...
  • Pyeslər. 4-cü cild
  • Firuz Mustafa




  • Firuz Mustafa



    PYESLƏR

    4-cü cild








    Altı cilddə









    BAKI-2026



    Firuz Mustafa

    PYESLƏR

    4-cü cild

    Altı cilddə

    Təqdim edilən cildə
    Firuz Mustafanın
    seçilmiş dram əsərləri daxil edilmişdir.
    Həmin pyeslərin əksəriyyəti teatrlarda
    tamaşaya qoyulmuş,
    uğurlu səhnə taleyi yaşamışdır.

    Redaktor: Fazil N. Mustafayev
    Bədii tərtibatçı: Aqşin Mustafa

    Firuz Mustafa.Pyeslər., səh.518


    ISBN 978-9952-37-245-8


    “Füyuzat” nəşriyyatı.2026
    ©Firuz Mustafa.2026


    BAKI-2026






    M Ü N D Ə R İ C A T



    Dəhliz s.04
    Küsənlər barışanda s.50
    Sevməsən ölərəm s.94
    Məruzə s.163
    Sifət s.186
    Qıfıl s.205
    Qaranquş yuvası s.224
    Payız süvarisi s.245
    Sənə sözüm var s.385
    Qaranlığı qovanlar s.385
    Günəşi qoruyanlar s.436
    Sonuncu adam s.507

    Firuz Mustafanın qısa bioqrafiya və biblioqrafiya s.483














    DƏHLIZ

    İki hissəli dram


    Iştirakçılar:

    Ramil
    Kamal
    Pərvanə
    Hacı Sergey
    Murğuz Murğuz
    Ziya
    Röya
    Qız
    Xidmətçi qız


    I hissə

    (Yol kənarında, yaşıllıqlar qoynunda yeməkxana. «Kabinə»lərin qapısı birbaşa tamaşa zalına açılır. yan-yana iki otaq - «kabinə». Kənarda kabab manqalı, od-ocaq. Kamal, Hacı Sergey, Murğuz).

    hacı Sergey: - Inanmıram ki, innən belə gəlib-gedən olsun...
    Murğuz: - Niyə inanmırsan? hələ şər qarışmayıb. Qoy millət əl -ayağını yığışdırsın... yəqin ki, gələn də olacaq, gedən də... hacı, unutma ki, «dəhliz»in öz nöfuzu, öz imici var. Burada millət üçün nə yoxdur? Rahatlıq, könül xoşluğu, gözəllər, yemək-içmək... Ta insana nə lazımdır, hacı?
    hacı Sergey: - Murğuz, xahiş edirəm mənim adımı bütöv de...
    Murğuz: - Hacı, getdiyin o həcc haqqı, əsl adını deməyə dilim gəlmir.
    hacı Sergey: - Yenə də «hacı»?
    Murğuz: - acı Sergey... Neyləyim, ay hacı Sergey, özümdən asılı deyil ki?... hacı adıynan Sergeyi bir yerdə deyəndə qıdığım gəlir elə bil.
    hacı Sergey: - Yekə kişisən, ağzına yiyəlik elə. Gülməyin niyə gəlir ki?
    Murğuz: - Nə bilim, vallah. hacıynan Sergey nə təhər bir yerdə ola bilər, axı?
    hacı Sergey: - Niyə olmur ki? Sən elə bilirsən ki, Sergey rus adıdır?
    Murğuz: - Bə nədi, hacı?
    hacı Sergey: - Ə, bu köhnə adlardandır. Qrek adıdır ey... yəni yunanlardan rusa keçib.
    Murğuz: - Ta denən qlassiy addı da. Deyəsən, maşın səsi gəlir.
    hacı Sergey: - Kamal, manqala od qoy, deyəsən qonaq gəlir...

    (Ziya, Röya və Qız gəlir. Murğuz qonaqları qarşılamaqçün irəli çıxır).

    Murğuz (çətirin altındakı sazı göstərir):- O, saz kimi, o sazın simi kimi, o simin altındakı pərdə kimi millidi hacı Sergey. Biz hacı Sergeyə tapınmalı, hacıdan nümunə götürməliyik. Bütün məmləkət hacılaşmalıdır.
    Ziya: - Bəs hanı hacı Sergeyin özü?...
    Murğuz: - Odu ey... hacı Sergey... hacı ot kimi, çiçək kimi, lap elə göylərdəki mələk kimi saf, sadə, təvazökar bir şəxsiyyətdir.

    (Hacı Sergey təsbehini cütləyə-cütləyə yaxınlaşıb qonaqlarla görüşür).

    hacı Sergey: - Əzizlərim, mən sizin qulluğunzuda müntəzirəm. Buyurun, keçin odalara - yəni kabinetlərə... Neçə nəfərsiz?..
    Ziya: - hələlik üç nəfər... Ola bilsin ki, yenə gələnlər oldu... Bu gün burada bizim bir tədbirimiz olacaq...
    Röya: - Biz hacının mübarək adını çox eşitmişik... Xalq onu qonaqpərvər, xeyriyyəçi, əliaçıq bir insan kimi tanıyır. Biz bu adın işığına gəlmişik. həm də eşitmişik ki, o bizim tərəflərin adamıdır.
    Ziya: - hacını elə bizim tərəflərdə də yaxşı tanıyırlar. ümumiyyətlə, hacı kimi adamlar bütün xalqın fəxridir; o, ümummilli sərvətdir...
    Murğuz: - Düz buyurursunuz. hacı Sergey vüqarda dağdı, səxavətdə bağ, el yanında üzüağ, kefi çağ bir insandır. Allah-təala bu eli bircə gün də hacı Sergeysiz eləməsin. yetim-yesirə, əlsiz-ayaqsıza, fəqir-fuqəraya pənahdır hacı Sergey...
    hacı Sergey: - Xahiş edirəm, buyurun içəri keçin... Bir daha xoş gəlmisiniz...
    Röya: - çox sağ olun, hacı... Biz bu gün bu mübarək dəhlizə çox mühüm bir missiyanı həyata keçirmək üçün toplaşmışıq...
    hacı Sergey: - Allah özü mübarək eləsin...

    (Qonaqlar odaya-«kabinəyə» keçir, stol arxasında əyləşirlər).

    Murğuz (qonaqlara yaxınlaşır): - Nə buyuracaqsınız?
    Röya: - Qonaqdan soruşmazlar ki, nə buyuracaqsınız... Siz nə təklif edirsiniz?
    Murğuz: - Kabab, bozartma, soyutma...
    Röya: - Bağışlayın, adınız nə oldu?
    Murğuz: - Murğuz Murğuz.
    Röya: - Anladım: Murğuz...
    Murğuz: -Yox, ey. Murğuz Murğuz. yəni iki dənə, iki dəfə Murğuz.
    Röya: - Elə niyə?
    Murğuz: - Əvvəllər Murğuz Murğuzov idim. Sonra oldum Murğuz Murğuzzadə. hətta arada bir Murğuz Murğuzlu da oldum. Indi Murğuz Murğuzam. həm milli, həm də müasir. Belə yaxşıdır.
    Ziya: - Murğuz bəy...
    Röya: - Murğuz müəllim...
    Ziya: - cənab Murğuz Murğuz.
    Murğuz: - Bəli, buyurun...
    Ziya: - Sizin peşəniz, sənətiniz nədir?
    hacı Sergey: - Siz nə yeyəcəksiniz?
    Röya: - Elə bayaq adını çəkdiyiniz təamlardan hansını təklif eləsəniz...
    Murğuz: - Mənim sənətim nədir?... Qeyri-təvazökarlıq olsa da, mən özümü millətin düşünən beyni, vuran qəlbi hesab edirəm... Mən mütəfəkkir aşıq, şair-diplomat, tarixçi-filosof, tribun-inqilabçı, beynəlmiləl-millətçi, rəqqas-sənətçiyəm. Məndə dünyanın bütün rəngləri mövcuddur. Mən - göyqurşağı, qövsi-qüzeyəm...
    Qız: - Boje moy, bu ki, lap əngdir...
    Röya: - Sizdən bir şey soruşmaq istəyirəm.
    Murğuz: - Buyurun.
    Röya: - Hansısa ictimai-siyasi birliyin, partiyanın üzvü deyilsiniz ki?
    Murğuz: - Yox... hələ öz mövqeyimi müəyyənləşdirməmişəm.
    Ziya: - Murğuz bəy... Eee, bağışlayın, iki dəfə Murğuz təpədən-dırnağacan milli adamdır. Mənə elə gəlir ki, o, millətçi xətdə dayanmalıdır...
    Röya: - Məncə o, daha çox sağçıdır. O, ümumbəşəri dəyərləri qiymətləndirir.
    Murğuz: - Məndə ikisindən də var.
    hacı Sergey (Kamala): - Kamal, manqallara od qoy, kababı şişə düz.

    (Kamal dinməz-söyləməz əl-ayağa düşür).

    Murğuz: - Istəyirsən ki, sizə bir solaxay sual verim: bəs niyə iki nəfər kişi bir zənənlə, bir gözəllə, bir nazəninlə təşrif buyurub bu tarixi məclisə?
    Röya: - Bizim bu bacı jurnalistdir...
    hacı Sergey: - Mənim bütün qadınlara, ən çox da yazan-pozan, oxuyub-çalan qadınlara hörmətim var.
    Ziya: - Bu bajı bizim danışan dilimiz, görən gözümüzdür.
    Murğuz: - Lap yaxşı. Qoy olsun... Deyirəm, əgər məcazınız çəkirsə, bizdə gözəl-göyçək qızlar var, dəvət edim. Elə-belə... Məclisi bəzəmək üçün... əgər istəsəniz...
    Röya: - Əgər məsləhət görürsünüzsə... Bizim, intellektə həmişə ehtiyacımız var... Düşüncəli, zəkalı, ağıllı qadınlar bizim siyasi arenanın bəzəyi olub...
    Ziya: - Bizim təşkilat yalnız milli qadınlara üz tutub...

    (Xidmətçi qız stolun üstünə «soyuq» yeməklər - göy-göyərti, mineral su, araq qoyur).

    Röya (Murğuza): - Xanımın siyasi mənsubiyyət necədir?...
    Murğuz: - Xanım CAP partiyasının üzvüdür. hacı Sergey deyəsən TAP-da fəaliyyət göstərir. Mən də son vaxtlar hAP-a maraq göstərirəm.
    Ziya: - Inanın mənə, onların hamısı perspektivsiz təşkilatlardır... gəlin qoşulun bizə...
    Röya: - yaxşısı budur bizə təşrif buyurun.
    Qız: - Axı, siz deyirdiniz ki, bu gün partiyaların birləşmə məsələsinə baxılacaq... Mı vremya teryayem.
    Ziya: - Elədir. Bunun məsələyə nə dəxli? Biz indi, bir azdan mətbuat konfransı keçirəcəyik. hər halda birləşməliyik. özümüz üçün müəyyənləşdirməliyik ki, hansı təşkilatın nə qədər üzvü var.
    Röya: - Məndə daha çoxdur.
    Ziya: - Mən ölkənin ən güclü siyasi təşkilatıyam. Mənim üzvlərimin sayı hamıdan çoxdur.
    Röya: - Mən həmişə intellektə fikir verirəm: bütün düşüncəli adamlar mənim ətrafımdadır.
    Qız: - Eto je ne imeyet znaçeniye. Siz bu gün qarşılıqlı müqavilə bağlayıb birləşəcəksiniz...
    Ziya: - Bu öz yerində. Bu gün birləşirik, bəlkə sabah, birisigün ayrıldıq. Indidən bilməliyik ki, kimin nə qədər üzvü var... Bir də ki, sədrlik məsələsi var axı...
    Qız: - Bəs mətbuat konfransına nə vaxt başlayırsınız?
    Röya (ciddiliklə): - Xahiş edirəm, diktafonları işə salın. Murğuz müəllim, hacı Sergey cənabları, (xidmətçi qadına) xanım qız, (Kamala) cavan oğlan, elə siz də, hamınız yaxın gəlin, mətbuat konfransını açaq elan edirəm. Bir azdan bizim digər hörmətli üzvlərimiz, mətbuat və teleşirkət nümayəndələri də gələcək. Bu gün məmləkətin iki böyük siyasi təşkilatı tarixi anlarını yaşayır. Iki cəbhə, iki qütb bir müstəvidə birləşəcək... öhö-öhö-öhö (öskürür).
    Murğuz (Röyaya): - Deyəsən, soyuqlamısız?
    Röya: - Bəli, bir balaca.
    Murğuz: - öyrətmək olmasın, yemək gələnəcən yüz-yüz vurun. Qoy boğazınız yumşalsın...
    Röya: - Məsləhət sizindir...
    (Murğuz badələri doldurur. Stol ətrafında əyləşənlər, o cümlədən qadınlar badələri qaldırıb içir. Murğuz əlinin arxası ilə ağzını silir).
    Murğuz: - hə, bu başqa məsələ. Indi məsələni gündəliyə çıxara bilərsiniz...
    Qız: - Ziya bəy, sizə bu sualım var: həmsədrlik məsələsinə necə baxırsınız?
    Ziya (içini arıtlayır): - Bilirsinizmi, xanım qız, biz necə deyərlər, indiki halda, qövmlərin, nəsillərin, tayfaların özünə qayıtdığı bir məqamda dünya birliyinə öz nəməliyimizi sübut etməliyik.
    Murğuz: - Qlassiklərdən birinin bir yaxşı sözü var...
    Ziya: - Dayan, dayan Murğuz bəy. Klassik deyəndə ki, biz elə özümüz də klassiyik, partiyamız da klassik partiyadır.
    (hacı Sergey Kamala yaxınlaşır.)
    hacı Sergey: - gözümə birtəhər dəyirsən. Nə olub səndə?
    Kamal: - Sergey bəy, sənə bir söz demək istəyirəm.
    hacı Sergey (hirsli): -Əşi, nə bəy, nə müəllim, nə ağa? Sənə də, Murğuza da min dəfə demişəm ki, mənim adımı düzgün deyin...
    Murğuz (onlara yaxınlaşır): Elə mənim də adımı... Axı, mən...
    Kamal: - Nə isə... Olsun... Mən ta burada işləmək istəmirəm...
    hacı Sergey: Niyə, balam? Burada kim sənin xətrinə dəyir?
    Murğuz: Indi zavod yox, fabrik yox, kantor yox, sovxoz yox, kolxoz yox... Maşallah, bəy balası kimi dolanırsan. Inşallah, müştərilərin sayı artdıqca sənin də güzəranın bala-bala düzələcək... O saz kimi, o sazın simi kimi, o simin altındakı pərdə kimi, təzənə kimi...
    hacı Sergey: - yaxşı, Murğuz, uzatma, deyəsən qonaq var yenə. Maşın səsi gəlir. Sən get, çıx onların pişvazına. hə, Kamal, de görüm, dərdin nədir? Bəlkə xətrinə dəyən var? Murğuzun sözü olmasın, indi bir işləyən idarə, bir işıq gələn yer var ki, gedib ora kül tökəsən?
    Kamal: - Sadəcə olaraq... “Dəhliz” pis ad çıxarıb...
    hacı Sergey: Niyə, balam?.. O, nə pis addır elə? həzrət Əli Əleyhüssəlamın bir sözü var. Deyir ki... yadımdan çıxdı nə deyib... Sonra Murğuzdan soruşaram. O, belə şeyləri yaxşı bilir...
    Kamal: - Az qala hamı dəhlizdən danışır...
    hacı Sergey: - Danışmalıdı da... Niyə də danışmasınlar? Murğuzun sözü olmasın, burada nə yoxdur - rahatlıq, könül xoşluğu, gözəllər, yemək-içmək. Əla xidmət... Prokurorlar burada, polislər burada, biznesmenlər burada... Liderlər burada. Sağ burada, sol burada. Düzü, bircə onu bilmirəm ki, bu “sağ-sol” nə olan şeydi?.. O günləri iki cavandan eşitdim bu sözü: biri deyirdi mən sağam, o birisi deyirdi mən solam... Mən elə bildim solaxaydı. Sonra baxıb gördüm ki, yox, kababın tikəsini sağ əlində tutub... Nə isə... gərək bunu da Murğuzdan soruşam. Murğuz çənə olsa da, dəryadır... hə, de görüm səbəb nədir ey?..
    Kamal: - Səbəb-dəhliz... Elə bu dəhlizə gələnlərin özü...
    hacı Sergey: - yəni Murğuz demiş, ictimai rəy, hə? yadda saxla, indi adam hər qəpiyi daşdan yox ey, poladdan çıxarır...
    Kamal: - Adam gərək pulu da kişi kimi qazansın...
    hacı Sergey: - Nolar? Nolar? Bu da doğru sözdür. Amma, axı nə olub bizim kişiliyimizə, balam? heç o sözün yeridir? cavan oğlansan, veteransan. Ailə quracaqsan... Kişiliyin “dəhlizə” nə dəxli? Elə buraya gələnlərin çoxu kişidir də...
    Kamal: - Mən sözümü dedim...
    hacı Sergey: - Nolar? Nolar? Deyir, axşamın xeyrindən sübhün şəri yaxşıdır. həzrət Əli əleyhüssəlamın buna aid yaxşı bir kəlamı var... hə, o nədi elə... Zad... gəl belə edək: maaş məsələsini, Murğuz demiş, sabah gündəliyə gətirərik...
    Kamal: - Söhbət maaşdan getmir...
    hacı Sergey: - Olsun. Nolar? Bax, qonaqlar gəlir... Bu gün gəlib-gedənləri yola salaq. Sən deyən məsələyə sabah baxarıq. Xahiş edirəm.

    (Kamal manqala yaxınlaşır. Qonaqları qarşılamağa çıxan Murğuz görünür.)
    (Maşın səsi. Az sonra Ramil və Pərvanə gəlir. hacı Sergey onları qarşılayır. Kamal kababı manqala düzməklə məşğuldur. Xidmətçi qadın əmrə müntəzirdir).


    Ramil: - Salam.
    Murğuz: - Xoş gəlmisiniz.
    hacı Sergey: - həmişə siz gələsiz...
    Ramil: - harada əyləşək?
    Murğuz: - gözümüzün üstündə...
    Ziya: - Röya müəllim, gələnlər bizimkilər deyil ki?
    Röya: - yox, Ziya bəy, deyəsən, bunlar ayrı adamdı.
    Qız: - Bəs televizordan gələn olmayacaq?
    Ziya: - Zəng vurmuşam. özü də demişəm həm press-konfrans olacaq, həm də yemək-içmək. gəlmirlər heç gəlməsinlər. Qoy özlərindən küssünlər.

    (Ramillə Pərvanə «kabinə»yə keçib əyləşirlər).

    Röya: - Davam edin, Ziya bəy.
    Ziya: - Röya müəllim, məsələ belədür. Ağsaqqal bayaq klassiydən misal çəkdi. yadıma bir el məsəli düşdü. Belə deyərlər ki, nəynən nəyi bir dam altına yığsan, nəyin nəmənəsi nə olar...
    Röya: - Əla misaldır. Ziya bəy, doğrudan da sizin bütün məsəlləriniz eldən-ulusdan gəlir... (qaş-gözlə) Qonşu kabinetə bir əla can gəldi...
    hacı Sergey: - Nə buyuracaqsınız?
    Ramin: - Qaban kababı. (Pərvanəyə) Bəs sən?
    Pərvanə: - ürəyim heç nə istəmir.
    Rəsul: - Niyə ki? yeyərsən... Iki qaban.
    Ziya: - Mən çox təəssüf edirəm ki, bizim sıralarımızda hələ də yalançı beynəlmiləlçilər var. (Araq süzə-süzə). Milli arağımız dura-dura russkaya vodka içənlərə, milli qoyunlarımızın əti gül kimi ətir saçdığı halda mundar donuz cəmdəyi dartışdıranlara ar olsun!
    Qız, xidmətçi qız, Rəsul, Ziya (xorla): - Ar olsun!
    Ramil (Murğuza) - Qonşu kabinetdə yaman səs-küydür. Nə olub?
    Murğuz: - heç, fikir verməyin... hansısa partiyaların qurultayı keçirilir.
    Ramil: - Ə, onlara de ki, bura qurultaylar sarayı deyil. Eşitdin? camaat buraya istirahətə gəlir.
    Murğuz: - yəqin özləri eşidir.
    Ramil: - yaxşı, yaxşı, çıx get, öz işinlə məşğul ol.
    Murğuz: - Baxıb görürəm ki, üz-gözündən doğmalıq tökülür. Nəciblik, ilkinlik, əsillik timsalına bənzəyirsən. hələ evlənməmisən ki?
    Ramil: - Sənə nə dəxli var?
    Murğuz: - Mən xalqın adamıyam, haqqın səsiyəm. Mən el şənliklərinin yaraşığıyam. Mən siyasətçiyəm, aşığam, şairəm, politoloqam, tamadayam. Toyun, yasın yaraşığıyam.
    Ziya: - hacı Sergey, bu gün iki partiya özlərinin birləşəcəyini bəyan edir.
    Qız: - Bu, çox tarixi bir gündür. Na samom dele...
    Röya: - Biz daha çox dünyəvi, sivil dəyərlərə söykənirik. Amma Ziya bəy...
    Ziya: - Bəli, Röya müəllim qərbyönlü dəyərlərə üstünlük verir. O, RAP partiyasının sədri kimi beynəlmiləlçiliyə dəstək verir.
    Röya: - Ziya bəy isə şərqyönlü partiyanın rəhbəridir. ZAP partiyası öz elatına, öz obasına bağlı böyük bir siyasi təşkilatdır.
    Murğuz (onlara yaxınlaşır): - Şərqə də qurban olum, Qərbə də. Ikisi də bizimdir.
    Röya: - Bravo, Murğuz Murğuz müəllim. Sən bizim adamsan.
    Ziya: - Eşq olsun sənə, Murğuz Murğuz bəy. Sən bizim bu birləşdirici-transfer qurultayımızın fəxri nümayəndəsi olacaqsan.

    (Hacı Sergey və xidmətçi qız Ramillə Pərvanə əyləşən «kabinəyə» yemək-içmək gətirir. Kamal bayırda manqal qalayır).

    Murğuz: - hə, yadıma düşdü.
    Röya və Ziya: - Nə?
    Murğuz: - heç, sizə aid deyil... Davam edin... Adam nə ordakı xanımdan keçə bilir, nə burdakından.

    (Xidmətçi qız və hacı Sergey birinci «kabinə»yə yaxınlaşır. Xidmətçi qızın əlində araq, şampan şüşəsi, göy-göyərti və s.).

    hacı Sergey: - Indi kabab da hazır olacaq.
    Ziya: - Axı, düz-əməlli soruşmadız nə yeyəcəyik?
    hacı Sergey: - Bizdə hər şey var.
    Röya: - Eləsə bizə çoşqa kababı.
    Ziya: - yox, canım. Zarafat edirsən? Nə çoşqa? Biz milli adamıq, qoyun kababı çəkin.
    Qız: - Əşi, elə assorti yaxışıdır, bayaq deyildi də. Nu i vsyo...
    Röya və Ziya: - Olsun, olsun.
    Murğuz: - Bax, budur milliliklə beynəlmiləlçiliyin monolit birliyi. Bax, budur xəlqiliklə qosmopolititizmin vəhdəti.
    Röya: - Mən ölüm, hazırca siyasi xadimdir Murğuz Murğuz müəllim.
    Murğuz: - hə, yadıma düşdü.
    hacı Sergey: - Nəyi deyirsən, Murğuz?
    Murğuz: - heç (qonşu «kabinə»yə işarə edir), onları deyirəm...
    hacı Sergey: - Ə, keçmə o tərəfə, ayıbdır. cavan oğlanla qızdır, bəlkə ayrı söhbətləri, ayrı işləri var.
    Murğuz: - Ə, elə mənim də onlarla işim var.
    (Murğuz qonşu kabineyə keçib Ramilə yaxınlaşır).
    Pərvanə (Ramilə): - Axı, gör bir o nə istəyir?
    Ramil: - yəqin döyülmək, əzişdirilmək keçir ürəyindən...
    Murğuz: - Mən heç nə istəmirəm. Bircə söz soruşmaq istəyirəm.
    Ramil: - yekə kişisən, imkan ver çörəyimizi yeyək.
    Murğuz: - De görüm, sən Zurnaçılardan deyilsənmi?
    Ramil (duruxur): - Nə bilirsən?
    Murğuz: - Mən də Zurnaçılardanam, a sağolmuş.
    Ramil: - Bəs haradan tanıyırsan məni?
    Murğuz: - Elə ləhcəndən tanıdım. Sənin ləhcənə, cəhcəhinə, səsinə, nəfəsinə, bülbüllü qəfəsinə qurban olum. Kimlərdənsən, adın nədir?
    Ramil: - Oradan çoxdan çıxmışam. Adım Ramildir.
    Murğuz: - Bəs o yanındakı gözəllər gözəli kimdir?
    Ramil: - Bu, Pərvanə xanımdır. Dostumdur, tanışımdır...
    Murğuz: Pah, nə gözəl. Mən də Murğuzam. Murğuz, Murğuz. Eşitmiş olarsan...
    (Qonşu «kabinə»də eyş-işrət. jurnalist qız söhbəti diktafona yazır).
    Ziya: - hacı Sergey, mən ölüm, sən öz adının mənasını bilirsən, ya yox?!...
    Röya: - Bu qərbyönümlü addır. Avropa mənşəlidir.
    Ziya: - yox, mən ölüm.
    hacı Sergey: - Deyəsən Röya müəllim düz deyir.
    Ziya: - Qətiyyən. Əgər mən sənin adının ən düzgün açıqlamasını versəm nə edərsən, hacı Sergey?
    hacı Sergey: - ürəyin nə istəyir. Amma dəqiq şərh olsun.
    Ziya: - hacı Sergey, mən böyük dil mütəxəssisiyəm. Partiya işi- əqidə məsələsidir. Bir azdan burada sizin iştirakınızla protokol imzalanacaq, qoy o vaxtacan sənin adının mənasını deyim.
    hacı Sergey: - Bu günkü qonaqlığın xərci məndə. (Qıza işarə ilə). Qoy bu xanım da şahid olsun...
    Ziya: - yadda saxla, «ser» də bizim sözdur, «gey» də. Bu anlayışların, bu leksemlərin kökündə «sor» və «köy» dayanır.
    hacı Sergey: - O, nədi elə?
    Ziya: - «Sor» yəni soruş, «köy» yəni kənd.
    Qız: - Interesno... Mən bunu bilmirdim.
    Röya: - «Sor»un, «köy»ün Sergeyə nə dəxli?
    Ziya: - Bir qulaq as! Dəxli çoxdur. «Sır», «sur», «sar» sözləri, hətta ingiliscə «ser» sözü də «sor»dan əmələ gəlib. Dildə bu cür dəyişmələr olur. Əşi, kolbasa - qolbasandan, utyuq - ütüdən, tafun-tufandan, buran - borandan, başka - başdan, işak - eşşəkdən əmələ gəlməyib? Ser də eləcə. O ki, qaldı «gey» sözünə, «key», «küy» sözləri də ondan yaranıb.
    Murğuz: (Qonşu kabinədən gəlir): - Mən həmişə demişəm, bizim xalqın dili - haqqın dilidir.
    hacı Sergey: - Ziya bəy, dediyinizin elmi əsası varmı?
    Ziya: - Niyə yoxdur? Mən televizorda dillə bağlı silsilə verilişlər aparıram. Bu məsələyə toxunaram. hətta, lazım olsa, adınızın etimologiyasından monoqrafiya da yazarıq. Lap elmi simpozium belə çağırmaq olar.
    Murğuz: - Eşq olsun bu adı qoyanlara! Eşq olsun sənə, sənin iman gətirdiyin o ada, hacı Sergey. halal olsun sənə serlik və keylik! Mən bir daha vuruldum sənin mübarək adına!
    Pərvanə: - Ramil, dur gedək.
    Ramil: - Nə üçün?
    Pərvanə: - Elə sənin o Murğuzundan da, qonşu kabinədə çərənləyənlərdən də iyrənirəm. hamısı səviyyəsiz adamlardır.
    Ramil: - Əşi, onlar kimdir, axı? Biz buraya istirahətə gəlmişik özümüzçün (Qışqırır). Murğuz Murğuz! (Murğuz gəlir). Sənin vəzifən nədən ibarətdir burada?
    Murğuz: - Mən sənin eloğlun, həmdəmin, canın-ciyərin. Nə buyurursan?
    Ramil: - O qonşulara de ki, sakit danışsınlar. Axı qadınlardan ayıbdır. (Pərvanəyə). Bəlkə başqa kabinəyə gedək?
    Pərvanə: - yox, gedək buradan birdəfəlik...


    (Murğuz qonşu «kabinəyə» keçib əli ilə işarə edir ki, yavaş danışsınlar. Səs-küy azalır).

    Murğuz (qayıdır): - hə, necədir?
    Ramil: - hə bu, başqa məsələ...
    Pərvanə: - Ramil, dur gedək...
    Ramil (Pərvanəyə): - Axı sənə nə olub? Bir az səbrin olsun.
    Murğuz: - Səbrlə atlas olar tut yarpağından... Mənim əzizim Ramil, yəqin ki, Pərvanə xanım da öz Zurnaçılarımızdandır. görürsən də, dünyada nələr baş verir?
    Ramil: - Nə baş verir? Mən buralarda az-az oluram. Iş adamıyam.
    Murğuz: - Sənin işinə də qurban olum, gücünə də... Amma necə ola bilər ki, ətrafda baş verənləri görmürsən? Bəyəm sən Zurnaçılar tərəfdən olanların çəkdiyi müsibəti görmürsən?
    Ziya (Qıza): - Qonşuluqda səs-küydür, bəlkə keçək o boş kabinələrin birinə, məndən intervyu götürəsən?
    Qız: - Sonra, sonra...
    Ziya: - Sonraya niyə saxlayaq axı? Indi olmaz bəyəm?
    Qız: - Dedim ki, sonra. Potom...
    Murğuz: - Qulaq as mənə, eloğlu. Sənin kimi ləyaqət, qeyrət, fərasət, məhəbbət, fəzilət, kəramət, xasiyyət, dəyanət, şərafət, mədəniyyət, ülviyyət, fəaliyyət, hikmət və ülfət sahibi necə ola bilər ki, dünyanın gedişatından, zamanın saatından, əsrin sürət atından bixəbər olsun?! Inanmıram!
    Ramin: - Axı, nə olub Zurnaçılara?
    Murğuz: - Deyirəm səninlə üz-üzə, göz-gözə, baş-başa, döş-döşə , ürək-ürəyə, kürək-kürəyə, çiyin-çiyinə, əyin-əyinə, ağız-ağıza, boğaz-boğaza əyləşib dərdləşək, məsələhətləşək, bir xalqın iki qəhrəman oğlu kimi birləşək... Bəsdir, parçaladıq bu milləti zərrələrə, qəlpələrə, hissələrə. Kənd-kənd, şəhər-şəhər, oba-oba, mazal-mahal, parçaladıq bu məmləkəti. Sənin kimi, mənim kimi oğullar ehtiyacı var bu xalqın, bu millətin, bu elin, bu ulusun.
    Ziya (əlində badə): - hacı Sergey, sən heç vurursanmı?
    Qız: - Boy, o necə içə bilər, axı?
    Ziya: - Niyə də içməsin ki?
    Qız: - Potomu çto, on qadji.
    Ziya: - hacı olanda nə olar ki? Mən bir ərəb şeyxi ilə dostam. Tez-tez qonağım olur. həm namazını qılır, həm orucunu tutur, həm də arağını içir.
    Qız: - Da ne mojet bıt. Bu ki, biarbıçılıqdır?
    Röya: - Nöşün ki? görünür Qərb təmayüllü şeyxdir. (Qıza) Mən bu məsələni sənə ayrılıqda geniş izah edərəm. Oldu?
    Ziya: - yox, o Qərblə Şərqin sintezidir. həm də o şeyx həzrətləri buyurur ki, müqəddəs kitablarda şərab içmək haram buyurulub, heç yerdə araq, konyak, viski, şampan söhbəti yoxdur.
    Röya: - Əlbəttə. Mən özümüzün bir çox hacılarımızla dəfələrlə vurmuşam. Onlar da deyir ki, təkcə şərab haramdır.
    hacı Sergey: - yəni deyirsiniz olar, hə?
    Röya və Ziya: - Əlbəttə, olar!
    Qız: - Za Qadji!
    hacı Sergey: - Ta sizin kimi alim adamlar, partiya liderləri deyəndən sonra mən nə karəyəm. (Qıza) Bax, sənə görə içirəm ha. Bu gecə qonağımsan. Nə lazımdır təşkil edəcəyəm. Səninçün quş südü, can dərmanı...

    (Onlar badələri qaldırır).

    Qız: - Za Qadji.
    hacı Sergey: - hacı qurban olsun sənə. Qalanını sonra deyərəm.
    Ziya: - Murğuz Murğuz!
    Röya: - Murğuz Murğuz qonşu kabinetdə məşğuldur.
    Ziya: - Deyirəm bəlkə elə o qonşuluqdakı oğlanla qızı da məclisə dəvət edək, qoy gəlib iclasda iştirak etsinlər.
    Röya: - Biz onları da partiyaya üzv qəbul edərik. Murğuz, bir bura gəl!
    Murğuz: - Əşi, bir səbr edin.

    (Pərvanə ayağa durur.)

    Ramil: - haraya belə?
    Pərvanə: - getməyək?
    Murğuz: - Xanım qızın bəlkə məxsusi işi var? Bəlkə əlini yuyur? Bəlkə tuflisini təmizləyir. (Pərvanəyə). Bir kömək-zad lazımdır? Bax, kran oradadır... yox, o tərəfdəki saunadır... Sağa, sonra sola dön...
    Pərvanə (Ramilə): Indi gəlirəm.
    Ramil: -hə, yaxşı oldu...

    (Murğuz əyilib Ramilin qulağına nəsə pıçıldayır. Qonşu kabinədə eyni işrət, yemək-içmək. Pərvanə asta, hürkək addımlarla kənarda dayanıb köz qurdalayan Kamala yaxınlaşır. Kamal onu görmürmüş kimi laqeydcəsinə susur).

    Pərvanə: Kamal... Kamal... Niyə dinmirsən, Kamal? Eşidirsən məni, Kamal?..
    Kamal: - Buyur, nə demək istəyirsən?..
    Pərvanə: - Kamal, sən bir şeyi başa düşməmisən...
    Kamal: - Mən hər şeyi başa düşürəm... Sən düz hərəkət etmisən...
    Pərvanə: - yox, elə deyil, Kamal... Elə deyil...
    Kamal: - Nə “elə deyil”?!. Sən öz gününü kef-damaqda, eyş-işrətdə keçirmək istəyirsən, elə deyilmi? Sən düz yol tutmusan! həyat insana bir dəfə verilir - elə deyilmi? Sinəsində, köksü altında mərmi qəlpəsi gəzdirən, cibi boş, ehtiyac içində qovrulan bir adama sənin kimi canlar alan bir nazəninin nə ehtiyacı - elə deyilmi? Sənə pul, pullu oğlanlar gərəkdir - elə deyilmi? Sən artıq öz arzuna qovuşmusan - elə deyilmi? Bəlkə səhv edirəm?..
    Pərvanə: - yox, elə deyil, Kamal (əli ilə üzünü tutub hıçqırır).
    Kamal: - Bəs o yanındakı nəyindir sənin? Qardaşındırmı?
    Pərvanə: - !..
    Kamal: - yoldaşındırmı?
    Pərvanə: - !
    Kamal: - Sirdaşındırmı?
    Pərvanə: - yox... yox...
    Kamal: - yox! Əlbəttə, yox! Eləsə sənin oynaşındır! Elə deyilmi?.. Mən hər şeyi anlayıram...
    (hər iki kabinədə eyş-işrət).
    Röya: - Biz bəzi məsələlərə aydınlıq gətirməliyik. yenə sual edirəm: Biz Şərqə üz tutmalıyıq, yoxsa Qərbə?..
    Ziya: - Əlbəttə, Şərqə...
    Röya: - Biz gedən prosesləri obyektiv qiymətləndirməliyik. özümüzü qlobal problemlərdən təcrid edə bilmərik.
    Qız: - Da, o çyom mı sporim? Kakaya raznitsa: Şərq ili Qərb?.. Məsələn, mne vseravno... Qadın üçün nə fərqi?..
    Röya: - Ziya bəy, xanım qız çox aktual məsələyə toxundu: qadın problemi. Bu, Şərqdə necə həll olunur?..
    Ziya: - Bəs Qərbdə?.. Qərb başdan-ayağa qədər, bu bacı da məni bağışlasın... açıq-saçıqlıqdır... Parnoqrafiya... Erotika... Bəyəm bu, qadın probleminin həll deməkdir?..
    Röya: - Bəs qadınları - qızların Şərqə üz tutması necə? Indi hər ərəb şeyxinə üç arvad düşür...
    hacı Sergey: - Qanunla hər müsəlmana dörd arvad...
    Röya: - Indi qız-gəlinlər qul bazarına çıxarılır.
    Ziya: - hər halda o cür haradansa bu cür hal daha sərfəlidir...
    Röya: - Qətiyyən... Leqallaşdırmaq lazımdır...
    Ziya: - Nəyi? Pozğunluğu?!. Bizim adət-ənənəmiz, qayda-qanunlarımız...
    Röya: - Mentalitetimiz korlanır...
    Qız: - Pri çyom tut mentalitet?..
    hacı Sergey (qonşu kabinəyə): - Murğuz, burada dərin söhbət gedir... Niyə gəlib balansını artırmısan?
    Murğuz (qışqırır): - Biz burada xalqın taleyini həll edirik, hacı Sergey... Elə biz özümüz də bu xalqın atomu, nüvəsi, neytronu, pazitronuyuq. (Ramilə) hə, eloğlu, mənə elə gəlir ki, sən öz namizədliyini irəli sürsən bütün xalq dəstək verəcək sənə...
    Ramil: - hansı xalq?..
    Murğuz: - Necə yəni hansı xalq? Əlbəttə, bütün zurnaçılar xalqı!..
    Ramil: - Mənə heç nə gərək deyil... Mən iş adamıyam... (Kamalla Pərvanə mübahisə edir.).
    Kamal: - Mən hər şeyi başa düşürəm... hər şeyi... Sən mənə nəyi anlatmaq istəyirsən? Nəyi?..
    Pərvanə: - Mən etməliyəm, Kamal. Mən ali təhsilli... Diplomlu... üç dil bilirəm. Nə etməliyəm, axı? gedib bazarda göy-göyərti satmalıyam?
    Kamal: - Sənin haran artıqdır o qız-gəlinlərdən? Bəlkə öz bədənini satıb pul qazanmaq daha şərəflidir?!.
    Pərvanə: - Kamal, yalvarıram, təhqir etmə məni, Kamal... Axı, sən haradan bilirsən ki?..
    Kamal: - haradan bilirəm? (Dəlicəsinə gülür.) ha-ha-ha!.. Mən bu dəhlizə kimlərin gəldiyini əla bilirəm. Bunu addım səslərindən, nəfəsindən, ətrindən bilirəm bura gələnləri?..
    Pərvanə: - Bəs sən özün?..
    Kamal: - Mən? Mən?.. Elə mən də... Sadəcə olaraq, kişi qiyafəsindəyəm. Bildin? Razılaşdın? ürəyin soyudu?..
    Pərvanə: - Kamal!
    Kamal: - Rədd ol!..
    (Kamal qızın üstünə yeriyir. Pərvanə üzünü tutub asta addımlarla “kabinəyə” keçir.)
    Ramil (Pərvanəyə): Sənə nə olub belə? Ağlamısan?..
    Pərvanə: - yox... heç... Elə-belə...
    Murğuz: - yox, soğandandır...
    Ramil: - Nə soğan?..
    Murğuz: - Xanımbacı bayaq çoxlu soğan yeyirdi... Düzdür, buradakı soğan da milli tərvəzdir... Amma bizim xalqın soğanına çatmaz...
    Ramil: - hansı xalqın?..
    Murğuz: - Necə yəni hansı xalqın? Əlbəttə, söhbət zurnaçılar soğanından gedir. öz soğanımıza qurban olum. Soğan deyil şəkərdi, baldı, nabatdı.
    Pərvanə: - Ramil, dur gedək...
    hacı Sergey: - Murğuz, harada qaldın?..
    Murğuz: - Əşi, bir dayanın görüm... hacı Sergey, məşğulat eləyin. hesabı mən öyrədərəm. (Ramilə) Sən köklü-köməcli zurnaçılar-dansan, elədirmi?
    Pərvanə: -Ramil!..
    Murğuz: - Dayan, gəlinbacı! (Ramilə) Əsl Zurnaçılar bir-birini ətrindən tanımalıdır, eləmi? Bəlkə səhvim var.
    Ramil: - Əşi, yaxşı, bəsdir...
    Murğuz (qışqırır): - Əşi, bir dayanın görüm! (Ramilə). Biz yerliyik, elə deyilmi? Bax, o qonşu qəbinetdə eyni mahalın adamları partiya düzəldir. Biz düşmənlərə, rəqiblərə, qara qüvvələrə qarşı bir cəbhədə yumruq kimi birləşməliyik. hamı birləşir, bəs bizimkilər nəyi gözləyir, biz niyə birləşmirik? Atomlardan tutmuş nəhəng planetlərə qədər, külli-aləmdə nə varsa hamısı birliyə görə mövcuddur. Təkcə Allah təkdir, bir də ki, bizim tərəfin adamları. hamımız yalquzaq kimi tək-tək dolanırıq. Birləşmək zamanı yetib!
    «Birlik-dirilikdir» deyib atalar,
    Dəryalar, ormanlar, çaylar, adalar,
    Birləşir, birləşir... Biz birləşmirik!
    Biz niyə böyüyüb-iriləşmirik?
    Başlar yumruq altda birləşir bu gün
    Quşlar quyruq altda birləşir bu gün.
    Itlər yal başında birləşən gündür.
    Atlar yol başında birləşən gündür.
    Süngülər, güllələr, lülələr, nələr,
    Əllər, dinlər, güllər, sellər, ilmələr,
    yerlilər, gəlmələr, kəllələr... şərik,
    Bax, hamı birləşir - biz birləşmirik!
    Ramil: - Xahiş edirəm... Rica edirəm, imkan verin yeməyimizi yeyək.
    Ziya: - gündəlikdə duran daha bir mühüm məsələyə aydınlıq gətirməliyik...
    Röya: - Bəli, ən mühüm məsələ elə odur...
    hacı Sergey (qıza): -Məncə ən mühüm məsələ bayaqkı idi...
    Qız: - Kakoy?
    hacı Sergey: - Qadın azadlığı məsələsi.
    Qız: Soverşenno verno, Qadji...
    hacı Sergey (qışqırır): -Murğuz, Murğuz, həzrəti cəbrailin qadınlar haqqında yaxşı bir sözü var, o nədi elə?
    Murğuz (qonşu kabinədən qışqırır): - hansını deyirsən?
    hacı Sergey: - Nə bilim, bəlkə də həzrəti Isanındı?..
    Murğuz (qışqırır): yox ey, hansı qadınlar haqda? Qadın da yemək-içmək kimi löyün-löyün olur...
    hacı Sergey: - Bəlkə də həzrəti Musa deyib, nə bilim?.. gözəl qadınlar haqda.
    Qız: - Eh, kakaya raznitsa?..
    hacı Sergey: - Orasını düz buyurursuz. Bəlkə bir açıq havaya çıxaq. Elə həmin mövzuya da aydınlıq gətirərik. Ikilikdə. Bu cür mövzuları, Murğuz demiş, kollegial qaydada həll etmək olmaz.
    Qız: - Koneşno... No, potom, Qadji... Ili luçşe Seryoja?..
    hacı Sergey: - yox ey, nə “Seryoja”? O Kamal da mənə hərdən “bəy” deyir. yox, yox! Mənim gül kimi adım var: hacı Sergey...
    Qız: - Nu pust tak budet. yeşşa luçşe...
    hacı Sergey: -Əlbəttə...
    Ziya: - Röya müəllim, məncə gələcəkdə Qərbə siz nəzarət etməlisiz...
    Röya: - Ziya bəy, Şərq sizin nəzarətinizdə olmalıdır...
    Qız: - Bu necə ola bilər? Eto je trudnıy vopros...
    Röya: -Elə söhbət də bundan gedir. Bəs çıxış yolu nədədir?.. Hacı Sergey bir adam iki məsələni, yaxud iki adam bir məsələni necə həll edə bilər?..
    hacı Sergey: - Belə şeyləri Murğuz yaxşı bilir. Murğuz! (Murğuz gəlir.)
    Murğuz: - Bayaqdan bəri ağzım orada olsa da qulağım sizdədir. yəqin söhbət hakimiyyətin bölüşdürülməsi məsələsindən gedir, eləmi? Səhv etmiriksə...
    Röya və Ziya: - Bəli!
    Murğuz: - yeni təsisat yaratmaq lazımdır.
    Röya: - Maraqlı ideyadır...
    Ziya: Bizim Murğuzun e, bağışla iki dəfə Murğuzun zəkasına həmişə ehtiyacımız var...
    Murğuz: - Məsələ çox dərindir. Amma qısa bir həll yolu var: biz tezliklə, sizli-bizli yeni idarə formasına keçməliyik...
    Qız: Kak eto?..
    Murğuz: -Balam, indi siz bu siyasi təşkilatın həmsədri olacaqsız, eləmi?..
    Ziya və Röya: - Bəli, məqsəd budur...
    Murğuz: - gəlin qərar verin, konstitusiyada yeni bir bənd əlavə olunsun: qoy həmprezidentlik təsisatı yaransın. hər halda iki baş bir başdan daha yaxşı idarə edər...
    Ziya və Röya: - Əla! gözəl ideyadır...
    Qız: - Adna qalava xoroşo, a dve luçşe...
    Murğuz: - Elə hər bir nazir postuna da iki adam təyin etmək olar... Nolar biri sağçı olsun, biri də solçu...
    hacı Sergey: - Mən də neçə gündü baş sındırıb fikirləşirəm ki, görəsən “sağ-sol” nədir? Əşi, ta denən bu zırıltı məsələ imiş ki!..
    Qız: - Murğuz Murğuzçik u nas umnitsa. Onun gələcəyi parlaqdır...
    Murğuz: - “Parlaqdır” deyirsən, yəqin, hə?..
    Qız: - hə. Tak toçno...
    Murğuz (qıza): - Sən aradabir yolunu bu tərəfdən dəhlizdən sal... Dəhliz özü bir arenadır. Amma gələndə tək gəl. Elə məsələlər var ki, onu cəmi iki nəfər çıxara bilər gündəliyə...
    hacı Sergey (Murğuza): -Sən burnunu hər yerə soxma... hər yerin öz sahibi olur...
    Ziya: - hacı Sergey, hər sahədə həmsədrlik məsələsi tətbiq olunmalıdır...
    hacı Sergey: - Xanım, onda bəzi məsələlərin həllində mən Murğuz Murğuzla həmsədrlik edərəm...
    Ziya: - yaxşı, bu məsələ gündəliyə sonra çıxarılar... (Kamala) cavan oğlan, kababınız beş qəpiyə dəyməz...
    Röya: -Allah bilir nə ətidir bu yediyimiz?..
    Qız: - Na samomo dele...
    hacı Sergey: - Bəyəm mayasına pul verirsiz?..
    Ziya: - Keçək qonşu kabinəyə...
    Qız: - A zaçem?.. Ni nada. Olmaz...
    Röya: - Onlar, hiss olunur ki, çox ziyalı insanlardır.
    Murğuz: -hacı Sergey, bunlar haqq-hesab ödəməyəcək?..
    hacı Sergey (səntirləyir, bir qədər sərxoşdur): -yox! Mənim qonağımdırlar. Daha doğrusu, sənin...
    Qız: - Qadji dobrıy çelovek...
    Murğuz: hacı Sergey, belə olmaz. Buranın öz haqq-hesabı var.
    hacı Sergey: - Murğuz, sən demədin ki, haqq-hesabı özün ödəyəcəksən?.. Dedin, yoxsa yox?!.
    Murğuz: - Dedim. Amma əvvəlcə sən sinəni irəli vermişdin. yaxşı olsun. Amma mən təkcə yemək-içməyin pulunu ödəyə bilərəm...
    Qız: - Vot i vsyo!..
    Murğuz: - Bəyəm yemək-içməyin haqqından iş qurtarır ki? Bəs polisin, uçastkovının, bəs postovoyun, bəs verginin, bəs sanepstansiyanın haqq-hesabı? hələ pojarnı, işıq... jurnalistlər... Baytar həkimi... hələ mən dilənçiləri demirəm. Biz hər ay onlara da haqq veririk.
    Qız: - A eto zaçem? Bu da təzə çıxıb?..
    Murğuz: Dilənçi var ki, polisdən betərdi. Elə ərizələr yazarlar ki, əgər oxusa sənin kimi iki-üç jurnalist diplomu olan böyük mütəxəssis qələm-kağızdan imtina edər. (Qonşu kabinəyə işarə ilə). hələ üç dil bilən mütəxəssisləri demirə...
    hacı Sergey: - Murğuz, yoxsa sən də mənimlə həmsədr olmaq fikrindəsən?!.
    Murğuz: - hacı Sergey, o məsələni sonra kollegial qaydada yoluna qoyarıq...
    Ziya (sərxoşdur): Adə, ey, kababçı, o qonşu salondakıları dəvət et bu zala...
    Röya: - Kababçı, karsan?!. Eşitmirsən?.. Adam özünü sivil məclisdə sivil qaydada aparar.
    (Kamal əlində şiş onlara yaxınlaşır.)
    Ziya: - Aydındır... Qeyd-şərhə ehtiyac yoxdur...
    Röya: - Siz zəhmət çəkməyin, özümüz keçərik qonşu salona... Murğuz, sən qonşulara de ki, hazırlıq görsünlər...
    Murğuz: - Nə hazırlıq?! Ta onlar yemir... həmsədrlik məsələsi...
    hacı Sergey: - Murğuz, çox çərənləmə! Mən sənə göstərərəm həmsədrliyi! get qonşu salona! Iclas orada davam edəcək...

    (Murğuz qonşu “kabinə”yə keçir.)

    Murğuz (Ramilə): - Biz həmişə gecikirik... Eh-h-h... Elə zurnçıların hamısı tərs olur. Səni-məni kimi...
    Ramil: - Əşi, əl çək yaxamdan...
    Murğuz: - Sən xalqın arzusunu ürəyində qoyma...
    Röya: - Bizim sıralarımız genişlənməlidir.
    Ziya: - Bu televiziya işçiləri harada qaldı, bu tarixi anlar...
    Röya: - yəqin nisyə danışmısan...
    Ziya: - Budu, bu kişinin qızı təmənnasız gəlib bura... Nə üçün? çünki milli təəssübkeşliyi var...
    Röya: - Bu, Qərbdən gələn şeydi. Paritet əsaslara söykənir.
    Ziya: - Xeyr, burada Şərq faktorunun rolu var. Mentalitet məsələsidi...
    hacı Sergey (qıza): O “mentalitet” nədi elə? Avtoriteti bilirəm... Bu da onnandı?..
    Qız: - Koneçno... Odin çyort. Avtoritet-paritet-mentalitet.
    hacı Sergey: -Deyirəm, axı... Mənim avtoritetlərə həmişə hörmətim olub. O vaxt bizim bir avtoritetimiz vardı ki... Indi qonşu rayonda icra başçısıdır... həzrəti cəbrayılın bir sözü var...
    Qız: - Bəlkə həzrəti Əzrayılı deyirsən, Qadji?..
    hacı Seyid: - Ola bilər...

    (Kamal hikkəli-hikkəli kabinəni ətrafında dolanır. Ziya ilə Röya hürkək nəzərlərlə, qorxa-qorxa Kamala sarı baxırlar. Onlar sərxoş olsalar da, Kamalın qəzəbli, çılğın hərəkətindən çəkindikləri hiss olunur. Onlar ayağa durub qonşu kabinəyə sarı irəliləyirlər).

    Pərvanə: - Ramil, dur gedək...
    Murğuz: - hara gedirsiz? Bura dünyanın ən gözəl yeridir.

    (Ziya və Röya qonşuya-Ramilgil əyləşən «kabinəyə» keçir).

    Ziya: - Salamlar olsun Vətən oğluna, Vətən qızına.
    Röya: - Biz sizə əməli bir təkliflə müraciət etmək istəyirik. cavan oğlan, gözəl xanım... Xahiş edirik.
    Ziya: - Arzumuz budur ki, bizim odaya təşrif buyurasız. Bir neçə saniyədən sonra məmləkətimiz cahanşümul bir hadisənin şahidi olacaq. Bir protokol imzalayacağıq.
    Murğuz: - Iki tayfa, iki qövm, iki qəbilə birləşir.
    Pərvanə: - Ramil, sən allah, dur, artıq gecdir, çıxaq gedək.

    (Röya ilə Ziya Pərvanənin qolundan tutur).

    Ziya və Röya: - Xanım, əyləşin. Xahiş edirik. Siz də o tarixi anın şahidi olun!
    Ramil: - Rədd olun...

    (Ramil onların üstünə hücum çəkir. Əlbəyaxa olurlar. Pərvanə qışqırıb kabinədən çıxır. Kamalla üz-üzə gəlir. Pərvanə üzünü tutub qaçır. Kamal «rədd ol» deyə qəzəblə qızın arxasınca söyür.
    Musiqi. Içəridəkilər stolu çevirirlər. Aləm bir-birinə qarışır. Kimin kimi döydüyü məlum olmur. Kamal şişləri bir-birinə vurur. jurnalist qız səs-küyü diktafona yazır).

    Pərdə















    II hissə

    (Bir gün sonra yenə həmin məkan. Kabinələrin qarşısı. hacı Sergey hövlnak gəlir. Murğuz onu qarşılayır).

    hacı Sergey: - Murğuz, bu nə iş idi gəldi başımıza?
    Murğuz: - hacı Sergey, məni bir düz-əməlli, yerli-yataqlı başa sal görüm, nə olub, kim ölüb, kim qalıb? Bir şey qanmadım sən deyəndən...
    hacı Sergey: - Prokuror çağırıb səni divara qısnayanda bilərsən nə olub... Məni işə saldı bu zalım uşağı.
    Murğuz: - yəni prokurorun sənə dedikləri doğru məsələdi? Mən o Zurnaçılar balasının belə fəlakətə, müsibətə, xəyanətə ürcah olduğuna inanmıram. yəni doğrudanmı onu öldürüblər, qətlə yetiriblər, axırına çıxıblar? O, ölə bilməz...
    hacı Sergey: - Murğuz, ölən ölüb, amma sən canın, dilimizə belə divan tutma.
    Murğuz: - Necə yəni, nə təhər, nə cür, nə yöndə? özgə vaxt deyirsən ki, Murğuzun dili yüyürəkdi.
    hacı Sergey: - özgə vaxt... Sözün başına ip bağlayıb dartırsan, çeynəyib saqqız kimi uzadırsan.
    Murğuz: - hacı Sergey, getdiyin o həcc haqqı, yer üzündə bizim dilimizdən şəhdi-şəkər, duzlu, şirin, çiçək qoxulu, bal ətirli dil yoxdu. Bu dil başdan-başa lətafətdi, bərəkətdi, şücaətdi, təbabətdi...
    hacı Sergey (hirsli): - Murğuz, səni dinləmək fəlakətdi, rəzalətdi, cinayətdi, qəbahətdi, bir qələtdi...
    Murğuz: - hə, bax belə! Indi de görüm niyə öldürüblər o zurnaçılar balasını?
    hacı Sergey: - Bir qulaq asırsan ki, deyim? Sənin o həmyerlin, zurnaçılardan olan oğlan, nədi adı, Ramil Rəsulov və yanındakı xanım Pərvanə Pərvizova buradan - bu dəhlizdəki yeməkxanadan çıxandan sonra qətlə yetiriliblər.
    Murğuz: - Bizə nə dəxli? Bal alan da belə-belə olsun, bəhməz satan da...
    hacı Sergey: - Prokuror çağıranda ona cavab verərsən... Qulaq as, əhvalat hamı dağılışandan iki-üç saat sonra baş verib. Qızla oğlanı maşın qarışıq yandırıblar. Bədbəxtlər tamam yanıb kül olublar. gedib gördüm dünənki o partiya liderləri də prokurorluqdadır, o jurnalist qız da. Kamalı da çağırmışdılar. özü də hamımızı günahkar bilirlər.
    Murğuz: - Paho, ta deginən batdıq. Mən heç nə görməmişəm, heç nə eşitməmişəm. Mən lalam, karam, koram.
    hacı Sergey: - Orada dilin açılar. (Röya, Ziya və jurnalist qız gəlir).
    Ziya: - Salam, hacı Surxay. Murğuz Murğuz bəyə salamlar. Eşq olsun xalqımızın qeyrətli oğullarına.
    Murğuz: - Əşi, qeyrət, dəyanət, ədalət vaxtıdı indi? Indi xəyanət meydan sulayır?
    Röya: - hər şeyin sonu yaxşı olacaq. Dünən də protokolu imzalaya bilmədik.
    hacı Sergey: - Balam,nə protkol? Nə müqavilə? görmürsünüz prokuror ilişib bizə? Biz qətldə günahlandırılırıq. Mən heç adam öldürənə oxşayıram? Mən heç Ramil adlı kişi, Pərvanə adlı qadın tanıyıram? Dünən burada bir tikə çörək yeyiblər. Vəssalam. Sən demə, özləri də Murğuzun həmyerliləri olub. Murğuz bəlkə əvvəlcədən onunla nəsil ədavətiniz-zad olub?
    Murğuz: - hacı Sergey, xahiş edirəm, yolunla- yolağınla düz get. Sən bu xalqın düşünən beynini, vuran qəlbini şübhə kölgəsinə çəkmə! Mən hara, ədavət hara? Mən heç o adamı tanımıram. Adını da bilmirəm. Nə idi onun adı? Ramil? Ətövbə, mənə min lənət onu tanıyıramsa! getdiyin o həcc haqqı birinci dəfə idi ki, görürdüm onu. Elə danışığındandanca bildim ki, Zurnaçılar tərəfdədir. Bəlkə heç oralı da deyil...
    Röya: - Əşi, prokuror mənə deyir ki, siyasi ədavətin olub onunla. Nə siyasi ədavət, balam? Biz demokratik əsaslarla mübarizə aparırıq. Nə ədavətimiz ola bilər, axı? Biz qərbyönlü partiyayıq. Bu qətl, ölüm, xəyanət Şərqə məxsus anlayışlardır.
    Ziya: - Xeyr! Bəy! Biz milli dəyərlərə söykənirik. Bizim əsrlərdən-əsrələr keçən adət-ənənələrimiz var. Bu qətldə Qərbə meyl edənlərin əli ola bilər. Qərb özünü demokratiyanın, humanizmin, plüralizmin beşiyi kimi qələmə versə də başdan-ayağa məkr və hiylə üzərində qərarlaşıb. Qətl, qarət, fahişəlik, vəhşilik - bütün bunların hamısı Qərbə məxsusdur. Nəyin nəmənəsi nə olar - deyiblər...
    Röya: - Qərbə iftira atma! Dediklərinin hamısı Şərqə aiddir. Prokuror məni də siyasi terrorda günahlandırmaq istəyirdi. Amma mən ona həqiqətən başa saldım, Ziya müəllim!
    Ziya: - hansı həqiqəti, bəy?
    Röya: - yer üzünün əbədi həqiqətini. Axı humanizmə əsaslanan böyük bir partiyanın lideri hansısa qətl hadisəsində necə ittiham oluna bilər?! Bütün bunlar bizi siyasi səhnədən vurub çıxarmaq üçün əvvəlcədən hazırlanmış siyasi aksiyadır. Bu, şəxsən mənə qarşı hazırlanmış şantajdır. həm də bu qurğunun planı tayfa təfəkkürü ilə yaşayanların çürük fantaziyasının məhsuludur.
    hacı Sergey: - Axı, bu iş nə üçün mənim obyektimlə əlaqələndirilməlidir? (jurnalist qıza) səhv etmirəmsə, sən də prokurorluqda idin...
    Qız: - Bəli. Mən Ramil Rəsulovu çoxdan tanıyıram.
    Murğuz: - Aha, belə de! Bəs onda camaatın ağzını onda niyə dağa dirəyiblər, axı? Sənin tanışın olub...
    Qız: - Mən bir yazımda iş adamı kimi onu tənqid etmişəm. Bunu hamı bilir. Prokuror iddia edir ki, guya mənim onunla köhnə ədavətim olub. Bunlar hamısı çuj i fiksiya... yalan və böhtandır. Mən diktafona Ramil Rəsulovun dünən burada həngamə çıxarıb söyüş söydüyünü, adamları təhqir etdiyini lentə almışam. O, hamını söyürdü. Bizi də, hakimiyyəti də, müxalifəti də. Məncə bu çox yuxarı diarələrdə hazırlanmış bir cinayət planıdır. Onun ölümündə həm müxalifətin əli var, həm də iqtidarın.
    Murğuz: - Bu əyyamda hər şey ola bilər. Indi ayranla yağın, balla zəhərin, ağla qaranın, dağla dərənin fərqi yox olan bir zamandır - «qa» deyirsən Qasımın, «qu» deyirsən Qulunun dalıyca qaçır bu xalq, bu millət, bu məmləkət.
    (Kamal gəlir. Pərtdir, halsızdır).
    hacı Sergey: - hə, Kamal, səni haradan tapıb aparmışdılar? Nə dedilər?
    Kamal: - Səhər tezdən polis tutub aparmışdı. guya mən kiminsə qətlində günahkaram.
    hacı Sergey: - Bəyəm sən Ramili tanıyırsan ki?
    Murğuz: - Dünən mən diqqət yetirdim, Ramilin yanındakı o cüvənəzən, o pəri, o məlaikə, o eşq pərvanəsi qəbinetdən çıxanda Kamala nəsə pıçıldadı.
    Kamal (qəzəblə):- Murğuz, alçaq, elə sən çuğullamısan... Sən kişi deyilsən, yaramaz. Səni başını ət kötüyünün üstünə qoyub, qoyun başı kimi üzəcəyəm!
    Qız: - Oy, boje moy... On je palaç. heç belə şey olar? yazıq deyil bu Mırqız Mırqız?
    hacı Sergey (Kamala): - Səbrini bas, əsəbiləşmə, de görək nə olub, axı?
    Kamal: - Müstəntiq də , prokuror da üstümə düşüblər ki, qızı da, oğlanı da mən öldürmüşəm.
    hacı Sergey: - Necə yəni?
    Ziya: - Onların əlində bir tutalğac var?
    Röya: - Alibiləri olmasa bunu deməzlər yəqin.
    Kamal: - Əsasları budur ki, mən vaxtilə Pərvanəni istəmişəm.
    Qız: - Adam adamı istəyər də... Nu çto je? Əcəb adamlardı.
    Murğuz: - gəzmisən o məlaikə, o pərvanə ilə?
    Kamal: - Kəs səsini, alçaq. yəqin sən demisən bunu onlara.
    Murğuz: - Axı, mən o prokuroru nə vaxt, harada görmüşəm ki?
    Kamal: - Sən onların buradakı əlaltısı, xəfiyyəsi, agentisən.
    Röya: - Informasiya içəridən ötürülüb.
    Ziya: - Içəridə işverən varmış...
    hacı Sergey: - Murğuz, belə işlərin də varmış?! hə, Kamal, de görək sonra nə oldu?
    Kamal: - Biz vaxtilə Pərvanə ilə bir-birimizi istəmişik. Sonra o məni atdı. görünür ona pullu oğlan lazım imiş. Dünən Ramillə buraya gələndə mən onu görmüşdüm. ötəri söhbətimiz oldu. Mən onu acıladım, təhqir etdim... Bütün bu həngaməni Murğuzdur çıxaran... O, gedib satıb məni... O - işverən, o alçaq...
    Murğuz: - Siz günəşə ləkə yaxmaq istəyirsiniz! Bu ağ yalandır. And olsun yerə, göyə, ota, çiçəyə, mən bu əhvalatın baş verdiyini bayaq hacı Sergeydən eşitdim.
    hacı Sergey: - Kamal, amma düzünü de, sən dünən tez çıxıb getdin, axı...
    Kamal: - Mən çox sarsılmışdım. O dava-dalaşdan sonra qorxdum ki, doğrudan da əlimdən xata çıxar, buna görə çıxıb getdim evə. Evdəkilər şahiddir. Bütün gecəni öz mənzilimdə olmuşam. Axı, mən tanımadığım adamı necə öldürə bilərəm?..
    Murğuz: - özü də deyəsən hər ikisi ölüb hə?
    Qız (Kamala): - Axı, siz qoyun öldürə bilirsiz...
    Kamal: - Nə olsun ki?
    Qız: - Onların hər ikisi canlıdır, axı, qoyun da, insan da...
    Kamal: - Bəs sən adam əti yeyirsən?
    Qız: - Kakoy ujas! Məni nə hesab edirsiz?
    Kamal: - Amma qoyun ətini yaxşı həzm edirsən!
    Qız: - Siz nə bilirsiz?
    Kamal: - Dünən burada deyildin? Bu siyasi xadimlərlə kabab yemirdin?
    Röya: - Deməli, sən adam öldürə bilməzsən, hə?..
    Kamal: - Sizə nə dəxli?..
    Röya: - Bayaq özün dedin ki, bu, sənin işin deyil.
    Ziya: - Bəs onda sən necə döyüşçü olmusan? Sən döyüşdə adam öldürməmisənsə, özünü nə haqla veteran hesab edirsən?..
    Kamal: - Düşmən? Bəli, düşmən öldürmüşəm. Dşmən öldürmək mənə su içimi kimi asandır. Bildiniz?!
    Ziya: - Elə qışqırır ki... Elə bil düşmən bizik...
    Kamal: - Düz tapmısız...
    Röya: Biz qırmızı terrorun təzədən təkrar olunmasına imkan verə bilmərik...
    hacı Sergey: - yaxşı, Kamal... Əsəbiləşmə...
    Ziya: - Dünənki o məclisi korlayan da bu oldu. Axı, bu siyasət adamı deyil...
    Röya: - Siyasət demişkən, mərasim yarımçıq qaldı, axı... gündəlikdə...
    Ziya: - Indi hacı Sergey dünənki məclisi təzədən təkrar edər, biz də qolumuzu çirməyib işə başlayarıq.
    Röya: - Elədir...
    hacı Sergey: - yox, balam, siz nə danışırsınız? Nə məclis, nə məşvərət? Deyir, keçi can hayında, çoban piy axtarır. Mən bilən, indilərdə prokurorluqdan gəlib buraların şəklini-zadı çəkəcəklər. hadisə necə baş verib, məclisdə kimlər iştirak edib? Bunları aydınlaşdıracaqlar.
    Murğuz: - Məncə, ən çox şübhə doğuran şəxs Kamaldır. Axı, o qızı, o göyərçini, o pərvanəni, o bülbülü əvvəldən tanıyırmış. Onunla xoş ülfəti, ünsiyyəti, məhəbbəti olub. Əlbəttə, mən Kamalın cani olduğuna inanmıram. çünki, Kamal nəhəngdir, ağıl dəryasıdır, müdriklik rəmzidir. heyf, heyf o gözəldən, o nur parçasından, o işıq tufanından, o günəş zərrəsindən.
    Kamal: - yenə bayquş kimi başladın ha, Murğuz.
    Murğuz: - Axı, mən nə deyirəm? Mən haqqın sözüyəm, mən xalqın gözüyəm, mən millətin özüyəm, mən qəlblərin sazıyam.
    hacı Sergey: - Bəsdir, Murğuz! gözümüzdən salma bu dili.
    Ziya: - Mən bir dilçi alim və peşəkar siyasətçi kimi deyə bilərəm ki, bu dildə hər hansı bir politoloqla mübahisə aparmaq mümkündür.
    Röya: - Xeyr. çağdaş zamanda bir dil siyasi polemika üçün kifayət etmir. Biz avropa dillərinin öyrənilməsinə xüsusi diqqət yetirməliyik.
    hacı Sergey: - çox qəribədir, hadisə buradakı qalmaqaldan iki-üç saat sonra baş verib.
    Murğuz: - Nə bilirsən, hacı Sergey?
    hacı Sergey: - gecə qonşu yeməkxananın qarovulçusu görüb ki, yoldan xeyli aralıda, bu dəhliz dediyimiz yerin o yanındakı gölün sahilində nəsə yanır. gedib görür ki, xarici maşındır. hay-küy salıb polis çağırır. Maşının içindən iki meyit çıxır. Daha doğrusu, bunlar artıq külə dönmüş adamlardı. Indi nə maşını tanımaq olur, nə də meyitləri. Maşının nömrəsindən məlum olub ki, onun sahibi Ramil Rəsulovdur. Maraqlanıblar ki, onlar hadisədən qabaq harada, kiminlə imişlər? Qonşu yeməkxanada bildiriblər ki, dünən bizim qonaqlarımız olublar. Filan görkəmdə kişi, yanında da gənc qadın. Məni sübh tezdən prokurorluğa apardılar. And-aman etdim ki, mənim qətl hadisəsindən xəbərim yoxdur. Oradan çıxanda gördüm ki, artıq buradakıların hamısı prokurorluğa, istintaqa çağırılıb.
    Kamal: - Nədənsə, təkcə Murğuzu çağırmamışdılar.
    hacı Sergey: - Məncə, Murğuzun bizə yalnız köməyi dəyə bilər.
    Kamal: - Nə kömək? Axı, kimdir Murğuz?..
    hacı Sergey: - Məncə işi aparan Murğuzun həmyerlisidir.həm üzdən buna oxşayır, həm də danışığından.
    Murğuz: - hacı Sergey, əgər o Zurnaçılar tərəfdəndirsə, arxayın ol, hər şeyi mən yoluna qoyacam. Ə, bizim yerin adına baxmayın, adamları safdır bulaq kimi, oylaq kimi, irmaq kimi...
    Ziya: - Ada, nə olub ki? gül kimi addı. heç biliriz nə deməkdi zurnaçı? Zurnaçı sözündə bizim tariximiz, keçmişimiz yaşayır. «Zurna» sözünün kökündə «sur» leksemi var. Bilirsiniz ki, «sur» çox müqəddəs sözdür. Elə dünən qeyd etdiyim kimi, «Sergey» sözünün komponentlərindən biri də gedib «sur»a çıxır.
    Qız: - yəni Sergeylə Zurna arasında əlaqə var? Ne mojet bıt!
    Ziya: - Əlaqə nədi ey, lap daxili bağlar var burada.
    Röya: - özü də bu əlaqə filosoflar demiş, lap dialektik-məntiqi əlaqədir.
    Ziya: - Dünən dedim axı, Sergey hansı qaynaqlardan gəlir: ser, sor, sur, sar, sur, sır, sir, sör...
    Murğuz: - Pəh, pəh, dilimizə qurban oldum ey. Quzu kəsim dilimizə. Şərbətdi, qəletdi-qənfetdi, şaqalatdı, marmalatdı, heyrətdi dilimiz. Nə yaxşı dilimizə rövnəq verən bilə oğullarımız, belə noğullarımız, belə nağıllarımız, belə ağıllarımız var, ay tanrı?!
    Qız: - Niçevo ne ponyala. Mırqız Mırqız, niyə qışqırırsan axı? çto sluçilos?
    Murğuz (qıza): - Elə sənin şirin dilinə, incə belinə, bəyaz əlinə, zərif telinə, saçındakı gülünə qurban olum. Qurban olum sənin kimi gəlinə. Sənin kimiləri əsil el anasıdır. Bəlkə gedək o biri qəbinetdə ikilikdə bir söhbət edək, ay el anası?
    Qız: - Mən hələ ana deyiləm. Tı kto? O çyom tı qovoriş? Ayıbdır.
    Murğuz: - Ana deyilsən, bala ol, ay bala ceyran. heyranam sənin gül yanağına, incə buxağına, ay qabağına... Vallah, bənzəyirsən cənnət bağına. Bircə onu bilmirəm ki, o bağın meyvəsin kim təam edəcək, kim dadacaq, kim nuş edəcək!
    Qız: - Sağ ol, Mırqız Mırqız. Mən səndən ayrıca intervyu götürəcəm öz qəzetimiz üçün.
    Murğuz: - Olsun. Mənim adımı sal tarixə, özü də qızıl hərfnən. Qoy o meydanlara, o küçələrə mənim kəlmələrim yazılsın. Qoy xalq görsün ki, bu dünyada Murğuz Murğuz yaşayır, köksü altda sənin kimi bir gözəl qız, bir ulduz yaşayır.
    Qız: - Oy, kak xoroşo on rasskazıvayet. Sən böyük ürəkli insansan, Mırqızçik.
    Murğuz: - Mən həm ürəkli, həm çörəkli, həm fələkli, həm küləkli, həm də gərənəkliyəm. Sən elə əsil mənim adamımsan, vallah...
    Ziya: - Murğuz bizim partiyanın bel sütunu, onurğası olacaq.
    Röya: - Murğuz - fenomendir. O, canlı ensiklopediyadır.
    Ziya: - O, olduqca millidir.
    Röya: - O, dünyəvi dəyərlərə söykənir.
    Qız: - Mırqız - sovremenni adamdır. Sağ ol, Mırqızçik. Belə deyəndə incimirsən ki?
    Murğuz: - yox ey, nə incimək? Dodağından bal tökülür, dodağına qurban olum, ayağına bir toz qonsa ayağına qurban olum! hacı Sergey, mənim hesabıma bir məclis...
    hacı Sergey: - Murğuz, indilərdə silist, prokuror-zad gəlməlidir. Biabır olarıq.
    Murğuz: - Zurnaçılar tərəfin adamı olsa, arxayın olun, məni qabağa verin. A kişi, bu millətin bütün başbilənləri bura cəm olub. Bu elin ən gözəl xanımı, alıb canımı, yanıma gəlib. Dedim, qonaqlığı mən verirəm.
    hacı Sergey: - Kamal, manqala od qoy, qoyun qabırğasından kabab.
    Röya (Qıza): - Bəlkə kabab hazır olanacan çıxaq təbiətin qoynuna, o bağların dərinliyinə gedək?
    Qız: - Sonra, sonra. hələ kababımızı yeyək.
    Murğuz: - Bəlkə bu gün keçi kababı yeyək.
    Qız: - Otliçno! Mən keçini çox sevirəm. Qoy keçi olsun.
    Ziya: - Keçi bir az kosmopolit heyvandır, qoyun daha millidir.
    Röya: - yox, keçi həm də ağıllıdır. Bəzən o bütöv bir sürüyə yol göstərir.
    Qız: - Elə ona görə də mən keçiyə aşiqəm.
    Murğuz: - Necə ki, mən gözəlliyə, özəlliyə, əzəlliyə aşiqəm. Qoy keçi olsun... Mən sənin istəyinin əleyhinə gedə bilmərəm. Istəyinə, ürəyinə, diləyinə qurban olum.
    hacı Sergey (Kamala): - get, manqalı tüstülə...
    Röya: - Ta dünənki kimi olmasın...
    Ziya (hacı Seyidə): - hacı Sergey, beləsini niyə saxlayırsan yanında? üz-gözündən cin yağır. Bir düz-əməlli adam tapmırsan?..
    Röya: - Intellektual...
    hacı Sergey: - Bəlkə də bu, onun sonuncu iş günüdür...
    Murğuz: - Deyir, yetimdən soruşurlar: kimdir sənin düşmənin, cavab verir ki, mənə çörək verən... hacı Sergey, o saz kimi, o sazın simi kimi, o simin altındakı...
    (Birdən hamı diksinir.)
    hamı: Paho... Bıy...
    (Birdən Ramil və Pərvanə görünür. hamı heyrətlə onlara baxır).
    hacı Sergey: - Salam. Buyurun.
    Murğuz: - görəsən bu qarabasma, yuxu-zad deyil ki?
    hacı Sergey: - Ramil müəllim... Buyurun. Siz allah gəlin. Biz çooox sevindik. Əşi, adam inanmaq istəmir.
    Ramil: - Nəyə?
    hacı Sergey: - Sözdü də, deyirəm.
    Ziya: - Röya müəllim, bu, odur?
    Röya: - Ziya bəy, elə özüdür ki, var...
    Qız: - çto to ne veritstya. Onlardır? Mən indi səslərini yazıb ekspertə çatdıraram.
    Murğuz: - Bəlkə bu ruhdur? (Rəsula). Zurnaçılar tərəfdən təzə bir xəbər-ətər varmı? O dağlar, o bağlar, o çağlar, soyuq bulaqlar...
    Ramil: - Əşi, nə dağ-bağ salmısan. Elə doğrudan da əsil zurnaçısan. hamınızı verəcəyəm məhkəməyə... Qoy tutub bassınlar.
    Murğuz: - Şükür, salamatçılıqdı. O günəş, ulduz, o pərvanə də sağ-salamatdır.
    Pərvanə: - Ramil, axı sənə dedim, sənə daş başqa yerdən dəyib.
    Murğuz: - Nə daş, nə baş? Buradakıların hamısı yoldaş, qardaş, vətəndaş, soydaş...
    hacı Sergey: - Murğuz, bəsdir. Qoy bir görək nə olub. Ramil müəllim, xahiş edirəm, yalvarıram əyləşin.
    Murğuz: - Bu günkü qonaqlığın mən verirəm. Qoy millət görsün ki, Zurnaçılardan necə oğullar var.
    Ziya: - Axı bu necə ola bilər, Röya müəllim?
    Röya: - Təbiətdə o qədər hallyusinasiyalar olur ki, Ziya bəy... cəmiyyət və təbiət anomalik hadisələrlə doludur.
    Qız: - Bir yandan sevinir, bir yandan da kədərlənirəm. On ni polojitelnıy tip.
    hacı Sergey: - Mən möcüzə görmüşdüm, ta beləsini yox... Ramil müəllim, düzü biz eşitmişdik ki, siz... sizin maşın... siz özünüz... Elə bu xanım da...
    Ramil: - Aha, eşitmisiniz? Əgər bu işin təşkilatçısını, yaxud iştirakçısını tanıyırsınızsa mənə bəribaşdan deyin. Mən sözübütöv adamam.
    Murğuz: - Biz hamımız beləyik.
    Ramil: - Mən and içirəm ki, heç kəsə güldən ağır söz deməyəcəyəm. Sadəcə olaraq, öz düşmənimi tanımaq istəyirəm. haradadır o Kamal adlanan...
    Pərvanə: - yaxşı də, Ramil.
    Ramil: - hacı Sergey, Pərvanə sənin yanında işləyən Kamalla bağlı köhnə münasibətlərini mənə danışıb. Mən deyə bilmərəm ki, bu işi məhz o edib. Elə bu partiya liderləri də dünən məni təhqir etdi. Bəlkə də onlar...
    Ziya: - Kim kimi təhqir etdi?
    Röya: - Qoy bunu məhkəmə araşdırsın!
    Qız: - Biz bunu mətbuata sızdırarıq.
    Murğuz: - Keçmiş ola. Əsas budur ki, salamatçılıqdır.
    Ramil: - yox ey, düzünü deyin mənə... yoxsa...
    Pərvanə: - Ramil, bəsdir.
    hacı Sergey: - Axı, nə olub?
    Ramil: - Dünən buradan çıxıb Pərvanə ilə mənim bağ evimə getdik. Bağ buradan o qədər də uzaqda deyil. Maşını bayırda - qapının ağzında saxladım. yəqin dünən görmüsüz, təptəzə xarici maşındı, süd rəngli. Səhər yuxudan durub görürəm, maşın yoxdur. hələ heç yerə bildirib şikayət etməmişəm. Bir-iki şübhəli adam vardı, onlara baş çəkib gəldim bura.
    hacı Sergey: - Artıq bu işdən polisin də xəbəri var, prokurorun da.
    Ramil: - Onlar haradan bilir bunu? Kim xəbər verib?
    hacı Sergey: - hələ əyləş, nəfəsini dər, deyərik. Biz sizdən daha çox narahatıq. Şükür yenə salamatsınız.
    Qız: - Əlbəttə, əsas salamatçılıqdır. Amma vse-taki on protivnıy.
    Ziya: - Xatası bizdən uzaq olsun.
    Röya: - Deyəsən, imkanlı adamdır, cəlb edərik partiyaya, Ziya bəy!
    Murğuz: - Kamal, yenə assorti elə. Keçi də olsun, qoyun da, cücə də, qaban da, dana da...
    Röya:- Varam beynəlmiləlçiliklə. yoxsa, dar tayfa düşüncəsi ilə haraya getmək olar?
    hacı Sergey: - hə, yeməklər hazırlanır. Murğuz, beş-üç kəlmə söz de.
    Murğuz: - Bu gün bizim bayramımızdır. Qövmlər, tayfalar, qəbilələr, məhəllələr ümumi dil tapıb, necə deyərlər onu, o zadı nə cür adlandırır siyasətçilər, Ziya bəy, Röya müəllim?
    Röya: - Konsensusa gəlirlər...
    Ziya: - Konsolidasiya yaranır...
    Murğuz: - hə, bax ondan oluruq. Mənim əziz həmvətənim Ramil, sən maşın sarıdan nigaran olma, maşın gedər də, gələr də... Amma biz gedəndə bir daha gəlmirik. Mən deyirəm, içək ilk badələri gözəllərin sağlığına. O necə deyərlər ey, dünyanı gözəllik xilas edəcək.
    hacı Sergey: - Mən arzu edirəm ki, hamınızın yolu bu dəhlizdən keçsin... Bu bərəkətli, çörəkli dəhlizdən.
    (Ramilin mobil telefonu zəng çalır. O, qulaq asır.)
    Ramil: - Polisdən tanışımdır. Deyir maşını oğurlayıblar. Nə bilim, maşın da yanıb, içindəkilər də... Elə biliblər ki, yanan bizik - Pərvanə ilə mən...
    Pərvanə: - Aman Allah!..
    Murğuz: - Elə bu sağlığa da içmək olar. yənin sizin sağ qalmağınızın şərəfinə.
    Ramil: - yox, mən getdim.
    Pərvanə: - Mən deyirəm axı, sənə... Kamal elə oğlan deyil.
    Ziya: - Bəs iclasda iştirak etmirsiz?
    Röya: - Konseptual məsələlər həll olunacaq bu gün burada.
    hacı Sergey: - Badələri qaldırın, Kamal, yaxın gəl, bu gün bizim ən şad günümüzdür. Ən çox əziyyət çəkən sənsən. gəlin içək şərəfə.
    Murğuz: - Şərəfə!
    Röya (Ramilə): - Xahiş edirəm, bir az ləngiyin.
    Ziya: Siz xalqa gərəksiz.
    Murğuz: - Zurnaçılar xalqa öz sözünü həmişə deyib, yenə də deyəcək. Içək elə bu badələri xalqın sağlığına.
    hacı Sergey: - Kamal, kabab nə oldu?..
    Röya: - Əşi, onu qov getsin... Ondan sizə işçi çıxmaz. görmürsən, gicin biridir...
    Qız: - Pomoyemu on çelovek ne oçen poryadıçnıy...
    Ramil: - Mən yenə ondan şübhələnirəm.
    Pərvanə: - Əbəs yerə. O, çox vicdanlı oğlandır. O, saf adamdır. özü də söz götürən deyil... Elə sakit görkəminə baxma...
    Ramil (Pərvanəyə): - Sən sus. Bildin? Mən hər şeyi sübut edəcəyəm. O mənim üçün heç nədir. Mən ona divan tutduracağam.
    Murğuz: - Biz zurnaçılar bir xalq kimi həmişə intellekt sahibi olmusunuz?..
    Hacı Sergey: - Mən bu gün qovacağam onu... Qoy rədd olub getsin... Sonra gəlib yalvarar...
    Pərvanə: - Aman Allah!.. O çox əsəbi adamdır. Əgər bu deyilənləri eşitsə...
    Ramil: - Eşitsin. Nə edəcək? O kimdir, axı? Döyüşüb. gözüm aydın!
    Pərvanə: Sən onu tanımırsan! O, hər şey edə bilər.
    hamı: Şərəfə içək! Şərəfə! Şərəfə!
    Murğuz: - Mən bayaqdan göz qoyuram ona. Nəsə özünü çox şübhəli aparır. O, hələ dərk etmir ki, Zurnaçılara sataşmaq nədir... Elə o maşın məsələsində onun əli var...
    hacı Sergey: - Ta orasını deyə bilmərəm.
    Pərvanə: - Xahiş edirəm, namuslu adamı şərləməyin.
    Ramil: - Deyəsən, ürəyin onun yanındadır?..
    Pərvanə: - yox, mən onu sizdən yaxşı tanıyıram... Siz ona bələd deyilsiniz...
    Ziya: - Belələri yalnız Qərbdə ola bilər...
    Röya: - Əksinə, şərq yetişdirir belələrini.
    Qız: - O, nə şərqlikdir, nə qərblik. Ni kuda ne qoditsya...
    Ramil: - Mən onun başına elə oyun gətirim ki...
    Qız: - Pravilno! Tak i nado... Siz prinsipial adamsınız...
    Pərvanə: - Bəsdir! Bəsdir! - Sonra peşiman olarsız... Axı, siz Kamalı heç tanımırsız... (Qışqırır.).
    (Kamal onlara yaxınlaşır. Nədənsə o tərəf - bu tərəfə boylanıb, kabinənin arxasına keçir. Əlində silah qayıdır. hamı qorux, təəccüb və heyrətlə ona baxır).
    Kamal: - Mən indi sizin hamınızı güllədən keçirəcəyəm!
    Murğuz: - Ə, bu içib eləməyib ki, görəsən?
    hacı Sergey: - Nə içmək? O da mənim kimi şərabdan uzaq dolanandır.
    Pərvanə: - Kamal, yalvarıram!
    Qız: - Oy, ujas! O bizim hamımızı öldürəcək.
    Ziya: - çox qəzəbli görkəmi var. görəsən müxalifətə meyl edir?
    Röya: - yox, o daha çox ziyalıya bənzəyir. yəqin ki, iqtidarı təmsil edir.
    Ramil: - Silahın üzünü o yana tut.
    Murğuz: - O, döyüşdə olub, deyəsən beyni silkələnib.
    hacı Sergey: - hə, kontuziyalıdır.
    Röya: - Deyirəm axı, ziyalıdır.
    Kamal: - Mən bu gün sizin hamınızı gəbərdəcəyəm.
    hacı Sergey: - Nə üçün? Sənə çörək verdiyim üçün öldürürsən məni?
    Murğuz: - Əl saxla, Kamal! Ağlını, dərrakəni, zehnini topla, özünü ələ al. Axı, nə olub sənə?! Burada xalqın qaymaqları yığışıb.
    Ziya: - Xalq gözünü bizə dikib.
    Röya: - Biz nə iqtidarıq, nə də müxalifətik.
    Ziya: - Eloğlu, biz həm iqtidarıq, həm müxalifət...
    Pərvanə: - Kamal! Sən nə edirsən, Kamal! Ağlını başına yığ... yalvarıram!..
    Kamal: - Sən çəkil bir tərəfə... Mən indi bunları it kimi gəbərdəcəyəm...
    Pərvanə (onun üstünə cumur): -Kamal!..
    Kamal: - çəkil deyirəm...
    Pərvanə: - Onda elə birinci məni öldür, Kamal... Mən ölməliyəm, Kamal!.. Mən özüm özümdən, öz həyatımdan bezmişəm. Mən iyrənirəm özümdən... Bəlkə də sən düz hərəkət edirsən... Bəlkə də bu dünyaya əbədi bir həzz kimi baxanların aqibəti elə bu cür olmalıdır... Mən səni anlayıram, Kamal. Bizim öz ömrümüz, öz həyatımız, öz həqiqətimiz, öz haqqımız var. Bu da sənin tapındığın həqiqətdir. Bu da sənin haqqındır.
    Murğuz: - Sən xalqın vuran əli, düşünən beyni, danışan dili, çarpan ürəyi, yüyürən ayağı, eşqi, amalı, kamalı...
    hacı Sergey (Murğuza): - Əşi, mumla! (Kamala) Kamal, onsuz da burada nə varsa, hamısına sən sahibsən. Axı, sənə nə olub? Balam, bu dəhliz sənin deyil? Axı, nə olub sənə, de, biz də bilək...
    Qız: - Tı nastoyaşiy geroy. Mən vuruldum sənə, Kamal. Mənə icazə verirsən, gedim?
    Ramil: - Əşi, qurbandır sənə dünyanın bütün qızları... Mənim döyüşçülərə ayrı cür hörmətim var... Onlar üçün xüsusi fond da ayırmışam. Sənə, sənin adına yeni mükafat təsis edəcəyəm... Elə bu gün qərar verirəm... Sərəncam...
    Pərvanə: - Ah! Kamal, Kamal!.. Kamal, təkcə məni vur...
    Ziya: - Sən əsd sərkərdəsən.
    Röya: - O həm də mütəfəkkirdir...
    Murğuz: - Xalq yalnız sənə etibar edir...
    hacı Sergey: - Kamil, biz səni çox istəyirik...
    Kamal: - Siz hamınız ölməli, gəbərməlisiniz! Sizin hamınızın alnının paslı gülləsi çatmır. Indi siz sahib olacaqsız o güllələrə! Bax, onda sakitləşəcək, dincələcəksiniz. Elə mən də sakitləşəcəyəm. Buraya - bu dəhlizə, bu pozğunluq, bu fəlakət dəhlizinə sizi gətirən, cəlb edən nədir? Siz öz ömrünüzü eyş-işrətdə, kef-damaqda keçirmək istəyirsiniz eləmi? Olsun! Qoy olsun! Bəs hər gün buraya, bu lənətə gəlmiş dəhlizə gətirilən o qızlar, o gəlinlər. Bizim ana-bacılar... Nədir onların günahı? Siz onların bir tikə çörəyə olan ehtiyacından sui-istifadə edib öz cibinizi doldurmaqla məşğulsuz. Mən baxıb görürəm ki, indi hərə bir cür əxlaqsızlıq edir. Bəli, mən döyüşdə güllə yarası almışam, kontuziyalıyam. Bəs siz? Siz hamınız bu vətəni, bu məmləkəti burada parçalamaq- o qoyunlar kimi soyub didmək istəyirsiniz? Sizinçün elə o dilsiz-ağızsız adamlar da dilsiz-ağızsız qoyunlardır. Siz burada yeyir-içir, oxuyur, oynayır, əylənir, atılıb-düşür, vətən haqqında, vətəndaşlıq haqqında bayağı sözlər deyir, vətənin çörəyini yeyib onun namusuna toxunursunuz! Burada bu dəhlizdə bizim çox qeyrətli kişilərimiz ələ salınıb, çox qızların namusuna toxunulub, çox gəlinlər təhqir olunub. Vaxtilə mənim yolumda ölümə getməyə hazır olduğum Pərvanə indi bu dəhlizin qurbanına çevrilib. Mənim döyüş dostlarım az qala küçələrdə dilənir, dərman pulu tapa bilmir, amma siz... siz... bu dəhlizdə tox pişiklər kimi xumarlanırsınız. ölüm saatınız çatıb, əcəl yetişib. Indi hamınız gəbərəcəksiniz. hamınız! Mən neçə vaxtdır dözürəm, ta səbrim tükənib dözə bilmirəm. Xainlər! Əllər yuxarı!
    (Hamı ayağa durur)

    Pərdə

    Son





















    KÜSƏNLƏR BARIŞANDA

    İki hissəli komediya-karnaval

    ISTIRAKÇILAR:

    VALID
    VALIDƏ
    SƏID
    SƏIDƏ
    HƏMID
    HƏMIDƏ
    ŞAhID
    ŞAhIDƏ
    ŞAXTA BABA
    QAR QIZ
    XOR
    RƏQQASLAR
    BAYRAM IŞTIRAKÇILARI



    BIRINCI hISSƏ


    MUSIQI. Pərdə açılır. Geniş meydança. Yeni il karnavalı. Ortada bəzək küknar ağacı. Xor oxuyur. Maskalı adamlar əl-ələ tutub rəqs edirlər. ŞAXTA BABA və QAR QIZ gəlirlər.

    XOR: - Sevgilərlə qanad açan
    Doğma elə salam olsun!
    Mahnı deyən, nəğmə qoşan
    şirin dilə salam olsun!

    Ürək hara - kədər hara?
    Üz tutmuşuq biz bahara.
    Coşan selə, yağan qara,
    Əsən yelə salam olsun!

    Ürəklərə körpü salaq
    Arzulara mehman olaq.
    Köhnə ili yola salaq,
    Təzə ilə salam olsun!

    Musiqinin son akkordları səslənir. şaxta baba və Qar qız əl-ələ tutub irəli çıxır, təzim edib təzədən geriyə çəkilirlər. Adamlar kiçik dəstələrə bölünüb astadan söhbət edirlər. VALID gəlir, farağat qaydasında dayanaraq diqqətlə şaxta babaya, Qar qıza, daha sonra bəzəkli küknara baxır. Deyəsən, o, azacıq içib.

    VALID: - Görəsən, bu, əsl küknardır?.. Yox, deyəsən kauçukdan düzəldiblər. (şaxta babaya). Bəs sən necə, əsl şaxta babasan?.. Yox, deyəsən sən də oriæinal deyilsən - saxta babasan. Saxta, qondarma, əldəqayırma... Bıy, tərpənirmişsən ki!.. Hə, deməli, bu da Qar qızdır... Yəni o da canlıdır?.. Yox, bu manikendir deyəsən... (Qar qıza). Birdən sən də tərpənərsən ha?..

    VALIDƏ görünür. Çiynində çanta var. Qız Validi görüb aradan çıxmaq istəyir. Valid arxaya çevrilir, gözü Validəyə sataşır, özünü ələ alıb ciddiləşir, qıza yaxınlaşır.

    VALIDƏ (hirslə): - Sənə nə lazımdır?..
    VALID: - Əvvəla, salam!.. Ikincisi də, köhnə ilin... e-e-e, yeni ilin mübarək. Məndəki intuisiyaya bax ey, ürəyimə dammışdı ki, bu gün mütləq səninlə görüşəcəyəm. Bu gecə yuxuda küknar ağacı görmüşdüm; ağacın yuxarı budağına kəndir dolanmışdı. Gördüm ki, kəndir...
    VALIDƏ: - Gərək sən o kəndirlə özünü asaydın...
    VALID: - Yox, diqqətlə baxıb gördüm ki, o kəndir deyil, ilandır... Qızıl ilan...
    VALIDƏ: - Gərək o qızıl ilan səni çalaydı!
    VALID: - Bu il - ilan ilidir... Mən bu ilin ilanını yuxuda gördüm. O küknar ağacı isə yəqin ki, sən imişsən...
    VALIDƏ: - Məndən küknar olmaz.
    VALID: - Bəs ilan necə?..
    VALIDƏ: - Ilan sənin əziz-xələflərindir.
    VALID: - Yenə başladın, Validə?..
    VALIDƏ: - Valid, səndən bir xahişim var.
    VALID: - Buyur... Mən can-başla sənin qulluğunda...
    VALIDƏ: - Xahişim budur: gəl heç vaxt mənim yolumun ağzına çıxma... Axı, sənə neçə dəfə demişəm...
    VALID: - Əgər bizi yollar görüşdürürsə, mən neyləyə billəm?..
    VALIDƏ: - Deyir, ilanın yarpızdan zəhləsi gedir, o isə onun yuvasının ağzında bitir.
    VALID: - Bax, sən özün deyirsən ilan kimdir?..
    VALIDƏ: - Bəsdir!..
    VALID: - Validə, bayram günündə bütün küsülülər barışır... Mənim bir təklifim var: gəl keçmişi qurdalamayaq. Onsuz da olan olub, keçən keçib.
    VALIDƏ: - Bəli, olan olub, keçən keçib. Innən sonra bizi birləşdirən heç nə yoxdur. Sənin öz yolun, mənim öz yolum... Valid, çıx get öz yolunla...

    MUSIQI.

    VALID: - Ayaq saxla, bir qulaq as,
    Gülüm, axı, belə olmaz!
    VALIDƏ: - Sidqim səndən sıyrılıbdır,
    Yollarımız ayrılıbdır.
    VALID: - Qoy açılsın qolarımız,
    Qoy birləşsin yollarımız!
    VALIDƏ: - Birləşsə də yer-göy belə,
    Barışmaram mən səninlə!
    VALID: - Gəl bağışla, əvf et məni,
    Gözlərində dəfn et məni.
    VALIDƏ: - ha-ha-ha-ha! Lap axmaqsan!
    Sən mənimçün çoxdan yoxsan!

    Validə getmək istəyir.

    VALID: - Dayan, ayaq saxla, Validə!
    VALIDƏ: - Axı, sən mənə nə veribsən ki, ala bilmirsən?
    VALID: - Mən ürəyimi vermişəm sənə...
    VALIDƏ: - Soruşmaq ayıb olmasın: sənin neçə ürəyin var?
    VALID: - Vaxtilə bir ürəyim olub. Indi heç o da yoxdur...
    VALIDƏ: - Sənin ürəyin yerli-dibli olmayıb, Valid.
    VALID: - Bunu haradan bilirsən?
    VALIDƏ: - Bilirəm, mən hər şeyi bilirəm. Sən kimi görürsənsə, olmayan ürəyini ona bağışlayırsan.
    VALID: - Oxunu atıb yayını gizlətmə! Sən nə demək istəyirsən?
    VALIDƏ: - Mənim nə demək istədiyimi sən əla bilirsən. Yoxsa məni avam hesab edirsən?
    VALID: - Allah eləməsin!.. heç elə şey olar?.. Mən sadəcə olaraq həqiqəti öyrənmək istəyirəm.
    VALIDƏ: - həqiqət budur: sən gündə birinə könül verirsən...
    VALID: - Yalandır! Bu, ağ yalandır! (Gülür). Mən olmayan şeyi necə bağışlaya bilərəm ki...
    VALIDƏ: - Olmayan şeyi?.. Deməli, özün etiraf edirsən?!.
    VALID: - Mən nəkarayam ki, sənin dediklərini təsdiq etməyim?.. Sən deyirsən ki, ürəyin yoxdur, mən də məcburam səninlə razılaşım.
    VALIDƏ: - Sən hər şeyi zarafata salmağı xoşlayırsan. Indi desəm ki, hər gün içirsən, buna da bir söz tapıb deyəcəksən.
    VALID: - Qətiyyən! Mənim əks-arqumentim yoxdur. Bəli, arabir içirəm: özü də sənin dərdindən...
    VALIDƏ: - Bax, görürsən?.. Yenə bəhanə tapdın...
    VALID: - Həqiqəti heç kəs xoşlamır.
    VALIDƏ: - Sənin həqiqətə zərrə qədər də dəxlin yoxdur.
    VALID: - Validə, əzizim, eşit və yadda saxla: məni səndən yalnız bir şey ayıra bilər...
    VALIDƏ: - O şeyin adı nədir elə, tapıb gətirim, əl çəkəsən mənim yaxamdan.
    VALID: - O şeyin adı... (Qısa pauza). Ölümdür, ölüm...
    VALIDƏ: - Get öz qanını başqasının üstünə tök! Itil gözümdən!.. Bildin?..

    Musiqi.

    VALID: - Gözüm gözünə qurban...
    VALIDƏ: - Gözlərimdən itərsən!..
    VALID: - Bu il ilan ilidir...
    VALIDƏ: - Sən ilandan betərsən.
    VALID: - Axı, nədir günahım?
    VALIDƏ: - Tutacaq səni ahım.
    VALID: - Amandır, qarğış etmə!
    VALIDƏ: - Yolumun üstə bitmə!
    VALID: - Peşiman olarsan ha...
    VALIDƏ: - Sənə sözüm yox daha.
    VALID: - Yalvarıram, ey mələk...
    VALIDƏ: - Əl çək! Yaxamdan əl çək!..

    Validə gedir. Əllərində məcməyi tutmuş şAhID və şAhIDƏ gəlirlər.

    şAhID: - Dönər! Loxmaco! Peraşki! Bulka! Paxlava! şəkərbura! Karandaş! Siqaret! Ulduz falı! Bibliya! hədislər! cadular! Videokaset! Titanik! Tarkan! Tarakan dərmanı! (Validə yaxınlaşır). Bayramın mübarək! Bir şey lazım deyil ki?..
    VALID: - Əşi, qəmişini çək! Keçi can hayında, qəssab piy axtarır...

    şahid gedir.

    şAhIDƏ: - Fala baxıram! Baxt açıram! Yuxu yozuram!
    VALID: - Falçı xanım! Falçı bacı!.. Gəl bir mənim falıma bax!..
    şAhIDƏ: - Nəsə səndən.

    MUSIQI.

    Küsübdür yar.
    Aranızı
    Vuranlar var.
    Qulağını
    Bir bəri tut.
    Bir söz deyim:
    Kini unut!
    Sən o qızı
    Vermə əldən
    Ayrılarmı
    Gül bülbüldən?
    VALID: - Axı, məni
    Sevməyir, o.
    Nə deyirəm
    “Yox” - deyir, o.
    Zalım qızı
    Gəzir göylə,
    Bir dərdimə
    Əlac eylə!
    Aman falçı,
    Yoxdur həmdərd,
    Aşıracaq
    Məni bu dərd!
    şAhIDƏ: - Mən sənin dərdinin dərmanını deyərəm.

    Valid cibindən pul çıxarıb onun köynəyinin yaxasına sancır və qolundan çimdikləyir.

    VALID: - De görüm, mənim dərdimin dərmanı nədir?..
    şAhIDƏ: - Əliuzunluq eləmə!.. Bildin?..
    VALID: - Baş üstə, falçı bacı!..
    şAhIDƏ: - Onda bəri gəl... Amma kişi ol...
    VALID: - Elə kişi olduğum üçün bu günə düşmüşəm. Nakişilərin nə vecinə?..

    şahidə və Valid gedirlər. HƏMIDƏ gəlir: o, Qar qız geyimindədir. şaxta baba həmidəyə yaxınlaşır.

    şAXTA BABA: - Salam! Mənim balam, deyəsən bizim təzə Qar qızımız sənsən, hə?..
    hƏMIDƏ: - Bəli, mənəm, şaxta baba...
    şAXTA BABA: - Elə isə növbəni təhvil götür. Biz bu qocaman Qar qızla səhərdən ayaq üstəyik. Yorulmuşuq, acmışıq. ha-ha-ha!.. (Gülür). Əlbəttə, şaxta baba da adi adamlar kimi yeyib-içir...
    hƏMIDƏ: - Bəs mən burada tək qalım?..
    şAXTA BABA: - Tək niyə, qızım?.. Bizə təzə, novcavan bir şaxta baba gəlib... Bayaq burada idi. Yəqin ki, bığ-saqqalının arxasıyca gedib. Darıxma, indi gələr.

    MUSIQI. şaxta baba Qar qızla əl-ələ tutub rəqs edir. Bu zaman şaxta baba geyimində olan hƏMID gəlir və o, həmidənin əlindən tutub rəqs etməyə başlayır. Musiqi başa çatır.

    hƏMID: - Salam, şaxta baba...
    şAXTA BABA: - Salam, oğlum. Bax, bu bizim Qar qızdır. O da sənin kimi təzədir. Əminəm ki, yaxından tanış olub dostlaşacaqsınız. (Qar qıza). hə, ay ağbirçək Qar qız, biz gedək?
    QAR QIZ: - Gedək, baba, gedək... Növbəni cavanlara təhvil verək...

    şaxta baba və Qar qız gedirlər.

    HƏMIDƏ: - Deyəsən, siz də ilk dəfədir ki, şaxta baba olursunuz...
    HƏMID: - Bəli, elədir, xanım qız...

    Həmidə diqqətlə həmidi süzür.

    HƏMIDƏ: - Bura bax... Bu da sənin təzə nömrəndi, hə?..
    HƏMID (saqqalını dartıb yana çəkir): - Neyləyim, həmidə?.. Sənsiz yaşaya bilmirəm...
    HƏMIDƏ: - həmid, artıq bizi bağlayan heç nə yoxdur. Bir də ki... Bu nə hoqqadır çıxarırsan?..
    HƏMID: - Eşitdim ki, burada Qar qız rolunda çıxış edirsən... Mən də məcbur olub şaxta baba roluna girdim.
    HƏMIDƏ: - Bu libası haradan almısan?..
    HƏMID: - Prokatdan?
    HƏMIDƏ: - Get pal-paltarı təhvil ver, özün də buralarda veyillənmə...
    HƏMID: - Nədir, məni qovursan?..
    HƏMIDƏ (əsəbi): - Elə isə mən özüm gedərəm.
    HƏMID: - Dayan, həmidə! Yalvarıram!

    MUSIQI.

    HƏMIDƏ: - Əl-ayağa dolaşma,
    dolaşma!
    HƏMID: - Sən mənimlə dalaşma,
    dalaşma!
    HƏMIDƏ: - Əl çək mənim yaxamdan,
    yaxamdan...
    HƏMID: - Tanımırsan sən məni
    yaxından...
    HƏMIDƏ: - Tanımıram - tanımasam
    yaxşıdır!
    HƏMID: - Bu eşq bizim ömrümüzün
    naxşıdır...
    HƏMIDƏ: - Paho! Paho! Sən buna bax,
    eşqə bax...
    HƏMID: - Eşq-atəşdir!.. Sən bir külsən,
    mən ocaq...
    HƏMIDƏ: - Mən bir küləm? Qoy kül olsun
    başına!
    HƏMID: - Barı rəhm et gözlərimin
    yaşına!

    SƏID və SƏIDƏ gəlir. həmid və həmidə diqqətlə onları süzüb gedirlər.

    SƏIDƏ: - Sənə nə lazımdır?..
    SƏID: - Mə-ə-ən... Mən...
    SƏIDƏ: - Sənə min dəfə demişəm...
    SƏID: - Min dəfə demisən, bir dəfə də de, qoy olsun min bir dəfə. Çıxmır...
    SƏIDƏ: - Nə çıxmır?..
    SƏID: - Başım çıxmır ki, sənin istəyin nədir?
    SƏIDƏ: - Mənim istəyim: sənin üzünü görməmək, səsini eşitməmək...
    SƏID: - Qətiyyən batmır...
    SƏIDƏ: - Nə batmır?
    SƏID: - Ağlıma batmır sənin dediklərin. Əvvəllər deyirdin ki, səsini eşitməyəndə oluram... dəli.
    SƏIDƏ: - Indi isə eşidəndə oluram... dəli.
    SƏID: - Nədir... səbəb? Səbəb nədir?.. Deyiləm... həmin adam deyiləm? Itirmişəm... bəlkə?
    SƏIDƏ: - Nəyi itiribsən?..
    SƏID: - Bəlkə ağlımı itirmişəm?
    SƏIDƏ: - Bilmirəm nəyini itirmisən, amma xahiş edirəm kölgə kimi az sürün arxamca.
    SƏID: - Mən də bilim?.. Səbəbini de, mən də bilim... Mən yalayan deyiləm... öz tüpürdüyümü. Sona qədər... vuruşacağam sona qədər.
    SƏIDƏ: - Kiminlə?
    SƏID: - ...öz sevgim uğrunda vuruşacağam son nəfəsimə qədər. Mən tərs adamam...
    SƏIDƏ: - Elə danışığın da tərs-avanddır.
    SƏID: - Özün görürsən ki...
    SƏIDƏ: - Mənim bu cür adamlardan zəhləm gedir.
    SƏID: - Nə cür adamlardan?..
    SƏIDƏ: - Tərs-avandlardan...
    SƏID: - Gəlir...
    SƏIDƏ: - Kim gəlir?..
    SƏID: - Sənə elə gəlir ki, mən o cürəm. Çox nazikdir...
    SƏIDƏ: - Nazik olan nədir?
    SƏID: - Mənim ürəyim...
    SƏIDƏ: - Bəxtəvər başıma!
    SƏID: - Dolama məni!.. Öldürə bilərəm.
    SƏIDƏ: - Kim? Sən? Məni?..
    SƏID: - Özümü öldürə bilərəm.
    SƏIDƏ: - Mən başqalarının şəxsi işinə qarışmıram.
    SƏID: - Hanı?..
    SƏIDƏ: - Kim hanı?..
    SƏID: - Sənin insafın!
    SƏIDƏ: - Sən kimi çox istəyirsən onun canı, əl çək yaxamdan... Bildin?
    SƏID: - Niyə qaraldırsan?.. Qanımı niyə qaraldırsan bu bayram günü?..
    SƏIDƏ: - Qurtardıq!
    SƏID: - Nə oldu?..
    SƏIDƏ: - Nə “nə oldu”?..
    SƏID: - Dəyişdirdin?..
    SƏIDƏ: - Özüm bilərəm!
    SƏID: - Mən evi deyirəm...
    SƏIDƏ: - Bu, mənim öz işimdir.
    SƏID: - Çəkəcəyəm...
    SƏIDƏ: - Çək, ya çəkmə - bu da sənin öz işindir.
    SƏID: - Baş çəkəcəyəm axşam...
    SƏIDƏ: - Mən evdə olmayacağam...
    SƏID: - Yoxdur... Eybi yoxdur. Sən gələnəcən gözləyərəm. Ağzındaca...
    SƏIDƏ: - Öz ağzında...
    SƏID: - Qapının ağzında...
    SƏIDƏ: - Dedim, get işinlə məşğul ol...
    SƏID: - Yatacağam... Düz qapınızın ağzında...
    SƏIDƏ: - Gözüm aydın!

    MUSIQI.

    SƏID: - Sənin işindən
    çıxmayır başım!
    SƏIDƏ: - Sən kimsən, axı? -
    Yarım? Yoldaşım?
    SƏID: - Mən - sənin ruhun,
    Sən - mənim könlüm!
    Sənə sadiqəm
    ölüncə, gülüm.
    SƏIDƏ: - Gəl nalə çəkib
    fəryad qoparma!
    Gəl zəhlə töküb
    sən baş aparma!
    SƏID: - Kim salıb məni
    sənin gözündən?
    SƏIDƏ: - „özüm su içmir
    sənin özündən!
    SƏID: - Eşqimə inan!
    SƏIDƏ: - Özün inandır!
    SƏID: - Sənsiz - ölərəm...
    SƏIDƏ: - Bu da yalandır!..

    Səid və Səidə gedir. Validə və Həmidə gəlir.

    HƏMIDƏ: - Validə...
    VALIDƏ: - Ay qız, həmidəsən? Bıy, tanımadım, varlı olacaqsan yəqin... Mən də deyirəm, görəsən bu Qar qız məni haradan tanıyır...
    hƏMIDƏ: - Bayaq da buradan gəlib keçdin. Nəsə mən tərəfə gözucu da baxmadın.
    VALIDƏ: - hə... Bayaq... Elədir...
    hƏMIDƏ: - Deyəsən, özün də tək deyildin...
    VALIDƏ: - hə... Yox... Elədir... Yaxşı, de görüm, işində nə yenilik var?.. Yenə mədəniyyəti təbliğ edirsən?.. Qışda Qar qız, yazda Bahar qız olursan, hə?..
    HƏMIDƏ (gülür): - Elədir. Bəs sənin işlərində nə yenilik?..
    VALIDƏ: - Elə köhnə yerdə işləyirəm. Amma bu yaxınlarda mənzilimi dəyişmişəm.
    HƏMIDƏ: - A-a-a... Doğrudan?.. hara köçmüsən?..
    VALIDƏ: - Ikinci paralel küçəsinə.
    HƏMIDƏ: - Onda Səidə ilə qonşusan ki...
    VALIDƏ: - Elə Səidənin evinə köçmüşəm.
    HƏMIDƏ: - Xeyir ola bu dəyiş-düyüşdə...
    VALIDƏ: - Sadəcə olaraq, Səidənin evi mənim iş yerimə yaxındır, mənim evimsə onun iş yerinə. Evlərimizi əl-ələ, baş-başa dəyişdik, vəssalam!
    HƏMIDƏ: - Xeyirli olsun. Təzə mənzildə toy görəsiniz.
    VALIDƏ: - Sağ ol... Amma belə görürəm, deyəsən toy-zad görməyəcəyəm.
    HƏMIDƏ: - Niyə ki? Allah elməsin!
    VALIDƏ: - Bəyəm indiki oğlanlara etibar etmək olur?.. hamısı o söz... Ağzımı açdırma...
    HƏMIDƏ (gülür): - Yaxşı, tay demə...
    VALIDƏ: - Nə isə... Indi vaxtım yoxdur. Axşam gələrsən bizə, həm dərdləşərik, həm də bayramı bir yerdə keçirərik...
    HƏMIDƏ: - Baxarıq... Vaxtım olsa...
    VALIDƏ: - Bizim vaxtdan başqa nəyimiz var ki... Di yaxşı, hələlik...
    HƏMIDƏ: - hələlik...

    Validə çıxmaq istəyir, amma nəyisə xatırlayıb geri dönür. Bu zaman həmid görünür, qızların söhbətinə qulaq asır.

    VALIDƏ: - Evin ünvanını bilirsən?..
    HƏMIDƏ: - Küçəni tanıyıram, amma evin yerini unutmuşam...
    VALIDƏ (ucadan): - Ikinci pralel, ev on iki!.. Ta unutmazsan ki?..
    HƏMIDƏ (astadan): - Ay qız, niyə qışqırırsan, astadan de...
    VALIDƏ: - Nə olub ki?..
    HƏMIDƏ: - Eşidirlər, axı...
    VALIDƏ: - Bəyəm mən dövlət sirri-zad açıram. Eşidirlər - eşitsinlər. Bir də kim eşidəsidir ki?.. (həmid tərəfə baxır). Bu, eşidəcək?.. şaxta baba?.. Nə qəşəng şaxta babanız var! Amma mənim öz şaxta babam var. Düz beş yaşım olandan o, hər il bizə gəlir. Indi onu axtarıram! (həmidə). Eybi yox, gələn il səni dəvət edərik. Di hələlik, həmidə. „özləyirəm ha!

    Gedirlər. şahidə, sonra Səid gəlir.
    şAhIDƏ: - Fala baxıram! Baxt açıram! Yuxu yozuram!
    SƏID: - Ay arvad, əl çək yaxamdan. Çək... qəmişini!..

    MUSIQI. Qadın meydançadakı adamlara yaxınlaşıb bir-bir onlara müraciətən oxuyur.

    ŞAhIDƏ (oxuyur): - Sən deputat olacaqsan!
    Sənsə arvad alacaqsan!
    Yuxarıdır sənin yerin!
    Çox qısqanır səni ərin!
    Incidirsən adaxlını!
    Sənin səxavətin hanı?
    Sən ağasan! Sən zəhmətkeş!
    Bəs sən kimsən, zəhləmgetmiş?
    Bu, səfehdir! O, ağıllı!
    Bu, pintidir! O, sığallı!
    Bu, tənbəldir, bu, səmədir!
    Bir buna bax, ifləmədir!

    Səid və şahidə gedir. şahid və Valid gəlir. şahidin əlində məcməyi.

    ŞAhID: - Dönər! Laxmaco! Peraşki! Bulka! Paxlava! şəkərbura! Karandaş! Siqaret! Ulduz falı! Bibliya! hədislər! cadular! Videokaset! Tarkan! Tarakan dərmanı! Bayramınız mübarək! Bəlkə bir şey gərəkdir?
    VALID: - Bura bax, yaxşı oğlan, buranın böyüyü kimdir?..
    ŞAhID: - haranın?.. Buranın?.. Sənə nə lazımdır?..
    VALID: - Mənə?.. Mənə şaxta baba kostyumu...

    şahid geri-geri çəkilib diqqətlə Validi süzür.

    ŞAhID: - şaxta baba olmaq istəyirsən?..
    VALID: - Sizə nə dəxli var, mən nə olmaq istəyirəm? Soruşuram ki, şaxta baba geyimini haradan tapmaq olar?
    ŞAhID: - Kostyum?. Təşkil edərik səninçün. Birdəfəlik almaq istəyirsən, yoxsa?..
    VALID: - Yox... Nə birdəfəlik, canım? Bir-iki saatlığa.
    ŞAhID: - Prokata götürmək istəyirsən?..
    VALID: - hə də...
    ŞAhID: - O da baş üstə...
    VALID: - Allah səndən razı olsun, qardaş! Indi götürmək olar?..
    ŞAhID: - Indi yox! (Saatına baxır). Düz saat beşdə olursan burada!
    VALID: - Buraya gəlim?
    ŞAhID: - Əlbəttə, buraya. Bəs Qar qız paltarı necə?.. Lazım deyil ki?..
    VALID (gülür): - Qar qızım var... (Mənalı tərzdə). Amma... Birdən gələcəkdə lazım olsa, sizə müraciət etmək mümkündürmü?..
    ŞAhID: - Gələcəyi əkiblər bitməyib! Gedə bilərsən... Bir saatdan sonra gələrsən.
    VALID: - Oldu!.. Sağ olun!..

    Valid gedir. Səid gəlir.

    SƏID: - Bir söz soruşsam olar?..
    ŞAhID: - Olar... Niyə olmur ki?..
    SƏID : - Olar?
    ŞAhID: - Dedim ki, olar?
    SƏID: - Tapmaq olar?
    ŞAhID : - Necə yəni tapmaq olar?..
    SƏID: - haradan tapmaq olar?..
    ŞAhID: - Nəyi haradan tapmaq olar?
    SƏID: - Geyimi deyirəm...
    ŞAhID: - Geyim? Nə geyim?..
    SƏID : - Pal-paltar...
    ŞAhID: - Bura univermaq-zaddır bəyəm?
    SƏID: - Yox ey, mən şaxta baba üçün paltar axtarıram.
    ŞAhID: - hə, şaxta baba üçün... Bəs şaxta babanın özü hanı?..
    SƏID: - şaxta baba?.. O, sizin nəyinizə lazımdır?
    ŞAhID: - Bəs o geyimi kimin ölçüsündə istəyirsən?..
    SƏID: - hə... Belə də... Məsələn, elə mənim öz ölçümdə də ola bilər?..
    ŞAhID (diqqətlə onu süzür): - Başının ölçüsünü de görüm...
    SƏID (əli ilə başını sığallayır): - Başımın ölçüsü?
    ŞAhID: - Hə də... Axı, əvvəlcə papaq məsələsini həll etmək lazımdır...
    SƏID: - Papağın nə fərqi?..
    ŞAhID: - Bəs kostyum neçə geyirsən?..
    SƏID: - Məncə... olsa...
    ŞAhID: - Nə olsa?..
    SƏID: - Iri bir əba olsa... kifayətdir...
    ŞAhID: - Təşkil edirik... Nə vaxta lazımdır?..
    SƏID: - Lap elə bu günə.
    ŞAhID: - Saat neçədir? (Saata baxır). Düz saat beşdə olarsan burada...
    SƏID: - Çıxmayacaq ki?..
    ŞAhID: - Nə çıxasıdır ki?..
    SƏID: - Deyirəm, görəsən bir əmma-zad çıxmayacaq ki?..
    ŞAhID: - “Zad”ı deyə bilmərəm, ancaq əmma çıxmaz...
    SƏID: - Çıxaram...
    ŞAhID: - hara çıxarsan?..
    SƏID: - Deyirəm ki, xəcalətinizdən çıxaram...
    ŞAhID: - Bu məsələni pal-paltar düzələndə həll edərik. Oldu, şaxta baba?..
    SƏID: - Oldu!..

    Səid gedir. şahidə gəlir.

    ŞAhID: - Bir şey-mir şey oldu?..
    ŞAhIDƏ: - Eh, indi kimdir fala baxdıran, yuxu yozduran?.. Yer haqqını zorla çıxarıram... Bəs səndə necədir vəziyyət?..
    ŞAhID: - Məndə “v” düşüb...
    ŞAhIDƏ: - Nə düşüb?..
    ŞAhID: - “V” hərfi düşüb, qalıb “əziyyət”...
    ŞAhIDƏ: - „özünün içinəcən yalan deyirsən...
    ŞAhID: - Nədən bilirsən bunu?..
    ŞAhIDƏ: - Əlindəki boş məcməyidən... Deməli, malların hamısını satıb qurtarmısan...
    ŞAhID: - Bəyəm satdığımdan özümə bir şey qalır ki?.. Ona ver, buna ver...
    ŞAhIDƏ: - Bura bax... Gəl bir işdə mənə kömək elə...
    ŞAhID: - Baxır o nə işdir elə...
    ŞAhIDƏ: - Çətin iş deyil. Bilirsən, bu il şaxta babalara
    təlabat necə çoxalıb...
    ŞAhID: - hardan bilirsən bunu?..
    ŞAhIDƏ: - Bilirəm.
    ŞAhID: - Eh, sən də... Bizim bu direktorumuz elə acgözdür ki... Zalım oğlunun imkanı olsa şəhərdəki adamların yarısına şaxta baba libası geydirib göndərər o biri yarısının üstünə...
    ŞAhIDƏ: - Kişinin oğlu pul qazanır də...
    ŞAŒIDƏ: - Adam pulu kişi kimi qazanar... Yoxsa bu cür... hərəmizə əlli cür iş tapşırıb: bilinmir ki, konkret işimizin-gücümüzün adı nədir?
    ŞAhIDƏ: - Pul qazananların elə hamısı bu cür qazanır də...

    Telefon zəngi. şahid dəstəyi götürür.

    ŞAhID: - Alo, eşidirəm. Bəli, xidmət bürosudur. („ülür). Elə şaxta babanın özüylə danışırsınız. şaxta baba lazımdır? Bəs Qar qız? hə, lap yaxşı! (Kənara). şükür, Qar qızın da baxtı açıldı. (Dəstəyə). hansı ünvana gedim? (Yazır). Saat neçə üçün? Bəs xərcini kim çəkəcək? Siz özünüz? Onda zəhmət olmasa, öz ünvanınızı da deyin. (Yazır). Oldu! (Dəstəyi qoyur). Bu iş də belə düzəldi. hazırlaş!
    ŞAhIDƏ: - haraya hzırlaşım, şahid?
    ŞAhID: - Obyektə çağırırlar. Sən olursan Qar qız, mən də şaxta baba...
    ŞAhIDƏ: - Sənin başın xarabdır - nədir? Məndən Qar qız olar?..
    ŞAhID: - Səndən yaxşı Qar qız var ki? Sir-sifət səndə, boy-buxun səndə, naz-qəmzə səndə, dil-ağız səndə! Ta nə istəyirsən?..
    ŞAhIDƏ (nazlanaraq): - Bunları bilirəm ey... Bu cür batmış səslə mən necə Qar qız olum?..
    ŞAhID: - Səs sənin nəyinə lazımdır?..
    ŞAhIDƏ: - Səs - mənə yox ey, başqalarına lazımdır... Birdən birinin dili dinc durmadı nəsə soruşdu... Eşidən elə bilər ki, danışan kişi xeylağıdır.
    ŞAhID: - Sənə yüz dəfə demişəm ki, qışqırıb səsini korlama. (Yamsılayır). Fala baxıram! Bəxt açıram! Yuxu yozuram!...
    ŞAhIDƏ: - Neyləyim. Çörəyim boğazımdan çıxır... Bir də ki, şahid, bəyəm ta Qar qız, şaxta baba qalmayıb?
    ŞAhID: - Əvvəla, hamı gedib obyektə. Birdə ki, öz çörəyimizi niyə başqasına verək. O ki, qaldı sənin səsinə, bunun da əlacı var.
    ŞAhIDƏ: - Sənə səsinə uyğun iş tapşıracam...
    ŞAhID: - Nə cür iş?..
    ŞAhIDƏ: - Gedək.... Başa salaram səni...

    şahid və şahidə gedirlər. Validə gəlir, ətrafa boylanır. şaxta baba və Qar qız gəlirlər.

    VALIDƏ: - şaxta baba?.. Bu, sənsən?..
    ŞAXTA BABA: - Mənəm, qızım, mənəm. (Validə ilə öpüşür). Ay maşallah, böyüyüb yekə qız olmusan...
    QAR QIZ: - Düz bir ildir ki, görüşmürük. Elə deyil, Validə?..
    VALIDƏ: - Elədir. Gəlmişəm sizə deyəm: bu ildə yeni ili sizin iştirakınızla qarşılamaq istəyirəm.
    ŞAXTA BABA: - Belə, bizim bu qarlı-şaxtalı gözümüz üstə. Oldu.
    VALIDƏ: - şaxta baba, ünvanı dəyişmişəm ha! Təzə ünvan belədir: ikinci paralel, onikinci ev.
    ŞAXTA BABA: - Saat oniki tamamda sənin yanındayıq.

    MUSIQI.

    QAR QIZ: - „ələrik, mütlək gələrik...
    ŞAXTA BABA: - Arxayın ol sən!
    QAR QIZ: - Sevincini tən bölərik.
    ŞAXTA BABA: - Arxayın ol sən!
    VALIDƏ: - Yolunuzu gözləyəcəm,
    Gələrsiniz ha!
    Biz hamımız olarıq cəm,
    Gələrsiniz ha!...
    ŞAXTA BABA: - Arxayın ol!
    QAR QIZ: - Arxayın ol!..
    VALIDƏ: - Ar-ayınam mən...

    Validə gedir. şahid və şahidə gəlirlər.

    ŞAhID: - Sənə nə lazımdır, şaxta baba?..
    ŞAXTA BABA: - Xizək lazımdır, bir də at!..
    ŞAhID: - Obyektə nə vaxt gedəcəksən?..
    ŞAXTA BABA: - Elə bir azdan.
    ŞAhID: - Xizək anbardadır, at da tövlədə... Nə vaxt istəsən minə bilərsən.
    ŞAXTA BABA: - Di sağ ol!

    şaxta baba və Qar qız gedir. həmid gəlir.

    hƏMID: - Salam!
    ŞAhID: - Salam, beş də üstəlik!

    Qapı döyülür. Səid gəlir.

    SƏID: - Salam! Olar?..
    ŞAhID: - Niyə olmur ki?.. Buyur!..

    Qapı döyülür. Valid gəlir.

    VALID: - Budur, mən gəlmişəm... Olar?
    ŞAhID: - Xoş gəlmisən, beş gəlmisən!..
    HƏMID: - Bilirsiz də, mən o məsələyə görə narahat edirəm sizi.
    ŞAhID: - Bilirəm, əlbəttə, bilirəm.
    SƏID: - O dediyiniz məsələ düzələcək, yoxsa?..
    ŞAhID: - Artıq o məsələ həll olunub... Mal hazırdı...
    VALID: - Bələkə mən gedim, sonra gəlim?..
    ŞAhID: - Sonra niyə gəlirsən ki?.. Öz ayağınla gəlib çıxmısan. Mənim öz xalqımdan gizli bir işim yoxdur. Sizin hamınızın istəyini, arzusunu yerinə yetirməyə çalışmışam. Bu, mənim ən azı borcumdur.
    SƏID: - Vətəndaşlıq borcu...
    ŞAhID: - Ay sağ ol!..
    hƏMID: - Insanlıq borcu...
    ŞAhID: - Ay sağ ol!..
    VALID : - Xeyriyyəçilik borcu...
    ŞAhID: - Yox, burada xeyriyyəçilik keçmir. Bizim işimiz belədir: al, sonra ver. Yoxsa ki, ver, sonra al - bu, özünü qətiyyən doğrultmur. Ələbbət, vətəndaşlıq, insanlıq borcumuz da qüvvədə qalır... Amma onlar hələ ehtiyatdadır.
    HAMI (xorla): - Elədir!.. Doğrudur!..
    ŞAhID (qapıya): - şahidə! haradasan?..

    şahidə gəlir.

    ŞAhIDƏ: - hə, eşidirəm səni...
    ŞAhID: - Mallar hazırdır?..
    ŞAhIDƏ: - hər şey hazırdır!..
    hAMI (xorla): - Mal nədir, canım?..

    Musiqi.

    ŞAhID: - Başa papaq hazırdırmı?
    ŞAhIDƏ: - hazırdır!
    ŞAhID: - Ələ çomaq hazırdırmı?
    ŞAhIDƏ: - hazırdır!
    ŞAhID: - Belə qurşaq hazırdırmı?
    ŞAhIDƏ: - hazırdır!
    ŞAhID: - Saqqal necə?
    ŞAhIDƏ: - Saqqal çoxdur!
    ŞAhID: - Bəs bığ necə?..
    ŞAhIDƏ: - Tayı yoxdur!..
    ŞAhID: - Əba necə?.. Əba! Əba!..
    ŞAhIDƏ: - Əbasız nə şaxta baba?!.

    Hamı əl-ələ tutur.

    ŞAhID: - hamınız xoş gəlmisiz,
    Gəlin verək əl-ələ!
    hAMI (xorla): - Əl-ələ, əl-ələ!..
    ŞAhIDƏ: - Qış qapını döysə də
    Sarmaşıbdır gül-gülə...
    HAMI (xorla): - Gül-gülə, gül-gülə...
    VALID: - Dağlarda qar ərisin
    Qoy qarışsın sel-selə!..
    HAMI (xorla): - Sel-selə, sel-selə...
    SƏID: - Bülbüllər cuşə gəlsin,
    Nəğmə desin dil-dilə...
    HAMI (xorla): - Dil-dilə, dil-dilə...
    hƏMID (xorla): - Yallı gedək hamımız,
    Arxa olsun el-elə...
    HAMI (xorla): - El-elə, el-elə...
    ŞAhID: - hə, bax belə!.. Əziz şaxta babalar!.. hər şey hazırdır: bığ, saqqal, əba, əsa, qurşaq, çomaq... Qalır bircə nə?.. Pulu ödəyib, girovu qoyub təzə libası geyinmək. Sonra isə təpələrdən yel kimi, dərələrdən sel kimi şığıyıb insanlara sevinc aparmaq... hə, di xoş getdiniz!..

    Musiqi. Rəqs.

    PƏRDƏ


    IKINCI hISSƏ


    Səhnənin önü. Qız və oğlanlardan ibarət rəqs qrupu. Ortada şaxta baba və Qar qız. Rəqs. Xor oxuyur. Daha sonra başqa bir cütlük-təzə gələn şaxta baba və Qar qız da rəqqaslara qoşulur. Əbanın altından şaxta babanın balerina geyimi görünür. Qar qız isə, əksinə, baletmeyster geyimindədir. Yeni gələn cütlükdə Qar qız - şahid, şaxta baba isə - şahidədir.

    XOR: - Qar yağır qoy yağsın, fəqət
    Qəlbimizdə qış olmasın.
    Kirpiyimiz buz bağlasa
    Gözümüzdə yaş olmasın.

    Gedək yazı qarşılayaq,
    Könül açaq çiçəklərə.
    Əsən yellər qoy yetirsin
    Eşqimizi ürəklərə.

    Axan çaylar birləşdirir
    O sahili - bu sahili...
    Biz sevirik, sevəcəyik
    Gələn ili, gedən ili.

    MUSIQI tədricən dəyişir. Tül pərdə qalxır. Validənin mənzili. Səid gəlir.

    SƏID: - Mən sənə qış gətirmişəm.
    VALIDƏ: - Bəs soyuğun, buzun hanı?
    SƏID: - Yaxşılıqdır mənim peşəm...
    VALIDƏ: - Elə isə yazın hanı?
    SƏID: - Əlim boşdur, üzüm qara...
    VALIDƏ: - Çoxun yoxdur, azın hanı?..
    SƏID: - Cavabım yox suallara...
    VALIDƏ: - Bəs sənin Qar qızın hanı?..
    SƏID: - Hanı?
    VALIDƏ: - Hanı?

    Səid döyükür.

    SƏID: - Xanım, deyəsən səhv gəlmişəm.
    VALIDƏ: - Sizə hansı ünvan lazımdır?
    SƏID: - ‚nvan deyədə ki... ‚nvan elə buradır. Amma axtardığım adam gözə dəymir... (Ətrafa boylanır).
    VALIDƏ: - Siz özünüzü çox qəribə aparırsınız...
    SƏID: - Çıxmır...
    VALIDƏ: - Nə çıxmır?
    SƏID: - Başım. Başım çıxmır. (Kənara). Bəs Səidə hanı?.. (Səid ətrafa boylanır).
    VALIDƏ: - Sizə kim lazımdır?..
    SƏID: - Mənə?.. Mən... Məni buraya dəvət ediblər...
    VALIDƏ: - Kim dəvət edib sizi?..
    SƏID: - Yəqin ki, ev sahibəsi...
    VALIDƏ: - Ev sahibəsi?.. Bu, mənim evimdir... Bir də ki, mən sizi çağırmamışam... Mənim öz şaxta babam var...
    SƏID (ətrafa boylanır): - Bəs sizdən başqa bu evdə kimsə yoxdur?..
    VALIDƏ: - Siz şaxta babasınız, yoxsa müstəntiq?.. Bəlkə polissiniz? Bəlkə xəfiyyəsiniz?
    SƏID: - Nə polis, nə xəfiyyə?.. „örmürsüz ki, mən şaxta babayam?..
    VALIDƏ: - Vəsiqənizi göstərin görüm?
    SƏID: - Nə vəsiqə?
    VALIDƏ: - şaxta baba olduğunuzu təsdiq edən sənəd hanı?..
    SƏID: - Bəyəm belə sənəd də olur?
    VALIDƏ: - Bəs nə bilirsiniz? Yoxsa sizə elə gəlir ki, hər yerindən durandan baba olur?.. Özü də elə-belə baba yox ey...
    SƏID: - Yəni elə böyük vəzifədir şaxta baba olmaq?..
    VALIDƏ: - O işdən ki, pul çıxır, deməli, vəzifədir...
    SƏID: - Mən yazığın bu işdən nə qazancı?.. Əksinə, pulum gedib - taksi ilə gəlmişəm bu ünvana.
    VALIDƏ: - Bu ünvanı sizə kim verib?..
    SƏID: - Bu ünvanı?.. Özüm... Özüm.

    Qapı zəngi.

    SƏID: - Kimisə gözləyirsiniz yəqin?..
    VALIDƏ (istehza ilə): - Yəqin ki... Çox güman ki, qardaşımdır...
    SƏID: - Qardaşınız?.. Paho, batdım ki! (Döyükür). Bayıra yol haradandır?
    VALIDƏ: - Bayıra yol?.. Əlbəttə, qapıdan...
    SƏID: - Yox... Birdən əmma çıxar... Bu bəxt ki, məndə var...
    VALIDƏ: - Tez olun, bir tərəfə çəkilin! Tez-tez!.. hə, nə oldu?.. Niyə döyükürsüz?..
    SƏID: - Axı, mən bədbəxt hara çəkilim?.. Bəlkə oraya?..

    MUSIQI. Səid vurnuxur, sonra tez-tələsik iri şkafın içinə girib qapını örtür. həmid gəlir.

    HƏMID: - Sənə bəyaz buludların,
    Küləklərin salamı var.
    Qar altından baş qaldıran
    Çiçəklərin salamı var.

    Ruhumuza layla deyən,
    Bu dünyaya nur ələyən,
    Göydən Yerə əl eləyən
    Mələklərin salamı var.

    Səni görən bircə kərə
    Tab gətirər min kədərə.
    Sevən, duyan ürəklərə
    Ürəklərin salamı var.

    Həmid ətrafa boylanır.

    VALIDƏ: - Sizə kim lazımdır?
    HƏMID: - Mənə?.. Mə-ə-ən... Mə-ə...
    VALIDƏ: - Mələməyin. Dedim ki, kim lazımdır sizə?..
    HƏMID: - Mən şaxta babayam.
    VALIDƏ: - Belə lap olun taxta baba! Nə olsun? Kim dəvət edib sizi?
    HƏMID: - Xahiş edirəm, əsəbiləşməyin! Yəqin ünvanı səhv salmışam... (Kənara). Bəs həmidə hanı?..
    VALIDƏ: - canım, belə də iş olar? Biri gəlir, biri gedir...
    hƏMID: - Siz kimi deyirsiniz?
    VALIDƏ: - Bu yalançı şaxta babaları...
    HƏMID: - Yox... Vallah, mən yalançı deyiləm. (Qapı döyülür; həmid döyükür, vurnuxur, sualedici nəzərlərlə Validəyə baxır).
    HƏMID: - Deyəsən, qonağınız var, hə?..
    VALIDƏ: - Qardaşım gəlməlidir bizə...
    HƏMID: - Qardaşınız?..
    VALIDƏ: - Bəli...
    HƏMID: - Bəs mən nə edim?..
    VALIDƏ: - Xahiş edirəm, çıxın.
    HƏMID: - hara çıxım?.. Axı, qardaşınız... Birdən o, məni görər. Yaxşı düşməz, axı... Ağlına ayrı şey gələr.

    Həmid özünü pəncərə pərdəsinin arxasına təpir. Validə qapını açır. şaxta baba geyimində Valid gəlir.

    MUSIQI.

    VALID: - Mən qapında dayanmışam,
    Söylə gəlim, ya gəlməyim?
    Özün boyda bir sirsən sən
    Bu sirri bilim, bilməyim?

    Üstələyib bahar qışı,
    Od tutub bağrımın başı.
    Quruyub gözümün yaşı,
    Indi gülüm, ya gülməyim?

    Adım düşüb dilə-dişə,
    Özümü salmışam işə.
    Dərd gətirir qış həmişə
    Bu dərddən ölüm, ölməyim?

    Valid Validəyə yaxınlaşır.

    VALIDƏ: - Sizə kim lazımdır?
    VALID: - şaxta babanı qəbul etmək istəmirsiz?..
    VALIDƏ: - şaxta babanı... (Ah çəkir)... Ah-h... Sizə nə lazımdır, şaxta baba?..
    VALID: - Mənə?.. Mənə heç nə...
    VALIDƏ: - Bəs nə üçün gəlmisiz bu evə?..
    VALID: - Təbrik üçün...
    VALIDƏ: - Kimi təbrik etmək istəyirsiniz, şaxta baba?..
    VALID: - Əlbəttə, sizi...
    VALIDƏ: - Mən kiməm axı, şaxta baba?..
    VALID: - Siz?.. Siz, əlbəttə, evin sahibəsi... Validə xanım...
    VALIDƏ (təccüblə): - Siz mənim adımı haradan bilirsiniz?..
    VALID: - Nəinki sizin adınızı, lap familiyanızı, iş yerinizi, sənətinizi - hamısını bilirəm...
    VALIDƏ: - Deyəsən, siz konsepktli gəlmisiz...
    VALID: - Konspekt nədir?..
    VALIDƏ: - Belə də... məlumatlı... Öz həmkarlarınızdan fərqli olaraq...
    VALID: - Həmkarlarım kimdir mənim?..
    VALIDƏ: - Həmkarların?.. O biri şaxta babalar...
    VALID: - Mənim başqa şaxta babalarla nə işim?.. Siz, deyəsən, məni kiminləsə səhv salırsız...
    VALIDƏ: - Xeyr! Əksinə, siz məni başqa Qar qızlarla səhv salırsınız...
    VALID: - heç sizi başqa Qar qızlarla səhv salmaq olar?

    Valid Validəyə yaxınlaşır, qızın əlindən tutmaq istəyir. Validə onun üzünə şillə vurur. Musiqi səsi şillə səsini müşayiət edir: “Gup-p-p”. Qapı zəngi.

    VALIDƏ: - Rədd olun buradan!
    VALID: - Haraya, haraya gedim? Mən buradan heç yerə gedən deyiləm...
    VALIDƏ: - Onda cavab verərsən qardaşıma!.. Dayan bir... Indi baxarıq... Yerindən duranın hamısı baba olub, özü də şaxta baba!.. Siz hamınız saxta babasınız, saxta!..

    Yenə qapı zəngi. Musiqi. Validə qapıya yaxınlaşır, Valid özünü itirib ortada qalır, sonra şkafa yaxınlaşır, qapını açır, şkafın qapısından Səidin başı çıxır. Valid qorxub təccüblə geri çəkilir, Səid qapını örtür. Valid pəncərə pərdəsinin arxasına keçmək istəyir, amma bu zaman həmidin başı çıxır, Valid geri çəkilir, həmid pərdəni çəkib gizlənir. Valid oyan-buyana baxır və nəhayət, özünü ortaya qoyulmuş, üstü iri örtüklü stolun altına təpir. Validə, Səidə və həmidə gəlirlər.
    MUSIQI.

    VALIDƏ: - Ay qızlar, siz bizim evə
    Xoş gəlmisiz, xoş gəlmisiz!..
    Köhnə ildən yeni ilə
    Xoş gəlmisiz, xoş gəlmisiz!
    SƏIDƏ: - hə, necədir, təzə mənzil xoşuna gəlir?..
    VALIDƏ: - Əlbəttə... heç bir şikayətim yoxdur.
    HƏMIDƏ: - Içində toy görək...
    VALIDƏ: - Yəni deyirsən bəyi bu evə gətirim?..
    hƏMIDƏ: - Kimin hansı evə getməyinin bir fərqi var ki?..
    SƏIDƏ: - Yaxşı, yaxşı, həmidə... Sən də söz tapdın danışmağa...
    VALIDƏ: - həmidə köhnə demokratdır...
    SƏIDƏ: - Bizə lazım deyil o demokratiya...
    HƏMIDƏ: - Balam, qadınlar həmişə demir ki, kişilər bizim hüququmuzu pozur?.. Deməli, qadınlar özlərinə ev-eşik düzəltməklə öz hüquqlarının bir qismini bərpa edirlər.
    SƏIDƏ: - Bəs o biri qismi necə olur?..
    HƏMIDƏ: - hansı qismi... hə... Məişətdə üstünlüyü kim ələ ala bilirsə, evin bütün hakimiyyəti onun nəzarətinə keçir.
    VALIDƏ: - Yəni evdə iqtidar sahibi qadın olur, hə?..
    hƏMIDƏ: - Düz tapmısınız!..
    SƏIDƏ: - Deməli, nəticədə qadın iqtidar, kişi isə müxalifət olur.
    HƏMIDƏ: - Ay sağ ol!
    VALIDƏ: - Sənə quzu kəsim, ay belə millət! Arvad iqtidardır, ər müxalifət!
    SƏIDƏ: - Bunu lap əla dedin.
    VALIDƏ: - Yaxşı, gəlin, keçin əyləşin. Stolun üstü boş olsa da qorxmayın, yeyib-içmək hazırdır, qazan mətbəxdədir...
    HƏMIDƏ: - Qoy əvvəlcə bir evlə tanış olaq. Maşallah, mənzilin təkotaqlı olsa da böyükdür. Deyəsən, şkafın təzədir...

    Həmidə şkafın qapısını dartsa da aça bilmir, həmid içəridən dəstəyi dartır.

    SƏIDƏ: - Pərdələrin də qəşəngdir, Validə. Xoşum gəlir bu cür pərdələrdən.

    Səidə pərdəni yana çəkmək istəyir, amma alınmır, Səid arxadan pərdəni tutub saxlayır. Səidə təccüblə yana çəkilir.

    VALIDƏ: - Səidə, həmidə, ay qızlar, gəlin əyləşin... Niyə ayaq üstə durursunuz?..

    Qızlar keçir stol arxasında əyləşirlər.

    SƏIDƏ: - Validə, səndən bir söz soruşum, amma incimə ha...
    VALIDƏ: - Sərfəli söz olsa incimərəm...
    SƏIDƏ: - Sərfəli deyəndə ki... Deyirlər, Valid yaxşı oğlandır...
    VALIDƏ: - Mənə nə dəxli?..
    SƏIDƏ: Dəxli odur ki, siz ailə qursanız... (Diksinir). Bıy, bu nədir, ay qız? Ayağıma nəsə dolaşır elə bil...
    VALIDƏ: - Yəqin pişikdir... Fikir vermə...
    SƏIDƏ (nazlanır): - Bıy, ayağımı tumarlayır elə bil... Ölürəm də pişiklərçün...
    HƏMIDƏ: - Mənim zəhləm gedir pişiklərdən.
    SƏIDƏ: - Pişiklərdən zəhlən gedir? Bəs kişilərdən necə?..
    HƏMIDƏ: - Elə onlardan da... (Diksinir). A-a-a... Pişik ayağımı cırmaqlayır ki!..
    SƏIDƏ: - Bəs bilməyirsən ki, hörmət hörmətə bağlıdır. Sən pişiyi xoşlamırsansa o sənin ayağını tumarlayası deyil ki... (Xoşhallanır). Ax, əsəblərimə sığal çəkir elə bil...
    VALIDƏ: - Kim? Nə?..
    SƏIDƏ: - Sənin pişiyin... Evdə neçə pişik var, Validə?..
    VALIDƏ: - Pişik... hə... Indi üçdür... Bəlkə sayı yenə də artdı...
    SƏIDƏ: - Sayı artasıdır?.. Yəqin ki, ən azı üçü də əlavə olunacaq. cinsi necədir?.. Of-f-f... Ləzzət eləyir. Ay pişik, bir üzə çıx görək, sir-sifətin necədir?..
    HƏMIDƏ: - Pişiyin nə sir-sifəti olacaq ki?.. Yəqin tikan kimi uzun bığları var...
    VALIDƏ: - Yox, bunların lap saqqalları da var.
    HƏMIDƏ: - Doğrudan?.. Maraqlıdır... Iyrənc heyvan, ayağımı cırmaqlayır. Ay qız, üçü də stolun altındadır?..
    VALIDƏ: - Nə?.. hə, yox... Biri stolun altındadır, biri şkafın içində, biri də pərdənin arxasında...
    SƏIDƏ: - Deyirəm də... Bayaq pərdəni yana çəkmək istədim, gördüm ki, çəkilmir. Yəqin yazıq heyvancığaz utanıb... Of-f-f... (Ləzzətlə). Xoşum gəldi sənin bu pişiyindən!..
    HƏMIDƏ: - Mən də bayaq hiss etdim ki, o murdar heyvan şkafın içinə girib... (Diksinib ayağını yana çəkir). A-a-a, bu mənim ayağımı dişlədi ki...
    SƏIDƏ: - Xeyr!.. Elə şey yoxdur. Mən ləzzət alıram. Sığala bax, tumara bax. Mən pişiklərin dəlisiyəm. hələ onların səsi... Myao-myao...
    HƏMIDƏ: - Görüm onların səsi batsın!

    Həmidə, Səid və Valid (hərə öz yerindən) səs-səsə verib, pişik kimi miyoldayırlar.

    SƏSLƏR: - Myao... Myao... Myao...
    HƏMIDƏ: - Validə, qov bu lənətə gəlmişləri...
    VALIDƏ: - Bir azdan qovacağam... „edək mətbəxə baş çəkək, xörəyə baxaq...
    SƏIDƏ: - heç tərpənmək istəmirəm... Of-f-f... Lap ruhum dincəlir ey...
    HƏMIDƏ: - Ay pişik rədd ol!

    MUSIQI. Qızlar ayağa durub mətbəxə keçirlər. Gizlənən kişilər başlarını bayıra çıxarıb hiddət və qəzəblə bir-birlərini süzürlər. Onlar qəfildən irəli atılıb bir-birinə hücum edir, sonra qızların səsini eşidib hərə öz “yerinə” çəkilir. Qızlar gəlirlər.

    VALIDƏ: - Səidə, özün ona-buna ağıl verirsən, amma nəsə tərpənmək fikrin yoxdur.
    SƏIDƏ: - Necə bəyəm?.. Nədən danışırsan?..
    HƏMIDƏ: - Sənə sərf eləməyəni anlamazsan də. Maşallah, sənin də evin-eşiyin, işin-gücün... Amma toydan söhbət açmırsan.
    SƏIDƏ: - Arada bir az inciklik var... Bəs sən özün necə, həmidə, nəyi gözləyirsən?..
    HƏMIDƏ: - Elə bizim də aramızdan qara pişik keçib...
    SƏIDƏ (gülür): - Deyirəm axı, pişikdən niyə belə zəhlən gedir! Validə, mən ölüm, bəs sənin məsələn niyə uzanır?..
    VALIDƏ: - Elə mən də sizin dərddəyəm...
    SƏIDƏ: - Bir danış görək...
    HƏMIDƏ: - Bir dərdini de görək...
    VALIDƏ: - Gəlin, mətbəxə keçək, orada danışarıq...
    HƏMIDƏ: - Niyə?.. Burada olmaz bəyəm?..
    SƏIDƏ: - Yəqin Validənin pişikləri söz-söhbəti başa düşəndir. Deyirlər, indi bəzi pişiklər lap adam kimi danışırlar...

    Müxtəlif yerlərdən pişik mıyıltısını eşidirlər.

    SƏSLƏR: - Myao... Myao... Myao...
    SƏIDƏ: - Ölüsüyəm də pişiklərin. Üstəlik də pişik ağıllı ola, intellekt sahibi ola...

    MUSIQI.

    VALIDƏ: - Dərdimi oyatmışam, -
    Fəqət özüm yatmışam.
    Sanki itib-batmışam
    Tufanların içində.
    SƏIDƏ: - Çin olsa arzu, dilək
    Sevinclə çağlar ürək.
    Yaşayıram rəngbərəng
    Yalanların içində.
    hƏMIDƏ: - hicran mənə qonaqdır,
    Vüsal yaman uzaqdır.
    Vurnuxuram nə vaxtdır,
    „ümanların içində.
    XOR: - Könlünüzü sıxmayın
    Çətinliyə baxmayın.
    Gəlin siz darıxmayın
    Insanların içində.

    Qızlar mətbəxə keçirlər. həmid, Səid və Valid öz “gizlin yerlərindən” çıxıb bir-birlərinin üstünə atılır, yumruqlaşırlar. Səid və həmidin bığ-saqqalı qopur hər-üçü təccüblə bir-birlərinə baxırlar. Sonra onlar gülüb qucaqlaşır, əl-ələ tutub bayıra çıxırlar. Qızlar gülə-gülə gəlirlər.

    HƏMIDƏ: - Ay qız, bu nədir belə?.. Budur ey, bu yerdəki ağ şeyi deyirəm...
    VALIDƏ (əyilib baxır): - Bu?.. hə, bu pişik saqqalıdır...
    HƏMIDƏ: - Belə də saqqal olar?..
    SƏIDƏ: - Niyə olmur ki?.. Validə, mən ölüm, o cins pişiklərdən verərsən birini mənə... Evə aparacam...
    HƏMIDƏ: - Erkək, olsun yoxsa dişi?
    SƏIDƏ: - Onsuz da evimin qadını var. (Əlini sinəsinə qoyur).
    VALIDƏ (bığ -saqqalları divardan asaraq): - Təşkil edərik səninçün...

    Qapı zəngi. Nəhəng “şaxta baba” daxil olur. Əslində əbanın altında üç adam var: həmid, Valid və Səid. Onların ikisi: Səid və həmid başlarını əbanın altında gizlədiblər, təkcə Validin başı görünür! Qızlar təccüblə “nəhəng”i süzürlər.
    MUSIQI.

    VALID: - Mən gəlmişəm!
    HƏMID və SƏID: - Biz gəlmişik!
    VALID: - Mən düzəlmişəm!
    HƏMID və SƏID: - Biz düzəlmişik!..
    VALID: - şaxta babayam...
    HƏMID və SƏID: - şaxta babayıq.
    HAMISI: - Bizim çox əla
    Ovqatımız var.
    Sizə çatası
    Sovqatımız var!..
    SƏIDƏ: - şaxta baba, xoş gəlib, səfa gətirib...
    VALIDƏ: - Ay qız, nə şaxta baba?... „örmürsən bunlar fırıldaqçıdır.
    HƏMIDƏ: - Bunlar? Bu ki, bir nəfər şaxta babadır...
    VALIDƏ: - Nə bir nəfər, ay qız? Bu boyda da şaxta baba olar?..

    Validə “nəhəng”in əbasının ətəyini qaldırır, - üç cüt ayaq görünür. Qızlar qışqırırlar.

    SƏIDƏ: - Rədd olun buradan! Axmaqlar! Altıayaqlı şaxta baba olar?..
    HƏMIDƏ: - A-a-a... Doğrudan?.. Bunlar üç nəfərdir ki...
    SƏIDƏ: - Bunlar şaxta baba yox ey, lap qırxayaqdırlar, qırxayaq!..
    SƏSLƏR: - Dayanın! Əl saxlayın! Qulaq asın!..

    Validə süpürgəni qapıb “nəhəng”i əzişdirir. Çağrılmamış “şaxta baba” (Œəmid, Valid, Səid) geri qayıdır.

    SƏIDƏ: - Lap gülməlidir...
    hƏMIDƏ: - Gülməli yox ey, bunlar lap ölməlidir.
    VALIDƏ: - Yaxşı, qızlar, gəlin süfrəni qaydaya salaq...

    Qızlar stola yaxınlaşır. Səidə əyilib stolun altına baxır. həmidə sanki nədənsə iyrənə-iyrənə onun qolundan tutub yana çəkir. Validə də əyilib baxır və belə məlum olur ki, stolun altı boşdur - “pişik” yoxdur. hər üçü qəhqəhə çəkib gülür. Qapı zəngi. Validə qapıya yaxınlaşır. şahid-şaxta baba, şahidə-Qar qız libasında gəlirlər.
    Musiqi.

    ŞAhIDƏ: - şaxta babayam!
    ŞAhID: - Mən isə Qar qız!..
    VALIDƏ: - Deyən ünvanı
    səhv salıbsınız?..
    SƏIDƏ: - Bir şey kəsməyir
    ağlım bunlardan.
    HƏMIDƏ: - Siz gedirsiniz
    haraya-hardan?..
    ŞAhIDƏ: - hara gedirik?
    ŞAhID: - Təzə ünvana!
    VALIDƏ: - ha-ha-ha-ha-ha!..
    Buna bax, buna!
    SƏIDƏ: - şaxta babanın
    gözünə bir bax!
    HƏMIDƏ: - Sən bu Qar qızın
    özünə bir bax!

    ŞAhIDƏ} - Nə olub bizə?..
    ŞAhID Lağ edirsiniz?..
    VALIDƏ}
    SƏIDƏ }: - Nə deyirik biz?
    hƏMIDƏ} Xoş gəlibsiniz!..

    SƏIDƏ: - Deyəsən, bunlar əsl şaxta baba, əsl Qar qızdır. Elə bil havada uçur...
    HƏMIDƏ: - Yoxlamaq lazımdır bunları. Indi heç şaxta babalara da etibar yoxdur. Bayaq görmədiniz gələnləri?
    VALIDƏ: - Bir bax gör bu şaxta babanın neçə ayağı var?..
    HƏMIDƏ: - Bunun heç yerli-dibli ayağı yoxdur deyəsən.
    SƏIDƏ: - heç elə şey olar?..
    HƏMIDƏ: - „örmürsən zalım oğlu necə süzə-süzə gəlir.
    VALIDƏ: - hər halda onun əbasının ətəyini qaldır bax, gör ayağı neçə cütdür?

    Səidə “şaxta baba”nın əbasının ətəyini yavaş-yavaş yuxarı qaldırır: bir cüt çılpaq ayaq görünür.

    HƏMIDƏ: - Bir az da qaldır, görək...
    VALIDƏ: - hə, bir az da...

    Səidə əbanın ətəyini “şaxta babanın” - şahidənin qurşağınacan qaldırır: hiss olunur ki, bu ayaqların sahibi qadındır.

    SƏIDƏ: - Qəşəng ayaqları var şaxta babanın!..
    şAhIDƏ: - Ay qız, dayan bir, lap qıdığım gəlir...
    şAhID: - Baba, özünü ciddi apar...
    şAhIDƏ: - Neyləyim ey... Qıdığım gəlir də... Bir əl saxla...

    Həmidə “Qar qızın” - şahidin əbasının ətəyini qaldırıb baxır.

    HƏMIDƏ: - Qar qızın nə kobud ayaqları var...

    şahid və şahidə üst libaslarını soyunub kətilin üstünə atırlar.

    VALIDƏ: - Balam, şaxta baba qız çıxdı ki...
    SƏIDƏ: - Qar qız isə kişidir.
    hƏMIDƏ: - Siz özünüzü niyə bu kökə salıbsınız, ay şahid, ay şahidə?..
    ŞAhIDƏ: - Ay qız, deyəsən sən bizim təzə Qar qızsan, hə?..
    ŞAhID: - hə də, həmidədir. Ay qızlar, bizi qınamayın, siz Allah... şahidənin səsi tutulub, xırıldayırdı, ona görə qərara aldıq ki, rolları dəyişək.
    ŞAhIDƏ: - Neyləyək ey, bir təhər dolanmaq lazımdır, ya yox?..
    ŞAhID: - hə, indi deyin görək, bizi qəbul edirsinizmi?
    VALIDƏ: - Bizə bu cür şaxta babayla bu cür Qar qız gərək deyil... Bir də ki, sizi bu ünvana heç kəs dəvət etməyib.
    ŞAhIDƏ: - Necə yəni dəvət etməyib?.. Elə şey olar?.. Bu qədər yol gəlmişik...
    VALIDƏ: - canım, mənim öz şaxta babam var. Yəqin indilərdə gələcək...
    ŞAhID: - Bəs biz nə edək? Bəlkə ünvanı səhv salmışıq?..
    VALIDƏ: - Siz hansı ünvana getməli idiniz?..
    ŞAhID: - Ikinci pralel, iyirmi ikinci ev...
    VALIDƏ: - Bura onikinci evdir...
    ŞAhID: - hım-m... Onda biz getdik... Sağ olun...

    şahid və şahidə gedirlər. Marşı xatırladan təntənəli MUSIQI. şaxta baba və Qar qız gəlir. şaxta baba çox şişman görünür. hiss olunur ki, əbasının altında adamlar var.
    ŞAXTA BABA}: Sizə qonaq gəlibdir
    QAR QIZ şaxta babayla Qar qız.
    Sizi doğma bilibdir
    şaxta babayla Qar qız.
    Iz üstə iz itirib,
    Qar üstə gül bitirib,
    Sizə sovqat gətirib
    şaxta babayla Qar qız.

    Ağzından dürr ələyir,
    Sizi təbrik eləyir,
    Uzun ömür diləyir
    şaxta babayla Qar qız.

    VALIDƏ: - hə, axır ki, əsl şaxta baba gəldi. Amma deyəsən, əbasının ətəyinin altı hədiyyələrlə doludur!
    ŞAXTA BABA: - Bəli, düz tapmısız. Sizə qiymətli hədiyyələr gətirmişəm!

    şaxta baba ətəyini qaldırır, əbanın altından əli bağlamalı, adi geyimli Valid, Səid, Həmid, şahid və şahidə çıxır.

    HAMI (heyrətlə): - Bıy-y-y... Bunlar haradan çıxdılar?..
    ŞAXTA BABA: - „örürsünüz necə əvəzsiz hədiyyələrdir!.. Buyurun, qəbul edin!..
    HƏMIDƏ: - Həmid, burada nə gəzirsən?..
    VALIDƏ: - Valid, sənsən?..
    SƏIDƏ: - Başıma xeyir, bu ki, Səiddir...
    VALIDƏ: - Bax, ürəyədamma budur. Elə bil kimsə dedi ki, axtardıqlarımızın hamısı buradadır.
    HƏMID: - Bəlkə sizi narahat edirik?..
    HƏMIDƏ: - Ta gəlmisiz də...
    SƏID: - Bəlkə sonra gələk?..
    SƏIDƏ: - Yaxşı, yaxşı, minnət qoymayın boynumuza! Ta neyləyək?.. şaxta babanın ətəyindən yapışıb gəlmisiniz...
    VALIDƏ: - Vaxtsız gələn qonaq öz kisəsindən yeyər.

    Hamı bağlamaları stolun üstünə qoyur.

    HAMI: - Bu da bizim kisələr!.. hədiyyələr!..
    ŞAhID: - Deyəsən, bunlar da şaxta babadır?..
    ŞAhIDƏ: - Amma bığ-saqqallarını haradasa unudublar...

    hamı divardan asılmış bığ-saqqallara baxıb gülür.

    VALID: - Odur ey, bığ-saqqallarımız özümüzdən qabaq gəlib bura!
    SƏIDƏ: - Bıy, biz də elə bilirik bu saqqallar... başqalarınındır.
    SƏID: - Başqalarının bu evdə nə işi?..
    ŞAXTA BABA: - Bu evin öz şaxta babası var!..
    QAR QIZ: - Buraya saqqallı gələnlər, saqqal qoyub gedərlər!
    VALID: - Amma öz aramızdır, çox doğma və tanış saqqallardır.
    ŞAXTA BABA (həmidə): - Dayan, dayan bir görüm! Sən bizim təzə şaxta baba deyilsən?.. Az qala tanımayacaqdım... (şahidə). Bəs sən bizim anbardar deyilsən?.. Indi şaxta baba olmusan?.. (şahidəyə). Bəs sən nə gəzirsən burada, ay falçı?..
    ŞAhID: - Mən buraya şaxta baba yox, Qar qız kimi gəlmişəm.
    ŞAhIDƏ: - şaxta baba isə mənəm!..
    HAMI: - Ay bərəkallah!
    ŞAhID: - „əlin hamımız yaxından tanış olaq!

    MUSIQI.

    ŞAXTA BABA: - Tanış olaq!

    ŞAhID: - Tanış olaq gəlin: şahid!
    HƏMID: - həmid!
    SƏID: - Səid!
    VALID: - Valid!
    ŞAhIDƏ: - Mənim adım şahidədir!
    hƏMIDƏ: - Mənim adım həmidədir!
    SƏIDƏ: - Mənim adım Səidədir!
    VALIDƏ: - Mənim adım Validədir!..
    ŞAXTA BABA: - Mən şaxtayam!
    QAR QIZ: - Mənsə Qar qız!..
    VALIDƏ: - Tanış olduq hamımız!

    Iştirakçıların hamısı xorla oxuyur.

    HAMI: - Hamımız xoş gəlmişik,
    gəlmişik!
    hamını dost bilmişik,
    bilmişik!
    Qoy düşmənlər ağlasın,
    ağlasın!
    Sevincimiz çağlasın,
    çağlasın!
    Bu gün hamı şad olsun,
    şad olsun!
    Kədər bizə yad olsun,
    yad olsun!
    Qoy ev-evə qarşısın,
    qarşısın.
    Qoy küsənlər barışsın,
    barışsın!

    İştirakçıların hamısı əl-ələ tutub yallı gedirlər.

    PƏRDƏ

    SON

























    SEVMƏSƏN ÖLƏRƏM

    İki hissəli komediya


    İŞTİRAK EDİRLƏR:

    XALİDƏ
    AFİNA
    ALTAY
    SİRAC
    BİKƏ
    HİNDUS
    OĞLAN
    KİŞİ

    I HİSSƏ

    Şən musiqi. Qapıları dəhlizə açılan iki yanaşı otaq. Otaqların divarlarından həndəsi füqurları xatırladan şəkillər, tele-kino, idman ulduzlarının portretləri, müxtəlif mənzərələr asılıb. Hiss olunur ki, həmin otaqlar yaradıcılıq emalatxanasıdır. Otaqlardan birində XALIDƏ, digərində AFINA. Onlar dizaynerdir. Hər ikisi stolların üstünə sərilmiş kağızda nəyisə qeyd edir, düzəliş verir, arabir kənara çəkilib öz layihələrinə tamaşa edirlər. Musiqi sədaları altında əvvəlcə Afina dəhlizə çıxıb hikkəli-hikkəli Xalidə əyləşən otağa gözüucu nəzər salır, sonra Xalidə həmin hərəkəti olduğu kimi təkrar edir. Deyəsən, onların münasibəti o qədər də ilıq deyil. Xalidə qısa yubka, Afina isə şalvar geyib. Afina siqaret tüstülədir, musiqinin ritminə uyğun ayaqlarını yerə vurur. Bir qədər sonra Xalidə harasa çıxıb gedir, BIKƏ gəlir. Musiqi tədricən azalır.

    AFINA: - Gəl çıx də...
    BIKƏ: - Ay qız, Afina, vallah, üçaddımlıq yolu gələnəcən üç saat vaxtım gedib.
    AFINA: - Nədi, yollar bağlı idi?
    BIKƏ: - Yox ey... Tanışların birindən zorla yaxamı qurtarmamış o biri rast gəlir.
    AFINA: - Sənin də ki, Allaha şükür, bütün şəhər tanışındır.
    BIKƏ: - Tay demə... Hamı öz dərdini mənə danışır, ürəyini mənə açır...
    AFINA: - Sən sirr dağarcığısan də...
    BIKƏ (gülür): - Həm də dərd dağarcığıyam... Yaxşı, sənin qonşun haradadır?..
    AFINA: - Bikə, mən ölüm, ona elə od qoymusan ki, ta nə deyim... Qurusu dura-dura yaşı da od tutub yanır.
    BIKƏ: - Bir az yavaş danış, birdən eşidib bilər...
    AFINA: - Eşidib nə qələt eləyəsidir ki?..
    BIKƏ: - Baxma ey... Yaxşı deyil, axı. Yəni doğrudan gəlib-gedən olur?..
    AFINA: - Olur da sözdür ki?.. Biri gəlir, biri gedir. Özü də aralarında hər cür adam var.
    BIKƏ: - Necə yəni hər cür?
    AFINA: - Hə də... Yaşlısı da var, cavanı da... Axsağı da var, keçəli də. Hətta, bir pəltək kişi də gəlmişdi. (Yamsılayır). “Ba-a-acı, Xa-xa-xalidə Sə-sə-səfiyeva bu-bu-burada...” Dedim, ta dalısını demə, qonşu otaqda işləyir. Indi yoxdur, sonra gələrsən... Gələnin də çoxu elə bilir ki, bura onun evidir, mənzilidir. Eşidəndə ki, bura mənzil yox, iş yeridir - emalatxanadır, çoxu ağız büzüb gedir.
    BIKƏ: - Niyə?..
    AFINA: - Bilirsən niyə?.. Hamı ev-eşikli qız axtarır. Odu ey... Deyəsən gələn var yenə...

    Qapı döyülür. Afina dəhlizə çıxır. Oğlan görünür.

    OĞLAN: - Salam...
    BIKƏ: - Salam. Sizə kim lazımdır?..
    OĞLAN: - Mənə?.. Işıqlı küçə, mənzil beş...
    AFINA: - Ünvanı düz deyirsiz. Amma bura mənzil deyil. Bir də ki, həmin ünvanda iki otaq var, sizə hansı otaq və ya konkret kim lazımdır?..
    OĞLAN: - Mənə?.. Xalidə Səfiyeva... Sizsiniz?..
    AFINA: - Xalidə?.. Nə sözünüz var ki?..
    OĞLAN: - Söz deyəndə ki... Elanla bağlı gəlmişəm...
    BIKƏ: - Nə elan?.. Elan nədir?..
    OĞLAN: - Nə elan?.. Elan də... (Cibindən qəzet çıxarıb oxuyur). “Qədd-qamətli, yaraşıqlı, subay qadın ailə qurmaq istəyir”. Siz deyilsiniz?..
    BIKƏ: - Xeyir!.. Mən deyiləm! Bəyəm mən elanla kişi axtaran qıza oxşayıram?..
    AFINA: - Yaxşı də, Bikə. Ay oğlan, Xalidə burada yaşamır, işləyir. Qonşu emalatxanada...
    OĞLAN: - Bəs indi onun özü haradadır?
    BIKƏ: - O, bəlkə bu gün olmadı...
    AFINA: - Yox, olacaq... Bayaq çıxıb getdi...
    OĞLAN: - Bəs onun telefonu yoxdur?..
    AFINA: - Yox, yoxdur... O, mənim telefonumdan istifadə edir. Istəsəniz mən...
    BIKƏ: - Istəyirsiniz telefonunuzu verin, biz ona çatdırarıq.
    OĞLAN: - Buyurun. (Vizitkanı Bikəyə verir). Vizitkamda bütün sertifikatlarım var... Sağ olun...
    BIKƏ: - Oldu... (Oğlan gedir).
    AFINA: - Xoş getdin!.. (Qaramatlayır). Kül sənin başına!
    BIKƏ (vizitkaya baxır): - “At-mit-qut-sat-tur” kompaniyasında təlimatçı işləyir. Bu nə idarədir belə?..
    AFINA: - Əşi, hərə özünə bir idarə düzəldib indi... Üz-gözündən görmürsən yoluğun biridir.
    BIKƏ: - Amma gözü-qaşı yaman oynayırdı Ha?.. Yəni deyirsən gəlib-gedən çoxdur, hə?..
    AFINA: - “Çoxdur” dedin qoydun? Ay qız, nə yaxşı bu elan məsələsi ağlına gəldi. Yoxsa lap ayaq altda itib batmışdım...
    BIKƏ: - Niyə ki?..
    AFINA: - Mənim otağımdan çıxmırdı ki... (Əli ilə qonşu otağa işarə edir). Gah telefonu bəhanə edib gəlirdi, gah nə bilim nəyi... Amma əslində ayrı mərəzi vardı.
    BIKƏ: - Nə mərəz?..
    AFINA: - Istəyirdi ki, Altayın saqqızını oğurlasın...
    BIKƏ: - Altayın?..
    AFINA: - Hə də, Altayın... Guya mən çörəyi qulağıma yeyirəm... Karam, koram... Elə ki, Altay mənim emalatxanama gəlirdi, o da özünü verirdi bizim yanımıza. (Əli ilə qonşu otağa qaramat edir). Ala ey, öləsən səni. Özünsən qanmaz... Sən mənim qismətimi əlimdən ala bilməzsən... Özü min oyundan çıxıb, indi də başqalarının payına göz dikib...
    BIKƏ: - Axı, Altay evlidir...
    AFINA: - Ay qız, sən haradan bilirsən bunu...
    BIKƏ: - Bilirəm də... Eşitmişəm...
    AFINA: - Sənin bilmədiyin şeyə qurd düşər... Hə, Altay evlidir. Amma bu gün-sabah arvadından ayrılasıdır...
    BIKƏ: - Nə olsun ki?..
    AFINA: - Heç... Sən elə işlərə qarışma...
    BIKƏ: - Nə üçün?..
    AFINA: - Adaxlın var... Ataş eşidib-bilər.
    BIKƏ: - Mən ondan üzlüşmək istəyirəm...
    AFINA: - Doğrudan?..
    BIKƏ: - Lap yığıb məni boğaza:onu geymə, belə oturma, elə danışma...
    AFINA: - Qısqancdır də... Sənə möhkəmcə vurulub... Ay qız, bəlkə psix-zaddır? (Gülür). Bəlkə qəzetdə bir elan da özünçün verəsən...
    BIKƏ: - Vallah, bayaqdan elə onu fikirləşirəm. Deyəsən, Xalidənin bəxti açılacaq...
    AFINA: - Haradan bilirsən?..
    BIKƏ: - Hər halda bu gəlib-gedən adamalardan biri döşünə yatacaq. Eh, mən də özümə umac ova bilmirəm, başqasına əriştə kəsirəm...

    Ayaq səsi eşidilir. Kişi gəlir.

    KIŞI: - Salam... Mənə Işıqlı küçədəki beşinci ev lazımdır.
    AFINA: - Kimi axtarırsınız?..
    KIŞI: - Xalidə Səfiyevanı... Siz deyilsiniz ki?..
    BIKƏ: - Yox, yox...
    KIŞI: - Ikiniz də gözəlsiniz... Bəlkə düz gəlməmişəm...
    AFINA: - Sizin axtardığınız adam qonşu emalatxanada çalışır. (Əli ilə göstərir). Amma indi yerində yoxdur...
    KIŞI: - Emalatxana?.. Bəs bura onun mənzili deyil?
    BIKƏ: - Yox, nə mənzil?.. Sizə onun özü lazımdır, yoxsa mənzili?..
    KIŞI: - Elə hər ikisi.
    AFINA: - Əgər Xalidə Səfiyevaya bir sözünüz varsa deyin, gələndə çatdırarıq...
    BIKƏ: - Bəlkə məxfidir?..
    KIŞI: - Məxvi deyəndə ki... Qəzetdə elan verib...
    AFINA: - O nə elandır elə?..
    KIŞI: - Heç... Mənzilini dəyişmək istəyir...
    BIKƏ: - Mənizilini?..
    AFINA: - Hansı mənizili deyirsiniz? Elanı göstərin görüm...
    KIŞI: - Bəlkə siz məni ələ salırısınız... Birdən hansınızsa Xalidə olar...
    BIKƏ: - Lap tutaq ki, mənəm Xalidə... Çəkinməyin sözünüzü deyin...
    KIŞI (sanki utanır): - Bəlkə ayrılıqda söhbət edək...
    BIKƏ: - Utanmayın... Mənimlə rəfiqəm arasında heç bir sirr yoxdur...
    KIŞI: - Bilirsinizmi, mən abır-həyalı adamam... Mən... çox utancağam...
    AFINA: - Utananın oğlu olmaz...
    KIŞI: - Mənim oğlum yoxdur... Üç...üç...
    BIKƏ: - Üç qızınız var?..
    KIŞI: - Yox, yox... Nə qız?.. Mən hələ evlənməmişəm... Demək istəyirəm ki, üç dəfə sevmişəm, amma hamısında oxum daşa dəyib...
    BIKƏ: - Eybi yoxdur... Atalar dördəcən deyib...
    KIŞI: - Dördəcən?.. Mənsə üçəcən eşitmişəm?..
    AFINA: - Sənin eşitdiyin köhnə məsəldir.
    KIŞI: - Bəs indi o məsələni nə cür həll edək?..
    BIKƏ: - Hansı məsələni?..
    KIŞI: - Elanda deyiləni... Ev... ailə-filan...
    BIKƏ: - Sən öz telefonunu qoy... Mən özüm sonra zəng vuraram sənə...
    KIŞI (vizitkasını uzadır): - Məmuniyyətlə... Buyurun... Bəs sizin telefonunuz yoxdur?..
    BIKƏ: - Yox... Olsa elanda qeyd edərdim də...
    KIŞI: - Yəni belə çətin işdir telefon çəkdirmək?.. Istəyirsiniz bu saat zəng vurub tapşırım, beş dəqiqədən sonra aparatı quraşdırsınlar...
    BIKƏ: - Doğrudan?..
    KIŞI: - Əlbəttə...
    BIKƏ: - Bu barədə sonra danışarıq... Mən özüm sizə zəng edərəm...
    AFINA: - Hə, özünüz danışarsınız...
    KIŞI: - Oldu, oldu... Zənginizi gözləyirəm... Sağ olun.
    BIKƏ: - Sağ olun...

    Kişi getməyə hazırlaşır. Xalidə görünür. Kişi ilə Xalidə üz-üzə gəlirlər. Kişi diqqətlə onu süzür. Afina ilə Bikə göz-qaş edib dəhlizdən emalatxanaya keçirlər...

    KIŞI: - Olar sizdən bir söz soruşum?..
    XALIDƏ: - Buyurun?..
    KIŞI: - Bəlkə keçək içəridə danışaq...
    XALIDƏ: - Eşidirəm sizi...
    KIŞI: - Elanla əlaqədar gəlmişəm...
    XALIDƏ (qəzəblə Kişini süzür): - Rədd olun buradan!.. Elan!.. Elan!.. Nə elan?.. Mən o elan verənlərin başına elə oyun açım ki, özləri yaranışlarına peşiman olsunlar...
    KIŞI: - Anladım, bacı. Hirslənməyin... Amma gərək, o elanı siz verəydiniz. Bütün ömrüm boyu qulunuz olaydım...

    Musiqi. Kişi tez-tələsik gedir. Xalidə hirsli-hirsli dəhlizə çıxıb qonşu otağı əyri-əyri süzür. Altay gəlir. O, başı ilə Xalidəyə salam verib Afinanın emalatxanasına keçir. Bikə çıxmaq istəyir. Altay ona qalmağı işarə edir. Amma Bikə Afinanın işarəsini anlayıb çıxır, Xalidənin emalatxanasına keçir. Afina ilə Altay üz-üzə əyləşirlər.

    BIKƏ: - Gözümə birtəhər dəyirsən, Xalidə... Nə olub sənə?..
    XALIDƏ: - Hım-m-m... Yox... Hər şey qaydasındadır... Sadəcə olaraq bir az yorğunam...
    BIKƏ: - Çox işləyirsən... Görürəm də... Elə həmişə nəsə çəkirsən, yazıb-pozursan... Deyəsən sizin iş də bir şey deyil.
    XALIDƏ: - Niyə ki?..
    BIKƏ: - Indi dizayn kimə gərəkdir? Amma mənim işim... Allah bərəkət versin... Gündə bir-iki adamın saçını qayçılayıram, çörək pulum çıxır. Yoxsa sizin kimi oturub sifariş gözləsəm acından ölərəm. (Diqqətlə Xalidəni süzür). Xalidə, saçın yaman uzanıb ey. Istəyirsən bir əl gəzdirim...
    XALIDƏ: - Yox, Bikə, istəmirəm... Həvəsim yoxdur.
    BIKƏ: - Onda sabah gələrəm.
    XALIDƏ: - Sabah. Mən sabah burada olmayacağam...
    BIKƏ: - Elə isə qalsın o biri həftəyə...
    XALIDƏ: - Yox... Onda da olmayacağam...
    BIKƏ: - Bir hadisə-zad baş verməyib ki?..
    XALIDƏ: - Hadisə deyəndə ki... Emalatxanamı dəyişirəm... Başqa yerə köçüb gedirəm...
    BIKƏ: - Niyə?.. Xətrinə dəyməsin ey, səni yaxın bilib soruşuram.
    XALIDƏ: - Bilirəm... Elə mən də səni yaxın hesab edib deyirəm.

    Qonşu emalatxanada Altayla Afina nə barədəsə söhbət edir, deyib-gülür, arabir dəhlizə və bayıra çıxırlar. Bikə hikkəli-hikkəli qonşu otağa nəzər salır.

    BIKƏ: - Bəyəm burada pisdir səninçün?.. Qəşəng, işıqlı otaqdır. Yazıb - yaradırsan. Şəhərin də ki, ən yaxşı yeri elə buradır.
    XALIDƏ: - Ta mən burada qala bilmərəm...
    BIKƏ: - Axı, nə olub?..
    XALIDƏ: - Heç... Elə-belə... Görünür, bəzi-bəzi adamlara mənim burada qalmağım sərf etmir. (Sanki yır-yığış edir. Layihə kağızlarını, qovluqları üst-üstə yığır). Ona görə də emalatxananı dəyişmək qərarına gəlmişəm.
    BIKƏ: - Yəqin kimdənsə incimisən...
    XALIDƏ: - Yox, mən özümdən başqa heç kəsdən inciməmişəm... Amma getməliyəm... Bilirsən, mən diplomatiyanı xoşlamıram.
    BIKƏ: - Sən kimi nəzərdə tutursan? Kimdir diplomat?.. Əlbəttə, bəlkə də mənə dəxli yoxdur, elə-belə soruşuram...
    XALIDƏ: - Mən konkret ünvan göstərə bilmərəm. Amma... Amma kimsə məni ləkələyib gözdən salmaq istəyir. Mənim adımdan qəzetə elan veriblər...
    BIKƏ: - Nə elan?
    XALIDƏ: - Belə də... Guya mən özümə adam axtarıram.
    BIKƏ: - Adam nədir, balam?..
    XALIDƏ: - Ərə getmək istəyirəm... Guya...
    BIKƏ: - Lap əcəb eləyirsən! Bəyəm ərə getməkdə bir qəbahət var?..
    XALIDƏ: - Yox... Məsələ burasındadır ki, mən heç bir elan-filan verməmişəm...
    BIKƏ: - Eh... Belə şeyləri ürəyinə salma. Camaat min hoqqadan çıxır. Sən də... (Qonşu otağa sarı boylanır). Məncə Afina belə iş tutmaz. Onun nəyinə lazımdır bu?..
    XALIDƏ: - Mən Afinanı təqsirkar bilmirəm ki... Görünür, haradasa məni gözügötürməyənlər var... Lap biabır olmuşam. Kişilərdən biri gəlir-biri gedir. Yəqin sən özün də görmüsən...
    BIKƏ: - Yox... Hə, bayaq bir-iki nəfər səni soruşurdu.
    XALIDƏ: - Yəqin elan oxuyub gələnlər imiş.
    BIKƏ: - Indiki kişilər lap sırtıqdırlar, vallah. Hamısı müftəxordur. Elə götürək... Nə isə...
    XALIDƏ: - Bu kişilərin öz hüququdur. Məsələ burasındadır ki, elanı mənim adımdan veriblər, özü də iş yerimin ünvanını göstəriblər. Mən bunu özümə qarşı provakasiya, şantaú hesab edirəm. Indi həmin elanı verən qəzetin redaksiyasından gəlirəm...
    BIKƏ (çəkinə-çəkinə): - Hə?.. Qəzetə getmişdin?.. Nə üçün?..
    XALIDƏ: - Mən onları məhkəməyə verəcəyəm. Nə üçün vətəndaşın sənədinə baxmadan elan dərc ediblər?
    BIKƏ: - Eh, sən də, Xalidə... Nə işinə qalıb ki?.. Elandı veriblər, canın sağ olsun. Sənin kimi qıza məhkəmələrə ayaq döymək yaraşmır?.. Belə xırda şeylər üçün əsəbləşməyə dəyərmi?..
    XALIDƏ: - Yox, mən bu işin axırına çıxmalıyam! Mən öz düşmənimi tapmalıyam!
    BIKƏ: - Axı, sənin düşmənin ola bilməz... Görünür, kimsə bunu ya zarafatla edib, ya da ünvan səhv düşüb...
    XALIDƏ: - Ünvan necə səhv düşə bilər?.. Orada mənim ad-familiyam olduğu kimi göstərilib. Xalidə Səfiyeva... Ailə qurmaq istəyir... Boy-buxunu, xarici görünüşü - filan... Hə, deyəsən yenə gələn var...

    Ayaq səsləri. Oğlan gəlir. Boylanır.

    BIKƏ (Oğlana): - Sənə kim lazımdır?
    OĞLAN: - Hər halda sən lazım deyilsən. (Xalidəyə). Xalidə xanım sizsiniz yəqin...
    XALIDƏ: - Sizə nə lazımdır?
    OĞLAN: - Mən qəzetdə çıxan elana görə...
    BIKƏ: - Rədd ol!.. Nə elan-nə filan?.. Burada Xalidə adlı xanım yaşamır. Bəlkə sənə Afina lazımdır?..
    OĞLAN: - Nə Afina, canım? Mənim Afinada nə işim var? Mənim yunanlarla nə alış-verişim?..
    BIKƏ: - Bas bayıra!.. Nə abırsız adamdır bu!..

    Oğlan dalı-dalı qapıya sarı gedib, yüyürə-yüyürə otağı tərk edir.

    XALIDƏ (gülür): - Lap qorxutdun ki, yazığı...
    BIKƏ: - Yazıq ilan vursun bu kişilərin hamısını... Bax, onların hamısı ilə bu cür danışmaq lazımdır.
    XALIDƏ: - Görürsən də, mən nə çəkirəm.
    BIKƏ: - Onların hamısını bax bu cür qovmaq lazımdır. Yoxsa, məhkəmə-filan. (Pauza). Ay Xalidə, xətrinə dəyməsin ey, sənə bir söz demək istəyirəm. Deyirəm, subay qızsan, bəlkə elə bu gəlib-gedən adamlardan birini gözün tutdu. Lap ailə də qurmaq olar. Bəlkə bu da bir qismətdi. Camaat özü elan verib ər axtarır, arvad gəzir. Bəlkə o elan verən adam sənin xətrini istəyib, ona görə də...
    XALIDƏ: - Nə xətir, nə hörmət?!. Bu, məni ələ salmaqdır! Bir də ki, mənim öz adamım var.
    BIKƏ: - Var? Doğrudan? Bəs mənə niyə deməmisən bunu?
    XALIDƏ: - Mən heç kəsə hesabat vermirəm.
    BIKƏ: - Yox, mən o mənada demirəm... Elə Afinanın da öz adamı var. (Qonşu otağa işarə edir). Nə olsun ki?
    XALIDƏ: - Necə yəni nə olsun?
    BIKƏ: - Yox ey, yəni deyirəm, indiki dövrdə hər adama bel bağlamaq olmur.
    XALIDƏ: - Bir də heç adamım-zad yoxdur. Mən nə üçün elanla oğlan axtarmalıyam? Mən tanımadığım adamla nə üçün ailə qurmalıyam?..
    BIKƏ: - Mən də adaxlımla təsadüfən tanış olmuşam. Nə olsun ki?..
    XALIDƏ: - Mən başqasının ailə işinə qarışmıram.
    BIKƏ: - Elə Afina da düz-əməlli tanımadığı adamla...
    XALIDƏ: - Mənim heç kəslə işim yoxdur...
    BIKƏ: - Axı sən Afina ilə qonşusan, rəfiqə olmusan...
    XALIDƏ: - Mən?!. Hım-m-m... Ola bilər. Mən ki, onun barəsində heç nə demədim.
    BIKƏ: - Yox ey, o da sənin barəndə heç nə demir.
    XALIDƏ: - Mən tezliklə çıxıb gedəcəyəm... Afinaya uğurlar arzu edirəm. Elə sənə də...
    BIKƏ - Mən... Sən... Amma qalsan yaxşı olar. Vallah, ürəkdən deyirəm. Allah bilir buraya gələn necə adam olacaq. O da dizaynla məşğul olur?..
    XALIDƏ: - Hə, əlbəttə...
    BIKƏ: - Kişi xeylağıdır?..
    XALIDƏ: - Hə... Uzun müddət xaricdə işləyib. Cavan adamdır.
    BIKƏ: - Subaydır?..
    XALIDƏ: - Soruşmamışam. Bilmirəm. Mən anket doldurmuram ki...
    BIKƏ: - Yeni emalatxanada telefonun olacaq?
    XALIDƏ: - Yəqin ki, olacaq...
    BIKƏ: - Nömrəni verərsən mənə.
    XALIDƏ: - Mütləq.
    BIKƏ: - Deyəsən, getməyə hazırlaşırsan...
    XALIDƏ: - Hazırlaşıram...
    BIKƏ: - Kömək-zad lazım olsa da. Bəs o dediyin adam haçan köçür bura?..
    XALIDƏ: - Olsun ki, elə günü bu gün... Sabah da ola bilər.
    BIKƏ: - Xaricdə işləyib hə?
    XALIDƏ: - Bəli... Işləyib... Di, hələlik.
    BIKƏ: - Hələlik, əzizim... Tapacağam səni...
    XALIDƏ: - Sağ ol.

    Bikə otaqdan çıxıb qonşu emalatxayana keçir. Musiqi. Bayaqdan bəri nə barədəsə söhbət edən, tez-tez dəhlizə, bayıra çıxan Afina və Altay yenidən emalatxanaya qayıdırlar. Bikə onlara yaxınlaşır. Xalidə yır-yığış edib çamadanını və əl çantasını götürərək dəhlizə çıxır. Başı ilə “qonşularla” vidalaşıb gedir. Musiqi azalır.

    BIKƏ: - Muştuluğumu verin...
    AFINA: - Nə muştuluq, ay qız?
    BIKƏ: - Qonşun köçüb gedir.
    ALTAY: - Hara gedir?
    BIKƏ: - Gedir deyəndə ki, emalatxanasını dəyişir.
    AFINA: - Kiminlə dəyişir?
    BIKƏ: - Bir dizayner tanışı ilə. Deyir ki, xaricdə işləmiş adamdır. Yəqin ki, imkanı-zadı geniş olar.
    ALTAY: - Allah bilir, gələn necə adam olacaq.
    AFINA: - Xaricdə işləyib?..
    BIKƏ: - Hə, Xalidə belə deyir.
    ALTAY: - Yenə özünə üz-gözünüz öyrənmişdi. Pis qız deyildi.
    AFINA: - Altay, sən belə işlərə qarışma. “Üz-gözümüz öyrəşmişdi...” Yox bir... Onun gözündə şeytanlar oynaşırdı. Mən uşaq-zad deyiləm ki. Hər şeyi görüb başa düşürdüm.
    ALTAY: - Sən nəyi görürdün, axı?..
    AFINA: - Qaş-gözü, him-cimi... Məni qanmaz hesab edirsən?
    ALTAY: - Yox... Qətiyyən... Sən səhv edirsən.
    BIKƏ: - Yaxşı-yaxşı boş-boş şeylərə görə mübahisə etməyin. Gəlin gedək...
    AFINA: - Ay qız, Bikə, mən ölüm, sən də hər şeyə müdaxilə etmə. Get öz dəlləkliyini başqasının başında öyrən...
    ALTAY: - Afina, quzum, sən niyə hirslənirsən? Bikə xanım nə deyir ki?..
    BIKƏ: - Yazıq canım... Mən nəyə müdaxilə edirəm ki? Deyirəm gedək sizi dondurmaya qonaq edim.
    AFINA: - Yox ey, mən sizinlə heç yerə getmirəm... Siz gedin dondurmanızı yeyin...
    BIKƏ: - Bəs sən?..
    AFINA: - Mən Hindusla görüşməliyəm... O, məni gözləyir...
    ALTAY: - Afina, mən ölüm, bu Hindusu boşla getsin...
    BIKƏ: - Niyə ki?.. Hindus yaxşı qızdır. (Altaya). Dünən özün mırt vururdun ki, onunla...
    ALTAY: - Nə mırt, ay qız?.. Bəyəm o, dil bilir ki?..
    BIKƏ: - Sən it dilini də bilirsən, qurd dilini də...
    ALTAY: - Yaxşı, yaxşı, mən ölüm... Sən də katalizatorluq eləmə. Dur getdik...

    Musiqi. Altay və Bikə gedir. Az sonra Afina da çıxır. Xalidə gəlir. Gətirdiyi çamadanı açıb pal-paltar çıxarır. O, geyimini dəyişir, kişi kostyumu geyir. Indi Xalidə qadından daha çox, qədd-qamətli kişini xatırladır. Çantasından kiçik qutu çıxarıb qrimlənir. Güzgü qabağında dayanıb üzünə bığ və nazik saqqal yapışdırır. Musiqi sədaları altında bir neçə dəfə kişisayağı dövrə vurub dabanlarını yerə döyəcləyir, sanki kobud úestlərlə özünün yeni - “kişi” rolunu məşq edir. Başına şlyapa qoyub əl-qol hərəkətləri edir, atılıb-düşür, gülür, ciddiləşir, fit çalır. Nəhayət, kresloda əyləşir. Siqaret çıxarır. Az sonra Afina gəlir. Dəhlizdən Xalidənin emalatxanasına sarı boylanır. Yad “kişini” görüb duruxur, çəkinə-çəkinə ona yaxınlaşır. “Kişi” zəhmli baxışlarla öz “təzə” qonşusunu süzür.

    AFINA: - Salam, qonşu...

    “Kişi” - Xalidə diqqətlə Afinaya nəzər salır, içini arıtlayır. Və onun növbəti dialoqu kobud, gur kişi səsi ilə davam edir.

    XALIDƏ: - Salam.
    AFINA (əlini irəli uzadır): - Tanış olaq... Mən qonşu emalatxananın sahibiyəm... Afina xanım...
    XALIDƏ (onun əlini möhkəm-möhkəm sıxır): - Tanışlığa şadam. Əfsun bəy...
    AFINA: - Əfsun bəy?.. Nə qəribə addır. Amma gözəl, musiqili səslənir.
    XALIDƏ: - Hım-m-m. Ola bilər. (Siqaret alışdırır). Sağ olun...
    AFINA: - Deməli, belə çıxır ki, siz bizimlə qonşu olacaqsınız.
    XALIDƏ: - Sizinlə?..
    AFINA: - Yəni mənimlə...
    XALIDƏ: - Bəli...
    AFINA: - Xalidə sizin emalatxanaya köçdü?..
    XALIDƏ: - Xalidə xanım? Hə... Köçdü...
    AFINA: - Bəs səbəbini demədi sizə?..
    XALIDƏ: - Xeyr. Mən özüm ona belə bir təklif etdim.
    AFINA: - Doğrudan?.. Soruşmaq ayıb olmasın, siz əvvəllər bu emalatxanada olmusuz?..
    XALIDƏ: - Bəli...
    AFINA: - Mən kiminsə arxasınca danışmağı xoşlamıram. Amma, Əfsun bəy, mənim keçmiş qonşum yaxşı hərəkət etməyib.
    XALIDƏ: - Bunun mənə dəxli yoxdur...
    AFINA: - Yox ey, mən o mənada deyirəm ki, Xalidə düzgün adam olsaydı köçəcəyini mənə də bildirərdi.
    XALIDƏ: - Nə üçün?
    AFINA: - Axı, biz qonşu olmuşuq.
    XALIDƏ: - Nə olsun ki?..
    AFINA: - Yaxın olmuşuq.
    XALIDƏ: - Hım-m-m... Indi isə mənimlə qonşusunuz. Bəlkə narazısınız.
    AFINA: - Əfsun bəy, bəribaşdan deyim ki, mən bu qonşuluqdan, bu tanışlıqdan çox məmnunam. Bilmirəm Xalidə mənim barəmdə sizə nə deyib? Amma mən... Özümü tərifləmək olmasın, mən dostluqda, qonşuluqda çox sədaqətli admam. Üzünüzə demək olmasın elə ilk baxışdan görünür ki, siz də çox ziyalı, alicənab oğlansınız. Mən adamı elə ilk baxışdan tanıyıram...
    XALIDƏ: - Elə mən də...
    AFINA: - Əfsun bəy, yəqin ki, yorğunsunuz... Bəlkə çay, yaxud kofe içmək istəyirsiniz...
    XALIDƏ: - Mümkünsə...
    AFINA: - Əlbəttə, mümkündür. Bu dəqiqə... Istəyirsiniz keçək mənim hücrəmə... (Qonşu emalatxanaya doğru gedirlər).
    XALIDƏ: - Mümkündür...
    AFINA: - Bayaq iki rəfiqəm gəlmişdi yanıma... Gedib dondurma yedik...
    XALIDƏ: - Kişi, yoxsa qadın?..
    AFINA: - Yox, siz nə danışırsınız? Mən kişilərlə oturub-durmağı xoşlamıram...
    XALIDƏ: - Mənimlə necə?.. Dondurma yeməzsiniz?
    AFINA (Gülür): - Siz... Siz sadəcə olaraq qonşusunuz... (Stəkanlara çay süzür). Buyurun...
    XALIDƏ (dolabın üsütündəki siqaret qutularına işarə ilə): - Siz siqaret çəkirsiniz?..
    AFINA: - Nə? Siqaret?.. Siz nə danışırsınız? Qız uşağı da siqaret çəkər?.. Hə, o qutuları, o kötükləri deyirsiniz?.. Mənim rəfiqələrimdən biri dərdlidir, arabir çəkir...
    XALIDƏ: - Deyəsən, siz şalvarda gəzməyi xoşlayırsınız...
    AFINA: - Yox... Mən bayıra qətiyyən şalvarda çıxmıram... Emalatxanaya baxmayın... Burada görən yoxdur... Mən, ümumiyyətlə, köhnədəbli xanımam, Əfsun bəy... Ev uşağıyam.
    XALIDƏ: - Hiss olunur. (Çay içə-içə).Çaya görə sağ olun...
    AFINA: - Mən əla xörəklər bişirirəm. Inşallah,bir dəfə sizi dəvət edərəm evə...
    XALIDƏ: - Tək yaşayırsınız?..
    AFINA: - Bəli... Özümün ayrıca mənzilim var. Soruşmaq ayıb olmasın, siz necə, təksiniz, yoxsa ailəli?..
    XALIDƏ: - Hələlik subayam...
    AFINA: - Mən şəhərdəki dizaynerlərin çoxunu tanıyıram. Amma siz...
    XALIDƏ: - Mən xeyli vaxt xaricdə yaşayıb işləmişəm... Burada tanışlarım azdır.
    AFINA: - Bəs Xalidə?.. Onu çoxdan tanıyırsız?..
    XALIDƏ: - Təsadüfən tanış olmuşam onunla...
    AFINA: - Qeybət olmasın, sizə bir söz deyim: o, yaman özündənrazı qadındır... Heç kəsi bəyənmir təkəbbürlüdür. Paxıldır...
    XALIDƏ: - Paxıl?..
    AFINA: - Başqasının uğruna sevinmir. Özünəvurğundur. Yəqin ki, bunu siz də hiss etmiş olarsınız... Guya başqaları adam deyil, o isə dünya gözəlidir. (Danışdıqca nazlanır, köynəyinin yuxarı düymələrini açır). Insan sadə olmalıdır. Mən belə düşünürəm. Bəs siz necə, Əfsun bəy?..
    XALIDƏ: - Elə mən də...
    AFINA: - Mən görürəm ki, bizim bir çox fikirlərimiz, üst-üstə düşür. Mən dizaynerəm, belə şeyləri o dəqiqə hiss edirəm... Əfsun bəy, yenə xaricə getmək arzunuz varmı?..
    XALIDƏ: - Hələ bu barədə düşünməmişəm.. Amma ola bilsin ki, gələcəkdə yenə getdim...
    AFINA: - Soruşmaq ayıb olmasın, siz onlara başqa adam da təqdim edə bilərsinizmi?..
    XALIDƏ: - Onlara, yəni kimə?..
    AFINA: - Xaricdəki tanışlarınıza...
    XALIDƏ: - Mümkündür.
    AFINA: - Nə yaxşı! Əfsun bəy, bəlkə bir kofe dəmləyim sizin üçün?..
    XALIDƏ: - Sağ olun. Zəhmət çəkməyin. Mən gedirəm. Bir azdan qayıdıb gələcəyəm.

    Xalidə gedir. Bikə və Hindus gəlir. Hindus - hind geyimli qızdır - qaşında xal var.

    AFINA: - Harada itib batmısınız?..
    BIKƏ: - Təzə qonşunla tanış oldun?..
    AFINA: - Hə... Çox mərifətli adama oxşayır.
    BIKƏ: - Mən də kənardan gördüm, ürəyimə yatdı.
    AFINA: - Sən işinlə məşğul ol. Öz Ataşını qoru...
    BIKƏ: - Eh, Ataş ölsün...
    AFINA: - Hindus, gözünü niyə döyürsən, qab-qacaqları yu, otağı təmizlə...
    BIKƏ: - Afina, deyəsən bu Hindus yaman qoçaq qızdır.
    AFINA: - “Qoçaq” da sözdür ki? Od parçasıdır, od. Bir yaxşı adam olsa ərə verəcəyəm bunu.
    BIKƏ: - Yəni doğrudan öz ayağı ilə gəlib çıxıb bura, yoxsa zarafat edirsən?..
    AFINA: - Yox bir, onu da elanla axtarıb tapmışam.
    BIKƏ: - Lap elə elanla da ola bilər. Qonşun elanla özünə ər axtarır, sən Hindus gəzə bilməzsən.
    AFINA: - Bir az yavaş danış, birdən gəlib eşidər, elə bilər ki, doğrudan elanı mən vermişəm...
    BIKƏ: - Lap elə o elanı mən vermişəm. Sonra? Qoy sübut eləsin. Bilirsən sənin o qonşunun canında nələr var?..
    AFINA: - Yenə əl çəkmək istəmirsən ondan?
    BIKƏ: - Niyə də əl çəkim ki? Özünün adaxlısı ola-ola bizimkilərə girişir. Ataş bir-iki dəfə buraya baş çəkib, elə “Xalidə” deyib - Xalidə eşidir. Bu ifritə onu necə bişirib düşürürsə yuxusunda da Xalidə görür. Mən elə buna görə son vaxtlar Ataşa dirsək göstərirəm. Qoy canı çıxsın, sürünsün arxamca ilan kimi.
    AFINA: - Bir də gördün gedib ayrı budağa qondu.
    BIKƏ: - Yox, mən Ataşın xasiyyətini bilirəm. Yaman qısqancdır. Bilir ki, mən kampaniya sevənəm, yeyib-içənəm, ona görə yaman dilxor olur.
    AFINA: - Sənin qısqanc adamla nə işin? O, sənin bütün həyatını zəhərə döndərər. Ora baxma, bura bax. Ora getmə, bura get. Mən özümün ilk nişanımı niyə qaytardım? Elə bu şeylərə görə... Sən demə, zalım oğlu görməmişin biri imiş. Filankəsə niyə salam verdin, fəsmənkəsə niyə əl uzatdın?.. Belə əcəb elədim, əlimin içindən gəldi. Rədd elədim, çıxıb getdi öz işinin dalısıyca. Deyəsən, sənin Ataşın da elə o cürdür.
    BIKƏ: - Eh, cəhənnəmə ki... Sirkə nə qədər tünd olsa öz qabını çatdadacaq... Oğlan qəhətliyidir bəyəm. (Hindusa). Elə deyil, ay Hindus?..
    HINDUS: - No, no...
    BIKƏ: - Vallah, Ataş bunu görsə vurulacaq.
    AFINA: - Hindusa?.. Bunun nəyi var ki?..
    BIKƏ: - Bilirsən, Ataş nə vurğundur Hind kinosunun... Lap sinoy gedir... Ay qız, doğrudan haradan tapmısan bunu?..
    AFINA: - Eh, sən də... Haradan tapasıyam ki?.. O günləri görürəm emalatxananın qapısında dayanıb, əlində də iki qutu çay... Qaşının ortasındakı xaldan bildim ki, Hindusdur. Deyəsən, çay reklamçısıdır... Yaxşı qızdır... Arabir gəlib əl-ayaq verir...
    BIKƏ: - Görəsən, əlindən ayrı nə gəlir. (Hindusa). Hinduska, oxuya bilirsən?.. (Oxuyur). Avarayəm, avarə... Hindu ha, hindu na...
    HINDUS: - Ya, ya...
    BIKƏ: - Hə, deyəsən, oxuya bilir... Hindus olsun, oxumasın? Bu, ola bilməz...

    Sirac gəlir.

    SIRAC: - Salam, qızlar...
    AFINA: - Salam.
    BIKƏ: - Deyəsən bu da elanla bağlı gəlib... (Siraca). Sənə kim lazımdır?
    SIRAC: - Xalidə...
    BIKƏ: - Xalidə Səfiyeva?..
    SIRAC: - Bəli. Siz onu tanıyırsız?..
    BIKƏ: - Bəs sən necə?..
    SIRAC: - Heç nə anlamıram.
    BIKƏ: - Tutaq ki, Xalidə mənəm...
    SIRAC: - Tutaq ki?..
    BIKƏ: - Bəli... Tutaq ki... Özünü niyə dartırsan? Bəyəm elanı oxuyub gəlməmisən?..
    SIRAC: - Elanı?..
    BIKƏ: - Bəlkə onu yuxuda görüb gəlmisən?
    SIRAC: - Nə yuxu? Nə elan?.. Soruşuram ki, Xalidə haradadır?!.
    BIKƏ: - Üstümə qışqırma!
    SIRAC: - Qəribədir... Doğrudan, elə bil yuxu görürəm...
    BIKƏ: - Nə sözün var, gizlətmə, de...
    SIRAC: - Axı, o, evdə də yox idi... Görəsən harada itib-batıb?..
    BIKƏ: - Deməli, sən Xalidəni tanıyırsan hə?..
    SIRAC: - Belə də...
    BIKƏ: - Qohumu deyilsən ki?..
    SIRAC: - Hələlik, yox...
    BIKƏ: - Belə çıxır ki, gələcəkdə qohum olmaq istəyirsən... Elanla tanış olmusunuz?..
    SIRAC: - Bilmirəm sən hansı elanı deyirsən?..

    Kişi gəlir.

    KIŞI: - Salam...
    BIKƏ: - Sənə kim lazımdır?..
    KIŞI: - Mənə?.. Hər halda sən lazım deyilsən.
    BIKƏ: - Xalidə köçüb buradan...
    SIRAC: - Köçüb? Hara?..
    KIŞI: - Köçüb?.. Bəs nədən ötrü verib o elanı?.. Adam dolayır?..
    BIKƏ: - Əşi, mən nə bilim nədən ötrü verib?.. Get özündən soruş!
    AFINA: - Görürsən də... Xalidəni soruşan təkcə sən deyilsən...
    SIRAC (Kişiyə): - Sən Xalidənin nəyisən?..
    KIŞI: - Mən səndən soruşmuram ki...
    SIRAC: - Üzümə yaxşı-yaxşı bax. Mən səndən söz soruşuram! (Kişinin yaxasından yapışır). Haradan tanıyırsan Xalidəni?..
    KIŞI: - Yaxamı burax, deyim...

    (Sirac Kişinin yaxasını buraxır. Kişi qaçıb gedir).

    BIKƏ: - Kül sənin kişi başına!..
    XALIDƏ: - Sən Sirac deyilsən ki?..
    SIRAC: - Elədir... Düz tapmısınız...
    XALIDƏ: - Deyirəm axı... Haqqınızda eşitmişəm... (Bikəyə). Xalidəni istəyən oğlan budur...
    SIRAC: - Bəs Xalidəni soruşan bu kişi kim idi?..
    BIKƏ: - Allah bilir...
    AFINA: - Emalatxananı dəyişmək üçün elan verib. Ona görə tez-tez soruşurlar...
    SIRAC: - Emalatxananı dəyişməyə? Məncə onun əvvəllər belə bir fikri yox idi...
    BIKƏ: - Yəqin sonralar belə fikrə düşüb... Gərək sənə deyəydi də...
    SIRAC: - Mən burada yox idim. Ezamiyyətə getmişdim. Yaxşı, siz bilmirsiniz ki, o, emalatxananı niyə dəyişir?..
    BIKƏ: - Artıq dəyişib...
    SIRAC: - Dəyişib? Kiminlə?..
    AFINA: - Əfsun adlı bir oğlanla.
    SIRAC: - O, kimdir elə?
    AFINA: - Mən bilmirəm. Xalidənin öz tanışıdır.
    SIRAC: - Xalidənin Əfsun adlı tanışı yoxdur mən bilən...
    AFINA: - Mən deyə bilmərəm var - ya yox... Amma həmin adamın Əfsun bəy olduğunu dəqiq bilirəm.
    SIRAC (fikrə gedir): - Əfsun bəy? Ilk dəfədir ki, bu adı eşidirəm...
    BIKƏ: - Hə, bax bu xanımın da adı Hindusdur...
    SIRAC: - Qəribə adlar eşidirəm: Əfsun, Hindus...
    BIKƏ: - Bu, Hind qızıdır...
    SIRAC: - Deyirəm, axı... Bizim qızlara oxşamır... Tanışlığa şadam. Inşallah, bir gün sizinlə yaxından tanış olarıq...

    Xalidə (Əfsun bəy) gəlib öz otağına keçir.

    BIKƏ: - Hə, deyəsən Əfsun bəy gəldi. Bəlkə sizi tanış edək?..
    SIRAC: - Yox, özüm tanış olaram...
    AFINA (Bikəyə göz-qaş edir): - Sirac bəy, bizi bağışlayın, vacib işimiz var, getməliyik. Amma Hindus burada qalır. Çay ya kafe-zad lazım olsa deyin. O, dilimizi bilməsə də hər şeyi anlayır...
    SIRAC: - Sağ olun, qızlar. Təşəkkür edirəm. Deməli, adı Əfsun bəy oldu...
    BIKƏ (ucadan, sanki kiməsə eşitdirmək üçün): - Bəli, Əfsun bəydir! Bilirsən nə gözəl insandır...

    Sirac qonşu otağa keçir. Afina və Bikə gedir. Hindus guya otağı səliqəyə salır.

    SIRAC: - Salam! Olar?..
    XALIDƏ: - Buyurun...
    SIRAC: - Səhv etmirəmsə Əfsun bəysiz...
    XALIDƏ: - Elədir... Səhv etmirsiz...
    SIRAC: - Əfsun bəy, mən sizdən bir söz soruşmaq istəyirəm.
    XALIDƏ: - Buyurun. Eşidərm...
    SIRAC: - Siz Xalidəni çoxdan tanıyırsınız?..
    XALIDƏ (başını yellədir): - Yox...
    SIRAC: - Bəlkə birlikdə oxumusuz? Tələbə yoldaşısınız?..
    XALIDƏ: - Yox...
    SIRAC: - Mən həqiqəti öyrənmək istəyirəm... Deyəsən, sizin danışmağa həvəsiniz yoxdur.
    XALIDƏ: - Ola bilər...
    SIRAC: - Məsələ burasındadır ki, mən Xalidənin yaxın dostu... tanışıyam; amma indi onu heç cür tapa bilmirəm. Ezamiyyətdən təzəcə qayıtmışam... Evlərinə zəng vururam, anası deyir ki, işə gedib... Burada isə gəlib eşidirəm ki, bəs belə... Emalatxananı dəyişib. Bəs bunun səbəbini bilmirsiniz ki?..
    XALIDƏ: - Yox...
    SIRAC: - Əfsun bəy, dediyim kimi Xalidə mənim yaxın tanışımdır... Mən onu görməliyəm. Bəs sizin köhnə emalatxananın telefonu yoxdurmu?..
    XALIDƏ: - Var...
    SIRAC: - Xahiş edirəm nömrəni deyin, zəng vurum...
    XALIDƏ: - Deyə bilmərəm...
    SIRAC: - Nə üçün?..
    XALIDƏ: - Xalidə tapşırıb...
    SIRAC: - Hım-m-m... Deməli, o özü istəmir. Yəqin unvanını da deməyəcəksiniz...
    XALIDƏ: - Xeyr...
    SIRAC: - Mən burada qəribə şeylər eşidirəm... Onu elanla axtarırlar... Tez-tez soruşanlar var... O, telefonu, ünvanı demir. Nə isə, özüm aydınlaşdıraram.

    Altay gəlir. Əvvəlcə qonşu otağa keçib Hindusun saçına sığal çəkir, Hindus küncə sığınıb əli ilə işarə edir ki, qonşu otaqda adam var. Sonra Altay başını təəssüflə yelləyə-yelləyə qonşu emalatxanaya keçir.

    ALTAY: - Paho! Kimi görürəm! Sirac, sən hara, bura hara?!.
    SIRAC: - Bıy, Altay! Sənsən?!. Salamlar! Necəsən köhnə dost?.. Nə xoş təsadüf!..
    ALTAY: - Salam, Əfsun bəy!.. Siz necəsiniz? Barənizdə eşitmişəm. Deyir igidin adını eşit, üzünü gör... Hər ikinizi görməyə şadam!..
    XALIDƏ: - Sağ olun...
    ALTAY: - Yəqin ki, siz köhnə tanışlarısınız...
    SIRAC: - Yox... Əfsun bəylə indicə tanış olduq... Xalidənin yanına gəlmişdim.
    ALTAY: - Xalidənin?.. Onu haradan tanıyırsan?..
    SIRAC: - Tanışıq. Necə bəyəm, olmaz?..
    ALTAY: - Yox... Niyə ki?.. Bəs mən bunu indiyəcən niyə bilməmişəm?..
    SIRAC: - Sən hər şeyi bilməlisən ki?..
    ALTAY: - Yox ey... Mən elə-belə deyirəm. Arabir yolum düşür bu tərəflərə. Deyirəm nə əcəb səninlə rastlaşmamışıq...
    SIRAC: - Mən xeyli vaxt idi ki, şəhərdə deyildim... Bu gün gəlmişəm...
    ALTAY: - Mənim bildiyimə görə, Xalidə emalatxanasını Əfsun bəylə dəyişib. Elə deyilmi, Əfsun bəy?..
    XALIDƏ: - Bəli, elədir...
    SIRAC: - Deyəsən, biz Əfsun bəyə mane oluruq. Bəlkə o, işləmək istəyir?..
    ALTAY: - Əşi, iş qaçmır ki... Əfsun bəy cavan oğlandır. Qonşularında da ki, gözəl-göyçək qızlar... Indi Əfsun bəyin gəzən, yeyib-içən vaxtıdır... Bir gün o da mənim kimi qocalacaq...
    SIRAC: - Maşallah, Altay, sən heç qocalana oxşamırsan. Cavan oğlan kimisən...
    ALTAY: - Tfu-tfu... Elə demə, göz dəyər... Sirac, Əfsun bəy də özümüzünküdür, məni belə şux saxlayan gözəllərdir... Əfsun bəy, dünyada gözəldən gözəl heç nə yoxdur, elə deyilmi?..
    XALIDƏ: - Elədir...
    SIRAC: - Altay, gəl Əfsun bəyə mane olmayaq. Çıxaq bir az gəzişək... Sonra gələrik...
    ALTAY (ucadan): - Ən gözəl qızlarsa Hindistanda olur... Ax, Hindus, Hindus!

    Altay və Sirac gedirlər. Xalidə gəlir. O, səliqəli qadın kostyumundadır. Hiss olunur ki, xarici görünüşünə, qiyafəsinə əl gəzdirib. Sanki onun yerişi, duruşu da dəyişib. O, Hindusa işarə edir ki, çıxsın. Hindus gedir. Afina qonşu otağa keçir.

    AFINA: - Xoş gördük, Əfsun bəy...
    XALIDƏ: - Xoş günlər, Afina xanım. Necəsiz?..
    AFINA: - Sağ olun. Yaxşıyam...
    XALIDƏ: - Bayaq Altay gəlmişdi. Sizi gözlədi... Indicə getdi.
    AFINA: - Altay?.. Hə, Altay!.. Görəsən o nə üçün axtarır məni?..
    XALIDƏ: - Nişanlınız deyil?..
    AFINA: - Kim? Altay? Yox, siz nə danışırsınız? Nə nişanlı?.. O, evli adamdır... Bunu Bikə deyib sizə?..
    XALIDƏ: - Yox. Bikə kimdir?..
    AFINA: - Onun evli, ya subay olmasının mənə bir isti-soyuğu yoxdur. O kim - mən kim?.. Bikənin, yəni mənim tanışımın tanışıdır... Mən heç düz-əməlli tanımıram onu... Ağlınızca o, mənə layiq adamdır? Mən heç ona düz-əməlli salam da vermirəm. O kim - mən kim?

    Musiqi. Afina oxuyur.

    AFINA: - Altay kimdir? Altaya bax, Altaya
    Sir-sifəti bənzəyir küt baltaya.
    Tez-tez onun ağlı çıxır başından,
    Elə bil ki, xəbəri yox yaşından.

    Belə desəm yeridir -
    Abırsızın biridir.
    Yüz dil tökür yüzünə,
    Sərhəd qoymur sözünə.
    O, nifaq ağacıdır,
    Hiylə dağarcığıdır.

    Beləsinə bel bağlamaq olarmı?
    Beləsindən bir yaxşı ad qalarmı?
    Onun üçün dünya nədir? - Oyuncaq!
    Əməlindən usanmayır o alçaq.

    XALIDƏ: - Mən elə bildim ki, siz yaxın, doğma adamlarsız. Deməli yanılmışam...
    AFINA: - Mən Altayı yalançı, üzr istəyirəm - yüngül əxlaqlı adam kimi tanıyıram. Daha dəqiqi, onu tanıyanlar belə deyirlər...
    XALIDƏ: - Doğrusu, mənə elə gəldi ki, siz Altayın nişanlısı, ya da arvadısınız?..
    AFINA: - Siz nə danışırsınız , Əfsun bəy?.. Nə nişanlı, nə arvad?!. O, mənim atam yerində kişidir.
    XALIDƏ: - Doğrudan? Amma deyəsən saçları qapqaradır...
    AFINA: - Nə olsun ki?.. Görmürsünüz üz-gözünü qırışlar doğrayıb?! Saçını isə yəqin ki, boyayır... Allah bilir, bəlkə də parik qoyur başına. Mənə belə gəlir. O kim - mən kim?!. Altay Bikə ilə turist səfərində olub. Oradan tanışdırlar. Özü də o, buraya Hindusa görə gəlir.
    XALIDƏ: - Hindus kimdir?..
    AFINA: - Hindistanlı qızdır. Arabir gəlib mənə əl-ayaq verir...
    XALIDƏ: - Hə, belə-belə işlər... Deməli, mən zənnimdə yanılmışam.
    AFINA: - Hələ bu yaşacan mənim ürəyimə yatan adam olmayıb, Əfsun bəy...
    XALIDƏ: - Doğrudan? Sizin ürəyinizə yatan oğlan necə olmalıdır?
    AFINA: - Əfsun bəy, özünü tərifləmək olmasın, mənim zövqüm, seçimim ayrı cürdür. Gizlətmək istəmirəm, mən sizin kimi oğlanlara daha çox üstünlük verirəm. Mən sənət adamıyam - memaram, dizaynerəm...Gərək öz həmkarımla ailə qurum... Başqa peşə sahibi ilə mənimki tutmaz. Altay kimi adamlarla bir dam altında yaşamaq olar? Hətta subay olsaydı belə, bu, mümkün olan iş deyildi. Onun maraq dairəsi məhduddur. Alver adamıdır də... Başqa cür ola da bilməz.
    XALIDƏ: - Bəs tanışın - rəfiqən Bikə necə qızdır?
    AFINA: - Qız ha! Bəyəm görmürsən onu? Qız nədir, Əfsun bəy?! O, özünü cavan göstərmək üçün min cür hoqqadan çıxır. Parikmaxerdi. Arabir saçıma əl gəzdirir... Yoxsa mənim onunla nə işim? Bilirsiz, mən sırtıq qadınları xoşlamıram...
    XALIDƏ: - Bikə sırtıqdır?..
    AFINA: - O, özünü bəzən uşaq kimi aparır. Elə o da Xalidənin bir tayıdır.
    XALIDƏ: - Xalidə neyləyir ki?..
    AFINA: - Altayla him-cim edirdi. Onu ələ keçirmək istəyirdi...
    XALIDƏ: - Amma Altay Hindusu seçdi hə?..
    AFINA: - Bəli... Yox ey... Altay qeyri-ciddi adamdır... Quş kimi gündə bir budağa qonur... Bəs siz necə, Əfsun bəy, soruşmaq ayıb olmasın, ailə qurmusunuzmu?
    XALIDƏ: - Hələ bu barədə düşünməmişəm.
    AFINA: - Çalışın özünüzə layiq, halal süd əmmiş bir Allah bəndəsi ilə ailə qurun... Indiki qızların çoxuna etibar etmək olmur...
    XALIDƏ: - Niyə ki?..
    AFINA: - Çox azdır təmiz, mədəni, ləyaqətli qızlar...
    XALIDƏ: - Yox, mən bu barədə bədgüman deyiləm. Məsələn, Xalidə xanım pis qıza oxşamır.
    AFINA: - Kim?.. Xalidə?.. Siz Allah, onun adını çəkməyin mənim yanımda. Mən onun dabbaqda gönünə bələdəm. O, çox hiyləgər, məkrli qızdır. Ona heç qız deməyə də dilim gəlmir. Aravuran, gəzəyən, ürəyi qurdlunun birisidir. Mən qeybəti xoşlamıram. Amma çalışın ondan uzaq olun... Saqqızınızı oğurlayar birdən. Bayaq bura gələndə gördüm ki, küçənin o başında dayanıb, üzümü yana çevirib özümü görməməzliyə vurdum.
    XALIDƏ: - Xalidəni gördün?.. Harada?..
    AFINA: - Küçənin tinində...
    XALIDƏ: - Yəqin bura gəlirmiş...
    AFINA: - Yox, doğum evinə sarı gedirdi.
    XALIDƏ: - Doğum evinə?..
    AFINA: - Hə... Yəqin həkimə işi düşüb...
    XALIDƏ: - Mən onu düz-əməlli bir qız bilirdim. Heyif zənnimə...
    AFINA: - Onu bu emalatxanaya yaxın qoymayın... Başdan-ayağa şər-xatadır, fitnə-feldir.
    XALIDƏ: - Siz onu doğrudan gördünüz?..
    AFINA: - Əlbəttə... Yalan danışmaq mənim təbiətimə yaddır...
    XALIDƏ (başını tutur): - Aman Allah, qadınlara etibar yoxmuş...
    AFINA: - Yox... Niyə ki?.. Etibarlı qızlar az deyil, Əfsun bəy. Amma adam gərək gözü açıq olsun...
    XALIDƏ (ürəyini tutur): - Mən getdim...
    AFINA: - Yoxsa ürəyinizə salırsız, Əfsun bəy?.. Axı, Xalidənin adaxlısı var...
    XALIDƏ: - Doğrudan?..
    AFINA: - Əlbəttə... Bəs Sirac kimdir?..
    XALIDƏ: - Sirac?.. Xalidə mənə bunu deməyib...
    AFINA: - Eh, siz onu tanıya bilməzsiniz, Əfsun bəy... Istəyirsiniz dərman alıb gətirim?..
    XALIDƏ: - Yox, sağ olun... Nəsə xəstəhalam...
    AFINA: - Ötüb keçər... Nədir, getmək istəyirsiniz?..
    XALIDƏ: - Hə, gedim bir az havamı dəyişim... Gələcəyəm...

    Xalidə çıxır. Az sonra Afina da gedir. Sirac və Bikə gəlir.

    SIRAC: - Qəribədir, Xalidə tapılmır ki, tapılmır...
    BIKƏ: - Fikir etmə, tapılar...
    SIRAC: - Xanım, bağışlayın sizin adınız nədir?
    BIKƏ: - Bikə... Bikə xanım...
    SIRAC: - Gözəl adınız var. Elə özünüz də gözəlsiniz.
    BIKƏ: - Doğrudan?
    SIRAC: - Doğru sözümdür... Bikə xanım, siz də dizaynersiz?.
    BIKƏ: - Dizayner deyəndə ki... Mən baş dizaynı ilə məşğulam...
    SIRAC: - Baş dizaynı?..
    BIKƏ: - Parikmaxerəm. Qadınların saçını-başını düzəldirəm...
    SIRAC: - Qadınların başını düzəltmək müşkül məsələdir.
    BIKƏ: - Niyə?..
    SIRAC: - Elə götürək Xalidəni. Mən onu ağıllı qız hesab edirdim. Amma bu hərəkətlərini görəndən sonra onun başının yerində olduğuna şübhə edirəm.
    BIKƏ: - Niyə?..
    SIRAC: - Niyəsini mən özüm bilirəm...
    BIKƏ: - Əşi, doğrudan da, Xalidənin qəribəlikləri var... Hə, bəs Əfsun bəy nə deyir: Xalidə haraya köçüb?..
    SIRAC: - Əfsun bəydən sözü kəlbətinlə qoparmaq olmur. Elə nə soruşuram ya çiynin çəkir, ya da bir kəlmə “yox” - deyir.
    BIKƏ: - O da bizim Hindus kimidir: “No-no” vəssalam...
    SIRAC: - Elə o Hindusunuzu alın Əfsun bəyə...
    BIKƏ: - Boy, elə söz deməyin. Afina eşidib-bilər... Qiyamət qoparar...
    SIRAC: - Niyə?..
    BIKƏ: - Afina yaman vurulub Əfsun bəyə... Öz aramızda qalsın ha...
    SIRAC: - Dünən şeş, bu gün beş... Bəyəm Əfsun bu gün köçməyib?..
    BIKƏ: - Nə olsun ki?.. Məhəbbət günə-aya baxmır ki... Bəzən adam bir anda aşiq olur, ağlını itirir...
    SIRAC: - Gərək ağıl itməsin, Bikə xanım...
    BIKƏ: - Elədir...
    SIRAC: - Nəsə qayğılı görünürsünüz...
    BIKƏ: - (Pauza). Mən sənə bir söz demək istəyirəm. Amma...
    SIRAC: - O nə “əmma”dır elə?..
    BIKƏ: - Nə isə... Ta deyəsi olmadım.
    SIRAC: - Oxu atıb yayı niyə gizlədirsən?..
    BIKƏ: - Qorxuram hirslənəsən... Əlindən xata-zad çıxar.
    SIRAC: - Mən çırtqoz adam deyiləm... Arxayın ol. Ağzım da möhkəmdir, iradəm də.
    BIKƏ: - Nə bilim, vallah... Deyirəm birdən... Axı, indi hər adama bel bağlamaq olmur...
    SIRAC: - Sirr saxlamaq ürəyə də ziyandır, başa da... Çəkinmə, sözünü de...
    BIKƏ: - Söz deyəndə ki... Mən Xalidədən belə şey gözləməzdim.
    SIRAC: - Nə olub Xalidəyə?..
    BIKƏ: - Heç nə olmayıb. Bax, hirslənirsən...
    SIRAC: - Yox, qətiyyən. Mənim naturam belədir. Sən fikir vermə...
    BIKƏ: - Düzü özümün özümə inanmağım gəlmir...
    SIRAC: - Səbəb nədir buna?..
    BIKƏ: - Qulaq as... Amma ağılsız hərəkətlər etmə ha!.. Mən Xalidəni bir neçə dəfə saqqallı bir oğlanla birlikdə görmüşdüm... Şəhərdə, küçədə, lap elə emalatxanada... Əfsunu görəndə gözlərimi döyə-döyə qaldım: ay Allah, görəsən bu oğlanı haradan tanıyıram? Handan-hana yadıma salmışam ki, bəs Xalidənin yanında...
    SIRAC: - Burada təəccüblü nə var ki?.. Onlar tanışdırlar. Hələ Xalidəni görməmişəm; bəlkə də onlar elə tələbə yoldaşı-zad olublar... Emalatxanalarını dəyişiblər. Mən belə şeylərə soyuqqanlı yanaşan adamam.
    BIKƏ: - Mən nə deyirəm ki?.. Təki sən deyən olsun.
    SIRAC: - Nə çox mənalı tərzdə danışırsan... Bəlkə nəsə bir şey görüb hiss etmisən?.. Düzünü de!..
    BIKƏ: - Yox, yox! Sən elə soyuqqanlı olsan yaxşıdır.
    SIRAC: - Gəl açıq danışaq: səncə, Xalidə ilə bu saqqallının bir əlaqəsi olub, ya yox?..
    BIKƏ: - Mən haradan bilim ki?.. Mən heç nə görməmişəm, heç nə eşitməmişəm. Lalam, karam, koram. Məni davalı işlərə qatma. Mən qadın məkrindən qorxuram...
    SIRAC: - Özün qadın deyilsən bəyəm?.. Yoxsa qadın libasında kişisən?..
    BIKƏ: - Dərdimi təzələmə...
    SIRAC: - Nə olub ki? Nə dərdin var? Bağışla... Bəlkə ürəyinə toxundum?.. Həyat yoldaşın var? (Pauza). Hım-m-m... Allah rəhmət eləsin. Deyəsən, yaralı yerinə toxundum? (Pauza). Uşaqların necə? (Pauza). Amma belə baxanda nikbin, şən qadına oxşayırsan. Deyib gülürsən... Bağışla... (Əlini Bikənin saçına çəkir). Arxayın ol, sənin adın olmayacaq. Mən özüm hər şeyi aydınlaşdıracağam.
    BIKƏ: - Gəl bu məsələyə bir daha qayıtmayaq. Oldu?.. Mən istəmirəm ki, kimə görəsə sənin öz istədiyin qızla münasibətin pozulsun.
    SIRAC: - Yox... Mən Xalidəyə həmişə inanmışam... Amma... bu saqqalıdan ağlım bir şey kəsmir.
    BIKƏ: - Əfsun mədəni, mərifətli adama oxşayır. Bəlkə də o, Xalidənin sadəcə tanışıdır... Yaxşı ki, sən soyuqqanlı adamsan. Mənim xoşum gəlir belə adamlardan. Indiki kişilərin çoxu çırtqozdur.
    SIRAC: - Elə sən də yaxşı xanıma oxşayırsan. Adam ruhən dincəlir səninlə söhbətdən.
    BIKƏ: - Doğrudan?.. Həqiqi sözündür?.. Nəsə inanmağım gəlmir.
    SIRAC: - Nə üçün?..
    BIKƏ: - Indiki kişlərə inanmaq - dəryada balıq sövdəsidir...
    SIRAC (gülür): - Mən köhnə kişilərdənəm...
    BIKƏ: - Elə nə var köhnə kişilərdədir.
    SIRAC: - Bəs yaxşı, de görüm, sənin rəfiqən - Afina necə qızdır?..
    BIKƏ: - Sənə bayaq dedim də... O, “Əfsun bəy”- deyib sayıqlayır.
    SIRAC: - Deyirəm də... Deyəsən, bu Əfsun çox şorgöz adamdır... Elə üzünə baxanda görünür.
    BIKƏ: - Yox... Elə də demək olmaz... Əslində o, qaradinməz oğlandır... Belə görürəm ki, qızlar özü ona aşiq olur... Əlbəttə, söhbət bütün qızlara aid deyil. Şəxsən o məni qətiyyən maraqlandırmır.
    SIRAC: - Bikə xanım, xətrinizə dəyməsə sizə bir təklif edərdim...
    BIKƏ: - O, baxır təklifin necəliyinə... (Xalidə gəlib öz emalatxanasına keçir). Əfsun bəy gəldi deyəsən... Hə, sözünüzü deyin...
    SIRAC: - Bilirsiz... Deyirəm bəlkə gedib bir istirahət edək?..
    BIKƏ: - Istirahət?..
    SIRAC: - Hə də... Lap elə bizə gedərik...
    BIKƏ: - Ikimiz?..
    SIRAC: - Lap elə dördümüz. Əfsunu razı salmaq mənim boynuma, Afinanı sən özün dilə tut...
    BIKƏ: - Afinanın heç bir etirazı yoxdur... Onun razılığı məndə...
    SIRAC: - Bəs Afinanın özü hanı?..
    BIKƏ: - Parikmaxerə gedib... Əvvəllər saçını mən düzəldirdim, indi fransız dəlləyi tapıb...
    SIRAC: - Onda özün get ona xəbər ver. Mən də Əfsun bəyi bişirim yavaş-yavaş. Gedək mədəni istirahət edək...
    BIKƏ: - Bəs Hindus?.. Afina onsuz bir addım da atmır...
    SIRAC: - Deyəsən sizin o Hindusa da Altay vurulub... Mənə belə gəlir...
    BIKƏ: - Allah vurmuşdu Altayı... O, niyə kişi olur?..
    SIRAC: - Yaxşı... Yaxşı... Qarğış tökmə, Altay mənim köhnə tanışımdır.
    BIKƏ: - Heç o Hindusu rəva görmərəm ona... Avaranın, şorgözün, arvadbazın biridir Altay... Amma ta sənin xətrinə susuram...
    SIRAC: - Xətrin xoş olsun...
    (Hindus gəlir)

    BIKƏ: - Hindus, sən buralarda ol. Mən indi gəlirəm. Başa düşdün? Sirac bəy çay-zad istəsə dəmlə ver. Oldu?..

    Hindus başı ilə təsdiq edir. Bikə çıxır. Sirac qonşu otağa keçir.

    SIRAC: - Xalidə tapılmır ki, tapılmır... Kefiniz necədir, Əfsun bəy?..
    XALIDƏ: - Sağ olun. Pis deyiləm...
    SIRAC: - Boş vaxtınız var?..
    XALIDƏ: - Eşidirəm.
    SIRAC: - Əfsun bəy, əgər etiraz etməsəniz, mənim bir təklifim vardı...
    XALIDƏ: - Buyurun, Sirac bəy...
    SIRAC: - Biz kişiyik də... Məncə açıq danışmaq olar...
    XALIDƏ: - Əlbəttə...
    SIRAC: - Deyirəm, bu gün bir kef edək!..
    XALIDƏ: - Kef?..
    SIRAC: - Yəni istirahət... Gedək bizə!
    XALIDƏ: - Ikimiz?..
    SIRAC: - Yox, ikimiz niyə? Dördümüz, lap elə beşimiz - siz, mən, Afina, Bikə, bir də Hindus. Lap Altayı da götürə bilərik...
    XALIDƏ: - Siz subaysız, Sirac bəy?..
    SIRAC: - Subayam... Amma istədiyim qız var...
    XALIDƏ: - Birdən o qız eşidib-bilər...
    SIRAC: - Xalidəni deyirsən?.. O, haradan biləsidir ki? Xalidə mənə inanır, etibar edir. O, hər sözə, dedi-qoduya inanan qızlardan deyil. Bir də ki, biz elə-belə, istirahətə gedirik. Yeyib-içərik, deyib gülərik...
    XALIDƏ: - Siz tək qalırsınız?..
    SIRAC: - Bəli. Özümün ayrıca mənzilim var.
    XALIDƏ: - Qorxuram ki, birdən Xalidə gəlib çıxar, siz də biabır olarsınız, mən də...
    SIRAC: - Mən heç Xalidəni tapa bilmirəm ki?.. O da elə bilir ki, mən indi ezamiyyətdəyəm... Siz Xalidə sarıdan arxayın olun. Yəqin onun xasiyyətinə siz də az-çox bələdsiniz. O, mərd qızdır. Xırdaçıllığı sevmir. Onu istədiyimə görə demirəm, Əfsun bəy, amma indiki zəmanədə Xalidə kimi qız tapmaq müşkül məsələdir.
    XALIDƏ: - Bəs niyə ona xəyanət edirsiniz?..
    SIRAC: - Xəyanət?.. Siz hansı xəyanətdən danışırsınız?..
    XALIDƏ: - Bəs o qızlar sənin nəyinə lazımdır?..
    SIRAC: - Hansı qızları deyirsiniz? Hə, Bikə ilə Afina? Hindus? (Gülür). Ha-ha-ha... Onları mən dəvət etmirəm ki!.. Qızlar özləri belə bir təklifi irəli sürürlər. Siz Afinanı götürürsünüz, mən Bikəni... Altay da ki, Hindusu...
    XALIDƏ: - ... və gedirik sizə...
    SIRAC: - Ay sağ ol! Vur gəlsin bura. (Əlini irəli uzadır, Xalidə onun ovcuna vurur). Ay sağ ol! Amma Əfsun bəy, əllərin kiçik, zərif olsa da çox güclüdür... Yaxşı, onda qızlara deyim hazırlaşsınlar.
    XALIDƏ: - Qızlar hanı?..
    SIRAC: - Parikmaxerə gediblər. Indi gəlib çıxarlar. Istəyirsən çıxaq onları qarşılayaq...

    (Xalidə və Sirac çıxır. Altay və Afina gəlirlər).

    ALTAY: - Afina, başını nə gözəl düzəltdirmisən!..
    AFINA: - Altay, mənim başım ağrıyır, mane olma...
    ALTAY: - Deyəsən o saqqallı gələndən sonra başının ağrısı lap artıb hə?..
    AFINA: - Sənə nə dəxli?..
    ALTAY: - Dəxli odur ki, o, Xalidənin adamıdır. Özüm görmüşəm onu Xalidə ilə qol-qola...
    AFINA: - Başqasına şər atma. Xalidənin öz istədiyi adam var...
    ALTAY: - Kimdir o adam?..
    AFINA: - Sirac...
    ALTAY: - Sirac?.. Hə, deyirəm, axı... Yəni ailə qurmaq istəyirlər?..
    AFINA: - Mən heç nə deyə bilmərəm... Mane olma...
    ALTAY: - Deyəsən, Əfsun səni yamanca ofsunlayıb ha!..
    AFINA: - Bunun sənə dəxli yoxdur...
    ALTAY: - Sən əvvəllər mənimlə belə danışmazdın... Görünür nəsə var.
    AFINA: - Altay, sən məni səfeh yerinə qoymaq istəyirsən?!.
    ALTAY: - Qətiyyən! Axı, nə olub?..
    AFINA: - Guya özün bilmirsən nə olub? Sən nə vaxtdan subay olmusan?
    ALTAY (pauza): - Subay deyəndə ki? Sevginin subaylığa-evliliyə nə dəxli?..
    AFINA: - Əl çək yaxamdan! Az danış!..

    (Altay pərt olub çıxır. Xalidə (Əfsun bəy) gəlir, başı ilə salam verib bz otağına keçir. Az sonra Bikə və Hindus gəlir).

    BIKƏ: - Ay qız, sənə nə olub?.. Yaman qayğılı görünürsən. Bu Hindus yazıq qapının ağzında boynunu büküb durmuşdu. Içəri dəvət elədim. Gəl, Hindus, gəl... Deyəsən, Əfsun bəy də gəlib hə?.. (Qonşu otağa sarı qışqırır). Əfsun bəy! Orada nə edirsən?.. Bəri gəl dərdləşək!
    XALIDƏ (qonşu otağa sarı): - Indi gəlirəm.

    (Xalidə öz “bığ-saqqalını”, əyin-başını səliqəyə salır. Sirac gəlir: əlində torba və qutular).

    SIRAC: - Əfsun bəy, planda bir balaca dəyişiklik etdim.
    XALIDƏ: - Nə dəyişiklikdi elə?..
    SIRAC: - Deyirəm, istirahətimizi elə buradaca keçirək.
    BIKƏ (qonşu otağa): - Sirac, sənsən?.. Orada nə edirsən?..
    SIRAC: - Mənəm, Bikə!.. Indi gəlirik - özü də əlidolu.

    (Sirac və Xalidə qonşu emalatxanaya keçirlər).

    BIKƏ (Hindusa): - Ay Hindus, bir qabiliyyətini göstər görək!.. No-no!.. Amma, sən canın naz etmə!.. Əfsun bəylə Sirac öz adamımızdır!..
    SIRAC (Hindusu göstərir): - Bu, doğrudan Hind qızıdır?..
    BIKƏ: - Hindusdur, Afinanın rəfiqəsidir.
    AFINA: - Ay qız, rəfiqə nədir? Sirac, Bikə zarafat edir... O, sadəcə mənim tanışımdır...
    BIKƏ: - O, Hindistan gözəlidir.
    XALIDƏ: - Oxuya bilir hindcə?..
    BIKƏ: - Əlbəttə!.. (Hindusa). Hə, başla görək. (Oxuyur). Hindustani...

    XOR:
    Biz hamımız eşq əhliyik,
    Aramızda naşı yoxdur.
    Sevməyənin qəlbi, ruhu,
    Sevənlərin başı yoxdur.

    Kimdir bizi qovan, yoran?
    Ürəyimiz olub viran.
    Hər tərəfdə şaxta, boran,
    Hindistanın qışı yoxdur.

    Əzabımız çoxdu bizim,
    Ağlayırıq həzin-həzin.
    Dünya cavandır, əzizim,
    Məhəbbətin yaşı yoxdur.


    (Musiqi. Hind mahnısı səsləndirilir. Hindus ortaya düşüb rəqs edə-edə oxuyur. O, oxuduqca çiyinlərini, əndamını oynadır. Ona tamaşa edənlər əl vurur, alqışlayırlar).


    PƏRDƏ





    II PƏRDƏ

    (Həmin məkan. Hadisələr əsasən qoşa emalatxanaların qənşərindəki ümumi dəhlizdə cərəyan edir. “Şved stolu” açılıb - hamı ayaqüstədir. Arabir qadınlar - Afina və Bikə qab-qacaq üçün emalatxanaya gedib-gəlirlər. Yenə musiqi səslənir. Yenə Hindus oxuyur, rəqs edir. Iştirakçılar yenə əl çalırlar. Az sonra Altay gəlir; əlində bağlama var).

    ALTAY: - Salam, həzarat! Çağrılmamış qonağı qəbul edirsiz?..

    (Bikə və Afina üz-gözlərini turşudub yan-yörələrinə baxırlar. Sirac Altaya doğru yeriyir. Onlar görüşürlər).

    SIRAC: - Altay!.. Xoş gördük!..
    ALTAY: - O-o-o! Salam, Sirac! Əfsun bəy, salamlar! Necəsiniz bəylər və xanımlar?
    SIRAC: - Hər şey qaydasındadır...
    ALTAY: - Deyəsən, mədəni istirahət edirsiz... Mane olmuram ki?
    SIRAC: - Yox! Əksinə: Xoşdur. Bu gün dostumuz Əfsunun... Əfsun bəyin... ad günüdür... Hə, yaxşı yadıma düşdü, bu gün Xalidənin də ad günüdür... Eh, nə isə... Hə, əzizlərim, Altay mənim köhnə dostumdur, bir neçə ildir ki, görüşmürük. Altay, özün necəsən, balalar neyləyir?..
    BIKƏ: - Hım-m-m... Balalar?..
    SIRAC: - Xanımın necədir?..
    AFINA: - Hım-m-m... Arvadın?..
    ALTAY: - Əşi, nə arvad-uşaq?.. Mən indiki halda Subayam...
    SIRAC: - Indiki halda hamımız subayıq... Elə deyilmi, Əfsun bəy?..
    XALIDƏ: - Bəli, elədir...
    SIRAC: - Hə, Altay yəqin ki, səni bu məclisə bağlayan tellər var...
    ALTAY: - Tel deyəndə ki... Buradakıların hamısı dostlar-tanışlardır... Afina xanım, Bikə xanım... Əfsun bəylə təzəlikcə tanış olmuşuq... Hinduska da ki, can-ciyərimizdir...
    BIKƏ: - Xalidəni də ki, Altay özü tanıyır...
    ALTAY: - Əlbəttə, Xalidə xanımı da tanıyıram. O, deyəsən emalatxanasını Əfsun bəylə dəyişib... Yaxşı qızdır... Xoşbəxt olsun. Allah hamımızı xoşbəxt eləsin. Buradakıların hamısı yaxşı insanlardır.
    BIKƏ: - Səndənsə heç olmaz, Altay...
    AFINA: - Ta demə...
    ALTAY: - Bəlkə mən sizə mane oluram?..
    SIRAC: - Yox ey ! Sən, axı; niyə elə düşünürsən?!.
    ALTAY: - Açığı, məni indi bura gətirən bir hiss oldu...
    BIKƏ: - O, nə hissdir elə?..
    ALTAY: - Bax, bu Hindusa baxanda ürəyimin başına dağ çəkilir.
    AFINA: - Niyə?
    ALTAY: - Dayanın, bu dəqiqə deyim. O, burada qəribdir. Gözlərindən kədər yağır. Bu, təbii ki, elə belə də olmalıdır. Qürbət eldir. Əyin-başını da ki, görürsünüz nə gündədir?!. O, klassik Hind qadınından daha çox, qaraçıya oxşayır. Mənim yazığım gəlir ona. Əlləri işləməkdən kobudlaşıb, kişi əllərinə oxşayır... Nə isə, mən ona gözəl bir Hind donu almışam... Hər kəs öz milli geyimində gözəl görünür.
    SIRAC: - Bravo, Sirac!.. Bravo, Hinduska!..
    BIKƏ: - Hindus elə indi geysin o paltarı?..
    AFINA: - Bikə, bəlkə özün geydirəsən, hə?..
    SIRAC: - Əfsun bəy, belə bir təklif var ki, Hindus emalatxanaya keçib öz paltarını geysin... Biz də bala-bala nuş edək... Indi onu kim başa salsın?.. Hindcə anlayan-bilən var ki?.. Bikə, sən bilmirsən onun dilini?..
    BIKƏ: - Ataş olsaydı... O bir az bilir...
    SIRAC: - Ataş kimdir?..
    BIKƏ: - Heç tanışdır... (hinduskaya). Hindus, gəl keçək emalatxanaya səni bəzəndirim...
    HINDUS: - No-no...

    (Altay bağlamanı stolun üstünə qoyur: Bikə Hindusun qolundan tutub emalatxanaya sarı çəkir, Hindus dartınır, sanki utanır, sıxılır).

    AFINA: - Ay qız, görmürsən, dartınır. Yəqin utanır də...
    ALTAY: - Hindlilər abır-həyalı millətdir. Heç görmüsünüz ki, Hind filmlərindən açıq-saçıq səhnələr, öpüş-filan olsun?.. Yox! Ola bilməz... Amma bizdə...
    BIKƏ: - Yaxşı, Hindus, eləsə keç özün dəyiş paltarını... Görürsən də Altay necə vurulub sənə...
    SIRAC: - Altay; amma çox yaxşı qıza oxşayır bu Hindus... Subay olsan alardın...
    ALTAY: - Əşi, subay deyəndə ki... Allah bilir bu Hindusun özü subaydır, ya ailəli... (Hindusa). Hə, sən get paltarını dəyiş. Başa düşürsən?..

    (Altay əli ilə işarə edir onu başa salır. Hindus bağlamanı götürüb emalatxanaya keçir. Əynindəki paltarı soyunur. Pariki çıxarır. Tamaşaçı Hindusun kişi olduğunu görür. Bu Bikəni sevən Ataşdır. Ataş - Hindus Altayın gətirdiyi paltarı geyinir, qaş-gözünü, dodağını rəngləyir, pariki başına qoyur. Kişilər bir tərəfə çəkilib nəsə danışırlar).

    BIKƏ: - Doğrudan, yaman həyalı qızdır bu Hindus ölmüş...
    AFINA: - Bikə, sənə bir söz deyim, amma aramızda qalsın...
    BIKƏ: - Nə olub ki?..
    AFINA: - Bu Hindusdan ağlım bir şey kəsmir...
    BIKƏ: - Niyə?..
    AFINA: - Ay qız, bayaq Altay deyəndən sonra fikir verdim, doğrudan da onun əlləri birtəhər idi... Tüklü, iri... Deyəsən, əlinin üstünə də nəsə yazılıb.
    BIKƏ: - Hindistanlıların hamısı belədir də. Əllərini də yazırlar, ayaqlarını da... Hələ alınlarına xal da döydürürlər. Ataş Hind mahnılarının dəlisidir... O da əlinin üstünə bir-iki işarə yazıb döydürüb...
    AFINA: - Vallah, məni qınama, onun əli sənin o Ataşının əlinə oxşayır... Iri, tüklü... Bəlkə Ataşın da kökü Hinddir?..
    BIKƏ: - Allah bilir... Ataş deyir ki, hindlilər atəşpərəstdir...
    AFINA: - Bilmirəm nəpərəstdir, amma o cür qadın əli olmaz...
    BIKƏ: - Hindusların hamısı tüklü olur də...
    AFINA: - Zalım qızı bayaq imkan vermədi ki, sən onun soyunub-geyinməyinə kömək edəsən... Heç olmasa ora-burasına baxardın...
    BIKƏ: - Eh, rədd olsun... Onun ora-burasına qoy Altay baxsın!.. Mənim hindlilərdən zəhləm gedir, təkcə mahnılarını xoşlayıram...
    AFINA: - Onların elə gözəl-göyçək kişiləri olur ki, gəl görəsən...
    BIKƏ: - Axırda hindistanlı da sevəcəksən...
    AFINA: - Yox... Mən Əfsunu heç kəsə dəyişmərəm. Mən onsuz ölərəm. Elə üzünə demişəm...
    BIKƏ: - Nəyi?
    AFINA: - Demişəm ki, sevməsən - ölərəm... O, görürsən necə ağayana, ləyaqətli adamdır...
    BIKƏ: - Amma həm də incə-mincədir o. Lap qız kimi...
    AFINA: - Yaxşı ki, qız olmayıb... Yoxsa bu Altay kimisi onu da yoldan çıxarardı.
    BIKƏ: - Hələ bu Siracı desən... Guya Xalidəni sevir. Mən ta heç bir kişiyə inanmıram...
    AFINA: - Yox, mən Əfsuna inanıram. O, yüngül kişilərdən deyil.

    (Hindus (Ataş) paltarını dəyişib gəlir. Kişilər - Altay, Sirac və Xalidə stola yaxınlaşırlar).

    ALTAY: - Cənablar, deyirəm badələri dolduraq. Hindus, yaxın gəl. Qədim zamanlarda Hind gözəlləri saqi olub. Süz görək! Anlayırsan?..
    HINDUS: - No-no-no!..

    (Hamı gülüşür).

    SIRAC: - Altay, bu hindlilər hər şeyi mahnı ilə başa düşürlər.
    ALTAY: - Mən öz ürəyimi mahnı ilə də aça bilərəm.
    BIKƏ: - Ətin tökülsün sənin!
    SIRAC: - Hə, de gəlsin, Altay!

    (Musiqi. Altay və Hindus oxuyurlar).

    ALTAY: - Mənə könül verərsənmi?
    Mənlə ömür sürərsənmi?
    HINDUS: - No-no-no!..
    ALTAY: - Kipriyimə qonarsanmı,
    Gözlərimdə dolarsanmı?
    HINDUS: - No-no-no!..
    ALTAY: - Mən “gəl” - desəm gələrsənmi?..
    Mən “öl” - desəm ölərsənmi?
    HINDUS: - No-no-no!..
    ALTAY: - Indi yallı gedərsənmi?
    Mənimlə rəqs edərsənmi?
    HINDUS: - No-no-noy!..
    ALTAY: - “No-no” nədir, ay qız?.. Görüm “no-no” çıxaranın atabaatasının goruna “no-no” qismət olsun!..
    SIRAC: - Bravo, Hindus! Bravo Altay! Əla! Əla!..
    BIKƏ: - Əfsun bəy, nəsə düşüncəlisən.
    XALIDƏ: - Yox... Yox... Hər şey qaydasındadır...
    SIRAC: - Eh, biz kişilərin nələr çəkdiyini bilsəydiniz... Gərək Tanrı hər bir qadını tək bircə günlüyə çevirib kişi edəydi, onda bilərdilər ki, bu yazıq kişilər nə çəkir... Elə deyil, Əfsun bəy?..
    XALIDƏ: - Elədir...
    AFINA: - Elə kişilər də bircə saatlığa qadına çevriləydi... Eh, mənim çəkdiyim dərdi fil də çəkə bilməz
    BIKƏ: - Eh, Afina, başlama sən Allah... Bu kişilər zarafat edir... Sən də...
    AFINA: - Ay qız, bəyəm elə sən özün az dərd çəkirsən...
    SIRAC: - Yaxşı... Sakit! Biz buraya dərdimizi tərəziyə qoymağa toplaşmamışıq. Hamımız dərd çəkənik. Amma istəyirik ki, hərdən bu dərdləri çiynimizdən, kürəyimizdən yerə atıb kef çəkək... Düzdümü, Əfsun bəy?..
    XALIDƏ: - Elədir... Yəqin ki, elədir...
    SIRAC (Altaya): - Deyəsən, Əfsun bəy kefsizdir...
    ALTAY: - Istəyirsən gedək Əfsun bəyin yeni işləri ilə tanış olaq...
    BIKƏ: - Hələ Afinanın təzə layihələrini görməmisiniz.
    SIRAC: - Gedək, baxaq, tanış olaq...

    (Sirac, Altay, Bikə, Hindus emalatxanaya gedirlər).

    AFINA: - Mən sənə bir söz demək istəyirəm, Əfsun bəy...
    XALIDƏ: - Buyurun...
    AFINA: - Əfsun bəy, sən mənim idealımsan... Əfsun bəy...
    XALIDƏ: - Anlamadım...
    AFINA: - Mən sənsiz bir an da yaşaya bilmərəm. Mən səni heç kəsə verməyəcəyəm, Əfsun bəy... (Ağlamsınır). Heç kəsə... Qınama məni. Belə getsə mən dəli olacağam...
    XALIDƏ: - Özünüzü ələ alın, xanım...
    AFINA: - Sən mənim üçün ağatlı bir oğlansan, Əfsun bəy... Zülmətləri yarıb gəlmisən. Sən mənim xilaskarımsan...
    XALIDƏ: - Özünüzü üzməyin, xanım.
    AFINA: - Xahiş edirəm, mənim hissələrimə cavab ver. Mənim həyatım, taleyim səndən asılıdır, Əfsun bəy... Səni görən andan artıq mən özümün deyiləm. Sanki mən büsbütün çevrilib başqa bir adam olmuşam... (Xalidə ilə üz-üzə dayanır). Aman Allah, mən sənin gözlərinə baxa bilmirəm... Sən niyə bu qədər qəddarsan, Əfsun bəy... Sən mənim sinəmə dağ çəkirsən... Sən mənim ruhumu, ürəyimi ofsunlayıb məndən almısan, Əfsun bəy... Yazığın gəlsin mənə... (Əlini ürəyinin üstünə qoyub divana çökür).
    XALIDƏ: - Sakit olun, xanım. Xahiş edirəm... (Onun nəbzini tutur). Axı belə olmaz. Ayıbdır.
    AFINA: - Sevgi nə vaxtdan ayıb olub, Əfsun bəy?.. Mən öz eşqimdən utanmıram. Mən sevirəm səni. Ömrümün sonunacan öz eşqimə sadiq qalacağam. Qoy buna görə qınasınlar, söysünlər, döysünlər məni.
    XALIDƏ: - Qalxın, xanım. Sizə nə olub? Xəstə deyilsiniz ki?..
    AFINA: - Mən eşq xəstəsiyəm, Əfsun bəy. Ürəyinə ayrı şey gəlməsin. Mən tamamilə sap-sağlam bir qızam.
    XALIDƏ: - Şükür, dedim birdən xəstə olarsız...
    AFINA: - Bəlkə o ifritə Xalidə mənim barəmdə sizə nəsə deyib?.. Onun özü xəstədir. Hər gün bir ovuc dərman içir. Mən onun bildiklərini bilə bilmərəm, Əfsun bəy. Mən ev qızıyam...
    XALIDƏ: - Mən sizi anlayıram...
    AFINA: - Məni yalnız sən anlaya bilərsən, Əfsun bəy... Məni bu dünyada başa düşə biləcək ikinci bir insan yoxdur, yox...

    (Musiqi. Duet. Xalidə (Əfsun bəy ) və Afina oxuyurlar.

    AFINA: - Görən bu yuxudur, yoxsa həqiqət?..
    Görəsən nə üçün qövr edir sinəm?
    Mənim xislətimədə yaddır xəyanət -
    Ölsəm torpağınam, qalsam səninəm.

    XALIDƏ: - Sən hələ ölməyə tələsmə xanım;
    Dayan qarşısında dumanın, çənin.
    Məni dərd əlində qoyma, sən canın,
    Ölsəm də səninəm, qalsam da sənin.

    AFINA: - Öz ürək sözünü sən danma, oğlan,
    Özgənin oduna sən yanma, oğlan,
    Heç vaxt fitnə-felə inanma, oğlan,
    Ölsəm torpağınam, qalsam səninəm.

    XALIDƏ: - Eşqin badəsini içmişəm, ay qız,
    Hicran körpüsündən keçmişəm, ay qız,
    Məhəbbətdən kəfən biçmişəm, ay qız,
    Ölsəm torpağınam, qalsam səninəm.

    AFINA: - Etiraf edim ki, mən indiyəcən həqiqi eşqin olduğuna inanmamışam, Əfsun bəy. Vaxt olub ki, sevgidən söz açanlara gülümüşəm, sevənləri ələ salmışam. Amma indi dərk edirəm ki, özüm öz taleyimə, öz gələcəyimə gülürəmmiş. Bu günümü ələ salırammış, Əfsun bəy!.. Amandır, Əfsun bəy, qınama məni. Məndən incimirsiz ki, Əfsun bəy?..
    XALIDƏ: - Qətiyyən!..
    AFINA: - Ilahi, bu eşqi çox görmə mənə!.. Ah, Əfsun, Əfsun... (Ürəyini tutur). Əfsun bəy...
    XALIDƏ: - Sakit olun, Xanım. Bəlkə bir az gəzişəsiniz.

    (Xalidə və Afina emalatxanaya sarı gedirlər. Altay və Hindus gəlirlər).

    ALTAY: - De görüm, sənin dilin açılacaq, yoxsa ...
    HINDUS: - No -no!..
    ALTAY: - Ay Hind gözəli, vallah, bilmirəm səninlə hansı dildə danışım... Vulmuşam sənə. Anlayırsanmı? Mən səni sevirəm! Ya lyublyu tebya! Ix leben diy!.. Ay ləv yu!.. Ay ləv yu! Axı, bir də ki, sevgi olan yerdə söz-söhbətə nə hacət? Mən sənin qara gözlərini, uzun hörüklərini, qaşların arasındakı xalı sevirəm. Sevirəm sənin zərif əlini, uzun kipriklərini (Hindusun əllərini ovcuna alıb sığallayıb öpmək istəyir). Mənim gözəl Hindusum. Icazə ver öpüm səni. Vallah, sevməsən ölərəm, öldürərəm özümü!
    HINDUS: - No -no- no!..
    ALTAY: - Dayan bir görüm! Nə “no-no”, ay zalım qızı! Sən ayrı söz bilmirsən? “No-no”! Özün də sakit ol! Bildin? Yoxsa cin kimi elə qışqırırsan ki, elə bil tutub səni yeyən var. Deyəsən Hindistanda öpüşmək qadağandır, hə? Bəs onla nə edək, neyləyək?.. Bəlkə buradan çıxıb gedək bizə? Qəm eləmə, yer-yurd var. Bəs sən tək qalırsan? (Barmağı ilə tək işarəsini göstərir). Yoxsa əhl-əyalın var? Ərin də, ərin? (Əllərini birləşdirir) Var?.. Ay qız, Hindus, gözlərini niyə döyürsən?.. Bir cavab ver görüm! (Hindusu özünə sarı çəkir). Sakit ol ha!..
    HINDUS: - No - no!.. Tfu-tfu!..
    ALTAY: - Tfu sənə! Mənə niyə tfu olur?.. Yəni indiyəcən sənə əl-zad dəyməyib?.. Yox? Elə mən də sənin gündəyəm... Mən Hind mahnılarının dəlisiyəm, Hindus. Mən uşaq vaxtlarımda tez-tez yuxularımda hind gəzəlləri görərdim. Indi budu ha!.. Yuxularım çin olub! Səni əldən verən deyiləm. Öldü var, döndü yoxdur!.. Sənin xatirinə mən lap Hindistana da gedə bilərəm. Lap özümə Hind familiyası da götürərəm - Altay Hindus, Altay Hindistanlı! Necədir?.. Sən də olarsan Hindus Altaylı!.. Bəs sənin əsil adın nədir, Hindus?.. Ad də, ad !.. Vallah, sənin dilini açacağam!.. Bir bəri gəl görüm! (Hindusu qucaqlayıb öpür). Hə, bax adamı belə ram edərlər. Nə olsun ki, filimlərdə öpüşmürsüz, həyatda ki, öpüşürsünüz!.. Hələ ayrı işlər də görürsünüz! Yoxsa o bir milyard adam öz-özünə törəyib? Bəlkə qarışqa kimi yerdən çıxırsınız? Ya bəlkə yarpaq kimi ağacın budağında bitirsiniz?.. Məni avam bilmə, Hindus bala!... Mən qarşısına qoyduğu hər məqsədə çatan oğullardanam! Mən çox gözəllər görmüşəm bu dünyada. Amma səmimi etiraf edim ki, həyatımda hind qızı olmayıb. Niyə qaş-qabağını tökürsən? Sən sevməlisən məni! Sevməsən ölərəm! Bildin? Səni öldürərəm, özümü də. Gəl bir qucum səni.
    HINDUS: - No! No! No!..
    ALTAY: - Bura bax, mən səni qanun-qayda ilə alacam. Qulaq as, bir sən mənə de görüm, hindlilər müsəlmandır, yoxsa xristian?.. Yox, deyəsən sizin dininiz ayrıdır. Rac Qapur sağdır, yoxsa ölüb? Rac Qapur! Eşitmisən? Gözünü niyə döyürsən?.. Gəl bir maç eləyim səni. (Oxuyur). Hindustani, Hindustani, hi-i-i, hi-hi-hi!.. Hə, necədir? Oxu də! Sən öl, oxumasan səni...
    HINDUS (geri çəkilib qışqırır): - No! No!.. Ayn moment...

    (Musiqi. Altay Hindusun qarşısında oxuyur. Hindus ritmə uyğun hərəkət edir).

    ALTAY: - Əgər sən çıxsan göyə
    Asimana gedərəm.
    Dərdimi üyütməyə
    Dəyirmana gedərəm.

    Əlin mənim əlimdə,
    Qolun mənim qolumda,
    Bu sevginin yolunda
    Lap zindana gedərəm.

    Sən gözümün üstəsən,
    Gəl, könlümü istə sən.
    Gözəlim, sən istəsən
    Hindistana gedərəm.

    HINDUS: - No-no!..
    ALTAY: - Gəl belə edək: çıxıb gedək buradan. Olar?.. (Hindusun qolundan tutur). Hə, nə gözünü döyürsən. Gedib əyləşərik restoranda özümüzçün...
    HINDUS: - No-no...

    (Sirac və Bikə gəlirlər).

    SIRAC: - Altay, paho kefdəsən ki! Əşi, ayıbdır. Bir don almısan deyə... Nə düşmüsən bu yazığın üstünə?..
    ALTAY: - Sirac, mən ölüm, məsələ donda deyil...
    BIKƏ: - Bəs nədədir?.. Millətimizin adını niyə batırırsan, biabır edirsən?
    ALTAY: - Əksinə. Mən həmişə millətimə baş ucalığı gətirmişəm. Mən pis bir iş görmürəm ki! Hindlilər həssas, duyğulu adamlardır. Onlar təmiz eşqin, odlu məhəbbətin nə olduğunu bütün millətlərdən yaxşı başa düşürlər. Mən də bu xanıma öz eşqimi bəyan edirəm. Burada pis nə var ki?..
    SIRAC: - Bilirsən, nə var, Altay?.. Bu xanım burada qonaqdır. Emiqrantdır. Özü də bilən yoxdur ki, nə yuvanın quşudur. Bəlkə lap elə səni, ya bizi tora salmaq üçün buraya göndərilmiş casusdur... Ehtiyatlı olmaq, mədəni davranmaq lazımdır.
    ALTAY: - Yəni deyirsən bu işə görə Hindistanla əlaqələrimiz gərginləşə bilər?..
    BIKƏ: - Altay, deyəsən, sən zarafata keçirsən, hə?.. Ay savadsız, bəs tarix kitablarından oxumamısan ki, bəzən bir qadına görə iki ölkə arasında müharibələr olub?..
    ALTAY: - Yox bir, dünya müharibələri də qadınlara görə olub! Yaxşı, yaxşı! Özünüzü dağın başına qoymayın! Elə bil qadın-zad görməmişik!..
    BIKƏ: - Bu, qadın deyil ey, Hindusdur!.. Eh, Ataşı haradan alım?!.
    SIRAC: - Ataş kimdir, Bikə xanım?
    BIKƏ: - Ataş... O da Hinddir... Daha doğrusu, hindpərəstdir. Əgər bu həngaməni görsəydi, Altayın nəfəsini kəsərdi.
    ALTAY: - Altayın nəfəsini kəsmək üçün Hindus olmaq lazımdır, Ataş yox! Hindus, düz demirəm?.. Gəl ey bu yana, görmürsən bunlar məni necə hədələyir?.. Guya bizim münasibətlərimizə görə iki ölkə arasında diplomatik əlaqələr kəsilə bilər!.. Yox bir, nota verəcəklər! Nə olub, balam, hindistanlı qıza vurulmuşam, sonra?
    BIKƏ: - A-a-a, bunun ya başı xarab olub, ya da doğrudan eşqi kəllə-çarxa vurub.
    SIRAC: - Altay, özünü ələ al!.. Bizim barəmizdə pis rəy yaratma...
    BIKƏ: - Özü də emiqrant yanında...
    ALTAY (Hindusun qoluna girir): - Gəl bu yana, sən bunlara fikir vermə. Provakasiyalara uyma! Seporat danışqlara getmə! Ekstremistlərə inanma! Inanma!.. Axı, hindlilər qədim, müdrik xalqdır. Qədim mədəniyyətin beşiyidir Hindistan! Bunlar mənə tarixdən dərs keçmək istəyirlər. Qoy keçsinlər! Amma bilmirlər ki, mən səninlə birlikdə yeni bir tarix yaradıram. Yeni tarixin banisi biz olacağıq. Inşallah!

    (Altayla Hindus arxaya - emalatxanaya çəkilir).

    BIKƏ: - Bu Altay lap ağ eləyir ha! Deyəsən özü də içib gəlib... Zəhləm gedir sərxoş adamlardan. Illah da zəvzək sərxoşlardan. Doğrudan da o yad qızının yanında biabır edəcək bizi.
    SIRAC: - Siz Altaya haradan tanıyırsınız?..
    BIKƏ: - O, Afinanın tanışıdır. Deyəsən, nə vaxtsa turist səfərində olublar. Bəs sən haradan tanıyırsan onu?..
    SIRAC: - Elə mən də səfər zamanı tanış olmuşam. Yeyib-içən, kefcil adamdır... Amma bu qədər zəvzək olduğunu bilmirdim.
    BIKƏ: - Eh, bu Afinanın kolleksiyasında o qədər rəngarəng eksponatlar var ki, gəl görəsən... Belə, pis qız deyil ey... Amma kimlərlə dostluq eləmir?.. Ta elə müğənni, elə dərzi, elə parikmaxer yoxdur ki, tanımasın. Yüz dəfə demişəm ki, bu Altayın tərkini ver, qoy getsin. Deyir ki, yox, xeyirxah insandır. Di al, bu da sənə xeyirxah... Yaxamızı qurtara bilmirik bu gicin əlindən. Sabah bir də gördün Hindistan nota göndərir ki, bəs vətəndaşımıza sataşıblar. Onlar bizim kimi deyil ki, öz vətəndaşlarının taleyinə biganə qalsınlar. Düz demirəm, Sirac?..
    SIRAC: - Eh... Sağolmuş, bir milyard adamdan bir nəfəri kimin yadına düşəsidir ki?..
    BIKƏ: - Yox elə demə. Hindlilər prinsipial millətdir. (Pauza). Ataşı haradan alım?..
    SIRAC: - Ataş kimdir ey? Hindşünasdır?..
    BIKƏ: - Ataş - atəşpərəstdir...
    SIRAC: - Nə olsun ki?..
    BIKƏ: - Belə getsə mən də atəşpərəst olacağam...
    SIRAC: - Ol də... Kimdir sənə mane olan?..
    BIKƏ: - Gərək kitablarını tapıb oxuyam. Deyəsən, Xalidədə hindlilərə aid kitablar var idi...
    SIRAC: - Xalidə qəfildən gəlib çıxsa, lap biabırçılıq olar.
    BIKƏ: - Sən nə qorxaq adamsan, Sirac. Gəlsin də... Biz neyləyirik ki?.. Sən onu qısqanmaqdan, o səni qısqanır?
    SIRAC: - Yox, o, qısqanc deyil... Mən sözgəlişi deyirəm.
    BIKƏ: - Zəhləm gedir qısqanc kişilərdən. Əgər arada məhəbbət varsa - etibar da olmalıdır. Bəlkə səhv deyirəm?
    SIRAC: - Elədir...
    BIKƏ: - Yoxsa Ataş kimi... Yoxsa Xalidə kimi... Xətrinə dəyməsin, səninlə Xalidəninki çətin tutar.
    SIRAC: - Niyə o cür fikirləşirsən?
    BIKƏ: - Xalidə çox təkəbbürlü qızdır. Sənsə sadə oğlansan. Sənə özün kimi sadə, adi bir qız lazımdır. Yoxsa öz əlinlə öz gününü göy əskiyə bələmək istəyirsən?..
    SIRAC: - Axı, mən dedim ki, biz Xalidə ilə bir-birimizi öyrənirik hələ... Qalanını gələcək özü göstərər.
    BIKƏ: - Gələcək nədir ey?!. Gələcək!.. Boş şeydir!.. Sən bu gündən danış! Özünə bab adamla otur-dur!.. Məsələn, şəxsən mən sadə oğlanları sevirəm... O qədər istəyənim var ki... Hamısına dirsək göstərmişəm. (Nazlanır, əzilib-büzülür). Indi hər adama bel bağlamaq, ürək qızdırmaq olur ki?.. Düz demirəm, Sirac?..
    SIRAC: - Elədir...

    (Oğlan gəlir).

    OĞLAN: - Salam. Olar?..
    BIKƏ: - Sənə kim lazımdır? Nə axtarırsan?..
    OĞLAN: - Məni tanımadınız?..
    BIKƏ: - Əşi, çərənləmə! Səndən söz soruşuram: kimi axtarırsan - deyirəm!
    OĞLAN: - Mənə Xalidə lazımdır.
    BIKƏ: - Ay adam balası, sənə yüz dəfə deyilib ki, burada Xalidə adlı adam yoxdur.
    OĞLAN: - Deyirəm bəlkə dolayırsınız məni. Bəlkə elə Xalidə sizin aranızdadır.
    SIRAC (Bikəyə): - Xalidəni nə üçün soruşurlar? (Oğlana). Xalidəni neyləyirsən, Oğlan?..
    OĞLAN: - Heç... Şəxsi işim vardı onunla...
    SIRAC: - O nə şəxsi işdir elə? Mən Xalidənin tanışıyam, nə lazımdır de, mən ona çatdıraram...
    OĞLAN (duruxur): - Elə-belə sözüm vardı... Sonra gələrəm...Sağ olun, mən getdim.
    SIRAC: - Dayan! Sənin Xalidəyə nə sözün ola bilər?
    OĞLAN: - Bəyəm sən Xalidəsən?..
    SIRAC: - Mən onun... onun tanışıyam...
    OĞLAN: - Sən tanışısan, mən də tanış olmaq istəyirəm...
    SIRAC: - Küçük, boğaram səni! (Oğlanın üstünə cumur). Bir bura bax ey!..
    BIKƏ: - Sirac, yaxşı, ayıbdır! Biabır olarıq. (Oğlana). Kişi oğlu, sən çıx get, sonra gələrsən!.. Burada Xalidə adlı adam yoxdur...
    OĞLAN: - Yaxşı, sonra danışarıq...
    SIRAC: - Deyəsən, bütün şəhər Xalidəni axtarır...
    BIKƏ: - Lap sadəlövh adamsan, Sirac. Sənin Xalidəni tanımağına hələ min il lazımdır.
    SIRAC: - Deyəsən, mən doğrudan da sadəlövh yox, səfehəm. Hamıya inanıram...
    BIKƏ: - Sənin üzündə qəribə bir təmizlik var. Üzünə demək olmasın, indi bu cür oğlanlar azdır. Yoxsa Altay kimi... Onun üzü üzlər görüb... A-a-a, o axmaq birdən qıza sataşıb eləyər, biabır olarıq... (Emalatxanaya sarı qışqırır). Altay! Altay!.. Hindus! Hinduska... Haradasınız?..

    (Altayla Hindus gəlir)...

    ALTAY: - Hə, işlər necədir... Bu zalım qızı Hindus məni əsir eləyib. Gərək sabah Hindistan səfirliyinə gedib bir dilmanc tapam... Yoxsa bu nə söz qanır, nə işarə anlayır. Elə “no-no”... Eh... Əşi, Əfsun bəylə Afinanı da çağırın, vuraq özümüzçün bala-bala... Əfsun bəy! Əfsun bəy!.. (Qışqırır). Afina xanım! Gəlin çıxın də...

    (Xalidə və Afina gəlirlər).

    XALIDƏ: - Nə olub?..
    SIRAC: - Əfsun bəy, Altay belə bir təklif irəli sürür ki, Hindistanın şərəfinə içək.
    ALTAY: - Hinduska, gözünü döymə, badələri doldur. Indi sənin simanda, sənin şəxsində bütün hind gözəllərinin sağlığına içəcəyik.
    AFINA: - Biz həmişə başqa millətləri qabağa çəkməyə öyrənmişik.
    BIKƏ: - Afina düz deyir, Sirac. Nə üçün Hindistan, niyə hind qızları?.. Düz demirəm, Əfsun bəy?..
    XALIDƏ: - Elədir...
    SIRAC: - Yox, mən sadəcə olaraq Hindistanın adını çəkdim, hind qızlarının yox...
    ALTAY: - Siz öz gözəllərinizin sağlığına için, mən də öz gözəlimin.

    (Hindus badələri doldurur).
    SIRAC: - Konsensusa gələk. Cəmi gözəllərin şərəfinə... Razısız, Əfsun bəy?..
    XALIDƏ: - Bəli. Siz için. Nuş olsun. Mən dərman içirəm...
    ALTAY: - Balam, sənin dərman atan vaxtındır?.. Bəs onda mən nə edim?!.
    BIKƏ: - Sənə nə var ki?.. Qabırğası qalın, arsız adamsan...
    AFINA: - Əfsun bəy çox həssas insandır. O, hər şeyi ürəyinə salır.
    ALTAY: - Hindlilərdən də həssas olası deyil ki? (Hindusa). Hindus, sizin böyüyünüz yenə qadındır?
    BIKƏ: - Sənin gözünə elə kişi də qadın görünür.
    ALTAY: - Sirac, hindlilərin başçısı qadın deyil bəyəm?..
    SIRAC: - Indira Qandini deyirsən? Altay, o çoxdan rəhmətə gedib.
    ALTAY: - Deyirəm axı... Hindistanda qadına xüsusi məhəbbət var...
    AFINA: - Bəs bizdə yoxdur? Heç yerdə bizdəki qədər nə qadının kişiyə, nə də kişinin qadına hörməti var. Elə deyil, Əfsun bəy?..
    XALIDƏ: - Elədir... Bəli...
    AFINA: - Bəsdir, Altay... Ayıbdır, az danış...
    BIKƏ: - Əşi, Altaydı də... Qoy nə deyir desin...
    ALTAY (Hindusa): - Gəl mənə yox demə, aman günüdür,
    Qorxuram əlindən üzülsün əlim.
    Inan sözlərimə, qəlbim üzülür,
    Sevməsən ölərəm, ölərəm, gülüm.

    SIRAC (Bikəyə): - Şimşəyəm, sinəndə çaxa bilmirəm,
    Yağışam, zirvənə yağa bilmirəm,
    Sənin cazibəndən çıxa bilmirəm,
    Sevməsən ölərəm, ölərəm gülüm.

    AFINA (Xalidəyə): - Mənim işim yoxdur küylə-kələklə,
    Yerdə səninləyəm, göydə mələklə.
    Mən səni sevirəm təmiz ürəklə
    Sevməsən ölərəm, ölərəm, gülüm.
    XORLA OXUYURLAR: - Ürək - bir ümmandır, məhəbbət - tufan,
    Eşqdən yaranıb bu yer, asiman.
    Sevmək, sevilməkçün doğulub insan -
    Sevməsən ölərəm, ölərəm, gülüm.
    ALTAY: - Gəlin növbəti badələri şəxsən Əfsun bəyin sağlığına içək!..
    AFINA: - Xeyr! Əfsun bəy içmir!
    ALTAY: - Əşi, bir dayan görək! Əfsun bəyi yıxıb ağzına şərab süzəsi deyilik ki! Mən Əfsun bəyin simasında millətimizin cəsur, igid, istedadlı bir oğlunun sağlığına badə qaldırmaq istəyirəm. Elə bir oğlunun ki, onun adı, əsərləri düyanın hər yerində sevilir, təqdir olunur. Mən Əfsun bəylə ilk dəfədir ki, bir məclisdə otururam, ancaq onun adı...
    SIRAC: - Mənə elə gəlir ki, Əfsun bəyin adı çox məşhurdur. Biz həqiqətən onunla fəxr etməliyik.
    ALTAY: - Sirac, özün bilirsən, mənim işim elədir ki, tez-tez xarici ölkələrə getməli oluram. Səmimi sözümdür, həm Qərb, həm də Şərq ölkələrinin çoxunda mən Əfsun bəyin adını eşitmişəm. Bəzən elə yerlər olub ki, heç orada bizim məmləkətin adını eşitməyiblər, amma Əfsun bəyin adını çəkən kimi çoxlarının üzünə təbəssüm qonur: “A-a-a... Mister Afsun bek!” Mən Əfsun bəylə eyni əsrdə, eyni şəhərdə yaşadığım üçün fəxr edirəm. O, sözün həqiqi mənasında bizim dünya şöhrətli dizaynerimizdir.
    BIKƏ: - Əfsun bəy millətimizin fəxridir.
    AFINA: - Əfsun bəy, əzizim, ürəyin incitmir ki?..
    ALTAY: - Hər şey qaydasındadır.
    AFINA: - Əlbəttə, Əfsun bəyin hər şeyi qaydasında olmalıdır. O, bizim millətin, məmləkətin fəxridir.

    (Içirlər).

    SIRAC: - Mənsə bu badələri dostumuz Əfsun bəyin dostu Afina xanımın sağlığına qaldırmağı təklif edirəm. Qoy bu dostluq daha da möhkəmlənsin.
    AFINA: - Çox sağ olun! Əfsun bəy, əzizim, özünü necə hiss edirsən? Sənə soyuq deyil ki? Bəlkə istidir. Bəlkə çıxaq gəzişək bir az.
    XALIDƏ: - Narahat olmayın, yaxşıyam.
    BIKƏ: - Bəlkə Əfsun bəy sıxılır, utanır...
    ALTAY: - Qətiyyən! Dost məclisi Əfsun bəyi sıxa bilməz. Içək deyilən sağlığa.

    (Xalidədən və Hindusdan başqa hamı içir).

    ALTAY: - Bu badəni Siracla Bikə xanımın sağlığına içək! Etiraz yoxdur ki?! Bravo!..
    AFINA: - Hər ikisi bir-birinə yaraşır.
    BIKƏ: - Sağ olun!..
    SIRAC: - Təşəkkürlər... Amma mən bu sağlığa Xalidənin də adını əlavə etmək istəydim.
    BIKƏ: - Nə Xalidə?! O, kimdir?..
    SIRAC: - Xalidə də... Bu gün onun ad günüdür...
    AFINA: - Biz bu gün buraya Əfsun bəyin işığına taplaşmışıq. O, dünya şöhrətli dizaynerdir.
    ALTAY: - Yaxşı, üçlüyün sağlığına içək...
    BIKƏ: - Üçlük nədir?..
    ALTAY: - Ana, oğul, bir də müqəddəs ruh...
    SIRAC: - Yox, düz demirsən: ata, oğul, bir də müqəddəs ruh...
    BIKƏ: - Yox ey, deyilən sağlığa içməsəniz mən badəni qaldıran deyiləm!
    ALTAY: - Içək deyilən sağlığa!..
    XALIDƏ: - Xoşbəxt olsunlar!

    (Içirlər).

    ALTAY: - Bu son badəni isə bəndeyi-həqirinizin şərfinə qaldırın!
    SIRAC: - Altayın sağlığına! Gərək sənin adın Altay yox, Himalay olaydı!..
    ALTAY: - Niyə məhz Himalay?
    SIRAC: - Çünki Himalay Hindistana daha yaxındır...
    ALTAY: - Eybi yoxdur, Hindustan olacaq oğlumun adını Himalay qoyaram...
    BIKƏ: - Yox bir, Kəlküttə qoyarsan...
    AFINA: - Əfsun bəy, niyə bir şey yemirsən, əzizim!...
    XALIDƏ: - Hər şey yaxşıdır...
    ALTAY: - Mən Əfsun bəyi əsil mədəniyyət, əxlaq mücəssiməsi hesab edirəm. Insan nə qədər sadə, nə qədər təvazökar olar, ilahi!..
    BIKƏ: - O, dünya şöhrətli sənətkardır...
    SIRAC: - Yaşasın dostluq!
    ALTAY: - Bəli, yaşasın dostluq! Yəqin ki Hindistanla bizim ölkə arasındakı dostluq əlaqələrini nəzərdə tutursunuz?
    SIRAC: - Əlbəttə!..
    ALTAY: - Elə həmin sağlığa içək!..

    (Içirlər)

    AFINA: - Gözəl gündür, elə deyilmi, Əfsun bəy?..
    XALIDƏ: - Bəli, elədir...
    BIKƏ: - Sirac, doğrudan da Afina ilə Əfsun bəy bir-birlərinə necə yaraşırlar.
    ALTAY: - Bikə, elə sən də Siraca əla yaraşırsan, mən ölüm! Bəs mən necə, Hindus xanıma yaraşırammı?.. Hindusum, Hindusum, Hindusum mənim! Göydə şəfəq saçan ulduzum mənim. Şəkərim mənim-duzum mənim! Keçim mənim-quzum mənim! (Hindusun qolundan tutur). Niyə uzaqda dayanmısan? Gəl baş götürüb bu məmləkətdən gedək... Haraya?.. Əlbəttə, Hindistana! Saf məhəbbət diyarına! (Hindus dartınır). Niyə dartınırsan?.. Di yaxşı, mənə yox!..
    SIRAC: - Altay, yaxşı deyil, axı!.. Sən nə edirsən?! Bayaq bir kitablıq söz danışdıq!..
    ALTAY: - Bəs mən neyləyim? Sevirəm, axı!..
    BIKƏ: - Yenə sev də, ay həyasız! Belə də sevgi olar?!.
    AFINA: - Əfsun bəy, əzizim, darıxmırsan ki?..
    XALIDƏ: - Xeyr!..
    AFINA: - Altaya fikir vermə! O, hay-küyçünün biridir!..
    ALTAY: - Həzarat!.. Mənim bir təklifim var!
    BIKƏ: - Səndən yaxşı heç nə gözləmək olmaz!
    SIRAC: - O, nə təklifdir elə?..
    ALTAY: - Gəlin, hamımız Hind rəqsi oynayaq!..
    SƏSLƏR: - Hind rəqsi?..
    ALTAY: - Bəli, Hind rəqsi! Hindlilər yeganə xalqdır ki, onların rəqsini bütün dünya sevir... Hamının hörməti var Hindistana və onun rəqslərinə!.. Etirazınız yoxdur ki?..
    SƏSLƏR: - Hə, bu başqa məsələ!.. Rəqs edək!.. Hindistani!.. Avarayəm-avarə!..

    (Hind rəqs ifa olunur. Əvvəlcə Hindus qollarını qaldırıb meydana atılır. Sonra Altay, Sirac, Bikə ona qoşulur. Afina guya utanır. Amma Xalidə (Əfsun bəy) onu dəvət edərkən qol götürüb şıdırğı rəqs edir... Mahının ritmi get-gedə sürətlənir. Hindus mahnı ifa edir oynayanlar ona qoşulub oxuyurlar. Nəhayət musiqi və mahnı başa çatır) .

    SIRAC: - Altay, vallah, xoşbəxt adamsan. Əşi, bu Hindus doğrudan da qiyamət qız imiş!..
    ALTAY: - Sirac! Mən ölüm bizim bostanımıza daş atma!.. Qoy yaşayaq özümüzçün!..
    SIRAC: - Mən təmiz ürəklə deyirəm!
    ALTAY: - Elə mən də!.. Balam, mənim heç kəsin qismətində gözüm yoxdur...
    SIRAC: - Elə mənim də!
    AFINA: - Əfsun bəy, siz necə də incə, gözəl rəqs edirsiniz!..
    BIKƏ: - Həqiqətən, Əfsun bəyin rəqsi hamını ofsunladı... Hətta, Hindusu da...
    ALTAY: - Hindusla heç kəsin işi olmasın!.. Bildiniz!.. O, mənim üçün rəqs edirdi!..
    BIKƏ: - Əşi, sənin Hindusuna da lənət, sənin özünə də!..
    SIRAC: - Yaxşı, yaxşı! Sakit olun!.. Burada dost ölkədən qonaq var. Ayıbdır!
    ALTAY: - Əlbəttə, ayıbdır!. Hindlilər qədim mədəniyyəti olan xalqdır. (Hindusa) Ay “no-no”! Gəl görüm bəri! (Onu emalatxanaya sarı çəkir). Gəl, gəl! Hindusum, Hindusum, gözəl Hindusum!

    (Altay Hindusla qol-qola emalatxanaya gedir)

    BIKƏ: - Bu Altay lap gicdir ki! Saç- saqqalı ağarıb, ancaq özünü uşaq kimi aparır!..
    SIRAC: - Görmürsən şəvə kimidir saçı?!.
    BIKƏ: - Əşi, o saçını boyayır!.. Eh, beləsi də adını kişi qoyub!.. Heç olmasa Əfsun bəydən nümunə götürsün!
    AFINA: - Əfsun bəydən çoxları nümunə götürməlidir!.. Əfsun bəy, deyəsən darıxırsınız!..
    XALIDƏ: - Yox, yox... Qətiyyən...
    AFINA: - Istəyirsiniz keçək mənim emalatxanama... Işlərimlə tanış olun...
    XALIDƏ: - Sonraya qalsın...
    AFINA: - Deyəsən, o, hələ tam yır-yığış edib getməyib... Yenə gələcək bura?..
    XALIDƏ: - Kim?..
    AFINA: - Xalidədi-nədi, onu deyirəm.
    SIRAC: - Sizin Xalidə ilə nə işiniz?..
    AFINA (Siraca): - Sizə məsləhətim budur ki, ondan uzaq gəzin...
    SIRAC: - Mənim məsləhətə ehtiyacım yoxdur...
    BIKƏ (Siraca): - Hər halda biz o gözəlçəni səndən pis tanımırıq.
    AFINA: - Heç kəs doğru sözü qəbul etmək istəmir. (Xalidəyə). Əfsun bəy, siz necə, Xalidə barədə nə deyə bilərsiniz?..
    XALIDƏ: - Heç nə... (Pauza). Məncə o axmaq adamdır...
    AFINA (Siraca) : - Gördün? Eşitdin?..
    SIRAC: - Əfsun bəy, xahiş edirəm düz-əməlli tanımadığımız adam barədə rəy yaratmayın!..
    AFINA: - Arif adam hər kəsi ilk baxışdan tanıyır. Əfsun bəy görüb-götürmüş adamdır. Gəlin mübahisə etməyək... Özü də mənasız mübahisə... Əfsun bəy, mən sizi, emalatxanaya dəvət edirəm... Of-f-f, başım ağrıdı... Əfsun bəy, tutun qolumdan... Mümkünsə...

    (Əfsun bəy Afinanın qolundan tutur, onlar emalatxanaya keçirlər).

    SIRAC: - Mən başa düşə bilmirəm, Xalidəni niyə istəmirlər burada...
    BIKƏ: - Xalidə təkəbbürlüdür...
    SIRAC: - Xeyr, o, təkəbbürlü yox, məğrurdur... Mərddir... Mənə elə gəlir ki, insanlar, həm də cılız insanlar mərdləri sevmir...
    BIKƏ (gülür): - Deyir, yorğana bürün, elnən sürün. Indi mərdlik zəmanəsi-zaddır bəyə?!.. Məsən, Xalidə bu gün burada olsaydı bizimlə bir stol arxasında əyləşməyi özünə rəva bilməzdi. O, hər şeydə bir rəng, bir məna axtarır. Insan nə qədər sadə olsa bir o qədər yaxşıdır... Bax, biz yedik-içdik, gülüb-oynadıq, bunun nəyi pisdir ki?.. Mənim inanmağım gəlmir ki, sən Xalidə ilə oturub-durasan...
    SIRAC: - Niyə?..
    BIKƏ: - Sən məclis adamısan, ürəyri açıqsan...
    SIRAC: - Gəl bu mövzunu qapayaq... Təbii ki, Xalidənin də hər birimiz kimi çatışmayan cəhətləri var...
    BIKƏ: - Xeyr! Mənim çatışmayan cəhətim yoxdur!
    SIRAC: - Elə ona görə də xoşuma gəlirsən...
    BIKƏ: - Dolamırsan ki, məni?!.
    SIRAC: - Mən yalan deyən adama bənzəyirəm?!
    BIKƏ: - Yox bir, bəlkə vurulumsan mənə?..
    SIRAC: - Nə bilirsən, bəlkə elə vurulmuşam ki, sən bunu heç xəyalına da gətirə bilməzsən!
    BIKƏ: - Əgər bilmək istəsən, mən kişilərə inanmıram.
    SIRAC: - Kişi ilə qadın arasında elə böyük fərq yoxdur ki... Əsas məsələ insanlara inanmaqdır. Mən insanlara inanıram... Sənə isə lap çox...
    BIKƏ: - Insanlara?.. Yəni hamıya inanmalıyıq?
    SIRAC: - Əlbəttə!.. Sevmək lazımdır insanları!.. Mən bütün insanları sevirəm, o cümlədən səni. Sevməsəm ölərəm!..
    BIKƏ: - Of-f-f... Aman Allah, hamı sevir, hamı ölür... Ölmə amandır!..
    SIRAC: - Yoxsa, inanmırsan?.. (Bikənin əlindən tutur). Sevməsəm ölərəm!..
    BIKƏ: - Bir dayan görüm! Ataş gələr, dava-dalaş düşər!..
    SIRAC: - Ataş kimdir ey?..
    BIKƏ: - Ataş?.. Əslində o heç kimdir, sadəcə mənim kölgəmdir! Gün çıxanda o da çıxıb kölgə kimi arxamca sürünür.
    SIRAC: - Bu gün hava buludludur, gün çıxmayıb; yəqin ki, Ataş da arxanca sürünməyəcək... (Bikəni özünə sarı çəkir). Bikə... Gözəl...
    BIKƏ: - Əliuzunluq etmə... Görərlər bizi...
    SIRAC: - Kim?.. Ataş?..
    BIKƏ: - Əfsun bəy, Afina, Altay... Lap elə Hindus...
    SIRAC: - Onlar öz aləmindədir... Bəri gəl...

    (Siracla Bikə qol-qola küncə çəkilirlər... Emalatxanalarda Xalidə və Afina, habelə Altay və Hindus söhbətləşir).

    AFINA: - Əfsun bəy, əzizim, bəlkə nəsə demək istəyirsiniz, amma utanırsınız?.. Mən sizi başa düşürəm... Elə mən özüm də ürəyimdən keçənləri dillə ifadə etməyə çəkinirəm... Üşümürsən ki, əzizim?.. (Xalidəyə sığınır). Əllərin buz kimidir... Necə də zərif, incə barmaqların var...
    ALTAY: - Hindus!.. Gəl çıxıb gedək buradan! Başa düşürsən məni?! (Hindusun əlindən tutur). Qoy bir sənin o qaşlarından, o qaşlarının arasındakı xaldan bir busə alım! Amma səs-küy salma ha!..
    HINDUS: - No-no!..
    ALTAY: - Mən özümü öldürə bilərəm, Hindus. Mənə indiyəcən yox-deyən olmayıb! Hindusum, Hindusum, gözəl Hindusum!.. Yalan deyirəmsə, indi qan qusum. Sevirəm ey. Sevməsən ölərəm!..
    SIRAC: - Mən indiyənəcən ürəyimlə sevmişəm, Bikə...
    BIKƏ: - Bəs indi necə?..
    SIRAC: - Indi ağlımla sevməyə başlayıram...
    BIKƏ: - Ağlın var ki, sənin?
    SIRAC: - Belə getsə olmayacaq... Heç özüm də olmayacağam...
    BIKƏ: - Allah eləməsin...
    SIRAC: - Hər şey səndən asılıdır, səndən... Sevməsən ölərəm (Diz çökür). Bikə...
    AFINA: - Əfsun bəy... Əzizim...
    ALTAY:- Hindus, mənim mələyim...
    SIRAC: - Bikə, mənim ürəyim...

    (Afina Xalidəni üz-gözünü oxşayır, Altay Hindusun saçına sığal çəkir, Sirac Bikənin əlindən tutur).

    AFINA: - Əfsun bəy...
    ALTAY: - Hindus...
    SIRAC: - Bikə...

    (Onların hamısı eyni vaxtda-qəfildən qışqırırlar. Musiqi. Xalidənin (Əfsun bəyin) saqqalı qopub Afinanın əlində qalır; Hindusun (Ataşın) hörükləri qopub Altayın ayağı altına düşür; Bikənin və Altayın başındakı pariklər də qopur. Xalidə şlyapasını, Ataş donunu soyunub atır. Səs-küy qəfildən qopduğu kimi qəfildən də kəsir. Musiqi azalır).

    AFINA (Xalidəyə): - Əfsun... Xalidə!.. Rədd ol buradan, ifritə!
    BIKƏ (Hindus): - Hindus! Ataş, bu sənsən?.. Ay gic, özünü nə kökə salmısan?!.
    SIRAC: - Xalidə, bağışla məni... Mən elə-belə... Burada səni axtarırdım...
    ALTAY: - Pah, atonnan!.. Hindus, mən ölüm, sən kimsən - Hindus yoxsa... iblis?..
    ATAŞ: - Mən kim olduğumu indi göstərərəm sizə!.. Abırsızlar!.. Həyasızlar! Ikiüzlülər!..
    BIKƏ: - Bunların hamısı parikli-maskalı imiş ki?..
    ALTAY: - Adam kişi olar! Adamın bir üzü, bir sifəti olar!..
    AFINA: - Bunlar hoqqabazlıq edirmiş!
    BIKƏ: - Bunlar mürtəddir!..
    SIRAC: - Xalidə, mən səni tanımamışam...
    ALTAY: - Mənim saçım... parikim hanı?.. Adə, bunların hamısı qrimli-parikli-maskalı imiş ki!.. Hindus, mən zarafat edirdim səninlə...
    XALIDƏ: - Sizin iç üzünüz açıldı... Bax, adamı belə ifşa edərlər!.. O pariklər, o maskalar bizim - Ataşla mənim təkcə sifətimizi dəyişmişdi. Amma sizin içinizdə-ürəyinizdə bir maska var: o maskanı cırmaq, yortmaq daha çətindir. Çünki riyakarlığın, ikiüzlülüyün, saxtakarlığın kökü çox dərində olur. Sizin daxilinizdəki maskanı çəkib çıxarmaq üçün qüdrətli cərrah bıçağı belə gücsüzdür...
    ATAŞ: - Yaxşı ki, sizin maskanız az da olsa cırıldı, yırtıldı, az da olsa üzünüz göründü.

    (Kişi və Oğlan gəlirlər).

    SƏSLƏR: - Sizə kim lazımdır?..
    OĞLAN: - Xalidə!..
    KIŞI: - Mənə də Xalidə lazımdır...
    SƏSLƏR: - Xalidə?..
    OĞLAN VƏ KIŞI: - Bəli!..
    (Xalidə bir əlini Kişiyə, digərini Oğlana sarı uzadır. Onlar əl-ələ tuturlar. Sonra hamı bir-birinin əlindən yapışır. Musiqi. Xorla oxuyurlar).

    XOR: - Gəlin cıraq maskamızı,
    Qoy görünsün üzümüz.
    Tanısınlar hamımızı,
    Üzə çıxaq özümüz.

    Kim-kimdirsə bəlli olsun,
    Titrəməsin dizimiz.
    Nifrətimiz burda qalsın,
    Əyilməsin sözümüz.

    Arxamızca qanad açsın
    Ləpirimiz, izimiz.
    Kədər bizdən uzaq qaçsın
    Susmasın avazımız!

    PƏRDƏ

    SON

    2000








    MƏRUZƏ

    (Monodram)


    İŞTIRAKÇI:
    MƏRUZƏÇİ


    Təntənəli musiqi sədaları altında zal işıqlanır. Yan tərəfdə tribuna, tribunanın üstündə mikrofon və içi maye dolu qrafin. Qoltuğu qovluqlu MƏRUZƏÇİ tribunaya yaxınlaşır. Fonoqrama yazılmış alqış səsləri eşidilir. Məruzəçi tribunanın arxasından çıxıb səhnənin ortasına doğru gəlir, zala təzim edir. Yenə alqış sədaları; Məruzəçi arxasını tamaşaçılara çevirib əks tərəfə, daha sonra profildə (yanpörtü) dayanaraq sağ və sol tərəflərə baş əyir, təzim göstərir, sonra yenə tribunaya yaxınlaşır. Alqış səsləri tədricən səngiyir. Məruzəçi qrafindəki mayedən içib sözə başlayır.
    O, danışan zaman (məruzə edərkən) gah tribunaya doğru gedir, gah səhnənin ortasına gəlir, gah da səhnədəki kresloda əyləşib ayağını-ayağının üstünə aşırır.

    Xanımlar və cənablar!
    İcazə verin, sizin hamınızı rəhbərliyimiz adından ürəkdən təbrik edim, sizə öz gələcək işlərinizdə uüurlar arzulayım. (Alqışlar).
    Bu gün bizim ən şad günümüzdür. Rəhbərlik bizə böyük etimad və qayğı göstərib. (Alqışlar).
    Bildiyiniz kimi, bizim idarəmiz özündə bir sıra vəzifə və funksiyaları cəmləşdirib. Bir təşkilat olaraq biz indiyəcən həm elmi-tədqiqat işləri və praktik fəaliyyətlə, həm də kadrların yetişdirilməsi və ixtisaslaşdırılması ilə məşğul olmuşuq. Bütün bunlar öz yerində. Amma hamıya belə bir həqiqət gün kimi aydındır ki, hər dövrün öz diktəsi, hər zamanın öz tələbi olur. Vaxtla ayaqlaşmayanların aqibəti isə hər kəsə gün kimi aydındır. Necə deyərlər, zaman - hər şeyin ölçüsü və meyarıdır.
    Sizə yaxşı məlumdur ki, müasir dövrdə - elm və texnikanın yüksək təşəkkül tapdığı bir zamanda yeni kəşflər etmək, təzə söz demək olduqca müşkül işdir. Amma biz öz üzərimizə çox böyük məsuliyyət götürərək yeni bir işə girişmişik. Və mən əminəm, habelə bizə etimad göstərən rəhbərliyimizi də əmin edirəm ki, etimadı layiqincə doüruldacaq, götürdüyümüz öhdəliyi vicdanla yerinə yetirəcəyik! (Alqışlar).
    Mən uzun-uzadı çıxış və nitqləri o qədər də təqdir etmədiyim üçün birbaşa mətləbə keçmək istəyirəm: bizim çoxdan bəri yalnız xəyalımıza gətirdiyimiz arzular çin olmuş, beynimizdə və ürəyimizdə gəzdirdiyimiz ideyalar həqiqətə çevrilmişdir. Bu ildən etibarən təşkilatımızda artıq yeni bir elm sahəsi - indiyəcən dünyanın heç bir ali məktəbində və akademiyasında analoqu olmayan modern, müasir, sivil bir fakültə fəaliyyətə başlayır. Bu, tamamilə yeni bir ixtisas, yeni bir elm sahəsidir. Əlbəttə, siz söhbətin məğzini anladınız: biz bu ildən etibarən yeni bir sahənin tədqiqi ilə məşğul olacaq, onun nəzəriyyə və praktikasının tətbiqinə elmi şəkildə nail olacağıq. Söhbət yaltaqlıq fakültəsindən - bəli, bəli, yeni fəaliyyətə başlayan məddahlıq fakültəsindən gedir. Və təbii ki, qarşımızda duran ən önəmli vəzifə günümüzün reallıüına uyğun mütəxəssislər, yəni ixtisaslı yaltaqlar hazırlamaqdan ibarətdir! (Alqışlar).
    Mən sizə bir sirr açmaq istəyirəm: biz belə bir ixtisas üzrə rəhbər kadrların hazırlanması ilə bağlı yuxarı instansiyalara ilk dəfə müraciət edərkən sözümüzü qəribçiliyə salan bürokratlar və ideyalarımızı hələ beşikdə ikən boümaüa çalışan mühafizəkarlar da tapıldı. Hətta, bəziləri dodaq büzərək bildirdilər ki, belə bir fakültənin açılmasına nə ehtiyac? Onsuz da bizdə bu işin nəzəriyyəçi və praktikləri az deyildir. Bəyəm belə bir ixtisasa rəsmi qəbul elanları verməyə ehtiyac varmı? Kütlə bizi necə başa düşər? Beynəlxalq aləm bizə nə deyər? Və sair və ilaxır... Bunu onlar deyirdi. Amma biz öz ideyalarımızı sonacan müdafiə etdik və nəhayət, arzumuza çatdıq. Başqa cür ola da bilməzdi!.. Biz qalib gəlməli idik və qalib də gəldik! (Alqışlar).
    Yeri gəlmişkən, mən bəzi mətləbləri incələmək, xırdalamaq istəyirəm: belə bir fakültəni təsis etmək ideyası bizim aülımıza haradan gəldi? Bildiyiniz kimi, bizdə ötən onillərin təcrübəsini öz həyat və fəaliyyətində qoruyub yaşadan qocaman, veteran yaltaqlar ordusu fəaliyyət göstərir. Onlar bir-bir, tədricən bu dünyanı tərk edib getməkdədirlər. Hər bir gedən mütəxəssis isə, söz yox ki, özü ilə bir xəzinə aparır. Biz çox fikirləşdik, çox götür-qoy etdik və axırda bu qənaətə gəldik ki, qocalarımızın təcrübəsini düzdə, arzusunu gözdə qoya bilmərik: nəsə fikirləşib tapmalıyıq! Tapdıq da! Evrika! (Alqışlar).
    Çoxsaylı təkliflərdən sonra rəhbərliyə müraciət etmək qərarına gəldik: xahiş etdik ki, qoy aüsaqqallar ordusunun xahişini reallaşdıraq; necə deyərlər, ataların yolu - oğulların yoludur! Layihəmizi bəyəndilər. Biz yeni ixtisasa qəbul elan etdik. Indi nəticə göz qabaüındadır: demə, fakültəmizə can atanların sayı-hesabı yoxmuş. Doürusu, biz əvvəlcə düşünürdük ki, bu sənətin sahibləri əsasən qocalardır. Yaltaqlıq bir növ köhnəlmiş, dəbdən düşmüş peşədir. Amma... səhv edirmişik. Bizdə yeni fakültəyə daxil olmaq istəyən nə qədər istedadlı gənclər, qabiliyyətli yeniyetmələr varmış! Biz öz gənclərimizlə, öz gəncliyimizlə fəxr etməliyik!.. Eşq olsun onlara! (Alqışlar).
    Budur, indi nəticə göz qabaüındadır. Qəbul üçün nəzərdə tutulmuş bir yerə minlərlə ərizə verilmişdi; amma biz yaxşıların ən yaxşısını seçmişik. Mənə elə gəlir ki, ilk qəbul uğurlu keçib. Öyünməyə dəyər. Dediyim kimi, fakültənin yaradılmasına kömək edənlərlə yanaşı, onun açılmasına mane olan qüvvələr də vardı. Amma biz bütün çətinlikləri dəf edərək öz məqsədimizə çatdıq. Axı, yaltaqların və yaltaqlıüın qarşısında hansı qüvvə tab gətirə bilər?!.

    Alqışlar. Məruzəçi su içir.

    Qəribədir ki, bizdə bəziləri yaltaqlıüa qarşı az qala səlib yürüşü elan etmək istəyir. Niyə? Nə üçün? Guya bu fenomenin elmi əhəmiyyəti və sosial dayaqları yoxdur. Bu, kökündən yanlış ideyadır. Anti-elmi düşüncə sahiblərinin nəzərinə çatdırmaq istəyirəm ki, yaltaqlıq tarixi-ənənəvi kateqoriyadır. Onun əmələ gəlməsində isə obyektiv və subyektiv amillərin rolu diqqəti çəkir. Əlbəttə, hadisənin - yəni yaltaqlıüın kökündə həm sosial, həm də genetik faktorlar mövcuddur; mən hələ siyasi mahiyyət kəsb edən nüansları demirəm.
    Biz ölkənin nüfuzlu alimlərini - praktik və nəzəriyyəçiləri yeni təsis olunmuş fakültəyə cəlb etməklə gələcək elmi yüksəlişlərin möhkəm bünövrəsini qoymuş oluruq. Bizim ilk tədqiqat işimiz çox güman ki, yaltaqlıüın elmi təsnifatına həsr olunacaq.
    Bizim hörmətli elmi araşdırıcılarımızdan biri indi sizin aranızda - bu zalda əyləşib. O, öz peşəsinin vurüunu, öz işinin ustasıdır...

    Zala baxır.

    Hə, odur, ayağa durmaq istəyir... Əyləşin, əyləşin... Bax, elə... Saü olun! Oturuşunuzla-duruşunuzla xalqa nümunə olası adamsınız! Ləqəbiniz nə oldu sizin?.. Nə?.. Hə, yadıma düşdü: “günəbaxan”. Niyə məhz “günəbaxan”?.. Bəlkə bu sirri açıb deyim?.. Olar?.. Əlbəttə, olar! Burada hamısı özümüzünkülərdir. Bilirsiniz ki, günəbaxan həmişə üzünü Günəşə sarı tutur. Günəş haraya gedirsə, o da onun arxasınca üz tutur. Bu, nə deməkdir? Yəni yuxarıdakılar - Günəş, aşağıdakılar - günəbaxandır! Bax, bunu dilsiz-ağızsız bir bitki, daha doürusu, bitkilərin yaltaüı başa düşür, amma bizim bəzi soydaşlarımız anlamaq istəmir. Elə deyilmi? Əyləşin, “Günəbaxan” müəllim!.. Siz bir çönüb onun Lalə kimi qızarmış yanaqlarına, məmnunluq ifadə edən gözlərinə baxın. Baxın və nümunə götürün! Elə bilirsiniz bu jesti, bu pozanı, bu görünüşü almaq asan məsələdir?.. Xeyr!.. Hım-m-m... Bilirsinizmi, yaltaqların heç də hamısının dünyagörüşü və mədəni səviyyəsi eyni deyildir. Ona görə də biz qərara almışıq ki, hər bir mütəxəssisi özünə, öz ampluasına uyüun işlə təmin edək. Məsələn, yaltaq var ki, xırda bir idarədə çalışa bilər; onun yüksək vəzifəli adamın yanında görünməsinə ehtiyac yoxdur. Amma bizim geniş miqyasda, iri çapda işləməyə qadir istedadlı, təcrübəli kadrlarımız da az deyildir. Belələrinin yüksək elmi dərəcəsi, cəmiyyətdə xüsusi nüfuzu vardır. Bu cür yaltaqları ən mötəbər məclislərə göndərmək olar.
    Yaltaqların daxili aləmi və xarici görünüşü bir-birini tamamlamalıdır.

    Zala üz tutur.

    Ey, bu, sənə aiddir. Ayağa durma, əyləş... Onsuz da hamı tanıyır səni. Hım-m-m... Utanıb başını aşağı salmağın, dişlərini ağartmağın, büzüşməyin pis alınmır. Amma bir az ifrata varırsan? Nə mənada? O mənada ki, bizim sənətin öz ölçüsü-biçisi var: gərək hər şey təbii alınsın. Amma sən bəzən əndazədən çıxırsan. Öz rəisinin qarşısında çox hırıldayırsan, dişlərinin hamısı görünür. Bunlar hələ azmış kimi sən güləndə gözlərindən yaş gəlir. Hələ bunu da baüışlamaq olardı bəlkə: təəssüf və təəccüb doüuran hal burasıdır ki, hətta, burnundan da yaş gəlir. Və nəticədə nəyin şahidi oluruq: sənin gözünün, ağzının və burnunun suyu bir-birinə qarışır... Əyləş, əyləş... Təşəkkürə ehtiyac yoxdur.
    Yaltaqlıq elə-belə, ötəri, gəldigedər mövsümi sənət deyildir. Gərək bu sənəti seçənlər ona sonacan sadiq qalsınlar. Yaltaqlıq dialektika, inkişaf deməkdir; əgər yerində saysan, bir başqası gəlib səni keçəcək. Mən yaltaq müavin tanıyıram ki, işlədiyi müddətdə iyirmi rəis dəyişib, amma o, yenə öz vəzifəsindədir. Mən yaltaq rəis tanıyıram ki, on beş nazir yola salıb, amma öz postunu əldən verməyib. Mən nazir tanıyıram ki, on rəhbərlə iş birliyi yapıb, amma yenə öz kreslosunu əldən verməyib. Mən elə prez... prezi... prezentasiyalar görmüşəm ki, orada öz vəzifəsinin əlli illiyini keçirən yaltaüa ətrafdakı yaltaqlar qırx gün - qırx gecə mədhiyyələr deyiblər... “Mədhiyyə” - demişkən: bu, əslində, bildiyiniz kimi, ədəbi-poetik úanrdır, özü də Şərqdə meydana gəlib. Indi biz yeni eraya qədəm qoymuşuq; kompüter yaranıb, internet meydana gəlib, qloballaşma gedir; lazımdır ki, mədhiyyə janrını xaricə, ələlxüsus, Qərbə də ixrac edək. Bizdə Şərq standartlarına uyğun güclü yaltaqlıq mütəxəssisləri az deyildir... Mədhiyyə haqqında yenə beş-üç kəlmə demək istəyirəm. Bu janrı yaşadanlar, bildiyimiz kimi, əsasən şairlərdir. Əlbəttə, biz onlardan bəzilərini - ən qabiliyyətlərini tədris işlərinə cəlb edəcəyik.

    Zala sarı baxır.

    Əyləşin... xahiş edirəm əyləşin. Siz o dəqiqə hiss etdiniz ki, mən məhz sizi nəzərdə tuturam. Bizim sizə böyük hörmətimiz var. Ağsaqqalımızsınız... Siz doğrudan da gənc nəslə örnəksiniz. Bilirəm, sənətə yeni qədəm qoyan cığırdaşların bəziləri sizi bəyənmir. Onlar nə bilirlər ki, həyat nədir? Fikir verməyin, baş qoşmayın onlara! Qoy rədd olsunlar!.. Sizin həyatınız canlı ensiklopediyadır. Bax, bir şeiriniz var ey... Adı nədir? Bəli, bəli, o cürdür: İthaf eləmişəm sizə bu şeiri...” Sonrası nə cürdür?.. “Tək sizə, tək sizə...” və sair. Bizdə son yetmiş ildə rəhbərliyə bəlkə də otuz adam gəlib, amma siz məhz bu şeiri onların hamısına oxumusunuz və hər birinə də bəyan etmisiniz ki, bu əsər “tək sizə, tək sizə ithaf olunub”. Hər təzə gələn rəhbər də sizi tərifləyib, sizə ənam verib, orden-medal verib, mənzil verib, bağ verib. Bu, xırda məsələ deyil! Amma sizin elə həmkarlarınız da var ki, hər təzə gələn rəhbərə təzə bir şeir ithaf ediblər, amma əvəzində ənam nədir - heç bir çürük qoz da ala bilməyiblər. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, siz öz seçdiyiniz sənətin mahir bilicisisiniz. Bəs nə üçün sizin davamçılarınız yetişməsin?.. Əyləşin, əyləşin... Xahiş edirəm. Rica edirəm. Mən o günləri televizorda sizin çıxışınıza qulaq asdım: öz həyatınızdan, yetimliyinizdən, evsizliyinizdən, yazıqlığınızdan, kimsəsizliyinizdən, kasıbçılıüınızdan söhbət açıb elə təbii şəkildə ağladınız ki, tamaşaçılar da sizə qoşulub hönkürdü... Sonra düşmən qarşısında əyləşməyən o məğrur başınızı aşağı əyib sizə sarı uzadılmış... e-e-e... zadı, yəni əli öpürdünüz. Siz, əlbəttə, zadı, şeyi, e-e-e, ayağı da öpmək istəyirdiniz, amma zad... e-e-e, ayaq əl deyil axı... dodaqlarınız ayaqqabının içində gizlənmiş ayaqları öpmək arzusu ilə xəzan yarpaüı kimi titrəyirdi. Əyləşin, əyləşin... Hörmətli şairimiz, siz bizim fakültənin fəxri müəllimisiniz. Əlbəttə, hər gün buraya gəlməyə ehtiyac yoxdur, ayda bir dəfə baş çəkdiyiniz kifayətdir - maaş alandan-alana... Biz yuxarılar qarşısında sizin gələcəkdə dünyaya göz açacaq nəticənizə indidən ev ayırmaq barədə məsələ qaldıracaüıq! Amma sizdən bir xahişimiz olacaq: gərək bizim himnimizi siz yazasınız. Yəni “Yaltaqlar himni”ni... Gülümsəyirsiniz?.. Əlbəttə, bu, razılıq əlamətdir. (Alqışlar).
    Düzü, mən bilmirəm öz peşəmizi hansı sənətlə müqayisə edim ki, hamının ürəyindən olsun. Bu, zahirən öyrənilməsi asan olan bir peşə təsiri baüışlayır. Əslində isə belə deyil. Elə döyüş də uzaqdan baxana asan gəlir. Mən heç bir şişirtməyə yol vermədən deyə bilərəm ki, bizim işimiz də əbədi, fasiləsiz döyüş deməkdir.
    Yaltaqlıq, yəni məddahlıq elə peşədir ki, onunla bütün sənət və elm adamları məşüul olur və olmalıdır. Məsələn, dilçilərimiz...

    Zalda oturanlardan hansınasa üz tutur.

    Əyləşin, əyləşin... Xahiş edirəm, ayağa durmayın. Mən o günləri bizim dilçi alimlərimizdən birinə müraciət etmişdim... Yox, sizə yox, başqa birisinə. Adını sonra deyərəm. Hə, ondan xahiş etmişdim ki, yeni bir monoqrafiya yazsın: dil və yaltaqlıüın qarşılıqlı əlaqəsi barədə. Mən istəyirdim ki, o əsərdə dilimizin bütün leksik imkanları geniş şəkildə təhlil olunsun; yəni iş prosesində hansı söz və ifadələrə daha tez-tez müraciət etmək lazımdır?.. Mən gözləyirdim ki, həmin alim, yaltaüın cib dəftəri üçün ən vacib sözləri seçib qruplaşdıracaq. Məsələn: “qurban olum”, “ayağının altında ölüm”, “həyatımı sənə baüışlaya bilərəm”, “Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın” və sair. Görürsünüzmü, xalqımızın necə dürlü-dürlü əzizləmə, oxşama sözləri var?!. Bax, bunları tədqiq etmək lazımdır!.. Amma... Amma adını çəkmək istəmədiyim o mənfur dilçi alim gedib sözün necə meydana gəlməsi, söz yaradıcılıüı barədə sərsəm bir məqalə hazırlayıb. Yazının da adını nə qoysa yaxşıdır? - ““Yaltaq” sözünün mənşəyi”. Bəlkə də “mənbəyi” yazmışdı, bunun elə bir əsaslı fərqi yoxdur. Bu sərsəm sübut etməyə çalışır ki, guya “yaltaq” sözünün kökü “yal”dır. “Yalaq”, “yalmanmaq”, “yalan” sözləri də həmin kökdən yaranıb guya! “Yal” və “yaltaq”! Bir diqqət yetirin, bu sözlərin arasında bir oxşarlıq var ya yox?.. Qətiyyən! Canım, “yal”ın, “yaltağa” nə dəxli? “Yaltaq” əslində “yol” sözünə daha yaxındır; yəni bu da bizim seçdiyimiz bir yoldur.
    Odur, orada çox hörmətli, çox təcrübəli bir məddah alimimiz də əyləşib. Bəli, bəli, sizi nəzərdə tuturam.

    Zala doğru boylanır.

    Əyləşin, əyləşin... Xahiş edirəm, əyləşin. Doğrusu, sizin sosial-fəlsəfi aspektdə apardığınız araşdırmalar mənim çox xoşuma gəlir. Siz özünüzün son əsərinizdə doğru olaraq buyurursunuz ki, yaltaq öz şifahi nitqində heç zaman inkar əvəzliyindən istifadə edə bilməz. Məsələn, klassik yaltaqların leksikonunda “yox” sözü yoxdur. Bu, elmdə böyük kəşfdir! Yaltaqlıq sənətini seçənlər “yox”, “xeyr” sözünü dilinə gətirməməlidir; əgər nadir hallarda bu sözlərə müraciət etsələr belə, onları olsa-olsa təsdiq mənasında işlədə bilərlər. Məsələn, əgər bir rəhbər yoldaş sənə üz tutub sınaq üçün soruşsa ki, e-e-e... zad... “deyirlər qatıq ağdır” - sən yalnız bu cür momentlərdə həmin rəhbər yoldaşın ürəyindən keçənləri duyub tez cavab verməlisən: “yox!”. Bax, bu “yox”un özündə də bir “bəli!”, yəni təsdiq elementi var.
    Ümumiyyətlə, bayaq dediyim kimi, yaltaqlıüın özünün dəqiq elmi təsnifatını aparmaq lazımdır. Bizim bugünkü toplantımızda yaltaqlıq üzrə təkmilləşmiş, böyük uüurlar əldə etmiş ən müxtəlif elm sahələrinin aparıcı şəxsiyyətləri - şair və nasirlər, dilçi və tarixçilər, sənətşünas və filosoflar, fizik və riyaziyyatçılar, geoloq və kimyaçılar, habelə hakim və həkimlər, polis və idmançılar, süpürgəçi və pinəçilər və sair və ilaxır iştirak edir... Bunlar, bu kadrlar bizim sənətimizin, elmimizin uüurlu perspektivindən, işıqlı gələcəyindən xəbər verir! (Alqışlar).
    Mən yeri gəlmişkən, hamımıza aid olan bir məsələni bir daha xüsusilə vurüulamaq istəyirəm: hər yaltaq özünün yerini bilməlidir!.. Mən bununla nəyi demək istəyirəm?.. Bir də görürsən ki, hansısa bir əyalət yaltağı gəlib böyük şəhərlərdə yaltaqlıq eləmək istəyir. Əzizim, bəyəm böyük şəhərlərin böyük-böyük yaltaqları ölüb ki, sən döşünü irəli verirsən? Bizim dünya arenasına çıxası beynəlxalq dərəcəli yaltaqlarımız ola-ola, ay region və ya əyalət səviyyəli yaltaq, nə üçün yuyulmamış qaşıq və ya boynu lentli toy toülusu kimi ortaya atılırsan?!. Biz bəzən bu cür primitiv yaltaqların səriştəsizliyi ucbatından xarici qonaqların qarşısında xəcalət çəkməli oluruq. Canım, adam gərək öz imkanlarını nəzərə alsın, yüz ölçüb bir biçsin, aüır oturub batman gəlsin. Yoxsa, bizə “sarı vərəqə” göstərərlər.
    Doürusu, indi bu möhtəşəm zala, bu zalda əyləşən mütəxəssislərimizə baxarkən mənim ürəyim dağa dönür. Bir baxın görün bizim necə istedadlı övlad və atalarımız, oğul və... və istədim ki, “qızlarımız var “ - deyim, amma istər-istəməz bu yerdə tərəddüd etməli oldum. Nədənsə, qadınlarımız arasında bizim sənətimizin davamçıları çox azdır. Mən buna təəssüf edirəm! Bu, biz kişilərin günahıdır! Niyə biz öz qadınlarımızın - arvad və qızlarımızın təbii boyartımı, inkişafı ilə məşüul olmuruq? Niyə? Axı, bu ayrı-seçkilik nə vaxtacan davam edəcək? Bəyəm bizdə qadınla kişi arasında sosial-siyasi - mədəni-iqtisadi fərqlər mövcuddur? Yox! Qətiyyən, yox! Bəs bu hüquq bərabərliyindən qadınlarımız niyə istifadə etməsin? Soruşuram: niyə?.. Gəlin papağımızı qabağımıza qoyub bu məsələ ətrafında yaxşı-yaxşı fikirləşək, vəziyyətdən çıxış yolu axtarıb tapaq. Əlbəttə, mən “papaq” sözünü elə-belə, məcazi mənada işlədirəm; çünki bizim heç birimizin papağı yoxdur və əslində buna heç ehtiyac da duyulmur. Hətta, kiminsə başında papağa oxşayan nəsə varsa, bunun özü də şərti, nisbi, məcazi mahiyyət kəsb edir. Və yeri gəlmişkən, çəkdiyimiz siqaret də, içdiyimiz araq da kişiliyə dəlalət etmir. Siqaret demişkən... Yadıma ibrətamiz bir hadisə düşdü... Bir müddət əvvəl belə bir hadisə olmuşdur: böyük idarələrdən birinin çox nüfuzlu bir rəhbər işçisi siqaretini tüstülədə-tüstülədə ətrafına göz gəzdirir - sən demə, külünü tökməyə külqabı axtarırmış. Əlbəttə, bütün böyük adamların yanında bizim kadrlarımızdan mütləq kimsə olmalıdır. Və həmin anlarda da həmin nüfuzlu işçinin yanında təbii ki, bizimkilərdən biri ayaq üstə müntəzir dayanıbmış.

    Zala boylanır.

    Zəhmət çəkməyin, əyləşin, əyləşin!

    Əli ilə kiməsə oturmaq işarəsi verir.

    Bəli, bəli, mən sizin aüıllı taktiki gedişinizi xatırlatmaq istəyirəm. Bizim mütəxəssis tez irəli cumub nə etsə yaxşıdır?.. Ovcunu tezcə qoşalayıb külqabı kimi onun qarşısında tutub deyir: “Xahiş edirəm siqaretin külünü külqabıya tökün!”

    Səsini dəyişib kimisə yamsılayır.

    “Əzizim, elə isə xahiş edirəm, oradan, bax o şkafın üstündən külqabını götürüb gətirin, qoy külü ora töküm”.

    Səsini dəyişib kimisə yamsılayır.

    “Canım, elə mənim ovcum da külqabıdır, rica edirəm, külünüzü bura tökün”.

    Səsini dəyişir.

    “Axı, orada külqabı var, onu gətirin”.

    Səsini dəyişir.

    “Canım, nə külqabı? Bəs bu nədir? Külqabı deyil? Mənim ovcum həm külqabıdır, həm də gülqabı. Başqa bir zəruri ehtiyacınız varsa ovcumdan istifadə edə bilərsiniz. Məsələn, zibilqabı kimi, lap elə, üzr istəyirəm - zad kimi, karşok kimi...”. Bax, budur peşəkarlıq, budur ustalıq! (Alqışlar). Dayanın, dayanın, əl saxlayın!.. Yox, məsələ bununla başa çatmadı. Bir qulaq asın! Bizim mütəxəssis öz vəzifəsini uzun müddət elə vicdanla, elə namusla icra edib ki, onu yuxarıların, lap yuxarıların da gözü tutub. Nəticədə nə baş verdi? Haqqında söhbət gedən kadrı irəli çəkib qoydular həmin böyük idarənin çox nüfuzlu rəhbər işçisinin yerinə! Həmin işçini isə onun yerinə təyin etdilər. Bəs sonra?.. Bizim keçmiş kadr kresloya əyləşən kimi ayağını-ayağının üstünə aşırıb zəngin düyməsini basır. Yeni kadr - yəni əvvəlki böyük idarələrdən birinin keçmişdəki çox nüfuzlu rəhbər işçisi dik-dik yeriyir düz onun üstünə, gözlərini bərəldib soruşur: “Eşidirəm, nə lazımdır?”.

    Səsini dəyişir.

    “Heç, elə-belə... Nə var - nə yox?.. Yaxşısan? Zəhmət olmasa, oradan - o dolabın üstündən külqabını götürüb bura gətir”. Eks-rəhbər işçi ayaqlarını sürüyə-sürüyə dolaba yaxınlaşır, külqabını gətirib sakitcə təzə rəhbər işçinin qarşısına qoyur.

    Səsini dəyişir.

    “Buyurun!” Səsini dəyişir. “Hım-m-m... Oldu... Saü ol!”. Və bir saatdan sonra təzədən zəngin düyməsini basır. Eks-rəhbər işçi daxil olur.

    Səsini dəyişir.

    “Eşidirəm sizi!”

    Səsini dəyişir.

    “Zəhmət olmasa, o külqabını...”. Bizim eks ətrafa boylanır, şkafın, dolabın üstünə, televizorun altına baxır, külqabı tapılmır ki, tapılmır. Və... o, məcbur olub belini əyir, ovcunu qoşalayıb, irəli uzadır.

    Səsini dəyişir.

    “Buyurun...”.

    Səsini dəyişir.

    “Hə, deyəsən axır ki, külqabını tapdın!” Həmin eks-rəhbər işçi, yeri gəlmişkən deyim ki, o da vaxtilə bizim ixtisaslı kadrlardan olub, indi burada yoxdur... Doürusu, o, arada bir öz yerişini-duruşunu dəyişmişdi. Amma yenə əzəlki səviyyəsinə qayıdıb: əlbəttə, yeri dəyişiləndən sonra. İndi, o, öz əzəlki biliklərini yenə bərpa etməkdədir. Biz bunu nəzərə alacaüıq. Özünü ləyaqətli, bacarıqlı mütəxəssis kimi təzədən göstərə bilsə, onu qarşıda təzə perspektivlər gözləyir. Elə deyilmi? Yəqin maraqlanırsınız ki, o, indi - bu anlarda nə işlə məşüuldur, haradadır, niyə bu mötəbər toplantıya təşrif buyurmayıb?.. Bayaq eks-rəhbər işçinin təzə müdiri mənə yaxınlaşıb dedi ki, onu dəniz sahilinə istirahətə göndərib: eks-rəhbər işçi təzə müdirin nəvəsini gəzintiyə çıxarıb... Qoy dincəlsin, nuşican! Həm də ki, onun yanındakı körpə - təzə müdirin nəvəsi bir balaca soyuqlayıb, görürsən ki, təbii zərurət yaranır, uşaüa tez-tez zad... lazım olur - karşok... Çox tərbiyəli uşaqdır, onu mən özüm də görmüşəm, amma bir az qarınquludur, babası kimi yeyib-içməyi xoşlayır. Fikirləşirəm ki, əgər birdən o uşaüa, məsələn, pampers lazım olsa, bizim keçmiş və həm də indiki mütəxəssis nə etməli olacaq?.. Məlum məsələdir ki, bizim kadrlar hər cür ekstremal situasiyadan çıxış yolu arayıb tapmalıdırlar. Bax, əsl şücaət, əsl qəhrəmanlıq budur! (Alqışlar). Bizim peşəyə maraq günü-gündən artmaqdadır. Bu isə səbəbsiz deyil; axı, mütəxəssislərimizə ehtiyac çoxdur. Az qala hər bir idarə, müəssisə rəhbəri öz yan-yörəsində, öz qapısının aüzında məhz bizim mütəxəssisləri görmək istəyir. Heç də təsadüfi deyildir ki, qəzet səhifələrini bizim kadrların şəkilləri bəzəyir, teleekranlardan bizim mütəxəssislərin tanış çöhrəsi görünür. Bəstəkarlar, rəssamlar, yazıçılar, alimlər bizimlə sıx əməkdaşlıq edirlər.
    Böyük bəstəkarlarımızdan biri bizim himnimizi yazmaüa hazırlaşır, indi biz ona sponsor axtarırıq. Onun çox istedadlı bir tələbəsi isə özünün son mahnı və rəqslərini bizə ithaf edib. Bəlkə qulaq asaq o ecazkar melodiyalardan birinə?..

    Rəqs havası çalınır. Məruzəçi əllərini yuxarı qaldırıb əvvəlcə dik-dik şıdırğı rəqs edir, atılıb-düşür, sanki kiminsə üzünə gülümsəyir, oynaya-oynaya boynunu bükür, sonra dişlərini aüardıb irişə-irişə tədricən aşağı əyilir, dizi üstə çöküb hoppanır, nəhayət, başını döşəməyəcən endirib çömbəlir, arxasını tamaşaçılara sarı çevirib sanki kiminsə qarşısında əyilərək bir neçə dəfə təzim edir, gurultulu alqışlar altında yavaş-yavaş ayaüa durub qəddini düzəldir, gülümsəyir, əlini-əlinə vurur, alqışçılara qoşulur. Rəqs havası başa çatır.
    Məncə, bu musiqi əsəri bizim sənətimizin bütün incəliklərini özündə ehtiva edib. Bax, sənətin gücü bundadır!.. Eşq olsun sənətə və sənətkara!..
    Bildiyiniz kimi, mən öz əsərlərimdə, eləcə də məruzə və çıxışlarımda kiməsə isnad etməyi, kimdənsə iqtibas gətirməyi xoşlamıram. Amma bu gün məcburam ki, ötən eranın tanınmış alimi Aleksandr əl - Kaftari Trabzonçukdan sitat gətirim. Əliiskəndər Kaftar oülu Trabzonlu görün bir yaltaqlar haqda nə yazır? (Oxuyur). “Yaltaqlar - cəmiyyətin korbağırsaüıdır”. Yəni onları istənilən vaxt kəsib atmaq olar. Bu, həqiqətə uyğun fikir deyil. Yeni dövrün böyük mütəfəkkiri Kazimir Transseks Maralyanovski - yəni Mirkazım Turansəkkiz Maralsoylu ona belə cavab verir: (Oxuyur). “Yaltaqlıq cəmiyyətin ciyəridir, onsuz nəfəs almaq qeyri-mümkündür”. Bax, fikir budur! (Alqışlar). Cəmiyyət bizsiz mövcud ola bilməz. Bizim sənətimizin özünəməxsus spesifikası var. Bunu, qətiyyən inkar etmək olmaz. Bizim kadrlar gecə-gündüz işləməli, axtarışlar aparmalı, bu sənətə yeniliklər gətirməlidir. Sizə çox ibrətamiz bir misal çəkmək istəyirəm. Bu gün bu zalda sənətimizin gənc, istedadlı, yorulmaz bir nümayəndəsi əyləşib.

    Zala sarı əl edir.

    Əyləşin, əyləşin!.. Sizi, hamımız tanıyır, sevir, qiymətləndiririk. Bu dəyərli dostumuz az bir müddət ərzində çox irəliləyib, qabaüa gedib. Əvvəllər kiçik bir işdə çalışırdı. Amma tezliklə rəhbərliyin etimadını qazandı.

    Zala sarı boylanır.

    Əyləşin, əyləşin!.. Xahiş edirəm, qalxmayın. Bəli, o, çox sürətlə irəliyə doüru hərəkət etməyə başlayıb. Səbəb nədir? Nədir səbəb?.. Bax, sual budur, amma bu sualda cavab da gizlənib. Bizim gənc dostumuz sənətimizin bütün sirlərini mənimsəyib. O, hamının qarşısında sual işarəsinə çevrilir, hətta, güzgüdə öz əksini görəndə belə təzim eləyir. Belə də olmalıdır! Bizə nida işarəsi yox, sual işarəsi lazımdır! Biz nifrət edirik nidalara! Yaşasın suallar və sual işarələri. Axı, həyat özü də bir sualdır.
    Əziz həmkarlarım, mən sizin diqqətinizə çox sevindirici bir informasiyanı çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bizdə əvvəllər yaltaqlıq ixtisası üzrə mütəxəssislərin hazırlanmasına o qədər də diqqət yetirilməyib. Ona görə də kadr qıtlıüı keçirmişik. Amma bu gün vəziyyət get-gedə düzəlir, hər bir sahədə olduüu kimi, bizim işimizdə də irəliləyişlər hiss olunmaqdadır. Sevindirici xəbərsə ondan ibarətdir ki, işimizlə baülı yeni konsepsiya hazırlanıb! (Alqışlar). Biz həmin konsepsiyanı parlamentə təqdim edəcəyik! (Alqışlar). Yataqlıq və onun inkişafı haqqında xüsusi qanun hazırlanacaq! (Alqışlar). Biz öz ixtira və qanunlarımızla bütün dünyanı heyrətləndirməliyik; qoy dünya bizdən nümunə götürsün! (Alqışlar). Bəs nədir bizim yeni konsepsiyamızın mahiyyəti? Məlumdur ki, biz özümüzün sevib-seçdiyimiz bu peşə ilə sistemli şəkildə çox gec məşüul olmaüa başlamışıq. Bu isə bəzən istənilən səmərəni vermirdi. Yeni layihəyə əsasən yaltaqlıq ixtisası vətəndaşlarımıza lap kiçik yaşlarından tədris edilməyə başlayacaq: uşaq baüçası, orta məktəb, universitet və sair. Ələbttə, ondan sonra da biz kadrlarımızın boy artımına fikir verəcəyik. Ali təhsil alandan sonra müdavimlərimizdən bəziləri elm arxasınca gedəcək - professor, akademik olacaq, bir çoxları isə öz karyeraları uürunda səssiz - yəni öz peşələrinin tələbinə müvafiq olaraq - mübarizə aparacaq, idarə rəisi olacaq, nazir postu tutacaq, hətta... hətta, daha böyük vəzifələrə seçiləcəklər. Mən əminəm ki, biz yeni konsepsiyanı həyata keçirsək, kadrlarımızın səsi-soraüı başqa dövlətlərin yüksək xitabət kürsülərindən gələcək.
    Artıq qeyd etdiyim kimi, çox böyük bir bəstəkarımız bizimlə yaradıcılıq əməkdaşlıüı eləyir, himnimizi yazır. Himnimizin sözlərini yazmaq üçünsə müsabiqə elan etmişik. Bizim necə də istedadlı şairlərimiz varmış, əziz həmkarlarım! Son günlərdə poçt şöbələri müsabiqəyə müxtəlif bölgələrimizdən göndərilmiş şerləri maşınlarla daşıyıb qurtara bilmirlər. Himnin sözlərini yazmaq uğrunda şairlər arasında, sözün müstəqim və müsbət mənasında, müharibə gedir. Bizdə sevib-seçdiyimiz sənətə necə böyük axın və məhəbbət varmış! Indi xüsusi komissiya ayırmışıq: əsl poeziya nümunələrini bir yerə toplayıb himn mətni kimi bizə təqdim edəcəklər. Və biz çox güman ki, himnin müəllifini, daha doğrusu, müəlliflərini bu yaxınlarda elan edəcəyik. Dünya praktikasında daha mühüm bir yeniliyin ilk nümunəsi bizdə pasport alacaq: himnin yüzlərcə, ilkin ehtimallara görə, yeddi yüz yetmiş yeddi müəllifi olacaq! (Alqışlar). Bu, bizdə əsl poetik yaradıcılıüın uüurlu gələcəyindən xəbər verir. (Alqışlar). Qurultayımızın açılışında bizim çox hörmətli bir şairimiz iştirakçıları təbrik nitqi ilə salamlayacaq, sonra isə bizlərə - yəni sizlərə ithaf etdiyi şeiri oxuyacaq. Şer artıq hazırdır.

    Zala üz tutub kiməsə əl eləyir.

    Hörmətli şairimiz bugünkü toplantıda iştirak edir, gəlin onu alqışlayaq! Bir tuş, e-e-e, bir alqış!

    Alqış səsi eşidilmir, Məruzəçi ətrafa boylanır, sanki çaşır, dilxor olur.

    Hə, nə oldu alqış sədaları?.. Nədir, alqış fonoqramı xarab oldu?.. Bu, nə biabırçılıqdır?.. Bizim hörmətli şairimizi niyə pərt edirsiniz, o, abırlı-həyalı bir insandır.

    Zala üz tutub əlini irəli uzadır.

    Əyləşin, hörmətli sənətkarımız, böyük şairimiz, əyləşin! Ayağa durmasanız da olar, onsuz da xalq sizi hər gün görür, dinləyir, ibrətamiz söhbətlərinizə qulaq asır... Hə, harada qaldı söhbətimiz?.. Dedim ki, şer artıq hazırdır. Bizim müdrik, dünya şöhrətli şairimiz bu yaxınlarda çağrılacaq qurultaydan elə bu gün, yəni vaxtından xeyli əvvəl ruhlanaraq, ilhama gələrək gözəl bir poeziya nümunəsi ortaya qoyub. O şeirin bir nüsxəsi əlimdədir. Az qala poema həcmində qələmə alınmış o parlaq əsərin bəzi bəndlərini əfkar-ümumun nəzər-diqqətinə çatdırmaq istəyirəm. (Alqışlar). Hə, deyəsən, alqış fonoqramı işə düşdü. Eləsə, qulaq asın.

    Əlinin birini yuxarı qaldırıb “poetik” - düşüncəli bir görkəm alır, o biri əli ilə saçına sıüal çəkir, sonra eynəyini taxıb yenə cibinə qoyur, içini arıtlayıb şeiri oxumaüa başlayır.

    “YALTAQLAR QURULTAYINDA DÜŞÜNCƏLƏR”

    Bu gün yaltaqların qurultayıdır,
    Üzlərdə, gözlərdə sevincə bir bax.
    Səhnə çalxalanır, zal guruldayır -
    Görəsən hamıya növbə çatacaq?

    Görəsən ön sözü kim söyləyəcək,
    Görəsən son sözü kim söyləyəcək?
    Kimin ünvanına alqış yaüacaq,
    Kimin qarasınca qarüış yaüacaq?

    (Baş barmaüını yuxarı qaldırır, yəni: “əla!”).

    Hər kəndin, şəhərin öz namizədi,
    Hərə bir yalaqdan yallanıb gəlib.
    Kimi bu məclisdə hələ təzədi,
    Kimi arxivlərdən küllənib gəlib.

    (Başını təəssüflə yellədir, yəni: “xoşum gəlmədi”).

    Bugünkü məclisin neçə züytutan
    Cavan, yeniyetmə mırtvuranı var.
    Yaltaqlıq stajı bir əsrə çatan
    Üzü üzlər görmüş veteranı var.

    (Başını təqdiredici tərzdə tərpədir, yəni: “əla!”).

    Burada nəsillər görüşür indi -
    Əldən ələ keçir burda estafet,
    Vallah, yaltağın da işi çətindi -
    Gərək tüpürcəyə öyrənsin sifət...

    Bəli, yaltaqların qurultayıdır,
    Əvvəlcə hesabat oxunsun gərək.
    Bizim məruzəçi tanrı payıdır,
    Incə mətləblərə toxunsun gərək:

    “Bu il yaltaqların çoxalıb sayı
    Gələn il daha da çoxalaraq biz.
    Çatsa hər yaltaüa bir tula payı
    O zaman elliklə tox olarıq biz!”

    Yaltaqlar kürsüyə gərirlər sinə,
    Aüızlar köpüklü, qulaqlarsa şək.
    Yaltaq var - axıdır çayı tərsinə,
    Yaltaq var - ordunu qırır təkbətək.

    Nümayəndə xanım təmsil eləyir
    Nüfuzlu “Yaltaqlar” partiyasını,
    Yaltaq bir müüənni yaman mələyir -
    Oxuyur “Yaltaqlar ariya”sını.

    Döyür sinəsinə bir şair yaltaq,
    Danışır faydalı təcrübəsindən.
    Onu qabaqlayır bir mahir yaltaq -
    Dərs deyir yaltaqlıq məcəlləsindən...

    Mikrafon önündə növbəyə bir bax:
    Mühəndis, bəstəkar, aqranom, həkim...
    Hamısı əməkdar-qəhrəman yaltaq
    Belə qurultayda kim darıxar, kim?..

    Əziz şairimiz, çox gözəl şeirdir, amma kiçicik bir iradım var: gərək ki, şeirin üçüncü bəndində siz də bəzi tədqiqatçılar kimi, yaltaq sözünün “yal” sözündən törədiyini israr edirsiniz. Bu, belə deyil, axı! Xahiş edirəm “yal”ı “yol” eləyin! Oldu?.. Hə, əyləşin! (Gurultulu alqışlar). Eşq olsun sənətə, eşq olsun sənətkara! (Alqışlar). Eşq olsun bizim fakültənin gələcək müdavimlərinə! Və nəhayət, mən sözümün sonunda sizə daha sevindirici bir xəbəri də çatdırmaq istəyirəm: rəssamlar bizim bayraüımızın və gerbimizin şəklini çəkmək üçün ciddi yaradıcılıq axtarışları aparırlar. Artıq gerbimizin ilk eskizlərindən biri hazırdır. Mən əvvəlcə həmin eskizin - həmin gerbdəki fiqurun bir nümunəsini əyani şəkildə göstərmək istəyirəm. Sonra gerbin, daha doürusu, gerbdəki təsvirin özü ilə tanış olarsınız. Buyurun, baxın! Alqışlar!


    Məruzəçi alqış sədaları altında yanpörtü çevrilir, əyilir, sanki kiməsə təzim edir. Onun profildən görünüşü sual işarəsinə (?) bənzəyir. Məruzəçi bir müddət elə həmin vəziyyətdə donub qalır. Sonra üstündə onun bu vəziyyətdə şəkli əks olunmuş iri portreti (portretin həcmi Məruzəçinin fiqurundan da böyük ola bilər) yuxarıdan endirilir. Məruzəçi portretin arxasında qalır, projektorların işığı “gerbin” sual işarəsini (?) xatırladan fiqurun üzərinə düşür. Nəhayət, Məruzəçi şəklin arxasından çıxıb, əks tərəfdə yenə bayaqkı vəziyyəti alır - indi elə bil ki, iki sual işarəsi (Məruzəçi və şəkil) qabaq-qabağa dayanıb (S?S). Alqış sədaları.



    S O N




























    SİFƏT

    (mono- pritça)

    İŞTIRAKÇI: O

    Böyük kabinet. O, gəzişir. Divardan Onun özünün böyük foto-şəkli asılıb. Sağda və solda qapı.

    O: - Deyirsiniz özüm haqqında danışım?.. Bu, bir az qeyri-təvazökarlıq çıxmaz ki?.. Bəlkə mənim barəmdə başqaları danışsın?.. Düzü, çətinlik çəkirəm. Qoy başqaları… Zənnimcə bu, daha yaxşı olar... Insanın özü barədə danışması... Yaman çox israr edirsiniz. Mənim həyat yolum sizi çox maraqlandırır? Yəni özüm haqqında nə deyə bilərəm? Yaxşı, eləsə qoy qısaca məlumat verim. Əvvəlcə onu qeyd edim ki, sadə bir ailədə dünyaya gəlmişəm. Amma valideynlərimi tez itirdiyim üçün təkbaşına böyümüşəm. Təkbaşına deyəndə ki, qonum-qonşunun himayəsi altında boya-başa çatmışam. Uşaqlığım çox ağır keçib. Yox, mən buna təəssüflənmirəm. (Qapıya yaxınlaşır, kiməsə müraciət edir). Nədir, nə səs-küydür orada?.. Qəbuluma gələnlərdir? Yox, otağa buraxma onları, qoy canları çıxıb gözləsinlər bayırda. Indi hamı vəzifə istəyir. Vəzifə! Karyeristlər! Bəyəm mən vəzifəyə birdən-birə, göydən zənbillə düşmüşəm?!. Uşaqlıqdan vurşa-vuraşa gəlib çıxmışam bu pilləyə. Eh-h... (Ah çəkir). Atam anamı boşayandan sonra ortada qaldım. Çox alçaq qohumlarım vardı. Nədənsə məni sevmirdilər; deyirdilər ki, guya əliəyriyəm, oğurluğa meyilliyəm, acgözəm. Alçaqlar adımı “qarınqulu” qoymuşlar. Mən atalı-analı yetim olmuşam. (Pauza). Yaza bilərsiniz: o, hələ uşaqlıqdan hamının sevimlisi idi. Bu, bir az təntənəli səslənmir ki? Yox?.. Hə, onda qoy qalsın!..
    Mənim formalaşmağında kimin rolu olub? Çoxlarının... İndi ad çəkmək istəmirəm. Mən çox gözəl insanlarla işləmişəm. Daim kollektivin qayğısını hiss etmişəm. Bizim əsil müəllimimiz yaşadığımız mühit, böyüdüyümüz cəmiyyət olub. Məni - yetim bir uşağı irəli çəkən o əvəzsiz insanları daim xoş duyğularla yad edirəm. (Qapıya). Məni soruşan yoxdur ki?.. Kim, kim soruşur?.. Qoy rədd olub getsin! Paho, xalqı təmsil edir!.. Xalqa bax, cəmiyyətə bax, xalqı təmsil eləyənə bax! Imkanım olsaydı xalq adından danışan o simasızların boynunu öz əlimlə vurardım! Bir də ki, xalq kimdir, axı?.. Mən nə kollektiv hərləyirəm, nə də xalq! Bəyəm o xalq mənə bir üz göstərib ki?.. Işlədiyim kollektivlə həmişə dava-qırğında olmuşam. Kollektiv mənə vasitə kimi lazım olub - məqsədə çatmaq üçün. (Kənara). Özünüzçün qeyd edə bilərsiniz: o, işlədiyi bütün kollektivlərin sevimlisi olub. Hə, necədir?..
    Təhsil illərini necə xatırlayıram?.. Mən bütün ömrüm boyu öyrənməyə çalışmışam. Kitablar həyatımın mənası olub. Mənim gecə-gündüzüm kitabxanalarda keçib. Indiki gənclər kimi vaxtımı boş-boşuna, eyş-işrətdə keçirməmişəm. Müəllimlərimin sevimlisi olmuşam. (Qapıya). Bayaq zəng vuran kim idi?.. Kitabxana müdiri? O, nə istəyirdi elə?.. Kitablar suyun altında qalıb?.. Gözüm aydın! Mən kitab oxuyanam bəyəm? Kitab görəndə başımın ağrısı tutur, elə bil yumurtlamayan toyuq görürəm. O vaxt diplomu pulnan aldım, haramı olsun o rektorun - məni soğan kimi soydu. Alim görəndə, müəllim görəndə elə bil anamın oynaşını görürəm. Hələ də ömür-gününü kağız-kuğuz arasında keçirən axmaqlar var!.. Dəftərxana siçovulları! (Kənara). Hə də, belə deyək: o, həyatının mənasını kitablarda görür.
    Artıq qeyd etdiyim kimi, əzablı uşaqlığım olub. Indiki uşaqlara həsəd aparıram. Onlar necə də xoşbəxtdirlər! (Qapıya). O, nə civiltidir orada? Əliuşaqlı qadındır?.. Uşaq ağlayır? Nə istəyir? Çörək?.. Nə çörək?.. Bura çörəkxanadır bəyəm?.. Qoy uşağa süd versin! Canı çıxsın!.. Fiqurası pozular?.. Nə?.. Südü quruyub?.. Getsin keçi südü alsın, qoyun südü alsın!.. Ala bilmir?.. Bəyəm mənəm günahkar?.. O uşağı doğanda mənimlə məsləhətləşib?.. Əri kimdir?.. Ölüb?.. Vətən, torpaq uğrunda?.. Kimsə ölməlidir ya yox?.. Rədd elə getsin!.. Vətən! Torpaq!.. (Kənara). Siz belə deyə bilərsiniz: uşaq qığıltısı onun üçün dünyanın ən təntənəli himnidir.
    Sonra mən böyüdüm. Instituta daxil oldum. Necə də maraqlı illər idi! Hər gün kitabxana, teatr... Deyinən başımı qaşımağa vaxtım olurdumu? Daha sonra hərbi xidmətə çağırıldım. Vətəni, bizi boya-başa çatdıran bu torağı qorumaq lazım idi! Oradan anama məktublar yazırdım: ana... Nə? Anam ölmüşdü?.. Əlbəttə... Ölmüşdü. Mən o məktubları onun məzarına ünvanlayırdım: əziz ana, rahat uyu, mən bu torpağın hər qarışını göz bəbəyim kimi qoruyacağam... Bəs necə?.. Ağzında ana deyirsən, vətən deyirsən... (Qapıya yaxınlaşır). Dedim ki, vaxtım yoxdur!.. Kim soruşur məni?.. Tələbə? Məzun?.. Qoy canı çıxıb gözləsin!.. Yox, gözləməsin!.. Millətin başı xarab olub ey!.. Gənc mütəxəssisimə bax mənim!.. Nə, hərbi xidmətdə də olub?.. Gözüm aydın!.. Nə olsun ki?.. Mən də yeri gələndə tərcümeyi-halımda yazıram: elə oxuyub, belə xidmət edib. Indi universitet diplomu almaq elə çətindir bəyəm?.. Pulunu verəndən sonra akademik də ola bilərsən, lap general da! Elə deyil bəlkə?.. (Kənara). Hə, sonra bu cür yazın: o, gənclərin hamisidir. Biz gəncliyə daim qayğı və diqqət göstərməliyik.
    Mən bərkə-boşa düşmüş adamam. Hər cür çətinliyə sinə gərmişəm. Harada işləmişəmsə xətir-hörmət qazanmışam. Ayrı cür ola da bilməz! Ata-anama qayğı, kömək... Hə, əlbəttə, valideynlərim yox idi, amma onların məzarı... Hə də, qəbirlərinin üstünü götürmək, başdaşı qoydurmaq... Elə bu da bir cür qayğıdır... Söhbət işdən gedir... Mən iş-gücdən, əməkdən qorxan adam olmamışam heç vaxt... Necə deyərlər, qorxan gözə çöp düşər. Bir məsəl də var, deyir, qorxağın oğlu olmaz... Oğul-uşaq demişkən... (Qapıya). Fəhlələr gəlib?.. Xoş gəlməyiblər!.. Mən əmək adamı-zad tanımıram? Fəhlə! Fəhlə sinfi! Proletar!.. Mənim fəhləynən-kəndliynən nə işim?.. Deyirlər mən də fəhlə olmuşam?.. Qələt eləyirlər!.. O, elə-belə, tərcümeyi-hal üçündür düşüb qəzetə... Deputat seçkisi var, bələdiyyə var... Bəzi axmaqlar kağız-kuğuz eşələməyi xoşlayır... (Kənara). Yaza bilərsiniz: karları, dostları onu öz aralarında həqiqət, ləyaqət, düzlük etalonu adlandırırlar.
    Əlbəttə, hər bir insanın formalaşmasında ailənin böyük rolu olur. Havayı yerə demirlər ki, ailə-kiçik dövlətdir. Bu mənada mən özüm də bu pilləyə çatdığım üçün ailəmə minnətdaram. Mənim sadə, xoşbəxt bir ailəm var. Həyat yoldaşım hər cür təmtəraqdan uzaq bir qadındır; o, uşaqları da özü kimi tərbiyə edir. Övladlarım haqqında... Hə, övladlarım... Mənim dörd... üç... daha doğrusu, iki... Yox, əslində bir övladım var. Amma iki-üç nəfəri də övladlığa götürmüşəm. Gərək xalqın balalarına əl tutaq, kömək edək. Bu, bizim adi insani, vətəndaşlıq borcumuzdur. (Qapıya sarı gedir). Soruşan var məni? Kim zəng etmişdi. Arvadım? De ki, işdə yoxdur... Qorxursan?.. Bəs onda mən nə edim?.. Qorxma... Mən burada yoxam... Yuxarıya çağırıblar - iclasa... Hə, belə de... Mən bu həyasızın əlində əsir-yesir olmuşam. Gör bir işin harasıdır ki, bu boyda idarəyə qan udduran mən... amma mənə qan udduran arvaddır. Əvvəl gül kimi ailəm vardı. Yazıq arvadın da ipək kimi xasiyyəti... Bir uşağımız da olmuşdu... Onu atıb başqasını aldım. Ikinci arvad da sakit adam idi. Bir uşaq da ondan oldu... Mən o vaxt indiki arvadımla, buna heç arvad deməyə də dilim gəlmir, iblisdir, ifritədir - hə, nə isə bununla tanış oldum... Kaş o günə daş düşəydi. Əvvəllər elə-belə görüşürdük... Sonra yaxamdan yapışdı - nə yapışdı. Dedi uşağa qalmışam, məni almalısan, vəssalam!.. Mən də ki, məsul işdə çalışırdım. Məcbur olub evləndim bu iblislə. Sən demə əvvəllər ərdə olubmuş. Bir qızı da varmış. Nə isə... Indi hər arvaddan bir uşaq... Bundan olanlar lap zaydır... Oğlumun əlindən hər cür iş gəlir: içir, çəkir, kitab oxuyur... Nə kitab? Kitab də, kitab... Qumarbazdır... Qazandığım onun cibinə gedir... Ayda bir-iki dəfə polis yaxalayır... Bütün polislər tanıyır məni, pulları qurtaran kimi üstümə tökülüşürlər. Nə üçün? “Oğlun içir, çəkir, oxuyur”... Nə oxuyur? Kitab? Yox, nə kitab? Qumarbazdır - indi beləsinə oxucu deyirlər. Ta mən polis üçün işləyirəm. Mənim dərdim deyiləsi deyil ki!.. Öz başımı öz əlimlə oda salmışam. Son günlər təzə mərəzə tutulub ifritə... Hə də, arvadı deyirəm... Hər gün zarıyıb deyir ki, bəs oram ağrıyır - buram ağrıyır. Neyləyim, axırda bir həkim tanışım var, xaricdə oxuyub, xahiş eləyib onu göndərdim evə... Arvadın üstünə. Elə o getməkdi ki, o həkim köpək oğlu həftə səkkiz-mən doqquz evdədir... Bəli, arvaddan xeyli cavandır. Elə arvad da məndən xeyli cavandır. O günləri qorxa-qorxa deyirəm ki, ay arvad, mənə çatan məlumata görə həkim sənin yanında əl çəkmir, doğrudan belə ağır xəstəsən, yoxsa... Ağzı açıldı nə açıldı! Dedi: bura bax, nə “yoxsa-yoxsa” salmısan? Bəlkə inanmırsan mənim xəstəliyimə?.. Dedi... Elə söz dedi ki, ta burda deyiləsi deyil... Dedim, yox ey, belə olmaz, axı... Mənim xarabam xəstəxana deyil, təcili yardım stansiyası deyil. Qonum-qonşular bir təhər baxır mənə. Mən özüm aləmə papış tikirəm, amma, sən mənim başıma corab hörürsən. Açıldı gül ağzı, nə açıldı. Dedi, belə mənim evim xəstəxanadır, sonra nədir sözün?.. Dedim, yox, xəstəxana deyil. Dedi, odu ey qonşudakı filan qadının evinə hər gün bir deputat kişi gəlir, bəyəm onun evi parlamentdir?!. Dedim, əvvəla, o subay qadındır, ikincisi də lap tutaq ki, onun evində parlament müzakirələri gedir, bundan mənə nə?.. Dedi ki, tutaq ki, mənim də evimdə konsilsum gedir. Düzü, bilmirəm o nə deyən sözdür elə. Ona görə susdum, mumladım. Bildim ki, ayrı söz desəm daha qəliz cavab alacağam. Elə qızı da, mənim qızım... Yox, özü ilə gətirib. Hə o da özünə çəkib. Mən bir söz deyəndə o, iki cavab qaytarır. (Kənara). Məncə belə desək daha qanunauyğun olar: “Onun nümunəvi ailəsi var... O, özünü xoşbəxt hiss edir. Həmişə ilk badəni öz arvadının sağlığına içir”. Yox, sonuncu cümləni yazmayın. Birdən deyərlər ki, o arvaddan qorxur... Halbuki, bu qarşılıqlı hörmətdən irəli gəlir... Eh... Indi kimdir belə incə momentləri başa düşən?..
    Incəsənətə, musiqiyə münasibətim?.. Mən xalqımızın yaratdığı əvəzsiz inciləri öz varlığım qədər sevirəm. Amma təəssüf edirəm ki, son vaxtlar musiqimizdə yad notların sayı artıb. Gənclərin estetik zövqünün korlanması məni bu xalqın bir sıra nəfəri kimi çox narahat edir... Elə götürək rəqs havalarımızı. Bizim necə gözəl rəqslərimiz var!.. Heyhat! Bunu qiymətləndirənlərimiz çoxdurmu? Yox!.. Məsələn, mən özüm də arabir el şənliklərində qol açıb oynayıram. Ən çox da xalq havalarımızı sevirəm... Ağır, ağayana, təmkinli... rəqslərimizi... Ayrı cür ola da bilməz. Xalq adamı özgə hansı havaya oynaya bilər?... Mən təpədən-dırnağacan xəlqiyəm. Yoxsa bəziləri kimi... Görürsən, yaşlı kişi və ya qadınlar düşüb ortaya elə pəstah çıxarır ki, adam baxanda matı-qutu quruyur. Çığırtı, qışqırtı... bam-bum... haray-həşir... elə bil it ulayır, öküz böyürür... Beləsinə nə deyəsən?.. (Qapıya sarı). Nədir, elə orada?.. Musiqiyə qulaq asırsan?.. Mənim havamı qoy... Hə, sümüyümə düşən olsun... Özün bələdsən mənim zövqümə. (Musiqi. Qulaqbatıran səslər. Sanki mikrofonda it hürür. O, əllərini qaldırıb “oyun havasına” uyğun rəqs edir: ayaqqabını çıxarıb atır, atılıb-düşür, ağlayır, qışqırır, əzilib-büzülür, əlini-əlinə vurur, qəşş edib gülür, dombalaq aşır, qarnını yırğalayır, dişlərini ağardır, qaşlarını oynadır, fit çalır. Rəqs başa çatandan sonra dərindən nəfəs alır, dəsmal çıxarıb əvvəlcə ayağının, sonra üz-gözünün tərini silir. Ayaqqabısını geyinir. Ciddiləşir). Hə, bax belə... Xeyli yüngülləşdim. (Kənara). Bəzən ona geridəqalmış adam deyənlər də tapılır. Amma o, öz mövqeyindən heç vaxt geri çəkilməyib. O, öz xalqına, onun musiqisinə ürəkdən vurğundur. Bu sevgini ondan heç kəs ala bilməz.
    Mən dostlarım barədə nə deyə bilərəm?.. Onlarla fəxr edirəm. Çətin gündə daim onlara kömək edirəm, edəcəyəm də. Ataların yaxşı bir sözü var, deyir dostunu göstər sənin kim olduğunu deyim. Mənim dostlarım da özüm kimi sadə, tərbiyəli adamlardır. (Telefon zəngi. O, dəstəyi götürür). Hə, eşidirəm. Astadan danış, anqırma, kar adam yoxdur burada! Nə olsun ki, dostumsan?.. Mən elə hamıynan bu cür danışıram! (Gülür). Əla! Əla! O, kimdir elə?.. Təzədir? Arvad eşidib-bilsə, dərimə saman təpəcək! Kimdir?.. Kim?.. Arvadının rəfiqəsi?.. Sən nə... öcr... e-e-e... ciyərli adamsan?.. Mən heç arvadımın rəfiqələrinə qorxudan salam da verə bilmirəm. Amma sən arvadının rəfiqəsiynən... Hım-m... Nə?.. Arvadının rəfiqəsi də öz rəfiqəsini götürüb gələcək?.. Haraya gedək? Saunaya?.. Sürücüyə deyərəm. Mənim bir yaxın dostum da var, səndən yaxşı olmasın, əla bir insandır... Hə, onu deyirəm - dostumu... Anqırma, qulaq as... o da öz dostunun arvadı ilə gəzirdi, əlbəttə, qanuni zaqslı-kəbinli arvadı ilə... Nə isə dostumun dostu bundan xəbər tutub o qadını boşadı, dostum həmin qadınla evləndi... Hə də, öz dostunun arvadıyla... Nə? Faciədir?.. Faciə niyə olur?.. Hələ qulaq as... Hə, sonra dostumun dostu mənim dostumun arvadıynan evləndi. Nə?.. Kişilər arvadlarını dəyişdilər?.. Xa-xa-xa... Elədir! Yox! Bəlkə, əksinə, arvadlar ərlərini dəyişiblər. Xa-xa-xa... Indi arvadların ağlı daha iti işləyir. Nə faciə, canım? Yox, bu, faciə yox, komediyadır... Indi mən neyləyim?.. Sauna? Hə, sürücüyə deyərəm... Oldu! (Dəstəyi qoyur. Kənara). Bizim xalqımızın gözəl adət-ənənələri var. Biz onları qoruyub-saxlamalıyıq. Sədaqət, vəfa, etibar... Əlbəttə, o da öz dostlarını ürəkdən sevir. Elə dostları da onu... Dostlarımın ailə üzvləri onun ən istəkli adamlarıdır.
    Içkiyə münasibətim?.. Sərxoşları, əyyaşları görəndə gözüm ağrıyır... Başqa cür ola da bilməz! Bizdə nəsillikcə içən olmayıb. Hamımız Allah adamı olmuşuq. Əlbəttə, övladlarım, e-e-e... övladım da mənə oxşayıb. Ayıqlıq - bizim həyat normamızdır. Içki insanın genini korlayır. Nə qədər ailəni içki dağıdıb, aman Allah! Məndən olsa, bütün şərab zavodlarını bağlatdırardım!.. Içkili başda ağıl olmaz. (Qapıya). Oradan bir şüşə şərab ver... Nə?.. Əlbəttə, şərab!.. Mən əvvəllər konyak içərdim, sonra keçdim arağa. Indi isə yalnız şirin şərab içirəm. Portveyn!.. Mənimki budur! Nə deyirlər?.. “Əyyaş!” “Alkaş?”. Qoy desinlər! Kimdir onları adam yerinə qoyan?.. Onlar nə qanır içkinin nə olduğunu?.. Məndən olsaydı küçələrə su kranı yox, şərab kranı çəkdirərdim. “Şərab doldurun! Şərab, şərab, şərab!” (O qapıya yaxınlaşıb əlində şərab şüşəsi geri qayıdır, “şərab-şərab” - deyə məşhur ariyanı oxuyur və oxuya-oxuya şərab şüşəsini qədəhə süzüb başına çəkir). Hə, bax belə!.. Oxqay!.. Sinəmə sərinlik yayıldı. Deyirlər içəndə yanaqlarım lalə kimi qızarır. Qoy qızarsın!.. Qırmızı - qələbə rəmzidir! (Kənara). O, ömründə dilinə içki vurmayıb. Içənlərdən zəhləsi gedir, ələlxüsus da, şərab aludəçilərindən. Əyyaşlar onun düşmənidir. Ayıqlıq, sağlam həyat tərzi onun həyat normasıdır.
    Yaltaqlar?!. Ah, yaltaqlar... Bəli, bəli, yaltaqlar haqqındakı mövqelərimiz üst-üstə düşür. Mən onları cəmiyyətimizin korbağırsağı hesab edirəm. Onları atıb kəsmək lazımdır birdəfəlik. Yaltaqlar, nakişilər, nadürüstlər, simasızlar... Belələrinin öz sifəti, öz siması olmur ki!.. Hər gün cilddən-cildə düşürlər. Buqələmunlar... Belələrinin mənəviyyatı ola bilməz!.. Ən qorxulu xəstəlikdir yaltaqlıq. Bu, mikrobdur, mikrob... Mənim səlahiyyətim olsaydı özündən yüksək vəzifə kürsüsü tutanların qarşısında sual işarəsinə dönən o əyri boyunları vurar, yalandan “bəli-bəli” deyən dilləri dibindən kəsər, saxta təbəssüm qonan sifətlərə tüpürərdim. Neçə sifətli adamlar varmış bizim əhatəmizdə, bizim aramızda! Sifətlər... Ax, murdar sifətlər! (Telefon zəngi. O, dəstəyi götürür). Eşidirəm!.. Bəli, bəli!.. Səsinizi eşitməyə şadam. (Ayağa durur). Xeyr, siz nə danışırsız?.. Mə-ə-n?.. Mən içən adam deyiləm... Mə-ə-ən?.. Yox, ola bilməz! Mənim düşmənlərimin uydurmasıdır bu.. Bəli, bəli!.. Mənim səsim həyəcandan belə titrəyir... Sizin səsinizin əzəmətindən... Siz bizim böyüyümüzsünüz... Sizin hər sözünüz bizə qanundur. (Pauza). Siz deyəndən sonra biz kimik, nəkarayıq ki? Siz bizə yalnız əmr edə bilərsiniz!.. Arabir görürəm sizi televizorda... Arvadım, uşaqlarım... Hə, bir oğlum var, Allah sizinkiləri də saxlasın, hə, ailəvi tanış olarıq, zövcəm də sizi çox sevir... Hə, onu deyirəm: sizi televizorda görəndə deyirəm ki, arvad, biz o kişinin çörəyini yeyirik... Gündə min yol dua edirik sizin canınıza. (Belini əyir). O günləri arvadım deyir ki, yuxuda sizi görüb... Bəli, bəli, məni yox, sizi... (Pauza). Elədir, bir az həyəcanlıyam. Mən təsəvvür etməzdim ki, siz bu qədər sadə, bu qədər təvazökarsız. (Diz çökür). Mən sizin əzəmətiniz qarşısında baş əyirəm. Sizin həyat yolunuz hamımıza örnəkdir. Mən də, mənim işçilərim də daim sizi dəstəkləmişik. Başqa cür ola da bilməz. Mə-n-n?.. Siz nə danışırsınız?.. Başımı da kəssəniz səsimi çıxaran deyiləm. Mə-ən... Mən sizin yolunuzda ölümə belə hazıram. Əgər lazım olsa... (Yerə sərilir). Inanın ki, lazım gəlsə lap payəndaz olub yerə sərilərəm. Ayağınızı öpərəm, ayaqqabınızı yalayaram. Mən sizin heç ayağınızın tozu da ola bilmərəm. Sizin ayağınız biləni mənim heç başım da bilməz... (Pauza). Bəli, bəli... Düz buyurursunuz! Tamamilə doğrudur! Mən sizin nökəriniz, qulunuz... (Yavaş-yavaş ayağa durur). Baş üstə! Baş üstə! Mən sizin qulluğunuzda hazır! Sağ olun, sağ olun!.. Əziyyət çəkmisiz... Bəli, bəli, bəli... oldu, oldu, oldu... (Dəstəyi qoyur, sonra götürüb oxşayır, öpür, kövrəlir, yenə qoyur. Otaqda əzəmətli addımlarla gəzişir, gərnəşir, gərdiş edir, əlini-əlinə sürtür. Qədəhi şərabla doldurub başına çəkir). Şükür, yaxşı qurtardım! (Kənara). O, ömrü boyu şax gəzib, heç kəsin qarşısında baş əyməyib. Belələri haqqında xalq yaxşı deyib: öz sözünün ağasıdır. Mərdlik, ötkəmlik, dəyanət, vüqar, əyilməzlik onun qanında-canındadır. Belə şeylər insana südlə-sümüklə keçir. Hərbçilərin bir sözü var, deyir: kəşfiyyata qorxmaz adamlarla getmək lazımdır. O da qorxmazlıq və əzəmət rəmzidir.
    Nə? Şeirə-sənətə hörmətim varmı?..
    Sənəti sevməyən insan olarmı?..
    Təvazödən uzaq çıxmasın, inan,
    Şeir vurğunuyam cavanlığımdan!..
    Nə? Sənətə qayğı? Bəli, hazıram,
    Özüm də arabir şeir yazıram.
    Mən öz dincliyimə haram qatmışam,
    Nə qədər şairə əl uzatmışam,
    Nə qədər kitabın sponsoruyam,
    Mən aydan arıyam, sudan duruyam.
    Bizə nə su gərək, nə də ki, çörək,
    Şeir suya-çörəyə çevrilsin gərək.
    Kitabı sevmirəm adi bəzəkçün,
    Bəziləri kimi, belə... məzəyçün.
    Şeir - ceyranımdır, ahumdur mənim,
    Lap elə qəlbimdir, ruhumdur mənim.
    Şairsiz, şeirsiz millət olarmı?
    Yaxud o millətdə qeyrət olarmı?..
    Hər odlu misrada atəş görürəm,
    Şair ürəyində - Günəş görürəm.
    Şair dostlarım var - düşür çətinə,
    Birbaşa gəlirlər kabinetimə,
    Sənət adamları uşaq kimidir,
    Onlar ürəyimin sarı simidir.

    (Qapıya).

    Oradakı kimdir? Kim? Nə?.. Hə, şair?..
    De, nədir qulluğu bizlərə dair?
    Nədir ehtiyacı?.. Nə?.. Hə, nə deyir?..
    Kitabın nəşriyçün para istəyir?..
    Mənə bir poema ithaf edəcək?..
    De: qələt edirsən, yaxamdan əl çək!..
    Nədir, həcv yazacaq ənam olmasa?..
    De ki, kəs səsini axmaq yarasa!..
    Nə deyir?.. O, mənə edəcək hücum?..
    Bu da zövcəm deyil - çatmaya gücüm!..
    Vallahi, üstünə od ələyərəm,
    Dünyanı başına dar eləyərəm!..
    Paho!.. Şair gəlib!.. Şairə bax ey!
    Indi şeir vaxtıdır, a key oğlu key?..
    Nə qədər şairi öz əlimlə mən
    Məzara gömmüşəm... şahiddir Vətən...
    Çünki vəsf ediblər dağı, çeşməni -
    Çoxları olubdur xalqın düşməni.
    Niyə səadətdən yazmayıb onlar?..
    Qüdrətli dövlətdən yazmayıb onlar?..
    Neçə sənətkarı eləmişəm mat,
    Neçəsi qarşımda verib hesabat.
    Mənə hədə gəlir axmağın biri...
    O günlər yenə də qayıdar geri,
    Yenə işə düşər o zağlı yaraq -
    Güllələr açılar taraqhataraq,
    Nəsimini yenə özüm soyaram,
    Əlimi suyla yox, qanla yuyaram.
    Paho!.. Şair gəlib!.. Bir günümə bax!..
    Denən şeir vaxtıdır indi, ay axmaq?..
    Bir az bu dünyanı dərk etsin denən:
    Qəbul otağımı tərk etsin denən...
    Nə oldu?.. Getdimi?.. Incidi? Niyə?..
    Reaksiya verməz adam hər şeyə...
    Nə dedin?.. Tutulub yazığın gözü?..
    Nə edək, şeirdir həyatın özü...
    (Pauza).
    Mən elə bilirəm ağladı getdi!
    Atamı-anamı yağladı getdi?!.
    Nə cür əl uzadım mən beləsinə?!.
    Bir güllə çaxasan düz kəlləsinə!..
    Gedib yaradacaq ictimai rəy?..
    Rəyə kimdir baxan, ay səy oğlu səy?..
    Indi dünya, ağa-qul dünyasıdır,
    Para dünyasıdır, pul dünyasıdır!..
    Mənim pulum varsa - öz şairim var,
    Alimim, müğənnim... və sairim var.
    (Kənara).
    Məsələ belədir: lap şeirlə yaz, -
    Sənətsiz məmləkət bəxtiyar olmaz!
    Şeiri sevməyənə çoxdur nifrətim,
    Şeiri sevməyənə yoxdur hörmətim!

    Bilirsiz məni ən çox təəccübləndirən məsələ nədir? Adamların elmə, biliyə, savada, hətta, savdlı adamlara etinasızlığı. Əlbəttə, söhbət hamıdan yox, bəzi düşüncəsiz adamlardan gedir. Canım, belə də laqeydlik olar? Bir də görürsən ki, antielmi təbliğat aparırlar: nə bilim, savad-bilik nəyə gərəkdir? Oxumağın kimə xeyri var? Heç kəs kitabdan xeyir görməyib; savadlı adam ortada qalır və sair və ilaxır. Bu cür düşünənlərə mənim nə sözüm ola bilər? Bu, ən azı cahillikdir. Insan beşikdən məzara qədər oxumalı, öyrənməlidir. Mən kitab oxumağa başlayanda hələ dil açıb danışa bilmirdim. Məktəbə gedəndə ali təhsilli müəllim qədər savadım vardı. Amma bütün bunlar barədə geniş açıqlama vermək istəmirəm: axı, təvazökarlıq yaxşı şeydir. Biz hamımız ellikcə savadsızlığa qarşı mübarizə aparmalıyıq. Biganəlik bizi savadsızlığa, cəhalətə apara bilər. (Qapıya). O, nə kağızdır elə? Kim yazıb? Yenə həmin oğlandır? Gör bir neçənci dəfədir müraciət edir? Özü də hər dəfə yazılı şəkildə... Ona de ki, bizdə iş yoxdur! Nə olsun ki, ixtisası uyğun gəlir? Iş yoxdur, vəssalam! Bəyəm mən ona demişdim ki, get oxu, təhsil al?.. Indi savad, təhsil kimə gərəkdir?.. Vallah, bu dünyada yenə də axmaq, sadəlövh adamlar var!.. Savad, kitab, dəftər-qələm... Nə bilim daha nə, nə... Bunlar dərk edə bilmirlər ki, ən böyük kitab elə həyatdır. Həyatı oxu, öyrən - vəssalam!.. Düzdür, ayrı kitablar da var. Kitab, kitab... (Seyfi açıb oradan bir qalaq pul çıxarır). Bax, budur əsil kitab!.. Gör bir neçə tomdur?!. Oxumaqla qurtarmaq olmur... Bəzi cahillər soruşur ki, bu, nəyə gərəkdir?.. Yəni pul kimə gərəkdir?.. Pul mənə gərəkdir, mənə!.. Əsil kitab budur, bu!.. Budur mənim oxuduğum kitab! Oxuduqca savadım da artır, hörmətim də, dünyagörüşüm də... Axmaqlar!.. Siz nə qədər oxusanız da yenə savadsızsınız ki, savadsızsınız! Elə savadsız da qalacaqsınız!.. Savadlıma, mütəxəssisimə bax bir!.. Onun bir də ayağı dəyməsin mənim kabinetimin kandarına!.. De ki, bizdə iş yoxdur. Lap belə iş var, amma sən o işə layiq deyilsən!.. Mənə bu cür kitabları toplayıb öz qafasına bir şey götürən mütəxəssis lazımdır. (Əlindəki pulları yelləyib yerə səpir, sonra süpürgə ilə yığıb yeşiyə yığır)... Mənim yeşik-yeşik kitablarım var... Onu özümdən başqa heç kəs oxuya bilməz. Heç kəs!.. (Kənara). O, kitablara çox aludə olub. Ömür boyu oxuyub, öyrənib. Savadsızları görməyə gözü yoxdur...
    Tabeçiliyimdə olanlara münasibətim necədir? Mənim təsəvvürümdə “tabeçilik” anlayışı şərti mahiyyət daşıyır. Canım, hansı tabeçilikdən söhbət gedə bilər? Mən özümü öz işçilərimdən qətiyyən fərqləndirmirəm. Onların hər arzusunu, hər istəyini can-başla yerinə yetirməyə çalışıram. Insanlara yaxşılıq etməkdən daha savab bir iş ola bilərmi? Məncə yox! Bəzən mənə irad tutub deyirlər ki, siz özünüzü kollektivdə nə üçün belə sadə aparırsınız?.. Deyirəm: bəs nə cür aparmalıyam? Öz sadə həyat və davranış tərzimi mürəkkəbləşdirim?.. Öz işçilərimi təhqir edim? Onları bəzi-bəzi alçaq rəhbər işçilər kimi alçaldım? Xeyr! O, mən deyiləm! Mənim zatım var, köküm var, genim var!.. Mən sivil tərbiyə görmüş adamam. Illər boyu qətrə-qətrə yığdığım hörməti ayaq altına ata bilmərəm. Insanda ləyaqət, mərifət, mədəniyyət olmalıdır... Yoxsa, bəzi görməmişlər kimi... Mənim elə dostlarım var ki... yox, mən onlara dost da deyə bilmərəm... Necə deyərlər, həmkarlarım var ki, öz işçilərinin başında turp əkirlər. Hələ öz tabeliyində olanlardan rüşvət alanları demirəm... Bu, biabırçılıqdır, əxlaqsızlıqdır... Mən bu vəzifəyə təyin olunan, e-e-e... demokratik qaydada seçilən gündən rüşvətxorluğa qarşı amansız mübarizə aparıram. Öz idarəmdə artıq rüşvətxorluğun kökü kəsilib. Indi çalışıram ki, qabaqcıl iş təcrübəmi geniş miqyasda yayam. Mən təvazökar adamam, özümü gözə dürtən deyiləm... Bəziləri kimi... Insan həyata bir dəfə gəlir, bir dəfə yaşayır, bir dəfə ölür... Gərək bu ömrü ləyaqətlə başa vuraq. (Kimisə hədələyirmiş kimi barmağını silkələyir). Qoy mənim düşmənlərim eşidib-bilsinlər: mən son nəfəsiməcən hər cür neqativ hallara qarşı dönmədən mübarizə aparacağam! Mənim çağırışımı eşitməyənlər kar, məni görməyənlərsə kordur... (Qapıya). Hə, kimdir orada?.. Heç kim?.. Gələnin hamısını qov, qoy rədd olub getsinlər. De ki, yuxarıya çağırıblar, bu gün olmayacaq. Qoy bir az istirahət edək. (Kresloya yayxınır). Belə də alçaq camaat olar?.. Hamısı “ver” deyir, heç “al” deyən yoxdur! (Durub telefona yaxınlaşır, zəng vurur). Hə, sənsən?.. (Hirsli-hikkəli). Heç səs-sorağın gəlmir, balam! Işin düşəndə qapıdan qovurdum - bacadan düşürdün, amma indi... Bura bax, sənin başına bir oyun açaram ki, adın da yadından çıxar! De görüm sən kimin tabeçilyindəsən?.. “Sizin-sizin!” Əlbəttə, mənim tabeçiliyimdə! Bəs niyə tabe olmaq istəmirsən? Niyə qanun-qaydaya əməl etmirsən? Ağlını başqa rəhbər işçilərə vermə, səni salaram təpiyimin altına, qabırğalarını qıraram. Bir bunun mənə demokratiya dərsi oxumağına bax! Niyə indiyəcən gətirməmisən onu?.. Hə də... Gərək ad çəkəsən, miqdar deyəsən?.. Sən nə yonulmamış adamsan... Heç adam deyilsən... Nə vaxt gətirirsən?.. Indi pulsuz iş düzələr bəyəm?.. Indi pulsuz adamın üzünə tüpürmürlər!.. (Pauza). Tüpürən var?.. Yekə kişisən, çərənləmə boş-boşuna... Heç öz doğma arvadım mənə pulsuz... salam... vermir. Sənin arvadın verir... salam verir?.. Mənim nə işim var sənin arvadınla, onun salamıyla?!. Mənimki puldur, pul, pul, pul!.. Qandın mən deyəni?.. (Pauza). Elə bilirsən yığdığımın hamısı özümə qalır?.. Axı, məndən də haqq-hesab istəyənlər, hesabat tələb eləyənlər var. Mən onlara nə verim?.. Hərə öz tabeçiliyində olandan almalıdır. Qayda belədir. Mən qoymamışam ki, bu ənənənin əsasını. Mənə qədər belə olub, məndən sonra da yəqin ki, elə-belə olacaq. Yoxsa, elə bilirsən sabah dünya düzələcək?.. Ay-hay!.. Xəyalplovla yaşama, bala!.. Sadəlövh olma... Bəyəm sabah da bugünün qardaşı deyil?.. Sən nə qanmaz adammışsan?.. Mənə moizə oxuma, təcili surətdə o haqq-hesabı çatdır!.. Bildin?.. Yoxsa... Yoxsa pis olacaq səninçün... (Kənara). Elə insanlar var ki, hansı mərtəbədə, hansı pillədə olmalarından asılı olmayaraq öz xarakterlərini, öz sifətlərini daim qoruyub saxlayırlar. (Gülümsəyir). O da məhz bu cür sadə, təvazökar insanlardan biridir. Uşaqla-uşaq, böyüklə-böyükdür. Özündənmüştəbehləri, ədəbazları, yekəxanaları sevmir. Işlədiyi, rəhbərlik etdiyi kollektivin bütün üzvləri onun başına and içir. Indiyəcən bir tikə haram mal yeməyib. Gözütoxluğu ilə hamımıza nümunədir.
    Mənim intellekt sahiblərinə xüsusi hörmətim var. Bəlkə burada “hörmət” sözünün özü də adi səslənir... Əgər imkanım olsaydı alimləri, sənət adamlarını gözümün üstündə saxlayardım. Bizi böyük uğurlara, uca zirvələrə yalnız elm apara bilər... Elm!.. Elm! Elm!.. Məni kim soruşdu? Kim? Ixtiraçı-alimdir?.. Alim-ixtiraçı!.. Alimi-biəməl!.. O, nə ixtira edib görəsən?.. Nə?.. Yeni sabun kəşf edib?.. O, nə cür sabundur elə?.. Onunla haranı yumaq lazımdır?.. Bizim sabuna ehtiyacımız yoxdur!.. Nəyə gərəkdir sabun?.. Sabunsuz da ötüşə bilərik... Sabun ixtira edib... Ixtiraya bax ey!.. Bu axmaq dərk etmir ki, dünyanın ən böyük ixtirası çoxdan edilib. Puldan böyük ixtira?!. Bəlkə mən bilmirəm, sən biləsən: puldan böyük ixtirası var bu dünyanın?.. Yox! Ola da bilməz!.. Olmayacaq da!.. Heç lazım da deyil... O günləri bir rəssam gəlmişdi qəbuluma. Deyir, gözəl rəsm əsərləri var, amma fərdi sərgisini aça bilmir. Niyə? Çünki pulu yoxdur... Dedim, axmaq adam, ən gözəl rəsm əsəri elə puldur... Bəyəm pul olan yerdə başqa bir şeyin şəklini çəkməyə ehtiyac var?.. Başqa biri gəlib ki, musiqi bəstələyir... Səslər belə gəldi, hormoniya elə getdi: do-re-mi... Ta nə bilim nə?.. Dedim ki, ay qanmaz yer üzündə ən gözəl musiqi bilirsən nədir, deyir, bəli, bilirəm, musiqi səsidir, melodiyadır... Dedim, ən gözəl musiqi elə pulun səsidir... Bəlkə düz demirəm?.. Bəlkə elə deyil?.. (Kənara). Onun üçün dünyada müqəddəs bir şey var: əxlaq... Onun əxlaq haqqında öz təsəvvür və ölçüləri var. Bu, başqa söhbətin mövzusudur.
    Mən satqın, qorxaq adamları sevmirəm. Nifrət edirəm ikiüzlülərə, qeyri-səmimi insanlara. Yox, əslində belələri heç insan da deyil. Onların nə həyatı həyatdır, nə də ölümü ölüm.. Belələri elə öləndə də it kimi gəbərir... Ifadəmə görə üzr istəyirəm... Bir az kobud danışdım. Mən mədəniyyətli adamam. Bağışlayın... (Qapıya). Kimdir orada?.. Kim?.. Ötən dəfə gələn demaqoqdu yenə?.. Nə deyir?.. Deyir ki, öləndə it kimi gəbərəcək?.. O, kimi nəzərdə tutur?.. Məni?.. İt onun özüdür. Axmaq!.. Alçaq!.. Məni heç kəs sevmir?.. Mənə nifrət edirlər?.. Dünəndən sevməsinlər?.. Paho!.. Xoruz yoxdur - sabah açılmır! Məni sevmirlər... Mənə nifrət edirlər... Mən də onlara nifrət edirəm. Hamıya nifrət edirəm! “Sevmirlər”... “Sevmirlər”... Qoy sevməsinlər... Paho, üstümdə ağlayan olmayacaq!.. Hər halda ağlayanlar tapılar. Yuxarıdan təşkil edərlər, onda hünərləri var ağlamasınlar... Bəli, təşkil edərlər. Elə gülməyi, sevinməyi də təşkil etmək lazımdır. Onda mənim barəmdə yazılan o son söz, o nekroloq da hamını kövrəldəcək, ağladacaq... Mən buna əminəm... Mən tədbirli adamam... Hər şeyin tədbirini irəlicədən görmək lazımdır. Elə öldüyün günün də... Düzdür, mən hələ ölməyə hazırlaşmıram... Amma təşkilati işlər - nekroloq - filan... Nekroloq demiş... (Kənara). Budur, özümçün yığcam bir nekroloq da hazırlamışam... Özüm?.. Hə də, dostların-tanışların rəyini də nəzərə almışam... Əlbəttə, bu nekroloqda xalqın hüznü, kədəri ifadə olunub. Istəyirsən, oxuyum?.. Belədi... Əvvəlcə mənim tərcümeyi-halımdan mühüm faktlar sadalanır. Hə, sonra?.. (Oxuyur). “O, özünün bütün şüurlu həyatını xalqa, millətə həsr edib”. (Kənara). Bildiniz söhbət kimdən gedir?.. Əlbəttə, məndən! (Oxuyur). “Onun sinəsində alovlu bir vətəndaş ürəyi çırpınırdı. Dostların, doğmaların, tanışların sevimlisi idi, o, Yanına gələnləri xoş üzlə qarşılayar, təbəssümlə yola salardı. Özünün layiqli davamçılarını yetirmişdi. O, həyatını öz xalqına, onun tərəqqisinə, inkişafına həsr etmişdi... O, gözəl, nümunəvi ailə başçısı idi. Lakin bununla belə, bu vətənin bütün oğul və qızlarını özünə doğma övlad bilirdi”. (Ağlamsınır). Bütün bunlar mənim haqqımdadı. (Oxuyur). “İllər, onillər, əsrlər ötüb keçəcək, lakin onun adı, onun əziz xatirəsi daim yadımızda qalacaq. Onun əkdiyi toxumlar zaman-zaman cücərəcək, bar verəcək”. (Ağlayır). Bunlar da mənə aid cümlələrdir... Aman Allah, məni necə də sevirmişlər, özüm öz qədrimi bilməmişəm... (Oxuyur). “İndi biz səni öz əlimizlə torpağa tapşırırıq. Qoy canın qədər sevdiyin bu müqəddəs vətən torpağı səni öz bağrına bassın. Yerin qu tükü kimi rahat olsun. Rahat uyu. Əlvida, əziz dostumuz, həmkarımız”. (Hönkürür). Sonra onun, yəni mənim nəşimi təzəcə qazılmış nəm məzara endirirlər. (Qışqırır). Yox, mən ölmək istəmirəm hələ!.. Mən yaşamaq istəyirəm! (Sanki kimsə onu yaxalayıb harasa çəkir, o isə müqavimət göstərir, dartınır, xilas olmağa çalışır). Əl çək yaxamdan!.. Burax məni!.. Haraya dratırsan, haraya?.. Sən kimsən, axı?.. Kim, kim?.. Əcəl?.. Əzrayıl?.. Yalvarıram, aparma məni, aparma!.. Mən ölmək istəmirəm! Mən yaşamaq istəyirəm! Başa düşürsən?.. Mən indiyəcən ayrı cür yaşamışam. Bundan sonra öz ömrümü yaşamaq istəyirəm!.. Deyəsən mən bu dünya ilə vidalaşmalıyam...
    Əlvida... Əlvida...

    (O, diz çökür, yıxılır. Matəm musiqisi səslənir).

    SON



    QIFIL
    (Mim)
    (Him-cim)


    İŞTİRAKÇILAR:
    OĞLAN
    QIZ
    KÖK QADIN
    KÖK KİŞİ
    ARIQ QADIN
    ARIQ KİŞİ



    Musiqi.
    Pərdə qalxır. İlk nəzərə çarpan şey iri, lap iri bir qıfıl olur. Qıfılın üstünə işıq düşür. Diqqətlə baxanda belə məlum olur ki, bu nəhəng qıfıl hələlik qapı və ya pəncərə olduğunu ayırd etmək mümkün olmayan çərçivədən asılıb. Əslində bu çərçivə tamaşa boyu həm qapı, həm də pəncərə funksiyasını yerinə yetirir. Uzaqda, səhnənin dərinliyində taxt, kreslo, stol görünür. Kreslonun üst tərəfindən-divardan şəkil asılıb. ARIQ KİŞİ və ARIQ QADIN qıfıla yaxınlaşıb onu qurdalayır, ora-burasına baxırlar. Bu əsnada zəng çalınır, onlar diksinirlər. OĞLAN gəlir; o da əyilib diqqətlə qıfılı nəzərdən keçirir; yenə həyəcanlı zəng səsi eşidilir; onların hər üçü diksinib geri çəkilirlər. KÖK KİŞİ və KÖK QADIN görünür. Onların hər ikisi üfürülüb şişirdilmiş nəhəng şara bənzəyirlər. Özləri də sanki yerimir, döşəmənin üstü ilə diyirlənirlər. “Kök cütlük” həyəcan zənginin sədaları altında çərçivəyə yaxınlaşır, diqqətlə qıfıla baxır, təəccüblə başlarını bulayırlar. Sanki onlar hələ “Arıq cütlüyü” və Oğlanı görmürlər. “Arıqlar” bir kənara çəkilib tərəddüdlə “Kökləri” süzürlər. Kök Kişi qıfılı “şillələyir”, zəng səsi qəfildən dayanır. “Köklər” qəhqəhə çəkib gülürlər. “Arıqlar”da cürətlənib əvvəlcə astadan, sonra isə qəhqəhə çəkib ucadan gülərək onlara qoşulur, bir növ “Köklərlə” “həmrəy” olduqlarını bəyan etmək istəyirlər. “Köklər” qəfildən “Arıqları” görüb sakitləşir, ciddiləşir, qaş-qabaqlarını tökürlər. “Arıqlar” isə hələ (bir növ yaltaqcasına) gülməkdədirlər; onların gülüş səsi tədricən azalır və bu gülüş səsləri sona yaxın hıçqırtını xatırladır. “Arıqlar” əllərini irəli uzadıb qıfılı açmaq, içəri keçmək istəyirlər. “Köklər” kəskin hərəkətlə onların qarşısını alır, dirsəkləri-dizləri ilə onları geri təpirlər. “Tərəflər” arasında dartışma başlayır. Bir tərəf o birinin əlinin üstünə vurur, bir-birinə hərbə-zorba gəlmək istəyir. Oğlan isə kənardan “tərəfləri” süzür; hiss olunur ki, o, dava-dalaşdan çəkinir, qorxur.
    Musiqi.
    Yüngül melodiyanın müşayiəti ilə QIZ gəlir. Onun əynində açıq rəngli, uzun ətəkli don, qolunda kiçik çanta var. Qız əvvəlcə nəhəng qıfıla, sonra isə “Arıqlar”ı geri təpən “Köklərə” yaxınlaşıb onların qulağına nəsə deyir. “Köklər” başlarını yellədir: yəni “olmaz!” Qız çantasından iri pul əsginasları çıxarıb Kök Qadının ovcuna basır. Kök Kişi cəld qıfılı açır, yəni “olar”. Qız çərçivənin (indiki halda qapının) içindən addımlayıb içəri keçir. Qız yüngül, işvəli addımlarla uzaqlaşıb gözdən itir. Bütün bunalrı “Arıqlar” görsə də, hiss olunur ki, Oğlanın fikri-zikri ayrı yerdədir və bu səbəbdən də o, Qıza diqqət yetirmir. Kök Kişi qıfılı yenidən qapıya bağlayır.
    Musiqi.
    Arıq Qadın ehtiyatla Kök Qadına yaxınlaşıb onun qulağına nəsə deyir. Qızın bayaqkı hərəkətini təkrar edir və onun ovcuna nəsə basır; Kök Qadın ovcuna qoyulan şeyi (yəqin ki, pulu) cəld gizlədir və Kök Kişiyə him-cimlə nəyisə izah edir. Kök Kişi cəld hərəkətlə qapıdakı qıfılı açır. “Arıqlar” fikir-xəyal aləmində üzən Oğlanı dümsükləyib işarə edirlər ki, içəri keçsin. Oğlan qəfil dürtmədən səksənib dilxor olur, təəccüblə onlara baxır, “Arıqlar” hiddət və qəzəblə Oğlanın qolundan tutub çərçivəyə (qapıya) doğru dartışdırırlar. Oğlan geri-geri dartınır; o, nədənsə içəri keçmək istəmir. “Köklər”də “Arıqlar”a kömək etmək üçün irəli yeriyirlər; onlar birləşib Oğlanı “o taya” keçirmək istəyirlər. Oğlan inadkarlıq göstərir. Oğlan (təkbaşına) və “Köklərlə” “Arıqlar” (birlikdə) xeyli dartışırlar. Nəhayət, “tərəflər” birlikdə Oğlanı sürüyə-sürüyə çərçivənin o biri üzünə keçirirlər. Köklər qıfılı qapıdan asırlar. Qapının (çərçivənin) o üzündə qalan Oğlan qışqırır... “Arıqlar” və “Köklər” səs-səsə verib gülüşür, əllərini-əllərinə vurub qəhqəhə çəkirlər.
    Musiqi.
    Oğlan gözdən itir. Bundan sonra “tərəflər” əl-ələ tutub ritmik musiqiyə uyğun olaraq rəqs edir, yallı gedirlər. Sonra “Arıqlar” və “Köklər” üz-üzə dayanıb bir-birinin qulağına nəsə pıçıldayır, xosunlaşırlar. Onların sifəti gah, şad, gah qüssəli, gah damüti bir ifadə alır; sonra onlar birləşib qapını əvəz edən çərçivəni böyrü üstə yıxırlar: indi bu “qapı” pəncərəyə çevrilir. “Köklər” nəhəng qıfılı həmin pəncərənin üstündən asırlar. Yenə şadyanalıq edir, gülüşürlər. Az sonra “tərəflər” bir-birinə toxuna-toxuna harasa tələsirlər. Onlar gedən kimi Oğlan qaçaraq gəlir. O, tövşüyür, sanki qovublar. Nəfəsi təngimiş halda otaqda var-gəl edir. Qəfildən sürəkli gülüş səsləri eşidilir, Oğlan özünü itirib sağa doğru cumur. Ani fasilədən sonra yenə gülüş səsləri. Oğlan yenə çaşır və bu dəfə sola doğru qaçır. Yenə fasilə. Yenə gülüş. Oğlan sağa və sola, sola və sağa qaçmağa başlayır. Yazıq Oğlan sanki ağlını itirib, dəli olub.
    Musiqi.
    Qız asta addımlarla daxil olur.: o sanki uçur. Oğlan öz işindədir: sağa-sola doğru qaçır, vurnuxur, tövşüyür. Qız elə otağa daxil olduğu asta və ehmallı yerişlə Oğlanı təqib edir, onun ətrafında dövrə vurur, “uçur”. Oğlandan heç bir diqqət görməyən Qız gedir. Oğlan Qızın gəlişini və gedişini hiss etmir.
    Musiqi.
    Arıq Qadın və Arıq Kişi gəlirlər. Arıq Qadın Oğlanın qarşısında dayanır. Oğlan təəccüblə Arıq Qadına baxır. Arıq Qadın əli ilə sanki Oğlanın üst-başını səliqəyə salır; onun pencəyinin boyunluğunu düzəldir, yaxasını düymələyir, saçına sığal çəkir. Arıq Kişi də fürsəti əldən vermir, cəld Oğlana yaxınlaşır, öz boynundan qalstuku açıb Oğlanın boynuna bağlayır. Oğlan qalstuku boynundan açıb Arıq Kişinin üstünə atır, öz saçını təzədən qarışdırır, pencəyinin yaxasını yenidən açır... bir növ öz əzəlki “səliqəsizliyini” yenidən “bərpa” edir. Arıq Kişi və Arıq Qadın onu təzədən “qaydaya” salır və Oğlan yenə əvvəlki kimi üst-başının səliqəsini pozur. Bu hərəkət bir neçə dəfə təkrar olunur və onların hərəkətini musiqinin təkrar olunan ritmləri müşayiət edir... “Tərəflər” get-gedə bezir, yorulur, əldən düşürlər.
    Musiqi.
    Deyəsən, “Arıqlar” təşəbbüsü heç cür əldən vermək istəmirlər. Onlar yenidən Oğlanın üstünə cumur, onun “başına ağıl qoymaq” isatəyirlər. Oğlan qaçır, “Arıqlar” qovur. Oğlanın ayağı stulun ayağına ilişir; o, müvazinətini itirir. Arıq Kişi və Arıq Qadın tez Oğlanın qolundan yapışıb onu yıxılmağa qoymurlar. Oğlan qəddini düzəldir. “Arıqlar” Oğlanın qoluna girib az qala sürüyə-sürüyə onu yuxarı başdakı kresloya doğru aparırlar. Oğlan geri dartını; fəqət “Arıqlar” təşəbbüsü yenə əldən vermək istəmir, Oğlanı zorla kresloya əyləşdrirlər. Oğlan kreslodan qopub ayağa durmaq istəyir, hətta arabir buna müvəffəq olur, döşəməyə uzanıb az qala iməkləyir, əl-qol atır, çırpınır... Təhdidçilərsə öz işlərindədir: onlar Oğlanı yenə kresloya yıxıb onun çiynindən, başından basırlar. Oğlan qışqırır. Arıq Qadın onun ağzını yaylıqla bağ.layır. Kök Kişi isə kreslonun arxa tərəfindən əllərini irəli uzadıb Oğlanın qulağından yapışır, onu aşağı dartır: yəni “yerində otur, ayağa durma, əgər dursan işin daha da fəna olacaq”. Kök Qadınsa şəhadət barmağını Oğlann gözü önündə silkələyir: yəni “tərpənsən səni əzişdirəcəyik”. Oğlan bu təhdidlərdən qorxub bir qədər sakitcə yerində (kresloda) otursa da, az sonra yerindən sıçrayıb təzədən qapıya sarı cumur. “Arıqlar” onun qulağından yapışıb təzədən kresloya çökdürürlər. Oğlan yenə ayağa durur, “Arıqlar” onu yenə sürüyüb yerinə (kresloya) doğru aparır, yumruqlayıb, şapalaqlayıb əyləşməyə məcbur edirlər. Bu hərəkət bir neçə dəfə təkrar olunur: tərəflər yoruluncaya qədər dartışır-vuruşur, nəhayət yorulub əldən düşürlər. Sonra “Arıqlar” kreslonun altından tapdıqları kəndirlə Oğlanı kresloya sarıyırlar; Oğlan dişi ilə kəndiri açır, cəld ayağa durur. Hamı ayaq üstə üz-üzə dayanır. Onların hər üçü çiyin-çiyinə dayanıb tövşüyür, sonra qol-qola tutub geri-geri addımlayırlar. Hər üçü eyni vaxtda kresloya çökürlər. Qadın kreslonun ortasına çökdüyü üçün Kişilər kənarda (kreslonun qoltuqluğu üstündə) əyləşir, sonra onlar (Kişilər) yavaş-yavaş sürüşüb Arıq Qadının dizlərinin üstündə oturur, yorğun qollarını Arıq Qadının çiyninə qoyurlar. Arıq Qadın da qollarını yanlara doğru geniş açıb Kişiləri qoltuğu altına alıb, onların başlarını öz sinəsinə sıxır.
    Musiqi.
    “Arıqlar” ayağa durub getmək və Oğlanı da özləri ilə aparamaq istəyirlər.: onlar Oğalnın qoluna girirlər. Amma Oğlan dartınır. “Arıqlar” Oğlana hirslənir, onun üstünə çəmkirir, başına qapaz vurub əsəbi halda otaqdan çıxırlar. Oğlan otaqda tək qalır. Oğlan səhnənin dərinliyindəki taxt və kresloya yaxınlaşır. Artıq dediyimiz kimi, kreslonun üstündə iri bir şəkil (portret) var. Amma həmin şəkildə təsvir olunan “adamın” başının yerinə sual işarəsi çəkilib; daha doğrusu, bu sual işarəsi şəkildəki “adamın” çiyni üzərində dayanıb. Oğlan şəkli divardan götürüb baxır, təəssüflə başını yellədir, onu (şəkli-portreti) kənardakı mıxdan asır və belə məlum olur ki, həmin şəklin arxasında xudmani bir kitab rəfi varmış. Oğlan acgözlüklə rəfdəki kitablara baxır, onlardan birini əlinə götürüb vərəqləyir. Kitabı yerinə qoyur. Sonra başqa bir kitabı götürüb baxır, vərəqləri sürətlə o üz-bu üzünə çevirib yenə əzəlki yerinə (rəfə) qoyur. Və bu minvalla Oğlan kitabları yenə əlinə alıb gözünə yaxınlaşdırır və tez də yerinə qoyur. Bu hərəkət sürətlə və bir neçə dəfə təkrar olunur: kitablar rəfdən enir və yenə öz yerinə düzülür...
    Sonra Oğlan rəfdəki iri mürəkkəbqabıdan olduqca iri bir lələyi götürüb stol arxasında əyləşir, ağ kağızların üstünə sürətlə nəsə yazmağa başlayır. Oğlan ayaq üstə dayanaraq tez-tez yazdığı kimi, tez-tez əlini çənəsinə və alnına dirəyib xəyala gedir. Bu əsnada bizə tanış olan Kök Kişi kandarda görünür. Kök Kişi heyrət və diqqətlə qəribə hərəkətlər edən Oğlanı süzür. Onun müşahidəsi xeyli çəkir. Sonra Kök Kişi asta, ustuf addımlarla Oğlana yaxınlaşır. Qollarını yana açıb Oğlanın qənşərindəki stolu ehmallıca götürür, dalı-dalı çəkilir. Oğlan da stolun arxasıyca (lələklə kağıza nəsə yaza-yaza) hərəkət edir. Oğlan stolun “yeridiyini” bilmir; o, təbii ki, Kök Kişinin burada mövcudluğundan da bixəbərdir. Kök Kişi özünün uzun dili ilə dodaqlarını yalaya-yalaya otaq boyu hərlənir-stol da qucağında. Oğlan da öz işindədir: asta addımlarla “yeriyən” stolun arxasınca gedir və gedə-gedə yenə nəsə yazır, arabir əlini alnına, çənəsinə qoyub fikrə gedir, yadına düşən fikirləri tezcə, çox sürətlə qarşısındakı kağıza köçürür. Deyəsən, mürəkkəbqabıda mürəkkəb qurtarır və bu səbəbdən də bir qədər keçəndən sonra Oğlan əlindəki zorba lələyin ucunu dilinə sürtür, onu tüpürcəklə yaşlayıb yenə nəsə yazmağa başlayır. Stol isə hələ də öz işindədir: “yeriyir” . Kök Kişi qəfildən stolu yerinə qoyur. Oğlan stola söykənir, ləngər vurur, amma yenə yazır. Kök Kişi hərlənib arxa tərəfdən Oğlana yaxınlaşır, onun boynunun ardından yapışıb aşağıya doğru çəkir, Oğlan dizi üstə çökür, amma əlindəki ağ kağıza lələklə yenə nəsə yazmaqda davam edir. Və elə bu vaxt Arıq Kişi və Arıq Qadın daxl olurlar. Onlar arxadan Kök Kişini yumruqla, təpiklə vurmağa başlayırlar. Sanki Kök Kişi heç nə hiss etmir, öz işindədir, əli ilə Oğlanı yerə doğru sıxmaqdadır. Yerdə uzanan Oğlan da öz işindədir-lələyi dili ilə yenə isladıb ıyazır; “Arıqlar” Kök Kişinin heç nəyə -lap elə zərbələrə də reaksiya verməməsindən hiddətlənib geri çəkilirlər. Artıq Oğlan yerə sərilib. Kök Kişi yenə onun boynundan yapışıb, döşəməyə doğru sıxır. Oğaln yenə yazmaqdadır. “Arıqlar” irəli cumub yerə uzanmış Oğlanın ayağından yapışaraq sürüməyə, beləliklə də, onu Kök Kişinin cənmgindən qoparmağa çalışırlar. Amma Oğlan öz “xilaskarlarını” görmür. Heç Kök Kişi də “görünməz” əllərin Oğlanı sürüyüb apardığını hiss etmir. Arıq Kişi və Arıq Qadın irəlidə, onların ardıybca yerə uzanmış Oğlan (ortada), yerə əyilib Oğlanın boynunun ardından yapışmış Kök Kişi isə arxada, iməkləyə-iməkləyə irəliyə doğru hərəkət edirlər. Oğlan tez-tez əlindəki iri lələyi tüpürcəyi ilə isladır. Üfürülmüş şara bənzəyən Kök Kişi uzun dili ilə dodağını yalaya-yalaya, Oğlanın arxasınca qabağa doğru iməkləyir. Və Arıq Kişi ilə Arıq Qadın Oğlanın ayaqlarından tutub sürütləyərək otağı dolaşırlar. Onalrın bu hərəkəti, otaq boyu “yürüşü” bir xeyli davam edir... Və sanki otaqdakıların heç biri digərinin mövcudluğunu hiss etmir.
    Musiqi.
    Arıq Kişi və Arıq Qadın Oğlanın ayaqlarını buraxıb otaqdan çıxırlar: biri sağa, digəri sola gedir. (Sanki onların da bir-biri ilə təması, əlaqəsi, ünsiyyəti yoxdur). Sonra Kök Kişi Oğlandan əl çəkib qəddini düzəldir, dili ilə dodağını yalaya-yalaya gedir. Və Oğlan ayağa durub stolun arxasına keçir, əlindəki lələklə ağ kağıza yenə həvəslə nəsə yazmaqda davam edir.
    Musiqi.
    Elə bil bayaqdan bəri baş verənlərin Oğlana heç bir dəxli, aidiyyəti yoxdur. Oğlan qəribə bir cəldliklə və ilhamla yazdığı kağızları üst-üstə yığır, sonra onları qalaqlayıb rəfə düzür, rəfdəki kitabları bir-bir götürüb baxır, yenə yerinə qoyur. Oğlanın üzünə düşən işıq zəifləyir və sönür. Bu əsnada Qız görünür. O, qısa yubkadadır. Qız sanki rəqs edə-edə otaqda o yan-bu yana gedir, çarpayının, kreslonun və stolun üstünə çıxır. Sonra qız qeyb olur. İşıq Oğlanın üstünə düşür. İndi o, sanki qocalıb, yaşlaşıb, saçı ağarıb. Əlində yenə lələk var.
    Musiqi.
    Otaq tədricən işıqlanır.
    Otağın pəncərəsi düz döşəmədən başlayır; bu isə onu göstərir ki, otaq yarımzirzəmidir. Oğlan yerə uzanıb. Onun üstünə işıq düşür. Küçəyə və ya səkiyə açılan, təxminən bir metr hündürlüyü, iki-üç metr eni olan çərçivə-pəncərə (yəni əvvəlki qapı) bir növ kino ekranını xatırladır və həmin “ekranın” önündən adamlar ötüb keçir. Oğlan az qala iməkləyə-iməkləyə sürünüb indiki halda çərçivənin-pəncərənin qarşısında dirsəklənərək bayıra, pəncərənin önündən ötüb keçən adamlara baxır. Əslində buradan o adamların üzü görünmür. O adamların sir-sifətini, üz-gözünü heç tamaşaçılar da görmür. Ötüb keçən “piyadaların” yalnız ayaqlarını müşahidə etmək mümkündür: kişi və qadın ayaqları iti və ya astaca sürünüb gedir. Çəkməli-çəkməsiz, corablı-corabsız, arıq-uzun, gödək-yoğun, şalvarlı-şalvarsız, əyri-düz, biçimli-biçimsiz ayaqlar. Ayaqların çoxu sürətlə, bəziləri isə ağır-ağır ötüb keçir... Oğlan boynunu irəli uzadıb qəribə bir maraqla “ayaq sərgisinə” tamaşa edir.

    Musiqi.
    Uzun, biçimli, hündürdaban ayaqqabılı qadın ayaqları görünür. Bu ayaqlar əvvəlcə sağa doğru istiqamət götürür, sonra sola sarı qayıdır. Ayaqlar çəkilib gedəndən sonra Oğlan bir müddət əsəbi halda yerə uzanılı vəziyyətdə vurnuxur, sonra ayağa durub üst-başını çırpır. Pəncərə önündən yenə ayaqlar ötüb keçir. Az sonra yenə bayaqkı “tanış” ayaqlar görünür: Oğlan isə sağa və sola doğru gedəndən sonra gəlib pəncərə önündə dayanan həmin ayaqlar görüb, çaşır, özünü itirir və nəhayət mənzərəni daha yaxşı görmək üçün əvvəlcə aşağı əyilir, sonra isə döşəməyə uzanır. Hiss olunur ki, pəncərə önündə dayanan ayaqların sahibi (yəni qız) kimisə gözləyir. Və təbii ki, həmin biçimli ayaqlar hansısa ucaboy xanıma məxsusdur. Oğlan pəncərəyə yaxınlaşır, diqqətlə bayıra, bayırdakı qadın ayaqlarına baxır.

    Musiqi.
    Hansısa kişi ayaqları görünür və həmin ayaqlar gəlib qadın ayaqları ilə qarşı-qarşıya, üz-üzə dayanır. Ayaqlar, daha doğrusu ayaqqabılar tədricən bir-birinə sarı yaxınlaşır. Burun-buruna dirənir. Bir cüt qadın və kişi ayaqqabısı projektorun işığı altında par-par parıldayır. Sonra qadının ayağı yerdən üzülür; hiss olunur ki, həmin ayağın sahibi qollarını qarşıdakı ayağın sahibinin-yəni kişinin boynuna dolayır və bu vəziyyətdəcə ayaqlarını yellədir. Və eşidilən qadın gülüşü, qadın qəhqəhəsi musiqi səsinə qarışır. Sonra kişi qəhqəhəsi eşidilir. Daha sonra hər iki qəhqəhə bir-birinə qovuşur. Bir qədər keçmiş təkcə kişi ayaqları görünür, hiss olunur ki, kişi qadını qucağına götürüb; indi kişi sağa-sola hərəkət edir və nəhayət, qadını qucağından yerə endirir. Qadın və Kişi ayaqları əvvəlcə üz-üzə, (qarşı-qarşıya) sonra isə daban-dabana (əks tərəflərə) dayanır. Qəfildən Oğlan qəhqəhə çəkir, ayağa durur, gəzişir. Qadın və Kişi ayaqları yan-yana dayanır.
    Hiss olunur ki, bu ayaqların sahibləri qəfil qəhqəhədən səksənib, xofa düşüblər; çünki qoşa ayaqlar bu dəm gah sağa, gah da sola doğru çapır. Bu hərəkət bir neçə dəfə təkrar olunur. Qəfildən kişi ayaqları sürətlə “aradan çıxır”, pəncərə önündə təkcə qadın ayaqları qalır. İndi qadın, daha doğrusu, qadının ayaqları həzin musiqi melodiyası altında sağa və sola doğru hərəkət edir. Arabir qadının ayaqları altına iri, sapsarı yarpaqlar tökülür. Oğlan özünü toplayıb qamətini düzəldir, əvvəlcə qadının ayaqları istiqamətinin əksinə, sonra isə onunla müvaze (paralel) hərəkət edir; onların qoşa atılan addımları adama əsgər yerişini xatırladır. Bu cür qoşa “əsgər yerişi” bir neçə dəfə təkrarlanır.

    Musiqi.
    Oğlan elə həmin “əsgəri yerişlə” otaqdan çıxmaq istəyir. Amma qapı kilidlidir. Oğlan əlindəki lələyi kənara atıb dişi ilə, dırnağı ilə çərçivənin üstündəki nəhəng kilidi açır. İndi bu nəhəng kilid onun əlindədir; Oğlan qıfılı qucağına götürüb qapıya doğru cumur İndi onun ayaqları pəncərə önündəki qadın ayağına yaxınlaşır. Sonra hər iki ayağın sahibi içəri daxil olur.; bu, Oğlan və artıq bizə tanış olan Qızdır. Amma Oğlan hələ Qızın üzünə baxmır, nəhəng qıfılı öz sinəsinə sıxıb azacıq əyilərək Qızın ayaqlarına baxır. Qız da sanki onu görmür, ətrafa boylanır. Arakəsməni xatırladan “pəncərə-ekran” (çərçivə) aradan götürülür, otaq (məkan) xeyli genişlənir. Oğlan (qucağında qıfıl) əyilə-əyilə, Qızın ayaqlarına baxa-baxa irəliləyir. Qız da öz işindədir: o, ətrafa boylanır, rəflərə düzülmüş kitabları vərəqləyir, evin əşyalarını nəzərdən keçirir. Sonra onlar üz-üzə dayanırlar. Qız Oğlanın üzünə baxmadan əlini irəli uzadıb onun bərk-bərk sinəsinə sıxdığı qıfılı sığallayır. Oğlan da eyni qaydada-Qızın heç üzünə belə baxmadan, qıfılı onun qucağına ötürür. Qız qıfılı ehtiyat və ehtiramla götürərək sinəsinə sıxır. Oğlan geri çəkilir. Qız qıfılı körpə kimi oxşayır, sığallayır, atıb-tutur.

    Musiqi.
    Sanki hələ də bir-birinin mövcudluğundan bixəbər olan Oğlan və qucağı qıfıllı Qız yüyürüb yatağın (taxtın) üstündəki örtüyü götürür, yellədirlər. Sonra örtük Oğlanın əlində qalır, Qız qucağındakı nəhəng qıfılı kreslonun üstünə qoyur. Oğlan örtüyü kreslonun (yəni nəhəng qıfılın) üstünə atır. Və Qız kreslonun üstündəki qıfılı oxşayır, sığallayır. Sonra onlar örtüyü götürüb yanlara doğru tarım dartırlar; indi örtük səhnə pərdəsinə oxşayır və onun arxasındakı əşyalar görünmür. Oğlan və Qız örtüyü elə tarım çəkilmiş halda yerə atırlar. Elə bil ki, həmin örtük, kəsilmiş ağacların-yerə uzadılmış iki “kötüyün” üstünə atılır. Bayaq bu “kötüklər” yox idi. Amma Oğlan və Qız “kötüyün” bayaq olub-olmamasının fərqində deyillər. Onların hərəsi bir “kötüyün” üstündə əyləşirlər. Oğlan kənara atdığı lələyi əlinə alıb onu dili ilə isladır, gözünü uzaq nöqtəyə dikir, fikrə gedir, nəsə yazır. Qız darıxaraq ətrafa boylanır. “Kötüklər” hərəkətə gəlir, tərpənir. Oğlan və Qız diksinib ayağa durur. Qız örtüyü yerdən götürüb yatağın üstünə atır. Tamaşaçı yalnız indi görür ki, “kötüklər” kötük yox adammış: - Kök Kişi və Kök Qadın, yorğun halda yerə uzanıblar. Onlar bu görkəmdə adamdan daha çox həqiqətən kötüyə bənzəyirlər. Onlar adam olduğunu eyninə gətirməyən Oğlan və Qız təzədən (fərqinə varmadan) “kötüklərin” üstündə əyləşir: Oğlan Kök Kişinin, Qızsa Kök Qadının. Lakin “kötüklər” yenə tərpəndiyi üçün Oğlan və Qız diksinir, qorxur və yerlərini dəyişirlər: indi Oğlan Kök Qadının, Qız idə Kök Kişinin sinəsində əyləşir. “Kötüklər” yenə tərpənir. Oğlanla Qız yenə yerlərini dəyişirlər. Bu hal-“yerdəyişmə” bir neçə dəfə təkrar olunur və nəhayət onlar-Qız və Oğlan (hər ikisi) Kök Kişinin sinəsində əyləşirlər. Kök Kişi əvvəlcə sakitləşir, az sonra xoruldayıb o biri üzü üstə çevrilir və Qızla Oğlan dombalaq aşıb yıxılırlar. Sonra onlar qışqıra-qışqıra qaçıb gedirlər. Oğlan lələyi yerə atır. “Köklər” sanki yuxudan oyanıb gözlərini ovuşdurur, ətrafa boylanır, gülürlər.

    Musiqi.
    Kök Kişi Oğlanın qaçarkən yerə atdığı lələyi götürüb qorxa-qorxa dilinə toxundurur. Onun bu hərəkətini Kök Qadın da təkrar edir; Kök Qadın lələyi dilinə çəkib əvvəlcə kreslonun üstündəki nəhəng qıfıla yaxınlaşır,qıfılın üstünə nəsə “yazır”, sonra yatağa yaxınlaşıb taxtın üstündəki örtüyə nəsə “yazır”, sonra kitab rəfinə yaxınlaşır. Kök Kişi də qorxa-qorxa onu (Kök Qadını) təqib edir, izləyir. Nəhayət, Kök Qadın başını qaldırıb kreslonun üstündə - divardan asılmış “başsız portretə”diqqətlə baxır və əlindəki lələyi portretin “başını” əvəz edən sual işarəsinin üstünə sancır. Və Kök Qadının bu hərəkətindən sanki Kök Kişi məmnun olur, rahatlaşır. Sonra onlar əl-ələ tutub yatağın üstünə tullanır, qucaqlaşır və gülə-gülə ayağa qalxıb kreslonun üstündən qıfılı götürərək (qıfılı Kök Qadın aparır) çıxırlar. Arıq Kişi və Arıq Qadın gəlirlər. İndi həmin Qıfıl... onların (daha doğrusu, Arıq Qadının) qucağındadır.Qadın qıfılı kreslonun üstünə qoyur. Sonra ”Arıqlar” ətrafa göz gəzdirir, əl-ələ tutur, göz-gözə baxır, atılıb-düşür, yatağın üstünə tullanır, qucaqlaşır və nəhayət ayağa durub sürətlə otaqdan çıxırlar.

    Musiqi.
    Kök Kişi və Kök Qadın (soldan) Qızın qolundan tutub gətirirlər. Arıq Kişi və Arıq Qadınsa Oğlanın qoluna girib gəlirlər. “Köklər” və “Arıqlar” əvvəlcə bir-birlərinə təzim edib görüşür, sonra qucaqlaşıb marçamarç öpüşürlər. Bu fürsətdən istifadə edən Oğlan və Qız cəld oradan çıxırlar: onların hərəsi bir səmtə üz qoyurlar. “Arıqlar” və “Köklər” birdən başlarını qaldırıb Oğlanla Qızın aradan çıxdığını görür, əllərini dizlərinə vura-vura hay-küy salaraq vurnuxur, dala-qabağa qaçır, sonra səhnənin arxasına cumub “qaçanları” – Oğlanı və Qızı “tapıb” zorla, sürüyə-sürüyə gətirirlər .

    Musiqi.
    Təntənəli marşın sədaları altında iştirakçıların hamısı əl-ələ tutub səhnənin önünə gəlirlər. Pərdə tədricən enir. İştirakçılar alqış sədalarının müşayiəti ilə Oğlanla Qızın barmağına üzük keçirirlər. Pərdə yenə qalxır. Səhnənin dərinliyində bəzəkli taxt və yataq. Arıq Kişi və Arıq Qadın taxtın üstündən iri örtüyü götürüb onu tarım dartırlar; indi örtük gərdəyi xatırladır. Oğlan və Qız örtüyün (“gərdəyin”) arxasında qalsalar da tez kənara qaçırlar. “Köklər” cəld irəli cumub onları –Oğlan və Qızı itələyə-itələyə taxta sarı sıxışdırır, yatağa yıxmağa çalışırlar. Bu əsnada Arıq Kişi və Arıq Qadın örtüyü yatağın önündə gərdək kimi tuturlar; örtüyün arxasında nəsə çaxnaşmanın, dartışmanın olduğu hiss edilir. Nəhayət, Arıq Kişi və Arıq Qadın örtüyü taxtın üstünə atırlar. Örtüyün altında iki nəfərin olduğu açıq-aşkar bilinir: onlar yataqda-taxtın üstündə vurnuxurlar. Adama elə gəlir ki, bunlar Oğlan və Qızdır; çünki “Arıqlar”ın üz-gözündə açıq-aşkar duyulan sevinc, sevincdən doğan göz yaşları və hətta həzin musiqi sədası altında titrəyən nəhəng örtük bunu deməyə, bu cür düşünməyə əsas verir. Və bu sevinc təranələri altında “Arıqlar”asta addımlarla taxta yaxınlaşırlar, diqqətlə dinləyir, yatağa sarı əyilib qulaq asırlar. Örtük yavaş-yavaş sürüşüb yerə düşür və onun altından... Kök Kişi və Kök Qadın çıxırlar. Qəribədir ki, indi onlar əvvəlki kimi şişman deyillər. Yüngül paltarlarda olan bu insanlar indi adi bədən quruluşuna malik olan şəxslərə çevriliblər, yəni arıqlayıblar. Bu mənzərəni görən “Arıqlar” bir növ cürətlənir, qışqırıb hiddətlənir, “Kökləri” yumruqlamağa başlayırlar; “Arıqlar” Oğlan və Qızın haraya qeyb olunduğu ilə maraqlanır, jestlərlə cavanların yoxa çıxmasının səbəbini aydınlaşdırmağa çalışır, əyilib taxtın, kreslonun, stolun, stulun, rəfin altına baxırlar. “Arıqlar” “itənləri”, hətta dəftərin, kitabın, portretin üstünə sancılmış lələyin altda, boşqabın, stəkanın içində axtarırlar: onlar “Köklərin” üst-başını, yaxalarını, ciblərini də “təftiş edirlər”. Kök Kişinin (o, təbii ki, indi “kök” yox, “arıqdır”) cibindən çıxan dəsmalı diqqətlə nəzərdən keçirən Arıq Kişi həmin dəsmalla burnunu silib atır. Kök Qadının (təbii ki, indi bu qadın da “arıqlayıb”) cibindən çıxan rezin şarı diqqətlə nəzərdən keçirib onu saqqız kimi hiddətlə dartan Arıq Qadın daha sonra həmin şarı ağzına yaxınlaşdırıb köpüzdürür, köpmüş şarı öz donunun altında gizlədir, bu zaman onun qarnı şişir və Arıq Qadın özünün şişman qarnını sığallaya-sığallaya ağlamağa başlayır. Elə bu əsnada Oğlan (sağ tərəfdən) və Qız (soldan) gəlirlər. Oğlanı görən Arıq Qadın onu qucaqlayıb gülməyə başlayır. Kök Qadın da (o, indi “arıqlayıb”) Qıza yaxınlaşıb onun boynunu oxşayır, saçını sığallayır. Oğlan qəfildən Arıq Qadının “şişmiş” qarnını görüb diksinir, hürküb geri sıçrayır.
    Arıq Qadın ciddiləşib Oğlanın üstünə sarı addımlayır, diqqətlə onu süzür, əsəbi halda lələyi götürür, onu əvvəlcə Oğlanın sinəsinə söykəyir, sonra Oğlanın qışqırdığını görüb geri çəkilir və lələyi öz qarnına pərçimləyir; Arıq Qadının donunun altındakı şar partlayır, hamı diksinir. Kök Qadın lələyi yerinə qoyur. Bu vaxt Arıq Qadın gülür və hamı ona qoşulub gülür... “Arıqlar” “Köklərə” him-cim edir. “Köklər” “Arıqların” işarəsini anlayıb taxtın üstündən örtüyü götürür, yatağın qarşısına gəlir, bir növ yenə “gərdək” qururlar. “Arıqlar” Oğlanı və Qızı az qala sürüyə-sürüyə, döyə-döyə yatağa sarı dartırlar; hiss olunur ki, örtüyün arxasında bir müddət süpürləşmə, dartışma olur. Nəhayət, “Köklər” örtüyü (“gərdəyi”) yatağın üstünə atırlar. Bayaqdan başlayan dava-dalaş elə örtüyün altında da davam edir. “Köklər” (əlbəttə, ta onalr “arıqlayıb”) yatağa baxıb sevinir, şənlənir, bu “izdivacdan” məmnun olub əl çalır, rəqs edirlər. Sonra onlar (“Köklər”) örtüyün “sakitləşdiyini” görüb örtüyü sakitcə dartırlar. Örtüyün altından yenə də Oğlan və Qız yox... bu dəfə “Arıqlar” çıxır. Amma bu, bayaqkı “Arıqlar” deyil, indi onlar şişman olub, “kökəlib”. “Arıqlar” (daha doğrusu, “kökəlmiş” “arıqlar”) yataqdan yerə enirlər. “Köklər” (indi arıqlayanlar) “Arıqlara” (indi kökələnlərə) təəccüb və qorxu ilə baxır, əsə-əsə geri-geri addımlayırlar; sonra onlar ayaq saxlayır. Daha sonra “tərəflər” üz-üzə, qarşı-qarşıya gəlir, əl tutub döyüşə hazırlaşır, bir-birilərinə hərbə-zorba gəlirlər.

    Musiqi.
    Və bu zaman Oğlan və Qız səhnənin sağ və sol tərəflərindən gəlirlər. “Tərəflər” hiddətlənib Oğlan və Qızın üstünə hücum çəkirlər. “Köklər” (indi “arıqlayıblar”) örtük-“gərdəyi” yenə tarım dartıb öndə dayanırlar. Oğlan, Qız və “Arıqlar” pərdə arxasında qalır. Az sonra Arıq Kişi və Arıq Qadın (kökələnlər) pərdənin arxasından çıxırlar. Amma indi onlar öz əzəli qiyafələrindədirlər, yəni... arıqlayıblar. “Arıqlar” və “Köklər” (indi onların hamısı arıqdır) birlikdə Oğlanla Qızı yatağa yıxır və tarım çəkilmiş örtüyü yatağın üstünə atırlar: yataqda, daha doğrusu, iri örtük- “gərdəyin” altında vurnuxma. Sonra örtüyün altında, sakitliyin “bərpa olunduğu” duyulur. “Arıqlar” və “Köklər” sakitcə, yavaş-yavaş örtüyün ucundan yapışıb onu özlərinə sarı dartırlar. Ortüyün altından şişmanlaşmış, “kökəlmiş”... Oğlan çıxır, onun qucağında isə... nəhəng qıfıl görünür. “Köklər” (indi arıqdırlar) birləşib Oğlanın qucağından qıfılı alır, onu ehtiyatla kənara qoyurlar. “Arıqlar” isə (onlar yenə də arıqdırlar) “kökəlmiş” Oğlanı süzüb onun başına çırtma vururlar. Başa dəyilən çırtmaların səsi eşidilir: danq-danq-danq... Sanki baraban çalınır. Sonra bu çırtmaların səsi hansısa zərb alətinin ritmik melodiyasına çevrilir: danq-danq, dam-daramb və s. Oğlan geri çəkilib qollarını yana açır, indi o, qorxmaz bahadıra, pəhləvana oxşayır. Oğlan kənara atılmış nəhəng qıfılı götürüb yatağa uzanır-qıfıl da qoltuğunda. Oğlanın işarəsi ilə “Arıqlar” və “Köklər” örtüyü (“gərdəyi”) əvvəlcə bir müddət tarım çəkib saxlayır, sonra yatağın üstünə atırlar. Yataqda -örtüyün altında vurnuxma hiss olunur. Az sonra sakitlik. “Köklər” və “Arıqlar” birləşib örtüyü üzüaşağı dartırlar. Yataqdan, örtüyün altından... Qız çıxır-qucağında da qıfıl. Amma indi o, şişib “kökəlmişdir”. Hamı heyrətlə qışqırır. “Tərəflər” Qızın üstünə doğru hücum etmək istəyirlər. Amma Qız qollarını yana açıb nərə çəkir, “hücvumçular” qorxub ayaq saxlayırlar. Qız qıfılı qoltuğuna vurub gedir. Oğlan da çıxır. “Köklər” və “Arıqlar” əvvəlcə yatağa yaxınlaşıb diqqətlə onu nəzərdən keçirir, bu “sehrli” “taxt-tacın” “sirrini” öyrənmək istəyir, amma heç nə anlamayıb yenə geri çəkilir, kənara atılmış örtüyün o üz-bu üzünə baxır, sanki indi də “gərdəyin” sirrinə bələd olmaq istəyirlər. Bu “axtarışdan” da heç nə hasil olmur. İndi onlar “gərdək”-örtüyü yenə tarım çəkirlər; əvvəlcə onu “Arıqlar” tutur- “Köklər” nəzərdən keçirir; sonra örtüyü “Köklər”-tutur “Arıqlar” “təftiş edir”. Hamı təəccüblə başını yellədir: yəni bu ki, adicə örtükdür. Nəhayət, onlar birlikdə örtüyü yatağın üstünə atırlar. Əvvəlcə yatağın üstündə kip, düpbədüz dayanmış örtük-“gərdək”, sonra sanki yavaş-yavaş, tədricən dalğalanır: elə bil örtüyün altında ya külək əsir, ya da şar köpüzdürülür. “Arıqlar” və “Köklər” heyrətlə dalğalanan örtüyə baxırlar. Onlar hiddətlə yatağa sarı cumurlar. Get-gedə yaxınlaşan həyəcanlı səslər (siqnallar) onları qorxuya salır və “hücumçular” ayaq saxlamalı olur.

    Musiqi.
    “Arıqlar” və “Köklər” birləşib hərəsi örtüyün (“gərdəyin”) bir qulağından tutur, sonra onu götürüb bir kənara atırlar. Yataqdakılar görünür: Oğlan və Qız üz-üzə, yüngül geyimdə yanaşı uzanıblar. Onların arasında isə ... nəhəng qıfıl. Sanki bu qıfıl indi onları ayırmır, birləşdirir. “Köklər” və “Arıqlar” yataqda yanaşı uzanmış Oğlana və Qıza yaxınlaşırlar. Oğlan və Qız tez yataqdan qalxıb yerə tullanırlar. Oğlan qaçıb cəld portretə sancılmış lələyi, Qızsa yataqdakı nəhəng qıfılı götürür. “Arıqlar” Qızın əlindən qıfılı, “Köklər” isə Oğlanın əlindən lələyi alır, yerə atırlar. Əlləri “boş qalmış” Oğlan və Qız bir-birilərinə yaxınlaşır, diqqətlə bir-birilərini süzürlər; sanki onlar ilk dəfədir ki, üz-üzə gəlir, bir-birini görürlər. Görüşürlər. Sonra onlar əl-ələ tutur, rəqs edirlər. “Köklər” və “Arıqlar” da onlara qoşulur. Əslində hamı cüt-cüt oyanyır: Oğlan və Qız, Köklər, Arıqlar... Sonra, lap sonda iştirakçılar əl-ələ tutub səhnənin önünə gəlirlər. Oğlan cəld qaçıb yerdən lələyi götürür, onu portretin (sual işarəsinin) üstünə sancır, nəhəng qıfılı isə həmin nəhəng lələkdən asır. Hamı gülüb əl çalır.

    PƏRDƏ

    SON

























    QARANQUŞ YUVASI
    (qısametrajlı film üçün ssenari)

    1.
    Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır.
    Sadə qaydada döşənmiş otaqlardan biri. Divardan şəkillər - mənzərə və portretlər asılmışdır. Elman kresloda əyləşib televizora baxır. Ekranda hərbi marş sədaları altında göstətilən kadrlar - toplar, tanklar, səngərlər, raketlər, əsgərlər sürətlə bir-birini əvəz edir. Zəfər, qələbə atəşfəşanlığı hiss olunmaqdadır.
    Telefon zəngi. Elman Qasımzadə cəld ayağa durur, pultun düyməsini basıb televizorun səsini azaldır, telefonun dəstəyini qaldırır.
    -Bəli. Eşidirəm...
    Telefonda kəsik siqnallar eşidilir: düyy-düyyy-düyyyy...
    Qonşu atağın qapısı açılır. Elmanın anası (Rəhimə xala) bir oğluna, bir də telefona baxır:
    -Elman, kim idi zəng edən?
    -Nə bilim kim idi, ay ana? Kim idisə səsimi eşidən kimi dəstəyi yerinə qoydu...
    -Yəqin yenə odur...
    -“O” kimdir elə?
    -Raminin nişanlısı... Bilirəm ki, səninlə danışmağa utanır. Gərək özüm götürəydim dəstəyi... Çox tərbiyəli qızdır. Xatirəni deyirəm... Hər gün zəng edib Ramini soruşur. Utana-utana deyir ki, nənə, darıxma, Ramin tezliklə sağ-salamat qayıdıb gələcək. Mənə ürək-dirək verir... Bircə onların toyunu görsəydim ölsəm də dərdim olmazdı. Xatirə atasız böyüyüb, Ramin isə anasız...
    Yenə telefon zəngi.
    Elman əli ilə anasına işarə edir. Qadın telefona yaxınlaşır. Dəstəyi götürür. Dəstəkdə gur kişi səsi eşidilir.
    -Salam. Hər vaxtınız xeyir. Elman Qasımzadənin evidir?
    -Bəli. Bu dəqiqə... Elman, gəl, səni istəyirlər.
    Elman telefonun dəstəyini qulağına yaxınlaşdırır:
    -Salam. Buyurun, eşidirəm.
    - Siz Ramin Qasımzadənin atasısınız?
    -Bəli...
    -Sizi narahat edən kapitan Həsənovdur... Zəhmət olmasa hərbi komis- sarlığı gəlin.
    -Nə vaxt?
    -Elə indi.
    -Xeyirdirmi?
    -Bu barədə Siz gələndə danışarıq.
    -Oldu... İndi gəlirəm.
    Televizorda kadrlar və musiqi dəyişir. Həzin melodiya eşidilir.
    Qadın həyəcanla oğluna yaxınlaşır:
    -Nə dedilər, oğul?
    -Hərbi komissarlıqdan zəng vurmuşdular.
    Musiqi səsi tədricən güclənir. Qadın əlini göyə qaldırır:
    -Ay Allah, nəzərini Ramin balamın üstündən əsirgəmə.
    Elman çıxır.
    Qadın əvvəlcə pəncərədən çölə boylanır, sonra həyətə açılan qapıya yaxınlaşır.


    2.
    Kadr dəyişir.
    Hərbi komissarlıqda kiçik kabinet. Elman Qasımzadə və kapitan Həsənov. Hər iksi hüznlü və kədərli bir görkəmdə.
    Kapitan Həsənov:
    -Mən sizin oğlunuzu çox yaxşı xatırlayıram. Qədd-qamətli, cüssəli, idmançı görkəmli bir oğlandı... Onu döyüşə buradan yola saldıq. Amma dediyim kimi... Bəli, o, şəhid olub. Mən də atayam...
    Elman Qasımzadə başını əlləri arasına alıb bir müddət susur. Sonra diqqətlə qarşısındakı hərbi geyimli adamı süzür və handan-hana dillənir:
    -Yaxşı, indi biz nə etməliyik?
    -Mən artıq sizə mövcud vəziyyəti izah etdim. Düşmən tərəf bizimlə danışıqda ortaya şərt qoyub. Deyirlər ki, Ramin Qasımzadənin nəşini yalnız dəyişmə yolu ilə qaytara bilərik. Özü də üçüncü ölkənin sərhəddində...
    -Kiminlə dəyişmək istəyirlər?
    -Hansısa bir hərbçi ilə...
    -İndi belə bir hərbçi varmı?
    -Bəli, var... Var belə bir hərbçi...
    Ani sükut. Elman Qasımzadə diqqət kəsilib kapitanın sözünü bitirməsini gözləyir.


    3.
    Hərbi komissarlığın həyətindən səs-küy eşidilir. Uca səslə (səsgücləndirici ilə) adamların, çox güman ki, könüllü və ya çağırışçıların siyahısı oxunur:
    -Əhmədov Tural Məmməd oğlu...
    -Tağıyev Əkrəm İmran oğlu...
    -Kazımova Səidə Talıb qızı...
    Siyahının oxunuşu davam etdirilir...


    4.
    Elman Qasımzadə və kapitan Həsənov kabinetdən çıxıb həyətdəki hərbi minik maşınına yaxınlaşırlar. Kapitan maşını işə salır. Uğultu eşidilir.


    5.
    Elman Qasımzadənin evinin həyəti. Kiçik bağça.
    Həyətdə səliqə ilə sıralanmış gül-çiçək kolları. Meyvə və bəzək ağacları. Krandan axan suyun şırıltısı eşidilir. Həyətdə, ağacların əhatəsində iri stol və həmin stolun ətrafında kətillər.
    Elmanın anası Rəhimə xala ilə Xatirə həyətdə söhbət edirlər.
    Telefon zəngi. Rəhimə xala cəld içəri keçir. Xatirə şüşənin (pəncərənin) arxasında həyəcanla danışan qadına diqqət kəsilir. Rəhimə xala əl-qolla danışır, nəyisə izah edir.
    Bağçadakı quşların səsi eşidilir.
    Az sonra qadın evin həyətindəki bağçaya qayıdır...
    Rəhimə xala:
    -Hə, qızım, düz deyirmişsən, Ramin sağ-salamat imiş...
    -Nə gözəl bir xəbər, Rəhimə xala...
    -Gözəl günün olsun, ay Xatirə bala... İndi Elman idi zəng edən. Dedi ki, Ramindən xəbər vat.
    -Oooy, nə gözəl...
    -Dedi ki, evə gec gəlsəm nigaran olma...
    -Bəs görəsən niyə belə gec?
    Qadın bir qədər duruxur.
    -Doğrudan da, niyə gec? Düzü, bunu nə o dedi, nə də mən soruşdum.
    Xatirə sanki öz-özünə danışırmış kimi asta səslə:
    -Görəsən, Ramin yaralanmayıb ki? Bəs o, indiyəcən harada imiş? Bəlkə əsir düşübmüş?
    Küçədə maşın siqnalları eşidilir.
    Rəhimə xala:
    -Qonşumuzun evində toy-bayramdır... Uşaqları sağ-salamat qayıdıb müharibədən...


    6.
    Yol. Hərbi minik maşını. Maşında Elman Qasımzadə və kapitan Həsənov. Həmin maşının arxasınca daha iki maşın gəlir: maşınların üstündə qızrmızı xaç şəkli və ağ bayraqlar görünür.
    Kapitan Həsənov:
    -Bizimlə onların arasında danışıqları Beynəlxalq Qırmızı xaç komitəsinin nümayəndələri aparıb. Elə meyitləri də bu təşkilatın təşəbbüsüynən dəyişməliyik.
    -O tərəfin adamları ilə harada görüşəcəyik?
    -Sərhəddə... Daha doğrusu, neytral zonada.
    Elman Qasımzadə:
    -Bəlkə bir az ayaq saxlayaq?
    -Nəyə görə?
    -Mən ta dözə bilmirəm.
    -Səbrli olmalıyıq, Elman müəllim... Başqa çarə yoxdur.
    -Ciyərim yanır. Siqaret çəkmək istəyirəm.
    -Eybi yoxdur, elə maşında çəkin...
    Elman Qasımzadə siqareti odlayıb tüstünü acgözlüklə ciyərinə çəkir.
    Qırmızı Xaça məxsus olan, üstü ağ bayraqlı maşınlar arxadan sürətlə irəliləyərək hərbi komissarlığın maşınınını ötüb keçir.


    7.
    Yerevan-Tiflis yolu. Sürətlə hərəkət edən hərbi maşını müşayiət edən Beynəlxalq Qırmızı xaç qurumuna məxsus iki maşın sürətlə Gürcüstan sərhəddinə doğru irəliləyir.
    Hərbi maşında iki adam var: hərbi geyimli kişi-sürücü və qara paltarlı qadın. Qadının başında qara yaylıq var. Bu, Seda Arslanovna Manukyandır.
    Qadın əsəbi halda üzünü hərbi geyimli adama sarı çevirərək:
    - Ayspisov, na viravorvets’ yev geri ynkav...
    (Tərcüməsi: Deməli, o, yaralanıb, sonra əsir düşüb...). (Bundan sonra davam edən söhbətin tərcüməsi yazılı subtirlərlə verilir).
    Hərbçi:
    -Bəli. İşxanı yaralı vəziyyətdə əsir götürüblər. Huşu özündə olmayıb. O, yaralanmasaydı əsir düşməzdi... O, çox igid, qoçaq bir oğlan idi. Siz onunla fəxr etməlisiz. Elə biz də...
    -Görəsən onun yaraları necədir?
    Hərbi geyimli adam çiyinlərini çəkir:
    -Yaraları? Hə, “yaraları necədir”? Nə mənada?
    Qadın əsəbi halda:
    -“Nə mənada...” Onun əl-ayağı, baş-gözü salamatdırmı? Mən bunu bilmək istəyirəm.Bu “mənada”.
    -Doğrusu, mən bunu dəqiq bilmirəm. Hərbi komissarlıqdan belə bir əmr gəldi ki, İşxan Manukyanın... İsxan Manukyanı onların bir zabiti ilə dəyişmək lazımdır...
    -Məhz zabit ilə?
    -Bəli, zabiti yalnız zabitlə dəyişmək olar. Axı sizin oğlunuz da...
    -Hə, o, bu yaxınlarda kapitan rütbəsi almışdı...
    -Bilirəm... Məlumatım var.


    8.
    Arxadan Beynəlxalq Qırmızı Xaça komitəsinə məxsus maşınlar gəlir. Maşınlardan birində dörd nəfər adam var. Digər maşında cəmi bir sürücü nəzərə çarpır. Həmin maşının arxa tərəf salonunda taxta tabut görünür.
    Yol boyu bir-birini əvəz edən məntəqə, ərazi və yer göstəriciləri-yazılı lövhələr. Həmin lövhələr iki dildə yazılıb-erməni və ingilis dillərində. Maşındakılar ingilis dilində danışırlar:
    -Dedilər ki, oğlunun öldüyünü hələlik ona deməyək...
    -Qadına yazığım gəlir. Axı o, bir azdan sonra hər şeyi görəcək.
    -Əslində onu psixoloji cəhətdən hazırlamaq lazım idi.
    -Eh, sən də, Con... İndi psixoloq vaxtıdır? Qadının oğlu hansı şəraitdə ölüb?
    -Döyüşdə yaralanıb... O tərəfin- Azərbaycan tərəfin hərbçiləri onu qospitala çatdırıblar. Oğlan elə əməliyyat stolunda keçinib... Hə, unutdum, nədir onun adı?
    -İşxan Manukyan...
    -Anasının adı Seda Manukyandır...
    -Qoy adlarını dəftərçəyə və yaddaşıma qeyd edim...
    Əməkdaşlardan biri ratsiya ilə kiminləsə (ingilis dilində) danışır:
    -Bəli, bəli... Yoldayıq. Mənzil başına çox az qalıb...


    9.
    Elman Qasımzadə və kapitan Həsənov yenə həmin maşınların müşaiyəti ilə yol gedirlər. Elman siqaretini tüstülədir.
    Kapitan Həsənov:
    -Elman, qardaşım, sizin cəmi bir övladınız vardı?
    Elman uzun müddət susur, fikrə gedir. Handan-hana dillənir:
    -Biri də vardı...
    Susurlar.
    Elmanın gözünün qarşısından övladlarının uşaqlığını canlandıran kadrlar ötüb keçir. Oğlanları (Ramin və Elxan) həyətdəki bağçada “dava-dava” oynayırlar. Uşaqların əlində oyuncaq silahlar var. Onlar tez-tez ağacların arxasına keçib bir-birinə “atəş” açırlar. Ailə üzvləri (Rəhimə xala, Elman və gənc qadın) həyətdəki mizin arxasında əyləşib çay işir, deyib-gülürlər.
    Kapitan Həsənov:
    -Həyat çox qəribədir.
    -Həyatı yaxşı da edən bizik, pis də edən... Həyat neyləsin?
    -Elədir... (Pauza). Sərhəddə az qalır.


    10.
    Elman Qasımzadənin evinin həyətindəki kiçik bağça.
    Xatirə və Rəhimə xala.
    Telefon zəngi. Rəhimə xala cəld hərəkətlə otağa keçib telefonun dəstəyini götürür. Kiminləsə danışıb geri qayıdır.
    Rəhimə xala:
    -“Cib telefonu”nun dilini bilmirəm deyə, həm özüm əziyyət çəkirəm, həm də məni axtaranlara əziyyət verirəm.
    Xatirə gülərək deyir:
    -Mobil telefonu deyirsiz, xala?
    -Hə, onu deyirəm. (Gülür). Mobili... Elman idi zəng vuran. Dedi ki, ana, nigaran olma, Tiflis tərəfə gedirəm... Yaxşı, görəsən onun Tiflisdə nə işi?
    Xatirə düşüncəli halda:
    -Yəqin nəsə işi var oralarda...

    11.
    Hərbi geyimli kişi və Seda Beynəlxalq Qırmızı Xaç komitəsinə məxsus maşınların müşayiəti ilə yol gedirlər.
    Gürcüstan ərazisi. Yol boyu məntəqə, ərazi və yer adlarının yazıldığı lövhələr bir-birini əvəz edir. Həmin lövhələr iki dildə- gürcü və ingilis dillərində yazılıb.
    Kişi:
    -Yaxşı ki, Gürcüstan gömrüyündə bizi çox ləngitmədilər.
    Seva:
    -Hə, elədir... Gürcülər bürokratiyanı aradan qaldırıblar.
    Kişi qadına sarı dönüb hiss olunacaq bir ehtiyatla:
    -Sizin oğlunuz Azərbaycanda doğulub?- deyə, soruşur.
    Qadın da eyni ovqatla cavab verir:
    -Bəli... Təkcə oğlum yox, elə mən özüm də orada anadan olmuşam. Mən bunu niyə gizlətməliyəm ki?
    -Mən bunu elə-belə soruşdum... Bilirəm ki, siz vətənpərvər qadınsınız...
    -Hmmm... “Vətənpərvər...” Xeyr mən siz deyən “patriotlardan” deyiləm. Bəyəm mənim Vətənim var ki, özüm də vətənpərvər olum...
    Qadının əsəbi sualı hərbçini diksindirir; hərbçi çiynini çəkib susur və diqqətlə yola baxır.
    Seda öz-özünə danışırmış kimi dodaqaltı pıçıldayır:
    -Orada mənim yaxınlarım qalıb. Mən onlarıb taleyindən bixəbərəm...
    Sürücü tərs-tərs qadını süzür.
    Susurlar.
    Musiqi. Həzin melodiya.


    12.
    Elman Qasımzadənin getdiyi hərbi maşının arxasınca gələn Qırmızı xaça məxsus, üstündə ağ bayraqlar dalğalanan iki maşın tədricən sürətini azaldır. Maşınlardan birində Qırmızı xaçın dörd nəfər əməkdaşı var. Digər maşında cəmi bir sürücü görünür.
    Maşındakılar ingilis dilində söhbət edirlər.
    -Yəqin ki, zabitin atası real vəsiyyətdən xəbırdardır.
    -Əlbəttə, o bilir ki, oğlunun meyitini apardığımız zabitin meyiti ilə dəyişəcəyik.
    -Yaxşı ki, müharibə başa çatdı. Yoxsa biz hələ uzun müddət bu “dəyişmələrlə” məşğul olacaydıq.
    -Zabitin ad-familiyasını qeyd etmisizmi?
    -Əlbəttə... Ramin Qasımzadə. Döyüşə könüllü gedibmiş.
    Əməkdaşlardan biri ratsiya ilə kiminləsə danışır:
    -Bəli, bəli... Biz sərhəddə yaxınlaşırıq.


    13.
    Rəhimə xala sanki yanındakı gənc qızla – Xatirə ilə deyil, öz-özü ilə söhbət edir.
    Rəhimə xala əlini yuxarı qaldırıb evin çardağını göstərir:
    -Yadımdadır, Raminlə Elxan kiçik olarkən orada- çardağın altında iki haçaquyruq qaranquş yuva qurmuşdu. Onlar bir ailə idilər. Quşlar hər il yuvada iki yumurta qoyar, iki bala çıxarardılar. Təəccüb edirdim ki, axı niyə iki yumurta?.. Düzü, bunun niyə belə olduğunu heç indi də anlamıram... Hə, neçə il idi ki, onlar bu minvalla nəsil artırırdılar... Bəlkə də o erkən gələn qaranquşlar ölmüşdü, bəlkə də yerinə onların balaları gəlirdi. Axı onlar hamısı bir-birinə oxşayır... Hər nə isə, bu payız qaranquşlar gəlmədilər. Odur, yuvaları da boşdur. Yaman pis oldum bu işə...
    Xatirə:
    -İnşallah, gələn il gələrlər.
    Rəhimə xala:
    -İnanmıram. Çətin... Deyirlər, qaranquşlar da adamlar kimidir. Öz yuvalarından perik düşəndən sonra bir daha geri dönmürlər...


    14.
    Neytral zona. İki müxtəlif istiqamətdən gələn maşınlar bir-birinə yaxınlaşır. Qırmızı Xaça məxsus maşınlardakı əməkdaşlar ratsiya vasitəsi ilə kiminləsə danışaraq bir-birlərinə yaxınlaşırlar.
    Seda və hərbi geyimli adam nə barədəsə danışırlar.
    Qəmli, hüznlü melodiya səslənir.


    15.
    Elman Qasımzadə və kapitan Həsənov yol gəlirlər.
    Kapitan Həsənov:
    -O tərəfin adamları artıq sərhədə çatıb...
    Elman Qasımzadə susur...


    16.
    -Gəlin cəmi bir dəfə bir tanış vasitəsi ilə xəbər göndərmişdi... Deyib ki, öz əlimlə öz yuvamı dağıtdım.... Eh, ay bala, dağılan yuvaya qayıtmaq olurmu?
    Yenə uşaqların həyatının bir parçasını əks etdirən kadrlar. Musiqi.
    Kadrdakı Kişi (Elman) və qadın çox gəncdirlər. Kişi Raminin və qadın isə Elxanın əlindən tutub. Uşaqların hər ikisinin əllərindən biri valideynlərinin ovcunda olsalar da, onlar digər əlləri ilə oyuncaq silahı sinələrinə sıxıblar. Hiss olunur ki, ailə üzvləri- kişi və qadın bir-birlərindən ayrılırlar. İndikinə nisbətən xeyli gənc olan Rəhimə xala öz oğlu ilə gəlininin boynunu qucaqlayır.


    17.
    Neytral zona.
    Beynəlxalq Qırmızı Xaç komitəsinin əməkdaşları bir-birləri ilə görüıüb ingilis dilində qısa söhbət edirlər.
    -İşləriniz necə gedir?
    -Hər şey öz qaydasındadır. Bəs sizdə nə var nə yox?
    -İndiyəcən gecə-gündüz işləyirdik... Yaxşı ki, bu müharibə başa çatdı... Necə deyərlər, toplar susdu.
    -Düzdür, toplar susdu... Amma o topların əks-sədası hələ uzun illər sumayacaq.
    -Elədir. Təəssüf ki, reallıq belədir.


    18.
    Əvvəlcə hərbi geyimli adam, sonra onun arxasınca Seda maşından yerə düşürlər.
    Seda:
    -Mən bir azdan oğlumu görəcəyəm...
    Hərbi geyimli adam başını aşağı salıb dinmir. Seda təəccüblə onu süzür.
    Seda:
    -Elə deyilmi, kapitan?
    Uzun bir fasilə.
    Hərbi geyimli adam günahkar kimi matdım-matdım qadının üzünə baxır və handan-hana dillənir:
    -Elədir... Siz oğlunuzu görəcəksiniz. Amma...
    İri planda qadının böyümüş, hiddətli, qəzəb dolu gözləri.
    Qadın ucadan:
    -Nə “amma”... Mən sizi anlamadım...
    Hərbi geyimli adam əlləri iləüzünü qapayır. Onun çiyni titrəyir.
    -Seda Arslanovna, artıq İşxan Manukyan yoxdur...
    Qadın onun yaxasından tutur:
    -Necə yəni yoxdur...
    -Bəli, acı da olsa, bu belədir... O, toraqlarımız uğrunda gedən döyüşlərdə...
    Qadın qıyya çəkir.
    -Nə? Nə? Mənim balam yoxdur?
    -Bəli... Acı da olsa bu, belədir...
    Qadın hiddətlə hərbi geyimli adamın paqonlarından yapışıb qışqırır:
    -Bəs bayaqdan, yolboyu mənə danışdığınız nağıllar nə idi? Sizin hamınız bişərəfsiniz. Sizin hamınız yalançı və əclafsınız. Siz neçə müddət idi ki, ordunuzun qəhrəmanlığından, qələbəsindən danışırdınız... Hanı sizin qələbəniz? Hanı mənim oğlum... Mən nifrət edirəm sizin hamınıza. Mən... mən... Mənim oğlum...
    -O, torpaq uğrunda, vətən uğrunda, millət yolunda həlak olub.
    -Mən nə o torpağı, nə də o vətəni görmək istəmirəm... Lap elə o milləti də...
    -Sanki siz ayrı bir millətin adamısız...
    - Bəsdir... Verin mənim balamı...
    Zabitin çiynindəki paqonlardan biri qopub yerə düşür. Qadın bunun fərqində deyil, o, bir daha zabitin yaxasından yapışır. Zabit əyilərək yerə düşmüş paqonunu götürüb əvvəlcə qeyri-ixtiyari çiyninə, sonra isə cibinə qoyur.
    Qırmızı Xaçın əməkdaşları maşınlardan düşüb onlara yaxınlaşırlar.
    Seda haray çəkir:
    -Verin mənim balamı...
    Qadın saçını yolur.


    19.
    Elman Qasımzadə və kapitan Həsənov sərhəd məntəqəsinə çatırlar. Az sonra onlar neytral zonaya daxil olurlar. Arxadan gələn Qırmızı Xaça məxsus maşınlar dövrə vurub dayanır. Əməkdaşlar maşından düşüb qarşıdakı maşınlara yaxınlaşırlar.


    20.
    Qızıl Xaçın əməkdaşları və hərbi geyimli adam maşınlardan tabutları ehtiyatla aşağı endirirlər.
    Seda qıyya çəkib maşından düşürülən tabuta yaxınlaşır.
    Elman hıçqıraraq əks istiqamətdən gətirilən tabuta yaxınlaşır.
    Tabutlar yerdəki taxta lövhə üzərinə sərilmiş qara parçanın üstünə endirilir. Hər iki tabut yan-yana qoyulur. Onlar eyni ölçüdədir. Seda başındakı yaylığı açıb oğlunun tabutunun üstünə atır. Diz çökür.


    21.
    Elman oğlunun tabutuna yaxınlaşır. Əyilib oğlunun tabutunu öpür. Və elə bu an Seda ilə Elmanın baxışları qarşılaşır. Onlar bir müddət bir-birlərini diqqətlə süzür. Sonra daş heykəllər kimi donub qalırlar.


    22.
    Tahirə xanım ilə Xatirənin söhbəti davam edir.
    Rəhimə xala:
    -Yaman nigaranam... Elman balamdan bir xəbər çıxmadı... Elə Ramindən də...
    Araya qısa bir sükut düşür.
    Sükutu Xatirə pozur:
    - Rəhimə xala, Elman əmi Tiflisə bəlkə elə oğlu ilə görüşməyə gedib? Harada olsalar, indilərdə gələrlər.
    Hər ikisi susur.


    23.
    Neytral zona.
    Seda diqqətlə qarşısındakı adamı süzərək:
    -Elman? Bu sənsən? Xeyir ola? Yoxsa...
    Elman yanaşı qoyulmuş tabutlara baxıb astadan deyir:
    -Seda?.. Bəs sən nə gəzirsən burada?..
    Qadın tabuta işarə ilə:
    -Mən balamın arxasınca gəlmişəm.
    Elman:
    -Elə mən də...
    Qadın əyilib tabutları qucaqlayır:
    -Aman Allah, bu nə fəlakətdir. Can, mənim balalarım... Mənim ürəyimin parçaları... Elxan balam, Ramin balam... Caaan... Ay adamlar, bu, bəlkə yuxudur? Mən niyə ölmürəm? Mənim kimi də daş ürəkli ana olar?
    Və sonra dodaqaltı nəsə pıçıldayır, sanki qoşa nənnilərdəki körpələrə lay-lay deyir... Daha sonra o, yumruqla öz başına vurur, əli ilə saçını yolmağa başlayır.
    Ətrfdakılar təəccüblə onlara baxır, pıçıldaşırlar.
    Elman keçmiş arvadına yaxınlaşıb onu sakitləşdirmək istəyir:
    -Dayan... Sən nə edirsən?
    -Mən özümü öldürəcəyəm, Elman. Mən nə üçün... Lap elə sən də... Biz niyə yaşayırıq? Axı biz ölməliyik, bunlar yox...
    -Günah kimdədir?
    -İndi günah axtarmaq yeri deyil... (Pauza). Əlbəttə, bütün günahların sahibi analardır. Övlad doğduqları üçün də, o övladları böyütdükləri üçün də... Elə onları ölümə göndərdikləri üçün də... Yox, Elxanı mən göndərməmişdim. O, ölümün ağzına könüllü getmişdi.
    -Elə Ramin də könüllü getmişdi...
    -Axı biz sakit, dinc həyatımızı yaşayırdıq... Sən, sən, nə vaxt...
    -Bu gün hərbi komissarlıqdan zəng vurub dedilər ki...
    -Mən bir neçə gün əvvəl eşitdim... Amma mənə demişdilər ki, o, sağdır. Doğrudanmı mənim balalarım artıq yoxdur?
    Qadın iki tabutun arasında diz çökür:
    -Bəlkə də onlar bir-birinə atəş açıb öldürüblər. Allah bilir, bəlkə də qardaş qatili elə qardaşın özüdür. Elxanın əsgər dostları dedilər ki, o, əlbəyaxa döyüşdə həlak olub...
    Elman əlləri əsə-əsə siqaret alışdırır, tüstünü qəzəblə ciyərinə çəkərək dillənir:
    -Elədir. Kim bilir, bəlkə də döyüş vaxtı onlar üz-üzə gəliblər. Axı onlar bir-birini tanımırdı.
    Seda tabutları bağrına basıb öpür. Sonra əli ilə sinəsinə döyəcləyir:
    -Sən niyə ölmürsən, Seda? İndiyəcən bunun üçünmü yaşayırdın? İki övlad dağını eyni vaxtda görmək üçünmü? İlahi, bu nə fəlakətdir mənim başıma gətirirsən?
    Adamlar tabutlara yaxınlaşırlar. Hiss olunur ki, onlar yola düşməyə tələsirlər.
    Seda qollarını tabutlara dolayaraq qışqırır:
    -Dayanın... Elman, sən də dayan... İndi mən yuvası dağılmış bir qaranquşam... Mən bir daha gəldiyim o bayquş yuvasına qayıtmayacağam. Ta mənim yuvam dağılıb... Barı qoyun balalarımın məzarı qoşa olsun... Ta mən bir daha geri qayıtmayacağam...
    Hərbi geyimli adam qadına yaxınlaşır:
    -Seda Arslanovna, siz niyə belə danışırsınız?
    -Mən o xarabaya qayıtmayacağam...
    -Hər halda İşxan Manukyan vətən uğrunda ölüb...
    -Artıq ora mənim vətənim deyil... O, mənim oğlumun qatilidir.
    -Kim? Nə?
    -Sizin vətən hesab etdiyiniz yer... Bəyəm Vətən öz övladlarının qanını içməlidir?
    Hərbi geyimli adam başını yelləyir.
    Xatirələr yenidən canlanır. Elmanın evinin kiçik həyəti. İki uşaq- Ramin və Elxan “dava-dava” oynayırlar. Onların əllərində uşaq oyuncaq silahları. Uşaqlar əvvəlcə bir-birini qovur, sonra ağacların arxasında gizlənir və “səngərdən” bir-birinə “atəş” açırlar. Bütün bunlar yavaşıdılmış kadrlarda əks olunur.


    24.
    Rəhimə xala otağa keçir. Diqqətlə divardakı şəkillərə baxır. Onun Ramin və Elxanın fotoları üzərində dayanır. Sanki bu dəm Atəş səsi eşidilir. Qadın diksinib divana çökür.


    25.
    Elman Sedaya yaxınlaşır. Onlar diqqətlə bir-birini süzürlər. Sanki bu anlarda onların baxışları danışır.
    Hamı bir-birinin üzünə baxır. Sonra adamların diqqəti Elmanin üzünə yönəlir. Elman etiraz əlaməti olaraq başını astaca yelləyir. Adamlar çiyinlərini irəli verib tabutları qaldırırlar. Tabutlar “dəyişdirilir”. Elmangili müşayiət edən maşındakı tabut Sedagili müşayiət edən maşının salonuna qoyulur. Digər maşından endirilmiş tabut isə Elmangili izləyən maşına sarı aparılır.
    Seda və Elman dönüb uzun-uzadı bir-birlərinə baxırlar. Maşınlar tərpənir. Uzaqda sürəkli atəş və sonra marş sədaları eşidilir.


    SON

























    İştirakçılar:

    Elman Qasımzadə
    Seda Arslanovna Manukyan
    Rəhimə xala
    Xatirə
    Kapitan Həsənov
    Hərbi geyimli adam
    Sürücülər
    Beynəlxalq Qırmızı xaç və Qızıl Aypara komitələrinin nümayəndələri
    Ramin və Elxanın uşaqlıq görüntüləri

    Məkan: mənzil, evin həyətindəki bağça, hərbi komissarlıqda kabinet, yol, sərhəd məntəqəsi, minik maşının kabinəsi, neytral zona.

    Çəkilişə gərək ola biləcək vasitələr: Qırmızı Xaç və ya Qızıl Aypara təşkilatına məxsus maşınlar, iki hərbi minik maşını, televizor, səsgücləndirici, iki tabut, şəkillər.

    Qısa süjet və sinopsis
    Elman Qasımzadənin mənzilindəki telefon zəng çalır. Onu rayonun hərbi komissarlığına dəvət edirlər. Elmanın anası Rəhimə xala oğlunun qəfil gedişindən narahatlıq hissi keçirir.
    Elmanın nişanlısı Xatirə ilə Rəhilə xalanın dialoqundan belə anlaşılır ki, Elmanın oğlu Ramin cəbhədədir. O da məlum olur ki, Elmanın həyat yoldaşı vaxtilə ərindən ayrılaraq qonşu ölkəyə köçüb. Ailədəki iki oğlan uşağından biri (Ramin) öz atası və nənəsi ilə qalıb, digər uşağı (Elxan) isə ana Seda özü ilə aparıb.
    Hərbi komissarlığın əməkdaşı, kapitan Həsənov ehtiyatla Elmana zabit oğlunun- Raminin döyüşlərdə həlak olduğunu bildirir. İndi Raminin nəşini həlak olan bir zabitin meyiti ilə dəyişmək lazımdır. Meyitləri, əldə olunan razılığa əsasən, üçüncü dövlətin (Gürcüstanın) sərhəddində dəyişmək təklif olunur. Həlak olmuş zabilərtin meyitini dəyişdirilməsi prosesi Beynəlxalq Qırmızı xaç komitəsi əməkdaşlarının müşaiyəti ilə sərhəddə aparılmalıdır.
    Beləliklə, bir tərəfdən Elman Qasımzadə, digər tərəfdən isə Seda öz zabit övladlarının meyitlərini dəyişdirmək üçün yola düşürlər.
    Bir-biri ilə müharibə vəziyyətində olan iki ölkənin iki həlak olmuş zabitininin nəşi sərhəd zolağına-neyrtal zonaya gətirilir. Meyitlərin qarşılıqlı “mübadiləsi” prosesində keçmiş ər-arvad, yəni Elman və Seda bir-birlərini tanıyırlar. Belə məlum olur ki, həlak olan və indi “dəyişdirilməyə” gətirilən tabutdakı zabitlər onların, Seva ilə Elmanın doğma övladları- Ramin və Elxandır, yəni doğma qardaşlardır. Hər iki valideyn öz övladlarının tabutu qarşısında sarsılıb diz çökürlər. Amma artıq gecdir. Hərə öz övladının nəşini götürüb əks istiqamətlərə yola düşür.








    PAYIZ SÜVARİSİ
    (kinossenari)


    Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox qeyri-adi bir əhvalat gəldi. O, bu çür hadisəni heç yatsa yuxusunda belə görə bilməzdi. Elə həmin hadisədən sonra Jüstenin həyatı büsbütün dəyişdi.
    Hələlik tələsməyin. Bu barədə bir qədər sonra.

    **
    ... həmin günün axşamı, ayaqqabı dükanları şəbəkəsinin sahibi, parisli Jüsten Burse öz ofisində əyləşib dostu İbrahim Çeviklə qəhvə içə-içə söhbət edirdi. Onların hər ikisi sarışın, ortayaşlı adamlar idi. Hər ikisinin saçına dən düşmüşdü. Jüsten ağ köynəkdə və cins şalvarda idi. İbrahim bəy isə ciddi kostyum geymişdi.
    Arada elə onlar yaşda, ciddi sifətli, asta yerişli bir qadın görünür, sonra həmin qadın nəzərə çarpmadan ofisə bitişik kiçik otağa çəkilirdi. Bu qadın həm Jüstenin şəxsi köməkçisi idi, həm də ofisin təsərrüfat işlərinə baxırdı.
    Sizin tanış olacağınız qeyri-adi, gözlənilməz əhvalatın “giriş hissəsi” elə həmin günün o yağışlı axşamı baş verdi.
    Bayırda payız idi.
    Otaqda televizor işləyirdi. Orada türk mahnıları səslənirdi.
    -İbrahim bəy, işlər belə getsə, mən tezliklə yüz faiz türk olacağam. Hər dəfə İstanbula gedib gələndən sonra nə qədər dəyişdiyimin fərqinə varıram, hətta, bəzən özümü fransızadan daha çox, türk kimi hiss edirəm.
    Jüsten bu sözləri deyib ucadan güldü.
    -Bunun nəyi pisdir ki?
    Bunu da gülə-gülə İbrahim bəy dedi. Və sonra əlavə etdi:
    -Müsyö Jüsten, doğrusu, buraya, yəni Parisə gəlib təzədən İstanbula qayıdanda elə mən də özümdə bu cür dəyişikliyi duyuram. Hərdən öz-özümə düşünürəm ki, əcaba, bəlkə dönüb fransız olmuşam?
    Hər ikisi güldü.
    Jüsten dedi:
    -Hə, İbrahim bəy, bu, onu göstərir ki, dünya get-gedə kiçilir. Əvvəllər heç yatsam yuxuma da girməzdi ki, hansısa bir türklə dost olacaq, nə vaxtsa onunla İstanbulda şirkət, dükan açacağam.
    -Hələ Bakını desəniz...
    Jesten ucadan:
    -Ta deməyin... Bakı... Bakı... –Və birdən sanki nədənsə ehtiyat edirmiş kimi səsini hissolunacaq dərəcədə alçaldaraq soruşdu: - Deyirsiniz, gözəl şəhərdir hə?
    -Bəli. Belə getsə, Bakı bir azdan Parislə yarışacaq.
    Jüsten ətrafına nəzər saldı, sanki onun gözləri kimisə arayırdı.
    -İbrahim bəy, bəlkə bir az viski içək. Qəhvə içməkdən lap şişib qurbağaya dönmüşəm.
    -Elə mən də o gündəyəm.
    -Madam ki, etiraz yoxdur, onda yüz-yüz viski içək.
    Jüsten bu sözləri ucadan dedi. Bayaqdan qapısı açıq olan qonşu otaqda nəsə vurnuxan qadın təbii ki, bu sözləri eşidib divardakı “barın” şüşə qapısını ehtiyatla açdı, qədəhlərə viski süzdü, asta- ehtiyatlı addımlarla onlara yaxınlaşdı.
    Dostlar bala-bala, qurtum-qurtum viskidən vurmağa başladılar.
    Televizorda türk musiqisi səslənməkdə idi.
    -Qəmli melodiyadır, -deyə, Jüsten mahnını dinləyərək dilləndi.- Lap adamın içini sökür.
    İbrahim bəy dedi:
    -Doğrudur. Bu mahnı məni çox uzaqlara aparır.
    Səslənən musiqi payız axşamının özü kimi hüznlü və həzin idi.
    Onlar bir müddət, musiqini dinləyə-dinləyə fikrə getdilər.
    Sonra Jüsten televizora baxa-baxa dedi:
    -Yaxşı, İbrahim bəy, bəs Bakıdan təzə nə xəbər-ətər?
    -Nə mənada?
    -Orada işlər gedir?
    -Niyə də getməsin?Allah qoysa, orada yaxşı bir iş qurulacaq.
    -Deyirsiz, yəni müasir şəhərdir hə?
    -İnanmırsız?
    -Yox. Niyə ki? Sizə inanıram.
    -Bakıdakı əhali yaxşı geyim-kecimi çox yaxşı seçə bilir.
    -Məni geyim-gecimdən çox, ayaqqabı maraqlandırır.
    -Elə məni də...
    -Bilirsiz də, mənim belə bir sözüm var: adam başdan yox, ayaqdan tanınır... Daha doğrusu, hər şey ayaqdan başlayır...
    Hər ikisi gülüb əllərini bir-birinə vurdu.
    Jüsten ciddiləşib dedi:
    -Əslində, məni Bakı ilə bağlı maraqlandıran başqa bir məsələ də var.
    İbrahim bəy:
    -Bu gün Bakı bütün Avropanı, hətta, mən deyərdim ki, bütün dünyanı maraqlandırır-dedi və sınayıcı nəzərlərlə dostunu süzdü:- Bakı həm də bir neft şəhəridir. Bəlkə neft alış-verişinə keçmək istəyirsiniz, müsyö? Sizi bu, maraqlandırır?
    Jüsten güldü:
    -Yox, canım, nə neft, neft mənlik deyil. Mən sizə sonra deyərəm Bakı məni nə üçün maraqlandırır.
    -Bu, sirdir?
    Jüstenin cavabı bir qədər ləngidi:
    -Sirr deyəndə ki... Bunu sizə sonra deyərəm.
    İbrahim bəy:
    -Oldu. Nə zaman istəsəniz ürəyinizdən keçəni mənə deyərsiniz. Amma ürəyimə damıb ki, sizi orada nə maraqlandıra bilər.
    -Sizcə, bu, nə ola bilər?
    -Arabir televizorda gödüyünüz Bakı gözəlləri.
    Jüsten ciddi görkəm aldı:
    -Yox... Bəlkə də düz deyirsiniz... Sonra izah edərəm bu səbəbi.
    -Mənim etirazım yoxdur, müsyo.
    -Hər şeyin öz vaxtı var.
    -Elədir, müsyö,-deyə, İbrahim bəy dilləndi və ətrafa göz gəzdirib kimisə axtarirmiş kimi dilləndi: -Bura bax, müsyö, Fransuaza gözümə dəymir, haradadır?
    Jüsten bir qədər susub könülsüz halda dilləndi:
    -Doğrusu, heç bilmirəm bu qız hansı tərəfə çəkib.
    -Nə mənda?
    -Elə hər mənada. Xasiyyətdə nə mənə oxşayır, nə də Sabinaya. Mənə elə gəlir ki, o, çox kobuddur. İpə-sapa yatmır heç...
    -Yox, elə qız deyil bizim Fransuaza. O, çox ağıllı, tərbiyəli bir qızdır.
    -Axı siz vəziyyəti bilmirsiz, İbrahim bəy.
    -Hansı vəziyyəti?
    -Sabina onu istəyən oğlanla savaşıb.
    İbrahim bəy gülümsədi:
    -Necə yəni savaşıb?
    -Sadəcə. O, Viktoru döyüb.
    -Kimi? Viktoru? Nə edib? Əzişdirib? Ha-ha-ha... Bu, ola bilməz, canım...
    İbrahim bəy şaqqanaq çəkib güldü.
    Jüsten ciddi şəkildə dedi:
    -Siz gülürsüz... Amma bu, həqiqətən belədir. Oğlanı əməlli-başlı əzişdirib.
    -Bunu Fransuaza özü dedi?
    -Bəli. Amma oğlan ondan yenə əl çəkmir.
    -Canım, heç belə şey olar?
    -Olub də. Mən ona dedim ki, qızım, onda əl çək Viktordan. Fransuaza deyir ki, mən əl çəkirəm, o, məndən əl çəkmir… Fransuaza mənə Sabinamdan qalan yeganə yadigardır. O, vaxtlə idmana gedib. Atletdir. Əlləri də güclüdür. Elə uşaqlıqda dalaşqan olub.
    -Xoşum gəldi Fransuazadan. Görüşəndə onun alnından öpəcəyəm bir əmi kimi... Mən elə bilirdim ki, təkcə bizim İstanbulda olur belə amazonkalar. Əhsən... Ha-ha-ha...
    Jüsten də ona qoşulub gülməyə başladı.
    İbrahim bəy cibindən çıxartdığı ağ dəsmalla yaşarmış gözlərini silə-silə dedi:
    -Müsyö, mən son vaxtlar pis bir vərdiş qazanmışam.
    Jüsten təəccüblə çiyinlərini çəkdi.
    -O, nə vərdişdir elə?
    -Adamların ayağına baxıram yalnız...
    -Adamların, yoxsa təkcə qadınların...
    -Hə də... Qadınların.
    Gülüşdülər. Jüsten lap uğunub getdi:
    -Paho... Hələ məni desəniz... Gözümü qadınların ayağından çəkə bilmirəm. Hiss edirəm ki, onlar təəccüblə mənim üzümə baxırlar. Mənim gözlərim isə onların ayağında... Mən bu vərdişə bir ad qoymuşam: “ayaqqabı xəstəliyi”. Qadın ayaqqabının ticarəti ilə məşğul olan adam daha hara baxmalıdır ki? Biz dəllək, ya papaqçı deyilik ki, adamın başına baxaq. Yəni bizim “xəstəliyimizin” səbəbi anlaşılandır.
    -Elədir.
    Jüsten pəncərədən bayıra boylandı:
    -Bərk yağır. Qorxuram eşiyə çıxa bilməyək.
    -Parisin yağışı ötəri olur...
    -Saxta sevgilər kimi...
    İbrahim bəy də pənçərədən eşiyə boylandı.
    -Belə getməz. Hava bir azdan açılar.
    Jüsten:
    -Hə, Bakıdan danışırdıq.
    -İnşallah, tezliklə orada böyük bir dükanı kirayəyə götürəcəyik. Yerinə baxmışam. Yaxşı, gur yerdədir. Allah qismət etsə, gedib birlikdə baxarıq.
    Jüsten soruşdu:
    -Əlaqəniz var Bakı ilə?
    -Əlbəttə. Bir də ki, əlaqəyə nə ehtiyac? Budur, televizor burda, biz burda.
    -Axır ki, istəyinizə çatdınız, İbrahim bəy. İndi bizim “teleboşqabımız” Bakını da tutur. Arabir baxıram.. Hətta, siz burada olmayanda belə...
    -Diqqətli olsanız, orada nə danışdıqlarını da anlaya bilərsiz. Türk dili ilə Azərbaycan dili çox yaxındır. Sanki eyni bir dildir. Axı siz türkcə anlayırsız.
    -Hə, mən dillərin bu yaxınlığını hiss edirəm. Amma canlı ünsiyyət olmadığına görə hələ anlamağa bir az çətinlik çəkirəm.
    -Yeri gəlmişkən, bəlkə elə kanalı dəyişib bir az da Bakıya baxaq.
    -Olar. Bu, çətin bir iş deyil ki. İndi dünya ovcumuzun içindədir.
    Jüsten pultu götürüb kanalı dəyişdi.
    Ekranda Bakı mənzərələri göstərilirdi.
    -Əla. Görürsüz də, müsyo...
    -Orada hava günəşlidir deyəsən.
    -Hə, orada il boyu Günəş çıxır.
    -Günəş yurdu...
    -Odlar yurdu... Azərbaycanı çox vaxt belə adlandırırlar.
    -Mən gəzməyi çox sevirəm... Amma özünüz bilirsiz, Sabinanı itirəndən sonra buradan heç yana çıxmıram. Ax, Sabinam mənim... Bəlkə də təsəvvür etməzsiz ki, mən necə üzülürəm, İbrahim bəy?
    -Allah səbr versin. Müsyö, hələ bilmək olmaz..
    -Nəyi?
    -Sabinanın taleyini deyirəm.
    -Üzülürəm, offf, üzülürəm, İbrahim bəy...
    Televizorda səslənə musiqi sədası sanki küçədə yağan yağışın davamı idi: səslər damcı kimi bir-birinə qovuşub həzin bir melodiyaya çevrilir,o həzin melodiya sonsuzluğa sarı üz tutub axır, axırdı.
    Bir azdan musiqi dəyişdi. Sanki indi çöldəki yağış o melodiyanın davamı kimi səslənirdi: şırrr, şırrrr, tup-tup....
    Televizorda yenə kadr və musiqi dəyişdi. Oradakı kamera hansısa böyük bir auditoriyanı (bəlkə də fənn kabinəsini), seyr etməyə başladı. Qəfildən ekranda iri planda qadın sifəti göründü. Bu kadrı əvvəlcə İbrahim bəy gördü; o, cibindən dəsmalını çıxararaq gözünü bir-iki dəfə sildi, boynunu irəli uzadıb diqqətlə, get-gedə artan bir heyrətlə ekrandakı qadına baxmağa başladı. Sonra onun baxışları divardan asılmış şəklə dikildi. Məsələ burasında idi ki, nəhəng ekranda görünən və şəkli divardakı çərçivəyə salınmış qadın bir almanın iki dilimi kimi bir-birinə bənzəyirdi. Bəlkə də bu təsvirlərdəki qadınların hər ikisi eyni adam idi. İbrahim bəy əlini ürəyinin üstünə qoydu.
    -Əfəndim... Müsyö...
    Heç nə anlamayan Jüsten əyilib diqqətlə dostunun rəng verib rəng alan sifətinə baxdı.
    İbrahim bəy eləcə donmuş vəziyyətdə idi: irilənmiş, az qala hədəqəsindən çıxan bəbəkləri ekranda bir nöqtəyə sancılıb qalmışdı.
    Jüsten qorxuya düşdü. “Buna nə oldu görəsən? Bu nə işdir başımıza gəlir?”
    -İbrahim bəy... Əfəndim... Nə oldu sizə? Niyə cavab vermirsiniz?
    İbrahim bəy elə həmin vəziyyətdə, gözləri az qala hədəqədən çıxmış, rəngi qaçmış halda dinməz-söyləməz əlini ekrana sarı uzatdı.
    Jüsten cəld çevrilib televizora sarı baxdı. Sanki kişini qəfil ilan çaldı. O, kresloya çökdü. Aman Allah, ekranda danışan qadın onun illərdən bəri yolunu gözlədiyi sevimli, gözəl arvadı Sabina idi. İbrahim bəy kimi Jüstenin də nitqi bir anlığa tutuldu.
    “Sabina” auditoriyada dərs deyirdi.
    Jüsten istər-istəməz bir ekrandakı qadına, bir də elə televizorun üstündəki fotoya baxdı. Fotodakı qadın gülümsəyirdi, amma ekrandan boylanan xanımın sifəti bu anlarda çox ciddi idi; yəqin ki, gülümsəyəndə o da eyzən Sabina kimi cazibədar olacaqdı. Necə yəni, “Sabina kimi”? O qadın Sabinanın özü idi. Buna heç bir şəkk-şübhə ola bilməzdi. Yox... Amma... Axı bu, necə ola bilərdi?
    Kadr dəyişdi. İndi televizorun ekranında yallı gedən gəncləri göstərirdilər.
    Sanki bayaqdan heyrətlə susub ekrana baxan, nitqi tutulmuş İbrahim bəyin dili indi açıldı.
    -Müsyö Jüsten, özünüz gördünüz də...
    Jüsten ekranda qol götürüb oynayanlara baxaraq üzgün halda dilləndi:
    -İbrahim bəy, görəsən bu, yuxu deyil ki?
    -Düzü, əvvəlcə mən də elə bildim ki, yuxu görürəm. Ona görə də sakitcə bu “yuxunun” necə qurtaracağını gözləməyə başladım. Yaxşı ki, siz yanımda idiniz. Yoxsa bunu kimə desəydim, məni doğrudan da dəli hesab edərdi. Axı Bakı hara, Sabina hara?
    -Mən də heç nə anlamıram. Amma Sabina idi ekrandakı, İbrahim bəy. Onun özü idi... Buna qətiyyən şübhəniz olmasın.
    Jüsten şokdan ayılmamışdı. “Axı, bu, necə ola bilər?”
    ...Araya uzun bir sükut çökdü.
    Bu anlarda Jüstenin qulağındamı, beynindəmi uğultunu xatırladan bir melodiya səslənməyə başladı. Aman Allah, deyəsən bu səs musiqidən çox, boğuq təyyarə uğultusuna bənzəyirdi.
    Onun gözləri önündə Sabinanın gülər, şad, cazibədar çöhrəsi canlandı.
    Hə, Jüstenin yaxşı yadındadır həmin anlar. Onlar Fransanın cənubundakı kurortlardan birinə dincəlməyə hazırlaşırdılar. Sabına səfərə daha tez yollanmalı oldu. Bunun da özəl bir səbəbi vardı. Kurort şəhərində həm də onların ayaqqabı mağazaları şəbəkəsinin yeni bir dükanı açılacaqdı. Ailədə məsləhətləşib belə qərara gəldilər ki, dükanın açılışında Sabinə iştirak etsə daha yaxşı olar. Axı hər necə olsa da, bu, qadın ayaqqabısının satışı üçün nəzərdə tutulmuş bir dükan olacaqdı. Onda Fransuazanı təhsil aldığı universitetdən praktikaya göndərmişdilər; axşamlar evə gec gələn qız iki gündən sonra işlərini yekunlaşdıracaqdı. Ata ilə qızın bileti elə bu səbəbdən iki gün sonraya alınmışdı.
    Həmin anlarda Sabina necə də xoşbəxt idi. Onun üz-gözündən sanki işıq süzülürdü. Jüsten Fransuazanın evdə olmamasından istifadə edib arvadını bərk-bərk sinəsinə sıxdı. Sonra onu üstufca qucağına alıb böyük divanın üstünə uzatdı. O anlarda Sabina cavan qız kimi şıltaqlıq etsə də, onun qıyılmış gözəl, ala gözləri par-par yanırdı. Bu gözlər, bahar səhərində açılıb gecədən yadigar qalan şəffaf şeh damlalarını özünə çəkmək istəyən bir cüt çiçəyə bənzəyirdi. Hələ onun təbəssüm ilğımında tətrəyən dodaqları... Sabinanın elə dodaqları da bir-birinə sıxılmış ətirli bahar çiçəklərinin ləçəklərinə bənzəyirdi. Jüsten öz məlahətli görünüşü ilə təpədən-dırnağa bir dəstə çiçəyi xatırladan arvadını sinəsinə sıxdı. Sanki bu anlarda bu azman kişinin qucağında nəhəng bir gül dəstəsi, ətirli bir buket vardı.
    Yaxşı yadındadır, onda Jüsten zarafata keçdi:
    -Məni tənha qoyub haraya gedirsən, vəfasızım mənim?..
    Sabina nazlandı:
    -İki gündən sonra sən də gələcəksən.
    -Mənə sənsiz keçən hər il əbədiyyət qədər uzundur, canım.
    -Baho! Yeni dövrün köhnə komplimenti.
    -Komplimentin yenisi-köhnəsi ola bilər. Elə ayaqqabının da dəbi mövsümə görə dəyişə bilər. Amma əsl məhəbbət heç vaxt köhnəlmir. Bir sözlə, əsl sevgi həmişə dəbdə olur.
    Sabina ərinin qolları arasından pişik kimi sivişib çıxaraq dedi:
    -Daim dəbdə olan bir şey var, o da,
    Sevgidir, qocalmır qoca dünyada.
    -Əla sözlərdir, Sabina. Elə özün də əlasan bu gün..
    Sabina əlini ərinin çiyninə qoydu:
    -Yox, ta qocalıram, Jüsten...
    -Fransuaza yenə ipə-sapa yatmır. Həyətin bütün adamları ondan şikayət edirlər.
    Sabina həmin anlarda bir qədər fikrə gedib duruxdu.
    -Niyə ki?
    -O, hamıya divan tutur.
    - Qızımız çox emosionaldır. Ondan muğayat ol, Jüsten.
    Onda Jüsten ürəkdən gülmüşdü:
    -Hər halda bizim nəsildə belə dəlisov adam yoxdur. Xüsusən də qadınlarımız arasında.
    Jüsten indi də xatırlayır, o vaxt Sabina mənalı tərzdə demişdi:
    -Elə bizimkilər də sakit adamlardır.- Və sonra əlavə etmişdi: -Görünür, qızımız əcdadlarımızdan hansınasa çəkib...
    -Sabina, təkcə onu bilirəm ki, Fransuaza çox dəcəldir.
    -O, təkcə səninlə mənim qızım deyil ki. O, həm də öz zəmanəsinin qızıdır, Jüsten.
    Susdular.
    Sonra Jüsten soruşdu:
    -Elədir, Sabina. Bura bax, ananla görüşdün?
    -Əlbəttə.
    -İrma xalanın səhhəti necədir?
    -Pis deyil.
    -Sənin kurorta getməyinlə bağlı bir söz demədi ki?
    Sabina duruxdu:
    -Yox... Nə deyəsidi ki?
    -Heç, elə-belə deyirəm.
    -O, mənə yaxşı istirahət arzuladı.
    -Yaxşı, əzizim, sənin təyyarənin uçmağına az qalır. Tərpənək. Bu, bizim bu il üçün, yəqin ki, sonuncu səyahətimizdir. Təzə ildən bəri üç ölkədə olmuşuq... Ta gəzməkdən yorulduq.
    -Yox, Jüsten. Hələ bir səfərimiz də qalır.
    -Haraya?
    -Qafqaza.
    -Qafqaza?
    -Bəli. Azərbaycana, Bakıya.
    Jüsten:
    -Azərbaycan? Bakı? Hə, bildim Rusiyanı deyirsən.
    Sabina:
    -Azərbaycan indi müstəqil ölkədir.
    Jüsten:
    -Təxminən bilirəm. Bu şəhər haqqında İbrahim bəydən eşitmişəm.
    Sabina:
    -Hə, oraları İbrahim bəy daha yaxşı tanıyar. Hərdən deyir ki, orada da bir iş qurmaq olar...
    -Hə, pis təklif deyil. Amma mən bir şeyi anlamadım: bəs Bakıya getmək sənin birdən-birə haradan ağlına gəldi, Sabina?
    Sabina sirli-sirli gülmüşdü onda:
    -Səbəbini sənə sonra deyərəm. Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Gedişimizin məqsədini sən mənim arxamca gələndə deyərəm. Bu, hələlik bir sirdir.
    -Oldu, mənim mələyim. Haraya desən mən səninlə məmnuniyyətlə gedərəm. Nəinki Bakıya, lap dünyanın o başına da.
    Sabina:
    -İndi isə gəl görüşüb ayrılaq, canım. Hələlik.
    Jüsten:
    -Hələlik. Qoy bir səni öpüm.
    O, Sabinanı bir daha bağrına basmışdı.
    Həmin söhbətdən bir müddət sonra, artıq Sabina olmayanda Jüsten bir neçə dəfə onunla olan söhbəti xatırlamışdı. Arvadının dedikləri hələ də onun qulaqlarında, beynində əks-səda verirdi: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm. Bu, hələlik bir sirdir”.
    ...Bu anlarda araya çökən sükutu İbrahim bəyin boğuq, qəhərlənmiş səsi pozdu.
    -Gör aradan nə qədər vaxt keçib, amma o, zərrə qədər də dəyişməyib. Heç belə şey olar? Mən şokrayam, vallahi...
    -Doğrudan da... Sanki o, məndən dünən ayrılıb. Bu ötən illərdə mən çox dəyişmişəm, amma o, elə əzəlki kimidir. Gözəl, incə, təravətli...
    -Müsyö, mən yaxşı xatırlayıram, onda Fransuaza təzəlikcə universitetə gedirdi. Amma indi, maşallah, böyük qız olub. Hətta, özündən deyən oğlanlara belə divan tutur. Ha-ha-ha...
    -İbrahim bəy, zarafatı qoyaq bir kənara. Biz Sabinanı tapmalıyıq.
    -Necə? Allah, Allah, gör heç onu kameraya almaq gəldimi bizim ağlımıza.
    -Onu görəndə ağlım çaşdı. Düzü, elə bildim məni qara basır.
    -Müsyo Jüsten, o, hansı kanalda danışırdı elə?
    -Necə yəni hansı kanalda? Bu, Azərbaycan kanalıdır.
    -Doğrudan da... Amma o, fransızca danışırdı axı.
    -İbrahim bəy, qəribə sözlər danışırsan ha... Bəs o, hansı dildə danışmalıdır ki?
    -Axı o, fransız kanalında çıxış etmirdi.
    -Hansı kanal olur olsun. Bunun nə dəxli var ki? Mənim arvadımın bildiyi yalnız bir dil var...
    -Fransız dili...
    -Bəli, mən bunu dəqiq bilirəm. O, öz dilimizdə danışırdı. Amma heyif ki, çox az danışdı. Mən cəmi bir-iki cümlə eşitdim.
    -Müsyö, bəlkə bizim bayaq baxdığımız kadrlar elə burada, Parisdə çəkilib. İndi orada göstərilir...
    -Nə vaxt çəkilib?
    -Elə o vaxtlar... Bəlkə...
    Jüsten ani fikrə getdi:
    -Yox, belə şey olmayıb. Olsaydı mən bunu mütləq bilərdim. Bu, bir. İkincisi, o kadrlar burada çəkilsəydi belə, inanmıram ki, kimsə onu aparıb Bakıda yayımlayaydı. Bir də ki, siz fikir verdinizmi, Sabina auditoriyada idi.
    -Müsyö, mən bilən o, heç vaxt dərs deməyib. Elədirmi?
    -Elə söhbət də ondan gedir.
    -Bəs bunu necə müəyyən etmək olar?
    -İbrahim bəy, bu, artıq sizdən asılıldır.
    -Məndən?
    -Bəli. Sizdən.
    -Mən hazır, müsyö Jüsten.
    -Mən də hazıram, İbrahim bəy.
    Jüstenin rəngi qaralmışdı. Bu sarışın adamın sifətində indi tünd kölgələr oynaşırdı.
    İbrahim bəy ona ürək-dirək vermək istədi:
    -Müsyö, özünüzü çox üzməyin. Siz hələ lazımsınız, gərəksiniz. Fransuaza üçün... Dostlarınız üçün. Lap elə İrma xala üçün; axı qaynananızın da sizdən başqa heç kəsi yoxdur.
    Jüsten:
    -Elədir,-dedi və duruxa-duruxa əlavə etdi: -Sizə bir şey demək istəyirəm, İbrahim bəy.
    -Buyurun.
    -Mən bəlkə də bunu deməməli idim.
    İbrahim bəy dedi:
    -Müsyö, necə istəyirsinizsə... Məsləhət deyilsə heç deməyin.
    -Yox, deyəcəyəm.
    Araya uzun bir sükut çökdü.
    Sanki Jüsten ürəyində nəyisə götür-qoy edirdi.
    -Məsələ belədir, İbrahim bəy. Sonuncu dəfə Sabina məndən ayrılanda...
    Yenə sükut.
    İbrahim bəy sakit bir səsə:
    -Müsyö, həyəcanlanmayın, özünüzü ələ alın,-dedi.
    -Hə, oldu... Yox, mən indi sakitəm... O, məndən ayrılanda dedi ki, istirahətdən qayıdandan sonra biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq.
    İbrahim bəy tutulub təəccüblə soruşdu:
    -Necə? Bakıya?
    Jüsten boğulurmuş kimi dərindən nəfəs alıb astadan:
    -Bəli, dedi ki, Bakıya...
    -Bəs demədi nə üçün getməliyik?
    -Yox.
    -Qəribədir. Çox qəribədir.
    -Hə, o, sonra dedi ki, mən bunun səbəbini sən mənim arxamca gələndə deyəcəyəm.
    -Düzü, mən təəccüb edirəm. Bu, necə ola bilər?
    -Bilmirəm. Mən sonralar onun sözlərini özümçün çox təhlil etdim. Axı o, Bakıya getməyi nə üçün arzulaya bilərdi?
    -Sizcə nə üçün?
    -Nə bilim? Ağlıma min cür şey gəlirdi.
    -Məsələn?..
    -Məsələn... Bildiyiniz kimi, Sabina at azarkeşi idi. O, bütün cıdır yarışlarına gedirdi. Hətta, son vaxtlar özünə at almaq fikrinə düşmüşdü. Düşünürdüm ki, bəlkə o, Qafqaza cins at almağa getmək istəyir. Axı Qafqaz atları bütün dünyada məşdurdur. Deyirdim, bəlkə...
    -Yox, bu, inandırıcı görünmür... Bəlkə nəsə daha ciddi bir səbəb varmış...
    Jüstenin sifəti tutuldü:
    -Ciddi bir səbəbin olduğuna inanmıram.
    İbrahim bəy dedi:
    -Müsyö, gec-tez bütün sirlər açılır. Bir az səbrli olaq. Amma siz mənə indiyəcən bu söhbət barədə heç nə deməmişdiniz.
    -Doğrudur.
    -Çox qəribədir.
    -İbrahim bəy, əgər xatırlayırsizsa, siz Bakıda bizim şəbəkənin bir nöqtəsini yaratmaq, daha sonra bizim televizorun “tarelka”sını Azərbaycan kanalına kökləmək təklifi ilə yanıma gələndə mən çox tez razılıq verdim. Hiss etdinizsə, hətta, bunadan məmnum oldum o vaxt. Həmin vaxt mənim beynimdə Sabinanın dedikləri təkrar-təkrar əks-səda verirdi: “İstirahətdən qayıdandan sonra biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq”...
    -Bəli, mən elə onda hiss etmişdim bunu... Bakı adı çəkiləndə üzünüzdə əmələ gələn titrəyişi, gözünüzdə parıldayan odu mən onda görmüşdüm..
    -Elə o vaxtdan içimdə bir həyəcan, bir tufan da var idi.
    -Anlaşılandı, müsyö.
    -Bəlkə də inanmazsanız, bu ötən illərdə mənə həmişə elə gəlirdi ki, günlərin bir günü məhz bu ekrandan Sabina haqda nəsə bir xəbər eşidəcəyəm. Ürəyim səksəkədə idi həmişə. Dünyanın işlərinə bax ki, mən televizorda nə vaxtdan bəri gözlədiyim xəbəri yox, Sabinanın özünü gördüm. İndi gördüyüm kadr, daha doğrusu, Sabinanın Bakıda peyda olması məni varımdan yox elədi, İbrahim bəy. Axı bu necə ola bilər? Onun yad şəhərdə nə işi? Sabina məndən ayrılanda o sözləri nəyə görə demişdi?
    -Mən sizi yaxşı anlayıram, müsyö.
    -İndi mənim beynimdən nə qədər qarmaqarışıq fikirlər keçdiyini siz bəlkə də heç təsəvver edə bilməzsiniz, İbrahim bəy.
    -Mən təsəvver edirəm bunu...
    -Yaxşı, bəs Səbinə Bakıya, necə, nə üçün gedə bilər?
    -Bəlkə...
    -Ta bunun bir “bəlkəsi” yoxdur ki. Necə deyərlər, fakt göz qabağındadır. O, Bakıya kimin dəvəti ilə, hansı məqsədlə, nə üçün gedə bilər?
    -Gəlin hələlik nəticə çıxarmağa tələsməyək, müsyo.
    -Məsələ həm də burasındadır ki...
    Jüsten susdu. Onun qulağında Sabinanın vidaqabağı dediyi sözlər əks-səda verdi: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm. Bu, hələlik bir sirdir”.
    Sanki bu anlarda İbrahim bəy də öz dostunun arvadının dediyi həmin sözləri öz qulağı ilə eşitdi. Hər halda Jüsten Burseyə elə gəldi.
    İndi onların ürəyindən eyni bir sual təkrar-təkrar keçirdi: “Axı bu necə ola bilər? Bakı hara, Sabina hara?”
    **
    Həmin günün səhəri Jüsten öz qızı ilə mətbəxdə çay içə-içə ordan-burdan söhbət etməyə başladı. Ata qızının davranışında bir əsəbilik duyurdu. Çox güman ki, Fransuaz yenə Viktorla mübahisə etmişdi. Amma Jüsten bunun üstünü vurmaq istəmirdi. İndi onu bir şey düşündürürdü: qızına yeni səfərə hazırlaşdığını necə izah etsin? Əlbəttə, onun hansı bir ölkəyəsə səfərə çıxmağında qeyri-adi bir şey yox idi. Jüsten birinci dəfə deyildi ki, uzaq bir ölkəyə uçurdu. Sadəcə olaraq, o, indi qızına bu səfərin məqsədini açıb deməyə cəsarət etmirdi. Daha doğrusu, bundan qorxurdu. Axı qızına necə deyəydi ki, dünən ananı televizor ekranında görmüşəm. Özü də hansı televiziyanın kanalında? Azərbaycan adlı ölkənin. İlahi, görəsən Fransuaza indiyəcən Azərbaycan adlı bir ölkənin, Bakı adlı bir şəhərin adını eşidibmi?
    Amma Sabinanın ondan ayrılarkən dediyi son sözlər ekranda gördüyü kadrlardan sonra onun beynində bir lent yazısı kimi təkrar-təkrar səslənməkdə idi: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm. Bu, hələlik bir sirdir”.
    Bayaqdan bəri ordan-burdan söhbət salan Jüsten handan-hana özündə cəsarət tapıb yavaş-yavaş mətləb üstünə gəlməyə başladı:
    -İstəyirəm səni gəzməyə aparım.
    Qız zorla gülümsədi:
    -Ata, onsuz da mən hər gün şəhəri gəzirəm. Parisi dalan-dalan, küçə-küçə tanıyıram az qala...
    -Fransuaza, mən səni səyahətə aparmaq istəyirəm.
    -Səyahətə? Haraya?
    -Bir Şərq ölkəsinə.
    -O hansı ölkədir elə?
    -Azərbaycan... Bakı... Heç bilmirəm eşitmisənmi bu yerlərin adını?
    -Hə, bildim. İbrahim bəy deyirdi ki, orda bir mağaza açmaq fikriniz var.
    -Ay sağ ol. Deyirəm, elə üçümüz də gedək Azərbaycana. Necə deyərlər, həm ticarət, həm də ziyarət.
    -Bəlkə bir az düşünüm, ata?
    -Biz bilet almaq istəyirik.
    -Belə tezliklə niyə?
    -Sonra zamanımız olmayacaq. İndi fürsət var ikən gedək.
    -Mən bəzi işlərimi yekunlaşdırmaq istəyirdim bu günlərdə.
    -O hansı işlərdi elə?
    -Şəxsi işlərimi nəzərdə tuturam...
    Jüsten ehtiyatla və eyhamla soruşdu:
    -Yaxşı, bəs Viktor neyləyir?
    Qız sualdan tutuldu. Udqunub yavaşdan dilləndi:
    -Mən onunla tamam qurtardım. Xahiş edirəm, bir də bu mövzuya qayıtmayaq.
    Jüsten dedi:
    -O ki sakit adam idi.
    Fransuaza:
    -Mən yalanı heç vaxt bağışlaya bimərəm.
    Jüsten:
    -Özün bilərsən, qızım, mən sənin işlərinə qarışmaq istəmirəm. –dedi və bir az susub əlavə etdi:- Yaxşı, bəs mənə öz qərarın barədə nə vaxt deyə bilərsən?
    -Hansı qərar?
    -Sənə bilet alım, ya yox?
    -Axşam deyərəm bu barədə.
    -Onda nənəyə də baş çək. Gör İrma xala neyləyir.Amma səyahətə çıxacağımız barədə hələlik nənəyə heç nə demə. Qayıdıb gələndən sonra təəssüratımızı ona da danışarıq.
    Jüsten qabağındakı boş stəkanı kənara itələyib öz otağına keçdi. Dünəndən oxumağa başladığı kitabı götürüb vərəqləməyə başladı.
    Sabina şəkildən ona baxıb gülümsəyirdi.
    **
    Jüsten qarışıq, təlatümlü hisslərin pəncəsində vurnuxurdu. O, bu son günlərdə özünə müxtəlif məzmunlu suallar verməkdən yorulmuşdu. Həmin sualların bəzilərinə cavab tapsa da, bir çox suallar hələ də açıq qalmaqda idi. Onun bütün düşüncələri Sabina ilə bağlı idi.
    Jüsten mistikaya inanan adam deyildi. Amma fakt bu idi ki, Sabina sağ-salamatdır, ucqar, uzaq bir ölkənin-Azərbaycanın televiziya kanalında çıxış etmişdi. Özü də fransız dilində. Bəlkə də Jüsten evdə tək olsaydı bütün bunların qarabasma olduğunu zənn edərdi. Yaxşı ki, həmin vaxt İbrahim bəy də onunla birlikdə idi. Ən maraqlısı isə orasında idi ki, Sabinanı ekranda ilk görən məhz İbrahim bəy olmuşdu. Bütün bunlardan sonra sən gəl həyatda möcüzəyə inanma görüm, necə inanmırsan. Onlar, Jüstenlə İbrahim bəy, həmin anlarda şoka düşmüşdülər, ekranda danışan Sabinanı, təəssüf ki, lenrə ala bilməmişdilər. Əgər bu “dəlil-sübut” əllərində olsaydı, alimlər demiş, məsələ daha konstruktiv mahiyyət daşıyardı. İndilikdə isə ortada fakt yox idi. Yox, əslində fakt vardı, amma o faktı təsdiq etmək üçün imkan yox idi. Jüsten belə bir imkanı yalnız “hadisə yerində”, Bakıda əldə edə bilərdi.
    Onu İbrahim bəyin səsi ağır düşüncələrdən ayırdı.
    -Müsyö, biletləri aldım. “Fransa Hava Yolları” ilə əvvəlcə İstanbula, oradan da Bakıya uçacağıq. Dediyim kimi, iki gün İstanbulda gəzinti, sonra da ki, Bakı... Hə, necədir?
    - Yaxşı marşrutdur. Üç bilet, hə?
    İbrahim bəy:
    -Əlbəttə, üç... Dediniz ki, Fransuaza da razılıq verdi uçmağa.
    Jüsten:
    -Elədir, bəli... Amma Bakıya gedişimizin məqsədini hələlik Fransuazaya açıqlamayın. Mən ona demişəm ki, biz oraya yeni ayaqqabı mağazasının açılışına gedirik. Ayın neçəsinə bilet aldınız, İbrahim bəy?
    -Ayın iyirmi birinə, saat iyirmi birə...
    -Aman allah, bu, mənim Sabinamın doğulduğu gündür. İyirmi bir... Mənim ən sevimli rəqəmimdir...
    Fransuazanın son vaxtlar qəm-qüssə yağan sifətindən həmin gün sevinc tökülürdü; sanki buludların arxasından Günəş çıxmışdı. Jüsten üzə vurmasa da bir ata kimi sövq-təbii hiss edirdi ki, qızı bu axşam özünü çox yüngül və rahat hiss edir. Fransuaza deyəsən, Viktorla məsələni “həll edib” qurtarmışdı. Amma nəticə necə idi? Jüsten bu barədə qızından heç nə soruşmaq niyyətində deyildi.Yox, indiyəcən onların arasında sirli, gizli heç nə olmamışdı. Arvadı öləndən sonra Jüsten öz atalıq məsuliyyətini başa düşərək qızının az qala bütün hərəkət və davranışlarını nəzarətə götürmüşdü.
    Doğrudur, Fransuazanın boya-başa çatmasında, təlim-tərbiyəsində nənəsi İrma Satinin də rolu az olmamışdı. Amma son illər Jüstenin qaynanası tez-tez xəstələndiyi üçün qızın bütün məsuliyyəti atasının üzərinə düşmüşdü.
    Onsuz da həyat get-gedə mürəkkəbləşirdi və bu mürəkkəb dünyada övlad, özü də qız övladı tərbiyə edib böyütmək heç də asan məsələ deyildi. Atanın narahatlığının səbəbini yaxşı ki, Fransuaza da dərk edirdi. Elə buna ğörə də o, öz şəxsi fikir və mülahizələrini hər zaman Jüstenlə bölüşməyə çalışırdı. Jüsten elə Viktoru da yaxşı tanıyırdı. Amma nədənsə ona lap əvvəldən elə gəlirdi ki, qızı ilə bu sakit oğlanın izdivacı baş tutmayacaq. Məsələ burasında idi ki, Viktor təkcə sakit təbiətli deyil, həm də qapalı, qaradinməz birisi idi. Jüsten təxminən bilirdi ki, qızı son günlər Viktoru, bu sakit, bu qaradinməz oğlanı hansı qızlasa küçədə qol-qola görüb. Ata öz qızının bu hərəkətə heç də sakit reaksiya verəcəyinə inanmırdı. Sakit, qaradinməz Viktor çılğın, emosional Fransuazanın suallarına çətin ki, cavab verə biləydi.
    Deyəsən, elə bu cür də olmuşdu.
    Bayaqdan atasının qayğılı sifətinə baxaraq uzun müddər susan qız, durub mətbəxə keçdi, sonra yenə böyük qonaq otağına qayıdaraq handan-hana, sanki özü-özü ilə danışırmış kimi astadan dedi:
    -Daha Viktorla qurtardım. Ta mənimçün o, yoxdur. Yaxşı ki, mən onu vaxtında tanıdım.
    Jüsten susurdu. Axı bir də nə deyəydi? Bəzən həyat övladlara ata-anadan daha çox valideynlik edir. Yaxşı deyiblər ki, hər bir övlad təkcə öz valideynlərinin yox, həm də öz zəmanəsinin övladıdır.
    -Ata, mən nənəgilə də getdim. O, öskürürdü. Gedib dərman aldım. Amma özü heç nədən şikayət etmir. Deyir ki, yaxşıyam, məndən nigaran olmayın. Ata, mən sənin dediyin kimi etdim. Bizim səyahət planımız haqda nənəyə heç nə demədim.
    -Oldu, qızım. Düz etmisən...
    Bir səs onu kösöv kimi tüstülətməkdə idi: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm”.
    Bu, Sabinanın səsi idi.
    Jüsten qovrula-qovrula qalmışdı.
    **
    İstabnulda ata və qız hoteldə düşdülər. Amma İbrahim bəy bütün günü onlarla birlikdə olurdu. Onlar İbrahim bəyin vaxtilə açılışında iştirak etdiyi qadın ayaqqabısı dükanına da baş çəkdilər. Orada alver pis getmirdi. Amma dükan darısqal idi. Qərara aldılar ki, Bakıdan qayıdanbaş bu məsələ ilə yenidən maraqlansınlar, imkan olarsa ya yeni bir geniş sahəli dükan yeri tapsınlar, ya da, qonşuluqda yerləşən dükanı alıb bu kiçik dükanla birləşdirsinlər.
    Bakıya uçmağa hazırlaşarkən İstanbul hava limanında toplaşmış şən, deyib-gülən bir dəstə yəqin ki, hamının diqqətini cəlb etmişdi. Şıq, müasir dəbdə geyinmiş bu qadın və kişilərin elə ilk baxışdan harayasa, toya və ya ziyafətə getdiklərini düşünmək olardı. Bir azdan məlum oldu ki, onlar həqiqətən toya gedirmişlər.
    Mavi zolaqlı kostyum geymiş kök kişi həmin şən dəstədən ayrılıb İbrahim bəyə yaxınlaşdı.
    -İbrahim bəy, salamlar olsun.
    Bayaqdan Jüstenlə söhbət edən İbrahim bəy öz adını eşidib geri qanrıldı.
    -Oooo, Aydın bəy... Canım, necəsən? Nə xoş təsadüf? Deyəsən, sən də Bakıya uçursan.
    Onlar qucaqlaşıb öpüşdülər.
    Kök kişi ətrafa ötəri göz gəzdirib dedi:
    -Bəli, İbrahim bəy. Deyəsən biz eyni istiqamətə uçuruq.
    -Düz tapmısan. Biz də Bakıya gedirik. Tanış olun, bu, mənim parisli dostum müsyö Jüsten, bu isə onun sevimli qızı xanım fransuaza. –Sonra İbrahim bəy üzünü Jüstenlə Fransuazaya çevirib dedi: -Bu isə mənim köhnə dostum Aydın bəydir. Tanış olun.
    Onlar bir-birini yüngülcə təzim etdilər.
    Aydın bəy bir daha özünü təqdim etdi, fransızca dedi:
    -Aydın Sağlam. İbrahim bəyin dostuyam. Tanışlığa çox şad oldum.
    Jüsten türk dilində cavab verib:
    -Mən də şad oldum, əfəndim,-deyə, dilləndi.
    Aydın Sağlam təəccüb qarışıq bir tonda dedi:
    -Mən indi ikiqat şad oldum.
    Hamısı gülüşdü.
    İbrahim bəy:
    -Müsyö Jüsten mənim şərikimdir. Gördüyünüz kimi, o, türkcə öyrənib.
    Jüsten gülümsəyib dedi:
    -Yox, türkcəni elə də dərindən bilmirəm. Məni çox tərifləməyin, İbrahim bəy.
    Yenə xorla gülüş.
    İbrahim bəy fransız dostunu tərifləyə-tərifləyə təqdim etməkdə idi:
    -Mən olan şeyi deyirəm, nəyisə azaldıb-artırmıram ki... Müsyö Jüsten ingilis və italyan dillərini də əla bilir. Dil öyrənmək onda fitri bir istedaddır. Dostum özünü dünya vətəndaşı hesab edən bir insandır. Səyahət etməyi çox sevir. Parisdə və İstanbulda ayaqqabı satışı ilə məşğul olan birgə şirkətimiz və dükanımız var. Bakıda da bir dükanımız olacaq... İnşallah.
    Aydın Sağlam dedi:
    -Uğurlar diləyirəm.
    İbrahim bəy ətrafa göz gəzdirib dedi:
    -Deyəsən, səfərə tək çıxmamısan, Aydın bəy.
    Aydın Sağlam gülümsəyib dedi:
    -Bəli, düz tapmısan, İbrahim bəy. Mən öz qohum-əqrəbalarımla birgə gedirəm Bakıya. Bunun da çox mühüm, ilginc bir səbəbi var.
    İbrahim bəy dostunu qabaqladı:
    -Təki yaxşı istəklə, xoş niyyətlə gedəsiz.
    Aydın bəyin gözlərində sevinc ifadə edən işartılar parladı:
    -Xoş niyyətlə gedirik. İnşallah, biz bacım oğlunun toyunu edəcəyik Bakıda. - Aydın Sağlam əlini uzadıb bir kənarda deyib-gülən dəstəyə işarə etdi: -Bax, o ucaboy xanım mənim bacımdır. Qalanlar da yaxın qohumlardır. Allah sizin subaylara da toy qismət eləsin.
    İbrahim bəy zarafatyana soruşdu:
    -Yaxşı, bəs bəy özü hanı?
    -Canım, bəy ta bizi saymır ki. Bakıda xanımının yanındadır,-deyə, Aydın bəy gülə-gülə cavab verib Jüstenə göz vurdu.
    Jüsten ciddi şəkildə dedi:
    -Bəy düz edir. Adam öz sevdiyini gözdən qoymamalıdır.
    Fransuaza mənalı tərzdə atasının üzünə baxdı.
    Aydın Sağlam əlini yan cibinə atıb oradan bir qalaq vizit vərəqi və dəvətnamə çıxarıb İbrahim bəyə uzatdı:
    -İbrahim bəy, mən sizi qonaqlarla birgə baçım oğlunun toy məclisinə dəvət edirəm. Sizin gəlişinizdən çox məmnun olaram. Siz mənim şəxsi qonaqlarımsız. Bu, dəvətnamə, bu da mənim vizit vərəqim, İstanbuldakı və Bakıdakı telefon nömrələrim yazılıb. Çox məmnun oldum. Müsyö Jüsten, sizi də qızınızla birgə toya dəvət edirəm. Hamınızı gözləyəcəyəm. Görüşümüzdən çox məmnun oldum. İnşallah, toyda görüşərik.
    Jüsten:
    -Təşəkkür edirəm.
    İbrahim bəy:
    -Allah mübarək eləsin.
    Repreduktordan gur səs eşidildi.
    Təyyarəyə minik başlanmışdı.
    Hərə keçib öz yerində əyləşdi.
    Bir azdan sərnişinlərə yemək payladılar.
    Jüsten mürgüləyib bir azdan yuxuya getdi.
    O, qəribə bir yuxu görürdü. Görürdü ki, harayasa uzaq bir səfərə uçur. Nəhayət, uçuş başa çatdı. Təyyarə yerə enəndə Jüsten kiçik pəncərədən meydançaya göz gəzdirdi. Aşağıda, düz uçuş meydançasının ortasında ağ at üstə bir adam dayanmışdı. Jüstenə əvvəlcə elə gəldi ki, bu, meydançada qoyulmuş bir süvari heykəldir. Amma az sonra belə məlum oldu ki, “heykəl” canlıdır. Ağ at yerindən tərpənib təyyarəyə sarı addımladı. Jüsten yalnız indi gördü ki, atın üstdəki ağ geyimli bir qadındır. Atlının ağ yaylıq altından sifətinə tökülmüş xurmayı saçları, iri-parlaq gözləri kimisə xatırladırdı. Jüsten dözə bilməyib tez irəli atıldı. Adamlar növbəyə düzülüb qapıdan çıxmağa tələsirdilər. Stüardessa çıxanlara xoş bir təbəssüm bəxş edərək əl edirdi. Jüstenin növbəyə durmağa səbri çatmadı. O, ayağını yerə möhkəm basıb təyyarənin içindəki adamların başı üstdən bir quş kimi şığıyaraq irəli atlandı. Yox, o, indi uçurdu, həqiqətən uçurdu. İçəridəki adamlar təəccüblə başlarının üstündən uçub gedən Jüsteni süzürdülər. Jüsten içəridə dövrə vurub təyyarənin çıxış qapısına sarı istiqamət götürdü. Qapının ağzındakı stuardessa xanım onu tutub saxlamağa cəhd etsə də heç bir şey edə bilmədi. Jüsten uçub meydançaya çıxdı. O, hələ də uçurdu. Amma... Amma meydançanın ortasında döyükən ağ atın belində heç kəs yox idi. Bəs qadın haraya yox olmuşdu birdən-birə? Elə yuxuda ikən Jüstenin ürəyi bərk-bərk vurub sanki sinəsindən çıxmaq istəyirdi. Deyəsən, at da öz sahibi üçün narahat idi: heyvan boynunu irəli uzadıb mağmın-mağmın trapla enən sərnişinlərə baxırdı. Jüsten bir göz qırpımında istiqaməti dəyişib geri “uçmağa” başladı. O, təzədən təyyarəyə daxil oldu. Öz səfər çantasını götürüb növbəyə dayandı. Qapıya çatanda heyrətindən az qala qışqıracaqdı. Stuardessa geyimində olan xanım elə indicə gördüyü süvari qadın idi. Qadın onun Sabinasına necə də bənzəyirdi, ilahi... O, qollarını açıb həmin qadıını öpmək istədi. Bayaqdan gülümsəyən, Sabinaya bənzəyən qadın qaş-qabağını töküb geri çəkildi. Qadın gənc, gözəl, cazibədar idi. Sabina da gəncliyində eyzən bu cür idi. Jüsten yuxuda inildədi: “Sabina”.
    Haradansa səs eşidildi:
    -Təyyarə Bakı hava limanına enməkdədir.
    Jüsten gözlərini açıb yana baxdı.
    Fransuaza əlindəki dəsmalla onun alnında puçurlanan tər dənələrini silərək gülümsədi:
    -Deyəsən, yuxu görürdün, ata.
    Jüsten dillənmədi. O, hələ də gördüyü qəribə yuxunun təsirindən çıxa bilmirdi.
    Təyyarə hava ilmanına enməkdə idi.
    Uğultu eşidildi.
    Təyyatə beton meydançada dövrə vurub dayandı. Jüsten illüminatordan yerə boylabdı. İndi onun baxışları qeyri-ixtiyari bayaq “gördüyü” ağ atı axtarırdı.
    Təyyarənin qapısı ağzında dayanıb düşən şərnişinlərlə vidalaşan stüardessa xanımın sifətinə bu payız günündə nədənsə baharı xatırladan işvəli bir təbəssüm qonmuşdu.
    Jüsten gülümsəyərək stüardessaya “sağ ol” deyib vidalaşdı.
    Onlar yalnız trapı enəndə havanın küləkli olduğunu hiss etdilər.
    Sabınanın səsi yenə onun qulağında əks-səda verməkdə idi: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm”.
    **
    İbrahim bəy şəhəri yaxşı tanıyırmış. Onlar- Jüsten, İbrahim bəy və Fransuaza Bakının mərkəzində, Xəzərin sahilində yerləşən hotellərdən birində qalmağa qərar verdilər. Bir qədər dincəlib nahar etdikdən sonra şəhərlə tanış olmağa başladılr. Xüsusən, ata-bala Burselər Bakının tarixi abidələrinə böyük heyranlıqla tamaşa edirdilər.
    Amma burası vardı ki, Jüstenin gözü elə qadınların ayağında idi. Aradabir onların satdıqları ayaqqabıları geyən xanımlar gözə dəyəndə Jüsten yüngülcə gülümsəyib dostunun üzünə baxırdı. Belə hallarda İbrahim bəy də qarşılıqlı gülümsəmə ilə “cavab” verirdi.
    Az bir müddətdən sonra Jüsten qadınların ayağına baxmaq “mərəzindən” xilas olmaq üçün diqqəti qadınların üzünə yönəltməyə başladı. O, artıq altda-altdan qarşısından gəlib keçən qadınlara göz qoyurdu. Onun gözləri sanki qiymətli bir itiyi axtarırdı. Axı Sabina bu şəhərdə olmalı idi. O, indi hər cür təsadüfə, hər cür möcüzəyə hazır idi.
    Arada onlar gələcəkdə götürmək istədikləri dükana da baş çəkdilər. Bu, böyük bir pal-paltad dükanı idi. Amma ayaqqabı satışı üçün də yarayardı. Gur yerdə idi. Sahibi bir neçə ay əvvəl İbrahim bəylə sövdələşmişdi. Amma indi həmin kişini, dükanın sahibini tapa bilmədilər; dükandakılar sahibin xaricdə müalicədə olduğunu dedilər. İnciməyə dəyməzdi. Axı onlar Bakıya qəfildən, xəbər-ətərsiz gəlmişdilər.
    Sonra onlar hotelə qayıdıb şam etdilər.
    Hotelin eyvanına çıxdılar.
    Sən demə, Bakının gecələri daha füsunkar imiş.
    Bu anlarda Jüstenə elə gəlirdi ki, şəhər təkcə onun dinlədiyi, məxsusi onun üçün səslənən bir nəğməni oxuyur. Bu, nəsə qəmli, köhnə bir şərq nəğməsi idi. Jüsten yüz faiz əmin idi ki, bu səsləri, bu melodiyanı ondan başqa heç kəs eşitmir. Allah bilir, bəlkə elə doğrudan da yalnız onunçün çalırdılar bu “sirli” musiqini. Bu möcüzəli Şərq şəhərində hər nə desən ola bilərdi. O, daxilən hər cür gözlənilməzliklərə hazır olmalı idi.
    Arvadının son səfərə yollanarkən dediyi sirli kəlmələr get-gedə bu səslərin hamısından bərk səslənib əks-səda verməyə başladı onun qulağında: “Biz mütləq Bakıya getməliyik, Jüsren. Mütləq. Bunun səbəbini sən mənim arxamca gələndə deyərəm. Bu, hələlik bir sirdir”.
    Jüsten öz-özünə pıçıldayırdı: “Hə, bu da Azərbaycan. Mən indi Bakıdayam, Sabina. Bəs sən haradasan, mənim mələyim? Hasradasan? Kim açacaq mənə sənin vəd etdiyin sirri. Axı o nə sirdi elə? Gəl məni bu sualların əlindən qurtar, Sabina”.
    Jüsten gecəni çox narahat yatdı.
    Coşqun cavanlıq çağlarını artıq arxada qoymuş fransız qonaq, bu son günlərin hadisələrini dönə-dönə xəyalına gətirir, gözünün önündə canlandır, soyuq ağılla mühakimə etməyə çalışırdı.
    Jüsten Sabinanı televizorda gördüyünü hətta ən yaxın tanışlarına belə, desəydi, çox güman ki, onun ağlının yerində olduğuna şübhə edərdilər.
    Bəlkə doğrudan da onun səhhətində nəsə bir problem yaranmaqda idi? Bu, necə ola bilərdi: arvadını Fransada itirən Jüsten indi onu Azərbaycan adlı uzaq bir ölkədə axtarır.
    Yaxşı ki, o, bu axtarışa tək çıxmamışdı. Tək çıxsaydı bu, daha gülməli, bəlkə də daha ağlamalı olardı.
    Ən maraqlısı burasında idi ki, o, arvadını ekranda öz dostu ilə görmüşdü. Nə yaxşı ki, bu, belə olmuşdu.
    Jüsten yenə tərəddüd və şübhə divarları qarşısında aciz qalmaqda idi. Bəlkə elə onun dostunu da qarabasma qarabaqara izləməkdə idi?
    Maraqlıdır, görəsən iki adamı eyni vaxtda eyni qarabasma haqlaya bilərdimi? Görəsən, elmdə belə bir tədqiqat aparılıbmı indiyəcən? Doğrudan da, bəlkə hər iki dostun ağlı eyni vaxtda çaşıb? Bəlkə paralel hallüsünasiyala da baş verir bu dünyada? Nə desən olar bu zəmanədə.
    O, az qala bütün gecəni yerində ilan kimi qıvrılıb açıldı. Sabinanın əksi, xəyalı onu bir an da olsa tək buraxmırdı. Xüsusən, son dəfə ekranda gördüyü “Sabina” onun gözləri önündən çəkilib getmirdi.
    “İlahi, bəlkə mən dəli oluram? Bəlkə mən ağlımı itirmək ərəfəsindəyəm? Özün mənə kömək ol, ya Rəbbim. Mənim övladıma, mənim Fransuazama yazığın gəlsin, ilahi. Mənim hələ arzularım çoxdur”.
    Yalnız səhərə yaxın Jüstenın gözündən yuxu süzülməyə başladı.
    O, yuxudan duranda İbrahim bəy geyinib-gecinmişdi, dəhlizdəki kresloda əyləşib qarşısındakı iri dəftərə nəsə qeydlər edirdi.
    Jüsten yuyunub üzünü qırxı, odekalonla ətirləndi, təzə dümağ köynəyinin boynuna qırmızı qalstuk bağladı. Axı onlar bu gün həm də toya gedəcəkdilər. İbrahim bəyin dostu Aydın bəy onları bu axşam toya çağırmışdı.
    Hə, o dəqiqə hiss olunurdu ki, bayırda hava da xoşdu. Dünənki küləkdən əsər-əlamət qalmamışdı. Bu cənub ölkəsinin havası deyəsən tez-tez dəyişirdi.
    İbrahim bəylə Jüsten qəlyanaltı etməyə hazırlaşarkən Fransuaza hələ şirin-şirin yatırdı, yuxu bişirirdi. Allah bilir, bəlkə elə qız da səhərəcən öz anası barədə düşünmüşdü?
    Jüsten çay içib otağa qayıdanda Fransuaza gözlərini açmışdı, amma qızın hələ də yuxulu olduğu aydınca hiss olunurdu.
    Jüsten ehtiyatla:
    -Mənim qızım, oyanmısan? -deyə, soruşdu.
    Fransuaza mələfəni sinəsinəcən çəkib mızıldandı:
    -Hə... Ata, amma hələ yuxudan doymamışam.
    -Yaxşı, onda bir az da dincəl. Oyananda restoranda nahar edərsən.
    -Bəs siz?
    -Biz İbrahim bəylə qəlyanaltı etdik.
    -Həəə... Nə tez?
    -Yox, elə də tez deyil. Hava çoxdan açılıb.
    -Mən hələ yatmaq istəyirəm, ata.
    -Onda belə danışaq. Mən İbrahim bəylə şəhərə çıxım. Bir-iki dükana baxmaq istəyirik... Tez qayıdacağıq. Açar qapının üstündədir. Onda biz gedirik.
    -Oldu, qızım. Elə hoteldə gözləyərsən.
    -Oldu, ata.
    Jüsten dəhlizə çıxanda İbrahim bəy gəzişirdi.
    -İbrahim bəy, Fransuaza hələ yatır.
    İbrahim bəy sualdolu nəzərlərlə onu süzüb susdu.
    Jüsten gülümsədi:
    -Bəlkə də elə bu cür yaxşıdır.
    -Nə mənada, müsyö Jüsten?
    -O mənadaki bu axtarışın nə ilə yekunlaşacağı hələ heç birimizə məlum deyil. Fransuazanı niyə indidən öz aləmindən ayırırıq axı? Elə deyilmi? Bəlkə heç bu məsələni açıb-ağartmağa ehtiyac qalmadı.
    -O da doğru fikirdir, müsyö Jüsten.
    **
    İbrahim bəylə Jüsten taksidən düşüb geniş səkini keçdilər. Onları televiziya binasının dar-ensiz girişində tutqun-ciddi sifətli, ucaboy, gənc bir polis nəfəri qarşıladı.
    İbrahim bəy irəli keçdi. Axı hər necə olsa da bu ölkənin qayda-qanunlarına, buradakı adamların davranışına, dilinə o, daha yaxşı bələd idi.
    -Buyurun, eşidirəm.
    Bu sözləri deyən polis nəfəri yeriş-duruşundan buralar adamına bənzəməyən müsafirləri diqqətlə süzdü.
    İbrahim bəy bir qədər duruxub dedi:
    -Biz buraya bir məsələ üçün gəlmişik.
    -Sizə kim lazımdır?
    İbrahim bəy tutuldu. Bir az fikrə gedib gülümsədi.
    -Doğrusu, heç bilmirəm biz burada kimə müraciət edək.
    -Siz kimi axtarırsınız?
    -Biz... Biz bir qadını axtarırıq.
    -Qadın burada hansı vəzifədə çalışır?
    -Biz bilmirik qadın harada çalışır.
    Oğlan təəccüblə onları başdan-ayağa süzdü:
    -Burada çalışmayan qadını burada nə üçün axtarırsınız?
    İbrahim bəy Jüstenə işarə ilə:
    -Biz burada qonağıq,-dedi.
    Polis çiynini çəkdi:
    -Nə olsun ki?
    İbrahim bəy bir qədər əsəbi halda dedi:
    -O olsun ki, bizə kömək lazımdır. Biz bu televiziyanın böyüyünü görmək istəyirik.
    -Buranın rəhbəri indi xaricdədir.
    -Olsun onun müavini ya köməkçisi.
    Gənc polis əlini yuxarıya sarı uzatdı:
    -Onlar da iclasdadır.
    -Bizi burada bir adamla görüşdürün.
    -Kimlə?
    -Burada çalışan birisi ilə.
    -Mən elə burada çalışıram də...
    -Bizə polis yox, buranın bir müxbiri, bir reportajçısı lazımdır.
    -Məsələn, kim?
    Müsafirlər tutuldu. Doğru sözə nə deyəsən?
    İbrahim bəy daxilən hiddətlənsə də, polis nəfərinin də haqlı olduğunu düşünürdü.
    Onların qapıdakı mübahisəsi xeyli uzandı. Bəlkə də bu söhbət hələ də uzanacaqdı və qanqaraldıcı bir finalla bitəcəkdi. Amma yaxşı ki, içəri keçmək fürsəti yarandı. Bayaqdan qapının ağzında var-gəl edib kimisə gözləyən ortayaşlı, qaraşın bir kişi onlara yaxınlaşıb özünü təqdim etdi; sən demə bu kişi buranın aparıcı müxbirlərindən biri imiş.
    Onlar tezliklə içəriyə daxil olma izni aldılar.
    Ortayaşlı adam müsafirləri siqaret tüstülədən ucaboy, çalsaç, qarabığ bir kişinin yanına apardı. Kişi özünü təqdim etdi:
    -Proqram direktoru Şamil Qayıbov.
    İbrahim bəy əlini irəli uzatdı:
    -İbrahim bəy. Bu isə müsyö Jüstendir.
    Onları bura gətirən qaraşın kişi üzünü proqram direktoruna tutub:
    -Şamil müəllim, xahiş edirəm, bu qonaqlara kömək edin,-dedi.
    -Oldu. Baş üstə, bəy.
    Qaraşın kişi qonaqlara əl uzadıb üzrxahlıq edərək otaqdan çıxdı.
    Onlar, İbrahim bəylə Jüsten, televiziyaya gəlişlərinin məqsədi barədə proqdam direktoruna yerli-yataqlı məlumat verdilər.
    Proqdam direktoru onları diqqətlə dinləyib bir xeyli fikrə getdi, sonra tərəddüdlə dedi:
    -Mən sizi anladım. Olsun ki, bizim verilişlərin hansındasa belə bir çıxış olub. Amma biz həmin xanıma birbaşa deyə bilmərik ki, tez durun bura gəlin, sizi axtaran adamlar var.
    İbarahim bəy cəld dilləndi:
    -Yox, canım, xanımı niyə dəvət edirsiniz? Biz özümüz gedərik onun arxasınca.
    Direktor ciddi tərzdə dedi:
    -Rəhmətliyin oğlu, bunun nə fərqi? Ya Həsən keçəl, ya keçəl Həsən... Söhbət heç də ondan getmir ki, kim kimin arxasınca gedir və ya getməlidir?
    İbrahim bəy emosional halda dilləndi:
    -Bəs söhbət nədən gedir?
    Proqram direktoru təmkinlə dilləndi:
    -Söhbət ondan gedir ki, yad ölkədən iki nəfər gəlib üzünü görmədikləri bir qadını axtarırlar.
    İbrahim bəy yenə dilini dinc qoymadı:
    -Üzünü görmədikləri niyə, canım? Biz o xanımı sizin televiziyadakı verilişdə görmüşük.
    Kişi əlindəki siqaret kötüyünü külqabıya basdı.
    -Olsun. Görün. İnanıram. Biz elə o adamları görünmək üçün veririk. Amma baxır kim o verilişlərə hansı niyyətlə tamaşa edir.
    İbrahim bəy incik halda dedi:
    -Bizim heç bir pis niyyətimiz olmayıb.
    Kişi qutudan yeni siqaret dənəsi çıxartdı:
    -Mən fikriki sizə anlatdım məncə...
    İbrahim bəy:
    -Yaxşı, bəs onda biz nə yapaq, kimə müraciət edək?
    Kişi siqareti yandırdı.
    -Heç kəsə üz tutmaq lazım deyil. Bizimlə əlaqə saxlayın.
    -Biz əlaqə saxladıq də, canım. Elə bunun üçün gəldik bura.
    Kişi siqaretinə qullab vurdu:
    -Biz gərək bir məsləhətləşmə aparaq. Vəziyyətlə tanış olaq. Müəyyən bir qərara gələk. Gəldiyimiz qənaəti sizə bildirərik. Məndən inciməyin, mən məsləhətsiz sizə bir şey deyə bilmərəm. Mən özbaşına deyiləm ki?
    İbrahim bəy təəccübləndi:
    -Siz kiminlə məsləhətləşməlisiz axı?
    Proqram direktoru şəhadət barmağını başının üstə sarı tutub astadan dedi:
    -Əlbəttə, yuxarılarla. Hər halda bilinməlidir ki, axtaran kimdir, axtarılan kimdir.
    -Bunu kim bilməlidir?
    Direktor yenə təmkinlə cavab verdi:
    -Əlaqədar qurumlar.
    İbrahim bəy Jüstenə işarə etdi. Onlar ayağa durdular.
    Jüsten göz qoyub gördü ki, müsahiblərinin sifəti daş kimi donuqdur. Kişinin səsi də donuq, boğuq idi.
    -Oldu.
    -Hələlik.
    -Əlaqə saxlayın.
    -Saxlayarıq.
    Kişi stolun üstündən götürdüyü iki vizit vərəqini onlara uzadıb, yenə siqaretinə dərindən bir qullab vurdu:
    -Bax, bu da mənim telefon nömrəm. Xahiş edirəm siz də öz qaldığınız hotelin telefon nömrəsini deyin.
    İbrahim bəylə Jüsten televiziyanın həyətinə çıxanda sərin payız küləyi əsirdi.
    **
    Jüstenlə İbrahim bəy mehmanxanaya gələrkən yolboyu taksidə heç nə danışmadılar. Sanki onlar bir-birinə söz deməkdən ehtiyat edirdilər.
    İndi Jüsteni dərd almışdı.
    Bundan sonra necə hərəkət etməli?
    Kimdən kömək udmalı?
    Jüsten özlüyündə yüz faiz əmin idi ki, bu anlarda elə İbrahim bəy də özlüyündə həmin suallara cavab axtarır.
    Televiziyadakı proqram direktorunun soyuq, daş sifəti onun gözlərinin önündən çəkilmirdi. Bu adamın səsi, ədaları da elə sifəti kimi idi.
    Söhbət efə-edə hotelə çatdılar. Artıq çoxdan oyanmış Fransuaza qəlyanaltı edib mehmanxanada Jüstenlə İbrahim bəyi gözləyirdi.
    Yaxşı ki, onlar öz “axtarışları” barədə Fransuazya bir söz deməmişdilər. Yoxsa qızda bir könül qırıqlığı yara bilərdi.
    Fransuaza mehmanxananın qənşərindəki gözəllik salonuna getdi. Axşamkı toya hazırlaşmaq lazım idi.
    Arada Aydın bəy onlara zəng vurub hal-əhval tutdu. Hiss olunurdu ki, o, çox diqqətli adamdır.
    İbrahim bəyin gözlərində nəsə bir sevinc işartısı sezilirdi. O,fransız dostunun qulağına astadan dedi:
    -Müsyö, çox fikir etməyin.
    Jüsten çiyinlərini çəkdi:
    -Yox, fikir etmirəm, İbrahim bəy. Mən əminəm ki, hər şey yaxşı olacaq.
    -O proqram direktorunu da qınamaq düzgün deyil. Bəlkə də o, müəyyən mənda haqlıdır. Axı o, haradan bilsin ki, biz buraya nə məqsədlə gəlmişik.
    -Biz öz məqsədimizi ona dedik. O, özü şübhəkar adama oxşayır. Hər yerdə belə adamlar olur, İbrahim bəy, onlar hər şeyə bir şübhə ilə yanaşırlar.
    -Bu, görünür adamların həm də peşə xüsusiyyətindən irəli gəlir.
    -Yəqin ki...
    -Amma mən bu axtarışın yaxşı bir sonluqla başa çatacağına inanıram.
    İbrahim bəy gülümsədi:
    -Elə mən də inanıram.-Və əlavə etdi:- Bilirsinizmi, burada Aydın bəyin dostları çoxdur. Mən ona deyəcəyəm, qoy bu işdə bizə yardımçı olsun.
    -Onda hələlik qalsın toydan sonraya.
    -Mən də elə düşünürəm.
    Onlar dəhlizdə söhbət edirdilər.
    Buradan dəniz, şəhər aydın görünürdü.
    Fransuaza gözəllik salonundan qayıdıb gəldi. Qız çox cazibədar olmuşdu. O, təbii ki, kişilərin söhbətinin nədən getdiyini qətiyyən bilmirdi.
    Toy mərasimi şəhərin kənarında sıx ağaclarla əhatə olunmuş nəhəng bir şadlıq evində təşkil edilmişdi.
    Aydın bəy Fransadan gələn qonaqları əsl ev sahibi kimi qarşıladı.
    Qonaqlar Aydın bəyin yaxın qohumları ilə birgə geniş masanın arxasında əyləşdilər.
    Əcnəbilərdən heç biri indiyəcən belə təmtəraqlı, şən toy məclisi görməmişdilər. Süfrəyə ən ləziz nemətlər düzülmüşdü.
    Arada Fransadan gələn müsafirlərin də şərəfinə tost deyildi.
    Onları, hətta, bal rəqsinə də dəvət etdilər.
    Toyda vaxtaşırı hörmətli qonaqlara da söz verirdilər. Tanınmış elm və incəsənət adamlarından sonra İbrahim bəyə də söz verdilər. O, təzə ailə quran gənclərə qısaca ürək sözlərini, arzularını söylədi.
    Bu şən toy, xüsusən, Fransuazanın çox xoşuna gəlmişdi deyəsən; qız rəqs meydançasından çıxmaq istəmirdi.
    Gənclər əl-ələ tutub yallı gedirdilər.
    İbrahim bəylə Jüsten stol arxasında üzbəüz əyləşmişdilər. Onlar yemək yeyir, şərab içir, şənlənirdilər. Aydın bəy tez-tez onlara baş çəkir, zarafatlaşır, dolu badəni başına çəkib yenə uzaqlaşırdı. Axı o, toyun sahiblərindən biri idi, gərək hər şeyə nəzarət eləyə, gələnləri gülərüzlə qarşılaya, gedənlərə dil-ağız edib xoş əhvalla yola salaydı.
    İbrahim bəy arada üzbəüz divardan asılmış nəhəng ekranlı televizora baxırdı. Birdən elə bil ki, onu ildırım vurdu. Kişinin gözləri böyüdü. Alnını tər basdı. Çəngəl əlindən yerə düşdü.
    Jüsten bu anlarda öz işində idi, gözlərini bərk-bərk yumub əlindəki dolu badəni başına çəkməkdə idi. Kişi sanki çox acı bir dərman həbinin üstündən su içirdi.
    Operator kameranı fırladıqca ekranda üzlərindən təbəssüm yağan, deyib-gülən, yeyib-içən insanların sifəti nəhəng ekrandan ötüb keçirdi.
    Bəs İbrahim bəyin qanını donduran, onu həyəcana salan nə olmuşdu?
    O, hələ də öz gördüyünə inanmaq istəmirdi.
    Məsələ burasında idi ki, bu anlarda ekrandan ani olaraq boylanan qadınlardan biri Sabina idi. Əvvəlcə qadını uzaqdan seyr edən kamera get-gedə təsviri böyütdü: bir anlığa qadının iri gözləri, çatılmış qaşları ekranı “zəbt elədi”.
    İbrahim bəy dönüb Jüstenə baxdı. Fransız qonaq əlindəki çəngəli pendir parçasına sancırdı.
    İndi ekranda başqa təsvirlər göstərilirdi.
    Sabina qeyb olmuşdu.
    İbrahim bəy təşvişə düşdü.
    Bəlkə onu neçə gündən bəri bu mərhum qadının ruhu təqib edir?
    Yox, bu, ola bilməzdi. O, hələ ağlını itirməyə tələsmirdi. Axı o, bir neçə gün öncə Sabinanı Azərbaycan televiziyasının kanalında görmüşdü. Budur, indi onlar Bakıdadırlar. Və axtardıqları qadının bu məclisdə olmağında nə qeyri-adilik ola bilərdi ki? O, “Sabina” idi. Buna şəkk-şübhə ola bilməzdi.
    İbrahim bəy baxışlarını uzun müddət ekrandan çəkmədi. O, Sabinanı yenə görmək ümidində idi. Artıq oradan başqa kadrlar, başqa sifətlər boylanırdı. Qadın toy əhli arasında “əriyib” qeybə çəkilmişdi.
    Toysa davam edirdi.
    Jüsten sanki Şərq nağıllarında təsvir olunan bir aləmə düşmüşdü.
    Atəşfəşanlıq.
    Şampan köpükləri.
    Yallı.
    Oğlanların rəqsi.
    Bal rəqsi.
    Hələ səsini zilə çəkib qıyya vuran müğənnilər.
    Bu toy həm də maraqlı bir teatr tamaşasına bənzəyirdi.
    Fransuaza ucaboy bir oğlanla rəqs edirdi. Arabir onlar nə barədəsə danişıb gülürdülər. Deyəsən, oğlan fransızca bilirdi.
    Jüsten növbəti şərab badəsini başına çəkib rəqs maydançasına çıxdı. İbrahim bəy də ona qoşuldu. İndi hamı onları alqışlayırdı.
    **
    Həmin günün axşamı, lap dəqiqi gecəsi, toydan sonra hotelə gələndə İbrahim bəy Jüsteni öz otağına dəvət etdi. Jüstün bir az hallı olsa da dostunun gözlərində oynaşan sevinc qığılcımlarını duyaraq zarafatla dedi:
    -İbrahim bəy, məncə toydan sonra özünüzü çox yaxşı hss edirsiniz.
    İbrahim bəy gülümsünüb dedi:
    -Əlbəttə, müsyö. Niyə də yaxşı hiss etməyim ki? Nəinki yaxşı, hətta deyərdim ki, lap əlayam.
    Jüsten:
    -Toy da əla keçdi.
    İbrahim bəy:
    -Əlbəttə. Mən heç ömrümdə bu qədər oynamamışdım.
    -Gözəl rəqs etməyiniz varmış, müsyo.
    -Sizin rəqsiniz də əla idi, İbrahim bəy.
    -Xüsusən, qadınlar sizin oyununuzu maraqla seyr edirdilər.
    Jüsten gülüb dedi:
    -Mənsə onların üzünə baxmırdım. Gözüm həmişəki kimi xanımların ayağında, daha dəqiqi, ayaqqabısında idi. Ha-ha-ha... Hətta, bir-iki nəfər qadın bizim ayaqqabıları geymişdi. Siz buna fikir verdinizmi?
    -Yox,-deyə, İbrahim bəy qısaca cavab verdi. Hiss olunurdu ki, o, mövzunu dəyişmək istəyir.
    -Heyif. Gərək baxaydınız.
    -Bəlkə də...
    Jüsten başını tərpətdi:
    -Siz bununla çox şey itirmisiz.
    İbrahim bəy:
    -Ola bilər.
    Jüsten:
    -Mən ciddi deyirəm bunu.
    İbrahim bəy:
    -Mən sizə inanıram, müsyö- dedi və sonra dostunu diqqətlə süzdü: -Sizə bir xəbər deyəcəyəm. Amma özünüzü bu şok xəbərə indidən hazırlayın.
    Jüsten bir qədər tutulub tərəddüdlə dilləndi:
    -Eybi yox, deyin. Mən möhkəm adamam.
    -Biz bir daha televiziyaya gedəsi olmadıq.
    -Nə üçün, İbrahim bəy?
    -Biz ta orada Sabinanı axtarmayacayıq, müsyö.
    -Anlamadım.
    -Məncə biz Sabinanı özümüz axtarıb tapmalı olacağıq.
    -Onda bunu Aydın bəyə də deyək.
    -Əlbəttə. Bu işdə bizə onun köməyi çox olacaq.
    **
    Aydın Sağlam təzə qohumlarının şərəfinə restoranda qonaqlıq vermək istəyirdi. Qonaqlıq axşamüstü olacaqdı. Aydın bəy məclisə Parisdən gələn tanışlarını da dəvət etmişdi. Bu barədə söhbət sübh tezdən olmuşdu. Amma deyəsən, bir qədər sonra bu qonaqlığın “formatı” dəyişmişdi. Çünki Aydın bəy günortaya yaxın təzədən zəng vurdu. O, bildirdi ki, qonaqlıq təzə qohumların bağ evində baş tutacaq.
    Əvvəlcə Jüsten nəm-nüm etdi. Qonaqlığa getmək istəmirdi. İbrahim bəy onu kənara çəkib dilə tutmağa başladı.
    -Müsyö, biz oraya mütləq getməliyik.
    -Doğrusu, mən getmək istəmirəm.
    -Siz nə danışırsız, canım? Bu, bizə hava-su kimi lazımdır.
    -Nə mənada?
    -Müsyö, mən toyda Sabinanı gördüm...
    Jüsten heyrətləndi:
    -Harada?
    İbrahim bəy sakit tonda dedi:
    -Toyda... Daha doğrusu, orada divardan asılmış televizor ekranında gördüm Sabinanı.
    Jüstenin səsi titrədi:
    -Bu, ola bilməz...
    -Müsyö, məncə gözüm məni yenə aldatmadı. Sabina toyda idi...
    -Aman Allah... Bəs mən niyə görmədim onu?
    -O, ekranda ani görünüb qeyb oldu.
    Jüsten əli ilə başını tudu:
    -Axı bu, necə ola bilər.-Sonra tərəddüdlə dilləndi:-Yəni deyirsiniz onu tapa bilərik?
    -Əlbəttə.
    -Necə?
    -Sadəcə.
    -Anlamadım. Biz bunu onlara, toy sahiblərinə necə deyə bilərik?
    -Çox sadə. “Biz Sabinanı axtarırıq”.
    Jüsten fikrə getdi:
    -Onlara bunu necə izah edək?
    İbrahim bəy nəsə fikirləşib gülümsədi:
    -Axı sizdə Sabinanın şəkli olmalıdır.
    -Əlbəttə, var.
    -Həmin şəkli də özünüzlə götürün.
    -Sonra?
    -Ta nə sonra? Biz onlara deyərik ki, bu xanımı axtarırıq.
    -Yox, yaxşı çıxmaz bu.
    -Onda başqa cür edərik.
    -Nə cür?
    -Xahiş edərik ki, toy lentinin bir nüsxəsini bizə versinlər. Bu toydan bir xoş xatirə kimi həmin lenti özümüzlə Parisə aparmaq istəyirik. Axı Sabinanın özünü mən özüm orada, toyda görmüşəm.
    -Hə. Bax bu yaxşı versiyadır. O lentə elə burada, hoteldə də baxmaq olar.
    -Təbii. Biz lentə baxarıq, vəziyyəti müəyyən edərik. Sonra faktı qoyarıq ortaya. Bu meydan bu da şeytan.
    -Yəni ki, bu, şəkildəki Sabinadır, bu isə toydakı.
    İbrahim bəy güldü:
    -Əla ideya oldu.
    -Birdən...
    -Nə birdən?
    -Heç...
    -Nəsə demək istəyirsiz, müsyö?
    -Yox, İbrahim bəy. Deyirəm, sadəcə bu Sabina birdən bizi tanımaq istəməz.
    -Tələsməyək gəl, müsyö Jüsten.
    -Onda evlənən çütlüyə hədiyyə alaq.
    -Qıza elə öz ayaqqabımızdan götürərik.
    -Oğlan üçün də fransız adekolonu. Hə, necədir?
    -Əla.
    Bu əsnada Aydın bəy yenidən zəng vurdu. Qonaqların arxasınca maşın gələcəyini bildirdi.
    Onlar hazırlaşıb hotelin həyətinə endilər.
    Günəşli bir gündü.
    **
    Aslan bəygilin yeni qudalarının bağ evi elə də təmtaraqlı deyildi. Amma həyət böyük və səliqəli idi. Nar və heyva ağaclarının dolu budaqları sallanmışdı. Stolların üstündəki iri, yaraşıqlı vazlar müxtəlif meyvələrlə dopdolu idi.
    Bağ evinin sahibi, təzə gəlinin babası yaşlı, nuranı bir ağsaqqaldı. Kişinin adı Rəhmandı. Hamı ona Rəhman dayı deyə müraciət edirdi. Söhbət əsnasında məlum oldu ki, Rəhman Əsgərov uzun illər neft sənayesində çalışıb. Kişinin gur, qar kimi ağ saçları arada dalğalanıb alnına tökülürdü. Danışığından, oturuş- duruşundan şən, zarafatcıl adama oxşayırdı. O, hamıya suallar verir, yeri gələndə zarafatyana replikalar atırdı.
    Rəhman Əsgərov qonaqlarının Fransadan gəldiyini eşidəndə nədənsə bir qədər tutuldu. Bayaqdan deyib-gülən kişinin sifətindən sanki bir tutqun bulud layı ötüb keçdi. Hətta, araya bir müddət sükut çökdü. Handan-hana bu sükutu yenə Rəhman kişi özü pozdu. Dodaqaltı, sanki öz-özüylə danışırmış kimi astadan:
    -Hə... Fransa, Paris,-dedi.
    Az sonra kişi başını qaldırıb Jüstenin üzünə baxdı. Heç kəsin gözləmədiyi halda fransız dilində danışmağa başladı:
    -Deməli, Parisdənsiniz. Paris gözəl şəhərdir. Mən oranı gəncliyimdə görmüşəm.
    Jüsten heyrətləndi:
    -Doğrudan? Siz orada olmusuz?
    -Əlbəttə, doğrudan. Mən Fransa partizanları ilə birgə döyüşmüşəm. Orada müqavimət hərəkatının üzvü olmuşam... Bizim ailədə fransız dilini məndən də yaxşı bilənlər var...
    Hamının diqqəti Rəhman Əsgərovda idi. Məclisdəkilərin bir çoxu fransızcanı bilmədikləri üçün onun nə barədə danışdığını anlamırdılar. Amma buradakı qohumların hamısı yaxşı bilirdi ki, Rəhman kişi vaxtilə Fransa partizan hərəkatının iştirakçısı olub.
    İbrahim bəy söhbətə müdaxilə etdi:
    -Biz çox şadıq ki, belə bir insanla yaxından tanış olduq. Buna görə Aydın bəyə öz minnətdarlığımızı bildiririk.
    Sonra yeni evlənənləri məclisə dəvət etdilər.
    Dünən Fransuaza ilə rəqs edən ucaboy oğlan da bəyin yanında idi; oğlan əcnəbi qonaqları fransızca salamladı.
    İbrahim bəy öz hədiyyələrini yeni ailə quranlara təqdim edib onların əlini sıxdı.
    Rəhman kişi üzünü bayaqdan ayaq üstə dayanıb sanki əmr gözləyən ortayaşlı bir kişiyə tutub dedi:
    -İmran, sən evdəkilərin hamısını süfrəyə dəvət et. Ta o dövr deyil ki, kişilər ayrı, qadınlarsa bir ayrı məclisdə əyləşsinlər. Hələ üstəlik məclisimizdə ən müasir bir ölkədən-Fransadan qonaqlar iştirak edir. Qoy deməsinlər ki, Şərq Qərbdən çox fərqlənir.
    Hamı gülüşdü.
    İmran bağ evinə keçdi.
    Bir azdan içəridən-bağ evindən çıxan qadın və uşaqlar da göründü, onlar qonaqlara “xoşgəldin” edib süfrə başında əyləşdilər.
    Lap sonda içəridən yaraşıqlı, gülümsər çöhrəli, hələ sifətində incə gənclik təravəti yaşayan bir qadın çıxdı. O, sanki bu bağa kinolarda olduğu kimi yavaşıdılmış kadrlardan addımlayıb gəlirdi. Qadın başını tərpədib qonaqlarla salamlaşdı.
    Qadını görəndə Parisrən gələn qonaqların hər üçü qəfildən elektrik cərəyanına qoşulubmuş kimi cəld ayağa durdu. Onlar heyrət içində idilər.
    Jüsten özünü saxlaya bilməyib astadan:
    -Sabina,- deyə, dilləndi.
    Fransuaza ozünü qadının üstünə atıb hıçqırdı:
    -Ana... Mənim anam...
    Jüsten qəhərini zorla boğaraq yenə:
    -Sabina,-deyə, dodaqaltı mızıldandı.
    Qadın sakitcə qızın başını tumarlayıb eyni təmkinlə fransız dilində dedi:
    -Sakit ol, qızım.
    İbrahim bəy ayağa durub onlara yaxınlaşdı:
    -Fransuaza, qızım, bir sakit ol.
    Rəhman kişi təcrübəli adam imiş. Sanki nəsə hiss edibmiş kimi dedi:
    -Yəqin ki, bu uşaq Səbinəni kiməsə bənzədib.
    İbrahim bəy Fransuazanın əlindən tutub stulda əyləşdirdi. Qız hələ də hıçqırırdı.
    Uzaqdan həzin musiqi səsi gəlirdi. Yəqin ki, maqnitofon oxudurdular.
    Məclisə təzə gələn qadın sanki qonaqlardan utana-utana keçib boş stullardan birində əyləşdi. İndi onun sifətindəki təbəssümü bir həyəcan qızartısı əvəz etmişdi.
    Rəhman Əsgərov özünü əvvəlcə yeni gələn xanıma, sonra isə qonaqlara tutub dedi:
    -Səbinə mənim qızımdır. Ali məktəbdə çalışır. Fransız dili müəllimidir. O ucaboy isə oğlan isə nəvəmdir, adı Ceyhundur. O, həm də öz anasının, yəni Səbinənin tələbəsi olub. Özü də toyda göz qoyurdum, görürdüm ki, Parisdən gələn bu qəşəng qızla yaman rəqs edir.
    Məclisdəkilər gülüşdü.
    Rəhman kişi davam etdi:
    -Dünən mənim o biri nəvəmin toyu idi...
    Rəhman Əsgərov bir az susub, sözünə davam etdi:
    -Bax, yəqin hiss etdiniz ki, bizim ailədə fransız dili bilənlər üstünlük təşkil edir. Bunun da müəyyən səbəbləri var. Yeri gəlsə, lazım olsa mən bu sirri də açaram. Hələliksə, mən bəri başdan Ceyhundan xahiş edərdim ki, bu günkü məclisdə Fransadan gələn qonaqlarla buradakı qohumlar arasında tərcüməçilik etməyin yükünü o, öz boynuna götürsün. Etiraz yoxdur ki? Yox. Masabəyiliyi isə mən özüm icra edəcəyəm. Razısız? Susmaq razılıq əlamətidir.
    Qonaqlar hələ də heyrət içində idilər.
    **
    Qonaqlar dağılışıb getdi.
    Bağ evində Rəhman Əsgərov və qızı Səbinə, bir də ki, Fransadan gələn qonaqlar qaldı.
    Bütün bu baş verənlərdən, Jüstenin həyəcanından, Fransuazanın göz yaşları axıtmasından, İbrahim bəyin mənalı baxışlarından hiss olunurdu ki, onlar bu məclisə təkcə yeni evlənənləri təbrik üçün deyil, həm də çox sirli bir məsələlərnin açılmasında dəstək almaq üçün gəliblər.
    Qonaqlar gedəndən sonra onlar bir qədər ordan-burdan danışdılar.
    Söhbətin şirin yerində Jüsten cibindən çıxartdığı şəkli Əsgərovlara göstərəndə az qala ata və qız şoka düşdülər. İlahi, bu dünyada iki damla su kimi bir-birinə oxşayan insanlar varmış. Ən heyrətamizi isə bu idi ki, bu oxşar insanlar ayrı-ayrı, bir-birindən çox uzaq məmləkətlərdə yaşayırdılar.
    Rəhman kişi şəkli əlinə aldı, qeyri-ixtiyarı ayağa durub bir fotodakı, bir də qarşısındakı qadına, öz qızına baxa-baxa həyəcanla dilləndi:
    -Yox, bu ola bilməz. Ola bilməz...
    Rəhman kişinin öz səsi öz qulağında rezonans verdi: “Ola bilməz...ola bilməz...ola bilməz...”
    Jüsten kövrəlmiş halda dedi:
    -Bu, mənim Sabinamın şəklidir. Fransuazanın anasının...
    Rəhman kişinin bağındakı qohum-əqrabanın hamısı şəklə baxıb içini çəkdi. Heyrət, həyəcan dolu səslər, pıçıltılar eşidildi:
    -Bıy, bu ki, Səbinədir...
    -Adam adama necə oxşayarmış...
    -Adam inanmaq istəmir heç...
    Səbinə yad qonağın əlində “öz” şəklini görüb pərt halda gülümsədi; qadının dodaqları səyriyirdi. İndi onun ürəyindən buradakı adamların ucadan dediyi, amma onun özünün dilinə almaq istəmədiyi bir sual keçirdi: “Doğrudanmı bu şəkildəki qadın mən deyiləm, hansısa fransız xanımdır?”
    Sonra araya sükut çökdü.
    Rəhman kişi handan-hana Jüstenin üzünə baxıb bığaltı gülümsədi:
    -Yaxşı, bəs o, indi haradadır?
    Jüsten fikirdən ayrılıb soruşdu:
    -Kimi soruşursunuz?
    -Arvadınızı.
    -Doğrusu, mən özüm də bilmirəm o, indi haradadır?
    Ata-bala Əsgərovlar təəccüblə fransız qonağın üzünə baxdılar.
    İbrahim bəy istər-istəməz söhbətə qoşuldu:
    -Mən bu söhbətə bir aydınlıq gətirmək istəyirəm. Məsələ burasındadır ki, müsyö Jüstenin xanımı Sabina bir neçə il öncə Fransa səmasında qəzaya düşən təyyarədə olub.
    -Həlak olub?-deyə, Rəhman kişi hiss olunacaq bir həyəcanla soruşdu.
    İbrahim bəy dedi:
    -Təyyarədəki sərnişinlərin hamısı həlak olmuşdu. Amma orada bir adamın nə ölüsü tapıldı, nə də dirisi. Bu, Sabina idi.
    Səbinə də söhbətə müdaxilə etdi:
    -Bıy... Bəs bu necə ola bilər?
    İbrahim bəy dilləndi:
    -Bu hadisə baş verəndə mən də Parisdə idim. Sabina Rivyera deyilən yerə uçurdu. Bu yerlər dünyada çox məşhur Lacivərd Sahili kurortlar şəbəkəsi kimi tanınır. Özü də Nissa şəhəri yaxınlığında yerləşir. Buda dünyaca məşhur bir şəhərdir.
    Rəhman kişi öz-özünə danışırmış kimi dilləndi:
    -Xatırlayıram... Belə bir şəhərdə mən olmuşam. Amma mənim əsas döyüş yolum Tuluza yaxınlığındakı Albi şəhərindən keçir.
    İbrahim bəy sanki araya çökən gərginliyi götürmək üçün gülə-gülə dedi:
    -Hə, Rəhman dayı, biz indi bildik sizin ailənin Fransa ilə əlaqələrinin kökü haradan başlayır.
    Rəhman kişi quru, asta səslə dedi:
    -Hə, siz mənim müdaxiləmə fikir verməyin, davam edin.
    Jüstünlə İbrahim bəy mənalı tərazə bir-birlərinin üzünə baxdılar.
    Nəyə görəsə hadisənin davamını Jüsten danışasmağa başladı.
    -Sabinanın uçduğu təyyarə Monblan dağının üstündən aşarkən yüksək zirvəyə dəyib partlamışdı. Meyitlərin bir çoxu yanıb külə dönmüşdü. Hamısı eksperizadan keçirildi. Bunların arasında bir adam tapılmadı. Məncə, bu tapılmayan elə Sabina idi. Onun boğazında mənim bir zamanlar Sabinaya hədiyyə etdiyim boyunbağı olmalı idi. Maraqlıdır ki, bu boyunbağı tapılmadı. Sanki qeybə çəkilmişdi...
    Rəhman Əsgərov təəccüblə soruşdu:
    -Kim qeybə çəkilmişdi?
    Jüsten:
    -Həm Sabina, həm də boyunbağı.
    Rəhman kişi titrək səslə dedi:
    -Boyunbağı itə də bilər, öğurlana da...
    İbrahim bəy dedi:
    -Əlbəttə, bu versiya da vardı. Həqiqətən, boyunbağı it-bata düşə bilərdi. Amma o da yüz faiz sübuta yetirildi ki, sərnişinlərdən biri yoxdur.
    Jüsten dərdli-dərdli dilləndi:
    -Mən əminəm ki, mənim Sabinam salamatdır.
    Rəhman kişi dedi:
    - Monblan dağında çoxlu yarğanlar var. Bəlkə də Sabinanın meyiti...
    Kişi nəsə duruxdu, susdu.
    Araya əsrarlı bir sükut çökdü.
    Səbinə durub həyətdə qaynayan samovardan çay süzdü. Jüsten altdan-altdan qadını süzürdü.
    İbrahim bəy söhbətin istiqamətini dəyişirmiş kimi zarafata keçdi:
    -Yaxşı, biz birinci sirr haqqında eşitdik. Yəni sizin vaxtilə Fransada olmağınız barədə... Qaldı ikinci sirr...
    Rəhman kişi gülümsədi:
    -Nədir o ikinci sirr?
    İbrahim bəy:
    -Sabina ilə Səbinə xanımın bir cüt su damlası kimi bir-birinə bənzəməsi...
    Hamı üçün maraqlı idi, görəsən, Rəhman Əsgərov indi nə deyəcək, bu sualı nə cür cavablandıracaqdı?
    Amma qoca uzun müddət susdu.
    Səbinə sanki atasının yerinə cavab verirmiş kimi dedi:
    -Yəqin eşitmisiz, belə bir məsəl var, deyirlər ki, bu dünyada hər bir kəsin öz oxşarı olur.
    İbrahim bəy dedi:
    -Doğrudur, insan insana oxşaya bilər. Amma ta bu qədər yox.
    Səbinə yenə söhbətə qoşuldu.
    -Atam Fransada müharibə vaxtı olub, orada partizan hərəkatında iştirak edib.
    -Aha... Bəlkə...
    Bu sözləri Jüsten dedi və udqunub susdu.
    İbrahim bəy dostunun üzünə baxdı.
    -Nə “bəlkə”, Jüsten? Bəlkə nəsə demək istəyirsiniz?
    -Yox,-deyə, Jüsten cavab verdib susdu.
    Rəhman Əsgərov öz döyüş yolu haqda qısaca məlumat verdi:
    -Bəli, mən müqavimət hərakatında faşistlərə qarşı vuruşmuşam. Əvvəlcə məni Ukraynada əsir götürmüşdülər. Sonra bizi Fransaya etap etdilər. Orada əsirlikdən qaçıb partizanlara qoşulduq. Ağır günlər yaşadıq. Müharibə bitəndən sonra bir müddət Tuluzada qaldım. Doğrusu, vətənə qayıtmağa qorxurdum. Axı əsir düşənləri burada ya güllələyir, ya da Sibirə göndərirdilər. Mən ara sakitləşəndən sonra qayıtdım vətənə. Amma burada uzun müddət məndən əl çəkmədilər. O vaxtkı enkevedinin nümayəndəsi məni hər il dəniz sahilində yerləşən binaya çağırır, sorğu-suala tutur, əcaib-qəraib suallar verirdi. Şükür, ta yada düşmürəm. İndi başqa zamandır.
    İbrahim bəy zarafatla dedi:
    -Yaxşı, bəs Fransada sizin heç bir nişanəniz qalmayıb ki?
    Rəhman kişi bic-bic gülümsədi:
    -Nə mənada?
    İbrahim bəy:
    -Dostlarınız olubmu Fransada?
    Rəhman Əsgərov:
    -Əlbəttə. Olub.
    İbrahim bəy:
    -Rəhman dayı, o vaxt cavan oğlan olmusuz. Bəlkə sevgiliniz də olub?
    Yüngül bir gülüş dalğası keçdi.
    Səbinə sinəsinə qısılmış Fransuazanın başımı sığalladı.
    Jüsten İbrahim bəylə Rəhman kişi arasında gedən dialoqa maraqla qulaq asırdı.
    Rəhman kişi bir xeyli susub astadan dedi:
    -Mən niyə gizlədim, orada qadın tanışım da olub.
    İndi kimsə əlavə sual verməyə cəsarət etrmirdi.
    Rəhman kişi gülümsəyib araya çökən sükutu pozdu:
    -Çayları soyutmayın. İçin. Bu barədə sonra danışaram.
    Daha sonra Rəhman Əsgərov əlinin işarəsi ilə Fransuazanı yanına çağırdı. Qız qocaya yaxınlaşdı. Rəhman kişi əlini Fransuazanın çiyninə qoyub qızın alnından öpdü.
    -Mənim balam.
    Qız qollarını qocanın boynuna doladı.
    Hamının gözü yaşarmışdı.
    Bayaqdan şux görünən, zarafat edən Rəhman kişi cibindən çıxartdığı ağ dəsmalla gözlərində gilənən yaş damcılarını sildi.
    **
    İrma Sati Parisin məşhur məhəllələrindən birində -Monmartda yaşayırdı.
    Onun ailəsində bir neçə il öncə ard-arda baş verən faciələr qadını sarsıtmışdı. O, əvvəlcə əri Dominik Satini itirdi. Kişi elə yuxudaca canını tapşırmışdı. Həkimlər Dominikin şəkərdən və ya qan təzyiqindən öldüyünü ehtimal etmişdilər. Əslində nədən ölməyin elə bir əhəmiyyəti də yox idi. Fakt bu idi ki, kişi ölmüşdü. Zəlzələdən, ya vəlvələdən. İrma Sari özlüyündə əmin idi ki, bu faciədən sonra o, uzun müddət yaşaya bilməyəcək. Amma deyir sən saydığını say, gör bir fələk nə sayır.
    Ərinin ölümündən sonra İrma uzun müddət özünə gələ bilmədi. Həmin günlərdə qızı Sabina onu bir gün də tənha qoymadı. Elə Fransuaza da nənəsinin sağalması üçün əlindən gələni əsirgəmirdi. Ailəlikcə qəbristanlığa baş çəkirdilər.
    Onlar üçlükdə olanda Sabina öz anasına arabir Fransuazanın dəcəlliyindən şikayət edirdi:
    -Ana, mən bilmirəm sənin bu nəvən kimə oxşayıb? Bunun Dominik babası sakit bir adam idi. Sən də onun kimi.Həlim xasiyyətin var. Elə Jüstenin ata-anası da fağır adamlardır. Amma bu qız od parçasıdır. Qonum-qonşuda döymədiyi uşaq qalmayıb. Qızlar bir yana, oğlanlara da göz verir, işıq vermir. Kimə oxşayıb sənin bu nəvən görəsən?
    İrma xısın-xısın gülərdi.
    -Yəqin əcdadlarının hansındasa dəli-doluluq olub də...
    Bu yaxınlarda kürəkəni ilə nəvəsinin səfərə çıxması İrmanın qəlbində illərdən bəri yuva qurmuş mübhəm hissləri sanki təzədən oyatmışdı.
    Fransuaza nənəsinə deyəndə ki, atamla səyahətə gedirik, qadın nəsə tutulmuşdu. O, bir dəfə ürəyində illərdən bəri gəzdirdiyi bir sirri qızı Sabinaya açıb demişdi. İndi Sabina yox idi. Yəqin ki, o, bildiyi sirri gec-tez öz nəvəsinə də deyəcəkdi. Amma nə vaxt? Ömrə-günə etibar qalmamışdı axı. “Qoy səfərdən geri dönsünlər, mən hər şeyi Fransuazaya açıb deyəcəyəm. Ta yekə qızdır. O, məni anlayar yəqin”.
    Yaxşı yadındadır, o, bu barədə Sabinaya danışanda qız əvvəlcə az qala dəli olacaqdı. Amma sonra sakitləşmişdi. Əlbəttə, elə o vaxt da bu barədə danışmaq ona çətin başa gəlməşdi.
    Yadındadır, o, əvvəlcə ordan-burdan söz salmış, sonra mətləb üstə gəlmişdi:
    -Səbinə, Dominikdən sonra yaşamaq mənə çox çətin olub.
    Qız təəccüblə anasının üzünə baxmışdı; axı o, heç vaxt Sabinanın yanında əri barədə söhbət açarkən onu öz adı ilə, “Dominik” deyə çağırmamışdı. Adətən, bu vaxtlarda o, “sənin atan” deyərdi.
    Söhbətin gedişində öz mərhum əri haqda danışarkən qadın yenə bir neçə dəfə “Dominik” sözünü işlətdi. Əslində zahirən burada qəribə heç nə yoxdu və Sabinanın atasının adı doğrudan da Dominik idi. Məsələ burasında idi ki, indi “sənin atan” deməmək bir yana, üstəlik ana bu “Dominik” sözünü həm də sanki xüsusi bir vurğu ilə nəzərə çarpdırırdı.
    Qız istər-istəməz anasına təskinlik verməyə maşladı:
    -Ana, hamı sonda eyni yerə gedəcək.
    -Bax, elə söhbət də bundan gedir.
    -Bizdən asılı bir şey yoxdur ki. Nə edək, indiyəcən belə olub, innən sonra da belə olacaq.
    -Amma biz bəzən bizdən asılı olanları da qəbul etmirik.
    Qadının ikibaşlı söhbəti deyəsən Sabinanın o qədər də xoşuna gəlməmişdi: o, ayağa durub getmək istəyəndə ana israrla qızını saxlamışdı:
    -Dayan, Sabina. Bilirəm, sənin təyyarənin uçmağına hələ çox qalıb.
    -Yorğunam, ana. Gedim bir az dincəlim.
    -Tələsmə, sənə sözüm var. Sonra gedib dincələrsən...
    O vaxt Sabina təəccüblə anasının üzünə baxmışdı.
    Qadın sanki danışmağa özündə güc tapmaq üçün qarşısındakı fincandan bir-iki qurtum qəhvə içib gülümsəmişdi.
    -Amma möhkəm ol. Mən bunları sənə gec-tez deməli idim. -Qadın sözünə ani fasilə verib titrək səslə dedi: - Dominik sənin doğma atan yox, atalığındır.
    Sabinaya bu anlarda elə gəldi ki, bayaqdan gülümsəyən sifəti bu anlarda birdən-birə əyilməyə başlamışdı. “Görəsən, anam dəli olmayıb ki?”
    Amma Sabina susurdu.
    İrma Sati söhbətini davam etdirdi:
    -Sənin atan başqa adamdır.
    Sabina özünü saxlaya bilmədi:
    -Bəlkə mənim anam da sən deyilsən, bir başqasıdır.
    Qadın təmkinlə dilləndi:
    -Yox, mən sənin doğma ananam... Qulaq as, Sabina. Müharibə zamanı mən poçtalyon işləyirdim. Hərdən Tuluza yaxınlığındakı partizanlara poçt aparırdım. Oradakıların çoxu əsirlikdən qaçmış, ölümü öz gözləri ilə görmüş oğlanlar idi. Onlar o vaxt mənə balaca bir qız uşağı kimi baxırdılar. Axı onda mən heç məktəbi də bitirməmişdim. Amma onlardan biri elə o vaxtdan mənim xoşuma gəlirdi. Həmin oğlan mənə qətiyyən əhəmiyyət vermirdi. Eh, Sabina, o vaxtkı kişilərin çoxunda bir mərifət deyilən şey vardı. Nə isə... Müharibə başa çatdı. Mən məktəbə qayıdıb təhsilimi davam etdirdim. Aradan bir müddət keçmiş yenə həmin oğlanla təsadüfən rastlaşdım. Təbii ki, birinci mən onu tanıdım. Tanışlıq verdim. Çox sevindi. Onun adı Rəhman, soyadı Əsgərov idi.
    -Əsgərov?
    -Hə, Əsgərov. Mən bu soyadı hər zaman yadda saxladım. Bilirsən, nə üçün?
    -Nə üçün?
    - Bir dəfə mən ona dedim ki, Əsgər nə deməkdir? O, mənə izah etdi ki, “əsgər” fransızca “soldat” deməkdir. Mən sonralar ona hərdən zarafatla “monsieur le soldat”-deyə, müraciət edirdim. Yəni “cənab əsgər”. Bəli, o vaxt biz “mənim əsgərimlə” evləndik. Tuluzada yaşayırdıq.
    Hələ də heyrət içində olan Sabina qeyri-ixtiyari soruşdu:
    -O, rus idi?
    -Yox. O, əslən azərbaycanlı idi. Mən Bakı haqda eşitmişdim. Bu, Qafqazda ən böyük şəhərdir. Mənim əsgərim çox cəsur idi, qorxmaz idi. Doğusu, bir az da davakarlığı vardı. Qafqaz dəliqanlısı idi. Yalan sözə görə adamı, hətta, öldürə də bilərdi. Mən indi boynuma alıram ki, Rəhmana heç bir zaman yalan bir söz demədim. Müharibə qurtarsa da, o, vətənə qayıtmaqdan çəkinirdi. Onda oralarda böyük bir repdessiya başlamışdı. Sanra deyəsən, ara sakitləşdi. O, buradan gedəndə sən ikiaylıq idin.
    Qadın susdu.
    Sabina anasının üzünə baxdı. Sakitcə:
    -Bəs sonra?-deyə, soruşdu.
    İrma Sati ah çəkdi:
    -Sonra mən həyatımı yenidən qurası oldum. Dominik Sati ilə tanış oldum. Onda sənin iki yaşın vardı. Biz Tuluzadan Parisə köçdük. İnsafən, Dominik sənə öz doğma qızı kimi baxırdı. Əsl atadan onun elə bir fərqi yoxdu. Yəqin ki, sən onun ögey ata olduğunu heç vaxt hiss etməmisən.
    -Deməli, belə çıxır ki, mənim damarımda azərbaycanlı qanı axır.
    -Bəli, həqiqəti bilmək istəsən, bu, belədir.
    Deyəsən, bayaqdan od püskürməyə hazırlaşan Sabina indi nədənsə bir qədər sakitləşmişdi.
    -Bəs sonra sizin əlaqəniz oldumu?
    -Onunla? Yox. Haradan? Mən onu əbədi itirdim. Allah bilir, bəlkə də o artıq çoxdan ölüb. Axı mənim əsgərim döyüşdə ağır yaralar almışdı.
    -Bəlkə də sağdır.
    -O da ola bilər... Mən bu həqiqəti sənə gec-tez deməli idim. Bu fikir məni daim narahat edirdi. Mən əzab çəkirdim. Düşünürdüm ki, illər uzunu gizlətdiyim həqiqəti Sabinaya deyim, ya yox? Axı bütün bunları günlərin bir günü sənə bir başqası da deyə bilərdi? Onda mən nə edərdim? Sən mənim barəmdə nə düşünərdin? Lap mən öləndən sonra da sən bu əhvalat haqda eşidə bilərdin. Onda istər-istəməz məni qınayacaqdın. Götür- qoy edib belə qərara gəldim ki, qoy elə həqiqəti mən özüm deyim öz qızıma. Qoy lap Jüsten də bilsin əsl həqiqətin necə olduğunu. Fransuaza da bilsə pis olmaz. Qoy bilsin ki, onun əsl babası qafqazlı olub.
    Bundan sonra Sabina öz atası barədə yenə suallar verdi. Görəsən, onu atası ilə bağlayan ümumi cəhətlər vardımı? İrmanın dediyindən belə çıxırdı ki, Sabina sanki öz atası ilə bir almanın iki dilimidir. Sonra İrma zarafat etməyi də unutmadı:
    -Amma xasiyyətdə ona Fransuaza daha çox oxşayır. O da babası kimi dəliqanlıdır. Öz tay-tuşlarına qan uddurur. Mənim əsgərim də faşistlərə divan tuturdu.
    Hər ikisi güldü.
    İrma ayağa durub otaqdakı köhnə, böyük şkafın siyirməsini çəkdi. Oradan iri bir albom çıxartdı. Səhifələr arasından tapdığı fotonu əvvəlcə özü gözdən keçirdi, sonra Sabinaya uzatdı.
    -Sən bu şəkli görmüsən?
    Sabina şəkli diqqətlə nəzərdən keçirdi.
    -Hə. Məncə uşaq vaxtı görmüşəm. Bilirəm, bu sənsən, bunlar da sənin partizan dostların olmalıdır.
    -Doğrudur. Mən yeni poçtu gətirmişdim onda. Bunlar qafqazlı döyüşçülərdir. Hamısı əsirlikdən qaçan adamlardır. Bax, bu, sənin atandır.
    -Bu?
    Qadın şəhadət barmağı ilə şəkildəki gənc bir oğlanı göstərdi:
    -Hə, bax bu. Ağsifət, qarabığ, ucaboy. -Sonra saniki kiminsə boyunu oxşayırmiş kimi asta, yumşaq səslə dedi: -Mənim əsgərim. Mənim qartalım...
    Sabina anasından ayrılanda bir-biri ilə vuruşan ziddiyyətli düşüncələrin çarpaz nöqtəsində vurnuxub qalmışdı. Amma anasından ayrılarkən onu öpüb belə demişdi: “Bu səfərdən geri qayıdan kimi mütləq Bakıya, Azərbaycana gedəcəyəm. Hamımız Bakıya birlikdə gedərik, ana. Sən, mən, Jüsten, Fransuaza. Bəlkə sənin əsgərin sağdır?”
    Amma Bakını görmək qismət olmadı. Təyyarə qazası baş verdi.
    İrma nədənsə son günlər Sabinanı və öz ilk eşqinin ünvanını-Rəhmanı tez-tez xatırlayırdı.
    Rəhmanla ilk tanışlığı da indiki kimi yadında idi. Onda qız partizanlara yeni poçtu aparmışdı. Zərfli, zərfsiz məktublar əldən-ələ keçib dolaşırdı. Partizanların arasından bir nəfər, yekəpər, sifəti çapıq oğlan irişə-irişə yeniyetmə, çəlimsiz qıza söz atdı:
    -Bura bax, gözəlçə, bəs mənə niyə məktub gətirməmisən?
    Qız çəkinə-çəkinə dedi:
    -Kimə məktub yazırlarsa mən onu vaxtlı-vaxtında çatdırıram.
    Yekəpər irişdi:
    -Deməli, belə çıxır ki, mənə məktub yazan yoxdur.
    Qız çiynini çəkdi:
    -Bəli, belə çıxır.
    Yekəpər oğlan İrmaya yaxınlaşıb əlini onun çiyninə qoydu:
    -Yazmırlar? Onda sən özün yaz. Yaza bilmirsən?
    -Mən niyə yazım ki?-deyə, qız hirslə kənara çəkildi.
    “Çapıq” əlini-əlinə vurub qəhqəhə çəkdi:
    -Maşallah, böyük qızsan. Məndən yaxşısına yazacaqsan bəyəm?
    Kazarmanın qapısı ağzında dayanıb bayaqdan bu söhbətə qulaq asan ucaboy, ağbəniz partizan onlara yaxınlaşmasaydı bu dialoq yəqin ki, hələ uzanacaqdı.
    -Qızdan nə istəyirsən?-deyə, ağbəniz oğlan “Çapıq”dan soruşdu.
    -Sənə nə var, Rəhman? Mən özüm bilirəm nə soruşmaq lazımdır,-deyə “Çapıq” tərs-tərs ona yaxınlaşan partizanı süzdü.
    -Bura bax, Artyom, ağlına gələni danışma.
    Hə, deməli, bu ağsifətin adı Rəhman, “çapığınki” isə Artyom imiş.
    -Rəhman, get öz işinlə məşğul ol. Mənə mərifət dərsi keçmə.
    -Artyom, mərifət dərs kimi keçilmir, o, adamda ya olur, ya da olmayır.
    Artyom qabağa yeridi:
    -Belə çıxır ki, mənim mərifətim yoxdur hə?
    -Madam ki, sən belə düşünürsən, deməli, belədir.
    İndi onlar döyüşməyə hazırlaşan iki xoruz kimi döş-döşə dayanmışdılar.
    Artyom əl atıb Rəhmanın yaxasından yapışdı.
    Rəhman əlinin arxası ilə Artyomu geri təpdi.
    Artyom əlini bir də irəli uzadanda Rəhman bir yumruq zərbəsi ilə “rəqibini” yerə sərdi. Artyom ayağa durub əlini qurşağındakı avtomat bıçağına atdı.
    Bayaqdan bu dialoqa maraqla qulaq kəsilən partizanlar onların arasına girdi.
    Nədənsə İrmaya elə o vaxt elə gəldi ki, Rəhmanla Artyomun köhnədən ədavəti var.
    Qəribədir ki, sonradan onun gümanı düz çıxdı. Rəhmanla İrma bir dəfə ilk tanış olduqları günü xatırlayarkən qız ondan soruşdu:
    -Bura bax, mənim əsgərim, sənin o dostunun sonrakı taleyi necə oldu?
    -Hansı dostumun?
    -Sənin bir zərbə ilə çul kimi yerə sərdiyin “dostunun”.
    -Hə, yəqin Artyomu deyirsən.
    -Hə, onun adı Artyomdu deyəsən.
    -O “çapığı” haradan saldın yadına?
    -Heç... Elə-belə... Bəlkə də o olmasaydı bizim səninlə sonrakı tanışlığımız da baş tutmayacaqdı.
    Rəhman təəccübləndi:
    -Necə bəyəm?
    İrma güldü:
    -Sən onun cavabını verəndən sonra mənim yaddaşıma həmişəlik həkk oldun.
    Rəhman güldü:
    -Hə, düz deyirsən, bizi daha yaxından o alçaq “tanış etdi”.-Sonra ciddiləşib əlavə etdi:- Sən demə, o bizim aramıza faşistlərin atdığı cəsus imiş.
    -Doğrudan?
    -Həqiqətən.
    -Bəs sonra necə oldu?
    -Necə olacaqdı ki? Məsələnin üstü açıldı. O da öz layiqli cəzasını aldı.
    İrma heyrətləndi:
    -Həbs etdilər?
    -Yox. Hərbi səhra məhkəməsinin qərarı ilə güllələndi.
    -Aman Allah...
    -Nədir? Yoxsa yazığın gəldi ona?
    -Yox. Sadəcə müharibənin insanları necə həşarata çevirdiyinə təəssüf edirəm.
    -Müharibədə həşaratlarla birgə pələnglər də üzə çıxır.
    -Doğrudur, mənim əsgərim.
    İrma qolunu Rəhmanın boynuna doladı...

    **
    Budur, İrma yenə Rəhman haqda düşünürdü.
    Telefon zəngi qadını düşüncələrdən ayırdı.
    Dəstəyi götürdü.
    -Alo, eşidirəm.
    -İrma xala, mənim. Jüstendir. Eşidirsiniz?
    -Bəli, eşidirəm, Jüsten.
    -İrma xala, mən Bakı şəhərindən, Azərbaycandan zəng edirəm.
    -Bakı? Azərbaycan? Sən orada nə axtarırsan, Jüsten? Bəs haraya getdiyinizi mənə niyə deməmisiz?
    Araya sükut çökdü.
    Jüsten:
    -Bağışlayın, bir az tələsik oldu... İrma xala, eşidirsiniz məni? Deyin görüm, sizin nə vaxtsa Bakıdan tanışınız olub?
    Yenə sükut.
    -Eşidirsiniz, İrma xala?
    -Eşidirəm.
    -Mən soruşuram ki, sizin nə vaxtsa azərbaycanlı tanışınız olubmu?
    -Mənim Bakıdan tanışım yox, çox sevdiyim bir adam olub.
    Görünür, belə bir cavabı gözləməyən Jüsten dili dolaşa-dolaşa sualı sual ardıyca yağdırmağa başladı:
    -Zarafar etmirsiz ki, İrma xala?
    -Yox, ciddi deyirəm.
    -Axı bu, necə ola bilər?
    -Olur, bu dünyada hər şey olur, Jüsten.
    -Sizin tanışınızın adı nə idi?
    -O, “mənim əsgərim” idi.
    -Anlamadım...
    -Nəyi anlamadın? O, mənim üçün “monsieur le soldat” olub.Yəni mənim əsgərimin soyadı elə Əsgərov idi. Rəhman Əsgərov...
    -Hə? İrma xala... Doğrudan?
    -Bəli. Yəqin ki, bu barədə sənə Sabina deyib o vaxt. Axı mən ona bu barədə ölümündən bir qədər əvvəl danışmışdım.
    -Yox, Səbinə mənə bu barədə heç nə deməyib. Amma xatırlayiram o, məndən sonuncu dəfə ayrılanda demişdi ki, bizim növbəti səfərimiz Azərbaycana olacaq.
    -Bax, görürsənmi?..
    -Sabina xala, indi isə qulaq asın...
    -Eşidirəm, Jüsten.
    -Elə isə möhkəm olun.
    -Mən həmişə möhkəm olmuşam. Gözüm çox bəlalar görüb, qulağım çox ağır xəbərlər eşidib.
    -Bilmirəm bu deyəcəyim xəbər ağırdır, ya yüngül. Məsələ burasındadır ki, mən burada Rəhman Əsgərovla görüşmüşəm.
    -Kimlə?
    -Rəhman Əsgərovla.
    Dəstəkdə sükut.
    -Rəhman... Əsgərov, hə?
    -Bəli. Deyəsən, xatırladın.
    -Jüsten, sən zarafat etmirsən ki?
    -Qətiyyən.
    -Bu ki, bir möcüzədir. O, indi haradadır?
    -Burada, mənim yanımdadır. Daha doğrusu, biz onun bağ evindəyik.
    -Doğrudan o, sənin yanındadır?
    -Bəli.
    -Aman Allah, bu, nə gözlənilməz xəbər oldu. Dəstəyi ona ver, Jüsten. İlahi...
    Telefonda xışıltı və bu xışıltının ardınca doğma, həm də yad bir kişi səsi eşidildi.
    -İrma...
    -Mənim əsgərim...
    -Mən heç cür inana bilmirəm, İrma...
    -Mən də. Görəsən, bu, yuxu deyil ki?
    -Özünü ələ al, İrma...
    - Heç bilmirəm, nə deyim, nə soruşum. Sənin övladların var?
    -Əlbəttə. Qızım yanımdadır. O, fransız dilini əla bilir. Sənə salam deyir. O, universitetdə işləyir. Öğlumla kürəkənim bir neçə il əvvəl maşın qazasına düşüb həlak oldu.
    -Mənim qızım, daha doğrusu, sənin qızın Sabina da təyyarə qəzasına düşdü. Yəqin ki, Jüsten sənə deyib bu barədə. O, sənin yeganə yadigarın idi.
    -Bəli, Jüsten hamısını deyib. Mən bundan çox üzüldüm. Mənim buradakı qızımın adı da Sabinadır, daha doğrusu, Səbinə. Xatırlayırsanmı, mən o vaxt sənə demişdim ki, qızım olsa adını Sabina qoyacağam. Elə də oldu. Tanrı mənim ürəyimin səsini eşitdi.
    -Bəs arvadın necə, yanındadırmı?
    -O, vəfat edib. Ta tək qalmışam, İrmacan. Vaxtımın çoxu bağ evində keçir. Ağaclara, güllərə qulluq edirəm. Hərdən qızım, nəvəm gəlir yanıma. Sabinanın oğlunun, yəni mənim nəvəmin adı Ceyhundur. O da salam deyir sənə.
    -Mən hamınızı öpürəm, Rəhman.
    -Mən də, İrma...
    -Mən sənin səsini eşitməkdən çox məmnun oldum.
    -Mən də çox sevindim. Heç yatsam yuxuma da girməzdi ki, biz haçansa bir-birimizin səsini eşidə bilərik.
    Qadın qəhərləndi:
    -Sənin partizan dostlarınla çəkdirdiyin şəkil indi mənim stolumun üstdə, gözümün qabağındadır, Rəhman. Mən də o şəkildəyəm. Xatırlayırsanmı? Aman allah, hara uçub getdi o illər? Heç bilirsən mən hər dəfə o şəklə baxanda nə qədər göz yaşı tökürəm? Bu dünya necə də qəddar imiş, mənim əsgərim. Gör bir biz neçə il bir-birimizdən soraq tuta bilmədik.
    -Bu, bizdən asılı deyildi. Zaman belə idi. İndi dünya dəyişib. Dünyamız çox kiçilib. Bu balaca dünyada nə yaxşı bir-birimizlə danışa bildik. Mənə çox xoş oldu, İrma.
    -Mən elə bil ki, təzədən o illərə qayıtdım. İndi heçliyə qovuşmuş o ağır, o şirin illərə.
    -Demə, bu dünyada doğrudan da tale, qismət deyilən bir şey varmış.
    -Mən indi özümü o illərin qanadında hiss edirəm.
    Rəhman kişi qəhərləndi.
    -Necə də xoş oldu,İrma. Mən sənə yenə zəng edəcəyəm. Telefon nömrəni Jüstendən alacağam.
    -Oldu, mənim əsgərim.
    Onlar xudahafizdilər.
    Telefon dəstəyi İrmanın əlindən düşdü.
    Qadının xəyalı uzaqlara uçub getmişdi.
    **
    Jüsten yuxudan gec durdu. O, bütün gecəni yatmamış, yalnız səhərə yaxın çimir ala bilmişdi.
    Fransuaza artıq geyinib-kecinmişdi.
    -Ata, deməli, Rəhman Əsgərov mənim babamdır hə?
    Jüsten bic-bic qımışdı:
    -Bəli, belə çıxır.
    Qız incik halda dilləndi:
    -“Belə çıxır” nədir ata? Ax o...
    Jüsten bir qədər ciddiləşdi:
    -Yox, bir az düzgün demədim, o, sənin dostdoğma babandır.-Və yenə gülümsəyib əlavə etdi:- Yəqin ki, elə sən də ona oxşamısan.
    Frransuaza dedi:
    -O, anama daha çox oxşayır.
    -Elədir, sifətdən anana oxşayır. Amma məncə sən xasiyyətcə ona oxşamısan. Bilirsən niyə?
    -Niyə?
    -Axı qafqazlılar dəliqanlı olurlar. Sən də bir az dəlisovsan axı...
    Fransuaza güldü.
    Jüsten mövzunu dəyişdi:
    -Görəsən, İbrahim bəy öz otağındadır?
    -Yox, ata. O, bayaqdan durub getdi.
    -Haraya?
    -Dedi ki, Aydın bəylə görüşüm var.
    -Hə, bildim. Dünən demişdi.
    -Sən hələ yatacaqsan, ata?
    -Yox. İndi duracam ayağa.
    -Mən şəhərə getmək istəyirəm.
    -Tək çıxırsan?
    -Hə. Narahat olmağa dəyməz. Sakit şəhərə oxşayır.
    -Baxma. Yad yerdir, qızım.
    -Qorxma, ata. Heç nə olmaz. Unutma ki, mən həm də idmançıyam.
    Jüsten qəhqəhə çəkib güldü, əli ilə qızının saçına sığal çəkdi.
    Ata qızının hoteldə qalması üçün çox da israr etmədi. Məslə burasında idi ki, Jüsten də bir görüş planlaşdırmışdı. Onun ürəyi həyəcanla titrəyirdi. Görəsən, bu görüş baş tutacaqdımı?
    Fransuaza qapıdan çıxan kimi, Jüsten, dəstəyi qaldırıb Səbinəyə zəng vurdu:
    -Salam, Səbinə xanım. Mənəm, Jüstendir. Necəsiz?
    -Salam, müsyö. Yaxşıyam. Təşəkkür. Haradasınız?
    -Hələlik hoteldəyəm. Əminəm ki, şəhərlə yaxından tanış olmağımda yardımçı olacaqsız.
    -Əlbəttə, olaram.
    -Təşəkkür edirəm.
    -Hoteldə gözləyin.
    -Zəhmət çəkirsiz.
    -Xoşdur, müsyö. Gözləyin. İndi gələcəyəm.
    -Baş üstə. Mən sizi foyedə gözləyəcəm.
    -Aha. Oldu. Gözləyin.
    Jüsten cəld geyindi.
    **
    Səbinə Jüsteni foyedə gözləyirdi. O, maşınla gəlibmiş. Qadın keçib sükan arxasında əyləşdi. Jüsten onun yanında oturdu. Onlar bir müddət ordan-burdan danışdılar. Jüsten Bakının onu valeh etməsindən, şəhərdəki adamların qonaqpərvərliyindən söhbət açdı. Səbinə qısa cavablarla onun dediklərini təsdiq edirdi. Arada onların söhbətində kiçik fasilələr yaranırdı. Hər ikisi susurdu. Sanki onlar öz şəxsi talelərindən söhbət açmağa ehtiyat edirdilər.
    Nəhayət, Jüsten cəsarətini toplayaraq:
    -Siz çoxdan tək yaşayırsiz? -deyə, sual etdi və dönüb qadına baxdı.
    Aman Allah, bu qadın doğrudan da Sabinanın özü idi. Bu qədər oxşarlıq ola bilərdimi?
    Səbinə gülümsədi:
    -Tək niyə? Mən oğlumla birgə yaşayıram.
    Qadının təbəssümü də eyzən Sabinanınkı kimiydi. Onların səsə də eyni idi sanki.
    -Ağllı oğlunuz var, o dəqiqə hiss olunur, -deyə, Jüsten söhbətə, daha doğrusu girişmək istədiyi mövzuya, lazımlı bir “körpü” atdığına görə daxilən özündən razı halda gülümsədi.
    Səbinə dedi:
    -Elə sizin qızınız da gözəl və incədir.
    Lüsten güldü:
    -O, xasiyyətcə daha çox qafqazlılara oxşayır. Rəhman dayı cavanlığında dalaşqan olmayıb ki?
    Sabina çiynini çəkdi:
    -Deyə bilmərəm. -Və əlavə etdi: -Bir də ki atamın gəncliyi müharibə dövrünə düşüb. Onun həmin vaxtlarını İrma xanım daha yaxşı xatırlaya bilər.
    Hər ikisi ürəkdən güldü.
    Jüsten ehtiyatla dedi:
    -Sizin əriniz vəfat edib...
    Səbinə maşının sürətini azltdı.
    -Mənim ərim qardaşımla birgə maşın qəzasında həlak olub. Atam bu barədə danışdı ki...
    -Bəli, Rəhman dayı bunu dedi. Bəs qardaşınızın arvadı...
    -O, çox cavan idi. Biz razı olmadıq ki, o, həyatının sonunacan evdə qalsın. Ərə getdi. Onun qızını atamla anam böyütdü. Siz onun toyunda iştirak etmisiz.
    -Bəs ananız?
    -Bir neçə il əvvəl o da rəhmətə getdi.
    -Belə çıxır ki, evin, ailənin ağırlığı sizin çiyninizə düşüb, Səbinə xanım.
    -Bəli, belə çıxır, müsyö, -deyə, Səbinə yenə gülümsədi.
    -Bu, çox çətindir. Mən öz təcrübəmdən bilirəm.
    -Bəli. Çətindir. Amma nə etməli? Axı insan heç nədən, heç bir bədbəxtlikdən sığortalanmayıb.
    -Doğrudur. Sizin nikbinliyiniz tədricən mənə də sirayət edir.
    -Bəyəm siz bədbin adamsız, müsyö?
    -Hər halda nikbin də deyiləm.
    -Tale ilə barışmaq lazımdır.
    -Mən tale ilə barışıram. Amma dünya ilə barışmağa çətinlik çəkirəm, Səbinə xanım.
    -Necə bəyəm, müsyö?
    -Bu yaşadığımız dünya mənim iç dünyamı viran elədi. Mənim Sabinam əlimdən getdi.
    Səbinə bir qədər fikrə getdi. Sonra yanakı dönüb soruşdu:
    -Müsyö, mən belə başa düşdüm ki, sizin arvadınız təyyarə qəzasında həlak olub.
    Jüsten nəyisə dəqiqləşdirmək istəyirmiş kimi, bir qədər susub nəhayət dilləndi:
    -O, həm də sizin bacınızdır... Ögey də olsa belə.
    Səbinənin yanaqlarına xəfif qızartı çökdü:
    -Doğrudur...
    Jüsten dedi:
    -Bəli, təyyarə dağın yüksəkliyinə dəyib parçalanmışdı. Amma onun qalıqları arasından heç də hamının cəsədi tapılmadı.
    -Bu, necə ola bilər?
    -Bu, bir möcüzə idi.
    -Siz buna əminsiniz?
    -Əlbəttə. Mən taleyə inanan adamam. Niyə də inanmayım? Sizi televizorda görəndə az qala huşumu itirib dəli olacaqdım.
    Qadın güldü.
    -Yox, müsyö, elə şey etməyin.
    Jüsten:
    -Mən doğru deyirəm.
    Səbinə:
    -Elə mənim də düz sözümdür.
    Jüsten qımışdı:
    -Yəqin ki, hər şey sizinçün gözlənilməz oldu.
    -Nəyi nəzərdə tutursunuz, müsyö?
    -Atanızın Fransada evli olmasını, orada onun qızının qalmasını...
    Sabina:
    -Elədir. Bütün bunlara yatsaydım, mənim yuxuma belə girməzdi, -dedi və təbəssümlə soruşdu: -Müsyö, doğrudan məni televizorda görmüsüz, özü də Parisdə?
    Jüsten nədənsə ah çəkib dedi:
    -Bəli. Bu, həqiqətən belədir. Mənim televizorum Bakını da göstərir. Hesab edirəm ki, mənim sizi ekranda görməyim, buraya gəlməyim, bu görüş, bunların heç biri təsadüf deyil. Bu, mənə bir tale töhfəsidir. Görünür, insan bu dünyada nəyi itirirsə, əvəzində bəlkə ondan az qiymətli olmayan başqa bir şey tapır.
    -Qəribədir,-deyə qadın dilucu dillənib susdu.
    Qarşıdan toy karvanı, bərbəzəkli maşınlar keçirdi. Sabina əyləci basıb maşını yolun kənarında saxladı. Jüsten başını maşının pəncərəsindən çıxarıb maraqla toy karvanına baxmağa başladı:
    -Toydur.
    -Bəli.
    Karvan ötüb keçdi.
    Qadın maşının qazını artırıb sükanı yana burdu.
    Az sonra maşın dar, sakit küçələrdən biri ilə üzüaşağı şütüyürdü.
    Doğru deyiblər ki, dünyanın bir üzü güləndə bir üzü ağlayır. Küçənin sonunda bir dəstə adam dayanmışdı. Yaxınlıqda böyük bir çadır-palatka qurulmuşdu. Dəstə hərəkətə gəldi. Səbinə maşını yenə saxlamalı oldu. Adamların çiyninə götürdüyü tabutun önündə molla gedirdi. Adamların sayı get-gedə artırdı.
    Jüsten dedi:
    -Kimsə vəfat edib.
    Sabına könülsüz halda:
    -Bəli,- dedi və bir qədərdən sonra əlavə etdi: -Bir yanda roy, bir yanda yas. Bax, həyat belədir...
    Dəstə ötüb keçəndən sonra Sabina maşını işə saldı.
    Uzun müddət susdular.
    Jüsten sanki araya çökmüş qəmli sükutu pozmaq üçün mövzunu qəsdən dəyişmək istədi:
    -Sabina xanım, siz fikir verdiniz, baba ilə nəvə bir-birinə necə sarılmışdı?
    Sabina cavab verdi:
    -Hə, bu hər ikisi üçün bir sürpriz oldu.
    Jüsten ətrafa göz gəzdirdirərək dedi:
    -Mən Bakını ürəkdən sevdim. -Və sonra əlavə etdi: - Siz Parisdə olmusuz?
    -Yox.
    -Təəssüf.
    -Amma mən Fransanın bölgələrini, Parisin küçələrini, məhəllələrini az qala adbaad, qarış-qarış tanıyıram.
    -Doğrudan? Yəqin coğrafiyanı da yaxşı bilirsiz.
    Səbinə güldü:
    -Müsyö, unutmayın ki, mən fransız dili və ədəbiyyatını tədris edirəm. Gərək sevdiyin, öyrəndiyin, öyrətdiyin dilin mənsub olduğu xalqı yaxından tanıyasan. Eləcə də onun mədəniyyətini, ədəbiyyatını. Mənim Fransa ilə tanışlığım onun coğrafiyasından yox, onun böyük ədəbiyyatından başlayıb. Flöber, Hüqo, Balzak, Mopassan, Düma mənə bu işdə bələdçilik edib.
    Qonaq Səbinəyə sarı dönüb qəfildən:
    -Mən çox qorxuram,-dedi.
    Qadın dönüb təəccüblə onun üzünə baxdı:
    -Nədən?
    Jüsten ciddi tərzdə:
    -Vurulmaqdan, -deyə, dilləndi.
    Sabina susdu.
    Maşın geniş prospektə çıxdı.
    **
    Ceyhunla Fransuaza gəzə-gəzə gəlib dəniz sahilinə çıxdılar.
    -Sizin nə gözəl bulvarınız var,-deyə, qız uzaqlara, dənizlə səmanın kəsişdiyi çəhrayı üfüqə göz gəzdirərək dilləndi.
    -Bəli, gözəldir,-deyə, oğlan cavab verdi.
    -Bəs dənizdə çimməyi sevirsən?
    -Əlbəttə.
    -Bəlkə gedək.
    -Haraya?
    -Sizin çimərliyə.
    -İndi çimmək mövsümü deyil axı.
    -Mən çimməyi çox sevirəm. Hansı ölkəyə gedirəmsə, mütləq onun dənizi, gölü, çayı ilə maraqlanıram. Anam həmişə mənə deyərdi ki, sən balıq olmalı idin, səhvən qız olmusan.
    -Bizdə belə olanda deyərlər ki, lap su quşusan.
    -Ceyhun, mən sənin ananı görəndə lap şoka düşdüm... Bilirsən də niyə? O, sanki mənim anamın özüdür. Bəlkə də onlar ekizdilər, sadəcə bunu gizlədirlər.
    Ceyhun gülümsədi:
    -Onlar bacıdırlar də...
    Fransuaza dedi:
    -Bunu bildim. Biz xalauşağıyıq. Amma mənə elə gəlir ki, onların hər ikisi, Sabina ilə Səidə, yəni bizim analarımız elə Rəhman baba ilə İrma nənənin qızlarıdır.
    -Anlamadım.
    -Burada çətin anlaşılan nə var? Olsun ki, həmin ekizlərdən biri, yəni mənim anam qalıb Fransada, o birini, yəni sənin ananı Rəhman baba Azərbaycana gətirib. Olmaz bəyəm?
    -Yox. Bu, mümkün deyil.
    -Niyə ki?
    -Mən bilirəm ki, mənim anam burada doğulub.
    -Nədən bilirsən?
    -Mən hətta, onun hansı xəstəxanada doğulmasını da bilirəm.
    Qız güldü:
    -Haradan bilirsən? Bəyəm sən onun yanında olmusan?
    Oğlan duruxdu.
    -Yox, elə deyil. Bir dəfə mən uşaq olanda nənəm bizi bir qohumumuzun evinə qonaq aparırdı. Anam da bizimlə idi. Yolda bir səliqəli, ağ binanın qarşısından keçəndə yaşlı bir qadın bizə yaxınlaşdı. Nənəmlə görüşüb öpüşdü. Nənəm üzünü anama tutub əli ilə həmin ağ binanı göstərərək dedi:” Bax, sən bu doğum evində dünyaya gəlmisən”. Sonra da əlini görüşdüyü qadının çiyninə qoyub dedi ki, bu xanım isə sənin ilk həkimin olub, sənin bu dünyaya rahat gəlməyində onun zəhməti olub.
    Fransuaza dedi:
    -Mən bir şeyi bilirəm ki, o, mənim anamla bir gülün iki ləçəyidir.-Sonra qız çantasından çıxardığı şəkli oğlanın üzünə sarı tutdu:-Bu şəklə bir də bax, Ceyhun.
    Oğlan diqqətlə şəklə baxıb dedi:
    -Mən sənin ananı görməmişəm. Amma doğrudan da onlar, Sabina ilə Səbinə, bir-birlərinə siyam ekizləri kimi oxşayırlar.
    Ceyhun:
    -Bilirsən, babam nə deyir?
    -Rəhman baba?
    -Hə də... Bizim ayrı babamız yoxdur ki.
    Fransuaza:
    -Elədir. Hə, o, nə deyir?
    Ceyhun:
    -O, deyir ki, Fransuaza etiraz etməsə onu burada, yanımda saxlayacağam. De görüm, qalarsan burada?
    Qız duruxdu:
    -İndi dəqiq bir söz deyə bilmərəm. Mənim orada işlərim çoxdur. Amma mən səni mütləq Fransaya dəvət edəcəyəm. Gələrsən, Ceyhun?
    Ceyhun gülümsəyib qızın dediyi sözləri təzədən onun özünə ünvanladı:
    -“İndi dəqiq bir söz deyə bilmərəm. Mənim burada işlərim çoxdur”.
    Qız incik halda dodaqlarını büzdü.
    Ceyhun ehtiyatla dilləndi:
    -Zarafat edirəm. Əlbəttə, Fransuaza, dəvət etsən, məmnuniyyətlə gələrəm.
    Fransuaza:
    -Hə, bu, başqa məsələ,-dedi və əlindəki şəkli yenidən çantasına qoyaraq əlavə etdi:
    -Yaxşı, biz nəhayət çimərliyə gedəcəyik, ya yox?
    -Fransuaza, axı mən dedim sənə. İndi su soyuqdur, çimərlik mövsümü deyil. Qoy bu qalsın yaya. Olar?
    Qız qaş-qabağını töküb nazlandı:
    -Mən bilmirəm bu tərəflərə nə bir də vaxt yolum düşəcək?
    -Dənizə pul at, onda yenə qayıdacaqsan.
    Qız cibindən çıxartdığı xırda metal pulları dənizə atıb gülümsədi.
    -Bax, pul atdım. Amma gərək çimərliyə gedib oraya da pul atam. Hə, necə bilirsən, bu mümkündürmü?
    Oğlan diqqətlə qızın üzünə baxıb dedi:
    -Madam ki, belə isrsr edirsən, onda gedək.
    Fransuaza əyilib oğlanın üzündən öpdü:
    -Sağ ol, Ceyhun.
    Oğlan bunu gözləmirdi. O, çaşıb qıpqırmızı oldu.
    Dənizin üstündə qağayılar dövrə vurub qıy çəkirdi.
    Fransuaza soruşdu:
    -Hə, getdik?
    -Getdik, -deyə, oğlan taksi dayanacağına sarı addımladı.
    **
    Rəhman Əsgərov şəhərdəki mənzilinə gələn kimi dəstəyi götürüb Jüstenin verdiyi nömrəyə, Parisə, keçmiş sevgilisi İrmaya zəng vurdu.
    Dəstəkdə qadın səsi eşidildi. Bu səs doğma və doğma olduğu qədər də uzaq idi.
    -Salam, mənim gözəlim.
    Qadın titrək səslə dedi:
    -Ah, mənim əsgərim, bu, sənsən?
    -Mənəm. Düz tapmısan, indi səninlə sənin əsgərin danışır.
    -Aman Allah, adamın heç inanmağı gəlmir. Necəsən, Rəhman?
    -Yaxşıyam. Sənin həyatın haqqında Jüstendən bəzi şeylər öyrənə bildim.
    -Jüstenin oraya necə, nə üçün gedib çıxmasından mənim heç xəbərim yox idi. O, zəng edəndə bildim ki, artıq Bakıdadır.
    -Sabinanın başına gələn müsibəti eşidib üzüldüm. O, mənim ciyərparam idi.
    -Bəs qızın sənə çoxmu oxşayır?
    -Hər iki Sabina sanki ekizdir. Öz aramızda qalsın, İrma. Jüsten öz dostu ilə buraya həm də Sabinanı görməyə gəlib.
    -O, haradan tanıyır sənin qızını?
    -İbrahim bəylə Parisdə televizorda görüblərmiş. Təsadüfən. Sabinanı Səbinəyə oxşadıblar. Mənim qızlarım sanki ekizdir.
    -Demək televizorda görüblər? Belə de.
    -Onlar mənim nəvəmin toy günü gəldilər. Çox sevindim.
    -Təbrik edirəm, Rəhman.
    -Təşəkkür edirəm.
    -Ta əldən düşmüşəm, Rəhman. Yoxsa uçub gələrdim Bakıya.
    Dəstəkdə gülüş eşidildi. Rəhman Əsgərov zarafata keçdi:
    -Sən gəlməsən də mən gələcəyəm, mənim gözəlim.
    İrma ah çəkdi:
    -Ta sənin gözəlin şam kimi əriyib. Mən indi bir dəri, bir sümüyəm, Rəhman.
    -Nə olsun ki?
    -O olsun ki, ta qocalmışam.
    -Məhəbbətsə heç zaman qocalmır, İrma. Özü də ilk məhəbbət.
    -Bax, bunu düz deyirsən. Nə yaxşı ki, səsini eşitdim. Bu ötən illərdə hərdən səninlə xəyalən söhbət edirdim.
    -Hə? Nə barədə?
    -Elə hər şey barədə... Sənsə məni yenə o zamankı kimi oxşayır, sinənə sıxır, qulağıma bu dünyanın ən şirin sözlərini pıçıldayırdın.
    -Qəribədir, elə bu son günlərdə nədənsə mən də səni tez-tez xatırlayırdım. Demək bunun bir səbəbi varmış. Xəyal həqiqətə çevrildi...
    -Aman Allah,bilsəydin ki, mən sənin sağ-salamat olduğunu eşidib necə də şad oldum.
    -Mən də, mənim gözəlim.
    -Sağ ol, mənim əsgərim.
    Onlar xudahafizləşdilər.
    İrma Sati dəstəyi asdı.
    Rəhman Əsgərov pəncərədən küçəyə boylandı.
    Payız beton səkiyə sanki “xına çəkmişdi”, üst-üstə qalaqlanmış qızılı yarpaqlar xalı kimi yerə sərilmişdi.
    **
    Səbinə maşını yolun kənarında saxladı.
    Qadın qonaqla şəhəri piyada gəzməyə başladı.
    İçəri şəhərə getdilər.
    Şirvanşahlar sarayında oldular.
    Xalça-palaz, əntiq şeylər satılan dükanlara baş çəkdilər.
    Çayxanada çay içdilər.
    Qız qalasına çıxıb oradan ətrafı seyr etdilər.
    Nəhayət, onlar dəniz sahilinə gəldilər.
    Yüngül meh əsirdi…
    -Səbinə xanım, bəlkə birlikdə Parisə gedək,-deyə, Jüsten bayaqdan bəri araya çökmüş sükutu pozdu.
    -Yəqin ki, zarafat edirsiz, müsyö.
    -Zarafat niyə? Ciddi sözümdür.
    Səbinə ayaq saxlayıb diqqətlə onun üzünə baxdı:
    -Mən sizə söz verirəm ki, Parisə gələcəyəm. Buna əmin ola bilərsiz.
    Jüsten diqqətlə qadının üzünə baxdı:
    -Amma mən istərdim ki, siz Parisin payızını görəsiz. Lap elə bu ilki pazızını...
    -Biz bütün payızları görə-görə gəlirik, müsyö. Artıq ömrün payızına gəlib yetmişik.
    -Təbiətdə olduğu kimi elə ömrün də bütün fəsilləri gözəldir, Səbinə xanım.
    -Amma unutmaq olmaz ki, bütün çiçəklər baharda açır.
    -Payızın da öz çiçəkləri olur, Səbinə xanım.
    -Payızda açan çiçəklərin ömrü qısa olur, müsyö.
    -Nə üçün?
    -Çünki o vaxtsız açan çiçəkləri qarşıda qışın sərt şaxtası, sazağı gözləyir.
    -Elə bəyaz qışın da öz gözəlliyi var, Səbinə xanım..
    Səbinə sahildəki çəmənlikdə əkilmiş al-əlvan çiçəklərə baxaraq dedi:
    -Əslində, bir mahnıda deyildiyi kimi, təbiətdə pis hava olmur, müsyö. Amma nə edəsən ki, ömrün fəsilləri təkrarlanmır. Yəni bundan sonra heç zaman qışdan sonra baharı görmək bizə qismət olmur.
    Jüsten qadını diqqətlə süzərək dedi:
    -Mən sizin simanızda solmayan bir baharı görürəm.
    Qadın həmsöhbətinin nəyə işarə vurduğunu anlamayırmış kimi gülümsədi:
    -Komplimentinizə görə təşəkkür edirəm, müsyö.
    Jüsten ayaq saxladı.
    -Bu, kompliment deyil, Səbinə xanım.
    İndi onlar üz-üzə dayanmışdılar.
    Qadın susurdu.
    Sahildə adam az idi.
    Jüsten Səbinənin əlini əlinə aldı.
    Qadın sakitcə əlini geri çəkdi.
    **
    -Hə, bu da sənin görmək istədiyin çimərlik.
    Bu sözləri Fransuazaya Ceyhun dedi.
    Dənizin sahilində təkəmseyrək qaraltılar gözə dəyirdi.
    Onlardan bir qədər aralıda bir ağ minik maşını dayanmışdı.
    Fransuaza bir-birini sahilə qovan dalğalara maraqla baxaraq:
    -Mən çimmək istəyirəm,-dedi.
    -Fransuaza, sən dəli olmusan? Belə havada çimmək nədir? Gör bir dənizdə adam var?
    - Bəlkə adamlar heç yayda da çimmirlər? Adamlardan mənə nə? Sənə dedim axı: mən balıq kimi susuz yaşaya bilmirəm.
    Fransuaza çiynindəki çantanı yerə atdı.
    Ceyhun narazı halda başını buladı.
    -Fransuaza, bura bax, tərslik etmə, hava da soyuqdur, su da.
    Qız yerdə çömbəlib bir ovuc qum götürdü.
    -Amma qum istidir.
    Sonra qız əynindəki paltarları, cins şalvarı soyunmağa başladı.
    -Sən nə edirsən?-deyə, Ceyhun qışqırdı.
    -Ceyhun, sənə nə olub axı?
    -Bura səninçün Paris deyil.
    -Bilirəm Paris deyil.
    -Hamı sənə baxır.
    -Hamı? Kim?
    -Çimərlikdəkilər.
    -Bəs bayaqdan deyirsən ki, çimərlikdə adam yoxdur.
    -Adam deyəndə ki... Bunlar milçək kimi şeylərdir.
    Qız güldü:
    -Yəqin şirəyə yığışırlar.
    Oğlan ciddi tərzdə:
    -Hə də,-dedi. -Ona görə də lazım deyil.
    -Qoy onda sahildə bir az qaçıb gərdiş edim. Milçəklərin vızıltısını vecinə alma...
    Oğlan susdu.
    Qız paltarlarını soyunub dənizə sarı addımladı.
    Ceyhun gözaltı Fransuazaya göz qoydu. Qızın kağız kimi dümağ bədəni, möhkəm ayaqları, dik sinəsi vardı. Onun bədənindən sağlamlıq və güc tökülürdü.
    Fransuaza dalğaların yuduğu qumsal sahil boyu qaçmağa başları.
    Ceyhun əsəbi halda cibindən bir siqaret çıxarıb damağına qoydu.
    Qız geri dönüb suya girdi. Boz dalğalar Fransuazanın ayaqlarını öpdü.
    Yaxınlıqda dayanmış ağ minik maşınından iki cavan oğlan düşdü. Onlar Fransuazaya baxaraq qəşş edib güldülər.
    Ceyhun qanrılıb geri baxdı. Oğlanlad hələ də gülməkdə idilər.
    Ceyhun əsəbiləşsə də susdu, dinmədi.
    Qız yavaş-yavaş dənizin dərinliyinə doğru addımlayırdı.
    Ceyhun qıza sarı gedib qışqırdı:
    -Fransuaza, geri qayıt! Sən nə edirsən?.. Su buz kimi soyuqdur...
    Qız ucadan dedi:
    -Mən üşümürəm...
    Oğlanlardan biri o birisinə baxıb elə gülə-gülə:
    -Aaaa, bunlar xaricdən bura kayfa gəliblər ki...
    -Hə, Paris əhlinə oxşayırlar. Mən fransızca beş-on söz bilirəm də... Qız əla şeydir, özü də diridir, amma oğlan əfələ oxşayır.
    Deyəsən, oğlanlar Fransuaza ilə Ceyhunun fransızca danışmasına görə, onların hər ikisini fransız hesab etmişdilər.
    Ceyhunun dişi bağırsağını doğrasa da susmağa üstünlük verdi.
    Oğlanlardan biri:
    -Bəlkə də qız buralı, oğlansa fransızdır,-dedi.
    O birisi:
    -Nə üçün belə hesab edirsən?-deyə, soruşdu.
    -Eşitmişəm fransız kişiləri fağır olur.
    -Yox əşi... Bəyəm Napoleon fağır kişi idi? Mənsə əksini düşünürəm.
    -Necə bəyəm?
    -Məncə qız buralı, oğlansa fransızdır.
    -Ola bilməz...
    -Olar, olar... Ta bizim qızlar bizimlə gəzmək istəmirlər ki... Onlara indi əcnəbilər əl verir... Pul onlarda, mal onlarda, bahalı maşın onlarda... İndi hamısı pula gedir də...
    -Yox ey... Bu səfehin maşını yoxdur deyəsən... Bayaq taksidən düşəndə özüm gördüm.
    -De, sən öl.
    -Sən öl, qardaş canı...
    -Amma əla şeydir. Zalımın balası elə bil ki, şüşədən düzəlib.
    -Ta demə... Ayağa bax, qola bax, belə bax...
    Ceyhun özünü saxlaya bilməyib oğlanlara sarı döndü:
    -Ayıb olsun sizə. Tərbiyəli olun bir az...
    Oğlanlardan biri irəli yeridi:
    -Nə dedin? Kimə ayıb olsun?
    -Sizə,-deyə, Ceyhun ötkəm səslə dilləndi.
    -Ayıb sənə olsun ki, öz dilində danışmağı özünə ar bilirsən,- deyə, o birisi oğlan da irəli yeridi.
    Ceyhun hirslə dilləndi:
    -Hansı dildə danışmaq lazım olduğunu mən özüm yaxşı bilirəm. Gedin, işinizlə məşğul olun.
    Oğlanlardan biri:
    -Biz öz işimizi yaxşı bilirik,- dedi. -Ağıl vermə bizə.
    -Gərək adamın öz ağlı ola ki, başqalarına da ağıl verə, -deyə, ikinci birincinin dediyinə qüvvət verdi.
    Ceyhun acı-acı güldü:
    -Elə mən də bu cür fikirləşirəm.
    -Bura bax, nə yekə-yekə danışırsan -deyə, birinici oğlan əlini Ceyhunun yaxasına atdı.
    Oğlanın ağzından ucuz araq qoxusu gəlirdi.
    “Mən nahaq yerə bu sərxşlara baş qoşuram”, -deyə, Ceyhun ürəyindən keçirdi.
    İkinci oğlan da onlara yaxınlaşdı.
    Ceyhun geri-geri addımladı.
    Onlar əlbəyaxa oldular.
    **
    Jüsten hotelə qayıdanda İbrahim bəy foyedə gəzişirdi. Onlar salamlaşıb otağa keçdilər. Bu zaman telefon zəng çaldı.
    İbrahim bəy dəstəyi götürdü.
    Sən demə televiziyadan proqram direktoru imiş.
    Salam-kalamdan sonra direktor mətləbə keçdi:
    -İbrahim bəy, biz sizin axtardığınız qadının kimliyini müəyyənləşdirmişik. Yəni ki, onun barəsində müəyyən məlumatımız var.
    İbrahim bəy Jüstenə göz vurub telefon dəstəyini qulağına sıxdı:
    -Hansı qadını deyirsiz?
    -Televiziyada çıxış edən qadından söhbət gedir. Fransız dili müəlliməsi...
    -Səbinə Rəhman qızı Əsgərovanı deyirsiniz?
    Dəstəkdə ani fasilə.
    -Bəli. Belə başa düşdüm ki, siz artıq onu tapmısız?
    İbrahim bəy gülümsədi:
    -Bəli, biz onunla tanış olduq. Daha doğrusu, bu, təsadüfən belə alındı.
    -Uğurlar.
    -Sizə də uğurlar arzu edirəm, bəy əfəndi.
    İbrahim bəy telefonun dəstəyini yerinə qoydu.
    -Səbinə ilə maraqlanır. “Onun barəsində məlumatımız var”. Ta sizin məlumata bizim ehtiyacımız yoxdur.
    Gülüşdülər.
    -Hə, müsyö, işlər necədir? Gün necə keçdi?
    -Hər şey gözəldir.
    -Səbinə xanımla görüşə bildiniz?
    -Bəli. Görüşdüm, söhbətləşdim.
    İbrahim bəy zarafatla dedi?
    -... və əmin oldunuz ki, Səbinə heç də Sabina deyilmiş.
    -Əksinə. Əmin oldum ki, Səbinə Sabina ilə eyni bir xanım imiş.
    -Bu, necə olur, canım?-deyə, İbrahim bəy ciddi tonda soruşdu.
    Jüsten də həmin tonda cavab verdi:
    -Bu, Allahın işidir.
    -Təbii. Hər şey Allahın əlində. İnsanların bu cür zahiri eyniyyəti heyrət doğurur.
    -Yox, İbrahim bəy, burada söhbət zahiri oxşarlıqdan getmir. Sabina ilə Səbinə ruhən, qəlbən eyni adamdır. Mən yüz faiz bu qənaətdəyəm.
    -Axı onlar eyni kişinin övladlarıdır.
    -Bu oxşarlıq onların bütün xasiyyətlərində özünü göstərir. Hətta, ən adi məişət söhbətlərində belə...
    -Müsyö, görünür, gen deyilən bir şeyin təsirsiz ötüşdüyü sahə yoxdur.
    -Bəli, bu, bir möcüzədir, İbrahim bəy. Mən bir daha əmin oldum ki, bu dünya möcüzələrlə doludur.
    İbrahim bəy:
    -Doğrudur, müsyö, -deyə, müsahibinin dediklərini təsdiqləyərək əlavə etdi: -Mən bu gün ayaqqabı dükanında işləmək üçün bir müdir də müəyyən etdim. İstəsəniz sabah görüşüb söhbət edərik onunla.
    Jüsten fikirli halda dedi:
    -Həmin adam əvvəllər bu sahədə işləyibmi?
    -Bəli. Siz də onu görmüsüz. Rəhman kişinin bağında bizə qulluq edən adamı yəqin ki, xatırlayırsınız.
    -İmranı deyirsiniz?
    -Bəli. Yaxşı yaddaşınız var.
    Jüsten güldü:
    -Yox, bu, yaddaşla bağlı məsələ deyil. Sadəcə olaraq, İmran sözü nədənsə İrma sözü ilə assosiasiya doğurur. Oxşar sözlərdir.
    -Düz deyirsiz, müsyö, mən buna heç diqqət yetirməmişəm. Hə, İmran əvvəllər ayaqqabı satışı ilə məşğul olub. Özü də yaxşı, səliqə-sahmanlı adama oxşayır.
    -Mən ikiəlli razı. Düz etmisən. Hər necə olsa da İmran öz yaxın adamımız hesab olunur.
    -Elədir.
    Jüsten fikirli halda:
    -Nəsə Fransuaza gəlib çıxmadı. Nigaran qaldım.
    -Yəqin ki, indilərdə gələr. Fransuaza elə zəif qız deyil ki, biz ondan nigaran qalaq.

    **
    Fransuaza tez şalvarı əyninə keçirib mübahisə edənlərə sarı qaçdı.
    -Ey, siz nə edirsiz? Ceyhun, bunlar səndən nə istəyirlər?
    -Bilmirəm,-deyə, Ceyhun qıza sarı dönüb cavab verdi.
    Birinci oğlan geri çəkilib güldü:
    -Yenə başladınız? Niyə öz dilinizdə danışmırsız?
    İkinci oğlan birincinin qolundan tutub dedi:
    -Axmaq, görmürsən, qız fransızdır?
    Birinci oğlan:
    -Axmaq sən özünsən, bir də sənin bu fransızların.
    İkinci oğlan sərxoş dostunun qolundan tutub geri dartdı:
    -Yaxşı, yaxşı, çərənləmə.- Öz-özünə mızıldanırmış kimi əlavə etdi: -Axı sənə dedim ki, içmə. İçəndə sarsaqlayırsan.
    Birinci oğlan:
    -Çərənçi də özünsən, sarsaq da. Mən fransız, ingilis, ərəb-filan hərləmirəm. Əlini çək...
    İkinci ilə birinci oğlan əlbəyaxa oldular.
    Fransuaza yerində donub qalmışdı.
    Ceyhun gülməyini zorla saxlayırdı.
    Oğlanlar bir-birinə yumruq, təpik atmağa başladılar.
    Fransuaza irəli yeriyib onların arasına girdi.
    Dalaşan oğlanlar yenə bir-birinə sarı atlanmaq istəyəndə Ceyhun da irəli çıxdı.
    Ceyhun ikinci, Fransuaza isə birinci oğlanı tutub saxladı.
    İkinci oğlan sakitləşdi. Ceyhun onun qolunu buraxdı.
    Birinci hələ hə havaya- ikinicinin qarasıyca yumruq atmaqda idi.
    Fransuaza birinci oğlanın sərxoş olduğunu duymuşdu, qızın ürəyindən onu “ayıltmaq” istəyi keçdi və elə buna görə də onu az qala sürüyə-sürüyə düz ləpədöyənə gətirdi. Deyəsən, oğlan suya girməkdən çəkinirdi.
    Fransuaza Ceyhuna sarı baxıb dedi:
    -Bu, sərxoşdur, məncə suya girsə ayıla bilər...
    Ceyhun güldü. Onun yanındakı oğlan da güldü.
    Birinci oğlan dartınsa da artıq gec idi. Fransuaza onu dənizə sarı itələdi. Oğlan səntirləyib yıxıldı. Qız gülə-gülə ovucladığı duzlu suyu oğlanın üz-gözünə çilədi. Bir qədər sonra dişi dişinə dəyən oğlan dözə bilməyib əllərini yuxarı qaldırdı:
    -Mən təslim...
    Sahildəkilər gülüşürdülər.
    Az sonra onlar sahildə tonqal çatıb islanmış paltarlarını qurudurdular.
    İkinci oğlan maşının yük yerindən çıxartdığı şərabı yerə sarılmış qəzetin üstünə qoyub dedi:
    -Mən sükan arxasındayam, içə bilmərəm. Amma üşüyənlər qızışmaq üçün içə bilər. Həm də tanışlığı qeyd etmək pis olmaz...
    Birinci oğlan altdan-altdan Fransuazanı süzüb dedi:
    -Mən bu qızdan qorxuram. Deyəsən idmançıdır. Olsun ki, boksla məşğul olur. Güclü əlləri var.
    Ceydun dedi:
    -Hə, idmançıdır. Amma qorxma. Lazım olsa, biz səni müdafiə edərik. Sadəcə, özünü yaxşı apar.
    Gülüşdülər.
    Sonra maşındakı maqnifofonu işə salıb, orada ifa olunan melodiyanın ritminə uyğun olaraq şıdırğı rəqs etməyə başladı.
    Alqış səsləri çalınan melodiyaya və ləpələrin səsinə qarışdı.
    İndi onların hamısı dostlaşmışdılar.
    **
    İrma Sati hələ də Bakıdan gələn xəbərlərin təsiri altında idi. Qadın qarışıq hisslərin məngənəsində sıxılsa da daxilən özündə bir rahatlıq tapmışdı. O, Dominiki itirəndən sonra nədənsə öz ilk məhəbbəti barədə tez-tez düşünməyə başlamışdı. Rəhman Əsgərov onun gənclik həyatının günəşi olmuşdu. Sən demə, o günəş hələ sönməyibmiş. Bir bu dünyanın işlərinə bax. İllər, onillər ötəndən sonra qadın “öz əsgərinin” səsini yenidən eşitmişdi. Allah bilir, onlar bir də görüşə biləcəkdilərmi? Əslində İrmaya elə Rəhmanın səsini eşitmək kifayət idi. Qadın son zamanlar tez-tez xəstələnirdi. Yorulub əldən düşmüşdü. Sifətini doğrayan qırışlar daha da dərinləşmişdi. Əlləri əsirdi. Hər xırda şey ona təsir edirdi. Qocalıq öz işini görməkdə idi. Satı az qala bu dünyadan əlini üzmüşdü. Sabinanın faciəli aqibəti isə onu çox sındırmışdı. İndi budur, Bakıdan yeni xəbərlər gəlməkdə idi. Sanki bütün bunlar kinoda, dramatik filmdə baş verirdi.
    Qadının ürəyindən bir anlığa Rəhmanın səsini eşitmək hissi keçdi. Əlini dəstəyə atıb nömrəni yığdı. Kişi səsi eşidildi:
    -Alo...
    -Salam.
    -Ah, İrma, bu sənsən?
    -Mənəm, mənim əsgərim.
    -Səsini eşitdiyimə görə necə sevindiyimi təsəvvür edə bilməzsən.
    -Elə mən də çox sevinirəm, mənim əsgərim.
    -İrma, bəlkə təyyarəyə minib gələsən Bakıya.
    -Mən?
    Rəhmanın gülüşü eşidildi.
    -Əlbəttə, sən, İrma. Niyə təəccüb edirsən ki?
    -Rəhman, ta mən qocalmışam.
    -Elə mən də... Amma ürək qocalıqla heç cürə barışmaq istəmir. O, yenə əvvəlki hisslərlə döyünür.
    -Hə, doğrudur. Ürək yaşa baxmır ki...
    -Eh, İrma, İrmacan... Biz od-alovun içindən sağ-salamat çıxdıq, amma illərin qarşısında əl qaldırıb təslim oluruq... Ürəyimizsə yenə gəncdir. Qəribədir...
    -Elədir, Rəhman. Qocalıq müharibədən də betərmiş.
    Pauza.
    -İrma, məni ən çox yandıran bizim Sabinamızın itkisidir.
    -Ta demə. Ah, Sabina, Sabina...
    -Mən bu son günlərdə sarsılmışam.
    -Bəs sənin qızın necədir, Rəhman?
    -Yaxşıdır.
    -Şükür... Deyirsən, fransız dili müəllimidir hə? Bir onun da səsini eşitsəydim...
    -Evdə yoxdur indi. Bir dəfə calaşdıraram sizi, söhbət edərsiz.
    -Bəs görəsən, Jüsten nə vaxt qayıdacaq Parisə?
    -Bax bunu dəqiq bilmirəm. Amma o, hələlik Bakıdadır. Şəhərlə tanış olur.
    Qadın maraqla soruşdu:
    -Yəqin Fransuaza ilə birlikdədir.
    -Yox, məncə Jüstenin müşayətçisi Səbinədir. Axı qızım şəhəri yaxşı tanıyır. O, həm də əla maşın sürür.
    İrma deyəsən, nədənsə tutuldu.
    Araya ani sükut çökdü.
    Qadın özünü ələ alıb:
    -Oldu, mənim əsgərim, hələlik,-deyə, Rəhmanla xudahafizləşdi.
    -Hələlik, İrma.

    **
    Bu dəfə Jüstenlə Səbinə sahildə görüşdülər. Funikulyorla Bakının Dağüstü parkına qalxdılar. Amfiteatrı xatırladan meydançadan keçərək ikimərtəbəli tikilinin qarşısına gəldilər. Bu nöqtədən bütün şəhər apaydın görünürdü. Onlar buradan dənizi, sahili, uzaq üfüqləri seyr edib yaxınlıqdakı çayxanaya getdlər. Bu nəhəng, geniş salonlu çayxanada adam az idi.
    Onlar ordan-burdan söhbət edirdilər.
    Səbinə bu gün həmişəkindən daha şən görünürdü.
    Jüsten isə, əksinə, bikef və fikirli idi.
    Həzin, qüssəli bir melodiya eşidilirdi.
    Qadın qonağı iti nəzərlərlə süzərək dedi:
    -Müsyö, nəsə çox qayğılı görünürsüz.
    -Elədir, -deyə, Jüsten qısaca cavab verdi.
    Sonra onlar pəncərədən bayıra, sanki eyni bir nöqtəyə baxmağa başladılar. Bayırda payız küləyi əsirdi. Yaxınlıqdakı ağacın başında boş bir yuva görünürdü.
    Sonra onların baxışları bayırdan “yığıldı”, bir-birinin üzünə dikildi.
    Səbinə dedi:
    -Payızı çox sevirəm. Çox...
    Jüsten könülsüz halda dilləndi:
    -Payız gözəldir. Amma bir az kədər doğuran fəsildir. Pis olan budur ki, bəzən bu fəslin ovqatı insanın ruhuna da təsir edir.
    -Bu, necə olur ki?
    -Çox sadə... Sanki fəsil bütün çalarları ilə insanın ıçinə çökür.
    -Payız mənim uşaqlıq xatırələrimi yada salır. Xəzəl toplamağımız, tonqal çatmağımız düşür yadıma.
    -Amma bu son illərdə payız mənə öz yaşımı daha tez-tez xatırladır.
    -Nə mənada, müsyö?
    -O, sanki mənim qulağıma pıçıldayır ki, sən də bu yerə tökülən yarpaqlara bənzəyirsən. Külək səni qabağına qatıb qovmaqdadır. Sən tezliklə qışa çatacaqsan, qarın altında qalıb torpağa qarışacaqsan. Mən bütün bunları düşünəndə dəli olmaq dərəcəsinə gəlirəm.
    -Bu, hər kəsin yaşadığı bir ömürdür, müsyö. Bizdən asılı olmayan şeylərə biz müqavimət göstərə bilmərik.
    -Bilirəm, Səbinə xanım. Amma bildiklərimlə daxilən razılaşa bilmirəm... Bir yandan da tənhalıq.
    -Tənha niyə? Sizin qızınız var yanınızda.
    -Tezliklə o da uçub başqa bir yuvaya gedəcək. Mən yenə tək qalacam.
    -Bu, hər kəsin alın yazısıdır. Necə deyərlər, nəsillər bir-birini əvəz edir...
    -Fəsillər kimi...
    -Elədir.
    Araya yenə sakitlik çökdü.
    İndi bayaqkı həzin musiqini ritmik melodiya əvəz etmişdi.
    **
    Fransuaza ilə tanış olduqdan sonra Ceyhunun qəlbində yeni hisslər, yeni duyğular baş qaldırmışdı. Daxili bir istək oğlanı bu şıltaq, yaraşıqlı fransız qızına sarı çəkirdi. Sanki Fransuazada gizli bir cazibə vardı. Onlar bir-birlərinə yalnız son günlər mehr salsalar da, uzun illərin tanışları kimi mehriban idilər.
    Oğlanda baş verən dəyişikliyi Səbinə də hiss edirdi. Amma qadın bunu onun üzünə vurmurdu.
    Səbinə oğlu ilə qonaq qızın görüşdüyünü də eşitmişdi. Və təbii ki, bütün bunların adi, keçəri gənclik duyğuları ilə bağlı olduğunu zənn edirdi.
    Ceyhun yenə narahat idi.
    Ana arada oğluna zarafatla sataşmağı da unutmamışdı:
    -Son günlər yamanca səliqəli geyinib-kecinirsən. Yosa vurulduğun qız-zad var?
    Oğlu azacıq pörtüb qızarsa da susmuşdu.
    Ceyhun çıxıb gedəndən sonra Səbinə özü özünü ittiham etməyə başlamışdı: “Ceyhun cavandır, onu başa düşmək olar. O, bu yaşda sevə də bilər, vurula da bilər. Bəs mən özüm? Mənim hərəkətlərimə kim bəraət verə bilər? Bu yaşda mən nə edirəm?”
    Sonra qadın özü-özünə bəraət verməli olurdu: “Axı mən qeyri-adi nə edirəm ki? Yad qonqdır, şəhərlə tanış olmaq istəyir. Mən onunla kobud davrana bilmərəm ki...”
    Amma qadın yaxşı anlayırdı ki, Jüsten öz münasibətini bir az başqa səmtdən qurmaq istəyir. Necə? Nə cür? Bunu anlamaq elə də çətin deyildi. Fransız qonaq bəzən öz Sabinasına bənzəyən Səbinəni uzun, sınayıcı baxışlarla süzür, aşkar-gizli ah çəkirdi.
    Artıq Jüsten vətənə dönməyə hazırlaşırdı. Bunu qonaq səhər-səhər zəng edərkən bildirmişdi. Jüsten qadınla görüşmək istəyirdi. Səbinə görüşə razılıq vermişdi. Axı o, bu yad qonağın ürəyini nə üçün qırmalıydı ki?
    Bu, bəlkə də onların son görüşü olacaqdı. Amma bu dünyanın işlərini nə bilmək olar, bəlkə qarşıda yeni görüşlər də olacaqdı?
    Səbinə fransız qonaqla bulvarda görüşdü.
    Külək yerə tökülən sarı-qızılı yarpaqları dənizə sarı qovurdu.
    Jüsten nəsə tərəddüd edir, qırıq-qırıq ifadələrlə danışırdı. Bu, Səidənin nəzərindən qaçmadı.
    Qadın müsahibinin üzünə baxıb gülümsədi.
    -Deyəsən, darıxırsız getməyə...
    -Hara? Hotelə?
    Qadın güldü:
    -Yox, vətənə.
    - Məsələ darıxmaqda deyil... Mən bir söz demək istəyirəm sizə, Səbinə xanım...
    -Buyurun. Eşidirəm...
    -Məni qınamayın, cəsarətim çatmır. Üstəlik ağlım da mənə deyir ki, demə o sözü, sus... Amma ürəyim... Ürəyim israr edir ki, susma, de.
    Səbinə güldü:
    -Siz seçim edin. Görün onlardan hansı rasionaldır...
    -Bəzin ikisi də səhv edir.
    -Amma ikisi də eyni şey desə daha yaxşı olar.
    -Təəssüf ki, bu, nadir hallarda baş verir.
    -Onda bir az səbr edin. Bəlkə ürəyiniz də ağlınızın dediklərini qəbul etdi.
    -Oldu... Dostlarımın dediyinə görə, mən səbr etməkdə şərqlilərə oxşayıram. Görünür, bu, ondan irəli gəlir ki, şərqli dostlarım çoxdur.
    **
    Jüsten hotelə gəlib kresloya çökdü.
    Fransuaza ilə İbrahim bəy hələ gəlib çıxmamışdılar.
    Jüsten dəstəyi qaldırıb qaynanasının nömrəsini yığdı.
    Qadının səsi titrəyirdi. “Bəlkə xəstələnib”-deyə, Jüsten ürəyindən keçirdi.
    -Salam, İrma xala. Necəssiniz? Yaxşısınızmı?
    -Salam, Jüsten. Yox, yaxşı deyiləm.
    -Bəlkə təzyiqiniz var. Həkimə müraciət edin.
    -Mənimki həkimlik deyil.
    Jüsten vahimələndi:
    -İrma xala, bədbinliyə qapılmayın. Xəstəlik ötüb keçən şeydir.
    -Mən xəstə deyiləm.
    -Şükür Allaha... Yoxsa qorxutmuşdunuz məni...
    -Məsələ başqa cürdür.
    -Hansı məsələ?
    -Mən deməyə də çətinlik çəkirəm.
    -Nəyi?
    -Bu gün eşitdiklərimi. Yaxşı ki, özün zəng vurdun, Jüsten. Bayaqdan fikir içində qovruluram.
    -Axı nə olub?
    Dəstəkdə sükut. Jüsten ucadan qışqırdı:
    -Sizə nə oldu, İrma xala?
    Qadının xırıltılı səsi eşidildi:
    -Bura bax, Jüsten, gələndə deyərəm...
    -Yox, indi deyin. Xahiş edirəm. Nə olub, nə baş verib?
    -Sabinadan yeni xəbər var.
    Sanki Jüsteni eliktrik cərəyanına qoşdular.
    -Nə? Sabina? Necə yəni? Heç nə anlamıram. O nə xəbərdir elə?
    -Onun boyunbağı tapılıb.
    -Kimin?
    -Necə yəni kimin? Sabinanın.
    -Harda tapılıb ki?
    -Təyyarə qəzaya düşən yerdən.
    Jüstenin nəfəsi təngidi. Az qala boğulacaqdı. Elə boğula-boğula soruşdu:
    -Bəs Sabina?..
    -Sabina göyərçinə çevrilib yəqin.
    “Yəqin bu qadının başına hava gəlib”-deyə, Jüstenin ağlından keçdi.
    -İrma xala...
    -Yox, mən dəli-zad olmamışam, Jüsten. Məsələ burasındadır ki, Sabinanın boyunbağı bir dağılmış göyərçin yuvasından tapılıb. Yadındadırmı, Sabina uçan təyyarə Monblan dağındakı yüksəkliyə çırpılmışdı. Geoloqlar bu yaxınlarda oraya qalxıbmış. Təyyarənin qırıntılarınıdan bir az yuxarıda dağ göyərçininin yuvasında bir boyunbağı tapıblar. Boyunbağının üstündə də belə bir yazı: “Sabina Satiyə Jüsten Bursedən”. Bu, sənin ona verdiyin hədiyyədir, Jüsten.
    Jüstenin canından soyuq bir dalğa keçdi.
    -Siz bunları haradan eşitdiniz, İrma xala?
    -Qəzetdə oxudum. Televiziyada da bu barədə məlumat verdilər. Bir də ki, dünən baş kəşfiyyat idarəsindən zəng vurmuşdular. Sən demə, o vaxt qəzaya düşən təyyarədəki sərnişinlərin siyahısı “Fransa Hava Yolları”nda qalırmış. Oradan da zəng etdilər. Əvvəlcə səni arayıblar. Sənin burada olmadığını öyrənəndən sonra məni tapıblar. Soruşdular ki, Sabina Sati sənin nəyindir? Dedim ki, qızım idi. Əhvaları danışdım. Dedilər ki, Jüsten Burse ilə səfərdən qayıdanda əlaqə saxlayarıq. Yəqin ki, boyunbağını sənə vermək istəyirlər, Jüsten.
    Jüsten inildədi:
    -Aman Allah...
    -Hə, Jüsten, Sabinamız göyərçinə dönüb... Onun yuvası uçubmuş, Jüsten...
    Qadın hıçqırdı.
    Jüstenin gözündən diyirlənən yaş telefon dəstəyinin üstünə düşdü.
    O, qaynanasından eşitdiyi məlumatı nə İbrahim bəyə, nə də Eransuazaya bildirdi.

    **
    Müsafirlər həmin gün yır-yığışla məşğul oldular.
    İbrahim bəy ayaqqabı mağazası üçün gözaltı etdiyi yerin sahibləri ilə danışmışdı. İmran tezliklə işə başlayacaqdı.
    Fransuaza nəsə fikirli, qüssəli idi.
    Jüsten axşamüstü Səbinə ilə görüşdü.
    Qadın bu gün həmişəkindən daha şux və gözəl görünürdü.
    -Çox cazibədarsınız.
    Bu sözləri Jüsten dedi.
    Səbinə gülümsədi:
    -Təşəkkür edirəm, müsyö. Amma siz nədənsə qayğılı görünürsünüz.
    -Yəqin payızdandır.
    -Axı siz payızı sevirsiniz, Sabina xanım.
    -Elədir. Amma bu fəslin bəzi rənglərində qüssə çaları da var.
    -Ola bilər. Bunu payızı sevənlər bilər.
    -Bütün günü ağlımla ürəyim arasında dialoq gedib.
    -O nə dialoqdur elə?
    -Dünənki söhbətə illüstrasiya kimi deyirəm bu sözləri.
    Qadın ciddiləşdi.
    -Hə, dünən ağlınızla ürəyiniz arasında nəsə bir anlaşılmazlıq olduğunu demişdiniz.
    Jüsten üstündən ağır yük götürülmüş adamlarsayaq dərindən nəfəs aldı:
    -Axır ki, onlar eyni fikrə gəldilər.
    -Kim?
    Jüsten güldü:
    -Ağlım və ürəyim.
    Qadın susdu.
    Jüsten ehtiyatla dilləndi:
    -İcazə versəniz, mən ağıl və ürəyimin birgə çıxartdığı qərarı sizə çatdırardım.
    -Buyurun.
    -Ürəyim və ağlım mənə hökm edir ki, bildirəm...
    Uzun bir sükut.
    Jüsten özünü ələ alıb sözünün arxasını da dedi:
    -...bildirirəm ki, məni sizin ayağınıza bu qəribə tale gətirib.
    Qadın inadla susurdu.
    Jüsten Səbinə ilə üzbəüz dayandı:
    -Bir daha bildirmək istəyirəm ki, mənim Sabinam göyərçinə dönüb sonsuzluğa uçdu. O, bir daha geri dönməyəcək. Səbinə, mən istəyirəm ki, biz bundan sonra qoşa uçaq. Mən bu səmanı səninlə bölüşmək istəyirəm.
    Qadın susmaqda idi. Handan-hana o, başını yellədi. Çox güman ki, bu işarə yumşaq şəkildə olsa da “yox” demək idi.
    Jüstenin baxışları yerə zilləndi.

    **
    Dörd nəfər adam şəhərin mərkəzi küçələrindən biri ilə asta-asta üzüyuxarı qalxırdılar.
    Ağacdan qopan yarpaqlar havada yellənə-yellənə yerə düşürdü.
    Hava əvvəlcə günəşli idi, sonra narın bir yağış başladı.
    Onlar islanacaqlarından ehtiyat edərək yaxınlıqdakı iri eyvanın altına getdilər. Buranı yağış tutmurdu.
    Bu dörd nəfər –Səbinə, Jüsten, Ceyhun və Fransuaza göyün üzünə tamaşa edirdilər.
    Yağış get-gedə gurlaşırdı.
    Qəfildən yaxınlıqdan əzan səsi eşidildi.
    Sonra bu səsə kilsə zənginin səsi qarışdı.
    Məlum oldu ki, başdan-başa daş döşənmiş küçənin o üzündə məscid, bu biri üzündə isə kilsə binası var.
    Əzan və zəng səsləri bu adi payız gününə nəsə gözlə görünməsi mümkün olmayan, yalnız qəlbin duya biləcəyi yeni, qeyri-adi bir rəng əlavə etməkdə idi.
    Sən demə onları, bəlkə də onların hamısını yox, təkcə Jüsten Burseni möcüzə gözləyirmiş. Qəfildən gur yağış selinin içindən, sanki tutqun-boz tül arxasından bir ağ at peyda oldu. Jüsten çaşıb qaldı. Nəsə demək istəsə də səsi çıxmadı. Fransız qonaq bu ağ atı anındaca tanıdı: bir neçə gün öncə hava limanında “gördüyü” at idi. Daha doğrusu, həmin gün Jüsten yuxuda ikən bu atı uçuş meydançasında görmüşdü. Budur, indi, o, yuxuda deyil, ayıqdır, at isə düz şəhərin mərkəzinə, çox güman ki, məxsusi olaraq məhz onun pişvazına gəlib çıxıb.
    Möcüzə hələ davam etməkdə idi; sən demə, çılpaq atın üstündə ağ geyimli bir adam da varmış. Gur, şıdırğı yağış bir anlığa səngidi, sanki görünməz bir əl sıx-sıx sıralanmış damlaları tül teatr pərdəsi kimi dartıb yana “çəkdi”. Və bir anlığa atlının ağ yaylıq altından sifətinə tökülmüş xurmayı saçları, iri-parlaq gözləri göründü. Bu sifət necə də tanış və doğma idi... Bu,elə həmin atlı idi: hava limanında gördüyü süvari xanım. Xeyir ola, görəsən bu atlı qadın onu qarabaqara nə üçün izləyirdi? Məqsədi, istəyi nə idi bu qəfil atlının? Jüstenə elə gəldi ki, eyvanın altında dayananlardan heç biri onun seyr etdiyi mənzərəni görmür. Çünki indi Səbinə, Ceyhun və Fransuaza nə barədəsə söhbət edir, xısın-xısın gülürdülər. Jüsten gözünü bu ağ geyimli süvaridən çəkə bilmirdi. At sanki yerlə yerimir, boşluqda uçurdu. At az qala düz Jüstenin burnunun ucundan dövrə vurub ani ayaq saxladı. Aman Allah, qadının sifəti necə gözəl, necə doğma idi. Bu, kim idi görəsən? Günün günortaçağı bu nə zarafatdı belə? Yox, bu, heç də zarafata oxşamırdı. Sonra qadın atı dördnala, küçə ilə üzüyuxarı çapdı. Əvvəlcə heç bir tappıltı eşidilmirdi. Yalnız ağ geyimli süvari qadın gözdən itəndən sonra uzaqlardan at ayağının tappıltısı eşidildi. Daş döşəməyə çırpılan nal səsləri bir müddət Jüstenin qulağında əks-səda verdi.
    Daha sonra göy gürüldadı, şimşək çaxdı.
    İndi yaxınlıqdan keçən maşınların uğultusu, göy gürültusu, uzaqdan eşidilən at ayağının tappıltısı əzan və zəng səslərinə qarışmışdı.
    Payız yağışı indi təkcə yaxınlıqdakı uca binaların damını deyil, elə səsləri də döyəcləyir və o səsləri də yuyub təmizləyirdi.
    Görəsən, bu səsləri Jüstendən savayı eşidən vardımı?
    Fransuaza Ceyhunun əlindən yapışmışdı.
    Səbinə əlini irəli uzatmışdı: iri yağış damlaları onun ovcuna döyəcləyirdi.
    Jüsten fikrə getmişdi. O, indi xəyalən özünü at belində görürdü. Mindiyi at qızılı-sarı xəzəl dənizini yararaq irəli şığıyırdı. Jüsten fikrən öz atını çaparaq süvari qadına çatmaq istəyirdi. Amma atlı qadın görünmürdü. Deyəsən, bu payız süvarisi payız yarpaqlarına qoşularaq artıq gözdən itmişdi. Jüsten xəyalən öz atının ağzını yenə geri döndərdi və gəlib indi dayandığı yerə çıxdı.
    Onu qərq olduğu düşüncələrdən Səbinənin asta səsi ayırdı:
    -Müsyö, çox fikirlisiz, düşünürəm ki, bəlkə sizin atınız çox uzaqlara çapıb gedib hə?..
    Qadın sakitcə güldü.
    Jüsten heyrətləndi. Və inadla susdu.
    “Görəsən o atlını Səbinə də dörə bildimi?”
    **
    Hava limanı.
    Günəşli bir payız günü idi.
    İbrahim bəy, Jüsten və Fransuaza trapla yuxarı qalxaraq onları ötürməyə gələnlərə-
    Rəhman Əsgərov, Aydın Sağlam, Səbinə və Ceyhuna əl etməyə başladı.
    Jüsten təyyarədə yerini rahatlayandan sonra kiçik, dairəvi pəncərədən ətrafa boylandı. “Aman Allah, bu nədir?” Əvvəlcə elə bildi ki, onu qara basır. Bir neçə dəfə gözünü açıb-yumdu. Yox, o, ayıq idi. Budur, hava limanının düz ortasında dayanmış ağ at asta, yorğa addımlarla təyyarəyə yaxınlaşırdı. Yenə həmin at, yenə həmin atlı qadın. At irəliləyib düz təyyarənin yanında dayandı. Jüsten heyrət içində idi. Atlı qadının qolunun üstündə dağılmış bir göyərçin yuvası və o yuvanın içində zərif, parlaq lələkli bir göyərçin vardı.
    Göyərçin qanad açıb havaya qalxdı, bir neçə dəfə dövrə vurdu.
    Qadın Jüstenə əl etdi. Onun üzündə sirli bir təbəssüm vardı.
    At dal ayaqları üstə şahə qalxıb ucadan kişnədi. Deyəsən, bu kişnərtini təyyarədəkilərin çoxu, bəlkə də elə hamısı, eşitdi.
    Jüstenin yanında əyləşmiş Fransuaza təəccüblə çiynini çəkib dilləndi:
    -Ata, görəsən o, nə səs idi elə? Eşidirsən, ata?
    Jüsten susub çiynini çəkdi və qəmli-qəmli gülümsədi.
    Bir azdan təyyarə uğultusu eşidildi.


    SON

















    SƏ¬NƏ SÖ¬ZÜM VAR

    İki pərdə¬li dram


    İş¬ti¬rak edir¬lər:

    Al¬xan
    Za¬min
    Gül¬ya
    Na¬ğı
    Səidə


    Birinci pərdə

    Sə¬li¬qə ilə bə¬zə¬dil¬miş mən¬zil. Küncdə televizor. Gül¬ya kres¬lo-da əy¬lə¬şib. Səidə pianoda çalır. Sonra onların hər ikisi səs-səsə verib oxuyurlar. Gülya ayağa durub Səidəyə yaxınlaşır, əlini onun çiyninə qoyur.

    Səidə: -
    Bu güllərin gözləri nəm,
    Ağlayıbmı, gülübdümü?
    Bu nə gülüş, bu nə sitəm,
    Yar çəmənə gəlibdimi?

    Gülya:-
    Könül, şam tək odlan, alış,
    Atəşə dön, oda qarış.
    Göz yaşını dost, ya tanış
    Bircə kərə silibdimi?

    Səidə:-
    Yollarımı tutub duman,
    Heç vüsala varmı güman?
    Məni səndə tapan inam
    Yaşayırmı, ölübdümü?

    Gülya:-
    Qaçdım hicran küləyindən,
    Tutdum bəxtin ətəyindən.
    Keçdim dərdin ələyindən,
    Bunu kimsə bilibdimi?

    Musiqi başa çatır.

    Səidə: - Deməli, fikrin qətidir.
    Gül¬ya: - Qətidən də qəti. Çıxıb gedəcəyəm.
    Səidə: - Vallah, mən səni başa düşmürəm...
    Gül¬ya: - Burada başa düşməməli nə var ki? Evi satıb gedirəm Moskvaya. Vəssalam...
    Səidə: - Bunu bildim ey... Amma sən tək adam... Qadın xeylağı... Üstəlik də aliş-verişdən başı çıxmayan birisi...
    Gül¬ya: - Mən həyatımı təzədən, sıfırdan başlamaq istəyirəm, Səidə. İndi keçmişimə baxıb görürəm ki, mən indiyəcən yaşamamışam. Bir düz-əməlli həyatım olmayıb.
    Səidə: - Necə yəni “bir düz-əməlli həyatım olmayıb”?
    Gül¬ya: - Bəlkə səhv deyirəm? Mən indiyəcən həyatı yalnız imitasiya etmişəm...
    Səidə (gülür): - Ha-ha-ha... Nə etmisən həyatı?
    Gül¬ya: - Yəni yamsılamışam... Guya ki, bu həyatdır, mən də onu yaşayıram...
    Səidə: - Bura bax,Gülya, bəs həyat nə cür olmalıdır? Bəlkə sən bunu mənə izah edəsən?
    Gül¬ya: - Məni elə dərinliklərə çəkmə. Mən təkcə onu bilirəm ki, bu ötən illər ərzində mən istəmədiyim bir rolu oynamışam...
    Səidə (gülür): - Sən aktrisa- zadsan bəyəm...
    Gül¬ya: - Bax elə müsibət də bundadır. Artistə nə var ki, rolu sevir, seçir, oynayır... Amma mən istəmədiyim rolu ifa etmişəm, Səidə. Mən özüm öz sinəmə dağ çəkmişəm. Bəyəm sən özün bütün bu baş verənlərin səbəbini bilmirsən?
    Səidə: - Yəqin ki, indiki halda söhbət Nağıdan gedir, elə deyilmi? (Pauza). Bəs Nağının özü nə deyir bu işə?
    Gül¬ya: - Nə Nağı? (Əsəbi halda). Onun adını mənim yanımda çəkmə!
    Səidə: - Bəs eşq? Bəs məhəbbət? Bəs iztirablar? Bəs göz yaşları?
    Gül¬ya: - Hamısı Nağının gözündən gəlsin. O, Nağı yox, “naqlı” imiş.
    Səidə (gülür): - Hə, bax bunu yaman dedin: “Naqlıy”... Yaxşı, bəs mən sənə vaxtında deyəndə ki, bu Hağı Şəmşiyeviç adamdan başqa nəyə desən oxşayır, sən hirslənib deyirdin ki, mənim Naqışkamla işin olmasın.
    Gül¬ya: - Səhv etmişəm, indi boynuma alıram...
    Səidə: - O, yenə gəlib-gedir sənin yanına?
    Gül¬ya: - Hiss edirəm ki, uzaqdan-uzağa qara kölgə kimi izləyir məni. Amma ən böyük zülmət onun özüdür.
    Səidə: - Mən onu elə ilk dəfə görəndə hiss etdim ki, yekəxananın, nadanın biridir. Sənin dediyin o zülmət onun içindən qaynayır. Belələri ətrafa da qaranlıq yayır. Amma sən o vaxt dedin ki, Nağı sadəcə olaraq, orijinal bir adamdır. İndi isə...
    Gül¬ya: - Sən allah, gəl ta bu mövzuya bir də qayıtmayaq... Görəsən, bunlar niyə belə gecikir?
    Səidə: - Kimi deyirsən?
    Gül¬ya: - Evi alanlar gəlməli idilər.
    Səidə: - Ehtiyatlı ol ha, Gülya...
    Gül¬ya: - Nə barədə?
    Səidə: - O barədə ki, indi fırıldaqçı, dələduz adamların sayı yaman artıb.
    Səidə: - Elə sən də hamıdan şübhələnirsən... Onlar üz-gözlərindən sadə, düzgün adama oxşayırlar...

    Qa¬pı zən¬gi. Gul¬ya du¬rub qa¬pı¬ya ya¬xın¬la¬şır.

    Gül¬ya: - Deyəsən, onlardır, gəldilər..

    Al¬xan və Za¬min gəlirlər.


    Za¬min: - Sa¬lam, Gül¬ya xa¬nım...
    Gül¬ya: - Sa¬lam. Bu¬yu¬run, içə¬ri ke¬çin...
    Za¬min: - Na¬ra¬hat et¬mə¬dik ki?..
    Gül¬ya: - Qə¬tiy¬yən... Ta bu¬ra si¬zin öz evi¬niz¬dir. Ar¬tıq bu¬ra-da qo¬naq mən özü¬məm... Ke¬çin, əy¬lə¬şin... İn¬di çay gə¬ti¬rə-rəm...
    Səidə: - Gülya, icazə ver mən gedim...
    Gül¬ya: - Səidə, bir az oturaydın də…
    Al¬xan (Səidəyə): - Sən niyə durdun ki? Bizə görə gedirsən?
    Səidə: - Yox... Mənim işim var, getməliyəm. Güliçka, zəngləşərik...
    Zamin:- Bu, heç yaxşı olmadı ki...
    Al¬xan: -Əlbəttə, yaxşı olmadı... Biz adamyeyən-zad deyilik ki...
    Səidə (gülür): - Boy, allah eləməsin... Niyə elə deyirsiniz ki? Adam baxan kimi görür ki, mərifətli-qanacaqlı adamsız... İnşallah, gələn dəfə gələndə...
    Gül¬ya: - Gələn dəfə? “Gələn dəfə” mən olmayacam, Səidə...

    Gülüşürlər.

    Səidə (gülür): - Bilmək olmaz... Bu, allahın işidir... Sağ olun, mən getdim. Güliçka, axşam zəng edəcəm sənə...
    Gül¬ya: - Yaxşı... Oldu. Hələlik.
    Al¬xan: - Gülə-gülə... Çiçəkli yollarla...
    Za¬min: - Sağ olun… Hələlik.

    Səidə gedir.

    Gül¬ya: - Rəfiqəmdir... Uşaqlıqdan dostuq...
    Al¬xan: - Yaxşı xanıma oxşayır... Deyib-güləndir... Günü ağ olsun. Elə sənin də...
    Gül¬ya: - Saq olunh...
    Za¬min: - (Gülyaya).Tanış olun, bu, mə¬nim atam¬dır…
    Gül¬ya: - Ta¬nış ol¬ma¬ğa şa¬dam. Ata¬nı¬zın adı...
    Al¬xan: - Adım Al¬xan¬dır...
    Gül¬ya: - Yə¬qin Za¬min si¬zə de¬yib, mə¬nim adım Gül¬ya¬dır. Əs¬lin¬də Gül¬ya¬naq¬dır, am¬ma ha¬mı Gül¬ya de¬yir... İn¬di çay gə¬ti¬rə¬rəm...
    Al¬xan: - Hə, no¬lar... Gülya yaxşı addır, amma Gülyanaq ondan da yaxşıdır… Yox, mən çay iç¬mi¬rəm. Za¬min də ki, yol üs¬tə¬dir…

    Al¬xan ke¬çib di¬van¬da əy¬lə¬şir¬.

    Za¬min: - Gül¬ya xa¬nım, si¬zin mən¬zil mə¬sə¬lə¬niz ne¬cə ol¬du? Dü¬zə¬lir¬mi?
    Gül¬ya: - Bə¬li, dü¬zə¬lir. Bu gün beh ver¬dim. Sa¬ba¬ha-bi¬ri¬si gü¬nə al¬qı-sat¬qı¬nı rəs¬mi¬ləş¬di¬rib ba¬şa çat¬dı¬rı¬rıq.
    Za¬min: - Ala¬ca¬ğı¬nız mən¬zil xo¬şu¬nu¬za gə¬lir¬mi?
    Gül¬ya: - Be¬lə də... Bi¬ro¬taq¬lı təmir¬siz mən¬zil¬dir.
    Za¬min: - Ey¬bi yox¬dur, ya¬vaş-ya¬vaş təmir edər¬siz...
    Gül¬ya: - Sağ¬lıq ol¬sun… Hə¬lə¬lik təmir et¬dir¬mək fik¬rim yox-dur...
    Za¬min: - Ni¬yə ki?..
    Gül¬ya: - Doğ¬ru¬su, mə¬nim pla¬nım baş¬qa cür¬dür. Si¬zə de-miş¬dim, axı... İs¬tə¬yi¬rəm ki, eh¬ti¬yat üçün ba¬la¬ca bir otaq alım, qa¬lan pu¬lu isə döv¬riy¬yə¬yə bu¬ra¬xım...
    Za¬min (gü¬lür): - Ti¬ca¬rət¬lə məş¬ğul ol¬maq is¬tə¬yir¬si¬niz?..
    Gül¬ya: - Ti¬ca¬rət de¬yən¬də ki... Əs¬lin¬də, mən ali təh¬sil¬li iq¬ti-sad¬çı¬yam. Fik¬rim var ki, qa¬lan pu¬lu da gö¬tü¬rüb ge¬dəm Mosk¬va¬ya...
    Za¬min: - Mosk¬va¬ya?..
    Gül¬ya: - Bə¬li, Mosk¬va¬ya. Ora¬da mə¬nim ya¬xın bir rə¬fi¬qəm var. Gül alış-sa¬tı¬şı ilə məş¬ğul olur. Mə¬ni öz ya¬nı¬na dəvət edib.
    Al¬xan (Gül¬ya¬ya): - Ay qız, al¬ver nə vaxtdan qadın sənəti olub axı?..
    Za¬min (Al¬xa¬na): - Ay ata, in¬di qa¬dın¬ sənəti ilə ki¬şi sə¬nə¬ti ara¬sın¬da bir fərq qal¬ma¬yıb.
    Al¬xa¬na: - Necə yəni fərq yoxdur? Nədir qadının əsas işi? Mən öz arvadlarımızdan misal çəkirəm- inək sağ¬maq¬, öz ki¬şi¬si¬nə qul¬luq et¬mək¬... üzr istəyirəm, bir də uşaq doğub böyütmək...
    Gül¬ya: - Əgər hansısa bir qadında bu de¬dik¬lə¬ri¬ni¬zin heç bi¬ri yox¬dur¬sa, onda nə olsun?
    Al¬xan: - Əgər yox¬dur¬sa?.. Yox¬dur¬sa, ta nə et¬mə¬li?.. Al¬la¬ha tə¬vək¬kül, yə¬qin ki, bir gün olar də...
    Za¬min: - Ata, sə¬nin de¬di¬yin əy¬yam çox¬dan ötüb ke¬çib.
    Al¬xan: - Nə əy¬yam, a ba¬la? Mən ka¬pi¬ta¬liz¬min qa¬lı¬ğı - za-dam bə¬yəm?
    Za¬min (gü¬lür): - Ka¬pi¬ta¬liz¬min yox ey, so¬sia¬liz¬min...
    Al¬xan (cid¬di¬lə¬şir): - Yax¬şı, yax¬şı... Sən də bil¬mə¬di¬yin söh-bət¬lə¬ri elə¬mə...
    Za¬min: - Gül¬ya xa¬nım, mənim təyyarəm bir azdan uçub ge¬di¬r.
    Gül¬ya: - Ha¬ra¬ya uçursuz?
    Za¬min: - Və¬tə¬nə.
    Al¬xan: - Nə və¬tən? Sa¬xa¬lin¬dən adama və¬tən ola¬r?..
    Za¬min: - Ni¬yə ol¬mur ki? Ta olub də. Gü¬nün ha¬ra¬da xoş ke-çirsə, elə ora da və¬tən¬dir. Elə de¬yil, Gül¬ya xa¬nım?..
    Gül¬ya: - Nə bi¬lim, val¬lah... Qə¬ti söz söy¬lə¬mək çə¬tin¬dir. Hər hal¬da, və¬tə¬ni heç bir şey əvəz edə bil¬məz.
    Za¬min: - Və¬tən... Və¬tən... Gə¬rək Və¬tən də sə¬nə bir doğ¬ma-lıq gös¬tə¬rə...
    Al¬xan: - Sən nə da¬nı¬şır¬san? Bə¬yəm və¬tə¬nin də doğ¬ma¬sı, öge¬yi olur?
    Za¬min: - Olur, olur. Və¬tən - ana¬dır¬sa, onun da öge¬yi-doğ-ma¬sı ol¬ma¬lı¬dır də... Bir var ana, bir də var ana¬lıq...ogey ana… Axı, biz və¬tə¬nə də ana və¬tən de¬yi¬rik...
    Al¬xan: - Yax¬şı, yax¬şı... De¬yə¬sən, ya¬şın ar¬tıq¬ca, ağ¬lın aza-lır... (Du¬ru¬xub ayağa qalxır). Bura bax, doğ¬ru¬dan ey, və¬tə-nə ni¬yə ana və¬tən de¬yir¬lər, gə¬rək vaxtında ona ata və¬tən de¬yəydilər... Elə de¬yil¬mi, Gül¬ya xa¬nım?..
    Gül¬ya (gü¬lür): - Bax, gö¬rür¬sü¬nüz¬mü, qa¬dın¬la¬rın hü¬qu¬qu hər yer¬də po¬zu¬lur. Və¬tən ana olan¬da nə olur ki? Tə¬ki onun bö¬yüt¬dü¬yü adam¬lar ki¬şi qey¬rət¬li ol¬sun¬lar. Elə qız¬lar da, oğ-lan¬lar da...
    Al¬xan: - Brəkallah… Doğru sözə nə deyəsən…
    Za¬min: - Nə isə... Söh¬bət qo¬yu¬nu ¬qur¬da ve¬rər - de¬yib¬lər. Mən təy¬ya¬rə li¬ma¬nı¬na get¬mə¬li¬yəm.
    Al¬xan: - Ay ba¬la, bir dayan görək, ha¬ra tə¬lə¬sir¬sən? De¬yə-sən, hə¬lə vax¬ta var, axı...
    Za¬min: - Yox, vaxt¬dır... (Gül¬ya¬ya). Hə, si¬zin¬lə ne¬cə da¬nı¬şa-q? Evin mə¬sə¬lə¬si¬ni deyirəm...
    Gül¬ya: - Mən iki-üç gü¬nə öz ala¬ca¬ğım mən¬zi¬lin sə¬nəd¬lə¬ri¬ni dü¬zəl¬di¬rəm. Çox gü¬man ki, bu həf¬tə¬nin so¬nu¬na¬can bu¬ra¬dan çı¬xa¬ca¬ğam. Da¬nış¬dı¬ğı¬mız ki¬mi, yal¬nız te¬le¬vi¬zo¬ru, bir də ki, pal¬tar şka¬fı¬nı gö¬tü¬rü¬rəm. Me¬be¬llə¬rin ha¬mı¬sı qa¬lır si¬zə.
    Za¬min: - Bir na¬ra¬zı¬lı¬ğı¬nız - zad yox¬dur ki?
    Gül¬ya: - Qə¬tiy¬yən! Nə na¬ra¬zı¬lı¬ğım ola bi¬lər ki? Evin pu¬lu-nu ver¬mi¬si¬niz, sə¬nəd¬lər adı¬nı¬za ke¬çib. Qa¬lır tək¬cə ata¬nı¬zın qey¬diy¬ya¬ta düş¬mə¬si. La¬zım gəl¬sə, mən də kö¬mək edə¬rəm. Ma¬şal¬lah, de¬yə¬sən elə özü zi¬rək adam¬dır. Kö¬mə¬yə - za¬da eh¬ti¬ya¬cı ola¬na ox¬şa¬mır.
    Za¬min: - Gül¬ya xa¬nım, mən¬zil mə¬sə¬lə¬niz dü¬zə¬lə¬nə¬cən bu¬ra-da qa¬lar¬sız... Atam da sa¬kit adam¬dır. Həm də hə¬yan olar¬sız bir-bi¬ri¬ni¬zə.
    Gül¬ya (gü¬lür): - Dil ta¬pa¬rıq məncə...
    Al¬xan: - Niyə tapmırıq ki?..
    Za¬min (çan¬ta¬sı¬nı gö¬tü¬rür):- Mə¬nim vax¬tı¬ma çox az qa¬lıb. Qor¬xu¬ram ge¬ci¬kəm… Hə¬lə¬lik... Di, sağ olun, Gül¬ya xa¬nım. Ata, sağ ol. Çatan kimi zəng edəcəyəm…
    Al¬xan: - Yax¬şı yol… Mən də qey¬diy¬ya¬ta dü¬şən ki¬mi ge¬di-rəm kən¬də...
    Gül¬ya: - Hə¬lə¬lik... Ar¬xa¬yın ge¬din, Zamin, inşallah, hər şey yax¬şı ola¬r... Ata¬nız¬dan da ni¬ga¬ran ol¬ma¬yın...

    Za¬min onlarla görüşüb çı¬xır. Al¬xan onu qa¬pı¬ya¬can ötü¬rür. Öpüşüb ayrılırlar. Gül¬ya çaydanı qaz sobasının üstünə qo-yur.

    Alxan (ah çəkir): Hə, belə-belə işlər…
    Gül¬ya: - Da¬rıx¬mır¬sı¬nız ki?
    Al¬xan: - Açı¬ğı, da¬rı¬xı¬ram. Çox sı¬xı¬lı¬ram bu¬ra¬da...
    Gül¬ya: - Ni¬yə ki?.. Dü¬zü, heç bil¬mi¬rəm si¬zə nə cür mü¬ra¬ci¬ət edim?
    Al¬xan: - Nə cür is¬tə¬yir¬sən. Ke¬fin ne¬cə çə¬kir o cür ça¬ğır...
    Gül¬ya: - "Da¬yı", "əmi"- bir az bir¬tə¬hər çı¬xır...
    Al¬xan: - Kənd¬də ha¬mı mə¬nə Al¬xan ki¬şi de¬yir.
    Gül¬ya: - Bəs ata¬nı¬zın adı nə¬dir?
    Al¬xan: - Ata¬mın adı? Pəh¬lə¬van Sər¬xan de¬yər¬di¬lər... Cön¬gə-ni çiyninə gö¬tü¬rər¬di... Çox güclü adam idi rəhmətlik …
    Gül¬ya: - Sər¬xan... On¬da elə Al¬xan Sər¬xa¬no¬viç demək da¬ha mü¬na¬sib¬di...
    Al¬xan: - Düzü, bu “oviç-mo¬vi笔dən zəh¬ləm ge¬dir, Gül¬ya xa¬nım. Elə yax¬şı¬sı bu¬du, Al¬xan de¬gi¬nən...
    Gül¬ya: - Yox... On¬da Al¬xan mü¬əl¬lim yax¬şı¬dır...
    Al¬xan: - Nə? Mü¬əl¬lim nə¬dir, ba¬lam? Mə¬nim cə¬mi üçil¬lik təh¬si¬lim var. Nə mü¬əl¬lim?.. Mən¬dən nə mü¬əl¬lim? Adı¬mı bia¬bır elə¬mə...
    Gül¬ya: - Mü¬əl¬lim adı pis¬dir bə¬yəm?
    Al¬xan: - Ək¬si¬nə. Bu, bö¬yük ad¬dır. Mən mü¬əl¬lim de¬yi¬ləm, axı. Köh¬nə də¬yir¬man¬çı¬yam.
    Gül¬ya: - Yax¬şı ol¬sun elə Al¬xan... Yox, di¬lim yat¬mır. Al¬xan ki¬şi... Qoy be¬lə ol¬sun... Hə, Al¬xan ki¬şi, bax, ha¬mam ora¬da-dır. Qaz mət¬bəx¬də¬dir. O da te¬le¬fon... Bal¬ko¬na açı¬lan qa¬pı bağ¬lı¬dır... O tə¬rəf¬də¬ki də ayaq¬yo¬lu¬dur.
    Al¬xan: - La¬zım ol¬sa, ta¬pa¬rıq. Am¬ma evin için¬də ol¬ma¬sı heç yax¬şı de¬yil...
    Gül¬ya: - Nəyin?..
    Al¬xan: - O de¬di¬yin yerin...
    Gül¬ya: - Tua¬letin? Bu küçənin o başında da var... Amma pulludur… Bura alt mər¬tə¬bə¬di de¬yə, su hə¬mi¬şə olur. Əl-bət¬tə, so¬yuq su... İs¬ti su la¬zım olan¬da gə¬rək ka¬lon¬ka¬nı ya-ndı¬ra¬sız.
    Al¬xan: - Qan¬dım. Bəs de görüm, kənd¬lə ne¬cə da¬nış¬maq olar?
    Gül¬ya: - İs¬tə¬yir¬siz si¬fa¬riş ve¬rim?
    Al¬xan: - Hə, gü¬nün ağ ol¬sun. Bir mə¬ni Ağa mü¬əl¬lim¬lə ca-laş¬dır. Onun evin¬də te¬le¬fon var.

    Gül¬ya dəs¬tə¬yi gö¬tü¬rüb nöm¬rə¬ni yı¬ğır.

    Gül¬ya: - Alo! Sa¬lam, Za¬ra¬nı olar? Onun növ¬bə¬si de¬yil? (Pau¬za). Sa¬lam, sa¬lam, Zülya. Gül¬ya¬dır. Ev¬də qo¬na¬ğım var. (Pau¬za. Gü¬lür). Hə, elə ka¬va¬ler ki¬mi bir şey¬dir. (Al¬xan ki¬şiyə). Kən¬di¬ni¬zin adı necədir?
    Al¬xan: - Gö¬yəm¬li...
    Gül¬ya (dəs¬tə¬yə) : - Hə, ora¬lı¬dır... Gö¬yəm¬li... Ağa mü¬əl¬limlə calaşdır... Yax¬şı, on¬da elə¬cə kən¬di ver. Kom¬mu¬ta¬tor özü yı¬ğar. Ol¬du, ci¬yər... Sağ ol... Sə¬ni maç elə¬yi¬rəm, Zülya. (Dəs¬tə¬yi qo¬yur). Bir az¬dan ca¬la¬yar. Ta¬nış qız¬dır...
    Al¬xan: - Öm¬rün uzun ol¬sun...
    Gül¬ya: - Am¬ma öz ya¬şı¬nız¬dan qıv¬raq gö¬rü¬nür¬sü¬nüz, Al¬xan ki¬şi. Ba¬şı¬nız¬da ağ tük lap az¬dır.
    Al¬xan: - Biz nə¬sil¬lik¬cə elə be¬lə¬yik. Ba¬şı¬mız gec ağa¬rır. Bu, ar¬sız¬lıq¬dan de¬yil ha, ir¬si¬dir...
    Gül¬ya: - Biz¬də¬sə, ək¬si¬nə... Sa¬çı¬mız tez ağa¬rır... Ata¬mın sa¬çı otuz ya¬şın¬da qar ki¬mi idi...
    Al¬xan: - Rəh¬mə¬tə ge¬dib...
    Gül¬ya: - Kim? Atam? Yox, Al¬lah elə¬mə¬sin. Sağ¬dır... Anam¬dan ay¬rı¬lıb. Çox¬dan. On¬da mən ba¬la¬ca uşaq¬dım. Mə-nim də ta¬le¬yim ana¬mın ta¬le¬yi ki¬mi¬dir.
    Al¬xan: - Sə¬nin¬ki də ev¬dən ge¬dib?
    Gül¬ya: - Yox, onu mən özüm qov¬dum... Son¬ra pe¬şi¬man ol-dum. Bəl¬kə də elə bu¬na gö¬rə ağar¬dı sa¬çım...
    Al¬xan: - Sə¬nin ki, sa¬çın, göz dəyməsin, qət¬ran ki¬mi¬dir...
    Gül¬ya: - Eh, ha¬ra¬dan? Sizə elə gəlir… Da¬ha üzü qo¬ca¬lı¬ğa ge¬di¬rəm, Al¬xan ki¬şi.
    Al¬xan: - Qo¬ca¬lan¬da no¬lar, xa¬nım? Adam uşaq da olar, ca-van da, qo¬ca da... Hər ya¬şın öz ləz¬zə¬ti var... Bir də ki, sən, maşallah…
    Gül¬ya: - Elə de¬yil, Al¬xan ki¬şi. Qa¬dın¬la¬rın ən çox qorx¬du¬ğu şey qo¬ca¬lıq¬dır. Hə, bir də bir də tən¬ha¬lıq...
    Al¬xan: - Ayıb ol¬ma¬sın, bi¬zim rəh¬mət¬lik ar¬vadsa tək¬cə qur-ba¬ğa¬dan qor¬xur¬du. Yaş nə¬dir ki, on¬dan da qor¬xur¬san?
    Gül¬ya: - Yaş¬dan, ötüb ge¬dən vaxt¬dan ha¬mı qor¬xur, Al¬xan ki¬şi. Ələl¬xü¬sus, məna¬sız ötən vaxt¬dan...

    Gül¬ya te¬le¬vi¬zo¬ru işə sa¬lır. Skrip¬ka¬da hə¬zin mu¬si¬qi ifa olu¬nur.

    Al¬xan: - Gə¬rək vax¬tı məna¬sız ke¬çir¬mə¬yə¬sən də! Mən vax¬tı heç vaxt gö¬yə so¬vur¬ma¬mı¬şam. Öm¬rüm bo¬yu iş¬lə¬mi¬şəm. Öz öv¬lad¬la¬rı¬ma hə¬mi¬şə ha¬lal çö¬rək qa¬zan¬mı¬şam. İn¬di bu¬ra¬da kü¬çə¬yə çı¬xan¬da mə¬ni dərd alır: bu şə¬hər¬də nə qə¬dər iş¬siz, ava¬ra adam var? On¬lar nə he¬sa¬ba do¬la¬nır¬lar?
    Gül¬ya: - İş¬siz adam yox¬dur, Al¬xan ki¬şi. Si¬zə elə gə¬lir. Hə¬rə-nin bir dər¬di-aza¬rı var.
    Al¬xan: - Nə bi¬lim, val¬lah?.. Bəl¬kə də elə¬dir...
    Gül¬ya: - Siz¬dən bir söz so¬ruş¬sam, xət¬ri¬ni¬zə dəy¬məz ki?
    Al¬xan: - Xət¬ri¬mə dəy¬sə, ge¬dib ağ¬zı¬mı di¬rə¬yə¬rəm o kra¬na, su içə¬rəm do¬yun¬ca...
    Gül¬ya: - Heç rəh¬mət¬lik ar¬va¬dı¬nız¬la sa¬vaş¬mı¬sı¬nız?
    Al¬xan: - Mən? Biz hər gün sa¬va¬şır¬dıq... Ne¬cə bə¬yəm?
    Gül¬ya: - Hər gün? Bəs son¬ra? Ba¬rı¬şar¬dı¬nız?
    Al¬xan: - Sa¬va¬şan¬da no¬lar? Sa¬va¬şar, son¬ra əl¬bət¬tə, ye¬nə ba-rı¬şar¬dıq... Sözsüz-gap¬sız ai¬lə olar?
    Gül¬ya: - Yox ey, sa¬va¬şan¬dan son¬ra o, si¬zin üzü¬nü¬zə ne¬cə ba¬xır¬dı?
    Al¬xan: - O, baxmazdı, mən onun üzünə baxardım… Üzə baxmaq-filan boş şeydir… Əsas odur ki, bir-bi¬ri¬mi¬zin ürə-yi¬mi¬zə bə¬ləd i¬dik. Ürək olan yerdə, qalan şeylər boşdur. Eh, sən Al¬lah, gəl köh¬nə daşları tərpətməyək...
    Gül¬ya: - Xoş¬bəxt adam¬sı¬nız, Al¬xan ki¬şi. Nə bi¬lim, bəl¬kə də lap elə bəd¬bəxt¬si¬niz...
    Al¬xan: - Bəd¬bəxt ni¬yə olu¬ram, Gül¬ya xa¬nım? Qoy mən də bir söz so¬ru¬şum: sən mə¬nə de gö¬rüm, ərin sağ¬dır¬mı?
    Gül¬ya: - Sağ¬dır. Am¬ma çox¬dan ay¬rıl¬mı¬şıq. İn¬di ai¬lə qu-rub... Gü¬nah mən¬də ol¬du. Hə¬mi¬şə da¬va sa¬lar¬dım ki, ni¬yə qa¬ra¬qa¬baq¬san, ni¬yə de¬yib-gül¬mür¬sən?.. Çox sa¬kit adam-dı... İn¬di özü¬mü sö¬yü¬rəm...
    Al¬xan: - Elə bu¬na gö¬rə? Sa¬ğol¬muş, ada¬mın bi¬ri qa¬ra¬qa¬baq olar, bi¬ri de¬yib-gü¬lən. Mə¬nim ke¬fim ol¬ma¬yan¬dan son¬ra is-tə¬yir lap ma¬yal¬laq aş, ye¬nə ey¬nim açıl¬maz. Am¬ma ar¬va¬dın ürə¬yi¬ni al¬ma¬ğa nə var ki? Yaz bu¬lu¬du ki¬mi bir şey¬di ar¬va-dın tu¬tul¬ma¬ğı, yel əsən ki¬mi gö¬yün üzün¬də gü¬nəş gö¬rü¬nür... Ar¬vad¬lar da elə¬dir, bir xoş söz de¬yir¬sən- ey¬ni açı¬lır. Ay Gül¬ya xa¬nım, bəs ki¬şi¬ni qo¬van¬dan son¬ra sən ta ərə get¬mə-din?
    Gül¬ya: - Yox... Elə-be¬lə, bir nə¬fər¬lə gö¬rü¬şür¬dük... Nə isə, mə¬nim¬ki əzəl¬dən gə¬tir¬mə¬di, Al¬xan ki¬şi... Grü¬nür, xoş¬bəxt-lik əzəl¬dən adamın al¬nı¬na ya¬zıl¬ma¬lı¬dır. Bax, siz da¬nı¬şır¬sı-nız, mə¬nə qə¬ri¬bə gə¬lir, do¬ğur¬dan¬mı ya¬şa¬maq bu qə¬dər asandır, sa¬də¬dir? Do¬ğr¬udan¬mı adam öz xoş¬bəxt¬li¬yi ba¬rə¬də dü¬şün¬mə¬dən ya¬şa¬ya bi¬lər? Nə bi¬lim, val¬lah... Bəl¬kə də elə xoş¬bəxt¬lik bu¬dur?
    Al¬xan: - Xoş¬bəxt¬lik ada¬mın öz oca¬ğı¬nın ba¬şın¬da ol¬ma¬lı¬dır. Yu¬va¬sın¬dan pe¬ri¬kən qu¬şun nə xoş¬bəxt¬li¬yi? Bax, elə bi¬zim o Za¬min… Bil¬mi¬rəm nə ax¬ta¬rır dünyanın o başında?.. De-yə¬sən, sən də öz yu¬van¬dan uçub get¬mək is¬tə¬yir¬sən? Na¬haq ye¬rə... Axı, sə¬nə nə la¬zım¬dır?
    Gül¬ya: - Ha¬mı bu dünyada öz xoş¬bəxt¬li¬yi¬ni ax¬ta¬rır, Al¬xan ki¬şi!
    Al¬xan: - Elə Za¬min də o gü¬nü nə¬sə bu¬na ox¬şa¬yan söz¬lər de-yir¬di... Xoş¬bəxt¬li¬yi nə üçün ax¬tar¬ma¬lı¬san ki? O, həmişə ada¬mın düz bur¬nu¬nun ucun¬da olur. Gə¬rək gö¬zü¬nü açıb onu gö¬rə bil¬sən. Amma adamlar çox vaxt gözüyumulu gəzir…görmür o xoşbəxtliyi… Bilmirəm nədəndir, bu gün ha¬mı elə pul de¬yib, pul eşi¬dir... Ta qanmırlar ki, pul bu gün var, sa¬bah yox¬dur. Ada¬ma hə¬mi¬şə¬lik la¬zım olan şey-lər¬dən da¬nış¬maq la¬zım¬dır.
    Gül¬ya: - O nə¬dir elə? Hə¬mi¬şə¬lik lazım olan...
    Al¬xan: - Ki¬şi¬yə - mərd¬lik, ki¬şi¬lik... Ar¬va¬da da ar¬vad¬lı-ana-lıq... Tə¬miz ad. Gə¬rək ad ba¬tı¬ran ol¬ma¬ya¬san...
    Gül¬ya: - On¬lar ötüb ge¬dən¬dir, Al¬xan ki¬şi... Gö¬rü¬nür, siz hər şe¬yi köh¬nə ar¬şın¬la öl¬çür¬sü¬nüz... İn¬di çoxları mərd¬lik, ki¬şi¬lik de¬yə¬nə gü¬lür¬... Ələ sa¬lır¬lar tə¬miz ad üçün ya¬şa¬yan¬la-rı.
    Al¬xan: - Yox, ölən şey de¬yil on¬lar... Sə¬nə bir şey de¬yim, yad¬da sax¬la. Bi¬zim kən¬di¬miz¬də bir vaxt bü¬töv bir ai¬lə¬ni Ədi¬lov ad¬lı bi¬ri¬si qır¬mış¬dı. Bu, uzun əh¬va¬lat¬dı. O ha¬di¬sə¬yə gö¬rə in¬di hə¬min Ədi¬lo¬vun nə¬və¬si də xə¬ca¬lət çə¬kir... Çün¬ki ha¬mı onun ba¬ba¬sı¬na lənət¬lə¬yir... Heç nə elə-belə ötüb keçmir bu dünyada… Dünyanın da öz arşını,öz mizan-tərəzisi var, Gülya xanim…
    Gül¬ya: - Bi¬zim bi¬na¬da yüz ai¬lə ya¬şa¬yır. Hə¬rə¬si də bir yer-dən gəlib. Nə bi¬lək, bəl¬kə on¬la¬rın ara¬sın¬da elə Ədi¬lov¬dan da betə¬ri var... Bəlkə elə onlardan da han¬sının¬sa nə vaxt-sa başkəsən bir ba¬ba¬sı olub. Ki¬min keç¬mi¬şi¬ni kim bi¬lir axı? Bu bö¬yük şə¬hər¬də yax¬şı¬lıq¬la pis¬li¬yin ara¬sın¬da na¬zik bir sədd var. Çox vaxt o səd¬di də ay¬dın se¬çə bil¬mir¬lər...
    Al¬xan: - Qan¬dım sən de¬yə¬ni. Bəs bu başkəsən de¬di¬yin ada-mın özü? O, öz içində öz elə¬di¬yi işin haqq-he¬sa¬bı¬nı apar-mır¬mı? Fi¬kir¬ləş¬mir¬mi ki, baş¬qa¬sı¬na qaz¬dı¬ğı qu¬yu¬ya bir gün özü dü¬şə bi¬lər... Bu, heç... Bəs be¬lə¬si qan¬mır ki, nə vaxt¬sa pis¬lik elə¬di¬yi o adam¬lar¬dan han¬sı¬sa ona elə bir od vu¬rar ki, külü gö¬yə sovrular. On¬da be¬lə¬si¬nin heç da¬dı¬na ye¬tib ağ¬zı¬na bir dam¬cı su atan da tapıl¬maz...
    Gül¬ya: - Nə bi¬lim? Vaxt tez ke¬çir. Adam hər şe¬yi saf-çü¬rük edə bil¬mir... Bəzən səhv¬lə¬ri¬mi¬zi çox gec dərk edi¬rik. Elə mə¬nim ki¬mi...
    Al¬xan: - Fi¬kir elə¬mə, Gül¬ya xa¬nım. Sə¬nin nə ya¬şın var ki? (Pau¬za). Gö¬rə¬sən, Za¬min in¬di ha¬ra¬da¬dır? Təy¬ya¬rə ilə ne¬çə saa¬ta uç¬maq olar Sa¬xa¬li¬nə?
    Gül¬ya: - Də¬qiq de¬yə bil¬mə¬rəm. Yə¬qin ki, on beş-on al¬tı saa¬ta...
    Al¬xan: - Hə, on¬da ora lap qu¬la¬ğı¬mı¬zın di¬bi¬dir ki...
    Səs (te¬le¬vi¬zor¬da): - İn¬di isə yeni ailə quran gənc¬lə¬ri te¬le¬vi¬zi-ya qar¬şı¬sı¬na dəvət edi¬rik. De¬di¬yi¬miz ki¬mi, ai¬lə¬lə¬rin bir ço¬xu sek¬su¬al dis¬har¬mo¬ni¬ya¬dan da¬ğı¬lır.
    Al¬xan: - Hə, nə¬sə da¬ğı¬lan ai¬lə¬lər¬dən da¬nı¬şır¬lar. Am¬ma de¬yi-lən¬dən bir şey qan¬mı¬ram...
    Səs: - Mey¬da¬na gə¬lən prob¬le¬mi yal¬nız sekso¬po¬to¬lo¬qun kö¬mə¬yi ilə həll et¬mək olar...
    Al¬xan: - O nə¬dir elə, a Gül¬ya xa¬nım? Seçki¬po¬to¬lox¬du, nə-di? O, nə işin sa¬hi¬bi¬dir?
    Gül¬ya (gü¬lür): - Ne¬cə de¬yim? Be¬lə də... Əsəb hə¬ki¬mi...
    Al¬xan: - Hə, be¬lə de... Baş ağ¬rı¬sı, diş ağ¬rı¬sı nə¬dir bil¬mi¬rəm. Əsəb də elə... Mə¬nim o cür hə¬ki¬mə heç bir eh¬ti¬ya¬cım yox-du.
    Gül¬ya: - Tə¬ki ol¬ma¬sın.

    Qa¬pı zən¬gi. Al¬xan ki¬şi tə¬əc¬cüb¬lə¬nir. Gül¬ya qa¬pı¬nı açır. Na¬ğı Şəm¬şi¬ye¬viç səs – küylə da¬xil olur. İçkiliolduğu hiss edilir.

    Na¬ğı: - Sa¬lam, ma¬ral. Necesen, ayyyy menimmmmmm……(Al¬xan ki¬şi¬ni gö¬rüb du¬ru¬xur). Hm-m-m... Sa¬lam, ki¬şi. (Gül¬ya¬ya). Ne¬cə¬sən? Ni¬yə zəng et¬mir¬sən mənə?
    Gül¬ya: - Vaxt olur ki? İş-güc...
    Na¬ğı: - Nə iş-güc? Ha¬çan¬dan iş¬lə¬yən ol¬mu¬san? Yax¬şı, bəs te¬le¬fo¬na ni¬yə cə¬vab ver¬mir¬sən? (Al¬xa¬nı gös¬tə¬rir). Bu kim¬dir belə? (Son¬ra te¬le¬vi¬zo¬ra sa¬rı). Pəh, pəh seks¬opotoloq da¬nı-şır... Ni¬yə dil¬lən¬mir¬sən? Bu, kim¬dir be¬lə?

    Pauza. Nağı başındakı papağı kreslonun çiyinliyindən asır.

    Al¬xan: - Mə¬ni de¬yir¬sən? Mən bu evin sa¬hi¬bi¬yəm.
    Na¬ğı (gü¬lür) : - Nə vaxt¬dan?
    Al¬xan: - Elə bu gün¬dən... Yox, dü¬nən¬dən...
    Na¬ğı: - Bəs on¬da mən ki¬məm?
    Al¬xan: - Sən? Sən də Al¬la¬hın bir bən¬də¬si.
    Na¬ğı: - Mə¬nim Al¬lahla-bən¬də ilə işim yox¬dur...
    Gül¬ya: - Yax¬şı, Na¬ğı, son¬ra da¬nı¬şa¬rıq bu ba¬rə¬də...
    Na¬ğı: - Nə ba¬rə¬də? Mən bu gün qə¬ri¬bə söz¬lər eşi¬di¬rəm... (Al¬xa¬na). Ki¬şi, bu mən¬zi¬lin sa¬hi¬bi mə¬nəm, bil¬din! Ağır-zad eşit¬mir¬sən ki?
    Al¬xan: - Al¬lah elə¬mə¬sin... Hə¬lə heç bir za¬dım¬dan şi¬ka¬yə¬tim yox¬dur. Am¬ma sən de¬yə¬ni qan¬ma¬dım.
    Gül¬ya: - Al¬xan ki¬şi, Na¬ğı mə¬nim ta¬nı¬şım¬dır, za¬ra¬fat edir.
    Al¬xan: - Ta¬nı¬ma¬dı¬ğı adam¬la nə za¬ra¬fat? Zarafat aydı yerdə olar… Bəl¬kə sə¬nin ərin bu olub?
    Na¬ğı: - Ki¬şi, düz tap¬mı¬san, mən onun əri¬yəm... Əri! Bil-din!
    Al¬xan: - Qan¬dım! Bəs öz ar¬vad-uşa¬ğı¬nı ni¬yə atıb get¬mi¬sən? Əl¬bət¬tə, bu öz işi¬niz¬dir... Mən bi¬lən, Gül¬ya xa¬nım çox¬dan bo¬şa¬nıb.
    Na¬ğı: - Mən onu bo¬şa¬yıb-elə¬mə¬mi¬şəm.
    Al¬xan: - Özü de¬di ki...
    Gül¬ya: - Na¬ğı Şəm¬şi¬ye¬viç, yax¬şı¬sı bu¬dur, möv¬zu¬nu də¬yi¬şə-siniz...
    Na¬ğı: - Ni¬yə? Sərf elə¬mir? Mə¬nə kəf gəl¬mək is¬tə¬yir¬sən?
    Gül¬ya: - Mən¬cə bi¬zim ara¬mız¬da hər şey çox¬dan qur¬tra¬rıb...
    Al¬xan: - (Gül¬ya¬ya). Axı, sən özün de¬din ki, ərin¬lə çox¬dan qur¬tar¬mı¬san... İn¬di bu ha¬ra¬dan gə¬lib çıx¬dı?..
    Na¬ğı: - Mən? Bəs sən ha¬ra¬dan gə¬lib çıx¬mı¬san? Ağ¬saq¬qal adam¬san, da¬nı¬şı¬ğı¬na fi¬kir ver. Bura mə¬nim öz evim¬dir. Bu da ar¬va¬dım... Bəs sən kim¬sən ey?
    Gül¬ya: - Na¬ğı Şəm¬şi¬ye¬viç, siz mə¬nim ərim ol¬ma¬mı¬sız və mən də si¬zə ərə get¬mə¬yə ha¬zır¬laş¬ma¬mı¬şam...
    Na¬ğı: - Hə? "Şəm¬şi¬ye¬viç?" "Siz-biz?" Mənə çox hörmət və ehtiramla mü¬ra¬ci¬ət edir¬siz, Gül¬ya xa¬nım! "Siz"... "Biz"...
    Gül¬ya: - Hər şey ar¬xa¬da qa¬lıb. Da¬ha bi¬zi bağ¬la¬yan heç nə yox¬dur, heç nə! Bil¬di¬niz?
    Na¬ğı: - Bil¬dim! Ne¬çə ki, Na¬ğı Şəm¬şi¬ye¬vi¬çin və¬zi¬fə¬də i¬dı- bi-zi bağ¬la¬yan nə¬sə var¬dı. Hə? Amma indi… Unut¬ma ki, Na¬ğı Şəm¬şi¬ye¬viç hə¬lə sağ¬dır, onu qar¬şı¬da da¬ha iri stol, da¬ha bö-yük və¬zi¬fə göz¬lə¬yir.
    Al¬xan: - İş stol¬un, və¬zi¬fənin böyüklüyün¬də de¬yil ki! Ada-mın gə¬rək bir çimdik, bax bu boydaca bir adam¬lı¬ğı da ol-sun, ay adam ba¬la¬sı...
    Na¬ğı: - Ki¬şi, sən pəs ol! Özü də mə¬nə ağıl dər¬si ver¬mə... Ağıl ver¬mə mə¬nə, bil¬din?
    Al¬xan: - Ağ¬lı heç kə¬sə ver¬mir¬lər; o, ada¬mın özün¬də ol¬ma¬lı-dır. O isə ya var, ya da ki, yox¬dur... Ağıl nə pul, nə də ki, və¬zi¬fə¬dir.
    Na¬ğı (gə¬lib Al¬xa¬nın düz qən¬şə¬rin¬də du¬rur):- Sən ağıl¬lı¬san hə? Özü də, de¬yə¬sən, həd¬din¬dən ar¬tıq! Ağıl dər¬ya¬sınsan, hə?..
    Al¬xan: - Hər hal¬da özü¬mə ye¬tər... Bə¬sim¬dir... Şi¬ka¬yə¬tim yox¬dur o sa¬rı¬dan...
    Na¬ğı: - On¬da elə onu sax¬la özün¬çün... Yox¬sa xər¬cə¬lə¬yər¬sən, özü¬nə bir şey qal¬maz. (Gül¬ya¬ya). Mə¬ni bir ba¬şa sal gö¬rüm, bu kim¬dir be¬lə?
    Al¬xan: - Mən? Mən ki¬məm?
    Na¬ğı: - Mən sən¬dən so¬ru¬şmu¬ram... Sən pəs...
    Al¬xan: - Ni¬yə? Mə¬nim kim¬li¬yi¬mi elə mə¬nim özüm¬dən so-ruş...
    Na¬ğı: - Yax¬şı, so¬ru¬şu¬ram: sən kim¬sən, axı?
    Al¬xan: - Mən-Al¬xa¬nam!
    Na¬ğı: - Mən də Na¬ğı Şəm¬şi¬ye¬vi¬çəm! İn¬di mə¬nə de gö¬rüm nə ol¬sun ki, Al¬xan¬san? Hə?...
    Al¬xan: - Mən bu evin yi¬yə¬si¬yəm...
    Na¬ğı: - Gül¬ya, bu¬nu ha¬ra¬dan tu¬tub gə¬ti¬rib¬sən?..
    Al¬xan: - Mən özüm gəl¬mi¬şəm... Heç kəs məni tutub gə¬tir-mə¬yib...
    Gül¬ya (Na¬ğı¬ya) : - Mən sə¬nə son sö¬zü¬mü çox¬dan de¬mi-şəm, Na¬ğı... Tə¬ki sə¬nin və¬zi¬fən də ol¬sun, sto¬lun da... Qoy ürə¬yin is¬tə¬yən hər şe¬yin ol¬sun. Biz ar¬tıq heç bi¬ri¬miz uşaq de¬yi¬lik. Sə¬nin öz ai¬lən, öz uşa¬ğın... Ara¬mız¬da nə olub¬sa, qal¬dı keç¬miş¬də...
    Na¬ğı: - Mü¬qəd¬di¬mə¬siz de¬yə bil¬məz¬sən? Qı¬sa¬sı - bu Al¬xan ad¬la¬nan vü¬cud kim¬dir? Bəl¬kə ata¬nın qo¬hum¬la¬rın¬dan¬dır, mən ta¬nı¬mı¬ram? Bəl¬kə...
    Gül¬ya: - Na¬ğı, öm¬rün elə vax¬tı gə¬lir ki, adam öz səh¬vi¬ni ba-şa dü¬şür. Mən ai¬lə qur¬maq is¬tə¬yi¬rəm... Bil¬din?
    Na¬ğı: - Kim¬lə? Ərin kim ola¬caq? Bəl¬kə mə¬ni ta¬nış edə¬sən...
    Gül¬ya: - Əvvəla, bunun sənə dəxli yoxdur, ikncisi də, tutaq ki, lap elə Al¬xan ki¬şi ilə...
    Na¬ğı (gü¬lür) : - Bu¬nun¬la? Bu vü¬cud¬la? Ha-ha-ha! Ha¬ra¬dan tap¬mı¬san be¬lə qə¬şəg oğ¬la¬nı? Yax¬şı ka¬va¬ler¬di...
    Al¬xan: - Mən it¬mə¬mə¬miş¬dim ki, ta¬pa¬lar da... Mən özüm gəl¬mi¬şəm.
    Na¬ğı: - Xoş gəl¬mi¬sən, ki¬şi! Sə¬fa gə¬tir¬mi¬sən! Sə¬ni təb¬rik edi-rəm... Oğul¬lu-qız¬lı ola¬san...
    Al¬xan: - Ağ¬zı¬nı tə¬miz sax¬la. Mə¬nim oğ¬lum da var, qı¬zım da...
    Na¬ğı: - Ya¬şı¬nın bu ça¬ğın¬da tə¬zə eş¬qə düş¬mü¬sən?
    Gül¬ya: - Na¬ğı, mən doğ¬ru¬dan da ai¬lə qur¬ma¬ğa ha¬zır¬la¬şı-ram. Mən hər şe¬yi tə¬zə¬dən baş¬la¬maq is¬tə¬yi¬rəm...
    Na¬ğı: - Elə sə¬ni də təb¬rik edi¬rəm! Zən¬nim¬cə, mən¬dən sə¬nə heç bir pis¬lik keç¬mə¬yib. Hə¬mi¬şə qul¬lu¬ğun¬da dur¬mu¬şam, sə-ni işə dü¬zəlt¬mi¬şəm, sə¬nə ev dü¬zəlt¬mi¬şəm. Da¬ha və¬zi¬fə¬miz yox¬dur de¬yə, sa¬ya sa¬la¬nı¬mız da yox¬dur, hə? Yox¬sa bu, doğ¬ru¬dan cid¬di eşq mə¬sə¬lə¬si¬dir? De¬yir¬lər, adam yaş¬la¬şan¬da əsl mə¬həb¬bə¬tin nə ol¬du¬ğu¬nu da¬ha yax¬şı ba¬şa dü¬şür. Mən si¬zin bu mə¬həb¬bə¬ti¬ni¬zi ürək¬dən al¬qış¬la¬yı¬ram! Am¬ma qor-xu¬ram ara¬da fı¬rıl¬daq-zad bir mə¬sə¬lə ola.
    Al¬xan: - Mən fı¬rıl¬daq adam de¬yi¬ləm.
    Na¬ğı: - Ki¬şi, sən fı¬rıl¬da¬ğın lap ye¬kə¬si¬sən ki, bu yaş¬da ai¬lə¬ni atıb tə¬zə eş¬qə dü¬şüb¬sən.
    Al¬xın: - Nə bi¬lir¬sən ki, ai¬lə¬mi at¬mı¬şam? Mə¬nim ai¬ləm... Sə-nə da¬xi¬li yox¬dur bu¬nun!
    Na¬ğı: - Yox¬sa məq¬sə¬din bu mən¬zi¬li ələ ke¬çir¬mək¬dir? Onu ba¬ca¬ra bil¬mə¬yə¬cək¬sən. Bu¬nu sən də, Gül¬ya da yal¬nız yu¬xu-da gö¬rə bi¬lər¬siz...
    Gül¬ya: - Na¬ğı, sən nə ko¬bud, rə¬zil adam¬san! Sə¬nin heç ürə-yin var?
    Na¬ğı: - Kəs sə¬si¬ni! "Ürək"- "ürək!" Nə ürək? Mə¬ni uşaq ye-ri¬nə qoy¬du¬ğun ye¬tər. Mən sə¬feh de¬yi¬ləm. Sən özün bi¬lir¬sən ki, bu evi necə çə¬tin¬liklə ələ ke¬çir¬mi¬şəm. Bəl¬kə unut¬mu¬san?
    Gül¬ya: - Na¬ğı, adam ada¬ma çə¬tin¬də əl tu¬tar. Bu¬nu də¬qi¬qə-ba¬şı üzə vur¬ma¬ğa nə eh¬ti¬yac var?
    Al¬xan: - Ev ki¬min¬dir?
    Na¬ğı: - Mə¬nim. Mə¬nim¬dir, ki¬şi! Bil¬din?
    Al¬xan: - Bil¬dim... Mən oğ¬lu¬mun fə¬ra¬sə¬ti¬nə yax¬şı bə¬lə¬dəm. Onun adam ol¬ma¬sı¬na hə¬lə çox var.
    Na¬ğı: - Oğ¬lu¬nun bu¬ra¬da nə işi? Yox¬sa o da ev¬lən¬mə¬yə ha-zır¬la¬şır?
    Al¬xan: - Bu¬nun sə¬nə is¬ti-so¬yu¬ğu yox¬dur...
    Gül¬ya: - Na¬ğı, qur¬tar bu mü¬ba¬hi¬sə¬ni... Sə¬nə nə fər¬qi? Mən ərə ge¬di¬rəm. Vəs¬sa¬lam!...
    Na¬ğı: - Mən ki, si¬zi ürək¬dən təb¬rik et¬dim. O ki, qal¬dı evə, bu¬ra¬dan si¬zə heç bir çöp də çat¬ma¬ya¬caq...
    Gül¬ya: - Ni¬yə? Ev ki, mə¬nim özü¬mün¬dür.
    Na¬ğı: - Sə¬nin? Kim idi sə¬nə ev ve¬rən? Sən nə vic¬dan¬sız qa-dın¬san! Sən qa¬dın yox, if¬ri¬tə¬sən.
    Al¬xan: - Ye¬kə ki¬şi¬sən, mə¬ri¬fət¬li da¬nış...
    Na¬ğı: - Ki¬şi, sən kəs! Sən pəs! Unut¬ma ki, mən keç¬miş öl¬kə çem¬pio¬nu¬yam. Özü də boks üz¬rə... İnan ki, xurd-xə¬şil edə-rəm sə¬ni...
    Al¬xan: - Mə¬nə xox gəl¬mə!
    Gül¬ya: - Na¬ğı, gəl sa¬kit¬lik¬lə ay¬rı¬laq. Bu səs-küy¬dən bir şey çıx¬maz.
    Na¬ğı: - Mən ra¬zı. Am¬ma boy¬nu¬na alır¬san¬mı ki, ev mə¬nim-dir?
    Gül¬ya: - Sə¬nin ni¬yə? Ev mə¬nim adı¬ma¬dır. Mə¬nim¬dir axı...
    Na¬ğı: - Bəs kim alıb onu?
    Gül¬ya: - Özüm. Qa¬nun¬la mə¬nə ev dü¬şür¬dü, ya yox? Dü¬şür-dü! Nə ol¬sun ki, mən¬zil ida¬rə¬sin¬də ta¬nı¬şın ol¬du, işi sü¬rət-lən¬dir¬di. Yax¬şı¬lı¬ğı ada¬mın ba¬şı¬na elə vu¬rar¬lar?!
    Na¬ğı (onu yam¬sı¬la¬yır) : - "Ta¬nı¬şın ol¬du"… "Mən¬zil ida¬rə-si"... Nə ta¬nış? Mən bu mən¬zi¬li al¬maq üçün sə¬nin özün ağır¬lıq¬da pul xərc¬lə¬mi¬şəm. Də¬ri¬dən-qa¬bıq¬dan çıx¬mı¬şam. Bu¬nu aləm bi¬lir ki! Baş¬qa¬la¬rı heç, doğ¬ma¬ca anan şa¬hid¬dir ki!
    Gül¬ya: - Nə qə¬dər xərc çək¬mi¬sən¬sə, ar¬tıq¬la¬ma¬sıy¬la ve¬rə-rəm...
    Na¬ğı: - Pllu ol¬mu¬san? Xeyr, sən öm¬rün bo¬yu qul ki¬mi iş¬lə-sən də o pu¬lun, hə¬lə pul heç, sə¬nə edi¬lən o hör¬mə¬tin min¬də bi¬ri¬ni qay¬ta¬ra bil¬məz¬sən!
    Gül¬ya: - Qay¬ta¬ra¬ram, Na¬ğı... Son¬ra gə¬lər¬sən, bu haq¬da da-nı¬şa¬rıq. Xa¬hiş edi¬rəm...
    Na¬ğı: - Son¬ra? Nə son¬ra? Mə¬ni ev¬dən qo¬vur¬san?
    Al¬xan (öz-özü¬nə) : - Mən öz oğ¬lu¬mun fə¬ra¬sə¬ti¬nə yax¬şı bə¬lə-dəm.
    Na¬ğı: - Ki¬şi, nə don¬qul¬da¬nır¬san?
    Al¬xan: - Gül¬ya xa¬nım, in¬di mən ney¬lə¬yim? Za¬mi¬nə tel vu-rum?
    Gül¬ya: - Na¬ğı, yal¬va¬rı¬ram, get, son¬ra gə¬lər¬sən.
    Na¬ğı: - Gəl¬mi¬şəm də... Elə bir¬də¬fə¬lik qur¬ta¬raq...
    Gül¬ya: - Nə is¬tə¬yir¬sən mən¬dən, Na¬ğı? Ni¬yə əl çək¬mir¬sən mən¬dən?
    Na¬ğı: - Mən sə¬ni məh¬kə¬mə¬yə ve¬rə¬cə¬yəm. Sə¬ni fı¬rıl¬daq¬çı ki-mi if¬şa edə¬cə¬yəm...
    Gül¬ya: - Nə is¬tə¬yir¬sən elə! Mən sən¬dən iy¬rə¬ni¬rəm. Mən sə-nin köl¬gə¬ni be¬lə gör¬mək is¬tə¬mi¬rəm! Mən özüm¬dən də iy¬rə-ni¬rəm, vax¬ti¬lə sə¬nin¬lə ya¬xın ol¬du¬ğum üçün... Sə¬nə inan¬dı-ğım üçün... Sə¬nə yan¬dı¬ğım üçün...
    Na¬ğı: - Sən mə¬nə yan¬mı¬san? Ha¬çan? Bil¬mə¬mi¬şəm!
    Gül¬ya: - Əl-aya¬ğı¬ma dü¬şüb yal¬va¬ran¬da! Gö¬zü¬nün su¬yu¬nu axı¬dan¬da. Di¬lən¬çi ki¬mi əl açan¬da!...
    Na¬ğı (gü¬lür):- Ha-ha-ha... Bun¬lar ha¬mı¬sı boş söz¬lər¬di... Gör mən ki¬min¬lə vaxt ke¬çir¬mi¬şəm?! Ba¬şı¬boş, sə¬feh, poz-ğun bir qa¬dın¬la... Am¬ma ev¬dən əli¬ni üz…
    Gül¬ya: - Qor¬xut¬ma mə¬ni. Mən heç kəs¬dən çə¬kin¬mi¬rəm.
    Na¬ğı (Gül¬ya¬ya): - Keç, o bi¬ri ota¬ğa, sə¬nə sö¬züm var. Keç, tez ol... İki¬lik¬də da¬nış¬maq is¬tə¬yi¬rəm sə¬nin¬lə... Bil¬din?...
    Gül¬ya: - Sö¬zü¬nü elə bu¬ra¬da de...
    Al¬xan: - İs¬tə¬yir¬siz, mən ke¬çim o bi¬ri ota¬ğa? Siz söh¬bə¬ti¬ni¬zi bu¬ra¬da elə¬yin.
    Na¬ğı: - Yox, ni¬yə ki? Hər hal¬da sən biz¬dən ağ¬saq¬qal¬san. Sən əy¬ləş, biz ke¬çib söh¬bə¬ti¬mi¬zi elə¬yi¬rik.
    Gül¬ya (Al¬xan ki¬şi¬yə) : - Siz na¬ra¬hat ol¬ma¬yın... Mən heç nə-dən qorx¬mu¬ram. (Na¬ğı¬ya). Bu¬yur...

    Al¬xan ki¬şi otaq¬da qa¬lır. On¬lar qon¬şu ota¬ğa ke¬çir¬lər. Səs-küy eşi¬di¬lir. Son¬ra ağır zər¬bə və şil¬lə səs¬lə¬ri... Gül¬ya qış¬qı¬rır. Al-xan ki¬şi yum¬ruq¬la qa¬pı¬nı dö¬yəc¬lə¬yir... Qa¬pı açı¬lır... Əv¬vəl¬cə Na¬ğı, son¬ra əli ilə si¬fə¬ti¬ni ört¬müş Gül¬ya ota¬ğa da¬xil olur. Gül¬ya hön¬kü¬rüb özü¬nü di¬va¬na yı¬xır.

    Al¬xan: - Bi¬qey¬rət! Utan¬mır¬san, qa¬dı¬na əl qal¬dı¬rır¬san?
    Na¬ğı: - Yox¬sa sə¬nin də qa¬bır¬ğa¬la¬rın din¬gil¬də¬yir, ki¬şi?...
    Gül¬ya: - Vəh¬şi! Qa¬ni¬çən! Rədd ol bu¬ra¬dan!
    Al¬xan: - Al¬lah elə¬mə¬miş, mə¬nim oğ¬lum ol¬say¬dın, sə¬nin dər-si¬ni yax¬şı¬ca ve¬rər¬dim. Dərinə saman təpərdim sənin…
    Na¬ğı: - Sən? Ya¬man yekəxana ada¬ma ox¬şa¬yır¬san. Ki¬şi, unut¬ma ki, mə¬nim yum¬ru¬ğu¬mun dəy¬di¬yi yer¬dən... Mə¬ni əsə¬bi¬ləş¬dir¬mə ha... Mən köh¬nə id¬man¬çı¬yam, boks¬çu¬yam...
    Al¬xan: - Yax¬şı¬sı bu¬dur, çıx get... Əlim-aya¬ğım əsir. Xa¬ta çı¬xa¬ra¬ram.
    Na¬ğı: - Gö¬rü¬rəm... Ayaq üs¬tə zor¬la du¬rur¬san. Ya¬zı¬ğım gə¬lir sə¬nə... Yox¬sa bir ba¬la¬ca sə¬ni də ma¬saj elə¬yər¬dim... Ha-ha-ha...
    Gül¬ya: - Rədd ol, de¬dim, sə¬nə... Al¬xan ki¬şi, baş qoş¬ma¬yın bu¬na... (Ağ¬lam¬sı¬nır)... Yal¬va¬rı¬ram... O, qəd¬dar adam¬dır...
    Na¬ğı: - Onun sə¬si¬ni eşi¬dir¬sən? Ki¬şi, sən də bax be¬lə¬cə bö-yü¬rər¬sən ha...
    Al¬xan: - Hey¬van sən özün¬sən!
    Na¬ğı: - Kim? Mən? (Əl atıb Al¬xan ki¬şi¬nin ya¬xa¬sın¬dan ya¬pı-şır və nə¬sə fi¬kir¬lə¬şib boş¬la¬yır). Bir də de görüm o sözü....
    Al¬xan: - Yenə deyirəm sən hey¬va¬nın və heyvərənin ye¬kə¬si-sən. İndi qandın?
    Gül¬ya: - O, cəl¬la¬ddı, cəl¬lad... Ona baş qoş¬ma¬yın, Al¬xan ki-şi...
    Na¬ğı: - Mən in¬di buna da gös¬tə¬rə¬rəm ki¬m olduğumu.

    Gərgin musiqi sədası. Na¬ğı ye¬ni¬dən Alxan kişinin ya¬xa¬sı¬na əl atır. Al¬xan ki¬şi yum¬ruq¬la onun si¬nə¬si¬nə vu¬rur. Na¬ğı sən-tir¬lə¬yir. Al¬xan ki¬şi onun ba¬şın¬dan tu¬tub ye¬rə gə¬ti¬rir. Na¬ğı büd¬rə¬yib yı¬xı¬lır. Al¬xan ki¬şi di¬zi¬ni onun kü¬rə¬yi¬nə qo¬yur, bo-ğa¬zın¬dan ya¬pı¬şır.

    Gül¬ya (hey¬rət¬lə) : - Al¬xan ki¬şi, nə edir¬siz?.. Bu¬ra¬xın onu... Qo¬yun çı¬xıb get¬sin...
    Al¬xan: - Qoy bir az kö¬pü alın¬sın bunu. De¬yə¬sən, hə¬lə ba¬şı qol¬tuq al¬tı gör¬mə¬yib bu çem¬pi¬yanın... Çe¬mpiya¬na, boks¬çu-ya bax bir... Mən in¬di sə¬nə bir dərs ve¬rə¬rəm ki...
    Na¬ğı: - Bu¬rax ya¬xa¬mı! Of, ba¬şım...
    Al¬xan: - Hə, in¬di ağıl¬la¬nar¬san... Əgər la¬zım ol¬sa ge¬dib dox-tu¬ra, nə¬di o dox¬tu¬run adı, bayaq televizorda deyirdilər… hə, ses¬kapo¬to¬lox¬du - nə¬di, bax ona gös¬tə¬rər¬sən ba¬şı¬nı, di¬şi-ni…
    Na¬ğı: - Ağ¬saq¬qal adam¬san, nə seks¬po¬to¬loq - zad... Di¬şi¬mi vu¬rub sın¬dır¬mı¬san. Mə¬nə sto¬ma¬to¬loq la¬zım ola¬caq... Hey-və¬rə...
    Al¬xan (onun bo¬ğa¬zın¬dan ya¬pı¬şır): - De¬yə¬sən, hə¬lə ba¬şın əh-lət da¬şı¬na dəy¬mə¬yib, boy¬nun qol¬tuq gör¬mə¬yib in¬di¬yə¬cən, hə?!.
    Na¬ğı(qış¬qı¬rır): - Ki¬şi, bu¬rax mə¬ni! Əli¬ni bo¬ğa¬zım¬dan çək... Bo¬ğu¬lu¬ram...
    Al¬xan: - Bo¬ğu¬lar¬san də! Sə¬ni də¬yir¬man da¬şı ki¬mi fır¬la¬yıb çır¬pa¬ram ye¬rə...
    Na¬ğı: - Mən¬də ast¬ma-bronxit var. Bo¬ğu¬lu¬ram...
    Gül¬ya (Na¬ğı¬ya) : - Ya¬lan de¬yir¬sən, əc¬laf... Sən öküz ki¬mi-sən...
    Na¬ğı: - Ki¬şi, bo¬ğa¬zı¬mı bu¬rax. ..
    Al¬xan: - Gös¬tər də çem¬pi¬yanlığını... Sə¬ni o pən¬cə¬rə¬dən elə ata¬ram ki, sağ ti¬kən qu¬la¬ğın boy¬da olar.
    Na¬ğı: - Yax¬şı, qur¬tar... Ye¬kə ki¬şi¬sən. Oyy!..
    Al¬xan: - "Ye¬kə ki¬şi¬sən"... Sən ki¬şi¬yə-ar¬va¬da hör¬mət qo¬ya-na ox¬şa¬yır¬san ki? Elə bi¬lir¬sən ki, ar¬vad xey¬la¬ğı¬nın üs¬tü¬nə xo¬ruz¬lan¬maq¬la iş bi¬tir? İn¬di nə¬ril¬də gö¬rüm! Hə, nə ol¬du? Hül¬qu¬mu¬nu üzüm sə¬nin?
    Na¬ğı (əl-qol atır) : - Ki¬şi! Vay-y-y! Sə¬nin əlin¬də¬ki nə¬dir? Də¬mir¬di?
    Al¬xan: - Mən ar¬vad de¬yi¬ləm ki, əli¬mə də¬mir-dü¬mür alım. Mə¬nim elə əli¬min özü də¬mir¬di. Mən mis¬mar əyən¬də kəl¬bə-tin gö¬tür¬mü¬rəm. Əlim kəl¬bə¬ti¬ni də əvəz edir, hə¬lə bir çə¬ki¬ci, bal¬ta¬nı da. Bax, nə¬fə¬si¬ni kə¬sə¬rəm ha... Sa¬kit ol, son¬cuq¬la-ma... Bax, be¬lə...
    Gül¬ya: - Al¬xan ki¬şi, boş¬la onu, qoy çı¬xıb get¬sin.
    Al¬xan: - Bax, sə¬ni bu Gül¬ya xa¬nı¬ma ba¬ğış¬la¬yı¬ram. Al¬la¬hım haq¬qı, yox¬sa bax¬maz¬dım kim¬li¬yi¬nə, nə¬çi¬li¬yi¬nə, ca¬nı¬nı alar-dım. Əsl ki¬şi ar¬vad üs¬tü¬nə şe¬şə¬lən¬məz. Bu na¬ki¬şi¬lə¬rin, qor-xaq¬la¬rın işi¬dir.

    Al¬xan ki¬şi aya¬ğa du¬rub onu boş¬la¬yır. Na¬ğı aya¬ğa qal¬xıb üst-ba¬şı¬nı dü¬zəl¬dir, ye¬nə Al¬xan ki¬şi¬nin üs¬tü¬nə gə¬lir.

    Gül¬ya: - Ona ya¬xın gəl¬mə! Rədd ol.
    Al¬xan: - Qoy gəl¬sin! De¬yə¬sən, ya¬rım¬çı¬ğı var... Gəl, gəl gö-rüm...
    Na¬ğı: - Ki¬şi, sən han¬sı növ¬lə məş¬ğul olur¬san?
    Al¬xan: - Nə¬yin?
    Na¬ğı: - İd¬ma¬nın... Ka¬ra¬te¬yə get¬mə¬mi¬sən ki? Be¬lə əl yal¬nız on¬lar¬da olur...
    Al¬xan: - Mən pəh¬lə¬van Sər¬xa¬nın oğ¬lu¬yam... Də¬dəm ökü¬zü çiy¬nin¬də gəz¬di¬rər¬di. Mən özüm də¬yir¬man¬çı¬yam...
    Na¬ğı: - Ne¬çə ki¬lo qal¬dı¬rar¬san?
    Al¬xan: - Ki¬lo-mi¬lo bil¬mi¬rəm... Də¬yir¬man da¬şı¬nı oxa tək¬ba-şı¬na ke¬çi¬rər¬dim. Əl¬bət¬tə, əv¬vəl¬lər... Ta də¬yir¬man yox¬dur... Amma indinin özündə belə, sə¬nin ki¬mi¬si¬nin üçü¬nü xur¬cun ki¬mi baş-ba¬şa çatıb üç gün çiy¬nim¬də gəz¬di¬rə¬rəm... birini ataram o çiynimə, birini bi çiynimə, birini də buraxaram ağzıaşağı…
    Na¬ğı: - Bə¬rə¬kal¬lah, ki¬şi... Da¬ha sə¬nə sö¬züm yox¬dur. (Gül-ya¬ya). Am¬ma sə¬nin¬lə hə¬lə da¬vam qa¬lır...
    Gül¬ya: - Yax¬şı... qal¬sın...
    Al¬xan: - Ya¬dın¬da sax¬la ha, mə¬nim çən¬gi¬mə bir də ke¬çsən özündən küs... Unut¬ma ki, bu evin sa¬hi¬bi mə¬nəm. Mə¬nim evim¬də özüm¬dən baş¬qa heç kəs ağa¬lıq elə¬yə bil¬məz.
    Na¬ğı (Gül¬ya¬ya) : - Özü¬nə pis məşuq tap¬ma¬mı¬san...
    Al¬xan: - Məşuq nə¬di, bu nə çərənləyir? Şəm¬şi¬ye¬viç, sır¬ğa edib qu¬la¬ğın¬da sax¬la ki, ki¬şi¬lik güc¬də, qo¬lu¬zor¬lu¬luq¬da de-yil. Ki¬şi¬lik - ada¬mın ca¬nın¬da olur... Zəi¬fə zor gös¬tə¬rən ada-mın ki¬şi¬li¬yə dəx¬li yox¬dur...
    Na¬ğı: - Axı, mən xərc çək¬mi¬şəm bu... Bu ib¬li¬sə pul xərc¬lə-mi¬şəm...
    Gül¬ya: - Rədd ol... Nə qə¬dər xər¬cin çı¬xıb ha¬mı¬sı¬nı ve¬rə¬rəm, əl çək ya¬xam¬dan...
    Na¬ğı: - Mən ətək-ətək pul¬lar xərc¬lə¬mi¬şəm sə¬nə... Sən o pul-la¬rın haqq-he¬sa¬bı¬nı mə¬nim¬lə çək¬mə¬li¬sən. Mən o pul¬la¬rı göy¬dən qap¬ma¬mı¬şam, min¬bir əziy¬yət¬lə qa¬zan¬mı¬şam...
    Gül¬ya: - Sən çox al¬çaq adam¬san...
    Al¬xan: - Bu¬ra bax... Ba¬yaq¬dan sə¬nə qu¬laq ası¬ram. Elə sö-zü¬nün əv¬və¬li də pul¬dur, axı¬rı da. Yə¬qin ki, ge¬cə¬lər də pul de¬yə sa¬yaq¬la¬yır¬san.
    Na¬ğı: - Ki¬şi, elə gö¬rü¬rəm ki, sə¬ni də da¬nış¬dı¬ran pul¬dur. Yox¬sa sə¬nin gül ca¬ma¬lı¬na aşiq olub¬lar?
    Al¬xan: - Mə¬nim heç vaxt pu¬lum-za¬dım ol¬ma¬yıb. Mən var-döv¬lə¬tin yox, var-döv¬lət hə¬mi¬şə mə¬nim qu¬lum olub. Sə¬nin ki¬mi¬lə¬ri¬nin isə ata-ana¬sı da, dost-ta¬nı¬şı da, na¬mus-qey¬rə¬ti də, ar¬vad-uşa¬ğı da pul¬dur, pul, pul, pul...
    Na¬ğı: - Axı, sən nə qa¬nır¬san ki, pul nə olan şey¬dir? Di¬lən¬çi-dən tut¬muş pad¬şa¬ha qə¬dər ha¬mı nə¬dən öt¬rü vu¬ru¬şur, kişi?
    Al¬xan: - On¬la¬rın heç nə¬yi yox¬dur pul¬dan sa¬va¬yı. Mə¬nim¬sə ol¬sun ki, pu¬lum yox¬dur, am¬ma ki¬şi¬li¬yim, qey¬rə¬tim var. Bəl¬kə sən na¬ki¬şi¬li¬yi¬ni pul¬la ört-bas¬dır et¬mək is¬tə¬yir¬sən, hə?
    Na¬ğı: - Ağ¬zı¬nı tə¬miz sax¬la, ki¬şi...
    Al¬xan (ona ya¬xın¬la¬şır): - De¬yə¬sən mə¬nim de¬dik¬lə¬rim¬dən qa¬fa¬na bir şey qoy¬ma¬dın, hə?...
    Na¬ğı (ge¬ri çə¬ki¬lir): - Yax¬şı, yax¬şı... Əl-qo¬lu¬nu yı¬ğış¬dır.
    Gül¬ya: - Na¬ğı Şəm¬şi¬ye¬viç, nə qə¬dər bor¬cum var gön¬də¬rə-rəm. Ar¬xa¬yın ol. Bax, Al¬xan ki¬şi də şa¬hid ol¬sun...
    Na¬ğı: - Hə¬lə¬lik! Am¬ma mən hə¬lə sö¬zü¬mün ha¬mı¬sı¬nı de¬yib qur¬tar¬ma¬dım.
    Gül¬ya: - Qa¬la¬nı¬nı da ka¬ğı¬za ya¬zıb gön¬də¬rər¬sən.
    Na¬ğı: - Onu özüm bi¬lə¬rəm...

    Na¬ğı Gül¬ya¬ya nə¬sə de¬mək is¬tə¬yir. Al¬xan ki¬şi qə¬zəb¬lə Na-ğı¬nı sü¬züb onun üs¬tü¬nə ye¬ri¬yir. Na¬ğı dalı-dalı ad¬dım¬la¬yıb qa¬pı¬ya söy¬kə¬nir. Diq¬qət¬lə on¬la¬rı sü¬züb qa¬pı¬dan çı¬xır. Onun sürət¬li ad¬dım səs¬lə¬ri eşi¬di¬lir. Şən musiqi sədası eşidilir.

    Pərdə













    Ikinci pərdə

    Həmin mənzil. Gül¬ya ilə Al¬xan. Qadın çay süzür.
    Həzin melodiya. Sonra bu melodiyaya ba¬yır¬da yağan şıdırğı ya¬ğışın səsi qarışır.

    Al¬xan: - Pa¬ho, əcəb ya¬ğır. Yə¬qin in¬di Gö¬yəm¬li¬yə do¬lu dü-şüb.

    Te¬le¬fon zən¬gi. Al¬xan ki¬şi dik¬si¬nib qa¬pı¬ya ba¬xır. Gül¬ya do¬la-ba ya¬xın¬la¬şıb te¬le¬fo¬nun dəs¬tə¬yi¬ni gö¬tü¬rür.

    Gül¬ya: - Alo...
    Al¬xan: - Elə bil¬dim qa¬pı¬nı döyürlər yenə...
    Gül¬ya: - Alo! Eşi¬di¬rəm... ha¬ra? Ha¬ra? Hə, bil¬dim, ci¬yər. Gö¬yəm¬li¬ni ver¬sin¬lər. (Al¬xan ki¬şi¬yə). Buyurun, da¬nı¬şın.
    Al¬xan: - Nə tez ver¬di¬lər? (Dəs¬tə¬yi alır). Alo! Kim¬dir! Əşi, ney¬nir¬sən kim¬dir? Mən sən¬nən so¬ru¬şu¬ram ki, kimsən?.. (Pau¬za). Di heç de¬yən ha¬lın ol¬ma¬sın. Ağa mü¬əl¬li¬min evi¬ni ca¬la. (Pau¬za). Ev¬də yox¬du? Ha¬ra¬ya ge¬dib?.. Nə vaxt? (Pau¬za). Hə, mə¬nəm! Ta¬nı¬maz¬san də. Biz¬də nə var, nə yox? Ora¬lar¬da da yı¬ğır¬mı? (Pau¬za). Pah, bu¬ra elə ya¬ğıb ki, gəl gö¬rə¬sən. İn¬di bir az sən¬gi¬yib. İnək? Nə inək? (Pau¬za). Ya¬zıq ar¬va¬dın elə bir¬cə inə¬yi var¬dı... Ağa mü¬əl¬li¬mə de¬yin, yar¬dım yaz¬sın, tək ar¬vad¬dı, do¬la¬nı¬şı¬ğı yox¬du. Ay sağ ol. (Pau¬za). Di yax¬şı, sa¬la¬mat qal. Heç, elə-be¬lə zəng vur¬muş-dum… Hə¬lə bil¬mi¬rəm. Sağ ol, sa¬lam de. (Gül¬ya¬ya). Qur¬tar-dıq…
    Gül¬ya: - Hə, dəs¬tə¬yi qo¬yun...
    Al¬xan (dəs¬tə¬yi qo¬yur) : - Hə, evi de¬yi¬rəm... Axı, bu ev ki-min¬dir?
    Gül¬ya: - Ev mə¬nim¬dir, Al¬xan ki¬şi...
    Al¬xan: - Bəs o, özü kim¬dir? O Na¬ğı Şəm¬şi¬ye¬viç¬di, nə¬di?
    Gül¬ya: - İd¬man¬çı¬dır. Da¬ha doğ¬ru¬su, əv¬vəl¬lər id¬man¬çı olub. Tə¬lə¬bə vax¬tı o biz¬də ki¬ra¬yə¬də qa¬lıb. Son¬ra ti¬kin¬ti¬də pro¬rab iş¬lə¬yib. Na¬zir¬li¬yə çə¬kib apar¬dı¬lar, ora¬dan da di¬yir¬lə¬di¬lər aşa¬ğı...
    Al¬xan: - Bəs evə onun nə qa¬rı¬şa¬ca¬ğı?
    Gül¬ya: - Bi¬lir¬siz, doğ¬ru¬su, bu evi alan¬da sə¬nəd¬lə¬rin top¬lan-ma¬sı¬na o da mənə kö¬mək elə¬yib. Bir-iki ta¬nı¬şı¬na da xa¬hiş elə¬miş¬di. Bir söz¬lə işi sü¬rət¬lən¬dir¬miş¬di... Vəssalam.
    Al¬xan: - Nə ol¬sun ki? Am¬ma o sən¬nən bir az baş¬qa cür rəf-tar edir¬di...

    Gül¬ya su¬sur. Nə¬sə tə¬rəd¬düd edir. Al¬xan ki¬şi gə¬zi¬şir, pən¬cə¬rə-dən tez-tez ba¬yı¬ra boy¬la¬nır.

    Gül¬ya: - Mə¬nim hə¬ya¬tım səhv¬lər¬nən do¬lu¬du. Gü¬nah¬la¬rı¬mı heç nə ilə yu¬ya bil¬mə¬rəm.
    Al¬xan: - Ki¬min gü¬na¬hı ol¬mur ki?
    Gül¬ya: - Ba¬xır nə cür gü¬nah... Mən çox şey itir¬mi¬şəm, Alxan kişi... Ha¬mı¬sı da öz ağılsızlığımın uc¬ba¬tın¬dan...
    Al¬xan: - Çox¬dan ta¬nı¬yır¬san onu?
    Gül¬ya: - Çox¬dan... Lap tə¬lə¬bə¬lik¬dən... On¬da mən uşaq idim. Na¬ğı bir dos¬tu ilə biz¬də ki¬ra¬yə¬də qa¬lır¬dı. Ağa idi onun adı...
    Al¬xan: - Yox¬sa bi¬zim Ağa mü¬əl¬lim¬nən? İd¬man mü¬əl¬li¬mi¬di kənd¬də...
    Gül¬ya: - Hər iki¬si bə¬dən tər¬bi¬yə¬si ins¬ti¬tu¬tun¬da oxu¬yur¬du...
    Al¬xan: - Bıy, be¬lə söy¬lə! Ağa mü¬əl¬lim yax¬şı adam¬dır, o be-lə sə¬feh¬lər¬nən ni¬yə otu¬rub-du¬rur¬muş gö¬rən? Ba¬yaq elə te¬le-fon¬da Ağa mü¬əl¬li¬mi so¬ruş¬dum də...
    Gül¬ya: - O vaxtlar Na¬ğı da pis oğ¬lan de¬yil¬di, Al¬xan ki¬şi. Onu iç¬ki kor¬la¬yı bu kökə saldı... Qa¬dın¬lar da bir yan¬dan...
    Al¬xan: - De¬yi¬rəm, axı... Ar¬vad¬lar yı¬xan evi, heç tan¬rı da qu¬ra bil¬məz...
    Gül¬ya: - Mən ona pis¬lik et¬mə¬mi¬şəm...
    Al¬xan: - Mən sə¬ni de¬mi¬rəm ki...
    Gül¬ya: - Düz¬dür, əv¬vəl¬lər bir az xo¬şu¬ma gə¬lir¬di, son¬ra ya-xın¬dan bə¬ləd ol¬dum... Gör¬düm adam¬lıq¬dan pa¬yı yox¬dur... İn¬di ya¬zı¬ğım gə¬lir ona... Həm də nif¬rət edi¬rəm...
    Al¬xan: - Ai¬lə¬si var?..
    Gül¬ya: - Var... Ar¬va¬dı, uşaq¬la¬rı...
    Al¬xan: - Bəs ev¬li ada¬mın sə¬nin¬lə nə əla¬qə¬si?..
    Gül¬ya: - De¬dim də... Elə-be¬lə... Ca¬van¬lıq¬dı... Mən də tək¬lik-dən ca¬na yı¬ğıl¬mış¬dım... O vaxt iş¬lə¬mir¬dim... Na¬ğı kö¬mək elə¬di, işə dü¬zəl¬dim-mü¬ha¬sib¬li¬yə...
    Al¬xan: - O, ye¬nə sə¬nə kö¬mək¬lik edir¬mi?
    Gül¬ya: - Onun¬la çox¬dan qur¬tar¬mı¬şam. Xey¬li vaxt¬dı əla¬qə-miz yox idi. Hər¬dən zəng vu¬rur¬du, ca¬vab ver¬mir¬dim. Bu gün ha¬ra¬dan¬sa pey¬da ol¬du...
    Al¬xan: - Bəl¬kə sa¬bah ye¬nə gəl¬di?
    Gül¬ya: - Xey¬ri yox¬dur. Mən öz sö¬zü¬mü çox¬dan de¬mi¬şəm... Mə¬nə ev¬li adam əl ver¬mir... Özü də be¬lə¬si: ko¬bud, da¬va¬kar, sö¬yüş¬cül... Hə¬lə sər¬xoş olan¬da gö¬rə¬siz onu...
    Al¬xan: - Al¬lah elə¬mə¬sin... Sə¬nə gö¬rə de¬yi¬rəm. Mə¬nə nə dəx-li var ki? Hər hal¬da uzaq ol... Ca¬van adam¬san, öz adı¬nı göz¬lə... İn¬di nə et¬mək fik¬rin¬də¬sən?
    Gül¬ya: - İs¬tə¬yi¬rəm ki, tez¬lik¬lə Mosk¬va¬ya - rə¬fi¬qə¬min ya¬nı¬na ge¬dim. Son¬ra¬sı¬na ba¬xa¬rıq... Ta¬le¬di, bəl¬kə nə vaxt¬sa qis¬mə-ti¬mə bir yax¬şı adam çıx¬dı, tə¬zə¬dən ai¬lə qu¬ra¬sı ol¬dum.
    Al¬xan: - Əl¬bət¬tə... Hə¬lə ca¬van¬san... Bir də ki, ada¬ma hə¬yan hə¬mi¬şə gə¬rək¬di... Ələl¬xü¬sus, yaş¬laşanda...

    Pau¬za.

    Gül¬ya: -Al¬xan ki¬şi, siz gə¬lə¬cək¬də şə¬hər¬də ya¬şa¬maq niy¬yə-tin¬də¬siz?
    Al¬xan: - Yox... Ne¬çə vaxt¬dı bur¬da¬yam, am¬ma elə kənd çə-kir mə¬ni... Elə bil kö¬küm o tor¬paq¬da¬dır... Kök¬süz ağac da ki, özün bi¬lir¬sən, tez qu¬ru¬yar...
    Gül¬ya: - Ni¬yə ki? Ha¬mı¬lıq¬la kö¬çüb gə¬lə bi¬lər¬siz... Za¬min də, göz dəy¬mə¬sin, qo¬çaq oğ¬la¬na ox¬şa¬yır...
    Al¬xan: - Qo¬çaq¬lı¬ğı¬na sö¬züm yox¬dur... Am¬ma heç bir işi axı¬ra¬can gö¬rüb qur¬ta¬ran de¬yil. İn¬di¬ki ca¬van¬la¬rın ha¬mı¬sı ki-mi o da hər¬dəm¬xə¬yal¬dı. Biz az da tərs¬li¬yi var... Ney¬lə¬yim, başından ke¬çə¬si de¬yi¬ləm ki, oğ¬lum¬du...
    Gül¬ya: - Hiss olu¬nur ki, siz özü¬nüz də yax¬şı ata¬sız. Özü də çox güc¬lü adam¬sız. De¬dim, yə¬qin Na¬ğı si¬zi xurd-xə¬şil edə-cək... Axı, o, idmançıdır… An¬caq siz onu top ki¬mi vu¬rub at¬dı¬nız.
    Al¬xan: - Üzü¬nə ba¬xan¬da bil¬dim ki, içi boş¬dur. Bir də ki, adam qo¬lu¬na gü¬vən¬məz...
    Gül¬ya: - Am¬ma onun dər¬si¬ni yax¬şı ver¬di¬niz, Al¬xan ki¬şi... Bir də hər¬lən¬məz bu tə¬rəf¬lə¬rə... (Kreslonun çiyinliyindən asılmış papağa işarə ilə). Hətta papağını da qoyub qaçdı…
    Al¬xan (gülür): - He-he-he… Hə, elədir… Bəs o, bil¬di¬ mən ki¬məm?
    Gül¬ya: - Əl¬bət¬tə. Mən de¬dim ona...
    Al¬xan: - Nə de¬din? Nə¬yi de¬din?
    Gül¬ya: - De¬dim ki, bu ki¬şi¬yə ərə get¬mi¬şəm… Vəssalam… Elə mə¬ni də ona gö¬rə vur¬du.
    Al¬xan: - İnan¬dı ki, sən deyənə?
    Gül¬ya: - Ni¬yə də inan¬ma¬sın? Bir də ki, be¬lə güc¬lü, boy-bu-xun¬lu ki¬şi¬yə ərə get¬mə¬yi qa¬dın¬la¬rın ço¬xu is¬tə¬yər...
    Al¬xan (gü¬lür) : - He-he-he... Mə¬nim hay-ha¬yım ge¬dib, vay-va¬yım qa¬lıb... Nə güc, nə boy-bu¬xun, nə baz¬bu¬rut?...
    Gül¬ya: - Al¬xan ki¬şi, xət¬ri¬ni¬zə dəy¬mə¬sə, siz¬dən bir söz so¬ru-şar¬dım.
    Al¬xan: - Bu¬yur. Xət¬ri¬mə dəy¬sə, du¬rub su içə¬rəm...
    Gül¬ya: - Elə isə dü¬zü¬nü de¬yin. Heç ar¬va¬dı¬nız rəh¬mə¬tə ge-dən¬dən son¬ra ai¬lə qur¬maq ba¬rə¬də dü¬şün¬mü¬süz?..
    Al¬xan: - Mən?.. (Uta¬nır). Bu sinni¬də,bu yaşda nə ai¬lə qur-maq, nə ev¬lən¬mək? Eşi¬dib-bi¬lən nə de¬yər? Ca¬ma¬at gül¬məz-mi mə¬nə, ay Gülya xanim?...
    Gül¬ya: - Bə¬yəm, ai¬lə¬ni ca¬ma¬at üçün qu¬rur¬lar? Bu, şəx¬si mə¬sə¬lə¬dir. Baş¬qa¬sı¬nın şəx¬si işi¬nə qa¬rış¬maq isə, yəqin ki, tər¬bi¬yə¬siz¬lik¬dir. Elə de¬yil¬mi?
    Al¬xan: - Bəl¬kə də elə¬dir. Nə bi¬lim, val¬lah... Mə¬nim o boy¬da uşaq¬la¬rım...
    Gül¬ya: - On¬lar öz ta¬le¬lə¬ri¬ni qu¬ra¬caq¬lar...
    Al¬xan: - Elə¬dir... Va¬li¬dey¬nə öz¬gə nə la¬zım¬dır ki?
    Gül¬ya: - Hə¬rə öz hə¬ya¬tı¬nı is¬tə¬di¬yi ki¬mi ya¬şa¬ma¬lı¬dır.
    Al¬xan: - Hə¬rə¬nin öz qis¬mə¬ti var... Al¬nı¬mı¬za nə ya¬zı¬lıb¬sa, o da ola¬caq.
    Gül¬ya: - "Al¬nı¬mı¬za nə ya¬zı¬lıb¬sa"... Be¬lə çı¬xır ki, bi¬zim öm-rü¬mü¬zün pla¬nın kimsə baş¬qa¬sı cı¬zır?...
    Al¬xan: - Yə¬qin ki...
    Gül¬ya: - Anam hə¬mi¬şə de¬yir¬di ki, ba¬la, qa¬dın ki¬şi¬nin qa¬bır-ğa¬sın¬dan qo¬pub. Gə¬rək ada¬ma ha¬lal süd əm¬miş bir ki¬şi rast gəl¬sin. Yox¬sa, qa¬dın tək¬qa¬nad¬lı bir quş ki¬mi¬dir...
    Al¬xan: - Doğ¬ru¬su, in¬di¬ki döv¬rün qa¬dın¬la¬rı¬na mə¬nim ya¬zı-ğım gə¬lir.
    Gül¬ya: - Nə üçün?
    Al¬xan: - Mən bu¬ra¬ya - şə¬hə¬rə gə¬lən¬dən son¬ra be¬lə bir fik¬rə gəl¬mi¬şəm.
    Gül¬ya: - O, nə fi¬kir¬dir elə, Al¬xan ki¬şi?
    Al¬xan: - Bu¬ra¬da qa¬dın¬lar həm ki¬şi işi gö¬rür¬lər, həm də qa-dın.
    Gü¬la (gü¬lür): - Ha-ha-ha... Düz tap¬mı¬sız, Al¬xan ki¬şi... Əs-lin¬də mən özüm həm qa¬dı¬nam, həm də ki¬şi...
    Al¬xan: - De¬yi¬rəm də...

    Gül¬ya pia¬ni¬no ar¬xa¬sı¬na ke¬çib ça¬lır və mah¬nı oxu¬yur.

    Gül¬ya: -
    Sən hamını unutsan da
    Unutma məni, unutma.
    Diz çökürəm, yalvarıram,
    Unutma məni, unutma.

    Gülya ani olraq fasilə verir. Alxan təəccüblə onu süzür.

    Al¬xan: - Bəs sonrası necə oldu?
    Gül¬ya: - Sonrası? Bəlkə birlikdə oxuyaq?
    Al¬xan: - Elə səsim yoxdur. Amma sən kömək etsən…

    Musiqi. On¬lar bir¬lik¬də du¬et oxu¬yur¬lar.

    Gül¬ya: -
    Yaşa ömrün hər üzünü,
    Unutma məni, unutma.
    Unutsan da sən özünü -
    Unutma məni, unutma.

    Al¬xan: -
    Dağ çəkirsən mənə, zalım,
    Cavabsnzdır hər sualım.
    Bir qulaq as, qadan alım,
    Unutma məni, unutma.


    Birlikdə:-
    Mən batmışam çox günaha,
    Ümidim yoxdur sabaha,
    Səni and verrəm Allaha,
    Unutma məni, unutma.

    Gül¬ya (pia¬ni¬no ar¬xa¬sın¬dan du¬rur): - Hə, ne¬cə¬dir?..
    Al¬xan: - Əla. Bə¬rə¬kal¬lah.
    Gül¬ya: - Elə siz də pis oxumursuz… Ürəyə yatan səsiniz var…
    Al¬xan: - Yox, bilirəm ki, mənim səsim dəyirman daşının xırıltısına oxşayır… Amma sənin səsin… Maşallah, va¬leh ol¬dum ça¬lıb- oxu¬ma¬ğı¬na. Ba¬ğış¬la, bir söz so¬ru¬şum, sən mühasib¬sən, yox¬sa mü¬ğən¬ni?
    Gül¬ya: - Əs¬lin¬də mən bux¬qal¬ter-mü¬ğən¬ni¬yəm...
    Al¬xan: - O, ne¬cə olur elə?..
    Gül¬ya: - Olur də... Mən əv¬vəl¬cə mu¬si¬qi mək¬tə¬bi¬ni bi¬tir¬mi-şəm, son¬ra mühasibliyi...
    Al¬xan: - Val¬lah, sən əsl mü¬ğən¬ni¬sən...
    Gül¬ya: - Al¬xan ki¬şi, bəl¬kə ürə¬yiniz¬dən oynamaq ke¬çir?
    Al¬xan: - Gizlətmirəm, mənim ara¬bir qol atıb oy¬na¬ma¬ğım var...
    Gül¬ya: - Hə, bu başqa məsələ…Elə¬sə si¬fa¬riş ve¬rin... Han¬sı ha¬va¬nı is¬tə¬yir¬si¬niz?..
    Al¬xan: - Han¬sı ha¬va de¬yən¬də ki?... Sə¬nin kön¬lü¬nə han¬sı ha-va dü¬şür¬sə çal... "Ho¬pus¬top"dan tut¬muş "Tə¬rə¬kə¬mə¬yə", "Ləz¬gin¬ka¬dan" tut¬muş "Vağ¬za¬lı"ya qə¬dər... Gö¬rü¬rəm yax¬şı bar¬ma¬ğın var...
    Gül¬ya (gü¬lüm¬sə¬yir): - Ol¬du... Bu də¬qi¬qə... Nənəm deyərdi ki, on¬suz da bu dün¬ya¬nın bir ya¬nı ar¬sız¬lıq¬dır...
    Al¬xan: - Ar¬sız¬lıq ni¬yə? Bə¬yəm oxu¬yub-oy¬na¬maq ar¬sız¬lıq-dı? Mən hə¬mi¬şə dərd-sə¬rim olan¬da ya züm¬zü¬mə edi¬rəm, ya da qol atıb oy¬na¬yı¬ram özümçün...
    Gül¬ya: - Hə, deyirəm axı…
    Al¬xan: - Yax¬şı¬sı bu¬dur, bir ha¬va ça¬la¬san... Nə¬sə sü¬mü¬yüm tər¬pən¬di.

    Gül¬ya pia¬no¬da rəqs ha¬va¬sı ça¬lır. Al¬xan irə¬li çı¬xıb oy¬na¬yır. Gül¬ya ona qo¬şu¬lub rəqs edir.

    Gül¬ya (əli¬ni Al¬xa¬nın çiy¬ni¬nə qo¬yur): - Hə, ne¬cə¬dir?
    Al¬xan: - Ar¬vad rəh¬mə¬tə ge¬dən¬dən son¬ra ilk də¬fə¬dir ki, be¬lə ürək¬dən oy¬na¬yıb oxu¬yu¬ram.
    Gül¬ya: - Ki¬şi¬lə¬rin və¬fa¬sı elə bu qə¬dər olur¬muş, Al¬xan ki¬şi...
    Al¬xan: - Yox, elə de¬mə¬, mən öz ar¬va¬dı¬ma hə¬mi¬şə və¬fa¬lı ol-mu¬şam, Gül¬ya...
    Gül¬ya: - Doğ¬ru¬dan? (Naz¬la¬na¬raq). Düz de¬yir¬siz, Al¬xan ki-şi?
    Al¬xan: - Əl¬bət¬tə... Mən hə¬mi¬şə ta¬le¬yi¬mi, öz öm¬rü¬mü ya¬şa-mı¬şam...
    Gül¬ya: - Ya¬şa¬maq hə¬lə az¬dır, Al¬xan ki¬şi. Ba¬xır ne¬cə ya¬şa-yır¬san...
    Al¬xan: - Adam gə¬rək, adam ki¬mi ya¬şa¬sın...
    Gül¬ya: - Mən adam ki¬mi ya¬şa¬ma¬mı¬şam. Öm¬rün-gü¬nün qiy¬mə¬ti¬ni bil¬mə¬mi¬şəm.
    Al¬xan: - Hə, gə¬rək vax¬tın¬da bi¬lə¬sən hər şe¬yin qiy¬mə¬ti¬ni... Hə¬lə də gec de¬yil. Nə ya¬şın var ki? Elə bir ya¬na ba¬xan¬da mən özüm də... Biz nə¬sil¬lik¬cə uzun ya¬şa¬ya¬nıq. Mən¬cə öm¬rü tə¬zə-tə¬zə ya¬rı elə¬yi¬rəm...
    Gül¬ya: - Heç ölüm ba¬rə¬də fi¬kir¬lə¬şir¬siz, Al¬xan ki¬şi?
    Al¬xan: - Kim fi¬kir¬ləş¬mir bu haq¬da? Ba¬xır nə vaxt...
    Gül¬ya: - Mən hər gün fi¬kir¬lə¬şi¬rəm. Yu¬xu¬da tez-tez özü¬mü ta¬but¬da gö¬rü¬rəm.
    Al¬xan: - Elə mən də... Am¬ma is¬tə¬yi¬rəm ki, o dün¬ya¬ya is¬tə-di¬yim adam¬la¬rın çiy¬nin¬də ge¬dim. Doğ¬ma adam¬lar¬dan əv¬vəl öl¬mək- ya¬man ağır dərd¬dir. Am¬ma şə¬hər¬də öl¬mək is¬tə¬məz-dim.
    Gül¬ya: - Ölən¬dən son¬ra nə fər¬qi var ki? Şə¬hər ol¬sun, ya kənd...
    Al¬xan: - Fərq deyəndəki... Düz¬dür, elə fər¬qi yox¬dur. Am¬ma de¬yir¬lər şə¬hər¬də ölü¬nü ur¬vat¬sız bas¬dı¬rır¬lar. O il¬lə¬ri qon¬şu-muz Ta¬lıb ki¬şi şə¬hə¬rə gəl¬miş¬di. De¬yir ki, rəh¬mə¬tə get¬miş bir ar¬tis¬ti qəb¬ris¬tan¬lı¬ğa apa¬rı¬rı¬dın¬lar, am¬ma ca¬ma¬at ağ¬la¬maq əvə¬zi¬nə gü¬lür¬dü.
    Gül¬ya: - Yə¬qin ko¬mik ar¬tist olub?
    Al¬xan: - Bil¬mi¬rəm... Ölü-ölü¬dür, ona gül¬mək, elə özü¬nün qar¬şı¬da¬kı ölü¬mü¬nə gül¬mək¬dir...
    Gül¬ya: - Siz çox dün¬ya¬gör¬müş adam¬sız, Al¬xan ki¬şi... Hə-səd apa¬rı¬ram si¬zə, si¬zin ürə¬yi¬ni¬zə. Siz yə¬qin ki, mə¬nim ki¬mi qa¬dın¬la heç vaxt b ir damın altda ya¬şa¬ya bil¬məz¬diz, Al¬xan ki¬şi!
    Al¬xan: - Nə bil¬mək olar? Bu dün¬ya¬da hər şey müm¬kün-dür...
    Gül¬ya: - Düz de¬yir¬siz, hər şey müm¬kün¬dür! Hət¬ta, siz bu ev¬də hə¬mi¬şə¬lik qa¬la bi¬lər¬siz... Bu da ola bi¬lər...
    Al¬xan: - Mən? Əl¬bət¬tə, ev mə¬nim¬dir, qa¬la da bi¬lə¬rəm. Bəs sən?
    Gül¬ya (gülür): - Al¬xan ki¬şi, bir söz soruşum, siz is¬tər¬di¬niz-mi mən də qa¬lım?
    Al¬xan: - Ha¬ra¬da?
    Gül¬ya: - Bu¬ra¬da...
    Al¬xan (du¬ru¬xur) : - Axı, sən de¬din ki, ev ala¬caq¬san, be¬hi¬ni də ver¬mi¬sən. Bir-iki gü¬nə kö¬çüb ge¬də¬cək¬sən...
    Gül¬ya: - Əgər bu¬ra¬da qal¬maq is¬tə¬səm? On¬da ne¬cə?
    Al¬xan: - Bu¬nu gö¬rək Za¬min¬lə da¬nı¬şıb həll edəy¬din. İn¬di gec de¬yil¬mi?
    Gül¬ya: - Za¬min də mə¬nim ala¬ca¬ğım mən¬zil¬də ya¬şa¬ya bi¬lər...
    Al¬xan: - Ra¬zı olar¬mı?
    Gül¬ya: - Ni¬yə ol¬mur?.. Özü də ev şə¬hə¬rin mər¬kə¬zin¬də¬dir. Bir də ki, hər şey siz¬dən ası¬lı¬dır.
    Al¬xan: - Mən ki¬məm, axı? Beş-üç gü¬nün qo¬na¬ğı...
    Gül¬ya: - Siz bu ev¬lə¬rin ha¬mı¬sı¬nın sa¬hi¬bi ola bi¬lər¬siz... Hər iki evin sənədi sizdə olar…
    Al¬xan: - Yox, bir ev bəs¬dir... Nə gə¬zir biz¬də o qə¬dər pul?
    Gül¬ya: - Özü¬nüz de¬di¬niz, axı, hər şe¬yi pul¬la ölç¬mək ol¬maz ki...
    Al¬xan: - Hə də... Elə bu ev də mə¬nim¬dir... Za¬min mə¬ni qo-va¬sı de¬yil ki?
    Gül¬ya: - Mən gö¬rü¬rəm ki, siz söh¬bə¬tin səm¬ti¬ni qəs¬dən də-yiş¬mək is¬tə¬yir¬siz?
    Al¬xan: - Mən? Ni¬yə ki? Elə mən də sən de¬yə¬ni de¬yi¬rəm də...
    Gül¬ya: - Mən de¬yə¬ni? Siz bu¬ra¬da hə¬mi¬şə¬lik qal¬maq is¬tə¬yir-siz¬mi? Əl¬bət¬tə, is¬tə¬sə¬niz qa¬la bi¬lər¬siz, tək adam¬sız. Lap is-tə¬sə¬niz hər¬dən kənd¬də¬ki evi¬ni¬zə də baş çə¬kər¬siz...
    Al¬xan: - Hər¬dən?.. Yox, mən Za¬mi¬nin qa¬yıt¬ma¬ğı¬nı göz¬lə¬yi-rəm. On¬nan son¬ra nə itim azıb bu¬ra¬lar¬da? Da¬rıx¬mı¬şam ev üçün. İn¬di o dağ¬lar da mən¬siz qə¬rib¬sə¬yib, Gül¬ya xa¬nım... Bil¬mi¬rəm sən heç dağ gör¬mü¬sən¬mi?
    Gül¬ya: - Dağ? Hə... Gör¬mü¬şəm... Ni¬yə gör¬mə¬mi¬şəm ki?..
    Al¬xan: - Bu¬ra¬lar¬da gö¬zü¬mə dağ dəy¬mir. Dü¬zən¬lik¬di. Dağ baş¬qa şey¬di. Ba¬şı¬nı qal¬dı¬rıb zir¬və¬yə ba¬xır¬san, si¬nən at¬la¬nır. Bəh-bəh...
    Gül¬ya: - Bu¬ra¬nın da öz gö¬zəl¬li¬yi var...
    Al¬xan: - Buranın təkcə gecələrini xoşlayıram. Elə bil ulduzlar göydən yerə lənir...

    Te¬le¬fon zən¬gi. Gül¬ya dəstəyi gö¬tü¬rür.

    Gül¬ya (dəs¬tə¬yə): - Eşi¬di¬rəm... Axı, sən in¬san de¬yil¬sən... Hə-lə qa¬şı-gö¬zü, qu¬lağı-bu¬r¬nu, nə bi¬lim ta nə¬yi-nə¬mə¬nə¬si ol-maq heç kə¬sə əsas ver¬mir ki, de¬sin- mən ki¬şi¬yəm... Sən dün¬ya¬nın ən ax¬maq, ən al¬çaq ada¬mı¬san, Nağı. Sə¬nin üçün dün¬ya kef-da¬maq, şəh¬vət, ye¬mək-iç¬mək¬dir. Mən sə¬nin¬lə ke-çən gün¬lə¬ri¬mə nif¬rət edi¬rəm. Elə özü¬mə də... Poz¬ğun sən özün¬sən, Na¬ğı... Dün¬ya¬nın ən lə¬ya¬qət¬li, na¬mus¬lu qa¬dı¬nı da əx¬laq¬sız ki¬şi¬yə ür¬cah olan¬da öz yo¬lun¬dan çı¬xa bi¬lər... Bə¬li, bə¬li.. Əsl ki¬şi öz yo¬lun¬dan çıx¬mış qa¬dı¬nı be¬lə, dün¬ya¬nın ən na¬mus¬lu qa¬dı¬nı edər. Mən tü¬pü¬rü¬rəm sə¬nin ki¬mi ki¬şi¬lə¬rə və sə¬nin ki¬mi¬lə¬rin ki¬şi¬li¬yi¬nə... Sən bir də bu evin hən¬də¬və¬ri¬nə gə¬lə bil¬mə¬yə¬cək¬sən. Bə¬li, in¬di mə¬nim ar¬xam¬da dağ var. Mən başımı qaldırıb o dağa baxanda sinəm atlanır. O, əsl ki¬şi¬dir... O, sə¬nin ta¬yın de¬yil.
    Al¬xan (Gül¬ya¬ya ya¬xın¬la¬şır, əli¬ni te¬le¬fo¬nun dəs¬tə¬yi¬nə uza¬dır): - Ye¬nə o səfehdir? Ver o te¬le¬fo¬nu mə¬nə, qoy ona bir-iki kəlmə söz deyim, dəymişi dura-dura kalı da tökülsün...
    Gül¬ya (te¬le¬fo¬nun dəs¬tə¬yi¬nə): - Hə, de¬yə¬sən sə¬sin bat¬dı? Ni¬yə su¬sur¬san?! Bax, be¬lə ölər¬sən ha! İlan ulduz görəndə…

    Gül¬ya dəs¬tə¬yi qo¬yur. Ye¬nə te¬le¬fon zən¬gi.

    Al¬xan: - Ye¬nə o zır¬ra¬ma¬dır yə¬qin. Ver gö¬rüm te¬le¬fo¬nu..
    Gül¬ya (dəs¬tə¬yi gö¬tü¬rür): - Bu dəqiqə… Alo! Bə¬li. Bə¬li! Eşi-di¬rəm. Mə¬nəm! (Pau¬za). Ol¬du. Əley¬kə¬sa¬lam. (Pau¬za). Müt-ləq. Müt¬ləq. Ça¬ğı¬rım te¬le¬fo¬na? Yox? Yaxşı, on¬da gə¬lən¬də özünə de¬yər¬siz. Sağ olun! (Dəs¬tə¬yi qo¬yur). Oğ¬lu¬nuz¬dur...
    Al¬xan: - Mə¬nim?
    Gül¬ya: - Hə, Za¬min¬di... De¬yir, nədənsə təy¬ya¬rə¬yə mi¬nik gecikir. Hə, bir də de¬di ki, ata¬ma de¬yi¬lə¬si va¬cib bir sö¬züm var¬dı, nə¬sə ya¬dım¬dan çıx¬dı...
    Al¬xan: - Təyyarə gecikir deyirsən hə? Bəs niyə evə gəlmir onda? De¬yi¬lə¬si sö¬zü var¬dı?.. Nə söz¬dü gö¬rən? Gəlib desin də… Bu, nə ağılsız uşaqdır...
    Gül¬ya: - Narahat olmayın, Alxan kişi. Lazım olsa qayıdıb gələr… Yax¬şı oğ¬lu¬nuz var... İs¬ti¬qan¬lı, məri¬fət¬li...
    Al¬xan: - Hə, Gül¬ya xa¬nım, öv¬la¬dın pi¬si ol¬mur ki... Səh¬vi də, qə¬lə¬ti də ol¬sa, ye¬nə öv¬lad- övlad¬dır...
    Gül¬ya: - Al¬xan ki¬şi, mən ge¬dim. Ar¬tıq gec¬dir. Qa¬ran¬lıq çox¬dan dü¬şüb.
    Al¬xan: - Öz işin¬di... Am¬ma... Bu vax¬t ha¬ra ge¬də¬si¬sən ki? Öz evin¬dir də... Mən ge¬dib qəs¬tin¬də də qa¬la bi¬lə¬rəm...
    Güy¬la: - Ni¬yə? Ev si¬zin¬dir... Heç ya¬na get¬mə¬yin...
    Al¬xan: - De¬mək, hə¬rə¬mi¬zə bir otaq dü¬şür... (Gü¬lür).Tə¬ki dərd otaq dər¬di ol¬sun...
    Gül¬ya: - Əl¬bət¬tə... Adam¬lar bir-bi¬ri¬ni ba¬şa dü¬şən¬dən son¬ra, elə bu gö¬yün al¬tı da isti bir otaq olar...
    Al¬xan: - Bax, bu¬nu yax¬şı de¬din... (Ye¬nə gü¬lür). Ağıllı qızsan.
    Gül¬ya ( gə¬zi¬nir) : - Məndə ağıl nə gəzir ki, Hə... Si¬zin ye¬ri-ni¬zi han¬sı otaq¬da açım, Al¬xan ki¬şi?..
    Al¬xan: - Ha¬ra¬da ürə¬yin is¬tə¬yir? Bəs sən özün ha¬ra¬da yat-maq is¬tə¬yir¬sən? Orada, yoxsa burada?..
    Gül¬ya: - Mən hə¬mi¬şə o bi¬ri¬si otaq¬da ya¬tı¬ram...
    Al¬xan: - On¬da mə¬nim ye¬ri¬mi bu di¬va¬nın üs¬tün¬də aç...
    Gül¬ya: - So¬yuq ol¬maz ki?.. De¬yə¬sən, hələ də ya¬ğır...
    Al¬xan: - No¬lar?.. Mən so¬yuq¬dan, səs-küy¬dən qor¬xan de¬yi-ləm. Mən əs¬lin¬də heç nə¬dər qorx¬mu¬ram.
    Gül¬ya: - Mən bu¬na əmin ol¬dum... Yax¬şı, on¬da ya¬taq... Ge-cə-ge¬cə¬dən ke¬çir.
    Al¬xan: - Yax¬şı... Am¬ma o Uru¬set söh¬bə¬ti¬ni ba¬şın¬dan çı-xart. Qa¬dın xey¬la¬ğı¬nın qür¬bət¬də nə işi? Elə de¬yil¬mi?
    Gül¬ya: - Nə bi¬lim?.. Hər şey qis¬mət¬dən ası¬lı¬dır, Al¬xan ki-şi...
    Al¬xan (pən¬cə¬rə¬yə ya¬xın¬la¬şır): - Hə, ya¬ğış hə¬lə kəs¬mə¬yib... Tez-tez ya¬ğır bu tə¬rəf¬lə¬rə?...
    Gül¬ya: - Yox... Am¬ma mən ya¬ğı¬şı xoş¬la¬yı¬ram. Elə bil o dam¬cı¬lar si¬nir¬lə¬ri¬mə, əsəb¬lə¬ri¬mə ya¬ğır. Din¬cə¬li¬rəm...
    Al¬xan: - Elə tor¬paq da din¬cə¬lir.
    Gül¬ya (gü¬lür): - Mə¬nim bir ta¬nı¬şım var¬dı, hə¬mi¬şə de¬yər¬di: qa¬dın - tor¬paq ki¬mi¬dir...
    Al¬xan: - Tor¬paq ol¬ma¬ğı¬na tor¬paq¬dır, am¬ma bəzən torpaqdan qanqal da cücərir...
    Gül¬ya (gü¬lür): - Elə¬dir... Yax¬şı, ge¬cə¬n xey¬rə qal¬sın, Al-xan...
    Al¬xan: - Xey¬rə qar¬şı... (Du¬ru¬xur). Gül¬ya...
    Gül¬ya: - Eşi¬di¬rəm, Al¬xan...

    Göy gü¬rül¬tü¬sü eşi¬di¬lir.

    Al¬xan: - Heç, elə-be¬lə... De¬yə¬sən, ba¬yır¬da şim¬şək ça¬xır...
    Gül¬ya: - Oy-y-y... Mən il¬dı¬rım¬dan, şim¬şək sə¬sin¬dən qor¬xu-ram...
    Al¬xan: - Nə edək? Şim¬şəkdi, qoy çaxır çaxsın... O da Na-ğı Şəm¬şi¬ye¬viç de¬yil ki, di¬şi¬ni tö¬küb nədi o… eskopo¬to¬lo-qdu-nədi, onun ya¬nı¬na gön¬də¬rim...
    Gül¬ya (onun qar¬şı¬sın¬da da¬ya¬nıb gülümsəyir): - Yəqin stomotoloq demək istəyirsən... Alxan kişi...
    Al¬xan: - Eşidirəm. Qulağım səndədir. Nə demək istəyirsən?
    Gül¬ya: - Onu demək istəyirəm ki, sən hər kəsdən, hər şeydən güclüsən, Al¬xan... Hətta, şımşəkdən də…
    Al¬xan: - Ke¬ç öz ota¬ğı¬na, Gül¬yanaq… Mənsə qoy sənin sə-nin keşiyini çə¬kim...
    Gül¬ya: - Mə¬nə bir sö¬zün yoxdu ki?..
    Al¬xan: - Var... Am¬ma in¬di de¬mək is¬tə¬mi¬rəm o sö¬zü... Dü-şər-düş¬mə¬zi olar bir¬dən. Qoy qal¬sın sa¬ba¬ha. Ax¬şa¬mın xey-rin¬dən sabahın şə¬ri yax¬şı¬dır... Hər işin ba¬şın¬da səbr du¬rur. Elə de¬yil¬mi?
    Gül¬ya: - Elə mə¬nim də Si¬zə de¬yi¬lə¬cək sö¬züm var.
    Al¬xan: - O, nə sözdür elə?

    Göy gurultusu. Şimşək çaxır. Yağış səsi. Qapı zəngi. Səidə gəlir. Alxan və Gülya təəccübləonu süzür. Sükut.

    Səidə: - Bağışlayın, siz allah... Bayaq mən buradan çıxıb gedəndə gördüm ki, Nağı hirslə üzü bu tərəfə gəlir. Gülya, yaman narahat qaldım səndən...
    Gül¬ya: - Narahatlığa əsas yoxdur... Mən indi heç kəsdən qorxmuram...
    Al¬xan: - Səidə xanim, düz edib gəlmisən. Gülyanaq yalan deyir,o, təklikdən qorxur. Sən o biri otaqda onunla yatarsan...

    Gülüşürlər. Qapı zəngi. Hamı heyrətlə bir-birinə baxır.

    Gül¬ya: - Birdən yenə o olar...
    Səidə: - Nağını deyirsən?
    Al¬xan: - Mən ona elə bir qulaqburması vermədim ki, bir də buralara hərlənə.

    Gülüşürlər. Zamin gəlir.

    Zamin:- Salam. Axşamınız xeyir. Ata, narahat olma. Sadəcə olaraq, təyyarənin uçuşu havanın bu vəziyyətinə görə təxirə salındı. Mən də evə qayıdası oldum.
    Hami: - Xoş gəlmisən... Düz etmisən...
    Al¬xan: - Yaxşı eləyib gəlmisən. Həm də mənə deyiləsi sözün var deyəsən.
    Zamin (gülür):- Sonra deyərəm...
    Al¬xan: - Bu gün hamının sözü var... Amma hamı o sözü sonraya saxlayıb. Eybi yox, qoy olsun. Amma bu şərtlə ki, hər söylənilən sözdə bir işıq, bir işartı olsun. Elə deyilmi?
    Hami: - Elədir... Doğrudur... Düzdür.

    Yağışın səsi gülüş səslərinə qarışır. Bu əsnada Nağı Şəmşlyeviç gəlir, papağını götürüb başına qoyur. Hamı ona nəzər salır. Göy guruldayır. Musiqi. Oxuyurlar.

    Milyon gülün içindən
    Səni seçərəm, gülüm.
    Ömrün dolaylarından
    Sənlə keçərəm, gülüm.

    Sənsiz nədir bu aləm?
    Qəlbimə çökər ələm.
    Yollarında bitsə qəm-
    Qəmi biçərəm, gülüm.

    Sən özün boyda ürək,
    Baxışın odlu şimşək,
    Gülüşünü şərab tək,
    Nur tək içərəm, gülüm.

    Həsrətini duyandan
    Mən uzağam röyadan-
    Sən dünyamsan, dünyadan
    Sənsiz köçərəm, gülüm.


    Pərdə

    SON
























    QARANLIĞI QOVANLAR

    İki pərdəli dram

    İştirak edirlər:

    Gülçin müəllimə
    Rüstəm baba
    İldırım
    Nurel
    Əzizə
    Zamin
    Nüşabə



    Proloq

    Uzaqdan tank gurultusu, mərmi və güllə səsləri eşidilir.
    Yanıb-sonən işıqların çarpazlaşdığı nöqtədə qardaş-bacı, yəni GÜLÇİN MÜƏLLİMƏ və İLDIRIM, daha doğrusu, onların silueti görünür. Onlar əl-ələ tutub əvvəlcə səhnənin önünə gəlir, sonra üz-üzə dayanırlar. İndi işıq onların sifərinə düşür.

    Gülçin müəllimə. İldırım, qardaşım, axı sən vaxtilə vuruşmusan... Hətta, yara da almısan... Bəlkə indi...
    İldırım. “Bəlkə”si-filanı yoxdur. Mən döyüşə getməliyəm. O ki qaldı vaxtilə döyüşməyimə... Mən onda uşaq idim. Əsgərlərə sursat, güllə daşıyırdım o vaxt. Mənə zarafatla “alay oğlu” deyrdilər. Amma indi... İndi o illər uzaqda qalıb. Mən artıq əsl müharibədə əsl əsgər kimi vuruşacam...
    Gülçin müəllimə. Ta sənə nə deyim? Onsuz da xasiyyətinə bələdəm. Bilirəm ki, sözündən dönən deyilsən. Mənə təkcə o qalır ki, sənə uğur arzulayım. Get, amma özünü qoru.
    İldırım. Gülçin, bacım... Məndən nigaran qalma. Torpaq namus deməkdir. Biz öz namusumuzu qorumalıyıq və qoruyacağıq da. Ən böyük bədbəxtlik bu dünyada ar-namusunu itirmiş insan kimi yaşamaqdır. Yəni vətənsiz, torpaqsız, onun-bunun qotuğuna. Mən buna heç “yaşamaq” da deyə bilmərəm...
    Gülçin müəllimə. Mən səni anlayıram, qardaş... Yəqin ki, sən haqlısan.
    İldırım. Sən öz işlərinlə məşğul ol, Gülçin. Dərslərini de. Onsuz da biz cəbhə bölgəsinə yaxınıq. Uşaqlarımız artıq top səsinə, tank nəriltisinə alışıb. Biz həm də o uşaqlaın gələcəyi üçün vuruşuruq. İstəmirik ki, biz çəkən zilləti onlar da çəksinlər. Qoy onlar dinc, Sakit bir vətəndə yaşasınlar. Biz barıt qoxulu illərdə yaşadıq, bacı...

    Onlar üzlərini səhnəyə sarı çevirib əl-ələ tuturlar. Səhnənin önünə doğru addımlayırlar
    Uzaqdan tappıltı səsləri eşidilir. Sanki əsgər çəkmələrinin səsi get-gedə yaxınlaşır. Əvvəlcə təbil, sonra orkestr marşının sədaları eşidilir.
    Musiqi get-gedə güclənir.


    Birinci pərdə

    Məktəb yaxınlığında adi kənd evlərindən birinin geniş həyəti.
    Əvvəlcə kənd məktəbinin köhnə zənginin səsi eşidilir. Az sonra uşaqlar görünür, onlar – Nurel, Zamin və Nüşabə həyət boyu qaçışır, oynayır, bir sözlə, deyib-gülür, şənlənirlər. Onların əllərində oyuncaq silahlar var.

    Nurel. Ehey, əllər yuxarı...
    Nüşabə. Sən hara atəş açırsan? (Gülür). Ay tapdın ha... Mən buradayam.
    Zamin. Nüşabə, sən ağ xalat geyməlisən.
    Nüşabə. Ağ xalat niyə?
    Zamin. Axı sən həkimsən... Əsgərlərin yarasını sarıyırsan.
    Nüşabə. Yox, mən əsgər geyimində olmalıyam. Çünki mən vuruşan əsgərlərin yanındayam.
    Nurel. Əllər yuxarı!.. Mən düşmən tərəfi atəşə tututram.... Taq-taq-taraq...
    Zamin. Yox, Günel, sən özün indi düşmən tərəfdəsən. Mənsə özümüzünkülər tərəfdə vuruşuram.
    Nüşabə. Yaxşı, onda mən hansı tərəfdəyəm?
    Zamin. Sən Əzizə ilə birlikdə yaralıları xilas edirsən, onları təcili yardım maşınına daşıyırsan.
    Nurel. Yox, Zamin, bu düzgün bölgü olmadı.
    Zamin. Niyə ki?
    Nurel. Yaralıları maşına daşımağa qızların gücü çatmaz.
    Zamin. Mən özüm filmlərdə görmüşəm ki, yaralı əsgərləri qızlar güllə yağışının altından çıxarırlar.
    Nüşabə. Hə, mən də görmüşəm belə kinoları...
    Nurel. Kinoda olanların hamısı doğru deyil ki...
    Nüşabə. Bilirəm... Yaxşı, bəs onda nə edək?
    Nurel. Biz iki yerə bölünürük; mənimlə Əzizə o tərəfdən hücuma keçir...
    Zamin. Buna sağ cinah deyirlər...
    Nüşabə. Bıy, Zamin, sən bunu haradan bilirsən?
    Zamin. Bunu bilməyə nə var ki? (Ciddi). Mən böyüyəndə general olacağam.
    Nüşabə. General? Mən də həkim olacağam...
    Nurel. Bir qulaq asın. “General”, sən o tərəfdən hücuma keçəcəksən.
    Nüşabə. Yəni sol cinahdan...
    Zamin. (Nüşabəyə). Sən “cinah” sözünü məndən öyrəndin.
    Nurel. Yaxşı, bəs bu qız harada qaldı? Əzizə, sən haradasan? (Ətrafa boylanır). Onun yerini bilən varmı?
    Nüşabə. Əzizə elə yerdə gizlənib ki, onu heç kəs tapa bilməz.
    Zamin. Doğru deyirsən, Nüşabə?
    Nüşabə. Əlbəttə, doğru sözümdür.
    Nurel. Bəs sən özün onun yerini bilirsən?
    Nüşabə. Mən? (Duruxur). Yox... Mən haradan bilim ki?
    Zamin. Bəs onda sən haradan bilirsən ki, Əzizəni heç kəs tapa bilməyəcək?
    Nüşabə. Bayaq Əzizə özü dedi...
    Nurel. Nə dedi?
    Nüşabə. Dedi elə yerdə gizlənəçəyəm ki, məni nə qədər axtarsanız da tapa bilməyəcəksiniz.
    Nurel. Əzizə heyyy...
    Zamin. Ay gizləndi ha... Mən indi onu taparam... (Fikrə gedir). Gərək bizim həyətə gedəydik...
    Nurel. Zamin, sizin həyət kiçikdir. Orada oynamaq olmur. Amma bura- Rüstəm babanın həyəti böyükdür. Bir də ki, burada heç kəsə mane olmuruq.
    Nüşabə. Yaxşı, mübahisə etməyin. Bəs biz indi nə edək?
    Zamin. Məncə o, bu yaxınlıqda gizlənib.
    Nüşabə. Gəlin hamımız birlikdə səsləyək...
    Nurel, Nüşabə, Zamin. (Xorla). Əzizə, heyyyy... Haradasan, Əzizə?
    Zamin. Bu qız harada qaldı? Belə zarafat olmaz axı.
    Nurel. Uşaqlar, elə bil ki, uzaqdan səs gəlir. (Ətrafı dinləyir). Eşidirsiz?
    Zamin. Nurel, mən heç nə eşitmirəm.
    Nüşabə. Yox, Zamin, Nurel düz deyir. Elə bil ki, kimsə uzaqdan, lap uzaqdan qışqırır.
    Nurel. Zamin, Nüşabə, bir diqqətlə qulaq asın, bu, Əzizənin səsidir. Eşidirsiniz?

    Həyəcanlı musiqi sədası get-gedə artır. Uşaqlar qışqıra-qışqıra, çaşqın halda müxtəlif istiqamətlərə qaçışırlar.

    Nurel. Əzizə, cavab versənə... Haradasan? Eşidirsən, Əzizə?
    Nüşabə. Əzizə, bu boyda zarafat olmaz axı... Harada gizlənmisən?
    Zamin. Əzizə, səsin gəlir, amma özün yoxsan...
    Əzizə. (Uzaqdan onun boğuq səsi gəlir). Mən buradayam...
    Nurel. “Burada”-yəni harada?
    Əzizə. Yaxınlıqda bir yer var... Qaranlıq bir yer. Düzü, bilmirəm bura haradır...
    Nüşabə. Əzizə, sən yenə zarafat edirsən?
    Zamin. Yox, nə zarafat? Görmürsüz o necə həyəcanlı danışır?
    Nurel. Mən heç nə anlamıram.
    Nüşabə. Bəlkə orada səni həbs ediblər, Əzizə? (Gülür). Doğrudan ey...
    Zamin. Məncə hələlik gülməli bir iş yoxdur.
    Nüşabə. Vallah, məncə o bizimlə zarafat edir.
    Əzizə. (Uzaqdan boğuq səslə). Uşaqlar, mən bayaq bu evin alt qatında gizləndim. Birdən-birə sanki zülmətə düşdüm. İndi yolu tapa bilmirəm ki, çıxım.
    Nurel. O, Rüstəm babanın evinin zirzəmisindədir.
    Zamin. Rüstəm babanın evinin zirzəmisidir ax...
    Əzizə. Hə, deyəsən elədir. Amma zirzəmiyə oxşamır... Əlimlə toxunuram, divatlar hamardır...
    Nüşabə. Gəlin gedək... (İrəli yeriyir). Əzizə orada boğula bilər.
    Nurel. Nüşabə, dayan. Hara belə?
    Nüşabə. Bəs bayaqdan biz döyüşdən, davadan danışırıq. (Ucadan). İndi elə hesab edin ki, döyüş dostumuz əsir düşüb. Biz onu xilas etməliyik. Arxamca gəlin.

    Nüşabə oyuncaq avtomatın tətiyini çəkib irəıi çıxır.
    “Avtomatlardan” sürəkli “atəş” açılır.
    Musiqi. Nurel və Zamin əsgəri addımlarla evə sarı gedirlər.
    Bu əsnada RÜSTƏM BABA görünür. Kişi əvvəlcə təəccüblə, sonra isə təbəssümlə uşaqları süzür.
    Musiqi dəyişir, həzin melodiya eşidilir.

    Rüstəm baba. Ay bala, yenə bu nə oyundur belə çıxarırsız?
    Nüşabə. (Sevincək). Ura, Rüstəm baba gəldi.

    Rüstəm baba yaxınlaşıb uşaqların başını sığallayır.

    Rüstəm baba. Yenə “dava-dava” oynayırsız?
    Zamin. Bəli, Rüstəm baba.
    Əzizə. (Uzaqdan yenə boğuq səslə). Mənə kömək edin...
    Rüstəm baba. O nə səsdir elə?
    Nurel. Biz bayaqdan bəri Əzizəni tapa bilmirik. Onun səsi gəlir, amma özü yoxdur.
    Rüstəm baba. Necə yəni, “səsi gəlir, özü yoxdur”? Heç belə şey olar?
    Nüşabə. O, bayaq mənə dedi ki, xəlvəti bir yer tanıyıram, gedib orada gizlənəcəyəm-heç kəs məni tapmayacaq. İndi biz onu doğrudan da tapa bilmirik.
    Rüstəm baba. (Həyəcanla). Bıy, yoxsa o bizim “yaşıl sarayda” gizlənib?
    Nüşabə. “Yaşıl saray”?... O, nədir elə, Rüstəm baba?
    Rüstəm baba. Dedim də, saray... Şah sarayı kimi bir yer...
    Zamin. Bəyəm evlərin altında saray olur?
    Rüstəm baba. Qoy əvvəlcə görüm bu uşağın səsi haradan gəlir? Əzizə bala, sən haradasan?
    Əzizə. (Boğuq səslə). Buradayam, baba...
    Rüstəm baba. Hə, mən deyən yerdədir... Sonra sizə danışaram bu nə “saraydır” elə. Məni burada gözləyin. İndi gəlirəm.
    Nurel. Baba, biz də gələk?
    Rüstəm baba. Yox, bu sizin işiniz deyil. Burada dayanın...

    Rüstəm baba cəld, iti addımlarla irəli cumur. Uşaqlar təəccüblə onu süzürlər. Rüstəm baba gözdən itir.
    Həyəcanlı musiqi sədası.
    Gülçin müəllimə və İldırım gəlirlər. Gülçin müəllimənin əlində çanta, başında ağ yayıq var. İldırım hərbi geyimdədir.
    Musiqi sədası azalır.

    Gülçin müəllimə. Uşaqlar, nəsə həyəcanlısınız. Nə olub belə?
    İldırım. Salam, uşaqlar. Nəsə bir hadisə baş verməyib ki?
    Nüşabə. Əzizə oradadır. (Əlini irəli-evə sarı uzadır). Orada...
    Gülçin müəllimə. Orada? Evdə? Heç nə anlamıram...
    Nurel. Elə biz də heç nə anlamırıq...

    Rüstəm baba geri qayıdır. O, qan-tər içindədir, boğula-boğula danışır.

    Rüstəm baba. Uşaqlar, darıxmayın, səbrli olun... (İldırımı indi görürmüş kimi qucaqlayıb bağrına basır). İldırım, bıy, bu sənsən, oğlum? Nə tez qayıtdın?
    İldırım. Salam, baba... Mən vuruşan ordudayam. Döyüş postumuz yaxınlıqda yerləşir. Burada müvəqqəti dayanmışıq. Yəqin bilirsiz ki, bizimkilər sürətlə irəliləyir...
    Rüstəm baba. Yəni ildırım kimi, eləmi?
    İldırım. (Gülür). Hələ ildırımdan da iti... İnşallah, hər şeyi bu yaxınlarda öz gözlərinizlə görəcəksiz... Hə, mən komandirə dedim ki, bəlkə icazə verəsən özümüzünkülərə baş çəkim. O da sağ olsun, dedi ki, ağsaqqal, problem yoxdur, gedə bilərsən... (Gülür). Sən Allah, bir bu dünyanın işinə bax ey, neçə il bundan əvvəl əsgərlərə sursat daşıyan İldırımı “alay oğlu”, “balaca” adlandıran döyüşçülər, bu gün ona “ağsaqqal” deyir... (Gülür və birdən nəsə duyubmuş kimi ciddiləşir) ... Nə baş verib? (Qısa pauza). Nə olub belə?
    Rüstəm baba. Tez ol, arxamca gəl. Nə olduğunu sonra izah edərəm sənə.
    Gülçin müəllimə. Baba, mən də gəlim?
    Rüstəm baba. Yox, qızım, sənlik bir iş yoxdur... Uşaqlar, siz də darxmayın, qorxmayın, bu dəqiqə Əzizəni gətirəcəyik. Ora- bizim “saray” qaranlıqdır... Qoy fanarı da götürüm.

    Gərgin musiqi.
    Rüstəm baba ilə İldırım gözdən itirlər.
    “Silahları” bir kənara atan uşaqlar Gülçin müəlliməyə nəyisə əl-qol hərəkətləri ilə izah edirlər. Onların nə dediyi eşidilmir. Gülçin müəllimə diqqətlə uşaqlara qulaq asır. Onun sifətində gah təəccüb, gah heyrət, gah da təəssüf ifadələri aydın sezilir.
    Az sonra Rüstəm baba və İldırım görünür. İldırımın qucağındakı qızcığaz başını hərbçinin sinəsinə qısaraq onun boynundan bərk-bərk yapışıb. Bu qız Əzizədir.
    İndi bütün iştirakçılar səhnədədir. Onların hamısının sifətində sevinc ifadələri duyulur. Musiqi sədası və iştirakçıların nidaları eşidilir: “Ura!”. “Əzizə gəldi”. “Sağ ol, Rüstəm baba”. “İldırım əmi, yaşa, var ol”.

    Rüstəm baba. Hə, uşaqlar, indi sakit ola bilərsiz. Bu da sizə Əzizə...

    Rüstəm baba əlindəki fanarı kənara qoyaraq Əzizəni İldırımın qucağından alıb öpür. Qız onun qucağından düşür, dostları ilə görüşüb-öpüşür. O, həyəcanlı olsa da, çox sevincəkdir.

    Əzizə. Çox sağ olun, Rüstəm baba, İldırım əmi... Əgər siz olmasaydınız... (Kövrəlir). Mən özüm günahkaram bu işdə.
    Rüstəm baba. Yox, mənim balam, sənin heç bir günahın yoxdur. (Əzizənin başına sığal çəkir). Təqsir mənim özümdədir. Vallah, əslində heç məndə də günah yoxdur. Günah bu lənətə gəlmiş araqarışdıranlardadır. Günah bu davada, bu müharibədədir.
    İldırım. Yaxşı, Rüstəm baba, əgər sirr deyilsə, bizə bir izah edin görək, o nə “saraydır” elə evinizin altında? (Gülür). Birdən gələcəkdə bizə də lazım ola bilər.
    Rüstəm baba. Ay bala, sirr deyəndə ki... (Bir qədər susub dərindən nəfəs alır). Buna bəlkə də əvvəllər sirr demək olardı. Amma ta sirlik bir şey qalmayıb. İstəsəniz danışa bilərəm o nə saraydır elə... Lap sizi oraya səyahətə də aparacam.
    Hamı: Hə, danış, Rüstəm baba... Deyin, biz də bilək... Oraya işıq düşmür?
    Rüstəm baba. Məslə belədir... Bizim bu ev əslində elə o sarayın üstündə tikilib. Bura bizim dədə-baba evimizdir. Bu mülkə biz öz aramızda “köhnə ev” deyirik. Bizim yaşadığımız evi yəqin ki, hamınız yaxşı tanıyırsiz. Odur ey, çayın o biri sahilindəki ikimərtəbəli, aynabəndli evdir. Bu evi isə mənim babam tikdirib. Bəs nə üçün sarayın üstündə? Məsələ burasındadır ki, babam bu evi inşa etməyə başlayanda əvvəlcə özülü qazdırıb. Ustalar görüblər ki, torpağın altında anbara bənzər bir səliqə-sahmanlı yer üzə çıxmağa başlayıb. Yaşıl divarlı, hamar döşəməli, sərin bir yer... Təbiətin bir möcüzəsi... Bildiyiniz kimi, o zamanlar soyuducu-filan yox idi... Əsl təbii soyuducudur. Biz elə o vaxtdan həmin yaşıl divarlı yerə “yaşıl saray” deyirik...
    İldırım. Hiss etdim ki, o sarayın içi çox genişdir, Rüstəm baba.
    Rüstəm baba. Bəli, düz deyirsən, genişdir. Əvvəllər isti havalarda qonum-qonşular öz ərzaqlarını buraya gətirərdilər... Sonra soyuducular icad olundu, saraya ehtiyac azaldı.
    Əzizə. Ura, birinci mən görmüşəm o sarayı...
    Rüstəm baba. (Gülür). Əzizə bala düz deyir. Buradakılar arasında o sarayı məndən sonra görən birinci adam adam odur. Yaxşı, mənim balam, indi de görüm oraya girmək haradan ağlına gəldi sənin?
    Əzizə. Mən əvvəlcə onun qapısını tapdım.
    Rüstəm baba. Bəs o qapıdan necə girdin içəri?
    Əzizə. Qapı açıq idi. Mən də girdim içəri...
    Rüstəm baba. Qapı açıq idi bəyəm? Qəribədir... (Düşünür). Hə, yadıma düşdü, dünən qapını özüm açmışdım ki, saray bir az “nəfəs alsın”. Axı ora nəm ola bilərdi... Eh, qocalıq... Yəqin ki, sonra qapını bağlamaq yadımdan çıxıb. Özü də qapı nə qapı, sal daşdır. O qapının çəkisi çox ağırdır. Amma barmaqla itələsən öz-özünə açılır. Onu mənim babam bu cür düzəldib. Rəhmətlik ona “sirli qapı” deyərdi. Deməli, Əzizə içəri keçəndə o daş qapıya toxunub, qapı da öz-özünə örtülüb. Eləmi olub, mənim balam?
    Əzizə. Bəli, baba. (Pauza). Qapı birdən atxamca örtüldü. Mən içəridə, qaranlıqda qaldım. Başladım qışqırmağa...
    Nüşabə. Biz buradan onun səsini güclə eşidirdik.
    İldırım. (Gülümsəyərək, Əzizəyə). Yəqin ki, çox qorxmusan, qızım...
    Rüstəm baba. Bir görün o heç qorxaq qıza oxşayır? (Gülür). Əlbəttə, yox.
    Gülçin müəllimə. O, çox çalışqan qızdır. Dərs əlaçısıdır. Amma arada bu cür dəcəlliyi də olur.

    (Hamı gülür).

    İldırım. Bacı, uşaq elə bir az dəcəl olsa yaxşıdır.
    Gülçin müəllimə. Dəcəlliyin də sonu bax bu cür olur.
    Rüstəm baba. Şükür, buna da min şükür, bala. Hər şey yaxşı qurtardı. Amma yadınızda saxlayın: tanımadığınız yerə ayaq basmayın, tanımadığınız şeyə əl vurmayın. Bunun ağır nəticəsi ola bilər.
    Nurel. Rüstəm baba, bəs biz haçan görəcəyik o sarayı?
    Rüstəm baba. Hələ tələsməyin. Əslində indi oranı heç görməsəniz yaxşıdır. Təki başımızın üstündən bu qara buludlar çəkilib getsin... Vaxt gələr, biz oraya şadyanalıq üçün yığışarıq.
    İldırım. Baba, elə bil ki, nədənsə yayı atıb oxu gizlədirsiniz...
    Gülçin müəllimə. Mənə də elə gəlir ki, Rüstəm baba bu gizli yer barədə bildiklərinin çoxunu danışmadı bizə...
    Rüstəm baba. Düz deyirsiniz... Məsələ burasındadır ki, soyuducu kimi nəzərdə tutulan bu yer sonra sığınacaq yerinə çevrildi.
    Nüşabə. Sığınacaq nədir, baba?
    Zamin. Nüşabə, bilmirsən sığınacaq nədir?
    Nüşabə. Guya sən özün bilirsən, Zamin?
    Zamin. Niyə bilmirəm ki?
    Nüşabə. Yaxşı, bilirsən de.
    İldırım. Uşaqlar, sakit olun. Lazım olsa Gülçin müəllimə hər sözün mənasını sizə izah edər. Rüstəm baba çox maraqlı söhbət edir...
    Gülçin müəllimə. Rüstəm baba deyir ki, bu yerdən sonralar daldalanacaq kimi istifadə olundu.
    Rüstəm baba. Ay sağ ol, qızım. Düz izah edirsən. (Əlini uzaqlara uzadır). Yağılar o vaxt yenə ağıl-kamallarını itirib dava-dalaş salmışdılar. Onlar üstümüzə hücum çəkəndə çox müsibətlər gördük. Əslində elə onların özü də çox şey itirdilər... Görüm lənətə gəlsin onları... Bax bizim ailəni o vaxt bu yaşıl saray xilas edib. Bunu mən babamla atamdan da eşitmişəm.
    İldırım. Baba, düşmən indi daha təhlükəli oyun oynayır.
    Rüstəm baba. Doğrudur, oğlum.
    Gülçin müəllimə. İldırım deyir ki, bu xına o xınadan deyil. Bizim hərbçilər onların xirtdəyindən möhkəm yapışıb...
    Rüstəm baba. İldırım düz deyir. (Əlini irəli uzadır). Əminəm ki, tezliklə bizim bayrağımız bax o gördüyünüz Dumanlı dağın zirvəsində dalğalanacaq.
    İldırım. Artıq bizimkilər həmin ərazinin yaxınlığında vuruşur... Sabah mən onlarla birlikdə olacağam... Az qalıb, lap az... Tezliklə qələbə müjdəsi eşidərsiniz...
    Gülçin müəllimə. (Kövrələrək İldırıma sığınır). Can qardaşım... Sən Allah, özünü düşmən gülləsindən qoru...
    İldırım. (Onun saçlarını sığallayır). Qorxma, bacım... Televizora baxmırsan? Görmürsən onlar necə qorxaq tülkü kimi qaçırlar... Bircə ona təəssüf edirəm ki, döyüşə ilk gündən qatıla bilmədim... Bir az gecikdim... Onun da günahı məndə olmadı... Dedilər ki, vaxtilə vuruşmusan, bir az da yaşlısan... Axırı ki, dilə tutub razı sala bildim.
    Rüstəm baba. İnşallah, arzun çin olar, bala... (Bir az düşünüb qayğılı halda). Deyirəm, bəlkə rəhbərliklə danışıb uşaqları buradan çıxaraq... Aparaq qonşu kəndə...
    Gülçin müəllimə. Bəs dərslər? Bəs məktəb? Biz haraya gedə biərik? Bizə nə deyərlər?
    Rüstəm baba. Halal olsun sənə, qızım. İldırım, vallah, mənə gülən olmasaydı deyərdim ki, Gülçin müəllimə sənin bacın yox, qardaşındır. Belə mərd, qorxmaz övlad böyüdən ata-anaya mənim bu qoca canım qurban...
    Gülçin müəllimə. Baba, elə söz deməyin. Xoş sözlər üçün də sağ olun. Mən sadəcə öz peşə borcumu yerinə yetirirəm.
    İldırım. Heç nədən qorxmaq lazım deyil... Bizimkilər bu dəfə onlara elə toy tutacaqlar ki, gəldikləri yolu tapıb geri qayıda bilməyəcəklər....
    Rüstəm baba. Allah ağzından eşitsin... İldırım, sən həmişə bu el-obanın təəssübünü çəkmisən. Var olasan... Bu uşaqlar səndən nümunə götürəcəklər...

    Təyyarə uğultusu eşidilir. Hamı diqqətlə səmaya baxır.

    İldırım. Qorxmayın... Bizimkilərdir... Düşmənin başına od ələyirlər...
    Zamin. İldırım əmi, mən gələcəkdə əsgər olmaq istəyirəm...
    İldırım. O-o-o... Nə gözəl arzudur. Zamin çox yaxşı arzu ilə yaşayır. Sərkərdələrdən biri deyib ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz...
    Zamin. İldırım əmi, bəlkə məni də özünüzlə döyüşə aparasız. Mən istəyirəm ki...
    Rüstəm baba. Zamin bala, sənin atan ordudadır, hələlik sənə orada bir ehtiyac yoxdur. (Gülür). O, sənin əvəzinə vuruşur.
    Gülçin müəllimə. Uşaqlar, indiki halda sizin ən böyük borcunuz, vəzifəniz oxumaqdır.
    İldırım. Bacı, xətrinə dəyməsin, düzü məni indiki kitablarda yazılanlar o qədər də açmır.
    Gülçin müəllimə. (Gülür). Niyə, qardaş? Nədir səni narazı salan?
    İldırım. Axı nə qədər düşmənlə dostluqdan yazmaq olar? (Ucadan). Düşmən həmişə düşməndir... Bəlkə də səhv fikirləşirəm, amma məndən olsa biz öz uşaqlarımıza lap körpəlikdən silahla davranmağı, vurub-tutmağı, atışmağı öyrətməliyik. Həmişə geri çəkilənin üstünə gələrlər...
    Rüstəm baba. İldırım, oğlum, mən sənin cürətinə bələdəm. Amma bir söz deyim, xətrinə dəyməsin...
    İldırım. Deyin, baba, sizin hər sözünüz mənə bal kimi şirindir.
    Rüstəm baba. Demək istəyirəm ki, adam hər dövrdə özü öz həyatını yaşamalıdır... Körpələr əlinə silah götürməməlidir. Uşaqlar öz uşaq həyatlarını yaşamalıdırlar. Bəyəm Rüstəm baba ölüb ki, öz nəvələrini qızıl güllənin qabağına versin? (Səsinin tonunu qaldırır). Bu uşaqların çoxunun atası indi düşmən qabağında sipər kimi dayanıb. Lazım gəlsə mən özüm də düşmənlə üz-üzə dayana bilərəm. Amma bunlar... Bunlar indidən barıt qoxusu udmamalıdır. Bunlar Gülçin müəllimədən dərs almalıdır. Gələcəkdə lazım gəlsə, onların arasından İldırımlar da çıxacaq, şimşəklər də çaxacaq... Mən müharibənin nə olduğunu bilirəm. Davada uşaqlar öz yaşlarından tez böyüyürlər. Amma bizə öz vaxtında böyüyən uşaqlar lazımdır; nə tez, nə də gec böyüyən uşaqlar yox...
    Gülçin müəllimə. İldırım, Rüstəm baba doğru deyir. Həyat lazım gələndə hər sahədə öz qəhrəmanlarını yetişdirir.
    Zamin. Mən general olacağam...
    Nüşabə. Ol də... Kimdir sənə mane olan?

    Hamı gülür. Zamin pərt olur. İldırım əlini onun çiyninə qoyur.

    İldırım. Mən də əminəm ki, sən öz arzuna çatacaqsan..
    Rüstəm baba. Yaxşı, uşaqlar, siz oynaşın, mən də öz işlərimi görüm. Düzü, çoxdan bəri ürəyimdən keçirdi ki, bu köhnə evdə bir yır-yığış aparım. Aparmışam da... Amma bir-iki yarımçıq işim qalıb. İldırım, sən də qalx yuxarı, bir az dincəl. Onsuz da yorğunsan.
    İldırım. Yox, baba, dincəlmək vaxtı deyil. Mən getməliyəm.
    Gülçin müəllimə. İldırım, gedək evə. Sən istirahət edərsən, mən də sənin pal-paltarını yuyub təmizləyərəm.
    İldırım. Bacı, mən nə etmişəm ki, yorulam da?.. Yaxşı oldu ki, həm səni, həm Rüstəm babanı, həm də bu uşaqları gördüm.
    Zamin. İldırım əmi, biz də döyüşçülərin gələ bilərikmi?
    İldırım. Əlbəttə, gələ bilərsiz. Lap elə alayın cəsur döyüşçüləri ilə sizin görüşünüzü də təşkil etmək olar. Gülçin müəllimə bu işdə həm bizə, həm də sizə köməklik göstərə bilər... (Pauza). Amma qələbədən sonra.
    Rüstəm baba. Ürəyimə damıb ki, qələbəyə az qalıb. (İldırıma). Onda mən də gələrəm bu uşaqlarla...
    İldırım. Bu, çox yaxşı iş olar, baba. Həm bizim əsgərlər, həm də məktəblilər sizin keçdiyiniz həyat yolu ilə də tanış olarlar.
    Rüstəm baba. Həyat yolu deyəndə ki... Həyatla həmişə cəngi-cidalda olmuşam. Bir rahat günüm olmayıb... Gah həyat məni üstələyib, gah da mən onu...
    İldırım. (Gülür). Demək, hesab hələ heç-heçədir...

    Uzaqdan səs-küy eşidilir.
    Fişənglər atılır.
    Top səsləri.

    Rüstəm baba. Bu nə səs-küydür belə? (Əlini qulağına yaxınlaşdırır). Qulağım məni aldatmır ki?
    İldırım. Top səsləridir. (Diqqətlə dinləyir).
    Rüstəm baba. Onların dərsi verilməyincə sakit oturmayacaqlar...
    Əzizə. Rüstəm baba, bəyəm onlar da dərs oxuyurlar?
    Rüstəm baba. Elə dərs oxumurlar deyə, belə vəhşilik edirlər...
    İldırım. Yaxşı, mən qaçdım. Rüstəm baba, Gülçin, uşaqlar, siz tez evə gedin.
    Gülçin müəllimə. İldırım, bəyəm sən sabah getmirsən?
    İldırım. Elədir... Amma indidən gedib hazırlaşmalıyam...
    Rüstəm baba. Mən də səninlə gedim, İldırım.
    İldırım. Yox, baba, siz qalın. Uşaqlar qorxa bilər.
    Zamin. Yox, biz qorxmarıq.
    İldırım. Əgər bir hadisə baş versə, uşaqları dağ yolu ilə şəhər istiqamətinə, rayon mərkəzinə doğru apararsız. Amma əminəm ki, tezliklə hər şey həll olunacaq...
    Rüstəm baba. Sən bizdən arxayın ol...
    İldırım. Onda salamat qalın. Mən qaçdım... Di hələlik uşaqlar.

    İldırım cəld hamı ilə görüşüb ayrılmaq istəyir.
    Gülçin müəllimə başını qardaşının çiyninə qoyub hıçqırır.
    Rüstəm baba əlini onların çiyninə qoyur.

    Rüstəm baba. Tanrıya dua edirəm, oğlum, sağ gedib salamat gələsən.
    İldırım. Bacı, sən indi bu uşaqların təkcə müəllimi yox, həm də anasısan... Özünü tox tut...
    Gülçin müəllimə. İldırım... (Hıçqırır). Qardaşım mənim...
    İldırım. Sən niyə ağlayırsan axı? Bu nədir? Mən sarıdan qətiyyən nigaran olma... Döyüşçünü döyüşə aglaya-ağlaya yox, gülə-gülə yola salarlar... Görünür, bu da mənim alın yazımdır.

    Rüstəm baba onların- Gülçin müəllimə ilə İldırımın əllərini öz əlinə alıb irəli yeriyir.
    Sonra uşaqlar da əl-ələ verir.
    Fişənglər atılır.
    Güllə səsləri get-gedə yaxınlaşır.

    Rüstəm baba. Gecikmək olmaz. Biz təcili şəkildə bu işə bir çarə qılmalıyıq. Eşidirsizmi, top səsləri yaxınlaşır. O alçaqlar arxa cinahdan hücuma keçmək istəyirlər.

    İldırım cəld irəli çıxır. Əvvəlcə səhnənin önünə gəlir. Sonra iri addımlarla arxaya, fişənglərin atıldığı, top-tüfəng səslərinin gurladığı istıqamətə doğru qaçır, gözdən itir.
    Həyəcanlı musiqi sədası. Rüstəm baba ilə Gülçin müəllimə əl-qolları ilə nəyisə izah edirlər.
    Musiqi tədricən həzin lada keçir.

    Gülçin müəllimə. Uşaqlar, deyilənlərə diqqətlə qulaq asın.
    Rüstəm baba. Balalar, əslində ta siz uşaq deyilsiz.
    Gülçin müəllimə. İndi mən sizin təkcə sinif müəlliminiz deyiləm...
    Əzizə. Axı siz bizim müəllimimizsiz...
    Rüstəm baba. Mənim gözəl nəvələrim, əlbəttə, Gülçin müəllimə sizin sevimli müəllimənizdir. Amma indi elə bir vəziyyət yaranıb ki, siz onun həm də dostlarısız... Əslində indi biz hamımız dostlarıq. Bayaq dedim də, bu lənətə gəlmiş müharibədə uşaqlar da məcburən böyüklər kimi hərəkət etməli olur.
    Gülçin müəllimə. Rüstəm baba, indi nə edək? Bəlkə gedib məktəbə sığınaq?
    Rüstəm baba. Məktəb gözə ilk dəyən yerdədir...
    Gülçin müəllimə. Məncə məktəbə top atmazlar.
    Rüstəm baba. Hardadır məlunlarda o vicdan, o tərbiyə?
    Nurel. Onlara dərs keçməyiblər...
    Əzizə. Onlar uşaqları da öldürə bilərlərlərmi?
    Nüşabə. O günü radioda deyirdilər ki, atılan güllə uşağı böyükdən ayırmır.
    Zamin. Qorxmaq lazım deyil. Qorxan gözə çöp düşər.
    Rüstəm baba. Sağ olun, uşaqlar. Görürəm, hamınız ürəklisiniz. Elə əsas da budur. Amma ehtiyatı da əldən vermək olmaz.
    Gülçin müəllimə. Bəs indi biz nə edək, Rüstəm baba? Nədir məsləhətiniz?
    Rüstəm baba. Mən indi nə etmək lazım olduğunu sizə başa salaram. Yaxşı, mənim lampam harada qaldı?
    Zamin. Budur, buradadır, Rüstəm baba. (Lampanı götürüb Rüstəm babaya uzadır).
    Rüstəm baba. Ay sağ ol. Qulaq asın... Bir müddət bizim “yaşıl saray”da gizlənəcəyik.
    Gülçin müəllimə. Bəyəm orada bu qədər adam yerləşər?
    Rüstəm baba. Əlbəttə, tutar... Ora çox genişdir.
    Nurel. Onda əvvəlcə mən gedirəm ora.
    Əzizə. Yox, mən gedəcəyəm. Axı mən artıq orada olmuşam, bələdəm hər yerinə.
    Nüşabə. Onun qapısı taxtadandır?
    Əzizə. Yox, daş qapıdır. Bayaq Rüstəm baba dedi də...
    Zamin. Arxamca gəlin. İrəli...
    Gülçin müəllimə. Uşaqlar, sakit olun. Deyilənlərə əməl edin.
    Rüstəm baba. Gəlin belə edək. Mən irəlidə, siz də arxamca, hamımız sıra ilə saraya gedirik.

    Musiqi.
    Uşaqlar bayaqdan bir kənara atdıqları oyuncaq silahları qapıb sürətlə Rüstəm babanın arxasınca gedirlər.
    Lap sonda Gülçin müəllimə ehtiyatlı addımlarla gedənlərin arxasınca irəliləyir.
    Güllə, tank və top səsləri yaxınlaşır.
    Get-gedə səhnə qaralır.
    Rüstəm baba görünür. Qocanın əlində tüfəng var.
    Qaranlığı ox kimi yaran projektorların çarpaz işıqları Rüstəm babanın başı üstündə oynaşır.
    Musiqi səsi get-gedə daha da yüksəlir.

    Pərdə




    İkinci pərdə

    Geniş məkan- bura “yaşıl saray”dır.
    Daş divarlar.
    Yaşıl divar boyu düzülmüş taxta parçaları, daş və ağac kətillər.
    Nurel, Nüşabə, Zamin, Əzizə ayaq üstə sakitcə dayanıblar.
    Gülçin müəllimə asta addımlarla gəzişir.
    Hamının üzündə həyəcan hiss olunur.
    Həzin musiqi.
    Sayrışan soyuq, zəif işıqlar get-gedə gurlaşır.

    Gülçin müəllimə. Uşaqlar, üşümürsüz ki?
    Nurel. Müəllinə, soyuq nə gəzir? Biz üşümürük.
    Gülçin müəllimə. Qorxmursuz ki?
    Zamin. Yox, müəllimə. Qorxmuruq.
    Əzizə. Biz kimdən qorxasıyıq ki?
    Nüşabə. Kimdən? Düşməndən..
    Əzizə. Burada düşmən bizi tapa bilməz. Elə deyil, Gülçin müəllimə?
    Gülçin müəllimə. İndi bu barədə danışmaq tezdir. Əlbəttə, düşmən bizə heç nə edə bilməz... Amma biz də özümüzü necə lazımdırsa o cür aparmalıyıq.
    Nüşabə. Müəllimə, biz nə etməliyik?
    Gülçin müəllimə. Rüstəm babanın və mənim dediyim sözlərə qulaq asmalısız. Artıq-əskik hərəkətə yol vermək olmaz.
    Nurel. Gülçin müəllimə, bəs Rüstəm baba özü hanı?
    Gülçin müəllimə. İndi gələr. Darıxmayın..

    Rüstəm baba gəlir. Onun çiynində durbin, əlində tüfəng var. Qoca susub bir müddət diqqətlə uşaqları süzür.

    Rüstəm baba. Niyə danışmırsız?
    Əzizə. Müəllimə deyir ki, artıq-əskik hərəkət etməyin.
    Rüstəm baba. Müəllimə düz deyir. (Hiss olunur ki, zorla gülümsəyir). Siz onun dediklərinə diqqətlə qulaq asın.
    Nüşabə. Həm də sizin sözlərinizə... Müəllimə belə deyir...
    Rüstəm baba. Əgər birdən mən olmasam... (Qəhərlənir). O vaxt qorxmayın...
    Zamin. Siz niyə olmaya bilərsiz ki, baba?
    Rüstəm baba. Bunu elə-belə deyirəm... (Çiynindəki tüfəngi və durbini götürüb bir müddət matdım-matdım baxır, sonra onları bir küncə qoyur). Yaşlı adamam. Hər şey ola bilər. Heç kəs bu dünyanı tutub qurdla qiyamətə qalmır ki. Hər əvvəlin bir sonu da olur.
    Gülçin müəllimə. Rüstəm baba, bayırda sakitlikdir?
    Rüstəm baba. Sakitlik deyəndə ki... Möhkəm atışma gedir. Amma qorxmayın... Biz çox etibarlı yerdəyik.
    Gülçin müəllimə. Görəsən, İldırımgil indi harada vuruşur?
    Nüşabə. Rüstəm baba, bəs biz burada nə vaxtacan qalacağıq?
    Rüstəm baba. Döyüş səngiyənə qədər...
    Əzizə. Bəs döyüş nə vaxt qurtaracaq, baba?
    Gülçin müəllimə. Tezliklə başa çatacaq... Lap tezliklə...
    Əzizə. Müəllimə, bəs bizə sabah dərs olmayacaq?
    Gülçin müəllimə. Baxarıq...
    Nurel. Biz burada da dərs keçə bilərik.
    Zamin. Harada?
    Nurel. Bax budur, burada... Bu taxtadan stol düzəltmək olar. Bu kətillərsə skamyanı əvəz edə bilər.
    Zamin. Hə, bu qara taxtadan lövhə kimi istifadə etmək olar... Əgər tabaşir olsa...
    Gülçin müəllimə. Mənim çantamda tabaşir olmalıdır. (Çantasını qurdalayır). Nəsə gözümə dəymir...
    Rüstəm baba. Tabaşir olmasa da bir ziyanı yoxdur. Bir əncam qılarıq.
    Əzizə. Tabaşirsiz necə yazmaq olar, baba?
    Rüstəm baba. Bax odur, güncdə ağ faner taxta var. İşə yarayar?
    Əzizə. Ağ tabaşirlə ağ taxtaya yazı yazmaq olar?
    Rüstəm baba. Ağ tabaşir olmasın, olsun qara tabaşir... (Gülümsəyir). Olmaz bəyəm?
    Nüşabə. Tabaşirin qarası da olur?
    Rüstəm baba. Belə yerdə qara kömür ağ tabaşiri əvəz edə bilər. Elə deyilmi, Gülçin müəllimə?
    Gülçin müəllimə. Bəli. Əlbəttə...
    Rüstəm baba. Elə isə dərsə başlaya bilərsiz. (Pauza). İstəyirsiz sizə ilk sualı mən verim. Olar, müəllimə?
    Gülçin müəllimə. Yaxşı olar, Rüstəm baba. Maraqlıdır...
    Rüstəm baba. Hə, elə isə bir tapmaca deyim. Özü də indi ağlıma gəldi: “Ağ şuma qara toxum səpərlər”. Bunun açması nədir? (Pauza). Özünüzü çətinliyə salmayın. Açması yazıdır, yazı. Yəni yazmaq, oxumaq toxum kimidir. Yaxşı toxumunsa həmişə yaxşı meyvəsi olur.
    Gülçin müəllimə. Doğrudur.
    Rüstəm baba. Madam ki, xoşunuza gəldi qoy onda bir yanııltmac da deyim. Amma bu dəfə onu şeirnən söyləyəcəm:
    - Gəl gedək bağa.
    - Mən də, mən də.
    - Çıxaq budağa.
    - Mən də, mən də.
    - Şaftalı yığaq.
    - Mən də, mən də.
    - Bağban gəlsin.
    - Mən də, mən də.
    - İti çağırsın.
    - Mən də, mən də.
    - İt mənə hürsün.
    - Mən də, mən də...
    Hə, necədir? Bəyəndiniz?
    Hamı (xorla): “Mən də... Mən də...” Əladır, baba.
    Rüstəm baba. Hə, ta bunnan sonra siz danışın, mənsə dinləyim. (Kətildə əyləşərək). İnsan ömür boyu, yəni beşikdən qəbrəcən öyrənməlidir. Elə Quranda da belə deyilir.
    Gülçin müəllimə. Rüstəm baba, bunların hamısı çox ağıllı, çalışqan balalardır.
    Rüstəm baba. Allah saxlasın bunları... Amma heç özüm özümdə deyiləm. Fikrim əsgərlərimizin yanındadır. Düşmən qəfildən hücüm etdi. Camaat çaxnaşmaya düşdü yəqin ki...
    Zamin. Rüstəm baba, bizimkilər də atırmı?
    Rüstəm baba. Əlbəttə. Bizimkilərin bir gülləsi də boşuna getmir... Mən bunu dəqiq bilirəm.
    Əzizə. Baba, adamlar nə üçün vuruşurlar?
    Rüstəm baba. Bu suala müəllimləriniz daha dürüst cavab verə bilər. Mən belə hesab edirəm ki, ağlını itirən tərəf həmişə bir xəta çıxarır. Elə dava da bir xətadır. Amma böyük xətadır. Axı insanların qanı axıdılır, ev-eşiyi dağıdılır, malı-mülkü talan edilir.
    Nüşabə. Deyirlər, müharibələr daha çox torpaq uğrunda olur.
    Nurel. Kitablarda yazırlar ki, müharibəni şər qüvvələr başlayır, amma axırda xeyir qələbə çalır.

    Uzaqdan boğuq səs-küy, tank uğulyusu, top atəşi eşidilir.
    Hamı bir-birinin sinəsinə sığınır.
    Kiminsə hıçqırtısı eşidilir.

    Gülçin müəllimə. Uşaqlar, qorxmayın. (Pauza). Kimdir ağlayan?
    Nüşabə. Mənəm, müəllimə. Görəsən, mənim burada olduğumu anam bilirmi?
    Əzizə. Mən gələndə anama demişdim. Özü də sinifdənkənar tapşırıqları həll etmişəm.
    Nurel. Görəsən elə uğuldayan nədir?
    Zamin. Tank səsidir. Mən tankın içində olmuşam. Orada yekə-yekə güllələr olur. (Qollarını geniş açır). Bax bu boyda. Mənim dayım da tankçı olub.

    Bayırda şiddətli atışma gedir.
    Zirzəmidə uğultu get-gedə artır.

    Nüşabə. Rüstəm baba, mən qorxuram.
    Rüstəm baba. Nədən qorxursan, qızım?
    Nüşabə. Elə bil başımızın üstündən tank keçir.
    Əzizə. Hə, mənə də elə gəldi...
    Rüstəm baba. (Əli ilə yuxarını göstərir). Oradan bir yox, min tank da keçsə belə, bizə heç nə olan deyil... Lənətə gəlsin onları...

    Hamı susur.
    Uzaqdan uğultu eşidilir.

    Rüstəm baba. Eh, gidi dünya... Gör kimin ağlına gələrdi ki, dünyanın düz vaxtı sənin etibar edib birlikdə çörək kəsdiyin qonşun, günlərin bir günü kürəyinin ortasına qəfildən bıçaq vura bilər. Fikirləşdikcə sinəmi od alır, yanıb qovruluram. Axı bizim bölünməz nəyimiz vardı ki?
    Əzizə. Baba, bəs görəsən bizimkilər haçan gələcək?
    Rüstəm baba. Onlar mütləq köməyə gələcəklər. Bir az səbrli olun, balalar. Elə dədə-babalardan da çox eşitmişik ki, səbr çətinlikləri asan eylər.
    Nüşabə. Baba, bəs fanarın işığı qurtarsa biz nə edəcəyik?
    Rüstəm baba. Mənim orda ehtiyat çırağım var. (Əlini divara sarı uzadır). Elə bil dünəndən ürəyimə nəsə dammışdı...
    Nurel. Mən bir misal çəkmək istəyirəm.
    Zamin. Dərsə aiddir?
    Nurel. Elə dərsə aid də hesab etmək olar.
    Rüstəm baba. Müəllimə icazə verirsə, de.
    Gülçin müəllimə. Olar. Buyur, Nurel. Görək o nə misaldır elə.
    Nurel. Bu misal indi yadıma düşdü... Rüstəm baba “ehtiyat çırağım var” deyəndə.
    Rüstəm baba. Maraqlıdır.
    Nurel. Bax, təsəvvür edin ki, cibinizdəki kibrit qutusinda yalnız bir tək kibrit çöpünüz var, siz içində bir lampa, bir soba və bir də şam olan qaranlıq və soyuq bir otağa, lap elə bu cür bir saraya girirsiz... Əvvəlcə nəyi yandirarsiniz?
    Nüşabə. Əvvəlcə lampanı... Axı içərini işıqlandırmaq lazımdır. (Sual dolu nəzərlərlə Gülçin müəlliməyə baxır). Düz demirəm, müəllimə?
    Gülçin müəllimə. (Gülümsəyir). Məndən niyə soruşurasan? Sualı Nurel verib. Amma belə hesab edirəm ki, cavab düz deyil.
    Əzizə. Məncə şamı əvvəl yandırmaq lazımdır.
    Nüşabə. Niyə ki?
    Əzizə. Lampadakı ağ neftə qənaət üçün.
    Nüşabə. Məncə sən düz demirsən.
    Əzizə. Niyə ki?
    Nüşabə. Çünki mən də düz deməmişdim...

    Hamı gülüşür.

    Zamin. Onda sobanı... Yox... Burada nəsə bir başqa cavab var...
    Rüstəm baba. Hə, hamı öz cavabını dedi. İndi meydanda Gülçin müəllimə ilə mən qalmışam. Elə deyilmi?
    Hamı: Bəli.. Elədir...
    Rüstəm baba. Onda qoy əvvəlcə Gülçin müəllimə cavab versin. (Gülür). Axı görürəm, burada bütün sual-cavablar aşağıdan üzü yuxarı gedir. Etiraz yoxdur ki?
    Hamı: Yox. Yoxdur...
    Gülçin müəllimə. Yaxşı, madam ki, belədir, mən də öz variantımı deyə bilərəm. Hesab edirəm ki, əvvəl kibriti yandırmaq lazımdır.
    Hamı: Bıy, bu heç ağlımıza gəlməyib... Kibrit... Mən bunu demək istəyirdim... Deyəydin də...
    Rüstəm baba. Bu çox maraqlı misal oldu. Gərək mən təzədən sizinlə birgə oxumağa başlayam. (Gülür). Rəhmətlik babam həmişə deyərdi ki, ay bala, oxu, özünə gələcəkdə bir çul toxu. Xoşum gəldi söhbətinizdən. Gülçin müəllimə, bəlkə siz də bir məsəl çəkəsiz?
    Gülçin müəllimə. Mümkündür, Rüstəm baba. Zamin, lövhəyə yaxınlaş.
    Zamin. Müəllim, bəyəm, burada lövhə var? Gülçin müəllimə. Əlbəttə, var. Bəs o ağ lövhə nədir? Odur, orda da qara tabaşir-kömür..

    Hamı gülür.
    Zamin küncdəki ağ “lövhəyə” yaxınlaşır. Yaxınlıqdakı kisədən kömür parçası götürür.

    Rüstəm baba. Heç ağlıma gəlməzdi ki, bu yaşıl saray nə vaxtsa sinif otağına çevrilə bilərmiş. Eybi yox, yaman günün ömrü az olar.
    Gülçin müəllimə. Əlbəttə, baba... (Pauza). Zamin, indi lövhədə yüz rəqəmini yaza bilərsən.

    Zamin “lövhəyə” iri “100” rəqəmini yazır.

    Rüstəm baba. O yüzlüyə baxanda adamın lap keyfi açılır. (Eyhamla). Çox elə yüzlüklər görmüşəm.

    Rüstəm baba əlinin şəhadət və baş barmaqlarını bir-birinə sürtür, bununla bir zamanlar xərclədiyi pullara işarə edir.
    Uşaqlar gülüşür.

    Gülçin müəllimə. Lap yaxşı. Bu, əslində əyləncəli misallardan biridir. İndi gəlin bir az diqqətli olaq. Zamin lövhəyə yuz rəqəmini yazıb. Elə deyilmi?
    Hamı: Bəli, Elədir, müəllimə.
    Gülçin müəllimə. Orada, yəni yüzdə cəmi neçə rəqəm var?
    Hamı: Üç... Üç rəqəm...
    Gülçin müəllimə. Doğrudur. Orada üç rəqəm var. İndi gəlin yüzdən, o üç rəqəmdən lap elə Rüstəm baba demişkən o yüzlükdən, bir rəqəmini götürək, yerdə neçə qalır.
    Hamı: Doxsan doqquz...
    Gülçin müəllimə. Xeyr... Sizə dedim axı, bir az diqqətli olmaq lazımdır.
    Rüstəm baba. Balam, vallah, bu yüzlükdə nəsə gizli bir hikmət var... Deyəsən, mənim ağlıma yavaş-yavaş düzgün cavab gəlir... Müəllimə, mən də cavab verə bilərəmmi?
    Gülçin müəllimə. Əlbəttə, Rüstəm baba. Buyurun. Bizə sizin cavabınız çox maraqlı olar.
    Rüstəm baba. Zamin bala, ona o əlindəki kömürü ver mənə, qoy bildiyimi elə burada, bu taxtanın üstündə göstərim. Birdən elə hesab edərsiniz ki, Rüstəm baba yazıb-oxumağı bacarmır.

    Rüstəm baba kömürü götürüb “lövhəyə” yaxınlaşır, “100” rəqəmindəki “1” rəqəminin üstündən əvvəlcə xətt çəkir, sonra cibindən çıxartdığı kağız parçası ilə həmin rəqəmi pozur. Nəticədə “lövhədə” iki sıfır (“00”) qalır.

    Gülçin müəllimə. Bax bu sualın cavabı elə bu cürdür. Axı mən sizə dedim ki, o üç rəqəmdən bir rəqəmini götürək, görək yerdə neçə qalır... Məlum oldu ki, iki sıfır qalır. Bu cavaba görə Rüstəm babaya yüksək qiymət yazmaq olar.
    Rüstəm baba. Sağ olun, müəllimə. Məni çox sevindirdiniz. Özünü tərifləmək kimi çıxmasın, mən orta məktəbdə yaxşı oxumuşam. Xüsusən, riyaziyyatı çox sevirdim. Amma ata-anamı tez itirdiyimə görə ailənin bütün çətinliyini çəkməli oldum. Qardaş-bacılarımı böyütdüm. Təhsilimi davam etdirə bilmədim. Uzun illər meşədə gözətçi işlədim. Uşaqlarımın hamısına təhsil verdim. İndi hərəsi bir sahədə çalışır...
    Gülçin müəllimə. Maraqlı ömür yolunuz var, Rüstəm baba.
    Rüstəm baba. Maraqlı deyəndə ki... Adi bir ömür yaşamışam. Amma həyatımdan narazı deyiləm. Təbiətə bağlı olmuşam həmişə. Məni yuxudan hər səhər quşların cəh-cəki, cüyürlərin mələrtisi oyadıb. Dağlarda-bağlarda bitən hər otun, hər çiçəyin qoxusunu uzaqdan hiss edirəm. Meşəbəyi olmuşam. Allah şəri-şeytana lənət eləsin, araya bu dava-dalaş düşəndən sonra mənim həyatımda da çox şey dəyişdi. Öz işimdən əl çəkib evdə oturmalı oldum. Çünki meşə indi hərbçilərin nəzarətindədir. Tək adamam. Uşaqlar şəhərdədir. Amma mən şəhərdə yaşaya bimərəm. Bildiyiniz kimi, bura mənim köhnə evimdir. Amma bayaqkı mərmi gurultusundan belə hiss etdim ki, evi dağıtdılar... Qoy ara bir az sakitləşsin, çıxıb baxacağam... Hə, sizi yordum deyəsən.
    Hamı: Yox, yormadınız... Maraqlıdır...
    Gülçin müəllimə. Sizi dinləmək hər birimizə xoşdur, Rüstəm baba. Çox zəngin həyat yolunuz var.
    Rüstəm baba. Doğrusu, mən nəsihər verməyi çox da xoşlamıram. Amma indi sizə vəsiyyət kimi deyirəm, bir-birinizi sevin. Nədənsə, mən son vaxtlar adamların bir-birinə qarşı soyuqluğunu hiss edirəm. Biz bir-birimizə hörmətlə yanaşsaq, bir-birimizi sevsək, bir yumruq kimi birləşsək hər çətin işi asanlıqla başa gətirə bilərik... Sizdən nə gizlədim, uzun illər bizi bir-birimizə qarşı qoyanlar olub. Hələ uşaq olsanız da indidən bilməlisiz: əgər bir olsaq heç bir qüvvə bizim qarşımızda tab gətirə bilməz. Yox, əgər bir-birimizə nifrətlə yanaşsaq parçalanıb pərən-pərən düşəcəyik. Bir daha deyirəm ki, sevin bir-birinizi. Xalqınızı, millətinizi sevin. Bu sevgi bizi hər bəladan xilas edə bilər...

    Güllə səsləri eşidilir.
    Hamı bir küncə çəkilib diqqətlə bayırdan gələn səsləri dinləyir.
    Rüstəm baba əvvəlcə asta-asta gəzişir. Sonra küncə qoyduğu tüfəngə yaxınlaşıb fikrə gedir.

    Əzizə. Görəsən, əsgərlərimiz bizim burda olduğumuzu bilirmi?
    Nüşabə. Bilsəydilər indiyəcən gəlib bizi xilas edirdilər.
    Nurel. Bizimkilər bu saat vuruşurlar.
    Rüstəm baba. Əsgərlərimiz düşməni qovurlar... Mən hiss edirəm, çox ağır döyüş gedir. Mən öz əsgərlərimizə inanıram.
    Gülçin müəllimə. Əsgərlərə həsr olunmuş mahnının sözlərini kim əzbərdən deyə bilər?
    Zamin. Mən bilirəm. Mən çoxlu hərbi marşar da oxuyuram...
    Əzizə. Birdən səsimizi eşidib bu yaşıl saraya gəlməzlər ki?
    Nüşabə. Kim?
    Əzizə. Düşmən əsgərləri...
    Nurel. Rüstəm baba o daş qapını içəridən elə bağlayıb ki, onu heç kəs aça bilməz. Elə deyil, baba?
    Rüstəm baba. Elədir. O qapını yalnız Əzizə balamız aça bilər. (Yorğun-yorğun gülümsəyir). Mən o qapını yalnız öz əsgərlərimizin üzünə aça bilərəm. (Pauza). Yaxşı, Gülçin müəllimənin dediyi o mahnı nə oldu bəs?
    Gülçin müəllimə. Onda Zamin sözləri desin, biz də xorla oxuyarıq.
    Rüstəm baba. Hə, elə mən də sizə qoşulub oxuyaram. Cavanlıqda səsim pis deyildi.

    Musiqi sədası eşidilir.

    Zamin:
    Ağır döyüşlər gedir,
    Yola çıxır dəstəmiz.
    Qalib gəlməkdir bizim
    İstəyimiz, qəsdimiz.
    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz

    Ley kimi uça-uça
    Qonuruq göy yamaca;
    Bu dağlar necə uca,
    Bu düzlər necə təmiz.

    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Göydən yağan güllələr
    Nələr eləyir, nələr.
    Düşmən bağrını dələr
    Bizim dəli nərəmiz.

    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Mahnı başa çatır. Hamı əl çalır.

    Rüstəm baba. Hə, bax bu bağqa məsələ. Bu mahnı məni çox ruhlandırdı. İnanın ki, buradan birbaşa döyüşə gedə bilərəm.
    Nurel. Gülçin müəllimə, icazə versəniz mən də bir şeir deyərdim.
    Gülçin müəllimə. Buyur, Nurel.
    Nurel. (Bir qədər irəli çıxıb səhnədə çıxış edirmiş kimi).
    Kül altından boy verən
    Atəşi qoruyarıq.
    Əsrlərdən boylanan
    Hər daşı qoruyarıq.

    Hər otu, hər tənəyi,
    Hər gülü, hər çiçəyi,
    Bu günü, gələcəyi,
    Keçmişi qoruyarıq.

    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Allah, Allah, necə gözəl sözlərdir: “Gələcəyi, keçmişi qoruyaq”... Çox kövrəltdi bu sözlər məni... Gülçin müəllimə, məncə bu şeirə əla vermək olar.
    Gülçin müəllimə. Elə mən də bu cür düşünürəm. Nurel, mənim balam, çox sağ ol.
    Nurel. Siz də sağ olun...

    Uğultu, qışqırıq, top-tüfəng səsləri eşidilir.
    Hamı əl-ələ verib divar boyu hərəkət edir.

    Rüstəm baba. Yox, mən daha dözə bilmirəm. (Səhnənin önünə çıxır). Dözə bilmirəm... Məni bağışlayın...
    Gülçin müəllimə. Nə olub, niyə hirslənirsiniz, Rüstəm baba?
    Rüstəm baba. Mənə çox ağır gəlir. Yəni mən o qədər gücsüzəm ki, öz torpağımda bu cür rəzalətə dözəm? (Pauza). Məni bağışlayın... Mən ta tab gətirə bilmirəm... Ürəyim yanır, ürəyim. Qovruluram.
    Əzizə. Rüstəm baba, bəlkə sizə bir az su verək?
    Nüşabə. Burada su var ki?
    Zamin. Rüstəm baba, mən gedim evin qabağındakı arxdan su gətirim...
    Nurel. Zaminlə birlikdə gedərik...
    Rüstəm baba. Mənim ürəyim susuzluqdan yox, haqsızlıqdan yanır. Bu boyda müsiəbti görən yoxdur? Bəlkə bəndələrin gözü tutulub, ay Tanrı? Bəs sən özün hara baxırsan?
    Gülçin müəllimə. Rüstəm baba, hər qaranlığın bir işıqlı sonu var.
    Rüstəm baba. Bilirəm, haqq nəzilsə də üzülməz deyiblər. Amma mən bu haqqı nazilib üzülməmiş görmək istəyirəm.

    Bayırdan gurultu eşidilir.
    Mağarada titrəyiş hiss olunur.
    Hamı həyəcanla bir-birinə baxır.
    Rüstəm baba var-gəl edərək qapıya yaxınlaşır.

    Zamin. Deyəsən mərmi başımızın üstündə partladı.
    Əzizə. Görəsən, hansı tərəf atır?
    Nüşabə. Allah bilir...
    Rüstəm baba. Uşaqlar, siz sakit olun.... Mən bir çıxıb baxım görüm bizimkilər hansı tərəfdədir?
    Gülçin müəllimə. Rüstəm baba, atışma yaxındadır. Hiss olunur ki, döyüş lap qulağımızın dibində gedir. İndi çıxmaq qorxuludur.
    Rüstəm baba. Yox, mən çıxacağam... Mən eşiyə çıxan kimi qapını arxadan bağlayın.
    Nurel. Rüstəm baba, onda mən də sizinlə çıxıram.
    Zamin. Mən də.. Mən də...
    Hamı: (Xorla) . Mən də, mən də...
    Rüstəm baba. (Gülümsəyir): Sizin bu “mən də-mən də”niz lap o nəğmədəki kimi oldu. “Mən də-mən də”... (Ciddiləşir). Mən çıxıb vəziyyətlə tanış olmalıyam. Axı biz burada nə qədər qalmalıyıq? Bura müvəqqəti sığıncaq yeridir. Biz gec-tez buradan çıxmalıyıq. Mən sadəcə kiçik bir kəşfiyyat aparmaq istəyirəm.
    Nurel. Rüstəm baba, onda ikimiz birlikdə çıxaq. Mən də ağ bayraq götürərəm.
    Rüstəm baba. O, nə üçündür elə?
    Nurel. Ağ bayraq sülh, barış rəmzidir. Ən qəddar düşmən də ağ bayrağı görəndə əl saxlayır, güllə atmır.
    Rüstəm baba. Yəni onlar belə şeyləri qanarlar ki? (Əlini eşiyə sarı uzadır). Onlar... Mən onlara inanmıram.
    Zamin. Nurel doğdu deyir. Mən də oxumuşam ki, ağ bayraq dalqalananda silahlar endirilir.
    Rüstəm baba. Tutalım ki, lap elə o cürdür, mən bu vurhavurda o ağ bayrağı haradan tapım? (Əlindəki silahı yuxarı qaldırır). Onların sülhü indi budur.
    Gülçin müəllimə. Ağ bayrağı tapmaq olar. Bu, çətin iş deyil. Amma...
    Rüstəm baba. Düzü, elə mən də o “əmma”ya görə bayraqsız-filansız çıxmaq istəyirəm.
    Nurel. Mən sizə dəqiq bildiyim şeyi deyirəm, Rüstəm baba. Bütün dünya bilir bu qaydanı.
    Zamin. Mən də gedim də...
    Rüstəm baba. Yox, onda belə edək... Dünyanın işini bilmək olmaz. Bu qızların yanında bir kişi xeylağı qalmalıdır ya yox? Müharibə olanda nə olar ki? Bizim də minillərdən bəri öz adətimiz, öz qanun-qaydamız var. Köhnədən deyərdilər ki, hər evin öz başıpapaqlısı olur... Zamin, bala, sən qalmalısan burada...

    Musiqi.
    Hamı bir-birinin üzünə baxır.
    Gülçin müəllimə başından ağ kəlağayı açıb Nurelə sarı uzadır.
    Nurel yaylığı götürüb uzun ağac parçasının ucuna bağlayır.
    Rüstəm baba durbin və tüfəngini götürüb qapıya yaxınlaşır. Nurel də onun arxasınca irəliləyir. Qoca sarayın daş qapısını açandan sonra dönüb diqqətlə uşaqlara baxır. İçəridəkilər nizami əsgər dəstəsi kimi ayaq üstə dayanıb “kəşfiyyata” gedənləri yola salırlar.
    Rüstəm baba ilə Nurel asta addımlarla çıxırlar.
    Musiqi səsi daha da yüksəlir.
    Bayırdan eşidilən atəş səsləri həyəcanlı melodiyaya qarışır. Sanki səslər çarpazlaşır, üz-üzə gəlir və bir-birinə qovuşur.
    Bir qədər sonra səslər səngiyir.
    Sükut. Bu sükutu bir güllə səsi və bayirdan eşidilən haray pozur. Haray çəkən Rüstəm babadır.
    İçəridəkilər cəld qapıya sarı qaçışırlar.
    Rüstəm baba kandarda görünür.O, axsayır. Sinəsinin üstünə qanlı kəlağay atılmış Nurel qocanın qucağındadır.
    Həyəcanlı nıdalar eşidilir.

    Namı. Vurdular? Nureli vurublar? Bəs bayraq? Nə üçün, nə üçün? Aman Allah...
    Rüstəm baba. Vurdular mənim balamı. Vurdular...
    Zamin. Bəs ağ bayraq?
    Rüstəm baba. Vurdular balamı... Uzaqdan vurdular. Özləri də siçovul kimi qaçırdılar... Mənim də ayağıma qəlpə dəydi. Mən heç, ömrünü-günü yaşamış adamam... Bəlkə də tanrı məni bu yaşa elə-belə gətirib çıxarmayıb, məni bu sınağa təsadüfən çəkməyib. Bəlkə də mənim ömür boyu qoruduğum bu torpaın uğrunda ölməyim bir ilahi məsləhətdir? Bəs bu uşağın nəydi günahı, tanrım? O, hələ nə görüb bu dünyada? O, indi-indi görürdü bu həyatı...

    Hıçqırtı.
    Bayırdan arabir güllə səsləri gəlir.
    Rüstəm baba Nureli qucağından yerə qoyub diz çökür.

    Nurel. (Dikəlir). Ağlamayın. Mən sağam. Amma yaram ağrıyır...
    Rüstəm baba. Sənin səsinə qurban olum...

    Gülçin müəllimə yaxınlaşıb Nurelin başını dizinin üstünə alır.
    Rüstəm baba tüfəngi və durbini küncə qoyur, ağ “bayrağı”- kəlağayı əlində tutur. Gülçin müəllimə çantasından çıxartdığı tənziflə Nurelin yarasını təmizləyib sarıyır.

    Gülçin müəllimə. Nurel, aç gözlərini. Mənəm. Gülçin müəlliməyəm...
    Rüstəm baba. Nurel, mənim balam, sən yaşayacaqsan. Sən yaşamalısan, oğlum. Bayaq oxuduğun o şeirdə nə gözəl sözlər vardı, mənim balam. Hər otu, hər çiçəyi, hər tənəyi qorumaq üçün yaşamalısan. (Üzünü uşaqlara tutur). Siz hamınız yaşamalısız...

    Atışma səsləri eşidilir.

    Gülçin müəllimə. Görəsən mənim qardaşım indi haradadır? Ona bir şey olmayıb ki? Ürəyim yaman vurur, Rüstəm baba.
    Rüstəm baba. İldırıma heç nə olmaz, mənim balam. O, nə qədər ki, bu döyüşlər bitməyib, düşmənin başının üstünə ildırım kimi çaxacaq.

    Gərgin musiqi. İldırım qapıda görünür.Onun çiynində avtomat silah, əlində bayraq var.
    Hamı dönüb ona baxır.
    İldırım silahı divara söykəyib əli ilə uşaqların başına sığal çəkir, əyilib bacısı Gülçin müəllimənın saçlarından öpür. Musiqi azalır.

    İldırım. Mən buradayam. Hamı sağ-salamatdırmı?
    Rüstəm baba. Nurel bir balaca yaralanıb.
    İldırım. Mən sizin sığınacaq yerinizi uzaqdan müşahidə edirdim. Durbinlə baxırdım. Ağ bayrağı da görürdüm. Düşmən snayperi Nureli və Rüstəm babanı nişan alıb atanda mən dözə bilmədim... Əmr verdim. Bizim rotanın əsgərləri irəli atıldılar. Həmin yeri mərmi atəşinə tutduq. Onların çoxu gəbərdi, sağ qalanlarsa qorxaq dovşan kimi qaçırlar. Mən bir azdan yenə gedirəm. Gəldim ki, sizinlə görüşüb xudahafizləşəm. Arxayın olun, biz qələbə çalacağıq. Bax bu əlimdəki bu bayrağı tezliklə o qarşıdakı yüksəklikdə, yəni Dumanlı dağın zirvəsində görəcəksiniz.
    Rüstəm baba. Var ol, İldırım, oğlum. Hamınız var olun. (Əyilib Nurelin əlindən tutur). Necəsən mənim balam?.. Şükür, deyəsən yaxşısan.

    İldırım əyilib Nureli qucağına alır. Gülçin müəllimə ayağa durur.

    Rüstəm baba. Bayaq Nurel çox gözəl bir şeir dedi. Necə idi o şeirin axırı?

    Hamı. (Xorla).
    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Sizin qadanız alım. Sizi var olasız. Nə gözəl ürəyiniz, nə təmiz arzunuz var... Siz qaranlığı boğan, zülmətləri bogan balalarsız... O zülməti, o qaranlığı elə qovmaq lazımdır ki, bu işıqlı dünyadan ilim-ilm itsin. Mən də sizin kimi əminəm ki, tezliklə başımızın üstündə qələbə bayrağı dalğalanacaq. Yaşasın ordumuz. Var olsun əsgərlərimiz.
    Hamı: Yaşasın! Var olsun.

    Təntənəli musiqi sədası eşidilir. Hamı “yaşıl sarayın” qarşısında dayanıb uzaqlara baxır. Fasiləsiz atəş səsləri gəlir, təyyarə uğultusu eşidilir.



    Epiloq

    Musiqi dəyişir. Amma sürəkli atəş səsləri davam etməkdədir. Hiss olunur ki, alatoranlıqdır, hava tədricən. Yanıb-sönən projektorun şüaları Dumanlı dağın zirvəsinə tuşlanıb. Əsgər siluetləri görsənir. Bir azdan İldırım görünür. Onun çiynində silah, əlində bayraq var. İldırım sürətli addımlarla gəlir. O, dağın zirvəsindədir. Zirvədə kiçik bir qalaça. İldırım bir ildırım cəldliyi ilə əlindəki bayrağı zirvədəki qalaçaya sancır...
    Projektorların işığı uşaqların toplaşdığı məkanı göstərir. Artıq hava açılmaqdadır. Uşaqlar səs-küylə həyətə gəlirlər. Uzaqda, zirvədə bayraq əzəmətlə dalğalanır.
    İldırım görünür. O, səliqəli hərbi geyimdədir. Hamı onu alqışlayır. Gülçin müəllimə və Rüstəm baba ona yaxınlaşıb alnından öpürlər.

    Hamı. Vətənimiz sağ olsun! Əsgərlərimizə eşq olsun.

    İldırım əlini zirvədəki bayrağa sarı uzadır.

    İldırım. Qoy bizim müqəddəs bayrağımız daim dalğalansın.
    Hamı: Vətən sağ olsun.

    Həzin bir melodiya səslənir.
    İştirakçıların hamısı bir-birini təbrik edir.
    Musiqi sədası get-gedə daha da gurlaşır.
    Uzaqda fişənglər atılır, qələbə atəşfəşanlığı duyulur.
    Projektorun işığı dalğalanan bayrağın üstündə bərq vurur.

    PƏRDƏ

    SON












    GÜNƏŞİ QORUYANLAR
    İki pərdəli dram
    İştirak edirlər:

    Nurel
    Əzizə
    Zamin
    Nüşabə
    Rüstəm baba
    Gülçin müəllimə
    İldırım

    (*”Qaranlığı qovanlar” pyesinin 2-ci variantı)

    Birinci pərdə
    Uzaqdan həzin musiqi sədası eşidilir.
    Adi, qırmızı kirəmitli köhnə kənd evlərindən birinin geniş həyəti.
    Uşaqlar – Nurel, Zamin və Nüşabə həyət boyu qaçışır, oynayır, bir sözlə, deyib-gülür, şənlənirlər. Onların əllərində oyuncaq silahlar var.

    Nurel. Ehey, əllər yuxarı...
    Nüşabə. Sən hara atəş açırsan? (Gülür). Ay tapdın ha... Mən buradayam.
    Zamin. Nüşabə, sən ağ xalat geyməlisən.
    Nüşabə. Ağ xalat niyə?
    Zamin. Axı sən həkimsən... Əsgərlərin yarasını sarıyırsan.
    Nüşabə. Yox, mən əsgər geyimində olmalıyam. Çünki mən vuruşan əsgərlərin yanındayam.
    Nurel. Əllər yuxarı!.. Mən düşmən tərəfi atəşə tututram.... Taq-taq-taraq...
    Zamin. Yox, sən özün düşmən tərəfdəsən, Nurel. Mənsə özümüzünkülər tərəfdə vuruşuram.
    Nüşabə. Yaxşı, onda mən hansı tərəfdəyəm?
    Zamin. Sən Əzizə ilə birlikdə yaralıları xilas edirsən, onları təcili yardım maşınına daşıyırsan.
    Nurel. Yox, Zamin, bu düzgün bölgü olmadı.
    Zamin. Niyə ki?
    Nurel. Yaralıları maşına daşımağa qızların gücü çatmaz.
    Zamin. Mən özüm filmlərdə görmüşəm ki, yaralı əsgərləri qızlar güllə yağışının altından çıxarırlar.
    Nüşabə. Hə, mən də görmüşəm belə kinoları...
    Nurel. Kinoda olanların hamısı doğru deyil ki...
    Nüşabə. Bilirəm... Yaxşı, bəs onda nə edək?
    Nurel. Biz iki yerə bölünürük; mənimlə Əzizə o tərəfdən hücuma keçir...
    Zamin. Buna sağ cinah deyirlər...
    Nüşabə. Bıy, Zamin, sən bunu haradan bilirsən? (Gülür). Elə bil əsl müharibədə olmusan.
    Zamin. Bunu bilməyə nə var ki? (Ciddiləşir). Mən böyüyəndə general olacağam.
    Nüşabə. General? Mən də həkim olacağam...
    Nurel. Bir qulaq asın. “General”, sən o tərəfdən hücuma keçəcəksən.
    Nüşabə. Yəni sol cinahdan...
    Zamin. (Nüşabəyə). Sən bu sözü məndən öyrəndin.
    Nüşabə. Axı biz eyni cinahdanıq. Gərək bir-birimizi anlaya bilək... (Gülür). Özü də bir işarədən.
    Nurel. Yaxşı, bəs bu qız harada qaldı? Əzizə, sən haradasan? (Ətrafa boylanır). Onun yerini bilən varmı?
    Nüşabə. Əzizə elə yerdə gizlənib ki, onu heç kəs tapa bilməz.
    Zamin. Doğru deyirsən, Nüşabə?
    Nüşabə. Əlbəttə, doğru sözümdür.
    Nurel. Bəs sən özün onun yerini bilirsən?
    Nüşabə. Mən? (Duruxur). Yox... Mən haradan bilim ki?
    Zamin. Bəs onda sən haradan bilirsən ki, Əzizəni heç kəs tapa bilməyəcək?
    Nüşabə. Bayaq Əzizə özü dedi...
    Nurel. Nə dedi?
    Nüşabə. Dedi elə yerdə gizlənəçəyəm ki, məni nə qədər axtarsanız da tapa bilməyəcəksiniz.
    Nurel. Eh, bu da qəribə qızdır. Əzizə heyyy...
    Zamin. Ay gizləndi ha... Mən indi onu taparam... (Fikrə gedir). Gərək bizim həyətə gedəydik...
    Nurel. Zamin, sizin həyət kiçikdir. Orada oynamaq olmur. Amma bura- Rüstəm babanın həyəti böyükdür. Axı burada yaşayan yoxdur. Heç kəsə də mane olmuruq.
    Nüşabə. Yaxşı, mübahisə etməyin. Bəs biz indi nə edək?
    Zamin. Məncə o, bu yaxınlıqda gizlənib.
    Nüşabə. Gəlin hamımız birlikdə səsləyək...
    Nurel, Nüşabə, Zamin. (Xorla). Əzizə, heyyyy... Haradasan, Əzizə?
    Zamin. Bu qız harada qaldı? Belə zarafat olmaz axı.
    Nurel. Uşaqlar, elə bil ki, uzaqdan səs gəlir. (Ətrafı dinləyir). Eşidirsiz?
    Zamin. Nurel, mən heç nə eşitmirəm.
    Nüşabə. Yox, Zamin, Nurel düz deyir. Elə bil ki, kimsə uzaqdan, lap uzaqdan qışqırır.
    Nurel. Zamin, Nüşabə, bir diqqətlə qulaq asın, bu, Əzizənin səsidir. Eşidirsiniz?

    Həyəcanlı musiqi sədası get-gedə artır. Uşaqlar qışqıra-qışqıra, çaşqın halda müxtəlif istiqamətlərə qaçışırlar.

    Nurel. Əzizə, cavab versənə... Haradasan? Eşidirsən, Əzizə?
    Nüşabə. Əzizə, bu boyda zarafat olmaz axı... Harada gizlənmisən?
    Zamin. Əzizə, səsin gəlir, amma özün yoxsan...
    Əzizə. (Uzaqdan onun boğuq səsi gəlir). Mən buradayam...
    Nurel. “Burada”-yəni harada?
    Əzizə. Budada, yaxınlıqda bir mağara var... Qaranlıq bir mağara...
    Nüşabə. Əzizə, sən yenə zarafat edirsən?
    Zamin. Yox, nə zarafat? Görmürsüz o necə həyəcanlı danışır?
    Nurel. Mən heç nə anlamıram.
    Nüşabə. Bəlkə səni həbs ediblər, Əzizə? (Gülür). Doğrudan ey...
    Zamin. Məncə hələlik gülməli bir iş yoxdur.
    Nüşabə. Vallah, məncə o bizimlə zarafat edir.
    Əzizə. (Uzaqdan boğuq səslə). Uşaqlar, mən bayaq bu evin zirzəmisində gizləndim. Birdən-birə zülmətə düşdüm. İndi yolu tapa bilmirəm ki, çıxım.
    Nurel. O, Rüstəm babanın evinin zirzəmisindədir.
    Zamin. Rüstəm baba evdə yoxdur.
    Nüşabə. Gəlin gedək o zirzəmiyə. (İrəli yeriyir). O orada boğula bilər.
    Nurel. Nüşabə, dayan. Hara belə?
    Nüşabə. Bəs bayaqdan biz döyüşdən, davadan danışırıq. İndi elə hesab edin ki, döyüş dostumuz əsir düşüb. Biz onu xilas etməliyik. Arxamca gəlin.

    Nüşabə oyuncaq avtomatın tətiyini çəkib irəıi çıxır.
    “Avtomatlardan” sürəkli “atəş” açılır. Nurel və Zamin əsgəri addımlarla evə sarı gedirlər.
    Bu əsnada Rüstəm baba görünür. Kişi əvvəlcə təəccüblə, sonra isə təbəssümlə uşaqları süzür.
    Musiqi dəyişir, həzin melodiya eşidilir.

    Rüstəm baba. Salam, balalar. Yenə bu nə oyundur belə çıxarırsız?
    Nüşabə. (Sevincək). Ura, Rüstəm baba gəldi.

    Rüstəm baba yaxınlaşıb uşaqların başını sığallayır.

    Rüstəm baba. Yenə “dava-dava” oynayırsız?
    Zamin. Bəli, Rüstəm baba.
    Əzizə. (Uzaqdan yenə boğuq səslə). Mənə kömək edin...
    Rüstəm baba. O nə səsdir elə?
    Nurel. Biz bayaqdan bəri Əzizəni tapa bilmirik. Onun səsi gəlir, amma özü yoxdur.
    Rüstəm baba. Necə yəni, “səsi gəlir, özü yoxdur”? Heç belə şey olar?
    Nüşabə. O, bayaq mənə dedi ki, xəlvəti bir yer tanıyıram, gedib orada gizlənəcəyəm-heç kəs məni tapmayacaq. Biz onu doğrudan da tapa bilmirik.
    Rüstəm baba. (Həyəcanla). Bıy, yoxsa o mağarada gizlənib?
    Nüşabə. Bəyəm burada mağara var, Rüstəm baba?
    Rüstəm baba. Var... Evin altındadır.
    Nurel. Nə üçündür o mağara?
    Zamin. Bəyəm evlərin altında mağara olur?
    Rüstəm baba. Qoy əvvəlcə görüm bu uşağın səsi haradan gəlir? Əzizə bala, sən haradasan?
    Əzizə. (Boğuq səslə). Buradayam, baba...
    Rüstəm baba. Deyirəm də... O, mağaraya girib.
    Nüşabə. Mağara...
    Rüstəm baba. Sonra sizə danışaram bu nə mağaradır. Məni burada gözləyin. İndi gəlirəm.
    Nurel. Baba, biz də gələk?
    Rüstəm baba. Yox, bu sizin işiniz deyil. Burada dayanın....

    Rüstəm baba cəld, iti addımlarla irəli cumur. Uşaqlar təəccüblə onu süzürlər. Rüstəm baba gözdən itir.
    Həyəcanlı musiqi sədası.
    Gülçin müəllimə və İldırım gəlirlər. Gülçin müəllimənin əlində çanta, başında ağ yayıq var. İldırım hərbi geyimdədir.
    Musiqi sədası azalır.

    Gülçin müəllimə. Uşaqlar, nəsə həyəcanlısız. Nə olub belə?
    İldırım. Salam, uşaqlar. Nəsə bir hadisə baş verməyib ki?
    Nüşabə. Əzizə oradadır. (Əlini irəli-evə sarı uzadır). Orada...
    Gülçin müəllimə. Orada? Evdə? Heç nə anlamıram...
    Nurel. Elə biz də heç nə anlamırıq...

    Rüstəm baba həyətə çıxır. O, qan-tər içindədir, boğula-boğula danışır.

    Rüstəm baba. İldırım, sənsən, oğlum?
    İldırım. Salam, baba. Nə olub?
    Rüstəm baba. Tez ol, arxamca gəl. Nə olduğunu sonra izah edərəm sənə.
    Gülçin müəllimə. Baba, mən də gəlim?
    Rüstəm baba. Yox, qızım, sənlik bir iş yoxdur... Uşaqlar, siz də darxmayın, qorxmayın, bu dəqiqə Əzizəni gətirəcəyik. Ora çox qaranlıqdır, qoy fanarı da götürüm.

    Rüstəm baba ilə İldırım evə sarı irəliləyirlər.
    Gərgin musiqi.
    Silahları bir kənara atan uşaqlar Gülçin müəlliməyə nəyisə əl-qol hərəkətləri ilə izah edirlər. Onların nə dediyi eşidilmir. Gülçin müəllimə diqqətlə uşaqlara qulaq asır. Onun sifətində gah təəccüb, gah heyrət, gah da təəssüf ifadələri aydın sezilir.
    Az sonra Rüstəm baba və İldırım görünür. İldırımın qucağındakı qızcığaz başını hərbçinin sinəsinə qısaraq onun boynundan bərk-bərk yapışıb. Bu qız Əzizədir.
    İndi bütün iştirakçılar səhnədədir. Onların hamısının sifətində sevinc ifadələri duyulur. Musiqi sədası və iştirakçıların nidaları eşidilir: “Ura!”. “Əzizə gəldi”. “Sağ ol, Rüstəm baba”. “İldırım əmi, yaşa, var ol”.

    Rüstəm baba. Hə, uşaqlar, indi sakit ola bilərsiz. Bu da sizə Əzizə...

    Rüstəm baba əlindəki fanarı kənara qoyaraq Əzizəni İldırımın qucağından alıb öpür. Qız onun qucağından düşür, dostları ilə görüşüb-öpüşür. O, həyəcanlı olsa da çox sevincəkdir.

    Əzizə. Çox sağ olun, Rüstəm baba. İldırım əmi, siz də var olun. Uşaqlar, minnətdaram. Əgər siz olmasaydınız... (Kövrəlir). Mən özüm günahkaram bu işdə.
    Rüstəm baba. Yox, mənim balam, sənin heç bir günahın yoxdur. (Əzizənin başına sığal çəkir). Təqsir mənim özümdədir. Vallah, əslində heç məndə də günah yoxdur. Günah bu lənətə gəlmiş araqarışdıranlardadır. Günah bu davada, bu müharibədədir.
    İldırım. Yaxşı, Rüstəm baba, əgər sirr deyilsə, bizə bir izah edin görək, o nə mağaradır elə evin altında? (Gülür). Birdən gələcəkdə bizə də lazım ola bilər.
    Rüstəm baba. Ay bala, sirr deyəndə ki... (Bir qədər susub dərindən nəfəs alır). Buna bəlkə də əvvəllər sirr demək olardı. Amma ta sirlik bir şey qalmayıb. İstəsəniz danışa bilərəm o nə mağaradır elə...
    Hamı: Hə, danış, Rüstəm baba... Deyin, biz də bilək... O mağara nə üçündür? Ora çox dərindir? Qaranlıqdırmı? Oraya işıq düşmür?
    Rüstəm baba. Məslə belədir... Bu ev əslində elə mağaranın üstündə tikilib. Bura bizim dədə-baba evimizdir. Bu mülkə biz öz aramızda “köhnə ev” deyirik. Bizim yaşadığımız evi yəqin ki, hamınız yaxşı tanıyırsiz. Odur ey, çayın o biri sahilindəki ikimərtəbəli, aynabəndli evdir. Bu evi isə mənim babam tikdirib. Bəs nə üçün mağaranın üstündə? Bildiyiniz kimi, o zamanlar soyuducu-filan yox idi. Babam elə bu məqsədlə buranı qaydaya salıb, divarları suvayıb, səliqə-səhman yaradıb. Yuxarıya, evin içinə doğru pilləkan da qalxır.
    İldırım. Hiss etdim ki, o mağaranın içi çox genişdir.
    Rüstəm baba. Bəli, düz deyirsən, genişdir. Mən bir vaxt, əgər lazım olarsa o mağaranı hamınıza göstərə bilərəm...
    Əzizə. Ura, birinci mən görmüşəm o mağaranı...
    Rüstəm baba. (Gülür). Əzizə bala düz deyir. Burada o mağaranı məndən sonra görən birinci adam adam odur. Yaxşı, mənim balam, indi de görüm oraya girmək haradan ağlına gəldi sənin?
    Əzizə. Mən əvvəlcə onun qapısını tapdım.
    Rüstəm baba. Bəs o qapıdan necə girdin içəri?
    Əzizə. Qapı açıq idi. Mən də girdim içəri...
    Rüstəm baba. Qapı açıq idi bəyəm? Qəribədir... (Düşünür). Hə, yadıma düşdü, dünən qapını özüm açmışdım ki, mağara bir az nəfəs alsın. Axı ora nəm ola bilərdi... Eh, qocalıq... Yəqin ki, sonra qapını bağlamaq yadımdan çıxıb. Özü də qapı nə qapı, sal daşdır. O qapının çəkisi çox ağırdır. Amma barmaqla itələsən öz-özünə açılır. Onu mənim babam bu cür düzəldib. Rəhmətlik ona “sirli qapı” deyərdi. Deməli, Əzizə içəri keçəndə o daş qapıya toxunub, qapı da öz-özünə örtülüb. Eləmi olub, mənim balam?
    Əzizə. Bəli, baba, qapı birdən atxamca örtüldü. Mən içəridə, qaranlıqda qaldım. Başladım qışqırmağa...
    Nüşabə. Biz buradan onun səsini güclə eşidirdik.
    İldırım. (Əzizəyə). Yəqin ki, çox qorxmusan, qızım...
    Rüstəm baba. Yox, bir görün o heç qorxaq qıza oxşayır?
    Gülçin müəllimə. Əlbəttə, yox. O, çox qoçaq, çalışqan qızdır. Özü də dərs əlaçısıdır. Amma arada bu cür dəcəlliyi də olur.
    İldırım. Bacı, uşaq elə bir az dəcəl olsa yaxşıdır.
    Gülçin müəllimə. Dəcəlliyin də sonu bax bu cür olur.
    Rüstəm baba. Şükür, buna da min şükür, bala. Hər şey yaxşı qurtardı. Amma yadınızda saxlayın: tanımadığınız yerə ayaq basmayın, tanımadığınız şeyə əl vurmayın. Bunun ağır nəticəsi ola bilər.
    Nurel. Rüstəm baba, bəs biz haçan görəcəyik o mağaranı?
    Rüstəm baba. Hələ tələsməyin. Əslində indi oranı heç görməsəniz yaxşıdır. Təki başımızın üstündən bu qara buludlar çəkilib getsin... Vaxt gələr, biz oraya şadyanalıq üçün yığışarıq.
    İldırım. Baba, elə bil ki, nədənsə yayı atıb oxu gizlədirsiniz...
    Gülçin müəllimə. Mənə də elə gəlir ki, Rüstəm baba bu mağara barədə bildiklərinin çoxunu danışmadı bizə...
    Rüstəm baba. Düz deyirsiniz... Məsələ burasındadır ki, soyuducu kimi nəzərdə tutulan bu yer sonra sığınacaq yerinə çevrildi.
    Nüşabə. Sığınacaq nədir, baba?
    Zamin. Nüşabə, bilmirsən sığınacaq nədir?
    Nüşabə. Guya sən özün bilirsən, Zamin?
    Zamin. Niyə bilmirəm ki?
    Nüşabə. Yaxşı, onda bilirsən de.
    İldırım. Uşaqlar, sakit olun. Lazım olsa Gülçin müəllimə hər sözün mənasını sizə izah edər. Rüstəm baba çox maraqlı söhbət edir...
    Gülçin müəllimə. Rüstəm baba deyir ki, bu yerdən sonralar daldalanacaq kimi istifadə olundu.
    Rüstəm baba. Ay sağ ol, qızım. Düz izah edirsən. (Əlini uzaqlara uzadır). Yağılar o vaxt yenə ağıl-kamallarını itirib dava-dalaş salmışdılar. Onlar üstümüzə hücum çəkəndə çox müsibətlər gördük. Əslində elə onların özü də çox şey itirdilər... Görüm lənətə gəlsin onları... Bax bizim ailəni o vaxt bu mağara xilas edib. Bunu mən babamla atamdan eşitmişəm.
    İldırım. Baba, düşmən indi daha təhlükəli oyun oynayır.
    Rüstəm baba. Doğrudur, oğlum.
    Gülçin müəllimə. İldırım deyir ki, onlar bizim kəndə hücum çəkmək istəyirlər.
    Rüstəm baba. Uşaqları qorxuzmayın... Onlar qələt eləyirlər. Kimdir onlar?
    İldırım. Bütün kəndi silahlandırmaq lazımdır.
    Rüstəm baba. Mənim silahım var. Köhnə meşəbəyiyəm, təcrübəli ovçuyam... Amma... Madam ki, belə bir söz-söhbət var nəsə bir şey fikirləşmək lazımdır...
    İldırım. Vaxt var ikən uşaqları buradan çıxarmaq lazımdır.
    Gülçin müəllimə. Bəs dərslər? Bəs məktəb?
    Rüstəm baba. Halal olsun sənə, qızım. İldırım, vallah, mənə gülən olmasaydı deyərdim ki, Gülçin müəllimə sənin bacın yox, qardaşındır. Belə mərd, qorxmaz övlad böyüdən ata-anaya mənim bu qoca canım qurban...
    Gülçin müəllimə. Baba, elə söz deməyin. Xoş sözlər üçün də sağ olun. Mən sadəcə öz peşə borcumu yerinə yetirirəm.
    Rüstəm baba. Müəllimə, elə düşünmə ki, mənim savadım az olduğuna görə heç nə başa düşmürəm. (Gülür). Fikir verirəm, altdan-altdan göz qoyuram: sən bu məktəbə gələndən bəri bu uşaqların qoltuğundan kitab düşmür.
    İldırım. Uşaqların kitab oxumasına bir sözüm yoxdur. Qoy oxusunlar. Amma ilk növbədə öz vətənlərini sevsinlər.
    Rüstəm baba. Əlbəttə, el-obanı sevmək lazımdır. Torpağı qorumaq lazımdır.
    İldırım. Lazım gələrsə...
    Rüstəm baba. İldırım, oğlum, bilirəm, sən döyüşdə iki dəfə yaralanmısan, bu torpaq üçün qan tökmüsən, yenə vuruşa hazırlaşırsan. Sən bu uşaqlara canlı nümunəsən.
    Zamin. İldırım əmi, mən gələcəkdə sizin kimi hərbçi olmaq istəyirəm...
    Nüşabə. Zamin, bəs həmişə deyirdin ki, gələcəkdə general olacağam.
    İldırım. O-o-o... Nə gözəl arzudur. Zamin çox yaxşı arzu ilə yaşayır. Sərkərdələrdən biri deyib ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz...
    Zamin. İldırım əmi, bəlkə məni də özünüzlə döyüşə aparasız. Mən istəyirəm ki...
    Rüstəm baba. Zamin, bala, sənin atan ordudadır, hələlik sənə orada bir ehtiyac yoxdur. (Gülür). O, sənin əvəzinə vuruşur.
    Gülçin müəllimə. Uşaqlar, indiki halda sizin ən böyük borcunuz, vəzifəniz oxumaqdır.
    İldırım. Bacı, xətrinə dəyməsin, düzü məni indiki kitablarda yazılanlar o qədər də açmır.
    Gülçin müəllimə. (Gülür). Niyə, qardaş? Nədir səni narazı salan?
    İldırım. Axı nə qədər düşmənlə dostluqdan yazmaq olar? Düşmən həmişə düşməndir...
    Rüstəm baba. Bilmirəm öz bacının cavabı nə olacaq, amma mən belə fikir edirəm ki, müdrik adamlar elə düşməni də dosta çevirməlidirlər.
    İldırım. Ay rəhmətliyin oğlu, çobanla canavarın dostluğu baş tutarmı?
    Rüstəm baba. Qoy çoban canavarla dost olsun, ammağı çomağı da əldən verməsin. (Gülür). Onda dostluq baş tutar...
    İldırım. Ta bunun nəyi dostluq oldu ki?
    Gülçin müəllimə. Bizim borcumuz öz şagirdlərimizə insanları, insanlığı sevməyi öyrətməkdir. Yerdə qalan digər məsələri həyat özü öyrədəcək.
    İldırım. Vallah, məndən olsa biz öz uşaqlarımıza lap körpəlikdən silahla davranmağı, vurub-tutmağı, atışmağı öyrətməliyik. Həmişə geri çəkilənin üstünə gələrlər...
    Rüstəm baba. İldırım, oğlum, mən sənin cürətinə bələdəm. Amma bir söz deyim, xətrinə dəyməsin...
    İldırım. Deyin, baba, sizin hər sözünüz mənə bal kimi şirindir.
    Rüstəm baba. Demək istəyirəm ki, adam hər dövrdə özü öz həyatını yaşamalıdır. Körpələr əlinə silah götürməməlidir. Körpələr öz körpə həyatlarını yaşamalıdırlar. Bəyəm Rüstəm baba ölüb ki, öz nəvələrini qızıl güllənin qabağına versin? (Səsinin tonunu qaldırır). Bu uşaqların çoxunun atası indi düşmən qabağında sipər kimi dayanıb. Lazım gəlsə mən özüm də düşmənlə üz-üzə dayana bilərəm. Amma bunlar... Bunlar indidən barıt qoxusu udmamalıdır. Bunlar Gülçin müəllimədən dərs almalıdır. Gələcəkdə lazım gəlsə, onların arasından İldırımlar da çıxacaq. Mən müharibənin nə olduğunu bilirəm. Davada uşaqlar öz yaşlarından tez böyüyürlər. Amma bizə öz vaxtında böyüyən uşaqlar lazımdır; nə tez, nə də gec böyüyən uşaqlar yox...
    Gülçin müəllimə. İldırım, Rüstəm baba doğru deyir. Həyat lazım gələndə hər sahədə öz qəhrəmanlarını yetişdirir.
    Zamin. Mən general olacağam...
    Nüşabə. Ol də... Kimdir sənə mane olan?

    Hamı gülür. Zamin pərt olur. İldırım əlini onun çiyninə qoyur.

    İldırım. Mən də əminəm ki, sən öz arzuna çatacaqsan..
    Rüstəm baba. Yaxşı, uşaqlar, siz oynaşın, mən də öz işlərimi görüm. Düzü, çoxdan bəri ürəyimdən keçirdi ki, bu köhnə evdə bir yır-yığış aparım. Aparmışam da... Amma bir-iki yarımçıq işim qalıb. İldırım, sən də qalx yuxarı, bir az dincəl. Onsuz da yorğunsan.
    İldırım. Yox, baba, dincəlmək vaxtı deyil. Mən getməliyəm.
    Gülçin müəllimə. İldırım, gedək evə. Sən istirahət edərsən, mən də sənin pal-paltarını təmizləyərəm.
    İldırım. Bacı, mən nə etmişəm ki, yorulam da? Bir də ki, alayda uşaqlar məni gözləyir. Gəldim ki, sizə baş çəkim. Yaxşı oldu ki, həm səni, həm Rüstəm babanı, həm də bu uşaqları gördüm.
    Zamin. İldırım əmi, biz də alaya gələ bilərikmi?
    İldırım. Əlbəttə, gələ bilərsiz. Lap elə alayın cəsur döyüşçüləri ilə sizin görüşünüzü də təşkil etmək olar. Gülçin müəllimə bu işdə həm bizə, həm də sizə köməklik göstərə bilər.
    Rüstəm baba. Hə, belə bir iş olsa məni də çağırın. (İldırıma). Komandir, mən də gələ bilərəmmi?
    İldırım. Bu, çox yaxşı iş olar, baba. Həm bizim əsgərlər, həm də məktəblilər sizin keçdiyiniz həyat yolu ilə də tanış olarlar.
    Rüstəm baba. Həyat yolu deyəndə ki... Həyatla həmişə cəngi-cidalda olmuşam. Bir rahat günüm olmayıb... Gah o məni üstələyib, gah da mən onu...
    İldırım. (Gülür). Demək, hesab hələ heç-heçədir...

    Uzaqdan səs-küy eşidilir.
    Fişənglər atılır.
    Top səsləri.

    Rüstəm baba. Bu nə səs-küydür belə? Qulağım məni aldatmır ki?
    İldırım. Top səsləridir. (Diqqətlə dinləyir). Deyəsən... Deyəsən, yenə sakitlik pozulub.
    Rüstəm baba. Bu yağılar dinc dayanmaq istəmir heç... Onların dərsi verilməyincə sakit oturmayacaqlar...
    Əzizə. Rüstəm baba, bəyəm onlar da dərs oxuyurlar?
    Rüstəm baba. Elə dərs oxumurlar deyə belə vəhşilik edirlər...
    İldırım. Yaxşı, mən qaçdım. Rüstəm baba, Gülçin, uşaqlar, siz tez evə gedin.
    Rüstəm baba. Mən də səninlə gedim, İldırım.
    İldırım. Yox, baba, siz qalın. Uşaqlar qorxa bilər.
    Zamin. Yox, biz qorxmarıq.
    İldırım. Əgər bir hadisə baş versə, uşaqları dağ yolu ilə şəhər istiqamətinə, rayon mərkəzinə doğru apararsız. Mən çalışıb sizinlə əlaqə saxlayacağam. Rüstəm baba, siz köhnə ovçusuz, yəqin ki, silahınız var... Əlbəttə, hələ buna bir ehtiyac yoxdur, amma birdən gərək olsa...
    Rüstəm baba. Heç tüfənfsiz də ovçu olar?
    İldırım. Onda salamat qalın. Mən qaçdım... Di hələlik uşaqlar.

    İldırım cəld hamı ilə görüşüb ayrılmaq istəyir.
    Gülçin müəllimə başını qardaşının çiyninə qoyub hıçqırır.
    Rüstəm baba əlini onların çiyninə qoyur.

    Rüstəm baba. Allah baiskarın cəzasını versin. Tanrıya dua edirəm, oğlum, sağ gedib salamat gələsən.
    İldırım. Bacı, sən indi bu uşaqların təkcə müəllimi yox, həm də anasısan... Özünü tox tut...
    Gülçin müəllimə. İldırım... (Hıçqırır). Qardaşım mənim...
    İldırım. Sən niyə ağlayırsan axı? Mən sarıdan qətiyyən nigaran olma... Döyüşçünü döyüşə aglaya-ağlaya yox, gülə-gülə yola salarlar... Görünür, bu da mənim alın yazımdır.

    Rüstəm baba onların- Gülçin müəllimə ilə İldırımın əllərini öz əlinə alıb irəli yeriyir.
    Sonra uşaqlar da əl-ələ verir.
    Fişənglər atılır.
    Güllə səsləri get-gedə yaxınlaşır.

    Rüstəm baba. Gecikmək olmaz. Biz təcili şəkildə bu işə bir çarə qılmalıyıq. Eşidirsizmi, top səsləri yaxınlaşır. O alçaqlar arxa cinahdan hücuma keçiblər.

    İldırım cəld irəli çıxır. Əvvəlcə səhnənin önünə gəlir. Sonra iri, əsgəri addımlarla arxaya, fişənglərin atıldığı, top-tüfəng səslərinin gurladığı istıqamətə doğru qaçır.
    Həyəcanlı musiqi sədası. Rüstəm baba ilə Gülçin müəllimə əl-qolları ilə nəyisə izah edirlər.
    Musiqi tədricən həzin lada keçir.

    Gülçin müəllimə. Uşaqlar, deyilənlərə diqqətlə qulaq asın.
    Rüstəm baba. Balalar, əslində ta siz uşaq deyilsiz.
    Gülçin müəllimə. İndi mən sizin təkcə sinif müəlliminiz deyiləm...
    Əzizə. Axı siz bizim müəllimimizsiz...
    Rüstəm baba. Mənim gözəl nəvələrim, əlbəttə, Gülçin müəllimə sizin sevimli müəllimənizdir. Amma indi elə bir vəziyyət yaranıb ki, siz onun həm də dostlarısız... Əslində indi biz hamımız dostlarıq. Bayaq dedim də, bu lənətə gəlmiş müharibədə uşaqlar da məcburən böyüklər kimi hərəkət etməli olur.
    Gülçin müəllimə. Rüstəm baba, indi nə edək? Bəlkə gedib məktəbə sığınaq?
    Rüstəm baba. Məktəb gözə ilk dəyən yerdədir...
    Gülçin müəllimə. Məncə məktəbə top atmazlar.
    Rüstəm baba. Hardadır o məlunlarda o vicdan, o tərbiyə?
    Nurel. Onlara dərs keçməyiblər...
    Əzizə. Onlar uşaqları da öldürə bilərlərlərmi?
    Nüşabə. O günü radioda deyirdilər ki, atılan güllə uşağı böyükdən ayırmır.
    Zamin. Qorxmaq lazım deyil. Qorxan gözə çöp düşər.
    Rüstəm baba. Sağ olun, uşaqlar. Görürəm, hamınız ürəklisiniz. Elə əsas da budur. Amma ehtiyatı da əldən vermək olmaz.
    Gülçin müəllimə. Bəs indi biz nə edək, Rüstəm baba? Nədir məsləhətiniz?
    Rüstəm baba. Mən indi nə etmək lazım olduğunu sizə başa salaram. Yaxşı, mənim lampam harada qaldı?
    Zamin. Budur, buradadır, Rüstəm baba. (Lampanı götürüb Rüstəm babaya uzadır).
    Rüstəm baba. Ay sağ ol. Biz bu köhnə evin altındakı mağarada gizlənəcəyik.
    Gülçin müəllimə. Bəyəm orada bu qədər adam yerləşər?
    Rüstəm baba. Orada on-onbeş dəfə bundan artıq adam yerləşə bilər.
    Nurel. Onda əvvəlcə mən gedirəm ora.
    Əzizə. Yox, mən gedəcəyəm. Axı mən artıq orada olmuşam, bələdəm hər yerinə.
    Nüşabə. Onun qapısı taxtadandır?
    Əzizə. Yox, daş qapıdır. Bayaq Rüstəm baba dedi də...
    Zamin. Arxamca gəlin. İrəli...
    Gülçin müəllimə. Uşaqlar, sakit olun. Deyilənlərə əməl edin.
    Rüstəm baba. Gəlin belə edək. Mən irəlidə, siz də arxamca, hamımız sıra ilə mağaraya gedirik.

    Musiqi.
    Uşaqlar bayaqdan bir kənara atdıqları oyuncaq silahları qapıb sürətlə Rüstəm babanın arxasınca gedirlər.
    Lap sonda Gülçin müəllimə ehtiyatlı addımlarla gedənlərin arxasınca irəliləyir.
    Güllə, tank və top səsləri yaxınlaşır.
    Get-gedə səhnə qaralır.
    Rüstəm baba görünür. Qocanın əlində tüfəng var.
    Qaranlığı ox kimi yaran projektorların çarpaz işıqları Rüstəm babanın başı üstündə oynaşır.
    Musiqi səsi get-gedə daha da yüksəlir.


    Pərdə


















    İkinci pərdə
    Mağara.
    Daş divarlar.
    Divar boyu düzülmüş taxta parçaları, daş və ağac kətillər.
    Nurel, Nüşabə, Zamin, Əzizə ayaq üstə sakitcə dayanıblar.
    Gülçin müəllimə asta addımlarla gəzişir.
    Hamının üzündə həyəcan hiss olunur.
    Həzin musiqi.
    Sayrışan soyuq, zəif işıqlar get-gedə gurlaşır.

    Gülçin müəllimə. Uşaqlar, üşümürsüz ki?
    Nurel. Müəllinə, soyuq nə gəzir? Biz üşümürük.
    Gülçin müəllimə. Qorxmursuz ki?
    Zamin. Yox, müəllimə. Qorxmuruq.
    Əzizə. Biz kimdən qorxasıyıq ki?
    Nüşabə. Kimdən? Düşməndən..
    Əzizə. Burada düşmən bizi tapa bilməz. Elə deyil, Gülçin müəllimə?
    Gülçin müəllimə. İndi bu barədə danışmaq tezdir. Amma nəzərə alın ki, çox şey sizin özünüzü burada necə aparmağınızdan asılıdır.
    Nüşabə. Müəllimə, biz nə etməliyik?
    Gülçin müəllimə. Rüstəm babanın və mənim dediyim sözlərə qulaq asmalısız. Artıq-əskik hərəkətə yol vermək olmaz.
    Nurel. Gülçin müəllimə, bəs Rüstəm baba özü hanı?
    Gülçin müəllimə. İndi gələr. Darıxmayın..

    Rüstəm baba gəlir. Onun çiynində durbin, əlində tüfəng var. Qoca susub bir müddət diqqətlə uşaqları süzür.

    Rüstəm baba. Niyə danışmırsız?
    Əzizə. Müəllimə deyir ki, artıq-əskik hərəkət etməyin.
    Rüstəm baba. Müəllimə düz deyir. (Hiss olunur ki, zorla gülümsəyir). Siz onun dediklərinə diqqətlə qulaq asın.
    Nüşabə. Həm də sizin sözlərinizə... Müəllimə belə deyir...
    Rüstəm baba. Əgər birdən mən olmasam... (Qəhərlənir). O vaxt qorxmayın...
    Zamin. Siz niyə olmaya bilərsiz ki, baba?
    Rüstəm baba. Bunu elə-belə deyirəm... (Çiynindəki tüfəngi və durbini götürüb bir müddət matdım-matdım baxır, sonra onları bir küncə qoyur). Yaşlı adamam. Hər şey ola bilər. Heç kəs bu dünyanı tutub qurdla qiyamətə qalmır ki. Hər əvvəlin bir sonu da olur.
    Gülçin müəllimə. Rüstəm baba, bayırda sakitlikdir?
    Rüstəm baba. Sakitlik deyəndə ki... Möhkəm atışma gedir. Amma qorxmayın... Buranı heç kəs tapa bilməz. Biz çox etibarlı yerdəyik. Amma ürəyim çox narahatdır. Görəsən, bizim kəndin adamları xilas ola bildimi?
    Gülçin müəllimə. Görəsən, İldırımgilin dəstəsi köməyə gələ biləcəkmi?
    Nüşabə. Rüstəm baba, bəs biz burada nə vaxtacan qalacağıq?
    Rüstəm baba. Döyüş səngiyənə qədər...
    Əzizə. Bəs döyüş nə vaxt qurtaracaq, baba?
    Gülçin müəllimə. Tezliklə başa çatacaq...
    Əzizə. Müəllimə, bəs bizə sabah dərs olmayacaq?
    Gülçin müəllimə. Baxarıq...
    Nurel. Biz burada da dərs keçə bilərik.
    Zamin. Harada?
    Nurel. Bax budur, burada... Bu taxtadan stol düzəltmək olar. Bu kətillərsə skamyanı əvəz edə bilər.
    Zamin. Hə, bu qara taxtadan lövhə kimi istifadə etmək olar... Əgər tabaşir olsa...
    Gülçin müəllimə. Mənim çantamda tabaşir olmalıdır. (Çantasını qurdalayır). Nəsə gözümə dəymir...
    Rüstəm baba. Tabaşir olmasa da bir ziyanı yoxdur. Bir əncam qılarıq.
    Əzizə. Tabaşirsiz necə yazmaq olar, baba?
    Rüstəm baba. Bax odur, güncdə ağ faner taxta var. İşə yarayar?
    Əzizə. Ağ tabaşirlə ağ taxtaya yazı yazmaq olar?
    Rüstəm baba. Ağ tabaşir olmasın, olsun qara tabaşir... (Gülümsəyir). Olmaz bəyəm?
    Nüşabə. Təbaşirin qarası da olur?
    Rüstəm baba. Belə yerdə qara kömür ağ tabaşiri əvəz edə bilər. Elə deyilmi, Gülçin müəllimə?
    Gülçin müəllimə. Bəli. Əlbəttə...
    Rüstəm baba. Elə isə dərsə başlaya bilərsiz. (Pauza). İstəyirsiz sizə ilk sualı mən verim. Olar, müəllimə?
    Gülçin müəllimə. Yaxşı olar, Rüstəm baba. Maraqlıdır...
    Rüstəm baba. Hə, elə isə bir tapmaca deyim: “Ağ yerə toxum səpərlər”. Bunun açması nədir? (Pauza). Özünüzü çətinliyə salmayın. Açması yazıdır, yazı. Yəni yazmaq, oxumaq toxum kimidir. Yaxşı toxumunsa həmişə yaxşı meyvəsi olur.
    Gülçin müəllimə. Doğrudur.
    Rüstəm baba. Madam ki, xoşunuza gəldi qoy onda bir yanııltmac da deyim. Amma bu dəfə onu şeirnən söyləyəcəm:
    - Gəl gedək bağa.
    - Mən də, mən də.
    - Çıxaq budağa.
    - Mən də, mən də.
    - Şaftalı yığaq.
    - Mən də, mən də.
    - Bağban gəlsin.
    - Mən də, mən də.
    - İti çağırsın.
    - Mən də, mən də.
    - İt mənə hürsün.
    - Mən də, mən də...
    Hə, necədir? Bəyəndiniz?
    Hamı (xorla): “Mən də... Mən də...” Əladır, baba.
    Rüstəm baba. Hə, ta bunnan sonra siz danışın, mənsə dinləyim. (Kətildə əyləşərək). İnsan ömür boyu, yəni beşikdən qəbrəcən öyrənməlidir. Elə Quranda da belə deyilir.
    Gülçin müəllimə. Rüstəm baba, bu uşaqların hamısına mən dərs deyirəm. Çox ağıllı, çalışqan balalardır.
    Rüstəm baba. Allah saxlasın bunları... Amma heç özüm özümdə deyiləm. Fikrim əsgərlərimizin yanındadır. Düşmən qəfildən hücüm etdi. Camaat çaxnaşmaya düşdü yəqin ki... Əvvəldən bilsəydim qıy çəkib kəndin camaatını bura yığardım. Bir baxın, bu mağaraya bir obanın adamı yerləşə bilər.
    Zamin. Rüstəm baba, bizimkilər də atırmı?
    Rüstəm baba. Əlbəttə. O tərəf də atır, bu tərəf də... Müharibədə itki də olur. Amma bu tökülən qanlar düşmənlərin vicdanına axır. Çünki davanı biz yox, onlar başlayıb.
    Əzizə. Baba, adamlar nə üçün vuruşurlar?
    Rüstəm baba. Bu suala müəllimləriniz daha dürüst cavab verə bilər. Mən belə hesab edirəm ki, ağlını itirən tərəf həmişə bir xəta çıxarır. Elə dava da bir xətadır. Amma böyük xətadır. Axı insanların qanı axıdılır, ev-eşiyi dağıdılır, malı-mülkü talan edilir.
    Nüşabə. Deyirlər, müharibələr daha çox torpaq uğrunda olur.
    Nurel. Kitablarda yazırlar ki, müharibəni şər qüvvələr başlayır, amma axırda xeyir qələbə çalır.

    Uzaqdan boğuq səs-küy, tank uğulyusu, top atəşi eşidilir.
    Hamı bir-birinin sinəsinə sığınır.
    Kiminsə hıçqırtısı eşidilir.

    Gülçin müəllimə. Uşaqlar, qorxmayın. (Pauza). Kimdir ağlayan?
    Nüşabə. Mənəm, müəllimə. Görəsən, mənim burada olduğumu anam bilirmi?
    Əzizə. Mən gələndə anama demişdim. Özü də sinifdənkənar tapşırıqları həll etmişəm.
    Nurel. Görəsən elə uğuldayan nədir?
    Zamin. Tank səsidir. Mən tankın içində olmuşam. Orada yekə-yekə güllələr olur. (Qollarını geniş açır). Bax bu boyda. Mənim dayım da tankçı olub.

    Bayırda şiddətli atışma gedir.
    Zirzəmidə uğultu get-gedə artır.

    Nüşabə. Rüstəm baba, mən qorxuram.
    Rüstəm baba. Nədən qorxursan, qızım?
    Nüşabə. Elə bil başımızın üstündən tank keçir.
    Əzizə. Hə, mənə də elə gəldi...
    Rüstəm baba. (Əli ilə yuxarını göstərir). Oradan bir yox, min tank da keçsə, bizə heç nə olan deyil... Lənətə gəlsin onları...
    Zamin. Keçən düşmən tanklarıdır.
    Nurel. Sən bunu haradan bilirsən?
    Zamin. Bunu bilməyə nə var ki? Hiss etmədin ki, başımızın üstündəki evi vurub dağıtdılar? Bizimkilər heç vaxt evlərimizi dağıtmazlar.
    Gülçin müəllimə. Uşaqlar, əgər kimsə acıbsa əlini qaldırsın. Mənim çantamda kökə var.

    Hamı susur.
    Uzaqdan uğultu eşidilir.

    Rüstəm baba. Eh, gidi dünya... Gör kimin ağlına gələrdi ki, dünyanın düz vaxtı sənin etibar edib birlikdə çörək kəsdiyin qonşun günlərin bir günü kürəyinin ortasına qəfildən bıçaq vuracaq. Fikirləşdikcə sinəmi od alır, yanıb qovruluram. Axı bizim bölünməz nəyimiz vardı ki?
    Əzizə. Baba, bəs görəsən bizimkilər haçan gələcək?
    Rüstəm baba. Onlar mütləq köməyə gələcəklər. Bir az səbrli olun, balalar. Elə dədə-babalardan da çox eşitmişik ki, səbr çətinlikləri asan eylər.
    Nüşabə. Baba, bəs fanarın işığı qurtarsa biz nə edəcəyik?
    Rüstəm baba. Mənim orda ehtiyat çırağım var. (Əlini divara sarı uzadır). Elə bil dünəndən ürəyimə nəsə dammışdı...
    Nurel. Mən bir misal çəkmək istəyirəm.
    Zamin. Dərsə aiddir?
    Nurel. Elə dərsə aid də hesab etmək olar.
    Rüstəm baba. Müəllimə icazə verirsə, de.
    Gülçin müəllimə. Olar. Buyur, Nurel. Görək o nə misaldır elə.
    Nurel. Bu misal indi yadıma düşdü... Rüstəm baba “ehtiyat çırağım var” deyəndə.
    Rüstəm baba. Maraqlıdır.
    Nurel. Bax, təsəvvür edin ki, cibinizdəki kibrit qutusinda yalnız bir tək kibrit çöpünüz var, siz içində bir lampa, bir soba və bir də şam olan qaranlıq və soyuq bir otağa, lap elə mağaraya girdiniz... Əvvəl nəyi yandirarsiniz?
    Nüşabə. Əvvəlcə lampanı... Axı içərini işıqlandırmaq lazımdır. (Sual dolu nəzərlərlə Gülçin müəlliməyə baxır). Düz demirəm, müəllimə?
    Gülçin müəllimə. (Gülümsəyir). Məndən niyə soruşurasan? Sualı Nurel verib. Amma belə hesab edirəm ki, cavab düz deyil.
    Əzizə. Məncə şamı əvvəl yandırmaq lazımdır.
    Nüşabə. Niyə ki?
    Əzizə. Lampadakı ağ neftə qənaət üçün.
    Nüşabə. Məncə sən düz demirsən.
    Əzizə. Niyə ki?
    Nüşabə. Çünki mən də düz deməmişdim...

    Hamı gülüşür.

    Zamin. Onda sobanı... Yox... Burada nəsə bir başqa cavab var...
    Rüstəm baba. Hə, hamı öz cavabını dedi. İndi meydanda Gülçin müəllimə ilə mən qalmışam. Elə deyilmi?
    Hamı: Bəli.. Elədir...
    Rüstəm baba. Onda qoy əvvəlcə Gülçin müəllimə cavab versin. (Gülür). Axı görürəm, burada bütün sual-cavablar aşağıdan üzü yuxarı gedir. Etiraz yoxdur ki?
    Hamı: Yox. Yoxdur...
    Gülçin müəllimə. Yaxşı, madam ki, belədir, mən də öz variantımı deyə bilərəm. Hesab edirəm ki, əvvəl kibriti yandırmaq lazımdır.
    Hamı: Bıy, bu heç ağlımıza gəlməyib... Kibrit... Mən bunu demək istəyirdim... Deyəydin də...
    Rüstəm baba. Bu çox maraqlı misal oldu. Gərək mən təzədən sizinlə birgə oxumağa başlayam. (Gülür). Rəhmətlik babam həmişə deyərdi ki, ay bala, oxu, özünə gələcəkdə bir çul toxu. Xoşum gəldi söhbətinizdən. Gülçin müəllimə, bəlkə siz də bir məsəl çəkəsiz?
    Gülçin müəllimə. Mümkündür, Rüstəm baba. Zamin, lövhəyə yaxınlaş.
    Zamin. Müəllim, bəyəm, burada lövhə var? Gülçin müəllimə. Əlbəttə, var. Bəs o ağ lövhə nədir? Odur, orda da qara tabaşir-kömür..

    Hamı gülür.
    Zamin küncdəki ağ “lövhəyə” yaxınlaşır. Yaxınlıqdakı kisədən kömür parçası götürür.

    Rüstəm baba. Mən bu mağaradan həm də anbar kimi istifadə edirdim. Sən demə, bura nə vaxtsa sinif otağına çevrilə bilərmiş. Eybi yox, yaman günün ömrü az olar.
    Gülçin müəllimə. Zamin, indi lövhədə yüz rəqəmini yaza bilərsən.

    Zamin “lövhəyə” iri “100” rəqəmini yazır.

    Rüstəm baba. O yüzlüyə baxanda adamın lap keyfi açılır. (Eyhamla). Çox elə yüzlüklər görmüşəm.

    Rüstəm baba əlinin şəhadət və baş barmaqlarını bir-birinə sürtür, bununla bir zamanlar xərclədiyi pullara işarə edir.
    Uşaqlar gülüşür.

    Gülçin müəllimə. Lap yaxşı. Bu, əslində əyləncəli misallardan biridir. İndi gəlin bir az diqqətli olaq. Zamin lövhəyə yuz rəqəmini yazıb. Elə deyilmi?
    Hamı: Bəli, Elədir, müəllimə.
    Gülçin müəllimə. Orada, yəni yüzdə cəmi neçə rəqəm var?
    Hamı: Üç... Üç rəqəm...
    Gülçin müəllimə. Doğrudur. Orada üç rəqəm var. İndi gəlin yüzdən, o üç rəqəmdən lap elə Rüstəm baba demişkən o yüzlükdən, bir rəqəmini götürək, yerdə neçə qalır.
    Hamı: Doxsan doqquz...
    Gülçin müəllimə. Xeyr... Sizə dedim axı, bir az diqqətli olmaq lazımdır.
    Rüstəm baba. Balam, vallah, bu yüzlükdə nəsə gizli bir hikmət var... Deyəsən, mənim ağlıma yavaş-yavaş düzgün cavab gəlir... Müəllimə, mən də cavab verə bilərəmmi?
    Gülçin müəllimə. Əlbəttə, Rüstəm baba. Buyurun. Bizə sizin cavabınız çox maraqlı olar.
    Rüstəm baba. Zamin bala, ona o əlindəki kömürü ver mənə, qoy bildiyimi elə burada, bu taxtanın üstündə göstərim. Birdən elə hesab edərsiniz ki, Rüstəm baba yazıb-oxumağı bacarmır.

    Rüstəm baba kömürü götürüb “lövhəyə” yaxınlaşır, “100” rəqəmindəki “1” rəqəminin üstündən əvvəlcə xətt çəkir, sonra cibindən çıxartdığı kağız parçası ilə həmin rəqəmi pozur. Nəticədə “lövhədə” iki sıfır (“00”) qalır.
    Gülçin müəllimə. Bax bu sualın cavabı elə bu cürdür. Axı mən sizə dedim ki, o üç rəqəmdən bir rəqəmini götürək, görək yerdə neçə qalır... Məlum oldu ki, iki sıfır qalır. Bu cavaba görə Rüstəm babaya yüksək qiymət yazmaq olar.
    Rüstəm baba. Sağ olun, müəllimə. Məni çox sevindirdiniz. Özünü tərifləmək kimi çıxmasın, mən orta məktəbdə yaxşı oxumuşam. Xüsusən, riyaziyyatı çox sevirdim. Amma ata-anamı tez itirdiyimə görə ailənin bütün çətinliyini çəkməli oldum. Qardaş-bacılarımı böyütdüm. Təhsilimi davam etdirə bilmədim. Uzun illər meşədə gözətçi işlədim. Uşaqlarımın hamısına təhsil verdim. İndi hərəsi bir sahədə çalışır...
    Gülçin müəllimə. Maraqlı ömür yolunuz var, Rüstəm baba.
    Rüstəm baba. Maraqlı deyəndə ki... Adi bir ömür yaşamışam. Amma həyatımdan narazı deyiləm. Təbiətə bağlı olmuşam həmişə. Məni yuxudan hər səhər quşların cəh-cəki, cüyürlərin mələrtisi oyadıb. Dağlarda-bağlarda bitən hər otun, hər çiçəyin qoxusunu uzaqdan hiss edirəm. Allah şəri-şeytana lənət eləsin, araya bu dava-dalaş düşəndən sonra mənim həyatımda da çox şey dəyişdi. Öz işimdən əl çəkib evdə oturmalı oldum. Çünki meşə indi hərbçilərin nəzarətindədir. Tək adamam. Uşaqlar şəhərdədir. Amma mən şəhərdə yaşaya bimərəm. Bildiyiniz kimi, bura mənim köhnə evimdir. Amma bayaqkı səs-küydən belə hiss etdim ki, evi dağıtdılar... Qoy ara bir az sakitləşsin, çıxıb baxacağam... Hə, sizi yordum deyəsən.
    Hamı: Yox, yormadınız... Maraqlıdır...
    Gülçin müəllimə. Sizi dinləmək hər birimizə xoşdur, Rüstəm baba. Çox zəngin həyat yolunuz var.
    Rüstəm baba. Doğrusu, mən nəsihər verməyi çox da xoşlamıram. Amma indi sizə vəsiyyət kimi deyirəm, bir-birinizi sevin. Nədənsə, mən son vaxtlar adamların bir-birinə qarşı soyuqluğunu hiss edirəm. Biz bir-birimizə hörmətlə yanaşsaq, bir-birimizi sevsək, bir yumruq kimi birləşsək hər çətin işi asanlıqla başa gətirə bilərik... Sizdən nə gizlədim, uzun illər bizi bir-birimizə qarşı qoyanlar olub. Hələ uşaq olsanız da indidən bilməlisiz: əgər bir olsaq heç bir qüvvə bizim qarşımızda tab gətirə bilməz. Yox, əgər bir-birimizə nifrətlə yanaşsaq parçalanıb pərən-pərən düşəcəyik. Bir daha deyirəm ki, sevin bir-birinizi. Xalqınızı, millətinizi sevin. Bu sevgi bizi hər bəladan xilas edə bilər...

    Güllə səsləri eşidilir.
    Hamı bir küncə çəkilib diqqətlə bayırdan gələn səsləri dinləyir.
    Rüstəm baba əvvəlcə asta-asta gəzişir. Sonra küncə qoyduğu tüfəngə yaxınlaşıb fikrə gedir.

    Əzizə. Görəsən, əsgərlərimiz bizim burda olduğumuzu bilirmi?
    Nüşabə. Bilsəydilər indiyəcən gəlib bizi xilas edirdilər.
    Nurel. Bizimkilər bu saat vuruşurlar.
    Rüstəm baba. Əsgərlərimiz düşmənlə üz-üzə vuruşurlar. Mən hiss edirəm, çox ağır döyüş gedir. Mən öz əsgərlərimizə inanıram.
    Gülçin müəllimə. Əsgərlərə həsr olunmuş mahnının sözlərini kim əzbərdən deyə bilər?
    Zamin. Mən bilirəm. Mən çoxlu hərbi marşar da oxuyuram...
    Əzizə. Birdən səsimizi eşidib bura gəlməzlər ki?
    Nüşabə. Kim?
    Əzizə. Düşmən əsgərləri...
    Nurel. Rüstəm baba o daş qapını içəridən elə bağlayıb ki, onu heç kəs aça bilməz. Elə deyil, baba?
    Rüstəm baba. Elədir. O qapını yalnız Əzizə balamız aça bilər. (Yorğun-yorğun gülümsəyir). Mən o qapını yalnız öz əsgərlərimizin üzünə aça bilərəm. (Pauza). Yaxşı, Gülçin müəllimənin dediyi o mahnı nə oldu bəs?
    Gülçin müəllimə. Onda Zamin sözləri desin, biz də xorla oxuyarıq.
    Rüstəm baba. Hə, elə mən də sizə qoşulub oxuyaram. Cavanlıqda səsim pis deyildi.

    Musiqi sədası eşidilir.

    Zamin:
    Ağır döyüşlər gedir,
    Yola çıxır dəstəmiz.
    Qalib gəlməkdir bizim
    İstəyimiz, qəsdimiz.
    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz

    Ley kimi uça-uça
    Qonuruq göy yamaca;
    Bu dağlar necə uca,
    Bu düzlər necə təmiz.
    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Göydən yağan güllələr
    Nələr eləyir, nələr.
    Düşmən bağrını dələr
    Bizim dəli nərəmiz.
    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Mahnı başa çatır. Hamı əl çalır.

    Rüstəm baba. Hə, bax bu bağqa məsələ. Bu mahnı məni çox ruhlandırdı. İnanın ki, buradan birbaşa döyüşə gedə bilərəm.
    Nurel. Gülçin müəllimə, icazə versəniz mən də bir şeir deyərdim.
    Gülçin müəllimə. Buyur, Nurel.
    Nurel. (Bir qədər irəli çıxıb səhnədə çıxış edirmiş kimi).
    Kül altından boy verən
    Atəşi qoruyarıq.
    Əsrlərdən boylanan
    Hər daşı qoruyarıq.

    Hər otu, hər tənəyi,
    Hər gülü, hər çiçəyi,
    Bu günü, gələcəyi,
    Keçmişi qoruyarıq.

    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Allah, Allah, necə gözəl sözlərdir: “Gələcəyi, keçmişi qoruyaq”... Çox kövrəltdi bu sözlər məni... Gülçin müəllimə, məncə bu şeirə əla vermək olar.
    Gülçin müəllimə. Elə mən də bu cür düşünürəm. Nurel, mənim balam, çox sağ ol.
    Nurel. Siz də sağ olun...

    Uğultu, qışqırıq, top-tüfəng səsləri eşidilir.
    Hamı əl-ələ verib divar boyu hərəkət edir.

    Rüstəm baba. Yox, mən daha dözə bilmirəm. (Səhnənin önünə çıxır). Dözə bilmirəm... Məni bağışlayın...
    Gülçin müəllimə. Nə olub, niyə hirslənirsiniz, Rüstəm baba?
    Rüstəm baba. Mənə çox ağır gəlir. Yəni mən o qədər gücsüzəm ki, öz torpağımda bu cür rəzalətə dözürəm? (Pauza). Məni bağışlayın... Mən ta tab gətirə bilmirəm... Ürəyim yanır, ürəyim. Qovruluram.
    Əzizə. Rüstəm baba, bəlkə sizə bir az su verək?
    Nüşabə. Burada su var ki?
    Zamin. Rüstəm baba, mən gedim evin qabağındakı arxdan su gətirim...
    Nurel. Zaminlə birlikdə gedərik...
    Rüstəm baba. Mənim ürəyim susuzluqdan yox, haqsızlıqdan yanır. Bu boyda müsiəti görən yoxdur? Bəlkə bəndələrin gözü tutulub, ay tanrı?
    Gülçin müəllimə. Rüstəm baba, hər qaranlığın bir işıqlı sonu var.
    Rüstəm baba. Bilirəm, haqq nəzilsə də üzülməz deyiblər. Amma mən bu haqqı nazilib üzülməmiş görmək istəyirəm.

    Bayırdan gurultu eşidilir.
    Mağarada titrəyiş hiss olunur.
    Hamı həyəcanla bir-birinə baxır.
    Rüstəm baba var-gəl edərək qapıya yaxınlaşır.

    Zamin. Deyəsən mərmi başımızın üstündə partladı.
    Əzizə. Görəsən, hansı tərəf atır?
    Nüşabə. Allah bilir...
    Rüstəm baba. Uşaqlar, bir söz deyim. Bir baxım görüm bizimkilər hansı tərəfdədir?
    Gülçin müəllimə. Rüstəm baba, atışma yaxındadır. Hiss olunur ki, döyüş lap qulağımızın dibində gedir. İndi çıxmaq qorxuludur.
    Rüstəm baba. Yox, mən çıxacağam... Mən eşiyə çıxan kimi qapını arxadan bağlayın. Nəsə bir hadisə baş versə, qoy içəri keçən olmasın.
    Nurel. Rüstəm baba, onda mən də sizinlə çıxıram.
    Zamin. Mən də.. Mən də...
    Hamı: (Xorla) . Mən də, mən də...
    Rüstəm baba. (Gülümsəyir): Sizin bu “mən də-mən də”niz lap o nəğmədəki kimi oldu. “Mən də-mən də”... (Ciddiləşir). Mən çıxıb vəziyyətlə tanış olmalıyam. Axı biz burada nə qədər qalmalıyıq? Bura müvəqqəti sığıncaq yeridir. Biz gec-tez buradan çıxmalıyıq. Mən sadəcə kiçik bir kəşfiyyat aparmaq istəyirəm.
    Nurel. Rüstəm baba, onda ikimiz birlikdə çıxaq. Mən də ağ bayraq götürərəm.
    Rüstəm baba. O, nə üçündür elə?
    Nurel. Ağ bayraq sülh, barış rəmzidir. Ən qəddar düşmən də ağ bayrağı görəndə əl saxlayır, güllə atmır.
    Rüstəm baba. Yəni onlar belə şeyləri qanarlar ki? (Əlini eşiyə sarı uzadır). Onlar... Mən onlara inanmıram.
    Zamin. Nurel doğdu deyir. Mən də oxumuşam ki, ağ bayraq dalqalananda silahlar endirilir.
    Rüstəm baba. Tutalım ki, lap elə o cürdür, mən bu vurhavurda o ağ bayrağı haradan tapım?
    Gülçin müəllimə. Ağ bayrağı tapmaq olar. Bu, çətin iş deyil. Amma...
    Rüstəm baba. Düzü, elə mən də o “əmma”ya görə bayraqsız-filansız çıxmaq istəyirəm.
    Nurel. Mən sizə dəqiq bildiyim şeyi deyirəm, Rüstəm baba. Bütün dünya bilir bu qaydanı.
    Zamin. Mən də gedim də...
    Rüstəm baba. Yox, onda belə edək... Dünyanın işini bilmək olmaz. Bu qızların yanında bir kişi xeylağı qalmalıdır ya yox? Müharibə olanda nə olar ki? Bizim də minillərdən bəri öz adətimiz, öz qanun-qaydamız var. Köhnədən deyərdilər ki, hər evin öz başıpapaqlısı olur... Zamin, bala, sən qalmalısan burada...

    Musiqi.
    Hamı bir-birinin üzünə baxır.
    Gülçin müəllimə başından ağ kəlağayı açıb Nurelə sarı uzadır.
    Nurel yaylığı götürüb uzun ağac parçasının ucuna bağlayır.
    Rüstəm baba durbin və tüfəngini götürüb qapıya yaxınlaşır. Nurel də onun arxasınca irəliləyir. Qoca mağaranın daş qapısını açandan sonra dönüb diqqətlə uşaqlara baxır. İçəridəkilər nizami əsgər dəstəsi kimi ayaq üstə dayanıb “kəşfiyyata” gedənləri yola salırlar.
    Rüstəm baba ilə Nurel asta addımlarla çıxırlar.
    Musiqi səsi daha da yüksəlir.
    Bayırdan eşidilən atəş səsləri həyəcanlı melodiyaya qarışır. Sanki səslər çarpazlaşır, bir-birinə qovuşur.
    Bir qədər sonra səslər səngiyir.
    Sükut. Bu sükutu bir güllə səsi və bayirdan eşidilən haray pozur. Haray çəkən Rüstəm babadır.
    İçəridəkilər cəld qapıya sarı qaçışırlar.
    Rüstəm baba kandarda görünür.O, axsayır. Sinəsinin üstünə qanlı kəlağay atılmış Nurel qocanın qucağındadır.
    Həyəcanlı nıdalar eşidilir.

    Namı. Vurdular? Nureli vurublar? Bəs bayraq? Nə üçün, nə üçün? Aman Allah...
    Rüstəm baba. Vurdular mənim balamı. Vurdular...
    Zamin. Bəs ağ bayraq?
    Rüstəm baba. Elə birinci bayrağı nişan aldılar. Vurdular balamı... Mənim də ayağımdan vudular. Mən heç, ömrünü-günü yaşamış adamam, dağdan aşan bir yorğun günəm. Bəlkə də tanrı məni bu yaşa elə-belə gətirib çıxarmayıb, məni bu sınağa təsadüfən çəkməyib. Bəlkə də mənim ömür boyu qoruduğum bu torpaın uğrunda ölməyim bir ilahi məsləhətdir? Bəs bu uşağın nəydi günahı, tanrım? O, hələ nə görüb bu dünyada? O, indi-indi görürdü bu həyatı...

    Hıçqırtı.
    Bayırdan arabir güllə səsləri gəlir.
    Rüstəm baba Nureli qucağından yerə qoyub diz çökür.

    Nurel. (Dikəlir). Ağlamayın. Mən sağam. Amma yaram ağrıyır...
    Rüstəm baba. Sənin səsinə qurban olum...

    Gülçin müəllimə yaxınlaşıb Nurelin başını dizinin üstünə alır.
    Rüstəm baba tüfəngi və durbini küncə qoyur, ağ “bayrağı”- kəlağayı əlində tutur. Gülçin müəllimə çantasından çıxartdığı tənziflə Nurelin yarasını təmizləyib sarıyır.

    Gülçin müəllimə. Nurel, aç gözlərini. Mənəm. Gülçin müəlliməyəm...
    Rüstəm baba. Nurel, mənim balam, sən yaşayacaqsan. Sən yaşamalısan, oğlum. Bayaq oxuduğun o şeirdə nə gözəl sözlər vardı, mənim balam. Hər otu, hər çiçəyi, hər tənəyi qorumaq üçün yaşamalısan. (Üzünü uşaqlara tutur). Siz hamınız yaşamalısız.

    Atışma səsləri eşidilir.

    Gülçin müəllimə. Görəsən mənim qardaşım indi haradadır? Ona bir şey olmayıb ki? Ürəyim yaman vurur, Rüstəm baba.
    Rüstəm baba. İldırıma heç nə olmaz, mənim balam. O, nə qədər ki, bu döyüşlər bitməyib, düşmənin başının üstünə ildırım kimi çaxacaq.

    İldırım qapıda görünür.Onun çiynində avtomat silah var.
    Hamı dönüb ona baxır.
    İldırım əli ilə uşaqların başına sığal çəkir, əyilib bacısı Gülçin müəllimənın saçlarından öpür.

    İldırım. Mən buradayam. Hamı sağ-salamatdırmı?
    Rüstəm baba. Nurel yaralanıb.
    İldırım. Mən sizin sığınacaq yerinizi uzaqdan müşahidə edirdim. Durbinlə baxırdım. Ağ bayrağı da görürdüm. Düşmən snayperi Nureli və Rüstəm babanı nişan alıb atanda mən dözə bilmədim... Əmr verdim. Bizim rotanın əsgərləri irəli atıldılar. Həmin yeri mərmi atəşinə tutduq. Mən bir azdan yenə gedirəm. Gəldim ki, sizinlə görüşüb xudahafizləşəm.
    Rüstəm baba. Var ol, İldırım, oğlum. Hamınız var olun. (Əyilib Nurelin əlindən tutur). Necəsən mənim balam?.. Şükür, deyəsən yaxşısan.

    İldırım əyilib Nureli qucağına alır. Gülçin müəllimə ayağa durur.

    Rüstəm baba. Bayaq Nurel çox gözəl bir şeir dedi. Necə idi o şeirin axırı?

    Hamı. (Xorla).
    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Sizin qadanız alım. Sizi var olasız. Nə gözəl ürəyiniz, nə təmiz arzunuz var... Siz qaranlığı boğan, zülmətlərdən doğan o işığı, o Günəşi qoruyanlarsız. Elə buna görə də yaşamalısınız.

    Pərdə
    Son

    Qeyd. Mənim əksər pyeslərim 2-3, bəzənsə 4-5 dəfə, ayrı-ayrı variantlarda işlənmişdir. Məsələn, “Bəyaz kolgələr” dramının 5, “Safari” komediyasının 4 variantı mövcuddur. İndi təqdim edilən, uşaqlar üçün yazdığım yeganə bir pyesim isə iki variantda qələmə alınmışdır.. Mən uzun-götür-qoydan sonra, oxucular üçün maraqlı olacağını nəzərə alaraq hər iki variantı (“Qaranlığı qovanlar” və Günəşi qoruyanlar”) cildlərə daxil etmək qərarına gəldim.



    SONUNCU ADAM
    (monodram)


    İştirakçı:

    Adam

    Tamaşa boyu Adamı Qapan adlı it müşayiət edir.

    Musiqi. Uca qüllə. Bir tərəfdə mavi dəniz, digər tərəfdə uzaq evlərin kirəmitli çardaqları görünür. Qüllənin başından asılmış fanar ətrafa solğun işıq yayır. Adam qüllənin üstündə dayanıb. Onun boynundan durbin asılıb. Əynində nimdaş geyim var. Sir-sifətini tük basıb. Hərdən yaxınlıqdan itin- Qapanın ulartısı eşidilir. Adam durbini gözünə yaxınlaşdırıb yuxarı baxır, sanki göydə nə baş verdiyini öyrənmək istəyir.

    ADAM: - (Ucadan). Eheyyy... Harada qaldın, Qapan? Yuxarı qalx. Yuxarı dırmaş deyirəm sənə. Niyə gözünü döyürsən? Eşitmirsən? Yoxsa qorxursan? Qorxma. Qorxan gözə çöp düşər. Tez ol, tez... Dırmaş... Buradan bütün Ada ovuc içi kimi görünür. Axmaq, sən neçə ildir bu Adada yaşayırsan, amma onu heç vaxt düz-əməlli görməmisən.

    İt hürür. Adam durbini gözündən uzaqlaşdırır.

    Mən sənə danışmaq öyrədəcəm, köpək oğlu köpək. Daha adamlarla söhbət etmək istəmirəm. Çünki nə adamlar məni anlayır, nə də mən adamları... Əslində indiyəcən başıma gələn bəlaların çoxu elə bununla bağlı olub. Mən tərs öküz kimi bir yana dartmışam, adamlarsa başqa bir yana...
    Ağlım kəsəndən mənə elə gəlib ki, adamların heç biri düz-əməlli danışa bilmir. Danışırlar ey... Amma düz danışmırlar, yalan üyüdürlər. Onlar ya danışdıqlarının üstünə nəsə qoyur, ya da nəyisə üstündən götürürlər. Yəni saxtakarlıq edirlər. Elə mən özüm də çox vaxt düz danışmıram. Mənim düz hesab etdiklərimi adamlar yalan kimi qəbul edirlər. Hə, bəzən də əksinə olur..
    Ehh... Mən bir vaxtlar az-çox danışa bildiyim dili də az qala tamam unutmuşdum. Bu, uzun əhvalatdır...
    Qaplan, nə oldu sənə? Yuxarı qalxmırsan?

    Əvvəlcə it zəngiltisi, sonra uzaqdan uğultu səsi eşidilir.

    Hə, onu deyirəm... Mən “orada” olarkən uzun müddət “təkadamlıqda” yaşamalı oldum. Bax indi buradan mənim yatdığım o həbsxana aydın görünür. Düzdür, Adanın əksər adamları, xüsusən yaşlılar indiyəcən oraya çox vaxt “qazamat” deyirlər. Amma adına nə deyirlər desinlər, ora əsl ölümxanadır. Əslində bu Ada vaxtilə başdan-başa həbsxana ərazisi olub. Amma sonralar iş elə gətirib ki, həbs müddəti başa çatan adamların çoxu Adanı özlərinə yaşayış yeri kimi seçiblər. Ax, axmaq adamlar... Başqa yer seçmək başınıza qəhət idi?..
    Hə, mən qazamatdakı “təkadamlıqda” qalarkən əvvəllər az qala havalanmışdım. Danışmağa bir kimsə yox, səssizlikdən qulaq cingildəyir... Arada pəncərə açılanda dənizin xışıltısı eşidilirdi. Bir vaxt ayılıb gördüm ki, bu minvalla mən danışmağı yadırğayacam. Yəni az-çox bildiyim dil, gözgörəti yadımdan çıxmaqda idi. Bəlkə də belə deyildi, amma mənə belə gəlirdi. Nəsə bir şey fikirləşib tapmaq lazım idi. Əvvəlcə özüm-özümlə danışmağa başladım. Amma adam nə qədər özü özünə sual verər, özü özünü söyər, adam özünü nə qədər asıb-kəsər? Bu cür “danışıq” məni bezdirdi...
    Sonra özümçün yeni “danışıq üsulları” kəşf etməyə başladım. Məsələn, taxta qaşıqla bomboz divarı taqqıldadırdım. O qaşıq hələ də cibimdədir. (Cibindən çıxartdığı qaşıqla qülləyə vurur). Hə, bax belə. Üç dəfə vururdum və soruşurdum: “Necəsən, divar? Yaxşısan?” Divarın cavabı adətən qısa olurdu. (Yenə qaşıqla qülləni taqqıldadır). “Tıqqq...” Yəni “yaxşıyam”. Ağzında divar deyirsən. Divar uzun-uzadı danışa bilməzdi ki... Bəzən deyirlər ey: “Filankəs divar kimi susurdu...” Sonra ağac çarpayını döyəcləyirdim. (Qaşıqla qüllənin sürahisini taqqıldadır). Dörd dəfə səslənən qaşıq taqqıltısından sonra çarpayıdan cavab gələrdi: “Taqqq...” Yəni “məni az incit”. (Qaşıqla qüllənin pilləsini taqqıldadır). Çarpayını qınamıram. Onun üstündə nə qədər adamlar yatıb, nə qədər əhvalatlar baş vermişdi. Sonra qalın taxta qapını “danışdırırdım”. Ümumiyyətlə, hər bir yerdə qapı ən çox döyülən bir “əzabkeşdir”. Doğrusu, elə mən özüm də daha çox qapıya qaşıq “zərbələri” endirərdim. Hər dəfə on “zərbə”... Özü də gündə bir neçə dəfə. Ağzında “qapı” deyirsən ey... Gündə neçə dəfə açılıb-bağlanan qapı... Mən qapını döyərkən adətən qapının özündən əvvəl onun arxasından səs gələrdi: “Nə olub yenə? Nə haray-həşir salmısan? Sakit ol, Adam”. Yox bu qapının səsi deyildi, bu, insan səsi idi. Qapının arxasındakı gözətçi artıq bu taqqıltı səslərinə alışmışdı. Mənə hərdən elə gəlirdi ki, qapının əvəzinə gözətçi cavab verir... Gözətçi mənim köhnə tanışım idi. Arada məni qapı arxasından danlasa da dərinə getmirdi... Bəlkə də başqası olsaydı “məsələni” qazamatın böyüyünə çatdırardı. Həmin “böyük” isə ailəlikcə məni düşmən hesab edirdi... Bunun da səbəbi vardı.
    Hə, mən o qapını çox döymüşəm... Hərdən o cırıldayıb səs-küy salan qapını açıb məni bayırda gəzməyə çıxarardılar. Mən özümü həmin anlarda zəncirdən açılmış it kimi hiss edirdim. Lap sənin kimi, Qapan... Az müddətli gəzintidən sonra o cırıldayan qapını açıb məni təzədən öz “yuvama” qaytarardılar. Xoşlamıram cırıldayan qapıları... Necə ki, ağız adamın “qapısıdır”, eləcə də qapı hər hansı tikilinin- hər binanın, hər otağın “ağzıdır”. Gərək ağız möhkəm olsun. Elə qapı da...
    Eh, Qapan, çalış sənin də ağzın möhkəm olsun. Bildin?

    Musiqi. İt hürür, sonra uğultu səsi yaxınlaşır.

    Nəsə uzaqdan vahiməli, qorxunc səslər gəlir. Eşidirsən, Qapan? (Hirsli). Niyə eşitmirsən? Karsan?
    Hə, onu deyirəm axı, mən “orada” olarkən “söhbət elədiyim” boz divara qara kömürlə hər gün oxa bənzər uzun bir xətt çəkərdim. Günə bir xətt... Yəni, bu o deməkdir ki, günü başa çatdırdım. (Havada “xətlər” çəkir). Hərdən elə o çəkdiyim xətlərlə də danışar, söhbət edərdim. Bəzənsə günləri qarışdırardım. Günlər qarışanda xətlər də qarışardı. Məsələn, elə olurdu ki, bir gün üçün iki ya da üç xətt çəkirdim. Tələsirdim axı...
    Günləri qabağıma qatıb döymək istədiyim adamlar kimi qovurdım... Qarışıq düşən bu xətləri söyür, divara cızılmış artıq xətləri silirdim. Hətta, hərdən yumruğumu düyünləyib divara çırpır, gözümə ox kimi girən o qara xətləri “əzişdirirdim” də. Sonra o yumruq öz təpəmə enirdi... (Yumruqla öz başına vurur). Bax belə... Taqqq... Mən də sənin kimi axmağam, Qapan... Bəlkə də sən məndən ağıllısan.

    Uğultu get- gedə yaxınlaşır. Adam qaşığı cibinə qoyaraq həyəcan içində cəld hərəkətlə qüllənin pillələrini enib-qalxır. Sonra yuxarıda dayanıb durbinlə uzaqlara baxır.

    O nədir elə? Dalğaların üstündə atılıb-düşən o qaraltılar nədir görəsən? Yox, onlar, o qaraltılar, nə gəmiyə oxşayır, nə də qayığa.
    Qapan, haradasan? Eşidirsən? Görürsən?
    Aman Allah, bu üstümə gələn nədir? Bəlkə doğrudan da sularda əjdahalar yaşayır? Yox, bu nəsə başqa bir şeydir.
    Bəlkə bu qüllədən aşağı enim? Yox, qülləyə sarı gələn o nəhəng qaraltılar çox qorxuncdur... Özü də o “qaraltılar” get-gedə şişir, böyüyür...
    Dənizdə dalğadan başqa nə ola bilər ki?
    Qaplan, qalx yuxarı, aşağıda dayanma. Yoxsa səni süpürüb aparacaq bu müdhiş dalğalar.
    Bu, nə tufana bənzəyir, nə fırtınaya, nə qasırğaya, nə də dəniz zəlzələsinə. Bu, əsl ölüm kabusudur. Bu, nəsə cəhənnəmin özüdür. Bu, fəlakətdir, fəlakət...
    Amman Allah, əgər varsansa, mənə kömək et.

    Boğuq uğultunu dəhşətli gürultu əvəz edir. Şimşək çaxır, sanki yer-göy bir-birinə qovuşur. Uzaqdan görünən evlərin kirəmitli çardaqları sanki suların altında qalır, görünməz olur, yoxa çıxır. Qüllə titrəyir. Qapan ucadan hürür. Adam əyilib qüllənin sürahisindən bərk-bərk yapışır. İşıqlar yanıb-sönür.
    Təbiətin hay-harayını coşqun, həyəcanlı müsiqi müşayiət edir.

    Dalğalar dağ boydadır, qara əjdahaya bənzəyir... Dəniz şahə qalxıb göylə birləşib. İndi mən... mən nə etməliyəm? Bəs adadakı adamlar nə edəcək? Bütün adanı su basdı ki... Bir evlərə bax, suyun üstündə sahibsiz papaq kimi atılıb-düşən evlərə... (Durbinlə baxır). Bizim ada sulara qərq olmaqda, nəhəng gəmi kimi batmaqdadır...
    Mən qazamatda olanda həmişə əlimi göyə tutub deyirdim ki, bizim bu zülmət dolu Adamızı yox elə, İlahi. Bəlkə Alllah mənim səsimi eşidib indi öz gücünü-qüdrətini göstərir? Yox, mən onda səhv etmişəm, İlahi! Hifz elə, qoru, batırma bizim Adamızı. Bu Adada mənim bu adanın özündən də böyük dərdlərim yatır. Bu dərdlərə baxmayaraq, istəmirəm ki, Adamız məhv olsun... Qoy adadan böyük olan o dərdlər də həmişə mənimlə olsun. Mən ömrümün sonunacan o ağır dərdləri öküz kimi çəkərəm... (Qışqırır). İlahi, özün kömək ol!

    Qüllə titrəyir. Qasırğa vıyıltısı, tufan nəriltisi fonunda cingilti, taqqıltı, xırıltı, gurultu, sızıltı səsləri gəlir. Adamların harayı eşidilir: “Kömək edin!..” “Biz məhv oluruq!”. “Bizim günahımız nədir, Allah?!.”

    Batdı bizim adamız! Hələ buradakı, bu bədbəxt adadakı adamlar... Hələ buradakı heyvanlar, ağaclar, quşlar... Hələ çiçəkləri demirəm. Mən o çiçəkləri dərib, bir zamanlar o sevdiyim qıza bağışlayardım... (Yumruğu ilə öz sinəsinə vurur). Axmaq Adam, heç çiçəyin yeridir? Sən özün batmaq üzrəsən, öz dərdini çək. Nə çiçək, nə quş, nə ağac? Düz üstümə gəlir o qara əjdaha! (Durbini əli ilə kənara itələyib qüllənin sürahisindən bərk-bərk yapışır). Yooox, mən bu cür ölmək istəmirəm, İlahi...

    Fırtınanın vıyıltısı tədricən artır. Adam ya qorxudan, ya da tufan və qasırğanın təsirindən tir-tir əsir. İt hürür. Adamın harayı ilə itin səsi bir-birinə qarışır.

    Batdı... Batdı... Adamız hara yox oldu, İlahi?

    Az sonra həzin musiqi. Tufan, qasırğa tədricən səngiyir. Nisbi sakitlik hiss olunur. Tədricən evlərin çardaqları üzə çıxırb suların altından boy verir. İt astadan hürməyə başlayır. İndi Adam da qismən sakit tonla danışır.


    Hanı Ada? Adamız hayana getdi? Suyun altında qaldı bizim Ada... Bir oraya bax, dalğalar Adanın üstünə qara-qorxunc bir örtük çəkməkdədir. (Tədricən səsini qaldırır). Aman Allah, hər şey suyun altında qaldı ki... Hər şey... Mənim yatdığım qazamat bu Adanın ən böyük tikilisi idi ki, o da birdən-birə yoxa çıxdı. Bəs adamlar? Onlar... onlar... onlar da yoxdur. Düzdür, mənim o adamların çoxundan zəhləm gedirdi. Amma... amma... Adada adamlar yoxsa, mən özüm kimə lazımam? (Hürkə-hürkə ətrafa baxır). Deyəsən, adada heç nə, heç kəs qalmayıb. Su hamını udub- nəhəng balina kiçik balıqları udan kimi udub...

    Musiqi. Adam bir-iki pillə aşağı enir.

    Belə çıxır ki, salamat qalan təkcə mənəm. Mən uşaqlığımı yada salmaq üçün bu qülləyə çıxmışdım. İndi deyəsən qarğa kimi üstünə qonduğum bu qüllə mənim son mənzilim olacaq. Nə vaxtacan bu vəziyyətdə qalacağam? Hər tərəfi su basıb... Su, su, su... Su-aydınlıqdır deyirlər... Bəlkə doğrudan da dünyaya aydınlıq gəlib? Bəlkə qaranlıqlar aydınlığın altında qalmaqdadır? Bəs nə əcəb bu aydınlıqlardan mənim xəbərim yoxdur? Mən yenə zülmət içindəyəm.

    İt hürür.

    Hə, sən hürürsən, Qapan... Kimdən ötrü hürürsən, ay axmaq? Elə mən də sənin kimi hürürəm. Kimdir məni eşidən?

    Adam bir pillə də enir. Durbinlə uzaqlara baxır.


    Uzaqlarda kəlləmayaq aşmış gəmilər, qayıqlar görünür... (Ətrafına göz gəzdirir). Bu ətrafda isə heç kəs, heç nə gözə dəymir. Mən yenə özüm özümlə tək qaldım deyəsən. (Pauza). Belə çıxır ki, yenə özüm özümlə danışmalı olacağam?

    Adam yuxarı baxır, əllərini yana açır...

    Bu, nə məşəqqətdir mən çəkirəm, İlahi?
    Hər tərəfi su basıb- su, su, su... Təkcə mənim dırmaşdığım bu qüllə salamat qalıb. Onun da dibi suyun içindədir.

    Ehtiyatla aşağıya sarı boylanır.

    Axı adamlar balıq deyil. Onlar suyun altında yaşaya bilməzlər. Tufana qərq olan bu zavallıların hamısını suyun altındakı yırtıcı balıqlar yeyəcək.

    Dənizin xışıltısı eşidilir.

    Hə, su yavaş-yavaş geri çəkilir deyəsən. (Durbinlə baxır). Su öz əzəlki yerinə, öz yatağına qayıdır yenə...

    Adam qüllədən bir-iki pillə də enir. Qıy vuran quşların səsi eşidilir.

    Dənizin üstündə vurnuxan, qıy çəkən o qarğa-quzğunlar heç buralar quşuna oxşamır. Yəqin ki, onlar bu fəlakəti hiss edib uzaqlardan yem dalıyca uçub gəliblər bura...

    Adam aşağıdakı pillələrdən birinin üstündə oturub uzaqlara baxır. Sonra aşağı enir.

    Elə bil ki, Günəş göydə parçalanıb, onun hissələri sahil boyu səpələnib. (Pauza). Görəsən, o nədir elə? Par-par yanır? Kəhrəbadır? Qızıldır? Xəzinədir? Bunları kim gətirib səpələyib buraya, bu sahil boyu? Bunlar kimindir? Sən nə axmaq adamsan, Adam. Necə yəni kimindir? Kimin olmalıdır ki, əlbəttə, sənindir... (Qollarını yana açır). Hamısı sənindir, ay əbləh. Səndən başqa indi kim var burada? Burada nə varsa hamısı sənindir. Sənindir. Bildin? Qapan, burada nə varsa hamısı bizimdir. Bizim!.. Bizim! Səninlə mənimdir, Qapan...

    Musiqi. Adam ora-bura baxır, vurnuxur, ucadan qışqırır, bilmək olmur ki, ağlayır, yoxsa gülür. Qollarını açıb sanki rəqs edir, uşaq kimi atılıb-düşür. Sonra əyilib yerə səpələnmiş parıltılı metalları, şüşə parçalarına bənzəyən məmulatları acgözlüklə, həyəcanla qucağına, cibinə, qoynuna yığır. Qəhqəhə çəkir. Əlində tutduğu iri bir parça parıltılı metala diqqətlə baxır.

    Yox, Adam, axmaqlama, qoyun-qoltuğuna yığdıqların təkcə sənin deyil. Səninlə birgə Qapan da şərikdir bunlara... Eşidirsən, Qapan? Başını bulayırsan, hə? Necə yəni? Sənə lazım deyil bunlar? Bu qızıllardan, kəhrəbalardan sənin boynuna zəncir düzəltdirəcəyəm. Zəncirsiz it, qətiyyən it deyil... Amma nə etməli? Ta zəncir düzəldən də yoxdur... O da bu müdhiş suların altındadır.

    Adam sanki kiminləsə mübahisə edir, özü öz suallarına cavab verir.

    “Hə, yaxşı, de görüm admlar bu var-dövləti nə üçün yığblar, Adam?.. (Əlindəki metallardan birini atıb-tutur). Hə, nə üçün? “Necə yəni nə üçün yığıblar?” “Yox, mən sadəcə olaraq bilmək istəyirəm və ona görə də soruşuram ki, kimdən, nədən ötrü yığılıb bu sərvət?..” “Axmaq adam, necə yəni kimdən ötrü? Əlbəttə, nəsil-nəcabət, oğul-uşaq, nəvə-nəticə üçün yığılıb. Bəyəm bilmirsən bunu?” “İnanmıram. Heç inanmıram. Çünki adamlar tanıyıram ki, qohum-əqrəba ilə düşməndir, heç oğul-uşağı da yoxdur. Amma var-dövlət hərisidirlər. Niyə?” “Onda belə çıxır ki, onlar sərvəgti, var –dövləti yadlar üçün yığırlar?” “Mən səndən soruşuram. Mən bilmirəm, bəlkə sən biləsən bu sualın cavabını...” “Bəlkə bu adamlar ya ağılsızdılar, ya da...” “Ya da nə?” “Ya da elə düşünürlər ki, yığdıqlarını o biri dünyada xərcləyəcəklər”. “Yox... Məncə, sən doğru cavab tapa bilmədin...” “Doğru cavab?” “Bəli, doğru cavab...” (Pauza). “Onlar, o sərvəti yığan adamlar sadəcə olaraq xəstədirlər. Bax, zənnimcə doğru cavab budur, Adam. Bildin?..”

    Diqqətlə qucağına topladığı parıltılı məmulatlara baxır.

    Yaxşı, tutaq ki, onlar xəstədir, bəs onda mən kiməm? Onda... onda belə çıxır ki, mən də xəstəyəm. Yox, bəlkə acgözəm? Axı mən də insanam...

    Qucağına yığdığı məmulatları qüllənin pillələri üstünə qoyur. Əyilib yerdən bir kəhrəba parçası götürür.

    Bizim Adanın bir adı da “Kəhrəba adası”dır. Yadımdadır, adamlar dənizin dibindən kəhrəba əldə etmək üçün gecə-gündüz suyun, qumun, palçığın içində eşələnirdilər. Heç bilirsən kəhrəba necə yaranır?.. Ay bildin ha...

    Yerdən götürdüyü kəhrəbanı diqqətlə nəzərdən keçirir, havaya tutur, sonra onu öz boyun-boğazına sürtür. Musiqi.

    Kəhrəba birdən-birə əmələ gəlmir ki... O, şam ağaclarından axan qətrandan əmələ gəlir. Milyon illər boyu suyun altında qalan qətran zaman keçdikcə bərkiyir, daşlaşır. Əslində elə adamlar da kəhrəba kimi tədricən, yavaş-yavaş möhkəmlənirlər. Amma kəhrəba insandan saf, təmiz, həm də gərəkli olur.
    Diqqətlə baxanda görürsən ki, əsil kəhrəba göz yaşlarına bənzəyir.
    Dənizdə baş verən tufan və qasırğalar kəhrəbanı dərin suların dibindən üzə çıxarıb sahilə səpələyir. Çox vaxt bu dəniz gözəlləri yosunların içində olur. Adətən, onları gecələr yığırlar. Çünki qaranlıqda kəhrəbalar şam kimi işıq salır.

    Əyilib yerdən daha bir kəhrəba götürür. Sonra əlindəki kəhrəbaları bir-birinə vurur, onları qulağına tutur, dinləyir: “Çaqqq- çaqqq...”

    Üstündə, boyun-boğazında kəhrəba gəzdirən adamlar şir kimi cürətli, ayı kimi sağlam olur. Kəhrəba tozunu suya, xörəyə qatıb içən xəstələr tez sağalır. Bu adada hər rəngdə kəhrəba tapmaq mümkündür.
    Bizim adada kəhrəba nə qədər bol olsa da, hamıya qismət olmayıb. Çünki Adanın imkanlı adamları təkcə sahilə yox, elə dənizə də sahib çıxıblar. Dəniz də çəpərlənib, sahil də... Kasıb-kusublar toladıqları kəhrəbaları Ada sahibkarlarına verməyə məcbur olublar. Əvəzində onlar arpa, buğda, qarğıdalı alıb öz ailələrini cüzi ərzaqla təmin edirlər... Elə bu nemətlər də kəhrəba rəngindədir...
    Yadımdadır, zəngin adamlar topladıqları kəhrəbaları ya uzaq-uzaq sahillərdən gələn gəmilərlə, o gəmidəki adamlara satar, ya da onları başqa mallarla dəyişərdilər. Bəzən sahibkarlar arasında dava düşərdi. Hətta iri kəhrəbalar üstündə bir-birini vurub öldürənlər də olurdu. Əsil “kəhrəba savaşı” olardı bir vaxtlar...


    Yerdən daha bir neçə kəhrəba parçalarını götürüb yuxarı atıb-tutur, bir-birinə vurub şaqqıldadır.

    İndi hər şey keçmişdə, daha doğrusu suların altında qalıb. Düzdür, sahil yosunla doludur. O yosunların içində kəhrəbalar da işıldayır. Amma indi onu nə yığan var, nə də yığdıran. Tufan həm dənizdəki, həm də sahildəki möhkəm çəpərləri vurub dağıdıb, altını üstünə çevirib. İndi dəniz də azaddır, sahil də... Amma mən yenə azad deyiləm. Mən indi sanki daha iri həbsxanada, daha dəhşətli “təkadamlıqdayam”. Xarabalıqda tək qalan bayquş azad ola bilərmi? Bax mən həmin bayquşam...

    Əlindəki kəhrəba parçalarını kənara atır. Sanki qəfildən gözünə nəsə sataşır. Əyilib diqqəylə aşağı baxır. Yerdən götürdüyü aləti sevincək pencəyinin ətəyi ilə silib təmizləyir.

    Hə, bu, mənim çoxdan bəri səsini eşitmədiyim qiymətli bir alətdir... Musiqi aləti... Amma onun çıxartdığı səslər indiyəcən qulağımdadır... Mən uşaqlıqda mahnı oxumağı sevərdim. Yadımdadır, Adada yaşlı bir kişi vardı. Onun uzun, par-parıldayan tütəyi indiki kimi gözümün qabağındadır. Deyilənə görə, həmin tütək kəhrəbadan hazırlanmışdı. Bu, bəlkə də uydurulmuş bir nağıl idi. Amma həqiqətən həmin alət kəhrəba rəngində idi, qaranlıqda ətrafa işıq salırdı. Biz həmin kişiyə “Tütək baba” deyərdik. “Tütək baba” kefi kök olanda uzun arxalığının döş cibindən tütəyini çıxarıb piləyərdi. O, öz bahalı tütəyində adətən qəmli havalar çalardı.

    Həzin tütək səsi eşidilir.

    Onu da yaxşı xatırlayıram ki, o vaxtlar tütəyin naləsini eşidən qız-gəlinlər nədənsə çox vaxt gizlincə ağlayar, göz yaşı tökərdilər. “Tütək baba” sanki cibindən çıxartdığı “kəhrəba tütəyin” özünü deyil, adamların ürəyini çalardı. (Pauza. Diqqətlə əlindəki tütəyə baxır). Aman Allah, bu həmin tütəyin özüdür ki var... Bəs “Tütək baba”nın özü hanı? Zənnimcə onun koması bu həndəvərdə idi... Yəqin ki, dalğalar “Tütək baba”nın komasının da, özünün də külünü çoxdan göyə sovurub, sulara qərq eləyib... Adam yoxdur, səs qalıb...

    Adam tütəyi dodağına yaxınlaşdırıb üfürür, şən bir melodiya eşidilir.

    Adanın adamları bu alətə “sehrli tütək” də deyirdilər. Məsələ burasındadır ki, bu tütəkdə dörd musiqi alətiifa olunurdu. Bax tütəyin bu başında adi tütək havaları səslənərdi. (Tütəkdə bir hava ifa edir). Alətin o biri başından zurna səsi çıxmalıdır. Baxaq, əgər, həmin tütəksə... (Tütəyin o biri-əks başını üfürür, zurna havası səslənir). Hə, demək bu, elə həmin tütəkdir. Bax bu tütəyin sinəsindəki deşikdən üfürəndə fleyta səslənməlidir. Fleyta da tütək kimi çaban aləti hesab olunur. Amma o, tütəkdən fərqli olaraq səsi sinəsindən alıb-verir. (Tütəyin yaxasındakı deşiyi üfürür, fleytada melodiya səslənir). Hə, daha bir alətin- qaboyun havası səslənərdi bu tütəkdə. Tütəyin kürəyindəki bu deşikdənsə qaboy səsi çıxmalıdır.

    Adam tütəyin arxa hissəsini dodağına yaxınlaşdırıb üfürür, qaboy melodiyası eşidilir. Sonra tütəkdə ifa olunan bütün melodiyalar birlikdə səslənir.

    Bu səslər məni uşaqlığıma apardı, Qapan... (Tütəyi cibinə qoyur).
    Mən anamı tez itirdim. Məni atam böyütdü. Əgər buna “böyütmək” demək olardısa... Atam bizim Qazamat başçısının həyət-bacasında işləyərdi. Bir-iki dəfə mən də atamla həmin həmin həyətdə işləməyə getmişdim. Qazamat başçısının arvadının məndən zəhləsi getdiyini hiss edirdim. Həmin qadın elə qulağım eşidə-eşidə bir dəfə atama hirslə dedi ki, “gələndə bir də bu axmaq uşağı özünlə gətirmə”. Sonra atam “axmaqlığımın” səbəbini mənə dedi: “Sən sahibindən icazə almadan ağaca dırmaşıb ciblərini mer-meyvə ilə doldurmusan...” Mənə ən çox ağır gələn o oldu ki, qadın o sözləri deyəndə onun gombul oğlu da eşitdi və güldü. Həmin gombul mənimlə bir bir sinifdə oxumuşdu... Bundan sonra mən o həyətə ayaq basmadım...
    Atamdan qorxurdum. O, arada məni möhkəm döyürdü... Mən ona nifrət edirdim. Mən atamın timsalında bütün Ada sakinlərinə kin bəsləyirdim. Amma sonralar mən atamın qəzəbinə, hətta məni döyməsinə bəraət qazandırmağa başladım. Axı o həyatda gördüyü haqsızlığın əvəzini hansısa bir yolla çıxmalı idi, ya yox? Onun əli çatan mən idim... Atam bir dəfə məni döyəndən sonra uşaq kimi ağlamağa başladı. Mən heyrətlə onun üzünə baxdım. O vaxtacan yaşlı adamların ağlamasını görməmişdim. Atam toz-torpağa bulaşmış əlləri ilə göz yaşlarını silərək dedi: “Ay bala, onsuz da Allah məni hər gün döyür. Mənim də gücüm səni döyməyə çatır”. Mən hirslə ona dedim: “Onda belə çıxır ki, sən də mənim üstümdə Allahlıq etmək istəyirsən?” O, özündən çıxdı. Üstümə təzədən hücum çəkdi... Mən sonralar ona cavab qaytardığıma görə özümü qınadım.
    Atam öləndən sonra tamam tək qaldım. Onun-bunun qapısında işləyib birtəhər başımı girələyirdim. Buna gün-güzəran demək olmazdı... İt günündə dolanırdım.

    Ətrafa boylanır. Sanki nəsə axtarır.

    Qapan, mənim o vaxtkı halıma baxanda sən indi kef içində yaşayırsan.
    Qapan, heç bilirsən məni niyə həbs etmişdilər?
    Desəm ki, kasıblığımın ucbatından həbs olunmuşdum, yəqin ki, səhv etmərəm. Qonşumuzdakı qızı sevirdim. Hiss edirdim ki, o da mənə biganə deyil. Çox ağıllı, çox gözəl qız idi. Vaxtilə bir sinifdə oxumuşduq. O, kitab dəlisi idi. Biz ona zarafatla “kitab qurdu” deyərdik. Mənə elə gəlirdi ki, onun oxumadığı kitab yoxdur. Mən ağlına və gözəlliyinə görə o qıza “mənim mələyim” deyərdim. Sonralar məni məktəbdən qovdular... Mən ortada tək qalası oldum. Bax elə sahildə tək qalan bu qüllə kimi...

    Uzaqlara baxır. Sonra var-gəl edir.

    Buradan baxanda həm dalğaların üstündə, həm də sahildə saysız-hesabsız kitablar, çantalar, kağızlar görünür... Sanki dənizin qoynunda kağızlar yox, qağayılar uçuşur... (Əyilib yerdən cırılmış bir kitab götürür). İndi onları kim oxuyacaq?.. (Kitabı pilləkənin üstünə qoyur). Yaxınlıqda Adanın kitabxanası vardı... Yəqin ki, quduz dalğalar o kitabxananı da alt-üst edib... Mən kitabın nə olduğunu qazamatda bilmişəm...
    Hə, mən savadsız, üstəlik də kasıb idim. Sevdiyim qıza qızıl-gümüş bir yana, heç kəhrəba boyunbağı belə almaq imkanım yox idi. Atamdan mənə kasıb bir daxma qalmışdı. Yetim idim, özüm də pulsuz. Elə buna görə də valideynləri qızı mənə vermək istəmirdilər. Günlərin bir günü eşitdim ki, qızı “qazamat” böyüyünün oğluna nişanlayıblar. Dedim axı, həmin oğlan da vaxtilə bizimlə, yəni mənimlə və mənim “mələyimlə” birlikdə oxumuşdu. Nədənsə bir-birimizə nifrət edirdik. Bu, bəlkə də onun imkanlı, mənimsə kasıb olmağımla bağlı idi. Axı bu dünyada kasıblar varlılara, varlılarsa kasıblara kin bəsləyir... Əslində qazamat başçısının uşağı olmurdu, bu gombulu onun üçüncü arvadı özü ilə gətirmişdi. Yəni, bu, “götürmə” uşaq idi. Başçı öz arvadından, necə deyərlər, it ağacdan qorxan kimi qorxurdu... Ada əhli bu qodxunun səbəbi haqqında gizlində müxtəlif maraqlı əhvalatlar danışırdı. (Pauza). O əhvalatlardan biri bu idi ki, qazamat başçısı anadangəlmə xədimdir, kişilikdən məhrumdur.

    Uzaqdan qağayı səsləri eşidilir. Adam başını qaldırıb göyə sarı baxır.

    Budur ha, qağayılar fırtına səngiyəndən sonra qayıtmağa başlayıblar... (Səmaya baxıb ucadan fit çalır).
    Hə, gedib oğlanı tapdım. Dediyim kimi, zorba, yekəpər birisi idi. Amma bir yumruq zərbəsi onu yerə aşırdı. Doğrusu, qorxdum. İstədim baş götürüb gəmi ilə harayasa Adadan qaçım. Tərslikdən həmin gün gəmi gəlmədi. Rəisin adamları məni tutub əvvəlcə möhkəmcə əzişdirdilər, sonra həbsə atdılar. “Yatdığım” qazamatın gözətşisi tanışım idi. Mən “içəridə” olanda o, mənə çox ağır bir xəbər gətirdi. Sən demə, mənim “mələyim” artıq rəisin oğluna ərə gedibmiş.

    Həzin tütək melodiyası eşidilir. Sonra qağayı səsləri eşidilir.

    Birinci tutqu dövründə mən qazamatda az “yatdım”. Qısa bir müddətdən sonra həbsdən çıxdım. Sən demə, o zorba, yekəpər alçaq “mənim mələyimi” boşayıbmış. (Ağlamsınır). Bu, mənimçün daha ağır bir zərbə oldu. Qan beynimə vurdu. Rəisin oğlunu qaranlıq bir dalanda yaxaladım. Kənara çəkdim. Dedim ki, səninlə söhbətim var. Cavabında dedi ki, mən hər it-qurdla söhbət etmirəm. Qan beynimə vurdu. Dünya dəyirman daşı kimi başıma fırlandı. Yekəpərin yaxasından yapışıb yerə yıxdım. Təpikləməyə başladım. Təkcə onu dedim ki, “şərəfsiz, sən məndən qisas olmaq üçün o qızı alıb sonra boşamısan...” Parçalanmış dodağının qanını silərək dedi ki, “o qız ağlını itirmişdi, dəlinin biri idi”. Dedim ki, dəli sizin nəslinizdir...
    Məni yenə yaxaladılar. Bu dəfə məni qazamat böyüyünün özü, yəni həmin zorba alçağın atası, daha döğrusu onun anasının sonuncu əri döydü. Ağzımdan-burnumdan qan açıldı. Qazamatın böyüyü dedi ki, bu dəfə sən elə “qazamatda” gəbərəcəksən. Mən onun dediklərinə inandım. İnandım ki, qalan ömrümü qayda-qanun olmayan bu adada, onun rütubətli, zülmət rəngli qazamatında başa vuracağam.
    Bəli, əvvəlcə mən qazamatdakı divar, çarpayı, qapı-pəncərə ilə söhbət etməli oldum. Amma sonra başqa bir məşğuliyyət tapdım. Mən kitab oxumağı öyrəndim. Düzdür, əvvəldən hərfləri az-çox tanıyırdım. Amma o hərflər hələ özlüyündə mənə heç nə demirdi. İşarələr mənə yabanı kol-kosu xatırladırdı. Sonra o hərfləri ard-arda qoşaraq hıqqana-hıqqana sözlər düzəltməyə başladım. Bir müddət keçəndən sonra isə sözlərdən cümlələr yaranırdı. Beləliklə, mən kitab oxumağa başladım. Əvvəlcə “kol-kosa” bənzəyən, özlüyündə heç nəyi ifadə etməyən o hərfləri öyrənəndən sonra mən yeni bir aləmə daxil oldum. Sanki gözlərim önündə o “kol-koslar” çiçək açaraq gülüstana çevrilməyə başladı.
    Mənim “yatdığım” həmin “təkadamlıqda” sən demə məndən əvvəl bir savadlı adam “yatıbmış”. Həmin adam bir müddət əvvəl ölmüşdü, onu aparıb sahildəki qəbristanlıqda dəfn etmişdilər. Ondan xeyli kitab qalmışdı. O kitablarda həyat, ölüm, sevgi, sədaqət, təbiət, dünya haqqında maraqlı yazılar vardı. Bax mən həmin kitabların hamısını oxudum. Həm də dönə-dönə, təkrar-təkrar... Arada o kitablardakı sözləri mahnı kimi ucadan oxuyurdum.

    Adam musiqi sədaları altında mahnı oxuyur.

    “Mən bir dar ağacı, bir dərd ağacı,
    mən teli qırılmış kaman kimiyəm.
    Sən mənim ömrümün son dayanacağı,
    “Sən” adlı ünvana üzən gəmiyəm.

    Bu sonsuz dənizdə mən tənha gəmi,
    mənim sərnişinim xatirələrdir.
    İçimi xışlayan kədərin, qəmin
    astarı üzündən daha betərdir.

    Göy üzü qüssədən çəkilib tarım,
    o göylər Günəş yox, bir zülmət doğur.
    Yarıb tufanları, fırtınaları
    üzürəm “Sən” adlı limana doğru.

    Bəs niyə görünmür o liman niyə,
    bəlkə bir ilğımdır məni aldadan?
    Niyə çalxalanır bu ümman niyə,
    məni kim çıxarar bu qeylü-qaldan?

    Bu sonsuz sularda məni tənha gəmi...
    mənim son pənahım, son gümanım sən.
    Özüb gedəcəyəm ölümə kimi,
    mənim son limanım, son ünvanım sən…”

    Adam sahil boyu gəzişir.

    Kitablarla tanışlıq mənim adamlar haqqındakı fikirlərimi dəyişməyə başladı. Get-gedə mənə elə gəlirdi ki, elə adamlarla əvvəllər kol-kosa bənzətdiyim hərflərə arasında çox oxşarlıq var. Belə ki, tanıdığım adamların çoxu “kol-kos” olaraq qalır, bəziləri isə “çiçək” açır, rayihə saçır. Amma belə adamlar az idi, lap az. Ümumiyyətlə, mənə elə gəlir ki, bu dünyada bütün canlıların “öz yeri” var. Hamı, hər kəs, yəni quşlar da, adamlar da bu dünyada öz yerini tapıb rahatca yaşayır, yalnız insanlar rahat ola bilmirlər... Onlar nədənsə daim vurnuxur, darıxır, bir-biri ilə vuruşur, biri digərini öldürmək haqqında düşünür. Sanki bu dünyaya yad olan təkcə insanlardır... Bəlkə biz doğrudan da bu dünyada “arzuolunmaz qonağıq”, yəni “gəlməyik”.

    Musiqi. İt hürür.

    Qapan, sən niyə hürüsən?..
    Hə, onu deyirəm axı... Günlərin bir günü köhnə tanışım olan həbsxana gözətçisi mənə bir kiçik bağlama gətirdi. Əl boyda bir bağlama... Dedi ki, sənə çatacaq. Bağlamanı açdım. Əvvəlcə bir ipək dəsmal gördüm. Dəsmalın ətri o darısqal xarabada məni bihuş etdi. Sonra gördüm ki, dəsmalın arasında bir kağız parçası var. Bu, kiçicik bir məktub idi. Bu məktubu mənə... mənim “mələyim” yazmışdı.
    Yox, indi deməyəcəyəm o, mənə nə yazmışdı...
    Bəlkə də məni o dəsmal, “mələyimin” göndərdiyi o ətirli dəsmal və kiçik məktub məni xilas etdi. Mənə ümid verdi, inam verdi... Mən təzədən həyata bağlandım. Mən gecələr o dəsmalı sinəmə sıxar, o dəsmaldan “mələyimin” ətrini alardım. Hər gün oxşayardım, öpərdim o dəsmalı... Mən tez-tez onu yuxularımda görərdim. Yuxularda təkcə o ətirli dəsmalı deyil, o “mələyin” özünü öpər, sinəmə sıxar, göyün yeddi qatında uçardım.
    Mən zindanda ac idim. Yəni həm qarnım ac idi, həm də ruhum... Qarnımın aclığından əzab çəksəm də, ruhumun aclığından həzz alırdım. Çünki bu aclığı “mələyimin” xəyalları və onun mənə göndərdiyi hədiyyə ilə dəf edirdim. Mənim ətrafımda zülmət olsa da, içimdə bir bayram havası yaşayardı... Sanki bu anlarda bir zaman bu Adada yaşamış “Tütək baba” deyə çağırdığımız qocanın ifa etdiyi neyin sədası içimdə səslənərdi...
    Budur, indiyəcən o dəsmalı və onun arasındakı o məktubu mən döş cibimdə, ürəyimin başında gəzdirirəm...

    Adam döş cibindən çıxartdığı dəsmalı qoxlayıb öpərək təzədən cibinə qoyur.

    Günləri aylara, ayları illərə calayaraq yaşayırdım. Bu günlərdə eşitdik ki, “qazamat” ın böyüyü görbagor olub. Həbsdəki adamlar sevincdən toy-bayram etdilər...
    Mən də həmin gün əlimin altındakı kitablardan birindəki gülməli nağlı ucadan oxuyub gülməkdə idim. Şeir kimi yazılmış o nağılda adamların meymuna çevrilməsindən söhbət gedirdi...
    Mənim gözətçi tanışım dedi ki, səs-üy salma, söyüş söymə, çünki qazamat böyüyünün oğlu öz atasının yerinə keçib. Bəli, bəli, vaxtilə əzişdirdiyim həmin gombul şərəfsiz... Özü də söz verib ki, məhbusların çoxunu, o cümlədən məni azad edəcək. Düzü, bilmirəm, gün haradan doğru belə? Bəlkə də atamla atasının, yəni anasının sonuncu ərinin tanışlıqlarına görə bu qərara gəlib... Bəlkə də mənə yazığı gəlib. Əslində artıq mənimçün azadlıqla həbsin elə bir fərqi yox idi. Artıq məhbəs həyatına alışmışmaqda idim. Heç olmasa orada gündə iki-üç dəfə it yalına oxşayan yemək verirdilər... Oradan çıxıb nə edəcəkdim, nə yeyib-içəcəkdim ki?
    Gözətçinin dediyi düz çıxdı. İki gün bundan əvvəl məni həbsdən azad etdilər. Mən iki gündür ki, hər gün öpüb oxşadığım dəsmalın sahibi ilə, mənim “mələyimlə” görüşməyə hazırlaşırdım.
    (Ətrafa nəzər salır). Bu yandan da bu fəlakət... Mən onu, “mələyimi” tapa biləcəyəmmi? Bu, mümkün alan bir içmi? Bu qurğuşun suların altından sağ adam çıxa bilərmi?
    Qapan, yenə nə sülənirsən, nə axtarırsan? (Əsəbi şəkildə). İt ki, it...
    Hə, həbsdən çıxan gün məni komamızın qarşısında ilk qarşılayan bu köpək oldu. Ona bir-iki tikə çörək atdım. O, tikələri göydə qapdı. Hiss etdim ki, o da mənim kimi ac-yalavacdır.
    İki gündür “Qapan” deyə çağırdığım bu köpək məni qarabaqara izləyir. Sanki onu mənim arxamca güdükcü qoyublar. İt oğlu it, sanki mənim hər addımımı sayır.

    İşıqlar yanıb-sönür. Parlaq şüalar altında yerə səpələnmiş və pilləkanın üstündə qalaqlanmış metallar bərq vurur. Adam həmin “metal” topasından birinə yaxınlaşıb diqqətlə baxır.

    Bu nədir belə? Adamın gözləri qamaşır... Hiss olunur ki, sel-su bu sərvəti hansısa zəngin adamın xəzinəsindən qoparıb gətirib.

    Ətrafa baxır.

    Hə, bu, bizim Qazamat başçısının evidir. Vaxtilə onun üçüncü arvadı məni həyətdən qovmuşdu. Onun özü məni tutdurub qazamata basdırmışdı... Mən onun oğlunu, daha doğrusu, onun arvadının “dalında” gətirdiyi gombulu bax orada əzişdirmişdim. Onun özü də, arvadı da acgözün biri idi. Yəqin ki, bu tufan onların tifaqını dağıdıb.
    Bizim Adada az ailə tapılardı ki, onun bir üzvü nə vaxtsa həbsdə olmasın... Başçı hər bir kiçik xahiş üçün adamlardan pul tələb edirdi. “Pulu olmayan metal, metalı olmayan kəhrəba gətirsin”-deyirdi. “Metal” deyərkən o, qızılı nəzərdə tuturdu. Adamlar öz aralarında ona “qızılbaş” da deyirdilər. Yox, onun başı qızıl kimi qiymətli deyildi. Sadəcə olaraq, qızıl üçün başından belə keçməyə hazır idi...
    Budur, indi qazamat başçısının həyəti parıltılı metallarla doludur. Qasırğa onun evinin altını üstünə çevirib. Qoca köpək, sən bunları kimin üçün yığmısan?

    İt hürür.

    Kəs səsini, Qapan. Mən “köpək” deyəndə səni nəzərdə tutmuram. İkiayaqlı köpəklər var ki, sən onların yanında toya getməlisən.
    Bir buna bax. Görürsən, Qapan? İndi deyəsən bunların hamısı mənə çatacaq. (Ucadan). İndi mənəm, bəli, mənəm bu qızılların, bu kəhrəbaların sahibi. Gözlərimdə qığılcım yanır. (Əyilib yerdən yığdığı “məmularları” qucağına yığır). Mənə nə olub belə?..
    Əllərim də ürəyim kimi tir-tir əsir. Bəlkə bu, qorxudandır? Mən nədən, kimdən qorxmalıyam? İndi burada məndən başqa kim var? Bağışla, Qapan, az qala səni unutmuşdum, hə, bağışla... Axı mən tək deyiləm, sən də varsan. Mən bu adanın, bəlkə də bu dünyanın sonuncu adamı, sən isə, Qapan, sonuncu heyvanısan.
    Bəlkə bütün dünya suyun altında qalıb, bizim xəbərimiz yoxdur. Bəlkə də mən dünyanın sağ qalan sonuncu adamıyam? Hər şey ola bilər!

    Adam qucağındakı parlaq “məmulatlara” baxır, vurnuxur, sanki nə edəcəyini bilmir.

    Budur, qucağım “metalla” doldu. İndi mən nə edim? Bütün həyatım boyu dilənçi kimi yaşamışam. İndi isə bu sətvətin hamısını toplayıb qurtara bilmirəm... Hələ bir oraya bax... (Ucadan). Ehey, “qızılbaş”, haradasan?.. Səni indi yırtıcı balıqlar didişdirir yəqin ki... (Tədəddüd edir). Bəs mən bu yığdıqlarımı harada gizlədim? Hə, harada? Adam, axmaq adam, sənin başın xarab olub deyəsən. Gizlətmək niyə? Kimdən, nədən gizlətmək? Bəyəm buralarda məndən başqa bir ins-cins var ki?..
    Qəribə məxluqdur bu adamlar. Mən gözümü açandan görmüşəm ki, hamı sərvət, var-dövlət üstündə vuruşmuş, bəzən də bir-birlərini qırmışlar. Üstəlik də yığdıqlarını bir-birlərindən gizlətmişlər. Mənim tanıdıqlarımın əksəriyyəti böyük sərvət sahibi olsalar da özlərini kasıb kimi göstərməkdən həzz alan adamlar olub.
    Axmaq adamlar, bunları kimin üçün yığmısız? Mənim üçün. Mənimüçün? Xeyr. Özünüz üçün yığmısız. Amma o sərvət özünüzə yox, bax indi mənə qismət olub. Mənə? Yox, inanmıram ki, mənə də qismət olsun.

    Qucağındakı “məmulatları üst-üstə yığıb əyilərək baxır, sanki təzim edir.

    Hər şey batdı, hamı suların altında qaldı.. Havalar isti olduğuna görə adamların çoxu bu gün çöldə-bayırda idi. Onların da hamısını qasırğa silib-süpürüb dənizə töküb. Yəqin ki, evlərdə qalıb boğulanlar da var. Bəs o meyitlərin vəziyyəti necə olacaq? Onlara kim məzar qazacaq? Onları kim dəfn edəcək?

    Uzaqlara boylanır.

    Görəsən dalğalar mənim kasıb daxmamı da yuyub apardımı? Niyə gizlədim, evimizin həndəvərində ucalan qəsrlərə, saraylara, orada yaşayan adamlara həmişə paxıllıq hissi ilə baxmışam. Budur, indi həmin evlər sahibsizdir. Bəs bu boş evlərdə kimlər yaşayacaq? Bir azdan bayquşlar ulayacaq bu qəsrlərdə. (Ucadan). Yox, o evlərin, o qəsrlərin hamısı mənə və Qapana qalacaq. Bəli, indi mənəm bu Adanın sahibi!

    Melodiya səslənir.

    Deyirəm birdən hər şey yenidən təkrar olaydı. Adamlar gözlərini açıb diriləydilər. Mən bu qızılları, bu kəhrəbaları onlara göstərib deyəydim ki, ay alçaq adamlar, bu parıltılı metallar sizin nəyinizə lazımdır? Mən onların mənim ətrafımda necə yaltaqcasına dolaşmasını öz gözlərimlə görəydim. Bəs necə, bizim adanın adamları varlı-karlı adamlara quyruq bulamağı xışlayırlar. Hə, mən onda dik-dik gəzib adadaşlarıma üstdən aşağı baxar, onları heç adam yerinə qoymazdım. Onlar yəqin ki, mənə yaltaqlanaraq, “Adam, sən bizim xeyirxahımızsan, fəxrimizsən, böyüyümüzsən”-deyərdilər. (Kimisə yamsılayır). Bir başqası mənim tərifimi göyə qaldırıb “bu dünyanın ən səxavətli adamı sənsən”, bir başqası isə “bizim adanın adamları səninlə nəfəs alır”- deyərdi.
    Hə, bəs onda sən nə edərdin, Adam? Sən özünü dartıb dağın başına qoyardın yəqin ki? Niyə? Niyə belə tez qudurdun, Adam? (Öz yaxasından tutub silkələyir). Onda sənin buradakı bu ikiayaqlı heyvanlardan fərqin nə olardı? Sən nə alçaq adamsan, Adsam? Sən nə şərəfsiz adamsan, Adam? Səni bu sərvət nə tez qudurtdu belə? Tüpürüm sənin adamlığına, Adam!

    Musiqi. Yaxasını tutub dartışdırır, sanki özü –özü ilə vuruşur, süpürləşir, döyüşür. Özü –ğzünü yerə yıxıb əli ilə başına, sinəsinə, dizinə vurur.

    Hə, indi bildin adamları qudurdan nədir? Bildin?
    Bəlkə də çoxları bilmir ki, adamlar nədən, kimdən ötrü sərvət toplayır. Amma mən bilirəm. Bunun səbəbləri çoxdur. O adamların bir qismi anadangəlmə xəstədir. Bəli, xəstə... Çünki nə üçün sərvət topladıqlarının səbəbini onların boş başı dərk eləmir. Başqa bir qism adamlar pulu, sərvəti pis “gün üçün” yığır. Onlar öz aləmlərində övladlarının, uşaqlarının gələcəyini düşünürlər. Mənim bildiyimə görə, bəhsəbəhsə düşüb sərvət toplayanlar da az deyil. Belələri düşünürlər ki, “başqasının var, mənim niyə olmasın?” Nəhayət, pulu, sərvəti başqalarına təzyiq etmək üçün yığanlar da var. Zənnimcə, bu sərvət düşkünlərinin ən əclafı elə bu sonunculardır. Onlar yığdıqları var-dövlətin heesabına adamları daim əzmək, qorxu altında saxlamaq istəyirlər. Ay saxladınız ha! İndi nə siz varsınız, nə də o adamlar. Təkcə mənəm bu Adada...

    Adam təkəbbürlə başını dik tutub adada gəzişir.

    Budur, dənizdə batan adamların meyiti indi suyun üzünə çıxmağa başlayıb. Dəniz əvvəlcə adamları udub məhv edir, sonra sahilə atır. Odur, birisi üzüquylu üzür, o birisi isə qollarını geniş açıb. Dalğaların qovduğu o yekəpər nəsə mənə tanış gəlir... Yanında da yaşlı bir qadın var... Üzürlər. Deyəsən gombulla anasıdır. Dalğalar onları atıb-turur...

    Adam qəflətən diksinib ayaq saxlayır.

    Aman Allah, bəs bu kimdir belə? Lap sahildədir ki... Burada bir meyit, yox, yox... iki meyit görünür. Onlar suyun üstündədirlər. Yox, deyəsən, onlar heç meyit də deyildir. Onlar sağ-salamatdırlar. (Əlini irəli uzadır və diksinir). Aman Allah, bu, odur... Bu, mənim “mələyim”dir. Mənim “mələyim”, sən buraya necə gəlib çıxmısan? Sənin gözlərin açıqdır ki. (Qışqırır). Şükür, sən salamarsan. Əlini mənə uzat. (Pauza). Bəs sənin yanındakı kimdir belə? Sən tək deyilsənmiş. Kimsə səninlə əl-ələ tutub, daha doğrusu səni sinəsinə sıxıb... Hə, indi dalğalar tərpəndu, sən də onu qucaqladın. Deyəsən, sən təzəlikcə ailə qurubsan. Sən ağ geyimdəsən, o isə qara... Olsun... Hər kəs kimi sənin də xoşbəxt olmaq haqqın var... Amma sən mənə yazdığın, “qazamata” göndərdiyin məktubda cəmi iki-üç kəlmə söz yazmışdın. Yazmışdın ki, “Mən ölənəcən səninləyəm”. İndi budur, sən suyun üstündə kiminləsə qol-boyun olub üzürsən... Bu adam sənin nəyindir, mənim “mələyim”? (Duruxur). Nəsə onun sir-sifəti mənə çox tanış gəlir. (Diqqətlə suya baxır). Bəlkə gözlərim məni aldadır? (Həyəcanla). Bu adam ... bu qara geyimli adam mənə oxşayır. (Əli ilə gözlərini ovuşdurur). Yox ey, bu adam mənim oxşarım deyil... Bu adam elə mən özüməm. Səninlə əl-ələ tutan, qol-boyun olan bu adam mənəm, mənim “mələyim”... (Pauza). Amma bu suların qoynundakı Adam məndən fərqli olaraq təptəzə geyimdədir. Onun dümağ köynəyi var. Ayaqqabıları da par-par yanır. Amma bu sahildəki Adam, yəni mən köhnə, nimdaş geyimdəyəm... Əlini mənə ver... Hər ikiniz əlinizi mənə uzadın...
    Mən cəmi iki gündür ki, azadlıqdayam. Mən istəyirdim ki, sənin yanına gələm, sənimlə görüşə gələm. Amma əynimdəki cır-cındırdan utanırdım. Təzə geyim almaq istəyirdim özümə. Amma pulum yox idi... Demə, sən “mənə” təptəzə geyim-kecim alıbsanmış. Demə sən “məni” də özün kimi bəzəyib toya hazıtlıq görürsənmiş, mənim “mələyim”. Axı sən yazmışdın: “Mən ölənəcən səninləyəm”. Əl-ələ tutub hara üzürsünüz? Dayanın... Dənizdə nicat yoxdur. Nə qədər pis olsa da yenə bu sahil yaxşıdır...

    Tez-tez yerini dəyişir, şalvarının balağını çırmayır, hiss olunur ki, suya girir, əlini irəli uzadır.

    Yaxşı, görəsən, bəs “mən” bu sulara haradan gəlib düşmüşəm? Mən indi hər ikinizi, daha doğtusu hər ikimizi, dartıb sahilə çıxaracam. (Əlini irəli uzadır). Əlini mənə ver, “Adam”... Adam, axmaq adam, əlini ver deyirəm sənə... Mənim mələyim, sən Adamın, yəni mənim əlimdən möhkəm yapış...

    Əlini suya sarı uzadıb nəyisə var gücü ilə özünə sarı dartır.

    Getdi... (Ah çəkib əlini dizinə vurur). “Adam” getdi... Daha doğrusu, “mən” getdim dənizin dərinliyinə. Dəniz canavarı “məni” çəkib apardı... Bəli, o, “mən” idim. Mən buna öz varlığım qədər inanıram. (Qışqırır). Sulara qərq olan “mən” idim, “mən”. (Yerə uzanır). Dəniz canavarı “məni” parçalayacaq... “Mən” artıq balıqlara, balinalara yem olacağam.

    Həzin musiqi. Tütək səsi. Adam ayağa qalxır.

    “Mən” yoxam artıq... Mən bir xəyalam. Amma sən varsan, mənim “mələyim”. Sən suların qoynundasan. (Əlini irəli uzadır). Uzaqlara üzmə. (Kimisə və ya nəyisə özünə sarı dartır). “Mən” sulara qərq oldum, barı sın dayan, getmə... Dayan. Dayan, mənim “mələyim”... Hayana gedirsən? Onsuz da mən məhv olmuşam. Sulara qərq olmuşam... Amma səni məhv olmağa qoymayacağam. Mən səni xilas edəcəyəm. (Dəlicəsinə qışqırır). Dayan... Sən haraya üzüb gedirsən?

    Adam əyilib sudan nəyisə dartır. Az sonra onun əlində bəyaz rəngli uzun bir qadın paltarı görünür. Adam diz çöküb əvvəlcə əli ilə üzünü tutur, sonra əlindəki geyimi öpüb sinəsinə sıxıır.

    Üzüb getdi... Mənim “mələyim”, bu vəhşi sular səni də, məni də uddu... (Hönkürüb ağlayır). Bu, sənin gəlinlik geyimindir. Bax bu, sənin çantandır... (Çantanı açıb baxır). Bu- sənin gümüş kəmərin, bu- sənin baş örtüyün, bu- sənin tacın, bu-kəhrəba boyunbağın, sırğaların... Bu da sənin kəhrəba medalyonun. O medalyonun içində iki şəkil var, bir üzdə sənin, o biri üzdə mənim şəklim... Sən gəlin köçməyə hazırlaşırdın, mənim mələyim. Mən də evlənməyə hazırlaşırdım. Əynimdə təptəzə kostyum vardı... Mən səni suların qoynunda bərk-bərk qucaqlamışdım... Mən səni öz əllərimlə tufanların, qasırğaların ağzına atdım. Elə sən də məni...

    Musiqi. Adam dərinliyэ- qüllənin arxasına çəkilir, qısa müddətdə gözdən itir. Göydə qağayı, sahildə it (Qapan) görünür. İşıq onların üstünə fokuslanır. Sanki qağayı da, it də donub bir nöqtədə qalıb.
    Az sonra Adam görünür. O, qara kostyum, ağ köynək geyib. Üzü tərtəmiz təraş olunub. Saçı səliqə ilə daranıb. Ayağında təzə ayaqqabı var. Qolunun üstündə bayaq “sudan” çıxartdığı ağ qadın paltarı diqqəti çəkir. Sanki qucağında canlı bir insan aparırmış kimi ehtiyatla irəliləyir.

    Bu geyim-kecimi sən almısan mənə. Sən toya hazırlaşırmışsan. Bizi ehtiyac, kasıblıq ayırmışdı bir-birimizdən. Budur, indi bir yerdəyik. Bizi heç kəs ayıra bilməz...
    Bizim araməzda səfalət, ehtiyac adlı bir dağ vardı. İndi o dağ yoxdur. Budur, indi ayaqlarım altında Adanın və ada sakinlərinin sərvəti xırçıldayır. Bunların hamısı bizimdir, bizim. (Ucadan). Eşidirsən məni, mənim “mələyim”?

    Musiqi. Zurnada oyun havası ifa olunur. Adam qüllənin pilllələrinə yaxınlaşıb ayaq saxlayır. Qolunun üstündəki pal-paltarı ehtiyatla və səliqəli şəkildə qüllənin sürahisindən asır.

    Bunlar mənimdir? Bizimdir? (Əllərini yana açır). Yox, yox, mənə lazım deyil bu sərvət... Əgər bu dünyada insanlar yoxsa, bu var-dövlət kimin üçündür? Sərvət insanlara onun üçün lazımdır ki, başqalarına göz dağı çəksin, başqalarını əzsin... Amma indi o “başqaları” yoxdur.

    Durbini götürüb uzaqlara baxır.

    Hava hələ çox da qaralmayıb. Amma göydə Ay doğub. Odur, Ayın şəkli suların üstündə bərq vurur. Amman Allah, Ay nə böyükdür. Yox, o Ay deyil deyəsən. O, qayıqdır. Özü də Aya bənzəyir. O qayıq elə Ay rəngindədir. Bir az da kəhrəba rənginə çalır... Görəsən, o qayıqda adam varmı? Bu dəhşərli fırtınadan sağ çıxan adam çətin ki, tapıla, Adam. Əslində elə sən də bu suların altındasan...
    O qayıq sahilə sarı gəlir. Görürsən, qayığı, Qapan? Gəl ikimiz də ucadan bağırıb o qayığı səsləyək. Eheyyy...

    Adam ucadan qışqırır. Qapan hürür. Uğultu səsi eşidilir. Adam cəld pullələrlə üzüyuxarı qalxıb Qüllənin başından asılmış fanarı götürür. Uğultu səsi yaxınlaşır. Adam fanarı əlində tutub yelləyir, sanki kiməsə, nəyəsə işarə verir.


    Eheyyy... Mən buradayam. Siz məni görürsünüzmü?!. (Öz-özünə). Görəsən, mən varammı?

    Qapan hürür. Adam fanarı pillələrdən birinin üstünə qoyur. Sonra sürahidən asdığı bəyaz qadın geyimini qolunun üstünə aşırıb asta,ehtiyatlı addımlarla üzü dənizə sarı addımlayır. Sanki zurna, fleyta və qaboy birlikdə səslənir. Melodiya get-gedə gurlaşır. Sanki orkestr çalır. Adam gözdən itir.

    SON





    Firuz Mustafa
    Qısa bioqrafiya və biblioqrafiya
    Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı

    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof

    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.


    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının mükаfаtı













    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):


    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar”)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • “Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Adsız” (rusca)- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)



    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)











    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)


    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)


    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)


    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)


    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)


    İngiliscə kitabları:
    • “A sea nomad” (Dəniz köçü”). povest- (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend” (“Kəhrəba, sadiq dost) - (“Elm fondu”nun nəşri, 1997)
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram. (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)
    •

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
    •

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)


    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017


    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018


    “Amazon”da dərc edilən və yayınlanan kitabları
    • “Basement on the roof” (“Çardaqda zirzəmi”).3 pyes- (“Renessans-A”.2024)
    • “Neutral Zone” Prose & Play (“Neytral zona”).nəsr.dram- (“Renessans-A”.2024)
    • “World without borders”(trastatus) - (“Renessans-A”.2024)


    Firuz Mustafaya
    həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)

    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu)
    (2012)

    • Sabir Bəşirov. “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)

    • Babək Qurbanov. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    *Firuz Mustafanın yaradıcılığına həsr edilmiş monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

































    Firuz Mustafa
    PYESLƏR

    Dördüncü cild

    (Altı cilddə)

    Bakı.2026. səh.,518
    Kitabın redaktoru, korrektoru və yığıcısı:
    F.Q.Mustafayev
    Dizayn: Aqşın Mustafa
    Formatı:70x90 1/32
    El.ünvan: firuzmustafa52@gmail.com
    Tel.:+994 50 413 3572
    “Füyuzat” nəşriyyatı.2026

    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2026

  • sentyabr 2026, Firuz M.

  • 1
Pyeslər. 4-cü cild

Firuz Mustafa

Pyeslər 4-cü cild Altı cilddə Bakı-2026 Pyeslər 4-cü cild Altı cilddə Təqdim edilən cildə nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 5-ci cild

Firuz Mustafa

Pyeslər 5-ci cild Altı cilddə Bakı-2026 Pyeslər 5-ci cild Altı cilddə Təqdim edilən cildə nın tarixi dramları, monopyes və monohekayələri, yaradıcılığının ilkin......

Pyeslər. 3-cü cild

Firuz Mustafa

Pyeslər 3-cü cild Altı cilddə Bakı-2026 Təqdim edilən cildə nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Pyeslər. 2-ci cild

Firuz Mustafa

Pyeslər 2-ci cild Altı cilddə Bakı-2026 Təqdim edilən kitaba nın......

Pyeslər. 1-ci cild

Firuz Mustafa

Pyeslər 1-ci cild Altı cilddə Bakı-2026 Təqdim edilən kitaba nın seçilmiş dram əsərləri daxil edilmişdir.......

Fəlsəfə Işığında

Firuz Mustafa

Fəlsəfə Işığında (İkinci nəşr) Bakı-2025 ...

proza. rusca. roman. povest.

Firuz Mustafa

Фируз МУСТАФА ПРОЗА Романы Повести Рассказы Bakı-2026 Фируз МУСТАФА Фируз Мустафа. Проза. Романы.Повести.Рассказы 2026.с.510.Баку. Редактор: Г.Мустафаева В книге представлена проза (романы, повести и рассказы) известного......

Пьесы. Pyeslər. rusca

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому кругу читателей и зрителей.......

Misra. poeziya

Firuz Mustafa

Misra poeziya ποίησις Bakı-2026 .Misra.Poeziya ποίησις Geniş oxucu və tamaşaçı auditoriyası nı əsasən filosof, nasir və dramaturq kimi tanıyır.......

Tarixi dramlar

Firuz Mustafa

Tarixi Dramlar TarixiN Kölgəsi Savaş Fəsli Üçüncü Sahil Qara Zolaq Bakı-2026 Redaktor: Fazil N. Mustafayev Yeni kitaba nın......