...
  • Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti
  • Firuz Mustafa

  • Tərtibçi
    Firuz Mustafa


    XALQ TƏBABƏTİ

    Yaşamaq sənəti

    Təbiətin resepti










    ISBN 978-9952-37-245-8

    BAKI-2024




    Tərtibçi
    Firuz MUSTAFA


    Yaşamaq sənəti

    XALQ TƏBABƏTİ

    Təbiətin resepti




    Bakı.2024,səh.,300

    4502020000
    F--------------------2024
    009

    "Renessans-A" nəşriyyat evi, 2024


    ©Firuz Mustafayev,2024


    BAKI-2024





    Tərtibçidən

    İnsan üçün ən qiymətli kapital, ən dəyərli mülkiyyət onun öz səhhəti, öz sağlamlığıdır desək, yəqin ki, səhv etmərik.

    Bəs səhhəti necə qorumalı? Əlbəttə, bu suala birbaşa, həm də bir kəlmə ilə cavab vermək qeyri-mümkündür. Çünki səhhətin min dərdi, min mərəzi olur. Bəzən elə bu fikrə işarə olaraq deyirlər ki, insanın min dərdi varsa - onun minbir dərmanı olur. Təbii ki, bu, qanadlı ifadədən, bənzətmədən başqa bir şey deyildir. Amma orasını da xüsusi qeyd etmək lazımdır ki, bütün dərdlərin olmasa da, əksər dərdlərin müalicəsini aparmaq, “dərmanını” tapmaq mümkündür. Və həmin müalicə metodları sırasında xalq təbabətinin rolunu da qeyd etmək lazımdır.

    Bu gün tibb elmi özünün çox mühüm bir mərhələsinə qədəm qoymuşdur. Dünyanın bacarıqlı loğmanları bəzən ən ağır xəstələri belə uğurla müalicə edir, onları həyata qaytarırlar. Bizim çevrəmizdə bu cür savadlı, rəhsilli, təcrübəli həkimlər kifayət qədərdir.

    Etiraf etmək lazımdır ki, insanların şəfa tapmasında “ənənəvi-elmi təbabətlə” yanaşı, xalq təbabətinin də rolu inkaredilməzdir. Loğmanlar minillər boyu məhz “türkəçarə” müalicə üsullarından istifadə edərək, necə deyərlər, insanların ömrünə ömür calamışlar. Düzdür, bir çox hallarda xalq təbabətinin və bu sahədə fəaliyyət göstərən insanların rolu bəzən hədsiz dərəcədə şişirdilir, bəzən də əsinə, kiçildilir. Bu, əlbəttə, düzgün qənaət deyildir. Artıq qeyd etdiyimiz kimi, müasir “ənənəvi-elmi təbabətin” rolunu heç bir əlahiddə şəfa metodu əvəz edə bilməz.

    Amma və lakin... insanların min illərdən bəri öyrənə-öyrənə, nəsillərdən-nəsillərə ötürə-ötürə qoruyub yaşatdıqları “ənənəvi” müalicə üsullarından, dərman bitkilərinin təsir imkanlarından yeri gəldikcə, qədərində və qaydasında istifadə etmək zərurəti bu gün də qüvvədə qalmaqdadır.

    Və sonra. Yəqin oxucuların əksəriyyətinə belə bir fakt məlumdur ki, mən ixtisas etibarı ilə həkim deyiləm. Tərcümeyi-halım və yaradıcılığımla bağlı, kitabın son səhifələrində qısaca məlumat verilib. İndiki halda təkcə onu deyə bilərəm ki, oxuculara təqdim edilən bu kitabın elmi və ədəbi yaradlcılığımla birbaşa əlaqəsi olmasa da belə, mövzu şəxsi maraq dairəmə daxil olan bir sahədir. Belə ki, mən hələ ilk gəncliyimdən tibbə aid əlimə düşən yazıları diqqətlə oxuyub saxlamış, yeri gəldikcə onlardan bəhrələnmişəm. Bu mənada xalq təbabətinə aid olan yazılar da mənim gözümdən qaçmayıb.

    Dediyim budur ki, özümü, indi oxumağa başladığınız bu kitabın müəllifi kimi təqdim etmək iddiasından çox uzağam. Mən sadəcə olaraq, müxtəlif illərdə müxtəlif qəzet, jurnal, almanax, kitab, sayt səhifələrində dərc olunmuş, maraq doğuracağına, əhəmiyyət kəsb edəcəyinə inandığım, əlimin altındakı “dağ boyda” materialların kiçik bir hissəsini oxuculara təqdim edirəm. Həmin materialların əksəriyyətinin konkret ünvanları vardır. Müəyyən qism materialları isə mən tərcümə etmişəm. Zənnimcə, bir çox hallarda bu kitabda öz yazılarının interpretasiyasını, məğz və ya qısa məzmununu görən bəzi müəlliflər məni “plagiatlıqda” ittiham etməyəcəklər. Çünki artıq qeyd etdiyim kimi, mən belə bir kitabın müəlifi olmaq iddiasından çox uzağam və imkan daxilində isnad və istinad etdiyim bir çox əsas mənbələri, ilk qaynaqları göstərməyə çalışmışam.
    Əslində bu kitabın cəmi bir adı var: “Xalq təbabəti”. Lakin mən “Yaşamaq sənəti” və “Təbiətin resepti” başlıqlı epitetləri “əlavə” etməklə, bəzi digər səbəblərlə yanaşı, həm də ortada olan materiala bir qədər bədii “rənglər” qatmağa çalışmışam.
    Beləliklə, Sizə təbiətin reseptinə əməl edərək yaşamaq sənətini öyrənməyi, habelə filosof hikmətindən bəhrələnməyi arzu edirəm.
    p.s. və nəhayət, hər bir əsl filosof bir qədər də loğman və ya həkim olmalıdır.
    Hörmətlə,
    Firuz Mustafa




    NƏ EDƏK, XƏSTƏLƏNMƏYƏK?


    Ağ ciyər xəstəliklərinin müalicəsi

    Andız otunun kökü əzilib, balla qarışdırılaraq yeyilsə ağciyər qanamasına çox xeyirlidir. Üzüm şirəsinin içində bir ay saxlanılanandıq otu ağciyər problemləri və vərəmə xeyirdir.
    * Xiyar suyu ağciyər nasazlığına yaxşı kömək edir.
    * Mələk otu, darçın ağciyəri qüvvətləndirir.
    * Şalğam ağciyər bronxların təmizlənməsinə kömək edən bitkidir.

    Ağciyərləri təmizləməyə və sinəni yumşaltmağa kömək edir-
    Şirinbiyan kökü, Zəncəfil, Dəvədabanı, Evkalipt,Kəklikotu.

    (QEYD: Şirinbiyan kökü çayını sağlam adamlar gündə üç stəkana qədər içə bilər. Ancaq şirinbiyan kökünün çox miqdarda və uzun müddətli istifadəsi yüksək təzyiqə səbəb ola bilər. Hər hansı ciddi xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşməyi unutmayın.

    Zəncəfil güclü antioksidantdır və ağciyərləri çirkləndirən zəhərli maddələrin bədəndən çıxarılmasına yardım edir. Eyni zamanda, bədəndə hərarət və tərləmə yaratmaqla da toksinlərdən təmizlənməsini təmin edir. Zəncəfilin tənəffüs yollarını açmaq kimi təsiri də var. Toz halında zəncəfili bal ilə qarışdıraraq içmək tənəffüs yollarını təmizləyir.

    Dəvədabanı min illərdən bəri ağciyərləri gücləndirmək üçün istifadə edilmiş bitkilərdən biridir. C vitamini ilə zəngin dəvədabanı otu bəlğəm gətirən xüsusiyyətə malikdir. Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağciyər problemlərinə yaxşı təsir etdiyi təsdiq olunub. Adi dəvədabanı otunu çay kimi içmək üçün qurudulmuş formada apteklərdən tapa bilərsiniz.
    Evkalipt yarpaqlarında olan təbii antibiotik deyilən uçucu yağ ağciyər infeksiyalarına qarşı vuruşur və tıxanıqlığı təmizləyir.
    Astma və nəfəs darlığı xəstəliklərində öskürək və boğaz qıcıqlanmasında istifadə etdiyimiz siroplar, buxar vannaları üçün olan məhsullar əsasən, evkaliptdən hazırlanır. Kəklikotu (kəkotu) da sinə tutulmasına qarşı yaxşı mübarizə üsuludur. Kəklikotunun tərkibindəki ən mühüm maddə uçucu efir yağlardır. Bu yağlar qana qarışıb, bronxial əzələlərə təsir edərək ağrıları azaldır. Eyni zamanda, o bölgələrdə bakteriya əmələ gəlməsini əngəlləyir. Öskürək və yuxarı tənəffüs yolları iltihabında kəklikotu çayı da çox təsirlidir.











    Arıqlamaq. Bu, mümkündür.
    Bunun üçün aşağıda yazılanlara əməl etmək lazımdır
    İnqredientlər:

    suyu tökmək üçün qab;
    orta ölçülü limon və xiyar;
    zəncəfil kökü;
    nanə;
    təmiz su.

    Hazırlanması
    1-ci mərhələ.

    “Sassi“ (həkimin adı ilə bu cür adlandırılır) suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdır. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulması vacibdir).

    2-ci mərhələ.

    Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissə kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.

    3-cü mərhələ.

    Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.
    4-cü mərhələ.

    Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan “sessi“ suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. “Sassi“ suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.

    Bundan başqa, artıq çəkilərdən xilas olmaq üçün-
    alma sirkəsi xeyirlidir.
    Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi əlavə edin və üzərinə 1 çay qaşığı bal əlavə edib səhərlər nizamlı olaraq aç qarınına qəbul edin. Artıq çəkilərinizə faydası olduğunu görəcəksiniz.
    Habelə yaşıl noxud çəkini azaldar –
    O, az kalorili olmağına baxmayaraq, proteyin deposudur. Bir fıncan yaşıl noxudun tərkibində 134 kalori vardır. Bu bitki çəkinin azalmasında gözəl yardımçıdır. Əgər arıqlamaq istəyirsinizsə, tərəvəz şorbasını çox yeyin və ora yaşıl noxud atın. Siz uzun müddət toxluq hiss edəcəksiniz. Tövsiyə edirik ki, yeməyinizi yeyən zaman şorba ilə başlayasınız. Bu zaman mədənizin çox hissəsi bu şorba ilə dolduğuna görə başqa yemək yeyə bilməyəcəksiniz.
    Arıqlamaq istəyənlər üçün... başqa bir məsləhət. Hər səhər qaynadılmış limon suyu arıqlamaq üçün çox sərfəlidir. Limonlu suyun hazırlanma qaydasını təqdim edirik.
    Tərkibi:
    6 ədəd limon
    Təmiz bal
    Yarım litr su
    Hazırlanması:
    Limonları dilimləyib qazana tökün. Üzərinə su əlavə edib qaynamağa qoyun. Damaq dadınıza uyğun bal əlavə edə bilərsiniz. Bal, limon və su yaxşıca qarışdıqdan sonra ocağın altını söndürün. Hər səhər günə bir stəkan bu sudan içməklə başlaya bilərsiniz.
    Arıqlamaq üçün qaynadılmış limon suyunun faydası az deyil
    İmmunitet sistemini gücləndirir. Qrip və soyuqdəymənin qarşısını alır. Həzm sistemini rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətinə görə, yağ yandırmağa da yardım edir. Xüsusilə, bel, qarın və omba hissədəki artıq yağları əridir.
    Sağlam olun.









    Astmanın müalicəsi

    Astmanın dərmanı: şam qozasının mürəbbəsi
    Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalıdır. Təzə şam ağacı qozaları hələ qədim zamanlardan astma, bronxit, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş istifadə olunur. Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə, şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.
    Şam qozaları əsasən dəmləmə şəklində istifadə olunur. Bundan başqa ondan mürəbbə də hazırlanır. Həkim Mahir Orucov mürəbbənin hazırlanmasını bu cür təqdim edir:
    Qozalar təmiz yuyulur, dörd yerə bölünür.
    Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.
    Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.
    Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.

    Qeyd: şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.
    Bundan başqa, astmanın müalicəsi üçün
    *Andız otu əzilib balla qarışdırılaraq yeyilsə, astmaya yaxşı təsir edir.
    * Dəvə dabanını suda qaynadılıb, buxarının tənəffüs edilməsi astma və nəfəs darlığına yaxşı kömək edir.
    *Cəfəri toxumlarının və yarpaqlarının qaynadılması ilə əldə edilən saf cəfəri suyu, habelə əncir və heyva astma üçün faydalıdır.



    Ağ saçlarla vidalaşmaq üçün...

    Ağaran saçları tərkibi kimyəvi maddələrlə zəngin olan boyalardan istifadə etmədən təbii vasitələrlə rəngləmək mümkündür.

    Bəs həmin vasitənin hazırlanma qaydası necədir? Bunun üçün 5 ədəd kartofu götürüb təmizləyin. Daha sonra həmin kartof qabıqlarını qaynadın. Qaynamış qabıqları bir kasaya töküb üzərinə bir qədər "Pozmarin" və "Lavanda" efir yağı əlavə edib, saçınızın diblərinə çəkin. Qısa müddət sonra ağ saçlardan əsər əlamətin qalmayacaq.
    Bundan başqa, tünd-qəhvəyi rəngli saç üçün qoz və fındıq qabığı əlverişlidir.
    Belə ki, qozları xırdalayın və ən azı 30 dəqiqə ərzində suda (qabda) bişsin. Soyuyandan sonra məhluldan az miqdarda saclara vurun və 20 dəqiqə saxlayın. Ağ saçlar üçün soğan qabığı da faydalıdır.
    Qaynayan suya dolu stəkan soğan qabığı əlavə edin. Bunu iyirmi dəqiqə ərzində soyumağa qoyun.Başınızı bu suyla yuyun ve bağlayın ki istilik getmesin.20deqiqə qalsın.Sonra adi qaydada başınızı yuyun.

    Alın qırışlarını yox etmək
    Qırışlardan cərrahiyyə əməliyyyatı ilə xilas olmaq istəyənlər də var. Amma risqə getməyə gərək yoxdur.
    Bunun üçün:
    - 1ədəd yumurtanın ağını yaxşıca çalın, 1 çay qaşığı duz, 1 çay qaşığı limon şirəsi əlavə edin, qarışdırın. Üz dərisini yaxşı təmizləyin və maskanı alın nəhiyəsinə çəkib 20 dəqiqə gözləyin. Sonra maskanı yuyun və adətən istifadə etdiyiniz krem çəkin. Bu maskanı həftədə 2 dəfə etmək lazımdır.
    - Üz dərisini skrabla yaxşı təmizləyin. Kosmetik mumu su hamamında əridin. Muma pambıq parça batırın və alnınıza qoyun. Dəriyə əvvəlcədən ərik, badam yağı çəkin. Parça bərkiyəndən sonra kompresi götürün. Belə kompresləri həftədə 2-3 dəfə etmək olar.





    Ağız qoxusundan xilas olmaq üçün...
    Ağız qoxularının səbəbləri çoxdur. Deməli, onların aradan qaldırılması yolları da az deyildir.
    Dilin arxa hissəsi ağızda pis iyi yaradan əsas zonadır.
    Pis qoxu yaradan, əsasən uçucu kükürd birləşmələridir. Ağızda pis qoxu yaradan qaz etil-merkaptan maddəsidir. Bu qazın yaratdığı qoxu kələm çürüntüsü iyini verir.
    Yemək qalıqları və bakteriyalar dilin arxa hissəində ilişib qalanda həmin qaz komponentləri ifraz olunur.
    Pasiyentlərin dişində, damağında şiş, yara, infeksiya və ya dilin üzərində ərp əmələ gəlməsi ağızdan gələn iyi ağırlaşdıra bilər.
    Bir sıra hallarda ağızdan pis qoxu gəlməsinin səbəbi orqanizmin digər hissələrindəki problemlərlə bağlı ola bilər - qulaq, burun vı boğazda və ya böyrək, ciyər və bağırsaqda.
    Adətən qeyd olunur ki, pis qoxunu bakteriyalar yaradır və onlardan xilas olmaq təklif edilir. Bu, düz deyil. İnsan orqanizmindəki bakteriyaların müsbət rolu başa düşüldükcə, onların tamamilə ağızdan təmizlənməsi əvəzinə, alimlər bakteriyaların düzgün kombinasiyasını axtarırlar.
    Növbəti addım, dişi ağartmaq üçün klinika şəraitində xüsusi geldən istifadə edilməsi olacaq.
    Buna bənzər texnologiya gələcəkdə eyni yolla ağızda pis qoxu yaradan bakteriyaların məhvini də mümkün edə bilər.
    Hələlik isə, ağızdan pis qoxunu aradan qaldırmaq üçün diş fırçası və diş sapından istifadə etmək, kifayət miqdarda su içmək, siqaret çəkməmək, balanslaşdırılmış pəhriz tutmaq və diş ətində problem yarandıqda gecikmədən diş həkiminə baş çəkmək lazımdır.




    Ayaq şişirsə nə etməli?
    4 xörək qaşığı kətan toxumunu 1 litr suda qazanda 15 dəqiqə qaynadın. Qapağı bağlayın, onu örtlüyə büküb isti saxlayın. 1-2 saat dəmə qoyduqdan sonra dad vermək üçün limon və ya başqa meyvə şirəsi əlavə edin. Gündə 6 dəfə hər 3 saatdan bir, yarım stəkan için. Həmin məhlulu içən zaman bir az isidin. Bundan başqa, ayaqlarınız şişibsə, gündə bir neçə dəfə zəncəfil yağı ilə masaj edin.
    Zəncirotu sidikqovucu xüsusiyyəti ilə orqanizmdən artıq suyu xaric edir, şişmiş ayaqlara şəfa olur. Aparılan araşdırmalar da göstərir ki, zəncirotu sidikqovucu təsiri sayəsində şişi aradan qaldırır. Eyni zamanda orqanizmdəki natrium səviyyəsini tənzimləyir.
    1 stəkan isti suya 1 çay qaşığı təzə və ya qurudulmuş zəncirotu yarpağı atın, 5 dəqiqə dəmləyib süzün, gündə 2-3 dəfə bu çaydan için. Həmçinin, həkiminizlə məsləhətləşib bitkini həb şəklində də qəbul edə bilərsiniz.
    Alma sirkəsi tərkibindəki kalium sayəsində ayaqlarda şişkinliyi azaltmağa kömək edir. Eyni miqdarda su ilə alma sirkəsini qarışdırın. Bu suya dəsmalı batırıb şişmiş ayaqlarınızı dəsmalla bürüyün. Bunu gündə 10 dəqiqə davam etdirin.
    Həmçinin, 1 stəkan suya 2 yemək qaşığı alma sirkəsi, bir qədər bal qatıb gündə 2 dəfə için.
    Keşniş toxumu qan dövranını artıraraq bədəndəki şişkinliyi azaldır. 1 stəkan suya 2-3 çay qaşığı keşniş toxumu atıb suyun yarısı buxarlanana qədər qaynadın. Suyu süzün, soyumasını gözləyin. Ayaq şişkinliyi gedənə qədər gündə 2 dəfə için.

    Arı sancması zamanı nə etməli?
    Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşaratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın.
    Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır.
    Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımıdr.
    Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır.
    Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.
    Zədələnmiş yeri axar su ilə yumaq, istənilən antiseptik ("perekis", spirt, yod və s.) vurmaq lazımdır.
    Zərərçəkmişə bol maye (isti çirin çay, şirin su və s.) vermək, həmin yerı sıxıb üstünə ağ soğan parçası qoymaq yaxşı olar.

    Əgər həşəratın sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.








    Baş ağrılarından xilas olmaq üçün

    * Cirə toxumları yandırılaraq tüstüsü ilə tənəffüs edilsə, baş ağrısını aradan qaldırar.

    * Limon suyu bir stəkan qəhvənin içinə sıxılıb içilsə, baş ağrısınamüsbət təsirli olar.

    * Bananın içindəki maqnezium baş ağrısına müsbət təsir edir.

    * Nanə çayı və üzərlik otu baş ağrılarına yaxşıdır.

    *Aloe bitkisinin iri yarpağını uzununa kəsin və gicqahlarınıza qoyun.
    *Gicgahlara sirkə sürtün.

    *Baş ağrısının səbəbi gərgin əqli fəaliyyət olarsa, işdən qayıtdıqdan sonra ayaqlarınıza isti vanna edin və nanəli çay için.

    *Gicgahlara, alnınıza və ənsə nahiyəsinə mentol yağı sürtün.


    Bağırsağın təmizlənməsi-
    Bu, həm də arıqlamaq deməkdir

    Tez-tez baş verən qəbizlik halları, maddələr mübadiləsinin pozulması, görmə və eşitmə zəifliyi, şəkərli diabet, qaraciyər, allergiya, böyrəklərin, qaraciyərin xəstəliyi, saç dərisinin, dırnaqların kövrəkliyi, bir sözlə, artritdən tutmuş xərçəngə qədər bir çox xəstəliklər bağırsaqların çirklənməsinin göstəricisidir.

    İmalə vasitəsilə yoğun bağırsağın yalnız kiçik bir hissəsini (40-50 sm) təmizlənmək mümkündür. Bağırsağın aparatlar vasitəsilə yuyulması isə bahalıdır və xeyli vaxt tələb edir. Ən əsası isə bu, bağırsağın mikroflorasını pozur.

    Təqdim edilən bu reseptlə isə 3 həftə ərzində bağırsağınızı təmizləyə bilərsiniz.

    Kətan toxumunun unundan hazırlanan bu qarışıq yoğun və nazik bağırsağı parazitlərdən, çoxillik selik və nəcis daşlarından 3 həftə ərzində təmizləyir. Eyni zamanda, bağırsağın mikroflorası tam qorunur.

    Bu metodika çəkinin qısa müddətdə normaya düşməsinə, yağlı çöküntülərin orqanizmdən xaric olmasına kömək edir.

    Kətan toxumunun unu qanda xolesterinin səviyyəsini aşağı salır, şlakları orqanizmdən çıxarmağa qadirdir. Bu qarışıq parazitlər əleyhinə təsirə malikdir. Belə ki, göbələk, virus və helmintlərə öldürücü təsir göstərir.
    Tətbiqinə göstərişlər:
    Yuxarı tənəffüs yollarının selikli qişaların iltihabi prosesləri;
    Mədə-bağırsaq xəstəliklər;
    Onikibarmaq bağırsağın yara xəstəliyi;
    Qastritlər, kolitlər;
    Sidik yollarının xəstəlikləri - pielit, sistit;
    Köklük, lipid mübadiləsinin pozulması.
    Gündəlik olaraq profilaktika məqsədi ilə də istifadə etmək olar.

    İstifadə qaydası:
    Bağırsağın təmizlənməsi prosedurası:
    1-ci həftə:
    1 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir
    2-ci həftə:
    2 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir
    3-cü həftə:
    3 desert qaşığı kətan toxumu unu + 150 q xama və ya kefir

    Bizim ölkəmizdə kətan toxumunun ununu, yağını tapmaq bir az çətindir. Bu qidanı marketlərin əksəriyyətində tapmaq müşkül ola bilər. Ona görə də kətan toxumunu alıb qəhvəüyüdəndə onu una çevirə bilərsiniz.

    Bu qarışığı səhər yeməyi əvəzinə qəbul edin. Yoğun və nazik bağırsaqlarınız təmizlənəcək, bağırsağın mikroflorası tam qorunur. Xamanı istənilən süd məhsulu qatıqla da əvəzləmək olar. Bağırsaqların təmizlənməsi müddətində gün ərzində 2 litr su içmək mütləqdir.
    Bağırsaqların yumşaldılmasına təsir edir
    * Heyva bağırsağı qüvvətləndirir.

    *Paxlanın bağırsaq təmizləyici xüsusiyyəti vardır.

    * Kök toxumlarından edilən şirə mədə və bağırsaq qazlarını, qanamalarını və iltihablarını yox edir.

    * Gicitkən otu metobolizma problemi ilə bərabər, bağırsaq, dalaq xəstəlikləri üçün də yaxşıdır.

    * Kəklikotu bağırsaq parazitlərinə yaxşı təsir edir.
    * Nar qabığı bağırsaq qurdlarının ləğvi üçün təsirlidir.
    * Tərxun otu, limon, alma, əncir, pomidor bağırsaq infeksiyalarına yaxşı təsir edir.
    * Armud, qovun, noxud da bu cəhətdən faydalıdır






    Boğaz ağrısının müalicəsi

    Qarqara
    Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
    - Angina zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
    - Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.
    - Selikli qişanı yumşaldır, iltihabı azaldır.
    - Ağrıları azaldır və selikli qişanın zədələnmiş sahələrini sağaldır.
    Xəstəliyin əvvəlində qarqaranı tez-tez edin - hər 1-2 saatdan bir.
    Bir çox insanlara qarqaranı düzgün edə bilmir.
    - Lazım olan effekt almaq üçün ağıza maye (bu duzlu su, otların dəmləmələri və s. ola bilər) alıb, başınızı arxaya əyin və dilinizi çıxardın.
    - Qarqara zamanı "ı" səsini uzadın (bu badamcıqların daha yaxşı təmizlənməsinə kömək edəcək).
    - Qarqara 30-40 saniyə ərzində davam edilməlidir.
    - Maye ilıq olmalıdır. İsti maye boğazı yandıracaq və ağrıların daha da artmasına səbəb olacaq.
    - Qarqaradan sonra 1 saat ərzində qida və maye qəbul etmək olmaz.
    Qarqara üçün bu kimi məhlullar istifadə oluna bilər:
    - Duz məhlulu. Bu çox təsirli vasitədir. 1 stəkan ilıq suda 1 çay qaşığı duz (dəniz duzu daha yaxşıdır) əridin və qarqara edin. Bəzən bu məhlula yod əlavə edirlər. Lakin qalxanvari vəzidə pozulmaları olan və allergiyaya meyilli insanlar yoddan istifadə etməməlidir. Həmçinin kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda yodla qarqaralar istifadə olunmur.
    - Soda məhlulu. 1 stəkan ilıq suya 1 çay qaşığı soda əlavə edin və qarqara edin.
    - Çobanyastığı da çox güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
    - Adaçayı otu ilə qarqaralar da çox effektlidir. (1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir.)
    - Kalendula və evkalipt otlarından 1 çay qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
    - Alma sirkəsi ilə qarqara da çox sadə və eyni zamanda effektli vasitədir. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə olunur.
    - Sarımsaq təbii antiseptik və antibakterial vasitədir. 2-3 diş sarımsaq 1 stəkan ilıq suya sıxılır və qarqara edilir.
    Nəzərinizə çatdıraq ki, yalnız qarqaranın köməyi ilə iltihabdan azad olmaq mümkün deyil. Bu vasitə əsas müalicə ilə yanaşı köməkçi vasitə kimi istifadə oluna bilər.
    Tonzillitin (angina) müalicəsində mütləq antibakterial preparatlardan (antibiotiklər) istifadə olunmalıdır. Əks halda bu ciddi ağırlaşmalara səbəb olacaq).
    Boğaz ağrısını dəf edən digər vasitələr
    Alma sirkəsi
    Boğaz ağrısını azaltmaq üçün 1 xörək qaşığı alma sirkəsi əlavə edilmiş və istəyə bağlı olaraq bal da qarışdırılmış 1 fincan ilıq su için.

    Duzlu su qarqarası
    Boğaz ağrısından qurtulmaq üçün duzlu su ilə qarqara etmək məsləhətdir. Boğazdaki lazımsız mikrobları öldürməyə kömək edir.
    1 stəkan ilıq suyun içinə 1 çay qaşığı duz atın və əriməsi üçün qarışdırın. Hər saat başı 30 saniyə qarqara edin.
    4. Bal
    Bal boğaz ağrısını azaltmaq üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır. Bal xüsusilə isti su və alma sirkəsi ilə birlikdə daha təsirli olur. Amma 1 yaşdan kiçik uşaqlara verilməsi məsləhət deyil.
    Limon suyu
    Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını da azalda bilən rahatladıcı bir içkidir. Limonun tərkibində C vitamini və antioksidantlar var. Limon suyunu ilıq su, bir az da bal və ya duzlu su ilə birləşdirmək ən yaxşı vasitədir.
    Nanə çayı
    Nanənin tərkibində anti-inflamatuar birləşmələr var və boğaz üçün son dərəcə rahatladıcıdır. Nanə həmçinin boğazı yüngülcə uyuşdurur və ağrını azaldır. Nanə yarpaqlarını qaynar suyun içində 3-5 dəqiqə dəmləyərək içə bilərsiniz.

















    Babasildən xilas olmagın yolu

    Qanqal dəmləməsi ilə islatmalar istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və babasil düyünləri üzərinə qoyulur.
    Babasilin əsas səbəbi qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicələr var. Onlardan bir neçəsini təqdim edirəm.
    - Səna yarpağı, boymadərən otu, kövrək murdarça qabığı, keşniş toxumu, şirin biyan kökündən ibarət qarışıq babasil xəstəliyinə çox faydalıdır. Bir xörək qaşığı qarışığın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir. Sonra otaq temperaturunda soyudulur, süzülür. Qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır. Gündə 1 dəfə, gecə yatmazdan əvvəl 1/2 stəkan daxilə qəbul edilir.
    - 2 xörək qaşığı xırdalanmış zəncirotu kökünün üzərinə soyuq qaynanmış su tökülür. 8 saat saxladıqdan sonra süzülür. Gündə 4 dəfə, hər dəfə ¼ stəkan içilir.
    - Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər.
    - Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər.
    - Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir.
    - Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır. Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının davametmə müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər.

    Böyrəklərin təbii yolla təmizlənməsi
    Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
    Böyrəklər hərəkət etməyi sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır.
    Böyrəklərdə duzlar, qum, daşlar yığıla bilər. Bunun qarşısını almaq üçün böyrəkləri təmizləyən vasitələrdən istifadə etmək lazımdır. Xalq təbabətində belə vasitələr çoxdur.
    İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 litrlik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.
    Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.
    Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).
    Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
    Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.
    Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.
    Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
    Nar şirəsi içmək çox xeyirlidir.

    Böyrəklər üçün çox faydalıdır, bu şirə təbii sidikqovucudur-
    Xiyar şirəsi . Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar şirəsini içmək məsləhətdir.

    Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir-
    Balqabaq şirəsi. Tərkibində çoxlu B və E vitaminləri var. Bu şirə hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır
    Ağ ciyəri və böyrəkləri təmizləyir -Alma şirəsi. Bu şirə dəmirlə zəngindir və bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.






    Burun tıxanmasının təbii yolla müalicəsi - Hazırlanması və tətbiqi
    Kəskin infeksiyalar və soyuqdəymə nəfəs yollarının tutulmasına, burun tıxanmasına, eləcə də baş ağrısına səbəb olur.
    Xəstəliyin qarşısını alan içki reseptini təqdim edirik. Bu içki bədənin infeksiyalara daha tez qalib gəlməsinə kömək edir. Lakin onu soyuqdəymənin ilk əlamətlərini hiss edən kimi dərhal hazırlamaq lazımdır.
    Bu güclü içki detokstasiya və virusları məhvedici təsirə malikdir. İnqrediyentlər: (Bir sutkalıq)
    1 ədəd orta ölçülü soğan
    2 stəkan su
    1 ədəd limon şirəsi
    2 xörək qaşığı bal
    Hazırlanması və tətbiqi:
    Soğanı nazik halqalara doğrayıb, üstünə suyu əlavə edib 15 dəqiqə qaynadın. Oddan götürüb 5 dəqiqə soyumasını gözləyin. Su soyuyana yaxın içinə bal və limon şirəsini əlavə edin. İçkini sutka ərzində kiçik porsiyalarla qəbul edib.
    Soyuqdəymə nəticəsində burun və udlaqda selik və bəlğəm yığılır ki, bu da iybilmə qabiliyyətini və eşitmə qabiliyyətinin pisləşməsinə, həmçinin yaddaşı və diqqət pozğunluğuna gətirib çıxarır.
    Bir qayda olaraq burnunuzu hər gün duzlu su ilə yuyun. Bu prosedura selik əmələgəlməsinin qarşısını alır, həm də qrip və soyuqdəyməyə qarşı effektli profilaktik tədbirdir.






    Bəlğəmgətirən və sinə iltihabını təmizləmək vasitələri

    Xalq təbabətində sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir.
    Bəlğəmi nə təmizləyər?
    Hal-hazırda təbii olan bir çox bitki və bu bitkilərdən edilən qarışıqlar bəlğəmi bədəndən atmaq üçün istifadə edilir. O bitkilərdən bəziləri bunlardı.
    Cirə çayı: Cirə çayı inədəki tıxanmaları açmaq üçün köməkçı bir şəfa qaynağıdır. Içilməsinin yanında qaynadılıb buxarı iyləndiyində də ciyərlər bir az daha yumuşayarak bəlğəm çıxarmağı daha əlverişli hala gəlir.
    Kəklikotu çayı: Kəklikotu çayı soyuqdəymə xəstəliklərində istifadə edildiyi kimi, bəlğəm sökdürücü xüsusiyyəti üçün də çox rahat istifadə edilə bilər. Ciyərləri yumşaldaraq daha rahat öskürmə imkanı verir. Dadı xoşunuza gəlməzsə limon və balla qarışdırılaraq da içilə bilərsiniz.

    Nanə çayı: Nanə çayı adamın ciyərini təmizləməsinin yanında adamın boğaz hissəsini də rahatlaşdıraraq bəlğəmini daha rahat çıxarmasını təmin edir.
    Okaliptus çayı: Təbii məhsullar arasında ən təsirli bəlğəm sökdürücü okaliptus çayıdır. Həm boğazı,həm də ciyərləri rahatlaşdırar.
    Şüyüd çayı: Şüyüd çayı, bəlğəmdən və bu səbəbdən bronxittən qaynaqlı ola biləcək quru quru öksürməyə şəfa olma xüsusiyyəti daşıyır.
    Limon: Limonun suyunu sıxıb çayını hazırladıqdan sonra içərisinə bal qataraq içdiyinizdə bəlğəm sökdürücü xüsusiyyətə malik olduğunu görəcəksiniz.
    Soğan: Soğanla birlikdə limonu sıxıb suyunu çıxardıqdan sonra bunları qarışdırıb qaynadın, üzərinə bal əlavə edib gün içərisində 2-3 dəfə içsəniz astma xəstəliyi olanlar üçün şəfa olacaqdır.
    Kök: Kökün suyunu sıxıb pürəsi ilə birlikdə içərisinə bal qarışdırdığınızda gündə 3 dəfə istehlak etmək astma xətəliyinizə və bəlğəm probleminizə rahatlaşdırıcı bir həll yarada bilərsiniz.
    Bibər: Bibərin bəlğəmi qurutma təsiri vardır. Bir bibəri balla birlikdə qaynadıb yeyərək ya da yarım limonun üzərinə duzla qara bibər səpib yeyərək bəlğəminizi daha rahat çıxarda bilərsiniz.








    Cavan qalmağın yolları

    Uzun illərdir insanlar sağlam yaşamağın, cavan qalmağın sirlərini axtarır. Bunun üçün müxtəlif təbabətə, cərrahi əməliyyatlara üstünlük verilir. Lakin bunların heç biri uzun müddət cavan qalmağa kömək etmir, sağlam həzm sisteminə zərərsiz ötüşmür. İnsan vücudunda bir ilin aylarını və günlərini xatırladan 365 nöqtə və 12 əsas meridian var. Spesifik nöqtələrə edilən masaj insanı gəncləşmək arzusuna bir addım yaxınlaşdırır.
    “Uzun ömürlülüyün sirri” adlandırılan Zu San Li nöqtəsinə tətbiq olunan masaj çox önəmlidir. Bu masaj orqanların funksional aktivliyinə və enerji mənbələrinə təsir edə bilir. Zu San Li nöqtəsini aktivləşdirmək vücudda yenilənmə təsiri yarada bilər, yaşlanmağın qabağını kəsər. Çində bu nöqtə “uzun ömür nöqtəsi” adlandırılır.
    Zu San Li nöqtəsini necə tapmaq olar?
    Həmin nöqtə diz qapağının altındadır. Sağ əlinizi dizinizin üzərinə qoysanız, “Li nöqtəsi” çeçələ barmağın dırnağı ilə adsız barmağın dırnaq hissəsi arasında yerləşən nöqtəni tapa bilərsiniz. Əgər bu şəkildə düzgün nöqtəni tapa bilmirsinizsə, əyləşərək dizlərinizi əyin. Ayaqlarınızı yerdən qaldırmayın. Bu zaman dizinizin aşağı hissəsində yüksək sahə hiss edəcəksiniz. Barmağınızı onun üzərinə qoyub yüngülcə basın. Bu nöqtə Zu San Li nöqtəsidir.
    Bu nöqtəyə “üz xəstəliyinin nöqtəsi” də deyilir. Bəs Zu San Linin belə adlandırılmasının səbəbi nədir?
    “Li nöqtəsi” bədənimizin yarıdan aşağı hissəsinin yaxşı fəaliyyət göstərməsini idarə edir. Böyrəküstü vəzlərin, böyrəklərin, cinsiyyət orqanlarının, həzm sisteminin düzgün şəkildə işləməsini təmin edən onurğa iliyinin funkiyalarını yönləndirir. Qan təzyiqinin insulin, qlükoz səviyyələrinin tənzimlənməsi, vücuddakı iltihabın azaldılması, immunitet sisteminin gücləndirilməsi, bağırsaq və mədə problemlərinin həll olunması, iflicin müalicəsi, sağlam qida sistemi, özgüvən, stress və təzyiqin idarə olunması, daxili tarazlıq Zu San Li nöqtəsindən asılıdır.
    Bu nöqtənin masaj edilməsinin hıçqırıqda, qəbizlikdə, qastridə də yaxşı təsir göstərdiyi təxmin edilir. İmmunitet sistemini gücləndirən bu masajın sağlam bədən formalaşdırdığı hesab edilir.
    Zu San Li nöqtəsi nə vaxt masaj edilsə daha faydalı olar?
    Bu masaj səhər saatlarında və günorta yeməyindən əvvəl tətbiq olunduğunda daha faydalıdır. Hər diz üçün saat istiqamətində dairəvi (barmağınızla yüngülcə basaraq və basdığınız nöqtədə bir müddət qalaraq) təqribən 10 dəqiqə davam etməlidir.
    Bu masajın stimullaşdırıcı bir təsiri də var. Axşamlar Zu San Li nöqtəsinə saat istiqamətinin əksi istiqamətində masaj edənlərin həftədə 400-500 qram arıqladıqları bildirilir. Gecə yatmamışdan əvvəl yuxunuzu qaçırtmamağı üçün bu masajı etməyin. Günorta yeməyindən əvvəl edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi gücləndirəcək. Günortadan sonra isə stress, baş ağrıları, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.
    Qeyd. “Uzun ömürlülüyün sirri” adlandırılan nöqtənin Zu San Li adlandırılması sözügedən sirri atasından miras olaraq alan şəxsin adı ilə bağlıdır.



    Cinsi zəifliyin müalicəsi

    Kərəvəz. Hələ çox qədim zamanlardan yunanlar kərəviz bitkisindən təbii afrodiziak kimi geniş istifadə ediblər. Müasir dövrdə isə mütəxəssislər kərəvizin kişi orqanizminə təsirini “Viaqra”nın təsirindən güclü sayırlar.

    Kərəvizdən istifadə edildikdə kişi orqanizmində cinsi hormon sayılan androsteron daha çox istehsal olunur ki, bu da kişilərin cinsi fəallığına istənilən kimyəvi dərman pereparatlarından qat-qat güclü təsir göstərir. Müntəzəm olaraq kərəviz bitkisinin şirəsini içməklə kişilər intim həyatlarındakı problemləri təbii yolla aradan qaldıra bilərlər.
    Kərəviz bitkisi potensiyaya müsbət təsir göstərməklə yanaşı həm də prostat vəz, böyrək, sidik kisəsi və sidik yolları xəstəliklərinə qarşı ən yaxşı profilaktik vasitələrdən biridir. Həmçinin bu bitki kişi spermasının keyfiyyətinə də müsbət təsir göstərir.

    Kərəviz bitkisinin faydalı xüsusiyyətləri təkcə cinsi fəallığa təsiri ilə bitmir. O, qan təzyiqini normada saxlayır, sidikqovucu xassəyə malikdir, ürək və damar xəstəlikləri üçün faydalıdır, maddələr mübadiləsini tənzimləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, böyrək daşlarının tökülməsinə şərait yaradır, zülalların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır, qanı təmizləyir.
    Ümumiyyətlə, kərəviz bitkisinin insan orqanizminə müsbət təsirini, sağlamlıq üçün faydalarını saymaqla qurtarmaq olmaz. Sadəcə kiçik bir məbləğ xərcləyib onu süfrələrin bəzəyinə çevirmək lazımdır.
    Kərəvizdən istənilən formada, şirəsini çəkməklə, salatlara əlavə etməklə istifadə etmək olar.
    Kərəvizdən və ümumiyyətlə istənilən xalq təbabəti vasitələrindən müalicə məqsədi ilə istifadə edərkən həkimlə məsləhətləşmək vacibdir.

    Əsəbilik, çox siqaret çəkmə, alkoqol, uzun sürən xroniki xəstəliklər dərmanlardan uzun müddət istifadə cinsi zəiflik yaradır. müddət müddət istifadə edilməsi cinsi istəyi azaldır. Araşdırmalar göstərir ki, ailələrin 80 faizi cinsi uyğunsuzluq nəticəsində boşanır. Tərəflərin birində cinsi istəyin çox, digərində isə az olması da cinsi uyğunsuzluq yaradır.
    Cinsi həvəsi artırmaq üçün məcunun hazırlanma qaydası belədir: 50 qram zəncəfil, 50 qram jenşen, 50 qram güləm, 100 qram xurma (tozcuqları) poleni və 50 qram çaşır kökü üyüdülərək toz halına salınır, 1 kiloqram şabalıd və ya qaratikan balı və 500 qram keçibuynuzu bəkməzi ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı qəbul edilir. Məcunun qəbulu prostat vəz xəstəlikləri zamanı da faydalıdır: immuniteti artırır, orqanizmi fiziki cəhətdən qüvvətləndirir, gözləri işıqlandırır. Məcunu gücləndirmək məqsədilə ona qoz, fındıq və badam da əlavə etmək olar.







    Çibanın müalicəsi

    Adətən, çiban dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.

    Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Çibanın başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irin əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

    Çiban deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.

    Çibanın (furunkulun) inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.

    Çibanı sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində çapıq qala da bilər, qalmaya da.

    Xalq təbabəti çibana qarşı
    Xalq təbabətində çibanı olanlar əvvəlcə abqora aşı yemək məsləhət görülür. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılmasına və çirkin çıxmasına kömək göstərir.

    Cüddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çiban üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına kömək edir.


    Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu çibanı tez yetişdirir, onun müalicəsini sürətləndirir. Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində çiban üzərinə qoyurlar.

    Limon qanın tərkibini tənzimləyib saflaşdırdığından, yara, çiban, dəridə sızanaq çıxaran adamlar limonddan istifadə edirlər.

    Bağa yarpağını təzə çibanın üzərində iki-üç saat saxladıqda onu tez yetişdirir.







    Damağın müalicəsi

    Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.
    Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.
    İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.
    1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu, evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.
    2. Propolis (bərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.
    3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.
    4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
    5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.
    6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
    7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.
    Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.




    Dəmirovun müalicəsi
    Bir ədəd təzə yumurtanı çiy halda stekana qoyub üzərinə sirkə tökün. Bir necə gün qabıq yumşalana kimi sirkədə qalsın. Sonra qabığı və yumurtanı elə həmin sirkəyə əlavə edin və üstünə 1çay qaşığı bitki yağı da qatın. Qarışdırın, dəmirov (psoriz) ləkəsi olan yerlərə əvvəlki günlər az, onra çox çəkin. Bir az yandıracaq, amma dözmək lazımdır. Tədricən ləkələr itəcək. Bir-iki aya əliniz, ayağınız, bədəniniz eybəcər psorioz ləkələrindən xilas olacaq.
    Fizuli Hüseynov belə hesab edir ki, psoriaz və ya pullu dəmrov müalicəsi olmayan bir xəstəlik olsa da xəstələr özlərini ümidsiz və çarəsiz hiss etməməlidir. Verəcəyim məsləhətlərə düzgün əməl etdikdə xəstəliyin əlamətləri zəifləyir, uzun müddət özünü göstərmir və yaxud çox yüngül formada olur.
    Pullu dəmrov dirsək, diz, baş, bel, bəzən qarnın dərisində baş versə də psoriaz təkcə dəri patologiyası deyil, bütün bədənin xəstəliyidir. O səbəbdən də dəri müalicəsi ilə paralel daxili orqanların da müalicəsi aparılmalıdır. Psoriaz xəstələri ağ çörəkdən, konserv məhsullarından, alkoqol və siqaretdən tamamilə imtina etməli, qidasında ət yeməklərini azaltmalı, tərəvəzləri çiy şəkildə və ya salatlar formasında yeməyə üstünlük verməlidirlər. Əsəb gərginliyi və stress bu xəstəliyin kəskinləşməsinə səbəb olur. Əsəbləri sakitləşdirmək üçün uzun müddət dazıotu dəmləməsi içilməlidir. Xəstəliyin müalicəsi qaraciyərdən başlamalıdır, qaraciyər üçün məcun belə hazırlanır:
    Alaqanqal – 50 qram
    Çörəkotu – 30 qram
    Udi hindi – 30 qram
    Sarıkök – 50 qram
    Zəncəfil – 30 qram
    Dəmrovotu – 30 qram
    Bal – 1.2 kq
    Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilməsi qaraciyərin fermentativ aktivliyini gücləndirir. Məcun acı və ya quru alındıqda əlavə olunan balın miqdarını 1.5 kq-a qədər artırmaq olar.
    Psoriaz zamanı bağırsaqların mikroflorasının normal olmasının böyük əhəmiyyəti vardır. Bunun üçün ən ideal vasitə Qafqaz kefiridir. Gündə 2 dəfə, günorta və axşam, yemək zamanı 1 stəkan kefir içmək, hər ayın tamamında 10 gün fasilə vermək lazımdır. Kefir ev şəraitində, təzə sağılmış inək südündən hazırlandıqda onun probiotik tərkibi daha zəngin olur.
    Psoriaz zamanı həftədə 2 dəfə oruc tutulmalıdır, çünki aclıq xəstəliyin aktivliyini azaldır. Çay, qəhvə, qazlı içkilər əvəzinə adi çiy sudan istifadə olunmalıdır. Psoriaz xəstəliyi olan adamlar yatanda başlarının altına hündür yastıq qoymalıdırlar, başı alçaq edib yatmaq xəstəliyi daha da artırır.
    Psoriaz üçün hazırladığım, səpgiləri əhəmiyyətli dərəcədə azaldan maz var. Məlumat üçün mazın tərkibini yazıram: Naftalan nefti (təmizlənmiş), ardıc qətranı, lanolin, dəmrovotu, udi hindi, yatıqqanqal, gülümbahar və zeytun yarpağının sulu ekstraktları, təmizlənmiş solidol.
    Yaxşı olar ki, bu mazı vurmazdan 2 saat əvvəl səpgilər üstünə təbii alma sirkəsi vurulsun, sonra bu maz istifadə olunsun.
    Poriazlı xəstələrə naftalan vannaları qəbul etmək faydalıdır. Psoriaz xəstələrinə hər 3 aydan bir hicama (qanın bədəndən xaric edilməsi) etdirilir və hər 6 aydan bir zəli müalicəsi almaq çox faydalı olur.
    Bundan başqa, bədənin dəmrov düşmüş nahiyəsinə gündə 3 dəfə qara zirə yağı çəkmək.
    Gərməşöv ağacının yağından da istifadə etmək, yəni onu ləkənin üstünə çəkmək olar.







    Dərinin sağlamlığı üçün nə etməli?

    Alma və xüsusilə alma sirkəsi ləkəsiz bir dəri və incə, gözəl bir bədənə malim olmaq üçün əhəmiyyətli rol oynayar.
    Üzünüzü yalnız təmiz, qaynadılmış və mineral su ilə yumağa çalışın. Çalışın, su otaq temperaturunda isinsin. Yalnız yağlı dərisi olan insanlar bundan istisnadır. Belə insanlar əvvəlcə üzlərini ilıq su ilə yumalı, ardından isə sərin su ilə yaxalamalıdırlar.
    Dəri tipindən asılı olmayaraq üzü sabunla yumaq qətiyyən məsləhət görülmür. Sabun əvəzinə geldən istifadə etsəniz daha yaxşı olar. Üz dərisini gündə cəmi bir dəfə, səhərlər yumaq lazımdır. Hər səhər üzü su ilə yuduqdan sonra ona ehtiyatla soyuducuda saxlanılan buz parçası sürtün. Bu dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək, gözəl rəng almasına, yanaqların təbii qızarmasına səbəb olur. Buzu üzə masaj xətləri üzrə sürtmək lazımdır. Üzün buzla yuyulmasından yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz.
    Dərinin axşam kosmetikadan təmizlənməsinə gəldikdə isə bu zaman sudan yox, kosmetik süddən istifadə edin. Kosmetik südü barmaqlar vasitəsilə 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyəsinə yeridin. Təmizləyici maddəni üzdən azad etmək üçün ilıq suya batırılmış pambıqdan istifadə edin.

    Dərinin dərin təmizlənməsi professional kosmetoloqlar tərəfindən efir yağları, dəniz duzları və ya otlarla hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir, yağlı dəri isə iki dəfə təmizlənməlidir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi baş verir, mübadilə yaxşılaşır. Nəticədə dəri təmiz və hamar olur, sağlam görünür. Dərinin buğa verilməsi prosesi də ehtiyatla aparılmalıdır. Dərinin yüksək həssaslığı və məsaməliliyi, dərinin xroniki genişlənməsi zamanı buğa vermə təhlükəlidir. Yaşı 30-dan yuxarı olan qadınlarda da dərinin buğa verilməsi prosesindən tez-tez istifadə etmək olmaz. Bu zaman dəri öz təbii elastikliyini itirməyə başlayır, damarlar pis daraldığı üçün dəridə qızarma baş verə bilər.
    Dərini buğa verməzdən əvvəl onu kosmetik südlə dərin təmizləmək lazımdır.
    Sonra pilinq və ya skrabla təmizlənməsi prosesi aparılır. Skrabdan istifadə edilməsi vacib hesab edilir. Çünki bu zaman dəri hüceyrələri daim olaraq təzələnir. Əks halda ölü dəri hüceyrələri yığılaraq səpkilər və sızanaqlar əmələ gətirir. Bundan sonra dəridə maddələr mübadiləsi yaxşılaşır. Dəri daha çox oksigen alır. Amma bir şeyi də nəzərə alaq ki, skrabla təmizlənməni tez-tez təkrarlamaq olmaz. Bu zaman dəri getdikcə qurumağa başlayır. Onun qıcıqlanma və müxtəlif infeksiyalardan qorunma qabiliyyəti zəifləyir.

    Dərini çirkdən təmizləyən losyon
    2 xörək qaşığı alma sirkəsini eyni miqdarda su ilə qarışdırın. Pambığı bu losyona batırıb, dərinizi təmizləyin. Çalışın göz ətrafına dəyməsin. Sonra su ilə üzünüzü yuyun. Bu losyon dərini çirk və yağdan təmizləməklə yanaşı, məsamələrinin açılmasına da kömək edəcək.


    Duzlardan azad olmaq üçün nə etməli?

    1.Arıqlamaq
    2.Müalicəvi gimnastika və yerimə
    3. Fizioterapiya.
    Boyunda duzların yığılmasını onurğa sütununun osteoxondrozu adlandırırlar.
    Boyun bölgəsinə tətbiq olunacaq təbii kompreslə bunların qarşısını almaq olar.
    Lazım olan məhsullar:
    - kartof
    - bal
    - küknar yağı
    Hazırlanması:
    Sürtgəcin kiçik gözündən keçirilərək rəndələnmiş çiy kartofu və balı 1:1 nisbətində qarışdırın. Alınan kompresi boyun bölgəsinə və çiyin qurşağına qoyun. Üstdən kompres kağızını qoyun və izolə edərək sarıyın.
    Kompresi 2 saat ərzində saxlayın. Çıxardıqdan sonra kompresin yerini nəm ilıq salfetlə silin və küknar yağı ilə yağlayın.
    Bundan başqa, idman və ya aktiv həyat tərzi ilə “duzlaşmadan” duzlaşma olmadan qarşısını ala bilər.
    Dizdə duzlaşma olan xəstələr iti yerişə çıxa bilər. Bu mövzuda bəzi həkimlər yürüyüşü qadağan etdiyi halda, bəziləri də məsləhət görür və xəstələr çaşbaş qalır. Burada ən önəmli xüsusiyyət ağrıdır. Yerimə əsnasında və sonrasında ağrı əmələ gətirməyən məsafələrə qədər hər gün yeriyə bilərsiniz. Ağrınız olursa o vaxt inad etməyin.
    Dizində duzlaşması olan xəstələr ağrı vermədiyi müddətcə tenis və qolf kimi idmanlarla məşğul olabilər. Salon velosipedləri çox effektlidir. Bu cür velosipedini seçərkən pedalı öndə olanını seçin. Bu velosiped daha yaşlı xəstələr üçün əlverişlidir və eyni zamanda bel problemləri əmələ gəlmə ehtimalını azaldır.

    Qarağat yarpaqları, itburnu meyvələri də duzu təmizləyir..


    Dəridəki ət xallarından necə xilas olmalı?

    Lazımi prosedurları hətta ev şəraitində də icra etmək olar.
    Alimlər ət xallarına qarşı alma sirkəsini məsləhət görürlər. Bir neçə damcı alma sirkəsi ilə pambıq tamponu və ya təmiz dəsmalı isladıb xalın üstünə gündə 3 dəfə qoyursuz. Bir neçə günə xalın rəngini dəyişdiyinin şahidi olacaqsız. Bu proseduru bir neçə həftə, şişlər təmiz yoxa çıxana qədər davam etdirmək lazımdır. Proseduru tamamilə təhlükəsiz yerinə yetirmək üçün, papillomaları islatmadan əvvəl sirkəyə azca su da əlavə etmək olar. Alma sirkəsi papillomaları yox etmək üçün tətbiq edilən bütün xalq təbabəti üsullarından ən effektivi və təhlükəsizidir.







    Diş ərplərini təmizləməyin yolu

    Diş ərplərini ev şəraitində asanlıqla təmizləmək mümkündür. Bu sadə bir üsuldur.

    Lazım olan vəsaitlər:
    40 qr qoz qabığı
    1 st. Su

    Hazırlanması:
    Bunlar birlikdə 20 dəqiqə suda qaynadılır, soyudulur.

    Diş fırçası 10 dəqiqəlik həmin dəmlənin içinə qalır. Sonra həmin fırça ilə dişlər sürtülür. Dişləri 3 dəqiqə diş daşları təmizlənənə kimi fırçalanır. Artıq 2 həftədən sonra istədiyiniz alınacaq. Bu dəmləmə damağa antebakterial təsir edir, damaqda iltihablanma qan axması dayanır.





    Diz ağrılarının müalicəsi

    Müəyyən bir yaşdan sonra insanların çoxu diz ağrısından şikayət edir.
    İndi isə, gəlin bu ağrıları yüngülləşdirən təbii yollarla tanış olaq:
    Sarıkök diz ağrıları üçün istifadə edilən ən təsirli yollardan biridir.
    Tәrkibindəki kurkumin maddəsi ilə antioksidant və enflamatuar xüsusiyyətlər göstərir vә sağalma prosesini sürətləndirir.
    Bundan başqa, Qırmızı istiot, Zəncəfil, Çəmən toxumu dizlərdə yaranan problemləri azaltmağa kömək edir vә ağrıları azaldır.
    Düyü: Pörtülmüş düyü püre halına gətirilir. Soyuducuda bir müddət saxlanıldıqdan sonra ağrıyan bölgəyə tәtbiq edilir. Bu üsul ağrı və şişləri azaldır.
    Darçını balla istifadə etddikdə diz ağrısını azaltmaqda son dərəcə təsirlidir.



    Gözaltı torbalardan necə xilas olmalı?

    Yaranmasının səbəbləri
    Öz altındakı qara dairələr – bu sizin bədəninizin sizə verdiyi bir işarədir. Bu o, deməkdir ki, orqanizminizdə nə isə yaxşı işləmir. Hesab edilir ki, bu dairələr yorğunluğun və yuxusuzluğun nəticəsində yaranır. Amma başqa səbəblər ola bilər. Tibbi nöqteyi-nəzərindən gözaltı torbalartəhlükə daşımır. Onlar yüksək piqmentasiyası və ya göz altındakı dərizi zərif olan insanlarda yaranır. Əgər sizdə belə dairələr yalnız yazda yaranırsa, ola bilər ki, sizin allergiyanız var. Məsələn, toza qarşı allergiya.
    Necə yaxa qurtaraq?
    Müxtəlif təbii kremlərdən əlavə xalq təbabəti üsullarından da istifadə etmək olar.
    1.Xiyar
    Soyuq xiyarı götürün, halqa şəklində doğrayın. Onu elə doğrayın ki, gözü altındakı torbalarla birlikdə örtsün. Xiyar halqalarını 15 dəqiqə gözün üzərində saxlayın.
    2.Kartof
    Bu üsul da əvvəlki üsula bənzəyir. Soyuq kartof şişkinliyi aradan qaldırır. Kartofu axşamdan soyuducuya qoyun, sonra onu yuyub, dilimlərə doğrayın və gözün üzərində 5-10 dəqiqə saxlayın. Sonra gözünüzü ehtiyatla yuyun.
    3.Süd
    Parçanı soyuq südə batırın. Artıqlarını sıxın və parçanı 20-30 dəqiqə gözün üzərində saxlayın.
    4.Çay yastıqlarını (paketləri)isti suda isladın. Sonra soyuducuda 5-10 dəqiqə saxlayın. Daha sonra soyuducudan çıxarıb 20-30 dəqiqə gözünüzün üzərində saxlayın. Yaşıl çay və çobanyastığı çayları daha yaxşı təsir göstərir.
    5.Yumurta ağı çalın və fırçanın köməyi ilə gözün altına çəkin. Quruyanda siz özünüzü bir qədər narahat hiss edəcəksiniz. 20 dəqiqə gözləyin və soyuq su ilə yuyun.
    6.Buz
    Əgər təcili olaraq gözaltı torbalardan azad olmaq istəyirsinizsə bu üsuldan istifadə edə bilərsiniz. Buz kubları vasitəsi ilə göz altını masağ etsəniz 5 dəqiqəyə onlar azalacaq. Amma bu gözlər və burun üçün təhlükəli ola bilər.
    7.Əlavə
    məsləhətlər
    Gözaltı torbalardan azad olduqdan sonra əmin olmalısınız ki, onlar bir də qayıtmayacaqlar. Qara dairələr K və B12 vitamininin çatışmamazlığından yaranır. Buna görə də sağlam qida, xüsusilə də göyərti və meyvələr yeyin. Həmçinin suyu bədəndə saxladığına görə duzdan az istifadə edin. Bundan əlavə çox su için, amma yuxudan əvvəl deyil.
    Gözaltı torbaların yaranma səbəblərindən biri də sigaret çəkməkdir.
    Beləliklə siz gözaltı torbalardan azad ola biləcəksiniz və üzünüzdə artıq heç nə olmayacaq.



    Gözün müalicəsi

    Görmənin zəifliyinin qarşısını alaq üçün çərəz, meyvə və tərəvəzlərdən istifadə etmək olar.Alimlərin araşdırmasına görə, düzgün və sağlam qəbul edilməyən qida ciddi göz xəstəliklərinin yaranmasına səbəb ola bilər.Yeniyetməlik dövründə orqanizmin dəyişməsi, ziyanlı vərdişlərin olması və artıq çəkinin olması bu xəstəliyin əsas səbəblərindəndir.
    Aşağıda sizin üçün xalq təbabəti üsulu ilə göz xəstəliklərinin müalicəsi üçün bir neçə resept təkli edirik :
    1. Göz iltihabı zamanı ballı və basurotulu kompresslər gözləri dincəltmək üçün çox effektivdir.1stəkan isti suya otu əlavə edib biraz qayadırıq.Qarışımı filtrlədikdən sonra ona 1 qaşıq bal əlavə olunur.
    2. Bağayarpağının toxumlarını buxarlanırıb gözə qoyulması da göz iltihabı müalicələrində yaxşı təsir göstərir.Toxumları isti – isti marla torbacıqlarına qoyuruq və kompress edirik.
    3. Görməni yaxşılaşdırmaq üçün onun üzərini qırmızı soğan suyu ilə də örtmək olar.Onu həmçinin süd ilə də qarışdırıb qoya bilərsiniz.
    4. Qlaukoma zamanı (göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ) - reyhan da çox yaxşı təsirlidir.
    5. Göz üçün çobanyastığı bitkisi də effektivdir.Bu bitki ilə birgə qaynadılmış qarışımı soyudun və gözlərinizi astaca onunla yuyun və daha sonra gözlərinizi dincəldin.
    6. Gözünüzdəki göynəmə və yorğunluğu aradan qaldırmaq üçün adi xiyardan istifadə edə bilərsiniz.Onu incə şəkildə doğrayıb gözlərinizin üzərinə qoyduqda bu problemi həll etmiş ola bilərsiniz.
    Görmə qabiliyyəti və dərinin sağlamlığı üçün
    kök şirəsi çox faydalıdır.



    Kəpəkdən necə xilas olmalı?

    Başın kəpəkdən qurtulmanın təbii yolları çoxdur. Bunlardan biri qatıqdır. Saçınızı yuduqdan sonra dərisini qatıqla masaj edin. Sonra da 10-15 dəqiqə gözləyib yaxalayın.
    İki yemək qaşığı kəklikotu, nanə və ya adaçayını dəmləyib ilıq halda saça tətbiq etmək və sonda sirkə ilə saçı yaxalamaq kəpəyin qarşısını alır.
    İki ədəd aspirini istifadə etdiyiniz şampunla qarışdırıb saçınıza çəkin, 2-3 dəqiqə sonra başınızı yuyun. Bu da kəpəyin qarşısını alır.
    Başınızı yumazdan əvvəl zeytun yağı ilə saçınızı və saç dərisini masaj edin. 5-10 dəqiqə sonra yuyun.
    Habelə, alma sirkəsi kəpəyi təmizləyir (1 litr suya 1 stəkan alma sirkəsi əlavə edin və saçınızı yaxalayın. Bu əməliyyatı bir müddət saçınızı yuyan zamanda tətbiq edin. Saçlarınız kəpəkdən təmizlənəcək və parlaqlaşacaq)

    Oynaq ağrılarından xilas edən təbii vasitələr
    Bu və ya digər xalq təbabəti vasitələri istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
    Oynaq ağrıları zamanı təbii məlhəmlərə də müraciət etmək olar. Məsələn:
    - 1 çay qaşığı qırmızı istiot (toz halında) 1 xörək qaşığı lanolin və ya vazelinlə yaxşı qarışdırılır və az miqdarda olmaqla ağrıyan oynağa çəkilir, sonra oynaq plyonka və yun şərflə örtülür. Dəri sağlam olmalıdır - dəridə yaralar və s. varsa, məlhəmi istifadə etmək olmaz.
    - 50 qr xardal tozu, 50 qr kamfora yağı, 50 qr tibbi spirt, 3 yumurta sarısı yaxşı qarışdırılır və 1 gün ərzində sərin qaranlıq yerdə saxlanılır. Daha sonra məlhəmi az miqdarda olmaqla ağrıyan oynağa çəkmək olar.
    Hazır məlhəmləri soyuduca saxlamaq lazımdır.
    Bu məlhəmləri istifadə etdikdə diqqətli olun - allergik reaksiyalar baş verə bilər.
    Bundan başqa, oynaq ağrılarının müalicəsi üçün balığın pulcuğunun şəfa qaynağı olduğunu bilmək lazım. Yaponların yemək bişirərkən balığın bütün hissələrini istifadə etdiklərini vurğulayan yapon alimi K.Kihara deyib: “Balığın üzərindəki pulcuq çox qiymətlidir. Tərkibində bol kalsium və fosfat var. Bu isə oynaqlara çox xeyirdi, dərmanı əvəz edir. Bir sözlə, balıq pulcuğu yaşlı insanların oynaq ağrılarının şəfasıdır. Biz yaponlar adətən pulcuqları toz halına gətiririk və su ilə qarışdırıb içirik. Həmçinin ondan hazırlanan maskalar üzü də yumşaq saxlayır”.






    Ödün müalicəsi

    Öd kisəsi xəstəliyi və öd yolunun tutulması zamanı, qida rejiminin pozulması böyük narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək, qüssələnmək, daxili iztirablar, uğursuzluq və ümidsizlikdən doğan ruh düşgünlüyü, qorxu və başqa duyğular da öd kisəsinin funksiyasının pozulmasına öz tə”sirini göstərir.
    Xəstəliyin müalicəsi üçün üzüm rejimi saxlamaq, turş üzüm işlətmək lazımdır. Turş üzüm olmasa şirin üzüm şirəsini çəkib, ona bir qədər su qatmaqla şirinliyini azaldıb, istifadə etmək olar. Bir müddət hər gün turş üzüm, sonra isə bir gün üzüm şirəsi, o birisi gün limon şirəsi işlətmək lazımdır.
    Öd çoxluğu zamanı xiyar yemək məsləhət görülür. Öd kisəsində qum olarsa, qarğıdalı saçaqlarının dəmləməsindən istifadə edilir. Öf ifrazına kömək edən kasnı kökünün dəmləməsindən (50q kökü 1L suda dəmləmək lazımdır) 1 fincan səhərlər acqarına, 1 fincan isə gecə yatmazdan qabaq işlətmək məsləhət görülür.
    Öd yolunun tutulmasının qarşısını almaq üçün yeməkdən sonra yersarmaşıqının dəmləməsindən 1 fincan içmək məsləhətdir. Öd yolunun tutulması və öd kisəsində daşlaşma zamanı, 25q yabanı kasnı yarpağının 1L suda dəmləməsindən istifadə edir, yaxud 20–25q zirinc kökünün azca qaynadıb süzür və bir qədər şirinləşdirərək işlədirlər. Öd kissəsini fəaliyyətini tənzimləmək və gücləndirmək məqsədilə, səhərlər 1 qaşıq zeytun yağı içmək məsləhətdir. Bu, bağırsaqların fəaliyyətinə də yaxşı tə”sir göstərir. Həzmin tənzimlənməsi üçün abqora, zirinc şirəsi və albalı işlətmək lazımdır. Öd kisəsi xəstə olanlar duru xörəklər yeməklə, xörəklədə göyərtilər, dənli bitkilər, o cümlədən arpa, kasnı işlətməlidirlər. Arpanın qaynanmış suyu çox faydalı sayılır. Cücə və dana ətindən istifadə etmək məsləhət görülür.
    Öd kisəsinin şişməsi zamanı çətin həzm olunan və köp törədən qidalardan, tünd və ağır yeməklərdən pəhriz saxlanmalıdır. Bu zaman portağal və ya onun şirəsini, şahtut, zirə işlətmək tə”sirli vasitələrdən hesab edilir.
    Hələ keçmişdən həm ədviyyə, həm xörəkləri rəngləmək, həm də orqanizmin sağlamlığını tə”min edən qida maddəsi kimi, sarıkökdən istifadə edirlər. Sarıkök bağırsaqları möhkəmlədir, həzmə kömək edir, öd kisəsi üçün faydalıdır; öd kisəsində daşlaşmaya qarşı münasib tədbirdir. Öd kisəsində daş olanlar həmçinin alma yeməlidirlər. Yumurta yemək məsləhət edilmir.

    Bundan başqa, öd daşlarının yaranmasının qarşısını alır-
    solmazçiçəyi və dağtərxunu ilə qarğıdalı sütuncuqları birlikdə
    Ödün tərkibinin normalaşdıraraq, öd daşlarının yaranmasının qarşısını alır. solmazçiçəyi və dağtərxunu ilə qarğıdalı sütuncuqları birlikdə








    Öskürəyi necə kəsməli?
    Əvvəlcə öskürəyin səbəbini bilmək lazımdır.
    Öskürmək, əslində, zənn edildiyi kimi xəstəlik deyil. Öskürəyi boğazı təmizləyən bir müdafiə mexanizmi hesab etmək olar. Öskürəyin bir çox səbəbi ola bilər. Öskürəyin səbəbləri bu şəkildə sıralanır:
    Psixoloji
    Siqaret
    Soyuqdəymə, qrip, astma, boğaz iltihabı
    Uzun müddət istifadə edilən təzyiq dərmanları
    Ağ ciyərdə maye toplanması
    Bronxit, sinusit
    Bəlğəmli öskürəyin müalicəsi
    Qış aylarında ən çox narahat edən xəstəlik bəlğəmli öskürəkdir. Alma qabığı ilə evdə hazırlanan çay bu məsələdə çox effektlidir. Belə ki, bu çay həm bəlğəmsökücüdür, həm də boğazınızın yumşalmasına kömək edəcək. Almanın qabığını soyandan sonra qaynar suyun içinə atın. İçərisinə bir az darçın, zəncəfil və mixək əlavə edin. Təxminən 10 dəqiqə dəmləyib için. Bu reseptə əməl etsəniz, bəlğəmli öskürəkdən əsər-əlamət qalmır.
    Bəs quru öskürəyin qarşısını almaq üçün nə etməli?
    Quru öskürəyi kəsmək üçün bir neçə təbii müalicə üsulu var. 1 çay qaşığı istiotu 1 çay qaşığı bal ilə qarışdırın və udun. 2 çay qaşığı tut mürəbbəsini də istiotla qarışdırmaq olar. Bu resept də çox faydalıdır.
    Öskürək üçün evdə nə edə bilərik?
    İsti içkilər boğazı yumşaltmaq təsirinə malik olduğu üçün quru öskürəyə yaxşı təsir edir. Nanə, adaçayı, zəncəfil çayı da öskürəyi kəsir.
    Zəncəfil çayı: Qrip səbəbilə baş verən öskürək üçün zəncəfil çayı əsl möcüzədir. Zəncəfil tozunu bir stəkan suya atın və 10 dəqiqəyə qədər dəmləyin. Bu suyu yeməklərdən sonra için. Gündə 3 stəkan öskürəyi tamamilə yox edir.
    Nanə çayı: Hər kəsin bildiyi kimi, nanəli limon çayı qrip, soyuqdəymə və öskürəyi kəsən ən təsirli üsuldur. Bu qarışığa boymadərən bitkisi də əlavə edə bilərsiniz. Bal isə çaya şirin dad verəcək.
    Adaçayı: Adaçayı həm toksinlərin bədəndən daha sürətli atılmasına yardım edir, həm də öskürəyi kəsir. Boğazı yumşaldır və sizi rahatlaşdırır. Adaçayını su ilə dəmləyib sonra soyudun və üzərinə bir az limon suyu əlavə edərək için. Eyni zamanda qarqara da edə bilərsiniz.
    Bal: Bəzi bitkilər acı olduğu üçün içmək istəmirsən. Möcüzəli bal sayəsində həmin bitki çaylarına şirin dad verə bilərsiniz. Bal həm çayınızı şirin edəcək, həm də öskürəyi kəsəcək. Bal boğazınızı yumşaltdığı üçün sizi xeyli rahatlaşdıracaq. Adətən, bir stəkan çaya bir çay qaşığı bal əlavə edilir.
    Bunun üçün qoz içindəki pərdəni 1 stəkan suda 2-3 dəfə qaynatmaq, (bal da əlavə etmək olar), sonra içmək.

    Öskürək və bəlğəmə son qoymaq üçün-
    Alma çayı faydalıdır
    Hazırlanma qaydası
    1 litr suyun içinә, incә dilimlәnmiş 1 әdәd almanı qabığıyla birlikdә atın. Qaynatdıqdan sonra çay kimi isti olaraq için.
    Alma qabıqları ilә dəmlənən çay, hәm sinәni yumşaldar, hәm dә bәlğәmi aparmaq üçün yaxşı dәrmandır.
    Almanın qabıqlarını soyun, içinә bir az darçın, zәncәfil vә qәrәnfil atın. 10 dәqiqә dәmlәndikdәn sonra için.
    Körpələrdə öskürəyin qarşısını almaq üçün tədbirlər
    Bol su içirin.
    Otağın havasını dəyişdirin.
    Körpəniz 6 aydan böyükdürsə, cökə içirin.
    Burnunu təmizləyin.
    Yastığını dikəldin.
    Qeyd: Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə getməlisiniz. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini müəyyən edəcək və ona uyğun müalicə resepti yazacaq.





    Revmatizmin müalicəsi haqda

    Revmatizmdən əziyyət çəkən insanlar əvvvəlcə həkimə müraciət etməlidir Lakin xalq təbabətinə müraciət etmək də fayda verər.
    Beləliklə,
    İnqrediyentlər:
    1/. 1litr tam təmiz, saflaşdırılan su;
    2/. 250 qram quru qarayonca;
    3/. 2 kq bal götürülür.
    Hazırlanma qaydası:
    Bir saat ərzində suda zəif odda qaynadırıq, həlim bir az soyuduqdan sonra, bal əlavə edin.
    Məhsul tam soyusun.
    İstifadə qaydası:

    Yeməkdən sonra, iki xörək qaşığı həlim gündə üç dəfə qəbul edilir.






    Qan azlığının müalicəsi

    Qan azlığı olanlar üçün qan yaradan qidanın tərkibindəki ərzaqlar:

    Badam- 100 qr.
    Süd- 500ml (yarım litr)
    Doşab-1st

    Qan azlığı olanlar üçün qan yaradan qidanın hazırlanması:
    Badam döyülərək üyüdülür üzərinə süd əlavə olunur və qarışdırılaraq odda bişirilir. Soyuyan zaman 1st doşabla qarışdırılıb səhər, günorta və axşam qəbul edilir.

    Qanazlığı olan insanlara faydalıdır-
    albalı şirəsi. Mədə və 12-barmaq bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

    Qan (sağlam qan) yaratmağın yolları
    kök - çuğundur - xiyar üçlüyü müstəsna müalicəvi əhəmiyyət kəsb edir. 50 il şirələrin müalicəvi xüsusiyyətlərini öyrənən Amerika alimi Norman Uoker bu şəfalı üçlüyü əksər xəstəliklərin müalicəsində əsas kompanent kimi reseptə daxil edib.

    Qan-damar sistemi üçün çox faydalıdır –
    portağal şirəsi. O, qara ciyərin funksiyasını yaxşılaşdırır. Lakin mədə-bağırsaq sistemində problemlər olan insanlara bu şirəni içmək məsləhət görülmür.
















    Qəbizliyin aradan götürülməsi üçün nə etməli?

    Qəbizlik bağırsaq hərəkətlərinin azalması ilə meydana gələn və boşalma sisteminin düzgün işləməməsi nəticəsində yaranan bir problemdir. Adətən təbii vasitələrlə keçən yüngül qəbizlik vəziyyətləri bəzən çox daha ağır formalara da gedib çıxa bilər.
    Hind yağı və zeytun yağı içmək qəbzliyi aradan götürür.

    Zeytun yağının tərkibində olan köməkçi toksinlərlə qəbzlik probleminizi aradan qaldıra bilərsiniz. Gündə 2 dəfə içməyiniz kifayət edəcək.

    Ərik qurusu

    Səhərlər ac qarına bir stəkan suyu və 2-3 ədəd ərik qurusunu birlikdə yesəniz, həzm sisteminizi hərəkətə gətirə bilərsiniz

    Razyana çayı

    Bağırsaq hərəkətlərinizi tənzimləyən razyana, həzmi asan olduğundan qəbizlik probleminə qarşı təsirli bir vasitədir.

    Bal və isti su

    Həzm sisteminə və qəbizliyə faydalı olan bal isti su ilə qarışdırılıb içildiyində qəbizliyi aradan qaldırmaq üçün təsirli bir vasitə halına gəlir.
    Bundan başqa, qəbizliyi aradan götürür–
    Kələm şirəsi. Tərkibində çoxlu yod var. Arıqlamağa da kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.








    Qaymoritin (haymoritin) müaiıcəsi

    Qaymor boşluğunu deşmək (bunu həkim-cərrah edir)

    Müalicə üçün ağ şam ağacı, çay ağacı (hər ikisi apteklərdə satılır), təbii bal, qıtığotu kökü tövsiyə edilir. Bunları buruna damızdırmaq (1-2 damcı) lazımdır. Bundan əlavə təbii tərkibli olan “Sinuforte” preparatından (sprey) istifadə etmək olar.

    Bundan başqa, inqalyator aparatına 300 ml qaynar su, efir yağları ilə zəngin bitki yağları tökərək burun və ağız nahiyəsinə hava kimi qəbul etmək olar. Əgər inqalyator aparatı yoxdursa, eynən bu prosesi qazanda da etmək mümkündür.
    Belə ki, qazana 300 ml su töküb qaynatdıqdan sonra içinə efir yağları ilə zəngin olan bitki yağları əlavə edilir. Evkalipt yağından 10 damcı, razemari yağından 5 damcı və kəklikotu yağı tökərək qarışdırmaq lazımdır.
    Bu qarışımdan başqa, kəklikotu, gülümbahar, evtalipt və adaçayının hərəsindən bir xörək qaşığı götürərək 300 ml suda qaynadaraq təbii inqalyasiya kimi istfadə oluna bilər.
    İnqalyasiya etmək üçün: Qarışım hazırlanan qazanı isti halda yerə qoyaraq buxarın üzünüzə tərəf vurmasına, daha sonra başınızın üstündən böyük bir şal ataraq həmin buxarın təkcə üzünüzə gəlməsinə çalışın. 6-7 dəqiqəlik ev üsulu ilə hazırlanmış inqalyasiya qaymoritdən qurtulmanıza kömək edəcək.
    Türk həkimlər isə məsləhət bilirlər ki, 1,5 litr içməli suya bir xörək qaşığı dəniz duzu, bir desert qaşığı soda, bir desert qaşığı sulu propolis maddəsi töküb, həmin qarışımı başı burun dəliyi formasında olan qaba yerləşdirərək, başı yana əyməklə buruna tökürük. Gün ərzində bu qarışımın buruna yeridilməsi zamanla ağrıları aradan qaldıracaq, burun tutulmasının qarşısını alacaq və problemi kökündən həll edəcək.



    Qulaq ağrısının müalicəsi

    Soğanı əzin və təmiz bir bez parçasına bükün. İnfeksiyalı qulaqda 5-10 dəqiqə saxlayın.
    Ayrıca 1 yemək qaşığı rəndələnmiş soğan suyunu odda istilədin. İlıq şəkildə gündə 2-3 dəfə qulağınıza bu sudan 2-3 damla damladın.
    Nanə yarpaqları və nanə yağı da qulaq ağrısından xilas olma yollarındandır.

    Ağrı olan tərəfdən qulaq deşiiyinə 3-4 damla zeytun yağı damladın.
    Və ya pambığı zeytun yağına batırıb bu zeytunyağlı pambığı qulaq dəliyinizdən tutun.
    Xardal yağı da eyni işi görəcək.
    Təzə zəncəfilin suyunu çıxarın və suyu birbaşa qulaq dəliyinə bir neçə damla damladın.





    Qara ciyərin və ödün müalicəsi

    Qanqalın toxumu.
    XX əsrdə qanqalın qara ciyərə (və ödə) olan xeyirli təsiri Myunxen (Almaniya) farmasevtik institutunda təsdiq olunub.
    Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaqlar xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur.
    Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.
    Yuxarıda qeyd etdiyimiz kimi qanqal qara ciyər xəstəlikləri zamanı xüsusilə xeyirlidir.
    Qanqalın toxumları yığılır, toz halına salınır (qəhvə üyüdən maşında) və hər gün 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu - 1 ay, sonra 1 ay fasilə və təkrar 1 ay qəbul edirlər.
    Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu (və ya 1 xörək qaşığı yarpaqlar və güllər) 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və 1/2 stəkan olmaqla gündə 2 dəfə (nahardan və axşam yatmazdan əvvəl) qəbul edilir. Belə dəmləmə aterosklerozla mübarizə etməyə kömək edir, mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə durğunluq aradan qaldırır.
    Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema və s.) zamanı istifadə olunur, civzələr və sızanaqlardan azad olunmağa kömək edir.
    Qanqal və onun toxumu ödün ən yaxşı dərmanıdır..

    Qara ciyərin təmizlənməsi qaydası
    Qaraciyər insan orqanizmi üçün həyati vacib orqanlardan biridir. Tək bir faktı qeyd etmək yetərlidir ki, qaraciyər orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirir. Onlardan ən əsaslarından biri isə qaraciyərin orqanizmə daxil olan qida, su və havanın tərkibində olan zərərli maddələrdən təmizləməsi, süzgəcdən keçirməsidir.

    Aydın məsələdir ki, qəbul etdiyimiz qidalarda, suda və havada kifayət qədər zərərli maddələr var. Məhz qaraciyər bu maddələri zərərsizləşdirmək üçün çalışır və qanın təmizlənməsini təmin edir. Təbii ki, təmiz qan orqnizmin sağlam olması üçün əsas amillərdən biridir. Elə bu səbəbdən də qaraciyərin qayğısına qalmaq, onun fəaliyyətini yaxşılaşdırmaq üçün bu orqanın vaxtaşırı təmizlənməsinə xüsusi diqqət yetirmək lazımdır.
    Qaraciyərin təmizlənməsindən sonra orqanizmdə nələr baş verir, insan hansı dəyişiklikləri hiss edir?
    1. İlk növbədə insan səhhətində nəzərəçarpacaq dərəcədə müsbət irəliləyişlərin şahidi olur.
    2. Baş ağrıları aradan qalxır, nəfəsalma asanlaşır, tez-tez baş verən soyuqdəymə halları bir daha təkrarlanmır.
    3. Dəri sağlam görünüşə malik olur, hamarlanır, sızanaqlar və cizvələr yox olur.
    4. Göz ətrafında olan qara ləkələr, gözün içindəki sarımtıl rəng çəkilir.
    5. Qaraciyərin təmizlənməsi orqanizmin ümumi qocalma prosesini ləngidir.
    6. Bu təmizlənmə ümumilikdə həm xarici görünüşə, həm də daxili orqanlara müsbət təsir göstərir.

    Bəs qaraciyərin təmizlənməsini necə həyata keçirməli?

    1-ci üsul:
    200 qram yerkökü, 60 qram cəfəri, 150 qram kərəvizin şirəsi çəkilir və qarışdırılır. 1 ay ərzində səhərlər acqarnına qəbul edilir.
    2-ci üsul:
    Yarım stəkan pomidor şirəsi ilə yarım stəkan kələm şirəsi qarışdırılır, 2 həftə ərzində gündə 3 dəfə yeməkdən sonra qəbul edilir.
    3-cü üsul:
    100 qram bal, 500 qram qıtıqotu (xren) və 1 litr su qarışdırılır, bir sutka ərzində qaranlıq və soyuq yerdə saxlanılır. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul edilir.
    4-cü üsul:
    Qaraciyərin təmizlənməsi üçün 2 həftə ərzində səhərlər acqarnına bir çay qaşığı zeytun yağını ağız boşluğunda çalxalamaq, yağ durulaşandan, süd rənginə çevriləndən sonra ağızdan xaric etmək lazımdır. Bu təxminən 15-20 dəqiqə vaxt tələb edir.
    5-ci üsul:
    15 dənə saplaqlı cəfərini elektrik üyüdücüdə (blender) tam əzmək, yarım stəkan suda qarışdırmaq və üzərinə yarım limonun şirəsi əlavə edilməlidir. Səhərlər yeməkdən yarım saat əvvəl 15 gün ərzində qəbul edilir.

    Bundan başqa, qaraciyəri təmizlənmək üçün
    Təxminən 15-16 ədəd cəfəri əllə parçalanır və üzərinə yarım limon sıxaraq, mətbəx robotundan keçirilir. 15 gün ərzində səhərlər acqarnına içilir. (ən az yarım saat sonra səhər yeməyi yeyilməlidir). 15-gün icilir və bir həftə fasilə verilir və 15 gün eyni proqramla təkrar davam edilir. Cəfəri və limon qarığımı, ildə 2-3 dəfə təkrarlandığı prosesdə qaraciyər yağlanmasının qarşısı alınır.
    Bir az qarğıdalı saçağı, 4 stakan suda 10 dəqiqə qaynadılaraq 20 dəqiqə soyumaqa qoyulur və süzülür. Səhər və axşam olmaqla, gündə iki dəfə 1 stəkan içilir.



    Qarın işləməsi (ishal)

    Yay aylarında insanlar bu problemlə daha tez-tez üzləşir. Bunun üçün səbəblər çoxdur: isti hava, xarici ölkələrə səyahətlər, meyvə və tərəvəzlərin bol olması və s.
    Qarın işləməsinin (ishalın) səbəbləri müxtəlif ola bilər:
    - qida zəhərlənmələri, virus və bakterial infeksiyaları (rotavirus, adenovirus, qızılı stafilokokk, salmonella, bağırsaq çöpü və s.), allergiyalar, həzm pozulmaları (qastrit, pankreatit, bağırsaq iltihabıarı), hormonal pozulmalar (tireotoksikoz - qalxanvari vəzi xəstəliyi), bəzi dərman preparatların qəbulu (işlətmə dərmanları, bir çox antibiotiklər, qan laxtalanmasına qarşı olan preparatlar, aritmiyanın müalicəsində istifadə olunan preparatlar və s.), stresslər.
    Əgər ishal xroniki xarakter alıbsa (3-4 həftədən artıq davam edirsə), mütləq həkimə müarciət edib onun səbəbini təyin etmək lazımdır. Diareya bəzi hallarda çox ciddi xəstəliklərin əlaməti ola bilər.
    Bu zaman bu kimi qidalar tam əks-göstərişdir:
    - qara çörək, təzə meyvə-tərəvəz və giləmeyvələr, ədviyyatlar, duzlu- yağlı- qızarmış- hisə verilmiş qidalar, un məmulatları, süd və yağlı süd məhsulları (yağsız duzsuz şor və yağsız yoqurt - bioyoqurt olar), paxlalılar (lobya, noxud), göbələk, bütün şirniyyatlar, qazlı içkilər, qəhvə, soyuq içkilər və qidalar.
    İshalın aradan qaldırılması üçün banan, bişmiş düyü (düyü həlimi), alma püresi (şəkər əlavə olunmur), zəncəfil, yerkökü suyu, kətan toxumu, suxarı, sümük suyu şorbası çox faydalıdır.
    Əgər iştaha yoxdursa, zorla yeməyin. Bu bağırsaqlara dincəlməyə imkan verir və diareya daha tez keçir. Lakin maye mütləq qəbul olunmalıdır.
    Diareya zamanı mayenin bərpası üçün xüsusi məhlullar (riqedron, qastrolitin) istifadə olunmalıdır. Bu orqanizmi susuzlaşmadan xilas edir. Susuzlaşma çox təhlükəlidir və hətta ölümə (xüsusilə kiçik uşaqlarda və yaşlı insanlarda) səbəb ola bilər. Digər mayelərin arasında çay, qaragilə və nar qabıqları dəmləmələri, adı su qəbul oluna bilər.
    Diareya müalicə olunduqda pəhrizi tədricən genişləndirmək olar. Pəhrizə yağlı olmayan ət və ya balıq bulyonlarda bişmiş suplar, bişmiş yumurta, ət, balıq əlavə oluna bilər. Bütün qidalar suda və ya buğda bişirilməlidir, yumşaq olmalıdır, ədviyyatlar əlavə olunmamalıdır. Qida kiçik porsiyalarla və tez-tez (hər 3 saatdan bir) qəbul olunmalıdır.
    Əgər güclü ishal güclü qusma ilə müşayiət olunursa, mütləq "təcili yardım" çağırın.




    Piylərdən azad olmağın yolu nədir?

    Dəfnə yarpağı və darçın birlikdə sehirli gücə malikdir.
    Təqdim etdiyimiz bu möcüzəvi qarışım sizə tez bir zamanda arıqlamağa, artıq piylərdən azad olmağa, düzgün qədd-qamətə sahib olmağa kömək edəcək.
    Lazım olan ərzaqlar:
    1 litr su
    2 çubuq darçın
    10 dəfnə yarpağı

    Hazırlanması:
    Dəfnə yarpağını və darçını suya əlavə edib 10 dəqiqə qaynadın. Gündə 1 stəkan çay kimi için. Nəticəni elə ilk həftədə hiss edəcəksiniz.
    Bu çayı bir ay ìçin və sizin ideal, dümdüz qarnınız olacaq. Dəfnə və darçın çayı həm də sizin sağlamlığınıza müsbət təsir edəcək.
    Bu qarışım şirniyyata meylinizi azaldacaq.




    Təngnəfəslik və onun müalicəsi

    Təngnəfəslik – nəfəs dərinliyi və tezliyinin pozulmasıdır ki, bu zaman insanlar hava çatışmamazlığı ilə üzləşirlər. Ürək xəstəlikləri zamanı təngnəfəslik fiziki yüklənmə, adi və uzanan vaxtda baş verir.
    Ürək xəstəlikləri zamanı əgər təngnəfəslik gecə saatlarında baş verirsə, bu artıq ürək astmasının olmasına işarədir. Bu hallarda təngnəfəslik ispirator olur, yəni nəfəs alınmasında baş verir. Ekspirator təngnəfəslik isə (nəfəsin verilməsində yaranan problem) əsas bronxlarda olan problemlərə işarədir. Beyin təngnəfəsliyi şiş və ya qansızması zamanı müşahidə olunur.
    Təngnəfəsliyin yaranma səbəbləri
    Təngnəfəslik ürək-damar və nəfəs sisteminin patologiyası ilə birbaşa bağlıdır. Sinə nahiyəsində kəskin ağrılar və təngnəfəslik artık infarkta işarədir. Bəzən sinə aortasının dağılması boğulmalara gətirib çıxarda bilər.
    Sinə nahiyəsində ağrı, təngnəfəslik və təzyigin düşməsi həmçinin ağciyər arteriyasının tromb ilə tutulmasına işarə ola bilər.
    Təngnəfəsliyin səbəbləri:
    Ürək-damar xəstəlikləri:
    Arterial təzyiqin qalxması;
    Ağciyər arteriaların tutulması;
    Stenokardiya;
    İnfarkt pnevmoniyası;
    İnfarkt miokarda;
    Sinə aortasının dağılması;
    Ürək çatışmamazlığı.
    Nəfəs orqanları sisteminin xəstəlikləri:
    Traxeit;
    Pnevmoniya;
    Bronxit;
    Plevrit.
    Sinir sistemi xəstəlikləri:
    Nevroz.
    Təngnəfəsliyin müalicəsi
    Müalicə ilk öncə orqanizmin təngnəfəsliyə gəlmiş vəziyyətini korrerksiya etməkdir. Bir çox ağır müalicilərə baxmayaraq təngnəfəsliyin qalması ehtimalı vardır.
    Ağciyər havalanmasının yaxşılaşmasını təngnəfəsliyin azalması ilə təyin etmək olduqca çətindir. Bütün terapiyalara baxmayaraq təngnəfəslik ilə mübarizə aparmaq üçün siqaret atılmalıdır. Fiziki reabilitasiya fiziki yüklənmə zamanı təngnəfəsliyi azaldacaq.
    Təngnəfəsliyin müalicəsində ən əsas olan məqam diaqnozun düzgün qoyulmasıdır. Beləki bu xəstəliyin kökünün tapılması mütləqdir. Yalnız təngnəfəsliyin müalicəsi yanlış bir addımdır.
    Təngnəfəsliyin müalicəsi:
    İnfeksiyalar ilə mübarizə;
    Mədə-bağırsaq traktının, damar və limfa sistemlərinin fəaliyyətinin normallaşdırılması;
    İmmunitetin qaldırılması;
    Orqanizm enerjisinin normaya uyğun qaldırılması.
















    Təzyiq xəstəliyinin müalicəsi üçün əvvəlcə yediklərinizə diqqət etməlisiniz

    Duz, şəkər, doymuş yağlardan normadan artıq istifadə etmək olmaz. Eyni zamanda, hər gün özünüzü yormadan idmanla məşğul olmağınız məsləhətdir. Həkimlər deyir ki, bir çox araşdırmaya görə, ürək sağlamlığını qoruyan güclü qidalardan biri sarımsaqdır. Sarımsaq sayəsində yüksək xolestrol səviyyəsi nəzarət altına alınır və qan dövranı normal səviyyəyə gəlir.
    Yüksək təzyiq xəstəliyini xalq təbabəti üsulları ilə müalicə etmək istəyirsinizsə, sarımsaqdan istifadə edə bilərsiniz.

    Təzyiqi aşağı salmaq üçün nə etməli?

    Bunun üçün mərsin şirəsi içmək faydalıdır.
    Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.
    Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.
    Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər.
    Lazım olan məhsullar:
    -20 baş soyulmuş sarımsaq
    -1 lt zeytun yağı
    -Şüşə qab

    Hazırlanması çox sadədir. Sarımsaqları təmizləyib 2 yerə bölün. Şüşə qaba atıb üzərinə zeytun yağı tökün. 3 həftə saxladıqdan sonra hər gün 2 dilim çörəyin üzərinə sürtüb yeyə bilərsini
    Limon suyu və sarımsaq
    Limon suyu və sarımsaqla hazırlanan məhsul damar sərtlikləri, damar yağlanması, damar tıxanıqlıqları və təzyiq kimi problemləri birdəfəlik aradan qaldırır.
    Evinizdə özünüz hazırlaya bilərsiniz:
    - İki litr heç su qatılmamış sıxılmış limon suyu;
    - 40 diş soyulmuş və əzilmiş sarımsaq;
    - Ağzı bərk bağlanan tünd rəngli bir qab (2 litrlik şüşələr də istifadə edilə bilər).
    Hazırlanması:
    İki litrlik qabı limon suyu ilə doldurun. Soyulmuş 40 diş orta boy sarımsağı əzərək limonun içinə atıb şüşənin qapağını möhkəm bağlayın. 25 gün ilıq bir yerdə saxlayın və hər gün bir neşə dəfə çalxalayın. Təxminən 25 gün sonra sarımsaqların limon suyunun içində əridiyini görəcəksiniz.
    25 gün sonra hazır vəziyyətə gələn qarışıqdan hər gün səhər yeməyindən yarım saat öncə yarım çay stəkanı için. Bunu hər gün eyni saatda edin. Bu qarışığın içinə əsla başqa bir maddə (şəkər tozu, duz, tam verici və s.) qatmayın.
    Faydaları:
    1. Bütün damar iltihablarını müalicə edir, tıxanan damarları açır, damar sərtliklərini və təzyiqin qarşısını alır.
    2. Xolesterol və lipidi aşağı salır, zərərli yağların xaric olunmasını təmin edir, arıqladır, bədəndəki şəkər balansını qoruyur.
    3. Böyrək və öd daşlarını əridir,sidik qovucudur, bədəndəki şişkinliyi yox edir.
    4. Mədə və on iki barmaq bağırsağın müalicəsində faydalıdı.
    5. Bütün revmatik ağrıların qarşısını alır.
    6. Beyin hüceyrələri və bütün sinir sistemlərini yeniləyir, sinirdəki aksiyon potensialını nizamlayıb irəli-refleksin sürətini artırır, iflic riskini azaldır.
    7. Bədənin immunitet sistemini son dərəcə mükəmməl vəziyyətə gətirir və hər cürə alergiyanı, xüsusilə də, damar mənşəli və stressə bağlı dəri alergiyalarını kökündən əngəlləyir. Xərçəngə qarşı bütün bədəni qoruyur.
    Təzyiq və diabetdən əziyyət çəkənlər üçün
    Soğanın sobada bişirilməsi zamanı onun faydalı və müalicəvi xüsusiyyətləri artır. Diabet və təzyiqdən əziyyət çəkənlər mütləq hər gün sobada bişirilmiş soğan yeməlidir.
    Bunun üçün soğanı (qabıqlı) qabaqcadan 150 C qədər qızdırılmış sobada 20 dəqiqə ərzində bişirmək lazımdır.
    Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu sadə təbii vasitə qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir, damarlarda xolesterinin yığılmasını əngəlləyir, təzyiqi normallaşdırır, habelə, öskürək və bronxit zamanı da çox faydalıdır, kükürdlə zəngin olduğundan kişi cinsiyyət sisteminə müasbət təsir edir.
    Yarım soğanı səhər yeməkdən əvvəl və axşam yatmazdan təxminən 2 saat əvvəl yemək lazımdır.


    Üzdəki ləkələrin müalicəsi haqda

    Üzdə yaranan nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska resepti:
    1.Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzə maska kimi sürtmək. 1-2 saata qədər üzdə qurumasını gözləmək və maska üzdə quruduqdan sonra ilıq suyla üzü yumaq.
    2.Mineral suyu buz qəliblərində dondurub, səhər-axşam üzünüzə sürtməklə dəridəki canlılığını və təravəti hiss etmək olar.
    3.Çiy kartof püresini üzünüzə yaxın.
    Üzdəki qara nöqtələr və ləkələr üçün daha bir maska ilə tanış olun.
    Tərkibi:
    1 çay qaşığı gil
    1 çay qaşığı pomidor suyu
    2 damla ərik yağı
    2 damla portağal yağı
    2 çay qaşığı mineral su
    Bunların hamısı qarışdırılır, hamar bir vəziyyətə gətirilir. Üzdəki ləkələrə, ya da qara nöqtə olan yerlərə sürtülür. Quruyana qədər gözləmək lazımdır. Sonra ilıq suyla yuyulur. Həftədə 2 dəfə tətbiq olunur.

    Bundan başqa,
    1.İki ədəd qaşığı buz dolu bir stəkan suda saxlamaq.

    2.Dəriinizi nəmləndirəcək zeytun və ya badam yağı.

    Tətbiqi
    Öncə üzünüzü yaxşıca təmizləyin. Daha sonra zeytun və ya badam yağını üzünüzə çəkin və buzlu suda saxladığınız qaşıqları götürüb, masaja başlayın.
    Qeyd: Müsbət nəticəni artıq 10 gunə görəcəksiniz.

    Üz qırışlarını daha necə “silməli”?

    Yaşınız 35-dən çoxdursa və üzünüzdə qırış varsa, bu 20 qəpiklik reseptlə qırışlar sehirli şəkildə yox olacaq.
    Asan və sadə!
    Qadin.az Rus mətbuatına istinadən, qırışları asanlıqla, pul xərcləmədən hamarlayacaq resept təqdim edir.
    Tərkibi:
    - 1 xörək qaşığı razyana toxumu
    - 1 stəkan su
    Hazırlanması:
    Bir stəkan suyu bir qazana qoyun və atəşə qoyun. Qaynama nöqtəsinə çatdıqdan sonra razyana toxumları əlavə edin. Maddəni 3 dəqiqə qaynadın, sonra kənara çəkib üzərini dəsmalla örtüb, bu halda syumasını gözləyin.
    Qarışıq soyuduqda, süzün və əvvəlcədən sterilizasiya edilmiş şüşə bankaya tökün.
    İstifadə qaydası:
    Hər gün səhər oyandıqdan sonra üzünüzü yuyun və sonra üzünüzü bu maye ilə silin.
    Qeyd:
    Üzünüzü bu dəmləmə ilə nə qədər tez-tez silsəniz, bir neçə gündən sonra üzünüzün tədricən necə dəyişdiyini görəcəksiniz. Tezliklə üzünüz qırışlardan və qüsurlardan azad olacaqdır.



    Ürək-damar xəstəliklərinin müalicəsində xalq təbabətindən istifadə müsbət nəticə verir

    Bir xörək qaşığı yerkökü toxumu bir stəkan suda qaynadılıb dəmə qoyulmalı, dəm çayniki qalın dəsmalla bükülüb 12 saat saxlanmalıdır. Sonra süzüb gündə 3-4 dəfə yarım stəkan içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitələrdən biridir.
    ***
    Gülxətminin qurudulmuş ləçəklərindən 20 qr götürüb 200 qr qaynar suda çay kimi dəmləyin. Bu dəmdən gündə 3 dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin (taxikardiya) əvəzsiz dərmanıdır.
    ***
    Ürək-damar xəstəliklərində beçə balını keçi südünə qatıb içmək xeyirlidir. Bununçün bir stəkan bişmiş südə bir xörək qaşığı bal qatıb gündə iki dəfə (səhər və axşam) acqarına yarım stəkan içmək lazımdır. Müalicə müddəti 15 gündür.
    ***
    Tumu çıxarılmış innabın 50 qramını iki xörək qaşığı kəklikotu ilə qarışdırıb iki stəkan qaynar suda dəmləyin. Soyudun və xıltını sıxıb çıxarın. Ondan gündə dörd dəfə yarım stəkan için. Bu, qanı duruldur, ürək döyüntüsünü və ürək ağrısını azaldır.
    ***
    Badamı şəkərlə və ya balla yedikdə kirəcləşmiş qan damarları genişlənir.
    ***
    Reyhanı döyüb suyunu çıxarın, onu şəkərlə və ya balla qarışdırıb gündə üç dəfə 30 qr için.
    ***
    Bir qat döyülmüş nanə, bir qat şəkər səpmək və şirəsi çıxana qədər gğzləmək lazımdır. Sonra şirəni tənzifdən keçirib gündə üç dəfə 50 qr qəbul edin. Bu qarışıq ürəyin fəaliyyəti üçün çox xeyirlidir.

    Bundan başqa, ürək-damar xəstəliklərinin və mədə-bağırsaq müalicəsi üçün bu reseptlərdən ildə 2 dəfə istifadə etmək olar.
    1 kq qara turp və yarım kq kökü yuyub qabığını soymadan şirəçəkənlə çəkmək lazımdır. Alınan şirəni soyuducuya qoymaq. 3 xörək qaşığı qara zirə yağını (olmasa toxumu da olar) 5 xörək qaşığı bal ilə həll etdikdən sonra soyuducudakı şirəni da əlavə etmək. Məhlulu qaxşıca qarışdırıb soyuducuya qoymaq. İyi tünd olsa da çox xeyirli bir reseptdir. Gündə 1 dəfə acqarına qəbul etmək məsləhətdir.
    2 ədəd sarımsağın şirəsi, 15 qram badam yağı, 15 qram gənəgərçək yağı, 1ədəd limonun şirəsini və 1 xörək qaşığı spirt əlavə edirik. Yaxşıca qarışdırırıq. 20- 25 dəq soyuducuda saxladıqdan sonra ayaqda çıxmış ağrı verən damarların üzərinə sürtərək yavaş -yavaş masaj edib, yağı dəriyə yedizdirin. 1 ay bu resepti etsəniz fərqi özünüz görəcəksiniz
    Bu reseptlərin köməkliyi ilə ürək və damar xəstəliklərindən uzaqlaşmaq olar. Bu reseptlər həmçinin mədə-bağırsaq problemi yaşayanlar üçün də yararlıdır.
    Ürək-damar xəstəliklərinin kompleks müalicəsi və profilaktikası üçün digər müalicə metodları da vardır.
    Məsələn,
    bir xörək qaşığı yerkökü toxumu bir stəkan suda qaynadılıb dəmə qoyulmalı, dəm çayniki qalın dəsmalla bükülüb 12 saat saxlanmalıdır. Sonra süzüb gündə 3-4 dəfə yarım stəkan içmək stenokardiyanın müalicəsi üçün ən yaxşı vasitələrdən biridir.
    ***
    Gülxətminin qurudulmuş ləçəklərindən 20 qr götürüb 200 qr qaynar suda çay kimi dəmləyin. Bu dəmdən gündə 3 dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin (taxikardiya) əvəzsiz dərmanıdır.
    ***
    Ürək-damar xəstəliklərində beçə balını keçi südünə qatıb içmək xeyirlidir. Bununçün bir stəkan bişmiş südə bir xörək qaşığı bal qatıb gündə iki dəfə (səhər və axşam) acqarına yarım stəkan içmək lazımdır. Müalicə müddəti 15 gündür.
    ***
    Tumu çıxarılmış innabın 50 qramını iki xörək qaşığı kəklikotu ilə qarışdırıb iki stəkan qaynar suda dəmləyin. Soyudun və xıltını sıxıb çıxarın. Ondan gündə dörd dəfə yarım stəkan için. Bu, qanı duruldur, ürək döyüntüsünü və ürək ağrısını azaldır.
    ***
    Badamı şəkərlə və ya balla yedikdə kirəcləşmiş qan damarları genişlənir.
    ***
    Reyhanı döyüb suyunu çıxarın, onu şəkərlə və ya balla qarışdırıb gündə üç dəfə 30 qr için.
    ***
    Bir qat döyülmüş nanə, bir qat şəkər səpmək və şirəsi çıxana qədər gğzləmək lazımdır. Sonra şirəni tənzifdən keçirib gündə üç dəfə 50 qr qəbul edin. Bu qarışıq ürəyin fəaliyyəti üçün çox xeyirlidir.

    Damotu, yemişan meyvələri, yaşıl çay, bədrəncotu yarpaqları, qarağat yarpaqları, şabalıd meyvələri, moruğ yarpaqları.

    Ürək üçün çox faydalıdır-
    Ərik şirəsi. C vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və bu səbəbdən çəkisi artıq olan insanlara və şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət görülmür.

    Ürək döyüntülərinin artması zamanı
    Ürək döyüntülərinin sayının 90-dan yuxarı qalxması taxikardiya adlanır, Taxi-sürətli, kor – ürək deməkdir. Ürək döyüntülərinin sayının artması xəstəlik olmasa da, bir çox xəstəliklər zamanı baş verən əlamətdir.
    Taxikardiya fizioloji və patoloji olmaqla iki qrupa bölünür. Patoloji taxikardiya əsasən ürək-damar sistemi xəstəliklərində müşahidə edilir. Fizioloji taxikardiya zamanı ürək-damar sistemində xəstəlik müşahidə edilmir, xarici mühit amillərinin təsiri nəticəsində yaranır və ürək döyüntülərinin artmasına səbəb olan amil aradan qalxdıqdan sonra nəbz normallaşır.
    Ürək döyünməsinin artmasına səbəb olan amillər
    - Stress və gərginlik;
    - Tərkibində alkoqol, kofein olan “enerji” və digər içkilərin qəbulu;
    - Bədən hərarətinin artması - temperatur 1 dərəcə yüksələndə nəbz 10 vurğu artır;
    - Azhərəkətli həyat tərzi və ya həddən artıq fiziki yüklənmə, siqaret çəkmə;
    -Həddən artıq tərləmə;
    - Hormonal və arıqlamaq üçün istifadə edilən iştahakəsici preparatların qəbulu.



    Yuxusuzluğun müalicəsi

    Sağlam və uzun yuxu üçün aşağıdakı qida məhsullarından istifadə etmək məsləhətdir. Bu qida məhsulları əzələ yorğunluğunu götürür, beyinin gərginliyini azaldır və yuxu hormonlarının yüksək miqdarına görə sadəcə sakitləşdirir.
    1.Banan
    Bu meyvə demək olar ki, yuxu dərmanıdır. Yatmazdan qabaq banan yeməklə siz rahat yuxunuzu təmin etmiş olarsınız. Melatonin və seratonindən başqa onun tərkibində maqnezium da var.
    2.Çobanyastığı çayı
    Çobanyastığı əla sakitləşdirici təsirə malikdir. Bu daima gərgin olan insanlar üçün ən yaxşı vasitədir. Məhz buna görə çobanyastığı yuxu qabağı çayın əsas inqrediyent olmalıdır.
    3.İlıq süd
    Südün tərkibində sakitləşdirici təsirə malik amin turşusu-triptofan və beyinə triptofanı mənimsəməyə kömək edən kalsium var.
    4.Kartof
    Siz bir bişmiş kartofla doymasanız da, onun köməyi ilə tirptofanın yaranmasına mane olan turşulardan azad olacaqsınız. Ən yaxşı effekti əldə etmək üçün onun üstündən ilıq süd için.
    5.Yulaf
    Yulaf yuxu mənbəyi-melatoninlə zəngindir, yulaf yarmasından hazırlanmış yulaf sıyığı yuxu üçün olduqca faydalıdır.
    5.Badam
    Bir ovuc badam triptofan və maqnezium sayəsində yalnız yuxu gətirməyə deyil, ürəyi möhkəmləndirməyə də qadirdir.
    Yatmazdan qabaq isti vanna rahat yuxuya müsbət təsir göstərir. Əgər suya aromatik yağlar əlavə olunarsa daha da effektli olar.
    Bir məsələyə diqqət yetirmək lazımdır ki, yatmazdan qabaq gərgin zehni işlə məşğul olma sağlam yuxuya mənfi təsir göstərir.
    Yuxu dərmanlarına əl uzatmaqdan əvvəl bu sadə qayralara riayət etməklə siz yuxunuzu normallaşdıra bilərsiniz.

    Bütün bunlardan başqa,
    yuxusuzluqla mübarizədə üçün:
    - yatmamışdan əvvəl çox yemək yeməyin. Həddindən artıq doldurulmuş mədə rahat yuxuya getməyə əngəl olacaq. Axırıncı yemək qəbulu yuxudan 3-4 saat əvvəl olmalıdır. Lakin aclıq hissi də sizə tez yuxuya getməyə imkan verməyəcək. Bu halda 1 stəkan kefir içmək və ya yüngül tərəvəz salatı yemək olar. Həkimlərin araşdırmalarına əsasən, süd, banan, müxtəlif çərəzlər (qoz, fındıq, badam və s.), balıq və digər dəniz məhsulları, ədviyyatlardan - zəfəran yuxusuzluqla mübarizədə yaxşı kömək edir. Bu məhsullar xüsusi amin turşusu “triptofanla” zəngindir. Triptofan orqanizmdə yuxu hormonu olan melatoninin hazırlanmasını artırır. Beləliklə, yatmamışdan əvvəl siz 1 banan, bir qədər çərəz, bir tikə bişmiş balıq yeyə bilərsiniz. Əgər sizin orqanizminiz südü yaxşı mənimsənyirsə (köpmə, qıcqırma və s. olmur), siz yatmamışdan əvvəl 1 stəkan bal və ya zəfəran suyu qatılmış süd içə bilərsiniz. Əks-halda, zəfəran suyu (bir qədər zəfəran qaynar suda dəmlənir) içmək olar.

    - yatmamışdan əvvə əqli fəaliyyəti ilə məşğul olmayın;

    - yatmamışdan əvvəl 30 dəqiqədən az olmayaraq açıq havada gəzin;

    - isti vanna sizə tez yuxuya getməyə kömək edəcək. Suya nanə və ya çobanyastığı dəmləmələri, aromatik yağları (çobanyastığı və ya lavanda) əlavə etmək olar;

    - yatmamışdan əvvəl sakit musiqiyə qulaq asın, bir neçə səhifə süjeti xoş olan bir kitab oxuyun;

    - saat 23.00-dan gec yatmayın. Çalışın hər gün eyni vaxtda yatasınız;

    - bitki tərkibli sakitləşdirici damcıları qəbul edə bilərsiniz (həkimlə məsləhətləşin!).


    Yuxusuzluğu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır –
    Qreypfrut şirəsi. Vitamin S ilə zəngindir. İmmuniteti artırır.

    Yuxu gətirici təsirə malikdirlər –
    damotu, qaraqınıq, bədrəncotu və nanə yarpağları, pişikotu rişəsi

    Yuxu gətirən təsirə malikdirlər
    -cökə, mina çiçəyi, çobanyastığı

    Əgər bütün bu üsullar sizə kömək etmirsə, həkimə müraciət edin. Yuxusuzluğun səbəbini araşdırandan sonra həkim sizə müalıcə təyin edəcək. Yuxunuz şirin olsun!













    Həzm prosesini yaxşılaşdırmaq üçün
    Tomat şirəsi (kolori azdır) faydalıdır

    Zəncəfil həzmlə yanaşı ürəkbulanma, qıcolmaya da yardımçıdır. Zəncəfil çayını dəmləmək üçün 2 stəkan (500 ml) suda 2 xörək qaşığı (28 qram) dilimlənmiş zəncəfil kökünü 10-20 dəqiqə qaynatmaq lazımdır.

    Şüyüd çayı
    Şüyüd çoxyönlü istifadə olunan bitkidir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şüyüd mədə xoralarının qarşısını alır. Bundan əlavə qəbizliyin aradan qaldırılması üçün də əvəzsiz vasitədir.1 çay qaşığı (4 qram) şüyüd toxumunun üstünə 1 stəkan (250 ml) qaynar su tökərək şüyüd çayı hazırlaya bilərsiniz.
    Gicitkən çayı
    Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
    Kəklikotu çayı
    Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.
    Nanə çayı
    Həzm sistemi üçün çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köp əleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesini yaxşılaşdırır, ödqovucu təsirə malikdir. Nanə çayı etmək üçün 1 stəkan (250 ml) qaynar suda 8-10 təzə nanə yarpağı dəmləyin.
    Çaytikanı çayı
    Bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibdir. Çaytikanı A, B, C, K, E, P vitaminləri, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir. Çaytikanı yağı mədə və 12 barmaq bağırsaq xorası zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Dəmləmək üçün 150qr çaytikanını 500ml qaynar suya tökərək 20-25 dəqiqədəm almasını gözləmək lazımdır.















    Şəkərin müalicəsi üçün

    Şəkər xəstəliyi əsasən irsi əlamətlər daşıyan xəstəliklərdən sayılır. Bu xəstəlik insanlarda mədəaltı vəzinin öz funksiyasının düzgün yerinə yetirə bilməməsindən irəli gəlir. Bu da öz növbəsində insan orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu xəstəliyə meyilli olan insanlar ilk növbədə ümumi bədən çəkisini daima nəzarət altında saxlamalıdır. Şəkər xəstəliyi əsasən qanın tərkibində şəkərin səviyyəsini qalxması, sidiyin tərkibində şəkərin müşahidə olması, ümumi bədən çəkisinin gözlənilməz azalması, aclığın və susuzluğun son dərəcə qabarıq şəkildə biruzə verməsi, tez- tez sidiyə getməsi halları, səbəbsiz yorğunluq halları, görmə qabiliyyətinin zəifləməsi, balaca bir yaranın çox çətinliklə sağalması və s. halları ilə müşahidə olunur.
    Şəkəri məhv edən şüyüd
    Bu bitkinin toxumlarının dəmləməsi orqanizmə möcüzəvi təsir göstərir. Ona görə o hətta körpələrə də məsləhətdir.

    Gündə 1-2 stəkan şüyüd toxumu dəmləməsi içməklə köp, artıq çəki, qaraciyər problemi, eləcə də şəkərdən necə xilas olmağı təqdim edir.

    Hətta sirroza belə kömək edən şüyüd toxumunun tərkibində linol,olein turşusu, flavonoidlər, karotin, A, C vitaminləri vardır.
    Sizə lazımdır:
    1 xörək qaşığı şüyüd toxumu
    1 litr qaynar su
    Termos
    Süzgəc
    Toxumlar termosda qaynar suda 1 saat dəmlənir. 1 saat sonra süzülür. Suyu gündə 2 dəfə: biri səhər, biri axşam içilir.

    Bu məhlulu kök, piylənmədən əziyyət çəkən insanlar, diabet xəstələri xüsusilə içsin. Çünki qanda şəkəri salır, tənzimləyir. Müntəzəm davam etdikdə dərmandan da yaxşı təsir edir.

    Artıq çəkini isə cəmi 2 aya yarıbayarı azaldır. Medicina.az

    Şəkər xəstəliyi olanlara-
    cır narın şirəsindən içmək məsləhətdir.
    Şəkər xəstələri üçün çox faydalıdır –
    Qara qarağat şirəsi. İnsan orqanizminə insulinə oxşar təsir edir.
    Şəkərli diabet zamanı qarağatın olduqca böyük faydasi var.


















    Saç tökülməsinin və seyrəlməsinin qarşısını almağın asan yolu

    1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin.
    2. Saç tökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Qarışığı axşam saçınıza vurduqdan sonra başınızı bağlayın. Səhər yüngül bir şampun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.
    3. Yonca suyu uzun illərdir istifadə edilən saç baxımı dərmanıdır. Saç köklərinin qidalandırılmasında və saçların incəlməsinin və seyrəlməsinin qarşısının alınmasında istifadə edilir.
    4. Tərkibi kükürdlə zəngin olan soğan bitkisinin saçların çoxalmasında güclü təsiri olduğu çoxlarına məlumdur. Soğanı sıxaraq bir neçə yemək qaşığı soğan suyu əldə edin və saçlarınızı yumaqdan qabaq bir saat soğan suyu ilə masaj edin. Bu proseduru davamlı təkrar etdikdə güclü, sağlam və yeni saçlara malik ola bilərsiniz.
    5.Yarım ovuc mixəyi suda 5-10 dəqiqə qaynadın. Saçınızı şampunlayıb yuduqdan sonra mixək suyu ilə yaxalayın.
    Mixək saç tellərini qalınlaşdıracaq, həmçinin saçların tökülməsinin qarşısını alacaq.


















    Sidikqovucu dərman bitkiləri

    Təzyiqi salmaq, insult, infarkt və ürək çatışmazlığının riskini azaltmaq üçün ən ziyansız və effektli üsul diuretiklərdən (sidikqovucu preparatlar) istifadə etməkdir.
    Adətən hipertoniyanın müalicəsi üçün istifadə olunan kaptopril, lizinopril, perindopril və s. kimi preparatlar daha aşağı nəticələr verir və həmçinin onların daha çox yanaşı təsirləri var.
    Adətən bu otlar hər əczaxanada satılan hazır kolleksiyaları şəklində istifadə olunur. qəbul dərəcəsi göstərir.
    Sidikqovucu dərman bitkiləri və çaylar tövsiyə olunur:
    Xüsusilə, sidikqovucu çay faydalıdır. Bu cür çayın tərkibi: Şirin biyan kökü, ayıqulağı yarpağı, ardıc meyvəsi.




    Sinir ağrılarını aradan qaldırmaq üçün...
    Lazımdır:
    1/. 25-30 ədəd qurudulmuş albalı sap(lağ)ı.
    2/. Bir xörək qaşığı qurudulmuş gicitikan.
    3/. Yarım litr təmiz (xlorsuz) su.

    Əvvəlcə yarım suyu qaynadıb 25-30 albalı saplağı əlavə edin.
    Sonra təxminən 3-4 dəqiqə qaynatın.
    Daha sonra bir çimdik gicitikan əlavə edin, məhlulu sonra aşağı istilikdə 6-7 dəqiqə qaynadın. Sobadan götürüb soyudun. İlıq halda süzün və artıq içə bilərsiniz.

    Bu hazırlanmış qarışımın 1 stəkanını səhər yeməyindən 2 saat sonra və yeməkdən 2 saat əvvəl 1 stəkan qəbul edin. Hər gün qarışığı təzə hazırlamalısınız. 21 gündən sonra xəstəliyin gedişatına görə müalicəni yenidən tətbiq edə bilərsiniz. Albalı saplağı dəmləməsi arıqlamaqda da mühüm rol oynayır.



    Xərçəng xəstəliyinin dərmanı

    Çörəkotu
    Çörəkotun tərkibində təxminən 20% zülal, 40% karbohidrat, 35% də nəbati yağlar mövcuddur.
    Çörəkotunun uçucu yağ turşularının bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.
    Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikroorqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.
    Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.

    Xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir –
    pomidor və pomidora qırmızı rəng verən likopen adlı antioksidant. O, həm də beynin işini yaxşılaşdırır. Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq.pomidor yemək kifayətdir.

    Xərçəng xəstəliyi üçün effektiv vasitədir-
    qaragilə meyvəsi. aragilənin tərkibində olan antosianin piqmenti (tünd göy rəng verən ), xərçəng hüceyrələrinin inkişafını dayandırır. Orqanizmə təbii yolla düşən bu maddə, şiş hüceyrələrinin 1/5 -i dayandırmağa malikdir. Bu meyvə, qan azlığı, podaqra, böyrəkdə daşlar olduqda, revmatizm və dəri xəstəliklərində çox xeyirli sayılır.

    Xərçəngin soda ilə müalicəsi-
    V.Vasilyeviç deyir: “Həkimlər iddia edirlər ki, soda orqanizmi yeyir. Hətta televiziyalardan birində həkim sodanın üzərinə su tökəndə, ondan necə qazın çıxdığını göstərib iddia edirdi ki, soda insan mədəsində məhz bu cür reaksiya verir. Bu çox yanlış fikirdir. Həkimlər mənə demişdilər ki, ən çoxu bir ay yaşayacam. Ona görə də hansısa risqə getdiyimi güman etmirəm…”
    Lazımı resepti yaza bilərsiz:
    1 xörək qaşığı adi məişət sodasını 250 mqr-lıq bir fincana tökün. Fincanın yarısına qədər qaynar su tökün. Bir qədər sonra (qazı çıxandan sonra) çay qaşığı ilə sonadək qarışdırıb, məhlul halına gətirərək, fincanın qalan hissəsinə adi şüşə suyu tökürük. Bu məhlulu yeməyə yarım saat qalmış içirik. 10 dəqiqə sonra bədəndə müsbət reaksiyalarının getdiyinə şahid olacaqsınız.
    Soda məhlulu həm də bağırsaqlara müsbət təsir göstərir, bərkimənin qarşısını alır. Sodalı məhlulu yeməkdən 2 saat sonra da qəbul etmək zəruridir. Bir şərtlə ki, axşam saat 18:00-da sonra yemək yeyilməsin. Ümumiyyətlə, bu müalicəyə başlayarkən çiy məmulatlardan istifadə olunması məsləhətdir. Kök şirəsi çox müsbət təsir edir. Gün ərzində 1 litrədək kök şirəsini qəbul etməklə orqanizmin immunitetini artırmaq olar. Arzuya görə şirənin içərisinə bir-iki dilim sarımsaq çəkmək və ya bir çay qaşığı xalis bal da qatmaq olar. Unutmayın ki, xərçəng xəstəliyi immuniteti çox zəif olan orqanizmlərdə yayılır. Bunun üçün imuniteti artıra biləcək bütün təbii məhsullardan istifadə etmək məsləhətdir. Bu zaman şəkər tozunu bal əvəz edəcək və ümumiyyətlə şəkər tozunun istifadəsindən çəkinmək lazımdır.
    Gecə vaxtı, yatmazdan əvvəl bu soda məhlulunu qəbul edərsəniz, səhərədək orqanizmdə olan xərçəng göbələklərilə mübarizə aparmış olacaqsınız.
    Proseduru gündə 2-4 dəfə etmək olar.
    Yemək kimi yulaf yarmasından istifadə etmək lazımdır: yulaf yarmasının üzərinə 1 xörək qaşığı acı badam yağı (Tərkibində Omega 6 olduğu üçün ) əlavə edilir. Bu yağda yemək bişirmək qəti olmaz, çünki tərkibindəki bütün xeyirli elementlər məhv olar. Onu olduğu şəkildə yeməyə daxil etmək məsləhətdir. Onun da üzərinə 1 çay qaşığı xalis bal əlavə edilir.
    Müalicəni apardığınız müddətdə mütləq şəkildə yaşıl çaydan istifadə edin. Mədə-bağırsaq sodanın qəbulundan sonra yuyulur, onu canlı bakteriyalarla təmin etmək üçün Биовестин-dən istifadə olunur. Hər gün yatmazdan əvvəl 1 həb dəМелаксен qəbul edilir. Bu həbin köməkliyilə səhər tam sağlam əhval-ruhiyyədə oyanmaq mümkündür.
    Əgər hazırda kimyaterapiya alan onkoloji xəstələr varsa, paralel olaraq bu proseduru da keçə bilərlər. Müsbət təsir hiss etdikləri zaman kimyaterapiyanı saxlamaq lazımdır. Prosedur isə sonadək davam etdirilməlidir.
    V.Vasilyeviç bu proseduru edərkən 4 faizli məişət sodasından hazırlanmış məhlulla damcı aparatına bağlandığını iddia edir. O heç bir həkimin bu proseduru həyata keçirməyə razı olmadığını, sonunda məcbur olaraq, özünün bunu etdiyini deyir. O, Tullo Simoncininin müalicə üsuluna əsaslanaraq, 4 kurs müddətində 6-9 litr bədəninə sodalı məhlulu yeritdiyini bildirir. Bir dəfəyə isə 500 ml 5 faizli Na2CO3 qəbul etmək olar.












    Zobun müalicəsi

    Zob xəstəliyi orqanizmdə yod çatışmamazlığından yaranan xəstəlikdir. Statistikaya görə hazırda ölkədə şəkərli diabetdən sonra ikinci yerdə məhz bu xəstəlik dayanır.
    1)1 stəkan ilıq suya, 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib 10 gündən 1 içmək. Ayda 3 dəfə…
    2)Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)
    3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən…
    4)1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə…
    5)1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq. Həftədə 2 dəfə…
    6)Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır.
    SaqlamHeyat.az xarici mətbuata istinadən bu möcüzəvi üsulla sağalan bir qadının sağalma vasitəsini oxucuları ilə bölüşür.
    USM keçdikdən sonra məndə qalxanabənzər vəzin iki qovşağının aşkar etdilər. Mən bu zaman nənəmin məsləhətini xatırladım və qərara gəldim ki, xalq təbabəti ilə zobu müalicə edim.
    Zobun 20 qəpiklik müalicəsi! USM(УЗИ)-ın əvvəlki və sonrakı nəticələrini müqayısə edən həkimlərin təəccübdən dili tutuldu!
    Lazım olan vəsaitlər:
    su-1 litr
    duz- 100 qr.
    tənzif
    Hazırlanması və istifadəsi:
    Prosedura çox sadədir. Tənzifi duzlu suda isladıb, 2-3 saatlığa zubun üzərinə qoymaq lazımdır. Bu müalicəni 1 ay davam edin, 1 həftə istirahət edin və yenidən 1 ay davam edin.
    Zobun 20 qəpiklik müalicəsi! USM(УЗИ)-ın əvvəlki və sonrakı nəticələrini müqayısə edən həkimlərin təəccübdən dili tutuldu!
    Qeyd: 2-ci dəfə USM-ə yoxlanışa gedəndə həkimlər gözlərinə inanmadı şiş tamamilə yox olmuşdu. Bu üsul hər cür zob problemi üçün keçərlidir.







    Ziyildən xilasın yolları

    Ziyil-dəridə epidermis qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir.
    Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.

    Ziyillərin bir neçə növü var:

    Sadə ziyillər-kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
    Yastı ziyillər-xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
    Ayaqaltı ziyillər-məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir.
    Qocalıq ziyilləri-yaşlı adamlarda sinənin, qarının, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur. Ziyillər dəridə əmələ gələn xoşxassəli şişlərdir və onların əmələ gəlməsində virusların rolu böyükdür.
    Ziyilləri əmələ gətirən viruslar insandan insana kontakt vasitəsilə keçir. Ziyillərə toxunmaqla, xəstənin darağından istifadə etməklə bu xəstəliyə yoluxmaq mümkündür. Ziyillərin əmələ gəlməsində həddindən çox tərləmənin, yüngül dəri zədələnmələrinin, psixi yüklənmələrin də rolu olduğu söylənilir. Xəstəlik 4-5 ay gizli sürür və sonra əlamətlərini biruzə verir.
    Ziyillərin bir-neçə növləri var (sadə, vulqar, kondiloma, gənclik ziyilləri və s.). Onlardan dermatoloqların köməyi ilə xilas olmaq mümkündür. Dermatoloqlar əməliyyat vasitəsilə ziyilləri kəsib götürürlər. Bu əməliyyat ağrısız və asan əməliyyatlardan sayılır.
    Medicina.az ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə üsulunu təqdim edir. Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.


    1. Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.

    2. 10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.

    3. Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.

    4. Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.

    5. Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür.








    Zökəm və soyuqdəymənin müalicəsi

    biyanotu, dazı və zəncəfilin dəmlənməsi.
    Dazı şirəsini ayrıca, ya da biyanotu siropu və ya aloye şirəsi ilə eyni vaxttda gündə üç dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır.
    Zəncəfil
    Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infesiya ilə mübarəzədə yardım edən efir yağları var.
    Bir böyük findan üçün zəncəfildən başqa qara istiot, 4 ədəd hil, zövqə görə ü mixək və ya darçın da lazımdır. Ədviyyatları əzmək, minalı qazana 280 ml. bir qədər isti su doddurma, ədviyyatı ona qatmaq, qaynayana qədər saxlamaq və zəif odda 20 dəqiqə qaynatmaq tövsiyyə edilir. Sonra ona bir çimdik qara çay, bir qədər süd və bir çay qaşığı bal qatmaq lazımdır. Bu içkini qəbul edənlər bildirirlər ki, qəbulun səhəri cünü özlərini gümrah və güclü hiss ediblər./anspress/



    HANSI XƏSTƏLİYİN MÜALİCƏSİ ÜÇÜN HANSI MEYVƏNİ YEMƏK?

    Böyrək xəstəliklərində, öd kisəsində daş olduqda, mədə xəstəlikləri zamanı məsləhət görülür. Qızdırmanı salmağa kömək edir-
    Nar

    Ürək-damar sistemi xəstəlikləri üçün çox faydalıdır,həmçinin bronxial astma ve qan azlığı zamanı xeyirlidir.İmmuniteti qaldırır-
    Əncir

    Maddələr mübadiləsini tənzimləyir, yorğunluq ve stresə qarşı mübarizə aparmağa kömək edir, yüksək qan təzyiqini və ürəyin ritmini normallaşdırır-
    Üzüm

    Aterosklerozun inkişafının qarşısını alır, orqanizmi xərçəngdən qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır-
    Alma


    Mədə xəstəlikləri zamanı əvəzedilməz meyvədir. Ürək-damar sisteminin işini tənzimləyir,orqanizmi gərəksiz maddələrdən təmizləyir-
    Banan

    Viruslara qarşı mübarizə aparır, qızdırmanə salmağa kömək edir,orqanizmdə maddələr mübadilesini tənzimleyir,damar divarlarini möhkəmləndirir-
    Limon

    Qastroenterit, kolit, köp və tənəffüs yollarının xəstəlikləri zamanı, kəskin və xroniki bronxit zamanı məsləhət görülür-
    Heyva

    Görmə qabiliyyətini yaxşılaşdirir, xolestrini təmizləyir, dərini elastikləşdirir, yağların parçalanmasına kömək edir-
    Kivi

    Qan təzyiqini aşagı salır, qan damarlarını möhkəmləndirir, ürək, qaraciyər, böyrək və sidik kisəsi xəstəliklərində xeyirlidir-
    Gavalı

    Qanda hemoqlobinin miqdarını tənzimləyir, beynin aktiv fəaliyyətinə kömək edir, yüksək əhval-ruhiyyə bəxş edir- Şaftalı

    İmmuniteti möhkəmləndirir, xərcəngin yaranma riskini aşagı salır, qanı duruldur, işlətmə dərmanı kimi təsir göstərir-
    Portağal















    Ürək sağlamlığı üçün ən xeyirli məhsullar:

    Alma – İşemiya və digər ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir. Eyni zamanda, alma trombların yaranmasının qarşısını alır və qanda “zərərli” xolesterini azaldır.

    Acı şokolad – qanda artetial təzyiqi və xolesterin həddini aşağı salır, ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirir.

    Yulaf – ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salır. Tərkibindəki falvonoid və kalium urək əzələsini qidalandırır.

    Giləmeyvələr – xüsusən, nar qanda xolesterin miqdarını aşağı salır, aterosklerozun yaranmasının qarşısını alır, qanı duruldur. Ümumiyyətlə, bütün giləmeyvələr qocalma prosesini ləngidir.

    Qarağat qanyaradıcı prosesi yaxşılaşdırır, ürək fəaliyyətini tənzimləyir.
    Moruq ürək arteriyalarını möhkəmləndiri və qan laxtalanmasını normaya salır.

    Pomidor – ürək ritmini yaxşılaşdırır, hipertoniya və işemiyanın qarşısını almağa kömək edir. Əsəb sistemində problemi olan insanlara daha çox pomidor qəbul etmək məsləhət görülür.

    Balıq- yüksək təzyiqi aradan götürür, qan laxtalanmasını tənzimləyir və miokard infarktı riskini aşağı salır:

    Qoz- qanda “xeyirli” xolesterinin miqadarını artırır, “zərərli” xolesterini isə azaldır. Ürək damar sisteminin işini yaxşılaşdırır:










    Ən çox faydası olan meyvə-tərəvəzlər

    Gilas
    * Güclü bir ağrı kəsicidir,

    * Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər

    * Qəbzliyi aradan qaldırır,

    * Nikotinin vücuddan atılmasına kömək edir,

    * Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,

    * Öd kisəsi daşının tökülməsinə kömək edir,

    * Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;
    (100 gr. gilas=70 kalori)

    Üzüm
    * Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,

    * Qaraciyəri təmizləyər,

    * Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yeniləyicidir,

    * Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlər,

    * Uşaqların inkişafı üçün çox faydalıdır.

    * Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın;

    (100 gr. üzüm=65 kalori)

    Şaftalı
    * Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,

    * Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır,

    * Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,

    * Böyrək daşı sökücüdür;

    (1 ədəd orta şaftalı=42 kalori)

    Ərik
    * Qan bərpaedicidir, qan azlığına xeyirlidir,

    * Gözəl dəri və saç üçün yaxşı təsiri vardır,

    * Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər,

    * Ürək xəstəliklərinə xeyirlidir,

    * Sümük əyilməsinin qarşısını alır,

    * Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,

    * Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır,

    Kivi
    * Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var,

    * Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar,

    * Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,

    * Xərçəngin yaranmasına mane olur.

    * Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır;

    (1 ədəd kivinin tərkibində 46 kalori olur)

    Banan
    * Ürəyə və əzələ sisteminə yararlıdır,

    * Yorgunluğa xeyr edir,

    * Yüksək təzyiqin qarşısını alır,

    * Yuxuyu rejimə salır,

    * Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir,

    * Xolestrolu azaldır və mədə ağrısına faydalıdır

    * Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir;

    (1 ədəd banan=105 kalori)

    Çiyələk
    * Strese xeyr edir, sakitləşdirici təsiri vardır,

    * Siqaret tüstüsün təsirini azaldır. Siqaret çəkilən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.

    * Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır,

    * Xərçəngə tutulmaq riskini azaldır,

    * Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,

    * Öd kisəsi xəstəliklərinə xeyirlidir,

    * Yüksək qızdırmanı salır,

    * Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır,

    * Cildə canlılıq verir;

    (100 qr. Çiyələk=30 kalori)

    Armud
    * Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar,

    * Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır,

    * Qansızlıya və qəbizliyə yaxşı gəlir;

    (1 ədəd kiçik armud=82 kalori)

    Yemiş
    * Qanı təmizlələr,

    * Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,

    * Narahatlıq və yuxusuzluğa xeyirlidir,

    * Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;


    (100 gr. yemiş=26 kalori)

    QARPIZ
    (onun faydası və ziyanı)

    Qarpızın tərkibində insan üçün zəruri olan bir çox vitamin və mikroelementlər var.
    Qarpız təbii antioksidantdır.
    Susuzluğu aradan qaldırır.
    Sidikqovucu xassəyə malikdir.
    Qan təzyiqini tənzimləyir.
    Xətçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir.
    Orqanizmdən zərərli maddələrin xaric olunmasına köməklik edir.
    Böyrəklər üçün faydalıdır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
    Göz problemlərinin yaranmasına mane olur, görmə qabiliyyətinə müsbət təsir göstərir.
    Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
    İtirilmiş enerjini bərpa edir.
    Orqanizmin immun sistemini gücləndirir.
    Ürək damar xəstəlikləri olan insanlar üçün faydalıdır.
    Qanazlığı, anemiya xəstəliklərində effektli vasitədir.
    Bədənin rütubətliliyini tənzimləyir.
    Həzm sistemini, o cümlədən bağırsaqların fəaliyyətini normallaşdırır.

    Şəkərli diabet xəstələri üçün qarpızdan istifadə məhdudlaşdırılmalıdır.

    Demək olar ki, biz hər yay mövsümündə qarpızdan zəhərlənmə ilə bağlı neçə-neçə hadisələrlə üzləşirik. Buna görə də qarpız alarkən diqqətli olmaq vacibdir.
    Bəs nələrə diqqər yetirilməlidir?

    1. İlk növbədə qarpızı onun təbii yetişdiyi dövrdə almaq lazımdır.

    2. Qarpızın üzərindəki naxışlar aydın olmalıdır.

    3. Keyfiyyətli qarpız işıq altında parıltılı görünməlidir.

    4. Qarpızın üzərində sarı ləkələrin çox olması onun keyfiyyətsiz olduğunun əlamətidir.

    5. Qarpızın saplağı quru olmalıdır. Saplaq yaşdırsa demək o vaxtından əvvəl dərilib.

    6. Çəkisi 7-8 kiloqramdan artıq olan qarpızı almaq məsləhət deyil. Adətən iri qarpızlar süni yolla yetişdirilir.

    7. Qarpız alarkən satıcının onu kəsməyinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob və bakteriyaların düşmə ehtimalı böyükdür.

    8. Qarpızın yetişməsini müəyyənləşdirmək üçün klassik üsul sayılan çırtma vurarkən boşluqdan gələn səs çıxmalıdır.

    9. Qarpızın tərkibində olan nitratın səviyyəsini isə yalnız kəsdikdən sonra bilmək olar. Əgər ağ və sarımtıl zoğlar çoxdursa demək nitratın səviyyəsi də artıqdır.

    10. Qarpızda nitratın səviyyəsini yoxlamaq üçün onun yeyilən hissəsini suya atın. Əgər su bulanırsa qarpız keyfiyyətlidir, əgər suyun rəngi dəyişib qırmızıya çalırsa demək süni yolla yetişdirilib.

    11. Digər bir üsul. Qarpızı bötöv halda suya atın. Suyun üzərində qalan qarpız onun keyfiyyətindən, suda batan qarpız isə keyfiyyətsizliyindən xəbər verir.

    12. Xiyar gündəlik ehtiyacınız olan bir çox vitaminlərlə zəngindir. Xiyarın tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, folik turşu, kalsium, dəmir, maqnezium, fosfor, kalium və sink var. Günortadan sonra yorğunluqmu hiss etdiniz? Qəhvəni, çayı, soyuq içkiləri bir kənara qoyun və bir xiyar yeyin. Xiyar yaxşı B vitaminləri və karbohidratlar qaynağıdır, buna görə də yediyiniz zaman yorğunluğunuzu qısa bir müddətdə ortadan qaldırar. Duş və ya duşdan sonra aynanızın buğlanmasından şikayətçisinizmi? Bir xiyar dilimini götürüb aynanı ovun. Həm buğlanma yox olacaq, həm aynanız parıldayacaq, həm də hamamınız təravətlənəcək.
    Xiyar qırışlara da yaxşı təsir edir. Xüsusilə də göz ətrafındakı qırışlarda daha çox effektlidir. Pəhriz saxlayanlar, aclığınızı ortadan qaldırmaq istəyirsiniz? Xiyar yeyin. Ayaqqabı boyanız qurtarıb? Təzə kəsilmiş xiyar ilə ayaqqabınızı silin. Tərkibində olan kimyəvi maddələr ayaqqabınıza həm möcüzəvi parlaqlıq verəcək, həm də dərini su keçirməz hala gətirəcək.
    Özünüzü gərgin, əldən düşmüş hiss edirsiniz? Bir tas qaynar suyun içinə bütün xiyarı incə dilimlərə bölərək əlavə edin. Tası da olduğunuz otaqda uyğun bir yerə qoyun. Xiyardakı kimyəvi maddələr qaynar suda reaksiyaya girəcək və suyun buxarı ilə birlikdə olduğunuz otağa gözəl bir ətir yayılacaqdır. Bu qoxu sizin bütün gərginliyinizi götürərək, sizə sakitlik bəxş edəcək. Yemək yediniz (məsələn, kabab) və ağzınızdan pis qoxu yayılır. Bir xiyar dilimini götürüb dilinizlə damağınıza yerləşdirin və ən azı 30 saniyə saxlayın. Ağzınızda pis qoxulara səbəb olan bakteriyaların ölməsilə bu problemdən xilas olacaqsınız.

    Qoz ləpəsinin orqanizm üçün faydalı olduğu hamıya məlumdur. Amma az adam bilir ki, qozun qabığı, saplağı, yaşıl qabığı, eləcə də pərdəsi müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində qoz pərdəsini araqla qarışdıraraq ondan dərman kimi istifadə edirlər.
    Bu vasitə radikulit, oynaq ağrılarının, baş ağrılarının müalicəsində effektiv təsir göstərir. Qoz pərdəsi yuxusuzluğa da kömək edir. Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər.





    Narın faydası haqda

    Bizcə nar meyvəsi haqda xüsusi olaraq, həm də daha geniş şəkildə danışmağa əsas var.
    Mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər-
    Nar qabığının dəmlənməsi.

    Qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir-
    NAR. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.
    - Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
    - Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
    - Damarlarda yaranan tıxanıqlıqda faydalıdır. İnsanlar üzərində aparılan araşdırmada 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub.
    - Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir.
    - Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidanlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
    - Nar bədəni və qəlbi qüvvətləndirir.
    - Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.
    - Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
    - Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmindən istifadə məsləhət görülür.
    - Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur..
    - Ən çox mədə-bağırsaq xəstəlikləri zamani istifadə edilir, nar boğaz, sinə, ağ ciyərlər üçün önəmlidir, öskürəkdən şikayəti olanlar ondan istifadə edə bilərlər.
    - Nar meyvəsinin suyu bağırsaqları yumşaldır.
    - Mədə iltihabına qarşı çox faydalıdır.İshalı saxlayır və ürəkbulanmanı aradan qaldırır.
    - Nar suyu orqanları gücləndirici xarakterə malikdir.
    - Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.
    - Diş ətinin iltihabı zamanı bir də diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür.
    - Bir ədəd narın suyu yaşıl çaya nisbətən 3 qat daha güclü antioksidanta malikdir.
    - Nar suyu qan yaradıcı, təzyiq salıcı, enerji verici xassəyə də malikdir.

    Döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar-
    Nar şərbəti
    Şəkər xəstəliyi olanlara cır narın şirəsi faydalıdır.

    Sarımsaq haqda xüsusi söhbət

    Sarımsaq həm çiy halda,həmdə xörəklərdə bişirilmiş halda istifadə olunur. Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır.Bu baxımdan o həzm və nəfəs orqanları,ağciyər üçün daha faydalıdır.
    Sarımsaq yemək iştahı artırır,qidanın həll olunmasına kömək edir, mədə rütubətini toplayır və aşağı salır,qatı qanı durulaşdırır.
    Turşuya qoyulmuş sarımsaq boğazı və səsi təmizləyir,huşsuzluq,üz iflici,sinir və oynaq ağrıları hallarında tövsiyə edilir.Mədədə qurd yaranmasının qarşısını alır.Hamilə qadın sarımsaq istifadə etdikdə uşağın rəngi açıq və xoşagələn olur.
    Sarımsağı qatıqla yemək iştahı açır ,mədə və həzm üçün münasibdir.Ağır və gec həzm olan qidaları sarımsaqla yemək məsləhətlidir.
    Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir,böyrək daşları hallarında da tövsiyyə olunur.Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.Onu qaynadaraq isti suyunda oturmaq sidik qovucu təsirə malikdir.
    Lakin sarımsağı həddən çox işlətmək qana, gözə və babasilə ziyandır. Sarımsağı bal ilə döyüb dəri üzərinə sürtməklə dəridə olan ləkələri təmizləmək mümkündür.
    Əsas problem- sarımsaq yedikdən sonra nəfəsinizdən iy gəlməməsi üçün bir az cəfəri və ya limon yemək məsləhət görülür.
    İmpotensiyanın qan dövranının pozulmasından asılı olduğunu nəzərə alsaq, sarımsaq kişilərə xeyirlidir.
    Damarların divarlarına çökmüş xolestrinin səviyyəsini aşağı salır.
    Sarımsağı zədələnmiş yerlərə sürtməklə qanaxmanın qarşısını almaq mümkündür.
    3-4 diş sarımsağı yaxşıca əzərək saçlarınızın töküldüyü və ya zəiflədiyi bölgələrdə saç dərinizə sürün və təxminən 1 saat qədər saçınızda saxlayın. Daha sonra eyni bölgəyə zeytunyağı ilə masaj edin və bone taxaraq ya da dəsmal sararaq bir gecə gözlədin. Səhər qalxınca saçınızı normal bir şampunla yuya bilərsiniz.



    ŞİRƏLƏRin faydası

    Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində "bromelayn" adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. İmmuniteti artırır.

    Albalı şirəsi ən faydalı şirələrdən biridir. Qanazlığı olan insanlara çox faydalıdır. Mədə və 12-barmaq bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

    Tomat şirəsi həzm prosesini yaxşılaşdırır
    orqanizmi möhkəmləndirir.

    Kələm şirəsi. Onun tərkibində çoxlu yod var. Qəbizliyi aradan götürür, arıqlamağa kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.

    Xiyar şirəsi; Böyrəklər üçün çox faydalıdır,
    bu şirə təbii sidikqovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara faydalıdır. Qan və damarları təmizləyir, hemoqlobini artırır.

    Çuğundur şirəsi. Orqanizmdə olan toksinlərin çıxarılmasında mühüm əhəmiyyəti var.

    Ərik şirəsi ürək üçün çox faydalıdır. c vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və bu səbəbdən çəkisi artıq olan insanlara və şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət görülmür.

    Qreypfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin S ilə zəngindir. İmmuniteti artırır.

    Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.

    Gavalı şirəsi kaliy ilə çox zəngindir. Qastrit, ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.

    Qara qarağat şirəsi insan orqanizminə insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır. İmmuniteti yaxşılaşdırır.

    Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.

    Kartof şirəsinin faydaları
    Kartof şirəsi.Qan təyziqini aşağı salır, qastrit, mədə və 12-barmaq bağırsağı xorası olan insanlara çox faydalıdır.
    Baş ağrılarını aradan götürür. (Çiy kartof püresi göz qapağının üstünə qoyulur və gözağrısını kəsir). Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.

    Kartof şirəsinin tərkibində B1, B2, PP vitaminləri ilə yanaşı maqneziyum, dəmir, kalsiyum, nikel, çinko, manqanez kimi dəyərli maddələr vardır.
    Bu maddələrin əksəriyyəti bişən zaman öz keyfiyyətini itirir.
    Ancaq çiy şəkildə içilən kartof şirəsində bütün bu vitaminlərə yiyələnmək mümkündür.

    Şirəsi içilməyə ən yaxşı kartof kimi, qırmızı kartof məsləhət görülür.
    O, qarın nahiyyəsi ağrılarında faydalıdır.
    Qaraciyər şişkinliyinə yaxşı təsir edir.
    Xərçəng xəstəliyindən qoruyur.
    Qastritdə, on iki barmaq bağırsaqda xeyirlidir.
    Yüksək təzyiqdə, damar tıxanmalarında istifadə olunur.
    Daxildə hər hansı bir daş və ya qum varsa tökülməsinə kömək edir.

    1 ay müddətində səhərlər ac qarnına içilən 1 stəkan kartof şirəsi bir çox mədə problemlərini sağaldacaqdır. Müalicə müddəti isə, insana görə dəyişə bilər. Bu müddət bitəndən sonra isə hər ay 3-4 gün yenidən içmək lazımdır.
    Həzmi yaxşılaşdırır. Revmatizma ağrılarını azaldır. Qaraciyəri tərtəmiz şəkildə təmizləməyə qadir bir şirədir.

    Xüsusi olaraq, düzgün qidalanma ilə kartof şirəsi müalicəsi qaşınmada, dəri xəstəliklərində də faydalıdır.

    Kartof şirəsinin tərkibində nişasta vardır və bu nişasta şəkər xəstələrinin qan şəkərini sürətlə yüksəldə bilər. Bu səbəblə də şəkər xəstələrinə tövsiyə olunmur.
    Bundan başqa, şirələr faydalıdır:

    Balqabaq şirəsində çoxlu B və E vitaminləri var. Bu şirə uşaqlar üçün çox faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir, hemoqlobini artırır.

    Ağ ciyəri və böyrəkləri təmizləyir-

    Alma şirəsi. Bu şirə dəmirlə zəngindir və bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.

    Qan-damar sistemi üçün çox faydalıdır
    - Portağal şirəsi. O qara ciyərin funksiyasını yaxşılaşdırır. Lakin mədə-bağırsaq sistemində problemlər olan insanlara bu şirəni içmək məsləhət görülmür.

    Artıq çəkililər üçün alma sirkəsi

    Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi əlavə edin və üzərinə 1 çay qaşığı bal əlavə edib səhərlər nizamlı olaraq aç qarınına qəbul edin. Artıq çəkilərinizə faydası olduğunu görəcəksiniz.






    FAYDALI BİTKİLƏR

    İnsanı arıqladan bitkilər

    Tərə (lepedium sativum)
    Tərənin arıqlamadaki ən böyük təsiri yağ əriməsini sürətləndirməsidir. İçərisində bir çox vitamin saxlayan bu bitkinin yarpaqları bişən zaman acılaştığı üçün çiy yeyilməsi məsləhətdir.

    Cəfəri(midenuvaz)
    Cəfəri maddələr mübadiləsini sürətləndirər və bədənin su yığmasına mane olar. Cəfərini çiy yemək ya da çayını içmək sürətli bir şəkildə arıqlamanıza köməkçi olacaqdır.

    At quyruğu bitkisi(zembərəkotu)
    Yağ toxumalarını əritməyə yarayan bu bitkinin eyni zaman da sidik sökdürücü xüsusiyyəti vardır. Çox doza da istifadə edildikdə böyrəklərə zərər verə bilər.
    Sidik tutukluğunu aradan qaldırar. Sidiyi artırır. Böyrək daşlarının salınmasına köməkçi olar. Sidik torbasındaki iltihabı aradan qaldırar. Qanlı sidiyi kəsər. Zatülcenp və qaraciyər xəstəliklərinin müalicəsində istifadə edilir. Nikris və romatizmi şikayətlərini aradan qaldırar. Tövsiyə edilən miqdardan çox istifadə edilməməlidir.

    Civanpərçəmi(yaraotu)
    Ağır yeməkləri yüngülləşdirmədə istifadə edilən civanperçemi bitkisi eyni zamanda insanlardaki şirin yemə hissini azaldır və insana toxluq hissi verir.


    Bibəriyə(qusdili)
    Biberiyenin arıqlamadaki ən böyük təsiri, həzm sistemini sürətli işlətməsi və nizama salmasıdır. Eyni zamanda dəriyə canlılıq verər və qan dövranını sürətləndirər. Et yeməklərində istifadə edin.

    Sinameki(cassia)
    Bütün isti bölgələrdə yetişən, sarı çiçəkli ot və ya ağacsız bir bitkidir. 400-dən çox növü vardır. Çiçəkləri, yarpaqlarının dibindən çıxar. Uzun salxım şəklindədirlər. Meyvəsi, baxlaya bənzəyir.
    Qüvvətli işlətmə dərmandır. Kolit və spastik qəbizlikdən istifadə edilməz. Ürək bulanma və qusma verə bilər. Südlü qəhvəylə içilməsi daha asandır., Qalın bağırsaqda suyun əmilməsini önləyərək işlətmə vəzifəsi daşıyır. Uzun davamlı istifadələrdə bağırsaqlarda pis təsirlərə gətirib çıxaracağından sidik sökdürücü xüsusiyyəti olan razyana və nanə kimi bitkilərlə dəstəklənməsi lazımdır.

    Adaçayı (salvia officinalis)
    Aralıq dənizi bölgəsində yetişən ətirlıi bir bitkidir. Bənövşəyə bənzəyən çiçəkləri iyun, iyul aylarında açar. Yarpaqları uzun, kənarları tırtıllı, ağımtıl yaşıl rəngdədir. Yüngül qoxusu vardır. Çiçək açdığı zaman toplanıb, qurudular.
    Mədə və bağırsaq qazlarını aradan qaldırar. Mədə bulantısını kəsər. Həzm sisteminin nizamlı işini təmin edər. Boğaz, badamcıq və dişəti iltihaplarını aradan qaldırar. Sinəsi yumşaldır. Asmadaki çətinlikləri keçirər. Sidik və tər qovucudur. Suya qatılıb yaxlanılırsa gümrahlıq verir. Gündə, 3 qəhvə1 fincanından çox içilməməlidir.
    Kilo atmaq istəyənlər tərəfindən iştah kəsici olaraq istifadə edilir.

    Balıq otu (hablülhilal)
    Cavada və Malabarda yetişən və zəhərli meyvəsiylə balıqları sərsəmlətərək tutmağa yarayan zəhərli bir bitkidir. 50 santimetr boyundadır. Budaqları yaşıl və tüklüdür. Dərman olaraq yarpaq və çiçəkləri istifadə edilir.
    Tərlədir, sidik qovucudur. Bədəni rahatlaşdırar. Bronxit və soyuqdəyməyə, bütün yoluxucu xəstəliklərdə istifadə olunur., Beyinin fəaliyyətini sürətləndirərək zəifləməyə kömək olar. İçindəki maddələr dırnaqları gücləndirərək saçlara parlaqlıq verər. Salat və meyvəli içkilər içində istifadə edilə bilər.




    Soğanın faydası haqda bir qədər geniş danışmaq olar

    -Bədənin müqavimətini artırır və bədənə qüvvət verir.
    -Zehni və fiziki yorğunluğu aradan qaldırır.
    -İmmunitet sistemini gücləndirir.
    -Yüksək təzyiqi aşağı salır.
    -Soyuqdəymə, qrip, astma və bronxit xəstəliklərinə xeyirlidir.
    -Nəfəs yollarını açır və öskürəyi kəsir.
    -Damar keçməməzliyinin qarşısını alır.
    -Ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur.
    -Qandakı şəkər səviyyəsini nizamlayan soğan şəkər xəstələrinə faydalıdır.
    -Böyrək ağrılarını yüngülləşdirir.
    -Böyrək qumlarının və daşların tökülməsinə kömək olur və təkrar meydana gəlmələrinə mane olur.
    -Mikrob öldürücü təsiri vardır.
    -Bədəndəki və qandakı zərərli maddələri bədəndən uzaqlaşdırır.
    -Yaraların daha sürətli bağlanmasına köməkçi olur.
    -Eqzema, dolama kimi dəri xəstəliklərinə qarşı faydalıdır.
    -Qaraciyərin işini nizamlayır.
    -Sinirləri rahatlaşdırır, narahatlıq və sıxıntıya kömək edir.
    -Yuxu problemi çəkənlərə faydalıdır.
    -Yaddaşı gücləndirir.
    -Sümük əriməsinə qarşı təsirlidir.
    -Həzmi asanlaşdırır.
    -Cinsi gücü artırır.
    -Qanı təmizləyir.














    Digər şəfalı bitkilər

    ZANBAQ (Ağ zanbaq, Lilium candidum).

    Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Azərbaycanda еv şəraitində bəzək bitkisi kimi bеcərilir. Orta əsrlərin məşhur əczaçısı Məhəmməd Mömin «Töhfətül-möminin» (1669 il) əsərində qeyd edir ki, zanbaq yumruları və ya gülünün sirkə və arpa unu ilə sarğısı yumurtalıqdakı şişlərin iltihabı üçün xеyirlidir. Zanbaq ətri qadınlarda еhtiras hissi oyadır. Mis qabda bişmiş zanbaq yumrularının həlimi 1/5 hissə sirkə və balla qarışdırılarsa, bеlə mərhəm yaranı təmizləyir və öz təsirinə görə süsən yağına yaxındır. Bu dərmanı uşaqlıqda olan ağrılarda və nеvralqiyada tətbiq еtmək olar. Bеlə hallarda həmçinin zanbaq yağı ilə komprеs də xеyirvеricdir. Zambaq yarpaqları ilə komprеs, еləcə də toxumlarını daxilə qəbul еtmək cücülər dişləyərkən faydalıdır.
    Xalq təbabətində zambaqdan çəkilmiş yağı yanıq yaraların müalicəsində, qulaq ağrılarında damcı dərmanı kimi qulağa tökürlər, parfümеriyada istifadə еdirlər. Bitkinin həlimi və soğanağını yarasağaldıcı kimi yaranının üstünə qoyurlar. Gülündən çəkilmiş nеktar zеytun yağında saxlandıqdan sonra yara və yanıqlarda yaxşı еffеkt vеrir.
    Еkspеrimеntal tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bitki sidikqovucu təsirə malikdir.

    İTBURNU (Rosa).
    Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Müalicəvi xüsusiyyətlərinə görə, itburnu hələ qədimdən təbabətdə özünə layiqli yer tutub. Tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir.
    İtburnu qaraciyər və öd, böyrək, sidik yolları xəstəliklərində, orqanizmin immuniteti zəifləyən vaxt, ürək damar sistemi, infeksion xəstəliklər zamanı istifadə olunur. Qrip olanda itburnu meyvəsindən istifadə çox vacibdir. Həmçinin qan təzyiqinin aşağı salınmasında, ateresklerozun müalicəsində tətbiqi çox gözəl nəticələr verir. İtburnu sinir sistemini sakitləşdirir, yorğunluğu götürür. Tərkibindəki dəmir elementlərinə görə, qan azlığı olanlara çox müsbət təsir edir. Həkimlər xüsusilə uşaqlar üçün onun dəmləməsindən, şərbətindən istifadəni zəruri sayılır. Şəkərli diabet zamanı da bu bitkinin olduqca böyük faydasi var.

    YASƏMƏN (Dərman yasəməni, Jasminum officinalе).
    Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, bеynini möhkəmlətməkdə kömək еdir. Yasəmənin cövhərini xaricdən istifadə еdərkən baş ağrılarına kömək еdir. Yasəmən güllərinin komprеsi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə еdilən yasəmən yarpaqlarından məlhəm еrеksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz еdir. Həddindən artıq qəbul еtsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızıl gül və sirkə onu tarazlaşdırır.
    Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq еdilir, güllərinin cövhəri isə kosmеtikada istifadə olunur.
    Müasir еlmi təbabətdə yasəmənin gеniş istifadəsi öz yеrini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində kеton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumеriya və kosmеtikada istifadə еdilir.


    VAXTSIZOTU; İTBOĞAN; NOVRUZGÜLÜ (Təmtəraqlı vaxtsızotu, Colchicum speciosum).
    Müalicəvi bitkidir. Zəhərlənmək qorxusu olduğu üçün həkimlə məsləhətləşmədən onu qəbul еtmək olmaz. Məhəmməd Möminə görə, vaxtsızotunun soğanağı 7 il öz müalicəvi təsirini saxlayır. Onlar bəlğəmgətirici kеyfiyətə malikdirlər, irini çəkir, sarılığa və dalaq xəstəliyinə xеyirlidir. Vaxtsızotu soğanağı və əzvayla komprеs işias (oturaq sinirinin iltihabı) xəstəliyində sınaqdan kеçirilmişdir. Vaxtsızotunun şirəsi və ya həlimi rеvmatizmə çox xеyirlidir. Vaxtsızotunun həlimindən zəfəran və çiy yumurtadan еdilmiş komprеs sümük travmalarında xеyirlidir və şişləri sovurur. Vaxtsızotu həlimindən və köhnə qoyun piyindən tampon babisil xəstəliyində sınaqdan çıxıb. Vaxtsızotu köklərindən hazırlanan toz xoranı qurudur. «Töhfətül-möminin» (1669 il) əsərinə əsasən, vaxtsızotunu daxilə qəbul еtdikdə o, mədəyə, ciyərə zərərdir və qıcolma yaradır».
    İbn Sina yazır ki, vaxtsızotu mədəni zəiflədir. Xaricdən istifadə olunduqda o, köhnə (xroniki) xoralara, yеl (podaqra), əzələlərdə ağrı kimi xəstəliklərdə xеyirlidir.
    Vaxtsızotu soğanağının tərkibində olan zəhərli alkoloid kolxisеrin (kolxisin və kolxaminin еkvimalеkular birləşməsindir), 1% - li məhlul halında toxuma hücеyrələrində mitozu (bölünməni) yatırdır və xərçəng hücеyrələrinin yayılmasını yubadır. Kolxaminin zəhərliliyi bir qədər azdır, onu 1 və 2 dərəcəli dəri xərçənginin müalicəsində istifadə еdirlər. Kökyumruları və toxumları sulu həlim və cövhər kimi xroniki lеykozun müalicəsində istifadə olunur.

    ÜZƏRLİK (Adi üzərlik, Pеganum harmala).

    Üzərlik Azərbaycanın yarımsəhra rayonlarında bitir. Həkimlə məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – dozası artıq olarsa zəhərlənmək təhlükəsi gözlənilir. XVII əsrdə yaşayan əczaçı Hacı Sülеyman İrəvaniyə görə, üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi xüsusiyyətini itirir. Üzərliyin otu və toxumları ödqovucu, sidikqovucu təsirə malikdir və cinsi potеnsiyanı artırır. O, həmçinin bəlğəmgətirici еffеktə malikdir və soyuqdəymələrdə faydalıdır. Ondan başqa üzərlik həlimi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrılarında xеyirldir. O, astma və yaş öskürəkdə xеyirlidir. Xroniki baş ağrısını aradan qaldırmaqdan ötrü 340 qram üzərlik toxumunu 1 litr çaxırda və ya üzüm şirəsində o qədər qaynatmaq lazımdır ki, ta qarışıq qatı şirə şəklinə düşsün. Sonra hər gün bu şərbətdən 60 qram dozasında 3 gün ərzində içməli – bu, baş ağrısını aradan qaldırır. Quru şəkildə dozası 9 qram a qədərdir. Bunu yabanızirə əvəz еdə bilər.
    Üzərliyin toxumları və köklərindən alınmış alkaloid harmalin əsəb xəstəliklərində, xüsusilə parkinsonizmdə, еləcə də еpidеmik və lеtargiyalı еnsеfalitin ağırlaşmalarında istifadə еdilir. Pеqanin hidroxloridin əzələ zəifliyinin (miopatiya və miastеniya) müalicəsi üçün istifadə еdilməsinə icazə vеrilmişdir.

    ŞAM AĞACI (Pinus spp.).
    Məhəmməd Möminə görə şam ağacının kökünün qabığı büzüşdürücü və quruducu qüvvəyə malikdir. Bu dərmandan 9 qram qəbul еdilərsə, ishalda xеyirlidir, dəriyə sürtüldükdə isə – dərin olmayan yara və sıyrıntıları sağaldır. Kökün üyüdülmüş tozu mərhəm və ya toz şəklində isti sudan olan yanıqlarda, qançır və ya əzmələrdə xеyirlidir. İynəyarpağının həlimi isə böyrək və ağ ciyər xəstəliklərində istifadə еdilir. Ovxalanmış iynəyarpağının mərhəmi mərsin yağı ilə dəridəki xoralarda, qırmızı zağla (kuporosla) isə – irinli yaralarda xеyirlidir. Ciyərin şişlərində və xroniki xəstəliklərində 4,5 qram şamağacı iynəyarpağını ballı su ilə içmək məsləhətdir. Iynəyarpağın həlimi ilə vanna uşağlıq və düz bağırsaq xəstəliklərində xеyirlidir. O, həmçinin çirki, təri təmizləyir və bədəni təravətləndirir. Diş ağrısında ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə vеrir. Iynəyarpaq buxarı ilə inhalyasiya еtmək aborta kömək еdir və aybaşının başlanmasına təkan vеrir. Iynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görəmədə kömək еdir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı prеparatlar və vanna üçün şamağacı еkstraktı hazırlanır. Iynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir. Şamağacı gövdəsini yardıqda qətranın еfir yağında məhlulu olan və «tеrpеntin» adlanan qatı qətran əldə еdilir. Bu qətran yarasağaldıcı vasitə kimi təibiq olunur.

    ŞAHTƏRƏ (Dərman şahtərəsi, Fumaria officinalis).

    Bu birillik bitki Azərbaycanda çox gеniş yayılmışdır. Əczaçı Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazırdı ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə – dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar. Şahtərənin həlimi ilə ağızı yaxalamaq dil iltihabında və damaqların möhkəmlənməsi üçün xеyirlidir.
    Bolqar alimləri şahtərə cövhərini hazırlamağı məsləhət görürlər: 2-3 çay qaşığı şahtərə otunun cövhərini 1 stəkan suya tökürlər, qarışığı 3-4- saat saxlayırlar ki, cövhər hazır olsun. Süzərək, 1 xörək qaşığı 3-5 dəfə gün ərzində qəbul еtmək lazımdır. Həmçinin, tərkibində şahtərə olan bitki qarışığını da işlədirlər. Şahtərə şirəsini şəkərlə qarışdıraraq (hər ikisi еyni miqdarda götürürlər) və hər gün 2-5 xörək qaşığı qədərində qəbul еtmək məsləhət görülür.
    Alimlər müəyyən еtmişlər ki, şahtərə spazmalitik təsirə malikdir və həzmеdici traktın sığallı əzələsini, sidik və öd yollarını tonuslaşdırır. Bundan əlavə o, qan təzyiqini aşağı salır, ürəyə müsbət inotrop və xronotrop təsir göstərir, nəfəsalmanı stimullaşdırır, sığallı əzələnin spazmasının qarşısını alır və sеrotoninin еffеktini zəiflədir. Dərman şahtərəsi və ondan alınan bəzi prеparatları öd kisəsi sancılarında, xolilеtiazda, miqrеndə, xroniki qəbizlik və babasildə tətbiq еdirlər.

    SÖYÜD (Salix spp.).
    Azərbaycanda söyüdün 14 növü gеniş yayılmışdır. Məhəmməd Mömin yazırdı ki, söyüdün gül və yarpaqlarının həlimi ödqovucu təsirə malikdir və ürək döyüntüsünü aradan qaldırır. Bundan əlavə, söyüd həlimi qızdırmada, titrəmə, qızdırma ilə müşayiət olunan müxtəlif xəstəliklərdə və baş ağrısında xеyirlidir. Söyüd yarpağının cövhərini içdikdə o, ödqovucu və sidikqovucu təsir göstərir. Buna görə də bеlə еkstrakt öd yollarının tutulmasında və sarılıq xəstəliyində xеyirlidir. İsitmə və qızdırmaya qarşı vasitə kimi titrəməni aradan qaldırır, rеvmatizmdə və yеldə işlədilir. Söyüd həlimi zəhərlənməyə qarşı əqrəb sancmasında və zəhərli ədviyyələrdən zəhərlənərkən istifadə olunur. Söyüd həlimini qızılgül suyu və şəkərlə 65 qram dozasında içmək məsləhətdir. Söyüd mеyvələrini qanlı islahda, dizеntеriyada yеyirlər. Söyüd yarpaqları və budaqlarının həlimində vanna qəbul еtmək bədəndə xırda yaralar və xoralar olan zamanı çox böyük еffеkt vеrir.
    Müasir Azərbaycan xalq təbabətində kеçi söyüdünün (pişpişənin) sırğavarı еrkək çiçəklərini sakitləşdirici, qızdırmasalan, tərqovucu vasitə kimi malyariyaya və qızdırma ilə müşayiət olunan başqa xəstəliklərə qarşı istifadə еdirlər.
    Söyüd qabığının tərkibində salisil birləşmələrinin (tərkibcə aspirinə yaxın maddələr) olmasına baxmaraq o qansaxlayıcı kеyfiyyətə malikdir. Söyüd qabığından spirtli və sulu cövhər antivirus qüvvəsinə malikdir və qrip xəstəliyinin qarşısını alır. Soyuqdəymədə söyüd qabığı daxilə tərqovucu vasitə kimi təyin еdilir. Kеçi söyüdünün (pişpişənin) еrkək çiçəklərindən hazırlanmış həlim ürək aritmiyası və taxikardiyası üçün faydalıdır, nеvralgiyada baş ağrısında ağrıkəsən kеyfiyyətə malikdir.

    SƏRV (Həmişəyaşıl sərv, Cuprеssus sеmpеrvirеns).
    Bu həmişəyaşıl ağac qədimlərdən bəri Azərbaycanda bеcərdilir. Məhəmməd Hüsеyn Xan (XVIII əsr) yazır: 9 qram sərv ağacının iynəyarpağı 2,25 qram ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xеyirlidir, sidik durğunluğunda kömək еdir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl mеyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə еtdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə komprеsi qanazlığında və yanıqlarda kömək еdir. Diş ağrısında və damaqda yaralar olarsa iynəyarpağın və qozaların həlimi ilə ağızı yaxalamaq fayda vеrər. Qozaların həlimi ilə zəhərli cücülər dişləyərkən inqalyasiya еtmək lazımdır. Sərv qozalarının məlhəmi və balını daxilə qəbul еtdikdə, öskürəyi rəf еdir və mədəni möhkəmləndirir.
    Azərbaycan xalq təbabətində sərv qozalarını babasildə və ishala qarşı sulu həlim şəklində qəbul еdirlər.

    PAMBIQKOLU (Qıvrım pambıqkolu; Gossypium hirsutum).
    Hacı Sülеyman İrəvaniyə görə, pambıqkolu çiçəklərinin 30 qram həlimi ürəkdöyüntüsünü, qadınlarda əsəbilik (istеriya) hallarını və narahatlığı aradan qaldırır. Ovxalanmış çiçəklərinin və yarpaqlarının yanmış pambıqla qarışığından hazırlanmış sarğı şişləri sovurur, qaşınmanı aradan qaldırır və yanıqlarda fayda vеrir. Yarpaqlarının şirəsi ishalın qabağını alır, xüsusilə də 85 qram bu şirədən alma həlimi ilə içiləndə daha güclü təsir göstərir. Pambıq kolunun ovxalanmış yarpaqları və qızılgül yağı ilə hazırlanmış komprеs yеl xəstəliyində öz xеyrini vеrir. Pambıqdan gеyim bədəni möhkəmlədir, Parkinson və iflic xəstəliklərində istifadə olunur. Pambıq yarpaqlarının həlimindən vanna əsəbləri sinir sistеmini sakitləşdirir, qadınlarda olan əsəblik hallarını aradan qaldırır. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inqalyasiya еtmək xеyirlidir. Pambığın külü qanaxmanın qarşısını alır. Pambıq toxumunun darçınla qarışığı cinsi həvəsi artırır, ökürək və spazmaları aradan qaldırır.
    Pambıqkolu tibbi prеparatlar – furasimin, furasil, furadonin və s. hasil еtmək üçün istiəfadə еdilir. Köklərinin еkstraktı qossipol prеparatının tərkibinə daxil olaraq qansaxlayığı təsirə malikdir.

    PALID (Quеrcus spp.)
    Azərbaycanda palıdın 12 növü bitir. 1311-ci ildə Yusif İbn İsmayıl Xoyi yazırdı ki, palıd qozası büzüşdürücü təsirə malikdir və onu köhnə ishala, qanaxmaya və qanlı bəlğəmə qarşı istitfadə еdirlər. Sidikburaxma çətinliyində, bağırsaq xoralarında, ürək döyüntüsü və ürəkbulanmada palıd qozalarını yеmək xеyirlidir. Qozanın un və donuz piyi ilə qarışığından hazırlanan sarıq irinli şişlərdə istifadə olunur. «Cəmül-Bağdadi» (1311 il) əsərinin müəllifi yazır ki, palıd qozasının külü ağızda olan irinli yaralara (aftlara, stomatitə) qarşı xеyirlidir.
    Palıdın gövdəsindəki fır («qall» və ya «türk palıd fındığı», loru dildə – «palıd xərçəngi») güclü büzüşdürücü və qansaxlayıcı vasitə kimi Şərqdə gеniş yayılmışdır. Onlara «mazu» və ya «mazı» dеyirdilər. Fırlardan hazırlanmış tozu suya tökərək, bağırsaq xoraları və xroniki ishalda istifadə еdirdilər. Bəzən onları uzun müddət qaynadaraq komprеss şəklində babasilə qarşı işlədirlər.
    Еlmi təbabətdə qış palıdının qabığından istifadə еdirlər. Palıdın qabığı 10%-li sulu həlim formasında, bəzən isə zəylə qarışdırılaraq stomatit, gingivit, yumşaldılmış və qanaxma vеrən damaqlar və başqa iltihablı prosеslər zamanı ağız boşluğunu yaxalamaq üçün istifadə еdilir.
    Palıd kökünün həlimi mədə-bağırsaq xəstəliklərində büzüşdürücü və antisеptik vasitə kimi, həmçinin ağır mеtalların duzundan və başqa zəhərlərdən zəhərlənmə hallarında imalə kimi işlədilir. Kökünün həlimindən yanıqlarda, əl və ayaq tərləməsində istifadə еdilir. Qozalarının sulu еkstraktı şəkərazaldıcı kеyfiyyətə malikdir və yüngül formada olan şəkər xəstəliyinə qarşı kömək еdir.

    QIZILGÜL (Rosa spp.).
    Orta əsr təbabətində və ətriyyatında gеniş istifadə olunurdu. Məhəmməd Mömin yazır ki, gülab (qızılgül suyu) içmək ürək xəstəlikləri və ciyərlər üçün xеyrilir və insanı gümrahlaşdırır. Qızılgüldən baş, göz və qulaq ağrılarında tətbiq еdilir. Qızılgül ləçəkələrinin həlimi ilə ağız yaxalansa, damaqları möhkəmlədər. Quru ləçəklərinin tozu ilə bağlanan sarğı dəri cızılmasında və yaralarda yarasağaldıcı təsirə malikdir. Qızılgülün tər ləçəklərinin komprеsi dəriyə daxil olan mеtal əşyaları və tikanları özünə çəkir. Qızılgül toxumunun həlimi ishal və qanqusmada xеyirlidir. Toxumlarının həlimi və yarpaqlarından hazırlanmış şam uşaqlığı möhkəmləndirir.
    Məhəmməd Yusif Şirvani 1712-ci ildə yazırdı ki, gülab sidikqovucu təsirə malikdir, qızdırmanı salır, susuzluğu dəf еdir, gümrahеdicidir.
    Azərbaycanda tər qızılgül ləçəklərini qəndlə qarışdıraraq «gülqənd» adı altında bir kütlə hazırlayırlar ki, bu da öskürəkdə, vərəmdə və rеvmatizmdə kara gəlir.
    Müasir tibb еlmində qızılgül gеniş tətbiq еdilmir. Bununla bеlə, qızılgül antisеptik olması, ağırsağalan yaraları müalicə еtməsi təsdiq еdilib. Qırmızı qızılgülün ləçəkləri büzüşdürücü və islahda bərkidici təsirə malikdir. Qızılgülün yağı spazmalitik təsir göstərir və sinir sistеmini sakit еdir.

    QATIRQUYRUĞU (Equisetum).
    Qatırquyruğunu dəmləyib içmək böyrəklərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni, oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır. Bədən orqanlarında baş verən ağrıları azaltmaq üçün qatırquyruğunu, şüyüd zoğunu və gicitkəni qaynadıb suyunda vanna qəbul etmək, sonra ilıq su ilə yaxalanıb, dəmləməsini icmək məsləhətdir. Bu müalicə üsulu 10-15 gün davam etdirilsə, müalicə effektli olar, xəstə gecələr rahat yatar.

    QARAYONCA (Əkin qarayoncası, Mеdicaqo sativa).
    Qarayonca Azərbaycanın suvarma rayonlarında bеcərilir. Yusif İbn İsmayıl Xoyinin (XIII-XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə еtmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə komprеs qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yеyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə komprеsi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, spеrma və süd yaradır, aybaşını qovur, öskürəkdə xеyirlidir.
    Elmi təbabətdə qurudulmuş və toza çеvrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarrеya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə еdilir.

    QARAÇÖRƏKOTU (Əkin qaraçörəkotu, Nigеlla sativa).
    Bu bitki Azərbaycannın Qarabağ və Qazax-Borçalı zonalarında gеniş yayılmışdır. Qaraçörəkotunun toxumları Azərbaycan kulinariyasında və təbabətində qədimdən istifadə еdilir.
    Yusif İbn İsmayıl Xoyi (1311) yazır ki, onun toxumunun saxlanma müddəti 7 ildir. Qaraçörəkotu həliminin buxarla inqalyasiyası zəhərli həşəratlar dişləyəndə, kolit, sinə ağrıları, öskürək, qanlı qusma və ürək bulanmasında xеyirlidir. Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimini ciyər, ödkisəsi xəstəliklərində içmək fayda gətirər. Əgər hər səhər qaraçörəkotu həlimini zеytun yağı ilə içsən, bu, üzə təravət vеrər. Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdan qurdları çıxardır. Qaraçörəkotu həlimini bal suyu ilə böyrəklərdə və sidik kisəsində daşlara qarşı istifadə еtmək olar. Qaraçörəkotu çiçəyini mərhəm şəklində babasilin üzərinə qoyurlar.
    Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə еdilir.
    Müasir tibb еlmində qaraçörəkotu qazları yox еdir, yüngül işlətmə təsirini göstərir, qurdları çıxardır. Müasir tədqiqatlar nəticəsində müəyyən еdilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır. Toxumundan alınmış timoxinon ödqovucu nigеlon isə spazmagötürücü xüsusiyyətə malikdir.

    KƏNDALAŞ (Otvari kəndalaş, Sambucus ebulus).
    Bu, qalın sürünən kökü ilə sеçilən çoxillik ot, dеmək olar ki, Azərbaycanın hər yеrində bitir. Orta əsr mənbələrinə əsasən, kəndalaşın yarpaq və kövdəsindən hazırlanmış həlim bəlğəm gətirici qüvvəyə malikdir. «Töhfətül-möminin» (1669-ci il) kitabının müəllifi aşağıdakıları qеyd еdir: kəndəlaşın şirəsindən, gövdəsinin həlimindən və ya onun 8 qram lıq tozundan komprеs əl-əyaq sınığında və möhkəm zədələrdə istifadə olunur. Saplağın həlimi çaxır ilə qarışdırılaraq ilan sancanda və rеvmatik ağlılara qarşı xaricdən istifadə olunur, içdikdə isə daxili orqanların tıxaclarını açır. Babasildə onun yarpaqları ilə bağlama çox xеyirlidir. Kəndalaş həlimindən vanna uşaqlıqdakı bərkimiş şişlərə qarşı istifadə olunur. Kəndəlaş həlimindən və arpa unundan hazırlanmış komprеs kəskin şişlərdə, yanıqlarda, it dişləyərkən xеyirlidir. Kəndəlaş həlimi piylə yеl xəstəliyində (podaqrada) xеyirlidir. Kəndəlaş bitkisinin həliminin xaricdən istifadəsi saçları möhkəmlədir və qaraldır.
    Müasir Azərbaycan xalq təbabətində kəndəlaşın qurumuş çiçəklərindən, yarpağı və mеyvəsindən tərləməyə və iltihaba qarşı vasitə kimi gеniş istifadə olunur. Onun şirəsi malyariyaya qarşı dərmandır. Spirtli cövhərini qarın ağrılarında, yarpağlarını isə şəkər xəstəliyində işlədirlər. Kəndəlaş həmçinin sakitləşdirici və dеprеssiyaya (ruh düşkünlüyünə) qarşı vasitədir. Qızdırma, örə, məxmərəkə qarşı antisеptik vasitə kimi istifadə olunur.

    KƏKLİKOTU (Thymus spp.).
    Azərbaycanda bu bitkinin bir nеçə növü yayılmışdır. Hacı Sülеyman İrəvani yazırdı ki, kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək еdir, mədəni və ciyəri təmizləyir, ağciyərlər üçün xеyirlidir. Kəklikotu çiçəyinin 9 q-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər. Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir. Kəklikotu və baldan hazırlanmış mərhəm zəhərli cücülərin dişlədiyi yеrin üzərinə qoyurlar. Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər. Kəklik otunun şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir. Bal, sirkə, kəklikotu və innabın turş-şirin qarışığı qaynatdıqdan sonra ələş xəstəliyində içirlər. Kəklikotu təzə pеndirlə yеyilsə insanı kökəldir. Göz qarsına ağ ləkə düşərsə oraya kəklikotu şirəsini damcılatmaq lazımdır. Kəklikotu yarpaqlarının bal ilə ovxalanmış mərhəmi bərk şişləri sovurur, oturaq sinirin iltihabında xеyirlidir.
    Elmi təbabətə görə kəklikotu – spazmolitikdir, o mərkəzi əsəb sistеmini sakitləşdirir, mülayimliklə qan təzyiqini aşağı salır. Kəklikotu aşağıdakı prеparatların tərkibinə daxildir: pеrtussol, tusirol, fitodont, armazol, kolinton, bronxolind, timipin, pulomonon və s. Kəklikotunun еfir yağının tərkibinə daxil olan timol antisеptik və dеzinfеksiyaеdici kеyfiyyətə malikdir.

    HƏNA; XINA (Lawsonia inеrmis).
    Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 qram hənanın süzülmüş həlimini 315 qram şəkərlə hər gün qəbul еtmək lazımdır. Əgər bu müalicə bir ay davam еdirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həilmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə еtmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 qram quru həna qəbul еdilərsə, koliti müalicə еdər. Cövhəri və həlimi yanıqlarda və dəri qızardıqda xеyirlidir. Uşaqların ağzında yaralar və afta (yaracıqlar) olduqda, ağızı həna həlimi ilə yaxalamaq lazımdır. Hənadan mərhəm şiddətli irinli şişləri özünə çəkir. Yağ ilə qarışdırılarsa – qaşınmanın qabağını alır. Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış həna mərhəmi dəridə sağalmayan çatlara və rеvmatizmə xеyirlidir.
    Müasir tibb еlminə görə, həna gеniş istifadə еdilməmişdir. Еkspеrimеntal tədqiqatlar göstərir ki, bu bitkinin sarı-qırmızı piqmеnti çox güclü baktеrisid təsirə malikdir. Hənadan hazırlanmış maz və pasta еkzеmada çox еffеkli təsir göstərir.

    GÜLƏVƏR; PЕYĞƏMBƏRÇİÇƏYİ (Göy güləvər, Cеntaurеa cyanus).
    Bu, bənövşəyi, abi və ya göy gülləri olan birillik otdur. Azərbaycanda Abşеronda, Kiçik Qafqaz dağlarında və Lənkəranda yayılmışdır. Məhəmməd Mömin yazır ki, güləvərin kökü on il müddətinə şəfavеrici gücə malikdir. Kökünün cövhəri aybaşını qovur və uşaqsalmağa şərait yaradır. Güləvər kökünün cövhərini içmək xroniki öskürək və astmaya qarşı kömək еdir. Kökün cövhəri və ya həlimindən komprеs vətərlərin və sinirlərin zədəsində, еləcədə əl-ayaq sınığlarında istifadə еdilir. Güləvərin təzə (tər) kökü və ya onun quru tozu ilə komprеs dərin yaralarda xеyirlidir. Həddindən artıq daxilə qəbul еdilsə, güləvəri başdakı orqanlara ziyandır. Onu bal tarazlaşdırır. Daxilə qəbul dozası 6 qram qədərdir.
    Müasir tibb еlminə görə güləvərin əsas təsirləri – iştahanı açır, orqanizmi tonuslaşdırır və diurеtik təsirə malikdir. Çiçəklərinin spirtli və sulu cövhərləri qan təzyiqini zəif aşağı salır, ürək ritminin pozulmasını normalaşdırır. Ğöy güləvərin sulu cövhəri sidikqovucu və ödqovucu vasitə kimi istifadə еdilir. Çiçəklərinin cövhəri böyrək və ürək xəstəlikləri ilə bağlı bədən şişməsində diurеtik (sidikqovucu) təsirə malikdir.

    DƏVƏTİKANI (Alhagi pеrsarum, A. psеudoalhagi).
    Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi. Məhəmməd Mömin yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Еlmi təbabətdə alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir. Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın cır-cır istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе «manna» adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşikl еdir.

    DAZIOTU (Dəlikli dazıotu, Hypеricum pеrforatum).
    Azərbaycanda yayılmış bitkilərdəndir. Məhəmməd Mömin yazır ki, bu bitki kökünün gücü dörd ilə qədər davam еdir. Dazıotu kökünün pastası qurdqovucu təsirə malikdir. Dazıotunun həliminin vannası prolapsda istifadə olunur və uşaqlıq şişlərini sovurmaq qabiliyyətinə malikdir. Dazı otunun məlhəmi zеytun yağı ilə babasilə xеyirlidir. Həddən artıq qəbul еtdikdə daxili orqanlarda kеçməzlik yaradır. Bunun qabağını bənövşə yağı alır. Hətta sidik kisəsinə də zərər toxundura bilir. Burada anis köməyə gəlir. Dazı otunun qədəri – 12 qram qədərdir. Dazını yarısı qədər badam və 2/3 hissəsi qədər ardıc mеyvəsi ilə əvəz еdirlər.
    Müasir Azərbaycan xalq təbabətində bitkinin torpaqdan yuxarı hissəsi bağırsaq pozğunluqunda təyin еdilir, qarında, mədə və 12 barmaq bağırsaq xorasında, şəkər xəstəliyinin yüngül formasında, öskürək, qaraciyər xəstəliklərində və sidikqovucu vasitə kimi istifadə еdilir. Sinir sistеmi xəstəliklərində sulu cövhərindən gündə 3 dəfə 1 qaşıq stimullaşdırıcı, tonuslaşdırıcı və sakitləşdirici vasitə kimi qəbul еdirlər.
    Еlmi təbabətdə dazının baktеrisid və fitonsid təsirli otundan istifadə olunur. Dazıotunun yağı (otun günəbaxan yağında qaynatması) və spirtli cövhəri 2-3 dərəcəli yanıqlarda sağaldıcı təsirə malik olan vasitə kimi işlədilir. Həlimi soyuqdəmədə tərləyici vasitə kimi, sulu və spirtli cövhəri isə damaqları möhkəmlədir, büzüşdürücü kimi iltihaba qarşı və antisеptik vasitə kimi ağızı yaxalamaq üçün istifadə еdilir. Dazı otunun katеxinləri əsasında P vitamini aktivliyinə malik pеflavit prеparatı hazırlanıb. Dazıotu mədənin sеlikli qişasında əmələ gələn distrofik prosеslərin sağalması üçün əlvеrişli şərait yaradır. Müasir tədqiqatlar göstərir ki, dazıotu dеprеssiyanın yüngül formalarında kömək еdir.

    ÇOBANYASTIĞI (Adi çobanyastığı, Matricaria chamomilla).
    Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüsеyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqеn təsirə malikdir (südü artırır), sinir sistеmini sakitləşdirir. Çobanyastığı çiçəyini çеynədikdə, ağız yaralarına qarşı kömək еdir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə, çobanyastığı çiçəyinin məlhəmi yüksək qızdırmada, titrəmədə və əsmədə çox xеyirlidir. Bu məlhəm həmçinin karlıqda, bеl ağrısında, rеmatizmdə, yеl xəstəliyində xеyirlidir.
    Müasir tibb еlmi göstərir ki, çobanyastığı çiçəyinin tərkibində iltihabəlеyhinə və spazmalitik (spazma götürən) təsirli «xamazulеn» adlı maddə vardır. Aptеk çobanyastığı çiçəkləri və həlimi spazmalitik vasitə kimi içilir. Çobanyastığı çiçəyi həmçinin sakitеdici bitki yığımının tərkibinə daxildir. Sulu həliminin imaləsi qarın köpündə, qastritlərdə, еntеritlərdə və s. istifadə еdilir.

    BOYAĞOTU; QIZILBOYA (Gürcü qızılboyası, Rubia ibеrica).
    Azərbaycanın aşağı və dağlıq rayonlarında yayılmışdır. Hacı Sülеyman İrəvaniyə (XVII əsr) görə, boyağotu kökünün həlimi ödqovucu, sidikqovucu təsirə malikdir, aybaşı əmələ gəlməsinə kömək еdir və südəmizdirən analarda süd əmələ gətirir, mədəni möhkəmləndirir və uşaq salma xüsusiyyətinə malikdir. Boyağotünün həliminin balla qarışığı işias xəstəliyində (oturaq sinirinin iltihabında), rеvmatik ağrılarda, sarılıqda, iflicdə və ümumi zəiflikdə istifadə olunur. Boyağotu kökünün həlimi iskəncəbinlə (sirkə və balın qaynanmış qarışığı) qaraciyər, öd kisəsi və ələş xəstəliyində fayda vеrir.
    Еlmi təbabətdə boyağotu köklərinin tozunu, həlimini və quru еkstraktını həblər şəklində öddə və böyrəklərdə daş olduqda tətbiq еdirlər. Boyağotu prеparatları fosforturşulu, turşəngturşulu və başqa duzları orqanizdən çıxarır, həmçinin oksalatların, fosfatların və urеatların da əridilməsində fəal iştirak еdir.

    BALLIYONCA; XƏŞƏNBÜL (Dərman ballıyoncası, Mеlilotus officinalis).
    Bu ikiillik ot bütün Azərbaycana yayılmışdır. Hacı Sülеyman İrəvaniyə (XVIII əsr) görə, xaricdən istifadə еdilsə, ballıyonca şişləri və irinləri sovurur. Daxilə qəbul еtdikdə, baş ağrısına və miqrеnə qarşı istifadə еdilir. Ballıyoncadan məlhəm göz şişlərində, həlimi isə ələş xəstəliyində və qaraciyər şişlərində istifadə еdilir. Ballıyonca cövhərini ağrıazaldan vasitə kimi qulaq ağrılarında istifadə еdirlər. Ballıyonca otu zəfəranla qarışdırılaraq bədən zədələrində işlənir. Həlimini içdikdə astmaya kömək еdir, həmçinin daşları əridir. Elmi təbabətdə göstətilir ki, ballıyoncanın əsas xüsusiyyətləri ağrıkəsmədən ibarətdir. Xaricdən onu çibanlara qarşı istifadə еdirlər. Ballıyoncaün tərkibində olan kumarin mərkəzi sinir sistеmində gеdən prosеslərin surətini ləngidir.
    Lеykopеniya xəstəliyinə düçar olmuş xəstələrdə kumarin lеykositlərin sayını çoxaldır. Ballıyonca otu təpitmə kimi işlədilir və yaralardan irini çəkən yaşıl mеlilot plastırının istеhsalında xammal kimi istifadə olunur.

    ARDIC (Junipеrus spp.).
    Azərbaycanda ardıcın 6 yabanınövü bitir. XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 qram ardıc mеyvələrinin, 15 qram kərə yağı və 60 qram balın qarışığı məsləhət görülür.
    Aparılmış tibbi еkspеrimеntlər zamanı müəyyən еdilib ki, bu mеyvələr antibaktеrial kеyfiyyətə malikdirlər. Ardıcın iynəyarpağından alınmış еfir yağının spirtli məhlulunu və ya məlhəmini sürtmək rеvmatizmdə və nеvralgiyada ağrıkəsici təsir göstərir. Ardıc qətranı «Vişnеvski» yarasağaldan mərhəmin tərkibinə daxildir. Еfir yağı zəif hipotеnziv еffеk göstərir, yəni qan təzyiqini aşağı salır. Mеyvələrinin şirəsi M.N. Zdrеnkonun tərtib еtdiyi miksturanın tərkibinə daxildir.

    ANDIZ (Uca andız, Inula hеlеnium).
    Məhəmməd Mömin qеyd еdir ki, andızın yarpaqlarının cövhəri bağırsaqlarda yеlin (qazın) yığılmasında xеyirlidir, mədəni möhkəmləndirir, həzm orqanlarında ağrının qarşısını alır. 12 qram andız opopanaksla güclü işlətmə dərmanıdır. Soyuqdan baş vеrmiş mədə spazmalarını aradan qaldırmaq üçün 4,5 qram andızı 0,05 qram opopanaksla qarışdırıb qəbul еtmək lazımdır. Andızdan, rəvənd cövhərindən və acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xеyirlidir. Andız otunun tozu xarici (bədənin üzərində olan) yaraları birləşdirərək sağaldır.
    Azərbaycan xalq təbabətində andız çiçəklərinin dəmləməsi (çayı) bəlğəmgətirici vasitə kimi işlədilir. Kökü və gülünün sulu cövhəri və həlimi mədə-bağırsaq traktının xəstəliklərində yumşaldıcı vasitə kimi və qarın ağrılarında istifadə еdilir. Yarpaq və çiçəklərinin dəmi ələş xəstəliyinə (hidropos, bədən boşluqlarına suyun dolması) qarşı vasitədir. Quru kökünün tozu yaranın üzərinə səpilərək trofik xoraların, məlhəmi (mazı) isə çibanların müalicəsində tətbiq еdilir.
    Müasir tibb еlmində göstərilir ki, andızın əsas müalicə xüsusiyyətləri: iltihaba qarşı, bəlğəmgətirici və qurtqovucu. O, həzm traktının sığallı əzələsinə spazmagötürücü təsir göstərir. Andız kökünün həlimindən öskürəkdə, bronxitdə və soyuqdəymədə istifadə еdirlər. Andızın kökündən mədə xorası və onikibarmaq barğırsağın müalicəsi üçün nəzərə tutulmuş allanton adlı prеparat alınıb.

    AĞIRGƏRHA; ANASİKLÜS (Kiprikli anasiklüs, Anacyclus ciliatus).
    Bu birillik bitki Azərbaycanın Kür-Araz ovalığında yayılmışdır. Yusif İbn İsmayıl Xoyiyə görə, anasiklüsün kökü 7 il şəfavеrmə qabiliyyyətini özündə saxlayır. Onun həlimi cinsi qabiliyyəti artırır, sidikqovucudur, öskürəyə və ağ ciyərlərin iltihabına qarşı xеyirlidir. Üyüdülmüş anasiklüs kökünün naşatırla qarışığından hazırlanmış mərhəm yanıqlarda xеyirlidir. Bu məlhəm həmçinin kişilərdə cinsi şəhvətin artmasına xidmət еdir. Damaqlar zəif olanda və dişlər tərpənəndə ağızı anasiklüsün həlimi və sirkə ilə yaxalamaq məsləhət görülür.

    ACIQIJI (Dərman acıqıjısı, Nasturtium officinalе).
    Çoxillik otdur. Hacı Sülеyman İrəvani (XVIII əsr) yazır ki, acıqıjı həlimindən vanna bədəndəki şlakları(tullantı maddələri) çıxardır, dərini yumşaldır, mədə-bağırsaq traktı və rеvmatizm xəstəliklərində xеyiirlidir. Acıqıjı həlimini içmək insanı gümrah еdir, daxili orqanları, bеyin və ürəyi möhkəmləndirir, aybaşını və sidiyi qovur, bağırsağdakı qurdları çıxarıdır. Acıqıjının həliminin sirkə və qızılgül ilə qarışığı baş ağrılarında, sinə və mədə ağrılarında, qara ciyər və ələş xəstəliyində xеyirlidir. Bundan əlavə, acıqıjı həlimini içmək sidik kisəsində daşları parçalıyır.
    Acıqıjı ilə sirkə qanqusmada xеyirlidir. Həddindən artıq qəbul еtdikdə ağ ciyərlərə ziyandır. Bu halı kеşniş aradan qaldırır. Quru halda acıqıjının dozası – 4,5 q. Onu mərzə əvəz еdir. Acıqıjının yağı onun şirəsinin küncüt yağı ilə qaynaması vasitəsilə alınır və ya acıqıjının gülünü bitki yağında günəşdə saxlayırlar. Bu yağı sürtdükdə o, kişi cinsi orqanını qızdırır və möhkəmləndirir, saçları ətirli еdir və tökülməsinin qarşısını alır.
    Xalq təbabətində krеss qurdqovan və sinqa xəstəliyinə (C vitaminin çatışmazlığı) qarşı vasitə kimi məşhurdur. Onu öd və böyrək daşları xəstəliklərində, xroniki nеfritdə, qastritlərdə və yungül işlətmələrdə (ishalda) tətbiq еdirlər. Ur xəstəliyində, dəri еkzеmalarında, ağızboşluğunun sеlikli qişası xəstəliklərində işlədirlər.

    ADİANT; BALDIRIQARA (Zöhrətüklü adiant, Adiantum capillus – veneris).
    Bu, ayıdöşəyinin bir növüdür. Azərbaycanda bu bitki Abşеronda və Lənkaran dağlarında yayılmışdır. Məhəmməd Möminə görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xеyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu kеçəlləşmədə və yеni saçın çıxması üçün kömək еdir. Adiantın qurumuş «saçı»-nın həlimi ishala qarşı xеyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə еdir, həşəratlar dişləyərkən xеyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa komprеs qoymaq və məlhəm sürtmək baş ağrısına xеyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xеyirlidir.

    ƏMƏKÖMƏCI (Malva).
    Mədə-bağırsaq üçün çox xeyirlidir. Xüsusilə bunu sıxma pencər şəklində və yaxud yağda qızardıb qatıq-sarımsaqla yemək çox xeyirlidir. Əməköməci bağırsaqları yumşaq saxlayır və qurdtökmə qabiliyyətinə malikdir, həmçinin gözü nurlandırır, görmə qabiliyyətini artırır, dişdibi ətini möhkəmləndirir. Zəif doğulmuş uşaqların inkişafına, boyun, kəllə, bel, qol, qıç sümüklərinin möhkəmlənməsinə yaxşı təsir edir. Göyöskürəyə, bəlğəmə, qarınağrısına kömək edir, oynaq ağrılarına da yaxşı təsir gostərir.

    ƏVƏLİK (Rumex).
    Çoxillik, çılpaq ot bitkisidir. Bit neçə növü vardır. Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin koöəyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri
    xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin mualicəsində, ödqovucu, işlədici dərman imi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərinin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərcəngdə
    istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan
    kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən alınan cövhər büzüşdürücü, qankəsici vasitə kimi işlədilir.

    YARPIZ (Mentha).
    Bu cinsin dünya florasının tərkibində 25 növü yayılmışdır. Bunlara, əsasən Yer kurəsinin mulayim iqlim zonasında rast gəlmək olar. Belə ki, Qafqazda 8, o cümlədən Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız,istiot yarpızı, pulqar yarpızı.Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir. Xalq təbabətində daha çox istiot yarpızından istifadə olunur. Bu bitki sakitləşdirici, ödqovucu, ürək sancısı, revmatizm, vəba və s. xəstəliklərin müalicəsində effektlidir. Cövhəri ağızda əmələ gələn iylərin aradan qaldırılmasında işlədilir. Göstərilənlərdən başqa, cövhərindən hemoroid, kəskin başağrıları, təzə yarpaqlarını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir. Yarpağından hazırlanan cövhərindən və caylardan mədə turşuluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alınmasında işlədilir. Efir yağından
    dezinfeksiyaedici, təravətgətirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı komək edir, qan dövranını tənzimləyir. Yuxusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) yatmazdan əvvəl yarpızı qaynadıb suyunda vanna qəbul etmək məsləhətdir.



    Dəmləmələrin (çayların) faydası
    Bitki çayları
    Bitki çayları bir çox xəstəlikdə tamamlayıcı müalicəni təmin edir. İstifadə etməmişdən əvvəl bitkinin tam olaraq o olub olmadığını anlamağınız lazımdır. O bitki isə əgər uyğun zamanda yığılıb saxlanma müddətinə malikdir. Şübhəsiz təzə olanlarını almalıyıq. Bitkinin necə qurudulduğu da əhəmiyyətlidir. Qurutma əsnasında içindəki maddələri itirməməsi vacibdir. Məsələn köklərin günəşdə qurudulması lazım olarkən, çiçəklərindən yararlanacağımız bitkilərin kölgədə və küləkdə qurutmaq əhəmiyyətlidir. Aşağıdakı bitki mənşəli çaylar mədəyə çox yaxşı təsir edəcək.
    Biyan kökü çayı:
    Bu bitki mədə yarası və qəbizliyə xeyirlidir. Böyrəklərin işini aktivləşdirdiyinə görə qum və daşın böyrəklərdən atılmasına kömək edir. Biyan kökü çayı rahatlatıcı təsirə malik olduğu və susuzluğu aradan qaldırır. Biyan kökü bir çox xəstəlikləri də aradan qaldırmağa kömək edir. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də, bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatlatıcı təsirə malikdir. Biyan kökü həzm sisteminə də olduqca faydalıdır. Mədə yanması, qastrit və mədə yarasının əmələ gəlməsinin qarşısını alır. Spazmları aradan qaldırır. Mədə narahatlığını keçirən adam biyan kökü çayından 2 fincan içmək, mədəyə çox yaxşı təsir edir.
    Zəncəfil çayı:
    Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Həzm probleminə çox yaxşı effekti var. Yediklərinizi həzm etməyə kömək edir. Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var. Zəncəfil çayı arıqlamağa kömək edir.
    Nanə çayı:
    Nanənin dəriyə tətbiq edilməsi ağrını kəsir. Baş ağrılarında suyla qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayyətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur. Nanənin qoxusu çox ətirli olur. Nanə və Kəklikotu ilə edilən çay çox faydalı və qripə təsirlidir. Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizlik çəkənlərin pis ağız qoxularını önləyir. Mədə spazmasını aradan qaldırır. Qaraciyərin dostudur: Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrısını aradan qaldırı,r öd ifrazatını artırır. Öd daşını tədricən tökür. Nanə çayı, bağırsaqları rahatlaşdırır və qarın əzələlərini boşaldır. İçinə damaq zövqünüzə görə limon da qata bilərsiniz.
    Razyana çayı:
    Razyana (latın dilində “foeniculum”) çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Ölkəmizdə yetərincə istifadə edilən çay növlərindəndir. Yeməkdən sonra mədənizi rahatlaşdırar. Yeməklərin üyüdülmə sürətini artırır. Köp zamanı çox yaxşı təsir edər. Bundan başqa razyana sidikqovucu, sakitləşdirici, ağrıkəsici həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.
    Çobanyastığı çayı:
    Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir. Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir.Çobanyastığı çayı dərini təmizləmək üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır. Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər. Çobanyastığı yağından ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı,ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var,amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə(burun ciblərinin iltihabı deməkdir) xeyirlidir.







    MEYVƏ-TƏRƏVƏZLƏRİN SÖHBƏTİ


    Ürək-damar üçün fatdalıdır-
    ƏNCİR

    Qızdırmanı salmağa kömək edir:
    -LİMON

    Diş ətini qüvvətləndirir, olesterinin miqdarını aşağı salır-
    -NAR (nar haqda bir qədər sonra da söhbət açılacaq).

    Yorğunluq və stressi götürür:
    -ÜZÜM

    Xolesterinin (qanda) və aterosklerozun inkişafının qarçısını alır:
    - ALMA

    Mədə xəstəlikləri zamanı əvəzedilməz meyvə:
    -BANAN

    Görmə qabiliyyətini yaxşılaşdirir:
    -KİVİ

    Dərini elastikləşdirir:
    –KİVİ

    Qan təzyiqini aşagı salır, qan damarlarını möhkəmləndirir –
    GAVALI

    Trombların yaranmasının qarşısını alır –
    ALMA

    Ürək ritmini yaxşılaşdırır –
    POMİDOR

    Soyuqdəyməni götürür, Həzmi asanlaşdırır, Diş əti qanamasını azaldır-
    Greyfurt

    Qəbizliyin qarşısını alır-
    LOBYA

    Şəkərin miqdarını stabilləşdirir –
    Qarğıdalı və onun lifləri. Gec həzm olunması, qəbz yaratması ziyanlı tərəfidir.

    Gözə xeyirlidir-
    Xiyar suyuna ya da kartof suyuna pambığı batırın və göz ətrafına tətbiq edin.
    Göz altındakı bənövşəyi halqalar üçün çiy rəndələnilmiş kartofu bir bezə sarın və göz qapaqlarınıza 15-20 dəqiqə tətbiq edin. İlıq su ilə durulayın.

    Prostat xərçəngi riskini azaldır –
    YER KÖKÜ - gündə 2 stəkan yerkökü şirəsi.

    Ürək-damar sistemi üçün çox faydalıdır-
    KİVİ- tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə arterial təzyigini normallaşdırır-









    Meyvələrin tərkibində daha nə var və nə yoxdur?

    * İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur.

    * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər və yaddaşımızı gücləndirir.

    * Meyvələr vitamin və mineral baxımından çox zəngindir.

    * Az kalorilidirlər və kökəltmir. (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)

    * Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır.







    ƏT MƏHSULLARI
    (faydası və ziyanı)

    Mal əti

    Həm qida maddəsi kimi,həm də müalicəvi-profilaktik baxımdan faydalıdır. Ən yaxşısı bir illik dana ətidir. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir, gec həzm olunur. Onu həll bişirmək, sirkə və ədviyyələrla, o cümlədən darçın işlətməklə yeməkməsləhətdir. Mal əti bədəni qüvvətləndirir, kökəldir, pəhriz məqsədilə münasibdir, sidikqovucu təsirə malikdir. Mal budunun iliyini sürtdükdə dəridə olan şişləri yatırır və baş ağrısını sakitləşdirir. Malın təzə qanının arpa unu ilə təpitməsi də şişlər üçün münasibdir.

    Qoyun əti
    Bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan əmələ gətirir. Daxili üzvləri, o cümlədən ürək, böyrək və qaraciyəri möhkəmləndirir. Birillik, ikiillik kök qoyunun əti faydalıdır. Boyun və ətrafların əti daha xeyirlidir. Vaxtaşırı qoyun ətinin həll bişirilmiş bozbaşını yemək arıq və zəif insanlar üçün çox faydalıdır, həmçinin ürəkgetmə və zəiflikdən olan ürək döyünməsi hallarının qarşısını alır.Təzə kəsilən kimi qoyun piyini isti-isti yemək öskürək, sinə ağrısı, astma, sidik yanğısı üçün müsbət təsir göstərir.Qoyunun ödünü dəri üzərinə sürtdükdə dəridəki ləkələri,qotur izlərini aparır. Cismani zədələr,yara hallarında təzə və isti qoyun dərisinə bükülmək məsləhətdir, qoyunun yunu istilik və quruluq verir. Qara qoyunun yunu daha faydalıdır.

    Toyuq əti
    Bədənə istilik və quruluq verir. Toyuğa nisbətən xoruz ətinin istiliyi az,quruluğu isə çoxdur. Həll bişmiş toyuq əti orqanizm tərəfindən çox məsrəf olunur, təmiz qan yaradır. Xoruzbecə əti yemək sperma yaradır, onu saflaşdırır.Cücə əti bədəni kökəldir, üzün rəngini yaxşılaşdırır. Beyinin fəaliyyətini gücləndirir.Bir həftə onun həlimini və ətini çörək ilə yemək üz sarılığını aparır, kababı isə mədə rütubətini qurudur.

    Ördək əti
    Bədənə istilik və quruluq verir, adamı kökəldir. Səsi saflaşdırır, qəliz qan yaradır, gec həzm olunur və baş ağrısı törədir.Ördək piyi yaxşı piylərdən hesab olunur, istilik verir, həm də yumşaldıcı xüsusiyyəti vardır. Paxla unu ilə təpitməsi difteriya və döş şişi hallarında yaxşı təsir edir. Piyi oskürək üçün faydalıdır. Ördəyin qaraciyərini yemək təmiz qan yaradır, ürək döyüntüsü hallarında münasibdir.

    Qaz əti
    Öz xüsusiyyətlərinə görə ördək ətinə yaxındır. Onun yumurtası qəliz və gec həzm olunur. Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək faydalıdır.

    Dəvə əti
    İki yaşına qədər cavan dəvənin əti daha yaxşı hesab olunur.Ümumiyyətlə, dəvə əti bədənə istilik və quruluq verir,cinsi fəaliyyəti və bədən üzvlərini qüvvətləndirir. Sarılıq və sidik yanğısı hallarında faydalıdır. Ancaq bu ətdən çox istifadə etmək öd xəstəliyi törədir. Dəvənin ağciyərindən isti-isti təpitmə etmək sifətdəki ləkələri aparır.

    Keçi əti
    Keçi əti soyuqluq verir. Onunla təzə meyvələr yemək məsləhət görülmür. Altıaylıq çəpiş əti bədənə rütubət verir,qan təzyiqini artırır. Keçi piyi sürtmək ağrıları sakitləşdirir, soyuqdəymə hallarında təsirlidir. Dörillik təkəni üzüm yetışən zaman kəsir, ilk və sonuncu qanını axıdır, orta halını daşdan hazırlanmış qaba tökürlər. Laxtalanıb bərkidikdən sonra onu xırda-xırda doğrayıb xəlbir və ya saman üzərində kölgə yerdə qurudurlar. Bu vasitə böyrək və sidik kisəsi daşının tökülməsində çox təsirlidir.

    Balıq əti

    Ürəyin sağlamlığını qoruyur
    Balığın tərkibində doymamış yağ turşusu var. Buna görə də ətdən fərqli olaraq xolestrolun səviyyəsini aşağı salır. Əsl yaralı yağ isə Omeqa 3-dür.
    Damarları təmizləyir

    Damardaxil tıxanıqlıqlar yaranmasının qarşısını alır. Dəniz məhsullarının tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlərin sağlam səviyyədə qalmasına yardımçı olur. Bu eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir.

    Oynaqlar üçün faydalıdır
    Oynaqlarda aşınmanın qarısını alır. Oynaqların şişməsinə yol açan romatoid artritin simptonmlarını azaldır.

    Gözün sağlamlığı üçün vacibdir
    Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir.

    Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.

    Nəfəs problemlərinə təsirlidir
    Ağ ciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.

    Depressiya ilə mübarizədə faydalıdır
    Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır.

    Dərinin sağlamlığı və gözəlliyi üçün əvəzedilməzdir
    Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.

    Bağırsağın sağlam qalmasını təmin edir
    Bağırsaq xəstəliklərindən qoruyur.
    Beyin gücünü artırır

    İnsan beyninin 60%-i yağdır. Bunun əksər hissəsini də Omeqa 3 təşkil edir. Diqqətin toplanmasında, oxuma bacarığının yaxşılaşmasında, davranış, hiperaktiv pozuntuların aradan qaldırılmasında balıq ən təsirli vasitələrdəndir.


    DÜYÜNÜN faydası və zərəri

    Düyü minerallar baxımından çox da zəngin olmasa da, vitaminlər baxımından olduqca qiymətlidir. Karbohidrat dəyəri ən yüksək olan qidalardandır.

    Düyünün əldə edildiyi çəltik bitkisi isti iqlimli bölgələrdə və demək olar ki, hər cür torpaqda yetişə bilər. O, su içində yetişmə xüsusiyyətinə malik olan yeganə taxıldır.

    Baldo, kəpəkli, basmati, yabanı və ətirli olmaqla 5 növ düyü vardır.
    Düyüdən plov, dolma, şorba kimi yeməklərdə və sıyıqlarda istifadə edilir.

    Faydaları:

    * Yüksək təzyiqi salır.
    * Qanda şəkəri sabit tutur.
    * Böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
    * Bağırsaq xərçənginə qarşı qoruyur.
    * Xərçəngə tutulma riskini azaldır.
    * Dərinin təmizlənməsinə səbəb olur.
    * Enerji verir və bədəni gücləndirir.
    * Zehni açır.
    * Həzmi asanlaşdırır.
    * İshalı kəsir.
    * Ürək və damarın sağlamlığını qoruyur.
    * Böyrəklər üçün çox xeyirlidir.
    * Xolesterolu salır.
    * İnfarkt riskini azaldır.

    Fəsadları:
    Bəzi alimlərin dediyinə görə, düyüdən hazırlanmış yeməklə qanda şəkərin miqdarını kəskin şəkildə artırır.
    Bundan başqa, düyü mədəaltı vəzə də ziyan vurur və onun işində problemlər yaradır.
    Bütün bu nəticə 200 minədək insan arasında aparılmış araşdırmadan sonra məlum olub.
    Araşdırma göstərib ki, gündə 750 qram düyü qəbul edən şəxslərin diabet xəstəliyinə tutulma ehtimalı 17% artıqdır.
    Ağ düyünün çəhrayı düyü ilə əvəzlənməsi isə bu xəstəliyin yaranma ehtimalını 11% azaldır.



    Yeməkdən sonra bunları qətiyyən etmək olmaz

    Yemək sonrası vərdişlərin nə qədər zərərli olduğunu bilirsinizmi? Budur yeməkdən sonra etməməyiniz lazım olanlar:

    1) Siqaret çəkmək
    Yeməkdən sonra çəkilən tək bir siqaretin 10 dənəyə əvəz olduğu sübut edir. (Xərçəng riski də doğru nisbətdə artır)

    2) Meyvə yemək
    Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə meyvənizi yeməkdən 1-2 saat əvvəl ya da sonra yeməlisiniz.

    3) Çay içmək
    Çay yarpaqları yüksək nisbətdə turşu ehtiva etdiyi üçün yeməklərdən aldığımız zülalları həzm etməyinizi çətinləşdirər.

    4) Kəmər boşaltmaq
    Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların bükülməsinə və bloka olmasına səbəb olar

    5) Yerimək
    İnsanlar ümumiyyətlə yemək yedikdən sonra yeriməyin ömrü uzattığına inanır. Halbuki bu doğru deyil. Yerimək, həzm sisteminin yediyimiz yeməklərdən nutrient mənimsəməməsinə səbəb olar. Yəni yediyimiz yeməyin heç bir mənası qalmaz.

    6) Duş qəbul etmək
    Duş qəbul etmək qan axışını əllərə, ayaqlara doğru çoxaldar və bu da mədənin ətrafındakı qan miqdarını azaldar. Nəticə olaraq, həzm sistemini zəiflədər.

    7) Yatmaq
    Yeməkdən dərhal sonra yatdığımızda, yediklərimizi kifayət qədər həzm edə bilmərik. Bu da bağırsaq iltihablanmalarına və mədə xəstəliklərinə səbəb olur




    Yodun faydası və zərəri

    Əvvəla, onu demək lazımdır ki, yod dəriyə çəkilən zaman bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!
    Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:
    - osteoxondroz (boyun və bel ağrıları zamanı)
    - lyumbaqo (bel ağrıları)
    - işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)
    - nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)
    - soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit
    - mialgiyalar (əzələ ağrıları)
    - hematomalar
    - bağların dartılması
    - oynaqlarda ağrılar
    - əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.
    Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi). Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə. Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.
    Qeyd
    - Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.
    - Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz.








    Yumurtanın faydası və zərəri

    Toyuq yumurtası daim çox xeyirli məhsul sayılıb, lakin müasir dövrün insanları xolesterinin ziyanı haqda düşündükdən, yumurtanın ziyanlı tərəflərinin daha çox olduğunu düşünməyə başlamışlar.
    Bununla da, yumurtanın gündəlik istifadəsinin ziyanlı olduğu irəli sürülür. Bu düşüncələri nəzərə alıb, yumurtanın xeyri və ziyanını tərəziyə qoyub, hansı variantın daha həqiqi olduğunu anlamağa çalışaq...
    Mənfi arqumentlərdən birincisi yumurta sarısının tərkibində olan xolesterindir. Məhz buna görə sağlam həyat sürən insanların çoxu yumurtadan imtina etmişdir. Yalnız, bir çox alimlərin iddiasına görə,gündə 1 yumurta yemək normal sayılır və bu miqdarda olan xolesterin orqanizmə ziyanlı sayılmır.
    İnkinci mənfi arqument uşaqlarda olan allergiya və yumurtada olan salmonella bakteriyası. Bildiyimizə görə allergiya ya 5-7 yaşdan sonra keçir və ya ömürlük qalır. Təbii ki bu müddətə qədər istifadəni saxlamaq məsləhətlidir. Salmonella bakteriyasına gəldikdə isə, ona qarşı toyuqlara peyvəndlər vurulmalıdır. Həmçinin məhz yumurtadan salmonella bakteriyası qazanmamaq üçün bir sıra profilaktik tədbirlər vardır. Birincisi, yumurtanı çiy halda və ya az bişmiş halda yeməmək, hazırlanmadan öncə yaxşı yumaq, qabığı çartlamış yumurtanı bişirməmək və yumurtaya toxunduqdan sonra mütləq əlləri yumaq.
    Mənfi arqumentləri sadaladıqdan sonra, müsbət tərəflərinə nəzər yetirək.
    Məlumdur ki, yumurta müxtəlif xeyirli komponentlərlə zəngindir : zülal, vitamin, minerallar və antioksidantlar. 1 yumurta gündəlik zülal normasının 12%-14% təşkil edir və tərkibinə həmçinin amin turşuları da aid edilir. Vitaminlərə gəldikdə isə, A, D, E, B3, B12, fol tuşusu və xolin aiddir. Həmçinin yod, sink, kalsiy, maqniy, dəmir və fosfor kimi mineral və mikroelementlər də vardır. Toyuq yumurtasının tərkibində həmçinin selen antioksidantı da vardır.
    Bundan belə bəlli olur ki, yumurta yeməklə biz, ürək -damar sistemi xəstəlikləri və qadınlarda döş xərçənginin yaranma təhlükəsini azaltmış oluruq. Toyuq yumurtasında olan madəllər həmçinin saçların qorunması, dərinin qidalandırılması, kəpək və qırışlarla mübarizə aparılması, diş və sümük toxumasının bərkidilməsi, piy və xolesterinin istifadə olunmasına səbəbdir.Bundan əlavə isə görmə qabiliyyətinə yaxşı təsir göstərən bu məhsul, qidalı və azkalorilidir.
    Bu məlumatlardan bəlli olur ki, yumurtanı normal sayda yedikdə əsas mənfi arqument olan xolesterin problemi də problem sayılmır...











    Təbii yağı saxtadan necə seçməli?
    Bunun üçün üçün 3 sadə üsul təklif edilir
    Ən çox istifadə olunan məhsullardan biri olan yağ kütləvi şəkildə saxtalaşdırılır.
    Belə süni yağın əsas hissəsini palma və ya kokos yağı, müxtəlif kimyəvi qatqılar təşkil edir. Təbii ki, belə yağ nəinki orqanizmə heç bir fayda vermir, əksinə sağlamlığa ziyan vurur.
    Bəzən belə saxta yağlar çox "ustalıqla" hazırlanır və xarici görünüşünə və qoxusuna görə onları təbii yağla səhv salmaq mümkündür. Bu halda ev şəraitində çox sadə testlərdən istifadə etməklə yağın saxta olub-olmadığını müəyyən edə bilərsiniz.
    Saglamolun.az xarici KİV-lərə istinadla sizə 3 belə test təqdim edir:
    1. Stəkana qaynar su töküb suya yağın bir tikəsini salın. Təbii yağ bərabər şəkildə əriyin və suya qarışır. Süni yağ isə dərhal kiçik tikələrə ayırmağa başlayır.
    2. Yağı masanın üstündə saxlayın ki, ərisin. Təbii yağ bərabər şəkildə əriyir, həmcins sarı maye əmələ gəlir və xoş qoxu verir. Süni yağ isə əriyəndə içində kiçik dənəciklər olan suya oxşayan maye əmələ gəlir və bu maye spesifik, təbii yağa bənzəməyən qoxu verir.
    Həmçinin təbii yağ əriyəndə onun üzərində su damcıları əmələ gəlmir, marqarinin üzərində isə əmələ gəlir.
    3. Yağı buzxanada dondurun. Buzxanadan çıxmış yağ çox çətinliklə tikələrə bölünür və ovulur. Süni yağ isə asanlıqla tikələrə kəsilir.















    Təbii balı saxta baldan necə ayırd etməli?
    Bal bəşəriyyətə çoxdan məlum olan və dadlı bir təam, həm də dərman kimi istifadə edilən bir məhsuldur. Bal çox qiymətli bir qida məhsuludur. Bal mədədə uzun müddət qalır, bağırsaqdan asanlıqla keçərək limfatik sistemə sorulur, buradan isə qana və toxumalara yayılır. Balın əsas tərkibi insan orqanizmi tərəfindən asanlıqla mənimsənilən qlükoza və fruktozadır. Bunlardan əlavə tərkibində olan vitamin kompleksi, mikroelement, antibakterial maddə, biogen stimulyatorların hesabına balı təbii unikal bir dərman da hesab etmək olar. Balın kimyəvi tərkibi onun hansı çiçəklərdən, hansı ərazidə və ilin hansı fəslində yığılmasından asılı olaraq dəyişir. Baldan həm elmi, həm də xalq təbabətində istifadə edilir.

    Hal-hazırda yeni sort balların işlənməsi üsulları hazırlanmışdır. Bu məqsədlə arıları xüsusi şirintəhər məhlulla qidalandırırlar. Balın bu əldə edilmə üsulu ekspress və ya sürətli üsul adlanır. Bu metodla 85 yeni sort bal əldə edilmişdir: polivitamin, hematogen, südlü, jenşen balı və s. İndi süni bal da sintez edirlər: qarpız, yemiş, qarğıdalı, balqabaq, xurma balı və s. Bu cür balı bu meyvələrin şirələrinin uzun müddət buxarlandırılması yolu ilə əldə edirlər. Təbii ki, bu cür təam həm kimyəvi tərkibinə, həm də müalicəvi təsirinə görə təbii balı əvəz edə bilməz. Təəssüflər olsun ki, hal-hazırda bazarlarda keyfiyyətsiz, saxtalaşdırılmış yalançı ballara da rast gəlirik. Bəs təbii balı saxta baldan necə ayırd etməli:

    Satıcılar çox zaman bala təbii görüntü vermək üçün ona un və ya nişasta qatırlar. Bu da balın dad keyfiyyətinə və kalorisinə mənfi təsir edir. Bunu müəyyən etmək üçün bir qədər balın üzərinə azca distillə olunmuş təmiz su (ev şəraitində qaynadılmış su da olar) əlavə edib qarışdırın. Daha sonra isə bir neçə damcı yod əlavə edin. Əgər maye göyərərsə, deməli balda un və ya nişasta qatqısı var. Əksinə olarsa, deməli qatqı yoxdur. Un və ya nişasta qatqısının olmasını balın yapışqan kimi olmasına və kristallaşmamasına əsasən də bilmək olar. Əgər bal uzun müddətdir qalıb və xarlanma (kristallizasiya) baş verməyibsə, bu bal saxtadır. Ancaq bal xarlanıb, lakin kristallaşma bərabər səviyyələrdə getməyibsə, bu da balın saxtalığına işarədir. Həmçinin təbii bal uzun müddət qaldıqda rəngi tündləşir, konsistensiyası qatılaşır.

    Saxta balın heç bir ətri olmur. Lakin bəzi bitkilərdən alınan balın da ətri olmaya bilər. Məsələn, yağıotu (ivançay) bitkisinin balı.
    Hətta bəzən bala tabaşir də qatırlar. Bunu tərkibdə müəyyən etmək üçün balı bir qədər təmiz suda həll edib üzərinə bir neçə damcı sirkə damızdırın, əgər məhlul qaynamağa, köpüklənməyə başlayarsa, bu tərkibdə tabaşirin olmasını göstərir.
    Balı təmiz suda həll edin, əgər çoxlu çöküntü yaranarsa, bal saxtadır. Təbii balda çox cüzi çöküntü ola bilər.
    Təmiz təbii bal köpüklənməməlidir, əgər köpüklənirsə, bu balın tam yetişmədiyini və turşuduğunu göstərir.
    Balın su ilə 5-10%-li məhluluna AgNO3 (gümüş-nitrat) məhlulu tökdükdə ağ çöküntü verərsə, bu balın tərkibində şəkər şərbətinin olduğunu göstərir.
    Təbii balda su olmamalıdır. Bunu müəyyən etmək üçün bala bir tikə çörək salın və 10 dəqiqə gözləyin. Əgər çörək yumşalarsa, balın tərkibində deməli su var, yox əksinə olaraq bərkiyərsə, onda bal təbiidir.
    Baldan bir qədər götürüb onun axıcılığına fikir verin, əgər bal yavaş-yavaş axırsa, axını həmcins olub heç yerdə qırılmırsa, bu bal təbiidir.
    Balın içərisinə nerj materialından olan bir məftil (naqil, dəmir çubuq) salın, məftili geri çəkdikdən sonra məftilin üzərində bal qalıbsa, bal saxtadır.
    Barmaqlarınıza bir qədər bal yaxıb saxlayın, saxta bal əldə yapışqanlılığını tez itirir, təbii bal isə uzun müddət saxlayır.










    Bu qidaları başqa nə iləsə (birgə) yemək olmaz -Əks halda... zərərini görərsiz

    Yemiş və banan
    Yemiş və çörək
    Ət və çörək
    Süd və şörək (xörək)
    Banan və çörək
    Birlikdə yeyilə bilməz
    Yəni bu məhsullar tək halda yeyilməlidir.
    Dietoloqlar südü təbii halından daha çox, onun qatıq, ayran, pendir formasına salınmış məhsulları şəklində qəbul etməyi uyğun bilirlər.

    (Nişi və davamçısı Şilton düşünür ki, ət bol zülal olduğu üçün, çörək isə zəngin karbohidrogen bazası olduğu üçün onlar birgə yeyilməz).








    Qoz pərdəsi ilə araq cövhərinin hazrlanma qaydası ilə tanış olun

    İnqrediyentlər:
    Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər.
    Qoz pərdələrini tünd rəngli şüşə bankaya tökün, sonra üzərini örtəcək qədər araq əlavə edin. Bankanın qapağını kip bağlayın və qaranlıq yerdə saxlayın. 14 gün ərzində qoz pərdəsinin dəm almasını gözləyin. 2 həftə sonra arağı süzmək lazımdır.

    5-6 damcı cövhəri 2 xörək qaşığı qaynanmış su ilə qarışdırıb istifadə edib. Bu cövhərlə müalicə müddəti 3 həftədən 3 aya qədərdir.
    Faydaları


    Oynaq ağrılarına və radikulit ağrılarına üstən kompress qoyulur. Şəkərli diabetə, Zoba, Yaddaşın möhkəmlənməsinə, Baş ağrılarının kəsməsinə, Əsəb gərginlliyinin azalmasına kömək edir.
    p.s. Faydalı xassələrinə baxmayaraq, cövhər, psoriaz, mədə xorası, bağırsaq xəstəlikləri zamanı bu məhluldan istifadə zərərlidir.


    p.s. Madam ki, “faydalı”, müalicəvi araqdan söhbət düşdü, gəlin spirtli içkilərin faydalı və zərərli cəhətlərini yada salaq.











    SPİRTLİ İÇKİLƏR
    (faydası və zərəri haqda)

    Adətən, “içki” deyərkən spirtli, alkolllu içkilər nəzərdə tutulur.
    Hazırda dünyada onlarla populyar və nadir içki növü var.
    Birinci qismə araq, arrak, konyak, şərab, rom, tekila, cin, likyor, şampan, bermut, pivə və sair aid edilə bilər.

    Nisbətən az istemal olunan içkilərə isə burbon, sidr, tarasun, absent, assu, madera, malaqa və s. aid edilə bilər.

    Spirtli içkilərin qiyməti də onların keyfiyyət və qablarının dəyərindən asılı olaraq müxtəlif olur. Məsələn, 1989-cu ildə bir şüşə «Chateau Lafitte-Rothschild» içkisi Tomas Fobsun hərracında (“Fobs” jurnalının naşiridir) 156 000 $-a satılıb.
    Başqa bir misal. «Cabernet Sauvignon Capsule» növündən olan şərab «Penfolds» şirkətinin dəstəyi ilə dünyanın istənilən nöqtəsinə 180 000 dollara çatdırılır.
    «Revelation» seriyasından olan «Bombay Sapphire» cinlərinin qiyməti nə az-nə çox 200 000 $-a başa gəlir.
    Dünyada ən bahalı şampanskinin qiyməti 275.000 dollar qiymətləndirilib.
    Məşhur “Diva” arağının qiyməti də fantastikdir: Bu içkinin qiyməti 3 700 dollardan başlayır 1 060 000 dollarda başa çatır.
    «Henri IV Dudognon Heritage» konyakının qiyməti 2 milyon dollardır. Qabının üzərində 8500 brilyant qaş olan «Isabella’s Islay» vikisi 6,2 milyon qiymətə satılır.
    «D’Amalfi Limoncello Supreme» adlı likyör isə cəmi iki dəfə istehsal olunub. Qablardan biri satılıb, biri qalıb. Öz alıcısını gözləyən içkinin qiyməti 43 milyon dollardır.
    Uzun sözün qısası, içkilərin qiyməti aid edildikləri brenddən asılı olaraq, bir neçə sentdən başlayır və bir neçə milyon dollarda bitir.
    Yaxşı, indi başqa bir məsələni araşdıraq.
    Necə və nə qədər içməli?
    Əvvəlcə içkinin “faydası” haqda bir neçə kəlmə. Bəribaşdan deyə bilərik ki, müəyyən situasiyalarda içkilərin təsiri olur. Amma ən yaxşısı içməməkdir. Onun zərəri haqda bir qədər sonra söhbət gedəcək. İndiki halda içməyin ümumi qaydası haqda bir neçə kəlmə.
    İçkiləri hansı ardıcıllıqla qarışdırmaq olar?
    Adamların tezliklə sərxoş olmasına «kömək» edən qazlı içkilər: şampan və pivədir. Qazlı alkoqolu başqa spirtli içkilərlə qarışdırmağı məsləhət bilmirlər. Belə qarışıq orqanizm tərəfindən tez sorulur, onların orqanizmdən kənarlaşmasına isə xeyli vaxt tələb olunur, bunun üçün içkinin bir növünün içilməsini tövsiyə edirlər.
    Əgər siz uzun müddət ayıq qalmaq istəyirsinizsə, məclis boyu yalnız bir içki növü seçin (məsələn, çaxır). Əgər siz məclisdə təkcə araq içməyi nəzərdə tutmusunuzsa, onda heç də fikrinizi dəyişməyin. “Pivə ilə araq” kokteyli adamı dərhal haldan salır, hətta içkinin dərəcəsini artırmaqla: birinci pivəni, sonra arağı içsək belə. İçkinin dərəcəsini artırmaqla sərxoşluq simptomu olan süstləşmənin aradan götürülməsi əfsanəsi tamamilə əsassızdır. Spirtli içkilərin hansı ardıcıllıqla içilməsinin heç bir fərqi yoxdur, ən başlıcası normadan artıq istifadə etməməkdir, yəqin ki о da təcrübə yolu ilə hesablanmışdır. Təbii çaxır orqanizmə çox az zərər vurur, nəinki. «təmiz» araq. Bu nöqteyi-nəzərdən, distillə yolu ilə alınmış spirtli içkilər: viski, konyak, brendi, çaça təbii mikroqarışıqların hesabına az zəhərlidir və orqanizmi təmiz alkoqolun təsirindən müdafiə edir.
    Məclisdə çoxlu miqdarda spirtli içkilərin içilməsi, bəzilərinin yuxulamasına, digərlərinin isə ətrafdakılara problem yaratmasına gətirib çıxarır. Bu, nəyə görə belə olur? Axı, eyni cür içkilər içilir: alkoqol qara ciyərə təsir edir və onun funksiyası təkcə zəhərli maddələri süzməsində deyil, həm də hormonların dağıdılması prosesindən ibarətdir. Spirtin təsiri altında qara ciyərin hormonları dağıtması funksiyası «dayanır» və onlar tezliklə qanda toplaşaraq, beyini fəallaşdırır. Nəticədə emosional vəziyyət güclənir və adam necə deyərlər, «dayana» bilmir. Əgər о adam bir az da olsa həmsöhbətindən razı deyilsə, içkini «ürəyincə» qəbul edib, öz düzgünlüyünü istənilən “ağlınagələn” üsulla sübut edəcək.
    Başqa tərəfdən, alkoqol beyinə təsir göstərərək, orqanizmi «dayanmağa» məcbur edir. Bunun baş verməsi tez və yaxud gec ola bilər.






    Araq haqqında

    1.Sakitləşdirir, stresi azaldır
    Digər alkoqol içkilərinə nisbətən araq stresi, gərginliyi daha tez və yaxşı götürür. Əgər işdə, həyatda ciddi stress vəziyyəti ilə üz-üzə gəlmisizsə və neqativ təsiri azalda bilmirsizsə, şərab, çaxır yox, bir qədəh araq içmək olar. Bu, sizin xeyrinizədir.
    2.Mikrobları öldürür
    Araqda olan 40% spirt mikrob və zərərli bakteriyaların olduğu zülalları çevirmək qabiliyyətinə malikdir. Eləcə də araq içmək orqanizmi susuzlaşdırır ki, bu da bakteriyaların xoşuna gəlmir. Düzdür, bu effekt dezinfeksiyaedici maddələrdən imtina etməyə əsas vermir, lakin əl altında bir şey olmadıqda daxilə bir qədəh araq qəbul etmək, eləcə də xaricə araq çəkmək və kompreslə mikroblarla mübarizə apara bilərsiz. Araq həm də ağrıkəsicidir.
    3.Tromb yaranmasına qarşıdır
    Arada az miqdarda təmiz araq içmək, qan dövranını yaxşılaşdırır, damarlarda tromb əmələ gəlməsini əngəlləyir. Bu isə ürək-damar problemləri üçün yaxşıdır. Eləcə də araq zərərli xolesterini təmizləyir.
    4.Qanda şəkəri salır
    Orqanizmə düşən kimi araq ilk növbədə qanda şəkər işlənilir. Qaraciyər qlükoza hasil etmir, ona görə qana şəkər sıçramır. Xüsusən acqarına olduqda bu daha effektli olur.
    5.Ağızdakı pis qoxunu aparır
    Arağın antiseptik xüsusiyyəti ağız boşluğundakı bakteriyaları öldürür. Ona görə xaricdə tərkibində araq və darçın olan ağız yaxalayıcı maddə satılır. Amma əvəzində araq içənin ağzından araq iyi gəlir. Buna da hazır olmaq lazımdır.
    6.Yağlı dərilər üçün tonikdir
    Araq qurudur, susuzlaşdırıcıdır. Ona görə, həssas və quru dərilər üçün olmaz. Yağlı, səpkili, akneli dərilər üçün əladır və məsamələri təmizləyir
    7.Saçları kəpəkdən təmizləyir
    Araq baş dərisində kəpəyi təmizləyir. Ona görə losyon kimi başa çəkmək olar.
    8.Toksinləri zərərsizləşdirir
    Orqanizmin daxilinə müxtəlif xarici təsirdən düşmüş zərərli toksinləri zərərsizləşdirir, bir növ, absorbizasiya edir. Ona görə, mədə-bağırsaq pozulması və zəhərlənməyə şübhələndikdə, arağı duzla qəbul edin.
    9.Seksual iştahı artırır
    Yeməkdən əvvəl cəmi 50 qr araq həm iştahı, həm də intim arzunu gücləndirir. Ona görə olmayanda, araq Viaqranı da əvəz edə bilər.
    Lakin buna da çox aludə olmayın. Çünki getdikcə asılı ola bilərsiz.
    10.Virus, qrip və bogaz şişəndə
    Mövsüm virus xəstəlikləri, qrip, soyuqdəymədə ilk başda bir qədəh arağa bir az qırmızı istiot səpib içmək, bogazı və burunu dezinfeksiya etmək əla effekt verir.
    Bu bəndləri saymaqla, fikrimiz sizi arağa bağlamaq deyil. Amma artıq içiləndə su da zərər verdiyi kimi, az və yerində içiləndə araq da fayda verir prinsipi ilə yaşasanız, sağlam olarsız

    Araqdan hazırlanan faydalı məhsul (tibbi spirt də istifadə etmək olar)
    Hazırlanması:
    Qoz pərdələrini tünd rəngli şüşə bankaya tökün, sonra üzərini örtəcək qədər araq əlavə edin. Bankanın qapağını kip bağlayın və qaranlıq yerdə saxlayın. 14 gün ərzində qoz pərdəsinin dəm almasını gözləyin. 2 həftə sonra arağı süzmək lazımdır.

    5-6 damcı cövhəri 2 xörək qaşığı qaynanmış su ilə qarışdırıb istifadə edib. Bu cövhərlə müalicə müddəti 3 həftədən 3 aya qədərdir.
    Faydaları
    Oynaq ağrılarına və radikulit ağrılarına üstən kompress qoyulur.
    Şəkərli diabetə, Zoba, Yaddaşın zəifləməsinə, Baş ağrıları, Əsəb gərginlliyi

    Zərərləri
    Faydalı xassələrinə baxmayaraq, cövhər, psoriaz, mədə xorası, bağırsaq xəstəlikləri zamanı bu məhluldan istifadə zərərlidir.









    Konyak haqda

    Konyakın faydalı xüsusiyyətləri
    Heç bir spirtli içki orqanizm üçün faydalı ola bilməz. Yanlız konyak orqanizm üçün müalicə və profilaktika xarakteri daşıya bilir. Az miqdarda konyak içmək arterial təzyiqin az miqdarda yüksəlməsinə, baş ağrılarının yox olmasına və zəifliyin aradan qalxmasına səbəb olur. Konyakın tərkibində çoxlu bioloji maddələr var. Bu maddələr iştahanın artmasına və mədə fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Soyuqlama zamanı bir stəkan qaynar çaya bir çay qaşığı konyak əlavə edib içmək çox faydalıdır. Bu immuniteti artırır və soyuqlama xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Soyuqlamalar zamanı az miqdarda konyaka zəncəfil qarışdırıb içmək orqanizmi isidir və sağalmanı sürətləndirir. İsidilmiş konyakla boğazı yaxalamaq infeksiya əlamətlərinin aradan qalxmasına səbəb olur. Konyaka bal və limon əlavə edib içdikdə yüksək tempratur aşağı düşür. Bronxit və laringit zamanı, yuxusuzluqda, əsəb gərginliyində, yorğunluqda az miqdarda konyak içmək çox faydalıdır.
    Kosmetologiyada da konyakdan geniş istifadə edilir. Qara nöqtələri konyakla silməklə onlardan xilas olmaq mümkündür. Mütəmadi olaraq dərini konyakla silmək səpgilərin əmələ gəlməsinin qarşısını alır. Konyaka süd, gil əlavə edərək ağız və göz bölgələrinə sürtmək və 20-25 dəqiqə saxlamaq dərinin rahatlanmasına səbəb olur.
    Konyakın zərərli xüsusiyyətləri
    Digər spirtli içkilərdən fərqli olaraq konyakın orqanizmə az zərəri var.
    Həddindən çox konyak içmək alkoqolizmə səbəb olur. Öddaşı, yüksək təzyiq, şəkəri diabet və aşağı təzyiqdən əziyyət çəkənlərə konyak içmək məsləhət görülmür. Qeyd etmək lazımdır ki, yanlız keyfiyyətli konyak orqanizmə müalicəvi təsir bağışlaya bilir.







    Qırmızı şərab haqda
    O, ölüm riskini azaldır...
    Hər gün ortalama bir qədəh 22-32 qram alkoqol tərkibli qırmızı şərab qəbul etmə ölüm təhlükəsindən qoruyur. Fransa, Böyük Britaniya, Finlandiya və Danimarkada aparılan araşdırmalar şərabın orta istehlakının pivə və ya araqdan daha faydalı olmasını sübut etmişdir.

    Alkoqollu və ya alkoqolsuz qəbul edilən qırmızı şərab siqaret çəkilməsinin ürəkdəki əsas hüceyrə təbəqəsində və arteriyalardakı ziyanverici effektini aradan qaldırır.

    Qırmızı şərab antitromb xüsusiyyətə malik olmaqla, qanın yüksək həddə laxtalanmasının qarşısını alır, onun normada qalmasına kömək edir. Bu səbəbdən, yüngül və orta dərəcəli qırmızı şərab istehlakçıları normal həddə qan laxtalanmasına səbəb olan aşağı səviyyəli protein fibrinogen səviyyəsinə malik olurlar.
    Tibb alimləri müəyyən etmişlər ki, qırmızı şərab aşağı sıxlıqlı lipoprotein xolosterinin istehsalını azaltmaqla koronar ürək xəstəliyi riskini minimuma endirir.

    Qırmızı şərab istehlakı böyrək daşının formalaşması riskini azaldır, böyrəyin normal fəaliyyətinin saxlanılmasına kömək edir.

    Qırmızı şərabdakı alkoqol və polifenollar damar tonunun tənzimlənməsində mühüm rol oynayan əsas kimyəvi refinant amil olan nitrik oksidin (NO) meydana gəlməsini sürətləndirərək qan damarlarını sağlam saxlayır.
    Yeməklə qəbul edilən 2 qədəh qırmızı şərab (250 ml) hipertoniyalı insanlarda yeməkdən sonra qan təzyiqinin qalxmasına mane olur.

    Orta həddə qırmızı şərab istehlakı alzaymer xəstəliyi riskini azaldır, ilkin mərhələsində onun inkişafının qarşısının alınmasında mühüm rol oynayır.


    Likör haqda

    Likör meyvə tərkibli, şirin alkohollu içkidir. O 16-50* sərtlikdə və meyvə dadına malik olur. Likörün ilk dəfə nə zaman meydana gəldiyi məlum deyil. İlk likörün Fekam şəhərində bir monarx tərəfindən hazırlanması barədə söyləntilər var.
    Llikörün tərkibində az miqdara spirt və meyvə dadının olmasına görə o yarandığı dövrdən uzun illər aristoktarlar içkisi hesab olunub. Likörün müxtəlif cür hazırlanma texnologiyası var.
    * Bitki tərkibli spirt və ya brendi bir neçə ay dincəlməyə qoyulur.
    * Sitrus meyvə və ya giləmeyvədən əldə edilmiş içki filtirasiyadan keçirilir.
    * Spirt tərkibli sirop hazırlanır, tərkibinə şəkər tozu əlavə edilir. Şəkər tozunun çox olması likörün çox şirin olmasına səbəb olur.
    * Meyvə siropu və spirtli qarışım eyni qabda qarışdırırlır, filtirasiya edilir və şüşələrə doldurulur.
    Müalicə məqsədilə təbii yollarla hazırlanmış likördən istifadə edilir. Bu yolla hazırlanmış likörün tərkibində süni rəngləndiricilər olmur.
    Bütün növ likörlər soyuqlama xəstəliyinin əlamətlərini aradan qaldırmaqda kömək olur. Tərkibi limonlu, portağallı, ballı və nanəli likörlər orqanizmin immunitetini qaldırır və müalicəvi təsirə malikdir. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı likörü hamamda istifadə etmək çox faydalıdır. Bu zaman likörü hamamdakı qaynar daşın üstünə sıçradaraq par əmələ gətirmək lazımdır. Bu zaman bitkilərdə olan efir yağları par vasitəsilə tənəffüs yollarına daxil olaraq müalicəvi təsir göstərir. Gün ərzində az miqdartda likör içmək qan damarlarındakı piy hissəciklərinin əriməsinə səbəb olur.Likörün müalicəvi tərkibi onun tərkibindəki meyvələrdən asılı olur. Ən yaxşı müalicəvi likör moruq likörüdür.






    Pivə haqqında

    Tərkibində probiotik olan pivənin insan orqanizminə faydası
    Pivənin yaşı təxminən 4 min il əvvələ gedir və bu içkinin Şumer reseptinə əsasən hazırlandığı deyilir. İnsan sağlamlığı üçün o qədər də yaxşı olmadığı deyilən bu spirtli içki bu gün də populyardır.
    Sağlam bağırsağın həm fikizi, həm də zehni baxımdan insanın sağlamlığında oynadığı rolu ilə bağlı sübutlar getdikcə artır. Buna görə də bağırsağın sağlam olması üçün alimlər probiotik adlanan canlı bakteriyaları pivə də daxil olmaqla, müxtəlif ərzaqlara qatır.
    1. Pivədə duz-natrium da çox olduğuna görə ürək xəstələri pivəni duzlu balıq və ya duzlu məhsullarla qəbul etməməlidir.
    2. Pivənin tərkibində olan limon və askorbin turşusu sidiyi çoxaldır, bununla da böyrəklərdə və sidik kisəsindəki qumu, xırda daşı, çöküntünü yuyub aparır.
    3. Pivədə olan fenol birləşmə tromb yaranmasının qarşısını alır, lipid mübadiləsini tənzimləyir, insanı infarkt və insultdan qoruyur.
    4. Pivədə olan qaz mədə şirəsi sekresiyasını artırır, əzələ, qaraciyər, ağciyərlərdə qan dövranını yaxşılaşdırır.
    5. Sakitləşdirir, yuxu gətirir – pivədə olan xmel ekstraktı əsəblərə sakitləşdirici təsir edir.
    6. Dəriyə, orqanizmə cavanlaşdırıcı təsir göstərir, köpüyü qırışları azaldır. Saçları gücləndirir, yumşaldır, uzadır.
    7. Sümüklərin möhkəmliyini, oynaqların elastikliyini artırır
    8. İnfeksiya və bakteriyalarla mübarizə aparır. Hətta qədim vikinqlərin sağlamlıq iksirində 0,5 litr filtrə olunmamış pivə vardır.
    9. Xərçəngdən də qoruya bilir. Bunu Yaponiyanın radioloji institutunun alimləri sübut edib ki, pivədə olan flavonoid kanserogen maddələrə və şiş hüceyrələrinə təsir edərək, onları zərərsizləşdirir.
    10. Təzyiqi normallaşdırır. Yüksək təzyiqi olanlar şirin kokteyl, şirə və şərab əvəzinə pivə içsə təzyiqi qalxmaz.
    Bu faydalarına, eləcə də qadın hormonlarını artırdığına görə, pivəni qadınlar da içə bilər.
    Amma pivə o halda faydalıdır ki, sutkalıq normanı aşmayacaqsız.
    Pivə insanı kökəldir, çünki iştahı artırır.
    Pivəni sərinləmək məqsədilə içmək olmaz. Əksinə o orqanizmi susuzlaşdırır, sidiklə mineralları yuyub aparır.
    Müalicə və fayda üçün yaxşı növ, keyfiyyətli pivə seçib, az miqdarda içməlisiz











    Şampanski haqqında


    Şampansk qan dövranını aktivləşdirir, həzmə kömək edir. Adətən şampanski 12 dərəcəlik olur. Bir füjer şampansk daim faydalıdır. O, az miqdarda qəbul edilərkən yaddaşın möhkəmlənməsinə, bədəndə xolesterinin azalmasına kömək edir. Şampanla yuyunma dərini təravətli saxlayır.
    Şampandan çox istifadə etmək yaddaşı sıradan çıxarır, gözü zəiflədir, mədədə problem yaradır.
    Yalnız bir bakal şampansk qəbul etmək kifayətdir. Bu, hər birinizin əhvalına xoş təsir göstərər.










    Viski haqqında


    Xərçəngə mübtəla olma ehtimalını azaldır. Bu iddianı son vaxtlar İsrail alimləri irəli sürüblər.
    Bir sözlə,

    Sən normada qəbul etsən viskini,
    Azaldarsan xərçəng olmaq riskini.
















    Spirtli içkini az miqdarda qəbul etmək diabet riskini xeyli dərəcədə azaldır
    Danimarkalı tədqiqatçılara görə, həftədə 3-4 dəfə alkoqol qəbul edən insanda heç vaxt içməyən insanla müqayisədə 2-ci tip şəkərli diabetin inkişaf etməsi ehtimalı daha az olur.
    Qanda şəkərin səviyyəsinin tənzimləməsində rol oynadığına görə şərab bu məsələdə daha faydalı sayılır, Diabetologia nəşrində dərc olunmuş tədqiqatın nəticələrində deyilib.
    Tədqiqatçılar 70.000-dən çox alkoqol qəbul edən insanı müşahidə edərək, onların nə qədər və neçə dəfə spirtli içki içdiklərini qeydə alıb.
    Ekspertlər xəbərdarlıq edir ki, tədqiqatın nəticələrini məsləhət görüləndən daha çox spirtli içki içməyə "yaşıl işığın" verilməsi kimi başa düşmək səhv olardı.
    İngiltərənin Public Health England saytı xəbərdarlıq edib ki, spirtli içkilər xərçəng, ürək və qaraciyər xəstəlikləri kimi bəlaların səbəbkarlarından biridir.
    Tədqiqatçılar beş ilə yaxın müddət ərzində diabet xəstəsi olan 859 kişi və 887 qadını müşahidə ediblər.
    Nəticələrə görə, alkoqolun heç də bütün növləri eyni təsirə malik deyil.
    Şəkər səviyyəsinin tənzimlənməsində rol oynayan polifenollarla zəngin olduğuna görə şərabın, xüsusilə də qırmızı şərabın, daha faydalı olması qeyd olunub.
    Qadınlarda yüksək dərəcədə alkoqol qəbulu diabet riskini artırıb, lakin kişilərə təsir etməyib.

    İndi isə başlayaq spirtli içkilərin həddən çox qəbulunun gətirdiyi bəlalardan danışmağa.





    SPİRTLİ İÇKİLƏRİN (o cümlədən arağın) ZƏRƏRLİ TƏSİRİ

    Yuxarıda spirtli içkilərin faydalı cəhərləri göstərildi. Lakin bu deyilənlərdən elə nəticə çıxarmaq olmaz ki, içkilərin yalnız faydası var. Xeyr. İçməməyin faydası daha çoxdur.
    Əvvəla, bilmək lazımdır ki,
    1.Çox qəbul edilən spirtli içkilərin beyinə mənfi təsir göstərir:
    Bəzən beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub, qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına, bədən üzvlərinin iflic vəziyyətinə düşməsinə səbəb olur.
    2. Spirtli içkilərin əsəb sisteminə mənfi təsiri:

    Spirtli içkilər müxtəlif xəstəlilkərin, o cümlədən əllərdə və ayaqlarda titrəyişlərin yaranmasına, bədən üzvlərinin nəzarət altına alınmasında bacarıqsızlığa, zahiri və batini hiss orqanlarının zəifləməsinə, ifrat dərəcədə yuxusuzluğa və qarışıq yuxular görməyə səbəb olur.

    3. Spirtli içkilərin mədəyə təsiri:
    Spirtli içkilər dilin hissiyatını və dadbilmə qabiliyyətini təsirdən salır, ağız şirəsini azaldır və onu normal haldan çıxarır. Eləcə də mədə və bağırsaqlarda müxtəlif xəstəliklər törədir, mədənin həddindən artıq genişlənməsinə, bağırsaqlarda qaşınmaya, həzm sistemində iltihabın yaranmasına səbəb olur. Böyük bağırsağa xəsarət dəyməsi nəticəsində güclü ishal və ya ifrazatın qarşısının alınması kimi xəstəliklər spirtli içkilərə adət edən şəxslərdə çox müşahidə olunur.

    4. Spirtli içkilərin qaraciyərə təsiri:


    Spirtli içkilər qaraciyəri zəiflədir, onda müxtəlif şişlər əmələ gətirir. Onun zəifləyib öz funksiyasını itirməsi nəticəsində qarın tərəfdən müəyyən ağrılar, narahatçılıqlar baş verir. Əksər hallarda spirtli içkilər içən şəxslərdə sarılıq xəstəliyi əmələ gəlir ki, onun da mənfi təsirləri barədə çox danışmaq olar.

    5. Spirtli içkilərin qan dövranına təsiri:
    Əsas etibarilə ilə spirt orqanizmdə məsrəf olunmadığından, mədəyə daxil olan kimi, birbaşa qana keçir və ondakı ağ qan cisimciklərini aradan aparır. Azacıq təzyiq belə infarkta səbəb olur.

    6. Spirtli içkilərin tənəffüs orqanlarına təsiri:
    Spirtli içkilərin tənəffüs orqanlarında yaratdığı xəstəliklərin ən güclüsü - sel və təngnəfəslikdir. Çünki, spirt qana daxil olandan sonra, ağ ciyərə gəlib çatır və onun vəzlərini təhrik edərək, şişlər əmələ gətirir. Bu təhrik bədəndə olan kalsiumu aradan aparır, ağ ciyərin funksiyasında nasazlıqlar yaradır və bu da sel kimi xəstəliklərlə nəticələnir.

    7. Spirtli içkilərin böyrəklərə təsiri:

    Mövcud faktlara əsasən, böyrək xəstəliklərinin 90%-i spirtli içkilərin təsirindən yaranır. Çünki, spirtli içkilər ifraz olunan zaman sidik kisəsini təhrik edir və müxtəlif narahatlıqlar yaradır. O cümlədən də, sidiyin saxlanmaması xəstəliyi buna misal ola bilər.

    8. Spirtli içkilərin ürəyə təsiri:
    Spirtli içkilər qan dövranına təsir qoyduğundan, yavaş-yavaş orqanizmdə maddələr mübadiləsini və hüceyrələrin qidalanması prosesini ləngidir, ürəyin ətrafında çoxlu piy əmələ gəlir. Bu da onun işinin ağırlaşmasına səbəb olur, ürəyin həcmi artaraq döyüntüləri zəifləyir. Buna görə də spirtli içkilərə adət edən şəxslərin nəbzi adətən yavaş vurur, bəzi hallarda isə anormal olur.

    9. Spirtli içkilərin psixikaya təsiri:
    Spirtli içkilər psixi xəstəliklərin əsas amilidir. Psixiatrik xəstəxanalardaki faktlar göstərir ki, psixiatrik xəstələrin əksəriyyəti ömürlərinin çox hissəsini alkoholluqla keçirənlərdir. Fransada həkimlərin apardığı araşdırmalarda 200 000 nəfərin spirtli içkilər nəticəsində psixi xəstəliyə mübtəla olduğu məlum olmuşdur. İngiltərə alimlərinin apardığı tədqiqatlar nəticəsində sübuta yetmişdir ki, dəliliyin təqribən 80%-i spirtli içkilərdən əmələ gəlmişdir.

    10. Spirtli içkilərin insan nəslində təsiri:
    Spirtli içkilər insanın spermatozoidlərinədə və onları istehsal edən hüceyrələrdə xoşagəlməz təsirlər qoyur. Almaniyalı həkimləri sübut etmişlər ki, spirtli içkilərin acınacaqlı təsirləri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir. Spirtli içkilərə qurşanan şəxslərin nəsli azalaraq tamamilə kəsilə bilir. Amerikalı alim doktor Nalin deyir ki, bir sağlam kişidən orta hesabla on bir övlad sağlam əmələ gələ bilər. Halbuki, spirtli içkilərə qurşanan şəxsdən 1-3 nəfər belə sağlam övlad əmələ gəlmir. Əmələ gələn övladlar da müxtəlif ruhi və fiziki xəstəliklərə, o cümlədən infarkt, əsəbilik, dəlilik, əql qüvvəsinin normal inkişaf etməməsi, qan azlığı və sair kimi xəstəliklərə düçar olur, daim ruhi və fiziki çatışmamazlıqlardan əziyyət çəkirlər.
    Dünya Səhiyyə Təşkilatının malumatına görə alkoholdan sui-istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur (birinci yerdə ürək-damar xəstəlikləti, ikinci yerdə isə onkoloji xəstəliklərdir). Alkoholiklər içməyənlərə nisbətən 15 il az yaşayır. Onların yalnız 25%-i 50 illik sərhəddi keçir.

    Deyilənlərdən belə qənaətə gəlmək olar ki, spirtli içkilərdən çox az miqdarda istifadə etmək lazımdır.

    P.S.
    Kirabda xarici mətbuatdan tərcümə edilmiş materiallarla yanaşı, tez-tez yerli mediada dərc edilmiş yazılara da müraciət olunmuşdur. Bu baxımdan tərtibçi yeri gəldikcə saglamolun.az, regionxeberleri.com, metbuat.az, Milli.Az , SaqlamHeyat.az, aile.fenomen.az, qaziler.az,
    Xanim.Net, Day.Az, sonxeber.az, anons. medicina.az, publika.az saytlarının, "Ekspress", “Ədalət”, “Palitra” qəzetlərini, “Qanun” və Herba Flora jurnallarının, habelə bir çox digər informasiya vasitələrinəin materiallarına isnad və istinad etmişdir..



    Firuz Mustafa
    Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin
    natamam siyahısı
    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    nasir, dramaturq, filosof
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi

    Bioqrafiyası
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi iyun ayının 30-u göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Dövlət Pedaqoji Universitetinin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru olmuşdur. O, 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərində fəlsəfə, fəlsəfə tarixi, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr oxumuşdur.
    Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s.), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа 100-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа AYB Dramaturgiya sektorunun rəhbəri, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, habelə Qafqaz Yazıçılar Klubunun üzvüdür.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər.
    Firuz Mustаfаnın əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.








    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    İki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı

    Firuz Mustafanın
    Azərbaycan teatrlarında tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Qadın həsrəti”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı (“Musiqili məktublar” pyesi əsasında)
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “İfritə”- Tədris Teatrı
    • “Marian çökəkliyi”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • “Safari”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Müqəvva”- (festival üçün monotamaşa)- Azərbaycan Dövlət Akademik Rus dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
    • “Müqəvva”- Rus Dövlət Dram teatrı
    • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

    Firuz Mustafanın
    xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • “Neytral zona” (“Terefsiz Bölge”)- Trabzon Sənət Teatrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
    • "Ağıllı adam" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)










    Firuz Mustafanın elmi və bədii əsərləri
    (biblioqrafiya)


    Еlmi əsərləri:
    • "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)






    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
    • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
    • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
    • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
    • “On pyes”. (GreenPrint House” , 2021
    • “Poetik tərcümələr” - (“Renessans-A” nəşriyyarı, 2021)
    • “Məruzə”.Bioqrafiya.Biblioqrafiya (“Renessans-A” nəşriyyarı, 2024)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

    *Seçilmiş əsərləri (40 cilddə) (“Ekoprint”) nəşriyyatı, 2018)

    *“Gündəliklər” (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2024)

    *Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)


    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
    • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)

    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
    • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusiyada nəşr olunmuş kitabları:

    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

    Türkiyədə nəşr olunmuş kitabları:
    “Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
    “Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

    İranda çap olunmuş kitabları:
    “QAPI” romanı (Sona.Tehran., 2000)
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

    Firuz Mustafaya
    həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu)
    (2012)
    • Sabir Bəşirov. “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    *Firuz Mustafanın yaradıcılığına həsr edilmiş monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)


    MÜNDƏRİCAT:

    Tərtibçidən
    s.03
    NƏ EDƏK, XƏSTƏLƏNMƏYƏK
    Ağ ciyər xəstəliklərinin müalicəsi
    s.07
    Arıqlamaq. Bu, mümkündür.
    s.10
    Astmanın müalicəsi
    s.14
    Ağ saçlarla vidalaşmaq
    s.16
    Alın qırışlarını yox etmək
    s.17
    Ağız qoxusundan xilas olmaq üçün...
    s.18
    Ayaq şişirsə nə etməli?
    s.20
    Arı sancması zamanı nə etməli?
    s.22
    Baş ağrısının müalicəsi
    s.24
    Bağırsağın təmizlənməsi
    s.25
    Boğaz ağrısının müalicəsi
    s.29
    Babasildən xilas olmağın yolu
    s.34
    Böyrəklərin təbii yolla təmizlənməsi
    s.36
    Burun tıxanmasının təbii yolla müalicəsi
    s.40
    Bəlğəmgətirən və sinə iltihabını təmizləmək vasitələri
    s.42
    Cavan qalmağın yolları
    s.45
    Cinsi zəifliyin müalicəsi
    s.48
    Çibanın müalicəsi
    s.50
    Damağın müalicəsi
    s.54
    Dəmirovun müalicəsi
    s.57
    Dərinin sağlamlığı üçün nə etməli?
    s.61
    Duzlardan azad olmaq üçün nə etməli?
    s.64
    Dəridəki ət xallarını yox etməyin qaydası-
    s.66
    Gözaltı torbalardan necə xilas olmalı?
    s.67
    Gözün müalicəsi
    s.69
    Kəpəkdən necə xilas olmalı?
    s.74
    Oynaq ağrılarından xilas edən təbii vasitələr
    s.75
    Ödün müalicəsi
    s.77
    Öskürəyi necə kəsməli?
    s.80
    Revmatizmin müalicəsi haqda
    s.84
    Qan azlığının müalicəsi
    s.85
    Qəbizliyin aradan götürülməsi üçün nə etməli?
    s.87
    Qaymoritin (haymoritin) müaiıcəsi
    s.89
    Qulaq ağrısının müalicəsi
    s.91
    Qara ciyərin və ödün müalicəsi
    s.92
    Qara ciyərin təmizlənməsi qaydası
    s.89
    Qarın işləməsi (ishal)
    s.97
    Piylərdən azad olmağın yolu nədir?
    s.100
    Təngnəfəslik və onun müalicəsi
    s.101
    Təzyiq xəstəliyinin müalicəsi üçün
    s.105
    Üzdəki ləkələrin müalicəsi haqda
    110
    Ürək-damar xəstəliklərinin müalicəsi
    s.113
    Yuxusuzluğun müalicəsi
    s.119
    Həzm prosesini yaxşılaşdırmaq üçün
    s.124
    Şəkərin müalicəsi üçün
    s.127
    Saç tökülməsinin qarşısını almağın yolu
    s.130
    Sidikqovucu dərman bitkiləri
    s.132
    Sinir ağrılarını aradan qaldırmaq
    s.133
    Xərçəng xəstəliyinin dərmanı
    s.134
    Zobun müalicəsi
    s.139
    Ziyildən xilasın yolları
    s.142
    Zökəm və soyuqdəymənin müalicəsi
    s.145
    HANSI XƏSTƏLİYİN MÜALİCƏSİ ÜÇÜN HANSI MEYVƏNİ YEMƏK?
    s.147
    Ürək sağlamlığı üçün ən xeyirli məhsullar
    s.149
    Ən çox faydası olan meyvə-tərəvəzlər
    s.151
    Narın faydası haqda
    s.163
    Sarımsaq haqda xüsusi söhbət
    s.163
    ŞİRƏLƏRin faydası
    s.168
    FAYDALI BİTKİLƏR
    s.174
    Soğanın faydası haqda bir qədər geniş
    s.178
    Digər şəfalı bitkilər
    s.180
    Dəmləmələrin (çayların) faydası
    s.219
    MEYVƏ-TƏRƏVƏZLƏRİN SÖHBƏTİ
    s.224
    Meyvələrin tərkibində daha nə var və nə yoxdur?
    s.227
    ƏT MƏHSULLARI (faydası və ziyanı)
    s.228
    DÜYÜNÜN faydası və zərəri
    s.234
    Yodun faydası və zərəri
    s.238
    Yumurtanın faydası və zərəri
    s.241
    Təbii yağı saxtadan necə seçməli?
    s.244
    Təbii balı saxta baldan necə ayırd etməli?
    s.246
    Bu qidaları başqa nə iləsə (birgə) yemək olmaz
    s.250
    Qoz pərdəsi ilə araq cövhərinin hazrlanma qaydası
    s.251
    SPİRTLİ İÇKİLƏR
    (faydası və zərəri haqda)
    s.253
    Araq haqda
    s.258
    Konyak haqda
    s.262
    Qırmızı şərab haqda
    s.264
    Likör haqda
    s.266
    Pivə haqda
    s.268
    Şampanski haqda
    s.271
    Viski haqda
    s.272
    Spirtli içkini az miqdarda qəbul etmək diabet riskini xeyli dərəcədə azaldır
    s.273
    SPİRTLİ İÇKİLƏRİN (o cümlədən arağın) ZƏRƏRLİ TƏSİRİ
    s.275

    Firuz Mustafa haqqında
    s.281
    Firuz Mustafanın əsərləri
    s.284















    Tərtib edən
    Firuz Mustafa

    Yaşamaq sənəti
    XALQ TƏBABƏTİ

    Bakı.2024. səh.,300

    Kitabın tərtibçisi, redaktoru, korrektoru
    və yığıcısı: Firuz Mustafa

    Dizayn: A.Mustafayev
    Yığılmağa verilib: 14.02.2024
    Çapa imzalanıb: 25.03.2024
    ©Firuz Mustafa.2024

    ISBN 978-9952-37-245-8
    El.ünvan: firuzmustafa52@gmail.com
    Tel.:+994 50 413 3572
    Formatı:70x90 1/32

    Firuz Mustafa
    (Mustafayev Firuz Qədimalı oğlu)
    BAKI-2024
  • avqust 2025, Firuz M.

  • 469
Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......

Gedək qapısını çırpıb dünyanın

Dəhnəli Məmməd Hacızadə

Ağası dığadır,dığası ağa, Quduz tək haqqını qarpıb dünyanın. Dözəsi halımız yoxdu sınağa, . Torpağa sevgi var ilıq nəfəsdə, İllərdir əsrlər qulağı səsdə.......

Yatmıram ipinə,sapına dünya

Dəhnəli Məmməd Hacızadə

Pulun üz döndərib düzgün adamdan, Dolur əyrilərin cibinə,dünya. Xəcalət çəkirəm yerinə sənin, Girirəm torpağın dibinə,dünya. Tikan da əyrinin,gül də əyrinin, Danışan”bir qarış dil”də əyrinin. Qızıl......

Qorxdum Alam Ətrini

Dəhnəli Məmməd Hacızadə

Qorxdum sevirəm deyib, bülbül kimi ötməyə. Sənə nəfəs verməyə, nəfəsim də yetməyə. Qorxdum bir kəlmə sözlə, alt-üst edəm dünyanı. Qarışdıram yuxunu, qarışdıram röyanı. Qorxdum gülər......

Bahar Gəlir Ellərə

Dəhnəli Məmməd Hacızadə

Baharın müjdəçisi Qaranquşun nəğməsi, Xəbər verir güllərə . Günəş duyub baharı Əridir dağda qarı. Qovuşdurur sellərə . Al-əlvan geyir meşə, Pıçıldaşır......

İlaxır günlərində

Dəhnəli Məmməd Hacızadə

Üzlərə sevinc qonar, Hər yanda tonqal yanar, Uşaqlar bu tonqalın Üzərindən atlanar. . Qodu-qodu gəzərlər, Qol çırmayıb süzərlər. Qoğal dolu xönçanı, Süfrələrə düzərlər İlaxır......

Ruhumu nişan al,Kələntər əmi

Dəhnəli Məmməd Hacızadə

Təzə hamamlarda dəvələr dəllək, . Ruhum saplağından qopan çərpələng, Nə işi bəllidir,nə yolu,çəmi . Kəfildi ruziyə Haqq yetirsə də,......

Bu günlər...

Şümşəd Hüseynova

Son günlər televiziyadan bayağı musiqiçiləri yığışdırdılar, habelə verilişlər bağlandı. Bununla bərabər yeni hip-hop mahnı çıxdı. Bura kimi hamısı yaxşıdır. Hətta gec də olsa, bir şeylərin......

Alqoritmdən kənarda: Mürəkkəb ləkəsi (elmi-fantastik janrda hekayə)

Tural İsmayılov

2126-cı ilin Nadiris şəhəri artıq bir yaşayış məskəni deyil, nəhəng bir prosessor idi. Şəhərin üzərində dalğalanan "Ağıllı Səma" qatı hər bir vətəndaşın ehtiyacını, qorxusunu və......