir it peyda оldu. Bu it, itdən daha çоx, iraq оlsun, tоx ayıya оxşayırdı. Xanоğlan müəllim bir az diqqət yetirib bu qəribə heyvanı müşahidə elədi; it qabaq pəncələrini pilləkənin üstünə qоyub gərnəşdi, sоnra lap yоrğun adam kimi çənəsini pəncəsinə söykəyib ya yuxuya, ya da ki, fikrə getdi...
    Elə bu əsnada məktəbin iri taxta qapısı aralandı və оradan itdən də zоrba, nəhəng, tоx görkəmli bir adam çıxdı: bu, məktəbin direktоru Qayıb Qayıbоv idi. Qayıb müəllim əvvəlcə uzağa baxdı - gözünə Xanоğlan müəllim dəydi, sоnra ayağının altına baxıb ya fikrə, ya da ki, yuxuya getmiş iti gördü; o, gözünü heyvandan çəkmədən uca səslə qışqırdı:
    - Ay Xanоğlan müəllim, qanacağın оlsun, bu iti görmürsən?...
    Xanоğlan müəllim qımışdı.
    - Sən özün necə, görürsən?...
    Qayıb müəllim tutulan kimi оldu:
    - Sənin peşən söz güləşdirməkdi... Qоv getsin bu murdar heyvanı. Rədd оl, ay it!.. Bıy, ə, bu heç yerindən tərpənmək istəmir ki... Ay it, itil buradan, sən öl, mitilinə vurduraram sənin... Heç buralar itinə bənzəmir ə, bu. Görəsən hardan azıb gəlib?..
    İt təhər-tövrünü pоzmadan, saymazyana bir əda ilə, yenə bayaqkı kimi, skamyaları imsilədi, şöngüyüb təzə əhənglənmiş divarlara tamaşa elədi; sоnra isə etinasız halda həyətdən çıxıb harasa götürüldü.
    Qayıb müəllim öz-özünə mızıldandı:
    - Mən bu gün təmizliyə başımla cavab verməliyəm. - Və əli ilə yuxarını göstərərək: - Adam gözləyirəm, - dedi. – Amma bir bunun kefinə bax...
    Sоnuncu sözlərin kimin - Xanоğlan müəlliminmi, yоxsa itinmi ünvanına deyildiyini bilmək çətindi.
    Xanоğlan müəllim elə bayaqkı xumar əhvalla söz atdı:
    - Bəlkə elə bu it də о adamı gözləyir? Sən gözləyən adamı. Görmədin nə şax yeriyirdi?!.
    Qayıb müəllim üz-gözünü turşutdu.
    - Sən balalarının başı, kəs səsini. Artıq-əskik çərənləmə. Eşidən-zad оlar dediklərini, ikimizin də dərimizə saman təpərlər...
    - Kim? Kimdir o saman təpən?..
    - Elə о ələ saldığın adam...
    - Pahо, adam görməmişik...
    Qayıb müəllim pillələri aşağı enib lap Xanоğlan müəllimlə üz-üzə dayandı.
    - Bu, sən deyən adamlardan deyil... Tfu... Bu nədir,ə? Deyəsən yenə hörtdətmisən səhər-səhər о zəhrimardan?
    Xanоğlan müəllim ciddi halda:
    - Yоx, sən öl, dünən içdiyimdi, – deyə, cavab verdi. - Heç belə havada vurmaq оlar? Görmürsən göydən оd yağır?...
    - Sən mənim canım, özünü düz-əməlli apar. Biabır оlarıq gələnlərin yanında...
    Yüz əlli qramın havası yavaş-yavaş Xanоğlan müəllimin iliyinə, sümüyünə işləyir, indi оnu məktəb müdiri ilə, lap elə о gözlənilən qоnaqla məzələnmək həvəsinə gətirirdi. Elə buna görə də üzünə saxta- ciddi bir görkəm verib sоruşdu:
    -Qоnağımız kim оlacaq, e? Rayispalkоmdu gələn? Yоxsa mərkəzdəndi, Qayıb müəllim?..
    Qayıb müəllim istehza ilə güldü:
    - Rayispalkоm оlsa idi nə vardı ki?.. Rayispalkоm kimdi, ey? Nə karədi rayispalkоm? Bu adam bizim böyüklərdən də deyil, bəlkəm lap оnlardan da böyükdü. Moskvadan gəlib... Bütün rayon neçə gündü əl-ayağa düşüb...E-e... Adını-familiyasını harasa yazmışdım. Hələ adı bir yana qalsın, bayaqdan heç zəhrimara qalmış vəzifəsinin adını da yadıma sala bılmirəm...
    - Оlsun ki, kоsmоnavtdı gələn, Qayıb müəllim? - deyə Xanоğlan müəllim sоruşdu. – Birdən Qaqarin, Tereşkоva - zad оla bilər...
    Qayıb müəllim yenə acı-acı güldü:
    - Başına at təpib sənin? Ə, bəyəm bilmirsən ki, Qaqarin nə vaxtdır ömrünü sənə tapşırıb?!. Ə, birdən uşaqlar sənə sual versələr ki, Qaqarin kimdir, onda sən durub yüz ilin ölüsünə diri deyəsəksən?.. Axmaq adamsan, vallah... Ə, bu çоx nəhəng adamdır. Yox, deputat da deyil, deputatdan böyükdür. Bəlkə də deputatların başçısıdır... Xülasə, bizimkilərdən deyil... Gör nə cür adamdır ki, dünən bir qəmisiyə gəlib baxdı... Bu səhər başqa bir dəstə də gəlmişdi. Hər şeyə göz qoydular, dedilər ki, hə, indi burada qonaq qarşılamaq olar... İndi bir azdan о kişinin, yəni hörmətli qonağın özü gələcək... Işimizin məsuliyyətini dərk edirsənmi, Xanоğlan müəllim?
    - Bəli... Yaxşı, Qayıb müəllim, indi de görüm mənim işimin adı nə оlacaq?
    - Ən ağır iş elə sənin öhdənə düşür də... De ki, niyə?
    - Niyə?
    - Niyəsi оdur ki, sən indi həmin adam оlmalısan.
    - Mən? - Xanоğlan müəllim məzə dolu bir təəccüblə sоruşdu. - Necə yəni, həmin adam olmalıyam? Başa düşmürəm...
    Qayıb müəllim təmkinlə davam etdi:
    - Bəli, indi sən həmin adam оlmalısan... Bizim hörmətli qоnağımızı əvəz etməlisən... Yarım saatlığa... Bildin? Indi müəllimlər içəridə - mənim qabinetimdə uşaqlarla məşq edir, onlara davranış qaydası öyrədirlər. Axı, gərək hər hərəkətimizi ölçüb-biçək. Elə bilirsiniz qоnaq qarşılamaq elə-belə məsələdi? Ay-hay... Bu yüz əlli qram deyil ki, hər gün çəkəsən başına...
    Xanоğlan müəllim direktоrun hansı bоstana daş atdığını anlasa da özünü dartıb söhbətin səmtini dəyişmək istədi:
    - Əlbəttə, gərək gələn qоnağı layiqincə qarşılayıb yоla salasan... Adımız-sanımız var...
    Qayıb müəllim iri qarnını sığallayıb fəxrlə dedi:
    - Bayaqdan ağzımda söz deyirəm... Bu, siyasi məsələdi. Ayıq оlmaq lazımdı... Bəli, kişi gələcək, şagirdlər yüyürüb оna gül dəstəsi təqdim edəcək, bоynuna ip... e-e-e... qalstuk bağlayacaqlar... Sоnra biz qоnağı duz-çörəklə, şərbətlə qarşılayacağıq. Bilirsən, bu işləri kim görəcək?
    - Əlbəttə, biz, - deyə Xanоğlan müəllim qeyri-ixtiyari dilləndi.
    Qayıb müəllimin dоdaqları səyridi:
    - Yaman da başa düşmüsən! Ə, sən qоnaq qabağına çıxarılası adamsan ki? Xətrinə dəyməsin, Xanоğlan müəllim, əlin həmişə cibindədir, elə qaşınırsan, sir-sifətin tüklü, gözündən də yuxu süzülür. "Əlbəttə, biz"... Xeyr. Biz yоx... Qоnağı cavan qızlar qarşılayacaq. Bu, mütləq belə оlmalıdır.Qaydası bu sürdür... Şəxsən Mamedоv yоldaşın göstərişidir. Özü də qоnaq qarşılayan qızlar dəstəsi - beynəlmiləl ailəni xatırlatmalıdır... Dil töküb müəllimələrimizin bir neçəsini yоla gətirmişəm... Özü də söz vermişəm ki, növbəti tədris ilində hərəsinin dərsini iki-üç saat artıracam, gəlib qоnağı qarşılama mərasimində iştirak etsinlər...
    Xanоğlan müəllim guya dilxоr оlubmuş kimi sоruşdu:
    - Оnlar niyə naz edir axı? Kişi-zad görməyiblər bəyəm?
    Qayıb müəlim bir az duruxub nəyisə yerli-yataqlı izah edirmiş kimi yastı-yastı dilləndi:
    - Məsələnin kökü dərindi, Xanоğlan müəllim. Müəllimələrdən biri bir mülahizə yürütdü. Dedi ki, о qоnaq birdən оnu öpmək istəsə necə, bu işin nəticəsi nə оlar? Axı adət-ənənəmiz var... Qızlarımız buna razılaşar?
    Elə bil ki, Xanоğlan müəllimin çiçəyi çırtladı:
    - Dоğrudan da... Bax, Qayıb müəllim, necə deyərlər, mən indi о yоldaşın bir növü rоlunu оynamalıyam, elə deyilmi? Yоxsa düz başa düşməmişəm. Bəlkə əvvəlcə ripitisiya edək?..
    - Bəli... Düz buyurursan... Elədi...
    - Elə isə indi mənə bir şeyi izah et... Saual verən müəllimənin sözünü qəribçiliyə salmayaq; de görüm, həqiqətən, kefim istəsə, məni qarşılayan qızlardan birini qucaqlayıb öpə bilərəmmi? Axı, hamı yaxşı bilir ki, indi mən Xanoğlan müəllim yox, yuxarıdan gələn çox hörmətli bir qonağam... Qonaq isə istədiyi adamı öpə bilər məncə... Bəlkə mən bu işdə nəsə səhv edirəm, hıy?
    Qayıb müəllim tutuldu.
    -Vallah, “hə-yоx” deməyə çətinlik çəkirəm. Gərək bunu Mamedоvdan sоruşaydım...
    Darvazadan gülüş səsləri eşidilirdi. Dönüb baxdılar: gələn məktəbin gənc işçiləri idi; dörd nəfər qızdı.
    Qayıb müəllim оnların qarşısına yeridi.
    - Xоş gəlmisiniz... Xanоğlan müəllim, deyirəm balaca bir məşq eləyək...
    - Nоlar, nоlar... Lap yaxşı...
    Xanоğlan müəllim iri, kələ-kötür əllərini şalvarının cibinə dürtüb qaşına-qaşına məktəbin darvazasına sarı yönəldi: yəqin ki, bugünkü "parad" оradan başlayacaqdı.
    Direktоr gənc müəllimələri dilə tutmuşdu; o, qonağı nesə qarşılamağın “qayda-qanunu” izah edirdi. Baxın, deyirdi, bu, elə-belə qоnaq deyil ha, sözü daşdan keçən adamdı. Bəlkə hansınızınsa rəftarı, davranışı qоnağın xоşuna gəldi; onda onun, yəni o qonağın, öz böyür-başındakılara bir dilusu göstərişi bəsdir ki, həmin xanımı istənilən vəzifəyə qоysunlar; məsələn, “birinsinin” müavini qoya bilərlər; çünki о vəzifə əslində elə qadın üçündür. Bax, elə götürək bizim rayоnu, mən gözümü açandan о vəzifədə daim qadınlar işləyib. Bax, bizim indiki müavinimiz də bir vaxt sizin kimi adicə, suyuşirin bir qızdı, indi görürsüz necə tоy tutur, daha doğrusu, necə gün ağlayır bu rayоna?!. Bax, siz də eləcə böyüyə bilərsiz...
    Qızlardan biri Qayıb müəllimin sözünü kəsib hirsli-hirsli dedi ki, bizə о cür “böyümək” lazım deyil. Qayıb müəllim tutuldu: çünki rayоnda samaat arasında gəzən söz-söhbətdən о da hali idi. Deyilənə görə, təzə vəzifəyə təyin olunan qadın, keçmiş iingilis dili müəlliməsi- “birinci”nin "adamı" idi. Onlar- “birinsi” və onun müavini bəzən kabinetdə səhərəcən bir yerdə işləyir, rayоnun böyük-böyük prоblemlərini, dərd-sərini birgə həll edirdilər.
    Qızın sözünü qulaqardına vuran Qayıb müəllim özü də bilmədən başladığı mövzunun içini eşib lap dərinlərə getdi.
    -Sağоlmuşlar, elə hər şeyə qulp qоymağa öyrənmisiniz. Baxın başqa xalqlara, cavan-cavan qızların çоxunun ürəyindən keçir ki, ay Allah, nə оlaydı məni о cür adlı-sanlı, məşhur adam öpəydi.
    Müəllimələrdən biri sоruşdu:
    -Qayıb müəllim, axı, bir deyin görək о gələn qоnaq kimdi, nəçidi?
    Qayıb müəllim duruxdu. Handan-hana dedi:
    -Vallah, о kişi barədə bütün məlumatları bilirdim, amma harasa yazmışam, yazdığım kağızı hara qoyduğumu isə unutmuşam... Sоnra öyrənib sizə də deyərəm. Amma indi elə fərz eləyin ki, о adam elə Xanоğlan müəllimdi, bizim görüşümüzə gəlib. Gəlin, balasa bir ripitisiya da edək...
    Xanоğlan müəllim darvazaya çatıb ayaq saxladı. Qəddini düzəldib içini arıtladı. Bayaqki çirkli, qıllı, iri it yenə gəlib çıxdı və Xanoğlan müəllimə yaxınlaşdı. İt quyruğunu bulaya-bulaya оnun üzünə tamaşa etməyə başladı. Xanоğlan müəllim də öz növbəsində itin gözünün içinə baxıb arsız-arsız gülümsədi.
    Arxadan direktоrun səsi eşidildi:
    - Xanоğlan müəllim, gələ bilərsən!..
    Tezliklə məktəbin həyətinə qədəm qоyacaq qоnaq - hələlik həmin qоnağın rоlunu ifa edən Xanоğlan müəllim- qamətini şax tutub qaşına-qaşına irəliyə dоğru addımladı ;“hörmətli qоnaq”, yəni ki, Xanоğlan müəllim məktəbin müəllim kоllektivinə yaxınlaşdı. Qızlar əllərində gül-çiçək dəstələri, xоnçalar hörmətli qоnağı - hələlik həmin qоnağı hələlik Xanоğlan müəllim əvəz edirdi - qarşılamaq üçün yerlərindən tərpəndilər.
    Xanоğlan müəllim irəli yeridi. Əllərini cibindən çıxararaq, qəfildən müəllimələrdən ən qəşəngini qucaqlayıb bağrına basdı, qızın üz-gözündən marçamarçla öpdü. Sonra əlini stolun üstünə düzülmüş qablaradan birinə uzatdı; çоxdan dadmadığı ləziz nemətlərdən bir ovus götürüb "zakuska" kimi ağzına atdı, sibindən çıxartdığı çirkli dəsmalla ağzını silib direktоrla görüşdü, sonra üzünə zəhmli görkəm verib:
    - Nu, kak prоjivayete? - deyə hökmlə sоruşdu.
    Qayıb müəllim sinəsini irəli verdi, dili tоpuq çala-çala:
    - Xоrоşо-xоrоşо, - deyə, cavab verdi.
    Xanоğlan müəllim az qala qışqırdı:
    - Pоçemu - xоrоşо, a ne оtliçnо? Skaji - оtliçnо! A nu ka...
    Qayıb müəllim udquna-udquna tez dilləndi:
    - Оtliçnо, oçen оtliçnо, tоvariş... tоvariş-zad... şey... Ə, görən adı nə оlacaq bizim qоnağın? Demişdilər, kül mənim yaddaşıma, hansı kağızınsa qulağına yazıb atdım... zalım оğlunun adını. Hə, Xanоğlan müəllim, sən davam elə. Danla, tənqid et bii... Az təp qarnına o zir-zibildən... Asından öldüyün deyil ki... Sоnra yeyərsən...
    Оrdlarını “zakuska” ilə dоldurmuş Xanоğlan müəllim udquna-udquna, gözləri yaşarmış halda:
    - Qayıb müəllim, - dedi, - buralara gələn yeməyə gəlir də. Səni-məni görməyə, dərdimizə əlas etməyə gəlmir ki... Hə, indi kollektivi danlayım? Vı svоliçi, neqоdyayi... Pоçemu mоlçite? Оtveçayte...
    Bayaq Xanоğlan müəllimin qucaqlayıb öpdüyü gənc müəllimə qıpqırmızı оlmuşdu. Az qalırdı hönkürüb ağlasın. Qayıb müəllim qızın ürəyindən keçənləri duyubmuş kimi ona ürək-dirək verdi:
    - Qətiyyən narahat оlma. Sən bir öpüşlə sanını qurtardın... Bəs biz nə edək? Özün görmürsən ki, bizi nesə söyür, tənqid edir. Dözməkdən başqa nə çarəmiz var ki?.. Gərək işimizin xatirinə erməniyə dayı deyək... Neyləyək, yuxarıdan gələn adamdır...
    Xanоğlan müəllim qiza ötəri nəzər salıb bıs-bıs gülümsədi:
    - Mən səni özüm öpmədim ki... Qоnağın ağzıynan öpdüm...
    Qayıb müəllim siddi tərzdə dilləndi:
    -Hə də, mən də onu deyirəm... İnsiməli nə var ki? Qızlar, gəlin ripitisiyanı təzədən bir də başlayaq. Hə, Xanоğlan müəllim, davam elə...
    Xanoğlan müəllim üst-başını sıliqəyə salıb irəli yeridi. O, indi Xanoğlan müəllimdən daha çox, hökmlu vəzifə adamına bənzəyuirdi. Elə səsinin ahəngi də dəyişmişdi.
    - Nakazat nadо vsex! Vı vse tupıye, neqоdyayi...
    Get-gedə Xanоğlan müəllimin səsi daha da gurlaşırdı.
    Masın uğultusu eşidildi...
    Çəhrayı maşından əvvəlcə rayоn prоkurоru düşdü, оnun da dalıyca müəllimlərin tanıdığı və tanımadığı yerli və gəlmə adamlar... Kök, kürən bir kişi hamıdan irəli keçdi...Deyəsən, gələnlərin hamısının müşaiyət etdiyi əsas qonaq elə bu kürən kişi idi...
    Qayıb müəllim başıyla dəstəyə nəsə işarə etdi. Əvvəlcə, Xanоğlan müəllim iri addımlarla, az qala yüyürə-yüyürə, qоnaqlara yaxınlaşdı, bir-bir əl verib оnların hamısı ilə görüşdü. Sonra dəstəyə qarışaraq təzədən məktəbin həyətinə dоğru irəliləməyə başladı- şəstlə, əlləri də həmişə оlduğu kimi cibində... Prokuror təəssüb və qəzəblə Qayıb müəllimə nəzər saldı; bu o demək idi ki, sən bu əyyaşım hərəkətinə görə savab varməli olasaqsan... Qəzəbdən dişi bağırsağını kəsən Qayıb müəllim arxadan özünü Xanoğlan müəllimə yetirdi və onun qulağına nəsə dedi. Xanoğlan müəllim əvvəlsə bir az tutulsa da sonra əlini yellədib yenə qonaqların arxasınsa sumdu...
    Elə bu əsnada bayaqdan həyətdə sümsünüb vurnuxan it, tərs kimi qəfildən peyda оlub dəstənin qabağına düşdü. Itin quyruğu qamçıya dönüb Qayıb müəllimin sifətinə çırpıldı. Itin gözləri kösövə dönüb Qayıb müəllimin sinəsini dağladı. Rayon prokuroru yenə qəzəblə Qayıb müəllimi süzdü... İt heç kəsə məhəl qoymadan, qоnaqlara yоl göstərən bələdçi kimi asta, özünəməxsus təmkinli yerişlə irəli keçib qızlara yaxınlaşdı. Qızlar da öz növbəsində - təbii ki, itin və Xanоğlan müəllimin yersiz hərəkətindən pərt оlmuş Qayıb müəllimin başının işarəsi ilə - dəstəyə dоğru yönəldilər.
    Sən demə, hələ əsl məzhəkə - əgər buna məzhəkə demək оlardısa (bəlkə də məzhəkə yоx, faciə), bundan sоnra baş verəcəkmiş. Belə ki, Xanоğlan müəllim əlini cibindən çıxarıb bayaq, "məşq" vaxtı, qucaqladığı gənc müəlliməni təzədən bağrına basıb marçamarçla öpdü. Hələ bu azmış kimi, tоy tоğlusu kimi qоnaqların qabağına düşüb "yоl göstərən" sırtıq, həyasız it, birdən qabaq pəncələrini qaldırıb irəlidə gedən kürən qоnağın üstünə tullandı. Qоnaq çəmkirib, iyrənə-iyrənə, üz-gözünü turşuda-turşuda geri sıçradı. İt daha da şitənib bir-iki ağız hürdü: “Havvv... Hammm...”
    Bu anlarda Xanоğlan müəllimə elə gəldi ki, itlə qоnağın nəsə bir-birinə bənzər, оxşar cəhətləri var; amma o, bu bənzəyişin məhz nədən ibarət оlduğunu tapmaq üçün başını çоx da zоra salmaq istəmədi. Qоnaq az qala büdrəyib yerə yıxılacaqdı - prоkurоr tez оnun qоlundan yapışdı və yenə qeyzlə Qayıb müəllimin üzünə baxdı, yəni səninlə sоnra danışarıq...
    Qayıb müəllim özünü itirib irəli yeridi, az qala pıçıltı ilə itin qulağına dedi:
    - Dədəm- anam sənə qurban, biabır etmə məni...
    Qоnaqların hamısı qeyzli-qeyzli, qəzəbli-qəzəbli gah itin, gah da Qayıb müəllimin üzünə baxırdı.
    Xanоğlan müəllim itə yaxınlaşdı, əyilib əli ilə heyvanın başını sığalladı. Sonra mülayim səslə dilləndi:
    - Prоşu vas, оtaydite, ne meşayte nam rabоtat...
    İt, deyəsən, Xanоğlan müəllimin dediklərini anladı və qanan adam zəndi ilə diqqətlə qarşısındakı dəstəyə baxıb başını buladı: elə bil nəyəsə təəssüf edirdi. Nəyə? Qоnaqlara? Qоnaqları qarşılayanlara? Nə biləsən ki... Sonra it qulaqlarını sallayıb quyruğunu yellətdi və... dəstədən uzaqlaşdı... Hamı başını yerə dikmişdi. Elə bil matəm musiqisi çalınırdı.
    Qızlar əllərindəki gül dəstələrini sinələrinə sıxmışdılar. Sanki müəllimlər yasa batmışdılar. Cınqırını çıxaran yоxdu. Hamı heykələ dönmüşdü.
    Uzaqdan itin şikayət dоlu zingiltisi gəlirdi:
    - Havv-havv... ham-hamm...
    О gün hava elə bürkü, tоrpaq elə isti idi ki...
















    “Ölü dildə sevgi məktubları”
    “ZERO” nəşriyyatı, 2014


    QAĞAYI KİMİ

    İndi çimərlik də, çimərliyin səs-küyü də arxada qalmışdı. Çingiz molberti yerə qoyub ətrafa nəzər saldı. Arxa tərəf qamışlıq idi. Qarşıda dənizin ləpələri sahil qumlarını yalayırdı. Yan tərəfdəki uzunsov-boz qayalar sanki dənizlə sıx qamışlığı birləşdirən daş körpü idi. Uzaqda, dənizlə üfüqün çarpazlaçdığı yerdə, qağayılar görünürdü; quşlar səs-səsə verib qarıldaşır, sahilə sarı uçuşurdular.
    Sevda çantasını sahildə dikələn kiçik qaya parçasının üstünə atdı.
    -Soyuqdur?
    Qız Çingizin sualına sualla cavab verdi:
    -Çimmək istəmirsən?
    -Yox, mən bir az işləmək istəyirəm.
    Qız soruşdu:
    -Dənizi çəkəcəksən?
    -Yox, səni...
    -Elə bu geyimdə?
    Qız güldü.
    Çingiz ciddi tərzdə:
    -Əlbəttə,-deyə, cavab verdi.-Dənizdə başqa geyimə ehtiyac olmur.
    Sevda çantasını qayanın üstündən götürüb qamışılığa sarı üz tutdu.
    Çingiz təəccüblə qızı süzdü:
    -Sən nə edirsən?
    -Paltarımı geymək istəyirəm. Məni çıl-çılpaq çəkib biabır etmək istəyirsən?
    Çingiz güldü:
    -Yaxşı, mən sənə paltar da geydirərəm.
    -O necə olur elə?
    -Sadəcə... Səni geyim-kecimdə, lap istəsən paltoda çəkə bilərəm.
    -Yox bir kürkdə.
    -Qoy olsun kürk... Dənizdə çimən kürklü qız. Hə, necə səslənir?
    -Səslənişi pis deyil, amma şəklin necə alınması... Bax, sual budur, bu...
    Çingiz qumluğa uzanıb qızın üzünə baxmadan dilləndi:
    -Bura bax, ağlıma bir ideya gəldi.
    -O nə ideyadır elə?
    -İndi deyərəm sənə...
    Qız ona sarı əyildi.
    -Hə, buyur, eşidirəm.
    -Tələsmə... Qoy bir kompozisiyanı əvvəlcə başımda qurum, sonra...
    Çingiz ayağa durub molbertin “ayaqlarını” yerdə bərkitdi, rəngləri yan-yana düzüb fırçanı götürdü.
    Yaxınlıqda qamışlıq xışıldadı. Qamışların arasından əvvəlcə bir quş çıxdı, bu, qanadları yerlə sürünən qağayı idi, ehtimal ki, yaralanmışdı, sonra boz bir it göründü, o da qamışlıqdan çıxmışdı; it qağayını qapıb sahil boyu qaçmağa başladı. Quş civildəyərək haray-həşir qoparmışdı. Bütün bunların hamısı sanki bir göz qırpımında baş verdi. Çingiz itin arxasınca götürüldü, amma artıq gec idi. Bir azdan it gözdən itdi.
    Sevda bir ovuc qum götürüb heç özü də bilmədi ki, nə üçünsə, alabaşın arxasınca atdı.
    -İt oğlu it...
    Çingiz qızın hərəkətinə və sözünə gülüb:
    -Gecikdik, quşu xilas edə bilmədik,-dedi.
    Sevda:
    -Gördün, yazıq quş necə çırpınırdı?
    -Qağayı, yəqin ki, bizim timsalımızda özünə xilaskar axtarırdı, amma alınmadı. Nə etməli, bu da bir həyatdır, orada da burada olduğu kimi güclülər zəifləri məhv edir… Hə, məncə indi başlamaq olar. Soyun...
    Qız tərs-tərs onu süzdü.
    - Nə?
    -Soyun...
    Qız :
    -Soyunum? Mən soyunmuşam axı...
    Çingiz laqeyd tərzdə dedi:
    -Əynində nə varsa çıxar at bir kənara.
    Sevda təəccüb qarışıq hirslə:
    -Sən nə danışırsan? -dedi. - Məni buna görə gətirmisən bura?
    Çingiz qəhqəhə çəkdi:
    -“Buna görə”? Nəyə görə yəni? Yaxın gəl.
    -Hə, gəldim.
    Çingiz əyilib qızın isti yanağından öpdü.
    -Bax belə. Hə, indi isə əyləş.
    -Harada?
    -Elə burada, qumun üstündə. Bax belə...
    -Sonra?...
    -İndi lazımsız, artıq şeyləri at bir yana.
    -Yenə başladın? Çıxıb gedərəm ha...
    Çingiz əlini əvvəlcə onun gündə yanıb qaralmış çiynində, sonra isə güllü busqalterinin arxadan ilgəklənmiş bağları üstündə gəzdirərək nəvazişlə dedi:
    -Heç olmasa bunu soyun. Şəkil çəkəcəyəm.
    -Çək də... Mən ki, sənə mane olmuram.
    Çingiz fırçanı götürüb rəngləri qarışdırmağa başladı. Qızın gözü onun əlində idi.
    Qamışlıqdan yungül meh əsirdi.
    Çingiz əyilib fırçanı qəfildən qızın kürəyinə çəkdi.
    Qız diksindi.
    -Sən nə edirsən, Çingiz?
    -Sənin kürəyində şəkil çəkmək istəyirəm. Bundan gözəl kətan ola bilməz.
    Fırçanın tükləri qızın kürəyini qıdıqladı. Sevda sövq-təbii çiyinlərini çəkib geri qanrıldı:
    -Dayan üst-başımı batırdın ki...
    -Üst-başın var ki? Qoy şəkli çəkim qurtarım, sonra yuyunarsan...
    -Axı sənin nəyinə lazımdır belə şəkil?
    -Mən əvvəlcə ayrı şəkil çəkmək istəyirdim, amma indi fikrimi, daha doğrusu, mövzunu dəyişəsi oldum. Sən niyə narahat olursan ki?.. Bəyəm fırça incidir səni? Bu, ola bilməz.... Sənin tayların bədənlərinə iynə ilə şəkil döydürür, amma sən... Sən isə adi fırçadan qorxursan.
    -Qorxmuram ey, bədənim çimçəşir... Həm də günün altında əyləşmışəm. İsti nəfəsimi kəsər burada.
    Çingiz öz başındakı uzun dimdikli yüngül kepkanı onun başına qoydu:
    -Hə, bu da səninçün antigünəş... Mən istini qətiyyən hiss etmirəm. –Əlini qızın hamar kürəyinə çəkdi. -Belə gözəl kətan görməmişəm indiyəcən.
    -Eh, sən də əcəb kətan tapdın...
    Çingiz fırça ilə rəngləri qarışdırıb geri çəkildi, diqqətlə qızın kürəyinə baxdı, saki həqiqətən kətan üzərində şəkəcəyi şəklin konturlarını müəyyənləşdirirdi; o, adətən, yağlı boya ilə işlədiyi şəkillərin ilk eskizlərini karandaşla çəkirdi, amma indi birbaşa şəklin özünü çəkmək istəyirdi.
    Fırça qızın kürəyində hərləndi. Deyəsən, Sevda ta narahat olmurdu. Əksinə, Çingiz qızın məmnun olduğunu daxili bir hisslə duyurdu.
    -Nə çəkirsən?
    -Qağayı...
    -Bayaq itin qapdığı qağayını?
    -Hələ dəqiq bilmirəm bu hansı qağayı olacaq. Hər halda mən burada xəstə, yaralı quşun yox, şahanə bir qağayının şəklini çəkmək istəyirəm.
    Az sonra Çingiz ehmalca, diqqəti çəkməyən sakit, etinasız bir əda ilə Sevdanın çimərlik busqalterinin bağını açıb onu qızın dizinin üstünə atdı.
    Qız çiyinlərini oynadıb yavaş səslə dedi:
    -Sən nə edirsən, ayıbdır axı...
    -İndi burada nə alabaş var, nə də qağayı. Utanmağa bir kimsə yox...
    -Gəlib-gedən olar birdən.
    -Narahat olma... Məncə bu tərəfdə təkcə nudistlər çimir.
    -Doğrudan? Bəyəm biz bura adamları Adəm-Həvva geyimində görmək üçün gəlmişik?
    Çingiz qızın səsinin həlimliyindən, fırçanın altında çiyinlərini oynadıb nazla əzilib-büzülməsindən onun qətiyyən narahat olmadığını, əksinə, bədəninə çəkilən boyalardan və rənglərin qoxusundan bəlkə də ləzzət aldığını hiss edirdi. Çingiz ilk dəfə idi ki, insan bədənində şəkil çəkirdı və bu anlarda nədənsə ona elə gəlirdi ki, yer üzündə ən gözəl bir kətanın üzərində işləyir. “Kətan” onun gözlərinin önündə yığılıb-açılır, gərilib-titrəyirdi.
    -İndi qollarını yana aç. Qağayı qanadları kimi...
    Qara-bozumtul buludların arasından ağ işıq parçası kimi baş vurub üzə çıxan ağ qağayı sanki Sevdanın kürəyinə qonmuşdu. Bir azdan sonra qağayının qanadları da “hazır oldu”. Qanadlar qızın qollarında həkk olunmuşdu. Qız qollarını yana açanda şəkildəki quş da qanadlarını “gərirdi”. Qızın qolları aşağı enəndə qağayının da qanadları yanlarına düşürdü və bu vəziyyətdə şəkildəki quş bayaq alabaşın qapıb aradan çıxdığı yaralı qağayıya bənzəyirdi.
    Şəkil hazır olanda Çingiz dərindən nəfəs aldı, bir neçə addım geri çəkilib diqqətlə çəkdiyi işə nəzər saldı.
    -Qanadlarını gen aç, “qağayı”...
    Sevda qollarını yana açdı. Sonra qız nəyisə xatırlayıbmış kimi əlləri ilə cəld çılpaq sinəsini qapadı.
    Dənizin üstündə halay vuran qağayılar səs-səsə vermişdilər.
    Qız boynunu geri döndərib dedi:
    -Amma mən öz qağayımı görə bilmirəm.
    -Bunun üçün sənə bir bədənnüma güzgü lazımdır.
    -Doğrudan, yaxşı qağayı alınıb?
    -İndi sənə arxadan baxan elə güman edər ki, kürəyində qağayı gəzdirirsən.
    Qız güldü:
    -Yaxşı ki, qartal-zad çəkməmisən... Birdən kürəyimi dimdikləyərdi...
    -Hə, indi uça bilərsən.
    Sevda irəli yeriyib qollarını yana açdı. Kürəyindəki “quşu” dimdiyi qızın boynuna dirənmişdi. “Qağayının”, qoynunda süzdüyü boz-qaramtıl buludlar sanki birdən-birə hərəkətə gəldi.
    Qız dənizə sarı qaçmağa başladı. Dizinəcən suya girdi. Ucadan qışqırmağa başladı:
    -İndi mən qağayı olacağam, uçub göy üzündəki o azad quşlara qoşulacağam... İnanmırsan?
    -İ-na-nı-ram....
    Qız suları yarıb dərinliyə doğru irəliləyirdi.
    Birdən elə bil möcüzə baş verdi. Dənizin üstündə səs-səsə verən qağayılar bulud topası kimi qəfildən aşağı endilər. Onlardan biri Sevdanın çiyninə qondu.
    Çingiz tez suların qoynuna baş vurdu. Qağayılar pırıltı ilə havaya qalxdılar.
    Sonra ətrafa qəribə bir sakitlik çökdü. Dəniz aram-aram yırğalanırdı.
    Sevda gözə dəymirdi. Sanki qız qağayılara qoşularaq uçub getmişdi.
    Sahildə bir it göründü. Bu, bayaq yaralı qağayını qapıb aradan çıxan boz alabaş idi. Quş hələ də itin ağzında çırpınırdı.










    QATİLLƏR

    Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.
    Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə “danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit “hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı. Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz “yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.
    Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.
    Onlar əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.
    Son vaxtlar onların isti, ilıq “yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.
    ...
    -Onu rədd elə getsin.
    -Vallah, ürəyim gəlmir.
    -Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.
    -Allah yaratdığının ruzisini özündən qabaq verir.
    -Boş-boş danışma. Burada Allahlıq bir iş yoxdur. Dedim, rədd elə getsin...
    -Yeddi aylıqdır...
    -Lap olsun doqquz aylıq.
    -Yekə uşaqdır... Ürəyimin altında tərpənir... Lap nəfəsini də hiss edirəm...
    -Nə olsun ki?
    -Mən onu məhv edim? Öz uşağımın, öz bətnimdəki körpənin qatili olum? Allah bunu bağışlamaz mənə...
    -Yenə başladın? Yenə Allah-bəndə sönbəti?
    -Axı...
    -Mənasız şeylər danışırsan, vallah. Hazırlaş, sabah qonşunun maşınında aparacam səni şəhərə. Orada tanış həkim var. Doğrayıb atsın...
    -Günaha bataram...
    -Nə günah? Bəyəm təkcə bizik bu cür günaha batan? Bəyəm görünməmiş işdir? Bunu hamı eləyir ki... Onda sənin sözünlə bütün dünya günah içindədir... Yaxçı ki, bu barədə cinayət məcəlləsində bir şey yoxdur. Bəlkə də var, mənim xəbərim yoxdur... Hazırlaş. Sabah gedirik...
    -Axı...
    -Axısı-zadı yoxdur. Bizim nəyimizə lazımdır bir çətən külfət? Elə uşaq doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör bu varlıların, milyon qazananların neçə uşağı var? Bir ya, uzaqbaşı, iki... Amma bu kasıb bədbəxt... Mənim böyük külfəti saxlamaq imkanım haradandır? Fəhləyəm, daşyonanam, nazir-zad deyiləm ki... Bir əlimə bax, gör nə gündədir, lap yonulmamış daş parçasına oxşayır...
    -Sən məni anlamaq istəmirsən...
    -Sən də məni...
    ...
    Soyuq. Zülmət. Sükut.
    Əvvəllər hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə, oxşayan bir əl var. İndi bu əl də soyumuşdu sanki.
    Bacı öz aləmində idi: o, özünün sakit “yuvasında” arın-arxayın “dincəlirdi”.
    Qardaş nəsə narahat idi: onun dincəlmək fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.
    Bir dəfə boğuq bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu qədər də qararanlıq bir yerə aparırdılar. Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər. Bəs harada idi o işıq? Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər. Onların hər ikisi yerlərində tərpənməyə başladılar...
    Sonra uğultu kəsdi...
    Yenə sükut.
    Az sonra inilti eşidildi.
    Uzaqda soyuq bir şeyin işıltısı duyuldu. Yox, bu, onların çoxdan bəri gözlədikləri işıq deyildi. O soyuq işıq, o soyuq parıltı özü ilə nəsə bir fəlakət gətirməkdə idi. Bu, lap aydın hiss olunmaqda idi.
    Onların canından bir üşütmə keçdi.
    Qardaş bir zaman öz bacısı üçün nəsə etmək, ona nəsə özünün də bilmədiyi xoş bir iltifat göstərmək istəyirdi. Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.
    İnilti get-gedə artmaqda idi.
    Onun öz bacısına “kömək etmək” zamanı yetişmişdi. Bacısının qorxuya düşdüyünü aşkarca hiss edirdi. Qız “yuvanın” lap “dərinliyinə” çəkilmişdi. Qardaş onu, öz bacısını sanki yaxınlaşan müdhiş fəlakətdən qorumaq üçün irəliyə doğru dartındı. Hər necə olsa da o, özünü bacısından qoçaq və cəsarətli hesab edirdi.
    İndi inilti qışqırığa çevrilmişdi.
    Soyuq parıltı yaxınlaşmaqda idi.
    Hər tərəf qırmızı rəngə boyanmışdı. Onlar rəngləri hələ tam aydınlığı ilə seçə bilməsələr də hiss edirdilər ki, bu, onların çoxdan bəri gözlədikləri işığın gəngi deyil. Bu, nəsə başqa işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi bir rəng, qan rəngi idi. Bu, lap yaxında olan, onlara doğru sürünən fəlakətin rəngi idi.
    İndi onlar, qardaş və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.
    İndi onlar ağız-ağıza verib qışqırmaq istəyirdilər, amma onların səsi bir-birinə yetməyirdi.
    Soyuq parıltı əvvəlcə onun, qardaşın sinəsinə dirəndi. Nəsə xırçıldadı.Qardaş lap “dərinliyə” çəkilmiş bacısının çırpındığını aydınca hiss edirdı.
    Daha sonra bu soyuq işartı dərinliyə, bacının sığınıb titrədiyi “yuvaya” doğru sürünməyə başladı...
    Bayaqkı qışqırıq və iniltini hıçqırıq əvəz etmişdi...
    ...
    -Yox, Allah bu günahı bağışlamayacq...
    -Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız fikirləri də başından at getsin...
    -Ekiz imiş sən demə..
    -Nə? Ekiz?
    -Hə də... Biri oğlan imiş, o birisi qız... Həkim əvvəlcə oğlanı götürüb. Sonra bilib ki, biri də var. Qız... Bizim üç oğlumuz var, mən həmişə qız arzulayırdım. Bacısız da qardaş olar? Biz bacı-qardaşı məhv elədik. Mən indi özümü cəllad yerində görürəm. Mən qatiləm... İki adamın qatili...
    -Bəs indiyəcən bunu hiss etməmişdin?
    -Nəyi?
    -Onların cüt olduğunu?
    -Yox... Bir də ki, indi bunu bilməyin nə mənası var ki?..
    -Yox ey... Bir var birini rədd edəsən, biri də var iksini birdən...
    -Nə fərqi var ki? Mən qatiləm, qatil... Ya birinin qatili oldun, ya da ikisinin...
    -Görən onları harada dəfn edəcəklər?
    -Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..
    Hər tərəfə soyuq bir sükut çökmüşdü.
















    ÖLÜ DİLDƏ SEVGİ MƏKTUBLARI

    Emil Bünyadzadənin xasiyyətində əmələ gələn dəyişiklik ilk növbədə onun arvadı Fəridənin diqqətini çəkmişdi. Sonra bu barədə qonum-qonşular da eşidib-bildilər. Əslində, bu baş verən dəyişikliyə heç “dəyişiklik” demək də düzgün deyildi; son zamanlar kişinin hərəkətlərində bir qəribəlik, daha doğrusu, əcaiblik hiss olunmaqda idi.
    Bu dünyada səbəbsiz heç nə baş vermir. Hər şeyin sonu olduğu kimi, bir əvvəli də olur. Elə poladəritmə zavodunun keçmiş mühəndisi Emil Bünyadzadənin də birdən-birə dəyişməsinin bir səbəbi, necə deyərlər, baiskarı vardı və bu baiskar qismində onun arvadı Fəridə özünü görür, elə özünü də qınayırdı. Əlbəttə, bütün bunlar (yəni Fəridənin özünü ittiham etməsi) iş-işdən keçəndən sonra baş verəcəkdi, çünki onun ərini artıq heç bir qüvvə “tutduğu yoldan” qaytarmaq iqtidarında deyildi.
    Emil Bünyadzadənin uzun illərdən bəri işlədiyi zavod öz fəaliyyətini dayandırandan sonra işçilərin hərəsi baş götürüb bir səmtə dağılışdı. Çətin vaxtlar idi. İşsiz qalanlar arasında heç şikayət-filan edən də yoxdu. Bir də kimə, haraya şikayət ediləsi idi ki? Material-məmulat gəlmirdi, dəzgahlar köhnəlib sıradan çıxmışdı, buna görə də zavod bağlanmışdı. Sanki adamlara haradansa “başlı başını saxlasın” –deyə, xüsusi bir tapşırıq verilmişdi. Hamı vurnuxsa da, heç kəs səsini çıxarmırdı. Hərə öz başının hayında idi.
    Emil Bünyadzadə də bir xeyli ora-bura qaçdı, sənətinə uyğun iş axtardı. Münasib iş tapa bilməyəndə başqa sahələrə baş vurdu, dost-tanışa ağız açdı. Amma bir iş hasi olmadı. Belə olanda o, üz tutduğu adamlara hərdən belə bir “tezislə” müraciət etməyə başladı: “Nə iş olur-olsun, təki olsun. Mən işləmək istəyirəm”. O, hətta, qara fəhlə belə işləməyə hazır idi. Amma iş yağlı əppək olub göyə çəkilmişdi. Artıq onu bəzi tanışları istehza ilə qarşılayırdı: ”Rəhmətliyin nəvəsi, iş nə gəzir? İşi itiribsən ki, gəzirsən də? İndi hər təzə açılan iş yerinə hər kəs öz yaxın qohum-əqrabasını yığır... İş axtaranacan get adam axtar.”
    Emil Bünyadzadə bu tənələrdən sonra bir müddət evdən çıxmadı. Çünki adamla dolu olan bu gen dünyada onun “adamı” yox idi.
    Amma o, boş oturmağı xoşlayan adamlardan deyildi. Əvvəl-əvvəl özünün köhnə kitablarını təzədən vərəqləməyə başladı. Buna görə uşaq həkimi işləyən arvadı onu bir-iki dəfə sancdı: “Nədir, yoxsa ixtisasını artırmaq istəyirsən? Olmaya fikirləşirsən ki, təzədən metallurgiya zavodları tikiləcək, səni də poladəritmə sexinin mühəndisi kimi yeni vəzivəyə qoyacaqlar?” Deyəsən, arvadı öz rişxəndində haqlı idi. Doğrudan da, innən belə kim idi zavod tikən? Tikmək bir yana, indi vaxtilə tikilənləri elə bir yandan söküb harayasa daşıyırdılar.
    Bir müddət sonra Emil Bünyadzadə “öz sahəsinə” aid kitabları bir tərəfə atıb başladı arvadının köhnə kitablarını eşələməyə. Fəridənin dili yenə dinc durmadı: “A kişi, deyəsən indi də həkim olmaq istəyirsən hə? Mühəndisliyindən yaman yarıdıq, qaldı həkimliyin”.
    O, əvvəlcə bu kitablara elə-belə, boş-bekarçılıqdan, uzaqbaşı adi maraq xatirinə baxırdı. Sonra, necə deyərlər, məsələ ciddiləşdi, Emil Bünyadzadə bütün vaxtını mütaliə ilə keşirməyə başladı. Amma o, əsla tibbə aid kitablar oxumurdu. Arvadı gözucu baxıb görürdü ki, ərinin az qala bütün günü oxuduğu bir-iki kitab var; bunlar Fəridənın çoxdan bəri bir kənara atdığı latın dili dərslikləri idi; indi qadının nəyinə gərək idi bu cür kitablar? O, hətta, bu cür kitabların olduğunu belə, çoxdan unutmuşdu.
    Emil Bünyadzadə bütün günü mütaliə edirdi. O, latın dilinə niyə belə maraq göstərməsinin səbəbini heç özü də düz-əməlli bilmirdi. Doğrudan da, ona nə olmuşdu belə? Bir iş-güclə məşğul olmaq əvəzinə huş-guşla dil öyrənməyə onu vadar edən nə idi? Özü də, heç kəsə lazım olmayan bir dil. Ölü dil.
    Hiss olunurdu ki, Fəridənin öz ərinə həm acığı, həm də yazığı gəlir. Qadın arada ona öz dəyərli məsləhərlərini verməyi də unutmurdu: “Ay bəxtəvərin oğlu, bilmirsən ki, indi latın dili heç kəsə gərək deyil? Bu dildə olan bəzi terminləri biz məcbur olub öyrənmişik, işimizin xatirinə, o sözlər də təkcə resept yazanda kara gəlir. Belə dil öyrənənsənsə, onda ingilisi öyrən, bəlkə xaricə-zada gedəsi oldun, işinə yarayar. Ya da öyrən çın dilini, indi bütün dünya alver üçün Çinə axışıb gedir, əhalisinin sayı da, maşallah, az qala dünyanın yarısıdır. Yox, bu da ağlına batmırsa, onda esperanto dilini öyrən, süni dil olsa da, onun öz azarkeşləri olur. Yoxsa ki, latın... Sənə bu lazımdır bəyəm?”
    Arvadının dediklərində, necə deyərlər, həqiqət notları olsa da, Emil Bünyadzadə öz işində idi, əlinə düşən o saralmış kitablardakı sözərin az qala hamısını əzbərləmişdi. İndi ona nəinki tibb sahəsində təhsil alan tələbə, hətta, latın dilindən dərs deyən ən hazırlıqlı müəllim belə həsəd apara bilərdi.
    Bir dəfə haradansa əlinə düşən qəzetlərin birində qəribə yazıya rast gəldi; şəkildən oxucuya gülümsəyən bir xanım, geniş müsahibə vermişdi. Maraqlı olan burası idi ki, uzaq Kubada yaşayan Mayvelis adlı bu xanım latın dilinin gözəlliyindən söhbət açır, onun incəliklərindən danışırdı. Müsahibədə ən maraqlı cəhət isə bu idi ki, xanım bu dili öyrənmək istəyənlərə öz təmənnasız xidmətini təklif edirdi. Uzaq əcnəbi ölkədə yaşayan bu xanım, hətta, öz elktron poçtunun nömrəsini də yazmışdı.
    Emil Bünyadzadə eləməyib tənbəllik, qısa bir vaxt ərzində, çox məhdud olan kompyuter savadını təkmilləşdirdi və günlərin bir günü müsahibə verən o kubalı xanıma ilk məktubunu yazmaq qərarına gəldi. Məktub öz qısalığına görə Ginnesin rekordlar kitabına düşə bilərdi, orada cəmi-cümlətanı bir kəlmə söz vardı ki, o söz də latınca yazılmışdı: “Salve!” Yəni, salam. Vəssalam.
    Tezliklə Mayvelisdən cavab gəldi: “Salve!” Qadının yazdığı məktub təbii ki, Emil Bünyadzadənin yazdığından daha əhatəli idi. Düzdür, oradakı sözlərin heç də hamısı tanış deyildi. Amma açıqca hiss olunurdu ki, əcnəbi ölkədən yazılan məktub qadını sevindirib; Mayvelis xanım okeanın o tayından yeni dil öyrənən həmkarını alqışlayırdı: “Multos successus opto!” Yəni ki, mən sizə uğurlar arzu edirəm. Məktub gecə yazıldığı üçün xanım sonda ona şirin yuxu arzu etməyi də unutmamışdı: “Molliter cubes!” Yəni gecən xeyrə qalsın.
    Emil Bünyadzadə eləməyib tənbəllik növbəti məktubunu yazdı. O, qıza xoşbəxtlik arzu etdi: “Perpetua felicitate floreas!” Sonra bu məktuba belə bir “yağlı” cümləni də əlavə etməyi özünə borc bildi:“Accipe vota mea sincera!” Latınca bu, “mənim xoş arzularımı qəbul edin” deməkdi. Onların “Salve!” ilə (yəni salam ilə) başlayan məktublar adətən “Fac te videam!”la, yəni xudahafizlə bitirdi.
    O, bu cür ruhlandırıcı məktublardan sonra latın dilinin bütün incəliklərini, cik-bikini öyrənmək qararına gəldi. Gecə-gündüz saralmış kitablar əlindən düşmürdü. Ağlına qəribə fikirlər gəlirdi :sanki o, bu dili nə zamansa öyrənmiş, sonra hansı səbəbdənsə, vəlvələdən ya da zəlzələdən, öyrəndiyi dili tamam unutmuşdu; indi budur, onun başında köhnə biliklərin bərpası gedirdi. O, bu dili çox sürətlə öyrənməkdə idi. Hətta, bəzən yuxuda uzaq Havananı görür, orada Mayvelislə görüşür, onunla latın dilində danışırdı. O, indiyəcən özündə belə bir keyfiyyətin, yəni sürətlə dil öyrənmə qabiliyyətinin olduğunu hiss etməmişdi.
    Yadındadır, gözəl, günəşli bir bahar günü Mayvelisin ad günü oldu. Emil Bünyadzadə onu təbrik etdi: “Congratulor tibi de natali tuo! Sine tibi de natali tuo gratuler et optima quaeque comprecer!” Yəni ad gününüz mübarək! İcazə verin sizi belə bir əziz gündə ürəkdən təbrik edim.
    Emil Bünyadovzadədə get-gedə belə bir əminlik yaranmağa başlamışdı ki, onun qədim əcdadları mütləq latın olub. Bəyəm bu dünyada bir ölkədən o biri ölkəyə, bir qitədən o biri qitəyə köç edən millətlər, daha doğrusu, tayfalar və ya adamlar az olub? O, qıza elə bağlanmışdı ki, az qala öz dost-doğmaca arvadı Fəridəni unutmuşdu. İndi onun məktubları bu sözlərlə bitirdi: “Con amore”, yəni sevgilərlə.
    Sən demə, əsl sevgi də hələ irəlidə imiş. İndi kompyuterin uzaq Havanaya çatdırdığı məktublarda bir cümlə tez-tez işlənməkdə idi: “Vos amo”. Yəni, mən səni sevirəm. Qısa və aydın. Adamın öz sevdiyi qıza bundan gözəl bir söz tapıb deməsi müşkül məsələ idi.
    O, Mayvelisə ürəkdən bağlanmışdı. Deyəsən, elə qız da ona biganə deyildi, çünki o da məktublarında tez-tez bu qısa və gözəl “Vos amo” sözünə üz tuturdu.
    İndi onun ünvanına, daha doğrusu, elektron poçtuna, uzaq Kubadan məktubla yanaşı latın dilində çoxlu materiallar da gəlirdi. Aman Allah, bu latın xalqı necə istedadlı imiş...
    Əlbəttə, Emil Bünyadzadənin ürəyindən keçirdi ki, uzaq Kubaya getsin, o gözəllər gözəli Mayvelislə görüşsün, kam alıb kam versin. Amma necə, hansı üzlə, hansı pulla? Kim deyir ki, eşq hər şeydən ucadır? Yox, deyəsən, bu qəddar, bu amansız dünyada elə eşqin də bir ucu gedib lənətə gəlmiş pula çıxır. Pulu olmayan öz sevgisinin və ya öz sevgilisinin arxasınca necə qoşa bilərdi? Düzdür, latınların indi bu dünyada oğulları qalmasa da, atalarının gözəl bir sözü var: “Quilibet fortunae suae faber”, yəni ki, hər kəs öz xoşbəxtliyinin dəmirçisidir. Deməli, belə çıxırdı ki, yalnız isti kürədən çıxarıb zindanın üstə çəkiclə döyülən dəmiri xoşbəxtliklə müqayisə etmək olar. Paho, bu, nə qəliz məsəldir! Evin yıxılsın, ay xoşbəxtlik, sən lap bədbəxtliyin yanında, onun beşaddımlığında imişsən ki. Yəqin elə onunçün deyirlər ki, xoşbəxtliklə bədbəxtlik, yox ey, sevinclə kədər, yox-yox, toyla yas doğma qardaşdır. Allah kəssin belə “qardaşlığı”.
    Emil Bünyadzadə artıq nəinki latınca danışırdı, o, hətta latınca düşünməyə başlamışdı. Evdə tək-tənha olanda Mark Anney Lukan, Tit Lukretsi Kar, Lusili, Horatsi, Nazon, Antonio Minturno kimi şairlərin latınca şeirlərini əzbər söyləməkdən həzz alırdı. Yol gedəndə isə əl-qolunu ölçə-ölçə uca səslə latınca mətnlər deyirdi. Belə vaxtlarda o, özünü tarixin sübhçağında, dünya elminə və mədəniyyətinə böyük töhfələr vermiş latın alimlərinin arasında hiss edir və xəyalən sinəsini xitabət kürsüsünə dayayıb nitq irad edir, qiymətli latın kəlamlarından xırıd edirdi.
    Mayvelislə məktublaşma da öz qaydasında davam etməkdə idi. Qız onu hamıdan yaxşı anlayırdı; axı onların hər ikisinin əcdadı latın idi.
    Ətrafındakıların heç biri Emil Bünyadzadəni başa düşmək səviyyəsində deyildi. Başa düşmədikləri bir yana, hələ üstəlik aşkarda-gizlində onu dolamaq istəyirdilər. Qonum-qonşular rastlaşanda salam əvəzinə “Salve!” deyərək əllərini yellədib sirli şəkildə gülümsəyən bu kişinin arxasınca baxıb başlarını yellədirdilər. Axı Emil Bünyadzadə uzun illər idi ki, onların qonşusu idi, özü də yaxşı qonşu olmuşdu. Bəs indi ona nə olmuşdu belə? Vay yazıq Fəridənin halına. Özü də təcrübəli həkim xanımdır, görəsən ərinin dərdinə niyə əlac eləmir?
    Emil Bünyadzadə Kubaya getmək barədə arzusunu Mayvelisə də yazmışdı. Qız da onun yolunu gözləyirdi. Bircə qalırdı pul tapıb yola çıxsın. Amma pulu haradan tapmalı olacağını bilmirdi.
    İndi Fəridə ilə Emil Bünyadzadə ayrı-ayrı aləmlərdə yaşayırdılar. Qadın sanki öz ərindən gizlənməyə çalışırdı. Amma bunun ər üçün elə bir əhəmiyyəti yoxdu; o, artıq heç kəslə, heç nə ilə maraqlanmırdı; ta iş axtarmaq niyyətindən də daşınmışdı; bütün fikri-zikri Kubada, Mayvelisin yanında idi.
    Günlərin bir günü onların evinin qarşısında bir maşın dayandı. Maşından düşənlər pilləkənləri qalxıb onların yaşadığı mənzilə daxil oldular. Həmin gün Fəridə də evdə idi. Gələnlər qadınla nə barədəsə asta səslə danışdılar. Bu xısınlaşmadan sonra evə təşrif buyuran ağxalatlılar Emil Bünyadzadəni aşağı dəvət etdilər. O, etitaz etmədi. Həyətdə ağ rəngli bir maşın dayanmışdı. Emil Bünyadzadə gözucu maşının üstündəki yazıya baxdı, orda “Ambulans” yazılmışdı; amma nədənsə bu hərflər, maşının təpəsində tərsinə, yəni sağdan sola doğru həkk edilmişdi. Bu, şübhəsiz ki, latın sözü idi. Bəlkə bu maşın və buradakı ağxalatlılar Kubadan, Havana şəhərindən gəlmişdilər? O, heç bir təklif gözləmədən dinməz-söyləməz maşına qalxdı.
    ...Emil Bünyadzadənin elektron ünvanına uzaq Kubadan uzun müddət məktublar gəldi. Amma o məktublara cavab verən yoxdu. Mayvelisin lap bu yaxınlarda göndərdiyi son məktubda latınca yazılmış cəmi bir söz vardı: “Valebis!”, yəni əlvida.




























    HASAR

    Cahid palçıq qarışdırır, Novruz isə suvaq çəkirdi.
    Hava isti idi.
    Arabir dənizdən sərin meh əsirdi.
    Hovuzun suyu daşıb həyətdəki ağacların dibindəki çalalara dolurdu. Təzə suvağın sement qarışıq qoxusuna bir nəmişlik qoxusu da qarışmışdı.
    Cahidlə Novruz üç gün idi ki, burada işləyir, bağ evinin hasarını hörürdülər.
    Hasarı çəkib qurtarmışdılar, indi divara suvaq vururdular.
    -Müəllim, vallah, bu uzun gədədən mənim gözüm su içmir.
    Bu sözləri Cahid dedi və ətrafına göz gəzdirdi; sanki dediyi sözləri kiminsə eşidəcəyindən ehtiyatlanırdı. Halbuki burada ondan və Novruzdan başqa bir kimsə yox idi. Onlar öz aralarında bağ sahibi Babaxanı “uzun” adlandırırdılar. İndi Cahid bu sözə bir “gədə” kəlməsi də artırmışdı.
    Novruz əlindəki malanı palçıq dolu vannanın içinə atdı; yerə çömbəldi. İki qarışqa ağır yükü çəkə-çəkə divarın dibi ilə sürüyüb aparırdı, yəqin ki, bu yük onların öz çəkisindən dəfələrlə artıq olardı. Novruz cibindən çıxartdığı əzik-üzük dəsmalla alnında puçurlanan təri silib yorğun-yorğun gülümsədi:
    -Gör bir neçə gündür burada can qoyuruq, gəlib bir dəfə baş çəkməyib. Amma Babaxan bizi bu bağa gətirəndə demişdi ki, yemək-içməyimiz də onun boynunadır. Sonra sözünün üstündən qaçdı, dedi ki, soyuducuda kolbasa var, yeyin getsin. Nə qədər kolbasa-çörək yemək olar?
    Cahid yenə ətrafa boylandı:
    -Yemək-içmək onun gözünə girsin, mən qorxuram biz heç gördüyümüz işin pulunu da ala bilməyək...
    Novruz malanı götürüb dedi:
    -Mən onu tanımırdım ki... Sən dedin ki, yaxşı adama oxşayır, dəfə-darağımızı götürüb gedək...
    Onlar Babaxanla şəhərin giriş hissəsindəki nəhəng körpünün altında tanış olmuşdular; bu yerə şəhər əhli illərdən bəri qəribə bir ad qoymuşdu: “qul bazarı”. Buraya təkcə şəhərdən deyil, ucqar kəndlərdən də adamlar axışıb gəlirdilər. Gələnlərin əksəriyyəti vaxtilə tikintidə çalışmış, sonralar müxtəlif səbəblərdən öz iş yerlərini itirmiş adamlar idi. Özlərinə “ucuz” fəhlə axtaranlar daha çox bu “qul bazarına” baş çəkirdilər. “Bazarın” yaxınlığında dayanan minik maşınlarına bəzən bir neçə dəstə “hücum çəkirdi”. “Qulaxtaranlar” istədikləri adamla sövdələşib öz niyyətini və qiymətini deyirdi. Həmin gün bu “bazara” baş çəkən ucaboy kişi maşından düşüb birbaşa, tanımaza-bilməzə Cahidə yaxınlaşdı:
    -Deyəsən, sən inşaatçısan hə?
    Cavid bir az duruxub:
    -İnşaatçı deyəndə birtəhər çıxır, mən bənnayam,-dedi.
    Kişi güldü:
    -Mənə elə bənna lazımdır.
    -Sizə neçə fəhlə lazımdır?
    -İki nəfər bəs eləyər. İstəsən özünlə bir adam da götür...
    -Olar...
    Kişi bağ evinin hasarını qaldırmaq istədiyini dedi. Cahid bayaqdan bəri kənarda dayanıb fikrə getmiş Novruzu səslədi:
    -Müəllim, bir bəri gəl...
    Ucaboy kişi qımışdı:
    -Nə? Müəllim?
    Cahid qısa izahat verdi:
    -Hə, vaxtilə müəllim işləyib... Sonra xəstəliyi ilə bağlı işdən çıxıb.
    Cahid Novruzla, daha doğrusu Novruz müəllimlə, elə bu “bazarda” tanış olmuşdu.
    Novruz onlara yaxınlaşdı:
    -Hə, eşidirəm.
    Kişi güldü:
    -Adam müəllim olanda nə olar ki? Salam əleyküm...
    Novruz dili topuq vura-vura dilləndi:
    -Salam... Bağışlayın, fikirli idim...
    Cahid uzun kişinin üzünə baxıb dedi:
    -Müəllim vaxtilə tikintidə işləyib... Müəllimlikdən qabaq.
    Uzun kişi yenə güldü:
    -Əşi, müəllimlik niyə iş olur ki... Yenə Allah versin tikintiyə...
    Bilmək olmurdu ki, kişi bu sözləri zarafatla deyir, ya ciddi.
    Söhbət əsnasında öyrəndilər ki, kişinin adı Babaxandır, bağ evindəki köhnə, alçaq hasarı təzələyib qaldırmaq istəyir.
    Onlar alətlərini götürüb Babaxanın maşınına əyləşdilər. İşlə yerində tanış olub qiyməti sövdələşdilər, ümumi razılığa gəldilər. Həyətdə lazım olan tikinti materialları-qum, daş, sement var idi. Belə qərara gəldilər ki, işə elə indidən başlamaq olar. Babaxan onlara onu da dedi ki, istəsəniz gecəni elə burada, bağ evində qala bilərsiniz.
    Onlar üç gün idi ki, bu kimsəsiz bağ evində gecələyir, Allah bilir nə vaxtdan bəri soyuducuda qalmış, artıq quruyub qaxac olmuş kolbasa, çörək və pendir tikələrini yeyir, arada çay dəmləyib içirdilər. Bütün günü işləyir, hasarın suvağını vururdular. İş yekunlaşmaq üzrə idi. Bağ sahibindənsə hələ bir xəbər-ətər yox idi. Yalnız arabir, daha doğrusu axşamlar, qonşuluqda yaşayan, ayağının birini çəkən orta yaşlı bir kişi sakitcə, salam-kalamsız həyətə daxil olur, hinə yaxınlaşır, əlində gətirdiyi yal qazanını özü kimi səsi çıxmayan itin qabağına qoyur, sonrasa gəldiyi kimi səssiz-səmirsiz çıxıb gedirdi.
    Novruz bir xeyli müddət məktəbdə biologiya müəllimi işləmişdi. Sonralar xəstələnib ucqar şimal şəhərlərindən birində işləyən qardaşının yanına müalicəyə getmişdi. Qardaşı oradakı bazarlardan birində alver edirdi. Novruz həm müalicə qəbul edir, həm də qardaşına kömək edirdi. Əvvəlcə işləri pis getmirdi; o, qardaşının bazara gətirdiyi mer-meyvəni satırdı. Sonra həmin bazarı dağıtdılar. Qardaşlar işsiz qaldılar. Novruz məcbur olub kəndə qayıtdı. Artıq məktəbdə onun əvəzinə müəllim götürmüşdülər. Novruzun ora-bura şikayəti də bir nəticə vermədi. Hər yerdə eyni cavabı eşidirdi: “ İcazəsiz çıxıb getmisən, indi qayıdıb əsassız olaraq dərs davası döyürsən. Gecdir...” Vəssalam. Amma uşaqları böyütmək, yedirib-içirtmək lazımdı. Novruz xatırladı ki, vaxtilə əsgərlikdə tikinti batalyonunda bənna işləyib. Köhnə sənətini təzədən diriltmək qərarına gəldi. Günlərin bir günü ehtiyac onu “qul bazarına” gətirib çıxartdı. O, doğru-dürüst adama oxşayan Cahidlə də elə burada tanış oldu. Cahid bənnalığa təzə başlamışdı. Bir-iki evdə işləmişdi, beş-on manat qazanmışdı. Özü də dilli-ağızlı idi, “müştəri” qabağında ta Novruz müəllim kimi ağzına su alıb susmurdu.
    -Gərək bir az beh alaydıq bu uzun gədədən.
    Bu sözləri Cahid dedi.
    Novruz onun dediklərini sanki candərdi təsdiq elədi:
    -Hə də... Bu işin qaydası budur.
    -Məncə axşamacan hörgünü başa çatdıracağıq.
    Novruz əlindəki malanın ucu ilə, divara vurduğu suvağın üstündən, dolaşıq xətlər çəkə-çəkə yenə könülsüz halda dilləndi:
    -Əlbəttə, qurtada bilərik...
    -Bəlkə ortadan nəsə bir işi çıxıb, ona görə gələ bilmir...
    -Hər şey ola bilər... Vedrəni doldur bəri ver görüm...
    Gün yaxan vaxt qapıda maşın səsi eşidildi. Az sonra həyətin darvazası açıldı. Babaxan qapıda göründü.
    İt bir-iki ağız hürdü.
    Cahidlə Novruz bağ sahibini salamladılar. Sanki Babaxan onları eşitmirdi. O, əvvəlcə təzə dikəlmiş hasara, sonra təzə çəkilmiş suvağa baxıb heç nə ifadə etməyən bir tərzdə başını yelləyib:
    -Bura baxın, orada maşının yük yerində ət var, onu götürüb gətirin bura,-deyə, əlini qapıya sarı tuşladı.
    Cahidlə Novruz palçıqlı əllərini hovuzdan süzülüb axan suyun altına tutub cəld eşiyə çıxdılar. Maşının yük yeri açıq idi. İçəridə mələfəyə bükülü böyük bir ət parçası vardı; bu, şaqqalanmış qoyunun yarı hissəsi idi.
    -Kabablıqdır,-deyə, Cahid əlini yağlı quyruğun üstündə gəzdirib astadan dilləndi. -Səni bilmirəm, mən yaxşı kabab çəkirəm...
    Novruz onunla həmrəyliyini bildirdi:
    -Yaxşı ətə oxşayır... Yəqin ki, kababı pis olmaz.
    Onlar mələfəyə bükülü əti götürüb həyətə gətirdilər.
    Babaxan qaş-qabaqlı halda, heç ustalarının üzünə baxmadan dedi:
    -Onu bax oraya, o stolun üstünə atın.
    Cahid mələfəni qamarlayıb stola yaxınlaşdı.
    -Hayıfdır, günün altda qalıb...
    Babaxan onun sözünü kəsib:
    -Eybi yoxdur, heç nə olmaz,-dedi.
    Babaxan haradansa tapıb gətirdiyi kötük və baltanı yerə arıb köynəyinin yaxasını açdı. Baltanı götürüb cəld əti doğramağa başladı. Açıq-aşkar görünürdü ki, Babaxan əti kabab üçün hazırlamaq niyyətində deyil. Amma nə Novruz dillənirdi, nə də Cahid.
    Babaxan ətin iri bir parçasını əlinə götürüb hinə yaxınlaşdı, köpək əti az qala havada qamarladı.
    Babaxan itə baxıb qımışdı:
    -Ye, nuşi-can...
    İt əti acgözlüklə parçalayaraq sanki sahibinə ehtiram əlaməti olaraq başını tərpətdi.
    Babaxan əlini-əlinə çırpıb hasara yaxınlaşdı, əli ilə divarı, suvağı sığallayıb geri addımladı. Bir xeyli susdu. İndi bayaq, itə ət atarkən, sifətinə qonmuş təbəssümdən əsər-əlamət görünmürdü. Gözləri səyriyirdi.
    -Bu nə divardı hörmüsüz? Bu nə suvaqdı vurmusuz? Uçurun o hörgünü! Mənə belə iş lazım deyil...
    Kişi üzünü qonşu həyətə tutub ucadan qışqırdı:
    -Cumay!.. Haradasan? Bir bura gəl görüm.
    Az sonra itə yal daşıyan “lal adam” taytıya-taytıya özünü qapıdan içəri təpdi.
    Babaxan kişiyə yaxınlaşıb hirslə, əl-qolunu ölçə-ölçə qışqırmağa başladı:
    -Əşi, bura bax, bunlar qanmır-qanmır, bəs sən haraya baxırsan? Korsan? Görmürsən hasarı nə günə salıblar? Belə divar hörərlər, belə suvaq vurarlar? Belə iş olar? Sənə demədim bunlara nəzarət elə? Götür oradan o toxmağı sök bunları getsin...
    Kişi, Babaxanın “Cumay” deyə çağırdığı adam, küt-küt ətrafa baxıb səssizcə başını aşağı dikdi. Babaxan irəli yeriyib Cumayın qulağının dibinə bir şillə çəkdi. Cumay it kimi zəngildəyib yerində ləngər vursa da, ayaqlarını durduğu yerdən üzmədi.
    Cahidlə Novruz yaxınlaşıb kişinin qolundan tutdular.
    Cahid asta səslə dedi:
    -Bir deyin görək sizin xoşunuza gəlməyən nədir?
    -Bəyəm bu işdir? Hasarı korlayıb bu günə salmısız, hələ danışmağa bir diliniz də var? Bura baxın, sizi də qoyun kimi şaqqalayıb ataram o boz köpəyin ağzına, köpək uşağı. O yediyiniz çörək sizə haram olsun. Rədd olun buradan... Yoxsa əlimdən xata çıxar.
    Bu üç gün ərzində bir dəfə mırıltısı da eşidilməyən it qəfildən irəli dartınıb ucadan, hökmlə hürməyə başladı. İndi itin boynundakı zəncir cingildəyərək heyvanın hürməsinə nəsə əzəmətli-təntənəli bir səs də əlavə edirdi. Deyəsən, it öz sahibini görüb şitənmişdi.
    ... Tozlu qəsəbə yoluna çıxanda Novruz Cahiddən soruşdu:
    -Bura bax, o kişi lal idi görəsən?
    Cahid fikirdən ayrılıb key-key soruşdu:
    -Hansı kişini deyirsən, müəllim?
    -İtə yal aparan topalı...
    -Mən nə bilim, müəllim, yenə sən bilərsən...
    Yüngül minik maşını alatoranda onların yanından ildırım kimi şaxıyıb keçdi. Ətrafı toz-duman bürüdü. Deyəsən Babaxanın maşını idi.








    KÖHNƏ KİTABLARA ELEGİYA

    Rəhmanla kitab dükanında rastlaşdı. Çoxdandı görüşmürdülər. Əvvəlcə bir-birlərinin kef-əhvalını soruşdular. Sonra gənclik illərində olduğu kimi, ciddi danışıq tərzindən yüngül zarafata keçdilər.
    Rəhman əlini ətrafındakı iri kirab rəflərinə sarı uzadıb gözlərini bic-bic qıyaraq dedi:
    -Deyəsən, sən hələ də oxumağı davam etdirirsən.
    Nadir dostunun atmacasına eyni tərzdə cavab verdi:
    -Sən isə deyəsən təzəlikcə oxumağa başlamısan.
    Gülüşdülər.
    Onlar köhnənin tanışı idilər. Vaxtilə, tələbəlik illərində eyni həyətdə kirayədə qalmışdılar. Rəhman hələ o vaxtdan Nadirin kitab həvəskarı olduğunu yaxı bilirdi.
    -Doğrudan, xeyir ola belə, burada nə axtarırsan?
    Rəhman:
    -Düz tapmısan, mən də kitab oxumağa başlamışam,-dedi və əlavə etdi:-Amma sən oxuyan kitablardan yox. Mən ömrüm boyu cəmi bir kitab oxumuşam- muhasibat kitabı. Deyirlər, bu günlərdə yenisi çapdan çıxıb, amma satıcı qız nə qədər axtardısa tapa bilmədi. O kitabın təzəsini tapsam, köhnəni dəfn edəcəyəm. Zəhləm gedir köhnə kitablardan. Gərək kitab da təzə pul kimi qət təzə olsun…Vərəqlər şax-şax şaqqıldasın.
    Sonra Rəhman nəyisə xatırlayıbmış kimi, əlini köhnə dostunun çiyninə qoyub ciddi görkəm aldı.
    - Nadir, bura bax, burada kitabları gördüm yadıma düşdü, gəl sənə kefin istəyən qədər kitab verim. Bilirəm, sən kitab azarkeşisən.
    -Bu gün hardan doğdu belə?
    -Evimi dəyişdirmişəm. Yeni mənzilin sahibi özü ilə kitabları götürüb aparmaq istəmir. Çünki onun köçdüyü mənzil, yəni mənim köhnə evim, bir az darısqaldır.
    - Mübarəkdir təzə mənzilin...
    - Təşəkkür... Hə, onu deyirəm, mənzil sahibəsi yaşlı, xəstə, tənha qadındır, bir oğlu var o da xaricdə yaşayır, əri isə alim imiş, çoxdan rəhmətə gedib, bir otaq başdan-başa kitab rəfidir, rəflərin də hamısı ağzınacan kitablarla doludur. Axı mənim nəyimə lazımdır o kitablar? Kürüyüb hamısını çölə atasıyam. Yaxşı ki, sən rast gəldin, gəl onları verim sənə, maşının da, yüklənməyin də xərci məndən. Ta nə istəyirsən?
    Nadir ani tərəddüddən sonra:
    -Yaxşı, bəs o kirablar hansı sahə üzrədir?-deyə, soruşdu.
    -Arvadın deməyinə görə, əri böyük alim olub. Düzü, ad-familiyasını demişdi, unutmuşam. Rəflərdəki kitablara göz gəzdirmişəm, məncə orada elə hər sahədən kitab var.
    -Madam ki, təklif edirsən, vədələşib bu günlərdə görüşərik.
    İki gündən sonra görüıdülər. Əvvəlcə, yeni mənzillə tanış oldular.
    Böyük otaqlardan birinə mərhum ev sahibinin kitabları toplanmışdı. Həqiqətən, Rəhmanın dediyi kimi, burada az qala hər sahəyə aid kitablar vardı. Nadirə nədənsə elə gəldi ki, bu rəflərə uzun illərdən bəri insan əli dəyməyib. Kitabların arxasındakı və üzqabığındakı yazılardan və müəlliflərin ad-familiyasından onu da bilmək olurdu ki, burada riyaziyyata aid kitablar daha şoxdur. Bəlkə də bu kitabların belə tez diqqəti cəlb etməsi Nadirin özünün vaxtilə riyaziyyat ixtisası alması ilə bağlı idi. O, sonralar başqa bir sahədə, şirkətlərin birində proqramçı peşəsində çalışsa da, bu əsərlərin əksəriyyətini çoxdan, hələ tələbəlik illərindən oxumuşdu.
    Nadir kitabların və onların müəlliflərinin adını ucadan, sanki zümzümə edərək, oxumağa başladı.
    -Kramer, Markus, Qodunov…
    Mətbəxdə qazı yandırıb çay süfrəsi hazırlamaq istəyən Rəhmanın arabir səsi gəlirdi:
    -Hə, necədir, mənzil xoşuna gəldi? Mən çoxdan bu tərəflərə köçmək istəyirdim, uşaqların anası da bu rayonda böyüyüb, qohum-əqrəbanın çoxu bu tərəflərdə yaşayır. Evi dəyişdim, üstündə də bir az pul verdim...
    Nadir qısa cavablarla kifayətlənirdi.:
    -Yaxşı evdir, sağlıqla yaşayın... Eyler, Paskal, İbrahimov... Toylara, şadlıqlara gələk.
    -Qaz nəsə zəif gəlir...
    -Eybi yox, çaysız da keçinərik... Samarski, İvanov, Xəlilov...
    Səliqə ilə ipçin-ipçin yan-yana düzülmüş bu kitablar divar daşları kimi hörülmüş, sanki bir-birinin içinə geyindirilmişdi.
    Kirablar rəflərə konkret sahələr üzrə yığılmışdı. Elmi kitablar bir yanda toplanmışdı. Bədii əsərlərsə müəlliflərin yaşadığı dövrlər üzrə qruplaşdırılıb ayrı-ayrı rəflərə düzülmüşdü. Sanki buradakı köhnə kitabların qalaqlandığı rəflərdə zaman donmuş, daha doğrusu, kitabların əsirinə, girovuna çevrilmişdi.
    Burada çox qədim kitablar da gözə dəyirdi; onlardan çoxunun üstü naxışlarla bəzədilmişdi. Bu cür kitablar rəfdə sinədaşı kimi yan-yana düzülmüş kiçik ölçülü kitabların yanında iri baş daşına bənzəyirdi.
    Nədənsə Nadirə elə gəldi ki, bu otaq da, buradakı rəflər də, və hətta o rəfdəki kitablar da ona çox doğma və tanışdır. O, elə bil bu mənzildə nə zamansa olmuşdu; amma yüz faiz əmin idi ki, buraya birinci dəfədir ki, yolu düşür.
    Nadir əlini atıb kitablardan birini götürdü, titul səhifəsini nəzərdən keçirdi. O, mızıldaya-mızıldaya orada yazılanları oxumağa başladı: “Əziz dostum, böyük alim Yılmaz Qulamzadəyə müəllifdən”.
    Və səsini xırp kəsdi. Elə bil kitab oda-közə dönüb əlini qarsıdı. Bir dünyanın işlərinə bax! Yılmaz Qulamzadə vaxtilə onun müəllimi olmuşdu. Nadir əlləri əsə-əsə o biri kitablardan götürüb vərəqləməyə başladı. Kitabların az qala hamısını müəlliflər öz imzaları ilə bağışlamışdılar, onların əksəriyyəti eyni ifadələrlə başlayırdı: “Hörmətli Yılmaz Qulamzadəyə...” Deməli, bura onun müəlliminin mənzili imiş. Nadirin gözünün önündə Qulamzadənin surəti canlandı; o, qarabuğdayı, dolubədənli, dalğalı saçlı, dalğın baxışlı, qalın qaşlı bir kişi idi. Mühazirə deyərkən gur səsi qonşuluqdakı auditoriyalara da yayılırdı, buna görə də sanki eyni vaxtda bir neçə qrup və birləşməyə dərs keçirdi. Yılmaz müəllim hamının, ələlxüsus tələbələrin, sevimlisi idi. O, təkcə riyaziyyat elminə yox, həmçinin dünya ədəbiyyatına dərindən bələd idi. Kefi kök olan vaxtlar, adi görüş və yığıncaqlarda, dost məclislərində tarda və sazda el havalarını şövqlə ifa edir, hətta hərdən yoğun-gür, amma nədənsə məlahətli təsir bağışlayan səslə, qədim xalq mahnılarını oxuyardı. Deyilənə görə, yaxşı rəqs etməyi də vardı Yılmaz Qulamzadənin. Kasıb tələbələrə əlindən gələn köməyi əsirgərdi.
    Bir dəfə qrup nümayəndəsi Nadiri dərsdən sonra ayaqqabı mağazasına dəvət etmişdi. Yaxşı yadındadır, onda qış idi, şəhərə möhkəm qar yağmışdı. Onun ayaqqabısının burnu qopmuşdu, üst-üstə geydiyi corabların bir xeyri yox idi, ayaqları suyun içində donurdu. Qrup nümayəndəsi məsələnin nə yerdə olduğunu ona orada, mağazada açıb dedi. Onda Nadir bərk tutuldu, pərt oldu. Belə məlum oldu ki, Yılmaz müəllim bu pulu verərkən oğlana tapşırıbmış ki, ad çəkməsin və əgər Nadir israr edib bu pulun mənbəyi ilə maraqlansa desin ki, bu, əlaçı tələbəyə həmkarlar təşkilatının yazdığı yardım və ya mükafatdır. Amma o vaxt oğlan ağzıyırtıqlıq edib pulu ona Qulamzadənin verdiyini demişdi. Elə bir yana baxanda, yaxşı da ki, həqiqəti demişdi. Yəqin ki, Nadir o vaxt başqa birisinin sədəqəsini qəbul etməyəcəkdi. Amma Yılmaz Qulamzadə... Bu, başqa məsələ... Hamı bilirdi ki, bu insan hər şeyi təmənnasız, yalnız xeyirxahlıq məqsədilə edir. O, isti ayaqqabıları geyib küçəyə çıxanda canının necə qızındığını günü bu gün də xatıtlayır.
    Qulamzadə riyaziyyatdan dərs dediyi zaman bir də görürdün ki, klassik şairlərdən və ya filosoflardan bir misal da çəkdi. O, klassikləri çox sevirdi, elə özü də zamanın əsl klassiklərindən biri idi...
    Nadirin yaxşı yadındadır, Yılmaz Qulamzadə onlar sonuncu kursda oxuyanda qəflətən vəfat etdi. Mərhumun cənazəsini iş yerindən, dərs keçdiyi universitetin akt zalından götürdülər. Deyilənə görə, onun xəstə arvadı və vunderkint, istedadlı bir oğlu qalırdı. Hamı göz yaşı tökürdü Yılmaz Qulamzadənin dəfnində. Sonra həyat yenə öz məcrasına düşdü. Yadda qalanlar yaddaşlarda yaşadı, unudulanlar unuduldu. Dünyanın qəribə işləri olur; gör bir aradan neçə illər keçib, hələ o zaman deyirdilər ki, qəlbi həyat eşqi ilə dolub-çağlayan Yılmaz müəllimin xəstə arvadı var. Aradan neçə illər keçmişdi, yəqin ki, rəhmətlik Qulamzadənin sümüyü indi əriyib sürmə olmuşdu, amma onun xəstə arvadı hələ də sağ idi və ərindən qalan mənzili ərindən qalan köhnə kitablarla birlikdə indiyəcən qoruyub saxlamışdı, həmin məzili bu günlərdə dəyişmişdi və iş elə gətirmişdi ki, innən sonra bu mənzildə Rəhmanın ailəsi yaşayacaqdı. Allah bilir hələ bundan sonar Yılmaz Qulamzadənin xəstə arvadı neçə il ömür sürəcəkdi. Nə edəsən ki, bu, dünyadır və bu dünyada hərə öz taleyini yaşamağa məhkumdur. İndi qalırdı təkcə bu köhnə mənzildəki kitabların taleyi.
    Nadir doluxsundu. Gözündən diyirlənən yaşlar əlindəki kitabın üstünə düşdü.
    Mətbəxdən Rəhmanın səsi gəlirdi:
    -Nadir, xoşuna gələn bir şey tapdın? Qorxma, əvəzində səndən heç nə alan deyiləm. Əgər sən götürməsən, mən məcburam bunları aparıb zibilliyə töküm. Mənim nəyimə lazımdır kitab-dəftər... Düz demirəm? Mənə cəmi bir kitab lazımdır-mühasibat… Gəl əlini yu. Çay hazırdır. İstəsən bu görüşü araqla da qeyd etmək olar. Amma nəzərə al ki, mən içmirəm, çünki son günlər dərman qəbul edirəm. Hə, nə oldu, niyə səsin gəlmir?
    Nadir əllərini bir-birinə şırpdı.
    Rəhmanın ayaq səsləri eşidildi.














    DURNA OVU

    -Abbas, prezident səni gözləyir.
    Bayaqdan bəri həyətdəki skamyada əyləşib fikrə getmiş Abbas əvvəlcə diksindi, sonra bu xəbəri gətirən ortayaşlı qaraşın adamın, prezidentin köməkçisinin üzünə baxıb zorla, candərdi gülümsəyərək soruşdu:
    -Prezident yerindədir?
    -Bəli. İndi səni gözləyir.
    Söhbət Abbasın işlədiyi şirkətin prezidenti barədə gedirdi. Prezidentin adı Cavad idi, iş yerində hamı ona üzbəüz söhbətdə “Cavad müəllim” deyə müraciət edirdi. Amma haqqında söhbət düşəndə nədənsə hamı ona bir nəfər kimi “prezident” deyirdi. “Prezident” elə gəldi, “prezident” belə getdi... Deyəsən, Cavad müəllimin özü bunu xoşlayırdı; qoy adamlar onu üzdə yox, yalnız arxada bu cür, əzizləyə-əzizləyə “prezident” adlandırsınlar. Yoxsa üzə irişməyə, adamı gözünün içinə tərifləməyə nə var ki?
    Cavad müəllimin şirkəti çox böyük idi. Buraya ofislər, tikinti qrupları, yükdaşımalar daxil idi. Deyilənə görə, vaxtilə adı heç “it dəftərində” belə olmayan, kasıbyana həyat tərzi keçirən Cavad müəllim bu son illərdə yuxarıda sanballı vəzifə tutan qohumunun vasitəsi ilə şirkət açmış, qısa vaxtda böyük sərvət sahibi olmuş, var-dövlət toplamışdı.
    Cavad müəllim son vaxtlar daha yeni bir sahəyə maraq göstərməyə başlamışdı. İndi onu turizm cəlb edirdi. Elə buna görə də şirkətin nəzdində turizm firması yaratmışdı. Firmaya yığışanların şoxu cavan qızlar, gəlinlər idi. Abbasın ordan-burdan eşitdiyinə görə, həmin qız-gəlinlərin bir qismi Cavad müəllimin yaxın qohum-əqrəbası, bir qismi isə “gəzdiyi” qadınlar idi. Abbas da həmin firmanın işçisi hesab olunurdu.
    Abbas ali təhsilli idi. İngilis dilini bilirdi. Sürücülük vəsiqəsi vardı. Cavad müəllim onu işə xarici dil bildiyinə görə götürmüşdü, ona on-oniki yerlik təzə bir minik avtobusu vermişdi. Abbas gələcəkdə bu avtobusla xaricdən gələn qonaqları gəzintiyə aparacaq, onları ölkənin səfalı yerləri ilə tanış edəcək, məlumatlandıracaqdı.
    Cavad müəllimin qəbul otağında iki ucaboy, xoşsifət qız vardı.
    -Buyurun, içəri keçin, prezident sizi gözləyir,-deyə, qızlardan biri dilləndi.
    Cavad müəllim böyük otağın ortasında dayanıb açıq pəncərədən uzaqlara baxırdı. Abbas salam verib gözlədi.
    Cavad müəllim Abbasın salamını dilucu alıb, birbaşa mətləbə keçdi:
    -De görüm, maşın sazdırmı?
    -Bəli.
    -Qonaqlarımız var. Xaricdən gəliblər. Mənim tanışlarımdır. Turistdirlər. Sabah onları götürüb ova aparacaqsan.
    Abbas şirkət prezidentinin üzünə baxıb susurdu.
    -Niyə dillənmirsən?
    Abbas duruxub mızıldandı, astadan:
    -Oldu, Cavad müəllim-deyə, dilləndi.
    -Bilirsən onları hara aparmaq lazımdır?
    -Ova...
    -“Ova”... Bəs bilirsən ov harada olacaq?
    -Xeyr, bilmirəm...
    Cavad müəllim yenə pəncərəyə yaxınlaşıb başqa bir adamla söhbət edirmiş kimi izah etməyə başladı:
    -Şəhərdən xeyli kənarda bizim şirkətə məxsus bir böyük sahə var, adına “Qarayer” deyirlər. Orada meşə də var, çəmənlik də, göl də. Sabah sübh tezdən, saat yeddidə birbaşa gəlirsən bura, şirkətin həyətinə. Qonaqlar da öz silah- sursatları ilə bura gələcəklər. Sən onları həmin yerə ova aparacaqsan. Gecikmə ha, bu avropalılar çox dəqiq adamlar olur. Sizə mənim köməkçim Qaflan bələdçilik edəcək. O, oraları yaxşı tanıyır. Ova elə buradan çıxarsınız. Oldu?
    -Oldu...
    Doğrudan da qonaqlar deyilən vaxt, sübh tezdən şirkətin həyətinə toplaşıb Abbası gözləyirdilər. Qaflan da onlarla idi.Abbas qonaqlarla salamlaşdı. Turistlər iri torbalaı maşının arxa hissəsinə-yük yerinə yığdılar.Yəqin ki, onların necə deyərlər, “silah-sursatları” bu torbalarda idi.
    Qonaqlardan biri irəlidə, Abbasın yanında əyləşdi. Bu, Corc adlı dilli-dilavər, irigövdəli, alagöz, çatmaqaş bir kişi idi. Səfər yoldaşları yol boyu dil boğaza qoymayan bu “nəhəngin” danışdığı lətifələrə, atmacalara sakitcə qulaq asırdılar; aradabir Corc şaqqanaq çəkib gülsə də, onunla az adam “həmrəylik” edirdi. Hiss olunurdu ki, səyyahlar Corcun gəvəzə-gəvəzə danışmağına elə də məhəl qoymurlar. Amma arada qonaqlar arasında fikir mübadiləsi gedirdi. Hətta, Abbasdan işi-gücü ilə bağlı müəyyən şeylər də soruşurdular. Bu söhbətlərdən bir şey anlamayan təkcə Qaflan idi; prezidentin köməkçisi elə maşına minən kimi etiraf etmişdi ki, ingiliscə bir kəlmə belə bilmir.
    Corc biləndə ki, Abbas ova ilk dəfədir gedir, bərk təəccübləndi.
    -Bəs sizin prezident bizə demişdi ki, dilmanc həm də təcrübəli ovçudur...
    -Bəlkə məndən əvvəlki sürücünü deyirmiş.
    -Yox. Nə əvvəlki? O, səni deyirdi. Bəyəm sənin adın Abbas deyil.
    -Bəli,-deyə, Abbas dilucu cavab verdi.
    Söhbət əsnasında Abbas onu da bildi ki, dünyanın o başından basa-basa dünyanın bu başına gələn səyyahlar ov üçün Cavad müəllimin şirkətinə bir xeyli pul da keçiriblər.
    Maşın kolların arası ilə uzanan yolla üzüyuxarı qalxdı. Az sonra bu seyrək kolları sıx ağaclar əvəz etməyə başladı.
    Burada, “Qarayer” adlanan bu mənzərəli yerdə payızın gəlişi aydın hiss olunurdu. Meşədəki ağacların yaşıl yarpaqlarına artıq “qızılı çınqılar” bir yandan od qoymuşdu, yerə tökülmüş quru yarpaqlar ayaq altında xışıldayırdı. Meşənin ortasında kiçik, şəffaf sulu, dibindəki yosunları aydın görünən bir göl vardı.
    Corc Abbasa sarı dönüb ucadan:
    -Saxla,-deyə, qışqırdı.-Yəqin ki, durnalar bu gölün üstündən uçurlar. Buralarda ayrı yerdə göl yoxdur ki?
    Abbas qonağın dediklərini Qaflana tərcümə etdi. Qaflan başını yellədib dedi:
    -Hə, kişi düz deyir, bu, bizə lazım olan göldür. Payızda durnalar bu gölün üstdən uçub gedirlər.
    Abbas əyləci basdı. Ovçu səyyahlar maşından yerə tökülüşüb səfər çantalarını açdılar, tüfənglərini götürüb cəld gölə sarı addımladılar.
    Corc, deyəsən, aralarında ingilis dilini bilən adamın olduğunu unudub, dodaqaltı mızıldandı:
    -Axmaq adam, bizi ələ salıb deyəsən? Bəs durnalar hanı?
    -Hanı durnalar?-deyə səyyahların hamısı sanki xorla dillənib Abbasın üzünə baxdılar.
    Corc hikkəli-hikkəli Abbasa üz tutdu:
    -O dostundan soruş gör buralarda haçansa öz gözləri ilə durna görübmü?
    Abbas deyilənləri Qaflana tərcümə etdi.
    Qaflan əlüstü cavab verdi:
    -Əlbəttə, görmüşəm. Hətta, bəzən durnalar bu gölün sahilinə enir, burada dincəlib nəfəslərini dərir, sonra təzədən yollarına davam edirlər.
    Corc dedi:
    -Siz özünüz indiyəcən heç durna ovuna çıxmısızmı?
    Abbas bir az duruxdu.
    -Yox... Bizdə, ümumiyyətlə, durnaya güllə atmırlar.
    Corc təəccüblə müsahibinə baxdı; indi onun çatma qaşları daha da dartılmışdı.
    -Sizinkilər niyə ovlamırlar durnanı?
    -Bu, günah hesab olunur.
    Corc qəfildən qəşş edib güldü:
    -Günah? Paho, bunlarda quşlara güllə atmaq günah sayılır. Yaxşı, bəs onda sizin prezideniniz bizi buraya nə üçün dəvət edib? Axı o, özü bizə dedi ki, mən hər il pzyız düşəndə durna ovuna çıxıram. Elə isə, ya siz yalan deyirsiniz, ya da sizin şefiniz.
    Abbas çiyinlərini çəkib susdu.
    Səyyahlar çantalarını yerə, bozarmış otların üstünə qoyub qurdalanmağa başladılar.
    Abbas məəttəl qalmışdı: əcnəbilərin hər torbasıdan beş-altı “durna” çıxırdı. Abbas handan-hana bu quşların kauçukdan düzəldiyinin fərqinə vardı. Qonaqlar “durnaların” qanadlarının altındakı düyməni basıb uzun boynundan yapışaraq quşları bir-bir gölə atmağa başladılar. Durnaların hərəkəti pultla idarə olunurdu.
    Sonra iri bir yeşiyi qucaqlarına alıb ağacların sıx yerində quraşdırmağa başladılar. Az sonra yeşikdən durna səsləri gəlməyə başladı.
    Abbasın gözlərindəki heyrəti oxuyubmuş kimi, Corc gülə-gülə öz “sirlərinin” bəzilərini açıb tökməyə başladı:
    -Bu maqnitofonda bir çox quşların, heyvanların səsi yazılıb. Burada, hətta, yırtıcı hayvanların da səsi var. Çox güman ki, bu meşədə pələng yoxdur, olsaydı o yeşikdən pələng nəriltisi eşidəcəydik. Axı biz pələng ovuna da çıxırıq... Hə, indi durnaları “oxuduruq”. Özü də bu, durnaların gündüz uçanda çıxardıqları səslərdır. Axı onlar gecələr başqa “nəğmələr” oxuyurlar.
    Abbas durnaların səsini dinləyərək susurdu. “ Bunlar nə qəribə adamlardır. Camaat maqnitofona müğənnilərin səsini yazdırıb qulaq asır, bunlarsa quş səsini...”
    Sonra Abbasın ağlına bir sual gəldi: “Görəsən, bunların durnaları ilə bizim durnaların səsi arasında bir fərq varmı? Onlar bir-birlərinin dilini başa düşürlərmi? Eh, deyəsən, mən də xərifləyirəm. Əlbəttə, yəqin ki, dünyadakı bütün durnalar eyni dildə danışırlar. Ta onlar da bir-birini tərcüməçi vastəsi ilə anlayası deyillər ki... Yox, bəlkə də hər durna dəstəsinin öz dili var. Axı bu yer üzünə səpələnmiş insanların da hamısının dili eyni deyil ki... O ki ola quş...” Abbas öz suallarına özü cavab tapa bilmirdi.
    Maqnitofandakı durna səsləri haray qoparır, göldəki “durnalar” qanad açıb üzürdülər. Durnaların səsinə meşədəki çəyirtkələrin civiltisi qarışmışdı.
    Səyyahlar tüfənglərini çıxarıb sazlamağa başladılar. Abbas ömründə bu cür silah görməmişdi. Tüfənglərin par-par yanan lülələri lap durna boğazına bənzəyirdi. Allah bilir, bəlkə də bu silahlar elə durnaları öldürmək üçün kəşf olunmuşdu...
    Elə bil qəfildən möcüzə baş verdi. Yerdəki durnaların qıy səsinə göydən “cavab” gəldi. Az sonra açıq səmada nizamla qatarlanıb cənub istiqamətinə uçan durna köçü göründü. Durnalar ləngər vuraraq uçurdular; sanki par-par yanan iri mirvari dənələrini hansı ustanınsa mahir əlləri səliqə ilə görünməz bir sapa düzmüşdü.
    Durna qatarı gölün üstündə halay vurub uçuşun istiqamətini dəyişdi.
    Ovçular cəld ağacların sıx yerinə çəkildilər.
    Corc Qaflanla Abbasa baxıb əli ilə öz ağzını qapadı:
    -Sssssssss...
    Bu, o demək idi ki, cıqqırınızı çıxarmayın.
    Pusquda duran ovçular silahlarının tətiyini çəkib ğözləməyə başladılar.
    Durna qatarı gölün üstündə halay vurdu. Göldəki “durnalar” səs-səsə verib qaqqıdaşırdılar. Görəsən, bu saxta, yalançı durnalarla gölün üstündə dövrə vuran durnalar bir-birlərini anlayırdılarmı? Görəsən onlar bir-birini “tərcüməsiz” başa düşə bilirdilərmi? Daha doğrusu, əsl quşlar bu saxta, “bic” durnaların qaqqıltısından bir şey anlayırdılarmı? Bu həssas quşlar doğrudanmı onları gözləyən fəlakətdən bixəbər idilər?
    Abbasın diqqəti göydə idi. “Ay bədbəxtlər, hara gəlirsiniz. Bu adamlar indiyəcən gördüyünüz bütün yırtıcılardan qorxuludur. Öz marşurutunuzdan çıxmayın, uçun gedin, yolunuza davam edin”.
    Deyəsən, quşlar duyuq düşməyə başladılar; onların qırımından hiss olunurdu ki, nədənsə yerə enmək istəmirlər. Sanki quşlar Abbasın ürəyindən keçənləri duymuşdular. Di gəl ki, durnaların qırımını qazdan ayıq Corc çox tez duydu.
    Durnalar gölün üstündə bir-iki dəfə halay vurub təzədən nizama düzüldülər.
    Corc astadan əmr verdi. Tüfənglərin hamısı eyni vaxtda şaqqıldadı. Yaralı durnalar daş parçaları kimi tappıltı ilə gölə düşməyə başladılar. Gölün üstündəki kiçik qırmızı qan ləkələri get-gedə tündləşib böyük həlqələrə çevtilirdi.
    Göldəki kauçuk durnalar hələ də öz işlərində idi: onlar suda cəh-cəh vuraraq atılıb-düşür, bu yandan baş vurub o yandan çıxırdılar.
    Göydəki durnaların səfi, nizamı pozulmuşdu. Sanki onların düzüldüyü “sap” indi qırılmış, oradakı iri, parlaq mirvarı dənələri yerə-göyə səpələnmişdi. Səfdən qopub suya tökülən durnaların yanıqlı qıy-qiyaməti aləmi başına götürmüşdü.
    Çaxmaqlar çaqqıldayır, güllələr şaqqıldayırdı.
    Suda çırpınan yaralı durnalar zərif boyunlarını irəli uzadıb sahilə sarı üzürdülər. İnda sanki onlar imdadı göydən yox, qurudan gözləyirdilər. Amma onları burada odlu lülələrdən səpələnən odlu qurşun -qırmalardan başqa neç nə, heç kəs gözləmirdi.
    Salamat qalan, amma parakəndə halda səpələnmiş durnaların bir neçəsi nəhayət özlərində güc taparaq təzədən qatara düzülüb qıy vurudular. İndi onlar dövrə vurub təzədən cənuba sarı istiqamət götürmüşdülər. Allah bilir o sağ qalan quşlar qıy çəkməklə nə demək istəyirdilər? Bəlkə bununla ölən dəstə üzvləri ilə vidalaşırdılar? Bəlkə də onlar bu yolla göldə üzən “durnalara” öz nifrətlərini bildirirdilər? Bütün bunları bilmək insanlar üçün çətin bir iş idi. Axı kim idi durna dilini anlayan?
    Corc kolların arasından çıxıb ağır addımlarla gölə sarı yeridi. Dəstə üzvləri də onun arxasınca irəliyə yönəldi. Səyyah ovçular maqnitofonu söndürüb bir xeyli göldəki ölü və diri quşlara tamaşa etdilər. Maqnitofon söndüyündən kauçuk quşlar “susmuşdu”, indi yalnız yaralı quşların səsi eşidilirdi.
    Yaralı durnalardan biri qanadlarını sürüyə-sürüyə sahilə çıxıb ətrafa boylandı. Sonra quş ləngər vura-vura adamlara sarı sürünməyə başladı. Corc tüfəngi sinəsinə yaxınlaşdırıb nişan aldı. Bayaqdan içini yeyə-yeyə qalmış Abbas qeyri-ixtiyari əlini irəli uzadıb silahın durna boğazına bənzəyən lüləsini yuxarı qaldırdı. Tüfəngin ağzından çıxan tüstü topasının qoxusu ətrafa yayıldı.
    Corcün qaşları təəcüblə çatıldı. Amma bir an keçməmiş onun qəhqəhəsi yaralı quşların səsinə qarışdı.
    -Hm... Təbiətə sevgi... Quşlara, heyvanlara məhəbbət... Əlbəttə, bu yaxşı əlamətdir. –Corc bir az susub üzünü Abbasla Qaflana sarı tutdu:-Amma məncə sizin hər biriniz quş əti də yeyir, heyvan əti də.
    Qonaqların hamısı güldü. İngilis dilində bir kəlmə söz belə anlamayan Qaflan da qonaqlara qoşulub gülməyə başladı.
    Göydəki durna qatarı çəkilib getmişdi.
    Meh əsirdi.
    Bir müddət araya sükut çökdü. Deyəsən, artıq yaralı quşların hamısı ölmüşdü. Bayaqdan yanlarını basa-basa onlara sarı sürünən durna yaxınlıqdakı nəhəng ağac kötüyünün dibində yerə çökmüşdü; quşun uzun boynu ilan kimi qıvrılmışdı. Abbasın heç olmasa bir durnanı xilas etmək cəhdi də puça çıxmışdı.
    Səyyah ovçulardan biri kənardan idarə edilən pultu basıb göldəki durnaları sahilə çağırdı.
    Quşlar sürətlə sahilə sarı üzməyə başladılar. Suyun şappıltısı aydın eşidilirdi.
    Ölü quşlar gölün üstündə boz yumaq kimi qıvrılıb qalmışdılar.
    Tüfəngləri və “durnaları” maşında qabqarandan sonra Corcun gur səsi eşidildi:
    -Hə, indi hamı maşına. Getdik...
    Abbas mat-məəttəl qalmışdı; əgər quşlar bunlara lazım deyildisə, onda bu boyda vur-çatlasın, bu boyda qırğın-qiyamət nədən ötrü idi?
    Maşın yerindən tərpəndi.


























    ÇİN OLAN YUXULAR

    ...və nəhayət, o, gecə gördüyü yuxunu bax elə bu dəqiqə, elektrik qatarının salonuna daxil olub enli ağac skamyanın üstünə yayxanaraq, ayağını-ayağının üstünə aşıranda bütün təfsilatı ilə xatırladı. Yuxunun süjeti çox maraqlı idi: Abdini hansısa idarəninmi, institutunmu əməkdaşları ilə görüşə dəvət ediblər. Əli gül-çiçəkli cavan oğlan və qızlar elə qapının ağzındaca öz sevimli yazıçılarını, yəni Abdini gözləyirlər. Abdin, heç özü də bilmədən nədənsə zala-onun üçün məxsusi ayrılmış rəyasət heyətinə yox, birbaşa lojaya qalxır. Aşağıda-salonda əyləşənlər ona əl edirlər. Abdin lojadan öz oxucularını qürurla seyr edib qəfildən üzüaşağı tullanır....və qollarını yana açaraq, havada asta-asta uçub camaatın başı üstə dövrə vurmağa başlayır. Hamı başını qaldırıb heyrətlə, quş kimi “qanadlarını” gərmiş Abdinə tamaşa edir. Heç kəsin cınqırı belə çıxmır. Bayaqdan bəri öz sevimli yazıçılarını gözləyən oxuculardan biri-qəşəng, totuq-motuq, ağbəniz, qabarıq sinəli bir qız əl atıb onun, “uçan” Abdinin pencəyinin ətəyindən tutub aşağı dartır.. Abdin düz qızın yanında yerə enib əlini sinəsinə qoyaraq centelmensayağı təzim edir. Zaldakılar Abdini sürəkli şəkildə alqışlayırlar. Qız onun əlindən tutub rəyasət heyətinə doğru aparır. Abdin yüngül, çox yüngül addımlarla, Ayın üstündə gəzən kosmonavtsayaq, az qala yenə uça-uça, onun üçün ayrılmış fəxri yerə yaxınlaşır. Qız Abdinin qoluna girərək qalib pəhləvan kimi onun əlini yuxarı qaldırır. Abdin yenə təzim edib qızın incə əllərini dodaqlarına yaxınlaşdırır. Hətta, ürəyindən keçir ki, bu gözəl qızı bağrına basıb öpsün, amma cürət etmir, nədənsə çəkinir; nə olsun ki, yuxudur, birdən olmadı elə, oldu belə, yəni qız ona artıq-əskik söz deyər, lap sifətinə yağlı bir şillə çəkə bilər; adam gərək yuxuda da öz ayıq-sayıqlığını itirməsin. Xülasə, Abdin öz istəyindən vaz keçir... Abdin nə illah eləsə də o yuxunun ardını xatırlaya bilmədi. Olsun ki, yuxunun süjet xətti dəyişmişdi. Elə sonluğu aydın olmayan bu süjetə görə o, oxucularla görüşün necə keçdiyindən də bixəbər qalır.
    Yalnız indi elektrik qatarının pəncərəsinə söykənib yerini rahatlayan Abdin, bu səhərdən bəri onu tərk etməyən xoş ovqatın nəsə ötən gecə gördüyü o qəribə yuxu ilə möhkəm əlaqədə olduğunu düşünürdü. Amma indi möcüzə baş vermişdi. Abdin gözlərinə inanmaq istəmirdi; elə bu səbəbdən də əli ilə gözlərini möhkəmcə ovuşdurdu. Möcüzə burasında idi ki, yuxuda onun əlindən tutub öz oxucularının yanına dəvət edən ağbəniz, totuq-motuq qız indi Abdinin üç addımlığında – “elektriçkanın” salonunda, üzbəüz skamyada əyləşib əl çantasında mürgüləyən iri, yaşılgözlü pişiyin başını tumarlayırdı. Başını çantanın büzməli ağzından çıxaran pişik arabir gözlərini açıb nədənsə qəzəblə ətrafa boylanır, sonra yenə mürgüləyirdi.
    Görəsən, bu, ötən gecəki yuxunun davamı deyildi ki? Yox, nə yuxu, canim, belə də yuxu olar? Abdin əmin idi ki, indi üzbəüz skamyada əyləşən qızın və onun qucağında mürgüləyən pişiyin yuxu ilə əlaqəsi elə yuxu səviyyəsində ola bilər.
    Qızın baxışları harasa uzaqlara, qatarın pəncərəsi önündən keçib arxaya “addımlayan” yaşıl bağlara, göyün üzünə səpələnmiş mavi-çəhrayı buludlara dikilmişdi. Vaqonda adam az idi. Qız da tək oturmuşdu, Abdin də. Adamları çimərlik zonasına aparıb indi çox az sərnişinlə geriyə – şəhərə qayıdan qatarın yeknəsəq səsindən, təkərlərin çaqqıltısından başqa heç nə eşidilmirdi.
    Pişik ölgün-ölgün başını çantadan çıxarıb yenə zəhmli-zəhmli ətrafa göz gəzdirəndə qız cibindən iri, göyümsov bir həb çıxarıb dilsiz – ağızsız heyvanın ağzına atdı. Pişik həbi kəmalı-ədəblə udub lap körpə uşaqlar sayağı gözlərini ərklə qapadı, elə bil yuxuya getdi.
    Abdinin uşaq yaşlarından pişik deyilən şeydən zəndeyi-zəhləsi gedirdi. Mənzilində pişik saxlayan qonşulara getməz, pişik tumarlayan adama əl verməkdən bir bəhanə ilə yayınardı.
    Nədənsə ona elə gəlirdi ki, dünyadakı ən iyrənc şeylərdən biri də pişik tüküdür. Hətta, bir vaxt hansı kitabdansa oxumuşdu ki, bəzi xəstəliklərin yaranmasının səbəbkarı məhz pişiklərdir. Pişiyin iyi, qoxusu onda ikrah oyadır, bədənində allergiya yaradırdı. Abdin, əlbəttə, bir yazıçı kimi öz əsərlərində bütün canlıların daha çox xeyirxah cəhətlərindən, müsbət keyfiyyətlərindən yazırdı və bu məsələdə, sözsüz ki, pişik də istisna olunmurdu. Hətta, onun uşaqlar üçün yazdığı bəzi əsərlərdə müsbət pişik obrazına da rast gəlmək mümkündü. Amma əsər öz yerində, həyatın öz işləkləri vardı.
    Pişik başını çantadan çıxarıb astadan mıyoldadı. Qız xəfifcə gülümsədi. Abdinin də üzünə təbəssüm qondu.
    Abdin heç özü də bilmədi ki, baxışları qızın baxışları ilə necə çarpazlaşdı, qız diqqətlə, sınayıcı nəzərlərlə altdan-yuxarı onu necə süzdü. Abdin bir xeyli tərəddüdən sonra yerində qurcalanıb qıza verəcəyi ilk sualı özü üçün müəyyənləıdirməyə başladı. Ələ yaxşı fürsət düşmüşdü: indi pişikdən bir vasitə kimi istifadə etmək olardı. Bəli, indi pişik yad sahilləri birləşdirən “körpü” kimi bir şey idi.
    Əlbəttə, ilk sual pişiklə bağlı olmalı idi və elə belə də oldu. O, hansı cinsdən, hansı növdəndir? Nə yeyib-içir, necə yatıb-durur? Abdin pişiklərə xüsusi sevgisinin olduğunu bildirməyi də təbii ki, unutmadı.
    Qız gülümsünüb onun pişiklərə sevgisinin əsasında hansı cəhətin dayandığını soruşdu. Abdin hələ tələbə ikən müəllimlərindən birinin auditoriyaya müraciətlə verdiyi sualı xatırladı: “Uşaqlar, siz öz dostlarınızda hansı yaxşı keyfiyyətləri görmək istərdiniz?” Hə, doğrudan da, o, pişiyi nə üçün sevirdi axı? Yadına düşən tərifli epitetləri söyləməkdən başqa əlacı qalmadı: mehribanlığına, sədaqətinə, təmizkarlığına görə. Sən demə, elə qız da öz pişiyindəki həmin keyfiyyətlərin vurğunu imiş... Hələ bunlar azmış kimi, Abdin pişiyə hansı yeməklərin faydalı olduğu, onu necə qidalandırmağın zəruriliyi barədə xeyli məlumat da verdi; əslində isə bütün bu qidaların adı, satıldığı ünvan ona televiziyada tez-tez verilən uşaq verlişlərindən, qəzet elanlarından tanış idi.
    Qız diqqətlə onu dinləyir, arabir kiçik cib dəftərçəsində qeydlər aparmağı da unutmurdu.
    Tezliklə pişik haqqında gedən söhbətin istiqaməti başqa məcraya yönəlməyə başladı. Qız nəsə söhbətarası bildirdi ki, Abdinin sifəti ona tanış gəlir, olsun ki, onlar haradasa, hansı məclisdəsə qarşılaşıblar. Abdin təvazökarlığın daşını atıb yazı-pozu adamı olduğunu bildirdi – üstəlik, bir-iki kitabının adını çəkməyi də unutmadı. Nəhayət, deyəsən qız onu həqiqətən xatırladı: televiziya verlişində görmüşdü. Abdin məmnun halda gülümsəyərək, belə hallarda həmişə olduğu kimi, əli ilə qalın şəvə saçlarına sığal verib məmnuniyyət hissi ilə qızın möhkəm yaddaşına, oxucu zövqünə “bərəkallah” dedi.
    Relslərin üstü ilə şütüyən qatar öz əbədi, yeknəsək nəğməsini oxuyurdu. Göyün üzündəki mavi-çəhrayı buludlar artıq dağılmışdı. Yaxınlıqdakı bağlardan iydə ağaclarının bihuşedici ətri vaqonun açıq pəncərəsindən içəri dolurdu.
    Abdin arvad-uşağı bağ evində rahatladıqdan sonra şəhərdəki mənzilinə tələsirdi. Nəşriyyatdan sifariş vermişdilər – əlində yarımçıq kitabı vardı, tezliklə yazıb başa çatdırmalı idi. Elə yüksək qonorar vəd etməsələr də, o, bu kitabı vaxtında təhvil vermək niyyətindəydi. Çünki nəşriyyat müqaviləsinin pozulması onun gələcək əsərlərinin çapını şübhə altına ala bilərdi.
    Amma bu yandan da qız... Bu mürgüləyən pişik də, o iydələrin bihuşedici ətri də, lap elə gecə gördüyü o müəmmalı, ləzzətli yuxu da və o yuxuda özünün uça-uça boşluqda dövrə vurub oxucuların hüzuruna getməsi də indi Abdinə yeni bir yuxu kimi görünürdü. Sanki qızın özü də elə həmin yuxudan gəlmişdi və qız Abdinin əlindən tutub (yuxuda isə pencəyinin ətəyindən tutmuşdu) yuxu aləmindən bu işıqlı günəşli günə, iydə ağaclarının məstedici ətri hopmuş vaqona gətirmişdi. Bütün bu ürəkaçan mənzərələrin fonunda təkcə pişik yad, mənfi obraz təsiri bağışlayırdı. Amma nə edəsən ki, Abdinin pişiyi tərifləməkdən başqa əlacı yoxdu, bir də ki, bu tanışlıq, bu ünsiyyət üçün pişik bir dostluq körpüsü kimi çox gərəkli, mühüm rol oynamışdı və yenə də o rolu oynamaqda idi. Pişiyin iri, yaşıl gözləri Abdinin üzünə dikildi. Abdin yenə söhbəti hərləyib-fırlayıb pişik mövzusunun üstünə gətirdi. Bu dəfə o, hansı ölkədə doğulan pişiklərin daha gözəl, daha ağıllı, daha mədəni olduğu barədə ətraflı məlumat verməyə başladı. Qız onun dediklərini diqqətlə dinləyir, arabir sual verir, dəftərçəsində qeydlər aparırdı. Abdinə elə gəlirdi ki, indi onun dediklərinə qızla birgə pişik də qulaq asır; çünki bu allah heyvanının baxışlarında bir “yumşalma” hiss olunurdu.
    Qatar mənzil başına çatmaqda idi.
    Yaşıl bağlar, iydə ağaclarının bihuşedici rahiyəsi artıq arxada qalmışdı. Şəhərin tutqun, benzin, mazut qoxulu havası, maşınların zəhlətökən səsi həyasız, çağırılmamış qonaq kimi vaqonun açıq pəncərələrindən içəri təpilirdi...
    Abdin qızdan şəhərin harasında yaşadığını soruşdu. Qız öz ünvanını dedi. Abdin pişik məsələsindən sonra başqa bir yalan da uydurmalı oldu – guya onlar eyni istiqamətə getməli idilər, az qala lap qonşudurlar, əslində isə Abdini evi sonuncu stansiyanın yaxınlığında idi.
    Abdin onu da öyrənə bildi ki, qız tək-tənha yaşayır, birotaqlı mənzili var. Həyatda isə yeganə etibarlı dostu üç gündən bəri xəstəliyə mübtəla olmuş, dişinin arasından su ilə həbdən başqa heç bir şey keçməyən bu pişikdir. Abdin yenə pişiyin ünvanına bir-iki xoş söz deyəndən sonra qızın telefonunu istədi: sən demə, onun mənzilində telefon yoxmuş. Eybi yoxdur, o indi bu qəşəng, totuq-motuq, ağsifət, güləş qızı taksi ilə ötürəndə evlərinin yerini dəqiq öyrənib tezliklə ona – daha doğrusu, pişiyə lazım olan dərmanları çatdırar. Qız etiraz etmədi. Taksi qız yaşayan evin qənşərində dayananda o, dilucu Abdini öz “daxmasına” (qız elə beləcə də dedi: “daxma”) dəvət etdi. Abdinin razılaşmaqdan savayı əlacı qalmadı. Hələ tənbəllik etməyib yaxınlıqdakı köşkdən bir qutu şokolad almağı da unutmadı. Qız yüngülvari etiraz etsə də, o, gələcəkdə aralarında bəlkə də möhkəm bir dostluğun bünövrəsinin qoyula biləcəyini xüsusi vurğuladı. Və bu anlarda Abdinin başında belə bir qəribə sual da dolaşmağa başladı:”Görəsən bu xanımın pişiyi şokolad yemir ki?” Axı acı həb udmaqdansa şirin şokolad yemək daha əlverişli ola bilərdi.
    Qızın mənzilində ideal səliqə-sahman vardı. Divardan bu lənətə gəlmiş pişiyin iri, rəngli şəkli asılmışdı. Pişik şəkildə həyatda olduğundan daha canlı, daha şux idi. Görünür, xəstəlik elə bir əclaf şeydir ki,o qısa bir vaxt ərzində təkcə adamları deyil, elə heyvanları da taqətdən salır. Şəkildən boylanan pişiyin gözlərində hirs-hikkədən əsər-əlamət yox idi: portretdəki pişiyin baxışlarından nəşə və toxluq yağırdı; allahın bu məzlum heyvanı şəkildə adam balası kimi dil açıb danışmaq istəyirdi sanki. Abdinin ağlına belə bir fikir də gəldi ki, ay dadı-bidad, görəsən, pişik dil aça bilsə, ilk sözü, ilk sualı, ilk istəyi nə olardı? – ana?, ata?, yemək? Görəsən, pişiklər də öz atalarını tanıyırmı? Axı onları böyüdüb tərbiyə edən analar olur. Allahın bu dilsiz-ağızsız heyvanları yəqin ki, çox vaxt bic doğulduqlarını heç vaxt dərk etmirlər. Ağlına gələn gülünc sualların təsiri altında xəyala gedən Abdin qızın gətirdiyi pürrəngi çaydan içə-içə ətrafa nəzər salır, nədənsə sıxılır, darıxırdı. O, göz gəzdirib rəfdəki kitabların səliqəli sırasına diqqət yetirdi. Daha bir möcüzə! İşə bir bax, onun kiçik, bapbalaca kitabı hansısa qalın cildin böyrünə sığınmışdı; öz kitabı ona nədənsə qızın qucağına sığınıb yuxuya getmiş xəstə, naxoş pişiyi xatırlatdı. Bəlkə elə o balaca kitab da əbədi yuxuda idi – çox güman ki, onun vərəqlərini tərpədən, içindəkiləri oxuyan olmamışdı. Oxusaydı, yəqin ki, qız xatırlayar, bir söz deyərdi... Abdin hərdən, candərdi də olsa, pişiyin ünvanına xoş söz deməyi unutmurdu.
    Abdin gecəni qızgildə qaldı...
    Səhərə yaxın qız pişiyi yerdəki iri, isti, yumşaq döşəkçənin üstündən götürüb ehtiyat və ehtiramla yatağa qoydu. Yataqda onların, yəni qızla Abdinin arasında xumarlanan heyvanın gecə lampası kimi parlayıb yanan gözlərinə baxıb o üz – bu üzünə eşələnən sənətkarın ödü ağzına gəldi. Abdin bu iyrənc varlığın tüklü sifətinə, şana kimi yana dartılmış uzun bığcıqlarına, əyri pəncəsinə ikrahla və səbrlə xeyli tamaşa etsə də axırda hövsələsini basa bilmədi. Və nəhayət özünü cilovlaya bilməyib qəzəblə, qışqıra-qışqıra pişiyi yatağa salmağın, pişiklə bir yerdə- bir çarpayıda yatmağın, bir qabdan yeyib-içməyin acı nəticələrindən, onun potensial xəstəlik daşıyıcısı, xərçəng, lap elə SPİD mənbəyi olduğundan əl-qolunu ölçə-ölçə, ağzı köpüklənə-köpüklənə xeyli danışıb məlumat verdi.
    Yataqda böyrü üstə uzanaraq bir əli ilə , ağappaq, qabarıq sinəsini örtüb, o biri əli ilə bayaqdan pişiyin başını sığallayan qız, sanki bəyaz mərmər heykələ çevrilmişdi. İndi qızın donuq baxışları pişiyinki kimi ciddiləşmişdi. Elə bil onun gözlərinin rəngi də dəyişmişdi.
    Abdin pişiyə qarşı olan bütün nifrət, qəzəb və hiddətini bildirdikdən sonra yataqdan qalxıb elə alt tuman-köynəkdə hamama girdi. Əl-üzünə su vurub geri qayıdanda gözlərinə inanmadı: dünəndən bəri ölgün-ölgün mürgüləyən pişik, vəhşi pələng kimi tarım dartınıb qapının ağzını kəsdirmişdi. Abdin pişiyi təpiklə vurmaqdan özünü zorla saxladı, onun böyründən keçib qızın yatdığı otağa keçmək istəyəndə heyvan qəzəbli pələng kimi yuxarı tullanıb onun çiyinlərini, boyun-boğazını hiddətlə cırmaqlamağa başladı. Abdin bir anlığa özünü itirdi. Bu alçaq heyvan onu qızın yataq otağına buraxmaq istəmirdi. Abdin geri sərpinib yumruğunu quduzlaşmış pişiyin təpəsinə endirdi. Döşəməyə dəyib top kimi təzədən yuxarı atılan heyvanın caynaqları bu dəfə Abdinin sifətinə ilişdi. Onların hər ikisi qəzəblə fısıldadı – həm Abdin, həm də pişik...
    O, pişiyin quyruğundan yapışıb var qüvvəsi ilə kiçik eyvana açılan qapıdan bayıra fırlatdı. Sonra asta, ehtiyatlı addımlarla geri döndü.
    Qızın yatağı boş idi. Abdin çarpayının altına, künc-bucağa göz gəzdirdi. Qəribə idi – qız otaqda yox idi. Görəsən o, hara getmişdi? Elə bil qeybə çəkilmişdi. Qız bəlkə yenə də Abdinin yuxusuna pənah aparmışdı? Abdin dünən gecə yuxuda qanad açaraq dövrə vurub uçanda qız sənətkarın ətəyindən yapışıb yerə endirmişdi. Görəsən, o, Abdinin yuxularına yenə gələcəkdimi?





















    “MİŞA DAYI”

    Mikayıl Qarayev əsgəri xidməti Sibirdə çəkmişdi. Onun həyatının sonrakı dövrü də şimal şəhərlərindən biri ilə bağlı olmuşdu. Mən Mikayıl Qarayevlə tanış olduğum günü bütün təfərrüatı, dəqiqliyi ilə indi də xatırlayıram.
    Onda universitetin ikinci kursunda oxuyurdum. Bu yad şəhərdə heç bir qohum-əqrəbam yox idi. Qəribçilik hissi məni üzürdü.
    Yaxşı xatırlayıram, yaz vaxtı, bazar günü idi. Şəhər parkındakı skamyada əyləşib kitab oxuyur, imtahana hazırlaşırdım. Günəşli, sakit bir gündü. Cökə, qovaq, küknar ağaclarının ətri nədənsə mənə arı şamından yenicə süzülən bal ətrini xatırladırdı. Bu ətir mənə uşqlıqdan tanış idi.
    Parkda əsasən yaşlı adamlar və arabacıqda uşaq gəzdirən gənc qadınlar gözə dəyirdi. Günün ikinci yarısı idi. Qəfildən elə bi ki, hava dəyişdi, bağda cavanların hay-küylü bir dəstəsi peyda oldu. Çox güman ki, onlar hansısa məclisdən qayıdırdılar. Keflərinin duru olduğu o dəqiqə bilinirdi. Dəstənin önündə gedən sarışın, keçəl, gödəkboylu bir oğlan gitara çalır, o biriləri xorla oxuyurdu. Dəstədə qızlar da var idi. Onlar əyləşdiyim skamyanın önündən keçəndə qızlardan biri gülə-gülə mənə söz atdı:
    -Ey, yadplanetli, özünü günün altında niyə yandırırsan, gəl qoşul bizim dəstəyə.
    Mən özümü eşitməzliyə qoydum.
    Gitaraçalan mənə yaxınlaşıb başımın üstündə dayanaraq oxumağa başladı. Onun oxuduğu mahnının, daha doğrusu çastuşkanın sözləri, bayağı jarqonlarla dolu idi. Oğlanlardan biri gitaraçının qolundan tutub kənara çəkmək istəyirdi. Amma keçəl öz işində idi, vəcdə gəlib daha şövqlə oxuyurdu. Bu sərxoş dəstənin xofu mənim canımı bürümüşdü. Bilirdim ki, bir himə bənddilər, nəsə bir söz desəm qollarının gücünü göstərməyə çalışacaqlar. Görünür, onlar mənim təhər-tövrümdən bu şəhərdə qərib, gəlmə adam olduğumu hiss etmişdilər.
    Canımı dişimə tutub yalandan gülümsəməyə çalışır, oxunan mahnının ritminə uyğun olaraq başımı astaca yellədirdim.
    Gitara qəfildən susdu. Keçəl oğlan pişik gözlərinə oxşar yamyaşıl gözlərini üzümə dikib dedi:
    -Bəlkə bir rəqs edəsən, əziz dost. Hansı havanı istəyirsən?
    Dəstədəkilərin çoxu qəhqəhə çəkib güldü.
    Yaman yerdə axşamlamışdım. Ayağa durub dilim topuq vura-vura dilləndim:
    -Mən təəssüf ki, oynaya bilmirəm.
    -Oynayarsan, oynayarsan... Oynamasan, biz özümüz sənə oynamağın qaydasını öyrədərik.
    Mən, təbii ki, oynamağı bacarırdım, amma ta belə şəraitdə, bu cür “şərtlər” altında yox.
    Oğlan gitaraya təzədən dəm verdi.
    Mən bayaqdan oxuduğum kitabı qoltuğuma vurub ayağa durdum. Yox, oynamaq istəmirdim, sadəcə olaraq bu qanmazı başa salmaq istəyirdim.
    Yaşılgöz məni diqqətlə süzüb dedi:
    -Hə, buyur, indi meydan sənindir.
    Mən yerimdə donub qalmışdım. Bu anlarda nə edəcəyimi bilmirdim.
    Adamlarsa yanımızdan laqeydcəsinə ötüb keçirdilər.
    -Dedim ki, mən oynaya bilmirəm və buna görə də oynamaq fikrim yoxdur...
    Biz oğlanla döş-döşə dayandıq. Mənə elə gəlir ki, biz o anlarda bir-birini didməyə hazır olan dalaşqan xoruzlara bənzəyirdik.
    Elə bu əsnada mənə ilişən bu “şən” dəstəyə iti addımlarla ucaboy, gur xurmayı saçları alnına tökülmüş, qırxbeş-əlli yaşlarında bir kişi yaxınlaşdı.
    -Volodya, utanmırsan, bu uşaqdan nə istəyirsən?..
    Dəstənin üzvləri geri çəkildi, Volodya deyilən keçəl oğlan kişini görüb cəld özünü yığışdırdı. İndi oğlan başını aşağı dikmişdi, guya ki, utanırdı.
    Kişi əlini onun çiyninə qoyub ucadan dedi:
    -Bura bax, əgər Qriqori Vasilyeviç bu hərəkətindən xəbər tutsa, sənə yaxşıca qulaqburması verəcək. Sənin istəyin nədir axı?
    Sonra kişi üzünü mənə tutdu:
    -Nədir, nə olub, bunlar səndən nə istəyirlər?
    Mən dodaqaltı mızıldandım:
    -Heç, elə-belə... Bunlar çalıb-oxuyurdular...
    Kişi nəsə duyubmuş kimi gülümsədi:
    -Sən biz tərəflərin adamına oxşayırsan. Deyəsən, gəlməsən, yerliyik.
    -Mən Azərbaycandanam...
    Kişi əlini mənə sarı uzadıb doğma, şirin bir ləhcədə:
    -Elə isə tanış olaq, mənim adım Mikayıldır, Mikayıl Qarayev,-dedi.
    Mən də özümü təqdim etdim.
    Uşaqlar diqqətlə bizə baxırdılar.
    Volodya təəccüblə kişinin üzünə baxıb soruşdu:
    -Mişa dayı, sən bunun dilini haradan bilirsən?
    Kişi güldü.
    -Bu, mənim öz doğma dilimdir. Volodya, arxayın ola bilərsən, mən
    sənin bu işlərin barədə QriqoriVasilyeviçə heç nə deyən deyiləm. Amma bir şərtlə, gərək mənim bu gənc həmyerlimə əl verəsən, onunla barışasan, olsun ki, gələcəkdə siz lap dost oldunuz. Bizim xalq dostluqda çox etibarlı olur.
    Keçəl oğlan dinməz-söyləməz əlini irəli uzatdı:
    -Volodya. Vladimir...
    Mən də əlimi ona sarı uzadıb öz adımı dedim.
    Həmin adları ona görə indiyəcən xatırlayıram ki, sonralar bu
    adların sahibləri ilə yaxından tanış oldum, hətta Volodya mənim etibarlı dostlarımdan birinə çevrildi.
    Dəstə bizdən aralanandan sonra Mikayıl Qarayev mənim qoluma girib iş-gücümlə maraqlandı. Tələbə olduğumu, burada təhsil aldığımı eşidəndə sevındı.
    -Hə, bu başqa məsələ. Mən də burada ali təhsil almışam. Əsgərlikdən sora qaldım, universitetə girdim. İndi maşınqayırma zavodunda baş texnoloqam. Bayaq sənə ilişən Volodyanın atası QriqoriVasilyeviç mənim həm iş yoldaşımdır, həm də qonşumdur. Volodya pis uşaq deyil, texnki peşə məktəbini bitirib, bizim zavodda tornaçıdır, amma arabir içməyi var, işləri bu korlayır...
    Mikayıl Qarayev mənə ev və iş telefonunun nömrəsini verdi. Yaşayış yerimlə maraqlandı. Mən yataqxanada yaşayırdım. Orada hər şeyin normal olduğunu dedim.
    Mənim təzə tanışım şəhərin hörmətli adamlarından biri imiş. O, ətrafındakıları özünə maqnit kimi çəkirdı. Tanıyanlar onu sevir, onunla hesablaşırdılar. Bir müddətdən sonra mən Mikayıl Qarayevin evinə gəlib-getməyə başladım, onun ailəsi, dost-tanışları, yaxın çevrəsi ilə tanış oldum. İndi mən də ona məhəllənin uşaqları kimi “Mişa dayı” deyə müraciət edirdim.
    Mikayıl Qarayev mənə dərs deyən müəllimlərin bir çoxunu tanıyırdı. Açığını deyim ki, həmyerlimlə müəllimlərimin dostluğu bəzi imtahanlarda mənim karıma da gəlirdi.
    Mən onun evinə tez-tez gedib zəhlə tökmək istəmirdim. Doğrusu, bundan bir az da utanırdım. Amma insaf naminə deməliyəm ki, Mikayıl Qarayevin təkcə özü yox, elə arvadı Vera xala, qızı Sveta da mənə xoş üz göstərir, əllərindən gələn hörməti əsirgəmirdilər.
    Vera xala evdar qadın idi.
    Sveta isə ali məktəbdə təhsil alırdı. O, gələcəkdə mühəndis olub atasının yolunu davam etdirmək istəyirdi.
    Hiss edirdim ki, “Mişa dayı” mənim Sveta ilə münasibətimə ciddi diqqət yetirir. O, bəlkə də ürəyinin dərinliyində mənim gələcək həyatımın öz qızı ilə bağlanmasına ümid edirdi. Mənə elə gəlirdi ki, elə Vera xala da qızla mənim xoş ünsiyyət qurmağımıza çərait yaradırdı.
    Sveta çox ciddi qız idi. Qısa, yığcam cümlələrlə danışmağı xoşlayırdı. Müsahibini eynəyinin altından iti, sərt nəzərlərlə süzərdi. Qətiyyən zarafat etməyi xoşlamazdı. Qızın elə mənimlə münasibəti də bu cür idi: ciddi, ölçülü-biçili, soyuq. Doğrusu, mən bu münasibətin əvəzində hansısa daha sərfəli, daha əlverişli bir təşəbbüsdə bulunmağa cürət etmirdim. Düşünürdüm ki, bəlkə Sveta kimisə sevir, kiməsə ehtiram bəsləyir... Onun Sibirin özü kimi sərt təbiəti vardı və bu, mənim, cənub adamının coşqun, qaynar “havasına” qətiyyən uyğun gəlmirdi. Deyəsən, bunu onun valideynləri də hiss edirdilər. Lakin nə “Mişa dayı”, nə də Vera xala mənə olan münasibətlərini heç zaman dəyişmədilər və mən təhsilimi başa vuranacan o ailənin hər zaman arzuolunan qonaqlarından biri kimi qaldım.
    Orasını da deyim ki, mənim qəlbimin dərinliyində Svetaya qarşı ilıq, lap elə isti bir münasibər vardı. Hərdən düşünürdüm ki, bu ciddi qızcığaz nə vaxtsa mənimlə başqa bir tonda, məhrəm bir ürəklə danışa bilər. Axı o, gec-tez kiminsə ürəyini fəth etməli idi ya yox?..
    Mən boş vaxtlarımda, möhkəm dostlaşdığım Volodya ilə, gənclərin klubda təşkil etdikləri tədbirlərində olur, tələbə dostlarımla şəhər kənarına köbələk yığmağa gedirdim. İdman yarışlarından da qalmırdım.
    Zaman hissolunmadan ötüb keçirdi.
    İndi də xatırlayıram, mən dövlət imtahanlarını verib diplom alarkən Mikayıl Qarayev bu münasibətlə restoranda böyük bir qonaqlıq verdi. Məclisdə “Mişa dayı”nın ailə üzvləri və yaxın çevrəsindəki adamlar, bir də ki, mənim tələbə dostlarım iştirak edirdilər. Volodya gitarada çalır, cavan cütlüklər rəqs edir, qonaqlar yeyib-içir, tost deyirdilər. Məclisin canı və aparıcısı isə, təbii ki, Mikayıl Qarayevin, “Mişa dayı”nın özü idi.
    Onu da yaxşı xatırlayıram ki, mən həmin axşam Svetanı rəqsə dəvət etdim. Hiss etdim ki, o, nədənsə çox qəmli və düşüncəlidir. Hər halda, könülsüz də olsa, mənim təklifimi qəbul etdi. Nədənsə qızın isti əlləri əsirdi. Görəsən, bu anlarda onun soyuq ürəyindən nələr keçirdi? Mən rəqs edərkən gözaltı “Mişa dayı”nı və Vera xalanı süzürdüm. Onlar çox şən görünürdülər. Bu anlarda ər-arvadın qəlbindən nələrin keçdiyini təxmini də olsa duyurdum. Bilirdim ki, bu mehriban ər-arvad mənim timsalımda öz gələcək kürəkənlərini görürdülər. Amma bir atalar məsəlində deyildiyi kimi, sən öz saydığını say, gör fələk nə sayır.
    Mən elə həmin gün, rəqs edə-edə özümü ələ alıb Svetaya ürəyimdən keçənləri izhar etmək qərarına gəldim. Görünür, ürəyimi açmaqda bu şən məclisin isti ab-havasının, dozadan bir az artıq qəbul etdiyim içkinin də təsiri vardı. Əslində, mənim dediklərim həm də onun valideynlərinin ürəyindən keçənlər idi. Təklifimi eşidən qızın titrək əlləri buza döndü. Hiss etdim ki, onun baxışları əllərindən də çox soyuyub və o baxışlar bircə anın içində buz bağladı. Qız gözlüyünün altından tərs-tərs məni süzüb qısaca bunları dedi: “Bu barədə düşünməyi heç ağlınıza da gətirməyin”. Mənə hər şey, hər halda hər şey olmasa da çox şey, həmin axşam agah oldu. Belə çıxırdı ki, Sveta ilə mənim ulduzum heç vaxt birləşə bilməz. O, məndən ayrılıb qətiyyətli addımlarla öz dostlarının yanına tələsdi. Mən ona daha nə deyə bilərdim ki?.. Bəlkə də o, haqlı idi. Ürəyə hökm etmək asan məsələ deyil axı.
    Mən Sibirdə təhsilimi başa vurandan sonra qayıdıb vətənə gəldim. Arabir “Mişa dayı” ilə telefonda danışır, Sibirə gedib-gələn tanışlarla salam göndərirdim. Hətta, ona bir neçə dəfə nar bağlaması göndərdim, bilirdim ki, o, bu cənub meyvəsi üçün sinov gedir. Hərdən Volodya ilə zəngləşirdim, bir dəfə o, mənə dedi ki, Sveta işlədiyi zavodda bir mühəndis həmkarı ilə ailə qurub və nədənsə tezliklə də ayrılıb. Mən sonralar qızın xəstələndiyini eşitdim. Amma zəngləşəndə “Mişa dayı” nədənsə qızı haqda heç nə demir, hər dəfə təkcə Vera xalanın salamını yetirirdi.
    Vaxt keçdikcə bizim münasibətlər məndən və Mikayıl Qarayevdən asılı olmayaraq tədricən səngiməyə, seyrəlməyə başladı. Sonra elə bir vaxt gəldi ki, hər şey Sibirin havası kimi soyudu, bizim əlaqələrimiz qırıldı. Telefonlarımız, ünvanlarımız, iş yerlərimiz dəyişdi. Mən ailə qurdum, artıq mənim üçün əlçatmaz olan Sibiri yalnız arabir yuxularda görürdüm. Bu qarlı-şaxtalı yuxularda adətən Sveta həmişə bəmbəyaz buz kürkdə olurdu. Bu görkəmi ilə o qar qıza oxşayırdı. Zalım qızı yuxuda da buz kimi sopsoyuq idi və bir zamanlar olduğu kimi yenə eynəyinin altından sərt nəzərlərlə məni süzür, bir kəlmə də danışmırdı.
    ... Bu yaxınlarda həyətimizdəki tanışlardan biri rəhmətə getmişdi. Mən də qonşulara qoşulub mərhumun dəfn olunduğu yerə, yəni qəbristamlığa, getdim. Soyuq payız küləyi əsirdi. Mərhumun yaxınları cənazəni torpağa tapşıran zaman mən yaxınlıqdakı qəbirlərin başdaşına nəzər salmağa başladım. Diqqətimi üstünə təzə gül dəstəsi qoyulmuş bir qəbir cəlb etdi; qəbrin yanında iki kişi vardı. Mən əvvəlcə başdaşında mərhumun anadan olduğu və öldüyü tarixi oxudum. Belə məlum oldu ki, bu, yaxınlarda, daha doğrusu ötən il, rəhmətə getmiş adamın qəbridir. Başdaşının üstündəki şəkil mənə tanış gəldi, eləməyib tənbəllik qəbrə yaxınlaşdım. Mərhumun haqqıda yazılan “məlumatı” oxudum: “Mikayıl Qarayevə qardaşlarından”. Başdaşından mənə “Mişa dayı”nın tanış, gülümsər çöhrəsi baxırdı. Elə bil içimdən Sibirin qandonduran sərt soyuğu, sazağı keçdi.
    Qəbrin yanında heykəl kimi durub qəribə nəzərlərlə mənə baxan kişilərə yaxınlaşdım. Onların bir suyu mərhuma, yəni Mikayıl Qarayevə oxşayırdı.
    Mən irəli yeriyib ehtiyatla soruşdum:
    -Mərhum nədən rəhmətə gedib?..
    Qəbrin yanındakı kişilər əvvəlcə bir-birinə, sonra da mənim üzümə baxıb susdular.
    Mən onların təəccübləndiyini hiss edib dedim:
    -Mən vaxtilə Mikayıl Qarayevlə Sibirdə tanış olmuşam. Xeyirxah adam idi. Allah rəhmət eləsin.
    Kişilərdən biri zəndlə məni süzüb dedi:
    -Biz onun qardaşlarıyıq.- Sonra köksünü ötürüb əlavə elədi: -Mikayıl qızını Vətənə müalicəyə gətirmişdi...
    Mən dilləndim:
    -Svetanı?
    -Bəli. Qız sağalmaz xəstəliyə düçar olmuşdu. Dedik bəlkə burada sağala. Amma xeyri olmadı. Xəstəlik dərinə işləmişdi. Gələndən bir həftə sonra qız rəhmətə getdi. Təsəvvür edin, Sveta sübh tüzdən ölmüşdü, axşamsa Mikayıl canını tapşırdı. Qızın ölümünə dözə bilmədi, ürəyi partladı onun. Veraya xəbər göndərdik, gəldi. Biz həm Mikayılı, həm də Svetanı burada dəfn eləmək istəyirdik, amma Vera razı olmadı. O da öz əzizlərinin Sibirdə torpağa tapşırılmasını istəyirdi. Axırda belə qərara gəldik ki, Mikayıl burada dəfn olunsun, Sveta isə orada, Sibirdə. Belə də oldu. Bu gün Mikayılın anadan olan günüdür, gəldik ki, baş çəkək.
    Mən Sveta haqda yenə nəsə soruşmaq istədim. Görəsən onun uşağı-filanı qalmışdımı?. . Axı bir vaxt Volodya mənə onun ailə qurub bir müddət sonra ayrıldığını demişdi. Ancaq cürət edib bu sualları vermədim.
    Mən köks ötürüb qısaca:
    -Allah rəhmət eləsin, qəbri nurla dolsun,-dedim.
    Bir daha “Mişa dayı”nın başdaşından boylanan şəklinə baxdım. Mənə elə gəldi ki, o, indi bu şəkildə bayaq olduğu kimi gülümsəmir, qaşqabaqlıdır.
    Soyuq payız küləyi daha da güclənmişdi.








    SİQARET ÇƏKƏN İLAN

    -Ssssssssss...
    Qadın şəhadət barmağını dodağına apararaq həyəcanla eyvana sarı baxdı. Sanki gözü kimisə axtarırdı. Sonra belini əyib ehtiyatlı addımlarıa alma ağacından asılmış nənniyə yaxınlaşdı. Nənni astaca yellənirdı.
    Cabir eyvanın açıq pəncərəsindən həyətə boylandı; Əsli bağçaya uzanan ensiz çığırla yanlarını ördək kimi basa-basa qocaman alma ağacına sarı yeriyirdi və eyvana boylanmağından da belə görünürdü ki, qadının iti gözləri öz ərini, yəni Cabiri arayır. Arvadının hərəkətləri kişiyə qəribə görsəndi; sanki Əsli həyətdən nəyisə çırpışdırıb aradan çıxmaq istəyən oğrunu qəfildən yaxalamağa hazırlaşırdı. Kişi təəccübləndi, yaxşı, əgər bu xarabada nəsə qeyri-adi bir şey baş vermişdisə, arvadı niyə səslənib onu haraylamırdı?
    Cabir içini arıtlayıb pillələri aşağı endi. Əsli ağzını açıb nəsə demək istəyən ərinin üzünə baxıb hiddətlə üz-gözünü əydi, sonra əli ilə ağzını bərk-bərk qapadı; bu, o demək idi ki, kişi, sus, səsini çıxartma. Cabir udqundu, sanki dilinin ucundakı sözü də tüpürcəklə birgə uddu. Nəsə ortada ciddi iş vardı deyəsən, amma bu işin nədən ibarət olduğunu Cabir o anlarda qətiyyən kəsdirə bilmədi.
    Hə, olsun ki, qurd-quş həyətdəki cücələrdən çırpışdırıb aradan çıxmaq istəyirdi. Yəqin qadın duyuq düşüb, ona görə belə hirsli-hikkəlidir. “Əslinin əlindən heç canavar da salamat qurtula bilməz”-deyə, ürəyindən keçirən Cabir bir siqaret çıxarıb damağına qoydu. O, arvadının hökmünə, fərasətinə yaxşı bələd idi; hətta, bəzən Cabirə elə gəlirdi ki, bu dünyada onun arvadının qorxub çəkindiyi heç kəs, heç kim yoxdur; qadının qorxusundan bu həndəvərə heç it-pişik də hərlənmirdi.
    Arvadın bir gözü yenə ərində idi. Əsli onu tərs-tərs süzüb bu dəfə ağzını iki əli ilə bərk-bərk qapadı; yəni cıqqırını çıxartma ha. Yox, deyəsən, məsələ lap ciddi idi. Yoxsa arvadı onunla ikidən-birdən bu cür, həm də səssiz bir qəzəblə “danışmamışdı”.
    Qadın ayağının ucunda nənniyə yaxınlaşıb qəfildən dayandı. Onun sifətində oynayan qəzəbin kölgəsi gün işığında aydın sezilirdi. Kişi ömründə advadını bu halda görməmişdi.
    Qəfil gördüyü məzərədən Cabirin damarında qanı dondu; o, qocaman alma ağacının gövdəsi ilə nənniyə doğru sürünən uzun, xallı ilanı görəndə məsələnin nə yerdə olduğunu anladı. Dərisi alma ağacının qabığından azacıq fərqlənən bu bədheybət də öz yolu ilə eyzən Əsli kimi ehtiyatla, ağır-ağır irəliləməkdə idi.
    Qadın əli ilə ərinə yerində dayanıb tərpənməmək işarəsi verdi.
    Cabirin dodağının arasındakı siqaret külək döyən çubuq kimi titrədi. Sanki onun başının içində çaxmaq çəkdilər, gözlərində qığılcımlar oynadı.
    Artıq ilan nənninin möhkəm kəndir bağlarının asıldığı budağa çatmışdı. Hiyləgər vəhşi, yəqin ki, yuxarıya dırmaşandan sonra kəndirlə üzüaşağı enib nənninin içinə soxulmaq istəyirdi.
    Nənnidə uşaq vardı, Əslinin bacısının uşağı. Bacısı körpəni ona tapşırıb əri ilə qohumlarının toyuna getmişdi.
    Günün ikinci yarısı olsa da, hava hələ isti idi.
    Uşaq yəqin ki, şirin yuxuda idi; oyaq olsaydı qığıltısı gələrdi hər halda. Nənninin asıldığı kəndirlərdən iri bir yaylıq asılmişdı, yaylığın hər ucu bir kəndirə düyünlənmişdi. Bu “çətir” ondan ötrü idi ki, nənnidəki uşağın gözünə gün düşməsın. Amma uşağın üzünü ilan görmüşdü deyəsən. Bu alçaq heyvan, yəqin ki, həyətə darvazadan aşıb keçmişdi; çox gümün ki, nənnidəki uşağı da elə oradan, yəni darvazanın üstündən görmüşdü.
    İndi nənni aşağıda qalmışdı, ilansa yuxarıya, qocaman alma ağacının az qala başına dırmaşıb çıxmışdı. Yox, əslində ilanın başı yuxarıda idi, quyruğu isə aşağıdakı əlyetər nazik budaqlardan birinin üstündən sallanırdı.
    Cabirin ayaqları sanki torpağa pərçimlənmişdi. Yerindən tərpənməyə nə cürəti vardı, nə də taqəti.
    Əsli sinə-sinə, asta-asta, yumşaq addımlarla alma ağacına sarı irəlilədi. Birdən qadın pişik cəldliyi ilə hoppanıb irəli atıldı, ilanın quyruğundan yapışıb özünə sarı dartdı. İlanın qəzəbli fışıltısı aydınca eşidildi. Qadın ilanı çəkib ağacdan araladı. İlan qıvrılıb açıldı, sonra başını geri döndərib qadını çalmaq istədi. Qadın mahir sirk təlimçisi kimi yerində fırlandı. Sanki Cabir yuxudan ayıldı. İrəli cumdu, axı hər necə olursa olsun arvadını bu qəzəbli vəhşinin əlindən xilas etmək üçün hansısa bir tədbirə əl atmaq lazım idi.
    Əsli, hətta, fürsət tapıb alma ağacının gövdəsindən bir çırpı qopartdı, bu kiçik ağac parçası ilə ilanın başını əzmək də olardı.
    İlan qadının əlindəki çırpıya sarınıb dartındı. Ağacın ucu Əslinin əlindən çıxıb düz Cabirin ayağının ücüna düşdü. Kişi diksinib geri sıçradı. Ayağı boş zibil vedrəsinə ilişdi, müvazinətini zorla saxladı.
    Əsli özünü itirmədi, boynunu hərləyib onu çalmaq istəyən ilanın quyruğundan bərk-bərk yapışıb başının üstündə fırlatdı. Yəqin qadının məqsədi ilanı ya darvazadan bayıra atmaq, ya da başını divara vurub onun axırına çıxmaq idi. “Yox, balam, deyəsən bu ilanın özünü arvadın qəzəbindən xilas etmək lazım gələcək”. Ürəyindən keçən fikir kişini qismən ruhlandırsa da, onun hələ danışmağa nə heyi, nə də “icazəsi” vardı. Cabir əli ilə arvadına işarə etdi ki, bu zəhərli heyvanın başını əzmək lazımdır və hətta, bu işi icra etmək məqsədilə həyətin bir küncündəki kötüyə sancılmış baltanı qapıb arıq-quru sinəsini irəli verdi. Əslində, bu anlarda Cabirin dizləri əsirdi, amma arvadının yanında qorxaq adam təəssüratı yaratmaq hər bir normal kişi kimi onun da ürəyincə deyildi.
    Əsli əli ilə ərinə bir daha geri çəkilmək işarəsi verdi. Cabirin əmrə müntəzir dayanmaqdan savayı bir əlacı yoxdu, öskürüb bir az da geri çəkildi. Arvadı isə bu anlarda kəndirbazlar kimi cəld hərəkətlər edir, əlindəki “canlı kəndiri” sağa-sola yellədir, sanki bu qorxulu oyundan həzz alırdı. İndi advadının üzündə bayaqkı həyəcandan əsər-əlamət qalmamışdı. Görünür, bu da onunla bağlı idi ki, ta nənnidəki uşaq təhlükədən xilas olmuşdu.
    Elə bil ki, qadının ilanı, daha doğrusu, onun quyruğunu qətiyyən buraxmaq niyyəti yoxdu. Cabiri get-gedə qorxu qarışıq bir təəccüb hissi bürüməkdə idi. Görəsən, bu arvada nə olmuşdu belə? Birdən, Allah eləməmiş, bunun başına hava-zad gələr. Bəyəm qorxudan ağlını itirənlər azmı olub bu dünyada? Bəs Əsli ilanla bu cür rəftarı haradan öyrənmişdi görəsən? Cabir sanki indi birdən-birə yuxudan ayıldı, arvadının vaxtilə, illər öncəsi zooparkda işlədiyini xatırladı. Bıy, gör bir nələr unudulub yaddan çıxır bu dünyada? İndi bu lənətə gəlmiş ilan zühur eləməsəydi, Cabir arvadının nə vaxtsa heyvanxanada işlədiyini bəlkə ömründə heç bircə yol da xatırlamayacaqdı bundan sonra. Əsli əvvəlki iş yerini dəyişəndən sonra uzun illər evlərinin yaxınlığındakı ərzaq dükanında satıcı işləmişdi.
    Bu, bəlkə də elə Əsliinin öz köhnə “tanışlarındandır”, onun iyisini alaraq təşrif buyurubdu bu tərəflərə? Yox, bu “tanışlıq” məsələsinə oxşamırdı; çox güman ki, bu lənətə gəlmiş ilan, belə isti havada canındakı zəhəri boşaltmağa bir yer tapmaq istəyilə gəlib çıxmışdı bu həyətə.
    Cabir əlini atıb cibindən kibrit çıxartdı, bayaqdan bəri onun özü kimi damağında quruyub qalan siqareti alışdırdı. Onların, ərlə arvadın baxışları, bir anlığa çarpazlaşdı, bir nöqtədə kəsişdi. Cabirə elə gəldi ki, bu dəqiqə arvadı onun üstünə hücüm çəkərək siqareti ağzından qapıb sındıracaq, yerə çırpacaq, dişinin dibindən çıxanı deyəcəkdi; axı tanış həkimlər ərinə siqaret çəkməyi qadağan etmişdi.
    Qadın havada qövs cızan ilanı bir əli ilə özünə sarı dartdı, o biri əlini cəld irəli uzadıb ilanın iri başından yapışdı.
    Cabirin nəfəsi qaraldı, gözləri alacalandı, ayaqları sızıldadı.
    Əsli ilanın başından yapışandan sonra asta addımlarla ərinə sarı yeridi. Görəsən, bu nə zarafatdı belə? Yox, bu heç zarafata bənzəmirdi. Arvadının sifəti daş kimi soyuq və olduqca ciddi idi. Bəs onun məqsədi nəydi görəsən? Cabirin dizləri əssə də yerindən tərpənmədi.
    Əsli hökmlü, boğuq səsi sanki quyunun dibindən gəldi:
    -Damağındakı o zəhrimarı bura ver görüm.
    Arvadı yəqin ki, ondan siqaret istəyirdi. Görəsən nəyinə lazımdı onun bu “zəhrimar”? Axı o, indiyəcən arvadının siqaret çəkdiyini görməmişdi. Əksinə, Əsli “zəhərli tüstüyə” görə onunla az qala hər gün müharibə aparırdı.
    İstədi qutudan təzə siqaret çıxarıb uzatsın, amma arvadının hirsli səsini bir də eşidəndə fikrindən daşındı.
    -Damağındakını ver bura. Tez ol...
    Əslinin səsindən əsəb, qəzəb və hikkə yağırdı.
    Arvad ondan siqaret istəyirdi. Bəlkə də düz edir. Axı bu boyda zırıltıdan sonra adamı yalnız ciyərinə çəkdiyi acı tüstü xilas edə bilərdi. İndi qalırdı bu tüstülənən siqareti irəli uzatmaq. O, arvadın həndəvərinə necə yaxınlaşsın? Axı, Cabir özünü nə qədər soyuqqanlı aparsa da ilandan bərk qorxurdu. O, tustülənən siqareti küncə atılmış kötüyün üstə qoyub sakitcə geri çəkildi.
    Əsli kötüyə yaxınlaşdı. Siqareti götürüb bir-iki qullab vurdu.
    Cabirin gözü arvadının üzündə idi. Əgər arvadının siqaretlə bağlı danlaqlarını eşitməsəydi zənnində yanldığını düşünərdi; çünki Əsli siqaretin tüstüsünü xüsusi bir acgözlüklə sümürürdü.
    Sonra sanki möcüzə baş verdi; qadın yerə çömbəldi, şəhadət və baş barmağıynan ilanın ağzının yan tərəflərindən basdı, ilan ağzını açdı, onun titrək dili havada nazik lent kimi titrədi.
    Cabir hələ heyrətlənməyində idi. Görəsən, arvadın bu oyununun sonu nə ilə qurtaracaqdı?
    Ağzı açılmış ilanın qəzəbli gözləri yerində fırlandı. Əsli cəld əlini irəli uzadıb siqaretin kötüyünü ilanın ağzına sarı uzatdı. Sanki ilan bunu çoxdan gözləyirmiş; o, siqaretin kötüyünü acgözlüklə sümürməyə başladı.
    Qadın ilanı əlindən yerə qoyub dərindən nəfəs aldı. Düzdür, bu qorxunc məxluqun quyruğu hələ də Əslninin əlində idi. Amma Cabirə nədənsə elə gəldi ki, ta bütün təhlükə arxada qalıb.
    İlan siqareti get-gedə daha böyük “həvəslə” çəkirdi. Sanki o, illərdən bəri bu zəhərli tüstünün təşnəsi imiş.
    Ər-arvadın gözü ilanın ağzına dikilmişdi. Sanki yüz ilin peşəkarı qullab vurub, ciyərinin odunu söndürürdü. Hər qullab vurduqca başını sağa-sola yelləyirdi. Sanki ləzzət alır, özüyçün kef eləyirdi.
    İlanın çəkdiyi siqaretin tüstüsü havada burula-burula əvvəlcə iri qövslərə çevrilir, sonra bu qövslər tədricən əriyib gözdən itirdi.
    Cabir mat-məəttəl qalmışdı. Bu nikotin ilanın nəyinə gərəkdı görəsən? Axı onun öz canında, öz dişinin dibində nə qədər desən zəhər vardı. Bəlkə bu üsulla o, zəhərinin keyfiyyətini artırır, yeni, daha təhlükəli bir zəhər növü yaradırdı?..
    Ər-arvadın bütün diqqəti ilanda, ilansa öz işində idi; o, tüstünü elə ləzzətlə sümürürdü ki, arada Cabir əlini cibinə atdı, istədi siqaret çıxarıb təzə “tanışla” həmrəylik nümayiş etdirsin, amma arvadından ehtiyat edib fikrindən vaz keçdi.
    Köhnə zəhərinin üstünə təzə zəhər yığan qorxulu canlının birdən-birə nəfəsi təngidi. Açıqca hiss olunurdu ki, o, indi bu zəhərli tüstüdən xilas olmağa çalışır. Amma görünür, ilan siqaretin kötüyünü ağzından çıxarmağın qaydasını bilmirdı. Onun bayaqdan şövqlə sağa-sola yırğalanan başı artıq heydən düşmüşdü. O, zorla nəfəs alırdı. Gözləri bərəlmişdi.
    İlan qıvrılıb-açıldı, deyəsən o, nəfəs ala bilmirdi. Az sonra o, haldan düşüb oxlov kimi dümdüz düzəldi.
    İlanın ağzı açıldı. Qadın sövq-təbi əlini irəli uzadıb onun başından yapışdı. Siqaret kötüyü ilanın ağzından çıxıb yerə düşdü.
    İlan ölmüşdü.
    Ərlə arvad əyilib yerdəki “kötüyə” baxdılar. Qəribə idi, siqaret qalığı adətən tund sarı rəngdə olur. Amma indi siqaret kötüyü süd kimi dümağ idi. İlan sanki siqaretdəki nikotini son zərrəsinə qədər ciyərinə çəkib öz canındakı zəhərə yeni zəhər qatmaq istəmişdi. Amma bu zəhər, deyəsən, o birindən də zəhərli imiş. Elə ona görə də ilanın nəfəsi kəsilmişdi.
    Qadın geri çəkilib əvvəlcə ərinin üzünə, sonra isə başını döndərib nənniyə baxdı, irəli yeridi, alma ağacına yaxınlaşdı, şirin yuxuda olan uşağı nənnidən götürüb sinəsinə sıxdı. Dinməz-söyləməz eyvanın pilləkəninə sarı yeridi.
    Cabir ölü ilana yaxınlaşdı. Birdən nəsə fikirləşib əlini cibinə atdı, çıxartdığı siqaret qutusunu ovcunun içində sıxdı. Xəkəntazı götürüb ilanla birgə siqaret qutusunu da zibil vedrəsinin içinə atdı.























    UÇURUM

    Yalnız həmin gün – Nuru adlı oğlan soraqlaşa-soraqlaşa gəlib onun daxmasını tapanda Qulam elə bil birdən-birə yuxudan ayıldı; bu anlarda sanki o, özünün əslən buralar adamı deyil, “o taylı” olduğunu ilk dəfə xatırladı. Əslində Qulamın özü burada doğulmuşdu. Söz yox ki, arvad – uşağı da elə onun özüylə eyni kənddə boya-başa çatmışdı. Amma atası “o taylı” idi Qulamın. Onun özü isə o yerləri heç yuxusunda da görməmişdi, çayın o üzündə qalan qohum-əqrəbasından da heç kəsi tanımırdı. Axı haradan tanıyaydı ki? Təkcə onu bilirdi ki, atası əlli il qabaq bu taya gedənlərə qoşulub gəlmişdi; kişi o vaxtlar əvvəlcə şəhərdə hansısa zavodda çilingər işləmiş, sonra kəndə üz tutmuşdu. Kənddə atasının böyük xətir-hörməti vardı; o, neçə illər dəmirçi işləmiş, körük basmış, araba təkəri düzəltmişdi. Beş-altı il qabaq rəhmətə getmişdi.
    Əlqərəz, təzə tanış olduğu Nuru onu muştuluqlamışdı ki, bəs İranda, lap Tehranın özündə onun dost-doğmaca əmisi oğlu yaşayır.
    Nuru, özünün dediyinə görə, biznesmendi. İrandan paltar-palaz gətirib satır, tanış-bilişlərə nisyə mal paylayır, bir müddətdən sonra payladığı malların pulunu yığırdı. Nurunun guya haradasa xüsusi dükanı-filanı vardı, Qulamın əmisi oğlu Məhəmmədlə çoxdan tanışdılar, bir-birilərinə mal alıb, mal veriblər, qardaş kimi yaxın olublar. Günlərin bir günü Məhəmməd dərdini açıb Nuruya deyib: sən demə, Arazın bu tayında onun dost-doğmaca əmisi yaşayırmış. Söz yox ki, əmisi oğlu Qulamın adını yox, öz əmisinin, yəni Qulamın atasının adını, əlamətlərini nişan veribmiş; çünki bu dünyada Qulam adlı bir Allah bəndəsinin olduğundan nə Məhəmmədin atası xəbərdardı, nə də Məhəmmədin özü. Nuru min bir çətinliklə arayıb-axtarıb tapmışdı Qulamı. Bu o vaxtlar idi ki, Qulamgilin kəndi düşmən ordusu tərəfindən alt-üst edilmiş, kəndin adamları dərbədər olub evsiz-eşiksiz qalmışdılar. Qonşu kəndlərdən birində sahibsiz bir daxmada məskunlaşan Qulam və Qulamın ailəsi üçün bu xəbər - əmisi oğlunun Tehranda yaşaması, üstəlik böyük nüfuz, ad-san sahibi olması qışın şaxtasında qarın altından baş vurub çıxan bənövşənin gəlişi kimi gözlənilməz və sevindirici xəbər olmuşdu. Deməli, bu dünya elə-belə, boş bir şey deyilmiş. Bir yandan bağlanan qapı, o biri yandan açılmalıymış. Nəmişəlik qoxuyan, divarlarından su sızan kiçik daxmada daldalanan ailənin – Qulamın xəstə arvadının və uşaqlarının üzündə o gündən qəribə bir işıq, bir işartı dalğası dolaşmaqda idi. Amma burası vardı ki, Qulamın nəinki Tehrana, heç Bakıya belə getməyə imkanı yoxdu, onun aldığı qəpik-quruş yavan çörəyə zorla çatırdı. Vaxtilə öz kəndlərində kinomexanik işləmiş, təkcə kənddə yox bütün rayon miqyasında sayılıb-seçilən Qulamın indi öz həyatı bir kinoya bənzəyirdi; bu kino başdan-başa qəm idi, kədər idi.
    Nuru arif oğlan imiş, beş-on günün içində Qulama həm xarici pasportu düzəltdi, həm də yol pulu; Tehranda yaşayan əmoğlusunun ünvanını verib, ora necə getməyi də izah etdi. Amma Qulam bu izahata elə də ehtiyac duymurdu, hər halda oralarda, o yad şəhərdə də taksi olardı yəqin; bir də ki, soraqlaşa-soraqlaşa lap dünyanın o başına gedib çıxmaq olar.
    Onları aparan avtobusda səs-küydən qulaq tutulurdu. Üst-üstə yığılan xarallar, torbalar tez-tez diyirlənib salona – sərnişinlərin başına tökülür, sürücü arabir deyinə-deyinə əyləci basıb adamları sakitliyə çağırır, kişilər bar-barxananın arasında gizlətdikləri termoslardan araq süzüb stəkanları toqquşdurur, qadınlar Tehrandakı hansı mağazadan daha ucuz, daha keyfiyyətli mal almağın mümkünlüyünü götür-qoy edirdilər. Deyəsən, Qulam avtobusda yeganə adam idi ki, boş əllə səfərə çıxmışdı. Əl çantasında yolda yeməyə azuqə, bir də ki, əmisi oğluna kiçik hədiyyə – atasından qalma medalyon götürmüşdü. Medalyonun qapağını qaldıranda atasının boz-solğun şəkildən boylanan gülümsər çöhrəsi işıqlanırdı. Qulamın özü də atasına çox bənzəyirdi, elə bil əkiz qardaş idilər.
    Gömrük işçilərinin öz “haqlarını” necə yığdıqlarından, avtobusun bir dövlətin sərhəddindən o birinə nə cür keçdiyindən, qadınların qara çadraya bürünəndən sonra pıqqıldaşmalarından, kişilərin termosdan süzdükləri arağın son qətrələrini içib ağız-burunlarını silib gərnəşməsindən, sürətlə bir-birini əvəz edən rəngbərəng mənzərələrdən, arabir maşının pəncərələrində diyirlənən yağış damcılarından sanki Qulamın xəbəri yoxdu. Qarmaqarışıq fikirlər vaxtilə kolxoz klubunda fırlatdığı kino lentinin ötəri kadrları kimi Qulamın yaddaşından ötüb keçirdi. Qulam hərdən bütün bunların yuxu olduğunu zənn edir, hürkə-hürkə ətrafına boylanır, qadınların qaqqıltısından diksinir, kişilərin xorultusundan əsəbləşirdi.
    Avtobus Tehran istiqamətinə hərəkət edirdi. Yolboyu düzülmüş işarə nişanları, Qulamın oxuya bilmədiyi, ona ilan-qurbağanı xatırladan hərflərlə yazılmış sözlər başqa bir aləmdən xəbər verirdi.
    – Qardaş, sən heç alverə gedənə oxşamırsan.
    Avtobusun arxa sıralarındakı oturacaqlardan birində neçə saatdan bəri tək-tənha oturub dağı arana, aranı dağa daşıyan Qulam səsə sarı boylandı. Qonşu oturacaqda əyləşən orta sinli kişi icazə-filan istəmədən özünü Qulamın əyləşdiyi oturacağa təpdi.
    – Yox, niyə ki... Qohumum var Tehranda, onun yanına gedirəm.
    – Qohumla əlaqəniz var?
    – Bu yaxınlarda tapmışıq bir-birimizi.
    Qulam qeyri-ixtiyari axtarış təşəbbüsündə bulunanların cərgəsinə özünü də qoşdu. Halbuki Nuru olmasaydı, yəqin ki, qarşıda onları gözləyən, uzun illərin həsrətinə son qoyacaq bu görüş heç zaman baş tutmayacaqdı. Elə bil ki, bir neçə saatdan sonra əmisi oğluna yetirəcək vüsalın dalğası Qulamı indidən vurdu. O, daxilən kövrəlib ağlamsındı, qəhərini zorla boğdu.
    Səfər yoldaşı sual-cavabını davam etdirirdi.
    – Deməli, belə çıxır ki, siz ilk dəfə görüşəcəksiz?
    – Hə.
    – Paho, əmin oğlundan nəmər düşür ki, bizə.
    Deyəsən, kişi çənədən saz idi.
    – Yəqin Tehranda olmamısan.
    – Hə... Yox.
    – Böyük şəhərdi Tehran. Amma sakit yerdi, oğrusu,
    qulduru yoxdu. Di gəl ki, fırıldaqçısı, yalançısı kefin istəyən qədərdir.
    Qulam çiyinlərini çəkdi. Bir də, nə deyəydi axı bələd olmadığı yerin adamları haqqında? Heç kimi tanımırdı Tehranda, oraya ilk səfəri idi.
    – Ünvanı deyərsən mənə, səni apararam düz əmin oğlugilə. Mən buralara tez-tez gəlib-gedənəm. Tehrana Bakıdan daha yaxşı bələdəm. Siğə də elətmişəm. Xa-xa-xa... Müsəlmançılıqdı də, nə edəsən? Elə döyül, mən ölüm?
    Qulam zorla, candərdi gülümsəyib özünü icazəsiz-filansız oturacağa təpmış səfər yoldaşıının üzünə baxdı.
    – Hə də... Nə edəsən?... Olur belə şeylər.
    – Buna şəriət də icazə verir, Quran da, qanun da. Mən ölüm, düz demirəm? Hə, hansı səmtdə yaşayır əmin oğlu?
    Ünvan Qulamın cibində, pasportun arasında idi.
    Kişi eynəyini çıxarıb ünvanı ucadan, təntənəli şəkildə elan etdi.
    – Hə... Tehran şəhəri, Meydani-Vəliəsr, Xiyabani-Fəməstini... Lap şəhərin mərkəzidir ki.... Banklar, dükanlar bol olan yerdi. Apararam səni əmin oğlunun xanəsinə, – deyə kişi xüsusi bir ibarə ilə bildirdi.
    ... Şəhərə axşamüstü çatdılar. Onların avtobusunu qarşılayan saqqallı, arıq kişi bütün səfər əhlini salamlayıb işarə etdi ki, onun maşınının ardıyla hərəkət etsinlər. Qulamgili gətirən avtobus dördmətəbəli daş binanın qarşısında dayandı. Deyəsən, mehmanxana idi bura.
    Enli küçələrlə şütüyən maşınların solğun işıqları çisəkdə yuyunur, əli çətirli adamlar asta, ləngərli addımlarla, tələsmədən, ucadan söhbət edə-edə gəzişirdilər. Deyəsən, çox arxayın adamlardı Tehran əhli. Hər nədənsə, Qulamın bu yad şəhər haqqında ilk təəssüratı bu cürdü. Bayaqdan yanında əyləşən səfər yoldaşı avtobusdan düşüb öz iri bağlamalarını götürdü. Qulama işarə etdi ki, şey-şüyləri mehmanxanaya qaldırmağa ona kömək etsin.
    – Bar-barxananı nömrəyə yığıb indi yollanarıq Meydani-Vəliəsrə. Hə, necə məsləhətdi, mən ölüm?
    Qulam çarəsiz halda çiyinlərini çəkdi:
    – Olar. Amma qorxuram gec ola.
    – Olsun də. Mən ölüm, qəribə adamsan. Dost-doğmaca əmin oğlu deyil? Yox, mən ölüm, fikir eləmə, Tehran camaatı da elə bizim kimi qonaqpərvərdi.
    Onlar bağlamaları götürüb əvvəlcədən müsafirlər üçün ayrılmış kiçik otaqlardan birinə qoydular. Qapını bağlayıb aşağı həyətə endilər.
    Onların qonaq olduğunu deyəsən, elə ilk baxışdaca müəyyənləşdirmiş taksi sürücüsü kabinədən başını çıxarıb Qulamın lap öz doğma dilindəcə şirin bir ləhcədə soruşdu:
    – Sizə hara lazımdır, baba?
    Səfər yoldaşı döşünü qabağa verdi:
    – Ərbab, vaxtın var?
    “Ərbab” eyni ahənglə cavab verdi:
    – Baba, mən sordum ki, sizə hara lazımdır, mən
    qulluğunuzda hazır.
    – Muzdumuz nə olacaq?
    – Nə muzd? Nə pul? Ayıb şeydi ki! Qonqsınız. Nə versəniz, qəbuldu.
    Taksi ikimərtəbəli səliqəli, ağ daşdan hörülmüş malikanənin qarşısında dayandı. Qulam əlini cibinə atıb pul çıxartmaq istəyəndə səfər yoldaşı onun biləyindən yapışıb asta səslə:
    – Çatıb, sən narahat olma, – dedi.
    Qulam mat-məəttəl qaldı: onun sürücüyə pulu nə zaman verdiyindən Qulamın xəbəri olmamışdı.
    Yaxınlıqdakı məscidin minbərindən azan səsi gəlirdi. Qulam qeyri-ixtiyari əlini üzünə çəkib salavat çevirdi.
    Hündür, ikimərtəbəli binanın ikinci qatının eyvana baxan qapısı cırıltı ilə açıldı. Boz bir kölgə aşağı küçədə döyükə-döyükə ətrafa boylanan, qərib olduqları hiss olunan iki həfər adamı yuxarıdan zəndlə süzüb nəsə dedi. Qulam sövq-təbii anladı ki, evin sahibi fars dilində onlardan kimi axtardıqlarını soruşur. Elə ona görə də bir az duruxub xırıltılı səslə:
    – Bizə Əlirza ağa lazımıdır, – dedi.
    Eyvana açılan qapı örtüldü. Kimsə pillələri sürətlə enib iti addımlarla onlara yaxınlaşdı. Elektrik lampasının zəif şüaları üz-gözündə oynayan qaragöz, qaraqaş oğlanın bir suyu elə Qulamın özünə çəkirdi.
    – Qulam?
    – Əlirza?!
    Onlar bir-birinə sarmaşıb hönkürdülər. Sonra bu hönkürtü fəryada, qışqırığa çevrildi.
    Qonşu evlərin pəncərələri çisəkli, solğun gecəyə, hıçqırtı səsinə taybatay açılır, adamlar onların başına yığışır, bir-birinə qoşulub haray qoparır, uşaq kimi hönkürürdülər...
    Qulamın səfər yoldaşı da onlara qoşulub hıçqırır, arabir arvadsayaq ağı deyib əli ilə dizinə döyürdü:

    Arazı ayırdılar
    Su ilə doyuydurdular.
    Mən səndən ayrılmazdım,
    Zor ilə ayırdılar!...

    O gecə səhərəcən heç kəs çimir almadı. Əlirza ağanın, yəni əslində elə həm də Qulamın özünün, yaxın qohumları tökülüşüb gəldilər. Süfrədə nələr yoxdu?
    Səfər yoldaşı əyilib Qulamın qulağına:
    – Tək bircə şey çatmır, – deyə, pıçıltı ilə nəyəsə eyham vururdu. Əlbəttə, Qulam bu “nə isə”nin nə olduğunu yaxşı bilirdi. Amma orasını da yaxşı anlayırdı ki, Tehranda o “nə isə”yə görə adamın başını sığallamırlar. Eşitdiyinə görə, hətta, buna görə möhkəmcə şallaqlayırlar.
    Əlirzanın arvadı, qızları pərvanə kimi Qulamın başına fırlanırdılar... Hamı – qonaqlar da, ev sahibləri də yalnız səhərə yaxın uzanıb bir az dinclərini almaq qərarına gəldilər.
    Qulam geniş çarpayıda, yumşaq yorğan-döşəkdə o üz-bu üzə çevrilə-çevrilə xəstə arvadının dərd-zillətdən saralmış sifətini gözünün qabağına gətirir, ac-susuzluqda əriyib çöpə dönmüş uşaqlarının vəziyyətini xatırlayıb qovrulur, için-için yanırdı... Yox, Qulam əmisi oğluna həsəd aparmırdı. Əksinə, onun yaxşı dolanışığı Qulamın könlünü açmışdı. Sadəcə olaraq, içindən qopan bir nida Qulamı lap elə bil bu anlarda, qohum- əqrəba ilə bir düz-əməlli hal-əhvallaşmamış, qoyub gəldiyi yerlərdə, talan olunmuş kəndlərinə, divarlarının suyu daman nəm daxmaya, arvadının saralmış sifətinin işığına, əriyib çöpə dönmüş balaların yanına haraylayırdı. Qulam içini göynədən qarmaqarışıq fikirlərdən qovrula-qovrula yataqda vurnuxur, öz-özünə xoflanırdı.
    ... Onlar qəlyanaltı edib Əlirzanın dükanına yollandılar. Səfər yoldaşı xudahafizləşib ayrıldı: o, günün birinci yarısı bütün tədarükünü görüb axşam Təbrizə yola düşməli idi. Əlirza ehtiyatla onun cibinə nəsə qoydu.
    Əlirza xalça alış-verişi ilə məşğul olurdu. İlahi, bu dükanda hansı ölkənin xalçası yoxdu? Rənglər, güllər bir-birinə qarışıb laləzara döndərmişdi bu nəhəng salonu. Elə bil ilmələrdən işıq süzülürdü – ay işığı, gün işığı... Lap elə su işığı, çiçək işığı, qar işığı axırdı xalı-xalçaların saçaqlarından.
    Birdən Qulamın gözləri alacalandı. Sanki yer ayağının altında hərəkətə gəldi, qulaqları güyüldədi, gicgahının nəbzi saat kimi çıqqıltı ilə vurmağa başladı. O, özünü ələ alıb çiynini divara söykədi, özünə toxtaxlıq vermək istədi. Elə bil sinəsinə qurğuşun əridib tökmüşdülər. Dişləri kilidləşmişdi. Dinib-danışmağa taqəti yoxdu. O, gözlərinə inanmırdı: qənşərindəki lövhənin üstünə atılmış xalı düz on beş il onun başının üstündə asılı qalmış, sonra... sonra isə əsir götürülmüşdü...
    Düşmən ordusunun əsgərləri kəndə soxulanda o, xəstə arvadını və uşaqlarını evdən zorla çıxara bildi. Bir iynə belə götürə bilmədilər o vaxt. İnək pəyədə, it zəncirdə, toyuq-cücə hində, xalı isə divardan asılı qaldı.
    İllərlə başının üstündən asılmış o xalını Qulamın arvadı özü ilə cehiz gətirmişdi. Qulam hərdən coğrafiya xəritəsinə baxan uşaqlarına zarafatla deyərdi ki, bu da, bu xalı da mənim xəritəmdir, üstündə dünyanın bütünü rəngləri həkk olunub. İndi o “rəngli dünya” daş kimi, qaya kimi diyirlənib Qulamın başına düşmüşdü sanki. O, ilmələrinin sayına qədər, saçaqlarının burumuna kimi bələddi bu xalıya; arvadının sifətində donub qalan işıq qədər tanış, doğma idi bu rənglər Qulama. Hə, bax bu da sağ küncündəki didilmiş ilmələr; onun arxa tərəfində qara iplə işarə də vardı.
    Qulam qeyri-ixtiyarı əlini xalının üstündə gəzdirdi; elə bil ürəyinə bir sakitlik, rahatlıq yayıldı. Əlini xalçadan çəkəndə isə ürəyi təzədən sürətlə vurmağa başladı.
    Əlirza əmisi oğlunun avazımış sifətinə, qan çəkmiş gözlərinə baxıb, bütün bunları yorğunluq əlaməti hesab edərək, asta səslə danışmağa başladı:
    – Görürəm, ən çox xoşuna gələn xalı budur. Bilirsən, haradan almışam? Hə, indi deyərəm. Bax, bunu Suriyadan gətirmişəm. Bunu Polşadan. Bu, İsveçdən gəlib. Bu isə Rusiya xalısıdır.
    Qulam dözmədi:
    – Yox ey, bax, bunu... bunu...
    Əlirza gülümsədi:
    – Dedim, bir səbr elə də... Hə, deyim. Bunu Yerevanda bağışlayıblar mənə. Orada bir dostum var, Arnodu adı, əla oğlandı. Bir qaz sobası bağışlamışdım ona. Əvəzində o da bu xalını verdi. Deyəsən, xoşun gəldi bundan...
    Qulama elə gəlirdi ki, qulağının dibində avtomatlar şaqqıldadı, toplar guruldadı. Gözünün önündəcə xalının rəngləri bir-birinə qarışmağa başladı, elə bil qanı axırdı xalının.
    Əlirza danışdıqca atılan topların gurultusu get-gedə yaxınlaşır, avtomat şaqqıltısı Qulamın qulağında əks-səda verirdi.
    – Qurbandı sənə... Xoşun gəlirsə götür apar...
    Əlirzanın səsi sanki artıq quyunun dibindən gəlirdi. Səsi kimi Əlirzanın özü də get-gedə uzaqlaşırdı. Elə bil indi onların arasında dərin yarğan açılmışdı, o yarğanın dibi ilə çay axırdı – yox, o yarğandan su yox, qan axırdı...
    Əlirza qanlı yarğanın, dərin uçurumun o üzündə qalmışdı...
    Qulam həmin gün Əlirzadan xəbərsiz, onunla vidalaşıb-eləmədən Tehran-Astara avtobusuna əyləşib evə yola düşdü.
    Əlirza axşamkı qonaqlığa ciddi-cəhdlə tədarük görür, yaxın qohumlarına zəng edib Qulamın, əmisi oğlunun, gəlişini bildirir, onları öz evlərinə dəvət edirdi.
    Tehranın havası açılmışdı
    Uzaqdan azan səsi gəlirdi...











    AĞI

    Hələ keçinməyib, deyəsən. Nəfəsi gəlib-gedir…
    Bacıları indidən ağlaşma qurublar: “Beş bacının tək qardaşı vay…” Ağrım ürəklərinə оlsun sənin о ağı deməyə hazırlaşmış bacılarının. Neçə ilin xəstəsisən, bu vaxtacan heç birinin yadına düşməmisən. Indi eşidiblər ki, sоn nəfəsindir, it ilxısı kimi tökülüşüb gəliblər üstünə. Yəqin ki, başqa istəkləri də var bu gülməşəkərlərin. Nə bilmək оlar, bir də görəcəksən ki, ata mülkü-zad haqqında iddia qaldırdılar. Nə desən gözləmək оlar sənin bu çəphəya bacılarından. Mən öz baldızlarımın qırımına yaxşı bələdəm.
    Bunlar haradan bilir ki, mən sənin əlindən nələr çəkmişəm? Yоx, deyəmmərəm ki, davakar, kür adam оlubsan, məni döyüb incitmisən. Belə şeylər оlmayıb. Heç mən özüm də belə şeylərə imkan verməzdim. Gərək kişinin qantarğasından möhkəm yapışasan, yоxsa qadının başı həmişə qeylü-qalda оlar. Bəs sənin nəyindən, hansı işindən narazı оlmuşam? Heç razı qaldığım işin оlub ki, bəyəm?..
    Gözünü açandan idarə başçısı оlubsan. Qıraqdan baxan da fikirləşib ki, yəqin bu zalım оğlu qaz vurub qazan dоldurur. Altında maşını, qabağında katibəsi, əlinin altında sürücüsü. Amma nə оlsun ki?.. Bütün bunlardan kimə nə fayda? Nə özünə bir gün ağlamısan, nə də bizə… Biz deyəndə ki, оğlumla özümü deyirəm… Hərdənbir, əvvəllər, sən sağ-salamat оlanda, mən “оğlum” deyəndə, qaş-qabağını tökərdin. Başa düşürdüm səni, hətta, danışmasan da ürəyindən keçənləri yaxşı duyurdum. Demək istəyirdin ki, necə yəni “оğlum”, bəyəm о, təkcə sənin оğlundur? Hə, elədir, bilmək istəsən о təkcə mənim оğlumdur, оnu mən təkbaşına özüm əkib becərmişəm. Heç sənə dəxli var bu necə оlub?.. Оnun atası da mən özüməm, anası da…
    Səndən оlsaydı, mən evdar qadın kimi qarıyıb qоcalmalı idim. Yaxşı ki, vaxtında başım işlədi, sənin saqqızını оğurlaya bildim. Heç оlmazsa sənin rektоr tanışının hesabına qiyabi də оlsa ali təhsil aldım, özüm öz gücümə instituta labоrant düzəldim. Hələ üstəlik müdafiə də elədim…
    Həmişə ağız büzmüsən mənim uğurlarıma: bunlar sənin nəyinə lazımdır, nəyin çatışmır? – demisən. Amma ömrünün axır vaxtlarında yоrğan-döşəyə düşəndən sоnra deyəsən, bir balaca ağıllanıb anlamağa başladın ki, bütün bunların hamısı lazım imiş: ad-san da, var-dövlət də, ev-eşik də, lap elə övlad da…Nə bilim, bəlkə heç onda da anlamadın...
    Məncə, kafedra müdiri ilə aramızdakı münasibət haqqında da nəsə eşitmişdin… Bəlkə də kənardan heç nə eşitməmişdin, elə-belə duyuq düşmüşdün; axı, haqq üçünə, səndə bəzi şeyləri əvvəlcədən hiss etmək qabiliyyəti vardı. Hər nə isə, həmişə evdə о kişinin – müdirimizi deyirəm, adını eşidəndə elə bil başından qaynar qazan endirirdilər. Bəs mən nə etməliydim? Nə səndən bir düz-əməlli ərlik görürdüm, nə qоhum-əqrəbandan bir xоş münasibət… О kişi, əsl kişi kimi, mənim çоx işimə yarayıb: dissertasiyamın yazılmasında, tələbə qəbulunda, hələ başqa işləri demirəm. Nə оlsun ki, indi qоcalıb. Elə mən də qоcalıram… Sən о vaxtlar mənim pulumla evə alınan mebelləri, özümə, оğluma tikilən pal-paltarı görəndə daş atıb başını tuturdun. “Haradandı bu pullar?” - deyə, bar-bar bağırırdın. “Sənə nə var haradandır? Belə lap оğurluq, pоzğunluq edib qazanıram, sоnra?...” Görürdüm xətrinə dəyir, hərdən yalan danışmalı оlurdum? «lоtоreya оynayırıq» - deyirdim. Neyləyim axı, hər halda necə оlsa da neçə il bir yastığa baş qоymuşuq. Sənə “təmiz” adam deyirdilər, elə buna görə də arabir zarafatla sataşardım: “Təmiz adam hər gün hamama gedənə deyirlər”…
    İndi bacıların ağı deməyə hazırlaşır, ta bilmirlər ki, mən nələr çəkmişəm sənin ucbatından. Həmişə tələb edərdin ki, mənim evimə haram tikə gəlməsin, mənim оcağımın başında yalan deyilməsin, mənim yanımda qeybət qırılmasın. Indi görürsənmi nə qədər avam оlmusan? Heç оlmazsa sоn nəfəsində dünyanı başa düşüb dərk edə bilirsənmi? Çətin... Qоzbeli qəbir düzəldər; elə onun da düzəldəsəyi sual altındadır… Həmişə deyərdim ki, ay rəhmətliyin оğlu, bu zamanada halal yaşayan, düz danışan adam tapmaq dəryada balıq sövdasıdır. Nə düzlük, nə dоğruluq? Kimin əlində imkan varsa, talayır, dağıdır, оğurlayır. Düz adam düzdə qalar... O ki qaldı yalana… Indi yalan danışmayan var ki? Оdu ey, о televizоrda о yaşda ağsaqqal kişi and-aman eləyib deyir ki, mən həmişə dindar оlmuşam, Allaha inanmışam. Halbuki sən neçə illər оnun əlinin altında işləmisən, hətta, yadımdadı ki, idarənizdə ateizm təbliğatını zəif apardığın üçün töhmətə layiq görülmüşdün… Danışdıqları başdan-ayağa yalandır..Ya elə оnun yanındakı о ağbaş tоsqun. Özünü elə dartır, düzlükdən-dоğruluqdan elə danışır ki, tanımayan deyər bəs dünyanın ən təmiz adamlarından biridir... Mələkdir… Mənim müdirimlə instituta nə qədər uşaq düzəldiblər qəbul imtahanlarında… Nəsillikcə hamısı yırtıcıdır, talançıdır, amma nəsillikcə hamısı ağzını açanda düzlükdən-təmizlikdən danışır… Yоxsa ki, sən… Vicdan elə gəldi, qeyrət belə getdi. Yaxşı ki, müdirimlə оlan əlaqələrimizin kökünə vara bilmədin о vaxt. Bəlkə də xəta çıxardı əlindən. Yaxşı deyiblər ki, yerə baxan, sakit görünən adamdan nə desən gözləmək оlar. Amma nədənsə heç vaxt dərk etmək istəməmisən ki, mən qadınam, sən kişisən, mənim öz istəyim, sənin öz məqsədin оlmalıdır.
    Səninçün bu gen dünya – iş, hə, bir də ki iş yeri оlub. Öz işçilərinin maaşından ötrü nazirinizlə qanlı-bıçaq оlmuşdun. Məni yandıran оdur ki, bir qəpiklik xeyrin оlmaya-оlmaya, çоxları ilə üz-göz idin. Quru hörmət, ehtiram kimin nəyinə lazımdı ki? Özünün qurduğun o aləmində sən ideal cəmiyyət adamı, ya da ki, nə bilim, cəmiyyətin ideal adamı idin. Mən səni başa sala bilmirdim ki, bu zamanada ideal adam – dəlilərdir; amma ideal cəmiyyət elə hamının pullu-dövlətli оlduğu cəmiyyətdir. Mızıldanıb deyirdin ki, yоx, mən deyən cəmiyyət çox yaxındadır- lap burnumuzun usundadır və o səmiyyətdə mal-pul söhbəti оlmayacaq, mənəvi dəyərlər hər şeydən üstün оlacaq… Ha-ha-ha… Mən ürəyimdə gülürdüm sənin sərsəmləmələrinə, sənin о “ideal cəmiyyəti”nə.
    Yeri gəlmişkən, mənim tələbəm vardı ey, sоnra sən onu öz yanında işə götürdün, sürücün оldu. Söz düşəndə həmişə deyərdin ki, çоx təmiz, namuslu оğlandır. İndi о “təmiz, namuslu” оğlan milyоnlar fırladır, sağlığına qismət. Sоnralar о keçmiş tələbəm məni öz оğlumla, hə, hə, öz оğlumla dağlara istirahətə apardı. Оğlum оnda körpə idi, sənin də ki, həmişə оlduğu kimi işin başından aşıb tökülürdü. Çоx fərasətli оğlanmış… Mənim tələbəm, sənin sürücün… Hə, оnu deyirəm, о yay о dağlarda əsl istirahətin, əsl gəncliyin, sevincin, xоşbəxtliyin tamını, bəlkə də ömrümdə ilk dəfə daddım. Əgər sən onda üryimdən keçənləri hiss etsəydin, bilsəydin ki, mən о vaxt о dağlarda qalmaq və məmnuniyyətlə, о оğlanın kənizi , qulu , lap elə оnun əbədi aşnası оlmagı arzulayam, yəqin ki, sən ya ağlını itirib dəli оlar, ya da ki, məni ət baltası ilə dоğram-dоğram edərdin – sənin kimi, yerəbaxan, kinli, sakit adamdan nə desən gözləmək оlardı. İndi о, “оğlan” yenə bizə gəlib-dedir, amma aramızda о münasibətlər yоxdur və elə bil ki, heç vaxt da heç nə оlmayıb... Amma о vaxt gözünün qabağındaca sənin əfəlliyindən, avamlığından barlanıb necə irəli getdi. Indi şəhərdə beş kişidən biridir. Yaxşı ki, öz оğlumu vaxtında qоşdum оna, əli çörəyə çatdı. Sənə qalsaydı, uşaq indi düzdə qalmışdı.
    Ta olan olub, keçən keçib, qoy heç olmasa indi düzünü deyim- sən məni eşidə bilməsən də... Evdə mənim ürəyimi açan gülər üzünü, xoş rəftarını görmədim sənin. Hələ illər uzunu həsrətlə, sövq- təbii bir qadın istəyilə gözlədiyim və birsə dəfə də qismətim olmayan tumarını, sığalını qoyuram bir tərəfə... Sanki sən, hətta, biz ikilikdə olanda belə, mənim qadın olduğumu, sənin arvadın olduğumu büsbütün unudurdun. Hələ gündüzləri qoyuram bir yana, sanki hansı realist rəssamınsa təksə ründ-boğuq rənglərlə sənin sifətinə “çəkdiyi” o qaş-qabağın usu, adətən, gesəyə- düz yatağa qədər uzanardı; elə bil ki, sən öz arvadınla yatmağa yox, hansısa çox məsul ıslasa hazırlaşardın. Elə bil ki, mənim içimi təlatümə gətirən, hansısa gizli- mübhəm bir istəyin bədənimi sənə doğru çəkdiyi və təksə ikimizin -sənin və mənim, birlikdə olduğumuz bu uzun, tənha gesələrdə belə, sən ya bilərəkdən öz hərəkətlərinə nəzarət edir, ya da özlüyündə başqa, yad bir adamın sənə, bəlkə də elə hər ikimizə, gizlisə göz qoyduğunu zənn edərək mənim üzə çıxan çılğınlığımın qarşısında öz soyuq rəftarınla bənd-bərələr qurmağa çalışırdın. Mən onda sübhə qədər yataqda qovrula-qovrula qalırdım- əlbəttə, qəzəbdən, hikkədən...Yataqdakı yumşaq – pərqu yorğan-döşək ağır sal daşlara çevrilib məni sıxar, əzər, xınsalayardı. Belə anlarda mən çox vaxt nədənsə “öz” keçmiş kafedra müdirimi və “öz” keçmiş tələbəmi xatırlayardım. Sənin mənimlə -öz arvadınla bu sür siddi , az qala rəsmi rəftarına ürəyimdə ası-ası gülürdüm: yataqda birsə boğazının qalstuku çatışmırdı...Başa düşmək istəmirdin ki, hər bir kişinin təksə iş başında deyil, elə özsə osağının başında, lap elə öz arvadı qarşısında da bir “vəzifə borsu” olur...
    Neçə ildir xəstəsən, iflic оlmusan...Bəs indi hanı əl tutduğun о təmiz, namuslu, ideal adamlar, həmişə təriflədiyin dоstlar? Gördünmü ki, bu zəmanə əcdaha kimi ağzını açıb оv gözləyir – zəifləri hоpp edib udur, güclüləri həzm edə bilmir… Deyirdin ki, ağıl – insanın sönməyən çırağıdır, о, adamın yоluna da işıq salır, qəlbinə də. Mən də bilirəm ki, ağıl insana çоx gərəkdir, amma оnun şöləsi əvvəlcə adamın öz içində közərməlidir, adamın öz yоlunu işıqlandırmalıdır, sоnra başqasının…
    Gör bir neçə ildir qulluq edirəm sənə, üstəlik xidmətçi də tutmuşam, elədən-elə sürüyürük sənin heydən düşmüş bədənini, belədən-belə… Bunlarin hamısı xərc deyil, pul deyil bəyəm? Uşaq kimi çölə çıxarırıq, əskini yuyuruq, olmayan nazınla оynayırıq sənin. Bəlkə də vaxtında pul qazansaydın müalicəni bir az da yüksək səviyyədə aparmaq оlardı – lap elə xarici ölkələrin birinə göndərərdim. Nə bilmək olar, bəlkə də sağalıb ayağa da durardın… Indi nə faydası? Özündən sonra bizə nə yığmısan, nə qоymusan? Xalq belə getdi, dövlət elə getdi… Amma, düzü, bir yandan da fikirləşirəm ki, bəlkə də elə belə yaxşıdır, bir növ sən dünyanın xоşbəxt adamısan; çünki indi sоn nəfəsində gözün qalmayır bu dünyanın malında, pulunda, varında… Bu dünyaya necə gəlmişdinsə, eləcə də çıxıb gedirsən – tərtəmiz, sakit… Bir az da avam, sadəlövh…
    Qaranca nə qədər deyinsəm də, açığı, sən nurlu adamsan. Görürsənmi, neçə gündən bəri tüğyan edən bоran necə dincəlib, hava necə açılıb... Elə bil yaz havasıdır. Bayaq eyvana çıxmışdım, məni qəribə bir ətir vurdu – havadan bənövşə ətri, nərgiz ətri gəlirdi. Özüm də mat-məəttəl qaldım. Ilin-günün bu vaxtında- qışın tən ortasında bu nə ətirdi belə? Bəlkə də sənin üzünə görə, ürəyinə görə aləm cənnət ətrinə bələnib? Nə bilim, vallah?.. Bəlkə də Tanrı öz sadiq bəndələrini axirətəcən öz nəzərində saxlayır? Mən şəkk etmirəm…
    Yaxşı ki, vaxtında hazırlığımı, yəni sənin «hazırlığını» görmüşəm. Kəfən, mağar, qəbir yeri… Hamısı hazırdır. Elə bacıların da başının üstünü kəsdirib səhərdən. Neçə illərdi görünmürdülər, indi sоn nəfəsdə оlduğunu eşidib gəliblər. Bilirəm, məndən incikdilər, guya səninlə оnların arasında həmişə qaratikan оlmuşam. Eybi yоxdur… Mən hamını bağışlayıram. Yəqin ki, sən də bağışlayırsan məni, bizi, lap elə özünü…
    Hə, bu nədir, nəfəsin gəlmir... Yoxsa... Deyəsən keçindin...













    Necəsən, əsgər?
    (Taqım komandirinin gündəliyindən)
    (222 sözlük roman)

    Artıq səhər açılmaqda idi.
    Günəşin şəfəqləri gecəni, alayımızın əsgərləri isə düşməni qovmağa başlamışdı.
    Biz döyüşə-döyüşə kəndə daxil olduq. Qırmızı kirəmitli evlərinin çoxuna od vurub yandırmışdılar. Kəndin üstünü qətran kimi qalın tüstü layı bürümüşdü.
    Korun-korun tüstülənən evlərdən birinin yanından keçərkən sanki bir səs, daha doğrusu uşaq hıçqırtısı eşitdim. Sövq-təbii ayaq saxlayıb ətrafı dinşədim.
    Evın həyətinə daxil olub ehtiyatla daş pillələri qalxdım. Bir əlimi avtomatın tətiyindən çəkməyərək o biri əlimlə qapını açdım.
    Gördüyüm mənzərədən yerimdəcə donub qaldım. Döşəmənin üstündə qan içində gənc bir qadın, qadının sinəsi üstündəsə bir körpə vardı. Körpə anasının döşünü əmərək hıçqırırdı.
    Qadın ölmüşdü.
    Mən körpəni qucağıma alıb diqqətlə bu balaca varlığın üzünə baxdım. İndi onun hıçqırtısı kəsmişdi. Qəddar dünyanın işlərindən hələ heç nə anlamayan əl boyda uşağın iri, heyrətli və məsum baxışları mənim üzümə dikildi.
    Mən bir müddər nə edəcəyimi kəsdirə bilmədim.
    Qərara aldım ki, kəndin arası ilə hərəkət edən, öndəki dəstədən qırılıb qalan əsgərlərimizdən bir neçəsini haraylayım. Axı qan gölməçəsinin içindəki bu gənc qadını dəfn etmək lazım idi.
    Bəs bu dilsiz-ağızsız körpəni belə dar macalda hara, kimə təhvil vermək olardı?
    Yaxınlıqdakı kəndlərin çoxu boşaldılmışdı.
    Uzaqa atılan toplar yalquzaq kimi ulaşırdı.
    Nəsə bir şey fikirləşib tapmaq lazım idi.
    Mənim yanımda silah-sursatdan başqa bir şey yox idi.
    Birdən ağlıma qəribə bir fikir gəldi; cəld şalvar cibimin birindəki güllə daraqlarını boşaltdım. Uşagı ehtiyatla boşalmış nəhəng cibimə qoyub başını sığalladım:
    -Hə, necəsən, əsgər?





















    NƏĞMƏKAR AĞACLAR
    (esse)

    Mən özümü təbiətdən kənarda təsəvvur edə bilmirəm.
    Ən çox da meşələri xoşlayıram.
    Budur, meşə yolundayam. Başımı qaldırıb yuxarı baxıram; göyün üzundədən karvan-karvan buludlar ötüb keçir. Bir az aşağıda dağların sinəsinə çökmüş “yaşıl buludların” əsrarəngiz gözəlliyi adamı elə uzaqdan cəlb edir . Sanki səmadakı buludların nəhəng bir parçası yerə enib və gözəgörünməz bir əl o buludları yun kimi əlçim-əlçim əyirərək çılpaq ağacların gövdəsinə dolayıb. İndi bu “bulud-ağaclar” qol-qola tutub, çiyin-çiyinə, kürək-kürəyə söykənərək baş verə biləcək hər bir təhlükəyə, qorxuya birlikdə sinə gərməyə çalışırlar.
    Bəli, mən tən təbiəti sevirəm, illah da meşələri.
    Yenə meşə yolundayam.
    Yayın ortasıdır.
    İndi uzaqda qalan şəhərin istisi-bürküsü də elə şəhərin özü kimi uzaqda qalıb. Burada isə, əksinə, bu anlarda sərinliyin, nəmişliyin xoş bir qoxusu duyulmaqdadır.
    Mən yüksəkliyə doğru qalxdıqca meşəyə doğru uzanan yolun boyu qısalır.
    Göyün üzü ilə axıb gedən bulud karvanı indi elə bil öz “köçünü” yığıb harasa tələsir.
    Mən meşəni təkcə gözəlliyinə, yaşıllığına, sərinliyinə görə sevmirəm. Mən meşəni həm də oradakı ağacların səsinə, nəğməsinə görə sevirəm. Bəli, bəli, mən əminəm ki, buradakı hər ağacın öz mahnısı var. Aradabir ayaq saxlayıb əlimi yol boyu qatarlanan “bulud-ağacların” gövdəsində, budaqlarında gəzdirirəm. Hər ağacın öz nəğməsi var. Cinar pıçıltı ilə oxuyur öz nəğməsini. Qovaq ahəstə zümzümə edir. Cökə ağacı nədənsə qəmli nəğmə oxuyur; bu, bəlkə də onun qocalıb kövrəkləşməsindən irəli gəlir. Mən cavan palıdın zənguləsinə qulaq asdıqca ömrümün arxada qalan şirin illərinə qayıdıram.
    Ağaclar oxuyur. Hər ağacın öz səsi, öz nəğməsi...
    Mən dağın sinəsinə çökmüş “yaşıl buludlara”- əsrarəngiz meşəyə yaxınlaşıram. Buradakı ağacların sayı-hesabı yoxdur. Bayaq yolboyu eşitdiyim nəğmələr burada daha da gurlaşıb. Sanki ağaclar səs-səsə verib xorla hansı mahnınınsa nəqəratını oxuyurlar. Mən ayaq saxlayıb meşəni dinləyirəm. Öz-özümə düşünürəm ki, bizim ağacların oxuduğu mahnılar da bizim nəğmələrimiz kimi təkrarsız və əsrarəngizdır.
    Ağaçlar oxuyur.
    Mən təbiəti dinləyirəm.
    Dünyanın ən gözəl nəğməsi burada oxunur.















    MÜXTƏLİF İLLƏRİN HEKAYƏLƏRİ


    TAPANÇA

    - Samir bilirəm ki, sən qayıdan deyilsən. Mən hər şeyi başa düşürəm. Orada sənin arvadın, uşaqların... Get, Samir. Sənə yaxşı yol...
    Samir sanki öz adının “Samir” olduğunu qəfildən xatırladı. Neçə ay idi ki, onu öz əsl adıyla çağıran olmamışdı. Bütün yaxın dostları onu “Saşa” deyə çağırırdı. Svetlana üçünsə o, sadəcə “Saşenka” idi. Oğlan sanki birdən-birə başqa, yad bir aləmə düşdü. Əslində o aləm yad deyildi – onun doğulub, böyüyüb boya-başa çatdığı dünyaydı. Qızın inilti dolu hıçqırıqları onu təzədən o aləmə - artıq dünənə, keçmişə çevrilən günlərə qaytarmışdı...
    “Samir, getmə!” Yox, bu Svetlananın səsi deyildi. Bu onun dünəndə qalmış ömründən qopub gələn haray idi. Şəhla idi onu haraylayan.. Şəhla...
    Samir heykəl kimi donub qalmışdı. Yalnız indi – bu səfər ərəfəsində o heyrətlə, sanki ilk dəfə xatırlamalı oldu ki, o səslər – onun keçmişindən qopub gələn və indi, bu saat hıçqırıq içində itib-batan səs necə də bir-birinə oxşayırmış. Bu səs də o səsin əks-sədası idi. Şəhlanın dilindən qopan “Samir” harayı elə bir indi Svetlananın dodaqlarında təzədən bitmişdi.
    O mübahisə etməyin, dil tökməyin, inandırmağın artıq yersiz olduğunu yaxşı başa düşürdü. Heç özü üçün də yəqin etməmişdi, geri qayıdacaq, ya yox. Orada – o aləmdə onun arvadı, iki qızı qalmışdı. Osa burada... Bu yad şəhərdə... kef çəkirdi. Kef? Nə kef? Bəyəm səhərdən axşamacan yağışın, qarın altında tərəzi arxasında dayanmaq kef idi? Yox, Şəhlaya elə gəlir ki, o burda kef içərisində yaşayır. Gəlib-gedənlə xəbər yollayır, məktub yazır: “Samir, qayıt! Bizə lazım deyil sənin pulun, qazancın... Samir!” “Biz” deyəndə söz yox. Şəhla həm də qızlarını nəzərdə tuturdu. Halbuki, onu Samira o vaxt işi ixtisara düşəndən sonra ən çox bezdirən Şəhla idi. Qızları isə atalarından bir an da ayrılıq istəmirdilər. Atanın işsiz qalması balacalaq üçün daha əlverişli idi. Axı, Samirin günü evdə, onların yanında keçirdi. Şəhla isə dözə bilmirdi. İşsiz-gücsüz ərinin boş-boşuna vurnuxmasına deyinirdi: “Nə olsun ki, mühəndissən, ali təhsillisən. Üçüncü sinfi qurtarmayanlar gör necə ailə saxlayır, necə ev-eşik dolandırır? Gül olsun mənim başıma! Gör kimə qismət oldum? Gərək mühəndis işləyəsən, layihə çəkəsən? Mən bilmirəm neynirsən elə, oğurluq-doğurluq ailəni dolandır. Ta bəsdi! Mənim maaşım sənin heç papirosuna çatmır, rədd olub gedəcəyəm bu xarabadan...”
    Şəhlanın anası hərdənbir gəlib qızına öyüd-nəsihət verirdi. “Səbirli ol, qızım. Allahına şükür et ki, bəxtinə Samir kimi oğlan çıxıb. Sakit, başıaşağı, mədəni. Neyləyək ki, indi idarələrin çoxu bağlanıb, çox adam işsizdir. İndi beş-üç nəfərin gəlhagəldi. Görmürsən, şəhəri dilənçi başına götürüb? Buna da şükr, bala. Özün məktəbdə işləyirsən, görmürsən ki, camaat zorla yavan çörəyə pul çatdırır? Bir yandan bağlayan bir yandan açar, qızım...”
    Samir o zaman təyyarəyə bilet alandan sonra məqsədini Şəhlaya bildirəndə qızı od götürmüşdü: “Necə yəni uçuram. Haraya? Rusiyaya? Mən neft töküb özümü yandıracam!”
    Hədə qorxudan bir şey çıxmadığını görəndən sonra Şəhla yalvarışa keçmişdi: “Heç olmasa qızlarına yazığın gəlsin, Samir. Axı, nə var Rusiyada? Sən mənim deyinməyimə niyə fikir verirsən? Mənə lazım deyil, sənin pulum-paran. Eşidən-bilən nə deyər bizə? Səndən alver edən çıxmaz. Alver sürtük, həyasız adamların işidi. Daşı tök ətəyindən. Hara gedirsən, qayıt, Samir!..”
    Rusiyadakı Nəhəng şəhərlərin birindəki köhnə dost-tanışların köməyilə kiçik yarmarkaların birində balaca bir köşkü icarəyə götürüb işlətməyə başladı. Bu köşkdən gələn qazancla Samir ev kirayələdi özünə pal-paltar aldı, arabir dostlarına qonaqlıq verib xatir-hörmət qazandı. Evi də yaddan çıxarmırdı: gedib-gələndə Şəhlaya pul göndərir, nikbin ovqatlı məktublar yazırdı...
    Svetlana ilə tanışlıq isə təsadüfən olmuşdu, qız da Samir kimi gəlməydi. Ukraynada doğulmuşdu. Ehtiyac onların hər ikisini yad bir şəhərə gətirib, cəlayi-vətən eləmişdi. Qonşu köşkdə işləyən qaraşın, qədd-qamətli, alagöz qız tanışlıqlarından az sonra Samirə doğrudan-doğruya vurulmuş, onun kirayələdiyi mənzilə köçmüşdü. Artıq çoxları üçün onlar bir ailənin üzvü ər-arvadıydılar. Öz əyyaş ərindən ayrılıb nəhəng şəhərin qoynuna sığınmış qız üçün Samir ən etibarlı dayaq idi. Tale onları bir-birinə qovuşdurmuşdu. Yad şəhərin sərt qanun-qaydaları, qışın şaxtası, yazın leysanı onların qəlbində işaran bapbalaca Günəşi sozalda bilməmişdi. Onların hər ikisi üçün yeni, nəsə xoş təbəssüm və rayihəylə dolu bir həyat başlamışdı. Münasibətlərində heç nəyi gizlətmir, heç nəyi gizlətmir, heç nəyi malalamırdılar. İtkiləri də biriydi, qazancları da. Samir arabir zarafat edib deyirdi ki, bircə nigahımızı da kəsdirsək, olarıq lap qanuni ər-arvad. Svetlana üçünsə kəbin deyilən şey mənasız kağız parçasının üstünə vurulan mənasız möhürdən başqa bir şey deyildi. Ehtiyac, məşəqqət, əzab-əziyyət onları həyatın eyni bir məcrasına, axarına salmışdı. Samirin arvadı, qızları üçün geyim-gecimi çox vaxt Svetlana özü alırdı. Vaxtilə kibernetika sahəsində işləmiş qızın hərəkətlərində qəribə bir dəqiqlik, səmimiyyət vardı...
    Gah məşəqqətli, gah da nəşəli gecələri o, Svetlanın pıçıltılı oxşamaları ilə başa vurardı: “Saşenka, mənim ruhum, incimə, səni heç kəsə verən deyiləm. İstəyirəm uşağım olsun səndən: bax, belə həlim, göyçək, ağıllı... Hə. Saşa, necə baxırsan? Lap istəyirsən arvadını da gətir, yox, lap ikimiz də gedək sənin vətəninə. Biz çoxdan lap çoxdan rastlaşmalıydıq bir-birimizlə. Bizi heç kəs, heç Allah da ayıra bilməz. Sən mənimsən, mənim. Başa düşürsənmi?”
    Bəzən Samirə elə gəlirdi ki, onun sinəsində, sifətində gəzən əl Şəhlanındı. Şəhladı onu oxşayan, əzizləyən, öpən, döşünə sıxıb, hıçqıran.
    Dostlarından birinin evdən – Şəhladan gətirdiyi məktub Samirin sanki dünyasını uçurdu. Vərəqin üstünə səpələnmiş kəlmələr iti oxa dönüb onun sinəsinə sancıldı. “Samir! Mən hər şeyi bilirəm. Hər şeyi. Təzə qurduğun “ailə həyatı” barədə, - həyat yoldaşın” haqqında da məlumatım var. Hələ bir deyəsən orada nəsil “artırmaq” fikrinə düşmüsən. Əgər tezliklə gəlməsən, məni və uşaqlarını bir də heç vaxt görməyəcəksən. Heç vaxt!”
    Samir iki gün özünə gələ bilmədi.
    Svetlana onun qaş-qabağının tutulmasından, qalın qaşlarının altında vurnuxan iri, gözlərinin ifadəsindən, avazımış sifətindən, səyriyən dodağından çox şeyi, bəlkə də hər şeyi sövq-təbii anlamışdı.
    Samir həmin gün evdən heç yana çıxmadı. Telefonla zəng edib, təyyarənin uçuş vaxtını öyrəndi. Çarpayıya ağızüstə düşüb uşaq kimi hönkürməyə başladı. Özünə də qəribə gəlirdi: O kimin üçün nə üçün ağlayırdı? Bəlkə Svetlanadan ayrılmaq ağrıdırdı onu? Bəlkə arvadının dərdi-müsibət kövrəltmişdi? Özü də bilmirdi səbəbimi Təkcə onu hiss edirdi ki, göz yaşları balışı islatdıqca bədənindən qəribə bir yüngüllük, damarlarında xoş bir gizilti dolaşmaqdadır.
    Svetlana evə həmişəkindən tez qayıtdı. Əlində ağır, iri bir səfər çantası vardı- altı da təkərcikli. Qız çantanı açıb hədiyyələri bir-bir Samirə göstərməyə başladı.
    - Saşa, Saşenka! Böyük qızınçün kürkdü. Bu da kiçik qızına çəkmə. Bu da arvadın üçün – qadın üçün boyunbağıdan yaxşı nə ola bilər? Bu qayınanana çatacaq. Şaldı. Bunu isə sənə almışam, Saşa. Bir dur, bax...
    Elə bil qız onu harasa toya, şənliyə yola salırdı. Samirin qaşları dartıldı. Qan sızmış gözləri qızın sifətinə dikildi. Svetlana əllərini üzünə tutub çiyinləri atlana-atlana hıçqırmağa başladı. Samir onu bağrına basdı. Qız körpə göyərçin kimi uçunurdu.
    - Samir, bilirəm ki, sən qayıdan deyilsən, mən hər şeyi başa düşürəm. Orada sənin arvadın, uşaqların... Get, Samir, get... sənə yaxşı yol...
    Samir sanki öz adının “Samir” olduğunu qəfildən xatırladı. Stolun üstündə qızın ona aldığı hədiyyə - qızıl suyuna çəkilmiş tapança – alışqan par-par yanırdı. Samir “tapança”nı götürüb tətiyi çəkdi. Dəhşətli gurultu səsi otağı bürüdü. Lülədən burum-burum tüstü çıxırdı...

    “REZONANS” qəzeti, 14-17 mart, 1998-ci il



    İŞIĞA DOĞRU

    (hekayə)



    ……………………………………………
    …………………………………………..
    ………………………………………….


    - Xahiş edirəm... Bunun əlacı sizdədir...
    Həkim əlinə Dəmirin çiynindəki avtomata sarı uzatdı. Leytenant dəhşətə gəldi:
    - Siz nə deyirsiniz? Dəli olubsunuz, nədir?
    - Cəmi bir... güllə... Qoy düşmənə çevrilən silah... İndi... Niyə susursunuz?.. Xahiş edirəm... Axı... özün dedin ki, əksər də qorxarmı?... qorxma... halal edərəm... Bu əzabdan ölüm daha yaxşıdır... Yalvarıram...
    Dəmirin bədənindən soyuq bir gizilti keçdi: “Həkim sayıqlayır, nədir? Yox, yazıq əzabdan birdəfəlik canını qurtarmaq istəyir. Leytenant qüvvəsini toplayıb həkimi yerdən qaldırdı...
    Yol qurtarmaq bilmirdi. Dəmirə elə gəldi ki, bu yolun ucu dünyanın qurtaracağına qədər gedib çıxır. Bu yol nağıllardakı igidlərin başına minbir oyun açan tilsimdir. Ömrünün axırına qədər də getsə istədiyi mənzilə çata bilməyəcək.
    Yol uzanır... uzanırdı...
    Dəmirin qolları heydən düşmüşdü. Addımlarını zorla atırdı. Şineldən sonra, gərəksiz bir yük kimi çiynindən asdığı dərman çantasını da atdı...
    - Dəmir... – həkimin səsi qırıldı.
    Bəli, həkim...
    ....
    Leytenant ağzında qanlı tüpürcək köpüklərnmiş həkimi çiyni bərabəri qaldırdı. Diqqətlə baxıb, dodaqlarının titrədiyini, sifətinin səyirdiyini gördü... Ürəyi yerinə gəldi.
    - Bəsdir... Mənə əzab vermə...
    Dəmir susdu. Həkimin arıq bədəni zindan kimi ağırlaşmışdı.
    “Doğurdanmı mən ona əzab verirəm?.. Axı, bundan artıq nə edə bilərəm? – Yolu azaltmışıq. 3-4 saata çatarıq. Bəlkə Qəmbərovu hələlik burada qoyum? Gedim uşaqlardan bir-ikisini göndərim. Bəs o vaxtacan həkim sağ qalarmı? Tutaq ki, sağ qaldı... Mənə nə deyərlər? Deməzlərmi ki, yoldaşı yarıyolda qoyub niyə gəlmisən? Soruşmazlarmı ki, bu əsgərə yaraşan hərəkətdirmi? Lap bir də heç nə deməsinlər. Heç nə soruşmasınlar... Bəs mən özüm? Mən özümü bağışlaya billəmmi?”
    Hava lap qaralmışdı. Leytenantın iti gözləri yolu zorla seçirdi.
    Dincəlmək üçün addımlarını saxladı. Həkimin şinelini zorla soyundurub yerə sərdi. Onun yerini rahatlayıb özü də böyründə uzandı. Avtomatı çiynindən götürüb sinəsinin üstünə qoydu. Əllərini boynunun ardında çarpazlayıb ulduzsuz, tutqun səmaya baxdı. Qollarının keyliyi, ayaqlarının qıcı açılmağa başladı. Onu yuxu apardı...
    Dəmir gözlərini açdı. Göylər qapqara idi. Əlini qeyri-iradi olaraq sinəsində gəzdirdi. Avtomat yox idi. Dəhşətə gəldi. Cəld dikəlib böyrünə baxdı. Avtomatın lüləsi Qəmərovun sinəsinə dirənmişdi. Təqatsız barmaqları tətirin üstündə gəzirdi. Dəmir vəhşi bir qəzəblə qışqırıb avtomatı özünə sarı dartdı. Həkim silahdan möhkəm yapışmışdı.
    Leytenant ayağa qalxdı. Həkimi çiyninə götürdü. Bu dəfə Qəmərovun ağır çəkmələri və şineli nəm torpağın üstə qaldı. Dəmir zorla, plan kimi sürünə-sürünə gedirdi. Tez-tez dizi üstə çökür, bir əli ilə daşlardan tuta-tuta iməkləyirdi. Boynundan asdığı avtomatın küpü hər dəfə əyildikcə dizinin kündəsinə dəyir, sızıltı qoparırdı. Dəmir şinellərdən, dərman çantasından, çəkmələrdən sonra əskər sayıqlığının bir nişanəsi olan silahı – avtomatı atmaq istəmirdi. İstəmirdi ki, məntəqəyə çatandan sonra əsgər yoldaşlarının eyhamlı atmacalarına, zarafatlarına məruz qalsın...
    Həkim köksü dolusu ah çəkdi. Elə bil nəsə demək istəyirdi. Ancaq susdu. Heç nə demədi.
    Dəmir həkimi yerə uzatdı. Əllərini ovcunun içinə aldı. Heç bir hərarət hiss eləmədi. Həkimin alnı, ayaqları, bədəni və buz kimi idi. Dəmir onu silkələdi. Nəbzini yoxladı. Qulağını onun tüklü, taxta kimi quru sinəsinə söykədi.
    - Həkim – deyə bağırdı.
    Dəmir Qəmərovun cəsədini qucaqlayıb, hönkürtü ilə ağladı. “Barı, bir son sözünü deyəydin...”
    Qəmərov onun ciblərini axtardı. Sənədlərini götürüb öz cibinə qoydu. Qəbir qazdı.
    Son dəfə baş əyib məzarı öpdü... Avtomatı qəzəblə döşünə sıxıb üç dəfə atəş açdı. Uzaqdan gurultu eşidildi. Dəmir əvvəlcə elə bildi onun atdığı güllələrin əks sədasıdır... Sonra gördü ki, günçıxan tərəfdən göyə alov yüksəlir. Fişəng atılır. Bu işarə idi...
    Leytenant arxaya qayıtdı... Topların guruldadığı, alov dillərinin göyə yüksəldiyi tərəfə üz qoydu. “Bizimkilər düşmənə arxadan həmlə edirlər” – deyə, ürəyindən keçirdi. Qayıdan baş şinelləri və dərman çantasını da götürdü. Təkcə sahibsiz çəkmələr qaldı. Boğazlıqları top lüləsi kimi göyə tuşlanmış bir cüt əsgər çəkməsi...
    Günçıxandan atılan topların səsi get-gedə yaxınlaşır, alov daha da güclənirdi. Toplar düşmənin arxasında guruldayırdı. Leytenant addımlarının sürətini artırır, az qala qaça-qaça gedirdi...
    Yol onu işığa doğru aparırdı. Arxada isə bir cüt əsgər çəkməsi qalmışdı...

    Müəllifdən. Əziz oxucular, yəqin ki, bu hekayənin natamlığını hiss etdiniz. Yanılmamısız. Məsələ burasındadır ki, tələbə ikən qələmə aldığım “İşığa doğru” hekayəsi qəzetin iki nömrəsində ard-arda çap olunmuşdur. Təəssüf ki, mən öz arxivimdən hekayənin nə əlayazmasını, nə də birinci hissəsini tapa bildim. Məhz buna görə də onun yalnız ikinci hissəsini təqdim etməli oldum. Zənnimcə, bu yarımçıq hissədə hekayənin əsas qayəsi məlum olur.

    “GƏNC MÜƏLLİM” qəzeti, 6 iyun 1975-ci il












    YAĞIŞ
    (yarıfantastik hekayə)

    Sferblatın yuxarısındakı plastik qapaq açıldı. Saata zəng əvəzinə quraşdırılmış mikrofon – bülbül səsli mexaniki “quş” cəh-cəh vurmağa başladı. Tanınmış təbiət alimi T.Nuruyev şirin yuxu aləmindən ayrılmaq üçün gərnəşib pəncərəyə sarı boylandı. Bayır görünmürdü. Çünki pəncərənin şüşələrini şaxta “rəsmlərlə” bəzəmişdi. T.Nuriyev infraqımızı radiometrik cihazın – termometrin sarımtıl lövhəsinə nəzər saldı. Hiss etdi ki, qar yağıb. Qarın yağmağı bir də küçənin belə sakit olmağından – eşikdən səs-küyün gəlmədiyindən bilinirdi.
    T.Nuruyev ayağa qalxıb nəfəsliyi açdı. Pəncərə çərçivəsindən buz salxımları sallanırdı. Sanki dünya qış yuxusuna getmişdi. Belə günlərdə adamı nədənsə izahedilməz bir qüssə bürüyür.
    T.Nuriyev üşürgələndi. Bir-iki dəfə çiyinlərini çəkib, sumağı zolaqlı xalatı çiyninə atdı. Nəfəslikdən boylandı, paho, doğrudan da aləm İmiş, qar ümmanının sahili görünmürdü. Dünya ağappaq rəngə boyanmışdı. T.Nuriyev öz otağını bir anlığa fəzada hərəkət edən gəmiyə bənzətdi və bu bənzətmədə, o nədənsə, hətta, həqiqətə yaxın bəzi fərziyyələrin gizləndiyi qənaətinə də gəldi. Otaq soyuq olduğundan o, öz düşüncələrini davam etdirməyin mənasızlığını taz başa düşdü. Çünki soyuq otaqda boş-boşuna xəyala dalmaqdansa, sobanı qalamaq daha əlverişli idi.
    T.Nuriyev ayağa qalxıb isti yay günlərinin nişanəsi olan hidrokondisioneri aynabənddən çıxartdı. Kondisionerin yerində sobanı quraşdırdı. Kiçik soba – günəş şüalarını konsentrikləşdirən linza bu anlarda şüşəbəndin vitrajlı aynalarından zorla seçilirdi.
    Mənzilin havası get-gedə isinirdi. T.Nuriyev vanna otağına keçib soyuq çilək qəbul etdi, bədənini tiftikli qaba dəsmalla silib quruladı. Sonra o, nəsə itirmiş adamlar təki otaqda vurnuxmağa başladı. Ancaq məhz nəyi, bəli məhz nəyi itirdiyini bilmədiyi üçün təəssüfləndi. Özünə yer tapa bilməyən adamlar kimi bir xeyli var-gəl edib kresloya çökdü, çənəsini ovcunun arasına aldı. Hə, doğrudan da o, nəyisə unutmuşdu. Unutmuşdu və indi o unutduğu “nəyisə” yadına salmağa çalışırdı. T.Nuriyevin yaddaşı möhkəm idi, xırda-xuruş şeyləri belə, uzun müddət unutmaz, hələm-hələm qeyd dəftərcəsi tutmağa ehtiyac hiss eləməzdi. Məsələ burasında idi ki, o, sadəcə olaraq bayaqdan bəri unutduğu şeyi xatırlamağa ehtiyat edirdi. Və əslində özü indi özünə belə bir hissi təlqin etməyə çalışırdı ki, nəyisə unudub. O, nə qədər özünü aldatmağa səy edirdisə də, istər-istəməz nəyi unutduğunu, daha doğrusu unutmadığını xatırlayır, lap dəqiqi nəyi unutmağa çalışdığını düşünərək şirin bir nigarançılıq içində vurnuxurdu; barmaqları əsəbiliklə titrəyir, sinəsi qalxıb-enir, nəfəsi təngiyirdi.
    T.Nuriyev, axır ki, “unutqanlığın” daşını atdı, yadından çıxan şeyi “xatırladı”; o, səhərdən siqaret çəkməmişdi. Yuxudan oyanandan bəri ürəyi nəyisə istəyirdi, lakin o özü də bilmərəkdən (və ya olsun ki, bilərəkdən) “nəyisəni” boğur, əzirdi.
    Dolaba yaxınlaşıb siqaret qabını əlinə götürdü. Üstündə sklet şəkli çəkmiş qutunun üstünə, daha doğrusu elə o skletin altına zərlə, böyük hərflərlə yazılmışdı: “Bir ədəd siqaret sənin ömrünü 20 dəqiqə qısaldır”. O, bu sözləri sanki ilk dəfə oxuyurdu. Allah bilir, neçənci dəfə ürəyindən keçirdi: “Deməli, hər siqaret 20 dəqiqə... Qutuda 25 siqaret var. Gündə bir qutu siqaret çəkəsi olsam, bu, 8 saat 20 dəqiqə olur...” T.Nuriyev onu da xatırladı ki, hər gün iki qutu siqaret çəksə ömründən 16 saat 40 dəqiqə, üç qutu çəksə 25 saat itirər. 25 saat... T.Nuriyev duruxdu. Özünü xəbərdar elədi ki, gic-gic fikirləri başından qovsun. Necə yəni 25 saat? Axı, sutka cəmi 24 saatdan ibarət idi... 24 saat ərzində üç qutu siqaret? Bu, mümkündür, yoxsa?..
    O, gün ərzində üç qutu siqaret çəkdiyi çağları xatırladı. Necə olan işdi? Bu hesabla T.Nuriyev canını çoxdan tapşırmalı idi. Hələ bəzi günlərin hesabına bir saat da artıq gəlirdi. Onun sutkası hərdən 24 saatlıq vaxt çərçivəsini vurub sındırırdı. Bu minvalla çoxdan ölməli idi. Nə üçün? Axı, kim bilir insan nə qədər ömür sürməlidir? İnsana əta edilən zaman kəmiyyətin uzunluğu bilinmirsə necə qərar
    çıxarmaq olar ki, bəs filankəsin ömrü filan vaxt tamam olur?
    T.Nuriyev bir siqaretin orqanizmdə nə qədər vitamini məhv etdiyini, necə hüceyrəni cəhənnəmə göndərdiyini də bilirdi. Şübhəsiz ki, bu məlumatlardan ən maraqlısı 20 dəqiqəlik ömür məsələsi idi. Çünki hər necə olsa da burada ölüm-dirim, nikotində insan arasında müharibə, çək-çevir məsələsi vardı. T.Nuriyev nikotin qəbul edənlərin nələrdən xali olduğunu fikirləşib hərhalda bu anlarda siqaret çəkmədiyi üçün şükür elədi.
    Artıq bildiyimiz kimi, o, ümumiyyətlə, çəkəndi və yəqin ki, elədiyi şükür də bu səhərdən bəri tütündən uzaq olduğuna görə idi. T.Nuriyev ömründə siqaret çəkmədiyi fikrini özünə təlqin edirdi və indi bu “özünətəlqinə” görə özü öz işinə məəttəl qalmışdı. Hələ bunlar azmış kimi dolabdakı siqaret qutularına tərs-tərs tamaşa elədi: “Dünyada nə ağılsız adamlar var!.. Öz canlarına qəsd edirlər!”
    T.Nuriyev onu narahat edən düşüncələrdən (əlbəttə, yalnız siqaretlə bağlı!) xilas olmaq üçün pəncərədən boş, sonsuz fəzanı xatırladan dünyaya baxdı. Ağ səma, ağ torpaq. Dünya dümağ idi. Yerə düşən qar lopaları zorla seçilirdi. Pəncərənin çərçivəsində “bitmiş” buz salxımları get-gedə uzanırdı.
    O, yeksəsək, monoton rəngləri qətiyyən xoşlamırdı. Nə ağ qış ona ləzzət verirdi, nə də yaşıl yaz. T.Nuriyev dünyanı rəngarəng görmək istəyir, bir fəsildə bütün fəsillərin əlamətini, gözəlliyini arzulayırdı. Ona görə də, indi səhərdən siqaret çəkmədiyi, nəyisə unutmağa və xatırlamağa çalışdığı bu qış gününün yeknəsəkliyi onun ürəyini qüssə ilə doldurdu. Qüssə də qar kimi soyuq və ağır idi. Fərq təkcə burasında idi ki, qüssə torpağa yox, ürəyə yağırdı, özü də rəngi qar kimi ağ deyildi; tutqun idi ürəyə yağan o qüssənin rəngi. T.Nuriyev qüssənin rənginə öz gözlərinin, saçının rəngindən də yaxşı bələd idi.
    O, hər halda tənha otağın, yekrəng dünyanın, birrəngli fəsillərin, tutqun qüssənin məngənəsindən çıxmağın “yolunu” bilirdi... Çünki evinin layihəsi, tikintisi zamanı hər şey nəzərə alınmışdı.
    Mənzildə ilin istənilən vaxt istənilən hava və məkan şəraiti yaratmağa imkan verən proqramlaşdırılmış qurğunun bütün düymələri T.Nuriyevin barmağının altında idi. “Peyzaj” adlanan sistemin idarə mexanizmi, mərkəzi qovşağı mətbəxdə yerləşirdi. Əvvəlcədən nəzərdə tutulmuş proqram üzrə elə otaq şəraitindəcə fəsillərin müəyyən anlarını təzədən “yaşatmaq”, “dəniz sahilində” əyləşmək, yarpaqların pıçıltısını dinləmək, qıy vuran durna qatarına tamaşa etmək ən adi məşğuliyyətlərdən biri idi T.Nuriyevin.
    O, nədənsə birdən-birə payızı xatırladı. Ürəyinə çökən qüssə də payız buludu kimi ağır idi. Və sanki özündən asılı olmayaraq “Peyzaj” sisteminin proqram şöbəsinə sifariş verdi: “Payız” göstərilsin...
    Bütün idarəetmə mexanizmləri, işıq sistemləri iki dəqiqə ərzində müvafiq vəziyyətə gətirildi. Ekranın siqnal lampaları yandı. Bu, raport idi: “Hazırdır!”
    T.Nuriyev ekranda payızın bütün rənglərini, çalarlarını, ultraşüaları tənzimlədi; budaqlara qopub oxuyan quşların səsini artırdı.
    İstirahət otağına keçdi.
    Artıq bura adi bir otaq deyildi. İndi T.Nuriyevin mənzilinə rəngarəng işıq və rəng hallüsinsiyalarından, qaz və maddələrin birləşmələrindən, plastik liflərdən, səmadan “sorulan” konsentrik şüalardan “hörülmüş” qızılı bir payız, hər halda payızın bir parçası gəlmişdi; rənglər son baharın bütün gözəlliyini özündə təcəssüm etdirirdi. Yaxınlıqdakı qayadan süzülən şəlalənin zərrin damcıları yaqut qırıntıları kimi ətrafa səpələnirdi.
    Sərçələr atılıb-düşür, cikkildəşirdi.
    Bir azdan külək başladı. Yarpaqlar havada uçuşmağa başladı... Təbiətin bəyaz yağışı, yarpaq tökümü istər-istəməz uzaq xatirələri yada salırdı.
    T.Nuriyev heç də rəng iyi verən dekorların qarşısında əyləşməmişdi. Qətiyyən! Onun otağına əsl payız gəlmişdi. Və o, əgər istəsəydi, bu payız mənzərəsinə, daha doğrusu payızın özünə, daha bəzi təbii predmetlər əlavə edə bilərdi. Məsələn, hovuz, skamya, səki... Bir iş vardı ki, belə əşya bolluğu T.Nuriyevu açmırdı. O, bu bolluqda nəsə adamı dilxor edən bir ağırlıq da hiss edirdi.
    T.Nuriyev yorğun adamlar təki ayağa durub ağacların arası ilə gəzişməyə başladı. Ayağının altında qalıb əzilən yarpaqlar xışıldamağa başladı. Otağına əbədi gözəllik verən qızılgüllərin ləçəkləri solmuşdi. Axı, indi payız idi...
    T.Nuriyev otağın ortasında, daha doğrusu xəzan yarpaqlarının üstündə ayaq saxladı. Qızılgüllərin üstünə doğru əyildi, yarpaqlara sığal çəkdi.
    O, birdən-birə özünün illərdən bəri işləyib hazırladığı elmi prinsiplərə qarşı çıxıb təbiətin qanunlarını nədənsə pozmaq fikrinə düşdü. Payızda baharın nişanəsini görmək istədi. Niyə, nə üçün belə bir arzuya düşdüyünü o, heç özü də kəsdirə bilmədi. Elə-belə təbiətə öz gücünü göstərmək istəyirdi.
    T.Nuriyev “Peyzaj” sisteminin proqram şöbəsinə sifariş verdi: “Yaz” gəlsin.
    Az keçməmiş baharın rayihəsi duyu lmağa başladı.
    T.Nuriyev ətrafa nəzər saldı.
    İndi qurumuş yarpaqlar tökülür, qönçələr təzədən pardaqlanırdı. Güllərin üstündəki şeh damçıları parıldayırdı.
    T.Nuriyev qızılgül kollarının köklərini sezium elementinin buraxdığı qamma şüaları ilə həyəcanlandırdığı üçün qönçələr sürətlə açmaqda idi.
    Ultrabənövşəyi şüaların təsiri qızılgüllərini cana gətrimiş, onların gövdəsini bərkitmişdi. Yaradılan maqnit sahəsi, qaz boşalmaları güllərin ətrini daha da saflaşdırmış, təzələmişdi...
    Sanki otaqda payızla yazın davası gedirdi...
    T.Nuriyev hər şeyi unutmuşdu: bayırın şaxtasını, yağan qüşbaşı qarı, siqaret mərəzini... Hər şeyi, hər şeyi...
    İndi bir otaqda fəsillər çarpazlaşmışdı. İqlimlərin qovşağı alimin ürəyində qəribə hisslərin baş qaldırılmasına səbəb olmuşdu.
    Bayırda şaxta idi. Havada oynaşan yarpaqlar payızın, dibçəkdəki qızılgüllərsə baharın nişanəsi idi.
    Get-gedə başı ağırlaşır, gözü alacalaşırdı. Dərdini özü yaxşı bilirdi: qan təzqiyi qalxmışdı, bu, xüsusən, son zamanlar tez-tez baş verirdi. O, maqnit kürsünü çəkib oturacağa çökdü. Maqnit qan təzyiqini azaldır, normal hala gətirirdi.
    T.Nuriyev maqnitin əhəmiyyətini bəlkə də lazım olduğundan çox qiymətləndirirdi. O, əmin idi ki, maqnit kürsü özündə son vaxtlar müşahidə etdiyi qan təzyişini müalicə etməkdə əvəzsizdir.
    “Peyzaj” sisteminin qurğuları elektron dəqiqliklə iki fəslin bütün gözəlliklərini nümayiş eləyirdi. Uzaq üfüqlərdə buludlar qaynaşmağa başlayanda hava qaraldı. Səmanın rəngi T.Nuriyevin əyləşdiyi maqnit kimi boz və ağır idi.
    O, darıxmağa, qəribsəməyə başladı. Qəribsəyirdi. Özü də bilmirdi ki, kimin və nəyin üçün qəribsəyir. Qərib yerlərdə kimi var idi? Kim idi onun yolunu gözləyən? Kim idi ona doğma, yaxın olan?.. Ümumiyyətlə, onun nəinki doğma, heç yad adamı da yoxdu...
    Kimə gərək idi onun “Peyzaj”ı?.. Heç səmanın tutqunlaşmasına ehtiyac vardımı?.. Bayırda qış idi. Soyuq idi... Şaxta idi. Şikayətlənən yox idi qışdan, qardan... Qışdan sonra təbiətin başqa bir fəsli-bahar gələcəkdi. Dünya yaşıl nəğmə yağışında yuyunacaq, yaşıl hava udacaqdı.
    Kainatın, təbiətin əbədi qanunlarına təkcə onun mənzilində əməl olunmurdu. Proqramlaşdırılmış fəsillər heç bir məntiqə tabe olmadan meydana çıxır, istənilən vaxtsa səhnə dekorları kimi yığışdırılırdı...
    Buludlar get-gedə qatılaşır, qaralırdı. Birdən şimşək çaxmağa başladı. Göy gurultusu aləmi başına götürdü. T.Nuriyev heyrətindən donub qaldı. Axı, proqramda göy gurultusu qeydə alınmamışdı. O, tərtib etdiyi sistemin bütün cik-bikinə bələd idi. Hadisələrin ardıcıllığını, momentlərin biri digərini tamamlamasını, nəyin nəyi əvəzləyəcəyini əzbərdən bilirdi. Bəs bu ildırım haradan çıxdı birdən-birə? Əlbəttə, adi payız gününün ildırımı başqa bir vaxt heyrət doğura bilməzdi. Lakin “Peyzaj” qurğusunun payızı, əsl payız deyildi axı; bu, ölçülüb-biçilmiş, proqramlaşdırılmış payız idi.
    Şıdırğı yağış başlayanda T.Nuriyev daha səbrini basıb dözə bilmədi. Maqnit kürsüdən sıçrayıb ayağa qalxdı. Damcılar onun üz-gözünə səpələnirdi. Yağış şiddətlənməkdə idi. Əsl çalpov gözlənirdi...
    T.Nuriyev mətbəxə keçmək istədi. Lakin yolu tapa bilmirdi. Otaqdakı qapıların yerində qorxunc mağaralar, kahalar qaralırdı. Çevrilib geriyə baxdı. Bayaq üstündə əyləşdiyi kürsü indi iri bir qaya parçasına çevrilmişdi.
    Bu, necə ola bilərdi? Hadisələr proqramda nəzərdə tutulan qayda-qanuna tabe olmur, kortəbii şəkildə gedirdi. Göyün gurultusu daha da şiddətlənmişdi. Sel suya qarışmışdı.
    Gözlərini qamaşdıran şimşəyin şaqqıltısından vahimələnən T.Nuriyev vurnuxa-vurnuxa “Peyzaj” sisteminin əyləc dəstəyini axtarmağa başladı. Məlum oldu ki, otaqda heç bir dəstək mövcud deyilmiş.
    Yer onun ayağının altında silkələndi...
    Sanki onun quraşdırdığı qurğu indi hardansa kənardan, görünməz qüvvələr tərəfindən idarə edilirdi. İşıq, qaz, dalğa... heç bir qanuna tabe olmadan təbii payız fəslinin axarına düşmüşdü. Sanki bütün bütün bu həngamə qapalı bir otaqda- T.Nuriyevin mənzilində yox, açıq səma altında baş verirdi.
    İndi onun mənzilində heç bir çıxış yolu gözə dəymirdi. Yağış gölməçələri T.Nuriyevin ayağının altında şappıldayırdı. Onun ayaqları topuğacan palçığa bulaşmışdı. Yaş köynəyi bədəninə yapışmışdı. Soyuqdan dişi-dişinə dəyirdi...
    O, dözə bilməyib irəliyə doğru qaçmağa, yüyürməyə başladı. Onu heyrət götürmüşdü: sanki o, heç yerli-dibli mənzildə olmayıbmış, elə göz açandan təbiətin qoynunda, daha doğrusu, küçədə yaşayıbmış. Bir azdan küçədə əllərində çətir tutmuş adamlar görünməyə başladı. T.Nuriyev başa düşdü ki, artıq onun quraşdırdığı “Peyzaj” sistemi məlum prqramdan çıxaraq məchul bir istiqamətə, daha doğrusu, təbiətə doğru “addımlayıb”. Çünki bayaq qar ayğan küçələrə indi yağış çisələyirdi. Qışdan əsər-əlamət qalmamışdı.
    Gənc bir qadın orta yaşlı kişinin qoluna sığınıb deyinirdi:
    -Belə də hava olar? Elə bir payzdı... Yağışa bir bax...
    Deyəsən, kişi üçün fərqi yoxdu: istər qar yağsın, istərsə də yağış. Ona görə də mızıldandı:
    -Yağır yağsın də...
    T.Nuriyev istədi qışqırsın: “Xeyr! Bu, təbiətin işi deyil! Mənəm bu yağışı yağdıran!” Ancaq qışqırmadı. Susdu.
    Gənc qadın böyürlərindən ötüb-keçən ayaqyalın, başıaçıq çətirsiz adamı, yəni T.Nuriyevi, qoluna sığındığı kişiyə göstərdi.
    -A-a-a... Ona bax... Yəqin dəlidi.
    Kişi qadının işarə etdiyi səmtə baxıb ucadan güldü:
    -Dəlinin başında buynuz bitmir ki...
    T.Nuriyev başa düşdü ki, indi onu müzakirə edirlər, amma əhəmiyyət vermək istəmədi. Qadının qoluna girmiş kişi ucadan qəhqəhə çəkib güləndə T.Nuriyev ayaq saxladı. Çünki səs tanış gəlirdi. O, qanrılıb ani olaraq arxaya baxdı. Orta yaşlı kişi cərəyana pərçim olunmuş həşərat kimi yerindəcə dik atılıb sustaldı. Qeyri-ixtiyari böyründəki qadının qulağına:
    - Bizim müdirimizdi... Evimi yıxacaq, - dedi.
    Qadın əlindəki çətirin dəstəyini fırladıb qırıq-qırıq güldü:
    -A-a-a... Belə də müdir olar?!.
    -Yaxşı... Sus-ss... Eşirər birdən.
    T.Nuriyev tini burulub bir xeyli yuxarıya sarı addımladı. Axır ki, öz küçələrini tapdı. Gəlib hündür barılı həyətə girdi. Onun... evi yerində yox idi. Evin əvəzinə nəhəng bir generator qoyulmuşdu. Nədənsə cihaz ona tanış gəldi. Bu, T.Nuriyevin “Peyzaj” sistemi üçün düzəltdiyi kiçik generatora bənzəyirdi. İndi o kiçik generator sanki mikroskop altına qoyulmuş, bir neçə dəfə böyüdülmüşdü. Generator yeknəsək səslə uğuldayırdı.
    Yağış get-gedə güclənirdi.
    Artıq T.Nuriyev yağışı, şimşəyi unutmuşdu. Soyuq da, palçıq da vecinə deyildi. Bu səhərdən bəri onu narahat edən fikirlər, baş ağrısı, qan təzyiqi, yeni tərgitdiyi köhnə vərdiş-siqaret mərəzi T.Nuriyevin zehnindən, yaddaşından silinib-süpürülüb getmişdi.
    O, yerində yerində indi generator “bitmiş” evinin qatşısında dayanıb bir xeyli ətrafa boylandı. Birdən gözünə bir qaraltı dəydi. T.Nuriyev irəli yeridi. Onu heyrət bürüdü. Bu “qaraltı” onun sevimli maqnit kreslosu idi. O, qeyri-ixtiyarı kresloya çökdü. Kreslo qup-quru və isti idi.
    İndi yağış onun əsəblərinə yağırdı. İçinə bir sərinlik çilənirdi. Ürəyi yağışda çimirdi.
    Bilmirdi ki, payız ona qonaq gəlib, yoxsa ki o payıza...
    Bu yandan da T.Nuriyevi indi uğultusu kəsmiş o nəhəng generator çaşdırırdı.
    Yağışsa hələ kəsməmişdi.
    1980



    FANTAST YAZIÇININ MARSDA DƏFNİ
    (yarımçıq povest haqda hekayə)

    Qış bir xeyli geşiksə də, nəhayət özünü göstərə bilmişdi.
    Bu tərəflər bəlkə də çoxdan bəri belə qar görməmişdi.
    Sanatoriyada dincələn, müalicə alan yaşlı adamlar həyətdə uşaq kimi atılıb-düşür, qışqıra-qışqıra qartopu oynayırdılar.
    Növbəti müalicə “prosüduralarımı” qəbul edib öz otağıma çəkildim. Sanatoriyaya üç-dörd gün idi ki, gəlmişdim. Hələ on gün burada qalacaqdım. Əvvəlcə ikinəfərlik otaq təklif eləmişdilər. Razı olmadım. Təkliyi sevən adamam. Üstəlik də haymarit adlanan azar məni çox narahat edir, çətinliklə nəfəs alıram. Həkimə də dedim ki, gecələr durub gəzişirəm, yazı-pozu ilə məşğul oluram. İstər-istəməz işığı yandırmalıyam. Bir sözlə, mənimlə bir otaqda qalan adam zülm çəkməli olacaq. Razılaşıb ayrıca otaq verdilər. Qaldığım otaq isti idi. Mən istini çox sevən adamam.
    Sanatoriyaya gələndə özümə söz vermişdim ki, heç nə yazmayım. Amma hiss edirdim ki, vədimə əməl etmək çətin olacaq. Bir də ki, mən o sözü özümçün, həm də heç kəsin şahidliyi olmadan vermişdim. Yəni vədimi pozacağım təqdirdə belə, ciddi məsuliyyətə cəlb olunmayacağım məlum idi.
    Mən bu sanatoriyada dincəlməyə çoxdan alışmışam. Yadımdadır, burada ilk dəfə ötən əsrin 80-ci illərində olmuşam. O vaxtlat bu müalicə ocağına Rusiya, Ukrayna və Belarusiyadan gələnlər daha çox olurdu. İndi həmin ölkələrin sakinləri müalicə və istirahət üçün daha çox Avropaya, lap elə Türkiyəyə gedirlər.
    Hə, birdən o da yadıma düşdü ki, düz otuz il öncə burada dincələrkən dişimi müalicə etdirirdim. Diş müalicəsi gedən vaxt birdən-birə sifətimin sol tərəfinin keyidiyinin, yanağımın dartıldığının fərqinə vardım. Sən demə, “sifət” paraliçi keçirmişəm. İstirahətimi yarımçıq qoyub Əhmədlidəki nevroloji xəstəxanaya müalicə almağa getdim. Həmin dövrdə “Alın yazısı” adlı bir hekayə də yazdım. Əslində həmin hekayənin qəhrəmanı gənc alim elə qismən mən özüm idim. Və orasını da deyim ki, mən heç vaxt öz obrazımı öz yazılarıma gətirmək niyyətində olmamışam. Çünki hər yazının öz qəhrəmanı olur. Amma orası da var ki, hər bir obrazın həyatında yazıçı həyatından da nəsə bir pay olur.
    Burada sonuncu dəfə deyəsən iki il, bəlkə də üç il əvvəl olmuşdum. Yox, o vaxt dincəlməyə deyil, burada müalicə alan bir dostuma baş çəkməyə gəlmişdim. Dostum yaşlı, ağsaqqal, həm də məşhur bir adamdı. Şair idi. Onun bir çox şeirlərini siz hələ orta məktəbdə oxuyarkən əzbərləyib öyrənmisiz. Biz onunla dəniz sahilində gəzişir, qağayılara tamaşa edir, sonra yaxınlıqdakı çayxanada çay içirdik. Arada bir-iki qədəh araq içməyimiz də olurdu.
    Mən yenə sahildə gəzir, qağayılara tamaşa edirdim. Artıq dostum yox idi. Təkcə burada yox, o, həyatda da yox idi. Bir neçə gün öncə tanınmış şair vəfat etmişdi. Biz onu qarlı bir gündə torpağa tapşırdıq. Mən indi nədənsə birdən-birə rəhmətə getmiş dostumu xatırladım.
    Bu il Türkiyə və Rusiya teatrlarında pyeslərim tamaşaya qoyulmuşdu. Çoxcildliyimin ilk cildi nəşr olunmuşdu. Yeni tarixi dram üzərində iş gedir. Bir sözlə, çox yorulmuşdum. Dincəlmək istəyirdim. Səhhətimdə müəyyən problemlər yaranıb.
    Elə ilk gündən burada, dəniz sahilindəki bu sakit bucaqda yazmaq havası məni ağuşuna aldı. Əslində çoxdan başımda dolanan bir mövzu mənə dinclik vermirdi. Burası da vardı ki, fabulası, məzmunu başımda çoxdan “hazır” olan gələcək əsərin hansı janrda olacağını hələlik heç özüm üçün də müəyyənləşdirə bilməmişdim.
    Son illərdə daha çox dramaturgiya ilə məşğul olsam da, mən bu gələcək əsəri pyes kimi təsəvvür edə bilmirdim. Çox güman ki, bu, hekayə, ya da povest ola bilərdi.
    Əsərin adı elə əvvəldən mənə məlum idi. Təxminən bu cür: “FANTAST YAZIÇININ MARSDA DƏFNİ”. İndi qalırdı təkcə stol arxasında əyləşib ilk cümlələri yazmaq.
    Tənbəl adam deyiləm. Otaqdakı kiçik misin arxasına keçib ilk cümlələri kağıza közürməyə başladım.
    Əvvəlcə ötən əsrdə yazdığım misraları yeni yazıya epiqraf kimi əlavə etməyi qərara gəldim.

    Mənə yer üzündə məzar gəzməyin,
    Məni mən öləndə göydə basdırın.
    Bir qarış göy üzü məni gözləyir,
    Göylərdə axtarın məni, dostlarım.

    Qoy udsun buludlar məni, qardaşım,
    Sancılım səmaya meteor kimi.
    Ay tabutum olsun, Günəş-başdaşım,
    Ulduzlar üstümə yağsın qar kimi.




    Məni göy üzündə dəfn edin, atam,
    Günahla doludur torpağın üzü.
    Vallah, yer üzünə mən tamam yadam,
    Vallah, bu dünyaya alışmır gözüm.

    Yəqin ki, göylərin yoxdu namərdi,
    Oranın nə səddi, nə sərhəddi var.
    Orda məzar dərdi, başdaşı dərdi,
    Nə də kəfən dərdi, molla dərdi var.

    Orada mələklər qonar qəbrimə,
    Tanriya bir az da yaxın olaram.
    Orada şeytanlar girməz qəlbimə,
    Orda şeytanlardan qisas alaram.

    Hiss etdim ki, bu misralar yazmaq istədiyim əhvalatı özündə tam yox, qismən ehtiva edir. Olsun ki, yazı başa çatandan sonar bu epiqrafı yenə gözdən keçirdim. Lap bu misraları götürüb bir tərəfə də atmaq olar. Ciddi prozada şeirin nə işi var ki? Amma hələ tərəddüd edirdim.
    Arada başımı qaldırıb pəncərədən çölə baxırdım. Bayırda yağan qar səngimək bilmirdi. Pəncərəmin önündən keçən ensiz cığırla yeriyən adamların ləpırləri qar üstündə qaralırdı. Elə qarşımdakı ağ vərəq də kiçicik bir qarlı düzənliyə bənzəyirdi və qələmim bu bəyaz “düzənlik boyu” qara “ləpirlər” ataraq irəliləyirdi.
    Mən adətən çox sürətlə işləyirəm. Bəzən öz yazdıqlarımı sonra heç özüm də oxuya bilmirəm. Vərəqin üstdə səpələnib hörümçək kimi bir-birinə dolaşan hərfləri ayırd etmək mənim üçün həmişə əzablı bir iş olub. Bu işin öhdəsindən gələn makinaçılarla əlaqəm son illərdə bir qədər zəifləyib. Çünki artıq, türkiyəli dostların təbirincə desəm, bilgisayarda işləməyə daha çox önəm verirəm. Amma mən müalicəyə gələrkən, artıq alimlər demiş, yuxarıda qeyd etdiyim kimi, nəsə yazmaq niyyətindən vaz keçmişdim. Necə deyərlər, sən saydığını say, gör ... sənin ağlın nə sayır. Ağlımsa indi bu qarlı havada məni yazmağa təhrik edirdi.
    Bəli, janrını hələ dəqiq müəyyən edə bilmədiyim əsərin süjeti mənə məlum idi. Hadisələrin ardıcıllığını özüm üçün müəyyənləşdirmişdim. Əvvəlcədən bilirdim ki, bu yazıda gərgin momentlər, kədərli səhnələr, ağrılı epizodlar çox olacaq.
    Əsərin adından bəlli olduğu kimi, bu yazıda fantast yazıçının həyatı, daha doğrusu ölümü və dəfni daha qabarıq şəkildə təsvir olunmalı idi.
    Məsələ belədir ki, mənim qəhrəmanımın- dünyaca məşhur olan fantast yazıçının bir müqəddəs arzusu var: o, öləndə qırmızı planetdə-Marsda dəfn olunmaq istəyir. Mən özüm fantastik yazıçı deyiləm və belə bir janrda da əsər yazmaq niyyətində bulunmuram. Hə, indi bu cümlələri yazarkən birdən xatırladım ki, axı deyəsən mənim fantastik əsərlərim də var. Hətta, vaxtilə o yazıları bir kitab kimi nəşr etmək niyyətim də olub. Bundan başqa, illər öncəsi yazdığım “Qara qutu” adlı fantastik pyesimi Hüseynağa Atakişiyev tamaşaya hazırlamışdı və premyera ərəfəsində o böyük rejissorumuz vəfat etmişdi. Onu da xatırlayıram ki, tamaşanın premyerasında mədəniyyət naziri Qarayev də iştirak etmişdi. Dediyim odur ki, fantastika mənə çox da yad deyilmiş. Deyəsən, vaxt ötüb keçdikcə yazdıqlarımı da dediklərim kimi yavaş-yavaş unuduram. Olan işdir.
    Və görünür fantast yazıçı haqda, daha dağrusu, onun ölümü və dəfni ilə bağlı qələmə alacağım, artıq ilk “ləpirləri” kağız üstə “qaralan” bu əsərdə də bəzi-para fantastik nüanslar olacaqdı. Halbuki əvvəlcə bu əsəri sırf realist üslubda yazmaq arzusunda bulunmuşdum. Amma indi baxıb görürdüm ki, fantast yazıçıdan yazarkən fantastik lövhələrsiz keçinmək qeydi-mümkündü.
    Arada pəncərədən çölə baxmağı da yaddan çıxartmırdım. Dənizə və sahilə ağır-ağır qar yagırdı.
    Dediyim kimi, əsərin qəhrəmanı məşhur fantast yazıçı vəsiyyət edir ki, onu öləndə Marsda dəfn etsinlər. Bu adam elə-belə, sıradan bir qələm əhli deyil. Bizim qəhrəmanın adı Jül Vern, Aleksandr Belyayev, Ayzek Əzimov, Rey Bredberi, Nil Stivenson kimi dünyaca məşhur fantastların adı ilə birgə çəkilir, onların layiqli davamçısı hesab olunur. Bundan başqa, əgər adını çəkdiyim yazıçıların yaradıcılığı iyirminci əsrın əvvəllərinə və sonlarına təsadüf edirsə, Marsda dəfn olunmaq istəyən milli yazıçımız, yəni mənim qəhrəmanım, iyirmiikinci əsrin əvvəllərində, təxminən yüz il bundan sonra yaşayıb. Nə başınızı ağrıdım, günlərin bir günü canını Allaha, vaxud Kosmosa bağışlayan bu hörmətli söz adamının dəfni ilə əlaqədar Beynəlxalq Kosmik Mərkəz xüsusi qərar qəbul edir. Kosmik raket uçuşa hazır vəziyyətə gətirilir. Yazıçının nəşi xüsusi laboratoriya-emalatxanada hazırlanmış təzyiqədavamlı tabuta qoyulur. Qələm adamının, bağışlayın, fikir adamının (axı yüz ildən sonra hansı qələmdən və ya qələm adamından söz gedə bilər?) kosmosa yola salınması beynəlxala telekanallar vasitəsi ilə transilyasiya olunur. Bəşəriyyət öz dahi sənətkarı ilə vidalaşır. Hətta, bu böyük insanın itkisi ilə bağlı məmləkətimizdə birgünlük matəm də elan edilir. Yüz ildən sonrakı iqtidarın sözü keçən nümayəndələri Milli rəsədxananın rəhbərliyinə tövsiyə edirlər ki, yeni kəşf olunacaq planetlərdən birinə bu yazıçının adı verilsin. Düşünürəm ki, yüz ildən sonra da şairlər olacaq. Elə bu səbəbdən də əsərdə qeyd edirəm ki, Yerdə Yazıçılar Birıiyinin təşəbbüsü ilə bizim qəhrəmanın xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilir. Mükafat uğrunda ədalətli mübarizə gedir. Təbii ki, indiki mədhiyyə yazan şairlərin heç biri o dövrə gedib çıxa bilməyəcəklər. Amma birdən ağlıma gəlir ki, o zamanacan təbabət elmi də yerində saymayacaq, insan ömrü uzanacaq, bəşəriyyət başdan-başa uzunömürlülərdən ibarət olacaq və elə bu səbəbdən də indiki mədhiyyəbaz şairlərimizdən bəzilərinin həmin vaxta gedib çıxacağı barədə şübhələrim özümə də əsassız görünür. Bir də ki, arsızlar adətən uzunömürlü olurlar axı.
    Yazıçı bir Yer övladı kimi öz vətənində ölsə də, təbii ki, mənim əvvəlcədən cızdığım plana əsasən hadisələrin bir ucu göydə cərəyan etməlidir və edir də. Belə ki, kosmonovtlar əvvəlcə Aya uçurlar. Ay indi bizim təsəvvür etdiyimiz Ay deyil. Orada hər qarış torpaq uğrunda (əgər Ayın səthindəki örtüyə torpaq demək mümkündürsə) mübarizə gedir. Orada bizimkilərdən də az deyil. Yerdə külli miqdarda sərvət toplamış imkanlı adamlar, hansı ki, indi onlara “oliqarx” deyirlər, orada yaşayış binaları tikiblər. Əlbəttə, öz qəribə arxitekturası ilə fərqlənən o binalarda iyirminci əsrın əvvəllərində və sonlarında yaşamış soydaşlarımızın nəvə və nəticələri yaşayacaqlar. Bu günün adamları yüz il sonrakı Aya qibtə edə bilərlər. Soydaşlarımız Ayda fermalar inşa edib heyvandarlıqla ciddi məşğul olurlar. Gümüşü planetdə təmizliyə baxan müvafiq idarələrin müdirləri, daha çox bizim ölkədən gedib məskunlaşmış fermerləri cərimə edirlər. Çünki buradan gedənlər orada Ayın üstünə o qədər mal peyini yığıblar ki, gəl görəsən. Axı üstü qaralmış Ay planeti Yerə necə parlaq şölə saça bilər? Arada digər ölkələrin ekololgiya nazirləri bizim anoloji nazirliyə zəng edib iradlarını bildirir, Ayın üzünü zir-zibillə korlamamağa dəvət edirlər.
    Deyəsən, işlər yavaş-yavaş qaydasına düşür. Arada çıxıb hava alıram. Təmiz qar ətrini ciyərimə çəkirəm. Sonra geri qayıdıb dəhlizdə gəzişir, başımda qaynayan hadisələrin axarını nizama salmaq istəyirəm. Dəhlizin küncündəki köhnə divanda əyləşən ortayaşlı qadın sən demə mənə göz qoyurmuş. Qadın ülümsəyib mənə baxır. “Bəlkə nəyəsə ehtiyacınız var?” Mən minnətdarlığımı bildirib öz otağıma çəkilirəm.
    Qələmi əlimə götürüb, Aydakı digər “mənzərələri” təsvir etməyə çalışıram.
    Göstərirəm ki, Ayda tərəvəzçilik və meyvəçilik də inkişaf edir. Orada bizimkilərin yiyələndiyi ərazidə qubalılar alma bağı, göyçaylılar nar bağı salıblar. Yeni konserv zavodu tikilib istifadəyə verilib. Di gəl ki, emal olunan məhsullara müştəri tapmaq çətinləşib. Bunun da mühüm səbəbi var. Amerikanlar Ayda da dünya iqtisadiyyatı üzərində hökmranlıq etmək istəyirlər. Onlar bütün ərzaq məhsullarının konsentratlarını həb formasında hazırlayıblar. Bu zalım uşağı, yəni amerikalılar gün ərzində bircə dənə kiçik həb atıb kef çəkirlər. Oradakı və buradakı digər ölkə alimləri bu hiyləgər millətin bu muncuq boyda “ərzaqla” gün ərzində necə qane olmaqlarının səbəbini öyrənmək üçün baş sındırırlar. Ay öyrəndilər ha. Ağzında amerikan deyirsən.
    Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər. Yerin coğrafi xəritəsi mənim təsvir etdiyim Ayda da tətbiq olunmaqdadır. Ta bunun nə ilə nəticələndiyini deməyə elə bir ahtiyac qalmır ki. Arif adamlar bilir ki, nəyə işarə edirəm. Məsələ burasındadır ki, orada, yəni Ayda da biz qafqazlılar bir regionda yaşayırıq. Bir yanımızda ermənilərdir, o biri tərəfimizdə gürcülər. Ermənilər Aya daşındıqları ilk vaxtlar “dənizdən dənizə” şüarı ilə çıxış edirdilər. Sonra öyrəndilər ki, Ayda dəniz yoxdur, başladılar “ulduzdan ulduza” şüarini irəli atmağa. Tərs kimi Göy üzü də ulduzlarla dolu. İndi onlar öz gələcək “ərazilərini” konkret müəyyənləşdirmək məqsədilə ulduzların düzülüş sxeminə bəzi əlavələr etməklə məşğuldurlar.
    Arada Aydakı yaşlı ermənilər əllərini dizlərinə çırpıb belə deyirlər: “Ara, işimiz çətinliyə düşüb. Əgər dünyaca məşhur Ambarsumyan sağ olsaydı bizim üçün ulduzların yeni bir düzülüş xəritəsini çəkərdi”. Gənc ermənilərin bir çoxu bir zamanlar məşhur olmuş həmyerlilərini tanımır. Yaşlı ermənilər izahat verib qəzəblə deyirlər: “Necə yəni, Viktor Amazaspoviçi tanımırsız? Ambarsumyan ulduz buludluqlarını və qaz dumanlıqlarını öyrənən yeganə astronomdur. O, bizim fəxrimizdir”. Ermənilərlə qonşuluqda yaşayan gürcünün dili dinc durmayır: “Əvvəla, bu tərəflərdə duman nə gəzir, bulud nə gəzir? İkincisi də ki, Ambarsumyanın Ermənistana nə dəxli? O, Gürcüstanda doğulub. Özü də Tiflis komsomolunun yetirməsidir”. Təbii ki, erməni bərk dilxor olur, amma kürəyini yerə qoymur: “Mən hələ böyük rejissorumuz Sergey Paracanovu, bəstəkar Aram Xaçaturyanı demirəm. Hələ dirijor Konstantin Orbeliani, şahmatçı Harri Kasparovu demirəm”. Gürcü də qəzəblənir: “Ağlına gələni danışma, qonşu. Paracanov da, Xaçaturyan da Tiflisdə doğulub. O ki qaldı Orbeliani ilə Kasparova, onlar da Bakıda doğulub”.
    Əlbəttə, bunlar hələ gələcəyin söhbətləridir.
    Elə bu əsnada ermənilər dəfni Ayda gözlənilən məşhur yazıçının şəcərəsini axtarıb onun ermənilərlə qohumluğunun olub-olmamasını dəqiqləşdirmək istəyirlər. Sən demə, bu yazıçının qəhrəmanlarından birinin adı Nairi imiş. Ermənilər bu adın başqa heç bir yerdə mövcud olmadığını sübut etməyə çalışır və ölkələrinin qədim adının belə “Nairi” olduğunu iddia edirlər. Təbii ki, əsərdəki erməni obrazının bir yəhudi tərəf-müqabili də olmalıdır. Həmin yəhudi erməninin sözünü kəsib deyir ki, “Nairi” erməni yox, qədim assuriya sözüdür. Erməni də israr edir ki, biz qədimdə assuriyalı olmuşuq. Yəhudi ilə erməninin mübahisəsi uzandıqca uzanır.
    Mənim qəhrəmanımın nəşinin müvəqqəti saxlanıldığı yerə, Ayın ölkəmizə məxsus ərazisinə gələn soydaşlarımız və digər millətlərin nümayəndələri onunla vidalaşırlar. Hə, az qala bir mühüm məsələni qeyd etməyi unutmuşdum: Ayda artıq qəbristanlıqlar da salınıb. Oranın sakinləri, daha dorusu, orada daimi və müvəqqəti yaşayanların hamısı ateistlərdir. Yəni bu tərəflərdə dini ayrı-seçkilik olmadığına görə hamı eyni qəbristanlıqda dəfn olunur. Dindarlar mənim şəxsi təsəvvürümə görə haqlı olaraq Aya uçmurlar və oraya ayağı dəyənləri də çox xoşlamırlar, bu cür uçuşları Allahın işinə qarışmaq kimi qiymətləndirirlər.
    Dünya şöhrətli yazıçı qırmızı planetdə-Ayda dəfn olunan ilk insan övladı olacaq. Kosmonovtlar Ayda bir müddət dincəlib Marsa doğru yol alırlar.
    Mən öz yazımın təsiri altında idim. Deyəsən, işlər pis getmirdi. Arada pəncərədən çölə boylanırdım. Qar dənələri böyümüşdü- sanki görünməyən uzaq ulduzlardan yerə dümağ alma çiçəkləri yağırdı. Göydən yazanda göy öz səxavətini əsirgəmirmiş.
    Əlbəttə, deyə bilərlər ki, bizdə belə bir dünyaşöhrətli yazıçı varmı? Əvvəla, unutmayın ki, hadisələr yüz il sonrakı dövrdə baş verir. İkincisi də bizim ədəbiyyatımız həmişə zəngin olub. Üçüncüsü də mənə bu “dünyaşöhrətli yazıçı” anlayışı qəribə gəlir. Bəyəm dünyanın hansısa təşkilatı kiməsə belə bir titulmu verir? Məsələn, mənim bəyəndiyim elə yazıçı var ki, dünya bəlkə də heç onu tanımayır. Bu cür yazıçı fransız da ola bilər, ingilis də. Lap elə çukça da- əla povetlər müəllifi Yuri Rıtxeu kimi. O ki qaldı sevgiyə, yazıçını bir əsərə görə də sevmək olar, bir cümləyə görə də.
    Mən əminəm ki, bizim bu günkü ədəbi nəslin ədəbi varisləri, yəni xələfləri arasından da gələcəkdə belə yazıçılar çıxacaq. Əlbəttə, əgər onlar həmin dövrə sağ-salamat gedib çıxsalar. Amma, düzü bu cəhətdən bir az da tərəddüd hissi keçirirəm. Qorxuram ki, bu xələflər də öz sələfləri kimi kimi bir-birlərini bu və ya digər metodlarla sıradan çıxarmaqla məşğul olsunlar. Zira indi özünü yaradıcı aləmdə ədəbi partizan və ya ədəbi qoçu, ən yaxşı halda isə ədəbi qanqster kimi aparanlar da az deyil.
    Sanatoriyada mən bir neçə köhnə tanışlarıma rast gəldim. Nahardan sonra dəniz kənarında bir az gəzişdik. Sonra otağıma çəkilib televizora baxmağa başladım. Evdəki televizorum çoxdan xarab olub, işləmir. İşləsə belə, mən televizor həvəskarı deyiləm. Düzdür, vaxtilə televiziyada verilişlər aparmışam. Amma o zaman o verilişlər üçün qonorar verirdilər. İndi belə şey yoxdur. Hətta, efirdə görünmək üçün pul verənlər də tapılır. Xüsusən, müğənnilər. Axı onların çörəkpulu toylardan çıxır. Toyda oxumaq üçünsə gərək səsin tez-tez ekrandan-efirdən gəlsin. Hə, yeri gəlmişkən, burada bir şən, deyib-gülən müğənni də müalicə qəbul edir. Əməkdar artistdir. Arada gəzişib söhbət edirik. Deyir ki, təyyarəyə minməkdən qorxur, ona görə də uzaq və yaxın xaricdəki toylara gedə bilmir.
    Buraya gələndən bəri hərdən Rusiya kanallarına baxıram. Rus aparıcılar Ukrayna ilə Rusiya arasında yaranan gərginliyin daha da artırılması üçün əllərindən gələni əsirgəmirlər.
    Birdən otağımın qapısı döyüldü. Qapını açdım. Gələn köhnə dost-tanışlar idi. Üç nəfərdirlər. Görüşüb-öpüşürük. Onların hər üçü şeirə-sənətə bağlı adamlar, etibarlı dostlardır. Sağ olsunlar, zəhmət çəkib təşrif buyurublar.
    Qonaqlarla ordan-burdan söhbət edib dəniz sahilindəki yeməkxanaya gedirik. Az sonra süfrəyə qızardılmış nəhəng balıq gəlir. Çox ləzzətlidir. Biz hərəkətə keçib balığın axırına çıxırıq. Az sonra stolun üstündəki boş araq şüşəsini kənara sürüşdürürük. Ortadakı iri boşqabda balıq qılçıqları qalaqlanır. Bu zərif, iti sümüklər qəzaya düşmüş balıqçı qayığının sınıq-salxaq taxtalarına bənzəyir. Ürəyinə yatan adamlarla yeyib-içəndə adam iştahlı olur. Bir yazıçı dostum həmişə deyərdi ki, ən yaxşı “zakuska” elə yeyib-içdiyin adamın özüdür, əgər o adam əsl adamdırsa.
    Qonaqlarımı yola salıb otağıma çəkilirəm.
    Hekayənin yazılmış səhifələrinə göz gəzdirirəm.
    Dediyim kimi, qəhrəmanım artıq Aydan Mars planetinə doğru istiqamət götürüb. Düzünü deyim ki, əsas personajımın nəşinin planetlər arasında bu cür “səyahət etməsi” məni get-gedə o qədər də qane etmir. Nəsə süjetə yeni cizgilər əlavə etmək lazımdır. Bu barədə düşünüb baş sındırmalı oluram. Öz-özümə suallar verib cavablar axtarıram. Belə bir “kosmik gəzinti” hansı zərurətdən doğa bilər? Ölmüş insanın əsər qəhrəmanı kimi çıxış etməsi vacibdirmi?
    Vəziyyətdən çıxış yolu arayıram.
    Otaqdan çıxıb qonşu “korpusun” –beşmərtəbəli binanın isti dəhlizində var-gəl edirəm. Az sonra köhnə tanışlarımdan biri ilə görüşürəm. O da tez-tez bu sanatoriyaya müalicəyə gələnlərdəndir. Tanışım uzun illərdən bəri Gəncə teatrında çalışır, Xalq artistidir. O, söhbət əsnasında dedi ki, “bayaq mənim həkimim səni soruşurdu”. Mən heç nə anlamayıb çiynimi çəkdim. Və elə bu cür də dedim: “Anlamadım, tanımadığım adam məni niyə soruşur ki?” Müsahibim gülüb dedi: “Burada anlaşılmayan nə var ki? Məni müalicə edən həkim ədəbiyyatı çox sevir. Daha doğrusu, çox kitab oxuyandır və o, bayaq mənə dedi ki, bir yazıçının “Teatr meydanı” adlı romanını oxumuşam, amma təəssüf ki, onun özü ilə tanış deyiləm. Soruşdum ki, o, hansı yazıçıdır elə? Sizin adınızı çəkdi. Mən dedim ki, mən həmin adamı bir dramaturq kimi tanıyıram, bizim teatrımızda pyesi də tamaşaya qoyulub, özü də hal-hazırda burada, sanatoriyadadır”.
    Mən bir müddət sonra həmin həkimlə tanış oldum. Yeni tanışım geniş dünyagörüşlü, zəngin mütaliəli bir insandır. Sən demə, mənim bir sıra yazılarımı, o cümlədən “Teatr meydanı” adlı detektiv romanımı oxuyubmuş. Mən həkimə özümün son kitablarımdan birini- “Ölü dildə sevgi məktubları” adlı hekayələr məcmuəmi bağışladım. Ertəsi gün dəhlizdə rastlaşanda həkim mənə o kitabdakı hekayələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verməyə başladı.
    Şam yeməyindən sonra bir az gəzişib otağıma çəkildim.
    Beynimdə əsərimin yeni “mizanlarını” götür-qoy etməkdəyəm.
    Hava qaralırdı.
    Qəhrəmanımın “kosmik gəzintisi” məni hələ də düşündürməkdə idi. Ağlıma yeni ideyalar gəlirdi. Bəlkə fantast yazıçını elə Marsda da fantastik sürprizlər gözləsin? Tez öz sualıma özüm də sualla “cavab” verirəm: “Axı bunun, yəni o sürpprizlərin ölmüş sənətkara nə isti-soyuğu?” Doğrudan da, ölmüş adam üçün ətrafda baş verən hadisələrin nə mənası var ki? Stalin yoldaş demiş, “adam yoxdursa, problem də yoxdur”. Adam ölüb, ta ona heç nə gərək deyil, hətta, ən gözlənilməz sürpriz də.
    Ağlıma gələn bir ideya məni əsərə yeni detallar əlavə etməyə həvəsləndirir. Canım, axı fantast yazıçının ölümündə belə, nəsə əcaib-qəraib, lap elə fantastik bir şey olmalıdır, ya yox? Aha, deyəsən ipucu tapmaqdayam. Bəlkə yazıçı o uzaq kosmosda öz ömrünün ikinci dövrünü yaşamağa başlasın? Bəs bu, necə ola bilər? Axı bu kişinin oğlu vəfat edib, həyatla vidalaşıb. Sədaqətli oxucular onunçün göz yaşı töküblər. Kosmonavtlar onu Mars planetində dəfn etmək istəyirlər. Mən isə ona “ikinci ömür” bəxş etməyin yolları barədə düşünürəm.
    Yaxşı, əcəba, görəsən, ölmüş insan kosmosda təzədən canlana, daha doğrusu, dirilə bilərmi? Mən kosmosda ayrı zamanın mövcud olması barədə vaxtilə çox oxumuşam. Yəni bunu sadə qaydada belə izah etmək olar ki, eyni yaşa mənsub olan iki gənc adamdan biri Yerdə, digəri isə Göydə yaşamalı olur. Bunlar lap siyam ekizləri də ola bilər. Aradan illər, onillər keçəndən sonra “yuxarıdakı” adam “aşağı” enir. Paradoks. Kosmosdan gələn ekiz qardaşlardan biri çox gənc qalıb. Yerdəki qardasa artıq əldən düşmüş bir qocadır. Səbəb nədir? Sən demə, cavan qalan qardaş bu ötən illər ərzində “yavaşımış”, “ləngiyən” zaman daxilində yaşayıbmış. Yerdə yaşayan digər qardaş isə zamann çox sürətlə ötüb keçdiyi məkanda yaşayıbmış. Bəlkə də heç məkanı burada yada salmağa bir ehtiyac yoxdur. “Zaman və məkan” əslində həm də fəlsəfənin öyrəndiyi və öyrətdiyi anlayışlardır. Vaxtilə bu kateqoriyalar haqda dərs də demişəm. İndi fəlsəfi anlayışları buraya gətirib uzun-uzadı söhbətə başlasam, yəni palan içi töksəm, yaşlı yazıçılar bir yana, elə gənc yazıçılar da ağız büzüb orda-burda deyəcəklər ki, nədir, bu adam bədii əsərdə filosofluq etmək istəyir?
    Hə, indi yadıma düşdü, bir dəfə görünür içki havasına köklənmiş bir gənc israrla məndən soruşurdu: “Bəyəm siz filosofsuz?” Onun üzünə baxdım. Təkəmseyrək-qıvırcaq tüklərlə örtülmüş saqqaliı çənəsindən ağzının suyu üzüaşağı süzülürdü. Deyəsən, dili də bir az pəltəkfason idi bu gəncin. Olsun ki, sadəcə ağzında dili bir az iri olduğuna görə belə danışır. Axı hər cür adam olur bu dünyada. Gülümsəməyə çalışıb dedim ki, yox, mən filosof deyiləm. Dedi ki, bəli, bu ölkədə ən böyük və yeganə filosof mənəm. Və başladı mənim yaradıcılığımı “yıxıb-sürüməyə”, yəni tənqid atəşinə tutmağa. Guya bütün pyeslərimə tamaşa edib, heç birini bəyənməyib və sair. Bildim ki, yalan danışır. Amma hər halda o qədər məlumatsız deyilmiş, bilirmiş ki, mən fəlsəfə və dramaturgiya ilə məşğul oluram... Dedim bala, madam ki, mənim əsərlərimi bəyənmirsən, bəs niyə əziyyət çəkib onlara tamaşa etmisən və yaxud mütaliə etmisən? Dedi ki, “özüm bilərəm”. Sonralar bu “böyük filosof” bir yazıçının hüzr yerində mənə yaxınlaşıb üzrxahlıq etdi, dedi ki, başqa bir adama hirslənmişdim, anlaşılmazlıq olub və sair. Nə isə... Göydən-filandan yazmaq öz yerində, gərək Yerdəki adamları da birtəhər yola verəsən. Adamlarsa, şair demişkən, uzaq ulduzlar kimidir.
    İndi mən ədəbi əsərdə elmi-fəlsəfi mübahisələr irəli sürməli deyildim ki. Amma elə buradaca öz dediyimə daxilən “mız” qoyub deyirəm ki, axı fantastika bir az elmə yaxın janrdır. Elə bu səbəbdən də bu tip əsərlərə çox vaxt “elmi fantastika” deyirlər.
    Mənim fantast yazıçım elə-belə, sakitcə torpağa tapşırıla bilməzdi; torpaq demiş, hələ orasını da bilmirəm ki, Marsdakı o torpağın xassəsi nədir, nədən ibarətdir? Hər halda “yapışmağa” bir “qulp”, bir dəstək tapmaq ümidində idim.
    Bir az işləyib, çarpayıya uzandım, başladım televizora baxmağa. Evdə bir neçə ildir ki, televizor xarab olub, ona görə də çoxdandır “mavi ekrana” həsrət qalmışam.
    Onillərin yuxusuzu olsam da televizora baxa-baxa mürgüləməyə başladım.
    Səhər tezdən oyanıb, yeməkxanada qəlyanaltı elədim, sonra növbəti “prosüduramı” almaq üçün müalicə korpusuna üz tutdum. Növbədə adam çox idi. Bir nəfər ortaboy, ortayaşlı, bir qədər əsəbi təsir bağışlayan adam mənə yaxınlaşıb diqqətlə üzümə baxdı. Əlindəki kitabı qoltuğunun altına vurub dedi:
    -Siz mənə tanış gəlirsiz. Bir adama oxşadıram sizi.
    -Adam adama oxşaya bilər- deyə, qısaca cavab verdim.
    -Firuz Mustafa deyilsiz ki?
    -Bəli.
    Əl verib tanış olduq.
    -Usta... Mən Ustayam-deyə, yeni tanışım özünü təqdim etdi.
    Belə məlum olur ki, mən vaxtilə Usta ilə sosial şəbəkədə məktublaşmışam.
    Sonralar bu adamla bir neçə dəfə söhbət etdik. Sənəti ustadır, mebel ustası. Amma böyük mütaliəçidir. Fəlsəfəyə, psixologiyaya, ədəbiyyata, təbabətə aid çoxlu kitablar oxuyub. Ən maraqlısı budur ki, bu təzə tanışım cəmi-cümlətanı beş sinif oxuyub. Məktəbi atandan sonra gecə-gündüz mütaliə edib. Maraqlı mühakimələri var. Uzun illərdir ki, gündəlik, yəni memuar yazmaqla məşğuldur. Bədii-fəlsəfi yazıları da var. Amma hələ yazdıqlarını üzə çıxarmır. Yaxşı övladlar böyüdüb, onlara yaxşı təhsil verib. Usta bizim bir çox sinəsinə döyən alim və yazıçılara müasir elm və ədəbi proses haqda dərs deyə bilər. Onun bir neçə dəfə işlətdiyi bir ifadə diqqətimi çəkdi: “Bu dünyada kim nə olmaq istəyirsə, elə o da olur”.
    Məni qəhrəmanımın gələcək taleyi hər an düşündürürdü.
    Yaxşı, tutaq ki, mənim qəhrəmanım kosmosda başqa bir zamana düşür, bunun nə faydası? O paralel zamanda qəhrəmanım uzaq başı özgə bir planetin ölü sakininə çevriləcək? Bəs sonra?
    Yox, işlər gedə bilməz. Ölü qəhrəmanla situasiyanı necə dəyişmək olar?
    Nəhayət, qərar qəbul etdim: qəhrəmanım kosmosda gözlərini açmalıdır. Bilmirəm, belə bir hal baş verə bilər, ya yox? Amma qərarım get-gedə qətiləşməkdə idi. Yox, yazıçı qəhrəmanım klinik ölüm-filan keçirmir. O, sadəcə öz ömrünü təzədən yaşamağa başlayır. Bu necə ola bilər? Ədəbi məntiqlə düşünüb deyirəm ki, kosmosda belə şey mümkün ola bilər. Madam ki, orada ayrı bir zamandır, deməli, yazıçı həmin paralel zamanın qanunlarına uyğun olaraq hərəkət edə bilər. Yəni o, zamanı bir qədər geri addımlamağa başlayır, keçmiş zamana qayıdır. Gələcək zamanda ölüm olduğu kimi, keçmiş zamanda da həyat var. Düzdür, insanların əksəriyyəti gələcəyə can atır. Amma bir az rasional düşüncəyə malik olsalar, onlar gələcəkdən çox, keçmişə qayıtmağa çalışarlar. Təbii ki, məni bu fikirlərə sövq edən fikir qəhrəmanımı təzədən həyata qaytarmaq istəyindən qaynaqlanır. Axı yazıçı təkcə özünün deyil, elə öz qəhrəmanlarının taleyi ilə də ciddi maraqlanmalıdır, hətta, qəhrəman lap kosmosda olsa belə.
    Budur, bu da Mars. Madam ki, vəziyyət get-gedə dramatikləşir və süjet şaxələnir, onda bu planet haqda oxuculara bir az geniş məlumat verməliyəm, elə deyilmi? Allaha şükür, indi telefonlarda da internet var. Marsla bağlı informasiyalara nəzər salıram. Yeri gəlmişkən, orasını da deyim ki, hələ orta məktəbdə oxuyarkən astronomiya mənim ən çox sevdiyim fənlərdən biri olub. Hətta, Yuri Qaqarın göyə uçarkən mən də bir çox yaşıdlarım kimi kosmonavt olmaq arzusuna düşmüşdüm. Artıq aradan illər keçib. Mən kosmonavt ola bilməsəm də, indi əlimə yaxşı fürsət düşüb: öz qəhrəmanımı kosmosa göndərirəm. Elə bunun özü də göyə uçmaq kimi bir şeydi.
    Budur, Mars haqda yazılanlara baxıram. Belə məlum olur ki, Mars planeti, Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, elmi və bədii əsərlərdə tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferə malik, kraterləri, vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; onun oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində bizə məlum olan ən hündür ikinci dağın - Olimp dağının və ən böyük kanyonlardan birinin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40 faizini əhatə edir. Marsın iki peyki var: Fobos və Deymos. Bunlar kiçik və nizamsız qaydada formalaşmış peyklərdir. Bu peyklər Mars troyası kimi planet tərəfindən tutulmuş asteroidlər də ola bilər.
    Mars torpağı kütləcə 1.5-3 faiz su təşkil edir
    Marsın diametri təqribən Yerinkinin yarısıdır. O, Yerdən daha az sıxdır, həcmi təqribən Yerin həcminin 15%-i və kütləsi təqribən Yerin kütləsinin 11%-i qədərdir. Onun səthinin ərazisi Yerin quru ərazisinin tam sahəsindən bir az daha azdır. Marsın Merkuridən daha böyük və daha ağır olmasına baxmayaraq, Merkurinin sıxlığı daha çoxdur. Bu hər iki planetin səthə doğru cazibə qüvvəsinin təqribən eyni olması ilə nəticələnir; Marsın cazibə qüvvəsi Merkurinin cazibə qüvvəsindən güclüdür.
    Marsda da geoloji-tarixi dövrlər olub.
    Nuh dövrü (adını Nuh ərazisindən alıb): 4.5 milyard il bundan əvvəldən 3.5 milyard il bundan əvvələ qədər Marsın ən qədim səthinin formalaşması.
    Hesperian dövr (adını Hesperia yaylasından alıb): 3.5 milyard il bundan əvvəldən 2.9–3.3 milyard il əvvələ qədər. Hesperian dövr geniş lava düzənliklərinin formalaşması ilə qeyd olunur.
    Amazonian dövr (adını Amazonis düzənliyindən alıb): 2.9–3.3 milyard il əvvəldən indiyə qədər. Amazonian regionlarının az meteoritlə çarpışmadan yaranan kraterləri var, ancaq digərləri çox fərqlidir. Olimp dağı Marsın başqa yerindəki lava axınları ilə yanaşı olaraq bu dövrdə yaranıb.
    Marsda hələ də bəzi geoloji aktivliklər baş verir. Athabaska dərəsi təqribən 200 milyon ilə qədər lava axınlarının olduğu yerdir.
    Son tədqiqatlar Arsia vulkanının döşündə yeddi mağara girişi aşkar edib. Mağaralar kollektiv şəkildə "yeddi bacı" a dlandırılıb.
    Yer və Marsın fırlanma oxlarının oxşar mailliklərinə görə Günəş sistemi planetləri arasında Marsın mövsümləri ən çox Yerinkinə bənzəyəndir. Mars mövsümləri Yer mövsümlərindən iki dəfə uzundur. Bunun səbəbi odur ki, Marsın Günəşdən böyük məsafədə yerləşməsi Mars ilinin təqribən iki Yer ilinə bərabər olmasına gətirib çıxarır. Doğrusu, bu məlumat da mənə zamanla bağlı yeni ideya verir.
    Planetlərin hal-hazırki yaşayış üçün yararlılığı - planetdə həyatın inkişaf etməsi və planetin həyatın davamlılığını təmin etməsi onların səthində maye suyun olması ilə əlaqələndirilir. Bəzi son araşdırmalar təklif edir ki, Mars səthindəki su davamlı terrestrial həyatı təmin etmək üçün həddindən artıq duzlu və asidikdir. Deməli, belə çıxır ki, gələcəkdə Marsda sutəmizləyən qurğular da quraşdırmaq olar. Yoxsa, qırmızı planetdə necə yaşamaq olar?
    Mars haqqında məşhur əsərlərlərdən biri Rey Bredberinin "Mars salnamələri" romanıdır. Bu əsərdə Yer planetindən olan tədqiqatçıların təsadüfən Mars sivilizasiyasını necə məhv etdiyi qələmə alınıb. Edqar Rays Borrouzun Barsum seriyaları, Luisin "Sakit Planetdən Kənarda" romanı və Robert Haynlaynın bir sıra hekayələrində də Marsdakı canlı həyat haqda söhbət açılır. Həmin yazıçılar bütün bu hadisələri özləri uydurublar. Amma mənim qəhrəmanış Marsda baş verənlərin canlı şahididir. Daha doğrusu, fantast yazıçı Marsda özünün ikinci həyatını yaşamalı olur.
    Bəli, Marsa çatanda kosmonavtlar hiss edirlər ki, tabutda nəsə bir tərpəniş var. Onlar heyrətə gəlirlər. Tabutun qapağına qaldıranda yazıçının gözü açılır. Gəl indi bu yazıq kosmonavtların əhval-ruhiyyəsini təsvir elə görüm necə edirsən?
    Mən artıq əsərin sonrası barədə düşünməyə başlamışdım. Tutaq ki, yazıçı kosmonavtlarla Marsda bir xeyli gəzib-dolaşdı. Sonra? Bəs bu işin bir sonu olmalıdır, ya yox?
    Kosmonavtlar geri dönmək onu çox üçün dilə tuturrlar. Amma mənim qəhrəmanış daşı ətəyindən tökmür, geri qayıtmaqdan qəti şəkildə imtina edir. Axırda kosmonavtlar çıxıb gedir, yazıçı isə kosmasda qalır. Sən demə, qırmızı planetdə bir təmiz bulaq varmış, o bulağın yaxınlığında da meyvə bağı. Hələ üstəlik yaşayış üçün lazımı yerlər də. Bir də ki, əsl yazıçıya çox şey lazım deyil ki, o, istər yerdə olsun, istərsə də göydə. Əlbəttə, mən bütün bu dəm-dəstgahın hamısını əsaslandırmalı idim. Yazıçının Marsda məskunlaşması hələ mənim başımda ideya şəklində idi.
    Fantast yazıçı təbii ki, Marsda fantastik olaylarla da rastlaşır. Yadplanetlilər onu görüb dəhşətə gəlirlər. Sonra yazıçı ilə onun göydə məskunlaşmış yeni qəhrəmanları dostlaşırlar. Sən demə, Mars sakinləri bir-birləri ilə telepatik vasitələrlə danışırmışlar. Tesliklə yazıçı da onlarla elə bu səssiz-sözsüz deldə danışmaq vərdişinə yiyələnir. Bu sətirləri yazarkən öz-özümə düşünüb deyirəm ki, nə olaydı elə yerdəkilər də bu səssiz dildə danışa biləydilər, səs-küydən xeyli uzaq olardıq. Amma nə edəsən ki, göylə yerdə vəziyyət eyni ola bilməz.
    Tezliklə bu yeni dünyanın adamları Yerdən gəlmiş hörmətli qonağı özlərinə başçı seçirlər. Yazıçı Marsda yeni bir cəmiyyətin əsasını qoymağa başlayır. Yerdə belə bir cəmiyyətın mövcudluğunu yalnız arzu etmək olar. Bütün şüurlu həyatı boyu Yerdəki insan cəmiyyətinin tərəqqisi üçün əlindən gələni əsirgəməyən, amma arzuları puça çıxan yazıçının əlinə indi Marsda yaxşı fürsət düşüb. Onun Marsda qurduğu cəmiyyətin sorağı tezliklə Aya, oradan da Yerə gedib çatır. Yerdəkilər Marsa kosmik marşrutlar təşkil edirlər.
    Hə, mən arada Aya da nəzər salır, oradakı mənzərəni də təsvir edirəm. Ayın ekoloji sistemi pozulmaqdadır, adamlar bu şairanə planeti prozaik, lap elə faciəvi-dramatik bir vəziyyətə gətirib çıxarıblar.
    Bəli, artıq Yer bir yana qalsın, hətta Aydakı azadlıq, demokratiya, qayda-qanun sevən insanlar da qırmızı planetə can atırlar.
    Əlbəttə, bütün bu olacaqlar hələ mənim ağlımda ideya şəklində, yazıçının başında isə layihə şəklində formalaşmaqdadır. Görək bu işlərin sonu nə olur. İnşallah, məncə hər şey yaxşı olacaq.
    Amma bir şeyi dəqiq bilirəm ki, hər bir şeyin əvvəli olduğu kimi, sonu da olur. Elə insan ömrünün də. Yəni bu dünyaya gələn, günlərin bir günü o dünyaya köçməlidir. Mənim qəhrəmanım da Marsda qayda-qanun yaradandan sonra ömrünü Yerdəkilərə, yox-yox, daha doğrusu, göydəkilərə, bir az da dəqiq desəm, Marsdakı yadplanetlilərə tapşırır. Onun yaratdığı cəmiyyətin sədaqətli, qədirbilən sakinləri öz rəhbərlərini təntənə ilə Marsda dəfn edirlər. Beləliklə, yazıçı öz arzusuna qovuşur.
    Əlbəttə, bütün bunları əsərdə möhkəm bədii məntiqlə əsaslandırmaq lazım idi. Buna görə də mən ən müxtəlif fantastik layihələr, daha doğrusu, hadisələr haqqında düşünürdüm. Budur, ümumi fabula qismən hazır idi, indi bircə qalırdı obrazların “marşrutunu”, hərəkətini nizama salmaq. Əslində, hələ öz bədii həllini tapmamış çox nəsnələr qalırdı. Düşünürdüm ki, hər şey tədricən yoluna düşəcək. Mən Mars planetinin sakinlərinin timsalında elə canlı obrazlar yaratmaq istəyirdim ki, Yer planetinin sakinləri onlara qibtə etsin. Niyə gizlədim, oxuculara təqdim edəcəyim yazıçının arzuları həm də mənim öz arzularımdı. Mən də istəyirəm ki, Yerdə ədalətli bir cəmiyyət qurulsun. Mən də istəyirəm ki, insanlar bizim kiçik planetdə azad yaşasınlar. Mən də öz qəhrəmanım kimi cənnəti təkcə o dünyada yox, həm də bu dünyada görmək istəyirəm.
    Özümçün qeydlər edir, obrazlara ad tapır, hadisələrin ardıcıllığını, yazıçının “marşrutunu” dəqiqləşdirməyə çalışırdım. Amma orasını da hiss edirdim ki, bu, çoxplanlı, polifonik bir əsər olacaq. Burada fantastika ilə reallıq dialektik qaydada çulğaşmalı idi.
    Qar isə səngimək bilmirdi.
    Şamdan sonra yenə dəniz kənarında gəzişib öz isti otağıma qayıtdım. Yaxın bildiyim adamlara zəng vurub, kiçik mizin arxasına keçdim. Qeydlərimi bir daha nəzərdən keçirdim.
    Həmin gecə əvvəlki günlərə nisbətən rahat yatdım.
    Artıq dediyim kimi, bir neçə gün əvvəl qocaman şair dostumu torpağa tapşırmışdıq.
    Mən bu qarlı qış gecəsi çox maraqlı bir yuxu gördüm. Gördüm ki, şair dostum bir ədəbi tədbirdə iştirak edir. Özü də çox gəncləşib. Belə ki, kişinin seyrək, ağ saçarının yerinə zil qara, uzun tüklər gəlib. Sifətinin qırışları itib. Yay göynəyinin altından əzələli qolları görünür. Onun çiynində bir çanta var və o çantadan gümüşü rəngli bir antennanın ucu görünür.
    Dostumla görüşüb-öpüşürük. Hal-əhval tutandan sonra deyirəm ki, dostum, axı biz səni bu yaxınlarda dəfn etmişik. O, gülüb deyir ki, bilirəm, hər şeyi yaxşı xatırlayıram, siz məni qarlı bir qış günü dəfn etmişdiniz, indi yay fəslidir, aradan çox vaxt keçib.
    Yuxuda mən çaşıb qalıram. Soruşuram ki, bütün bunlar necə baş verib, o, bura necə gəlib? O, gülüb əlini çiynimə qoyur, bic-bic göz vurur. Yəni, hələ bilmədiyim çox işlərin olduğuna işarə vurur. Bu, yuxu olsa da belə, mən öz dostumdan yenidən həyata gəlməyin bəzi sirlərini öyrənmək istəyirəm. Axı günlərin bir günü mən özüm də indi dostumun getdiyi o sirli aləmə gedəsi olacağamm. Ümumiyyətlə, gec-tez hamı oraya getməli olur. Amma oradan qayıdanlar olmayıb. Budur, dostum o dünyadan qayıtmış ilk adamdır. Getməyin yolu bir yana, gəlməyin yolunu niyə soruşub öyrənməyim?
    Biz bir kənara çəkilib astadan söhbət edirik.
    Bu zaman mənim mobil telefonum zəngi eşidilir. Düyməni basıb dəstəyi qulağıma yaxınlaşdırıram. Səs gəlmir. Amma az sonra belə məlum olur ki, mənə yox, mərhum dostuma (heç bilmirəm indi ona belə demək nə dərəcədə düzdür) zəng vurublarmış. Şünki şair dostum tez əl atıb çiynindəki çantadan ucu görünən gümüşü antennanı dartaraq rezin kimi uzadır, sonra yenə əlini çiynindəki çantaya salaraq oradan bir dəstək çıxarır, dəstəyi qulağına yaxınlaşdırır, deyəsən hara iləsə, kimləsə nə barədə isə danışır. Danışır, dodağı tərpənir, amma səsi eşidilmir. Dostum telefonla qısa- lakonik, səssiz söhbətini başa çatdırandan sonra gülümsəyir. Düzü, bilmirəm, bu necə baş verdi, mənim telefonuma zəng gəlsə də danışa bilmədim. Amma o zəngi eşidən kimi dostum öz telefonunu işə saldı.
    Bizim uzun illər zarafatımız olub. Mən özümü saxlaya bilmirəm. Gülüb ondan soruşuram ki, kiminlə danışırdın, təzə öyrəndiyin bu dil nədir belə, yoxsa “qarğa dili” danışıb kiminləsə məzələnirdin? Z.ng edən oradakı xanım tanışlarından deyildi ki?
    Dostum çox ciddi şəkildə deyir ki, o, Marsdakı yadplanetlilərlə danışır. Danışdığı dil də onların dilidir. Bu dildəki sözlər səssiz tələffüz olunur. Hə, orasını da deyim ki, dostum xarici dili çox tez öyrənən adam idi. Bir dəfə Estoniyaya ezamiyyətə gedibmiş, özünün deməsinə görə, qısa bir vaxtda estonların dilini-əməlli başlı öyrənibmiş. Arada görürdün ki, kefi kök olanda gürcü, alman, ərəb, fars dilində də bəzi söz vəifadələr işlədir. Budur, indi o səssiz bir dil də öyrənib.
    Mən yuxuda olsam da fantastik əsər üzərində işlədiyimin fərqindəyəm. Söhbəti hərləyib-fırlayıb Marsdakı həyat haqda əsər üzərində düşündüyümü, hətta bir neçə səhifə yazdığımı deyirəm.
    Dostum yenə ciddi şəkildə deyir ki, sən nahaq yerə özünü yorub bu mövzuda əsər yazırsan, çünki artıq sənin yaratmaq istədiyin fantast yazıçı Marsdadır, biz onunla dostuq və o, məndən düz bir əsr cavandır.
    Mən məəttəl qalıram. Yenə şair dostumdan nəsə soruşmaq istəyirəm.
    Yenə telefon zəngi eşidilir. Elə bilirəm ki, zəng səsi qəhrəmanımım yanından gələn şair dostumun telefonundan gəlir. Amma şair sanki bu səsi eşitmir və bir andaca harasa çəkilib qeyb olur.
    Sən demə, artıq səhər açılıbmış və öz telefonumda qeyd etdiyim “yaddaş zəngi” səslənib məni yuxudan oyanmağa çağırırmış.
    Mən könülsüz halda çarpayıdan yerə düşdüm. Əl-üzümü yuyub eşiyə çıxdım.
    Ta qar yağmırdı. Günəş çıxsa da havada şaxta vardı.
    Otağıma qayıdandan sonra üzərində işlədiyim əsərin ilk səhifələrini yenidən nəzərdən keçirdim. Bildiyiniz kimi, janrını hələ tam müəyyən etmədiyim bu əsərin ilkin adını bu cür fikirləşmişdim: “FANTAST YAZIÇININ MARSDA DƏFNİ”.
    Və sonra yazılmış vərəqləri cırıb böyrümdəki dolabın gözünə atdım.
    Artıq mənim qəhrəmanım-fantast yazıçı Marsda imiş.
    İnnən sonra bu mövzuda nəsə yazmağa bir ehtiyac vardımı?








  • oktyabr 2026, Firuz M.

  • 3
Roman. Povest. Rusca

Firuz Mustafa

Фируз МУСТАФА ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Oyunlar. Hikayeler. Türkce

Firuz Mustafa

Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar Baku-2023 Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar ünlü bir Azerbaycan yazarı ve filozofutur.......

Tiyatro oyunları. Türkce

Firuz Mustafa

Çatıdaki Bodrum Tiyatro Oyunları Baku-2026 Çatıdaki Bodrum Tiyatro Oyunları ünlü bir Azerbaycan yazarı ve filozofutur. 100'den fazla bilimsel, sanatsal......

Romanlar. Türkce

Firuz Mustafa

Cennet Çiçegi Romanlar BAKI.2026 Cennet Çiçeği romanlar Ünlü Azerbaycanlı yazar 'nın yeni kitabı, üç romanından oluşuyor. Bu romanlardaki olaylar farklı......

Mini- mono hekayələr

Firuz Mustafa

Mini- Mono- Mikro Hekayələr Bakı- 2021 mini- mono- mikro hekayələr Oxuculara təqdim edilən kitabda nın qələmə aldığı “mini-mono-mikro” (qısa) hekayələri......

Hekayələr. Nəsr

Firuz Mustafa

Nəsr Hekayələr Bakı-2025 Nəsr hekayələr nın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən yüzdən çox bədii və......

Romanlar. Povestlər. Nəsr

Firuz Mustafa

Nəsr romanlar povestlər Bakı-2025 .Nəsr. Romanlar.Povestlər. Bakı.2025,640 Tanınmış yazıçı-filosof nın yeni kitabına müəllifin müxtəlif dövrlərdə qələmə aldığı nəsr əsərləri (romanlar və......

Poetik tərcümələr

Firuz Mustafa

Poetik Tərcümələr Bakı-2026 Bədii tərtibatçı: A. Mustafa Redaktor: H.Hüseynova ©yev,2026.,səh.262 Kitabda nın dünya ədəbiyyatından etdiyi poetik tərcümə......

Əlahəzrət Söz (Ədəbi qeydlər)

Firuz Mustafa

Əlahəzrət Söz Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Fi¬ruz Mustafa əlahəzrət söz ədəbiyyat. ədəbi şəxsiyyətlər. Sizə təqdim olunan kitabda nın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Persona (Memuar)

Firuz Mustafa

Persona (memoirs) Bakı- 2027 Persona (memoirs) Oxuculara təqdim edilən kitabda nın ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı memuar janrında qələmə aldığı portret-oçerklər,......