...
  • Mübariz Süleymanlı - Sözün Sehri
  • Yazarlar.AZ


  • Milyon illərdir ki,söz anlayışını ,sözün dəyərini,sözün qüdrətini, sözün varlığını dərk edir və sözü sevirik. Yaradanın da sözü yer üzünün əşrəfi insanın ixtiyarına verməsi də bir ilahi hikmətdir.Onun biz insanlara inamı və etibarından pöhrələnən bu əbədi söz xəzinəsi zaman-zaman öz nüfuzunu və müqəddəs bakirəliyini qoruduqca sözün yeri dəyişməz qalmaqdadır. Bəşəriyyətin inkişafına, formalaşmasına,təkamül tapmasına xidmət göstərən əlahəzrət söz sevildikcə özünə ən uca zirvədə qurduğu yuvasını qorumaqdadır Və bu qiymətli zinəti dünyanı yaşadan sözün qüdrətinə söykənən ,sözlə düzgün rəftar qurmağı bacaran insanların ixtiyarına verildi. Hər bir dövrdə öz nüfuzunu qoruyib saxlayan söz yerində olanda daha gözəl görünməyə başladı. Dühaların sözdən ucaltdığı qalaların təməli möhkəmləndikcə söz dəyərləndirildi,söz sevildi,söz yaşadı. Sözü tanıyan və sözü sevdirən insanlardan biri də, istedadlı şairə Əfşan Yusifqızıdır.Əfşan xanımı az bir müddətdir ki tanıyıram. Və onu tanıdıqca şeirlərini sevməyə başladım.Qısa bir zamanda şeirləri ilə tanış oldum, oxudum və çox bəyənirəm Əfşan xanımın şeirləri sadə dildə yazıldığından çox xoşuma gəlir. Onu da qeyd edim ki,hamının anlayacağı dildə yazmaq şairin ən böyük mükafatıdır.Çünki şairləri oxucu kütləsinə bir addım da yaxın edən və sevdirən məhz yazdığı üslub olur Mən bir şair olsaydım, Hər cür dərddən yazardım. Sevgi dolu,eşq dolu Bir həsrətdən yazardım. Əfşan xanımın yaradıcılığını izlədikcə onun sözdən xəbəri olduğunu,sözlə rəftarını ,sözdən ustallqla istifadə məharətini,zəngin söz ehtiyatı olduğunu görürəm. Sən eşqdə mahirsən,mənsə xam kimi, Səni vəsv edirəm,bir rəssam kimi. Mənki, əriyirəm,axı şam kimi, Ay dəli sevdalım,sənin xətrinə. Əfşan xanımın sözə özünəməxsus yanaşma tərzi var.Və elə buna görə də şeirləri sevilə-sevilə oxunur.O misralarında bədiiliyi qoruyub saxlaya bilir və sözləri aydın şəkildə oxucusuna çatdırır. “Adəmdən xatəmə”gələndi, bəlkə, Mənə boş ümidlər verəndi, bəlkə. Elə mənimlə bir öləndi, bəlkə, Bəlkələr nə zaman bəs yox olurmuş? Mən belə düşünürəm ki,ədəbi düşüncə yiyəsi olan söz adamlarını sevməmək,onların etiramını saxlamamaq Tanrı qarşısında bir günahdır. Şairə Əfşan Yusifqızının da poeziyasını sevir və yaradıcılığını alqışlayıram. Dərd-dərdə qarışıb ağ saçlarında, Ismətin, namusun, həya-arın da. Sənə bu dünyanın sərt yollarında, Çox daşlar atacaq hər yoldan ötən, Sən öz qamətini uca tut Vətən! Vətənpərvər şairənin misralarından hiss olunur ki,Əfşan xanım çoxlu mütaliə edir və poeziya aləmindən xəbərdardır.İnanıram ki,qəlbi Vətən eşqiylə döyünən,öz üslubu və öz dəsti-xətti olan istedadlı şairənin bir-birindən gözəl neçə-neçə şeirlərini oxuyacağıq. Bir sözlə gözəl şairə Əfşan Yusifqızı yaradıcılığını bəyənir və ona söz meydanında uğurlar arzulayıram!


    Hörmətlə:

    RF Elmlər Akademiyasının doktoru , teleradio jurnalisti,

    şair Mübariz Ağaxan oğlu Süleymanlı.


    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • dekabr 2019, Yazarlar.az

  • 98
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......