...
  • Sahibsizlik dərdi – Rəfail Tağızadə yazır
  • Yazarlar.AZ


  • SAHİBSİZLİK DƏRDİ
    Uzun ayrılıqdan sonra yurduna qayıtmağın hissi tam başqadır. Onun ifadəsini susmaq, baxışlar söyləyəcək.Bu gün o torpaqlar, dağlar, daşlar bizdən çox sevinir. Düşmənin ayaq izləri altında yaşamaq, nəfəs almaq, anlaşılmayan kobud dilin səsini eşitmək, hirsininin əzabına tab gətirmək… Torpağın zülmü ağır olur. Biz torpaqsızlıq dərdini çəkdik, torpaqsa sahibsizlik dərdini. İnsan sevdiyinə qovuşanda daha məğrur, daha sevincli olur. Vətən sən ona qədəm basanda vətən olur. İnsan bəzən ən çox sevinəndə və kədərlənəndə dinmir, susur, lal olur. Biz bu gün sevincin lalıyıq. Danışan ancaq baxışlardı, sevinc göz yaşlarıdı. Biri-birimizi bağrımıza basmaqla təbrikimizi çatdırırıq. Təzə açılan bənövşə əl dəyəndə qorxan kimi, üzümüzə təzə qonmuş təbəssümü xoş baxış da utandırır. Sevinc göz yaşları “Gözümüz aydın olsun!”, deyir. Həsrətinə qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur. Sənsiz yaşamağın acısını, həsrətini, sənsizliyin necə iztirablı, ağrılı olduğunu gördük. Sanki bu 27 ili boşluqda yaşadıq. Nə gecəmiz gecə oldu, nə gündüzümüz gündüz. Bu günü gözlədik. Sənə qovuşmaq həyatımın ən gözəl anı, ən sevincli günüdür. Sevgiyə qovuşmaq ayrı hissdir. İlk sevgini unutmaq olmur. Sən ilk addım atdığım, yeridiyim, yüyürdüyüm, yıxılıb durduğum, ilk söz dediyim doğma məkansan. Məni mən edənsən. Varlığımsan. Adını adımla qoşa çəkmək mənim ən böyük titulumdur.Yoxluğunla gülüşüm, duruşum yox oldu. İndi-indi özümə gəlirəm. Ruhum özünə qayıdan kimi. Artıq başımızı dik tutacağıq. Çünki sən varsan.Mən səninlə bütövəm, səninlə tamam. Sənsiz keçən illəri yarımçıq yaşadım. Var ol, məni özümə qaytaran torpaq, məni yaşadan məkan, məni mən edən yer.İndi hamının yanında qürurluyam. Artıq məğlub məmləkətin vətəndaşı deyiləm. Torpağıma, yurduma daha uzaqdan həsrətlə baxmıram. Daha sənə addım atmaq üçün illəri gözləmirəm. Vətən, yurd nisgili ilə həyatdan köçənlərin ruhu şaddı. Onlar bizdən tez duydular, tez sevindilər. O yerdə dəfn olunan əzizlərimizin ruhuyla qol-boyun olan ölkənin hər yerinə səpələnmiş qəbiristanlıqlarında basdırılmış doğmalarımızın ruhu bizi qarşılayacaq. Bir də minlərlə Qarabağ Qazilərinin o yerlərdə basdırılan əzalarının sevinc səsi. Qoyub gəldiyimiz torpaqlar onlara düşmənə tapdalatdığımız üçün ilk anda bizi bağışlamayacaq. Addım izlərimizin, köksümüzün istiliyi onları özlərinə qaytaracaq. Sonra “Sən gəldin” deyib, bizi bağışlayacaq. Mərmilərdən dərələnmiş torpaq düzlənəcək. Qurumuş ağaclar yarpaqlayacaq. Rəngi dəyişən güllər artıq payız ətri yox, bahar ətri verəcək. Düşmən qisasını kimsəsiz qalan yerin daşından, torpağından aldı. Erməninin xislətini bildiyimizdən evlərimiz üçün heyfslənmirik. Bizimçün vacib olan torpaqdır. Bizim qurub yaratmaq problemimiz yoxdur. Əsas yurda qayıtmaqdı. Daha gözəlini quracağıq. İçində xoş xatirələr yaşadacaq günlər keçirəcəyik. Təbii ki, hər birimizin yaddaşında özüylə gəzdirdiyi xatirələr də olacaq. Amma keçmişlə yaşamaq olmaz. İnkişaf etmək istəyirsənsə, irəliyə baxmalısan. Sən yenə Qarabağın iqtisadi, siyasi, mədəni mərkəzi olacaqsan. Daha da böyüyəcəksən, inkişaf edəcəksən. Gözəlləşəcəksən. Əvvəllər olduğu kimi, yenə də gələn qonaqları gözəlliyinlə təəccübləndirəcəksən.Yurd məni maqnit kimi özünə çəkir. Mən səninlə xoşbəxtəm, səninlə varam, Ağdam!P.S. Ağdama, kəndimizə çatanda torpağı bağrıma basıb, məni bağışla deyəcəm. Sonra öpəcəm.

    20.11.2020 – Bakı.

    Müəllif: Rəfail Tağızadə


    YAZARLAR.AZ

    ===================================================

    ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

    GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

    “USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

    <<<<XİDMƏTLƏR>>>>

    Təqdim edir: Zaur Ustac

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

    30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ
  • dekabr 2020, Yazarlar.az

  • 133
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......