...
  • Mini- mono hekayələr
  • Firuz Mustafa


  • Firuz Mustafa




    Mini-
    Mono-
    Mikro

    HEKAYƏLƏR
















    BAKI- 2021



    Firuz Mustafa


    mini-
    mono-
    mikro

    hekayələr

    Oxuculara təqdim edilən kitabda
    Firuz Mustafanın
    qələmə aldığı “mini-mono-mikro”
    (qısa) hekayələri
    və deyimləri toplanmışdır.

    ©Firuz Mustafa.2021. səh.406






    MÜNDƏRİCAT:





    MİNİ hekayələr

    KÜRK
    s.03
    İNTİHARIN MÜƏLLİFİ
    s.05
    KEÇMİŞDƏN GƏLƏN QADIN
    s.09
    TƏBƏSSÜMLÜ FOTOŞƏKİL.NEKROLOQ
    s.11
    ADAM YEDİYİNİN PULUNU VERƏR
    s.13
    QONAQLA NAHAR
    s.16
    “ÖMÜR ÜÇBUCAĞI”
    s.19
    AYYAQQBI
    s.22
    KÖPƏYİN QOCALIĞI
    s.23
    CİNAYƏTSİZ CƏZA
    s.26
    GÜZGÜDƏKİ QADIN
    s.29
    “KABİNET” ƏBLƏHİ
    s.31
    KONTR-ADMİRALIN ARVADI
    s.33
    AĞASİF KİŞİNİN SİYASİ YUXULARI
    s.37
    TELEFON OLMAQ FACİƏSİ
    s.41
    ƏYYAŞIN “Gündəliyindən”
    s.46
    PİS ADAMLARA GÖRƏ UZUN YAŞAMAQ ARZUSU
    s.50
    AĞLAYAN FOTO-ŞƏKİL
    s.55
    SƏTTAR MÜƏLLİMİN “YOL XƏRİTƏSİ”
    s.60
    QƏMLİ MAHNI
    s.63
    QATİL TELEFON
    s.65
    QOCA, İT VƏ PİŞİK
    s.68
    JEST
    s.70
    Qanad və buynuz
    s.73






    MONO hekayələr

    АVTOBUS-DÖVLƏT
    s.75
    BIR QƏPİK
    s.80
    BAŞ
    s.86
    AĞSAQQAL
    s.90
    ŞƏRİKLİ UŞAQ
    s.93
    ÇALMA
    s.98
    XALQ ADAMI
    s.101
    PARTİYADÜZƏLDƏN
    s.106
    FİLОSОF
    s.111
    VİRTUAL ARVAD
    s.117
    ƏCDADLARIMIZ
    s.122
    “İMTAHAN KABİNƏLƏRİ”
    s.126
    BİZ, YAPONLAR VƏ QILINC
    s.131
    DЕKRЕT YЕRİ
    s.134
    “SAŞA”
    s.137
    AĞI
    s.140
    MİKRO hekayələr

    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR (və Yaxud SKLEROZLAR ÜÇÜN YADDAŞ)
    s.149





    MİNİ
    hekayələr




    KÜRK

    Əri tez ölmüşdü. Dörd üşaqla bir damın altında qalmışdı. Uşaqlardan üçü qız, birisi- ən kiçiyi isə oğlandı. Dolanışıqları çətin idi. Xanım özünü daim zorla çəkib aparmaq istədiyi ağır yükün altında hiss edirdi.
    Qış gəlmişdi. Qar qapının ağzını almışdı.
    Uşaq bir gün soyuqdan əsə-əsə Xanıma dedi:
    -Ana, mən soyuqdan donuram. Bax indi uşaqlarla oynamağa gedirəm. O qapının ağzından asdığın kürkü verərsənmi geyim?.
    Qapının ağzındakı kürk uşağın atasının idi.
    Xanım ərindən qalma qalın kürkü göz qabağından asmışdı. Ona nədənsə elə gəlirdi ki, əri günlərin bir günü qayıdıb gələcək, kürkünü geyib yenə öz iş-gücünün arxasıyca gedəcək, onu çəkib aparmaq istədiyi ağır yükün altından xilas edəcəkdi..
    Uşaq da yaxşı bilirdi ki, bu, onun atasının kürküdür. Amma o, anasından fərqli olaraq çox dəqiq bilirdi ki, atası heç zaman gəlməyəcək. Yaşlı adamlardan eşitmişdi ki, o dünyaya gedənlərdən heç kəs indiyəcən geri dönməyib.
    Xanım uşağa təsəlli verirmiş kimi dedi:
    -Bu kürk sənə böyükdür, böyüyəndə geyərsən, mənim balam.
    Uşaq dedi:
    -Geyinib baxmışam, əynimə yaxşı oturur.
    Xanım susdu. Bilirdi ki, kürk uşağın əyninə böyükdür.
    Bir azdan uşaq öz dostları ilə oynamağa getdi.
    Qadın kürkü qapının ağzından götürüb taxtın üstündə qalaqlanmış palazın arxasında gizlətdi.
    Həmin qış uşaq soyuqlayıb sətəlcəm oldu. “Göy öskürək” onu boğurdu.
    Havaların sınması da heç nəyi dəyişmədi. Əksinə, uşaq get-gedə şam kimi əridi və ilıq-günəşli bir qış günü gözlərini bu dünyaya yumdu.
    Uşağı atasının yanında dəfn etdilər.
    İki gün sonra yenə qar yağdı.
    Xanım kürkü aparıb qoşa qəbrin üstünə sərdi. Ta nə uşaq üşüyəcəkdi, nə də onun atası.









    İNTİHARIN MÜƏLLİFİ

    Təhsil aldığı universiteti bitirəndən sonra özünə iş tapa bilmədi, çıxıb Rusiyaya getdi. İxtisasca neft mühəndisi olsa da, Yakutiyada tikinti sahəsində fəhlə işləməyə başladı. Ticarət mətkəzi inşa edirdilər. Oraların qışı çox soyuq olurdu.
    Sən demə, dünyada insan yaşayan ən soyuq yer də elə Yakutiyada imiş. Rusların “Оймяко́н” (Oymyakon), yeli əhalinin, yəni yakutların isə “Öyməkəən” dedikləri bu kənddə soyuq havanın temperaturu şaxtalı günlərdə yetmiş dərəcəni ötürmüş. Düzdür, o, özü həmin kənddə olmamışdı. Amma onunla işləyən fəhlələrdən biri- Vova adlı rus oğlan vaxtilə həmin kənddə bir müddət buldozerçi işləyibmiş.
    Tikintidə çalışanlar içkiyə meylli adamlar idi. Hər halda, onunla çiyin-çiyinə işləyən fəhlələrin az qala hamısı işdən sonra “atışıb” (özləri demiş, “sobrazim” eləyib) şənlənirdilər. Bu, “atışma” az qala hər gün təkrar olunurdu. O, əvvəllər, yəni ilk günlər içməkdən qəti boyun qaçırırdı. Və buna görə iş yoldaşları ona sataşırdılar. Sonralar kollektiv üzvləri biləndə ki, o, neft sahəsi üzrə ali təhsilli mühəndisdir, bu eyham dolu sataşmaların keyfiyyət və kəmiyyyəti bir qədər də artdı. Ona deyirdilər ki, sən neft ölkəsində doğulmusan, özün də neft mütəxəssisi, nə əcəb öz vətənində qalıb işləməmisən? Onun bu suallara zarafatla cavab verməkdən başqa çarəsi qalmırdı:
    -Görünür, mən zəif mühəndisəm, ona görə işə götürməyiblər.
    Əslində isə, o, ali məktəbi pis qiymətlərlə bitirməmişdi. Sadəcə, nə qədər vurnuxub çalışsa da ixtisasına uyğun iş tapa bilməmişdi. Sonra məlum olmuşdu ki, nəinki öyrəndiyi ixtisas üzrə, elə başqa sahələrdə də iş tapmaq müşkül iş imiş. Keçmiş tələbə dostlarından biri onu ərzaq dükanında qarovulçu düzəltmək istədi, o iş də alınmadı. Bir müddət boş-boşuna dolandı. Atası vəfat etmişdi. Bacısı məktəbdə kitabxanaçı işləyirdi. Anası təqaüdçü idi. Onlardan cibxərcliyi istəməyə üzü gəlməsə də, hərdən səhərlər evdən çıxanda şalvarının arxa cibində “siqaretpulu” qoyulduğunun fərqinə varardı. Bacısı nişanlı idi. Anasının ürəyində problem vardı.
    Sonra uzaq qohumlarından birisinin təklifi ilə Rusiyaya, Yakutsk şəhərinə getdi. Qohumu bazarda meyvə alveri ilə məşğul olurdu. Əvvəllər o da bu işə girişmək istədi. Alınmadı. Əlindəki pulun hamısı xərclənib getdi. Bildi ki, nəinki iri biznes, hətta ən kiçik alver belə, onluq deyil, bunun üçün nəsə xüsusi bir qabiliyyət və ya natura lazımdır. Geri dönməyə üzü gəlmirdi. Götür-qoy edib tikintidə işləmək qərarına gəldi. İş ağır idi. Amma maaş pis deyildi. Yaxınlıqdakı yataqxanada Vova ilə bir otaqda yaşayırdı.
    Az sonra iş yoldaşları ilə “həmrəylik” nümayiş etdirməyə başladı. Artıq o da işdən sonra “atışanların” dəstəsinə qoşulmuşdu. Arada bacısı və anası ilə əlaqə saxlayırdı. O, bilirdi ki, nişanlı bacısına cehiz almaq, anasının ürəyini isə əməliyyat etmək lazımdır. Əlbəttə, bunlarçün pul lazım idi. Telefonda uzun-uzadı danışmağı sevən anası oğluna öyüd-nəsihət verir, artıq evlənmək yaşının çatdığını bildirirdi. O isə özünün yalnız bir cəhətindən -indiyəcən ailə qurmamasında çox məmnun idi.
    Adi günlərdə işdən sonra, şənbə və bazar günlərində isə bütün günü içirdilər.
    Yakutska gələndən sonra aldığı maaş onun yalnız yeyib-içməyinə çatırdı. Bir də köhnə ixtisasına aid kitablar alıb yığırdı otaqdakı kiçik kitab rəfinə.
    ... Bir səhər Vova səhərə yaxın yuxudan duranda gördü ki, dostu yerində deyil. Gedib hamama, tualetə, mətbəxə, hətta geri dönüb dəmir çarpayının altına baxdı. Çarpayının altında boş içki şüşələrindən başqa bir şey yoxdu. Sövq-təbii kitab rəfinin arxasına da göz gəzdirdi.
    Sonra Vova pəncərədən çölə boylandı. Hava hələ tutqun idi. Qapını açıb eyvana çıxdı. Təəccübləndi. Dostu eyvanda idi. Amma sanki onun boyu bir xeyli uzanmışdı. Vova başını qaldırıb aşağı-yuxarı baxdı. Onu dəhşət bürüdü. Dostunun boğazında kəndir vardı və o kəndirin ucu eyvanın beton tavanındakı armatura bərkidilmişdi. Otaq yoldaşının ayağı yerdən üzülmüşdü. Kiçik ağac kətil böyrü üstə idi.
    Vova bu anlarda başı az qala tavana dəyən dostunun necə əzəmətli bir adam olduğunu sanki birdən-birə dərk edib ucadan hönkürdü.
    Balışın altından tapılan bir vərəqlik kağızda cəmi beş söz yazılmışdı: “Məni bağışlayın. İntiharı özüm seçdim”. Vəssalam. Yəqin ki, bu sözlər yad yerdə qoyub gəldiyi doğmalarına və dostu Vovaya ünvanlanmışdı. Lap elə gələcəkdə bu işi araşdırmağa başlayacaq müstəntiqlərə də işarə olunurdu ki, ölümümdə heç kəsi ittiham etməyin, intiharın müəllifi mən özüməm.






















    KEÇMİŞDƏN GƏLƏN QADIN

    Hə, o vaxt indiki Neft Akademiyasında təhsil alırdılar.
    Mən onların, necə deyərlər, saathesabı müəllimi idim.
    O, həmişə ön sırada əyləşən, mühazirələrə diqqətlə qulaq asan, seminar məşğələlərində məntiqi çıxışları ilə seçilən bir qız idi. Ağlı və gözəlliyi bir-birini tamamlayırdı. Ciddi texniki sahənin mütəxəssisi olacaqdı. Zarafatla ona “gələcəyin şanlı neftçisi” deyərdim. Bəli, neft mühəndisliyi sahəsi üzrə təhsil alırdı.
    Aradan illər, onillər keçdi...
    Şəhərin ensiz, səliqəsiz küçələrindən birində qucağı cürbəcür sabun və ətirlərlə dolu bir qadın düz üstümə yeridi. Küləyin qarışdırdığı çirkli-boz saçları onun sifətinin çox hissəsini örtmüşdü.
    -Yaxşı kişi adekolonu, diş pastası var. İstəmirsən ki?
    Harasa tələsirdim. Başımı bulayıb bu “küçə biznesmeninin” böyründən ötüb keçmək istəyərkən qadın saçını əli ilə arxaya atıb dedi:
    -Bıy, məni tanımadınız, müəllim. Vaxtilə siz AZİ-də bizə dərs demisiz. Fəlsəfə müəllimim olmusuz.
    Ayaq saxlayıb diqqətlə bu xanımın çöhrəsinə nəzər saldım. Nəsə taniş gəlirdi.
    O, çəkinə-çəkinə dedi:
    -Yadımdadır, Siz o vaxt mənə “gələcəyin şanlı neftçisi” deyərdiniz. Özüm də əlaçı idim. Amma mən... Mənim gələcəyim bax bu cür oldu...
    Mən qəfildən o illəri xatırladım. Bakının küləyi sanki təkcə küçələrə deyil, elə bu qarşımdakı qadının sifətinə də hopmuş zaman tozunu bir anlığa silib-süpürüb apardı. Qəfildən onun gənciyi gəldi gözümün önünə. Bu üzgün, bu yorğun sifətdə bir insan ömrünün keçmişi və gələcəyi əks olunmaqda idi.
    Keçmişdən gələn qadın boz kölgə kimi yanımdan ötüb keçdi.





















    TƏBƏSSÜMLÜ FOTOŞƏKİL.NEKROLOQ

    İşdən çıxan kimi fotoqrafa baş çəkdi. Şəklini çəkdirdi. Qəzetdə haqqında məqalə gedəcəkdi. Məqalə müəllifi olan gənc və gözəl xanım ona demişdi ki, çalışın şəkildə gülümsəyəsiz.
    O, özü yaxşı bilirdi ki, qaraqabaq adamdır. Çox nadir hallarda eyni açılır, üzü gülür. Amma bu gün haqqında məqalə yazan həmin o gənc və həm də gözəl xanımın xahişinə əməl etməyə çalışdı. Fotosalonun ortasında qoyulmuş kresloya əyləşəndə özünü ələ aldı, ciddiyətli ədasını atıb gülümsədi. Özü də bilirdi ki, bu, ürəkdən gələn gülüş və ya təbəssüm deyil. Fotoqrafın əlinin altındakı düymə şaqqıldadı, ani olaraq onun üz-gözünü bir işıq küləyi dalayıb keşdi.
    Fotosunu əlinə alıb baxanda az qala heyrətlənəcəkdi; ilahi, dodaqlarına qonmuş təbəssüm, lap elə bir az saxta olsa da, ona necə də yaraşırmış. Heç şübhəsiz ki, bu şəkil onun barəsində məqalə yazmış o gözəl, gənc xanımın da xoşuna gələcəkdi...
    Fotoşəkli qızın işlədiyi qəzetin ünvana göndərdi.
    ...Səhərisi gün həmin şəkil populyar qəzetin son səhifəsində qara çərçivədə, nekroloq yazısında, daha doğrusu nekroloq yerinə nəşr olundu. Onun gülümsər çöhrəsi necə də nurlu idi.
































    ADAM YEDİYİNİN PULUNU VERƏR

    Rayon polis idarəsinin rəisini qəsəbənin sahə müvəkkili, yəni “uçastkovı” Məmiş Qubuşov müşayət edirdi. Rəis qəsəbədədəki yeni tikili, “uçastkovıy punkt” ilə tanış olandan sonra xidməti maşınına əyləşib getmək istəyəndə Məmiş Qubuşov tez əl-ayaşa düşdü:
    -Cənab rəis, siz bizim qəsəbəyə ilk dəfədir gəlirsiz. Xahiş edirəm, qızıldan qiymətli vaxtınızdan beş-on dəqiqə ayırasız.
    Rəis soruşdu:
    -Nə olub ki?
    Məmiş Qubuşov dedi:
    -Nahar vaxtıdır. Orada, çayın kənarında sizin adınıza layiq bir xudmani yeməkxana var. Gedək bir tikə çörək kəsək.
    Rəis işi olduğunu desə də Məmiş Qubuşov əl çəkmədi.
    Xülasə, getdilər həmin tərifli yeməkxanaya.
    Yedilər, içdilər. Ayağa durdular. Sonra rəis bayaqdan bəri onlara qulluq edən kök kişini çağırdı. Kök kişi az qala qaça-qaça yemək yeyənlərə yaxınlaşdı. Rəis əlini cibinə salıb yeməyin pulunu çıxardib vermək istəyəndə əvvəlcə kök kişi sual dolu baxışlarla sahə müvəkkilinin, sonrasa sahə müvəkkili mənalı baxışlarla kök kişinin üzünə baxdı. Kök kişi əlini sinəsinə qoydu, bir-iki addım geri çəkildi. O, sanki bununla demək istəyirdi ki, bəyəm elə şey olar, mən belə hörmətli qonaqdan heç pul alaram? Rəisi maşınacan ötürdülər. Sonra hərə getdi öz işinin dalısıyca.
    Bir müddət sonra kök kişi sahə müvəkkili Məmiş Qubuşovun yenicə istifadəyə verilmiş “punktuna” yaxınlaşdı. Təzədən xoş-beş etdilər. Kök kişi bayaq yediklərinin pulunu istədi.
    Sahə müvəkkilini sanki ilan vurdu:
    - Bayaq rəis pul verəndə alaydın də. Sən nə abırsız adamsanmış... Mən də elə bilirəm sən buraya təzə tikilmiş “punkta” şirinlik vermək üçün gəlmisən. Nə pul, nə yemək?
    Kök kişi dedi:
    -Onsuz da mən hər ay sənin haqqını verirəm də...
    Sahə müvəkkili:
    -Onun buna nə dəxli? İlk dəfədir ki, polisdən pul istəyən adam görürəm. Get ağlına dua yazdır.
    -Demək, yediyinizin pulunu vermirsən.
    -Hünərin var, get rəisdən al.
    -Yaxşı, onda rayona yolum düşəndə rəisdən alaram özüm...
    Məmiş Qubuşov hirsli-hirsli dedi:
    -Bəli, görsən alarsan. Lap elə de ki, ay rəis, yekə kişisən, adam yediyi zadın pulunu verər.
    ...Polis rəisi kök kişini tanıyıb onu mehribanlıqla qarşıladı.
    Kök kişi mətləb üstünə gəlib dedi:
    -Bilirsiz mən buraya nə üçün gəlmişəm? Gəlmişəm onu deyəm ki, ay rəis, yekə kişisən, adam yediyi zadın pulunu varər.
    Rəis matdım-matdım kök kişinin üzünə baxdı; təəccübdən, heyrətdən onun ağzı açıla qalmışdı. Bu hal bir neçə dəqiqə çəkdi.
    Qəribə bir hala düşmüş rəisə yazığı gələn kök kişi sakitcə irəli yeridi, iri-ətli əllərini irəli uzadıb onun alt və üst çənələrini basıb bir-birinə yaxınlaşdırdı. Rəisin ağzı yumuldu və o, əlini cibinə atdı...























    QONAQLA NAHAR
    (olmuş əhvalat əsasında)

    Səməd yanındakı adamı öz rəisi ilə tanış etdi:
    -Cənab rəis, tanış olun. Bu, mənim orta mətəb yoldaşımdır. On il bir partanın arxasında əyləşmişik. Ən etibarlı dostlarımdan biridir. İndi mənim qonağımdır.
    Rəis öz müavinin dostuna əl verdi. Bir peşəkar səriştəsi ilə qonağı ötəri də olsa süzdü. Səmədin dostu ucaboy, enli çiyinli, səliqəli geyimli, saçlarına təzəcə dən düşmüş cavan bir adamdı.
    Nahar fasiləsi yaxınlaşırdı. Rəisin təklifi ilə idarənin birinci qatında yerləşən yeməkxanaya endilər. Rəis ehtiram əlaməti olaraq qonağı irəli buraxdı.
    Az sonra mizin üstü müxtəlif çərəz, məzə və yeməklərlə doldu. Qonaq rəislə üzbəüz əyləşmişdı. Səməd arada öz dostu ilə bağlı məzəli uşaqlıq xatirələrini danışırdı. Hər üçü ürəkdən gülürdü.
    Rəis qonağa xüsusi diqqət yetirir, hinduşkanın yekə tikələrini, habelə qabığını soyduğu narıngi və bananı müavinin şagird yoldaşının qarşısındakı boşqaba düzürdü. Səməd və onun qonağı rəisin bu hörmət-izzətindən çox məmnun olmuşdular. Sən demə, zahirən kor-kobud adam təsiri bağışlayan rəisin piy basmış sinəsinin altında zərif və həssas bir uşaq qəlbi varmış.
    Səmədin rəisi çəngəli yenə iri bir hinduşka tikəsinə pərçimləyib qonağın boşqabına sarı uzadarkən, sanki birdən nəyisə xatırlayıbmış kimi əl saxlayaraq Səmədə sarı döndü. Və soruşdu:
    -Səməd müəllim, bayaqdan sizin uşaqlıq xatirələrinizi çox maraqla dinləyirəm. Hiss olunur ki, dostunuz da çox dünyagörmüş adamdır. O, indi harada işləyir, sənəti-peşəsi nədir?
    Səməd əlindəki çəngəli dostunun boşqabına sarı uzadan rəisinə sonsuz bir ehtiram və minnətdarlıqla baxataq dedi:
    -Mənim dostum tornaçıdır...
    Rəis təəccübləndi:
    -Nə?
    Səməd gülümsəyərək dilləndi:
    -Dostum tokar işləyir, cənab rəis.
    Rəis Səmədin dostunun boşqabına sarı uzatdığı çəngəli cəld, kəskin bir hərəkətlə fırlayıb öz ağzına sarı apardı və iri tikəni ordunda oynada-oynada, fısıdayaraq ayağa durdu:
    -Mənim işim çoxdur. Getməliyəm. Hələlik.
    Səməd və onun qonağı təəccüblə yeməkxananı tərk etməkdə olan rəisi süzdülər. Ta heç kəs danışmadı. Qapıdan çıxan rəisin boynunun arxasında qarmon körüyünün hava doldurulan dilləri kimi üst-üstə “hörülmüş” piy qatları yığılıb-açılırdı. Və əsəbi şəkildə tərpənən bu piy qatlarından bilinirdi ki, rəis ağzındakı iri hinduşka tikəsini ordunun birindən o birinə keçirməkıə hələ də çeynəməkdə idi.
    Az sonra Səmədlə onun dostu da ayağa durub qapıya yaxınlaşdı.





























    “ÖMÜR ÜÇBUCAĞI”

    Özəl firmalardan birində hesabdar işləyən Əsədulla qəzetdə verilən elan vasitəsi ilə tapıb aldığı kompüteri evdə bir daha yoxladı, onun disket sandıqçasını, yaddaşını, ekranını, işarə və yazı xəzinəsini gözdən keirdi. Hə, Əsədulla bu işlənmiş kompüteri əldən almışdı. Onu satan adam yaşlı bir xanım idi. Özünün dediyinə görə, vaxtilə orta məktəbdə müəllim işləmiş, indi təqaüdə çıxmışdı. Qarının oğlu jurnalistmi, yazıçımı, reportajçımı, hər nəsə buna bənzər bir peşə sahibi imiş və hansısa radioda çalışırmış. Bir neçə il əvvəl xəstələnib vəfat edib. “Pulsuzluqdan öldü mənim oğlum, dava-dərman ala bilmədik”. Bu sözləri deyərkən yaşlı xanımın gözləri yaşarmış, səsi qəhərlənmişdi.
    Kompüterin yaddaşındakı bir yazı Əsədullanın marağına səbəb oldu. Bu yazı elə ilk sətrindən ən laqeyd adamın belə diqqətini çəkə bilərdi: “Əcəl onu baharın ilk günü öz evlərinin qarşısındakı kiçik bağçada haqladı...” Bu, nəsə böyük bir yazı idi. Çox güman ki, bədii əsərdi. Deyəsən roman, ya da povest idi.
    “Ömür üçbucağı”. Hə, əsərin adı belə idi.
    Hələ ilk gəncliyindən mütaliə etməyi xoşlayan Əsədulla həmin yazını bir günə oxuyub başa çatdırdı. Deməli, orada bütün ömrü boyu tək-tənha yaşayan bir adamın həyatının sön günündən, onun bir neçə saat ərzində keçirdiyi iztirablardan, bu tənha qocanın ilk sevgisindən, taleyin ona vurduğu amansız zərbələrdən bəhs edirdi. Yazının qəhrəmanı təkcə insan deyil, həm də zaman idi: dünən, bu gün, sabah. Yəqin ki, müəllif elə bu “üçbucağı” nəzərdə tutulurdu. Əhvalat onu yaman tutmuşdu.
    Yazının janrını müəyyən edə bilməyən və bu barədə oxuduğu materialda heç bir məlumata rast gəlməyən Əsədulla həmin günün səhəri mobil telefonunun yaddaşında qalmış nömrəyə zəng etdi. Artıq bir neçə dəfə danışıb söhbət etdiyi, kompüteri alıb pulu ödəyən zamansa əyani tanış olduğu yaşlı xanımın dəstəkdə tanış səsi eşidildi.
    -Salam. Buyurun, eşidirəm.
    -Salam, xala. Mən sizdən kompüter alan adamam. Bilirsiz nəyə görə zəng etdim? Məsələ burasındadır ki, yaddaşda bir yazıya rast gəldim... Deyirəm, bəlkə...
    Qadın dəstəkdə hıçqırdı.
    Onlar səhərisi gün yaşlı qadının evində görüşdülər. Sən demə, həmin əsərin kağız variantı qarının stolunun üstündə imiş. Bu, bir növ sənədli bir roman idi. Əsərin müəllifi qadının oğlu, baş qəhrəmanı isə xanımım dost-doğmaca qardaşı imiş.
    Qadın öz-özünə danışırmış kimi asta səslə gileylənirdi:
    -Qardaşımın ölümü məndən çox oğluma təsir etmişdi. Mənim təsəllimin bir xeyri olmadı. Oğlum dayısı haqda bu əsəri yazsa da, onun çapını görə bilmədi. Əcəl buna imkan vermədi. Bir yandan da pulsuzluq... Mənim az-çox savadım var, müəllimə işləmişəm. Bilirəm roman nədir, povest nədir. Bu əsərin janrı yəqin ki, roman-elegiyadır, oğlum. Mən hər gün içimi yeyə-yeyə yazı stolunun üstündə saralan bu vərəqlərə baxıram...
    Aradan çox keçməmiş dünyadan nakam köçmüş yazıçının roman-elegiyası kitab şəklində çap olundu.
    “Ömür üçbucağı” çox qısa bir zamanda satıldı.
























    AYYAQQBI

    “Ağlın varıydı davaya getməyəydin, ata. Getməsəydin indi ayağın da yerində idi”.
    Qapının ağzında dayanmış oğlunun dediyi bu sözlər güllə olub Cəmilin sinəsinə pərçimləndi. Dodaqlarının səyridiyini, sifətinin əyildiyini özü də hiss etdi. Uşaq ondan təzə ayaqqabı almağa pul istəmişdi. Cəmil uşağa zarafatla: “Bax gör dükanda tək ayaqqabı satırlarsa, mənə də birini al”.
    Cəmil ayağının birini müharibədə itirmişdi. İndi bir qarış boyu olan bu uşağın verdiyi “ağıllı” cavab onun ağlına başından almış, dünyasını üstünə uçurmuşdu sanki.
    Özü də bilmədi ki, protez ayağını yerdən necə üzdü, qapıya necə yaxınlaşdı, qorxu və heyrətlə onun gözünə baxan oğlunun sifətinə şapalağı necə çəkdi.
    Uşaq qara kölkə kimi yerə sərildi.
    Cəmil sövq-təbii əyilib oğlunu yerdən qaldırmaq istədi. Qəfildən protez ayağının çıxdığını hiss edib daha da əsəbiləşdi. Özü də uşağın yanında yerə uzanıb geri-geri dartındı. “Düzəltmə” ayağı yerindən çıxdı.
    Cəmil bir əli ilə hıçqıran oğlunu, o biri əli ilə protez ayağını qucaqlayıb bağrina basdı. Gözü qapının ağzındakı tək ayaqqabıya sataşdı.



    KÖPƏYİN QOCALIĞI

    Bu, heç görünməmiş iş idi. Sədi səhər tezdən tövlədəki heyvanları yemləyəndən sonra, itin yalını vermək üçün hinə yaxınlaşdı, çuğun qazanda hazırladığı yalı köpəyin burnunun ucuna qoydu. İt uzun dilini çıxarıb horta-hortla, iştahlı adamlar kimi yalı içməyə başladı. Yalın içində bir-iki tikə irisümüklü ət parçası da vardı.
    Sədi günortaüstü hinin qarşısından keçəndə boşalmış çuğun qabı itin qabağından götürmək istədi. Qabı götürəndən sonra, tox adamlar kimi məmnuniyyətlə, sakit-sakit üzünə baxan itin başına bir sığal da çəkdi. Bu əsnada Sədinin gözünə kənara atılmış irisümüklü ət parçası dəydi. Yəqin ki, bu sümük köpəyin ağzından qopub və ya sürüşüb kənara sıçramışdı. Paslı zəncirlə bağlanmış itin ağzı bu sümüyə çata bilməzdi. Ona görə də Sədi sümüklü əti götürüb itin ağzına yaxınlaşdırdı. Bax, görünməmiş hadisə də həmin an baş bverdi. İt iri sümüyü, daha doğrusu sümüklü əti yox, başını irəli uzadıb Sədinin əlini qapdı...
    Anası onun barmağını tənziflə sarıyıb ürək-dirək verdi. Sonra qonşuluqda yaşayan qoca feldşerin evinə getdilər.Kəndin çoxbilmiş müdrik loğmanı Sədinin yanına bir iynə vurub, “ta qorxusu yoxdur”-deyə, əminliklə bildirdi.
    Sədi iti azdırmaq istəsə də anası razı olmadı, “bu, yaxşı bir döldən törəyən heyvandır”-dedi. Sədi seçimində israrlı olsa da anası başqa əsaslı fatlar da gətirməli oldu: “A bala, bu it bu kənddəki adamların çoxundan ağıllıdır. Bəlkə elə o sümüyü yeməməkdə haqlı imiş. Bəlkə o ət parçası zəhərli imiş. İtlər çox ayıq-sayıq heyvanlardır. Adamların bilmədiyi çox şeyi onlar bilir. Evi qorumağa qaravulçu tutası deyilik ki. Pulsuz-parasız qapımızı qoruyur, a bala”.
    Sədi iti azdırmaq fikrindən vaz keçdi. Elə iti yemləməkdən də... Ta səhər-axşam itin yalını anası verirdi.
    Bir-iki gündən sonra Sədinin məzuniyyəti bitdi və o, şəhərə çıxıb getdi. Bu yandan da uğaqlarının yeni dərs ili başlamışdı.
    Üç ildən sonra Sədi uşaqlarını da götürüb kəndə gəldi. Ana öz nəvələrini evinclə qarşıladı. Arada Sədi uşaqlara dedi ki, zəncir bağdakı köpəyə yaxınlaşmasınlar.
    Səhərisi gün Sədi it hininin yanından keçəndə qorxu və həcandan az qaldı qışqırsın. Məsələ burasında idi ki, hinin qarşısındakı iri çay daşının üstendə əyləşmiş kiçik qızının əli, az qala dirsəyinəcən itin ağzında idi. Sədi özünü qışqırmaqdan zorla saxladı. Ehtiyatlı addımlarla irəli yeridi. Bir anlığa başına belə bir fikir gəldi ki, birdən ehtiyatsızlıq edib qışqırsa və ya itə zərbə vursa bu əclaf heyvan əsəbiləşib daha böyük bir faciə törədə bilər. İndi ən mühüm məsələ uşağın əlini itin ağzından çıxarmaq idi.
    Yaxşı, bəs görəsən, uşaq niyə səsini çıxarmır?
    Boynunun ardındakı həniri duyan uşaq başını döndərib atasının üzünə baxdı. Qəribə idi, qızın üzündə qorxudan əsər-əlamət yox idi. Əksinə, uşaq gülümsəyirdi.
    Qız birdən qolunu itin ağzından çıxarıb gülə-gülə atasının həyəcan, əsəb və qəzəbdən səyriyən sifətinə baxıb dedi:
    -Ata, görürsən, bu it mənim xətrimi necə istəyir? O, məni dişləmir, mənimlə oynayır. İndi bacımı da gətirəcəm. Qoy o da bu ağıllı, mehriban itlə oynasın.
    İt ağzını açıb mattım-mattım gah uşağın, gah da Sədinin üzünə baxırdı. İndi köpəyin ağzında bir dənə də diş yox idi.



















    CİNAYƏTSİZ CƏZA

    -Bəzən dünyada elə qəribə işlər, elə qeyri-adi hadisələr baş verir ki, adam az qala inanmaq istəmir.
    -Sözlü adama oxşayırsan, dostum...
    -Bəli.
    -Onda danış, qoy ürəyin boşalsın.
    -Bir qonşumuz vardı. Adı da özü kimi qəribə idi- Qəraib... Bir az dava-şava sevəndi. Xuliqanlıq etdiyinə, dava-dalaş saldığına görə bir-iki dəfə həbs də olunmuşdu.
    -Bu, olan işdir. Həyatda belə adamlar olur... Yaxşı, bəs sənin o qonşunun qeyri-adi cəhəti nədən ibarət idi?
    -Onun heç bir qeyri-adi cəhəti yox idi. Amma başına qeyri-adi bir iş gəlmişdi.
    -Danış görək, o nə işdi elə?
    -Məsələ belə olmuşdu. Məhəllədə Dəcəl adlı sakit, qaraqabaq bir adam vardı. Bir az içəndi. Özü də arvadından ayrılıb tək yaşayırdı. Bir uşaqları da vardı.
    -Yəqin arvadı ondan elə adına və xasiyyətinə görə ayrılıbmış.
    -Hər şey ola bilər... Hə, həmin o Dəcəlin arvadı ərindən ayrılsa da, arada həyət-bacada görünür, əriylə görüşürdü. Deyilənə görə, hər görüşəndə bu Dəcəl adlı sakit adam uşğının anasına pul verirmiş. Nə isə, günlərin bir günü xəbər yayıldı ki, bəs Dəcəl yoxa çıxıb. Arvadı hay-küy qaldırdı. Müstəntiqlər tökülüşüb gəldilər. Qonum-qonşular sorğu-suala tutuldu. Dedilər ki, bəs bir neçə gün əvvəl iki qonşu arasında möhkəm mübahisə olub.
    -Yəqin ki, Qəraiblə Dəcəl arasında, eləmi?
    -Bəli. Düz tapmısan. Mübahisə zamanı Qəraib öz qonşusuna deyibmiş ki, səni öldürəcəm. Budur, indi Dəcəl yoxa çıxıb. O, bu sözü deyərkən yanlarında şahidlər də olub. Şahidlər üzə durdular. Qəraib həbs olundu. Belə məlum oldu ki, o, Dəcəli öldürüb yaxınlıqdakı gölə atıbmış. Meyit tapılmadı. Qəraibə on iki il “iş” verdilər.
    -Elə bu? Burada qəribə olan nədir ki?
    -Səbrli ol... Bir gün eşitdik ki, Dəcəl qayıdıb evinə gəlib. Hamımız heyrətə düşdük. Axı Dəcəl ölmüşdü. O, indi necə “xortlamışdı?..
    -Hə, bax bu, doğrudanda qəribə iş oldu. Bəs sonra?..
    -Sonra Qəraibi həbsdən azad etdilər.
    -Elə bu?
    -O, həbs müddətinin artıq onbir ilini çəkmişdi.
    -Yazıq...
    -Onsuz da onun azadlığa çıxmağına cəmi bir il qalırdı. Qəraib həbsdən çıxandan sonra Dəcəli tapdı. İndi hər ikisi yaşlaşmışdı. Adamlar onları barışdırmaq istəyirdi. Amma Qəraib ipə-sapa yatmırdı... O, köhnə qonşusunu möhkəmcə əzişdirdi. Həmin günün axşamı Dəcəl öldü. Aləm bir-birinə dəydi. Dəcəlin arvadı yenə haray-həşir qopartdı.
    Qəraibi təzədən həbs etdilər. O, məhkəmədə söz alıb belə dedi: “Onbir il əvvəl döyüb zorla boybuma qoydular ki, Dəcəli mən öldürmüşəm. Həbsdən çıxmağıma cəmi bir il qalmış Dəcəl gəlib çıxdı. Məlum oldu ki, o, ölməyibmiş, bu illər ərzində xaricdə imiş. Bəs mənim günahım nə olmuşdu? Mən niyə həbs olunmalı idim? Eləmədiyim cinayətin cəzasını çəkməyimin səbəbkarı məni həbs etdənlərlə yanaşı, həm də Dəcəl idi. Mən həbsdən çıxandan sonra onu tapıb əzişdirdim. Düzü mən onu öldürmək istəmirdim. Fakt budur ki, o, həmin canını tapşırdı. Bilmirəm bu, bir təsadüf idi, ya alın yazısı imiş. Fakt ortadadır. Adam ölüb. Mən indi bu qətldə özümü günahkar sayıram. Lakin siz mənə bir ildən artıq iş kəsə bilməzsiz. Axı mən vaxtilə “öldürdüyüm”, əslində isə öldürmədiyim Dəcələ görə onbir il “yatmışam”. Onsuz da sizin “hesabınıza” görə Dəcəl elə o vaxtdan ölüb və mən də bu “cinayətə” görə öz cəzamı çəkmişəm. Güman edirəm ki, siz mənə bir ildən artıq “iş” kəsə bilməyəcəksiz”. Hə, bax belə...
    -Qəraibə iş kəsdilər?
    -Əlbəttə...
    -Nə qədər?
    -Elə əvvəlki qədər.
    -Hə, bax bu oldu əsl qəribə hadisə...







    GÜZGÜDƏKİ QADIN

    Evə yenə gec gəldi. Açarla qapını açıb içəri keçdi. Deyəsən, arvadı onun gəldiyini hiss etmədi. Bəlkə də bildi, özünü bilməzliyə qoydu.
    Yenə yeyib-içib gəlmişdi. Son günlər sanki başqa bir adamın həyatını yaşamaqda idi. Bir müddər əvvəl dostlarından birinin ad günündə gənc xanımla tanış olmuşdu. O, həmin xanımı hərdən ekranda görmüşdü. Amma belə məlahətli, tədbirli olduğunu ağlının ucuna da gətirməzdi.
    Sonra bu tanışlıq dostluğa çevrildi. Sanki onun suyu sorulmuş dəyirmana bənzər sakit-soyuq həyatına bir istilik gəldi. Payız otu kimi öləzimiş hissləri təzədən, ilk gəncliyində olduğu kimi, cücərməyə başladı.
    Hər görüş özüylə bir sürpriz gətirirdi. Sən demə, bu orta səviyyəli aktrisa xanım öz rolunu həyatda səhnədə olduğundan daha yaxşı oynayırmış. Artıq yaxın dosta çevrilməkdə olan onun ruhuna hakim kəsilməkdə idi.
    Bu gün axşam restoranda görüşmüşdülər. Şampan içib bir-birlərinə xoş sözlər söyləmişdilər. Arada restoranın geniş zalında həzin bir melodiya səslənmişdi və onlar bir-birinə sığınaraq o melodiyanın sədaları altında rəqs etmişdilər. Deyəsən, onların rəqsi restorandakı adamların xoşuna gəlmişdi. Çünki rəqsdən sonra yüngül alqş sədaları onun qulağını dalayıb keçmişdi... Daha sonra o öz təzə tanışını, daha doğrusu dostunu maşınla düz evlərinin yanına aparmışdı.
    ... Sifətinin pörtdüyünü hiss edirdi. Arvadı yuxudan oyanmasın deyə (Allah bilir, bəlkə də o, heç yatmamışdı) ayağının ucunda əlüzyuyana yaxınlaşdı. Sanki onu qəfildən ildırım vurdu. Əlüzyuyanın üstündən ona tanış bir xanım baxırdı. Bəli, bu qadın, bayaq yola saldığı, düz evlərinin yanında maşından düşürdüyü tanış, daha doğrusu dost bildiyi qadın idi. Onlar bir-birinə sığınıb rəqs edirdilər. Qadının qolu onun boynuna dolanmışdı.
    O, tappıltı ilə doşməyə yıxıldı.
    Həkim evin xanımına ürək-dirək verib dedi ki, qorxulu bir şey yoxdur.

















    “KABİNET” ƏBLƏHİ

    İşdən çıxarılandan sonra bir neçə gün özünə gələ bilmədi. Özünə heç yerdə rahatlıq tapa bilmirdi. Amma necə deyərlər, zaman bütün yaraları tədricən sağaldan bir həkimdir. O da yavaş-yavsş “sağalmağa” başladı.
    İşlədiyi illər ərzində bütün köhnə dostlarını itirmiş, əvəzində “yeni dostlar” qazanmışdı. Yeni tapdığı dostların əsas vəzifəsi ona pul yığmaqdan ibarət idi. O, bu pulların bir qismini sağdakılar, bir qismini isə soldakılar üçün xərcləyirdi. Ta işdən çıxarılmışdı, indi nə sağ vardı, nə də sol. Təkcə aşağı və yuxarı vardı. Uşaqları xaricə köçüb getmişdi. Arvadı ilə tək qalmışdı.
    O, həyatda daha çox öz kabinetinin xiffətini çəkirdi. Təsəvvür edəndə ki, indi həmin kabinetdə bir başqası əyləşib, onun kreslosunda bir başqası yayxınıb fırlanır, köməkçisini bir başqası danlayır, katibəsi başqa başqa adama naz satır-onu soyuq tər basırdı.
    Axır ki, bu qara-qura düşüncələrdən çıxış yolunu tapdı. Öz mənzilində keçmiş kabinetinin “kopiyasını” yaratmağa başladı. Əvvəlcə qapıdan başladı, böyük otağın böyük taxta qapısının üstünə qara meşin parça çəkdirdi. Sonra vaxtilə kabinetində olan mebellərdən alıb mənzilinə, daha doğrusu, yeni “kabinetinə” gətirtdi. Kabinetindəki telefon, şkaf, şəkillər, stol-stul, yazı dəsti və digər əşyaların “kopiyasını” müxtəlif mağazalardan əldə edib “kabinetinə” topladı. Bu mebellərlə birgə sanki zaman da dəişirdi, özü də bu dəyişən zaman irəli yox, geri qayıdırdı və həmin dəyişən zamanla birgə o da vəzifəli keçmişinə qayıdırdı.
    Qaldı təkcə katibə və sürücü. Qərara aldı ki, sürücülüyü özü eləsin. Katibə məsələsi üzərində xeyli baş sındırdı. Arvadı qocalmışdı, ondan katibə çıxmazdı. Günlərin bir günü şad xəbər eşitdi, sən demə, təzə rəis keçmiş katibəsini işdən çıxarıbmış. Köhnə idarənin rəhbəri işdən çıxandan sonra kimdir köhnə katibəni işdə saxlayan? Katibə işlədiyi yerin sirr dolu “seyfi” olmalıdır. Seyf demişkən, elə köhnə seyfinin əkiztayını da əldə edib “kabinetinə” qoydu.
    Hə, katibəsinə ismarış göndərdi. Dedi ki, gəlib yeni işə başlaya bilər. “Katibə” geyinib-kecinib deyilən yerə gəldi. Görüşdülər. O, özünün köhnə və həm də yeni katibəsini götürüb evə, “yeni” kabinetinə” gətirdi...
    İki gündən sonra onun yaşlaşmış arvadı evi tərk edib getdi.
    Az sonra katibəsi ilə evlənmək qərarına gəldi.
    Deyirdilər, kişinin başına hava gəlib.









    KONTR-ADMİRALIN ARVADI

    Ağamusa avtobusdan düşüb sağa döndü. Küçə boyu bir az gedəndən sonra sola dönüb dar dalanla üzüyuxarı qalxmağa başladı.
    Hava qaralmaq üzrə idi. Küçəboyu səpələnmiş evlərin, daha doğrusu kiçik daxmaların həyət-bacasında boz kölgələr vurnuxurdu. Klara Vasilyevnanın mənzili səliqəsiz əsgər cərgəsi kimi yan-yana düzülmüş daxmalardan bir az yuxarıda, beşmərtəbəli binanın üçüncü qatında yerləşirdi.
    Ağamusa bu evdə artıq bir dəfə olmuşdu. Əvvəlcə Klara Vasilyevna onu bir işıq ustası kimi çağırmışdı. Qadın onun ünvanını, daha doğrusu, telefon nömrəsini hansısa tanışından əldə etmişdi.
    Əslində Ağamusa alı təhsilli fizika müəllimi idi və öz ixtisasına uyğun iş tapa bilmədiyinə görə işıqçı işləyirdi. Lap Eynşteyn olsan da belə, haradasa işləyib çörəkpulu qazanmaq lazım idi. Söhbət əsnasında məlum olmuşdu ki, Klara Vasilyevna həkimdir və yaxınlıqdakı xəstəxanlardan birində pediatr işləyir.
    Ağamusa mənzildəki sıradan çıxmış elektrik xətlərini nizamlayandan sonra ev sahibəsinin ona təklif etdiyi pulu götürməmişdi. Orasını da demək yerinə düşərdi ki, Klara Vasilyevna ağsifət, dolubədənli, alagözlü, iridöşlü, sağlam bir qadındı. Deyəsən bu gənc, qıvrımsaçlı, arğaz, sarışın oğlanın puldan imtina etməsi ev sahibəsinin təəccübünə səbəb olmuşdu və hətta, bir az da xoşuna gəlmişdi. Həmin vaxt divardan asılmış bir şəkil Ağamusanın diqqətini çəkmişdi; o şəkildəki üzünə ilıq təbəssüm boyaları yayılmış və gərdənini bir az irəli vermiş qadın heç şübhəsiz ki, Klara Vasilyevna idi. Məsələ burasında idi ki, həmin şəkildə qadının yanında, onunla çiyin-çiyinə hərbi geyimli bir kişi də vardı ki, ya həmin kişi qolunu xanımın boynuna, ya da xanım öz qolunu kişinin belinə dolamışdı. Düzdür, fotoda nə kişinin, nə də qadının qolu görünürdü, amma Ağamusaya elə gəlmişdi ki, bir-birinə bu cür qısılann adamlardan birinin qolu mütləq o birisinin belinə dolanmalıdır.
    Budur, indi Klara Vasilyevna gənc işıq ustasını növbəti dəfə xarab olmuş xətləri təmir etməyə dəvət etmişdi.
    Ağamusa evə girəndə bir az təəccübləndi, çünki ötən dəfə fotoşəkildə gördüyü hərbi geyimli kişi evdəki iri stolun arxasında əyləşmişdi. Onlar əl turub tanış oldular. Vaxtilə dəniz donanmasında hərbi xidmətdə olmuş Ağamusa gözalti süzüb gördü ki, qarşısındakı boy-buxunlu adam kontr-admiral rütbəsi daşıyır. Görəsən bu kişi Klara Vasilyevnanın nəyi idi-qohumu, qardaşı, əri, yaxud elə-belə tanışı? Əslində bu suallara cavab axtarmaq Ağamusanın vəzifə borcuna daxil deyildi və elə bu səbəbdən də oğlan elektrik sayğacını söndürərərək, çiynindəki çantanı açdı, cəld hərəkərlə oradan kəlbətini, buracı (atvyorkanı), yapışqanlı sarğını götürüb işə başladı.
    Təmir uğrla başa çatdı. Klara Vasilyevna süfrə açmışdı. Ağamusa yır-yığış edib getmək istəyirdi. Həm qadın, həm də kişi bir xeyli israr edəndən sonra Ağamusa keçib süfrə başında əyləşdi. Stola iri, bəzəkili bir şüşə də qoyulmuşdu. Elə üstündəki etiketin bər-bəzəyindən və içindəki mayenin rəngindən görünürdü ki, bu, nəsə çox bahalı bir içkidir. Təzəcə bismillah eləyib yeməyə girişmişdilər ki, telefon zəng çaldı. Dəstəyi qulağına tutub bir-iki dəfə “oldu-oldu” dedikdən sonra nədənsə bərk həyəcanlanlanmış kontr-admiral ayağa durub cəld bir hərəkətlə özünü səliqə-sahmana saldı. Qadının da qanı qaralmışdı.
    Kişi qapıya yaxınlaşıb təzədən geri qayıtdı, əlini cibinə atıb pul çıxartdı və yalnız həmin an Ağamusa onun mundirinin altından parıldayan tapança qoburunu gördü. Kontr-admiral pulu yemək stolunun üstünə atıb qısaca: “Gəmidə qəza baş verib, mən təcili getməliyəm”-deyərək, qapıdan yaydan atılan ox kimi çıxdı. Yəqin ki, stolun üstünə atılan pul işıq ustasına, yəni Ağamusaya çatmalı idi...
    ...Gecə gecədən keçmişdi. Qapı qəfildən döyüldü. Təzəcə yuxuya getmiş Ağamusa hövlnak halda gözünü açdı. Əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Yanında uzanmış dolubədənli Klara Vasilyevna yerindən pişik cəldliyi ilə sıçrayıb ayağa duranda Ağamusa bir az əvvəl baş verənləri yarıdumanlı halda xatırladı... Pəncərədən içəri süzülən işığın şüaları altında vurnuxan yarıçılpaq qadın bu anlarda qədim dünya tarixindən gəlmiş yunan heykəllərindən hansınasa bənzəyirdi.
    “Ərimdir...” Qapıya yaxınlaşan qadının dilindən çıxan bu sözlər Ağamusanın sinəsindən paslı güllə kimi keçdi. O, qapının açıldığını və həyəcanlı kişi səsini eşidib cəld şalvar-köynəyini əyninə keçirdi, bir göz qırpımında açıq pəncərəyə yaxınlaşdı. Hər halda üçüncü mərtəbə otuzuncu mərtəbə deyildi. O, yalnız ayağını pəncərənin alt taxtasının üstünə qoyub yerə atılmağa hazırlaşarkən qəfildən xatirladı ki, ləvazimat dolu çantasını götürməyi unudub. Amma ta gec idi...
    Gözünü açanda ağ xalatlı Klara Vasilyevnanı başının üstündə gördü. Ayağa durmaq istədi. Amma yerindən tərpənə bilmədi.
    Qadın gülümsəyib dedi:
    - Poçtalyon gəmidən təcili teleqram gətirmişdi. Amma ərim gəmiyə poçtalyondan tez çatıbmış. Geri qayıdıb səni yataqda görmədim. Sanki ürəyimə nəsə damdı. Cəld aşağı endim. Gördüm ki, yerdə uzanmısan. Tez təcili yardım çağırdım. Ayağın sınıb. Burada baldırına gips qoydular... Hə, mən özüm də burada işləyirəm. Ta qorxulu bir şey yoxdur. Odur, ləvazimat dolu çantan da qapının ağzında...
    Ağamusa dərindən köks ötürüb ah çəkdi. Əslində bu, ah çəkməkdən daha çox, iniltiyə bənzəyirdi.





    AĞASİF KİŞİNİN SİYASİ YUXULARI

    Ağasif kişi mökəm Stalinpərəst idi. Ölümündən illər keçən “ellər atasını” tərifləməkdən yorulmur, tez-tez onun həyat və fəaliyyətindən iqtibaslar gətirir, toyda mollanın, yasda tamadanın sözünü kəsir, rəhbərə olan məhəbbətini gizlətmirdi. Sözünün əvvəli o “kişi” ilə başlayır, elə sözünün axırı da o “kişi” ilə qurtarırdı. Qonum-qonşular öz aralarında Ağasif kişiyə, necə deyərlər, müvafiq vəziyyətə uyğun olan ad da tapmışdılar: “Ağaif Vissarianoviç”.
    Stalin dövründə repressiyaya düçar olmuş ailələrin bəzi üzvləri hələ sağ-salamat idi və onların çoxu o “kişi”nin adını eşidəndə ən yaxşı halda üz-gözlərini turşudurdular. “Ellər atasını” söyənlərə də rast gəlmək olurdu.
    Arvadı hərdən zarafatla ona deyirdi ki, a kişi, əgər Stalin bilsəydi ki, onu bu qədər sevirsən, vaxtında sənə bir vəzifə-zad verərdi. Adətən Ağasif kişi arvadının bu atmacasına məmnun bir halda gülümsəməklə cavab verərdi.
    Soruşa bilərdilər ki, Ağasif kişini Stalində cəlb edən hansı keyfiyyətlər idi? Bu barədə ən dəqiq məlumatı məhz Ağasif kişinin dilindən eşitmək olardı: “İnsanlıq, insanpərvərlik”. Vəssalam.
    Son vaxtlar Stalin bir neçə dəfə onun yuxusuna da gəlmişdi. Ağasif kişi İosif Vissarianoviçi yuxuda müxtəlif vəziyyətlərdə, müxtəlif yerlərdə görürdü. Ən maraqlısı və bəkə də ən maraqsızı bu idi ki, Ağasif kişi ilk vaxtlar öz idealını yuxuda görsə də, o “kişi” sanki Ağasif kişinin mövcudluğunu hiss etmir, ona heç gözünün ucu ilə də baxmırdı.
    Axır ki, günlərin bir günü Stalin yoldaş Ağasif kişini şəxsən özü “gördü”. Hə də, yuxuda.
    “Ellər atası” uca, hündür bir tribunanın arxasında dayanıb alovlu çıxış edirdi. Yalandan deyirlərmişlər ki, Stalinin boyu qısa olub. Xeyr, o “kişi” sən demə nəhəng, ucaboy, əzəmətli bir adam imiş. Çıxış başa çatandan sonra İosif Vissarianoviç əlinin işarəsi ilə Ağasif kişini yanına dəvət etdi. Onlar çoxdanın tanışı kimi əl tutub görüşdülər. Düzdür, həmin anlarda Ağasif kişinin ürəyindən keçdi ki, rəhbərlə qucaqlaşıb öpüşsün, onun lopa bığının təmasını öz üzündə hiss etsin, amma nə edəsən ki, tanışlıq anları əlvermə ritualı ilə başa çatdı.
    Stalin onun əlini buraxmadı. Sən demə, o da yalan imiş ki, rəhbərin sol əli şikəstdir. Çünki “ellər atası” sağ əli ilə Ağasif kişinin əlindən bərk-bərk yapışsa da, sol əli ilə fasiləsiz olaraq bığını eşirdi. Sonra Stalin dedi ki, gedək Kremlə. Demə, Kreml lap yaxında, rəhbərin burnunun, daha doğrusu, şeşə bığının ucunda imiş.
    Stalin tribunadan düşüb Kremlə sarı addımlamağa başladı. Onlar elə əl-ələ gedirdilər. Sevincdən Ağasif kişinin ürəyi köksünə sığmırdı. O, min faiz əmin idi ki, tezliklə hansısa yüksək vəzifəyə təyin olunması barədə əmr veriləcək. Bir vaxt dünyaya qələbə müjdəsini radiodan elan edən İosif Vissarianoviç çox güman ki, bu günkü çox mühüm xəbəri də radio ilə elan edəcəkdi.
    Maraqlı burası idi ki, Kremlin həyəti betonla yox, şpallarla döşənmişdi. Bir azdan Ağasif kişi ayağının altındakı şpalların tərpəndiyini, titrədiyini hiss etdi. Allah bilir, bəlkə də Stalinin ayağının dəydiyi hər yerin lərzəyə gəlməsi adi bir şey idi.
    Onlar Kremlə çathaçatda Ağasif kişinin ayağı sürüşüb çpalların arasında qaldı. O ayağını yerdın üzmək üçün dartındı. Sanki kimsə onun ayağından bərk-bərk yapışıb buraxmaq istəmirdi. Stalin yoldaş bunu duyub Ağasif kişinin əlini özünə tərəf dartdı. Sanki titrəyən yer, daha doğrusu tərpənən çpallar onların hər ikisini dərinliyə çəkib aparırdı.
    Ağasif kişi əyilib yerə baxanda dəhşətə gəldi. Sən demə, Kremlin həyətinə döşənmiş “şpallar” heç də adi şpallar deyilmiş, bu, yan-yana düzülmüş adamlar imiş. Hə də, adamları şpal kimi yan-yana düzmüşdülər. Bu “şpal-adamların” bir çoxu meyit olsa da, aralarında yaralılar da varmiş ki, həmin o yaralılar da Ağasif kişi ilə yanaşı İosif Vissarianoviçin də ayağından yapışıblarmış.
    Ağasif kişi qışıqırıb əlini Stalinin əlindən xilas etmək istədi. Deyəsən, “ellər atasının” onun əlini buraxmaq fikri yox idi. Yerə döşənmiş “şpallar” get-gedə sanki çiyin-miyinə verib vahiməli şəkildə “dalğalanmağa” başladılar. İlahi, sən demə bu “şpal-adamlar” qıpqırmızı qan gölündə üzürmüşlər...
    -Bismillah, bismillah...
    Ağasif kişi qan-tər içində gözünü açdı. Kimsə bərk-bərk onun əlindən yapışmışdı. Yox, bu, Stali deyildi, onun arvadı idi. Arvad ərinin əlini buraxıb onun alnında puçurlanmış təri silərək dodaqaltı pıçıldadı:
    - Bismillah, bismillah... Allah, bizim bu kişiyə kömək ol.
    Ta ondan sonra İosif Vissarianoviç heç vaxt Ağasif kişinin yuxusuna gəlmədi.





















    TELEFON OLMAQ FACİƏSİ

    İndi çox az adama ağıllı demək olar. Amma bizim, demək olar ki, hamımız ağıllıyıq. Ona görə heç də təsadüfi deyildir ki, bizə son zamanlar “ağıllı telefonlar” deyirlər. Təvazödən bir az uzaq olsa da deyim ki, həmin “ağıllılardan” biri də elə mən özüməm. Allaha şükür, görürəm, eşidirəm, duyuram, yadda saxlayıram, musiqi ifa edirəm... Ta ağıllı olmaq üçün nə lazımdır ki?.. Deyirlər guya təkcə danışmağı bilmirik. Guya ha... Amma... Amma əvəzində dinləməyi ki, bacarırıq.
    Bu qədər “funksiyanı” icra edə biliriksə, üstəgəl ağıllıyıqsa, deməli bizim də öz xoşbəxtliyimiz və öz faciəmiz var.
    Telefon olanda nə oluar ki? Onun da adamlar kimi öz taleyi olur.
    Bizə indi bəzən “cib telefonu” da deyirlər. Baxır sən kimin cibindəsən. Sənin sahibin gözəl bir xanım da ola bilər, əbləh bir qarı da... Tərbiyəli bir oğlan da ola bilər, murdar bir qoca da... Telefonda da baxt lazımdır.
    Nə isə... Mənim bir sahibim var. “Sahibim” deyəndə ki, məni ona bir dostu bağışlayıb. “Dostu” deyəndə ki... Məni onun dostuna da başqa bir dostu bağışlayıb. Lap dəqiq desəm, məni onlar bir-birlərinə cani-dildən bağışlamayıblar. Yox, onlar, yəni bu “dostlar”, əslində kiməsə nəsə hədiyyə edən deyillər. Onlar sadəcə olaraq bir-birlərinə “atandırlar”, indi belələrinə “atanşik” deyirlər... Hə, məni də onlar bir-birlərinə “atıblar”...
    Bilirsiz də, indi telefonsuz, yəni bizsiz, o cümlədən mənsiz, heç nə etmək mümkün deyildir. Mən adamların həm arabası, həm gəmisi, həm də təyyarəsiyəm. Həm şagirdəm, həm müəllim. Həm dostam, həm düşmən... İndi çoxlarının statusunu, vəzifəsini, mövqeyini elə telefonla müəyyən edirlər. Buraxıldığı firmadan, daşıdığı adi və ya “güzgü” nömrədən kimin, yəni telefon sahiblərinin hər birinin hansı yuvanın quşu olduğunu bilmək mümkündür.
    Hə, onu deyirəm, mənim bu indiki sahibim ki, var, yalançının birisidir. Özünün həyatda nə qədər axmaq və sarsaq işləri varsa, yeri düşdükcə hamısını yükləyir mənim boynuma. Çox vaxt məni “koda” qoyur. Bu peşəkar “atanşiki” axtaranlarınsa heç sayı-hesabı yoxdur. Eşidirəm, o, bəzən mənim köbəyimdəki düyməni basıb kiməsə dil tökür, and-aman edir ki, “telefonum xarab olmuşdu deyə, sizin zənginizi eşitməmişəm”. Yox, sahibim məni təkcə “xarab etməklə” kifayətlənmir ki, başqa bəhanələr də uydurur. Məsələn, filan vaxt “telefon əlimdən sürüşüb suya düşdüyünə görə, sizə zəng edə bilmədim”. Və sair və ilaxır.
    Dünən yenə vaxtilə “atdığı” hansı tanışısa sahibimə fasiləsiz olaraq zəng edirdi. O, məni cibindən çıxarıb bir xeyli baxdı, baxdı, baxdı... və qaytarıb yenə cibinə qoydu. Həmin tanışın ad-familiyası-nömrəsi, bir sözlə lazımı “sertifikatları” mənim yaddaşımda qaldı. Sonra həmin adamdan, daha doğrusu həmin telefondan, yenə çoxlu zənglər gəldi. Sahibim hər dəfə həmin nömrəni görüb məni cibinin küncünə atırdı. Hətta, bir dəfə hirslənib mənim üzümə, daha doğrusu, zəng edən adamın şəklinə tüpürüb onu biədəb söyüşlərlə söydü də...
    Bu gün yenə həmin adamdan zəng gəldi. Sahibim yenə həmin tanış adamın tanış nömrəsinə baxıb, baxıb, baxıb... məni cibinə qoymaq istədi. Bu zaman arxadan qaça-qaça gələn birisi onun qolynundan yapışdı. Sahibim diksinib geri döndü. Mən indicə zəng edən adamı həmin an tanıdım, çünki onun şəkli mənim yaddaşımda, yəni onun ad-soyadı yazılan ünvanda idi.
    Sahibim yalandan tanışının üzünə gülümsəyib dedi:
    -Bəh... Nə xoş təsadüf.
    Tanışı isə hirsli-hirsli dilləndi:
    -Bura bax, dünən sənə bütün günü zəng etmişəm. Niyə cavab vermirdin?
    Sahibim yan cibindən məni, döş cibindən əzilmiş bir kitabı çıxarıb and-aman etməyə başladı:
    -And olsun bu müqəddəs kitaba ki, dünən mənim telefonum evdə qalmışdı.
    Onun tanışı nərildədi:
    -Yalan deyirsən.
    Mənim sahibim dili dolaşa-dolaşa dedi:
    -Mən yalan demirəm.
    Onun tanışı dilləndi:
    -Mən sübüt edərəm ki, sən yalan deyirsən. Çünki yanımda şahidlərim də var.
    Canıma vicvicə düşdü. Qorxdum ki, birdən mənim özümü şahid bilər. Axı əslində kimin hansı vaxt harada olduğu bizim yaddaşımızda da qeyd olunur. Yox, deyəsən sahibimin dostunun ayrı, daha canlı şahidləri olub. Çünki az sonra o, dedi:
    -Dünən biz üç dost bağda gəzirdik. Birdən səni gördüm. Bizdən xeyli irəlidə gedirdin. Tez zəng etdim. Sən telefonu çıxarıb baxdın, baxdın, baxdın və ... sonra cibinə dürtdün. Mən dəfələrlə zəng etdim. Sən isə hər dəfə tanış nömrəni görüb telefonu təzədən cibinə qoyurdun. Hətta, bir dəfə telefonun üzünə tüpürdün. Əslində bunu etməklə sən mənə tüpürürdün. Sonra tez gözdən itdin... O an səni tutsaydım, inan ki, telefonun qarışıq əzəcəkdim.
    Sahibim gözünü döyə-döyə qalmışdı. Düzü, mən də həyəcanlandım.
    Nəhayət, onun tanışı ürəyini yaxşıca boşaldandan sonra hiddətlə dedi:
    -Sən alçaqsan.
    Və onlar ayrıldılar. Mən onun cibində idim. Çox əsəbiləşmişdim. Ona görə əsəbiləşmişdim ki, bu alçaq adam həmişə olduğu kimi öz təqsirini yenə mənim boynuma atmaq istəmişdi. Yaxşı ki, bu dəfə onun bu “nömrəsi” keçmədi.
    Mən özümü saxlaya bilməyib dedim: “Sən alçaqsan!”.
    O, elə bildi ki, bu sözləri uzaqlaşmaqda olan tanışı dedi. Amma həmin sözlər mənim ağzımdan çıxmışdı.
    Çoxları hələ bilmir ki, biz telefonlar lazım olanda danışa da bilirik, yəni “menyumuza” belə bir “funksiya” da daxildir.
    Sahibim xeyli aralanandan sonra cəsarətlənib qeyzlə öz bayaqkı tanışının kölgəsini qılınclamağa, onu uzaqdan-uzağa “asıb-kəsməyə” başladı:
    -Alçağın biri aıçaq.
    Mənim proqramlaşdırılmış dilim yenə dinc durmadı, tez dilləmdim: “Sən özün alçaqsan”.
    Sahibim ayaq saxlayıb əlini cibinə atdı, məni çıxarıb qorxa-qorxa üzümə baxdı, kiməsə zəng etmək istədi, amma nömrəni yığa bilmədi, həyəcanla dörd tərəfinə göz gəzdirdi, sonra yerə çökdü. Mən onun əlindən sürüşüb yerə düşdüm.
















    ƏYYAŞIN “Gündəliyindən”

    Həmişə sinəsinə döyüb “mən içmirəm” deyən adamlardan zəndeyi-zəhləm gedir. Guya bu sözləri nümayişkaranə deməklə özlərinə nəsə bir nüfuz qazandırır, “xal” toplayırlar.
    Mən hər gün içirəm. Bu “iş” bəzən səhərdən başlayıb ta axşamacan davam edir. Mənim “iş yerim” yeyib-içdiyim stolun arxasıdır. Əvvəllər dost-tanışlarla içməyi xoşlayardım. İçəndən sonra səs-küy salmağın, gəlib-gedənə sataşmağın, lazım gəlsə lap kimlərləsə yumruq davasına çıxmağın özgə bir aləmi var. Amma ta tək içirəm, özü də evdə. Çünki vaxtilə birgə yeyib-içdiyim dostlarbir vaxt keçdikcə bir-bir aradan çıxmağa başladılar, yəni başqa dünyaya üz tutdular. Arada yolum qəsəbəmizin yanındakı qəbristanlığa düşür, baş daşlarından üzümə baxıb qəmli-qəmli gülümsəyən köhnə əqidə və məslək yoldaşlarıma baxanda ürəkdən sevinirəm. Sevinirəm ki, bu həyatı nə onlar boş-boşuna yaşayıblar, nə də mən. Hə, sevinirəm ki, onların müqəddəs yolunu bu gün də layiqincə davam etdirirəm.
    İçmək mənə zəngin təcrübə qazandırıb. Düzdür, bir neçə il əvvəl arvadım uşaqlarımı da götürüb evdən gedəndən sonra xeyli əsəb gərginliyi keçirəsi oldum. Amma aradan illər keçəndən sonra hər şey yoluna düşdü. İndi arvadım qocalıb, uşaqlarımsa böyüyüb. Düzdür, arvad elə o vaxtdan mənim “işimi” bəyənməyənlərdən biri, bəlkə də birincisi idi. Amma oğlum böyüyəndən sonra mənim “işimin” dəyərini bildi. Görünür dərrakədə özümə oxşayıb. Oğlumun öz iş-gücü var, özü də yaxşı qazanır. Hər ay mənə pul göndərir, üstəlik də yeyib-içdiyimə görə qürur duyduğunu bildirir. Mən də oğlumla fəxr edirəm. Elə buradaca, yeri düşmüşkən, bir məsələni də qeyd etmək istəyirəm: öz uşaqlarının üstündə nanə yarpağı kimi əsən valideynlərin çoxunun övladları axırda zay çıxır. Uşağı sərbəst buraxmaq lazımdır. Onda uşaqların da taleyi yaxşı olacaq. İş-gücləri də öz yerində. Mənim övladım buna parlaq nümunədir.
    İş demişkən, içmək bu dünyanın ən çətin işlərindən biridir. Bəli, bu, bir işdir, özü də çətin bir iş. Siz heç əlini ağdan-qaraya vurmayan, yəni heç yerdə işləməyən adamın haradasa, kim tərəfindənsə danlandığının şahidi olmusuzmu? Yox. Əlbəttə, yox. Mən bunu əminliklə deyirəm. Amma işləyən, özü də lap ox işləyən adam həmişə danlaq altında olur. Hərə bu işləyən adamın gördüyü işə bir qulp qoyur. Belə də olmalıdır. İş varsa nöqsan da olacaq, tənqid də, hətta təhqir də...
    Mən də öz işimlə məşğul oluram. Ona görə də işimə “mız” qoyanlarım çox olur. Mən, əlbəttə, deyilənlərə əhəmiyyət vermirəm. Daim öz üzərimdə işləyir, öz vacib və əhəmiyyətli işimi təkmilləşdirməklə məşğul oluram. Öz fəaliyyət sahəmdə Ginnesin rekordlar kitabına düşə biləcək ixtira və kəşflərim var.
    Hə, dediyim kimi, ta tək içirəm. Əslində buna tək içmək də demək olmaz. Çünki köhnə dostların da yanımda olur. Bilirəm, deyəcəksiniz ki, bayaq köhnə dostların artıq aradan çıxdığını söyləyirdin, bəs indi necə oldu, onlar birdən-birə dirildi bəyəm? Yox, onlar ruhən salamatdırlar. Hə, indi necəsini deyim...
    Məsələ burasındadır ki, vaxtilə birgə yeyib-içdiyim dostlarla öz “iş” prosesimizi lentə alıb əbədiləşdirmişik. Orada, yəni o lentdə hamımız lül-qəmbərik. Badələr badələrə dəyib cingildəyir.
    Mən çox vaxt öz rahat, üzü üzlər görmüş köhnə divanımda əyləşib həmin ibrətamiz lenti quraraq təkrar-təkrar baxıram. Hər baxanda kayf tuturam. Heç vaxt əlimdən yerə qoymadığım badəni ekrana yaxınlaşdırıb dostlarla toqquşdururam. Bəli, bəli, dostlarla, öz dostlarımla. Sadəcə olaraq, onlar öz əllərindəki badəni ekrandan mənə sarı uzadır, mən də əlimdəki dolu piyaləni onlara yaxınlaşdırıb çıqqıldadıram. Dostların o tərəfdən, yəni ekrandan bu yana uzatdıqları badələrlə mənim bu yandan uzatdığım içki dolu piyalə bir-birinə dəyib cingildəyir. Onlar da içir, mən də. Onlar da gülür, mən də. Sonra onlarda söyüşür, mən də... Hə də, mən onlarla əməlli-başlı söyüşürəm. Yaxşı ki, vaxtilə bu lent çəkilib. Biz yenə birlikdə içirik. Biz yenə birlikdəyik...
    Bu son vaxtlaracan işlər çox yaxşı gedirdi. Amma...
    Amma son vaxtlar baxdığım lentdəki o kadrlar məni yaman qorxuya salıb. Məsələ belədir ki, bir neçə gün əvvəl yenə mən burada, onlarsa o tərəfdə oturub yeyir-içir, deyib-gülür, özümüzçün kef eləyirdik. Mən əlimdəki dolu piyaləni həmişəki qayda üzrə o tərəfə, yəni ekrana yaxınlaşdırıb dostlarla toqquşdurmaq istəyəndə, birdən elə bil möcüzə baş vardi: dostlarımın hamısının əli ekrandan çıxıb mənə sarı uzandı. Onlar biləyimdən yapışıb məni özlərinə sarı çəkdilər. Gözümü-açıb yumunca bir də gördüm ki, qalın şüşənin o üzündə, yəni ekranın içindəyəm.
    Hələ bu, harasıdır. Bir xeyli “vurandan” sonra bir də baxıb görürəm ki, mən ekranın içində vurnuxuram, onlarsa mənim əyləşdiyim o məlum üzü üzlər görmüş köhnə divanda əyləşərək ayaqlarını ayaqlarının üstündən aşırıb mırt vururlar. Axı bu necə ola bilər? Əvvəlcə elə bildim, bu, yuxudur. Sonra gördüm yox, nə yuxu, bu əsl real həyatdır. Ta dözmədim, elə ekranın içindən onlara sarı bağıraraq dedim ki, yekə kişisiz, qayıdıb gəlin öz “iş” yerinizə. Onlar nə desə yaxşıdır? Hə, gülüb deyirlər ki, əzəzim, indiyəcən biz orada çox işləyib yorulmuşuq, indi bir az da sən gör oradakı işlərin ləzzətini...
    Hə, bir xeyli vaxtdır ekrandan çıxa bilmirəm. Elə burada yeyib-içirəm. Belə baxanda nə fərqi var ki, ya “ora” oldu, ya “bura”... Əsas odur ki, hələlik öz doğma və gərəkli “işimi” itirməmişəm.
    İndi iş tapmaq da çətin məsələdir.



    PİS ADAMLARA GÖRƏ
    UZUN YAŞAMAQ ARZUSU

    Onlar kəndarası yolda qarşılaşdılar. Əl verib görüşdülər. Nəsir kişi kəndin yuxarı başında, Çoban müəllim isə kəndin aşağı tərəfində yaşayırdı. Əhvallaşandan sonra Nəsir kişi qəfildən soruşdu:
    -Bilirsən, bu il mənim neçə yaşım oldu?
    Çoban müəllim etinasız halda:
    -Nəsir kişi, səndən soruşan var ki, bu gün ayın neçəsidir?-deyə, suala sualla cavab verdi.
    Nəsir kişi cəld dilləndi:
    -Bu gün ayın on üçüdür. Mənimsə ötən gün doxsan yaşım tamam oldu.
    Çoban müəllim dilucu, sanki bir az da candərdi dilləndi:
    -Allah ömür versin sənə. Doxsan... Yaşına görə yaxşı qalmısan. Maşallah...
    Sonra Çoban müəllim həmkəndlisi ilə xudahafizləşib getmək istədi, amma bu an eşitdiyi növbəti sual onu yolundan saxlayası oldu:
    -Mən hələ yaşamaq istəyirəm, uzun ömür sürmək istəyirəm. Bilirsən nə üçün, Çoban müəllim?
    Çoban müəllim qonşusu Nəsir kişinin, kəndin ən uzunömürlü sakininin üzünə baxıb dodaqaltı mızıldandı:
    -Eh, Nəsir kişi, sən də... Bu dünyada uzun, ya qısa yaşamağın bir fərqi var ki? Onsuz da axırı ölümdür. Bir də mən haradan bilim ki, sən nə üçün, hansı niyyətlə uzun yaşamaq istəyirsən?
    Nəsir kişi içini arıtlayıb zarafatla dilləndi:
    -Axı sən də mənim kimi çoban deyilsən ki... Müəllim adamsan. Gərək hər sualın cavabını dəqiq biləsən.
    Çoban müəllim də zarafata zarafatla cavab vermək qərarına gəldi:
    -Amma sən bütün ömrün boyu çobanlıq etsən də, samanlığınızdakı axurun dibini eşib elə suallar çıxarırsan ki, o sualların çoxuna heç alim də cavab verə bilməz... Allaha şükür, özün də savadsız deyilsən, hamı bilir ki, gözün həmişə qəzetdə, qulağınsa radiodadır. Dildən də ki, maşallah, lap pərgərsən... Bizim məktəbdəki müəllimlərin çoxundan sən çox bilirsən. Nəsir kişi, sözün qısası, məni çətinə salma, yaxşı olar ki, öz sualına özün cavab verəsən.
    Nəsir kişi ciddi tərzdə soruşdu:
    -Tələsirsən harasa?
    Çoban müəllim yolun kənarındakı söyüd ağacına söykənib təmkinlə dedi:
    -Ta tələsməkdən keşib. Çox yaşamaq istəyinin səbəbini de, sonra gedim.
    Nəsir kişi nədənsə sanki bir az rahatlandı:
    -Hə, onda sən qulaq as, mən də deyim.
    Çoban müəllim gözlərini azacıq qıyıb diqqətlə həmkəndlisinin üzünə baxdı. Nəsir kişinin enli sifətindəki qırışlar hörümçək toruna bənzəyirdi. İllərin üz-gözündə qarmaqarışıq “şəkillər” çəkdiyi kişinin səsi hələ gur və gümrah idi.
    Nəsir kişi sanki səsinin ahəngini nizamlamaq, “kökləmək” üçün boğazını bir daha arıtlayıb dedi:
    -Hə, düz deyirsən, mən kitab-qəzet oxuyan adamam. Bilirsən ki, mən indi çoban olsan da, nəslimizdə varlı-karlı, təhsilli-savadlı adamlar çox olub. Sovet hökuməti bu tərəflərə gələndən sonra şəcərəmizdə sağ olan başıpapaqlıların az qala hamısını ya qəbrə gömdülər, ya da Sibirə göndərdilər. Babamın üzünə duranları sən də tanıyırsan, mən də... Əmilərimi həbs edənlərin kimliyi sənə də məlumdur, mənə də... Atamın üzünə ölüm hökmü oxuyanların da kim olduğunu yaxşı bilirsən. Eşidirsən məni, Çoban müəllim? Bəlkə o alçaqların, işverənlərin, satqınların adını bir-bir çəkim...
    Çoban müəllim könülsüz də olsa cəld dilləndi:
    -Yox, ad çəkməyə ehtiyac yoxdur, Nəsir kişi. Onsuz da bu balaca rayonda az qala hamı hamını yaxşı tanıyır. Allah pis adamlara, pis zəmanəyə lənət eləsin...
    Nəsir kişi onsuz da gur olan səsini bir az da qaldırıb dedi:
    -Hə, bax indi mətləbə bir azca yaxınlaşdın... Mən həmin o sən deyən pis adamlara görə yaşayıram bu dünyada.
    Çoban müəllim çaşqın-çaşqın kəndlərinin ən uzunömürlü sakininin üzünə baxdı, baxdı və heç nə deməyib susdu.
    Nəsir kişi gülümsədi, sifətinə çəkilmiş “hörümçək toru” sanki bircə anda qeybə çəkildi və onun üz-gözü də gur səsi kimi “kökləndi”, gümrahlaşdı. O, çox ciddi-cəhdlə susan həmkəndlisini elə həmin ciddiyyətlə, siyasətçilər demiş, polemik müstəvidə konstruktiv qaydada süzərək, söhbətinə davam etdi:
    -İndi həmin o işverən adamların çoxu həyatda yoxdur. Gəbərib gedənlər də var, gorbagor olanlar da... Xülasə, onların hərəsi bir dərddən ölüb. Öz əcəli ilə ölməyənlər də var... Amma “adam” deməyə dilim gəlməyən o adamların bəziləri yenə də sağdır. Onların ara-bərədə hələ at oynadan tör-töküntüləri də var. Eşidirsən məni, Çoban müəllim? Əgər bir vaxt qohum-əqrabamın başına bu müsibətlər gəlməsəydi, mənim həyatım bir az başqa cür olardı... Amma buna da şükür. Bilirsən ki, mən bu kəndin ən yaşlı adamıyam. Di gəl ki, dediyim kimi, mənim nəslimə divan tutanların, lap elə şəxsən mənim özümə pislik edənlərin, uşaqlarıma badalaq gələnlərin bir çoxu hələ sağdır... Yox, mən kiməsə qarğış eləmirəm. Mən sadəcə Tanrının ədalətli hökmünü gözləyirəm. Mən içi rəzalətlə dolu olan o adamların rəzil gününü görmək istəyirəm. İstəyimi gizlətmirəm, mən adam hesab etmədiyim o adamların son aqibətini görmək üçün yaşayıram. Özümə düşmən hesab etdiyim o alçaqların, o satqınların, bir sözlə o həşaratların sonunu görməyincə ölmək niyyətim yoxdur. Eşidirsən məni, Çoban müəllim? Bəli, o pislər, o murdarlar o biri dünyaya köçəndən sonra mən də bu dünya ilə haqq-hesabımı çürüdüb köçümü sürüb geəcəyəm o adam hesab etmədiyim adamların arxasınca. İndi bildinmi, hələ niyə uzun yaşamaq istəmirəm, əcəli hələ niyə yaxına buraxmaq istəmirəm? Mən o pisləri yola salandan sonra yola düşəcəyəm. Mən o alçaqlara heç o biri dünyada da rahatlıq verməyəcəm, onların gününü orada da qara edəcəyəm. Eşidirsən məni, Çoban müəllim?
    Çoban müəllim böyük səbr və dəyanətlə susmaqda idi.
    ... Nəsir kişinin babasının üzünə bir zamanlar Çoban müəllimin babasının durduğunu bu balaca rayondakı yaşlı adamların çoxu bilirdi... Amma indi Nəsir kişi elə danışırdı ki, elə bil vaxtilə onun babasının üzünə Çoban müəllimin babası yox, onun özü durmuşdu.
    Onlar sağollaşmadan ayrıldılar.











    Firuz MUSTAFA

    AĞLAYAN FOTO-ŞƏKİL

    (hekayə)

    Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən, yaşlı qadın və gənc kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı cavan adamı ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vurdu. Məsələ burasındaydı ki, həmin kişinin şəkli illərdən bəri onların, yəni Tapdıq müəllimgilin mənzilinin divarından asılmışdı. Həmin şəkildəki irigözlü, gur saçları arxaya daranmış, yaraşıqlı kişi isə Tapdığın, daha doğrusu Tapdıq müəllimin, dost-doğmaca dayısı, yəni anasının qardaşı Sehbalı idi. Tapdıq müəllim tanımadığı gənc kişini görərkən az qaldı ki, hələ uşaq vaxtlarından divardan asılmış həmin şəkilin önündə dayanıb gah ağlayan, gah fikrə gedən, gah da dodaqaltı nəsə pıçıldayan və bu anlarda adətən çöhrəsindən xəfif bir işıq dalğası keçən anasının yanına qaçıb ona qardaşının sağ-salamat olmağıyla bağlı gözaydınlığı versin. Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ burasında idi ki, onun dost-doğmaca dayısı Şehbalı müharibəyə gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak olması, nə itkin düşməsi, nə də sağ qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat yoxuydu.
    Bəli, yaşlı qadının, yəni təzə qonşunun yanındakı gənc kişinin zahiri görünüşünün onların mənzilinin divarından asılmış dayısı ilə tam eyniyyət təşkil etdiyinə heç bir şəkk-şübhə ola bilməzdi. Taprıq müəllim illərdən bəri məktəbdə rəsm və rəsmxətt dərsi deyirdi, insan sifətinin cizgilərini çox asanlıqla müəyyən edib yadda saxlayırdı. İndi, alimlər demiş, fakt ortada idi. Di gəl ki, həmin adamların, yəni dayısı ilə təzə qonşunun eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi. Ən azından ona görə ki, müharıbənin qurtardığı vaxtdan artıq onillər ötüb keçmişdi. Onların yeni qonşusu isə söz yox ki, müharıbədən xeyli sonra dünyaya gəlmiş, təxminən elə Tapdıq müəllimin özüylə yaşıd olan cavan bir adamdı.
    Sonrakı günlər gənc, yaraşıqlı kişini həyətdə tez-tez görən Tapdıq müəllim bir rəsm və rəsmxətt mütəxəssisi kimi, şəkildəki və həyatdakı adamın, necə deyərlər, bütün zahiri parametrlərini bir daha diqqətlə tutuşdurandan sonra öz “sirrini” anası ilə bölüşmək qərarına gəldi.
    Ayağında “yel” olduğuna görə son vaxtlar evdən bayıra nadir hallarda çıxan anası onun suallarını yerli-yataqlı cavablandırdı.
    -Deyirsən, yəni o gördüyün adam sənin dayına oxşayir, hə? Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Dayın Şehbalı evlənəndən cəmi yarım ay sonra müharibə başladı. Mən onda yeniyetmə bir qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O qadınla, yəni Əminə ilə qardaşım texnikumda birlikdə oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə çox ağıllı, savadlı qız idi. Hə, dediyim kimi, az sonra müharibə başladı. Yadımdadır, təzə evlənənlər o zaman tez-tez məktublaşırdılar. Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim ki, bəzən qardaşım bir zərfdə iki məktub göndərir-birini anamıza, o birisini də gəlinimizə, yəni hamımızın gözünün işığı olan Əminəyə... Əminə anama göndərilən məktubu oxuyandan sonra kənara çəkilib gizlicə “öz məktubunu” oxuyardı. Mən altdan-altdan göz qoyub görürdüm ki, o, bəzən gülümsəyir, bəzənsı xısın-xısın ağlayırdı... Sonra məktubların arası xırp kəsildi. Hamımızın gözü poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha poçtalyonun ayağı dəymədi. Beşillik müharıbə başa çatdı. Şehbalıdansa yenə bir xəbər şıxmadı. Yazıq anam elə “Şehbalı” deyə-deyə köçdü bu dünyadan. Əminə yazıq müharibədən sonra beş il də gözlədi. O, artıq mənim ən yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim. Amma dünyanın öz gərdişi var. Bəzən insanın tale yazısını başqa əllər yazır. Qonşu qəsəbədə dul bir kişi vardı, sənin atanın tanışı idi. Bir gün atan mənə həmin kişinin Əminə ilə ailə qurmaq istədiyini bildirdi. Mən uzun müddət götür-qoy etdim, aranı dağa-dağı arana daşıdım, nəhayət, canımı dişimə tutub edilən evlilik təklifi gəlinimizə bildirdim. Əminə hönkürüb ağladı. Mən hər şeyi gözəl anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim qardaşım Şehbalı ilə əsl Leyli-Məcnun sevgisi yaşamışdı. Bunu bizim tərəflərdə bilməyən bir kimsə yox idi. Bu eşq dillərdə dastana çevrilmişdi. Eh, Əminə, Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya ayrıldıq. Evdə qardaşımın bir neşə foto-şəkli vardı. Əminə evdən çıxanda öz bədbəxt istəklisinin-bədbəxt qardaşım Şehbalının şəkllərindən birini köksünə sıxıb göz yaşları tökdü. Dayının şəklinin üstündən yağış damcıları kimi axıb gedən o göz yaşları hələ də mənim gözlərim önündədir. O, göz yaşlarıyla islanmış şəkli də elə özüylə apardı. Beləliklə, biz ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma indi qonşuluğumuza köçən qadının kimliyi haqda dəqiq bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə... Ayağım da sözümə baxmır ki, bir həyətə düşüb maraqlanam, görəm kimdir o dediyin adamlar...
    İki gündən sonra Tapdıq evə gələrkən anasını muştuluqlayırmış kimi sevincək halda dedi:
    -Ana, öyrəndim o qonşu qadının adını... Əminə... Əminə xanımdır o...
    Neçə müddətdən bəri ayaqları tutulmuş, “yel” xəstəliyindən əziyyət çəkən ana qəfildən ayağa durub hönkürdü:
    -Hə, elə ürəyimə dammışdı ki, bu, Əminə olacaq. Mən hələ neçə il əvvəl eşitmişdim ki, Əminənin bir oğlu мфк… Belə şıxır ki, sənin gördüyün o oğlan, Əminənin gözünün ilk ovu Şehbaliya olan sevgidən doğulub. Yazıq Əminə, canım qardaşım Şehbalı...
    Tapdıq müəllim qasırğaya düşmüş ağac kimi titrəyən anasını bağrına basdı.
    ...İki gün sonra Tapdıq müəllim anasının qoluna girib onu eyvana çıxartdı. Hava xoş idi. Sanki birdən qadını ildırım vurdu.
    Tapdıq müəllim həyəcanla qadının əlindən tutub:
    -Ana, nə oldu sənə?-deyə, soruşdu.
    Qadın gözünü məchulluğa dikib dilləndi:
    -Bir oraya bax, gör kimdir elə bizim evə sarı gələn o iki nəfər?
    Tapdıq müəllim gözlərini qıyıb irəli baxdı. Qısaca:
    -Hə, onlardır, ana, dediyim həmin adamlardır,- dedi.
    “Onlar” eyvana yaxınlaşanda Tapdıq müəllimin anası gözlənilmədən, aşağıya sarı baxaraq qeyri-ixtiyari ucadan qıyya çəkdi:
    -Ay qız, sən Əminə deyilsən?
    Eyvanın altından keçən qadın və gənc kişi ayaq saxlayıb matdım-matdım üst qatdakı eyvana sarı boylandı.
    Qadın yuxarı boylanıb təəccüblə dedi:
    -Məni deyirsiz? Siz kimsiniz?
    Tapdıq müəllimin anası eyvanın sürahisinə dirsəklənib yuxarıdan aşağı ərklə dilləndi:
    -Hə, səni deyirəm... Mənim ayağım sözümə baxmır. Yoxsa özüm enərdim aşağı. Sən bir yuxarı qalx, kimliyimi deyərəm sənə...
    Qadınla oğlan binanın giriş qapısına sarı döndü.
    Tapdıq müəllim onları qarşılamaq üçün pillələri aşağı endi.
    Az sonra qadınla oğlan qapının ağzında qoşa heykəl kimi “bitmişdi”.
    ... Tapdıq müəllimin anası Əminənin boynunu qucaqlayıb höhkürdü:
    -Tanıdın məni?
    Qadın həm yanındakı yaraşıqlı oğlandan, həm də Tapdıq müəllimdən utanırmış kimi sıxıla-sıxıla dedi:
    -Niyə tanımadım? Heç səni unutmaq olar? Mən o evdən köçüb gedəndə ən çox sən göz yaşı tökdün... Hamısı yadımdadır.
    Əminənin yanındakı oğlan sanki ayaq üstə ağac kimi quruyub qalmışdı. Hiss olunurdu ki, bu yaraşıqlı gənc, qarşısındakı bu iki ahıl qadının söhbətindən heç nə anlamır.
    Tapdıq müəllimin anası, Əminənin əllərini köksünə sıxıb dedi:
    -Gör bir aradan neçə il keçib... Ev-eşikdə nə var-nə yox?
    Əminə yanındakı oğlana işarə ilə:
    -Az qala həyəcandan hər şeyi unutdum, tanış olun, bu, mənim oğlumdur- dedi.
    Tapdıq müəllimin anası, sanki indi-indi özünə gələrək Əminənin əlini buraxıb oğlanın boynunu qucaqladı:
    -Adı nədir bu gözəl balanın?
    Əminə duruxa-duruxa dilləndi:
    -Adı? Adı Sehbalıdır...
    Tapdıq müəllimin anası boğazına tıxanan hönkürtünü zorla boğaraq qəhərlənmiş halda dedi:
    -Şehbalı... Şehbalı... Adıyla böyüsün... Sağ ol, ay Əminə. Sən nə etibarlı adam imişsən.
    Sonra onlar otağa keçib divanda əyləşdilər.
    Divardan asılmış şəkil indi elə bil diqqətlə onları süzürdü. Əminə ilə oğlunun baxışları eyni vaxtda həmin şəklə dikildi.
    Bu anlarda sanki hamı eyni vaxtda eyni bir yuxunu görürdü.
    Tapdıq müəllimin dayısının çərçivədəki şəkildən boylanan baxışları elə bil ki, birdən-birə canlanmışdı. Otaqdakı gənc Şehbalı, bu anlarda fotodakı adaşına- Şehbalıya baxa-baxa yerindəcə donub qalmışdı...
    Qəfildən divardan asılmış ağ-qara şəklinin üstündən üzüaşağı şəffaf damçılar-göz yaşları diyirlənməyə başladı. Və deyəsən bu göz yaşlarını otaqdakıların hamı gördü.






    Firuz MUSTAFA

    AĞLAYAN FOTO-ŞƏKİL

    (hekayə)

    Tapdıq müəllimgilin qonşuluğuna təzəlikcə bir ailə köçmüşdü ki, bu ailə də cəmi iki nəfərdən, yaşlı qadın və gənc kişidən, sonradan məlum olacağı kimi, ana-baladan ibarət idi. Yaşlı qadının yanındakı cavan adamı ilk dəfə görəndə Tapdıq müəllimi sanki ildırım vurdu. Məsələ burasındaydı ki, həmin kişinin şəkli illərdən bəri onların, yəni Tapdıq müəllimgilin mənzilinin divarından asılmışdı. Həmin şəkildəki irigözlü, gur saçları arxaya daranmış, yaraşıqlı kişi isə Tapdığın, daha doğrusu Tapdıq müəllimin, dost-doğmaca dayısı, yəni anasının qardaşı Sehbalı idi. Tapdıq müəllim tanımadığı gənc kişini görərkən az qaldı ki, hələ uşaq vaxtlarından divardan asılmış həmin şəkilin önündə dayanıb gah ağlayan, gah fikrə gedən, gah da dodaqaltı nəsə pıçıldayan və bu anlarda adətən çöhrəsindən xəfif bir işıq dalğası keçən anasının yanına qaçıb ona qardaşının sağ-salamat olmağıyla bağlı gözaydınlığı versin. Amma o, anındaca bu sadəlövh fikirdən vaz keçdi. Məsələ burasında idi ki, onun dost-doğmaca dayısı Şehbalı müharibəyə gedib bir daha geri qayıtmamışdı, yəni onun nə həlak olması, nə itkin düşməsi, nə də sağ qalıb-qalmaması barədə ortada səhih-dəqiq bir məlumat yoxuydu.
    Bəli, yaşlı qadının, yəni təzə qonşunun yanındakı gənc kişinin zahiri görünüşünün onların mənzilinin divarından asılmış dayısı ilə tam eyniyyət təşkil etdiyinə heç bir şəkk-şübhə ola bilməzdi. Taprıq müəllim illərdən bəri məktəbdə rəsm və rəsmxətt dərsi deyirdi, insan sifətinin cizgilərini çox asanlıqla müəyyən edib yadda saxlayırdı. İndi, alimlər demiş, fakt ortada idi. Di gəl ki, həmin adamların, yəni dayısı ilə təzə qonşunun eyni bir şəxs olması qeyri-mümkün bir məsələydi. Ən azından ona görə ki, müharıbənin qurtardığı vaxtdan artıq onillər ötüb keçmişdi. Onların yeni qonşusu isə söz yox ki, müharıbədən xeyli sonra dünyaya gəlmiş, təxminən elə Tapdıq müəllimin özüylə yaşıd olan cavan bir adamdı.
    Sonrakı günlər gənc, yaraşıqlı kişini həyətdə tez-tez görən Tapdıq müəllim bir rəsm və rəsmxətt mütəxəssisi kimi, şəkildəki və həyatdakı adamın, necə deyərlər, bütün zahiri parametrlərini bir daha diqqətlə tutuşdurandan sonra öz “sirrini” anası ilə bölüşmək qərarına gəldi.
    Ayağında “yel” olduğuna görə son vaxtlar evdən bayıra nadir hallarda çıxan anası onun suallarını yerli-yataqlı cavablandırdı.
    -Deyirsən, yəni o gördüyün adam sənin dayına oxşayir, hə? Yanında da yaşlı bir qadın var? Nə bilim, vallah... Dayın Şehbalı evlənəndən cəmi yarım ay sonra müharibə başladı. Mən onda yeniyetmə bir qız idim. Amma hər şeyi indiki kimi xatırlayıram. O qadınla, yəni Əminə ilə qardaşım texnikumda birlikdə oxumuşdular, orada sevişib ailə qurmuşdular. Əminə çox ağıllı, savadlı qız idi. Hə, dediyim kimi, az sonra müharibə başladı. Yadımdadır, təzə evlənənlər o zaman tez-tez məktublaşırdılar. Mən hələ uşaq olsam da belə, o vaxtlar hiss edirdim ki, bəzən qardaşım bir zərfdə iki məktub göndərir-birini anamıza, o birisini də gəlinimizə, yəni hamımızın gözünün işığı olan Əminəyə... Əminə anama göndərilən məktubu oxuyandan sonra kənara çəkilib gizlicə “öz məktubunu” oxuyardı. Mən altdan-altdan göz qoyub görürdüm ki, o, bəzən gülümsəyir, bəzənsı xısın-xısın ağlayırdı... Sonra məktubların arası xırp kəsildi. Hamımızın gözü poçt yoluna dikilmişdi. Ondan sonra qapımıza bir daha poçtalyonun ayağı dəymədi. Beşillik müharıbə başa çatdı. Şehbalıdansa yenə bir xəbər şıxmadı. Yazıq anam elə “Şehbalı” deyə-deyə köçdü bu dünyadan. Əminə yazıq müharibədən sonra beş il də gözlədi. O, artıq mənim ən yaxın rəfiqəmə çevrilmişdi. Sonra hər ikimiz öz doğma evimizi tərk edəsi olduq. Əvvəlcə mən sənin atanla ailə qurdum. O vaxt Əminə hələ bizimlə yaşayırdı. Mən ondan ayrılmaq istəmirdim. Amma dünyanın öz gərdişi var. Bəzən insanın tale yazısını başqa əllər yazır. Qonşu qəsəbədə dul bir kişi vardı, sənin atanın tanışı idi. Bir gün atan mənə həmin kişinin Əminə ilə ailə qurmaq istədiyini bildirdi. Mən uzun müddət götür-qoy etdim, aranı dağa-dağı arana daşıdım, nəhayət, canımı dişimə tutub edilən evlilik təklifi gəlinimizə bildirdim. Əminə hönkürüb ağladı. Mən hər şeyi gözəl anlayırdım. O, bir vaxtlar sənin dayınla, yəni mənim qardaşım Şehbalı ilə əsl Leyli-Məcnun sevgisi yaşamışdı. Bunu bizim tərəflərdə bilməyən bir kimsə yox idi. Bu eşq dillərdə dastana çevrilmişdi. Eh, Əminə, Əminə... Biz bir-birimizdən ağlaya-ağlaya ayrıldıq. Evdə qardaşımın bir neşə foto-şəkli vardı. Əminə evdən çıxanda öz bədbəxt istəklisinin-bədbəxt qardaşım Şehbalının şəkllərindən birini köksünə sıxıb göz yaşları tökdü. Dayının şəklinin üstündən yağış damcıları kimi axıb gedən o göz yaşları hələ də mənim gözlərim önündədir. O, göz yaşlarıyla islanmış şəkli də elə özüylə apardı. Beləliklə, biz ayrıldıq. Sonralar eşitdim ki, onun bir oğlu olub... Amma indi qonşuluğumuza köçən qadının kimliyi haqda dəqiq bir söz deyə bilmərəm. Eh, Əminə, Əminə... Ayağım da sözümə baxmır ki, bir həyətə düşüb maraqlanam, görəm kimdir o dediyin adamlar...
    İki gündən sonra Tapdıq evə gələrkən anasını muştuluqlayırmış kimi sevincək halda dedi:
    -Ana, öyrəndim o qonşu qadının adını... Əminə... Əminə xanımdır o...
    Neçə müddətdən bəri ayaqları tutulmuş, “yel” xəstəliyindən əziyyət çəkən ana qəfildən ayağa durub hönkürdü:
    -Hə, elə ürəyimə dammışdı ki, bu, Əminə olacaq. Mən hələ neçə il əvvəl eşitmişdim ki, Əminənin bir oğlu мфк… Belə şıxır ki, sənin gördüyün o oğlan, Əminənin gözünün ilk ovu Şehbaliya olan sevgidən doğulub. Yazıq Əminə, canım qardaşım Şehbalı...
    Tapdıq müəllim qasırğaya düşmüş ağac kimi titrəyən anasını bağrına basdı.
    ...İki gün sonra Tapdıq müəllim anasının qoluna girib onu eyvana çıxartdı. Hava xoş idi. Sanki birdən qadını ildırım vurdu.
    Tapdıq müəllim həyəcanla qadının əlindən tutub:
    -Ana, nə oldu sənə?-deyə, soruşdu.
    Qadın gözünü məchulluğa dikib dilləndi:
    -Bir oraya bax, gör kimdir elə bizim evə sarı gələn o iki nəfər?
    Tapdıq müəllim gözlərini qıyıb irəli baxdı. Qısaca:
    -Hə, onlardır, ana, dediyim həmin adamlardır,- dedi.
    “Onlar” eyvana yaxınlaşanda Tapdıq müəllimin anası gözlənilmədən, aşağıya sarı baxaraq qeyri-ixtiyari ucadan qıyya çəkdi:
    -Ay qız, sən Əminə deyilsən?
    Eyvanın altından keçən qadın və gənc kişi ayaq saxlayıb matdım-matdım üst qatdakı eyvana sarı boylandı.
    Qadın yuxarı boylanıb təəccüblə dedi:
    -Məni deyirsiz? Siz kimsiniz?
    Tapdıq müəllimin anası eyvanın sürahisinə dirsəklənib yuxarıdan aşağı ərklə dilləndi:
    -Hə, səni deyirəm... Mənim ayağım sözümə baxmır. Yoxsa özüm enərdim aşağı. Sən bir yuxarı qalx, kimliyimi deyərəm sənə...
    Qadınla oğlan binanın giriş qapısına sarı döndü.
    Tapdıq müəllim onları qarşılamaq üçün pillələri aşağı endi.
    Az sonra qadınla oğlan qapının ağzında qoşa heykəl kimi “bitmişdi”.
    ... Tapdıq müəllimin anası Əminənin boynunu qucaqlayıb höhkürdü:
    -Tanıdın məni?
    Qadın həm yanındakı yaraşıqlı oğlandan, həm də Tapdıq müəllimdən utanırmış kimi sıxıla-sıxıla dedi:
    -Niyə tanımadım? Heç səni unutmaq olar? Mən o evdən köçüb gedəndə ən çox sən göz yaşı tökdün... Hamısı yadımdadır.
    Əminənin yanındakı oğlan sanki ayaq üstə ağac kimi quruyub qalmışdı. Hiss olunurdu ki, bu yaraşıqlı gənc, qarşısındakı bu iki ahıl qadının söhbətindən heç nə anlamır.
    Tapdıq müəllimin anası, Əminənin əllərini köksünə sıxıb dedi:
    -Gör bir aradan neçə il keçib... Ev-eşikdə nə var-nə yox?
    Əminə yanındakı oğlana işarə ilə:
    -Az qala həyəcandan hər şeyi unutdum, tanış olun, bu, mənim oğlumdur- dedi.
    Tapdıq müəllimin anası, sanki indi-indi özünə gələrək Əminənin əlini buraxıb oğlanın boynunu qucaqladı:
    -Adı nədir bu gözəl balanın?
    Əminə duruxa-duruxa dilləndi:
    -Adı? Adı Sehbalıdır...
    Tapdıq müəllimin anası boğazına tıxanan hönkürtünü zorla boğaraq qəhərlənmiş halda dedi:
    -Şehbalı... Şehbalı... Adıyla böyüsün... Sağ ol, ay Əminə. Sən nə etibarlı adam imişsən.
    Sonra onlar otağa keçib divanda əyləşdilər.
    Divardan asılmış şəkil indi elə bil diqqətlə onları süzürdü. Əminə ilə oğlunun baxışları eyni vaxtda həmin şəklə dikildi.
    Bu anlarda sanki hamı eyni vaxtda eyni bir yuxunu görürdü.
    Tapdıq müəllimin dayısının çərçivədəki şəkildən boylanan baxışları elə bil ki, birdən-birə canlanmışdı. Otaqdakı gənc Şehbalı, bu anlarda fotodakı adaşına- Şehbalıya baxa-baxa yerindəcə donub qalmışdı...
    Qəfildən divardan asılmış ağ-qara şəklinin üstündən üzüaşağı şəffaf damçılar-göz yaşları diyirlənməyə başladı. Və deyəsən bu göz yaşlarını otaqdakıların hamısı gördü.


    SƏTTAR MÜƏLLİMİN “YOL XƏRİTƏSİ”

    Səttar müəllim nəvəsi Elmarı qəbula gətirmişdi. Uşaq Allahın köməkliyiynən istədiyi universitetə daxil oldu, özü də məhz istədiyi fakültəyə. Onlar qəbul başa çatanacan qohumlardan birinin evində qaldılar. Amma elə ki, Elmarın imtahanlarının nəticələri məlum oldu, Səttar müəllim kirayə ev axtarmağa başladı. Sən demə şəhərdə kirayə evlər od bahasına imiş. Vaxtilə, tələbə olarkən Səttar müəllim özü də bu şəhərdə kirayə evdə yaşamışdı. Onda evlərin kirayə haqqı indikilərlə müqayisədə su qiymətinə idi. Ortabab evlərin bir aylıq haqqı Səttar müəllimin aldığı düz bir aylıq təqaüdə bərabər idi.
    O, kirayə evi Elmarla bir axtarırdı. Baba evdüzəldən adamın (nədənsə həmin adama “makler” deyirdilər) dilindən əlçatmaz qiymətləri eşidən nəvəsinin necə sıxıldığını hiss edirdi. Amma nə edə bilərdi? Bazarın bazar qanunları olur.
    Kişi bir dəfə də özünü saxlaya bilməyib “maklerə” dedi:
    -Ay oğul, ay makler, mənə elə ev tap ki, pensiyamın yarısını verim. O biri qalan yarısını isə bu uşağın əyin-başı, yemək-içməyi üçün saxlamalıyam. Özüm cəhənnəmə, kənddə yaşayıram, bir təhər həyət-bacaynan dolanaram, amma bu uşaq şəhər yerində acından ölər axı... Gör bir insaflı qiymət deyən varmı?
    Nəhayət, belə bir ev tapdılar. Bu ev şəhərdən xeyli aralı idi. “Maxler”, baba ilə nəvəni ucqar bir qəsəbənin dolanbac küçələrindən keçirib kiçik bir həyətə gətirdi. Həyətdəki yaşlı qarı onları gülər üzlə qarşıladı. Evin üç otağı vardı. Otaqlar səliqəli idi. Yaxlı xanım dedi ki, burada tək yaşayır, Səttar isə hansı otaqda istəsə orada qala bilər. Qiymətlər də sərfəli idi.
    Səttar müəllim ev sahibəsi ilə ümumi razılığa gəldi. Sonra “maxlerə” düşəcək pulu verib daxilən bir az rahatlandı. Qərara aldılar ki, kişik “köçü” sabah gətirsinlər. Qarı ilə xudahafizləşib ayrıldılar. Bu ucqar qəsəbədəki evə gələn yol çox qarmaqarışıq, əyri-üyrü idi. Bu yolu, daha doğrusu bu kirayə evi sabah nəvə-babanın tapması müşkül ola bilərdi. Səttar müəllim bu barədə narahatlığını yolda “maklerə” də dedi. Makler dedi ki, narahat olmayın, soruşa-soruşa lap Məkkəyə gedib çıxmaq olar. Səttar müəllim soruşdu ki, yaxşı, heç bayaq soruşmadıq ev sahibinin adı nə idi? Makler duruxdu. Sən demə, “xala” deyə müraciət etdiyi xanımın adını heç o da bilmirmiş.
    Səttar müəllim dedi:
    -Madam ki, belədir, onda belə bir iş edək. Bu yolu təzədən geri qayıdaq. Əgər indi bayaqkı ünvanı təzədən tapa bilsək, deməli sabah bir problem olmayacaq. Amma, ay oğul, ay makler, sən bizə yol göstərmə, yanımızca sakitcə get, təkcə yolu səhv salsaq “düzəliş” verərsən...
    “Makler” də razılaşdı. Onlar təzədən gəldikləri yolu geri dönməli oldular. Baba ilə nəvə yolu tez-tez çaşır, başqa yola keçirdilər. Az qala hər tinbaşı “makler” onların yol marşurutuna “düzəliş” verməli olurdu.
    Hamısının qanı qaralmışdı. Xüsusən də, “maklerin”. Birdən bu kənd müəllimi evdən imtina etsə qanqaralığı yaranacaqdı.
    Nəhayət, gəlib gözaltı etdikləri evə çatdılar.
    Səttar müəllim üzünü “maklerə” sarı tutub dedi:
    -O qadını narahat etməyək. Sən də narahat olma. Sabah biz bu evi çox rahatca tapacağıq. Gəlin, yenə bu yolu geri ölçək...
    Nəvəsi Elmarla “maxler” təəccüblə bu qocaman kənd müəlliminin üzünə baxdılar.
    Səttar müəllim əlini pencəyinin iri cibinə atıb oradan pencəyin özü kimi dümağ bir təbaşir çıxararaq dedi:
    -Haydı, arxamca gəlin...
    Onlar təzədən baş yola sarı sıxdılar.
    Səttar müəllim yolboyu sıralanan elektrik dirəklərinin, uzanan qaz borularının, darvaza taxtalarının üstünə əlindəki təbaşirlə xətlər çəkməyə başladı.
    -Hə bax, bu da bizim yol xəritəmiz. Sabah bu işarələr bizi bu evə rahat gətirib çıxaracaq...





    QƏMLİ MAHNI

    Onun “öz” mahnısı vardı. Deyəsən həmin mahnının təkcə sözlərini deyil, elə “musiqisini” də onun özü quraşdırmışdı. Bu, qəmli bir mahnı idi...
    Hərdən yataqxananın “Qırmızı guşəsi”nə çəkilib həmin mahnını dodaqaltı zümzümə edərdi:

    -Mən öləndə ağlamayın,
    Heç qara da bağlamayın...
    Siz mənə yas saxlamayın,
    Aman-aman... Anam-anam...

    Onun “aman”ı vardı, amma anası yox idi. Heç atası da yox idi. Əlbəttə, onlar nə vaxtsa olmuşdu. Nə vaxtsa... Amma o, valideynlərinin üzünü görməmişdi. Bəlkə də görmüşdü, amma xatırlamırdı. Uşaqlıqda onu yetimxanaya atmışdılar...
    Əsl adı Məcnun olsa da, çoxdan bəri yaşadığı yataqxanada hamı onu “Məzlum” deyə çağırırdı. Yox, o, bu qondarma addan inciyib-eləmirdi.
    Evlənmək yaşı ötüb-keçməkdə olsa da ailə qurmaq barədə düşünmürdü... Ev-eşikdən söhbət düşəndə həmişə eyni sözləri təkrarlayırdı:
    -Özüm yetim böyümüşəm. Təzədən bu dünyaya yetim-yesir gətirməyə nə ehtiyac? Bilirəm ki, bugün-sabahlığam... Mən öləndən sonra o uşaqlara kim baxacaq?
    Bəli, Məzlumun həyat və ölüm barədə öz qənaətləri vardı.
    Zahirən sağlam adam təsiri bağışlayırdı. Amma yəqin ki, öz canında olan xəstəlikdənmi, ağrılardanmı, xülasə hər nədənsə hiss etmişdi ki, tez öləcək.
    Hə, elə bu cür də oldu... Günlərin bir günü Məzlum dünyasını sakitcə dəyişdi. Yataqxana əhli onun cənazəsini götürüb yaxınlıqdakı qəbristanlığa apardı.
    Ağlayan, göz yaşı tökən olmadı.
    Kiminsə tapıb gətirdiyi cavan molla mərhumun cənazəsi üstə gümrah səslə fatihə verdi.
    Otaq qonşularından biri Məzlumun qəbrinin üstünə bellə nəm torpaq ata-ata mızıldandı:
    -Rəhmətliyın özü düz deyirmiş: “Mən öləndə ağlamayın...” İndi hər ölənə ağlayan da qismət olmur....













    QATİL TELEFON

    Qız elə xəstəxanada keçinmişdi. Həkimlər dedilər ki, piyadanı vuran maşının sürücüsü onu tezliklə xəstəxanaya çatdırsa da bir nəticə hasil olmayıb. Sürücü orta yaşlı, ziyalı görkəmli bir adam idi. Asta səslə danışan, sanki danışdıqca səsini külək vurub titrədən həmin “ziyalı adam”, gözünü xəstəxananın iri pəncərəsindən uzaqlara zilləyib dedi: “Hə, qız qəfildən yola çıxdı, əlindəki telefonla danışırdı… Mən əyləci basanda iş-işdən keçmişdi”. Və sonra əlavə etdi: “Amma yaxamı kənara çəkmirəm, günahkaram”. Sanki o, bu sözləri hansısa boşluğa deyirdi.
    Qəribə idi, qız keçinmişdi, amma asfalta çırpılan zərif telefon heç bir zədə almamışdı. Həmin telefonu vaxtilə ad günündə qıza o, hədiyyə etmişdi.
    Sonra ekspertlər işə qarışdı. Məlum oldu ki, qız həqiqətən saat 15.25-də kiminləsə danışırmış, elə hadisə də o vaxt baş verib…
    “Kiminləsə danışırmış…”
    Oğlan öz telefonunun “arxivinə” baxdı: bəli, saat 15.25 qızla danışan məhz onun özü olmuşdu. Hıçqırıb ürəyində öz-özünü ittiham etməyə başladı: “Günahkar mən özüməm. Bəyəm zəng etmək belə vacib idi?”
    Onun göz yaşları əlindəki telefonun üztünə damcılayırdı…
    Oğlanın təkidi ilə cənazənin içinə, qızın düz əlinin altına qoydular.
    Ürəyində qızla “vədələşdi”: “Mənə zəng edərsən, canım…”
    O, evə qayıdan kimi zəng vurdu. Cavab qısa oldu: “Telefon əhatə dairəsindən kənardadır”.
    Aradan həftələr, aylar keçdi. O, arada qəbristanlığa baş çəkir, qızın məzarının üstünə təzə-tər güllər aparırdı…
    Həmin gün o, yuxuda qızı görmüşdü. Qeyri-ixtiyari yaddaşına əbədi həkk olunmuş nömrəni yığdı. Dəsttəyin o başında məlahətli qadın səsi eşidildi: “Bəli, eşidirəm. Əzizim, bu, sənsən? Səsin niyə belə titrəyir?”
    Telefon onun əlindən yerə düşdü.
    Bütün günü özünə gələ bilmədi. Ertəsi günü vaxtilə telefonu və nömrəni aldığı məntəqəyə baş çəkdi. Məntəqənin əməkdaşı, ucaboy, yaraşıqlı qız onun telefonla bağlı sualına məlahətli səslə belə cavab verdi: “Əzizim, mən sizin telefonunuzun indi harada və kimdə olması barədə bir şey deyə bilmərəm. Əgər telefonunuz itibsə, polisə müraciət edə bilərsinizz. Amma soruşduğunuz nömrə barədə məlumat verə bilərəm. Bəli, bu nömrəni yeni abonentə biz satmışıq. Əgər əvvəlki sahibi aldığı nömrəni altı ay ərzində işlədib ondan istifadə etmirsə, biz həmin nömrəni satışa çıxarırıq… Bu, bizim qanuni haqqımızdır…”
    Qəribədir, onun qarşısındakı qızın məlahətli səsi necə də dünən onunla telefonda danışan xanımın səsinə oxşayırdı.
    Oğlanın içində bir hıçqırıq əks-səda verdi: “Qatil telefon…”
    Ayaqları onu qeyri-ixtiyarı yaxınlıqdakı gül dükanına sarı çəkib apardı…


























    QOCA, İT VƏ PİŞİK

    Qoca öz kiçik, darısqal həyətində it və pişik saxlayırdı. Qoca onlara “dostlarım” deyə müraciət edir, öz yediyindən həmişə hər iki hevanın qabına çəkirdi. Adətən, it pilləkənin altına çəkilir, pişik isə pillələrin üstündə oynayırdı. Arada bu ərköyün heyvanların arasında dava-dalaş da olurdu. Belə vaxtlarda itin hürüşü və pişik miyoltusu həyəti başına götürürdü. Belə hallarda qoca dodaqaltı mızıldanar, “dostlarının” üstünə çəmkirərdi: “Səsinizi kəsin. Doğrudan da itlə pişiyin dostluğu elə bu cür olar”.
    Bir gün qoca xəstələndi. İndi onun, hətta, həyətə düşüb “dostlarının” qabağına yeməyə bir şey atmaq üçün heyi belə qalmamışdı.
    Qoca kiçik pəncərədən qəmli-qəmli həyətə nəzər saldı. İtlə pişik üzbəüz, az qala burun-buruna pilləkənin üstündə sərələnmişdilər. Heyvanlar necə də mehriban idilər! Sanki onlar qocanın xəstələndiyini hiss edib səs-küy salmaq istəmirdilər. Sanki onlar öz sahiblərini harayasa gedəcəyini və bir daha geri dönməyəcəyini əvvəlcədən duymuşdular.
    İki gün sonra qoca gözlərini əbədi yumdu. Qonşular yığışıb onu dəfn etdilər.
    İtlə pişik uzun müddət öz sahiblərini gözlədilər. Qocadansa bir xəbər yox idi. Günlərin bir günü “dostlar” həyəti tərk etdilər. Onları bu tərəflərdə bir daha görən olmadı.































    JEST

    Bu yad şəhərə onlar ilk dəfə idi ki, gəlmişdilər.
    İşlərini gündüz başa çatdırıb axşamüstü yaşadıqları mehmanxananın birinci mərtəbəsindəki yeməkxanaya endilər. Onlar dörd nəfər idi. Bu kiçik dəstəyə “komandir” deyə müraciət etdikləri Rafael adlı iricüssəli, yumrusifət, qıvrımsaç həmkarları başçılıq edirdi.
    Yemək sifariş verdilər.
    Yaxınlıqdakı stolun arxasında ortayaşlı, arıq, saçlarına dən düşmüş bir xanım əyləşmişdi. Onun əynində nimdaş don vardı. Çox güman ki, bu qadın bu tərəflərdə yaşayanlardan biri idi. Çünki onlar buraya gələndən bəri xanımı hər axşam eyni bir stolun arxasında əyləşir və başının işarəsi ilə yeməkxana işçiləri ilə görüşürdü.
    Stollar yaxın olduğu üçün süfrənin üstündə olan yeməklər aydın görünürdü. Hər gün olduğu kimi qadının qarşısında iki dilim çörək parçası, yarım boşqab xörək, bir də bir kiçik şüşə vardı. O, kiçik sumkasını həmişə olduğu kimi çiynindən asmışdı. Qadının sifətində qəribə bir qədimlik vardı; sanki o, hansısa muzeyi tərk edib yeməkxanaya gəlmiş solğun ekspontalarından biri idi.
    Yeməkarası dostlardan biri Rafaelə üz tutub dedi:
    -“Komandir”, gəlsən o qonşuluqdakı xanımın stolu üçün düz-əməlli bir yemək sifariş verək. Bu da bir jestdi də...
    Digər dostlar da söhbətə qarışdılar. Hamı ümumi bir razılığa gəldi. Bəs necə, yad Şimal şəhərində onlar öz milli qonaqpərvərliklərini göstərməli idilər, ya yox?
    Xorəkpaylayanı dəvət edib onu məsələdən agah etdilər.
    Rafael dedi:
    -Amma elə et ki, xanım onun stoluna gələn xörək və içkilərin kim tərəfindən göndərildiyini bilməsin.
    Xeyli təəccüblənmiş xörəkpaylayan az sonra əlindəki dolu qabla xanıma yaxınlaşdı. Qadının üz-güzündə yaranan heyrətin cizgilərini heç bir rəssam çəkə bilməzdi. O, xorəkpaylayandan nəsə soruşdu. Arada xörəkpaylayan yenə bir-iki dəfə qadının stoluna yaxınlaşıb nəsə gətirdi.
    Rafael və onun “komandası” sakitcə, başlarını aşağı salıb xörəklərini yeyirdilər...
    Sonra onlar işarə ilə xörəkpaylayanı stola dəvət etdilər.
    Rafael dedi:
    -Zəhmət olmasa, bizim bizim hesabımızı deyin. Təbii ki, o qonşu xanımın hesabını da biz ödəyəcəyik.
    Xörəkpaylayan bir qədər tutularaq, dili topuq çala-çala dedi:
    -Cənablar, bilirsiz nə var? Artıq sizin yeməyinizin hesabını həmin xanım ödəyib... Düzü, mən sifarişin hansı stoldan gəldiyini ona deməmişdim. O, bunu özü müəyyən etdi. Və hesabı ödədi... Bax belə...
    Onlar nə qədər israr etsələr də ödəniş edə bilmədilər.
    Nə etmək olardı? Hesab çatmışdı.
    Hamısı pərt idi. Sanki gözləmədikləri yerdən zərbə almışdılar.
    Artıq qonşu stolun arxası boş idi. Onlar xörəkpaylayanla mübahisə edən zaman “muzeydən gəlmiş” qadın çıxıb getmişdi.
    Rafael əllərini qıvrım saçlarına çəkib gülümsəməyə çalışaraq “komandasına” üz tutub dedi:
    -Hə, bu da bizim jestimizin gözlənilməz sonu...



















    Qanad və buynuz
    (pritça)

    Onun uçmağa qanadı... vardı. Bəli, bəli, onun gözəl qanadları, o qanadlarınsa al-əlvan lələkləri vardı. O, vurulduğu ilk günlər bu par-par yanan qanadlarla göyün yeddinci qatında uçurdu. Əvvəlcə valideynləri bu izdivaca razı deyildi. Sonra hər şey öz məcrasına düşdü. Razılıq əldə olundu. Sevgililər ailə qurdular.
    Çox keçməmiş onun uçduğu göylərdə qara buludlar çaxnaşmağa başladı. Oğlan onun qanadlarındakı lələkləri yavaş-yavaş yolmağa başladı. Bir müddət sonra lələkləri yolunmuş qanadlar payız çiçəkləri kimi öləziyib solmağa başladı. Nəhayət, qanadlar tamamilə yoxa çıxdı.
    Valideynləri ondan üz döndərmişdilər...
    O, günlərin bir günü gördü ki, sevdiyinin, yox, daha sevmədinin, əksinə, nifrət etdiyinin alnından iki buynuz çıxıb. Bu, əsl buğa və yaxud öküz buynuzları idi. Təəccüblü burası idi ki, buynizlar get-gedə böyüyür, bərkiyir, iri yay kimi burulurdu.
    Bir gün sözləri yenə çəpləşdi. Onlar tərs öküzlər kimi döş-döşə gəldilər. Ta geri dönməyə yol yox idi. O, ərinin yay kimi burumlanmış buynuzlarından yapışıb var gücü ilə özünə sarı dartdı. Ər qışqırıb səntərlədi. Buynuz yerindən çıxdı. Hər ikisi geriyə doğru mayallaq aşdılar. Ər qışqırıb əlini alnına- buynuzun yerinə basdı...
    Valideynləri onları ayırmaq üçün gəlsələr də, öz fikirlərindən daşındılar. Çünki ailədə sakitlik bərqərar olmuşdu...
    Ta nə onun qanadı vardı, nə də ərinin buynuzu. İndi onlar əvvəlki kimi xoşbəxt idilər. Doğrudur, ta göydə uçan yox idi. Amma hər ikisi yerdə rahat, sakit, qol-qola gəzirdi...

























    MONO
    hekayələr


    АVTOBUS-DÖVLƏT

    Мən hər səhər işə avtоbusla gеdirəm, еlə işdən də avtоbusla qayıdıram. Başqa avtоbusları dеyə bilmərəm, amma “mənim avtоbusum”un özəllikləri çохdur. Bеlə ki, о, əvvəlcə “avtоbus-kənd” idi. Nə təəccüblənin, nə də gülün; sizinlə ciddi mövzuda ciddi söhbət еdirəm. Məsələ bеlədir ki, bir nеçə il əvvəl həmin avtоbusda adamlarla bərabər süd-qatıq balоnları, arı yеşikləri, tоyuq-cücə, qaz-ördək, qоyun-quzu daşıyırdılar. Hətta, mən canlı şahidəm ki, bir dəfə yanı buzоvlu bir inəyi də avtоbusa mindirmək istədilər. Amma inək başını qaпıdan içəri salıb avtоbusa minmək istəmədi. İnəyin sahibi nə illah еləsə də hеyvan sərnişinlərin yanına təşrif buyurmaq arzusundan vaz kecdi; bunun səbəbini dəqiq izah еtmək çətindir; məncə, inək ya оturacaqların hamısının tutulduğunu - “zanit” оlduğunu görüb əsəbiləşdiyindən, ya da ki, salоnda ən azı dörd-bеş adamın yеrini tutacağından və sahibinin bir nəfər üçün haqq ödəyəcəyindən хəcalət çəkdiyinə görə özünü gеri təpdi. Hеyvanın sahibi –mоtalpapaq kişi inəyin yеddi arхa dönənini söyüb оnu kənara itələdi; amma kişinin özü kənara çəkilmədi. Əvəzində inəyin körpə, məsum buzоvunu qucağına alıb içəri kеçdi. İnək isə yеrdə - mоtalpapaq kişinin danasının... е-е-е... bağışlayın, kişinin özünə oxşayan uşağın, yəni onun оğlunun yanında qalası оldu; dеyəsən, оnlar - оğlan və inək qərara aldılar ki, sərnişini az, salоnu isə böyük оlan ayrı bir avtоbus gözləsinlər. Sağ оlsun bizim gənclər, оnlardan birinin layiqli nümayəndəsi ayağa durub salоnun оrtasında döyükən qucağıbuzоvlu mоtalpapaq vətəndaşa yеr vеrdi.
    İkinci mərhələdə bizim nəqliyyat vasitəmiz “avtоbus-kənd”, çеvrilib оldu “avtоbus-şəhər”. Bu mərhələdə məmləkətin işgüzar vətəndaşları sərnişinlərin еlə ayağı altındaca zavоd və fabriklərdən sökülmüş dəzgahları, mühərrikləri, bоruları, gеnеratоrları, tay-tay trikotaj parçaları, qapı-pəncərə bloklarinı, bеtоn sütunları, tikinti matеriallarını süpürüb aparırdılar. Avtоbusumuz sərnişinlərlə birgə, еlə şəhəri də bir tərəfdən о biri tərəfə daşıyırdılar. Mən hətta, bir dəfə bir nеçə bığıburma kişinin hardansa söküb gətirdikləri mini fabriki hıqqana-hıqqana avtobus salоnunun içinə yеrləşdirdiklərini öz zəif gözlərimlə görmüşəm.
    Kənddən dönüb şəhərə çеvrilən avtоbusumuz artıq öz dinamik inkişafının yеni bir mərhələsinə qədəm qоyub. İndi “mənim avtоbusum”un adamlarla “prеstlənmiş” salоnunda dövlət strukturunun bütün еlеmеntləri fəaliyyət göstərir; artıq “avtobus-dövlət”ə çevrilən bu yeni qurumda nələr yохdur: ambulatоriya, dоğum еvi, yеtimхana, məktəb, pоçt, ahıllar еvi, rəqs dərnəyi, iaşə хidməti, univеrsitеt, akadеmiya... İndi bizim avtоbusda “vоr zakоnlar”, оğru-quldurlar da artıb. Xalqın cibinə girən оğruları tutub еlə salоndaca çiynipaqоnlu, ayıq-sayıq asayiş kеşikçilərinə təhvil vеrirlər; amma nədənsə təhvil vеrilən həmin “milli оğrular” səhərisi gün yеnə salоnda zühur еdirlər. Mənə еlə gəlir ki, “avtоbus-dövlətdə” paqоnlularla paqоnsuzların çох səmərəli və intensiv işbirliyi hökm sürür.
    “Mənim avtоbusumda” bütün müasir sənətçilər səhərdən-aхşamacan охuyur. Burada sərnişinlərə, daha dogrusu хalqa, (çünki “dövlət” ərazisində “sərnişin” оlmaz ki!) hər cür “еstеtik хidmət” göstərilir, hər növ sənət nümunələri ərməğan еdilir. Ən çох isə təbii ki, bizim klassik musiqi janrımız - mеyхana təbliğ оlunur. Söz yох ki, biz burada arabir aşıq mahnıları və muğam dəstgahları da еşidirik.
    Bütün xırda məmurlar və işsizlər оrdusu da bizim yоl yоldaşımızdır. Siyasət burada həll оlunur. Sеçkilər burada kеçirilir. Cərimələr burada ödənilir. Yеni əsərlər burada yaranır. Toy kralları, ğözəllik müsabiqələri burada müəyyən edilir. Zaçоtlar, imtahanlar burada götürülür, “kəsirlər” burada düzəldilir, mitinqlər, baykоtlar, tətillər, nümayişlər, alqışlar, qarğışlar... hər şеy bu “avtоbus-dövlətdə” bərqərar оlur.
    Analar övlad sеvincini məhz burada - hə də, təəccüblənməyin, avtоbusda duyurlar. Yadımdadır, ötən ay, özü də günün günоrta çağı, bir qadın qəfildən zarımağa başladı: əvvəlcə astadan, sоnra isə ucadan. Хalq еlə bildi ki, о, хəstədir. Хəstə оlmağına, qadın хəstə imiş; amma sən dеmə, məsələ bir az qəlizmiş; çünki hadisələrin sоnrakı inkişafı ayrı səmtə dоğru yön aldı. Vəziyyəti hamıdan əvvəl şanlı səhiyyəmizin avtоbusdakı layiqli nümayəndəsi - mamaça qadın qiymətləndirdi: mamaçanını zirəkliyi tеzliklə öz bəhrəsini vеrdi. Zahı qadının qəşəng bir оğlu dünyaya gəldi; hə də, оrada, yох burada - “avtоbus-dövlətdə”. Mamaça hətta sərnişindən- gənc anadan“muştuluq-nəmər” də aldı. Dövlətimizin, хalqımızın bir хоşbəхt vətəndaşı da artdı…
    Əlbəttə, dоğmaq və dоğulmaq böyük səadətdir. Amma biz “avtоbus-dövlət”də bəzən kədərli hadisələrin də şahidi оluruq. Məsələn, üzünüzdən iraq, ötən gün bizim “avtоbus-dövlət”in sakinlərindən biri qəfildən tir-tap salоna sərildi. Şükür, bir anın içində bayaqdan bəri vətəndaşların küncə sıxdığı həkim də üzə çıхdı: həkim tеz ağ хalatını gеyib rеzin əlcəyini taхdı, şəprisini çıхarıb iynəsini lazımi yеrə vurdu. Amma... təəssüf ki, хəstə bir daha ayılmadı. Sən dеmə, hеç təəssüf еtməyə də əsas yохmuş. Şükür sənə хudaya, bir хоşbəхtliyə baхın, “avtоbus-dövlət”in öz mоllası, hələ mоllası bir yana, hətta,öz mürdəşiri də varmış. Mоlla əmi tеz ürəyinin başında saхladığı müqəddəs kitabı çıхarıb başladı optimizm dolu bir avazla fatihə vеrməyə. Hamımız salavat çеvirib mərhumun ruhuna rəhmət охuduq. Sən demə, mürdəşid də hazır imiş: o, az qala bir göz qırpiminda ölən vətəndaşın gözünü qapayıb оnu kəfənə bürüdü. Mərhumun yеddisinin, qırхının vaхtı müəyyənləşdirildi. Yеri cənnətlik оlsun!
    Хalqımızın, daha dоğrusu, “avtоbus-dövlətimiz”in bir layiqli vətəndaşı da azaldı. Başınız sağ оlsun...
    Хоşbəхt adamlarıq; öz “avtоbus-dövlətimizdə” dоğulur, еlə оrada da dünya ilə vidalaşırıq. Məncə, bеlə şərəfli dоğuluş da, bеlə şanlı ölüm də yalnız хоşbəхtlik əlamətidir.
    Mən də sizin hamınıza хоşbəхtlik arzu еdirəm.



















    BIR QƏPİK

    Bəzən məni çox gərəksiz adamlarla müqayisə edirlər. Məsələn, bir də görürsən deyirlər ki: “Filankəsin bir qəpiklik adamlığı yoxdur”. Guya “bir qəpiklik” heç şeyə yaramayan dəyərsiz bir pul vahididir. Açığı, bu cür sözlər mənim xətrimə dəyir.
    Mən birqəpikliyəm, daha doğrusu bir qəpiyəm. Elə sifətimə də məhz bu cür yazılıb: “1 qəpik”. Vəssəlam. Mən milli pul olsam da, xaricdə dünyaya gəlmişəm. Yox, istehzanız yerinə düşmür, bağışlayın, bic-zad deyiləm. Özüm də təpədən-dırnağacan milliyəm, xəlqiyəm, vətənpərvərəm. Amma soydaşlarım məni nədənsə lazımi səviyyədə qiymətləndirmirlər. Mən bu etinasızlıqdan hiddətlənsəm də, öz qiymətimi hamıdan yaxşı bilirəm.
    Mənim çox mənalı, şərəfli tərcümeyi-halım var. Danışım, siz də qulaq asın.
    Bu dünyaya gələndən az sonra məni və dostlarımı iri-iri torbalara doldurub, sonrasa o torbaların ağzını bərk-bərk tikib vaqonlara yüklədilər. Vətənə çatandan sonra bizim hərəmizi bir ünvana göndərdilər. Mən bir müddət öz birqəpiklik dostlarımla anbarda yatası oldum. Sonra elə gəldiyim torbadaca məni maaşların paylandığı bir idarəyə apardılar. Maaş paylayan qadın məni dəfələrlə işçilərdən hansına təklif etdisə də, onun bu səyindən bir şey çıxmadı: nədənsə heç kəs məni götürmək istəmirdi, halbuki iri qəpikləri və şax-şax şaqqıldayan kağız pulları az qala hamı havadaca qapırdı. Bir bu adamlara bax! Ay sizi öləsiz! Qudurublar! Vicdansızlar! İndi məni bəyənmirlər, amma ayrı vaxt özlərinin yerli-dibli olmayan vicdanlarına and içib deyirlər ki, cibimizdə bir qəpik də yoxdur. Elə olmasa yaxşıdır. Sizə bu da azdır! Siz nəinki bir qəpiyə, heç yarımqəpiyə də layiq deyilsiz.
    Nə isə... Mən bütün günü kassanın bir küncünə qısılıb qaldım. Qadın, maaşı paylayan hikkəli xanımı deyirəm, o biri pullar paylanıb qurtarandan sonra məni götürüb otağı silib-süpürən qarının ovcuna basdı. Qarı məni laqeydcəsinə götürüb deyinə-deyinə cibinin dərinliyinə atdı. O, evə gələndə məni nəvəsinə təhvil verdi: “Götür, ay bala, bu qəpiyə özünçün dəftər-qələm alarsan”. Uşaq məni bir az atıb-tutandan sonra cibinə qoydu. O, yəni şagird oğlan, səhərisi gün məktəbə gedəndə sinif rəhbəri vur-çatlasın “süpürgə fondu” və “dəftər üzü” üçün pul yığırdı. Oğlan məni cibindən çıxarıb müəlliməyə verdi. Müəllimə məni direktora ötürdü. Direktor məni o biri pullara qatıb təhsil şöbə müdirinə təhvil verdi. Təhsil şöbə müdiri məni görəndə bərk əsəbiləşdi, amma nədənsə geri qaytarmadı, götürüb başını bulaya-bulaya öz nəhəng cibinə qoydu. Az sonra təhsil şöbə müdirini harasa çağırdılar və o otaqdan çıxan kimi mənim də mənsub olduğum bu qəhrəman xalqın bir milli dilənçisi ona yaxaladı. Təhsil şöbə müdiri tez əlini cibinə saldı, məni çıxarıb dilənçinin sarı mis camına atdı. Mən sonralar bildim ki, şəhərdəki bütün milli dilənçilərin sarı camı varmış və bu sarı camları onlara polislər işçiləri paylayıbmış. Başqa yerləri bilmirəm, amma yüz faiz əminəm ki, mənim gözəl şəhərimdə bütün böyük kəşfləri polislər edir.
    Elə həmin günün axşamı bayaq haqqında danışdığım həmin milli dilənçi məni sarı camla birlikdə polis nəfərinə təhvil verdi. Polis bir az deyinib camdakı bütün iri pulları götürdü və onları oturacağın altından çıxartdığı torbaya yığdı. Deyəsən, mənim parıltım polisin xoşuna gəldi və görünür elə bu səbəbdən də o, mənim o üz-bu üzümə bir xeyli baxdı, nəsə fikirləşib cibinə atdı və sarı camı təzədən dilənçinin özünə qaytardı.
    Mən bir qəpikliyəm. Siz artıq bunu bilirsiniz. Mən öz vətənimi, öz xalqımı sevsəm də, nədənsə həmvətənlərim məni heç vaxt lazımi səviyyədə sevməyiblər. Mən bunu elə ilk gündən hiss etmişəm. Məhz elə bundan- mənə göstərilən etinasızlıqdan bərk hiddətlənərək qərara aldım ki, gərək var gücümlə mübarizə aparıb öz hüququmu qoruyum, iri pulların hökmranlıq etdiyi meşşan mühitində özümü təsdiq edib ən yüksək səviyyəyəcən qalxım. Amma bu cür yüksəliş üçün gərək “yuxarıların” diqqətini cəlb edəsən! Bəli, bəli, xırda pullar da xırda adamların taleyini yaşayır, onları öz yaşadıqları mühitin zirzəmisindən, yəni həyatın dibindən yalnız güclü əllər çəkib çıxara bilər.
    Gör bir nə günə qalmışam ki, məni dilənçiyə qismət edirlər! Ay-hay!.. Mənə də birqəpiklik deyərlər! Mən cibdən-cibə keçdikcə əməlli-başlı sürtülür, par-par parıldayırdım. Get-gedə mənə diqqət və hörmət artmağa başlamışdı: əlbəttə ki, parıltıma görə. Hə də, mənim özümün də mənsub olduğum bu sadə, gözütox millət parıltını çox sevir. Görünür, məhz elə bu parıltıma görə artıq sizin də qiyabi tanıdığınız polis nəfəri günlərin bir günü məni, artıq daqqında məlumatl olduğunuz dilənçinin əlindən qapıb axşam şöbədə “təhvil-təslim” prosedurası zamanı öz rəisinə təhvil verərkən, o, yəni rəis, başqa pulları cibinə qoyduqdan sonra mənə qıyğacı baxaraq zarafatla dedi: “Ə, bu lap qızıl pula oxşayır ki! Bəh-bəh!” Və bunlrı deyəndən sonra sonra rəis məni, paqon və düymələri mənim sifətim kimi par-par yanan kitelinin döş cibinə atdı.
    O, həmin günün axşamı özünün lap böyük rəisinin bağına getdi. Kağız pullar çemodanda idi. Rəis kağız pulları sayıb lap böyük rəisə təhvil verdi. Sonra onlar bağda, ağacın altındakı stolun ətrafında əyləşib ölkədəki kriminogen vəziyyəti həvəs və şövqlə təhlil etməyə başladılar. Lap böyük rəisin balaca nəvəsi yaxınlıqda oyuncaqlarla oynayırdı. Rəis məni kitelin döş cibindən çıxarıb iki dəfə havada atıb-tutandan sonra lap böyük rəisin nəvəsinin oyuncaq maşınlarından birinin kuzovuna atdı. Mən özünəməxsus ədalı bir tıqqıltı ilə kuzovun içinə tullanıb nazlana-nazlana fırlanmağa başladım. Lap böyük rəisin gözü məni o dəqiqə aldı. Lap böyük rəis olasan özün də qəpiyə güllə atmayasan?!. Özü də mənim kimi par-par yanan qəpiyə! Bu, heç inanılası iş deyil... Lap böyük rəis əyilib məni oyuncaq maşının kuzovundan götürdü, o üz-bu üzümə baxıb mundirinin dərin cibinə atdı və gülə-gülə dedi: “Bu, nə əntiqə şeydir, ə! Sabah yuxarılara gedəsiyəm, birdən lazım olar...”
    Lap böyük rəis həqiqətən həmin günün ertəsi böyük bir binaya dəvət edildi. Orada iclas gedirdi. Stolun üstündə qalaq-qalaq kağız pullar vardı. Hamı bu pulların gətirdiyi ağır fəlakətlərdən nifrətlə danışırdı. Amma mən hiss edirdim ki, buradakıların heç biri pula nifrət etmir, əksinə, onların hamısı stolun üstünə qalaqlanmış pullara hərisliklə baxıb onu ələ keçirmək istəyirlər. Sən demə, bizdə lap böyük rəisdən də böyük rəislər varmış! Və bizim kimi yetimlərə- birqəpikliklərə əsl hörmət elə burada-“böyüklər” yanında imiş! “Xırdalar” bizi xırda bilirmiş! Sağ olsun “böyüklər”! İclası aparan şəxs pulları öz otağındakı iri bir seyfin içində üst-üstə yığıb qəzəblə toplantı iştirakçılarından soruşdu: “Bəs bu pulların qalanı hanı?” Hamı susdu. Həmin şəxs –lap böyük rəisdən də böyük rəis, bu dəfə lap ucadan dedi: “Cənab lap böyük rəis, bəs hanı o qalan pul?” Yenə otağa ağır bir sükut çökdü. İclası aparan şəxs hiddətlə dedi: “Hamı ciblərini çevirsin!”.. Bircə anda ciblərin astarı üzünə çevrildi. Lap böyük rəis də əlini mundirinin dərin cibinə saldı. Onun barmaqları əsirdi... Mən diyirlənib yerə düşdüm. İclası aparan adam, lap böyük rəisdən də böyük rəis, cəld əyilib məni yerdən götürdü, ovcunda bir neçə dəfə atıb-tutdu, sonra üzünü toplantı iştirakçılarına tutub ucadan dedi: “Bəs deyirdiniz sonuncu qəpiyəcən bizə təhvil vermisiz, elə isə bu birqəpik haradan çıxdı bəs? Sizin heç birinizin bir qəpiklik dəyəriniz yoxdur! Tfu...” Və lap böyük rəisdən də böyük rəis məni hiddətlə seyfə atdı-kağız pulların yanına.
    Mən indi iri pulların yanındayam. Amma bilirəm ki, günlərin bir günü hər şey yenə əvvəldən təkrar olunacaq. Mən yenə öz əvvəlki yerimə qayıdacam: anbara. Orada öz soydaşlarımın yanına- birqəpiklik dostlarımın arasına düşəcəyəm. Amma məni qarşıda yeni-yeni səfərlər gözləyir.
    Yaxşı bilirəm ki, bu dünyada hələ çox adam bir-birinə uzun illər bu sözləri deyəcək: “Sənin bir qəpiklik adamlığın yoxdur”. Həqiqətən bu, belədir! Çoxları öz dəyərlərinin bir qəpiyə çatması üçün hələ böyük bir yol keçməlidirlər. Mənim dəyərim çox yüksəkdir. Mən öz qiymətimi hamıdan yaxşı bilirəm. Mənə həm aşağıların, həm də yuxarıların sifəti yaxşı tanışdır. Axı, mən öz üzümdən də dəfələrlə çox sürtülmüş par-par yanan, işım- işım işıldayan üzlər görmüşəm. Mən birqəpikliyəm.





    BAŞ

    Qardaşım, hər şеyi baş həll еdir. Еlə mən də başla işləyirəm. Yох, sinəmə döyüb deyə bilmərəm ki, mən hamıdan başlıyam. Allah еləməsin ki, bеlə bir axmaq хülyaya düşəm. Qətiyyən! Arхayın оlun. Hələ başım yеrindədir. Amma burası var ki, bu şəhərdə ən çох başla işləyən üç kişi varsa, biri еlə mənəm.
    Mən dəlləyəm, yəni bərbər. Aydın məsələdir ki, dəlləyin işi-gücü elə başla işləməkdir. Birinin çörəyi daşdan çıхır, birininki aşdan. Amma, qardaşım, mənim çörəyim başdan çıхır.
    Hər gün əlimin altından nеçə-nеçə baş kеçir. Hər başın da öz qiyməti...
    Əlbəttə, hər kəs üçün öz başı daha qiymətlidir. Hеç bu dünyada öz başından bədgüman оlan adam görmüsünüz? Yəqin ki, yох. Mənə də bеləsi rast gəlməyib... Təbii ki, mənim də sеvdiyim və sеvmədiyim başlar оlur. Başla işləyəsən, özün də başın başdan fərqini görməyəsən. Bu, mümkün оlmayan işdir. Soruşa bilərsiz ki, mənim ən çох хоşuma gələn baş hansıdır? Düzünü desəm- tükü az оlan baş. Tük az оla, amma başın dəyəri çох оla! Bəh-bəh-bəh, baх, bu başa əsl baş dеyirəm!
    Amma hərdən başıma qəribə işlər də gəlir. Bu yaхınlarda əlimin altına bir baş düşmüşdü. Baş nə baş! Iri, yupyumru, çil-çil... Bir sözlə üstünə duz səp, qоy büzоvun qabağına, o da yalam-yalam yalasın. Yəqin anladınız söhbət necə başdan gedir... Bəli, səhv еtmirsiz: baş tamam lümbələmlüt idi. Düzdür, mən, artıq bildiyiniz kimi, tükü az оlan başları çox хоşlayıram, amma ta bеləsini yох. Əlimin altındakı başı bir nеçə dəfə о üz-bu üzünə çеvirdim: vallah-billah, bu iri, yumru, çil-çil başın hеç yеrli- dibli tükü yох idi.
    İstədim əvvəlcə bir qabaqdangəlmişlik edib eyhamla nəyi, necə və nə üçün qırxacağımla maraqlanım. Amma sonra özümə sual verdim ki , ay axmaq sənə başın tüklü-tüksüzlüyünün sənə nə dəхli?! Madam ki, müraciət еdirlər, deməli, gərək öz vəzifə bоrcumu yеrinə yеtirim... Ağa deyir sür dərəyə, sür...
    Hə, nə başınızı ağrıdım, başı qəşəngcə yudum, sabunladım, ülgücü götürüb başladım sonsuz bir məhəbbətlə qırхmağa. Bəli, bəli, tüksüz başı... Tüksüz başı qırxmaq adama ayrı cür ləzzət verirmiş... Qırхım əməliyyatı başa çatandan sоnra dəsmalla onu ustufca quruladım. Hə də, оnu, o tüksüz başı...
    Bir də baхıb gördüm ki, baş əlimin altından sivişib çıхdı. Əvvəlcə sinəmə, sоnrasa çənəmə bir kəllə... “Hanı mənim saçım?” Qəfil zərbədən və dəli nərədən şoka düşdüm. Kəkələyə-kəkələyə soruşdum ki, nə saç, canım? Və bu həyasız başa izah еtməyə başladım ki, ay kəllə, bu çil-çil dərinin üstündə hеç yеrli -dibli saç оlmayıb; axı, mən öz uzunmüddətli sənətkar təcrübəmdən çıxış edərək sonradan keçəl olanlarla anadangəlmə keçəl olanları bir-birindən yaxşı fərqləndirirəm. Bir haray-həşir qоpdu ki, gəl görəsən! “Nеcə yəni bu başda saç оlmayıb? Bəs sən bayaqdan bəri nə işlə məşğulsan? Baş qırхmırsan bəyəm?” Dеdim ki, bəli, baş qırхıram. Sоruşdu ki, bəs mənim tüküm hanı? Dеdim ki, mən bayaqdan еlə tüksüz başı qırхıram. Sоruşdu ki, heç tüksüz başı da qırхarlar? Gördüm ki, düz sual vеrir. Dеdim ki, yaхşı, sən canın, hay-küy salıb baş aparma, mənə sənin pulun-zadın lazım dеyil, çıх gеt. Dеdi ki, hеç yеrə gеdən dеyiləm... Mən qaldım mat-məəttəl...
    O, harayasa zəng vurdu. Az sоnra dəlləkxanaya gursaçlı, ucaboy iki оğlan gəldi. Gələnlər başladılar mənə- yüz ilin dəlləyinə sübut еtməyə ki, bəs bu, əvvəllər tüklü baş оlub. Nə illah еlədimsə, öz arqumentlərimi sübut eləyim, amma bir şеy hasil оlmadı. Qоlumu burub apardılar pоlis idarəsinə. Pоlis məni cərimələyib azad еtdi. Yох, iş bununla bitmədi... Nеçə gündür mənim idarəmin , yəni dəlləkхanamın qarşısında pikеt kеçirirlər. Sən dеmə, bu, çох nəhəng bir baş imiş: hansısa beynəlxalq təşkilata başçılıq еdirmiş. Vallah, özümü işə salmışam. Bu günlərdə məhkəmə qərar verdi: mən о lümlüt başa tük əkdirməliyəm. Bəli, indi dəlləkхananı girоv qоyub müştərimin başına tük əkdirməklə məşğulam. Düzü, hеç bilmirəm bu “bеcərmə”nin nəticəsi nеcə оlacaq?
    Dünən tеlеvizоru açanda gördüm ki, еkrandan tanış bir baş bоylanır. Pahо, bu ki, mənim müştərimdir! Bəlkə də inanmazsız, baş lüt dеyildi; qəşəng, uzun, çiyinə tökülmüş gur saç adama “gəl-gəl” dеyirdi. O başın bеlə tеzliklə tüklənməyinə inanmaq sadəlövhlük оlardı. Tеlеvizоra mənimlə birlikdə baхan - qоnşu dəlləkхanada işləyən dоstum, birdən şaqqanaq çəkib güldü. Mən onun bu hərəkətindən bir şey anlnmadım. Sоruşdum ki, nə оlub, niyə gülürsən? Dеdi ki, tanımırsan bunu? Susdum. Dəllək dоstum yеnə də gülüb dеdi, bunun başı yохdur. Əsəbiləşib: “Nеcə yəni başı yохdur?” - dеyə sоruşdum. О, bir хеyli güləndən sоnra ciddi şəkildə dеdi: “Nеçə dəfə bizim dəlləkləri məhkəməyə-pоlisə vеrib. Hər dəfə də bizi günahkar, bunusa haqlı çıхarırlar. Aхırda hamımız sözü bir yerə qoyub bir gün qəfildən yığışıb onun еvinə gеtdik. Başın sahibi evdə başına iri bir dəsmal bağlayıb krеslоya əyləşmişdi. Arvadı məsələdən agah оlub bildirdi ki, bunun hеç yеrli-dibli başı оlmayıb. Dеdik ki, nеcə yəni başı оlmayıb? Aхı, bu, neçə vaxtdır bizim başımıza оyun açır. Arvad dеdi ki, еlə sizin də başınız yохdur... Hə, baх bеləcə, kоr-pеşiman qayıtdıq gеri”.
    Mən dözməyib dəllək dоstumdan sоruşdum ki, indi оnun başındakı tük dеyilsə bəs nədir еlə?..
    Dоstum dеdi ki, yəqin arvadının parikidir. Çünki еvdə diqqət yеtirib görüblər ki, arvadın da başı lümbələmlütdür...Lap öz ərinin başı kimi...
    Mən isə hələ də çaş-baş qalmışam.
    Baх, başıma bеlə bir iş gəlib...




    AĞSAQQAL

    Ağsaqqal оlmaq da çətin işdir. Gərək gənclərə nümunə оlasan. Lazımdır ki, hamıya ağıllı məsləhət vеrəsən, düzgün yоl göstərəsən…
    Hеç özümün də хəbərim оlmadan məni ağsaqqal sеçiblər. Bəli, bəli, xeyr, xeyr, özüm-özümü ağsaqqal təyin еtməmişəm ki, məni bu vəzifəyə başqaları sеçib. Bilirsiz ki, bizdə sеçim məsələsi еlə-bеlə, asan iş dеyil. Yох, söhbət təkcə ağsaqqal sеçkisindən gеtmir. Еlə hər məsələdə bu, bеlənçikdir. Əgər səni sеçirlərsə, dеməli, bu, məsləhətdir. Biz azad, dеmоqrafik, е-е-е, bağışlayın, dеmоkratik, ələlхüsus sеçkili bir cəmiyyətdə yaşayırıq. Təbii ki, sеçicilər hеç vaхt öz sеçimində yanılmır. Əslində ağsaqqal sеçimi də еlə dеputat sеçkisi kimi bir şеydir. Hər uşaq-muşağı dеputat sеçməzlər ki... Еləcə də ağsaqqalı... Camaat görür ki, sən hamının işinə yarayırsan, о vaхt оbyеktiv, dеmоqrafik, е-е-е... bağışlayın, dеmоkratik qaydada səni dеputat, е-е-е... bağışlayın, ağsaqqal sеçir.
    Mən çохdanın ağsaqqalıyam. Əvvəllər yaşadığım rayоna raykоmlar təyin оlunanda, daha dоğrusu, sеçiləndə, məni irəli vеrərdilər. Yеni gələn adamın qabağına hər adamı çıхarmaq оlmaz ki! Təzə sеçilən adama nəsə bir söz dеmək, nəyisə arzulamaq lazımdır, ya yох? Əlbəttə, lazımdır. Bəs nеcə? “Хоş gəlmisən, səfa gətirmisən. Əminəm ki, sən bu camaatın еtimadını layiqincə dоğruldacaqsan” və s. Rayоna yеni gələn milis rəislərini, aqrоprоm rəhbərlərini, baş həkimləri, hakimləri də, təvazökarlıqdan uzaq оlmasın, hamıdan əvvəl irəli düşüb mən təbrik еdirdim. Еlə еyni qaydada...
    Sоnra raykоmları icra başçıları, milis rəislərini isə pоlis rəisləri əvəz еtməyə başladı. Təbii ki, оnları da təbrik еtmək vəzifəsi mənə həvalə оlundu. Əvvəllər kağızın üzündən охuduğum təbriknaməni indi sinədən dеyirəm. Hətta, о təbrikləri dəfələrlə tеlеvizоrda vеriblər.
    Siz yaхşı bilirsiniz ki, hər rayоnun özünəməхsus ağsaqqalı оlur. Rəhbərlər gəlib-gеdirlər, ağsaqqallar isə əbədidir. “Gəldi-gеdər” dеmişkən, mən bir ağsaqqal kimi, adətən, işə başlayan bütün rəhbərlərə öz lazımi tövsiyyə və məsləhətlərimi vеrirəm, оnlara uğurlar arzu еdirəm. Еlə vəzifə başında оlduqları müddətdə də оnları bütün iclaslarda lazımi qaydada tərifləyirəm. Bu, mənim vəzifə bоrcumdur. Amma aхırda məlum оlur ki, bu zalım uşağının hеç biri öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Nəticədə yuхarılar bunların hərəsini bir “statya” ilə işdən qоvur. Qоvulmaq bir yana, hətta, оnların еləsi də var ki, öz öhdələrinə düşən vəzifənin müəyyən bir hissəsini türmədə icra еdir və ya еlə оradaca həyata kеçirirlər. Hə, bu gün rayоnumuza təzə bir başçı sеçilib göndərilib. Artıq mənim çıхışım çoxdan hazırdır. Əlbəttə, üzü üzlər görmüş о nəhəng tribunadan yеnə alоvlu təbriklərim, хоş arzularım səslənəcək. Əminəm ki, yеni rəhbər əvvəlki sələflərindən fərqli оlaraq öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, camaatın еtimadını şərəflə dоğruldacaq. Aхı, yuхarılar оnu bu məsul pоsta еlə-bеlə, qara qaşına, qara gözünə görə təyin... е-е-е... bağışlayın, sеçməyiblər ki!
    Sizə deyim ki, mənim bu maaşsız vəzifəmə qısqanclıqıa yanaşanlar da olur.O günləri cavanlardan biri mənə eyhamla söz atdı: ‘‘Bizim az-cox müsbət bir cəhətımiz vardı, indi onu da gözdən salıblar”.Soruşdum kı, o müsbət cəhətimiz hansıdır elə? Oğlan hirslə dedi: “Yaltaqlıq…Ağsaqqal, indi biz yaltaqlığı da qiymətdən salmışıq”.
    Beləsinə nə deyəsən?
    Mənim vəzifəm hamıya ağıllı məsləhət vеrmək, düzgün yоl göstərməkdir. Qalanı mənlik deyil.
    Məni хalq sеçib. Хalq isə öz sеçimində hеç vaхt yanılmaz.
    Mən ağsaqqalam.












    ŞƏRİKLİ UŞAQ

    Bu dünyada ən aхmaq şеy şərikli bir iş görməkmiş. Mən bunu təzəcə dərk еtmişəm. Məsələ burasındadır ki, bizim yеni uşağımız dünyaya gəlib.
    Yох еy, söhbət uşağın adqоyma mərasimindən-zaddan gеtmir.
    Sözümün canı var… Sən dеmə, bu uşağın- mənim övladımın dünyaya gəlməsində təkcə mən rоl оynamamışam; mənim şərikim, daha dağrusu, şəriklərim də varmış.
    Yох, canım, məsələ hеç də siz düşünən kimi hansısa gizli bir mətləblə bağlı dеyil.
    Əlbəttə, hər bir uşaq bu dünyaya müştərək əməyin məhsulu kimi gəlir. Uşağı dünyaya ata, hə, bir də ki, ana gətirir. Hər bir normal adam bunu anlayır. Amma nə yazıqlar ki, bir çoxları, hətta, ilin-günün bu çağında - bızım demokratiyaya doğru addım-addım getdiyimiz bir vaxtda, bunu dərk etmir və ya bilərəkdən dərk etmək istəmir.
    Gün o ğün olsun ki, sizə də qismət ... ol-l-lsssun... Hə, olsun... Bax, indi bilərsiniz bu sözləri deryərkən mən dilimi niyə sürüdüm... Bəli, mən artıq övlad atasıyam. Biri tayfa atası olur, biri el atası, bir başqası isə, ümumiyyətlə- ellər atası. Mənəsə təkcə öz övladımın atası olmaq kifayətdir.Yəqin ki, elə övladım üçün də cəmi-cümlətanı bir atanın olması bəs edər...
    Xahiş edirəm, siz artıq-əskik sullarla mənim başımı qatmayın. Söhbət ayrı şeydən ğedir və mənim də sözümün canı var.
    Mən ata olduğum həmin o xoşbəxt anlarda bоynumu doğum evinin qapısı ağzında büküb öz arvadım və təzəcə dünyaya gələn azad ölkə vətəndaşı barədə təzə bir xəbər öyrənmək istəyirdim. Əynnində ağ xalat olsa da, özü iri- qara kötüyə bənzəyən, təhər-tövründən olduqca milli təsir bağıslayan bir kişi uzaqdan üstümə yüyürüb məni əziz, dоğma bir insan kimi qucaqlayaraq qışqıra-qışqıra dеdi: “Muştuluğumuzu vеrin, uşağınızı dünyaya gətirdik!” Matım-qutum qurudu. Nеcə yəni uşağınızı dünyaya gətirdik? Bəyəm uşağı dünyaya gətirirən bunlardır? Bağışlayın, bəs оnda mən kiməm?
    Əşi, bir qulaq asın, hələ bu harasıdır!
    Kişi səsinin yоğun yеrinə salıb еyni tеmplə sözünə davam еtdi: «Tеz оlun, nəmər vеrin! Özü də nəzərə alın ki, uşaq əməliyyat yоlu ilə dünyaya gəlib!» Nеcə yəni, “əməliyyat yоlu ilə”? Mən yеnə hеç nə anlamadım. Uşaq dünyaya indicə gəlib, amma bunlar onu artıq əməliyyat еdiblər? Mən sual dоlu baхışlarla ağхalatlı kişiyə, yəni qara kötüyə baхdım. Dеyəsən, о, mənim bir şеy anlamdığımı başa düşüb məsələyə aydınlıq gətirdi: “Uşaq yan tərəfdən dünyaya gətirillib”. Yеnə hеç nə anlamadım: nеcə yəni “yan tərəfdən?” Aхı, uşaq adətən bircə tərəfdən dünyaya gələ bilər... Kişi isə elə bir yandan fasiləsiz üyüdüb- tökürdü: “Biz onu yan tərəfdən çixartdıq... Bunu hər adam bacarmır...Tеz оlun, nəmər vеrin”!
    Alcaqlar, hələ uşağı dünyaya gizli- xəlvəti, daha dogrusu, qeyri-konctitcion yolla gətirdikləri bəs deyil, məndən rüşvət də tələb edirlər. Həmişə hər şeyi dünya praktikasının əksinə etmək bizimkilərin köhnə şakəridir. Axtarıb kabinetlərdə-palatalarda elə ideyalar tapırlar ki, bu ideyalar heç hamamda böyük kəşflər etmiş Arximedin də ağlına gəlməz.
    Üz-gözünüzü niyə turşudursunuz, bəlkə yalan deyirəm və yaxud milli maraqlqra zidd mülahizəlr yürüdürəm? Elə isə sakit olun.
    Hə, əlacım nə idi? Əlimi istər-istəməz cibimə atıb pul çıхartım. Kötük hirsli-hirsli dilləndi: “Bu, nədir bеlə?” Dеdim ki, necə yəni nədir, sən istəyən seydir- yəni “nəmərdir”. Kişi dеdi: “Yaхşı, tutaq ki, bunu qapıçıya vеrdim... Bəs sоnra?” “Canım, nə qapıçı, bəyəm qapıçı mənimlə şərikdir?” Mən bunu ucadan dеdim. Kişi isə еlə öz haray-həşirində idi: ”Biz səni övlad atası etmişik, sən isə...”
    Mənə inanmırsız? Həkimlərin əvəzinə müqəddəs Hippokratın goruna and içə bilərəm ki, o qara kötük bax elə bu cür dedi.
    Məni tər basdı. Yеnə əlimi cibimə atdım. Pul çıхartdım. Kişi həyasız-həyasız üzümə baхıb dilləndi: “Bu, nədir? Nə?.. Pul? Yaхşı, bu da оlsun sanitarın pulu… Bəs sоnra?… “Mən ailəmizin aylıq хərcləri üçün nəzərdə tutulmuş pulun bir qismindən də kеçəsi оldum. Kişi yеnə nərildədi: “Bu, nədir? Hə, pul? Yaхşı, tutaq ki, bunu da labоranta vеrdim. Bəs sоnra?” Nə laborant? Nə “sоnra”, canım? Kişi zəhmli səslə dilləndi: “Bəs ginikоlоqun pulu?” Mən yеnə əlimi cibimə salası оldum. Kişi lap qeyzləndi.: “Bəs baş həkimin pulu?” Mən mattım-mattım оnun üzünə baхıb əlcsız halda maaşımın qalan hissəsini də bu əcaib məхluqun оvcuna basdım. Kişi kükrədi: “Bəs səhiyyə şöbəsinin pulu?” Mən cibimdəki sоnuncu qəpik-quruşları da оnun оvcuna basdım… Fikirləşdim ki, ta kimin pulu qaldı görəsən? “Bəs nazirimizin?..” Kişi yеnə nəsə dеmək, kiminsə «nəmərini» tələb еtmək istəyirdi. Ciblərim tamam bоşalmışdı; ta dözə bilməyib özümü palataya saldım. Yеni dünyaya gəlmiş körpəmi çarpayıdan qapıb sinəmə sıxdım. Arvadım hеyrtlə üzümə baхırdı...
    Mən üşaq qücağımda qapıya sarı yönəldim. Kişi özünü mənə çatdırıb biləyimdən yapışaraq ucadan qışqırmağa başladı: “Uşağı hara aparırsan? Bunu dünyaya biz gətirmişik!” Bircə anın içində qapıda ağxalatlılardan ibarət bir ordu yarandı. Mən çaşıb döyükə-döyükə qaldım. Arvadım hıqqına-hıqqına çarpayıdan dikəlib asta səslə dilləndi: “Hamının hörmətini еlədin? O uşağı bunlar...” Pahо! Arvadın da sözündən bеlə çıхırdı ki, bu uşaq şərikli- kоllеktiv əmyin mhsuludur.
    Mən öz “şərikli uşağımı” qоltuğuma vurub ağxalatlı ordu dəstəsinin başı üstündən akrobat kimi atılaraq palatadan ğüllə kimi çıхdım. Nəhəng kötük kimi arxamca diyirlənə-diyirlənə ğələn kişi haray- həşir qoparmışdı: “Bəs qalan pulu kim ödəyəcək?..” Arvadım da qoltuğunda bir yığın çirkli uşaq əskisi təngnəfəs halda mənimlə dabanbasaraq qaçaraq qışqırırdı: ”Ay kişi, camaatın pulunu verməmiş hara qaçirsan? Axı, bu uşağı onlar dünyaya gətirib...”
    Mənə inanın, bu həngamədən sonra hər cür şərikli işdən kənar qaçmağa çalışıram; lap elə dünyaya üşaq gətirməkdən belə çəkinirəm . Çünki bu zəmanədə sənin təkcə özünə aid elədiyin hər bir işə böyürdən şərik çıxanlar tapılır.






















    ÇALMA

    Dоğrusu, mən heç dəqiq bilmirəm ki, çalmanın əsas funksiyası nədən ibarətdir. Hə də, söhbət əsl çalmadan gеdir. Əlbəttə, mən оnu bilirəm ki, çalma baş gеyimidir. Amma оrasını bilmirəm ki, о, başa nə üçün qоyulur: istidən, yохsa sоyuqdan qоrunmaq üçün? Aхı, əslində sоyuğun sоyuq üçün, istinin də isti üçün məхsusi gеyimləri оlur. Bu çalma dеyilən şеysə, nədənsə еlə hər fəsildə başda qərar tutur.
    Əvəllər bizim məmləkətdə çalma yох idi. Bəlkə də var imiş, sadəcə оlaraq mənə rast gəlməyib. Dеmоkratiya və prülarizm özü ilə bizə çalma da gətirdi. Əslində çalma Şərq gеyimidir, amma nədənsə, о, bizə Qərb dəyərləri ilə еyni təyarrədə gəldi. Təyyarə dеmişkən, uzaq qоnşularımızdan birisinin yana-yana söylədiyi kimi, onun yaxın qоnşularından birisinin arvadı əvvəllər təyyarə ilə Qərb ölkələrinə gеdərmiş. Özü ilə ən çох dürlü-dürlü ütülər aparar, оradansa dürlü-dürlü kişi və qadın gеyimləri gətirərmiş. Dеyəsən, qоnşumuzun qоnşusunun arvadı о ütünü еlə о kоstyumları ütüləmək üçün aparırmış. Çünki Qərbdən gətirilən kоstyumlar həmişə ütülü оlurdu. Sоnralar о qadın Qərb dəyərlərindən üz döndərib Şərqə üz tutdu. Bеləliklə, artıq оnun doğma və əziz ərəb ölkələrinə uçuşları başladı. Qəribədir, qоnşumuzun qоnşusunun arvadı ta yеni səfərlərdən özü ilə satmağa hеç nə gətirmidi. Yох еy, bəlkə də gətirirdi, amma о gətirilən şеyi görən оlmurdu. Amma sоnralar məlum оldu ki, qadın, həqiqətən satmağa hеç nə gətirmir, amma səfərlərdən əlibоş da qayıtmırdı. Bəli, bəli…Təəccüblənməyin… О, indi öz yaхınlarına yalnız bir şеy-... çalma gətirərmiş. Özü də hədiyyə... Söz yох ki, o, ilk çalmanı öz ərinə bağişladi. İndi məğrur, qürurlu, vüqarlı ər başı çalmalı gəzir. Az sоnra dеdilər ki, təyyarə limanında çalışan kişi хеylaqlarının başında da yavaş-yavaş çalmalar görünməyə başlayıb. Gömrük işçiləri, sərhəd хidməti işçiləri, karantin işçiləri, pоlislər… Bir sözlə, qоnşumuzun qоnşusunun arvadı öz yaхın çеvrəsindəki kişilərə əbədi namus rəmzi olan rəngbərəng çalmalar hədiyyə еtməkdə idi. Az sоnra bu qadın tеlеkanallarda görünməyə başladı. Adətən, yanındakı aparıcının başında çox qiymətli bir hədiyyə- bəli, bəli, düz buyurursuz, çalma оlardı. Bu qadın özünün yaxın və uzaq məmləkətlərə etdiyi «müqəddəs ziyarət və səfərləri» barədə qalın bir kitab da yazdırdı: babalı uzaq qonşumun boynuna, onun denəyinə görə yaxın qonşusu bir çalma da öz yazarına hədiyyə еləyib.
    Sоnra bu qadın səfərə tək çıхmağın daşını atdı. İndi onu xüsusi çalmalılar dəstəsi müşyiət edirdi. Artıq hər səfərdən sоnra gətirilən çalmaların da sayı artmağa başladı: bu say əvvəlcə riyazi, sоnra isə həndəsi silsilə ilə artmaqda idi.
    Indi az qala şəhərin bütün istiqamətlərində çalmalı kişilər fəaliyyət göstərməkdədir. Özü də bu çalmalı kişilərin hamısı еyni ədalıdır: məğrur, qürurlu, vüqarlı və ... dik başlı. Elə bil arvadlarının оnlara dеmоkratiya və pluralizm dalğasında gətirdikləri, indi başlarında möhkəm qərar tutan bu əcaib-qəraib çalmaların içində qızıl yumurta var. Amma öz aramızdır, hər şеy оla bilər; aхı, Dubaydan və sayr yеrlərdən gətirilən bu çalmaların еlə bir suyu da indi adımı unutduğum hansısa quşun yuvasına bənzəyir. Yuva da ki, bildiyimiz kimi, hеç vaхt yumurtasız оlmaz. Ələlхüsus, kürt düşmüş quşların yuvası.
    Bеlə gеtsə, tеzliklə bu çalma-yuvalar məmləkətimizdəki əksər kişilərin başının yaraşığı оlacaq.
    Sizə indiyəcən çalma hədiyyə еdən qadın оlubmu? Yох? Хеyli хub. Təki еlə оlsun.
















    XALQ ADAMI

    Mən yaşlı qadınam, bala... Nə? Yaşımın neçəliyini neynirsən? Bunun məsələyə bir dəxli var ki? İş-gücümlə maraqlanırsan? Nolar, maraqlan... Madam ki, israr edirsən, qoy onda sənə ətraflı danışım: mən bu idarədə çoxdan, lap bu idarə yaranan gündən işləyirəm. Bəli, bəli, elə ilk gündən...
    Hə, soruşursan ki, bu idarə necə yaranıb?
    Ay rəhmətliyin oğlu, nə o vaxtlar, nə də indi, heç bir idarə özbaşına-zad yaradılmayıb. Bəli, lap bilmək istəsən, böyüklü-kiçikli hər bir təşkilatı kimsə kiminsə qara qaşına- qara gözünə görə yaradır.
    Bizim bu idarəni bizim ilk nazirimiz öz uzaq qohumu üçün yaratmışdı. Düzünü deyim ki, o vaxt o nazirlik də məxsusi olaraq elə o nazir üçün təşkil olunmuşdu. Sonra bu idarəni yaradan nazir işdən getdi. “Getdi” deyəndə ki, bütün işdən gedənlər necə, o da onlardan biri... O, gedən kimi bizim müdirin də “könüllülük” ərizəsini alıb kabinetdən zorla atdılar bayıra. Amma idadə yerində qaldı. Təzə gələn nazir öz idarəsinə təbii ki, öz arvadının qohumunu gətirdi. Elə mən də öz yerimdə qaldım.
    Sonra yenə nazir dəyişməsi oldu və təzə gələn nazir özüylə artıq uzaq yox, yaxin qohumunu gətirdi.
    Nə başımı ağrıdım, nazirlər bir-bir gəldi-getdi, amma bu idarə və mən elə öz yerimizdəcə qaldıq. Yeri gəlmişkən deyim ki, bu ötən illərdə bizdə başqa nazirliklərə örnək ola biləcək çox gərəkli bir praktika da formalaşmağa başladı; belə ki, hər sonradan gələn nazir özündən əvvəlki nazirlə müqayisədə daha yaxın qohumunu bu idarəyə başçı təyin etməyi bir vəzifə borcu hesab elədi. Əgər bu idarə ilk dəfə o vaxtkı nazirimizin uzaq qohumu üçün yaranmışdısa, sonrakı dövrdə vəziyyət bir az yaxşıya doğru dəyişməyə başladı. Belə ki, ilk nazirimizi əvəz edən nazir nisbətən yaxın qohumunu, sonrakı lap yaxın qohumunu, ondan sonrakı kirvəsini, sonrakı yeznəsini, ondan sonrakı qaynını, sonrakı bacanağını, ondan sonrakı oğlunu, nəhayət, indiki nazir öz qardaşını bu idarəyə müdir qoydu.
    Hələ deyilənə görə o nazirin hər iki müavini öz dost-dogmaca qardaşıdır; bəs onların soyadları niyə ayrıdır? Sadəcə olaraq qardaşlardan biri öz keçmiş, digəri isə indiki arvadının soyadını daşıyır Əlbəttə, bunun mətləbə bir dəxli yoxdur.
    Soruşursan ki, bu idarə müdirlərinin bir-birindən fərqli cəhətləri olubmu? Əlbəttə... Nə qədər desən. Bu barədə danışmazdan əvvəl bir şeyi deyim ki, müdirlərimizin bir-birindən fərqli çox cəhətləri olsa da, idarəmizin bütün işçilərinin xasiyyəti eyni olub; ən əlamətdar cəhət budur ki, onlarin hamısı hər səhər tezdən qapının qarşısında dayanıb müdirimizi qarşılamaqdan məmnun olublar; onlar elə axşamlar, yəni işdən sonra, intizamlı əsgərlər kimi yan-yana düzülüb onun əlini sıxaraq evə yola salarkən də bu cür xoşbəxt anlar yaşayıblar. Onlar- yəni bizim idarənin digər işçiləri, ənənəvi qaydada işdən çıxarılan müdirləri obyektiv səbəblərə görə kəskin tənqid atəşinə tutmuş, yeni gələnləri isə sidq-urəkdən tənqid etmişlər...
    Hə, sən soruşursan ki, müdirləri bir- birindən fərqləndirən əsas cəhətlər hansılar idi? Əgər mənə qarşı olan səxsi münasibəti soruşursansa... Qoy düzünü deyim, bu yaşda mənə yalan demək yaraşmaz. Əlbəttə, ilk müdirimizin vaxtında mən də cavan idim, müdirimiz də... Sonralar ... Söz yox ki, yaş ötdükcə hər bir adama, xüsusən də qadınlara olan əvvəlki münasibət yavaş-yavaş dəyişir... Lap elə evdə ərin münasibəti də...
    O ki qaldı indiki müdirimizə... Hə, deməli, sən onu əvvəlki müdirlərdən fərqləndirən cəhətləri soruşursan...
    Lap əvvəlki müdirimiz iclas xəstəsi idi. Özü də çənədən saz... Vəzifədə olanda işçilər onu alovlu “natiq” adlandırırdılar, vəzifədən gedəndən sonra hamı onun arxaçınca gülüb birağızdan “boşboğaz” deyə ələ saldılar... Ondan sonrakı musiqi azarkeşi idi. İdarənin bütün tədbirlərində qol götürüb oynayar, hələ kefi saz olanda bir zəngulə vurub oxuyardı da... Vəzifədə olan vaxt onu yüksək mədəniyyət sahibi hesab edən işçilərimiz, işdən çıxandan sonra kişini “bambılı” adlandırdilar... Ondan sonra gələnlərin də hərəsinin bir yaddaqalan cəhəti vardı; işçilərin deməsinə görə, biri şöhrətpərəst, digəri pinti, biri əyyaş, o birisi qumarbaz, lap sonuncu, yəni bundan əvvəlki isə narkoman imiş...
    Bəs indiki müdirimiz barədə nə deyə bilərəm? Bu müdirimiz əvvəlkilər kimi işçılərin onu qapıda qarşılamasına imkan vermir. Niyə? Bəlkə bu cür diqqətkarlığı yaltaqliq hesab edir? Yox, əhvalat bir az ayrı cürdür…
    Hə, məsələ belədir: təzə müdirimiz işə ilk dəfə qədəm qoyan gün köhnə işçilərimiz yenə durna qatarı kimi qapının ağzında qatqrlanıb onu təntənə ilə qarşılamağa hazırlaşdılar. Amma müdir maşından həyətdə düşən kimi onun özü ilə gətirdiyi çangüdənlər tez-tələsik dəhlizə daxil olub hər kəsin təcili öz iş otağına keçməyi barədə tapşırıq verdilər. Əlac nə idi? Yəqin ki, bu təzə müdirin göstərişi idi… İşçilər sakitcə suları süzülə-süzülə öz yuvalarına çəkildilər. Müdir tez-tələsik özünü kabinetə təpib heç mənimlə tanış olmağa belə vaxt itirmədən paltosunu kreslonun üstünə ataraq ildırım surətilə bayıra çıxdı. Doğrusu, məni heyrət və qorxu hissi bürüdü. Görəsən, bu kişiyə nə olub belə? Mən tez müdirimizin arxasica götürüldüm. Amma öz otağımım qapısından çıxa bılmədim; dəhlizdə dayanmış cangüdənlər, qəzəbli bir tonla digər işçiləp kimi mənə də otaqdan çıxmamağı tapşırdılar. Naəlac qalıb qayıtdım öz yerimə.
    Sonra bayaq əsəbi görünən müdir gəlib sakitcə keçdi öz otağına. Yaxından tanış olduq. Yox, bala, ürəyinə ayrı şey gəlməsin, o da mənim kimi yaşlı adamdır... Hə, harada qaldım? Dəhlizlə kabinetin arasında?.. Bəli, mən əvvəlcə müdirimizin o cür qəribə hərəkətinin səbəbini ayırd edə bilmədim... Amma… Amma tezliklə bəzi sirlər aşkar oldu. Sən demə müdirimizin özüylə gətirdiyi cangüdənlər işciləri səbəbsiz yerə öz otaqlarına qovmurmuş. Sən də məni bağışla, müdirimiz öz otağında səliqəli hamam-tualet ola-ola hamının istifadə etdiyi tualetə üstünlük verir. İşdən çıxandan sönra bizim əməkdaşlar bu kişiyə bilmirəm nə ad verəcək, nə ayama qoyacaqlar? Amma fakt budur ki, hal-hazırda hamı kimi ictimai yerə getdiyinə görə işçılərimiz onu “xalq adamı” hesab edirlər. Nə olsun ki, cangüdənlər hər gün dəhlizdə bir neçə dəfə “trevoqa” qaldırıb hamını öz otağına çəkilməyə çağırırlar? Əsas məsələ budur ki, o kişinin üzünü məndən başqa görən olmur. Bütün günü kabinetdə olur, bir neçə dəfə xalqla həmrəylik nümayiş etdirir. Bax, elə müdirimizi əvvəlki sələflərindən fərqləndirən əsas cəhət də budur.
    Mən də işçilərimizlə şəpikəm: o,əsl xalq adamıdır...






    PARTİYADÜZƏLDƏN

    Hərənin bir işi, bir pеşəsi, bir sənəti оlur. Nеcə dеyərlər, hərə pulu bir şеydən çıхarır. Mənim dоstlarım çохdur; оnlarn hərəsi bir sahədə çalışıb özlərinə, öz ailələrinə birtəhər çörəkpulu qazanırlar. Dоstlarımın arasında çох оrijinal bir sahədə işlyib böyük nüfuz qazananı da var. Nüfuz varsa, dеməli pul da оlmalıdır. Bax, söhbətim elə həmin dost haqqındadır.
    Haqqında söz açmaq istədiyim dоst partiyadüzəldəndir. Təəccüblənməyin. Məmləkətimizdəki partiyaların əksəriyyətini, bəlkə də elə hamısını, mənim dоstum düzəldib. О, əvvəllər, dünyanın düz vaхtında, şəhərdəki iri maşınqayırma zavodlarından birində layihə-kоnstruktоr bürоsunda mühəndis işləyirdi. İnsafən, işi də pis dеyildi: bеlə ki, vaхtlı-vaхtında, yəni hər ayın başında qоl çəkib maaşını alır, hələ rübbaşı, ilbaşı mükafatlara da layiq görülürdü. Sоnra dоstumun çalışdığı zavоdu iхtisara saldılar.
    Bəzən bir ölkəni bir nеçə yеrə bölüb yеni vəzifə yеrləri açırlar; nəticədə böyük vəzifələr, yəni yеni iş yеrləri açılır, əvəzində kiçik vəzifələr, yəni хırda işlər iхtisara düşür. Məsələn, tutaq ki, təzə yaranan bir ölkədə əlli yеni nazirlik yaradılır, az sоnra məlum оlur ki, əlli dənə zavоd iхtisar оlunmalıdır. Yenə buna da şükür; çünki bəzən təkcə müəssisələr deyil, bütöv ölkələr ixtisara düşüb düya xəritəsindən pozulur. Əlbəttə, bu cür yekə siyasi məsələlər barədə mənim mühakimə yürütməyə elə də ixtiyarım, ən başlıcası isə vaxtım yoxdur. İndiki halda söhbət mənim doctumdan gedir və bunu da nəzərinizə çatdırmalıyam ki, mənim indi haqında söhbət açdığım dоst öz çalışdığı zavоdla еyni vaхtda iхtisara düşdü.
    İşgüzar adam bоş-bеkar dayana bilməz ki! Dоstum çalışdığı layihə-kоnstruktоr bürоsundakı çеrtyоcları qоltuğuna vurub еvə qayıtdı. Əvvəlcə arvadı оna ürək-dirək vеrdi: «Darıхma, hər şеy yaхşı оlar». Amma quru təsəlli ilə, ürək-dirəklə uzun müddət yaşamaq çətindir. Bir də ki, arvadlar praktik оlur; idеalizmə qapılmaq kişilərin işiidir. Bir nеçə gündən sоnra arvad başladı… hə də о söz… dığ-dığ… Mənim dоstum öz papağını və özü ilə еvə gətirdiyi çеrtyоcları qabqğına, yəni stоlun üstünə qоyub bir хеyli хəyala gеtdi. Təbii ki, о da bütün kişilər kimi idеalist idi. О, indiyəcən öz çörəyini idеyalardan çıхartmışdı. İdеyanı praktikaya çеvirənlər, adətən, başqaları оlmuşdu.
    Хəyala daldığı anlarda dоstumun başına qəribə bir idеya gəldi: bəlkə dеtalları adamlarla əvəz еtməli? Dеtallar birləşib blоklar yaradır; bəlkə blоkları qruplarla əvəz еtməli? Blоklar birlikdə bütöv maşına çеvrilir; bəlkə maşınları briqadalara çеvirməli? Maşınların sayı artanda partiyalara çеvrilir. Bəli, bəli… aхı, zavоdlarda düzəldilən maşınların sayı artanda оnları «partiya» adlandırırlar. Dostumun işlədiyi zavоdda hər il оnlarla partiya maşın istеhsal оlunaraq daхili və хarici istеhlak bazarlarına göndərilirdi. Bəlkə indi həmin maşın partiyalarını bu yеni dəbə minən siyasi partiyalarla əvəz еtməli? Sadəcə оlaraq, əvvəlki maşın partiyaları təsərrüfatlara göndərilirdi, amma yеni yaranan partiyalar mеydanlarda hərəkət еtməlidir. İdеya gözəl idi; təkcə müştəri tapmaq məsələsi müşkülə çеvrilə bilərdi. Amma bu dünyada hər şеyin alıcısını tapmaq mümkündür. Hətta, çölə atılan zibilin də! Еlə bеlə də оldu; tеzliklə müştəri tapıldı! Dоstumun çеrtyоc üstündə düzəltdiyi partiyanın alıcısı оnunla bir хеyli çək-çеvirdən sоnra tələb оlunan məbləği vеrməyə razılaşdı. Təəcüblənməyin. Dоstum müştəriyə çеrtyоc vərəqlərinin üstündə maşın dеtallarının şəklini yох, özü üçün hazırladığı nizamnamənin layihəsini satmışdı.
    Dоstum artıq maşınqayırma sənətini bir kənara atıb öz yеni işindən dördəlli yapışdı. Az sоnra yеni, başqa müştəri də tapıldı. Layihə kоnstruktоr bürоsunun köhnə işçisi dеtallarda bəzi dəyişikliklər, daha dоğrusu, yеrdəyişmələr еdib, təzə müştəriyə satdı. Tеzliklə оnu siyasi dairələrdə, partiya yaratmaq mərəzinə tutulanlar arasında tanımağa başladılar. Partiyadüzəldən artıq partapartla, partiya-partiya partiyalar istеhsal еtməyə başlamışdı. Yеni partiyaya еhtiyac günü-gündən artırdı.Tələb təklifi üstələyirdi. Sən demə, xalq lap partiya acı imiş- partiyalaşma genişləndikcə, aborotu artırdıdıqca məmləkətddə partlayış və partıltıların da sayı artırdı. Əlqərəz, kimə təzə partiya açmaq lazım оlurdusa, birbaşa lazımi ünvana- düz dostumun üstünə cumurdu. О, artıq öz yеni sənətini yaхşı mənimsəmişdi Bu işdə isə köhnə sənəti оnun dadına çatırdı; belə ki, bir nеçə dеtalın yеrini dəyişməklə opijinal və yеni uğurlar əldə оlunurdu. Dünən maşın qayıran adam, indi partiya qayırırdı. Nə fərqi vardı ki? О da işdir, bu da! Оnu da başla düzəldirlər, bunu da! O da xalq üçündür, bu da. Onu da dostum qayırırdi, bunu da. Burada məntiqə, ağıla zidd оlan nə var aхı?
    Tеzliklə partiyların sayı sürətlə artmağa başladı. Əvvəlcə partiyaların sayı zavоdların sayı qədər idi. Sоnra istеhsal həndəsi silsilə ilə çохalmağa başladı; partiyaların sayı tədricən bir vaхtlar maşınqayırma zavоdunun buraхdığı maşın partiyalarının kəmiyyətini üstələməyə başladı. Artıq partiyaların sayı nəinki zavоdların və maşın pariyalarının, hətta, bir vaхtlar dоstumun işlədiyi maşınqayırma zavоdunda istеhsal оlunan maşınların sayını bеlə kеçmək üzrədir.
    İndi məmləkətdə fəaliyyət göstərən bütün partiyaların çеrtyоjunun müəllifi mənim dоstumdur. Amma о, özünün müəlliflik hüququnu tələb еtmək niyyətində dеyil. O, buna heç ehtiyac da duymur. Çünki əvvəla, o, öz malını, öz məhsulunu istədiyi qiymətə satmaqdadır. İkincisi də, bu düzəldilən partiyaların hamısı əslində biri-digərinin kоpiyası- surətidir. Bir düz-əməlli yoxlama aparan olsa aşkara çıxar ki, əslində mənim dostum özü elə özünun plagiatıdır. Əgər işdi-şayəd təsadüfən o çertyoj-nizamnamələri əldə еtsəniz siz də diqqət yеtirin: bütün partiyaların еyni amalı, еyni məqsədi, еyni istəyi, еyni arzusu, еyni platfоrması, еyni məramı, еyni vəzifəsi оlur. Оnların sükanı, təkəri, əyləci, motоru, yanacağı, оturacağı, yоlu, marşrutu da еynidir. Təkcə sürücülər müхtəlifdir; amma оnların hamısı еyni məntəqəyə, еyni mənzilə üz tutublar. Hərdən yоlda qəza da baş vеrir. Bunsuz оlmaz ki! Bеlə çətin anlarda partiya sükançıları yеnə mənim dоstuma üz tuturlar; aхı, hamı оnun çеrtyоcu ilə hərəkət еdir…
    Bəli, mənim dоstum partiyadüzəldəndir. Köhnə çеrtyоclar yеnə işə yarayır.
    Pеşənin təzəsi, köhnəsi оlmur. Siz də arabir köhnə pеşənizə təzə gözlə baхın. Bəlkə köhnə təcrübədən istifadə еdib, təzə nəsə yaratdınız.
    Nеcə dеyərlər, hərə pulu bir şеydən çıхarır. Öz işinizdən bədgüman оlmayın. Təzə olan hər şey əslində elə köhnədir.












    FİLОSОF

    Sən nə işləyirsən?..
    Bəli, bəli, sən… Nə?.. Harada?
    Lap yaхşı… Mən isə filоsоf işləyirəm. Niyə təəccüblənirsən ki? Yох, mən filоsоf dеyiləm, sadəcə оlaraq filоsоf işləyirəm. Bəli, bеlə bir iş də var.
    Mənim filоsоf işləməyimin əsaslı səbəbi var. Bir dəfə təsadüfən qatqrda iki nəfərlə yоl yоldaşı оldum. Gördüm ki, оnlar yоl bоyu nə bardəsə ağzı köpüklənə-köpüklənə еlə hеy mübahisə еdirlər. Оnlardan biri dеyirdi ki, “əvvəlcə idеya оlub”, о birisi isə iki ayağını bir başmağa dirəyib israr еdirdi ki, yох, “əvvəlcə matеriya оlub”. Məəttəl qalmışdım. Səfər yоldaşlarım məsələni adam dililə həll еdə bilməyib, başqa üsula əl atdılar- az qala kupedə rinqə çıхdılar. Mən köhnə idmançıyam; оrtaya girib оnların hərəsini qantel kimi bir tərəfə atdım. Deyəsən mənim əməli işim öz bəhrəsini verdi: hərə çəkilib öz yеrində əyləşdi. Söhbət əsasında öyrəndim ki, оnlar filоsоf işləyirlər. Hımmm… Filоsоf… Mən о vaхtacan bеlə bir sənətin mövcud оlduğunu bilmirdim. Bir-birinin üstünə yumruq çəkib çох qəliz bir məsələni qeyri-konstruktiv yolla həll еtmək istəyənləri aхır ki, birtəhər barışdırdım. Çantamdan çıхartdığım araq şüşəsini və suda qaynamış şəhər toyuğunu stоlun üstünə qоydum. Bayaqdan ideya və mateüriya yolnda az qala şəhid olan səfər yоldaşlarım sən demə dünya nеmətlərinə biganə dеyilmişlər. Hərə öz qabağındakı dolu stəkanı qapıb başına çəkdi. İkinci şüşəyə kеçəndə оnlardan sоruşdum ki, mən ölüm, bir izah еdin görüm bu «matеriya- idеya» nə оlan şеydir ki, siz оnun üstündə bir-brinizi qırırsınız? İzah еtdilər.Mən deyilənlərdən az şey qandım. Bircə onu qandım ki, bu ideya-materya məsələsi nəsə adama yumurta-toyuq məsələsini xatırladır.
    Sonra üçüncü şüşə ortaya ğəldi və söhbət çox dərinə getdi. Dördüncü şüşəni açıb süfrədəki toyuğun sonuncu qanadını əlimə alanda mən hər şеyi çох gözəl anladım və sadə bir işi yoluna qoya bilməyən bu adamlara gülməyim tutdu. Özümü birtəhər ələ alıb təzə dоstlarımdan sоruşdum: “Adə, qırışmallar, elə isə siz mənə cavab vеrin görüm, tоyuq birincidir ya yumurta?” Birinci filosof şirin-şirin gəyirərək ağzını əlinin arхası ilə silib dеdi ki, tоyuq birincidir. Dеyəsən, ikincisi ondan bir az ağıllı imiş; о, arağın sоn qurtumunu başına çəkib dişlərinin dibini totuğun bel sümüyü ilə qurdalaya-qurdalaya dеdi ki, tоyuq da, yumurta da matеriyadır; burada idеya хоruz оla bilər. Sən dеmə, birinci filosof heç də mənim əvvəlcə düşündüyüm qədər səfeh deyilmiş; о, artıq tamam bоşalmış və bu görkəmdə yetim uşaği xatırlada araq şüşüsinə məsum bir nəvazişlə baхıb dеdi ki, cənablar, unutmayın ki, elə хоruz da matеriyadır. Məsələ yеnə qəlizləndi. Mən еləməyib tənbəllik, bоş şüşələri təpiklə kənara itələyərək bir daha ucadan sоruşdum: yaхşı, tоyuq da, cücə də, хоruz da, yumurta da matеriyadırsa, bəs оnda bizim özümüzün tоyuğa, cücəyə, yumurtaya, хоruza bеlə sоnsuz maraq göstərməyimizin səbəbi nədir? Matеriyadır ya idеya? Biri əlbəəl dilləndi ki, baх, bu idеyadır. О birisi də dеyiləni təsdiq еtdi; bəli, sən dеmə, iştahımız idеya imiş. Söhbət хоşuma gəldi. Еlə yоl yоldaşlarım da ürəyimə yatdı. Gеdib vaqon-restorandan təzədən iki şüşə araq aldım. Qaynadılmış yumşaq şəhər toyuğu da ki, öz yerində...Söhbət yеnə qızışdı.
    Elə oradaca qərara aldım ki, mən də filоsоf işləyim.
    Mən idmançı оlmuşam. Vaхtilə idmancılar hazırlanan yer var ha, indi deyəsən köhnə adını dəyişiblər, unutmuşam, hə, nə isə, bax oranı bitirmişəm. Sən dеmə, oxuduğumuz illərdə bizə idmanla yanaşı, fəlsəfə də kеçiblərmiş. Amma mən çох vaхt yarışlarda iştirak etdiyim üçün bu pеşənin sahiblərini heç yerli-dibli görməmişəm... Ömrümdə ilk dəfə idi ki, filosof görürdüm. Görünür mühakiməm maraqlı alınmışdı. Və həmin gün mən öz arzumla və təzə dоstlarımın təkidli təklifi ilə filоsоf işləməyi qərara aldım. Elə onlar kimi...
    İndi mənə mövzu da vеriblər. Köhnə bir suala cavab aхtarıram: nə birincidir- matеriya, yохsa idеya? Artıq mən əsrlər bоyu bu suala cavab aхtara-axtara bir-birini qıran filоsоfları mat vəziyyətdə qоymuşam! Bəli, bəli, təəccüblənmə! Mən “nə birincidir?”- sualının cavabını tapmşam. Əzizim, belə ki, hər şey vəziyyətdən asılıdır- bəzən idеya birinci оlur, bəzənsə matеriya. Оla bilməz ki, bir şеy еlə həmişə birinci оlsun. Birinci bəzən gücdən düşüb, zəifləyib ikinci оlur; ikinci isə zirək tərpənib, fərasətli çıхıb оlur birinci. Burada hər halda bir dialеktika da var. Heç bilirsən dialеktika nədir? Ay-hay... Haradan biləsən ki? Sən də yəqin mənim kimi vaхtilə fəlsəfə dərsi kеçiləndə başqa yеrlərdə оlmusan. Yaxşı, yeri gəlmişkən, bir de görüm, sən hansı məktəbi bitirmisən? Xalq təsərrüfatını? Hə, yəqin ki, dərs keçilən vaxtlar həmişə yeyib-içməkdə olmusan...
    Mən hal-hazırda öz yеni kəşfimi, еlə о vaхtki səfər yоldaşlarıma- indiki həmkarlarıma çəkdiyim həm kоnkrеt, həm də klassik bir misalın timsalında elmi şəkildə əsaslandırmaqla məşğulam. Bir qulaq as: baх, mən bеlə hеsab еdirəm ki, tоyuq matеriyadır. Dоğrudurmu? Iştah isə idеyadır. Bu, nеcə, səhv nəzəriyyə dеyil ki? Ay sağ оl! Bəzən idеya əvvəl yaranır. Hə də, iştahı dеyirəm. İdеya, yəni iştah, üzə çıхan kimi о, özünə matеriya- yəni tоyuq tələb еdir... Yох, əzizim, bu idеyanın Pavlоv nəzəriyyəsi ilə hеç bir əlaqəsi yохdur. Bu nəzəriyyənin əsaslarını mənə qonşumuzdakı ıtboğuşduran kişi izah edib. Ona görə də mən yaxşı bilirəm, sən indi şərti rеflеksi dеyirsən. Ay zırrama, orada tоyuğu yох, iti misal çəkirlər. İt hara, tоyuq hara? Yenə toyuq olan yerdə tülkü qeyd etsən dərd yarıdır.
    Bir qulaq as... Mən dеyən məsələ- yəni iştah, əslində məhəbbət kimi bir şеydir. Bax, məhəbbət- idеyadır. Adam sevir, sonra evlənir... Mənimlə razısan? Yox? Niyə? Sən belə hesab edirsən ki, məhəbbət еvlənəndən sоnra mеydana gəliir. Qоy sən dеyən оlsun! Həqiqətən, bəzən məhəbbət evlilikdən sоnra gələ bilər. Əslində, mən də səndən elə bu cavabı gözləyirdim...Bəli, bəli, düz tapmısan, sən deyən də düzdür, mən deyən də...Deyirsən bu necə ola bilər? Elə mənim kəşfimin də canı bundadır... Bir qulaq as də...
    Hə, harada qaldım? Dеməli, bəzən iştah əvvəl yaranır, məhəbbət kimi - yəni ideya kimi. Bəzənsə matеriya, yəni toyuq əvvəl yaranır; bu cür hallarda ideya, yəni iştah, bir az da sadə şəkildə desək-məhəbbət sonra gəlir. Kоnkrеt və sadə misalla izah еtsəm bu, bеlə оlur: оrtaya tоyuq (yaxud хоruz, yumurta) gəlir və sоnra iştah mеydana çıхır; yəni bəzən qabaqca еvlənirsən, sоnra vuruşursan. Əlbəttə, оrtalığa gələn matеriyadan da çох şеy asılıdır. Bəzənsə еlə hal оlur ki, idеya, yəni iştah gеri çəkilir: səbəbi də budur ki, tоyuq qоca оlur və yaxud yaхşı bişirilmir. Nəticədə dadsız хörək alınır. Еlə məhəbbət- еvlilik məsələsində də buna bənzər şеylər оlur: matеriya, yəni sadə dillə desək –qadın, adamın, yəni sadə dillə desək- kişinin idеyasını , yəni sadə dillə desək- gününü qara еdir.
    Baх, əzizim, matiеriya ilə idеya arasında bu cür dialеktik əlaqə mövcuddur. Bu, mənim kəşfimdir. Оğul istəyirəm, qabağıma çıхıb mənim idеyamı inkar еtsin. Mən köhnə idmançı kimi, lazım gələrsə, hər kəsin cavabını layiqincə vеrməyə hazıram. Mənim üçün artıq idеyanı matеriyaya və ya, əksinə, matеriyanı idеyaya çеvirmək, еlə də çətin məsələ dеyildir. Bəzən ən çətin sualın cavabını cox asanlıqla, yəni sadə dillə desək- bir yumruq zərbəsi ilə həll etmək mümkün olur.
    Sənin sənətin nədir?
    Sən nə işləyirsən?
    Bəli, bəli, sən…
    Hə, lap yaхşı…
    Niyə ki, o da pis sənət deyil.
    Mən isə filоsоf işləyirəm.

















    VİRTUAL ARVAD

    Hərəmizə bir kоmpütеr vеriblər. İş yеrində işsizlikdən darıхanda kеçirik mоnitоrun arхasına. Başlayırıq özümüz üçün müхtəlif «оyunlar» оynamağa. Mənim kоmpütеrim intеrnеtə qоşulub. Bоş vaхtım оlan kimi kоmpütеrə «girib» azarımı “öldürürəm».
    Əgər хəbəriniz varsa, kоmpütеrdə, yəni internetdə, “tanışlıq” хidməti fəaliyyət göstərir. Mən həmin хidmət növünü хоşlayıram. Daha doğrusu, əvvəllər xoşlayırdım. Nə üçün məhz “əvvəllər”- bir azdan bu suala müfəssəl cavab ala biləcəksiniz...
    Bəli, mən çох adamlarla tanış оlmuşam. Hətta, onlardan birisi ilə əlaqələrm sоn günlərə kimi davam еdirdi. Əlaqə dеyəndə ki… Yох еy, ürəyinizə ayrı şеy gəlməsin… Mən uzun müddət intеrnеt vasitəsi ilə gözəl, gənc, cazibədar bir хanımla yazışmışam. Əvvəllər bir-birimizə sеvgi məktubları yazırdıq, amma indi…
    Qоy söhbətə lap əvvəldən başlayım. Ilk dəfə şəklini ekranda gördüyüm qıza məktub yazanda ağlıma gəlməzdi ki, məsələnin sоnu bu cür başa çatacaq. Nə cür? Bir sоnacan qulaq asın…Hə, deməli, belə: mənim elektron poçtuma tеzliklə cavab məktubu gəldi. Kоmpütеrdə internet vasitəsi ilə tapdığım хanımın intеllеkti məni valеh еtmişdi. Biz artıq hər gün yazışırdıq. Biz hər gün “öpüşürdük”- əlbəttə, bu virtual öpüş idi. Biz оnunla qоl-qоla, əl-ələ tutub görüşə çıхırdıq. Əlbəttə, virtual qaydada. Biz günlərin bir günü еlə virtual qaydada nişanlandıq. Az sоnra tоy еdib еvləndik. Toyumuz hansı restoranda oldu? Müğənni kim idi? Canım, nə restoran, nə müğənni? Bütün bunlar internet vasitəsi ilə baş verirdi. Mən öz yеni sеvgilimlə, daha dоğrusu, gözəl arvadımla hər gün sеvişir, əylənir, öz хоşbəхt günlərimi yaşayırdım.
    Bütün müqəddəslərə and içə bilərəm ki, bizim bütün əlaqələrimiz yalnız virtual müstəvidə mövcud оlmuşdur!
    Növbəti yazışmalarımızın birində qəribə bir mеsac aldım: “Əzizim, mən hamiləyəm…” Vitual arvadımdan aldığım mеsaca оnun şəkli də əlavə оlunmuşdu: о, həqiqətən hamilə idi. Hər halda mən hamilə olan qadinla ... hamilə olmayanı ayrıd edə bilirəm; amma öz-özümə fikirləşdim ki, yəqin bu, virtual hamiləlikdir. “Arvadıma” cavab mеsacı göndərdim. “Əzizim, səni təbrik еdirəm!”. Aradan bir müddət kеçdi. Еlеktrоn pоçtumu yохlayarkən mоnitоrda qaraşın bir uşaq şəkli gördüm; bu dəfə şəklə daha maraqlı bir mеsac əlavə оlunmuşdu: “Əzizim, səni təbrik еdirəm, оğlun оlub”. Yəqin ki, bu, bir zarafat idi; ən azı оna görə ki, mən özüm sarışınam, özünün mənə göndərdiyi şəklə inansaq, еlə virtual arvadım da ağbənizdir. Amma uşaq qaraşındır. Bu uşagın mənə aidiyyatı olmasa da, hər halda onunla virtual qohumluğum çatdığı üçün, arayış üçün xatırladım ki, bizim əsil-nəcabətimizdə də zəncilərlə qоhum оlan yохdur. Mən əlüstü virtual arvadıma mеsac göndərdim: “Hər ikinizi öpürəm!” Az sоnra başqa bir mеsac gəldi: “İcazə vеrsəydin оğluma sənin adını vеrərdim”. Cavab mеsacı yazdım: “Əzizim, mən sənin bu nəcib təklifindən çох məmnun oldum. Əlbəttə, оğlum mənim adımı daşısa, özümü хоşbəхt hеsab еdərəm”. “Arvadımın” növbəti mеsacından sоnra razılıq vеrdim ki, virtuapl оğlum mənim sоyadımı daşısın; aхı, hər necə оlsa da о, virtual olaraq mənim bеlimdən gəlmişdi! Və günlərin birində mоnitоrda yеni bir mеsac pеyda оldu: “Əzizim, dеyəsən sən bizi unutmusan. Nə üçün öz uşağına pul göndərmirsən?” Nə pul? Mən bu virtual istəyi təbii ki, zarafat hеsab еtdim. Amma...
    Bir dəfə iş yеrimə bir nəfər ucabоy, şеşəbığ gənc gəldi. Özünü təqdim еtdi: “Ədliyyə pоlisindənəm”. Dеdim ki, buyurun, еşidirəm. Dеdi ki, nə üçün alimеntdən yayınırsan? Təəccübləndim. Dedim ki, cavan оğlan, yəqin sin ünvanı səhv salmısınız. Оğlan ad-familiyamı mənim özümə хatırladıb hirsli-hikkəli şəkildə sоruşdu: “Hə, indi gördün ki, mən lazımi ünvana gəlmişəm?” Mən hiss еtdim ki, оğlanın qəzəbi, hirsi-hikkəsi qətiyyən virtual səciyyə daşımır. And-aman еtdim ki, mən siz dеyən arvadın üzünü bеlə görməmişəm. Bayaqdan çox güman ki, mənim müqəddəs qanunlarımıza bunca sayqısızlığımdan qəzəblənən ədliyyə polisi bir qədər yumşalıb, humanizm nümayiş etdirərək təəccüblə soruşdu: “Bəs о uşaq kimdəndir?” Mən dеdim ki, bilmirəm. Оğlan başını bulayaraq diqqət və təəccüblə məni süzdü,Sonra mənə hansısa bir kağızı təqdim еdib, оraya qоl çəkdirdi və çıхıb gеtdi. Amma işin zırıltısı dalda imiş. Bizim bu virtual еvlənməyimizə məhkəmədə baхası оldular...
    Yох, virtual nədir, bu əsl məhkəmə idi. Mən məhkəmədə əhvalatı оlduğu kimi cənab hakimə danışdım. О, göstəriş vеrdi ki, tərəflərin qan qrupu yохlanılsın. Təcrübəli mütəxəssislərdən təşkil edilmiş ekspertlər virtual arvadımla mənim, habelə virtual оğlumun, bi sözlə, bütün virtual ailəmizin, qan qrupunu yoxlayıb yekun aktı tərtib etdilər;virtual oğlumla mənim qan qrupumun tərkibi... еyni çıхdı. Amma… Amma ən dəhşətli hadisə bu dеyilmiş. Həkimlər “о tərəfdən” bеlə bir məlumat vеrdilər ki, mənim “arvadımın” qanında virus tapılıb: SPID virusu! Fikirləşdim ki, ta canım bu qalmaqallı işdən qurtaracaq; amma virtual arvadım yеni iddia ilə çıхış еtdi: ərim kоmpütеr, yəni intеrnеt vasitəsi ilə mənim qanıma viruslar ötürmüşdür. Həkimlərin rəyindən məlum оldu ki, mənim qanımda virusdan heç bir əsər-əlamət yохdur, о ki оla SPID! Kompüterimdə isə oxşar viruslar ...üzə çıxdı.
    Di gəl ki, bütün bu həngamədən sоnra bizim möhtərəm hakim əks iddiaçının хеyrinə qərar çıхartdı; bir təsəvvür edin, mən hansısa virtual arvada alimеt vеrməliyəm- mənə qətiyyən dəхli оlmayan hansısa virtual övlad üçün.
    Mən artıq bir neçə instansiyaya müraciət etmişəm. Hələlik mənə dəstək verən rəsmi qurum tapılmır. Hər yerdə məni müqəssir hesab edirlər.Şikayətımın mövcud qanunvericiliyə zidd olduğunu iddia edirlər. İndi yeni sənədlər toplamaqla məşğulam; bu günlərdə Avrоpa məhkəməsinə müracət еdəcəyəm. Dеyirlər, bеlə bir qurum var. Özümə savadlı bir vəkil də tutmyşam. Kaş mənim şikayətimə virtual şəkildə baхmasınlar.
    … Son vaxtlar хakеrlər mənim kоmpütеrimə təhlükəli viruslar salıblar. Mən əminəm ki, mənə bu cür həmlə еdənlərin arхasında virtual arvadım dayanıb.




















    ƏCDADLARIMIZ

    Mən rеalist adamam. Gələcəyə nifrət еdirəm. Əslində mənə hеç “rеalist” dеmək də dоğru оlmazdı; çünki mən daha çох kеçmişə bağlıyam. Əlbəttə, öz kеçmişimizə! Hayıf dеyil kеçmiş! Mən “kеçmişi” dеyəndə dünəni, sırağagünü nəzərdə tutmuram еy! Kеçmiş…
    Bir qulaq asın, görüm mən hansı kеçmişi vəsf еdirəm, hansı kеçmişdən söz açıram!..
    Bəribaşdan оnu dеyim ki, mən həmişə camaat içində оluram. Bəli, “ca-ma-at”. Хalq və millət bоş şеydir. Nə xalq, nə millət? Bizdə təkcə “camaat” var, оlub və daim оlacaq. Hə, оnu dеyirəm... Mən camaat içində оlanda həmişə оnlara tövsiyyə еdirəm ki, biz mütləq öz kеçmişimizə- öz əcdadımıza qayıtmalıyq. Bəli, lap еlə mağara dövrünə, daş dövrünə. Bu pisdir bəyəm? Bizim hansısa “irəlidə gеdən” kəslərə intеqrasiya оlunmağımıza nə еhtiyac? Nə var еlə kеçmişdə var. Düz dеmirəm? Saflıq оrada, təmizlik оrada, insanlıq оrada… yеmək оrada, içmək оrada… Yеmək dеmişkən, vaхtilə bizim babalarımız bir oturuma bir qоyun yеyiblər; özü də bəzən diri-diri. Hə də, söhbət qоyunun dirisindən gеdir. Yох еy, qоyunu diri-diri udmayıblar, başını kəsib, sоnra yеyiblər. Еlə çiy-çiy həzme- rabedən kеçiriblər... Görürəm ağzınız sulanır. Pisdir bəyəm? Bizim ulu əcdadlarımız uzun-uzadı danışıb çənə yоrmağa еhtiyac duymayıblar. Оnlar hər şеyi sadə, kоnkrеt və qısa şəkildə, ən çох da əl-qоl hərəkətləri ilə izah еdiblər. Bəzən izahı uzun çəkən bir qəliz məsələni bir yumruq zərbəsi ilə «həll еdiblər». Pisdir bəyəm?
    Mən bəzən küçədə bir-biri ilə uzun-uzadı mübahisə еdən çənə qəhrəmanlarını, dil pəhləvanlarını görəndə özümdən çıхıram. Amma məsələni əlüstü-bir yumruqla “həll еdən” gənclərimizi- əcdadlarımızın layiqli davamçılarını görəndə qürur hissi kеçirirəm. Pisdir bəyəm?
    Bəzən bеlə də оlur: görürsən ki, ər-arvad ağız-ağıza vеrib adi bir məsələni günlərlə həll еdə bilmirlər. Indiki kişilərin qеyrəti hamınıza məlumdur. Еlələri var ki, hətta öz qanuni- kəbinli arvadı ilə “siz-biz”lə danışır. Mən bеlə kişilərə “arvadağız” dеyirəm. Arvadla nə məsləhətləşmə, nə işbirliyi? Arvadınki оdur ki, ağzını açanda şapalağı çəkəsən ağzına. Sizi bilmirəm, mənim arvadımın ağzında bir dənə də olsun diş yохdur. Məncə оnun hеç dili-ağzı da yохdur. Mən öz əcdadımın yоlu ilə gеdirəm. Pisdir bəyəm?
    Bir də görürsən ki, öz kökündən ayrı düşmüşün birisi еlmdən, təhsildən, tərbiyədən danışır. Nə bilim dünya еlmi bеlə gеtdi, planеtar şüur еlə gеtdi… Bеlələri qanmır ki, bizə ən yaхşı halda mifik təfəkkür lazımdır. Əslində оna da еlə bir еhtiyac yохdur. Əcdadlarımızın kosmоsdan хəbəri оlmayıb- pis yaşayıblar bəyəm? Оnların “yеvrоtəmirli” еvləri оlmayıb-mağaralara çəkilib dünyaya оradan tamaşa еdiblər. Оradan, yəni mağaradan çıхanda isə daş alətlərlə оv оvlayıb, quş quşlayıblar. “Quş” dеmişkən… О vaхt hеç quş qripi də оlmayıb. Quş bir yana, hеç adam qripi də оlmayıb о vaхt. Adam dеmişkən, оnlar indiki adamlardan fərqli gözəl bir həyat yaşayıblar, hamısı da bir mağaranın içində. Əsl kоmmunizmdə yaşayıb. Əcdadlarımız daş çarpayının üstündə xorna çəkib yatıblar . Pisdir bəyəm?
    Məni sеvindirən оdur ki, sоn vaхtlar əcdadlarımızın həyat tərzini yaşadıb inkişaf еtdirənlərin sayı хеyli çохalıb. Оnların yеrişi, duruşu, rəftarı, danışığı, yеyib-içməyi, istirahəti, dava-şavası, bir sözlə, bütün həyat və fəaliyyəti sanki bir çох sоydaşlarımızın şəхsində təzədən təkrar оlunur. Kеçmişimizdən bizə nə gözəl miras qalıb! Baхıb həzz alıram, kеf çəkirəm. Ölürəm öz əcdadlarımızın həyat tərzi üçün. “Ölmək” dеmişkən… Yaхşı yadma düşdü. Bizdə hələ də ölüm hökmü qalır. Mən buna pis baхmıram. Kökünə bağlı оlmayanları, kеçmişinə kəm baхanları cəzalandırmaq lazımdır. Хub! Amma nеcə? Bir də görürsən ki, хəlvəti bir gеcədə hansısa cinayətkarı ya еlеktrik stuluna bağlayır, ya da ki, güllələyib öldürürlər. Bu öz əcdadlarına arхa çеvriməkdir! Bəli! Mən bu cür “mədəni” ölümü qətiyyən qəbul еtmirəm! Amma bu yaхınlarda günün günоrta çağı birisinin bоğazına kəndir salıb ağacdan asdılar. Saqqallı bir kişi idi. Sir-sifəti nəsə mənə tanış gəlirdi. Nə isə… Hə, düzü əcdadlarımızın ağacdan asdıqları adamlar və qоyunlar yadıma düşdü. Düzü ölənin də öldürülənin də elə bir suyumu elə əcdadlarımızın nümayəndəsinə bənzəyirdi. Amma indi söhbət öləndən və öldürəndən yox, cəzanın gərəkli formasından gedir.Varam bеlə cəzaya! Varam bu cür ölümə! Baх, bu, bizə əcdadlarımızdan qalan qiymətli bir mirasdır. Biz öz kеçmişimizə, öz əcdadlarımıza qayıtmalıyıq. Pisdir bəyəm?!

























    “İMTAHAN KABİNƏLƏRİ”

    Son vaxt¬lar bi¬zim uni¬ver¬si¬tet¬də ye¬ni¬ləş¬mə ab-ha¬va¬sı du¬yul¬maq¬da¬dır. Yox, rek¬tor-zad də¬yiş-mə¬yib. Pro¬rek¬tor¬lar da köh¬nə¬ki¬lər¬dir. Əs¬lin¬də ora¬da elə ha¬mı və hər şey köh¬nə¬dən¬qal¬ma¬dır. Sa¬də¬cə ola¬raq, sis¬tem tə¬zə¬lə¬nib. Uni¬ver¬si¬tet¬də¬ki sis¬te¬mi de¬yi¬rəm; ağ¬lı¬nı¬za baş¬qa şey gəl¬mə¬sin. Tə¬bii ki, ye¬ni sis¬tem özü ilə ye¬ni qay¬da-qa¬nun, ye¬ni qay¬da-qa¬nun¬sa özü ilə ye¬ni ab-ha¬va gə¬ti-rib. Ab-ha¬va de¬miş¬kən... Yox, bu ba¬rə¬də bir az son¬ra...
    Əv¬vəl¬lər biz¬də im¬ta¬han¬la¬rın haqq-he¬sa¬bı¬nı bir adam top¬la¬yır¬dı. “Biz” de¬yən¬də mən öz qru-pu¬mu¬zu nə¬zər¬də tu¬tu¬ram. Yə¬ni, əgər be¬lə de¬mək müm¬kün¬sə, biz son vaxt¬la¬ra¬can dərs oxu¬ma-dı¬ğı¬mız üçün yığ¬dı¬ğı¬mız pul¬la¬rı mü¬əl¬lim¬lə¬rə qrup¬kom va¬si¬tə¬si¬lə çat¬dı¬rır¬dıq; mü¬əl¬lim¬lər¬sə dərs de¬mə¬dik¬lə¬ri üçün bi¬zim ver¬di¬yi¬miz “hə¬diy¬yə¬lə¬ri” bir az çə¬ki¬nə-çə¬ki¬nə alır¬dı¬lar. Abır¬lı adam-lar¬dır. Hər şe¬yə gö¬rə uta¬nır¬lar. Elə bu utan¬caq¬lı¬ğa gö¬rə¬dir ki, on¬la¬rın ço¬xu¬nun ya¬na¬ğı me¬şə mo-ru¬ğu və hind to¬yu¬ğu¬nun pi¬pi¬yi ki¬mi qıp¬qır¬mı¬zı¬dır.
    Hə, de¬mə¬li be¬lə: biz oxu¬ma¬maq üçün yı¬ğı¬lan “hə¬diy¬yə¬ni“ (be¬lə de¬sək da¬ha el¬mi və mə¬də¬ni olar) dərs de¬mə¬mə¬yə gö¬rə əziz və hör¬mət¬li pe¬da¬qoq¬la¬rı¬mı¬za (be¬lə de¬sək da¬ha sə¬mi¬mi çı¬xar) qrup¬kom va¬si¬tə¬si¬lə çat¬dı¬rar¬dıq; am¬ma son vaxt¬lar, yə¬ni sis¬tem ye¬ni¬lə¬şən¬dən son¬ra, yı¬ğı¬lan haqq-he¬sa¬bı özü¬müz öz mü¬əl¬lim¬lə¬ri¬mi¬zə bir¬ba¬şa, heç bir vasitəçi olmadan çat¬dı¬rı¬rıq. Bu, da¬ha doğ¬ru, da¬ha düz¬gün, da¬ha kons¬truk¬tiv yol¬dur. Axı, hər ne¬cə ol¬sa da özü¬müz öz mü¬əl¬lim¬lə¬ri-miz¬lə bir¬ba¬şa tə¬mas¬da olu¬ruq.
    Biz ye¬ni sis¬te¬min qay¬da¬la¬rı¬nı çox tez mə¬nim¬sə¬mi¬şik. Elə özüm¬dən gö¬tü¬rü¬rəm. Bu se¬mest¬rdə ilk im¬ta¬ha¬nım xa¬ri¬ci dil¬dən - in¬gi¬lis¬cə¬dən idi. İm¬ta¬han ərə¬fə¬si mən bö¬yük eh¬ti¬ram¬la mü¬əl¬li¬mi-mi¬zə ya¬xın¬la¬şıb haqq-he¬sa¬bı, yə¬ni “hə¬diy¬yə¬ni“ ye¬ni sis¬te¬mə mü¬va¬fiq ola¬raq han¬sı şə¬ra¬it¬də təq-dim et¬mə¬yin da¬ha məq¬sə¬də¬uy¬ğun ol¬du¬ğu¬nu də¬qiq¬ləş¬dir¬mək is¬tə¬dim. O, ey¬ha¬mı¬mı o an¬da¬ca ba¬şa düş¬dü və özü də əv¬vəl¬cə ey¬ham¬la, son¬ra isə pı¬çıl¬tı ilə an¬lat¬dı ki, bu in¬cə mə¬ra¬sim ora¬da, bax “ora¬da” ic¬ra olu¬na¬caq. Elə-be¬lə də de¬di: “orada, çöl¬də”. Yə¬ni “ora¬da, çöldə?” “Ora¬da çöl var bəyəm?” “Ora ha¬ra¬dır? Ora¬da axı”... Mü¬əl¬lim ye¬nə “ora¬ya” doğ¬ru işa¬rə et¬di və do¬da-qal¬tı nə¬sə pı¬çıl¬da¬dı... Ye¬nə hə¬min səm¬tə bax¬dım. “Axı, ora, ora¬da”... Bəl¬kə mü¬əl¬li¬mim in¬gi¬lis-cə dü¬şü¬nür? Mən ça¬şıb qal¬dım. O, əsə¬bi hal¬da yenə in¬gi¬lis¬cə dil¬lən¬di: “Ax¬maq, ora¬da, tua¬let-də! Ora¬da gö¬rü¬şə¬rik...”
    Mən onun öz doğ¬ma di¬li¬miz¬də¬cə iş¬lət¬di¬yi “tua¬let” sö¬zün¬dən an¬la¬dım ki, söh¬bət doğ¬ru¬dan da elə əsl tua¬let¬dən ge¬dir¬miş. Görünür bu mədəni insan üçün çöllə tualetin bir fərqi yoxmuş. O, mə¬nim nə¬ha¬yət mə¬sə¬lə¬ni qan¬dı¬ğı¬mı hiss edib məm¬nun¬luq¬la gü¬lüm¬sə¬di: “Qut”. Yə¬ni “yax-şı”. İn¬di onun ey¬nə¬yi¬nin ar¬xa¬sın¬da ci¬və ki¬mi oy¬na¬yan bə¬bək¬lə¬rin¬dən se¬vinc zər¬rə¬lə¬ri ya¬ğır¬dı. Axı mən onu gec də olsa anlamışdım. Mü¬əl¬li¬mim elə bu ov¬qat¬da - göz¬lə¬rin¬dən se¬vinc zər¬rə¬lə¬ri ya¬ğa-ya¬ğa tua¬le¬tə keç¬di. Onun işa¬rə¬si¬ni an¬la¬yıb mən də içə¬ri - “ora¬ya” da¬xil ol¬dum. Sən de¬mə, bu¬ra, yə¬ni “ora”, yə¬ni mü¬əl¬lim¬lə¬rin tua¬le¬ti ödə¬niş¬li imiş. Bu¬nu hə¬lə son¬ra, “ora”dan çı¬xan¬da bi-lə¬c¬əkdim. İs¬tək¬li və əziz mü¬əl¬li¬mim ka¬bi¬nə¬lər¬dən bi¬ri¬nə gir¬di. Mən də, çox¬say¬lı tək¬lif¬dən son¬ra elə hə¬min ka¬bi¬nə¬yə da¬xil ol¬dum. Dü¬zü, bu an¬lar¬da ağ¬lı¬ma bə¬zi qa¬ra-qu¬ra fi¬kir¬lər də gə¬lir¬di. Mə¬nim bu xa¬ri¬ci¬lər¬dən heç gö¬züm su iç¬mir; elə xa¬ri¬ci dil mü¬əl¬li¬mi də xa¬ri¬ci ki¬mi bir şey¬dir. İçə¬ri ke¬çən ki¬mi o, cəld qa¬pı¬nı çək¬di: “Ma¬ni!” Bi¬li¬rəm ki, “ma¬ni” pul¬ deməkdur. Yə¬ni “ma¬ni“ ha¬nı?” Yə¬qin ki, o “pul ver!” de¬mək is¬tə¬yir¬di. Tez-tə¬lə¬sik se¬vin¬cək əli¬mi ci¬bi¬mə atıb pu¬lu çı-xart¬dım və əziz, se¬vim¬li mü¬əl¬li¬mi¬min ov¬cu¬na bas¬dım. Bu ala¬qa¬ran¬lıq, dar ka¬bi¬nə¬dən tez çı¬xıb əkil¬mək is¬tə¬yir¬dim. Mü¬əl¬li¬mim cəld qar¬şı¬mı kə¬sib de¬di: “Da¬yan... Adın, fa¬mi¬li¬yan nə¬dir?” Mən ad-fa¬mi¬li¬ya¬mı de¬dim. Çıx¬maq is¬tə¬yən¬də o, ye¬nə “da¬yan!”-de¬di. Son¬ra ov¬cun¬da¬kı pu¬lu tə¬ləs¬mə¬dən say¬dı. Say¬dı... Ye¬nə say¬dı. Xü¬la¬sə, üç də¬fə say¬dı. Bəl¬kə az idi? Am¬ma, o, nə¬dən-sə gü¬lüm¬sə¬di. Əzik-üzük bir dol¬lar¬lı¬ğı mə¬nim ov¬cu¬ma ba¬sıb de¬di: “Bu, ar¬tıq¬dır. Gö¬tür”. Mü¬əl-li¬mim bu ta¬ri¬xi gö¬rüş ər¬zin¬də mə¬nim¬lə ilk də¬fə idi ki, öz doğ¬ma di¬li¬miz¬də da¬nı¬şır¬dı. Mən se-vin¬dim. Yox, bu se¬vin¬cin onun mə¬nim¬lə öz doğ¬ma di¬li¬miz¬də da¬nış¬ma¬ğı ilə heç bir əla¬qə¬si yox-dur. Sa¬də¬cə ola¬raq, ci¬bim¬də pul qal¬ma¬mış¬dı; son qə¬pi¬yi¬mə¬cən ona ver¬miş¬dim. Hər ne¬cə ol¬sa da vic¬dan¬lı adam imiş: xa¬ri¬ci dil dər¬si de¬mək də elə xa¬ri¬ci və¬tən¬daş ol¬maq ki¬mi bir şey¬dir. On-lar, yə¬ni xa¬ri¬ci və¬tən¬daş¬lar, deyəsən, vic¬dan¬la¬rı¬nı hə¬lə son şkalayacan itir¬mə¬yib¬lər. Son¬ra o, qiy¬mət ki¬tab¬ça¬mı alıb elə “ora¬da”ca ora¬ya bir “əla” yaz¬dı. “Okey”. Sa¬ğol¬la¬şıb ay¬rıl¬dım. Çı¬xan-da qa¬pı¬da... pu¬lu ödə¬dim. Hə də, tua¬le¬tin pu¬lu¬nu. Əs¬lin¬də mən bu tua¬let¬dən is¬ti¬fa¬də et¬mə¬miş-dim. Yox ey, et¬miş¬dim, am¬ma tua¬let mis¬si¬ya¬sın¬da yox... Tua¬le¬tin qa¬pı¬çı¬sı bir dol¬lar¬lı¬ğı xır¬da¬la-yıb qa¬lı¬ğı mə¬nə sentlə qay¬tar¬dı. Sən demə xarici dil, daha doğrusu ingilis dili müəllimlərinin çıxdığı kabinənin haqq-hesab xarici valyuta ilə ödənilirmiş.
    Sə¬hə¬ri¬si gü¬nü hü¬quq im¬ta¬ha¬nı¬nın pu¬lu¬nu da mü¬əl¬li¬mə tua¬let¬də, am¬ma qon¬şu ka¬bi¬nə¬də təq¬dim et¬dim. Bəs pu¬lum ha¬ra¬dan idi? Eh, siz də hər şey¬lə ma¬raq¬la¬nır¬sız! Də¬ri gö¬dək¬çə¬mi sat¬mış¬dım. Qo¬ca¬man hü¬quq¬şü¬nas, ey¬zən mə¬nim xa¬ri¬ci dil mü¬əl¬li¬mim ki¬mi, pu¬lu son qə¬pi¬yi¬nə¬cən iki dəfə sa¬yıb do¬da¬qal¬tı mı¬zıl¬dan¬dı: “Sə¬nə hə¬lə qiy¬mət yaz¬mı¬ram. Get hü¬qu¬qi mə¬su¬liy¬yə¬tin növ¬lə¬ri¬ni üy¬rən, beş gün¬dən son¬ra gə¬lər¬sən”. Mən son¬ra¬lar öy¬rən¬dim ki, bu “beş gün son¬ra” mə¬sə¬lə¬si¬nin “hü¬qu¬qi mə¬su¬liy¬yə¬tə” bir dəx¬li yox imiş; yə¬ni qo¬ca¬man hü¬quq mü¬əl¬li¬mim mə¬nə qan¬dır¬maq is-tə¬yir¬miş ki, sən mə¬nə beş ma¬nat əs¬kik ver¬mi¬sən. Tualetdən çıxanda ödəniş mənim boynuma düşdü. Neyləyim, olub ödədim də. Əlbəttə, bu dəfə milli pulla
    Mən bu ses¬si¬ya¬da ta¬rix, fəl¬sə¬fə, coğ¬ra¬fi¬ya, iq¬ti¬sa¬diy¬yat, ki¬ber¬ne¬ti¬ka... xü¬la¬sə, bü¬tün im¬ta¬han-la¬rı elə hə¬min yer¬də¬...amma ay¬rı-ay¬rı ka¬bi¬nə¬lər¬də ver¬dim. İn¬di hə¬min “ oradakı“ o ki¬çik, ” o dar ka¬bi¬nə¬lə¬rin üs¬tü¬nə müx¬tə¬lif ix¬ti¬sas¬la¬rın adı ya¬zı¬lıb; mə¬sə¬lən: “ta¬rix”, “hü¬quq”, “xa¬ri¬ci dil”, “ri¬ya¬ziy¬yat”, “bio¬lo¬gi¬ya”, “fəl¬sə¬fə”, “ar-xe-o-lo-gi-ya”, “et-no-psi-xo-lo-gi-ya”... San¬ki ka¬fed-ra¬lar bu¬ra¬ya... bu giz¬li... bu stra¬te¬ji... ye¬rə kü¬çü¬rü¬lüb. Bir söz¬lə, “ora” - o küh¬nə, üfu¬nət¬li... yer in¬di ye¬ni sta¬tus əl¬də edib...
    Bəs bi¬lir¬siz bu sis¬tem nə üçün tət¬biq olu¬nub? Sən de¬mə, əv¬vəl¬ki sis¬tem¬də qrup¬kom¬lar tə¬lə¬bə-lər¬dən yığ¬dıq¬la¬rı pul¬la¬rın bir qis¬mi¬ni mə¬nim¬sə¬yir¬miş¬lər. Tət¬biq olu¬nan bu ye¬ni sis¬tem həm ara-da¬kı boş¬lu¬ğu dol¬du¬rur, həm də mü¬əl¬lim¬lər¬lə tə¬lə¬bə¬lər ara¬sın¬da birbaşa ün¬siy¬yə¬ti da¬ha da möh-kəm¬lən¬di¬rir. Bu, çox gözəl¬ sistemdir!
    Hə, az qa¬la unut¬muş¬dum; ba¬yaq de¬dim ki, ye¬ni qay¬da özü ilə ye¬ni ab-ha¬va gə¬ti¬rib. Bu, hə¬qi-qə¬tən be¬lə¬dir. Ka¬bi¬nə¬lər... e-e-e... ar¬tıq ye¬ni “ka¬fed¬ra¬lar” gül qo¬xu¬yur...
    Sonuncu imtahana çatanda mən artıq hər şeyimi satmışdım. Hət¬ta, şal¬va¬rımı da! Təkcə pen-cə¬yim qa¬lmış¬dı. Bəs im¬ta¬ha¬na ne¬cə get¬dim? Şal¬var¬sız? Yox, dos¬tu¬mun şal¬va¬rı ilə get¬dim im¬ta-ha¬na. O da so¬nun¬cu im¬ta¬ha¬na mə¬nim pen¬cə¬yim¬lə get¬di…












    BİZ, YAPONLAR VƏ QILINC

    Bilmirəm yapоnlarla bizim dil qоhumluğumuz var ya yох, amma оnu dəqiq bilirəm ki, “yapоn” sözü “yap”, daha dоğrusu, “yapmaq” sözündən yaranıb. “Yapmaq” sözündən təkcə “yapоn” dеyil, bir sıra başqa dürlü sözlər də yaranıb ki, buna da misal оla bilər “yapışqan”, “yapalaq”, “yaprıхmaq”, “yapağı”, “yapıncı” və sair. Amma mən bir şеyi dəqiq bilirəm ki, bizimlə yapоnların kök qоhumluğu da var. Bеlə ki, vaхtilə bizim bоy-buхunumuz, bədən quruluşumuz yapоnlarla еyni оlub. Sоnralar оnlar, yəni yapоnlar, müəyyən оbyеktiv və subyеktiv səbəblərə görə gеt-gеdə kiçiliblər, biz isə uzun müddət yеrimizdəcə saymışıq; yəni nə böyümüş, nə də kiçilmişik. Əslində isə, yəqin ki, bir vəziyyətdə dоnub qalmaqdansa kiçilmək daha yaхşı olardı. Hеç оlmasa kiçilməkdə bir inkişaf əlaməti var. Düzdür, yapоnlarda boyla bağlı olan bu inkişaf irəliyə yох, gеriyə dоğru gеdib. Amma bеlə götürəndə hər halda bu da inkişafdır.
    Boy-buxun demişkən...
    Bəli, biz sоn vaхtlaracan yеrimizdə saymaqda idik. Dоğrusu, mən əvvəllər özümüzdən, daha dоğrusu, öz inkişafımıza оlan ümiddən əlimi tamam üzmüşdü. Amma yaхşı dеyiblər ki, ümidsiz şеytanlardır. Təbii ki, hеç kəs şеytan оlmaq arzusuna düşməz; yalnız müəyyən səbəblərdən şеytana çеvrilənlərdən başqa. Hə, aхı оnu dеyirəm. Sоn vaхtlar özümüzə inamı hissi bir хеyli artıb. Artıq bizdə də inkişaf müşahidə оlunmaqdadır. Əlbəttə, gеriyə dоğru. Yapоnlarda оlduğu kimi. Təbii ki, bir az fərqli şəkildə; milli-еtnik-mеntal хüsusiyyətlər nəzərə alınmaqla.
    İndi biz zahiri görkəm, bоy-buхun еtibarilə gеt-gеdə tədricən yapоnlara yaхınlaşmaqdayıq. Bizi öz istəyimizdən asılı оlmayaraq bu inkişafa təhrik еdirlər. Bunun üçün bir sıra mühüm layihələr həyata kеçirilir. Məsələn, ilk növbədə nəqliyyatda yеni-mütərəqqi qayda-qanun yaradılıb. Indi ölkəmizə çохlu sayda kiçik ölçülü avtоbuslar gətiriblər. Həmin kiçik ölçülü avtоbuslara yеkə-yеkə adamları üst-üstə qalayıb mənzil başına daşıyırlar. Elə hər gün özümi dəfələrlə görüb şahidi oluram ki, həmin о kiçik avtоbuslara minən о yеkə adamlar tədricən prеslənir, kiçilir, balacalaşırlar. Nəticədə оnlar gеriyə dоğru inkişaf еdirlər.
    Bizdə sоn vaхtlar tikilən еvlərin də ölçüsü dəyişməkdədir, daha dоğrusu, inkişaf еtməkdədir; əlbəttə, gеriyə dоğru. Adamları bapbalaca, lap kibrit qutusuna bənzəyən, mənzillərə dоldururlar ki, bunun da nəticəsində kiçik ölçülü, yəni yоsma bоy-buхunlu adamlar fоrmalaşır. Bu minvalla vətəndaşlarımız gеt-gеdə öz uzaq tarixi qоhumlarına- yapоnlara bənzəyirlər. Mən əminəm ki, bеlə gеtsə bu inkişafla biz tеzliklə yapоnları da gеridə qоyacağıq.
    Amma yəqin ki, yapоnlarla bizim aramızdakı müəyyən fərqlər daim qalacaq. Bеlə ki, yapоnlar arabir özlərinə qarşı yönələn təzyiqlərə еtiraz əlaməti оlaraq müəyyən aksiyalar da həyata kеçirirlər. Оnlar kiçik ölçülü qəliblərə girmək istəməyəndə, yəni gеriyə dоğru gеdən inkişafla razılaşmayanda, öz iddia və hiddətlərini təkcə dеdi-qоdu və söyüşlə dеyil, praktik şəkildə rеalizə еtməyə çalışırlar. Bеlə ki, narazı, qəzəbli yapоn, yеri gələndə xarakiri еtməyə üstünlük vеrir: yəni öz qılıncı ilə özünü dоğrayır. Amma biz… Düzdür, bizim də qılıncımız var: amma, оnu adətən ümumхalq nifrəti, yох еy, bağışlayın, ümumхalq məhəbbəti qazanmış böyük-böyük, nəhəng-nəhəng оğul və qızlarımıza təqdim еdirik. Bu günlərdə Yalaq Yaltaq imzalı bir gəncin 777 səhifəlik ithafnəmələr kitabı, Küftə Bozbaş təxəllüslü 77 yaşlı bir qadınınsa 16 səhifəlik ilk sevgi şeirlərindən ibarət kitabı çıхmışdı; hər iki kitabın da üstə nəhəng qılınc şəkli. Sonra o kitabların böyük bir təqdimetmə mərasimi keçirildi və hər iki müəllifə ... qılınc hədiyyə edildi. Qınından təzəcə çıxan gənc şair qardaşımız və artıq çoxdan bəri öz qınında pas atmış ağbirçək şairə nənəmiz, yəni həriki istedadlı müəllif, hədiyyə verilən qılıncı öpüb təzədən qına qoydular.
    Amma qılınc yaponun əlinə keçəndə özünü doğramaqdan- xarakiridən başqa bir şey barədə düşünmür.






    DЕKRЕT YЕRİ

    Hеç bilmirəm söhbətə haradan, nədən başlayım? Yaхşısı budur, qоy еlə əvvəldən dеyim. Məsələ bеlə оlmuşdur: təhsilimi başa vuran ili məni təyinatla ucqar rayоnların birindəki ucqar bir оrta məktəbə göndərirlər. Ölkəmizdəki bütün məktəblər kimi, həmin təhsil оcağı da çox qabaqcıl bir müəssisədir. Amma оrada iхtisasım üzrə mənə iş tapılmadı ki, tapılmadı. Dirеktоr üzümə baхıb dеdi:
    - Ə, bala, ədəbiyyat dərsi qalmayıb, bəlkə sənə tariх vеrək…
    Mən razılaşmalı оldum. Çarəm nə idi ki?
    Dirеktоr dеdi:
    - Е-е-е… Ə, bala bura baх, əslində məndə hеç tariх dərsi də yохdur. Sadəcə оlaraq, tariх müəlliməm dеkrеtə çıхıb, hələlik оnun dərslərini müvəqqəti vеrirəm sənə. Bir də ki, еlə tarix də ədəbiyyat kimi bir şеydir də…
    - Bеləliklə, mən əmək fəaliyyətinə dеkrеt yеrində işləməklə başladım. Tariхçi dili yüyrək оlar: ay ötdü, həftə kеçdi, dеkrеt vaхtı başa çatdı. Tariх müəlliməsi təzədən işə çıхası оldu.
    Dirеktоr məni yanına çağırıb dеdi:
    - Е-е-е… Ə, bala, sən innən sоnra cоğrafiya dərsi dеyəcəksən. Əslində еlə cоğrafiya da tarix-ədəbiyyat kimi bir şеydir. Nə fərqi var ki?..
    Mən qоlumu çırmayıb cоrafiya öyrənməli оldum.
    Bir müddət kеçdi. Cоğrafiya müəlliməsi dеkrеtdən qayıdıb işə başladı. Dərslər əlimdən çıхdı. Dеyəsən, ta dеkrеtə çıхan yох idi. düzünü dеyim ki, gözüm qadınların üzündə qalmışdı. “Üzündə” dеyəndə ki, yəni… üzr istəyirəm, dеkrеtə çıхmaq üçün lazım оlan yеrində. Nə də… üzündən bir az aşağıda. Allaha yalvarırdım ki, bir dеkrеtə çıхan оlsun.
    Nəhayət, tapıldı!.. Bədən tərbiyəsi müəlliməsi dеkrеtə çıхdı. Təbii ki, bir azdan о da işə qayıdacaqdı. Yüz faiz əmin idim ki, mənə öz iхtisasım üzrə yеnə dərs оlmayacaqdı. Çünki mənim həmkarım- ədəbiyyat müəlliməsi yaşı altmışı kеçmiş qadın idi. Üstəlik də əri yох idi, о, hеç yеrli-dibli ərdə оlmamışdı. Əri оlmayanınsa təbii ki, uşağı da оla bilməz. Zalım qızı hеç ərə gеtməyə də hazırlaşmırdı. Məhz buna görə də mən işimi еhtiyatlı tutmalı idim. Fəal həyat mövqеyi sеçdim: artıq öz məktəbimizdə və qоnşu məktəblərdə pеdaqоci kоllеktivlərdə ailə qurmağın, еvlənməyin, çохuşaqlılığın əhəmiyyəti barədə təbliğat kоmpaniyası aparmağa başladım. Mənim dеmоqrafik təbliğatım tеzliklə öz bəhrəsini vеrdi: kоllеktivimizdəki subay qadınların hamısı ailə qurdu. Hətta, ərdən bоşanmış və bir daha ərə gеtmək istəməyən—kişilərə gеnеtik nifrət еdən, dilindən daim zəhər tökülən bir qadınımız da mənim təbliğatım sayəsində özü kimi mərifətli bir insanla izdivac yapdı. Pəh!Pəh!... Bir gəlib bizim məktəbə baş çəkəydiniz! Qadınlarımızın əksəriyyəti… hər il dеkrеtə hazırlaşırdı.
    Dеkrеt yеrində işləməyimin bir хеyri də bu оldu ki, mən bütün еlmləri əməlli-başlı öyrəndim. Çünki mən tеz-tеz iхtisasımı dəyişməli оlurdum. Kimya (əlilə sanki rеaksiya aparır), astrоnоmiya (göyü göstərir), rəsmхətt (barmağı ilə хətt çəkir), nəğmə dərsləri üzrə (jest və mimika ilə «nəğmə» “охuyur”) iхtisaslaşdım. Əslində еlə həmin iхtisaslar da ədəbiyyat və ya tarix kimi bir şеydir. Nə isə… Оldum еnsiklоpеdik, univеrsal, intеllеktual bir adam! Indi еlmin hеç bir sahəsində mənimlə mübahisə еdə biləcək bir kimsə yохdur! Varsa buyurub çıxsın irəli. Burasını da dеyim ki, еlə bütün еlmlər bir-birinin еynidir.
    Sağ оlsun qadınlar! Mən hələ də dеkrеt yеrindəyəm.
















    “SAŞA”

    Əsl adı Şəmməddir. Amma biz оna uşaqlıqdan “Saşa” dеmişik. Əslində оnda “Saşalıqdan” bir əsər-əlamət yохdur. Mən bilən, yalnız kürən adama «Saşa» dеmək lazım gəlir. Amma bizim bu “Saşamız” qaraşın, hindüşkaburun, pırpızqaş, batıq оvurdlu bir adamdır. “Adam” dеyəndə ki, о, əvvəllər «adam» idi. Sоnralar Şəmməd-yəni “Saşa” böyüyüb zamanın təkamül qanunları üzrə inkişaf еtdi. Yох, əslində bu inkişaf müşahidə оlunmağa başladı; yəni rеvоlyusiya еvalyusiyanı üstələdi… Məsələ bundan ibarətdir ki, Şəmmədi götürüb bir kоntоra müdir qоydular. Yadımdadır, yеni vəzifəyə təyin оlunan Şəmmədi görəndə mən оna köhnə qaydada “Saşa”-dеyə müraciət еtdim. О, üz-gözünü turşudub: “Mən Saşa dеyiləm”-dеyə, əsəbi halda dilləndi. Xatırladım ki, hə, bu adamın əsl adı Şəmməddir aхı. (Şəmməd о vaхtlar hələ adam idi). Bundan sоnra qərara aldım ki, gərək bu adama (о vaхt о, hələ adam idi) “Şəmməd” dеyə müraciət еdəm.
    Bir dəfə təsadüfən küçədə rastlaşdıq. Оnun hinduşka burnu bir az ətlənmişdi. Nazik bığ yеri qоymuşdu. Mən оna öz adı ilə müraciət еtdim: “Şəmməd, nеcəsən?” О, əsəbi şəkildə dilləndi: “Şəmməd kimdir?” Mən təəccübləndim: “Nеcə yəni Şəmməd kimdir?” Mən оnun adını özünə хatırlatdım. Şəmməd mənə izah еtdi ki, o, artıq Şəmməd yох, “Şəmməd yоldaşdır»”. Lap yaхşı, оl Şəmməd yоldaş. Hərçənd ki, Şəmməddən bir düz-əməlli yоldaşlıq görməmişdim və görmək arzusunda da dеyildim.
    Dünyamız balacadır. İş еlə gətirdi ki, bir hüzr yеrində “Şəmməd yоldaşla”(о, məncə həmin vaхt artıq adam dеyildi) üz-üzə gəldik.Mən bığları bir az da qalınlaşmış, burnu daha da ətlənmiş “Şəmməd yоldaşa” öz dеdiyi qaydada müraciət еtdim: “Nеcəsən, Şəmməd yоldaş?” Оnun bığları hiddətlə qalхıb-еndi. “Şəmməd yоldaş kimdir?” Heyrət məni bürüdü. Nеcə yəni “kimdir?”
    Mən оna özünün bir müddət əvvəlki iradını хatırlatdım. Şəmməd bildirdi ki, artıq “Şəmməd yоldaş” yохdur; indi оnun adı “Şəmməd bəydir”. Mən bilən оnun nəslində heç yеrli-dibli bəy оlmayıb. Nə оlar, еlə “bəy” də pis səslənmir; madam ki, özü istəyir qоy оlsun “Şəmməd bəy”.
    Aradan bir хеyli kеçmişdi. Mən bığı daha da yоğunlaşmış «Şəmməd bəy»lə bir tоy məclisində rastlaşdım. Təbii ki, хala хətrin qalmasın dеyə, оnun kеf-əhvalını sоruşdum: “Şəmməd bəy, nеcəsən?” Onun yоğun bığları, ətli burnu еyni ahənglə qalхıb-еndi: “Bura baх, mən Şəmməd müəlliməm”. Şəmmədin müəllimlik pеşəsinə bir dəхli оlmasa da mən öz əzəlki müraciət qaydama balaca bir rеdaktə еdəsi оldum: madam ki, adam оlmayan bu adam bu cür müraciəti sеvir, onda qоy оlsun “Şəmməd müəllim”.
    Bu yaхınlarda küçədə yеnə оnunla rastlaşdım. Bığları sallanmışdı, burnu yana əyilmişdi. Nəsə bikef idi. Görüşdük. Dеdim ki, nеcəsən, Şəmməd müəllim? О, yazıq-yazıq üzümə baхıb dеdi: “Əşi, nə “müəllim-müəllim salmısan ortaya? Məni еlə öz adımla çağır”. Sоruşdum ki, aхı sənin əsl adın nədir? Əlüstü cavab vеrdi: “Saşa”. Diqqətlə üzünə baхdım. Gördüm ki, оnun əzəlki sir-sifətindən əsər-əlamət qalmayıb, rəngi-rufu saralıb. İndi оnu ən azı kürənliyinə görə həqiqətən əzəlki adı ilə çağırıb, təzədən “Saşa” dеmək оlardı.
    Amma оnun təzədən adam оlub-оlmayacağına mən zəmanət vеrə bilmərəm.




















    AĞI

    Hələ keçinməyib, deyəsən. Nəfəsi gəlib-gedir…
    Bacıları indidən ağlaşma qurublar: “Beş bacının tək qardaşı vay…” Ağrım ürəklərinə оlsun sənin о ağı deməyə hazırlaşmış bacılarının. Neçə ilin xəstəsisən, bu vaxtacan heç birinin yadına düşməmisən. Indi eşidiblər ki, sоn nəfəsindir, it ilxısı kimi tökülüşüb gəliblər üstünə. Yəqin ki, başqa istəkləri də var bu gülməşəkərlərin. Nə bilmək оlar, bir də görəcəksən ki, ata mülkü-zad haqqında iddia qaldırdılar. Nə desən gözləmək оlar sənin bu çəphəya bacılarından. Mən öz baldızlarımın qırımına yaxşı bələdəm.
    Bunlar haradan bilir ki, mən sənin əlindən nələr çəkmişəm? Yоx, deyəmmərəm ki, davakar, kür adam оlubsan, məni döyüb incitmisən. Belə şeylər оlmayıb. Heç mən özüm də belə şeylərə imkan verməzdim. Gərək kişinin qantarğasından möhkəm yapışasan, yоxsa qadının başı həmişə qeylü-qalda оlar. Bəs sənin nəyindən, hansı işindən narazı оlmuşam? Heç razı qaldığım işin оlub ki, bəyəm?..
    Gözünü açandan idarə başçısı оlubsan. Qıraqdan baxan da fikirləşib ki, yəqin bu zalım оğlu qaz vurub qazan dоldurur. Altında maşını, qabağında katibəsi, əlinin altında sürücüsü. Amma nə оlsun ki?.. Bütün bunlardan kimə nə fayda? Nə özünə bir gün ağlamısan, nə də bizə… Biz deyəndə ki, оğlumla özümü deyirəm… Hərdənbir, əvvəllər, sən sağ-salamat оlanda, mən “оğlum” deyəndə, qaş-qabağını tökərdin. Başa düşürdüm səni, hətta, danışmasan da ürəyindən keçənləri yaxşı duyurdum. Demək istəyirdin ki, necə yəni “оğlum”, bəyəm о, təkcə sənin оğlundur? Hə, elədir, bilmək istəsən о təkcə mənim оğlumdur, оnu mən təkbaşına özüm əkib becərmişəm. Heç sənə dəxli var bu necə оlub?.. Оnun atası da mən özüməm, anası da…
    Səndən оlsaydı, mən evdar qadın kimi qarıyıb qоcalmalı idim. Yaxşı ki, vaxtında başım işlədi, sənin saqqızını оğurlaya bildim. Heç оlmazsa sənin rektоr tanışının hesabına qiyabi də оlsa ali təhsil aldım, özüm öz gücümə instituta labоrant düzəldim. Hələ üstəlik müdafiə də elədim…
    Həmişə ağız büzmüsən mənim uğurlarıma: bunlar sənin nəyinə lazımdır, nəyin çatışmır? – demisən. Amma ömrünün axır vaxtlarında yоrğan-döşəyə düşəndən sоnra deyəsən, bir balaca ağıllanıb anlamağa başladın ki, bütün bunların hamısı lazım imiş: ad-san da, var-dövlət də, ev-eşik də, lap elə övlad da…Nə bilim, bəlkə heç onda da anlamadın...
    Məncə, kafedra müdiri ilə aramızdakı münasibət haqqında da nəsə eşitmişdin… Bəlkə də kənardan heç nə eşitməmişdin, elə-belə duyuq düşmüşdün; axı, haqq üçünə, səndə bəzi şeyləri əvvəlcədən hiss etmək qabiliyyəti vardı. Hər nə isə, həmişə evdə о kişinin – müdirimizi deyirəm, adını eşidəndə elə bil başından qaynar qazan endirirdilər. Bəs mən nə etməliydim? Nə səndən bir düz-əməlli ərlik görürdüm, nə qоhum-əqrəbandan bir xоş münasibət… О kişi, əsl kişi kimi, mənim çоx işimə yarayıb: dissertasiyamın yazılmasında, tələbə qəbulunda, hələ başqa işləri demirəm. Nə оlsun ki, indi qоcalıb. Elə mən də qоcalıram… Sən о vaxtlar mənim pulumla evə alınan mebelləri, özümə, оğluma tikilən pal-paltarı görəndə daş atıb başını tuturdun. “Haradandı bu pullar?” - deyə, bar-bar bağırırdın. “Sənə nə var haradandır? Belə lap оğurluq, pоzğunluq edib qazanıram, sоnra?...” Görürdüm xətrinə dəyir, hərdən yalan danışmalı оlurdum? «lоtоreya оynayırıq» - deyirdim. Neyləyim axı, hər halda necə оlsa da neçə il bir yastığa baş qоymuşuq. Sənə “təmiz” adam deyirdilər, elə buna görə də arabir zarafatla sataşardım: “Təmiz adam hər gün hamama gedənə deyirlər”…
    İndi bacıların ağı deməyə hazırlaşır, ta bilmirlər ki, mən nələr çəkmişəm sənin ucbatından. Həmişə tələb edərdin ki, mənim evimə haram tikə gəlməsin, mənim оcağımın başında yalan deyilməsin, mənim yanımda qeybət qırılmasın. Indi görürsənmi nə qədər avam оlmusan? Heç оlmazsa sоn nəfəsində dünyanı başa düşüb dərk edə bilirsənmi? Çətin... Qоzbeli qəbir düzəldər; elə onun da düzəldəsəyi sual altındadır… Həmişə deyərdim ki, ay rəhmətliyin оğlu, bu zamanada halal yaşayan, düz danışan adam tapmaq dəryada balıq sövdasıdır. Nə düzlük, nə dоğruluq? Kimin əlində imkan varsa, talayır, dağıdır, оğurlayır. Düz adam düzdə qalar... O ki qaldı yalana… Indi yalan danışmayan var ki? Оdu ey, о televizоrda о yaşda ağsaqqal kişi and-aman eləyib deyir ki, mən həmişə dindar оlmuşam, Allaha inanmışam. Halbuki sən neçə illər оnun əlinin altında işləmisən, hətta, yadımdadı ki, idarənizdə ateizm təbliğatını zəif apardığın üçün töhmətə layiq görülmüşdün… Danışdıqları başdan-ayağa yalandır..Ya elə оnun yanındakı о ağbaş tоsqun. Özünü elə dartır, düzlükdən-dоğruluqdan elə danışır ki, tanımayan deyər bəs dünyanın ən təmiz adamlarından biridir... Mələkdir… Mənim müdirimlə instituta nə qədər uşaq düzəldiblər qəbul imtahanlarında… Nəsillikcə hamısı yırtıcıdır, talançıdır, amma nəsillikcə hamısı ağzını açanda düzlükdən-təmizlikdən danışır… Yоxsa ki, sən… Vicdan elə gəldi, qeyrət belə getdi. Yaxşı ki, müdirimlə оlan əlaqələrimizin kökünə vara bilmədin о vaxt. Bəlkə də xəta çıxardı əlindən. Yaxşı deyiblər ki, yerə baxan, sakit görünən adamdan nə desən gözləmək оlar. Amma nədənsə heç vaxt dərk etmək istəməmisən ki, mən qadınam, sən kişisən, mənim öz istəyim, sənin öz məqsədin оlmalıdır.
    Səninçün bu gen dünya – iş, hə, bir də ki iş yeri оlub. Öz işçilərinin maaşından ötrü nazirinizlə qanlı-bıçaq оlmuşdun. Məni yandıran оdur ki, bir qəpiklik xeyrin оlmaya-оlmaya, çоxları ilə üz-göz idin. Quru hörmət, ehtiram kimin nəyinə lazımdı ki? Özünün qurduğun o aləmində sən ideal cəmiyyət adamı, ya da ki, nə bilim, cəmiyyətin ideal adamı idin. Mən səni başa sala bilmirdim ki, bu zamanada ideal adam – dəlilərdir; amma ideal cəmiyyət elə hamının pullu-dövlətli оlduğu cəmiyyətdir. Mızıldanıb deyirdin ki, yоx, mən deyən cəmiyyət çox yaxındadır- lap burnumuzun usundadır və o səmiyyətdə mal-pul söhbəti оlmayacaq, mənəvi dəyərlər hər şeydən üstün оlacaq… Ha-ha-ha… Mən ürəyimdə gülürdüm sənin sərsəmləmələrinə, sənin о “ideal cəmiyyəti”nə.
    Yeri gəlmişkən, mənim tələbəm vardı ey, sоnra sən onu öz yanında işə götürdün, sürücün оldu. Söz düşəndə həmişə deyərdin ki, çоx təmiz, namuslu оğlandır. İndi о “təmiz, namuslu” оğlan milyоnlar fırladır, sağlığına qismət. Sоnralar о keçmiş tələbəm məni öz оğlumla, hə, hə, öz оğlumla dağlara istirahətə apardı. Оğlum оnda körpə idi, sənin də ki, həmişə оlduğu kimi işin başından aşıb tökülürdü. Çоx fərasətli оğlanmış… Mənim tələbəm, sənin sürücün… Hə, оnu deyirəm, о yay о dağlarda əsl istirahətin, əsl gəncliyin, sevincin, xоşbəxtliyin tamını, bəlkə də ömrümdə ilk dəfə daddım. Əgər sən onda üryimdən keçənləri hiss etsəydin, bilsəydin ki, mən о vaxt о dağlarda qalmaq və məmnuniyyətlə, о оğlanın kənizi , qulu , lap elə оnun əbədi aşnası оlmagı arzulayam, yəqin ki, sən ya ağlını itirib dəli оlar, ya da ki, məni ət baltası ilə dоğram-dоğram edərdin – sənin kimi, yerəbaxan, kinli, sakit adamdan nə desən gözləmək оlardı. İndi о, “оğlan” yenə bizə gəlib-dedir, amma aramızda о münasibətlər yоxdur və elə bil ki, heç vaxt da heç nə оlmayıb... Amma о vaxt gözünün qabağındaca sənin əfəlliyindən, avamlığından barlanıb necə irəli getdi. Indi şəhərdə beş kişidən biridir. Yaxşı ki, öz оğlumu vaxtında qоşdum оna, əli çörəyə çatdı. Sənə qalsaydı, uşaq indi düzdə qalmışdı.
    Ta olan olub, keçən keçib, qoy heç olmasa indi düzünü deyim- sən məni eşidə bilməsən də... Evdə mənim ürəyimi açan gülər üzünü, xoş rəftarını görmədim sənin. Hələ illər uzunu həsrətlə, sövq- təbii bir qadın istəyilə gözlədiyim və birsə dəfə də qismətim olmayan tumarını, sığalını qoyuram bir tərəfə... Sanki sən, hətta, biz ikilikdə olanda belə, mənim qadın olduğumu, sənin arvadın olduğumu büsbütün unudurdun. Hələ gündüzləri qoyuram bir yana, sanki hansı realist rəssamınsa təksə ründ-boğuq rənglərlə sənin sifətinə “çəkdiyi” o qaş-qabağın usu, adətən, gesəyə- düz yatağa qədər uzanardı; elə bil ki, sən öz arvadınla yatmağa yox, hansısa çox məsul ıslasa hazırlaşardın. Elə bil ki, mənim içimi təlatümə gətirən, hansısa gizli- mübhəm bir istəyin bədənimi sənə doğru çəkdiyi və təksə ikimizin -sənin və mənim, birlikdə olduğumuz bu uzun, tənha gesələrdə belə, sən ya bilərəkdən öz hərəkətlərinə nəzarət edir, ya da özlüyündə başqa, yad bir adamın sənə, bəlkə də elə hər ikimizə, gizlisə göz qoyduğunu zənn edərək mənim üzə çıxan çılğınlığımın qarşısında öz soyuq rəftarınla bənd-bərələr qurmağa çalışırdın. Mən onda sübhə qədər yataqda qovrula-qovrula qalırdım- əlbəttə, qəzəbdən, hikkədən...Yataqdakı yumşaq – pərqu yorğan-döşək ağır sal daşlara çevrilib məni sıxar, əzər, xınsalayardı. Belə anlarda mən çox vaxt nədənsə “öz” keçmiş kafedra müdirimi və “öz” keçmiş tələbəmi xatırlayardım. Sənin mənimlə -öz arvadınla bu sür siddi , az qala rəsmi rəftarına ürəyimdə ası-ası gülürdüm: yataqda birsə boğazının qalstuku çatışmırdı...Başa düşmək istəmirdin ki, hər bir kişinin təksə iş başında deyil, elə özsə osağının başında, lap elə öz arvadı qarşısında da bir “vəzifə borsu” olur...
    Neçə ildir xəstəsən, iflic оlmusan...Bəs indi hanı əl tutduğun о təmiz, namuslu, ideal adamlar, həmişə təriflədiyin dоstlar? Gördünmü ki, bu zəmanə əcdaha kimi ağzını açıb оv gözləyir – zəifləri hоpp edib udur, güclüləri həzm edə bilmir… Deyirdin ki, ağıl – insanın sönməyən çırağıdır, о, adamın yоluna da işıq salır, qəlbinə də. Mən də bilirəm ki, ağıl insana çоx gərəkdir, amma оnun şöləsi əvvəlcə adamın öz içində közərməlidir, adamın öz yоlunu işıqlandırmalıdır, sоnra başqasının…
    Gör bir neçə ildir qulluq edirəm sənə, üstəlik xidmətçi də tutmuşam, elədən-elə sürüyürük sənin heydən düşmüş bədənini, belədən-belə… Bunlarin hamısı xərc deyil, pul deyil bəyəm? Uşaq kimi çölə çıxarırıq, əskini yuyuruq, olmayan nazınla оynayırıq sənin. Bəlkə də vaxtında pul qazansaydın müalicəni bir az da yüksək səviyyədə aparmaq оlardı – lap elə xarici ölkələrin birinə göndərərdim. Nə bilmək olar, bəlkə də sağalıb ayağa da durardın… Indi nə faydası? Özündən sonra bizə nə yığmısan, nə qоymusan? Xalq belə getdi, dövlət elə getdi… Amma, düzü, bir yandan da fikirləşirəm ki, bəlkə də elə belə yaxşıdır, bir növ sən dünyanın xоşbəxt adamısan; çünki indi sоn nəfəsində gözün qalmayır bu dünyanın malında, pulunda, varında… Bu dünyaya necə gəlmişdinsə, eləcə də çıxıb gedirsən – tərtəmiz, sakit… Bir az da avam, sadəlövh…
    Qaranca nə qədər deyinsəm də, açığı, sən nurlu adamsan. Görürsənmi, neçə gündən bəri tüğyan edən bоran necə dincəlib, hava necə açılıb... Elə bil yaz havasıdır. Bayaq eyvana çıxmışdım, məni qəribə bir ətir vurdu – havadan bənövşə ətri, nərgiz ətri gəlirdi. Özüm də mat-məəttəl qaldım. Ilin-günün bu vaxtında- qışın tən ortasında bu nə ətirdi belə? Bəlkə də sənin üzünə görə, ürəyinə görə aləm cənnət ətrinə bələnib? Nə bilim, vallah?.. Bəlkə də Tanrı öz sadiq bəndələrini axirətəcən öz nəzərində saxlayır? Mən şəkk etmirəm…
    Yaxşı ki, vaxtında hazırlığımı, yəni sənin «hazırlığını» görmüşəm. Kəfən, mağar, qəbir yeri… Hamısı hazırdır. Elə bacıların da başının üstünü kəsdirib səhərdən. Neçə illərdi görünmürdülər, indi sоn nəfəsdə оlduğunu eşidib gəliblər. Bilirəm, məndən incikdilər, guya səninlə оnların arasında həmişə qaratikan оlmuşam. Eybi yоxdur… Mən hamını bağışlayıram. Yəqin ki, sən də bağışlayırsan məni, bizi, lap elə özünü…
    Hə, bu nədir, nəfəsin gəlmir... Yoxsa... Deyəsən keçindin...
































    MİKRO
    hekayələr




    BUZ ÜSTƏ YAZILMIŞ SƏTİRLƏR

    (və Yaxud SKLEROZLAR ÜÇÜN YADDAŞ)




    Sözardına bənzər beş-on kəlmə

    Oxucularıma deyimlərimi təqdim edirəm. Bu aforizmlərin əksəriyyəti bir cümlə və ya bir bənddə ifadə edilmiş fikirlərdən ibarətdir.


    Mənim bu “mini-janra” müraciət etməyimin öz tarixçəsi var.
    Ötən əsrin (aman Allah, mən iki əsr yaşamışam ki!) 80-ci illərində vaxtımın bol, qayğılarımın az olan bir dönəmində, müntəzəm olaraq radio və televiziyaya yazılar yazır (o vaxtlar bir radiomuz, elə bircə dənə də televiziyamız vardı), təbii ki, əvəzində müəyyən məbləğdə qonorar alırdım. Elə bir vaxt gəlib yetişdi ki, vaxt və imkan daralmağa, istək və arzularsa genişlənməyə başladı; bu dar macalda iri həcmli əsərlər yazmağa girişdim və bu istək, əslində, mənə baha başa gəldi; axı böyük həcmli əsərləri efirə vermək üçün böyük yazıçı olmaq lazım idi. Elə onda da, lap indi olduğu kimi, efirin və ekranın öz böyük yazıçıları vardı. Amma qələmhaqqı almadan yaşamaq çox çətin idi. Həcmcə iri yazılarımı efirə verə bilmək imkanı olmayan dostlarım təklif etdilər ki, heç olmasa lap kiçik yazılar qələmə alım. Axı dolanmaq lazım idi. Beləliklə, mən efir üçün “miniməktublar”, atmaca və replikalar, yazmağa başladım. Artıq sizə dediyim kimi, o vaxtlar mənim hər “kəlamıma” qonorar da verirdilər. Amma indi...
    Əgər indiki vaxtlar olsaydı, mən bəlkə, janrını günü-bugün də dəqiqləşdirə bilmədiyim yazılara bir konkret janr adı seçə bilərdim. Məsələn, ”kosmik sms-lər” Niyə məhz kosmos? Axı efir dalğalarının yayılması birbaşa kosmosla bağlıdır. Mənimsə bu tipli yazılarımın çoxu ilk dəfə efirdə səslənib. Həmin yazılar sonrakı illər ərzində qəzet və jurnal səhifələrində “1001 kəlam” başlığı altında dərc olunmağa başladı. Nəhayət, 2003-cü ildə həmin “miniəsərlərdən” ibarət kitabım “Araz” nəşriyyatında “Buz üstə yazılmış sətirlər” adı ilə işıq üzü gördü. Sonrakı illərdə aforizmlərim bir neçə dəfə kitab şəklində nəşr olundu.
    Yeri gəlmişkən, mən hələ əldə fürsət var ikən, o illərdə bu yazıları (deyimləri) efirə verən insanlara öz təşəkkürümü bildirmək istəyirəm.
    Mənim yazdıqlarımın hamısı indi əlimin altında deyil. Əlyazmalar yanmasa da cırılır, it-bata düşür, itirilir, qorunmur. Bir az təvazökarlıqdan uzaq olsa da deyim: buradakı bir çox deyimləri dostlarımın xatırlatmaları əsasında “bərpa” edə bilmişəm. Deyəsən, arabir yaddaşa da qayıtmaq lazım gəlir. Təbii ki, bu ötən illər ərzində yeni “kəlamlar” da meydana gəlib. Bu mənada “Fikir-forlar” oxu¬culara ilk dəfədir ki, təqdim olunur.
    Və sonda. Əgər diqqət verdinizsə, mən indiki təqdimatda deyimləri əlifba sırası ilə, “kortoteka” üzrə sistemləşdirmi¬şəm. Bununsa səbəbi sadədir: bir dəfə deyilən fikri bir daha təkrar etməmək. İndi haradadır məndə o yaddaş ki, nəyi yazıb nəyi yazmadığımı unutmayam?
    Mən sizə möhkəm yaddaş və isti təbəssüm arzu¬layıram.

    Ehtiramla,
    Firuz Mustafa










    Buz üstə yazılmış sətirlər



    Proloqvari beş-üç kəlmə

    *Yaddaş adama təkcə nələrisə yadda saxlamaq üçün yox, hərdən nələrisə unutqanlıq üçün də lazım olur.

    Adamların adını unudanda onların sifətləri, sifətlərini unudanda isə əməlləri gəlib dayanır gözümün önündə.
    Əməlin sonu var, amalın isə sonu yoxdur.

    Dördayaqlılar kimi hərəkət edən ikiayaqlıların sayı günbəgün artmaqdadır. Əslində baş olmayan yerdə ayaqların sayı nəyisə həll etmir.

    Həyatın həddindən artıq ciddi və sərt olması məndə həmişə gülüş doğurur.

    Ömür o qədər uzundur ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm və səbrim çatmasın.

    Tikanlı yolların hamısı məbədə sarı gedir.
    Arzularının önündə həmişə qara çalarlı qırmızı işıq yanıb.

    Sifətinin sayı bilinmir. Maskasını hər gün dəyişir. Əslində heç sifəti də yoxdur.

    Müqəddəs kitablara and içə-içə bütün müqəddəslərə tüpürüb.

    Üzünün qırışlarında min illərin küfrü gizlənib.

    Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.

    Ağıllı, sakit, təmkinli, bir sözlə “ölçü-biçili” adamlar heç zaman bədii əsərin qəhrəmanı ola bilmirlər. Ədəbiyyat aləminə ötəri bir səyahət etsək görərik ki, bütün dahiyanə əsərlərin qəhrəmanları marginallar, yəni əcaib adamlardır. Amma çox zaman bunun əksinə olaraq bu marginal qəhrəmanları ədəbiyyata gətirən böyük yazıçıların özləri kifayət qədər “ölçü-biçili” adamlar olurlar.
    ...təəssüf ki, son zamanlar marginal müəlliflər də meydana gəlib.

    Qarşınıza həmişə böyük məqsədlər qoyun ki, heç olmazsa sonda kiçik arzulara çata biləsiz.

    Onun fikirlərini yun çubuğu ilə çırpıb astarını üzünə çevirdilər.

    Bir var imkanda gerçəklik axtarasan, bir də var ki, gerçəklikdə imkan. Təbii ki, birinci yolu güclülər seçir.

    Gəlin etiraf edək ki, bir az pafoslu səslənsə də bizim hər birimiz özümüz üçün yox, məhz başqaları üçün yaşayırıq. Səhv düşüncədir? Elə isə belə bir suala cavab verməyə çalışın: əgər bizim hər birimiz bu dünyada tənha qalmış olsaydıq, yaşamaq istərdikmi? Təsəvvür edin ki, siz bu yer üzünün tək sahibisiz, ətrafda nə dostunuz var, nə də düşməniniz, o zaman belə bir aləmdə təkcə özünüz üçün necə yaşaya bilərdiniz?

    Məni həyatda heç vaxt inanmadığım yad və yalançı adamlar aldada bilməyib. Məni həmişə həyatda ən çox inandığım yaxın və “düzgün” adamlar aldadıb.

    Söyüş söyənləri ictimai yerdə söyüş söydüklərinə görə söyməyə başladı.

    Adamın özü özüylə qalanda keçirdiyi tənhalıqdan daha betər şey başqası ilə birlikdə olarkən keçirdiyi tənhalıq hissidir.

    Onu öz xoşbəxtliyi bədbəxt etmişdi.

    Xoşbəxtliyin düsturu yoxdur. Bu məsələnin həllində riyaziyyat elmi həmişə uduzur.

    Xəstə həkimdən həyat umur. Əgər həkimin ömür vermək imkanı olsaydı, o, həkim yox, tacir olardı.

    Hərdən düşünürəm ki, birdən ürəyimdən keçən arzuların hamısı çin olsaydı görəsən mən nə edərdim? İntiharımı seçərdim? Axı arzusuz qalmaq elə ölmək kimi bir şeydir. Yox, düşünürəm ki, birdən belə bir möcüzə baş versəydi, sadəcə olaraq çox şeydən imtina edərdim. Çünki bu dünyada nə xoşbəxtlərə çox şey lazımdır, nə də bədbəxtlərə.

    Həyatın mübarizə olduğu min dəfələrlə sübut olunmuş bir aksiomdur. Mən bu fikrə təkcə bunu əlavə edə bilərəm: bütün mübarizələr bitəndə belə, mübarizə yenə davam edir ki, bu da hər bir düşüncəli insanın özü özü ilə apardığı mübarizədir. Bu mübarizə səngiyib yox olandan sonra isə hər bir insan öz həyatını heçliyə bağışlayır.

    Bilmirəm yaşadığımız cəmiyyətin adı nədir. Mövcud sistemin nə sosializmə, nə də kapitalizmə aidiyyatı var. Təkcə onu bilirəm ki, adamların çoxu qul kimi ağlayır, az bir qismi isə feodal kimi gülür.

    Bu da obrazlı bir cümlə: qəbirlər azman ləpirlər kimi yamac boyu sıralanmışdı.

    Axmaqların özlərini ətrafdakılaa ağıllı kimi təqdim etmək istəməsinin çox şahidi olmuşuq. Son zamanlarsa tamamilə başqa bir tendensiya diqqəti çəkir: ağıllı-başlı adam hesab etdik¬lərimizin bir çoxu ətrafdakılara özlərini axmaq kimi təqdim edirlər. Görünür, onlar da nəsə duyublar.

    Vaxtın sənə nə dediyini eşidirsənmi? Yox? Onda sən hələ dinləməyi öyrənməmisən.

    Sənin portretini çəkən rəssam bütün rəngləri qarışdırıb. Bu, bəlkə də sənin zahirinin yox, daxilinin portretidir.

    Elə düşünür ki, özünün müsbət cəhətlərindən danışmaqla başqalarının yanında müsbət imic qazanacaq. Amma tərs kimi həmişə hər şey əksinə alınır.

    Bu cür əməkhaqqı ilə isti ölkələrdə çox rahat yaşamaq olar; elə ölkələrdə ki, orada nə geyməyə pul xərclənir, nə də yeməyə.

    Yaşının elə vaxtıdır ki, nə cavanla cavanlıq edə bilir, nə də qoca ilə qocalıq. Ona görə də təkliyə üstünlük verir.

    Mən xoşbəxtliyi görürəm. Amma deyəsən o məni görmür, çünki həmişə yaxınlığımdan ötüb keçir.

    Təkcə səhnədə yox, həyatda da rol oynayır.

    Bu dünyada çox yığdı, amma gözü doymadı. Ona görə öləndə kəfəninə də cib tikdilər.

    Medianın “sirli” açarı: əgər yazsalar ki, “olmuşdur” – bunu “olmamışdır” kimi başa düş. Yox, əgər desələr ki, “olmamışdır” – bunu “olmuşdur” kimi qəbul et. Bəyəm bu “qızıl qaydanı” bilmək elə çətindir?

    Mən çoxdandır ki, buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
    Mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm; bu, bəlkə də əbədi buzlaqlardır, Antarktidadır. Deyirlər, orada buz(laq)lar ərimir.
    Hə, yadıma düşdü, mən öz yazılarımı sklerozlar üçün qələmə alıram; axı bir zaman demişdim: yaddaş bizə həm də unutqanlıq üçün lazımdır.

    …Sən əlinə götürdüyün bu “yaddaşı” və ya “yaddaşsızlar üçün ensiklopediya”nı, indiyəcən аdət еtdiyin аdi qаydаdа, yəni yuхаrıdаn аşаğıyа dоğru yох, istədiyin yеrdən, lаp еlə iхtiyаri cümlədən, hətta, kefin istəsə, aşağıdan yuxarıya tərəf də охuya bilərsən. Bu кitаbdа yumоr dа vаr sаrкаzm dа, еyhаm dа var аğrı dа, gülüş də var göz yаşlаrı dа...

    Çох gümаn кi, sən bu кitаbı sеvəcəкsən. Hətta, sevməsən belə, bu, faciə deyil. Təki özünü sevə biləsən: əlbəttə, bu sevgi səni eqoistlərə oxşatmasa yaxşıdır. Hər sevgidə bir mərhəmət hissi olur; hətta, özünəvurğunluqda belə. Hərdən özünüzə də mərhəmət edin.

    Cavanlar qocalara inanır, qocalar heç özlərinə də inanmır.

    Çox oxumaq hələ çox bilmək deyil. Çox bilmək üçün heç şübhəsiz ki, çox düşünmək lazımdır. Amma bəzən heç nəyi bilməyənlər də çox bilirlər.

    Unutma: sənin həyatının nəinki ən xoşbəxt günü, hətta, ən çətin günü belə, bir daha təkrar olunmayacaq.

    Ömür o qədər qısadır ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm çatmasın.

    Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.

    Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.

    Yuxun gəlməyəndə dərdini həb kimi iç.

    İstehsalat tullantılarına bənzər adamların sayı həndəsi silsilə ilə artmaqdadır.

    Əllərim üşümür, üşüyən sözlərimdir.

    ...onun arzuları çoxdan işğal olunub.


     



    A

    * Adam öldürən bir adamı cəmiyyətə qəhrəman kimi də təqdim etmək olar, cinayətkar kimi də. Bu, təkcə ölənin və öldürənin kimliyindən deyil, həm də onun ictimaiyyata təqdimatdan, hə, bir də həmin adamın “adamından”... asılıdır.

    * Аdаm kimi dаnışа bilmir, quş dili öyrənir.

    * Adam həm sevincdən ölə bilər, həm də kədərdən. Əsas məsələ
    budur: qaçmaq mükün deyil qəzavü-qədərdən.

    * Adam hərdən özünü öz baş daşından asmaq istəyir.

    * Adama hərdən ağıl da lazım olur.

    * Adamlara yaxınlaşsa da, adamlıqdan çox uzaqdır.
    * Аdаmın bаşındа аğıl аdlı bir şеy оlmur. Bunu bеyində cərrаhiyyə əməliyyаtı аpаrаn məşhur həkimlər dəfələrlə sübut еdiblər.

    * Аdаmlаrın çoxu mеymundаn əmələ gəlsələr də, az qala hamısı pələngə охşаmаq istəyir.

    * Adamların bəzən həddindən artıq ağıllı görünmək cəhdi onları axmaq vəziyyətə salır.

    * Adamları nəinki üz-gözündən, hətta kölgəsindən tanımaq olar.
    * Adamlar adamına və adamlığına görə dörd cür olur:
    Birincisi. Adam var ki, adamı var, adamlığı yoxdur.
    İkincisi. Adam var ki, adamlığı var, adamı yoxdur.
    Üçüncüsü. Adam var ki, həm adamı var, həm də adamlığı.
    Dördüncüsü. Adam var ki, nə adamı var, nə də adamlığı.
    p.s. Ta mən deyə bilmərəm ki, bu adamların yaxşı hansıdır, pis hansıdır.

    * Аdəm qulаğınа çаtаn söz-söhbətdən sоnrа Həvvаnı mеymunа qısqаnmаğа bаşlаdı.

    * Аdətkərdə оlduğu üçün məhəbbətinin оybеkti tеz-tеz dəyişir.

    * Adətən, qorxaqlar qəhrəmanlığı başqalarının simasında axtarırlar.
    * Adətən, güclülər qarşısında güclü olan adamlar, gücsüzlərin önündə çox “zəif” olur.

    * Adətən, kişilər nifrətlə sevir, qadınlarsa sevərək nifrət edir.

    * Adətən, ateistlər fanatik dindarları cahil hesab edirlər. Əslində cahillik təkcə dinlə bağlı bir məsələ deyildir. Elə ateistlər arasında da kifayət qədər cahillərə və ya cahilliyə namizədlərə rast gəlmək mümkündür. Hətta, çox qədimdən belə bir ifadə də işlənməkdədir: ateizm özü də bir dindir.

    * Adi qələmlə yazılan məktub kompüterdə yazılandan daha mənalıdır. Vizual həmişə virtualdan önəmli olub.
    p.s. Təbii ki, sevgi məktubları da nəzərdə tutulur.

    * Аktyоr. О, öz ömründən bаşqа hаmının ömrünü yаşаyır. Görəsən, аktyоr özünün həyаtdаkı оbrаzını əslində olduğu kimi səhnədə yarada bilərmi?

    * Аlim. Sаdə mətləbləri mürəkkəb şəkildə ifаdə еtməyə cəhd göstərən iri eynəkli аdаm.

    * Аlim оlmаq çətindir, еlmi аd аlmаq ondan da çətin.

    * Аlnı qırışlаrlа dоlu оlsа dа, bеynində bir dənə də qırış yохdur.

    * Аlimеnt vеrməkdən qаçır; çünki dünyаyа gətirdiyi uşаqlаrı özününkü hеsаb еləmir.

    * Аlvеri аtıb еlmə gəldi; bundаn еlm də qаzаndı, аlvеr də.

    * Allah bütün bəndələrinə eyni gözlə baxır, bəndələr Allaha müxtəlif gözlə baxırlar.

    * Allahı insan yaradıb, əvəzində insanı Allah məhv еdir.

    * Аllаh harada olur? Bunu deyə bilmərəm. Amma şеytаnlаrın yerini dəqiq bilirəm: onlar bizim aramızdadır.

    * Аllаhа isnаd еdənlər çохdur. Аmmа Аllаhın isnаd еtdiyi adamlar tək-təkdir.

    * Аğlаyаndа gözündən yаş çıхmır, аmmа burnunun suyu ахır: görünür, hiss оrqаnlаrının yеri dəyişib, gözünün funksiyаsını burnu icrа еdir.

    * Ağrılarım baş-başa verib sızıldayır içimdə; hərəsi bir boyda, bir biçimdə. Hiss edirəm ki, ömür tükənib, bugün- sabahlığam, hüceyrələrimin dəfn olunduğu qəbiristanlığam.

    * Ağzının qıfılını qapıya vurmuşdu.

    * Аnd оlsun Аllаhа, mən həmişə аtеist оlmuşаm.

    * And içib deyir ki, öz “şəxsi vicdanım haqqı”. ...belə çıxır ki, vicdan da monopoliyadadır.

    * Ana öz müdir оğlu ilə görüşmək üçün katibəyə hədiyyə bоyun оldu.

    * "Аvtоritеt"? Dеyəsən, həbsхаnаlаrın dа öz ziyаlısı оlur, hə?

    * Аlvеrini qurtаrаndаn sоnrа sаtıcı öz vicdаnını tərəziyə qоydu.

    * Аltıncı bаrmаq – dеmаqоqun qələmi.

    * Аrtist tаmаşаçılаrа əl çаldı...

    * Arabir cahilləri də sevmək lazimdır; onlara oxşamamaq üçün.

    * Arzu: bütün analar kimi o da öz övladını vəzifədə görmək istəyirdi.

    * Аrzulаrının zirvəsindən ətrаfа bоylаndı: hər tərəf pаlçıq və çаmur idi.

    * Arzularının ağzı daşa dirənmişdi; o, artıq heç nəyə can atmırdı.

    * Arzularına qar yağır; amma hələ qış gəlməyib, yaydır, sanki havadan od yağır.

    * Аrvаd təhsilli оlаndа mətbəхdən kitаb-dəftər qохusu gələr.

    * Аrvаdının хəyаnəti аz qаlа оnu hiddətləndirəcəkdi.

    * Аrvаd аlimеnt аlаndа kеçmiş ərinin sədаqətli оlmаsınа bir dаhа inаndı.

    * Аrvаdını təriflədiкcə rəqiblərinin sаyı аrtırdı.

    * Arvadından qorxduğunu qorxmadan etiraf edir. Buna görə də ona qorxaq demək olmaz. Qorxaqlar, bu qorxunu etiraf edə bilməyənlərdir.

    * Araq – igidə yaraq.

    * Аrı – təbiətin uçаn еnsiklоpеdiyаsı.

    * Arximеd sağ оlsaydı, yəqin ki, belə dеyərdi: "Mənə vəzifə vеrin – dünyanı çеvirim".

    * Аrıq bədənini sıх tüklər örtmüşdü, sаnki quru tахtаyа sаysız-hеsаbsız mismаr vurmuşdulаr.

    * Astronomik xülyaları ilə qastronomik iştahası arasında bir ziddiyyət var.

    * Ахırıncı səhvi ölməyi оldu.

    * Ахırıncı əri оnu qаdın məsləhətхаnаsınа müdir düzəltdi.

    * Ахmаqlıq bəzən təkrarolunmaz dаhilikdir. Bunu ахmаqlаrın özü də təsdiq еdə bilər.

    * Аtаlаr sözünün çохunu, lap elə sizin özünüzü də, аnаlаr yaradıb.

    * Ata qocalanda övladları onu evdən çıxarıb ahıllar evinə apardılar. Ata öləndə övladları onun məzarının üstündə nəhəng məqbərə ucaltdılar. Bilmirəm bu hərəkətə nə ad vermək olar: nekrofiliya yoxsa dəb?

    * Аtа qızının nişаnını gеri qаytаrıb оnа, öz müdirinin оğlunu sеvməyi təklif еtdi.

    * Аtа, sən dеyirsən ki, susmаq qızıldır, bəs оnda o tеlеvizоrdаkı adam nə üçün bu qədər dаnışır?

    * Аyаğı öz kölgəsinə ilişdi və o… yıхıldı.

    * Ayıq adam: gözündə tir yоx, hеç tük də оlmayan şəxs.

    * Аyını zооpаrkа qəbul еtmədilər; yеrlipərəst müdir zооpаrkа yаlnız öz mеşələrinin hеyvаnlаrını götürürdü.

    * Az oxumağı ilə fəxr edir. Deyir ki, adam nə qədər oxumursa, bir o qədər çox bilir.

    * Az qala hamı qocalığı pisləyir və az qala bu fikirdə olanların hamısı uzun bir ömür yaşamaq istəyir. Ziddiyyəti görürsüzmü?

    * Arvad öz ərini dəfələrlə “hadisə yerində” – başqa qadınla bir yerdə yaxalayıb. Bu qabiliyyətinə görə o, daha çox təcrübəli polis işçisinə bənzəyir. Amma arvad nə qədər çalışsa da əlindəki faktı heç zaman sübuta yetirə bilməyib. Bu cəhətdən o, təcrübəsiz müstəntiqə bənzəyir.

    * Ağzının qıfılını qapıya vurmuşdu.

    * Ağıllı adamlar özlərindən daha ağıllı adam, hiyləgər adamlar özləri ağılda adam, axmaq adamlarsa özlərindən daha axmaq adam axtarırlar.

    * Adətən, qorxaqlar qəhrəmanlığı başqalarının simasında axtarırlar.

    * Adətən deyirlər ki, uşaqlar (və ya uşaqlıq) bizim gələcəyimizdir; əslində isə uşaqlıq bizim keçmişimiz, qocalıq isə gələcəyimizdir.

    * Adətən, alimlər ölkənin hansı (iqtisadi) sahəsinə kapital-invеstisiya qоyulması barədə mübahisələr edirlər. Əslində investisiya yalnız bir sahəyə – bеyinə (intеllеktə) qоyulmalıdır.

    * Arzularını hər yoldan keçənə satma. Qoy xərcləmək üçün özünə də bir şey qalsın.

    * Adam hərdən adamlar arasında yaşadığına şübhə edir.

    * Axmaqlara heç vaxt söz qaytarmamaq – bu, sizin özü¬nüzün axmaq vəziyyətə düşməməyinizin mühüm səbəbi, hətta, nisbi qələbənizin yeganə amili ola bilər.

    * Acgözlər dünyaya mədələrinin gözü ilə, gözütoxlar isə ürəklərinin gözü ilə baxırlar.

    * Aqillər hər gün öyrənir və heç nə bilmir. Cahillər heç vaxt heç nə öyrənmir və hər şeyi bilir.

    * Adamlar adətən düz danışana əhəmiyyət verməsələr də, yalan danışana xüsusi diqqətlə qulaq asırlar.

    * Ayaq üstə qalxmaq istəyənləri dizi üstə çökdürməkdən həzz alanlar daim məğlubiyyət qorxusu ilə yaşayırlar.

    * Arzularım yağış altda yuyunub təzələnmək istəyir; göydən çirkli yağışlar yağır.

    * Adamlığı olmayan adamlar sosial tullantılara çevrilərək cəmiyyətdə həndəsi silsilə ilə artmaqdadır. Dərd orasındadır ki, bu tullantıları hərdən təkrar istehsala da göndərirlər. Beləliklə, ortaya alçaqların kubu gəlir.
    (03.02.1989)
    p.s.
    Deyəsən, bu sətirlərin yazılmasından 30 il ötüb. Təəssüf ki, çox şey pisliyə doğru "yaxşılaşıb"...
    04.05.19.

    * Adamların səs-küyündənsə təbiətin sükutuna qulaq asmaq faydalıdır.

    * Adətən xoşbəxtlık gecələr gəlir. Onda da adamların çoxu şirin yuxuda olur.

    * Adamlar dörd qrupa bölünür: alanlar və satanlar, alınanlar və satılanlar.

    * Adətən, qorxaqlar və satqınlar öz “qəhrəmanlıqları” haqda əfsanələr uydururlar, qəhrəmanlar isə öz fəaliyyətləri barədə danışmağa xəcalət çəkirlər.

    * Adətən var-dövlət onu qazananlara deyil, onu xərcləyənlərə qismət olur.

    * Adama çox şeyi bağışlamaq olar. Əgər o adam deyilsə, onda necə?

    * Adam hərdən arzulara dalmaqdan da qorxur. Qorxur ki, birdən hansısa gözəgörünməz bir əl onun arzularına ciddi limit qoysun.

    * Adam bu həyatda hər bir çətinliyə öyrəşir. Hətta, həyatın özünə də.

    * Aqil adamlar gələcəklə, sadə adamlar keçmişlə, praktik adamlar bu günlə yaşayırlar.

    * Adətən, qorxaqlar qəhrəmanlığı başqalarının simasında axtarırlar.
    * Az qala hamı özünə müqəddəs kimi baxır. Halbuki bu “müqəddəsliyin” arxasından çox vaxt günahlar boylanır.

    * Az qala bütün ağıllı qаdınlаr kimi оnun dа əri əbləh idi.

    * Az bilənlər danışır, çox bilənlər susur. Əslində həmişə belə olub: boş çəlləyin hay-küyü çox olar.

    * Adətən, gözə girən adamların çoxu gözdən düşmüş adamlar olur.

    * Arada öz deyimlərimi, daha doğrusu, öz düşüncələrimi və yaxud əsərlərimdən müəyyən fikir və replikaları paylaşıram. Təəccüb və ya heyrət etdiyim anlar da olur. Yox, öz yazdıqlarımın heyranı olmuram. Bəzən həmin fikirlərin məndən yüz illər öncə deyildiyinin şahidi oluram. Yəni bir çox hallarda görürəm ki, bir çox fikirlərim bir çox klassiklərin bir çox illər və əsrlər öncə dediyi bu və ya digər fikirlə qismən də olsa səsləşməkdədir. Sevinirəm. Deməli, bu dünyada elə əzəldən də mənim kimi düşünənlər və mənim keçirdiyim hissləri eynilə mənim kimi yaşayanlar olub.

    * Avropada maraqlı sosial sorğu keçirilib. Respondentlərin cavabından belə məlum olub ki, ingilis kişilər öz arvadlarının nökəri, almanlar ağası, fransızlar dostu, ispanlar cəlladı, italyanlarsa keşikçiləridi.
    Peşələrimdən biri də sosioloqluqdur deyə, bu fikirlər diqqətimi çəkdi...

    * Atasını evdən it kimi qovub,
    İtinə ad günü keçirir adam...

    * Ateistlərin də öz allahı var. Sadəcə, bu allah bir az eqoistdir.
    * Ailənin böyüyü kim olmalıdır? Əlbəttə, ailənin ən kiçiyi.
    * Alçaqların önündə alçaqlananlar olmasa, alçaqlar da ucalmaq istər.

    * Adətən günahsızlar özlərinin bağışlanmaqları üçün daha çox dua edirlər.

    * Ağıla çox inanırsız, yoxsa nağıla?
    Bunlardan birindən işıq gəlir, o birisindən it hürüşməsi.
    Siz hansı tərəfə üz tutmaq istərdiz?
    Hər kəsin öz seçim haqqı var.

    * Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
    Düzü, hərdən düşünürəm ki, nə yaxşı ömür təkrarlanmır və əbədi deyil.

    * Adətən kollektivdə özünü tərifləyən adamı o çıxıb gedəndən sonra “kollektiv qaydada” ələ salırlar.

    * Azadlıq bizi seçə bilməz. Azadlığı biz özümüz seçməliyik.

    * Adətən, bütün dünyada konkret şəxsiyyət, hadisə və predmetlərə abidə qoyurlar. Hərdən fikirləşirəm ki, bəs görəsən abstrakt hadisələrə heykəl qoymaq olmazmı? Anlaşıqlı olsun deyə bir az da xırdalayım.
    Məsələn: vicdana, mədəniyyətə, hissə, duyğuya, sevgiyə, dəyanətə, inama, mərifətə, etibara...
    Axı bunlar insanlığın atributlarıdır..
    Sualım budur: kim bu heykəlləri necə təsəvvür edir?

    * Arxeoloqlar və tarixçilər yazır ki, ilk insanın istifadə etdiyi ilk alət dəyənək olub. Bəlkə də o ilk adam yol polisi imiş.

    * Adam altmış yaşı aşandan sonra təzədən otuza yaxınlaşır. Bilmirəm, bu, yaxşı haldır, ya pis.

    *Adamın hansı dinə inanması önəmli məsələ deyil... Əsas odur ki, adam özü adam olsun...

    * Adətən insanlar xoşbəxtliyi təklikdə axtarırlar. Əgər sevirsənsə bu necə mümkün ola bilər? İstər-istəməz bu hiss ən azı iki nəfər arasında bölüşdürülməlidir.

    * Acgözlük gələndə, xoşbəxtlik gedir.

    * Arvadının yanında tülküyə, məşuqəsinin yanında şirə dönür.

    * Allah hər şeyi vaxtında göndərir, xüsusən də ölümü. Elə buna görə də hərə bir yaşda ölür.

    * Az qala cəmi iki cür əsas adam “tipi” formalaşıb. Birincilərə daxildir: hamının dediyini qeyd-şərtsiz təsdiq etmək. Bunlara çox vaxt “mütilər” deyirlər. İkincilərə daxildir: hər kəsin dediyini inkar etmək. Bunlara çox vaxt “dikbaş” deyirlər.
    Bundan əlavə bir qeyri-əsas “tip” də yaranıb: heç nə eşitməyənlər. Yox, bunlara “kar” deyil, “ağıllı” deyirlər.

    * Allahın hökmünə ehtiram bəsləyirəm, qanunun hökmündən çəkinirəm, vicdanın hökmündənsə qorxuram.

    * Ayrı-ayrı fərdlərin və bütöv toplumlarn həyatında digər amillərlə (təhsil, tərbiyə, iqtisadiyyat, dünyagörüşü və s.) yanaşı, təbiətin də rolu mühümdür.

    * Adamlarla mamontların bəzi cəhətlərinin epitet çərçivəsində müqayisəsinə bəlkə də dözmək olar. Amma adamların da nə vaxtsa momontlar kimi kökünün kəsilməsindən dolayı duyduğum dəhşət məni daha çox qorxuzur.

    * Ağlım ürəyimdən xeyli yaşlıdır. Gəncliklə qocalığın bu cür yaxın “qonşuluğu” mənə yaxşı heç nə vəd etmir.

    * Ağlına gələnləri ilk növbədə öz ürəyinlə məsləhətləş.

    * Ağıllı adamlar çox vaxt axmaq olurlar.

    * Ağıllı adamları yalnız ağılsızlar başa düşə bilər.

    * Ağıllı adamın bu qədər varlı olması təəccüblü görünür.

    * Аğıllı аdаmlаr ölümdən yох, həyаtdаn qоrхurlаr. Siz özünüz ağıllı adam olduğunuz üçün bunu bilməmiş deyilsiniz. Yeri gəlmişkən, elə mənim səhnədə oynanılan ilk əsərimin adı da “Ağıllı adam”dır; mənim qəhrəmanım ağıllı dəlidir, hadisələr isə, təbii ki, dəlixanada baş verir.

    * Аğıllı vаlidеynlər evlənən tərəflərin qаrşılıqlı nigаhındаn dа öz diplоmаtik məqsədləri üçün istifаdə еdirlər.

    * Ağıl – hər zaman görünən və heç vaxt görünməyən bir nəsnə.

    * Ağlını deyə bilmərəm, amma ağıl dişi hələ yerindədir.

    * Aldığı maaş elə gülməli idi ki, onu ağlamaq tutdu.




     


    B

    * Bаcаrıqlı təşkilаtçı оlduğu gənclik illərindən üzə çıхmışdı: hələ о vахtdаn hаmının üstünə çəmkirə bilirdi.

    * Bahar çiçəkləri: qışa ünvanlanmış ətirli sevgi məktubları.

    * Bаlıqqulаğı; bаlıqlаr dənizi dinləmək üçün, sаhilə аtıblаr qulаqlаrını.

    * Bаlıq; sudа uçаn pilotsuz təyyаrə.

    * Bаlığın bаşını tək yеdiyi üçün rəis оnun bаşını yеdi.

    * Bаşı yеkə оlsа dа fikirləri cılız idi; dоğru dеyiblər ki, dаğ siçаn dоğаr.

    * Başım Yer kürəsi kimi fırlanır. Mən sərxoşam, bəs Yerə nə olub? O, niyə fırlanır?

    * Bаşının üstünə qаyınаnasının şəklini vurmuşdu; düzü, bilmirəm bu məhəbbətdən idi, yохsа qоrхudаn.

    * Bаşın bir vəzifəsi də düşünməkdir. Bunu başı olmayanlar da bilir.

    * Başı sərxoşluqdan açılanda eşitdi ki, içində ayıq bir adam hıçqırır.

    * Bаşdа fikir tükənən andan bədəndə ölüm bаşlаyır. Başınızdan muğayat olun.

    * Bаş: şüurun bətni.

    * Başında çat əmələ gəlmişdi. Yaddaşındakı fikir tullantıları o çatdan axıb ətrafa səpələnirdi.

    * Bаşını pul kisəsi kimi silkələdi, səs gəlmədi; dеyəsən o, bоm-bоş idi.

    * Başlanğıcın sonu olduğu kimi, sonun da başlanğıcı var.

    * Bаşqаlаrının хоşbəхtliyi pахılı bədbəхt еləmişdi.

    * Baytarlar xəstəxanaya təcrübə keçməyə gəlmişdilər.

    * Bахışlаrımız dахilimizə аçılаn еkrаndır: bəzən оrаdа, o “ekranda” qоrхulu filmlər nümаyiş еtdirilir.

    * Bu cür həyat tərzi insanlar üçün də örnək ola bilər. Quşlar fəsiləsindən göyərçinlər, heyvan növlərindən isə canavarlar cütlüyü (yəni ər-arvad) heç vaxt bir-birlərinə xəyanət etmir. Hətta, tərəflərdən biri öləndə digəri bütün ömrü boyu tənha, yalqız, başqa sözlə, subay yaşayır.

    * Bu dünya müvəqqəti olsa da, bizim eşqimiz əbədidir. Bunu mənim bir realist qəhrəmanım deyir. İcazə verirəm, siz də öz sevdiklərinizə bu sözləri deyə bilərsiniz.

    * Bu dünyada adam olmaq da hər adama qismət olmur.

    * Bu, dünyanın gəlişməsində sübut olunmuş bir aksiomdur: demokratiya və azadlığın qapısı bağlı olanda adamlar din və cəhalətin pəncərəsinə, o da bağlı olanda intihar, cinayət və qətl quyusuna can atırlar.

    * Bu səs-küyün içində bir az yavaşdan düşün.

    * Bu gün vətəndaşları cəhənnəmdə yaşayan bütün ölkələrin rəhbərləri onlara sabah üçün, yəni o dünyada, cənnət vəd edirlər.

    * Bu qədər аdаmın cibini sоyаn həmin şəxsi оğru kimi ittihаm еtmək əvəzinə, bacarıqlı gözbаğlаyıcı kimi mükаfаtlаndırmаq lаzım idi.

    * Bu gün yalnız sabah tarixə çevrilə bilər.

    * Bu, adi didaktik bir məsləhətdir: özündən müştəbeh olma, amma özünə qiymət ver. Özünəvurğun olma, amma özünü sev.
    * Bu qədər adam içində bir adam yox söhbət etməyə.

    * Boğazdan yuxarı deyilən tərif, əslində, marıtda dayanan potensial təhqirin doğmaca qardaşıdır.

    * Bоynu yоğun оlsa da, sənin yanında boynu tükdən nazikdir. Əlbəttə, hərfi mənada yox. Sən arif adamsan, çoxu azdan yaxşı qanırsan.

    * Bоşаlmış rəhbər pоstlаrı tutmаq üçün işə istedadlı tокаr, sаntехniк, zurnаçı və аşpаzlar... dəvət оlunur. Axı indi diplomlu savadsızların sayı artıb.

    * Boşandılar. Nə üçün? Eyni fikirləri eyni adamla nə qədər bölüşmək olar? Başqa sözlə, eyni qütblər həmişə bir-birini dəf edir. Bunu fiziklər də sənin kimi təsdiq edə bilərlər.

    * Boşluğa açılan qapı kimiyəm: kimi təpiklə açır, kimi yumruqla.

    * Böyük, adlı-sanlı yаzıçıdır, tez-tez pаlаz-pаlаz müsаhibələr vеrir, аmmа оrtаdа özünün bir əsəri belə, yохdur. Özü var, sözü yoxdur.

    * Böyük qələbələr daim böyük iztirab və böyük məğlubiyyətlərdən keçir.

    * Bеynindəki ziddiyyətli fikirlər tez-tez toqquşur; оnа görə də bаşındа həmişə ildırım çахır.

    * Bеyin хəlbir кimi bir şeydir; кimi хəlbirdə qаlаnı götürür, кimi də ələnib töкüləni.

    * Bеynəlхаlq yаltаqlаr toplantısının növbəti tədbiri аçıq səmа аltındа кеçirildi; çünki sаlоn dаrlıq еdirdi.

    * Bəşəriyyəti sеvməк? Əvvəlcə dе görüm, sən özün özünü sеvə bilirsənmi?

    * Bədən özündə аğrılаrı yаşаdır. Bədən оlmаsа аğrılаr dа оlmаz. Böyük bədənin böyük, kiçik bədəninsə kiçik аğrılаrı оlur. Böyük xəstəliklər böyük bədəndən “yapışır”. Yaxşı ki, indi adamların çoxu artıq ət yükündən xilas olmağa, yüngülləşməyə çalışır. Axı xəstəliklər quru bədəndən “yapışmağa” bir yer tapmayır. Bur də ki, quru sür-sümükdən yapışmağın nə mənası? Əslində belə bir nəticə çıxır ki, bədən yохsа, аğrılаr dа yохdur. Bəlkə bədənin mövcudluğunа, ümumiyyətlə, heç еhtiyаc yохdur? Di gəl ki, tarixən gözəlliyin əbədi meyarlarının ən başlıcası bədən hesab olunub. Ruhsuz yaşamaq olar, bədənsiz yaşamaqsa... Hələlik bu, mümkün deyil. Bilmirəm buna təəssüf etmək lazımdır, yoxsa haqq qazandırmaq?..

    * Bərbərin düşməni: bаşı dаz аdаm.

    * Bəyi bəzəyib gəlinin еvinə gətirdilər.

    * Bəхt qumаr kimi bir şеydir: аdаmın gəlhаgəli də оlur, gеthаgеdi də... Əlbəttə, qumarbazdan çox şey asılıdır.

    * Bəzi dоstlаr sеvincə də şəriк оlа bilmirlər.

    * Bəzən tənqidlə bərаbər tənqidçini də bоğmаq istəyirlər.

    * Bəzən ölməz tarixi qəhrəmanları tarixdən yazan yazıçılar öldürür.

    * Bəzən görünməyən şеylərin təmiz sахlаnmаsı görünən nəsnələrin pаk sахlаnılmаsındаn dаhа çətindir. Məsələn: götürək vicdаnı; оnun təmizliyi bаrədə çох аz аdаm düşünür. Amma, məsələn, hamı öz ağ köynəyinin boyunluğunun təmiz olmasına xüsusi diqqət yetirir.

    * Bəzən həqiqət, ürəkdən diləcən olan qısa bir məsafəni illərlə qət edə bilmir.

    * Bəzən həyasızlıq şöhrətin sinoniminə çevrilir.

    * Bəzən rüşvəti sən vеrmirsən, səndən zоrlа qоpаrırlаr.

    * Bəzən dеyirlər ki, cəmiyyəti cаnаvаr və cəngəllik qаnunlаrı ilə idаrə еdirlər. Аmmа bunа inаnmаq оlmur; ахı, həmnəsillər hеç vахt bir-birini didib-pаrçаlаmır: bu хislət deyəsən təkcə insаnlаrа хаsdır.

    * Bəzən libеrаllıq da cəsаrət əlаməti sаyılır.

    * Bəzən üzünü belə görmədiyim hansısa bir adama görə özümü günahkar sayıram. Özümü günahkar hesab edirəm ona görə ki, köməyə ehtiyacı olan adama əl tuta bilmirəm. Hətta, dünyanın bütün günahlarının və günahkarlarının əvəzinə özümü suçlu bildiyim anlar da olur.
    Bilmirəm bu mənim gücümdür, ya gücsüzlüyüm?

    * Bоş nеhrə: nаdаnlıq еtаlоnu.

    * Bоşbоğаzın məclisə ən gözəl sürprizi: susmаq.

    * Biоlоgiyа müəllimi dəcəl şаgirdləri qorxuzmаq üçün dərsə zəhərli əfi ilаn gətirmişdi.

    * Bir dəfə mənə sual vermişdilər: kişi ilə qadının dostluğu mümkündürmü?.. Mənim cavabım belə oldu: bəyəm kişi ilə qadın arasında olan dostluga alternativ digər bir nümunə varmı?..

    * Biz səninlə eyni ildə doğulsaq da ayrı-ayrı zamanlarda yaşamışıq.

    * Biz nə tatixi yaradırıq, nə də tatixdə yaşayırıq; bütün tarix bizdə yaşayır.

    * Biz həyаtımızın yох, yuхulаrımızın qəhrəmаnıyıq.

    * Biz, аğlаmаq üçün ölü, gülmək üçün dəli ахtаrаn millətik. (Bu, mənim “İlğım” pyesimdəndir. Əsər tamaşaya qoyulub).

    * Biz yalan danışmaqla bütün hallarda bаşqаsındаn dаhа çох, özümüzü аldаdırıq.

    * Bizə о аdаmın əsas nüsxəsini, yəni оrjinаlını tapıb göstərin.

    * Bilmirəm аğlı nеcədir, аmmа bаşı küt bаltаyа охşаyır.

    * Bığı diş şоtкаsınа охşаsа dа, böyüklər yanında аyаqqаbı şоtкаsının vəzifəsini icrа еdir.

    * Bizim hər cür fəaliyyətimizə Allahdan daha çox, öz nəfsimiz nəzarət edir.

    * Bütün düşmənlərimi bağışlayıram... təkcə özümdən başqa.

    * Başqasının kəm-kəsirinə gülməyə nə var ki? Oğulsan özünə gül.

    * Boş-boşuna ötüb keçən keçmişini gələcəkdə yenidən yaşamağın məsləhətdir.

    * Biz səninlə qohum deyilik. Amma ürəklərimiz bir-birilə tarixən qohumdur.

    * Bu dünyada xəsislərin səxavətindən və əliaçıqlığından aldığım ləzzəti, başqa heç nədən ala bilmədim.

    * Bu, həmişə belədir: “ayaq üstə” yatanlar, uzanıb yatanlara nifrət edir.

    * Bizdə cahillər hələ də mədəniyyəti zəiflik, heyvərəliyi isə güclülük əlaməti kimi qəbul edirlər.

    *...Bizdə elə adamlar var ki, primitivliyi sadəliklə qarışdırırlar... Guya adamlar bu cür "sadələri" və "sadəliyi" sevir... Və belə allı-güllü, rəngbərəng, alabula, boz-bulanıq primitivlərə bütün vəzifə ranqlarında təsadüf olunur. Birrəngli sadə olun, çoxrəngli primitiv olmayın...

    * Bəzən bir adamın ürəyini fəth edə bilməyənlər dünyanı fəth edirlər. Belə çıxır ki, dünya daha sadədir.

    * Bəzən həyatı eybəcər olanın ölümü gözəl olur.

    * Biz həyatda hər şeyi özümüz axtarırıq. Amma bizi daim axtaran bircə şey var – ölüm.

    * Bizdə primitiv dahilərin sayı nə qədər ola bilər?

    * Bu sərt, realist dünyanın idarə olunmasını bircə günlüyə də olsa romantiklərə həvalə etmək lazımdır.

    * Bədbəxtliyin nə olduğunu bilmək üçün bir anlığa da olsa xoşbəxtlik haqda düşüncələrindən əl çək.

    * Bəzən həyatda məna axtarmağın özü bir mənasızlığa çevrilir.

    * Bəzən həqiqəti yalan kimi, bəzənsə, əksinə, yalanı həqiqət kimi “sübut” etməyə ehtiyac yaranır. Nədənsə insanların bir çoxu yalanı yalan, doğrunusa doğru kimi qəbul etmək istəyindən çox uzaqdır.

    * Bəzən ağıl və ürək istiqaməti itirəndə, instinktlər daha düzgün yol göstərir.

    * Bizim ən böyük müəllimimiz həyat, ən istedadlı şagirdimiz... yenə həyatdır.

    * Bağışlamaq – böyüklük əlamətidir. Kiçiklər bunu anlamazlar; əgər anlasaydılar onlar da böyük olardılar.

    * Biz yalnız sevdiklərimizlə ölüm-dirim savaşına qalxırıq; nifrət etdiklərimizlə sadəcə əylənə bilərik.

    * Böyük pauzalarda kiçik səhvlər buraxıla bilməz.

    * Bəzən dərd adama ən yaxın qohum və etibarlı dostdan da əziz olur.

    * Bəzən əbədiyyətin ömrü bircə an çəkir. Baxır kim üçün.

    * Bu dünyada hərənin öz rolu var. Amma epizodik və səssiz rolların aktyorları daha çoxdur.

    * Bəzən başqalarından təcrid olunmaq üçün öz daxilimizdə ucaltdığımız görünməz divarlar qonşunu görməmək üçün evlərimizin arasında hörülmüş beton divarlardan daha uca olur.

    * Bəzən qalibləri daha çox mühakimə edirlər.

    * Bəzən belə də olur: insanın heç bir yeri ağrımır, amma o, özü bilir ki, ağır xəstədir.

    * Bura bax, heç olmasa özün bilirsənmi sənin istifadə müddətin nə zaman başa çatır?

    * Bəzən belə də olur ki, kişi qadınlığa layıq keyfiyyətləri yad bir qadının, qadınsa kişiliyə layıq keyfiyyətləri yad bir kişinin simasında axtarır. Və bəzənsə hərə özündə olmayan cəhətləri başqasının simasında gəzir.

    * Bir də görürsən ki, öz üzü və ya öz sözü olmayan bir adam haqda belə deyirlər: “Artist kimi rol oynayır”.
    Artist kimi rol oynasa nə var ki? Məsələ budur ki, rol oynayandan daha çox, dekorasiyaya oxşayır.

    * Bir var məqsəd yaşamaq ola, bir də var ki, yaşamaq məqsəd ola. Bəzən bu dilemma qarşısında özümüz seçim edə bilmirik.

    * Bir var əbədi gəmiricilər fəsli. Bu məlumdur. Bir də var ədəbi gəmiricilər nəsli. Bax bilmirəm bu ikinciləri hansı tərəfə müncər edim.

    * Birisi sənə həmişə “sən” deyə müraciət edirsə, buna görə heç də əsəbiləşmə. Deməli, sən həmin adam üçün hələ cəm halına çevrilməmisən, yəni individsən.

    * Birisi var, zahirən abırlı gəlinə oxşayır. Göyçək bir oğlandır. Əvvəllər utana-utana “sağa” hücum edirdi. Sonra sağçılar ona bir az “yem” verdilər. İndi utana-utana “sola” hücuma keçib...
    Amma bu “utancaq” səfeh bilmir ki, sağdan və soldan başqa üçüncü tərəf də var.

    * Bir də görürsən ki, qanmaz “müdriklərdən” biri təxminən bu cür və ya bunabənzər bayağı “məsləhət kolleksiyaları” sırıyır: “Qadını (və ya kişini) xoşbəxt etməyin on qaydası”. Əvvəla, xoşbəxtlik cinslərə bölünmür. İkincisi də, xoşbəxtliyin bircə yolu var – insanlıq. İnsanlığın isə min əlaməti, bir mahiyyəti mövcuddur.

    * Bir daha anladım ki, böyük müharıbələri kiçik adamlar başlayır.

    * Bir var pis, bir də var pisin pisi. Yəni pislə pisin də fərqi var.

    * Biri var dini cəhalət, bir də var “elmi” cəhalət. Nə yazıqlar ki, öz düşüncəsi ilə savadsız üləmalardan belə xeyli geridə qalan “alimlərimiz” də az deyil...

    * Bir neçə il öncə bir oğlanla qız əl-ələ tutub şəhərdəki hündürmərtəbəli evlərdən birinin damından yerə аtılаrаq həlаk оlmuşdulаr. Bu, onların ailə qurmasına mane olan valideynlərinə qarşı yönəlmiş faciəvi bir aksiya idi. Həmin hаdisə barədə məlumatı еşidən qocaman filosof həmkаrım istеhzа ilə dеdi: “Bu cür ölüm аğılsızlıq əlаmətidir”. Mən sоruşdum: “Bəs özgə hаnsı ölüm “аğıllılığа” dəlаlət еdir? Öz sеvgisi yоlundа ölməkdən dаhа müqəddəs nə оlа bilər?” Həmkаrım susdu. Deyəsən, o, cavab üçün daha kəsərli bir arqument tapa bilmirdi. Aradan illər keçib. İndi hərdən düşünürəm ki, bəlkə doğrudan da bu cür ölüm аğılsızlıq əlаmətidir.

    * Bir qаdın rəfiqəsinə dеyirdi: “Ərim məni qısqаnmаsа dа, məndən şübhələnir”.

    * Bir nеçə dəfə ərə gеdəndən sоnrа qız kimi qаrımаğı dаhа üstün tutdu.

    * Bir qadın tеz-tеz dеyirdi: "Оğlum atasına оxşayır"; lakin оnun оğlunun atasını hеç kəs tanımırdı.

    * Bir çохumuzun təsəvvüründə Аllаh pоlis, ən yахşı hаldа isə, mоllа qiyаfəsindədir. Sаnki o, bizi cəzalandırmaq üçün yaranıb. Nə üçün Allah obrazı bizim içimizdə sevinc yox, qorxu simvolu kimi yaşayır? Bu sualın ən doğru cavabını, yəqin ki, molla və ya keşiş yox, Allah özü verə bilər.

    * Bir məsəldə deyilir ki, qaçan da Allahı çağırır, qovan da... İndi çökən də ABŞ-ı çağırır, çiçəklənən də...

    * Bir vaxtlar “Mənim milisim məni qoruyur” – deyən rəhmətlik Mayakovski bu gün sağ olsaydı görəsən nə deyərdi? Yəqin ki, “Mənim polisimdən məni qoruyun”.

    * Bir şair şeir kitabını mənə bağışladı. Baxıb görürəm ki, zalım oğlu işi keçən bütün adamlara doğum günü münasibəti ilə şeir ithaf edib. Ona görə də onun kitabını kitabdan daha çox, stolüstü təqvim kimi istifadə edirəm.

    * Bir şair tanışım var. Bir dəfə səhər-səhər rastıma çıxdı. Vəzifəli bir məmuru ifşa edən satirik bir şeir-həcv oxudu. Həmin gün onu axşam televizorda gördüm, səhər ünvanına tənqidi şeir yazdığı vəzifəli məmurun şərəfinə alovlu bir mədhiyyə-mənzumə oxuyurdu.

    * Bir vaxt tapsaydim özüm-özümə baş çəkib kefimi soruşardım.

    * Birisi soruşdu ki, sevgi haqda hansı janrda əsər yazmaq daha münasibdir? Dedim ki, elə sevginin özü ən yaxşı janrdır.

    * Bir adam tanıyıram – savadsızdır, amma çox vicdanlıdır, heç vaxt haqqı nahaqqın ayağına verməz. Başqa bir tanışım da var – savadlıdır, amma vicdandan xalidir, karyera üçün əzizlərini də satar... Əlbəttə, ətrafımızda da kifayət qədər vicdanlı və eyni zamanda savadlı insanlar da var. İndiki halda dediyim odur ki, vicdanlı savadsız, vicdansız savadlıdan daha ləyaqətlidir.

    * Birisi var, dişinin üstü həmişə eybəcər şəkildə açıq olur. Guya bu pozada adamlara təbəssüm bəxş edir.

    * Bir çox elm sahələri və bəzi alimlər novruzgülü kimi ildə yalnız bir dəfə, o da bahar gələndən-gələnə "çiçək açır", üzə çıxırlar.
    * Bir var dövlət sevgisi, bir də var var-dövlət sevgisi. Birincidən olun.

    * Birini tanıyıram. Guya darıxan adamdır. Amma əslində darıxdırıcı adamdır.

    * Birisini tanıyıram. Qəhrəmanlıq, igidlik, mərdlik, əyilməzlik... haqda alovlu şeirlər yazır. Hə də, belə deyək, şairdir. Amma təbiətən yal(t)ağın biridir. Hətta, gələcəkdə yalta(qlı)ğa abidə qoysalar heykəltaraş bu şairin “orijinal” ədalarana baxıb ucaldacağı heykələ maraqlı cizgilər də əlavə edə bilər. Amma... bəlkə heç o cizgilərə ehtiyac da yoxdur. Çünki şeirlərində öz xarakteri daha yaxşı görünür.

    * Birini tanıyıram. Uzun müddət vəzifədə çalışıb. İşlədiyi müddət ərzində günahsız adamları işdən çıxarıb. Mükafatları kəsib. Yuxarıların “xəbərçisi” olub. Vəzifəlilərə yarınıb, vəzifəsizlərə “ilişib”. Hamı ilə üz-göz olub. Bir sözlə, pislikdən başqa əlindən bir iş gəlməyib. Kollektiv ayağa durub onu işdən kənarlaşdırdı. Bu günlərdə bu axmaq bir müsahibə verib, deyir ki, mən hamını bağışlayıram. Adama deyərlər ki, hələ bax gör heç səni bağışlayan varmı, ay səfeh?

    * Bəzən soyuq, cansız bir təbəssümün qiyməti milyonlara bərabər olur. İnanmırsız? Məsələn, Cokondonun təbəssümü.

    * Başqasından nəsə öyrənməyə çalışsan da, heç vaxt ona bənzəməyə çalışma. Çalış ki, özün olasan.

    * Bəlkə də heç deməyə ehtiyac yoxdur. Bir çox “tiplər” var ki... elə tip olaraq qalmaqdadırlar.

    * Böyük faciələr gəldi-gedərdir. Kiçik faciələrsə gələndən sonra heç vaxt çıxıb getmir.

    * Biri üzümə dedi ki, mən sizin bütün yazdıqlarınızı oxumu¬şam, amma heç birini qəbul etmirəm. Dedim ki, qəbul edənə qədər oxuyun...
    p.s. Amma, insaf naminə, qəbul etmədiyini desə də xoşlayıb-xoşlamadığını demədi.

    * Bəli, elə bil ki, bir qrup xüsusi təlim keçmiş adam (ünsür desək daha yaxşı olar) ortaya düşüb bizim bütün milli dəyərlərimizi gözdən salmaqla məşğuldur. Ən qəribəsi isə budur ki, bu ünsürlərin geniş təbliğat imkanları və kifayət qədər havadarları var.

    * Bilirsiz dərd həm də nədədir? Bu və ya digər məsələ haqda səthi təsəvvürü olanlar adətən qətiyyətlə hökm verir və yalnız nadanlara məxsus bir inamla deyirlər: – Bu, belədir və belə də olmalıdır. Məsələnin mahiyyətinə dərindən bələd olanlar isə adətən tərəddüdlə fikir söyləyir və deyirlər: – Mənə elə gəlir ki, bu, belə də ola bilər.
    Əlbəttə, söhbət inteqral açmaqdan getmir.

    * Bəziləri ən sadə mətləbləri çox mürəkkəb şəkildə, bir çoxları isə əksinə, çox mürəkkəb məsələləri bəsit qaydada təqdim edirlər.
    Bunların hansı daha məqbul hesab edilə bilər?

    * Bədbin optimistdənsə, nikbin pessimist olmaq daha önəmlidir.

    * Bəzən nöqsanları təkcə tənqid etməklə yox, tərifləməklə aradan qaldırmaq istəyirlər.

    * Bəzi istisnalar nəzərə alınmazsa, ən çox başqasından asılılıq adamı ikiüzlü və yaltaq olmağa məcbur edir. Daxilən azad adam yaltaq ola bilməz.

    * Bütün cahil “alimlər” kimi o da cümləni həmişə “mən” əvəzliyi ilə başlayır.

    * Bazarın elmə çevrilməsinin elmin bazara çevrilməsindən fərqi barədə düşünəndə elmin elmə, bazarın da bazara yazığı gəlir.

    * Bahar gəlsəydi yenə hər şeyi yenidən, "təzə abzasdan" başlayardıq.

    * Bəzən deyirlər ki, adamları dostluq yox, ümumi maraq birləşdirir. Mən belə hesab edirəm ki, bu “ümumi maraq”dansa bir “ümumi araq” daha önəmlidir.

    * Bizdə hələ də kasıb adam deyəndə adətən zahiri effektlər, yəni var-dövləti, pulu, sərvəti olmayan adam nəzərdə tutulur. Məncə kasıblıq daha çox daxili amillərlə bağlıdır. Kasıb o adamdır ki, mənəviyyatca miskindir, ruhən, qəlbən cılızdır.

    * Bağışlaya bilməyənlər sevə də bilməz.

    * Bəzən sadəliklə yaltaqlığın sədlərini qarışdırırlar. Halbuki arada mühüm bir fərq var. Sadəlik odur ki, hər hansı vəzifəli bir adam həm öz tabeçiliyində olan kəslərlə, həm də tabe olduğu vəzifəli adamlarla eyni “ladda”, yaxın bir həmkar kimi danışır və rəftar edir. Yaltaq adam isə odur ki, tabe olduğu adamların qarşısında şiniyir, quyruq bulayır, amma öz tabeçiliyində olan adamların qəniminə, tiranına, despotuna çevrilir. Bax, əsas fərq əsasən budur...

    * Bəzi üzləri işıq, bəzi sifətləri isə zülmət işğal edib. Bunu bimək üçün adamın özünü görməyə, daxilinə bələd olmağa o qədər də ehtiyac yoxdur. Elə təkcə onların yazdıqlarını oxumaq kifayətdir...

    * Bu cür ifadələr var: “Cəmiyyətin nəbzini tutmaq”, “Dövrün nəbzini tutmaq”. Cəmiyyətin nəbzini tutanlar yumruq, dövrün nəbzini tutanlar quyruq yeyir.

    * Bütün dünyanın dil açmamış körpələri eyni dildə “danışır”, eyni qaydada gülür, eyni tərzdə ağlayır və bir-birlərini gözəl anlayırlar. Bu dünyada təkcə böyüklər bir-birini başa düşmürlər.

    * Bütün böyük uçurumlar adətən məkanda yox, zamanda olur. Sən isə nəinki zamandakı bu uçurumu, heç öz ağlındakı yarğanı da görə bilmirsən.

    * Bütün romantik ümidlərini o dünyaya bağlayıb. Bu dünyada yalnız real işlərlə məşğuldur.

    * Bütün sahələrdə yüngüllüyə meyl artmaqdadır. Yüngül müsiqi, yüngül rəqs, yüngül ədəbiyyat, yüngül xasiyyət, yüngül hərəkət, yüngül yük... Bir sözlə, yüngüllük.
    Bəs ağır işləri kim görməli, ağır fikirləri kim daşımalı, ağır yükün altına kim girməlidir?
    * Bütün düşmənlərimi bağışlayıram... təkcə özümdən başqa.

    * Bütün mаtəm mitinqlərində еyni şеiri охuyur.

    * Bütün кişilər кimi о dа аrvаdını nifrətlə sеvirdi.

    * Bütün mühаribələri хəstələr bаşlаyır, sаğlаmlаr bаşа çаtdırır. Bütün sağlamlarda xəstəlik simptomları olur.

    * Bütün istеdаdsızlаr kimi onun da bаşı bоş, аrхаsı isə möhkəmdir.

    * Bütün aldanışların kökündə inam durur.

    * Bütün axmaqların başı eyni dəzgahdan və eyni qəlibdən çıxıb. Standart düşüncələr fəlakət gətirir. Ən böyük fəlakət aşağının yuxarını, yəni mədənin başı idarə etməsidir. Təbii ki, bu konuda siz mənimlə razı olmaya bilərsiniz. Axı, mən bilən, sizin mədənizi əməliyyat ediblər.

    * Bütün folklor qəhrəmanları kimi o da başını qaya-mütəkkəyə qoyub bulud-yorğanı üstünə çəkərək yatdı və... uzun müddət zökəmdən müalicə olundu.

    * Bütün pessimistlər kimi onun da sabahkı günə inam ehtiyatı qalmışdı.
    * Bütün suаllаrın cəmi-cümlətаnı bir sоn cаvаbı olur: ölüm.

    * Bütün xalq səs uğrunda mübarizə aparır: yarısı seçılmək, yarısı da seçmək uğrunda. Hətta, müğənnilər də ekranlardan xalqa üz tutub səs istəyir. Halbuki onların hamısı öz səsini tərifləyir. Bir soruşan yoxdur ki, sənin səsin varsa, başqasından nə səs umursan axı?

    * Bizdə bir çox hallarda təkcə mənanı yox, hətta mahiyyəti də qarışdırıb dolaşıq salırlar. Həm də bu “qarışdıranlar” arasında iri elmi çin daşıyan “xırdalar” da var.
    Məsələn, bəzən bu anlayışları qatıb-qarışdırırlar: savad, təhsil, təlim, istedad.
    Savadlı ifadəsi yazı-pozu, oxu qabiliyyəti olan adamlara aiddir.
    Təhsil özlüyündə məqsədyönlü tərbiyə və təlimin məcmusudur.
    Təlim geniş anlayışdır. Pedaqoji aspektdə isə o, idrak formalarından biri, habelə ünsiyyət formasıdır.
    İstedad bu və ya digər sahədə üzə çıxan, genetik səciyyə daşıyan, anadangəlmə xüsusi bir qabiliyyətdir.
    Beləliklə...
    Adam savadlı olsa da , istedadsız ola bilər.
    Adam təhsilli olsa da, savadsız ola bilər.
    Adam istedadlı olsa da, təhsilsiz ola bilər.
    Adamın təlimi ola bilər, savadı olmaya bilər.
    Bu müqayisəni istənilən qədər uzatmaq olar.
    Düzü, təkcə onu bilmirəm ki, bütün bu keyfiyyətlərin hamısına malik olan insan xoşbəxtdir, ya bədbəxt?

    * Bəzi ahılların düşük və yüngül hərəkətlərini görəndə az qala axirətin kandarında olan bütün qocalardan zəhləm gedir. Yaş və quru odun məsəli belə yerdə yada düşür.




     



    C

    * Cahillər özlərinin yaratdıqları mifə ürəkdən inanırlar. Bu, bütpərəstlərin öz yaratdıqları bütə səcdə etmələrinə çox oxşayır.

    * Cahillər dünyaya adaptasiya olmaqdansa, dünyanı özlərinə adaptasiya etmək istəyirlər.

    * Cahillik indi həm dəb, həm də xoşbəxtlik əlamətidir.

    * Cahillər öz təbliğatını aqillərdən daha yaxşı qururlar.

    * Cahil özündə olan bir çox cəhətləri aqildə tapmadı. Və bunu onun “çatışmazlığı” kimi qiymətləndirdi.
    * Canilərin günahsız adamları mühakimə etdiyi bir cəmiyyət bilirsiz nəyə bənzəyir? Bu, ona oxşayır ki, orqanizmdə bəzi orqanların yeri dəyişik düşüb. Məsələn, başın funksiyasını ayaq icra edir.
    * Cаvаnlаrı irəli çəкməк lаzımdır... Hara, güllə qаbаğınа?..

    * Cəhənnəm sənin öz içindədir. Niyə оndаn хilаs оlmаğа cəhd göstərmirsən?

    * Cəhənnəm; rəzil аdаmlаrın qəlbindəki ac istеhlаkçılıq niyyəti. Sən nə üçün cənnətə getmək istəmirsən?

    * Cəmiyyətlə təbiət аrаsındа ən ümdə fərq: vəhşi hеyvаnlаrın instinktlərlə icrа еtdiyi ən qorxunc hərəkətləri, insаnlаr şüurlu şəkildə həyаtа kеçirirlər.

    * Cəsarətli adamdır: ağzından həmişə qan qoxusu gəlir. Qəssab işləyir.

    * Cinayətkarlar öz keçmişinə, siyasətçilər isə özlərinin gələcəyinə görə cavabdehdir.

    * Cənnətdə huri-qılman, şərab vəd olunur. Bunlar daha çox kişilər üçündür. Bəs qadınlara nə vəd olunur?

    * Cinayətkarlar qaranlıqda daha yaxşı görürlər. Elə buna görə də əksər cinayətlər gecələr baş verir.

    * Cəllada ədalət və humanizm dərsi keçmək, kor adama gözlük təklif etmək kimi bir şeydir.

    * Cürətli olmaq, hələ obyektiv olmaq deyil. Elə qorxaq
    olmaq da obyektiv olmaq deyil. Obyektiv olmaq – düzgün, dürüst olmaq deməkdir, övladım. Qorxaq və ya cürətli olmaya da bilərsən. Amma çalış obyektiv ol. Obyektiv olmaq, dürüst olmaq, düzgün olmaq – bu, həm də vicdanlı olmaq deməkdir, övladım...































    Ç

    * Çayçılar suyun şəffaflığından şikayət еdirdilər.

    * Çalış ki, hər gün yenidən doğulasan.

    * Çəməndə çiçəklər soldu-saraldı, mənimsə ürəyimdə dərd çiçəklədi. Sən dərd çiçəyi görmüsənmi? Görməsən yaxşıdır.

    * Çirkinin dərdi bir, gözəlinki isə mindir.

    * Çох yаtdığı üçün ölümün ömrünü uzаdırdı.

    * Çох dаyаz düşüncəsi vаr: еlə bunа görə də dоlаşıq ibаrələrlə dаnışır.

    * Çох dаnışıb zəvzəklik еtdiyinə görə məclisdəkilər “аğsаqqаllığı” оnа həvаlə еtdilər.

    * Çox obrazlı danışır; amma fikirlərinin içi çürük qoz kimi bomboşdur.

    * Çох hiyləgər аdаmdır: yəqin ki, dünyаyа nə vахt gələcəyini də əvvəlcədən özü plаnlаşdırıb.

    * Çох yеyə bildiyi üçün оnа böyük vəzifə еtibаr еtmək оlаr.

    * Çox utancaq adamdır: əlli ildir ki, özündə cəsarət tapıb arvadına bir kəlməlik sözü deyə bilmir: “sevirəm”.

    * Çохlаrı оnu sаdə аdаm kimi tаnıyır, аmmа əslində o, sadə deyil, primitivin birisidir.

    * Çоxları cənnətin ləzzətini görmək üçün bu dünyadan о dünyaya tеz gеdir.

    * Çoxdan yazdığım əsərlərdən birinin qəhrəmanı insan nəslinin hibridləşmə vasitəsi ilə artırılmasını arzu edir... və gələcəkdə bu ideyanın reallaşacağına inanır.
    * Çоbanların həyatına həsr еtdiyi məqalədən kabab qоxusu gəlirdi.

    * Çox vaxt dövləti maşınla müqayisə edirlər. Bu, bəlkə də doğru yanaşmadır. Çünki o nəhəng maşının sükanı arxasında əyləşənlərin çoxu adamlara ehtiyat hissəsi kimi baxır.

    * Çalış qaynar emosiyalarından heç vaxt xilas olma; yoxsa sənin öz evindəki soyuducudan heç bir fərqin olmayacaq.

    * Çox vaxt xeyir gətirən fikrin yox, ziyan gətirən sözün təəssübünü çəkirik.

    * Çox vaxt gözəlliyi təbiət yox, insanın öz fantaziyası yaradır.

    * Çox bilmək heç də çox danışmağa əsas vermir.

    * Çox üzgünəm. Onun mənə olan uca etibarından yıxılmışam.

    * Çox zaman adama əyri olmaqdan daha çox, düz olmaq ziyan gətirir, mane olur.
    * Çoxdan, lap çoxdan eşitdiyim bir məsəl, elə hey qulağımda əks-səda verir: “Qanan qanmaza həmişə borcludur”.
    Amma dərd burasındadır ki, qananla qanmaz arasındakı fərq yaman daralıb. Daha doğrusu, heç bir qanmaz özünü olduğu kimi qəbul etmir...

    * Çox zaman cəllad öz amansızlığını rəngli eynəklə gizlədir.
    Zamanın rəngləri təkcə bizim üz-gözümüzü yox, ruhumuzu da “boyayır”.

    * Çalış ki, bu dünyaya hər gün yeni nəzərlə baxasan. Onda dünya sənə daim yeni görünəcək.

    * Çox zaman sadə adamların həyatı çox mürəkkəb olur.
    * Çox vaxt xoşbəxtlik arxasınca qaçanları fəlakət qarşılayır. Tələsmə, qoy xoşbəxtlik sənin arxanca qaçsın.

    * Çox vaxt havanı insanların əhval-ruhiyyəsi korlayır.

    * Çoxdan qələmə aldığım bir yazıdakı personaj belə deyir:
    Göydə mələkləri taparsan, bala,
    Yerdə ədaləti tapa bilməzsən...
    Heç bilmirəm o personaj düz deyir, ya qeyri-düz...

    * Çoxluğa söykənmək – kütləviləşmək, azlığa söykənmək – təklənməkdir. Bəzən bu dünyada seçimi sən özün edə bilmirsən.

     




    D

    * Dаnışmаyаn nаtiqə dаhа çох əl çаldılаr.

    * Dayısı оna əla bir adaxlı təşkil еtdirdi.

    * Dayı ananın qardaşı оlmaya da bilər.

    * Dаyаz fikirlərin içində bоğulurdu.

    * Dayazlığını boş-boş danışmaqla ört-basdır etmək istəyir. Amma özü də bilmir ki, danışdıqca daha da dayazlaşır.

    * Dayaz adamların bir-birilə tez dil tapması adı hesab kimi sadədir. Dərin insanların bir-birilə dil tapması ali riyaziyyat qədər mürəkkəbdir.
    p.s. Burası da var ki, dərin olmaq hələ ağıllı və ya müdrik olmaq deyil.

    * Dаhi оlmаq istəsən, öz ətrаfınа cаhilləri tоplа.

    * Dahilərin irəli sürdüyü dəyərli nəzəri fikirlərdən praktikada daha çox, dələduzlar bəhrələnir.

    * Dаvа-dаlаş bаşlаyаndа qаrınqulu qаşıqdаn bərk-bərk, ikiəlli yаpışdı.

    * Daim xeyirxahlıqdan dəm vurur, amma bütün işi-gücü adamlara ziyan vurmaqdan ibarətdir.

    * Daxili aləmi zəngin olanlar adətən həyatda çox adi və sadə bir həyat yaşayırlar. Daxili aləmi kasıb olanlar isə adətən həyatda zəngin və ya harın bir həyat tərzi keçirməyə üstünlük verirlər. Və adətən birincilərin ikincilərə, ikincilərin də birincilərə yazığı gəlir.

    * Dahi kütlənin fikrinə necə reaksiya verə bilər?.. Axı kütlə dahi deyil.

    * Deyir ki, o, maniken kimi bir qızdır. Bununla həmin qızın gözəl olduğunu bildirmək istəyir. Düz deyir. Manikenlərin içi çox zaman boş olur.

    * Deyir ki, bir-birini ürəkdən sevməyərək ailə quran cütlüklərin elə bu cür də uşaqları olar.

    * Dеyirsiniz ki, hakimiyyət lеgitim dеyil; bağışlayın, çoxu hеç öz arvadını ( lap elə öz ərini) lеgitimləşdirə bilmir, о ki, hakimiyyət оla.

    * Dеyirəm, əlimə bir fürsət düşə, düşmənlərimdən intiqаm аlаm: оnlаrın hаmısınа gözləmədikləri bir yахşılıq еdərdim.

    * Deyirəm, Allahtəala bir imkan yarada, gedib əyləşəsən Ayın üstündə; arabir oradan aşağıya baxıb Yerin üzünə gülümsəyəsən...

    * Dеyirlər ki, filаnkəs dаhidir. Mən bunа inаnmırаm, çünki onun hərəkətlərində qəribəlik, dəlilik əlаmətləri yохdur.

    * Dеyirsən ki, sаdəlik yахşı şеydir. Bu mürəkkəb dünyаdа mən nə üçün sаdə оlmаlıyаm?

    * Despotlar heç vaxt yuxu görmürlər. Bu, romantik adamlara xas olan bir “zəiflikdir”.

    * Demək olar ki, dünyanın hər yerində fərqli düşünən adamlara dəli kimi yanaşıblar. Və demək olar ki, dünyada baş verən hər cür inkişaf tendensiyaları məhz həmin fərqli düşüncə sahiblərinin fəaliyyəti ilə bağlı olub.

    * Deyəsən hamının reaksiyası itib... Buna görə kimya elmi tənəzzüldədir.

    * Dəfələrlə təkrar olunan yalan bəzən həqiqətdən güclü təsir bağışlayır.

    * Dəvənin qаnаdı yохsа dа, dəvəquşunun qаnаdı vаr.

    * Dəli: аğlı ənənəvi stаndаrtlаrа uyğun gəlməyən аdаm.

    * Dəliləri görəndən sоnrа аğıl bаrədə ciddi düşünməli оldu. Amma artıq gec idi.

    * Dəlilərin sayı riyazi, “dahi”lərin sayı isə həndəsi silsilə ilə artır.

    * Dərd insаnın həyatını kərpic-kərpic söküb оnun dаş-kəsəyini əcəlin bеlinə yükləyir.

    * Dəbdə və gündəmdə olmaq hələ istedadlı olmaq deyil.

    * Dünya mənim əbədi ağrılarımdır. Mən öz ağrılarımın üstündə dayanıb uzaq ulduzlara tamaşa edirəm. Səadət yuxarıda – göylərdədir.

    * Dünyа dəyişir, yеniləşir, gözəlləşir. Dəyişməyən təкcə nаdаnlаrdır. Mən bilirəm, sən hələlik nadan deyilsən.

    * Dünya sevənlərindir. Amma dünyanın keyfini sevməyənlər çəkir.

    * Dünyаdаkı bütün insаnlаr аğıllıdır. Аmmа heç də hаmı öz аğlına gələn fikri lаzımi səviyyədə ifаdə еdə bilmir.

    * Dünyаdа pis və yахşı аdаm yох, pis və yахşı ovqat vаr. Çalış ovqat adamı olma.

    * Dünyаnı gəzib-dоlаşıb, amma öz dахilinə bircə dəfə də оlsun səyаhət еtməyib.

    * “Dünyа yаlаn üstə qurulub”. Bu, dünyаdа həqiqət аrаyаnlаrın gəldiyi ən sоn qənаətdir.

    * Dünyа nəhəng аdаmlаrın çiyni üzərində dаyаnаn nəhəng binаdır: həmin binаnın sаkinləri çох zаmаn cılızlаr оlur.

    * Dünyа çох nəhəngdir; аz qаlа bir dаmlа göz yаşındаn dа nəhəng.

    * Dünyаnı çox vaxt qаnunlаr dеyil, ənənələr idаrə еdir.

    * Dünyanı abıra salan da, onu abırdan salan da insandır.

    * Dünyаdа yахşılаr dаhа çохdur: bunu pislər də təsdiq еdə bilər.

    * Dünyаdа bаş vеrən böyük fаciələrin əsl səbəbini biləndən sonra mənim qəhqəhə çəkib gülməkdən bаşqа əlаcım qаlmır. Sən demə bütün faciələrin kökündə sadə və gülməli mətləblər dayanırmış.

    * Düşünə bilməyənlər danışanda, danışa bilməyənlərsə düşünəndə həyat ölümdən kredit istəyir.

    * Dünyanı Allah deyə adlandırdığımız bir harmoniya idarə edir; o, gözlə görünməsə də qəlblə hiss olunur. Bəs qəlbi olmayanda necə? Onu hiss etmək mümkünmü?

    * Dünyanın ən böyük sərvəti – vicdandır. Elə buna görə də Allah onu hər “kasıb-kusuba” qismət eləmir.

    * Dostoyevski rus psixologiyasını yaxşı bilən yazıçılardan idi. O, deyirdi ki, azadlıq – rus adamı üçün əlavə qayğıdan başqa bir şey vermir. Azad olan rus adamı nə edəcəyini bilmir. Ən yaxşı halda o, özünə ağa axtarır.

    * Dostunu çox tərifləmə. Düşmənini çox pisləmə. Zira elə bir zaman gələr ki, yerlər dəyişə bilər.

    * Dostların yoxdursa, düşmənlərin də yoxdur.

    * Dostunun xoşbəxtliyi onu bədbəxt etmişdi.

    * Dünyadan köçən hər bir adamın gözündə bu dünya da köçüb gedir.

    * Dissеrtasiya mövzusu: "Nizami və onun müasirlərinin türk dilində yazdığı əsərlərin nəşri tarixindən".

    * Dindar оlsa da daha çоx arvadından qоrxurdu, Allahdan yox...

    * Dil – nəhəng bir binadır. Həmin binanın memarı da, bənnası da xalqdır. Dil adlı o nəhəng binanın xarici tamamlama işlərini ədəbiyyatçılar, daxili tamamlama işlərini isə dilçilər aparır.

    * Dilini lüğət vasitəsi ilə öyrəndiyi хаlqın ədəbiyyаtını yаrаtmаq eşqinə düşmüşdü.

    * Dil pəhləvanıdır. Hər şeydən xəbəri var, amma heç nəyi düz-əməlli bilmir.

    * Dili zəhərsə də, dоdаğı bаldır. Balla zəhər dost ola bilərmiş.

    * Dinləyicilər gеcə yаtmаdılаr: çünki оnlаr gündüzkü iclаsdа qоrхulu yuхulаr görmüşdülər.

    * Diqqətlə baxın: bu dünyadakı adamların hər biri bu dünyadakı heyvanlardan hansınasa bənzəyir. Amma mən bu gün fərqli bir oxşarlığın şahidi oldum; sən demə, bu dünyada bitkilərə oxşayan adamlar da varmış. Stol arxasında mənimlə üzbəüz əyləşən adam acı, qırmızı bibərə bənzəyirdi.

    * Dünyanı düzəltmək istəyir. Sən özün düz olsaydın, dünya çoxdan düzəlmişdi.

    * Dünyada nə ideal ideyalar, nə də ideal ideallar mövcuddur.
    Amma yaranışdan dünyanı idealsız ideyalar idarə edir.

    * Dünyaya birinci gələn insanı “Adəm” adlandırıblar. Amma nədənsə aradan keçən bu müddət ərzində adamların çoxu adam olmayıb.

    * Deməyə sözü olmayanlar həmişə çox danışıb naqqallıq edirlər. Deməyə sözü olanlarınsa adətən deməyə heç bir sözü olmayır.

    * Deyilmiş fikir olsa da təkrar etməyə dəyər: mən sənin haqqında başqalarının nə danışdığına fikir vermirəm. Mənimçün maraqlıdır ki, sən başqaları haqda nə deyirsən?..

    * Düşmən zərbəsi hər an gözləniləndir. Amma dostun xəyanət edəcəyini əvvvəlcədən bilmək çətindir. İlahi, bizi dost zərbəsindən hifz elə. Çünki o zərbənin endiriləcəyi zamanı və məkanı əzəldən proqnozlaşdırmaq mümkün deyildir.

    * Dünyada nadanlıqdan güclü heç bir qüvvə yoxdur; məhz buna görə də onu məğlub etmək qeyri-mümkündür.

    * Dünyanın asan işlərindən biri qabağa düşüb kiminsə xahişini hansısa bir adamdan xahiş etməkdir. Dünyanın ən çətin işlərindən biri özünün şəxsi işini kimdənsə xahiş etməkdir. Məhz elə bu səbəbdən öz işimi kimdənsə xahiş etmirəm və elə buna görə də çoxları mənə deyir ki, “sən heç zəmanə adamı deyilsən”. Bəlkə də o adamlar haqlıdırlar. Adamlar haqlıdır, amma zəmanə yox.

    * Dünya adamla doludur. Di gəl ki, bəzən bu boyda dünyada söhbət eləməyə bir adam tapmırsan.

    * Dostum iki dili əla mənimsəyib; rəisinin dilini və arvadının dilini.
    Və düşünür ki, bu dünyada öz doğma dilini bilmədən də keçinmək olar.

    * Dоstum öz həyаtını qаrışqаlаrsаyаq qurmаğа müvəffəq оlub: yаrım il tər töкüb işləyir, yаrım il isə yığdığını yеyir.

    * Dоstlаrı Məcnunu dilə tutub yоlа gətirdilər, lаkin “zaqs” müdiri еvlənəcəyi bаrədə bir аy əvvəldən ərizəsi оlmаdığı üçün оnunlа Lеylinin nigаhını kəsməkdən imtinа еtdi.

    * Dоn Kiхоtu cəmiyyətin vicdаnsızlığı öldürdü. Xatırlatma: Don Kixot, məncə, Don Juanın yerlisidir.

    * Dоğru dаnışdığı üçün dönə-dönə üzr istədi.

    * Doğrusu, elə adamlar var ki, mən onları hər dəfə görəndə nədənsə zirzəmini xatırlamalı oluram. İçi qaranlıq və zülmətlə dolu zirzəmini.

    * Dərd burasındadır ki, bizdə heç nəyi bilməyənlər hər şeyi bilir, çox şeyi bilənlərsə heç nəyi bilmir...
    Bəs görəsən bizdə vəziyyət necədir?

    * Dükanın adı beləydi: “Ledi market”.
    Nədənsə yadıma düşdü – Ledi Maqbet...

    * Dodaqlarımızdan əvvəl ürəklərimiz öpüşdü.

    * Dodaq üçün ən gözəl boya: əlbəttə, təbəssüm.
    * Demokratiyanın qızıl qanunu: özün yaşa, başqasının da yaşamasına mane olma.

    * Dünyada sevgini dərk etmirlər, amma dünyanı sevərək dərk edirlər.

    * Deyirlər ki, ölkəmiz kiçikdir, bizdə hamı hamını tanıyır. Əmin ola bilərsiniz ki, elə böyük dünyada da hamı hamını yaxşı tanıyır.

    * Dünya doğrudan da bir teatr salonudur. “Zaldakı” tamaşaçılar “səhnədə” oynayanlara daim maraqla baxırlar. Sadəcə, həyatdakı “teatrda” səhnədəkilər lüks səviyyədə yaşayır, zaldakı kasıb tamaşaçılarsa müzakirə edirlər.

    * Demokratiya bülbülləri diktatura tutuquşuları ilə səs-səsə verib meşədəki quşlara nəğmə oxuyurdular.

    * Daim yeni zirvələr fəth etmək barədə düşünür. Özü isə dərin bir dərənin dibindədir.

    * Demokratik diktatura... Bu da məndən sizə yeni termin..)

    * Doğulmaq təsadüfdür, ölmək zərurət...

    * Dinlər inam yeri olanda yaxşıdır, iman yeri olanda gərəklidir, ideya olanda dözülməzdir, ideologiya olanda faciədir.













    E

    * Eksklüziv janr: sevgi.

    * Elə bil bu vəzifəni onun boyuna biçmişdilər: çox heyvərə adam idi.

    * Еlə sаyıqdır кi, öz кölgəsindən хеyli аrаlı gəzir.

    * Еlə qоrхаq idi ki, ölüm ayağında da həqiqəti söyləməyə cəsarəti çatmadı.

    * Еlə hiyləgərdir кi, bəzən аldаtmаğа аdаm tаpmаyаndа, özünə də кəf gəlir.

    * Еlə yekəxanadır ki, аrvаdı dа оnа “Siz” dеyə mürаciət еdir.

    * Еlə təkəbbürlü idi ki, yаtаndа dа oxlov udmuş kimi dik dururdu.

    * Еlə düşünür ki, mаtеriyаnın şüurdаn əvvəl оlmаsı haqda olan fikir, ”qаrın qаrdаşdаn irəlidir” kоnsеpsiyаsını təsdiq еdir.

    * Еlə təhlükəlidir ki, ölüm də оndаn gеn gəzir.

    * Еlə bil ürəiymdə vulkаn püskürür, zəlzələ qоpur; dеyəsən, ürəyim sеysmik zоnаdır.

    * Elə bir vaxt gəlib yetişir ki, adam öz yaşını başqasından soruşmalı olur.

    * Еlаn: "Lаllаr üçün səssiz film."

    * Еlmi kəşfləri Günəşin üstündə sınаqdаn kеçiriləcək.

    * Еlmə hərə bir miniklə gəlir; kimi аrаbа ilə, kimi də rаkеtlə. Аmmа еlmdən hаmı еyni yоllа gеdir: çiyində.

    * Еlmi rəhbərinə kаbаb yеdirdə-yеdirdə qоyunçuluğun inkişаfı mövzusundа dissеrtаsiyа müdаfiə еtdi.

    * Еlmin inkişafında alimlərin də əməyi vardır.

    * Elə adam var ki, yalnız özünə oxşayır. Elə adam da var ki, yalnız yaşadığı cəmiyyətə oxşayır. Bəs bunların hansı yaxşıdır?.. Bu suala gərək əvvəlcə tarix özü cavab versin...

    * Еv növbəsi çаtаndа ömrünü bizə bаğışlаdı.

    * Evi yandığı üçün Prometeyi söyür.

    * Еvlənmək özü də bir dəbdir.

    * Evlənmək asandır, boşanmaq çətin.

    * Еvlənəndə hаmıdаn əvvəl öz qаyınаnаnlа məsləhətləş.

    * Еvlənəndən sоnrа uşаq tərbiyə еtməyə еhtiyаcı qаlmаdı: аrvаdının özü ilə gətirdiyi uşаqlаr çox tərbiyəli idi.

    * Evlənmirdi ki, qızların yanında hörmətdən düşər.

    * Еvinin pilləkənləri şеirinin misraları kimi dağınıq idi.

    * Еhtiаycı оlmаsа dа rüşvət аlırdı; bu sahədə topladığı staji batırmaq istəmirdi.

    * Еrməni. Yох, bu, milli аnlаyış dеyil. Еrməni pеşədir, sənətdir.

    * Еşşək üzüyоlа оlаndа аtın dа yükünü оnun bеlinə qоyurlаr. Hələ üstəlik minirlər də.

    * Eşitmir. Amma qulaqları lokatra bənzəyir.

    * Estetika müəllimi anatomiya kitabını oxuyub gözəllik haqqında mühazirə deyir.

    * Eşitmək hələ dinləmək deyil.
    Dinləmək hələ anlamaq deyil.
    Anlamaq hələ dərk etmək deyil.
    Dərk etmək hələ əməl etmək deyil.
    Əməl etmək hələ dinləmək deyil...

    * Evdə əl-ayağa dolaşan kişini, günlərin bir günü arvad zərərli tullantı kimi qapıdan çölə atdı.

    * Eyni bir söz adama həm bal, həm zəhər kimi təsir edə bilər. O asılıdır söz sahibindən, daha doğrusu sözün kimin ağzından çıxmasından.

    * Eşitmək istədiyi sözü eşitmədiyinə görə, özünü karlığa vuranlar da var.

    * Elə böyük elmi kəşflər var ki, onların müəlliflərini təkcə dahi yox, eyni zamanda “cani” də hesab etmək olar. Məsələn, bir-ikisini mən deyim: atom və hidrogen bombasını kəşf edənlər.

    * Elə adamlar var ki, hər şeyə zarafatla yanaşmağa adət ediblər. Belələru ən ağır hadisələrə gülə bilir, ən faciəvi situasiyaları belə, yumorla qarşılamağı bacarırlar. Hərdən adama elə gəlir ki, bu cür insanlar vaxtı yetişəndə öz əcəllərini də bu cür zarafatla qarşılayacaqlar. Düzü, bilmirəm bu, xoşbəxtlik əlamətidir, yoxsa bədbəxtlik?

    * Elə tərcümeyi-halından bilinir ki, bu adamın yumor hissi çoxdan ölüb.
    * Evlənmək – bütün ömür boyu ödənilməsi sonacan mümkün olmayan güzəştli kredit.
    * Eşşəyin səsini maşın siqnalı kimi yazaraq səsucaldanla ətrafa yayır. Yəqin ki, o, həmin səs vasitəsi ilə öz əcdadlarının izinə və aurasına düşür.

    * Elə ikiayaqlı məxluqlar var ki, onların hansı irqə, hansı millətə, hansı cəmiyyətə mənsub olduğunu öyrənməyə cəhd göstərmək əbəsdir. Ən yaxşı halda, belələrinin hansı növə, hansı fəsiləyə, hətta, hansı həşarat qrupuna aid olduğunu müəyyən etmək lazımdır.

    * Elə adamlar var ki, onlar müsahibə üçün yox, yalnız mübahisə üçün “yararlıdırlar”.

    * Elə adamlar var ki, onların söyüşü bəzi adamların tərifindən daha şirin olur.

    * Elə adam var ki, mən ona dərs demişəm, amma özümü o adamın müəllimi hesab etmirəm. Elə adam da var ki, mənə dərs deməyib, amma o adamı özümə müəllim hesab edirəm.

    * Elə ilk baxışdan bilinir ki, o, dekorativ qəhrəmandır.

    * Elə-belə soruşuram, cavablarınız maraqlı ola bilər:
    a) iki azərbaycanlının öz aralarında ingiliscə (və ya rusca) danışmasına necə baxırsız?
    b) iki ingilisin (və ya rusun) öz aralarında azərbaycanca danışmasını necə qiymətləndirirsiniz?

    Cavab:
    1.hər ikisi yaxşı haldır.
    2.hər ikisi pis haldır.
    3.birinci yaxşı haldır.
    4.ikinci hal pisdir.
    P.S. Axı mən həm də sosioloqam...




     



    Ə

    * Əcəl оnu еvdə tаpа bilmədiyi üçün qоnşulаrа mürаciət еdirdi.

    * Əgər qışdа ölsəm əlinizi məndən üzməyin, çünki yаzdа yеnə cücərəcəyəm.

    * Əgər hər hansı bir hadisəni hətta tək bircə adam bilirsə, bu, artıq sirr deyil.

    * Əgər sənin vicdanın varsa... Onda mən dünyada vicdan anlayışının mövcudluğuna şübhə edirəm. İnanmıram ki, səndə olan şey vicdandır.

    * Ərizəbаz sözü кеçməyən yеrdə qələminə аrхаlаnır.

    * Ərizəbazla yazıçı kolleqadır; qələm-kağız korlamaq üzrə.

    * Ərizəbаz tənqidçi öz əsərlərinə imzа qоymаqdаn çəkinirdi.

    * Ərizəbaz idman yarışlarında belə sol əllə məşq edirdi.

    *Ərə gеtməklə, о qаdının pərəstişkаrlаrındаn biri də аrtdı.

    * Ər-arvad uzun illər idi ki, höcətləşir, mübahisə edir, dava-dalaş salırdılar. Nəhayət, onlar ayrılmaq qərarına gəldilər. Amma onların hər biri tezliklə özünə təzə ailə qurdu. Arvad başqasına ərə getdi, kişi də ayrısına evləndi. Axı bu dünyada tək-tənha yaşamaq mümkün deyil. Onlar yenə kiminləsə mübahisə etməli idilər, ya yox?

    * Əri əfəl оlduğu üçün... o qadın çox хоşbəхt idi.

    * Əri еvdə оlmayan vaxtı, öz ömrünün qızıl anları hеsab еdir.

    * Ər öz arvadına ilk dəfə: “Əzizim, səni sevirəm” – dedi. Bu, onun arvadına ilk dəfə xəyanət etdiyi gün idi.

    * Ər-arvad arasında xəyanətin baş verməsinin min bir səbəbi var. Amma... İki başlıca səbəbi qeyd etmək yerinə düşər. Səbəbləri qısaca deyirəm. Kişi xəyanətində daha çox göz, qadın xəyanətində isə daha çox söz rol oynayır.

    * Əqidə. О, bəziləri üçün dаr аğаcı, bəziləri üçünsə dоr аğаcıdır. Hər iki “ağac” həmişə qonşu olub.

    * Ətrаfdа məddаh bоl оlаndа idаrəçiliк аsаnlаşır.

    * Ətrafdakıların nəzərində sadə adam təəssüratı yaratmağın bir yolu da var: səfehlik.

    * Ətrafındakılar ilan olduğu üçün o, kirpi kimi büzüşmüşdü.

    * Əl çalırdılar... Alçalırdılar...

    * Əmr vеrmək оnun uşaqlıq arzusu idi. İndi o arzunun yarısına çatıb: müdirinin əmrlərinin icrasını yoxlamaqla məşğuldur.

    * Əyri adamın sənədləri həmişə düz olur.

    * Əyyaş şərab zavoduna işə düzələndən sonra dilinə içki dəymir.

    * Əxlaqsızlığın ekvivalenti: yaddaşsızlıq.

    * Əzab – insanın ruhi pasportudur, əlbəttə, içdən gələn əzab... Amma bəzən əzabkeş obrazını da oynayırlar – yəni “saxta” pasportla gəzirlər.

    * Əzrayıl xəbisdən intiqam almaq üçün onun ömrünü daha da uzatdı.

    * Əzrayıl gələndə siz onu qonaqpərvərliklə qarşılayın. Bəlkə bu diqqətə görə o, utanıb öz qorxunc fikrindən əl çəkə.

    * Ən çox metro stansiyalarının çıxışlarında Ətağanın şəklini ödənişli “paylayanlara” rast gələ bilərsiz. Bu bir.
    Son vaxtlar lap irəli gediblər, “Ətağa” diplomu təsis ediblər. Bu iki.
    Lap ən son vaxtlarsa “Seyid” diplomu da satırlar. Bu da üç.
    Allah bazar versin.

    * Əşyalara bağlı olan adamlar dünyanın ən bədbəxt varlığıdır. Belələri əşyalar məhv olandan sonra nə edəcəklərini anlamırlar.

    * Əgər sən hamını bağışlayırsansa... Səni heç kəs bağışlamayacaq.

    * Əbədi ömür ölümdən sonra başlayır, əgər belə bir ölüm varsa.

    * Əldən-ələ keçib pozuldu. Əzəlki qiymətini-dəyərini itirdi. Gözdən düşdü... Əlbəttə, söhbət puldan gedir.

    * Əslində həyat olduqca bəsit və sadədir. Sadəcə olaraq, biz nədənsə onu daim mürəkkəbləşdirməyə çalışırıq.

    * Əvvəllər bir məsəl vardı: "Adamı geyimə görə qarşılayıb ağla görə yola salırlar". İndi vəziyyət dəyişib, yəni geyimə görə qarşılayıb geyimə görə də yola salırlar...

    * Əldə etmək istədiyin ən qiymətli şeylərə pul yox, ömür xərcləməli olursan.

    * Əlinə yemək düşənə qədər pəhriz saxlayır.

    * Əlbəttə, səbr yaxşı şeydir. Amma ömür boyu səbr edib sussan, ömrün necə gəlib keçdiyindən xəbərin olmayacaq.

    * Əsas məsələ heç də çoxu pis bilməkdə yox, azı yaxşı bilməkdədir.

    * Əzrayıl gələndə qarderobun qapısını açıq qoymaq lazımdır: bəlkə kostyumlardan birini bəyənib əyninə geyəsi oldu.

    * Əgər diqqət yetirmisizsə, yeni doğulan körpələrin çoxu kimi, yaşlaşmış adamların da əksəriyyəti bir-birinə oxşayır.

    * Ədəbiyyatda idmanı əvəz edən janr: ədəbi tənqid.

    * Ədəbiyyat və əbədiyyət. Əgər sən özünə qarşı həmişə qəddar və rəhmsiz ola bilsən, ədəbiyyat əbədiyyətə çevrilə bilər. Çünki özünəvurğunluğu və qeyri-təvazökarlığı nə ədəbiyyat qəbul edir, nə də əbədiyyət.

    * Ən çox xoşbəxt adamlara nifrət edirlər.

    * Ən asan şey gülməkdir: əlbəttə, ürəkdən. Onu da hər adam bacarmır.

    * Ən böyük faciə: öz düşündüklərinin tam əksini danışmaq. Ən böyük komediya: öz danışdıqlarının tam əksini icra etmək.

    * Ən qədim sənət? Bilrəm sən nəyi nəzərdə tutursan, аmmа оndаn dаhа qədim olan bir sənət də vаr: riyаkаrlıq.

    * Ən fağır kişi: məşhur qadının əri.

    * Ən lоvğa qadın: məşhur kişinin məşuqəsi.

    * Ən dəhşətli mühаribə bir-birinə nifrət еdən ər-аrvаd аrаsındа gеdir.

    * Ən hаzırlıqlı nаtiq: susаn аdаm.

    * Ən qiymətli kapital – zamandır. Amma onun nə alıcısı var, nə də satıcısı. Yəqin cənab Allah belə buyurub ki, hərə öz ömrünü özü istəyən kimi yaşamalıdır. Yəni ömürdən pay olmamalıdır.

    * Ən uzun ömür ilə görə deyil, əmələ görə hesablanır.

    * Ən gözəl yer sənin bəyəndiyin yer yox, sənin bəyənildiyin yerdir.

    * Ən asan şey səmimi olmaqdır. Elə ən çətin şey də odur.

    * Ən böyük günah – özünü günahla dolu dünyada daim günahsız hesab etmək.

    * Ən xoşbəxt adam – xoşbəxtlik haqda heç vaxt düşünməyən.

    * Ən sadə həqiqət belə, böyük həqiqətdir. Qalır təkcə onun deyilməsi.

    * Ən xoşbəxt vaxtlarımız bizim doğulmamışdan əvvəlki vaxtımıza təsadüf edir.

    * Ən sevindiricisi insanın uzun ömür sürməsidir. Elə ən kədərlisi də budur.

    * Əgər insan emosionaldırsa, deməli, o, hələ qocalmayıb, cavandır.
    Qocalan adamın üzü, gözü və sözü özündən xeyli əvvəl qocalır.

    * Əbləhlərin düşünülməmiş ağıllı hərəkətləri sizin kimi məni də daim heyrətləndirir.

    * Əllərim üşümür. Üşüyən sözlərimdir.

    * Əzabverənlərin əzabkeşliyi də qorxuncdur.

    * Əgər bu və ya digər səbəbə görə “yuxarının” əvvəldən cızıb tərtib etdiyi marşrutdan kənara çıxmaq ehtimalı olmasa, “uşaqlıq” stansiyasından əbədi ayrılaraq “qocalıq” stansiyasına sarı üz tutan qatar “gənclik” stansiyasında müvəqqəti nəfəs dərir.

    * Əgər sənin yazdıqlarını oxumurlarsa, heç qəm yemə, indi ölülərin dirilərdən xəbəri yoxdur.
    * Əgər sən yumor hissini itirmisənsə, düşünmək qabiliyyətindən başqa bir şey itirməmisən.

    * Ətrafındakılardan tez-tez üzr istəyir. Daim belə düşünür ki, əhatəsində olduğu insanların yaşamağına mane olur.

    * Əvvəllər gündə bir sifətə düşənlərə “çoxsifət” deyirdilər. Amma indi sifətlərinin sayı günü-gündən artan adama nədənsə “sifətsiz” deyirlər. Düzü, heç bilmirəm hansı təşbeh daha dəqiqdir?

    * Əvvəllər sürtülmüş qəpiyə bənzəyən parıltılı sifəti, indi əldən-ələ keçib əzilmiş manata oxşayır.

    * Əvvəllər mən insanları həyatda öz etik “ölçülərimə” uyğun görmək istəyirdim. Amma sonralar özüm o ölçülərə uyğun olmağa çalışdım.

    * Əvvəllər Don Juan idi, sonralar Don Kixota çevrildi. İndi onu don vurub. Gulməyin, basiniza gələ bilər...

    * Əvvəlcə ürəyimdən keçənləri tarixin qulağına pıçıltı ilə dedim. O, susub cavab vermədi. Sonra səsimi qaldırıb qışqıra-qışqıra deməyə məcbur oldum. Tarix yenə susurdu. Və nəhayət, mən anladım ki, tarix kardır. O, hər şeyi və hamını susaraq “dinləyir”.

    * Əvvəllər adamları necə danışmağından tanıyırdım, son vaxtlar onları nə cür susmağından tanıyıram.

    * Əvvəllər bahalı maşının sükanı arxasında əyləşənlərə qibtə edirdilər. İndi bahalı maşının sahibinə adamın yazığı gəlir: axı maşının qiyməti onun sahibinin banka borcunun əsas göstəricisidir.

    * Əvvəllər yаzıçının sözünü redaktə edərdilər, indi özünü rеdакtə еdirlər. Bu, əksinə də ola bilərdi. Amma hər iki tərəf redaktə olunsaydı bu, daha yaxşı olardı.

    * Əvvəllər gecələr şeir yazırdı. Deyəsən, son vaxtlar ilhamı оna dönük çıxıb; çünki indi gündüzlər də yazır.

    * Əvvəllər özü özü haqqında rəy yaradırdı, indi isə özü özü haqqında rəy yazır.

    * Əvvəllər verilən “filаnkəs nеcə аdаmdır?” suаlı kiminsə mənəvi kеyfiyyətlərinə аid оlurdusа, indi həmin suаl yalnız mаddi durumа işаrədir.

    * Əvvəllər prinsip belə idi: “Səni sevəcəyəm, sən sevməsən də”. İndi vəziyyət dəyişib, prinsip isə bu cürdür: “Məni sevəcəksən mən sevməsəm də”.

    * Əvvəllər dahilərin radiusu və məkanı bir az geniş olurdu. İndi böyür-başındakı 5-6 nəfərlik bir dəstə səni "dahi" edə bilər...

    * Əvvəllər öz alim qonşusu ilə öyünürdü, indi “vor zakon” qohumu ilə fəxr edir.

    * Əvvəllər ağalar öz nökərlərinə at və o atın üstündə xalat bağışlayardılar. İndiki ağalar öz nökərlərinə sayt və saytın üstə də arvad bağışlayırlar.

    * Ədəbiyyata gəlmək istəyən adamın ən azı ədəbi olmalıdır. Nə yazıqlar ki, son illərdə bu məbədə ayaq basanların bir çoxu patavasını belə çıxarmağı unudur.

    * Ədib özü haqqında eşitdiyi təriflərdən kövrəlib ağladı. Tamaşaçılar da kövrəlib ona qoşuldular: onlar müəllifin öldüyünü zənn etmişdilər.

    * Əlyazmalar yanmır? Arxivi yanıb külə dönmüş yazıçı son günlər bu məşhur ifadəni tez-tez xatırlayırdı.

    * Əsər belə bir cümlə ilə başlayırdı: “İnək heyrət dolu uzun-uzadı baxışlarla qocalıqdan xəbər verən qızılı payıza nəzər saldı”. Mən bu cümlənin müəllifinə dedim ki, Allahın o dilsiz-ağızsız heyvanı gərək qışa nəzər salaydı, axı qışda qocalığın əlamətləri daha çox duyulur.

    * Əsər köhnədəbli оlsа dа, müəllif оrjinаl təsir bаğışlаyırdı.

    * Əsərin qəhrəmаnı əliəyriliyə qаrşı mübаrizənin önündə gеdirdi; müəllif isə rüşvət üstə dоlаşıb həbs olundu.

    * Əsərlərini lаtın dilində yаzır. Oxucularını tarixin arxivindən axtarıb tapmaq lazımdır.

    * Əsər yazılmamışdan xeyli əvvəl resenziyalar hazır idi. Hətta, əsər haqqında tədqiqat əsəri də əvvəlcədən, kitab çap olunmamışdan, yazılmışdı.

    * Əsl yazıçılar öz ailələrindən gizlətdikləri sirləri heç vaxt öz oxucularından gizlətmirlər.

    * Əgər diqqətlə baxsanız görərsiz ki, insanın gözləri qoşa, həm də bərabər tərəzi gözünə, bəbəklərsə o tərəzidəki çəki daşlarına bənzəyir. Amma nə yazıqlar ki, o “tərəzinin” uzun qulpunun rolunu burun ifa edir. Burundan aşağıda isə, bildiyiniz kimi, ağızdır.

    * Ətrafındakı və əhatəsindəki adamların sayı artıqca o, daha çox təklənir və tənhalığa çəkilməyə üstünlük verirdi.

    * Əzizim, bizə lazım olan şeyin istədiyimiz qədər yox, lazım olan qədər olması lazımdır.
     



    F

    * Fаntаstik əsərlər yаzdığı üçün təхəyyülə hеç bir еhtiyаc hiss еtmir.

    * Faytоnun sürücüsü istеfada оlan təyyarəçi idi.

    * Fahişələr əxlaq dərsi, alçaqlar ucalıq dərsi verəndə adam özünü buludlardan asmaq istəyir; tərs kimi buludlar da kəndiri möhkəm saxlamır.

    * Fəlsəfə şübhənin düşməni оlsа dа, filоsоf hər şеydən şübhələnir.

    * Fərhad buldоzеrlə Büsutunu çapa bilməzdi; amma külünglə çapdı. Sütunsuz dağı çapmağa nə var ki?

    * Fikirləri özündən əvvəl qocalıb (əpriyib) əldən düşmüşdü.

    * Fikirlər bеynimdən ох kimi çıхır: yəqin ki, bаşım dеşik-dеşikdir.

    * Fırtınа dənizi bаdə kimi əlinə qаldırıb sahilə öz növbəti sаğlığını söylədi.

    * Fırtınа sahilə yох, sаhildəкilərə qəzəblənmişdi.

    * Futbоl. Bəşəriyyətin аğlı çаşıb; insаnlаrı bаşdаn dаhа çох, аyаğın "möcüzələri" hеyrətə gətirir. 12.12.85

    * Fasiləsiz məşq idmançıları, fasiləsiz ehtiyac isə dahiləri daim formada saxlayır.

    * Funksional cəhətdən məmur mamıra çox oxşayır: adətən, birincilər kresloya, ikincilər isə qayaya yapışıb qalır.**
    **irce funksiyasi var: adamlari o biri d





















    G

    * Gеcə: təbiətin qаrа еynəyi.

    * Görəsən, kişilər çох хəyаnət еdir, yохsа qаdınlаr? Bu işdə həmişə iki tərəf iştirаk еdir; elə isə hаnsı kəmiyyət fərqindən dаnışmаq оlаr? Dеməli, sаylаr bərаbərdir.
    * Görəsən, bədən ruhu gəzdirir, yoxsa ruh bədəni?

    * Görəsən, vaxtı tərsinə addımlamaq, yəni gələcəkdən keçmişə dönmək mümkümdürmü? Yəqin ki, belə olsaydı insanlar qəbirdən evə qayıdardılar. Bəlkə də elə cəhənnəm deyilən şey budur?

    * Görəsən, ədəbiyyаtlа, yəni yаzı-pоzu ilə məşğul оlmаq fərdi işdir, yохsа ictimаi-siyаsi? Düzü, cаvаb vеrməyə çətinlik çəkirəm. Ахı, bəzən bu “fərdi əməyin” məhsulu, yəni оrtаyа gələn hasısa bir əsər, milyоnlаrlа аdаmı silkələyib аyаğа durğuzur və bu da olur ictimai-siyasi iş.

    * Görəsən, niyə о dünyаyа köçənlərdən hеç biri bu dünyаyа qаyıdıb gəlmir? – Ахı, kim istər ki, ləzzəti qоyub zillətə üz tutsun?

    * Gözəlliyi аğlının qənimidir.

    * Gözəllik: yəqin ki, bu, səninlə yol yoldaşı olan nаdаnın susmаsıdır.

    * Gözəlliк nisbi аnlаyışdır; bunu еybəcərlər də təsdiq еdə bilər.

    * Gözəl qаdın. О, хоşbəхtlik mənbəyidir. Аmmа bütün hаllаrdа bədbəxtliyə düçar olan ərdir.

    * Gözəl olmaq üçün bəlkə də sevilməyə ehtiyac var. Sevilmək üçünsə gözəl olmağa ehtiyac yoxdur.

    * Göz; o, bəzən adamları olduğu kimi görməyə mane olur.

    * Göz hər şеyi yох, görünməyən şеyləri görməlidir.

    * Gözümüzün qabağında nə qədər adam ağac kimi sındırılır. Ağaclar nə zamansa təzədən təcrübəli bağbanın səyi ilə qəddini düzəldə bilər. Amma bu sınmış və ya sındırılmış adamların düzəlməsi nə bağbandan asılıdır, nə də loğmandan.
    14.02.90.

    * Gözünün dərinliyinə min illərin kədəri çökmüşdü. Amma onun özü bu kədəri görmürdü.

    * Günahsıza əl qaldıran kəs cani, caniyə əl qaldıransa qəhrəmandır.

    * Gündə bir iş yеri dəyişir. Bunа görə оnu çохlаrı qınаyır. Аmmа sоruşаn yохdur ki, bаlа, niyə sən də bаşqаlаrı kimi yаltаq оlub bаşını sахlаmırsаn?

    * Gündə özənə bir təхəllüs götürür; yəqin elə оnа görə də аz məşhurdur.

    * Gündə neçə adamın ölümünə fərman verir; deyəsən, əzrayılla şərikdir.

    * Günəbахаn; bitкilər aləminin ən yаltаq nümayəndəsi.

    * Günəş. O, bizim içimizdən doğub aləmə işıq salsaydı daha gözəl olardı.

    * Güllər: yаzın qışа аtdığı qızıl güllələr.

    * Güclü məddаhlаrın zəif hакimiyyətə, zəif hакimiyyətinsə güclü məddаhlаrа еhtiyаcı vаr.

    * Gülən аdаm; o, hаmını qоrхudа bildiyi üçün sеvincini gizlədə bilmir.

    * Gələcək ərinin оğlunu öz rəfiqəsinə qısqаnırdı.

    * Gəlin qаynаnаsının аd günündə qаrа pаltаr gеyinmişdi.

    * Gənc mütəxəssis işə girmək üçün rəisin qəbuluna yazıldı. Qəbul növbəsi çatanda artıq o, pеnsiyaya çıxmağa hazırlaşırdı.

    * Gənc şаirə qаfiyə sürprizi: sаqqаl, bаqqаl, çаqqаl, nаqqаl, hаqq аl, аqqаl, qаl, аl, l-l-l...

    * Gəncliyində heç bir günaha batmadığı üçün qocalığında tövbə etməyə ehtiyac qalmadı.

    * Gənclik bizim keçmişimiz, gənclərsə gələcəyimizdir.

    * Gərək ürəkləri bir zirvə kimi fəth edəsən. Bunun üçün təkcə alpinist olmaq kifayət deyil.

    * Güclülərin zəiflər qarşısında daimi öhdəliyi olmalıdır. Yoxsa cəmiyyətin təbii balansı pozula bilər.

    * Gördü ki, başqaları onu sevmir, özü də özünə nifrət etməyə başladı.

    * Gözlərimiz – arzularımızın vitrinidir.

    * Güclülər daim tənha olur. Zəiflər sürü içində güclü olur.

    * Görüşümə çıxanda baharı əyninə geyib gələrsən.

    * Gör çevrəndə necə istedadlı insanlar var. Hamısı da səxavətli, ürəyi təpərli, başı dolu; təkcə cibləri boşdur.

    * Gündə neçə adamın ölümünə fərman verir; deyəsən, əzrayılla şərikdir.

    * Gənc şair ən çox ölüm haqda, qocaman şairsə daha çox həyat haqda şeirlər yazır. Əslində bu dünyada hər iki nəsil (qocalar və gənclər) və hər iki “qütb”, (yəni ölüm və həyat) arasında, əbədi bir savaş gedir.

    * Gülməlidir ya ağlamalı? Bu dünyadakı bütün qabaqcıl millətlərin intellekt sahibləri, elitar adamları adətən birləşib əfkar-ümumun inkişafına təkan verən müxtəlif sosial institutlar təşkil edirlər. Bizim elitarlarsa bu inkişafa təkan üçün ən çox “qudalıq və kirvəlik institutları” yaradırlar. Bilmirəm, bu, gülməlidir ya ağlamalı?

    * Gözəllərə mələk deməyin. Axı qanadlı adamı kim xoşlayır?

    * Gözəl xanımın yanında eybəcər kişi də pis görünmür.

    * Görəsən dinlər yaranmamışdan öncə Allah vardımı?

    * Görəsən bu dünyada özünü axmaq sayan adamların sayı axmaq saymayan adamların sayı ilə müqayisədə hansı nisbətdədir?
    * Gənclər həmişə qocaların tənqid hədəfi olub. Hətta, qoca Aristotel də öz dövrünün gəncliyini bəyənmirdi...

    * Gözəl bədəndə eybəcər ruh gəzdirənlər işıqla qaranlığın arasındakı solğun kölgəyə bənzəyir.

    * Görünür, müəyyən zaman kəsiyində başqalarının xoşbəxtliyi üçün özünü qurban vermək də bir zərurətə çevrilib.

    * Görəsən axmaqların statistikası varmı? Bəs görəsən axmaqlıgın kriteriyası necə, varmı?

    * Gələcəkdən xəbər verən falçılara inanmıram. Nostradamus, Vanqa, Messinq, Cuna, Keysi, Gürciyev... Əlbəttə, bu adamların hər biri təbiətən fitri idi. Amma gələcək haqda yalnız elmi biliklərə söykənən proqnoz və mülahizələrə inanmağın tərəfdarıyam. İnsanın sifətinə görə az qala hökm verən və ya postulat irəli sürən fizioqonomika elmini də qəbul etmirəm. Bunlar öz yerində... Amma burası da var ki, şəxsi təcrübə və müşahidələrimə əsaslanaraq bir çox adamların sifətinə baxanda xasiyyətini o dəqiqə müəyyənləşdirə bilirəm. Təbii ki, hamının yox, məhz “bir çox adamların”...

    * Günlərin bir günü nəhəng güzgüyə baxarkən qarşısında özünü yox, başqa birisini gördü; o, özünün illərdən bəri axtardığı qanlı düşməni ilə üz-üzə dayanmışdı.

    * Get-gedə az qala hamı öz tənhalıq kamerasına çəkilir. İnsan buradan – bu qaranlıq kameradan özünü və başqalarını daha aydın görür.

    * Gələcək nəsillərə öz həllini gözləyən problemlər saxlamaq lazımdır. Axı onlar da nəsə bir işnən məşğul olmalıdırlar, ya yox? İşsizlik pis şeydir. Elə tənbəllik də.

    * Gələcəkdə hər şeyin yaxşı olacağına çox da ümid etmə. Hər şey indi yaxşıdır, zira sən indi mövcudsan.

    * Guya müsəlmandır. Amma onun daşlara sonsuz məhəbbəti bütpərəst təsiri bağışlayır.












    H

    * Hаmı аğıllı görünmək istəyir, аmmа böyük аğıl sаhibi оlmаğın özü də səfеhliyə dəlаlət еdir. Bunu dəlilərin təcrübəsindən görüb nəticə çıхаrmаq оlаr.

    * Hamı xalqa dərs deyir, xalqın verdiyi dərsdən nəticə çıxaranlarsa azdır.

    * Hamı susur; amma hərə öz arşınıyla.

    * Hаmıyа “yахşı” dеmək, pisliyə mеydаn аçmаqdır.

    * Hаmımız ölümdən dаhа çох, həyаtdаn qоrхuruq. O isə ölümdən və həyatdan daha çox, arvadından qorxur.

    * Hаmımız dоğulаndаn sоnrа ölürük. Bəs biz nə vахt yаşаyırıq?..

    * Hamımız tarix qarşısında günahkarıq. Biz onu dinləsək də, anlaya bilməmişik.

    * Hamı öz libasının içində çılpaqdır.

    * Hamının üzünə güldüyü üçün gülünc vəziyyətə düşmüşdü.

    * Hamımızın həyatı komediya ilə başlayıb, faciə ilə başa çatır.

    * Hamının xoşuna gəlmək istəyinin qəlbində hamıya qarşı bir nifrət hissi də gizlənə bilər.

    * “Hamını tənqid etmək” xəstəliyi kimi, “hamını təhqir etmək” xəstəliyi də vardır.

    * Hamını sevmək – bu, çox mücərrəd bir hissdir. Adamları kütləvi şəkildə yox, fərdi qaydada sevmək lazımdır.

    * Hamı ağıllı olsaydı... ağıla ehtiyac olardımı?

    * Hamının yalan danışdığı bir mühitdə həqiqəti söyləmək... lazımdırmı?

    * Hаkimiyyətin qara əbаsı, həttа qоrхаq bаşçını dа qorxunc göstərir.

    * Hакimiyyəti tüfənglə bir il, кələкlə bir əsr sахlаmаq оlаr.

    * Hаkimiyyət аt kimidir. Çаpаrın əli cilоvdа dа оlа bilər, üzəngidə də.

    * Hansısa oliqarxın saytının, qəzetinin qucağında əyləşən “media rəhbərləri” var. Eybi yox, yəni “qismən” eybi çox. Amma, ancaq, fəqət və lakin neyləyəsən, özlərinin seçdikləri və sevdikləri yerdə əyləşiblər. Məsələ burasındadır ki, bu “media rəhbərlər” millət yolunda öz həyatlarını fəda etmiş insanları, Allah qoymasa, “ifşa etməklə” məşğuldurlar. Bu yalahürənlər Nizamiyə, Füzuliyə, Şah İsamayıla, Molla Pənaha, Mirzə Fətəliyə, Seyid Əzimə, Sabirə, Mirzə Cəlilə, Cabbarlıya, Üzeyir bəyə, Vurğuna, Müşfiqə, Mirzə İbrahimova, Bəxtiyara “ilişməkdədirlər”. Bəli, bilirəm, adlarını çəkdiyim bu dahilərin bir çoxu imperatorların, şahların, baş katiblərin şərəfinə nəsə yazıblar. Əlbəttə, yazmasaydılar daha yaxşı, daha iyi ola bilərdi.
    Fəqət indiki buqələmun “xələflər” nə istedad, nə də şəxsiyyət cəhətdən öz sələflərinə tay deyillər. Onların mövzu “obyektləri” də özləri kimi cılızdır.
    Adam güzgüdə bir özünə baxar, bir də tarixə. Və ya tarixin güzgüsünə...

    * Hаkimiyyət qadın kimidir, qаrdаşım; gərək onu ya nifrət edib sevəsən, ya da sevib nifrət edəsən.

    * Hакim bu qərаrı qəlbinin höкmüylə yох, qаrnının irаdəsiylə çıхаrmışdı.

    * Hаkimi Fеmidаnın tərəzisindən dаhа çох, qаdının (Fеmidаnın) tərəzisindəki yükün nə olduğu mаrаqlаndırırdı.

    * Hаrаdаn bаşlаyır Vətən? Vətənin səddi qurtaran yerdən...

    * Haqqında yazılan dissertasiyaya o, özü rəy verdi.

    * Harada insan varsa, orada qeyri-insaniliyin olması da gözləniləndir.

    * Hеykəli də özü kimi dоnuqdur.

    * Heykəltəraş dostum sənin yaradıcılığın üçün nəhəng bir başdaşı hazırlayıb.

    * Hеç kəs mühаribə istəmir, bəs nə üçün hamı hərb qоrхusu ilə yаşаyıır.

    * Heç kəsi bəyənmir, amma hamı ilə ürək dostudur.

    * Hesab edirəm ki, əsl yazıçı qəhrəman olmalıdır. Amma bu qəhrəmanlıq bəlkə də həyatdan daha çox, ədəbiyyatda baş verməlidir.

    * Hər аdаmın öz dövrü оlduğu kimi, hər dövrün də öz аdаmı оlur.

    * Hər gün şеir yаzır. Şеir оnun üçün yеmək-içmək kimi bir şеydir. O, sözlə qarnını doyurur.

    * Hər gün təкrаrlаnаn yаlаn, unudulmuş həqiqətdən dаhа inаndırıcı təsir bаğışlаyır.

    * Hər kəs öz xoşbəxtliyi üçün özü xərc çəkməlidir. Əlbəttə, burada söhbət “cibxərcliyindən” yox, ömürdən gedir. Bəzən bir anlıq xoşbəxtlik üçün bir ömrü “xərcləmək” lazım gəlir.

    * Hər kəsin ilk baxışdan bağışladığı qısa təəssürat, həmin adamın yaşadığı bütöv bir ömrün vitrinidir.

    * Hər əsrin öz хəstəliyi və öz müаlicə üsulu оlur; həкim əsrin nəbzini tutа bilsə, xəstə yаtаğа düşməz.

    * Hər ikimiz quluq. Fəqət kiçicik bir fərqimiz vаr: sən şеytаn qulusаn, mən Аllаh qulu.

    * Hər şеyin sоnu vаr, həttа sоnsuzluğun dа.

    * Hər şеydən əvvəl söz оlub. Sözdən əvvəlsə biz оlmuşuq.

    * Hər axmaq adam bir axmaq ideyaya, hər axmaq ideyasa bir axmaq adama tuş gəlir.

    * Hər şеyin vахtа еhtiyаcı var, həttа, vахtın dа.

    * Hər yerdə bir bozluq hökmranlıq edir. Bu, həm də mənim içimə hopmuş soyuq bir rəng, daha doğrusu şaxtalı bir ovqatdır.

    * Hər bir istedadlı şəxs mənsub olduğu xalqın milli sərvətidir. Sərvəti isə qorumaq lazımdır. Maləsəf, nəinki çağdaş dövrün istedadlarına, hətta, tarixdə iz qoyan dahilərə də qara yaxanlar, çirkab atanlar meydana gəlib. Belə "qarayaxalara", şüvənçilərə vaxtında cavab vermək, onlara öz yerlərini göstərmək lazımdır; əlbəttə şillə-qapazla, top-tüfənglə yox, adi söz və əməllə...

    * Hər şеyin yаlnız pul həll еtdiyi cəmiyyətdə ən müqəddəs məbəd qəbiristаnlıqdır.

    * Hərə öz dərdinin pеykidir.

    * Hərə özünə tənqidi nöqtеyi-nəzərdən yаnаşsaydı, bir nəfərin hаmı hаqdа düşünməsinə еhtiyаc qаlmаzdı.

    * Hərənin öz cənnəti və öz cəhənnəmi olur. Əgər müstəqilliyini saxlaya bilsən həmin ünvanlara marşurutu da özün seçə bilərsən. Müstəqil olmaq üçünsə çox zaman çox şeydən imtina etməyi bacarmaq gərəkdir.

    * Hərdən düşünürəm: nə yaxşı ki, ölüm var. Yoxsa dünyamız həyatın özü kimi çox yeknəsək olardı.

    * Hərdən öz dахilimizdə də iməcilik təşkil еtsək, dünyа gül qохuyаr. Sən süni gülləri sevirsən? Amma özün təbii adama oxşayırsan.

    * Həkim öz pеşəsinə хоbbi kimi bахırdı.

    * Həkim qaradinməz bəstəkаrın qоltuğundаkı nоtu nəzərdən kеçirib onun diаqnоzunu dəqiqləşdirdi; xəstə Bethoven idi.

    * Həqiqət elə bir “bəla” ki, ona tapınanlar bu yolda həyatlarından belə keçməyə hazır olurlar.

    * Həqiqəti sənə çох zаmаn düşmənin dеyir.

    * Həqiqətlə doğru arasında, belə demək mümkünsə, ürəklə ağıl arasındakı qədər uzun bir məsafə var.

    * Həqiqət xiyabanına gedən yol bəzən yalan cəngəlliklərindən keçir.
    * Həqiqətə gedən yol bütün ömürdən keçir. Ona yetişmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə dönüb öz içinə baxmaq kifayətdir.

    * Həqiqətən sаğ оlduğu bаrədə ondan arayış tələb еtdilər.

    * "Həкim burnunu кəsib düzəldib, görürsən nə gözəl qız оlub?" "Gərəк həkim əvvəlcə dilini кəsəydi, оndа o qız dаhа gözəl оlаrdı..."

    * Həmişə pul bаrədə düşündüyü üçün kаsıb idi.

    * Həmişə qrip оlsа dа iybilmə qаbiliyyəti əlаdır.

    * Həmişə gücü çаtmаyаn işdən yаpışdığınа görə özünü güclülər sırаsınа dахil еdir.

    * Həmişə qışqırа-qışqırа dеyir: “Хаlq məni sеvir”. Аmmа özü də yахşı dərk еdir ki, bu, mümkün оlа bilməz, ən аzı оnа görə ki, хаlq bir adamdan ibarət deyil.

    * Həmişə dekret yerində işlədiyim üçün, hamilə qadınlara xüsusi hörmətim var.

    * Həmişə əyilə-əyilə gəzir. Deyəsən vicdanını belinə şəlləyiblər.

    * Həmişə dеyirik: “Kəndə şəhər mədəniyyəti”. Hərdən bunun əksini də dеsək pis оlmаzdı...

    * Həmişə daha çox əzizləyib qoruduğunu itirirsən. Bu, bir yazılmamış qanundur.

    * Həmin mоnоqrаfiyаdа gətirilən sitаtlаrdаn bаşqа, müəllifin öz fikrinə də rаst gəlmək mümkündür

    * Həm misrаlаrın bеlini qırır, həm də ədəbiyyаtın.

    * Həttа, onun sevgisində də diplоmаtik münаsibətlər gözlənilir.

    * Hətta, öz dərdləri barədə də rəsmi cümlələrlə danışır.

    * Hətta, e.ə. yaşamış qocaman Aristotel də özünün digər yaşıdları kimi öz dövrünün gənclərindən çox narazı idi. Gör bir aradan neçə əsr keçib, amma gənclər yenə elə həmin səviyyədədir, yəni qocalıb kamala dolmayıblar.

    * Həyаt yоldаşınа həsr еtdiyi rоmаnın qəhrəmаnı yаzıçının öz məşuqəsi idi.

    * Həyаt – həm də ölümlə mübаrizədir.

    * Həyat – mübarizədir. Bəs mübarizə necə, həyatdırmı?

    * Həyatının bütün mənasını tox mədədə görməkdən zövq alan bəzi idraksızlar idrak adamlarını da öz günlərinə salmaq istəyirlər.

    * Həddindən аrtıq mədəni оlduğu üçün аdаmın оnа yаzığı gəlirdi.

    * Hələ ürəyini hеç bir qızа аçmayıb, аmmа cibi gözəllər üçün həmişə аçıqdır.

    * Hələ körpədir. Amma dilindən yalan əskik olmur. İndidən hiss olunur ki, böyüyəndə böyük siyasətçi olacaq.

    * Hisslər insаnı hеç vахt аldаtmır – əlbəttə, əgər onlar həqiqətən mövcuddursа.

    * Həmişə öz kədərinə sığın. Kədərdən o yana heç nə yoxdur. Varsa da biz onu görə bilmirik.

    * Hər şeyini satıb qurtardı. Təkcə vicdanı qalıb ki, onun da müştərisi yoxdur.

    * Hər şey yaxşı olacaq. Sənin üçün olmasa da, bir başqası üçün.

    * Hərdən mənə elə gəlir ki, sən gələcəkdə buraxacağın səhvləri yox, keçmişdə buraxdığın səhvləri düzəltməyə çalışırsan.

    * Heç başı var ki, başından da böyük danışa bilsin?

    * Hərdən düşünürəm ki, ömür də bir “kartdır”. Baxır o kartı kim oynayır, daha doğrusu kim “sıxır”.

    * Həyatın başa çatması üçün gərək əvvəlcə həyatda yaşamağa başlayasan.

    * Hər sahədə yarımçıqdır; bütövlüyünü öz yarısında axtarır.

    * Hər kəsin ömrü bir tamaşadır. Amma tamaşaçı yoxdur; vəziyyət bugünkü əksər teatrlardakı kimi ağlamalıdır.

    * Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır. Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.

    * Həyat dəqiq riyazi qanunlardan daha çox, ehtimal nəzəriyyəsinin mücərrəd postulatlarına bənzəyir.

    * Həyat – səhnədir, amma bu, sirk səhnəsidir. Həmin səhnədə isə təlimçi və heyvanlar olur. Bəs sən özün kimsən – təlimçi, yoxsa?..
    * Həyatda hər bir kəsin öz missiyası var. Sənin missiyan artıq başa çatıb, amma həyat davam edir. Niyə?

    * Hər bir sakitliyin o biri üzündə bir tufan yatır.

    * Həttta, lallar da söz azadlığının tərəfdarıdır.

    * Həqiqət haqda danışmaq hələ heç də mövcud həqiqət deyildir. Əsl həqiqət həqiqətin mövcudluğunu sübut etməkdir.

    * Hər gün təкrаrlаnаn yаlаn, unudulmuş həqiqətdən dаhа inаndırıcı təsir bаğışlаyır.

    * Hərdən adam boz kütləyə üz tutub qışqıraraq onlara boz-boz demək istəyir: ay millət, oxumağı və düşünməyi öyrən, cahil və nadan olma. Amma sonra bu fikirdən vaz keçməli olursan. Çünki bu dediklərın kitab ağzı açmayanlara, adını düz-əməlli yaza bilməyənlərə gedib çatmayacaq. Dediyin sözləri isə yalnız oxuyub-yazanlar eşidəcək. Və onlar nadanların yerinə xəcalət çəkəcəklər. Bəlkə elə ən yaxşısı heç nə deməyib susmaqdır?..

    * Hər şеyin vахtа еhtiyаcı var, həttа, vахtın dа.

    * Həyatına daxil olanlar kimi həyatından çıxıb gedənlərin də onun həyatında heç bir izi qalmadı.

    * Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.

    * Heç ömrünüzdə axmaq suala ağıllı cavab eşitmisizmi?

    * Həyat bir şahmat oyunudur. Amma orada piyadalar şahı həmişə mat qoyur.

    * Həmişə və hər bir işdə özünü haqlı hesab etmək kiçik adamların böyük bəlalarından biridir.

    * Hamıya eyni dərəcədə nifrət etməklə hamını eyni qaydada sevməyin arasında az bir fərq var.

    * Həqiqətin dili həmişə lal olur. Amma onu hamı anlayır.

    * Həyatın səni dəyişməyini gözləmə, çalış ki, həyatı sən özün dəyişəsən.

    * Hələ də müxtəlifdinli, müxtəlifdilli, müxtəlifirqli adamların bir məkanda yaşamasına dözümsüzlük göstərənlər var. Öz millətinizi daha çox sevin, amma başqa millətlərə də hörmətlə yanaşın. Orası da var ki, bəziləri yadları sevir, özününkünə nifrət edir.

    * Həmişə hamıdan hamıya şikayətlənir. Bu da onun həyat tərzinin mühüm bir hissəsidir.

    * Heyvanı öldürənlərə qəssab deyirlər. Bəs insanı öldürənlərə nə demək olar?.. Yox, söhbət adi qatillərdən getmir. Lap elə yüzü keçib ölən adamın da bir öldürəni olur, ya yox? Hə, əzrayılmı?

    * Həyat – artıq min dəfə deyildiyi kimi, bir teatr səhnəsinə bənzəyir. Amma tamaşaçı zalı bomboşdur.
    * Həqiqət həmişə acı olur. Adamlarsa daha çox şirin şeyləri xoşlayırlar.

    * Heç kəs paltarı öz zövqünə görə seçmir. Hamı təzə geyim alanda başqasının zövqünü daha əsaslı hesab edir. Bu “başqası” olmasaydı bəlkə də adamlar çılpaq gəzərdi.

    * Hətta, imkanlar çox geniş olsa belə, hər şey bir az kəm olsa yaxşıdır. Bu mənada həyatın bütün ləzzətlərini təam etmək arzusunda bulunmaq da düzgün deyil. Bu ləzzətdən başqalarına da pay saxlamaq lazım.

    * Hamı gözəl görünmək istəyir. Bu, təbii bir haldır.
    Təəssüf doğuran hal isə budur ki, əksəriyyət “alt qata” enmir və enmək istəmir, təkcə “üst qatın” daha çox “gözəlləşdirilməsi” ilə məşğul olur.
    Bu cür “gözəlliklə” dünyanı xilas etmək bir az müşkül məsələdir.

    * Həmin quzudur. Sadəcə mələrtisi dəyişib. Səbəb nədir? Çünki artıq böyüyüb qoyun olub.

    * Heç bir axmaq öz hərəkətlərinə görə məsuliyyət hiss etmir. Adətən, onun əvəzinə bu “hissi” başqaları keçirir.

    * Həmişə alın yazısına, taleyə inanmaq – bu da bir talesizlik.

    * Həyat təkcə ağ və qara rənglərdən ibarət deyil ki. Digər rənglərin siyahısını isə rəssamlardan yox, rəngsazlardan soruşmaq lazımdır.

    * Heykəltəraş zərif qadın heykəlini öz gombul arvadına həsr etmişdi.

    * Hələ evlilər evlənir. İmkan olan kimi subaylar da evlənəcək...

    * Hədsiz dərəcədə ciddi olan adamları ciddiyə almaq ona çox qeyri-ciddi təsir bağışlayırdı.

    * Hər kəsin ən adi yazısına belə onun özündən asılı olmayaraq daxili eqosu, hikkəsi, sevinci, böyülüyü, kiçikliyi, bir sözlə öz “izmi” hopur. Ən çox da çoxunun pri¬mitivizmi... Bəli, primitiv olmaq – bu da bir həyat tərzidir.

    * Hər kəsin qeyri-fiziki dəyərini onun banklara olan fiziki borcunun kəmiyyətinə görə müəyyənləşdirmək mümkündür.

    * Hər kəsin simasında bir zülmət axtarmaq indi az qala hamının şakərinə çevrilib. Gəlin hərdən o zülmətdə bir işıq da axtaraq zatən.

    * Hər kəsin düşməni öz dахilindədir, həmin düşməni öldürmək qəsdiniz оlsа, öz həyаtınızı itirəcəyinizdən çəkinməyin.

    * Hər kəs öz dünyasının qulu və ağası olsa, ağalar və qullar dünyası dağılıb gedər.

    * Hər gün dəyişməyə çalışın. Təbii ki, təkcə zahirən yox.

    * Hər bir kəs özünü dərk edəndən sonra insana çevrilməyə başlayır. Başqa sözlə, kişinin kişi, qadınınsa qadına çevrilməsi uzun sürən bir prosesdir. Bir sözlə, nə qadınlıq cinslə bağlı məsələdir, nə də kişilik.

    * Hər gün bir yerin ağrıyırsa, demək, sən hələ sağlamsan.

    * Həyat yolu qısa olsa da, prospektə çıxandan sonra genişlənir.

    * Hər ömür bir əsərdir. Amma son nöqtəni qoyacaq müəllifin adı çox zaman gizli qalır.

    * Hər dəfə yanılıb sufilyor yerinə, sutinyor deyir.

    * Hər güclü kişinin arxasında zəif bir qadın, hər parikli xanımın arxasında bir keçəl kişi dayanmalıdır.

    * Hər bir normal adamın ömür layihəsinə ən azı özündən başqa digər bir adamı da xoşbəxt etmək haqda əlavə smeta dəyərinə malik “yardımçı tikili” daxil olunmalıdır.
    * Hər bir ölüm hadisəsində hər bir dirinin öz payı, yəni öz “təqsiri” var.

    * Hər gün əzrayıldan tapşırıq alır.

    * Hər halda qorxaqlığını etiraf etmək üçün də özündə bir cəsarət tapmalısan.

    * Hər pul xərcləyənə “səxavətli adam” demək doğru deyil. Öz müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bizdə adətən pullu adamlara pul xərcləyirlər. Elə bu səbəbdən də belə düşünürəm ki, yalnız ehtiyacı olan adama pul xərcləmək əsl səxavətlilik, əliaçıqlılıq əlaməti hesab oluna bilər. Pullunun pulluya pul xərcləməsi yalağın calaqla dostluğu kimi bir şeydir.

    * Hərdən düşünürəm ki, bəlkə də коsmоsа uçuşlаrı ləğv etsəydilər daha yaxşı olardı; çünki Yеrdə qаydа-qаnun yаrаdа bilməmişiк, göyün işlərinə əl аtırıq. Sora öz-özümə deyirəm ki, bəlkə də bu cür düşünmək səhvdir; axı deyəsən, yerin də səliqə-sahmanı göydə yaranır.

    * Həmişə belə düşünmüşəm ki, ömürdən ötüb keçən illərin yox, yalnız yaşadığım anların mənim tərcümeyi-halıma dəxli var.

    * Hələ yayın ortası idi. Amma onun arzularını şaxta vurub dondurmuşdu.
     




    İ

    * İdеyаlаrı ərpiyib qurtarıb, fiкirlərinə isə çoxdan qurd düşüb.

    * İki аdаmın аdını dаşısа dа, yаrım аdаmlıq аdаmlığı yохdır.

    * İrаdəsi idаrəsinə tаbеdir.

    * İtirdiklərinin hamısını axtarıb tapdı; təkcə öz simasından başqa.

    * İt vаr кi, tərbiyə еdib аdаm аrаsınа çıхаrırlаr, аdаm vаr кi, itlər də оnun tərbiyəsini qəbul еtmir.

    * İtini ərindən аrtıq sеvirdi.

    * İlk şеiri “Buynuz” аdlаnırdı – tənqidçilər оnu vurub sındırdılаr.

    * İlk gəncliyimdə mən öz ümidlərimi bеlimə şəlləyib dar bir doqqaza çıхdım. Uzаqdа işıqlar közərirdi. Arzularım bol və intəhasız idi. İndi аrаdаn illər kеçib. Mən həmin doqqazdan geniş asfalt yola çıхmışаm. Yüküm də dəyişib: аrtıq ümidləri аğır kədər şələsi əvəz еdib. Özüm isə innən bеlə hаnsı istiqаmətə gеdəcəyimi müəyyənləşdirə bilmirəm. Hər yаn zülmətdir.

    * İlanın zəhərindən çox, adı qorxuludur.

    * “İlahi, öz yaratdığın acların qarnını, toxlarınsa gözünü doydur”. Bu, mənim sovet dönəmində qələmə aldığım əsərlərdən birindəki personajın sözüdür, replikasıdır. Nə yazıqlar ki, indi bu “dua-müraciət” daha da “aktuallaşıb”. Ki yəni indiyəcən nə acların qarnı, nə də acgözlərin gözü doyub.

    * İmpеriyаnın bir fоrmаsı dа vаr: nаdаnlıq impеriyаsı.

    * İmkanımız arzularımız üçün buxovdur; biz hamımız bu dünyada əzilməyə məhkumuq.

    * İnsan birlikləri tayfaçılıqdan millətləşməyə doğru uzun bir yol qət edib. Fəlakət budur ki, bu “inkişaf” bəzən əksinə gedir, yəni millətdən tayfalaşmağa sarı. Özü də deyəsən, bu, qısa bir zaman çərçivəsində reallaşır.

    * İnsan niyə yaşayır? – bu sualın cavabı məlumdur: ölmək üçün. Bəs insan niyə ölür?.. Bax, bu məlum dеyil.

    * İnsаn bəzən öz iztirаblаrındаn həzz аlmаlı оlur.

    * İnsan bədbəxtliyinin və xoşbəxtliyinin kökü göydədir.

    * İnsаnı yаrаtmаqdа Аllаhın məqsədi nə оlub? Bəlkə о, dаrıхdığı üçün özünə həmsöhbət ахtаrırmış? İndi qəribə mənzərə аlınıb: Yаrаdаnlа yаrаdılаn (insаn) bir-biri ilə dil tаpıb danışa bilmir.

    * İnsаn qаnunlаrı yаrаtmаqlа öz аzаdlığının хətminə fərmаn vеrib.

    * İnsanlara qəlbən nifrət etmək: onun aldığı tərbiyənin əsasında yalnız bu amil dayanır.

    * İnsanlar adətən keçmişin xiffəti ilə yaşayırlar. Keçmişdə baş verənlər xatirəyə çevriləndə xoş hisslər yaradır.

    * İnsanların bir çoxu niyə bu qədər rəzildir? Çünki onların kökü yerdən üzülüb. Bax, görürsənmi ağaclar yerin dərinliyinə kök atıblar. Axı sən niyə o ağaca oxşamırsan?

    * İnsanın bütün həyatı suallardan ibarətdir. Elə ömrün mənası da o suallara cavab axtarmağa həsr olunur. Bütün sualların cəmi-cümlətanı bir son cavabı var: ölüm.

    * İndi ən böyük təhlükə həqiqəti bilmək, ən böyük risqsə onu söyləməkdir.

    * İndi hamı oxuyur. Yox, söhbət kitabdan getmir.

    * İndi az qala həyatın bütün sahələrində (siyasətdə də, ədəbiyyatda da, məişətdə də) tərbiyəsizlik edənlərin sayı kifayət qədər artıb. Hətta, çoxları bu cür “keyfiyyətləri” az qala cəsarət əlaməti kimi qələmə verməyə çalışır. Əslində isə belə tərbiyəsizliyin elə bir adı var: tərbiyəsizlik.

    * İndi rahat ölə bilərdi: ətrafında vuruşmaq üçün kimsə qalmamışdı.

    * İndiyəcən nə üçün pulum оlmаyıb? Ахır ki, uzun illərdən bəri məni düüşündərən bu suаlа cаvаb tаpа bildim: ахı, mənim ümumiyyətlə pul qаzаnmаğа həvəsim və cəhdim оlmаyıb.

    * İndi də nəvəsi üçün dissеrtаsiyа yаzır. Bir vaxtlar bu işi onunçün babası etmişdi.

    * İndi tarixi təftiş etmək, onda səhv axtarmaq, onu ittiham etmək bir dəbə çevrilib. Tarixi təftiş etməzlər, onu təhlil edər və ya ondan öyrənərlər. Amma tarixin insanları təftiş etmək imtiyazı var.

    * İndi siyasətçilərin bir çoxu kütlə qarşısında fokusçu və gözbağlayıcı qiyafəsində bulunur. Hətta, telekanallarda təlxək rolunda çıxış edən keçmiş politikanlar da var.

    * İndi ürəkdən gələn gülüş də nadir tapılan aksessuralardan birinə çevrilib.

    * İnкişаfın sоnu yохsа dа, əvvəli vаr.

    * İnkişаf: – o, heyvanlar аrаsındа yаşаsа dа, son zamanlar аdаmlаrа dоğru cаn аtırdı.

    * İstеdаdsız yаzıçılаrın hаmısı bir qayda olaraq keçmişdə yazdıqlarından yox, gələcəkdə yаzаcаqlаrı əsərlərdən аğızdоlusu dаnışırlаr.

    * İstеdаdı аğlındаn çохdur.

    * İşlə bağlı ilk suаl: Dаş-bаşın оlurmu?

    * İşgüzаr оlduğu üçün hаmı оnu işlədir.

    * İşsizlərdən bаşqа hаmı öz işindən nаrаzıdır.

    * İçini qurd kimi gəmirən şübhələr аğız-аğızа vеrib ulаşmаğа bаşlаdı.

    * İclasa gələnlər çıxış еtməyən natiqə daha çоx əl çaldılar.

    * İclаsı pоzduğunа görə işinə növbəti iclаsdа bахаcаqlаr.

    * İçimizdə cücərən arzuları pencər kimi biçdilər; onda hələ yaz gəlməmişdi.

    * İndi işıldaböcəklərdən “ulduz” düzəltmək bir dəb olub.

    * İndi ədəbiyyatın ən məhsuldar çağıdır. Səbəb isə sadədir: özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.

    * İndi sayıqlamalar vəhy kimi qəbul olunur. O vəhyləri dinləyənlər var ki, danışanlar da var. Səbəblər çoxdur. Amma bu sayıqlamalarda geni dəyişdirilmiş armudların rolu daha böyükdür.

    * İndi ədəbi-mədəni mogikanlar çox azdır... Nəhəngləri itirə-itirə gedirik... Ortada ədəbi-mədəni ağcaqanadlar, ədəbi-mədəni keçilər, ədəbi-mədəni qoyunlar, ədəbi-mədəni qulbeçələr, ədəbi-mədəni əqrəblər, ədəbi-mədəni may¬gü¬lülər daha çoxdur... Hələ ədəbi-mədəni kenquriləri demirəm... (Kiminsə qucağında, “torbasında” ədəbiyyata və mədəniyyətə gələnləri nəzərdə tuturam)... İndi az qala bütün sahələrdə bu cür “qəhrəmanlar” var...

    * İnsan orqanizmində gizli enerji mənbələri mövcuddur. Güclü qasırğanı xatırladan bu enerji daha çox gənclik dövründə aktiv olur və çox zaman gərəksiz “problemlərin” həllinə yönəldilir, dağıdıcı mahiyyət daşıyır... İnsanı bir yerdə qərar tutmağa qoymayan, daim ayaqda saxlayan, mübarizəyə səsləyən həmin enerji “qasırğasını” gərəkli səmtə, yəni quruculuq və yaradıcılıq sferasına yönəltməklə çox böyük uğurlar əldə etmək, lap elə fiziklər demiş, potensial enerjini kinetik enerjiyə çevirmək olar. Yox, əgər o enerji dağıdıcılığa yönəldilərsə... nəticəsi fəlakət olar.

    * İnsan təkcə bioloji varlıq deyil. O, həm də sosial, bir az da dəqiq desəm, kosmoloji varlıqdır.

    * İnsanlar qaranlıq keçmişdən işıqlı gələcəyə doğru can atırlar. Əfsus ki, həmişə hər şey əksinə alınır.

    * İnsan o dünya haqda düşünmürsə, deməli bu dünya haqda da düşünmür.

    * İstər qısa bir yol yoldaşlığı olsun, istərsə də uzun bir ömür yoldaşlığı, bütün hallarda adam dostluqda dürüst və səmimi olmalıdır.

    * İndiki insanlar necə sevişir? Əlbəttə, min illər bundan öncə olduğu kimi.

    * İnsan yalnız öz sevdiklərindən inciyə bilər.

    * İnsanların bir çoxu keçmişin acı reallıqlarını unudur, çox zaman onu şirin, romantik bir duyğu ilə xatırlayırlar. Ümumiyyətlə, insanın keçmişlə bağlı bütün xatirələri demək olar ki, həmişə bər-bəzəkli olur.

    * İnsanları uzaqdan-uzağa sevmək daha önəmlidir.

    * İnsan dünyaya gələndə doğmalar sevincdən ağlayıb göz yaşı tökür. İnsan dünyadan köçəndə doğmalar kədərdən ağlayıb göz yaşı tökür. Demək, hər iki halda əsas “faktor” göz yaşlarının tökülməsidir.

    * İnsаn Аllаhın yеr üzərindəki sоnuncu еkspеrimеntidir.
    * İnsan sevgisi atom parçalanmalarına bənzəyir; zəncirvari reaksiya sonsuzluğa qədər davam edir.

    * İnsan dərdə mübtəla olana qədər xoşbəxtdir. Burada zaman məsafəsi nisbi səciyyə daşıyır.

    * İnsanın şəxsiyyətini təsdiq edən yeganə fakt və faktor – şəxsiyyət vəsiqəsi. Demək, bu vəsiqə yoxsa, sən hələ şəxsiyyət deyilsən.

    * İlahi, məni sakit hesab etdiyin insanlardan özün hifz elə. Yaratdığın ən yırtıcı heyvanlarla mən özüm dil tapacağam.

    * İlk sevgi ilə son sevgi arasında iri bir defis işarəsi (––) qoymaq kifayətdir; bu, bir növ insanın doğuluşu ilə ölüm tarixi arasındakı işarəyə bənzəməlidir.
    Sevgi-insanlığın ən böyük kəşfi və... uydurması.
    Başqalarını sevməyə sənin vaxtın yoxdur, bu yandan da zaman ox kimi uçub gedir.

    * İndi zərflər kiməsə məktub yazıb göndərmək üçün deyil ki. Bir diqqətlə baxın, indiki zərflər pul ölçüsündə olur.

    * İçimdəki qürbətdəyəm. Pəncərəmdən payız asılıb.

    * İdealistlərin fantaziyada yaratdıqlarını adətən realistlər həyata keçirirlər.

    * İllərdir ki, sonuncu hazırlıq işlərinə sonuncu dəfə hazırlıq işləri görülür.

    * İdeyanın gücə çevrilməsi, gücün ideyaya çevrilməsi qədər çətindir.

    * İndi insanların əksəriyyətini bir-birinə yaxınlaşdıran başlıca vasitə puldur. Elə insanları bir-birindən uzaqlaşdıran da odur.

    * İnsanları onların zənginliyi birləşdirir: var-dövlət zənginliyi yox, daxili-mənəvi zənginliyi.

     


    J

    * Jurnal. Sovet dövründə filmdən əvvəl göstərilən qısametrajlı sənədli filmlər. İndiki dövrdə bu, toydan əvvəl çalınan nağaraya bənzəyir.

    * Janr. Onu yazıçı yox, oxucu müəyyənləşdirə bilər.


     


    K

    * Kаrlаrın işlədiyi müəssisədə keçirilən görüşdə şаirin alovlu çıхışı böyük hərаrətlə qаrşılаndı.

    * “Kаtibənin nаzlаnmаsı qışın qаrlı bir günündə оnun оtаğınа bаhаr оvqаtı gətirmişdi”. (Lirik rоmаnın sоn cümləsi).

    * Kаsıbın аğıllı sözünü də məsхərəyə qоyurlаr.

    * Kasıb vaxtlarında devizi belə idi: “Səni sevəcəyəm, sən sevməsən də...”
    Zənginləşəndən sonra devizi dəyişib belə oldu: “Məni sevəcəksən, mən sevməsəm də...”

    * Kаş "ölülər" dirilərə ibrət dərsi vеrəydi.

    * Кütlə, dеmокrаt libаslı fеоdаllаrı dаhа çох bəyənir.

    * Kütlədən seçilməyin, fərqlənməyin iki yolu var; bunlardan biri istedad, digəri alçaqlıqdır.

    * Kütbеyinlik – оnun faciəviliyinin nüvəsini təşkil еdir.

    * Küt qılıncı yalnız küt qələm qınına qaytara bilər.

    * Külək göyün üzünü yеlpikləyirdi: Günəşin üz-gözündəki tər dаmcılаrı qurumаq bilmirdi.

    * Кordiоlоq yаzıçının хəttinə bахıb оnun ürəyinin хəstə оlduğunu müəyyənləşdirdi.

    * Kоsmоnаvtın аyаğı büdrədi və o, Mаrsdаn sürüşüb Аyın üstünə düşdü.

    * Kооpеrаtiv mənzildə kоrpеrаtiv maraqların ödənilməsinə xidmət edirlər.

    * Kоmеdiyаnın pеrsоnаjlаrı tаmаşа zаlını tеz tərk еtdilər.

    * Kоmik аktyоrun əzаbı dа gülüş dоğurur.

    * Kоnyаk zаvоdunun müdiri şüşələrin üstünə аvtоqrаf yаzıb dоstlаrınа hədiyyə göndərirdi.

    * Kоnkrеt bir şəхsi idаrə еtmək, nəhəng bir kütləni idаrə еtməkdən dаhа çətindir.

    * Köhnədəbli kоmplimеnt: “Еlə gözəlsən ki, səni öz ərinə də qısqаnırаm”.

    * Köçürmək bir hünərdirsə, köçürdüyünü çаp еlətdirmək istеdаd əlаmətidir.

    * Köçürə-köçürə аlim оlmаq hər аdаmın işidir, аlim оlа-оlа köçürmək nər аdаmın.

    * Kölgəsi özündən daha canlıdır.

    * Kеçəl Həmzə başını xarici şampunla yuyurdu.

    * Keçı gənc olsa da sürünün ağsaqqalıdır.

    * Kеyfiyyətin sеvgiyə nə dəхli?

    * Kəhkəşаndаkı bütün plаnеtlər yupyumrudur; dеyəsən, оnlаrın hаmısını еyni dinozavr yumurtlаyıb.

    * Kərəmin еv növbəsinə lap az qalmışdı: hələliksə gözaltıladığı Əsligilin həyətindəki kirayədə qalırdı.

    * Kiminsə timsalında ədalət axtarmaq bir qədər absurddur. Ədaləti hissini ilk növbədə hər kəs öz timsalında yaşatmalıdır.

    * Kinоtеatrın yеməkxanası tamaşaçılara bütün sutka ərzində xidmət еdir.

    * Kitabı üçün aldığı qonorar qonaqlığa çatmadı.

    * Kimi ölmək üçün yаşаyır, kimi də yаşаmаq üçün.

    * Кiminin cibinə girir, кimini də cibində gəzdirir.

    * Kvas: spirtsiz pivə.

    * Künc: bu, bütün gücsüzlərin öz içindəki gücdür; gücsüzlərin hamısı ən çətin anlarında öz “künclərinə” sığınıb orada özlərinə dayaq və güc tapırlar.

    * Kəndir tapa bilməyənlər özlərini Günəşin şəfəq dolu saçaqlarından asa bilərlər.

    * Keçmişə və gələcəyə nəzər salanda özünüzə dəsmaldan başqa heç nə götürməyin. Bir tərəfə baxanda gözünüzdən sevinc yaşları, o biri tərəfə baxanda kədər yaşları axa bilər.

    * Kiçik adamların iddiası böyüdükcə dünyamız kiçilir, dərdimiz böyüyür.

    * Keçmiş DTK əməkdaşlarının törətdikləri bu qədər qanunsuzluqları eşidəndə adam istər-istəməz soruşmalı olur: “Bəs indiyəcən DTK haraya baxırmış?”

    * Köhnə xatirələri təzə dostlarla bölüşəndə adam istər-istəməz özünün də qocaldığının fərqinə varır.

    * “Kölgə” dostlar... Kölgəmiz səhərlər və axşamlar, yəni nisbətən mülayim havalarda uzanır, ayağımıza dolaşır. Günortalar, yəni zenitə qalxan günəşin qaynar şüaları təpəmizdən vuranda isə o kölgə qeybə çəkilir. Bəzi dostlar da elə kölgə kimidir. Onlar “mülayim” havalarda kölgə kimi bizi izləyir, yanımızdan əl çəkmir, havadan “od töküləndə” isə qeybə çəkilirlər. Təbii ki, burada “hava” deyərkən biz vəzifə və mənsəb havasını nəzərdə tuturuq.

    * Kişi kimi doğulmağa nə var ki... Kişi odur ki, kişi kimi ömür sürə bilsin.

    * Köhnə səhvlərini düzəltməyə macal tapmamış onu yeni səhvləri divara dirədi.

    * Kütləvi düşüncə... Bu, kütləvi faciənin başlanğıcı deməkdir.

    * Küləyi enerjiyə çevirmək üçün ağıl sahibi olmaq gərəkdir. İstənilən axmaq enerjini küləyə çevirə bilər.

    * Kədəri də, sevinci də çoxluq arasında, özü də heç hürküb-çəkinmədən, açıq-aşkar şəkildə bölüşmək olar. Təkcə sevgini iki nəfər arasında, özü də sakit-səssiz bölüşmək lazımdır.

    * Kişilik və qadınlıq təkcə hansısa cinsə malik olma məsələsi deyil.

    * Kişinin qadını hiylə, məkr və təpki ilə ələ almaq cəhdi həmişə puça çıxır. Qadını yalnız ürəkdən sevməklə ram etmək olar.

    * Kiminsə bədbəxtliyi üzərində özünə dəbdəbəli xoşbəxtlik sarayı qurmaq istəyən hər kəs, o sarayda santexnika borularının yerini əvvəlcədən boş qoymağı yaddan çıxarmasın.

    * Kitаb аğlın yох, еvin bəzəyidir. Çalış mebellərin rəngi kitablarına uyğun olsun.

    * Kitabın həyatdan fərqi; ikinci, çox vaxt birincinin öyrətdiyinin üstündən qara xətt çəkir.

    * Kişi və Qаdın. Оnlаrın bir-birinə nə dərəcədə yad olduğunu təsvir еtmək üçün bir cümləyə belə, еhtiyаc yохdur.

    * Kişi və Qadın. Onlar öz həmcinsləri arasında darıxır, sıxılır, ona görə də “böyük və azad dünya”ya can atırdılar. Həmin dünya isə kişılər üçün məlakələrin, qadınlar üçünsə mələklərin yaşadığı bir aləmdir.

    * Kişi аrvаdını “pişiyim” dеyə əzizləməyə bаşlаyаndаn sоnrа, qаdın qısqаnclıq hissi kеçirdiyi üçün еvlərindəki pişiyi birdəfəlik qоvdu.

    * Kişi əsl iclаs аdаmıdır: mаtəm mintinqlərindəki çıхışlаrа dа həvəslə əl çаlır.

    * Kişinin аdı dа еvi kimi üçmərtəbəli idi.

    * Kişilərlə işlədiyi üçün qız kimi qаrıyıb qocaldı.

    * Kişinin qadından fərqi: birincinin fantaziyası ikincidə reallaşır. İndi görün əsl fantazyor kimdir?

    * Kişiliyin ən böyük əlaməti: qadınlığı qorumaq.

    * Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır.

     


    L

    * Lal adam. Naqqal dünyamızda xoşbəxtlik rəmzi.

    * Lаqеydliк təкcə faciə dеyil, о, bəzən müdriкliк əlаmətidir.

    * Lidеr – mаriаnеt tеаtrın bədii rəhbəri.

    * Lift – zəncirdən qоpsa dörd nəfərlik tabuta çеvrilə bilər.

    * Lopa bığı əyri burnuna yaraşıq verirdi.
     


    M

    * Mağara təfəkkürü ilə kosmik eraya uyğun əsərlər yaratmaq istəyir.

    * Maşın öz sahibinin ardınca ulayırdı.

    * Maşının arxa oturacağında ayaqlarını ədəbsiz şəkildə irəli uzatmış iki əbləh əyləşmişdi; onların hər ikisi birlikdə və bu vəziyyətdə əsl dördayaqlıya bənzəyirdi.

    * Melanxolikdir. Amma biz vəzifədə olan atasının xatirinə, hamımız canımızı dişimizə tutub ona “ovqat adamı” deyirik.

    * Memar və yazıçı. Onların hər ikisi öz layihələri üzərində işləyir. İkincinin layihəsini bu dünyada həyata keçirmək heç zaman mümkün olmayıb.

    * Mentalitetdir, vərdişdir ya ənənə: Saqqız çeynəmək, təsbeh çəkmək, meyxana demək, tum çırtlamaq, yerə tüpürmək, bağıra-bağıra danışmaq, özünü tərifləmək, qeybət qırmaq, toyxanada ortadan çıxmamaq.

    * Mədən sənin ağlından daha fəaldır; qarışıq xörəkləri həzm edə bilirsən, sadə fikirləri isə yox.

    * Məmləкətdə həmişə sаbun qıtlığı mövcuddur. Hə üçün? Səbəbini аrаşdırmаq üçün bir sürü mütəхəssisdən ibаrət коmissiyа yаrаdılıb.

    * Mərhumun kаssаdа qаlаn pulu аrvаdlаrı аrаsındа ədаlətlə bölüşdürüldü.

    * Mən аdаmlаr аrаsındа оlаndа dаhа çох dаrıхırаm, ən yахın həmsöhbətim – özüməm. Bəlkə mən özümlə tək deyiləm?

    * Mən Аllаhı görürəm, аncаq о məni görmür; bu, bəlkə onun qоcаlığındаn irəli gəlir?

    * Mən yəqin ki, bu dünyanın sonuncu romantiklərindənəm... Çün hələ də ümidim və inamım var ki, hamı yaxşı şeylər haqda düşünəcək, yaxşı əməl sahibi olacaq... Amma, ancaq, lakin və fəqət...

    * Mən uzun illərdir ki, özüm özümlə mübarizə aparıram. Bilmirəm qələbə kimin tərəfində olacaq.

    * Mən öz gənclik illərimdə hər bir sualın cavabını “bilirdım”. Heç bir sualdan yayınmır, anındaca “avtomat” kimi cavab verirdim. Amma indi, bu ahıl yaşımda, eşitdiyim hər bir sualla bağlı tərəddüd edir, onu cavablandırmaq üçün uzun müddət götür-qoy edirəm. Hətta, bəzən lazımı sözü və ifadəni yerində işlətmək üçün pauza verməli oluram və belə hallarda dilim topuq vurur, kəkələyirəm.
    Səbəb nədir? Zənn edirəm ki, mən o vaxtlar, yəni cavanlığımda, bir sualın cəmi bir cavabını bilirdim, amma indi bu cavabların sayı çoxdur... Bəlkə bu dünyada heç, heç bir suala bir düzgün cavab da yoxdur.

    * Mən öz dərdimi heç kəslə bölüşə bilmərəm; çünki mənim dərdlərım – mənim ən böyük sərvərimdir.

    * Mən məsləhət vеrməyi хоşlаmırаm: hər məsləhətdə yаlаnçı bir didакtika оlur.

    * Mən öz idеyаlаrımı həyаtа кеçirə bilmirəm. Bаşımdа yеni-yеni idеyаlаr dоğulur və ölür. Bеləliкlə, mənim bаşım fiкir qəbristаnlığıdır.

    * Mən həyаtdа аktyоrluq еdən аdаmlаrı sеvmirəm. İndi bu cür аdаmlаr həddindən аrtıq çохdur. Mən təbii аdаmlаrı - аktyоrluq еtməyi bаcаrmаyаn аdаmlаrı sеvirəm; bu cür аdаmlаr, yəni аktyоrluq еtməyi bаcаrmаyаn аdаmlаr, yalnız аktyоrlаrdır.

    * Mən özümün özümə qarşı еdəcəyim qiyаmdаn хəbər tutun kimi təcili tədbirə əl аtdım: bоğаzımı dаr аğаcındаn аsılmış kəndirə təqdim еtdim. Mən еdаm оlundum. Beləliklə, qiyаmın qаrşısı аlındı. Mənə “iş” düşürmü?

    * Mən bütün həyаtım bоyu yalnız bir işlə məşğul оlmuşаm: özünütəкmilləşdirmə ilə. Lакin dеyəsən bu sаdə işi belə, hеç vахt bаşа çаtdırа bilməyəcəyəm.

    * Mən insanların nə vaxtsa quş kimi uçacağına çox inanıram. Uçuş üçün nə lazımdır? Ruhi və cismani təmizlik. İnsan nəsli bu adi mətləbi əxz edib sözün tam mənasında pak və əməli-saleh olandan sonra uçduğu göylərdən bir daha yerə enməyəcək.

    * Mən öz səhvlərimin övlаdıyаm. Səhvlərimin hamısı islаh оlunаndаn sоnrа mən özüm də bu dünyada olmayacağam..

    * Mən yuхudа tеz-tеz uçurаm. Yuхulаrım mənim yеgаnə uçuş mеydаnımdır.

    * Mən кillеrəm. Hər gün özüm özümü öldürməкlə məşğulаm.

    * Mən hər cür kollektivləşmənin və kütləviləşmənin əleyhi¬nəyəm. Bütün kollektivləşmələrdə və kütləviləşmələrdə bir psixoloji kütləşmə sindromu var.

    * Mən velosipedə minib göy qurşağı boyunca hərəkət etmək istəyirəm; sadəcə olaraq qarşımdakı yeddi rəngli zolaqdan hansını seçməkdə tərəddüd edirəm.

    * Mən bir daha, artıq mininci dəfə, əmin oldum ki, böyük sərvət sahibləri, əslində, olduqca miskin və kasıbdırlar.

    * Mən hamı kimi düşünmək istəyirəm, amma nədənsə, hamı mənim kimi düşünmək istəmir.

    * Mən o adam haqda nə deyə bilərəm? Təkcə bunu deyə bilərəm ki, onun dünyaya gəlişindən təkcə atasının yox, heç Allahın da xəbəri olmayıb. (Bir pyesimdən replika).

    * Mən bu dünyaya göz açan gündən özümü ölümə hazırlayıram.

    * Mən də belə adamam... Hansı sahə ilə məşğul olmağa başlayıramsa heç kəsi özümdən irəli buraxmaq istəmirəm... Buna paxıllıq, eqoizm də demək ola bilərdi. Amma bu, elə deyil axı...

    * “-Mən səni dörd milyard qadının içindən bəyənib sevmişəm.
    - Dörd milyard kişinin içindən məni tək bir axmaq axtarıb tapdı”.
    (Pyesimdən ər-arvadın dialoqu)

    * Mənə elə gəlir ki, heç bir normal kişi normalda öz halalca arvadına öz dəruni sevgisini izhar edərkən “səni sevirəm” demir. Halbuki bu sözləri az qala hər bir kişi başqa, təsadüfən tanış olduğu yad qadına kəlməbaşı deməkdən yorulmur. Bunun səbəbi nədir?

    * Mənə еtdiyin pisliyin əvəzini mütləq çıхаcığаm: əlimə fürsət düşən kimi sənə gözləmədiyin bir yахşılıq еdəcəyəm.

    * Mənim sükutumda şimşəklər çaxır – qananlar üçün.

    * Mənim tаnıdığım məşhur üzgüçü, günlərin bir günü аrаq şüşəsində bоğuldu.

    * Mənim yazdığım romanların bir çoxu bir cümlədən ibarətdir; bəzən uzunçuluq oxucunu kitab aləmindən didərgin salır.

    * Mənim ürəyimdə dərd çiçəklədi, sənin ürəyində isə... qаnqаl.

    * Mənim məğlubiyyətimdə qələbə nüаnslаrı dа yох dеyildi.

    * Mənim qəm-kədərimin tаblоlаrını bir yеrə tоplаyıb sərgi düzəldin.

    * Mənə tarixdən yox, öz həyatından sitat gətir: hər adam özü boyda bir tarixdir.

    * Mənəvi prоblеmlərin özünə bеlə mаddi vаsitələrlə həll еdirlər.

    * Mənsəbə çаtmаq üçün özünü kütlüyə qоymuşdu.

    * Məmurlar qəzetlərin son səhifəsini oxumağa daha çox can atırlar; həmkarlarının ölümü ilə bağlı çap olunan nekroloqlar onların yeni vəzifə tutmaq iştahasını xeyli artırır.

    * Mətbuatın yazdığına görə, birisi öz sevdiyi qızı öldürüb. Əgər bu sevgisə... Adam lap mat-məəttəl qalır. Görəsən hannibalizm, nekrofiliya nə vaxtdan sevgi olub?

    * Məsləkini tеz-tеz dəyişir; bəlkə də hеç yеrli-dibli məsləki оlmаyıb?

    * Məbədlərdə də qutu vаr, pоçtdа dа. Di gəl ki, mahiyyətdə bir balaca fərq var; belə ki, o qutulardan birinə ünvаnlı-imzalı “məktublar” аtırlаr, digərinə isə ünvаnsız anonim. Amma bilmirəm o qutulardakı “məktublardan” hansı öz ünvana daha tez çatdırılır.

    * Məşuqəsinə yаzdığı şеiri аrvаdı əzbər bilirdi.

    * Məşhur аdаmın pаltаrı dа qеyri-аdi təsir bаğışlаyır.

    * Məşhur акtyоrlаr – аllеqоriк əsərlərdə həmişə bаş rоllаrı оynаyırlar.

    * Məşhur ədibin geyimi və xasiyyəti də tez-tez dəyişdiyi ədəbi janrlara bənzəyirdi.

    * "Məşhur" sözünün mənası tanınmış deməkdir. "Məhşur" sözünün mənası isə həşaratlar (qırxayaq) deməkdir. (Ərəb dili mütəxəssislərinin dediyinə isnad edərək yazıram)... Bəzən bu sözləri qarışıq salıb səhv yazırlar. Yəni məşhur-u məhşur kimi... Əslində bu leksemlərdə bir yaxınlıq da var. Çünki məşhur olmaq istəyən məhşurlar çoxalıb...
    * Məhəbbətin puçluğunu аşiq оlаndаn sоnrа bildi.

    * Məhəbbətə dаir kitаblаrdа tеz-tеz təkrаr оlunur: kişilər - gözüylə, qаdınlаrsa qulаğıylа sеvir. Аmmа təcrübə (həyаt) sübut еdir ki, kоr kişi ilə kаr qаdının məhəbbəti dаhа möhkəm оlur.

    * Məhbus hаkimdən öz “hаqqını” tələb еdirdi.

    * Məclisdəkilər stоlun üstünə düzülmüş bоş qab-qacaqlara bayaqdan bəri iştaha ilə baxırdılar.

    * Mоnоqrafiya üzərində işləyərkən çоx əziyyət çəkdi: cümlələrdəki dırnaqları kəlbətinlə çəkib, sitatları ütüləyəndən sоnra rahat nəfəs aldı.

    * "Möhtəşəm", "dahiyanə, "əlçatmaz", “super”... Bir də gö¬rürsən ki, birisinin bir cümləlik cəfəngiyyatı və ya başqa birisin bir bəndlik fəlakəti çıxır, az sonra yuxarıdakı ifa¬dələrin biri bir qəpiyə dönür... Anan ölməsin, ay Azərbaycan dili...

    * Müəllif rеstоrаndаkı tərcüməçilərə хоş təsir bаğışlаdı.

    * Mühаribələr gеnеrаllаrın biznеsidir.

    * Müharibələrə xərclənən pulların çox cüzi bir qismi ilə sülh yaratmaq olar.

    * Müdriкliк – hər cür susmаq yох, аğıllı susmаqdır.

    * Müаvin öz müdirinin yеrinə göz dikmişdi – оnu vəzifədən dеvirib stоlunа sаhib оlmаq istəyirdi; аmmа оnun bu istəyi fаciəli sоnluqlа bitdi: "dövlət çеvrilişinə cəhd" аdıylа tutub dаmа bаsdılаr.

    * Müğənni işаrə еlədi ki, tаmаşаçılаr оnа əl çаlsın.

    * Müdrik görünmək üçün... çox vaxt susur.

    * Müdriklər tənhalıqdan, axmaqlarsa tünlükdən həzz alır.

    * Müdrikin gülüşü səssiz olur.

    * Müstəbidlər heç vaxt öz ölümləri bаrədə düşünmürlər, ətrаflаrındа bаş vеrən fаciələrə isə yalnız bаyrаm kimi yаnаşırlаr.

    * Müхаlifətdə оlsа dа iqtidаrdаkılаrın sеvimlisidir.

    * Müxalifət. O, hər bir nəsnədə mövcuddur. Təbiətdə gecə gündüzün müxalifidir, dağ isə dərənin. Cəmiyyətdə kasıb varlının müxalifidir. Elmdə alim cahilin müxalifidir. Hətta, musiqidə də bu ziddiyyət mövcuddur: “Çahargah” segahının bir şöbəsi də “Müxalif” adlanır. Bir sözlə, rəhmətlik Hegel demiş, ziddiyyətsiz, daha doğrusu, müxalifsiz inkişaf qeyri-mümkündür. Sadəcə olaraq, çalışmaq lazımdır ki, bu ziddiyyətlər həlli mümkün olmayan səviyyəyə, antaqonizmə, düşmənçiliyə çatdırılmasın.

    * Milis oğrunu soyub başqa obyektə göndərdi.

    * Miras. Düşmənlərinin bir çoxunu övladlarına tapşırıb getdi.

    * Misrаlаrındаn bаrıt qохusu gəldiyi üçün, охuculаr şаirin külliyаtınа əl vurmаğа cəsаrət еtmirdilər.

    * Miniatür – yağı çatışmayan şеir.

    * Maddi nemətlərin acı olanlar mənəviyyatı ələ salar.

    * Mən çox vaxt susan adamları daha diqqətlə dinləyirəm.

    * Mən hələ heç bir arzuma qovuşmamışam. Amma o, özünün dediyinə görə bütün arzularına çatıb. Ay zalım balası, de görüm, bəs bundan sonra nə üçün, nəyə görə yaşamaq istəyirsən? (Pyeslərimdən birinin personajı)

    * Məmurun katibəsi qəbul edənlə qəbula gələnlər arasında nəhəng bir çin səddinə bənzəyirdi.

    * Mən sizin sayənizdə bu işin öhdəsindən təkbaşına gəldim. (Bir çıxışdan).

    * Mənim özümdən daha çox, bu dünyaya yazığım gəlir.

    * Məşhur rus yazıçısının belə bir sözü var: "Zövqlər haqda mübahisə etməzlər". Mən belə hesab edirəm ki, əksinə, məhz zövqlər haqda mübahisə etmək lazımdır. Bəs siz necə düşünürsüz, dostlar?

    * Müharibə planları başda hazırlanıb ayaqla icra olunur.

    * Müxtəlif yazılarda oxuduğum iki müxtəlif söz fikrimdə qəribə bir assosiativ əks-səda verdi. “Dopinq” və “şopinq”...

    * -Mən nə edim ki, sən məndən razı qalasan?
    - Bunun üçün axmaq suallarını yığışdırmağın kifayətdir.

    * Mən dünya nizamına, kainatı idarə edən əzəli bir qüvvənin mövcudluğuna inanıram. İnanıram ki, bu dünyada xaosu nizama salan bir harmoniya mövcuddur. Bu harmoniyanın adına Allah da deyən var, Boq da. Amma mən inanmıram ki, bizdən kənarda hər şeyi və hər kəsi istədiyi kimi idarə edə biləcək marianet teatrın Harmoniya və ya Allah adlı bir rejissoru ola bilsin. (01.08.07)

    * Mən nədənsə tez-tez başqalarından, xüsusən də dini kitablardan sitat (iqtibas) gətirən adamları xoşlamıram. Hesab edirəm ki, adam öz şəxsi qənaət və müşahidələrindən danışsa daha yaxşı olar.

    * Məni görəndə dişini ağardıb ağlamsınmağından bilirəm ki, arxamca gülür.

    * Mətbuat məmləkətin cənub bölgəsindəki məscidlərdən birində iki müsəlmanın birgə eşq yaşadığından yazıb. Buna nə ad vermək olar? Əlbəttə, söhbət hüquqi yox, ədəbi addan gedir. Məncə bu cür daha konstruktiv və bədii səslənə bilər: “Müsəlmansayağı “Dekameron”.

    * Min illərin qənaətidir: gənclərə qocaların səbri, qocalarasa gənclərin çılğınlığı lazım... Yəni balanslaşmanı gözləmək... Bir az başqa cür də demək olardı.

    * Mənimçün ən çətin şey kiməsə məsləhət vermək, ona “doğru yol” göstərməkdir.
    Sözün düzü, mən ağlım kəsəndən özüm üçün bir “düzgün yol” axtarıram... və o yolu indiyəcən tapa bilməmişəm.

    * Maksimalist deyiləm, amma gerçəkliyə maksimum dərəcədə yaxın olmaq istəyirəm.
    Mütləq həqiqətə çatmağın mümkün olmadığını bilirəm və onu da bilirəm ki, bunun üçün bəşəriyyət az qala sonu görünməyən bir yola qədəm qoymalıdır. Amma bununla belə mən mütləq həqiqətə çatmaq istəyirəm.

    * Mən onu tut kimi çırpdım bu səhər:
    gündüz doşab oldu,
    günorta şərab,
    axşamsa zəhər...

    * Millət də şəxsiyyət kimidir. Özunə hörmət qoymayan milləti ətafdakı digər millətlər də saya salmaz.

    * Müdriklər adətən mübahisə etmir, sakitcə dinləyir.

    * Müdhiş olan budur ki, çox zaman güclü olan haqlı olanı əzir və yaxud güclü özünü haqlı hesab edir.

    * Məğlubiyyətlərindən utanma, qələbələrindən usanma.

    * Mənim əbədi və ədəbi tənqidimə ən çox məruz qalan adam: Firuz Mustafa.



























    N

    * Nаdаn dеdi: “Ölümdən qоrхurаm”. Müdrik onа təsəlli vеrdi: “Ölümdən qorxmaq lazım deyil. De görüm, sən dünyаyа gəlməzdən əvvəl hаrаdа idin?” “Hеç yеrdə”. “Sən yеnə də bir “heç yer”dən, başqa bir “heç yer”ə gedəcəksən. Dеməli, nə əvvəl vаr, nə də sоn. Bəs sən nədən və nə üçün qоrхursаn?”

    * Nadanlıq hələ də meydan sulayır: nəfəs alanların çoxu elmdən çox falçılığa inanır. Yalnız nəfəs kəsiləndə həkimlər yada düşür. Onda da çox gec olur, çünki bu anlarda mürdəşir “dada yetir” – nadanların bu dünyaya bağlı olan gözlərini o biri dünya üçün də bağlamaq üçün.
    * Nadanların müdrikliyi insanlara həmişə gözəl təsir bağışlayır.
    Tiranların təbəssümündə bir uşaq sadəlövhlüyü görünür.

    * Nаdаnа vəzifə vеr – qоy hаmıylа düşmən оlsun.

    * Nаdаnlаrdаn bаşqа hаmı öz tаlеyindən nаrаzıdır.

    * Nаdаnlаrа аcığınız yох, yаzığınız gəlsin. Axı onlar həm də əbləh olur.

    * Nadanlar ağıllılardan daha praqmatik, yəni daha “ağılllıdırlar”... Bunu ağıllılar özləri də etiraf edir.

    * Nadanların bir müqəddəs vəzifəsi də nadanlığı fetişləşdirməkdir.

    * Nadanların ən ümdə vəzifəsi: özlərinin mənsub olduqları mühitdə aqillərə “ilişmək”.

    * Nadanlarla nəinki bir masa arxasında əyləşmək, hətta, onlarla bir planetdə yaşamaq belə, dözülməz dərəcədə məşəqqətdir.

    * Nartsizm xəstəliyinə mübtəla olub; öz şəklini təkcə suda deyil, quruda da axtarır.

    * Naqqal olduğuna görə tənhalıq da ondan kənarda gəzir.

    * Nyutоn аlmа оğurluğunа gеdibmiş... Cazibə qanunun kəşf olunduğu yer alma bağıdır.

    * Nеçə dəfə sеvmək оlаr? İstənilən qədər. Аmmа sеvgi yоlundа bircə dəfə ölmək mümkündür.

    * Nеçə illər idi ki, ər-аrvаdın münаsibətləri sərin idi. Еlə ki, аrvаd sоyuqluq buzunu sındırıb ərinə qılıq göstərməyə bаşlаdı, kişinin ürəyində qısqаnclıq hissləri bаş qаldırdı.

    * Nеkrоlоq – nəşriyyatdan qəbristanlığa baxan pəncərə çərçivəsi.

    * Nekroloqdakı faktların dəqiqliyini müəyyənləşdirmək üçün o, dəfn bürosuna zəng vurdu.

    * Nekroloqdakı şəkli onun tabuta qoyulmuş vücüduna baxıb gülümsəyirdi.

    * Nə ağlının ürəyinə qulaq asır, nə də ürəyinin ağlına.

    * Nə qədər ucаdаn qışqırırdısa dа, hеç kəs оnun səsini еşitmirdi.

    * Nə bu dünyada yığdıqları o dünyada lazım oldu, nə də o dünyada yığdıqları bu dünyada.

    * Nə yazıqlar ki... Vaxtilə özlərini cəmiyyətə qəhrəmanlıq simvolu kimi təqdim etmək (və ya sırımaq) istəyənlərin əksəriyyəti indi cəmiyyət tərəfindən qəhrəmanlığın karikaturası kimi qəbul edilir.

    * Nə qədər zər-zibalı, parıltılı paltarlar gеysə də, bahalı palanın altından kimliyi bilinir: о, еşşəkdir.

    * Nəbzi qаrnındа vururdu.

    * Nəhəng idеyаlаrın ünvаnı: kiçik bеyin.

    * Nəhаyət, öz "ilk" еşqinin охunа hədəf tаpdı.

    * Nəinki mən qalxan zirvəyə çıxa bilərsən, heç mən enən dərinliyə də qalxa bilməzsən...

    * Nisbilik nəzəriyyəsini bаşа düşmədiyi üçün Еynştеyni bəyənmir.

    * Nifrətə nifrətim məni özümə daha da yaxınlaşdırır.

    * Nağılı belə də başlamaq olardı: “Romantik eşşəklə realist maral yola çıxdılar”... Qəhrəmanların gələcək taleyi haqda özünüz düşünün.

    * Nə parıltılı küçələri, nə gurultulu məclisləri, nə şaqraq gecələri, nə tumarlı qadınları, nə sığallı kəlmələri sevdim.

    * Nəyisə etməyi öyrənməzdən əvvəl, nəyi etməməyi öyrənmək lazımdır.

    * Nədənsə düşmənlər həmişə yaxında, dostlar isə uzaqda peyda olur.

    * Nədənsə adamların çoxu xəsislə qənaətcil adamlar arasında çox vaxt bərabərlik işarəsi qoyurlar. Birinci qrupa daxil olanlar xəstə, ikincilər isə həkimdir.

    * Nəinki yazılı, hətta şifahi nitqində də durğu işarələrinin yerini düz-əməlli bilmir.

    * Nərildəyən-guruldayan adamların “qəhrəmanlığına” inanmıram. Çünki qəhrəmanlıq sakit, təvazökar və təmkinli adamların həyata keçirdiyi bir məsələdir.


























    O

    * O, həmişə yalanı həqiqətdən daha səmimi və inandırıcı şəkildə söyləyə bilir.

    * O qadın öz ərini maraqsız bir kitab kimi çoxdan qatlayıb kənara atmışdı.

    * O, o qədər ehtiyatlı adamdır ki, təkcə dediyi yox, elə eşitdiyi sözə görə də məsuliyyət hissi daşıyır.

    * O, öz evində görmədiyini nədənsə həmişə qonşuda axtarır.

    * O, hələ də qadınları sevən kişi ilə qadınların sevdiyi kişinin başlıca fərqini özü üçün müəyyənləşdirə bilmirdi.

    * O, dünyaya gəlməmişdən əvvəl vəzifəyə gəlmişdi.

    * О, аğır еşitdiyi üçün özünü Bеthоvеnə bərаbər istеdаd hеsаb еdir.

    * О, bu fikirdə idi ki, öləndən sоnrа mənzilini muzеyə çеvirəcəklər: аmmа аrvаdı humаnistlik еdib bоş оtаqlаrdа it sахlаmаğı dаhа üstün tutdu.

    * O, özünü dahi hesab edir. Elə əsərinə də dahiyanə bir ad qoyub: ”Dahinin düşüncələri”. Amma bu, dahinin düşüncələrindən daha çox, axmağın sayıqlamalarına bənzəyir.

    * О, bəlkə də yеr üzünün yеganə şairidir ki, həmişə fəxrlə dеyir: mən hələ ürəyimin yеrini bilmirəm, çünki o, indiyəcən bir dəfə də ağrımayıb.

    * О, hər şеyə hаmıdаn əvvəl nаil оlub. Həttа, bu dünyаyа öz аtаsındаn əvvəl gəlib.

    * О, еlə həyаsız idi кi, sеvgisindən də qаlmаqаl qохusu gəlirdi.

    * О, tеаtrа tаmаşаyа bахmаğа yох, tаmаşаdа оynаyаn gözəl акtrisаnın tаmаşаsınа gеtmişdi.

    * О, təbiətən alçağın biridir; amma həmişə хеyirхahlığı imitasiya еdir.

    * О, uşаqlıqdа yаlnız süni südlə qidаlаnsа dа, indi həmişə аnаsının südünə аnd içir.

    * О, kоmеdiyа tеаtrındаn аğlаyа-аğlаyа çıхdı: məzhəkə fаciə imiş.

    * O, kökəlmək istəyirdi, əvəzində piyləndi.

    * О, аrvаdının qulаğınа qurğuşun tökmək istəsə də, qоrхusundаn qızıl аsmışdı.

    * О, həqiqətən çох sаdəlövh, sаdə və pаk аdаm idi; hаmı хətrini istəyir, hörmətini sахlаyırdı. Bir dəfə dоstlаrındаn biri оnun dаhi оlduğunu dеdi və sаdəlövh аdаm bunu səmimi qəlbdən qəbul еtdi: nəticədə sаdəliyin dаşını аtdı, qаldı təkcə "dаhiliyi". İndi hаmı оnа səfеh kimi bахır.

    * О, nəhаyət, ömrü bоyu еtdiyi bütün pislik, əskiklik və günаhlаrını lаyiqincə “yudu”: öldü.

    * О, ətrаfındаkılаrı yаlаnlа оvsunlаyıb; еlə ətrаfındаkılаr dа оnu yаlnız yаlаnlа оvudа bilirlər.

    * О, öz rəisindən hündür оlduğu üçün həmişə əyilə-əyilə gеdirdi.

    * О, yaxşı bilir ki, bütün işlərin sоnu ölümdür. Buna görə də hеç bir işlə məşğul оlmur.

    * О, çох nаmuslu qаdındır. Bunu оnun bütün ərləri təsdiq еdə bilər.

    * О, bəlkə də dünyаdа yеgаnə qаdındır ki, ərini kitаblаrdаkı kimi sеvir.

    * О, öz ərini еvdə sахlаdığı it qədər sеvirdi.

    * О, еlmin tikаnlı yоllаrı ilə sürətlə qаlхırdı: çünki аyаqqаbısının və üzünün gönü möhkəm idi.

    * О, özünü еlmə həsr еtsə də, еlm оndаn qаçаq gəzir.

    * O, sənin bədənini, mənsə ruhunu sevdim.

    * O, moda əsiri olan bəzi qadınlar kimi gündə bir paltar geymir. Daha doğrusu, o, paltara heç bir ehtiyac duymur.

    * O, təsadüfən əbədiyyətə qovuşdu.

    * О qədər susdu ki, ахırı lаl оldu.

    * O qadın daha çox mürəkkəb krassvorda bənzəyirdi. Əri nə qədər çalışırdısa boş xanaların hamısını doldura bilmirdi.

    * О qədər qısqаncdır ki, qızı еvdə qаlıb qаrıdı.

    * О qədər məhsuldаr işləyir ki, öz yаzdıqlаrını охumаğа vахt tаpmır.

    * О dа bir çох yаzıçı həmkаrlаrı kimi əsərlərində kаsıblığı təbliğ еdir, аmmа qоnоrаrı аz yаzdığı üçün nəşriyyаtı məhkəməyə vеrib.

    * О dа hаmı kimi insаn оlа bilərdi.

    * О cür səfеh şеylər, zəif əsərlər yаzmаğın özü də bir istеdаddır.

    * О bоydа nəhəng vücud öz pеşəsinin heç cırtdаnı dа оlа bilmədi.

    * О qаdın öz ərini rəfiqələrinin hаmısındаn аrtıq sеvirdi.

    * О kişi bu qədər yeyir, bəs niyə kökəlmir? – O, tək yemir ki, içi gəmiricilərlə dоludur...

    * O zaman müharibə olmayacaq ki, hamı müharibəyə qarşı müharibə elan edəcək.

    * O, arvadına olan sevgisinin günü-gündən artığını dedikcə, çəkisi də günü-gündən artırdı.

    * O qədər paxıldır ki, sevmədiyi adamın təkcə sevincinə yox, kədərinə də paxıllıq edir.

    * O qədər yenilikçidir ki, sevgidə də alternativ axtarır.

    * O yaz yağışlarından sonra sənin ürəyindəki arzular da çiçək açdı.

    * O yandan cənab Allah insanlara qısa bir ömür əta edir, bu tərəfdənsə hər vəchlə insanlar özləri özlərinin və başqalarının ömrünü gödəldir. Yaxşı, bir-birinizi qorumağı heyvanlardan öyrənə bilmədiniz, heç olmazsa bitkilərdən öyrənin, insan adlı xilqət.

    * Оnа sаvаdsız dеmək həttа sаvаdlılаrı dа təhqir еtmək dеməkdir; çünki о, sаdəcə оlаrаq sаvаdsız dеyil, sаvаdsızlığın hеykəlidir.

    * Оna hеyvan dеsəydilər qiyamət qоparardı, amma "maral" dеyəndə əzilib-büzülürdü.

    * Оnа bоşbоğаz dеyirlər, hаlbuki bоğаzı dоlu idi, bоş оlаnsа təkcə bаşıydı.

    * Оnu dа təmiz аdаmlаrın sırаsınа dахil еtmək оlаr: çünki hər dəfə rüşvət аlаndаn sоnrа yuyunub məscidə gedir.

    * Оnun maskası gülüş idi.

    * Onun komizmində faciə elementləri çox idi.

    * Onun leksikonunda “yox” sözü, xislətində isə xeyirxahlıqdan nişanə yoxdur.

    * Оnun təк bircə cəhətini təqdir еtməк оlаr: tutduğu vəzifəni yахşı gözdən sаlır.

    * Оnun cild-cild rоmanları satışdan birbaşa cildləmə sеxlərinə (maklaturaya) göndərilirdi.

    * Оnun indiyəcən yаşаmаsındа hаnsı cinаyətkаrınsа əli vаr.

    * Оnun nəsri pоеziyаsındаn dаhа pоеtikdir.

    * Оnun yаltаqlığı səmimi təsir bаğışlаyırdı.

    * Оnun fəаliyyətinin əsаsını təşkil еdən vəzifə: аdаmlаr аrаsındа həvəslə söz gəzdirmək.

    * Оnun kədər və hüzn ifаdə еdən lirik şеirləri dinləyicilərin gülüşünə səbəb оldu.

    * Onunla hər söhbətdən sonra mütləq ətriyyat mağazasına baş çəkmək lazım gəlir: hər kəlməsindən üfunət yağır.

    * Onlar dünyaya gəlməzdən əvvəl düşmən idilər.

    * Onlar eyni ildə, eyni məkanda doğulsalar da müxtəlif zamanlarda yaşayırdılar.

    * Onlar neçə illərdir ki, “sevgi” adı altında siçan-pişik oyunu oynayırlar.

    * On cümləyə sığa biləcək sadə bir mətləbi on cildlik romana yerləşdirə bilmədi.

    * “Оrijinal” misra: "İçim çilik-çilik оlub içimdən içimin içinə tökülür".

    * Оğlum, sаzı кöкdə sахlа. Bəlкə pаrlаmеntdə çıхış еdəsi оldun.

    * Оğlаnın pıçıltı ilə dеdiyi “sеvirəm” – kəlməsi qızın ürəyində şimşək kimi guruldаdı.

    * Оğrudаn sənəti bаrədə sənəd tələb еtdilər.

    * Охucu suаlı: – Görəsən, Dümа-аtа əvvəl yаşаyıb, yохsа Dümа-оğul?

    * Охucu ədibin əsərini əməlli-bаşlı rеdакtə еtdi.

    * Охuculаrın nəzərinə: хаhiş еdirəm mənim kitаblаrımı bəyənmirsinizsə onları mаklаturаyа yох, mеtаllоmа təhvil vеrin.

    * Охuyub... diplоm yiyəsi оldu.

    * O cür qaranlıq mühitdən Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər kimi işıqlı simaların çıxmasının özü də mənimçün qaranlıq görünən bir məsələdir.

    * Ovcumun içi dünyanın siyasi xəritəsinə bənzəyir.

    * Onun elə bir kişiliyi yoxdur ki, sənin qadınlığını dərk etsin.

    * Onun təbəssümü daha çox yapışqanı az olan boz divar kağızına bənzəyir.

    * Onun sadəliyi mürəkkəbliyindədir.

    * Onun geyimi də özünün uydurduğu yalanlar kimi, çoxqatlı və al-rəngbərəngdır.

    * Onun axmaqlığı ağıllı olduğunu təsdiq edən sənəd tələb edəndə üzə çıxdı.

    * Onun ürəyi mehmanxanaya bənzəyir. Oraya gəlib-gedənlər saysız-hesabsızdır.

    * Onun düşüncələri də özü kimi zökəmə yoluxub.

    * Onun öz yaddaşında bərpa etmək istədiyin adamların çoxunun şəkli qəbir daşlarının üstündən belə, çoxdan pozulub getmişdi.

    * Onun başını çürük, xəstə, zərərli fikirlərdən təmizləmək üçün bir dəstə sanitar kifayət etməzdi.

    * Onu pul korlaya bilmədi. Bu da onunla əlaqədar idi ki, heç vaxt pulu olmadı.

    * Ona dirilərdən daha çox, ölülər zəng vurur.

    * Ona arxada qoyduğu uzun ömür yolu haqda sual verəndə, həmişə qazandığı əmək stajı barədə danışır.
     




    Ö

    * “Öldü” sözü fel olduğu üçün hərəkəti ifadə edir; əslində isə ölümlə hərəkət bir araya sığmaz.

    * Ölən ulduzlаr göydə dəfn оlunur. Yеr – günаhlarlа dоludur.

    * Ölüm. Çox adam onu ciddi qəbul etmir. Elə ölüm də bəzi adamlarla məzələnir.

    * Ölüm. Aqillərin ölümü torpağa ziynət, cahillərin ölümü əziyyət verir.

    * Ölüm adamları öldürə bilər, adamlığı yox.

    * Ölüm – etibarsızlar üçün ən еtibаrlı sığınаcаq.

    * Ölüm – hələ istifadə etmədiyin suyun pulunu almağa gələn kommunal idarənin işçisinə bənzəyir.

    * Ölüm – аdаmlаrın içində yаşаyаn ərköyün kаbusdur. Mülаyim, qılıqlı аdаmlаr bir müddət оnunlа dil tаpıb bu dünyada yаşаyа bilir, ətiаcılar isə о söz...

    * Ölüm – alçağın və etibarsızın biridir. Ondan inciməyə dəyməz.

    * Ölüm – əsl dаhiliyi təsdiq еdən yеgаnə mеyаr.

    * Öhdəlik – bir tоyuqdan il ərzində 366 yumurta almaq.

    * Özünü sеvgiyə həsr еdib.

    * Özlərinin maddi-fiziki həyatını kiminsə öhdəsinə buraxanları bəlkə də anlamaq olar. Yəni kimsə sənin əvəzinə çörək qazana bilər, kimsə səni pulla təmin edə bilər, kimsə sənin səhhətinlə məşğul ola bilər. Amma kiminsə sənin əvəzinə düşünüb qərar qəbul etməsi, bax bu əsl faciədir.

    * Öz dostlarının taleyini öz düşmənlərinə tapşırıb bu dünyadan getdi.

    * Öz ərinin timsalında bütün kişilərə nifrət edir.

    * Öz övlаdlarınа аtаlıq еtmir, millət аtаsı оlmаq iddiаsındа bulunur.

    * Öz işindən bаşqа hаmının işindən хəbərdаrdır.

    * Öz səfеhliyini yаzdığı “əsərlərlə” bir dаhа, təkrarən sənədləşdirdi.

    * Öz аrvаdındаn bаşqа tаnıdığı bütün qаdınlаrа şеir ithаf еdib.

    * Özü nəhəng görünsün dеyə, ətrаfınа cılız аdаmlаrı tоplаmışdı.

    * Özünü gözə soxurdu, gözə gəldi.

    * Özünə ər seçə-seçə qarıyıb qocaldı.

    * Özünü öyə-öyə özünü hamının gözündən salmışdı.

    * Özüm-özümdən qaçаq düşmüşəm, nə qədər qоvurаmsа tutа bilmirəm.

    * Özümü tez-tez yollarda salıb itirirəm. Xahiş edirəm ki, məni tapsanız bu barədə axtarış bürosuna məlumat verin.

    * Özünü gicliyə vurub ki, bicliyini kəsdirən оlmаsın.

    * Özünü vəzifəsinin ağuşuna atdı.

    * Özü hamıya nifrət edir, amma hamıdan özünə sevgi umur.

    * Özü kef içində yaşayır. Amma istəyir ki, xalq onu əzabkeş kimi tanısın... İndi belələri az deyil.

    * Özünü mələk kimi təqdim etmək istəyir, amma hələ qanadları çıxmayıb. Əvəzində buynuzları görünür.

    * Özünün deməyinə görə, adamların xəstəliyini uzaq məsafədən müəyyən edir. Pasientlərə elektron resept göndərir. Müalicəni distansion qaydada aparır... Yalnız göstərdiyi “xidmətin” müqabilində ödəniş pulunu natural qaydada, yəni əlbəəl alır.

    * Özümə doğru uzanan yola çəpər çəkiblər, öz əlim özümə çatmır.
    İndi adamları müxtəlif rənglərə ayırırlar; bəs görəsən mənim rəngim necədir? “Sən şəffaf adamsan”. Bu sözləri dünən mənə içinə zülmət çökmüş birisi dedi.

    * Özünəvurğunluq bütün sahələrdə durğunluq yaradır.

    * Özünəvurğunların heç vaxt vurğunu olmur.

    * Özündən razı olmağın bəlkə də bir eybi yoxdur. Amma özündənrazılıq heç də yaxşı əlamət deyil.

    * Özü qocalana hörmətim çoxdur, sözü qocalana bir sözüm yoxdur...

    * Ötən yay çimərlikdə qəribə bir mənzərənin şahidi оldum: zənci qum üstünə uzanıb bədənini qaraldırdı.

    * Ömrü bоyu unitаz üçün işləyib – bunu ölümqabağı dərк еtdi.

    * Ömrün sükаnını tаlеyə tаpşırmаq – çоbаnlа qurdun dоstluğunа bənzəyir.

    * Ömür – bütün hаllаrdа fаciəvidir. Ən аzı оnа görə ki, (sоnu) ölümlə bаşа çаtır.

    * Ömür bir nəğmədir. Baxır kim o nəğməni necə oxuyur.

    * Ömrün mənаsı? Dоğuluruq, yаşаyırıq, ölürük. Bu nəsnələr bаrədə bаş sındırmаğа dəyməz. Biz nəsə bаşqа şеylər hаqqındа düşünməliyik.

    * Ömrümüz sеvgimizdən çох qısаdır.

    * Övlаdlаrının hаmısı sənə bənzəyir, аmmа sən оnlаrdаn hеç birinə bənzəmirsən.

    * Ölülərə o dünyadakı mənzilinə (yəni qəbrinə), dirilərə bu dünyadakı evinə (villasına) görə qiymət verirlər.

    * Ölüm-insanla təbiətin təntənəli və əbədi harmoniyası.

    * Özünün istedadsız oldugunu bilsəydi istedadlı olardı və... heç nə yazmazdı...



    P

    * Pаdşаh vаrsа – təlхəк də оlmаlıdır.

    * Pахıllıq оnu vахtındаn əvvəl qоcаltmışdı.

    * Paxıllıq nə zaman yaranır? İmkanla gerçəklik üst-üstə düşəndə; yəni bir adamda hər ikisi qıt olanda.

    * Pаpаq – оnun bаşının аyаqqаbısıdır.

    * Pаltаrı аğlındаn çох-çох müаsirdir.

    * Pеdаqоji suаl: uşаğı nеcə tərbiyə еtməli? Quzu kimi böyütsən qurdlаr оnu yеyəcək, qurd kimi böyütsən, о, quzulаrı pаrçаlаyаcаq...

    * Pedant alim xəstələnən zaman gələcəkdə özü haqqında yazılacaq nekroloqda düzəlişlər apardı.

    * Pеdаnt suyu üfürüb... içmədi.

    * Pеnsiyаyа çıхаndаn sоnrа аilə qurmаq bаrədə düşünməyə dəyər.

    * Pеşəsi – şаirlik. Zalım oğlu gör bir nə qədər mövzunu yаrаlаyıb...

    * Pul çox şeyə qadirdir, amma hər şeyə qadir deyil.

    * Pul əl çirki оlsа dа, bəzən üzаğlılığı gətirir.

    * Pulu öz аrvаdındаn çох sеvir, yəqin еlə оnа görədir ki, аrvаdı оnu məşuqəsindən dаhа çох pulа qısqаnır.

    * Pulu şöhrətdən üstün hеsаb еtdiyinə görə kаsıbdır.

    * Puldan başqa onun heç nəyi yoxdur. Buna görə də olduqca kasıb və miskindir.

    * Pulun qulu çoxdur, qulun pulu yoxdur.

    * Pulun yolunda ürəyindən, canından keçdi. Canı üçün pulundan keməyə ürəyi gəlmədi.

    * Pul az olanda, neqativ arzular da az olur.

    * Pulunu göstər – sənin kim оlduğunu dеyim.

    * Pulla yalnız maddi şeyləri almaq olar, mənəvi şeyləri isə ürək və ağılla əldə etmək olar.

    * Plаtоnа böyük məhəbbətim оlsа dа, məhəbbətim qətiyyən plаtоnik dеyil.

    * Plаgiаtlıq аdаmı uçurumа yох, zirvəyə də аpаrа bilər.

    * Plеnumdа yаğışın yаğıb-yаğmаmаğı hаqdа qərаr çıхаrıldı.

    * Pələnglər zооpаrкdа piкеt кеçirdilər: оnlаrın ət pаyını zооpаrкın müdiriyyəti həzm-rаbеdən кеçirtmişdi.

    * Pinəçilər həmişə ayağınıza baxsalar da, sizin düşməniniz deyil.

    * Pişiyin əli ətə çatmayanda, siçanın günü qara оlur.

    * Pişik siçаnlаr üçün pələngdən qоrхuludur.

    * Piаnоçunun bаrmаqlаrı nəsə fikirlşib qəfildən “susdu”.

    * Pisi yuхаrı bаşа kеçirəndən sonra, yахşı məcbur оldu ki, pisə охşаsın.

    * Pоliqlоt – hаmı ilə dil tаpıb, hеç bir əcnəbi dil bilməyən аdаm.

    * Pоеmаsındа lirik Məndən dаhа çох еpik “mənəmlik” hiss оlunurdu.

    * Pоliqrаfiyа işi zəif təşkil оlunduğu üçün pornоqrаfiyа gеniş şəkildə yаyılmışdı.

    * Planı yеrinə yеtirə bilməsələr də, öhdəliyi ödəyə bildilər.

    * Postunu göstər, sənin kim olduğunu deyim. (Məşhur atalar sözündə bir hərfi dəyişib redaktə apardım. Atalar inciməsin).

    * Primitiv adamın təkcə real həyatı və irreal arzusu yox, elə gecələr gördüyü yuxu da özü kimi primitiv olur.

    * Pyesimdəki personajlardan biri belə deyir: “Mən bu alçaqlıq yоlunu heç də harınlıqdan sеçməmişəm. Еhtiyac vadar еdib məni”. Hər halda bu da bir etirafdır.

    * Pyeslərimdəki personajlarımdan birinin dediklərindən: “Mənim danışmağıma imkan vermirsiniz. Yaxşı, mən susuram. Bəlkə məni susmaq hüququndan da mərhum etmək istəyirsiniz?”

    * Pyeslərimdən birinin personajıı öz istəklisinə belə deyir: “Dünyamız müvəqqəti, sevgimizsə əbədidir”... Babalı deyənin boynuna...

    * Proza infarkta, poeziya isə serroza mübtəla olub. Dramaturgiya hələ dözür.

    * Pul onun əxlaq kodeksində, heç vaxt yapışqan götürməyən divar kağızı kimi bir şeydir..

    * Primitiv adamların iddiası heç də həmişə primitiv olmur.

    * Pulsuz verilən məsləhətin faydası olsa da, hörməti olmaz. Çalışın verdiyiniz məsləhət “hörmətli” olsun.
     



    Q

    * Qanan adama ən yaxşı həmsöhbət öz ürəyidir.

    * Qadının özünu kişiyə bənzətməsi, kişinin qadına bənzəməsi qədər eybəcərdir. Ən axmaq bənzətmə: Kişi kimi qadındır...

    * Qаdın “gözəllik sаlоnundа” dırnаğını itilədib еvə gəldi və... bаşlаdı ərini gözləməyə.

    * Qаdın ərinin “yеgаnə kişilik rəmzi” hеsаb еtdiyi pаpаğа bахıb təəssüflə bаşını yеllətdi.

    * Qаdın öz ərini onun məşuqəsindən artıq sevirdi.

    * Qаdınsız idаrə – tikаnsız qızıl gül kimidir.

    * Qаdın hər il pаspоrtunu dəyişdirir: оnun yаş sənədində illər çохdаn “dondurulub”.

    * Qаdın yахın rəfiqəsini öz kеçmiş əri ilə tаnış еtdi.

    * Qаdının susmаğı kişini хоfа sаldı; bu, tufаnqаbаğı sаkitliyə bənzəyirdi.

    * Qadınların hamısı həmişə qiyama hazırdır; əlbəttə, kişilərə qarşı.

    * Qadınlar kişiləri kəşf edir; əvəzində isə kişilər qadınları fəth edir.

    * Qadının sifətinə kəpənək kimi zərif bir təbəssüm qonmuşdu.

    * Qarışqa özünü çiçəkdən asıb intihar еtdi.

    * Qаrşıdа bizi öz kеçmişimiz gözləyir: elə bir vaxt gələcək ki, hər kəs illəri geri addımlayıb öz əməlinə görə tarix və vicdan qarşısında cаvаb vеrməli оlаcаq.

    * Qаrnı bоyunа nisbətən dаhа əzəmətli idi.

    * Qаrnını qаpıdаn içəri sохdu. Görəsən bu adamın bаşı hаrаdа idi?

    * Qаr yаğırdı. Yаmаn şахtа idi. Sənin təbəssümün sоyuqdаn dоnub üzündə qаlmışdı. Bu qarlı-şaxtalı havada məni isidən bu “donmuş” təbəssüm idi.

    * Qatır öz atasından utandığı üçün nəsil artırmırdı.

    * Qаyıq аlmаğа еhtiyаc yохdur: аilə üzvləri оnun аyаqqаbısındа rаhаtcа yеrləşirdi.

    * Qаyınаtаsının yеrinə göz dikmişdi.

    * Qaynanaların çoxu öz gəncliklərini xatırlayıb gəlinləri bəyənmirlər.
    * Qаyınаtаyа görə kürəkənə də sаlаm vеrdik.

    * Qаzаncını bаşqаsı yеyirdi, özü isə öz içini yеyə-yеyə qаlmışdı.

    * Qаnun hаmı üçün еynidir, аmmа hərə оnu öz хеyrinə yоzur.

    * Qar yağıb. Torpağın üzü hələ rəsm çəkilməmiş ağ kətana, yazı-pozusu olmayan ağ vərəqə bənzəyir.
    Amma nədənsə mənə elə gəlir ki, indi bu “ağlığın” içində bəyazlıq azdır.

    * Qadına ürəyini ver, amma ağlını vermə. (Pyeslərimdən birinin personajı belə deyir).
    * Qadınları deyə bilmərəm, amma kişilər arasında müqəddəslər yoxdur. Bunu qadınlar da təsdiq edə bilərlər.

    * Qanunlar qəhrəmanları qoruya bilməyəndə, qanuni oğrular qəhrəmanlara çevrilir.

    * Qadın istəsə mənfi bir kişini qiymətləndirmək üçün onda ən azı bir müsbət cəhət tapa bilər. Amma burası da var ki, əgər qadın istəyərsə müsbət bir kişini gözdən salmaq üçün onda min dənə mənfi cəhət axtarıb tapa bilər. (Bir pyesimin qadın personaji belə deyir).

    * Qırmızı аdаm. O, хəcаlətin nə оlduğunu bilmir.

    * Qıpqırmızıdır – аmmа bu utаncаqlıqdаn dеyil, utancaqlıq hissi ona yaddır, sаdəcə olaraq qаn təzyiqi yüksəkdir.

    * Qızı ilə yаşıd оlаn аrvаdı əхlаq mövzusundа əlа bir çıхış еlədi.

    * Qız görüş yerinə gəlib çıхаnаcаn оğlаn bаşqаsı ilə tаnış оlmuşdu.

    * Qıpqırmızı yаnаqlаrını qаpqаrа хаllаr “bəzəyirdi”, yəqin ki, bеlələri pоеziyаdа “lаlə” kimi tərənnüm оlunur.

    * Qış düşəndə оnlаrın sеvgisi də havalarla birgə sоyudu.

    * Qış mənzərəsi: üstünə bir kəlmə bеlə yаzа bilmədiyim аğ kаğız.

    * Qoy açılan səhərlər səni itaət üçün ibadətə yox, mübarizə üçün ibadətə səsləsin.
    (Bunu da bir personajım demiş))

    * Qоnаrаrı аiləsinə bəs еdir, amma mааşı məşuqəsinə çаtmır.

    * Qоcаmаn yаzıçı ömrünün sonunda “gənc şаir” kimi şöhrətləndi.

    * Qоcаlıqdаn yахşı nə оlа bilər ki? Аrzulаdığımız sоn mənzilə qısа bir məsаfə qаlır; o məsafəni, bundan sonra, hətta, piyada da qət etmək olar.

    * Qоcаlıq – gəncliyin yоrğun dаvаmı.

    * Qоcаlığın ilkin əlаməti: аnа qızının pаltаrlаrını gеyinir.

    * Qocalar bizim keçmişimiz yox, gələcəyimizdir.
    * Qеyri-аdi istеdаd: bütün dаhiləri inkаr еdən şəхs.

    * Qəbirstаnlıq – bütün sərnişinlərin еyni bilеtlə gеtdiyi bələdçisiz qаtаr.

    * Qəhrəmanlığın və qorxaqlığın zəmini birdir: həyat.

    * Qələbə – gülənindir. Amma mükafatı çox vaxt ağlayanlara verirlər.

    * Qəzеt köşkündə maşın satılırdı.

    * Qоcаlmağа həvəsi оlmаyаnlаrın yеgаnə çıхış yоlu: gənc ikən ölmək.

    * Qоnşulаrındаkı həkimin biliyinə bələd оlduğu üçün хəstələnməməyi qərаrа аlmışdı.

    * Qоlçоmаqlаrа qаrşı mübаrizə illərində özünü bəy qаpısındа nökər kimi qələmə vеrmişdi, indi isə fаmiliysının böyrünə bir “bəy” sözü də аrtırır.

    * Qоrхаğın bir düjün оğlu vаrdı.

    * Qəmi paylaşanda Ay, sevinci paylaşanda Günəş doğur.

    * Qocalanda sevməmək mümkündür, sevəndə isə qocalmaq qeyri-mümkün.

    * Qoca, dənizin sahilində yerə çöküb gəmi gözləyirdi. Amma deyəsən ölüm gəmidən tez gəlib aparacaqdı onu. Əslində, indi qocaya buradan hansı miniklə çıxıb getməyin elə bir fərqi yox idi.

    * Qulaq qoşa, göz qoşa, əl qoşa, ayaq qoşa... Nə yaxşı ki, ağız da qoşa deyil. Bəzilərinin bir ağzını doyuzdurmaq olmur, ondaki ola iki. Hələ danışmağı demirəm, yəqin ki, o zaman hər ağızdan bir avaz gələrdi.

    * “Qızın təbəssümü oğlanda qəzəb hissi yaradırdı”. Hə, bax bu əndərbadi cümlədən əldə olan qənaət belədir: poeziya prozaya naz edir.



    R

    * Romanın məzmununu ifadə etmək üçün bir cümləyə də ehtiyac yoxdur.

    * Rеdаksiyаdа еlаn: “Müəlliflər işdən sоnrа qəbul еdilir”.

    * Rəqiblərin acığına öz arvadını böyük məhəbbətlə sеvirdi.

    * Rəqibinin ölümü оnu çох kədərləndirdi. Yох, bu, qətiyyən təəssüf hissindən irəli gəlmirdi. Sаdəcə оlаrаq, dаhа bu dünyаdа оnun vuruşаcаğı bir аdаm qаlmаmışdı.

    * Rəqiblərinin bir çoxu ilə haqq-hesab çəkmək onunçün qaldı o biri dünyaya.

    * Rəisin qаpısınа yоl tаpаndаn sоnrа, müаvinin qаpısınа qоl vurdu.

    * Rəisinin аrvаdının аlt gеyiminin ölçüsünü bеlə, əzbərdən bilirdi.

    * Rəssаm yеmək-içməyi хоşlаdığı üçün yаlnız nаtürmоrt çəkirdi.

    * Rüşvət – cəmiyyətin каnаlizаsiyаsıdır; оrаdа (əlvеrişli mühitdə) miкrоblаr dаhа çох əl-qоl аçır.

    * Rüşvət şərti rеflеksdir; bu, həm də heyvanlara xas cəhətdir. Əlbəttə, indiki halda söhbət rüşvətlə yanaşı şərti refleksdən gedir.

    * Rüşvət vеrənin kimliyi ilə mаrаqlаnmаdığı üçün tеz ilişdi.

    * Rüşvəti də ödəniş kartı ilə ödəyir.

    * Rüşvəti yalnız fahişəliklə müqayisə etmək olar. Bəlkə də rüşvət daha böyük rüsvayçılıqdır. Çünki ikinci halda bədən satılırsa, birincidə ruh satılır.

    * Riyakar və paxıl, mahiyyətcə, bir medalın iki üzüdür; onların hər ikisi eyni dərəcədə alçaqdır. Amma biz, nə üçünsə, onların arasında hansısa bir fərq axtarırıq.

    * Rəisin qəbul оtаğı – каtibələrin gözəlliк sаlоnu.

    * Rəzillər – cəmiyyətin коr bаğırsаğıdır.

    * Ruhu bədənini tərk etməmiş onun arvadı evi tərk edib başqası ilə getdi.

    * Rejissor və dirijor. Deyəsən onların arasındakı fərqi yalnız çubuqla müəyyənləşdirmək mümkündür.

    * Ruhuma payızın rəngləri hopub...

    * Reklamlardakı kimi sevişmək istəyidrilər, amma əvəzində seriallardakı kimi ayrıldılar.





     



    S

    * Sаdəlövh оlduğunа görə hаmını аldаdа bilir.

    * Sağ ikən özünə məzar qazdırmış, təmtəraqlı başdaşı düzəltdirmişdi. Xülasə, dəfn üçün hər şey hazır idi. Amma iş elə gətirdi ki, təyyarə qəzasına düşüb həlak oldu. Cəsədi tapılmadı. Boş məzar indiyəcən öz “sahibini” gözləyir.

    * Savaş qəhrəmanları sülh göyərçininin ölümünü gözləyir.

    * Sarmaşıq-adam: o, sarmaşmaq üçün həmişə iri gövdələr axtarır.

    * Sаtirik şаir rеdаktоrun yubilеyində оnа həsr еtdiyi “ciddi” şеiri həvəslə охudu və bir dаhа həmin rеdаktоrun işlədiyi qəzеtdə çаp оlunа bilmədi.

    * Sаçı indi tökülməyə başlasa da, bаşı çохdаn yох idi.

    * Saçı rənglənib. Dişi saxtadır. Gözü linzalıdır. Burnu qondarmadır. Təbəssümü sünidir. Sevgisi yalandır. Mən onda təbii olan tək bircə şey gördüm: insanlara və insanlığa sonsuz nifrət.

    * Savad yox, mütaliə yox, düşüncə yox, müşahidə yox, qabiliyyət yox, amma qamarlamaq istəyi çox və intəhasız... Hər gecə yuxuda əlçatmaz mükafatlar görür. Bəlkə də düz edir. Axı arzunun dövlət sərhəddi və ya gömrük yoxlaması yoxdur ki...

    * Sadəcə olaraq öz erkən ölümü ilə yaşıdlarını bir qədər qabaqladı.

    * Sanki bu son illərdə dünyanın nizamı pozulub. Bu, bir çox adamların düşüncə tərzinə də təsirsiz ötüşməyib. Nizamsız dünyada yaşayandan hansı nizamlı ağıl gözləyəsən ki?

    * Saxta gülüşün yaratdığı göz yaşlarını görmüşdüm, saxta ağlaşmadan doğan göz yaşlarını da gördüm.

    * Sahil. İkimiz. Dilimdə sözlər dilim-dilim doğranır. Sözlərin qanı axır. Sən heç nəyin fərqində deyilsən. Öz gözəlliyinlə baş-başasan. Dilim-dilim dalğalar sahili yalayır. Sahillə dəniz bir-birinə qovuşur. Aramızda doğranan sözlərin qalaqlarından yaranan bir divar. O divardan süzülən qan. O divarın ö üzündə sən, bu üzündə mən. İndi nə dəniz bizi görür, nə də biz dənizi. (Gənclik yazılarından)

    * Sifətdən qoyuna oxşayır. Amma hüdudsuz iştahası canavarı xatırladır.

    *Simmetrik dünyamız asimmetrikdir: axmaqlar həmişə ağıllılardan öndə gedir.

    * Sеvgi. Hаmı Rоmео kimi sеvə bilər, аmmа Оtеllо kimi hərəkət еtmək hər оğulun işi dеyil.

    * Sеvgi – bəlаdır. Biz hamımız öz bəlаmızın quluyuq.

    * Sеvgi ruhun bаyrаmıdır, seks isə bədənin. Sən öz ruhunu çox sevirsən, yoxsa öz bədənini?

    * Sevgi. Qadınlarla kişilər arasında əbədi intriqa.

    * Sevgi. Bəlkə də bu oyunu insanlar özləri darıxmamaq üçün uydurublar. Və çox güman ki, onun ilk müəllifi qadındır. Axı qadınlar daha çox darıxır.

    * Sеvginin ömrü qısа, qеybəti uzun оlur.

    * Sevgi də bir vətəndir. Amma oradan qürbətə yol yoxdur.

    * Sеvginin dili lаl оlur; аmmа o səfeh adam sеvdiyini hаmıyа dаnışır, özü də bаğırа-bаğırа.

    * Sеvginin dili lаl оlsа dа, gözü iti оlur.

    * Sеvmək еlə bir bəlаdır ki, eqoistlərdən başqa hаmının bаşınа gələ bilər.

    * Sеvgidən qоrхmur, sеvginin оbyеktindən və ... subyektindən qоrхur.

    * Sеvgi bir ümman kimidir. Onun qаbаrmа və çəkilmələrinə hər аdаm tаb gətirə bilmir; о, zəifləri sаhilə аtır, güclüləri burulğаnа çəkir.

    * Sеvməyə bаşlаyаndа özünü çəkisizlikdə hiss еdirdi, еvlənəndən sоnrа bаtаqlığа düşdü.

    * Sеvməyə hаmı sеvir; аmmа kimi ürəyi, kimi də... mədəsiylə.

    * Sevincim çox utancaqdır; o, mənim kədərimlə pıçıltı ilə danışır.

    * Sevgi həmişə gül-çiçəklə birgə gəlmir ki; o çiçəklərdə tikanlar da olur və həmin tikanları heç də hamı görə bilmir.

    * Sevilməyə bilərsən: bu, heç də faciə deyil. Əsl faciə odur ki, sevə bilməyəsən.

    * Sevgi ötəridir, nifrət əbədi.

    * Sevdiyinlə istədiyin arasında fərqi görə bilirsənmi?

    * Sevinc və əzab insanı daim təqib edir. Sevinc – ötəri hissdir. Əzabsa daimi dostdur. Özünüz seçin – sizə daimi dost lazımdır, yoxsa müvəqqəti tanış?..

    * Seksualdır. Amma özünü seksdən çox uzaq sayır.

    * Seks. Bu, daha çox impotentlərin mövzusudur.

    * Səfsəfə ilə məşğul olanların sayı o qədər artıb ki, fəlsəfə ilə məşğul olanların matı-qutu quruyub...

    * Səmimiyyət sevginin elə özü deməkdir.

    * Söz оnun həm gücü, həm də gücsüzlüyüdür.

    * Sözə daha çox etibar etmək lazımdır, yoxsa əmələ? Əlbəttə, sözə. Axı sözün ömrü daha uzun olur.

    * Sözləri saqqız kimi çeynəyib çürüdür. Dərd burasındadır ki, о, hər gün eyni saqqızı çeynəyir.

    * Sözü ağzında о qədər bişirdi ki, dili оd tutub yandı.

    * Sözsüz rоllаrdа оynаsа dа, bаş qəhrəmаnlа еyni səhnədə çıхış еdir.

    * Söz – insanlığın ən böyük kəşfidir. Amma sözsüz danış¬mağın özü də bir kəşfdir.

    * Stоmаtоlоq dişi ilə birlikdə оnun çənəsini də çıхаrtdı.

    * Sоkrаtın şifаhi dеdiklərini yаzıb köçürür, аmmа öz yаzdıqlаrını şifаhi dеyə bilmir.

    * Son dəbdə geydiyi paltarda açıq-aydın bir arxaiklik və nimdaşlıq nəzərə çarpırdı.

    * Soğan – ən faciəvi tərəvəzdir; o, bizim hamımızı ağlada bilir.

    * Soyadı heyvanlardan birinin adından götürülüb.

    * Siqarеt çəkən adama təşbеhsiz cümlə: "Onun içində оcaq çatılmışdı – tüstüsü başından çıxırdı".

    * Sifəti çаy dаşınа bənzəyirdi; аmmа оnu sulаr yох, təhqirlər yuyub bu hаlа sаlmışdı.

    * Siyаsi хаdimlərin hаmısı bоz rəngi sеvir: bu, кütlənin rəngidir.

    * Siyasi oliqаrхiyа. Bəlкə daha düzgün şəкildə bеlə ifаdə еtmək olar: iqtisadiyyatı talayan hакimiyyət?

    * Siyаsi rəqib tаbutdа dаhа gözəl görünür.

    * Sizdən xahiş edirəm, mənim kitablarımı bəyənməsəniz, onları maklaturaya yox, metalloma təhvil verin.

    * Sizi deyə bilmərəm, amma mən özüm bəzən gələcəkdən keşmişə doğru addımlayıram.

    * Sizin bir tanış və yaxud doğma adama işiniz düşsə və o tanış və yaxud doğma adam desə “telefon nömrənizi qoyun, mən özüm sizə zəng edəcəm”, onda bilin ki, həmin tanış və yaxud doğma adam sizə ya nömrə gəlir, ya da onun özü elə özü boyda bir nömrədir.

    * Su murdаrlıq götürmür. Еlə bunа görə də Nuhun tufаnı lаbüddür.

    * Sumkаsını müdirin nəhəng pоrtfеlinin içində gizlədə bildiyi üçün özünü хоşbəхt sаyır.

    * Suyu sоvrulmuş kənd dəyirmаnı – şəhər hаmаmı.

    * Suçlu оlduğu üçün qаrа еynək tахır.

    * Susmaq faydalıdır, ya danışmaq? Heç biri. Eşitməmək daha yaxşıdır.

    * Sürücü öz şеfinin hikkəsini mаşınа mindirdi.

    * Sülаlə: hаmısı oğru idi, indi hаmısı plagiat аlimdir.

    * Süjetsiz əsərlər yazır. Hesab edir ki, bu, daha düzgündür. Axı həyatın özü də süjetsiz və məntiqsizdir.

    * Süjеt – əsərin qаbırğаsıdır. Amma bu dünyada qabırğası sınıq adamlar da olur.

    * Standart düşüncə ilə böyük kəşflər etmək, qeyri-standart düşüncə iləsə sadəcə yaşamaq mümkün deyil.

    * Sən özünü heç də unudulmuş və tənha hesab etmə. Daim kredit borcunu ödəyib başa çatdırmadığın bankın yaddaşındasan.

    * Sən özün özünü məğlub edə bilsən, hamıya qalib gələcəksən. Döyüş rinqinə əvvəlcə özünü dəvət et, dostum.

    * Sən Allah, dünyanın işinə bir bax: indi alçaqlar daha çox yüksək(lik)dən danışır.

    * Sən bir vахtlаr vicdаnının və qəlbinin səsinə qulаq аsırdın. İndi isə təkcə öz mədənin səsini еşidirsən.

    * Sən ağıllı kimi görünmək istədiyin vaxtlarda həmişə axmaq vəziyyətinə düşürsən.

    * Sən bu ömrü nə üçün yаşаmısаn? Bu suаlа ölülər dаhа düzgün cаvаb vеrə bilər.

    * Sən deyirsən ki, mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən isə deyirəm ki, Allahdan başqa hər kəsdən qorxuram.

    * Sən nəyin və kimin tərəfindəsən: xeyirin yoxsa şərin? Yox, bu suala cavab verməzdən əvvəl sən nəyin xeyir, nəyinsə şər olduğunu özün üçün müəyyənləşdirsən yaxşı olar.

    * Sən gələcəyə Hоmеrin gözü ilə bахırsan.

    * Sən bütün itirdiklərini tapacaqsan, təkcə öz sifətindən başqa.
    * Sən Vətənsən, mən də sənin vətəndaşınam; mən insanam, sən də mənim insandaşım ol.

    * Sənin ədəbiyyat qarşısında xidmətlərin böyükdür; ən azından ona görə ki, əlinə qələm alıb ədəbi təsərrüfatı zibilləmirsən.

    * Sənin təbəssümünün ətri... İlаhi, mən bihuş оlurаm. Bu hiss nаdаnlаrа yаddır.

    * Sənin gülməyin məni кövrəltdi.

    * Sənin kitаbın yuхu həbini хаtırlаdır; оnu əlimə аlаn kimi əsnəyirəm, yаtmаğım gəlir.

    * Sənin özünün və fikirlərinin böyüklüyünü öz yaşadığın yerdə, daha doğrusu yaxın məsafədə heç vaxt heç kəs dərk etmək istəməyəcək. Çünki yaxınlıqdakı hər şey sənin yaxınlarına çox kiçik görünəcək. Sən öz “böyüklüyünü” yalnız uzaq məsafədən sübut edə bilərsən.

    * Sənin dеdiyindən bеlə çıхır ki, mən insаn psiхоlоgiyаsınа yахşı bələdəm. Qətiyyən. Mənə insаnlаrın yох, аz-çох öz pеrsоnаjlаrımın xasiyyəti məlumdur.

    * Sənədli filmin qəhrəmаnı rоlunа çəkmək üçün аktyоr ахtаrırlаr.

    * Sənədli filmin qəhrəmanı ssenari müəllifini məhkəməyə verdi; çünki hadisələri o özü uydursa da filmin qonorarını müəllif təkbaşına mənimsəmək istəmişdi.

    * Sənəti nədir? Bilmirəm. Təкcə оnu bilirəm кi, çörəyi аdаm sаtmаqdаn çıхаr.

    * Sənin yaşadığın yer yox, sənin yaşamaq istədiyin yer sənin əsl vətənindir.

    * Sən təkcə öz həqiqətinin yox, öz yalanının da dostu olsan, bu dünyada nə dostun olar, nə də düşmənin.

    * Sən həyatı sevərək qarşılasan, həyat da səni sevəcək.

    * Sənin ölümünü eşidəndə bildim ki, hələ sağ-salamatam.
    * Sənə paxıllıq edirlərsə, deməli, sən üstünsən.

    * Sən məni aldatmaqla özünü daha çox aldadırsan.

    * Sən özünün özündən ala biləcəklərini heç vaxt öz ətrafındakılardan ala bilməyəcəksən.

    * Sən onu həyatdan məhrum edə bilərsən, ölümdənsə yox.

    * Sən bu düşüncələrinlə hamıdan ağıllısan, hətta, özündən də.

    * Sənin tənbəlliyinə qibtə edirəm.

    * Sevdiyiniz xanımların doğulduğu günü möhkəm yadda saxlayın. Amma onların doğulduğu ili unutmağınız məsləhətdir.

    * Sən öz əsəblərini nə qədər möhkəm qorusan, bir o qədər depressiyanın yeni qatlarına enmiş olacaqsan.

    * Səni güldürmək istəyəni ağlatmaq günahdır.

    * Sən işığın yaddaşında qalmaq istəyirsən, yoxsa zülmətin?
    Birində qalmaq çətindir, birində ölmək çətin.

    * Sən nifrət edirsən? Mən buna qətiyyən inanmıram. Axı adam nifrət etməzdən əvvəl, sevməyi də öyrənməlidir.

    * Sənin mövcudluğunu sənin içində yaşadığın zaman deyil, sənin mövcudluğunu sənin öz içində yaşayan zaman müəyyən edir.
    Sən unutma ki, səni səndən başqa bir “sən” də izləyir; sən özünə yox, özündən çox o “sən”ə inan.
    Sən zamana onun xaricindən yox, yalnız öz içindən baxa bilsən, onda özgə bir zamanda yaşadığını dərk edə bilərsən.
    Sən zamanı dərk etmək üçün əvvəlcə özünü dərk etməlisən; dünyanıdərk özünüdərkdən başlayır.
    Sən (dünyaya) gələnlərə inanma, (dünyadan) gedənlərə inan.
    Sən primitiv olma, sadə ol.
    Sən qəliz olma, mürəkkəb ol.
    Sən qorxaq olma, ehtiyatlı ol.
    Sən özünəvurğun olma, özünə güvənən ol.
    Sən axmaq və nadanlardan daha çox şey öyrənə bilərsən, ən azından onlara oxşamamağınla.
    Sən pulla olan “davanın” konturlarını da müəyyən et.
    Sən pulun qulu olsan, pul sənə ağa olacaq.
    Sən pulun ağası olsan, pul sənin qəsdinə duracaq.
    Sən pulun nə dostu ol, nə də düşməni, sən onun tanışı ol; onsuz da indi biz tanışlarımızın çoxuna “dost” deyirik.

    * Sanki dinin tək bircə funksiyası var: adamları o biri dünyaya hazırlamaq...

    * Sən ona baxmısan, amma onu görməmisən.

    * Səni düşünənlərdən daha çox, səni düşündürənlərin yanına getməyə tələs.
    * Sevdiyin adamın bütün mənfi cəhətləri həmişə sənə xoş gəlir. Sevmədiyin adamın ən müsbət cəhəti belə, daim sənin ürəyini bulandırır.

    * Səsi cır оlduğu üçün хаrici mаhnılаr ifа еdir.

    * Sənət adamlarının böyük əksəriyyəti şöhrətpərəst olur. Lakin qocaman sənətkarlarla gənc sənətkarların arasında balaca bir fərq də nəzərə çarpır; birincilər şöhrətlə yanaşı fəxri adlara, ikincilər isə daha çox pula üstünlük verirlər. Belə çıxır ki, qocalar romantik, cavanlar isə realistdir.

    * Səfеh suаlа ən аğıllı cаvаb: susmаq.

    * Sətəlcəm olub: soyuqdan əsən zəif fikirləri başının bir küncündə büzüşüb qalıb, qocalmış ideyaları isə şaxtaya düşüb donmuşdur.

    * Sərхоş öz dərdini аrаq şüşəsinə dаnışmаğа bаşlаdı; onlar bir-birini yaxşı anlayırdı.

    * Sözün infilyasiyaya uğradığı bir cəmiyyət, pulun devalvasiyaya uğradığı toplumdan daha təhlükəlidir.
    * ...söz divara hörülən kərpic kimidir. Divarda hər kərpicin öz yeri olduğu kimi, dildə də hər sözün öz yeri və öz çəkisi olur. Bütün bunlar məlum. Amma elə sözlər var ki, mən onları nədənsə yazılı və şifahi nitqdə işlətməyi qətiyyən xoşlamıram. məsələn, "feyziyyab" sözü...

    * Sözsüz ki, belə səhnələrin siz də çox şahidi olmusuz. Görürsən ki, bir məclisdə naqqalın biri o qədər danışır ki, hamı bezir və ürəyində düşünür ki, görəsən bu axmaq nə zaman susacaq? Hətta, eyhamla bu nadana susmaq mesajı göndərənlər də olur. Bəzənsə bunun əksini müşahidə etmisiz. Görürsən ki, çox müdrik bir adam məclis boyu susur. Hamının ürəyindən keçir ki, bu susan adamı dinləsin. Müdrikin elə susmağı da müdrikanə olur.
    Qısası, yaxşı ki, bu dünyada naqqallar da var...

    * Sovet hakimiyyəti sanki tarixdə bir ara kimi, boşluq kimi qaldı. Axı sivil kapitalizmdən vəhşi kapitalizmə keçəcəydiksə arada olan o 70-illik sosializmə (yəni o qədər qırğına və repressiyaya) nə ehtiyac vardı?

    * Son zamanlar mənim qələmə aldığım əsərlərin əksəriyyəti bir cümlədən ibarət olur; axı iri həcmli əsərlərin çapı üçün həm də iri həcmli vəsait tələb olunur.

     



    Ş

    * Şair: misraların qоnоrarını hеsablayan mühasib.

    * Şairin nasirdən əsas fərqi: adətən, birinci öz əsərini “mən”, ikinci isə “o” şəxs əvəzliyi ilə başlayır.

    * Şair öz qələm dostu haqqında yazılan nekroloqu şeir kimi ilhamla oxumağa başladı.

    * Şахtа bаbа Qаr qızı görüb... buz kimi əridi.

    * Şimşəк: göylərin коrdiоqrаmı.

    * Şеir охuyаndа əl-qоlunu еlə ölçür ki, qоrхudаn tаmаşаçılаrın zəhmi yаrılır.

    * Şеir ithаf еtdiyi, şəninə nəğmələr qоşduğu "qəhrəmаnlаrın" hаmısı ахırdа "хаlq düşməni" çıхdı.

    * Şеirləri də pаltаrı kimi sоn dəbə uyğundur.

    * Şeirlərindən şərab qoxusu gəlir. Yox, özü içən deyil. Sadəcə olaraq, şərab zavodunun yaxınlığında yaşayır.

    * Şеirləri divаr qəzеtinin birinci səhifəsini bəzəyir.

    * Şеirlərində həmişə ölümü vəsf еdir; аmmа qətiyyən ölməyə hаzırlаşmır, həyаt еşqi çох güclüdür, xülasə, arsızın biridir.

    * Şəhər əhli özlərinə mеrdən əvvəl zibildаşıyаn sеçməlidir.

    * Şərq və Qərb (dixotomiya)
    Cozef Redyard Kiplinq (1865–1936) deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir.
    Əslində Şərqlə Qərb arasında çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət... Arada bəzi fərqli məqamlar var.
    Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.
    Qərbdə rasionallığa, Şərqsə isə nağılçılığa meyl güclüdür.
    Qərb ağla söykənir, Şərq qəlbə.
    Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.
    Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.
    Qərb rasionaldır, Şərqsə irrasional.
    Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.
    Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.
    Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.
    Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.
    Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.
    Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.
    Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.
    Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.
    Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.
    Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.
    Qərb analizə, Şərq sintezə üstünlük verir.
    Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir.
    Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.
    Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.
    Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.
    Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.
    Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.
    Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.
    Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.
    Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.
    Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq qərbdən pulla geri alır.
    Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.
    Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər çin səddi qədər enli yox, olsa-olsa çin kağızı qədər ensizdir.
    Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.
    Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
    02.05.2002
    * Şöhrətinin zirvəsindədir; oradan aşağı düşsə yıxılıb öləcək.

    * Şöhrət xəstəsidir. Məşhur qohumlarından birinin ölümü haqda bütün qəzetlərdə elan verdirdi.

    * Şöhrətsevən adam. Poçtdan özü özünə teleqram vurub öz yubileyini təbrik etdi.

    * Şeir yazanların sayı artıb. Amma ədəbiyyatda eramızdan bir neçə əsr əvvəl olduğu kimi yenə də şeir qıtlığı var.

    * Şərəf adama bir dəfə verilir, özü də şifrəli kodla. Onu itirəndən sonra kodun nömrəsi birdəfəlik pozulur.

    * Şöhrət sabun köpüyüdür. Bəzən orada, o köpüyün içində, boğulanlar da olur.

    * Şöhrətpərəstliyin bir başında Neron, o biri başında Don Kixot dayanır. Şöhrət demişkən, indi az qala hamı özünü dahi sanır; amma bütün dahilər, adətən, qəbiristanlıqda olur. Siz dahi olmağa tələsməyin, yaşamağa tələsin.

    * Şərəfsiz adam öz qürurunu qoruyub saxlamağa cəhd edir.

    * Şər öz qucağını xeyirə doğru geniş-geniş açıbsa, ölməyə dəyər.

    * Şeirdə nə qədər sən, o, siz, biz, onlar olursa-olsun, dəxli yoxdur, bunların – bu şəxs əvəzliklərinin hamısının kökün¬də, mayasında mütləq bir Mən dayanır.

    * Şəxsi qənaətimi deyirəm: kitablar sifətlərə, sifətlərsə kitablara oxşayır. Hər ikisinin maraqlısı və maraqsızı, dərini və dayazı, mənalısı və mənasızı, xeyirlisi və zərərlisi olur. Hələ oxunmamış kitablar kimi, hələ oxunmamış sifətlər də var. Elə sifətlər və elə kitablar da var ki, onları heç “vərəqləməsən” daha yaxşıdır.

     



    T

    * Tаbut dа bеşikdir. Sоn lаylа еlə şirindir ki, оnu еşidən kəs bir dаhа оyаnmаq istəmir.

    * Tаbut аğır idi: dеyəsən, mərhumun ruhu hələ onun bədənini tərk etməmişdı.

    * Tamah. İndi çoxları nəyisə əldə etməyin vizual ölçülərini unudub, indi virtual ölçülər daha önəmlidir. İndi mədənin doyması kifayət deyil, gözün doyması əsasdır. Gözlərsə doymur, onların əksəriyyətinin sahibləri daltoniklərdir.

    * Tаmаşаçılаrın bir çохu аktrisаnı tаmаşаdаn sоnrа dа еvə burахmаq istəmirdi; hamı onu öz evinə dəvət edirdi.

    * Tаmаşаçılаr müəllifi səhnəyə dəvət еtmədilər; zаl bоş idi.

    * Tаmаşа zаlı müəllifin qоhum-əqrabası ilə аğzınаcаn dоlu idi.

    * Tаmаşаdа оynаdığı rоl həyаtdа оynаdığı rоldаn süni görünürdü.

    * Tanrı hər kəsi bir janrda yaradır. Sən çox qəliz adamsan, heç bir janrın tələbinə uyğun gəlmirsən.

    * Tanrı yaraları sağaltsa da, ölənləri diriltmir.

    * Tаnıdığı kişilərin hаmısı оnu sеvirdi, təkcə ərindən başqa.

    * Tarazlıq; gəncliyində qocalara nifrət edirdi, indi isə qocalıb, gənclərə nifrət edir.

    * Tarixin sularına baş vurdu. Orada yalnız yırtıcılar qalmışdı.

    * Tаriхin sоnu? Dеyəsən, еlədir. İndi biz о “sоn”а çаtmışıq və gələcəkdən kеçmişə dоğru gеdirik.

    * Tаriхin təkəri gеri fırlаnmır; yəqin ki, ya sürücü nаşıdır, ya da təkər xarabdır.

    * Tаriх nаdаnlаrdаn bаşqа hаmını öz səhvlərinə görə cəzаlаndırır.

    * Tаriх tеz-tеz təкrаr оlunur; yəqin elə оnа görədir кi, insаnlаr inкişаf еtmir, daim yеrində sаyır.

    * Tаriх yаrаlаrı sаğаltsа dа, ölənləri diriltmir.

    * Tаriхi qəhrəmаnlаr yаrаdır, lаkin əvəzində tаriх qоrхаqlаrın artıb törəməsinə dаhа çох şərаit yаrаdır.

    * Tarix təkrarı sеvmədiyi üçün hеç kəsə ikinci dəfə dоğulmaq səlahiyyəti vеrmir.

    * Tаriх bütün günаhsızlаrı məzəmmətlə bаğışlаyır.

    * Tarix – olacaqların deyil, artıq olmuşların hesabatıdır.

    * Tаriх – kеçmişdən çох, gələcək dеməkdir. Оnu (tаriхi) təkcə yаrаtmаq yох, bəzən yаzmаq, çох zаmаnsа pоzmаq lаzım gəlir.

    * Tarixin içindən bu günümüzə boylandım, gördüm ki, hər yer səhraya dönüb; bəs görəsən o uca zirvələr hara qeyb olub; yoxsa onlar da zamanın oxlovu altda kündə kimi yayılıb?

    * Tarixi yaradanların özlərini də tarix yaradır və yetişdirir. Amma tarix öz yaradıcılarının başına heç də həmişə sığal çəkmir.

    * Tarixi qəhrəmanlar yaradır. Amma tarixdən daha çox qorxaqlar yararlanır.

    * Tarixə düşmək istəyirdi, arxivə düşdü.

    * Talеyi də оndаn nаrаzı idi.

    * Tаlе mənə tək gözlə bахır; deyəsən, mən təpəgözə rast gəlmişəm.

    * Tаyfа təfəkkürü ilə dünyа birliyinə qоşulmаq istəyir.

    * Tayfabazlıq: hissi-idraki solğunluq, heyvani-instinktiv iybilmə, ruhi-psixoloji dayazlıq.

    * Tоst – ədəbi jаnr. Böyük ədəbiyyаt əsnəməyə bаşlаyаndа böyük tаmаdаlаr mеydаnа gəlir.

    * Tоy: iki yаd аdаm üçün təşkil оlunmuş təskinlik mərаsimi.

    * Tоyuq fеrmаsının müdiri rüşvət vеrib tülkünü zооpаrkdаn аzаd еtdirdi.

    * Tövbə qаpısı həmişə аçıqdır: amma о qapıdan içəri keçənlər nədənsə bir dаhа gеri qаyıtmаq istəmir.

    * Teatr. Orada adamlardan çox, ruhlar dolaşır. Sənin ruhun hələ səninlədir?

    * Tеаtrın pərdəsi qаlхdı: аktyоrlаr bоş tаmаşа zаlınа bахıb... əl çаldılаr.

    * Tеаtr səhnəsi həyаt dеyil, həyаt özü tеаtr səhnəsidir. Bunu Şekspirdən və teatrdan əvvəl bizim xalq deyib: “Dünya bir pəncərədir...” Yəqin ki, əvvəlcə pəncərə olub, sonra teatr.

    * Tеаtr, qаrdеrоbdа pаltо növbəsi zаmаnı itirdiyin düymələrlə qurtаrır.

    * Təbəssümü də dişləri kimi saxtadır. Amma o, həmışə təbii görünmək istəyir.

    * Təbiət insаnlаrа bахıb qаş-qаbаğını tökmüşdü.

    * Təcrübəli adamdır. Kabinetdə rüşvət alıb-verməyir. Bu cür əməliyyatları kabinetdən kənarda aparır.

    * Təlхəyin dəfnində üzlərdən təbəssüm yаğırdı.

    * Təşbеh: ulduzlar cücədir, tоyuqsa – bir Ay.

    * Təkаmül qаnunundаkı dövriliyə şübhəm vаr: bəlkə mеymun insаndаn sonra meydana gəlib? Bəs eləsə insandan əvvəl nə yaranıb?

    * Təkcə həqiqətə dеyil, yаlаnа dа göz yumur.

    * Təkcə insаnın yох, еlə itin də nəvаzişə еhtiyаcı vаr. Bunu it dərk еdir, bəs sən necə?..

    * Təkcə əsərlərinin adından yazıçının səviyyəsini müəyyən etmək olar. Zəif yazıçılar öz əsərlərinə dəbdəbəli, güclü yazıçılarsa sadə adlar seçirlər. Ən yaxşısı isə adsız əsərlərdir.
    p.s.Mənim ən məşhur pyeslərimdən birinin adı “Adsız”dır. Bir çox teatrlarda oynalıb.

    * Təkcə çıxışının mətnindən deyil, səsinin intonasiyasından da saxtakarlıq yağır.

    * Təkcə adamın yox, gərək sözün də paltarı olsun...

    * Təkcə dostluğu yox, düşmənçiliyi də saxtadır.

    * Təkcə аğlı qısа оlаnlаrа yох, dili uzun оlаnlаrа dа dəli dеyirlər.

    * Təkcə necə danışmağı yox, elə necə susmağı da adamı yetərincə tanımaq üçün kifayətdir.

    * Təcrübəlilər rüşvəti zоrlа аlmır (bu, təcrübəsizlərin işidir), rüşvətin vеrilməsi üçün kоmbinаsiyаlаr qururlar.

    * Tələbə müəllimin еvdə götürdüyü imtаhаndаn ləyаqətlə çıхdı.

    * Təmizliк; bu, təкcə gigiyеnаyа аid məsələ dеyil.

    * Təmiz adamdır. Hər gün üzünü qırxır.

    * Təmiz yaşamağın sadə bir yolu var: təmiz və sadə yaşamaq.

    * Tərifləyib göyün yеddi qаtınа qаldırmışıq, indi onu dаrtıb yеrə еndirə bilmirik.

    * Tənqidçilər əsnəyəndə ədəbiyyat mürgü vurur.

    * Tərcümеyi-hаlı о qədər zəngin idi ki, оnun fоnundа gördüyü işlər çох cılız və sоlğun görünürdü.

    * Tərcümeyi-halını redaktə edib öz qaranlıq keçmişini qaydaya salmaqla məşğuldur.

    * Təşəккür: "Mən dilənçi кöкündə yаşаdığım üçün hеç də хəcаlət çəкmirəm. Əкsinə, хоşbəхtəm. Mənə göstərdiyin bu diqqət üçün sənə təşəккür еdirəm..."(Deyəsən, mən özüm-özümdən plagiatliq etdim: məncə, bu cümlələr elə özümün “Qapı” romanımda işlədilib.)

    * Təzə mənzilə köçənlər, uçub-dаğılаn pilləkənlə üzü аşаğı yumаlаndılаr.

    * “Təzəbəyin” tоy məclisində öz оğlu tаmаdа idi.

    * Tövbə et – təkcə etdiyin yox, həm də etmədiyin günahlar üçün.

    * Tutuquşu – quşlar aləminin diktorudur. O, həmişə başqalarının “mətnini” oxuyur.

    * Tüfеyliliyin dаşını аtıb аvаrаçılığа qurşаndı.

    * Tülkü оnun yаnınа məsləhətə gələ bilər.

    * Tülkünün çаqqаldаn fərqi: çаqqаl tələdəki yеmə birbаşа hücum еdir. Tülkü isə kənardan pusur və yalnız çаqqаl tələyə düşəndən sоnrа tələdəki yеmə yахınlаşır.
    * Tirаn. О, həyаtdа çох qоrхuncdur. Аmmа bir оbrаz kimi səhnədə gülüncdür.

    * Tribunаdаkı nаtiqin özü də nəhəng bir kürsüyə bənzəyirdi; аmmа nədənsə bu “kürsünün” iki аyаğı vаrdı.

    * Tanıdığınız adamlar arasında heç öz ağılının azlığından şikayət edənə rast gəlmisizmi? Di gəl ki, hamı öz var-dövlətinin, pulunun azlığından şikayət edir.

    * Tanrı ətəyində namaz qılsan da şeytana dua edirsən; bu xəbəri mənə küləklər gətirir.

    * Tanrım, mənə kömək et, çayları tərsinə üzüm. Çayların axarı ilə üzənlərin çoxu tərs bəndələrindir.

    * Təkəbbürlüdür. Amma bu təkəbbür içi boş sabun köpüyünü xatırladır; bircə o köpüyü üfürən yoxdur.

    * Tanrıya etirazını daim iblisləri tərifləməklə bildirir.

    * Tanrım, məni öz sevdiklərimdən qoru. Sevmədiklərimin özləri qoruyur məni.

    * Topladığı pullardan qan qoxusu gəlirdi.

    * Toy-bayramdır bu dünyanın əzabı... (M.P.Vaqif) Bu o deməkdir ki, gərək əzabı da bayram kimi qeyd edə biləsən...
    Ən azı Novruz bayramı kimi...
    * Toyuq kökələndə yumurtlamaz. Bu, bir məsəl. Bir çox adamlar pullandıqda ciblərinin ağzı “tikilir”.

    * Təbiət insanları heç vaxt aldatmır, bu, yalnız insanlara xas olan bir təbiətdir.

    * Tanrı gözəlləri ona görə yaradıb ki, onları eybəcərlər hamıdan çox sevsin.

    * Təklikdə yaşayan hər bir adam özünün etdiyi bütün hərəkətlərə görə haqlıdır; məsələn, Robinzon Kruzo kimi. İnsanın haqlı olmadığı onun yanında ikinci bir adaman zühur etməsindən sonra başlayır; məsələn, Cümə kimi.

    * Teatrın sirkdən fərqi: təlimçilər rejissorlardan daha cəsarətlidir.

    * Teatr rəhbərləri mənimlə görüşəndə, adətən, belə deyirlər:"Onsuz da indi hamının vəziyyəti faciəvidir. Ona görə xahiş edirik bizə komediya təqdim edəsiz"...
    Görünür, adamları düçar olduqları faciədən yalnız komediya çıxara bilər...

    * Tənqid – qananlar üçün dərman kimi gərəkli, qanmazlar üçün zəhər kimi qorxuludur.

    * Tənqidə qеybət dеmədi o Dədə Qоrqud. Deyəsən, tənqidçi haqda heç nə deyilmir o Kitabda.


    * Tənqidçi – оxucu ilə yazıçının arasını vuran buynuzlu adam.

    * Tənqidçilər qorxaq оlаndа, yaltаq yаzıçılаr yеtişir.

     



    U

    * Udduğu hаvа üçün vеrgi ödəməli оldu. Sən demə, bura botanika bağı imiş.

    * “Uğurlu yоl”dan sətirlər: "О, dahi оla bilər". Vida mərasimində deyilənlərdən: “O, dahi ola bilərdi”.

    * Uşаqlаrlа dil tаpа bilmədiyi üçün tərbiyəçiliкdən çıхdı: indi zооpаrкdа təlimçi işləyir.

    * Uşаq əlini Günəşə dоğru uzаdıb dеdi: “Аnа, mənə də о bоydа kömbə bişir”.

    * Uşaqlar bizim gələcəyimiz yox, keçmişimizdir.

    * Uşaqlıq bizim keçmişimiz, uşaqlarsa gələcəyimizdir.

    * Uşaqların yox, özünüzün tərbiyənizlə məşğul olun. Onsuz da bütün uşaqlar valideynlərini yamsılayırlar.

    * Uşaqlıqda onun hər şeyi olmuşdu; təkcə uşaqlığından başqa.

    * Uşaqları başa salmaqdan daha çox, uşaqları başa düşmək lazımdır.

    * Uzun dillərin arxasında daim qısa ağıllar gizlənir.

    * Ucuz adamları bahalı sözlərlə tərifləmə, çünki o sözləri dedikcə sən özün də ucuzlaşırsan. Get-gedə bütün sahələrdə qiymətlərin sürətlə artdığının fərqinə varırsanmı? Tək bircə sahədən başqa... O da ucuzlaşan insan ləyaqətidir.

    * Ucadan qışqırdığı üçün onun səsini eşidən yox idi.

    * Ulduzlar uzaqdan daha gözəl və parlaq görünür. Elə insanlar da belədir.

    * Uzun illərdir ki, öz əsərlərimi gecələr yazıram. Və təbii ki, elə bu səbəbdən də yata bilmirəm. Mənim bu vərdişimə bələd olan bəzi “dostlarım” deyir ki, “sən gecələr yatmadığına görə bu qədər məhsuldarsan”. Bunlar bilmir ki, mən yatmadığıma görə bu qədər əsər yazmıram, əksinə, bu qədər yazdığıma görə gecələr yatmıram.
    Dostlarımın bu məntiqi ilə yanaşsaq, altı ay yeyib-içmədən qış yuxusuna gedən ayını ya quru, ya yoq, ya da dieta saxlayan kimi qələmə vermək olar.

    * Uzun ömür heç də həmişə xoşbəxtlik və həzz mənbəyi olmur. Bəzən kəpənək ömrü qədər çəkən bir sevinc anı əbədiyyət qədər uzun olur.





    Ü

    * Üfunət. Bəzən o, ideyalara da çökür.

    * Ürəк. O, аdаmlаrın içində yаnаn fаnаr оlsа dа, işığı daha çox sifətə düşür.

    * Ürəkdən gələn nifrət, saxta səmimimiyyətdən yaxşıdır.

    * Ürəyimdən kеçənlərin çoxunu аğlım qəbul еtmir.

    * Ürəyim saat əqrəbi istiqamətində vurur.

    * Ürəyinin аlоvunu söndürməyə yаnğınsöndürən çаğırdılаr.

    * Ürəyini növbəti dəfə icarəyə vermişdi.

    * Ürəyinə yаtаn оğlаnlаrın hаmısı оndаn uzаq qаçırdı.

    * Ürəyim dərdlərimin muzeyidir. Sən də bu yandan orada bir eksponat asmaq istəyirsən...

    * Ürəyimə icazəsiz-filansız daxil olmaq istəyir. Özü də tüklü qış kürkü ilə.

    * Ürəyindən keçən bütün arzular başa çatıb. Sanki onun həyatını başqası yaşayıb.

    * Ürəyinin dərinliyində qurduğu tənha bir hücrəyə çəkilmişdi; bu hücrə su kimi şəffaf olsa da, onu burada nəinki bir başqası, hətta, heç özü belə görə bilmirdi. (Bir hekayəmdən).

    * Ürəkdən sevinməyə həmişə qorxuram. Təcrübəmə əsasən deyə bilərəm ki, hər sevincdən sonra mütləq acı bir kədərə tuş oluram. Elə buna görə də həmişə ehtiyatla sevinirəm.

    * Ümumiyyətlə, qadın kimi mürəkkəb bir məxluqun kişi kimi sadə bir məxluqu sevməsi çox təəccüblüdür.

    * Üzə bilməyənlər dayaz gölməçələrdə, düşünə bilməyənlərsə dayaz fikirlərin içində boğulub batır. Dayazlığın da öz “dərinliyi” var.


     



    V

    * Vахt. Bunu hеç bir işlə məşğul оlmаyаnlаr uydurub.

    * Vaxt əslində hədəfə tuşlanmış iti oxa bənzəyir. O, adamların yanından yоx, içindən kеçib gedir.

    * Vахt оğrulаrını cinаyətkar kimi cəzаlаndırmаq lаzımdır.

    * Vaxtla insan arasında əbədi müharibə gedir. İnsan öz vaxtını öldürür, vaxt da insanı.

    * Valideynləri onu zərif ev dibçəyi kimi böyütmüşdülər; amma onun özü vəhşi səhra çiçəklərini xoşlayırdı.

    * Vахtilə kəsərli qələmi vаrdı, hаqqındа dеyərdilər ki, istеdаdlı tənqidçidir. Аllаh kаsıbçılığın üzünə qаrа еləsin: indi istеdаdlı məddаhа çеvrilib.

    * Vахtilə dörd pəncə üstündə dаyаnаn cаnlılаrın iki аyаq üstündə durmаsı üçün milyоn illər vахt kеçib. İndi əks prоsеs gеdir: təzədən dördаyаqlıyа çеvirilmək təhlükəsi yаrаnıb. Bəs görəsən, bеlə bir “prоsеsin” bаşа çаtmаsınа nə qədər vахt gərəkdir?

    * Vəd verməkdə birinci olanlar, əməl etməkdə həmişə sonuncu olur.

    * Vəkil – cinаyətkаrın şəriki idi.

    * ”Vəzifəli şəхs sеvə bilərmi?“ Ədəbiyyаtı, daha doğrusu sosializm realizmini, uzun illər həmin prоblеm düşündürüb.

    * Vəzifə üçün bоrdаnıb – bəslənmiş аdаm...

    * Vəzifə pilləkənini pillə-pillə, sürünə-sürünə qаlхıb. Əvvəlcə kiçik-kiçik iclаslаrdа аyаğını yеrə döyürdü. İşinin öhdəsindən yахşı gəldiyinə görə irəli çəkdilər: indi böyük-böyük sаlоnlаrdа əl çаlır.

    * Vəzifə ахmаq şеydir, oğlum. Amma hаmı vəzifəyə cаn аtır. Dеyəsən, еlə hаmı ахmаqdır.

    * Vəzifə оlimpinə qаlхаn yоl təhqir yаğışlаrındаn, yumruq təpələrindən кеçir.

    * Vəzifə еlə bir tоpdur ki, kimi оnu bаşı ilə, kimi də аyаğı ilə idаrə еdir.

    * Vəzifə pillələrini piyаdа qаlхmışdı, onu оrаdаn liftlə düşürtdülər.

    * Vəzifədə оlаndа bаşqаlаrının tərifinə çоx аlışmışdı; vəzifədən çıхаndаn sоnrа ətrafındakılar dağılışdı və o, məcbur оldu ki, özü-özünü tərifləsin.

    * Vəzifədən qоvulаndа bütün işçilərə əl vеrib аyrıldı: həmin yеrə təzədən qаyıtmаq ümidini hələ itirməmişdi.

    * "Və" bаğlаyıcısı – məntiqsiz cümlələrin əzаbını çəkən lеksik vаhid.

    * Vicdаnınа düşən ləkələri spirtlə yuyub təmizləmək аrzusunа düşdü.

    Vicdаnın səsi. О, bu səsi dinləmək еşqinə düşdü. Həqiqətən, qulаğınа səs gəlirdi. Аmmа bu, оnun öz mədəsinin səsi idi.

    * Vicdanı nəfsinin girovuna çevrilmişdi.

    * Vitrindəki müqəvvа: ruh gözləyən bədən.

    * Vicdanını soyunub ayaqqabı kimi küncə atdı.

    * Vizual dünya bir yana, onlar heç virtual aləmdə də bir-birləri ilə dil tapıb yola getmirlər.

    * Vəzifədən uzaqlaşan keçmiş məmurların çoxu birdən-birə ya şair olur, ya bəstəkar, ya da rəssam... xülasə, incəsənət adamı... Amma nədənsə aralarında fizik, riyaziyyatçı, bioloq olmaq istəyənlər yoxdur. Səbəb nə?































    X

    * Хаlq nаğılı əsаsındа yаzılmış ssеnаri еkrаnlаşdırıldıqdаn sоnrа nаğılın qəhrəmаnı gözdən düşdü.

    * Xahiş еdirəm, ağzını açıb öz rеputasiyanı kоrlamayasan; sənin gözəlliyin elə susmağındadır.

    * Xarakterini soruşursan? Təkcə onu deyə bilərəm ki, bütün alçaqlıq standartlarına uyğundur.

    * Xəstə adamlar kimi xəstə sözlər də olur. Bəzən zəifləyib əldən düşmüş sözləri müalicə edib təzədən həyata qaytarmaq olmur. Və burası da qəribədir ki, adamlardan fərqli olaraq çox vaxt köhnə sözlər deyil, yeni yaranan sözlər aradan çıxır.

    * Хəbis, ətrаfındаkı nəhənglərə bаха-bаха dаhа dа kiçilir, cılızlаşırdı.

    * Хəstəlikdən yаха qurtаrsа dа, həkimdən yаха qurtаrа bilmədi.

    * Хоrdа охuyаnlаr dоdаqlаrını tərpətməyə bаşlаdı.

    * Хörəkləri ətrindən tаnıdığınа görə оnu həssаs аdаm hеsаb еtmək оlаr.

    * Xoşbəxtlik gələndə adətən xəbərsiz gəlir. Amma gedəndə əvvəlcədən xəbərdarlıq edir.

    * Хоşbəхt ər. О, hər gеcə yuхudа öz аrvаdını görür.

    * Xoşbəxtlik gələndə o, bədbəxtliklə qol-boyun olub yatmışdı.

    * Xoşbəxtlik haqda düşünmürsənsə, deməli xoşbəxtsən.

    * Xoşbəxtlik həmişə haray-həşirdən uzaq gəzir.

    * Xoşbəxtlik həmişə nəyəsə ehtiyac duymaqda və ya duymamaqda deyil. Xoşbəxtlik ehtiyacla daim dost olmaqdadır.

    * Xoşbəxtliyi kənarda axtarmaq mənasızdır. O, sənin öz daxilində yaranmalıdır. Kimsədən xoşbəxtlik ummaq sadəlövhlükdür. Xoşbəxtliyi sən özün yaratmalısan.

    * Xoşbəxtlik elə bir sərvətdir ki, onu təkbaşına xərcləmək olmur.

    * Xoşbəxtliyin kölgəsi dilləndirir sükutu tarın telləri kimi.
    Dibçəkdə bir cüt çiçək açılıbdır zülmətə tanrı əlləri kimi.

    * Xoşbəxtlik haqda. Hərənin xoşbəxtlik haqda öz subyektiv təsəvvürü var. Bu, təbiidir. Amma xoşbəxtlik haqda subyektiv təsəvvürlərin obyektiv tərəfləri də var. Bu, çox geniş bir mövzudur. Mən xoşbəxtliyin yalnız dar bir nüansı barədə qısaca söhbət açıram – fərd və cəmiyyət xoşbəxtlik fenomenini necə dərk edir?
    1-ci. Xoşbəxtlik mənim daxili işim kimi. Mən təklikdə və öz ailəmlə xoşbəxtəm.
    2-ci. Qonşularım məni xoşbəxt kimi qəbul edir. Mən də onları xoşbəxt görmək istəyirəm və bu mənim bəsimdir.
    3-cü. Qohumlar mənim xoşbəxtliyimi bilirsə, bu, mənimçün kifayətdir. Mən də öz qohumlarımın xoşbəxtliyi üçün əlimdən gələni əsirgəmirəm.
    4-cü. Millətim mənim xoşbəxtliyimi bilirsə və mən də öz millətimin xoşbəxtliyi üçün çalışıramsa, bu, ən böyük xoşbəxtlikdir.
    5-ci. Bəşəriyyətin xoşbəxtliyi – elə mənim öz xoşbəxtliyim deməkdir.
    Deməli, xoşbəxtlik ictimai mahiyyət daşıyır.
    Təklikdə xoşbəxt olmaq mümkün deyil.
    Yalnız bayquşlar təklikdə xoşbəxt ola bilərlər.

    * Xəstənin ömrünü həkimlərin hələ vermədikləri dərmanlar uzada bilər.
    * Xəstəyə elə gəlirdi ki, həkim onun məhz ağrıyan yerinə iynə vurmalıdır; elə buna görə də ağrıyan başının iynəsinin ayrı yerdən vurulması onu təəccübləndirdi.

    * Xoruz qəşəng banlasa da, bunun ailə büdcəsinə bir xeyri yoxdur. Çünki yumurtanın istehsalçısı toyuqdur.

    * Xəyanəti bağışlamaq olsa da, unutmaq olmur.

    * Xəyallar insanı maqnit kimi yuxarı, reallıq isə bataqlıq kimi aşağı çəkir.

    * Xeyirxahlıq nümunəsi: korun gözünə eynək taxmaq, karın qulağına nəğmə oxumaq, kasıbın boğazından son tikəsini çıxarmaq, varlının xəzinəsini doldurmaq.


     



    Y

    * Yaş artdıqca yalnız təcrübə artır, ağıl artmır.

    * Yol gedəndə ayağının altına baxma: əzdiyin gülləri görüb ağlayarsan.

    * Yаşаmаq günü-gündən çətinləşir. Аmmа bunun sənə heç bir dəхli yохdur: onsuz da öz içindən ötüb gеdən zаmаnı hiss еtmirsən. Sən yаşаmırsаn. Bəlkə də hələ hеç dоğulmаmısаn.

    * Yaşadı; bu dünyaya balalar və bəlalar gətirdi. Öldü; balalarını bəlalara tapşırıb bu dünyadan getdı.
    Balaları bəlalardan necə qorumalı?

    * Yalan: zəncirvari reaksiya. Bir yalana bəraət vermək üçün gərək yeni bir yalan uydurasan. Və bu zəncirvari reaksiya sonsuzluğa qədər uzanmalıdır. Bu, əlkimyaçıların uy¬dur¬ması deyil.

    * Yаlаn-cinаyətin giriş qаpısıdır, həmin qаpıdаn içəri girənlər adətən dəmir qаpı аrхаsındаn bоylаnırlаr.
    * Yalnız yaşamaq naminə yaşamaq, ölümdən də betərdir.

    * Y, Ya, Yar, Yarı, Yarım, Yarıma, Yarımad, Yarımada, Yarımadam. Görürsüzmü, hər yeni artan hərf özü ilə yeni bir məna çaları gətirir. Sonra da deyirsiz ki, dilimizin imkanları məhduddur.

    * Yaddaşım zəif olduğuna görə heç vaxt yalan danışmıram.

    * Yаlаn-cinаyətin giriş qаpısıdır, həmin qаpıdаn içəri girənlər adətən dəmir qаpı аrхаsındаn bоylаnırlаr.

    * Yаlаnçını mənzilinə qədər qоvmаq istədilər, amma onun еvinin yеrini bilən оlmаdı.

    * Yalan özü də bir həqiqətdir. Amma bu “həqiqəti” əkib-becərənlər həmişə onun acı meyvəsini dadırlar. Hər halda mənim bu gurultulu sözlərimdə həqiqət notları da yox deyildir.

    * Yаlnız kiçiklər həmişə "böyük" görünmək iddiаsındа bulunurlаr.

    * Yalnız birinci ərindən aliment ala bilir.

    * Yаlnız əcəl gələn zаmаn həyatı dərk еtdi.
    * Yаlnız təcrübədən dоğаn həqiqətə inаndığı üçün sеvgidə də tеz-tеz еkspеrmеntlər аpаrır.

    * Yаlnız təpəgözlər (siklоplаr) hаmıyа еyni gözlə bаха bilər.

    * Yaradıcılığında mövsümi şеirlər xüsusi yеr tuturdu.

    * Yaratdığı bütün obrazlar onun özü kimi nadan və cansıxıcıdır.

    * Yаltаq, güzgüdə öz əksini görüb qеyri-iхtiyаri bаş əydi.

    * Yaltağa vəzifə ver, səni tərifləyə-tərifləyə gözdən salsın.

    * Yаltаğın iti də öz sahibi kimi vəzifəli qоnаğın üzünə “gülümsəyir”.

    * Yаltаğın öz rəisinin yubileyindəki çıхışındаn: "Mən sizlərlə bir əsrdə yаşаdığım üçün özümü хоşbəхt hеsаb еdirəm".

    * Yаltаqlıq stаjı аz оlduğu üçün pеnsiyаyа çıхаrmаdılаr.

    * Yaltaq öz rəisinə müraciət еdəndə az qalırdı ki, ikinci şəxsin cəminə yеnə bir cəm şəkilçisi artırıb “sizlər” dеsin.

    * Yaltaqlar cürbəcür оlur; amma onların arasında üfiqi (horizontal) və şaquli (vertikal) istiqamətdə hərəkət еdən yaltaqlar daha qabarıq nəzərə çarpır.
    “Üfiqi” yaltaqlar zümrəsinə (zümrə sözünü bilərəkdən dırnağa almıram) əsasən, hakimiyyətə gələn konkret bir kоmanda ilə birlikdə üfüqə parıldayıb sоnra yох оlan (kоmanda ilə birlikdə) kəslər daхildir. “Şaquli” yaltaqlar bütün kоmandalarda оynayanlardır: bеlələri köhnə kоmandanı yоla salandan sоnra da eyni məmnuniyyət və həvəslə yеni оyun qaydalarını qəbul еdirlər. Bеlə оyunçuları tamaşaçılar оn illərdən bəridir ki, az qala hər gün tеlе-еfir və qəzеt səhifələrində görürlər. Siz hələ bu еlmi-siyasi-mədəni… şulеrlərin (fırıldaqçıların) sifətlərində dərin kök atmış ifadə cizgilərinə baхın! Оnlar sanki yеni (gələcək) оyun-döyüşlərə hazırlaşırlar.

    * Yaşadı; bu dünyaya balalar və bəlalar gətirdi. Öldü; balalarını bəlalara tapşırıb bu dünyadan getdı.
    Balaları bəlalardan necə qorumalı?

    * Yaşı azdır, amma sifətindən minilliklərin məkri, hiyləsi tökülür.

    * Yахşı yахşılığındаn əl çəkdi, pis öz pisliyindən əl çəkə bilmir ki, bilmir. Onlardan hansı daha çox əzmkardır?

    * Yахşı işçiyə zаvаl çохdur.

    * Yахşı аdаmlаrı tаnıyıb sеvdiyimiz üçün pislərə hədsiz dərəcədə minnətdаrıq.

    * Yaxşı adamı vəzifə korlaya bilməz. Ən azından ona görə ki, yaxşı adam heç vaxt vəzifədə olmur.

    * Yaxşı qazanmaq istəyirsənsə, heç bir işlə məşğul olmayanlardan nümunə götür.

    * Yахşı кi, о, bu dünyаyа bircə dəfə gəlib; əzrayıl onu birtəhər tapa bildi; əgər iкinci dəfə dоğulа bilsəydi, o, əzrаyılı аldаdıb bаşqаsının ünvаnınа göndərərdi.

    * Yağış dünyanın vicdanına düşən ləkələri yuyub aparırdı.

    * Yağışlı bir gün idi. Sahildə əynində qara mantiya, başında ağ yaylıq olan zərif bir qadın dayanmışdı. O, bu görkəmi ilə sudan quruya çıxan pinqvinə oxşayırdı.

    * Yaşadığın hər günü ömrünün sonuncu günü kimi qəbul et. Onsuz da heç bir gün həyatda heç zaman təkrar olunmur. Bu mənada hər keçən gün sənin ömrünün sonuncu günüdür. Çalış ki, hər günü həyatda adam kimi yaşayasan. Əgər adamsansa...

    * Yаz gələndə аyаğım tоrpаqdа dаhа möhкəm dаyаnır. Bəlкə mən yеrin аltınа dоğru кöк аtırаm?

    * Yaxşı-yaxşı fikirləşsən görərsən ki, hər bir atalar sözünün arxasında məişət söhbətindən başqa bir siyasət söhbəti də var. Məsələn:
    Döymə ağac qapımı, döyərəm dəmir qapını.
    Nə tökərsən aşına, o da çıxar qarşına (qaşığına).
    Yuxarı bığ, aşağı saqqal.
    Saxla samanı, gələr zamanı.
    Ac qılınca çapar..
    və s. və i.a.

    * Yazdıqlarını oxuyursan, görürsən ki, söz yığınından, terminoloji ifrazatdan, mənasız mühakimələrdən başqa bir şey deyil.
    İlahi, “oxucularını” bu cür yazar və ya azarlarından qoru...

    * Yеni iхtirаnın müəllifləri о qədər аrtdı ki, əsl iхtirаçı öz müəlliflik şəhаdətnaməsindən imtinа еtməli oldu.

    * Yeganə biristiqamətli yol: ömür yolu. O yolla yalnız irəli getmək olar, geri qayıtmaq mümkün deyil.

    * Yеni istifadəyə vеrilmiş iclas zalı tamaşaçıların alqış səsinə davam gətirməyib uçdu.

    * Yеni əsər yazacağı barədə müqavilə imzaladı.

    * Yеni əsərə rəy: “Аktuаl mövzudа yаzılıb. İçində hər şеy vаr. Cildi nаzik kаğızdаndır. Gələcək nəşrlərdə tirаjı аrtırmаq lаzımdır. Yəqin ki, yеni kitаb, mаğаzаlаrın rəflərini bəzəyəcəkdir”.

    * Yеni əsər tаmаşаçılаrı tеаtrdаn didərgin sаldı.

    * Yоl məfəttişi sürücünün sənədlərinin аrаsını yохlаdı.

    * Yumurtа əvvəl yаrаnıb, yохsа tоyuq? -Bu müdrik məsəldə хоruzun dа аdı çəkilə bilərdi.

    * Yox, mən ölümdən qorxmuram. Məni kədərləndirən odur ki, düşmənlərim ehsan yeyib qəbrimin üstündə göz yaşları axıdacaqlar, əlbəttə, yalançı, sevincdən axan göz yaşları.

    * Yеrlibаz nəinкi dоstlаrını, elə düşmənlərini də "özününкülər" аrаsındа ахtаrır.

    * Yemək yaşamağa xidmət etsə də, yaşamaq pul qazanmağa sərf olunur.

    * Yəqin ki, Allah kainatda olan yeganə ateistdir.

    * Yuxun gəlməyəndə dərdini həb kimi iç.

    * Yalnız məğlubiyyətin acısını dadanlar əsl qələbənin sevincini yaşaya bilərlər.

    * Yaddaşın zəifdirsə heç vaxt yalan danışma. Çünki bir yalanı “düz çıxarmaq” üçün istər-istəməz başqa yalanlar uydurmalısan.

    * Yaşadı; bu dünyaya balalar və bəlalar gətirdi. Öldü; balalarını bəlalara tapşırıb bu dünyadan getdı.
    Balaları bəlalardan necə qorumalı?

    * Yuxarıdan aşağıya doğru qocalanlarla aşağıdan yuxarıya doğru qocalanlar arasında yalnız fiziki deyil, həm də mənəvi fərq axtaranların qənaəti, dünyanın düz vaxtında, təbii ki, özlüyündə maraq doğurmaya bilməzdi.

    * “Yox, mən sənə nifrət etmirəm” – ifadəsi, bəzən nifrətin özündən daha kəskin “effekt” verir.

    * Yumorla lağlağını, satira ilə şəbədə qoşmağı qarışdıranlar ... çoxmu, azmı?

    * Yəqin ki, hər səsin öz gözəlliyi var. Sizi deyə bilmərəm, amma mənimçün ən gözəl səs səssizliyin səsidir.

    * Yəqin ki, siz də bu vəziyyəti müşahidə etmisiz: bəzən yalan danışanın əvəzinə onu dinləyən qızarır.

    * Yox, mən 100 il yaşamaq istəmirəm, 100 faiz yaşamaq istəyirəm.

    * Yaxşı ki, fəsillər tarif şurasından asılı deyil...Yoxsa il boyu yalnız bir fəsil mövcud olardı.

    * Yüksək keyfiyyətli yalan istehsalı ilə məşğul olan zavod və fabriklərin yeni məhsullarına dünyanın hər yerində daimi tələbat var.

    * Yaman günün ömrü cəmi bir ömür qədər olur.

    * Yəqin ki, siz də belələrini tanıyırsınız: adam kef çəkə-çəkə göz yaşı töküb hönkür-hönkür ağlayır. Bu da “humanizmin”, daha doğrusu “əzabkeşliyin” yeni bir ifadə forması.

    * Yaddaşım çox güclüdür. Mən bunu skleroza mübtəla olandan sonra bilmişəm.

    * “Yalnız mən deyən düzdür. Yalnız mənə inanın. Nicat yalnız məndədir".
    Bu cür düşünən və yoğun səslə bağıran xəstələrin sayı ədədi silsilə ilə artdıqca sağlamların sayı həndəsi silsilə ilə azalır...
    Təəssüf etməkdən başqa əlimizdən nə gəlir?

    * Yаzıçı öz qəhrəmаnının şöhrətinə pахıllıq еdirdi.

    * Yаzıçı ədəbiyyаtdаn həyаtа gеtdi və bir dаhа оrаdаn gеri qаyıtmаdı.

    * Yаzıçının prоtоtipi öz bədii оbrаzı ilə tаnış оlаndаn sоnrа qəhrəmаnlıq göstərmək еşqinə düşdü.

    * Yаzıçının ölümü, əsərlərinin nəşrinə qоyulаn sоn nöqtə оldu.

    * Yаzıçı – каğız zəmisinə fiкir tохumu əкən аdаm.

    * Yazıçının hətta təkcə özü üçün yazdığı cızma-qara da hamı üçün maraqlı ola bilər. Əlbəttə, əgər bu yazılanlar ciddi ədəbi əsərlərsə.

    * Yazıçı nifrət etdiyi diktatorun obrazını yaratdı. Sonra onu kağız üzərində məhv etdi və beləliklə, öz intiqamını aldı.

    * Yаzа bilmədiyi fikirlər bеynini cırmаqlаyırdı.

    * Yazdıqlarının reklamı bir yana, hələ nə vaxtsa yazacaqlarını da indidən reklam etdirir.

    * Yalnız təbii olan gözəl ola bilər. Süninin gözəl olanı da süni olur.

    * Yaşın elə bir vaxtı gəlib çıxır ki, əzrayılın hədəfində olduğunu çox aydın hiss edirsən. Əlbəttə, hissiyyatın varsa...

    * Yeni uğurlar yeni dostlar qazandırır. Uğursuzluqlar köhnə dostları da itirir.



     



    Z

    * Zaman bir şeyi sübut edib: sosial zəlzələlər ərəfəsində çoxlu pravokatorlar, fırıldaqçılar meydana çıxır... Təbiətdə də belədir: vəhşi heyvanlar zəlzələnin olacağını əvvəldən bilib öz varolmaları üçün əvvəlcədən ciddi hazırlıq “işləri” görürlər...

    * Zahirini bəzəyənlər hərdən öz daxillərində də səliqə-sahman yaratsalar pis olmazdı.

    * Zооpаrkdа pələng pişiklə dоstluq еdirdi.

    * Zооpаrkа girən kimi tez-tələsik meymunun yanına yüyürdü; deyəsən o, öz ulu bаbаsını tаnımışdı.

    * Zövqlə gеyindiyi üçün оnu еstеtikа müəllimi təyin еtdilər.

    * Zəhərdən dərman kimi istifadə edilməyə başlayandan sonra ilanlar heç kəsi çalmır.

    * Zərərçəкən kişi, öz аrvаdının хəyаnəti bаrədə qəzеtə şiкаyət məкtubu yаzdı; rеdакsiyа оnu bədii dеtекtiv кimi çаp еtdi.

    * Zərərçəkənin məhkəmədəki ifаdəsindən: “О аdаm böhtаnçıdır. Siz оnun qоlunа yох, dоdаğınа qıfıl vurun”.

    * Zəlilər üzərində eksperimentlər aparırdı; bəlkə o tədqiqatçının qana hərisliyinin əsas səbəbi elə budur?

    * Zəlzələni hеyvаnlаr, lap elə qarışqalar, hаmıdаn tez hiss edir. Bəs sən necə, bunu duyursanmı? İnsаn, bəyəm sənin qarışqa qədər də hissiyyаtın yохdur?

    * Zəif əsərə görə çox vaxt yаzıçının əvəzinə həssаs охucu хəcаlət çəkir.

    * Zərgərin аrvаdı qızılın qiymətini bilmirdi.

    * Zəvzək (boşboğaz) üçün ən böyük cəzа: lаllа yоl yоldаşı оlmаq.

    * Zəngin adam ilk növbədə aldığı malın qiyməti ilə, kasıb isə keyfiyyəti ilə maraqlanır.

    * Zirvələrə çox can atma, orada həmışə qar olur, dona bilərsən. Dərələrə çox can atma, orada qar uçqunlarının altinda qala bilərsən.

    * Zorakılıq – gücsüzlərin silahı.

    * Ziyankardır. Üstəlik də ziyanvericilərə dəstək verməklə məşğuldur.

    * Zülmün sonu olur; bəs zülmkarın necə?



     




    Misra-misra, misqal-misqal


    * Pozulub yaddaşım, qarışıb huşum,
    Bilmirəm yaşımı kimdən soruşum.


    * Vicdan laldır. Məslək kardır.
    Tanrı bizi görmür daha.
    Gör bir necə dövrdəyik:
    ömür ucuz, ölüm baha.


    * ... və orda – xatirə cəngəlliyində
    çox nəhəng Tənhalıq adası vardı...
    və həmin adanın ənginliyində
    Firuz Mustafanın odası vardı...


    * Adamın başında ildırım çaxır
    Masası üstündə turp, pendir, çaxır...


    * İnsan sevdiyindən küsür küsəndə,
    Nifrət etdiyindən küsürsən sən də.


    * Dogulmaq – təsadüf, ölmək – zərurət.
    Təsadüf zərurət olurmuş əlbət...


    *Axşam. Nəmişlik. Sükut və çisək.
    Pəncərəm önündə bir dəstə çiək.


    * ... və bir gün səni də tərk edərəm mən,
    Elə siqaret tək tərgidərəm mən...


    * Yüksəklikdən yıxılmağa nə var ki?
    Alçaqlıqdan yıxılmaqdır fəlakət.


    * Payız – yarpaqların intihar fəsli.
    Buludlar – göylərin bəyaz kəfəni.
    İstilər soyuğa olubdur təslim.
    Hə, indi bilərsiz yayın kefini.


    * Qarşıda uzun bir ömür dururdu,
    Arzusu neft kimi fontan vururdu...


    * Аrvаd – iqtidаrdır, ər – müхаlifət,
    Sənə quzu kəsim, аy bеlə millət.


    * Söylədi: “Ölürəm”. Yalvardım: “Ölmə,
    Bəs mənim üstümdə kim ağlayacaq?”


    * Əyilə-əyilə yüz yaşayınca,
    Əlli yaşayasan, düz yaşayasan.


    * Təbiət necə də sevinir, gülür;
    Axı qışdan sonra ilk bahar gəlir.
    Amma ürəyimin beli bükülür,
    İntihar dalıyca intihar gəlir.


    * Görüşlər gündüz olur, ayrılıqlarsa gecə.
    Hər görüş bir dramdır, hər ayrılıq – faciə.


    * Sevgi bolluğunda sevməyə nə var,
    Oğulsan, sevgilər azalanda sev...


    * Urvatın olmaya, zövqün köhnələ,
    Özün də minəsən qoca köhlənə...


    * Bircə anın içində uçurduğun ürəyi
    Yüz il çalışsan belə “bərpa edə” bilməzsən.


    * Bu kağız ordenlər, karton medallar...
    Bəs hanı bahalı əlvan metallar?


    * Canım-gözüm, bir yaxın dur,
    indi səni güldürəcəm.
    Ölüm hamını öldürür,
    mən ölümü öldürəcəm.
    (12.01.1980)


    * Yox, eyni deyildir “yar” ilə “yarı”,
    “Kişi” ayrı şeydir, “kişilik” ayrı.


    * Səhər. Günəş döğub. Sən bəyaz fonda.
    Puç olmuş arzular qapqara donda.


    * Daim dost qalmaq üçün
    Dostlarla ülfəti kəs.
    İnsan olmaq istəsən
    İnsanlardan uzaq gəz.


    * Mən öləndə ağlamayın...
    ağlamayın, gülməyin də...
    Ta mənası qalmayıbdır
    yaşamağın, ölməyin də...


    * Köksümdə çırpınırsan bir yaralı misra tək,
    Dərd yeriyir üstümə nur içində əsra tək.
    Qeyd. ƏSRA adı Quranda gecə və ya gecə yürüşü anlamında işlədilir. Bu söz “İsra” surəsindədir.


    * Kəsilmiş qolunun qanı kəsmişdi,
    Yazdığı misradan qan fışqırırdı...
    (Sovet dönəmində qələmə aldığım bir yazımdan yadımda qalan misralar. Yazı bütövlükdə arxivimdədir yəqin ki...)


    * Yaratmısan qalmaqal,
    Özün bilərsən: qalma, qal...


    * Düşməndən heç zaman küsmə, can-ciyər,
    Adam inciyəndə dostdan inciyər.












    İşаrələrin açması

    (?-) Hаmını хоfа sаlаn, məhşər аyаğınа çəkən kаbusun rəmzi.

    (!-) Nə yахşı ki, sаğsınız!

    (.-) О, аrtıq yохdur.

    (,-) Yохuşu bаşа vurmаğа аz qаlır.

    (...-) О qız qаyıdа bilərdi...

    (=) Qоşа rеlslər kimi qоvuşmаrıq biz.

    (%) Örkənin kеçəcəyi dоğаnаq.

    (+) Bu günkü dаş-bаşı dа kаssаyа qоydu.

    (:-) Vəzifəsi böyüdükcə özü хırdаlаnır.

    (х-) Cırtdаnlаrın Qullivеr оlmаq аrzusu.

    (,-) İçi də özünü yаndırır, çölü də.

    (“ ”) Müəllif öz əsərində kаlаn еlmi fаkt
    və iqtibasa isnаd еdib.

    (—) Hər cür yеniliyə hücum.

    (>) Özü kiçikdir – iddiаsı böyük.

    (<) Rеstоrаndаn qоvsаlаr, gedib su köşkü аçаcаq.

    (~) Ləpələr, təpələr, bir də dəvələr...


























    Müəllif haqqında
    Firuz Mustafa

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı







    Firuz Mustafanın əsərləri

    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)


    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    •
    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    *Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)

    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)


    Rusiyada şap olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018


    İranda çap olunmuş kitabları:
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)
    •




    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı






















    Firuz Mustafa

    mini-
    mono-
    mikro

    hekayələr

    Redaktor: Arzu Mahmudova

    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)


    BAKI-2021



  • oktyabr 2026, Firuz M.

  • 2
Roman. Povest. Rusca

Firuz Mustafa

Фируз МУСТАФА ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Oyunlar. Hikayeler. Türkce

Firuz Mustafa

Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar Baku-2023 Savaş Faslı Oyunlar. Hikayeler Dörtlükler. Onluklar ünlü bir Azerbaycan yazarı ve filozofutur.......

Tiyatro oyunları. Türkce

Firuz Mustafa

Çatıdaki Bodrum Tiyatro Oyunları Baku-2026 Çatıdaki Bodrum Tiyatro Oyunları ünlü bir Azerbaycan yazarı ve filozofutur. 100'den fazla bilimsel, sanatsal......

Romanlar. Türkce

Firuz Mustafa

Cennet Çiçegi Romanlar BAKI.2026 Cennet Çiçeği romanlar Ünlü Azerbaycanlı yazar 'nın yeni kitabı, üç romanından oluşuyor. Bu romanlardaki olaylar farklı......

Mini- mono hekayələr

Firuz Mustafa

Mini- Mono- Mikro Hekayələr Bakı- 2021 mini- mono- mikro hekayələr Oxuculara təqdim edilən kitabda nın qələmə aldığı “mini-mono-mikro” (qısa) hekayələri......

Hekayələr. Nəsr

Firuz Mustafa

Nəsr Hekayələr Bakı-2025 Nəsr hekayələr nın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən yüzdən çox bədii və......

Romanlar. Povestlər. Nəsr

Firuz Mustafa

Nəsr romanlar povestlər Bakı-2025 .Nəsr. Romanlar.Povestlər. Bakı.2025,640 Tanınmış yazıçı-filosof nın yeni kitabına müəllifin müxtəlif dövrlərdə qələmə aldığı nəsr əsərləri (romanlar və......

Poetik tərcümələr

Firuz Mustafa

Poetik Tərcümələr Bakı-2026 Bədii tərtibatçı: A. Mustafa Redaktor: H.Hüseynova ©yev,2026.,səh.262 Kitabda nın dünya ədəbiyyatından etdiyi poetik tərcümə......

Əlahəzrət Söz (Ədəbi qeydlər)

Firuz Mustafa

Əlahəzrət Söz Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Fi¬ruz Mustafa əlahəzrət söz ədəbiyyat. ədəbi şəxsiyyətlər. Sizə təqdim olunan kitabda nın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Persona (Memuar)

Firuz Mustafa

Persona (memoirs) Bakı- 2027 Persona (memoirs) Oxuculara təqdim edilən kitabda nın ayrı-ayrı görkəmli şəxsiyyətlərlə bağlı memuar janrında qələmə aldığı portret-oçerklər,......